You are on page 1of 20

KƏSKIN ORTA OTIT

Pirməmmədova Nigar 218a11b


Orta qulaq xəstəliklərinə bütün yaş qruplarında rast gəlinir.Kəskin orta otit
diaqnozu isə ümumilikdə bütün LOR-orqanları xəstəlikləri içərisində 20-30
% hallarda qoyulur.Daha çox uşaqlarda rast gəlinir.Rastgəlinmə tezliyinə
görə 6-18-ci aylarında daha çox olur,3 yaşına qədər uşaqların 90 %-I heç
olmasa 1 dəfə orta qulağın kəskin iltihabını keçirir.

Orta qulaq xəstəliklərinin müalicəsi xəstələr üçün klinik və sosial cəhətdən


çox mühümdür.Bu xəstəliyə böyüklər və xüsusəndə uşaqlar çox məruz
qalır.Xəstəliyin nəticəsi ağıreşitməyə gətirib çıxarır ki,bu da xəstənin sosial
həyatında mühüm problemlər və diskomfort yaradır.Nəhayət,orta qulaq
xəstəlikləri beyindaxili fəsadlar törədə bilərki,o da bəzən ölümlə nəticələnir.
Etiologiyası
Kəskin orta otit-orta qulağın kəskin iltihabi
prosesidir. Bu zaman iltihabi proses orta
qulağın selikli qişasını,eşitmə borusunu,
təbil boşluğunu,antrumu,məməvari
çıxıntının havalı hüceyrələrini əhatə edir.
Qulağın normal funksiyasında əsas şərt
onun eşitmə borusu ilə ventilyasiya
olunmasıdır ki,bu da yuxarı tənəffüs
yollarının vəziyyətindən çox asılıdır.
Çox nadir hallarda orta qulaq xəstəlikləri
ilkin olur.Onlar əsasən yuxarı tənəffüs
yollarının iltihabi prosesləri fonunda
inkişaf edir ki,o da xüsussilə orta qulağın
ventilyasiyasına mane olan faktorlardır
Adenoidlər
Burun polipləri
Burun arakəsməsinin əyriliyi
Burun balıqqulaqlarının hipertrofiyası
Sinusitlər və s.
Etiologiyası
İnfeksiyanın orta qulağa keçmə yolları

1. Rino - tubar yol - Burun udlaqdan eşitmə


borusu ilə.

2. Transtimpanal yol - xarici qulaq keçəcəyindən


zədələnmiş təbil zarı ilə (travmalar zamanı)

3. Hemotogen yol - infeksion xəstəliklər zamanı.

Çox nadir hallarda retroqrad yolla –yəni kəllə


boşluğu və labirintdən keçə bilir.

Səbəbləri

Bakteriya və viruslar

95% hallarda 3 növ bakteriya orta otit yaradır-


Streptococcus pneumoniae (ən çox hallarda),
Haemophilus influenzae, Moraxella catarrhalis.

Orta otitlə əlaqələndirilən viruslar-respirator,qrip və


paraqrip virsları,rino və adenoviruslardır.
Xəstəliyin inkişafına səbəb olan faktorlar

Allergik xəsətliklər - tez-tez otit müşahidə olunan uşaqlarda adətən


allergik rinit və bronxial astmaya rast gəlinir.
Uşaqların tam inkişaf etməmiş immun sistemi
İrsi meyillik
Burun və qulağın anatomik xüsusiyyətləri
Kifayət qədər qidalanmama,Vitamin A defisiti
Daha çox iltihab rinit və yaxud da qripdən sonra inkişaf edir ki,bu
zaman burun boşluğunda yerli immunitetin zəifləməsi ilə əlaqdar
olaraq bakteriyaların miqdarı çoxalır.
Patogenez
Eşitmə borusunda ödem rol oynayır.Belə ki,eşitmə borusunun funskiyası
pozulan zaman o burun boşluğu ilə orta qulaq arasında təzyiqi bərabərləşdirə
bilmir və orta qulağda yaranan yüksək təzyiq nəticəsində maye və
mikroorqanizmlərin toplanması baş verir ki, bu da iltihaba gətirir.Ekssudatın
toplanması nəticəsində təbil pərdəsi xaricə doğru qabarır ki,bu da ağrı və
narahatlıq yaradır.
Proses daha da inkişaf edərsə irin yaranmağa başlayır və təbil pərdəsini
dələrək xaricə çıxır.Artıq bundan dərhal sonra xəstənin vəziyyəti yaxşılaşmağa
başlayır,ağrı azalır,temperatur aşağı düşür.Təbil boşluğunun deşilməsi eşitməni
zəiflətsə də vaxt getdikcə bu vəziyyət öz-özünə düzəlir.
Orta otitin ağırlaşması o zaman olur ki,irin gicgah sümüyünə,daxili qulağa və
baş beyin qişalarına yayılsın ki,bu da çox az hallarda baş verir.
Sağlam insanda təbil boşluğu eşitmə borusunun müdafiə
mexanizmi hesabına sterildir.Təbil boşluğunda formalaşan ifrazat-
epitelinin sekreti (hüceyrə mübadiləsi nəticəsində) eşitmə
borusu vasitəsilə burun-udlağa evakuasiya olunur və biz bunları
ya udur ya da tüpürürük.Bu ifrazatı təbil boşluğundan burun-
udlağa ötürmək üçün eşitmə borusunda xüsusi kirpikciklər
(kirpikli epiteli) vardır,hansı ki hərəkəti təbil boşluğundan burun-
udlağa doğru istiqamətləndirir.Əgər həddən artıq çox
mikroorqanizm olarsa kirpikciklər infeksiyaya qoşulur və
istiqamətini dəyişir.
Klinik gedişi Kəskin orta otitin 5 mərhələsi vardır.

I-ci mərhələ eşitmə borusunun iltihabı-yevstaxitdir.

Yevstaxitin əsas simptomu ağrı və qulaq


tutulmasıdır.Eşitmə borusunun selikli qişası iltihablaşıb
ödemləşir.Bu zaman Yevstax borusunun dar olan
keçəcək hissəsi bir-birinin üzərinə düşür və təbil
boşluğunun təzyiqi aşağı düşür.Xaricdəki daha yüksək
təzyiq səbəbi ilə təbil pərdəsi təbil boşluğuna (içəriyə)
doğru qabarır.Bunun nəticəsində eşitmə sümükləri
hərəkətə gəlir və onlar səsin nəql edilməsində iştirak
etdikləri üçün insanda qulaq tutulması hissi
yaranır.Həmçinin xəstələr qulaqda küydən və
autofoniyadan-yəni danışarkən öz səslərini
eşitmələrindən şikayətlənirlər.Əgər düzgün müalicə
aparılarsa bu mərhələdə prosesin qarşısını almaq olar.

Əgər bu proses davam edərsə orta qulağın və təbil


pərdəsinin selikli qişasının iltihabı başlayır.Bu
mərhələdə artıq ağrı simptomları üzə çıxmağa başlayır
belə ki,iltihabın 5 əlaməti-
ağrı,qızartı,ödem,temperaturun yüksəlməsi və
funksiyanın itməsi müşahidə olunur.
II-ci kəskin kataral mərhələ
Selikli qişanın iltihablaşmasından 2-3 gün keçəndən sonra orta qulaqda maye
toplanmağa başlayır.İlk dövrlərdə bu şəffaf və təmiz olur.Maye əmələ
gəldikdən sonra qulaqdakı tutulma hissi itir,lakin qulaqda küy və eşitmənin
zəifləməsi baş verir.
Əgər bu dövrdə müalicə aparılarsa prosesi dayandırmaq mümkündür.Yox əgər
proses növbəti mərhələyə keçərsə-proses dayanmayacaq və kəskin otitin 5
mərhələsi də baş verəcək.
III-cü otitin irinli perforasiyayaqədər mərhələsi

Getdikcə infeksiya daha da yayılmağa başlayır və immun sistem bununla


mübarizə aparır.Nəticədə irin əmələ gəlir.Selikli qişa şişkinləşir,qalınlaşır və
proses daha da yayılmağa başlayır.Təbil boşluğundaki təzyiq dərhal artır.Bu və
bundan sonrakı mərhələlər təhlükəlidir-irin məməvari çıxıntıya keçib
mastoidit və kəllə boşluğuna keçib meninqit,meninqoensefalit törədə bilər.
Bu mərhələdə ağrı sürətlə artır və dişlərə,udlağa,boyuna və gözə irradiasiya
edir.Ağrı kəskin səslərdə,işıqda,iydə və dadda artır.Həmçinin təbil boşluğunda
təzyiqi artıran hər bir hərəkət-öskürmə,asqırma,udqunma,fınxırma ağrını
artıra bilər.
IV-cü postperforativ mərhələ
Əgər irin çox yığılarsa orta qulağın ən nazik hissəsi-təbil
pərdəsinə perforasiya edir və xarici qulaq keçəcəyinə açılır.Bu
zaman dərhal ağrı kəsir və bütün iltihab əlamətləri itir
(halsızlıq,yüksək temperatur və s.).Xəstə yalnız qulağından irin
axmasından,eşitmənin zəifləməsindən və qulaqda küydən
şikayət edir.Ağrı demək olar ki,tamamilə itir.
V-ci reparasiya mərhələsi
Bu mərhələdə təbil pərdəsindəki deşik
getdikcə böyüyür və yerində çapıq
yaranır,qulağın funksiyası praktiki olaraq
bərpa olunur.Bu günlərdə xəstəni
qulağın tutulması,küy narahat edə bilər.
KLINIK MƏNZƏRƏ
Diaqnoz otoskopik görünüşə əsasən qoyulur.
Xəstəliyin kataral dövründə təbil pərdəsinin içəriyə dartılması,onun arxa
yuxarı kvadratında məhəlli hiperemiya və ayrı-ayrı damarların təbil
pərdəsində görünüşü inyensivləşir.Xüsusən,iri qırmızı və genişlənmiş
damarlar çəkicin dəstəsi boyu nəzərər çarpır.Bir müddətdən sonra
hiperemiya yayılmış olur.Təbil pərdəsi çəhrayı rəng alır,tanınma
elementləri,işıq refleksi itir onun hərərkəti məhdudlaşır.Xarici qulaq
keçəcəyinin sümük hissəsində dəri hiperemiyalaşır.
Kəskin orta otitin bu göstərilən tipik gedişindən başqa atipik gedişidə
müşahidə olunur.Qulaqda olan narahatlıqdan sonra hərarətsiz,ağrısız bir
vaxtda qulaqdan irin axmağa başlayır.Bəzən isə kəskin orta otitin gedişi
ildırım sürətli olur,beləki irinli perforasiyasız orta otit timponal və kəllədaxili
fəsadlara səbəb olur.
Perforasiyayaqədər olan mərhələdə təbil pərdəsində perforasiya olmur-qulaqda
ağrının artması,hərarətin yuksək dərəcədə davam
etməsi,halsızlıq,zəiflik,eşitmənin daha da zəifləməsi,intoksikasiyanın güclənməsi
baş verir,təbil pərdəsi tünd qırmızı mis rəngi alır.Təbil boşluğunda olan irinin
təzyiqindən onda qabarma,eləcə də yığılan irin üçlü və dil-udlaq sinirlərinin
uclarını artıq dərəcədə qıcıqlandırır.Bu zaman bərk ağrılar gicgahda olub,ənsəyə
də yayılır,belə ağrılar əzablı və dözülməz olur.Qulağın tutlması,eşitmənin
zəifləməsi daha da kəskin olur.Xəstənin ümumi halı ağırlaşır,intoksikasiya
əlamətləri muşahidə olunur.Hərarət 38-39 C olur.
Postperforativ mərhələ Təbil pərdəsində perforasiya əmələ gəlir.Xarici qulaq
keçəcəyinə irinli eksudat axmaqla,pulsasiyalı refleksin-irin mayesinin təkanlı
hərəkətlə perforasiya sahəsindən xaric olması,ağrının,hərarətin və intoksikasiya
əlamətlərinin azalıb tədricən itməsi müşahidə olunur.İrin axması 10 günə qədər
davam edə bilər.Burada qeyd etmək lazımdır ki,irinli perforasiya zamanı qulağa
tökülən spirtli damcılar xəstədə xoşagəlməz hissiyat yaradır.Həmin damcılar
perforasiya sahəsindən keçib orta qulağın selikli qişasını qıcıqlandırır və xəstəyə
ağrı verir.
Reporativ mərhələ iltihabi prosesin orta qulaqda tam formalaşması və
perforasiya yaratmaqla müalicə nəticəsində sorulma mərhələsidir.
Kəskin orta otit
1.Normal təbil pərdəsi
4.Kəskin irinli otit
2.Kəskin yevstaxiit

5.Postperforativ mərhələ
3.Kəskin kataral iltihab

6.Reparativ mərhələ
Differensial diaqnostika
■ Yad cisim.Qulağda ağrı ora yad cisim (kiçik cisimciklər və s.) duşən zaman ola bilər.Bu
zaman temperaturun qalxması və qulaqdan ifrazat axması müşahidə olunmur.
■ Su.Qulağa suyun duşməsi müvəqqəti eşitmənin zəifləməsi və diskomfort hissi yarada
bilər.Bu zaman temperatur normal olur və aörı muşahidə olunmur.
■ Probka.Probka olan qulağda eşitmənin zəifləməsi muşahidə olunur.Diaqnozu LOR-həkim
qoyur və probkanı xaric edir.
■ Qulağda qan.Qan kəskin orta otitin simptomu deyil.Əgər qulağda qan varsa bu zaman
travma barədə-xarici qulaq keçəcəyində cızıq və ya başın ciddi travmaları zamanı
düşünmək lazımdı.
■ Ekssudativ otit.Bu sekretor otit,seroz orta otit,mukoz otit plaraqda
adlandırırlır.Eşitmənin zəifləməsi qulağda diskomfort hissi ilə müşayiət olunur.Daha tez
uşaqlar və böyüklərdə rast gəlinir.Bunu kəskin orta otitdən həkim baxış zamanı
fərqləndirir.
■ Ekssudativ otit eşitmə borusunun disfunksiyası zamanı (eşitmə borusunun ventilyasiya
və drenaj funksiyasının pozulması zamanı) yaranır və təbil boşluğunda seroz-selikli
ekksudatən olması ilə xarakterizə olunur.Xarakter əlamətləri-təbil boşluğunda qalın qatı
ekssudat,yavaş-yavaş artan eşitmənin zəifləməsi və təbil pərdəsində perforasiyanın
olmaması.
AĞIRLAŞMALARI
Prosesin xroniki formaya keçməsi-kəskin perforativ
otitdə irinin 10 gündən 3-4 həftəyə qədər olan
dövründən artıq davam etməsi,xroniki orta otitə keçir.
Timpanogen mastoidit.Xəstədə qulaq arxasında
mastoidal sahədə şişkinlik,infilstrasiya,qulaqarxası
büküş hamarlanıb itir.Qulaq seyvanı önə doğru yerini
dəyişir.
Üz sinirin nevriti.Bununla əlaqədar olaraq özdə
assmetriya yarana bilir.
Otogen labirintit.İltihabi proses daxili qulağa yayılır.
Meningit.Beyin absesi.İltihabi proses beyinə yayılır.
Sepsis
Müalicə
Kəskin orta otitin hər bir mərhələsində eşitmə borusunun
funksiyasının tənzimlənməsi aparılır.

İlkin mərhələdə eşitmə borusunda ödemin qarşısını almaq üçün


preparatlar təyin olunur.Bu məqsədlə buruna vazokonstriktot
damcılar-halazolin,otrivin,formazolin və s. təyin edilir.Eşitmə
borusuna çatsın deyə damcını buruna başı arxaya sonra yana
çevirməklə damızdırırlar.
Paralel olaraq otitə səbəb olan əsas xəstəlik-rinit,farinqit,angina
müalicə olunur və virusəleyhinə terapiya aparılır.

İkinci mərhələdə buruna qızdırıcı təsirə malik,iltihab eləyhinə


effekti olan qulaq preparatları yeridilir.
Damcılardan ən çox salisilat tərkiblilər istifadə olunur və yaxud
da maksimal iltihabəkeyhinə təsirli kortikosteroid preparatlar
təyin olunur.Damcını stəkanda isti su ilə bədən temperatuurna
çatanadək isitmək lazımdır.Qulağa isə isdici dehidratasion təsir
məqsədilə su kompresi qoyulur.
Həmçinin xarici qulaq keçəcəyinə osmotolla isladılmış trunda
qoyulub üstündən vazelin və yaxudda hərhansı maz batırılmış
bambıq qoyulur.Ümumi təsir məqsədilə qeyri-steroid iltihab
elyhinə preparatlar-Temperaturu aşaöı salan,ağrıkəsici
ödeməleyhinə preparatlar təyin olunur.Misal olaraq
parasetamol,ibuprofen vəs.
Üçüncü mərhələdə
Antibakterial terapiya (ototoksik antibiotiklər əks göstərişdir-
aminoqlükozid,streptomitsin)
Buruna vazokonstriktor damcılar (eşitmə borusunun funskiyasını bırpa etmək üçün-
naftazin,farmazolin)
Qulağa damcı-3%-li bor spirti trundu,otipaks
Qeyri-steroid iltiha əleyhinıə preparatlar
Hiposensibilizativ terapiya (klaritin,fenkarol,loratadin)
Məməvari çıxıntı nahiyyəsinə isinmiş spirtli kompres
Fizioterapiya-ultrabənövşəyi şüa,Sollux lampa
Dördüncü mərhələ
Üçüncü mərhələdə edilən terapiyadan başqa burada xarici qulaq keçəcəyinin
yuyulması aparılır.Əgər uşaqlarda perforasiya yoxdursa parasentez(təbil boşluğunda
dəlik açılır)
Beşinci mərhələ
Təbil prədəsinin pnevmomassajı
Politzer üsulu ilə eşitmə borusuna hava üfürülməsi
Eşitmənin tam bərpası zamanı xəstə sağlam sayılır
Südəmər uşaqlarda təbil boşluğunda bir-birilə zəif
əlaqəsi olan büküşlər,atmalar vardır ki,kəskin irinli
orta otit zamanı bu büküşlərdə irin toplanaraq
xırda infeksiya ocaqları əmələ gətirə bilirlər
Uşaqlarda kəskin
Yeni doğulmuşlarda təbil boşluğunda dölyanı
maye qala bilərki,infeksiyanın inkişafı üçün
orta otit
əlverişli şəraitdir

Yevstax borusu qısa və enli olduğundan


infeksiyanın çox asanlıqla orta qulağa keçir

Xarici qulaq keçəcəyinin forması yarıq şəklində


olduğu üçün diaqnoz qoymaq çətinlik törədir

Kəskin irinli orta otit südəmərlərdə simptomsuz


da gedə bilir və çox vaxt aşkar olunmur

Temperatur qalxması isə nazofaringitlə


əlaqədələndirilir

Uşaqda halsızlıq,ağlama döşdən imtina ola bilər

Eyni zamannda Grundfelder et Rothe əlamətinə


də fikir vermək lazımdır,belə ki uşağı üfüqi
müstəviyə uzadıb ayaqlarına dizdən yuxarı təzyiq
etdikdə xətə qulaqdan əks tərəfdə barmaqlar
yelpik şəklində olmaqla baş barmaq dorsal
bükülür.

You might also like