You are on page 1of 18

Mastoidit

Hüseynova Günay
218A-11b
Mastoidlər
 Mastoidit qulağın arxasında yerləşən məməyəbənzər çıxıntının mast
hüceyrələriinin  iltihabıdır. Kəskin orta otitlərin ən çox rast gəlinən
ağırlaşmasıdır. Klassik antromastoiditdən fərqli olaraq bu zaman irinli-
iltihabi proses ətraf toxumalara yayılır.
 İrinli orta otit zamanı proses, adətən, yalnız təbil boşluğunu tutmayıb,
eyni zamanda məməyəbənzər çıxıntı hüceyrələrinin selikli qişasına da
yayılır. Mastoiditin bu növü ikincili mastoidit adlanır və beləliklə,
travmalar və başqa üzvlərin irinli xəstəlikləri (metastaz) zamanı az rast
gəlinən ilkin mastoiditdən fərqlənir
Etiologiyası
 Mastoiditin əmələ gəlməsində əsas cəhətlər bunlardır:
 1) orqanizmin müqavimət qüvvəsinin azlığı ya olmaması;
 2) infeksiyanın yüksək virulentliyi;
 3) irinin axıb çıxması üçün münasib anatomik şəraitin olmaması
ucbatından irinin çıxıntı hüceyrələrində ləngiməsi;
 4) spontan deşilmənin ya parasentezin gec olması nəticəsində orta
qulaq boşluğunda drenajın gecikməsi və nəhayət;
 5) xəstənin yaşı (bu da mühüm sayılır); böyüklərə nisbətən 10 yaşa
qədər uşaqlarda mastoidit 2.5 dəfə tez-tez rast gəlir .
Patolojianatomiya
 Məməyəbənzər çıxıntı hüceyrələrinin iltihablaşmış selikli qişası
əhəmiyyətli dərəcədə qalınlaşmış olur. O, tədricən konsentrik qaydada
dolur, yaxud paz şəklində bütün hüceyrələrə yayılır. Bunun nəticəsində
hüceyrələr bir-birindən və antrumdan ayrılır. Sonralar ekssudasiyanın
artmasından çıxıntı hüceyrələrində təzyiqin artması, hüceyrəarası
arakəsmələrin dağılması və nəticədə böyük irinli boşluğun əmələ gəlm əsi
baş verir.
 Əgər prosesə vaxtında tədbir görülməzsə, kortikal qatı yarıb periost
altına keçən irin sümüküstlüyünün altına yığıla bilər və subperiostal
abses əmələ gələr. Bir sıra təsadüflərdə irinin yarıb keçdiyi yer lamina
vitrea, bunun nəticəsində isə müxtəlif kəllədaxili ağırlaşmalar olur.
Simptomlar.
 Ümumi, yerli subyektiv və obyektiv simptomlar ayırd edilir. Ümumi
simptomlar yalnız mastoidit üçün patoqnomonik olmadığından
 xarakterik deyildir. bunlara:
 1) ümumi halın pozulması;
 2) temperaturun yüksəlməsi;
 3) qandakı dəyişikliklər aiddir.
 Yerli subyektiv simptomlar. Spontan ağrılar sümüyə təzyiq etdikdə
ağrı şiddətlənir. Spontan ağrı çox vaxt ürəyin döyünməsi ilə sinxron
pulsasiya xarakterinə malik olur. Subyektiv simptomlara nisbi
(ümumiyyətlə otitlərdə rast gəlinən əlamət kimi) əhəmiyyətə malik olan
eşitmənin zəifləməsi də aiddir.
Obyektiv simptomlar.
 Orta irinli otitin gedişi yaxşı olduqda 2 − 3 həftədən sonra qulaqdan ifrazat gəlməsi şiddətlə
azalır və ya tamamilə dayanır. Qulaqdan gələn irinli ifrazatın bir daha çoxalması orta qulaq
sistemində hər hansı irin mənbəyinin olduğunu göstərir; belə bir rezervuar məməyəbənzər
çıxıntı ola bilər.
 Prosesin əvvəlində məməyəbənzər çıxıntıda gözəçarpan dəyişiklik çıxıntıya təzyiq zamanı
ağrılı hiperemiya, ödem, yumşaq toxumaların pastozluğu olur. Sonralar irinin kortikal
qatdan keçərək periost altına keçməsi (subperiostal abses) ilə əlaqədar olaraq fluktuasiyalar,
hətta irinin dəridən xaricə axması qeyd olunur. Subperiostal abseslər, adətən, qulaq
seyvanının önə və aşağıya qabarması ilə müşahidə olunur,bu zaman qulaqarxası büküş
hamarlanır.
 Kortikal qat çox qalın olduğuna görə yaşlı adamlarda subperiostal abses müşahidə olunmur.
Bəzən otoskopiya zamanı qulaq keçəcəyinin az ya çox daralması qeyd olunur. Bu, qulaq
keçəcəyinin sümük hissəsində sümüküstlüyü şişdiyindən, sümük keçəcəyinin arxa yuxarı
divarının sallanması ilə izah edilir. Mastoiditin diaqnostikasında bu mənzərə etibarlı
əlamətlərdən biri sayılır.
İltihabi prosesin yayılmasına və yırtılmasına gör ə
mastoiditin bu formaları vardır:

 - petrozit (gicgah sümüyünün daşlıq hissəsinə yayılma);


 -skuamit (gicgah sümüyünün pullu hissəsinə yayılma);
 - zigomatit (almacıq sümüyünə yayılma),
 - Betsold və ya zirvə-boyun mastoiditi (məməvarı çıxıntının
zirvəsinə və boyuna yayılma),
 - timpanit (gicgah sümüyünün timpanal hissəsinə yayılma).
 Bugünkü gündə mastoiditin sadalanan formaları yeni n əsil
antibiotiklərdən istifadə ilə əlaqədar nadir hallarda rast gəlinir. Bunlar
arasında praktikada nisbətən çox rast gəlinən forma zirvə-boyun
mastoiditi va skuamitdir.
 Skuamit. Irinli iltihabi prosesin gicgah sümüyünün pullu hissəsinə (pars
squamosa) yayılmasıdır. Skuamit adətən dərialtında yayılır, qulaq
seyvanına diqqətli vizual baxış zamanı dərialtı ödem şəklind ə görünür və
palpasiyada krepitasiya edir.
 Betsold zirvə boyun mastoiditi. Irinin məməvarı çıxıntı zirvəsinə və
boyunun yumşaq toxumaları arasına yayılmasıdır. Mediastinitin
inkişafına səbəb ola bilməsinə görə mastoiditin ən təhlükəli
forması hesab olunur. Xəstələrdə klinik olaraq başın əks tərəfə
döndərilməsi zamanı boyun əzələlərində rigidlik müşahidə olunur.
 Zigomatit. Irinli iltihabi prosesin almacıq sümüyünǝ (os zygomaticus)
yayılmasıdır. Nadir hallarda rast gəlinir. Mimiki və çeynəmə əzələlərinin
almacıq hissəsində hərəkət məhdudlaşması və çeynəmə zamanı ağrılı
olması muşahidə olunur. Qulaqyanı vəzinin iltihabı ilə differensial
diqnostika aparılmalıdır.
 Petrozit. Məməvarı çıxıntının daşlıq hissəsinin (pars petrosa) iltihabıdır.
Əsas xüsusiyyəti qulaq seyvanının uzaqlaşması, qulaqarxası sahənin
hiperemiyası və şişkınlıyıdır. Bunun səbəbi gicgah sümüyünün kortikal
qatının sərt olmasıdır. Eyni zamanda petrozit zamanı sümükdə
osteomielitin inkişaf etməsidir. Petrozitə qulaqarxası sahənin palpasiyası
və döyəclən-məsində, ağrının kəskin artmasına görə simptomatik olaraq
diaqnoz qoyulur. Məhz petrozit zamanı otoskopiyada xarici qulaq
keçəcəyinin arxa-yuxarı divarında sallanma görünür.
 Timpanit. Mastoiditin ən çətin diaqnostika olunan formasıdır.
Mastoiditin digər formalarından fərqli olaraq timpanit zamanı
patologiyanın xarici əlamətləri olmur. Timpanit zamanı irinli iltihabi
prosesin daxili qulağın yaxın şöbələrinə və baş beyinə yayılması ilə
əlaqədar olaraq meningeal simptomlar olur. Məhz buna gör ə d ə
timpanit xəstənin həyatı üçün təhlükəli vəziyyət hesab edilir, sağalma
olduqda isə xəstədə koxleo-vestibulyar pozğunluqların
qalması mümkündür
Diaqnoz

 Orta qulaq iltihabının gedişindəki pozğunluq, habelə müvəffəqiyyətlə


edilmiş mastoidoektomiya ilə eyni zamanda başın eyni yarısında küt
ağrının meydana çıxması petrozitdən şübhə doğurur.
 Prosesin dinamikasını müşahidə etmək zəruridir; qanı leykositoza,
eritrositlərin çökmə reaksiyasına görə, göz dibini, habelə onurğa
beyinin mayesini təkrarən yoxlamaq lazımdır.
 Gicgah sümüyünün rentgenoqrafiyası (piramidin zirvəsinin dağılması)
xəstəliyin diaqnostikasını xeyli asanlaşdırır.
 Petrozitin gedişi bəzən aylarla davam edir. İrin öz-özünə (sponton)
təbil boşluğuna açılıb tökülə bilər.
Mastoiditlərin müalicəsi.

 Mastoiditlərin müalicəsi 2 yolla aparılır: konservativ v ə cərrahi


Konservativ müalicə metodu kəskin orta otitlərin müalicəsindən
fərqlənmir, belə ki, Ümumi antibiotikoterapiya va möhkəmləndirici
terapiyadan, yerli qulaq damcıları (dərman preparati hopdurulmuş
trundalar) və bəzi hallarda fizioterapiyadan ibarətdir. Otogen
kəllədaxili ağırlaşmalar inkişaf etdikdə cərrahi müalic ə metodu tətbiq
edilir.
Mastoidektomiya.

 Bu əməliyyat məmǝvarı çıxıntıdakı irin və qranulyasiyanın


xaric edilməsinə yönəlir. Müasir dövrdə geniş spektrli
antibiotiklərin tətbiqi ilə əlaqədar olaraq bu əməliyyatın
icra edilməsinə az hallarda ehtiyac olur. Amma
antibiotiklərin istifadəsinin effektsiz olması, eləcə də
xroniki iltihabın inkişaf etməsi, meningit, baş-beyin absesi
və digər agırlaşmaların olması mastoidektomiyaya
göstərişdir. Bəzi hallarda mastoidektomiya üz sinirinin iflici
zamanı sinirin bərpa edilməsi məqsədilə icra edilir.
 Mastoidektomiyanın növləri: Bir-birindən əməliyyatın
icrasına vəhəcminə görə fərqlənən 3 növü vardır.
 1. Sada mastoidektomiya: bu zaman ya xarici qulaq
keçəcəyindən və ya da qulaqarxası sahədən kəsik aparılır.
Məməvaarı çıxıntı açılır və orta qulaqdan irin qranulyasiya
ilə birlikdə xaric edilir. Sonra təbil pərdəsində kəsik
(mirinqo-tomoya) aparılır. Əməliyyat ilə birlikdə
antibiotiklər də tətbiq edilir
 2. Radikal mastoidektomiya: bu əməliyyat zamanı təbil
pərdəsi və eləcə də orta qulağın demək olar ki, bütün
strukturları xaric edilir. Yalnız üzəngi sümüyü eşitmənin
bərpası məqsədilə aparılan növbəti əmliyyatlar üçun
saxlanılır
 3. Modifikasiya olunmuş mastoidektomiya: bu zaman təbil
pərdəsi və orta qulağın eşitmənin bir qədər yaxşılaşması
məqsədilə saxlanılır
 Əməliyyat ümumi anesteziya altında aparılır. Xəstə arxası üstə uzanır
və baş saglam qulağa tərəf çevrilir. Baş yaxşı fiksasiya edilm əlidir.
 Əməliyyatın texnikası: Cərrah qulağı önə doğru dartır, qulaqarxası
büküşdən 1 sm məsafədə dəridə kəsik aparır. Dəri sümüküstlüyü ilə
birlikdə soyulur. Sümük görünür. Sonra cərrahi alətlərin (iskənə, çəkic)
köməkliyi ilə məməvarı çıxıntı hücrələri və onlardan ən böyüyü olan
mağara (antrum) açılır. Cərrah irin,qranulyasiya və digər zədələnmiş
toxumaları xaric edir, bundan sonra bu sahədə irinin drenaji asanlaşır.
Bundan başqa mikroflora ilə mübarizə məqsədilə antibiotiklərdən
istifadə edilir. Bütün bunlardan sonra yara tikilir. Yaraya sarğı
qoyulur.
 Əgər xəstə əməliyyatdan sonra sarğıda qan görərsə, boyun əzələlərində
gərginlik və ya baş ağrıları ilə birlikdə başgicəllənmə (meningit əlamətləri) və
ya üzün yarısında iflic olarsa (üz sinirinin iflicini göstərir), eləcə də uqdunma
aktı pozularsa təcili həkimə müraciət etməlidir.
 Mastoidektomiyada baş verə biləcək ağırlaşmalar çox az hallarda da olsa rast
gəlinir:
 - qulaqdan daima irinli axıntının olması,
 - meningit və baş beyin absesindən xəbər verən infeksion ağırlaşmalar,
 -eşitmənin pozulması;
 - çox az hallarda rast gəlinən üz sinirinin zədələnməsi.
 Bu zaman üzün biryarısında iflic olur,- keçici başgicəllənmə;- keçici olaraq
dilin bir yarısında dad hissiyatının itirilməsi.

You might also like