You are on page 1of 21

Məxmərək

HÜSEYNOVA GÜNAY
218A-11B
Məxmərək

 Məxmərək - kəskin virus infeksiasi


olub, kiçik ləkəli səpgi,
limfadenopatiya, mötədil
qızdırma və hamilə qadınlarda
dölün zədələnməsilə özünü
göstərir.
Etiologiyası

 Rubivirus cinsinə və Togavirus ailəsinə aiddir. 150-200


nm böyüklükdədir, RNT-si var. Termolabildir, 20-70°-
də yaşaya bilir. Virus genomunda 3 növ zülal var: c
zülalı T-hüceyrələrin əmələ gətirdiyi hüceyrə
immunitetini gücləndirir, L1 və L2 zülallar humoral
immuniteti, yəni hemaqlütininlərin, hemolizinin və
neytrallaşdırma faktorlarının (komplementi
birləşdirən) sintezini aktivləşdirir. Virusun çoxalması
hüceyrəni zədələyir. xüsusilə embrion mənşəli
hüceyrələrdə xroniki infeksiya törədir. Xarici mühitdə
davamsızdır. Quruma, UBS, formalin və başqa
dezinfeksiaedicilər onu tez neytrallaşdırır.
Epidemiologiasi.
 Məxmərəyin mənbəyi xəstə şəxslərdir. İnkubasion dövrün son günlərindən
səpginin 2-ci həftəsinə qədər və daha uzun müddət ərzində xəstə yoluxucu olur.
Xəstəliyin subkliniki formasına yoluxmuş şəxslər və anadangəlm ə m əxm ərəyi
olan uşaqlar daha çox təhlükəlidir. Anadangəlmə məxmərəkdə yoluxuculuq 1,5
ildən çox çəkə bilər.
 Xəstəlik epidemik alovlanmalar şəklində hər 7-12 ildən bir təkrar olunur.
Epidemiaarası dövrdə sporadik xəstələnmə aprel-may ayları artır. Epidemiya
zamanı uşaqlarla yanaşı yaşlılar da xəstələnir. Yoluxma hava-damcı yolu il ə baş
verir. Reproduktiv dövrdə qadınların 20%-a qədəri məxmərəyə həssas olur. Ana
bətnində uşaqların yoluxmasına görə xəstəlik hamilə qadınlar üçün xüsusil ə
təhlükəlidir.
 Xəstəlik uzunmüddətli immunitet verir.
Patogenezi və patoloji anatomiası.
Təbii şəraitdə virus orqanizmə tənəffüs yollarından keçir. Bundan sonra virusemiya baş
verir va hematogen olaraq bütün daxili orqanlara, dəriyə və limfa düyünl ərin ə yayılan
virus onları dəyişikliklərə uğradır.
 Embrionotropluğa görə virus dölü zədələyir, onun inkişafını pozur. Dölün yoluxması
hamiləliyin 8-ci həftəsinə qədər – 54%, 9-12-ci həftələr -34%, 13-14-cü həftələr 10-20%,
II trimestrin axırı və sonralar – 12% təşkil edir. Xüsusilə hamiləliyin 3-4-cü h əft əl əri
yoluxma təhlükəsi xeyli artır və 60% hallarda dölün anadangəlm ə eyb əcərlikləri
meydana çıxır. 9-12- ci həftələr bu 15%, 13-16-cı həftələr 7% olur. Ana bətnində
yoluxma özbaşına düşük (I trimestrdə QBM-lə xəstələnənlərin 1/3-də), ölüdoğma,
ancaq plasentanın zədələnməsi, dölün və plasentanın birgə zədələnməsi (rubeolyar
embriofetopatiya), uşağın sağlam ya subkliniki forma ilə doğulmasını ver ə bil ər.
 Virus mitoz prosesi pozur, xromosomlarda dəyişiklik əmələ gətirir və beləliklə
uşağın əqli və fiziki inkişafını ləngidir, mikrosefaliya v ə müxt əlif qüsurlar tör ədir.
O xorionun epitelini, plasenta qan damarlarının endotelini və dölün endokardını
zədələyir.
 Müxtəlif orqanlarda diffuz angiopatiya, damar endotelinin proliferasiası v ə
perivaskulyar infiltratlar, sitoplazmada törəmələr əmələ gəlir, nüvə piknoza və ya
karioreksisə uğrayır, hüceyrə nekrozlaşır. MSS hüceyrələrində perivaskulyar
demielinləşmə və astrofit qlioz baş verir. Perivenoz leykoensefalit – böyük
yarımkürələrin ağ maddəsinin iltihabı da xarakterdir Makroskopik olaraq baş
beyinin ödemləşməsi, damarların genişlənməsi və qansızma ocaqları mü əyyən
edilir.
 Virusemiadan 1-2 həftə sonra qanda anticisim yaranır və getdikcə onların titri
artır. Neytrallaşdırma anticisimləri xəstəlikdən sonra bütün ömür boyu qalır,
komplement birləşdirən anticisim isə tədricən azalır. İmmunitet ömürlükdür.
Anadangəlmə QBM-yə tutulmuş uşaqların qanında anticisimlərin olmasına
baxmayaraq virus uzun müddət, 18 aya qədər bədəni tərk etmir və bu dövr
ərzində xəstəlik sağlam şəxslərə keçə bilir.
Klinikası.
 İnkubasion dövr 11-24 gün çəkir. Əksər hallarda xəstənin ǝhvalı
az pozulduğundan məxmərəyin ilk əlaməti ekzantema olur. Bəzən
1-2 gün davam edən prodromal dövrdə az qızdırma, zəif zökəm
və öskürək qeyd edilir. Səpgidən 2-3 gün əvvəl əmələ gələn və
ondan bir neçə gün sonra da davam edən limfadenopatiya –
boyunun yan tərəflərində, ənsədə və qoltuq altındakı limfa
vəzilərinin böyüməsi xəstəliyin erkən əlamətlərinə aiddir. Limfa
düyünləri iri, noxud boyda, bərk və ağrılı olur. Xəstələr
halsızlıqdan, əzələ və oynaq ağrılarından şikayətlənir.
Temperatur subfebril olur, ya da 1-3 gün ərzində 38-39°S-ə
yüksəlir.
 Obyektiv müainədə yuxarı tənəffüs yollarının zəif iltihabı,
damağın və konyunktivaların bir qədər qızarması, sklera
damarlarının genişlənmə qeyd edilir.
 Ekzantema xəstəliyin 1-3-cü günləri əmələ gəlir, əvvəlcə üzdə, boyunda görünür
və bir neçə saat ərzində bütün bədənə yayılır. Ən çox ətrafların açıcı s əthində,
sağrılarda, kürəkdə yerləşir, bəzən dəridən hündürə qalxır, bir-birilə birləşmir.
Səpgi sancaq başı ya mərci boyda olur. 2-3 gün elementlər piqmentləşm ə v ə
qabıqlanma vermədən itir.
 25-30% hallarda QBM səpgisiz gedir. Belə xəstələri az qızdırma və
limfadenit əlamətlərinə görə müəyyən etmək olur. Simptomsuz
formanın əsas təzahürlərinə virusemiya və qanda xüsusi anticisimlərin
tapılması aiddir. Başlanğıc dövr üçün periferik qanda az leykositoz və
neytrofiloz, sǝpmədən sonra – leykopeniya və limfositoz xarakter hesab
edilir, çoxlu plazmatik hüceyrələr əmələ gəlir.
 Yaşlılarda QBM ağır keçir, temperatur 39°S-ə çatır, bərk baş ağrısı,
əzələ ağrıları, burunun selikli qişasında və konyunktivalarda kəskin
iltihab nəzərə çarpır, ənsə və qulaqarxası limfa vəziləri xeyli böyüyür.
Anadangəlmə məxmərək

 Ana bətnində yoluxmuş uşaqlarda QBM-nin subkliniki forması


inkişaf edə bilər. Zahirən sağlam görünən belə uşağın qanından
virus vǝ spesifik IgM tapılır. Bir neçə aydan sonra onlarda
xarakterik səpgi, diareya, interstisial pnevmoniya,
hipoqammaqlobulinemiya, kəskin ensafilit əlamətlərilə və çox vaxt
ölümlə qurtaran xəstələnmə baş verir. Bəzən eşitmənin zəifləməsi,
ümumi psixiki və fiziki qüsurlar, hərəki pozğunluqlar, ş əkərli
diabet kimi təzahürlər uşağın 7 yaşından sonra görünür.
Anadangəlmə məxmərək
 Rubeolyar embriopatiya hamiləliyin I trimestrində yoluxma ilə əlaqədar olur.
Anadangəlmə inkişaf qüsurlarının (AİQ) sayı və spesifikliyi yoluxmanın
vaxtından asılıdır: ilk 4 həftədə - 90-100%, 4-6-c1-50%, 8-12-ci həftələr-10-15%.
Çox vaxt gözlər, sümüklər, ürək, eşitmə orqan, MSS və s. Zədələnir. Bəzən çoxlu
anadangəlmə inkişaf qüsurları, mas., Qreq sindromu baş verir. Ağciy ər
arterialarını stenozu, açıq arteriya axını, aortanın qüsurları, mədəcikarası
defekt, mikrooftalmiya, katarakta, retinopatialar va s. təsadüf olunur.
 Rubeolyar fetopatialar II-III trimestrdə inkişaf edir. Bu özünü dölün
hipotrofiasi, trombositopenik purpura, qaraciǝrin, ağ ciyərin, beynin,
sümüklərin zədələnməsilə göstərir. Baş beyində və gözlərdə angiomatoz
v produktiv-nekrotik proseslər, sistlər və kalsinatlar əmələ gəlir. İri
hüceyrəli hepatit, qaraciǝrdə nekroz ocaqları, xolestaz va interstisial
fibroz tapılır. Rubeolyar fetopatianın embripopatiya ilə birlikdə
inkişafı proqnozu xeyli ağırlaşdırır.
 Hamilələrin məxmərəyi yaşlıların xəstəliyi kimi olur. Onlarda qorxulu
ağırlaşmalardan ensefalit və trombositopeniya rast gəlir. Mayalanmaya
qədər ananın QBM-yə yoluxması döl üçün təhlükə təşkil etmir.
Hamiləliyin 8 həftəsi ərzində bu xəstəliyi keçirmiş anaların 20%-ində
spontan abort baş verir. Lakin daha gec dövrlərdə dölün ölməsini təkcə
məxmərəklə əlaqələndirmək olmaz.
Ağırlaşmaları

 Məxmərəyin tez-tez rast gələn ağırlaşması artritdir. O uşaqlara nisbətən


böyüklərə, xüsusilə kişilərə daha çox əziyyət verir. Oynaqlarda şişkinlik, ağrı
səpgidən 1-2 gün sonra yaranır və 5-10 gün çəkir. Dölün zədələnmə təhlükəsinə
görə ilk on iki həftə ərzində xəstələnənlərin hamiləliyi pozulmalıdır.
 Nadir ağırlaşmalardan biri trombositopeniya purpurasıdır. O d ərid ə petexiya və
hemorragialar, diş ətindən qanaxma, hematuriya verir. Ən qorxulu ağırlaşma
olan məxmərək ensefaliti səpginin ardınca, ya da ekzantema dövrü baş
ağrısının güclənməsi, ümumi əhvalın pisləşməsi, sonra isə qıcolmalar, koma
vəziyyəti və hemiparezlə təzahür edir.
Diaqnozu.
 Epidemialar zamanı və xəstəliyin tipik formalarında kliniki əlam ətl ər ə gör ə
diaqnoz asan müəyyən edilir. QBM-in laborator diaqnozu radial hemoliz RH,
ITA va lateksaqlütinasiya reaksialarının köməilə virusa qarşı anticisiml ərin
tapılması ilə dəqiqləşdrilir. Anticisim titrinin 10-15 min BV/1-d ən az olması
məxmərəyə qarşı immuneteti müəyyən edir. Anticisim titrinin artmasını HARL
dəqiq göstərir.Hamilələrdə QBM-i titrin 4 dəfədən çox olması təsdiq edir. Qanda
virusa qarşı anticisimlər xəstəliyin 4-7-ci, bəzən 10-cu günlərindən çoxalmağa
bşalayır. Odur ki, ilk 10 gün zərdab bir neçə dəfə yoxlanmalıdır. Lakin 1-ci
müainənin yüksək titri də yaxın vaxtlarda baş vermiş xəstələnm ənin göstəricisi
olmaya bilər.
ITA-da virusa qarşı spesifik IgM xəstəliyin 5-7-ci günləri böyük əhəmiyy ət ə malikdir.
HARL yaxşıdır. Müainələrin göstəricilərini qiymətləndirərkən xəstə ilə təmasın
müddətini, peyvəndi və əvvəlki müayinələrin nəticələrini nəzərə almaq lazımdır.
İnkubasion dövrdə, yəni təmasın 14-21-ci günlərində anticisim tapılması qadının
QBM-yə qarşı immunitetini göstərir və yenidən yoluxma imkanını istisna edir. QBM-
li xəstə ilə, ya buna şübhəli şəxslərlə bir yerdə olmuş seroneqativ hamilələr bir ay
ərzində həftədə bir dəfə yoxlanılmalıdır. Təmasdan 7-10 gün sonra qanda IgM-in
tapılması təzə yoluxmanı göstərir.
PZR-in köməyi ilə hamiləliyin 11-19-cu həftələri xorionun xovlarından və dölyanı
mayedən, 22-23 həftədən sonra fetal qandan və dölyanı mayedon QBM virusunu
tapmaq olar. Dölün perinatal yoluxması virusun, onun antigeninin v ə RNT-sinin
xorionun xovlarından və amniotik mayedən tapılmasına, kordosentez yolu il ə
dölün qanında xüsusi IgM-in artmasına görə müəyyən edilir.
Postnatal diaqnoz, yəni anadangəlmə məxmərək virusun ağız-udlaq seliyind ən və
sidikdən əldə olunmasına, yenidoğulmuşun hüceyrə sütununda və ya qanında IgM-
in artmasına və anticisim titrirnin müəyyən müddət ərzind ə azalmasına əsaslanır.
Diferensial diaqnozu.

 QBM-in atipik formalarını kiçik ləkəli ekzantema verən,


məs, adenovirus və enterovirus xəstəlikləri, qızılca,
infeksion mononukleoz, çəhrayı dəmrov, dərman
ekzanteması, infeksion ekzantema və s. Kimi xəstəliklərlə
diferensə etmək lazımdır.
Müalicəsi.

Ağırlaşmasız gedən xəstəliyin müalicəyə ehtiyacı olmur. Mǝxmərək


artritində xinqamin, ya delagil 5-7 gün ərzində 0,2 q gündə 2-3 dəfə,
dimedrol, butadion və simptomatik dərmanlar verilir. Hemorragik
sindromda prednizolon 7-10 gün, gündə 15-20 mq, P və C vitaminləri,
rutin, kalsium xlorid təyin edilir.
 Ensefalit zamanı komalı xəstələrə gündə 150-300 mq prednizolon, vena
daxilinə 20-40 ml 40%-li qlükoza, 10%-li qlükoza ilə 30% 0,5-1 q/kq
sidik cövhəri, əzələ daxilinə 25%-li 5-10 ml maqnezium sulfat yeridilir.
 Anadangəlmə məxmərəyin müalicəsi yoxdur. Hamiləliyin 12-ci həftəsinə
qədər yoluxanlar süni abort olunmalıdır. Sonrakı dövrlər dölün yoluxma
ehtimalı azaldığı üçün abort məsləhət görülmür.
 Süni aborta qarşı etiraz olarsa normal insan
immunoglobulini və ya virusa qarşı yüksək qatılıqlı
anticisimi olan immunoglobulin vurulur. Bu uşaqları
yoluxmasını azaltmaqla yanaşı xəstəliyin də yüngül
getməsinə kömək edə bilər. Seroloji diaqnoz tasdiq olan
kimi 3-4 gün fasilə ilə 2 dəfə, 1500mq dozada
immunoglobulin vurulur.
Proqnozu. Profilaktikası.
QBM-in proqnozu yaxşıdır. Lakin ensefalitlə ağırlaşmış xəstələrin yarısı
ölür. Anadangəlmə QBM-də bəzi inkişaf qüsurları, məsələn, karlıq, gec,
hətta bir ildən sonra da görünür.
QBM-in aktiv profilaktikası üçün MPR – morbilla, parotitis et rubeola
vaksinlərinin tərkibinə daxil olan RA 27/3 virusu götürülür. MPR-in birinci
iynəsi 15 aylıqda, II-6-7 yaşlarda vurulur. Effektliyi 85- 95%-dir.
Hamiləliyin II-III trimestrində viruslu xətə ilə təmasda olmuş qadınlara
passiv immunlaşdırma üçün spesifik immunoglobulin yeridilir. Lakin o,
səpgiyə qədər vurulduqda səmərə verir. 25ml immunoglobulin 5%-li 100ml
qlükoza ilə 3-5 dəfə venaya köçürülür. Immunoqlobulin anadangəlmə
QBM-in qarşısını ala bilmir. Doğuş başladıqda, hamilələr yoluxucu
olduqları üçün qospitalizə edilmir.
Reproduktiv yaşlı qadınlar, ailə planlaşdırma mərkəzinə müraciət edənlər
va abort keçirmiş qadınlar QBM-yə görə yoxlanılmalıdır. Qanında IgG
tapılmayan qadınlar peyvənd olunmalıdır. Əvvəllər peyvənd almışlarda
anticisimin səviyyəsi öyrənilməlidir.
 QBM vaksini diri viruslardan alındığı üçün hamilələri peyvənd etmək
olmaz. Vaksinin teratogen təsirinə görə peyvənddən 3 ay sonra
hamiləliyǝ icazə verilir. Xəstəliyin alovlanma dövrü 3-5 ml
immunoqlobulinin yeridilməsi epidemianın qarşısını ala bilər. 12-ci
həftəyə qədər məxmərəyə yoluxmuş qadınların hamiləliyini pozmaq
məsləhətdir. Xəstələr səpginin 5-ci gününə qədər təcrid olunmalıdır.
Onlar səpgiya 7 gün qalmışdan virusu yaymağa başlayırlar.
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR

You might also like