You are on page 1of 15

1.

Three main conceptions about the genesis of Azerbaijanis


and which of them you believe to be the true
Genesis of our people: there are three main theories related to
those problems
1) The ancient Azerbaijan has been the Turkic cultural center from the times primordial and the
ethnogeny of Azeri Turks has been occurring here. A part of this massif moved to the north,
northwest and, especially, to the eastern directions due to the variety of factors: natural cataclysms,
the appearance of the private property and antithesis(narazılıq,əkslik) among related tribes, etc.
Later on the part of the immigrated tribes came back to their original territories and their
consolidation with local tribes takes places, which is the ending phase in the formation of the
Azerbaijani People.
2) As if prior to XI century the current Azerbaijani People were nothing but 2 communities Iranian
speaking (to the south of the Araz/Araks river) and the Caucasian speaking (to the North of the
Araz river, contemporary Azerbaijan). The Oghuz tribes, who came in XI century, assimilated these
two communities and by the XIII century in both parts of Azerbaijan the Turkic language became
dominant.
3) Turks came to Azerbaijan from the Middle and Central Asia not in XI century but much earlier,
i.e. during the period from the III millennium BC.

2. Djevanshir's ways of protection of territorial integrity of


Albania
Incursions before this period had been sporadic and were for reconnaissance purposes. The Muslim
Arabian armies launched sustained attacks against Azerbaijan after the battle of Nuhavend in 643.
In this period the Caucasian Albanian ruler, Javanshir sent a messenger to the Byzantine Emperor,
Constanta II and asked him to take them under his patronage as a precaution against future attacks
by the Arabian army. The Emperor, who had dreamed of expansion, seized this opportunity.
However, the political situation within the country did not stabilise. Khazar tribes attacked Albania
from the north, plundered it and left it in ruins. The Byzantine Emperor gave no help in this
situation, leaving Javanshir to solve the problems by himself. Arabian invitation
Javanashir was frustrated with all these political games and his entrapment within the Byzantine,
Sassanid and Khazar triangle; he began to establish relations with the stronger Arabian Caliphate
for the long term. His people were also tired of the continuous battles and heavy taxes and
supported Javanshir’s policy. In taking this step, Javanshir also avoided further attack from the
Arabian armies. According to the sources Javanshir met twice with the Arabian caliph, Muaviya.
The first meeting was in 47/667 in Sham city and the second meeting took place in Damascus in
50/670. Caliph Muaviya met Javanshir in grand style and asked him to rule Atropatena as well.
Javanashir did not agree because of the weight of taxes and asked the caliph to reduce them. The
caliph implemented Javanshir’s request. Thus, Albania was adjoined to the Arabian caliphate but
retained independence in its internal affairs. A conclusion from this is that, in giving his consent to
Albanian independence, Caliph Muaviya recognised the great authority of Javanshir in the region.
This situation also reveals that Arabian political control had not yet been completely established
here, nor did Arabian armies have full dominion over Albania. This agreement was valid until
60/680, until, that is, Javanshir was assassinated

3.The point of views by Azerbaijan and Armenian scholars on


the historical territory of Albania. Formation of Albanian
ethnic community
There is every reason to believe that both in ancient period and early Middle Ages the territory of
Albania was located within one and the same bounds. In the north, the territory of Albania stretched
out to Derbent, to Sulak, in the south — to Arax, from Iberia in the west to the Caspian Sea in the
east. According to synchronous sources of the 7-8 centuries, for instance, Albanian author Movses
Kalankatuyskiy and Armenian historian Movses Khorenatsi, the southern border of Albania in the 1
century A.D. passed along the river of Arax. The Albanian historian points out that the borders of
Albania remained unaltered till 7-8 centuries.
According to the Armenian tradition, the territory of Azerbaijan in the ancient times and early
Middle Ages was located to the north of Kura. The region of Artsakh (today’s Karabakh), Utik and
Paitakaran — was considered to be Armenian. Following the year of 387, the territory joined
Albania, though both ethnically and culturally it was regarded as an eastern region of Great
Armenia.
Albanians despite ethnic diversity. Contributing to the formation of Albanian ethnic community
were factors as follows:
1. territorial and state unity which is traced in Albania within the bounds of the entire country from
the 3 century B.C. to 8 century A.D.
2. Albanian self — consciousness fixed in the self — name ethnonym Aluank
3.the unity of culture, including the religion and language.

4.Grigorinization and Armenization of Albanian


The main changes in the history of Garabagh start with the invasions by the Arabian caliphate and
in the result of this occupation the collapse of the State of Albania. Until the Arabian occupation,
the territory of Garabagh was of one ethnic origin, that is the Azerbaijan–Alban origin. However,
the tragic policy administered in Azerbaijan by the Arabian caliphate at that time, which led to the
provision of religious dominance of Armenians in the mountainous part of the region, gradually
showed up as well in the ethnic field: the process of Grigorianization, and later Armenianization of
the population of Arsakh – the historical region of the State of Albania started.
5.The role of Saljugs both for Azerbaijan and world history
Reasons for easy conquer of Azerbaijan by Seljugs

Lack of unity between the states


 Seljuqs were
considered as an ally in the struggle against the Christian military
bloc (Byzantine, Armenia and Georgia).
 Together with Shedaddids defeated Byzantian, Georgian and Armenian united
military forces/United Christian Block in 1048
 Seljuqs were assisted by the Oghuz Turkic tribes living in Azerba
Contributions to Azerbaijan’s development

Seljug period in Azerbaijan promoted


 The ethno-linguistic consolidation
 National formation processe
 Azerbaijani-Turkic language became main communication tool along with Arabic and
later Persian still remaining as official state languages

6.Xurremiler
Babəkin başçılığı altında Azərbaycanda Ərəb xilafətinə qarşı azadlıq hərəkatının
baş verməsi böyük əhəmiyyətə malik bir hadisə olmuşdur. Xürrəmilər bir
hərəkat kimi sosial bərabərlik, ədalətli cəmiyyət uğrunda mübarizə aparırdılar.
Onlar məzdəkilər kimi Allah nemətlərinin insanlar arasında bərabər bölünməsini
istəyirdilər. xürrəmilərin apardığı mübarizədə İslamın bəzi ehkamlarını ləğv
etmək istəmələri və ya rədd etmələri fikri kimi iddialar irəli sürülür. Əslində
babəkilər tərəfindən İslamın bəzi ehkamlarının ləğv edilməsinə müəyyən qədər
haqq qazandırmaq olar. Çünki uzun müddət ayrı-ayrı dini dünyagörüşlərə
xidmət edən xalqın nümayəndələrini birdən-birə İslamın bütün ehkamlarını
qəbul etməsi mümkün deyildi. Bu heç də Babəkin ateist olması fikrinə gətirib
çıxarmır.Bir qədər hadisələri qabaqlayaq. Belə ki, XIII əsrdə Azərbaycana
hücum etmiş monqollar nə üçün onların dini olan şamanizmi Azərbaycanda
rəsmi din elan etmədilər və ya edə bilmədilər? Çünki XIII əsrdə artıq
Azərbaycan altı əsrə yaxın idi ki, İslamı qəbul etmişdilər. Ona görədə monqollar
şamanizmi azərbaycanlılara qəbul etdirmədilər özləri İslamı qəbul etdilər. Elə
cə də xürrəmilərdə. Uzun əsrlər ayrı-ayrı dini əqidələrə xidmət edən xalq ərəb
xilafətinə qarşı mübarizədə qəbul etmədikləri ehkamları irəli sürür və xalqın
azadlıqsevər təbəqələrini bu ehkamlarını ləğv etmək uğrunda mübarizəyə
çağırırdılar. Xürrəmilər hərəkatının özəyində məzdəkilər dururdu. Cavidanın
dövründə mübarizəni başlayan xürrəmilər alovlu vətənpərvərlər kimi əsas
güclərini məhz 816-cı ildə Babəkin bu hərəkata rəhbərliyindən sonra
göstərməyə başldılar. Babəkin hərəkata rəhbərliyi hərəkatın genişlənməsində
mühüm rol oynadı. Güclü ordu yaradan Babək bir-birinin ardınca 819-cu il, 820-
21-ci illər, 825-26-cı illər əməliyyatlarında uğurlu qələbələr qazandı.Ən böyük
ilk qələbəsini 829-cu ildə Həştadsər döyüşündə qazandı. Ərəblərin Bəzzi tutmaq
cəhdi baş tutmadı. 830-cu il Həmədan döyüşündə babəkilər yenidən uğur
qazandı. 833-cü ildə II Həmədan döyüşündə Babək ilk dəfə uğursuzluğa düçar
oldu. Bu ərəb xilafətinə öz səhvini anlatdı. Bütün qüvvələr xürrəmilərə qarşı
yönəldildi. Qüvvələr nisbəti getdikcə xürrəmilərin əksinə, ərəblərin xeyrinə
gedirdi. 836-cı il II Həştadsər döyüşü Babəkin son böyük uğuru oldu. Afşin ərəb
qoşunlarına rəhbərliyə gələndən sonra Babək haqqında kəşfiyyat məlumatları
toplamağa, onun sərkərdələrini aradan qaldırmağa başladı. Üzücü müharibələr
artıq Babəkin tərəfdarı olan sadə xalq nümayəndələrinin ondan uzaqlaşmasına
gətirib çıxarırdı. 837-ci il avqustun 26-sı Babəkin Bəzz uğrunda döyüşü onun
son döyüşü oldu. Bəzz tutuldu. Ərəb xilafəti Bizansa qarşı mübarizədə
Babəkdən istifadə etmək cəhdləri baş tutmadı. Babək ən son anlara qədər
Vətənin azadlığını öz şəxsi maraqlarından üstün tutdu. Babəkin edamı ərəb
Xilafətinin ən böyük qələbəsi oldu. 20 illik ərəb Xilafətinə qarşı mübarizə
ərəblərin 225500 nəfər əsgər və çoxlu ərəb sərkərdəsi məhv edilmişdi. Babək
hərəkatı Abbası xilafətini kökündən sarsıtdı. Bu sarsıntı o qədər güclü oldu ki,
Xilafət bir daha özünün əvvəlki qüdrətini bərpa edəbilmədi. Məhz Babək
hərəkatı Azərbaycanda və digər Xilafət ərazilərində xilafət əleyhinə hərəkatlara
bir ideya mənbəyi və təkan oldu. Xürrəmilər və onun rəhbəri Babək
Azərbaycanın mübarizə tarixində şərəfli bir ad kimi daxil olmuşdu

7.The results of Mongol invasion for Azerbaijan. What did


Mongols give to and take from Azerbaijan?
Mongol invasions and conquests progressed throughout the 13th century, resulting in the vast
Mongol Empire, which, by 1300, covered much of Asia and Eastern Europe. The Mongol Empire
emerged in the course of the 13th century by a series of conquests and invasions throughout Central
and Western Asia, reaching Eastern Europe by the 1240s. The speed and extent of territorial
expansion parallels the Hunnic /Turkic conquests (the 6th-century Turkic Khaganate) of the
Migration period.
The Mongol invasion of the Middle East and Caucasus was a devastating event for Azerbaijan and
most of its neighbors. In 1231, the Mongols occupied most of Azerbaijan and killed the
Khorezmshah Jalaladdin, who had overthrown the Atabeg dynasty. In 1235 the Mongols destroyed
cities of Ganja, Shamkir, Tovuz, Shabran on their way to conquer Kievan Russia. By the 1236, all
of Transcaucasia was in the hands of Ogedei khan.
After the Mongol invasions in the 13th century, Azerbaijan became a part of the empire of Hulagu.

8.The relations of Aggoyunlu rulers with feudal aristocracy.


Problem of weakening the central power. The Aq-qoyunlu and
Land Reforms
Uzun Həsənin hakimiyyət başına gəldiyi illərdə şəhərlilər və kəndlilər üzərinə qoyulmuş vergi və
mükəlləfıyyətlər çox ağır idi. Burada toplanan müxtəlif vergilərin miqdarı getdikcə artırdı. Bu,
nəinki geniş xalq kütlələrinin vəziyyətini ağırlaşdırırdı, hətta ölkənin mədaxilinin azalmasına səbəb
olur, onun iqtisadi əsasını zəiflədirdi. Uzun Həsən mükəlləfiyyət və vergilərin miqdarını
müəyyənləşdirmək, zorakılığın qarşısını almaq, vergi toplayan məmurların xəyanətlərinə son
qoymaq məqsədiylə vergi işlərini nizama salan «Qanunnamə» tərtib etdirdi. Uzun Həsənin
«Qanunnamə»si kəndlilərdən, sənətkarlardan və tacirlərdən alınan vergiləri qaydaya salmağı
nəzərdə tutmuşdu. O, hətta bütün hərbi vergiləri ləvğ etməyə çalışmış, lakin mülki və hərbi
idarəçilərin etirazları ilə qarşılaşmışdı.[289]
Ağqoyunlu dövlətində dövlət (divan), sülalə (xass), xüsusi irs (mülk) və müsəlman ruhanilərin isə
vəqf torpaqları var idi. Hərbi-köçmə əyanlara iqta əvəzinə irsən keçən soyurqal torpaq paylanırdı.
Soyurqal sahiblərinin iqtaya nisbətən hüquqları daha geniş idi, onlar vergi toxunulmazlığı hüququna
malik idi. Kəndlilər 40-dan çox vergi verir və mükəlləfiyyət icra edirdilər. Malcəhət (məhsul
vergisi) Uzun Həsənin “Qanunnamə”sinə əsasən məhsulun 1/5 təşkil edirdi. Sudan istifadə
müqabilində bəhrə vergisi, maldarlardan çobanbəyi, sənətkar və tacirlərdən tamğa, bac vergisi,
əhalidən can vergisi alınırdı.

9.Gizilbash ideology and its links with other religious sects. Do


you see any infidelity signs in this ideology
XV əsrin ikinci yarısında yaranmış olan Qızılbaşlıq bütün İslam dünyasını, o cümlədən türk
dünyasını bürümüş sufiliyin əsasında yaranmışdır. Sufilik inkişaf etdikcə Qızılbaşlıq da, digər
təriqətlər kimi ondan bəhrələnmiş, daha da zənginləşmişdir. Qızılbaşlığın kökləri “Səfəviyyə”, o da
“Zahidiyyə” cəmiyyətlərinə gedib çıxır ki. Qızılbaşlıq türkdilli tayfaların içərisində yaranmış,
Mərkəzi Azərbaycanın Ərdəbil şəhərində olmuşdur. Qızılbaşlığın qurucuları millətcə türk olmuş,
türk dilində danışmış, türk dilini ərəbcə və farscadan üstün tutmuşlar. Bu dil o zaman Azərbaycan,
İran, İraq və şərqi Anadoluda yaşayan türkdilli tayfaların əski türkcəsi, indiki Azərbaycan
türkcəsinə daha yaxın türk dili idi. Qızılbaşlar şiə məzhəbinə mənsubdurlar. Qızılbaşlarda imam
Əliyə sitayiş, on iki imama pərəstiş təriqətin əsasını təşkil edir. XV əsrin sonları və XVI əsrin lap
əvvəllərində türkdilli tayfalar arasındakı çəkişmələrdən, ağır iqtisadi vəziyyətdən cana gəlmiş əhali
şeyx İsmayıla imam Mehdi kimi xalqın mənafeyi uğrunda mübarizə aparan xilaskar kimi baxaraq
sufi- şiəliyə dayanan Qızılbaşların arxasınca gedərək Qızılbaş dövlətini qurdular. İlk mərhələdə
Qızılbaşlar Azərbaycanı birləşdirdilər, sonra isə Qızılbaşlıq təriqətinə mənsub olan türkdilli
tayfaların yaşadığı İran, İraq, Ermənistan və şərqi Anadolunu da əhatə edən böyük bir dövlət
qurdular. Amma Osmanlı imperiyası və Orta Asiyanın Şeybanilər dövləti dini düşmənçilik
zəminində Qızılbaş dövləti üzərinə ardı-arası kəsilməyən hücumlar edir, Qızılbaşlara
müharibələrdən baş açmağa aman vermirdilər. XVI əsrin sonunda Azərbaycan Osmanlı
imperiyasının tərkibinə daxil edildi və bununla da Qızılbaş dövlətində aparıcı mövqeyini və rolunu
itirdi. Şah Abbasın vaxtında isə, Qızılbaşların mövqeyi dövlətdə getdikcə zəiflədi. İran ünsürünün
rolu isə tədricən artdı. 1736-cı ildə Nadir şahın hakimiyyətə gəlməsi ilə Səfəvilər sülaləsinin
hakimiyyətinə son qoyuldu. Qızılbaşlar öz dövlətçiliyini itirsələr də, qızılbaşlıq tarixdən silinmədi.
Günümüzdə də qızılbaşlıq Türkiyədə, Bolqarıstanda və İran Azərbaycanında mövcudluğunu davam
etdirir.
10.Due to which factors Nadir Shah can be considered as an
influential political figure?
A.Bakıxanovun yazdığına görə, Nadirqulu xanın sərkərdəlik istedadı Gəncənin mühasirəsi zamanı
özünü daha parlaq bir tərzdə göstərmişdi. O zaman Gəncədə osmanlıların qarnizonu otururdu.
Mühasirə tamam daralsa da, qarnizon Abdulla paşadan kömək gələcəyi ümidi ilə təslim olmurdu.
Abdulla paşa Qarsda idi və özünün vədləri ilə mühasirədəkilərə verirdi. Nadir qoşunların bir
hissəsini Gəncə qapısında qoyaraq, 15 minlik döyüşçü götürüb, Dağıstan yolunu bağlayır və Qars
üzərinə hücuma keçir. Abdulla paşa öz sərkərdəlik məharəti ilə ad çıxarmış Nadirlə döyüşə
girməkdən boyun qaçırır və qalaya girib, uzunmüddətli mühasirəyə hazırlaşır. Hadisələri
sürətləndirmək məqsədi ilə Nadir belə bir fənd işlədir: gecənin birində mühasirəni götürüb tələsik
geri çəkilir. Aldanmış Abdulla paşa 100 minlik qoşunu ilə qaladan çıxaraq, Nadiri İrəvana qədər
təqib edir. Üçmüədzinin cənub-qərbində qəflətən qoşunu geriyə döndərən Nadir osmanlılarla ölüm-
dirim savaşına girir. Qəfləti döyüş osmanlı qoşununda vahimə yaradır və Nadirqulu xan bu dəfə də
tam qələbə qazanır. Bundan sonra İrəvan qalası və Tiflis qalasındakı osmanlı qarnizonları ona
döyüşsüz təslim olurlar. 1735-ci ilin sonlarına doğru Qafqaz osmanlı ordularından tamamilə
təmizlənir ki, bunu da Nadir şahın böyük qələbəsi hesab etmək olar. Burada yerli əhalinin osmanlı
türkləri ilə mübarizədə Nadirqulu xana göstərdiyi yardım da qeyd olunmalıdır. O da qeyd
edilməlidir ki, sonradan həmin əhali Nadirin özünə qarşı çıxmışdır. Və həmin mübarizədə gələcək
müstəqil Azərbaycan xanlıqlarının əsası qoyulmuşdu. Nadirqulu şahın tabeçiliyindən ilk çıxan belə
müstəqil xanlıq Şəki xanlığı olmuşdu. 1735-ci ildə bağlanmış Gəncə müqaviləsinə görə, Rusiya
hələ I Pyotrun tutduğu Bakı və Dərbənd şəhərlərini bu şərtlə güzəştə getmişdi ki, Nadir Osmanlı ilə
mübarizəsini dayandırmayacaq və onunla separat sülhə girməyəcəkdi. Lakin Nadirqulu xan bu
şərtləri pozur və 1736-cı ildə Osmanlı İmperiyası ilə sülh sazişi imzalayır. Sazişə görə, Türkiyə
1722-ci ilə qədər Səfəvilər dövlətinə məxsus olmuş bütün torpaqları Nadirə qaytarır. Yalnız həmişə
sünni Türkiyəyə meyli ilə seçilmiş Dağıstan xalqları itaət göstərmirlər. Nadir əz qoşunlarını
Dağıstana yeridir, böyük əziyyətlə Qazıqumuğa qədər gedir və geri qayıdır. Yeni əldə olunmuş
Azərbaycan vilayətlərinin hökmranlığı Nadirin qardaşı İbrahim xana tapşırılır.
Uzun illər ərzində ilk dəfə olaraq Azərbaycanın geniş hüdudları inzibati qaydada bir şəxsin
idarəsinə verilir. Artıq Səfəvilər dövlətinin sərhədləri demək olar ki, tamamilə bərpa edilir və
qarşıda onun dağılmış təsərrüfatını dirçəltmək vəzifəsi durur.

11.From the first part of 18th century Azerbaijan again


became the area of contest – Safavids, Russia, Ottoman
Empire, Afghans. The aims, successes and failures. Outcome
for Azerbaijan
Tariximizin bütün qanlı səhifələri Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsinə gətirib
çıxarmış Gülüstan və Türkmənçay müqavilələrindən başlayır. Çar Rusiyasının Azərbaycana qarşı
ekspansionist siyasəti rəsmən 1804-1813-cü illər rus-İran müharibəsi ilə başlayır. 1805-ci ildə
Azərbaycanın Qarabağ və Şəki xanlıqları ilə Rusiya arasında Kürəkçay müqaviləsi imzalanır.
Müqaviləyə görə, bu xanlıqlar Rusiyaya ilhaq edilir və müstəqil xarici siyasət yürütməkdən
məhrum olur. 1805-ci ilin axırlarına doğru Bakı və Şirvan xanlıqları da işğal edilir. Talış
xanlığının işğalı ilə Rusiyanın Şimali Azərbaycanı tamamilə özünə ilhaq etməsi prosesi başa çatır.
Bu mərhələ başa çatdıqdan sonra İranın Rusiya ilə müqavilə bağlaması reallaşır və sülh
danışıqları başlayır. 1813-cü il oktyabrın 16-da Gülüstan kəndində, rus ordugahında məşhur
Gülüstan müqaviləsi imzalanır. Bu müqavilə Çar Rusiyasının Azərbaycanı işğal etdiyini rəsmən
təsdiqləyir. Müqaviləyə əsasən, Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba və Talış xanlıqlarının
əraziləri, Şərqi Gürcüstan və Dağıstan da Rusiyaya ilhaq edilir. Xəzər dənizində donanma
saxlamaq hüququ yalnız Rusiyaya verilir.
1826-cı ildə Qacarın qoşunlarının Rusiyanın nəzarətində olan Azərbaycan torpaqlarına daxil
olması ilə Rusiya-İran müharibəsi yenidən başlayır. Döyüşlərdə Qacarın qoşunları ağır
məğlubiyyətə düçar olur. 1826-cı ilin axırlarında Şəki və Lənkəran xanlıqları da ləğv olunur, 1827-
ci ildə Rusiya Azərbaycanın ərazilərini işğal edə-edə Təbrizə girir və şəhər rusların əlinə keçir.
1828-ci ilin yanvar-fevral aylarında ruslar Urmiya və Ərdəbilə girirlər.
Rusiya Dərbəndi özünə birləşdirdi, Borçalını Gürcüstana, İrəvanı, Zəngəzuru, Göyçəni və
Dərələyəzi ermənilərə verdi. Nəticədə Azərbaycan torpaqları hesabına sonralar Ermənistan dövləti
yaradıldı.
1828-ci il fevralın 10-da İngiltərənin səfiri MakDonaldın vasitəçiliyi ilə Təbriz yolunun
üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı.
Bununla da Azərbaycanın işğalı başa çatdı.
Rus-İran müharibəsində həlledici sonluq olan Türkmənçay müqaviləsi Azərbaycanı param-
parça etdi. Müqaviləyə əsasən, Araz çayı sərhəd olmaqla Azərbaycanın ərazisi şimal və cənub
hissələrinə bölündü. Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlığı, Şərqi Gürcüstan v ə
Dağıstan Rusiyaya təslim edildi.
Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsinin ağır şərtləri daha tez
reallaşdı. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları "erməni vilayətləri" elan
edildi. Halbuki qədim İrəvan torpaqları lap qədimdən türk-müsəlman yurdu olmuş, düşmən
qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan
azərbaycanlılar çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər. Lakin ermənilərin
xəyanəti üzündən İran həmin müharibədə məğlub olmuşdu.
Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri
Türkmənçayın övladları adlandırırdılar, çünrki Türkmənçay müqaviləsindən əvvəl ermənilər
vətənsiz olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, "ermənilər 1917-ci ilədək
Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox
idi".

12.Hurifizm
Hürufiliyə görə Kainat əbədidir və müxtəlif dövrlərdə peyğəmbərlər dinləri yaymışlar. Hürufilər
Adəmdən, Musadan və Məhəmməddən sonra Allahın qüvvəsinin təzahürü kimi Fəzlullahı hesab
edirdilər. Allahın zahiri görünüşü solmazdır və o insanda, yaradılmışların ən yaxşısında bəyandır
(zühur kibriyyə), insan ilahinin surətidir və həqiqətin açarıdır. Allah hər bir zərrəcikdə mövcuddur.
O, həmçinin sözlərdə, sevginin və gözəlliyin əsası olan ərəb əlifbasının 28 və fars əlifbasının 32
hərfində təcəssüm edir. 7 rəqəmi insan sifətinin əsas hissələrinə, Fatihə surəsinin ayələrinə və
inamın əsas şərtlərinə müvafiq olan əsas rəqəmdir.
Hərflərin texniki tərəfləri ilə bağlı görüşləri inkişaf etdirməklə hürufiliyi bir fəlsəfi-dini sistem
olaraq quran şəxs mənşəcə Azərbaycan türklərindən olan Şəhabəddin Fəzlullah Astrabadi
Nəimidir (1339-40/1394). Fəzlullah çox gənc yaşlarında ilahiyyat ilə maraqlanmağa başlamış, on
səkkiz yaşında olarkən təsəvvüfə yönələrək həccə getmişdir. Qayıdanda Xarəzmə gəlmiş və bir
müddət burada qaldıqdan sonra Təbrizə getmişdir. Burada ətrafına topladığı insanlarla etdiyi dini
söhbətlər sayəsində böyük ehtiram qazanmışdır. 1386-cı ildə öz təlimini Təbrizdə elan etmiş, daha
sonra İsfahanda bu fikri sistemi yaymağa başlamışdır. Uzun müddət bir
mağarada inzivaya çəkildikdən sonra Fəzlullah özünün Mehdi olduğunu iddia etmişdir. Ətrafındakı
yeddi inanilmis xəlifəsi və daha sonra çoxsaylı tələbəsi ilə yeni inancın təbliğinə başlamışdır. Qısa
müddətdə müxtəlf ictimai təbəqələrdən olan insanlar bu yeni axının ətrafında toplanmağa başlayır.
Yeni sistemin yayılması hakim çevrələrdə narahatlıq yaradır. Əmir Teymurun oğlu Miranşahın əmri
ilə Fəzlullah həbs edilmiş, 1394-cü ildə Naxçıvanda Əlincə qalasında edam edilmişdir.
1467-ci ildə isə Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqiyə qarşı Fəzlullahın qızının rəhbərliyi ilə
başlayan bir qiyam amansızlıqla yatırılmış və üsyanın rəhbəri beş yüz yaxın tərəfdarı ilə birgə edam
edilmişdir. Bu hadisələrə görə hürufiliyə bağli insanlar dağılsalar da onlar öz inanclarını
itirməmişdilər.

13.Xanliqlarin birlesmesi
XVIII əsrin II yarısı Azərbaycan tarixində İran hökmranlığına son qoyulması,
xarici müdaxiləçilərə qarşı mübarizənin kəskinləşməsi və xanlıqlar adlanan
müstəqil Azərbaycan dövlətlərinin meydana gəlməsi ilə xarakterizə olunur.İran
əsarətindən xilas olmuş , Azərbaycan xanlıqlarının yaranması təsadüfü olmayıb,
Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəsində qanunauyğun hal
idi.Azərbaycan torpaqlarının vahid dovlətdə birləşməməsi ölkənin mədəni,
iqtisadi və siyasi inkişafına mane olurdu. Belə bir vəziyyət Azərbaycan ərazisinə
göz tikmiş müxtəlif xarici qüvvələrin müdaxiləsinin artmasına şərait yaradır və
xanlıqların mövqeyini zəiflədərək onların xarici siyasət xəttinə zərbə vururdu.Bu
dövrdə Qərbi Avropa dövlətləri və Rusiya yeni -yeni müstəmləkələr əldə etmək
uğrunda mübarizəni daha da gücləndirmişdi. Zaman keçdikcə dünyanın
bölüşdürülməsi uğrunda mübarizə daha da şiddətlənirdi.Belə bir şəraitdə".....
zəif inkişaf etmiş ölkələr, xüsusi ilə hədsiz təbii sərvətə və böyük strateji coğrafi
mövqeyə malik Azərbaycan rəqabət edən dövlətlər arasında başlıca
obyektlərdən biri idi"
XVIII əsrin ortalarında Azərbaycan ərazisində yaranmış xanlıqlar öz
müstəqilliklərini qoruyub saxlamaq,qonşu dövlətlərlə qarşılıqlı münasibətlərini
tənzim etmək üçün özünəməxsus xarici siyasət yeritmişdilər və bəzi
xanlıqlarında ittifaq yaratmasının səbəbi bu idi.
14.What kind of positive and negative features
in the activity of Northern Azerbaijan Khanates
can be outlined?

Quzey Azərbaycan xanlıqlarının yaranması barədə Abbasqulu Ağa Bakıxanov


yazırdı: "Indi də Nadir şahın ölümündən sonra Dağıstan və Şirvanın nə halda
olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra İran qoşunu bu
ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmət sahibi baş qaldıraraq,
istiqlaliyyətdən dəm vurub başqasına tabe olmurdu. Quba və Salyan hakimi
Hüseynəli xan Sultan Əhməd xan oğlu Xudat qalasını köçürüb, indiki Quba
şəhərinin Qudyal adlı yerində tikdirməyə başladı. İğtişaş zamanı da bu ölkənin
öz-başına qalan bir çox mahallarını itaətə məcbur etdi. Dərbəndlilər İmamqulu
xanın oğlu Məhəmmədhəsən bay Qorçunu xanlığa seçdilər. Nadir şahın yaxın
əmirlərindən sayılan bakılı Mirzə Məhəmməd xan Dərgah xan oğlu Bakı ölkəsini
müstəqil olaraq ixtiyarına keçirdi. Şamaxı əhalisi sursat təhvildarı olan Hacı
Məhəmmədəli Sufi Nobi oğlu Zərnəvaini hökumətə keçirdi. Xançobanı
tayfasından olan Əsgər bəy Sərkarın oğulları Şirvan elatı arasında hakimiyyət
bayrağı qaldırdılar. Nuxalu Насı Çələbi Qurban oğlu istiqlaliyyət bayrağı
qaldıraraq Şəki, Ərəş və Qəbələ mahallarını özünə tabe etdi".
Beləliklə, XVIII yüzilliyin 40-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında böyük dəyişiklik
baş verdi. İyirmiyədək müxtəlif xanlıq və onlardan asılı olan xırda inzibati-siyasi qurumlar yarandı.
Bununla olduqca mürəkkəb, ziddiyyətli və faciəli bir dönüş başlandı. Bu dönüş 1828-ci ilədək
sürdü.

15.The attempts of European states to draw


Gajar dynasty to their side during the first
Russian-Persia war.

Çar hökuməti Quba və Bakı xanlıqlarını ələ keçirdikdən sonra İranla sülh
bağlamağa can atırdı, belə ki, rus komandanlığı Türkiyə ilə müharibənin
yaxınlaşdığını qabaqcadan görür və buna görə də əl-qolunu azad etmək,
mümkün olarsa, hətta İranı Türkiyəyə qarşı müharibəyə sövq etmək istəyirdi.
İran hökuməti də güzəştlərə ümid bəsləyərək, sülh bağlamaq istəyirdi. 1806-cı
il sentyabrın ortalarında şah sarayı öz nümayəndəsini sülh bağlamaq təklifi ilə
rus qoşunlarının baş komandanı Qudoviçin yanına göndərdi. Çar hökuməti heç
nəyi İrana güzəşt etmək fikrində deyildi, əksinə o, İrandan Naxçıvan və İrəvan
xanlıqlarını tələb etgdi. Qudoviç 1806-cı il oktyabrın 4-də I Aleksandrdan
göstəriş aldı ki, "...yaranmış mövcud şəraitdə İranla hərbi əməliyyatların
dayandırılması ən mühüm məsələdir". Çar hökuməti hətta müvəqqəti barışığın
imzalanmasına razı idi. Lakin danışıqlar uzandı. İngiltərə və Fransa bu işdə az
rol oynamırdı. İngiltərə və Fransanın başlıca mənafelərini başqa beynəlxalq
məsələlərə daha çox məşğul etsə də,Onlar Cənubi Qafqazı bir anlığa da gözdən
qoymur, İngiltərə açıq-aşkar, Fransa isə gizlicə İranı müdafiə edir və Türkiyəni
Rusiya ilə müharibəyə təhrik edirdilər. Austerlitsdən sonra İran və Türkjiyə də
Napoleon diplomatiyası daha da fəallaşdı. Napoleon 1806-cı ildə öz
nümayəndəsi general Romyeni İrana göndərdi. İranın Fransa ilə danışıqları
İngiltərəni təşvişə saldı. Bağdaddakı ingilis səfiri Xarford Cons şah nazirinə
müraciət edib ona təminat verdi ki, İngiltərə 1801-ci il müqaviləsinin şərtlərinə
sadiq qalacaqdır. General Romyenin qəfildən, müəmmalı şəkildə vəfatı üzündən
danışıqlar kəsildi. Lakin tezliklə digər fransız nümayəndəsi Jober İrana gəldi.
Onu şahın özü də qəbul etdi. Napoleon "rus qoşunlarını Zaqafqaziyadan
qovmaq üçün... fransız qoşunlarının İran sahillərinə çıxmasına icazə verməyi"
İrana təklif etdi. Fransa bütün vasitələrlə Türkiyəni də Rusiyaya qarşı
qaldırmağa çalışırdı. Dövlət kansleri A.R.Vorontsov bu barədə hələ 1803-cü ildə
general Sisianova məlumat verirdi. Fransanın təsiri altıpnda Türkiyə Rusiyaya
qarşı birgə mübarizəsi üçün İranla hərbi ittifaq bağlamaq niyyətində idi. Türkiyə
məmuru Feyzi Mahmud Əfəndi 1805-ci ilin payızında bu məqsədlə Tehrana
gəldi. Napoleonun 1806-cı ildə İstanbula gəlmiş səfiri general Sebastian hədələr
və cəlbedici vədlərlə Türkiyəni bir sıra rus-türk sazişlərini, o cümlədən də də
təzəcə imzalanmış müttəfiqlik müqaviləsini təhrik yolu ilə pozmağa nail oldu.
1806-cı ilin sonunda Türkiyə Rusiyaya qarşı müharibəyə başladı. Türkiyənin
müharibəyə başlanması rus qoşunlarının Qafqazdakı vəziyyətini ağırlaşdırdı.
Rus ordusun un əsas qüvvələri Napoleon qoşunlarına qarşı mübarizəyə
yönəlmişdi və Qafqaza göndərilə bilməzdi. İndi Qafqaz hərbi əməliyyatlar
meydanında İranla yanaşı, Türkiyə ilə də müharibə aparmaq lazım idi . Rusiya
bunu qabaqcadan görür və buna görə də İranla sülh bağlamağa cəhd
göstərirdi. Lakin İranla danışıqlar müvəffəqiyyətlə nəticələnmədi. Rusiya-Türk
müharibəsinin başlanmasından sonra Qafqazdakı rus qoşunlarının komandanlığı
Tərtər çayında istehkam yaratmağı qərara aldı. Quba, Bakı və Dərbəndi təzəcə
ələ keçirmiş, Şəki və Car-Balakındə üsyanı yatırtmış qoşunlar oraya
göndərilmişdi. Baş komandan general Qudoviç rus ordusunun başında Gümrüyə
yönəldi. Burada rus və türk qoşunları arasında qanlı döyüş baş verdi. Mirzə
Adıgözəl bəy bu döyüş haqqında yazırdı: "Hər iki qoşun Arpa çayında qarşılaşdı
və bir-birinin qarşısında yerləşdilər. Bir qədər vaxtan sonra döyüş baş verdi.
Qaş qaralana yaxın osmanlılar məğlub edildilər. Ruslar osmanlılardan
qənimətlər və çoxlu top ələ keçirdilər". Elə həmin ildə İran qoşunlarının
Zaqafqaziyaya viran edici yürüşləri yenidən başladı. Napoleon 1807-ci ilin
əvvəllərində İran şahını Rusiya ilə mübarizəni gücləndirməyə çağırırdı. 1807-ci
il -də Napoleon iran şahına yazırdı ki, Rusiya üzərində qələbə "məni səninlə
yaxınlaşdırır", ona görə də Rusiya üzərinə hücum etməyi, Zaqafqaziyanı
tutmağı, "Xəzər dənizini ruslardan ötrü bağlamağı" məsləhət görürdü. O, "üç
dövlətin əbədi ittifaqını" (yəni Fransa, İran və Türkiyənin ittifaqını) yaratmağa
çağırırdı. Fətəli şah öz növbəsində Napoleonun yanına çox zəngin hədiyyələrlə
nümayəndə heyəti göndərdi və ittifaq bağlamağı təklif etdi. Napoleon Fətəli
şaha cavabında onu Rusiya əleyhinə mübarizəni gücləndirməyə çağırır və
Fransa, İran və Türkiyədən ibarət antirusiya blokunu yaratmağı təklif edirdi.
Şah hökuməti bu təklifi qəbul etdi. Fransanın yeni nümayəndə heyəti İrana
gəldi. 1807-ci il aprelin sonunda İranınm səlahiyyətli nümayəndəsi I
Napoleonun olduğu Şərqi Prussiyaya gəldi və danışıqlara başladı. I Napoleon
müqavilənin bağlanmasını gözləməyərək İrana göndərilmək üçün 50 top, 10
min tüfəng və 4 min piyada hazırlamaq əmrini verdi. 1807-ci il mjayın 4-də
Finkenşteyndə Fransa-İran müqaviləsi imzalandı. Bu müqaviləyə görə,
Zaqafqaziyanı tutmaq üçün İrana hərbi kömək göstərilməsi nəzərdə tutulurdu.
Tezliklə İrana general Qardanın başçılıq etdiyi fransız diplomatik nümayəndə
heyəti gəldi. Onun gəlişi ilə Finkenşteyn müqaviləsi tələm-tələsik təsdiq olundu.
1808-ci il yanvarın 21-də müqavilə bağlandı. Bu müqaviləyə görə, İran fransız
cəbbəxanasından 20 min tüfəng satın ala bilərdi. Rusiya və İran arasında
barışığın görünməkdə olan əlamətləri Fransa-İran müqaviləsinin bağlanması və
fransız diplomatik nümayəndə heyətinin İrana gəlməsi ilə yoxa çıxdı. "Fransa
hökumətinin fitnələri nəticəsində bizim bu diyardakı işlərimiz ümidlərimizin
əksinə hal almağa başlayır". Fransızların rəhbərliyi ilə İsfahanda top istehsalı
qaydaya salındı. Tehranda isə artilleriya parkı təşkil olundu. Fransızlar İran
ordusunu yenidən qurmağa başladılar. General Qardan eyni zamanda Iran və
Rusiya arasındakı danışıqlara hər vasitə ilə mane olurdu. Hələ 1807-ci ilin
yayında beynəlxalq vəziyyətdə dəyişikliklər baş verdi. Rusiya ilə Fransa
arasında Tilzit sazişi, habelə hücum və müdafiə ittifaqı haqqında gizli rus-
fransız müqaviləsi imzalandı. Tilzitdə Napoleon İran və Türkiyənin mənafelərinin
təmin olunmasını təkid etmədi. Tilzit müqaviləsinin ikinci gizli maddəsində qeyd
olunurdu ki, Fransa özünün Türkiyə və İran işlərindəki vasitəçiliyindən imtina
edir. Lakin sonrakı hadisələr göstərir ki, Fransa və Rusiya arasında Tilzitdə
bağlanılmış bu ittifaq məcburi ittifaq idi. Fransız mütəxəssisləri İranı Rusiya ilə
yeni silahlı toqqujşmalara hazırlamaqda davam edirdilər və şah sarayı da
Napoleonun köməyinə ümidini itirməyərək, Fransa ilə əlaqələri kəsmək
istəmirdi. Lakin yaranmış şərait şahı İngiltərə ilə yaxınlaşmağa sövq edirdi.
İngiltərə hökuməti şəraitdən dərhal istifadə etdi və İranda öz yerini hər vasitə
ilə möhkəmləndirmək qərarına gəldi. Lakin şah rüşvət və hədə-qorxulara
baxmayaraq, Malkolmu qəbul etmədi. Şah Gürcüstanı ona qaytarmağı vəd
etmiş Napoleonun qüvvəsinə hələ də inanırdı. Tezliklə Cekson başda olmaqla
ikinci diplomatik nümayəndə heyəti İrana gəldi . Cekson şahın Fransa ilə
əlaqələrini kəsməyinə nail oldu. O, şahı və şah sarayını satın almaq üçün böyük
vəsaitdən istifadə edirdi. 1809-cu ilin fevralında general Qardan Tehranı tərk
etməyə məcbur oldu. 1809-cu ildə İngiltərə İranla müqavilə imzaladı. Bu
müqaviləyə görə, İran İngiltərə ilə düşmənçilik edən bütün dövlətlərlə
münasibətlərini kəsməyi öhdəsinə götürdü. İngiltərə şaha Rusiya ilə müharibə
müddətində hər il 120-min funt-sterloinq məbləğində malıyyə yardımı
göstərməyi, silah, hərbi sursat və təlimatçılar verməyi vəd edirdi.

16.Rusiya-Iram muharibe sebebleri


Gürcüstanın, Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərəfindən işğalı İran və
Türkiyənin, habelə onların arxasında duran İngiltərə və Fransanın narahatlığına
səbəb oldu. XIX əsrin birinci yarısında yaşamış Azərbaycan tarixçisi
A.Bakıxanovun yazdığına görə, "İran rusların sürətli müvəffəqiyyətlərinə
dəhşətlə baxırdı. İran şahı 70 minlik qoşununu Zaqafqaziya sərhədlərində
cəmləşdirdi".Şah sarayı Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yazından –
İngiltərə ilə müqavilə bağladıqdan sonra hazırlaşırdı. Elə həmin ilin
sentyabrında Ənzəlidə sahil istehkamları quruldu. Fətəli şah Zaqafqaziyanı
tutmağa hazırlaşaraq, əvvəlcə Gürcüstan və Gəncə ilə həmsərhəd olan bütün
xanlıqların ərazilərini ələ keçirmək niyyətində idi. O, bu məqsədlə 1802-ci ilin
iyulunda 20 minlik qoşunu sərhədə göndərməyi qərara aldı. Fətəli şah Avropa
kralları və imperatorlarına məktubla müraciət edərək kömək almağa
çalışdı.Lakin İranın daxilində baş vermiş çaxnaşmalar və İngiltərə tərəfindən
real köməyin olmaması davakar əhvali-ruhiyyəli şah sarayına soyuducu təsir
göstərirdi. İngiltərə isə I Pavelin öldürülməsindən və xüsusən də Fransa
qoşunlarının Suriya və Misirdən getməsindən belə qənaətə gəldi ki, Hindistana
yürüş planı Napoleonun Şərq siyasətinin gündəliyindən çıxarılmışdır və şaha
köməyə ehtiyac qalmayıb. Ona görə də İngiltərə vəd verməkdən uzağa
getmirdi. Bununla belə o, İranı Rusiya ilə müharibəyə qızışdırırdı.İran sarayı
Rusiya ilə müharibəyə hazırlaşaraq Gürcüstanı Rusiyaya qarşı birgə çıxışa cəlb
etmək məqsədilə öz nümayəndələrini buraya göndərdi. Zaqafqaziyanın hər
yerinə şahın Gəncə və Gürcüstan üzərinə yerimək niyyətindən xəbər verən,
xanlardan itaət və kömək göstərilməsini tələb edən fərman göndərildi. O
yazırdı ki, taxt-tac varisi Abbas mirzənin 50 minlik ordusu Rusiyaya
birləşdirilmiş vilayətləri qoparıb almaq üçün Zaqafqaziyaya yeridiləcəkdir.
Kızılyaradək bütün ölkələri "kafir ruslardan" təmizləyəcəyinə lovğalıqla bəyan
etmiş şahın özü də başlıca qüvvələrlə birlikdə Abbas Mirzənin qoşunlarının
ardınca hərəkət etməyə hazırlaşırdı.1804-cü ilin mayında Fətəli şah başda
olmaqla İranın yuxarı feodal təbəqələri rus qoşunlarının Zaqafqaziyadan
çıxarılmasını tələb etdi. Tələb rədd olundu və 1804-cü il iyulun 10-da Rusiya ilə
İran arasında diplomatik əlaqələr kəsildi, 10 il davam etmiş Rusiya-İran
müharibəsi başlandı.

17.Emir Teymur ve qaydalari


Teymurun siyasi fəaliyyətinin başlanğıcı Çingiz xanın fəaliyyətinə bənzəyir: onlar şəxsən özləri
ardıcılları tərəfindən təşkil olunmuş dəstələrin başçıları idilər, hansılar ki, sonralar da onların hərbi
qüdrətində əsas təməl rolunu oynayıblar. Teymur Çingiz xan kimi şəxsən bütün hərbi qüvvə
təşkilatlarının təfərrüatları ilə maraqlanırdı, rəqib və onların torpaqları barədə ətraflı məlumatlar
toplayırdı, öz ordusunda yüksək olan şəxsi nüfuza malik idi və tamamilə öz silahdaşlarına
güvənirdi. Fərq Teymurun uğursuz şəkildə seçib vətəndaş idarəetməsinə qoyduğu insanlarda idi
(Səmərqənd, Herat, Şiraz və Təbriz şəhərlərində çoxlu sayda yüksək rütbəli məmur rüşvətxorluğa
görə cəzalandırılmışdı).
Teymur alimlər ilə söhbət etməyi xüsusən də tarixi əsərləri dinləməyi çox sevirdi. Teymurun
özünün tarixi bilikləri ilə orta əsrlər tarixçisi, filosofu və mütəfəkkiri olan İbn Xəldunu çox
təəccübləndirmişdir. Teymur tarixi və əfsanəvi qəhrəmanların cəsurluqlarından danışaraq öz
döyüşçülərini ruhlandırırdı.
Əmir Teymur tam hüquqlu hakim olanda başqa hakimlər kimi xan titulunu götürməyərək "Böyük
əmir" rütbəsiylə kifayətlənir. Ölkənin paytaxtı kimi Səmərqəndi seçəndən sonra ona ölkənin
sərhədlərində sakitliyi və daxilində səliqə-sahmanı bərqərarına 9 il lazım gəlir.
 Ölkənin müdafiəsi üstündə baş sındırarkən əmir Teymur özü üçün 3 qanun müəyyyən edərək
ömrünün sonunacan onlara sadiq qalır: öz ərazində müharibə eləməmək, müdafiəyə baş qoşmamaq
və düşmənin zərbəsindən əvvəl həmlə eləmək.
 Ordunun və ölkənin möhkəmlənməsində Teymur Çingizxanın təcrübəsindən istifadə edirdi. O vaxt
Çingizxan "Yasa" adlanan qanunlar toplusu elan eləmişdi ki, bu qanunlar xalqın bütün həyatını
müəyyən eləyirdi. Qadağalar şəklində elan olunmuş həyat tərzini təmin edən qaydalarda Əmir
Teymur bircə əsil-nəsil məsələsini çıxarmışdı. İndi bütün mükafatlar və rutbələr döyüş meydanında
qazanılırdı. Qoşunu xalqla birləşdirmək məqsədilə əmir Teymur monqolların buynuzlu bayraqlarını
qızılı aypara ilə əvəz edir.
Onun əsgərləri hər yeni şəhərdə sənətkarları soraqlayıb sağ-salamat Səmərqəndə gətirməyə borclu
idi. Əfsanəyə görə, Dəməşqi yandırmazdan əvvəl Teymur məşhur məscidin gümbəzinin layihəsini
çıxarmağı əmr edib ki, sonradan onu Səmərqənddə quraşdıra bilsin. İtirdiyi sevimli adamların da
xatirəsinə abidələr ucaldardı.
18.Sefevi-Osmanli 16 ci esrin evveli
1512-ci ildə taxta çıxan I Səlim Avropa dövlətləriylə sülh bağladı və bütün qüvvələrini
Azərbaycana qarşı səfərbər etdi.[201] Sultan Səlim Ədirnədə fövqaladə divan çağırdı. Bu divanda
sünni üləmaları Qızılbaşları kafir elan etdilər və onlarla müharibənin doğru olduğuna fətva verdilər.
[202] Daha sonra I Sultan Səlimin əmriylə Anadoluda 40 minə yaxın qızılbaş qılıncdan keçirildi.
1514-cü ildə Osmanlı ordusu I Səlimin rəhbərliyi ilə Səfəvilərin ərazilərinə daxil oldu. Lakin I Şah
İsmayıl Osmanlılara qarşı bir başa əməliyyata keçmədi və ordular uzun müddət qarşılaşmadı. 1514-
cü ildə Çaldıran düzündə Osmanlı ordusunu qarşıladı . Qızılbaşlar qətiyyətlə Osmanlıların
hücumunu dəf edirdilər lakin Osmanlıların topları və tüfəngləri işə salması döyüşün gedişini
dəyişdi. Şahın taktikası pozuldu və Osmanlılar qalib gəldilər. Döyüş nəticəsində Qızılbaşlar məğlub
oldular və Osmanlılar Təbrizi tutdular.[203] Ancaq əhalinin müqaviməti və Səfəvi ordusunun
toplanması sultanı 6 gün sonra Təbrizi tərk etməyə məcbur etdi. Sultan Şərqi Anadolunu ələ keçirdi
və İstanbula döndü. Elə bu vaxt Azərbaycana artilleriya gətirməli olan [Mənbə göstərin] Portuqaliya
İran körfəzinə hücum etdi və Səfəvilərin Hind okeanına çıxısını bağladı. Şah bəzi qızılbaşları
cənuba, portuqaliyalılara qarşı vuruşmağa, Qara xanı isə Diyarbəkiri almağa göndərdi. Amma Qara
xan 1516-cı ildə Qoçhisarda məğlub olaraq öldürüldü.
1524-cü ildə Şah I İsmayıl vəfat etdi və oğlu Təhmasib şah oldu. Şah I Təhmasibin hakimiyyəti
dövründə 1528-ci ildə özbəklər Xorasana hücum etdilər. Həmin il şah ordusuyla şərqə doğru
hərəkət etdi və özbəkləri Herat yaxınlığında darmadağın etdi. Şahın şərqə səfərindən istifadə edən
Luristan bəylərbəyi Zülfüqar xan üsyan qaldırdı və 1528-ci ildə Bağdadı aldı. Bununla əlaqədar şah
Bağdadı mühasirəyə aldı və həmin il Bağdadı üsyançılardan təmizləyib Məhəmməd xan Türkmanı
Bağdad bəylərbəyi təyin etdi. 1531-ci ildə Təbriz bəylərbəyi Üləma xan Təkəli xəyanət edərək öz
əsgərləri ilə Osmanlıya qaçdı. Daha sonra Üləma xan Sultan Süleymanı Azərbaycana yürüşə təhrik
etdi. Ordunun ön dəstəsini böyük vəzir İbrahim paşanın 90 min nəfərlik qoşunu təşkil edirdi. Üləma
bəy 10 min nəfərlə irəli çıxarılmışdı.
Üləma bəy, Osmanlı qoşunları ilə Təbrizə daxil oldu. Bir neçə gündən sonra İbrahim paşa şəhərin
yaxınlığında öz düşərgəsini saldı. Üləma Ərdəbilə, Osmanlı sərkərdəsi Xosrov paşa isə Əlincə
qalasını ələ keçirməyə göndərildi. Cənubi Azərbaycanın bir çox yerləri osmanlılar tərəfindən
tutuldu.

19.Shah Abbas
Şah Abbasın Qızılbaş əyanları ilə keçirdiyi ilk müşavirə göstərdi ki, ölkəni məhv olmaq
təhlükəsindən qurtarmaq üçün güclü ordu yaradılmalı, ölkədə sabitlik bərpa edilməlidir. Buna nail
olmaq üçün islahatlar keçirilməli, iqtisadiyyatın tərəqqisinə xüsusi diqqət verilməlidir. Hatəm bəy
Ordubadi ilə birlikdə islahatlar planı hazırlayan Şah I Abbas onları həyata keçirməyə başladı. Şah I
Abbas daxili problemləri həll etmək üçün vaxt qazanmaq məqsədilə osmanlılarla danışıqlara
başladı. 1590-cı ildə tərəflər arasında imzalanan İstanbul sülhünün şərtləri Səfəvilər üçün çox ağır
oldu: Azərbaycanın əksər torpaqları və Səfəvilərə məxsus Gürcüstan ərazisi Osmanlılara verildi.
1593-cü ildə ilk dəfə təntənəli şəkildə Ərdəbilə gələrək Qızılbaşların nəzarətində qalan Azərbaycan
vilayətləri – Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Talış, Qızılağac, Lənkəran, Qızılüzən və Kür
çayları arasında yerləşən geniş ərazi vahid Azərbaycan bəylərbəyiliyində birləşdirildi. Bu
bəylərbəyiliyə Zülfüqar xan və Fərhad xan Qaramanlı qardaşları növbə ilə başçılıq etdilər. 1595-ci
ilə qədər bəylərbəyiliyin qoşununun sayı 10 minə çatdırıldı və "Azərbaycan qoşunu" adlandı.
Beləliklə, Şah I Abbas Azərbaycanın bütövlüyünü, qızılbaşların himayəsindəki ərazidə onun
"vüqarlı adını qorudu, onun Səfəvilər dövlətinə mənsub olması fikrini sönməyə qoymadı".
Səfəvi dövlətini düşmüş olduğu çətin vəziyyətdən qurtarmaq üçün Şah I Abbas üç mühüm vəzifəni
həll etməli idi: İlk növbədə ölkədə daxili iğtişaşlara son qoyaraq nizam-intizam bərpa edilməli,
maliyyə vəziyyətini yaxşılaşdıraraq güclü nizami ordu yaradılmalı və dövlətin itirilmiş ərazi
bütövlüyü bərpa edilməli idi.
Şah I Abbas dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə yüksək dövlət vəzifələrinə irəli
çəkilən bütün şəxslərdən peşkəş adı ilə xəzinəyə müəyyən məbləğ verilməsini tələb etdi. Etimadüd-
dövlə (baş vəzir) təyin olunmuş və sonralar böyük dövlət xadimi kimi şöhrət qazanmış Hatəm bəy
Ordubadi dövlət mədaxili və məxaricinin siyahısını tərtib etməyə başladı. Bu siyahı, İskəndər
Münşinin dediyinə görə, onun xələfləri dövründə başa çatdırıldı və ali hakim dəftərxanasının qayda-
qanununa çevrildi.
1598-ci ildə Səfəvi şahı dövlətin paytaxtını cəbhə bölgəsinə yaxın olan Qəzvindən İsfahana
köçürdü. Bu dövlətin mərkəzi vilayətlərinin inkişafı üçün zəmin yaratdı.
Şah Abbasın həyata keçirdiyi islahatlar nəticəsində ölkə daxilində siyasi sabitlik bərpa edildi. Daxili
sabitliyin yaranması sosial-iqtisadi və inzibati islahatlar keçirməyə imkan verdi. Keçirilmiş maliyyə
tədbirləri dövlətin xəzinəsini zənginləşdirdi, məhsuldar qüvvələr canlandı. Səfəvi dövləti sosial-
iqtisadi və siyasi cəhətdən xeyli möhkəmləndi. Həyata keçirilən hərbi islahatlar nəticəsində
Qızılbaşlardan, qulamlardan, tüfəngçilərdən və artilleriyadan ibarət müxtəlif dərəcəli qoşun növləri
təşkil olundu. Hərbi-köçəri qızılbaş əyanlarının müqaviməti qırıldı. Azərbaycan türklərindən ibarət
qızılbaş süvari dəstələri yenidən bərpa edildi. Nəticədə odlu silahlarla təchiz edilmiş 116 minlik
güclü nizami ordu yaradıldı.

20. 1 peter
Çar Pyotrun son illəri daha çox reform və islahatlarla yadda qaldı. 22 oktyabr 1721-ci ildə İsveçlə
bağlanan sülhün ardından Çar bütün Rusiyanın imperatoru olaraq elan edildi. Pskov
başyepiskopunun nitqindən sonra çar, senator Qabriel Qolovkin tərəfindən “Bütün Rusiyanın
imperatoru, Ölkənin atası” elan edildi. Onun bu titulunu Poşa kralı II Avqust, Prussiya kralı Fridrix
Uilyam və İsveç kralı I Fridrix tərəfindən tanınsa da, digər Avropa monarxları bundan imtina etdi.
Belə ki, onlar Müqəddəs Roma imperatorunda olduğu kimi Pyotrun da onlar üzərində nüfuz
qazanmasından çəkinirdilər.
1717-ci ildə Aleksandr Çerkaskinin rəhbərliyi ilə Mərkəzi Asiyaya ilk rus səfəri tərtibləndi. Səfərin
əsas hədəfi Xivə xanlığı idi. Ancaq bu səfər böyük fəlakətlə nəticələndi. Belə ki, səfərdə iştirak
edən rus ordusu bütövlükdə qılıncdan keçirildi. 1718-ci ildən sonra Pyotr xarici əlaqələr, müharibə,
dəniz qüvvələri, dövlət gəlirləri və məsrəfləri, ədliyyə məsələləri üzrə keçmiş hökumər qurumlarını
ləğv edərək ayrı-ayrı komitələr yaratdı. Ardından bu yeni sistem digər dövlət quurmlarına da şamil
edildi. Hər bir komitəyə bir komitə rəhbəri, rəhbər köməkçisi, məşvərət məclisi təyin edildi. Bəzi
əcnəbi dövlət xadimləri bu komitələrə təyin edilsələr də, bunlar heç vaxt komitə rəhbərliyinə
gətirilmədi.
1722-ci ildə Pyotr yeni bir rütbə nizamnaməsi qəbul edərək dövlət məmurlarının vəzifəyə gəlmə
sıralamasını dəyişdi. Bu nizamnamə Rusiyada monarxiyanın ləğvinə qədər qüvvədə qaldı. Ardından
28 fevral 1714-cü ildə icbari təhsillə bağlı qanun qəbul edildi. Pyotr Sankt-Peterburqdakı memari
inkişafı təmin etmək üçün yeni vergi nizamnaməsi qəbul edildi. 1725-ci ildə Sankt-Peterburqda
“Rusiyanın Versalı” adlanan peterhof sarayının tikintisi başa çatdı.
Ölkənin cənub sərhədlərində bir vaxtlar çağlayan Səfəvi imperiyası zəifləmişdi. Belə fürsəti əldən
vermək istəməyən Pyotr tarixdə “Böyük Pyotrun fars səfəri” adlanan səfərə çıxdı. 1722-1723-cü
illəri əhatə edən və Cənubi Qafqazda rus təsirinin artmasına səbəb olan bu səfərlə Osmanlıların
bölgədəki nüfuzu azaldı, Dərbənd, Şirvan, Gilan, Mazandaran, Bakı və Astrabad bölgələri ələ
keçirildi. Buna baxmayaraq növbəti 12 il ərzində bütün bu ərazilər Nadir şahın apardığı uğurlu
siyasətlə nəticəsində ard-arda bağlanan Rəşt və Gəncə sülhləriylə bütün işğal edilən torpaqlar
itirildi.

You might also like