You are on page 1of 57

“Tövhidi-Müfəzzəl” kitabının xülasəsi

İmam Sadiqin (ə) bəyani ilə

1
YARANIŞİN SİRLƏRİ

BAĞİŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ

Ön söz

Bismillahir Rəhmanir Rəhim. Həmd və səna Aləmlərin rəbbi olan Allaha məxsusdur. Allahın
salavatı və salamı məxluqatı düz yola hidayət edənə (Muhəmməd və onun pak əhli beytinə) olsun.
Onların düşmənlərinə qiyamət gününə qədər Allahın lə`nəti olsun.

Əziz oxucu! Bildiyimiz kimi İslam elmi inkişaf etmiş elmlərdən biridir. Əgər tarixə nəzər salsaq,
onda görərik ki, həqiqətən İslam barəsində deyilən sözlər indi də özünü doğruldur. Əgər Qur`anın
və mə`sum İmamlarin (ə) buyurduqlarına nəzər salsaq, İslamda fəqət ibadət və itaət hökmləri yox,
bəlkə də elmi mövzulara da geniş surətdə yer verilmişdir. Hal-hazırda bizim tərcümə etdiyimiz
bu kitabda İslamın tovhid bölməsi yaradılışın e`cazkarlığı ilə isbat olunur. Bu kitab İmam Sadiqin
(ə) ən yaxın səhabəsi olan Müfəzzəl ibni Ömər tərəfindən tərtib edilmişdir.

İslam dini İmam Sadiq (ə) dövründə böyük inkişafa malik olmuşdur. Ona görə də İmam Sadiqin
(ə) dövründə dinimizin ibadət bölməsi ilə yanaşı elmi bölməsi də çox geniş surətdə inkişaf
etmişdir. O dövrdə İmam (ə) və onun tələbələri olan ilahi hikməti və tədbiri inkar edən filosoflara
yaranışın elmi dəlilləri ilə qət`i cavab veriblər.

Bu “Tövhidi-Müfəzzəl” kitabının xülasəsidir. Kitab dörd fəsldən ibarətdir. Birincisi, insanın


yaranışında olan hikmətlər və tədbirlər haqda söhbət olunur. İkinci fəsl, heyvanların yaranışı,
üçüncü fəsl, göy cisimləri və bitkilər, dördüncü fəsl isə dünyada baş verən xoşagəlməz hadisələrin
fəlsəfəsindən bəhs edir.

Müfəzzəlin bu mətləbləri İmamdan (ə) öyrənməsininin əsas məqsədi bu idi ki, dinin əleyhinə
deyilən fikirləri İmam Sadiq (ə) kimi elmi yollarla cavablandırsın.

Məni də maraqlandıran bir neçə suallardan sonra “Tovhidi Müfəzzəl” kitabını oxumalı oldum. Və
bu kitabda məni maraqlandıran sualların cavabını tapdım. Bu nöqteyi-nəzərdən də özümə vacib
bildim ki, bu kitabı öz doğma Azərbaycan dilinə tərcümə etdim.

Müfəzzəl ibni Ömərin həyatı haqqında qısa mə`lumat

2
Müfəzzəl Hicrətin birinci yüzilliyinin axırı və ya ikinci yüzilliyin əvvəli Kufə şəhərində dünyaya
gəlmişdir. Əsl adı Müfəzzəl, atasının adı Ömər və künyəsi Əbu Muhəmməd və ya Əbu
Abdullahdır. O, İmam Sadiqin (ə) və İmam Kazımın (ə) ən yaxın səhabələrindən olmuşdur.
Müfəzzəl İmamlarin (ə) yanında böyük məqama sahib olmuş, onların xüsusi səhabələrindən
hesab olunurdu. İmam Sadiq (ə) və İmam Kazım (ə) dövründə Kufə əhalisinin arasında onların
vəkili olmuş, həm də İmam Sadiq (ə) tərəfindən böyük bir vəzifəyə tə`yin olunmuşdur. Bu
hadisəni Şeyx Kuleyni (rəh.) “Üsuli-Kafi” kitabında nəql etmişdir.

Müfəzzəlin rəvayətlərdəki üstün məqamı

Bu şəxsin böyüklüyünə ən mühüm dəlil İmam Sadiqdən (ə) onun şərəfi və əzəməti haqqında bizə
yetişən hədis və rəvayətlərdir. Hədislər o qədər çoxdur ki, onların hamısı bu müqəddiməyə
sığışmaz. Amma istəyirik onların bir neçəsini burada qeyd edək.

1. Şeyx Mufid səhih sənədlə İmam Sadiqdən (ə) nəql edir: Ey Müfəzzəl! Allaha and olsun ki, səni
və səni sevənləri sevirəm. Ey Müfəzzəl, əgər mənim bütün səhabələrim sənin qədər bilsəydi, heç
vaxt onların arasında ixtilaf düşməzdi.

2. Muhəmməd ibni Sina deyir:

İmam Kazımın (ə) xidmətinə yetişdim. Bu vaxt oğlu Əli (ə) də onun yanında idi. İmam Kazım (ə)
buyurdu: Ey Muhəmməd! Müfəzzəl mənim həmdəmim və munisim idi. Sən də o ikisinin (İmam
Rza (ə) və İmam Cavad (ə)) həmdəmi və munisi olacaqsan.

3. Şeyx Kuleyni (rizvanullahi əleyh) “Üsuli-Kafi” kitabında İbni Sinandan və o da Müfəzzəldən


nəql edir: İmam Sadiq (ə) buyurdu: Hər vaxt bizim şiələrimizin ikisinin arasında münaqişə baş
versə, mənim malım ilə onların arasında mehribançılıq bərqərar et.

4. Yunis ibni Yə`qub deyir: İmam Sadiq (ə) mənə fərman verdi ki, Müfəzzəlin yanına gedib oğlu
İsmayılın (ə) ölümü münasıbəti ilə ona baş sağlığı verim. Sonra İmam (ə) mənə belə buyurdu:
Müfəzzələ salam ver və ona de: İsmayılın ölüm müsibəti bizə üz verdi və biz səbr etdik. Sən də
bizim kimi səbr et. Biz bir şey istəyirdik, Allah başqa bir şey iradə etdi. Biz də Allah taalanın
əmrinə təslim olduq.

Mərhum Xoyi (rizv.) “Mücəmu-ricalul-Hədis” kitabında bu hədisdən sonra buyurur: Bu rəvayət


İmam Sadiqin (ə) Müfəzzələ çox əlaqəli olmasının nişanəsidir və bu rəvayət səhihdir.

Feyz ibni Muxtar deyir: İmam Sadiqə (ə) ərz etdim: Canım sənə fəda olsun mən Kufə alimlərinin
arasında olanda, çox vaxt onların əqidə məsələləri barəsində ixtilafları düşür. Bə`zi vaxtlar şəkk
edirəm. Amma Müfəzzəl məclisə daxil olandan sonra rahatlanıram və ürəyim aram olur. İmam
Sadiq (ə) buyurdu: Bəli Feyz: Həqiqət sən deyən kimidir.

Qeyd etdiyimiz rəvayətlərin biri bəsdir ki, böyük şəxsiyyətin əzəmətin və uca məqamın bizə nişan
versin.

Müfəzzəl İslam alimləri baxımından

3
Elmi rical alimlərindən çoxu və Mühəddislər bu böyük şəxsiyyətin uca məqamını və əzəmətini öz
kitablarında çox geniş surətdə şərh etmişdirlər. Nümunə üçün onların bir neçəsinin adını burada
qeyd edirik: Şeyx Səduq (rh) öz kitablarının çoxunda hədis və rəvayətlərin çoxunu Müfəzzəldən
nəql etmişdir. Xüsusilə Şeyx Səduq “Mən la yəhzuruhul Fəqih” kitabında mö`təbər və höccət
bildiyi hədisləri Müfəzzəldən nəql etmişdir. Şeyx öz kitabında dəfələrlə Müfəzzəlin hədislərinə
istinad etmişdir. Buradan belə nəticə alırıq ki, Şeyx Müfəzzəli ən e`tibarlı şəxslərdən hesab
etmişdir.

Muhəmməd ibni Yə`qub Kuleyni də “Üsuli-Kafi” kitabında hədislərin çoxunu Müfəzzəlin


dilindən nəql etmişdir.

Şeyx Tusi (rizv.) də Müfəzzəl ibni Öməri Co`fini İmam Sadiq (ə) və İmam Kazımın (ə)
səhabələrindən hesab etmişdir.

Şeyx Tusi “Əlğeybət” kitabında bu barədə yazır:

O, Əimmənin (ə) həqiqi dostlarından və yaxın səhabələrindən olmuş və onların yanında e`timad
olunmuş bir insan kimi tanınmış və həmişə onlara itaət etmişdir. Böyük İslam alimlərindən biri
Şeyx Tusinin Müfəzzəldən nəql etdiyi hədisin izahında buyurur: Şeyx Tusinin bu sözü
Müfəzzəlin şeyxin yanında e`timad olunmuş bir insan olmasına qəti bir dəlildir. Seyyid ibni
Tavus (rəhmətullahi əleyh) Müfəzzəlin kitabı barəsində buyurur: “Tovhidi-Müfəzzəl” kitabı
hikmətlərin tanınması və yaranışın gizli sirrləri haqqındadır. Və Müfəzzəl onu İmam Sadiqdən (ə)
nəql etmişdir. Böyük şəxsiyyət, təfsirçi və fəqih Ayatullah Xoi Müfəzzəl barəsində buyurur:
İmam Sadiqin (ə) lütf edib, Məşhur “Tovhidi-Müfəzzəl” kitabını ona öyrətməsi Müfəzzəlin
böyüklüyünün və əzəmətinin bariz nümunəsidir. Bu həmin kitabdır ki, “Nəcaşi onu” “Fəkkir”
(fikirləş) adlandırmışdır. Bu iş özü aşkar bir dəlildir ki, Müfəzzəl İmam Sadiq (ə) məxsusi
səhabələrində olmuşdur.

Bir şübhəyə cavab

Bu nəzərləri zikr etdikdən sonra, gərək bir məsələni aydınlaşdıraq. Və o, budur ki;

Əgər Müfəzzəl Əimmələrin (ə) məxsus səhabələrindən idisə, bəs niyə onu rədd edən, fasid və zəif
imanlı bilən hədislər nəql olunmuşdur?

O vaxt bu suala qəti və doğru cavab vermək olar ki, insan İmam Sadiqin (ə) yaşadığı dövrdən və
“Əbbasilərin” verdiyi əziyyətlərdən xəbərdar olsun.

Bəni Əbbas hökümətinin İmama və dostlarına verdiyi əziyyətlərə, sıxıntılara görə onlar təqiyyə
edirdilər. Bə`zən İmam (ə) özünün ən yaxın dostlarını ittiham edirdi. Ta onları düşmənlərin əli ilə
ölməkdən və məhv olmaqdan azad etsin. Səhabələrin əleyhinə aid olan hədislərin sirri budur.
Onların ədaləti və düzlüyündə heç bir şəkk yoxdur. Müfəzzəl də bu cür səhabələrdəndir. Gərək
onun əleyhinə gələn hədislər təqiyyə kimi qəbul oluna.

İmam Sadiq (ə) Əbdullah ibni Zürarətibni Ə`yənə deyir: Atana mənim salamımı yetir. Və ona de
ki: Əgər sənin əleyhinə bir söz desəm, bil ki, bu sözlər səni müdafiə etmək üçündür. Düşmənlər
həmişə bizə yaxın olan şəxsləri incitməyə çalışıblar. Onlar bu şəxsləri bizi sevdiklərinə görə

4
öldürürlər. Əvəzində o kəslər ki, bizimlə düşmənçilik edirlər, onlara sitayiş edirlər. Atana de:
Zahirdə səni rədd etməyim ona görədir ki, sən bizim dostumuz kimi tanınmayasan. Bizi də
sevdiyin üçün camaat səni sevmir. Zahirdə səninlə tünd davranıram ki, camaatın yanında məhbub
olasan. Və onların şərrindən amanda olasan.

Bu haqda Şeyx Abbas Qumi (rh) yazir: Müfəzzəlin pisliyi barəsində olan hədislər onun mədhində
olan hədislərə ölçüləsi deyil. Əgər İmam Sadiqin (ə) Müfəzzəl barəsində buyurduqlarına müraciət
olunsa, onun İmamın (ə) yanında böyük və uca məqamlı olduğunu bilmək olar.

Müfəzzəlin Tovhid kitabı

Müfəzzəlin nəhayətsiz fəzilət dəryasından bir damlanı zikr etdikdən sonra, gərək indi bu kitab
haqqında olan bir neçə nöqtəyə diqqət yetirək. İmam Sadiq (ə) bu böyük hədisi dörd gün və dörd
məclisdə Müfəzzələ buyurmuşdur Hər məclis bir mövzunu əhatə edir.

Birinci fəsl: İnsanın yaranışının mö`cüzələri haqqında. İkinci fəsl: Heyvanların yaranışının
mö`cüzələri haqqında. Üçüncü fəsl: Təbiətin yaranışının mö`cüzələri haqqında. Dördüncü fəsl
isə: Müsibətlər və bəlalar haqqındadır.

Tovhidi-Müfəzzəlin Qur`ani-Kərimə oxşarlığı

Bu kitabın üslubu Qur`anın üslubudur. O bizi insanlar və yaranış haqqında fikirləşməyə də`vət
edir. Bunlara ümumi bir nəzər etməklə insan Qur`ani-Kərimin dəflərlə bizi hər gün
qarşılaşdığımız məsələlər haqqında fikirləşməyə çağırdığını dərk edirik. Qur`ani-Kərim bizləri
yerə, göyə, dağlara, dəvəyə nəzər etməyə təşviq edir. Məgər insanlar onları görmürlər?

Gərək cavab belə verilə: Bəli görürlər, amma bu haqda fikirləşmirlər. Əgər insanlar bu haqda
fikirləşsələr, yaranışın e`cazkarlığını tam surətdə dərk edərlər. İmam Sadiq (ə) Qur`ani-Natiq kimi
insanları dağlar, səhralar, dənizlər, göylər, yerlər, insanlar, heyvanlar, quşlar və sair... haqqında
fikirləşməyə də`vət edir.

Bu dünya başdan-başa mö`cüzələrlə doludur. Amma insan onunla tədricən tanış olur. Bütün
bunlar insanlara adi görünür. İnsan dünyaya gələndə heç nə dərk etmir. Amma zaman keçdikcə
fikri inkişaf edir və bütün bunları daha yaxşı dərk edir. Əgər insan dünyaya gələn kimi bunları dər
etsəydi, təbiət aləminin mö`cüzələri garşısında heyrətdə qalardı.

Əziz oxucu İmam Sadiqin (ə) sözü adi söz deyildir. Aləmin nəzm və hikmətində fikirləşib, Allah
təalanın varlığını dərk etmək bizim nicat yolumuzdur. İmam Sadiq (ə) Müfəzzəli və bütün
insanları üfüqlər və özləri barəsində fikirləşməyə çağırır. Bu fikir Qur`an ayələrində də müşahidə
olunur. Qur`ani-Kərim də buyurur: Biz tezliklə qüdrət ayələrimizi üfüqlərdə və onların öz
vücudlarında onlara göstərəcəyik. Ta onların haqq olmağı onlara aşkar olunsun.

Beləliklə İmam Sadiqin (ə) sözləri insanı həqiqətə tərəf hidayət edir və insan Allahın varlığını hər
tərəfdə tapır. Allah-təala həmin ayənin davamında buyurur: Sənin Allahının hər yerdə hazır
olması, kifayət deyilmi? Əgər insan üfüqlər və özü barəsində fikirləşsə, yaranışında olan hikmətin
nəticəsində o Allahı hər yerdə tapar. İnsan gərək fikirləşməyə adət etsin. Əgər insan ibrət gözünə

5
sahib olsa, Həzrət. Əli (ə) buyurduğu kimi yaranışın hər şeyi bir ibrətdir. Ona görədir ki,
hədislərimizdə bir saat təfəkkür etmək yetmiş ilin ibadətindən üstün hesab edilmişdir. Çünki,
təfəkkür insanı Allaha tərəf yönəldir Bə`zən insan bir şeyi bilir ancaq buna baxmayaraq o, gərək
bu haqda fikirləşsin. Necə ki, İmam Sadiq (ə) bu kitabda dəfələrlə Müfəzzələ belə xitab edir: ‫اﻧﻚ‬
‫“ ﺗﺮي‬Həqiqətdə sən hər şeyi görürsən”, əgər Müfəzzəl bilirsə İmam (ə) ondan nəyi tələb edir?
İmam (ə) ondan “təfəkkür” və “ibrət” tələb edir. Ona görə də İmam (ə) həmişə buyurardı: Ey
Müfəzzəl. Fikirləş və ibrət götür!

Hami bilir ki, taxta parçası suyun üzündə qalır. Bu insanların nəzərində adi bir işdir. Amma İmam
Sadiq (ə) buyurur: Elə bu işdə təfəkkür edin. Bir şeyin adi olması, onun haqda fikirləşməyə mane
ola bilməz. İnsan hamıya adi görülən bir iş haqda fikirləşməklə, böyük bir mətləbi əldə edə bilər.
Məsələn: Hamıya adi görünən almamım yerə düşməsi. Baxmayaraq ki, bu çox adi bir işdir.
Amma Nyuton bu haqda çoxlu təhqiqatlar aparmaqla, dünyada böyük əhəmiyyətə malik olan bir
qanun (cazibə qüvvəsi) kəşf etdi. Yenə də həmin ayənin məzmununa qayıdırıq. “Təbiət aləmi,
üfüqlər və özünüz haqda fikirləşin ki, Həqq tə`alanı dərk edəsiniz”.

İmam Sadiqin (ə) kəlamının mö`cüzəsi

Mö`cüzə - bir əməldir ki, başqaları onun müqabilində acizdirlər. Biz həmişə İmamlarin (ə)
mö`cüzələrini sadalayanda fikrimiz ölünü diriltmək, vəhşi heyvanı əhilləşdirmək, xəstəyə şəfa
vermək və bu kimi işlərə tərəf yönəlir. Amma bir halda ki, Nəhcül-Bəlağə, Səhifeyi-Səccadiyyə
və Tovhidi-Müfəzzəl kitabı da özü bir mö`cüzədir.

İmam Sadiq (ə) bu heyrətamiz kitabda yaradılışın sirrini və fəlsəfəsini tam şəkildə bəyan etmişdir.
Bu kitabda yerlə göy arasında olan məxluqatlar haqqında tam şəkildə bəhs olunur. İmamın
buyurduğu e`cazkarlıqlardan bir neçəsini nümunə üçün zikr edirik:

1. İmam Sadiq (ə) balığın yaradılışında olan e`cazkarlıqlar haqqında buyurur: Balıq suyu
ağzından alır və onu qulaqlarından xaric edir ki, başqa heyvanlar da havadan faydalansınlar.
İmamın bu sözü bizə balığın havanın oksigenindən istifadə etməsini aşılayır. Amma bu fikri
alimlər necə əsərlər sonra kəşf etdilər.

2. İmam (ə) ulduzlar və onların hərəkəti haqda danışanda, hər bir ulduz üçün iki cür hərəkət zikr
edir. Bu iki hərəkəti qarışqanın, dəyirman daşının üstündə sol tərəfə, daşın sağ tərəfə hərəkət
etməsinə bənzətmişdir. Bu vəziyyətdə daş sağ tərəfə fırlanır, amma qarışqanın daşla birlikdə
fırlanmasına baxmayaraq o, sol tərəfə fırlanır.

İmamın (ə) bu misalından ulduzların fəzadakı vəziyyəti və yerini dəyişməsi anlaşılır. Əlbəttə
İmam (ə) burda başqa mövzuları da təfsilatı ilə bəyan etmişdir. Əgər alimlər və mütəxəsislər cəm
olub, bu mövzuları araşdırsalar, şübhəsiz ki, yüzlərlə qanun kəşf olunardı. Amma çox əfsuslar
olsun ki, bəşər mə`sumların buyurduqlarına e`tinasızlıq etməklə özlərinə böyük bir zülmü rəva
görmüşlər.

Birinci fəsl

6
Muhəmməd ibni Sənan Müfəzzəl ibni Ömərdən nəql edir: Axşamçağı idi. Peyğəmbərin (sə) qəbri
ilə minbərinin arasında oturmuşdum. Rəsulullahın şərafəti və fəziləti haqda fikirləşirdim. Bu
halda idim ki, İbni Əbul-Oucanın daxil olduğunu gördüm. Sonra Əbiloucanın dostlarından biri
onun yanına gəldi. İbnil-Ouca danışmağa başladı və dedi: Şübhəsiz ki, bu qəbrin sahibi kamilliyin
axır mərhələsinə yetişmiş və böyük fəzilətə və şərafətə malik idi.

Onun yoldaşı dedi: O, bir filosof idi ki, böyük məqam və mənzilət sahibi idi. O öz iddiası ilə elə
mö`cüzələr gətirirdiki, aqillər onun müqabilində məğlub və alimlər aciz qaldılar. Elə bu vaxt
alimlər, fəsahət ustaları və xətiblər onun dəvətini qəbul etdilər. Həmin şəxs peyğəmbər (s)
haqqında şoxlu gözəl sözlər söylədi.

İbni Əlilouca dedi: Muhəmməd (s)-dan danışma, onun işi mənim fikrimi çaşdırıb. Onun bu işinin
sirri haqda danış ki, camaat buna görə ona yaxınlaşırlar. Sonra Əbul-Ouca Allahı inkar etdi və
dedi: Dünyada olan hər şey öz-özünə yaranıb və dünya həmişə belə olub və velə də olacaq.

İbni Əbiouca ilə Müfəzzəlin söhbəti

Müfəzzəl deyir: Bu nəlaiq sözləri eşidəndə elə qəzəbləndim ki, özümü cilovlaya bilmədim və ona
dedim:

Ey Allahın düşməni!

Allahın dinində küfr edirsən və o, Allah ki, səni gözəl və kamil yaradıb inkar edirsən? Əgər öz
daxilinə nəzər salsan, vücudunda allahın nişanələrini aydın şəkildə görə bilərsən.

Əbul-Oucanın ovladı Müfəzzəlin tünd davranmasından sonra dedi: Ey şəxs, sən əgər İmam Sadiq
(ə) yaxınlarından və səhabələrindənsən bil ki, o bizimlə bu cür rəftar etmirdi. O bu sözləri səndən
də çox eşidib. Amma heç vaxt sözünü təhqirlə çatdırmamışdı. O, həmişə sözündə səbirli, vüqarlı
və möhkəm olmuş və heç vaxt təngə gəlməzdi. Əvvəl yaxşı qulaq asar və çalışardı ki, bizim
dəlilimizi düzgün tapsın. O, vaxt ki, bizim sözlərimiz tamam olurdu, bizə elə gələrdi ki, ona qalib
gəldik. Amma İmam (ə) kiçik bir dəlil ilə bizə qalib gəlirdi və bizi öz dəlilinə tabe edirdi. Əgər
sən də İmamın (ə) səhabələrindənsənsə, onda bizimlə belə söhbət et.

İmamın (ə) bu kitabı Müfəzzələ buyurmasının səbəbi

Müfəzzəl deyir: Bu sözlərin tə`sirindən çox qəmgin oldum. İslamın və müsəlmanların küfrə düçar
olması fikri ilə məsciddən çıxdım. Sonra Mövlamın (ə) yanına getdim. O, həzrət məni qəlbi sınıq
və nigaran görüb buyurdu: Niyə narahatsan? Mən də onlardan eşitdiklərimi və söylədiklərimi ona
dedim. İmam dedi: Sabah səhər yanıma gəl. Allahın, dünyanın, yırtıcıların, quşların, həşəratların,
otların, meyvəli və meyvəsiz ağacların, yeyilən və yeyilməyən göyərtilərin yaranışında olan
hikmətini sənin üçün bəyan edim. Ləyaqətli şəxslər ondan ibrət alar və müşriklər ona heyran
qalarlar.

Müfəzzəl deyir: Mən çox xoşhal halda həzrətdən ayrıldım. Həmin gecə İmamın (ə) verdiyi
və`dəyə görə mənə uzun gəldi. Səhər tezdən Mövlamın (ə) yanına tələsdim. Nəhayət İmamın (ə)
məhzərinə yetişdim. İmamla (ə) xəlvət bir otağa getdik. Sonra İmam buyurdu: Qalx arxamca
gəl. Mən də qalxıb İmamla getdim və bir otağa daxil olduq. İmam (ə) oturdu və mən də onun

7
qarşısında oturdum. İmam mənə buyurdu: Ey Müfəzzəl. Bilirəm ki, sənə verdiyim və`dəyə görə,
dünən gecə sənə çox uzun gəlib.

Dedim: Bəli, mənim mövlam, elə o cürdür.

Buyurdu: Ey Müfəzzəl! Allah həmişə olub, ondan qabaq heç nə olmayıb və O, həmişə əbədidir,
sonu yoxdur. Ona çox şükürlər olsun ki, ən üstün elmləri və fəzilətləri bizə nəsib etmişdir. O, öz
elmi ilə bizi bütün yaranışdan seçmiş və öz hikməti ilə bizi onlara əmin qərar vermişdir.

Şəkk əhlinin yaranışın səbəbləri haqqındakı xəbərsizliyi

Ey Müfəzzəl! Şəkk edənlər yaranışın mə`nasını və səbəbini bilmədilər və o, vaxt ki, ağılları və
fikirləri Allah-təalanın hikmətinin dərk etməkdə aciz qaldı, onlar hər şeyi inkar etdilər. Onlar
hətta allahı da inkar etməyə əl atdılar. “Şübhəsiz Allah onların fikirləşdiyindən üstündür. Allah
onları öldürər. Onlar haqdan hara qaçarlar?” Tövbə surəsi. Ayə. 30.

Onlar yolun azmış, bədbəxt və kor halda çox gözəl bir saraya daxil olarlar. O, saray ən gözəl və
gəşəng xalçalarla döşənmiş və hər növ yemək, içki, geyim və onlara lazım olan hər şey
hazırlanmışdı. Orada hər şey oz layiqli yerində qərar tutmuşdur. Amma bu korlar bütün
gözəllikləri ayaqlarının altına qoyur, ancaq onları görmürlər. Onlar nə sarayı görürlər və nə də
onun daxilində olanları. Bu qurup ki, yaranışda olan Hikməti, tədbiri inkar edir, onlar da bu
cürdurlər.

O kəslər ki, yaranışın səbəblərini dərk edə bilmirlər allahı inkar.edirlər. Onlar yolun azmış, kafir,
fasiq və dindən çıxmışlardır.

Ona görə də o kəslər ki, allahın ne`mətlərini tanımaqda, və hidayətdə müvəffəq olmuş və qəti
dəlillər ilə allahın varlığını dərk etmişlər, gərək həmişə öz mövlasına təşəkkür etsinlər. Allah taala
buyurmuşdur: “Əgər şükr etsəniz, ne`mətlərinizi artırarıq və əgər küfr etsəniz şübhəsiz ki, mənim
əzabım çətindir.” İbrahim surəsi, ayə 7.

Dünyanın yaranışı.

Ey Müfəzzəl! Allah taalanın xaliqliyinə, birliyinə dəlil və isbat, bu dünyanın nəzmlə yaranışıdır.
Ona görə də əgər bu aləm haqqında dərindən fikirləşsən, onun hər aynasın bir ev kimi görərsən
ki, Allah bəndələrinin bütün ehtiyacları dünyada vardır. Səma tavan kimi ucalmış, yer xalça kimi
sərilmiş, ulduzlar çıraqlar kimi qərar verilmiş. Və gövhərlər onda gizlənmiş ambarlar kimi, öz
laiqli yerində qərar tutmuşdur. İnsan da bir kəsdir ki, bu ev ona verilmiş, və hər şey onun
ixtiyarında qoyulmuşdur. Onun ehtiyacını ödəmək üçün hər cür bitkilər və heyvanlar dünyada
vardır. Bütün bunlar dünyanın dəqiqliklə, hikmətlə, nəzm və həmahəngliklə yaradılmasına bir
dəlildir.

Həqiqətən O, müqəddəsliyində cəlil, işində uca məqamlı və kəramətlidir. Və ondan başqa Allah
yoxdur. O münkirlərin fikirləşdiyindən münəzzəh və kafirlərin ona nisbət verdiyindən üstün və
cəlildir.

İnsanın yaranışının və körpənin ana bətnindəki hikməti

8
Ey Müfəzzəl! Sözümüzü insanın yaranışını bəyan etməklə başlayaq. Sən də çalış ki, ondan ibrət
götür.

Birinci: Körpə ana bətnində üç zülmətlə örtülmüşdür. Qarın, bətn və uşaqlıq. O, bir yerdədir ki,
qidalanmaq.və.pisliyi özündən dəf etməyin heç bir yolu yoxdur. O, nə öz xeyrin dərk edir, nə də
zərərin qarşısın ala bilir. Heyz qanı onun qidasıdır. Necə ki, su bitki üçün qidadır.

Uşağın doğulması, qidalanması, dişlərin inkişafı və baliğ olması.

O, vaxt ki, körpənin yaranışı kamil oldu, bədəni möhkəmləşir, dərisi hava ilə uyğunlaşır və gözü
işığı görmək qabiliyyətinə malik olur. Sonra ananın doğum ağrıları başlayir və ağrılar o qədər
çətinləşir ki, körpə ağrının sıxıntısından dünyaya gəlir. Həmin qan ki bir vaxt körpənin qidası idi,
indi başqa bir rəng və iy ilə və başqa qida şəklində ananın döşündən gəlir. Bu qida körpə üçün hər
şeydən faydalıdır. Körpə dünyaya gələndə ac olmağını bildirmək üçün dilini çölə çıxarır və
ağzının ətrafında dolandırır. Bu vaxt anasının iki məşkə bənzər döşlərini tapır. O, vaxta qədər ki
daxili zərif, ə`zaları yumşaqdı ondan içir. Körpə ki, hərəkət edir, güclü yeməklərə möhtac
olur.bədəni möhkəmləşəndən sonra, ağzında dəyirman dişlər çıxır, ta qidanı əzib yunşaltsın və
rahatlıqla yesin. Baliğ olana qədər o həmişə belədir. Bu vaxt əgər oğlandırsa, üzündə tük çıxır ki,
onun cinsinin və izzətinin nişanəsi olsun. Əgər qızdırsa, üzünə tük çıxmır.

Ey Müfəzzəl! Bu mərhələlərin haqqında yaxşı fikirləş, bütün bunların öz-özünə baş verməsi
mümkündürmü?.. Bilirsən ki, əgər ana bətnində qan körpəyə yetişməsə, həmin körpə susuz bir
bitki kimi quruyar və solar? Bilirsənmi ki, körpə böyüyəndən sonra ana əgər doğum sancılarını
hiss etməsə, o ana bətnində diri-diri bastırılmış kimi olar. Əgər uşağı süd və münasib qidalarla
qidalandırmasalar acından ölər. Əgər dişləri münasib vaxtda çıxmasa, yeməyi əzə bilməz.və
həmişə süd yeyər. Buna görə də onun bədəni qüvvətli və möhkəm olmaz. Anası ona görə başqa
uşaqlarının tərbiyəsindən geri qalar.

Üzdə tükün çıxmasının sirri.

Əgər körpənin üzündə tük çıxmasa həmişə qadınlar və uşaqlar kimi olar, nəticədə nə vüqarlı olar
nə əzəmətli. Müfəzzəl deyir: ərz etdim, mənim ağam! Mən bə`zi kəslər görmüşəm ki, qocaldılar
amma üzlərində tük çıxmamışdı. Həzrət (ə) buyurdu: “Bu onların əməllərinin nəticəsidir ki,
qabaqdan göndərmişdilər və Allah-Taala heç vaxt zülmü bəndəsinə rəva bilmir” (Ənfal surəsi ayə
51)

Əgər bu tədbir və hikmət öz-özünə xəlq olsaydı və bu işlər öz başına olsaydı, lazım gələrdi ki,
yaranışda nizamsızlıq olsun. Şübhəsiz ki, bu nəlaiq sözlər o kəsin savadsızlıqının nişanəsidir.
“Allah kafirlərin dediyindən daha üstün və münəzzəhdir” (İsra surəsi ayə 43)

Əgər insan ağıllı dünyaya gəlsəydi.

Əgər körpə ağıllı dünyaya gəlsəydi, dünyanın yaranışını inkar edərdi. O Dünyada olan cürbəcür
heyvanlarla üzləşsə, indiyə qədər görmədiyi mö`cüzələri görsə, onun düşüncəsi bütün bunların
içində azıb qalardı. Bil ki, aqıl bir insanı bir yerdən başqa yerə aparıb, orada əsir etsələr, həmin
torpağın mö`cüzələrin görəndə valeh və heyran olacaq. Amma bunun əksinə olaraq bir uşağı əgər
uşaqlıqda tanımadığı bir yerə əsir etsələr həmin yerin dilini və qanunlarını tezliklə öyrənə bilməz.

9
Əgər körpə, aqil və alim dünyaya gəlsəydi, qüdrətsiz olduğuna görə, gərək başqaları onu çiyninə
alardı, südünü içirdəydi, beşikdə yatirdaydı. O zaman körpə xarlıq və alçaqlıq hiss edərdi.
Həmçinin belə olan halda onda uşaqlarda olan şirinlik, sevgi olmazdı. Buna görə də uşaq dünya
işlərindən xəbərsiz dünyaya gəlir. Onlar zəif, az və naqis fikirləri ilə hər şeylə üz-üzə gəlir, amma
yavaş-yavaş bütün bunlarla aşina olur.

Bu işdə bundan başqa çoxlu hikmətləri də gizlənmişdir. O cümlədən əgər uşaq ağıllı dünyaya
gəlsəydi; övlad şirinliyi aradan gedərdi. Ata və ana uşağın tərbiyəsində gizlənmiş səlahiyyətə çata
bilməzdilər. Övladın qoca valideynlərə hörmət etməsi lazım gəlməzdi.

Həm də belə fərz etsək, onda övlad və valideyin arasında heç bir məhəbbət və ülfət olmazdı.
Çünki uşaq valideyn tərbiyəsinə möhtac olmazdı. Allah-Taalahər şeyi öz münasib və yerli-
yerində qərar vermişdir. Xəiqətdə heç bir əyrilik və səhvlik yoxdur.

Uşağın ağlamağının faydaları

Ey Müfəzzəl! Uşağın ağlamağının faydalarından da agah ol. Bil ki, uşağın beynində bir rütubət
vardır ki, əgər orda qalsa, zərərli xəstəliklər əmələ gətirər. Məsələn korluq kimi. Ağlamaq həmin
rütubəti beyndən xaric edir. Bu yolla uşaq sağlam olur və korluğun qarşısını alır. Ata və ana bu
sirrdən xəbərsizdilər. Ona görə də uşağın ağlamağına mane olurlar. Onlar həmişə hər cür
çətinliklə çalışırlar ki, onu sakit etsinlər. Onun ağlamağının qarşısını almaq üçün hər şey
hazırlayırlar. Ancaq bilmirlər ki, ağlamaq onun xeyrinədir. Bu yolla çox şeylər yaranışda
gizlənmişdir ki, insanlar bundan qafildirlər. Əgər bu mənfəətlərdən xəbərdar olsaydılar, heç vaxt
deməzdilər ki, filan şey əbəs yerə yaradılıb. Çox şeylər vardır ki, bəşər az elmi ilə ondan xəbərsiz,
amma Allah-Taalasonsuz elmi ilə ondan xəbərdardır.

Amma uşağın ağzından gələn su əgər onun bədənində qalsa, onda xoşagəlməz bir əsər qoyar.
Əgər bədənin rütubəti bədəndə olan digər ünsürlərə qələbə etsə, insan dəliliyə, iflicə, axmaqlığa
düçar olar. Allah bu cür məsləhət görmüşdür ki, bu rütubət uşaqlıq dövründə ondan xaric olsun.
Bu yolla Allah-Taalasavadsızlığına görə yaranmışların boynuna minnət qoymuş və onlara lütf
etmişdir. Əgər onlar saysız-hesabsız ne`mətlərdən xəbərdar olsaydılar, heç vaxt günah etməzdilər.
Pak və münəzzəhdir o Allah ki, onun müstəhəqlərə və məxluqata olan ne`mətləri böyükdür! Və
O, batil şəxslərin fikirləşdiyindən daha üstündür.

Bədən üzvlərinin faydaları

Ey Müfəzzəl! Insanın bədən üzvləri və onlarda gizlənmiş tədbirlər haqqında fikirləş. əllər
işləmək, ayaqlar yol getmək, qara ciyər öd ifraz etmək, və ciniyyət üzvləri insanın nəslini
qorumaq üçün yaradılmışdır. Əgər bu üzvlərin işi haqda dərindən fikirləşsən, hər bir üzvün
hikmət və tədbirlə yaradıdığını dərk edərsən.

Təbiət əhlinin fikirlərinə cavab.

Müfəzzəl deyir: dedim ağa! Bə`ziləri elə fikirləşirlər ki, kainatı tə`biət yaradıb. İmam (ə)
buyurdu: Onlardan soru bu təbiət elm və qüdrətə sahibdir ya yox? Əgər desələr bəli, bəs niyə
xaliqi isbat etməkdən boyun qaçırırlar? Bu da onun işi və tədbiri. Yox əgər desələr ki, elm və

10
qüdrətsiz bu hikmətli və tədbirli işləri əncam verib, onda mə`lum olar ki, bu iş hakim olan
Allahdandır. Əslində onların təbiət dedikləri həmin Allahdır ki, adını təbiət qoyublar.

Qidanın həzm olması, qanın yaranması və onun bədəndəki dövranı

Ey Müfəzzəl! Bədənin qidalanması və onda gizlənən hikmətlər haqda yaxşı fikirləş. Qida əvvəl
mə`dəyə daxil olur. Mə`də onu həzm edir. O, vaxt onun şirəsi qidanın çox xırda və nazik bir
məcrasının yolu ilə qara ciyərə yetişir. Bu xirda məcra qəliz bir şeyin ona yol tapmaması üçündür.
Ciyər onu qəbul edir və onu qana çevirir və damarların yolu ilə onu bütün bədənə yetirir. Necə ki,
yerdə olan çaylar suyu dünyanın hər tərəfinə yetirir. Bədəndə olan artıq və bulaşıq maddələr
özünə məxsus qablarında qərar tutur. Kor bağırsağa aid olanlar kor bağırsağa tərəf, rütubətə aid
olanlar sidik kisəsinə tərəf gedir. Bədənin quruluşunda olan ilahi hikmətə nəzər et. Gör bədənin
hər üzvü öz yerində necə qərar tutmuşdur.

Allah-Taalabədəndəki qabları elə qoymuşdur ki, artıq və bulaşıq maddələri özünə cəm etsin. Əgər
bu maddələr bədənə yayılsa bədəni xəstə və zəif edər.

“Nə uca məqamdır o kə`s ki, təqdiri gözəl edib və tədbiri möhkəm etdi. “Ona, laiqincə şükür
olsun”.

Bədənin inkişafının başlanğıcı və onun ana bətnində formalaşması.

Müfəzzəl deyir: ərz etdim! Bədənin tədrici inkişafından onun kamil mərhələsinə qədər şərh edin.

Buyurdu: Əvvəl körpə ana bətnində göz görməyən və əl çatmayan yerdə formalaşır. Bunun
beləcə davamı vardır. İnsan orada kamilləşir və möhkəmləşir və sonra dünyaya gəlir. İnsanın
kamil və möhkəm bədənində çox şeylər gizlənmişdir. Allah-Taalakörpəni yırtıcılardan və digər
amillərdən qorumuşdur ki, onun sümüyü, əti, damarları, beyni və.s. üzüvləri bu dünyaya gələndə,
gördüyün kimi hər bir üzv yerli-yerində və həmahəng inkişaf etsin. Onları nə artırmaq və nə
azaltmağa ehtiyac yoxdur.

Beş hiss orqanının insana məxsus olması və onun üstünlüyü

İndi ey Müfəzzəl! Insanın şərafət nişanəsi və onu digər canlılardan üstün edən, hiss orqanları
haqda fikirləş. İnsanın gözləri baş nahiyəsində elə qərar tutmuşdur ki, hər şeyi onlarla düzgün
şəkildə görür. Gözlər əgər əldə və ayaqda olsaydı, onları qorumaq çətin olardı və insan heç bir iş
görə bilməzdi. Allah-Taalaonları qarında, kürəkdə, və ya bədənin orta hissəsində qərar
verməmişdir ki, bu vaxt bir şeydən xəbər tutmaq və görmək çox çətin olardı.

Hiss orqanlarının sirri

İndi ki heç bir üzv gözlər üçün münasib olmadı, şübhəsiz ki, baş insanın hiss orqanları üşün ən
yaxşı yerdir.

İnsan ücün beş hiss orqanı yaradılmışdır ki, beş hiss olunan şeyi dərk etsin. Göz rəngləri və
surətləri seçmək üçün yaradılmışdır. Qulaq səsləri eşitmək üşün yaradılmışdır. Əgər səslər olsaydı
qulaqlar olmasaydı, onda onlara ehtiyac olmazdı.

11
Başqa hiss orqanları da bu cürdür. Bunların əksi də belədir. Məsələn: əgər göz olsaydı İmam (ə)
olmasaydı. Onda bunların heç bir mə`nası olmazdı.

Indi məxluqata fikir ver, gör necə hər şey öz yerində yaradılmışdır. Hər bir hiss üçün özünə
məxsus məhsus yaradılmışdır. Bundan əlavə bunların arasında qarşılıqlı bir əlaqə də vardır.
Məsələn: İşıq və hava. Əgər işığın rəngi və surəti göz üşün əyan olmasaydı, göz onu görə
bilməzdi. Əgər hava səs dalğaların qulağa yetirməsəydi, qulaq da səsi eşidə bilməzdi

Əgər bir kəs bütün bunları yaxşı mütaliə etsə, nəticədə belə qərara gələr ki, bu hikmətli işlər fəqət
lətif və xəbir olan Allah tərəfindəndir.

Bə`zilərinin gözdən, qulaqdan və ağıldan məhrum olmalarının hikməti

Ey Müfəzzəl! Kor adamın vəziyyəti haqda fikirləş. Gör necə işlərində çatışmamazlıqlar meydana
gəlir. Bu şəxs ayağının altını görmür, qarşısını görmür, rəngləri bir-birindən seçə bilmir və
yaxşını pisdən ayıra bilmir. Əgər birdən bir çuxurla rastlaşsa onu görməyəcəkdir. Əgər düşmən
ona hücum etsə, onu tanımayacaqdır. Həmin şəxsin əgər ağlı da olmasa, süqut edən bir daşa
bənzəyər.

Həmçinin bir kəs ki, eşitmir, həyatda çoxlu çətinliklərlə üzləşir. Insana rahatlıq verən
nəğmələrdən məhrum olur. Insanlarala söhbət etmək onun üçün çox çətin olur. O, şəxs bir ölü və
qeyb olmuş kimidir ki, insanlardan xəbərsizdir. Bir halda ki, o hər şeyi müşahidə edir və yaşayır.

Amma əgər insan ağılsız olsa, heyvana bənzəyər.

Görürsənmi insanın üzvləri necə yaradılmışdır. Onlardan birinin olmaması vəya naqis olması
onun üçün çətinliklər yaradır.

Müfəzzəl deyir: Ərz etdim: Niyə bə`zi insanların bədən üzvləri naqisdir. Amma onlar
buyurduğunuz çətinliklərlə üzləşmirlər?

Buyurdu: Bə`zən bu iş o şəxsləri ədəbləndirmək və başqalarının da bundan ibrət dərsi alması


üçündür. Necə ki, şahlar başqalarına dərs olsun deyə belə işlər görürlər

Belə şəxslər əgər allaha şükr etsələr və tövbə etsələr, ölümdən sonra böyük əcr sahibi olarlar.

Bəbən üzvlərinin tək və cüt yaradılışı.

Ey Müfəzzəl! Bədən üzvlərinin təkvə cüt yaradılışı və onlarda gizlənən hikmətlər haqda fikirləş.
Baş tək olan üzvlərdəndir. İnsanın əgər iki başı olsaydı, onun xeyrinə olmazdı. Çünki, həmin
başda bütün lazım olan hissiyyat üzvləri cəm olmuşdur. Əgər digər bir baş olsaydı,
lazımsızlığından əlavə, onu tənzim etmək olmazdı. Əgər insanın iki başı olsaydı, həqiqətdə insan
iki hissəyə bölünərdi. Əgər biri danışsaydı, o biri lazımsız qalardı. Əgər hər ikisi ilə danışılsaydı,
digəri artıq olardı.

Əllər cüt yaradılmışdır çünki, insan bir əllə çox işlərinə yetişə bilmir. Məsələn: bənnanın,
nəccarın bir əli olsaydı, işini lazım olan qaydada görə bilməzdi.

Səs sistemlərinin yaradılışı.

12
Ey Müfəzzəl! Səs, danışmaq və onların insanda olan orqanları haqqında fikirləş. Qırtlaq bir boru
kimi səsi boğazdan xaric edir. Dil, dodaqlar və dişlər də hərfləri və nəğmələri tələffüz etmək üşün
bir vasitədir. Görmürsənmi ki, o kəslərin ki, dişləri yoxdur, “sin” hərfini, onların ki, dodağı
yoxdur “kaf” hərfini, onların ki, dilləri ağırdır “Ra” hərfini tələffüz edə bilmirlər.

Bu orqanlar hər şeydən çox qara zurnaya oxşayır. Qırtlaq onun səs borusuna oxşayir və ağ ciyər
bir kisəyə oxşayir ki, onunla üfürürlər ki, hava ona daxil olsun. Ağ ciyər əzələləri ki, səsi çölə
çıxaran barmaqlığa oxşayır ki, zurnada səsin hərəkətə gəlməsi üçün qoyurlar. Dodaq və dişlər
zurnanın ağzında olan dəmir alətə oxşayır ki, onunla üfürməklə müxtəlif səslər meydana gəlir.

Bu üzvlərin digər faydaları

Səs orqanları ilə danışmağı və hərfləri tələffüz etməyi sənə öyrətdim.Amma bu üzvlərdə başqa
faydalar da gizlənmişdir ki, sən onlara çox möhtacsan. Nəfəs borusu havanın həmişə cərəyan
etdiyi yol və qəlbi sərinlədən bir vasitədir. Əgər bu yol bir an bağlansa insan ölər. Insan dil ilə
dadları bir-birindən ayırır. Şirini, acıdan, şoru şirindən və dadlını dadsızdan ayırır. Bütün bu
yollarla qida və su asan keçir.

Dişlər də qidanı əzib, yumşaldır və yemək rahat olur. Dişlər dodaqlar üçün söykənəcəkdir ki,
onlar daxildən ağızı qoruyur. Şübhəsiz ki, dişi olmadığına görə dodaqları əsən kəsləri görmüsən.
Insan içkiləri dodaqlar vasitəsilə yavaş-yavaş içir ki, boğulmasın. Dodaqlar ağız üçün bir qapı
kimidir ki, istədiyi vaxt açır və istədiyi vaxt bağlayır. Bu dediklərinmdən sonra mə`lum oldu ki,
hər üzvün müxtəlif faydaları vardır. Necə ki, birinin vasitəsi ilə bir neçə iş görmək olar.

Beyin, baş sümüyü və onların mühafizəsi

Əgər maneələr olmasa beyinin xətərdən qorunması üçün necə örtüldüyünü görərsən. Baş sümüyü
də özü bir papaqdır ki, beyni zərərlərdən və ziyanlardan qoruyur. Insanın başı da tüklərlə
örtülmüşdür ki, paltar kimi onu istidən və soyuqdan qorusun. Həqiqətən Ondan başqa kim beyni
bu cür yaratmış və onu bütün hislər üçün tənzimləyici qərar vermişdir. Və kim onu bu cür
möhkəm bir qalanın içində yaratmışdır.

Göz qapağında olan, e`cazkarlıq.

Ey Müfəzzəl! Göz qapağı haqda fikirləş. Gör o, necə bir pərdə kimi gözlərin üstünü örtmüşdür.
Onun kənarında bəndlər və halqalar düzəldilmişdir ki, insan istədiyi vaxt gözü aça bilsin. Göz bir
qalanın içində qərar verilmişdir və pərdə və kipriklərlə qorunur.

Nəfəs və qida borusu

Kim boğazda iki məcra yaratmışdır. Biri səsin xarici üçündür ki, nəfəs borusu ilə ağ ciyərə
birləşmişdir. O biri isə qida borusudur ki, qidanın mə`dəyə getməsi üçündür.

Kim boğazda bir pərdə yaratmışdır ki, yeməyin ağ ciyərə yetişməsinin və ölümün qarşısını alır?
Kim ağ ciyəri ürəyi sərinlədən qərar vermişdir? O, insanın həmişə işlənməsinə baxmayaraq
qəlbdəki hərarəti azaldır və ölümlə nəticələnmir.

Insan bədənindən artıq Maddələrin xaric olmasının tə`siri

13
Allahdan başqa kim insan bədənində sidik və nəcisin xaric olmasından ötəri borular qərar
vermişdir ki, istədiyi vaxt onları açıb-bağlasın ki, həmişə axım halında olmasın? Insan yaşayışını
əzab-əziyyətə salmasın. Doğurdan da insan Allahın saysız ne`mətlərin ələ gətirməyə qadir
deyildir. Şübhəsiz ki, Allahın ne`mətləri insan biliyindən daha da çoxdur.

Həzm orqanizmi və qara ciyər.

Allahdan başqa kim mə`dəni bu cür möhkəm yaratmışdır ki, ağır qidaları həzm etsin? Kim qara
ciyəri bu qədər yumşaq və lətif yaratmışdır ki, şirəni və qidanın yumşaqlığın qəbul etsin və onun
həzmini mə`dədə asanlaşdırsın?

Bu işlərdə azacıq da olsa belə uyğunsuzluq görürsənmi? Əslən! Bunlar hamısı həkim bir
müdəbbirin işidir. O, yaradılışdan da əvvəl qadir və alim olmuşdur və heç bir şey onu qüdrətsiz
edə bilməz. O, Lətif və Xəbirdir.

Beyin, qan, qulağın üstü, dırnaqlar və ayağın üstü

Ey Müfəzzəl! Fikirləş ki, niyə zərif beyin lüləşəkilli sümüklərin içərisində qərar tutmüşdur? Niyə
axar qan boruya oxşar damarların içindən axır? Bu qanı qorumaqdan və düzgün hidayət
olunmasından başqa bir şey üçündürmü? Niyə dırnaqlar barmaqların başından çıxır? Bu
barmaqları qorumaq və insana işləməkdə kömək etmək üçündür. Niyə qulağın arası zindan və
sərdabələr kimi qarışıqdır? Bu səsin qulağa yetişməsi və onun sınmaması və qulaq pərdəsinə zərər
yetişməməsi üçündür. Niyə insan ayağının üstünün ətlərini və oturacaqlarını özü ilə daşıyır? Bu
insanın bərk yerdə oturanda əziyyət çəkməməsi üçündür.

Insanın kişi və qadın surətində yaradılışı

Kim insanı kişi və qadın yaratdı? Onlarda cinsiyyət orqanları yaratdı? Hansı kəs insanda ümid və
inam hissyyatı yaratdı?

Kim onu ümidvar yaratdı və iş ləvazimatlarını onun ixtiyarında qoydu? (bədən üzvləri). Hansı kəs
onu iş görmək qabiliyyətinə malik etdi? Kim insanı iş görmək qabiliyyətinə malik etdi və onu
ehtiyaclı saxladı? Kim insanı ehtiaclı yaratdı və onun ehtiyaclarını ona əta etdi? Kim insanın
ehtiyaclarını ona əta etdi və hacətlərinin rəvan olmasına zamin oldu? Kim insanı məxluqatın
arasında ağıllı və şüurlu olması ilə seçdi və kim ona yaddaşı və fikri bağışladı? Kim ona çarə
verdi ki, öz işlərində çarə qılsın. Kim ona bu qüdrəti verdi ki, höccəti onun üçün tamam etsin?
Kim onun çarə qıla bilmədiyi işlərə çarə qıldı? O kəs ki, ondan başqa heç kim həqiqi şükrə layiq
deyildir.

Dediklərimiz haqqında yaxşı fikirləş. Bu quruluşda və tərtibdə nizamsızlıq görürsənmi?

Allah-Taalaqur`ani-kərimdə buyurur: Allah onların vəsf etdiyi şeylərdən pak və münəzzəhdir.


(Ən`am surəsi 100-ci ayə.)

Ürək və onun ağ ciyərə bağlılığı

Ey Müfəzzəl! Indi ürəyi sənin üçün şərh edirəm:

14
Ağ ciyərin deşiklərinin müqabilində ürəkdə də deşik vardır ki, ürək istiləşməsin. O, vaxta qədər
ki, bu deşiklər münəzzəmdir, hava və nəfəs ürəyə yetişir və insan həlak olmur ağıllı bir insan
fikirləşərmi ki, bu özbaşına belə olmuşdur? Və ya onun ağlı bu uyğunluğu təsdiq edərmi?

Əgər petləsi olan bir qapının tayını görürsən. Məgər bunun bihidə olduğunu fikirləşirsən?

Heç vaxt! Bəlkə fikirləşirsən ki, bu tayı düzəldən, O biri tayı da düzəldmışdir ki, onlara birləşib
birlikdə bir hədəfi yerinə yetirsinlər və başqalarına xeyir versinlər.

Ölüm olsun o kəslərə ki, fəlsəfə və hikmət iddiaçısıdırlar. Ancaq onlar yaradılışın mö`cüzələrin
görmürlər. Varlıqda olan tədbiri və hədəfi inkar edirlər.

Dişlərdə olan e`cazkarlıq

Ey Müfəzzəl! Bir az dişlər haqda fikirləş. Onların bə`zisi itidir ki, qidanı bölsün və kəssin və
bə`ziləri enlidir ki, qidanı yumşaltsın və xırdalasın. Allah-Taalabu cür dişləri insana vermişdir
Çün ki, insan bunlara möhtacdır.

Tük, dırnaq və onların faydaları

Yenə də Allahın, tük və dırnağı bu cür hikmətlə yaratdığı barədə fikirləş. O, yerdən ki, bunlar
inkişaf edir və uzanır, həmin yerdən də qəsaldılmalıdır. Bunların hissiyyatı yoxdur ki, insan onları
qısaltdığında əziyyət etsin. Əgər insan bunları qısaldanda əziyyət çəksəydi, iki yol arasında
qalardı: Ya bunları gərək qısaltmayaydı, ya da onları əziyyətlə qısaldaydı.

Müfəzzəl deyir: ərz etdim: Nə olardı ki, əgər Allah onları elə yaradaydı ki, uzanmazdılar və
qısaltmağa ehtiyac olmazdı? İmam (ə) buyurdu: Allah-mütəal bu işdə çoxlu ne`mətlər qoymuşdur
ki, insanlar bundan xəbərsizdilər. Agah ol! Bədəndə olan dərdlər tükün çıxması ilə və bədənə
nüfuz edən şeylər dırnağın çıxması ilə bədəndən xaric olur. Ona görə də göstəriş verilmişdir ki,
hər həftə “nurə” (tükün bir müddət çıxmaması üçün hazırlanmış maddə) sürtməklə və təraş
etməklə tükü və dırnağı qısaltmaqla bu işə əncam versin. Bu iş səbəb olur ki, tük və dırnaqlar
sürətlə inkişaf etsin. Dərdlər və xəstəliklər tezliklə bədəndən xaric olsun. əgər insan bu cür
etməsə, bədəndə müxtəlif xəstəliklər meydana gələr.

Tüklərin bədənin bir neçə yerində çıxmasının insan üçün zərəri var idi ki, onun qarşısı alınmışdır.
Əgər tük insanın gözlərində çıxsaydı, yemək, içmək onun üçün çətin və ləzzətsiz olmazdı? Əgər
əlinin içində çıxsaydı insanı işdən saxlayardı. Bəs o yer ki, məsləh və xeyirli deyil, orda tük
yoxdur. Bu heyvanlarda da belədir. Baxmayaraq ki, onların bədəni tüklə örtülmüşdür, həmin
deyilən yerlərdə tük yoxdur.gör yaradılış necə xətadan, ziyandan və nəzmsizlikdən uzaqdır və hər
şey hikmət və məsləhətlə yaradılmışdır.

Qoltuğun və qarının altında tükün çıxmasının sirri

“Maxnin” səhabələri və başqaları ki, yaranışa irad etmək istəyirlər və tükün qoltuğun və qarının
altında çıxmasını laiqsiz sayırlar, onlar xəbərsizdirlər ki, tükün bu yerlərdə inkişaf etməsi, həmin
yerin rütubətli olmasına görədir. Necə ki, ot yaş yerdə bitir, tük də belə yerlərdə inkişaf edir.
Məgər görmürsən ki, bu yer bədənin artıq maddələrini qəbul etmək üçün ən münasıb yerdir? Bu

15
iş səbəb olur ki, insan özünə yetişsin və paxıllıqdan və təmizlıkdən əlavə, sağlam bədəni olsun.
Həmçinin insan bədəninin artıq tüklərini qısaltmaqla yaxşı ruhiyyəyə malik olur.

Ağız suyunun faydaları

Allah-Taalaelə etmişdir ki, bu su həmişə ağıza axır və ağızı və böğazı yaş saxlayır. Əgər bu yerlər
quru olsa, insan ölə bilər. Çünki, ağız suyu qidanı yumşaldır. Bil ki, rütubət qidanı hidayət edən
minik hökmündədir. Bu rütubət öd kisəsinə də yetişir, bu da insanın xeyrinədir. Əgər öd qurusa
insan ölər.

Niyə paltarda olduğu kimi insanın qarnında düymə yoxdur?

Bə`zi nadanlar yalandan özlərin fəlsəfəçi adlandırırlar və savadsızlıqlarından deyirlər: Nə olardı


əgər insanın qarnı qəba və gecə paltarı kimi olardı. Həkim istədiyi vaxt onu açar və onun içərisini
görərdi. Çünki, həkim bə`zən düzgün nəzər vermir və nəticədə insan ölür.

Bu cahillər bilmirlər ki, əgər bu fikir doğru olsaydı, insanın ölümdən qorxusu olmasından əlavə
qarnın mayələri axardı və insanın istirahəti pozulardı. Bununla belə bu işirələr insanın üst-başını
bulayardı və insanın yaşayışı xarab olardı.

Allah-Taalamə`dəni, ürəyi və qara ciyəri insanın daxilində müəyyən bir hərarətlə qərar vermişdir.
Əgər qarının deşiyi olsaydı. Bədənin hərarəti aradan gedər və nəticədə insan ölərdi.

Yeməyin və yatmağın sirləri.

Ey Müfəzzəl! Yeməkdə və yatmaqda çoxlu tədbirlər gizlənmişdir. Bu işlərin hər biri üçün daxili
amillər mövcuddur: Aclıq yeməyin amili və bədənin rahatlığıdır. Yuxusuzluq və mürgüləmək,
yatmağın amili bədənin istirahəti və güclənməsidir.

Əgər insan ac olmasaydı, daxilində yemək istəyi olmazdı, bəlkə başqa yolla bədəninin yeməyə
olan ehtiyacını ödəyərdi. Çətinlik və xəstəliyin tə`sirindən heç nə yeməzdi, nəhayət ağrıları
şiddətlənib ölərdi. Necə ki, bə`zən insanın bir dərmana ehtiyacı olur, ancaq laqeyidliyi və ondan
istifadə etmədiyinə görə xəstəliyi ağırlaşır və ölümlə nəticələnir.

Həmçinin insan əgər ehtiyacı qədər yatmasa, bədəni zəifləyər və ölər. Allah bu işlərin hər birində
insan üçün bir xeyr qoymuşdur.

Bil ki, insanın cismində dörd qüvvə gizlənmişdir:

1- Cazibə qüvvəsidir ki, qidanı alır və mə`dəyə tərəf göndərir.

2- Qoruyucu qüvvədir ki, qidanı mə`dədə saxlayır və təbii əməliyyatlar onun üzərində icra olunur.

3- Həzm güvvəsidir ki, qidanı mə`dədə həzm edir. Şirəni və onun əlsini ayrır və onu bədənin hər
tərəfinə yayır.

4- Dəf etmə qüvvəsidir ki, qidanın artıqlarını ondan ayrır.

16
Bu qüvvələrin bədəndəki işi və onlarda gizlənən hikmətlər haqda fikirləş. Əgər cazibə qüvvəsi
olmasaydı insan necə yemək fikrinə düşərdi ki, bədənin istiqaməti onunladır?

Əgər qoruyucu qüvvə olmasaydı, qida mə`dədə dayanmazdı və həzm olmazdı. Əgər həzim
qüvvəsi olmasaydı necə yemək həzm olardı.

Əgər dəf etmə qüvvəsi olmasaydı, qidanın həzm olmayan hissəsi bədəndən xaric olmazdı.

Allah-Taalaöz gözəl təqdiri ilə bu qüvvələrin bədəndə müxtəlif xeyirlərini qoymuşdur. Bütün
bunlar bir şahın sarayına oxşayır. Bu sarayda qulamlar, nökərlər, xidmətçilər və müdafiəçilər
vardır. Bu müdafiəçilərdən biri ehtiyaclarını və istəklərini yerinə yetirmək üçün “cazibəli” saraya
daxil olanları, zəxirə etmək üçün “qoruyucu” biri bu zəxirələri ehtiyacı olanları paylamaq üçün
“həzm qüvvəsi”və o biri bu sarayı artıq və çirkin şeylərdən təmizləmək üçün “dəf etmək qüvvəsi”
tə`yin edilmişdir. O, şeyi ki, mən şərh etdim, təbiblərin və həkimlərin yazıları ilə bir deyildir.
Onlar tibb elminə və bədənin sağlamlığına aid olan şeyləri izah etmişlər. Amma biz onda
gizlənmiş Dini məsləhətləri və gümrahlıq xəstəliklərinin şəfasını dedik. Buna görə də hikmətləri
və tədbirləri kifayət edən şərhlə və yaxşı misallarla bəyan etdik.

Daxili qüvvələr və onların bədəndəki yeri

Ey Müfəzzəl! Fikiri qüvvələr: xəyal, ağıl, hafizə və digər daxili qüvvələr haqda fikirləş. Heç
bilirsən ki, əgər bu qüvvələrdən fəqət hafizə naqis olsa, insanın vəziyyət necə olardı. Insan xeyrini
və ziyanını, gördüklərini və eşitdiklərini, dediklərini və ona deyilənləri bilməzdi. Ona yaxşılıq və
pislik edənləri yaddan çıxarardı. Yaşayışında çatışmamazlıqlar meydana gələrdi.

Əgər belə olsaydı, getdiyi yolu yaddan çıxarardı və bütün ömrü puç olardı. Demək olar ki, O
insaniyyətdən çıxardı.

Hafizə və unutqanlıq ne`məti

Gör necə bütün batini xüsusiyyətlərin arasında ancaq biri bu cür mühümdür.

Bil ki, unutqanlıq hafizə ne`mətindən çox böyükdür. Əgər unutqanlıq olmasaydı, heç kəs öz
çətinliyini və müsibətin yaddan çıxarmazdı. Həsrəti sona yetməzdi. Kini tamam olmazdı.
Dünyanın əzablarını yadda saxlamaqla heç vaxt ondan bəhrələnməzdi.

Görmüsənmi ki, bu iki qüvvə necə bir-birinin ziddinədir? Bunların hər birinin insanda özünə
məxsus səlahiyyət gizlənmişdir.

Bu bir-birinə zidd olan iki ne`mət insanın xeyrinədir və bunların hər biri onun üçün zəruridir.

Heyvanlar arasında yalnız insan həyalıdır...

Ey Müfəzzəl! Allah-Taalabütün canlılar arasında fəqət insanı həyalı yaratmışdır.

Əgər insanın həyası olmasaydı heç vaxt qonaq qəbul etməzdi, əhdə vəfa etməzdi, yaxşılıqdan
uzaq olar və pis işlərə mürtəkib olardı. Vacib və lazım olan işlərin də çoxu Həyaya görə yerinə
yetirilir. İnsanların çoxu əgər Həya etməsəydi və xəcalət çəkməsəydi, valideyinlərinin haqqına

17
riayət etməzdi, nəinki silə hətta rəhm belə etməzdi və heç bir əmanəti laiqincə sahibinə
qaytarmazdı.

Bu cür insana lazım olan xüsusiyyətlər onda cəm olmuşdur.

İnsanın nitqə və yazmağa sahib olması

Ey Müfəzzəl! Gör necə Allah-Taalainsana nitq ne`məti əta etmişdir. Insan bu qüvvə ilə öz fikrini
bəyan edir.

Əgər insanın nitqi olmasaydı, dörd ayaqlı bir heyvana bənzəyərdi ki, başqalarını öz fikri ilə
xəbərdar edə bilmir.

Yazmaq qüdrəti də insana məxsusdur. Insanlar yazmaqla keçmişdəkilərin xəbərini indikilərə və


indikilərin xəbərini gələcəyə çatdırırlar.

Yazmaqla müxtəlif elmlər və adət-ən`ənələri yazılarda, kitablarda əbədi qalır.

Əgər yazı olmasaydı gündəlik baş vermiş hədislər və xəbərlər məhv olub aradan gedərdi.
Mədəniyyət aradan gedərdi.

Mümkündür sən belə fikirləşəsən ki, nitq qüvvəsi insanın fitrətində deyil, bəlkə o, bunu ağlı və
fikri ilə tapır. Danışmaq da belədir. Insanlar bu kəlmələri və sözləri öz aralarında islah etmiş və
danışıqda işlətmişlər. Buna görə də hər millətin və ümmətin özünə məxsus dili vardır. Nəticədə
biri ərəb, biri siryan, biri ibri, biri roma dilində yazır. Bu sözlər və dillər insanlar arasında
yayılmışdır və onlar özləri bu sözləri düzəltmişlər. Bu fikri iddia edənin cavabında gərək deyilə:

Əgər insan öz ağlı ilə bu iki, şeyə yetişmişdirsə, bəs onda bu işlər nəyin vasitəsilədir?

İnsanın dini və dünyavı ehtiyaclarının həlli.

Ey Müfəzzəl! Fikirləş ki, Allah-Taalainsana hansı elmləri əta etdi və hansılarını vermədi? Onu
dini və dünyavi elmlə qiymətləndirdi. Dini elm barəsində yaranış arasında çoxlu nişanələr və
dəlillər gizlənmişdir. Dini vacibatlarla ədalətə riayət etmək, ata və anaya ehsan etmək, əmanətə
riayət, din qardaşlarına kömək və.s, kimi şeylərlə aşina olmağı ona əta etdi. Bütün bu işlər bais
oldu ki, insan öz fitrəti ilə müvafiq olaraq Allah-taalanı tanısın.

Həmçinin dünya elmlərini də ona hədiyyə etmişdir. O cümlədən bağçılıq və kənd təsərrüfatı elmi,
qoyunçuluq və maldarlıq, müxtəlif xəstəliklərin müalicəsini öyrənmək, quşçuluq və balıqçılıq və
bu kimi elmlərdən insan bəhrələnə bilər.

Allah-Taalayalnız bu elmləri insana əta etmişdir ki, onun həm dini, həm də dünyası üçün
xeyirlidir.

Allah insanın şə`nində və bacarığı olmadığı elmləri də ona vermişdir. Məsələn: Qeyb elmi, baş
verən hadisəyə olan elm, bə`zi baş vermiş hadisələri bilmək, suyun dərinliklərində olan bə`zi
şeyləri bilmək, və s. Bir qurup insanlar bu elmlərdən xəbərdar olduqların iddia edirlər. Bir halda
ki, onların səhv sözləri öz dediklərini batil edir.

18
Yaxşı fikirləş bütün elmlər ki, insanın dininin və dünyasının xeyrinədir ona verilmişdir və öz
kamilliyin və naqisliyin dərk etmək üçün başqa elmlərdən məhrum olmuşdur.

İnsanın ömrünün müddətindən xəbərsiz olmağı

Ey Müfəzzəl! Indi də insanın öz ömrünün müddətindən xəbərsiz olmağı haqda fikirləş. Əgər o,
özünün qısa ömründən xəbərdar olsaydı, həyatdan heç bir ləzzət almazdı. Insan əgər ölümün
intizarında olsa, həyatın şirinliyini duymazdı. Bu cür şəxs malı əlindən getmiş bir insana
bənzəyir. Malının əlindən getməyi və fəqirlik onu qorxutmuşdur. Xoşagəlməz aqibəti və ömrünün
axırını bilməyin insana bəxş etdiyi tə`sir, malın əldən getməyin verdiyi tə`sirdən daha böyük və
çətindir. Çünki, malın yoxluğu düzələndir və bu iş nisbi də olsa insana aramlıq bəxş edir. Amma
o kəs ki, ömrünün axırını bilir, əgər ömrü uzun da olsa, heç ümüd etməz.

Əgər insanın ömrünə yəqinliyi olsa, ləzzət və günah dəryasına qərq olar. O, ömrünün axırında
tövbə etmək ümidi ilə yaşayar, həmişə şəhvətlərə yetişməyə çalışar. Şübhəsiz allah-taalanın bu
əqidədən xoşu gəlmir. Və o, şəxsi bəndələrindən hesab etmir. Əgər sənin bir qulamın olsa ki, bir
il sənin qəzəbinə səbəb ola və bir gün və ya bir ay səni xoşhal edə. Onu qəbul edərsənmi?
Şübhəsiz qəbul etməzsən. O, vaxta qədər ki, sənin razılığını qazana.

Deyə bilərsən ki, bütün vaxtlarını günaha sərf etmiş şəxsin tövbəsi qəbul olurmu? Cavab veririk:
Bu iş o vaxt olur ki, şəhvət insana qələbə edir və onunla mübarizə etməkdən aciz olur. Nəinki
onun işi günah etmək olmuşdur. Yalnız bu vaxt Allah onu bağışlayır. Amma o kəs ki, bilə-bilə
günah edə və sonra tövbə edə, Həqiqətdə o, bir kəsi aldadır ki, aldadılası deyil. Çox vaxt bu
şəxslər vədəsinə əməl etməyə müvəffəq olmurlar. Çünki ürəyi ləzzətdən saxlamaq, xüsusən
qocalıq dövürlərində çox çətindir. O vaxt da mə`lum deyil ki, insan sabah-sabah etməyin
tə`sirindən ölümdən qafil olur və tövbə etmədən dünyadan gedir. Necə ki, bəzən bir şəxs neçə
müddətdə borc pul götürür. Ancaq onu o qədər tə`xirə salır və sabah-sabah edir ki, pulu
qaytarmağın vaxtı çatır və pulu qurtarır nəhayət borc onun boynunda qalır.

Buna görə ən yaxşısı budur ki, insanın ölümünü və ömrünün müddəti onun üçün gizli qalsın.
Bütün ömrü boyu ölümünün intizarında qalsın. Və günahları tərk etsin.

Əgər desən: İndi də ölümünün vaxtı ondan gizlidir və hər vaxt ölümünün intizarındadır. Bununla
belə yenə də fəsada və haramlara mürtəkib olur. Cavabında deyirik:

Bu işdə olan tədbiri yuxarıda qeyd etdik. Əgər insan yenə də günahdan çəkinməsə və fəsaddan
uzaqlaşmasa, sərxoşluq və zalımlıqla məşğul olar. Necə ki, həkim xəstə üçün onun xeyrinə olan
bir nüsxə yazır. Amma o xəstə həkimin dediyinə əməl etməsə, o nüsxə hec vaxt ona xeyir verməz.
Bu iş xəstənin öz ziyanınadır, nəinki həkimin. Çünki, o həkimin sözlərinə itaət etməmişdir. Əgər
insan ölümün onu haqlamağına xatircam olsa, çoxlu böyük günahlara mürtəkib olar. Bəs ölmü
gözləmək insan üçün çox faydalıdır. Insanların bir hissəsi ölümü yad etmirlər və moizəni qəbul
etmirlər. Amma başqa bir hissəsi onu yad etdiklərinə görə günahdan uzaq olurlar və saleh əməllər
edirlər. Bu dəstə öz mallarından və dəvələrindən fəqirlərə və miskinlərə infaq edirlər. Bu minvalla
ədalətdən deyil ki, agahsızlığına görə bu işdən özünə xeyir götürməyən və haqqını görməyən bir
qurupa görə, başqa qurup bu işdən bəhrələnməsin.

Yuxu və onun yalan və doğru olmasının sirri.

19
Ey Müfəzzəl! Yuxular və onların yalan və doğruluğunda olan hikmət haqda fikirləş. Əgər
yuxuların hamsı doğru olsaydı, bütün insanlar qeybdən xəbərdar olardı. Əgər yuxuların hamsı
yalan olsaydı, bütün yuxular bihudə olardı. Buna görə də bə`zən yuxu doğru olur və insanlar
ondan faydalanır. Amma yuxuların yalan olmasının səbəbi budur ki, insanlar ona e`timad
etməsinlər.

İnsanın ehtiyacını ödəmək üçün yaradılmış şeylərin şərhi.

Ey Müfəzzəl! Insanın ehtiyacını ödəməsi üçün yaradılmış şeylər və mövcudatlar haqda fikirləş.
Torpaq bina tikmək üçün, taxta gəmi düzəltmək üçün, daş əldəyirmanı üçün, qızıl və gümüş
müamilə sərvəti zəxirə etmək üçün, odun yandırmaq üçün, heyvanlar yük daşımaq üçün və yağış
yeri xalça kimi döşəmək üçün yaradılmışdır.

Əgər insan bir evə daxil olsa və orda insana lazım olan bütün əşyaları görsə heç fikirləşərmi ki,
bunlar hamısı hədəfsiz və öz-özünədir? Necə bir kəs fikirləşər ki, bütün bu nizam-intizam təbiətin
məhsuludur?

Ey Müfəzzəl! Insanın ehtiyacını ödəmək üçün yaradılmış, hikmətli və tədbirli şeylərdən ibrət
dərsi götür. Onun üçün dənli bitkilər yaradılmışdır. Gərək onları un edəsən və unu xəmir edib,
çörək bişirəsən. Onun üçün ağac yaradılıb ki, onu əksinlər və ondan faydalansınlar.

Gör necə insanın bütün zəruri ehtiyacları yaradılmışdır. Ancaq insan onlara yetişmək üçün təlaş
etməlidir. Və bu onun üçün xeyirlidir. Çünki, insan əgər bütün bunları əzab-əziyyətlə ələ
gətirməsə, həmişə sərxoşluq və üsyan edər. Əgər insanın bütün ehtiyacları ödənilsəydi, həyatın
onun üçün ləzzəti olmazdı. Necə ki, bir insan işləmədən bütün ehtiyacları ödənilsə işsizlikdən
bezər. Əgər insan ömrü boyu işləməsə, iş onun üçün çox çətin olar.

Bəs böyük hikmət və tədbir ondadır ki, insan ehtiyaclarını çalışmaqla ələ gətirir.

Çörək və su insanın həyatının əsas amilidir.

Ey Müfəzzəl! Bil ki, çörək və su insanın həyatının əsas amili hesab olunur. Onlarda gizlənən
hikmətlərə və tədbirlərə nəzər sal. Insanın suya olan ehtiyacı aclığa nisbətən çoxdur. Çünki
insanın bədəni suya çörəkdən çox ehtiyac duyur. İnsan içmək, paltar yumaq, heyvanları sirab
etmək, bitkiləri suvarmaq üçün suya möhtacdır. Buna görə də insan suyu rahatlıqla ələ gətirir.
Amma çörək əziyyətsiz ələ gəlmir. Belə olmasa insan bekarçılıqdan fəsadla məşğul olardı. Uşağı
məktəb yaşına çatmamış müəllimin yanına göndərirlər ki, oynamaqdan və fəsaddan uzaq olsun.
Əgər O, bekar olsa, ailəsini və özünü ziyana salar. Bunu dərk etmək üçün ehtiyacsız və varlı olan
insanlara nəzər sal. Gör onların işi nə yedədir.

Insanların bir-birinə bənzəməməsi heyvanların və quşların bir-birinə oxşarlığı.

Yaxşı bax və ibrət dərsi götür ki, niyə insanlar bir-birinə oxşamırlar. Ancaq heyvanlar və quşlar
bir-birə oxşayırlar. Əgər bir maral sürüsünə nəzər etsən, onların bir-birindən seçilmədiyini
görərsən. Amma insanlarda oxşar xüsusiyyətlər azdır. İnsanlar arasında olan müalimə səbəb olur
ki, onlar bir-birini xüsusiyyətlərlə tanısınlar. Ancaq heyvanlar arasında belə müamilə yoxdur.
Əgər iki əkiz insan bir-birinə çox oxşasa, insanların onlarla müamiləsi çətinləşər. Necə ki, bəzən

20
birinin yerinə başqasını cəzalandırırlar. Kim bu zərif və dəqiq işlərlə ki, (heç kimin ağlına gəlmir)
bəndələrinə lütf və inayət edir. Bu onun rəhmətidir ki, hər şeyi əhatə etmişdir.

Əgər bir şəxs deyər ki, bu insanın divardakı şəkli öz-özünə meydana gəlmişdir. Heç kim onu
düzəltməmişdir, sən bu uyğunluğu qəbul edərsən? Heç vaxt! Bəlkə onu istehza edərsən. Bir halda
ki, bu sözü cansız bir şəkil haqda qəbul etmirsən. Bəs canlı, şüurlu və natiq insan haqda necə?

Heyvan bədəninin inkişafı və onun inkişafının bir həddə dayanmasının sirri.

Əgər bu işlərdə tədbir və hikmət yoxdursa, niyə heyvanlar daimi olaraq qidalanır, amma onların
bədəni həmişə inkişaf etmir. Bəlkə inkişafın bir sonu və ya həddi vardır. Onlar bu həddə
yetşəndən sonra dayanır və o həddi keçmir: Bu işdə olan tədbir və hikmət odur ki, onların bədəni
böyüklük və kiçiklikdən əlavə, bir xüsusi həddə məxsusdur. Nəticədə inkişaf edir və həmin həddə
ki, yetişir onun inkişafı dayanır. Amma buna baxmayaraq, onun qidalanması davam edir. Əgər
onlar həmişə inkişafda olsalar, həddən artıq çox böyüyər və heyvanın bədən ölçüləri kontroldan
çıxar.

Insan üçün yol getməyin və hərəkət etməyin çətinliyi

Niyə heyvanlar arasında hərəkət etmək və yol getmək, yalnız insan üçün çətindir? Bəs niyə onlar
diqqətli, lətif və zərif əməllərlə məşğul olmur? Bu zəruri şeyləri: geyim, məskən və kəfən
hazırlamaq üçün bir az çətinliyə düşür? Əgər insan əziyyət və çətinlik görməsə, fəsaddan və
pislikdən necə uzaq qalar və Allah-taalanın müqabilində təvazukarlıq etməz? Görmürsən hər vaxt
ki, insan çətinliyə düşür, təvazokar olur və Allaha tərəf gedir. Əgər o, vurulmaqdan ağrı hiss
etmir, hakimlər və soltanlar necə fasidləri cəzalandırır və zülmkarları xar edir? Bu Əbi ouca və
onun və onun dostlarının ki, yaranışın hikmət və tədbirini və əzab-əziyyətdə olan hikməti inkar
edən Mani və onun səhabələrinin danlağı deyilmi?

Dişi və erkəyin tapılması, heyvanların nəslinin davam etməsinin amilidir.

Əgər heyvan fəqət dişi və yaxud erkək doğulsaydı, onların nəsli kəsilməzdimi? Nəhayət tədbir və
təqdir bu cür hökm etdi ki, bə`zilər “Dişi”, bə`ziləri isə “erkək” olsun. Və yaradılışın nəsli
kəsilməsin.

Qarnın altında tükün çıxmasının və kişilərin üzündə tükün inkişafının sirri.

Əgər bu işdə hikmət olmasaydı niyə qız və oğlan həddi buluğa çatanda onların qarnının altında
tük çıxır. Amma kişinin üzündə tük çıxır və qadının üzündə tük çıxmır. Qadının üzündə ükün
çıxması onun təravəti, zərif və xoş olması üçündür. Görürsənmi Allah-Taalanecə hər şeyi öz
hikməti və tədbiri ilə yaratmışdır.

Müfəzzəl deyir sonra İmam (ə) mənə buyurdu: Allahın istəyi ilə sabah tezdən yenə mənim
yanıma gəl.

İkinci fəsl

Müfəzzəl deyir: İmamın (ə) göstərişi ilə sabah tezdən onunla görüşdüm. Onun izni ilə daxil
oldum və İmamın (ə) müqabilində oturdum. Sonra həzrət buyurdu:

21
Şükür o allaha ki, o hər zamandan sonra bir zamanı, hər əsrdən sonra bir əsri, hər aləmdən sonra
bir aləmi, yaradıb. Allah-Taalaöz ədalətindən pis əməl sahiblərinə əzab və yaxşı əməl sahiblərinə
əcr və savab əta edir. Onun adları müqəddəs və münəzzəh və ne`mətləri isə boldur. O heç kəsə
zülm etmir. Bəlkə insanlar öz-özünə zülm edirlər. Onun cəlil və ali sözü də bunu isbat edir.

“Hər kəs zərrə qədər yaxşılıq etsə onun əcrini görər və hər kəs zərrə qədər pis iş görsə onun
əzabını görəcəkdir” (Zəlzələ surəsi, 7-ci ayə).

Bu həqiqəti Qurani-Kərimin bir çox başqa ayələrində də görmək olar. O kitab ki, hər şeyi bəyan
edəndir və onda batil bir şey gəlməyib. Çünki onu göndərən Həkim və Həmiddir. Buna görə də
peyğəmbərimiz Rəsuli-Əkrəm (s.ə) buyurub: Bu həmən sizin əməllərinizdir ki, sizə tərəf
qaytarılacaqdır.

Sonra İmam (ə) mübarək başını bir az aşağı saldı və buyurdu:

Ey Müfəzzəl! Bütün insanlar sərgərdandılar və üsyan edirlər. Onlar şeytanlara və tağutlara itaət
edirlər. Zahirən görürlər amma əslində kordurlar. Zahirdə danışırlar ancaq həqiqətdə laldırlar və
fikirləşmirlər. Guya bunlar gözlənilməz ölümdən amandadırlar, cəzadan kənardılar. “Vay olsun
onlara! Onlar nə qədər bədbəxtdirlər! Onların əzabı nə qədər uzundur!

Bir gündə ki, heç bir dost, dostuna kömək etməz və allahdan başqa heç kəs ona kömək edə
bilməz. Müfəzzəl deyir: İmamın (ə) sözlərinin tə`sirindən bərk ağladım. Həzrət buyurdu: Ağlama!
əgər onu qəbul etsən xilas olarsan. Sonra buyurdu: Heyvandan başlayıram. Onun haqqında başqa
şeylər kimi şərh verirəm:

Onun bədəninin forması haqda fikirləş: Daş kimi bərk deyil. Çünki, əgər belə olsa o hərəkət
edəndə əyilə bilməz. Eləcədə də çox yumşaq deyil ki, onda ayaq üstə dayana bilməzdi. Onun əti
yumşaqdır. Ətlərin arasında möhkəm sümüklər yaradılmışdır və bədən əsəbləri və damarlar hamı
bir-birinə birləşmişdir. Bunların da üstü mühafizə olunmaq üçün möhkəm bir dər ilə örtülmüşdür.

Bə`ziləri heykəl düzəltmək üçün çubuqları simlərlə parçaya bağlayırlar və onun üstünə ağac şirəsi
sürtürlər. Biz şərh etdiyimiz iş də bu cürdür. O möhkəm çubuqlar sümük hökmündə, parçalar ət
hökmündə, simlər əsəb və damarlar və ağac şirəsi isə dəri hökmündədir. Əgər heyvan öz-özünə
yaransaydı, onda gərək bu əldədüzəltmə heykəl də öz-özünə düzəlsin. Əgər heykəlin xaliqsiz və
öz-özünə yaranmasını qəbul etmirsiniz. Gərək diri heyvan barəsində də bu sözü qəbul
etməyəsiniz.

Heyvanların yaranışı

Indi də heyvanların bədəninə nəzər sal. Onların bədəni insanda olduğu kimi ətdən, sümükdən,
damar və əsəblərdən təşkil tapmışdır. Həmçinin onlara göz və qulaq da verilmişdir ki, insanın
ehtiyaclarını ödəsin. Əgər heyvanlar kar və kor olsaydılar, insan onlardan bəhrələnə bilməzdi.
Amma onlara fikir və ağıl verilsəydi, insanın yüklədiyi ağır yükləri aparmaqdan imtina edərdilər.

Əgər bir şəxs desə: Amma qulamlar ağıllı olmaqlarına baxmayaraq, bəylərin verdiyi əmrlərə tabe
olur və onların buyurduğu ağır işləri əncam verirlər. Bunun cavabı belədir: Bu cür insanlar çox
azdır. Insanların çoxu razı deyil ki, heyvanlar kimi yük aparsınlar.

22
Hənçinin əgər insanlar heyvanların işlərini görsələr, başqa işlərindən geri qalarlar. Çünki, bir dəvə
və ya qatır gördüyü bir işi insan görə bilməz. Bu iş, çətinlikdən əlavə insanın həddən artıq
yorulmasına səbəb olur ki, onu başqa peşələri öyrənməkdən məhrum edir.

Heyvanların üç növ yaradılışı.

Ey Müfəzzəl! Heyvanların üç növ (insan, dörd ayaqlı və quşlar) hikmətli yaradılış haqda təfəkkür
et. Onların hər biri bir formada yaradılmışdır. Insanın ağlı və təfəkkürü olduğuna görə o ticarət,
zərgərlik və dəriçilik kimi işləri görə bilir. Onun üçün böyük əllər və barmaqlar yaradılmışdır ki,
bu işləri görməyə malik olsun.

Ətyeyən heyvanlarda gizlənən hikmətlər və tədbirlər.

Belə təqdir oldu ki, ətyeyən heyvanların qidası başqa heyvanları ovlamaqla olsun. Ona görə bu
heyvanlar üçün möhkəm əllər, pəncələr və iti caynaqlar yaradılmışdı. Bu caynaqlar və pəncələr
insan işləri üçün münasib deyil.

Otyeyən heyvanlara isə məsləhətə görə sənət və ovlamaq qabiliyyəti verilməmişdir. Amma
onların bəziləri üçün əl və ayaq dırnaqları yaranmışdır ki, otlaqların uyğunsuz yerlərində əziyyət
çəkməsinlər. Onların bir hissəsi üçün insanın ayağında olduğu kimi çuxura oxşar dırnaqlar
yaradılmışdır ki, yerlə uyğun olsun. Həmçinin təfəkkür et ki, necə ətyeyənlərdə iti dişlər güclü
pəncələr və caynaqlar və böyük ağız yaradılmışdır. Allahın hikməti və tədbiri ilə bu Heyvanların
qidası ət oldu. Ona görə də onlara ov və şikar vasitələri verildi. Bunların müqabilində vəhşi və
otyeyən heyvanlara caynaq verildi. Ov quşları və yırtıcılar da dimdik və caynaqa sahibdirlər.
Həqiqətdə bu heyvanlar onlara möhtacdırlar.

Görürsən ki, hər heyvan üçün ona lazım və məsləhət olan üzvlər yaradılmışdır.

Heyvan balalarının azadlığının sirri

Indi heyvanlara diqqət et, gör onlar necə doğulan kimi ayağa qalxır və analarının arxasınca
gedirlər. Onlar insan kimi deyillər ki, aparılmağa və tərbiyəyə möhtac olsunlar. Ona görə də
onların anası insan kimi biliyə, tərbiyəçiliyə və lütfə malik deyil. Heyvanlar bu işləri görmək
üçün münasib əllərə və dırnaqlara sahib deyillər. Nəticədə onların övladlarına elə bir qüdrət
verilmişdir ki, onlar öz-özünə, azad hərəkət edirlər.

Həmçinin quşların çoxu: toyuq, sığırçın, bildirçin kimi quşlar yumurtadan çıxan kimi dən
yeyirlər. Amma zəif cücələr; göyərçin, dağ göyərçini və qırmızı rəngli quş növlərinin heç
qalxmağa belə taqəti olmur. Bu quşların analarında elə bir məhəbbət vardır ki, dənləri öz
çinədanlarında toplayaraq yavaş-yavaş balalarının ağzına qoyur. Onların bədəni qüvvətli olana
qədər bu cür qidalanırlar. Bu səbəbdən göyərçinə, toyuğa çox cücə verilməmişdir ki, onları
böyüdə bilsin. Bəs Hər iki iş lətif və xəbir olan allahın hikmət və tədbirindən faydalanmışdır.

Heyvanın ayaqları və onların hərəkəti

23
Heyvanların ayağına diqqət et, gör, necə cüt-cüt yaradılmışdır ki, onun yeriməsi üçün münasibdir.
Əgər heyvanların ayaqları tək olsaydı onun üçün rahat olmazdı. Çünki yol gedən adam bir ayağın
götürəndə, o biri ayağına təkiyə edir. Iki ayaqlı heyvanlar da belədir. Dörd ayaqlı heyvanlar isə
iki ayağını götürür və sonrakı iki ayağına arxalanır. Lakin hərəkət əksinə olur. Yəni bir ayağını
bir tərəfdən o biri ayağını o biri tərəfdən, birini digərindən sonra hərək etdirir. Əgər belə etməsə o
ayaq üstə, dayana bilməz.

Bə`zi heyvanların insanın müqabılındə tabe olmasının sirri

Ulağı və atı görürsən ki, necə çətin işlərdən uzaq olmaq istəyirlər, amma buna baxmayaraq yük
aparmaqda və dəyirmanda insana təslim olurlar? Dəvənin neçə kişinin qüvvəsinə malik olmasına
baxmayaraq balaca bir uşağın bərabərində təslim olub, diz çökür. Qüdrətli öküz gör necə öz
sahibinə tabe olur. Və nəcib at necə özünü qılıncların və nizələrin qabağına verir ki, sahibinin
istəyini yerinə yetirsin? Bir sürü qoyunu bir nəfər necə otarır və qoruyur? Bütün heyvanların tabe
olunması da bu cürdür? Bu tabe olunma və itaət onların ağılları və şüurlarının olmadığına
görədirmi? Əgər onların ağlı və şüuru olsa, insana tabe olmaqdan və onların ehtiyaclarını
ödəməkdən boyun qaçırarlar. Dəvə saribana (karvan istiqamətçisi) və bə`zən sahibinə itaət etməz.
Qoyunlar da çobanın əmri ilə bir yerə yığılmaz, bəlkə hərəsi bir tərəfə gedərdi Başqa heyvanlar
da belədir.

Yırtıcıların ağlının və şüurunun olmamasının sirri.

Həmçinin əgər yırtıcılar ağla və şüura sahib olsalar, birbaşa insanların əleyhinə, qalxıb və az bir
zamanda insanları özlərinə tabe edərdilər. Əgər şirlər, bəbrlər, pələnglər və canavarlar bütün
insanların əleyhinə qalxsa, kim onların qarşısını alar?

Görmürsən ki, onlar bu işdən uzaqlaşdırılmışdır. Insanlar onlardan qorxub çəkinməkdən, onlar
insanlardan qorxurlar. Onlar ruzi axtarmaq üçün gecələr öz yerlərindən çıxırlar. Heyvanların çox
qüdrətli olmalarına baxmayaraq, onlar insandan bərk qorxurlar. Əgər onlar ağılsız olmasaydı
insanların yaşayışını və həyatını çətinləşdirərdilər.

It, vəfalı bir heyvan və insanın müdafiəçisidir.

Yırtıcılar arasında “it” elə yaradılmışdır ki, sahibin müdafiə etsin və ona məhəbbət bəsləsin.
Gecənin qaranlığında damlara və hasarlara çıxır ki, evi və sahibini oğruların şərrindən qorusun.

Itin sahibinə olan əlaqəsi və mehribançılığı bə`zən o yerə çatır ki, sahibinin canını, malını və
heyvanlarını qorumaq üçün özünü ölümə belə atır. It sahibinə o, qədər məhəbbət bəsləyir ki,
aclıqda və susuzluqda ona yoldaş və arxa olur.

Görəsən niyə itin yaranışında məhəbbət və mehribançılıq qoyulmuşdur?

Bu itin insanın qoruyucusu olması üçündür. Buna görədə ona kəsici dişlər yırtıcı caynaqlar və
dəhşətli səs verilmişdir.

Heyvanın üzünün, quyruğunun və ağzının formasının sirri.

24
Ey Müfəzzəl! Heyvanın üzündə olan üzvlərin necəliyi haqda fikirləş. Onun gözləri qabağa
çıxmışdır ki, qarşısını yaxşı görsün və çalaya düşməsin. Heyvanın ağzı aşağı tərəfdədir. Əgər
onun da ağzı insan kimi olsaydı, yerdən heç nə yeyə bilməzdi. Görmürsən ki, insan yeməyi əli ilə
ağzına qoyur? Bu iş insanın digər mövcudlardan üstün olmasına bir işarədir. Heyvanın ot yemək
üçün münasib əli olmadığına görə onun ağzı bu cür yaradılmışdır.

Quyryqda olan hikmətə və onun faydalarına diqqət yetir:

Onun quyruğu örtük hökmündədir ki, heyvanın eyb yerini örtsün.

Heyvanın arxası ilə qarnı arasında nəcasət olur. Milçəklər və ağcaqanadlar həmişə onun üstünə
toplaşırlar. Heyvanın quyruğu bu milçəkləri və ağcaqanadları ordan uzaqlaşdırır.

Heyvan quyruğunu sağa-sola hərəkət etdirməklə istirahət edir. Bu onun ayaq üstə bədəninin
ağırlığını iki əlinin üstünə saldığı zamandır. Nəticədə heyvan quyruğunu hərəkət etdirməklə
rahatlıq hiss edir.

Heyvanın quyruğunun başqa çoxlu faydaları da vardır ki,insan ağlı onların hamısını dərk etməyə
qadir deyil. Ancaq onlar bəzən üzə çıxır. O, cümlədən: Bəzən heyvan bataqlıqda batıb qalır və
onu çıxarmaq üçün heç bir vasitə olmur. Onun quyruğu heyvanı ordan çıxartmaq üçün ən yaxşı
vasitədir. Heyvanın quyruğunun tükünün də çox faydaları vardır. Insanlar öz ehtiyaclarının
çoxunu onun köməyi ilə həll edirlər.

Fil və onun xortumunun yaradılışının sirri.

Filin xortumunda olan hikmətlər və sirlər haqda fikirləş. Xortum ot götürməklə və su içməklə əlin
işini görür. Əgər onun xortumu olmasaydı, yerdən bir şey götürüb yeyə bilməzdi. Çünki, filin
digər heyvanlar kimi uzun boğazı yoxdur ki, istədiyi vaxt onu qidaya tərəf uzatsın. Mehriban və
rəhim yaradandan başqa kimi o, üzvün yerinə bir üzv vermişdir ki, onun işini yerinə yetirsin? Bu
iş necə yaradılışı hədəfsiz sayan zalımların əqidəsi ilə uyğun gəlir?

Əgər bir kəs desə ki, niyə bu heyvan üçün başqa heyvanlar kimi uzun boğaz yaradılmamışdır?

Cavab veririk ki; Filin başı və qulaqları çox böyük və ağırdır. Əgər onun başına və qulaqlarına
uyğun boynu olsaydı, boynu əzilərdi. Bəs filin başı bədəninə yapışmışdır ki, bu çətinliklər qabağa
gəlməsin. Belə bir boyunun yerinə xortum yaradılmışdır ki, qidanı onunla götürüb yesin. Və
məsləhət belə olmuşdur ki, boyunsuz da öz ehtiyaclarını ödəyir və çətinliyə düşmür.

Zürafənin mö`cüzəli yaradılışı

Zürafənin bədən üzvlərinin bir neçə heyvanın üzvlərinə oxşamasına diqqət et. Onun başı at başı,
boynu dəvə boynuna, dırnaqları inək dırnağına və dərisi pələng dərisinə oxşayır. Cahil və nadan
insanların çoxu Allah barəsində belə bir fikirə gəlmişlər ki, bu heyvan bir neçə heyvanın
cütləşməsindən vücuda gəlmişdir. Bu fikir böyük yaradanı tanımayan bir kəsin sözləridir. Çünki
onlar bilmirlər ki, hər heyvan hər bir heyvan sinifi ilə yaxınlıq etmir. At, dəvə ilə, dəvə inəklə
yaxınlıq etməz. Bəlkə cütləşmə bir cinsdən olan iki heyvan arasında baş verir. Məsələn: Atın
eşşəklə yaxınlığından “qatır” əmələ gəlir və ya canavarla kaftarın yaxınlığından “çaqqal” adlı bir
heyvan əmələ gəlir. Həmişə belə deyil. Bir heyvan ki, onlardan əmələ gəlir. Məsələn: Zürafə atın,

25
dəvənin və inəyin üzvlərinə sahibdir. Bəlkə onların qarışığıdır. Necə ki, başına, qulağına və
dırnaqlarına nəzər salanda, bunların hər iki heyvana oxşarlığını dərk edirik. Hətta qatrın səsi də at
və eşşəyin qarışığıdır. Bu cahillərin sözlərinin əleyhinə olan bir dəlildir ki, zürafə bir neçə
heyvanın qarışığından əmələ gəlməmişdir. Bəlkə bu yaradılışın bir mö`cüzəsidir ki, Allah-
Taalaonda öz qüdrətini qoymuşdur. Həm də bilmək lazımdır ki, O bütün canlıların xaliqidir. Əgər
iradə etsə bir neçə heyvanın üzvünü birində cəm edər. O, yaradılışa istədiyini artırar istədiyini
azaldar. Bunlar bir dəlildir ki, o hər şeyə qadirdir.

Zürafənin boynu ona görə uzundur ki, bu heyvanın otlağı və inkişafı uzun ağacları olan qarışıq
meşələrin arasındadır. Ona görə də o uzun boyuna möhtacdır ki, həmin ağaclarının yarpağını,
budaqlarını və meyvələrini yeyə bilsin.

Meymunun yaranışı və onun insandan fərqi

Meymunun yaranışı və onun üzvlərinin çoxunun, baş, üz, çiyin, sinə və daxili orqanlarının insana
oxşaması haqda fikirləş. Meymun həm də ağıla sahib olduğuna görə öz tərbiyəçisinin
fərmanlarını dərk edir. Və insanın hərəkətlərinin çoxuna təqlid edir. Bu Heyvanın çox
xüsusiyyətləri insana oxşayır. Insan gərək ona baxıb ibrət götürsün ki, əgər insanda ağıl, düşüncə,
nitq və şüur olmasaydı, meymundan fərqli olmazdı. Bundan əlavə meymunun cismində bir neçə
fərqlər vardır ki, insanda yoxdur. Məsələn: Uzun quyruq və bədəni başdan ayağa qədər örtən
tüklər. əlbəttə əgər meymuna ağıl, düçüncə və nitq verilsəydi, bu fərqlərdən başqa bir mane
olmazdı ki, o insanlara qoşulsun. Nəticədə meymunu insandan ayıran əsas cəhət onun
düşüncəsinin, ağlının və nitqinin olmamasıdır.

Heyvanların bədənin örtülməsinin və onların ayaqlarının oxşar olmamasının sirri

Ey Müfəzzəl! Gör necə Allah-Taalaheyvanların bədənini tük, kürk və yunla örtmüşdür ki, istidən
və bir çox bəlalardan amanda qalsınlar. Çünki, heyvanların toxumaq və tikmək üçün münasib
barmaqları yoxdur. Ona görə də onların yaranışında bu ehtiyaclar nəzərə alınmış və bu cür xəlq
olunmuşdur.

Amma insan öz paltarını özü tikib hazırlayır. Özünə münasib olaraq onun dəyişdirir. Və bu iş bir
neçə cəhətdən onun xeyrinədir.

1. Özünə geyim tikməklə fəsaddan uzaq olur və öz ehtiyaclarını özü ödəyir.

2. Özünə münasib olan paltarı geyinməkdən və çıxarmaqdan ləzzət alır.

3. O, həm də gözəl və qəşəng paltarı geyinməkdən və dəyişdirməkdən ləzzət alır.

4. İnsan bu sənətdən bəhrələnərək corab, ayaqqabı və çarıq tikməyi öyrənir. Və bu vasitə ilə
ayaqlarını qoruyur.

5. İnsanların çoxu bu sənət vasitəsi ilə gündəlik yaşayışını təmin edirlər. Bəs tük, kürk, və yun
heyvanların geyimi və onların dırnaqları ayaqqabı hökmündədir.

Heyvanlar ölümü hiss edən zaman gizlənirlər

26
Ey Müfəzzəl! Heyvanların xilqətində olan mö`cüzəli xüsusiyyətlərə diqqət et. Onlar öləndə
insanlar kimi özünü gizlədirlər. Əgər belə olmasaydı, bəs vəhşi və yırtıcı heyvanların ölüsü niyə
tapılmır? Bu heyvanlar az deyillər ki, tapılmayalar. Hətta əgər bir kəs desə ki, onların sayı
insanlardan çoxdur, doğru deyil.

Dağlarda və səhralarda çoxlu marallar, vəhşi inəklər, dağ keçiləri və həmçinin yırtıcı
heyvanlardan şirlər, pələnglər, canavarlar, kaftarlar və.s.quşlardan qarğalar, göyərçinlər və yırtıcı
quşlar yaşayır. Bu heyvanlar ölüm vaxtlarının yetişməyin hiss edəndə bir dərədə gizlənirlər və
həmən yerdə ölürlər. Əgər belə olmasaydı, onların pis iyi bütün otlaqları, səhraları və dənizləri
bürüyər və vəba kimi öldürücü xəstəliklər hər yerə yayılardı.

Bu xislət heyvanların fitrətində qoyulmuşdur ki, insanlar cürbəcür xəstəliklərə yoluxmasınlar.

Dağ keçisi, tülkü və delfinin ağıllı olmasının sirri

Ey Müfəzzəl! Heyvanların ağlı haqda fikirləş. Allah-Taalaöz lütf və mərhəmətdən onların


fitrətində bu ne`məti qoymuşdur.

Dağ keçisinin bir növü ilanlarla qidalanır. Onun tə`sirindən keçiyə bərk susuzluq gəlir. Keçi
zəhərin bədəninə yayılmasının qorxusundan, ilanı öldürü. O, suyun kənarında dayanır və nalə
edir. Ancan ondan bir damcı da içmir. Çünki içsə tezliklə ölər.

Gör bu heyvanın fitrəti necə yaradılmışdır ki, suyun ona zərər yetirməsinin qorxusundan, o cür
şiddətli susuzluğa tab gətirir? Hətta ağıllı insan da bə`zən susuzluğa dözə bilmir. Tülkü də bərk
acanda arxası üstə uzanır. O qarnını köpdürür ki, quşlar onu ölmüş bilsinlər. O vaxt ki, quşlar
onun üstə oturdu, onlara hücum edir və onları asanlıqla ələ keçirdir. O kəsdən başqa tülküyə kim
bu yolla ruzu ələ gətirməyi öyrədib. Və kim ağılsız bir tülküyə bu hiylədə kömək etmişdir?

Delfin də quş ovlayır. O, suda hiylə ilə ruzusun bu cür ovlayır. Əvvəla balığı tutub öldürür və onu
suyun üzünə qoyur. Özü də onun altında gizlənir. Sonra suyu hərəkət etdirir ki orda olması hiss
olunmasın. O vaxt ki, quş balığa həmlə edir, delfin onu ovlayır.

Əfi ilan və bulud

Müfəzzəl deyir: Ərz etdim. Ağa! Əfi ilan və bulud haqda danış. İmam (ə) buyurdu: Bulud “Allah
tərəfindən” guya vəkildir ki, hər yerdə əfini görsə onu ovlasın. Necə ki, maqnit dəmiri çəkir. Buna
görə də bu heyvan bulud və yağışlar olanda, buludun qorxusundan çölə çıxmır? Ilan yalnız hava
isti və buludsuz olanda çölə çıxır.

Ərz etdim: Bu iş niyə belədir? İnsanların onun şərrindən xilas olması üçündür.

Quşların, Hörümçəklərin və bövlərin fitrəti.

Müfəzzəl deyir: Ərz etdim. Mənim ağam. Heyvanların yaşayışı barədə buyurdunuz. O kəslər ki,
laiqdir bunlardan ibrət dəsi alarlar. Indi də böyük, kiçik və uçan quşlar barəsində buyurunuz.
Həzrət (ə) buyurdu: Kiçik qarışqaya bax. Onun bədənində bir çatışmamazlıq müşahidə edirsən?

27
Qarışqanın həyatına və onların ruzi topladığı da, etdiyi həmkarlığa yaxşı diqqət et. Qarışqalar
onların bir miqdarını hündür bir yerdə zəxirə edirlər. Bu iş insanların qidanı evlərinə daşımasına
oxşayır. Bəlkə qarışqa bu işdə insandan da çox təlaş edir. Onlar insanlar kimi dənləri və yeməyi
yuvaya daşımaqda bir-birinə kömək edirlər. Onlar dənləri iki yerə bölürlər ki, yuvada
göyərməsin. Əgər dənlər islansa, onu çölə çıxarıb qurudurlar. Həm də qarışqalar hündür və uca
yerlərdə yuva düzəldirlər ki, su ora yetişə bilməsin.

Bütün bunlar Allah tərəfindən onun fitrətində və qərizəsində qouylmuş ağıl və şüurun nəticəsidir.

Böv gör necə ruzusunu ələ gətirmək üçün aldadıcı bir qüvvədən istifadə edir? O vaxt ki böv
yaxınlığında milçəyin olmasını hiss edir, ona möhlət verir, bir qədər özünü hərəkətsiz saxlayır.
Milçək xatircam olur ki, böv ölmüşdür. Böv birdən dəqiq, hesablanmış və sürətli bir hərəkətlə
onu tutur. Milçəyi tam ölənə kimi bu vəziyyətdə saxlayır və sonra böv onu parçalayıb, yeyir.
Hörmiçək də milçəkləri tutmaq üçün tələyə oxşar bir tor toxuyur. Sonra o, özü torların arasında
gizlənir. O vaxt ki, milçək tora düşür, həmin saat onu ovlayır və onunla qidalanır.

Bu zəif və kiçik heyvanın fitrətində yaradılmış xislətləri, insan yalnız hiləgərliklə və ya bir şeyin
vasitəsi ilə həyata keçirir. Əgər qarışqa kimi kiçik bir heyvanda ibrət dərsi varsa, sən onu kiçik
olduğuna görə həqir sayma. Çünki bəzən çox qiymətli bir məfhumu, mə`nası kiçik olan bir şeylə
müqayisə edirlər və bu heç cür o böyük mə`nanın qədr-qiymətini azaltmır. Necə ki, əgər qızıl
dinarı dəmirlə bir tərəziyə qoysalar, heç vaxt bu iş qızılın qiymətini azaltmaz.

Quşun yaradılışında gizlənmiş hikmətlər

Ey Müfəzzəl! Quşlarn bədəninə və yaradılışına nəzər sal. O vaxt ki, məsləhət görüldü quşlar
səmada olsun, əllərin yerinə onun üçün yüngül və gözəl qanad yaradıldı. Sonra onun üçün iki
ayaq yaradıldı ki, hərəsində də dörd barmaq və iki məxrəcin (sidik və fəzlə) yerinə ona bir məxrəc
verildi.

Necə ki, gəminin qabağı iti və dardır və suyu yarıb, üzür. Quşun sinəsi də gəmi kimi havanı yarır
və istədiyi yerə uçur. Həmçini onun qanadlarına və quyruğuna böyük lələklər qoyulmuşdur ki,
onların köməyi ilə ucalığa rahat uçsun. Onun bütün bədəni lələklə örtülmüşdür ki, hava onların
arasına nüfuz etsin və quş hündürlükdə rahat qala bilsin.

Onların insan kimi dodağı və dişləri olmadığından quşlar dəni və əti çeynəmədən yeyir. Bunun
üçün onlara iti və möhkəm dimdik verilmişdir.

Onların dişləri olmadığından onlar dənləri bütöv və əti çiy yeyirlər. Onların daxilində bir hərəkət
qoyulmuşdur ki, onu çeynəməyə ehtiyac olmur.

Həmçinin belə məsləhət oldu ki, quşlar yumurta qoysun. Əgər quşlar da bə`zi heyvanlar kimi bala
dünyaya gətirsəydilər, onun ağırlığı quşu uçmaqdan və hərəkət etməkdən saxlayardı. Quşlar çox
vaxt uçduqlarına görə onlardan bə`ziləri, bir həftə, bə`ziləri iki həftə və bə`ziləri üç həftə öz
yumurtalarının üstündə yatır. Və o, yumurtalardan cücələr çıxır.

28
Hansı şəxs bu cür tədbir görmüşdür ki, quş qidanı və dəni çinədanına yığır sonra cücəsi üçün
çıxarır? Niyə bu cür özünü cətinliyə və əziyyətə salır? Baxmayaraq ki, onun ağlı və şüuru yoxdur.
Və cücəsindən insanlar kimi fəxr, izzət və kömək gözləmir.

Allah-Taalaöz lütf və kəramətindən elə tədbir görmüşdür ki, o alalh verdiyi qərizə ilə cücələrini
sevir və onlara yemək verir.

Görmürsən! Necə toyuğun yumurta qoymaqda və cücə bəsləməyə məhəbbəti var. O buna görə ac
qalır, heç nə yemir və nəhayət cücə çıxarıb, onu bəsləyir. Bu iş nəsil artırmaq üçündür: Bir halda
ki, onun ağlı və dərrakəsi yoxdur, bəs niyə toyuq bu qədər əziyyət çəkir? Bu xisləti Allah onun
fitrətində və qərizəsində qoymuşdur.

Quşların yumurtasının yaradılışı və onda gizlənən tədbirlər

Quşun yumurtasının yaradılışından ibrət dərsi götür. O, sarı rəngli maddədən və ağ sudan təşkil
tapmışdır. Onun bir hissəsi cücənin əmələ gəlməsi və bir hissəsi qidalanması üçündür. Cücə
yumurtadan çıxana qədər həmin qida ona bəs edir. Cücə yumurtanın içində bir məhbusa bənzəyir
ki, onun hər tərəfi möhkəm qalalarla örtülmüşdür. Ona qida yetişməsi üçün heç bir yol yoxdur.
Buna görə də həbs müddəti üçün lazım olan ruzu və qida onun yanında qoyulmuşdur.

Quşun çinədanı

Ey Müfəzzəl! Quşun çinədanının yaranışında gizlənmiş olan hikmətlər haqda fikirləş. Çinədandan
mə`dəsinə qədər olan qida yolu dardır ki, yemək yavaş-yavaş ona yetişsin.

Toyuq diqqətlə və qorxu ilə dənləri yerdən dənləyir. Bəs quşun çinədanı bir torba kimi sinəsindən
asılmışdır ki, hər nə tapsa sür`ətlə götürsün. Ancaq mə`dəyə dənlər yavaş-yavaş gedir.

Deməli çinədanın başqa bir xüsusiyyəti də vardır. O budur ki, bə`zi quşlar qidanı öz daxilindən
çıxarıb, cücələrin ağzına qoyurlar. Bu işi görmək üçün çinədan ən yaxın yoldur.

Quşların rənginin müxtəlifliyinin sirri.

Müfəzzəl deyir: Bəzi kafirlər quşların rənginin və formasının müxtəlifliyinin öz-özünə və hesab-
kitabsız olmasın fikirləşirlər. İmam buyurdu:

Ey Müfəzzəl! Tovuz quşlarının və sığırçınların üstündə olan cürbəcür rənglər və onlarda olan
nizam-intizam məgər öz-özünə, hədəfsiz yaradılmışdır?

Bəs niyə hədəfsiz və təsadüfi olan nizan-intizam bir vücudda cəm olmuşdur?

Şübhəsiz ki, əgər bütün bunlür öz-özünə yaransaydı, bu işdə bu cür nizam-intizam olmazdı. Hər
şey qarışıq və intizamsız olardı.

Quşların lələkləri

Quşların lələklərinə diqqət et. Onlar paltar kimi çox nazik saplardan toxunmuşdur. Lələklər bir-
birinə çox möhkəm birləşmiş və bağlanmışdır. O vaxt ki, onları dartırsan, bir-birindən ayrılmırlar.

29
Lələklərin arasında möhkəm və milşəkilli bir sütun qoyulmuşdur ki, lələyin hissələrini möhkəm
saxlasın. Ancaq bu möhkəmliklə bərabər onun içi boşdur ki, lələyin ağırlığı quşun uçmağına
mane olmasın.

Bəzi quşların uzunayaqlı olmasının sirri.

Ey Müfəzzəl: Quşların uzunayaqlı olmasının sirri haqda fikirləşmisənmi? Bu quşlar çox vaxt su
çalalarında olurlar. Onların iki hündür qıçı vardır. Quşlar hündür binanın üstündə dayanmış
qarolçuya oxşayır ki, həmişə suyun daxilini nəzərdə saxlayır. Hər vaxt öz ruzusun gördü, yavaş-
yavaş gəlib, onu ovlayır.

Əgər bu quşların ayaqları qısa olsaydı, onlar ova tərəf hərəkət edəndə, qarını suya dəyərdi və ov
qorxudan qaçardı. Bəs bu ayaqlar quşların qidanı ələ gətirməsi üçündür.

Quşların yaranışında olan nizam-intizama nəzər sal. Bunların uzun ayağı olmaqla yanaşı uzun
boğazı da vardır. Əgər bu quşların boğazı qısa olsaydı, qidanı yerdən götürə bilməzdi.

Bəzən onların uzun dimdiyi, qidanın boğaza yetişməsinə kömək edir.

Görürsən ki, yaranışda olan hər şey hikmət və tədbirlə xəlq olunmuşdur.

Sərçələr həmişə ruzu axtarırlar

Sərçələrə diqqət et ki, necə qidanın arxasınca gedirlər. Onlar qidanı ələ gətirmək üçün daim
çalışırlar. Bütün canlılar bucürdür. Pakdır o Allah ki, ruzunu onların arasında paylayır.

Allah belə etmişdir ki, ruzunu ələ gətirmək çətin olsun. Çünki, canlılar ona mühtacdılar. Çünki,
canlıların xeyir və mənfəəti bundadır. Əgər ruzu əziyyətsiz ələ gəlsəydi, heyvanlar o qədər
yeyərdilər ki, ölərdilər. Insanlar da bekarçılıqdan sərxoşluğa və günaha mürtəkib olmaqla məhv
olardılar.

Yarasa və bayquşun ruzusu

Bilirsən! Yarasanın qidası nədir? Ərz etdim: yox, Mənim mövlam! İmam buyurdu: Onların
ruzusu havada olan arılar, ağcaqanadlar və çəyirtkələrdir. Çünki bu həşəratlar və mövcudatlar hər
yerdə vardır. Bu həqiqəti dərk etmək üçün gecələr bir həyətin və ya damın üstünə çıraq qoy. O
vaxt görəcəksən ki, onun ətrafına həşəratlar cəm olurlar. Bu həşəratların havada yayılmasının
nişanəsidir. Əgər bu cür olmasaydı, çıraq yanan kimi həşəratlar onun ətrafına cəm olmazdılar. Bu
gecə quşları da onlarla qidalanırlar.

Indi gör necə Allah-Taalayalnız gecə uçan bu quşların ruzusun havada olan həşəratlardan
hazırlayır? O həşəratlar ki, bəziləri onları artıq və xeyirsiz sayır.

Yarasanın yaranışı.

Yarasanın yaranışında başqa quşlar və heyvanlarla müqayisədə çoxlu möcüzələr vardır. Əlbəttə
onun yaranışı heyvanlara çox yaxındır. Onun da heyvanlar kimi iki uzun qulağı, dişləri və kürkü
var. Yarasa da onlar kimi uşaq doğur, uşağına süd verir, bövl edir. O, yol gedəndə dörd əli və
ayağı ilə gedir. Bütün bu xüsusiyyətlər heç biri quşlarla uyğun gəlmir.

30
Yarasa gecə uçan quşlardan hesab olunur. O, havada olan həşəratlarla qidalanır. Bu fikir iki şeyə
görə düzgün deyil.

Nəcasətin və bövlün xaric olması, qidalanmanın nişanəsidir.

Dişlərin olması. Əgər o heç nə yeməsəydi, dişlərin olması mənasız olardı. Bir halda ki, yaranışda
heç bir şey hikmətsiz deyildir.

Bu quş insan üçün çox faydalıdır. Hətta onun peynindən də dərman düzəltmək üçün istifadə
olunur. Onun yaranışında olan e`cazkarlıq xalıqın qüdrətini süb ut etmək üçün ən mühüm dəlildir.

Bal arısı yuva düzəldəndən bal düzəldənə qədər

Bal arısına və birlikdə onların bal düzəltmələrinə diqqət et. Və gör necə onlar diqqətlə və ağılla
altı gözlü evləri düzəldirlər.

Əgər bu haqda yaxşı təfəkkür etsən, bu işin mö`cüzəli və zəif olduğunu dərk edərsən. Amma o
vaxt ki, bu işin nəticəsinə nəzər salsan, onu əzəmətli və şərafətli görərsən. Ancaq onun faili çox
cahil və nadandır. Arının bucür olması açıq aşkar bir dəlildir ki, bu iş nəinki onun öz tərəfindən,
bəlkə onun fitrətini belə yaradan o kəsin tərəfindən xəlq edilmişdir.

Çəyirtkə zəif bir heyvandır və eyni halda güclüdür.

Insan çəyirtkəyə nəzər salanda, onu çox gücsüz və zəif bir heyvan hesab edir. Ancaq əgər onlar
bir tarlaya hücum etsələr, heç kəs oranı çəyirtkələrin əlindən azad edə bilməz. Əgər bir padişah
çəyirtkələri öz torpağından çıxartmaq üçün bütün nizami və süvari ordusunu səfərbər etsə, yenə
də onlara qalib gələ bilməz. Bu Allah-taalanın qüdrət nişanələrindən deyilmi ki, o ən zəif
məxluqunu çox qüvvətli məxluqunun tərəfinə göndərir və o güclü məxluq ona qalib gələ bilmir?

Çəyirtkə seli

Çəyirtkələr bir sel kimi dağlara, səhralara, şəhərlərə və kəndlərə tərəf hərəkət edirlər. Və bu yerin
hər tərəfini örtürlər. Bu iş günəş işığının qarşısını alır. Əgər adi insanlar onların bu yerlərdən
təmizləmək istəsə, gərək neçə il əziyyət çəksinlər. Bu da Allahın qüdrətini isbat etmək üçün bir
nümunədir.

Balıqların yaranışı

Balığın yaranışında gizlənmiş hikmət və tədbirlər haqda yaxşı fikirləş. Onun əli və ayağı yoxdur.
Çünki balığın hərəkət etmək üçün onlara ehtiyacı yoxdur. Onun məskəni sudur. Onun üçün ağ
ciyər də yaradılmamışdır. Çünki suyun içində nəfəs almaq olmur. Əllərin və ayaqların əvəzinə
ona güzlü və möhkəm qanadlar verilmişdir. Qayıqçılar qayığı xüsusi bir qolluqlarla hərəkət
gətirdiyi kimi, balıq da suda bu qanadların köməyi ilə hərəkət edir. Onun bədəni möhkəm
pulcuqlarla örtülmüşdür. Bunlar onu xətadan və ziyandan qoruyur.

Balığın gözləri zəif görür və su onun yaxşı görməsinə mane olur. Bu nöqsan ona bəxş edilən
güclü iybilmə ilə əvəz olunmuşdur. Bunun nəticəsində onun qidası çox uzaqda olsa da iyləməklə

31
ona yetişir. Əgər bu qüvvə olmasaydı qidanı və onun yerini necə tapardı? Onun ağzı ilə qulağın
arasında olan deşiklər balığın ağzı ilə qulağının birləşməsinə səbəb olur. Balıq suyu ağzına alır və
qulağının deşiklərindən xaric edir. Bununla da o havadan bəhrələnir.

Balıqların çox olmasının sirri.

Indi də balığların çox olmasının və onların xüsusiyyətləri haqda təfəkkür et. Balığın daxilində
saysız yumurtacıqlar (kürü) olması, sayca az olmayan balıqyeyənlərin işini asanlaşdırır. Hətta
yırtıcılar da balıqıa qidalanır. Balıqların bu qədər çox olması yırtıcıların, quşların, insanların və
hətta balıqçıların da onunla qidalanması ilə əlaqədardır.

Yaradanın hikmətinin genişliyi və məxluqatın elminin azlığı

Yaradanın hikmətinin genişliyindən və məxluqatın elminin azlığından agah olmaq istəyirsənsə,


balıqlara, su heyvanlarına, ədəflərə nəzər sal. Sən bu məxluqatın faydasından hər hansı bir hadisə
baş verməsə agah ola bilməzsən. Məsələn: insanlar ilbizin faydasını o vaxt dərk etdilər ki, qırmızı
rəngi tanıdılar. Bir it sahildə gəzişəndə bir ilbiz tapdı. Onu yedi və ilbizin qanı onun ağzını buladı.
Insanlar o rəngin gözəlliyini dərk etdi. Və ondan rəng kimi istifadə etdilər.

Müfəzzəl deyir: Həzrətin sözü bu yerə yetişəndə günorta oldu. Və mövlam (ə) namaz qılmaq
üçün ayağa qalxdı və buyurdu: Allahın istəyi ilə sabah tezdən yenə də yanıma gəl. İmam (ə)-ın
məni öyrətdiyindən çox şad oldum. Sonra İmamın (ə) xidmətindən azad oldum. Həmin gecəni
xoşhal istirahət etdim.

Üçüncü fəsl

Səhər tezdən İmamın (ə) xidmətinə yetişdim. İmam (ə) buyurdu:

Şükür o Allaha ki, bizi öz elmi ilə seçdi və helmi ilə bizi təsdiq etdi. O kəslər ki, bizdən uzaqlaşdı,
atəşə düşdü. Və o kəslər ki, hidayət ağacının kölgəsindən bəhrələndilər, behiştin yolun tapdılar.

Ey Müfəzzəl! Insanın yaranışında olan hikmətlər və sirrlər və onda gizlənən tədbirləri sənin üçün
şəhr etdim. Heyvanların yaranışı və hikmətləri haqda da söhbət açdım. Idi də səmanın, günəşin,
ayın və ulduzların, gecə və gündüzün, isti və soyuğun, dörd cövhərin, (yə`ni; Torpaq, su, hava və
atəş) yağışın, böyük daşların, dağların və onlarda gizlənən ibrət dərsləri haqda sənin üçün
danışacağam.

Səmanın rənginin sirri.

Səmanın rəngi və onda olan hikmət və tədbirə nəzər sal. Bu rəng gözlərin nurun gücləndirmək
üçün ən münasib və ən üstün bir rəngdir. Hətta həkimər belə gözləri zərər çəkmiş insana qaraya
çalan yaşıl rəngə baxmağı məsləhət görürlər. Bə`zi mahir təbiblər də zəif görən insana su ilə dolu
olan yaşıl qaba baxmağı məsləhət görürlər.

Allah-Taalasəmanı gör necə bir rəngdə yaratmışdır ki, insan hətta ona baxsa da gözləri zəifləmir.
Bəs o şey ki, çoxlu təcrübələrlə kəşf olunmuşdur, yaradılışda mövcuddur. Gərək ibrət əhli ondan
dərs alsın və kafirlər bu haqda təfəkkür etsinlər. Allah onları öldürər. Onlar haqdan hara qaçarlar?
(Tövbə surəsi,30-cu ayə)

32
Günəşin çıxmasının və batmasının faydaları

Ey Müfəzzəl! Günəşin çıxıb-batması və gecə-gündüzün dövr etməsi haqda fikirləş. Əgər günəş
çıxmasaydı. Dünya qaranlıq olardı. Günəşin çıxmasına ehtiyac vardır və bu haqda bundan artıq
şərh etməyə ehtiyac yoxdur. Amma günəşin batmasının sirri haqda fikirləş. Əgər günəş qürub
etməsə, insanlar aram olmazdılar. Onlar hər şeydən çox bədənin, sinirlərin və qidanın həzm
olması üçün möhlətə və qidanın bütün üzvlərə yetişməsinə möhtacdır. Həm də əgər qürub
olmasaydı, insanın tamahı onu həmişə işləməyə məcbur edərdi. Əgər gecə olmasa insanların çoxu
mal yığmağa həris olduqlarına görə bir yerdə qərar tutmazdılar.

Həmçinin yer günəşin həmişəlik şüasından qızırdı və bütün canlılar onun hərarətindən məhv
olardılar. Bəs hakim Allah belə məsləhət bilmişdir ki, günəş bir vaxt çıxsın və bir zaman
gizlənsin. O bir ocaq kimidir ki, ev əhli lazım olanda yandırır və istirahət etmək istəyəndə
söndürürlər. Bir-birinə zidd olan nur və zülmət bu cür itaətdədirlər ki, onlar birlikdə dünyanın
nizamını tə`min edirlər.

Ilin dörd fəslinin faydası və hikməti

Ilin dörd fəslinin meydana gəlməsi üçün günəşin nə qədər əhəmiyyətli olması və onlarda
gizlənmiş sirrlər haqda təfəkkür et. Qışda hərarət ağacların daxilinə qayıdır. Qışda hava qarışır və
yağış yağır. Baharda havalar qızır, otlar çıxır və ağaclar çiçək açır.

Yayda hava çox isti olur və meyvələr yetişir. Bədəndə olan artıq maddələr bu fəsildə xaric olur.
Bu vaxt yer tikib düzəltmək üçün hazır olur.

Payızda hava saf olur. Xəstəliklər uzaqlaşır. Insanın bədəni sağlam olur. Gecə uzanır. Insanın
bədəni sağlamlığa doğru gedir və insanın payızda əhvalı yaxşı olur. Hava mülayim olur. Başqa
hikmətlərdə vardır ki, onları zikr etməyə fürsət yoxdur.

Günəşin hərəkətinin vasitəsi ilə fəsilləri və günləri tanımaq

Indi də bir ilin əmələ gəlməsi üçün günəşin on iki bürcdə hərəkəti və onda gizlənmiş tədbirlər
haqda fikirləş. Bu hərəkət fəsillərin əmələ gəlməsinə səbəb olur. Günəşin hərəkətinin nəticəsində
dənli bitkilər və meyvələr yetişir. Bir il, günəşin ulduzdan ulduza qədər olan hərəkətidir. Dünya
yaranandan indiyə qədər həmin il və aylar zamanın ölçü vasitəsidir. Insanlar da bütün işlərini
onunla tənzimləyirlər.

Əgər məşriq və günəşin çıxışı bir yerdə olsadı, onun şüası və mənfəəti başqalarına yetişməzdı.
Çünki, dağlar və dərələr onun nuru ilə örtülərdi. Bəs belə məsləhət olunmuşdur ki, günəş günün
əvvəlindən məşriqdən çıxır və məğribə tərəf yaxınlaşdıqca onun nuru hər tərəfə yayılır.

Əgər günəş bir il ya ilin bir hissəsini çıxmasa onda insanların.halı necə olar? əslən insanlar yaşaya
bilməzlər.

Ay, Qəməri ayların əmələ gəlməsinin amilidir

Aya nəzər sal. Ay açıq-aydın bir dəlildir ki, insanlar qəməri aylarını tanımaq üçün ondan
bəhrələnirlər. Və ilin hesabı onunla tənzimlənir. Çünk onun hərəkəti fəsillərin əmələ gəlməsi və

33
meyvələrin yetişməsi üçün kifayət deyil. Ona görə də qəməri ayları və illəri günəş ayları və
illərindən fərqlənir. Ona görə də qəməri aylar bəzən qışa və bəzən yaya təsadüf edir.

Ayın nurunun faydası.

Gecənin qaranlığında ayın nuruna olan ehtiyac haqda fikirləş. Canlıların istirahət etməsi və onlara
görə havanın istiliyinin azalması üçün qaranlığa ehtiyac olmasına baxmayaraq məsləhət olmadı
ki, gecələr qaranlıq hər yerə hakim olsun. Çünki insanların çoxu gecələr işləyir. Həm də bəzən
gündüzlər hava həddindən artıq isti olur. Ona görə də işlərin çoxu gecə görülür. Məsələn: Torpağı
belləmək, ağac əkmək və sair.

Ay bə`zi gecələr çıxır və bə`zi gecələr çıxmır. Bununla belə onun nuru günəşin nuruna çatmır.
Ona görə ki, insanlar gecənin rahatlığından məhrum olmasınlar. Allah-Taalabelə məsləhət
bilmişdir ki, ay bə`zən görünür və bə`zən görünmür, bə`zən çox saçır və bə`zən az. Bütün bunlar
xaliqin qüdrətinə bir dəlildir ki, cahanın və canlıların xeyrinə görə onu belə yaratmışdır. Bəlkə
ibrət əhli ondan ibrət dərsi alalar.

Ulduzlar və onların bə`zilərinin tək və bə`zilərinin birlikdə hərəkəti

Ey Müfəzzəl! Ulduzlar və onların müxtəlif hərəkətinə diqqət et. Onların bə`zisi öz xəttindən
kənara çıxmır və ulduzlarla birlikdə hərəkət edir. Bə`ziləri isə ayrı bir yolla hərəkət edir.
Ulduzların hər birinin 2-müxtəlif yolu vardır: biri ümumi yoldur ki, məğribə tərəf, o biri isə
ayrılıqda məşriqə tərəf hərəkət edir. Bu qarışqanın dəyirman daşının üstündəki hərəkətinə oxşayır.
Bu vaxt daş sağ tərəfə, qarışqa isə sol tərəfə fırlanır. Bu vəziyyətdə qarışqanın 2-müxtəlif yolu
vardır. Biri öz-özünə olan yoludur ki, o qarşısına diqqət edir. O biri isə icbari hərəkətdir ki,
dəyirman daşı qarışqanı onun hərəkətinin əksinə fırladır.

Batil əhlindən soruş ki, ulduzların bu hərəkətləri və nizam-intizamı təsadüfən ya öz-özünə


yaradılmışdır? Əgər belədirsə, niyə onlar bir yerdə hərəkət etmirlər və niyə onlar bürclərlə
birlikdə hərəkət etmirlər? Bəs necə bu dəqiq və hesablanmış iki hərəkət yaranmışdır? Bunlar bu
hərəkətlərin hədəfli, hikmətli və hesablanmış olmasına bir dəlildir. Əgər bir kəs soruşsa: Niyə
ulduzların bə`ziləri cəm halda və bə`ziləri isə yerdəyişmə şəklində hərəkət edirlər?

Cavab veririk: Əgər bütün ulduzlar cəm halda hərəkət etsələr, daha ulduzların yerdəyişməsindən
və onların bürcdən- bürcə yerini dəyişməsindən bəhrələnə bilməzdik. Cünki günəşin və ulduzların
yerini dəyişməsi vasitəsi ilə dünyada baş verən hadisələri dərk etmək olar. Həm də əgər
ulduzların məzilləri olmasaydı, onları tapmaq olmazdı. Necə k, müsafir bir mənzilindən başqa
mənzilə səfər edir. Onun yolu bu mənzillər vasitəsi ilə tanınır. Əgər bu nizam-intizam olmasaydı,
bu hərəkətin faydaları aradan gedərdi. Bu vaxt biri deyə bilər ki, onlarda zikr edilən cəhətlər
təsadüfüdür. Hərəkətlərin müxtəlifliyi və onlarda gizlənmış faydalar, özü onların hikmətli
olmasını sübut edən böyük bir dəlildir.

Bə`zi ulduzların faydaları

Surya, cuza, şə`ri və süheyl kimi ulduzlar ilin bə`zi hissəsini gizlənir və bə`zi hissəsini isə zahir
olur. Əgər onlar birlikdə eyni zamanda görünsələr, insanlar onların heç birindən yol tapmaq üçün
istifadə edə bilməzdi. Bu ulduzların (surya, cuza) aşkar olmasından insanlar xüsusən gecələr çox

34
istifadə edilir. Surya ulduzlarının zahir və gizli olması özü də xaliqin bir məsləhətidir. “Yeddi
ulduz” isə səmada həmişə görünür. Çünki bu məcmuə səhrada və dənizdə tanınmayan yolları
tapmaq üçün nişanədir. Bəs hər iki işin özünə məxsus xüsusiyyəti vardır. Bunların başqa faydalrı
da vardır. Məsələn: əkinçilər, bağçılar və müsafirlər küləyi, istini və soyuğu bunların köməyi ilə
tə`yin edirlər. Əgər günəş ay və ulduzlar bizim yaxınlığımızda hərəkət etsəydilər. Onların
parıltısını və ulduzların güclü nurunu yaxşı dərk edərdik. Onların bu cür yaxın olması görəsən
bizim gözlərimizə zərər yetirməzdimi?

Allah-Taalaməsləhət bilmişdir ki, ulduzların hərəkəti uzaq nöqtələrdə olsun. Və onlar insanların
gözünə ziyan yetirməsin: Ulduzlar lazımı qədər hərəkət etmək üçün onların nurunun çox az bir
hissəsi bizə gəlib çatır. Əgər ay olmasa insan ulduzların vasitəsi ilə yolu görə bilsin.

Allahın işlərində olan hesab-kitaba diqqət et. Qaranlıq üçün müəyyən bir vaxt tə`yin etmişdir.
Çünki ona ehtiyac vardır. Və bu qaranlığın arasında şərh etdiyimiz ehtiyaclara görə bir qədər nur
yaratmışdır.

Günəş, ay və ulduzlar allahı isbat edən dəlillərdir.

Bu mənzərəyə (günəş, ay, ulduzlar və bürclər) nəzər sal. Gör necə onlar daim dünyanın ətrafına
fırlanırlar. Və bunun nəticəsində gecə-gündüz və dörd fəsil əmələ gəlir. Yer və bütün canlılar
(heyvanlar və bitkilər) şərh verdiyim kimi onlardan bəhrələnirlər.

Heç bir aqil insan fikirləşmir ki, bu təqdir və dəqiq hesab bir həkim və müdəbbir şəxsin işidir?

Bir kəs desə ki, nə olardı əgər bütün bunlar təsadüfü olardı. Gərək onun cavabında deyilə: niyə bu
söz ağacların və otların sulanması üçün istifadə olunan çarx haqqında deyilmir? Taxtadan olan bu
dolab və çarx məgər hikmətsiz və ya öz-özünə yaranmışdır?

Gecə və gündüzün vaxt saatları

Ey Müfəzzəl! Gecə və gündüzün vaxtı və insanlar üçün onda olan hikmət haqda fikirləş. Gecə və
gündüzün vaxtı 15 saatdan artıq deyil. Əgər gün yüz ya iki yüz saat çəksəydi, nə olardı? Bu vaxt
bütün canlılar məhv olmazdımı? Insanın məhv olmasına, onun işdən əl çəkməsinə və heyvanların
otlamaqdan uzaqlaşmasına səbəb olardı. Bu da onların həlak olması ilə nəticələnərdi.

Gecə də belədir. Əgər gecə çox uzansa, heyvanlar hərəkətdən və çalışmaqdan qalarlar və aclıqdan
ölərlər. Otlar da öz təbii hərarətini əldən verib, məhv olardı.

Isti və soyuq və onların faydaları.

Isti və soyuq gör necə dünyanı qoruyurlar. Bu iki-şey fəsillərin əmələ gəlməsinə və il boyu
havanın müxtəlif olmasına səbəb olur. Çünki bu bütün canlıların xeyrinədir. Isti və soyuq həm də
bədənlərin möhkəm olmasına səbəb olur. Əgər isti və soyuq olmasa və bədənləri soyuq və isti
etməsə onlar məhv olarlar.

35
Gör necə bunlar yavaş-yavaş bir-birinin ardınca əmələ gəlir. Əgər bunlardan biri, birindən daxil
olsa (isti qurtarmamış soyuq birdən daxil olsa) çoxlu xəstəliklərə səbəb olar. Bu iş ona bənzəyir
ki, sizlərdən biri çox isti bir hamamdan çıxıb, çox soyuq bir yerə daxil olur. Şübhəsiz ki, bu iş
böyük ziyana və xəstəliyə səbəb olar.

Bəs Allah-Taalabelə məsləhət bilmişdir ki, isti və soyuq yavaş-yavaş daxil olsunlar. Bu
mövcudları da zərərdən və xəstəlikdən qorumaq üçündür.

Əgər bir kəs deyə: Bu iş günəşin yavaş-yavaş hərəkət etməsi və onun yerlə olan fasiləsinə
görədir? Onda gərək ondan soruşaq: Niyə günəşin hərəkəti və onun yerlə olan fasiləsi bu cür
yaradılmışdır? Əgər günəşin nurunun tədriclə yerə çatmasını və məşriqlə məğribin arasında olan
fasiləni dəlil gətirsə gərək bu işin səbəbini də ondan soruşaq. Hər nə cavab versə, yenə də bu sual
ortaya çıxacaq. Niyə belədir? Ya varlıq aləminin tədbirlə və hədəflə olması isbat olunur.

Əgər istilik olmasaydı, bərk, acı və yumşaq meyvələr yetişməzdi: Əgər soyuq olmasaydı, tarlalar
bu cür cavan qalmazdı, dənli bitkilər yetişməzdi.

Isti və soyuq bütün bu xeyrlərlə yanaşı insanı yenə də xəstələndirir. Bu ibrət əhli üçündür.

Külək və onda olan xüsusiyyətlər

Ey Müfəzzəl! Səni külək və onun xüsusiyyətlərindən agah edirəm. Külək dayandığı zaman,
insanlar xəstələnir, meyvələr məhv olur və bütün dənli bitkilər faydasız olur. O, öz arxasınca
“vəba” gətirir. Bəs küləklərin əsməsi yaradanın hikmətindəndir.

Hava və səslər

Səni havanın başqa bir xüsusiyyəti ilə xəbərdar edirəm. Cisimlərin bir-birinə dəyməsi nəticəsində
hava da “səs” yaranır və hava onu qulaqlara yetirir. Insanlar bu səslə bütün işlərini görürlər.

Əgər bu sözün əsəri, kağızın üzərində qalan yazı kimi havada qalsa, insanların bütün zərərləri
tamam olardı. Sözlər yazıdan çox olduğundan Allah-Taalahavanı sözlərin daşıyıcısı qərar
vermişdir. O, vaxt ki, onu məhv edir, yerində ağ və təmiz edir. Bu iş kəsilmədən davam edir.

Həmin havadan və onda gizlənmiş məsləhətdən ibrət dərsi götür. Hava bədənlərin həyat amilidir.
Canlılar onunla nəfəs almaqla diri qalırlar.

O, səsləri çox uzaq fasilələrdən gətirir, məxsus iyləri bir yerdən başqa yerə aparır. Görürsən ki,
külək əsən yerdən iy gəlir. Hava aləmin xeyrinə olan istini və soyuğu qəbul edir. Əsən külək də
havanın cinsindəndir. Külək bədənləri sərinlədir və buludları bir yerdən başqa yerə aparır. Və
nəticədə yağış yağır. O vaxt ki, yağış yağdı, külək buludları pərakəndə edir. Ağacları sulayır,
gəmiləri hərəkətə gətirir, yeməkləri yeməli edir. Xülasə hər şeyi dirildir. Əgər külək olmasa otlar
solar, canlılar ölər və hər şey xarab olar.

Yerin forması

Ey Müfəzzəl! Allah-taalanın dörd cəvahir üçün geniş şəkildə yaratdığı yatağa nəzər sal. Əgər yer
bu cür geniş olmasaydı, insan məskənləri, tarlalar, otlaqlar, faydalı və hesabsız mədənlər harda

36
yerləşərdi? Kim bu qupquru çölləri və dəhşətli səhraları yaratmışdır. Bu yerlər heyvanların,
insanların məskəni və otlaqlardır. Saraylara və behiştlərə çevrilmiş çoxlu səhraları vardır ki,
insanlardan bə`ziləri orda yaşayırlar. Əgər yer geniş olmasaydı, insanlar giriftar olardı. Əgər
zərurət olsa, öz məkanların dəyişə bilməzdilər.

Yerin yaranışına və formasına diqqət et. Yer elə aramdır ki, eləbil hərəkətsiz və sakitdir. Bir şeyin
sabit qalması üçün yer çox münasibdir. Insanlar onun üzərində rahat çalışır və istirahət edirlər.
Əgər yer hərəkətdə olsaydı insanlar onun üstündə heç bir iş görə bilməzdilər. Hətta yaşaya da
bilməzdilər.

Əgər bir kəs desə ki: Niyə yerdə zəlzələlər olur? Gərək onun cavabında deyilə: Bunlar insanların
qafil olmamamsına və qorxuya düşməsi Özlərini üçündür. Allahın qüdrəti müqabilində zəif
özlərin hesab edib, günahdan çəkinsinlər deyə belədir. Bütün bəlalar və giriftarçılıqlar həmin şeyə
görədir. Bu onların xeyrinə və insanları istiqamətlindirmək üçündür. Daş da bu cürdür. Amma
onun yerdən fərqi budur ki, daş çox qurudur. Əgər yer daş kimi olsaydı onun üzərində heç nə
bitməzdi.

Suyun faydaları və onun çox olmasının səbəbləri

Allahın hikmətlərindən biri də yerin şimal tərəfinin cənub tərəfindən hündür olmasıdır. Bu suyun
yer üzərində hərkət etməsinə görədir.

Necə ki, evin üstünün bir tərəfini alçaq düzəldirlər ki, su onun üstündə dayanmasın. Əgər belə
olmasa, su yerin üzərində pərakəndə qalardı və insanlar ondan istifadə edə bilməzdilər.

Həmçinin əgər su bol olmasa, insanlar ona olan təlabətini ödəyə bilməzdilər. Məsələn: içmək,
heyvanları sulamaq, tarlaları və bağları suvarmaq, vəhşiləri, quşları və yırtıcıları suvarmaq və s.

Bundan əlavə su canlıların həyat mənbəyidir. Su ilə bədənləri və malları bulaşıqlardan və


çirkinlikdən təmizləyirlər. Torpağı onunla suvarırlar. Onunla insanın malını və canını təhlükəyə
atan atəşi söndürürlər.

Əgər suyun çox olmasının faydası haqda soruşsan bil ki, o balıqların və su heyvanlarının
məskənidir.

Gövhər xəzinələri, yaqut və ənbər sudan xaric olur.

Onun sahillərində ətirli otlar, ətirlər, faydalı dərmanlar bitir.

Su insanlar üçün bir minik vasitəsidir. Tacirlər gəmiyə minib öz mallarını rahatlıqla uzaq yerlərə
aparırlar. Onun vasitəsi ilə Çindən İraqa və iraqdan çinə mal aparırlar.

Şübhəsiz ki, əgər su mal aparmaq vasitəsi olmasaydı, bütün mallar sahiblərinin əlində qalardı.
Nəticədə iki hadisə baş verərdi:

1. çox faydalı və ehtiyac olan şeylər onlara möhtac olanlara yetişməzdi.

2. insanların çoxu ticarətlə ruzu qazana bilməzdi.

37
Atəşin faydaları və onun cisimlərdə gizlənməsi

Əgər atəş də su və külək kimi pərakəndə olsaydı, dünyanı və canlıları yandırardı. Amma bə`zən
ona çox ehtiyac olanda, ələ gəlir. Lazım olana qədər atəş piltə, yağ və odun vasitəsi ilə əmələ
gəlir. Əgər məsləhət olsaydı ki, atəşi həmşəlik yağ piltəsi və odunla saxlasınlar, bu iş insanlar
üçün çox baha başa gələrdi. O, su və hava kimi deyil ki, hər yeri yandırsın. Bəlkə atəş, insanlara
xeyir verməyən bir ölçüdədir.

Atəşdə başqa xüsusiyyətlər də gizlənmişdir. Və o budur ki, atəş təkcə insanın ixtiyarındadır.
Çünki o yalnız insana xeyir verir. Əgər atəş onun ixtiyarında olmasaydı insan həyatında çoxlu
zərərə mə`ruz qalardı. Amma heyvanalr atəşdən istifadə etmirlər.

Ilahi təqdirə görə heyvana atəşdən istifadə etmək üçün münasib əllər və barmaqlar əta
edilməmişdir. Ancaq buna baxmayaraq ona çətinliyə və soyuğa dözmək üçün böyük səbr
verilmişdir.

Indi isə səni zahirdə kiçin ancaq həqiqətdə böyük olan atəşin faydalarından xəbərdar edim. Biri
həmin çıraqdır ki, insanlar onunla öz ehtiyaclarını ödəyir. Əgər bu şey olmasaydı, insan öz
ömrünü qaranlıq qəbirdə keçirərdi. Bu zaman kim oxuyub, yaza bilər? Ya kim gecənin
qaranlığında nəisə toxuya bilər? Əgər gecə biri bərk xəstələnsə onun üçün kim dərman hazırlaya
bilər?

Həm də bişirmək, isinmək və şeyləri qurutmaq və s..kimi işləri görmək olmazdı. Şübhəsiz ki,
atəşin faydalarını saymaqla qurtaran deyil.

Yağışın yağması, havanın saflığı və havanın müxtəlifliyinin faydası

Ey Müfəzzəl! Səmanın bə`zən saf və bə`zən yağışlı olması haqda yaxşı fikirləş. Əgər bu iki
şeydən biri havada çox qalsa, şübhəsiz xətərli olar. Görmürsənmi ki, yağış çox yağanda otlar və
bitkilər qaralır? Heyvanlar süst olur. Hava soyuyur, xəstəliklər çoxalır. Və yollar keçiləsi olmur.
Həmçinin hava həmişə saf və günəşli olsa yer quruyar. Otlar quruyar və yanar. Bulaqların və
çayların suyu quruyar. Bu hadisələr insanlara çox ziyan vurar, cürbəcür xəstəliklər əmələ gələr.

Amma bunlar bir-birinin ardınca olsa, hava mülayim olar. Bunların hərəsi bir ziyanı dəf edər.

Əgər bir kəs desə məgər olmazdı ki, bunalrın heç biri ziyan verməsin? Gərək cavabında deyilsin.
Ona görə ki, insan dünyada bir az əzab-əziyyət düşünsün və günahdan uzaqlaşsın. Necə ki,
xəstənin sağalması üçün acı və xoşagəlməz dərmanlara ehtiyacı var. O vaxt ki, üsyan edir, bir
dərdə və bəlaya möhtacdır ki, düz yola gəlsin.

Əgər bir padşah öz ölkəsinin insanları arasında çoxlu gümüş paylasa, onların yanında hörməti
olmazmı? Amma yağışın bir dəfə yağması dənli bitkiləri o qədər çoxaldır ki, onun dəyəri qızıldan
və gümüşdən də qiymətli olur.

Görmürsənmi ki, yağışın bir damlası nə qədər qiymətlidir və nə böyük ne`mətdir. Amma insanlar
bundan xəbərsizdirlər. Bəzən bunların hacəti gec yerinə yetəndə, bu qədər böyük ne`mətə diqqət
etmədən qəzəblənir və nəlaiq sözlər deyirlər.

38
Yağış yağmasının faydalrı və onda olan hikmətlər

Yağışın yağmasının hikməti haqda təfəkkür et. Məsləhət belə olmuşdur ki, yağış hündürlükdən
yerə tökülsün. Ki, uca və hündür nöqtələr lazımı qədər suvarsın. Əgər yağış aşağıdan yağsaydı,
bə`zi hündür yerlərə yetişməzdi. Nəhayət tarlaların sayı azalardı.

Yağışın yağmağı ilə torpaq dirilir, geniş çöllər və dağların ətəyi çəmənliyə çevrilir. Həm də bu
yolla su daşımaq insanların boynundan götürülür.

Həmçinin.belə məsləhət görülmüşdür ki, yağış damla-damla və yavaş-yavaş yağsın və bu yolla


torpağı suvarsın. Əgər yağış surətlə yağsaydı, tarlalar məhv olardı. Bəs onun tədriclə yağmağı
torpaqda olan toxmaların göyərməsi və onların canlanmas üçün əlverişlidir.

Yağışın başqa faydaları da vardır. O cümlədən:

Yağış torpağı yumşaldır.

Havanı saf və təmiz edir və vəbanı aradan aparır. Ağacların və bitkilərin bəlası adlanan “Yarğanı”
məhv edir.

Əgər bir kəs desə: Bə`zi illərdə yağışın şiddətli yağması məgər çoxlu zərərlər əmələ gətirmir?
Dolu dənli bitkiləri məhv etmir və ondan əmələ gələn buxar çoxlu xəstəliklər və bəlalar əmələ
gətirmir?

Onun cavabında deyilməlidir ki,: Bəzən yağış hədsiz şəkildə yağır. Buda insanın xeyrinədir. Bu
işlə o günaha bulaşmaqdan və onda israr etməkdən pəhriz edir. Bu vaxt onun dini və uxrəvi
məsləhəti malına dəyən ziyandan çox mühümdür.

Dağların faydası

Ey Müfəzzəl! Daşdan və torpaqdan əmələ gələn dağlara nəzər sal. Qafillər fikirləşirlər ki, onlar
artıq və faydasızdırlar. Halbuki, onların çox faydası vardır. Qar dağların başında qalır. Ta onlar
ki, ona möhtacdılar ondan faydalanırlar. O vaxt ki, onlar əriyir bulaqlar, çaylar və arxlar su ilə
dolur. Nəticədə dağlarda, çöllərdə və səhralarda bitməyən dərman bitkiləri əmələ gəlir.

Həm də dağlarda mağaralar və dərələr olduğuna görə vəhşi heyvanlar və yırtıcılar orda yaşayırlar.

Insanlar dağdan düşmənlərinin müqabilində möhkəm qalalar düzəldirlər.

Onun daşlarından ev tikmək və dəyirman daşı hazırlamaq üçün istifadə edirlər. Həmçinin
dağlarda növbənöv mə`dənlər və cəvahirlər gizlənmişdir.

Dağlarda başqa faydalar və mənfəətlər də vardır ki, onun müdəbbiri daha yaxşı bilir.

Mə`dənlər və insanın onlardan istifadə etməsi

Ey Müfəzzəl! Mə`dənlər və onlardan xaric olan təbaşir, əhəng, sürmə, alminum, mis, qızıl,
gümüş, yaqut, zümrüd, və s.daşlara nəzər sal.

39
Həmcinin qır, mumya, kükürd, neft və digər əşyalar da xaric olur ki, insanlar öz ehtiyaclarını
ödəmək üçün ondan istifadə edirlər.

Insanlar tamahlarına uyğun olaraq, həddən artıq çalışsalar da cəvahir düzəldə bilmədilər. Çünki
əgər belə olsaydı, şübhəsiz onların ixracı və istehsalı çoxalardı və hər yerdə bol olardı. Qızıl və
gümüş o qədər çoxalardı ki, onların qiyməti insanların yanında çox aşağı düşərdi. Bu yolla
alverdə və başqa müamillərdə onlardan güdülən əsas məqsəd aradan gedərdi.

Bununla belə ona bürüncdən, gümüşdən qızıldan və torpaqdan şüşə düzəltmək elmi verildi. Bu iş
onun ziyanına deyildi.

Indi bu işdə olan hikmət və tədbirə diqqət et. Allah-Taalaistəyir ki, bəndələri onun geniş
xəzinəsini və qüdrətini tapsınlar və bilsinlər ki, əgər Allah istəsə onlara gümüşdən dağlar verə
bilər. Lakin bu məsləhət deyil. Çünki işarə olunduğu kimi əgər bu cür olsa cəvahirin qiyməti
aradan gedər.

Bunu bil ki, insanların düzəltdiyi bir şey o vaxt qiymətli olar ki, həmin şey az və tapılmayan ola.
Ancaq o vaxt ki, çox oldu və hər yerdə tapıldı, onun qədr-qiyməti olmaz. Xülasə bir şeyin qədr-
qiyməti onun olmaması və tapılmamasındadır.

Bitkilərin faydaları

Ey Müfəzzəl! Ağac və onun insanın ehtiyaclarını ödəməsi və faydaları haqda fikirləş. Onun
meyvələri qidalanmaq üçün, şaxələri yandırmaq üçün, budaqları və onun şirəsi müxtəlif sahələrdə
istifadə olunur.

Heç bilirsənmi ki, əgər meyvələr yerin üstündə olsa, bizə nə qədər ziyan dəyər? Bu vaxt qidanın
olmasına baxmayaraq, insan odunun, çubuğun və samanın faydalarından məhrum olardı.

Dənli bitkilərin sirri

Ey Müfəzzəl! Tarlaların, dənli bitkilərn çoxluğu haqda təfəkkür et. Bir dən yüz dənə olur. Nə
olardı əgər hərdən bir dən verərdi? Bu əkinçilərin ruzusunu tə`min etmək və gələn il üçün
toxumun olmasına görədir.

Xurma ağacının da meyvəsi bol olur. Ona görə də onun budağından, yarpağından və həmdə
özündən faydalanırlar. Niyə belədir? Bu insanların öz ehtiyaclarını ödəmək üçündür.

Dənlərin örtülməsinin sirri

Paxla, mərci və vələmir kolunun forması haqda fikirləş. Onların dənləri kisələrə və qablara
qoyulmuşdur ki, möhkəmlənsin və bəlalardan amanda olsun.

Buğda və onun kimi bitkilər də salxım şəklində möhkəm qabıqların arasında qərar verilmişdir.
Dənlərin başına nizə kimi bir şey də qoyulmuşdur ki, quşların onları yeməsinin qarşısını alsın. Və
əkinçilərə ziyan dəyməsin. Əgər bir kəs deyə: Məgər quşlar buğdadan yemirlər? Cavabında
deyilməlidirki, bəli. Təqdir belədir. Bu bitkilər belə yaradılmışdır ki, quşlar onu viran edə
bilməsinlər. Əgər quşlar dənləri açıq-aşkar görsələr, onların ona hücum etməsini mə`nasız olardı.

40
Quşlar özlərinə lazım olan ruzunu onlardan götürür və onun çoxu insan üçün qalır. Çünki insan
quşlardan mühümdür, həm də bu işin zəhmətin və əziyyətin insan çəkmişdir.

Ağac və bitkilərin yaranışının hikməti

Ağacların və bitkilərin yaranışına nəzər sal. Ağac da heyvan kimi həmişə qidaya möhtacdır.
Amma onun yeməyi götürməsi üçün ağzı və hərkəti yoxdur. Ağacın kökləri yerin dərinliklərinə
gedir və qidanı ordan götürüb budaqlarına, yarpaqlarına və meyvələrinə verir. Bəs “yer” bir ana
kimi onu bəsləyən və “köklər” qidanı götürmək üçün ona lazım olan ağızdır. Heyvanalrın öz
uşaqlarına süd verdiyi kimi köklər də ağacın qidalanmasında böyük rol oynayır. Xeymənin
möhkəm dayanması üçün iplərlə yerə bağlandığı kimi ağacın kökləri də yerin altında bir neçə
tərəfə paylanmışdır.

Yaradanın hikmətinə diqqət et. Insanlar da xeymələrin möhkəm olması üçün ondan bəhrələnirlər.

Ağacın yarpağının yaranışı və vəsfi.

Indi də ey Müfəzzəl! Yarpağın Yaranışı haqda təfəkkür et. Yarpağın səthi damar kimi şeylərlə
örtülmüşdür. Onların bəzisi böyük və uzun, bəzisi isə nazik və zəifdir.

Əgər belə bir işi qurmaq istəsə, bir ilə də ona nail ola bilməz. Həm də bunun üçün bir çox şeyə
ehtiyacı olar. Bir halda ki, bahardan bir neçə gün keçməsi kifayətdir ki, hər yer yarpaqla dolu
olsun.

Bununla belə zəif, dəqiq və nazik yarpaqların sirrini bilməyin yaxşı olar.

Bu damarlar suyun yarpaqlara yetişməsi üçündür. Necə ki, damarlar qidanı bədənin hər yerinə
yetirir. Bu damarlar bundan əlavə yarpağın süst olmasının qarşısını alır. Buna görə də insan
parçadan yarpaq düzəldəndə onun hər tərəfinə taxta qoyur ki, süst olmasın. Bil ki, insan təbiətdə
gizlənmiş hikmətlərin həqiqətinə yetişə bilməsə də, onun işi bir növ təbiətin bəyan edicisidir.

Ağacların və bitkilərin tumu və çəyirdəyi.

“Çəyirdək”, “tum” və onlarda olan sirrlər haqda fikirləş. Çəyirdək meyvənin içində olur. Əgər
ağacın özünün əkilməsi üçün bir mane qabağa gəlsə, tum onun yerini doldurur. Necə ki, bə`zən
bir qiymətli şeyə ehtiyac çox olanda, onu başqa yerdə saxlayırlar. Ta ona xətər dəyməsin.

Həmçinin möhkəm tum yumşaq və lətif meyvəni qoruyur. Əgər belə olmasaydı, meyvə tez məhv
olardı. Bəzi çəyirdəkləri sındırırlar və yeyirlər. Bəzisindən yağ alırlar və müxtəlif sahələrdə
istifadə edirlər.

Meyvənin çəyirdək və tumunun faydalarından agah olandan sonra, fikirləş ki, niyə çəyirdəkdən
xurma, tumundan üzüm əmələ gəlir? Xurmanın və üzümün yerinə əgər sərv və çinar ağacları
əmələ gəlsəydi, necə olardı? Bu insanın onlardan xeyir və ləzzət alması üçündür.

Ağacların ölməsində və onların yenidən canlanmasında gizlənmiş hikmətlər

Ağacın yaradılışında gizlənmiş hikmətlər və tədbirlər haqda fikirləş. Onlar hər il ölür. Ancaq
onun qərizəvi hərəkəti qalır və ondan meyvənin maddələri əmələ gəlir. Sonra hər yerə yayılır. Və

41
sonra ləziz bir yemək şəklində sənə verilir. Sənə müxtəlif və xoşdadlı meyvələr təqdim olunur.
Onun budaqları əl kimi sənə təqdim olunur və gözəl meyvələri sənin ixtiyarına verilir. Bu dəqiq
hesab-kitab və əzəmətli hikmət fəqət böyük yaradanın işidir. Bu insanların meyvələrin
ləzzətindən bəhrələnməsinə görədir.

Təəccüblüdür ki, bəşər ne`mətin şükrünü etmək əvəzinə, Mun`imi (ne`mət verən) inkar edirlər.

Narın e`cazkarlığı və xilqətin hədəfinin nişanələri

Narın hikmətli yaranışından ibrət dərsi al. Əgər ona diqqətlə fikir versən, onun dənələrinin necə
düzüldüyünü görərsən. Dənələrin arası zərif və nazık parçalarla toxulmuş və hamı birlikdə
möhkəm qabığın arasında qərar tutmuşdur.

Əgər narın arası birbaşa dənə olsaydı, dənələrə gedən qidanın yolu bağlanardı. Nar dənələrinin
kökləri onun daxilində olan hündürlüyə birləşmişdir və bu yolla onlar qidalanırlar. Nar dənələri
bu hündürlüyün üzərinə əkilmişdir və pərdəyə bükülmüşdür. Həm də onların üstü möhkəm
qabıqla örtülmüşdür ki, dənləri xətərdən qorusun. Bunlar yalnız narın e`cazkarlığının bir
hissəsidir. Əgər bir kəs mütaliə etsə çox şeylər öyrənə bilər. Amma ibrət almaq üçün bu qədər
bəsdir.

Zəif kollar və böyük meyvələr

Ey Müfəzzəl! Küdu, yemiş, qarpız və xiyar kimi zəif kolların necə böyük və ağır meyvələr
verməsi haqqında fikirləş. Əgər bu zəif kollar ağaclar kimi olsaydı, bu cür ağır meyvələri saxlaya
bilməzdi.

Görürsən ki, necə onun yarpaqları və yer kolun əvəzinə bu ağır meyvələri öz çiynində daşıyır.
Sən bir küdu vəya yemiş koluna nəzər sal. Gör necə onlar bir-birinə oxşayır. Ancaq onun ətrafını
neçə dənə meyvə tutmuşdur. Elə bil yerdə uzanmış pişikdir və balaları ondan süd içir.

Meyvələr yetişəndə bizim onlara ehtiyacımız olur

Meyvələr o vaxt istifadə olunur ki, onlara ehtiyac duyulur. Məsələn: Bə`zi meyvələr yayın qızmar
istisində yetişir. Çünki, həmin vaxt istifadə olunur. Əgər yay meyvələri qışda yeyilsəydi, insana
ziyan verməkdən əlavə insan onları yeməkdən imtina edərdi.

Görürsən bəzən xiyar qışda yetişir. Onu öz xeyrin və ziyanın bilməyən insanlardan başqa heç kim
yemir.

Xurma ağacında olan hikmətlər və onun budaqları və çubuqlar

Ey Müfəzzəl! Xurma barəsində fikirləş. Onun budaqlarına nəzər sal. Elə bil onları əllə
düzəltmisən. Və onların bərk və möhkəm saplağı vardır ki, ağır xurma salxımlarını saxlaya bilsin.
Onlar bu cür möhkəm yaradılmışdır ki, evlərin və körpülərin tikilməsində istifadə edilə bilsin.

Xurmanın çubuqları da budaqları kimi möhkəmdir. Əgər onlar daş kimi möhkəm olmasaydı, bu
çubuqlardan taxta yeşik, pəncərə və kürsülər hazırlamaq olmazdı. Bu çubuqların böyük
xüsusiyyətlərindən biridə budur ki, onlar suyun üzərində qalır və batmır. Bütün insanlar onun bu

42
xüsusiyyətindən agahdır, ancaq bu işin böyük əhəmiyyətindən bixəbərdirlər. Əgər onda bu
xüsusiyyət olmasaydı, böyük gəmilər və qayıqlar özlərinin dağ kimi ağır yükünü daşıya
bilməzdilər. Əgər bu iş olmasaydı insanlar çox çətinliyə düşərdi və bəzi şey tapılmazdı.

Dərman bitkilərinin xüsusiyyətləri

Dərman bitkiləri və onların hər birindən xüsusi bir dərman hazırlanması barədə fikirləş. Məsələn:
şahtərə bitkisi insanın daxilində olan artıq və ağır maddələri ondan dəf edir. Səkbinə vərəm və
onun kimi xəstəlikləri aradan aparır.

Bütün bunları kim yaratmışdır? Kim canlıları onlardan agah etmişdir?

Heyvanlar necə bu bitkilərin xüsusiyyətlərindən xəbərdardır. Yırtıcıların bə`zisi öz yaralarını


bunlarla sağaldırlar.

Səhralarda və çöllərdə çoxlu bitkilər bitir. Deyə bilərsən ki, axı bu yerlərdə insan yaşamır. Bəs bu
bitkilər nəyə yarayır. Amma belə deyil. Onun budağı və yarpaqları heyvanların qidası, dənləri
quşların yeməyi, çubuqları isə insan üçün xəlq olunmuşdur. Həm də, insanlar onların çoxundan
dərman üçün istifadə edir.

Həmçinin onların bəzisindən əşyaları rəngləmək və dəri hazırlamaq üçün istifadə edirlər.
“Qamış” ən kiçin bitki olmasına baxmayayraq, onda çoxlu faydalar gizlənmişdir. Ondan kağızlar
düzəldirlər, həsir hazırlayırlar, qabalar üçün örtüklər düzəldirlər və.. bir məxluqun böyük və kiçik,
qiymətli ya qiymətsiz olmasına baxma, sən onda gizlənmiş hikmətlərdən ibrət dərsi al. Onların ən
pisi heyvanın peyinidir. Ancaq o tarlalar və bitkilər üçün elə qiymətlidir ki, heç nə onun yerini
verə bilmir.

Bil ki, bir şeyin məqam və mənziləti onun qiymət ilə ölçüür. Bəlkə bu iki müxtəlif qiymətdir ki,
iki bazar da istifadə edilir. Ola bilər bir şey alıcı bazarında qiymətsiz və faydasız olsun. Amma
bilik meydanında çox qiymətli və dəyərli olsun.

Bəs bir şeyi ucuz olduğuna görə, e`tibarsız sayma. Əgər kimyaçı alimlər nəcisin xüsusiyyətini
dərk etsəydilər, onu çox baha qiymətə alardılar.

Müfəzzəl deyir: bu vaxt günorta namazının vaxtı yetişdi: Mövlam (ə) namaz qılmağ üçün ayağa
qalxdı və buyurdu: Allah-taalanın istəyi ilə sabah sübhdən yenə də yanıma gəl. Mən də İmamdan
bunları öyrəndiyimə görə çox şad oldum və allahın ne`mətlərinin müqabilində şükr etdim. Sonra
evə getdim. Həmin gecəni rahat və şad istirahət etdim.

Dördüncü fəsl

Müfəzzəl deyir: Sabah sübh çağı İmamın (ə) xidmətinə yetişdim. Sonra İmam (ə) buyurdu:
Bizdən həmd, səna, tə`zim və təqdis olsun o ada ki, hamıdan qədim və o nura ki, hamıdan
böyükdür. O kəsə ki, uca məqam və kəramət sahibidir. Onun salavatı və bərəkəti vəhyi və risaləti
çatdırana olsun. O kəs ki, bəşir və nəzir, Allah tərəfindən də`vət edən və aydınlıq çırağı bəxş edən
seçilmişdir. O kəs ki, ölür dəlil onunladır və o kəs ki, sağdır dəlil onunladır “Ənfal 42”. Allah
tərəfindən ona və ailəsinə pakizə səlavat olsun. Həmişə keçmişdə və indi ona və onlara allahın
salamı, rəhməti və bərəkəti olsun. Çünki onlar ona laiq və müstəhəqdirlər.

43
Ey Müfəzzəl! Yaradılışın dəlillərin, insanın yaradılışında olan hikmət və tədbir nişanələrin,
heyvan, bitki, ağac və.s.sənin üçün şərh etdim ki, ibrət əhli ondan ibrət götürsünlər.

Indi də bəlaların şərhinə başlayırıq ki, bəzən cahillər onlardan bəhanə gətirirlər, xilqəti, yaradanı,
hədəfi, hikmət və tədbiri inkar edirlər. Həm də “Müəttilə” qurupunun və “Maninin” səhabələrinin
əqidələrini bəyan edirik. Onlar çətinliklərin, müsibətlərin, ölümün və şəfanın hikmətini inkar
edirlər. Həmçinin təbiətə e`tiqadı olanlar və hər şeyin təsadüfi olmasını fikirləşənlərin əqidələrini
rədd edəcəyik. Allah, onları öldürər. Onlar haqqdan hara qaçarlar? “Tövbə 30”

Bəlalar, cahillərin əqidəsi və onların şübhəsinə cavab

Bəzi nadanlar vəba, yarğan və çəyirtkə kimi bəlaları bəhanə gətirərək yaradanı, hikməti və xilqəti
inkar edirlər.

Onların cavabında deyilməlidir. Əgər yaradan yoxdursa, bəs niyə bundan şiddətli bəla gəlmir?

Niyə səma yerə enmir? Niyə yer batmır və parçalanmır? Niyə heç vaxt günəş çıxmağından qalmır
çaylar və bulaqlar qurumur?

Niyə külək dayanmır ki, hər şey məhv olsun?

Niyə su Həddən artıq çoxalmır ki, yer qərq olsun?

Niyə vəba və çəyirtkələrin hücumu və digər bəlalar daimi olmur ki, bütün aləm məhv olsun?

Görürsən ki, varlıq aləmi böyük bəlalardan amandadır. Yalnız hərdən bu asan dərd və bəlalara
giriftar olurlar. Bu insanların ədəblənməsi və istiqamətlənməsi üçündür. Bu bəlalar həmişə davam
etmir. Onların baş verməsi insanlar üçün bir ibrət dərsidir. Onların gedib qayıtması isə ilahinin
lütf və mərhəmətidir.

Kafirlər və Maninin səhabələri çətinliklərin və bəlaların hikmətin inkar edirlər. Onlar deyirlər:
Əgər dünyanın mehriban və rəhimli yaradanı vardırsa, bəs niyə bu bəlalar və müsibətlər əmələ
gəlir? Onlar fikirləşirlər ki, insanlar dünyada heç bir çətinlik və bəla görməməlidirlər. Halbuki
əgər insan belə olsa, lovğalıq, sərxoşluq və rahatlıq onu fəsada tərəf çəkər. O kəslər ki, rifah və
əmniyyət istəyirlər, həmişə süqut edirlər. Onlar bə`zən insan olmağın və pərvərdigarın da yaddan
çıxarırlar. Ziyan onları mütləq haqlayacaq. Gərək onlar zəiflərə, fəqirlərə və giriftar olanlara rəhm
etsinlər. Amma insan çətinliklə və giriftarçılıqla rastlaşanda onun acısın dadır, moizə olunur
qəflətdən ayılır və öz vəzifələrini bilir, bunların hamısını dərk edir.

Onlar ki, bəlaları və müsibətləri faydasız və hikmətsiz hesab edirlər, acı və şəfalı dərmanları boş
sayan uşaqlara bənzəyirlər. O uşaqlara ki, zərərli yeməklərdən uzaqlaşdırılanda qəzəblənir,
ədəblənməkdən və işdən qaçır.və bekarçılığı və oynamağı sevirlər. Mümkündür soruşalar: Niyə
insan səvhdən və günahdan məsum yaradılmamışdır? Əgər mə`sum olsaydı, onun çətinliklərlə və
nalaiq işlərlə oyadılmasına ehtiyac olmazdı.

Cavabında dilməlidir: Əgər belə olsaydı, onların yaxşı və xeyir işlərinə əcr və savab verilməzdi.
Əgər desələr: O vaxt ki, onun aqibəti yaxşı oldu və ən üstün dərəcəyə yetişdi, daha onun nə nəzəri
vardır! Ki, xeyir işlərə əməl edib, savab qazansız?

44
Ona belə cavab verilməlidir. Əgər siz ağıllı və sağlam insana təklif etsəniz ki, işləmədən bütün
ehtiyacları hazır olacaq, həmin şəxs buna razı olarmı? Şübhəsiz ki, o razı olacaqdır. Axirət
ne`mətləri də belədir. Hikmət və təqdir s`əy və təlaş etməklə bu savabı ələ gətirməkdədir. Bu
vaxt insanın ne`məti ikiqat olar. Əgər bu dünyada etdiklərinin müqabilində onlara savab verilsə,
bu dünyada da qazanc yolu onlar üçün açılar və çox xoşhal olarlar.

Əgər desələr: Bəzən insan çalışmadan bir ne`mətə sahib olur və şad olur. Bəs niyə bu işdə axirət
əcri olmur, və bu iş insana rahatlıq bəxş etmir?

Onu cavabında deyilməlidir. Bu bir qapıdır ki, insanın uzünə açılsa, böyük bir it kimi olarar. Ən
pis fəsadlara və haramlara mürtəkib olarlar. O kəs ki özünü bir pis əməldən saxlayır ya yaxşı
işlərin çətinliyinə dözür, bilir ki, nəhayət behiştə gedir. Əgər insanlar hesab-kitabdan və qiyamət
günün əzabından qorxmasalar, kimin malı, canı və namusu amanda qalar? Bu işin ziyanını
insanlar axirətdən qabaq bu dünyada görərlər. Bu vaxt həm də ədalətin və hikmətin heç bir
faydası və mə`nası olmazdı. Bu vaxt yaradılışın hikmət və tədbiri sual altına düşərdi və ona tə`nə
vurardılar. Və hər şey öz yerində qərar tutardı.

Niyə bəlalar həm facırlər və həm salehlər üçün gəlir?

Bəzən insanlar bir bəlaya düçar olurlar ki, həm pislər və həm yaxşılar ziyan çəkir. Bə`zən də
yaxşı insanlar bəlaya düçar olur. Amma pis insanlara bəla yetişmir. Onlar deyirlər: Bu iş tədbir və
hikmətlə uyğunlaşmır. Bəs bunun dəlili nədir? Onların cavabında deyilməlidir: Bu bəlalara
salehlərin və fasidlərin düçar olmasına baxmayaraq Allah taala bu işdə onalrın hər ikisi üçün
mənfəət qoymuşdur. Çünki salehlər giriftar olanda allahın keçmiş ne`mətlərini yada salır və ona
həmd səna edirlər. Öz işlərində səbirli olurlar. Fasidlər də bəlaya giriftar olanda, bir az əziyyətə
düşürlər və günahdan və fəsaddan pəhriz edirlər.

Həm də ne`mət və salamatçılıq da onların xeyrinədir. Salehlər yaxşı əməl sahibi olduqlarına görə
şad olurlar. Bu ne`mətlərlə onların yaxşı işlərinə rəğbəti daha da artır. Facirlər və fasidlər də
Allah-taalanın mehr və məhəbbətini dərk edir və anlayırlar ki, Allah-Taalalayiq olmamasına
bamayaraq, onlara ne`mət və sağlamlıq əta etmişdir. Sonra Allahın bu məhəbbət və güzəşti səbəb
olur ki, bu insanlar da insanlara məhəbbət bəsləsinlər və güzəşt etsinlər.

Mümkündür bir kəs soruşa: Bu dedikləriniz bəlanın insanın malına gəldiyi zamandır, amma bəla
insanın, canına gələndə? Məsələn: Yanmaq, suda batmaq, sel və zəlzələ.

Onların cavabı budur. Allah-Taalabu işdə də hər iki qurup üçün xeyir qoymuşdur. Çünki salehlər
bu qarışıq saraydan bəlalar və çətinliklər vasitəsi ilə rahatlığa çatırlar. (ne`mət və rahatlıq
mənzilinə yetişirlər) Facirlər və fasidlər də bu bəlalardan ölürlər. Bir tərəfdən onların axirət
əzabının azalmasına səbəb olur. Həm də onların fisq və fəsaddan uzaqlaşmasına səbəb olur.

Sözün qısası uca məqamlı yaradan öz hikmət və qüdrəti ilə hər şeyi insanların xeyrinə
yaratmışdır.

Əgər desə: Niyə bu hadısələr baş verir?

45
Cavabında deyilməlidir: Ona görə ki, fasidlər və fasiqlər rahatlıqdan günaha mürtəkib olmasınlar.
Əksərən bu hadisələr insanlar rahatlıqda və ne`mət içində olanda baş verir. Və bu bəlalar da
onları süqut etməkdən saxlayır. Əgər bu bəlalardan amanda qalsalar tüğyan və günah edərlər.
Necə ki, insanlar qabaq belə idilər. günaha və fəsada qərq olduqları üçün bəlaya və tüğyana
giriftar oldular ki, yer onların çirkinliyindən təmizlənsin.

Ölüm, yoxluq cahillərin fikirləri və onlara cavab

Münkirlərin inkar etdiyi şeylərdən biri də ölüm və yoxluqdur. Onların əqidəsi budur ki, insan
ölməməlidir və həmişə yaşamalıdır. Və gərək bütün bu bəlalar ona yetişməsinlər.

Əgər bu işin nəticəsinə diqqət olunsa, onun fəsadı açıq aşkardır. Əgər məxluqat ölməsə, yer sıxlıq
olmazmı? Əgər belə olsa, onlar arasında məskən və torpaq üstündə müharibələr baş verər. Bu
vaxt tamah, hərislik və qəlb qəsavəti onlara hakim olardı. Əgər insan ölməyəcəyindən xatircəm
olsa, heç kəs sahib olduğu şeyə qane olmaz. Çətinlikləri və bəlaları unutmazdı. Həmçinin
həyatdan və dünya işlərindən bezərdi.

Əgər desələr: yaxşı olardı ki: çətinliklər və bəlalar olmazdı ki, onlar ölümü tələb etməzdilər?

Biz də cavabında bu şübhəyə işarə edirik ki, bu iş onların fasid və lovğa olmaqlarına səbəb olardı.

Əgər onlar desələr: yaxşı olardı ki, insanların sayı artmazdı və yaşayış yeri dar olmazdı.
Cavabında deyilməlidir: Əgər insan nəsli artmasa, onların çoxu yaranışın böyük ne`mətindən,
dünya və axirət ne`mətlərindən məhrum olardılar.

Əgər onlar desələr: Gərək dünyanın əvvəlindən axırına qədər yaradılacaq insanlar bir zamanda
yaradılardı?

Onlara belə cavab veririk: Yenə də qeyd etdiyimiz çətinliklər qarşıya çıxardı. Bu vaxt onların yeri
dar və ruzusu kifayət etməzdi.

Yaranışda olan tədbirə edilən başqa bir irad və ona verilən cavab

Bəlkə bir şəxs dünyanın hikmətinə və tədbirinə başqa bir irad edə bilər: Bu necə tədbirdir ki,
güclülər, gücsüzlərə zülm edir və onların malını qəsb edirlər. Salehlər və mömin bəndələr fəqir və
giriftar, fasidlər və facirlər isə ne`mət işində yaşayırlar. Və onlar ki, böyük günahlara mürtəkib
olurlar, tez cəzalanmırlar. Əgər dünyada tədbir və hesab-kitab olsaydı, salehlər ne`mət və ruzu
içində yaşayar və fasidlər ondan məhrum olardılar. Həmçinin əgər tədbir olsa, gərək günahkar tez
cəzalanardı və əzaba giriftar olardı.

Bu iradın cavabı belədir: Heç kəs savaba və əcrə xatir və ilahi və`dəyə i`timad edərək saleh
əməllər etməzdi. Həm də bu vaxt insanlar heyvana bənzəyərdi ki, öz ixtiyarlarında olmazdılar.
Nəhayət gərək saatbasaat əsa ilə təhdid oluna, otla qidalana və işləyərdi. Bu vaxt heç kəs savaba
yəqin etməklə və cəzadan qorxmaqla iş görməzdi. Insanlar qeybdən xəbərsiz olardı və yalnız
dünya ne`mətlərinə xatir işləyərdilər.

46
Həmçinin əgər bu cür olsa, yaxşı insan yalnız dünya işlərinə və ruzusuna görə yaxşı işlər görərdi.
Və zülmkarlar ani əzaba görə zülm etməzdilər. Xülasə insanların bütün əməlləri dünyaya görə
olardı. Amma həmişə irad edən şəxsin fikirləşdiyi kimi deyil. Salehlərin də çoxu varlıdır.

Həmçinin fasiqlərin də tüğyani çoxalanda elə bu dünyada cəzalanırlar. Necə ki, Fir`on qərq oldu,
“buxt nəsr” həlak oldu və bəlbis öldü.

Bə`zi fasidlərə möhlət verilməsi ya salehlərin savabının bu dünyada verilməsi, allahın bir
məsləhətidir ki, bəndələr ondan xəbərsizdirlər. Hətta padşahlar da bəzən bu üsuldan istifadə
edirlər. Onlar bəzən bir işi tə`xirə salır, başqasın qabağa salırlar. Bu onların ağıllı və tədbirli
olmasına bir dəlildir.

Xaliq və yaradan yalnız üç halda öz məxluqunu öz halına buraxır: ya aciz və qüvvəsizdir, ya


xəbərsizdir ya da pislik onun fitrətindədir. Bütün bu işlər Allah-Taalaüçün mahaldır. Çünki əgər
aciz olsaydı bu cür e`cazkar məxluqatı yarada bilməzdi. Əgər bu cür cahil olsaydı, yaranışda bu
qədər hikmət və tədbir olmazdı. Əgər bədxah və şərur olsaydı, mövcudatı xəlq etməzdi. Indi ki,
belədir, bəs gərək bu varlığın xaliqi həkim və müdəbbir olsun.

Əgər bir dərman sənin üçün mübhəm ya onun haqda şübhədə qalsan, iki ya üç dəfə təcrübədən
sonra onun haqqında rahat hökm verəcəksən. Bəs niyə nadanlar və münkirlər bu qədər saysız
dəlillərlə varlıqda olan hikməti inkar edirlər? Əgər aləmin hikmətinin yarısı bizə mə`lum deyilsə
bu aqilanə deyil ki, bütün dünyadı öz-özünə və təsadüfi hesab edək. Çünki onun qalan hissəsini
görürük ki, dünyada nə qədər hikmət və tədbir vardır. Əgər bütün hadisələri təftiş və təhqiq etsək,
onda olan e`cazkar hikməti və tədbiri dərk edərik.

Yunanlıların bu dünyaya verdiyi ad

Ey Müfəzzəl! Bil ki yunanlılar bu dünyanı “kosmos” adlandırırlar. Bu kəlmə gözəllik


mə`nasındadır. Bu adı ona fəlsəfə və hikməta iddiaçıları verilmişlər. Onlar dünyada olan nizam-
intizamla razılaşmadığından ona gözəllik və zinət adı vermişlər. Yunanlar bununla demək
istəyirlər ki, dünyada hikmətlə yanaşı “hüsn” və “qiymət” və “gözəllik” də vardır.

Mani kordur və hikmətin dəlillərin görmür

Ey Müfəzzəl! Təəccüb edirəm, o kəslərə ki, tibdə eyib görmürlər, amma təbibdə səhv axtarırlar.
Bu qurup dünyanın hər şeyin öz başına və hikmətsiz görməməklərinə baxmayaraq onu təsadüfi
hesab edirlər. Qəribədir o kəslər ki, hikmət iddia edirlər ancaq yaranışın hikmətin inkar edirlər və
Allah-Taalahaqda nəlayiq sözlər deyirlər. Təəccüblü o, bədbəxtin (mani) işidir ki, yaranışın
hikmətin görmür. Yaradılışda səhv və xəta olduğunu hesab edir. Və Allah-taalaya cəhl nisbət
verir.

Müəttilənin fikrincə niyə ağıl dərk etməyəni hiss etmək olmaz

Müəttiləyə təəccüb edirəm. Onlar istəyirlər elə bir şeyi hiss etsinlər ki, ağıl da onunla müvafiq
olsun. Onlar o şeyi ki, dərk edə bilmirlər, onu inkar və təkzib etməyə cəhd göstərirlər və deyirlər:
Niyə ağıl da onu dərk etmir?

47
Onlara belə cavab verilir. Çünki O ağıldan və düşüncədən üstündür. Necə ki, göz hər şeyi görə
bilmir. Əgər havada bir daş görürsən, dərk edirsən ki, kimsə onu havaya atıbdır. Bu etiqadı,
gözün deyil, bəlkə ağıl ona hökm edir. Çünki ağıl hökm edir ki, daş öz-özünə uca bilməz. Deməli
ağıl da allahı tanımaqda acizdir və öz həddini aşmır. Amma insan onu ağılla iqrar edir və bilir ki,
bir şey mövcuddur, amma görülən deyil və heş bir hiss onu dərk etmir.

Ağıl allahı iqrar etməklə dərk edir, nəinki əhatə ilə

Buna əsasən deyirik: ağıl yaradanı onu iqrar etməklə tanıyır, nəinki onu əhatə etməklə.

Əgər onlar desə: O zəif bəndəni necə az bir ağılla onu tanımağa mükəlləf etmişdir? Bir halda ki,
insanın ağlı onu əhatə edə bilmir. Cavab: İnsanlar bir həddə qədər mükəlləfdirlər. Yə`ni onlar
gərək bir həddə qədər çalışıb ona yəqin olsunlan. Onun əmr və nəhyinə əməl etsinlər. Onlar onu
hiss etməyə mükəlləf deyillər. Necə ki, padşah xalqına onun hündür ya alçaqboy, ağ ya sarışın
olmasını əmr etmir. Bəlkə o, insanlardan onun əməllərinə itaət etməyi tələb edir. Görürsən ki, bir
kəs padşahın hüzuruna gələndə şah ona deyir: “Özünü mənə yaxşı tanıt, yaxsa sənin sözlərini
eşitmərəm”. Allahı hiss etməyi iqrar edən də özünü ilahi qəzəbinə mə`ruz qoyur.

Əgər onlar desələr: Niyə onu vəsf edərək əziz, həkim, cavad və kərim Allah deyirik? Onlara belə
cavab veririk: Bütün bu sifətlər iqrar etmək üçündür, nəinki hiss. Bilirik ki, o həkimdir. Amma
onun həqiqətin dərk etmirik. “Qədir”, “cavad” və başqa sifətlər də belədir. Necə ki, biz səmanı
görürük, ancaq onun həqiqətini dərk etmirik. Dənizə nəzər salırıq amma onun
dərinliyindəkilərdən agah deyilik. Ancaq Allah-Taalabunlardan da üstündür. Bu misallar onu
bəyan etmək üçün çox kiçikdir. Amma ağıl onu tanıtdıran və hidayətçidir.

Əgər onlar desələr: Niyə onun haqqında olan əqidələr müxtəlifdir? Cavab: Çünki ağıl onun
əzəmətinin və böyüklüyünün qarşısında aciz qalır.

Günəşin yaranış və filosofların onun forması və miqdarı barəsində ixtilafları

Bu işlərdən biri də günəşin yer üzünə saçması və onun həqiqətinin öyrənilməsidir. Ona görə də
alimlər onun haqqında müxtəlif fikirlər söyləmişlər. Bəziləri deyir: Günəş ulduzdur Və onun
daxili atəşlə doludur. Onun ağzı var və şöləsi bu cür paylayır.

Bir başqası deyir: O da, bir buluddur.

Bir neçəsi deyir: O bir şüşəyə ya aynaya bənzəyir. O, atəşi alır və əks etdirir. Bəzisi deyir: O, atəş
hissələridir ki, bir yerə cəm olmuşdur. Başqaları deyir: O, yerdən kiçikdir. Başqa bir hissəsi deyir:
günəş yerdən çox böyükdür.

Həndəsəçilər deyirlər: Günəş yerdən 170-dəfə böyükdür. Onun haqda olan müxtəlif nəzərlər
alimlərin hələ günəşin həqiqətinə yetişmədiklərini göstərir.

Günəşin gözlə görülməsinə baxmayaraq aqillər onun həqiqətinə yetişməkdə acizdirlər. Necə
ondan da lətif bir mövcudu hiss və dərk etmək olar?

Əgər onlar desələr: Niyə o gizlidir?

48
Onların cavabı budur: Bizim məqsədimiz bu deyil ki, o insanlar kimi gizlənmişdir. Bəlkə məqsəd
budur ki, o, o qədər lətifdir ki, məxluqat onu dərk edə bilmir. Necə ki, “nəfəsi” insan müşahidə
edə bilmir.

Əgər onlar desələr: O, ki bu deyilənlərdən daha üstündür, bəs niyə lətifdir? Bu düz söz deyil.
Çünki o kəs ki, hər şeyin xaliqidir, gərək onların hamısından fərqli və üstün olsun. Həqiqətən o
təfəkkürlərin fikirləşdiyindən mühəzzər və ucadır.

Onu dörd yolla tanımaq

Əgər desələr: Allah-Taalabu qədər fərqlərlə necə hər şeydən üstün ola bilər? Cavab verilməlidir
ki; Haqqı dörd yolla tanımaq olar:

1- Öyrənilməlidir ki, o mövxuddur ya yox.

2- Onun zatı və cövhəri tanınmalıdır.

3- Onun keyfiyyəti və sifəti tanınmalıdır.

4- Bilmək lazımdır ki, o niyə belədir? Bütün bunların arasında insan onun yalnız mövcud
olduğunu öyrənə bilər. Əgər soruşsaq: O, necədir və nədir? Cavab tapa bilmərik. Çünki onun
həqiqətini tapmaq qadağandır. Əgər onun dəlili və səbəbi barədə soruşsaq, həqiqətdə biz onu
xaliqiyyatdan uzaqlaşdırmışıq. Çünki Allah-Taalahər şeyin səbəbidir və heç nə onun səbəbi ola
bilməz. Insanın onun mövcud olduğunu bilməsi kifayətdir. Daha onun mahiyyətin və keyfiyyətin
öyrənməsi lazım deyil. Necə ki, insan öz nəfəsini tanıyır. Hətmən vacib deyil ki, onun
mahiyyətini və keyfiyyətini də tanısın. Ruhani və lətif işləri də belədir.

Əgər desələr: Bəs indi biz onu necə vəsf edək. Elə onda deyin ki, o namə`lumdur.

Onların cavabı budur: Allah, onun həqiqətini dərk etmək cəhətindən belədir. Ancaq digər
cəhətdən əgər o düz və kifayət qədər dəlillə isbat olunsa, Allah-Taalahər şeydən bizə yaxın olar.
O, bir tərəfdən açıq-aşkar və vazeh başqa bir tərəfdən isə məxfi və dərk edilməzdir. Ağıl da
belədir. Dəlillər və sübutlarla açıq-aşkar və zahir, ancaq öz-özlüyündə gözlərdən gizlidir.

Təbiət əhli və onların münaqişəli sözləri

Təbiət əhli deyirlər: Təbiət faydasız iş görmür və onda olan hər şey tam və kamildir. Onlar
hikməti bu əqidənin dəlili hesab edir. Əgər onlara deyilsə: Bu hikməti təbiətə kim vermişdir. Heç
nə öz həddindən xaric olmur. O şey ki, aqıllar bu qədər təcrübələrlə yenə də onun müqabilində
acizdir.

Əgər desələr: təbiətin özündə bu qüdrət və hikmət vardır həqiqətdə onlar inkar etdiklərini iqrar
edirlər. Çünki bu sifətlərin hamısı allahda vardır. Keçmiş insanlar hikməti, tədbiri və hədəfi inkar
edir və fikirləşirdilər ki, hər şey təsadüfi yaranmışdır. Onlar bu əqidələrini isbat etmək üçün bir
neçə şeyə istinad edirlər. Məsələn: İnsanın naqis dünyaya gəlməsi ya onun bir barmağının artıq
olması. Onlar bu dəlillərə görə deyirlər ki, dünya təsadüfi meydana gəlmişdir. Aristotel onlara
belə cavab verir: Bə`zən təsadüfi işlər bir sıra dəlillərə görə meydana gəlir və öz təbii halından
çıxır. Bu təsadüflər nadirdir və daimi deyildir.

49
Ey Müfəzzəl! Çox vaxt sən heyvanları bir halda görürsən. Məsələn: İnsan dünyaya gələndən,
onun iki əli iki ayağı və beş barmağı olur. Amma bə`zilərinin bu dediklərimizin əksinə dünyaya
gəlməsi, ana bətnindəki qadınlığa görədir. Necə ki, insan bə`zən işin hikmətlə və tədbirlə, bəzən
isə vəsaitin naqis olduğuna görə bunun əksini iş görür. Bu qeyd etdiklərimiz təbiətdə də meydana
gəlir. Ona görə də biz təbiəti nizamsız, hikmətsiz, tədbirsiz və təsadüfi adlarında bilmərik.

Bəs döğru deyil ki, bir kəs təbiətdə bə`zi səbələrə görə meydana gələn işləri əsas götürərək,
ümumən bütün təbiəti hikmətsiz hesab etsin.

Əgər onlar desələr. Niyə belə hadisələr baş verir?

Onların cavabı budur: Bütün işlərin zəruri olaraq təbiət tərəfindən baş verməsinin hesab olunması,
bəlkə yaradılışın təqdirlə və hikmətlə həkim olan yaradan tərəfindən baş verməsi dərk olunması
üçündür. Çünki təbiət elə yaradılmışdır ki, çox vaxt bir xətt üzərində olur. Bəzən xüsusi səbəblərə
görə özü həmşəki yolundan çıxır. Ya bu yolla təbiətin başqa bir kəs tərəfindən idarə olunması
sübut olunsun. Biz hədəfə yetişmək üçün allah-taalanın qüdrətinə möhtacıq. Həqiqətən o əhsənul-
xaliqindir. (xəlq edənlərin ən gözəlidir).

Ey Müfəzzəl! Sənə dediklərimi öyrən və hifz et. Allah taaladan sənə verdiyi ne`ymətlər
müqabilində şükr et və onun böyük övliyalarına itaət et. Yaranışın dəlillərinin bir hissəsinin və
dünyanın hikmət və tədbirini sənin üçün şərh etdim. Dediklərin haqqında yaxşı fikirləş və
onlardan ibrət dərsi al.

Ərz etdim, mənim ağam! Sizin köməyinizlə inşaalah belə edərəm. Bu sözü dedim və huşdan
getdim. Özümə gələndə İmam (ə) buyurdu: Ey Müfəzzəl özünü necə görürsən? Dedim,
Mövlamın (ə) köməyi və dəstəyi ilə yazdıqlarımdan ehtiyacsız oldum və məndə olan maarifi
oxuyuram. Mövlama (ə) layiqincə şükr edirəm.

Sonra İmam (ə) buyurdu. Ey Müfəzzəl zehnini, fikrini və rahatlığını qoru ki, gələcəkdə səmaların
mələkut elmi, yer və onda olan e`cazkarlıqlar, mələklər, sidrətilmüntəhaya qədər olan təbəqələr,
7-ci yerdə olan insanlar və cinlərin yaranışı və onun altında olanlar haqda sənin üçün şərh
edəcəyəm. Indi bildikləriniz yalnız onların bir hissəsidir. Istədiyin vaxt get, gəl ki, səninlə
müsahibə edim. Sənin bizim yanımızdakı məqamın çox ucadır. Sənin möminlərin qəlbindəki
yerin susuz üçün su kimidir.

Müfəzzəl deyir:

Çox şad bir halda İmamın (ə) məhzərindən mürəxxəs oldum.

MÜNDƏRİCAT

50
Ön söz

Müfəzzəl ibni Ömərin həyatı haqqında qısa mə`lumat

Müfəzzəlin rəvayətlərdəki üstün məqamı

Müfəzzəl islam alimləri baxımından

Bir şübhəyə cavab

Müfəzzəlin Tovhid kitabı

Tovhidi-Müfəzzəlin Qur`ani-Kərimə oxşarlığı

İmam Sadiqin (ə) kəlamının mö`cüzəsi

Birinci fəsl

İbn Əbiouca ilə Müfəzzəlin söhbəti

İmamın (ə) bu kitabı Müfəzzələ buyurmasının səbəbi

Şəkk əhlinin yaranışın səbəbləri haqqındakı xəbərsizliyi

Dünyanın yaranışı

İnsanın yaranışının və körpənin ana bətnindəki hikməti

Uşağın doğulması, qidalanması, dişlərin inkişafı və baliğ olması

Üzdə tükün çıxmasının sirri

Əgər insan ağıllı dünyaya gəlsəydi

Uşağın ağlamağının faydaları

Bədən üzvlərinin faydaları

Təbiət əhlinin fikirlərinə cavab

Qidanın həzm olması, qanın yaranması və onun bədəndəki dövranı

Bədənin inkişafının başlanğıcı və onun ana bətnində formalaşması

Beş hiss orqanının insana məxsus olması və onun üstünlüyü

Hiss orqanlarının sirri

Bə`zilərnin gözdən, qulaqdan və ağıldan məhrum olmalarının hikməti

Bəbən üzvlərinin tək və cüt yaradılışı

51
Səs sistemlərinin yaradılışı

Bu üzvlərin digər faydaları

Beyin, baş sümüyü və onların mühafizəsi

Göz qapağında olan, e`cazkarlıq

Nəfəs və qida borusu

Insan bədənindən artıq Maddələrin xaric olmasının tə`siri

Həzm orqanizmi və qara ciyər

Beyin, qan, qulağın üstü, dırnaqlar və ayağın üstü

Insanın kişi və qadın surətində yaradılışı

Ürək və onun ağ ciyərə bağlılığı

Dişlərdə olan e`cazkarlıq

Tük, dırnaq və onların faydaları

Qoltuğun və qarının altında tükün çıxmasının sirri

Ağız suyunun faydaları

Niyə paltarda olduğu kimi insanın qarnında düymə yoxdur?

Yeməyin və yatmağın sirləri.

Daxili qüvvələr və onların bədəndəki yeri

Hafizə və unutqanlıq ne`məti

Heyvanlar arasında yalnız insan həyalıdır...

İnsanın nitqə və yazmağa sahib olması

İnsanın dini və dünyavı ehtiyaclarının həlli

İnsanın ömrünün müddətindən xəbərsiz olmağı

Yuxu və onun yalan və doğru olmasının sirri

İnsanın ehtiyacını ödəmək üçün yaradılmış şeylərin şərhi

Çörək və su insanın həyatının əsas amilidir

Insanların bir-birinə bənzəməməsi heyvanların və quşların bir-birinə oxşarlığı

52
Heyvan bədəninin inkişafı və onun inkişafının bir həddə dayanmasının sirri

Insan üçün yol getməyin və hərəkət etməyin çətinliyi

Dişi və erkəyin tapılması, heyvanların nəslinin davam etməsinin amilidir

Qarnın altında tükün çıxmasının və kişilərin üzündə tükün inkişafının sirri

İkinci fəsl

Heyvanların yaranışı

Heyvanların üç növ yaradılışı

Ətyeyən heyvanlarda gizlənən hikmətlər və tədbirlər

Heyvan balalarının azadlığının sirri

Heyvanın ayaqları və onların hərəkəti

Bə`zi heyvanların insanın müqabılındə tabe olmasının sirri

Yırtıcıların ağlının və şüurunun olmamasının sirri

It, vəfalı bir heyvan və insanın müdafiəçisidir

Heyvanın üzünün, quyruğunun və ağzının formasının sirri

Fil və onun xortumunun yaradılışının sirri

Zürafənin mö`cüzəli yaradılışı

Meymunun yaranışı və onun insandan fərqi

Heyvanların bədənin örtülməsinin və onların ayaqlarının oxşar olmamasının sirri

Heyvanlar ölümü hiss edən zaman gizlənirlər

Dağ keçisi, tülkü və delfinin ağıllı olmasının sirr

Əfi ilan və bulud

Quşların, Hörümçəklərin və bövlərin fitrəti

Quşun yaradılışında gizlənmiş hikmətlər

Quşların yumurtasının yaradılışı və onda gizlənən tədbirlər

Quşun çinədanı

Quşların rənginin müxtəlifliyinin sirri

53
Quşların lələkləri

Bəzi quşların uzunayaqlı olmasının sirri

Sərçələr həmişə ruzu axtarırlar

Yarasa və bayquşun ruzusu

Yarasanın yaranışı

Bal arısı yuva düzəldəndən bal düzəldənə qədər

Çəyirtkə zəif bir heyvandır və eyni halda güclüdür

Çəyirtkə seli

Balıqların yaranışı

Balıqların çox olmasının sirri

Yaradanın hikmətinin genişliyi və məxluqatın elminin azlığı

Üçüncü fəsl

Səmanın rənginin sirri

Günəşin çıxmasının və batmasının faydaları

Ilin dörd fəslinin faydası və hikməti

Günəşin hərəkətinin vasitəsi ilə fəsilləri və günləri tanımaq

Ay, Qəməri ayların əmələ gəlməsinin amilidir

Ayın nurunun faydası

Ulduzlar və onların bə`zilərinin tək və bə`zilərinin birlikdə hərəkəti

Bə`zi ulduzların faydaları

Günəş, ay və ulduzlar allahı isbat edən dəlillərdir

Gecə və gündüzün vaxt saatları

Isti və soyuq və onların faydaları

Külək və onda olan xüsusiyyətlər

Hava və səslər

Yerin forması

54
Suyun faydaları və onun çox olmasının səbəbləri

Atəşin faydaları və onun cisimlərdə gizlənməsi

Yağışın yağması, havanın saflığı və havanın müxtəlifliyinin faydası

Yağış yağmasının faydalrı və onda olan hikmətlər

Dağların faydası

Mə`dənlər və insanın onlardan istifadə etməsi

Bitkilərin faydaları

Dənli bitkilərin sirri

Dənlərin örtülməsinin sirri

Ağac və bitkilərin yaranışının hikməti

Ağacın yarpağının yaranışı və vəsfi

Ağacların və bitkilərin tumu və çəyirdəyi

Ağacların ölməsində və onların yenidən canlanmasında gizlənmiş hikmətlər

Narın e`cazkarlığı və xilqətin hədəfinin nişanələri

Zəif kollar və böyük meyvələr

Meyvələr yetişəndə bizim onlara ehtiyacımız olur

Xurma ağacında olan hikmətlər və onun budaqları və çubuqlar

Dərman bitkilərinin xüsusiyyətləri

Dördüncü fəsl

Bəlalar, cahillərin əqidəsi və onların şübhəsinə cavab

Niyə bəlalar həm facırlər və həm salehlər üçün gəlir?

Ölüm, yoxluq cahillərin fikirləri və onlara cavab

Yaranışda olan tədbirə edilən başqa bir irad və ona verilən cavab

Yunanlıların bu dünyaya verdiyi ad

Mani kordur və hikmətin dəlillərin görmür

Müəttilənin fikrincə niyə ağıl dərk etməyəni hiss etmək olmaz

55
Ağıl allahı iqrar etməklə dərk edir, nəinki əhatə ilə

Günəşin yaranış və filosofların onun forması və miqdarı barəsində ixtilafları

Onu dörd yolla tanımaq

Təbiət əhli və onların münaqişəli sözləri

MÜNDƏRİCAT

56
Kitabın adı...................................................Yaranışın sirləri

Müəllif...........................................................İmam Sadiq (ə)

Mütərcim................................................Ramil Novruzoğlu

Redaktor..............................................Xanış Məhəmmədov

Texniki redaktor.............................................Ramiz Nəcəfi

Tiraj...................................................................................0000

Çap tarixi.........................................................................2004

57

You might also like