You are on page 1of 2

Aztəminatlı ailələrə birdəfəlik

yardım verilməsi haqqında


Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci


bəndini rəhbər tutaraq qərara alıram:

1. 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin


hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı
münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilsin.

2. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının


2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial
müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq
hissəsindən 5,0 (beş) milyon manat ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci


hissəsindən irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi


birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına
köçürülməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli


gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 dekabr 2018-ci il.

BÜTÜN YAZILARXƏBƏRLƏR SƏNƏDLƏR VİDEOLAR ŞƏKİLLƏR

You might also like