Goranboy Şəhərində Əhalinin Mənzil

You might also like

You are on page 1of 2

Goranboy şəhərində əhalinin mənzil-

məişət şəraitinin yaxşılaşdırılmasına dair


tədbirlər haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
05 iyun 2018, 17:10


Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət


proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Goranboy rayonunda bir
sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Bayraq
Muzeyi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri
üçün ümumilikdə 40 mənzilli 3 yaşayış binası, üzgüçülük hovuzu inşa edilmiş,
Rayon Mədəniyyət Mərkəzi, Dəliməmmədli şəhər xəstəxanası, 2000 yerlik
şəhər stadionu əsaslı təmir olunmuş, 41 ümumtəhsil müəssisəsi istifadəyə
verilmişdir. Bununla yanaşı, Goranboy şəhərinin su təchizatı sistemi yenidən
qurulmuş, 330 kV-luq “Goranboy” paylayıcı məntəqəsi, “Kürəkçay” və
“Dəliməmmədli” elektrik yarımstansiyaları istismara verilmiş, “Region Agro”
MMC-nin aqroparkı və digər iri istehsal, emal müəssisələri tikilmiş, 32 mindən
çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış,
genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini


rəhbər tutaraq, Goranboy şəhərində abadlıq-quruculuq işlərinin davam
etdirilməsi, habelə qəzalı vəziyyətdə olan ikimərtəbəli 3 binanın sakinlərinin
mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların


sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 40 mənzilli
yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat
fondundan Goranboy Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat
ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyun 2018-ci il.

You might also like