You are on page 1of 7

Azərbaycanda I və II qrup əlillərə

edilən güzəştlər
 15 Noyabr 2016 17:10 |  57 594

 

 

 

 

Səftər Məmmədli yazır:

1. Əlillər dövlət hesabına mənzillə təmin edilirlər. I qrup əlillərə mənzillər növbədənkənar
verilir. Fərdi bərpa proqramına uyğun olaraq əlillər binanın növünü, mərtəbəsini, abadlıq
vəziyyətini və yaşayış üçün vacib olan digər şərtləri nəzərə almaqla yaşayış sahəsini
seçmək hüququna malikdirlər.

2. Mənzil bölgüsü zamanı yerli hakimiyyət orqanları, müəssisələri, idarə və təşkilatlar


əlillərin iş yerlərinin, qohumlarının yaşayış yerlərinin, bərpa müəssisələrinin yaxınlığında
mənzillər ayrılmasına olan tələbatı nəzərə alırlar.

3. Tibbi göstərişlərə və arzularına uyğun olaraq əlillərə yaşayış evlərinin aşağı


mərtəbələrində mənzil verilir (və ya dəyişdirilir).

4. I qrup əlillər ailədə adambaşına 9 kvm və daha az yaşayış sahəsi ilə təmin edilmiş
olduqda, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar.

5. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər ev kirayəsi, kommunal xidmətləri


haqqını ödəməkdən azaddırlar.
6. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər respublika daxilində şəhərlərarası
bütün nəqliyyat növlərindən (taksidən başqa) ildə bir dəfə pulsuz, bundan sonra il ərzində
50 faiz güzəştlə istifadə edirlər. Müharibə əlilləri və onlara bərabər tutulanlar şəhər sərnişin
nəqliyyatından pulsuz istifadə edirlər.

7. I qrup əlillər, Çernobıl əlilləri, əlil uşaqlar, 20 Yanvar, Qarabağ, hərbi xidmət, milli
münaqişə zamanı əlil olan şəxslər dərman preparatları ilə pulsuz təmin edilirlər.

8. Bütün kateqoriyadan olan I qrup əlillər üçün diş protezləri (qiymətli materiallardan
hazırlanmış protezlərdən başqa) pulsuz hazırlanır və pulsuz təmir olunurlar.

9. 20 Yanvar faciəsi zamanı, Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olan


şəxslər, müharibə əlilləri, 16 yaşınadək əlil uşaqlar, əlil tələbələr, ümumi səbəbdən və
uşaqlıqdan əlil olub işləməyənlər, büdcədən maliyyələşən təşkilatlarda işləyən əlillər
protezortopediya məmulatı, əlil kreslo və veloarabaları, bərpa vasitələri ilə pulsuz təmin
olunurlar.

10. Əlillər eşitmə və tiflotexniki vasitələrlə pulsuz təmin edilirlər.

11. 20 Yanvar faciəsi zamanı, Azərbaycan Respublikasının müdafıəsi zamanı əlil olan
hərbçilər və mülki şəxslər, müharibə əlilləri və onlara bərabər tutulanlar, Çernobıl əlilləri və
digər kateqoriyadan olan I qrup əlillərin növbədənkənar telefon çəkdirmək hüququ vardır.

12. 20 Yanvar faciəsi zamanı, Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olan
hərbçi və mülki şəxslərə, müharibə əlilləri və onlara bərabər tutulanlara, Çernobıl əlillərinə
və I qrup işləməyən əlillərə 50 faiz güzəştlə telefon çəkilir və göstərilən bütün əlillər telefon
haqqını 50 faiz ödəyirlər.

13. I qrup əlillər radio xidmətindən pulsuz istifadə edirlər.

14. I qrup gözdən şikəst əlillər 4 kq-a qədər bağlamaları (banderolları) respublika daxilində
və xaricə pulsuz göndərirlər.

15. Əlillərin ictimai təşkilatlarının qəzet və jurnalları pulsuz yayılır.

16. Yerli hakimiyyət orqanları dayaq-hərəkət sistemi pozulmuş və digər I qrup əlillərə öz
yaşayış yerlərinin yaxınlığında qaraj tikintisi üçün torpaq sahələri ayrılmasını təmin edirlər.
17. I qrup əlillər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.

18. Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək
qabiliyyətini itirmiş I qıup əlillərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına
daxildir.

19. Qəbul imtahanlarını müsbət verən əlillər ali və orta ixtisas təhsili müəssisələrinə
müsabiqədənkənar qəbul edilmək hüququna malikdirlər.

20. Təhsil dövründə pensiyalar və təqaüdlər tam məbləğlə ödənilir. I qrup əlil tələbələrə
aldıqları təqaüdün 50 faiz məbləğində əlavə ödənc verilir.

21. Siyahısı Nazirlər Kabineti tərəfındən müəyyən olunanlardan başqa, digər müəssisə və
təşkilatlar mövcud olan hər 25 iş yerindən birini əlillər üçün nəzərdə tutmalıdırlar.

Onu da qeyd etmək lazımdır ki, I qrup əlillərə verilən güzəştlərdən 1, 8, 10, 13, 14, 15, 19,
20 və 21-ci maddələr yalnız kağız üzərində mövcuddur. Səbəbi odur ki, birincisi, əlillər öz
hüquqlarını yaxşı bilmirlər, ikincisi, cavabdeh olan dövlət təşkilatları üçün yuxarıda
sadalanan güzəştləri yerinə yetirməməyə görə cəza növü nəzərdə tutulmayıb.

1. II qrup əlillərə dərman preparatları 50 faiz güzəştlə satılır.

2. Onların növbəsiz telefon çəkdirmək hüququ vardır və telefon haqqının 50 faizini ödəyirlər.

3. II qrup gözdən şikəst olan əlillər 4 kq-a qədər bağlamaları (banderolları) respublika
daxilində və xaricə pulsuz göndərirlər.

4. İşə qəbul zamanı II qrup əlillərə sınaq müddəti müəyyən edilmir.

5. Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək
qabiliyyətini itirmiş II qrup əlillərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına
daxil edilir.

6. Qəbul imtahanlarını müsbət verən əlillər ali və orta-ixtisas məktəblərinə müsabiqədən


kənar qəbul edilmək hüququna malikdirlər. Təhsil dövründə pensiyalar və təqaüdlər tam
məbləğdə ödənilir. II qrup tələbə əlillərə təqaüdün 50 faizi məbləğində əlavə ödənc verilir.
Azərbaycanın rəsmi orqanları əqli cəhətdən zəif inkişaf etmiş şəxslər haqqında bütün
məlumatları məxfi saxlayır. 1993-cü ilin göstəricilərinə görə hər il Sumqayıtda 6500 uşaq
anadan olmuş, onların da ən azı 50 faizi travma ilə doğulmuşdur. Təkcə Sumqayıt
şəhərində 10 000 uşaq şikəstdir.

Sumqayıt şəhərində insan üçün zəhərli olan üzvi birləşmələrin istehsal səbəbindən bir çox
uşaqlar, həm də böyüklər əlil olmuşlar. Ona görə də 90-cı illərin əvvəllərində Sumqayıt "Ölü
şəhər" elan olunmuşdu.

1970-ci ildən tətbiqi qadağan olunan DDT zəhərli maddəsinin pambıq tarlalarına səpilməsi
gizli olaraq 1988-ci ilə kimi davam etdirilmişdir. Nəticədə, pambıq becərilən bölgələrdə
minlərlə adam əsəb, epilepsiya və poliomielit xəstəliklərinə düçar olmuşdur.

Həmçinin, Azərbaycanda insanlarda əlillik törədə bilən diskriminasiya faktları da qeydə


alınmışdır. Belə ki, Daxili İşlər Nazirliyinin 2 nəfər yüksək vəzifəli əməkdaşı (Adil İsmayılov,
Nizami Qocayev) vəzifələrindən sui-istifadə edərək istintaqa cəlb olunanlarla qeyri-insani
hərəkətlərinə görə həbs olunmuşlar. Hətta Bakıda yerləşən internat məktəblərinin birində
tərbiyəçi-müəllim də bu cür əmələ görə cinayət məsuliyyətinə alınıb.

Əlillərin Azərbaycanda bir çox ictimai təşkilatları mövcuddur

Məsələn, Qarabağ Əlillər Cəmiyyəti; Əfqanlar Cəmiyyəti; Müharibə veteranları cəmiyyəti;


Şəhid Ailələri Cəmiyyəti; 20 Yanvar Cəmiyyəti, 20 Yanvar Fondu; Respublika Veteranlar
Şurası; Karlar Cəmiyyəti, Korlar Cəmiyyəti və s.

Bu müəllifin fikrincə, təşkilatlar bir-biri ilə fəaliyyətlərini tənzimləmirlər və onların


koordinasiya şurası yoxdur. Sadalanan cəmiyyətlərin heç biri başqa dövətlərin müvafıq
təşkılatları ilə, eləcə də, müxtəlif beynəlxalq qurumlarla əlaqə saxlanır. Onların fəaliyyəti
üçün hökumət əlverişli şərait yaratmayıb. Əlil təşkilatları siyasi proseslərə fəal müdaxilə
etmirlər, çünki mövcud iqtisadi durum və onların həyat şəraiti buna imkan vermir. Bütün
göstərilənlər əlillərin Azərbaycanda hüquqlarının qorunmasında qeyri-sağlam mühitin
olduğunu göstərən amillərdir.

Bütün dünyada əlillik törədən səbəblərdən başqa, Azərbaycanda gözlənilməyən, başqa


sözlə, "özünəməxsus" əlillər kateqoriyasının olduğu da vurğulanmalıdır. Əlilliyin əmələ
gəlməsi səbəblərinə Azərbaycandakı ictimai, sosial, iqtisadi və siyasi durumun çox ağır
olması da öz təsirini göstərir. BMT-nin İnsan İnkişafı haqqında 1999-cu il üçün hesabatında
bildirilir ki, insan problemlərinin həllində Azərbaycanın səhiyyə sektoru gücsüzdür.

Son illərin ən mühüm hadisəsi 24 may 1990-cı ildə İqtisadi və Sosial Şura tərəfindən qəbul
edilmiş 1990/26 saylı qətnamədir. Bu qətnaməyə əsasən, Sosial İnkişaf Komissiyasına
tapşırılmışdır ki, əlilliyi olan uşaqların, gənclərin və yaşlıların imkan bərabərliyini təmin
etmək və hüquqi normalar hazırlamaq üçün hökumətlərə xüsusi ekspert qrupları təşkil
etməyi tövsiyə etsin. Əslində, bu sənəd əlillərin problemləri haqqında ilk beynəlxalq akt
sayılır. Bu sənəd əlillərin imkan bərabərliyi və hüquqları ilə bağlı geniş əhatəli məsələləri
özündə ehtiva edir.

Sadalanan beynəlxalq sənədlərdən üç əsas nəticə çıxarmaq mümkündür. Bunlar


aşağıdakılardır:

1. Hüquqlarının bərabərliyi prinsipi. Bu, insan haqlarının əsas tərkib hissəsi olub bütün
sənədlərdə öz əksini tapmışdır və digər şəxslərə verilən bütün hüquqların əlillərə də şamil
edilməsini nəzərdə tutur.

2. Əlillər xüsusi hüquqlara malikdirlər. Bununla bağlı ikinci bölmədə daha geniş izahat
verilmişdir.

3. Xüsusi hüquqlar heç bir məcmuda toplu halında yazılmayıb və səpələnmiş halda müxtəlif
hüquqi sənədlərdə öz əksini tapıb, yaxud bilavasitə, məhkəmələr tərəfindən
müəyyənləşdirilir. Xüsusi adlandırılan hüquqlar cəmiyyətin və dövlətin əlillərin minimal
səviyyədə öz işlərinə kömək üçün hüquqlardan istifadəsinə və maddi-sosial vəziyyətlərinin
yaxşılaşmasına göstərdiyi köməkdir.

Vahid Ömərov,

Əlilliyə görə əmək pensiyaları necə


müəyyən edilir?
Xəbər/ 01 Yanvar 2016Admin Peršon (author)
 mövzular: Sosial

Sual: Əlillik dedikdə nə başa düşülür?


Cavab: Əlillik şəxsin xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki
qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar müəyyən edilir.
Əlillik qrupları (birinci, ikinci və üçüncü qruplar), əlilliyin və ya 18 yaşınadək sağlamlıq
imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq Tibbi Sosial
Ekspert Komissiyaları tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur.

Sual: Əlilliyin səbəbləri hansılardır?


Cavab: 1.Ümumi səbəbdən əlillik;
2.Əmək şikəstliyi və peşə xəstəliyi nəticəsində əlillik; 
3.Hərbi xidmətlə bağlı əlillik.

Sual: Hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər hansı kateqoriyalara
bölünürlər?
Cavab: 1.Müharibə əlilləri-əlillik hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış xəsarət
(yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan
ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə;
2.Hərbi qulluqçular sırasında olan digər əlillər-əlillik hərbi xidmət vəzifələrini (xidməti
vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət
(yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan
ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə.

Sual: Müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslər hansı halda müharibə əlili hesab
olunurlar?
Cavab: Bu kateqoriyadan olan şəxslər hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən
yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı
aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz
verdikdə.

Sual: Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri necə müəyyən edilir?
Cavab: Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana
ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili
üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Bu məsələyə tam aydınlıq gətirərək bildirirəm:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki,
on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Deməli, şəxs 18-
30 yaş arasında birinci, ikinci və üçüncü qrup əlillik dərəcəsi aldıqda və əlilliyə görə əmək
pensiyasına çıxdıqda ən azı 5 il sığorta stajı olmalıdır. Bu yaş həddindən sonra, yəni 30 yaşdan
yuxarı hər il üçün 4 ay əlavə sığorta stajı tələb edilir.

Sual: Hərbi qulluqçuların əlilliyə görə pensiya təyinatı iş stajından asılıdırmı?


Cavab: Hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət
müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən
buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin
xidmət dövründə alınmış xəsarət nəticəsində üz verdikdə stajdan asılı olmayaraq təyin edilir.

Sual: Əlilliyə görə əmək pensiyasının məbləği necə təyin edilir?


Cavab: Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının
baza hissəsinin (yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 85,00 manatdır)
məbləğinin birinci qrup əlillərə 120 faizi, yəni 85,00 manat *120 faiz = 102,00 manat, birinci
qrup gözdən əlillərə 200 faizi, yəni 85,00 manat * 200 faiz = 170,00 manat, ikinci qrup əlillərə
100 faizi, yəni 85,00 manat * 100 faizi = 85,00 manat və üçüncü qrup əlillərə isə 55 faizi, yəni
85,00 manat * 55 faiz = 46,75 manat müəyyən edilir.
Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən
pensiya ödənişi müddətinin aylarının sayı (gözlənilən pensiya ödənişinin sayı 144-dür) sığorta
davamiyyəti əmsalına vurulur.
Sığorta davamiyyəti əmsalı üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti
şəklində müəyyənləşdirilir (184 nə deməkdir, yəni əlillikdə maksimum sığorta stajı tələbi 15 il 4
ay * 12 ay = 184).

Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanmasını əyani misalla aydınlaşdıraq:
Şəxsin 52 yaşı var və ümumi səbəbdən II qrup əlildir. 01.01.2006-cı il tarixədək ümumi iş stajı
20 ildir. Onun yaşına müvafiq 12 il 04 ay iş stajı tələb olunur (52 yaş - 15 yaş = 37 yaş * 4 ay =
148 ay:12 ay = 12 il 04 ay).
Davamiyyət əmsalı bu qaydada tapılır; 12 il * 12 ay = 144 ay + 4 ay = 148 ay:184 ay = 0,8043 *
144 ay = 115,82 davamiyyət əmsalıdır. Qeyd etdik ki, şəxsin 01.01.2006-cı il tarixədək 20 il
sığorta stajı vardır. Bu halda 170 manat (170 manat hər il üçün təsdiq edilmiş kapitaldır) * 20 il =
3400,00 manat (bu məbləğ 2006-2011-ci illərin inflyasiya indeksinə vurulur) x 1,083 x 1,208 x
1,015 x 1,057 = 5569,12 manat: 115,82 manat davamiyyət əmsalına = 48,08 manat şəxsin sığorta
məbləği. Misaldan göründüyü kimi, şəxs II qrup əlilidir, baza hissəsi 85,00 manat + 48,08 manat
sığorta hissəsi = 133,08 manat + cəmi pensiya məbləği. Əgər şəxsin əmək fəaliyyəti 01.01.2006-
ci ildən sonra olmuşsa, o halda sığorta hissəsi qeyd olunan qaydada hesablanılır və işləmədiyi
dövrdən cəmi pensiyasının üzərinə əlavə edilir.

You might also like