You are on page 1of 5

İnsan hüquq və azadlıqları hüquq

və əxlaqın qarşılıqlı əlaqələri


kontekstində
 18 Noyabr 2016 17:10 |  3 483

 

 

 

 

Hüquq və əxlaqın tamamlanması (qarşılıqlı tamamlanma) onların potensialının


cəmiyyətin həyatı üçün vacib olan dəyərlərin təmin edilməsi, müdafiə olunması
məqsədilə yığılması və toplanması prosesidir. Qarşılıqlı tamamlanma əxlaq və hüququn
ümumi xususiyyətlərinin aşkara çıxması, sosial məqsədlərə çatmaq üçün (sosial
münasibətlər bu məqsədlər üçün tənzimlənir (normaya salınır) onların müəyyən istiqamət
götürməsinin təzahürüdür.

"İnsan hüquqları" kitabında yazılır: "Əxlaq və hüququn qarşılıqlı tamamlanması onların


qarşılıqlı təsirinin istənilən sferasında özünü göstərə bilər. Hüquqi və əxlaqi
qiymətləndirmə təhlükəli cinayətin bəyənilməməsi və ya qanuni davranışının təqdir
edilməsində və s. biri-birinə uyğun gəlir. Amma bu hallarda da hüquq və əxlaqın qarşılıqlı
tamamlanması bir çox konkret şərait, cinayətin törədilmə motivlərindən və s. asılıdır.
Hüquqa əks olan hərəkətin müəyyən dərəcədə əxlaqi düşüncə ilə bəraət qazana bilməsi
şəraiti mümkündür (mətbuatda ata tərəfindən onun azyaşlı qızını zorlayanların birbaşa
məhkəmə salonunda qətlə yetirilməsi hadisəsinin kütlə tərəfindən ədalətli hərəkəti kimi
qiymətləndirilməsi təsvir edilmişdir). Belə hallarda bizim hüquqi və əxlaqi
qiymətləndirmənin uyğun gəlməsi ilə əlaqəmiz olur. Hər halda, söhbət insan
hüquqlarından getdikdə hüqüqu və əxlaqın konflikti, praktiki olaraq yaranmır."

İnsan hüquqlarında hüquq və əxlaqın qarşılıqlı tamamlanması sivil fəaliyyətin və insan


ünsiyyətinin ümuməhəmiyyətli (müəyyən mənada şərtsiz və qəti) dəyərlərinin yenidən
yaradılması və müdafiəsi səbəbindən yaranır. Hələ Aristotel, məhz "hamı üçün ümumi
olan, xalqlar arasında heç bir əlaqə və həmrəylik olmadıqda da tanınan" belə əhəmiyyət
haqqtında yazmışdır. "Hamı üçün ümumi" dəyərlərin çox mühüm olması bu dəyərlərin
təmin edilməsinə yönəldilmiş yüksək əhəmiyyətin sosial normalar kompleksini
formalaşdırır. Bu kompleks həm hüquq, həm də əxlaqi sistem üçün normativ qiymət
təyinedici əhəmiyyəti olan insan hüquqlarında da tamamlanmışdır.

Buna görə də insan hüquqlarını bəzən (burada hüquq və etika elementlərin olmasını
nəzərə çarpdıraraq) etik-hüquqi konstitusiya adlandırırlar.

Başqa sözə, insan hüquqlarında hüquqi və əxlaqi dəyərlər biri-birinə qarışır. Bu birləşmə
bütün konstruksiyanın mənasını zənginləşdirir. Belə ki, insan hüquqlarının ümumi
bəyənnaməsinin 1-ci bəndində belə xülasə vardır: "Bütün insanlar öz ləyaqət və
hüquqlarında azad və bərabər doğulurlar. Onlara şüur və vicdan verilmişdir, onlar biri-
birilərinə münasibətdə qardaşlıq ruhunda hərəkət etməlidirlər". Bu müddəaya həm əxlaq
postulatları (qardaşlıq, vicdan), həm hüquqi prinsiplər (bərabərlik), həm də əxlaq hüquq
qanunlarına aid kateqoriyalar (azadlıq, ləyaqət) daxil edilmişdir. Əxlaq və hüquq
kateqoriyalarının bir yerdə bu cür mövcud olmasını insan hüquqlarının digər
normalarında da görmək olar. Bu, bir daha təsdiq edir ki, onlarda "bütün ən mühüm
sosial norma və prinsiplər (təkcə hüquqi deyil, həm də əxlaqi, siyasi, dini, fəlsəfi
prinsiplər) cəmlənmişdir."

Adıçəkilən kitabda göstərilir ki, bununla bərabər, insan hüquqları məhz əxlaqi normalara
yaxındır. Dini normalara gəldikdə isə, burada münasibət birmənalı deyil, çünki insan
hüquqları vicdan azadlığı və əxlaqı seçimi nəzərdə tutur. Bu mənada, Amerika
Müstəqillik Deklarasiyasının insanlara "Yaradan tərəfindən ayrılmaz hüquqlar bəxş
edilmişdir" müddəasının bu gün dini yox, mənəvi məqsədi vardır: insan hüquqları insanın
öz mənşəyinin Allah və ya təbiətdən olmasına inanmasından asılı olmayaraq, bəxş edilə,
yaxud göndərilə bilməz.
Hüquq sistemi, bütövlükdə, böyük əxlaqi potensial daşıyır. Hüquqi normalar sarsılmaz
əxlaqi prinsiplərə çox əsaslanmışdır: "Başqasına elə münasibət göstər ki, onun da sənə
belə münasibət göstərməyini istəmiş olasan", "Şəxsiyyət ol və digər şəxslərə hörmət et"
və s. Lakin insan hüquqları institutunda bəşəri birgəyaşayışın hüquq və ya etik normalar
kimi göstərilməsi mümkün olmayan ən mühüm prinsiplər bir yerdə təcəssüm edilmişdir.
Buna görə də, insan hüquqları institutu, bütövlükdə, vətəndaş cəmiyyətinin dəyəri kimi
əhəmiyyət kəsb edir.

Hüquq və əxlaqın insan hüquqları sahəsində qarşılıqlı təsirinin spesifik xüsusiyyəti


onunla əlaqədardır ki, bu zaman qarşılıqlı təsir obyekti ictimai həyatın əsasını təşkil edən
xüsusi əhəmiyyətli prinsip olur. Bu prinsiplər insan hüquqlarında, birincisi: deklarasiya
edilirlər, yəni cəmiyyətin əxlaqı-siyasi məqsədləri kimi elan edilirlər, ikincisi: hüquqi
institutların köməyilə müdafiə olunurlar. İkinci funksiya birincisiz həyata keçirilə bilməz,
birinci isə çoxsaylı tarixi faktların göstərdiyi kimi, elan olunmuş dəyərlərin öz hüquqi
mexanizmilərinin əmələ gəlməsi üçün zəruri mərhələdir. Böyük azadlıq xartiyası,
Hüquqlar Haqqında Bill və Habeas Korpus Aktın müddəaları - bu sənədlər qəbul edilən
vaxtlar. sözün əsl mənasında, ümumi yuridik hüquqlar deyildilər. Bununla belə, bu
sənədlər insan hüquqlarının gözlənilməsini dövlət hakimiyyətinin öhdəsinə qoyan
prosessual hüquqi mexanizmlərin sonrakı inkişafı üçün şərait yaratdı.

İnsan hüquqları konsepsiyalarının tarixi inkişafı göstərir ki, onların bərqərar olmasının
hüquqi və mənəvi amilləri ümumi dəyərlər qismində əvvəlcə ümumi inkişafa, yəni
qarşılıqlı tamamlanmaya təkan verib, onun üçün şərait yaradaraq, birgə "işləyirlər." Belə
ki, XVII-XVIII əsrlərdə cəmiyyətin mənəvi düşüncəsindəki kardinal dəyişikliklər hüquqi
dünyagörüşə səbəb oldu. Bunun ayrılmaz elementi hər bir fərdə anadangəlmə məxsus
olan ayrılmaz hüquq və azadlıqların kataloqu oldu. Öz növbəsində, huquqi dünyagörüşün
genişləndirilməsinin böyük rolu onda idi ki, insanın təbii hüquqları cəmiyyət tərəfindən
sarsılmaz əxlaq prinsiplərinin yüksəkliyinə qaldırılmışdır.

"İnsan hüquqları" kitabında yazılır: "İnsan hüquqlarında hüquq və əxlaqın biri-birini


qarşılıqlı tamamlaması bu sistemlərin bölünmzliyinin təzahürü deyildir. Onların qarşılıqlı
təsirlərindəki sinkretiklik inkişafın ilkin mərhələsində hüquq və əxlaqın müəyyən qarışıq
funksiyaları ilə də səciyyələnirdi. Qarışılıqlı tamamlama isə kifayət qədər düşünülmüş
müstəqil sistemlər arasında əlaqə kimi meydana çıxır, bu sistemlər bir normativ dəyərlər
sisteminin tələblərinin digər sistemin məqsədləri ilə əlavə möhkəmlənməsinin lazım
olduğuna görə birgə fəaliyyət göstərir; bu zaman həm hüquq, həm də əxlaq biri- birinin
işini təkrarlamadan öz spesifik vasitələrinin köməyi ilə təsir göstərir. Buna görə də insan
hüquqlarının əxlaqi-hüquqi məzmunu qeyri-kafi fərqləndirilmə təzahürü deyil, məna kəsb
edən və sabit əlamətdir. O, insan hüquqlarının bütün inkişaf mərhələlərində - antik
dövrdən yaşadığımız günədək müxtəlif şəkildə mövcud olur.

İnsan hüquqlarında sivil cəmiyyətin əsas dəyərlrinin (o cümlədən, əxlaqi dəyərlərin)


pozitivləşməsi baş verir. Bu dəyərlər insan hüquqlarının beynəlxalq sistemi vasitəsilə milli
hüquqda yayılır və kök salır, burada onun əxlaqi məzmunu saxlanılır, subyektiv
konstitusiya hüquqları kimi hüquqi forma ilə möhkəmləndirilir. Anadangəlmə təbii
hüquqlar öz mənəvi əhəmiyyətini dəyişmədən yuridik mənada hüquqlar olur.

Demək olar ki, insan hüquqları hüquq və əxlaq arasında özünəməxsus əlaqələndiricı
halqadır. Şəxsiyyət və cəmiyyətin qarşılıqlı əlaqəsinin əsaslı prinsipiərinin elan edilməsı
və təmin olunmasının hüquqi üsulları əxlaq subyektlərinin azadlıq və muxtariyyatını
təsdiq edən əxlaq normalarını tamamlayır. Ən mühüm dəyərlər həm əxlaq, həm də
hüquqi sistem mənasını ifadə edən sosial normalarda bir növ "ikiqat möhkəmlənmə"
qazanır. İnsan hüquqlarının normativ-əxlaqi təminat mexanizmləri spesifik əxlaqi
mexanizmləri möhkəmləndirir, həm də, əksinə olaraq, əxlaq normaları siyasi ünsiyyətin
insan hüquqlarında qeyd olunmuş ümumi prinsiplərinə sözsüz əməletmə göstərişini verir.
Bu, həmçinin, qarşılıqlı tamamlama "rejimində" əxlaq və hüququn qarşılıqlı təsirini
göstərir."

Sidney Universitetinin professoru A.Sun-Tayin insan hüquqlarının bütün normalarının


əxlaqi və pozitiv normalara təsnif olunması təklifini hüquq və əxlaqın mövcud olmaq və
qaışılıqlı tamamlamasının tanınması faktı kimi qiymətləndirmək olar. Bu zaman pozitiv
hüquqlar dedikdə, empirik yolla yoxlanıla bilən bütün hüquqlar başa düşülür, halbuki
əxlaqi hüquqlar zəruriliyi ifadə edir. Belə təsnifat kifayəl qədər mübahisəli görünür, ona
görə ki, onun əsasını insan hüquqlarının əxlaq-deklarativ və pozitiv-hüquqa bölünməsi
meyarı təşkil edir. Lakin insan hüquqlarını təşkil edən bütün normalar müştərək əxlaq-
hüquq məzmunu daşıyır və onlardan hər birinə qarşılıqlı tanmamlama prinsipi nöqteyi-
nəzərindən baxıla bilər.

Məsələn, insanın layiqli həyat səviyyəsi hüququ "bəşəri ləyaqət"in əxlaq-fəlsəfi


kateqoriyasına əsaslanır. Əxlaqi sahədə bu kateqoriya insan mənəviyyatı, həm də
"hamıya xas olan" mənəviyyatın fərdi təzahfürü ilə əlaqəsi var, bu barədə artıq İnsan
Hüquqlarının Ümumi Bəyannaməsinin preambulasının birinci sətrində danışılmışdır.
Məhz bu "hamıya xas olma" da bəşəri ləyaqət hissini hüquqi bərabərliyin mənalı
əlamətlərindən biri edir. Beləliklə, mənəvi ləyaqətin şəxsi hissi özünə hörmət kimi
müxtəlif ola bilər, lakin ləyaqət, insanın əhəmiyyəti qanun qarşısında budur. Hüquqi
sənədin mətnində də bu termin əxlaqi-hüquqi dəyər, şəxsi subyektiv hüquq kimi təsbit
edilir. Məntiqi olaraq bundan bəşəri ləyaqətin (ikinci nəslin insan hüquqları sırasından)
təmin edilməsinin aşağıdakı hüquqi halqası inkişaf edir - cəmiyyətin hüquqi və iqtisadi
vəzifəsi insanın lazımi yaşayışını təmin edir.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

You might also like