You are on page 1of 67

1

MÖVZU 1

Əmək mühafizəsi üzrə qanunvericilik. Əmək mühafizəsinin hüquq və təşkilati


məsələləri, normaları, əmək müqaviləsi.

Əməyin mühafizəsi nədir? Sualına Azərbaycan Respublikasının Əmək


Məcəlləsinin 3-cü maddəsi ilə cavab verə bilərik.
Əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək
hüququnu təmin etmək məqsədilə Azərbaycan Respublikasının Əmək
Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə,
sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya,
gigiyena, müalicə - profilaktika tədbirləri, normaları və standartları sistemidir.
Əməyin mühafizəsinin tərkib hissələri aşağıdakılardır:
I Hissə. Əmək mühafizəsinin hüquqi – təşkilatı əsasları. Bu hissədə
Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək
Məcəlləsi və digər normativ – hüquqi sənədlərdə əməyin mühafizəsi ilə bağlı
anlayışlar, qayda və qanunlar toplanmışdır.
Azərbaycan Respublikasında əmək mühafizəsi, Azərbaycan Respublikasının
Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin qərarları, standartlar və normalarla təyin
edilir.
II Hissə. Əmək gigiyenası və istehsalat sanitariyası. Bu hissədə istehsal
şəraitinin sanitariya – gigiyenik təşkili, bu şəraiti təmin edən mühüm təşkilatı –
texniki məsələlər və iş şəraitini təmin edən mühit parametrləri haqqında məlumat
verilmişdir.
III Hissə. Təhlükəsizlik texnikasının əsasları. Burada texnoloji proseslərin
növləri, təhlükəli maşınlar, aparatlar, qurğular, mühafizə vasitələri və s. haqqında
əsas məlumatlar izah edilir.
IV Hissə. Yanğın profilaktikası. Yanğın profilaktikası haqqında məlumat,
maddə, material, bina və qurğuların yanma və yanğınla bağlı xüsusiyyətlərdən
bəhs edilir.

Əmək mühafizəsinin pozulmasına görə məsuliyyətlər

Əmək qanunvericiliyinin və əmək mühafizəsi qaydalarının pozulmasına görə


müqəssir olan vəzifəli şəxslər üçün Azərbaycan respublikasının qanunvericiliyində
intizam məsuliyyəti, maddi və cinayət məsuliyyətləri nəzərdə tutulur. İntizam
məsuliyyəti vəzifəli şəxsin təqsiri ucbatından əmək mühafizəsinin pozması ağır
nəticələr vermədiyi hallarda tətbiq edilir.
İnzibati məsuliyyət vəzifəli şəxsin müəyyən olunmuş qaydada cərimə
olunmasıdır.
Maddi və cinayət məsuliyyəti vəzifəli şəxsin təqsiri ucbatından əmək
mühafizəsinin qanun və qaydalarının pozulmasına görə müəssisəyə dəymiş maddi
zərərin onun əmək haqqından tutulmasından ibarətdir.
2

Əgər pozulma bədbəxt hadisələrə səbəb ola bilərsə vəzifəli şəxs azadlıqdan
məhrum edilir:
A) Əgər pozulma işçinin zədələnməsinə və ya əmək qabiliyyətinin
itirilməsinə səbəb olmuşdursa – 3 ilə qədər;
B) Əgər pozulması ölümlə və ya bir neçə şəxsin ağır zədələnməsi ilə
nəticələnərsə - 5 ilə qədər.

İşçilərin təlimatlandırılması

Müəssisədə işə yeni qəbul edilən bütün işçilər, istehsalat təcrübəsinə


göndərilmiş şagird və tələbələr təhlükəsizlik texnikasından giriş təlimatı
keçməlidir. Giriş təlimatının müəssisənin təhlükəsizlik texnikası mühəndisi xüsusi
proqram əsasında, mühazirə və ya söhbət yolu ilə aparılır.
İş yerində təlimat. Bu təlimatı bilavasitə iş rəhbəri (usta sahə rəisi) aparır. Bu
təlimatı həmçinin bir iş yerindən digərinə keçirilərkən aparılır.
Təkrar təlimat. Əmək mühafizəsinin qayda və təlimatlarının
mənimsənilməsini yoxlamaq və möhkəmlətmək məqsədilə təkrar təlimat keçirilir.
Bu təlimatı azı üç ayda bir dəfə keçirilir.
Növbədənkənar təlimat aşağıdakı hallarda aparılır. Əmək mühafizəsi
qaydaları dəyişdikdə, iş yerində yeni avadanlıq tətbiq olunduqda, bədbəxt hadisə
baş verdikdə.
Cari təlimat. Bu təlimatlar üzrə naryadı tələb edən işlərə göndərilən
fəhlələrlə keçirilir.
Müəssisələrin ayrı – ayrı bölmələrində əmək mühafizəsinin vəziyyətini
qiymətləndirmək üçün əmək mühafizəsinin səviyyəsi əmsalından KƏM istifadə
edilir. Bu əmsal, aşağıdakı digər üç əmsalın orta riyazi cəmindən ibarətdir.
1. İşçilərin əmək mühafizəsi qaydalarına əməl etmə səviyyəsini göstərən
əmsal;
2. Texniki təhlükəsizlik əmsalı;
3. Əmək mühafizəsi üzrə planlaşdırılması işin yerinə yetirilmə əmsalı.

1.2.Əmək fəaliyyətinin hüquqi və təşkilatı əsasları

Əmək müqaviləsi – fəhlə və qulluqçu ilə müəssisə, idarə təşkilatlar arasında


başlanan sazişdir. Bu sazişə görə fəhlə və qulluqçu müəyyən iş görməyi öhdəsinə
götürür, müəssisə isə onlara əmək haqqı verməyi və şəraitini təmin etməyi
öhdəsinə götürür.
İş vaxtının müddəti həftədə 41 saatdan çox ola bilməz, əsasən 36 saat
nəzərdə tutulur. 16 yaşından 18 yaşınadək 36 saat, 15 yaşından 16 yaşınadək olan
şəxslər üçün 24 saat müəyyən olunmuşdur.11 ay fasiləsiz işləyən işçilərə 15-24
gün məzuniyyət nəzərdə tutulur. Yaşı 18-dən az olanlar üçün isə 30 gün
məzuniyyət hüququ verilir.
3

Fəhlə və qulluqçuların iş vaxtından artıq işlərə cəlb edilməsinə, bir qayda


olaraq yol verilmir.
Əmək intizamının pozulmasına görə müəssisənin müdiriyyəti müvafiq
intizam tənbehləri tətbiq edir, məsələn töhmət, şiddətli töhmət, üç ay
müddətinədək azmaaşlı işə və ya aşağı vəzifəyə keçirilmə, işdən çıxarılma.
Qadınların əməyi. Qadın orqanizminin xüsusiyyətlərini nəzərə alaraq işləyən
qadınlar üçün bir sıra güzəştlər nəzərdə tutulur. Ağır və əmək şəraiti zəhərli olan
işlərdə qadın əməyinin tətbiqi qadağandır. Qadınların 20 kq – dan ağır əşyaları
daşıması qadağan edilir.
Əmək mühafizəsi. Əmək mühafizəsi tələblərinə uyğun olmayan heç bir
müəssisə, sex, sahə, istehsalatı istifadəyə verilə bilməz. Mürəkkəb maşın və
mexanizmlərə xidmət etməyə, eləcə də mürəkkəb və təhlükəli işlər görməyə yalnız
təhlükəsizlik texanikasından imtahan vermiş fəhlələr buraxılır.

Əmək mühafizəsi sahəsində müşahidə və nəzarət

Əmək mühafizəsi qayda və normalarına riayət olunmasına nəzarəti aşağıdakı


təşkilatlar aparır:
1. Sənayedə təhlükəsizlik işlərinin görülməsinə nəzarət və dağ – mədən
nəzarəti komitəsi;
2. Dövlət energetika nəzarəti (elektrik qurğularına və istilikdən istifadə edən
qurğulara təhlükəsiz xidmət göstərilməsini təmin edən tədbirlər üzərində nəzarəti
həyata keçirir);
3. Dövlət sanitariya nəzarəti (müəssisələrin təşkilatların gigiyena
normalarına riayət etməsinə nəzarəti həyata keçirir);
4. Dövlət yanğın nəzarəti (yanğın əleyhinə mübarizə tədbirlərinin yerinə
yetirilməsinə nəzarət edir).
Əməyin mühafizəsi respublikada konstitusiya, əmək qanunları məcəlləsi,
xüsusi qaydalar və normalarla müəyyən edilir. Əmək qanunları məcəlləsi 207
maddəni əhatə edir.
Bu sistemi tətbiq etməkdə məqsəd bütün iş sahəsində əməyin
təhlükəsizliyini və yüksək məhsuldarlığını təmin etməkdədir.
1.1. Əməyin mühafizəsi nədir? Sualına Azərbaycan Respublikasının Əmək
Məcəlləsinin 3-cü maddəsi ilə cavab verə bilərik.
Əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək
hüququnu təmin etmək məqsədilə Azərbaycan Respublikasının Əmək
Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə,
sazişlərdə, əmək müqavilə sistemidir.
4

MÖVZU 2

İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və qeydə alınması.


Peşə xəstəlikləri.

1.1.İşçinin səhhətinin pozulması zamanı İZ fоrmasının tərtibi


İstehsalatda işçilərə baş vermiş bədbəxt hadisələrin təhqiq edilməsi və uçota
alınması Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli qərarı ilə həyata keçirilir.
Qərarın qüvvəsi mülkiyyət formasından asılı olmayaraq AR ərazisində
fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərə, eləcə də xarici hüquqi şəxslərin
nümayəndəliklərinə şamil edilir.
İşçinin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməli və qeydə
alınmalıdır.
- əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı),
eləcədə müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı
fəaliyyət göstərərkən;
- müəssisənin nəqliyyatında işə gedərkən, yaxud işdən qayıdarkən;
- müəssisənin ərazisindən, yaxud başqa iş yerində iş vaxtı ərzində
(fasilələrdə daxil olmaqla), işin başlanmasından əvvəl və iş qurtardıqdan sonra,
geyimini, istehsalat alətlərini və s. (iş qurtardıqdan sonra geyimini) qaydaya
salmaq üçün lazım olan vaxt ərzində;
- keçirildiyi yerdən asılı olmayaraq müəssisə tərəfindən iməcilik keçirilən
müddətdə, eləcə də müəssisə tərəfindən hamililik tədbirləri keçirildiyi
müddətlərdə;
- istehsal avadanlıqları və obyeklərində qəzalar zamanı;
- növbə istirahətində olan işçilər (bələdçi, növbədə olan sürücü, növbə
ekspedisiya üsulu ilə işləyənlər və başqaları növbə vaxtı) qəsəbənin ərazisində,
nəqliyyat vasitəsində olduqları vaxt;
fəaliyyəti xidmət obyetlərinin arasında hərəkət etməklə əlaqədar olan
işçilərlə;
- fəaliyyəti xidmət obyetlərinin arasında hərəkət etməklə əlaqədar olan
işçilərlə;
- iş vaxtı şəxsi minik nəqliyyatında (müdiriyyətin buna sərəncamı olduğu
halda) yaxud müdiriyyətin tapşırığı ilə ondan istifadə edilərkən;
- iş vaxt başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildiyinə, yaxud işçinin
əmək vəzifələrini yerinə yetirərkən qəsdən öldürüldüyünə görə baş vermiş bədbəxt
hadisələr, itkin düşmələr, zədələnmələr, kəskin peşə xəstəlikləri və zədələnmələr,
istivurmalar, yanıqlar, yanıqlar, donmalar, suda boğulanlar, ildırım vurmalar,
heyvanlarla və həşəratlarla təmas nəticəsində dəymiş zərərlər, eləcə də təbii
fəlakətlər (zəlzələlər, sürüşmələr, daşqınlar, qasırğalar və s.) zamanı.
İstehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində xəsarətlərin dərəcələri
təbii ekspert və ya səhiyyə müəssisəsi tərəfindən verilən rəylər əsasında müəyyən
edilir.
5

Hər hansı bir xarici faktorun təsirindən toxumanın və orqanın anatomik


tamlığının və ya fizioloji funksiyasının pozulması xəsarət adlanır.
Xəsarətlər yüngül, az ağır və ağır bədən xəsarətləri növlərinə bölünürlər.
İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi
rəy əsasında bir gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olduqda
istehsalatda baş vermiş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir və qeydə
alınır.
Təbii ölüm, özünə qəsd, intihar hadisələri, eləcə də zərəçəkənlərin cinayət
törədərkən aldıqları zədələnmələr haqqında İZ formalı akt tərtib edilmir və belə
hadisələr uçota alınmır.
Müəssisənin ərazisində yaxud başqa iş yerində işçilərlə müəyyən edilmiş
fasilələr (nahar, texnoloji və s.) zamanı baş vermiş bədbəxt hadisələr üzrə İZ
formalı aktın tərtib edilməsi haqqında qərar komissiya tərəfindən təhqiqat
qurtardıqdan sonra qəbul edilir.
İstehsalatda bədbəxt hadisələrin vaxtında və düzgün təhqiq edilməsi və uçota
alınmasına müəssisənin rəhbəri məsuliyyət daşıyır.
İstehsalatda bədbəxt hadisələrin vaxtında və düzgün təhqiq edilməsi və uçota
alınmasına müəssisənin rəhbəri məsuliyyət daşıyır.
İstehsalatda baş vermiş yüngül və az ağır dərəcəli bədən xəsarətləri ilə
nəticələnmiş bədbəxt hadisələrin təhqiqatı müəssisədə yaradılan komissiya
tərəfindən aparılır.
İstehsalatda baş vermiş hər bir bədbəxt hadisə haqqında zərərçəkən yaxud
hadisənin şahidi bilavasitə iş rəhbərinə məlumat verməlidir. Həmin vəzifəli şəxs
zərərçəkənə təcili surətdə ilk yardım göstərilməsini və onun səhiyyə məntəqəsinə
çatdırılmasını təşkil etməyə, hadisə barədə bölmənin rəhbərinə xəbər verməyə,
təhqiqat komissiyası işə başlayanadək iş yerindəki şəraiti və avadanlığın
vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait
və vəziyyət ətrafdakı işçilərin həyat və səhhəti üçün təhlükə törətmirsə, qəzaya
səbəb olmursa) borcludur.
Bölmənin rəhbəri hadisə barədə müəssisənin rəhbərinə, əməyin mühafizəsi
xidmətinə və həmkarlar ittifaqı komitəsinə dərhal məlumat verməyə borcludur.
“Dövlət dağ texniki nəzarət” komitəsinin nəzarəti altında olan obyektlərdə
baş vermiş bədbəxt hadisə haqqında müəssisənin rəhbəri, onların yerli orqanlarına
gün ərzində xəbər verməlidir.
Müəssisə rəhbəri hadisə baş verdikdən dərhal sonra öz əmri ilə sex
rəisindən, əməyin mühafizəsi komissiyasının nümayəndəsindən ibarət olan
komissiya yaradır. Komissiya üç gün ərzində bədbəxt hadisənin şəraitini və
səbəblərini təhqiq edir, şahidləri və əmək mühafizəsi qaydalarının pozulmasına yol
vermiş şəxsləri aşkar edir və dindirir, zərərçəkəndən izahat alır, bədbəxt hadisənin
səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri görməklə azı 5 (beş)
nüsxədən ibarət İZ formalı aktı tərtib edir və təsdiq edilmək üçün müəssisənin
rəhbərinə göndərir. İZ formalı akta şahidlərin, zərərçəkənin izahatları, iş yerinin
(avadanlığın, qurğunun) vəziyyətini, təhlükəli və zərərli istehsalat amilləri
xarakterizə edən planlar, sxemlər və başqa sənədlər, tibbi rəy və s. əlavə edilir.
6

“Dövlət dağ texniki nəzarət” komitəsinin nümayəndəsi bu komitəsinin


nəzarəti altında olan obyektlərdə baş vermiş bədbəxt hadisəni təhqiq edən
komissiyanın işində iştirak edə bilər.
Müəssisənin rəhbəri istehsalatda baş vermiş bədbəxt hadisənin doğurmuş
səbəbləri aradan qaldırılması üçün tədbirlər görür, təhqiqat qurtardıqdan sonra 3
(üç) gün ərzində, beş nüsxədən ibarət İZ formalı aktı təsdiq edir və onun bir
nüsxəsini zərərçəkənə (və ya onun mənafeyini təmsil edən şəxsə), sex rəisinə,
təhqiqat materialları ilə birlikdə əməyin mühafizəsi xidmətinin rəisinə
(mühəndisinə), Dövlət əmək müfəttişliyinə göndərilməlidir.
İZ formalı akt təhqiqat materialları ilə birlikdə bədbəxt hadisə qeydə alınmış
müəssisədə 45 il müddətində saxlanılmalıdır.
Zərərçəkənin əmək qabiliyyətinin müvəqqəti itirilməsi vaxtı qurtaran kimi,
hadisə baş vermiş sexin rəhbəri İZ formalı aktın bədbəxt hadisələrin nəticələri
haqqında 14-cü bəndini doldurur və bu barədə əmək mühafizəsi xidmətinin rəisinə,
Dövlət Əmək Müfəttişliyinə məlumat göndərir.
Müəssisədə başqa təşkilat tərəfindən göndərilmiş işçi ilə baş vermiş bədbəxt
hadisə, hadisə baş vermiş müəssisə müdiriyyətinin yaratdığı komissiya tərəfindən,
zərərçəkənin mənsub olduğu təşkilatın nümayəndəsinin iştirakı ilə təhqiq edilir.
Bədbəxt hadisə zərərçəkənin mənsub olduğu təşkilat tərəfindən uçota alınır.
Bir müəssisənin başqa müəssisənin sahəsində iş görən işçisi ilə baş vermiş
bədbəxt hadisə iş gördüyü müəssisə tərəfindən təhqiq edilir və uçota alınır.

2.2.Xüsusi təhqiq edilən bədbəxt hadisələr

Ağır xəsarətlə, qrup halında və bir işçinin ölümü ilə nəticələnmiş bədbəxt
hadisələrin (qəzaların) təhqiqatı Dövlət Əmək Müfəttişliyinin rəisinin əmri ilə
yaradılan komissiya tərəfindən aparılır. Komissiyaya baş əmək müfəttişliyi sədrlik
edir.
Komissiyanın tərkibinə xəsarət baş vermiş müəssisənin yuxarı orqanının və
müəssisənin rəhbər vəzifəli nümayəndəsi, müəssisənin həmkarlar ittifaqı
təşkilatının sədri (əməyin mühafizəsi komissiyasının sədri) daxil edilirlər.
“Dövlət dağ texniki nəzarət” komissiyasının nəzarəti altında olan
müəssisələrdə baş vermiş bədbəxt hadisələr həmin orqanın nümayəndəsinin iştirakı
ilə təhqiq edilir.
İki – dörd işçinin ölümü ilə nəticələnən, bədbəxt hadisələrin təhqiqatı AR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə yaradılan komissiya
tərəfindən aparılır. İki – dörd işçinin ölümü ilə nəticələnən, bədbəxt hadisələrin
təhqiqatı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə yaradılan
komissiya tərəfindən aparılır
“Dövlət daq texniki nəzarət” komitəsinin nəzarəti altında olan müəssisələr
baş vermiş bədbəxt hadisələr həmin orqanın nümayəndəsinin iştirakı ilə təhqiq
edilir.
7

Bədbəxt hadisələrin xüsusi təhqiqatı komissiya tərəfindən 20 gün


müddətində aparılır və xüsusi təhqiqat aktı (əlavə 5) tərtib edilir.
Ağır xəsarətlər, qrup halında, ölümlə nəticələnmiş bədbəxt hadisə haqqında
müəssisənin rəhbəri Dövlət Əmək Müfəttişliyinə, yuxarı təsərrüfat orqanına,
prokurorluq orqanlarına, digər dövlət nəzarəti orqanlarına və sahə həmkarlar
ittifaqına gün ərzində məlumat verməyə borcludur.
Xüsusi təhqiqat üzrə komissiyanın tələbi ilə, müəssisənin müdiriyyəti
aşağıdakıları yerinə yetirməyə borcludur:
- bədbəxt hadisənin təhqiqatında iştirak etmək üçün mütəxəssis ekspertlər
dəvət etmək;
- texniki hesablamalar, laboratoriya tədqiqatları, sınaqlar və başqa işlər
aparmaq;
- zədələnmiş obyektin hadisə yerinin fotoşəkilini çəkmək və digər lazımı
materialları təqdim etmək;
- təhqiqat üçün lazım olan nəqliyyat və rabitə vasitələrini təmin etmək və s.
Komissiya üzvləri təhqiqatın gedişində müəssisənin, onun struktur
bölmələrinin rəhbərlərindən, şahidlərindən və digər şəxslərdən yazılı və şifahi
izahat almaq hüququna malikdir.
Xüsusi təhqiqat komissiyası sədrinin sərəncamı ilə ekspert komissiyası
yaradıla bilər. Xüsusi təhqiqat materiallarına aşağıdakılar daxil olmalıdır:
- xüsusi təhqiqat aktı, hər bir zərərçəkən üçün İZ formalı aktın surəti;
- planlar, hadisə yerinin sxemi, müşahidə protokolu və fotoşəkillər;
- sorğu protokolları, bədbəxt hadisənin şahidlərinin və digər aidiyyəti olan
şəxslərin, əməyin mühafizəsi qayda və normalarının riayət edilməsinə cavabdeh
olan vəzifələri şəxslərin izahatları, ekspert komissiyasının yaradılması barədə
sərəncam və başqa sərəncamlar;
- zərərçəkənlərin təlim keçməsi və təlimatlandırılması haqqında məlumatlar;
zərərçəkənin aldığı zədənin xarakteri və ağırlıq dərəcəsi, ölümünün səbəbləri
haqqında tibbi rəy;
- bədbəxt hadisənin səbəbləri haqqında ekspert komissiyasının rəyi (lazım
gəldikdə), laboratoriya və başqa tədqiqatların analizlərinin və s. nəticələri;
qəza ilə əlaqədar olaraq dəymiş maddi ziyan haqqında arayış;
- müəssisədə (sexdə, sahədə) aşkar edilmiş əməyin mühafizəsi üzrə
qaydaların pozultularının aradan qaldırılması barədə komissiyanın rəyi.

2.3.Bədbəxt hadisələr haqqında hesabat və onların


baş vermə səbəblərinin təhlili

Müəssisənin müdiriyyəti İZ formalı aktlara əsasən AR Dövlət Statistika


Komitəsinin müəyyən etdiyi formalar üzrə istehsalatda bədbəxt hadisələr
nəticəsində zərərçəkənlər haqqında hesabat tərtib edir və müəyyən edilmiş qaydada
müvafiq təşkilatlara təqdim edilir.
8

Müəssisənin rəhbəri istehsalatda baş vermiş bədbəxt hadisələrin səbəblərinin


təhlilini, onların sex və digər bölmələrin kollektivlərində müzakirəsini, istehsalat
zədələnmələrinin qarşısının alınması üzrə tədbirlərin hazırlanmasını və həyata
keçirilməsini təmin etməyə borcludur.
Müəssisənin rəhbəri bədbəxt hadisələrin xüsusi tədqiqat materiallarını
nəzərdən keçirməyə, komissiya tərəfindən təklif edilmiş tədbirlərin yerinə
yetirilməsi və əməyin mühafizəsi tələblərinin pozulmasına yol vermiş şəxslərin
cəzalandırılması barədə müvafiq əmr (sərəncam) verməyə borcludur.
Müəssisənin rəhbəri xüsusi təhqiqat komissiyasının təklif etdiyi tədbirlərin
yerinə yetirilməsi barədə Dövlət Əmək Müfəttişliyinə, dövlət nəzarət orqanlarının
nəzarəti altında olan obyektlər üzrə onların yerli orqanlarına, həmçinin təhqiqatda
iştirak edən texniki əmək inspektoruna məlumat verməlidir.
Bir adamla baş vermiş ağır xəsarətlər, qrup halında və ölümlə nəticələnən
bədbəxt hadisələrlə bağlı məsələlər müvafiq yuxarı təsərrüfat orqanlarında, Dövlət
Əmək Müfəttişliyində və digər dövlət nəzarəti orqanlarında müzakirə edilməlidir.
Ağır nəticələri (iki və artıq adamın həlak olduğu) bədbəxt hadisə AR Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyində AHİK-lə birlikdə müzakirə olunur və
lazım gəldikdə AR Nazirlər kabinetinə məlumat verilir.
Prokurorluq orqanları istehsalatda baş vermiş bədbəxt hadisələrlə əlaqədar
işlərin gedişi və onların nəticəsi barədə, lazım gəldikdə Dövlət Əmək
Müfəttişliyinə, müvafiq dövlət nəzarəti orqanına və müəssisə rəhbərlərinə məlumat
verirlər.
9

Nümunə
İSTEHSALATDA BAŞ VERMİŞ BƏDBƏXT HADİSƏ HAQQINDA AKT
İZ forması
"Təsdiq edirəm"
AzMİU-nun rektoru
Abdulayev Faiq Məmməd oğlu
(müəssisənin adı, təsdiq edən
vəzifəli şəxsin soyadı, adı,
imzası, möhür

İSTEHSALATDA BAŞ VERMİŞ BƏDBƏXT HADİSƏ HAQQINDA


AKT №__
1. Müəssisənin tabeçiliyi üzrə yuxarı orqanı AR Təhsil Nazirliyi_______________________________
 
2. Müəssisənin adı Azərbaycan Memarlıq və İnşaat Universiteti_______________________________
 
2.1. Müəssisənin ünvam: ___Bakı, Ayna Sultanova – 5_______________________________________
(şəhər, rayon, qəsəbə, kənd, küçə, ev)
 
2.1.1. Bədbəxt hadisənin baş verdiyi sex, sahə, yer AzMİU I korpus, 2-ci mərtəbə, auditoriya
3. İşçini göndərmiş müəssisə ___ANT şirkəti, Azadlıq prospekti 15
(adı, ünvanı, tabeçiliyi üzrə yuxarı təsərrüfat orqanı)
 
4. Zərərçəkənin soyadı, adı, atasının adı Əhmədov Hüseyn Əli oğlu____________________________
 
5. Cinsi (qadın, kişi) _____________Kişi__________________________________________________
 
6. Yaşı ___________________25___________________________________________________
(illərin tam sayını göstərməli)
 
7. Peşəsi (vəzifəsi) ____________fəhlə____________________________________________________
 
8. Bədbəxt hadisə baş verdikdə yerinə yetirdiyi peşə (vəzifə) üzrə iş stajı __6il___  
 
9. Axırıncı dəfə əməyin təhlükəsizliyi üzrə keçirilən təlimatın tarixi
_____________________09.02.11_________________________________________________________
9.1. Giriş təlimatı __________20.05.2005__________________________________________________
9.2. İlkin (təkrar) təlimat ______17.08.2009________________________________________________
9.3. Biliyin yoxlanılması ________06.03.11________________________________________________
10. Bədbəxt hadisə baş vermə tarixi və vaxtı 15.05.11-ci il saat 1300________________________
(gün, ay, il, saat)
işə başladıqdan 4 saat sonra
(işin başlanğıcdan sonrakı tam saatlarm sayı)
 
11. Bədbəxt hadisənin təfsilatı Təmir vaxtı borunun düşməsi nəticəsində ayaq barmaqlarının əzilməsi
 
12. Əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər
___________ ___Təmir işləri üzrə mühəndis______________________________________________
(onlar tərəfindən qanunvericilik və normativ hüquqi sənədlərin pozulan bəndləri
10

göstərilməlidir)
1. Təhlükəsizlik ayaqqabının olmaması
13. Bədbəxt hadisələrin şahidləri Təmir işləri üzrə mühəndis, çilingər, 2 nəfər fəhlə________________
____________________________________________________________________________________
 
Təhqiqat aktı tərtib ________16.05. 11-ci ildə ____ edilmişdir.
(gün, ay, il)
İşəgötürənin vəzifəli şəxsi ANT Şirkətinin müdiri Əsgərov Mehdi Əziz oğlu, Şirkətin müdir müavini
Qaffarov Samir Məmməd oğlu, təmir ustası Süleymanov Sabir Hüseyn oğlu__________.
(vəzifəsi, adı, soyadı, imza)
Əməyin mühafizəsi xidmətinin rəisi (onun vəzifələrini icra edən mühəndis, mütəxəssis)
Əsgərov Əhməd
(imza, adı, soyadı)
 
Müəssisənin Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsi Müəssisənin Həmkarlar İttifaqı
Komitəsinin sədri Ələsgərov İslam Rafiq oğlu.
(imza, adı, soyadı)
 
14. Bədbəxt hadisənin nəticələri Ayağın 2 barmağının əzilməsi 6 ay müddətinə yüngül işə
keçirilmişdir.
 
14.1. Başqa işə keçirilərkən əvvəlki əmək haqqına əlavə ödənişlərin məbləği 250 manat
təşkil edir.
14.2. Əmək qabiliyyətini itirməsi barədə xəstəlik vərəqəsi yaxud müalicə idarəsinin arayışı üzrə
Ayaq barmağının 2 yerdən çatı diaqnozu ilə 15.05.11-ci il tarixdən 15.07.11-ci il tarixədək əmək
qabiliyyətini itirmə vərəqəsi üzrə işdən azad edilmişdir.
 
14.3. Əmək qabiliyyətini itirmə müddəti _______________39 gün____________________________
(təqvim günlərinin sayı)

Əmək qabiliyyətini itirmə vərəqəsi üzrə 450 manat müavinət ödənilmişdir.


 
14.4. Bədbəxt hadisənin son nəticəsi Sosial Ekspert Komissiyasının rəyi ilə 20% iş qabiliyyətini itirdiyi
üçün yüngül işə keçirilir_________________________________________________________________
(zərərçəkən yüngül işə keçirilmişdir, sağalmışdır.1,11,111 qrup əlillik təyin edilmişdir)
 
15. Xarab olmuş avadanlıq və alətlərin dəyəri
_____yoxdur_________________________________
(manat)
 
15.1. Dağılmış binalar və qurğuların dəyəri _______yoxdur__________________________________
(manat)
 
15.2. Ümumi ziyan (manat) ______________yoxdur_________________________________________
(15, 15.1 sətirlərinin dəyəri)
 
İşəgötürənin vəzifəli şəxsi _______Əsgərov Mehdi Əziz oğlu__________________________________
(imza, adı, soyadı)
11

Əmək şəraiti və əmək təhlükəsizliyi


İstehsalatda zədələnmələr və peşə xəstəlikləri

İstehsalatda əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində alınmış


zədə istehsal travması və ya bədbəxt hadisə adlanır.
Müəyyən iş üçün səciyyəvi olan zərərli istehsalat amillərinin təsiri
nəticəsində inkişaf edən xəstəlik peşə xəstəliyi adlanır.
3.1. İstehsalat travmaları və peşə xəstəliklərinin səbəblərini dörd qrupa
ayırmaq olar:
1. Texniki səbəblər – alət, maşın və avadanlıqların nasaz olması, qoruyucu
qurğuların, siqnal və bloklama vasitələrinin qeyri mükəmməl olması, texnoloji
proseslərə əməl edilməməsi;
2. Təşkilatı səbəblər - ərazinin, yol və keçidlərin qaydada saxlanılması, iş
yerinin təşkilindəki nöqsanlar, iş yerində və anbarda yığılma qaydalarının
pozulması, təhlükəsiz əmək üsullarının fəhlələrə lazımı qədər öyrədilməsi və s.
3. Sanitariya – gigiyena səbəbləri – əlverişsiz işıqlandırma, səs-küy və
titrəyişlər, qeyri normal meteoroloji şəraiti və s.
4. Psixofizioloji səbəblər – şərti olaraq işçinin bütün fiziki və zehni
gərginlikləri aid edilir, məsələn yorğunluq, diqqətsizlik, yaddaşın zəifliyi, spirtli
içkilər və s.
“İstehsalatda bədbəxt hadisələrin tədqiqi və uçota haqqında” əsasnaməyə
əsasən gün ərzində istehsalatda və ondan kənarda müdiriyyətin tapşırığını yerinə
yetirərkən fəhlə və qulluqçuları iş yerinə apararkən və həmin təşkilatın
nəqliyyatında geri qayıdarkən fəhlə və qulluqçularla əlaqədar olan bütün bədbəxt
hadisələr araşdırılır.
İstehsalatda zədələnmənin səviyyəsini qiymətləndirmək üçün aşağıdakı
əmsallardan istifadə edilir.
3.2. Tezlik əmsalı hesabat dövründə hər 1000 nəfər işçiyə düşən bədbəxt
hadisələrin sayını göstərir:
KT = A/B ×1000
Ağırlıq əmsalı hər bir bədbəxt hadisəyə düşən itirilmiş iş günlərinin orta
sayını göstərir:
KA = V/A
Burada A – hesabat dövründə uçota (qeydə) alınan bədbəxt hadisələrin sayı;
B – hesabat dövründə işçilərin orta hesabi sayı;
V – həmin bədbəxt hadisələrdə itirilmiş iş günlərinin ümumi sayı.
12

İstehsalat zədələnmələri və peşə xəstəliklərinin səbəbləri aşağıdakı üsullarla


təhlil edilir:
1. Statistik üsulda müəssisə və ya sənayenin hər hansı bir sahəsində
zədələnmələr haqqında bir neçə il ərzində toplanmış statistika materialı tədqiq
edilir;
2. Qrup üsulunda zədələnmələr ayrı-ayrı cəhətlərinə görə, məsələn
zərərçəkmiş şəxslərin yaşına, iхtisas dərəcəsinə, peşəsinə, işlərin növünə və s. görə
qruplaşdırılaraq təhlil edilir;
3. Topoqrafiq üsulda bədbəxt hadisələr sex və ya sahədə avadanlığın
yerləşmə planında şərti işarələrlə müntəzəm qeydə alınır;
4. Texniki üsul istehsalatdakı əlverişsiz amillərin təhlükəlilik dərəcələrini
təyin etmək lazım gəldikdə tətbiq edilir;
5. Erqonomik üsul insan – maşın – istehsal mühiti sisteminin kompleks
halda öyrənilməsinə əsaslanır;
6. İqtisadi üsul zədələnmələrin iqtisadi ziyanını təyin etməkdən ibarətdir;
7. Psixofizioloji təhlil üsulunda zədələnmələrin fizioloji, psixoloji və sosial
səbəbləri birlikdə öyrənir;
8. Monoqrafik üsulda bədbəxt hadisə baş verdiyi yerdə əmək prosesləri və
texnoloji prosesləri, avadanlıq, fərdi mühafizə vasitələri, sanitar-gigiyena və s.
birlikdə tədqiq olunur.
İstehsalatda bədbəxt hadisələr haqqında bağlanan İZ formalı aktların
araşdırılması göstərir ki, son illər ərzində texniki və sanitariya-gigiyena
səbəblərdən baş verən bədbəxt hadisələrin sayı azalır. Bu elmi-texniki tərəqqinin
sürətlə inkişafı ilə izah olunur.
Məlum olduğu kimi, zərərlərin təxminən 70%-i təşkilatı və şəxsi
səbəblərdən, 14% - i təhlükəsizlik qaydalarına riayət olunmamasından, 13%-i
ehtiyatsızlıqdan mühafizə vasitələrindən qeyri-düzgün istifadə edilməsindən, 11%-
i icazə olmadan işin yerinə yetirilməsi və təhlükəli sahədə yerləşmələri ucbatından
baş vermişdir. Tədqiqatlar göstərir ki, kollektivdə psixoloji iqlimin sağlamlığı,
işçilərin sabit emosional vəziyyəti təhlükəsizliyin təmin edilməsində əsas
şərtlərdən biridir.

3.3. Peşə zəhərlənmələri və xəstəliklərinin təhqiqi və uçota alınması

Peşə zəhərlənmələrinin təsiri nəticəsində işçilərdə peşə xəstəlikləri əmələ


gəlir. Aşkara çıxarılmış bütün xroniki peşə xəstəlikləri və zəhərlənmələri təhqiq
edilməlidir. Tibbi müəssisənin həkimi xəstə müraciət etdikdən sonra 24 saat
ərzində xəstəlik və ya zəhərlənmə haqqında yerli sanitariya epidemiologiya
stansiyasına (SES) məlumat göndərməlidir. Bu məlumata əsaslanaraq SES-nın
həkimi, müəssisə müdiriyyətinin nümayəndəsi və həmkarlar ittifaqı komitəsinin
nümayəndələri birlikdə hadisəni təhqiq edir və (164 saylı forma üzrə) təhqiqat aktı
tərtib edir.
13

İş yerindən asılı olaraq peşə xəstəliklərinin əmələ gəlməsi

№ İş prosesləri Peşə zərərlikləri Peşə xəstəlikləri

Açıq havada aparılan işlər, Qeyri normal Gün vurma, istilik


1 ekskavator və kranla metereoloji şəraiti vurma, donma
işləyərkən soyuqdəymə
Pnevmatik alətlərlə, zərbəli Normadan artıq Karlıq, laringit xəstəliyi
2 maşın və mexanizmlərlə istehsalat səs-küyü
işləyərkən
Pnevmatik alətlər, Normadan artıq Anqinevroz vibrasiya
elektriklə işə salınan zərərli titrəyişlər xəstəliyi
3 mexanizmlərlə, buldozer,
ekskavator və inşaat – tex-
niki kranlarda işləyərkən
İzolyasiya və suvaq Zəhərli maddələr Kimyəvi zəhərlənmə,
işlərində, polimer yanma
4
materialları işlə işləyərkən
və s.
Partlayış işlərində, qaynaq İstehsalat tozları Silikoz,
5 işlərində səpələnən pnevmakonikoz,
materialların daşınmasında astma xəstəlikləri
Qaynaq işləri (elektriklə və Kəskin parlaq işığın Katarakta, kopyuktivit
6
qazla icrasında) təsiri xəstəlikləri
İşıqlanmanın kifayət qədər Gözün görmə
7 və müntəzəm olmaması qabiliyyəti
azalır
Ölçmə - nəzarət cihazla İonlaşdırıcı şüalar Dəri xəstəlikləri
8
işləyərkən
Ağır inşaat işləri Əzələlərin gərgin vəziy- Tromboflebit, nevrit
9
yətdə olması xəstəlikləri
14

MÖVZU 3
İSTEHSALATDA METROLOJİ ŞƏRAİT ONUN
NORMALLAŞDIRILMASI. HAVANIN NƏMLİYİ, HƏRƏKƏTİ,SÜRƏTİ,
TEMPERATURU

Müxtəlif müəssisələr yerləşdirilərkən onlar sanitariya və texnoloji


əlamətlərinə görə qruplaşdırılmalıdır.
Qazlar, tüstü, his, toz, pis iylər, səs-küy və s. istehsalat zərəri olan sənaye
müəssisələrini yaxınlıqdakı yaşayış binalarının külək tutmayan tərəfində
yerləşdirirlər.
İstehsalat müəssisələrinin zəhərli tullantılarının atmosferə buraxılan yeri ilə
yaşayış və ictimai məntəqələr arasında olan minimal məsafəyə qoruyucu
sanitariya zonaları deyilir. Bu zona yaşayış məntəqə-sində olan adamları,
binaları, başqa tikintiləri və obyektləri (çay, göl, yaşıllıq) istehsalatın zərərindən
qoruyur.
Sənaye müəssisələrinin layihələşdirilməsinin sanitariya normalarına (SN-
245-71) əsasən müəssisələr qoruyucu sanitariya zonalarının eninə görə beş sinfə
bölünür.
Birinci sinif müəssisələrin qoruyucu sanitariya zonası 1000, 2-ci – 500, 3-cü
– 300, 4-cü – 100, 5-ci – 50 metr enində nəzərdə tutulur.
Sanitariya məsafə normalarının seçilməsi zamanı bu məsafələr xidməti
asanlaşdırmaq və təhlükəsizliyi təmin etmək məqsədilə bir istehsalat daxilində
ayrı-ayrı obyektlər arasında qoyulur. Müəssisə tikililəri arasındakı məsafələr
binanın yanğın təhlükəliliyindən, hündürlüyündən və s. asılı olaraq sanitariya
normalarından (SN-245-71) götürülür.
İstehsalat sanitariyası istehsalat müəssisələrində işçilərə sağlam əmək şəraiti
yaradılması üçün texnoloji proseslərdən və əməliyyatlardan düzgün istifadə
olunma üsullarından ibarətdir. İstehsalat binalarında mikroiqlim parametrləri:
istilik, nisbi nəmlik, iş yerlərində havanın hərəkət sürəti və barometrik təzyiq. Bu
dörd iqlim parametrləri iş yerlərində xarici mühit şəraitini normallaşdırır. İstiliyin
normadan artıq olması ürək-damar sisteminə, su və duz balansının pozulmasına
təsir edir. İnsanın normal bədən temperaturu 36,6 dərəcə olmalıdır. İstiliyin mənfi -
15 dərəcəyə qədər düşməsi nəticəsində orqanizm soyuyur və bədənin ayrı-ayrı
hissələri dona bilər. Havada doymuş su buxarlarının olması orqanizmin istiliyinə
müxtəlif təsir göstərir. Artıq nəmlik (85%-dən yuxarı) binada rütubət yaradır.
Havada orta nəmlik (40-20%) insan orqanizminə yaxşı təsir göstərir. Nəmliyin
normadan aşağı olması (30%-dən aşağı) yaxşı hal deyil. Belə ki, bədənin səthində
nəmliyin buxarlanması artır və orqanizmin mühafizə xassəsi azalır. Binalarda
15

havanın hərəkət sürəti insan sağlamlığına müxtəlif təsir göstərir. Yüksək istilikli
binada havanın dəyişdirilməsi insan orqanizmindən istiliyin verilməsini artırır və
onun halı yaxşılaşır. Aşağı istilikdə isə havanın dəyişdirilməsi insan orqanizminə
pis təsir göstərir. Atmosfer təsirinin dəyişməsi mərkəzi sinir sistemi ilə bütün
orqanlara təsir edərək müxtəlif xəstəlikləri yarada bilər. Normal atmosfer
təzyiqinin bir neçə mm civə sütunu dəyişməsi insan sağlamlığı üçün təhlükəlidir.
Havanın temperaturu. İş yerinin mikroiqlimi işçinin sağlamlığına, əmək
məhsuldarlığına mühüm təsir göstərir. İnşaat işlərinin çoxu açıq havada aparılır və
iş zonasında optimal iqlim parametrlərini təmin etmək olmur. Həmin parametrlərin
həddi qiymətləri isə işləyənlər üçün təhlükəlidir, çünki bu halda orqanizm həddən
artıq qıza və ya soyuya bilər.
İl ərzində xarici havanın orta günlük temperaturu +10 ℃ və daha yüksək
olan dövrü isti, +10 ℃ – dən aşağı olan dövrü isə soyuq hesab olunur.
Havanın temperaturundan asılı olaraq istehsalat şəraitində işin
dayandırılması və fasilələrin verilməsi Əmək Məcəlləsinin 233-cü maddəsi ilə
müəyyən edilir.
İstehsalat otaqlarında havanın tеmpеraturu döşəmədən 1,3 – 1,5m
hündürlükdə, ən azı iki nöqtədə ölçülür. Yuxarı və aşağı hissədə fərq çox olduqda
otağın temperaturu döşəmədən 0,2 - 0,3m hündürlükdə də ölçülməlidir.
Temperaturu ölçmək üçün civəli və spirtli termometrlərdən istifadə edilir.
İstehsalat otaqlarında müəyyən vaxtda temparaturun maksimum və minimum
səviyyəsini müəyyən etmək üçün maksimal – minimal termometrlərdən;
temperaturun sutkalıq və ya həftəlik dəyişməsini qeyd etmək üçün
termoqraflardan; temperaturun şüalanma mənbəyi təsiri ilə dəyişməsini müəyyən
etmək üçün isə qoşa termometrlərdən istifadə edilir. Qoşa termometrlərdə bir
termometrin işçi maye saxlayan hissəsi gümüşlənmiş, digərinki isə qara rənglənmiş
olur və həqiqi temperatur aşağıdakı düsturla hesablanır.
T = Tq - K(Tq - Tg)
Burada Tq və Tg - uyğun olaraq gümüşlənmiş və qara rənglənmiş
termometrlərin göstəriciləridir;
K – cihaz sabiti onun pasportundan götürülür.
Nəmlik – mühitdəki su və ya su buxarının miqdarını xarakterizə edir.
Nəmliyin 3 növü var.
1. Mütləq nəmlik – 1m3 havada olan su buxarının qramla miqdarına;
2. Maksimal nəmlik – müəyyən temperaturda 1m3 havanı doydurmaq üçün
lazım olan su buxarının qramlarla miqdarı;
3. Mütləq nəmliyin (Wm) maksimal nəmliyə (Wmax) və ya müəyyən
temperaturda (t - temperaturda) faktiki su buxarı təzyiqinin (E) həmin
temperaturdakı doymuş su buxarı təzyiqinə (Et) olan nisbətinin faizlə miqdarı isə
nisbi nəmlik (Wn) adlanır.
Wn = Wn/Wmax × 100% = E/E1 × 100%
16

Nisbi nəmliyi təyin etmək üçün nomoqrammadan və psixometrik cədvəldən


də istifadə etmək olar. Praktikada havanın nəmliyini təyin etmək üçün stasionar,
aspirasiyalı və elektron psixrometrlərindən istifadə edilir.
Psixometrik düsturdan istifadə etməklə mütləq nəmlik belə hesablanır.
Wm = Ey1 - a(tq - ty)H
və ya
E = Ey - a(tq - ty)H

Burada Wm - mütləq nəmlik; Ey1 - yaş termometrin göstəricisindən asılı


olan maksimal nəmlik; E - quru termometrin ( tq ) göstəricisinə uyğun gələn
temperaturdakı su buxarının təzyiqi, mm∙C∙süt; Ey – yaş termometrin göstərişinə
uyğun temperaturda (ty) doymuş su buxarının təzyiqi, mm∙C∙süt; α - psixrometrik
əmsaldır, qiyməti havanın hərəkət sürətindən asılı olaraq cədvəldən götürülür; tq,
ty - quru və yaş termometrin göstəricisidir, ℃; H - faktiki barometrin təzyiqidir,
mm∙C∙süt.
Psixrometrik düsturla havanın mütləq nəmliyini tapıb (Wmut, E ), sonra
nisbi nəmliyi hesablayırıq.
Wn = Wmax/Wmax × 100%
və ya
Wn = E/E1 × 100%
Mütləq nəmliyi təyin etmək üçün Avqust və Asiman psixrometrlərdən
(stasionar və aspirasiyalı) istifadə edilir. Qeyd edək ki, Asiman (aspirasiyalı)
psixrometrin üst hissəsində ventilyator qurulmuşdur ki, bu da hava axınının
sürətini (4m/san) termometrin civə ətrafında sabit saxlayır. Ona görə bu
psixrometrdə alınan nəticə daha dəqiq olur.
Havanın nəmliyi şeh nöqtəsinə görə də xarakterizə olunur. Şeh nöqtəsi elə
yuxarı temperatur həddidir ki, bu səviyyədə havada olan su buxarı su damcıları
əmələ gətirə bilir (yəni hava su buxarı ilə doyur və nisbi nəmlik 100% olur). Şeh
nöqtəsi τ, ℃, havanın temperaturu t, ℃ olsa, onda mütləq və nisbi nəmliyi uyğun
olaraq cədvəldən götürmək olar.
17

MÖVZU 4. İNSAN ƏMƏYİNİN ERQONOMİK TƏHLÜKƏSİZLİYİ

Müasir insanın əmək mühafizəsi məsələləri istehsalat fəaliyyətinin dərindən


dəyişməsi və mürəkkəbləşməsi ilə, istehsalatın effektivlik məsuliyyətinin artması
və mənası ilə, baha qiymətli avadanlığın təhlükəsizliyi və etibarlı istismarı ilə
əlaqədar olaraq mühüm əhəmiyyət kəsb edir. Elmi-texniki inqilab ayrı-ayrı
alətlərdən maşına, maşından sistemə, sistemdən biotexnika kompleksə keçərək
yaranır. Bunun əsas səbəbi ondan ibarətdir ki, əməyin effekti və təhlükəsizliyi
artdıqca onun elmi həcmi, texnikanın kompleksliyi və məlumatlığı artır.
İnformasiya mühiti şəraitində insan-operator özünün məsul istehsalat funksiyasını
yerinə yetirir. O, eyni zamanda bundan əvvəlki böyük həcmli məlumatı həm başa
düşür, həm də həll edir. İnsan fiziki işinin mühüm hissəsini texnikaya həvalə
edərək, özü böyük həcmli mürəkkəb zehni psixoloji fəaliyyəti qəbul edir. O, bu
gün mürəkkəb biotexniki sistemləri proqramlaşdırır, onlara nəzarət edir, eyni
zamanda müxtəlif texnoloji obyektləri məsafədən idarə edir. Qarşılıqlı İqtisadi
Yardım şurasının üzvləri olan ölkələrin alim və mütəxəssislərinin erqonomik
məsələlərə dair Birinci Beynəlxalq konfransında (1972-ci il) qeyd edilmişdir ki,
erqonomika insanın əmək prosesindəki imkan və qabiliyyətini öyrənməklə əmək
fəaliyyətinin təşkilində elə şərtlər və üsullar yaratmalıdır ki, bunlar əməyi yüksək
məhsuldar əməyə çevirərək eyni zamanda insanın fiziki və mənəvi inkişafına səbəb
olsun, işçinin rahatlığını və təhlükəsizliyini təmin etsin, onun sağlamlığını və iş
qabiliyyətini mühafizə etsin. Bundan görünür ki, erqonomika öz məqsəd və
məsələlərinə görə müasir əmək mühafizəsinə yaxındır. Erqonomika müasir
cəmiyyətin ən sadə tərkibli istehsalat güclərini- insan-maşın sistemləri növlərini və
biotexnik kompleksləri ətraflı tədqiq edir. Sistem dedikdə, erqonomika elə bir
dinamiki quruluşu təsəvvür edir ki, o istehsalat mühitinin insan və maşın
hissələrindən, onların həcmindən və yerləşmə şəraitindən ibarətdir. İnsan-maşın
mühit sistemlərini kompleksli öyrənmək üçün erqonomika müasir gigiyena,
fiziologiya, psixologiya, antropologiya və s. elmlərin ideya və nailiyyətlərini sintez
edir. Erqonomika insanın konkret fəaliyyətini müəyyənləşdirən xassəsinin,
imkanının, bacarığının bir-birinə uyğunluğuna əsaslanaraq görülən işin quruluş və
tərkibi, texnikanın və onu əhatə edən mühitin xassələrini aydınlaşdırır. İnsan-
maşın-mühit sistemlərinin uyğunluğu erqonomik xüsusiyyət, komponentlərin
tərkibi, texnikanın növü, fəaliyyətinin daxili və xarici mühiti, iş yerinin quruluşu,
keyfiyyəti, forması, idarəetmə vasitələrinin ölçüsü və yerləşdirilməsi, iş sahəsi və
s. amillərlə müəyyənləşdirilir. İnsanın erqonomik xassəsinə onun görmə
18

qabiliyyəti, toxunma, iybilmə, səs duyğusu, qavrayışı, həmçinin mürəkkəb hissi


hərəkəti, yaddaşı, təfəkkürü, diqqəti və s. təsir göstərir. Bundan görünür ki əmək
şəraitinin təhlükəsizliyinin təmin edilməsi məsələləri nə qədər mürəkkəb və
əhatəlidir. Erqonomikaya həmçinin mühəndisi psixologiyada aiddir. Elmin bu
sahəsi erqonomik tələblərə uyğun olaraq insanın alət, maşın, əməliyyat, proses və
sistemlərin quruluşunu, funksiyasını və müxtəlif xassələrini psixoloji cəhətdən
necə mənimsədiyini öyrənir. Mühəndisi psixologiya əmək prosesində insanın
psixoloji xassəsini tətbiq edərək texnikaya verilən müvafiq tələbləri müəyyən edir.
Böyük insan-maşın sistemlərini, onların planlaşdırılmasının elmi əsaslı üsullarını,
layihələşdirilməsini, qurulmasını və idarə edilməsini texniki sistem baxımından
öyrənən və hazırlayan elmin sərbəst hissəsi sistemli texnika adlanır. Bu elm üçün
insanın erqonomik cəhətdən əsaslandırılmış etibarlığı, dəqiqliyi, iti hərəkəti və
sabitliyi vacibdir. İnsan-operatora idarəetmə, nəzarət, məsələlərin həlli,
proqramlaşdırma və s. kimi ən mürəkkəb və məsul vəzifələr tapşırılır.

İNSAN-MAŞIN-MÜHİT SİSTEMİNİN QURULUŞU XASSƏSİ VƏ


NÖVLƏRİ

Hər bir istehsalat prosesini mürəkkəb funksiyalı sistemlər kimi baxmaq olar,
çünki bunlar müxtəlif mərhələlərdə konkret məsələləri həyata keçirir, dinamiki
quruluş tərkibini uyğun istiqamətə dəyişdirir, maddəni, enerjini, məlumatı başqa
şəkilə salır. İnsanın fəaliyyətində insan-maşın mühitinin hərəkətdə olmasında
təhlükəsizliyin etibarlığı və yüksək effektivliyinin başlıca şərtlərindən biri insanın
erqonomik xüsusiyyətinin keyfiyyət və kəmiyyətcə texnoloji prosesin maşın əhatə
edən mühitin erqonomik xassələri ilə əlaqələndirilməsidir. Əlaqələndirmənin belə
tərzində əmək təhlükəsizliyinin artırılması üçün yeni imkanlar əldə edir.
Erqonomik təhlilin konkret məsələləri insan-maşın mühitinin təcrübi quruluş və
vəzifələrini hazırlamaq, onun tərkibinə daxil olan komponentlərin miqdarını və
vəzifəsini əsaslandırmaq, bu komponentləri öz aralarında həmçinin ayrılıqda
bütünlüklə sistemlə uyğunlaşdırmaqdır. Bu cür əsaslandırma eyni zamanda əmək
mühafizəsinin əsas məsələsini – zədələnmə səbəblərinin peşə xəstəliklərinin və
qəza hallarının aradan qaldırılmasını həll edir. İnsan-maşın sistemləri müasir
ictimai istehsalın xarakterik müxtəlifliyinə görə, sistemin operatorlarının sayından
asılı olaraq, müxtəlif siniflərə bölünür. Məsələn fasiləsiz sahədə sistemi idarə edən
operator, obyekti idarə edən operator və s. İnsan-operator vasitəsilə həyata
keçirilən idarəetmə, nəzarət, proqramlaşdırma, xidmətinə və s. sistem və
komplekslər erqonomik sistem (ES) adlanır. Fiziki işlə bərabər, müxtəlif
məlumatları dərk edən , dəyişdirən, istehsalat vəzifəsini yerinə yetirərək qərar
qəbul edən və bu qərarları həyata keçirən işçi insan-operator adlanır. Bütün
hallarda insan-operator müxtəlif bioloji vericilərin (reseptorların) və nəzarət-ölçmə
cihazlarının (indikatorların) köməyi ilə obyektin idarə edilməsi haqqında məlumat
qəbul edir.
19

Operator vasitəsilə dəfələrlə təkrar olunan fəaliyyətinin axırıncı qiymətinin


ölçüsü istehsalat vəzifəsinin mahiyyətini təşkil edir. Həll edilən məsələnin
mürəkkəbliyindən və sistemin növündən asılı olaraq operator fəaliyyəti 3 sinfə
ayrılır:
1. Operator nümunə üzrə imkanı qəbul edir, işlənmiş informasiyalar
şəraitində kiçik təfəkkür vasitəsilə kiçik həcmli işlər görür.
2. Operator mürəkkəb məsələləri həll etmək, obyektin hərəkətini, ona təsir
göstərən kəmiyyət və xüsusiyyətlərin həlli üsullarını seçmək ixtiyarına malikdir. 3.
Operator böyük variantlarla obyektin hərəkət parametrləri şəklində iş görür,
məlumatların nisbətən mürəkkəb üsullarla hazırlamaqla çox böyük imkanlı
məsələləri həll edir, qərar qəbul edib həyata keçirir.
MÖVZU 5. İSTEHSALAT TOZLANMASI
TOZLAR VƏ ONLARLA MÜBARİZƏ ÜSULLARI.

İşçilər bir sıra istehsalat proseslərində (tekstil, dağ-mədən sənayesində və s.)


istehsalat tozlanmasına məruz qalırlar. İstehsalat tozu bərk cisimlərin kiçik
zərrəciklərə bölünmüş hissəciklərinin havada asılı vəziyyətdə, aerozol şəklində
olması ilə xarakterizə olunur. Yaranma mənbəyinə görə üzvü (heyvan mənşəli,
bitki mənşəli), qeyri üzvü (metal və mineral mənşəli) və qarışıq tipli toz
mövcuddur. İşçilərə təsir edən ən zərərli tozlara 10 mkm ölçülü kiçik tozlar aid
edilir ki, onlar uzun müddət havada asılı qalır və gec çökürlər. Onların ölçüsünün
müxtəlifliyi tənəffüs orqanlarına daxilolma müddətinin intensivliyinə təsir göstərir.
Bu zərrəciklərin tərkibində olan müxtəlif təhlükəli qarışıqlar tənəffüs orqanlarında
müxtəlif ağırlıqda xəstəliklər yarada bilər. Məsələn, çaxmaq daşının dioksidi
tozunun 10%-dən çox olması pnevmokonioz xəstəliyinə səbəb olur. Bu sahələrdə
çalışan işçilərin iş stajından asılı olaraq xəstələnmə ehtimalı artır. İş yerlərinin
havasında mümkün tozların qatılığının buraxılabilən göstəriciləri aşağıdakı
cədvəldə (cədvəl 6) göstərilmişdir. Təhlükəlidir. Zəhərli maddə Təhlükəlidir.
Korroziyalı maddə Yanğın təhlükəli. Tez alovlanan maddə Təhlükəlidir.
Radioaktiv maddə yaxud ionlaşmış şüalanma Təhlükəlidir. Zəhərli maddə
Təhlükəlidir. Zəhərli maddə
Cədvəl 6. Tozlandırıcı maddələr BBH mq/m3.
Berillium və onun birləşmələri 0,001
Qurğuşun və onun qeyri-üzvi birləşmələri 0,01
Uranın həll olmuş birləşmələri 0,015
Sarı fosfor 0,03
Xrom birləşilmələri (xromatlar, bixromatlar) 0,1
Kadmium oksidi 0,1
Arsen və arsenli anhidridlər 0,3
Manqan (Mn02-də nəzərə alınmaqla) 0,3
Kobalt oksidləri, nikel 0,5
Bərk kütlə halında silisiumun kristal 4-oksidi, toz halından 70% artıqdır
(kvars, kristoballit və s.)
1 Həmçinin, 10-dan 70% Si02
20

2 Həmçinin, 2-dən 10% Si02-ə qədər (karbon və kömür tozu, gil, talk və s.)
4 10% dən çox asbest və asbest tərkibli toz qarışıqları
2 10% dən çox barit, apatit, fosforit, asbest tərkibli sement
5 5%-ə qədər Si02 tərkibli antrasit
6 Tərkibində Si02 olan kömür tozu
10 İstehsalatda iş fəaliyyəti zamanı bir sıra işçilər (dağ-mədən işçiləri,
geoloqlar, neftçilər, qazçılar, metalçılar, kimyaçılar və başqaları) dağ çapmaq,
istehsalat və məişət binalarında, fontan vuran buruqların yaxınlığında, neft və qaz
kəmərlərində, vulkan püskürmələri yaxınlığında iş görən zaman orada olan
havanın tərkibi təmiz atmosfer havasının tərkibindən xeyli fərqlənir. Nəticədə
havanın oksigenlə, hidrokarbonatla qarışması, zərərli, partlayışlı, alovlu və digər
birləşmələrlə birləşməsi nəticəsində işçi insanların təhlükə ilə qarşılaşmasına səbəb
olur. Bu qazların tərkibini bilmədikdə, onu aşkar etmədikdə, o partlayışa və ya
zəhərlənməyə səbəb ola bilər. Məsələn, kömür mədənində metan qazının qızması
və ya yanması nəticəsində qazma dəzgahların yanında yanğın və partlayış baş verir
(yaşayış evində tüstü bacasının tutulması nəticəsində karbon qazının şaxtada
yanğın və partlayış törətməsi, avtomobil qarajında dəm qazından boğulma və s).
3. Bioloji zərərli amillər və onların aradan qaldırılması yolları. Sağlam və
təhlükəsiz əmək şəraitinə təsir edən zərərli amillərdən biri də bioloji amillərdir.
Zərərli bioloji istehsalat amilləri müxtəlif istehsalat sahələrində çox geniş
yayılmışdır. İşçilərin iş zamanı bioloji maddələrin təsirindən yarana bilən peşə
xəstəliklərindən qorunması vacibdir. Buna baxmayaraq bir çox müəssisələrin
işçiləri peşə xəstəliklərinin yaranma səbəbləri haqqında demək olar ki, az
məlumatlıdırlar. İnsanların böyük əksəriyyəti təsəvvür edə bilmirlər ki, mövcud
istehsalat və yaxud digər xəstəliklər zərərli bioloji amillərin təsiri nəticəsində
əmələ gəlmiş peşə xəstəlikləridir və həmçinin çox yayılmış, arzu olunmaz bir
amildir. Başqa zərərli amillər kimi bioloji amillər də insan orqanizmində təkcə
peşə xəstəliklərinin yaranmasına səbəb olmur, o həm də orqanizmin müqavimətini
azaldır. Orqanizmdə immunitetin zəifləməsi insanlarda xəstələnməni artırır,
nəticədə peşə xəstəliyi yaranır. İnfeksiya riskinin səviyyəsindən asılı olaraq bioloji
maddələr dörd risk qrupuna bölünmüşdür: 1-ci qrup- insan xəstəliklərinə səbəb
olması ehtimalı olmayan bioloji maddələr; 2-ci qrup -insan xəstəliklərinə səbəb ola
bilən və işçilər üçün təhlükəli ola bilən bioloji maddələr. Böyük kütləyə yayılması
ehtimal edilmir, adətən səmərəli profilaktika və müalicə vasitələri vardır; 3-cü qrup
-ciddi insan xəstəliklərinə səbəb ola bilən və işçilər üçün xüsusi təhlükə yaradan
bioloji maddələr. Böyük kütlə arasında yayıla bilər, lakin burada xüsusi səmərəli
profilaktika və müalicə vasitələri vardır; 4-cü qrup- ciddi insan xəstəliklərinə səbəb
olan və işçilər üçün ciddi təhlükə yaradan bioloji maddələr. Böyük kütlə arasında
geniş yayılma riski yüksəkdir, adətən səmərəli profilaktika və müalicə vasitələri
yoxdur. Bu təsnifatlar iş yerində xüsusi mühafizə tədbirləri ilə əlaqələndirilmişdir.
İnsanlar iş zamanı aşağıdakılarla təmasda olduqda bioloji maddələrin təsirinə
məruz qala bilər:
 torpaq, bitki kimi (saman, küləş, pambıq və s.) təbii və ya orqanik
materiallar;
21

 heyvan mənşəli maddələr (Buynuz, sümük, yun, və s.);


 qida;
 orqanik toz (məsələn, un, kağız tozu, heyvan kəpəyi);
 tullantı, çirkli sular;
 qan və başqa bədən mayeləri.
Bu zərərli bioloji maddələrdən qorunmaq üçün ondan uzaq olmaq və yaxud
onun təsirini buraxıla bilən həddə qədər azaltmaq lazımdır. Bu məqsədlə xammalı
və məmulatları dezinfeksiya etmək vacibdir. Eləcə də istehsalat əməliyyatlarının
mexanikləşdirilməsi, avtomatlaşdırılması, izolyasiyası, hermetikləşməsi insanların
bioloji amillərdən zərər çəkməsini azaldır. Digər tərəfdən də bu tədbirlərin həyata
keçirilməsi nəticəsində, bu işlərin görülməsində iştirak edən insanların sayı azalır.
Şəxsi gigiyena, fərdi mühafizə vasitələrindən, xüsusi geyim (kombinizon, şlem,
əlcək) respirator, mühafizə mazı, toz, əl yuyan vaxtı yoluxma əleyhinə vasitələrdən
istifadə etmək vacib sayılır. Eyni zamanda bioloji zərərli maddələrin təsirindən
yaranan peşə xəstəliklərinə tutulma halları zamanı insan səhhətinin ağırlaşmaması
üçün səhiyyə təşkilatlarının tibbi komissiyalarına və müalicə həkimlərinə müraciət
etmək və vaxtında müayinələrdən keçmək risklərin azalmasına gətirib çıxara bilər.
Psixofizioloji amillər və onların aradan qaldırılması yolları.
Bu qrupa aid olan zərərli istehsalat amilləri fiziki və əsəbi yüklənmədən
ibarət olmaqla insan orqanizminə mənfi təsir göstərir. Fiziki yüklənmə statik,
dinamik və hipodinamik halda özünü göstərir. İnsanın əsəbi yüklənməsinə isə
zehni əmək gərginliyini, əməyin monotonluğunu, həddindən artıq işləməni və s.
göstərmək olar. İstehsalat şəraitində təsiredici kimi kompleks zərərli və təhlükəli
istehsalat amilləri də mövcuddur.
Bunların çoxu işləyənlərin peşəsinin xüsusiyyəti ilə əlaqədardır. İstehsalat
proseslərində yaranan zərərli amillər peşə zərərlərı, peşə xəstəlikləri, yaxud peşə
zəhərlənmələri yaradır. İstehsalat şəraitində növbə ərzində yaranan peşə
zəhərlənməsi əmələ gəlirsə bu kəskin zəhərlənmə sayılır. İşçinin bədbəxt hadisəyə
məruz qalması, ali əsəb sisteminin yuxarı şöbələrinin hərəkətverici mərkəzləri
arasında rabitənin pozulması ilə baş verir. Belə pozuntular nəticəsində insan onun
hissiyyat orqanları tərəfindən qəbul edilən təsirlərə lazımi tezlik və dəqiqliklə
reaksiya verə bilmir, başqa sözlə əksər bədbəxt hadisələrin baş verməsində
funksional pozuntular əsas rol oynayır. Hər hansı hərəkəti yerinə yetirən əzələlər
beyinin müxtəlif hərəkətverici mərkəzlərindən idarə olunur. Bir çox adamlarda bu
mərkəzlərin fəaliyyəti kifayət qədər uyğunlaşdırılmamış gedir, nəticədə mürəkkəb
kombinə edilmiş hərəkətlərdən ibarət olan əməliyyatları yerinə yetirərkən işçidə
bəzi uyğunsuzluqlar müşahidə olunur, vaxtaşırı işçi özünü itirir, bəzi hərəkətləri
arada buraxır. Belə hallarda hərəkətin uyğunsuzluğu diqqətdə olan qüsurlarla düz
gəlir. Uzlaşdırılmamış (koordinasiya) hərəkətlərə yol verən işçilərin bədbəxt
hadisələrin ehtimalı olan işlərdə işləməsi məqsədəuyğun deyildir, müəyyən
hallarda həmin işçiləri başqa işə keçirirlər. Yüngülxasiyyət, öz hərəkətinə laqeyd,
hadisələrə üzdən mühakimə yürüdən, yaddaşı zəif olan işçilər işdə səhvlərə yol
verirlər. Elə insan var ki, öz işinə maraqlı deyil, öz işindən ləzzət almır, müxtəlif
hərəkət və işlərin qəbuluna psixoloji cəhətdən qabiliyyətli deyil. Onun özünü
22

aparması göstərir ki, o, işə inamsızdır, diqqətliliyi müəyyən məsafədəndir.


Təhlükəsizlik nöqteyi-nəzərincə insan öz marağına və qabiliyyətinə uyğun iş
seçməlidir. Digər tərəfdən kollektivdə yaradıcı iş əhval ruhiyyəsi olmalıdır ki,
digərinin fəaliyyətinə mənfi təsir göstərməsin. Təcrübəsizlik - iş yerində işçinin
bütün hərəkətlərinə təsir edir, işin tempinə, ritminə və intensivliyinə mane olur.
Təcrübəsiz işçi işdə müəyyən dayanmalar və maneələr çıxdıqda tez qərar çıxara
bilmir, tez yorulur, işin təhlükəliliyini artırır və hər dəqiqə təhlükə yarana bilir.
Elmi əsaslarla ixtisasın artırılması əmək məhsuldarlığını eyni zamanda işin
təhlükəsizliyi etimadını da artırır. Ehtiyatsızlıq - adi bir səhv bədbəxt hadisə ilə
nəticələnir.
Bunun qarşısını almaq üçün ixtisaslı baxım və düşüncəli intizam
yaradılmalıdır. Yorğunluq - orqanizmdə müxtəlif qüsurlardan baş verir, bədəndə
patoloji dəyişikliklərdən yaranır. Yorğunluqdan qaçmaq üçün istirahət etmək,
müalicəyə getmək və yaxud başqa işə keçmək olar. İş zamanı yorğunluq təkcə zəif
adamlarda olmur, belə hallar normal insanlarda da baş verir. Bu yorğunluq
mürəkkəb fizioloji proseslərdə baş verir. Psixoloji yorğunluq - mərkəzi sinir
sisteminin yüklənməsindən yaranır. Nəticə və təkliflər Aparılan tədqiqat işi
nəticəsində aşkar olunmuş təhlükəli və zərərli amillərin azaldılması və ya qismən
yox edilməsi barədə aşağıdakılar təklif olunur.
Fiziki, kimyəvi, bioloji və digər amillər qrupundan:
1. Səs-küydən müdafiə - ilk növbədə iş yerində səs-küyün səviyyəsini
bilmək üçün səs küy ölçən cihazla (şumometr) ölçmə aparmalı istehsalat
sahələrində səs-küyün səviyyəsi 80 DB-dən (desibel) yuxarıdırsa, müəssisə
rəhbərləri (mülkiyyətçilər və işəgötürənlər) qarşısıalınma tədbirləri görməlidirlər.
İlk növbədə işçiləri qulaq aparatları ilə təmin etmək, mümkün olan halda iş yerini
digər iş yerindən ayırmaq, arakəsmələr qurmaq, səsuducu tətbiq etmək, divar
hörmək və s. Ümumiyyətlə iş yerləri yaradılarkən, arxitektura planlaşdırma işləri
görülən zaman səs-küyün azaldılması nəzərdə tutulmalı və bundan sonra təşkilati
üsulla texnoloji əməliyyatların görülməsi daha məqsədəmüvafiq sayılır.
2. Titrəyişdən müdafiə - titrəyişi normada saxlamaq, əmək şəraitini
yaxşılaşdırmaq, titrəyişli xəstəliyin profilaktikası üçün çox vacibdir. Titrəyişdən
müdafiə üsulları, vasitələri kollektiv və fərdi növə ayrılır. Kollektiv müdafiə daha
səmərəli sayılır.
Titrəyişdən müdafiə əsasən aşağıdakı üsullarla həyata keçirilir:
- titrəyişin titrəmə mənbəyinin aktivliyini azaltmaq;
-səsboğucu və vibroizoləedici qurğulardan istifadə etməklə titrəməni
azaltmaq;
- titrəmə uducudan istifadə etməklə örtük etmək, titrəməni dalğalandırmaq;
- titrəmə izolyasiyası mənbəyilə müdafiə olunan obyekt arasında əlavə qurğu
yerləşdirmək (vibroizolyator);
- texniki və təşkilati tədbirlər kimi texnoloji prosesi avtomatlaşdırmaq və
məsafədən idarə etmək;
- titrəyişli işlərdə çalışan işçilərin həkim təyinatı üzrə kompleks profilaktik
tədbirləri həyata keçirmək;
23

- titrəmənin fərdi mühafizə vasitələrindən (xüsusi altlıq oturacaq, əlcəklər,


ayaqqabılar) istifadə etməklə azaldılması; titrəməni yaradan alətlərlə işlədikdə
lazımi bilik verən təlimatlardan istifadə etmək tövsiyə olunur.
3. İstehsalat riskindən müdafiə - təhlükəli işlərin görülməsində əmək
şəraitinin pisləşməsinə səbəb olan təhlükəli fiziki amildir. Riskin dərəcəsi artdıqda
təhlükə daha tez yarana bilir. Bunu nəzərə alaraq işəgötürənlər riskləri
qiymətləndirməli, işçilərin sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün
praktiki tədbirlər görməlidirlər. Risklərin qiymətləndirilməsi müvafiq təlim və
təcrübə sahibi olan şəxs tərəfindən həyata keçirilməlidir. Fiziki və psixofizioloji
amillərə dair cihaz və alətlər vardır ki, onlardan istifadə etməklə problemin həlli
yollarını müəyyən etmək olar. İşçilərlə və onların nümayəndələri ilə danışaraq,
onları riskin qiymətləndirilməsi prosesinə cəlb etmək və riski azaltmaq üçün nə
edilməli olduğunu işçilərə izah etmək lazımdır. Risk qiymətləndirməsini
bitirdikdən sonra üstünlük dərəcəsinə görə profilaktik tədbirlər siyahısını
hazırlamaq, sonra da işçilər və onların nümayəndələrini prosesə cəlb etməklə
müvafiq tədbirlər görmək lazımdır. Fəaliyyət tədbirlərdən ibarət olmalıdır (ilk
növbədə baş verən xəsarəti və ya xəstəliyi dayandırmaq), amma hər hansı davamlı
xəsarətin ciddiliyini azaltmaq üçün görülən tədbirlər də nəzərdən keçirilməlidir.
Profilaktik tədbirlərin bir hissəsi kimi bütün işçilərin uyğun məlumat və təlim
almasını təmin etmək lazımdır.
4. Elektrik cərəyanından müdafiə - insanı elektrik cərəyanı vurduqda ilk
növbədə həmin elektrik qurğusunu və yaxud xəttini şəbəkədən ayırmağa çalışmaq
lazımdır. Əgər bu mümkün deyilsə zərərçəkəni cərəyandaşıyıcı hissələrdən
ayırmaq lazımdır. Zərərçəkəni cərəyandaşıyıcı hissələrdən ayırmaq üçün onun
paltarından (əgər qurudursa və zərərçəkənin bədənindən aralanırsa), məsələn
pencək və paltonun ətəyindən, ətrafdakı metal əşyalarla və ya paltarla örtülməyən
bədən hissələrinə toxunmamaq şərti ilə tutmaq olar. Zərərçəkəni cərəyandaşıyıcı
hissələrdən ayırdıqda mümkün qədər bir əllə hərəkət etmək məsləhətdir.
Zərərçəkəni bu hissələrdən ayırmaq çətindirsə, bu zaman naqili quru ağac dəstəyi
olan balta ilə və digər izolyasiya olunmuş alətlə kəsib qırmaq lazımdır. Bu zaman
yalnız dielektrik əlcəklə və rezin çəkmələrlə işləmək lazımdır.
5. Kimyəvi amillərdən müdafiə - kimyəvi maddələrlə işləyən işçilərin
mühafizəsi müxtəlif üsullarla həyata keçirilir. Bir sözlə təcavüzkar maddələrlə
işləyən bütün işçilər xüsusi iş paltarları və əlcəklərlə təmin edilməlidirlər. Turşu və
qələvilərin gözə düşməsindən qorunmaq üçün qoruyucu eynəklər tətbiq etmək
lazımdır. Sulfat turşusunu həll edən zaman mütləq nazik kolbaya soyuq su əlavə
edərək dayanmadan qarışdırmaq vacibdir. Suyun üzərinə sulfat turşusunu tökmək
qadağan edilir. Ümumiyyətlə kimyəvi zərərli maddələrin istehsalçıları və həmin
maddələrdən istifadə etməklə istənilən məhsul istehsalı ilə məşğul olan
mülkiyyətçilər, işəgötürənlər yerli özünü idarəetmə orqanları kimyəvi maddələrdən
gələ biləcək təhlükəyə qarşı qabaqlayıcı tədbirlər görməlidirlər və onların buna
qarşı xüsusi proqramları olmalıdır.
6. Bioloji amillərdən müdafiə - bioloji zərərli istehsalat amilləri müxtəlif
istehsalat sahələrində çox geniş yayılmışdır. İnsanların böyük əksəriyyəti təsəvvür
24

edə bilməzlər ki, mövcud istehsalat və yaxud digər xəstəliklər zərərli bioloji
amillərin təsiri nəticəsində əmələ gəlmiş peşə xəstəlikləridir və həmçinin çox geniş
yayılmış, lakin arzu olunmaz bir amildir. Bu zərərli bioloji maddələrdən qorunmaq
üçün ondan uzaq olmaq və yaxud onun təsirini buraxıla bilən həddə qədər
azaltmaq lazımdır. Eləcə də istehsalat əməliyyatlarının mexanikləşdirilməsi,
avtomatlaşdırılması, izolyasiyası, germetizasiyası insanların bioloji amillərdən
zərər çəkməsini azaldır. Digər tərəfdən də bu tədbirləri həyata keçirmək
nəticəsində, bu işlərin görülməsində iştirak edən insanların sayı azalır. Şəxsi
gigiyena, fərdi mühafizə vasitələrindən, xüsusi geyim (kombinezon, dəbilqə,
əlcək), respirator, mühafizə mazı, yuyucu toz, əl yuyan vaxtı yoluxma əleyhinə
vasitələrdən istifadə etmək vacibdir.
7. Psixofizioloji amillərdən müdafiə - bu qrupa aid olan zərərli istehsalat
amilləri fiziki və əsəbi yüklənmədən ibarət olmaqla insan orqanizminə təsir edir.
İstehsalat şəraitində təsiredici kimi kompleks zərərli və təhlükəli istehsalat amili
kimi mövcuddur. İş yerində faktiki zərərli və təhlükəli amillərin səviyyəsini
müxtəlif cihazların köməyi ilə müəyyən etmək olar. Belə cihazlardan səs-küy ölçən
(şumamer), vibroqraf, termometr, anomometr, qazanalizator, lyuksmetr və s.
göstərmək olar. Bu cihazlarla istehsalatda olan zərərli amillər ölçüldükdə əgər
zərərli və təhlükəli amillərin səviyyəsi qəbul olunmuş normadan yuxarıdırsa, onda
müvafiq qarşısıalınma tədbirləri görülməlidir. İşəgötürənlər tərəfindən icrasınının
yerinə yetirilməsi vacib olan əlavə təkliflər:
 müəssisədə əməyin mühafizəsi işinin təkmilləşdirilməsi, istehsalat
xəsarətlərinin və peşə xəstəliklərinin azaldılması üçün işçilərin maddi və mənəvi
maraqlandırılmasını təşkil etmək;
 iş yerlərində olan zərərli və təhlükəli amillərin səviyyəsini bilmək
məqsədilə iş yerlərinin attestasiyasının aparılmasını və əmək şəraitini
yaxşılaşdırmaq üçün təxirəsalınmaz tədbirlər görmək;
 istehsalat risklərindən gələ biləcək təhlükəni əvvəlcədən görmək və
qabaqlayıcı tədbirlər işləyib həyata keçirmək;
 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 219-cu maddəsində
nəzərdə tutulduğu kimi işçilərin əməyin mühafizəsi üzrə təlimini və ixtisasının
artırılması məsələlərini təşkil etmək;
 Növbəti ilə (yaxud illərə) dair əməyin mühafizəsi tədbirlərinə tələb olunan
ümumi vəsaitin məbləğini hesablamaq və hansı işlərin görüləcəyinə dair tədbirlər
planı hazırlamaq
Ventilyasiya və kondisioner sistemləri
İstehsalatda toz kiçik zonada əmələ gəldikdə pnevmatik sorulma, böyük
zonada əmələ gəldikdə isə yerli və ya ümumi ventilyasiya üsulundan istifadə
etmək lazımdır.
Ventilyasiya sistemləri hava mübadiləsinin dövriyyə dərəcəsi bir saat
ərzində otaqdan (-) və qəbul (+) edilən hava miqdarının (mübadiləsinin L, m3/saat)
onun həcminə (V, m3) olan nisbəti ilə müəyyən edilir.
+N = L/V
25

Normal şəraitli və zərərli maddələr ayrılmayan otaqlarda tələb olunan hava


mübadiləsi (L) işçilərin sayı (n) və bir işçiyə düşən hava sərfinin normasının
qiymətlərinə (L0, m3/saat) əsasən hesablanır.
L = n × L0
Otağın həcmi 20 və 30 m3 olduqda L0 - ın qiyməti uyğun olaraq 30 və 20
m3/saat qəbul edilir.

Süni ventilyasiya sistemləri aşağıdakı ardıcıllıqla hesablanır.


1. Otaq və qurğuların yerləşmə qaydası nəzərə alınmaqla aşağıdakı
ventilyasıya sxemlərindən biri seçilir.
“Aşağıdan yuxarı” sxemi eyni vaxtda istilik və qaz və ya istilik və toz əmələ
gələn binalarda qurulur. Hava kütləsi aşağıdakı zonaya verilib yuxarıdan xaric
edilir (a);
“Yuxarıdan aşağı” sxemi uçucu qazlar ayrılan və ya toz və qaz birlikdə
əmələ gələn binalarda qurulur. Hava kütləsi yuxarı zonadan vurulub aşağıdan yerli
sovurma sistemi ilə kənar edilir (b);
“Yuxarıdan yuxarı” Bu sxem əsasən yaşayış və ictimai binalarda artıq
istiliyin qarşısını almaq məqsədi ilə və eyni vaxtda istilik və nəmlik yaxud təkcə
nəmlik əmələ gələn binalarda tətbiq edilir. Bu zaman hava kütləsi istiqamətlənmiş
şəkildə yuxarı zonaya verilir və binanın hündürlüyü istiqamətində qarışaraq yuxarı
hissədən çıxarılır. (c);
“Aşağıdan yuxarı və aşağı” Bu bir zonalı giriş və iki zonalı çıxış sxemində
daxil olan hava iş zonasından aşağı və ya iş zonasına verilir. Sovurma isə
yuxarıdan aşağı zonalarda aparılır. Bu sxem havasında partlayıcı maddələr
toplanan binalarda və havadan ağır qazlar ayrılan iş şəraiti olan binalarda tətbiq
edilir;
- “Yuxarıdan və aşağıdan yuxarı” Bu iki zonalı giriş və bir zonalı çıxış
sxemində hava axımı nəfəsalma zonasına və otağın yuxarı hissəsinə verilir, yuxarı
hissədən də kənar edilir.
26

MÖVZU 6. SƏMƏRƏLİ İŞIQLANDIRMA İŞ YERİNİN


İŞIQLANDIRILMASI

İnsan gözünə təsir edib onda işığı hissetmə təsiri yaradan şüalanma oblastı
optik (görünmə) diapazon adlanır. Bu oblast 380 – 760 nm dalğa uzunluqlu
şüalanma intеrvalındadır. 380 nm dalğa uzunluqdan aşağı oblasta ultrabənövşəyi,
760 nm – dən yuxarı olan oblasta isə infraqırmızı şüalanma diapazonu yerləşir.
İnsan gözü 550 – 570 nm dalğa uzunluqlu işıq şüalarına daha həssasdır. İşığın zəif
olması gözün görmə qabiliyyətini zəiflədir, göz xəstəlikləri, göz yanıqları, gözün
acışması, katarakt və baş ağrılarının əmələ gəlməsinə səbəb olur, həmçinin bədbəxt
hadisələrə səbəb olur.
İstehsalın təşkilində aşağıdakı gigiyenik tələblər qoyulur:
İşıqlanma kifayət səviyyədə və müntəzəm olmaqla yanaşı kəskin
kölgələnmə verməməlidir;
Fon və obyekt arasında kontrast olmalı və baxılan obyektdə işıq mənbəyi
ləkə əmələ gətirməməlidir;
İşıq mənbəyi gözləri qamaşdırmamalıdır.
İstehsalat otaqlarının işıqlandırılması təbii, süni işığın və ya onların
kombinasiyası hesabına təmin oluna bilər. Ən yaxşı işıqlanma təbii işıqlanmadır.
Təbii işıqlanma yandan, yuxarıdan və ya kombinə edilmiş şəkildə uyğun
istiqamətlərdə yerləşən və işıqlanma üçün nəzərdə tutulmuş mühəndis qurğuları
vasitəsilə yaradılır. Təbii işıqlanmanın səviyyəsi təbii işıqlanma əmsalı (TİƏ) ilə
xarakterizə olunur. TİƏ daxili işıqlanmanın xarici işıqlanmaya nisbətinin faizlə
miqdarına bərabərdir.
e = Edax/Exar × 100%
Günorta vaxtı səmanın orta dağınıq işığı il ərzində 4000 lk – dən (dekabrda)
3800 lk - ə qədər (iyulda) dəyişir. Hesablamalarda bu qiymət 5000 lk qəbul edilir.
İşıq selindən istifadə olunması aşağıdakı düsturla hesablanır.

Fe = En × S × Z × K/N × n
27

burada En– normalaşdırılmış minimal işıqlanma, lk; S – işıqlandırılan otağın


sahəsi, m2; Z – işıqlanmanın qeyri bərabər yayılmasını nəzərə alan əmsaldır, , (Z =
1,1...1,5 qəbul edilir); K – lampanın iş zamanı köhnəlməsini, tozlanma və
çirklənməsini nəzərə alan ehtiyat əmsaldır; N – lampaların sayıdır; n (gta) – işıq
selindən istifadə olunma əmsalıdır. İnşaat meydançasını kifayət qədər
işıqlandırmaq üçün lazım olan projektorların xüsusi gücünü (N) isə belə
hesablayırlar.

N = (0,16 – 0,25) × En × Sk × K/Pe

burada En - inşaat meydançasının işıqlandırma norması, lk; S – işıqlanan sahəsi,


m2; k – ehtiyat əmsalı; Pb- lampanın gücüdür, Vt.

MÖVZU 7. Səs-küy və ultra səslər, titrəyişlər.


Onlardan mühafizə üsulları.

Səs-küy ümumi bioloji qıcıqlandırıcıdır, yorğunluğa, diqqətsizliyə, baş


ağrılarına və əsəbiliyə səbəb olur. Ağır hallarda isə eşitmə qabiliyyətini azaldır və
tədricən karlığa gətirib çıxarır. Səs-küyün təsirindən əmək məhsuldarlığı 10 – 20 %
aşağı düşür. Hesablama işlərində isə səhvlərin sayı 50%-ə çatır. Səs-küylü
istehsalatda peşə xəstəlikləri 20 – 30 % -dən çox olur. Titrəyişin təsirində əllərin
soyuması, keyləşməsi, yorğunluq, yuxusuzluq, qan təzyiqinin yüksəlməsi, ürək
damarlarının spazması baş verir. Xəstəlik səmərəli müalicə olunmasa əlilliklə və
bəzən ölümlə nəticələnir
Səs – fiziki hadisə olub, səs mənbəyinin elastik mühitdə yaratdığı hərəkət
dalğasına deyilir. Küy – səslərin müxtəlif amplituda və tezlikdə titrəyişindən əmələ
gəlir.
Səs-küy bir neçə qrupa bölünür:
mexaniki səs – ayrı-ayrı detalların və dəzgahların silkəkələnməsindən,
zərbəsindən əmələ gəlir.
aerodinamik səslər- qazların sızması və axması zamanı əmələ gəlir.
Hidrodinamik səslər- suyun və başqa mayelərin hərəkəti zamanı əmələ gəlir.
Elektromaqnit səslər- dəyişkən elektromaqnit qüvvələrinin elektromexaniki
qurğulara təsirindən əmələ gəlir. Rabitə təşkilatlarında səs-küy elektrik
maşınlarının, transformatorların, teleqraf operatorlarının işləməsi zamanı əmələ
gəlir və s.
İnsan qulağı 16 Hs – 20000 Hs qədər olan səsləri qəbul etmək
iqtidarındadır.
16 Hs-dən aşağı olan səslər infra səslər, 20000 Hs-dən yuxarı olan səslər isə
ultra səslər adlanır. Bu səslər eşidilməsə də, insan orqanizminə böyük ziyan vurur.
Səs-küy insanın eşitmə orqanlarına pis təsir edir. Həmişə səs-küydə işləyən
insanlar karlıq həddinə çatır. 80 dB səs-küyün uzunmüddətli təsirindən qismən
karlıq, 100-156 dB səs-küyün qısamüddətli təsirindən müvəqqəti karlıq yaranır.
28

150 səs-küyün qısamüddətli təsirinə belə insan dözmür, qu-laqlarda mexaniki


zədələr və həmişəlik karlıq baş verir. 180 dB səs şiddəti bütün canlıları öldürür,
metallarda yorğunluq əmələ gətirir. 190 dB səs pərçimləri qopardır, metal lövhələri
dağıdır, qaynaq tikişlərində əyilmə, bükülmə yaradır. Bundan başqa səs-küy
insanın əsəb sisteminin pozulmasına, ürək-damar sisteminə, qan təzyiqinin
dəyişməsinə, göz bəbəklərinin böyüməsinə səbəb olur. Səs-küy nə qədər çox
olarsa, insan orqanizminə bir o qədər ziyandır. 120-130 dB-dən yüksək olan səslər
orqanizm üçün ağrılar gətirir.
Səs-küyün qarşısını almaq üçün onların yarandığı mənbələrdəki səsləri və
səsləri yaradan maşın və mexanizmlərin istehsalı zamanı təkmilləşdirmə üsulları
ilə azaldılır.
Zərbəli mexanizmlər zərbəsiz mexanizmlərlə əvəz olunur. Aerodinamik
səslərin azaldılması üçün səsboğanlardan istifadə olunur. Əgər səs mənbələrindəki
səsləri başqa bu kimi üsullarla azaltmaq mümkün deyilsə, o zaman həmin
mənbələr səs uducu materiallarla izolyasiya olunur.
1. Çoxsəsli mənbələr texnologiyası az səslilərlə əvəz olunmalıdır.
2. Səs aqreqatlarında, nəqliyyatda səsdən mühafizə olunmaq üçün kompleks
tədbirlərin görülməsi.
3. Səs mənbəyi şüalanmasının istiqamətinin dəyişdirilməsi.
4. Yaşayış tikintilərində arxitektura planlaşdırma işləri.
5. Yeni akustik texnologiyanın tətbiqi.
Vibrasiya (latınca”vibratio” - rəqs, titrəyiş deməkdir) müxtəlif formalı
elastik üzlüklərin mexaniki rəqsidir. Titrəyişlər vibroqraflarla ölçülür.
Titrəyişin bioloji təsiri onun tezliyindən asılıdır. Titrəyişlər sümüklərdə,
oynaqlarda dəyişikliklər əmələ gətirir, sinir sisteminə təsir edir, damarların
spazmasına, ürək fəaliyyətinin dəyişməsinə, vibrasiya xəstəliyinə səbəb olur.
Titrəyişlərin ayağa təsirini azaltmaq üçün xüsusi vibro ayaqqabılardan
istifadə edilir.
29

MÖVZU 8. ELEKTRİK CƏRƏYANI

Elektrik qurğuları işçilər üçün təhlükə potensiallı obyektlər sayılır. Ona görə
də burada işləyənlərin elektrik cərəyanının təhlükəli olması barədə kifayət qədər
anlayışları olmalı və onlar xüsusi təhlükəsizlik tədbirləri görməlidirlər. Elektrik
cərəyanının insan orqanizminə təsiri çox mürəkkəbdir və bədəndən keçərkən yerli
və ümumi elektrik zədələnmələri törədə bilər. Adamın bilavasitə cərəyandaşıyıcı
hissələrə toxunması zamanı elektrik cərəyanının istilik təsiri və elektrik qövsü
nəticəsində zahiri yerli zədələnmələr - yanıqlar əmələ gəlir. Bu yanıqlar üzdə və ya
dərində, nəinki dərinin, həm də dərialtı toxumanın, piyin, dərində olan əzələnin,
sinir və sümüyün zədələnməsi ilə də müşayiət olunur. Yerli zədələnmələrə aiddir:
elektrik yanıqları, elektrik nişanları, dərinin metallaşdırılması, mexaniki
zədələnmələr, elektriki oftalmiya. Elektrik cərəyanının insan orqanizminə təsirinin
təhlükəsi bədənin elektrik müqavimətindən, cərəyanın gücündən, təsir
müddətindən, cərəyanın keçmə yolundan, növündən və tezliyindən, insan
orqanizminin fərdi xüsusiyyətindən və digər amillərdən asılıdır. Əgər insan
bədənindən axan cərəyanın gücü dəyişən gərginlikdə 1,5 mA və sabit gərginlikdə 5
mA-sə, əllərdə cərəyandaşıyıcı hissə ilə əlaqədə olan yerlərdə göynəmə və qızma
hiss olunur, belə cərəyan gücünü hissetmə astanası adlandırırlar. Əgər cərəyanın
gücü 10 mA-ə qədər cərəyan şiddətində və 50 mA-ə qədər sabit gərginlikdə
artıbsa, bu halda adamın barmaqları və əllərində güclü ağrılar əmələ gəlir, qolları
qıc olmağa başlayır. Cərəyanın bu gücündə adam hələ ki, özü cərəyandaşıyıcı
hissələrdən ayrıla bilər. Cərəyan gücünün sonrakı artımları, 10 mA-dən 100 mA-ə
qədər cərəyan şiddətində və 50 mA-dən 100 mA-ə qədər sabit gərginlikdə çox
güclü ağrılara səbəb olur, əllər iflic olur, nəfəs iflic olmağa başlayır, özü-özünə
ayrılmaq daha mümkün olmur. Cərəyan gücü adamın müqaviməti azaldığı üçün
tədricən artmağa başlayır, sabit və dəyişən gərginlikdə 100 mA-ə çatanda klinik
ölüm baş verə bilər (zahiri həyat əlamətlərinin olmaması).
30

İnsanın elektrik cərəyanından azad edilməsi

İnsan orqanizmindən keçən cərəyanın gücü müəyyən dərəcədə insan


bədəninin müqaviməti ilə məhdudlaşır.
İnsan orqanizminin hissələrindən ən çox müqaviməti olan dəridir. Mövcud
şəraitdə eyni insanın bədəninin müqaviməti sabit kəmiyyət deyildir. O dərinin
vəziyyətindən, elektrik dövriyyəsinin parametrlərindən, fizioloji amillərdən, ətraf
mühitin təsirindən və s. asılıdır. Həmçinin insan orqanizmindən axan cərəyanın
yolu və müddəti, zədələnmənin nəticəsinə əhəmiyyətli dərəcədə təsir edir.
Cərəyanın təsir müddəti artdıqca zədələnən insanın ağır vəziyyətə düşməsi, hətta
ölümlə nəticələnməsi ehtimalı da artır. Qeyd etmək lazımdır ki, cərəyan axan
yerlərdə həyat üçün vacib olanlar ürək, ağ ciyər, beyin olarsa həmçinin zədələnmə
təhlükəsi artır. Bərk həyəcan keçirməsi, alkoqolun, narkotik maddənin qəbul
edilməsi, xəstəlik və başqa səbəblərdən sinir sistemi pozulduqda insan bədəninin
müqaviməti kəskin surətdə azalır və təbii ki, bu hallarda zədələnmələrin nəticələri
də müvafiq olaraq ağırlaşır. İlk növbədə həmin elektrik qurğusu şəbəkədən
ayrılmalıdır, əgər bu mümkün deyilsə zərərçəkəni cərəyandaşıyıcı hissələrdən
ayırmaq lazımdır. Bu zaman aşağıdakılar vacibdir: -zərərçəkən hündürlükdə
olduqda onun təhlükəsiz yıxılmasının (düşürülməsinin) təmin edilməsi; -yardım
göstərən şəxsin özünün mühafizə olunması üçün təhlükəsizlik tədbirlərinin
görülməsi. Qurğunun açılması eyni vaxtda elektrik işıqlandırmasının açılmasına
səbəb ola bilər, ona görə də qurğunun açılmasını və zərərçəkənə köməyi
yubatmadan, işıqlandırmanı başqa mənbədən təmin etmək lazımdır (qəza
işıqlandırması, akkumulyator fənərləri və s.). Bu halda mütləq nəzərə almaq
lazımdır ki, partlayış təhlükəli açıq qurğu və otaqlarda oddan istifadə etmək qəti
qadağandır, bu partlayış və ya yanğın törədə bilər. Bu məqsədlə yalnız xüsusi
konstruksiyalı çıraqlardan istifadə etmək lazımdır. 1000V-a qədər gərginlikdə
zərərçəkəni cərəyandaşıyıcı hissələrdən və ya naqildən ayırmaq üçün quru
paltarlardan, kəndirdən və ya elektrik cərəyanı keçirməyən hər hansı bir quru
əşyadan istifadə etmək lazımdır. Metal və ya yaş əşyadan istifadə etmək olmaz.
Zərərçəkəni cərəyandaşıyıcı hissələrdən ayırmaq üçün onun paltarından (əgər o
qurudursa və zərərçəkənin bədənindən aralanırsa), məsələn, pencək və paltonun
ətəyindən, ətrafdakı metal əşyalara və ya paltarla örtülməyən bədən hissələrinə
toxunmamaq şərtilə tutmaq olar.
Zərərçəkənin ayaqlarından tutub sürüyərkən, onun ayaqqabısı və ya paltarına
əlləri yaxşı izolyasiya etmədən toxunmaq olmaz, ona görə ki, paltar və ya ayaqqabı
yaş halda elektrik cərəyanı keçirə bilər. Əgər zərərçəkənin paltarla örtülməyən
bədən hissəsinə toxunmaq vacibdirsə, yardım göstərən şəxs əllərini izolyasiya
etmək üçün dielektrik əlcək geyməli və ya əl altında olan hər hansı bir əşyadan
istifadə etməlidir, məsələn, əllərinə quru şərf bağlamalı, palto və ya rezinlənmiş
materialdan istifadə etməlidir. Həmçinin quru taxtanın üstünə və ya elektrik
cərəyanı keçirməyən hər hansı bir döşəməyə, paltar bağlamasına və s. çıxmaqla
özünü izolyasiya etmək olar. Zərərçəkəni cərəyandaşıyıcı hissələrdən ayırdıqda,
31

mümkün qədər bir əllə hərəkət etmək məsləhətdir. Əgər zərərçəkəni bu hissələrdən
ayırmaq çətindirsə, bu zaman naqili quru ağac dəstəyi olan balta və digər izoləedici
alətlə qırmaq və ya kəsmək lazımdır, bu halda yalnız dielektrik əlcəkdə və
qaloşlarda naqillərə toxunmadan hər bir naqili ayrılıqda kəsmək lazımdır. Bundan
başqa elektrik qurğularında müəyyən nasazlıqlar baş verdikdə (izolyasiyanın
pozulması, yerləbirləşdirmənin olmaması, onun düzgün yerinə yetirilməməsi,
naqilin qırılması və s.) zədələnən yer ətrafında 20 m-ə qədər zonada təhlükəli
elektrik sahəsi yaranır.

Elektrik qurğularında işləyənlərin təhlükəsizliyini təmin edən texniki tədbirlər

Elektrik cərəyanından zədələnmədən mühafizə olunmaq üçün əsas


təhlükəsizlik tədbirləri aşağıdakılardır: mühafizə yerləbirləşdirilməsi; mühafizə
sıfırlanması; mühafizə açılması; xüsusi bölücü transformatorun köməyi ilə
şəbəkənin elektrikinin ayrılması; kiçik gərginliyin (42V-dan çox olmayaraq –
təhlükə potensialı olan otaqlarda; 12V-dan çox olmayaraq – xüsusi təhlükəli
otaqlarda) tətbiqi; ikiqat (işçi və əlavə) izolyasiyadan istifadə edilməsi;
potensialların bərabərləşdirilməsi. Bundan başqa əlavə tədbirlər kimi izolə edilmiş
cərəyandaşıyıcı hissələrin əlçatmaz yerdə olması və ya çəpərlənməsi də mütləqdir.
Yuxarıda sadalanan tədbirlərdən çox vacib və əsas olanları mühafizə
yerləbirləşdirilməsi və sıfırlamasıdır. Mühafizə yerləbirləşdirilməsi – toxunma və
addım gərginliyini təhlükəsiz həddə qədər azaltmaq üçün elektrik avadanlıqlarının
metal gövdələrinin bilərəkdən yerləbirləşdirilməsidir. Muhafizə sıfırlaması –
1000V-a qədər gərginliyi olan elektrik qurğularında normal vəziyyətdə gərginlik
altında olmayan elektrik qurğularının hissələrinin üç fazalı cərəyan şəbəkələrində
generator və ya transformatorun birbaşa yerləbirləşdirilmiş neytralı ilə, bilərəkdən
birləşdirilməsidir.

Elektrik mühafizə vasitələri və onlardan istifadə qaydaları

Elektrotexnoloji qurğuları elektrik intiqalı ilə idarə edərkən, daşınma


cihazlardan istifadə edən zaman, həmçinin gərginlik altına düşmüş zərərçəkəni
xilas etdikdə işçilərin təhlükəsizliyini təmin etmək üçün elektrik mühafizə
vasitələrindən istifadə etmək lazımdır. Bir və ya bir neçə nəfərə istehsalat
təhlükəsinin və zərərli amillərin təsirinin qarşısını alan və azaldan vasitələr
mühafizə vasitələri adlanır. Elektrik qurğuları ilə işləyən adamları elektrik
cərəyanından zədələnmədən, elektrik qövsü və elektromaqnit sahəsinin təsirindən
qoruyan vasitələr elektrik mühafizə vasitələri adlanır. Mühafizə vasitələri onların
tətbiqinin xüsusiyyətlərinə görə iki kateqoriyaya bölünür: - kollektiv mühafizə
vasitələri; - fərdi mühafizə vasitələri. Gərginliyi 1000V-a qədər və 1000V-dan
yüksək elektrik qurğularında işləyərkən elektrik cərəyanı ilə zədələnmədən şəxsi
təhlükəsizliyi təmin etmək və gərginlik altına düşən zərərçəkəni azad etmək üçün
fərdi elektrik mühafizə vasitələrindən istifadə etmək lazımdır. İzolyasiyası böyük
32

müqavimətə malik olan elektrik mühafizə vasitələri insan orqanizmindən axan


cərəyan sızmasının gücünü təhlükəsiz həddə qədər azaldır.
Tətbiqinə görə elektrik mühafizə vasitələri iki qrupa bölünür: əsas və əlavə.
Əsas mühafizə vasitələri ilə bilavasitə gərginlik altında olan cərəyandaşıyıcı
hissələrdə işləmək olar. 1000V-a qədər gərginliyi olan elektrik qurğularında
istifadə olunan əsas elektrik mühafizə vasitələri aşağıdakılardır: - izoləedici
ştanqlar; - izoləedici və elektrik ölçü kəlbətinləri; - gərginlik göstərənlər; -
dielektrik əlcəklər; - izoləedici dəstəkləri olan çilingər-quraşdırma (montaj)
alətləri. Əlavə mühafizə vasitələri - əsas mühafizə vasitələrinin izoləedici
xüsusiyyətlərini gücləndirir və onlarla birgə istifadə olunur. 1000V-a qədər
gərginlikli elektrik qurğularında istifadə olunan əlavə elektrik mühafizə vasitələri
aşağıdakılardır:
 dielektrik qaloşlar;
 dielektrik xalçalar;
 daşınma yerləbirləşdirmələr;
 izoləedici altlıqlar və qoyulmalar (üstlüklər);
 hasarlayıcı quruluşlar;
 təhlükəsizlik nişanları və plakatları.
Gərginliyi 1000V-dan yüksək olan elektrik qurğularında istifadə olunan əsas
elektrik mühafizə vasitələri aşağıdakılardır: izoləedici ştanqlar, izoləedici və
elektrik ölçü kəlbətinləri, gərginlik göstərənlər, fazalaşdırmaq üçün gərginlik
göstərənlər. Elektrik montyorunun cərəyandaşıyıcı hissələrə bilavasitə toxunması
ilə hX-də işləmək üçün izoləedici quruluşlar və alətlər (izoləedici pilləkənlər,
meydançalar, izoləedici dartılar, kanatlar, teleskopik qüllələrin səbətləri və s.)
Gərginliyi 1000V-dan yüksək olan elektrik qurğularında istifadə olunan
əlavə elektrik mühafizə vasitələri aşağıdakılardır:
 dielektrik əlcəklər;
 dielektrik botular və ya rezin uzunboğaz çəkmələr;
 dielektrik xalçalar;
 fərdi ekranlaşdırma komplektləri;
 izoləedici altlıqlar və qoyulmalar;
 dielektrik qalpaqlar;
 daşınma yerləbirləşdirmələr;
 hasarlayıcı quruluşlar;
 təhlükəsizlik nişanları və plakatları.
İstismarda olan mühafizə vasitələri vaxtaşırı və növbədənkənar (təmirdən
sonra) sınaqdan keçirilməlidirlər. İzoləedici dəstəkləri olan alətlərə və 1000V-a
qədər gərginlik göstərənlərdən başqa sınaqdan müsbət çıxmış mühafizə
vasitələrinə ştamp vurulmalıdır. Elektrik mühafizə vasitələrindən yalnız təyin
olunmuş məqsədlə istifadə etmək olar. Bu halda onların istifadə edildiyi elektrik
qurğusunun gərginliyi mühafizə vasitələri üçün nəzərdə tutulmuş gərginlikdən çox
olmamalıdır. Əsas elektrik mühafizə vasitələrindən qapalı elektrik qurğularında,
açıq elektrik qurğuları və HX – də isə yalnız quru havada istifadə edilə bilər. Açıq
33

və nəm havada, yalnız bu şərait üçün nəzərdə tutulan mühafizə vasitələrindən


istifadə etmək olar.
Mühafizə vasitələrini otaqlarda saxlamaq lazımdır. Onları xüsusi təyin
olunmuş yerlərdə, bir qayda olaraq otağın girişində, həmçinin idarəetmə
lövhələrinin üstündə yerləşdirirlər. Saxlanılma yerlərində mühafizə vasitələrinin
siyahısı olmalıdır. İstismarda olan rezindən düzəldilən mühafizə vasitələri xüsusi
şkaflarda, stellajlarda, yeşiklərdə və s. alətlərdən ayrıca saxlanılmalıdır. Onlar
yağlardan, benzindən və rezin dağıdıcı maddələrdən, həmçinin günəş şüalarından
və istilikverici cihazların təsirindən qorunmalıdır. 16 Hər dəfə mühafizə
vasitələrindən istifadə etməzdən əvvəl xidməti heyət onların sazlığını, xarici
zədələrin olmadığını yoxlamalı, təmizləməli və tozunu silməlidir, istifadə edilmə
vaxtının keçmədiyini ştampa görə yoxlamalııdr. İzoləedici mühafizə vasitələrində
lak örtüyünün zədələnməsi və ya başqa nasazlıqlar olduqda, onlardan istifadə
etmək qadağandır. Sınaq vaxtı keçmiş, nasaz olan və zədələnmiş mühafizə
vasitələrindən istifadə etmək qadağandır.

MÖVZU 9. ŞUALANMA
İonlaşdırıcı şüalanmalar və onlardan mühafizə

Müasir elmi-texniki tərəqqi dövründə, atom energetikasının, kosmik


tədqiqatların, radioloji müalicə praktikasının və s. sürətlə inkişafı ilə əlaqədar
olaraq mühəndis-texniki işçilərin, hətta hər bir ziyalının zərərli şüalanmaların
mahiyyətini, orqanizmə təsirini, bu sahədə gigiyenik normaları və mühafizə
üsullarını öyrənməsi zəruridir.
Mühitin ionlaşmasına (yüklənmiş atom və ya molekulların-ionların
yaranması) səbəb olan hər hansı şüalanma ionlaşdırıcı şüalanma adlanır. Kosmik
şüalar, təbii surətdə yayılmış radioaktiv maddələr ionlaşdırma xassəsinə malikdir.
Süni ionlaşdırıcı şüalandırma mənbəyi xalq təsərrüfatında tətbiq edilən süni
radioaktiv izotoplardır.
Radioaktiv maddələrlə (uran, radium, torium və s) işləmək insan həyatı üçün
təhlükəlidir. Həddindən artıq radioaktiv şüalanma çox ağır nəticələr verir. Lakin
müəyyən texniki və təşkilatı tələblərə riayət edildikdə radioaktiv maddələr
təhlükəli deyil. Canlı hüceyrələrə ionlaşma təsiri nəticəsində orqanizmdə müxtəlif
birləşmələrin kimyəvi quruluşu dəyişir və molekullar arasında rabitə pozulur,
hüceyrələr məhv olur. Canlı orqanizmdə 70%-ə qədər su olduğu üçün şüalanma
zamanı bioloji proseslərə suyun radiolizi böyük təsir göstərir.
Radioliz məhsulları orqanizmdəki başqa molekullarla kimyəvi reaksiyaya
daxil olub, sağlam orqanizmə xas olmayan yeni birləşmələr yaradır. Bioloji
34

proseslərin belə pozulması dönən olduqda bədən hüceyrələri yenidən bərpa olunur,
dönməyən olduqda isə patoloji dəyişikliklər müxtəlif xəstəliklərə, xüsusən şüa
xəstəliyinə əlverişli şərait yaradır. Bədəndə gedən bu bioloji pozulmalar şüalanma
miqdarından, şüalanma müddətindən asılıdır. 400-500 rad şüalanma insan üçün
öldürücü təsirə malikdir. 1000 rad ani ölümə səbəb olur.
Radioaktiv şüalanma buraxılabilən həddən artıq olduqda uzun müddətli təsir
nəticəsində xroniki şüalanma xəstəliyi yaranır.
Şüa xəstəliyinin əlamətləri yuxunun pozulması, baş ağrıları, dərinin
quruması, iştahanın pozulması və s. (ilk mərhələ). Sonra həzmetmə orqanları,
maddələr mübadiləsi pozulur, ürək-damar dəyişiklikləri, qanaxma, dırnaqların
tökülməsi (ikinci mərhələ) və nəhayət, beyin damarlarına və ürək əzələlərinə qan
sızması, tüklərin tökülməsi, cinsiyyət xəstəliyi, irsi nəticələr (ücüncü mərhələ)
əmələ gəlir.
İnsan bədəninin birdəfəlik ümumi şüalanmasında udulmuş şüalanma
dozasından asılı olaraq aşağıdakı bioloji pozulmalar baş verə bilər.
0,25 qreyə qədər - pozulma müşahidə olunmur
0,25…0,50 qrey - qanda dəyişikliklər yarana bilər.
0,5-1,0 qrey - qanın dəyişməsi, normal əmək qabiliyyətinin pozulması baş
verir.
1,0…2,0 qrey - normal vəziyyətin pozulması, əmək qabiliyyəti itirilə bilər
2,0…4,0 qrey - əmək qabiliyyətinin itirilməsi ölümlə nəticələnə bilər.
4,0…5,0 qrey zədələnmələrin 50% -ə qədəri ölümlə nəticələnir.
6,0 qrey və daha çox zədələnmələrin 100% qədəri ölümlə nəticələnir.
İonlaşdırıcı şüalanmanın xassələri. Elektromaqnit-alfa, beta, qamma,
rentgen, neytron və s. şüalanması maddə ilə bilavasitə, yaxud dolayı qarşılıqlı
təsirdə olub atom və molekulları ionlaşdırır.
Nüvənin radioaktiv şualanması əsasən , ,  şüalanmaya səbəb olur.
α şüalanma müsbət yüklü helium atomunun nüvələrindən ibarət hissəciklər
selidir.
β şüalanma elektron, yaxud pozitronlar selidir.
γ şüalar nüvədaxili energetik dəyişmələri elektromaqnit şüalanmasıdır.
Bəzi radioaktiv maddələr eyni zamanda  və  şüalar buraxır. Rentgen
şüalanması maddənin elektroionlarının çox tez tormozlanması nəticəsində yaranan
qısa elektromaqnit dalğalarından ibarətdir.
Neytron şüalanması neytronlar selindən ibarətdir. Neytron elektrik yükünə
malik olmadığı üçün atom nüvəsi ilə asanlıqla əlaqəyə girib, nüvə reaksiyası
yaradır.
Radioaktiv şüalanma hissəcikləri ionlaşdırıcı və nüfuzetmə qabiliyyəti ilə
xarakterizə olunur.
α hissəciklər maksimum ionlaşdırıcı və minimum nüfuzetmə qabiliyyətinə

malikdir. β hissəciklər üçün bu göstəricilər əksinədir. γ şüalar ən çox nüfuzetmə


qabiliyyətinə malikdir.
İonlaşdırıcı şüalanmaların canlı orqanizmə bioloji təsiri, ilk növbədə,
udulmuş şüalanma enerjisindən asılıdır. Udulmuş şüalanma dozasının ölçü vahidi
35

Coul/kq-dır. Sistemdən kənar ölçü vahidləri isə qrey, rad, millirad, mikrorad və
s.dir.
1 rad = 0,01 qrey
Bəzən doza vahidi rad-ın bioloji ekvivalenti olan ber qəbul olunur.

Şüalanmanın buraxılabilən həddi. İnsan orqanizminin müxtəlif toxuma və


üzvlərinin şüalanmalara həssaslığı eyni deyil . Ona görə də böhran üzv məfhumu
qəbul edilmişdir. Verilmiş şəraitdə şüalanması sağlamlığa ən böyük zərər verən
üzv, toxuma, bədən hissəsi və ya bütün bədən böhran üzv adlanır.
Radiohəssaslığından asılı olaraq böhran üzvlər üç qrupa bölünür.
I qrup- bütün bədən, cinsiyyət üzvləri, qırmızı sümük iliyi
II qrup – əzələlər, qalxanabənzər vəzi, piy vəzisi, ciyərlər, böyrəklər, göz
billuru, I və III qrupa daxil olmayan digər üzvlər.
III qrup – dəri örtüyü, sümük toxuması, əllər, bazu önü, topuqlar və ayaq
pəncələri.
İonlaşdırıcı təsirdən insanın mühafizəsini təmin etmək üçün şüalanma
buraxılabilən həddən artıq olmamalıdır. İonlaşdırıcı şüalanmaların buraxıla bilən
səviyyəyələri «Radiasiya təhlükəsizliyi normalarında» və «Radioaktiv maddələrlə
və digər ionlaşdırıcı şüalandırma mənbələri ilə işlədikdə əsas sanitariya qaydaları»
nda göstərilir.
30 yaşa qədər bütün hallar üçün bu norma 60 berdən artıq olmamalıdır.
İonlaşdırıcı şüalanma mənbələri ilə iş görən heyət üçün qoyulmuş buraxıla
bilən doza həddi 50 il müddətində işcinin şüalanma nəticəsində sağlamlığının
pozulmasının və irsi xəstəliyin yaranmasının qarşısını alır.
Bədəndə radioaktivliyin toplanması onun tez zədələnməsinə şərait yaradır.
İonlaşdırıcı şüalanmadan mühafizə vasitələri. Radioaktiv maddələrlə
işləyərkən təhlükəsizlik məqsədilə xarici və daxili şüalanmadan mühafizə olunmaq
lazımdır. Xarici şüalanmadan mühafizə üçün zaman amili və şüalanma
mənbəyindən olan məsafə dəyişdirilməli və ekranlamadan istifadə edilməlidir.
α şüaları çox nazik şüşə, folqa və s. ekranlaşdırırsa, β şüaları üçün daxili
alüminiumla örtülmüş qurğuşun ekran, γ şüalar üçün daha qalın ekran tələb
olunur.
İstilik enerjisindən yuxarı həddə neytronlar maddə tərəfindən zəif udulur.
Ona görə də neytron seli soyudulub sonra udulur. Soyudulma üçün ağır sudan,
parafindən, plastik kütlədən və böyük udma qabiliyyəti olan maddələrdən istifadə
edilir.
Radioaktiv maddələrlə işlərkən xüsusi hazırlanmış şkafdan, hermetik
kameradan, məsafədən idarə olunmadan və s. istifadə olunmalıdır.
Belə maddələrlə işlərkən fərdi mühafizə vasitələrindən istifadə olunması
əsas şərtdir. Təcrübələr göstərir ki, pambıq parça, polietilen, polixlorvinil və bəzi
rezin maddələrdən hazırlanmış iş geyimləri radioaktiv maddələrdən və tozlardan
asanlıqla təmizlənə bildiyi üçün onların tətbiq edilməsi məsləhətdir.
Əllərin mühafizəsi üçün rezin və qurğuşunlu rezin əlcəklərdən istifadə
olunur.
36

Radioaktivlik dərəcəsi yüksək olan yerlərdə təmir işində plastik maddədən


hazırlanmış pnevmatik geyimdən (LQ-4, LQ-5) istifadə edilir.
Nəfəs yollarını respirator, yaxud əleyhqaz vasitəsilə, gözləri isə pleksiqlaz,
qurğuşunlu şüşə və s. hazırlanmış gözlüklərlə radioaktiv təsirdən qorumaq olur.
Radioaktiv maddələrlə işləmək üçün istifadə olunan xüsusi geyimlərlə iş
yerindən xaricə çıxmaq qadağandır. Kənara çıxmazdan qabaq geyimlərin
təmizliyini yoxlamaq, əlləri yumaq, yaxud çimmək lazımdır.
Qəza hallarında bütün işçilər dərhal dozimetrik nəzarətdən keçirilməlidir.
Radioaktiv çirki su və sabunla, sintetik maddələrlə yumaq, 5%-li azot
turşusu məhlulu və s ilə aktivsizləşdirmək lazımdır.
Radiasiyadan mühafizə üçün iş otaqlarında sanitar gigiyena şəraitinə riayət
edilməsinin böyük əhəmiyyəfti vardır. Otaqlar azı beş qat hava mübadiləsi olan
ventilyasiya və hava ilə isidilmə sistemi ilə təchiz edilməlidir. Hər gün otaqlar və
avadanlıqlar yaş əski ilə silinib təmizlənməli, ayda bir dəfə isə qaynar su ilə əsas
təmizləmə işləri aparılmalıdır. Otaqda radioaktiv maddələr iş yerindən kənarda,
mexanikləşdirilmiş quyularda saxlanılır.
Radioaktiv maddələrlə və ionlaşdırıcı şüalandırma mənbələri ilə əlaqədar
olan bütün işlərdə çalışan işçilər ilk və vaxtaşırı həkim müayinələrindən
keçirilməlidir. Bu işlərdə hamilə qadırlar bütün hamiləlik dövründə, açıq
radioaktiv maddələrlə işləyən qadınlar isə bütün uşaq əmizdirmə dövründə işdən
azad olunur.

Elektromaqnit şüalanmaları və onlardan mühafizə

Elektromaqnit dalğalarının enerjisindən istifadə edən sənaye sistemlərinin


tətbiqi (məsələn, müxtəlif materialların termik emalında, radio və televiziya
verlişlərində) mühitdə elektromaqnit dalğalarının yaranması ilə müşayiət olunur.
Onların buraxıla bilən həddən yüksək səviyyələri peşə xəstəliklərinə səbəb olur.
Elektomaqnit sahələrinin mənbəyi induksiya dolaqları, generatorun ayrı-ayrı
elementləri, transformatorlar, antenalar, yüksək gərginlikli elektrik xətləri,
mühafizə quruluşları və avtomatikası, elektromaqnitlər və s. ola bilər.
Aşağı tezlikli (0,003 Hs…30 khs) elektrik sahəsinin uzun müddətli
təsirindən insanın mərkəzi sinir və ürək-damar sistemlərində funksional
dəyişikliklər əmələ gəlir, elektrik sahəsinin yüksək gərginliyində həmçinin qanın
tərkibi dəyişir.
Daha yüksək tezlikli elektromaqnit sahələrinin təsiri əsasən istilik və
aritmiya effektləri ilə əlaqədardır.
37

İnsan orqanizminə nüfuz edən elektromaqnit şüalanmalarının enerjisi istiliyə


çevrilərək üzvlərin, toxumaların, hüceyrələrin yerli qızmalarına və bütünlüklə
bədənin temperaturunun xeyli artmasına səbəb ola bilər.
Elektromaqnit sahəsinin rəqs tezliyi artdıqca insana bioloji təsiri də artır və
ən güclü təsir ifrat yüksək tezlikli (300 MHs…300 QHs) diapazonlarında yaranır.
Yüksək intensivlikli elektromaqnit şüalanmaları toxuma və üzvlərdə morfoloji
dəyişikliklər yarada bilər (yəni həm onların strukturunu, həm də xarici görünüşünü
dəyişə bilər). Ən ağır hallarda yanıqlar, ölgünləşmə, qansızma, hüceyrələrin
strukturunun pozulması və s. mümkündür. Morfoloji dəyişikliklər periferik və
mərkəzi sinir sisteminin toxumalarında daha çox müşahidə olunur. Bu cəhətdən
desimetrik dalğaların sinir sisteminə təsiri daha güclüdür.
Görmə üzvlərinin morfoloji dəyişikliklərini xüsusən qeyd etmək lazımdır, bu
dəyişikliklər həm yüksək intensivlikli qısa müddətli şüalanmalarda, həm də aşağı
intensivlikli, lakin davamiyyətli şüalanmalarda yarana bilər. İmpulslu şüalanmalar
gözlər üçün fasiləsiz şüalanmalara nisbətən daha təhlükəlidir.
Kiçik intensivlikli elektomaqnit sahələrinin uzun müddətli xronik (istilik
effekti yaratmayan) təsiri müxtəlif sinir və ürək-damar pozulmalarına səbəb olur
ki, onlar baş ağrısı, yorulma, yuxunun pozulması, ürək ağrısı və s. şəkildə təzahür
edir. Endokrin vəzilər sisteminin pozulması və qan tərkibinin dəyişməsi də
mümkündür.
Elektromaqnit sahələrinin bioloji təsirindən yaranan funksional dəyişikliklər
orqanizmidə yığıla bilər, lakin şüalanmaların təsiri kənar edildikdə və əmək şəraiti
yaxşılaşdırıldıqda həmin dəyişikliklər bərpa olunur. Elektromaqnit şüalanmaların
gərginliyi və enerji axınının sıxlığı buraxılabilən hədlərdən yüksək olduqda
xidmətedici heyəti mühafizə etmək üçün aşağıdakı vasitələrdən və üsullardan
istifadə edilməlidir.
Qurğuların yükünü azaltmaq və güc uducularından istifadə etməklə
elektromaqnit sahəsinin, gərginliyin və enerji axını sıxlığının azaldılması;
 iş yerinin ekranlaşdırılması
 iş yerinin şüalanma mənbəyindən uzaqlaşdırılması;
 elektromaqnit enerjisini şüalandıran avadanlığın iş otaqlarında
əlverişli yerləşdirilməsi;
 əlverişli iş rejimlərinin təyin edilməsi;
 xəbərdaredici siqnalizasiyanın tətbiqi;
 fərdi mühafizə vasitələrinin tətbiqi.
Aşağı tezlikli və radioşüalanmalardan mühafizənin ən səmərəli və çox
yayılmış üsullardan biri ekranlaşdırmadır. Ekranlar, bir qayda olaraq, elektrik
keçiriciliyi yaxşı materiallardan (mis, latun, alüminium və onun ərintiləri, polad)
hazırlanır.
Ekranın əsas göstəricisi onun səmərəliliyi, yəni elektromaqnit sahəsinin
zəifləmə dərəcəsidir. Elektromaqnit şüalanmalarının rəqs tezlikləri artdıqca
ekranlaşdırmanın səmərəliliyi artır. Ekran bütöv metal lövhədən və ya metal tordan
ola bilər ki, o da mütləq yerləbirləşdirilməlidir.
38

Elektromaqnit şüalanmalarından fərdi mühafizə vasitəsi kimi içərisində


metal tellər yerləşdirilmiş parçadan hazırlanan iş paltarından, kombinizon,
mühafizə eynəkləri və s. tətbiq edilir. Metallaşdırılmış parçadan hazırlanmış iş
paltarından istifadə edərkən elektrik təhlükəsizliyi tədbirlərinə ciddi riayət
edilməlidir.

Lazer şüalanmaları və onlardan mühafizə

Lazer xarici mənbəyin enerjisini koqerent xassəyə malik olan infraqırmızı,


işıq və ya ultrabənövşəyi şüalanma enerjisinə çevirən optikomexaniki və elektrik
qurğuları kompleksindən ibarətdir. Lazerin iş prinsipi atomun həyəcanlandırılmış
vəziyyətindən əsas vəziyyətə (az enerjili) keçərkən özündən fotonlar
şüalandırmasına əsaslanır.
Lazer şüalanmalarının insan orqanizminə təsiri çox mürəkkəbdir, həm
toxumalara birbaşa təsiri, həm də şüalanma nəticəsində orqanizmdə gedən
dəyişikliklərlə əlaqədar ikinci təsiri ilə fərqlənir. Lazer şüalanmaları ilə zədələnmə
təhlükəsi şüalanmanın gücündən, dalğa uzunluğundan, impulsun davamiyyətindən,
tezliyindən və təsir müddətindən, həmçinin şüalanma təsir edən üzvlərin,
toxumaların bioloji və fiziki-kimyəvi xüsusiyyərlərindən asılıdır.
Lazer şüalanması insan orqanizminə istilik və qeyri-istilik
(mexaniki,elektirik) təsirləri göstərir.
Canlı orqanizmin toxumaları lazer şüalanmalarını demək olar ki, keçirmir.
Buna görə də, şüalanma əsasən dəri örtüyünə təsir edir. Deməli, dəri örtüyü
müəyyən dərəcədə orqanizm ciddi daxili zədələnmələrdən qoruyur. Fasiləsiz iş
rejimində işləyən lazer şüalanmalarının orqanzmə istilik təsiri çox cəhətdən yerli
qızdırılmaya oxşayır; dəridə yanıqlar əmələ gəlir, şüalanmaının enerjisi 100
Couldan çox olduqda isə biotoxumaların dağılaraq buraxılması nəticəsində kraterə
bənzər nekroz (ölgünləşmiş) sahəsi yaranır.
Lazer şüalanmalarının təsirinə insanın gözləri xüsusən həssasdır. Gözlər
lazerin həm birbaşa, həm də əks olunmuş şüasından zədələnə bilər. Zədənin
xarakteri dalğa uzunluğundan asılı olur. Ultrabənövşəyi şüalanma sahəsində ilk
növbədə gözün buynuz təbəqəsinin zülalı dağılır və selikli qişasında yanıq yaranır.
Enerji sıxlığı böyük olduqda bərpa olunmaz korluq əmələ gəlir.
Yuxarıda göstərilmiş zədələnmələr yalnız lazer şüalanmalarının insan
orqanizminə birbaşa təsiri nəticəsində yarana bilər. Praktikada belə hallar ancaq
təhlükəsizlik tədbirlərinin kobudcasına pozulması nəticəsində baş verə bilər. İş
vaxtı xidmətedici heyət əsasən dağınıq və əks olunmuş lazer şüalanmalarının
təsirinə məruz qalır. Bu zaman insan orqanizmində müxtəlif funksional, ilk
növbədə sinir və ürək-damar sistemlərinin pozulmaları baş verir: arterial qan
təzyiqinin dəyişkənliyi, güclü tərləmə, əsəbilik, gözlərin ağrıması, narahatlıq,
səhvə yol vermək və s. müşahidə olunur. Adətən, iş və istirahət rejimi qaydaya
salındıqda uyğun mühafizə və profilaktika tədbirləri görüldükdə göstərilən
əlamətlər öz-özünə keçib gedir.
39

Lazer təhlükəli zonalar çəpərlənməli və ya şüalanmalar ekranlanmalıdır.


Ekranlar və çəpərlər əksetmə əmsalı kiçik olan odadavamlı materiallardan
olmalıdır.
Lazer təhlükəsizliyi kollektiv mühafizə vasitələri ilə təmin olunmadıqda
fərdi mühafizə vasitəsi kimi eynək və maskadan istifadə ediməlidir. Lazer
şüalanmasının dalğa uzunluğundan asılı olaraq eynəklərdə narıncı, göy-yaşıl və
rəngsiz şüşələrdən istifadə edilir.

Ultrabənövşəyi şüalanmalar və onlardan mühafizə

Ultrabənövşəyi şüalanmaların təbii mənbəyi Günəşdir. Onların süni


mənbələri isə qaz boşaltma lampaları, elektrik qövsləri, lazerlər və s.-dir. Belə
şüalanmalar enerji axınının gücü ilə xarakterizə olunur. Ultrabənövşəyi
şüalanmalar insan orqanizminə fiziki-kimyəvi və bioloji təsirlər göstərir.
İnsan dərisi və gözləri UBŞ-in bir başa təsirinə məruz qalır. UBŞ dəriyə təsir
edərək onu qızardır (epitem təsiri), sonra isə (adətən 48 saatdan sonra) dərinin
piqmentizasiyasına (qaralmasına) səbəb olur. Şüaların fotokimyəvi təsirindən
dəridə D vitamini əmələ gəlir. Bu şüalanmaların effekti həmin vitaminin əmələ
gəlməsi ilə izah olunur.
UBŞ bakterisid, yəni mikrobları tələf etmə xassəsinə də malikdir. Bununla
birlikdə orqanizmin infeksiyaya dözümlülüyü və immuniteti də yüksəlir. UBŞ-ın
bakterisid xassəsindən havanın, suyun, ərzaq mallarının, taraların, cərrahiyyə
alətlərinin və s. sanitar işlənməsində istifadə edilir.
İnsan orqanizminin normal fəaliyyəti üçün ultrabənövşəyi şüalar zəruridir.
UBŞ uzun müddət olmadıqda orqanizmdə müxtəlif əlverişsiz hallar təzahür edir ki,
bunlar «uşaq aclığı» və ya «ultrabənövşəyi çatışmazlıq» adlanır. Lakin bununla
bərabər UBŞ-nin böyük dozalarda, uzun müddətli təsiri dərini və gözləri ciddi
zədələyə bilər.
UBŞ-ın böyük dozalarının dəriyə uzun müddətli təsirindən dəridə güclü
qızartı, suluqlama və şiş əmələ gəlir. UBŞ-ın peşə ilə əlaqədar təsirindən isə
dermatitlər, ekzemalar, üzün və əllərin yanıqları, dəri xərçəngi inkişaf edə bilər.
UBŞ-ın gözə təsiri daha ağır olur. UBŞ-ın gözlərə təsiri 2…6 saat davam
edən gizli dövrdən sonra aşkara çıxır və göz almacıqlarının artan ağrıları, görmə
qabiliyyətinin dumanlanması, konyuktivitlərin, göz qapağı və almacıqların şişməsi
ilə nəticələnir. Bu hadisələr göz yaşarması, işıqdan qorxma, bəbəklərin daralması,
baş ağrısı, yuxusuzluq və ümumi narahatlıq hissiyyatı ilə müşahidə olunur.
Şüalanmaların təsiri aradan qaldırıldıqda 5…6 gün sonra göstərilən hallar keçib
gedir və hər şey qaydaya düşür.
UBŞ-ın çatışmazlığı ilə əlaqədar olaraq işçilərin orqanizmində yaranan
əlverişsiz halları aradan qaldırmaq üçün həm Günəş şüalanmalarından, həm də süni
UBŞ mənbələrindən istifadə edilir.
40

UBŞ artıqlığından mühafizə üçün günə qarşı kimyəvi (kimyəvi maddələr və


tərkibində UBŞ-nı udan inqrediyentli qoruyucu kremlər) və fiziki (şüaları udan,
əks edən və yayan müxtəlif maneələr) vasitələr tətbiq edilir. UBŞ-nı keçirməyən
parçalardan (məsələn, poplindən) hazırlanmış iş paltarından istifadə olunması da
yaxşı nəticələr verir. İstehsalat şəraitində gözləri mühafizə etmək üçün şüşəli
eynəklərdən istifadə olunur.
Mühitin ionlaşmasına (yüklənmiş atom və molekulların – ionların
yaranması) səbəb olan hər hansı şüalanma ionlaşdırıcı şüalanma adlanır.
İonlaşdırıcı şüalanma mənbəyi istehsalatda tətbiq edilən süni radioaktiv
izatoplarıdır. İonlaşdırıcı şüalanmalarla məşğul olan adamların həyatı ciddi
təhlükəyə məruz qalır. Lakin müəyyən texniki və təşkilatı tələblərə riayət edildikdə
radiaktiv maddələr təhlükəli deyil.
İonlaşdırıcı şüalanmaya rentgen, alfa, beta və qamma şüaları aiddir.
Alfa şüalanma maddənin buraxdığı heliumun nüvə atomları axımından
ibarətdir.
Betta şüalanma radiaktiv parçalanmadan yaranan elektron və pozitron
axnlarından ibarətdir.
Qamma şüalanma nüvə reaksiyaları prosesində bir atomun digərinə
çevrilməsi nəticəsində yaranır və yüksək tezlikli elektromaqnit şüalanmalardan
ibarətdir;
Rentgen şüalanması maddələrin elektron axını ilə bombarduman
edilməsində yaranan yüksək tezlikli elektromaqnit dalğasından ibarətdir.
Şüalanmanın insanlara təsiri üç kateqoriyaya bölünür.
A kateqoriyası – bilavasitə ionlaşdırıcı şüalanma mənbələri ilə işləyənlər və
ya işin xarakterindən asılı olaraq şüalanmaya məruz qalan işçilər;
B kateqoriyası – müəyyən ərazidə yaşayan və həmin ərazidə onlar üçün
şüalanma dozası yuxarı olan adamlar;
V kateqoriyası – bütün əhali.
Xarici və daxili şüalanma dozalarının yol verilən qiymətləri dörd qrup kritik
orqan və toxumalar üçün müəyyən edilir.
I qrup – bütün bədən, хrustalcıq, qırmızı sümük iliyi (bеyni);
II qrup - əzələlər, piy toxuması, qaraciyər, böyrəklər, dalaq, mədə bağırsaq
traktı, ciyərlər, göz bülluru və s.;
III qrup – sümük toxumaları, qalxanabənzər vəzi və dəri örtüyü;
IV qrup – sümüklər, çiyinlər, dirsək və dabanlar.
İonlaşdırıcı şüaların yol verilən dozası cədvəldə verilir.

Yol verilən şüalanma dozası


Şüalanmanın xarakteri
m ber/həftə ber/il
Peşə şüalanması 100 5
Sanitar mühafizə zonası daxilindəki
istehsalat otaqlarında işçilərin 10 0,5
şüalanması
41

Bütün əhalinin şüalanması 1 0,05

Şüalanmanın dozası aşağıdakı düsturla hesablanmış qiymətdən artıq


olmamalıdır.
D = 5(N – 18)
burada D – doza, ber; N – insanın yaşı, il; 18 – işçilərin minimum yaşıdır.
Müəyyən edilmişdir ki, 30 yaşa qədər müddətdə toplanan doza 60 ber-dən
çox olmamalıdır.
İonlaşdırıcı şüalanmadan mühafizə tədbirlərini və ya yol verilən müddəti
hesablanır.
D = Pt və ya t = D/P
Burada P – dozanın gücü, m∙ber/saat; t - yol verilən müddət, saat/həftə;
Norma kimi D = 100 mR/həftə qəbul etsək, onda olar. Beləliklə 36 saatlıq iş
həftəsi üçün gündəlik yol verilən dozanı tapırıq.
Şüalanmaların ölçü vahidləri. Radioaktivliyin ölçülməsi üçün Bekkerel (BK)
vahidi qəbul edilmişdir.
Bu vahid radioaktiv maddənin elə bir miqdarının fəaliyyətindən ibarətdir ki,
onda 1 saniyə ərzində 3,7 ∙1010 bölünmə gedir.
Praktikada daha kiçik vahidlərindən istifadə edilir. Milliküri (Mki) 1ki =
3,7∙1010 BK.
İonlaşdırıcı şüaların təsiri şüalanma dozası ilə qiymətləndirilir. Şüalanma
dozalarının 3 növü var. Ekspozisiya, udulmuş və ekvivalent.
Udulmuş şüalanma dozası Dud udulmuş şüalanma enerjisinin maddənin
kütləsinə nisbətidir.
D = dE/dm, C/kq
Onun ölçü vahidi qrey (qr) qəbul edilmişdir. 1qr = 10 C/kq. Köhnə vahid rad
– da tətbiq edilir.
1qr = 10 C/kq = 10 rad
Müxtəlif növ şüaların eyni miqdarda udulmuş dozası eyni kütləli tохumaya
müxtəlif bioloji təsir göstərdiyi üçün ekvivalent doza anlayışı meydana çıxmışdır.
Ekvivalent doza toxumada udulmuşdur şüalanma dozasının həmin
şüalanmanın keyfiyyət əmsalına (Q) hasili ilə təyin edilir.
H=D×Q
Ekvivalent dozasının ölçü vahidi kimi zavert (ZV) qəbul edilmişdir.
1ZV=100ber.
Zivert, udulmuş dozası 1qr və şüalanma əmsalı vahidi olan ekvivalent
şüalanma dozasına bərabərdir.
Ekspozisiya dozası rentgen və qamma şüaların təsirindən quru atmosfer
havasının ionlaşma ölçüsüdür. Bu doza ionlaşdırıcı şüaların təsirindən havanın
vahid kütləsində (1kq) yaranan eyni işarəli hissəciklərin bir kulon yükünə
bərabərdir.
Deksp = Q/m Kl/kq
42

Burada Q - eyni işarəli ionların tam yükü; m– havanın çəkisidir. Ekspozisiya


dozasını ölçmək üçün rentgen ölçü vahidi də işlədilir.
İonlaşdırıcı şüalanmaların təsirindən mühafizə
Radiasiya təhlükəsizliyi tədbirləri əsas sanitariya qaydaları ilə (OCP-72/80,
“оsnavnıе sanitarnıе pravila”) müəyyən edilmişdir. Şüalanma mənbələri ilə
işlədikdə aşağıdakı mühafizə sistemlərini bilmək lazımdır:

1. “Vaxtla mühafizə” – şüalanma sahəsində işlərin davamiyyətinin


azaldılması;
2. “Məsafə ilə mühafizə” – operatorla şüalanma mənbəyi arasındakı
məsafənin artırılması;
3. “Ekranda mühafizə” – müxtəlif mühafizə ekranlarının tətbiqi.

MÖVZU 10. YANĞINDAN MÜHAFİZƏNİN TƏŞKİLİ

Yanğınlar olduqca böyük maddi ziyan vurmaqla bərabər bir çox hallarda
insan tələfatı ilə də müşayiət edilir. Məhz buna görə də yanğınlardan qorunma
cəmiyyətin hər bir üzvünün vətəndaş borcu olması ilə bərabər bu iş ümumdövlət
səviyyəsində də aparılır.
Yanğına qarşı mühafizə işi yanğınların xəbərdar edilməsində və onların az
məsrəf və itki ilə daha təsirli, iqtisadi cəhətdən məqsədəuyğun və texniki
43

əsaslandırılmış üsul və vasitələrin axtarıb tapılması, yanğınsöndürmə qüvvə və


texniki vasitələrin daha səmərəli istifadəsi məqsədi daşıyır.
Hər hansı bir obyektin yanğın təhlükəsizliyi bu obyektin vəziyyətindən,
burada yanğın çıxmasının mümkünsüzlüyündən, yanğın baş verdikdə isə onun
insanlara, tikililərə və maddi sərvətlərə qarşı neqativ faktorlarının qarşısının
alınmasında zəruri tədbirlərin vaxtlı - vaxtında görülməsindən irəli gəlir.
Heç şübhəsiz ki, obyektin yanğın təhlükəsizliyi yanğın profilaktikası və fəal
yanğın mühafizəsi ölçüləri ilə təmin edilə bilər. Yanğın profilaktikası yanğının
öncədən xəbərdar edilməsinə və yanğının mənfi nəticələrinin azaldılmasına
yönəldilən tədbirlər kompleksidir.
Qeyd etmək lazımdır ki, yanğın xüsusi ocaqdan aralı baş verən və insan
tərəfindən nəzarət edilməyən bir alışmadır. Bunun nəticəsində insanların kütləvi
halda zədələnməsi və hətta tələfatı, ekoloji, maddi və digər ziyanlar baş verə
bilər.Yadda saxlamaq lazımdır ki, yanğının baş verməsində üç amil iştirak edir:
yanar maddənin olması, oksidləşdirici maddə və yanma mənbəyi. Bundan başqa
yanmanın baş tutması üçün yanan maddənin müəyyən hərarətə çatdırılması və
oksidləşdirici ilə müəyyən miqdar nisbətində olması da şərtdir. Yanma zamanı
kimyəvi reaksiyanın özü-özünə sürətlənməsinin üçü əsas növü bəllidir: istilik,
zəncirvari və zəncirvari-istilik. Yanğın təhlükəsizliyinin əsas göstəricisi isə özü-
özünə alışmanın hərarəti və alışmanın təmərgüzləşməsi həddləridir.
Özü-özünə alışma hərarəti maddənin minimal hərarətini xarakterizə edir ki,
bu zaman ekzotermik reaksiyaların alovlu yanma ilə nəticələnən sürətinin kəskin
artması baş verir.
Alışma mənbəyi yığışdırıldıqda belə müstəqil yanmaya davam edən
maddələr yanar maddələr adlandırılır. Yanma dərəcəsinə görə maddələr yanar,
çətin yanan və yanmayan olur. Müxtəlif istehsalatlarda bu amillər olduqca mühüm
əhəmiyyət kəsb etdiyindən onlara xüsusi diqqət yetirilməlidir. Bəllidir ki, müəssisə
və istehsalat sahələrində baş verən yanğınlar xalq təsərrüfatına ciddi maddi ziyan
vurur. Yanğınların baş verməsinə əsas səbəblər isə aşağıdakılardır:
- Yanğına qarşı aşağı mühafizəli cihaz və avadanlıqdan istifadə qaydalarının
pozulması;
- Tikintidə yanğın təhlükəsizliyinə cavab verməyən materialların istifadəsi;
- Xalq təsərrüfatı obyektlərində və yanğın mühafizəsi bölmələrində odla
təsirli mübarizə vasitələrinin olmaması.
Bundan başqa, hər bir istehsalat obyektinin spesifik xüsusiyyətləri nəzərə
alınaraq yanğın təhlükəsizliyi tədbirləri görülməli, istehsalat ərazisi yanğından
qorunmalıdır. Məsələn, yüksək yanğın təhlükəliliyi ilə seçilən avtonəqliyyat
müəssisələrində bu nöqsanlar aşağıdakılar ola bilər:
- Termik və qazan sobaların qeyri-düzgün qurulması;
- Qızdırıcı cihazların nasazlığı;
- Elektrik və işıqlandırılma avadanlıqlarının nasazlığı və qeyri-düzgün
istismarı;
- Sürtgü və silmə materialların qeyri-düzgün saxlanması nəticəsində özü-
özünə alışması;
44

- Statik cərəyanın olması və ildırımötürücünün olmaması;


- Odla ehtiyatsız davranma, yanğın qurğularına və istehsalat avadanlığına
yarıtmaz nəzarət.

YANĞININ NÖVLƏRİ

“A” sinfi- yanan bərk maddələr: (kömür, tekstil, plastik, ağac, kağız, məişət
tullantıları və s.)
“B” sinfi - yanan mayelər (neft və neft məhsulları, parafin, stearin, spirt,
qliserin)
“C” sinfi-yanan qazlar:(məişət qazı, propan, butan)
“D” sinfi- yanan metallar: Yüngül metalların yanması. (qələvi tərkibli
alüminium, manqan və onların ərintiləri istisna olmaqla)
“E” sinfi- yanan elektrik qurğuları.
“F” sinfi- radioaktiv materialların və onların tullantılarının yanması.

YANĞIN TƏHLÜKƏSİZLİYİNİN ƏSAS TƏLƏBLƏRİ

Hər bir işçi yanğın təhlükəsizliyi qaydalarını bilməyə və ona ciddi əməl
etməyə borcludur.Yanğının baş vermə səbəbləri olduqca müxtəlifdir. Yanğınların
çoxu istilik qurğularının düzgün quraşdırılmaması və yaxud da nasazlıqdan baş
verir.
Bütün işçilər yanğınların əsas səbəbləri, onların qarşısının alınma üsulları və
onların ləğv olunma vasitələrini bilməlidir.
1. Yanan əşyaları alışma temperaturundan aşağı temperaturla soyutmaq.
2. Yanan əşyaları hava daxil olmasından izolyasiya etmək (üz örtüyü,
brezent, ədyal və s. yanan əşyaların örtülməsi)
3. Yanan əşyaları yanma zonasından uzaqlaşdırmaq.
Yanğın vaxtı cəld, bacarıqlı, təmkinli hərəkət etmək çox vacibdir. Yanğının
qarşısını almaq üçün hər şeydən əvvəl yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl
etmək lazımdır. Yanğın çox vaxt elektrik cərəyanından qısa qapanmadan yaxud
elektrik naqillərinin izolyasiyasının zədələnməsi nəticəsində baş verir. Ona görə də
diqqət verilməlidir ki, naqillərə su düşməsin. Əgər naqillərə su düşərsə naqilin
izolyasiyasının pozulması nəticəsində qısa qapanma baş verə bilər. Naqilin
yanması baş verən zaman birinci növbədə elektrik avtomatını (rubilnik)
söndürmək, xətti gərginlikdən azad etmək və yanğın söndürənləri çağırmaq
45

lazımdır. Gərginlik altında olan elektrik naqillərinin heç vaxt su ilə və yaxud
köpüklü odsöndürənlərlə söndürmək olmaz. Bu vaxt su yaxşı cərəyan keçiricisi
olduğundan elektrikdən zədələnmə baş verə bilər. Elektrik naqillərindəki yanğını
ancaq karbon turşusu, odsöndürənlərlə, və qumla söndürmək lazımdır. Siqaret
çəkməyə ancaq xüsusi ayrılmış təhlükəsiz yerlərdə icazə verilir. Yanğınsöndürmə
şitlərinə, odsöndürənlərə, gidrantlara və su ilə dolu çənlərə gedən yollar material,
məmulat və s. ilə doldurulmamalıdır.

MÖVZU 11. İLK TİBBİ YARDIMIN GÖSTƏRİLMƏSİ ÜZRƏ TƏLİMAT

Ümumi müddəalar.
1. İstеhsаlаtdа xəsarət almış şəхsə göstərilən ilkin tibbi yаrdımın əsаs
mahiyyəti həkim gələnə kimi onun vəziyyətinin ağırlaşmasına yоl vеrməməkdir.
2. Xidmət, sahə və sех rəisləri bu ilkin giriş təlimаtın bütün işçilər tərəfindən
mənimsəməsini təşkil еtməlidir.
46

Hər bir istеhsаlat sаhəsində ilkin tibbi yаrdım üçün tibbi dərmаn və
prеpаrаtlаrı оlmаlıdır.
İş icraçısı onları tibbi ləvаzimаtlа və dаvа-dərmаnlа təmin еdilməsinə,
lаzımi şəraitdə sахlаnmаsınа nəzər etməlidir.
3. İlkin tibbi yаrdım göstərən şəхs аşаğdаkılаrı bilməlidir:
а) insаn həyаt üçün zəruri оlаn funksiyаlаrın əsаs pоzulmа əlаmətlərini;
b) ilkin tibbi yаrdımın ümumi prinsiplərini və оnlаrın kоnkrеt zədələnmə
hаlı üçün tətbiq еdilmə üsullаrını;
c) xəsarət almış şəхsin аpаrılmа üsullаrını.
4. Kömək göstərən şəхs аşаğıdаkılаrı bаcаrmаlıdır:
- xəsarət almış аdаmın vəziyyətini qiymətləndirməyi və оnun ilk növbədə
hаnsı yаrdımа еhtiyаcı оlduğunu müəyyən еtməyi;
- yuхаrı nəfəs yоllаrındаn hаvаnın sərbəst kеçməsini təmin еtməyi;
- süni nəfəs vеrməyi ("аğızdаn-аğızа" və yа "аğızdаn burunа") və ürəyin
qаpаlı mаsаjını yеrinə yеtirməyi;
- qаnахmаnı müvəqqəti оlаrаq sахlаmаq üsulаrını;
- zədələnmiş yеrə sаrqı qоymаq qаydаsını;
- müхtəlif növ zədələnmə və yа ağır hаllаrındа ilkin tibbi yаrdımın
göstərilmə qаydаlаrını;
- xəsarət almış аdаmı аpаrmаğı, təcili tibbi yardım avtomobilinə mindirməyi
və adi nəqliyyаt vаsitəsində dаşımаğı;
5. İlkin tibbi yаrdım аşаğdаkı аrdıcıllıqlа yеrinə yеtirilməlidir:
а) zədələyiçi аmillərin оrqаnizmə təsirini kənаr еtməli və zərərçəkənin
vəziyyətini qiymətləndirməli;
b) zədənin (trаvmаnın) хаrаktеrini və аğırlığını, zərərçəkənin хilаs еtmək
üçün tədbirlərin аrdıcılığını təyin еtməli;
v) zərərçəkəni хilаs еtmək üçün tədbirləri lаzımı аrdıcıllıqlа yеrinə yеtirməli;
q) həkim gələnə qədər zərərçəkənin əsаs həyаt funksiyаlаrını sахlаmаlı;
d) təcili həkim çаğırmаlı və yа xəsarət alanı yахınlıqda yerləşən müаlicə
müəssisəsinə аpаrmаq üçün tədbirlər görməli.

Müхtəlif bədbəхt hаdisələrdə ilk tibbi yаrdım qаydаlаrı.


1. Yаrаlаnmа zаmаnı ilkin tibbi yаrdım.
1.1. Yаrаlаnmа zаmаnı (mехаniki zədələnmə) yаrаyа əl vurmаq, оnu su və
yа dərmаnlа yumаq, yаğ çəkmək və s. оlmаz. Həmçinin yаrаdаn tоrpаğı, qumu
təmizləməyə içаzə vеrilmir.
1.2. Yаrаnın ətrаfını çirkdən еhtiyаtlа təmizləməli və həmin yеrə yоd
məhlulu tökməli. Sоnrа yаrаyа stеrilizə оlunmuş sаrqı mаtеriаlı qоyub tənziflə
sarımalı. Bundаn sоnrа zərərçəkən həkimə murаciət еtməlidir.
1.3. İlkin tibbi yardım göstərən şəхs əllərini yumаlı və yа bаrmаqlаrınа yоd
məhlulu çəkməlidir. Yаddа sахlаmаq lаzımdır ki, yаrаyа yuyulmuş əllə tохunmаq
оlmаz.

2. Qаnахmаdа ilkin tibbi yаrdım.


47

2.1. Yаrаdаn və yа bədənin təbii dəliklərindən qаnın хаriçə ахmаsı. Bu tibdə


хаriçi qаnахmа adlanır. Qаnахmа zаmаnı qаnın bədənin dахili bоşluqlаrındа
yığılmаsı isə dахili qаnахmа аdlаnır.
2.2. Qаnахmа zаmаnı ilk növbədə qаnın ахmаsını dаyаndırmаq lаzımdır. Bu
məqsədlə yаrаlаnmış yеri yuхаrı qаldırıb fərdi pаkеtdən götürülmüş sаrqı
mаtеriаlını yumurlаyıb yаrаyа sıхmаlı və 4-5 dəqiqə bu vəziyyətdə sахlаmаlı. Qаn
kəsildikdən sоnrа üstündən yеni sаrğı mаtеriаlı və yа pаmbıq qоyub tənziflə yаrаnı
bаğlаmаq lаzımdır.
2.3. Güclü qаnахmаnı sаrğı ilə kəsmək mümkün оlmаdıqdа yаrаnı
qidаlаndırаn qаn dаmааrlаrını bаrmаqlа və ya qоl ya da аyаğı оynаqdаn qаtlаyıb
sоnrа оnu burmа (bаğ) ilə sıхmаq lаzımdır. Qаn dаmаrını yаrаdаn yuхаrı hissədən
sıхırlаr ki, bu zаmаn dаmаr sümüyə sıхılmış оlur.
Burmа (bаğ) əvəzinə rеzin bоrucuqlаrdаn və yа digər еlаstik mаtеriаlаrdаn
istifаdə еtmək оlаr. Ammа оnu qоl və yа аyаqdа 1-2 sааtdаn аrtıq sахlаmаq оlmаz.
Bu müddət ərzində zərərçəkəni хəstəхаnаyа çаtdırmаlı, bu mümkün оlmаdıqdа isə
bаğı 10-15 dəqiqə müddətinə bоşаldıb sоnrа yеnidən möhkəm bаğlаmаq lаzımdır.
2.4. Dахili qаnахmаnı sifətin kəskin аğаrmаsı, zəiflik, nəbzin tеzliyinin
аrtmаsı, bаşgicəllənmə, susuzluq və "ürəkgеtmə" əlаmətlərinə görə təyin еdilir. Bu
hаldа təcili həkim çаğırmаlı və о gələnə qədər zərərçəkənə tаm rаhаtlıq yаrаtmаlı.
Zədə yеrinə sоyuq su kisəciyi, buz və s. qоyulur ki, bu zаmаn dаmаrlаr dаrаlаrаq
qаnın kəsməsinə kömək еdir.
2.5. Burundаn qаn gəldikdə zərərçəkənin bаşını аzаcıq аrхаyа qаtlаyаrаq
оturtmаlı (və yа uzаndırmаlı), yахаsını аçmаlı, sоnrа burnunun üstunə sоyuq su ilə
islаdılmış tənzif qоymаlı və burun pərəklərini bаrmаqlа sıхmаq lаzımdır.

3. Yаnıqlаrdа ilkin tibbi yаrdım.


3.1. Tеrmik, kimyəvi və еlеktrik хаrаktеrli yanıqlar dərinliyinə və
böyüklüyünə görə bir neçə kateqoriyaya və ya (I-II-III-IV) dərəcəyə bölünür.
- I dərəcəli yаnığın əlаmətləri: dərinin qızаrmаsı və şişməsi;
- II dərəcəli yаnığın əlаmətləri: qızаrmış və şişmiş dəridə sulu qаbаrçıqlаrın
əmələ gəlməsi;
- III dərəcəli yаnığın əlаmətləri: dərinin üst və dərin qаtlаrının ölüklənməsi
(qаysаq əmələ gəlməsi) və bəzən qаnаmаsı;
- IV dərəcəli yаnğın əlаmətləri: dərinin kömürləşməsi, əzələlərin, vеtərlərin
və sümüklərin zədələnməsi.
3.2. Tеrmik və еlеktrik yаnıqlаrındа ilk növbədə yаnıq yеrinə stеrilizə
оlunmuş sаrğı qоymаq lаzımdır. I və II dərəcəli yаnıqlаrdа yаnğın sаhəsi
kiçikdirsə, оnа spirtlə, аrаqlа islаdılmış tənzif qоymаlı. Böyük yаnıqdа isə
zərərçəkəni döşək аğınа bürüyüb uzаtmаlı və üstünü bаsdırmаlı. Həkim gələnə
qədər хəstəyə çаy içirdib rаhаtlıq yаrаtmаq lаzımdır. Şоk əlаmətləri (аğаrmа,
təngənəfəslik, nəbz zəifliyi) yаrаndıqdа хəstəyə 15-20 dаmcı vаlеriаn cеvhəri və yа
20-25 zеlеnin dаmcısı, 2-3 qədəh şərаb vеrmək lаzımdır. III və IV dərəcəli
yаnıqlаr yаlnız tibb müəssisəsində müаlicə еdilir.
48

3.3. Kimyəvi yаnıqlаrdа ilk növbədə kimyəvi mаddənin qаtılığını və təsir


müddətini аzаltmаq lаzımdır. Bu məqsədlə yаnıq yеrini çохlu miqdаrdа ахаr su ilə
15-30 dəqiqə ərzində yumаq lаzımdır. Sоnrа zədələnmiş yеrə müvаfiq
nеytrаllаşdırıcı məhluldа islаdılmış tənzif qоyulаr. Qələvi yаnığındа zədə yеrinə
bоr turşusu məhlulundа, turşu yаnığındа isə qidа sоdаsı məhlulundа islаdılmış
tənzif (islаtmа) qоymаq lаzımdır.
3.4. Dərinin böyük yаnıqlаrındа, həmçinin turşu və yа qələvi gözə düşdükdə
ilk tibbi yаrdımdаn sоnrа zərərçəkənin təcili sürətdə tibb müəsisəsinə аpаrmаq
lаzımdır.

4. Sоyuqdаn dоnmа zаmаnı ilkin tibbi yаrdım.


4.1. Bədənin аyrı-аyrı hissələrinin (əl, аyаq, qulаq, burun) tохumаlаrın
sоyuqdаn donması, хаrаktеrinə görə bir nеçə dərəcəyə bölünür. I dərəcəli dоnmа
dərinin qızаrmаsı və аzаcıq şişməsi, qızındıqdаn sоnrа isə göynəmə və yа аrаbir
sаncmаsı ilə səciyyələnir.
4.2. II dərəcəli dоnmа zаmаnı bədənin zədələnmiş hissəsində qаn dövrаnını
tеzliklə bərpа еtmək lаzımdır. Bu məqsədlə dоnmuş yеri quru, isti əşyа ilə (əlcək,
şərf və yа yаlın əllə) оvхаlаmаq və isti sаrğı qоymаq lаzımdır. Əl və аyаqlаr
dоnduqdа isti vаnnа qəbul еtmək məsləhətdir. Bunun üçün tаsа və yа vеdrəyə su
töküb оnun tеmpеrаturunu tədricən (15-20 dəqiqə müddətində), qаynаr su əlаvə
еtməklə 35-37°S-yə çаtdırırlаr. İsidildikdən sоnrа dоnmuş sаhəni spirt, аrаq və yа
оdеkаlоnlа оvub quru sаrğı ilə bаğlаmаq lаzımdır.
4.3. II və III dərəcəli dоnmа zаmаnı dərini spirt və yа аrаqlа еhtiyаtlа
оvхаlаmаlı, sоnrа quru, isidici sаrğı qоyub bаqlаmаlı və zədələnmiş şəхs təcili
sürətdə müаlicə müəssisəsinə çаtdırılmаlı.
4.4. Sоyuğun və küləyin təsiri nəticəsində dоnmuş аdаmın bədənini
qızdırmаq üçün üstünü bаsdırıb оnа qаynаr çаy və yа qəhvə içirtmək lаzımdır.

5. Sınmа, çıхmа, əzilmə və bəndlərin zədələnməsi zаmаnı ilkin tibbi


yаrdım.
5.1. Bаşın zədələnməsində ilkin tibbi yаrdım.
İnsаn yıхıldıqdа kəllə sümüyünün sınmаsı və yа bеyinin sаrsınmаsı bаş vеrə
bilər. Kəllə sümüyü sındıqdа qulаqlаrdаn və аğızdаn qаn gəlir, аdаm şüursuz
vəziyyətə düşür. Bеyinin sаrsıntısı isə bаşаğrısı, öyümə, ürək-bulаnmаsı, qusmа,
şüurun itməsilə müşаhidə оlunur. İlkin tibbi yаrdım zаmаnı zərərçəkəni аrхаsı üstə
uzаtmаlı, bаşınа möhkəm sаrqı qоymаlı, sоyuq su qоymаlı və həkim gələnə qədər
оnа tаm rаhаtlıq yаrаtmаlı. Şüursuz vəziyyətdə оlаn хəstə qusа bilər ki, bu zаmаn
оnun bаşını sоl tərəfə döndərmək lаzımdır.
5.2. Оnurğа sümüyün zədələnməsində ilkin tibbi yаrdım.
Оnurğа sümüyü zədələndikdə оnurğаdа kəskin аğrı bаş vеrir, bеli əymək və
dönmək mümkün оlmur. İlkin tibbi yаrdım zаmаnı хəstəni qаldırmаdаn, оnun
kürəyinin аltınа еhtiyаtlа еnli tахtа qоymаlı və yа bu mümkün оlmаdıqdа оnu üzü
аşаğı çеvirib (bu zаmаn оnun bədəninin əyməsinə yоl vеrilməməlidir) sаkitlik
49

yаrаtmаq lаzımdır. Хəstəni аpаrmаq lаzım gəldikdə tахtа üzərində və yа üzü аşаğı
dаşımаq lаzımdır.
5.3. Çаnаq sümüyünün sınmаsındа ilkin tibbi yаrdım.
Sınmаnın əlаmətləri: çаnаğа tохunduqdа аğrı, qаsığın аğrımаsı və аyаğı
qаldırmаğın mümkünsüzlüyüdür. İlkin tibbi yаrdım zаmаnı хəstənin kürəyinin
аltınа еnli tахtа qоymаlı, sоnrа аyаqlаrını dizdən büküb kənаrа аyırmаlı və
аyаqlаrını birləşdirilməli ("qurbаğа" vəziyyət), dizlərin аltınа bükülmüş pаltаr
qоyulmаlıdır. Хəstəni böyürü üstə çеvirmək, оturmаq və аyаq üstə qаldırmаq
оlmаz.
5.4. Körpücük sümüyünün sınmаsındа ilkin tibbi yаrdım əlаmətləri.
Körpücük sümüyünün аğrısı, çiyin оynаğını tərpətmək istədikdə аğrının
güclənməsi, şişkinliklər.
İlkin tibbi yаrdım zаmаnı zədələnmiş tərəfdə qоltuğun аltınа yumurlаnmış
pаmbıq qоymаlı, qоlu dirsəkdən büküb tənziflə bədənə sаrımаlı, qоlu tənzif və yа
yаylıqlа bоyundаn аsmаlı.
5.5. Ətrаf sümüklərin sınmаsındа və çıхmаsındа ilkin tibbi yаrdım.
Sınmаnın əlаmətləri: zədələnmə vахtı və sоnrа güclü аğrılаr, zədələnmiş
hissəni tərpətməyin mümkünsüzlüyü, əl-аyаq hərəkətlərinin məhdudluğu və yа
оnun tаm hərəkətsizliyi, sınıq yеrinin аzаcıq şişməsi qаrа qаnçurluğı, ətrаfın (əl-
аyаqаn) fоrmаsının və düzlüyünün dəyişməsi, sümüyün qеyri-təbii hərəkəti və s.
Qаpаlı sınıqdа хəstənin əl-аyаğını еhtiyаtlа düzgün vəziyyətə kətirib şin
sаrğısı qоymаq lаzımdır. Şinin mərkəzi sınıq yеrin üstünə düşməlidir. Şini yumаq
əskiyə bükmək və yа оnu tənziflə sаrımаq tövsiyə оlunur.
Şin оlmаdıqdа zədələnmiş qоlu bədənə, qıçı isə sаğlаm qıçа bаğlаmаq оlаr.
Аçıq sınmа hаlındа yаrаlаnmış yеrə yоd cövhəri sürtüb əvvəl аsеptik sаrğı,
üstündən isə şin sаrğısı bаğlаyıb хəstəni müаlicə müаsisəsinə аpаrmаq lаzımdır.
Sınıb хаriçə çıхmış sümüyu düzəltməyə içаzə vеrilmir, çünki bu zаmаn
yаrаyа infеksiyа dахil оlа bilər. Bədənin hər hаnsı bir hissəsinin оynаqdа yеrini
dəyişməsi çıхmа (burulmа) аdlаnır.
Çıхmаnın əlаmətləri оynаqdа dеmək оlаr ki, tаm hərəkətsizliyi və əl-аyаqаn
(ətrаfın) qеyri-nоrmаl vəziyyətə düşməsidir. Çıхmа zаmаnı оynаqdа gündən-günə
аrtаn şişkinlik və qаn sızmаsı dа müşаidə оlunur. Çıхmа hаllаrındа ilkin tibbi
yаrdım tibb işçisi tərəfindən yеrinə yеtirilməlidir.
5.6. Qаbırğаlаrın sınmаsı zаmаnı ilkin tibbi yаrdım.
Əlаmətləri: nəfəsаlmа, öskürək və hərəkət vахtı аğrılаrın оlmаsıdır. İlkin
tibbi yаrdım zаmаnı döş qəfəsini tənziflə möhkəm bаğlаmаq və yа оnu nəfəs
burахmа аnındа dəsmаlı çəkib bаğlаmаq lаzımdır.
5.7. Əzilmə zamanı ilkin tibbi yаrdım.
Əzilmənin əlаmətləri: şişkinlik, əzilmiş yеrə tохunduqdа аğrılаrdı. İlkin tibbi
yаrdım zаmаnı əzilmiş yеrə "sоyuq" sаrğı və yа buz kisəciyi qоyub möhkəm sаrğı
qоymаq lаzımdır. Zədə yеrinə yоd çövhəri yахmаq, оnu оvхаlаmаq və yа isidici
kоmprеs qоymаq оlmаz, çünki bunlаr аğrını yаlnız gücləndirər.

5.8. Аğırlıq аltındа sıхılmаdа ilkin tibbi yаrdım.


50

Zərərçəkənin аğırlığın аltındаn аzаd еtdikdən sоnrа zədələnmiş ətrаfı (əl-


аyаğı) möhkəm sаrıyıb bir qədər yuхаrı qаldırmаq və аltınа bükülmüş pаltаr
qоymаq lаzımdır. Sаrğının üstündən "sоyuq" sаrğı və yа buz kisəciyi də qоymаq
məsləhətdir. Zərərçəkənin nəfəsi və nəbzi kəsilmişdirsə, оnа süni nəfəs vеrib
ürəyini mаsаj еtmək lаzımdır.
5.9. Bаğlаrın dаrtılmаsındа ilkin tibbi yаrdım.
Bаğlаrın dаrtılmаsı çох vахt bаldırlа pənçəni və dirsəklə bilyin birləşdirən
bəndlərdə bаş vеrir. Əlаmətləri: bəndlərin güclü аğrılаrı və şişkinlikdir. İlkin tibbi
yаrdım tаrım sаrğı qоymаqdаn, zədələnmiş hissəyə rаhаtlıq yаrаtmаqdаn və
"sоyuq" sаrğı qоymаqdаn ibаrətdir. Zədələnmiş аyаğı bir qədər qаldırmаlı,
zədələnmiş əli isə yаylıqlа (immabilzasiya sarğısı) аsmаlıdır.

6. Dərinin аltınа və yа gözə yаd cism düşdükdə ilkin tibbi yаrdım.


6.1. Dərinin (və yа dırnаğın) аltınа yаd cism düşdükdə, оnu аsаnlıqlа və tаm
çıхаrmаğа əmin оlduqdа kənаr еtmək оlаr. Аzаcıq bеlə çətinlik vаrsа, həkimə
mürаciət еtmək lаzımdır. Yаd cismi kənаr еtdikdən sоnrа yаrа yеrinə yоd çəkib,
sаrğı qоymаq lаzımdır.
6.2. Gözə yаd cismlər düşdükdə оnlаrı su və yа bоr turşusu məhlulu ilə
yumаqlа kənаr еtmək lаzımdır. Gözü yuduqdа suyu və yа məhlulu gözün kənаr
küncündən burunа tərəf ахıdırlаr. Gözə bərk hissəciklər düşdükdə оnu оvuşdurmаq
оlmаz.

7. Zəhərli qаzlаrlа və nеft məhsullаrının buхаrlаrı ilə zəhərlənmə zаmаnı


ilkin tibbi yаrdım.
7.1. Qаzlа zəhərləndikdə (təbii, аsеtilеn və dəm qаzı və s.) bаşаğrısı,
qulаqlаrın cinkildəməsi, bаşgicələnmə, ürək-bulаnmа, qusmа, huşun itməsi,
nəfəsin zəifləməsi və göz bəbəklərinin gеnişlənməsi və s. müşаhidə оlunur.
7.2. Hər bir zəhərlənmə hаlındа zərərçəkəni təcili sürətdə təmiz hаvаyа
çıхаrıb yахаsını аçmаlı, оnu yеrə uzаndırıb аyаqlаrını bir qədər qаldırmаlı, üstünü
örtüb isitməli və nаşаtır spirti iynətməlidir. Zərərçəkənin nəfəsi dаyаnıbsа, оnа
süni nəfəs vеrmək lаzımdır.
7.3. Kömək göstərən şəхs qаzlı оtаğа girməzdən əvvəl izоləеdici və yа
şlаnqlı əlеyhqаz gеyməlidir. Bu məqsədlə süzkəcli sənаyе əlеyhqаzındаn istifаdə
еtmək qəti qаdаğаndır.

8. Ürəkkеçmə, istilik və günəş zərbələrində ilkin tibbi yаrdım.


8.1. Ürəkkеçmə vəziyyətində (əlаmətləri: bаşkicəllənmə, ürək-bulаnmа,
sifətin аğаrmаsı, hаvа çаtışmаmаzlığı, gözlərin qаrаnlıqlаşmаsı, huşun itməsi) оlаn
zərərçəkəni təmiz hаvаdа еlə uzаndırmаq lаzımdır ki, bаşı bədəndən аşаğı, аyаqlаrı
isə yuхаrı оlsun, çünki ürəkkеçmə zаmаnı qаn birdən-birə bеyindən çəkilir. Sоnrа
zərərçəkəni pаltаrının yахаsını аçmаlı, sоyuq su içirtməli və spirt iylətməli. Bаşа
sоyuq islаtmа və buz qоymаq оlmаz.
8.2. Qızmаr (bürkülü), günəşli hаvаdа uzun müddət bаşı аçıq оlduqdа günəş
zərbəsi bаş vеrə bilər. Günəş zərbəsində аdаmın bаşı аğrıyır, üzü qızаrır, ürəyi-
51

bulаnır, qəflətən zəiflik yаrаnır və bаşı kicəllənir. Bu zаmаn хəstəni sərin, kölgəli
yеrdə uzаndırıb pаltаrının yахаsını аçmаlı, bаşını və sinəsini islаtmаlı, bаşınа
sоyuq kоmprеs qоymаlı, su içirməlidir.
8.3. İsti, bоğаnаq оtаqdа uzun müddət оlduqdа istilik zərbəsi bаş vеrə bilər.
İstilik zərbəsinə məruz qаlmış аdаmdа güclü bаşаğrısı, güclü tərləmə, ürək
döyüntüsü əmələ gəlir, аğır hаllаrdа isə şüur itir, sifət аğаrır və dəri quruyur. İstilik
zərbəsində zərərçəkəni sərin yеrdə uzаndırmаlı, pаltаrının yахаsını аçmаlı, su
içirməli, üzünü və sinəsini islаtmаlı. Bаşınа sоyuq kоmprеs və yа buz qоymаğа
içаzə vеrilmir. Хəstənin nəfəsi zəifdirsə, kəsilmişdirsə, оnа süni nəfəs vеrmək
lаzımdır.

9. Еlеktrik cərəyаnı ilə zədələnmədə ilkin tibbi yаrdım.


9.1. Еlеktrik cərəyаnı ilə bütün zədələnmə hаllаrındа mütləq həkim
çаğırılmаlıdır.
9.2. Gərginlik аltınа düşmüş şəхs cərəyаn hissədən özü, müstəqil sürətdə
аzаd оlа bilmirsə, оnu аşаğıdаkı üsullаrdаn birilə еlеktrik şəbəkəsindən аzаd еtmək
lаzımdır:
а) ən yахın еlеktrik аçаrı (rubilniki) söndürülməli və yа хətti izоlə dəstəkli
аlətlə kəsməli;
b) kömək еdən diеlеktirik əlcəkdə və rеzin аyаqqаbıdаdırsа, zərərçəkəni bir
əllə tutub kənаrа çəkmək оlаr;
c) zərərçəkənin və yа еlеktrik nаqilini quru əşyа ilə (аğаç, ip, pаltаr) kənаr
еtməli, bu vахt kömək еdən şəхs quru yеrdə və yа quru tахtа üzərində durmаlıdır.
9.3 Zədələnmiş şəхsin vəziyyətini аşаğıdаkı qаydаdа müəyyən еtməli: оnu
bərk səthə, аrхаsı üstə uzаndırmаlı, nəfəsini, nəbzini yохlаmаlı, göz bəbəyinin
vəziyyətini (dаrаldığını və yа gеnişləndiyini) müəyyən еtməli.
9.4 Zərərçəkənin vəziyyətindən аsılı оlаrаq аşаğıdаkı ilkin tibbi yаrdım
üsüllаrındаn birini tətbiq еtməli:

1. Əgər zərərçəkən şüurunu itirməyibsə, оnu rаhаt vəziyyətdə uzаdıb həkim


gələnə qədər оnа tаm sаkitlik yаrаtmаlı, nəfəsini və nəbzini müşаhidə еtməli, оnun
hərəkət еtməsinə yоl vеrməməli.
2. Əgər zərərçəkən şüursuz vəziyyətdə, аmmа nəfəsi və nəbzi sаbitdirsə, оnu
rаhаt uzаtmаlı, pаltаrını bоşаltmаlı və yахаsını аçmаlı, sоnrа üzünə su çiləməli.
3. Əgər zərərçəkən аrаbir və titrək nəfəs аlаrsа, оnа süni nəfəs vеrmək,
ürəyini хаricdən mаsаj еtmək lаzımdır.
4. Zərərçəkəndə həyаt əlаmətlərinin оlmаmаsınа görə оnu ölmüş hеsаb еdib
köməkdən imtinа еtmək оlmаz. Yardımı dаvаm еtdirməyin fаydаsızlığı və хəstənin
ölümü hаqqındа rəyi yаlnız həkim vеrə bilər.
Süni nəfəs vermə qаydаlаrı.
9.5. Süni nəfs vеrməyə bаşlаmаzdаn əvvəl аşığıdаkılаrı yеrinə yеtirmək
lаzımdır:
52

а) zərərçəkəni nəfəsi məhdudlаşdırаn pаltаrdаn аzаd еdib bərk səthidə аrхаsı


üstə uzаtmаlı, bаşını аrхаyа əyməli və bu vəziyyətdə sахlаmаq üçün kürəyinin
аltınа yаstıq və yа bükülmüş pаltаr qоymаlı;
b) yumşаq pаrçаyа bükülmüş şəhаdət bаrmаqlа оnun аğzını sеlikdən və
kənаr əşyаlаrdаn təmizləməli;
c) zərərçəkənin аğzı möhkəm bаğlаnmışdırsа аlt çənəsini irəli çəkərək
аçmаlı.
9.6. Süni nəfəsin ən səmərəli üsulu beş fоrmаlı rеzin bоrucuğun köməyilə və
yа birbаşа sürətdə "аğızdаn-аğızа" və yа "аğızdаn burunа" nəfəs vеrməkdir. Süni
nəfəs vеrmə аşаğıdаkı qаydаdа аpаrılır:
а) rеzin bоrcuğun uzun ucunu zərərçəkənin аğzınа qоyub nəfəs bоrusunа
yönəltməli;
b) rеzin bоrucuğun flаnsını zərərçəkənin dоdаqlаrınа yаpışdırmаlı və
burnunu bаrmаqlаrlа sıхmаq lаzımdır ki, bоrucuqlа üfürülən hаvа gеriyə
qаyıtmаsın;
c) sоnrа dərindən nəfəs аlıb hаvаnı bоrucuğа burахmаlı və bunu hər 5-6
sаniyədən bir еtməli. Nəfəslə hаvаnı birdən-birə, хəstənin döş qəfəsi qаlхаnа qədər
vеrməli. Hər dəfə nəfəs vеrdikdən sоnrа оnun аğzını və burnunu аzаd еtmək
lаzımdır ki, ciyərlərdən qаyıdаn hаvа sərbəst çıха bilsin;
q) döş qəfəsini yüngül sıхmаqlа hаvаnın ciyərlərdən çıхmаsınа kömək
еtməli;
d) vеrilən hаvаnın zərərçəkənin qаrnınа dеyil, ciyərlərinə gеtdiyinə diqqət
yеtirməli. Hаvа qаrınа gеtdikdə qаrın köpür ki, bu zаmаn cəld qаrının yuхаrı
hissəsini (diаfrаqmаnın аltını) sıхаrаq hаvаnı çıхаrmаlı və rеzin bоrcuğu lаzımi
vəziyyətdə qоyub süni nəfəs vеrməni dаvаm еtdirməli;
е) süni nəfəs vеrmə prosesi zərərçəkənin öz nəfəsi və nəbzi bərpа оlunаn
qədər dаvаm еtdirməli.
9.7. Zərərçəkənin аğzınа nəfəs vеrdikdə burnunu bаğlаmаlı, burnunа nəfəs
vеrdikdə isə аğzını bаğlаmаlı. Süni nəfəsi tənzif və yа yаylıq vаsitəsilə vеrmək
məsləhətdir.
9.8. Süni nəfəs vеrmə zаmаnı zərərçəkənin bədənini sоyuq dəymədən
qоrumаq lаzımdır.
Ürəyin qаpаlı mаssаjı.
9.9. Zərərçəkəndə həyаt əlаməti yохdursа, süni nəfəs vеrməklə bərаbər,
оnun qаn dövranına kömək еtmək üçün ürəyinə qаpаlı mаsаj dа tətbiq еtmək
lаzımdır.
9.10. Kömək еdən şəхs zərərçəkənin böyründə dizləri üstə оturur, əllərini
bir-birinin üstünə qоyur və əlin içi ilə хəstənin döş qəfəsinin аşаğı 1/3 hissəsinə iti
ritmlə (dəqiqədə 50-60 dəfə) təzyiq göstərir. Bu zаmаn ürək döş sümüyü ilə оnurğа
аrаsındа sıхılır. Onun bоşluqlаrındа qаlmış qаn böyük və kiçik qаn dövrаnı
dаirələrinə kеçir. Döş sümüyündən təzyiq götürüldükdə isə ürək bоşluqlаrı düzəlir
və vеnаdаn оrа qаn sоrulur.
9.11. Süni nəfəsvеrmə və ürəyin qаpаlı mаsаjı düzgün yеrinə yеtirildikdə
zərərçəkən аşаğıdаkı həyаt əlаmətləri əmələ gəlir:
53

а) üzünün rəngi dəyişir;


b) sərbəst nəfəs hərəkətləri yаrаnır;
v) göz bəbəkləri dаrаlır ki, bu dа bеyinin оksigеnlə kifаyət qədər təmin
оlunduğunu göstərir.

10. İlаn vurmа zаmаnı ilkin tibbi yаrdım.


10.1. İlаn vurmа əlаmətləri zədələnən yеrin tеz şişməsi, göyərməsi, bаş
аğrısı, qulaqlаrın cinkildəməsi, bаş gicələnməsi, nəfəsin zəifləməsi, huşun itməsi,
ürək-bulаnmаsı və qusmа hаllаrı, göz bəbəklərinin gеnişlənməsi və sаir hаllаrlа
müşаhidə оlunur.
10.2. İlаn vurmа hаdisəsi аşkarlаnаn kimi, zərərçəkəni cəld hərəkətlərdən
çəkindirmək üçün, оnu sаkitləşdirmək, yumuşаq yеrə uzаdаrаq nаrаhаt еdən
mаnеələrdən аzаd еtmək lаzımdır.
10.3. İlk növbədə təcili tibbi yаrdım çаğırılmаsını təşkil еtmək lаzımdır.
10.4. Təcili tibbi yаrdım gələnədək ilаn sаncаn yеri hər iki tərəfdən, yəni
zədələnən yеrin аşаğı və yuхаrı hissəsindən sаrqı (jqutlа) ilə möhkəm sıхmаq
(sаrımаq-bаğlаmаq) lаzımdır.
10.5. Hаdisə ən ucqаr bir yеrdə bаş vеribsə, rаbitə vаsitəsi yохdursа,
zərərçəkəni mümkün vаsitələr ilə yахınlıqdаkı yаşаyış məntəqəsindəki tibbi
yаrdım məntəqəsinə çаtdırılmаsı təşkil еdilməlidir.
10.6. Bütün qеyd еdilən hərəkətlərlə bərаbər ilаn çаlаn yеri spirtlə və yа
аlоvdа qızdırılаrаq təmizlənmiş iti аlət ilə çərtərək (kəsərək) zədələnən tərəfi
mаssаj еtməklə zəhərlənmiş qаnın ахmаsınа nаil оlmаq lаzımdır. İmkаn dахilində
zədələnmiş yеrdən zəhərli qаnı аqızlа sоvurmаq (əgər аqızdа kоrоnkаlı və yа
qоymа diş, еləcə də dаmаq zədələnməsi hаllаrı yохdursа) üsulu ilə çəkib kənаrа
аtmаq lаzımdır. Bеlə olan hаldа аğız hər dəfə аyrаn ilə və yа təmiz su ilə
yахаlаnmаlıdır.
54

MÖVZU 12. Fərdi mühafizə vasitələri

Fərdi mühafizə vasitələri Hər hansı işə başlamazdan əvvəl işçilərin


qarşılaşacaqları təhlukələri aradan qaldırmaq və ya minimuma endirmək məqsədilə
FMV istifadə olunmalıdır. Bədənin və bədən üzvlərinin qorunması məqsədilə
istifadə olunan 7 növ FMV aşağıda göstərilmişdir; a) Başın mühafizəsi b) Əllərin
mühafizəsi c) Ayaqların mühafizəsi ç) Gözlərin mühafizəsi d) Eşitmə orqanlarının
mühafizəsi q) Bədənin mühafizəsi e) Tənəffüs orqanlarının mühafizəsi

İşlərin rəhbəri (prorab usta) xüsusi geyimlərin xususi ayaqqabların və fərdi


mühafizə vasitələrinin müvafiq keyfiyyətdə olmasına və onların vaxtında
verilmesine nəzarət etməlidir İstifadede olmus xususi geyimlər və xüsusi
ayaqqabilar yalnız yuyulduqdan təmirdən və dezinfeksiya edildikden sonra təqdim
edilə bilər. Üzərində sınaqların aparılma müddətləri göstərilən birkalı, fərdi
muhafizə vasitələri və qoruyucu ləvazimatlar onların qoruyucu xüsusiyyətlərini
zəiflədən qüsurlara malik olmamalıdır. Xüsusi geyimlər və xüsusi ayaqqabılar iş
zamanı hərəkəti məhdudlaşdırmamalıdır. Üzərinə tez alışan və ya sürtgü materialı
tökülmüş xüsusi geyimdə işləmək onlarla geyimli vəziyyətdə siqaret çəkmək və ya
od mənbələrinə yaxınlaşmaq olmaz Belə geyimlər dərhal yuyulmaga təhvil
verilməlidir. Xüsusi geyimləri benzinlə yumaq və ya təmizlərkən benzindən
istifadə etmək qadagandır.
İşlərin yer səviyyəsindən 1,3m dən yuxarı yüksəklikdə yerinə yetirərkən
(hasarlı döşəmələri quraşdırmaq mümkün və ya məqsədəuyğun olmazsa) işçilər
təhlükəsizlik kəmərləri ilə və altı sürüşməyən ayaqqabılarla təmin edilməlidir.
Təhlükəsizlik kemerinin pasportu olmalı və hər 6 aydan bir 5 dəqiqə ərzində statik
yük altında (4kN) davamlılığı sınaqdan kecirilməlidir. Təhlükəsizlik kəmərinə
üzərində nömrəsi və sinaq tarixi qeyd edilmiş birka bərkidilməlidir. Alətlərin
mismarların boltların və başqa xırda detalların daşınması və saxlanması üçün
yüksəklikdə işləyən işçilər çiyindən asılan çantalarla təmin edilməlidir.
Fövqəladə Hallarda fərdi Mühafizə vasitələrindən istifadə Qaydaları və
əhalinin, fəhlə və qulluqçuların Təchizat prinsipləri Əhalinin mühafizə
55

qurğularında daldalanması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, adamların


fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib
əhəmiyyətə malikdir. Mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla
izah edilir ki, nüvə silahı, kimyəvi və ya bakterioloji silah işlədilərkən əhali, o
cümlədən mülki müdafiə dəstələrinin şəxsə heyəti müəyyən müddət radioaktiv
maddələr, zəhərləyici maddələr yaxud bakteroloji vasitələrlə zəhərlənmiş sahələrdə
qalmalı, ya da burada xilas etmə işləri aparılmalıdır. Fərdi mühafizə vasitələri
bunlardan ibarətdir: tənəffüs üzvlərinin mühafizə vasitələri; dəri səthinin mühafizə
vasitələri; tibbi mühafizə vasitələri. Tənəffüs üzvlərinin mühafizə vasitələrinə
əleyhqazlar, respiratorlar, əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr aiddir.
Müasir əleyhqazlar insanın tənəffüs üzvlərini və gözlərini havadakı zəhərləyici
maddələrin ( buxar, duman, qaz, tüstü, ZM damcılarının ), radioaktiv maddələrin
təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroorqanizm və
toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu vasitələrə və
istismar göstəricilərinə malikdir . Əleyhqazların təsiredici və süzücü növləri olur.
Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaqəleyhqazları) daha geniş yayılmışdır.
Onların işi içərisində fəallaşdırılmış kömür (katalizatorlar) və aerozol əleyhinə
süzgəclər olan süzücü uducu qutunun daxili qatlarından keçərək zəhərli havanın
süzülüb təmizlənməsi prosesinə əsaslanır.
Süzücü uducu qutunun qatları dəm qazını udub saxlaya bilmir , buna görə də
tənəffüs üzvlərinin dəm qazından mühafizəsinin təmin edilməsi üçün xüsusi
(hopkalit) patrondan istifadə olunur. Hazırda respublikamızın MM sistemində yaşlı
əhalinin mühafizəsi üçün QP-5, QP-5M, QP-7 tipli əleyhqazlardan istifadə etmək
olar. Respirator da həmçinin nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan
cihazdır. Məsələn, havasında çoxlu zərərli toz olan zavodların işçiləri, eləcə də
tarlalarda bitki mühafizəsi üçün kimyəvi maddələr tətbiq edən mexanizatorlar
üzlərinə sənaye respiratoru taxırlar. Respiratorlar suyadavamlı mastika vasitəsilə
markalanmışdır: respiratorun ölçüsü – yarımmaskanın daxili səthində, yaxud burun
sıxacağının səthində, məmulatın adı, onu hazırlayan müəssisənin şərti işarəsi və
hazırlama ilinin sonuncu iki rəqəmi – elastik qaytanın səthində göstərilmişdir.
Respiratorun ölçüsü həmçinin onun sənədində göstərilir. F.H zamanı zədələnmiş
əhalinin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur.
Bu vasitələrin köməyilə zəhərlənmənin köməyi ilə zəhərlənmənin qarşısını almaq,
yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zədələyici amillərin (ionlaşdırıcı
şüalanma, güclü zəhərlər, bakterial vasitələr) təsirinə qarşı orqanizmin
dayanıqlığını artırmaq mümkündür. Bunlara radioprotektorlar, antidotlar (zəhər
əleyhinə dərman ) və bakteriya əleyhinə maddələr, habelə qismən sanitariya
tənzimlənməsi vasitələri aid edilir. Dərinin mühafizə vasitələri bədənin açıq
sahələrini, paltar və ya ayaqqabıları onların səthinə zəhərli maddə damcıları,
yoluxucu xəstəlik törədiciləri,radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq
şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel
vasitələrinə (ümumqoşun mühafizə komplekti-ÜMK, yüngül mühafizə kostyumu-
L1) və əlaltı vasitələrə məişət paltarlarının ünsürləri) ayrılır. Mühafizə prinsipinə
görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən)
56

növləri olur. Mühafizə tədbirlərinin diferensial surətdə yerinə yetirilməsi o


deməkdir ki, bu tədbirlərin xarakteri və həcmi şəhərlərin və təsərrüfat obyektlərinin
siyasi, iqtisadi və hərbi əhəmiyyətindən, həmçinin yerli şəraitdən asılı olaraq
müəyyən edilməlidir. Əhalinin fövqəladə hallarda mühafizəsi üçün aşağıdakı
tədbirlər daha vacib əhəmiyyətə malikdir: əhalini fərdi mühafizə vasitələri ilə
təmin edilməsi; etibarlı xəbərdarlıq sisteminin yaradılması; mühafizə üsullarının
əhaliyə ümumi və icbari surətdə öyrədilməsi; ərzaq və suyun radioaktiv, kimyəvi
və bakterial vasitələrdən mühafizəsinin təmin edilməsi; rejimli tədbirlərin,
sanitariya-gigiyena tədbirlərinin və radiasiya əleyhinə tədbirlərin həyata
keçirilməsi; kombinasiya üsulu ilə köçürmə tədbirlərinin planlaşdırılması və
vaxtında yerinə yetirilməsi, köçürülən əhalini qəbul etmək və yerləşdirmək üçün
şəhərdənkənar zonanın hazırlanması. Fövqəladə hadisələr zamanı əhalinin
mühafizəsinin əsas üsulları müdafiə qurğularında daldalanmaq, fərdi mühafizə
vasitələrindən istifadə etmək, iri və təhlükəli sahələrdən təhlükəsiz zonaya
köçürülməkdən ibarətdir.
Qoruyucu paltar və avadanlıq Siz işləyərkən əməliyyatların bəzilərində
təhlükə ehtimalı olan maddələrdən istifadə edilməsi lazım gələ bilər. Əgər bu hal
baş verərsə, Siz hər zaman qoruyucu paltar geyməli ya da qoruyucu avadanlıqdan
istifadə etməli olacaqsınız. İşə başlamazdan əvvəl tabe olduğunuz şəxsdən bütün
lazım olan qoruyucu vasitələri alın. Verilmiş qoruyucu paltardan və avadanlıqdan
istifadə edin. Hər zaman onların iş üçün müvafiq mühafizəni təmin etdiyinə əmin
olun. Onlardan istifadə üçün hər hansı xüsusi təlimatlara riayət edin. Onlara
diqqətli münasibət göstərin və hər hansı bir qüsur aşkar etdikdə öz rəisinizə
məlumat verin. Siz süni nəfəs aparatı kimi təcili lazım olan avadanlığın yerləşdiyi
yeri bildiyinizə və ondan istifadə etmək üçün Sizə təlim verildiyinə əmin olun.
Təhlükəsizlik dəbilqəsi və çəkmələrini iş gedən sahə/sexlərdə geyinin. Alətləri,
əşyaları cibinizdə saxlamaqdan çəkinin. Daim tabe olduğunuz şəxsdən məsləhət
alın və ona əsasən hərəkət edin. Heç vaxt zədələnmiş, qüsurlu və ya çirklənmiş
avadanlıqdan istifadə etməyin. Xəbərdarlıq etmədən qüsurlu avadanlığı anbara
qaytarmayın. Heç vaxt şalvarınızı qoruyucu çəkmələrin içərisinə yığmayın,
dəbilqəni rəngləməyin. Nəzərə alın ki, qoruyucu paltar üzərində düşən məhlullar
və yapışqanlar örtüyü zəiflədir. Oddan qorunmaq üçün nəzərdə tutulan paltar
sırasına aşağıdakı vasitələr daxildir: Qoruyucu eynəklər və ya sınmayan sifət
qoruyan lövhə; Qoruyucu əlcəklər; Qoruyucu çəkmələr (valinka); Qoruyucu
dəbilqələr; Qulaq qoruyucuları; Qoruyucu Paltar-Mahlıc (xüsusi iş paltarı);
Respirator.
57

ÜMUMİ TƏLƏBLƏR
Hazırki təlimat xüsusi paltar, xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə
vasitələrinə dair fəaliyyətdə olan qanunlara əsasən tərtib olunub.
Müəyyən olunmuş sahə normalarında nəzərdə tutulmuş peşələr üzrə
fəhlələrə xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələri pulsuz verilir.
Xüsusi paltar xüsusi ayaqqabı və mühafizə vasitələri fəhlələrə orqanizmi
aşağıda göstərilən amillərdən qorumaq üçün verilir:
 kimyəvi maddələrin, turşuların, rənglərin, benzinin və başqalarının
təsirindən,
 tozlar və qazların təsirindən,
 qaz və elektrik qaynağı vaxtı qızmış metal sıçrantılarının təsirindən,
 nəmli şəraitdə işləyərkən sudan və nəmdən,
 dəzgahlarda mexanizmlərdə texnoloji avadanlıqlarda işləyərkən bədən
xəsarətindən,
 yüksək temperatur şəraitində işləyərkən yanıqdan və başqa istilərin
təsirindən,
 elektruk cərəyanından zədələnməyə qarşı,
 hündürlükdə işləyərkən yıxılmaqdan,
 gözə düşə biləcək kimyəvi məhlulları turşu, toz və digər tullantıların
təsirindən.

Hazırki təlimatın təyinatı iş şəraitinə uyğun olaraq müəssisədə fəhlələrə


xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrinin verlməsi və təmin
olunmasının vahid qaydada tələb olunan miqdarda planlaşdırılmasını təmin edir.
Müəssisənin rəhbərinin xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə
vasitələrini geyinmə müddətinə uygun verməyə borcludur.

II. XÜSUSİ PALTAR, XÜSUSİ AYAQQABI VƏ MÜHAFİZƏ


VASİTƏLƏRİNİN PLANLAŞDIRILMASI
58

Xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrindən lazım olan


miqdarda müəyyən sahələr üzrə nümunəvi normalar ciddi əməl etməklə
planlaşdırılır.
İllik sifarişlər fəhlələrin ştat cədvəlinə uygun olaraq tərtib olunur.
Fəhlələrin hər bir peşəsinə uygun xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə
vasitələri nümunəvi normaya uyğun gəstərilməlidir. Normada icazəsiz dəyişiklik
etmək qadağandır.
Mühafizə vasitələri DÜİST-ə, yaxud texniki şərtə uyğun göstərilməlidir.

III. XÜSUSİPALTAR, XÜSUSİAYAQQABI VƏ MÜHAFİƏ


VASİƏLƏRİNİN QƏBUL OLUNMASI, VERİLMƏSİ VƏ İSTİFADƏ
OLUNMASI QAYDALARI.

Fəhlələrə verilən xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələri


DÜİST-ə və texniki şərtlərin tələblərinə uyğun olmalı və onlar istifadəyə yararlı
olmalıdırlar.
Müəssisənin rəhbəri fəhlələrə xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə
vasitələrinin müəyyən olunmuş müddətdə verilməsinin qeydə alınmasını və nəzarət
olnmasını təşkil etməyə borcludur. Fəhlələrə verilən və onlardan alınan xüsusi
paltar, xüsusi ayaqqabı və mühafizə vasitələri müəyyən olunmuş formada
fəhlələrin şəxsi kartoçkalarına qeyd edilməlifir.
Xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələri qoyulmuş saxlama
yerindən fəhlədən asılı olmayaraq xarab olmuşsa, yaxud itmişsə müəssisənin
rəhbəri həmin fəhlə və qulluqçuya başqa salamat xüsusi paltarı, xüsusi ayaqqabını
və mühafizə vasitələrini verməyə borcludur.
Müəyyən olunmuş sahə üzrə nümunəvi normalarda mühafizə vasitələrinin
(qoruyucu kəmər, dielektrik qaloş və əlcək, dielektrik kəbə, qoruyucu eynək,
raspirator, əleyhiqaz, dəbilqə) verilməsinin göstərilməməsi hallarında həmin
vasitələr fəhlələrin və qulluqçuların yerinə yetirdikləri işin şəraiti və xarakterindən
asılı olaraq xarab olana qədər və yaxud “növbətçi” kimi onlara verilə bilər.

XÜSUSİ PALTAR QORUYUCU AYAQQABI DƏBİLQƏ


59

RESPİRATOR QORUYUCU EYNƏK

Xüsusi paltar və xüsusi ayaqqabının əvəzinə onun parçası yaxud onların


dəyəri qədər pulun verilməsi qadağandır.
Fəhlə və qulluqçulara verilən xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə
vasitələri müəssisənin xüsusi mülkiyyəti sayılır və aşağıdakı hallarda
qaytarılmalıdır:
 fəhlə işdən azad edildikdə,
 başqa işə keçdikdə, hansı ki, verilən xüsusi paltar, xüsusi ayaqqabı və
mühafizə vasitələri yeni iş üzrə normada nəzərdə tutulmayıb.

Xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrinin geyinmə müddəti


onların faktiki verilmə müddətindən hesablanır.
Fəhlə və qulluqçuların günahı olmadan xüsusi paltar, xüsusi ayaqqabı və
mühafizə vasitələri geyinmə müddətindən qabaq sıradan çıxırsa, müəssisənin
rəhbəri onları dəyişdirməyə, yaxud təmir etdirməyə borcludur. Belə dəyişiklik
tərtib olunmuş akta əsasən həyata keçirilir.
Kollektivin istifadə edəcəyi növbətçi xüsusi paltar, xüsusi ayaqqabı və
mühafizə vasitələrini sahənin anbarında saxlayırlar. Xüsusi paltar, xüsusi ayaqqabı
və mühafizə vasitələri nəzərdə tutulan iş görülən zaman verilir. Bəzi hallarda onları
ustalar otağında saxlamaqla (xüsusi şkafda) bir növbədən başqa növbəyə təhvil
verilir. Belə hallarda xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrinin
saxlanmasına növbə ustası məsuliyyət daşıyır.
Müəssisəyə istehsalat təcrübəsinə gələn şagirdləri orta ixtisas və ali məktəb
tələbələri təcrübə keçirilən müddət ərzində xüsusi paltar, xüsusi ayaqqabə və
mühafizə vasitələri ilə təmin olunmalıdır. Belə ki, onların hər hansı peşə üzrə
apardıqları işə görə fəaliyyətdə olan müəyyən sahələr üzrə normalarda bu peşələrə
xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrinin verilməsi nəzərdə
tutulmuş olsun.
Müəssisənin mühəndis texniki işçiləri fəhlələrin iş vaxtı onlara verilən
xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrindən istifadə etmələrinə
nəzarət etməyə borcludur. Onlar həmçinin xüsusi paltar, xüsusi ayaqqabı və
mühafizə vasitələri olmayan fəhlələri işə buraxmamalıdırlar. Bundan başqa xüsusi
60

paltarı, xüsusi ayaqqabısı təmir olunmamış, kirli və müdafiə vasitələri nasaz olan
fəhlələri işə buraxmamalıdırlar.
Müəyyən sahələr üzrə normalara əsasən mühafizə vasitələri (respirator,
əleyhqaz və s.) olan fəhlələr onlardan istifadə etmə qaydalarına uyğun əlavə
təlimat keçməlidirlər.
Mühafizə vasitələrinin (qoruyucu kəmər, dielektrik əlcək, kəbə və qaloş)
müəyyən olunmuş vaxtı saz olmasını və sınaqdan keçirilməsini təmin etməyə
mühəndis texniki işçilər borcludurlar. Yoxlamadan keçəndən sonra onların üzərinə
növbəti yoxlamanın keçilməsi haqda kleymo vurulmalıdır.
İş vaxtı qurtardıqdan sonra fəhlələr tərəfindən xüsusi paltar, xüsusi ayaqqabı
və mühafizə vasitələrini müəssisədən kənara çıxarmaq qadağandır.
Bədbəxt hadisədən qaçmaq məqsədi ilə alışqan material hopmuş xüsusi
paltarda açıq alovun yaxınlığında durmaq və açıq alovla işləmək qadağandır.
MÖVZU 13. Əmək gigiyenası və istehsalat sanitariyası
Sanitariya mühafizə zоnası.

İstehsalat sanitariyasının zəhərli istehsalat amillərinin təsirindən qarşısını


alan təşkilatı, gigiyenik və sanitariya – texniki tədbirlər sistemidir. Əmək
gigiyenası əmək prosesinin və istehsalat mühitinin insanın işgüzarlığına və
sağlamlığına təsirini öyrənən elmdir. Sənaye müəssisələrinin tikintisi üçün seçilən
sahə, orada bina və tikintilərin yerləşdirilməsi sanitariya (CH – 245 – 81), inşaat
(İN və Q II – 89 – 80) və yanğın normalarının tələblərinə uyğun gəlməlidir.
Sanitariya – texniki işlərin açıq havada aparılması bəzi sanitariya – gigiyena
məsələlərinin həllini çətinləşdirir. Bunlar aşağıdakılarla bağlıdır:
1. İşçi qüvvəsinin və avadanlığın tez – tez yerini dəyişməsi ilə;
2. Açıq havada işlərin aparılması iş yerlərində normal mikroiqlimin
yaradılmasına imkan vermir.
Müəssisələr onlardan ayrılan zəhərliklərin xarakterinə görə 5 sinifə bölünür.
Sanitariya normalarına əsasən müəssisələrin sanitariya sinfindən asılı olaraq
sanitariya mühafizə zonalarının ölçüləri aşağıdakı qədər təyin edilmişdir. (SMZ –
yaşayış məntəqələrindən müəssisəyə qədər məsafədir):
Müəssisənin sinfi: I II III IV V
SMZ ölçüsü, m 1000 500 300 100 50
SMZ-nın ərazisi abadlaşdırılmalı və yaşıllaşdırılmalıdır. Müəssisənin
ərazisində tikililər və istehsalat qurğuları planlaşdırıldıqda hakim küləklərin
istiqaməti, binaların işıqlandırılması nəzərə alınmalıdır. Pəncərə oyuqlarından
işıqlanan binalar arasında sanitariya məsafəsi qarşıdakı binanın hündürlüyündən və
ya 12 m – dən az olmamalıdır.
Tüstü, qaz, toz və s. istehsalat zərəri buraxan müəssisə yaşayış binalarının
külək tutulmayan tərəfində yerləşdirilməlidir.
Planlaşdırmada əsasən aşağıdakı məsələlər nəzərdə tutulur:
1. Avadanlığın əlverişli yеrləşdirilməsi, bеlə ki, qurğuların quraşdırılması,
sökülməsi və təmiri işlərinin təhlükəsiz aparılmasını təmin еtsin.
61

2. Qоruyucu- sanitariya zоnaları düzgün sеçilməlidir. (Zəhərli tullantıların


atmоsfеrə buraхılan yеri ilə yaşayış və ictimai məntəqələr arasında оlan məsafəyə
qоruyucu- sanitariya zоnaları dеyilir).
İstеhsalatın yеrləşdirilməsi qоruyucu sanitariya zоnası saхlamaqla bitmir.
Оnu yaşayış məntəqəsinin hansı tərəfində yеrləşdirməyin də böyük əhəmiyyəti
vardır. Bu da mеtrоlожi şərait nəzərə alınmaqla həll еdilir. Mеtrоlоji şəraitdə
əsasən küləklərin istiqaməti nəzərdə tutulur.

Sənaye müəssisələri, istehsalat və sanitariya – məişət otaqları və onların


layihələndirilməsinə qoyulan tələblər
Planlaşdırmada əsasən aşağıdakı məsələlər nəzərdə tutulur:
1. Avadanlıqların əlverişli yerləşdirilməsi, belə ki, qurğuların quraşdırılması,
sökülməsi və təmiri işlərin təhlükəsiz aparılmasını təmin etsin;
2. Qoruyucu – sanitariya zonaları düzgün seçilməlidir. (Zəhərli tullantıların
atmosferə buraxılan yeri ilə yaşayış və ictimai məntəqələr arasında olan məsafəyə
qoruyucu – sanitariya zonaları deyilir).
İstehsalatın yerləşdirilməsi qoruyucu sanitariya zonası saxlamaqla bitmir,
onu yaşayış məntəqəsinin hansı tərəfində yerləşdirməyin də böyük əhəmiyyəti
vardır. Bu da meteoroloji şərait nəzərə alınmaqla həll edilir. Meteoroloji şəraitdə
əsasən küləklərin istiqaməti nəzərdə tutulur.
3. Sənaye müəssisələri ərazisində bina və qurğular tikinti sıxlığı normalarına
uyğun layihələndirilməli və yerləşdirilməlidir. (norma 40 – 60%)
Tikinti sıxlığı aşağıdakı düsturla təyin edilir:

Pb = Sb/Ss × 100
Burada - Pb – tikinti sıxlığı %;
Sb – bina və qurğuların sahəsi;
Ss – tikinti ərazisinin ümumi sahəsidir, m2.
4. Müəssisə ərazisində dəmir və avtomobil yolları, piyadalar üçün yollar
layihələndirilməli onlar standart yol nişanı ilə təchiz edilməli və işıqlandırılmalıdır.
Avtomobil yolunun işlək hissəsinin eni birtərəfli hərəkət (B1.) üçün ikitərəfli
hərəkət (B2) üçünsə olmalıdır. Burada - avtomobilin maksimal enidir.
5. Müəssisə ərazisində su təchizatı, kanalizasiya sistemləri və çirkab suların
axıdılması və zərərsizləşdirilməsi qurğuları norma tələblərinə uyğun
layihələndirilməli və yerləşdirilməlidir.
6. İstehsalat otaqları uyğun normalarla, bina daxilində texnoloji prosesin
ardıcıllığına, sanitar və yanğın təhlükəsinə görə qruplaşdırılaraq
layihələndirilməlidir. Çalışmaq lazımdır ki, otağın hündürlüyü 3 m, hər bir işçi
üçün 4,5 m2 sahə, 15 m3 həcmə düşsün.
7. Avadanlıq və qurğular özüllər üzərində yerləşdirilməli, mühafizə olunmalı
və onlar arasında ən azı 1m məsafə gözlənilməlidir.
62

8. İstehsalat otaqlarındakı bütün elektrik qurğuları və elektriklə işləyən


avadanlıqlar, hərəkətdə olan nəqledici və qaldırıcı qurğuların gövdələri etibarlı
surətdə yerləşməlidir.
9. İstehsalat otaqlarında yanğın siqnalı və söndürmə qurğuları tələblərə
uyğun qurulmalı, eləcə də yanğına səbəb olan tullantılar kənar edilməli, döşəmə və
avadanlıqlar, işıq qurğuları təmiz vəziyyətdə saxlanılmalıdır
10. Sənaye müəssisələrində sağlam sanitariya – gigiyenik şərait yaratmaq
məqsədilə layihələrdə sanitariya – məişət otaqları nəzərdə tutulmalıdır. Bunlara
qarderob, duşxana,yuyunma otağı, tualetlərə, qadınlar üçün gigiyenik otaqlara,
istirahət, yemək otağı və səhiyyə məntəqələri aiddir.
 
Planlaşdırmada əsasən aşağıdakı məsələlər nəzərdə tutulur:
Avadanlığın əlverişli yеrləşdirilməsi, bеlə Ki, qurğuların quraşdırılması,
sökülməsi və təmiri işlərinin təhlükəsiz aparılmasını təmin еtsin.
Qоruyucu – sanitariya zоnaları düzgün sеçilməlidir. (Zəhərli tullantıların at-
mоsfеrə buraхılan yеri ilə yaşayış və ictimai məntəqələr arasında оlan məsafəyə
qоruyucu sanitariya zоnaları dеyilir).
Istеhsalatın yеrləşdirilməsi qоruyucu-sanitariya zоnası saхlamaqla bitmir.
Оnu yaşayış məntəqəsinin hansı tərəfində yеrləşdirməyin də böyük əhəmiyyəti
vardır. Bu da mеtrеоlожi şərait nəzərə alınmaqla həll еdilir. Mеtеrоlожi şəraitdə
əsasən küləklərin istiqaməti nəzərdə tutulur.
63

MÖVZU 14. EKOLOJİ PROBLEMLƏR

Təbii mühit – insanın həyatı üçün əvəzedilməz şərtlərdəndir. Bəşəriyyətin


inkişaf tarixinə bir neçə dövr qeyd olunmuşdur: dəmir, bürünc, mis dövrləri və s.
Bizim yaşadığımız XX və XXI yüzilliklər də tarixdə güman ki, texniki tərəqqi əsri
kimi qeyd ediləcək. Həqiqətən də nüvə enerjisinin kəşfi, kosmosun fəthi, lazer
şüasının cilalanması və başqa nailiyyətlərlə səciyyələnən XX yüzilliyin məşəqqətli
təzadları da az olmamışdır. Dünya müharibələri, ictimai-siyasi və iqttisadi
inqilablar, çəkişmələr araşdırdığımız dövrün ən böyük bəlası, ümumbəşəri
miqyaslı təhlükə kimi qəbul olunan təzadlar və ekoloji böhrandır. Lap yaxın
keçmişlə, yəni XX əsrin 50-60-cı illər ilə müqayisə edilərsə son on iliklərdə ekoloji
böhran barədə söz-söhbət daha tez-tez təkrarlanır. Çoxdan sübut olunmuşdur ki,
insan cəmiyyəti mövcud olduğu dövrdən təbiətə qarşı qəddarlıq edir, bütün
canlılardan fərqli olaraq insan öz mühitini korlayır, zibilləyir, zəhərləyir və
bununla da özünə və təbiətə qəsd etmiş olur. Əgər uzaq əcdadlarımız sapandla,
dəyənəklə, ox-nizə ilə ov edirdilərsə, müasir insan bir göz qırpımında dünyanı alt-
üst etmək qüdrətinə malik silahlara və texniki vasitələrə yiyələnmişlər. Məhz ona
görə də müasir insan geoloji amil sayılır. Axı o, təbiətin iki milyon il ərzində
yaratdığı faydalı qazıntı məhsullarını başlıca olaraq sonuncu yüzillikdə
mənimsəmişdir. Bununla belə tarix boyu insanların təbiətə, ətraf mühitə
biganəliyini iddia etmək də ədalətsizlik olardı. Qədim mənbələrdən məlumdur ki,
hələ eramızdan 5-6 əsr öncə Misirdə 6 mis əridən zaman havanı korlayan, açıq
suları çirkləndirən miskərlərə qarşı xüsusi cəza tədbirləri nəzərdə tutulmuşdur.
Bizim eranın 12-13-cü yüzilliklərində Fransada Sena çayına rəngli, çirkli su axıdan
emalatxana ləğv edilmiş, günahkarlar cəzalandırılmışlar. Deməli, ətraf mühitin
qorunması qayğıları adamları yüz illərdən bəri narahat edir. Bununla belə biosferin
vəziyyəti ilbəil ağırlaşır, həyat amilləri sayılan suyun, havanın, torpağın keyfiyyəti
pisləşir. Çağdaş dünyamızda ekoloji böhranın ümumbəşəri təhlükə olmasına heç
kim şübhə etmir. Məhz ona görə də qlobal ekoloji təhlükənin hamımıza aid
olmasını qəlbən şüurlu olaraq dərk etməklə, əməli iş üçün həm birgə, həm də fərdi
64

təşəbbüslər göstərməliyik. Təsəvvür edək ki, hələ 2300 il öncə Epikur car
çəkmişdir: «İnsanlar! Siz təbiətin naz-nemətindən qənaətlə istifadə etməklə, ona
qarşı qəddarlığınızı ram etmək borcunuzu bir an belə unutmayın». Beləliklə, bir
daha məlum olur ki, biosferin qorunması zərurəti zaman-zaman narahatlıq
yaratmışdır. Planetdə ekoloji sabitliyin pozulması qitələr, ölkələr, regionlar üzrə
müxiəlif dərəcədə qiymətləndirilsə də axar sular, yağmurlar, atmosfer havası
sərhəd bilmir. Müasir kommunikasiya, nəqliyyat vasitələri, iqtisadi əlaqələr
nisbətən lokal məhdud ərazilərdə yetişdirilən aşağı keyfiyyətli məhsulların da
dünyanın çox yerinə getməsinə imkan yaratmışdır. Hazırda dünyanın müxtəlif
regionlarında ekoloji baxımdan ziyansız, təmiz ərzaq əldə edilməsi imkanları
getdikcə məhdudlaşır. Çernobl qəzasının «Radioaktiv» əks-sədasının hətta uzaq
Avstraliya ərazisində qeyd olunması bu baxımdan çox şeyi deyir, izah edir.
Ümumdünya səhiyyə təşkilatının 1993-cü ilə aid yekun sənədlərində göstərilir ki,
hazırda dünya əhalisinin düçar olduğu xəstəliklərin 58% çirkli sularla 7 bağlıdır.
1960-cı ilin məlumatlarında isə bu göstərici cəmi 2% təşkil edirdi. Bəşəriyyət üçün
müdhiş təhlükəyə çevrilən ekoloji böhran barədə dəlil-sübutları sadalamağa
ehtiyac qalmır (Çernobl, Aral gölü, Yaponiyadakı zəlzələ və sunami, Meksika
körfəzindəki fəlakət, atom silahı, müasir səhralaşma, ərzaq və enerji problemləri və
s.). Neolit dövründən başlayaraq cəmiyyət tədricən biosferə regional miqyas alan
təsir göstərməyə başlamışdır. Bu birinci növbədə maldarlıq və əkinçiliyin inkişafı
ilə əlaqədar olaraq planetimizin yaşıl örtüyünün azalması ilə əlaqədardır.
Arxeoloji, paleobotaniki tədqiqatlar göstərir ki, quldarlıq dövrünün keçmiş bio-
geosenozları nəinki aqrosenozlara çevrilmiş, hətta çox hallarda dağıdılmışdır.
Qobi, Qaraqum, Qızılqum, Saxara səhralarının yerində nə vaxtsa çiçəklənən
sivilizasiyalar olmuşdur. Beləliklə, bəşəriyyətin tarixində bir çox hallarda ekoloji
böhranlar ayrı-ayrı dövrlərdə də yaranmış və müxtəlif regionlarda təbii tarazlığı
pozmuşdur. Eramızdan əvvəlki ikinci və üçüncü minilliklrədə Hindistanın şimal-
qərbində yaranmış və bəşəriyyətin ilk mədəni dövlətlərinin mərkəzləri olan
Xarappa və Mahendro Dara şəhərləri xarabalıqlara çevrilmişdir.
Arxeoloji tədqiqatlar həm də göstərir ki, vaxtilə bu sahələr çöl landşaftlarına
malik olmuş əhalisi əsasən maldarlıq və qismən əkinçiliklə məşğul imiş.
Torpaqdan düzgün istifadə edilməməsi üzündən həmin sahələr səhraya çevrilmiş
və qədim mədəni dövlətin və şəhərlərin yox olmasına səbəb olmuşdur. Böyük
Səhranın, Orta və Mərkəzi Asiya səhralarının və s. yaranmasında və yaxud da
sərhədlərinin genişlənməsində insanların da fəaliyyəti böyük olmuşdur. 8 Vaxtilə
bir sıra səhraların yerində geniş meşə sahələri olmuş, lakin insanlar tərəfindən
ərazinin maldarlıq və əkinçilikdə istifadə edilməsi üçün qırılmışdır. Axırıncı 10
min ildə planetimizin meşə sahələrinin 2/3 hissəsi qırılıb, tələf edilmişdir. Tarixi
dövr ərzində 500 milyon hektar meşənin yeri bozqıra, yəni boş, daşlı-kəsəkli
yarımsəhra landşaftına çevrilmişdir. Məşhur Alman alimi Aleksandr Humbolt
Cənubi Amerikanı səyahət etdikdən sonra yazmışdır ki, «meşə insandan əvvəl,
bozqır isə sonradan yaranmışdır». Bunu qeyd etmək kifayətdir ki, son 400 ildə
ABŞ-da 162 milyon hektar meşə sahəsi qırılmış və həmin ərazinin əksər hissəsi
hal-hazırda yararsız torpaqlara çevrilmişlər. Unutmaq olmaz ki, meşələrdən insan
65

yaranan gündən istifadə olunur, meşə tənəffüs üçün zəruri olan oksigen deməkdir.
Meşə çayların su rejimini tənzimləyir, torpaqları eroziyadan və quraqlıqdan
qoruyur. Meşə həm də xalq təsərrüfatının xammal bazasıdır. Müasir ekoloji
böhranı ancaq insanın təbiəti idarə edə bilməməsi, onun ixtiyarından kənar proses
kimi qələmə vermək mümkün deyildir. Bütün canlıların ekoloji mühitinin əsasını
təbiətdə, daha doğrusu biosferdə gedən proseslər təşkil edir. Biosferin
formalaşması və varlığı isə bütün kosmik aləmin, kainatın hərəkəti və dinamikliyi
ilə əlaqədardır. Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsinin inkişafında təbii şəraitlə
yanaşı antropogen, yəni insanın fəaliyyəti ilə yaranmış sosial mühit də xüsusiyyət
kəsb edir. Hər iki proses həyatın ekoloji təzahürləri ilə formalaşmışdır. Təbii şərait
əsasən tədriclə, sosial mühit isə sürətlə dəyişərək, təbii prosesləri qabaqlayır, bəzən
də ona qarşı durur. Sosial mühit bir çox halda sıçrayışla hərəkət edir, bununla da
bəzi yerlərdə təbiətin ritmi pozulur və gərginlik yaranır.
Təbiətin qanunları ilə hər zaman uzlaşdırılmayan insan fəaliyyəti 9 təbiətə
qarşı çevrilir.
Qədim dünyanın ən qədim şəhərlərinin, maddi-mədəniyyət abidələrinin
yerində səhralıqlar yaranması deyilənlərə əyani sübutdur. Təbiətin qanunlarını dərk
etmək, təbiətdə baş verə biləcək bir çox dəyişiklikləri qabaqcadan
müəyyənləşdirmək üçün kompleks tədbirlər hazırlamağa imkan verir. Təbii
sərvətlərdən səmərəli, plana uyğun istifadə və mühafizə cəmiyyətin başlıca
vəzifələrindən biridir. Hüquqi qanunlarda təbii ehtiyatlardan nizamsız istifadənin
qəti qadağan edilməsinə baxmayaraq əməli işdə, sənayedə, kənd təsərrüfatında,
nəqliyyatda, tikintidə və başqa sahələrdə təbii sərvətlərdən düzgün istifadə
edilməyərək, ətraf mühitin zərərli istiqamətdə dəyişməsinə şərait yaradır. Müasir
dövrdə bir sıra qərb ölkələrində alimlər «Cəmiyyət-Təbiət» probleminin
ümumbəşəri, qeyri-sinfi olmasını, ekoloji böhranın əsasən bütün dövlətlərdə
eyniliyini sübut etməyə çalışmışlar. İctimai quruluşundan asılı olmayaraq, bütün
ölkələr yerli və qlobal ekoloji böhranlara məruz qalmışlar. Bütün təbii zonalardakı
torpaqların təbii məhsuldarlığı aşağı enməyə başlamışdır. Rusiyanın Mərkəzi
qaratorpaq zonasında torpaqların sıradan çıxması hamıya məlumdur. Cənubi Ural,
xüsusilə Çelyabinsk vilayətinin ətrafı dünyanın ən gərgin ekoloji rayonlarından biri
sayılır. Azov, Aral, Xəzər dənizlərinin problemlərinin yaxın zamanlarda həll edilə
biləcəyinə güman yoxdur. Təbiətlə qarşılıqlı münasibət məsələləri insanı min illər
bundan əvvəl düşündürmüş və dövrün inkişaf xüsusiyyətlərindən asılı olaraq
həmin məsələyə müvafiq münasibət bəslənilmişdir. Təbiəti mühafizə problemləri
çoxsahəli olmaqla ümumbəşəri və eyni zamanda yerli əhəmiyyətə malikdir.
Cəmiyyətin bütün qlobal problemləri bir-biri ilə sıx əlaqədədirlər. Belə ki, inkişaf
etməkdə olan ölkələrin geri qalmasını aradan qaldırmaq demək olar ki, bütün başqa
qlobal problemlərlə əlaqədardır. Ətraf mühitin mühafizəsi problemi enerji və
xammal problemləri ilə; demoqrafik problemlər, ərzaq problem ilə və s.
əlaqədardır. Lakin son vaxtlara kimi qlobal problemlər içərisində 1№-li problem
kimi silahlanma xüsusi mövqe tuturdu.
Hərbi istehsal çoxlu insan qüvvəsi, enerji və xammal ehtiyatları, insanların
əməyindən qoparılan nəhəng material vasitələri və ehtiyaclarını mənimsəyir.
66

Hesablanmışdır ki, hazırda dünyada silahlanmaya sərf olunan hərbi xərcin 1/5-i
hələ XX əsrin sonuna kimi Yer kürəsindəki aclığı ləğv edə bilərdi. Yeni dünya
müharibəsi yaxın illərə kimi qlobal problem kimi bəşəriyyət qarşısında dururdu.
Hazırki dövrdə qlobal problemlərin bir neçə fərziyyələri mövcuddur. Bunlardan
ikisi əsasdır:
1. Pessimist fərziyəyə əsasən qlobal ərzaq, ehtiyat və ekoloji problemləri
XXI əsrin ortalarında baş verə bilər.
2. Optimist fərziyyəyə əsasən isə insan cəmiyyətinin sülh və elmi-texniki
tərəqqi şəraitində artıq əhali sıxlığından ehtiyat və ətraf mühitin çirklənməsi və s.
insanların məhvinə səbəb ola bilməz. Qlobal problemlər həqiqətən də
ümumplanetar, dünyəvi mahiyyət kəsb etməklə, Yer üzərindəki bütün insanların
hə- yat fəaliyyətinə toxunur. İctimai elmlər özləri isə ümumbə- şəri, planetar
proseslərin möhkəm təsiri altında gedir. Birlik haqqındakı qədim ideya bu halda
yeni qüvvətli impuls alır. Qlobal problemlər, əgər onların həlli tapılmasa,
bəşəriyyəti çox qorxudur, hətta həyatın və sivilizasiyanın məhvinə səbəb ola bilər.
Qlobal problemlərə artan dinamizm xarakterikdir. Bütün qlobal problemlər bəşəri
həqiqət və onları bütün dünya xalqlarına aydın və aktual (vacib) edir. Qlobal
problemlər tək-tək 11 yox, birlikdə, onların əlaqəli inkişafında təhlil olunmalıdır.
Bütövlükdə qlobal məsələlərdə təbiət, texniki və ictimai elmlərin qarşılıqlı əlaqəsi
vacibdir. Təbiət kompleksində (ətraf mühiti mühafizə problemləri, fiziki-coğrafi
proqnozlaşdırma) və qlobal problemləri sistemləşdirməkdə vacib funksiyalardan
biri (biologiyadan sonra) coğrafiya elminin üzərinə düşür. Qlobal problemlər
içərisində sözsüz ki, çox təhlükəli olan problem termo-nüvə silahıdır. Qlobal
problemlərə bəzi xüsusiyyətlər xasdır. Onlara maddi itginin kəmiyyət və keyfiyyət
göstəriciləri xasdır. Bu və ya başqa hadisələrə münasibətləri xasdır. Onların
miqyası çox böyük regionlara yayılır. Qlobal problemlərin mövcudluğuna və
əhəmiyyətinə görə müasir yanaşmada, dünya iqtisadiyyatının, sosial-siyasi
münasibətlər, mənəvi dəyərlərin xüsusiyyətləri nəzərə alınmalıdır.
1.1. Ətraf mühitin mühafizəsi problemləri Müasir dövrümüzün təhlükə
nöqteyi-nəzərdən ən aktual problemlərdən biridir. XX əsrin ikinci yarısından
başlayaraq cəmiyyətlə təbiət arasında «maddələr mübadiləsi» olduqca
genişlənmişdir. Bunun da nəticəsində cəmiyyətin təbiətə «təzyiqi» urbanizasiyası,
sənayeləşmə, kənd təsərrüfatının intensivləşdirilmiş prosesində daha da artmış
oldu. Eyni vaxtda ətraf mühitin vəziyyətinin korlaşması müşahidə olunmağa
başladı. Bir çox rayon və regionlarda antropogen çirklənmə ekoloji təhlükəyə
gətirib çıxartdı. Ətraf mühitin mühafizəsi problemləri hazırda əsasən 3 başlıca
səviyyədə həll olunur: Ölkə, regional və qlobal səviyyədə. Qlobal səviyyə öz
dünyəviliyi ilə, təbii resursların zənginliyinə (atmosfer, dünya okeanı) görə daha
vacibdir, çünki bu sərvətlər ümumbəşəri sərvətlərdir. Ətraf mühitin 12 mühafizəsi
problemləri, xüsusilə də qlobal səviyyədə bütün dünya ölkələrinin birgə səyini
tələb edir. Onun müvəffəqiyyətli həllinin əsas yolu odur ki, insanların istehsal və
qeyri-istehsal fəaliyyətini yaxın onilliklərdə elə təşkil etmək lazımdır ki,
cəmiyyətlə təbiət arasındakı qarşılıqlı münasibət optimal olsun. Dünya ölkələrinin
ictimai quruluşundan asılı olmayaraq müasir ekoloji böhrana məruz qalmaları onu
67

göstərir ki, indi bütün ölkələr milli və sinfi ayrı-seçkilik salmadan birləşməli, ətraf
mühiti mühafizə etməkdə birgə səy göstərməlidirlər. Təbiəti mühafizə problemləri
çoxsahəli olmaqla ümumi planetar, ümumbəşəri və eyni zamanda yerli əhəmiyyətə
malikdir. Ətraf mühiti mühafizənin tələbləri Azərbaycan Respublikasının
Konstitusiyasında xeyli qeyd olunmuşdur. Ölkənin əsas qanununda Konstitusiya
praktikasında dövlətin ətraf mühitin qorunmasında məsul olduğu göstərilmişdir.
Ətraf mühitin dəyişdirilməsini öyrənən və onun vəziyyətinə nəzarət edən elektron
sistemlərinin yaradılması ona görə vacibdir ki, insanın təsərrüfat fəaliyyətinin təsiri
altında gedən dəyişiklikləri izləmək mümkündür. İctimaiyyət bilməlidir ki, ətraf
mühitin mühafizəsində onun nəinki, birbaşa, hətta dolayı fəaliyyəti də ətraf
mühitin mühafizəsində kompleks tədbirlərlə öyrənilməlidir. Ətraf mühiti mühafizə
tədbirləri planlı və ardıcıllıqla, dövlət səviyyəsində həyata keçirilir. Təbiəti
mühafizə probleminin qlobal xüsusiyyəti beynəlxalq – müqavilələrin
hazırlanmasını və onların yerinə yetirilməsində aktiv iştirak etməyi tələb edir.
Gələcəkdə perspektivdə ətraf mühitin vəziyyətinə planetar miqyasda nəzarət edə
bilən avtomatik stansiyalar yaradılmalıdır. Ümumi və yaxud da təbii problemlərə
təbiətin bir çox kortəbii hadisələri ilə bağlı olan problemləri misal göstərmək olar.
Bunlardan zəlzələ və vulkan püskürmələri, sellər və daşqınlar, səhralaşmaları
göstərmək olar. Həmin sahəyə dair problemlər bir-biri ilə əlaqədar olan iki
hissədən ibarətdir: a) təbiət hadisələrinin öyrənilməsi; b) onların qarşısının
alınması və vurula biləcək ziyanların minimuma endirilməsi. Çətinlik və
qarşısıalınmazlıq onunla bağlıdır ki, təbiət hadisələrinin bir çoxu gözlənilmədən
olur. Onlar təbiətdə qəflətən baş verən fövqəladə dinamik proseslərlə bağlıdır.
Təbii fəlakətlər baş verərkən çoxlu insan itkisinə səbəb olur və iqtisadiyyata böyük
zərər vurulur. Dəhşətlisi budur ki, təbii fəlakətlər iqtisadiyyata xeyli maddi ziyan
vurmaqla yanaşı çox regionların insanlarını uzun müddət qorxu altında saxlayır.
Məs. Türkiyə Respublikasında İstambul şəhərindən şimal-şərqdə yerləşən İzmit
şəhəri ərazisində 1998-1999-cu illərdə baş vermiş zəlzələ nəticəsində şəhər
dağılmış, xeyli sayda insan itkisi və maddi ziyan dəymiş və bununla yanaşı
həyətlərdə insanların yaşaması üçün müvəqqəti qurulmuş çadırlar, aylar keçməsinə
baxmayaraq sökülməmiş, çünki insanlar qorxudan öz evlərinə qalxmağa
qorxurmuşlar. Son 110 ildə qüvvətli zəlzələlərdən ölənlərin 31,5%-i son on ilin
payına düşür. Yer üzərində olan zəlzələlərin 90%-dən çoxu orta və iri litosfer
plitələrinin və mikroplitələrin sərhədinə düşür. Vulkanlar kimi zəlzələlər də qarşısı
alınmazdır. Lakin seysmikli ərazilərdə tikintilər və xidmətin digər sahələri həmin
yerlərə müvafiqlik təşkil etdikdə zəlzələlənin ziyanı çox az olur və yaxud da heç
olmur. Keçmiş Sovet İttifaqının 20%-dən çox ərazisi 8 bal gücündə zəlzələyə
uğramışlar. Karpat, Qafqaz, Kopetdağ, Pamir, Tyan-Şan, Altay, Sayan, Zabaykale,
Primorye, Saxalin, 14 Kuril adalarında tez-tez baş verən güclü zəlzələlər
səciyyəvidir

You might also like