You are on page 1of 2

İşə qəbul üçün daxili müraciət elanı 62011214

Vəzifə haqqında məlumat


Vakansiyanın adı Mühəndis (Təchizat üzrə)
Elanın bitmə tarixi 07.04.2023
Keçid kodu 11464/2023 INT
Müəssisə, Təşkilat Azneft İB
Struktur vahidi Maddi-texniki təchizat və nəqliyyatın idarəedilməsi xidməti
Ştat vəzifəsinin adı mühəndis
Struktur vahidinin ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 3A
Şəhər/rayon Bakı şəhəri
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 11
Əmək haqqı 1090.00 azn/aylıq
Əlavə məlumat Faktiki işlənmiş hər iş günü üçün 3 AZN yemək xərci əvəzinə əmək haqqına
əlavə ödəniş olunur.
İş şəraiti Quruda
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunur
Şəhərin müxtəlif istiqamətlərindən xidməti avtobuslarla iş yerinə çatdırılma
təmin olunur.
Sığorta Tibbi, Həyat
Vəzifə öhdəlikləri (funksiyalar) ● Gündəlik istifadə olunan nəqliyyat vasitələrinin siyahısının hazırlanması və
şöbə rəisi və idarə rəisi tərəfindən təsdiqindən sonra nəqliyyat idarəsinə
sifarişin bildirilməsini təmin etmək;
● Xüsusi texnikanın siyahısının hazırlanması və şöbə rəisi və idarə rəisi
tərəfindən təsdiqindən sonra nəqliyyat idarəsinə sifarişin bildirilməsi təşkil
etmək;
● Nəqliyyat vasitələrinin bölgü siyahısının nəzərdən keçirilməsi sexlərin və
şöbələrin iş yükünə müvaffiq nəqliyyat vasitələrinin və xüsusi texnikanın
sayında və ya növündə dəyişiklik ehtiyacı yaranarsa nəqliyyat idarəsinə
bildirilməsini təşkil etmək;
● Təmin olunmuş nəqliyyat vasitələrinin və xüsusi texnikanın sex və
şöbələrə müvaffiq bölgüsünün aparılması və yerləşdirilməsinə və onlardan
səmərəli istifadə olunmasına nəzarət etmək;
● Sex və şöbələrin içməli su ilə təmin olunmasında zərurət yarandığında
içməli su nəqliyyat təminatı vasitəsi ilə suyu təmin etmək;
● Nəqliyyat vasitələrinin və xüsusi texnikanın növünə və xüsusiyyətlərinə
müvaffiq iş saatına görə hazırlanan hesabatın yoxlanması və xüsusi cədvəl
üzrə qeydlərin aparılıb mühasibatlıq şöbəsinə təqdim olunmasını təmin
etmək;
● İdarənin ərazisində işləyən avtonəqliyyat vasitələrinin, xüsusi texnikaların
təhlükəsizlik texnikası qaydalarına, yanğından mühafizə qaydalarına və ətraf
mühitin mühafizəsi qaydalarına riayət etməklə düzgün istismar edilməsinə
nəzarət etmək.

Tələblər
Vətəndaşlıq Azərbaycan
Yaş 18 - 65
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Ali bakalavr Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Təhsil pilləsi / əhatəsi Müddəti / İş təcrübəsi Təsvir
Ali bakalavr / Müvafiq sahə üzrə 1 İl / Müvafiq sahə üzrə
Sertifikat tələbləri
Tələb edilən sertifikat yoxdur.
Səriştəlik və digər tələblər
Detallara diqqət
Məsuliyyət
Nizam-intizam
Dürüstlük
Etik davranış
Peşəkarlıq
Şifahi özünüifadə
Öyrənmə qabiliyyəti
Yazılı özünüifadə
Bilməlidir
● Neft Sənayesində Əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemini;
● Davranışın və Təhlükəsizliyin Müşahidə Sistemini;
● Nəqliyyat İdarə olunmasını;
● Xüsusi texnikanın idarə olunması.

You might also like