You are on page 1of 3

İşə qəbul üçün daxili müraciət elanı 62011158

Vəzifə haqqında məlumat


Vakansiyanın adı Mühəndis (Tikintiyə texniki nəzarət)
Elanın bitmə tarixi 04.04.2023
Keçid kodu 11406/2023 INT
Müəssisə, Təşkilat Neftqaztikinti tresti
Struktur vahidi Tikintiyə texniki nəzarət şöbəsi
Ştat vəzifəsinin adı mühəndis( Tikintiyə texniki nəzarət üzrə)
Struktur vahidinin ünvanı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 41c, məhəllə 2922
Şəhər/rayon Bakı şəhəri
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 12
Əmək haqqı 1366.00 azn/aylıq
Əlavə məlumat Faktiki iş günlərinə uyğun gündəlik 3 manat yemək xərci ödənilir.
İş şəraiti Normal
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat zərurət yarandıqda dəniz şəraitində işlərə cəlb oluna bilər
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunmur
Sığorta Tibbi, Həyat
Vəzifə öhdəlikləri (funksiyalar) Tikintiyə texniki nəzarət işlərinin təşkil edilməsi

1.Tikintinin aparılması texnologiyasına, tikinti norma və qaydalarına riayət


olunmasına nəzarət edilməsi.
-Tikintinin təşkil olunma layihələrinə baxışın keçirilməsi
-Tikinti quraşdırma işlərinin həcminin analiz edilməsi
-Tikintinin texniki şərtlərə uyğunluğunun yoxlanması
-Tikinti quraşdırma işlərinin dəyərinin və keyfiyyətinin yoxlanması
-İnşaat proseslərinin layihələrə uyğunluğunun yoxlanması
-Sonradan üstü örtülən işlərin, məsul konstruksiyaların, mühəndis-
kommunikasiya şəbəkələrinə baxışın keçirilməsi
2.Təsdiq olunmuş layihə-smeta sənədləri əsasında nəzərdə tutulmuş işlərin
yerinə yetirilməsinə nəzarət edilməsi.
-Aparılan tikintinin layihə smeta sənədlərinə uyğunluğunun yoxlanması
-İnşaat proseslərinin layihələrə uyğunluğuna nəzarət edilməsi
3.Tikintisi başa çatmış obyektlərin təhvil verilməsi üzrə texniki icra və digər
zəruri sənədlərin hazırlanmasına nəzarət edilməsi.
4.Podratçı təşkilatlar tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin
qəbul edilməsi üçün müvafiq sənədləşdirmə işlərinin aparılması.
5.Müəssisənin Kapital Qoyuluşu və Əsaslı Fond və Əsaslı Təmir proqramı
üzrə obyektlərdə yerinə yetirilən işlərə texniki nəzarətin edilməsi.
6.Forma-2 aktları üzrə texniki hesabatların yoxlanılması.
7.Yerinə yetirilmiş işlərə dair ümumi və xüsusi iş jurnallarının aparılmasına
nəzarət edilməsi.
8.Obyektlər üzrə texniki icra sənədlərinin vaxtında tərtib olunaraq qəbul
komissiyasına təqdim olunması.
9.İstehsalat sahələrində istehsal olunan konstruksiya və məmulatlara
nəzarət və hazır məhsulların kalkulyasiyalarının hazırlanmasında iştirak
edilməsi.
10.Podrat və cəlb olunmuş subpodrat təşkilatlar tərəfindən ay ərzində
yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktlarının (Forma-1 ,
Forma-2 və Forma-3) yerində yoxlanması, qəbul edilməsi, rəsmiləşdirilməsi
və müvafiq şöbəyə təqdim edilməsi.
11.Tikinti-quraşdırma və təmir tikinti işlərinin, istehsal olunan əmtəə
məhsulunun, alınan mal-materialların, konstruksiyaların və məmulatların
keyfiyyətinə və onların müvafiq sertifikatlarla təmin olunmasına nəzarət
edilməsi.
12.Sınaq aktlarının tərtib edilməsində iştirak edilməsi.
13.Müəssisənin təmir proqramı üzrə obyektlərdə yerinə yetiriləcək işlər
üçün yerli smeta, qüsur aktı və icra sxemlərinin hazırlanması, LSS üzrə tələb
olunan material siyahısının toplanması və təqdim edilməsi.

Digər fəaliyyətlər

1.Şöbə rəhbərliyinin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi.


2.Lazımi uçot və hesabat xarakterli sənədləşmənin aparılması.
3.İşlərin səmərəli təşkili barədə şöbə rəisinə mütəmadi olaraq məlumat
verilməsi.
4.Yeni texnologiyanın araşdırılması və sahədə tətbiq edilməsi barədə öz
təkliflərini rəhbərliyə verilməsi.
5.Müəssisənin struktur bölmələrindən şöbənin işi ilə əlaqədar məlumatların
və hesabatların tələb edilməsi.
6.Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, sanitariya
norma və qaydalarına riayət edilməsinə nəzarət olunması.

Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Ali bakalavr Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Təhsil pilləsi / əhatəsi Müddəti / İş təcrübəsi Təsvir
Ali bakalavr / Müvafiq sahə üzrə 1 İl / Müvafiq sahə üzrə Müvafiq sahə üzrə mütəxəssis
vəzifəsində 1 il iş təcrübəsi
Sertifikat tələbləri
4 Sertifikat Müvafiq ixtisas kursu
Səriştəlik və digər tələblər
Detallara diqqət
Dürüstlük
Etik davranış
Məsuliyyət
Nizam-intizam
Öyrənmə qabiliyyəti
Peşəkarlıq
Şifahi özünüifadə
Yazılı özünüifadə
Microsoft Excel
Microsoft Word
Səriştəlik və digər tələblər
Microsoft Outlook
OpenText
Əməyin təhlükəsizliyi
Sanitariya-gigiyena
Tikinti-quraşdırma işləri
Təmir və tikinti işləri
Neft sən. əm. müh. vah. idarəet. sistemi
Yanğın mühafizəsinin əsasları
Fəaliyyəti tənz. daxili normativ sənəd.
Bilməlidir
•Müəssisənin istehsal-təsərrüfat fəaliyyətinə dair yuxarı təşkilatların qərarlarını, sərəncamlarını, əmrlərini,
metodiki, normativ və başqa materialları;
• Müəssisənin istehsal etdiyi məhsula verilən texniki xarakteristika və tələbləri, onun istehsal texnologiyasını;
•Müəssisənin tikinti məhsularının tikinti normalarını avadanlığını və onun düzgün texniki istismarını, iş
normaları və qiymətlərini, onların dəyişdirilməsi qaydalarını;
•Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından
mühafizə üzrə norma və qaydalarını.

You might also like