You are on page 1of 2

“Təsdiq edirəm”

Abşeron Magistral Qaz


Kəmərləri Sahəsinin rəisi

___________ M.V. Vahidov


“___”______ 2022-ci il

"Qaz İxrac" İdarəsi


Abşeron Magistral Qaz Kəmərləri Sahəsi
Dispetçer xidmətinin

ƏSASNAMƏSİ

1. Struktur vahidinin adı –Dispetçer xidməti (bundan sonra mətndə “Xidmət” adlanacaq)
2. Əsasnamə təsdiq edilmişdir – Əsasnamə “Qaz İxrac” İdarəsinin (bundan sonra
mətndə “İdarə” adlanacaq) 09.02.2022-cü il tarixli 24 nömrəli əmrinə əsasən təsdiq
edilmişdir.
3. Xidmətin fəaliyyətinə nəzarəti həyata keçirən sahə rəhbərliyi – Abşeron Magistral
Qaz Kəmərləri Sahəsinin rəisi xidmətin fəaliyyətinə nəzarəti həyata keçirir.
4. Xidmətə rəhbərlik – Xidmətə rəhbərliyi xidmət rəisi həyata keçirir.Xidmət rəisinin
vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi SOCAR üzrə müəyyən edilmiş
qaydada tənzimlənir.
5. Xidmətin strukturunun və ştat vahidlərinin formalaşdırılması – yerinə yetiriləcək işin
həcmindən asılı olaraq SOCAR üzrə müəyyən edilmiş qaydada təsdiq edilir. Xidmətin
tərkibi – Xidmət rəisi, növbə rəisləri və mühəndisdən ibarətdir
6. Xidmətin əsas vəzifəsi – Dispetçer xidmətinin əsas vəzifəsi qaz kəmərlərində və
onların üzərində olan qurğularda, QPS və QTM-lərdə qazın təzyiqinə nəzarət etməkdən
və eləcə də təsdiq edilmiş texnoloji rejimi saxlamaqdan, qaz sızmalarının və bununla
əlaqədar yaranan qaz itkilərinin qarşısını almaq üçün qəza-bərpa işlərinin həyata
keçirilməsini təşkil edir.
7. Xidmətin funksiyaları – İstehlakçılardan qəbul olunan qazın təsdiq olunmuş rejiminin
yerinə yetirilməsinə, qaztələbedicilərin fasiləsiz qazla təmin olunmasına, magistral qaz
kəmərləri ilə qazın nəqlinə operativ nəzarət edir.
 Qəbul edilən qazın tələbatçılara gündəlik limit həcmində verilməsinə nəzarət edir.
 Qaz kəmərlərinin, qaz paylayıcı stansiyaların (QPS) təsdiq olunmuş texnoloji rejiminə
nəzarət edir, rejim pozuntularının səbəbini araşdırır və aradan qaldırır. Həmçinin
operativ-texniki sənədləri təyin olunmuş formada aparır.
 Qaz kəmərlərində qəza və yanğınların aradan qaldırılmasına operativ nəzarət edir, bu
haqda rəhbərliyə və “Qaz İxrac” İdarəsi dispetçerinə dərhal məlumat verir.
 QPS və digər avadanlıqların təyin olunmuş iş rejimini təmin edilməsinə,
qaztələbedicilərin limitə uyğun fasiləsiz qazla təmin edilməsinə və növbətçi heyət
tərəfindən əmək intizamına, təhlükəsizlik qaydalarına riayət olunmasına görə Dispetçer
Xidməti məsuliyyət daşıyır.
8. Xidmətin hüquqları – Qaz kəmərlərinin, QPS-ın, əsas və köməkçi avadanlıqların
dayandırılması və ya iş rejiminin dəyişdirilməsi barədə növbətçi heyətə operativ
sərəncamlar vermək.
 Tabeçiliyindəki işçilərdən əmək və istehsalat intizamına ciddi əməl olunmasını tələb
etmək,əmək və istehsalat intizamını pozanlar haqqında tədbir görmək üçün rəhbərliyə
təqdimat vermək.
 Qaz kəmərlərində və QPS-də baş vermiş qəza və yanğını ləğv etmək üçün günün hər
bir vaxtı işçiləri çağırmaq.Rabitənin hər bir növündən növbədən kənar istifadə etmək.
 Əmək və istehsalat intizamını kobud surətdə pozan işçilər barəsində tədbirlər görülməsi
üçün rəhbərliyə rəsmi məlumat vermək.

Qİİ/03/İS/ƏS/DX/04 Rev. № 01
1/2 Nəşr tarixi: 05.01.2017
9. Xidmətin məsuliyyəti–Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik
aktlarının, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsi, Sahənin
əmr, qərar, sərəncam və göstərişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə.
 Qəza vəziyyətində olan və yaxud qəza ilə nəticələnə bilən halların qarşısını almaq
məqsədilə qaz kəmərlərinin ümumi qaz şəbəkəsindən ayrılması və qazın nəqlinin
dayandırılması işlərinin düzgün həyata keçirilməsi məqsədilə Sahənin rəisinə və baş
mühəndisinə rəsmi məlumat verilməsinə.
 Texniki sənədlərin qüvvədə olan standartlara müvafiq tərtib edilməsinə.
 Xidmətin faydalı işləməsinin təmin edilməsinə.
 “Daxili intizam qaydaları”na düzgün riayət edilməsinə
 Bu əsasnamə ilə müəyyən edilmiş vəzifə və funksiyaların vaxtında və keyfiyyətlə yerinə
yetirilməsinə.
10. Xidmət rəisinin hüquq və vəzifələri – Xidmətdə çalışan işçilər barəsində
həvəsləndirmə və intizam tənbehləri tədbirlərinin görülməsinə və Xidmətin işinin daha
səmərəli təşkil edilməsinə dair müəyyən olunmuş qaydada Sahə rəhbərliyinə təkliflər
vermək. Xidmət işçiləri tərəfindən hazırlanmış sənəd layihələrinə viza vermək. Xidmətin
işinin xidmətin iş planına və bu Əsasnaməyə uyğun təşkil etmək, xidmət işçiləri
arasında vəzifə təlimatına uygun iş bölgüsü aparmaq, xidmətin işi barədə Abşeron
MQKS-in rəisinə müəyyən olunmuş qaydada hesabat vermək.
Əsasnamə hazırlanmışdır – Əsasnamə ARDNŞ-nin 30.12.2010-cu il tarixli 172 saylı
əmri ilə təsdiq edilmiş (SOCAR SS-003.2010) “ARDNŞ-nin Baş ofisinin struktur
bölmələrinin əsasnamələrinin tərtib edilməsinə dair standart”a uyğun olaraq Dispetçer
xidmətinin rəisi və İqtisadiyyat və Uçot şöbəsinin Əməyin təşkili üzrə mühəndisi
tərəfindən hazırlanmışdır.

İcraçı:
Əməyin təşkili üzrə böyük mühəndis ________ Ş.N.Rasulova

Razılaşdırılmışdır:

Baş mühəndisi ________ A.Ş.Aşurov


Baş mühəndisin əməyin mühafizəsi üzrə müavini
________ Q.Ə.Hüseynov
“Qaz İxrac” İdarəsinin böyük
hüquq məsləhətçisi ________ C.V.Dosiyev
Əməyin mühafizəsi və təhlükəsizlik
texnikası üzrə böyük mühəndis ________ S.M.Ələkbərova

Tanış oldum:

Dispetçer xidmətinin rəisi ________ E.X.Xəlilov

Qİİ/03/İS/ƏS/DX/04 Rev. № 01
2/2 Nəşr tarixi: 05.01.2017

You might also like