You are on page 1of 4

Sual 1.

Məlum olduğu kimi AutoCAD WINDOWS əməliyyat sistemi altında işləyir. Bu paket AutoDESK
firması tərəfindən tutulmuşdur və ən inkişaf etmiş proqram təchizatlarından biridir. Paketdən
istifadə etməklə maşınqayırma, memarlıq, elektrotexnika və digər sahələrdə cizgilər
layihələndirilir.
Əlavənin düyməsi. Burada fayıllar üzərində yerinə yetirilən komandalar yerləşir. New yeni fayl
açır , Open yaddaşda olan faylı açır. Save faylı yadda saxlayır. Save As fayla yeni ad verməklə
yadda saxlayır. Print cizgini çap edir və s
Zolaq. Autocad 2009-an başlayaraq komandalar zolaqlarda yerləşdirilməyə başlandı. Zolağın
yuxarı sətrində onun menyusu yerləşir. İkinci sətirdə ayrı-ayrı komandalarda düzəldilmiş alət
lövhələri yerləşir. Məsələn, Draw lövhəsində cizgilərin çəkilməsində ən çox istifadə edilən əmirlər
yerləşdirilmişdir.
Tez daxilolma düymələri . Bu düymələr əsasən tez-tez istifadə edilən komandalar toplusundan
ibarətdir.
Başlıq sətri. Autocadın variantı və aktiv faylın adı yazılır. Autocad-ın əsas formatı .dwg
olduğundan faylın adının arxasında onun formatı da qeyd olunur.
Autudesklə mübadilə. Autocad, Autodesk firması tərəfindən yaradıldığından bu sətirdən
internet vasitəsi ilə onunla əlaqə yaratmaq olur.
Yardım. Bu düymənin köməyi ilə Autocad-ın istənilən başa düşülməyən komandası haqqında tez
məlumat almaq olar.
Çertyoju yığışdırmaq, açmaq və bağlamaq düymələri.
Kursor və nişanın işarəsi. Bu işarə öz formasını tez-tez dəyişir. Kvadrat və üstəgəl işarələri
formasını alır .Vəziyyətdən asılı olaraq kvadrat, ox və ya «üstəgəl» formasını da ala bilir.
Görünüş kubu. Görünüş kubu əsasən 3D modelləşdirmədə istifadə edilir. Onun vəzifəsi görünüşü
tez-tez müxtəlif vəziyyətlərə gətirməkdir.
Ekranda koordinatlar. kursorun ekrandakı yerinin koordinatını işıqlandırır.
Hal sətri. Bu sətirdəki komandalar istifadəçinin işini asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur.
Onlardan istifadə etmək üçün onun üzərində siçanın sol düyməsi bir dəfə vurmaq lazımdır.
Söndürmək üçün də eyni əməliyyat yerinə yetirilir.

Sual 2.
Ekranda hər bir nöqtənin x, y koordinatı vardır. Bu cür koordinat sisteminə düzbucaqlı (dekart)
koordinat sistemi deyilir. x və y oxlarının kəsişdiyi 0,0 nöqtəsi koordinat başlanğici adlanır.
AutoCAD paketində koordinatlar koordinat başlanğıcına (0,0,0) nəzərən verilərsə bu qiymətlərə
mütləq koordinatlar deyilir.
Nisbi koordinat, x, y və z oxları istiqamətində, cari nöqtədən verilən məsafədir. Nisbi koordinat
sistemi ona görə belə adlanır ki, verilmiş nöqtə hər hansı nöqtəyə nəzərən çəkilir.
AutoCAD-da nisbi koordinatı @ (ət)- simvolu vasitəsi ilə təyin edirlər. Bunun üçün + düyməsi
birlikdə basılır. Məsələn, @ 50,40 ekrandakı axırıncı çəkilmiş nöqtədən (1-ci nöqtə) ∆x = 50, ∆y =
40 məsafəyə yerdəyişmə deməkdir.

Sual 3.
Line (parça) komandası, AutoCAD proqramında ən çox işlənən əsas baza komandalarındandır.
Demək olar ki, heç bir çertyoj bu komandadan istifadə edilmədən yerinə yetirilə bilməz. Line
komandası düz xətt parçasını çəkmək üçündür. İxtiyari dördbucaqlı , üçbucaqlı və s. kimi
fiqurlarıdaçəkmək olar.
Rectang Düzbucaqlı çəkir
Ellipse Verilmiş kordinatlarda ellipsis çəkir
Circle komandası çevrə çəkir.
XLINE- komandası ilə düz xətlər çəkilir (maşınqayırma cizgilərində bu xətdən istifadə edərək əlaqə
xətləri çəkilir).
RAY şüa çəkir

Sual 4.
Arc qövs çəkir
Close Polixətlərin əvvəlini son nöqtə ilə qapayır
Halfwidth polixətlərin yarımenini daxil etməyə imkan verir
Width polixəttin enini təyin edir
Length çəkilmiş xəttin davamı və ya qövsə toxunan istiqamətdə xətt çəkir
Undo sonuncu xətti pozur
Endpoint of line xəttin son nöqtəsinin kordinatları
Angle daxili bucaq verir
Center qövsün mərkəzini verir
Close polixəttin son nöqtəsini başlanğıcla qapayır

Sual 5.
Çertyoju tərtib olunmuş məmulat haqqında ilkin məlumat almaq və eyni zamanda çertyojun əyaniliyini artırmaq
məqsədilə təsvirdə materiallar qrafiki işarələnir. Kəsiklərdə və en kəsiklərdə ştrixləmə materialın növünə görə
cədvələ uyğun aparılır.

Metal və bərk xəlitə materiallarğ

Qeyri metal materiallar

Şüşə və digər şəffaf materiallar

Mayelər

Torpaq

Ölçülərin göstərilməsi

Tərtib olunmuş çertyoj əsasında məmulatın hazırlanması və ya hər hansı texnoloji prosesin yerinə yetirilməsində
vacib şərtlərdən biri çertyojda ölçülərin düzgün göstərilməsidir. Çertyojda ölçülərin yazılışı zamanı hökmən
aşağıdakılar nəzərə alınmalıdır:
− ölçülər yazilarkən məmulatin həndəsi formasini tam ifadə etməklə bərabər istehsal zamani texnoloji proseslərin
tələbatini təmin etməlidir;
− ölçülərdən istifadə üçün tam aydin olmalidir;
− ölçülər yazilarkən texnoloji və konstruktiv tələbatlar nəzərə alinmalidir

Sual 6.
Çertyojlar, çertyoj üçün nəzərdə tutulmuş müəyyən olçülü (format) vərəqlərdə yerinə yetirilir. Çertyoj vərəqləri
Dövlət standartı QOST 2.301-68-ə uyğun olaraq əsas və əlavə formatlardan ibarətdir.
Standarta görə beş əsas və bir neçə əlavə formatlar vardır. Əsas formatların işarələri və tərəflərinin ölçüləri
aşağıdakılardır.
A0 1189 x 841
A1 841x594
A2 594x420
A3 420x297
A4 297x210
A5 210x148

Çertyojda təsvir edilən detalın xətti ölçülərinin onun həqiqi ölçülərinə olan nisbətinə miqyas deyilir. Təsvirlərin
miqyasları və onların çertyojda işarələnməsi QOST 2. 302-68-ə uyğun olaraq seçilir. Çertyojlarda təsvirin miqyası
əsas yazıda xüsusi miqyas qrafasında 1:1, 1:2 və ya 2:1 kimi yazılır. Çertyojdakı hər hansı bir təsvir əsas yazıda
göstərilən miqyasdan fərqli bir miqyasda çəkilsə onda bu təsvirin yuxarı hissəsində miqyas göstərilir
Standart miqyaslar:
1. Kiçiltmə: 1:2; (1:2,5); 1:4; 1:5; 1:10; və s.;
2. Həqiqi (natural) ölçü : 1:1;
3. Böyütmə: 2:1; (2,5:1); 4:1; 5:1; 10:1; və

Sual 7.
Dövlət standartı QOST 2.303-68-ə görə çertyojda 9 növ xətt işlədilir. Əsas qalın bütöv xəttin S qalınlığı çertyojun
ölçüsü və mürəkkəbliyindən asılı olaraq 0,6-dan 1,5mm-ə qədər qəbul edilmişdir. Nazik xəttlərin qalınlığı isə S/3 
S/2 arasında götürülür.
Əsas bütöv, Nazik bütöv, dalğavari bütöv, qırıq-qırıq, Nazik nöqtəli-qırıq, Qalınlaşdırılmış nöqtəli-qırıq, Aralı, Sınıq
nazik bütöv, Nazik iki nöqtəli qırıq.
Çertyoj şriftləri
Çertyojdakı bütün yazılar standart şriftlə yerinə yetirilməlidir. QOST 2.304-81-ə görə 2 növ şrift müəyyən edilmişdir:
A növlü 75°-yə yaxın maili və düz d = 1/14h
B növlü 75°-yə yaxın maili və düz d = 1/10h ,
burada d – böyük hərflərin qalınlığı; h – böyük hərfin hündürlüyüdür.
Böyük hərflərin hündürlüklərinin mm-lə ifadəsi şriftlərin ölçülərini təyin edir.
Standarta görə şriftlərin ölçüləri aşağıdakılardır (1,8); 2,5; 3,5; 5; 7; 10; 14; 20; 28; 40 (cədvəl 1.2 və 1.3). Mötərizə
içərisində verilmiş 1,8 ölçüsü şriftlərin istifadə edilməsi məsləhət görülmür və ancaq B növlü şriftlərin istifadəsinə
yol verilir.

Sual 8.
Bir xətdən digərinə çevrə qövsü ilə səlis keçidə qovuşma deyilir. Bu qövs qovuşma çevrənin qövsü adlandırılır. Bu
çevrənin radiusu – qovuşma radiusudur. Bu çevrənin mərkəzi – qovuşmanın mərkəzidir. Bir xətt digər xəttə keçən
nöqtəyə qovuşma nöqtəsi deyilir
Düz xətlə çevrənin qovuşması üç halda mümkündür: qovuşma radiusu verilir; düz xətt üzərində qovuşma nöqtəsi
verilir; çevrə üzərində qovuşma nöqtəsi verilir. Hər üç halda xarici və daxili qovuşma mümkündür.

Sual 9.
İki çevrə qövsünün qovuşması xarici, daxili və qarışıq ola bilər.
Xarici qovuşmada qovuşan çevrə qövslərinin O1 və O2 mərkəzləri R3 radiuslu qovuşma qövsünün xaricində
yerləşir.
Daxili qovuşmada qovuşan çevrə qövslərinin O1 və O2 mərkəzləri, R3 radiuslu qovuşma qövsünün daxilində
yerləşir.
Qarışıq qovuşmada isə çevrə qövslərindən birinin O2 mərkəzi R3 radiuslu qovuşma qövsünün daxilində və o
biri çevrə qövsünün mərkəzi O1 isə qovuşma qövsünün xaricində yerləşir

Sual 10.
BC düz xəttinin AB düz xəttinə nəzərən mailliyi M= BC/AB nisbətinə deyilir. Tutaq ki, mailliyi
1:4 olan ВС düz xəttini qurmaq lazımdır. Bunun üçün üfiqi xətt üzərində A nöqtəsindən ixtiyari
uzunluqda 4 bərabər parça ayrılır. Beləliklə, B nöqtəsi qurulur. Sonra isə A nöqtəsindən perpendikulyar qaldıraraq
onun üzərində AB xəttinin dörddə birinə bərabər AC parçası ayrılır. Beləliklə, C nöqtəsi qurulur. Nə-
hayət B və C nöqtələrini birləşdirməklə mailliyi 1:4 olan BC xəttini qurmuş oluruq.

Konusun oturacaq diametrinin onun hündürlüyünə olan nisbətinə konusluq deyilir.


Kəsik konusun iki oturacaq diametrləri fərqinin onların arasındakı məsafəyə olan nisbətinə konusluq deyilir.
Maillik i, konusluq isə C hərfi ilə işarələnir. Konusluğun qurulması üçün onun oturacağının D diametrini ikiyə
bölüb, konusun oxundan hər iki tərəfdə qeyd edirlər. Uzunluğu dəyişdirmədən qeyd edilmiş oturacağın
nöqtələri ilə birləşdirməklə konusu qurmuş oluruq
Kəsik konusun qurulması C= D - d /L düstur ilə əldə edilir.

You might also like