You are on page 1of 28

Sual 1

Bucaq sürəti (𝜔𝑧) bucaq yerdəyişməsinin zamana görə birinci tərtib törəməsinə bərabərdir.

Bucaq təcili, bucaq sürətinin zamana görə birinci, bucaq yerdəyişməsinin zamana görə ikinci
tərtib törəməsinə bərabərdir:

Xətti və bucaq kəmiyyətləri arasında əlaqə. Bucaq sürətinin (𝜔𝑧) modulu 𝜔-dır. 𝜔- nın zamana
görə törəməsi isə bucaq təcilinin modulunu verir:

Fırlanan cismin üzərində oxdan r məsafədə yerləşən zərrəcik üçün xətti sürətin modulu v və
xətti təcilin 𝑎 toplananları 𝜔 və α ilə aşağıdakı kimi əlaqədardırlar:

Sual 2
Qaz molekulları olduqca müxtəlif sürətlərlə hərəkət edir. Buna səbəb
molekulların arasıkəsilmədən toqquşmasıdır. .
Ehtimal nəzəriyyəsindən istifadə edərək Maksvell sürətləri hər hansı ilə
intervalında olan molekulların sayını hesablamışdır.
Əgər qazın bütün molekulları öz enerjisini yeganə bir molekula verib,
dayansalar belə həmin molekulun enerjisi, yaxud sürəti sonlu olacaqdır.
Beləliklə, aydın olur ki, qaz molekullarının sürəti sonsuz böyük ola bilməz. Həm də
qazda sürətləri sıfır olan molekula rast gəlmək mümkün deyil. Deyilənlərdən aydın
olur ki, molekulların sürəti əsasən hər hansı ən ehtimallı sürət ətrafında qruplaşır.

Sual 3
Elektrik sahə xətləri. Elektrik sahə xətləri elektrik sahəsini qrafik təsvir etməyə imkan verir. Sahə
xəttinin hər bir nöqtəsində ona çəkilən toxunan həmin nöqtədə 𝐸⃗ vektorunun istiqamətini
göstərir.
Əgər elektrik sahə xətləri qiymət və istiqamətcə sabit qalırsa, belə elektrik sahəsinə bircins
elektrik sahəsi deyilir.
Yükünün qiymətləri bərabər və əks işarəli, aralarındakı l məsafəsi bu yüklərin təsiri
hesablanacaq nöqtəyə qədər məsafədən kiçik olan bir-birinə bağlı yüklər sisteminə elektrik
dipolu deyilir. Yüklərin mərkəzlərini birləşdirən vektoru dipolun oxu adlanır və mənfi yükdən
müsbət yükə doğru yönəlir. Əgər dipolda elektrik sahəsinin təsiri ilə l məsafəsi dəyişməzsə belə
dipol sərt dipol, dəyişərsə sərbəst dipol adlanır.
Dipolu təşkil edən yüklərdən birinin modulunun l məsafəsinə olan hasilinə dipol momenti
deyilir:

Dipol momenti vektorial kəmiyyət olub, şərti olaraq mənfi yükdən müsbət yükə doğru yönəlir.

Sual 4
Koordinat başlanğıcından fəzada P nöqtəsinə çəkilən vektora P nöqtəsinin mövqe vektoru ⃗𝑟⃗
deyilir. Onun toplananları x,y,z koordinatlarıdır.
Orta sürət, yerdəyişmənin (∆𝑟 ), bu yerdəyişməyə sərf olunan zaman fasiləsinə nisbətinə
bərabərdir:

Orta sürət vektorunun istiqaməti yerdəyişmə vektorunun istiqaməti ilə eynidir.


Zaman fasiləsi ∆t-ni sıfra yaxınlaşdırıb limitə keçməklə sürətin ani qiymətini almaq olar

Göründüyü kimi ani sürət, yerdəyişmənin zamana görə birinci tərtib törəməsinə bərabərdir. Ani
sürət vektoru həmişə zərrəciyin trayektoriyasına toxunan istiqamətdə yönəlir.Sürət dəyişməsinin
bu dəyişmənin baş verdiyi zaman fasiləsinə nisbəti dəyişən sürətli hərəkətin orta təcili adlanır.

∆t-ni sıfra yaxınlaşdırmaqla limitə keçilərsə, ani təcil

kimi müəyyən olunur.


Göründüyü kimi, ani təcilin istiqaməti sürətin dəyişmə istiqamətində yönələn vektordur və
sürətin zamana görə birinci tərtib törəməsinə bərabərdir. Tam təcil üçün

doğrudur.
. Burada birinci hədd sürətin istiqamətinin dəyişməsi hesabına yaranan təcil olub, çevrənin
mərkəzinə doğru yönəldiyindən o mərkəzəqaçrna (normal) təcil adlanır. Ikinci hədd isə sürətin
ədədi qiymətinin dəyişməsi nəticəsində yaranan təcil olub, çevrəyə toxunan istiqamətdə yönəlir.

Sual 5

molekulların nisbi sayını göstərir. e-natural loqarifmanın əsasədər. e=2.7


Maksvelin sürətlərə görə paylanma qanunu ideal qaz molekullarının xaotik
hərəkətləri üçün doğru olub, istilik tarazlığı halı üçün doğrudur. Bu
paylanma qanunu o zaman doğru hesab edilir ki, qaza xarici sahə təsir
etməsin.

Molekulların sürətlərinin temperaturdan asılı olması paylanma əyrisinə də


təsir edir və temperatur artdıqca əyrinin maksimumu sağa sürüşür və aşağı
enir
Maksvelin sürətlərə görə paylanma qanunu ideal qaz molekullarının xaotik
hərəkətləri üçün doğru olub, istilik tarazlığı halı üçün doğrudur. Bu paylanma
qanunu o zaman doğru hesab edilir ki, qaza xarici sahə təsir Etməsin.

Sual 6

Nöqtəvi yüklər dedikdə elə yüklənmiş cisimlər başa düşülür ki, bu cisimlərin ölçüləri cisimlər
arasındakı məsafəyə nisbətən cox kiçik olsun. Kulon iki nöqtəvi yük arasindakı təsir qüvvəsini
(1780) təcrübə ilə tədqiq edərək belə bir qanun müəyyən etmişdir:

• İki nöqtəvi elektrik yükü arasındakı qarşılıqlı təsir qüvvəsi bu yüklərin (q 1,q0) modulları
hasili ilə düz, onların aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir:
(r)
F qüvvəsinin istiqaməti yüklərin birindən o birinə çəkilmiş radius-vektor istiqamətində olur
Qüvvə vektor olduğundan Kulon qanununu vektor şəklində yazmaq lazımdır. Onda

Təcrübə göstərir ki, elektriklənmiş cisimlər hər hansı dielektrik daxilində olarsa yüklər arasındakı
qarşılıqlı təsir qüvvəsi mühitin dielektrik nüfuzluğu  dəfə azalır.

Onda düstur şəklinə düşər.


ifadədən görünür ki, sınaq yükünü neçə dəfə artırsaq, kulon qüvvəsi də o qədər dəfə artacaq.
Lakin nisbət bütün sınaq yükləri üçün eyni olub, yalnız sahəni yaradan q yükündən və

yüklər arasındakı r məsafəsindən asılıdır. Deməli, nisbəti verilmiş nöqtədə elektrik


sahəsini xarakterizə edir. Bu nisbət ilə təyin olunan kəmiyyətə elektrik sahəsinin verilmiş
nöqtədə intensivliyi deyilir və E hərfi ilə işarə edilir

Indi fərz edək ki, elektrik sahəsi q1, q2, ..., qn kimi n sayda nöqtəvi yük tərəfindən yaradılmışdır.
Yüklər sisteminin fəzanın hər hansı nöqtəsində yaratdığı yekun elektrik sahəsinin tam
intensivliyi, ayrı-ayrı yüklərin bu nöqtədə yaratdıqları intensivliklərin həndəsi cəminə bərabərdir.
Bu elektrostatik elektrik sahəsi üçün superporisiya prinsipi adlanır.

Riyazi hesablamaları sadələşdirmək üçün elektrik yüklərinin həcmi, səthi və xətti sıxlığı
anlayışından istifadə olunur.

Yüklərin həcmi sıxlığı  cismin vahid həcminə düşən yükün miqdarına bərabərdir.
Sual 7

Nyutonun I qanunu aşağıdakı kimi ifadə olunur: Cismə təsir edən bütün qüvvələrin vektor
cəmi (əvəzləyici qüvvə ) sıfır isə, cisim öz sükunət və düzxətli bərabərsürətli hərəkət halını
saxlayır.
Qanundan alınır ki, cismin sükunət və ya düxzətli bərabərsürətli hərəkət halı eyni mexaniki
haldır. Hər iki halda cismin təcili sıfra bərabərdir.
Nyutonun I qanunu yalnız ətalət hesablama sistemlərində ödənilir.

Nyutonun ikinci qanununu belə ifadə etmək olar: Cismin hərəkət təcili ona təsir edən qüvvələrin
əvəzləyicisi ilə düz, onun kütləsi ilə tərs mütənasib olub, qüvvənin təsiri istiqamətində yönəlir.

Nyutonun ikinci qanunu da yalnız ətalət hesablama sistemlərində ödənilir. Onun


komponentlərlə ifadəsi aşağıdakı şəkildə verilmişdir.
Nyutonun III qanunu ilə müəyyən edilmişdir ki, qarşılıqlı təsirdə olan cisimlərə qiymətcə
bərabər, istiqamətcə əks qüvvələr təsir edir.

Burada ⃗𝐹⃗⃗⃗12⃗⃗ və 𝐹⃗⃗⃗21⃗⃗⃗ uyğun olaraq, birinci cismin ikinci cismə və ikinci cismin birinci
cismə etdikləri təsir qüvvələridir. Bu qüvvələr müxtəlif cisimlərə tətbiq olunduqlarından heç
vaxt bir-birini tarazlaşdırmırlar. Mənfi işarəsi qüvvələrin əks istiqamətdə yönəldiyini göstərir. Bu
qanun bəzən təsir və əks təsirin bərabərliyi qanunu da adlanır.

Hərəkət miqdarı (cismin impulsu). Zərrəciyin hərəkət miqdarı ⃗𝒑⃗ vektor kəmiyyətdir və
zərrəciyin kütləsi m və sürəti 𝒗⃗ -nin hasilinə bərabərdir.
Nyutonun II qanununda deyilir: zərrəciyə təsir edən əvəzləyici qüvvə onun hərəkət miqdarının
zamana görə birinci tərtib törəməsinə bərabərdir.
Hərəkət miqdarının saxlanması. Daxili qüvvə sistemin bir hissəsinin digərinə təsir etdiyi
qüvvədir. Xarici qüvvə sistemdən kənarda yerləşən hər hansı şeyin sistemin ixtiyari hissəsinə
təsir etdiyi qüvvədir. Sistemə təsir edən xarici əvəzləyici qüvvə sıfır olduqda sistemin tam
hərəkət miqdarı
𝑃⃗ (sistemi təşkil edən ayrı-ayrı zərrəciklərin hərəkət miqdarlarının vektor cəmi) sabit qalır və ya
saxlanılır. Tam hərəkət miqdarının hər komponenti ayrılıqda saxlanılır.
Əgər onda

Sual 8

Atmosferdə ixtiyari hündürlükdə havanın təzyiqi onun yuxarı qatlarının


Yer tərəfindən cəzb olunması hesabına yaranır. P = nkT olduğundan
atmosfer təzyiqinin də hündürlük artdıqca azalmasını söyləmək olar.
Atmosfer təzyiqinin hündürlükdən və temperaturdan necə asılı olduğunu
müəyyən edək.
Bir sütunun h hündürlüyündə atmosfer təzyiqi P olarsa, h+dh hündürlüyündə
azalaraq P – dP olar.
Onda dh hündürlüyündə atmosfer təzyiqi

olar.
Burada 𝜌 - havanın h hündürlüyündəki sıxlığı, g
– qravitasiya sahəsinin intensivliyidir. Normal şəraitdə atmosferin tərkibinə
daxil olan qazlar özünü təqribən ideal qaz kimi aparır. Onda belə qazın
sıxlığı
Beləliklə, yuxarıdakı şərtlər daxilində təzyiqin hündürlükdən asılılığı üçün
ifadə aldıq. Bu düstur barometrik düstur adlanır.

BOLSMAN PAYLANMASI:
Bolsman paylanması. Barometrik düsturda təzyiq və molekulların sayı arasındakı
əlaqəni (P = nkT) nəzərə alsaq, qazın konsentrasiyasının hündürlüyə görə dəyişmə
qanununu alarıq.

M/R=m/k olduğunu nəzərə alsaq

ifadəsi alınar. Molekul¬ların hündürlüyə görə paylanması iki amilin


nəticəsidir: birincisi molekulların Yer tərəfindən cəzb olunması, ikincisi
molekulları bütün hündürlüyə görə bərabər paylanmasına çalışan istilik
hərəkəti. Molekulların hündürlüyə görə paylanması potensial enerjiyə görə
paylanmasıdır, yəni

ifadəsi Bolsman paylanması adlanır.

Sual 9

İntensivlik vektorunun seli. 𝐸⃗ vektorunun səth elementindən keçən seli həmin vektorun səthə
perpendikulyar komponentinin səth elementinə hasilinə bərabərdir. Səthdən keçən tam sel isə
deyilən hasilin səth üzrə inteqralına bərabərdir.

görünür ki, intensivlik seli skalyar kəmiyyətdir və o həm müsbət, həm də mənfi ola bilər. Əgər
intensivlik xəttlərinin istiqaməti normal ilə iti bucaq əmələ gətirirsə (cos∅>0), onda sel müsbət,
kor bucaq əmələ gətirirsə (cos∅<0) sel mənfi olar.
Qauss teoremi. İntensivlik vektorunun ixtiyari qapalı səthdən keşən seli səthin əhatə etdiyi tam
yükün elektrik sabitinə nisbətinə bərabərdir. Gauss teoremi Kulon qanununun məntiqi
ekvivalentidir, lakin onun istifad.əsi yüksək simmetriyalı məsələlərin həllini çox sadələşdirir.
Qauss teoremini tətbiq etməklə müntəzəm yüklənmiş müstəvinin və kondensatorun elektrik
sahəsinin intensiv¬liklərini hesablamaq olar.

Sual 10
Sabit qüvvənin işi. Zərrəcik sabit 𝐹 qüvvəsinin təsirilə 𝑠 yerdəyişməsi edirsə qüvvənin
zərrəcik üzərində gördüyü iş 𝐹 və 𝑠 -in skalyar hasili ilə təyin edilir. İş skalyar kəmiyyətdir;
mənfi, müsbət və sıfır ola bilər.

Dəyişən qüvvənin işi. Zərrəciyin düzxətli yerdəyişməsi zamanı təsir edən qüvvə dəyişərsə
onun gördüyü iş xətti inteqralla hesablanır:

GÜC. İşin görülmə sürətini xarakterizə etmək üçün güc anlayışından istifadə olunur. Güc
vahid zamanda görülən işə bərabər olan kəmiyyətdir. BS vahidlər sistemində gücün vahidi
vatt (Vt) –dır.

Əgər 𝐹 qüvvəsi dt müddətində dA=(𝐹 ⃗𝑑𝑠⃗⃗⃗ ) qədər iş görərsə

alınar. Buradan alınır ki, güc, qüvvə vektoru ilə sürət vektorunun skalyar hasilinə bərabərdir
Sual 11
İdeal qaz molekulları bir-biri ilə qarşılıqlı təsirdə olmadığından potensial
enerjiyə malik olmur. Bu baxımdan ideal qazın tam enerjisi molekulların
irəliləmə, fırlanma
və rəqsi hərəkətinin kinetik enerjisindən ibarət olur.
Molekulların bütün hərəkət növlərinə düşən enerjini hesablamaq üçün
sərbəstlik dərəcələrinin sayı anlayışından istifadə edilir. Cisim və ya cisimlər
sisteminin fəzadakı vəziyyətini və ya yerini müəyyən edən asılı olmayan
koordinatların sayına, onun sərbəstlik dərəcələrinin sayı deyilir.
Məsələn, zərrəciyin fəzada vəziyyəti üç koordinatla (x,y,z) təyin olunduğundan
maddi nöqtənin üç sərbəstlik dərəcəsi vardır. Mütləq bərk cisim fəzada sərbəst
hərəkət edirsə, onun vəziy𝛼yəti asılı olmayan koordinatla təyin edilir ki,
bunların üçü (x,y,z) cismin irəliləmə hərəkətini, üçü isə (𝛼, 𝛽, 𝛾 ) onun fırlanma
oxunun koordinat oxları ilə əmələ gətirdiyi bucaqları göstərir
Beləliklə, mütləq bərk cis¬min altı sərbəstlik dərəcəsinə malik olduğunu
görürük. Əgər götürülmüş sistem N dənə zərrəcikdən ibarət olarsa və onlar
arasında möhkəm rabitə yoxdursa, belə sistemin 3N sayda sərbəstlik dərəcəsi
olacaqdır. Iki zərrəcik arasındakı istənilən möhkəm rabitə onun sərbəstlik
dərəcələrinin sayını bir vahid azaldır. Məsələn, iki zərrəcik arasındakı məsafə
sabit qalırsa, bu sistemin sərbəstlik dərəcələrinin sayı 5 olar.

Qeyd : molekulun neçə sərbəstlik dərəcəsi olmasına baxmayaraq, onlardan


üçü irəliləmə hərəkətinin payına düşür. Üç sərbəstlik dərəcəsinə malik olan ideal
qaz molekulunun irəliləmə hərəkətinə düşən orta enerjinin miqdarı

qədərdir. Onda bir sərbəstlik dərəcəsinə düşən


orta enerji olar.
Bu enerjinin sərbəstlik dərəcələrinə görə bərabər paylanması qanunu adlanır.
Fərz edək ki, qaz eyni molekul¬lardan ibarətdir və onlardan hər birinin sərbəstlik
dərəcə¬lərinin sayı i-dir. Onda bir molekulun bütün hərəkət növlərinə düşən

enerjisi olacaqdır. Son ifadəni qazı təşkil


edən molekulların sayına vursaq, onun tam daxili

enerjisini alarıq:

Bir molekula düşən enerjini təyin edərkən, rəqsi hərəkətin hər


sərbəstlik dərəcəsinə 2 dəfə artıq enerji düşdüyü nəzərə
alınmalıdır. Buna səbəb hərəkət edən molekulun həm kinetik, həm
də potensial enerjiyə malik olmasıdır.
Sual 12
Qauss teoremini tətbiq etməklə müntəzəm yüklənmiş müstəvinin və kondensatorun elektrik
sahəsinin intensivliklərini hesablamaq olar. Yükünün səthi sıxlığı σ olan müntəzəm yüklənmiş
sonsuz ölçülü bir müstəvi verildiyini fərz edək. Məsələnin simmetriyasına görə intensivlik xəttləri
yalnız müstəviyə perpendikulyar ola bilər.

Sual 13
Kinetik enerji. Cismin hərəkəti zamanı malik olduğu enerjiyə kinetik enerji deyilir. Zərrəciyin
kinetik enerjisi 𝐸𝑘 onu sükunətdən v sürətinə qədər təcilləndirmək üçün lazım olan işə
bərabərdir. Kinetik enerji skalyar kəmiyyətdir; müsbət və sıfır ola bilər.
• Potensial enerji sistemin hərəkəti ilə yox, onun mövqeyi ilə təyin olunan enerjidir. Qravitasiya
sahəsinin təsirinə məruz qalan cisim və ya sıxılmış yayın təsirinə məruz qalan cisim potensial
enerjiyə malikdir.
Potensial enerji cismə təsir edən qüvvələrin gördüyü işi hesablamaq üçün istifadə edilə bilər.
Bütün qüvvələrin gördüyü işi potensial enerjinin dəyişməsi vasitəsi ilə ifadə etmək
mümkündürsə sistemin tam mexaniki enerjisi (kinetik plyus potensial) sabit qalır. Digər
tərəfdən, tam mexaniki enerjinin dəyişməsi potensial enerjiyə daxil olmayan qüvvələr
tərəfindən görülən işə bərabərdir.

Sual 14

Təzyiqi P olan qaz sıxılarkən iş görülür

pV diaqramındakı əyri xətt işə bərabərdir


1]Dəyişən təzyiqlə genişlənmədə iş 0 dan böyük olur
2]Dəyişən təzyiqlə sıxılmada iş 0 dan kiçik olur
Fərz edək ki, ideal qaz V1, həcmindən V2 həcminə qədər izotermik
genişlənir. Bu zaman qazın gördüyü iş
İzobarik prosesdə qazın həcminin V1-dən V2-yə qədər genişlənməsi zamanı onun
gördüyü iş

izoxorik prosesdə V=const olduğundan

Sual 15

Mexanikadan məlumdur ki, istənilən mərkəzi qüvvələr sahəsi potensiallı sahədir, yəni bu
qüvvələrin gördüyü iş trayektoriyanın formasından asılı olmayıb, yerdəyişmənin başlanğıc və
son nöqtələrinin vəziyyətindən asılıdır. Məhz sükunətdə olan elektrik yükləri tərəfindən
yaranan sahə də bu xassəyə malikdir. Fərz edək ki, hər hansı q yükünün yaratdığı elektrik
sahəsində 𝑞0 sınaq yükü 1 nöqtəsindən 2 nöqtəsinə yerini dəyişir .Onda 𝑞0 yükünə Kulon

qanununa görə qüvvəsi təsir edəcəkdir.


Kulon qüvvəsinin qapalı yolda gördüyü iş sıfra bərabər olduğundan elektrostatik sahə
potensiallı, Kulon qüvvəsi isə konservativ qüvvədir. Konservativ qüvvələrin işi potensial enerjini
azalması hesabına olduğundan

Bunu nəzərə alsaq düsturdan q yükünün sahəsində yerləşən q0 yükü ilə q yükünün qarşılıqlı
təsirinin potensial enerjisi
ifadəsilə təyin edilir. Burada C inteqrallama sabitidir. Yüklərin qarşılıqlı təsirlərinin olmadığı
məsafəyə (sonsuzluğa) qədər uzaqlaşdırdıqda, potensial enerji sıfır olduğundan C=0 olur və son
ifadə

Sükunətdə olan elektrik yükləri dəstəsi tərəfindən yaradılan elektrik qüvvəsi konservativ
qüvvədir. Elektrik sahəsində hərəkət edən yüklü zərrəcik üzərində elektrik qüvvəsinin gördüyü iş
W potensial enerjinin dəyişməsi ilə ifadə oluna bilər.
İki nöqtəvi q və q0 nöqtəvi yüklər üçün elektrik potensial enerji yüklərin arasındakı
məsafədən r asılıdır.
Sual 16

Ətalət momenti. Verilmiş ox ətrafında fırlanmaya görə cismin ətalət momenti I onun fırlanma
ətalətinin ölçüsüdür: I-nin qiyməti böyük olduqca cismin fırlanma hərəkət halını dəyişdirmək
çətin olur. Ətalət momenti cismi təşkil edən zərrəciklərinin 𝒎𝒊 kütləsi ilə bu zərrəciklərin
fırlanma oxuna perpendikulyar məsafələrinin 𝒓𝒊 kvadratı hasillərinin cəmi ilə ifadə oluna
bilər.

İxtiyari cismin, öz ağırlıq mərkəzindən keçən oxa görə ətalət momenti məlum olduqda,
həmin cismin bu oxa paralel olan oxa görə ətalət momentini hesablamaq üçün Hüygens-
Şteyner teoremi mövcuddur.
İstənilən fırlanma oxuna görə ətalət momenti, bu oxa paralel və ağırlıq mərkəzindən
keçən oxa görə ətalət momenti ilə, cismin kütləsinin onun ağırlıq mərkəzindən fırlanma
oxuna qədər məsafənin kvadratı hasilinin cəminə bərabərdir

𝑱𝟎 – kütlə mərkəzindən keçən oxa görə ətalət momenti, a – oxlar arasındakı məsafədir. Bu
münasibətə paralel oxlar teoremi və ya Şteyner teoremi deyirlər.
Beləliklə, ətalət momenti kütlənin cismin həcmi boyunca paylanma qanunundan və
fırlanma oxundan asılıdır.

Fırlanan bərk cismin kinetik enerjsi. Fərz edək ki, m kütləli ixtiyari formalı cisim 𝝎 sabit bucaq
sürətilə tərpənməz OO oxu ətrafında fırlanır . Onun i saylı, ∆𝒎𝒊 kütləli elementar hissəsinin
kinetik enerjisi

Bütöv cismin kinetik enerjisi, onun ayrı-ayrı elementlərinin kinetik enerjiləri cəminə
bərabərdir.

Sual 17

Cismin daxili enerjisi onu təşkil edən hissəciklərin hərəkət və qarşılıqlı təsir
enerjisidir. Real qazlarda daxili enerji həm temperaturdan, həm də həcmdən asılı
olduğu halda verilmiş kütləli ideal qazın daxili enerjisi yalnız temperaturdan asılıdır.
Biratomlu ideal qazın daxili enerjisi

İstilikvermə prosesi zamanı cismə verilən və ya ondan alınan daxili enerjinin


miqdarına istilik miqdarı deyilir. Cismin daxili enerjisini iş görməklə və istilik
mübadiləsi ilə dəyişmək olar.
Enerjinin saxlanması qanununa uyğun olaraq, sistem bu haldan başqa
hala keçərkən onun daxili enerjisinin dəyişməsi (ΔU), onun aldığı istilik miqdarı
(ΔQ) ilə, sistemin xarici qüvvələrə qarşı gördüyü işin fərqinə

bərabərdir.
Şəklində yazmaq olar

Bu ifadələr termodinamikanın I qanununun


riyazi ifadələri adlanır. Sistemə verilən istilik miqdarı sonsuz kiçikdirsə və
sistemin daxili enerjisinin dəyişməsi də sonsuz kiçik olarsa, onda sistemi gördüyü
iş A-da sonsuz kiçik olar. Onda

şəklində yazıla bilər.


Qapalı istilik proseslərində görülən iş isə bütün hallarda sıfra bərabər deyil. Bu
mənada görülən iş, tam differensial deyildir və bu kimi işarə edilir .
Onda alınır ki, istilik mübadiləsində alınan və ya verilən istilik miqdarı da tam
differensial deyildir. Onda termodinamikanın I qanunu

daha dəqiq kimi yazilir

Termodinamikanın birinci qanunundan aşağıdakı nəticə alınır: elə bir periodik


işləyən mühərrik yaratmaq mümkün deyil ki, o xaricdən istilik miqdarı almadan iş
görə bilsin.
Əgər bu mümkün olsa idi, birinci növ daimi mühərrik yaratmaq mümkün olardı.
Termodinamikanın birinci qanununu müxtəlif izoproseslərə tətbiq edək.
• izoxorik prosesdə V=const olduğundan
Bu halda sistemdəki istilik miqdarının dəyişməsi yalnız onun daxili enerjisini dəyişir.

izotermik prosesdə T = const və daxili enerjinin dəyişməsi

olduğundan olur, yəni bu halda sistemdə istilik miqdarının dəyişməsi, yalnız


işin görülməsinə səbəb olur
Sual 18
Wp potensial enerjinin qiymətinin müsbət sınaq yükü – 𝑞0-a nisbətinə sahənin verilmiş
nöqtəsinin potensialı deyilir.
Potensial V vahid yükə düşən potensial enerjiyə deyilir. İki nöqtə arasındakı potensiallar fərqi
müsbət vahid sınaq yükünü bu nöqtələr arasında hərəkət etdirmək üçün lazım olan işə
bərabərdir. Hər hansı yük miqdarının yaratdığı potensial V ya cəmləmə (nöqtəvi yüklər toplusu
olduqda) ya da inteqrallama (kəsilməz paylanmış yük olduqda) vasitəsilə hesablana bilər.

İki a və b nöqtələri arasındakı potensiallar fərqi həm də a nöqtəsinin b nöqtəsinə nəzərən


potensialı adlanır və 𝐸⃗ –nin xətti inteqralı kimi tapılır.

Sual 19
Qüvvə momenti. Cismə qüvvə 𝐹 təsir etdikdə həmin qüvvənin O nöqtəsinə nəzərən momenti
qüvvənin modulu F ilə qüvvənin qolunun l hasilinə bərabərdir. Daha ümumi desək, qüvvə
momenti 𝑟 (qüvvənin tətbiq nöqtəsinin mövqe vektoru) və 𝐹 -in vektor hasilinə bərabər olan
vektordur.
Fırlanma hərəkətinin dinamikası. Cismə təsir edən qüvvə momentlərinin əvəzləyicisi cismin
ətalət momenti ilə onun bucaq təcilinin hasilinə bərabərdir. Fırlanan bərk cismin hər bir
zərrəciyinə təsir edən momentləri cəmləsək (bərk cisimdə zərrəciklərin bucaq təcilləri eynidir)

Sual 20
Bir kiloqram maddənin temperaturunu 1K qədər artırmaq üçün tələb olunan
istilik miqdarına xüsusi istilik tutumu deyilir və c hərfi ilə işarə edilir.

Maddənin bir mol-nun temperaturunu 1K qaldırmaq üçün tələb olunan istilik


miqdarına bərabər olan fiziki kəmiyyətə isə molyar istilik tutumu
deyilir.Maddələrin molyar istilik tutumları sabit təzyiqdə və sabit həcmdə
hesablanır. Sabit həcmdə (V = const) və T temperaturunda götürülmüş 1 mol
qazı 1 dərəcə qızdırarkən qaz xarici qüvvələrə qarşı iş görmədiyindən ona
xaricdən verilən istilik miqdarı tamamilə onun daxili enerjisinin artmasına səbəb
olur.
Onda sabit həcmdəki ideal
qazın molyar istilik tutumu

olar. Burada

- universal qaz sabiti. i – qaz


molekullarının sərbəstlik dərəcələrinin sayıdır.

İdeal qazların istilik tutumları, Mayer tənliyi.


Daxili enerjinin artımı düsturları ilə
hesablandığından sabit təzyiqdəki molyar istilik tutumu kimi ifadə olunar. Bu,
Mayer tənliyidir. Aldığımız nəticəyə əsasən R universal qaz sabitini fiziki mənası
aydınlaşır. O, 1 mol qazı sabit təzyiqdə 1 K qızdırdıqda qazın xarici qüvvələrə qarşı
gördüyü işə bərabərdir.
Sual 21

Sual 22
Qüvvə momentinin işi. Bərk cisim fırlanarkən ona təsir edən qüvvə momenti cismin üzərində iş
görür. Bu iş qüvvə momentinin inteqralı ilə ifadə oluna bilər. İş-kinetik enerji teoreminə görə
fırlanan cisim üzərində görülən tam iş fırlanma kinetik enerjisinin dəyişməsinə bərabərdir. Güc
qüvvə momenti ilə bucaq sürətinin hasilinə bərabərdir.

Sual 23
Termodinamikada rast gəlinən ən mühüm proseslərdən biri adiabatik
prosesdir. Cisimlə ətraf mühit arasında istilik mübadiləsi olmadan gedən
proses adiabatik proses adlanır. Böyük sürətlə gedən proseslərdə mühitlə
cisim arasında istilik mübadiləsi baş verməyə də bilər. Qaz adiabatik
genişləndikdə proses zamanı

yəni adiabatik genişlənmədə xarici təzyiqə qarşı görülən iş qazın daxili


enerjisinin azalması hesabına olur, nəticədə qaz soyuyur və əksinə adiabatik
sıxılmada qaz görülən iş hesabına qızır.
Termodinamikanin 1 ci qanununa görə

olur. Alınan tənlik T və V


parametrləri ilə verilən adiabatik prosesin hal tənliyi və ya Puasson tənliyi adlanır. Bu
tənliyi qazın təzyiqi və həcmi ilə də ifadə

etmək olar.
Sual 24
Əgər potensial V koordinatların (x,y,z) funksiyası kimi məlumdursa ixtiyari nöqtədə elektrik sahə
intensivliyinin 𝐸⃗ toplananları V-nin xüsusi törəmələri ilə tapılır.

Sual 25
Bucaq impulsu. Zərrəciyin O nöqtəsinə nəzərən bucaq impulsu zərrəciyin həmin nöqtəyə
nəzərən mövqe vektoru 𝑟 ilə onun impulsunun 𝑝 = m𝑣 vektor hasilinə bərabərdir. Əgər
simmetrik cisim tərpənməz simmetriya oxu ətrafında fırlanırsa onun bucaq impulsu ətalət
momenti ilə bucaq sürəti vektorunun hasilinə bərabərdir. Əgər cisim qeyri simmetrikdirsə və
ya fırlanma oxu simmetriya oxu deyilsə bucaq impulsunun ox üzrə yönəlmiş toplananı Lz =
I𝛼𝑧-dir.
Sistemin bucaq impulsu. Sistemə təsir edən xarici qüvvə momentlərinin əvəzləyicisi onun
bucaq impulsunun zamana görə birinci tərtib törəməsinə bərabərdir.Əgər sistemə təsir edən
xarici qüvvə momentlərinin əvəzləyicisi sıfır isə sistemin tam bucaq impulsu sabit qalır
(saxlanır). Bucaq impulsunun saxlanması strukturun daimiliyinin göstəricisidir.
Xətti impulsda olduğu kimi bucaq impulsunda saxlanma qanunu da yalnız sistemə aiddir.
Xətti impulsla qüvvənin münasibəti (Nyutonun II qanunu) bucaq impulsu ilə əvəzləyici
qüvvə momentinin münasibətinə analoqdur.

𝐿⃗ = const və ya

Sual 26
Məlumdur ki, təbiətdə baş verən müxtəlif hadisələrə səbəb elementar zərrəciklər
arasında qüvvətli, elektromaqnit, zəif və qravitasiya qarşılıqlı təsir qüvvələrinin
olmasıdır. Məsələn, cazibə qarşılıqlı təsiri kütlənin, elektromaqnit qarşılıqlı təsiri isə
zərrəciyin yükünün varlığı ilə bağlidır.
Elementar zərrəciyin yükü onun ən birinci xarakteris-tikasidır. Onun
aşağıdakı əsas xassələri vardır:

1. İki növ yükə (şərti olaraq müsbət və mənfi adlandırılmış) malik elementar
zərrəciklər mövcuddur.

2. İstənilən qapalı sistemdə yüklərin cəbri cəmi sabit qalır. Bu elektrik yükünün
saxlanması qanunudur. Başqa sözlə elektrik yükü itmir,
yenidən yaranmır, yalnız toxunma nəticəsində bir
cisimdən digərinə ötürülür. Verilmiş qapalı sistemdə
Bunu Faradey kəşf etmişdir. Ən kiçik elementar

yük elektronun yüküdür:


Protonun yükü də modulca elektronun yükünə bərabərdir və “+” işarəyə malikdir

Hər hansı yük bu elementar yüklərdən

yarandığından
Sual 27
Elektrik cərəyanını praktik olaraq keçirməyən maddələr dielektriklər (və ya izolyatorları) adlanır.
Naqillərdən fərqli olaraq dielektriklərdə elektrik yükləri sərbəst olmayıb, həmişə molekul (atom)
daxilində bir-biriləri ilə rabitədə olur.
çoxlu sayda təcrübələr göstərir ki, əvvəlcədən yüklənməmiş dielektrikin üzərində elektrik
sahəsində yüklər əmələ gəlir .Naqillərdən fərqli olaraq bu yüklər maddənin bütün həcmi
boyunca yerini dəyişə bilmir. Bu səbəbdən dielektrikdəki yükə bağlı yüklər və ya polyarizasiya
yükləri deyilir. Atom və molekullar müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən
elektronlardan ibarətdir. Elektronun nüvə ətrafında bir dövr etməsi üçün 10−15san vaxt
lazımdır. Xüsusi halda

ən sadə atom olan hidrogenə baxaq. 10−9san ərzində elektron müsbət yüklü nüvə ətrafında
milyon dəfə dövr edir.
Beləliklə, dielektrikləri 2 yerə bölmək olar.
1. Müsbət və mənfi yük mərkəzləri üst-üstə düşməyən atom və ya molekullardan təşkil olunmuş
polyar dielektriklər.
2. Müsbət və mənfi yük mərkəzləri üst-üstə düşən qeyri-polyar dielektriklər.

Polyar dielektrikdə bağlı yüklər dipol şəklində olur. Xarici elektrik sahəsi olmadıqda bu dipollar
nizamsız şəkildə yönəldiyindən yekun olaraq dielektrik yüksüz olur. Xarici sahəyə daxil edilən
dielektrikdə bağlı yüklərin sahə istiqamətində düzlənməsi baş verir və dielektrik yüklənir. Polyar
dielektriklərin polyarlaşması oriyentasiya və ya dipol polyarlaşması adlanır. Əgər dielektrik
qeyri-polyar dielektrikdən təşkil olunubsa, xarici elektrik sahəsi həmin molekulda mənfi və
müsbət yük mərkəzlərini sürüşdürür və molekulda dipol momenti yaradır. Qeyri-polyar
dielektrikin polyarlaşması elektron yerdəyişməsi polyarlaşması adlanır. Qeyri-polyar
dielektriklərə H2, O2, N2, CO2, CH4 maddələri, polyar dielektriklərə isə H2O, NH3, SO2 CO və s.
misal ola bilər.
Bu dielektriklərdən başqa ion qurluşlu dielektriklər, məsələn, NaCl, KCl və s. maddələr də vardır.
İon kristallarında müşahidə olunan polyarlaşma ion polyarlaşması adlanır.
Belə maddələrin kristal qəfəslərində müsbət və mənfi ionların xarici sahə istiqamətində
yönəlməsi baş verir. Ionların istilik hərəkəti bu polyarlaşmanı aradan qaldırmağa çalışır.
Dielektrik daxilində elektrik sahəsi həm kənar, həm də bağlı yüklərlə yaradılır Amma dielektrik
daxilində elektrik sahəsinin ilk mənbəyi kənar yüklərdir. Superpozisiya prinsipinə görə dielektrik
daxilində yekun sahənin intensivliyi kənar və bağlı yüklərin sahələrinin intensivliklərinin həndəsi
cəminə bərabərdir.

Sual 28
İdeal qaza molekulları arasında cazibə qüvvələri təsir etməyən, itələmə qüvvələri isə yalnız bir-
biri ilə toqquşduqda meydana çıxan çox kiçik bərk elastik kürələr kimi özlərini aparan
molekullardan ibarət qaz kimi baxılır. İdeal qazın molekullarının hərəkəti klassik mexanika
qanunlarına tabedir
Nyutonun III qanununa görə toqquşma zamanı bir molekulun divara verdiyi qüvvə impulsu
ədədi qiymətcə

olar. 𝛿𝑡 zaman intervalında molekulların hamısının divara vurduqları zərbələr nəticəsində,


divarın aldığı qüvvə impulsunun orta qiymətini hesablayaq. Hər bir molekulun divara 2m𝑣𝑥
impulsu verdiyini nəzərə alsaq qüvvə impulsunun orta qiyməti

düsturu ilə hesablanar. Burada Z , ∆𝑡 müddətindəki toqquşmaların orta sayıdır. Molekulların


konsentrasiyası n olarsa x oxu boyunca hərəkət edən molekulların yarısının da Ox oxunun mənfi
istiqamətdə hərəkət etdiyini qəbul etmək olar. Onda molekulların divarla toqquşmalarının orta
sayı
alarıq. Buradan isə qazın təzyiqi üçün

ifadəsi alınar. Bu ifadə ideal qazlar üçün molekulyar kinetik nəzəriyyənin (MKN) əsas tənliyi
adlanır.

Qaz molekullarının orta kinetik enerjisi olduğunu qəbul etsək və

Klapeyron düsturunu nəzərə alsaq son ifadəni belə yazmaq olar:

görünür ki, qazın təzyiqi onun konsentrasiyası və temperaturu ilə düz mütənasibdir.
Sual 29
1. Sürtünmə yolu ilə elektriklənmə (plastik mil parçaya sürtülərək elektriklənir)
2. Toxunma yolu ilə elektriklənmə (yüklü kürə yüksüz kürəyə toxunur))
3. İnduksiya yolu ilə elektriklənmə
Keçiricilər 2 yerə bölünür-Naqillər və dielektriklər
Naqillər elə materiallardır ki, onlarda yük asan hərəkət edir, onlarda mobil yüklər vardır;
dielektriklərdə yük asan hərəkət edə bilmir, onlarda mobil yüklər yoxdur. Metalların əksəriyyəti
yaxşı naqillərdir; qeyri metalların əksəriyyəti dielektriklərdir.
Sual 30
• Lövhələr arasındakı potensiallar fərqi ∆ V −dir .Yenə də dq yükünü

• Yuxarıya daşımaq üçün aşağıda hesablanan qədər iş görülür:


• Q =q qədər yükləmək üçün görülən iş

Müstəvi kondensatorun tutum düsturu bizə məlumdur


• Onda kondensatorun lövhələri arasında toplanan enerji, elektrik sahəsində toplanan
enerji

You might also like