You are on page 1of 2

İşə qəbul üçün daxili müraciət elanı 62009661

Vəzifə haqqında məlumat


Vakansiyanın adı Mexanik (Lənkəran rayonu)
Elanın bitmə tarixi 14.10.2022
Keçid kodu 10326/2022 INT
Müəssisə, Təşkilat Azəriqaz İB
Struktur vahidi Rəhbərlik yanında aparat
Ştat vəzifəsinin adı Mexanik (Lənkəran rayonu, Rəhbərlik yanında aparat)
Struktur vahidinin ünvanı Lənkəran şəhəri Şəhidlər Xiyabanı 169
Şəhər/rayon Lənkəran rayonu
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 10
Əmək haqqı 988.00 azn/aylıq
Əlavə məlumat SOCAR-ın müvafiq Qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə
yemək xərci əvəzinə 3 manat əlavə vəsait ödənilir

İş şəraiti Quruda
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunmur
Sığorta Tibbi, Həyat
Vəzifə öhdəlikləri (funksiyalar) • Avadanlıqların fasiləsiz və texniki cəhətdən düzgün istismar olunması,
onların növbəliliyinin artırılması, işçi vəziyyətdə saxlanılması,istehsalatın
elektrik enerjisi, buxar, qaz, su və digər enerji növləri ilə fasiləsiz təmin
edilməsi, enerji ehtiyyatlarından səmərəli istifadə olunması, istehsalatın
texniki hazırlığı, avadanlıqların, materialların və ehtiyyat hissələrinin
alınması üçün sifarişlər hazırlamaq;
•İdarənin yeni texniki avadanlıqlarla təmin olunması, istehsalat
proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması məqsədilə təkliflər
hazırlamaq;
•İstismar olunan mexaniki avadanlıqların qüvvədə olan normativlərə əsasən
texniki baxışınıın, sınağının və profilaktik təmirinin plan-qrafikini tərtib
etmək, onların həyata keçirilməsinə nəzarət etmək;
•Avadanlıqların vaxtından əvvəl köhnəlmə, boşdayanma səbəblərini
öyrənmək, qəzaların tədqiq edilməsini və onların aradan qaldırılmasını
təmin etmək;
•Avadanlıqların quraşdırılması üzrə işlərin keyfiyyətinə nəzarət etmək;
•Sahəsinə uyğun əsas fondların inventarizasiyasının aparılmasını təşkil
etmək, köhnəlmiş, təmir tələb edən avadanlıqları müəyyən etmək;
•Avadanlıqların, materialların və ehtiyyat hissələrinin alınması üçün
sifarişləri hazırlamaq, İdarənin rekonstruksiyası və texniki cəhətdən
silahlanması, istehsalat proseslərinin mexanikləşdirilməsi və
avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq;
•Nəzarət ölçü cihazlarının hazırlanmasını və kalibrlənməsini təmin etmək;
•Sahəsinə uyğun istehsalat sahələrini, xəbərdaredici və qadağanedici
nişanlarla təmin etmək;
•İstismar olunan avadanlıqlar podratçı təşkilatlar tərəfindən təmir edilərkən
onları zəruri texniki sənədlərlə təmin etmək, yeni texnika və texnologiyanın
istehsalata tətbiqini təşkil etmək;
•Yanacaq və sürtkü materiallarına olan tələbatı 1(bir) ay öncə hazırlayaraq
Birliyin Mexanika və energetika şöbəsinə təqdim etmək;
•Yanacaq paylama cədvəlini tələbata uyğun olaraq tərtib etmək və
yanacağın qənaətlə işlədilməsinə nəzarət etmək;
•Yanacaq və sürtkü materiallarına aid hesabatları (aylıq və illik) müvafiq
təlimata uyğun şəkildə hazırlamaq və Birliyin mexanika və energetika
şöbəsinə təqdim etmək.

Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Ali bakalavr Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Təhsil pilləsi / əhatəsi Müddəti / İş təcrübəsi Təsvir
Ali bakalavr / Müvafiq sahə üzrə 1 İl / Müvafiq sahə üzrə
Sertifikat tələbləri
Tələb edilən sertifikat yoxdur.
Səriştəlik və digər tələblər
Məsuliyyət
Nizam-intizam
Dürüstlük
Etik davranış
Peşəkarlıq
Şifahi özünüifadə
Microsoft Excel
Microsoft Outlook
Microsoft Word
Bilməlidir
•Fəaliyyət sahəsi üzrə Azərbaycan Respublikasının qanunvericilik aktlarını;
•İşinə aid olan metodiki, normativ və başqa rəhbər materialları (qayda, əmr, qərar və sərəncamları);
•Texniki sənədlərə, materiallara və məlumatlara olan tələbləri;
•Texniki sənədlərin tərtibatında istifadə olunan standartları;
•İstifadə olunan avadanlıqların texniki xarakteristikalarını;
•Texniki hesabatların aparılması metodlarını;
•Elm və texnikanın nailiyyətlərini, qabaqcıl təcrübələri, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat
sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

You might also like