You are on page 1of 4

İşə qəbul üçün daxili müraciət elanı 62012576

Vəzifə haqqında məlumat


Vakansiyanın adı Vergilər üzrə aparıcı mühasib
Elanın bitmə tarixi 31.07.2023
Keçid kodu 12294/2023 INT
Müəssisə, Təşkilat Karbamid zavodu
Struktur vahidi İqtisadiyyat və uçot şöbəsi
Ştat vəzifəsinin adı aparıcı mühasib
Struktur vahidinin ünvanı Bakı-Quba yolunun 35-ci km
Şəhər/rayon Sumqayıt şəhəri
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 15
Əmək haqqı 2183.00 azn/aylıq
Əlavə məlumat İşçilər faktiki iş günlərinə uyğun gündəlik yemək xərci və tibbi sığorta ilə
təmin olunur.
İş şəraiti Normal
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunur
Bakı şəhərindən: Ukrayna dairəsi, Əhmədli, Xalqlar dostluğu, Qara Qarayev,
Koroğlu, İnşaatçılar metro stansiyaları,
Dərnəgül şossesi, Ayna Sultanova, 20 yanvar dairəsi, Ekologiya postu,
Xırdalan dairəsi, Masazır dairəsi, Ceyranbatan qəsəbəsi, Saray qəsəbəsi,
Lökbatan dairəsi, Yasamal MİDA, Yasamal Asan xidmət.

Sumqayıt şəhərindən: 17-ci mikrorayon dairəsi, Səməd market, 18-ci


mikrorayon (Ucuz market), 13-cü mikrorayon (YDM), Corat qəsəbəsi (TTYS).
Sığorta Tibbi, Həyat
Vəzifə öhdəlikləri (funksiyalar) Vergilərin ödənilməsinin təmin edilməsi üzrə:
1.Mütəmadi olaraq depozit hesabından ödəniləcək vergi məbləğlərinin
təhlil edilməsi
2.İnternet Vergi İdarəsinin sub-uçot hesabından çıxarışın əldə edilməsi və
struktur bölmə rəhbərinə məlumat verilməsi
3.Vergilərin ödənilməsi haqqında çıxarışın qeydiyyata alınması və
saxlanılmasının təmin edilməsi
4.Sistemdən (SAP ERP) hesablanmış vergi məbləğləri haqqında
məlumatların götürülməsi və təhlil edilməsi .
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidməti tərəfindən göndərilən online məktublara mütəmadi baxılması və
cavablandırılması, eyni zamanda daxil olan kameralların vaxtında və dəqiq
araşdırılaraq cavablandırılması.

Hesablanmış və ödənilmiş vergilərə, eləcə də depozit hesabın hərəkətinə


nəzarət üzrə:
1.Zavodun hesablanmış, ödənilmiş vergilərin və depozit hesabının hərəkəti,
hesablaşma hesabındakı yekun məbləğlər haqqında məlumatların İnternet
vergi idarəsindən və internet bankinq xidmətindən toplanması
2.Hesablanmış, ödənilmiş vergilərin və depozit hesabının hərəkəti,
hesablaşma hesabındakı yekun məbləğ məlumatlarının təhlili və
ümumiləşdirilməsi
3.Zavodun hesablanmış, ödənilmiş vergilərin və depozit hesabının hərəkəti
haqqında hesabatların hazırlanması, rəhbərliyə və Baş ofisin aidiyyəti
struktur bölməsinə təqdim edilməsi
4.Hesabatların qeydiyyata alınması və saxlanılmasının təmin edilməsi

Əlavə dəyər vergisinin əvəzləşdirilməsi üzrə:


1.Hesabat dövründə alınmış və təqdim edilmiş elektron qaimə fakturalar
üzrə ödənilmiş ƏDV məbləğləri haqqında uçot məlumatları və ödəniş
tapşırıqlarının toplanması
2.Hesabat dövründə satın alınmış mal-materiala, qəbul edilən xidmətlərə
görə ödəniş tapşırıqlarının, həmçinin alıcılar və sifarişçilərə təqdim edilən
elektron qaimə fakturalarının İnternet Vergi İdarəsinin ƏDV-nin
əvəzləşdirilməsi bölməsində məlumatların işlənilməsi
3.ƏDV-nin sistemdə (SAP Fİ) işlənilərək əvəzləşdirilməsi və büdcəyə
ödənilmiş, əvəzləşdirilə bilinməyən ƏDV-nin kapitallaşdırılması və ya
xərclərə ötürülməsi
4.Sistemin (SAP ERP) Fİ modulunda Əlavə Dəyər Vergisinin
əvəzləşdirilməsinin aparılmasından sonra müvafiq baş kitab hesablarının
klirinqi (sıfırlanması)
5.Əvəzləşdirmə nəticəsində büdcəyə ödənilməli və ya büdcədən
qaytarılmalı olan ƏDV məbləğinin ƏDV bəyannaməsində əks etdirilməsi

Vergi bəyannamələrinin və hesabatın hazırlanması üzrə:


1.Mənfəət vergisinin bəyannaməsinin hazırlanması
2.Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin hazırlanması
3.Əmlak vergisinin bəyannaməsinin hazırlanması
4.Torpaq vergisinin bəyannaməsinin hazırlanması
5.Əlavə dəyər vergisinin bəyannaməsinin hazırlanması
6.Nəzarət olunan əməliyyatlar barədə məlumatın, o cümlədən arayışın
hazırlanması.

Digər fəaliyyətlər üzrə:


1.Zavodun maliyyə fəaliyyətinin müntəzəm təhlil edilməsi və onun
təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi
2.Maliyyə və vergi məsələlərində struktur bölmələrə metodik köməklik
göstərilməsi və mövcud nöqsanlar və çatışmazlıqlar barədə təkliflərin
verilməsi
3.Maliyyə ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib
hazırlanmasında iştirak
4.İqtisadi göstəricilərlə əlaqədar struktur bölməyə daxil olan sənədə
(məktuba) təhlil edilən material və məlumatlar əsasında cavabın
hazırlanması və struktur bölmə rəhbərliyinə təqdim edilməsi

Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Ali bakalavr Müvafiq istiqamət üzrə
Tələb edilən iş stajı
Təhsil pilləsi / əhatəsi Müddəti / İş təcrübəsi Təsvir
Ali bakalavr / Müvafiq istiqamət 4 İl / Müvafiq istiqamət üzrə 4 il müəssisə və təşkilatların
üzrə vergiləri ilə iş üzrə mütəxəssis
vəzifələrində iş stajı tələb olunur
Sertifikat tələbləri
4 Sertifikat Müvafiq ixtisas kursu
Səriştəlik və digər tələblər
Dərketmə
Detallara diqqət
Dürüstlük
Etik davranış
Məsuliyyət
Mühakimə
Nizam-intizam
Peşəkarlıq
Problem analiz etmə
Şifahi özünüifadə
Təqdimetmə
İşi təqib etmə
Yaradıcılıq
Yazılı özünüifadə
Microsoft Excel
Microsoft Word
Microsoft Outlook
Vergi hüququ
Büdcələşmə
Maliyyə-xəzinadarlıq
Maliyyə analizi
Pul vəsaitlərin hərəkəti
Gəlir-xərc analizi
Əmək haqqının uçotu
Vergi uçotu
SAP Fİ
OpenText
BTP
Əməyin təhlükəsizliyi
Sanitariya-gigiyena
Keyfiyyət idarəetmə sistemi
Ətraf mühitin idarə edilməsi sistemi
Dövlət gəlir. proq. və modelləş. metodol
Valyuta əməliyyatları rejimi qaydaları
Fəaliyyəti tənz. daxili normativ sənəd.
Mühasibat Uçot. Beynəlxalq Standartları
Əməyin sağlam. və təhlükəsizliyi sistemi
Neft sən. əm. müh. vah. idarəet. sistemi
Səriştəlik və digər tələblər
Yanğın mühafizəsinin əsasları
Bilməlidir
- Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında Qanununu,
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini,
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini,
- Mühasibat Ucotunun Beynəlxalq Standartlarını,
- mühasibat uçotunun təşkilini,
- mühasibat hesabatlarının tərtibini,
- Elektron Vergi Bəyannamələrinin tərtibatını və sistemə işlənməsini.

You might also like