You are on page 1of 2

İşə qəbul üçün daxili müraciət elanı 62010571

Vəzifə haqqında məlumat


Vakansiyanın adı Mühəndis (Nəqliyyat üzrə)
Elanın bitmə tarixi 06.02.2023
Keçid kodu 10963/2023 INT
Müəssisə, Təşkilat Nəqliyyat İdarəsi
Struktur vahidi Texniki istehsalat şöbəsi
Ştat vəzifəsinin adı mühəndis
Struktur vahidinin ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr. 64
Şəhər/rayon Bakı şəhəri
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 09
Əmək haqqı 888.00 azn/aylıq
Əlavə məlumat 3 azn yemək pulu
İş şəraiti Normal
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunmur
Sığorta Tibbi, Həyat
Vəzifə öhdəlikləri (funksiyalar) •Departamentdəki nəqliyyat vasitələrinin cari təmirinin və texniki
xidmətinin təşkili və aparılması işlərini həyata keçirmək;
•Nəqliyyat vasitələrinin yüksək texniki hazırlığının təmin edilməsinə görə
sistematik iş aparmaq;
•Yeni markalı nəqliyyat vasitələrinin xüsusiyyətinin öyrənilməsi məqsədilə
sürücülərə, təmir işçilərilə və mühəndis texniki işçilərlə texniki təhsilin təşkili
və keçirilməsi işlərini təşkil etmək;
•Nəqliyyat vasitələrinin təmirinin və texniki qulluğunun təşkilinin
təkmilləşdirilməsi üzrə işi aparmaq;
•Nəqliyyat vasitələrində hərəkətin təhlükəsizliyinə təsir edən hissələrin,
aqreqatların və sistemlərin təmiri üçün təmir fəhlələrinin təhkim edilməsi
haqqında əmr layihəsini hazırlamaq;
•Nəqliyyat vasitələrinin Departamentin balansına qəbul edilməsi haqqında
əmr hazırlamaq və müvafiq şöbələrlə razılaşdırılmasını təmin etmək;
•Departamentin kadrlar və istismar şöbələri ilə birlikdə sürücülərin və təmir
fəhlələrinin ixtisaslarının artırılması və hazırlıq planlarını tərtib etmək;
•Şinlərin və akkumulyatorların uçotunu aparmaq;
•Avtomobil dəstələrinin fəaliyyətini istiqamətləndirmək və tənzimləmək;
•Nəqliyyat vasitələrinin texniki nasazlıqlarının baş verməsi səbəblərini
öyrənmək, onların aradan qaldırılması və xətdəki nəqliyyat vasitələrinə
texniki qulluğun keyfiyyətli yerinə yetirilməsi üçün təkliflər vermək;
•Texniki nasazlığa görə nəqliyyat vasitələrinin xətdən qayıtma hadisələrinin
təhlilini aparmaq;
•Nəqliyyat vasitələrinin texniki baxışdan keçmələri üçün qrafik tərtib etmək;
•Avtomobillərin texniki və normativ sənədlərə uyğun olaraq yükgötürmə
qabiliyyətini müəyyənləşdirmək;
•İstehsalatda gözlənilən boşdayanmaların qarşısını almaq üçün tədbirlər
işləyib hazırlamaq və həyata keçirmək.

Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Ali bakalavr Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Təhsil pilləsi / əhatəsi Müddəti / İş təcrübəsi Təsvir
Ali bakalavr / Müvafiq sahə üzrə
Sertifikat tələbləri
Tələb edilən sertifikat yoxdur.
Səriştəlik və digər tələblər
Məsuliyyət
Nizam-intizam
Dürüstlük
Etik davranış
Şifahi özünüifadə
Microsoft Excel
Microsoft Outlook
Microsoft Word
Bilməlidir
•Avadanlıqlar üzrə metodiki, normativ və digər rəhbər materialları, nəqliyyat vasitələrinin cari təmirinin və
texniki xidmətinin təşkilini;
•Avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların
istismar qaydalarını, montaj və təmir metodlarını;
•Təlimatları tərtib etmək qaydasını;
•Avtomobillərin texniki və normativ sənədlərə uyğun olaraq yükgötürmə qabiliyyətini;
•Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və
normalarını.

You might also like