You are on page 1of 2

İşə qəbul üçün daxili müraciət elanı 62010543

Vəzifə haqqında məlumat


Vakansiyanın adı Qaz paylayıcı stansiyanın operatoru ( İmişli rayonu, Qəza-dispetçer
xidməti)
Elanın bitmə tarixi 30.03.2023
Keçid kodu 11374/2023 INT
Müəssisə, Təşkilat Azəriqaz İB
Struktur vahidi Qəza-dispetçer xidməti
Ştat vəzifəsinin adı Qaz paylayıcı stansiyanın operatoru ( İmişli rayo, Qəza -dispetçer. xidməti)
Struktur vahidinin ünvanı İmişli şəhər M.Əzizbəyov küçəsi 1
Şəhər/rayon İmişli rayonu
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 04
Əmək haqqı 3.84 azn/saatliq
Əlavə məlumat SOCAR-ın müvafiq Qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə
yemək xərci əvəzinə 3 manat əlavə vəsait ödənilir və vəzifə xüsusiyyətləri
nəzərə alınaraq əlavə ödənişlər edilir.
İş şəraiti Quruda
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunmur
Sığorta Tibbi, Həyat
Vəzifə öhdəlikləri (funksiyalar) •Aparatlara, tənzimləmə, ölçü və qazın uçotunu aparan cihazlara, avtomatik
avadanlıq sisteminə, qazpaylayıcı stansiyalarda nəzarət-paylayıcı
məntəqələrində boru kəmərləri kommunikasiyalarına xidmət etmək;
•Tələb olunan reyimlərə uyğun olaraq istehlakçılara qazın verilməsini təmin
etmək;
•Tələb olunan rejimə uyğun olaraq cihazların, armaturların və aparatların
başqa lazım olan rejimlərə keçirilməsini təmin etmək ;
•Armaturların, cihazların və aparatların işində qaz sızmaları və nasazlıqları
aşkar etmək;
•Təzyiq tənzimləyicilərini və qazın uçotu cihazlarını sazlamaq və yoxlamaq;
•Yazıcı cihazların kartoqramlarını işləmək və istehlakçılara verilən qazın
miqdarını hesablamaq;
•Cihazları dövlət yoxlamasına vermək üçün hazırlamaq;
•Qaz paylayıcı məntəqələrdə (QPM) avadanlıq və kommunikasiyaların cari
və orta təmirində iştirak etmək;
•Avadanlığın, kommunikasiyanın, otaqların və qazpaylayıcı stansiyanın
(QPS), QPM ərazisini təmiz saxlamaq;
•Odorantın və toztutucular üçün yağın uçotunu aparmaq;
•Kənar şəxslərin ölçü qovşagı və digər sahələrə daxil olmalarının qarşısını
almaq üçün təxirəsalınmaz tədbirləri görmək;
•Xidmət rəisi tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə
yetirmək;
•Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğından mühafizənin norma və qaydalarınına riayət etmək.

Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Tam orta təhsil
Tələb edilən iş stajı
Tələb edilən iş stajı yoxdur.
Sertifikat tələbləri
Tələb edilən sertifikat yoxdur.
Səriştəlik və digər tələblər
Məsuliyyət
Nizam-intizam
Dürüstlük
Etik davranış
Şifahi özünüifadə
Bilməlidir
•QPS və QPM komunikasiyasının, cihazlarının və aparatlarının sxemini;
•Təzyiq altında işləyən avadanlığın, tənzimləmə cihazlarının, uçot və nəzarət aparatlarının quruluşunu və
istismar qaydalarını;
•Odorontla rəftar edilməsi qaydalarını və qazın odorizasiya normalarını;
•Təzyiq tənzimləyicilərin və qazın uçotu cihazlarının sazlanması üsullarını;
•Yanğından mühafizə alətlərindən, ilk yanğınsöndürmə avadanlıqlarından istifadə qaydalarını;
•Qığılcım yaradan alət və əşyaların istifadə qaydalarını;
•Ölçü qovşaqlarına baxış zamanı təhlükəsizlik qaydalarını;
•Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin nоrma və
qaydalarını.

You might also like