You are on page 1of 3

Ferma prinsipi

Ferma prinsipi işığın ən az yayılma vaxtı israf edərək hərəkət etdiyini bildirir. Bu
prinsipdən istifadə edərək işığın mühitdə sınma qanunlarını müəyyənləşdirmək
mümkündür: əgər işıq havadan şüşəyə düşürsə, sadəcə bu prinsipdən yararlanaraq
sınma qanunlarını ortaya çıxartmaq olar. Bu, ən az hərəkət prinsipinin bir növüdür və
istənilən hissəciyin ən az faliyyətlə hərəkət etdiyini, boş məkanda isə ən qısa yolla
getdiyini ehtiva edir.
Aydındır ki, bu prinsipə uyğun olaraq işıq səthi məkanda düz xətt üzrə hərəkət edir.
Şübhəsiz ki, prinsiplər işığın boş məkanda düzxətli hərəkət etdiyi faktından irəli çıxır.
Birinci yerdə prinsip yox, bu gəlir. Odur ki, sizin boş məkanınız varsa və işığa heç nə
mane olmursa, işıq şüası düz xətt boyunca yayılacaq. Nyutonun birinci qanununa
uyğun şəkildə sərbəst hərəkət edən hissəciklər isə sabit sürətlə düzxətli hərəkət
edəcək. Amma əgər işıq mühitdədirsə və mühitin sıxlığı dəyişirsə, işıq şüası əyilə
bilər. Bu, ilğım kimi təzahürlərin meydana çıxmasına səbəb olur.
Bir daha vurğulayıram: heç bir mühitin olmadığı boş məkanda işıq düzxətli hərəkət
etməlidir. Ancaq təsəvvür eləyin ki, məkan boşdur, amma işıq düzxətli hərəkət etmir.
Müasir fizikanın nöqteyi-nəzərindən bu, o deməkdir ki, məkan-zaman təhrif olunub,
çünki işığın əyilməsi üçün başqa səbəb yoxdur. Məsələn, kompakt qravitasiya edən
obyektin yaxınlığında məkan-zaman təhrif olunub. Yer planetinin yaxınlığında bu
təhrif çox kiçikdir, Günəşin yaxınlığında bir qədər böyükdür, neytron ulduzların
yaxınlığında isə nisbətən daha çoxdur.
Qara dəliklərin yaxınlığında o,
ekstremal həddə çatır və son dərəcə
çox təhrif olunur.
Bunu, işıq şüalarına Günəşin
yaxınlığında diqqət yetirməklə
yoxlamaq mümkündür.
Günəşin tacı- qazlar və bayıra can
atan hissəciklər- var və onlar mühit
rolunu oynayır. İşıq şüaları da bu mühitdən keçərkən əyilməlidir, çünki səliqəli
hərəkət etmək lazımdır. Şüalar Günəşdən nə qədər uzaq olarsa, o qədər az əyilir.
Günəşə nə qədər yaxınlaşırsa, əyilmə də bir o qədər çoxalır. (mən məkan-zaman
təhrifinin gücünü nəzərdə tuturam).
Bir təhrifi digəri ilə nisbətdə necə görmək və necə fərqləndirmək olar? Bunun üçün
Günəşin ətrafındakı konsentrik həlqələri bölmək və onların içindəki ulduzlara baxmaq
lazımdır. Konsentrik həlqələrdəki ulduzların hamısı fərqli istiqamətlərə hərəkət
edəcək. Verilən sonda ortadakı hərəkəti yuvarlaqlaşdırmaq lazımdır, onda
görəcəksiniz ki, Günəşin mərkəzindən uzaqlaşdıqca həlqənin daha böyük radiusuna
keçirsiniz, ulduzların ortalama yerdəyişməsi azalır. Yəni yaxınlıqda
yuvarlaqlaşdırılmış təhrif daha çoxdur, bir qədər aralıda isə zəifdir və müəyyən bir
qanuna tabedir. Nəticədə keyfiyyətcə ümumi nisbilik nəzəriyyəsinin proqnozları ilə
uzlaşan əyri alınır. Mən Günəş məsələsində kəmiyyət uzlaşmaları sahəsi üzrə
mütəxəssis deyiləm, ancaq bildiyim qədərilə mənim indi izah etdiyim əyri ilə
müqayisədə sözügedən əyrinin fərqini görmək üçün müasir cihazlar kifayət qədər
dəqiq deyil. İş ondadır ki, əgər sadəlövhcəsinə E=mc2 düsturundan istifadə etsək və
foton enerjisinin onun kütləsini müəyyənləşdirdiyini düşünsək – ki, bu, avamlıqdır,
amma fotonun həcminin onun enerjisi olduğunu hesab etsək və onu c2-ə bölsək,
belə bir şeyi fərz etmək mümkündür – və Nyuton qanunlarını tətbiq etsək, o zaman
Nyuton mexanikasından, Nyuton qravitasiyasından Günəşin səthində işığın təhrifini
öyrənmək mümkündür. O, ümumi nisbilik nəzəriyyəsinin proqnozlarındakından iki
dəfə az alınacaq.
Aydın məsələdir ki, Nyuton qravitasiyası və E=mc2 ilə bağlı bu fərziyyələr tamamilə
mənasızdır. Nyuton qravitasiyasında işıq düz xətt üzrə hərəkət edir. Əgər
hesablamaları Nyuton qravitasiyasında aparsanız, işıq qeydsiz-şərtsiz düz xətt üzrə
hərəkət edir. Əgər işıq əyilirsə, bu, ümumi nisbilik nəzəriyyəsinin effektidir.
Nyuton qravitasiyası işığın günəş yaxınlığındakı sahədə 0,8 radian saniyəsi əyildiyini,
ümumi nisbilik nəzəriyyəsi isə 1,6 radian saniyəsi əyildiyini deyir. Müasir cihazlar bu
fərqi göstərməyə qadir deyil. Onlar yalnız əyriliyin olduğunu göstərə,
yuvarlaqlaşdırma apara bilər, amma birini digərindən ayırmağı bacarmır. Bu birinci.
İkinci. Ümumi nisbilik nəzəriyyəsi yalnız bu müşahidəyə istinad etmir. Əgər heç bir
qazın, başqa mühitin olmadığı (boş fəza-məkan qravitasiya edən vücudun ətrafında
ola bilər, yəni idealda sizin kifayət qədər kiçik radiuslu, lakin kifayət qədər böyük
həcmli ağır obyektiniz olardı, onun ətrafında qaz olmazdı, onun yaxınlığında,
səthindən kənarda boşluq olardı) mövcud olmadığı boş məkanda işıq gözlənilmədən
əyilirsə, bu, məkan-zamanın təhrif olunması deməkdir. Çünki işıq ən kəsə
trayektoriya ilə hərəkət edir. Ümumi nisbilik nəzəriyyəsi bu trayektoriyanı işığabənzər
geodeziya adlandırır.
Nəzəriyyəçi fiziklər bunu, məkan-zaman
təhrifinin təsviri üçün istifadə edirlər. Onlar
işığabənzər geodeziyaları xəyali koordinat
şəbəkəsi kimi nəzərdən keçirirlər. Bu, Yerin
səthindəki koordinat şəbəkəsi ilə eynidir: onu da
qlobusdakı kimi meridianlar və paralellərlə təsvir
etmək mümkündür. Ya da geodeziya
xəritələrində səthin səviyyələrini və onların
hansısa bir dağın ətrafında necə təhrif
olunduğunu çəkə bilərlər. Aydındır ki, bunlar xəyali əyrilərdir, eyni şəkildə işığın
verilən məkanda necə yayıldığını göstərən xəyali əyrilər də çəkmək mümkündür. Bu,
məkan-zamanda koordinat şəbəkəsidir. Və onun səthidən necə fərqləndiyinə əsasən,
zaman-məkanın nə qədər təhrif olunduğunu müəyyənləşdirirlər.
İndi isə işığın sürətindən danışmaq lazımdır. Məlum fərziyyəyə görə, işığın sürəti
hesablama sistemindən asılı deyil. Bu fərziyyə təhrif olunmuş məkan-zamanda yox,
yalnız səthi məkan-zamanda, həmçinin inersial hesablama sistemindən inersiala
keçən zaman doğrudur. Əgər siz səthi məkan-zamanda inersial hesablama
sistemindən inersiala keçmisinizsə, bu zaman işığın sürəti bir sistemin digərinə
nisbətən hərəkət sürətindən asılı olmur.
Amma qeyri-inersial hesablama sisteminə keçsəniz, o zaman işıq sürəti artıq
müqəddəs inək olmur və hətta koordinatlardan da asılı ola bilər – əgər onu məkan
artımının zaman artımına bölünməsi kimi qəbul edirsinizsə. Bu halda o, məkan-
zamandakı vəziyyətdən asılı ola bilər. Bu, əyri məkanda da belə olur, bununla belə
orda işıq yenə də ən sürətli olaraq qalır. Hələlik bu prinsipdən istisnalar tapılmayıb.
Hərdən Kainatın genişlənməsini şifahi şəkildə aşağıdakı kimi təsvir edirlər. Üzərində
nöqtələr – qalaktikalar – çəkilmiş bir şar təsəvvür edin. O şarı kimsə üfürür. Əgər şar
müəyyən bir qanuna uyğun şəkildə şişirsə, bu, Kainatın genişlənməsini və
qalaktikaların bir-birindən necə uzaqlaşdığını əks etdirir. Lakin şar sürətlə də şişə-
genişlənə bilər.
Əgər siz səthi məkanı götürüb şarın genişlənməsinə, iki nöqtənin bir-birindən işıq
sürətilə uzaqlaşmasına və şarın şişməsinə onda baxsanız, şarın üzərindəki həmin iki
nöqtənin bir-birindən işıq sürətindən daha tez uzaqlaşdığını görmək ehtimalı var.
Belə hala rast gəlinir və deməli, şarda işıq qalaktikalardan daha sürətli hərəkət edir.
Lakin qalaktikaların genişlənən Kainatda bir-birindən uzaqlaşma sürətini
qalaktikaların səthi məkandakı hərəkət sürəti ilə müqayisə etsək, bu, xüsusi, ya da
ümumi nisbilik nəzəriyyəsi ilə bağlı hansısa məntiqi ziddiyyət təəssüratı bağışlaya
bilər.
Bir daha qeyd edirəm: postulat odur ki, istənilən məkan-zamanda və istənilən
hesablama sistemində işıq hər şeydən daha sürətlidir. Onun sürətinin hesablama
sistemindən asılı olmaması postulat yox, Minkovski həndəsəsinin və ya Maksvell
tənliyinin xüsusiyyətlərinin nəticəsidir. Burdan birincini də, ikincini də çıxartmaq
mümkündür. Bununla belə, genişlənən məkan-zamanı təsvir edən təhrif olunmuş
məkan-zamanda işıq yenə də hər şeydən daha sürətlidir. Amma qalaktikaların təhrif
olunmuş məkan-zamanda bir-birindən uzaqlaşma sürətini sərbəst qalaktikaların səthi
məkan-zamanda hərəkət sürəti ilə müqayisə etsəniz, genişlənmənin işıq sürətindən
daha tez baş verdiyini görə bilərsiniz. Bunda qorxulu heç nə yoxdur və nisbilik
nəzəriyyəsi iıə heç bir ziddiyyət yaranmır.

You might also like