You are on page 1of 3

MÜHAZİRƏ 1

Qəza-xilasetmə və digər təxirə salınmaz işlərin məqsədi və icrası


Fövqəladə halların nəticələrinin aradan qaldırılmasına qəza-xilasetmə və digər
təxirəsalınmaz işlər  aid olub, fəlakətlər zamanı insanların həyatlarının xilas
edilməsi, sağlamlıqlarının qorunması, təbii mühitdə dağıntıların və maddi itkilərin
ölçülərinin azaldılması, fövqəladə hadisə ərazisinin lokallaşdırılması, fəlakətlər
üçün səciyyəvi olan təhlükəli faktorların təsirlərinin dayandırılması məqsədi ilə
həyata keçirilir.
Qəza - xilasetmə işləri zərərçəkmişlərin axtarışı və xilas edilməsi, onlara tibbi
yardımın göstərilməsi və müalicə müəssisələrinə təxliyəsi məqsədi ilə aparılır. Bu
işlər, fəlakətdən sonra ikincili zədələyici faktorların (yanğınlar, partlayışlar,
sürüşmələr və s.) təsiri nəticəsində dağıntı və itkilərin arta biləcəyindən və
yaralılara vaxtında tibbi yardımın göstərilməsi məqsədi ilə maksimal olaraq qısa
müddət ərzində həyata keçirilməlidir.
Hadısə ərazisində aparılan qəza-xilasetmə tədbirlərinə aşağıdakılar aiddir:
- İşlərin aparıldığı ərazidə və hərəkət marşrutlarında kəşfiyyatın aparılması,
- İşlərin aparıldığı ərazidə və hərəkət marşrutlarında yanğınların lokallaşdırılıb
söndürülməsi,
- Fövqəladə hadisə nəticəsində yaranan, xilasetmə işlərinin aparılmasına maneçilik
törədən təhlükəli və zərərli faktorların aradan qaldırılması və ya minimum
səviyyəyə endirilməsi,
- Zədələnmiş, yanğına məruz qalmış binalarda, qazla, tüstü ilə və ya su ilə dolmuş
tikililərdə, dağıntılar arasında zərərçəkmişlərin axtarışı və onların xilas edilməsi,
- Zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi və tibbi müəssisələrə təxliyə
edilməsi,
- Əhalinin təhlükəli ərazidən çıxarılması,
- İnsanların sanitar işlənməsi, heyvanların baytarlıq təmizlənməsi, geyimlərin,
texniki, qoruyucu vasitələrin dezinfeksiyası, deqazasiyası və dezaktivasiyası,
ərazinin, tikililərin, ərzaqların, suyun zərərsizləşdirilməsi.
Təxirəsalınmaz işlər qəza -xilasetmə tədbirlərinin aparılması üçün şəraitin
yaradılması, ikincili zədələyici faktorların yaratdığı yeni dağıntıların və itkilərin
qarşısının alınması və iqtisadi obyektlərin, zərərçəkmiş əhalinin həyat fəaliyyətinin
təmin edilməsi məqsədi ilə həyata keçirilir.
Təxirəsalınmaz işlərə aiddir:
- Maşın kolonları üçün yolların salınması, dağıntı ərazisində və yoluxma
zonalarında keçidlərin qurulması,
- Xilasetmə işlərinin aparılması üçün təhlükəsiz şəraitin yaradılması məqsədi ilə
qaz, enerji, su kəmərləri, kanalizasiya, istilik şəbəkələrində qəzaların
lokallaşdırılması,
- Xilasetmə işlərinin aparılmasına maneçilik törədən və dağılma təhlükəsi olan
bina və tikili konstruksiyalarının möhkəmləndirilməsi və ya sökülməsi,
- Xilasetmə əməliyyatlarının aparılmasının təmin edilməsi məqsədi ilə zədələnmiş
və dağılmış rabitə, kommunal-enerji şəbəkələrinin təmiri və bərpası,
- Partlayış təhlükəli əşyaların tapılması, zərərsizləşdirilməsi və məhv edilməsi,
- Düşmənin mümkün olan yeni nüvə zərbələrindən sığınmaq üçün zədələnmiş
qoruyucu tikililərin təmiri və bərpası,
- Fövqəladə hadisə zonasında ərazinin sanitar təmizlənməsi,
- Zərərçəkmiş əhali üçün birinci növbəli həyat fəaliyyətinin təmin edilməsi.
Qəza- xilasetmə və digər təxirəsalınmaz işlərin fəlakət zonasında uğurla
nəticələnməsi aşağıdakı amillərdən asılıdır:
- Fövqəladə hadisələrin baş verməsinə öncədən hazırlıqlı olmaq, güc və vasitələrin
hazırlanması, ehtimal olunan fəaliyyətlərin hərtərəfli öyrənilməsi,
- Fövqəladə hadisənin baş verməsinə ani olaraq reaksiya göstərilməsi (kəşfiyyat
işlərinin effektiv surətdə təşkili, qısa müddət ərzində güc və vasitələrdən ibarət
qrupların təşkili və hazırlanması, fəlakət zonasına vaxtında çatma və.s).
- İşlərin fasiləsiz surətdə, ciddi və davamlı olaraq idarə edilməsi, optimal qərarların
qəbul edilməsi, onların ardıcıllıqla həyata keçirilməsi, bütün qüvvə və vasitələrin
qarşılıqlı fəaliyyətinin təmin edilməsi,
- Müasir texnikadan istifadə etməklə işlərin sonunadək fasiləsiz surətdə aparılması,
güc və vasitələrdən mümkün olduğu qədər tam istifadə edilməsi, ciddi iş rejiminin
yaradılması və təhlükəsizlik qaydalarına əməl edilməsi,
- Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin davamlı və fasiləsiz həyata
keçirilməsi və zərərçəkmiş əhalinin və xilasedicilərin həyat təminatlarının təşkili.
  Digər təxirəsalınmaz işlər - xilasetmə işlərinin aparılmasına şərait yaratmaq,
eləcə də kommunal təsərrüfat, energetika, nəqliyyat və rabitə şəbəkələrində qəza
nəticələrini məhdudlaşdırmaq və aradan qaldırmaqla obyektin fəaliyyətini təmin
etmək məqsədilə yerinə yetirilir. Belə işlər aşağıdakılardan ibarətdir: 1) uçqunlarla
tutulmuş yerlərdə zəhərlənməyə (çirklənməyə) məruz qalmış sahələrdə nəqliyyat
üçün yol salmaq və keçidlər düzəltmək; 2) xilasetmə işlərinin icrasına imkan
yaratmaq üçün qaz enerji, su təchizatı, kanalizasiya və texnoloji şəbəkələrdə
qəzaları məhdudlaşdırmaq; 3) uçulub tökülmək qorxusu törədən və hərəkətə
eləcədə işlərin təhlükəsiz aparılmasına mane olan konstruksiyaların bərkidilməsi
və ya tamamilə dağıdılması; 4) xilasetmə işlərinin aparılmasını təmin etmək
məqsədilə, zədələnmiş və ya dağıdılmış rabitə xətlərini, kommunal-enerji
şəbəkələrini təmir və bərpa etmək; 5) düşmənin ehtimal olunan təkrar
zərbələrindən, təbii fəlakətlərdən qorunmaq üçün zədələnmiş mühafizə qurğularını
təmir və bərpa etmək.

You might also like