You are on page 1of 1

“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi

barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 296-VIQD nömrəli


Qanununun tətbiqi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci


bəndlərini rəhbər tutaraq, “Veteranlar haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel
tarixli 296-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü
maddəsinin üçüncü hissəsinin birinci (hər iki halda) və ikinci cümlələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 3-cü maddəsinin üçüncü hissəsinin birinci cümləsində
(birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunun 3-cü maddəsinin üçüncü hissəsinin birinci cümləsində
“orqanın (qurumun) elektron informasiya sistemi” dedikdə Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş
elektron informasiya sistemi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü
maddəsinin üçüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq, müharibə veteranlarının
reyestrinin aparılması qaydasını iki ay müddətində Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.2. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 296-VIQD
nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyun 2021-ci il


№ 1365

You might also like