You are on page 1of 71

 

Hərbi qulluqçuların pensiya təminatı haqında


qanundan şıxarış
Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri [47]
 
12.1. Əlilliyə görə əmək pensiyası I dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az
olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və
III dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış
pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi
şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. [48]
12.2. Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə
əlaqədar I dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı
olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət
dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin
edilir. [49]
 
M a d d ə 13. Əlilliyə görə əmək pensiyasının məbləği
 
13.1.   Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə  əmək pensiyasının
baza hissəsinin məbləğinin  I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi
(I qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi) , II qrup əlillərə 100
faizi, III qrup əlillərə isə 55  faizi həcmində müəyyən edilir.  [50]
13.2.   Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında
gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur.
Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının
sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. [51]
13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən
edilir:
SH = PSK/(TxK), burada:
SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin
olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq
sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);
T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;
K - sığorta davamiyyəti əmsalıdır. [52]
I qrup əlillərə təyin olunmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək
pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. [53]
13.3-1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar I dərəcə əlilliyi olan
şəxslərin fərdi hesabı vardırsa və hesablanan əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının
minimum məbləğindən azdırsa həmin məbləğə çatdırılmaqla, fərdi hesabı olmadıqda isə əlilliyə görə əmək
pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğində ödənilir. Bu kateqoriyadan
olan şəxslərin bu Qanunun 12.1-ci və 13.3-cü maddələrindəki şərtlər nəzərə alınmaqla fərdi hesabının sığorta
hissəsindəki pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən böyük məbləğdə əmək pensiyasının
hesablanmasına əsas verdikdə, pensiyanın sığorta hissəsi həmin məbləğdə müəyyənləşdirilir.  [54]
13.4.   Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3-cü maddəsində
göstərilən qaydada müəyyən edilir.
13.5.   Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:
P = BH+SH+YH, burada: [55]
P - əlilliyə görə əmək pensiyasıdır;
BH - əlilliyə görə əmək pensiyasının baza hissəsidir;
SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir.
 

Əmək Pensiyaları Haqqında AZƏRBAYCAN


RESPUBLİKASININ QANUNU Qanundan çıxarış

rta stajına daxil edilən digər dövrlərin məcmusudur;  KMQ2


1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi
xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan
qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir;  [5]
1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir;
1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən
buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü
günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından,
rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul
kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar
vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət
olan məbləğdir; [6] KMQ2

1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial


müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının
və uçotunun təşkilidir;
1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən
müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə
daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır;
1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması
üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90
faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; [7]
1.0.9. fərdi hesabın yığım hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş nisbətlərə uyğun olaraq  sığortaolunanlər üzrə ödənilmiş və əmək
pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta
haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı
subhesabdır;  [8]
1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə
alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir;
1.0.11. əmək pensiyasının baza hissəsi - əmək pensiyalarının birinci pilləsi
olmaqla əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır;  [9]
1.0.12. əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi
olmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən
pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; [10]
1.0.13. əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü  pilləsi
olmaqla, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya
ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; [11]
1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün
müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında
istifadə olunan göstəricidir;
1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi,
onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə
keçiddir;
1.0.16. idarəetmə xərcləri – məcburi dövlət sosial sığortası, fərdi uçot, əmək pensiyası və
digər sosial ödənişlər sisteminin idarə edilməsinə yönəldilən və yuxarı həddi sığortaolunanlar
üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 2,5 faizi məbləğində müəyyənləşdirilən
xərclərdir. Bu xərclərin təsdiq edilən məbləğdən artıq olan hissəsi və istifadə edilməmiş qalığı
sosial sığorta ehtiyatına aid edilir; [12]
1.0.17. sosial sığorta ehtiyatı – sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial
sığorta haqlarının fərdi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi
çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda
müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial
sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə
yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin
sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir;
1.0.18. xüsusi hesab – əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı
məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən qaydada və məbləğdə sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin
mədaxil olunduğu hesabdır. [13]
 
M a d d ə 2. Əmək pensiyaları haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
 
2.1.  Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının
digər normativ hüquqi aktlarından ibarətdir.
2.2.  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu
Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar olduqda, beynəlxalq
müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir.
 
M a d d ə 3. Əmək pensiyası təminatı hüququ
 
3.1.  Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda
əmək pensiyası təminatı hüququna malikdirlər.
3.2.  Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının
vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır.
3.3.  Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı
ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil
edilir. [14]
3.4. Azərbaycan Respublikasının keçmiş Prezidentinin pensiya təminatı məsələləri
“Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı
haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir.  [15]
 
M a d d ə 4. Əmək pensiyasının növləri və tərkibi
 
4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən
edilir:
4.1.1.  yaşa görə əmək pensiyası;
4.1.2.  əlilliyə görə əmək pensiyası;
4.1.3.  ailə başçısını itirməyə görə əmək pensiyası.
4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir:
4.2.1.  baza hissəsindən; [16]
4.2.2.  sığorta hissəsindən;
4.2.3.  yığım hissəsindən.
4.3. Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir:
4.3.1.  baza hissəsindən;
4.3.2.  sığorta hissəsindən;
4.3.3.  yığım hissəsindən.
M a d d ə 47. Qanunun qüvvəyə minməsi
 
Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.
 
İlham ƏLİYEV,
 Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 7 fevral 2006-cı il
    №  54-IIIQ

M a d d ə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər


 
9.1.  Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi
sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların,
peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı
25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə,
qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin
azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış
pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına
imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hü ququ
vardır. [27]
9.2.  Hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi
pozulmuş cırtdanboylar - kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı
5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
9.3.  Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə
kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə gö rə uçuş
işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il
sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək
pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə
əmək pensiyası hüququ vardır.  [28]
9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən
məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ
vardır: [29]
9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; [30]
9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha
çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş
prokurorluq işçiləri. [31]
9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi
qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi
qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:
9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş
hərbi qulluqçular;
9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş
stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə
ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili
və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş
şəxslər;
9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın
nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi
qulluqçular.
9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən
buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini
davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən
hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə
alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.

[32] 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5,
maddə 676) ilə 9.6-cı maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

9.6. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən
buraxıldıqdan sonra təyin olunur.
M a d d ə 10. Yaşa görə əmək pensiyasının məbləği
 
10.1.    Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  [38]
10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla
müəyyən edilir:
SH = PSK/T, burada:
SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;
PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək
pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-
ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə
alınan pensiya kapitalı da daxil olmaqla);
T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.  [39]
Bu Qanuna uyğun olaraq təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta hissəsinin
məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla
ödənilir. [40]
10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hal larda bu
Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla
müəyyən edilir:
YH=PYK/T, burada:
YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir;
PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə
əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır;
T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.
10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:
P=BH+SH+YH, burada: [41]
P- yaşa görə əmək pensiyasıdır;
BH - yaşa görə əmək pensiyasının baza hissəsidir;
SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;
YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir.
 
I I I  f ə s i l
 
  ƏLİLLİYƏ GÖRƏ ƏMƏK PENSİYASI
 
M a d d ə 11. Əlilliyə görə əmək pensiyası
 
11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət
nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək
qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o
cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq
icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur.  [42]
11.2. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular,
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi
olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: [43]
11.2.1. müharibə ilə əlaqədar əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini
(xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya),
yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu
yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; [44]
11.2.2. hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər—əlillik hərbi xidmət
vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə
nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya
döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı
olmayan xəstəlik nəticəsində üz verərsə. [45]
11.3 Müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi  həqiqi
hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya,
zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə
hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə,
onlar müharibə ilə əlaqədar əlilliyi olan şəxs hesab edilirlər.  [46]
 
Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri [47]
 
12.1. Əlilliyə görə əmək pensiyası I dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5
ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı
olduqda təyin edilir. II və III dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın
sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az
olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda
təyin edilir. [48]
12.2. Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından
müharibə ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi
qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə
əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi
dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud
xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. [49]
 
M a d d ə 13. Əlilliyə görə əmək pensiyasının məbləği
 
13.1.   Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə  əmək
pensiyasının baza hissəsinin məbləğinin  I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18
yaşınadək şəxslərə 120 faizi (I qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18
yaşınadək şəxslərə 200 faizi), II qrup əlillərə 100 faizi, III qrup əlillərə isə 55  faizi
həcmində müəyyən edilir.  [50]
13.2.   Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin
hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta
davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə
əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan
nisbəti şəklində müəyyənləşdirilir. [51]
13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla
müəyyən edilir:
SH = PSK/(TxK), burada:
SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək
pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-
ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə
alınan pensiya kapitalı da daxil olmaqla);
T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;
K - sığorta davamiyyəti əmsalıdır. [52]
I qrup əlillərə təyin olunmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği
əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla
ödənilir. [53]
13.3-1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar I dərəcə
əlilliyi olan şəxslərin fərdi hesabı vardırsa və hesablanan əmək pensiyasının sığorta hissəsinin
məbləği əmək pensiyasının minimum məbləğindən azdırsa həmin məbləğə çatdırılmaqla, fərdi
hesabı olmadıqda isə əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının
minimum məbləğində ödənilir. Bu kateqoriyadan olan şəxslərin bu Qanunun 12.1-ci və 13.3-cü
maddələrindəki şərtlər nəzərə alınmaqla fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalı əmək
pensiyasının minimum məbləğindən böyük məbləğdə əmək pensiyasının hesablanmasına əsas
verdikdə, pensiyanın sığorta hissəsi həmin məbləğdə müəyyənləşdirilir. [54]
13.4.   Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3-
cü maddəsində göstərilən qaydada müəyyən edilir.
13.5.   Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən
edilir:
P = BH+SH+YH, burada: [55]
P - əlilliyə görə əmək pensiyasıdır;
BH - əlilliyə görə əmək pensiyasının baza hissəsidir;
SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir.
 
 

0.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;


20.1.12. bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); [88]
20.1.13. bu qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan
şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); [89]
20.1.14. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə
müəyyən edilmiş yaş həddinə çatmış və ya I dərəcə əlilliyi müəyyən edilmiş ədliyyə
işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla);  [90]
20.1.15. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə işçisi, yaxud
ədliyyə işçisi kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq
hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək
pensiyası almaq hüququ olan ailə üzvləri.
20.1.16. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi
müəyyən edilmiş və Azərbaycan Respublikası Hesablama Palatasının üzvü kimi azı səlahiyyət
müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikası Hesablama Palatasının
sabiq üzvləri; [91]
20.1.17. Azərbaycan Respublikası Hesablama Palatasının üzvü və sabiq üzvü vəfat
etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə
üzvləri.
20.1.18. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə
müəyyən edilmiş yaş həddinə çatmış və ya I dərəcə əlilliyi müəyyən edilmiş miqrasiya
orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya orqanları işçiləri istisna
olmaqla); [92]
20.1.19. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan miqrasiya orqanının
işçisi, yaxud miqrasiya orqanının işçisi kimi bu Qanunla müəyyən olunan əmək
pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə
başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
20.1.20. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən
edilmiş yaş həddinə çatmış və ya I dərəcə əlilliyi müəyyən edilmiş fövqəladə hallar
orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri
istisna olmaqla); [93]
20.1.21. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan fövqəladə hallar
orqanının işçisi, yaxud fövqəladə hallar orqanının işçisi kimi bu Qanunla müəyyən
olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə,
onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri.  [94]
20.2. Bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin
əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam
olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq
hesablanmaqla) Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının
və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının
əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı
ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə
ödənilir. [95]
20.3.  Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi
müəyyən edilmiş sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan
Respublikası Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komitə və
komissiya sədri və ya sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya
sədrinin müavini vəzifəsinə seçilmişdirsə, onun əmək pensiyasına Azərbaycan
Respublikası Milli Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin,
komitə və komissiya sədrinin və ya sədrinin müavininin, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin,
komissiya sədrinin və ya komissiya sədrinin müavininin əməkhaqqının,
əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu
Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə
ödənilir. [96]
20.4.   Bu Qanunun 20.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş deputatın
almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi
miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla
təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək
pensiyasına əlavə ödənilir. [97]
20.5.  Əmək pensiyasına çıxmış vəfat etmiş Azərbaycan Respublikası Milli
Məclisinin sabiq deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məcli sinin sabiq
deputatının ailə üzvləri üçün onun əmək pensiyasının (qulluq sta jına görə əlavələrlə
birlikdə) tam məbləğinin ailə üzvlərinin sayma olan nisbəti şəklində müəyyən
edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçı sını itirməyə görə əmək
pensiyasının məbləği arasındakı fərq qədər əmək  pensiyasına əlavə ödənilir. [98]
20.6. Bu Qanunun 20.1.3-cü maddəsində nəzərdə tutulmuş şəxslərin
əmək pensiyasına Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətdə
olan üzvünün və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının
fəaliyyətdə olan üzvünün əməkhaqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən
əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
20.6-1. Bu Qanunun 20.1.3-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının üzvünün almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası
və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində
müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək
pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.  [99]
20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək
pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60
ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə
alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: [100]
20.7.1.  15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq
əməkhaqqının 50 faizi miqdarında; [101]
20.7.2.  15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta
aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam
olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün
həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq
əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla
təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları
istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən  yuxarı hakimlik
stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla,
lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miq darından çox olmamaq şərtilə
müəyyən olunan məbləğlə bu Qanımla təyin  edilən əmək pensiyasının məbləği
arasındakı fərq qədər əlavə ödənilir.  [102]
20.7-1. Bu Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş
sabiq hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək
pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan
nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını
itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə
ödənilir. [103]
20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin
əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya
istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək
haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir:
20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq
əməkhaqqının 50 faizi miqdarında; [104]
20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta
aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il
tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)
üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq
əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla
təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
20.8-1. Bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş
prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək
pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti
şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək
pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. [105]
20.8.3. prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq
işçilərinə - orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq
işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə
olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq
şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği
arasındakı fərq qədər əlavə ödənilir. [106]
20.9. Bu Qanunun 20.1.6-cı maddəsində nəzərdə tutulmuş şəxslərin
əmək pensiyasına fəaliyyətdə olan müvəkkil (ombudsman) üçün müəyyən
edilmiş əməkhaqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının
məbləği arasındakı fərq qədər əlavə ödənilir.  [107]
20.9-1. Bu Qanunun 20.1.6-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Naxçıvan
Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) almalı olduğu və
ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə
üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə
başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə
ödənilir. [108]
20.10. Bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq
stajına görə əmək pensiyasına əlavələr Azərbaycan Respublikası Milli Məclisinin
deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının orta aylıq
əməkhaqqı, onun son 12 ay ərzində müvafiq olaraq Azərbaycan Respublikası Milli
Məclisindən aldığı vəzifə maaşının və Naxçıvan Muxtar Respublikasının Ali
Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən
bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilir.  [109]
20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin
əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60
ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı
artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:
20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə
tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50
faizi miqdarında; [110]
20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət
məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili
(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)
üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət
məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan
məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət
məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının
hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə
olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox
olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının
məbləği arasındakı fərq qədər əlavə ödənilir. [111]
20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının
dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15
il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası
yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun
olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq
stajı olduğu halda yaranır. [112]
20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə
qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət
qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin
hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə
vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində
nəzərdə tutulan şəxsin) qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı
əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına
olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını
itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə
ödənilir.
20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək
pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı
qaydada müəyyən edilir: KMQ2
20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət
etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi,
yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən
yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər
ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq
hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı
sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; [113]
20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş
stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat
xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan
hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına
mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında
əlavə olunmaqla; [114]
20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə
ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili
və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş
şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi
xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam
ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat
xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; [115]
20.14.4. hərbi xidmətdə 15 il stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin
aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50
faizi və 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə
alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib
olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti
orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla
müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği
arasındakı fərq qədər. [116]
20.15. Bu maddədə göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin
əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməz.
20.16. Bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək
pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı
qaydada müəyyən edilir:
20.16.1. müharibə ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti
vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100
faizi, müharibə ilə əlaqədar II dərəcə əlilliyi olan şəxslərə—80 faizi, müharibə ilə əlaqədar III
dərəcə əlilliyi olan şəxslərə—55 faizi; [117]
20.16.2. I dərəcə əlilliyi olan digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə
yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin—60 faizi,
II dərəcə əlilliyi olan şəxslərə—55 faizi, III dərəcə əlilliyi olan şəxslərə—35 faizi miqdarı ilə
müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği
arasındakı fərq qədər. [118]
20.17. Bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək
pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla
aşağıdakı qaydada müəyyən edilir:
20.17.1. Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət
vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma,
kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya
döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı
xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan
pensiyaçıların ailələrinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə
başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı
olmayaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sırasından olan vəfat etmiş
pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan
yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir)
məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az
olduqda həmin məbləğə çatdırılmaqla); [119]
20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə
bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və
ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş
əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı
olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular
sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir
üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ
ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə
çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının
məbləği arasındakı fərq qədər. [120]
20.18. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az
maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna
malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə
bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin
aylıq məbləğindən hesablanır.

 
21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta
haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin
xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək
müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və
ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta
stajına daxil edilir.
21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd
olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:
21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət
sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;
21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq
fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra
hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət;
21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş
SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla)  və müvafiq icra
hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və
birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi
xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan
qurumlarda) xidmət müddəti; [135]

ərəfindən müəyyən edilir.
22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə
məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
 

 
Konstitusiya Məhkəməsinin Qərarları
 
KMQ1 Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi
qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya
təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi
xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır.
 
və beləliklə
MətnŞəkilRekvizitlərVersiyalarƏlaqəli Sənədlər

Azərbaycan Respublikası adından


 
“Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq
edilməsi baxımından şərh edilməsinə dair
 
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun
Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və
Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin
hakimi Müseyib Bayramovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının
İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses, əmək və
ekologiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru Mayis Əliyevin,
 mütəxəssis Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hüquq və
strateji araşdırmalar şöbəsinin müdiri Aynur Atayevanın iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə
müvafiq olaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müraciəti əsasında xüsusi
konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında “Hərbi qulluqçuların pensiya təminatı
haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli və “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanunlarının bəzi
müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair
konstitusiya işinə baxdı.
İş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin
və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə   N  E T D İ:
 
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək
hərbi qulluqçuların pensiya təminatı ilə bağlı baxılan işlərdə “Hərbi qulluqçuların
pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli
Qanununun (bundan sonra – “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun)
və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral
tarixli Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) zamana görə
tətbiq edilməsinə dair şərh verilməsini xahiş etmişdir.
 Müraciətdə göstərilir ki, F.Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinə
(bundan sonra – Müdafiə Nazirliyi) və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə
Fonduna qarşı xidmət illərinə görə pensiya təyin olunmasına dair iddia ərizəsi ilə
məhkəməyə müraciət etmişdir.
 İddia onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların pensiya təminatı
haqqında” Qanuna 2004-cü il 13 sentyabr tarixində edilən dəyişikliyə qədər onun
güzəştli şərtlərlə xidmət illəri 19 il 1 ay 16 gün, 2004-cü ildən 2006-cı ilin avqustuna
qədər 1 il 11 ay olmuşdur. İddiaçı 2004-cü ilin 13 sentyabr tarixinə qədər güzəştli
şərtlərlə (1 günün 3 gün kimi) hesablanması tələbini döyüş bölgəsində xidmət etdiyi
illərlə əlaqələndirmişdir.
 İddianı əsassız hesab edən Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmədə
bildirmişdir ki, Müdafiə Nazirliyinin 2006-cı il 14 avqust tarixli əmri ilə F.Əliyev
Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Həmin
tarixədək iddiaçının hərbi xidmət illəri təqvimlə 8 il 11 ay 13 gün, güzəştlə 13 il 8 ay 1
gün, ümumilikdə isə 22 il 7 ay 14 gün təşkil etmişdir. Qüvvədə olan normativ-hüquqi
aktlara görə isə hərbi qulluqçuların pensiya hüququ əldə etməsi üçün xidmət illəri 20
təqvim ili və daha çox olmalıdır.
 Müraciətedənin qənaətinə görə müəyyən müddət hərbi xidmətdə olmuş şəxsə
zamana görə fərqli normativ-hüquqi aktların tətbiq edilməsi təcrübədə müəyyən
çətinliklər yaradır.
 Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd
etməyi zəruri hesab edir.
 Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır, insan
və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının
vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial
müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. (Konstitusiyanın 7-ci maddəsinin I
hissəsi, 12-ci maddəsinin I hissəsi, 16-cı maddəsinin I hissəsi).
 Bu müddəaların həyata keçirilməsi o deməkdir ki, dövlət hər şeydən əvvəl
insanlar üçün mövcud olur və onların tələbatlarının real olaraq əks olunması,
qorunması və müdafiə edilməsi sahəsində müvafiq öhdəliklər daşıyır.
 Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın
38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat
hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə,
əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla
nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın
38-ci maddəsinin I və III hissələri).
 Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-
hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi
Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi,
sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin
strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad
inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək
hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq
Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir
şəxsin sosial təminat hüququ var.
 Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat
hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da
ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən
olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan
sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.
 Azərbaycan Respublikasında pensiya islahatlarının ilkin mərhələsində 29 aprel
1992-ci il tarixində “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun, 23
sentyabr 1992-ci il tarixində isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan
Respublikasının Qanunu (bundan sonra – “Vətəndaşların pensiya təminatı haqqında”
Qanun) qəbul edilmişdir.
 “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri,
miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, habelə müvafiq icra
hakimiyyəti orqanlarının sıravi və rəis heyəti, onların ailələri üçün Azərbaycan
Respublikasının ərazisində vahid dövlət pensiyaları sistemi müəyyən edilirdi.
 Həmin Qanunun 2-ci maddəsində pensiya təminatı hüququ olan hərbi
qulluqçulara pensiyanın onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna
müvafiq surətdə təyin edilməsi və ödənilməsi nəzərdə tutulmuşdu.
 Qeyd olunan qanunvericilik aktlarında vətəndaşlara təyin edilən pensiyaların
əmək və sosial pensiya növləri, o cümlədən əmək pensiyaları daxilində yaşa (qocalığa)
görə, əlilliyə görə, ailə başçısını itirməyə görə və xidmət illərinə görə pensiya növləri
müəyyən edilmişdi.
 Göstərilən qanunvericilik aktlarında nəzərdə tutulan xidmət illərinə görə
pensiyanın mahiyyəti müəyyən əmək (fəaliyyət) sahələrinin spesifik xüsusiyyətləri ilə
izah olunurdu. Bu, şəxsin uzun müddət gərgin və məsuliyyətli işi yerinə yetirdikdə,
həmin fəaliyyəti müəyyən müddətdən sonra psixoloji və emosional ağırlığına görə
davam etdirə bilməməsi ilə əlaqələndirilmişdi. Xidmət illərinə görə pensiyanın məqsədi
belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini
davam etdirmək zərurətindən azad etməkdir. Məhz bu baxımdan xidmət illərinə görə
əmək pensiyasının təyin edilməsi üçün fərdin müəyyən yaş həddinə çatması faktı
hüquqi əhəmiyyət kəsb etmirdi.
 Hərbi qulluqçulara xidmət illərinə görə pensiyaların təyin edilməsi şərtləri
“Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsində öz əksini
tapmışdı. Həmin maddənin a) bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha
çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə
pensiya hüququna malikdirlər.
 Göründüyü kimi, hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququnun
yaranması üçün başlıca hüquqi fakt kimi xüsusi əmək stajı çıxış edirdi. Əmək stajının
bir növü olan xüsusi əmək stajı şəxsin müəyyən peşə və ya ixtisas üzrə əmək fəaliyyəti
və ya əməyin xüsusi şəraitdə həyata keçirilməsi ilə müəyyən olunurdu. Xüsusi əmək
stajı dedikdə, müəyyən əmək şəraitində və müəyyən vəzifələrdə həyata keçirilən işin
müddəti başa düşülür. Həmin müddət xüsusi staja malik olan şəxslərə güzəştli şərtlərlə
müəyyən sosial təminat növlərini, o cümlədən pensiya hüququnu əldə etmək imkanı
verir.
 Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda
olaraq, şəxsin pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Güzəştli şərtlərlə əmək
pensiyasının təyin edilməsi üçün zəruri olan əmək stajını əldə edən hərbi qulluqçu
fəaliyyət növünü dəyişə bilər və yaxud əmək fəaliyyəti ilə məşğul olmaya bilər. Xidmət
illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs,
xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini
müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini
nəzərə alır.
 Yuxarıda göstərilənlərdən irəli gələrək qeyd edilməlidir ki, əmək stajı pensiya
təminatı sahəsində hüquq münasibətlərini əmələ gətirən hüquqi fakt kimi xüsusi əmək
şəraiti ilə əlaqədar pensiya hüququnun əldə edilməsinin əsas hüquqi faktı qismində
çıxış edirdi.
 Bununla yanaşı, qanunverici xidmət illərinə görə pensiyanın hesablanması
zamanı bəzi kateqoriyalı şəxslərə iş stajının hesablanmasında güzəştli şərtlər nəzərdə
tutmuşdu.
 Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iş stajının
hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci
abzasına əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və
muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində
qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti –
üçqat ölçüdə iş stajına daxil edilirdi.
 “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə görə
isə həmin Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət
illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti
müəyyən edirdi.
 “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi
hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger
rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların
ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının
hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci
il 23 noyabr tarixli 631 nömrəli Qərarına (bundan sonra – Nazirlər Kabinetinin 1992-ci il
23 noyabr tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün
Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda
döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə
alınması müəyyən edilmişdi.
 Lakin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan
Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-IIQD nömrəli Qanunu (bundan sonra –
2004-cü il 1 sentyabr tarixli Qanun) ilə həmin Qanunun 12-ci maddəsinin a) bəndində
“20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20
təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların
xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir.
 Eyni zamanda, həmin Qanunla “Hərbi qulluqçuların pensiya təminatı haqqında”
Qanunun 16-cı maddəsinə dəyişiklik edilərək aşağıdakı məzmunda ikinci hissə əlavə
edilmişdir: “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların
bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında
iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması
müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin
qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir”. Qeyd edilən
dəyişikliklər 2004-cü il 13 sentyabr tarixindən qüvvəyə minmişdir.
 Bundan sonra “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının
1 sentyabr 2005-ci il tarixli 977-IIQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya
təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası aşağıdakı
redaksiyada verilmişdir: "hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında
iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölcüdə;".
 Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə
və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci
il 1 iyul tarixli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarına
dəyişiklik edilərək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət
ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən
edilmişdir.
 Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik aktlarına edilmiş bu
dəyişikliklərlə hərbi qulluqçuların pensiya hüququnun əldə edilməsi ilə bağlı xidmət
illərinin hesablanması qaydasının güzəştli şərtləri ləğv edilmişdir. Həmin dəyişiklikdən
əvvəl xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün ümumilikdə 20 il
hərbi xidmət stajı (güzəştli hesablanma daxil olmaqla) tələb olunduğu halda, bu
dəyişiklikdən sonra belə hüququn əldə edilməsi üçün 20 təqvim ili tələb olunurdu.
 Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, pensiyaların növlərinin,
onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi
kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi
əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcuq
qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini
nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir.
 Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi
mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki,
Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni)
bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat
verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata
keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və
siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin
bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin
Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1
dekabr 2010-cu il tarixli Qərar).
 Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya
hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə
qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya
hüququ saxlanılmalıdır.
 Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 1-ci
maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları
və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının
sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və
orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar.
 Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu
Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə
güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və
staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq
surətdə təyin edilir.
 Göründüyü kimi, qanunverici “Hərbi qulluqçuların pensiya təminatı haqqında”
Qanunla şəxsin müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət
etdikdə ömürlük pensiya hüququna malik olmasını müəyyən etmiş, “Əmək pensiyaları
haqqında” Qanunla isə bu şəxslərə pensiyaların əvvəllər qüvvədə olmuş
qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilməsini nəzərdə tutmuşdur.
 Beləliklə, vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik
qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən,
dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır.
 Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1
sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr
tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş
hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman
qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən
edilmiş tələblərə müvafiq həyata keçirilməlidir.
 Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin
müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli
gələn bublik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər.
 Xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi
qulluqçulara pensiyanın fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi
Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının
sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci
maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın
Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi
müəyyənlik prinsipinin və onun mühüm elementi olan vətəndaşların qanuna olan
etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar.
 Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki,
insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil
edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən
gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq
münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda
qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş
hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə
etibarını artırır.
 Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında aparılan pensiya islahatları
çərçivəsində 2006-cı il 7 fevral tarixində “Əmək pensiyaları haqqında” Qanun qəbul
edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası
hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və
əmək pensiyası təminatı sistemini müəyyən edir.
 Yeni pensiya qanunvericiliyində əmək pensiyasının üç növü – yaşa görə əmək
pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası
nəzərdə tutulmuşdur. (“Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsi).
 Göründüyü kimi, əvvəlki pensiya qanunvericiliyindən fərqli olaraq, “Əmək
pensiyaları haqqında” Qanunda xidmət illərinə görə pensiya əmək pensiyasının növü
kimi təsbit edilməmişdir. Xidmət illərinə görə əmək pensiyası növü yaşa görə əmək
pensiyası növünə oxşar olsa da, onun əsas fərqli cəhəti yaş həddi gözlənilmədən
müvafiq xidmət illərinə əsasən pensiya hüququnun yaranmasıdır. Yaşa görə əmək
pensiyasının ümumi əsaslarla təyin edilməsi üçün isə iki hüquqi faktın – şəxsin
müəyyən yaş həddinə çatması və müvafiq sosial sığorta stajına malik olması zəruridir.
 Bununla yanaşı, “Əmək pensiyaları haqqında” Qanunda güzəştli şərtlərlə yaşa
görə əmək pensiyası almaq hüququ və belə hüquqa malik olan şəxslərin dairəsi
müəyyən edilmişdir. Həmin Qanunun 9-cu maddəsində digər kateqoriya şəxslərlə
yanaşı, hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular,
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) güzəştli şərtlərlə yaşa
görə əmək pensiyası hüququ nəzərdə tutulmuşdur.
 “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə görə hərbi xidmətdən
buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli
şərtlərlə pensiya hüququ vardır.
 Qanunverici pensiya islahatlarını həyata keçirərkən vətəndaşların qanuna olan
etimadı prinsipini nəzərə alaraq, qulluq stajına görə əmək pensiyasına əlavələr
müəyyən etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci
maddəsinə görə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət
etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi,
yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən
yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili
üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə hesablanır.
 Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən hərbi xidmət
illərinin güzəştli hesablanması hərbi qulluqçunun pensiya hüququnun yaranmasına
təsir etməsə də, qulluq stajının artımına, bununla da, əmək pensiyasına əlavələrin
hesablanmasına əsas yaradır.
 Beləliklə, hərbi qulluqçuların pensiyasına “Əmək pensiyaları haqqında”
Qanunun 20.14.1-ci maddəsi ilə qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi
qulluqçuların pensiya təminatı haqqında” Qanun qüvvədə olduğu dövrdə hərbi xidmət
və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan
hissəsi nəzərə alınmalıdır.
 Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı
nəticəyə gəlir:
 - 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək xidmət illərinə
görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara
pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi
qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq
həyata keçirilməlidir.
 - “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi ilə hərbi
qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi
qulluqçuların pensiya təminatı haqqında” Qanun qüvvədə olduğu dövrdə hərbi xidmət
və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan
hissəsi nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A   A L D I:
 
1. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü
il 1 sentyabr tarixli 728-IIQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə
görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara
pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi
qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda
müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral
tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına
görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında”
Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə
hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli
sayılan hissəsi nəzərə alınmalıdır.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi”
qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya
rəsmi təfsir edilə bilməz.
 
Sədr   Fərhad ABDULLAYEV
 
Bakı şəhəri, 27 mart 2014-cü il.
 
qçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır.
 
və beləliklə
MətnŞəkilRekvizitlərVersiyalarƏlaqəli Sənədlər

 Ləğv olunmuşdur  
Hərbi qulluqçuların pensiya təminatı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ  QANUNU
 
Bu Qanun Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit
heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, habelə müvafiq
icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti*, onların ailələri üçün Azərbaycan
Respublikasının ərazisində vahid dövlət pensiyaları sistemini müəyyən edir. [1]
Qanun dolanacaq xərcləri dəyişdikcə pensiya məbləğlərinin də müntəzəm surətdə
dəyişdirilməsi yolu ilə pensiyaçıların sosial müdafiəsinə təminat verir.
 
 
I. ÜMUMİ MÜDDƏALAR
 
M a d d ə 1 .  Pensiya təminatı hüququ
 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi
birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi
qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən
edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya
hüququna malik olurlar. [2]
Bu Qanunda nəzərdə tutulan şəraitdə əlil olmuş hərbi qulluqçular əlilliyə görə pensiya
almaq hüququna malikdirlər.
Hərbi qulluqçular həlak olduqda və ya vəfat etdikdə onların ailələri ailə başçısını itirməyə
görə pensiya almaq hüququna malikdirlər.
Müddətli xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin pensiya təminatı qaydası
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilir.
Başqa dövlətlərin Azərbaycan Respublikası ərazisində daimi yaşayan hərbi qulluqçuları
pensiya almaq üçün zəruri olan stajın üçdə iki hissəsini Azərbaycan Respublikasının ərazisində
toplamışlarsa, pensiya təminatı hüququna malikdirlər. Bu zaman keçmiş SSRİ respublikalarının
ərazisində 1992-ci il yanvarın 1-dək olan xidmət dövrü nəzərə alınır.
 
M a d d ə   2 .  Pensiya təminatının şərtləri
 
Pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən
buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir.
Hərbi qulluqçulara əlilliyə görə pensiyalar, onların ailələrinə isə ailə başçısını itirməyə görə
pensiyalar xidmət müddətindən asılı olmayaraq təyin edilir.
 
M a d d ə 3 .  Hərbi qulluqçular və onların ailələri ilə bərabər pensiya almaq hüququna
malik olan şəxslər
 
Partizan dəstələrində və birləşmələrində zabit heyəti vəzifələrinə uyğun komandir
vəzifələri tutmuş şəxslərin və onların ailələrinin pensiya təminatı, zabit heyəti və onların ailələri
üçün bu Qanunda müəyyən edilmiş əsaslarla həyata keçirilir.
(Çıxarılıb) [3]
 
M a d d ə 4 .  Hərbi qulluqçulara və onların ailələrinə pensiya təyin edilməsi
 
Hərbi qulluqçulara və onların ailələrinə (öz arzusu ilə) “Vətəndaşların pensiya təminatı
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş şərtlərlə və normalar üzrə
pensiyalar təyin edilə bilər. Həm də pensiya hesablanarkən əmək haqqı ilə bərabər hərbi
qulluqçunun xidmətdən buraxılmazdan əvvəl aldığı təminat xərcliyinin bütün növləri nəzərə
alınır.
Fəhlə və qulluqçuların əmək haqqına əmsalların müəyyən edildiyi yerlərdə xidmət edən
hərbi qulluqçular barəsində qanunvericilikdə həmin yerlərdə işləyən şəxslər üçün müəyyən
edilmiş yaşa görə pensiya təyin olunmasının güzəştli şərtləri tətbiq edilir.
Hərbi və ya xüsusi rütbələrdən məhrum edilmiş hərbi qulluqçulara da pensiya
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyənləşdirilmiş əsaslarla təyin olunur. [4]
 
M a d d ə 5 .   Vəfat etmiş  pensiyaçıların ailələri üçün pensiyalar
 
Hərbi qulluqçular sırasından vəfat etmiş pensiyaçıların ailələri hərbi qulluqçuların ailələri
kimi ailə başçısını itirməyə görə ümumi əsaslarla pensiya almaq hüququna malikdirlər.
 
M a d d ə 6 .   Pensiya seçmək hüququ
 
Eyni zamanda müxtəlif dövlət pensiyaları almaq hüququ olan hərbi qulluqçulara və onların
ailələrinə öz arzuları ilə bir pensiya təyin edilir.
 
M a d d ə 7 .  Pensiya ödənilməsi üçün vəsait
 
Hərbi qulluqçulara və onların ailələrinə pensiya ödənməsi Azərbaycan
Respublikasının dövlət büdcəsi hesabına təmin edilir. [5]
(Çıxarılıb) [6]
 
M a d d ə 8 .  Pensiya təminatını həyata keçirən orqanlar
 
Bu Qanun üzrə hərbi qulluqçuların pensiya təminatını müvafiq icra hakimiyyəti
orqanları həyata keçirirlər. [7]
 
Maddə 9.  Pensiyalara xüsusi xidmətlərə görə əlavələr [8]
 
Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı adlarına layiq görlmüş, "İstiqlal"
ordeni ilə təltif olunmuş hərbi qulluqçuların pensiyalarının üzərinə yaşa görə minimum
pensiyanın 150 faizi məbləğində, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Şöhrət
ordeninin, Əmək Şöhrəti ordeninin və ya "Silahlı Qüvvələrdə Vətənə xidmət üçün" ordeninin
hər üç dərəcəsi ilə təltif olunmuş, habelə Azərbaycan Respublikası qarşısında xidmətlərinə görə
fəxri ada, o cümlədən daxili işlər və təhlükəsizlik orqanlarının fəxri adlarına layiq görülmüş
hərbi qulluqçuların pensiyaları üzərinə yaşa görə mininmum pensiyanın 50 faizi məbləğində
əlavə hesablanır.
 
M a d d ə 1 0 .  Müavinətlərin ödənməsi
 
Xidmətdən buraxılan hərbi qulluqçulara, müvafiq kateqoriyalı hərbi qulluqçuların ailələrinə
və ailə başçısını itirmiş hərbi qulluqçu ailələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyən etdiyi qaydada və məbləğdə müavinətlər ödənir.
 
M a d d ə 1 1 .  Pensiyaçılara sosial yardım
 
Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi ilə, rayon (şəhər) icra hakimiyyəti
orqanlarının, müəssisə, idarə və təşkilatların müdriyyətinin və əmək kollektivlərinin qərarları
ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun onlara
verdiyi hüquqlar daxilində müvafiq büdcələrin, əmək haqqı fondlarının vəsaiti hesabına bu
Qanuna uyğun olaraq təyin edilmiş pensiyalara əlavələr, hərbi qulluqçular sırasından
pensiyaçılar və onların ailələri üçün əlavə maddi təminat növləri və güzəştlər müəyyən edilə
bilər. [9]
 
II. XİDMƏT  İLLƏRİNƏ  GÖRƏ   PENSİYALAR
 
M a d d ə 1 2 .   Pensiyaların təyin edilməsi şərtləri
 
Xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər:
a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət
etmiş hərbi qulluqçular; [10]
b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın
azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; [11]
v) xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına
görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 ,təqvim  ili və daha çox ümumi iş stajı olan, bu
stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər;
q) hərbi xidmətdə ,və ya orqanlarda  xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın
nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
 
M a d d ə 1 3 .   Pensiyaların məbləğləri
 
Xidmət illərinə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin olunur:
a) 20 il və daha çox xidmət etmiş hərbi qulluqçulara (12-ci maddənin “a” bəndi) 20 il xidmət
üçün müvafiq təminat xərcliyinin (40-cı maddə)-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi
həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi xidmətdən buraxılanlara
isə 55 faizi; 20 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi; [12]
b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın
azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə (12-ci maddənin
“b” bəndi) müvafiq təminat xərcliyinin – 50 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün
müvafiq təminat xərcliyinin 1 faizi; [13]
v) xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına
görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu
stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə (12-
ci  maddənin  «v»  bəndi)—müvafiq təminat xərcliyinin 55 faizi və 25 ildən yuxarı xidmətin hər
ili üçün müvafiq təminat xərcliyinin 1 faizi;
q) hərbi xidmətdə və ya orqanlarda  xidmətdə  15 il iş  stajı olan və Çernobıl AES-də qəzanın
nəticələrinin  aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara (12-ci maddənin “q”
bəndi)—müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı xidmətin hər ili üçün müvafiq
təminat xərcliyinin 3 faizi.
ğ) Bu maddədə göstərilən qaydada hesablanan pensiyaların maksimum məbləği pensiyanın
müəyyən olunması üçün əsas götürülən təminat xərcliyindən artıq ola bilməz. [14]
 
M a d d ə 1 4 .  Pensiyanın minimum məbləği
 
20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etməyə görə (xidmət illərinə görə)
pensiyanın minimum məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən
minimum əmək haqqının 150 faizi məbləğində təyin edilir.
 
M a d d ə 1 5 .  Xidmət illərinə görə pensiyaya əlavələr
 
Xidmət illərinə görə hərbi qulluqçuların pensiyaları (o cümlədən minimum məbləğdə
hesablanmış pensiyalar) üzərinə aşağıdakı əlavələr hesablanır:
a) öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək
qabiliyyəti olmayan ailə üzvləri olan  işləməyən  pensiyaçılara - ailənin əmək qabiliyyəti
olmayan hər bir üzvü üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan
Respublikası Qanununda müəyyən edilmiş yaşa görə pensiyanın minimum məbləğinin 50 faizi
həcmində bu halda əlavə yalnız ailənin əmək pensiyası və ya sosial pensiya almayan üzvləri
üçün hesablanır; ailənin əmək qabiliyyəti olmayan üzvünün eyni zamanda həm sosial pensiya
almaq, həm də xidmət illərinə görə pensiyaya əlavə almaq hüququ varsa, pensiyaçının istəyi ilə
ailə üzvünə sosial pensiya təyin edilə bilər, yaxud ailənin həmin üzvü üçün pensiyaya əlavə
hesablana bilər;
b) 75 yaşına çatmış tənha pensiyaçılara – onlara qulluq üçün yaşa görə minimum
pensiyanın 50 faizi məbləğində;
v) müharibə əlillərinə və iştirakçılarına:
I    qrup əlillərə—yaşa görə minimum pensiyanın 300 faizi məbləğində,
II    qrup əlillərə—yaşa görə minimum pensiyanın 250 faizi məbləğində,
III    qrup əlillərə—yaşa görə minimum    pensiyanın 150 faizi məbləğində;
q) döyüşən ordunun tərkibində, partizan dəstələrində xidmət etmiş, beynəlmiləlçilik
borcunun yerinə yetirilməsi ilə bağlı döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular
sırasından olan müharibə iştirakçılarına—yaşa görə minimum pensiyanın 100 faizi məbləğində.
Bu maddənin “a”, “b”, “v” bəndlərində nəzərdə tutulmuş əlavələr eyni vaxtda hesablana
bilər.
 
M a d d ə 1 6 .  Xidmət illərinin hesablanması
 
Bu Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edil-məsi üçün xidmət illərinin
hesablanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki
xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi
qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti
orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam
etdiyi müddət göstərilməlidir. [15]
 
III. ƏLİLLİYƏ GÖRƏ PENSİYALAR
 
M a d d ə 1 7 .  Pensiyaların təyin edilməsi şərtləri
 
Əlil olmuş hərbi qulluqçulara əlilliyə görə pensiyalar, əlillik onların xidmət etdiyi dövrdə və
ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu
müddətdən sonra, lakin xidmət dövründə alınmış yara, kontuziya, zədə və ya xəstəlik
nəticəsində üz verdikdə təyin edilir.
 
M a d d ə 1 8 .  Əlilliyin müəyyən edilməsi
 
Əlilliyin qrupları və səbəbləri, habelə onun üz verdiyi vaxt həkim—əmək ekspert
komissiyaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi
Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim—əmək ekspert komissiyaları tərəfindən
müəyyən edilir.
Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillər üç qrupa bölünürlər.
 
M a d d ə   1 9 .  Əlilliyin səbəbləri
 
Hərbi qulluqçular sırasından olan əlillər əlilliyin səbəblərindən asılı olaraq aşağıdakı
kateqoriyalara bölünürlər:
a) müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən
alınmış yara, kontuziya və ya zədə nəticəsində, yaxud cəbhədə olmaqla və ya
döyüş    əməliyyatları aparan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik
nəticəsində üz verərsə;
b) hərbi qulluqçular sırasından dikər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti
vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış zədə, yaxud
cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləl borcu yerinə
yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə.
 
M a d d ə 2 0 .  Pensiyanın məbləğləri
 
Hərbi qulluqçulara əlilliyə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin edilir:
a) I qrup müharibə əlillərinə  (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil
olanlara)   təminat xərcliyinin—100 faizi, II qrup müharibə əlillərinə—80 faizi, III qrup
müharibə əlillərinə—55 faizi;
b) I qrup dikər əlillərə (o cümlədən, xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan
əlillərə)  təminat xərcliyinin—60 faizi, II qrup əlillərə—55 faizi, III qrup əlillərə—35 faizi.
 
M a d d ə 2 1 .  Pensiyaların minimum məbləğləri
 
Əlilliyə görə pensiyaların minimum məbləğləri aşağıdakı kimi müəyyən edilir:
a) I və II qrup müharibə əlillərinə və xidməti vəzifələrini yerinə yetirərkən əlil olmuş hərbi
qulluqçulara—yaşa görə minimum pensiyanın 200 faizi, III qrup əlillərə—yaşa görə minimum
pensiyanın 150 faizi;
b) digər əlillərə, o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan hadisə
nəticəsində əlil olmuş şəxslərə:
I və II qrup əlillərə—yaşa görə minimum pensiyanın 100 faizi məbləğində;
III qrup əlillərə—yaşa kərə minimum pensiyanın 50 faizi məbləğində.
 
M a d d ə 2 2 .  Əlilliyə görə pensiyanın yaşa və ya xidmət illərinə görə pensiya
məbləğində təyin edilməsi
 
Yaşa görə pensiya təyin edilməsi üçün (o cümlədən güzəştli şərtlərlə) “Vətəndaşların
pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş zəruri iş
stajına malik hərbi qulluqçular sırasından olan I və II qrup əlillərə əlilliyə görə pensiya müvafiq
iş stajı olduqda bu Qanunda nəzərdə tutulan yaşa görə pensiya məbləğində təyin edilə bilər.
Xidmət illərinə görə pensiya təyin edilməsi üçün zəruri xidmət illərinə malik hərbi
qulluqçular sırasından olan I və II qrup əlillərə əlilliyə görə pensiya müvafiq xidmət müddəti
olduqda xidmət illərinə görə pensiya məbləğində təyin edilə bilər.
 
M a d d ə 2 3 .  Əlilliyə görə pensiyalara əlavələr
 
Hərbi qulluqçulara əlilliyə görə təyin edilən pensiyaların (o cümlədən müvafiq minimum
məbləğdə hesablanmış pensiyaların) üzərinə aşağıdakı əlavələr hesablanır:
a) öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək
qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və  II qrup əlillərə—ailənin əmək qabiliyyəti
olmayan hər üzvü üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş yaşa görə minimum pensiyanın 50 faizi
məbləğində.  Bu halda    əlavə yalnız ailənin əmək pensiyası və ya sosial pensiya almayan
üzvləri üçün hesablanır. Ailənin əmək qabiliyyəti olmayan üzvü üçün eyni zamanda həm sosial
pensiya almaq, həm də əlilliyə görə pensiyaya əlavə almaq hüququ varsa, əlilin istəyi ilə ailə
üzvünə sosial pensiya təyin edilə bilər və ya ailənin həmin üzvü üçün pensiyaya əlavə
hesablana bilər;
b) I  qrup  müharibə əlillərinə—onlara  qulluq üçün yaşa görə minimum pensiyanın 100
faizi məbləğində;
v) I qrup əlillərə (müharibə əlillərindən başqa) və II qrup müharibə əlillərinə—onlara qulluq
üçün yaşa görə  pensiyanın 50 faizi məbləğində;
q) əlilliyə görə pensiya alan müharibə iştirakçılarına (müharibə nəticəsində əlilliyə görə
pensiya  alanlardan başqa)—yaşa görə pensiyanın 100 faizi məbləğində.
 
M a d d ə 2 4 .  Əlilliyə görə pensiyaların təyin edilməsi və ödənilməsi müddətləri
 
Hərbi qulluqçulara əlilliyə görə pensiya həkim—əmək ekspert komissiyasının müəyyən
etdiyi bütün əlillik dövrü üçün, 60 yaşından yuxarı əlil kişilərə və 55 yaşından yuxarı əlil
qadınlara isə ömürlük təyin edilir və onlar yalnız öz ərizələrinə əsasən yenidən müayinədən
keçirilir.
Pensiya yaşına çatmamış pensiyaçı əmək qabiliyyətli hesab edildiyi halda ona pensiya əmək
qabiliyyətli hesab edildiyi ayın sonunadək, lakin ən çoxu əlilliyin müəyyən edildiyi günədək
ödənilir.
 
M a d d ə 2 5 .  Əlillik qrupu dəyişdikdə  pensiyanın yenidən  hesablanması
 
Pensiya təyin edildikdən sonra əlillik qrupu dəyişdikdə pensiyanın məbləği də dəyişir. Bu
halda müharibə əlilinin ümumi xəstəliyi, əmək zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar olaraq
onun əlilliyi gücləndikdə əlilliyin səbəbi saxlanmaqla pensiya yeni əlillik qrupu üzrə yenidən
hesablanır.
 
M a d d ə 2 6 .  Əlillikdə  fasilələr  zamanı  pensiya  ödənməsinin bərpa olunması
 
Hərbi qulluqçular sırasından olan əlil həkim—əmək ekspert komissiyasında yenidən
müayinə edilmək vaxtını ötürdükdə ona pensiya verilməsi dayandırılır, təkrarən əlil hesab
edildikdə isə təkrarən əlil hesab edildiyi kündən bərpa olunur. Yenidən müayinə edilmək vaxtı
üzürlü səbəbdən ötürülübsə pensiya həkim—əmək ekspert komissiyasının onu əlil hesab etdiyi
bütün dövr üçün ödənilir. Həm də yenidən müayinə nəticəsində əlilə başqa əlillik qrupu
müəyyən edildikdə həmin dövr üçün pensiya əvvəlki əlillik qrupu üzrə ödənilir.
 
M a d d ə 2 7 .  Əvvəllər təyin edilmiş pensiyanın bərpa olunması və yenidən təyin
edilməsi
 
Ümumi xəstəlik nəticəsində əlilliyə görə əvvəllər təyin edilmiş pensiya bu şərtlə bərpa
olunur ki, müəyyən edilən əlillik müddəti qurtardığına görə pensiya ödənilməsinin kəsildiyi
kündən beş ildən çox vaxt keçməsin. Əlilliyə görə əvvəllər təyin edilmiş pensiyanın başqa
səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır.
Fasilədən sonra yenidən əlillik üz verərsə əlilliyə görə pensiya  (pensiyaçının istəyi ilə)
ümumi əsaslarla təyin edilə bilər.
 
IV. AİLƏ  BAŞÇISINI  İTİRMƏYƏ  GÖRƏ   PENSİYALAR
 
M a d d ə 2 8 .   Pensiyaların təyin edilməsi şərtləri
 
Hərbi qulluqçuların ailələrinə ailə başçısını itirməyə görə pensiya ailə başçısı xidmət etdiyi
dövrdə və ya xidmətdən buraxıldıqdan ən geci üç ay keçənədək, yaxud bu müddətdən sonra,
lakin xidmət etdiyi dövrdə aldığı yara, kontuziya, zədə və ya xəstəlik nəticəsində vəfat edibsə
təyin edilir, həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı
pensiya aldığı dövrdə və ya pensiya ödənməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə
təyin edilir. həm də hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailələri
cəbhədə həlak olanların ailələrinə bərabər tutulur.
 
M a d d ə 2 9 .  Pensiya almaq hüququ olan ailə üzvləri
 
Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların öhdəsində olmuş əmək qabiliyyəti olmayan
ailə üzvləri ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdirlər.
Ailə başçısının öhdəsində olub-olmamasından asılı olmayaraq aşağıdakılara pensiya təyin
edilir: əmək qabiliyyəti olmayan uşaqlara; ailə başçısının ölümündən sonra yaşayış üçün vəsait
mənbəyini itirmiş əmək qabiliyyəti olmayan valideynlərə və ər-arvada; cəbhədə, yaxud döyüş
əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirərkən həlak olmuş, habelə
Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olmuş hərbi qulluqçuların əmək
qabiliyyəti olmayan valideynlərinə və arvadlarına.
Ailə başçısını itirməyə görə pensiya almaq hüququ müəyyən edilərkən aşağıdakılar ailənik
əmək qabiliyyəti olmayan üzvləri sayılırlar:
a) 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar,
qardaşlar, bacılar və nəvələr, texniki-peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində
təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; həm də
qardaşlar, bacılar və nəvələr əmək qabiliyyətli valideynləri olmadıqda pensiya almaq
hüququna malikdirlər;
b) ata, ana və ər(arvad) pensiya yaşına çatıblarsa: kişilər 60 yaşına, qadınlar 55 yaşına
çatıbsa, yaxud əlildirlərsə;
v) yaşından və əmək qabiliyyətindən asılı olmayaraq ər (arvad) və ya valideynlərdən biri,
yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış
uşaqlarına, qardaşlarına, bacılarına və ya nəvələrinə baxırsa və işləmirsə;
q) baba və nənə—qanunla  onları saxlamalı şəxslər yoxdursa həlak olmuş hərbi
qulluqçuların ayrı-ayrı kateqoriyalarının
valideynləri və arvadları üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti ailə başçısını
itirməyə görə pensiya təyin olunma-sının başqa şərtlərini müəyyən edə bilər.
 
M a d d ə 3 0 .  Öhdədə olan ailə üzvləri
 
Vəfat edənin ailə üzvləri onun tam təminatında olublarsa və ya ondan özlərinin yaşayışı
üçün daimi və əsas vəsait mənbəyi olan kömək alıblarsa, onun öhdəsində olmuş ailə üzvləri
sayılırlar.
Vəfat edənin köməyi yaşayışları üçün daimi və əsas vəsait mənbəyi olan, lakin özləri hər
hansı pensiya almış ailə üzvləri yeni pensiyaya keçmək hüququna malikdirlər.
 
Maddə 31. Tam dövlət təminatında olan uşaqlara pensiya ödənməsi
 
Hər iki valideynini itirmiş uşaqlara (ata-anadan yetimlərə) tam dövlət təminatında olduqları
dövrdə pensiya tam məbləğdə ödənilir.
Tam dövlət təminatında olan başqa uşaqlara təyin edilmiş pensiyanın 50 faizi ödənilir.
 
M a d d ə 3 2 .  Övladlığa götürənlərin və götürülənlərin, ögey atanın, ögey ananın,
ögey  oğulun və ögey qızın pensiya almaq hüququ
 
Övladlığa götürənlər valideynlərlə bir səviyyədə, övladlığa götürülənlər isə doğma
uşaqlarla bir səviyyədə pensiya almaq hüququna malikdirlər.
Ailə başçısını itirməyə görə pensiya almaq hüququna malik olan yetkinlik yaşına
çatmayanlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.
Ögey ata və ögey ana vəfat etmiş ögey oğlu və ya ögey qızı azı beş il tərbiyə etmiş və ya
saxlamışsa, doğma ata və ana ilə bir səviyyədə pensiya almaq hüququna malikdirlər.
Ögey oğul və ögey qız doğma övladlarla bir səviyyədə pensiya almaq hüququna
malikdirlər.
 
M a d d ə 3 3 .  Yeni nikah bağlandıqda pensiyanın saxlanması
 
Ərin (arvadın) ölümü ilə əlaqədar təyin edilmiş pensiya, pensiyaçı yeni nikah bağlayanda
da saxlanılır.
 
M a d d ə   3 4 .  Pensiyaların məbləğləri
 
Ailə başçısını itirməyə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin edilir:
a) Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət
vəzifələrini   (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış yara, kontuziya və ya zədə
nəticəsində, yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş
əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik
nəticəsində vəfat etmiş hərbi qulluqçuların  ailələrinə—ailənin  əmək qabiliyyəti olmayan hər
bir üzvünə ailə başçısının əmək haqqının 50 faizi; ailə başçısının ölümünün səbəbindən asılı
olmayaraq müharibə əlilləri sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində
hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailələrə də pensiya bu
məbləğdə hesablanır;
b) hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan
bədbəxt hadisə zamanı alınmış zədə nəticəsində və ya cəbhədə olmaqla, Azərbaycan
Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik
borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların
ailələrinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının əmək haqqının 35
faizi.
 
M a d d ə 3 5 .   Pensiyaların minimum məbləğləri
 
Hərbi qulluqçuların ailələrinə ailə başçısını itirməyə görə təyin edilən pensiyalar aşağıdakı
məbləğlərdən az ola bilməz:
ailənin əmək qabiliyyəti olmayan hər bir üzvü üçün—yaşa görə minimum pensiyanın 75
faizi;
valideynlərinin ikisini də itirmiş hər uşaq üçün, habelə hərbi əməliyyatlar zamanı və ya
xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçunun ailəsinin əmək qabiliyyəti
olmayan hər bir üzvü üçün—yaşa görə minimum pensiyanın  100 faizi.
 
M a d d ə 3 6 .   Pensiyanın təyin edildiyi müddət
 
Ailə başçısını itirməyə görə pensiya vəfat edənin ailə üzvünün əmək qabiliyyəti olmayan
şəxs hesab edildiyi bütün dövr üçün (29-cu maddə), ailənin 60 yaşına çatmış kişi üzvlərinə və 55
yaşına çatmış qadın üzvlərinə isə ömürlük təyin edilir.
 
M a d d ə 3 7 .  Ailənin bütün üzvlərinə bir pensiya təyin edilməsi. Pensiya payının
ayrılması
 
Ailənin  pensiya  almaq hüququ olan  bütün üzvlərinə  bir  ümumi; pensiya təyin edilir.
Ailə üzvünün tələbi ilə onun pensiya payı ayrılır və ona ayrıca ödənilir. Həmin pay
pensiyadan pay ayrılması haqqında ərizənin verildiyi aydan sonrakı ayın 1-dək ayrılır.
 
Maddə 3 8 .  Pensiya məbləğinin dəyişdirilməsi və onun
ödənməsinin    dayandırılması
 
Ailə başçısını itirməyə görə pensiya təyin edilmiş ailənin tərkibində ayrı-ayrı ailə üzvlərinin
və ya bütövlükdə ailənin pensiya almaq hüququnu itirməsinə səbəb olan dəyişiklik baş verərsə
həmin dəyişikliyin baş verdiyi aydan sonrakı ayın birindən pensiya yenidən hesablanır və ya
onun ödənməsi dayandırılır.
 
M a d d ə 3 9 .  Ailə üzvlərinin əlilliyinin müəyyən edilməsi qaydası və müddətləri
 
Əlilliyin müəyyən edilməsi qaydası və müddətləri haqqında bu Qanunun 18, 24 və 26-cı
maddələrində şərh edilmiş qaydalar müvafiq surətdə əlil olan ailə üzvlərinə də şamil edilir.
 
V.  PENSİYALARIN  HESABLANMASI
 
M a d d ə   4 0 .  Pensiyanın hesablanması üçün təminat xərcliyi
 
Hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən
hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil
edən bütün artım; növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq
maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul
kompensasiyası nəzərə alınır. [16]
Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə
keçirilmiş və keçirildiyi gün xidmət illərinə görə pensiya almaq hüququna malik olan hərbi
qulluqçular xidmətdən buraxılarkən onların pensiyası bilavasitə göstərilən köçürməyədək azı
bir il çalışdıqları vəzifə üzrə maaşdan hesablanır.
 
M a d d ə 4 1 .   Pensiyaçıların ailələrinə pensiya hesablanması
 
Hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə ailə başçısını itirməyə görə
pensiyalar ailə başçısının özünə pensiyanın hesablandığı təminat xərcliyindən hesablanır.
 
M a d d ə 4 2 .   Pensiyaların məbləğlərinə əmsalların tətbiq edilməsi
 
Fəhlə və qulluqçuların əmək haqqına əmsalların müəyyən edildiyi yerlərdə, o cümlədən,
Azərbaycan Respublikasının yüksək dağlıq yerlərində yaşayan hərbi qulluqçular sırasından
olan pensiyaçılara və onların ailələrinə həmin yerlərdə yaşadıqları dövrdə bu Qanuna uyğun
olaraq təyin edilən pensiyalar (o cümlədən minimum məbləğdə) həmin yerlərdə qeyri-istehsal
sahələrinin fəhlə və qulluqçuları üçün müəyyən edilmiş, lakin 1,5 əmsalından çox olmayan
əmsal tətbiq edilməklə hesablanır. Bu maddə hərbi qulluqçuların pensiyaları təyin edilərkən
əsas götürülmüş təminat xərcliyinə həmin əmsallar daxil edilmədikdə tətbiq olunur.
 
VI.  PENSİYALARIN TƏYİN  EDİLMƏSİ
 
M a d d ə 4 3 .   Pensiya təyin edilməsi üçün müraciət
 
Pensiya təyin edilməsi haqqında ərizələri hərbi qulluqçular və onların ailə üzvləri müvafiq
icra hakimiyyəti orqanlarına təqdim edirlər. [17]
 
M a d d ə 4 4 .   Pensiya təyin edən orqanlar və pensiya təyin edilməsi haqqında
sənədlərə baxılması müddətləri
 
Hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyalar müvafiq icra hakimiyyəti orqanları
tərəfindən təyin edilir. [18]
Pensiya təyin edilməsi haqqında sənədlərə pensiya təyin edən orqanlar sənədlərin daxil
olduğu kündən ən geci 10 gün keçənədək baxırlar.
 
M a d d ə 4 5 .   Pensiyaların təyin edilməsi müddətləri
 
Bu Qanuna uyğun olaraq pensiyalar hərbi qulluqçulara—xidmətdən buraxıldığı kündən,
lakin onlara sonuncu dəfə təminat xərcliyinin ödəndiyi kündən tez olmayaraq, həmin hərbi
qulluqçuların ailələrinə və onların sırasından olan pensiyaçıların ailələrinə isə—ailə başçısının
vəfat etdiyi kündən, lakin ona sonuncu dəfə təminat xərcliyinin və ya pensiyanın ödəndiyi
kündən tez olmayaraq təyin edilir, onlara daha gec müddətlərdə pensiya təyin edildiyi
aşağıdakı hallar istisna olunur:
xidmətdən buraxıldıqdan sonra 3 ay ərzində, yaxud xidmətdən buraxıldıqdan sonra
bədbəxt hadisə və ya xəstəlik nəticəsində əlil olmuş həmin hərbi qulluqçulara—əlilliyin
müəyyən edildiyi gündən; [19]
həmin hərbi qulluqçuların və onların sırasından olan pensiyaçıların ailə başçısını itirməyə
görə pensiya hüququ əldə etmiş ailə üzvlərinə—pensiya almaq hüququnun yarandığı kündən,
yaşayış üçün vəsait mənbəyini itirdiklərinə görə pensiya almaq hüququ əldə etmiş valideynlərə
və ər-arvada—pensiya almaq üçün müraciət edildiyi kündən.
Vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq
hüququnun yarandığı kündən, lakin pensiya üçün müraciət edildiyi kündən ən çoxu 12 ay
əvvəl təyin edilir.
 
M a d d ə 4 6 .  Təyin edilmiş  pensiyaların yenidən hesablanması müddətləri
 
Hərbi qulluqçulara və onların ailələrinə təyin edilmiş pensiyaların məbləğinin
dəyişilməsinə səbəb olan vəziyyət yarandıqda belə vəziyyətin yarandığı aydan sonrakı ayın 1-
dən bu pensiyalar yenidən hesablanır. həm də pensiyaçı pensiyasının artırılması hüququnu
əldə edibsə, keçmiş müddət üçün pensiya fərqi ən çoxu 12 ay üçün ödənməlidir.
 
VII.  PENSİYALARIN ÖDƏNMƏSİ
 
M a d d ə   4 7 .  Pensiya ödəyən orqanlar
 
Hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyaları qeydiyyat yerindən asılı olmayaraq
pensiyaçının faktik yaşayış yerindəki əmanət bankı idarələri müvafiq icra hakimiyyəti orqanları
tərəfindən tərtib edilmiş müvafiq sənədlər əsasında ödəyirlər. [20]
 
M a d d ə 4 8 .  Əmək haqqı və ya digər gəlir olduqda pensiyaların ödənməsi
 
Bu Qanuna müvafiq surətdə təyin edilmiş pensiyalar pensiyaçının əmək haqqının və ya
dikər gəlirinin olmasından asılı olmayaraq tam ödənilir.
 
M a d d ə 4 9 .  Keçmiş müddət üçün pensiyaların ödənməsi
 
Hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb
edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi kündən əvvəlki 3
ildən çox olmayan müddət üçün ödənilir.
Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya
məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.
 
M a d d ə 5 0 .  İnternat evlərdə yaşayan pensiyaçılara pensiya ödənməsi
 
Hərbi qulluqçular sırasından olub qocalar və əlillər üçün internat evlərdə (pansionatlarda)
yaşayan tənha pensiyaçılara pensiya ilə internat evdə (pansionatda) saxlama haqqı arasındakı
fərq ödənilir, lakin bu, təyin edilmiş pensiyanın 25 faizindən və yaşa görə pensiyanın minimum
məbləğinin 20 faizindən az olmamalıdır. Qocalar və əlillər üçün internat evdə (pansionatda)
yaşayan pensiyaçının öhdəsində ailə başçısını itirməyə görə pensiya almalı olan əmək
qabiliyyəti olmayan ailə üzvləri varsa, pensiya belə qaydada ödənməlidir: pensiyanın 25 faizi,
lakin yaşa görə pensiyanın minimum məbləğinin 20 faizindən az olmayan hissəsi pensiyaçının
özünə, qalan, lakin təyin edilmiş məbləğin 50 faizindən çox olmayan hissəsi isə göstərilən ailə
üzvlərinə verilir.
hərbi qulluqçuların ailə üzvləri sırasından olan pensiyaçılara qocalar və əlillər üçün internat
evlərdə (pansionatlarda) yaşadıqları dövrdə təyin edilmiş pensiyanın 10 faizi, lakin yaşa görə
pensiyanın minimum məbləğinin 20 faizindən az olmayaraq ödənilir. Onların pensiyalarının
məbləği internat evdə (pansionatda) saxlanma haqqından çox olduqda pensiya ilə saxlanma
haqqı arasındakı fərq təyin edilmiş pensiyanın 10 faizindən, yaşa görə pensiyanın minimum
məbləğinin 20 faizindən az olmayaraq ödənilir.
Stasionar sosial xidmət müəssisələrində yaşayan ahılların pensiyalarının verilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [21]
 
M a d d ə 5 1 .  Stasionar müalicədə olan müddətdə pensiyaların ödənməsi
 
Pensiyaçı stasionar müalicədə (xəstəxanada, klinikada, qospitalda və başqa müalicə
ocaqlarında), habelə leprozoridə olduğu müddətdə onun pensiyası tam ödənilir.
 
M a d d ə 5 2 .     (Çıxarılıb) [ 2 2 ]
 
M a d d ə 5 3 .  Pensiyalardan pul tutulması
 
Hərbi qulluqçulara və onların ailə üzvlərinə təyin edilmiş pensiyalardan “Vətəndaşların
pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş
qaydada pul tutulur həm də hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən sui-istifadə
nəticəsində onlara artıq ödənilmiş pensiya məbləğləri 47-ci maddədə göstərilmiş pensiya
orqanlarının qərarı ilə tutulur.
 
M a d d ə 5 4 .  Pensiyaçı vəfat etdikdə pensiyanın ödənməsi
 
Hərbi qulluqçular sırasından olan pensiyaçıya və onun ailə üzvlərinə çatası və onun vəfatı
ilə əlaqədar alınmamış pensiya məbləğləri mirasın tərkibinə daxil edilmir və onun ailəsinin ailə
başçısını itirməyə görə pensiya ilə təmin olunmalı şəxslərə aid edilən üzvlərinə ödənilir.
Lakin pensiyaçının vəfat etdiyi günədək onunla birlikdə yaşamış valideynləri, əri (arvadı),
habelə dikər ailə üzvləri ailə başçısını itirməyə görə pensiya ilə təmin olunan şəxslərə aid
edilmədikdə də bu məbləğləri almaq hüququna malikdirlər.
Ailənin bir neçə üzvü müraciət etdikdə ödənməli məbləğ onlar arasında bərabər bölünür.
Yuxarıda göstərilən məbləğlər pensiyaçının ölümündən ən geci 6 ay keçənədək müraciət
olunubsa ödənilir.
Pensiyaçının ölümü ilə əlaqədar dəfn üçün onun ailəsinə üç aylıq pensiya məbləğində
müavinət verilir.
Pensiyaçını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn edirsə onlara müavinətin
göstərilən məbləği çərçivəsində faktik dəfn xərclərindən çox olmayan müavinət verilir.
 
M a d d ə 5 5 .   Pensiyaçının xaricə köçməsi ilə əlaqədar pensiyanın ödənməsi
 
Azərbaycan Respublikasından daimi yaşayış üçün keçmiş SSRİ-yə daxil olmuş başqa
dövlətlərə keçən hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyalar ümumi əsaslarla təyin
edilir və ödənilir.
Daimi yaşayış üçün dikər xarici dövlətlərə köçmüş hərbi qulluqçulara və onların ailə
üzvlərinə Azərbaycan Respublikasında pensiya təyin edilmir. hərbi qulluqçular sırasından olan
pensiyaçılar və onların ailə üzvləri daimi yaşayış üçün xaricə köçdükdə getməzdən əvvəl onlara
Azərbaycan Respublikasında təyin edilmiş pensiyanın 6 aylıq məbləği qabaqcadan ödənilir.
 
VIII.   PENSİYALARIN   YENİDƏN    HESABLANMASI
 
M a d d ə   5 6 .  Əvvəllər təyin edilmiş  pensiyaların yenidən hesablanması
 
Hərbi qulluqçulara və onların ailə üzvlərinə əvvəllər təyin edilmiş pensiyalar bu Qanunun
qüvvəyə minməsi ilə əlaqədar olaraq pensiya işində olan sənədlər üzrə yenidən hesablanır.
Sonradan pensiyaçı pensiyanın daha da artırılmasına hüquq verən əlavə sənədlər təqdim
edərsə, əlavə sənədlərin təqdim edildiyi kündən əvvəlki 12 aydan çox olmayan və bu Qanunun
qüvvəyə mindiyi kündən tez olmayaraq keçmiş müddət üçün pensiya yenidən hesablanır.
 
Maddə 5 7 .  Hərbi qulluqçuların təminat xərcliyinin artması
ilə  əlaqədar  pensiyaların yenidən hesablanması
 
Bu Qanunun 13, 14, 20-22, 34 və 35-ci maddələrinə uyğun olaraq hərbi qulluqçulara və
onların ailə üzvlərinə təminat xərcliyindən hesablanmış pensiyalar hərbi qulluqçuların təminat
xərcliyinin orta  səviyyəsinin  artması  ilə  əlaqədar  yenidən  hesablanır.
 
M a d d ə 5 8 .   Dolanacaq xərcləri indeksinin dəyişilməsi ilə əlaqədar pensiyanın
yenidən hesablanması
 
Hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiyaları dolanacaq xərcləri indeksinin
dəyişilməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada
yenidən hesablanır. [23]
 
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata
keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri
Y. MƏMMƏDOV.
 
Bakı şəhəri, 29 aprel 1992-ci il.
№ 109.
 
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1.       7 iyul 1992-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Ali Sovetinin Məlumatı, 1992-ci il, № 13, maddə 491)
2.       2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu
3.       30 sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 10)
4.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 736)
5.       30 aprel 2002-ci il tarixli 316-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 246)
6.       24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 6, maddə 328)
7.       9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü  il, № 4, maddə 202)
8.       30 mart 2004-cü il tarixli 612-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü  il, № 5, maddə 312)
9.       1 sentyabr 2004-cü il tarixli 728-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü  il, № 9, maddə 671)
10.    3 mart 2006-ci il tarixli nömrəli 75-IIIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 312)
 
 
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 

*
 Sadalanan kateqoriyalar bundan belə hərbi qulluqçular adlanacaq.

[1] 
2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə giriş hissəsində
"praporşikləri" sözü "gizirləri" sözü ilə əvəz edilmiş, "Dövlət Sərhədinin Mühafizə Komitəsinin" sözləri
çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
“Bu Qanun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin,
Dövlət Sərhədini Mühafizə Komitəsinin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən
artıq xidmət hərbi qulluqçuları, habelə Daxili İşlər Nazirliyinin, Prezidenti mühafizə xidmətinin
sıravi və rəis heyəti*), onların ailələri üçün Azərbaycan Respublikasının ərazisində vahid dövlət
pensiyaları sistemini müəyyən edir.
Qanun dolanacaq xərcləri dəyişdikcə pensiya məbləğlərinin də müntəzəm surətdə
dəyişdirilməsi yolu ilə pensiyaçıların sosial müdafiəsinə təminat verir”.
30 sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 10) ilə Preambulada “Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhədini Mühafizə
Komitəsinin”  sözləri “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının” sözləri ilə,
“habelə Daxili İşlər Nazirliyinin, Prezidenti mühafizə xidmətinin” sözləri “habelə müvafiq icra
hakimiyyəti orqanlarının” sözləri ilə əvəz edilmişdir.
 
[2] 
2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1-ci maddənin birinci
hissəsində "praporşikləri" sözü "gizirləri" sözü ilə əvəz edilmiş, "Dövlət Sərhədinin Mühafizə
Komitəsinin" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Milli Təhlükəsizlik Nazirliyi orqanlarının,
Dövlət Sərhədini Mühafizə Komitəsinin, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri,
miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, Daxili İşlər Nazirliyi orqanlarının,
Prezidenti mühafizə xidmətinin sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində
hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar”.
30 sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 10) ilə 1-ci maddənin birinci hissəsində
“Milli Təhlükəsizlik Orqanlarının, Dövlət Sərhədini Mühafizə Komitəsinin”  sözləri “Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının” sözləri ilə, “Daxili İşlər Nazirliyinin,
Prezidenti mühafizə  xidmətinin” sözləri “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri ilə əvəz
edilmişdir.
 
[3] 
2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 3-cü maddənin ikinci
hissəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
“Bağlaşma əsasında xidmət edən qadın hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya
təminatı müddətindən artıq xidmət hərbi qulluqçuları və onların ailə üzvləri üçün bu Qanunda
müəyyən edilmiş əsaslarla həyata keçirilir”.
 
[4] 
24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 4-cü maddənin üçüncü
hissəsində "əsgəri" sözü "hərbi" sözü ilə əvəz edilmişdir.
 
[5] 
9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü  il, № 4, maddə 202) ilə 7-ci maddəsində "respublika"
sözü "dövlət" sözü ilə əvəz edilmişdir.
 
[6] 
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 7-ci maddəsinin adından
"Pensiyaların vergidən azad edilməsi" sözləri və həmin maddənin ikinci hissəsi çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi:
Pensiyalardan vergi tutulmur.
 
[7] 
2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 8-ci maddədən "Dövlət
Sərhədinin Mühafizə Komitəsi" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Bu Qanun üzrə hərbi qulluqçuların pensiya təminatını Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhədini Mühafizə
Komitəsi həyata keçirirlər.
30 sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 10) ilə 8-ci maddədə “Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin  və
Dövlət Sərhədini Mühafizə Komitəsinin” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz edilmişdir.
 
[8] 
2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9-cu maddə yeni
redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə 9 .  Pensiyalara xüsusi xidmətlərə görə əlavələr
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş hərbi qulluqçuların pensiyaları üzərinə
yaşa görə minimum pensiyanın 100 faizi məbləğində, Sovet İttifaqı Qəhrəmanı və ya Sosialist
Əməyi Qəhrəmanı adlarına layiq görülmüş, Şöhrət ordeninin hər üç dərəcəsi ilə, Əmək Şöhrəti
ordeninin hər üç dərəcəsi ilə və ya “Silahlı Qüvvələrdə Vətənə xidmət üçün” ordeninin hər üç
dərəcəsi ilə təltif olunmuş, habelə Azərbaycan Respublikası qarşısında xidmətlərinə görə fəxri ada,
o cümlədən “Daxili İşlər Nazirliyinin əməkdar işçisi”, “Əməkdar çekist” adına layiq görülmüş
hərbi qulluqçuların pensiyaları üzərinə yaşa görə minimum pensiyanın 50 faizi məbləğində əlavə
pensiya hesablanır.
 
[9] 
9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü  il, № 4, maddə 202) ilə 11-ci maddəsində "muxtar
respublika büdcəsinin və yerli" sözləri "müvafiq" sözü ilə əvəz edilmişdir.
 
[10] 
1 sentyabr 2004-cü il tarixli 728-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü  il, № 9, maddə 671) ilə 12-ci maddənin a) bəndində
"20 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmişdir.
 
[11] 
3 mart 2006-ci il tarixli nömrəli 75-IIIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 312) 12-ci  maddəsinin "b" bəndindən
"və buraxıldığı gün 50 yaşı" sözləri çıxarılsın.
 
[12] 
2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13-cü maddənin "a"
bəndində "yaşına və ya xəstəliyinə görə xidmətdən buraxılanlara isə 55 faizi" sözləri "yaşına və ya
xəstəliyinə görə hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi
xidmətdən buraxılanlara isə 55 faizi" sözləri ilə əvəz edilmişdir.
 
[13] 
3 mart 2006-ci il tarixli nömrəli 75-IIIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 312) 13-ci  maddəsinin "b" bəndindən
"və buraxıldığı gün 50 yaşı" sözləri çıxarılsın.
 
[14] 
  7 iyul 1992-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Ali Sovetinin Məlumatı, 1992-ci il, № 13, maddə 491) ilə 13-cü maddəyə “q”
yarımbəndindən sonra yeni abzas əlavə edilmişdir.
 
[15] 
1 sentyabr 2004-cü il tarixli 728-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü  il, № 9, maddə 671) ilə 16-cı maddənin  birinci
hissəsində "Nazirlər Kabineti" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilmiş və
yeni ikinci hissə əlavə edilmişdir.
 
[16] 
24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 40-cı maddənin birinci
hissəsində "əsgəri" sözü "hərbi" sözü ilə əvəz edilmişdir.
 
[17] 
2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 43-cü maddədən "Dövlət
Sərhədinin Mühafizə Komitəsinin" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Pensiya təyin edilməsi haqqında ərizələri hərbi qulluqçular və onların ailə üzvləri Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin və
Dövlət Sərhədini Mühafizə Komitəsinin pensiya orqanlarına təqdim edirlər.
30 sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 10) ilə 43-cü maddədə “Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin  və
Dövlət Sərhədini Mühafizə Komitəsinin pensiya” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz
edilmişdir.
 
[18] 
2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 44-cü maddədən "Dövlət
Sərhədinin Mühafizə Komitəsinin" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyalar Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhədini
Mühafizə Komitəsinin pensiya orqanları tərəfindən təyin edilir.
Pensiya təyin edilməsi haqqında sənədlərə pensiya təyin edən orqanlar sənədlərin daxil olduğu
kündən ən geci 10 gün keçənədək baxırlar.
30 sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 10) ilə 44-cü maddədə “Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin  və
Dövlət Sərhədini Mühafizə Komitəsinin pensiya” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz
edilmişdir.
 
[19] 
24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 45-ci maddənin ikinci
abzasından "azadlıqdan məhrum edilənlərə isə - azadlıqdan məhrumetmə yerlərindən azad
edildikdən sonra pensiya üçün müraciət edildiyi gündən" sözləri çıxarılmışdır.
 
[20] 
2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 47-ci maddədən "Dövlət
Sərhədinin Mühafizə Komitəsinin" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyaları qeydiyyat yerindən asılı olmayaraq
pensiyaçının faktik yaşayış yerindəki əmanət bankı idarələri Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhədini
Mühafizə Komitəsinin pensiya orqanları tərəfindən tərtib edilmiş müvafiq sənədlər əsasında
ödəyirlər.
30 sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 10) ilə 47-ci maddədə “Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin  və
Dövlət Sərhədini Mühafizə Komitəsinin pensiya” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz
edilmişdir.
 
[21] 
30 aprel 2002-ci il tarixli 316-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 246) ilə 50-ci maddəsinə yeni üçüncü
hissə əlavə edilmişdir.
 
[22] 
30 sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 10) ilə 52-ci maddə çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə 5 2 .   Azadlıqdan məhrumetmə müddətində pensiya ödənməsinin dayandırılması
Pensiyaçı azadlıqdan məhrum edildikdə azadlıqdan məhrumetmə müddəti üçün pensiya
ödənməsi dayandırılır.
 
[23] 
30 mart 2004-cü il tarixli 612-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü  il, № 5, maddə 312) ilə 58-ci maddəsində "Ali
Sovetinin" sözləri "Milli Məclisinin” sözləri ilə əvəz edilmişdir.
 
© 2022 | E-qanun.az | Bütün Haqqlar QorunurDeveloped by: Ədliyyə Nazirliyinin İnformasiya - kommunikasiya Texnologiyaları İdarəsi / CROCUSOFT

və beləliklə

KMQ3 1. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının
pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta
pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi
xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya
hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam
etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir.
3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi Azərbaycan
Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsi, 25-ci maddəsi, 29-cu maddəsinin I və IV hissələri, 38-ci
maddəsinin I və III hissələri, 149-cu maddəsinin I və III hissələri ilə ziddiyyət təşkil etmir. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin 2 fevral 2022-ci il tarixli qərarı – “Respublika” qəzeti, 8 fevral 2022-ci il, № 28)

Qərar!
Azərbaycan Respublikası adından
 
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı
maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I
hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin I və IV hissələrinə, 38-ci maddəsinin I
və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun
yoxlanılmasına dair
 
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və
Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-
ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili
Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının
yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin I və
IV hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III
hissələrinə uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikası İnsan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında konstitusiya işinə
baxdı.
İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının
Elmi-Analitik sektorunun müdiri M.Məmmədov və Azərbaycan Respublikası Milli
Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, mütəxəssis
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və
Ekologiya Hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru M.Əliyevin və
həmin kafedranın müəllimi F.Əliyevanın rəyini və iş materiallarını araşdırıb müzakirə
edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) sorğu ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) 9.6-cı
maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya)
13-cü maddəsinin I hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin I və IV hissələrinə, 38-
ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun
yoxlanılmasını xahiş etmişdir.
Sorğuda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci
maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək
qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı
dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması
davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud
pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə
sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti
aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin
72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə
hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir
həyata keçirilir.
Göründüyü kimi, qanunvericiliyin həmin norması bütün işləyən əmək
pensiyaçılarına münasibətdə istisnasız olaraq əmək pensiyalarının yenidən
hesablanması şərtlərini və qaydasını müəyyən etmişdir.
Həmin Qanunun 9.6-cı maddəsinə görə isə hərbi qulluqçulara əmək pensiyası
hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək
pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının
pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan
şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya
kapitalına görə yenidən hesablana bilər.
Sorğuverənin qənaətinə görə, göstərilən maddəyə əsasən hərbi xidmətini davam
etdirən əmək pensiyaçılarının yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına
görə pensiyasının yenidən hesablanması hüququ vardır. Bundan fərqli olaraq,
ehtiyatda olub, başqa sahədə, yəni qeyri-hərbi, mülki sahədə çalışan və hərbi xidmətini
davam etdirməyən pensiyaçılara münasibətdə isə sosial sığorta hesabındakı pensiya
kapitalına görə pensiyaya əlavə hesablana bilməz.
Sorğuverən hesab edir ki, qanunvericilikdə belə bir vəziyyətin mövcud olması
hərbi qulluqçuların Konstitusiyada nəzərdə tutulmuş mülkiyyət, bərabərlik və sosial
təminat hüquqlarını pozur, normalar arasında daxili uzlaşmanı istisna edərək,
Konstitusiyanın 149-cu maddəsində ifadə olunmuş normativ hüquqi aktların haqq-
ədalətə əsaslanması tələbinə cavab vermir.
Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, qeyd etməyi vacib hesab edir
ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
sorğusunda qaldırılan məsələlər hüquq tətbiqetmə təcrübəsinin vahidliyinin təmin
edilməsinə, nəticədə hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılmasına
yönəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının
vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial
müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin I
hissəsi və 16-cı maddəsinin I hissəsi).
Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın
38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat
hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə,
əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla
nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-
ci maddəsinin I və III hissələri).
Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya
almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun
qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ
konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış
edir.
Azərbaycan Respublikasında pensiya təminatı sistemi sosial həmrəylik və sosial
sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında
qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin
gücləndirilməsində, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri
arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur.
Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların
həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları
haqqında” Qanunla müəyyən edilmişdir.
Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə
tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial
sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı
və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin
itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
Maddənin məzmunundan göründüyü kimi, əmək pensiyası sığortaolunanın
pensiya təyin edilməzdən əvvəl aldığı əmək haqqı və digər gəlirlərinin kompensasiyası
məqsədi ilə verilən pul ödənişidir.
“Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaşların əmək pensiyasının üç
növü mövcuddur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası. Ümumi
əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt
müvafiq olaraq pensiya yaş həddinə çatma və ya əlillik dərəcəsinin olması ilə yanaşı
minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj
tələbini yerinə yetirməkdir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun
yaranmasının əsas şərti isə vəfat etmiş ailə başçısının əmək qabiliyyətli yaşına uyğun
minimum stajının olmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü
maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarı).
Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş
məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində
toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir.
Qeyd edilməlidir ki, fərdi hesab dedikdə, dövlət sosial sığorta sistemində fərdi
uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana
uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesab nəzərdə
tutulur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.7-ci maddəsi).
Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və
fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək
pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya
kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində
hesablanan məbləği ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi
hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi
müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək
pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri).
Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım
hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud
qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları
haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri).
Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən
edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən
hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur.
Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması)
qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində
əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək
pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış
sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla,
pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər
hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək
pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir.
Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək
pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək
göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və
yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək
pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı
işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım
hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı
pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan
artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır.
“Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən
müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən
əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım
hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi
müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların
miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir.
Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər
hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət
sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə
toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı
kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək
pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı
olduğunu imperativ qaydada müəyyən etmişdir.
Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi
sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi
qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir.
Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri
şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən
edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və
həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının
ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun
1.0.2 və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan
sonra – “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsi).
“Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi
kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və
hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur.
Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan
şəxslər sadalanaraq, hərbi qulluqçular da (hərbi rütbələrdən məhrum edilmiş hərbi
qulluqçular və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) belə
hüquqa malik şəxslərin dairəsinə aid edilmişdir. “Əmək pensiyaları haqqında”
Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular — Azərbaycan Respublikası
Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında
(dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli
şəxslərdir. Hərbi qulluqçulara münasibətdə dövlət qarşısında xüsusi xidmətləri olan
şəxs kimi həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən güzəştlər
tətbiq edilir.
Pensiya məbləğində müəyyən olunan güzəşt “Əmək pensiyaları haqqında”
Qanunun 20.14-cü maddəsinə uyğun olaraq əmək pensiyasına dövlət büdcəsinin vəsaiti
hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini ehtiva edir.
Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi zamanı şəxsin tutduğu
vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının
yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50-100
faiz həcmində onun pensiyasına qulluq stajına görə əlavə edilir.
Təminat xərcliyi dedikdə, hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə
aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə
maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul
kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar
vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan
ibarət olan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci
maddəsi).
Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən –
sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək
pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir
və təminat xərcliyindəki sonrakı artımlar əmək pensiyasının müvafiq qaydada
artmasına səbəb olur (“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi).
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən,
işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ
qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs
tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan
(dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya
Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası
Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına
uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).
“Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası
təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının
yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən,
hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən
buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi
xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə
görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi
hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.
Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin
müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin
deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur.
“Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin məzmununa əsasən,
əmək pensiyası təyin edilmiş hərbi qulluqçu hərbi xidmətini davam etdirdiyi təqdirdə
onun əmək pensiyası yenidən son təminat xərcliyi nəzərə alınmaqla hesablanmayacaq.
Bu isə ondan irəli gəlir ki, pensiya təyin edildikdən sonra hərbi xidmətini davam
etdirən hərbi qulluqçunun əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən son
təminat xərcliyinə görə hesablanması, təminat xərcliyinin əvvəlkindən aşağı olduğu
halda pensiyaçının pensiya məbləğinin azalmasına səbəb ola bilər.
Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27
avqust tarixli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət
müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 9-cu
hissəsinə də əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun
olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi
rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Dövlət Sosial Müdafiə
Fonduna ona dair yenilənmiş məlumat vərəqi göndərilmir.
Lakin pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi
qulluqçuların təminat xərcliyindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi
ümumi qaydaya uyğun olaraq davam etdirildiyindən, qanunverici həmin şəxslərin
əmək pensiyasının yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına
əsasən yenidən hesablanmalı olduğunu müəyyən etmişdir.
Məlum olduğu kimi, əmək pensiyaları qanunvericiliyində şəxsin əmək
pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və
vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs:
- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun
olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və
dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə
münasibətdə) almış olsun;
- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin
vəsaitlərdən məcburi dövlət sosial sığorta haqqı ödəmiş olsun.
Qeyd edilməlidir ki, “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsi ilə hərbi
qulluqçular və xüsusi rütbəli şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunan
şəxslər kateqoriyasına aid edilmişdir.
O da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci
maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam
etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki
artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır.
Konstitusiyanın 25-ci maddəsinin I hissəsində təsbit olunmuş hamının qanun
qarşısında bərabər olması prinsipi hüquqi dövlətin təməl prinsiplərindən hesab
olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin
hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya
təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-
seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni
kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir.
Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş
güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial
ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qeyd
olunanlarla əlaqədar vurğulayır ki, əmək pensiyaları qanunvericiliyində pensiya təyin
edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin
edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının
(keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol
verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması
qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə
tənzimlənmişdir.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı
nəticələrə gəlir:
- Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək
pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək
pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi
hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi
qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə
tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur;
- “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya
hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər
sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən
hesablanması qaydasını müəyyən edir;
- “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsi Konstitusiyanın 13-cü
maddəsinin I hissəsi, 25-ci maddəsi, 29-cu maddəsinin I və IV hissələri, 38-ci
maddəsinin I və III hissələri, 149-cu maddəsinin I və III hissələri ilə ziddiyyət təşkil
etmir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII və IX
hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun
52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək
pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin
tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya
kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına
görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən
müəyyən olunur.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci
maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə
pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi
qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir.
3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı
maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsi, 25-ci
maddəsi, 29-cu maddəsinin I və IV hissələri, 38-ci maddəsinin I və III hissələri, 149-cu
maddəsinin I və III hissələri ilə ziddiyyət təşkil etmir.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi”
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya
rəsmi təfsir edilə bilməz.
 
Sədr:    Fərhad ABDULLAYEV

və Beləliklə

 
[5] 
22 oktyabr 2019-cu il tarixli  1685-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 13 noyabr 2019-cu il, № 251, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1691) ilə 1.0.3-cü maddədə “, Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının
qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə” sözləri “və hərbi xidmət nəzərdə tutulmuş
digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz
edilmişdir.
 
MətnŞəkilRekvizitlərVersiyalarƏlaqəli Sənədlər

 Qüvvədədir 
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların
həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri
tənzimləyir. [1]
 
Maddə 1 .   Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında
qanunvericilik
 
1.1. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası Azərbaycan Respublikasının
Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun,
habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.  [2]
1.2. Ələt azad iqtisadi zonasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sahəsində
münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq tənzimlənir. [3]
 
Maddə 2.Əsas anlayışlar
 
2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda
nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi;
2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə
fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum);
2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan
Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat
və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət
orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan
şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər;
2.1.4. sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu;
2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada
sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi;
2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin
ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal;
2.1.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalılar
tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği;
2.1.8. sığorta vəsaiti – bu Qanunun 8-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr
hesabına formalaşan vəsait;
2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan
şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti;
2.1.10. sığorta ehtiyatı – sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə
sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsində hesablanan vəsaitdir.
 
Maddə 3. Dövlət icbari şəxsi sığortanın prinsipləri
 
3.1. Dövlət icbari şəxsi sığortanın əsas prinsipləri aşağıdakılardır:
3.1.1.dövlət icbari şəxsi sığortanın məcburiliyi;
3.1.2. dövlət icbari şəxsi sığortanın subyektlərinin (sığortaçının, sığortalının,
sığortaolunanın) hüquq bərabərliyi.
 
Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı
 
4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir.
4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1
faizi miqdarında müəyyən edilir. [4]
 
Maddə 4-1. Sığortaolunanın hüquq və vəzifələri
 
4-1.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır:
4-1.1.1. dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək;
4-1.1.2. sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və
vəzifələrinin izah edilməsini tələb etmək;
4-1.1.3. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə
verilməsini sığortaçıdan tələb etmək;
4-1.1.4. yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə
sığortaçıdan və ya sığortalıdan məlumat almaq.
4-1.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır:
4-1.2.1. sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi
mümkün olmadığı hallarda sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və
məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək;
4-1.2.2. fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklərə dair məlumatların müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron
informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü
müddətində sığortalıya yazılı məlumat vermək.
4-1.3. Bu Qanunun 4-1.1.2-ci, 4-1.1.3-cü və 4-1.2.1-ci maddələri sığortaolunanın sığorta
ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir.
 
Maddə 4-2. Sığortaçının hüquq və vəzifələri
 
4-2.1. Sığortaçının aşağıdakı hüquqları vardır:
4-2.1.1. sığortalıdan sığorta haqqını və rüblük hesabatları almaq;
4-2.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün
olmadığı hallarda sığorta ödənişi almaq hüququ olan şəxsdən sığorta ödənişinin ödənilməsi,
habelə uçot məlumatlarında dəyişikliklərin edilməsi üçün tələb olunan sənədləri və məlumatları
tələb etmək;
4-2.1.3. sığorta hadisəsinin müəyyən edilməsi ilə bağlı, sığortalıdan və aidiyyəti dövlət
orqanlarından (qurumlarından) məlumat və ya sığortaolunanın həmin sığortalı üzrə
sığortaolunan hesab olunmasına dair arayış almaq (o cümlədən elektron qaydada);
4-2.1.4. sığortalı tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinin təhlilini aparmaq və
nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat
vermək;
4-2.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.
4-2.2. Sığortaçının aşağıdakı vəzifələri vardır:
4-2.2.1. sığorta ödənişi almaq hüququ olan şəxsə və sığortalıya dövlət icbari şəxsi sığorta
ilə bağlı hüquq və vəzifələrini izah etmək;
4-2.2.2. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə
ödənilməsini təmin etmək;
4-2.2.3. hər bir sığortalıya və bu Qanunun 9.1-ci maddəsinə əsasən dövlət icbari şəxsi
sığortaya nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) sığorta ödənişlərinin icrasına dair məlumat təqdim etmək;
4-2.2.4. sığortalının təqdim etdiyi məlumatlar əsasında sığortalıların və sığortaolunanların
uçotunu aparmaq;
4-2.2.5. sığortaolunanın yazılı müraciətinə əsasən hesablanmış və ödənilmiş sığorta
haqqının məbləği barədə uçot məlumatlarını təqdim etmək;
4-2.2.6. bu Qanunun 8-1-ci maddəsinə uyğun olaraq sığorta vəsaitlərini idarə etmək;
4-2.2.7. sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarət etmək;
4-2.2.8. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
 
Maddə 4-3. Sığortalının hüquq və vəzifələri
 
4-3.1. Sığortalının aşağıdakı hüquqları vardır:
4-3.1.1. özünün və sığortaolunanın qanuni mənafelərini müdafiə etmək;
4-3.1.2. sığortaçı və sığortaolunandan bu Qanunla müəyyən edilmiş vəzifələrinə əməl
edilməsini tələb etmək;
4-3.1.3. sığortaçıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah
edilməsini tələb etmək;
4-3.1.4. sığorta ödənişlərinə dair sığortaçıdan məlumat almaq;
4-3.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.
4-3.2. Sığortalının aşağıdakı vəzifələri vardır:
4-3.2.1. Sığortaolunanları dövlət icbari şəxsi sığorta etdirmək;
4-3.2.2. bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə sığorta haqqını tam
həcmdə sığortaçıya ödəmək;
4-3.2.3. sığortaolunanlar və özü barədə məlumatları bu Qanunun 4-4-cü maddəsində
nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya təqdim etmək;
4-3.2.4. sığorta ödənişinin alınması üçün sənədlərin rəsmiləşdirilməsində və sığorta
ödənişlərinin alınmasında sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etmək;
4-3.2.5. sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə, rüb başa çatdıqdan sonra
növbəti ayın 20-dən gec olmayaraq, ödənilmiş sığorta haqları və sığortaolunanlar barədə
sığortaçıya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən
etdiyi qaydada və formada hesabat vermək;
4-3.2.6. bu Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.
 
Maddə 4-4. Sığortaolunanların və sığortalıların uçotu və sığorta haqlarının
hesablanması, ödənilməsi, ödənilməsinə nəzarət, artıq ödənilmiş sığorta haqlarının
qaytarılması qaydası
 
Dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında
sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta
haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta
haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir. [5]
 
M a d d ə 5 .  Sığorta hadisələri və ödənişləri [6]
 
Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu
Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz
nisbətlərində verilir: [7]
a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda,
öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə
— 100 faiz;
b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət
(yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən
(toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz;
c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin
düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz;
ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi
xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə
həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi
xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan)
ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı
gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma,
kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən
edildikdə: [8]
- I dərəcə əlilliyə görə — 80 faiz;
- II dərəcə əlilliyə görə — 60 faiz;
- III dərəcə əlilliyə görə — 40 faiz;
d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin
a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən:
- ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz;
- az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; [9]
- yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz.
Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.  [10]
 
Maddə 6.Dövlət icbari şəxsi sığortanın aparılması qaydası
 
6.1. Sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti
hesabına aparılır.
6.2. Sığortalılar sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığorta
haqlarının məbləğini hər il rüblər üzrə bu Qanunun 4-4-cü maddəsində nəzərdə tutulmuş
qaydaya uyğun olaraq sığortaçıya ödəyir.
6.3. Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə ödənilir.
6.4. Sığortaolunanlar hərbi qulluqçu statusu əldə etdikləri gündən bu Qanunla müəyyən
edilmiş qaydada sığortalı tərəfindən sığorta olunurlar.
 
Maddə 7.Sığorta ödənişinin verilməsi
 
7.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə
bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə
sığorta ödənişi almaq hüququ olan şəxs müraciətinin daxil olduğu gündən 10 iş günü
müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
7.2. Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması
üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər.
7.3. Bu Qanunun 4-3.2.5-ci maddəsinə uyğun olaraq sığortalı tərəfindən sığortaçıya
hesabat təqdim olunmadığı hallarda sığorta ödənişi sığortalının sığortaolunanın həmin sığortalı
üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir və bu barədə məlumatlar
sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur.
7.4. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə
müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir.
 
Maddə 8. Sığorta ödənişinin verilməsindən imtina
 
8.1. Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı
hallarda imtina edilir:
8.1.1. sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə
məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya cinayət təqibini həyata keçirən orqanın
müvafiq prosessual qərarı olduqda;
8.1.2. sığortaolunan bu Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş
qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları
təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı
müəyyən edildikdə;
8.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə;
8.1.4. sığorta hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən,
psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində
baş verdikdə;
8.1.5. sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı ilə təsdiq olunduqda.
8.2. Sığorta ödənişinin verilməsindən bu Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş
hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal
aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna
malikdir. [11]
 
Maddə 8-1. Sığorta vəsaitləri
 
8-1.1. Sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:
8-1.1.1. bu Qanunla müəyyən olunmuş qaydada və məbləğdə ödənilən sığorta haqları;
8-1.1.2. kreditlər;
8-1.1.3. sığorta ehtiyatının təhlükəsizlik göstəriciləri üzrə meyarları müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən banklarda
depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər;
8-1.1.4. qanunla qadağan edilməyən digər mənbələr.
8-1.2. Sığorta vəsaitləri aşağıdakı istiqamətlərdə istifadə olunur:
8-1.2.1. dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə;
8-1.2.2. sığorta ehtiyatının yaradılmasına;
8-1.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid
ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;
8-1.2.4. idarəetmə xərclərinə;
8-1.2.5. qanunla müəyyən edilən digər istiqamətlərə.
8-1.3. İdarəetmə xərcləri sığorta haqqının 5 faizədək miqdarında müəyyən edilir və bu
vəsaitin xərclənməsi müvafiq qaydada təsdiq olunmuş xərclər smetasına uyğun olaraq həyata
keçirilir.
8-1.4. Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
8-1.5. Sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta
ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə
müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və
sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.
8-1.6. Sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsində
sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan
artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar
arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir.
8-1.7. Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və
onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin
maliyyələşdirilməsinə yönəldilir.
 
Maddə 8-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar
 
Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasının yaxşılaşdırılması
məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına
köçürülür. [12]
 
Maddə 9. Nəzarət və bu Qanunun pozulmasına görə məsuliyyət
 
9.1. Dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) nəzarət edir.
9.2. Sığortaçı dövlət icbari şəxsi sığorta sahəsində görülmüş işlərə dair müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat verir.
9.3. Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati
Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.  [13]
 
M a d d ə 1 0 . Vergitutma [14]
 
Dövlət sığorta orqanlarına ödənilmiş sığorta haqları məbləğindən (sığorta
xidmətlərinin göstərilməsindən alınan mənfəətdən başqa) və sığorta edilənlərə verilmiş
sığorta ödənişlərindən vergi tutulmur.
 
 
M a d d ə 1 1 .   Mübahisələrə baxılması qaydası
 
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr
Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən
məhkəmə qaydasında həll edilir. [15]
 
Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV
 
Bakı şəhəri, 20 may 1997-ci il
               № 296-IQ
 
 
 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


 
1.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)
2.       24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692)
3.       1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 oktyabr
2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 872)
4.       20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007)
5.       2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)
6.       2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci
il, №11, maddə 960)
7.       21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti,  18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)
8.       03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, № 12, maddə 1491)
9.       16 dekabr 2014-cü il tarixli 1130-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 6 fevral 2015-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 2, maddə 73)
10.    4 mart 2016-cı il tarixli 149-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il,
№ 03, maddə 415)
11.    7 aprel 2017-ci il tarixli 555-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 may 2017-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
№ 5, maddə 686)
12.    28 dekabr 2018-ci il tarixli 1416-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 yanvar 2019-cu il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu
il, № 01, maddə 33)
13.    22 oktyabr 2019-cu il tarixli 1685-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 noyabr 2019-cu il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu
il, №11, maddə 1691)
14.    19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il,
№ 7, maddə 826)
15.    3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci
il, № 12, maddə 1317)
16.    22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci
il, № 8 maddə 897) (Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir)
 
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 
[1] 
3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317) ilə preambulada “səhhətinin dövlət icbari şəxsi
sığortası qaydalarını və şərtlərini müəyyən edir” sözləri “həyat və sağlamlığının dövlət icbari şəxsi
sığortası sahəsində münasibətləri tənzimləyir” sözləri ilə əvəz edilmişdir.
 
[2] 
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, №11, maddə 960)  ilə 1-ci maddədə "Sığorta
haqqında" sözləri "Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında" sözləri ilə əvəz edilmişdir.
03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 1-ci maddədə “Qanunu” sözündən sonra “,
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri əlavə edilmişdir.
3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №
12, maddə 1317) ilə 1.1-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1.1. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının
Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında Qanunu, “İcbari sığortalar haqqında” Azərbaycan
Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun
olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir.
 
[3] 
28 dekabr 2018-ci il tarixli 1416-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar 2019-cu il, № 24, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 33) ilə 1-ci maddənin mətni 1.1-ci maddə hesab
edilmişdir və yeni məzmunda 1.2-ci maddə əlavə edilmişdir.
 
[4] 
1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 872) ilə 2-ci maddədən "və daxili işlər" sözləri
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta edilənlərə) Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə,
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun
birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər.
24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692) ilə 4-cü
maddənin ikinci hissəsində "işin aparılması üçün sığortaçının xərcləri də" sözləri "sığortaçının
komisyon mükafatları da" sözləri ilə əvəz edilmişdir.
20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 4-cü maddənin birinci
hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Bu Qanuna uyğun olaraq hər bir hərbi qulluqçu qanunvericiliklə müəyyən
edilmiş minimum əmək haqqının min misli məbləğində sığorta edilir.
2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 4-cü maddəsinin birinci
hissəsində “qanunvericiliklə müəyyən edilmiş şərti maliyyə vahidinin on min misli” sözləri “on bir
min manat” sözləri ilə əvəz edilmişdir.
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №
8, maddə 872) ilə 4-cü maddənin ikinci hissəsindən ", sığortaçının komisyon mükafatları da nəzərə
alınmaqla" sözləri çıxarılmışdır.
03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 4-cü maddənin üçüncü hissəsi ləğv
edilmişdir.
16 dekabr 2014-cü il tarixli 1130-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 6 fevral 2015-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, № 2, maddə 73) ilə 3-cü maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.
7 aprel 2017-ci il tarixli 555-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 may 2017-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5,
maddə 686) ilə 2-ci maddəsində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat”
sözləri ilə əvəz edilmişdir.
22 oktyabr 2019-cu il tarixli 1685-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 13 noyabr 2019-cu il, № 251, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1691) ilə 2-ci maddədə “Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri “hərbi xidmət
nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)”
sözləri ilə əvəz edilmişdir.
3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №
12, maddə 1317) ilə 2 - 4-cü maddələr aşağıdakı redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
M a d d ə 2 .   Sığorta olunanlar
Bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi
xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi
xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər.
M a d d ə 3 .  Sığortaçı
Hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır.
Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı
maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanları ilə icbari sığorta müqaviləsi
bağlamaqdan imtina edə bilməz.
M a d d ə 4 .   Sığorta məbləğinin və sığorta haqqının minimum miqdarı
Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.
Sığorta haqqı, sığortaçının komisyon mükafatları da nəzərə alınmaqla, sığorta məbləğinin 1 faizi
miqdarında müəyyən edilir.
Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə sığorta məbləğinin və haqqının miqdarı artırıla bilər.
 
[5] 
3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317) ilə yeni məzmunda 4-1 – 4-4-cü maddələr əlavə
edilmişdir.
 
[6] 
20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 5-ci maddənin a)” bəndində
“həlak olduqda” sözlərindən sonra mötərizədə “öldükdə” sözü əlavə edilmişdir.
 
20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 5-ci maddənin “b)”
bəndində “yaralandıqda (kontuziya aldıqda)” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) aldıqda”
sözləri ilə əvəz edilmişdir.
 
20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 5-ci maddənin “c)”
bəndində “ilə” sözü “olduqda” sözü ilə əvəz edilmişdir.
 
20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 5-ci maddənin “d)”
bəndinin ikinci abzasında “yaralandıqda” sözü “xəsarət (yaralanma, travma, kontuziya) alması
nəticəsində” sözləri ilə əvəz edilmişdir, “pozulduğuna” sözündən sonra mötərizədə “xəstəliklə
əlaqədar sağlamlığına ziyan dəydikdə” sözləri əlavə edilmişdir, “xidməti vəzifəsini yerinə yetirməyə”
sözləri “hərbi xidmətə” sözləri ilə əvəz edilmişdir.
 
20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 5-ci maddənin “d)”
bəndinin üçüncü abzasında “yüngül yaralandıqda” sözləri “yüngül xəsarət (yaralanma, travma,
kontuziya) alması ilə əlaqədar xəstəlik nəticəsində sıradankənar hərbi xidmətə yararlı hesab
edildikdə” sözləri ilə əvəz edilmişdir.
 
03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 5-ci maddənin mətni yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sığorta ödənişləri verilir:
a)               sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda (öldükdə) — 100
faiz;
b)               sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma,
kontuziya) aldıqda, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il
müddətində öldükdə — 100 faiz;
c)               sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman itkin düşdükdə (məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz;
ç)               xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən
(toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda:
I qrup — 80 faiz;
II qrup — 60 faiz;
III qrup — 40 faiz;
d)               sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman:
ağır xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində, yaxud səhhəti pozulduğuna
(xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə) görə hərbi xidmətə yararsız hesab edildikdə — 25 faiz;
yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması ilə əlaqədar xəstəlik nəticəsində
sıradankənar hərbi xidmətə yararlı hesab edildikdə — 5 faiz.
 
[7] 
3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317) ilə 5-ci maddənin birinci abzasda “4-cü” sözləri
“4.1-ci” sözləri ilə, “məbləğinin” sözü “məbləğlərinin” sözü ilə əvəz edilmişdir.
 
[8] 
19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7,
maddə 826) ilə 5-ci maddənin birinci hissəsinin “ç” bəndinin birinci abzasında “sığorta olunana əlillik
təyin olunduqda” sözləri “sığortaolunanın əlilliyi müəyyən edildikdə” sözləri ilə və həmin hissənin
ikinci, üçüncü və dördüncü abzaslarında “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilmişdir.
3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №
12, maddə 1317) ilə 5-ci maddənin beşinci abzasda ismin müvafiq hallarında “həqiqi hərbi xidmət”
sözlərindən sonra ismin müvafiq hallarında “(toplanış)” sözü əlavə olunmuşdur.
 
[9] 
3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317) ilə 5-ci maddənin “d” bəndində üçüncü abzas
dördüncü abzas hesab olunmuşdur və yeni məzmunda üçüncü abzas əlavə edilmişdir.
[10] 
3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317) ilə 5-ci maddəyə yeni məzmunda ikinci hissə
əlavə edilmişdir.
 
[11] 
20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 7-ci maddənin
birinci hissəsinin “a)” bəndinin dördüncü abzasında “yaralanması (kontuziyası)” sözləri “xəsarət
(yaralanma, travma, kontuziya) alması” sözləri ilə əvəz edilmişdir.
20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 7-ci maddənin birinci
hissəsinin c)” bəndinin birinci abzasında “yaralanması” sözü “xəsarət (yaralanma, travma, kontuziya)
alması” sözləri ilə əvəz edilmişdir.
20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 7-ci maddənin birinci
hissəsinin ikinci abzasında “yaralanmanın” sözü “xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın)”
sözləri ilə əvəz edilmişdir.
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il,
№11, maddə 960) ilə 6-cı maddənin birinci və ikinci hissələrində "sığorta
etdirənlər" sözləri "sığortalılar" sözü ilə əvəz edilmişdir.
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il,
№11, maddə 960)  ilə 2-ci maddənin adında və mətnində, 5-ci maddənin birinci hissəsinin "a", "b", "c", "ç"
və "d" yarımbəndlərində, 6-cı maddənin dördüncü hissəsində, 7-ci maddənin birinci hissəsinin birinci
abzasında, "a" yarımbəndinin ikinci və dördüncü abzaslarında, ikinci və üçüncü hissələrində və 8-ci
maddədə ismin müvafiq hallarında "sığorta edilən" sözləri ismin müvafiq hallarında "sığorta
olunan" sözləri ilə əvəz edilmişdir.
21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti,  18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)  ilə 7-ci maddəsinin ikinci
hissəsində “tədris məktəbləri” sözləri “təhsil müəssisələri”  sözləri ilə əvəz edilmişdir.
03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 8-ci maddədə “sərxoş vəziyyətdə hərəkət
etdikdə” sözləri “alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən
digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta
olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda
müvafiq sənədlər təqdim olunmadıqda” sözləri ilə əvəz edilmişdir.
03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 7-ci maddənin birinci hissənin “b” bəndinə
yeni məzmunda üçüncü yarımbənd əlavə edilmişdir.
03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 6-cı maddəyə yeni məzmunda dördüncü
hissə əlavə edilmişdir.
03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 7-ci maddənin birinci hissənin “a” və “b”
bəndlərinin birinci yarımbəndlərində müvafiq olaraq “notariat qaydasında təsdiq olunmuş” və
“notariat qaydasında təsdiq edilmiş” sözləri çıxarılmışdır. 03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 7-ci maddənin üçüncü hissə
ləğv edilmişdir.
16 dekabr 2014-cü il tarixli 1130-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 6 fevral 2015-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, № 2, maddə 73) ilə 6-cı maddəyə yeni məzmunda yeddinci hissə əlavə edilmişdir.
22 oktyabr 2019-cu il tarixli 1685-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 13 noyabr 2019-cu il, № 251, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1691) ilə 7-ci maddənin ikinci hissəsindən “və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qoşun birləşmələrinin”
sözləri çıxarılmışdır və həmin hissəyə “idarələri,” sözündən sonra “hərbi xidmət nəzərdə tutulmuş
digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar),” sözləri əlavə edilmişdir.
19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7,
maddə 826) ilə 7-ci maddənin birinci hissəsinin “b” bəndinin ikinci abzası yeni redaksiyada verilmişdir.
Yeni redaksiyada deyilirdi:
əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə)
tibbi-sosial ekspert komissiyasının arayışının notariat qaydasında təsdiq edilmiş surəti;
3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №
12, maddə 1317) ilə 6 – 8-ci maddələr yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
M a d d ə 6 .  Sığortanın aparılması qaydası
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti
orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına
aparılır.
Sığortalılar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onlara bu
məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il
rüblər üzrə sığortaçıya ödəyirlər.
Sığortaçı hər bir müvafiq icra hakimiyyəti orqanlarına əvvəlki rübün icrasına dair hesabat təqdim
edir.
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar
müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.
Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta
olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir.
Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi
baş verdikdə əvvəl ödənilmiş məbləğ nəzərə alınır.
Sığortaçı sığorta ödənişini bu maddənin beşinci hissəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər
gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
M a d d ə 7 .   Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər
Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta
orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi
və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir:
a) həlak olması (ölüm) halında;
sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq
olunmuş şəhadətnaməsinin surəti;
vərəsəlik hüququnu təsdiq edən sənəd;
sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya)
alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il
müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq
edən rəyi;
b) əlillik halında:
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun
olaraq qəbul edilmiş qərarın surəti;
hərbi bilet (yaxud onu əvəz edən sənəd);
sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma,
kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti;
c) ağır, yaxud yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması halında:
xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) dərəcəsi və səbəbi haqqında hərbi-həkim
komissiyasının arayışı;
ç) hərbi qulluqçunun səhhətinin pozulmasına görə xidməti vəzifəsini yerinə yetirməyə yararsız
hesab edilməsi halında:
xəstəlik vərəqəsindən çıxarış;
hərbi bilet (yaxud onu əvəz edən sənəd).
Müvafiq icra hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış qoşun birləşmələrinin hərbi hissələri, müəssisə, təşkilat və idarələri, hərbi xidmət nəzərdə
tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar), hərbi təhsil müəssisələri
sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta olunanlara, yaxud onların
vərəsələrinə kömək etməlidirlər.
sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi
günündən üç il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır.
M a d d ə 8 .  Sığorta ödənişinin verilməsindən imtina
sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda
imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi
barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik
vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması
nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu
Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda.
 
[12] 
3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317) ilə yeni məzmunda 8-1-ci və 8-2-ci maddələr
əlavə edilmişdir.
 
[13] 
03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 9-cu maddənin ikinci hissəsində
“Qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə
tutulmuş hallarda” sözləri ilə əvəz edilmişdir.
4 mart 2016-cı il tarixli 149-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03,
maddə 415) ilə 9-cu maddənin birinci abzasında “dövlət sığorta” sözləri “maliyyə bazarlarına nəzarət”
sözləri ilə əvəz edilmişdir.
3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №
12, maddə 1317) ilə 9-cu maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
M a d d ə 9 .  Nəzarət və məsuliyyət
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının vaxtında və düzgün aparılmasına müvafiq icra
hakimiyyəti orqanları və maliyyə bazarlarına nəzarət orqanı nəzarət edirlər.
Bu Qanunun müddəalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarının, dövlət sığorta
orqanlarının və onların bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının Mülki, İnzibati
Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
 
[14] 
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 10-cu maddə çıxarılmışdır.
 
[15] 
24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692) ilə 11-ci maddədə "mübahisələrə
məhkəmə qaydasında baxılır" sözləri "mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir" sözləri ilə əvəz edilmişdir.
 
03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 11-ci maddədə “qanunvericiliyi” sözü
“qanunları” sözü ilə əvəz edilmişdir.
 
 
© 2022 | E-qanun.az | Bütün Haqqlar QorunurDeveloped by: Ədliyyə Nazirliyinin İnformasiya - kommunikasiya Texnologiyaları İdarəsi / CROCUSOFT

yenə də

Əmək məcəlləsinin
1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən
buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü
günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından,
rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul
kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar
vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət
olan məbləğdir; [6] KMQ2
1.0.5 ci maddəsinin zamana görə şərhinə dair konstitusiya məhkəməsinin qərarı

Azərbaycan Respublikası adından


 
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5
və 20.14-cü maddələrinin şərh edilməsinə dair
 
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və
Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini Elman Qasımov və həmin
idarənin xüsusilə mühüm tapşırıqlar üzrə inspektoru Babək Atakişiyev və vəkil Əlirza
Həbilovun,
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya
siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Mustafa Abasbəylinin,
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi Zəka Mirzəyevin,
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial müdafiə, sosial təminat və
səhiyyə sahələrinin maliyyəsi şöbəsinin sektor müdiri Nazim Şiriyev, Hüquq şöbəsinin
aparıcı məsləhətçisi Fərid Məmmədov və Hərbi qurumların və hüquq mühafizə
orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçisi Məcid Miriyevin,
Azərbaycan Respublikası Milli Məclisi Aparatının Əmək qanunvericiliyi
sektorunun müdiri Adil Vəliyevin,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya
hüququ kafedrasının professoru Mayis Əliyevin,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyev
və Bakı Apellyasiya Məhkəməsinin hakimi Ülvi Mayılovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə
müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh
edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin
və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti)
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) sorğu ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) 1.0.1,
1.0.5 və 20.14-cü maddələrinin şərh olunmasını xahiş etmişdir.
Sorğuda qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci
maddəsinə görə, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə
müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası
təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud
sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin
kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) – hərbi
qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya
buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da
nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə
əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından
hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr
və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
Eyni zamanda həmin Qanunun 20.14-cü maddəsi ilə hərbi qulluqçuların əmək
pensiyalarına əlavələrin təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla təyin
edilməsi qaydası müəyyən edilmişdir.
Sorğuda daxili işlər orqanlarının əməkdaşlarına xidmət illərinə görə haqqın
ödənilməsi üçün xidmət müddətinin hesablanmasına dair Nazirlər Kabinetinin bir sıra
qərarlarına və “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda göstərilən normalarına
əsaslanmaqla qeyd edilir ki, bu normativ hüquqi aktların tətbiq edilməsi ilə bağlı
təcrübədə qeyri-müəyyənlik mövcuddur.
Sorğuda göstərilən digər məsələ “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü
maddəsinin məhkəmələr tərəfindən fərqli qaydada tətbiqi ilə bağlıdır. Qanunun həmin
maddəsi ilə qulluq stajına görə əmək pensiyasına əlavələr müəyyən edilmişdir.
Maddəyə uyğun olaraq hərbi və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət
keçmiş şəxslərin pensiyalarına əlavələr qulluq stajına uyğun olaraq təminat xərcliyinin
faizlə hesablanan müvafiq hissəsi miqdarında ödənilir. Onlara xidmət (qulluq) illərinə
görə əlavə müvafiq dövlət orqanlarında çalışan şəxslərin vəzifə maaşlarındakı (əmək
haqlarındakı) artım faizinə uyğun olaraq yenidən hesablanır.
Sorğuverənin qənaətinə görə, əmək pensiyasının təyin edilməsi üçün təminat
xərcliyi müəyyən edilərkən “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara,
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə,
gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub
şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət
vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr
tarixli 631 nömrəli (bundan sonra – Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631
nömrəli Qərarı) və “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə
görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi
barədə” Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli (bundan sonra –
Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli Qərarı) qərarlarına müvafiq
olaraq xidmət illərinin və fasiləsiz xidmət illərinə görə haqqın hesablanması qaydasına,
həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinin tətbiqi zamanı
pensiyaçının vaxtilə müvafiq vəzifədə olarkən almadığı və buna görə də məcburi dövlət
sosial sığorta haqqı tutulmamış ödənclərin əmək pensiyasının yenidən hesablanması
zamanı nəzərə alınması məsələlərinə aydınlıq gətirilməsi zəruridir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələlər ilə bağlı, ilk
növbədə, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun və Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bir sıra normalarına aydınlıq gətirilməsini
vacib hesab edir.
Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 38-ci maddəsində təsbit
olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs
qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını
itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş
digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin I və
III hissələri).
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının
vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial
müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin I
hissəsi və 16-cı maddəsinin I hissəsi).
Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə müvafiq olaraq, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini
dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi
müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq
pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin
edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və
pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi
tənzimləmə sisteminin yaradılmasını ehtiva edir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan
hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən
ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını
tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının
davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə,
rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində
əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır.
Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri
əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi
pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya
hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin
formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana
münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir.
Sorğuda qaldırılan birinci məsələ qanunvericilikdə öz əksini tapmış “xidmət
illərinə görə əlavə”nin müəyyən edilməsi və əmək pensiyasının təyin edilməsi üçün
tələb olunan “uzun müddət xidmət” anlayışının, bir çox hallarda Azərbaycan
Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ saylı Qanunu ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında
Əsasnamə”nin 91-ci maddəsində nəzərdə tutulan “fasiləsiz xidmət illərinə görə haqq”ın
hesablanması zamanı nəzərə alınması ilə bağlıdır. Həmin maddəyə əsasən, daxili işlər
orqanları əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifəyə və xüsusi rütbəyə görə
maaşları, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə,
ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və
ödənişlər daxildir.
“Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi ilə təminat xərcliyinə
(pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda
(sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından,
xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından,
vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına
hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ
kimi anlayış verilmişdir.
 Təminat xərcliyi gəlir növü kimi, “Sosial sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı
hesablanan gəlir növlərinə aiddir.
Onu da nəzərə almaq lazımdır ki, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin,
prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin)
hesablanması bir sıra xüsusi hüquqi aktlar ilə tənzimlənir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının
təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və
ödənilməsi Qaydaları”nın 3.8-ci bəndinə əsasən:
- “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi
hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə
hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya
təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası
haqqında” Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli;
- “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın
ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə”
Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli;
- “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə
qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə
əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq
edilməsi haqqında” Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli;
- “Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin
ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında”
Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli;
- “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Nazirlər
Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər normativ hüquqi
aktlarla həyata keçirilir.
Qeyd edilməlidir ki, Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli
Qərarı daxili işlər orqanlarının əməkdaşlarına xidmət keçərkən fasiləsiz xidmət illərinə
görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması qaydasını, Nazirlər
Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarı isə xidmətdən tərxis
olunduqdan sonra pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının
hesablanması qaydasını müəyyən edir. Bu qərarların məzmunundan göründüyü kimi,
qanunvericilikdə nəzərdə tutulan fasiləsiz xidmət ili ilə təqvim ili eyni anlayışı ehtiva
edir.
Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş
Qaydanın 2-ci bəndinə əsasən, fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün
daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə aşağıdakı dövrlər hesablanır: daxili
işlər orqanlarında xidmətə qəbul olunmuş əməkdaşlara təyin olunduğu gündən
başlayaraq sonrakı xidmət müddəti; daxili işlər orqanlarının kadrlarında saxlanılmaqla,
müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan
Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq mühafizə
orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçmiş və bu orqanlarda
işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların
həmin orqanlarda işlədikləri müddət; xarici ölkələrin hüquq mühafizə və məhkəmə
hakimiyyəti orqanlarında xidmət keçmiş və həmin orqanlardan işdən çıxdıqdan sonra
dövlətlərarası müqavilələrlə və digər beynəlxalq sənədlərlə tənzimləndiyi halda
Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətini davam etdirməyə qəbul
olunmuş əməkdaşların həmin orqanlarda işlədikləri müddət; daxili işlər orqanlarından
xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, daxili işlər
orqanlarında əvvəl xidmət etdiyi müddət; Daxili İşlər Nazirliyinin tədris
müəssisələrində təhsil aldıqları, ilkin, yenidən hazırlıq və ixtisasartırma kursları
keçdikləri müddət; daxili işlər orqanlarında xidmət keçərkən əmək haqqının saxlanması
şərtilə əməkdaşların vəzifədən kənarlaşdırıldıqları müddət və s.
Burada qeyd etmək lazımdır ki, xidmət müddəti (qulluq illəri) fasiləsiz xidmət
illəri ilə yanaşı güzəştli illəri də əhatə edir. Həmin Qaydanın 5-ci bəndinə əsasən, daxili
işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illəri:
xüsusi təyinatlı struktur vahidində xidmət edən əməkdaşların bir ayı - bir ay
yarım;
partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə və terrorizmə qarşı mübarizəni
bilavasitə həyata keçirən bölmələrdə xidmət edən əməkdaşların bir ayı - iki aya;
terror əleyhinə aparılan əməliyyatlarda, o cümlədən beynəlxalq polis qüvvələrinin
tərkibində iştirak müddəti bir xidmət günü üç günə bərabər tutularaq hesablanır.
Bu halda xidmət müddəti terror əleyhinə aparılan əməliyyatın başlandığını, başa
çatdığını əks etdirən və əməkdaşların iştirakını təsdiqləyən Daxili İşlər Nazirliyinin
müvafiq sənədi əsasında müəyyən edilərək hesablanır.
Qaydanın 6-cı bəndinə görə, Azərbaycan Respublikasının digər normativ hüquqi
aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar daxili
işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin
hesablanmasında nəzərə alınır.
Göründüyü kimi, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətini
davam etdirməyə qəbul olunmuş əməkdaşların həmin orqanlarda işlədikləri müddət
fasiləsiz xidmət illərinə aiddir. Bu əməkdaşların həmin orqanlarda işlədikləri müddət
ərzində xidmət illərinin güzəştli şərtlərlə hesablanması istisna edilmir. Qaydanın 6-cı
bəndi ilə güzəştli xidmət illəri fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsində
nəzərə alınır. Lakin bu fasiləsiz xidmət illərinə sözügedən güzəştli xidmət illərinin əlavə
edilərək süni şəkildə artımı kimi qəbul edilməməlidir.
Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarının 1 nömrəli
əlavəsi ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına
verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların,
müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları” təsdiq
edilmişdir. Həmin Qaydalar daxili işlər orqanlarının əməkdaşlarının fasiləsiz xidmət
illərinə görə haqqın hesablanmasını və s. müəyyən edir. Qaydaların 1-ci bəndinə
əsasən, fasiləsiz xidmət illərinə görə verilən haqqın vəzifə və xüsusi rütbəyə görə
maaşlardan hesablanması (faiz nisbətində) müəyyən edilmişdir.
Beləliklə, Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq
edilmiş Qaydanın 6-cı bəndindəki “Azərbaycan Respublikasının digər normativ hüquqi
aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar”
müddəası ilə daxili işlər orqanlarında xidmət zamanı fasiləsiz xidmət illərinə görə
(təqvim ili) haqqın ödənilməsi üçün güzəştli xidmət illərinin hesablanması nəzərdə
tutulmuşdur. Xidmət zamanı isə fasiləsiz xidmət illərinə görə verilən haqqın ödənilməsi
Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş
Qaydaların 1-ci bəndində göstərilmişdir.
Daxili işlər orqanlarının əməkdaşlarına pensiya təyin edilib verilməsi üçün “uzun
müddət xidmət” vaxtının hesablanması Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli
631 nömrəli Qərarının tələbləri əsasında həyata keçirilməlidir. Nazirlər Kabinetinin
2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda daxili işlər
orqanlarında xidmət zamanı fasiləsiz xidmət illərinə görə (təqvim) haqqın ödənilməsi
üçün güzəştli xidmət illərinin hesablanmasını tənzimlədiyindən həmin Qaydanın 6-cı
bəndinin tələbləri pensiya təyin edilərkən əsas götürülə bilməz.
Qeyd edilməlidir ki, pensiya münasibətləri sahəsində fasiləsiz xidmət illərinə
güzəştli xidmət müddətlərinin daxil edilməsi qeyri-mümkündür. Belə ki, “Əmək
pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə görə, bu Qanunun 20.1.11-ci
maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat
xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Qanunun 20.1.11-ci
maddəsi bu Qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçuları nəzərdə tutur.
Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq
edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi
barədə məlumatların təqdim olunması” Qaydalarının 1-ci hissəsinə əsasən, “Əmək
pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi
qulluqçuların sırasına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət
edən hərbi rütbəli şəxslər və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli
şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət edən xüsusi
rütbəli şəxslər aid edilmişdir.
“Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi ilə hərbi xidmətdə
olan şəxslərin əmək pensiyasına əlavələrin hesablanması zamanı xidmətin güzəştli
sayılan hissəsinin nəzərə alınması müəyyən edilmişdir. Yəni, xidmət illərinə güzəştli
xidmət illəri daxil edilir.
Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə
məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir (“Əmək pensiyaları haqqında” Qanunun 22.4-cü maddəsi).
Bununla bağlı qeyd edilməlidir ki, Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli
135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət
müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na
Əlavədə əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat
Vərəqəsinin 7 və 8-ci bəndlərində hərbi qulluqçuların həm təqvim üzrə xidmət illəri,
həm də güzəştli xidmət illərinə dair məlumatın göstərilməsi müəyyən edilmişdir.
Həmçinin təminat xərcliyinin hesablanmasını nəzərdə tutan 14-cü bənddə qeyd edilən
pul təminatından pensiya hesablanarkən faiz dərəcələri şəxsin ümumi (təqvimi və
güzəştlinin cəmi) xidmət illərinə münasibətdə hesablanır.
Beləliklə, hərbi qulluqçuların, o cümlədən daxili işlər orqanları əməkdaşlarının
əmək pensiyasına əlavələr xidmətin güzəştli sayılan hissəsi nəzərə alınaraq hesablanır.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, fasiləsiz
xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin
edilərkən nəzərə alınan güzəştli dövrün təkrarən tətbiqinə şərait yaratmış olar. Belə ki,
güzəştli xidmət illərinin bir daha fasiləsiz xidmət illərinin tərkibində hesablanması
müvafiq güzəştin pensiya təyinatı zamanı ikinci dəfə təkrarlanması ilə nəticələnər.
Sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr
edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların
pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin
şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə
alınmaqla yenidən hesablanması ilə bağlıdır.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələnin düzgün həll
edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun ümumi müddəalarına və bir sıra
normalarına açıqlama verilməlidir.
“Əmək pensiyaları haqqında” Qanuna əsasən Azərbaycan Respublikasında əmək
pensiyasının üç növü mövcuddur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək
pensiyası.
Ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün
əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatması və ya əlillik dərəcəsinin olması ilə
yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum
staj tələbini yerinə yetirməkdir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun
yaranmasının əsas şərti isə vəfat etmiş ailə başçısının əmək qabiliyyətli yaşına uyğun
minimum stajının olmasıdır.
Ümumi əsaslarla hesablanmış pensiyanın artırılması Azərbaycan Respublikası
Prezidentinin sərəncamına əsasən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal
əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata
keçirilir.
Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində
müəyyən kateqoriyadan olan şəxslərə əmək pensiyasının hesablanması zamanı
güzəştlərin tətbiq olunması nəzərdə tutulur.
Qeyd olunan maddələrin məzmunundan aydın olur ki, güzəştli qaydada
pensiyalar ümumilikdə üç istiqamətdə tətbiq edilir:
- birincisi, uşağa qulluğa görə pensiya yaş həddində tətbiq olunan güzəşt;
- ikincisi, əmək şəraiti xüsusilə ağır və zərərli sahələrdə çalışanlara yaşa görə
verilən güzəşt;
- üçüncüsü, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə münasibətdə pensiya
yaş həddində və (və ya) pensiya məbləğində nəzərdə tutulan güzəşt.
Dövlət qarşısında xüsusi xidmətlərə görə həm pensiya yaş həddində, həm də
pensiya məbləğində müəyyən edilən güzəştlər hərbi və xüsusi rütbəli şəxslərə, dövlət
qulluqçularına, məhkəmə hakimlərinə, Milli Məclis deputatlarına və s. də şamil olunur.
Pensiya məbləğində müəyyən edilən güzəşt Qanunun 20.14-cü maddəsinə uyğun
olaraq, pensiyanın sığorta hissəsinə dövlət büdcəsi vəsaiti hesabına qulluq stajına görə
əlavələrin tətbiq edilməsini nəzərdə tutur.
Dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə güzəştli şərtlərlə pensiyanın
hesablanması zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən
ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin
(və ya son təminat xərcliyinin) 50-100% həcmində onun pensiyasının sığorta hissəsinə
qulluq stajına görə əlavə edilir.
Hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına və qanunla
əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilən digər şəxslərə pensiya
yuxarıda göstərilən şərtlərlə hesablanır. Bu şərtlərlə pensiya hüququnun yaranması
üçün əsas 15-35 il minimum qulluq stajına malik olmaqdır.
Qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərə münasibətdə hesablanmış
pensiya məbləğinin artırılması isə Qanunun 20.14-cü maddəsinə uyğun olaraq şəxsin
əmək haqqındakı, təminat xərcliyindəki və ya dövlət məvacibindəki “sonrakı artımlar”
nəzərə alınmaqla pensiyasının yenidən hesablanması yolu ilə həyata keçirilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi)
154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək
funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin
gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura
formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin,
mükafatların və digər ödənclərin məcmusudur.
Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və
şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək
pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud
sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin
kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə,
sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı
və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir
ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə
alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına
məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq
qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə
hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı
artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən
(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna
olmaqla), artımlardan ibarət olan məbləğdir.
Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz
əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək
pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki
“xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki
“məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-
cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına
xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək
haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət
məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının,
təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş
ödənclərdəki artımları nəzərdə tutur.
Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması
zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs:
- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun
olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və
dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə
münasibətdə) almış olsun;
- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin
vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona
pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası
məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə
münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial
sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək
pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin
sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci
maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas
təməl prinsipinə uyğun deyil:
- əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə
yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi;
- əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı
ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə
gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya
hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma
mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun
1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin
edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və
(və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb
edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən
əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.
Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları
haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya
hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin,
dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə
tutur.
Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və
20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya
təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq
keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə
edilən artımlar nəzərə alına bilməz.
Sorğudan və Konstitusiya Məhkəməsi Plenumunun iclasındakı çıxışlardan
görünür ki, bu qəbildən olan işlərə baxılarkən Konstitusiyanın bərabərlik hüququ təsbit
olunmuş 25-ci maddəsinə əsaslanmaqla məhkəmə aktları qəbul edilir.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu təkrar olaraq Konstitusiyanın
göstərilən maddəsinin mahiyyətinin açıqlamasını zəruri hesab edir.
Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının
Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair“ 2014-cü il 14 noyabr tarixli
Qərarında qeyd edilmişdir ki, mübahisələndirilən bu və ya digər normanın
Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə uyğun olub-olmaması məsələsinə qiymət
vermək üçün hansı şəxslərin bərabər və ya müəyyən meyarlara görə oxşar vəziyyətdə
olmalarını, mübahisələndirilən normanın bu cür şəxslərə aid bərabər və ya fərqli rəftarı
nəzərdə tutub-tutmadığını və belə rəftar üçün obyektiv və ağlabatan əsasın
mövcudluğunu aydınlaşdırmaq vacibdir.
Konstitusiya Məhkəməsinin Plenumu daha sonra göstərmişdir ki, İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Böyük
Palatasının Stummerin Avstriyaya qarşı iş üzrə 2011-ci il 7 iyul tarixli Qərarında
aşağıdakılar qeyd olunmuşdur:
Ayrı-seçkilik obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan
şəxslərə fərqli rəftar deməkdir. “Obyektiv və ağlabatan əsaslandırma olmadan” o
deməkdir ki, sözügedən rəftarda fərqlilik “legitim məqsəd” daşımır və ya “istifadə
olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi” yoxdur
(§87).
Avropa Məhkəməsi həm də onu göstərmişdir ki, iqtisadi və sosial strategiyaların
ümumi tədbirlərinə gəldikdə, adətən Üzv Dövlətə mülahizə sərbəstliyi verilir. Dövlət
hakimiyyəti orqanları cəmiyyət və onun ehtiyacları barədə bilavasitə biliyə malik
olduqlarından, onlar sosial və ya iqtisadi sahədə ictimai maraqların
qiymətləndirilməsində beynəlxalq hakimə nisbətən daha çox imkanlara malikdirlər və
Məhkəmə “açıq-aydın ağlabatan əsaslandırma olmayan” hallardan başqa, adətən
qanunverici orqanın siyasi seçiminə hörmət edir (Karson və digərləri Birləşmiş Krallığa
qarşı iş üzrə Böyük Palatanın 2010-cu il 16 mart tarixli Qərarı, §61).
Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, Konstitusiyanın 25-ci
maddəsinin tələbləri və bu maddəyə dair Konstitusiya Məhkəməsi Plenumunun
hüquqi mövqeləri məhkəmələr tərəfindən işlərə baxılarkən dönmədən yerinə
yetirilməlidir.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı
nəticələrə gəlir:
- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 20.1.11, 20.14 və 22.4-cü
maddələrinin, Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən
fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin
və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1-ci bəndinin, Nazirlər
Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər
orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün
xidmət illərinin hesablanması Qaydası”nın 1 və 6-cı bəndlərinin müddəalarına uyğun
olaraq pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli
xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan
güzəştli dövrün faktiki olaraq təkrar hesablanması ilə nəticələndiyindən
yolverilməzdir;
- “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı
artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək
haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil
olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur;
- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü
maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən
sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə
almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar
nəzərə alına bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin qeyd etməyi zəruri hesab edir ki,
bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə
şamil olunmur.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
 
Q Ə R A R A A L D I:
 
1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1,
20.1.11, 20.14 və 22.4-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə
haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği
və təyin edilməsi Qaydaları”nın 1-ci bəndinin, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər
orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün
xidmət illərinin hesablanması Qaydası”nın 1 və 6-cı bəndlərinin müddəalarına uyğun
olaraq pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli
xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan
güzəştli dövrün faktiki olaraq təkrar hesablanması ilə nəticələndiyindən
yolverilməzdir.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci
maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə
müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib
hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2,
1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya
təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq
keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə
edilən artımlar nəzərə alına bilməz.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi”
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya
rəsmi təfsir edilə bilməz.
 
Sədr:    Fərhad ABDULLAYEV
 
Bakı şəhəri, 15 may 2020-ci il.
 
 
© 2022 | E-qanun.az | Bütün Haqqlar QorunurDeveloped by: Ədliyyə Nazirliyinin İnformasiya - kommunikasiya Texn

You might also like