You are on page 1of 1

"Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakınızı təsdiq edən sənədləri (hərbi

biletin bütün səhifələrinin notarial qaydada təsdiq edilmiş surətini və ya SHXÇDX-nin hərbi xidmət
haqqında arayışı, şəxsiyyət vəsiqəsinin surətini, əgər varsa hərbi xidməti haqqında arxiv arayışını və s.
sənədləri) hansı hərbi hissələrdə nə vaxt xidmət etdiyinizin qeyd olunduğu ətraflı ərizənizlə Müdafiə
Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi
üzrə komissiya"ya göndərməyiniz tələb olunur.

Əlavə olaraq bildirək ki, arxiv arayışı olmadığı təqdirdə komissiya tərəfindən sorğular edilərək müvafiq
arayışlar alınır.

Barələrində məhkəmə və prokurorluq orqanlarının qərarları olduğu təqdirdə onların, yaralanma, xəsarət
və travma almış şəxslər isə müayinə və müalicə haqqında müvafiq sənədlərin surətlərini də əlavə
etməlidirlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq hərbi şəhərciyi 1, bina 56

You might also like