You are on page 1of 9

Azərbaycanda I və II qrup əlillərə edilən güzəştlər

15 Noyabr 2016 17:10 | 17 840

Səftər Məmmədli yazır:

1. Əlillər dövlət hesabına mənzillə təmin edilirlər. I qrup əlillərə mənzillər növbədənkənar verilir. Fərdi
bərpa proqramına uyğun olaraq əlillər binanın növünü, mərtəbəsini, abadlıq vəziyyətini və yaşayış üçün
vacib olan digər şərtləri nəzərə almaqla yaşayış sahəsini seçmək hüququna malikdirlər.

2. Mənzil bölgüsü zamanı yerli hakimiyyət orqanları, müəssisələri, idarə və təşkilatlar əlillərin iş
yerlərinin, qohumlarının yaşayış yerlərinin, bərpa müəssisələrinin yaxınlığında mənzillər ayrılmasına olan
tələbatı nəzərə alırlar.

3. Tibbi göstərişlərə və arzularına uyğun olaraq əlillərə yaşayış evlərinin aşağı mərtəbələrində mənzil
verilir (və ya dəyişdirilir).

4. I qrup əlillər ailədə adambaşına 9 kvm və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda, mənzil
şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar.

5. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər ev kirayəsi, kommunal xidmətləri haqqını
ödəməkdən azaddırlar.

6. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər respublika daxilində şəhərlərarası bütün nəqliyyat
növlərindən (taksidən başqa) ildə bir dəfə pulsuz, bundan sonra il ərzində 50 faiz güzəştlə istifadə edirlər.
Müharibə əlilləri və onlara bərabər tutulanlar şəhər sərnişin nəqliyyatından pulsuz istifadə edirlər.

7. I qrup əlillər, Çernobıl əlilləri, əlil uşaqlar, 20 Yanvar, Qarabağ, hərbi xidmət, milli münaqişə zamanı əlil
olan şəxslər dərman preparatları ilə pulsuz təmin edilirlər.
8. Bütün kateqoriyadan olan I qrup əlillər üçün diş protezləri (qiymətli materiallardan hazırlanmış
protezlərdən başqa) pulsuz hazırlanır və pulsuz təmir olunurlar.

9. 20 Yanvar faciəsi zamanı, Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olan şəxslər, müharibə
əlilləri, 16 yaşınadək əlil uşaqlar, əlil tələbələr, ümumi səbəbdən və uşaqlıqdan əlil olub işləməyənlər,
büdcədən maliyyələşən təşkilatlarda işləyən əlillər protezortopediya məmulatı, əlil kreslo və
veloarabaları, bərpa vasitələri ilə pulsuz təmin olunurlar.

10. Əlillər eşitmə və tiflotexniki vasitələrlə pulsuz təmin edilirlər.

11. 20 Yanvar faciəsi zamanı, Azərbaycan Respublikasının müdafıəsi zamanı əlil olan hərbçilər və mülki
şəxslər, müharibə əlilləri və onlara bərabər tutulanlar, Çernobıl əlilləri və digər kateqoriyadan olan I qrup
əlillərin növbədənkənar telefon çəkdirmək hüququ vardır.

12. 20 Yanvar faciəsi zamanı, Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olan hərbçi və mülki
şəxslərə, müharibə əlilləri və onlara bərabər tutulanlara, Çernobıl əlillərinə və I qrup işləməyən əlillərə 50
faiz güzəştlə telefon çəkilir və göstərilən bütün əlillər telefon haqqını 50 faiz ödəyirlər.

13. I qrup əlillər radio xidmətindən pulsuz istifadə edirlər.

14. I qrup gözdən şikəst əlillər 4 kq-a qədər bağlamaları (banderolları) respublika daxilində və xaricə
pulsuz göndərirlər.

15. Əlillərin ictimai təşkilatlarının qəzet və jurnalları pulsuz yayılır.

16. Yerli hakimiyyət orqanları dayaq-hərəkət sistemi pozulmuş və digər I qrup əlillərə öz yaşayış yerlərinin
yaxınlığında qaraj tikintisi üçün torpaq sahələri ayrılmasını təmin edirlər.
17. I qrup əlillər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.

18. Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini
itirmiş I qıup əlillərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxildir.

19. Qəbul imtahanlarını müsbət verən əlillər ali və orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar
qəbul edilmək hüququna malikdirlər.

20. Təhsil dövründə pensiyalar və təqaüdlər tam məbləğlə ödənilir. I qrup əlil tələbələrə aldıqları
təqaüdün 50 faiz məbləğində əlavə ödənc verilir.

21. Siyahısı Nazirlər Kabineti tərəfındən müəyyən olunanlardan başqa, digər müəssisə və təşkilatlar
mövcud olan hər 25 iş yerindən birini əlillər üçün nəzərdə tutmalıdırlar.

Onu da qeyd etmək lazımdır ki, I qrup əlillərə verilən güzəştlərdən 1, 8, 10, 13, 14, 15, 19, 20 və 21-ci
maddələr yalnız kağız üzərində mövcuddur. Səbəbi odur ki, birincisi, əlillər öz hüquqlarını yaxşı bilmirlər,
ikincisi, cavabdeh olan dövlət təşkilatları üçün yuxarıda sadalanan güzəştləri yerinə yetirməməyə görə
cəza növü nəzərdə tutulmayıb.

1. II qrup əlillərə dərman preparatları 50 faiz güzəştlə satılır.

2. Onların növbəsiz telefon çəkdirmək hüququ vardır və telefon haqqının 50 faizini ödəyirlər.

3. II qrup gözdən şikəst olan əlillər 4 kq-a qədər bağlamaları (banderolları) respublika daxilində və xaricə
pulsuz göndərirlər.

4. İşə qəbul zamanı II qrup əlillərə sınaq müddəti müəyyən edilmir.

5. Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş
II qrup əlillərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir.

6. Qəbul imtahanlarını müsbət verən əlillər ali və orta-ixtisas məktəblərinə müsabiqədən kənar qəbul
edilmək hüququna malikdirlər. Təhsil dövründə pensiyalar və təqaüdlər tam məbləğdə ödənilir. II qrup
tələbə əlillərə təqaüdün 50 faizi məbləğində əlavə ödənc verilir.

Azərbaycanın rəsmi orqanları əqli cəhətdən zəif inkişaf etmiş şəxslər haqqında bütün məlumatları məxfi
saxlayır. 1993-cü ilin göstəricilərinə görə hər il Sumqayıtda 6500 uşaq anadan olmuş, onların da ən azı 50
faizi travma ilə doğulmuşdur. Təkcə Sumqayıt şəhərində 10 000 uşaq şikəstdir.

Sumqayıt şəhərində insan üçün zəhərli olan üzvi birləşmələrin istehsal səbəbindən bir çox uşaqlar, həm
də böyüklər əlil olmuşlar. Ona görə də 90-cı illərin əvvəllərində Sumqayıt "Ölü şəhər" elan olunmuşdu.

1970-ci ildən tətbiqi qadağan olunan DDT zəhərli maddəsinin pambıq tarlalarına səpilməsi gizli olaraq
1988-ci ilə kimi davam etdirilmişdir. Nəticədə, pambıq becərilən bölgələrdə minlərlə adam əsəb,
epilepsiya və poliomielit xəstəliklərinə düçar olmuşdur.

Həmçinin, Azərbaycanda insanlarda əlillik törədə bilən diskriminasiya faktları da qeydə alınmışdır. Belə ki,
Daxili İşlər Nazirliyinin 2 nəfər yüksək vəzifəli əməkdaşı (Adil İsmayılov, Nizami Qocayev) vəzifələrindən
sui-istifadə edərək istintaqa cəlb olunanlarla qeyri-insani hərəkətlərinə görə həbs olunmuşlar. Hətta
Bakıda yerləşən internat məktəblərinin birində tərbiyəçi-müəllim də bu cür əmələ görə cinayət
məsuliyyətinə alınıb.

Əlillərin Azərbaycanda bir çox ictimai təşkilatları mövcuddur

Məsələn, Qarabağ Əlillər Cəmiyyəti; Əfqanlar Cəmiyyəti; Müharibə veteranları cəmiyyəti; Şəhid Ailələri
Cəmiyyəti; 20 Yanvar Cəmiyyəti, 20 Yanvar Fondu; Respublika Veteranlar Şurası; Karlar Cəmiyyəti, Korlar
Cəmiyyəti və s.

Bu müəllifin fikrincə, təşkilatlar bir-biri ilə fəaliyyətlərini tənzimləmirlər və onların koordinasiya şurası
yoxdur. Sadalanan cəmiyyətlərin heç biri başqa dövətlərin müvafıq təşkılatları ilə, eləcə də, müxtəlif
beynəlxalq qurumlarla əlaqə saxlanır. Onların fəaliyyəti üçün hökumət əlverişli şərait yaratmayıb. Əlil
təşkilatları siyasi proseslərə fəal müdaxilə etmirlər, çünki mövcud iqtisadi durum və onların həyat şəraiti
buna imkan vermir. Bütün göstərilənlər əlillərin Azərbaycanda hüquqlarının qorunmasında qeyri-sağlam
mühitin olduğunu göstərən amillərdir.

Bütün dünyada əlillik törədən səbəblərdən başqa, Azərbaycanda gözlənilməyən, başqa sözlə,
"özünəməxsus" əlillər kateqoriyasının olduğu da vurğulanmalıdır. Əlilliyin əmələ gəlməsi səbəblərinə
Azərbaycandakı ictimai, sosial, iqtisadi və siyasi durumun çox ağır olması da öz təsirini göstərir. BMT-nin
İnsan İnkişafı haqqında 1999-cu il üçün hesabatında bildirilir ki, insan problemlərinin həllində
Azərbaycanın səhiyyə sektoru gücsüzdür.

Son illərin ən mühüm hadisəsi 24 may 1990-cı ildə İqtisadi və Sosial Şura tərəfindən qəbul edilmiş
1990/26 saylı qətnamədir. Bu qətnaməyə əsasən, Sosial İnkişaf Komissiyasına tapşırılmışdır ki, əlilliyi olan
uşaqların, gənclərin və yaşlıların imkan bərabərliyini təmin etmək və hüquqi normalar hazırlamaq üçün
hökumətlərə xüsusi ekspert qrupları təşkil etməyi tövsiyə etsin. Əslində, bu sənəd əlillərin problemləri
haqqında ilk beynəlxalq akt sayılır. Bu sənəd əlillərin imkan bərabərliyi və hüquqları ilə bağlı geniş əhatəli
məsələləri özündə ehtiva edir.

Sadalanan beynəlxalq sənədlərdən üç əsas nəticə çıxarmaq mümkündür. Bunlar aşağıdakılardır:

1. Hüquqlarının bərabərliyi prinsipi. Bu, insan haqlarının əsas tərkib hissəsi olub bütün sənədlərdə öz
əksini tapmışdır və digər şəxslərə verilən bütün hüquqların əlillərə də şamil edilməsini nəzərdə tutur.

2. Əlillər xüsusi hüquqlara malikdirlər. Bununla bağlı ikinci bölmədə daha geniş izahat verilmişdir.

3. Xüsusi hüquqlar heç bir məcmuda toplu halında yazılmayıb və səpələnmiş halda müxtəlif hüquqi
sənədlərdə öz əksini tapıb, yaxud bilavasitə, məhkəmələr tərəfindən müəyyənləşdirilir. Xüsusi
adlandırılan hüquqlar cəmiyyətin və dövlətin əlillərin minimal səviyyədə öz işlərinə kömək üçün
hüquqlardan istifadəsinə və maddi-sosial vəziyyətlərinin yaxşılaşmasına göstərdiyi köməkdir.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Ramid

Əlillərin əmək münasibətlərində hansı üstünlükləri var?

Əlillərin əmək münasibətlərində hansı üstünlükləri var? Bölmə : KİVDFYayım tarixi : 2/7/2013
[08:43]Baxılıb : 6362 dəfə Pərviz Zamanlı: “Əlillərə verilən əmək məzuniyyətinin müddəti ən azı 42
təqvim günü müəyyən edilib”Şəhriyar Əbilov: “Hansısa idarə müdiri şəxsi təşəbbüsü ilə onları işdən azad
edə, yaxud ilməsinə, razılığı olmadan başqa işə keçirə bilməz”

Əlillər üçün beynəlxalq və milli qanunvericiliyimizdə nəzərdə tutulmuş imtiyazlar var. Birləşmiş Millətlər
Təşkilatınının (BMT) əlilliyi olan insanların hüquqları barədə Konvensiya da əlillərin hüquqlarını müdafiə
və təşviq etməyə, onlara qarşı diskriminasiyanı ləğv etməyə, onların əmək hüquqlarını müdafiə etməyə,
səhiyyə, təhsil və ictimai həyatda tam iştirak , ədalət məhkəməsinə çıxışa, şəxsi toxunulmazlığa, istismar
və sui - istifadə azadlığına, hərəkət azadlığına, şəxsi mobilliyə və s. xidmət edir.

Bu günə qədər əlil insanların hüquqlarını müdafiə etmək barədə Respublikamızda bir çox qanunlar və
sərəncamlar imzalanıb. Ancaq bir çox idarə, təşkilat, müəssisə və firmaların da bu günkü gün əlillərin
hüquq və imtiyazları bilmələri üçün stolüstü məlumat kitabına ehtiyac vardır...

Bu dəfəki layihəmizdə əlillərin əmək münasibətlərindən yazacağıq. “Əlillərin əmək münasibətlərində nə


kimi üstünlükləri var?” sualı ilə ekspertlərə müraciət etdik.

Bir təqvim ayı müddətində ödənişsiz məzuniyyət

“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin hüquqşunası Şəhriyar Əbilovun sözlərinə
görə, əlillərin əmək münasibətlərində olan üstünlükləri “Əlilliyin qarşısının alınması, əlillərin
reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən müəyyənləşdirilib: “Həkim-
əmək ekspert komissiyasının rəyinə görə, əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane
olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna
olmaqla, əlillik mülahizələrinə görə, əlillə əmək müqaviləsini bağlamaqdan, yaxud əlili işdə irəli
çəkməkdən imtina edilməsinə, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsinə, öz razılığı
olmadan başqa işə keçirilməsinə yol verilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müvafiq
müəssisələrdə tibbi, peşə və sosial bərpa keçən şəxslərin bu müəssisələrdə olduğu müddətdən asılı
olmayaraq işəgötürənin təşəbbüsü ilə fərdi əmək müqaviləsinin (kontraktının) ləğv edilməsinə yol
verilmir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunanlardan başqa, mülkiyyət
formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əlillər üçün qanunvericilikdə nəzərdə
tutulmuş qaydada kvota müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanları və əlillərin problemləri ilə
məşğul olan ictimai təşkilatlar müəssisə və təşkilatlarda əlillərin işlə təmin olunmasına nəzarət edirlər”.

Hüquqşünas deyir ki, əlillərin işə düzəlməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə
düzəltməkdən boyun qaçıran müəssisələr, idarələr və təşkilatlar, mülkiyyət formasından asılı olmayaraq,
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna əlilləri işlə təmin etmədikləri aylar üzrə hər iş
yeri üçün respublika üzrə müəyyən edilmiş respublika üzrə orta aylıq əmək haqqının 3 misli məbləğində
vəsait köçürürlər: “Yaradılmış və kvota müəyyən edilmiş iş yerlərinə əlillərin işə göndərilməsi dövlət
əhalinin məşğulluğu sisteminin yerli orqanları tərəfindən həyata keçirilir. İşə düzəlmək üçün əlillərə
verilmiş göndəriş mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq bütün müəssisələr və
təşkilatlar tərəfindən qəbul edilməlidir. Müəssisələr, idarələr, təşkilatlar, kooperativlər, kolxozlar və xüsusi
sahibkarlar həmin istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə
xəstəliyinə tutulmuş, bunun nəticəsində əlil sayılmış işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya
yenilərini təşkil etməyə borcludurlar. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla göstərilən tələbi
yerinə yetirmədikdə onlar bu işçi ilə əmək müqaviləsini (kontraktı) ləğv edərkən Dövlət Sosial Müdafiə
Fonduna respublika üzrə orta aylıq əmək haqqının 120 misli məbləğində vəsait köçürməlidirlər. Müvafiq
işədüzəltmə orqanları, habelə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələr və
təşkilatlar əlillərin tələbatını və yerli xüsusiyyətləri nəzərə almaqla əlillərin əməyindən istifadə üçün
ixtisaslaşdırılmış müəssisələr, sexlər və sahələr yaradırlar. Müvafiq icra hakimiyyəti orqanları əlillərin
əməyindən istifadə üçün ixtisaslaşdırılmış iş yerlərinin respublika standartlarını hazırlayıb müəyyən
olunmuş qaydada təsdiq edirlər”.

Ş.Əbilov əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olma-yaraq) azı bir təqvim ayı müddətində
ödənişsiz məzuniyyət verildiyini də diqqətə çatdırdı: “I və II qrup əlillər üçün həftədə 36 saatdan çox
olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. İşçilərin sayı və ya ştatı ixtisar edilərkən, ixtisas dərəcəsi eyni
olduqda, həmin müəssisədə, idarədə, təşkilatda əmək şikəstliyi almış və ya peşə xəstəliyi nəticəsində əlil
olmuş işçilərin işdə saxlanmaq üçün üstünlük hüququ vardır. Əmək vəzifələrini yerinə yetirərkən xəsarət
alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş I və II qrup əlillərin işləmədiyi müddət onların
ümumi və fasiləsiz iş stajına daxil edilir. Müvafiq icra hakimiyyəti orqanları qeyri-yaşayış otaqlarını
vermək, habelə xammal əldə edilməsində və məhsulun satışında kömək göstərmək yolu ilə əlillərin evdə
əməyinin və sahibkarlıq fəaliyyətinin təşkili üçün lazımi şərait yaradırlar”.

Hüquqşünasın sözlərinə görə, əlillərin əmək münasibətlərinin pozulması halları var: “Əmək
münasibətlərinin pozulmasının müxtəlif səbəbləri var. Bilgisizlik və ən əsası cəzasızlıq mühitinin olması
buna ən çox təsir edən amillərdir. Nə vaxtsa hər hansı bir təşkilat əlillər üçün nəzərdə tutulan kvotanı
yerinə yetirmədiyinə görə cinayət məsuliyyətini cəlb olunubmu? Xeyr!”.

Dövlət əhəmiyyətli məsələ

Bakı Hüquq Mərkəzinin (BHM) eksperti Pərviz Zamanlı da vurğuladı ki, qanunlar əlillərə əmək
münasibətlərinin həyata keçirilməsində bir sıra üstünlüklər və imtiyazlar verir: “Əlilliyin və uşaqların
sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunda əlillərin əmək hüquqlarının müdafiəsi
məqsədilə bir sıra qadağalar müəyyən edilib. Əlillərlə sağlamlıq imkanlarının məhdudluğu mülahizələrinə
görə əmək müqaviləsini bağlamaqdan, yaxud işdə irəli çəkməkdən imtina, müdiriyyətin təşəbbüsü ilə
onun işdən azad edilməsi, öz razılığı olmadan başqa işə keçirilməsi qadağandır. Bu qadağalar yalnız tibbi-
sosial ekspert komissiyasının rəyinə görə, əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane
olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallarda istisna təşkil
edir. Əmək Məcəlləsində əlillərin əmək hüquqlarının tənzimlənməsi, xüsusilə iş və istirahət vaxtı,
məzuniyyət hüquqları, əməyin mühafizəsi sahəsində hüquqlarının həyata keçirilməsi ilə bağlı üstün
qaydalar nəzərdə tutulub. I və II qrup əlil olan işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36
saatdan artıq olmamalıdır. Əmək Məcəlləsi bu kateqoruyadan olan işçilərlə həftə ərzində 36 saatdan da
az iş vaxtı müəyyən etməyə imkan verir. Əlil olan işçilər üçün qısaldılmış iş vaxtının müəyyən edilməsi
onların digər əmək hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur”.

Ekspert bildirir ki, əlillər həm də natamam iş vaxtı hüququndan istifadə edə bilərlər: “Natamam iş vaxtı
həftə ərzində müəyyən edilmiş gündəlik iş vaxtının müəyyən saat azaldılmasını, gündəlik iş saatı
saxlanılmaqla həftəlik iş günlərinin sayının azaldılmasını nəzərdə tuta bilər”.

Əlillərin istirahət hüququ ilə bağlı məsələyə toxunan Pərviz Zamanlın sözlərinə görə, əlillik qruplarından
və səbəblərindən asılı olmayaraq əlillərə illik məzuniyyətlər mövcud qanunvericiliklə müəyyən edilmiş
minimum məzuniyyət müddətinin iki mislindən az olmayaraq verilir: “Əmək Məcəlləsində əlilliyin
qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə verilən əmək məzuniyyətinin
müddəti ən azı 42 təqvim günü müəyyən edilib. Bundan başqa, əlillərə digər şəxslərə verilən ödənişsiz
məzuniyyətin müddəti ilə müqayisədə daha çox, azı bir təqvim ayı müddətində ödənişsiz məzuniyyətin
verilməsi nəzərdə tutulur. Qanunvericilikdə əlillərə əmək hüquqlarını həyata keçirməyə imkan verən
müəyyən üstünlük də mövcuddur. Müəssisədə, idarədə və ya təşkilatda işçilərin sayı və ya ştatı ixtisar
edilərkən ixtisas dərəcəsi eyni olduqda həmin müəssisədə, idarədə, təşkilatda əmək şikəstliyi almış və ya
peşə xəstəliyi nəticəsində əlil olmuş işçilər işdə saxlanmaq üçün üstünlük hüququna malikdirlər. Vətənin
müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma,
kontuziya) almış və əlil olmuş işçilər attestasiyadan azad olunurlar”.

Hüquqşünasın sözlərinə görə, Azərbaycanda əlillərin əmək hüquqları 2008-ci ildə qoşulduğu “Əlillərin
hüquqları haqqında” Konvensiyaya ilə də müdafiə olunur: “Həmin Konvensiyaya görə, iştirakçı dövlətlər
əlillərin əmək hüququnu tanıyırlar. Həmçinin bu sənəd əlillərə münasibətdə ayrı-seçkiliyi qadağan edir.
Beynəlxalq qanunvericilikdə bərabər şərait və eyni dəyərli əməyə görə bərabər mükafatlandırılma,
əlillərin əmək və həmkarlar təşkilatı ilə bağlı hüquqlarını digər şəxslərlə bərabər həyata keçirə bilməsinin
təmin edilməsi, əlillərin dövlət sektorunda işə qəbul edilməsi kimi hüquqları xüsusi yer tutur. Əlilliyi olan
şəxslərin əmək hüquqlarının qorunması və təmin edilməsi dövlətin sosial siyasətinin əsas
istiqamətlərindən birini təşkil etməli və bu kateqoriyadan olan işçilərin reabilitasiya işinin vəziyyəti,
onlara qayğı və diqqət göstərilməsi dövlət əhəmiyyətli məsələ hesab edilməlidir”.

Ramid

You might also like