You are on page 1of 32

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan
Respublikası Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında
Əsasnamə” təsdiq edilsin (əlavə 1).
2. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı vəsiqələrinin nümunəsi, eskizi və təsviri təsdiq
edilsin (əlavə 2).
3. Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinə tapşırılsın ki, müharibə, silahlı qüvvələr və əmək
veteranı vəsiqələrinin, onları verən orqanların sifarişinə və vəsaiti hesabına çap edilməsini təmin etsin.
Baş nazirin birinci müavini A.Abbasov
Bakı şəhəri 22 sentyabr 1995-ci il № 216
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı iləəsdiq edilmişdir
Əlavə 1
Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında
ƏSASNAMƏ
Bu Əsasnamə “Veteranlar haqqında” 1994-cü il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununa əsasən
Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Azərbaycan Respublikasının digər mərkəzi icra orqanları
tərəfindən müharibə, silahlı qüvvələr və əmək veteranları adlarının və müvafiq vəsiqələrin (vəsiqənin nümunəsi
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir) verilməsi qaydasını və şərtlərin tənzimləyir.
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:
İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə
Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - müharibə əlili və ya müharibə
iştirakçısı vəsiqələrinin, şəxsi işlərin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında;
Başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və
keçmiş SSRİ Silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və
müşavirləri kimi iştirak etmiş şəxslərə - təsdiqedici sənədlərə əsasən;
İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin
işçilərinə - müvafiq arxiv orqanlarının arayışları əsasında;
İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və
təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı
ilə təltif edilmiş şəxslərə - medal və döş nişanı vəsiqəsi əsasında;
1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların
ərazisində quldur dəstlərinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslərə - müharibə əlili və ya müharibə
iştirakçısı vəsiqələrinin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında;
Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin
ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist
Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - müharibə əlili və ya müharibə iştirakçısı
vəsiqələrinin, arxiv orqanlarının arayışı əsasında;
1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmada), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi
xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara – arxiv arayışları əsasında;
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - müdafiə,
daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif
olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakını
sübut edən başqa sənədlər əsasında.
Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə, Daxili İş lər, Milli
Təhlükəsizlik nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyalarının rəyinə əsasən verilir. Vəsiqənin
hazırlanması xərcləri həmin vəsiqəni verən nazirliyin vəsaiti hesabına ödənilir.
2. Silahlı qüvvələrin veteranları
“Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yaşa və xidmət müddətinə görə
(sıravi və komanda (rəis) heyəti adına xələl gətirən hərəkətlərinə görə və cinayət məsuliyyətinə cəlb edilməsinə
görə orqanlardan, hərbi hissələrdən xaric olunanlar istisna olmaqla) ehtiyata və ya istefaya buraxılmış “Hərbi
qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təminatına
hüququ olan hərbi qulluqçular Silahlı Qüvvələrin veteranları sayılırlar.

1
Silahlı qüvvələr veteranı adı ehtiyata və ya istefaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş
xidmət illəri cədvəlindən çıxarış əsasında verilir.
Əvvəllər ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara bu ad Müdafiə, Daxili, İşlər, Milli Təhlükəsizlik
nazirliklərinin pensiya təyin edən orqanları tərəfindən hazırlanan sənədlər əsasında verilir.
Silahlı qüvvələr veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə, Daxili İşlər, Milli
Təhlükəsizlik nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyalarının rəyinə əsasən verilir. Vəsiqənin
hazırlanması xərcləri həmin vəsiqəni verən nazirliyin vəsaiti hesabına ödənilir.
3. Əmək veteranları
Əmək veteranı adı qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı
şəxslərə verilir:
iqtisadiyyatın bütün sahələrində:
istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə
görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər; keçmiş Sovet respublikaların Ali
Sovetlərinin Fəxri Fərmanları ilə təltif olunanlar;
Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqilabı ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar
dostluğu ordeni, Şərəf Nişanı” ordeni, Şərəf ordeni I dərəcəli Əmək Şöhrəti ordeni, II dərəcəli Əmək Şöhrəti
ordeni, III dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə
fərqlənməyə görə” medalı ilə təltif olunanlar;
Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar;
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif
olunanlar;
uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək
stajı olduqda).
Əmək veteranı adı bu Əsasnamədə göstərilən şəxslərə, onların işlədikləri idarə, müəssisə, təşkilatların (bundan
sonra “müəssisə”) yuxarı mərkəzi icra orqanı tərəfindən verilir.
Pensiyaya çıxmış şəxslərə bu ad onların axırıncı işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən
verilir.
Bütün başqa hallarda, o cümlədən müəssisənin yuxarı mərkəzi icra orqanı olmadıqda, işləyən, yaxud da pensiyaya
çıxmış şəxslərə veteran adı və vəsiqə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən verilir.
Əmək veteranı adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan
təsdiqedici sənədlərlə iş lədiyi müəssisənin müdiriyyətinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş
yerinə müraciət edir.
Ərizə və digər zəruri sənədlər qərar qəbul etmək üçün üç həftə müddətində həmin müəssisənin yuxarı mərkəzi
icra orqanına (nazirlik, komitə, baş idarə, şirkət, konsern və s.) göndərilir. Yuxarı mərkəzi icra orqanı olmadıqda
sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir.

Əmək veteranı adı verilməsi haqqında qərar bir ay müddətində respublikanın yuxarı mərkəzi icra orqanları
tərəfindən qəbul edilir. Əmək veteranı adı verməkdən imtina edildiyi hallarda, həmin orqanlar vəsatət qaldıran
müəssisələrə imtinanın səbəblərini bildirirlər.

Əmək veteranı adı almış şəxslərə əmək veteranı vəsiqəsi verilir. Əmək veteranı vəsiqəsi respublikanın yuxarı
mərkəzi icra orqanları tərəfindən vəsatət qaldırmış müəssisə vasitəsilə veterana təqdim edilir.

Əmək veteranı vəsiqəsinin hazırlanması xərcləri həmin vəsiqəni verən orqanların vəsaiti hesabına ödənilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Əlavə 2
2
3
Qarabağ veteranı olduğunu sübut edə bilməyənlər

Döyüşənlər müharibə veteranıdırmı?

Hərbi ekspertlər və cəmiyyətlər “tanınmır” deyir. Bir çoxları veteran vəsiqəsini saxta yollarla əldə edib. Əsl
döyüşçülər isə kənarda qalıb.

Millət vəkili Zahid Oruc isə, siyahıdan heç kimin çıxarılmamasının tərəfadarıdır. O, belə olarsa, "ölkədə sosial
gərginlik yaranar" deyir.

Hərbi Ekspert Telman Əbilov deyir ki, qeyri-rəsmi statistikaya görə Qarabağ müharibəsi veteranı statusunu
daşıyan 100 minə yaxın insan var. Bu rəqəm isə düzgün siyahını əks etdirmir.

“Hər bir müharibənin qanunu var. Bir müharibədə 50 min adam iştirak edibsə, təxminən yarısı həlak olursa, yarısı
da veteran qalır. Qarabağ müharibəsində heç 40 min adam iştirak etməyib. Biz 20 min şəhid vermişiksə, yerdə
qalır 20 min adam. Əslində yalnız bu qədər adam veteran vəsiqəsini daşımalıdır”, ekspert deyir.

Qanunvericilik
1992-ci ildə Veteranlar Haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib. Bu qanuna görə, İkinci
Dünya Müharibəsi illərində döyüşən, orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə
Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, 1944-cü il yanvarın 1-dən 1951-ci il
dekabrın 31-dək Ukraynanın, Belorusun, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı
mübarizədə iştirak etmiş şəxslər və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında
iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

Bu qanuna 2001-ci ildə edilmiş əlavəyə görə, veteran statusu Azərbaycan Respublikası ərazi bütövlüyünün
müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və
ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya
barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət
məsuliyyətindən azad edilmiş şəxslərə aid edilmir.

Cənab Əbilov onu da deyir ki, vəsiqələri saxta yollarla alanlar çoxdur. Əsl döyüşçülər isə ciddi çətinliklərlə
qarşılaşırlar.
4
Veteranlar haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun 1992-ci il dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 46-cı sessiyasının qəbul etdiyi
prinsiplərə uyğun olaraq müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və, dövlət təhlükəsizliyi və
xarici kəşfiyyat orqanları veteranlarının statusunu, veteranlar barəsində Azərbaycan Respublikası dövlət
siyasətinin əsaslarını təsbit edir. Qanun veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsini, habelə
veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimləyir, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət
həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirir. [1]

Maddə 1. Veteranlar barəsində dövlət siyasəti

Veteranlar barəsində dövlət siyasəti aşağıdakı əsaslar üzərində qurulur:

sosial və hüquqi müdafiənin təmin edilməsi;

əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat verilməsi;

fiziki və ruhi sağlamlıq, fəal uzunömürlülük üçün şərait yaradılması;

yaşayış sahəsi ilə təminat;

hər bir veterana zəruri tələbatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər göstərilməsi;

əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata
keçirilməsi, ictimai faydalı fəaliyyətdə iştirak etmək üçün lazımi şərait yaradılması;

veteran təşkilatlarının fəaliyyətinə kömək göstərilməsi, veteranların bütün cəmiyyətə və xüsusən onlara aid
siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi işinə bilavasitə cəlb edilməsi,

Maddə 2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının

sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və
güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3. Müharibə veteranları

Aşağıdakılar müharibə veteranları sayılırlar:

İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə
Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli
müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət
Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər;

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların
ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər;

5
Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin
ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist
Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin
işçiləri;

1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında
hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; [2]

İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və
təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı
ilə təltif edilmiş şəxslərə. [3]

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin
siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid
edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə
əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş
əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər
hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya
barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət
məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.[4]

Maddə 4. Silahlı Qüvvələrin veteranları

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin
sıralarında «(SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla)
təqvimlə 25 il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfmi ləkələyən xətalar törədilməsinə və ya
törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu
sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikası vətəndaşları
Silahlı Qüvvələrin veteranları sayılırlar. [5]

Maddə 5. Əmək veteranları

Dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun
illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq
hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar.

(Çıxarılıb) [6]

Maddə 6. Veteranların pensiya təminatı

Veteranlara pensiyalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında təyin edilir.
[7]

Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi

Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

6
Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq
edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.
Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq
icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.[8]
Maddə 8. Veteran təşkilatlarının yaradılması
Veteran təşkilatları müvafiq qanunvericilik aktlarına əsasən yaradılır, dövlət qeydiyyatından keçirilir və fəaliyyət
göstərirlər. [9]
Veteran təşkilatı qeydiyyata alındığı andan hüquqi şəxs hesab edilir.
Dövlət orqanları veteran təşkilatlarına öz hüquq və vəzifələrini həyata keçirməkdə hərtərəfli kömək göstərirlər.
Maddə 9. Əmək fəaliyyətinin davam etdirilməsi
Veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından
asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər
hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər.
Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı
fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir.
Bu Qanunla müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı
ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi
yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən
istifadə edə bilərlər.
Maddə 10. Veteran təşkilatlarının istehsal fəaliyyətinə təminat verilməsi
Dövlət orqanları öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada veteran təşkilatlarına
maliyyə yardımı göstərə bilər, onlara müvafiq büdcələrdən vəsait ayıra bilər, nizamnamə vəzifələrini həyata
keçirmək üçün binaları, avadanlığı və başqa əmlakı güzəştli şərtlərlə onların istifadəsinə və ya mülkiyyətinə verə
bilərlər.
Veteran təşkilatları müəssisələrinin xammal, texnika və tikinti materialları ilə təmin edilməsinə üstünlük verilir.
(Çıxarılıb) [10]
Maddə 11. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması
Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən
istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil
olmaq sahəsində üstünlüklərə malikdirlər.
Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi
mülkiyyətinə verilir.
Maddə 12. Mənzil, kommunal və rabitə xidmətləri haqqının ödənilməsi
İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı
abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla)
mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir. [11]

Maddə 12-1. (Çıxarılıb)[12]

Maddə 13. (Çıxarılıb)[13]

Maddə 14. Tibbi xidmət
İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb
müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar. [14]
Maddə 15. Dərman və müalicə vasitələri ilə təminat
İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və
məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir. [15]
Maddə 16. Geriatriya yardımı
Müvafiq icra hakimiyyəti orqanları daimi qulluğa ehtiyacı olan xroniki xəstələr üçün geriatriya kabinetləri,
pansionatları, xəstəxanaları vasitəsilə geriatriya yardımı şəbəkəsini təşkil edir və maliyyələşdirirlər. [16]
Maddə 17. Protezləşdirmə

7
İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada
protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və diş
protezləri düzəltdirirlər. [17]

Maddə 18. İctimai nəqliyyatdan istifadə sahəsində veteranlara güzəştlər

məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir. [18]

Maddə 18-1. (Çıxarılıb) [19]

Maddə 19. Müvafiq icra hakimiyyəti orqanlarının və müəssisələrin veteranlara əlavə güzəşt vermək hüququ

Müvafiq icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz
vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər,
müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir
etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər. Bundan ötrü müvafiq fondlar
yaradıla bilər. [20]

Maddə 20. Sosial xidmət

20.1. Müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün
lazımi şərait yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini
təşkil edirlər.

20.2. Veteranlara “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət
göstərilir.[21]

Maddə 21. Veteranların sosial müdafiəsi tədbirlərinin planlaşdırılması və maliyyələşdirilməsi

Veteranların sosial müdafiəsi tədbirlərini müvafiq icra hakimiyyəti planlaşdırır və veteranların sosial müdafiəsi
proqramları respublika dövlət büdcəsinin, müvafiq icra hakimiyyəti orqanının vəsaiti hesabına maliyyələşdirilir.
[22]

Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır.

Maddə 22. Veteran təşkilatlarının beynəlxalq əlaqələri

Veteranların ictimai təşkilatları öz nizamnamələrinə uyğun olaraq qeyri-hökumət xarakterli beynəlxalq birliklərə
daxil ola bilər, onlarla bilavasitə əlaqə saxlaya və müqavilələr bağlaya bilərlər.

Dövlət orqanları veteran təşkilatlarına xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq etməkdə hərtərəfli
yardım göstərə bilərlər.

Maddə 23. Mərasim xidməti

Vəfat etmiş veteranlara mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir. Veteranın
əvvəl işlədiyi əmək kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş veteranın dəfnində qohumlarına zəruri yardım
göstərməlidirlər. Vəfat etmiş tənha veteranları müvafiq icra hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti
hesabına dəfn edirlər. [23]

Maddə 24. (Çıxarılıb)[24]

8
Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 28 iyun 1994-cü il.

№ 841.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 2 may 1995-ci il tarixli 1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə 177)

2. 20 iyun 1995-ci il tarixli 1067 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 14, maddə 241)

3. 10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 16)

4. 4 noyabr 1997-ci il tarixli 395-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 2, maddə 66)

5. 30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283)

6. 4 iyun 1999-cu il tarixli 676-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 395)

7. 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)

8. 5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199)

9. 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202)

10. 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505)

11. 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684)

12. 7 aprel 2006-cı il tarixli 90-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 4, maddə 315)

9
13. 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)

14. 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078)

15. 22 fevral 2013-cü il tarixli 571-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
19 mart 2013-cü il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 221)

16. 7 aprel 2017-ci il tarixli 558-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20
may 2017-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 689)

17. 31 may 2017-ci il tarixli 703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24
iyun 2017-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1057)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199) ilə Qanunun preambulasında "daxili işlər" sözlərindən
sonra ",sərhəd xidməti" sözləri əlavə edilmişdir.

7 aprel 2017-ci il tarixli 558-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may
2017-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 689) ilə
preambulasında “və milli təhlükəsizlik” sözləri “, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat” sözləri ilə əvəz
edilmişdir.

[2] 20 iyun 1995-ci il tarixli 1067 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 14, maddə 241) ilə 3-cü maddənin yeddinci abzası yeni redaksiyada
verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1941—1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında) hərbi xidmətdə olmuş, lakin döyüş
əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular;

[3] 2 may 1995-ci il tarixli 1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə 177) ilə 3-cü maddənin birinci hissəsinə müvafiq abzas əlavə
edilmişdir.

[4] 7 aprel 2006-cı il tarixli 90-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-ci il, № 4, maddə 315) ilə 3-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə və Qeyd
əlavə edilsin.
10
[5] 2 may 1995-ci il tarixli 1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə 177) ilə 4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 4. Silahlı qüvvələrin veteranları

“Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaşa və ya
xidmət müddətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular silahlı qüvvələrin veteranları
sayılırlar.

Müharibə və silahlı qüvvələrin veteranlarına veteran adını və sənədlərini müvafiq olaraq Azərbaycan
Respublikasının müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirlikləri verirlər.

4 noyabr 1997-ci il tarixli 395-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, № 2, maddə 66) ilə 4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 4. Silahlı qüvvələrin veteranları

“Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yaşa və ya xidmət müddətinə görə
ehtiyata və ya istefaya buraxılmış, pensiya təminatı hüququ olan hərbi qulluqçular silahlı qüvvələrin veteranları
sayılırlar.

30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə 4-cü maddədə “sıralarında” sözündən sonra “(SSRİ
Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir.

[6] 2 may 1995-ci il tarixli 1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə 177) ilə 5-ci maddənin ikinci hissəsi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Əmək veteranı adının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməni Azərbaycan Respublikasının Nazirlər
Kabineti təsdiq edir.

[7] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 6-cı maddədə "Vətəndaşların pensiya təminatı haqqında"
sözləri "Əmək pensiyaları haqqında" sözləri ilə əvəz edilmişdir.

19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078) ilə 6-cı maddəsində “və “Hərbi qulluqçuların pensiya
təminatı haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri “Azərbaycan Respublikasının Qanunu” sözləri
ilə əvəz edilmişdir.

11
[8] 7 aprel 2006-cı il tarixli 90-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-ci il, № 4, maddə 315) ilə 7-ci maddə aşağıdakı redaksiyada verilsin:

Əvvəlki redaksiyada deyilirdi:

Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında
Əsasnaməni və müvafiq vəsiqələrin nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

Müharibə və silahlı qüvvələrin veteranlarına müvafiq veteran adını və sənədlərini uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanları verirlər.

Əmək veteranlarına veteran adını və sənədlərini müvafiq icra hakimiyyəti orqanları verirlər.

[9] 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 8-ci maddəsinin birinci hissəsindən "İctimai birliklər
haqqında" Azərbaycan Respublikasının Qanununa və digər" sözləri çıxarılmışdır.

[10] 10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 16) ilə 10-cu maddəsinin üçüncü hissəsi
çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Müharibə, əmək, silahlı qüvvələr veteranlarının müəssisələrində işləyənlərin sayının 70 faizi veteranlardan ibarət
olduqda həmin müəssisələr mənfəət vergisi ödəməkdən azad edilir.

30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 10-cu maddənin dördüncü hissəsi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Veteran təşkilatları qeydiyyata alınarkən dövlət rüsumu ödəməkdən azad edilirlər.

[11] 2 may 1995-ci il tarixli 1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə 177) ilə 12-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 12. Mənzil, kommunal və rabitə xidmətləri haqqının ödənilməsi

Uşaqları olmayan, habelə uşaqlarından və başqa qohumlarından ayrı yaşayan müharibə veteranlarına, işlƏməyən
əmək və silahlı qüvvələr veteranlarına (kişilər 60, qadınlar 55 yaşına çatdıqda) qanunvericiliklə müəyyən edilmiş
normalar daxilində mənzil haqqının, telefon çəkilməsi, telefondan istifadə haqqının (şəhərlərarası və beynəlxalq
danışıqlar istisna olmaqla) və kommunal xidmətlərin (istilik, qaz, su, elektrik enerjisi) haqqının ödənilməsində 50

12
faiz güzəşt, mərkəzi isitmə sistemi olmayan evlərdə yaşayanlara isə əhaliyə satmaq üçün müəyyənləşdirilmiş
normalar daxilində əldə edilən yanacağın dəyərinin ödənilməsində 50 faiz güzəşt verilir.

Mənzil haqqının, kommunal xidmətlərin, telefondan istifadə haqqının, yanacağın dəyərinin ödənilməsində fərq
dövlət büdcəsinin vəsaitindən verilir.

20 iyun 1995-ci il tarixli 1067 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 14, maddə 241) ilə 12-ci maddə yeni redaksiyada verilmişdir.

Müharibə veteranlarına, habelə uşaqlarından və başqa qohumlarından ayrı yaşayan və işləməyən silahlı qüvvələr
veteranlarına və əmək veteranlarına qanunvericiliklə müəyyən edilmiş normalar daxilində mənzil, telefon
çəkilməsi, telefondan istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və kommunal xidmətlər
(istilik, qaz, su, elektrik enerjisi) üçün haqqın ödənilməsində 30 faiz güzəşt, mərkəzi isitmə sistemi olmayan
evlərdə yaşayanlara isə, əhaliyə satmaq üçün müəyyənləşdirilmiş normalar daxilində əldə edilən yanacağın
dəyərinin ödənilməsində 50 faiz güzəşt edilir.

Mənzil, kommunal xidmətlər, telefondan istifadə üçün haqqın və yanacağın dəyərinin ödənilməsində fərq dövlət
büdcəsinin vəsaiti hesabına ödənilir.

15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 12-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Müharibə veteranları, həmçinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, onlarla birgə
yaşayan və yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvləri ilə birlikdə mənzil, kommunal xidmətlər, telefon
çəkilməsi, telefondan istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) haqqını ödəməkdən azad
edilirlər.

İşləməyən silahlı qüvvələr veteranlarına, həmçinin ali və orta peşə-ixtisas təhsili müəssisələrinin əyani
şöbələrində təhsil alanlar istisna edilməklə, əmək qabiliyyəti uşaqlarından və başqa qohumlarından ayrı yaşayan
və işləməyən əmək veteranlarına qanunvericiliklə müəyyən edilmiş normalar daxilində mənzil, kommunal
xidmətlər, telefon çəkilməsi, telefondan istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) haqqının
ödənilməsində 50 faiz güzəşt, mərkəzi isitmə sistemi olmayan, evlərdə yaşayanlara isə əhaliyə satmaq üçün
müəyyənləşdirilmiş normalar daxilində əldə edilən yanacağın dəyərinin ödənilməsindən 50 faiz güzəşt edilir. [11]

Mənzil, kommunal xidmətlər, telefondan istifadə haqqının və yanacağın dəyərinin ödənilməsində fərq dövlət
büdcəsinin vəsaiti hesabına ödənilir.

[12] 20 iyun 1995-ci il tarixli 1067 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 14, maddə 241) ilə Qanuna 12-1 maddə əlavə edilmişdir.

Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 12-1-ci maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 12-1. Rüsumların ödənilməsində güzəştlər

13
Müharibə veteranları, həmçinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları mülki-hüquqi
əqdlərin bağlanması zamanı və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində
nəzərdə tutulan hallarda dövlət rüsumlarını ödəməkdən azad edilirlər.

[13] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 13-cü maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 13. Ticarət-məişət xidmət

Veteranlara ən zəruri sənaye və ərzaq malları ilə ticarət-məişət xidmətini təşkil etmək üçün yerli icra hakimiyyəti
orqanları xüsusi mağazalar, bölmələr, şöbələr yaradır, malların müəyyən qismini məqsədli təyinatla buraya
göndərir, hərəkət imkanları məhdud olan veteranlara isə evdə xidməti təşkil edirlər.

Kolxozların idarə heyəti, sovxozların müdiriyyəti əmək qabiliyyəti olmayan tənha veteranlara zəruri ərzaq
mallarının alınmasında, mal-qaranın yemlə təmin edilməsində, habelə mənzillərin, təsərrüfat binalarının təmirində
və yanacaq gətirilməsində kömək göstərmək üçün tədbirlər görürlər.

[14] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 14-cü maddənin mətni yeni
redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Veteranlar işlədikləri (xidmət etdikləri) dövrdə təhkim olunduqları səhiyyə müəssisələrində tibbi yardım almaq
hüququnu, habelə sanatoriya-kurort müalicəsi hüququnu pensiyaya çıxdıqdan sonra da saxlayırlar.

Sanatoriya-kurort müalicəsinin qaydasını səhiyyə, sosial təminat orqanları və ictimai təşkilatlar

müəyyənləşdirirlər.

Tibb müəssisələrinin rəyinə əsasən veteranlar dövlət büdcəsinin vəsaiti hesabına xüsusi bərpa mərkəzlərində
bərpa müalicəsi hüququna malikdirlər.

[15] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 15-ci maddənin mətni yeni
redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Bu Qanunun 3-cü maddəsində sadalanan müharibə veteranlarına dərman və müalicə vasitələri həkimin nüsxəsi
əsasında pulsuz verilir.

Digər veteranlara (kişilər 70, qadınlar 60 yaşına çatdıqda) dərman və müalicə vasitələri həkimin nüsxəsi əsasında
50 faiz güzəştlə verilir.

Ödənişdəki fərq dövlət büdcəsinin vəsaitindən verilir.

14
[16] 30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə 16-cı maddədə “yerli” sözü “müvafiq”
sözü ilə əvəz edilmişdir.

[17] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 17-ci maddənin mətni yeni
redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Müvafiq icra hakimiyyəti orqanları müharibə veteranlarının qol-qiçlarinin, ağiz boşluğunun protezləşdirilməsini
(qiymətli metaldan olan protezlərdən başqa), eşitmə və görmə orqanlarının protezləşdirilməsini
müəyyənləşdirilmiş qaydada birinci növbədə həyata keçirirlər. [17]

Protezləşdirmənin bu növləri üçün çəkilən xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

[18] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 18-ci maddənin mətni yeni
redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Veteranlar şəhər ictimai sərnişin nəqliyyatının bütün növlərində (taksidən başqa) pulsuz gedib-gəlmək hüququna
malikdirlər.

Müharibə veteranları (kişilər 70, qadınlar 65 yaşına çatdıqda) respublika hüdudları daxilində ildə bir dəfə
dəmiryol, hava və dəniz nəqliyyatında pulsuz gedib-gəlmək hüququna malikdirlər.

Veteranlara verilən güzəştlərlə əlaqədar nəqliyyat müəssisələrinin xərcləri dövlət büdcəsinin vəsaiti hesabına
ödənilir.

[19] 20 iyun 1995-ci il tarixli 1067 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 14, maddə 241) ilə Qanuna 18-1 maddə əlavə edilmişdir.

Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 18-1-ci maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 18-1. İkinci dünya müharibəsi illərində arxa cəbhədə əməyinə görə fərqlənmiş şəxslərə güzəştlər

1941 1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər bu Qanunun
12-ci maddəsinin birinci hissəsində, 12-1-ci və 13—18-ci maddələrində veteranlar üçün nəzərdə tutulan bütün
güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər.

15
[20] 30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə 19-cu maddənin adında və mətnində
“yerli” sözü “müvafiq” sözü ilə əvəz edilmişdir.

6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 19-cu maddədə "pensiyalarına əlavələr edə bilərlər və bu
əlavələrin məbləğini dolanacaq xərclərinin səviyyəsi ilə əlaqədar dəyişdirə bilər" sözləri "maddi təminatının
yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər" sözləri ilə əvəz edilmişdir.

[21] 30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə 20-ci maddənin birinci hissəsində “yerli
icra hakimiyyəti orqanları, əhalinin sosial müdafiəsi orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanları”
sözləri ilə əvəz edilmişdir.

22 fevral 2013-cü il tarixli 571-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19
mart 2013-cü il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 221) ilə
20-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 20. Evdə sosial-məişət xidməti, pansionatlar və internat evlər

Müvafiq icra hakimiyyəti orqanları, müəssisələr, təşkilatlar, idarələr, kəndli və fermer təsərrüfatları, kolxozlar
veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədilə sosial-məişət xidməti evləri, pansionatlar,
habelə onlara evdə sosial-məişət xidməti təşkil edirlər.

Başqasının daimi qulluğuna ehtiyacı olan veteranlar üçün internat evlər təşkil olunur.
[22] 30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə 21-ci maddənin birinci hissəsində
“Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyəti” sözləri “müvafiq icra hakimiyyəti”
sözləri ilə əvəz edilmişdir.

9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 21-ci maddəsinin birinci hissəsində "respublika
büdcəsinin və yerli büdcələrin" sözləri "dövlət büdcəsinin" sözləri ilə əvəz edilmişdir.

31 may 2017-ci il tarixli 703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyun
2017-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1057) ilə 21-ci
maddəsinin birinci hissəsində “Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun” sözləri “müvafiq icra
hakimiyyəti orqanının” sözləri ilə əvəz edilmişdir.

[23] 30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə 23-cü maddədə “mənzil-kommunal
təsərrüfatı orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilmişdir.

16

Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 23-cü maddəsində “yerli büdcənin" sözləri "dövlət
büdcəsinin" sözləri ilə əvəz edilmişdir.

[24] 2 may 1995-ci il tarixli 1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə 177) ilə 24-cü maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 24. Veteran günü

Hər il 9 may Veteran günü kimi qeyd edilir.

Veteranlar haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun 1992-ci il dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 46-cı sessiyasının qəbul etdiyi
prinsiplərə uyğun olaraq müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və, dövlət təhlükəsizliyi və
xarici kəşfiyyat orqanları veteranlarının statusunu, veteranlar barəsində Azərbaycan Respublikası dövlət
siyasətinin əsaslarını təsbit edir. Qanun veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsini, habelə
veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimləyir, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət
həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirir. [1]

Maddə 1. Veteranlar barəsində dövlət siyasəti

Veteranlar barəsində dövlət siyasəti aşağıdakı əsaslar üzərində qurulur:

sosial və hüquqi müdafiənin təmin edilməsi;

əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat verilməsi;

fiziki və ruhi sağlamlıq, fəal uzunömürlülük üçün şərait yaradılması;

yaşayış sahəsi ilə təminat;

hər bir veterana zəruri tələbatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər göstərilməsi;

əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata
keçirilməsi, ictimai faydalı fəaliyyətdə iştirak etmək üçün lazımi şərait yaradılması;

veteran təşkilatlarının fəaliyyətinə kömək göstərilməsi, veteranların bütün cəmiyyətə və xüsusən onlara aid
siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi işinə bilavasitə cəlb edilməsi,

Maddə 2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

17
Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının
sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və
güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3. Müharibə veteranları

Aşağıdakılar müharibə veteranları sayılırlar:

İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə
Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli
müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət
Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər;

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların
ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər;

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin
ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist
Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin
işçiləri;

1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında
hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; [2]

İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və
təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı
ilə təltif edilmiş şəxslərə. [3]

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin
siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid
edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə
əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş
əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər
hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya
barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət
məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.[4]

Maddə 4. Silahlı Qüvvələrin veteranları

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin
sıralarında «(SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla)
təqvimlə 25 il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfmi ləkələyən xətalar törədilməsinə və ya
törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu
sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikası vətəndaşları
Silahlı Qüvvələrin veteranları sayılırlar. [5]

Maddə 5. Əmək veteranları

18
Dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun
illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq
hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar.

(Çıxarılıb) [6]

Maddə 6. Veteranların pensiya təminatı

Veteranlara pensiyalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında təyin edilir.
[7]

Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi

Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq
edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.

Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq
icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.[8]

Maddə 8. Veteran təşkilatlarının yaradılması

Veteran təşkilatları müvafiq qanunvericilik aktlarına əsasən yaradılır, dövlət qeydiyyatından keçirilir və fəaliyyət
göstərirlər. [9]

Veteran təşkilatı qeydiyyata alındığı andan hüquqi şəxs hesab edilir.

Dövlət orqanları veteran təşkilatlarına öz hüquq və vəzifələrini həyata keçirməkdə hərtərəfli kömək göstərirlər.

Maddə 9. Əmək fəaliyyətinin davam etdirilməsi

Veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından
asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər
hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər.

Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı
fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir.

Bu Qanunla müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı
ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi
yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən
istifadə edə bilərlər.

Maddə 10. Veteran təşkilatlarının istehsal fəaliyyətinə təminat verilməsi

Dövlət orqanları öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada veteran təşkilatlarına
maliyyə yardımı göstərə bilər, onlara müvafiq büdcələrdən vəsait ayıra bilər, nizamnamə vəzifələrini həyata
keçirmək üçün binaları, avadanlığı və başqa əmlakı güzəştli şərtlərlə onların istifadəsinə və ya mülkiyyətinə verə
bilərlər.

19
Veteran təşkilatları müəssisələrinin xammal, texnika və tikinti materialları ilə təmin edilməsinə üstünlük verilir.

(Çıxarılıb) [10]

Maddə 11. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması

Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən
istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil
olmaq sahəsində üstünlüklərə malikdirlər.

Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi
mülkiyyətinə verilir.

Maddə 12. Mənzil, kommunal və rabitə xidmətləri haqqının ödənilməsi

İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı
abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla)
mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir. [11]

Maddə 12-1. (Çıxarılıb)[12]

Maddə 13. (Çıxarılıb)[13]

Maddə 14. Tibbi xidmət

İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb
müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar. [14]

Maddə 15. Dərman və müalicə vasitələri ilə təminat

İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və
məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir. [15]

Maddə 16. Geriatriya yardımı

Müvafiq icra hakimiyyəti orqanları daimi qulluğa ehtiyacı olan xroniki xəstələr üçün geriatriya kabinetləri,
pansionatları, xəstəxanaları vasitəsilə geriatriya yardımı şəbəkəsini təşkil edir və maliyyələşdirirlər. [16]

Maddə 17. Protezləşdirmə

İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada
protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və diş
protezləri düzəltdirirlər. [17]

Maddə 18. İctimai nəqliyyatdan istifadə sahəsində veteranlara güzəştlər

İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və
məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir. [18]

Maddə 18-1. (Çıxarılıb) [19]

Maddə 19. Müvafiq icra hakimiyyəti orqanlarının və müəssisələrin veteranlara əlavə güzəşt vermək hüququ

20
Müvafiq icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz
vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər,
müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir
etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər. Bundan ötrü müvafiq fondlar
yaradıla bilər. [20]

Maddə 20. Sosial xidmət

20.1. Müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün
lazımi şərait yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini
təşkil edirlər.

20.2. Veteranlara “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət
göstərilir.[21]

Maddə 21. Veteranların sosial müdafiəsi tədbirlərinin planlaşdırılması və maliyyələşdirilməsi

Veteranların sosial müdafiəsi tədbirlərini müvafiq icra hakimiyyəti planlaşdırır və veteranların sosial müdafiəsi
proqramları respublika dövlət büdcəsinin, müvafiq icra hakimiyyəti orqanının vəsaiti hesabına maliyyələşdirilir.
[22]

Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır.

Maddə 22. Veteran təşkilatlarının beynəlxalq əlaqələri

Veteranların ictimai təşkilatları öz nizamnamələrinə uyğun olaraq qeyri-hökumət xarakterli beynəlxalq birliklərə
daxil ola bilər, onlarla bilavasitə əlaqə saxlaya və müqavilələr bağlaya bilərlər.

Dövlət orqanları veteran təşkilatlarına xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq etməkdə hərtərəfli
yardım göstərə bilərlər.

Maddə 23. Mərasim xidməti

Vəfat etmiş veteranlara mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir. Veteranın
əvvəl işlədiyi əmək kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş veteranın dəfnində qohumlarına zəruri yardım
göstərməlidirlər. Vəfat etmiş tənha veteranları müvafiq icra hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti
hesabına dəfn edirlər. [23]

Maddə 24. (Çıxarılıb)[24]

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 28 iyun 1994-cü il.

№ 841.

21
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 2 may 1995-ci il tarixli 1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə 177)

2. 20 iyun 1995-ci il tarixli 1067 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 14, maddə 241)

3. 10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 16)

4. 4 noyabr 1997-ci il tarixli 395-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 2, maddə 66)

5. 30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283)

6. 4 iyun 1999-cu il tarixli 676-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 395)

7. 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)

8. 5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199)

9. 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202)

10. 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505)

11. 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684)

12. 7 aprel 2006-cı il tarixli 90-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 4, maddə 315)

13. 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)

14. 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078)

15. 22 fevral 2013-cü il tarixli 571-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
19 mart 2013-cü il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 221)

16. 7 aprel 2017-ci il tarixli 558-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20
may 2017-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 689)

17. 31 may 2017-ci il tarixli 703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24
iyun 2017-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1057)
22
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199) ilə Qanunun preambulasında "daxili işlər" sözlərindən
sonra ",sərhəd xidməti" sözləri əlavə edilmişdir.

7 aprel 2017-ci il tarixli 558-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may
2017-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 689) ilə
preambulasında “və milli təhlükəsizlik” sözləri “, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat” sözləri ilə əvəz
edilmişdir.

[2] 20 iyun 1995-ci il tarixli 1067 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 14, maddə 241) ilə 3-cü maddənin yeddinci abzası yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
—1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında) hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında
iştirak etməmiş hərbi qulluqçular;

[3] 2 may 1995-ci il tarixli 1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə 177) ilə 3-cü maddənin birinci hissəsinə müvafiq abzas əlavə
edilmişdir.

[4] 7 aprel 2006-cı il tarixli 90-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-ci il, № 4, maddə 315) ilə 3-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə və Qeyd
əlavə edilsin.

[5] 2 may 1995-ci il tarixli 1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə 177) ilə 4-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 4. Silahlı qüvvələrin veteranları
“Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaşa və ya
xidmət müddətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular silahlı qüvvələrin veteranları
sayılırlar.

Müharibə və silahlı qüvvələrin veteranlarına veteran adını və sənədlərini müvafiq olaraq Azərbaycan
Respublikasının müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirlikləri verirlər.

4 noyabr 1997-ci il tarixli 395-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, № 2, maddə 66) ilə 4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 4. Silahlı qüvvələrin veteranları

“Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yaşa və ya xidmət müddətinə görə
ehtiyata və ya istefaya buraxılmış, pensiya təminatı hüququ olan hərbi qulluqçular silahlı qüvvələrin veteranları
sayılırlar 30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə 4-cü maddədə “sıralarında” sözündən

23
sonra “(SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla)” sözləri
əlavə edilmişdir.

[6] 2 may 1995-ci il tarixli 1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə 177) ilə 5-ci maddənin ikinci hissəsi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Əmək veteranı adının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməni Azərbaycan Respublikasının Nazirlər
Kabineti təsdiq edir.

[7] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 6-cı maddədə "Vətəndaşların pensiya təminatı haqqında"
sözləri "Əmək pensiyaları haqqında" sözləri ilə əvəz edilmişdir.

19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078) ilə 6-cı maddəsində “və “Hərbi qulluqçuların pensiya
təminatı haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri “Azərbaycan Respublikasının Qanunu” sözləri
ilə əvəz edilmişdir.

[8] 7 aprel 2006-cı il tarixli 90-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-ci il, № 4, maddə 315) ilə 7-ci maddə aşağıdakı redaksiyada verilsin:

Əvvəlki redaksiyada deyilirdi:

Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında
Əsasnaməni və müvafiq vəsiqələrin nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

Müharibə və silahlı qüvvələrin veteranlarına müvafiq veteran adını və sənədlərini uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanları verirlər.

Əmək veteranlarına veteran adını və sənədlərini müvafiq icra hakimiyyəti orqanları verirlər.

[9] 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 8-ci maddəsinin birinci hissəsindən "İctimai birliklər
haqqında" Azərbaycan Respublikasının Qanununa və digər" sözləri çıxarılmışdır.

[10] 10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 16) ilə 10-cu maddəsinin üçüncü hissəsi
çıxarılmışdır.

24
Əvvəlki redaksiyada deyilirdi:

Müharibə, əmək, silahlı qüvvələr veteranlarının müəssisələrində işləyənlərin sayının 70 faizi veteranlardan ibarət
olduqda həmin müəssisələr mənfəət vergisi ödəməkdən azad edilir.

30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 10-cu maddənin dördüncü hissəsi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Veteran təşkilatları qeydiyyata alınarkən dövlət rüsumu ödəməkdən azad edilirlər.

[11] 2 may 1995-ci il tarixli 1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə 177) ilə 12-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 12. Mənzil, kommunal və rabitə xidmətləri haqqının ödənilməsi

Uşaqları olmayan, habelə uşaqlarından və başqa qohumlarından ayrı yaşayan müharibə veteranlarına, işlƏməyən
əmək və silahlı qüvvələr veteranlarına (kişilər 60, qadınlar 55 yaşına çatdıqda) qanunvericiliklə müəyyən edilmiş
normalar daxilində mənzil haqqının, telefon çəkilməsi, telefondan istifadə haqqının (şəhərlərarası və beynəlxalq
danışıqlar istisna olmaqla) və kommunal xidmətlərin (istilik, qaz, su, elektrik enerjisi) haqqının ödənilməsində 50
faiz güzəşt, mərkəzi isitmə sistemi olmayan evlərdə yaşayanlara isə əhaliyə satmaq üçün müəyyənləşdirilmiş
normalar daxilində əldə edilən yanacağın dəyərinin ödənilməsində 50 faiz güzəşt verilir.

Mənzil haqqının, kommunal xidmətlərin, telefondan istifadə haqqının, yanacağın dəyərinin ödənilməsində fərq
dövlət büdcəsinin vəsaitindən verilir.

20 iyun 1995-ci il tarixli 1067 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 14, maddə 241) ilə 12-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 12. Mənzil, kommunal və rabitə xidmətləri haqqının ödənilməsi

Müharibə veteranlarına, habelə uşaqlarından və başqa qohumlarından ayrı yaşayan və işləməyən silahlı qüvvələr
veteranlarına və əmək veteranlarına qanunvericiliklə müəyyən edilmiş normalar daxilində mənzil, telefon
çəkilməsi, telefondan istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və kommunal xidmətlər
(istilik, qaz, su, elektrik enerjisi) üçün haqqın ödənilməsində 30 faiz güzəşt, mərkəzi isitmə sistemi olmayan
evlərdə yaşayanlara isə, əhaliyə satmaq üçün müəyyənləşdirilmiş normalar daxilində əldə edilən yanacağın
dəyərinin ödənilməsində 50 faiz güzəşt edilir.

Mənzil, kommunal xidmətlər, telefondan istifadə üçün haqqın və yanacağın dəyərinin ödənilməsində fərq dövlət
büdcəsinin vəsaiti hesabına ödənilir.

15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 12-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Müharibə veteranları, həmçinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, onlarla birgə
yaşayan və yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvləri ilə birlikdə mənzil, kommunal xidmətlər, telefon
25
çəkilməsi, telefondan istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) haqqını ödəməkdən azad
edilirlər.

İşləməyən silahlı qüvvələr veteranlarına, həmçinin ali və orta peşə-ixtisas təhsili müəssisələrinin əyani
şöbələrində təhsil alanlar istisna edilməklə, əmək qabiliyyəti uşaqlarından və başqa qohumlarından ayrı yaşayan
və işləməyən əmək veteranlarına qanunvericiliklə müəyyən edilmiş normalar daxilində mənzil, kommunal
xidmətlər, telefon çəkilməsi, telefondan istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) haqqının
ödənilməsində 50 faiz güzəşt, mərkəzi isitmə sistemi olmayan, evlərdə yaşayanlara isə əhaliyə satmaq üçün
müəyyənləşdirilmiş normalar daxilində əldə edilən yanacağın dəyərinin ödənilməsindən 50 faiz güzəşt edilir. [11]

Mənzil, kommunal xidmətlər, telefondan istifadə haqqının və yanacağın dəyərinin ödənilməsində fərq dövlət
büdcəsinin vəsaiti hesabına ödənilir.

[12] 20 iyun 1995-ci il tarixli 1067 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 14, maddə 241) ilə Qanuna 12-1 maddə əlavə edilmişdir.

30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 12-1-ci maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 12-1. Rüsumların ödənilməsində güzəştlər

Müharibə veteranları, həmçinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları mülki-hüquqi
əqdlərin bağlanması zamanı və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində
nəzərdə tutulan hallarda dövlət rüsumlarını ödəməkdən azad edilirlər.

[13] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 13-cü maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 13. Ticarət-məişət xidmət

Veteranlara ən zəruri sənaye və ərzaq malları ilə ticarət-məişət xidmətini təşkil etmək üçün yerli icra hakimiyyəti
orqanları xüsusi mağazalar, bölmələr, şöbələr yaradır, malların müəyyən qismini məqsədli təyinatla buraya
göndərir, hərəkət imkanları məhdud olan veteranlara isə evdə xidməti təşkil edirlər.

Kolxozların idarə heyəti, sovxozların müdiriyyəti əmək qabiliyyəti olmayan tənha veteranlara zəruri ərzaq
mallarının alınmasında, mal-qaranın yemlə təmin edilməsində, habelə mənzillərin, təsərrüfat binalarının təmirində
və yanacaq gətirilməsində kömək göstərmək üçün tədbirlər görürlər.

[14] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 14-cü maddənin mətni yeni
redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

26
Veteranlar işlədikləri (xidmət etdikləri) dövrdə təhkim olunduqları səhiyyə müəssisələrində tibbi yardım almaq
hüququnu, habelə sanatoriya-kurort müalicəsi hüququnu pensiyaya çıxdıqdan sonra da saxlayırlar.

Sanatoriya-kurort müalicəsinin qaydasını səhiyyə, sosial təminat orqanları və ictimai təşkilatlar

müəyyənləşdirirlər.

Tibb müəssisələrinin rəyinə əsasən veteranlar dövlət büdcəsinin vəsaiti hesabına xüsusi bərpa mərkəzlərində
bərpa müalicəsi hüququna malikdirlər.

[15] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 15-ci maddənin mətni yeni
redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Bu Qanunun 3-cü maddəsində sadalanan müharibə veteranlarına dərman və müalicə vasitələri həkimin nüsxəsi
əsasında pulsuz verilir.

Digər veteranlara (kişilər 70, qadınlar 60 yaşına çatdıqda) dərman və müalicə vasitələri həkimin nüsxəsi əsasında
50 faiz güzəştlə verilir.

Ödənişdəki fərq dövlət büdcəsinin vəsaitindən verilir.

[16] 30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə 16-cı maddədə “yerli” sözü “müvafiq”
sözü ilə əvəz edilmişdir.

[17] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 17-ci maddənin mətni yeni
redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Müvafiq icra hakimiyyəti orqanları müharibə veteranlarının qol-qiçlarinin, ağiz boşluğunun protezləşdirilməsini
(qiymətli metaldan olan protezlərdən başqa), eşitmə və görmə orqanlarının protezləşdirilməsini
müəyyənləşdirilmiş qaydada birinci növbədə həyata keçirirlər. [17]

Protezləşdirmənin bu növləri üçün çəkilən xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
[18] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 18-ci maddənin mətni yeni
redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Veteranlar şəhər ictimai sərnişin nəqliyyatının bütün növlərində (taksidən başqa) pulsuz gedib-gəlmək hüququna
malikdirlər.

Müharibə veteranları (kişilər 70, qadınlar 65 yaşına çatdıqda) respublika hüdudları daxilində ildə bir dəfə
dəmiryol, hava və dəniz nəqliyyatında pulsuz gedib-gəlmək hüququna malikdirlər.
27
Veteranlara verilən güzəştlərlə əlaqədar nəqliyyat müəssisələrinin xərcləri dövlət büdcəsinin vəsaiti hesabına
ödənilir.

[19] 20 iyun 1995-ci il tarixli 1067 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 14, maddə 241) ilə Qanuna 18-1 maddə əlavə edilmişdir.

15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 18-1-ci maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 18-1. İkinci dünya müharibəsi illərində arxa cəbhədə əməyinə görə fərqlənmiş şəxslərə güzəştlər

1941 1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər bu Qanunun
12-ci maddəsinin birinci hissəsində, 12-1-ci və 13—18-ci maddələrində veteranlar üçün nəzərdə tutulan bütün
güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər.

[20] 30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə 19-cu maddənin adında və mətnində
“yerli” sözü “müvafiq” sözü ilə əvəz edilmişdir.
6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 19-cu maddədə "pensiyalarına əlavələr edə bilərlər və bu
əlavələrin məbləğini dolanacaq xərclərinin səviyyəsi ilə əlaqədar dəyişdirə bilər" sözləri "maddi təminatının
yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər" sözləri ilə əvəz edilmişdir.
[21] 30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə 20-ci maddənin birinci hissəsində “yerli
icra hakimiyyəti orqanları, əhalinin sosial müdafiəsi orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanları”
sözləri ilə əvəz edilmişdir.
22 fevral 2013-cü il tarixli 571-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19
mart 2013-cü il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 221) ilə
20-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 20. Evdə sosial-məişət xidməti, pansionatlar və internat evlər
Müvafiq icra hakimiyyəti orqanları, müəssisələr, təşkilatlar, idarələr, kəndli və fermer təsərrüfatları, kolxozlar
veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədilə sosial-məişət xidməti evləri, pansionatlar,
habelə onlara evdə sosial-məişət xidməti təşkil edirlər.

Başqasının daimi qulluğuna ehtiyacı olan veteranlar üçün internat evlər təşkil olunur.[22] 30 mart 1999-cu il
tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə 21-ci maddənin birinci hissəsində “Azərbaycan Respublikasının
Nazirlər Kabineti, yerli icra hakimiyyəti” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz edilmişdir.

9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 21-ci maddəsinin birinci hissəsində "respublika
büdcəsinin və yerli büdcələrin" sözləri "dövlət büdcəsinin" sözləri ilə əvəz edilmişdir.

31 may 2017-ci il tarixli 703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyun
2017-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1057) ilə 21-ci
maddəsinin birinci hissəsində “Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun” sözləri “müvafiq icra
hakimiyyəti orqanının” sözləri ilə əvəz edilmişdir.

28
[23] 30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə 23-cü maddədə “mənzil-kommunal
təsərrüfatı orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilmişdir.

9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 23-cü maddəsində “yerli büdcənin" sözləri "dövlət
büdcəsinin" sözləri ilə əvəz edilmişdir.

[24] 2 may 1995-ci il tarixli 1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə 177) ilə 24-cü maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 24. Veteran günü

Hər il 9 may Veteran günü kimi qeyd edilir.

Azəraycan Respulikasın Müdafiə Nazirliyi tərəfindən "Müharibə veteranı" adının verilməsi

Dövlət orqanı :
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Xidmətin məzmunu :
Bu xidmət Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən şəxsə "Müharibə veteranı" adının verilməsi ilə
bağlı münasibətləri əhatə edir
Xidmətin aid olduğu təsnifat :
Təhlükəsizlik və müdafiə
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Müdafiə Nazirliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
- "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsi;
- Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə"-*Əsasnamə dərc edilmir;
- "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında"
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı.
Xidmətin həyata keçirilmə formaları :
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
Azərbaycan Respublikasının "veteran" adı və vəsiqəsi verilir və ya imtina edilir
Xidmət istifadəçisi barədə məlumat :
Fiziki şəxslər
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Rüsum : Rüsum yoxdur
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Günlər : Həftənin 1-6-cı günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
29
Xidmətin göstərilmə yeri :
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Qanunvericilikdə nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə xidmətin göstərilməsindən imtina edilir.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Ərizə – (ətraflı yazılmalıdır, hansı hərbi hissənin tərkibində, nə vaxtdan nə vaxtadək xidmət etməsini, əgər
yaralanması və xəsarət alması varsa, hansı şəraitdə almasını və hansı tibb müəssisəsində müayinə və müalicə
olunmasını, varsa hərbi həkim komissiyasının qərarını və əlilliyi haqqında məlumatı, əlaqə telefonunu qeyd
etməlidir).
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
3x4 ölçüdə fotoşəkil – 2 ədəd
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Əgər yaralanması və ya xəsarət almasını təsdiq edən müvafiq sənəd varsa, sənədlərin notarial qaydada təsdiq
olunmuş surəti.
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Əgər varsa hərbi xidməti haqqında Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən alınmış arayışın notarial qaydada
təsdiq olunmuş surəti.
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Hərbi biletinin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surəti (hərbi bilet itibsə və ya hər hansı bir
səbəbdən yoxdursa, SHXÇDX rayon şöbəsinin verdiyi hərbi bilet əvəzi arayışın və ya hərbi xidməti haqqında
arayış).
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Əgər hərbi xidmətlə bağlı hər hansı bir arayışı varsa, onun notarial qaydada təsdiq olunmuş surəti.
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
İtirilmiş veteran vəsiqələrinin əvəzinə yenisinin alınması üçün (Respublika Hərbi Komissarlığı tərəfindən verilmiş
veteran vəsiqələrinin arxiv sənədləri Müdafiə Nazirliyində olmadığına görə) vəsiqənin itirilməsi barədə elan
verilmiş qəzetin bir nüsxəsi, rayon polis idarəsinin tapıntı bürosundan sənədin tapılmaması haqqında alınmış
arayışı, hərbi biletinin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surəti, şəxsiyyət vəsiqəsinin surəti və
varsa hərbi xidməti haqqında arxiv arayışı, yaralanması və ya xəsarət alması varsa bu haqda müvafiq arayışları,
xidmət etdiyi dövrdə hərbi hissə tərəfindən verilmiş hər hansı bir arayış və ya sənəd varsa onun surəti hərbi
xidməti və vəsiqənin itirilmə səbəbi qeyd olunmuş ətraflı ərizəsi ilə birlikdə təqdim olunmalıdır.
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Ödənilmə üsulları :
Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
Müharibə veteranı adı aşağıdakı qaydada verilir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni
millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası
(Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil
olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd),
Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı
Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə
dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya
orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara
döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin
1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş
tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və
həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara –
müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının
Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş
arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma,
30
travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar,
əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
- 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların
tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş
tapşırığının yerinə yetirilməsi üçün e`zam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş
zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı
ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış
hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət
Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Hərbi Əks-kəşfiyyat
Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən
verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət
(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut
edən başqa sənədlər əsasında.
Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna
olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi
hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş
(2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin
ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici
əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar
haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş
şəxslərə şamil olunmur.
Göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və
birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi
(o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya
buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi tərəfindən onoun yaratdığı müvafiq komissiyaların rəyinə əsasən verilir, o
cümlədən:
Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara
Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə
əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

Vəsiqənin hazırlanması xərcləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsaiti hesabına ödənilir.
Vətəndaşlar tərəfindən sənədlər tam şəkildə təqdim olunmadığından müxtəlif ünvanlara sorğular göndərilir və
göndərilmiş sorğulara cavab alındıqdan sonra komissiyanın iclaslarında təkrar baxılaraq qanunamüvafiq qərar
qəbul olunur. Bu səbəbdən müəyyən edilmiş müddət ərzində qərar qəbul etmək mümkün olmadığından və
baxılma müddəti uzadılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları
barədə məlumatlar :
"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri
xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət
kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında"
Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati
icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və
mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş
qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
Avtomatlaşdırılmayıb
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Ünvan: place AZ 1073, Bakı şəhəri, Parlament prospekti, 3.
Telefon: (994) 539-2915
E-poçt: pressmd@mod.gov.az
31
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.mod.gov.az
VÖEN: 1300162621
© 2018. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi.

32

You might also like