You are on page 1of 1

KSQ №2. VIII sinif. Ədəbiyyat.

Ad, Soyad: _______________________________________ Tarix: __________________

1. Qədim dövr Azərbaycan ədəbiyyatında ən çox istifadə olunan şeir şəkli hansıdır? (5 bal)
A) Qəzəl B) Qəsidə C) Qitə D) Tuyuq E) Məsnəvi
2. İlk fars dilli poemamız hansıdır? (5 bal)
A) Dastani-Əhməd hərami B) Sirlər xəzinəsi C) Qisseyi-Yusif
D) Töhfətül-İraqeyin E) Yusif və Züleyxa
3. İntibah dövrü Azərbaycan ədəbiyyatı neçənci əsrləri əhatə edir? (5 bal)
A) VII-VIII əslər B) XI-XII əsrlər C) XV-XVI əslər
D) XVII-XVIII əsrlər E) XIX-XX əsrlər
4. Qış getdi, yenə bahar gəldi,
Gül bitdüvü, laləzar gəldi,
Quşlar qamsu, fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü. Parçası hansı əsərdəndir? (5 bal)
A) “İsgəndərnamə” N.Gəncəvi B) “Dəhnamə” Ş.İ.Xətai
C) “Töhfətül-İraqeyin” Xaqani D) “Leyli və Məcnun” Fizuli
E) “Dastanı-Əhməd hərami”
5. Heca vəznli şeiri ilk dəfə divan ədəbiyyatına kim gətirmişdir? (10 bal)
A) Xətai B) Q. Bürhanəddin C) Füzuli
D) Nəsimi E) Həbibi
6. İlk anadilli poemamız hansıdır? (10 bal)
A) Dastanı-Əhməd hərami B) Qisseyi-Yusif
C) Dəhnamə D) Fərhadnamə E) Sirlər xəzinəsi
7. Xaqani Şirvani “Gənclərə nəsihət” əsərində gənclərə tövsiyə edilən fikirlərdən biri yalnışdır. (10 bal)
A) Dostun yalnız cənnət ağacını qırsa onu tənbeh et.
B) Hilə oğurluqdur onun sonu yoxdur.
C) Fitnə törətməkdən əl çək.
D) Heç kəsə bivəfa olma.
E) Kiçik adamlara nəvaziş göstərməkdən əl çəkmə.
8. İ.Nəsiminin “Ağrımaz” qəzəli əruz vəzninin hansı bəhrində yazılmışdır və neçə beytdən
ibarətdir? (15 bal)
A) Həzəc, 5 beyt B) Rəməl, 8 beyt C) Xəfif, 9 beyt
D) Səri, 4 beyt E) Həcəz, 8 beyt
9. İ.Nəsiminin “Ağrımaz” qəzəli haqqında məlumat verin. (20 bal)
____________________________________________________________________________________
____________________________________________________________________________________
10. Ş.İ.Xətainin “Bahariyyə” məsnəvisi hansı mövzudadır? (15 bal)
A) Vətən B) Təbiət C) Məhəbbət
D) Qəhrəmanlıq E) Sufizim

Doğru:______ Yalnış:_______ Cavabsız:_______


Bal:______ Qiymət:____________ İmza:___________/

You might also like