You are on page 1of 2

B variantı

Azərbaycan dili KSQ-1 Ad:


Tarix: Soyad

Cavan oğlan bahalı avtomobilindən düşüb tilovunu suya salmışdı.Xeyli gözləməsinə baxmayaraq,hələ də
tilovuna balıq düşməmişdi.Bu vaxt üst-başından yoxsula oxşayan bir qoca kişi gəldi və köhnə tilovunu suya
atdı. Cavan oğlan onu görən kimi sevindi.Çünki özünə yeni bir əyləncə tapdığını zənn edirdi.Elə bu sevinclə
qoca kişiyə baxırdı ki, birdən onun tilovunun nəyə isə ilişdiyini gördü.Qoca kişinin həyəcanlandığını görüb
istehza ilə gülümsədi. Çünki tilovun ucunda olsa-olsa yırtıq bir çəkmənin olacağını düşünürdü.

Ancaq çox keçməmiş qoca kişi böyük bir balığı torbasına qoydu və 5-10 dəqiqə keçmişdi ki,ikinci balığı da
tutdu.Üçüncü balığı tutanda isə cavan oğlan öz heyrətini gizlədə bilmədi.Əlindəki bahalı tilovuna baxa-baxa
qoca kişidən soruşdu:

- Belə köhnə tilovla balıq tuta bilməyinizin sirri nədir?

Qoca kişi tilovunu torbasına yığa-yığa cavab verdi:

- Bu işin sirri evdə məni intizarla gözləyən uşaqlarımın ac olmasıdır...

Bu sözləri eşidən cavan oğlan düşüncələrinə görə çox peşman oldu.Tılovunu qoca kişiyə hədiyyə etdi və
çayın kənarından uzaqlaşdı.

1. Biri mətndə altından xətt çəkilmiş sözlərdən heç birini əvəz edə bilməz? 4bal
a)yaşlı b)həsrətlə c)gənc d)qədim
2.Mətnə əsasən cavan oğlanın əməllərinə hansı adın verilməsi daha məqsədəuyğundur? 3
bal

a)təkəbbürlülük b)təvazökarlıq c) yardımsevərlik d)hiyləgərlik

3. Hansı ad mətnə daha uyğundur? 4bal

a)Qocanin uzaqgörənliyi b) Köhnə tilovun sirri

c) Cavan oğlanın sadəliyi d)Zooparkda bir gün

4.Mətnə əsasən ? yerinə yazıla bilər 4 bal

a) Ardıcıl olaraq 3 balıq tutur. b) Bahalı tilovuna balıq düşməməsi onu təəccubləndirir.
c)Uşaqları kasıbçılıqdan əziyyət çəkir. d)Çayın qırağına balıq tutmağa gəlir.
5. verilmiş cümlələri mətnin hansı tərkib hissələrinə artırıb mətni genişləndirmək olar? 5bal

a)giriş b) əsas c)nəticə d) həm giriş, həm nəticə

Gözəl bir yaz günü idi.Quşların cəh-cəhi,cırcıramaların səsi bir-birinə qarışmışdı.


6. .Hansı söz birləşməsinin birinci tərəfinin son samiti kar samit kimi tələffüz olunur? 10 bal

a)ərik mürəbbəsi b)çiçək əkmək c)üfüq arxasında d)qonaq otağı e)tüfəng almaq
7. .Hansı sözdə ahəng qanunu pozulmuşdur? 6 bal

a)məktəblilər b)gətirdilər c)ovçuluq d)müddəa e)hərəkətsizlik


8. Saitlə başlanan şəkilçi artırdıqda hansı sozdə k-y əvəzlənməsi baş vermir? 7 bal
a)dirək b)çiçək c)ev-eşik d)əzik-üzük e)aptek
9. Cərgələrin birində “k” hərfi [y] sesini ifadə edir. 8 bal
a)küləkdöyən,çiyələkdən,ərik tumu b)ürəkaçan,döşək almaq,küləkölçən
c)ürək arzusu,pişik səsi,küləkli d)pişikotu,əzik-üzük,hörük
e)buket,kələm,kəpənək
10. Sözlərdən birinin tələffüzündə [x’] səsinin qarşılığı var. 7 bal
a)bəraət b)qənaət c)şücaət d)riayət e)itaət
11.Hansı sözdə ancaq bir sait səs uzanması var? 6 bal
a)tərifnamə b)tabeli c)təmir d)arifanə e)xariqüladə
12.Hansı bənddə bütün incə saitlər işlənmişdir? 8 bal
a)təzə musiqiçilər b)yeni döyüşçülər c)evdəkilərdən d)incə saitlər e)köhnə paltarlar
13.Hansı sözlərin sonundakı cingiltili samitlər olduğu kimi tələffüz olunur? 10 bal
1.tüfəng 2.bulud 3.qanad 4.qab 5.yad 6.bəd
a)1,2,3 b)4,5,6 c)1,3,5 d)2,4,6 e)1,3,4
14..Bitki sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. 10 bal
a)Saitlərin ikisi də incə,qapalı,dodaqlanmayandır.
b)5 səs 5 hərfdən ibarətdir.
c)3 samit 2 sait səsdən ibarətdir
d)Samitlərin ikisi kar,biri cingiltilidir.
e)ikihecalıdır,ahəng qanununa tabedir.
15. [k’] səsinin tələffüz edildiyi sözü müəyyənləşdirin. 8 bal
a)maqnit b)kəpənək c)qaymaq d)çörək e)nöqsan

You might also like