You are on page 1of 8

İlham Əliyev və xarici diplomatiya

“Ona özüm qədər inanıram və gələcəyinə


böyük ümidlər bəsləyirəm”
Heydər
Əliyev

Azərbaycanımızın yaxın tarixinin


şanlı səhifələrinə nəzər salanda biz
gənclər fəxr edirik ki, ölkəmiz yeni
tarixində də dünyaca məşhur, görkəmli
liderlər yetişdirmiş, habelə xalqımız
onların ətrafında dəmir yumruq kimi
birləşərək ilk növbədə öz müstəqilliyini
qoruyub saxlamış və ərazi bütövlüyünü
bərpa etmişdir.
Xüsusilə yüksək qürur hissi ilə
vurğulamaq lazımdır ki, müstəqil
Azərbaycan dövlətinin banisi - Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını
gerçəkləşdirməyə başlamış, onun beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi
aradan qaldırılmışdır.
Dahi öndərin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi təsadüfi
deyildi. Ümummilli Liderimizin beynəlxalq miqyasda milli məqsədlər naminə uğurlu
və cəsarətli addımlar atmasının, ən nüfuzlu tribunalardan bacarıq və məharətlə
istifadə etməsinin Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son
dərəcə əhəmiyyətli olduğu aşkardır. Onun fəal diplomatiyasının nəticəsində
dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə və zorla cəlb
olunduğumuz silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün
olmuşdur.
Ulu öndərin hakimiyyətə qayıdışı ilə yeni kollektiv sənədlərə və beynəlxalq
müqavilələrə qoşulan Azərbaycan özünün füsünkar və əlverişli coğrafi
mövqeyindən, zəngin təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında
bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək bu gün Böyük İpək
Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin
2

karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini


səmərəli şəkildə həyata keçirir.
Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezidentimiz İlham Əliyev
Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Dahi öndərin bu siyasi
vəsiyyəti Azərbaycanın inkişafında yeni parlaq bir dönəmin əsasını qoymuşdur.
Prezident İlham Əliyevin xarici siyasət kursunun əsasında Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi olduğunun son illərdə hər birimiz bariz şahidi olduq.
Tarixi faktlar göstərir ki, hakimiyyətə gəldiyi ilk gündən İlham Əliyev hücum
diplomatiyası həyata keçirməklə hər gün daha çox Azərbaycan reallıqlarının təbliği
və bədnam erməni yalanlarının isə ifşa olunması
ilə ölkəmizin mühüm nailiyyətlər qazanmasını
təmin edir.
Xüsusilə də Birləşmiş Millətlər Təşkilatı,
Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam
Əməkdaşlıq Təşkilatı və digər bu kimi qurumlarda
səmərəli, fəal diplomatik işin aparılması
Azərbaycana mühüm üstünlüklər qazandırır.
2011-ci ildə, müstəqilliyimizin 20 yaşı
tamam olduğu bir dövrdə 155 dövlətin dəstəyi ilə
BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü
seçilməsi isə həm Azərbaycanın yüksək
beynəlxalq nüfuzunun göstəricisi, həm də
Prezident İlham Əliyevin dərin strateji diplomatiya
siyasətinin nəticəsi olmaqla yanaşı, Ermənistanın işğalçı və terrorçu siyasətinin
dünya ictimaiyyətinin diqqətinə daha dolğun çatdırılması üçün müstəsna
əhəmiyyətə malik oldu.
Təsadüfi deyil ki, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı artan dinamika ilə
inkişaf edir. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə Azərbaycanın strateji
tərəfdaşlıq sənədləri vardır. Bu doqquz ölkə Avropa İttifaqına üzv ölkələrin üçdə
biridir.
Bu gün Azərbaycanın qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında
qurulmuş münasibətləri var. Dinlərarası münasibətlərin yüksək səviyyədə
tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir. Azərbaycan İslam
həmrəyliyi işinə böyük töhfələr verir.
3

Əlbəttə danılmaz faktdır ki, uğurlu diplomatiyanın yolu balanslaşdırılmış və


hədəf yönümlü danışıqlardan, nitqlərdən və müxtəlif müstəvilərdə edilən çıxışlardan
keçir.
Möhtərəm Prezidentimizin bu sahədə fəaliyyətini bir neçə vərəqə tam
yerləşdirmək qeyri-mümkündür. Lakin xronoloji olaraq diqqətimi cəlb edən bir sıra
çıxışlardan uzaqgörən fikirlər və sitatları nəzərə çatdırmaq yerinə düşərdi.

2003-cü ildə andiçmə mərasimində İlham Əliyev çıxışının sonunda


söyləmişdir:
“Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə
müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı
gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla
yeni qələbələrə doğru gedəcəyik.”

Hələ 19 il əvvəl, 2004-cü ildə “Azərbaycan-Türkiyə Biznes Forumunda”


söyləmişdir:
“Biz istəyirik ki, Türkiyə daha da güclü olsun. Türkiyə də istəyir ki, Azərbaycan
daha da güclü olsun. Mən Türkiyədə
olarkən dediyim sözlərə bir daha
qayıtmaq istəyirəm: həqiqətən, bizim
gücümüz birliyimizdədir. Biz gərək bir-
birimizə dayaq olaq. Biz öz gücümüzə
istinad edib, birgə fəaliyyətimizlə bir-
birimizi zənginləşdirməliyik. Azərbaycan
bu baxımdan Türkiyə üçün və Türkiyə də
Azərbaycan üçün bir nömrəli tərəfdaşdır,
bir nömrəli dostdur, bir nömrəli
qardaşdır.”
Tarixin bütün səhifələri bu reallığı
əyani göstərdi. Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni
işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan
əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci
ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi.
4

Azərbaycan Respublikasının Prezidenti


İlham Əliyev 2004-cü ildə - Fransaya rəsmi
səfərinin ilk günü bu ölkənin ən nüfuzlu
mətbuat orqanlarından olan "Fiqaro" qəzetinə
müsahibə vermişdir. Müsahibədən görünür ki,
onun ölkə Prezidenti kimi ilk səfərini Fransaya
etməsi böyük marağa səbəb olmuşdur.
Müsahibənin əsas sloqanı İlham Əliyevin “Qafqaz
bütün bazalardan azad olmalıdır” kimi qeyd
edilmişdir. Həmin müsahibədə səsləndirilən bir
cavabın İlham Əliyev diplomatiyasının hədəflərini
təcəssüm etdirdiyindən əmin oldum.
“Sual: Sizin atanız Qərblə, xüsusən də Birləşmiş
Ştatlarla münasibətləri möhkəmləndirməyə
yönəlmiş siyasət həyata keçirirdi. Siz bu siyasəti davam
etdirəsəksinizmi?
Cavab: Əlbəttə, çünki bu siyasət böyük uğur qazanmışdır. Amma eyni
zamanda, bir ölkə ilə yaxşı münasibətlərdə olmaq o demək deyil ki, digərləri ilə pis
münasibətdə olmaq lazımdır. Heydər Əliyev diplomatiyasının uğuru məhz o fakta
bağlıdır ki, o, hamı ilə yaxşı münasibətlər qurdu.”

Azərbaycan Cənubi Qafqazda


ABŞ-ın ən böyük ticarət
tərəfdaşıdır. ABŞ tərəfindən regionda
birbaşa xarici sərmayələr ən çox
Azərbaycana yatırılmışdır.
Azərbaycanın Dövlət Neft Fondu
ABŞ-ın maliyyə təşkilatları və fondları
ilə sıx əməkdaşlıq edərək qiymətli
kağızlar və daşınmaz əmlak bazarına
təxminən 7,6 milyard ABŞ dolları
sərmayə yatırmışdır. Azərbaycanda
300-dən çox Amerika şirkəti
qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası və ABŞ arasında 90-a yaxın
sənəd imzalanmış və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi
baza yaradılmışdır.
5

Aparıcı dünya ölkələrindən olan


İtaliya ilə tərəfdaşlığını cənab Prezident
“İL Sole 24 Ore” qəzetində belə ifadə
edib: “İtaliya nəinki təkcə Avropa
qitəsində, dünya miqyasında bizim ən
yaxın tərəfdaşlarımızdan biridir. İtaliya
Azərbaycanın strateji tərəfdaşlıq haqqında
sənəd imzaladığı Avropa İttifaqına üzv
olan 9 dövlətdən biridir. İtaliya bizim əsas
ticari tərəfdaşımızdır. İndi isə Transadriatik
boru kəmərinin istismara verilməsi ilə
Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında
Azərbaycan qazının həcmi ilbəil
artacaq.”
Rusiya ilə ölkəmizin tarixi
münasibətlərini möhtərəm
Prezidentimiz hər zaman müsbət
fikirlərlə təsvir edib: “Rusiya ilə
bizim münasibətlərimiz zamanın
sınağından çıxıb. Hər iki tərəf bu
münasibətləri strateji tərəfdaşlıq
münasibətləri adlandırır. Biz həm
qonşuyuq, həm də mehriban
dostlar. Son dövrdə bizim
münasibətlərimiz daha səmərəli və keyfiyyətli olub. Biz beynəlxalq təşkilatlar
çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, ən mühüm və ümdə məsələlərdə ənənəvi
olaraq bir-birimizi dəstəkləyirik. Biz BMT, ATƏT və MDB məkanında sıx qarşılıqlı
fəaliyyətdəyik. Bizim çox sıx iqtisadi, ticari münasibətlərimiz var. Azərbaycanda
Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Həcmi milyard dollarlarla
ölçülən qarşılıqlı investisiyalar həyata keçirilir.”
İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan son 10-
15 ildə onlarla beynəlxalq tədbirlərə, turnirlərə, yarışlara ev sahibliyi edir.
Beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi heç də təsadüfi
deyil. Bu İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycanın
beynəlxalq imicinin artması ilə bağlıdır, digər tərəfdən dünyada cərəyan edən
hadisələr fonunda ölkəmizdə hökm sürən sabitlik də bunda mühüm rol oynayır.
6

Xüsusilə qürurvericidir ki, bu ilin, yəni


2023-cü ilin mart ayında Bakıda
Qoşulmama Hərəkatının COVID-19-a
qarşı mübarizə üzrə Təmas Qrupunun
Zirvə görüşü keçirilmiş və həmin sammit
səviyyəli görüşə Azərbaycan
Respublikasının Prezidenti sədrlik
etmişdir. Ölkəmizin təşkilata sədrliyi daha
bir il, yəni 2023-cü ilin sonuna kimi
uzadılmışdır. Azərbaycanın növbəti dəfə
qlobal məsələlərin müzakirə olunduğu
mühüm toplantıya ev sahibliyi etməsi
ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür. Qeyd
edək ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas
Qrupunun Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin
rəhbərləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq
təşkilatların rəhbərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s.
qatılıblar.
İlham Əliyev diplomatiyasının ən vacib istiqamətlərindən biri ölkəmizin
dünya iqtisadi xəritəsində geosiyasi mövqeyinin gücləndirilməsidir.
Vurğulamaq lazımdır ki, bu istiqamətə yönələn iqtisadi islahatların, beynəlxalq
əməkdaşlıqların təməli “Əsrin müqaviləsi” ilə qoyulmuşdur. Mötəbər və parlaq
gələcəyi hədəf alan bu müqavilə sayəsində 2003-2018-ci illərdə iqtisadiyyatın neft-
qaz sektorunun inkişaf etdirilməsi
Azərbaycanın həm tərəqqisinə,
həm də dünyada etibarlı
tərəfdaşa çevrilməsində mühüm
rol oynadı.
Ulu Öndər Heydər Əliyevin
təməlini qoyduğu Bakı-Tbilisi-
Ceyhan neft kəmərinin 2006-cı
ildə istifadəyə verilməsi, bir il
sonra Bakı-Tbilisi-Ərzurum qaz
kəmərinin işə salınması, 2018-ci
ildə Bakıda “Cənub qaz dəhlizi”
layihəsinin, Əskişəhərdə bu
7

dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışının
olması Azərbaycanın strateji valyuta ehtiyatlarının, maliyyə imkanlarının, regional
və beynəlxalq enerji təhlükəsizliyində rolunun artmasını, həmçinin iqtisadi və siyasi
əlaqələrinin genişlənməsini şərtləndirdi.
Bu konteksdə xüsusilə enerji və nəqliyyat infrastrukturunun yenilənməsi,
müasir standartlara uyğunlaşdırılması, o cümlədən elektrik stansiyalarının, hava
limanlarının, Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasının inşası,
dəmir yolu xətlərinin çəkilməsi xüsusilə qeyd edilməlidir. Açıq dənizə çıxışı olmayan
ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilmişdir.
Bu və digər iri nəqliyyat layihələri Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan
vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır.
Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz
təmin edir. Eyni zamanda ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji
təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya
məhsulları ixrac edir. Dünyada Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt
olmadığı qədər böyükdür. Azərbaycan Avropa İttifaqı tərəfindən əlavə enerji resursu
mənbəyi olaraq töhfə verən tərəf kimi qəbul edilir. Enerji, nəqliyyat təhlükəsizliyi,
ticarət – Avropa İttifaqı -Azərbaycan arasında perspektiv əməkdaşlıq
istiqamətləridir.
Apardığım təhlil göstərir ki,
cənab Prezident çıxış etdiyi
bütün arenalarda ilk növbədə
Qarabağ münaqişəsini önə
sürmüşdür. O, hər zaman
qeyd etmişdir: “Ölkəmizin əsas
problemlərindən biri Azərbaycan
ərazilərinin Ermənistan
tərəfindən işğalının davam
etməsidir. Azərbaycan öz
ərazilərinin itirilməsi ilə heç
zaman razılaşmayacaq, biz
onları nəyin bahasına olursa-olsun, geri qaytaracağıq. Sülh yolu ilə, yaxud qeyri-
sülh yolu ilə - bu məsələ danışıqların gedişindən, habelə digər amillərdən asılı
olacaqdır.”2020-ci ildə Almaniyada keçirilmiş Münxen Təhlükəsizlik Konfransı
çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş
panel müzakirədə İlham Əliyevin “Mən buraya həqiqəti söyləməyə gəlmişəm”
8

bəyanı ilə bütün dünyaya bəlli oldu ki, bu əzəmətli sözlərin arxasında tarixi
həqiqətlər dayanır. Həmin çıxışında İlham Əliyev hüquqa və tarixi faktlara
əsaslanaraq dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara açıq mesaj göndərdi:
“Ermənistanın davam edən işğalçılıq siyasətinə hələ də göz yummanız, biganəliyiniz
və susqunluğunuz qəbuledilməzdir”
Cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində
“Dağları aşmaq? Cənubi Qafqazda
təhlükəsizliyin qurulması” adlı
plenar iclasda isə İlham Əliyev
fəxrlə çıxış edərək bildirmişdir ki,
ərazi bütövlüyünü və ədaləti bərpa
etmək, habelə BMT Təhlükəsizlik
Şurasının qətnamələrini icra etmək
üçün döyüşməli, 3 min həyatı
qurban verməli olduq.
Ona görə də 30 illik işğalı,
Livan böyüklüyündə ərazinin
tamamilə xarabalıqlar içində
olduğunu unutmamalıyıq. Torpağımızın işğalı, bir milyon azərbaycanlını evindən
didərgin salması, 67 məsciddən 65-nin dağıtması və onları təhqir etməsi – bütün
bunlar qonşularımız tərəfindən edilib.
İlham Əliyev diplomatiyası təkcə Ermənistanla müharibə aparmayıb. Eyni
zamanda Ermənistanın himayədarları ilə də müharibə aparıb və bu müharibədə
qələbə qazanıb. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz
gücünü ortaya qoydu, ədalətini bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün
dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla
barışmaq fikrində deyildi. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür.
Hazırda isə hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban
qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin
möhkəmləndirilməsidir.
İlham Əliyev diplomatiyası çox qısa başlıqlarla qismən ifadə etməyə
çalışdığım bu yazını Prezidentimizin biz gəclərə örnək olmalı sözləri ilə bitirmək
istəyirəm:
“Azadlıq istəyən xalqı işğal etmək mümkün deyil. Silah vacibdir, taktika da
vacibdir, planlaşdırma çox vacibdir. Lakin ən önəmli olan həvəsdir.” İlham Əliyev

You might also like