You are on page 1of 13

Tələbə: Münasib Səttarlı

Müəllim: Zamiq İsmayılov


Qrup: A2233
Mövzu: Təzyiqin bərpa əyriləri metodikası
Laylardakı müxtəlif qeyri-bircinsliliklər
təzyiqin bərpa əyrisinə əhəmiyyətli təsir
göstərir. Qeyri-bircinsliliklər həm layın
kollektor xüsusiyyətlərinin dəyişməsi,
həm də doydurucu mayenin fiziki
xassələrinin dəyişməsi ilə müəyyən
edilə bilər. Həmçinin zaman üzrə layın
hər bir nöqtəsində kollektor
xüsusiyyətlərinin dəyişməsi sabit
qalmaqla, mayenin fiziki xassələri
dəyişə bilər. Bu dəyişiklik neftin su və
ya digər agentlə sıxışdırılması ilə
şərtlənir.
Hidrodinamik tədqiqatlar dövründə
hər bir nöqtədə layın hidrodinamik
parametrlərini sabit qəbul etmək
olar. Bu fərziyyə müxtəlif zaman
çərçivələrində çəkilmiş təzyiqin
bərpa əyrilərini müqayisə etməklə,
sıxışdırmanın xarakteri haqda
mühakimə yürütməyə imkan verir.
Cari neftlədoyma və hidrodinamik
tədqiqat nəticələrinə görə əhatə etmə
əmsalını müəyyənləşdirmə etmə
metodları bu prinsiplə qurulmuşdur.
Təzyiqin bərpa əyrilərinin lay haqda
verdiyi mühüm məlumat kimi quyudibi
zonanın vəziyyətinin
qiymətləndirilməsini – skineffektin
müəyyənləşdirilməsini hesab etmək olar.
Öncədən quyuların hidrodinamik
natamamlığının təzyiqin bərpa əyrilərinə
təsiri haqda bir neçə söz demək lazımdır.
Quyuların hidrodinamik natamamlığının
təzyiqin bərpa əyrilərinə təsiri üzrə
çoxsaylı nəzəri və eksperimental
tədqiqatlar, həmçinin quyudibi zonada
keçiriciliyin dəyişməsi göstərir ki, bu
təsir təzyiqin bərpa əyrisinin
başlanğıcında sahələrində daha çox hiss
olunur.
Natamamlıqda və ya layın kollektor
xüsusiyyətləri dəyişəndə quyudibi
zonada bərpa əyriləri təzyiqlər oxu üzrə
yerlərini paralel dəyişirlər, yəni
gətirilmiş vəziyyətlərdə bu əyrilərin
absis oxuna meyli dəyişməz
qalır.Şəkildə layın quyudibi zonasında
keçiriciliyin dəyişməsinin təsirini
xarakterizə edən təzyiqin bərpa əyriləri
sxematik təsvir edilmişdir
Təzyiqin bərpa əyrilərinin başlanğıc
sahələrinin forması yalnız quyunun
natamamlığı və quyudibi zonada keçiricilik
və hidrokeçiriciliyin dəyişməsi ilə deyil,
başqa növ qeyri-bircinsliliklərlə, məsələn
laylanma qeyri-bircinsliliyi (quyu müxtəlif
kollektor xüsusiyyətlərinə malik iki və ya
daha çox layı açır), çatlılıq və s. ilə də
müəyyən edilir. Həyata keçirilmiş nəzəri və
mədən tədqiqatları göstərir ki, qeyri-
bircinsliliyin növü kimi çatlılıq da təzyiqin
bərpa əyrilərinin başlanğıcının yuxarılarını
asimptotdan inhiraf etdirərək təhrif edir, yəni
çatlı kollektorda təzyiqin bərpa əyrisi
xaraktercə quyudibi zonanın ən
yaxşılaşdırılmış kollektor xüsusiyyətlərində
alınmış əyri ilə oxşardır.
Təzyiqin bərpa əyrisinə bu və ya digər
amilin təsirinin düzgün qiymətləndirilməsi
layın dolayı xarakteristikasını da cəlb
etməklə onun hərtərəfli tədqiqatı zamanı
mümkündür: sınaq sıxışdırılması tədqiqat
metodu nəticələri, kollektorun geoloji və
geofiziki xarakteristikası, kollektorun
laboratoriya tədqiqatları və onu doyduran
mayenin fiziki xassələrinin öyrənilməsi.
Bizim nəzərdən keçirdiyimiz təzyiqin
bərpa əyrilərinin formasına təsir edən
amillər obyektiv xarakter daşıyır, yəni
quyunun iş şəraitindən asılı deyil, yalnız
layın kollektor xüsusiyyətlərindən,
quyudibi zonanın vəziyyətindən və layın
quyu tərəfindən açılma şəraitindən asılıdır.
Quyudibi təzyiqin bərpa əyriləri üzrə skin-effektin qiymətləndirilməsi

Skin-effekt şəkildə təsvir olunmuş


quyudibi təzyiqin bərpa əyriləri
üzrə hesablana bilər. t - əvvəlki
istismar müddəti; Δt – quyu
bağlandıqdan keçən müddət; Δp –
ümumi təzyiq dəyişməsi. 1 – skin-
effekt olmadıqda təzyiq dəyişməsi;
2–skin-effekt olduqda təzyiq
dəyişməsi;
3–quyudibində təzyiqin bərpası; 4
– quyuağzında təzyiqin bərpası.
Fərz edək ki, quyunun bağlandığı andan Δt
zaman keçib. Quyu bağlandıqdan sonra əmələ
gələn tam Δpt təzyiq dəyişməsini hesabladıqda
qəbul etmək olar ki, quyu bağlanana qədər τ
zaman müddətində q(τ), bağlandıqdan sonra isə
- q(τ) debitlə istismar olunub. Onda alarıq ki,
Düsturundan görünür ki, skin-effekt
quyuda quyudibi təzyiqin bərpasını
təsvir edən ifadələrdən kənarlaşdırılır.
Təzyiqin bərpa əyriləri yarımloqarifmik
koordinatlarda qurulur. 1 - əsasən
quyudibi effektin təsir etdiyi sahə; 2-
quyunun normal drenaj sahəsində
təzyiqin paylanması sahəsi; 3 – layın
quyudan uzaq sahələrində süzülmə
prosesini əks etdirən sahə; 4 –
ekstrapolyasiya; 5 - Δt→∞ olduqda
statik təzyiq; 6 – təzyiqin bərpası
məlumatları; s – skin-effekt.
Δt zamanın daha böyük qiymətlərində təzyiqin
bərpasının yarımloqarifmik koordinatlarda
qurulmuş əyrisi düz xəttə çevrilir ki, onun da
meylliyinə görə layın cəm Σkh keçiriciliyini
müəyyən etmək olar. Təzyiqin bərpası əyrisinin
bu hissəsinə həmçinin layın litoloji pazlaşma
kimi struktur xüsusiyyətləri də təsir edir. Faktiki
olaraq təzyiqin bərpa əyriləri üzrə neftli layın
keçirmə qabiliyyəti və ya layın effektiv
qalınlığına vurulmuş neft üçün cəm faza
keçiriciliyi hesablanır:
DİQQƏTİNİZ
üçün təşəkkürlər

You might also like