You are on page 1of 82

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ

Ş.Z.İSMAYILOV, A.Ə.SÜLEYMANOV,
S.H.NOVRUZOVA, H.X.MƏLİKOV,
M.Q.ABDULLAYEV, İ.N.ƏLİYEV

NEFT VƏ QAZIN QUYU İLƏ


ÇIXARILMASI TEXNOLOGİYASI
Dərslik

Azərbaycan Respublikası Təhsil Nazirliyinin


29 dekabr 2021-ci il tarixli, №F-596 saylı
əmri əsasında qrif verilmişdir.

Bakı – 2022
Elmi redaktor: Q.M.Pənahov
AMEA-nın müxbir üzvü,
Rusiya Təbii Elmlər Akademiyasının
həqiqi üzvü, t.e.d., professor

Rəyçilər: B.Ə.Süleymanov
AMEA-nın müxbir üzvü,
t.e.d., professor

Q.Q.İsmayılov
t.e.d., professor

Şahin İsmayılov, Arif Süleymanov,


Südabə Novruzova, Hacı Məlikov,
Malik Abdullayev, İnqlab Əliyev

“Neft və qazın quyu ilə çıxarılması texnologiyası” (dərslik)


Bakı: “Elm”, 2022, – 540 s.

ISBN 978-9952-556-09-7

Dərslikdə neft və qazın quyu ilə çıxarılmasının nəzəri əsasları və mədən


təcrübəsi məsələlərinə – neft, qaz və qaz-kondensat quyularının konstruk-
siyası, məhsuldar layların aşılması və quyuların mənimsənilməsi, qaz-maye
qarışığının qaldırıcı borularda qalxmasının nəzəri əsasları, neft quyularının
fontan üsulu ilə istismarı, quyuların kompressor istismar üsulu, dərinlik
nasosları ilə quyuların istismarı, quyuların tədqiqi, QDZ təsir üsulları və s.
baxılmışdır.
Kitab neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr və neft-qaz
sənayesinin mühəndis-texniki işçilərinə tövsiyə olunur.

© Şahin İsmayılov, Arif Süleymanov, Südabə Novruzova,


Hacı Məlikov, Malik Abdullayev, İnqlab Əliyev, 2022
MÜNDƏRİCAT

GİRİŞ. ........................................................................................................... 7
FƏSİL I. NEFT VƏ QAZ-KONDENSAT QUYULARININ
KONSTRUKSİYASI, MƏHSULDAR LAYLARIN
AÇILMASI VƏ QUYULARIN MƏNİMSƏNİLMƏSİ
1.1. İstismar quyularının konstruksiyası ............................................... 9
1.2. Dəniz və qaz-kondensat yataqlarındakı yüksək lay
təzyiqli dərin quyuların konstruksiyası ...................................... 11
1.3. Məhsuldar layların açılması üsulları............................................ 18
1.4. İstismar quyularının quyudibi avadanlıqları ................................ 20
1.5. Quyudibi süzgəclərin konstruksiyaları ........................................ 24
1.6. Quyuların istismar kəmərlərinin perforasiyası ............................ 31
1.7. Məhsuldar layların açılmasının keyfiyyətinin istismar
quyusunun məhsuldarlığına təsiri ................................................ 41
1.8. Məhsuldar layın açılma üsulunun seçilməsi ................................ 48
1.9. Məhsuldar lay açılarkən perforasiya intervalının
müəyyən edilməsi ........................................................................ 51
1.10. Məhsuldar laydan neft və qaz axınının yaradılması .................. 51
1.11. Neft, qaz və qaz-kondesat quyularının mənimsənilməsi............... 56
1.12. Çox dərin qaz və qaz-kondensat quyularının
mənimsənilməsinin xüsusiyyətləri ............................................ 71
1.13. Hidravliki paker buraxılmış yüksək lay təzyiqli
dərin neft, qaz və qaz-kondensat quyularının istismarı
zamanı yaranan mürəkkəbləşmələr və onların aradan
qaldırılması yolları .................................................................... 75
1.14. İnjeksiya (vurucu) quyularının mənimsənilməsi ....................... 78
FƏSİL IІ. QAZ-MAYE QARIŞIĞININ QALDIRICI
BORULARDA QALXMASININ NƏZƏRİ ƏSASLARI
2.1. Quyuda enerji balansı .................................................................. 82
2.2. Hidrostatik basqı hesabına istismar quyularında
mayenin qalxması ........................................................................ 85
2.3. İstismar quyularında genişlənən qazın enerjisi
hesabına mayenin yuxarı qaldırılması ......................................... 88
2.4. Vertikal borular ilə hərəkət edən qaz-maye qarışığının
nəzəri əsasları .............................................................................. 96
2.5. Akademik Krılovun hesablama yolu ilə aldığı asılılıqlar.............. 114
FƏSİL ІІІ. NEFT QUYULARININ FONTAN ÜSULU İLƏ
İSTİSMARI
3.1. Fontanvurmanın şərtləri ............................................................. 120
3.2. Fontan borularının tətbiqi .......................................................... 128

3
3.3. Fontan istismar üsulunda tətbiq edilən quyuağzı
avadanlıqlar ............................................................................... 136
3.4. Yüksək lay təzyiqli neft, qaz və qaz-kondensat
quyularının quyu daxili avadanlıqları.
Nasos-kompressor boruları ........................................................ 148
3.5. Fontan quyularının işinin tənzimlənməsi üsulları ..................... 159
3.6. Fontan quyularında tədqiqat işlərinin aparılması ..................... 170
3.7. Fontan quyularının işinə nəzarət edilməsi ................................. 173
3.8. Fontan quyularının istismarı prosesində əməyin
və təhlükəsizlik qaydalarının mühafizəsi üçün
görülən tədbirlər ........................................................................ 175
FƏSİL IV. QUYULARIN KOMPRESSOR İSTİSMAR ÜSULU
4.1. Kompressor istismar üsulunun xarakteristikası ......................... 178
4.2. Kompressor qaldırıcısının iş prinsipi ......................................... 179
4.3. Qaldırıcının sistemləri, onların konstruksiyası
xarakteristikası ........................................................................... 183
4.4. Kompressor qaldırıcısının hesabatı ........................................... 186
4.5. Kompressor quyularının işə salınması ....................................... 198
4.6. Kompressor istismar üsulunda işəsalma təzyiqlərinin
aşağı salınması üsulları .............................................................. 204
4.7. İşəsalma klapanlarının kompressor quyularına
endirilməsinin hesabatı .............................................................. 213
4.8. Kompressor istismar üsulu ilə işləyən quyuların tədqiqatı.
Optimal iş rejiminin qurulması .................................................. 224
4.9. Kompressor quyularının istismarı. Periodik qazlift................... 229
4.10. Plunjerli qaldırıcı ..................................................................... 234
4.11. Neft quyularının kompressorsuz qazliftlə istismarı ................. 249
4.12. Qazlift quyularının dövri istismarı .......................................... 255
FƏSİL V. DƏRİNLİK NASOSLARI İLƏ QUYULARIN
İSTİSMARI
5.1. Dərinlik nasos quyularının təsnifatı.......................................... 301
5.2. Ştanqlı dərinlik nasos quyularının iş prinsipi və sxemi ............ 302
5.3. Dərinlik nasoslarının məhsuldarlığının təyini .......................... 303
5.4. Ştanqlı dərinlik nasosları .......................................................... 306
5.5. Ştanqlı dərinlik nasoslarının bölmələri və hissələri .................. 318
5.6. Qondarma və boru nasoslarının tətbiq sahələri ........................ 321
5.7. Nasos və kompressor boruları .................................................. 322
5.8. Nasos ştanqları .......................................................................... 327
5.9. Dərinlik nasos quyularının quyuağzı avadanlıqları .................. 330
5.10. Dərinlik nasos qurğularının fərdi ötürücüləri .......................... 335
5.11. Qazın dərinlik nasoslarının işlərinə təsiri və
qoruyucu ləvazimatlar ...................................................................... 346
4
5.12. Dərinlik nasoslarının qəbuluna quraşdırılması
üçün qaz lövbərləri ........................................................................... 350
5.13. Qumun dərinlik nasosunun işinə təsiri və
qoruyucu avadanlıqlar ...................................................................... 357
5.14. Nasosu qumun zərərli təsirindən qorumaq üçün tədbirlər .............. 361
5.15. Mayenin plunjer və nasosun silindrinin arasındakı
boşluq və qeyri-kiplikdən sızmalar. Boru birləşmələrində
qeyri-kipliklər (boşluqlar)................................................................. 365
5.16. Dərinlik nasoslarının işlənməsində nasos
ştanqlarının və borularının uzanması ................................................ 368
5.17. Nasosun dinamik səviyyə altında dalma dərinliyi ................... 372
5.18. Yırğalanmaların sayı. Plunjerin gediş yolunun uzunluğu ............. 373
5.19. Minerallaşmış suların və parafinin təsiri ................................. 374
5.20. Nasos ştanqlarının asma nöqtələrində
gərginliklərinin təyini ....................................................................... 375
5.21. Dinamiki yüklər. Ətalət qüvvələri ........................................... 378
5.22. Nasos ştanqlarının asma nöqtələrində
balansir başlığına düşən maksimum yükün təyin edilməsi .............. 387
5.23. Nasosun plunjerin gediş yolunun həqiqi
uzunluğunun təyin edilməsi və nasosun
qurğusunun məhsuldarlığı ................................................................ 389
5.24. Plunjerin diametrinin dərinlik nasosunun
məhsuldarlığına təsiri ....................................................................... 397
5.25. Dərinlik nasoslarının işləmə parametrlərinin yaradılması ............ 399
5.26. Nasos quyularından mayenin vurulması rejimləri ................... 401
5.27. Dərinlik nasosunun seçilməsi ................................................ 404
5.28. Nasos ştanqlarının işi ............................................................... 405
5.29. Mancanaq dəzgahlarının növlərinin seçilməsi ........................ 407
5.30. Dərinlik nasoslarının quyularda işinə nəzarət.
Dinamoqrafiya .................................................................................. 411
5.31. İçi boş ştanqlar üzərində nasos qurğuları ................................ 418
5.32. Kiçik debitli quyuların istismarı. Dövri istismar ..................... 422
5.33. Dərinlik nasos quyularının texnoloji rejimlərinə
nəzarət və quyuların tədqiqatı.......................................................... 424
5.34. Quyuların exometriyası ........................................................... 427
5.35. Quyuların ştanqsız dalma nasosları ilə istismarı ..................... 430
5.36. Mərkəzdənqaçma dalma nasosları ilə təchiz olunmuş
quyuların tədqiqi ............................................................................... 441
5.37. Mərkəzdənqaçma elektrik dalma nasosu
qurğularının tətbiqi perspektivləri ................................................... 443
5.38. Hidroötürücülü porşenli dalma nasosları ................................. 444
5.39. Hidroporşenli və güc nasoslarının texniki xüsusiyyətləri ............. 451
5.40. Hidroporşenli nasosların əsas parametrlərinin
5
müəyyən edilməsi ............................................................................. 453
5.41. Başqa tip nasoslar ................................................................... 455
FƏSİL VI. QUYULARIN QUYUDİBİ ZONASINA TƏSİR
ÜSULLARI
6.1. Quyudibi zonaya təsir üsullarının seçilməsi .............................. 458
6.2. Quyuların xlorid turşusu ilə işlənilməsi..................................... 459
6.3. Neft və qaz quyularının xlorid turşusu ilə
işlənilməsinin aparılma texnologiyası .............................................. 465
6.4. Quyuların quyudibi zonalarının termokimyəvi və
termoturşu üsulları ilə işlənilməsi..................................................... 471
6.5. Layların hidravliki yarılması ..................................................... 474
6.6. Layların hidravliki yarılma prosesinin texnologiyası ................ 478
6.7. Layların hidravliki yarılması üçün tətbiq edilən
avadanlıqlar ...................................................................................... 486
6.8. Quyuların torpedlənməsi ........................................................... 492
6.9. İstismar quyularının quyudibi zonalarına istiliklə
təsir üsulları ...................................................................................... 499
6.10. Quyunun quyudibi zonasına istiliklə təsir
etmənin texnologiyası ....................................................................... 501
6.11. İstilik ilə işlənilmə prosesində tətbiq edilən avadanlıqlar ............. 503
6.12. Quyudibi zonaya istiliklə təsirin hesabatı ................................ 508
6.13. İstismar quyusunun quyudibi zonasının istilik
üsulları ilə təsirinin hesablanması üçün nümunələr .......................... 513
6.14. Quyudibinin titrəmə üsulu ilə işlənilməsi ................................ 519
6.15. Titrəmə (vibrasiya) ilə təsir üçün quyunun
hazırlanması və tədqiqat işlərinin aparılması ................................... 520
6.16. Titrəmə ilə təsir üsulunun effektivliyinə
təsir edən faktorlar ............................................................................ 522
6.17. Titrəmə ilə təsir prosesinin aparılma texnologiyası ................. 524
6.18. Titrəmə ilə təsir üsulunda tətbiq edilən avadanlıqlar............... 526
6.19. İstismar quyularının quyudibi zonalarının səthi-aktiv
maddələrlə (SAM) işlənilməsi. ........................................................ 532

ƏDƏBİYYAT. .......................................................................................... 533

6
GİRİŞ

Dərslik neft-qaz sənayesinin inkişaf mərhələləri, neft və qaz hasilatın-


da elm və texnikanın tərəqqisi, müasir vəziyyəti, qazların fiziki-kimyəvi
xassələrinin xüsusiyyətlərini, neft-qaz laylarının açılması və quyuların mə-
nimsənilməsi prosesində tətbiq olunan yeni texnologiyalar, quyular üçün
texnoloji rejimlərin qurulması qaydaları, quyuağzı parametrlərinə əsasən lay
və quyudibi təzyiqinin təyini üsulları, maili yönəldilmiş və üfüqi quyuların
istismar xüsusiyyətləri, neft, qaz və qaz-kondensat quyularında tətbiq olu-
nan tədqiqatlar və alınmış nəticələrin araşdırılması üsulları, neft-qaz quyula-
rının istismarında əmələ gələn əngəlliklər və onlara qarşı mübarizə üsulları
və s. məsələlərin tələbələr tərəfindən tam mənimsənilməsinə imkan yaradır.
Azərbaycanın neft və qaz müəssisələrində çalışan mühəndislərin, ba-
kalavriat və magistratura pillələrində təhsil alan tələbələrin istifadəsi üçün
neft və qaz yataqlarının işlənməsi, istismarı haqqında yazılan bu dərslik altı
fəsildən ibarətdir.
Birinci fəsil neft və qaz yataqlarının işlənməsi və istismarının əsasla-
rına həsr olunub. Burada quyuların konstruksiyası, istismar quyularının qu-
yudibi avadanlıqları, quyuların istismar kəmərlərinin perforasiyası, layların
açılması və istismar quyularının mənimsənilməsi məsələlərinə baxılıb. Bun-
dan əlavə, qaz-kondensat quyularının mənimsənilməsinin xüsusiyyətləri,
onların istismarı zamanı baş verən mürəkkəbləşmələr və digər məsələlər iza-
hını tapmışdır.
İkinci fəsil karbohidrogen yataqlarının quyu ilə işlənməsi və istismarı
zamanı layda baş verən əsas proseslərə həsr olunmuşdur. Belə ki, burada lay
rejimləri, “lay-quyu” sistemində çoxfazalı axınların xüsusiyyətləri və nəzəri
əsasları, vertikal borular ilə hərəkət edən qaz-maye qarışığının nəzəri əsasla-
rı araşdırılmışdır.
Neft quyularının fontan istismar üsuluna həsr olunmuş üçüncü fəsildə
qaldırıcının iş prinsipi və hesablanması, işəsalma təzyiqinin aşağı salınması
üsulları, fontan quyularında tədqiqat işlərinin aparılması məsələləri izahını
tapmışdır.
Dördüncü fəsildə quyuların kompressor üsulu ilə istismarı məsələləri-
nə geniş yer verilmiş, kompressor quyularının quyuağzı avadanlıqları,
kompressor qaldırıcısının hesabatı, neft quyularının kompressorsuz qazliftlə
istismarı və quyudaxili qazlift üsulları araşdırılmışdır. Burada, həmçinin na-
sosların və avadanlıqların seçilməsi, texnoloji rejimlərə nəzarət və quyuların
tədqiqi məsələlərinə toxunulmuşdur.
Quyuların dərinlik nasosları ilə istismarı məsələlərinə həsr olunmuş
beşinci fəsildə nasos quyularının təsnifatı, məhsuldarlığa təsir edən amillər,

7
ştanqlı nasoslar, bu istismar üsulunun təchizatı, quyuların tədqiqi və işinin
tənzimlənməsi məsələlərinə baxılıb.
Sonuncu fəsil quyudibi zonasına təsir üsulları və onların seçilməsi mə-
sələlərinə həsr olunub. Burada xlorid turşusu ilə işlənilmə və onun texnolo-
giyası, termokimyəvi və termoturşu ilə təsir üsulu, hidravlik yarılması və
texnologiyası, həmçinin quyudibinə istiliklə təsir üsulları şərh olunmuşdur.
Bu kitab neft-qaz sahəsi üzrə ali təhsil alan tələbələr, o cümlədən neft-
qaz çıxarma sahəsində işləyən mühəndis-texniki işçilər üçün nəzərdə tutul-
muşdur.

8
FƏSİL I.

NEFT VƏ QAZ-KONDENSAT QUYULARININ KONSTRUKSİYASI,


MƏHSULDAR LAYLARIN AÇILMASI VƏ QUYULARIN
MƏNİMSƏNİLMƏSİ

1.1. İstismar quyularının konstruksiyası

Qaz quyularının konstruksiyası bir çox faktorlardan və konkret şərait-


dən – o quyunun qazma üsulu, dərinliyi, xarakteristikasından, məhsuldar la-
yı təşkil edən süxurun xarakterindən, qazıma zamanı açılan layların xarakte-
rindən, məhsuldar laydan yuxarıda açılan horizontlarda qarışıq lay sularının
olub-olmamasından, həmçinin çıxarılan qazın xassələrindən asılıdır. Bundan
əlavə, quyuların istismar kəmərinin daxili diametri imkan verməlidir ki, gə-
ləcək istismar müddətində quyularda geoloji-texniki tədbirlər (digər hori-
zontlara qaytarma, daban sularının qarşısının alınması üçün sementləmə iş-
lərinin aparılması, quyudibi zonanın müxtəlif üsullarla işlənməsi, quyuların
quyudaxili avadanlıqlarında hər hansı bir qəza baş verəndə əsaslı təmir bri-
qadaları tərəfindən qəzanı ləğv etmək üçün müxtəlif tipli və ölçülü alətlərlə
işlənməsi) aparıla bilsin.
Qaz laydan quyudibinə doğru hərəkət etdikcə bu təzyiqin düşməsi ilə
müşahidə olunur, bu zaman qaz axınının hərəkət etdiyi həqiqi sahənin en kə-
siyi azalır (radial axın). Beləliklə, quyudibinə doğru hərəkət edən qazın sü-
rəti və qaz axınının kinetik enerjisi artır. Bu, quyudibi zonasının dağılması-
na səbəb ola bilər, mexaniki qarışıqların quyuya daxil olması və quyunun
lüləsi boyu hərəkət etdikcə kəmərlərin (boruların) daxili səthinin yeyilib qa-
lınlığının azalması ilə nəticələnər. Bu, sonuncuların möhkəmliyinin və her-
metikliyinin zəifləməsinə gətirib çıxarar, çünki onların daxili ilə hərəkət
edən qazın aqressivliyi və lay mayesi buna səbəb olar. (məsələn, mayenin
tərkibində H  S olarsa).
Qaz laydan perforasiya deşikləri vasitəsilə quyuya daxil olarkən həm-
çinin kəskin genişlənməsi baş verir və onun temperaturu aşağı düşür ki, bu
da istismar kəmərində, onun arxasındakı sement stəkanında əlavə gərginli-
yin yaranmasına səbəb olur.
Qaz quyularının istismarı zamanı yuxarıda sadalanan xüsusiyyətlər
nəzərə alınaraq onların konstruksiyasının və kəmərlərinin borularının hesa-
batı layihələndirilərkən xüsusi yanaşma tələb edir. Yuxarıdakı su laylarını
izolə etmədən, yəni aralıq texniki kəmərlərlə bağlamadan qaz layını (məh-
suldar qatı) qazaraq açmaq qətiyyən olmaz. İstismar kəmərinin hesabatı apa-
rılarkən aşağıdakı faktorlar mütləq nəzərə alınmalıdır: istismar kəmərinin öz

9
ağırlığı, istismar kəmərinə düşən xarici və daxili təzyiq, soyuma və korrozi-
ya. İstismar kəmərinin gərginliyini onun bir hissəsini sement stəkanına (dai-
rəsinə) ötürməklə azaltmaq olar. Məhsuldar qaz layını neft laylarında olduğu
kimi, bütün qalınlığı boyunca hissə-hissə də perforasiya etmək mümkündür.
Quyuda perforasiya edilmiş interval nə qədər çox olarsa, quyuya qaz axını-
nın şərtləri də məhsuldar layın alt hissəsində daban suları olduqda perforasi-
ya intervalına məhdudiyyət qoyulur.

Şək.1.1 İstismar quyularının müxtəlif konstruksiyaları


a, b, c və d-qaz və qaz-kondensat yataqlarındakı istismar quyularının
konstruksiyası; e, f-qaz anbarlarındakı quyuların konstruksiyası.

Qaz quyularının quyudibi zonasının konstruksiyası məhsuldar layı təş-


kil edən süxurların mexaniki möhkəmliyindən asılıdır. Adətən quyudibi açıq
saxlanılır, əgər məhsuldar lay zəif sementlənmiş, dəyanətsiz süxurlardan təş-
kil olunubsa, bu zaman istismar kəməri axıradək endirilib sementlənir və

10
sonradan məhsuldar layın qarşısından perforasiya edilir, yaxud quyuya quy-
ruq kəmər ya da hazır süzgəc endirilir.

1.2. Dəniz qaz və qaz-kondensat yataqlarındakı yüksək lay


təzyiqli dərin quyuların konstruksiyası

Qaz və qaz-kondensat yataqları yer qatının müxtəlif dərinliklərində


olur: 250 m-dən 10000 m-dək və daha çox karbohidrogenlərin (neft, qaz,
qaz-kondensat) yer səthinə çıxarılması üçün yataqlara qaz və qaz-kondensat
quyuları qazılır. Qazılmış qaz quyuları aşağıdakı məqsədlər üçündür:
1) Qazın laydan yer səthinə (mədən qurğularına) quyular vasitəsilə çı-
xarılmasını təmin etmək məqsədi ilə;
2) Quyuların geoloji kəsilişi boyu dağ süxurlarının uçulub quyuya tö-
külməsinin qarşısının alınması məqsədi ilə;
3) Kəsiliş boyu neftli, qazlı və sulu layları bir-birindən ayırmaq məq-
sədi ilə;
4) Qaz itkisinin yer altında qarşısının alınması məqsədi ilə.
Qaz quyuları uzun müddət ərzində mürəkkəb və kəskin dəyişən şərait-
də istismar edilirlər. Həqiqətən qaz quyularında qazın təzyiqi 100 MPa-a qə-
dər qalxa bilir, temperaturu isə bəzi hallarda 523°(K)-ə qədər çatır, çox də-
rin qaz və qaz-kondensat quyularının istismar kəmərlərinin arxasında isə
təzyiq 250 MPa-a qədər artır.
Dəniz qaz və qaz-kondensat quyuları böyük həcmdə kapital qoyuluşu
tələb edən tikinti qurğularıdır. Kapital qoyuluşunun həcmi qaz və qaz-kon-
densat yataqlarının hansı dərinlikdə yerləşməsindən, dənizin dərinliyindən,
dənizdə tikilən hidrotexniki qurğuların (meydançalar, platformalar) növün-
dən və s. asılıdır.
Qaz və qaz-kondensat quyularının uzun ömürlü olması seçilmiş quyu
konstruksiyasından çox asılıdır. Qaz və qaz-kondensat quyularının konst-
ruksiyası dedikdə konsentrik (iç-içə) olaraq qazılmış quyu lüləsinin daxilinə
müxtəlif diametrli və dərinliklərə endirilmiş aralıq (texniki) və istismar kə-
məri nəzərdə tutulmalıdır. Bu kəmərlər həm bir-biri ilə, həm də geoloji kəsi-

11
liş boyu dağ süxurlarından quyuağzına qədər sement məhlulu vurmaqla izo-
lə edilirlər. Bir müddət sonra sement bərkiyərək sement daşına çevrilir.
Qazın fiziki xassələri – sıxlığı və özlülüyü, təzyiq və temperaturdan
asılı olaraq dəyişməsi neftin və lay suyunun sıxlığı və özlülüyünün dəyişmə-
sindən kəskin fərqlənir. Belə ki, qazın sıxlığı neftin sıxlığından çox aşağı
olur, qazın dinamik özlülüyü isə neftin və suyunkundan 50-100 dəfə az olur.
Qaz və mayenin sıxlıqlarının fərqli olması səbəbindən qaz quyularının
konduktoru (texniki kəmər) neft quyununkuna nisbətən daha böyük dərinli-
yə endirilir, bu həm də dəniz dibində yarana biləcək qrifonların qarşısının
alınması üçün vacibdir.
Qaz quyularında konduktorun endirilmə dərinliyini aşağıdakı düsturla
tapmaq olar:

Pbaş
h  L  R  T ln (1.1)
ρorta gh

burada, L – quyunun dərinliyi, R – xüsusi qaz sabitidir, T  L  h  –


uzunluğunun orta temperaturu, ρ orta – kəsiliş boyu, h – dağ süxurlarının
orta sıxlığı, Pbaş – başlanğıc lay təzyiqi, g – sərbəst düşmə təcilidir və ya
təxmini olaraq aşağıdakı düsturla tapmaq olar:

L
h  ρ su  ,L (1.2)
ρorta

burada, ρ su – lay suyunun sıxlığıdır.


İstismar və texniki kəmərlərin hermetikliyi müxtəlif üsullarla təmin
edilir:
– Boruların uclarındakı və muftadakı yiv birləşmələrinin en kəsiyinin
forması trapesvari olan xüsusi yivli borulardan istifadə etməklə;
– Boruların bağlanması zamanı xüsusi ftoroplast kipləşdirici (“FUM”
lentası) lentlərdən istifadə etməklə;
– Muft birləşmələrində xüsusi kipləşdirici tərkibdən (“UC-1”; “QC-
1”) istifadə etməklə və s.
12
Quyuların kəmərarxası fəzalarının hermetikliyi isə xüsusi növ sement
seçilərək təmin edilir. Bu sementdən yaranan sement daşı qazkeçirməyən və
mikroçatlara davamlı olmalıdır.
Dəniz qaz və qaz-kondensat yataqlarında qazılmış çox dərin, yüksək
təzyiqli qaz və qaz-kondensat quyularının konstrukiyalarına baxaq.

“Bahar” yatağındakı quyuların konstruksiyası

“Bahar” yatağında quyular məhsuldar qatın Qırmakı altı lay dəstəsi


açanadək qazılır, bu horizontun neft-qazlılığı öyrənilir. Quyunun istismar
kəməri üç seksiyalıdır (üç ölçülü) və diametrləri 168×146×114 mm olan bo-
rulardan kombinə edilərək endirilir. Quyunun dərinliyi 5300 m-dir, sement
stəkanı isə quyunun ağzınadək qaldırılmışdır (şəkildə verildiyi kimi). Quy-
ruq kəməri 4900-4100 m dərinliyə endirilir, borunun diametri 177,8 mm
olur və kəmər bu intervalda sementlənir, quyruq kəmərinin buraxılmasında
məqsəd hidroyarılma təzyiqi az olan (1,98 MPa) layın önünün zonasında
bağlamaqdır, həm də layın bu zonasını aşağıdakı zonasından ayırmaqdan
ibarətdir, çünki aşağıdakı zonada qazma işləri xüsusi çəkisi 2,08-2,10 qr/sm3
olan ağırlaşdırılmış gil məhlulu ilə aparılmalıdır.
Diametri 245 mm olan texniki (aralıq) kəmər 4300 m dərinliyə qədər
endirilir və quyu ağzına qədər sementlənir. Bu kəmərin buraxılmasında
məqsəd dağ süxurları zəif sementlənmiş qazma prosesi zamanı quyuya uçu-
lub tökülən Məhsuldar Qatın (MQ) Sabunçu və Suraxanı lay dəstələrinin
qarşısını almaqdır.
Diametri 339,7 mm olan texniki kəmər 2500 m dərinliyinədək, kəmər
arxası quyuağzınadək sementlənir. Bu kəmərin buraxılmasında məqsəd Sa-
bunçu və Suraxanı lay dəstələrinin aqressiv lay suları olan horizontlarının
dağılmasının qarşısını almaqdır.
Diametri 508 mm olan texniki kəmər (konduktor) 500 m dərinliyinə-
dək endirilir və quyuağzınadək sementlənir. Konduktorun endirilməsində
məqsəd zəif bərkimiş və zəif sementlənmiş qədim Xəzər çöküntülərinin qar-
şısının alınmasından ibarətdir.

13
Şək.1.2 “Bahar” yatağındakı quyuların konstruksiyası
1-gil; 2-qum; 3-qum daşları.

14
“Bulla-dəniz” yatağında qazılmış quyuların konstruksiyası

“Bulla-dəniz” qaz-kondensat yatağında qazılan quyular ilə Məhsuldar Qa-


tın (MQ) VIII horizontu sınaq və layın neft-qazlılığının öyrənilməsi üçün qazıla-
raq açılır. Diametrləri 168×146×114 mm olan borulardan üç pilləli istismar kə-
məri yığılaraq layihə dərinliyinə qədər endirilir, kəmərin arxası isə quyu ağzına-
dək sementlənir.
Diametri 177,8 mm olan quyruq kəməri 5850-5800 intervalında Məh-
suldar Qatın (MQ) V və VII horizontlarının (bu zona qazma məhlulunun
sıxlığı 1,8-1,84 qr/sm3 olan məhlulla qazılır) qarşısının kəsilməsi üçün endi-
rilir, bu həm də V və VII horizontları VIII horizontla izolə etmək üçün nə-
zərdə tutulur. Çünki VIII horizont qazılıb açılarkən qazma məhlulunun xü-
susi çəkisi daha ağır olur, yəni 1,96-2,0 qr/sm3 olur.
Borularının diametrləri 273×245 mm olan iki seksiyalı texniki (aralıq)
kəmərin birinci etapı 5200-2800 m dərinliyə MQ-ın aşağı hissəsinin mürək-
kəbləşmələr baş verə biləcək (quyu lüləsinin daralması, aqressiv lay suları-
nın olması, süxurların quyunun içinə uçma təhlükəsinin olması və s.) hissə-
sini (bu zona sıxlığı 1,98-2,04 qr/sm3 olan qazma məhlulu ilə qazılır) məh-
suldar qatın V və VII horizontlarından (bu zona sıxlığı 1,80-1,84 qr/sm3
olan qazma məhlulu ilə qazılır) izolə etmək üçün endirilir. Diametri 273 mm
olan ikinci sessiya isə 2800 m-ə qədər dərinliyə endirilir və kəmərarxası bü-
tövlükdə (yəni həm birinci, həm də ikinci seksiyalar) quyuağzına qədər se-
mentlənir.
Diametri 339,7 mm olan texniki kəmər iki mürəkkəbləmə zonasını bir-bi-
rindən ayırır, 273×245 mm texniki kəmərinin qazma zonasının açıq lüləyə çıxma
hündürlüyünü azaldır. Bu kəmərin də boru arxası quyuağzına qədər sementlənir.
Diametri 508 mm olan texniki kəmərin 1200 m dərinliyə endirilmə səbəbi
isə layın hidravliki yarılma qradiyenti az olan zonanı izolə etmək və qrifon yaran-
masının qarşısının alınmasıdır, kəmərin boru arxası quyuağzına qədər sementlə-
nir.
Diametri 720 mm olan kəmər 150 m dərinliyə endirilir, məqsəd isə
möhkəmliyi olmayan müasir Xəzər çöküntülərini, həm də 820 mm mexaniki
üsulla çalınmış istiqamətləndiricinin başmağını yuyulmaqdan qorumaqdır.
Günəşli yatağındakı kəşfiyyat quyuları Qala lay dəstələri (KaC) açıla-
nadək qazılmışdır, məqsəd bu lay dəstələrinin neft qazlılığını öyrənmək ol-
muşdur. Təbii olaraq eyni quyularla həm də yuxarıdakı məhsuldar laylar
Qırmakı altı lay (ПК), Qırmakı lay dəstəsi (KC), Fasilə lay dəstəsi, Qırmakı
üstü qumlu lay dəstəsi (QÜQ – “HKP”) və s. açılmışdır.
Günəşli yatağındakı quyuların istismar kəməri diametrləri 168×146×139
mm olan borularla üç seksiyalı yığılaraq layihəyə əsasən 4200 m dərinliyə endi-
rilmişdir, kəmərarxası isə quyuağzına qədər sementlənmişdir.
15
Diametri 245×219 mm olan borulardan yığılmış iki seksiyalı texniki kəmər
3700 m dərinliyə qədər endirilmişdir. Burada da məqsəd Balaxanı lay dəstələri-
nin intervalında ola biləcək neft, qaz təzahürlərinin, lay sularının, quyu lüləsinin
uçmamasının qarşısını almaqdır. Kəmərarxası quyuağzınadək sementlənir.

Şək.1.3. “Bulla-dəniz” yatağı üçün quyuların konstruksiyası


1-gil; 2-qum; 3-qum daşları

Diametri 299 mm olan texniki (aralıq) kəmər lay sularının və quyu di-
varının uçması təhlükəsinin olduğu zonanın qarşısını almaq məqsədilə 2500
m dərinliyə endirilmişdir, kəmərarxası quyuağzınadək sementlənir.
16
Diametri 426 mm olan texniki kəmər dayanaqsız süxurların qarşısını
almaq və yarana biləcək qrifonlara görə 750 m dərinliyə endirilərək kəmə-
rarxası quyuağzınadək sementlənmişdir.
Diametri 630 mm olan kəmər (istiqamətləndirici) müasir çöküntülə-
rin və mexaniki üsulla çalınmış istiqamətləndiricinin başmağının yuyulma-
sı üçün 180 m dərinliyə endirilərək kəmərarxası quyuağzınadək sementlən-
mişdir.
Diametri 720 mm olan istiqamətləndirici kəmər 150 m dərinliyə qədər
mexaniki üsulla qrunta çalınır. Günəşli yatağında qazılan quyular əsasən
maili istiqamətlənmiş quyulardır.

Şək.1.4 Günəşli yatağında qazılmış quyunun profili (quyunun layihə dərinliyi –


4200 m; layihə üzrə azimutu – 180°, layihə üzrə vertikaldan mailliyi – 250 m)
1-yuxarı vertikal hissə; 2-əyriliyin tədricən yığılması; 3, 4-əyriliyin tədricən
düzəldiyi sahə.

17
1.3. Məhsuldar layların açılması üsulları

Karbohidrogen yataqlarının işlənilməsi çoxlu sayda quyuların qazılması ilə


bağlıdır. Quyuların qazılması və tikinti ilə tamamlanması prosesində ən məsuliy-
yətli mərhələlərdən biri son tamamlama işləridir, yəni məhsuldar horizontların
(layların) açılması, istismar kəmərinin endirilməsi və onun arxasının sementlən-
məsi, istismar quyusunun quyu dibinin yığılması, quyu dibinin təmizlənməsi işlə-
rinin düzgün yerinə yetirilməsidir. Quyuların istismara düzgün hazırlanması,
onun gələcək istismar dövrü bu işlərin neçə aparılmasından çox böyük ölçüdə
asılı olur. Bir çox hallar məlumdur ki, aparılan qazma işlərinə böyük xərclər sərf
edilməsinə baxmayaraq, görülən bütün işlər nəticəsiz olmuşdur, çünki qazılmış
quyularda müvafiq qaydada tamamlanma işləri düzgün aparılmadığından istis-
mar quyuları vasitəsi ilə sənaye əhəmiyyətli neft və qaz hasil edilməmişdir. Ona
görə də qazılmış quyuların son tamamlanma işlərinə çox böyük diqqət yetirilmə-
lidir, yəni aparılmış tədqiqat işlərinin nəticələri və bu sahədə əldə edilən təcrübə-
lər nəzərə alınmalıdır.
Neft yataqlarında məhsuldar layların (horizontların) açılması prosesi
məhsuldar layın təzyiqindən, layın neftlə doyma dərəcəsindən, drenajlılıq
səviyyəsindən və bir çox müxtəlif faktorlardan asılı olmasına baxmayaraq,
onların hamısı aşağıdakı əsas tələbləri ödəməlidir:
1. Yüksək lay təzyiqli məhsuldar layın açılması prosesində açıq fonta-
nın baş verməməsi üçün tələb olunan müvafiq tədbirlər görülməlidir.
2. Məhsuldar layların açılması zamanı quyunun quyudibi zonasını təş-
kil edən süxurların təbii süzülmə xassələrinin saxlanılması olduqca böyük
əhəmiyyət kəsb edir. Əgər süxurların keçiriciliyi azdırsa, onda quyunun qu-
yudibi zonasının, süzülmə xassələrinin yaxşılaşdırılması üçün mümkün olan
bütün tədbirlər görülməlidir.
3. Məhsuldar lay açılarkən onun süzgəc intervalları elə açılmalıdır ki, o istis-
mar quyusunun susuz debitini təmin etsin, eyni zamanda yaradılmış lay-quyu əla-
qəsi quyu dibinə neftin maneəsiz və yüngülləşdirilmiş axınına nail olsun.
Qazma prosesi zamanı quyuda olan yuyucu məhlulun (gilli məhlul nəzər-
də tutulur) quyunun dibinə saldığı hidrostatik təzyiq demək olar ki, həmişə
məhsuldar horizontun lay təzyiqindən böyük olur, ona görə də məhsuldar lay
açılarkən qazma məhlulunun süzüntüsü (filtratı) quyudibi zonadakı süxurlara
keçir. Bu zaman su layın kapillyar kanallarının səthi ilə möhkəm bağlantı yara-
dır və onun əhəmiyyətli miqdarda hissəsi quyu mənimsənildikdən sonra da lay
süxurlarında qalır ki, bunun da nəticəsində süxurların süzülmə qabiliyyəti pislə-
şir. Yaxşı kollektorluluq xassələrinə və yüksək lay təzyiqinə malik məhsuldar
layların açılması prosesində lay-quyu əlaqəsi yaradıldıqdan sonra, yuyucu məh-
lulun süzüntüsünün və gilli materialların məhsuldar laya keçməsi adətən lay-
dan quyuya neft və qaz axınının tam kəsilməsinin qarşısının alınmasına gətirib
18
çıxarmır. Ona görə də belə layların açmış istismar quyularının quyudibi zona-
sında süxurların süzülmə xassələrinin pisləşməsinə baxmayaraq, laydan quyu
dibinə əhəmiyyətli miqdarda neft süzülərək axdığı üçün məhsuldar layın düz-
gün açılmasına bir o qədər də diqqətli yanaşılmır. Ancaq bir çox istismar quyu-
ları bu səbəbdən aşağı debitlərlə işləyirlər, baxmayaraq ki, onların quyudibi təz-
yiqləri mümkün olduğu qədər çox aşağı salınır, quyuların hasilatları çox aşağı
olur. Bu isə bizə mülahizə yürütməyə əsas verir ki, məhsuldar layların düzgün
açılmaması bir çox layların, yaxud kiçik lay təzyiqli laycıqların mənimsənilmə-
si və sınanması nəticəsində məhsuldar laylardan sənaye əhəmiyyətli neft-qaz
axını baş vermir, çox güman ki, bunun səbəbi gilli məhlulun və suyun məhsul-
dar layın süxurlarına keçməsidir.
Yuxarıda qeyd edilənlərə görə, məhsuldar laylar açılarkən bu prosesə
diqqət yetirilməsi vacibdir. İstismar quyularının açılması prosesində xüsusi
tərkibli yuyucu məhlullar işlənilib hazırlanır, hansıların ki, süzülmə xassələ-
ri çox aşağı olur. Bəzən isə məhlullar neft əsasında hazırlanır. Neft məhlul-
ları əsasında hazırlanan məhlullarda kolloid faza yaradılması üçün oksidləş-
dirilmiş bitumdan, stabilləşdirici və struktur yaradıcı kimi isə sabundan və
ya başqa maddələrdən istifadə edilir. Kolloid faza kimi həm də xüsusi işlən-
miş bentonit gili ola bilər. Neft əsaslı məhlulla məhsuldar layların açılması
prosesində məhsuldar laya karbohidrogen mayesi süzülərək keçir, hansı ki,
kollektorun süzülmə xassəsini pisləşdirmir.
Alçaq lay təzyiqinə malik məhsuldar layların açılmasında, hansı ki,
yaxşı drenaj zonasına malikdir, yuyucu məhlul seçilərkən xüsusi ilə diqqətli
olmaq lazımdır, ona görə ki, yuyucu məhlul məhsuldar lay tərəfindən inten-
siv udula bilər və bununla da quyudibi zonadan neft layın dərinliyinə doğru
sıxışdırılaraq ora daxil olmuş yuyucu məhlul quyudibi zonanın süxurlarının
süzülmə xassələrinin kəskin pisləşməsinə səbəb olacaq. Belə quyularda mə-
nimsənilmə prosesinin aparılması üçün uzun vaxt sərf edilir və onların debi-
ti düzgün açılmış quyulara nisbətən çox aşağı olur.
Aparılmış mədən təcrübələri göstərir ki, yaxşı drenaj zonasına malik
alçaq lay təzyiqli məhsuldar laylar açılarkən yuyucu (gilli) məhlulun quyu-
nun quyudibi zonasına keçməsinin qarşısının alınması üçün xüsusi hazırlan-
mış yuyucu məhlullar tətbiq edilməlidir. Məhsuldar layları təşkil edən sü-
xurların təbii süzülmə xassələrini yaxşı vəziyyətdə saxlamaqdan ötrü layla-
rın açılması prosesində quyunu neftlə yuyurlar. Bütün üstünlüklərinə bax-
mayaraq belə açılma prosesinin də özünəməxsus çatışmazlıqları var: birinci-
si bu prosesə kifayət qədər neft sərf edilir, ikincisi isə bu proses zamanı bö-
yük yanğın təhlükəsi yaranır. Ona görə də neft ehtiyatı tükənmiş (lay enerji-
si aşağı düşmüş) belə məhsuldar laylar açılarkən neft əsaslı yuyucu məhlul-
lardan, emulsiyalı yuyucu məhlullardan, aerasiya olunmuş mayelərdən, sət-

19
hi-aktiv maddələr əlavə edilmiş xüsusi yuyucu məhlullardan, köpüklərdən
və sairə istifadə edilir.

1.4 İstismar quyularının quyudibi avadanlıqları

Neft quyularının quyu diblərinin konstruksiyasını məhsuldar layı təşkil


edən süxurların litoloji tərkibinə, məhsuldar layların fiziki xassələrinə və quyu-
ların neft yatağında yerləşdirilməsinə görə müəyyən edirlər. Belə ki, antiklinal
qırışıqda (şəkil 1.5) yerləşən neft yatağındakı 2 №-li quyu layın dabanına qədər
açılarsa, quyunun quyudibi yatağın sulaşmış hissəsinə düşəcək.
1 №-li injeksiya (vurucu) quyu qazılarkən, hansı ki, məhsuldar layın
neft-su konturunun arxasına lay təzyiqinin saxlanılması üçün su vurulması
məqsədi ilə təyin edilmişdir, layı bütün qalınlığı boyu açmaq zəruridir, çün-
ki quyu bu halda yüksək qəbuletmə (udma) qabiliyyətinə malik olacaq.
Əgər məhsuldar layın daban hissəsində lay suları yoxdursa, onda yatağın
neftli hissəsində məhsuldar layı bütöv (tam) qalınlığı boyu açmaq məqsədəuy-
ğundur. Bu zaman istismar quyusunu məhsuldar laydan (3 №-li quyu) aşağı qa-
zaraq tamamlamaq lazımdır və bununla quyu dibində xüsusi cib (zumpf) yaradı-
lır, hansına ki, qazılan quyunun divarlarından tökülən süxurlar və istismar prosesi
zamanı məhsuldar laydan lay flüidi ilə quyu dibinə gələn lay qumu toplanır.

Şək.1.5 Antiklinal qırışıqda yerləşən neft yatağında quyuların


yerləşdirilmə sxemi

Əgər qazılan istismar quyusu (4 №-li quyu) yatağın qaz papağını da


açmışdırsa, onda məhsuldar layın neftli hissəsi açılmalı, quyuya ancaq məhsuldar
laydan neft süzülərək gəlməlidir. Bu zaman qətiyyən yol vermək olmaz ki,
yatağın qaz papağı hissəsindən istismar quyusuna qaz axını baş versin.

20
Neft yatağında qazılmış istismar quyusuna optimal şəraitdə neft və
qaz axını yuxarıda da qeyd olunduğu kimi, məhsuldar lay sementləmə işləri
aparılmadan, bütün qalınlıq boyu (hündürlüyü) açıldıqda baş verir (şək.1.6).

Şək.1.6 Tam quyunun quyu dibinin konstruksiyası


1-istismar kəməri; 2-sementlənmiş sahə.

Bu istismar quyusu məhsuldar layın dabanına qədər qazılır, lakin istismar


kəməri layın tavanınadək endirilərək onun arxası sementlənir. Beləliklə quyuda
məhsuldar layın qarşısı öz təbii formasında və quruluşunda saxlanılır. İstismar
quyularının bu tip quyudibi konstruksiyasını, ancaq o məhsuldar laylarda yerinə
yetirmək mümkündür ki, bu laylar böyük sıxlıqlı və möhkəm süxurlardan təşkil
olunsun, eyni zamanda layın məhsuldar qalınlığındakı kəsilişdə qazla doymuş və
sulaşmış laycıqlar (araqatlar) olmasın. Belə quyulara tam quyular deyilir.
Əgər istismar quyusu zəif sementlənmiş kövrək süxurlardan təşkil
olunmuş məhsuldar layları açmışdırsa, onda istismar quyusunun quyu dibinə
məhsuldar laydan lay məhsulu ilə birlikdə qum gəlməməsi üçün lay-quyu
əlaqəsi yaradılarkən məhsuldar layın qarşısını müxtəlif növ süni süzgəclərlə
bağlamaq lazımdır. Bu süzgəclər, hansılar ki, məhsuldar laydan quyu dibinə
qumun gəlməsini məhdudlaşdırmaq üçün xidmət edirlər, deşikli (dairəvi) və
yarıqlı süzgəclər formasında olurlar (şək.1.7). Bu zaman istismar quyusunun
dibinə süzgəcləri ayrıca quyruq kimi endirmək mümkündür və endirilmiş
süzgəc ilə istismar kəmərinin arasını rezin kipkəclə (manjetlə) məhsuldar la-
yın tavanının qarşısında hermetikləşdirirlər (şək.1.7, a).
21
Şək. 1.7 Layın məhsuldar hissəsində, sementlənməmiş sahədə, istismar
quyularının quyu diblərinin tipik konstruksiyaları
1-istismar kəməri; 2-sement stəkanı; 3-quyruq süzgəc; 4-istismar kəmərin davamı
kimi endirilmiş süzgəc; 5-“manjet” sementlənməsinin aparılması üçün deşik;
6-kipkəc.

İstismar quyularına endirilən istismar kəmərlərinin davamı kimi məh-


suldar layların qarşısına deşikli və yarıqlı süzgəclərin endirilməsi də müm-
kündür (şək.1.7, b). Bu zaman hermetikliyi təmin etmək üçün “manjet” se-
mentlənməsi həyata keçirilir.
Hasilat quyularının istismarı zamanı məhsuldar laydakı iri dənəli
fraksiyaya malik qum hissəcikləri süni süzgəclərin arxasında toplaşaraq, bir
növ ikinci süzgəc sahələri (zonaları) yaradırlar, hansılar ki, axınla birlikdə
laydan gələn qum dənələrinin quyudibinə keçməsinə mane olurlar (şək.1.8).
Quyulara endirilmiş süni süzgəclərin yarıqları lay məhsulunun quyudi-
binə süzülərkən qumla tutulmasının qarşısını almaq üçün onları eninə və ya
uzununa trapesvari formada qoyurlar. Yarıqların enlərini laydakı qumun
fraksiya tərkibindən asılı olaraq 0,75-dən 3 mm-dək qoyurlar.
Təcrübə yolu ilə müəyyən edilmişdir ki, quyulara endirilmiş yarıqlı
süzgəclərin xarici hissəsində o zaman möhkəm və dözümlü qumlu sahə for-
malaşaraq yaranır ki, bu zaman yarığın eni qum dənəciyinin diametrinin iki
mislindən böyük olmasın.

22
süzgəcin çəpəri
quyu
Şək.1.8 Süni süzgəc endirilmiş quyu dibi zonada
süzülmə (axın) zamanı yaranan struktur
Boru kəməri endirilməmiş
quyular

açılmış dəliklər
perforasiya ilə

Şək.1.9 Neft quyularının quyudibi konstruksiyaları


a-tam quyunun quyudibi konstruksiyası; b-istismar kəməri layın dabanınadək
endirilmiş quyunun, perforasiya yolu ilə süni süzgəc yaradılmış quyudibi
konstruksiyası; v-quyu dibinə məhsuldar layın qarşısına endirilmiş quyruq-süzgəc;
q-istismar kəmərinin davamı kimi quyuya endirilmiş yarıqlı süzgəc, hansı ki,
“manjet” sementlənməsi ilə hermetikləşdirilir.

Təbii çeşidlənməmiş qumlar üçün elə diametrli hissəcik olmalıdır ki,


ondan yuxarı diametrli qumların fraksiyalarının cəmi ümumi qum kütləsinin
10%-i ətrafında olsun. Bu ölçüyə görə də quyuya endiriləcək yarıqlı
süzgəcin parametrlərini seçmək lazımdır.
23
1.5. Quyudibi süzgəclərin konstruksiyaları

Quyudibi süzgəclər hazırlanma üsullarına görə iki qrupa bölünür:


1. Yer səthində hazırlandıqdan sonra quyuya hazır formada endirilən
quyudibi süzgəclər;
2. Bilavasitə istismar quyularının quyudibi süzgəcləri.
Birinci qrupa aid edilən ən sadə süzgəc istismar kəmərinin davamı ki-
mi quyuya məhsuldar layın qarşısına endirilən (layın dabanından tavanına-
dək) dairəvi deşikli, diametri 1,6 mm-dən 19 mm-dək dəyişən və süzgəc bo-
rusunun gövdəsi boyu şahmat formasında bərabər paylanmış (deşilmiş) de-
şikli süzgəcdir. Bu süzgəclərin əsas üstünlüyü onların çox böyük buraxma
qabiliyyətinə malik olmasıdır, lakin belə süzgəclər məhsuldar laydan quyu-
dibinə daxil olan qum hissəciklərinin qarşısını tam kəsə bilmir.
Hazırlanmasının ucuz başa gəlməsinə və böyük buraxma qabiliyyətinə
görə dairəvi deşikli adi quyudibi süzgəclərini o neftli laylarda tətbiq etmək
tövsiyə olunur ki, bu layları təşkil edən süxurlar möhkəm və dayanıqlı sü-
xurlardır və quyuların istismarı zamanı qum tıxaclarının yaranmasına meylli
deyildirlər. Zəif sementlənmiş və kövrək süxurlardan təşkil olunmuş məh-
suldar laylarda isə yarıqlı quyudibi süzgəclərin tətbiqi məqsədəuyğun hesab
edilir, çünki bu süzgəclərin hazırlanması, təyinatı və tətbiqi imkan verir ki,
laydan quyu dibinə doğru hərəkət edən neft axınındakı iri dənəli qumlar süz-
gəcin arxasında saxlanılsın. Bu, axında iştirak edən qumun əsas hissəsini
təşkil edir, neft axınında iştirak edən digər kiçik diametrli qum hissəcikləri
neftlə bərabər quyuya daxil olaraq yer səthinə qaldırılır. Proses zamanı süz-
gəcin arxasında qalan iri dənəli qum hissəcikləri özləri toplaşaraq bir növ
ikinci süzgəc yaradırlar ki, bunların da tərkibində kiçik qum hissəcikləri ol-
mur, çünki onlar axınla bərabər yer səthinə qaldırılır. Konstruksiyalarına gö-
rə quyudibi süzgəcləri iki əsas növə bölürlər:
1. Yarıqlı süzgəclər, hansılarda kı, yarıqlar boru gövdəsinin (səthinin)
üzərində eninə və ya uzununa yerləşdirirlər;
2. Deşikli süzgəclər, hansılarda kı, deşiklərin üzərinə xüsusi polad
məftillər dolayırlar və ya tıxaclı mühafizə setkaları ilə təmin edirlər.
İstismar quyularında baha başa gələn və nadir hallarda tətbiq edilən
yarıqlı süzgəclərdən başqa, çınqıllı süzgəclərdən də istifadə edilir. Çınqıllı
süzgəclərin konstruksiyalarının çox müxtəlif olmasına baxmayaraq, onları
iki əsas növə ayırmaq olar:
1. İstismar quyusunun quyu dibində (kəsiliş boyu quyudibi zonanın
qarşısında) çınqılların sıxlaşdırılması ilə yaradılan süzgəclər;
2. Yer səthində çınqılların sıxlaşdırılması ilə yaradılan quyudibi süz-
gəclər.

24
Birinci qrup çınqıllı süzgəclər yaradılarkən quyuya kəmər endirilir,
kəmər yerinə oturdurulduqdan sonra kəmər ilə qazılmış quyu divarının ara-
sını seçilmiş çınqılla doldurub sıxlaşdırılır, çınqıl quyuya yer səthindən (qu-
yuağzından) yuyucu maye ilə vurulur.
İkinci halda isə quyuya istismar kəmərini, yer səthində əvvəlcədən
sıxlaşdırılaraq hazırlanmış çınqıllı süzgəclə birlikdə endirirlər.
İstismar quyusunun daxilində çınqıllar sıxlaşdırılaraq hazırlanan çın-
qıllı süzgəc yer səthində hazırlanaraq sıxlaşdırılmış çınqıllı süzgəcdən məh-
suldar laydan quyudibinə süzülən neft axınına qarşı daha az müqavimət gös-
tərir. Quyu daxilində hazırlanan çınqıllı süzgəcin bu üstünlüyünə baxmaya-
raq, onun hazırlanması prosesi çox mürəkkəb olduğu üçün adətən yer sət-
hində hazırlanan çınqıllı süzgəclərə üstünlük verilir.
Çınqıl, hansı ki, çınqıllı süzgəclərin sıxlaşdırılmasına sərf edilir, o şar
formasında olmalıdır, onun mexaniki möhkəmliyi və dayanıqlılığı, sürtün-
mədən yeyilməyə və turşulara, eyni zamanda qələvilərə dözümlü olmalıdır.
Ən yaxşısı yumrulaşdırılmış kvars çınqılından istifadə etməkdir. Çınqılın öl-
çüləri lay qumunun fraksiya tərkibinə əsasən tapılır. Müəyyən edilmişdir ki,
çınqılın diametri ilə lay qumunun 10%-lik fraksiyasının diametrlərinin ara-

sındakı nisbət –   təşkil edərsə, bu ən yaxşı nisbət hesab olunur. La-
dq
kin çınqıllı süzgəcin lay qumunu saxlamasının etibarlılığını artırmaq üçün
bir çox hallarda bu nisbətin 6-8 həddində olmasına üstünlük verilir.
Etibarlı qum körpüsünün yaradılması üçün çınqıllı süzgəcin qalınlığı
çınqılın diametrinin beş qatına bərabər olmalıdır. Bu zaman çınqıllı süzgə-
cin keçiriciliyi lay qumlarının keçiriciliyindən 30 dəfə çox olacaq. Belə əsas
nəticəyə gəlinir ki, çınqıllı süzgəclər quyudibi zonanın keçiriciliyini artırır-
lar və beləliklə bu lay enerjisinin itkilərini kifayət qədər azaldır.
Şək.1.10-də yer səthində əvvəlcədən sıxlaşdırılaraq hazırlanmış çınqıl-
lı süzgəclərdən birinin konstruksiyası verilmişdir. Süzgəc bir neçə seksiya-
dan (hissədən) yığılmışdır. Süzgəcin xarici köynəyini qoruyucu borudan ha-
zırlayırlar. Çınqılın ölçülərindən asılı olaraq köynək borusunun üzərində
frezləməklə dörd cərgəli iki tərəfli eninə yarıqlar açırlar, bu yarıqların uzun-
luğu 25-30 mm, eni isə 1,2-2.2 mm olmalıdır. Süzgəcin daxili köynəyini
100 mm-lik nasos-kompressor borularından hazırlayırlar. Xarici və daxili
köynəklərdəki yarıqların sayı və ölçüləri eyni olur.

25
Şək.1.10 Yer səthində əvvəlcədən sıxlaşdırılmış çınqıllı süzgəc
1-xarici köynək (“kojux”); 2-daxili köynək; 3-birləşdirici həlqə; 4-çuqun
istiqamətləndirici; 5-keçirici.

26
Xarici və daxili köynəkləri bir-birinə xüsusi həlqələr vasitəsi ilə qay-
naq edərək birləşdirirlər. Süzgəcin aşağı hissəsində endirilən birinci seksiya-
da çuqun istiqamətləndirici quraşdırırlar. Süzgəcin yuxarı hissəsinə isə süz-
gəci istismar kəmərinə bağlamaq üçün xüsusi keçirici yerləşdirirlər.
Burada bir daha qeyd etmək lazımdır ki, zəif sementlənmiş və kövrək
süxurlardan təşkil olunan neft yataqlarının işlənməsi və istismarı prosesində
istismar quyularında ən çox mürəkkəbləşmə yaradan səbəb qum təzahürləri-
nin olduqca tez-tez baş verməsidir. Ona görə də belə yataqlarda quyuların
istismarı prosesində qum təzahürünə qarşı aparılan effektiv tədbirlərdən baş-
lıcası çınqıllı süzgəclərin tətbiq edilməsidir. Şək.1.11-də istismar quyusunun
və onun quyudibinin konstruksiyası verilmişdir. Şək.1.12-də və şək.1.13-də
açıq quyu lüləsinin (məhsuldar layın qarşısında) çınqılla doldurularaq ta-
mamlanması işləri göstərilmişdir.

Şək.1.11 İstismar quyularının quyudiblərinin tamamlanması tipləri


1-istismar kəməri; 2-sement stəkanı; 3-quyruq süzgəc; 4-istismar kəmərinin davamı
olaraq endirilmiş yarıqlı süzgəc; 5-sementlənmənin aparılması üçün xüsusi deşik;
6-kipkəc

27
Beləliklə, istismar quyuları tamamlanarkən quyunun gövdəsi (lüləsi)
ilə məhsuldar lay arasında çınqıllı süzgəclərin yaradılması işləri görülür.
Çınqıllı süzgəc laydan quyudibinə süzülən neft axını ilə bərabər gələn lay
qumlarının əsas hissəsini süzgəcin arxasında saxlayır və bununla quyudibi
zonanın təbii quruluşunu, onun yüksək keçiriciliyini qoruyur.

Şək.1.12 və 1.13 Açıq quyu lüləsinin (məhsuldar layın qarşısında) çınqılla


doldurularaq tamamlanması

Tətbiq edilən çınqıllı süzgəclərin ən səmərəli üsullarından biri də istis-


mar quyularının quyu diblərinin açıq lüləsinin genişlənən çınqıllı süzgəclər-
lə tamamlanmasıdır.
Genişlənən çınqıllı süzgəclərdən istifadə nisbətən yeni texnologiyadır
və zamanla daha da təkmilləşdirilir. İstismar quyularının quyudibinə endiril-
miş yarıqlı süzgəc ilə məhsuldar layın süzgəc hissəsi arasındakı boşluğun
çınqılla doldurulması və onun sıxlaşdırılması üçün aşağıdakı üsullardan isti-
fadə edilir:
– yuyucu maye ilə tərs (əks) yuma;
– təkanlı maye axını ilə yuma.
28
İstismar quyularının quyudibinə, yəni məhsuldar layın qarşısına endi-
rilmiş yarıqlı-süzgəcin arxasında çınqıl qatı yaratmaq üçün quyuya endiril-
miş nasos-kompressor boruları və xüsusi avadanlıq, quyuağzından xüsusi
qayda ilə seçilmiş çınqıl yuyucu maye ilə qarışdırılaraq quyuya vurulur. Bu
çınqıl+yuyucu maye qarışığı quyuya endirilmiş pakerin altındakı pəncərə-
dən (bu məqsəd üçün qoyulmuş xüsusi deşik) çıxaraq yarıqlı süzgəcin arxası
ilə aşağıya doğru hərəkət edir. Yuyucu maye yarıqlı süzgəcin arxasındakı
yarıqlarından süzülərək qaldırıcı boruların mərkəzi ilə yuxarı qalxaraq pake-
rin üstündəki pəncərədən (deşikdən) boru arxası fəzaya keçməklə quyuağzı-
na qalxır. Aparılan bu prosesdə çınqıl+yuyucu maye qarışığındakı çınqıl ya-
rıqlı süzgəcin arxasında yığışaraq süzgəclə məhsuldar lay arasında toplana-
raq çınqıl qatı yaradır.
İstismar quyularının quyudibinin süzgəc hissəsində yerləşdirilmiş ya-
rıqlı süzgəcin arxasında çınqıl qatı yaratmaq məqsədilə istifadə edilən digər
üsul titrəmə yaratma üsuludur. Bu üsul ilə yaradılan çınqıl qatının sıxlaşdı-
rılması üçün yarıqlı süzgəcin içində yerləşdirilmiş titrədici qurğudan istifa-
də olunur. Bu proses aparılarkən yuyucu maye ilə çınqıl qarışığı quyuağzın-
da nasos-kompressor borularına bağlanılmış yuma başlığından keçərək qu-
yuya daxil olur. Maye quyuya endirilmiş yarıqlı süzgəcin deşiklərindən ke-
çərək quyuağzına qalxır, onun tərkibindəki çınqıl isə boruların fırlanması
nəticəsində titrəyən süzgəcin arxasında yığılıb toplaşdıqca sıxlaşdırılır.
İstismar quyusunda yarıqlı-çınqıllı süzgəcin arxasına çınqılın vurul-
ması və onun sıxlaşdırılması üçün tətbiq edilən üsullardan biri də təkanlı
maye axınının yaradılmasıdır. Bu üsulda da maye+çınqıl qarışığının quyuya
vurulması və sıxlaşdırılması üçün nasos-kompressor boruları ilə quyuya en-
dirilmiş yarıqlı süzgəc+paker kompanovkasında pakerin üstündə yerləşdiril-
miş təkanverici qurğu vasitəsilə müəyyən intervallarda quyuya vurulan ma-
ye axınını kəsirlər. Bu zaman yaranan izafi təzyiq hesablanır və onun müəy-
yən qiymətlərində quyuya maye+çınqıl qarışığının vurulması yenidən da-
vam etdirilir. Maye+çınqıl qarışığına verilən təkandan sonra çınqıllar sərbəst
olaraq öz ağırlıqları ilə aşağı hissəyə çökürlər.
İstismar quyularına endirilmiş yarıqlı süzgəcin arxasına çınqılın vurul-
ma prosesi şək.1.14-də və tamamlanmış çınqıllı yarıqlı süzgəcin sxemləri
şək.1.15-də verilmişdir.
Beləliklə, bütün yuxarıda qeyd edilənlərdən məlum olur ki, yarıqlı-
çınqıllı süzgəclərin aşağıdakı üstünlükləri var:
1) Məhsuldar laylardan quyu daxilinə ancaq kiçik dənəli qumlar daxil
olur ki, onlar da istismar prosesi zamanı axınla birlikdə yer səthinə qaldırı-
lır;
2) İstismar quyularına endirilmiş nasos-kompressor borularının və ya-
rıqlı süzgəclərin qumla yeyilməsinin nisbətən qarşısı alınır;
29
3) Çınqıllı süzgəcin arxasında məhsuldar layda iri dənəli qum fraksi-
yaları saxlanılır ki, bu da laydan gələn neft axınının hərəkətinə böyük müqa-
vimət göstərməyərək kiçik dənəli qum hissəciklərini də axınla birlikdə qu-
yuya buraxır və beləliklə, layın yüksək keçiriciliyinin saxlanılmasına nail
olunur;
4) Məhsuldar lay daxilində çınqıllı süzgəcin arxasında qalan iri dənəli
qumlar quyunun quyudibi zonasında baş verə biləcək uçqunun qarşısını alır;

Şək.1.14 Yarıqlı süzgəc arxasına çınqıl vurma üsulunun tamamlanmış sxemi

30
.
Şək.1.15 Tamamlanmış çınqıllı yarıqlı süzgəcin sxemi

5) Yarıqlı-çınqıllı süzgəclərin kövrək və zəif sementlənmiş süxurlar-


dan təşkil olunmuş neftli laylara qazılmış istismar quyularında tətbiqi imkan
verir ki, bu quyuların daha geniş sahəli quyudibi zonaları yaradılsın, yəni
quyudibi zonanın drenaj sahəsi və səthi artırılsın. Bu isə öz növbəsində qu-
yunun məhsuldarlığının çoxalmasına səbəb olur.

1.6. Quyuların istismar kəmərlərinin perforasiyası

Neft-qaz yataqlarında məhsuldar laylara qazılmış bütün quyulara, han-


sılar ki, zəif sementlənmiş və kövrək süxurlardan təşkil olunmuşdur, istis-
mar kəmərləri məhsuldar layın dabanınadək endirilir və müəyyən edilmiş
hündürlüyədək kəmərin arxası sementlənir.

31
İstismar quyularında lay-quyu əlaqəsi yaratmaq üçün məhsuldar layın
qarşısında istismar kəmərində və onun arxasındakı sement daşında müxtəlif
üsullarla deşiklər açılır. Aparılan bu əməliyyata quyuların perforasiyası, bu-
nun üçün tətbiq edilən alətlərə perforatorlar deyilir.
Perforasiya dağ süxurlarından istismar quyusunun daxilinə və ya əks
istiqamətdə axın yaratmaq üçün qoruyucu kəmərdə, sement halqasında və
onu əhatə edən mühitdə deşiklərin açılmasıdır.
Perforator neftin, qazın, suyun laydan qoruyucu kəmərin daxilinə yaxud
quyudan laya daxil olmasına imkan yaradan, karotaj kabelində və ya borularla
quyuya endirilərək məhsuldar layın qarşısında istismar (qoruyucu) kəmərində
və sement halqasında deşik açmaq üçün işlədilən atıcı, yaxud deşici alətdir.
Quyularda perforasiya işlərinin aparılması üçün əsasən üç növ perfo-
ratorlardan istifadə edilir: gülləli, torpedləmə və kumulyativ (gülləsiz).
Gülləli perforatorlar aşağıdakı kimi siniflənirlər:
1. Yaylım atəşli perforatorlar, hansında ki, bütün güllələr eyni anda
atılır. Belə perforatorlardan məhsuldar layın qalınlığı (hündürlüyü) böyük
olduqda tətbiq etmək məqsədəuyğundur.
2. Ardıcıl atəş açan perforatorlar, bu üsulda hər sonrakı atəş özündən
əvvəlki atəş başa çatdıqdan sonra açılır. Bu növ perforatorlardan o hallarda
istifadə edilər ki, bu zaman istismar kəmərinin atəşin yaratdığı yüksək təz-
yiq və temperaturdan qorunması, yəni istismar kəmərini baş verə biləcək
çatlardan və ya deformasiyadan qorumaq tələb olunsun.
3. Selektiv (seçimli) və ya bir-bir atəş açan perforatorlar, hansılar ki,
istənilən ardıcıllıqla güllələrin tək-tək atılmasına imkan yaradılır. Belə per-
foratorlardan o hallarda istifadə edirlər ki, məhsuldar lay qalınlığı az olan
(nazik) laycıqlardan ibarətdir və onları bir-birindən gilli, yaxud sulu laylar
növbələşərək ayırırlar.
Yaylım atəşli perforatorlara “АПХ-84”, “АПХ-93” tipli perforatorları aid
etmək olar, hansıların ki, xarici diametrləri müvafiq olaraq 84 və 98 mm-dir. Bu
növ perforatorlar 700 kq/sm2 hidrostatik təzyiqə və 127ºC temperatura hesabla-
nıb.
Yaylım atəşli gülləli perforatorların çatışmayan cəhəti ondan ibarətdir ki,
atəş zamanı bütün güllələr effektiv olmur, buna səbəb isə boruya zərbə ilə də-
yən güllənin öz enerjisini sürətlə itirməsidir. Digər bir mənfi cəhəti ondan iba-
rətdir ki, perforasiyadan sonra güllə özü açdığı deşiyin sonunda layda qalır. Bu
isə süzülmə prosesinə (laydan quyu dibinə) mənfi təsir göstərir, yəni laydan qu-
yuya süzülmədə deşiyə perpendikulyar axının qarşısını kəsir.
İstismar kəmərində və məhsuldar layda deşiklərin daha yaxşı, layın
daha dərininə açılmasını təmin edən, eyni zamanda daha dərin deşik açma
qabiliyyətinə malik perforatorlar torpedli (mərmi) perforatorlardır. Mərmi
(torpedo) perforatorun iş prinsipi ondan ibarətdir ki, o qoruyucu kəmər və
32
sement halqasını deşib keçdikdən sonra məhsuldar layda partlayır. Bu za-
man baş verən partlayışın gücündən sement halqasında və məhsuldar layda
açılan deşikdən başqa, məhsuldar layda da çatlar yaranır.
İstismar quyularında tətbiq edilən mərmi perforatorlar əsasən “ТПК-
32” və “ТПК-22” tipli perforatorlardır. Bu perforatorlar (şək.1.16) bir-biri-
ləri ilə birləşdirilmiş bir neçə seksiyadan ibarət olur və bu seksiyaların
hərəsində atəş açmaq üçün iki lülə (“stvol”) var.
Bu tip perforatorların xarici diametrinin 100 mm olması imkan verir
ki, istismar kəmərinin diametri 125 mm və daha böyük quyularda da perfo-
rasiya işlərini həyata keçirmək mümkün olsun.
Bu gün mədənlərdə ən geniş tətbiq edilən perforasiya üsulu gülləsiz
perforasiya üsuludur. Bu növ perforasiya üsulunun mahiyyəti ondan ibarət-
dir ki, quyunun istismar kəmərində və onun arxasındakı sement halqasında
açılan deşiklər güllə və ya mərmilərlə yox, bir nöqtəyə fokuslanmış qaz seli
ilə açılır, hansıları ki, kumulyativ mərmilər partlayış zamanı yaradır.
Kumulyativ mərmi güclü presləndirilmiş tozabənzər partlayıcı maddə-
dir, məsələn, heksogenlə mərminin səthinin kənar hissələrində, partlayışın
detonasiya yerinin qarşısında xüsusi qoyulmuş çökək sahələr var. Çökək sa-
hələrin səthini nazik mis təbəqə ilə örtürlər. Partlayış baş verdikdə istiqa-
mətlənmiş şırnaq yaranır, hansını ki, əriyən metal ilə (mis) partlayışın məh-
lulu olan qazabənzər qarışıq yaradır. Yaranmış bu qarışığın istiqamətlənmiş
şırnağının sürəti 8000-10000 m/san, maneə ilə qarşılaşdıqda yaratdığı təzyiq
300000 kq/sm2 olur və bu həm kəmərdə (sement halqası da daxil olmaqla),
həm də məhsuldar layın dərinliyinə doğru deşiklərin açılmasını təmin edir.
Gülləsiz (kumulyativ) perforasiya məhsuldar layların açılmasının daha
etibarlı olmasını təmin edir və daha dərin kanalların (deşiklərin) açılmasının
yaranması ilə həm də layın keçiriciliyini yaxşılaşdırır. Bundan başqa, güllə-
siz perforasiya imkan verir ki, deşiklərin açılması zamanı istismar kəməri və
sement halqası zədələnməsin.
İki növ kumulyativ perforator var gövdəli və gövdəsiz. Daha çox
“ПК” tipli korpuslu (gövdəli) kumulyativ perforatorlar tətbiq edilir. Kumul-
yativ perforatorların digər növlərindən fərqli olaraq bu perforatorların ku-
mulyativ mərmisi detonasiya edici naqil və partladıcı qalın polad divara
malik korpusun içində olur. Belə perforatorları iki növ üzrə istehsal edirlər
on mərmili və iyirmi mərmili. Şək.1.17-də xarici diametri 103 mm olan
“ПК-103” tipli perforator göstərilmişdir. Bu kumulyativ mərminin aralıq de-
tonasiya edici naqil ilə birlikdə çəkisi 22,5 qr-dır. Bu mərmilər 90° sürüşmə-
li spiral üzrə yerləşdirilir və onların oxları arasındakı məsafə 85 mm olur.
Bu məsafə imkan verir ki, bir metr uzunluqda 12 mərmi yerləşdirilsin.

33
Şək.1.16 Torpedalı (mərmili) perforator
1-kamera; 2-mil (ox); 3-mərmi; 4-lülə (“stvol”); 5-aşağı fləns; 6-elektrikli
atəşləyici; 7-rezin borucuk; 8-kabel; 9-yuxarı fləns; 10-bolt.

Kumulyativ perforatorlar quyuya karotaj kabeli ilə endirilir. İstismar


kəmərində və sement halqasında açılan deşiyin diametri 8-10 mm olur.
“ПК-103D” və “ПК-89D” tipli kumulyativ perforatorların konstruksiyası
elə hesablanıb ki, onlar ilə quyudakı hidrostatik təzyiq 800 kq/sm2 və
temperatur 177°C olduqda da perforasiya işləri aparmaq mümkün olsun.
Şək.1.18-da “ПК-65” tipli korpuslu (gövdəli) kumulyativ perforatorlar
göstərilib. Bu tip perforatorların diametri 65 mm kiçik olduğu üçün, hətta
istismar kəmərinin daxili diametri 100 mm olan quyularda perforasiya işləri
aparmaq mümkündür.

34
Şək.1.17 Polad korpuslu “ПК-103” tipli kumulyativ perforator
1-korpus (gövdə); 2-korpus üzərindəki yuvanın kipləşdiricisi; 3-mərmilərin
quraşdırılması üçün karton qatı; 4-kumulyativ mərmilər; 5-detonasiya naqili;
6-partladıcı patron; 7-kabelin girişi ilə partladıcı patronu birləşdirən naqil; 8-kabel
başlığı; 9-kabel.

35
Şək.1.18 “ПК-65” tipli korpuslu kumulyativ perforator

Bu perforatorun korpusu polad silindrdən ibarətdir-5, onun üzərində


kumulyativ şırnağın (selin) keçməsi üçün xüsusi yuvalar açılmışdır. Korpu-
sun yuxarı hissəsinə alovlandırıcı başlıq-6, aşağı hissəsinə isə xüsusi ucluq-
1 bağlanılır. Korpusun üzərində açılmış yuvalara kumulyativ mərmilər-4

36
montaj edilir, hansılar ki, detonasiya naqili-3 və elektrodetonator-2 ilə part-
ladılır. Perforator quyuya karotaj kabeli ilə endirilir.
Korpuslu kumulyativ perforatorların üstünlüyü ondan ibarətdir ki, baş
verən partlayış zamanı istismar kəməri və onun arxasındakı sement halqası
partlayışın yaratdığı zərbə dalğasından mühafizə olunur. Ona görə ki, partla-
yışdan sonra qazabənzər məhsulların yaratdığı bu zərbənin bütün gücünü
polad korpusun qalın divarları öz üzərinə götürür.
Korpussuz (gövdəsiz) dağılan perforatorlar qrupuna aid olan kumulya-
tiv perforatorlar bunlardır: “КПР-50”, “КПР-65”, “КПР-80” və “КПР-100”.
Quruluşuna görə bu perforatorların hamısı eynidir. Xarici diametrləri kiçik
olduğu üçün bu perforatorlarla, hətta quyu daxilinə nasos-kompressor boru-
ları endirilmiş olduqda da perforasiya işlərini yerinə yetirmək mümkündür.
Bu tip perforatorların mərmiləri individual olur və onların səthi ya plastmas-
la, ya da alüminium təbəqə ilə örtülürlər.
İstismar quyularının tamamlanmasını sürətləndirmək üçün tətbiq edi-
lən effektiv üsullardan biri də quyuya nasos-kompressor boruları endirdik-
dən sonra quyudibi zonanın çirklənməsinin baş verməməsi üçün quyudakı
gilli məhlulu su və ya neftlə əvəzlədikdən sonra perforasiya işlərini görürlər.
Bu zaman perforasiyanı kiçik qabaritli kumulyativ perforatorlarla – “ПКР-
55” və “ПКР-45” ilə aparırlar. Bu perforatorların xarici diametri 55 və 45
mm olur.
Quyularda aparılacaq perforasiya üsulunu seçmək üçün aşağıdakılar
əsas götürməlidir:
1. Kumulyativ perforasiya üsulunun möhkəm süxurlarda, hansılarda
ki, lay-quyu əlaqəsini yaratmaq nisbətən daha çətin olur, tətbiq etmək məq-
sədəuyğun hesab olunur;
2. Gülləli perforasiya üsulunu kövrək və zəif sementlənmiş qumdaşı-
larda tətbiq etmək tövsiyə olunur;
3. Torpedalı (mərmili) perforasiya üsulunu isə nisbətən çox sıxlığa
malik və zəif keçiriciliyə malik süxurlarda tətbiqi məqsədəuyğundur.
Burada nəzərə alınmalıdır ki, gülləli və torpedalı perforatorlar perfo-
rasiya prosesi aparılarkən istismar kəmərini deformasiyaya uğradırlar, se-
ment halqasında və süxurun özündə də çatlar yaradırlar, baxmayaraq ki, bəzi
hallarda laylardakı süxurlarda yaranan bu çatlar məhsuldar laydan quyuya
neft-qaz axınına müsbət təsir edən faktor olur.
Neft-qaz çıxarmada geniş tətbiq edilən perforasiya üsullarından biri də
hidroqumşırnaqlı üsuldur. Aparat (cihaz), hansı ilə ki, perforasiya işləri apa-
rılır, hidroqumşırnaqlı (abraziv) perforator adlanır. Bu perforasiya üsulu ilə
perforasiya işləri zamanı tərkibində çox bərk abraziv hissəciklər olan maye-
ni dövran yaradaraq xüsusi ucluqları (8 ədədə qədər, ucluq-soplo) olan apa-
ratdan yüksək təzyiq altında (150-300 kq/sm2) vururlar. Bu zaman maye şır-
37
nağının gücü xüsusi ucluqdan uzaqlaşdıqca azalır və müəyyən dərinlikdən
sonra sıfıra düşür. Lakin proses zamanı təzyiqin kinetik enerjiyə çevrilməsi
ilə mayedəki abraziv hissəciklər çox yüksək sürətlə borunun səthinə bir nöq-
təyə yönəlmiş şırnaqla çırpılaraq istismar kəmərini, sement halqasını, sonra
isə məhsuldar layın içərisində onun dərinliyinə doğru deşik açırlar. Məhsul-
dar layın dərinliyinə doğru açılmış deşiyin uzunluğu 1 m-ə qədər olur.
Qumşırnaqlı aparatın (cihazın) xüsusi ucluğunu (“soplo”) “BK 6”
tipli çox möhkəm və sərt xəlitədən hazırlayırlar, hansı ki, maye+qum şır-
nağının abraziv xassəsinə tab gətirir, xüsusi ucluğun diametri 4-5 mm ara-
sında dəyişir.
Hidroqumşırnaqlı perforasiyada tətbiq edilən qumun fraksiya tərkibi-
nin diametri çox geniş ölçülərdə 0,2 mm-dən 1,2 mm-dək dəyişir. Mayedə
qumun konsentrasiyası (miqdarı) 50-200 qr/litr arasında olur. Hazırlanmış
ümumi məhlulda qumun ümumi miqdarı isə 8-10 ton olur. İşçi maye kimi su
götürülür, çünki onun özlülüyü digər mayelərə nisbətən daha aşağı olur. İs-
tismar kəmərində, onun arxasındakı sement halqasında və süxurda perforasi-
yanın orta sürəti 0,6-0,9 mm/san arasında olur. Proses zamanı qumlu maye
şırnağı istismar kəmərində eni 100 mm-ə qədər olan yarıq yaradır, layda isə
bu yarığın eni 30-60 mm arasında dəyişir, yaranmış yarığın uzunluğu isə
1000 mm-ə qədər olur. Quyuağzı avadanlıq elə yığılmalıdır ki, mayenin vu-
rulması prosesini həm düzünə, həm də tərsinə yerinə yetirmək mümkün ol-
sun.
Hidroqumşırnaqlı perforator quyuya standart nasos-kompressor boru-
ları ilə endirilir. Maye+qum qarışığının quyuya vurulması prosesini isə iki
və ya üç yuma aqreqatlarının vasitəsi ilə həyata keçirirlər. Perforatorun nor-
mal işləməsinin əsas şərti ondan ibarətdir ki, perforasiya aparılan quyuda
udulma olmasın. Çünki bu zaman maye dövranını yaradaraq işçi qumu və
süxur hissəciklərini quyudan çıxarmaq mümkün olur. Perforasiya başa çat-
dıqdan sonra quyunu tərs yuma ilə təmiz suya qədər yumaq lazımdır.
Şək.1.19-də hidroqumşırnaqlı perforasiyanın sxemi göstərilmişdir.
Gülləli, torpedalı, kumulyativ və hidroqumşırnaqlı perforatorla, hansı-
ların ki, korpuslarının xarici diametrləri 100 mm-ə bərabərdir, məhsuldar
laylarda açılmış deşiklərin dərinliyi və diametrləri müqayisə üçün şək.1.20-
də göstərilmişdir. Şəkildən göründüyü kimi, bu parametrlər üzrə ən yaxşı
nəticə hidroqumşırnaqlı perforasiyanın tətbiqindən alınmışdır.
İstismar quyularında perforasiya işlərinə başlamamışdan qabaq onları
perforasiyaya hazırlamaq lazımdır, bunun üçün isə aşağıdakı işlərin görül-
məsi tələb olunur:
1. Quyuağzı avadanlıqlar – fontan armaturası, açıq fontana qarşı tulla-
nış siyirtməsi stend sınağı keçdikdən sonra quyunun yanına gətirilməlidir.

38
Tullanış siyirtməsinin daxili diametri istismar kəmərinin diametrindən az ol-
mamalıdır.
2. Quyunun yanında quyunun daxilindəki gilli məhlulun həcmi qədər
həcmi və parametrləri ona uyğun olan ehtiyat gilli məhlul çənlərdə saxlanıl-
malıdır.

Şək.1.19 Hidroqumşırnaqlı perforasiya sxemi

3. Perforasiya aparılacaq sahədə iki yuyucu aqreqat olmalıdır (biri


işçi, digəri isə ehtiyat).
4. Perforasiya işləri aparılacaq sahə və ya meydança digər sahələrdən
xüsusi işarələrlə təcrid olunmalı, o sahəyə kənar şəxslərin və texnikanın
girişi qadağan edilməlidir.
5. Perforasiya işlərinin açıq fontan və yanğın təhlükəsizliyini təmin
edən tədbirlər görülməlidir (su çiləmə sistemləri, yanğın söndürən maşınlar
və s.).
39
6. Perforasiya işləri aparılacaq meydança işıqlandırma sistemləri ilə
təmin edilməlidir.
7. İstismar quyusunun ağzında işləmək üçün körpü və yarım körpü
quraşdırılaraq quyuağzı və quyudaxili avadanlıqlar stend sınağından
keçdikdən sonra oraya yığılmalıdır.

Şək.1.20 Müxtəlif növ perforasiya üsulları ilə layların açılması


I-gülləli; II-torpedalı – “ТПК-22”; III-kumulyativ – “ПК-103”;
IV-hidroqumşırnaqlı. 1-boru; 2-sement; 3-süxur; 4-güllə.
8. Nasos-kompressor boruları xüsusi qaydada ölçülərək quyuya endi-
rilməli, gilli məhlulun dövranı yaradılmalıdır. Əgər ehtiyac yaranarsa, yəni
perforasiya ediləcək interval gilli məhlulun çöküntüləri ilə bağlanmışdırsa,

40
onda nasos-kompressor borularını gilli məhlulu dövr etdirərək quyu dibinə-
dək endirmək lazımdır.
9. İstismar kəmərinin daxili divarlarını gilli məhlulun çöküntülərindən
və ərpdən təmizləmək üçün quyuya quyudibinədək ərsin endirilir.
10. İstismar kəmərində hər hansı bir qüsurun olub-olmamasını müəy-
yən etmək üçün istismar kəməri ardıcıllıqla quyudibinə qədər endirilən qur-
ğuşun möhür və kalibr ilə tədqiq edilməlidir.
11. İstismar quyusunun daxilindəki gilli məhlul su ilə əvəzlənməli və
istismar kəməri müəyyən edilmiş təzyiqdə hidravliki sınağa yoxlanılmalıdır.
12. Kəmərin hidravliki sınağı başa çatdıqdan sonra quyu təkrarən gilli
məhlulla doldurulur, borular qaldırılır, quyunun ağzına tullanışa qarşı siyirt-
mə yığılaraq quyu karotaj dəstəsinə verilir.
13. Perforasiya işləri aparılacaq istismar quyusunda həyata keçirilən
karotaj işlərinin (elektrik, qamma və neytron karotajlar) nəticələrinə əsasən,
məhsuldar lay üzrə açılacaq süzgəcin intervalları dəqiqliklə müəyyən edil-
dikdən sonra perforasiya işlərinə icazə verilir.

1.7. Məhsuldar layların açılmasının keyfiyyətinin istismar quyusunun


məhsuldarlığına təsiri

Neft və qaz yataqlarının işlənməsi və istismarının effektivliyinin artı-


rılmasının ən vacib şərtlərindən biri də məhsuldar layların yüksək keyfiyyət-
lə açılmasıdır.
Aparılmış nəzəri və laboratoriya tədqiqatları, eyni zamanda mədən
məlumatları onu deməyə əsas verir ki, məhsuldar layların açılması üçün su
əsasında hazırlanmış yuyucu məhlullar layların açılması zamanı məsaməli
mühitin təbii keçiriciliyini çox böyük ölçüdə pisləşdirərək aşağı salır.
Təbii və süni kernlər, eyni zamanda müxtəlif sulardan istifadə etməklə
aparılmış laboratoriya tədqiqatları göstərir ki, bu zaman məsaməli mühitin
keçiriciliyi 15-60% aşağı düşür.
Müəyyən olunmuşdur ki, su əsasında hazırlanmış yuyucu məhlullara
müxtəlif kimyəvi reagentlərin əlavə edilməsi, hansı ki, yuyucu məhlulun
mexaniki-struktur xassələrini yaxşılaşdırır, eyni zamanda süzülmə dərinliyi
təsir edir. Bu isə öz növbəsində yuyucu məhlulun keyfiyyətindən, məhsul-
dar layın açılması zamanı quyudibinə düşən izafi təzyiqin böyüklüyündən
və açılma zamanının müddətindən asılı olur.
Quyuya borular endirilərkən quyunun divarında yaranan izafi təzyiqi –
ΔP müəyyən etmək üçün aşağıdakı yarım empirik düstur tövsiyə olunur:

41
U maks  L  η
ΔP   (1.3)
D  d 

burada, U maks – boruların maksimum endirilmə sürəti, m/san;


L – boruların endirilmə uzunluğu, m;
η  – effektiv özlülük, mPa·san;
d – istismar kəmərinin diametri, mm;
D – quyunun diametri, mm.
Effektiv özlülük,

τ o D  d   D  d π  ,

η  η  (1.4)
Q   

burada, η – struktur özlülük, mPa·san;


τ o – dinamik gərginlik, mPa;
Q – gilli məhlulun sərfi, lr/san.
Məhsuldar laya düşən hidrodinamik təzyiqin artmasının intensivliyi
quyunun dərinliyinin artmasından, alətin endirilmə sürətindən, özlülükdən,
yuyucu mayenin yerdəyişməsinin statik gərginliyindən və quyunun divarı
ilə alət arasında qalan məsafənin azalması səbəbindən artır.
Alətin quyuya endirilməsi zamanı müəyyən şəraitlərdə hidrodinamik
təzyiqin artması quyunun hidrostatik təzyiqinə bərabər ola bilər, layın hid-
ravlik yarılmasına səbəb ola bilər ki, bu da istismar kəmərinin sementlənmə-
si prosesində böyük həcmdə yuyucu məhlulun və ya sement məhlulunun
məhsuldar laya keçməsi ilə nəticələnər.
Alətin quyuya endirilməsindən sonra yuyucu məhlulun dövranını ya-
ratmaq üçün qazma nasoslarının işə salınması prosesi də böyük mürəkkəb-
ləşmələr yarada bilər. Ona görə ki, bu zaman quyunun divarına düşən hidro-
dinamik təzyiq artır.
Hidrodinamik təzyiqin artmasının böyüklüyü; gilli məhlulun yerdəyiş-
mə gərginliyindən, qazma nasosunun səlis işə salınmasından, quyunun də-
rinliyindən, quyunun divarı ilə qazma borularının arasında qalan məsafədən
asılı olur.
Gilli məhlulun dövranı yaradıldıqda gilli məhlulun yerdəyişmə gərgin-
liyini dəf etmək üçün tələb olunan əlavə təzyiqin qiymətini aşağıdakı düs-
turla müəyyən edə bilərik:

42
lτ o
ΔP  (1.5)
Dd

burada, τ o – yerdəyişmənin gərginliyinin yuxarı həddidir;


l – qazma alətinin dalma dərinliyidir;
d – qazma borularının xarici diametridir;
D – quyunun diametri.
Geoloji cəhətdən mürəkkəb rayonlarda dərin quyular qazılarkən bu
təzyiq çox böyük qiymətlər ala bilər.
Qazma nasosunun ani işə salınması zamanı yaranan işə düşmə təzyiqi-
ni ideal mayelər üçün N.E.Jukovskinin aşağıdakı düsturu ilə təxmini müəy-
yən edə bilərik:

P  c  ρ  ωo (1.6)

burada, ωo – borularda mayenin hərəkət sürətidir;


ρ – mayenin sıxlığıdır;
c – səsin mayedə yayılma sürətidir.


c
d ξ

δE

burada, d – borunun diametridir;


ξ – mayenin elastikliyinin həcmi moduludur;
δ – borunun divarının qalınlığıdır;
E – borunun materialının Yunq moduludur.
Qeyd edilməlidir ki, qazma nasosu anidən işə salınarkən hidravliki
zərbə yaranır ki, bu da vurucu xətdə təzyiqin anidən artmasına gətirib çıxa-
rır.
Özlü-plastik mayelərin laya keçmə dərinliyini aşağıdakı kimi müəy-
yən edə bilərik:
Özlü-plastik mayelər üçün Darsi qanunu,

k ΔP  ΔPo k  ΔP α  k τ o
υ    (1.7)
η l η  l kη

43
burada, k  – özlü-plastik maye süzülərkən məsaməli mühitin keçiricili-
yi; ΔP – təzyiq düşküsüdür; τ o – yerdəyişmə gərginliyinin yuxarı həddidir;
η  – effektiv özlülük; l – məsaməli mühitdə özlü-plastik mayenin keçmə də-
rinliyidir; k – məsaməli mühitin havaya görə keçiriciliyidir.

ΔPo k
α
τ ol

burada, ΔPo – kəsilmiş hissənin böyüklüyü, hansı ki Q  f ΔP  düz xəttinin


absis oxu ilə kəsişməsindən alınır və gərginliyin yuxarı həddə yerdəyişmə-
sindən – τ o , məsaməli mühitin hava keçiriciliyindən – k və hissəsinin
uzunluğundan asılı olur.
α -nın qiymətini (155180)·10-4-ə bərabər qəbul etmək olar. Tarazlı-
ğın yuxarı hədd hallarında ( ΔP  ΔPo ) laya keçmənin dərinliyini – l aşağı-
dakı nisbətdən müəyyən etmək olar

ΔP k
l (1.8)
τoα

Bu halda təzyiq düşküsü belə olacaq:

ΔP  PH  PH .M  Play

burada, PH – gilli məhlulun hündürlüyünün saldığı hidrostatik təzyiq, hansı


ki udulma dərinliyinə müvafiq olur PH .M – quyunun həlqəvi fəzasında H –
hündürlüyündən quyuağzına qədər – o hidravliki müqavimətdir Play – lay
təzyiqidir.
Gilli məhlulun sərfinin artırılması PH .M və l -in artması ilə nəticələnir.
Gil hissəciklərinin layın məsamələrinə keçərək çökməsinin, quyunun
məhsuldarlığına mənfi təsirinin dərəcəsini qiymətləndirmək üçün qəbul
edək ki, süzülmə xassələrinin pisləşmiş laydakı zona (sahə) həlqə formasın-
dadır və quyu lüləsinin ətrafında yerləşmişdir.

44
Qəbul edək ki, rç – çirklənmiş zonanın radiusudur rq – quyunun ra-
diusudur Rk – qidalanma konturunun radiusudur k orta – orta keçiricilikdir
k ç – çirklənmiş zonanın keçiriciliyidir k – layın çirklənmiş (təbii) zonasının
keçiriciliyidir.
Orta keçiriciliyi aşağıdakı kimi müəyyən edə bilərik

Rk
k ç  k  ln
rq
k orta  (1.9)
rç R
k  ln  k ç  ln k
rq rç

(1.9) asılılığı vasitəsilə, eyni zamanda k , k ç , k ç -in qiymətlərini müəy-


yənləşdirərək və hesab edərək ki, çirklənmə gil hissəciklərinin lay süxurları-
na keçməsi (daxil olması) nəticəsində baş vermişdir, onda k orta -nın qiyməti-
ni hesablayaraq müəyyən etmək mümkündür.
Şək.1.21-dən l  rç  rq  görünür ki, gil hissəciklərinin məhsuldar la-
yın cəmi 2 sm dərinliyə daxil olması, süxurların orta keçiriciliyinin çirklən-
məmiş zonanın keçiriciliyindən 2 dəfə və daha çox aşağı düşməsinə səbəb
olur.
Su əsasında hazırlanmış yuyucu (gilli) məhlulun və onun süzüntüləri-
nin, hansılar ki, məhsuldar layın açılması prosesində laya daxil olur, mənfi
təsiri onunla əlaqədardır ki, laya daxil olmuş yuyucu məhlul məhsuldar la-
yın özünün tərkibindəki gil hissəciklərinin şişməsinə səbəb olur. Eyni za-
manda “su neftdə” tipli dayanıqlı emulsiya yaradır, hansı ki, layda məsaməli
mühitin kapillyar qüvvələri tərəfindən tutularaq saxlanılır və məhsuldar la-
yın məsamələrində həll olmayan çöküntülər yaradır, buna səbəb isə yüksək
minerallaşma dərəcəsinə sahib lay suyu ilə laya daxil olan süzüntülərin qar-
şılıqlı təsiridir.

45
k orta
Şək. 1.21 Gil hissəciklərinin məhsuldar laya keçmə dərinliyinin – l
k
k orta
nisbətinə olan asılılığının nəzəri əyriləri. Nisbətlər :   ,;   , 
k
  ,    ,    , .

Qeyd etmək lazımdır ki, bütün hallarda yuyucu mayenin və onun sü-
züntülərinin məhsuldar laya daxil olması məhsuldar layın kollektorluq xas-
sələrinə mənfi təsir göstərir, yəni istismar quyusunun mənimsəmə müddətini
uzadır, quyunun məhsuldarlığını, yatağın işlənmə tempini, neftin, qazın və
qaz-kondensatının məhsuldar laydan çıxarılma dərəcəsini aşağı salır. Eyni
zamanda kəşfiyyat quyularında da bu səbəbdən məhsuldar layların sınanma-
sı prosesində lay üzrə ayrı-ayrı araqatlar (neft-qazlı laycıqlar) mənimsənil-
məmiş qala bilər və bu isə ümumilikdə aparılan geoloji-kəşfiyyat işlərinin
effektivliyinin aşağı düşməsinə səbəb olar.
Məhsuldar layın açılmasının keyfiyyətini qiymətləndirmək üçün ay-
rı-ayrı quyularda məhsuldarlıqlar nisbətindən (MN) istifadə etmək olar, yəni
bu onu göstərir ki istismar quyularının real debitləri onların nəzəri debitlə-
rindən neçə dəfə fərqlidir. Bununla əlaqədar olaraq məhsuldarlıqlar arasın-
dakı fərqi ancaq süxurun keçiriciliyi əsasında müəyyən edirlər, MN para-
metri isə nisbət kimi müəyyən edilir

k s.orta q f
MN   (1.10)
ks qn

46
burada, q f – quyunun faktiki debiti q n – quyunun nəzəri debiti (layın süzül-
mə xassələrinin onun açılma prosesində çirklənmədiyi hal üçün) k s.orta – sü-
xurun orta keçiriciliyi, hansı ki, layın çirklənmiş və çirklənməmiş zonaları-
nın keçiriciliyini nəzərə alır k s – layın çirklənməmiş zonasındakı keçiricilik.
Keçiriciliyi – k s.orta , hansı ki, quyunun faktiki məhsuldarlığını xarak-
terizə edir və axın tənliyindən müəyyən edilərək hesablanaraq tapıla bilər.
Keçiricilik – k s çirklənmiş zonadan (çirklənməmiş zonada) kənarda
süxurun keçiriciliyini və onun kollektorluq xassəsini xarakterizə edir, quyu-
nun nəzəri məhsuldarlılığını müəyyənləşdirir. Məhsuldar layda çirklənmiş
zona olmadıqda k s.orta  k s olur. Adətən k s -i tapmaq üçün təzyiqin bərpa
əyrisindən istifadə edirlər.
Quyuların istismar kəmərlərinin sementlənməsi zamanı, bir sıra hallar-
da hidrodinamik təzyiq məhsuldar layın hidravlik yarılmasına gətirib çıxara
bilər və bunun nəticəsində sement məhlulunun quyudibi zonaya daxil olması
baş verir. Bununla əlaqədar olaraq hər şeydən əvvəl sement məhlulunun sıx-
lığı – ρ S .M müəyyən edilməlidir. Bunun üçün isə layın özlü-plastik mayelər-
lə hidravliki yarılma təzyiqinin – Ph . y qiymətini müəyyən etmək lazımdır,
yəni quyuağzından hidravliki yarılma gözlənilən zonayadək məsafəni və ya
udulma hündürlüyünü – H və həmin zona üzərində sement məhlulunun
qalxma hündürlüyünü – h bilmək lazımdır.
Bu halda normal sementləmə aparmaq üçün tələb olunur ki,
Ph.m  H  h ρ g .m g  hS .M  γ S .M  g ifadəsi hidravlik yarılma təzyiqin-
dən – Ph . y kiçik olsun.
Burada sement məhlulunun sıxlığı aşağıdakı şərti ödəməlidir

P  Ph.m   H  h ρ g .M g
ρ S .M 
h. y

hS . M g

burada, Ph.m – sementləmənin sonunda təhlükəli zonada hidravliki


müqaviməti dəf etmək üçün tələb olunan təzyiq ρ g .M – gilli məhlulun sıxlı-
ğıdır.
Hidrodinamik təzyiqin rəqsləri əsaslı şəkildə məhsuldar layın keyfiy-
yətli açılmasına birbaşa təsir edir, ona görə də hər bir konkret hal üçün hidro-
dinamik təzyiqin aşağı və yuxarı buraxılabilən hədləri müəyyən edilməlidir.
47
Bütün hallarda təsdiq edilmişdir ki, su əsasında hazırlanmış yuyucu
məhlulun özünün məhsuldarlığının (MN parametrinin) azalmasına səbəb
olur. Bununla əlaqədar olaraq da quyunun mənimsənilməsinin müddəti uza-
nır, quyuların məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı düşür.
Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq, belə nəticəyə gəlmək
olur ki, məhsuldar layların açılması üçün nəzərdə tutulan bütün yuyucu (gil-
li) məhlullara xüsusi tələblər qoyulmalıdır. Yuyucu məhlulların xassələri
aşağıdakı tələbləri ödəməlidir
1. Mümkün olduğu qədər minimum miqdarda yuyucu məhlul və onun
süzüntüsü (filtratlar) layın quyudibi zonasına keçsin
2. Layın məhsuldar zonasında olan gil hissəciklərinin şişməsinin və
dayanıqlı su-neft emulsiyasının yaranmasının qarşısı alınmalıdır
3. Yuyucu mayenin bərk fazasının və quyudibi zonadan süzüntülərin
asanlıqla çıxarılması təmin olunmalıdır
4. Məhsuldar layda məsaməli mühitin keçiriciliyini aşağı salan çökün-
tülərin yaranmasına yol verilməməlidir
5. Məhsuldar layın açılması zamanı qazma prosesi yüksək sürətlə apa-
rılmalıdır.
Yuxarıda qeyd edilən tələblərə xüsusi emal üsulları ilə hazırlanmış
gilli məhlullar cavab verə bilər bu məhlulların hazırlanmasının əsasını kar-
bohidrogenlər, köpüklər, qaza bənzər agentlər təşkil etməlidir.

1.8. Məhsuldar layın açılma üsulunun seçilməsi

Məhsuldar layların rasional açılmasının əsas şərti kollektorun təbii ke-


çiriciliyinin qorunub saxlanılmasıdır. Bu şərtin yerinə yetirilməsi üçün layın
açılmasının seçilmiş üsulu layın fiziki-geoloji xassələri və layı dolduran ma-
yenin fiziki-kimyəvi xarakteristikaları ilə uyğunlaşdırılmalıdır.
Bunun üçün birinci növbədə məhsuldar layın lay təzyiqini, kollekto-
run tərkibini, tərkibdə şişən gillərin olub-olmamasını, məhsuldar layın çatlı-
lıq dərəcəsini və onun xarakterini, süxurların sementlənmə dərəcəsini nəzərə
almaq vacibdir.
Bu məlumatlar ona görə lazımdır ki, bunların əsasında məhsuldar la-
yın rasional açılma texnologiyası müəyyən edilərək seçilsin.
Lay təzyiqi hidrostatik təzyiqdən yüksək olan məhsuldar layların
açılması. Lay təzyiqi hidrostatik təzyiqdən böyük olan məhsuldar layların
açılması prosesində açıq fontanın baş verməməsi üçün xüsusi çəkisi 2,1-2,3
48
qr/sm3 olan ağırlaşdırılmış gilli məhlullardan istifadə edirlər. Bu gilli məh-
lulların hazırlanmasında ağırlaşdırıcı kimi, adətən baritdən və ya hematit-
dən istifadə edirlər. Bu zaman məhsuldar layı yüksək təzyiq düşküsündə
açırlar, harada ki, təzyiq düşküsü 200 MPa və daha çox olur.
Belə şəraitdə layların açılması zamanı istismar quyusunun quyudibi
zonasına gilli məhlul və onun süzüntülərindən başqa, ağırlaşdırıcının da his-
səcikləri laya daxil olur. Məhsuldar layların açılmasında yüksək təzyiq düş-
küsündə bəzən layların hidravliki yarılması prosesində baş verdiyi istisna
edilmir, bu da öz növbəsində böyük miqdarda gilli məhlulun (yuyucu məh-
lulun) məhsuldar laya daxil olmasına səbəb olur.
Lay təzyiqi hidrostatik təzyiqdən yüksək olan məhsuldar horizontların
açılması üçün aşağıdakılar tövsiyə olunur.
Əgər kollektor aşağı keçiriciliklə xarakterizə olunursa, həm də onun
tərkibində şişən gilli hissəciklər varsa, onda bu layların açılması üçün su
əsasında hazırlanmış gilli məhluldan istifadə edilməsi yol verilməzdir. Belə
hallar üçün neft əsasında hazırlanmış ağırlaşdırılmış yuyucu məhlullardan
istifadə məqsədəuyğun hesab edilir.
Yox, əgər kollektorun tərkibində şişən gilli hissəciklər iştirak etmirsə,
yüksək keçiriciliklə xarakterizə olunursa, məsaməli-çatlı və ya çatlılıqla xa-
rakterizə edilirsə, eləcə də belə məhsuldar layların açılması üçün tələb olu-
nan yuyucu məhlulun sıxlığı 1,5 qr/sm3-ə qədərdirsə, onda təbaşirli məhlul-
ların tətbiq edilməsi məqsədəuyğun hesab olunur. Yox, əgər yuyucu məhlu-
lun sıxlığı 1,5 qr/sm3-dən çox olması tələb olunursa, onda tərkibinə səthi-ak-
tiv maddələr – SAM qatılmış su əsasında hazırlanmış ağırlaşdırılmış yuyucu
məhluldan istifadə etmək tövsiyə olunur. Məhsuldar laya daxil olmuş ağır-
laşdırıcının bərk hissəciklərinin hamısının çıxarılmasının mümkün olmadığı
hallarda elə ağırlaşdırıcının axtarıb tapılması tələb olunur ki, onun bərk his-
səciklərini turşu ilə həll etmək mümkün olsun.
Lay təzyiqi hidrostatik təzyiqə bərabər olan məhsuldar layların
açılması. Məhsuldar layların açılması prosesində tətbiq edilən su əsasında
hazırlanmış yuyucu məhlulları birinci hallarda olduğu kimi, o zaman tətbiq
etmək mümkündür ki, bu zaman gərək kollektorun tərkibində şişə bilən gil-
li hissəciklər iştirak etməsin və kollektor yüksək keçiriciliklə xarakterizə
olunsun. Belə hallarda çalışmaq lazımdır ki, layların açılması prosesində xü-
susi hazırlanmış gilli məhlullar (xlorkalsium, təbaşir və sairə əsaslı), hansı-
ların ki, tərkibinə müvafiq səthi-aktiv maddələr əlavə edilmişdir, tətbiq edil-
sin. Çünki səthi-aktiv maddənin yuyucu məhlulda iştirakı quyuların mənim-

49
sənilməsi prosesində açılma zamanı laya daxil olmuş suyun çıxarılmasını
asanlaşdırır.
Məhsuldar laylar, hansıların ki, tərkibində şişən gilli hissəciklər var və
kollektor aşağı keçiriciliklə xarakterizə olunur, onda belə layların açılması
prosesində elə yuyucu məhlullar tətbiq edilməlidir ki, onların bir hissəsinin
məhsuldar laya daxil olması kollektorun təbii keçiriciliyini aşağı salmasın.
Belə yuyucu mayelər kimi neft əsasında hazırlanmış yuyucu məhlulları gös-
tərmək olar – hidrofob emulsiyalı məhlullar və sıxlığı 1,1-1,2 qr/sm3 olan üç
fazalı köpüklü məhlullar. Bu halda üç fazalı köpük ağırlaşdırılmış təbaşir-
dən və sıxlığı 1,4-1,5qr/sm3 olan gilli məhlulun qarışığından yaradılır.
Lay təzyiqi hidrostatik təzyiqdən aşağı olan məhsuldar layların
açılması. Məhsuldar layların açılması prosesində ən çox mürəkkəblik yara-
dan hal lay təzyiqinin hidrostatik təzyiqdən aşağı olduğu hallardır. Belə hal-
larda məhsuldar layların yüksək keyfiyyətlə açılmasının təmin edilməsi is-
tismar quyularının optimal debiti üçün də mühüm əhəmiyyət kəsb edir. Bu,
işlənmənin son mərhələsində olan neft yataqlarında quyuların qazılmasında
da xüsusi əhəmiyyət kəsb edir.
Belə şəraitlərdə də məhsuldar layların açılması prosesində su əsasında
hazırlanmış, sıxlığı 1.1-1.2 qr/sm3 olan, yuyucu məhlullar tətbiq edilir. Bu
zaman əksər hallarda istismar quyularının debitləri çox aşağı olur, səbəb isə
neft yataqlarının işlənməsinin son mərhələsində olmasıdır. Buna görə qazı-
lan quyular iqtisadi cəhətdən qeyri-rentabelli olur və özünü doğrultmur.
Belə şəraitlərdə məhsuldar layların açılması üçün yuyucu maye kimi iki
fazalı və üç fazalı köpüklərdən istifadə etmək məqsədəuyğundur, bu zaman kö-
püklərin sıxlığını 0,2-0,3 qr/sm3-ə qədər aşağı salmaq mümkündür.
Sıxlığının böyük diapazonda (ölçüdə) dəyişdirilə və aerasiya dərəcə-
sinin tənzimlənə bilinməsi, süzüntülərin laya keçməsinin (daxil olmasının)
qarşısını ala bilməsi, layların açılma prosesində kollektorların təbii keçirici-
liyinin qorunub və yuyucu maye kimi köpüklərin qorunub saxlanılmasında
yuyucu maye kimi köpüklərin tətbiqi onların perspektivli olduğunu xarakte-
rizə edir.
Lay təzyiqinin çox aşağı olduğu hallarda (hidrostatik təzyiqin 20-30%
həddində) müəyyən şəraitlərdə məhsuldar layları qaza bənzər agentlərlə də
açmaq olar.
Bütün hallarda məhsuldar laylar açılarkən, istər lay təzyiqi hidrostatik
təzyiqdən böyük, istər ona bərabər, istərsə də ondan kiçik olsun, layların
açılmasını çox da böyük olmayan təzyiqlər düşküsündə həyata keçirmək
məqsədəuyğun hesab edilir.

50
1.9. Məhsuldar lay açılarkən perforasiya intervalının
müəyyən edilməsi

Neft yataqlarındakı məhsuldar laylarda qaz papağı və daban suları yox-


dursa, onda perforasiya intervallarını bir qayda olaraq məhsuldar layın effek-
tiv qalınlığı kimi qəbul edirlər. Əgər məhsuldar layda həm qaz papağı, həm də
daban suları varsa, onda perforasiya intervalının müəyyənləşdirilərək seçilmə-
si bəzi çətinliklər yaradır və perforasiya intervalının düzgün müəyyən edilmə-
si yatağın tam işlənilməsi prosesində həlledici əhəmiyyətə malikdir.
Əgər neft yatağında qaz papağı varsa, perforasiya intervalı seçilib
lay+quyu əlaqəsi yaradılarkən məhsuldar layın qalınlığının ancaq neftlə
doymuş hissəsində perforasiya intervalının yuxarı həddi qaz-neft kontaktın-
dan (QNK) aralıda yerləşmiş olsun, bu isə layın qalınlığından və onun lito-
loji-fasial quruluşundan asılıdır.
Əgər neft yatağında qaz papağının alt hissəsində, yəni QNK-dan aşa-
ğıda keçiriciliyi olmayan gil və ya alevrolit araqatları varsa, onda perforasi-
ya intervalı seçilərkən bu vəziyyətin də nəzərə alınması lazımdır.
Əgər məhsuldar layın aşağı hissəsində daban suları mövcuddursa, on-
da perforasiya intervalı müəyyənləşdirilərkən bu nəzərə alınmalı və layın
qalınlığının neftlə doymuş yuxarı hissəsi seçilməlidir. Bu zaman seçilmiş
perforasiya intervalının aşağı sərhədi su-neft kontaktından (SNK) kifayət
qədər yuxarıda yerləşməlidir, bu isə yenə də öz növbəsində məhsuldar layın
qalınlığından (hündürlüyündən) və onun litoloji-fasial quruluşundan asılıdır.
Əgər neft yatağında həm qaz papağı, həm də daban suları varsa, onda
perforasiya intervalı seçilərkən yuxarıda qeyd edilən hər iki şərt nəzərə alın-
malıdır perforasiya intervalı elə seçilib perforasiya işləri aparılmalıdır ki, o
ancaq məhsuldar layın neftlə doymuş zonasını əhatə etsin, yəni yuxarıdan
QNK-dan və aşağıdan SNK-dan aralıda yerləşmiş olsun.
Ümumiyyətlə isə bütün hallar üçün perforasiya intervalları müəyyən
edilərkən kollektorun fiziki-geoloji xassələri, məhsuldar layı dolduran neftin
və qazın fiziki-kimyəvi xarakteristikası, layın litoloji-fasial quruluşu və laya
verilən depressiyanın buraxıla biləcək həddinin nəzərə alınması tələb olunur.

1.10. Məhsuldar laydan neft və qaz axınının yaradılması

Məhsuldar laydan quyudibinə axının yaradılmasının şəraiti və şərtləri,


həm quyunun mənimsənilməsi prosesinə böyük dərəcədə təsir edir, həm də
istismar quyusunun gələcək optimal iş rejiminin müəyyənləşdirilməsində
böyük rol oynayır. Neft yatağında qaz papağının, daban sularının, kənar bas-

51
qı sularının, hansılar ki, məhsuldar layın tavanında və dabanında yerləşirlər,
lay süxurlarının zəif sementləşmiş olması və digər başqa faktorlar məhsul-
dar laydan axının yaradılması üçün müəyyən ediləcək üsulun seçilməsində
həlledici rol oynayırlar.
Əgər istismar quyusunun quyudibi zonası məhsuldar layın qazma pro-
sesində və perforasiya edilərək açılması zamanı görülən işlərin keyfiyyətsiz
yerinə yetirilməsi nəticəsində güclü çirklənməyə məruz qalmışdırsa, onda
onun axının yaradılmasından öncə təmizlənməsi lazımdır, nəinki mənimsə-
mə prosesi zamanı məhsuldar laya böyük depressiyalar verərək quyudibi zo-
nanın təmizlənməsinə nail olunsun. Çünki laya böyük depressiyaların veril-
məsi quyudibi zonanın uçması və lay sularının neftli-qazlı sahəsini yararaq
önə (irəli) çıxmasına səbəb ola bilər. Bu nöqteyi-nəzərdən məhsuldar laylar
perforasiya edilərək açıldıqdan sonra quyudibinə düşən təzyiqin tədricən
azaldılmasına üstünlük vermək lazımdır, yəni quyuda perforasiya işlərinin
aparılması üçün quyu lüləsinə doldurulmuş gilli məhlul sıxlığı az olan daha
yüngül maye ilə tədricən (hissə-hissə) dəyişdirilməlidir. Quyu dibinə düşən
hidrostatik təzyiqi azaltmaq üçün, o cümlədən kompressor aqreqatları ilə
yüksək təzyiqə qədər sıxılmış qazdan (havadan) istifadə edərək quyudakı
maye səviyyəsini aşağı salmaq və ya quyudakı mayenin sıxlığının azaldıl-
ması üçün onun tərkibinə yüksək təzyiqli sıxılmış qaz (hava) vurmaqla
(aerasiya üsulu) nail olmaq mümkündür. Yuxarıda qeyd edilmiş işlər yerinə
yetirilərkən quyuağzında ştuser qoyaraq əks təzyiq yaratmaq lazımdır.
Göstərilən şərtlərə uyğun olaraq quyuların mənimsənilməsi və laydan
quyudibinə axının yaradılması prosesləri lay təzyiqi nəzərə alınmaqla yerinə
yetirilməlidir.
Məhsuldar layın təzyiqi hidrostatik təzyiqdən böyük olduqda qu-
yuların mənimsənilməsi prosesi. Bu halda istismar quyularında məhsuldar
lay+quyu dibi əlaqəsi yaratmaq üçün, yəni layın məhsuldar qalınlığı boyu
effektiv süzgəc perforasiya üsulu ilə yaradılarkən quyu lüləsi (gövdəsi) göz-
lənilən lay təzyiqlərindən asılı olaraq müxtəlif sıxlıqlara malik gilli məhlul-
larla, əsasən sıxlığı 1,42,2 qr/sm3 olan məhlullarla doldurulur.
İstismar quyularında perforasiya işləri yerinə yetirildikdən sonra na-
sos-kompressor borularını xüsusi qayda ilə ölçərək quyuda gilli məhlulun
dövranı yaradılır, onu mütəmadi dövr etdirməklə süni quyudibinə qədər en-
dirmək lazımdır. Bundan sonra qaldırıcı boruları azaldaraq onun başmağını
(sonunu) effektiv süzgəcin üstündə, yəni layın tavanında saxlayaraq laydan
quyudibinə axının yaradılması prosesinə başlayırlar. Bu zaman quyudakı
ağırlaşdırılmış gilli məhlulun birbaşa su ilə dəyişdirilməsinə yol vermək ol-
maz. Çünki bu, baş verərsə, onda quyudibinə düşən hidrostatik təzyiqin kəs-
kin azalması səbəbi ilə məhsuldar laya düşən depressiya kəskin artar, bu isə

52
öz növbəsində istismar kəmərində müxtəlif formalı deformasiyaların yaran-
ması ilə (kəmərin bükülməsi, sınması və sairə) nəticələnə bilər.
Buna görə də əgər məhsuldar layların açılması prosesindən əvvəl quyu
lüləsinə vurularaq onu dolduran gilli məhlulun sıxlığı böyükdürsə və onun
təbəqələrinin yerdəyişməsindən yaranan statik gərginlik yüksəkdirsə, onda
onun su ilə dəyişdirilməsini tədricən yerinə yetirmək lazımdır. Bunun üçün
quyunun boruarxası fəzasına, yəni quyunun istismar kəməri ilə qaldırıcı bo-
ruların arasındakı fəzaya xüsusi çəkisi quyudakı gilli məhlulun xüsusi çəki-
sindən 0,3-0,4 qr/sm3 az olan gilli məhlul vurmaq lazımdır. Bu proses analo-
ji olaraq o vaxta qədər davam etdirilir ki, quyudakı gilli məhlulun sıxlığı ilə
suyun sıxlığı arasındakı fərq 0,3-0,4 qr/sm3 təşkil etsin. Ancaq bundan sonra
quyudakı gilli məhlulu tam həcmdə su ilə dəyişmək lazımdır. Bu proses
aparılarkən quyunun quyudibi zonasına daxil olan ağırlaşdırılmış gilli məh-
lulun və suyun zərərli təsirini az sıxlıqlı məhlulla dəyişdirilərkən onun tərki-
binə SAM-ın vurulması məqsədəuyğundur. Bu zaman SAM-ın konsentrasi-
yası vurulan gilli məhlulun və ya suyun həcminin 2%-nə qədər artırıla bilər.
Əgər quyuda ağırlaşdırılmış gilli məhlul su ilə tam əvəzləndikdən sonra da
məhsuldar laydan quyudibinə neft və qaz axını müşahidə edilmirsə, onda
quyunun dibinə düşən hidrostatik təzyiqi azaltmaq, yəni məhsuldar laya ve-
rilən depressiyanı artırmaq məqsədi ilə quyudakı maye sütununun sıxlığını
azaltmaq üçün quyuya köpük vurulur.
Məhsuldar laydan quyudibinə axının yaradılması məqsədilə aparılan pro-
seslərin bu etapında digər üsullardan da istifadə etmək mümkündür yəni quyu-
dibinə düşən hidrostatik təzyiqi azaltmaq üçün quyuya sıxılmış yüksək təzyiqli
qaz (hava) vuraraq quyudakı maye səviyyəsinin aşağı salınması üsulu və ya ey-
ni məqsəd üçün quyudakı mayenin sıxlığını azaltmaq məqsədi ilə quyuya eyni
vaxtda qaz+maye vurmaq, yəni aerasiya üsulunu da tətbiq etmək olar.
Lakin nəzərə almaq lazımdır ki, aerasiya üsulundan fərqli olaraq qu-
yuya köpüyün vurulmasının üstünlüyü ondan ibarətdir ki, köpük quyuya
vurularkən onun çox da böyük miqdarda olmayan bir hissəsi məhsuldar la-
ya keçir. Onun quyudibi zonaya keçməsi, kollektorun keçiricilik qabiliyyə-
tini aşağı salmır, əksinə köpüyün parçalayıcı (ayrı-ayrı hissələrə bölmə)
xassələrinə görə o quyudibi zonada toplaşmış çirkləndirici bərk hissəciklə-
ri parçalayaraq oradan çıxarılmasına kömək edir, yəni quyudibi zona çirk-
ləndirici hissəciklərdən təmizlənir, bu isə məhsuldar laydan neft-qaz axını-
nı sürətləndirir.
İstismar quyusundakı mayeni (suyu) əks yuma üsulundan istifadə edə-
rək, quyudan çıxarılması prosesində, nasos-kompressor borularının daxili ilə
hərəkət edən köpüyün sürtünməyə sərf edilən itkilərini azaltmaq məqsədi ilə
köpük yaratmaq, dövretməyə sərf edilən mayenin sürəti 3 litr/san-dən çox
olmamalıdır.
53
Aerasiyanın dərəcəsini quyudibinə düşən əlavə minimum təzyiqin
alınmasını nəzərə almaqla seçirlər və onun qiyməti normal şəraitlərdə 120-
150 qədər çata bilər. Bu qiymətlərdə aerasiya dərəcəsini və mayenin mini-
mal sərfini 1,5-2 litr/san olaraq, 0,15-0,25 qr/sm3-a çatdırmaq mümkündür.
Quyudakı dövretməni dayandırdıqdan sonra köpüyün elastiklik xassə-
lərinin hesabına quyudibinə düşən təzyiq əlavə olaraq aşağı düşəcək. 1.1
cədvəlində aparılmış eksperimental tədqiqatların nəticələri verilmişdir, han-
sılar ki, quyudakı köpük dövranı 1500 m dərinlikdə dayandırıldıqdan sonra
əldə edilmişdir (maye sərfi – 3 litr/san, istismar kəmərinin diametri – 168
mm, nasos-kompressor borularının diametri – 62 mm).
Əgər yuxarıda qeyd edilənlərdən sonra da məhsuldar laydan quyuya axın
yaranmırsa, quyu dibinə düşən təzyiqin azaldılması üçün aparılan tədbirlərin
dayandırılması məqsədə uyğundur və bundan sonra quyudibi zonanın təmizlən-
məsi üçün müvafiq tədbirlərin aparılması lazımdır.
Məhsuldar layın təzyiqi quyunun dibinə düşən hidrostatik təzyiqə
bərabər olduqda laydan quyu dibinə axının yaradılması. Play=PH olduq-
da məhsuldar layda effektiv süzgəcin perforasiya ilə açılması zamanı adətən
quyudakı gilli məhlulun sıxlığı 1,15-1,25 qr/sm3 olur.

Cədvəl 1.1
Nasos və kompressor dayandırıldıqdan sonra zamandan asılı olaraq quyuda
təzyiqin aşağı düşməsi
Dövr etmə təzyiqi, MPa
aerasiya dərəcəsi

1500 m dərinlikdə dövran dayandırıldıqdan sonra zamandan


(saat ilə) asılı olaraq təzyiqin dəyişməsi, MPa

1 2 3 4 5 6 7 8 9
10 111,3 9,6 9,3 9,0 8,8 8,8 - 8,6 8,5 8,4
20 87,9 7,3 6,9 6,7 6,5 6,4 6,4 6,3 - -
30 70,5 5,6 5,4 5,2 5,1 5,0 4,9 - - -
40 55,6 3,6 3,6 3,6 3,4 3,4 3,3 - - -
50 52,2 3,6 3,3 3,1 3,1 3,0 - - - -
60 46,1 2,9 2,6 2,5 2,4 2,3 2,3 - - -
70 43,9 2,7 2,4 2,3 2,2 2,1 2,0 2,0 - -
80 37,3 3,0 1,7 1,6 1,5 1,5 - 1,3 1,3 1,2

54
Belə olan halda, quyularda quyu+lay əlaqəsi yaradıldıqdan, yəni
perforasiya işləri başa çatdıqdan sonra nasos-kompressor boruları quyuya
endirilir, bu şəraitdə quyudakı gilli məhlulun birbaşa köpük ilə dəyişdiril-
məsi işlərinə başlamaq olar. Bu işlər çox da böyük olmayan aerasiya də-
rəcəsi ilə və mayenin sərfi 6 litr/san olmaqla aparılması məqsədəuyğun-
dur. Müəyyən müddətdən sonra mayenin sərfi tədricən 1,5-2 litr/san-yə
qədər azaldılır və aerasiya dərəcəsi isə 150-yə qədər artırılır. Əgər bun-
dan sonra da laydan axın yaranmırsa, onda quyu dibinə düşən təzyiqi əla-
və olaraq aşağı salmaq məqsədi ilə quyuda mayenin (köpüyün) dövr et-
dirilməsi prosesini dayandırırlar. Müəyyən zaman keçdikdən sonra məh-
suldar laydan neft və qaz axını yaranmırsa, onda quyudibi zonanın təmiz-
lənməsi üçün quyudakı köpüyü məhsuldar laya vurub 2-3 saat ərzində
gözlədikdən sonra istismar quyusunun mənimsənilməsi prosesinə yeni-
dən başlayırlar.
Məhsuldar layın təzyiqi (Play) quyudakı hidrostatik təzyiqdən
(PH) çox aşağı olduqda axının yaradılması. Əgər Play<<PH olarsa, onda
məhsuldar laydan quyunun dibinə neft-qaz axınının yaradılması daha da
çətinləşir, çünki quyudakı maye səviyyəsini aşağı salmaq məqsədi ilə qu-
yuya verilən sıxılmış yüksək təzyiqli qaz quyu lüləsindəki mayeni ya ta-
mamilə, ya da onun əsas hissəsini sıxışdıraraq məhsuldar laya doldurur.
Ona görə də belə quyularda laydan axın yaradılması üçün quyuya yüksək
təzyiqli sıxılmış qazın verilməsi üsulu effektsiz olur və digər tərəfdən də
laya daxil olmuş su kollektorun keçiriciliyini əhəmiyyətli dərəcədə pisləş-
dirir. Belə şəraitdə istismar quyularının mümkün olan effektiv mənimsənil-
məsi üsulu kimi, köpük üsulunun tətbiqi məqsədəuyğun hesab edilir. Bu
üsulun tətbiq edilməsinin digər üstün cəhəti də ondan ibarətdir ki, o həm -
də mənimsəmə prosesi zamanı laydan quyuya lay suyunun gəlməsinin qar-
şısının alınmasına kömək edir. Buna görə də köpük əvvəlcə məhsuldar la-
ya vurulur, sonra quyunun mənimsənilməsinə başlanılır. Məhsuldar laya
vurulan köpük quyudibi zonanın sudan və kiçik dispersli süxur hissəciklə-
rindən təmizlənməsini təmin edir. Eyni zamanda quyudibi zonaya daxil ol-
muş köpüyün qabarcıqları süxurun bərk hissəciklərinin səthinə yapışır və
məsaməli mühitin sulaşmış hissəsindəki süxur hissəciklərinin arasını bağ-
layır, lay sularının sonrakı hərəkətinə əlavə müqavimət yaradaraq hərəkət
etməsinin qarşısını kəsir.

55
1.11. Neft, qaz və qaz-kondesat quyularının mənimsənilməsi

Quyuların mənimsənilməsi üsulları. Quyuların mənimsənilməsi


məhsuldar laydan neft, qaz və qaz-kondensat axını yaratmaq üçün görülən
bir sıra kompleks işlərdən ibarətdir. Məqsəd qazma zamanı quyudibi zona-
nın qazma məhlulu ilə çirklənməsi baş verdiyindən və layların keçiriciliyini
pisləşdiuindən, çirklənmiş quyudibi zonanın çirklənmədən təmizlənməsi və
layın təbii keçiriciliyinin bərpa edilməsidir.
Quyuların mənimsənilməsi məlum olan üsullarla quyudibinə düşən
statik təzyiq azaldılır ki, bu zaman ( Pl ) lay təzyiqi ilə quyudibi təzyiq ( Pqd )
arasında təzyiq düşküsü yaranır və yaranmış təzyiq düşküsünə ( ΔP ) görə
laydan quyudibinə neft, qaz və ya qaz-kondensatın hərəkəti nəticəsində
məhsulun axını baş verir.
Quyu məhsulunun laydan quyudibinə axınını yaratmaq üçün aşağıdakı
üsullar var:
– quyudakı gil məhlulunun daha aşağı xüsusi çəkisi olan maye ilə təd-
ricən əvəzlənməsi;
– quyuda maye səviyyəsinin aşağı salınması;
– aerasiya üsulu (quyuya eyni zamanda maye və qaz vurulması);
– qazlift üsulu;
– svablama;
– porşenləmə.
Dərin və yüksək təzyiqli dəniz qaz və qaz kondensat yataqlarındakı
quyuların əsas mənimsənilməsi üsulu quyudibinə hidrostatik təzyiq salan
yuyucu mayenin (quyuya perforasiyaya qədər doldurulmuş maye) xüsusi çə-
kisi daha az olan mayelərlə (su, neft, dizel yanacağı və s.) əvəzlənməsidir.
Bir sıra hallarda aerasiya və qazlift üsullarından da istifadə edilir.
Dəniz yataqlarındakı quyuların mənimsənilməsinin qurudakı analoji
quyuların mənimsənilməsindən aşağıdakı spesifik xüsusiyyətləri var:
– Dəniz neft, qaz və qaz-kondensat yataqlarındakı quyular əsasən mai-
li qazılmış quyulardır və onların quyuağzı göyərtəsinin sahəsi məhdud olan
stasionar platformalarda yerləşdirilir;
– Yüksək təzyiqli dərin quyuların mənimsənilməsi zamanı hər hansı bir
gözlənilməz fövqəladə hadisə (açıq fontan, qrifon, yanğın və s.) baş verərsə,
təhlükəsizlik və dənizin çirklənməsinin qarşısının alınması tədbirlərinin görül-
məsidir. Belə ki, işçi personal dərhal təhlükəsiz yerlərə təxliyyə olunmalıdır;
– Dəniz şəraitində quyuların mənimsənilməsi və istismarı zamanı təhlü-
kəsizliyi təmin edən problemlər; quyuların və texnoloji qurğuların, hidrotexniki
qurğuların uzunömürlülüyü, etibarlılığı və qəzasız işləməsi üçün bütün tədbirlər
daimi aktualdır və bu işlər mütəmadi olaraq görülməlidir;

56
– Yüksək təzyiqli dərin dəniz yataqlarındakı quyuların mənimsənilmə-
si və sonrakı istismar prosesi zamanı quyu məhsulu nəql edilərkən sualtı bo-
ru kəmərlərində dəniz mühitində və şəraitində tez-tez temperaturun dəyiş-
məsi və düşküsü ilə əlaqədar olaraq qaz hidratlarının yaranmasıdır;
– Yüksək təzyiqli quyuların normal şəraitdə mənimsənilməsini və is-
tismarını təmin etmək üçün müxtəlif növ mürəkkəbləşmələr yaranarsa, onla-
rın qarşısının vaxtında alınması məqsədilə stasionar platformaların üst tikili-
ləri tikilərkən kimyəvi maddələrin, inhibitorların və başqa vasitələrin yerləş-
dirilməsi və istifadəsi (dozator-nasosları) üçün xüsusi yer ayrılmalıdır.
Yuxarıda deyilən xüsusiyyətləri də nəzərə alaraq, yüksək təzyiqli dərin də-
niz neft, qaz və qaz-kondensat quyularının mənimsənilməsi və istismarı üçün qu-
yularda iki cərgəli qaldırıcı liftlərdən istifadə edilir. Bu zaman quyuya I cərgə
üçün diametri 114 mm və 73 mm olan, II cərgə üçün diametri 73 mm olan nasos-
kompressor boruları endirilir. Bu nasos-kompressor boruları xüsusi növ poladdan
(P, H, N və s.) olmalı və yüksək hermetikliyi təmin etməlidir.
a) Quyuların aerasiya üsulu ilə mənimsənilməsi
Dərin dəniz neft, qaz və qaz-kondensat yataqlarındakı quyuların mə-
nimsənilməsi perforasiyadan sonra quyuda olan gil məhlulunun xüsusi çəki-
si (sıxlığı) az olan mayelərlə (neft, kerosin və s.) əvəzlənməsi ilə başlayır.
Əgər bu zaman məhsuldar laydan quyudibinə axın yaranmırsa, onda aerasi-
ya üsulundan istifadə edirlər.
Aerasiya üsulunun mahiyyəti ondan ibarətdir ki, quyudakı və qaldırıcı
borulardakı mayenin sıxlığının tədricən azaldılması üçün eyni zamanda qu-
yuya qaldırıcı borular vasitəsilə maye (neft) və sıxılmış qazın (sıxılmış ha-
va) vurulmasıdır.
Aerasiya işlərini yerinə yetirmək üçün quyuların fontan armaturlarına,
(iki cərgə nasos-kompressor boruları endirilmiş quyularda) sıxılmış hava
(qaz) manifoldu birləşdirilir.

Şək.1.22 Quyuların mənimsənilməsi üçün hava manifold sisteminin yığılması


1, 4, 7-texniki manometrlər; 2, 3, 8, 9, 10-ventillər; 5-qazpaylayıcı batareyadan
gələn yüksək təzyiqli qaz xətti; 6-nasos aqreqatından gələn maye xətti.
57
Qaz xətti-5 həlqəvi fəzaya, maye xətti-6 isə boru arxası fəzaya, onlar da
uyğun olaraq qazpaylayıcı batareyaya və nasos aqreqatına birləşdirilir.
Quyulardakı maye səviyyəsindən asılı olaraq aerasiya işləri iki vari-
antda görülür:
Birinci variant layda udulma olmadıqda quyu lüləsi ağzınacan maye
ilə dolu olan quyuların mənimsənilməsi üçün tətbiq edilir.
3 və 10 nömrəli ventillərin bağlı və 2, 8, 9 nömrəli ventillərin açıq vəziy-
yətində maye nasos aqreqatı vasitəsilə həlqəvi fəzaya (I və II cərgə arasında qa-
lan fəza) vurularaq maye dövriyyəsi yaradılır. Maye dövriyyəsinin təzyiqini 1
və 7 nömrəli manometrləri ilə qeyd edirlər. Qazpaylayıcı batareyadan gələn qaz
xəttinin (5), 3 ventili bağlı olduqda təzyiqinə 4 №-li manometri ilə nəzarət edi-
lir. Həlqəvi fəzadan dövriyyədə olan mayenin təzyiqi, qaz xəttindəki təzyiqdən
0,2-0,3 MPa aşağı düşdükdən sonra, 3 №-li ventili azacıq açaraq dövriyyədə
olan mayeyə işçi agent (sıxılmış qaz) qaz verilir ki, bu da öz növbəsində döv-
riyyədə olan mayenin sıxlığının azalmasına səbəb olur.
Qazın açıldığı andan etibarən 1 №-li manometri ilə qeyd edilən təzyiq
tədricən qalxmağa başlayır və bu, bir müddət davam edərək stabilləşir. Buna
səbəb quyu daxilində hərəkət edən mayenin sıxlığının çox olmasıdır. Qaz-
maye qarışığı II cərgənin başmağından II cərgə qaldırıcı boruların daxilinə
keçdikdən sonra təzyiq tədricən düşməyə başlayır və prosesin gedişi zamanı
3 nömrəli ventil tədricən açılaraq quyuya verilən qazın həcmi artırılır ki, bu
da mayenin sıxlığının daha da azalmasına səbəb olur.
Quyuya verilən qazın artırıldığı andan verilən mayenin həcmi azaldılır
və proses zamanı quyuya verilən sıxılmış qaz 3 №-li ventili tam açılaraq,
maksimum həddə çatdırılır, bu zaman quyuya maye vurulması tam dayandı-
rılır və 8, 9 №-li ventillər bağlanılır, quyu işə düşdükdən sonra isə 2, 3 №-li
ventillər də bağlanılır.
İkinci variantdan məhsuldar layda udulma olduqda quyuların mənimsə-
nilməsi üçün istifadə edilir. Əgər məhsuldar layda udulma varsa, deməli mə-
nimsəniləcək quyuda mayenin səviyyəsi quyunun ağzından aşağı səviyyədə
olur. Bu halda quyuya 8, 9, 10 №-li ventillər bağlanılır və 2, 3 №-li ventillər
açılaraq həlqəvi fəzaya maksimum həcmdə və təzyiqdə işçi agent (qaz) veri-
lir, bu, 4 №-li manometrlərlə qeyd edilir. Bundan sonra 2 və 3 №-li ventillər
bağlanılır (5 №-li QPB gələn xəttə maksimal təzyiq saxlanılır), nasos aqreqatı
işə salınaraq maye xətti (6) ilə quyuya 10 №-li ventilin bağlı, 8, 9 №-li ventil-
lərin açıq olduğu halda maye vurulur, bu, 7 №-li manometrlə qeydə alınır.
Vurulan mayenin təzyiqi 4 №-li manometrdəki təzyiqdən 0,5-0,6 MPa çox ol-
malıdır, sonra 2 №-li ventil açılır, xətdəki qaz maye ilə həlqəvi fəzaya sıxışdı-
rılır. Təzyiq düşdükdən sonra proses təkrarlanır. Quyuya qaz yasdıqları (“po-
duşka”) salındığı üçün quyudakı mayenin sıxlığı və quyudibinə düşən hidros-
tatik təzyiq azalır, quyu işə salınır.
58
b) Qazlift üsulu.
Bu üsul da quyuların mənimsənilib istismara daxil edilməsi üçün ge-
niş istifadə edilən üsullardan biridir.
Bu üsulda quyuya endirilmiş qaldırıcı borular vasitəsilə sıxılmış yüksək təz-
yiqli qaz (işçi agent) verilərək (həlqəvi fəzadan) quyudakı maye mərkəzdən sıxışdı-
rılaraq çıxarılır və səviyyəsi aşağı salınır, quyudibinə düşən hidrostatik təzyiq də
azalır. Ancaq bununla belə, çox dərin quyuların bu üsulla məmimsənilməsində qu-
yuların işə salınması üçün yüksək işəsalma təzyiqi tələb olunur. Bundan əlavə, qu-
yuda maye səviyyəsinin birdən-birə çox aşağı salınması quyudibinə düşən hidros-
tatik təzyiqin kəskin düşməsi səbəbi ilə laydan quyuya bir anda güclü axın yarada-
raq quyudibi zonanın dağılmasına səbəb olar. Ona görə müasir neftqaz hasilatı za-
manı bu üsulda quyudakı maye səviyyəsinin tədricən aşağı salınması üçün qazlift
klapanlarından istifadə edilir. Qazlift klapanları növbə ilə müxtəlif dərinliklərdə I
cərgə borularına bağlanılaraq quyuya endirilir. Şəkildə göstərildiyi kimi qazlift kla-
panlarının (1, 2, 3) növbə (ardıcıllıqla) ilə sıxılmış qaz (işçi, agent) quyuya verilə-
rək işə salınması nəticəsində quyuda maye səviyyəsi tədricən aşağı salınaraq quyu-
ya verilən depressiya artırılır. Bunun nəticəsində quyu işə salınır.

Şək.1.23 Qazlift klapanlarının köməyi ilə quyuda maye səviyyəsinin


aşağı salınması
1, 2, 3-qazlift klapanları; 4-quyunun süzgəci; 6-quyuda mayenin səviyyəsi;
7-sıxılmış qazın (işçi agent) verilmə istiqaməti; 8-Nasos-kompressor borularında
(qaldırıcı borular) qaz-maye qarışığı; 9-qaz-maye qarışığının quyunun atqı xətti
vasitəsilə çıxarılması

59
I cərgə qaldırıcı borulara müxtəlif dərinliklərdə bağlanaraq quyuya
təzyiqlərə hesablanmış qazlift klapanları endirilir və onların vasitəsilə dərin
quyular mənimsənilir. Qazlift klapanlarının iş prosesi zamanı onların işə
düşməsi yuxarıdan-aşağı prinsipi ilə ardıcıllıqla baş verir. Bunun üçün qaz-
lift klapanları elə tənzimlənir ki, (laboratoriyada) hər aşağı klapan bağlanır.
İş prosesinin sonunda quyu sonuncu qazlift klapanı ilə (texnoloji rejiminə
əsasən) işlədilir, bu zaman yuxarıdakı klapanlar bağlı olur.
Sıxılmış qazın (işçi agentin) təzyiqi ilə idarə edilən qazlift klapanları
konstruksiyasına görə iki sinfə bölünür:
– tarazlaşdırılmış klapanlar (“urovnoveşannıy”)
– tarazlaşdırılmamış qazlift klapanları (“neurovnoveşennıy”).
Tarazlaşdırılmış klapanların bağlanma və açılma təzyiqləri eyni, taraz-
laşdırılmamış qazlift klapanlarınınkı isə fərqli olur.
Aşağıdakı şəkildə tarazlaşdırılmamış silfonlu qazlift klapanı verilmişdir:

Şək.1.24 Quyuya vurulan sıxılmış qazın təzyiqi ilə idarə edilən


tarazlaşdırılmamış silfonlu klapan
a) klapan açıqdır; b) klapan bağlıdır. 1-qazlift klapanının azotla doldurulması;
2-korpus; 3-silfon; 4-ştok; 5 və 6-sedlo; 7-əks klapan; S eff – silfonun effektiv
sahəsi; S klap – klapanın sedlosunun sahəsi; . Pqaz – qazlift klapanının açıq və bağlı
vəziyyətində vurulan qazın (işçi agentin) təzyiqi.

60
Silfonun effektiv sahəsi aşağıdakı düsturla tapılır:

π  R k  Rd 


S eff  π  R  (1.11)

orta

R xar  Rdax
burada, Rorta  ; R xar və R dax – müvafiq olaraq silfonun xarici və

daxili diametrləridir.
Qazlift klapanına açılmazdan əvvəl aşağıdakı güclər təsir edir:

PC  S eff  Pqaz S eff  S klap   Pboru  S  (1.12)

burada, PC – sifonun kamerasına vurulan azot qazının təzyiqidir, MPa;


Pqaz – qazlift klapanı yerləşən dərinlikdə quyuya vurulan sıxılmış
qazın (işçi agentin) təzyiqidir, MPa;
S  – qazlift klapanının oturacaq sedlosunun sahəsidir, m2;
Pboru – qazlift klapanı yerləşən dərinlikdə qaldırıcı borularda qaz-
maye qarışığının təzyiqidir, MPa.
Quyuya vurulan sıxışdırılmış qazın (işçi agentin) təzyiqini (qazlift
klapanının açılması üçün) aşağıdakı düsturla tapırlar:

PC R
Pqaz   Pboru  (1.13)
 R  R

burada, R – qazlift klapanının tarazlaşdırılma dərəcəsidir (qazlift üsulu ilə


hasilat üçün rəhbər sənəddən götürülür RD 51-03-002-96).
Məsələn: S klap  ,    m  ; S eff  ,    m  , onda

,   
R  ,
,    

Pqaz -i tapmaq üçün yuxarıdakı düsturda R-in qiymətini yazsaq,

61
PC ,
Pqaz   Pboru   ,PC  ,Pboru alınacaq.
  ,   ,

Buradan görünür ki, boru arxasında sıxılmış qazın (işçi agentin) təzyi-
qi qazlift klapanına təsir edən qaldırıcı borunun təzyiqindən ( Pboru ) asılıdır.
Qazlift klapanındakı silfon kamerasındakı azot qazının təzyiqinin 4 MPa
qiymətində bu asılılıq aşağıdakı şəkildə verilmişdir:
Əgər Pboru =0,1MPa olarsa, onda qazlift klapanının açılması üçün la-
zım olan boruarxasındakı sıxılmış qazın (işçi agentin) təzyiqi – Pqaz 4,28
MPa olmalıdır. Əgər Pboru =4 MPa olarsa, qazlift klapanının açılması üçün
boruarxasındakı sıxılmış qazın ( Pqaz ) da təzyiqi 4 MPa olmalıdır.
Beləliklə, şəkildəki düzbucaqlının tərəflərindəki 4 MPa sahə, qazlift
klapanının bağlı olduğu sahənin konturlarıdır. Qaldırıcı borulara qazlift kla-
panları vasitəsilə boru arxasından qazın daxil olması üçün Pqaz  Pboru şərti
yerinə yetirilməlidir və klapan açıldıqdan sonra qaldırıcı borulara qaz daxil
olacaq.

Şək.1.25 Qazlift klapanının açılma təzyiqinin PC   MPa olarkən qaldırıcı


borunun təzyiqindən ( Pboru ) asılılığı

62
Şəkildən göründüyü kimi, klapanın açılması üçün Pboru <4 MPa və
Pqaz =4-4,28 MPa olmalıdır (şəkildə ştrixlənmiş sahə). Qazlift klapanı açıl-
dıqdan sonra sıxılmış qazın təzyiqi ( Pqaz ) silfonun bütün effektiv sahəsinə
təsir edəcək. Klapanın belə açıq vəziyyətində qaldırıcı borunun təzyiqi hərə-
kət edən qaz-maye qarışığına təsir etmir. Qazlift klapanının bağlanmasına
nəzarət ancaq boruarxasındakı sıxılmış qazın təzyiqi ( Pqaz ) ilə edilir, əgər
( Pqaz ) silfon kamerasındakı azotun təzyiqindən ( Pboru  PC ) aşağı düşərsə,
qazlift klapanı bağlanar.
Hesab edək ki, silfon kamerasındakı azotun təzyiqi hər üstdə yerləşən
qazlift klapanlarındakı silfon kamerasındakı təzyiqdən 0,1 MPa azalır. Quyu
lay təzyiqindən asılı olaraq maye ilə praktiki statik səviyyədə göstərildiyi ki-
mi doludur (şəkildə göstərildiyi kimi a, b, c, d variantları). Quyuda mayenin
səviyyəsinin azalması prosesi boruarxası fəzaya sıxılmış qaz (işçi agent) aç-
dıqdan və qazlift klapanı (1) açıldıqdan sonra başlayacaq. Yuxarı qazlift kla-
panı (1) boruarxası fəzaya qaz verilən kimi açılacaq, maye qaldırıcı borulara
daxil olacaq. İlkin etapda maye qaldırıcı borulara həm də aşağıdakı klapan-
lar vasitəsilə daxil olacaq, çünki aşağıdakı qazlift klapanlarının azotla doldu-
rulma təzyiqi yuxarıdakı klapanlardakı azot təzyiqindən aşağıdır.
Şəkildəki b variantında göstərildiyi kimi mayenin səviyyəsi 1 nömrəli
qazlift klapanından aşağı düşür. Qazlift klapanının (1) qoyulma dərinliyi elə
hesablanır ki, sıxılmış qaz (işçi agent) qazlift klapanının səviyyəsinə çatar-
kən boruarxasındakı sıxılmış qazın təzyiqi ( Pqaz ) ilə qaldırıcı borulardakı
təzyiq ( Pboru ) fərqi 0,3-0,4 MPa olduqda klapandan qaz keçməyə başlayır
və bu zaman qaldırıcı borulardakı maye qazla sıxışdırılır, quyu qaz-maye
qarışığı ilə işləməyə başlayır. Quyu işlədikcə qaldırıcı borularda və qazlift
klapanında (1) tədricən Pqaz düşür. Bunun nəticəsində boru arxasında maye-
nin də səviyyəsi azalır. Quyu işlədikcə qaldırıcı borulardakı təzyiq və qazlift
klapanındakı (1) təzyiq sabitləşir, mayenin müəyyən səviyyəsi qərarlaşır.
Qazlift klapanı (2) hesablama ilə elə yerləşdirilir ki, bir müddət boruarxsın-
dan verilən sıxılmış qazın təzyiqindən asılı olaraq hər iki qazlift klapanı (1,
2) paralel olaraq işləyir. Əgər quyuağzında qazın sərfi, boruarxasından qal-
dırıcı borulara verilən qazın (iki qazlift klapanı vasitəsilə) sərfindən az olar-
sa, boruarxasındakı sıxılmış qazın təzyiqi azalacaq. Boruarxasından verilən
sıxılmış qazın (işçi agentin) təzyiqi ( Pqaz ) 1 №-li qazlift klapanındakı silfon

63
kamerasındakı təzyiqlə ( PC ) bərabərləşən kimi qazlift klapanı (1) bağlana-
caq və sıxılmış qaz qaldırıcı borulara ancaq 2 №-li qazlift klapanı vasitəsilə
daxil olacaq (şəkildəki b variantı). Quyu işlədikcə mayenin səviyyəsi düşə-
cək və yuxarıdakı proses təkrarlanaraq 2-ci klapan bağlanmaqla 3-cü klapan
açılacaq.
Quyu daimi olaraq 3-cü klapan vasitəsilə (şəkildə d varinatı) işlədilə-
cək.
Quyularda qazlift klapanlarının endirilmə dərinliyi, sayı hesabat və
qrafik üsullarla müəyyən edilir.
Hesabat üsulunda qazlift kapanlarının qoyulma (buraxılma) dərinliyini
yuxarıdan aşağı hesablayırlar. Yuxarıdakı qazlift klapanının buraxılma də-
rinliyini müəyyən etmək üçün əsas faktor quyuda mayenin statik səviyyəsi-
nin dəqiqləşdirilməsidir.
Quyuda statik səviyyənin ən yuxarıda olması boruarxası fəzaya sıxıl-
mış qaz verdikdə qaz hələ qaldırıcı borunun daxilinə çatmamış quyunun ma-
ye ilə daşmasıdır. Ən kiçik həddi isə boruarxası fəzaya sıxılmış qaz verdik-
dən sonra yuxarı qazlift klapanı vasitəsilə qaldırıcı borulara daxil olan qazın
buradakı mayeni quyuağzına qədər qaldıra bilmədiyi həddir.
Başlanğıcda quyuda sıxlığı – ρ m olan mayenin boruarxasındakı səviy-
yə – Lst statik səviyyə olur. Boruarxası fəzaya sıxılmış qaz (işçi agent) ve-
rildikdən sonra Pb.a – boruarxası fəzada mayenin səviyyəsi h – hündürlüyü
qədər aşağı düşür, qaldırıcı borularda işə l – hündürlüyünə qalxır (hesab edi-
lir ki, lay qəbul etmir).
Boruarxası fəzanın ( S b .a ) və qaldırıcı boruların ( S boru ) sahələrini bilərək
quyuda mayenin səviyyəsinin dəyişmə nisbətini aşağıdakı kimi ifadə etmək olar:

h  S ba
 h  R
l  S boru
l
Harada ki, R 
h

64
Şək.1.26 Quyuya boruarxası fəzadan sıxılmış qaz verilərək mayenin qaldırıcı
borulara sıxışdırılması sxemi

Yuxarıdakı düsturdan görünür ki, boruarxası fəzada mayenin yeni


səviyyəsinin təzyiqi qaldırıcı borulardakı mayenin statik səviyyəsi ilə
tarazlaşmalıdır, yəni

Pqaz  h  ρm  g  hR ρm g  Pqa (1.14)

buradan da,

Pqaz  Pqa
h (1.15)
ρ m g   R 

Pqa – quyu ağzındakı işçi təzyiq g – sərbəst düşmə təcili.


Quyuda qaldırıcı boruları o zaman “uzun” hesab edirlər ki, boruarxa-
sından qaldırıcı borulara daxil olan mayenin hündürlüyü – hR , statik hün-
dürlükdən – Lst az olsun, yəni Lst  hR . Bunu nəzərə alsaq, aşağıdakı bəra-
bərsizlik alınar:

65
Pqaz  Pqa
Lst 
  
ρm g   
 R 

Bu hal üçün quyuda qaldırıcı borularla buraxılacaq yuxarıdakı qazlift


klapanının buraxılma dərinliyi aşağıdakı kimi tapılır:

Pqaz  Pqa
L  Lst  h    Lst    (1.16)
ρ m g   R 

Sıxılmış qazın boruarxası fəzadan qaldırıcı borulara verilməsi zamanı


təzyiqlər fərqi yaratmaq üçün 1-ci qazlift klapanının buraxılma dərinliyi
L  10 m az götürülür.
Statik tarazlaşma təzyiqinin olması üçün isə boruarxasındakı maye
səviyyəsi daha 10 m aşağı salınır, buna görə də qaldırıcı borularda mayenin
səviyyəsi R qədər qalxır. Onda ilkin dövrdə təzyiq düşküsü belə olur:

ΔP    R ρ m g (1.17)

Əgər qaldırıcı borular “qısa” olarsa və ya quyudakı mayenin statik


səviyyəsinin yerini dəqiq müəyyən etmək mümkündürsə, onda yuxarıdakı
qazlift klapanının endirilmə dərinliyi aşağıdakı kimi tapılır:

Pqaz  ΔPklap  Pqa


L  (1.18)
ρm g

Qrafik üsul – mədən şəraitində qazlift klapanlarının ardıcıllıqla hansı


dərinliyə endirilməsini müəyyən etmək üçün ən çox istifadə edilən üsul qra-
fik üsuldur.
Düzbucaqlı koordinat sistemində təzyiqi P , quyunun dərinliyini L
götürərək aşağıdakı 1.27 şəkildə verilmiş xətləri qururlar:
1) I – qazlift prosesinin işlədiyi vaxtda nasos-kompressor borularında
onların uzunluğu boyu təzyiqin dəyişməsini xarakterizə edən xətt, onun baş-
lanğıcı – Lo    P  Pq.a. – quyuağzı təzyiqə bərabərdir, bu təzyiq 1 MPa-
dan böyük olmur.
2) ІІ – quyudakı dərinlikdən asılı olaraq, boruarxası fəzadakı qaz sütu-
nunun statik təzyiqinin dəyişməsini xarakterizə edən xətdir, bu xətt həlqəvi

66
fəzadakı işçi təzyiqə ( Ph . f ) müvafiq olaraq Ph . f və Lo   nöqtəsindən çə-
kilir.
3) III – hidrostatik təzyiqin, quyunun dərinliyindən asılı olaraq dəyiş-
məsini xarakterizə edən xətdir, bu xəttin başlanğıcı Lstatik  P   (statik sə-
viyyə) nöqtəsində olur. Pb.a .st . – quyudakı qazsız mayenin məlum sıxlığı əsa-
sında qurulur.
4) ІV/1- L   və P  Pq.a nöqtəsindən III- düz xəttə paralel olaraq
ІV/1 düz xətti çəkilir. ІV/1 və ІІ düz xətlərinin kəsişmə nöqtəsində boruar-
xası fəzada qazın təzyiqi quyuağzındakı təzyiq – Pq .a olduqda, qaldırıcı bo-
rulardakı mayenin təzyiqinə bərabər olur. Əgər göstərilən düz xətləri (ІV/1
və ІІ) kəsişmə nöqtəsindən qəbul olunmuş məsafədən yuxarıda 0,34 MPa-
təzyiqində ІІ xəttə paralel kiçik düz xətt çəksək, onda bu düz xəttin ІV/1 xət-
ti ilə kəsişmə nöqtəsi-1 ilə yuxarıdakı klapanın qoyulacağı L dərinliyi mü-
əyyən edilir. ΔP  ,MPa təzyiq düşküsü ona görə lazımdır ki, qazlift
klapanı maye ilə bağlanmamış oradan qaz keçsin.
5) ІV/2 – mayenin qaldırıcı borularda fasiləsiz qalxması zamanı, birin-
ci klapanın yerləşdiyi dərinlikdə – Pq.b. təzyiqi qərarlaşır. ( Pq.b. , L ) – nöq-
təsindən III düz xəttə paralel ІV/2 xəttini çəkək. ІV/2 xətti ilə ІІ düz xəttin
kəsişmə nöqtəsində təzyiq – Ph. f . -yə bərabər olacaq.
Daha sonra ІІ düz xəttə paralel olaraq 0,1 MPa və (0,34+ 0,1) MPa
məsafələrində iki qısa xətt çəkək. Təzyiqin 0,1 MPa-a qədər birinci dəfə
azaldılmasının məqsədi 1-ci klapanın 0,1 MPa-dan aşağıda 2-ci klapanın
açıldığı təzyiqin müəyyən edilməsidir. Təzyiqin 0,44 MPa-a qədər azaldığı-
nı müəyyən edən qoruyucu kəmərin uzunluğu boyunca təzyiqin düşmə xətti
2 nöqtəsində ІV/2 xətti ilə kəsişir və onun ordinatı – L 2-ci klapanın yer-
ləşmə dərinliyini müəyyən edir.
6) Qalan klapanların buraxılma dərinliyinin müəyyən edilməsi üçün 2-
ci klapana nisbətən təzyiqi qoruyucu kəmərdə hər növbəti qoyulacaq klapan
üçün 0,1 MPa aşağı salmaq lazımdır.
7) Sonuncu qazlift klapanı istisna olmaqla, bütün klapanlar üçün ma-
yenin səviyyəsinin düşməsi zamanı qaldırıcı borulardakı maksimal təzyiqi
müəyyən etmək məqsədilə 2, 3, 4 – nöqtələrini və növbəti aşağıdakı klapa-
nın nöqtəsini ( P  Pq.a  L   ) – nöqtəsi ilə birləşdirən düz xətt çəkilməli-
dir. Pq.b. m ax – maksimal təzyiqi onların xətlərinin nəzərdən keçirilən klapanın
qoyulma nöqtələrindən çəkilən horizontal düz xətlərlə kəsişmə nöqtəsində
müəyyən edilir.

67
Məsələn, qaldırıcı borularda birinci klapanın qoyulduğu səviyyədə
maksimal təzyiqi ( Pq.b. m ax ) müəyyən etmək üçün Pq .a – nöqtəsini 2 nöqtəsi
ilə birləşdirən düz xətt çəkək. Bu düz xəttin birinci klapanın qoyulduğu də-
rinliyə – L uyğun nöqtəsində çəkilən horizontal xətt ilə kəsişmə nöqtəsin-
də, Pq.b. m ax müəyyən edilir.

Şək. 1.27 Fasiləsiz qazliftdə qazlift klapanlarının yerləşmə sxemi

68
Məsələ İstismar quyusunun fasiləsiz qazlift istismar üsulu ilə işini
maksimal işçi təzyiq 8 MPa və quyuya verilən qazın sərfi

Qqaz   m (11520 m3/gün) olduqda, quyudakı maye səviyyəsini 200
deq
metrədək aşağı endirmək üçün qazlift klapanlarının qaldırıcı borularla quyu-
ya endirilərək, yerləşdirilmə dərinliyinin müəyyən edilməsi.
İstismar quyusu barədə məlumatlar quyunun dərinliyi –
Lquyu  m  qaldırıcı boruların diametri – d q.b  mm  statik quyudibi
təzyiqi – Pq.d .st  ,MPa  quyunun maye üzrə gözlənilən hasilatı –

q m   m  quyunun işçi quyuağzı təzyiqi – 0,3MPa  quyunun işçi
gün
həlqəvi təzyiqi – Ph. f .işşç  ,MPa  mayenin (neftin) sıxlığı (quyuda) –

ρ n   kq  qazın molyar kütləsi – M qaz   kq  yer səthində or-


sm  mol
ta illik temperatur – To  C  quyunun dibindəki temperatur-
t q.d .  C . Lay qazı yoxdur.
Məsələnin həlli 1) İstismar quyusuna verilən yüksək təzyiqli sıxılmış
qazın sərfinə və quyunun debitinə əsasən qaz faktorunu müəyyən edək

Qq  
Γ    m 
Qn  m


Qaz faktorunu Γ   m qəbul edək.
m
İstismar quyusunun verilmiş qaldırıcı borularının diametrinə və quyu-
nun debitinə əsasən, əyrilər qradiyentləri ailəsindən müvafiq olanda müəy-
yən edirik (şək.1.27).

69
Şək.1.28 Qazliftin fasiləsiz iş prosesində qaldırıcı nasos-kompressor borularının
uzunluğu boyu təzyiqin dəyişməsini xarakterizə edən əyrilər


Bu əyrilər silsiləsindən ( d  mm, q o  , m ) qaz faktoru
gün

Γ   m  -ə müvafiq olan əyrini seçirik və onu şək.1.28-dəki qrafikdə
m
qeyd edək, onu elə qeyd etmək lazımdır ki, onun başlanğıcı
( Pq.a  ,MPa  L   ) nöqtəsinə uyğun gəlsin. Bunun nəticəsində
şək.1.29-dakı qrafikdə І əyrisini alırıq, bu əyri qazliftin fasiləsiz iş prosesin-
də təzyiq qradiyentinin dəyişməsini xarakterizə edir.

70
Şək. 1.29 Aparılmış hesabat əsasında fasiləsiz qazliftlə işləyən quyuda qazlift
klapanlarının yerləşdirilməsinin sxemi

1.12. Çox dərin qaz və qaz-kondensat quyularının mənimsənilməsinin


xüsusiyyətləri

Lay təzyiqi yüksək olan quyularda boruarxası fəza I cərgə qaldırıcı lift
borularında endirilmiş quyu pakerləri vasitəsilə hermetikləşdirilir. Bunun
üçün böyük təzyiq düşküsünə hesablanmış quyu pakerlərindən və yüksək
hermetikliyə malik (50 MPa) nasos-kompressor borularından istifadə edilir
ki, onlar da yerli istehsal olmadığı üçün xaricdən alınır.
71
Xəzər dənizində ilk dəfə pakerləmə qurğularından lay təzyiqi yüksək
olan “Bahar” qaz-kondensat yatağında qazılmış quyularda istifadə edilib.
Bunun üçün istismar quyularında divarının qalınlığı 5,5 və 7 mm, diametri
73 və 114 mm olan nasos-kompressor boruları (I cərgə) və HRP-1; HRP-
1SP tipli “Kamko” firmasının, RH tipli “OtИС” firmasının və FP-1 tipli
“Beyker” firmasının hidravliki pakerləri endirilib istifadə edilmişdir.
Dənizin müxtəlif dərinliklərində yerləşən, yüksək lay təzyiqli dərin
qaz və qaz kondensat yataqlarındakı (Bahar, Bulla-dəniz, Sanqaçal-dəniz,
Duvannı-dəniz, Bulla adası və s.) istismar quyularında boruarxası fəzaların
pakerlənərək hermetikləşdirilməsi nəticəsində görülən işlərin effektivliyi,
təhlükəsizliyi, nəzərəçarpacaq dərəcədə yaxınlaşdırılmışdır, bu, istismar qu-
yularının təhlükəsiz mənimsənilməsi və istismarını təmin etmişdir.
Nümunə üçün dərin və yüksək lay təzyiqli “Bahar” qaz-kondensat ya-
tağındakı 11 №-li istismar quyusunda I cərgə nasos-kompressor boruları ilə
quyuya endirilmiş pakerin endirilmə texnika-texnologiyasına və quyunun
mənimsənilməsi prosesinə baxaq:
11 №li quyu aşağıdakı konstruksiyaya malikdir:
– İstiqamətləndirici – L  , m; φ  mm ;
– Konduktor – L   m; φ  ,mm ;
– Texniki kəmər – L   m; φ  ,mm
– İstismar kəməri – L   m; φ  xmm (keçirici – 2014 m,
sementin hündürlüyü – 1167 m).
Pakerin oturdulma yerində istismar kəmərinin borusunun divarının qa-
lınlığı 11 mm-dir.
İstismar kəməri 3980 m dərinliyə qədər uzunluğu 2 m, diametri 116
mm olan şablonla yoxlanılaraq tədqiq edilmişdir.
Quyudibi 4072 m-də vurulur, neytron-qamma karotajdan sonra PK-85
kumulyativ perforatoru ilə istismar kəmərində 4024-4062 m-də perforasiya
işləri, gil məhlulun xüsusi çəkisi (sıxlığı) 1450-1500 kq/m3 görülmüşdür.
Bundan sonra quyuya 3994 m I cərgə boruları endirilmişdir:
I cərgə N-80 markalı mm olan borular – 1700 m, d   mm-lik NK
borusu P-105 markalı poladdan – 2306 m endirilmişdir.
Beləliklə, cəmi I cərgə – 4006 m endirilir.
II cərgə – diametri 73 mm olan, E markalı poladdan olan borular –
1605 m dərinliyə endirilir. I cərgə boruları ilə birlikdə quyuya xarici diamet-
ri 114 mm, daxili diametri 50 mm olan, “Kamko” firmasının istehsal etdiyi
HRP-1SP tipli pakerdə endirilir, bu pakerdən aşağı isə kəsilən tıxac (“srez-
naya probka”) endirilir. Bu kəsilən tıxacın üstündə əks klapan üçün nippel
qoyulur. 2986 m dərinliyə I cərgə NK boruları ilə sürüşən gilizli dövretmə

72
klapanı (“sirkulyasionnıy klapan skolzyaşey gilzi”) endirilir, onun daxili
diametri 49 mm təşkil edir.
Nasos-kompressor boruları quyuya endirilməzdən qabaq stenddə her-
metikliyə yoxlanılmışdır, bu zaman boruların yivləri qrafit əsaslı sürtgü yağı
ilə yağlanmış və ftoroplastlı plyonka FUM ilə örtülmüşdür.
Hidravliki pakeri yerində oturtmaq və açmaq üçün quyuya (I cərgənin
daxilindən) kürəcik atılır, kürəciyi kəsilən tıxacın üstündə oturtduqdan sonra
yuyucu mayenin (dəniz suyunun) təzyiqini artırmaqla pakerdəki ştiftlər kəsi-
lir və pakerin rezin hissəsi açılaraq istismar kəmərinə yapışır və beləliklə,
boruarxası fəza ilə quyunun süzgəc hissəsinin əlaqəsi tam kəsilir. Ehtiyac
yarandıqda paker iki üsulla azad edilir: əlavə yük altında nasos-kompressor
borularını bütövlükdə 16 dövrə sağa fırlamaqla pakerin oturdulması və açıl-
ması zamanı quyu dəniz suyu ilə dolu olmalıdır. Buna görə gil məhlulunu
quyudan çıxarmadan öncə NK borularının daxili həcmi və boruarxası fəza-
nın həcminin hesablanması lazımdır.
Quyunun müvəffəqiyyətlə mənimsənilməsi və istismarı üçün quyuda-
kı işçi mayenin və gil məhlulunun parametrlərini düz təyin etmək vacibdir.
Bundan ötrü 11 №-li quyu üçün geoloji-istismar məlumatları əssasında gil
məhlulunun sıxlığı 1450 kq/m3 müəyyən edilmişdir. Quyuağzı xaçvarı tipli
4AEK-50-700 fontan armaturası ilə yığılaraq hermetikləşdirilmişdir. Fontan
armaturasının siyirtmələrinin işçi təzyiqi (Pişçi) 70 MPa (700 atm) və daxili
diametrinin ölçüsü 52 mm olur.
Quyunun atqı xətlərinin manifold sistemi quyuağzı təzyiqinin pillə-
pillə salınması və nəzarət-ölçü cihazlarının yerləşdirilməsi üçün standart
fontan armaturasının elementlərindən istifadə edilərək yığılır. Atqı xətlərinin
işinin təhlükəsizliyini təmin etmək məqsədilə xətlərin üzərinə 3 MPa təzyiq-
li qoruyucu klapanlar (“predoxranitelnıye klapanı”) qoyulur. Ümumiyyətlə,
yüksək təzyiqli qaz, qaz-kondensat yataqlarındakı istismar quyularının atqı
xətləri zavod şəraitində hazırlanmış elementlərdən, yiv birləşmələrindən isti-
fadə etməklə qaynaq birləşmələrindən isə istifadə etməməklə yığılmalıdır.
Fontan armaturası və onun işçi manifoldu 30 MPa təzyiqdə hidravliki
sınaqla yoxlanılmalıdır. Quyunun atqı xəttinə qoşulan hidrat yaranmasına
qarşı inhibitorun (mtanolun) vurulması üçün ND-35 tipli 4 ədəd dozator na-
sosunun birləşdirici kommunikasiyalı 25 MPa təzyiqə yoxlanılmalıdır.
“Bahar” qaz-kondensat yatağındakı 11 №-li quyu aşağıdakı qayda və
ardıcıllıqla mənimsənilmişdir. Quyunun mərkəzinə (qaldırıcı borulara) və
boruarxası fəzaya 400 atm iki ədəd nasos aqreqatı (ЦА-400) birləşdirilmiş-
dir. Dəniz şəraitində nasos aqreqatlarının vasitəsilə quyudakı gil məhlulu
dəniz suyu ilə əvəzlənmişdir. Quyudakı gil məhlulu quyudan hiss-hissə çı-
xarılmışdır.

73
Quyuda hidravliki paker olduğu üçün quyudakı gil məhlulunun su ilə
əvəzlənməsi prosesi zamanı aşağıdakı şərtlərə mütləq əməl edilməlidir:
– eroziyadan qaçmaq üçün (pakerin daxili səthinin yeyilməməsi) pa-
kerin daxili vasitəsilə quyudan çıxarılan gil məhlulunun həcmi minimum
həddə olmalıdır;
– paker açılmamışdan qabaq laydan quyuya vaxtından əvvəl hərəkətin
yaranmaması üçün laya əks təzyiqin yaradılması;
– quyu daxilindəki gil məhlulunun su ilə əvəzlənmə prosesinin maksi-
mum sürətlə qısa zamanda dəyişdirilməsi.
Yuxarıdakı birinci şərtə əməl edilməsi üçün əvvəlcə mərkəzə (qaldırı-
cı boruların daxilinə) qoşulmuş nasos aqreqatı vasitəsilə gilli məhlul həlqəvi
fəzadan, sonra isə boruarxası fəzadan çıxarılmalıdır.
Quyuda gil məhlulunun su ilə əvəzlənməsi prosesi zamanı su qaldırıcı
boruların başmağına (sonuna) yaxınlaşdıqca quyudibi təzyiqinin tədricən
düşməsi baş verir. Bunun qarşısının alınması və ikinci şərtə əməl edilməsi
üçün boruarxası fəzanın çıxışına ştutser qoyulmalıdır və yuma mayesini vu-
ran nasos aqreqatının sürəti artırılmalıdır.
Beləliklə, vaxtından əvvəl laydan quyuya lay məhsulunun gəlməməsi
üçün quyudibinə düşən əks təzyiq quyuağzındakı izafi təzyiqin artması he-
sabına saxlanılaraq quyudakı gil məhlulu tam su ilə əvəzlənir. Bu proses za-
manı quyuya vurulan suyun həcminə, nasos aqreqatlarında təzyiqə gil məh-
lulunun quyudan tam çıxarılmasına ciddi nəzarət edilməlidir.
Quyudakı gil məhlulu su ilə tam əvəzləndikdən sonra da laydan quyu-
ya axın müşahidə edilmədi. Quyu ağzındakı fontan armaturasının bufer si-
yirtməsini açaraq nasos-kompressor borularının daxilinə diametri 32 mm
olan polad kürəcik (şar) atılır. Kürəciyin boruların içərisi ilə enməsi zamanı
15 dəqiqə ərzində quyunun daxilinə nasos aqreqatın vasitəsilə birinci sürətlə
su vuruldu. Kürəcik pakerdən aşağıdakı kəsici tıxac (“sreznoy probka”) üzə-
rində 27 dəqiqədən sonra oturdu.
Boru daxilindəki suyun təzyiqini 18 MPa qədər qaldıraraq paker açılır,
sonra təzyiqi 24,6 MPa qədər qaldıraraq kəsici tıxac kəsilir və kürəcik quyu-
nun dibində qalır. Pakerin açılmasına nəzarət etmək üçün nasos aqreqatın-
dan manifolda gələn xəttin üzərində saat mexanizmli özüyazan qeydedici
manometr qoyulmuşdur.
Quyuağzı təzyiqini atmosfer təzyiqinə qədər saldıqdan 30 dəqiqə son-
ra quyudan maye gəlməyə başlamışdır, 1,5 saatdan sonra isə quyu aşağıdakı
quyuağzı parametrlərlə fontan vurmağa başlamışdır:
Pqa   MPa; PH . f   MPa; Pba   MPa; d şt   mm.
Quyu bir gün işlədikdən sonra ştutserin diametri 26 mm-dək artırıl-
mışdır və bu zaman quyunun parametrləri aşağıdakı kimi olmuşdur:

74
Pqa  , MPa; PH . f  , MPa; Pba   MPa;
 
Qqaz  m / gün ; Qkonden  m / gün .
Burada qeyd etmək lazımdır ki, boruarxası fəzada təzyiqin 0-a bərabər
olması pakerin hermetikliyinə dəlalət edir.
Yuxarıda yazılan üsulla Xəzər dənizindəki yüksəktəzyiqli “Bahar”,
“Bulla-dəniz” və s. qaz, qaz-kondensat yataqlarında qazılmış quyular mü-
vəffəqiyyətlə mənimsənilərək istismara daxil edilmişlər.
Sonralar bu üsul daha da təkmilləşdirilmiş müasir texnika-texnologi-
yadan istifadə etməklə yüksək lay təzyiqi gözlənilən qaz, qaz-kondensat qu-
yularının daha təhlükəsiz mənimsənilərək istismarını təmin etmək üçün hid-
ravliki paker ilə bərabər quyulara quyuağzından 200 m dərinlikdə nasos-
kompressor boruları ilə kəsici-klapanlar da endirilmişdir. Bu da öz növbə-
sində quyuların atqı xətlərində, texnoloji proseslərdə hər hansı gözlənilməz
hadisə (qəza, yanğın, partlayış, açıq fontan və s.) baş verərsə, müdaxilə ol-
madan quyunun avtomatik bağlanmasına səbəb olur, həm də dənizin və ətraf
mühitin çirklənməsinin qarşısı alınır.

1.13. Hidravliki paker buraxılmış yüksək lay təzyiqli dərin neft,


qaz və qaz-kondensat quyularının istismarı zamanı yaranan
mürəkkəbləşmələr və onların aradan qaldırılması yolları

Xəzər dənizində yerləşən “Bahar”, “Bulla-dəniz”, “Səngəçal-dəniz-


Duvannı-dəniz-Bulla-adası” və s. qaz, qaz-kondensat yataqlarının işlənilmə-
si zamanı 1975-1995-ci illər arası dövr üçün istismar edilən yüksək təzyiqli
50-dən çox quyuya paker buraxılmışdır. Bu quyulara nəzarət edilərkən mü-
əyyənləşdirilmişdir ki, quyuların (1-3,5 il) istismar edilməsindən sonra bo-
ruarxası fəzanın hermetikliyi pozulmuşdur. Bunun səbəbinin araşdırılıb ta-
pılması üçün bütün istismar quyularının boruarxası fəzasının təzyiqinin za-
mandan asılı olaraq necə dəyişməsi analiz edilmişdir. Bu məqsəd üçün təb-
qiq edilən quyular iki qrupa ayrılmışdır:
– boruarxasında təzyiq olmayan quyular;
– boruarxasında təzyiq olan quyular.
Birinci qrup quyularda istismar kəməri boruarxası fəzadan
Pba  ,  MPa sınaq təzyiqinə yoxlandıqdan sonra boruarxası fəzadakı
təzyiq müəyyən müddət (10-90 gün) ərzində 0-a qədər düşmüşdür. Ancaq
bir çox quyularda Pba təzyiq o vaxta qədər qalmışdır ki, quyu istismara bu-
raxıldıqdan sonra həlqəvi fəzadakı təzyiq – PH . f    MPa aşağı düşmə-

75
sin. Bəzi hallarda boruarxası fəzadakı təzyiqi – Pba süni surətdə həlqəvari
fəzadan quyu məhsulunun götürülməsinin (çıxarılmasının) artırılması hesa-
bına aşağı salırdılar. Həlqavari fəzadakı təzyiq – PH . f  MPa -a qədər
aşağı salındıqdan sonra boruarxası fəzadakı təzyiq Pba   -a qədər düşürdü.
Əgər Pba   -a bərabər deyilsə, ancaq 0 həlqəvari fəzadakı təzyiqdən – PH . f
aşağıdırsa, bu o deməkdir ki, nasos-kompressor borularının yivlərindən qaz
sızır və bu quyu məhsulunun boruarxası fəzaya keçməsinə səbəb olur.
Məsələn, “Bahar” qaz-kondensat yatağındakı birinci qrupa aid quyula-
ra pakerlər endirilərkən oradakı lay təzyiqi – Play ilkin lay təzyiqinə nisbətən
10-12% aşağı düşmüşdür (yatağın yeni işlənməsi zamanı isə lay təzyiqi 5-
7% hidrostatik təzyiqindən çox olmuşdur). Birinci qrup quyulara aid yataq-
lardakı quyular isə nisbətən az məhsuldarlığı və aşağı təzyiqli olmaları ilə
xarakterizə edilir. Bu quyuların boruarxası fəzasındakı təzyiq ( Pba ) istisma-
rın başlanğıcında və hazırkı dövrdə 0-a bərabər olur ki, bu da quyulardakı
pakerlərin hermetikliyinə dəlalət edir.
İkinci qrup quyular (boruarxası fəzasında təzyiq olan) iki qrupa ayrılır:
1) Boruarxası fəzasındakı təzyiqi – Pba həlqəvari fəzadakı təzyiqdən
PH . f çox olan quyular, yəni Pba  PH . f ;
2) Boruarxası fəzasındakı təzyiqi – Pba həlqəvari fəzadakı təzyiqdən-
PH . f kiçik olan quyular, yəni Pba  PH . f .
Quyuların Pba  PH . f olarsa, istismarının başlanğıc dövründə, yəni 1-
3,5 il boruarxası fəzadakı təzyiq – Pba həlqəvari fəzadakı təzyiqdən böyük
olmur. Bu zaman “Bahar” yatağındakı quyularda PH . f  ,  , MPa ,
Pba  ,  ,MPa , “Bulla-dəniz” və “Duvannı-dəniz” yataqlarındakı qu-
yularda isə MPa olmuşdur, istismar quyularının boruarxası fəzasının herme-
tikliyi qısa müddətdə (bir gün) kəskin pozulmuş, boruarxası fəzada təzyiq
( Pba ) kəskin qalxmışdır.
Əvvəl elə hesab edilirdi ki, boruarxası fəza ilə borudaxilinin əlaqəsi
qaldırıcı boruların aşağı hissəsində, hətta pakerin hermetikliyinin pozulması
səbəbindən baş verir, lakin sonrakı təhlil və analiz nəticəsində bu təsdiqini
tapmadı.
“HRP-1” tipli hidravliki paker oturdulub açılan zaman ştiftlərin sayın-
dan asılı olaraq 110-150 kN qüvvə tələb olunur (yuxarı istiqamətlənmiş).
Ona görə hesab edilirdi ki, quyuların istismar prosesi zamanı nasos-komp-
76
ressor borularında yaranan gərginlik hesabına yuxarı istiqamətlənmiş qüvvə-
lərin gücü ilə paker yerindən oynayaraq hermetikliyi pozulmuşdur. Lakin
sonradan aydınlaşdırılır ki, digər istismar quyularında quyuya endirilmiş,
“HRP-1-P” tipli pakerlər olan quyularda da (quyu №14 və 27) boruarxası
fəzanın hermetikliyi pozulmuşdur, hansı ki, bu tip pakerlərin hermetikliyi
ancaq fırlanma nəticəsində pozula bilər. Beləliklə, pakerin hermetikliyinin
nasos-kompressor borularında istismar prosesi zamanı yaranan gərginliklə-
rin və qüvvələrin hesabına baş verməsi ehtimalından vaz keçilmişdir. Dəqiq-
ləşdirilmişdir ki, boruarxası fəzanın hermetikliyinin pozulmasına səbəb na-
sos-kompressor borularının yiv birləşmələrinin qaz buraxması (sızması, her-
metik bağlanmaması) olmuşdur, buna səbəb isə istismar prosesi zamanı qal-
dırıcı boruların temperatur dəyişməsinə, titrəyişə, aqressiv mühitdə işlənmə-
sinə, boruların uzanmasına və s. məruz qalmasıdır.
“Bahar” qaz-kondensat yatağındakı 20 №-li istismar quyusu bir müd-
dət işlədikdən sonra onun da boruarxası fəzasında təzyiq yaranmış və quyu-
da fontanvurma dayanmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki,
quyunun I cərgə nasos-kompressor boruları mm ötürücünün 10 m aşağısın-
dan 73 mm NK boruları yiv hissədən qırılaraq quyuya uçmuşdur. Həmin ya-
taqda 22 №-li quyuda iki il istismardan sonra NK borularının nippel hissələ-
rinin qalınlığı 1-2 mm azalmışdır, quyu təmir edilərkən quyudan çıxarılan
dövretmə klapanının daxili elementləri yeyilmiş vəziyyətdə olmuşdur. 5 il
istismardan sonra 11 №li quyunun boruarxası fəzasının təzyiqi – Pba həqəva-
ri fəzanın təzyiqi – PH . f ilə bərabərləşmişdir, boruarxası fəzanın təzyiqinin
qalxdığı dövrdə quyuağzında stuserin korpusunun qarşısında 114 mm-k NK
borusunun metallik qırıntıları aşkar edilmişdir, bu da öz növbəsində quyuda-
kı NK borularının uzunmüddətli istismarı nəticəsində korroziyaya uğraması-
na dəlalət edir.
Beləliklə, I cərgə borularında paker endirilmiş quyuların işinin nəticə-
sinin yuxarıdakı təhlil və araşdırılması vasitəsilə aşağıdakılar müəyyən edil-
mişdir:
– Yüksəktəzyiqli qaz və qaz-kondensat quyularının boruarxası fəzası-
nın hermetikliyinin pozulmasına uzunmüddətli istismar prosesinin nəticəsin-
də nasos-kompressor borularının yiv hissələrində yaranan sızmalar səbəb ol-
muşdur;
– NKB-nın yiv hissədən sızmasına və sonradan boruların dağılmasına
səbəb boruların istismar prosesi zamanı qaz-maye qarışığının borular boyu
daim dəyişən temperatur mühitində işləməsi və qaz-maye qarışığının laydan

77
gələn mexaniki qarışıqla NKB-nın divarlarını korroziyaya (yeyilməyə) mə-
ruz qoymasıdır.
Beləliklə, müəyyən edilmiş yuxarıdakı səbəblər nəticəsində istismar
quyularında mürəkkəbləşmələrin gələcəkdə baş verməməsi məqsədilə quyu-
ların istismar müddətinin maksimum uzadılması üçün quyulara endirilən
NKB-rı xüsusi tip poladdan (N, P, Q və s.) hazırlanmış, yüksəkhermetikli
lentvarı yiv birləşmədən ibarət olmalı və onların mütəmadi (vaxtında) dəyiş-
dirilməsi təmin edilməlidir. Məqsədəuyğundur ki, bu boruların divarlarının
qalınlığı artırılmış (5,5 mm-dən çox) olsun və bu borular 70 MPa təzyiqə
davam gətirə bilən (məsələn, Batress, VAM tipli borular) yüksəkhermetikli-
yə malik, xaricdə istehsal edilmiş olsun. Bu tip borular xarici və daxili səthi
xüsusi örtüklə emal edilərək örtülür və səthdəki kələ-kötürlülük aradan qal-
dırılaraq səthdə sürüşkənlik artırılır.

1.14. İnjeksiya (vurucu) quyularının mənimsənilməsi

Vurucu (injeksiya) quyuların mənimsənilməsi prosesi zamanı ən


önəmli məsələ quyunun quyudibi zonasında məsaməli kanallarının çirklən-
mədən və kiçik hissəcikli qum dənələrindən təmizlənməsidir, hansılar ki, su-
yun vurulması zamanı layın məsamələrini tuta bilər. Adətən bunun üçün layı
müxtəlif üsullarla uzun müddət ərzində drenaj edirlər, bu zaman quyunu la-
ya vurulacaq su ilə təmizlənənədək yuyurlar. Vurucu quyularda neft quyula-
rında axının yaradılması zamanı tətbiq edilən üsullarla drenaj edirlər, yəni
porşenləmə, sıxılmış yüksək təzyiqli qazın (havanın) tətbiqi, mərkəzdənqaç-
ma elektrik dalma nasoslarının tətbiqi və sairə, hansılar ki, quyudan böyük
miqdarda maye çıxarma üsullarıdır.
Ümumiyyətlə isə vurucu quyuların drenaj edilməsini əsasən iki üsulla
aparırlar
1) Porşenləmə üsulu
2) Böyük depressiya yaratmaq məqsədi ilə quyudakı maye səviyyəsi-
nin aşağı salınması üsulu.
İkinci üsulu layların keçiriciliyinin artırılması üçün, hansılar ki, bərk
sementlənmiş qumdaşılardan və ya böyük sıxlığa malik əhəngdaşılarından
formalaşmışdır, tətbiq edirlər. İnjeksiya quyusuna nasos-kompressor borula-
rı ilə paker və quyudibi klapanı endirirlər. Bu zaman pakerin quyunun diva-
rına yaxşı oturdurulması üçün nasos-kompressor borularını quyudibində
oturanadək aşağı endirirlər. Bundan sonra boruların daxilindəki maye səviy-

78
yəsini porşenləmə ilə aşağı salırlar. Maye səviyyəsini aşağı saldıqdan sonra
nasos-kompressor borularını 80-90 sm yuxarı qaldırıb saxlayırlar. Borular
yuxarı qaldırılarkən quyudibi klapanı açılır və maye laydan böyük təzyiqlər
düşküsü ilə boruların daxilinə istiqamətlənərək oraya dolur. Mayenin səviy-
yəsi statik səviyyəyə yaxınlaşdıqda boruları təkrar aşağı endirilər, bu zaman
klapan bağlanır və paker açılaraq yerinə oturur. Bundan sonra bu prosesi
təkrarlayırlar. Əgər quyunun yanında kompressor aqreqatı varsa, onda quyu-
dakı maye səviyyəsini aşağı salmaq üçün quyuya sıxılmış hava da vurula bi-
lər. Belə üsulla maye səviyyəsinin aşağı salınaraq vurucu quyunun mənim-
sənilməsi, yəni layın qəbuletmə göstəricilərinin yaxşılaşdırılması adi por-
şenləmə üsulundan bir sıra üstünlüklərə malikdir. Laya ani olaraq yüksək
depressiyanın bu üsulla verilə bilinməsi, bu üsulun əsas üstünlüklərindən bi-
ridir, çünki ani olaraq laya verilmiş böyük depressiya laydan quyudibi zona-
ya və quyu dibinə mayenin yüksək sürətli hərəkətini yaradır. Bu sürət quyu-
dibi klapanının açılma anında adi porşenləmə ilə yaradılan depressiya nəti-
cəsində yaranmış mayenin hərəkət sürətindən on dəfələrlə böyük olur. Bu
zaman həm də mayenin çox böyük sürəti hesabına layın süzülmə səthi və
quyudibi zonadakı məsamələr daha yaxşı və intensiv təmizlənir.
Aparılmış praktiki təcrübələr göstərmişdir ki, bu üsulun tətbiqi əhə-
miyyətli dərəcədə layda quyudibi zonanın keçiriciliyini və vurucu (injeksi-
ya) quyunun məhsuldarlıq əmsalını yaxşılaşdırır.
Vurucu quyularda yüksək məhsuldarlığın əldə edilməsi eyni zamanda
quyudan çıxarılan maye ilə bərabər müxtəlif mexaniki hissəciklərin və qu-
mun quyu ilə çıxarılmasını təmin edir ki, bu da öz növbəsində vurucu quyu-
nun dibini və quyudibi zonanın yaxşı təmizlənməsinə gətirib çıxarır.
Vurucu quyuların drenaj edildiyi müddətdə maye ilə quyudan çıxarı-
lan mexaniki qarışıqların və qumun miqdarını daim nəzarətdə saxlamaq la-
zımdır. Quyudan maye ilə çıxarılan mexaniki qarışığın miqdarı 2 litr/san-
dən az olduqda quyu təmiz suya qədər yuyulmalıdır. Bu zaman yuma prose-
si yüksək intensivliklə (2000-2500 m3/gün) aparılmalıdır. Yuma prosesini
quyudan çıxan mayenin tərkibində mexaniki hissəciklərin miqdarı 1,0
mq/litr olduqda dayandırırlar və laya suyun vurulmasına başlayırlar. Bəzi
vurucu quyular, hətta belə uzunmüddətli drenajdan və yuyulma proseslərin-
dən sonra da yaxşı qəbul etmirlər. Bu onunla izah olunur ki, quyular yuyu-
lan zaman onların həlqəvi fəzasındakı boruların səthinin korroziyaya uğra-
ması nəticəsində korroziya məhsulları yaranır və onun proses zamanı quyu-
dan çıxarılması bəzi çətinliklərlə əlaqədar olur, bu korroziya məhsulları
sonra quyudibinə mayedə asılı vəziyyətdə qalaraq toplanırlar.

79
Bundan başqa, vurucu quyuların quyudibinin və quyudibi zonasını
müxtəlif çirkləndiricilərdən təmizləmək üçün (o cümlədən korroziya məh-
sullarından) quyunu xlorid turşusu ilə emal etmək lazımdır. Digər tərəfdən
quyunun fasiləsiz porşenlənməsi işləri aparılarkən verilən suyun tərkibinə
həlqəvi fəzadan antikorroziya qarışıqları əlavə etmək lazımdır. Vurucu qu-
yuların həlqəvi fəzasının lay ilə əlaqəsini kəsmək üçün pakerlərin də tətbiq
edilməsi mümkündür. Vurucu quyuya endirilmiş nasos-kompressor boruları
ilə paker həlqəvi fəzadan (boru arxası fəzadan) quyu dibinə su ilə keçə bilə-
cək korroziya məhsullarının qarşısını kəsir, beləliklə, porşenləmə zamanı la-
ya veriləcək depressiyanın artırılmasına şərait yaranır və paker laya suyun
vurulması prosesi zamanı istismar kəmərinin uzun müddət ərzində yüksək
təzyiq altında qalmaqdan onu mühafizə edir.
Bəzi hallarda isə vurucu quyuların yaxşı qəbul etməsinə səbəb layı
təşkil edən süxurların keçiriciliyinin aşağı və ya layda çox sayda gilli araqat-
larının olmasıdır. Belə vurucu quyuların qəbul etməsini, quyunun quyudibi
zonasının keçiriciliyini artırmaq üçün müxtəlif tədbirlər tətbiq edirlər, məsə-
lən,quyudibi zonanın xlorid turşusu, gilli turşu məhlulu, termoturşu ilə işlə-
nilməsi, eyni zamanda layların torpedlənməsi və hidravliki yarılması istifadə
edilir.
Neft yataqlarının işlənilməsi prosesində yatağın neftli sahəsində kon-
turdaxili sulaşdırma sistemləri də tətbiq edilir. Belə yataqlarda layın neftli
sahəsində yerləşdirilmiş vurucu (injeksiya) quyuların mənimsənilməsi pro-
sesinin bəzi xüsusiyyətləri var. Sahəsi çox böyük olan neftli layları vurucu
quyuların cərgələri ilə ayrı-ayrı bloklara və sahələrə ayırırlar, hansıları ki,
sərbəst neft yataqları kimi işlədirlər.
Belə ayırıcı cərgələrdə yerləşdirilmiş vurucu quyuları əvvəlcə uzun
müddət neft quyuları kimi, mümkün olan maksimum debitlə və fontan üsulu
ilə istismar edirlər. Lay təzyiqi aşağı düşməyə başladıqda və mümkün olan
minimal həddə çatdıqdan sonra bu sahədə yerləşən istismar quyularının bir
hissəsinin təyinatını dəyişərək laya su vurulması prosesinə başlamaq üçün
vurucu quyulara çevirirlər. Neft layını bloklara və sahələrə ayıran bu quyu-
ları növbələşmə əsasında, yəni bir neft quyusu, sonra isə bir vurucu quyu
prinsipi ilə seçirlər. Beləki, laydan işləyən istismar quyuları ilə neftin çıxa-
rılmasının intensivləşdirilməsi (sürətli neft hasilatı) zamanı məhsuldar layı
sahələrə ayıran cərgələrdə lay təzyiqi sürətlə aşağı düşməyə başlayacaq ki,
bu da hər neft quyusundan bir vurucu quyuya çevrilmiş quyularla yüksək
təzyiqli su vurulması prosesi zamanı məhsuldar laya vurulan su nefti layda
təzyiqin az olduğu (müqavimətin az olduğu) xətt üzrə bu cərgədəki istismar

80
quyularına doğru sıxışdıracaq. Bu neft quyuları vurucu quyulara yaxın yer-
ləşdiyi üçün onlar daha yüksək debitlərlə və fontan üsulu ilə işləməyə da-
vam edəcəklər. Bu neft quyuları sulaşdıqdan sonra onları da vurucu quyula-
ra çevirirlər.
Layların neftlilik konturunun daxilində yerləşdirilmiş vurucu quyula-
rın mənimsənilməsindən, su vurmaq üçün isə buraxılmasından əvvəl bəzi
tədbirlərin görülməsi vacibdir, hasılar ki, quyunun quyudibi zonasındakı
neftin özlülüyünü maksimum aşağı salır, layın məsamələrində olan ağır kar-
bohidrogenlərin (parafin, qətran və s.) çökməsinin qarşısını alır və beləliklə,
quyudibi zonada süzülmə səthinin çirklənməsinə yol vermir.
Layların neftli konturunun daxilində yerləşdirilmiş vurucu quyuların
mənimsənilməsinin başlanğıc dövründə laylara qaynar suyun vurulması da-
ha məqsədəuyğun hesab olunur. Hesablamalar göstərir ki, vurucu quyuların
quyudibi zonasında 65-75°C temperatur əldə etmək üçün suyu quyuağzında
100°C-dək qızdırdıqdan sonra onu vurucu quyuya saatda 20-30 m3 olmaq
şərti ilə 2-5 gün müddət ərzində vurmaq lazımdır.
Bəzi hallarda isə neft yataqlarına su vurmamışdan öncə vurucu quyu-
ların quyudibi zonalarını 70-80°C temperatura malik isti neftlə işləmək la-
zımdır. Bunun üçün quyuya vurulacaq neft səyyar buxar aqreqatları ilə mü-
vafiq temperaturadək qızdırılır və yuyucu nasos aqreqatları ilə quyuya vuru-
lur. Quyunu 2-3 saat isti (qaynar) neftlə yuduqdan sonra quyunun boruarxası
fəzası bağlanılır, quyudakı qaynar neftin arxasınca quyuya yüksək təzyiq ilə
soyuq su vurulur və boruların daxilindəki qaynar neft su ilə laya sıxışdırılır.
Bu zaman başlanğıcda vurulan soyuq su borulardan keçərkən quyunun boru
arxasındakı fəzadakı qaynar neftlə qızır və quyudibinə yüksək temperaturla
çatacaq quyudibi zonaya daxil olur. Laya daxil olmuş isti su oradakı nefti
daha asanlıqla sıxışdırır.
Məhsuldar layların neftli zonalarında yerləşdirilmiş vurucu quyuların
daha böyük müvəffəqiyyətlə mənimsənilməsi üçün digər üsullar da tətbiq
edilir, yəni quyuların mənimsənilməsi prosesində olduğu kimi, vurucu qu-
yularda da drenaj, hidravliki yarılma, quyudibi zonanın müxtəlif turşularla
işlənilməsi, torpedləmə və s.

81
FƏSİL IІ.

QAZ-MAYE QARIŞIĞININ QALDIRICI BORULARDA


QALXMASININ NƏZƏRİ ƏSASLARI

2.1. Quyuda enerji balansı

Qaz və mayenin məhsuldar laydan quyulara doğru axmasını (süzül-


məsini) lay təzyiqi ilə ( Play ) quyudibi təzyiqi ( Pqd ) arasındakı fərq şərt-
ləndirir. İstismar quyusunun dibindən maye və qazın yer səthinə (quyu
ağzına) qaldırılması quyuların istismar prosesinin əsasını təşkil edir. Bu
proses məhsuldar layların təbii enerjisi hesabına ( W t .e ) qaz və mayenin
quyu dibinə axınını və qaldırıcı nasos-kompressor boruları vasitəsilə yer
səthinə qaldırılmasını təmin edir, eyni zamanda bu enerji kifayət etmə-
dikdə istismar quyusuna çatışmayan enerji kənardan verilir. Yer səthinə
qaldırılmış qaz-maye qarışığı xüsusi quyuağzı avadanlıqdan keçərək se-
paratorlara və ölçü qurğularına verildikdən sonra mədəndaxili boru kə-
mərlərinə ötürülür.
Yuxarıda göstərilənlərin əsasında aşağıdakı enerji balansını tərtib et-
mək olar

W  W  W  Wt .e  Wk .e (2.1)

burada, W – qaz-maye qarışığının quyu dibindən quyuağzına qədər qaldı-


rılmasına sərf olunan enerjidir
W – qaz-maye qarışığının quyuağzı avadanlıqdan keçməsinə sərf olu-
nan enerjidir
W t .e – məhsuldar layın təbii enerjisidir
Wk .e – lay məhsulunun quyuağzına qədər qaldırılması üçün kənardan
verilən enerjidir.
Əgər qaz-maye qarışığının quyu dibindən quyuağzına qədər qaldırıl-
ması ancaq təbii lay enerjisi hesabına təmin edilirsə (yəni Wk .e   ), onda
bu istismar üsuluna fontan istismar üsulu deyilir, yox əgər bu enerji qaz-ma-
ye qarışığını quyuağzına qaldırmağa imkan vermirsə və bunun üçün quyuya
kənardan enerji verilirsə (yəni Wk .e   ), onda bu istismar üsullarına mexa-
niki istismar üsulu deyilir. Qeyd etmək lazımdır ki, istismar quyularının bö-
yük əksəriyyəti mexaniki üsullarla istismar edilir.

82

You might also like