You are on page 1of 18

7- ci Fəsil

BORU KƏMƏRLƏRİ İLƏ NEFTLƏ QAZIN BİRGƏ


NƏQLİ

Məlumdur ki, lay şəraitində neftlərdə, xeyli miqdarda yüngül


karbohidrogenlər olur. Həmin neftləri yer səthinə çıxardıqda təzyiqin azalması
nəticəsində yüngül karbohidrogenlərin çox hissəsi neftdən ayrılaraq qaz
fazasına keçir və bu qazlar səmt qazlar adlanır. Neft yataqları istismara
başlanılan andan həmin səmt qazlarının yığılması, utilizasiyası problemlərlə
bağlı olmuş və külli miqdarda qaz hər il məşəllərdə faydasız olaraq
yandırılmışdır. Çox təəsüflər olsun ki ki, bu proses hələ indi də bəzi hallarda
davam edir. Qeyd etmək lazımdır ki, belə bir niyyətin baş verməsi neft
qazından istifadə olunmasının texnologiyası ilə bağlıdır (böyük ərazilərdə
yerləşən kiçik və böyük yataqlardan yığımın vacibliyi, qaz emalı zavodlarının
və qazın qurudulması üzrə qurğuların tikilməsi, qazın tələbatçılara
çatdırılması üçün qaz kəmərlərinin tikilməsi və s.). Ona görə də neft
yataqlarının işlənməsi zamanı səmt qazlarının resurslarından tam istifadə
etmək üçün xeyli material-texniki vəsaitlər və kapital qoyuluşları ilə yanaşı,
həmin yataqların qısa müddətə mənimsənilməsinə də nail olmaq lazımdır.
Prakiki olaraq, buna bir çox illər lazım olur.
Heç bir yataq yığım və neftin mədəndən xaricə nəqli sistemi olmadan işə
salınmadığı üçün neft qazının itkiləri ilə mübarizə istiqamətlərindən biri səmt
qazının neftlə birgə nəqli hesab edilir.

- 426 -
7.1. Neftin və qazın birgə nəqlinin üsulları

Neft-qaz qarışığı boru kəməri ilə iki fazalı və bir fazalı, yəni qazın
hamısının neftdə həl olmuş vəziyyətdə nəql oluna bilər.

7.1.1. Neft və qazın ikifazalı nəqli

Neft və qazın boru kəməri ilə birgə nəqli bir fazalı mühitin hərəkətinə
nisbətən xeyli mürəkkəbdir. Belə ki, bu zaman müxtəlif struktur formaya
malik olan iki fazalı axınlar mövcud olur. Bu cür axınlar bir qayda olaraq
sistemdə təzyiqin doyma təzyiqindən aşağı düşməsi nəticəsində, qaz fazasının
maye fazasından ayrılması zamanı baş verir. Neftin və qazın iki fazalı
vəziyyətdə nəql olunması texnologiyası quyu məhsullarının birgə yığılmasının
hermetik sistemlərində tətbiq olunur. Məsələn, Xəzər dənizinin Azərbaycan
sektorunda istismar olunan neft yataqlarının işlənilməsi zamanı sualtı dəniz
boru kəmərləri şəbəkəsinin vasitəsi ilə quyu məhsullarının (neftin, qazın)
birgə yığılması hazırlanması və nəqlinin həyata keçirilməsi halları mövcud
olmuş və həmin boru xətlərində təzyiq doyma təzyiqindən aşağı olduğu üçün
iki fazalı axınlar geniş yayılmış və müşahidə olunmuşdur.
Qeyd etmək lazımdır ki, tətbiq olunan, bu cür yığım sistemlərinin bir
sıra üstün cəhətləri vardır. Belə ki, bu sistemlər lay enerjisindən rasional
olaraq istifadə etməyə, karbohidrogen itkilərini və metal tutumunu xeyli
azaltmağa,texnoloji obyektlərin mərkəzləşmə dərəcəsini artırmağa, neftin,
qazın, suyun yığılması və hazırlanması proseslərinin biryerdə aparılmasına,
ümumiyyətlə neft yataqların istismara buraxılmasını sürətləndirməyə imkan
verir.
Dəniz şəraitində isə ilk əvvəllər bu cür sistemlərin tətbiqi spesifik
- 427 -
şəraitlə bağlı olmuşdur.
Quyu məhsullarının birgə yığım sistemləri neftin və qazın
hazırlanmasının mərkəzləşmə dərəcəsindən asılı olaraq qrup halında və
mərkəzləşdirilmiş olmaqla iki yerə bölünür. Bundan əlavə, neft-qazyığım
şəbəkəsinin formasına görə həmin sistemlər kollektorlu ( a ) və kollektorsuz
( b ) yığım formalarına malik ola bilirlər (şəkil 7.1 və 7.2).

Şəkil 7.1. Quyu məhsullarının qrup şəklində yığılması


a – kollektorlu; b– kollektorsuz

Şəkil 7.2. Quyu məhsullarının mərkəzləşdirilmiş yığımı


a -kollektorlu; b– kollektorsuz

- 428 -
Neftin və qazın yerli yığım sitemlərində boru kəmərləri
komunikasiyalarına aşağıdakılar aiddir:
• quyulardan gələn məhsulları ölçmək üçün qrup halında ölçü (QÖQ),
qrup yığım məntəqəsi (QYM), mərkəzi yığım məntəqəsi (MYM) və
neftqazyığım kollektoruna qədər olan atqı xətləri;
• qrup halında olan qurğulardan yığım kollektoruna və ya MYM-ə qədər
olan şleyflər;
• neftqazyığım kollektorları (xətti, şuavari, həlqəvi);
• mədənlərarası neft-qaz kəmərləri.

7.1.2. Qaz-maye axınlarının struktur formaları və hərəkət


xüsusiyyətləri

İkifazalı axınlar müxtəlif struktur formaları ilə səciyələnirlər. Struktur


forması dedikdə birgə nəql zamanı qazın mayedə paylanması xarakteri başa
düşülür.
Qaz-maye axınının struktur formaları çox müxtəlif olmaqla əsasən
qarışığın surəti, maye və qaz fazaların şərfləri və reofiziki, kafi xüsusiyyətləri,
kəmərin diametri, axının istiqamətindən asılıdır.
Aparılmış çoxlu sayda təcrübi tədqiqatların nəticəsində müəyyən
edilmişdir ki, boru kəmərində rast gələn əsas struktur formaları
aşağıdakılardır:
• Şaquli borularda (şəkil 7.3 ):
a) Qaz qabarcıqlı;
b) Tıxaclı və ya mərmili;
c) Köpüklü;

- 429 -
d) Həlqəvi və ya dispersli həlqəvi.

Şəkil 7.3. Şaquli borularda qaz-maye axınlarının struktur formaları

• Üfüqi borularda (şəkil 7.4):


1. Qaz qabarcıqlı;
2. Tıxaclı
3. Təbəqələşmiş və fazaları hamar sərhədli olan;
4. Təbəqələşmiş və fazaları dalğavari sərhədləri olan;
5. Emulsiyalı;
6. Həlqəvi.

- 430 -
Şəkil 7.4. Üfüqi borularda qaz-maye axınlarının struktur formaları
Qaz qabarcıqlı axın strukturasında qaz fazası ayrı-ayrı qabarcıqlar
şəklində bütün maye kütləsi üzrə az və ya çox dərəcədə bərabər paylanır.
Horizontal boru kəmərlərində qravitasiya qüvvəsinin hesabına qabarcıqların
əsasən borunun yuxarı hissəsində yığılması müşahidə edilir. Bu cür struktura
forması adətən qazın kiçik miqdarlarında (qatılıqlarında) məsələn, sistemdə
təzyiq doyma təzyiqinə qədər azaldıqda müşahidə olunur və qeyri stabil
mayenin bütün həcmi üzrə qaz fazasının rüşeyimlərinin yaranması baş verir.
Tıxaclı struktur forması sistemdə təzyiqin formadan doyma təzyiqindən
aşağı düşməsi (əsasən qeyri stabil neft və ya kondensatın nəqli zamanı) həm
həllolmuş vəziyyətdən ayrılması, həm də əvvəl ayrılmış qazın həcminin
genişlənməsi sayəsində qaz fazasının həcminin artması baş verir. Bu zaman
ayrı-ayrı qabarcıqlar toplanaraq tıxac əmələ gətirirlər. Tıxaclı struktur forması
ardıcıl olaraq qaz və maye tıxaclarının növbələşməsi ilə xarakterizə olunur.
Şaquli axınlar üçün bu struktur formasını bəzən mərmili hərəkət də
adlandırırlar.Horizontal axınlarda isə qaz qabarcıqları əsasən borunun yuxarı
hissəsində yığılır. Fazaların ayrılıqda təbəqələşmiş truktura formaları qaz-
maye sistemlərinin ancaq horizontal və ya nisbətən az maillikli boru
kəmərlərində hərəkəti zamanı müşahidə olunur. Haçan ki, ağırlıq qüvvəsinin
təsirindən axın qaz və maye axınlarına ayrılır, bu zaman maye borunun aşağı,
qaz isə ancaq yuxarı hissəsi ilə hərəkət edir. Maye-qaz fazalarını ayıran sərhəd
isə hamar, müstəvi və müxtəlif amplitudalı dalğalardan ibarət olur.
Qaz-maye qarışıqlarının xarakterik struktur formalarından biri də
köpüklü və ya kiçik dispersiyalı struktur formasıdır.
Şaquli aşağıdan yuxarıya yönəlmiş axınlarda iki fazlı qarışığın sürətinin
çoxalması tıxaclı struktur formasının köpüklü formaya çevrilməsinə səbəb

- 431 -
olur. Bu struktur tıxaclı formadan həlqəvi formaya keçid zamanı aralıq bir
forma hesab olunur.
Beləliklə, köpüklü strukturanın əmələ gəlməsi sürət və təzyiqin turbulent
pulsasiyası qaz tıxaclarının daha kiçik tıxaclara parçalanması hesabına
yaranır. Bir sözlə, qaz fazasının da kiçik ölçülü, qaz qabarcıqlarına
disperqasiya olması halı baş verir. Horizontal axınlarda köpüklü struktur
formasını çox hallarda emulsiyalı struktura adlandırırlar.
Qaz maye sistemlərinin həlqəvi və ya dispersli-həlqəvi axın formaları isə
onunla xarakterizə olunur ki, borunun divarında maye qatı, mərkəzi hissə ilə
kiçik maye damarları olan qaz hərəkət edir. Adətən, həlqəvi struktur qazın
miqdarının daha çox olduğu və qaz-maye qarışığının böyükl sürətlərində
yaranır.
İkifazlı qarışıqların axmalarının xüsusiyyəti ondan ibarətdir ki, bu axınlar
təkçə xarici məhdudlaşdırıcı səthə (borunun divarı) deyil, həmçinin fazaların
daxili ayrılması səthlərinə də malik olurlar, hansıların ki, vəziyyəti zamandan
asılı olur və fəzada dəyişir. Məhz həmin ayrılma səthlərinin hesabına fazaların
qarşılıqlı təsiri baş verir (hidrodinamiki, istilik, faza çevrilmələri, kimyəvi
reaksiyalar və s.)
Bütün bunlar öz növbəsində iki fazlı axınların öyrənilməsi və riyazi
ifadəsini çətinləşdirir və onların hərəkətini qərarlaşmamış hərəkətə aid edir.
Ona görə də qaz-maye axınlarının hesablanması zamanı spesifik anlayış və
təyinatlardan istifadə olunur.
Qeyd etmək lazımjdır ki, qaz-maye axınlarının müxtəlif struktur
formaları bir-biri ilə əlaqəlidir və axın şəraiti dəyişdikdə həmin formaların
biri, digərinə keçə bilir.

- 432 -
İkifazalı axınlar üçün sürtünməyə sərf olunan basqı itkisinin nisbətən çox
olması lay enerjisi hesabına qaz-neft qarışığını ancaq bir neçə on kilometrlərə
qədər nəql etməyə imkan verir.
Qaz-maye qarışığının hərəkət xüsusiyyətlərindən biri də struktur
formalarından başqa həmin axınlarda təzyiq pulsasiyalarının (döyüntülərinin)
baş verməsidir. Bu pulsasiyalar ən çox tıxaclı strutur formalarında yaranır və
boru kəmərində gərginliyi artırmaqla qəza hallarının baş verməsi ehtimalını
çoxaldır. Əmələ gələn təzyiq döyüntülərinin amplitudası bəzi hallarda kifayət
qədər çox olmaqla qaz amilindən, mütləq təzyiqdən, kəmərin profilindən,
axının istiqamətindən və s. asılı olur. Məsələn, Xəzər dənizində istismar
olunan sualtı yığım boru xətlərində müşahidə olunan dəniz stasionar
platformalarında (DSP) ölçülən təzyiq döyüntülərinin necə dəyişilməsi şəkil
7.5-də göstərilmişdir.

Şəkil 7.5. Dəniz neft-qaz kəmərlərinin istismarı zamanı DSP-də ölçülən


təzyiq döyüntüləri (Günəşli yatağı, 1987-ci il)
- 433 -
Sıxlıqlara görə fazaların qaz, neft, lay suya təbəqələşməsi qaz-maye
qarışığının kiçik sürətlərində və ən çox yuxarıdan aşağıya istiqamətli axınlar
olduqda, kəmərin aşağı hissələrini aqressiv lay suları ən çox intensiv
elektrokimyəvi korroziyaya məruz qoyur. Məhz qeyd olunan bu xüsusiyyətlər
neft və qazın boru kəməri ilə ikifazalı qarışıq şəklində nəql olunmasının tətbiq
sahəsini məhdudlaşdırır.

7.1.3. Qaz-maye qarışığının nəqli zamanı boru kəmərinin


hidravliki hesablanması

Əgər maye və qaz fazalarının kütlə ( Gm , Gq ) və həcmi sərfləri ( Qm , Qq )


sabitdirsə, onda qaz-maye isteminin boruda hərəkətini qərarlaşmış hərəkət
hesab etmək olar. Bu zaman maye-qaz qarışığı üçün kütlə ( Gqar = Gm + Gq ) və
həcmi sərf ( Qqar = Qm + Qq ) də sabit olacaqdır.
İkifazlı axınları müəyyən edən əsas kəmiyyətlərdən biri həcm qaz
tutumudur ( β ), hansı ki, qaz fazasının həcmi sərfinin (Qq) maye-qaz
qarışığının həcmi sərfinə (Qqar) olan nisbətinə əsasən təyin edilir və 0-dan
1-ə kimi dəyişə bilir ( β = 0 ÷ 1 ):
Qq Qq
β= = (7.1)
Qqar Qm + Qq

Qeyd etmək lazımdır ki, qazın həcmi sərfi axının baxılan kəsiyində olan
təzyiq və tempertur şəraitinə gətirilərək hesablanılır. Əgər kifayət qədər uzun
boru kəmərinə baxılarsa, hansında ki, təzyiq kifayət qədər dəyişir, onda Qq
və β dəyişməz kəmiyyətlər hesb oluna bilər.

- 434 -
Qaz maye qarışığı axınını xarakterizə edən digər bir parametr-qarışığın
sürətidir ki, bu da ( υ qar )onun sərfinin boru kəmərinin en kəsik sahəsinə (F)
olan nisbətinə əsasən təyin edilir.
Qqar 4Qqar
υ qar = = , (7.2)
F πD 2
burada D -boru kəmərinin diametridir.
Kəmərdə olan orta təzyiq və temperaturda hər fazanın həcmi sərfinin
borunun en kəsiyinə olan nisbəti həmin fazaların gətirilmiş sürətini müəyyən
Qm
edir. Maye və qaz fazaları üçün gətirilmiş sürət uyğun olaraq υmgят = və
F
Qq
υqgят = kimi olacaqdır.
F
İki fazalı axınlar üçün maye və qaz fazalarının həqiqi orta sürəti fazalar
üzrə sərfin qiymətlərinə əsasən uyğun olaraq aşağıdakı ifadələrə əsasən tapılır:
Qm Q
Um ; Uq = q (7.3)
F (1 − ϕ ) F ⋅ϕ

burada ϕ -həqiqi qaz tutumu olub borunun qaz fazası ilə tutulan en kəsik
hissəsidir.
Həcmi qaz tutumuna uyğun olaraq qaz-maye qarışığı üçün sıxlıq ( ρ qar )
aşağadakı kimi təyin olunur:
ρ qar = Gqar / Qqar = ρ m (i − β ) + ρ q ⋅ β , (7.4)

burada ρ m , ρ q - nəql şəraitində (boruda) uyğun olaraq maye və qazın


sıxlığıdır.
Qaz-maye axınları üçün çox vacib oxşarlıq meyarlarından biri qarışıq
üçün Frud ədədidir ( Frqar ).

Frqar = wqar
2
/g⋅D, (7.5)
harada ki, wqar -qarışığın orta sürətidir.

- 435 -
wqar = Qqar / F = 4(Qq + Qm ) /(πD 2 ) (7.6)
burada F-borunun en kəsik sahəsi; D-borunun diametridir.
Frud ədədi qaz-maye axınının inersiya qüvvələrinin ağırlıq qüvvəsinə
olan nisbətini xarakterizə edir. Qaz-maye qarışıqlarının axması zamanı bir
qayda olaraq fazaların hərəkətində sürüşmə halı müşahidə olunur ki, bu da
baxılan boru kəməri hissəsində fazaların həcmi nisbətinin dəyişməsinə gətirib
çıxarır. Belə ki, qaz-maye qarışığının aşağadan yuxarı axması zamanı maye
faza, qaz fazasına nisbətən geriyə qalır və nəticə etibarı ilə qarışığın sıxlığı
çoxalır.
Yuxarıdan aşağıya hərəkət etdikdə isə əksinə qaz fazasında geriyə qalma
müşahidə olunur və nəticə etibarı ilə qarışığın sıxlığı azalır. Qeyd olunan
halları nəzərə almaq üçün həqiqi (həcmi) qaz tutumu ( ϕ ) anlayışı tətbiq
olunur və aşağadakı kimi təyin edlir.
wqar
ϕ=β⋅ = Fq / F = Fq /( Fq + Fm ) , (7.7)
wq

Qq
harada ki, wq -qazın hərəkətinin həqiqi sürəti olub wq = ; Fm , Fq - uyğun
Fq

olaraq maye və qaz fazaları ilə borunun en kəsiyinin tutulan hissəsidir.


Qeyd edək ki, həqiqi qaz tutumunun fiziki mənası borunun en kəsiyinin
qazla tutulan hissəsinin tam hissəyə olan nisbətidir. Fazaların nisbi
hərəkətlərinə uyğun olaraq qaz-maye qarışığı üçün həqiqi sıxlıq anlayışından
istifadə olunur və aşağıdakı kimi hesablanır:
ρ щяг = ρ m (1 − ϕ ) + ρ q ⋅ ϕ (7.8)
Neft-qaz mədənlərində olan texnoloji boru kəmərlərinin uzunillik
təcrübəsi göstərir ki, qaz-neft və qaz-kondensat qarışıqlarının hərəkəti zamanı
diametri 0,2 m-dən çox olan kəmərlərdə əsas struktur formaları təbəqələşmiş
və tıxaclı formalar hesab edilir. Horizontal və yuxarıdan aşağı hərəkət axınları

- 436 -
üçün həm təbəqələşmiş, həm də tıxaclı axınlar müşahidə oluna bilər.
Aşağadan yuxarı axınlar zamanı isə maillik bucağı 2 -dən çox olanda həmişə
tıxaclı struktur formaları baş verir. Axının hər bir struktur forması fazaların
nisbi sürətlərinin qiymətləri və hidravliki müqavimətlərinin
qanunauyğunluqları ilə səciyyələnirlər. Məhz buna görə də qaz-maye
axınlarının struktur formalarının düzgün təyin edilməsinin çox böyük
əhəmiyyəti vardır. Bu məqsədlə Frud meyarından istifadə olunur. Əgər
Frqar ≤ Frбющ olarsa, onda qaz-maye qarışığının axması təbəqələşmiş, yox əgər

Frqar ≥ Frбющ olarsa, onda tıxaclı struktur formasında baş verir.

Frud ədədinin böhran qiyməti ( Frбющ) aşağıdakı ifadəyə əsasən müəyyən


edilir:
ρ m − ρ q 0,5
0,5 ⋅ ( ) (1 + sin α )
ρm
Frqar = , (7.9)
(1 − β )(1 + 72 ⋅ 10 − 4 µ m ) 2 [1 + 2 ⋅ 10 − 4 ( p ⋅ D / σ ) 0,5 ]

harada ki, α -boru kəmərinin horizontala nisbətən maillik bucağı; µm -nisbi


özlülük ( µm = µm / µq ); µm , µq -uyğun olaraq maye və qaz fazalarının dinamik
özlülükləridir; P-baxılan qaz kəməri hissəsində orta təzyiq; σ − maye qaz
sərhəddinidə səthi gərilmədir. (7.9) ifadəsindən göründüyü kimi,
təbəqələşmiş axın formasından tıxaslı formaya keçidin sərhəddinə həcmi sərf
qaz tutumu, kəmərin maillik bucağı, kəmərdən təzyiq və maye fazanın
özlülüyü əhəmiyyətli dərəcədə təsir göstərir. Frud ədədinin böhran qiymətini
aşağjdakı ifadə ilə də hesablamaq olar:
 2 sin α  1
Frбющ = 0,2 +  exp(−2,5β ) , (7.10)
 λm  (1 − β ) 2

harada ki, λm -ağırlıq qüvvəsinin təsiri altında maili boru kəmərində mayenin
basqısız axınının hidravliki müqavimət əmsalıdır. Bu əmsal ardıcıl yaxınlaşma
üsuluna əsasən təyin edilir.

- 437 -
Qaz-maye axınlarının tıxaclı strukturaya malik hərəkət formaları üçün
boru kəmərinin hidravliki hesablanmasını, əsasən Darsi-Veysbaxın
ümumiləşdirilmiş tənliyi təşkil edir.
∆p wгар  β 2 (1 − β ) 2 
= λ qar  ρ + ρ m  + ρ m ⋅ g sin α , (7.11)
∆l 2D  ϕ 1−ϕ
q

harada ki, ∆P - ∆l uzunluğu olan hissədə təzyiqlər fərqi; λqar -qaz-maye qarışığı
üçün hidravliki müqavimət əmsalıdır.
β 2 (1 − β ) 2 
2
wqar
 ρ + ρ m  − qaz-maye axınının həqiqi dinamik basqısıdır.
2D  ϕ 1−ϕ
q

(7.11) ifadəsinə daxil olan wqar , ρ , ρ q , ρ m parametrləri termodinamiki


şərait (P və T) nəzərə alınmaqla gətirilmiş düsturlara uygun olaraq tapılır.
Maillik bucağı aşağadan yuxarı hərəkət olduqda müsbət, əksinə olduqda isə
mənfi işarəli olur.
Baxılan struktur formaları üçün λqar aşağıdakı emprik ifadə ilə təyin
edilir.
λqar = ψ ⋅ λ (Re qar , K ) (7.12)
burada

ψ =
[ ] [
1 − 0,78β 1 − exp(−2,2 Fr − 0,22 1 − exp(−15 ρ β ] ,
1− β

burada ρ -qazın nisbi sıxlığıdır ( ρ = ρ q / ρ m ) ;

(7.12) ifadəsində λ (Re qar , k ) əmsalı bir fazlı axın üçün olan ifadə ilə
müəyyən edilir.
β 1− β
Re qar = wqar ( + )D (7.13)
νq νm

burada ν q və ν m -uyğun olaraq qaz və maye fazasının kiematik özlülüyüdür.

- 438 -
(7.11) ifadəsinə daxil olan həqiqi qaz tutumunu ( ϕ ) təyin etmək üçün bir
sox düsturlar mövcuddur ki, bunlardan hər biri qaz-maye axınlarının müəyyən
şəraitlərində doğru olur. Horizontal və aşağıdan yuxarı istiqamətdə olan qaz-
maye axınları üçün maye fazasının özlülü 10 −6 ≤ ν m ≤ 25 ⋅ 10 −6 intervalında
dəyişdikdə ϕ − nin təyini üçün aşağıdakı ifadə doğrudur:

[
ϕ = 0,8β 1 − exp(−2,2 Frqar ) ]1 + 1,5 ρ
(7.14)
1+ ρ

Yuxarıdan aşağı istiqamətdə olan qaz-maye axınları üçün isə ϕ = 0,81 ⋅ β


qəbul edilir.
Qaz-maye qarışığı axının təbəqələşmiş struktur forması olduqda, yəni iki
homogen-maye və qaz axınları üçün, (hansı ki, öz aralarında hərəkətdə olan
sərhəddə malik olarlar), hesablama aşağıdakı kimi aparılır. Bu cür struktur
formalı qaz-maye axınları üçün ∆l -uzunluğunda olan boru kəmərində
əzyiqlər fərqi (∆p = p1 − p2 ) istər maye, istər sə də qaz axınları üçün eyni
olduğundan, qaz axını üçün yazmaq olar.
∆p wq2
= λq ⋅ ρ q + ρ q ⋅ g ⋅ sin α , ( 7.15)
∆ 2 Dq

harada ki, λq -qaz axınının hidravliki müqavimət əmsalı; Dq -qaz axınının


hidravliki diametridir.
Sonuncu ifadəyə daxil olan λq -qaz axınının hidravliki müqavimət
əmsalını məlum olan, məsələn, Altşul düsturu ilə hesablamaq olar.
Adıçəkilən struktur formalı axınlarda təzyiq itkisinin hesablanması üçün
həqiqi qaz tutumunun düzgün təyin olunması tələb olunur.

7.1.4. Qaz-maye qarışığı nəql edən boru kəmərinin optimal iş


rejimi

- 439 -
Xəzər dənizində karbohidrogen yataqlarının işlənməsi zamanı dəniz
stasionar özüllərindən yığılan quyu məhsulları bir çox hallarda nəqlə hazırlıq
işləri aparılmadan neft qaz qarışığı şəklində kollektorlara, yəni boru xətlərinə
verildiyi üçün onların birgə nəqli həyata keçirilir.
Tədqiqatlar göstərir ki, sualtı neft-qaz kəmərlərində ümumi təzyiq itkisi
( ∆pцм ) sürtünməyə ( ∆Pсцр) və qravitasiyanı dəf etmək üçün ( ∆Pграв ) lazım olan
təzyiq itkilərinin cəminə bərabərdir.
∆Pцм = ∆Pсцр + ∆Pграв (7.16 )
Şaquli (qravitasiyalı) axınların mövcud olduğu neft-qaz qarışığı nəql
edən boru kəmərlərinin xarakteristikalarının qarışığın sərfindən asılı olarq
dəyişilməsi şəkil 7.6-da göstərilmişdir.

Şəkil 7.6. Neft - qaz qarışığı nəql edən boru kəmərinin xarakteristikası və
optimal iş rejiminin tapılması

- 440 -
Şəkildən göründüyü kimi ümumi təzyiq itkisini həndəsi toplama üsulu ilə
∆Pграв və ∆Pсцр qrafiklərinə əsasən də almaq olar. Şəkildən göründüyü kimi A

nöqtəsində təzyiq itkisinin minimum olmasına baxmayaraq həmin nöqtəyə


uyğun gələn parametrlər (Qгар
мин
вя ∆Пмин) boru kəmərinin optimal iş rejimi

hesab edilmir.
Qaz-maye qarışığı nəql edən boru kəməri üçün optimal iş rejiminə uyğun
gələn qiymətlər koordinat başlanğıcından ∆Pцм xəttinə çəkilən toxunanlarla
müəyyən edilir. Bu zaman toxunma nöqtəsinə uyğun gələn (Qгар
опт
вя ∆Пopt )

parametrləri kəmərin optimal iş rejimini xarakterizə edən

parametrlər olacaqdır. Bu parametrlər ona görə optimal hesab olunur ki, bu


∆Popt
zaman xüsusi enerji sərfi, yəni, minimum qiymətə malik olur.
Q опт
гар

∆Pmin < ∆Pоpт olmasına baxmayaraq

∆Popt / Qqar
opt
< ∆Pmin / Qqar
min

olur.

7.2. Neftlərin qazla həll olmuş halda boru kəməri ilə nəqli

Neftlərin qazla həl olmuş halda nəql texnologiyasının mahiyyəti ondan


ibarətdir ki, lay mayesinin müvafiq seperasiyası rejimini seçməklə səmt
qazının bir hissəsi neftdə həll olmuş şəkildə saxlanılır, başqa sözlə, səmt
qazının neftdən tam ayrılmasına yol verilmir. Daha sonra qazlı mayelərin
nəqli zamanı boru kəmərində təzyiq elə saxlanılır ki, heç bir nöqtədə həll
olmuş qaz neftdən ayrılmasın.

- 441 -
Bir qayda olaraq neft yataqlarından seperasiyanın 1-ci pilləsindən keçən neft
həll olmuş qazla birgə emal rayonuna, harada ki, neft-qaz emalı zavodları
yerləşir nəql olunur. Yəni, bu zaman neftin sonuncu separasiyası, həmçinin
xam neftin uçotu və dövlət standartına görə lazimi buxar elastikliyinə
çatdırılması neftin istehsalı rayonundan onun emalı rayonuna keçirilir. Qeyd
etmək lazımdır ki, bu zaman qazlı neftlərin nəqli «nasosdan nasosa» sistemi
ilə və qazın neftdən ayrılmasına imkan verməyən təzyiqdə həyata eçirilir.
Hər aralıq stansiyasının girişində nəql rejiminin pozulması hesabına
neftdən ayrılabilən qazı tutmaq (ayırmaq) üçün bufer tutumları quraşdırılır.
Neft kəmərinin sonunda (son məntəqədə) qazlı neft atmosfer təzyiqində
seperatorunda qazsızlaşdırılır və ayrılan qaz, qaz-emalı, neft isə neft emalı
zavoduna təhvil verilir.
Neft kəmərinin işdən dayanması və onun nasos stansiyasının çənlər
parkına verilməsi kəmərin baş tikintilərində də nəzərdə tutulmalıdır.

Yoxlama sualları

1. Neftin qazla birgə nəqlinin hansı üsulları var?


2. Qaz-maye qarışığının hansı struktur formalarını göstərə bilərsiniz və
bunlar nədən asılıdır?
3. Vertikal və horizontal boru kəmərlərində struktur formalar necə
dəyişir?
4. Birgə nəql zamanı fazaların sürüşməsi halı nə vaxt baş verir və nəyə
təsir edir?
5. Qaz-maye qarışığını xarakterizə edən əsas kəmiyyətlər və meyar
hansılardır?
6. Həqiqi qaz tutumu həcmi qaz tutumundan nə ilə fərqlənir?

- 442 -
7. Frud ədədi necə təyin edilir və nəyi xarakterizə edir?
8. Qaz-maye qarışığı üçün həqiqi və orta sürət anlayışlarını izah edə
bilərsinizmi?
9. Qaz-maye qarışığı nəql edən boru kəmərində ümumi təzyiq itkisi necə
tapılır?
10. Optimal iş rejimi nədir və necə müəyyən edilir?
11. Neftin qazla birgə nəqlini həyata keçirən kəmərlərdən misal göstərə
bilərsinizmi?

- 443 -

You might also like