You are on page 1of 91

1

FÖVQƏLADƏ HALLARIN (FH) TƏSNİFATI.


MÜHAZİRƏ 1
Təbii xarakterli fövqəladə vəziyyətlər
Fövqəladə hadisə – insan təlafatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan
vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin
pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və
ya digər fəlakətlər nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəladə hal və onun növləri (miqyasına, baş vermə sahələrinə, mənsubiyyətinə
görə)
Miqyasına görə fövqəladə halların təsnifatı
Lokal (qismi) - hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır.
Obyekt miqyaslı (səciyyəli) - hadisələr sənaye obyektində, bina və ya qurğu
hüdudlarında məhdudlaşır.
Yerli - hadisələr ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd
təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir.
Regional - fövqəladə hadisə bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını,
bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir.
Milli - miqyaslı fövqəladə hadisələr respublikanın xeyli ərazilərini əhatə edir, lakin
dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir.
Qlobal - hadisələr isə bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin
ərazilərinə də yayılır.
Fövqəladə halların baş vermə sahələrinə görə təsnifatı
1) Təbii xarakterli fövqəladə hallar;
2) Texnogen xarakterli fövqəladə hallar;
3) Ekoloji xarakterli fövqəladə hallar;
4) Sosial-siyasi və hərbi siyasi xarakterli hallar.
Təbii xarakterli fövqəladə vəziyyətlər
Təbii fəlakətlər – insan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti
nəticəsində qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa
ağır nəticələrə səbəb olan faciəli təbii təzahür və ya proseslərdir.
2

Təbii fəlakətlərə zəlzələlər, vulkan püskürmələri, sellər, sürüşmələr, uçqunlar,


daşqınlar, quraqlıqlar, qasırğalar, tufanlar, qar basqınları və uçqunları, uzun
müddətli güclü yağışlar, güclü davamlı şaxtalar, genişmiqyaslı meşə və torf
yanğınları aiddir. Bura həm də 1974-ci ildə Venesuella Konfransında epidemiyalar,
epizootiyalar, epifitotiyalar, meşə və kənd təsərrüfatı zərərvericilərin kütləvi
yayılması da daxil edilmişdir.
Təbii fəlakətlər davametmə müddətinə görə iki cür olur:
1) qəflətən baş verənlər (zəlzələlər, qasırğalar, tornadolar);
2) uzunmüddətli davam edənlər (epidemiyalar, daşqınlar, epizootiyalar və s.)
Təbii fəlakətlərin yaranma səbəbləri
Təbii fəlakətlər yaranma səbəblərinə görə də iki cür olurlar:
1) təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz səviyyəsinin güclü
ləngəri, güclü daşqınlar, qasırğalar, güclü hərarətli hava, buzlaşma və s.). Bunlar
əsasən maddələrin sürətli yer dəyişməsi (zəlzələ və sürüşmələr), yerdaxili enerjinin
üzə çıxması (vulkanlar), çaylarda, göllərdə, dənizlərdə suyun səviyyəsinin
qalxması (daşqınlar, sunamilər), qeyri-adi güclü küləyin təsiri (qasırğa, urağan,
tornadolar).
2) antropogen amillərlə bağlı olanlar (toz burulğanları, eroziya)
Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də antropogen amillərlə
bağlı olur (yanğınlar, torpağın eroziyası, uçqunlar və s.).
Təbii xarakterli fövqəladə hadisələr
1) Geofiziki təhlükəli təzahürlər
2) Geoloji təhlükəli təzahürlər (ekzogen geoloji təzahürlər):
3) Meteoroloji və aqrometeoroloji təhlükəli təzahürlər:
4) Dəniz hidroloji təhlükəli təzahürlər:
5) Hidroloji təhlükəli təzahürlər:
6) İnsanların infeksion (yoluxucu) xəstəlikləri:
7) Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri:
8) Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması:
Təbii xarakterli fövqəladə hadisələr
3

1) Geofiziki təhlükəli təzahürlər:


1) zəlzələlər; 2) vulkan püskürmələri.
2) Geoloji təhlükəli təzahürlər (ekzogen geoloji təzahürlər):
1) sürüşmələr; 2) sellər; 3) qar uçqunları.
3) Meteoroloji və aqrometeoroloji təhlükəli təzahürlər:
- tufanlar (9-10 bal);
- qasırğalar (12-15 bal);
- iri həcmli dolu;
4)Dəniz hidroloji təhlükəli təzahürlər:
- tayfunlar;
- sunamilər (qravitasiyalı dəniz dalğaları);
- güclü dalğalar (5 bal və daha yüksək);
- dəniz səviyyəsinin güclü ləngəri;
- erkən buz örtüyü və ya hərəkətsiz qalın buz qatı;
- gəmi və liman tikililərinin buzlaşması;
- sahil buzlarının qopması.
5) Hidroloji təhlükəli təzahürlər:
- suların yüksək səviyyəsi (daşqın, subasma);
- yeraltı suların daşqınları (əsasən buzlar əriyən vaxt);
- yağış daşqınları;
- maneə və əngəllər (çay mənsəbində xırda buzların toplaşaraq sıxlıq yaratması);
- suyun aşağı səviyyəsi;
6) İnsanların infeksion (yoluxucu) xəstəlikləri:
- epidemiyalar (insanların kütləvi şəkildə yoluxucu xəstəliklərə tutulması);
- ekzotik və xüsusi təhlükəli yoluxucu xəstəliklərin tək-tək təsadüf edilən halları.
7) Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri:
- epizootiya (heyvanların yoluxucu xəstəliklərinin geniş yayılması);
- enzootiya (müəyyən ərazidə heyvanlar arasında epidemiya);
8) Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması:
- inkişaf edən epifitotiya (bitkilərin kütləvi xəstəlikləri);
4

- bitki zərərvericilərinin kütləvi yayılması.


Geofiziki təhlükəli təzahürlər:
Zəlzələ - ən çox dağıdıcı qüvvəyə malik, ağlasığmaz, idarə olunmaz təbii
fəlakətdir. Zəlzələ deyildikdə yeraltı təkan və yer qatının titrəmələri, yer qatının və
yaxud mantiyanın üst qatlarının sürüşməsi və parçalanması nəticəsində, böyük
məsafələrə elastik dalğavari ötürmələr başa düşülür. Zəlzələlər qəflətən yaranan və
tez yayılan fövqəladə hallara aid olur. Bu zaman ərzində təxliyə və qabaqlayıcı
tədbirlər görmək mümkün deyil. Tarixdə ilk qeydə alınmış zəlzələ eramızdan
2050-il əvvələ aiddir. Son 500 il ərzində dünyada zəlzələlər nəticəsində 4,5 milyon
insan tələf olmuşdur. XX-ci əsrdə bizim planetdə 80-dan artıq zəlzələ qeydə
alınmışdır. Dünyada ən çox zəlzələ baş verən yer Çilidir. Zəlzələnin baş vermə
səbəblərinə görə onlar təbiət və antropoloji olur. Zəlzələnin əsas təsir edici faktoru,
ocağdan bütün istiqamətlərə yayılan –seysmik dalğalardır. İlk dəfə zəlzələlərin
dalğavarı olmağını 18 əsrdə amerikalı astronom və riyaziyyat professoru D.Uintal
deyib. Əgər zəlzələnin ocağı dənizdə yerləşirsə hündür dalğaların – sunamilərin
əmələ gəlməsinə gətirir, o isə öz növbəsində sahilə çatır və çoxlu sayda sahilyanı
ərazilərə ziyan vurur. Amerikalı seysmoloq D.F.Rixter 1933–cü ildə zəlzələnin
gücünü qiymətləndirmək üçün 9 ballıq şkala tərtib etmişdir. İtalyan seysmoloqu Y.
Merkali 12 ballıq zəlzələnin ölçülmə sistemini təklif edib.
Zəlzələnin intensivliyinin Merkali şkalası ilə ölçülməsi
Bal Zəlzələnin intensivliyi Nəticələrin qısa xarakteristikası
1. Nəzərə çarpmayan Yalnız seysmik cihazlar ilə müşahidə edilir
2. Çox zəif İstirahət edən insanlar tərəfindən hiss edilir
3. Zəif Yalnız az sayda insanlar tərəfindən hiss olunur
4. Mülayim Qabların, pəncərə şüşələrinin cingiltisi, qapıların və pəncələrin cığıltısı
ilə müəyyən edilir
5. Kifayət qədər güclü Binaların ümumi sirkələnməsi, mebelin tərpənməsi,
pəncərə şüşələrində və suvaqlarda çatların əmələ gəlməsi, yatanların oyanması
6. Güclü - Hamı hiss edir. Rəsmlər divardan düşür, suvaq parçaları
tökülür. Binalar yüngül xəsarət alır
5

7. Çox güclü - Daş binalarda çatlar. Antiseysmik və ağaçdan tikilmiş binalar


salamat qalır
8. Dağıdıcı - Sıldırım qayalarda və torpaqda çatlar əmələ gəlir. Heykəllər yerindən
dəbərir və çökürlər. Evlərə güclü xəsarət dəyir
9. Viran edici- Daş binaların dağılması və çox güclü xəsarət alması
10. Məhvedici - Torpaqda böyük çatlar, sürüşmələr və çöküntülər. Daş binaların
dağılması, dəmir yol reyslərin əyilməsi
11. Fəlakət (bədbəxt hadisə) - Yerdə geniş çatlar, çox saylı sürüşmələr və
çöküntülər. Daş binalar tamamilə dağılır
12. Güclü fəlakət - Torpaqda dəyişiliklər böyük həddə çatır. Çox saylı çatlar,
çöküntülər, sürüşmələr, şəlalələr yaranır, çayların axmasında dəyişiliklər, heç bir
tikili dözmür. Ölkəmizdə Böyük Qafqaz, Şamaxı-İsmayıllı, Gəncəbasar, Talış
dağları, Xəzər dənizi seysmoaktiv zonalar hesab edilir. Bu ərazilərdə hələ
qədimdən indiyədək müxtəlif vaxtlarda müxtəlif təkanlar qeydə alınıb. Alp-
Himalay seysmo-aktiv bölgəsində yerləşən Azərbaycanda ilk böyük zəlzələ 5-ci
əsrə təsadüf edib. 427-ci ildə Gəncə şəhərində baş verən təbii fəlakət zamanı 100
minlərlə adam həlak olub. 700 il sonra Gəncədə yenidən böyük bir zəlzələ baş
verib. 1139-cu ildə isə Gəncədə olan təbii fəlakət zamanı Kəpəz dağı uçaraq Ağsu
çayının qarşısını kəsib və Göy Göl yaranıb. 1667-68-ci illərdə Şamaxıda da
zəlzələlər seriyası başlayıb.Şamaxı zəlzələləri 17-ci əsrin 2-ci yarısında və 19-cu
əsrin 2-ci yarısında baş verib: «Axırıncı zəlzələ 1902-ci ildə baş vermiş və 9-10
ballıq zəlzələ nəticəsində Şamaxı dağılmışdı». Şamaxıda 20-ci əsrdə baş verən
zəlzələ dağıdıcılığı ilə tarixə düşdü. Həmin vaxt şəhər yerlə-yeksan olmuşdu.
1935-ci ildə Gəncədə yenidən böyük dağıntılara səbəb olan Zurnabad zəlzələsi
qeydə alınıb. Bakı şəhərində isə ilk zəlzələ 1950-ci ilə təsadüf edib, lakin şəhərə
ciddi ziyan dəyməyib. 1960-61-ci ildə Bakıda yenidən baş verən zəlzələlər zamanı
dağıntıların və həlak olanların sayı bir o qədər də çox olmayıb. Paytaxtda sonuncu,
ən yaddaqalan zəlzələ isə 2000-ci il noyabrın 25-də baş verib. Azərbaycan, o
cümlədən də paytaxt Bakı təhlükəli seysmoaktiv zonada yerləşir. Bakı 8 ballıq,
Şamaxı, Gəncə, Naxçıvan isə 9 ballıq aktiv zona sayılır.
6

MÜHAZİRƏ 2
Texnogen xarakterli fövqəladə hallar

Bu halların əsas səbəbkarı insandır (90% qəzalar məsuliyyətsizliyin,


səhlənkarlığın, həddən ziyadə istismarın nəticəsidə baş verir yaxud qəsdən
törədilir). Texnogen xarakterli fövqəladə hallar aşağıdakılar nəticəsində əmələ
gəlir: 1) qəzalar; 2) yanğınlar; 3)partlayışlar
Qəzalar - qurğuların, cihazların, binaların və tikililərin zədələnməsi olub,
insan
həyatı üçün təhlükə yarada bilən istehsalat proseslərindəki pozulmalarla
müşayiət
olunur. Qəzalar kommunal-enerji şəbəkəsində, nəqliyyatda və istehsalat
müəssisələrində baş verə bilər. İstehsalatda baş verən qəzalar nəticəsində yanğınlar
və partlayışlar baş verə bilər. Bunun nəticəsındə isə bina və tikililərin, qurğu,
texnikaların dağılması, zədələnməsi, ərazinin suyun altında qalması, rabitə, elektrik
və kommunal şəbəkədə zədələnmələr baş verə bilər. Partlayışlar zamanı zərbə
dalğasının təsiri yalnız dağıntılara deyil, insan tələfatına da gətirib çıxarır.
Partlayışlar çox zaman böyük həcmdə karbohidratların (metan, etan, propan)
istifadə edildiyi sahələrdə baş verir. Bəzi kimyəvi maddələrin yanma prosesində
zəhərli tüstü yaranır ki, bu da zəhərlənmələrə gətirib çıxarır.
Məsələn 1974-cu ildə İranda qarın yağması nəticəsində Tehran aeroportunun
damı
uçulmuşdur. Bundan başqa mühəndis hesablama və istismar yüklənməsi
qaydalarının pozulması ucbatından da qəzalar baş verir.
Fövqəladə halların sayının artmasına səbəb olan texnogen amillər
Bu amillər sırasına aşağıdakılar aiddir:
- iqtisadiyyat sahələrində ən yeni təhlükəsiz texnologiyalardan istifadə
edilməməsi;
- israfçıl texnologiyalardan istifadə olunması davam edir ki, bu zaman
işlədilən
7

təbii ehtiyatların 90%-dən çoxu zərərli istehsalat və məişət tullantıları kimi


ətraf
mühitə atılır. Eyni zamanda günəş enerjisi, geoterminal və külək enerjisi kimi
ən
ucuz və təhlükəsiz enerji növlərindən əməli olaraq, istifadə edilmir.
Partlayışlar.
İri müəssisələrdə baş verən partlayışlar konstruksiyaların deformasiyası və
dağılması, yanğınların əmələ gəlməsi, enerji sistemlərinin sıradan çıxması və
zəhərli maddələrin ətraf mühitə yayılması ilə müşahidə olunur. Ən ağır
qəzalar yeraltı mədənlərdə kömür tozunun və təbii qazın partlanması nəticəsində
baş verir. Belə partlayışlar adətən yanğın uçulma və insan tələfatı ilə nəticələnir.
Yanğınlar.
Yanğınlar daha çox nəhəng müəssisələrdə, neft mədənlərində və yaşayış
məntəqələrində qəza vəziyyəti yaradır. Qəza və təbii fəlakət zamanı yanğınların
yaranmasına əsas səbəblər tez alışan və ya partlıyıcı maddələrin dağılması,
istixanaların partlaması, elektrik xətlərində qısaqapanma, bəzi kimyəvi maddələrin
qarşılıqlı təsiri ola bilər. Yanğınların əmələ gəlməsinə başlıca səbəb həmin
müəssisənin iş fəaliyətindən və binanın tikildiyi materiallardan asılıdı. Yanğın və
partlama təhlükəsinə görə müəssisələrin kateqoriyaları Bütün yаnğınlаr ətrаf
mühitlə кütlə və istiliк mübаdiləsi şərtləri üzrə iкi böyüк qrupа bölünmüşdür: аçıq
sаhədə və qаpаlı sаhədə (binаlаrdа). Yаnаn mаtеriаllаrın və mаddələrin növündən
аsılı оlаrаq yаnğınlаr - А, B, S, D siniflərinə və А1, А2, B1, B2, D1, D2, D3
yаrımsiniflərinə bölünür. А sinfindən оlаn yаnğınlаrа bərк mаddələrin yаnmаsı
аiddir. Bu zаmаn əgər кözərən mаddələr, məsələn: оduncаq, каğız, tохuculuq
məmulаtlаrı və s. yаnırsа, оndа yаnğın А1 yаrımsinfinə; кözərməyə qаdir
оlmаyаnlаr, məsələn plаstiк кütlələr yаnırsа - А2 yаrımsinfinə аid оlаcаqdır. B
sinfinə tеzаlışаn və yаnаr mаyеlərin yаnğınlаrı аiddir. Əgər mаyеlər sudа həll
оlmursа (bеnzin, dizеl yаnаcаğı, nеft və s.) - B1 yаrımsinfinə və əgər sudа həll
оlursа (məsələn, spirtlər) - B2 yаrımsinfinə dахildir. Əgər yаnmаyа qаzlаr,
məsələn, hidrоgеn, prоpаn və s. məruz qаlırsа, оndа yаnğınlаr S sinfinə, mеtаllаr
8

yаndıqdа isə D sinfinə аid оlаcаqlаr. Nəzərə аlmаq lаzımdır кi, D1-yаrımsinfini
yüngül mеtаllаrın yаnmаsı, məsələn аlüminium, mаqnezium və оnlаrın хəlitələri
аyırır; D2-yаrımsinfini - qələvi və оnlаrа охşаr mеtаllаrın, məsələn nаtrium və
каlium; D3-yаrımsinfini mеtаl tərкibli birləşmələrin yаnmаsı, məsələn üzvi
mеtаllаrın və yа hidrоgеnli mеtаl birləşmələrinin yаnmаsı аyırır. Yаnm sаhələrinin
dəyişməsi əlаmətləri üzrə yаnğınlаrı yаyılаn və yаyılmаyаnlаrа bölməк оlаr.
Yаnğınlаr ölçüləri və mаddi ziyаn, həmçinin dаvаmiyyətliyi, охşаrlıq və yа
fərqləndirici əlаmətləri üzrə təsnifаtа bölünür. Bundаn bаşqа təsnifаtdа аçıq
sаhələrdəкi yаnğınlаrın yаrımqrupunu - кütləvi yаnğını аyrıcа göstərməк lаzımdır.
Кütləvi yаnğın dеdiкdə, yаşаyış məntəqələrində, yаnаr mаtеriаllаr sахlаnılаn
böyüк аnbаrlаrdа və sənаyе müəssisələrində bаş vеrmiş аyrı-аyrı və аrаsı
кəsilməyən yаnğınlаrın cəmi bаşа düşülür. Аyrı (təк) yаnğın dеdiкdə, аyrıcа (təк)
binаdа və yа qurğudа bаş vеrmiş yаnğın bаşа düşülür. Tiкililərin müəyyən
sаhəsində binа və qurğulаrın əкsər hissəsinin еyni zаmаndа intеnsiv yаnmаsını -
аrаsı кəsilməyən (bütöv) yаnğın аdlаndırmаq qəbul еdilmişdir. Zəif кüləкdə və yа
кüləк оlmаdıqdа кütləvi yаnğın оdlu fırtınаyа çеvrilə bilər. Оdlu fırtınа - yаnmа
mаddələrinin və qızmış hаvаnın güclü коnvекtiv sütunlа qаlхmаsı və təmiz
hаvаnın оdlu fırtınа sərhədlərinə sаniyədə 14-15 mеtrdən аz оlmаyаn sürətlə dахil
оlmаsındаn vаhid, nəhəng аlоv məşəli burulğаnının əmələ gəlməsi ilə хаrакtеrizə
оlunаn yаnğının хüsusi fоrmаsıdır. Qаpаlı sаhələrdəкi (divаrlаr аrаsındакı,
binаlаrdакı) yаnğınlаri iкi növə аyırmаq оlаr: hаvа mübаdiləsi və yахud yаnğın
yüкü ilə tənzimlənən yаnğınlаr. Hаvа mübаdiləsi ilə tənzimlənən yаnğınlаr
dеdiкdə, çохlu yаnаr mаddələr və mаtеriаllаr, hаbеlə məhdud окsigеn tərкibli qаz
mühiti оlаn оtаqlаrdа baş verən yаnğınlаr nəzərdə tutulur. Оtаqdакı окsigеnin
tərкibi оnun vеntilyаsiyа оlunmа şərtləri, yəni hаvа dахil оlаn оyuqlаrın sаhəsi və
yа mехаniкi vеntilyаsiyа sistеminin кöməyilə yаnğın baş verən оtаğа dахil оlаn
hаvаnın miqdаrı ilə müəyyən еdilir.
Yаnğın yüкü ilə tənzimlənən yаnğınlаr dеdiкdə, оtаqdакı hаvаnın tərкibində
çохlu окsigеn vаr və yаnğının inкişаf еtməsi оrаdакı yаnğın yüкündən аsılı оlan
yаnğınlаr başa düşülür. Bu yаnğınlаr, öz pаrаmеtləri üzrə аçıq sаhələrdəкi
9

yаnğınlаrа yахındır. Yаnğınlаr, divаrlаrа təsirеtmə хüsusiyyətləri üzrə məhdud və


həcmi yаnğınlаrа bölünür. Məhdud yаnğınlаr həm divаrlаrа zəif istiliк təsiri ilə
хаrакtеrizə оlunur və yаnmа üçün zəruri оlаn hаvа çохluğu zаmаnı inкişаf еdir,
həm də оtаqdакı yаnаr mаddələrin və mаtеriаllаrın növündən, оnlаrın
vəziyyətindən, оtаqdа yеrləşməsindən аsılıdır.
Həcmi yаnğınlаr divаrlаrа intеnsiv istiliк təsiri ilə хаrакtеrizə оlunur.
Vеntilyаsiyа ilə tənzimlənən həcmi yаnğın üçün аlоv məşəli və divаr səthi
аrаsındакı tüstü qаzlаrındаn оlаn qаz təbəqəsinin mövcudluğu səciyyəvidir. Yаnmа
prоsеsi hаvаdа окsigеn çохluğu zаmаnı gеdir və аçıq sаhədəкi yаnmаnın
şərаitlərinə yахınlаşır. Yаnmа yüкü ilə tənzimlənən həcmi yаnğın üçün аlоv və
divаr səthi аrаsındа qаz (tüstü) təbəqəsinin оlmаmаsı səciyyəvidir. Divаrlаr
аrаsındакı həcmi yаnğınlаrı аçıq yаnğınlаr, qаpılаrın, pəncərələrin və оyuqlаrın
bаğlı оlduğu zаmаn gеdən məhdud yаnğınlаrı isə qаpаlı yаnğınlаr аdlаndırmаq
qəbul еdilmişdir. Yаnğınlаr inкişаf etdiyi zаmаn bir sinifdən, növdən və qrupdаn
digərinə кеçdiyindən, oхşаr və fərqləndirici əlаmətlərinin müхtəlifliyi üzrə
vеrilmiş yаnğınlаrın təsnifаtı şərti hеsаb оlunur. Lакin yаnğınlаrın söndürülməsi
təcrübəsi üçün bахılаn təsnifаt zəruridir. Onа görə кi, yаnmаnın кəsilməsinin
qаydа və üsullаrını, оdsöndürücü mаddələrin növünü, yаnğının inкişаf еtdiyi
həmin аndа söndürülməsi zаmаnı 1992-1998-ci illərdə respublikamızda texnogen
xarakterli 100-dək fövqəladə hadisə qeydə alınmışdır. Onların böyük əksəriyyəti
Bakı və Sumqayıt şəhərlərində
kimya, neft kimyası və nəqliyyat sahələrində baş vermişdir.
Ekoloji xarakterli fövqəladə hallar
Yerin (torpağın, yerin təkinin və səthinin) vəziyyətinin dəyişməsilə əlaqədar
baş
verən fövqəladə hadisələr;
Atmosferin (mühitin) tərkibi və xassələrinin dəyişməsilə əlaqədar baş verən
fövqəladə hadisələr;
Hidrosferin (su mühitinin) vəziyyətinin dəyişməsilə əlaqədar baş verən
fövqəladə
10

hadisələr;
Biosferin vəziyyətinin dəyişməsilə əlaqədar baş verən fövqəladə hadisələr.
Sosial siyasi və hərbi siyasi xarakterli hallar
1. Əyalət üzrə baş verən narazılıqlar;
2. Hərbi hissələrin, hərbi arsenalından qarət olunmuş silahların əhali arasında
yayılması;
3. Təsadüfi atom zərbəsinin neytral ərazilərdə partlamasından əmələ gələn
narazılıqlar;
4. Əhalinin hərbi qornizonlara

Ekoloji ziyanın müəyyən edilməsi


Ekoloji ziyan ( Z ekol). Ekoloji ziyanı ( Z ekol) aşağıdakı düsturda verilmiş müxtəlif
çirklənmə növləri üzrə ətraf mühitə dəymiş ziyanın cəmi kimi hesablamaq olar:
Z ekol=E a+ Es + Et + Eb + E z (1)

Ea – atmosferin çirklənməsindən dəyən ziyan, bir qayda olaraq,


çirkləndirici maddələrin atmosferə yayılma həcmindən asılı olaraq müəyyən
edilir. Atmosferə yayılmış çirkləndirici maddələrin həcmi isə mövcud metodik
vəsaitlər əsasında və yaxud da ekspert qiymətləndirmələri yolu ilə hesablanır;
E s – su hövzəsinin çirklənməsindən dəyən ziyanı suyun keyfiyyətinin

pisləşməsi və bioməhsuldarlığının aşağı düşməsi ilə əlaqədar ziyanın cəmi kimi


hesablamaq olar. Suyun keyfiyyətinin dəyişməsindən dəyən ziyan təsdiq
edilmiş normativ sənədlər əsasında hesablanıb qiymətləndirilir. Su obyektinin
bioməhsuldarlığının aşağı düşməsi ilə bağlı itkinin həcmini bioloji resursların
tərkibinin tədqiq edilməsi üzrə normativ-metodik sənədlər əsasında və yaxud da
ekspert qiymətləndirməsi yolu ilə müəyyən etmək olar.
Et – torpağın çirklənməsindən dəyən ziyanı tapmaq üçün torpağın kimyəvi

maddələrlə çirklənməsi dərəcəsini qiymətləndirmək məqsədilə tətbiq edilən


təlimatlar əsasında və yaxud belə itkilərin ekspert qiymətləndirməsi
qaydalarından istifadə etməklə müəyyənləşdirmək olar.
11

Eb – bioloji resursların məhv olması ilə bağlı olan itkilər, adətən, müvafıq

təlimatlar, metodik vəsaitlər və normativ sənədlər əsasında hesablanır.


E z – ərazinin töküntülərlə zibillənməsinə görə dəyən ziyanın həcminin

hesablanması zamanı ətraf mühitin çirklənməsi barədə ödənişlərin tutulmasına


dair metodik göstərişlərdə qeyd edilən normalardan istifadə olunması
məsləhətdir. Bu halda zibillərin (dağıntıların) haraya daşınması və tökülməsi ilə
əlaqədar olan amillər nəzərə alınmalıdır.

Əmək resurslarının itirilməsi səbəbindən itkilər ( Z ə. r .i .). Əmək resurslarının


itirilməsi səbəbindən yaranan itkiləri ( Z ə. r .i .) hesablamaq üçün qəza nəticəsində
ölmüş və xəsarət almış işçilərin dəfn xərcləri, kompensasiya xərcləri, müalicə və
bərpa xərcləri, təqaüd və müavinət xərclərinin cəmindən istifadə etmək olar. Bu
halda, hər bir ölən və hər bir xəsarət alan işçi üçün çəkilən xərclər ayrı-ayrılıqda
hesablanmalı və yekun nəticələr cəmlənməlidir.
Əmək ehtiyatlarının sıradan çıxması (işçinin ölümü) səbəbindən yaranan
itkilər istehsal fəaliyyəti ilə məşğul olan hər bir işçinin ölümü nəticəsində dəyən
ziyanın həcminin müəyyən edilməsi yolu ilə hesablana bilər:
Z öpsç=H t ∙ T ig ( 2 )

burada:
H t – müəyyən bir işçinin gündəlik qazana biləcəyi mənfəətin

həcmidir, man./gün;
T ig – bir işçinin ölümü nəticəsində itirilən ümumi iş günlərinin

sayıdır, (müəyyən normalarla tənzimlənir);


Burada verilmiş H t göstəricisi müvafiq sahənin müəssisələri üzrə orta əmək
haqqı məbləği nəzərə alınmaqla sahənin ümumi gəlirində xüsusi çəki göstəricisi
əsasında müəyyən edilə bilər.
Yuxarıda qeyd olunan təhlükəli istehsal obyektlərində baş verən qəzalardan
dəyən ziyanın qiymətləndirilməsi istiqamətləri metodik yanaşma əsasında
sxematik olaraq şəkildə verilmişdir.
12

MÜHAZİRƏ 3
Qəza baş vermiş obyektə dəymiş ziyanın qiymətləndirilməsinə yanaşmalar
13

İstifadə olunan xammal və materialların fiziki-kimyəvi xüsusiyyətlərindən,


istehsal-emal proseslərindəki texniki-texnoloji vasitələrin istismar qaydalarının
pozulmasından və digər səbəblərdən asılı olaraq, bəzi sənaye obyektlərində
qəzaların baş vermə ehtimalı yüksək olur. Ona görə də, belə obyektlər təhlükəli
sənaye obyektlərinə aid edilir.
Təhlükəli sənaye obyektlərində müxtəlif səbəblərdən baş verən qəzalar
nəticəsində mülkiyyət sahiblərinə, üçüncü şəxslərə və ətraf mühitə ziyan dəyir.
Qəza nəticəsində dəyən zərərin (itkinin) qiymətləndirilməsi təhlükə potensiallı
istehsal obyektlərində baş verə biləcək qəzaların qarşısının alınmasına yönəldilən
idarəetmə qərarlarının qəbul edilməsinin mühüm və ən səmərəli mexanizmidir.
Ona görə də, təhlükəli sənaye obyektlərində baş vermiş qəzalar nəticəsində
mülkiyyət sahiblərinə, üçüncü şəxslərə və ətraf mühitə dəyən ziyanın obyektiv
qiymətləndirilməsinə şərait yaradan metodikaya böyük ehtiyac vardır. Belə bir
metodik vəsait qəza nəticəsində dəyən zərərin obyektiv və dəqiq hesablanmasına
və qiymətləndirilməsinə imkan verməlidir.
İstifadə məqsədindən asılı olmayaraq aşağıdakı istiqamətlərdə
qiymətləndirmələr aparılmasına şərait yaradılmalıdır:
‒ qəza baş vermiş obyektin dəyərinin və obyekt (mülkiyyət) sahibinə dəymiş
ziyanın müəyyənləşdirilməsi;
‒ qəza nəticəsində üçüncü şəxslərə dəymiş ziyanın müəyyənləşdirilməsi;
‒ qəza nəticəsində ətraf mühitə dəymiş ziyanın müəyyənləşdirilməsi.
Qəza zamanı mühasibat sənədləri məhv olduqda, oxşar obyektlər haqqında
orta göstəricilərdən istifadə edilə bilər.
Təhlükəli sənaye obyektlərinin dəyərinin qiymətləndirilməsi xüsusi ekspertlər
qrupu tərəfindən aparılır. Onlar tərəfindən qiymətləndirmə prosesinin təşkilində
aşağıdakı qaydalara əməl edilməlidir:
‒ qiymətləndirmə üçün tələb edilən komisyon ödənişləri, obyektin dəyərinə
görə faizlə müəyyən edilməməlidir;
‒ komisyon ödənişləri qiymətləndirmənin istifadəsindən asılı olmamalıdır;
‒ qiymətləndirmə və komisyon ödənişləri müqavilə əsasında aparılmalıdır.
14

Təhlükəli sənaye obyektində baş vermiş qəza nəticəsində mülkiyyət sahibinə


dəymiş ziyanın (zərərin, itkinin) qiymətləndirilməsi göstəricilərindən aşağıdakı
istiqamətlərdə istifadə etmək olar:
‒ qəza nəticəsində məhv olmuş obyektin əvəzinə eynilə yenisinin tikilməsi
və ya obyektin bərpası xərclərinin müəyyən edilməsində;
‒ məhv olmuş obyektin xarakterik xüsusiyyətlərinə yaxın olan, lakin yeni,
daha mükəmməl olan obyektlə əvəz olunması dəyərinin müəyyən
edilməsində.
Baş vermiş qəza nəticəsində ilkin uçot mühasibat sənədləri məhv olduqda
aşağıdakılar nəzərə alınmalıdır:
‒ məhv olmuş sənaye obyektinin istehsal, texniki, texnoloji parametrlərinin
orta sahə səviyyəsindən aşağı olması hallarında obyektin orta səviyyədən
aşağı və yaxud əksinə yüksək qiymətləndirilməsi;
‒ məhv olmuş sənaye obyektinin dəyərinin maksimal həddinin eyni cür
obyektlərin minimal satış (alış) qiymətindən yuxarı təyin edilməməsi;
‒ məhv olmuş sənaye obyektinin dəyərinin istehsal amilləri nəzərə alınaraq
bazar qiymətləri səviyyəsində təyin olunması;
‒ qiymətləndirmə obyektinin dəyəri vaxtdan asılı olaraq dəyişdiyi üçün,
qiymətləndirmənin aparılması vaxtının konkretləşdirilməsi və
diskontlaşdırılması.
Qəza baş vermiş obyektin dəyərinin və obyekt sahibinə dəymiş ziyanın
qiymətləndirilməsində aşağıda qeyd edilən yanaşmalardan istifadə oluna bilər:
‒ xərclərə əsaslanan yanaşma;
‒ analoqlardan istifadəyə əsaslanan yanaşma;
‒ gəlirlərə əsaslanan yanaşma.
Xərclərə əsaslanan yanaşmanın başlıca əlamətini qəza obyektinin hər bir
elementinin ayrıca qiymətləndirilməsi təşkil edir. Obyektin ümumi dəyəri onu
təşkil edən elementlərin dəyərini toplamaq yolu ilə müəyyən edilir. Xərclərə
əsaslanan yanaşma ilə obyektin dəyərinin qiymətləndirilməsi aşağıdakı
mərhələlərə ayrılır:
15

‒ qiymətləndirmə obyektinin quruluşunun və ayn-ayrı tərkib elementlərinin


müəyyən edilməsi;
‒ tərkib elementlərinin hər biri üçün münasib olan qiymətləndirmə
qaydasının seçilməsi;
‒ qiymətləndirmə obyektinin ayrı-ayrı elementləri üzrə hesablanmış
köhnəlmə dəyərinin müəyyənləşdirilməsi;
‒ tərkib elementlərinin və obyektin bütövlükdə qalıq dəyərinin hesablanması
və qiymətləndirilməsi.
Hesablanmış (toplanmış) köhnəlmə dəyəri qəza baş vermiş obyektin ilkin
dəyərindən çıxıldıqda alınan məbləğ obyekt sahibinə dəyən ziyanın həcmini
göstərir.
Xərclərə əsaslanan yanaşmadan qəza baş vermiş obyekt haqqında uçot-
hesabat sənədləri məhv olmadıqda istifadə etmək mümkündür.
Analoqlardan istifadəyə əsaslanan yanaşma zamanı qəza nəticəsində
obyektin sahibinə dəymiş ziyanın həcmi analoji obyektin bazar qiyməti haqqında
məlumatların toplanması və yaxud da belə obyektlərin bazar qiymətinin
hesablanması yolu ilə müəyyən edilə bilər. Bu halda aşağıdakı ardıcıllıqdan
istifadə etmək olar:
1. Əmlak bazarının öyrənilməsi və analoji obyektlər üzrə kommersiya
sövdələşmələri haqqında informasiyanın toplanması;
2. Toplanmış məlumatların düzgünlüyünün yoxlanması və sistemləşdirilməsi;
3. Qiymətləndirilən obyektin analoji obyektlərlə müqayisə edilməsi yolu ilə
fərqli cəhətlərinin (texniki-texnoloji elementlərinin, satış tarixinin,
mülkiyyət formasının, istehlak bazarının, yerinin, tərkib elementlərinin)
müəyyən olunması;
4. Analoji obyektlərin qiymətlərinin təshih edilməsi yolu ilə qəza obyektinin
dəyərinin hesablanması. Bu zaman obyektlərin dəyərinin azaldılması
(yüksəldilməsi) əmsallarından; gücünü, məhsuldarlığını nəzərə alan çəki
əmsallarından; gəlirlərdə olan fərqi nəzərə alan qiymət/gəlir
multiplikatorundan və digər təshih mexanizmlərindən istifadə oluna bilər.
16

Belə bir yanaşmadan qəza baş vermiş obyektdə aparılan uçot-hesabat işlərinin
məhv olduğu hallarda istifadə olunması daha məqsədəuyğundur.
Gəlirlərə əsaslanan yanaşma zamanı, qəza nəticəsində obyekt sahibinə
dəymiş ziyanın həcmi, həmin obyektin gələcəkdə istismar olunması ilə əlaqədar
əldə edilə biləcək gəlirlərin (əldən çıxmış gəlirlərin) cari dəyərinin qiymətləndiril-
məsi yolu ilə müəyyən edilir. Bu üsuldan istifadə edildiyi hallarda qiymətləndirmə
obyekti gələcəkdə reallaşdırıla bilən kapital (investisiya) qoyuluşu layihəsi
qismində baxılır və obyekt sahibinə dəyən ziyanın həcmi belə bir layihənin
reallaşdırılmasından əldə edilə biləcək gəlirlərin vaxt amilindən asılı olaraq
diskontlaşdırılması yolu ilə müəyyən edilən cari dəyərinə əsasən qiymətləndirilir.
Bu zaman, qəza baş vermiş obyektin dəyərini, orta illik xalis gəlirin kapitallaşma
(qiymətləndirilən obyektin gəlirlilik səviyyəsini göstərən) əmsalına bölünməsi
yolu ilə tapmaq olar.
Ətraf mühitə çirklənmədən dəymiş iqtisadi ziyanın hesablanması.
Təbiəti mühafizə tədbirlərinin səmərəsinin dəf edilmiş ziyan kimi təyin
edilməsi ziyanın müəyyənləşdirilməsi üsuluna əsaslanır. Ətraf mühitin çirklənməsi
nəticəsində dəymiş ziyan- əslində faktik və ya mümkün olan itkilərdir: ekoloji,
sosial və iqtisadi. İki cür ziyan ayırırlar: bilavasitə və dolayısı ziyan. Bilavasitə
ziyan insanların sağlamlığının pisləşməsi, maddi dağıntılar, təbii mühitin
tənəzzülü; dolayısı ziyan əlilliyin artımı, xəstəliklər, təsərrüfat sahələrində bəzən
məhsuldarlığın aşağı düşməsi və adətən bilavasitə ziyanı qiymət və ya natural
hesablama ilə müəyyən etmək olur, dolayısı ziyanı isə hesablamaq
(qiymətləndirmək) çətindir. Hesablamaya yatan ziyanlar iqtisadi və sosial iqtisadi
ziyanlardır: Birinci qrupa aiddirlər:
- alıınmamış məhsul;
- biogeosenozların məhsuldarlığının azalması;
- bina və qurğuların xidmət müddətinin qısalması (azalması);
- tullantıların-xammal kimi istifadəyə yararlı olması;
- çirklənmənin nəticələrinin ləğvinə olan xərclər;
- bərpaya lazım olan xərclər;
17

- çirklənmədən xəstəliyə görə əmək məhsuldarlığının azalması və s.


Sosial-iqtisadi ziyan aşağıdakı struktura malikdir:
- xəstəliklərin artımı ilə əlaqədar səhiyyəyə və ictimai təminata çəkilən
xərclər;rekreasiya (istirahət) ehtiyatlarının saxlanması üçün xərclər;
- ekoloji səbəblərə görə əhalinin miqrasiyası (köçməsi, yerdəyişməsi) xərcləri;
- istirahət üçün əlavə xərclər.
Dolayı ziyanların (ekoloji və sosial) miqdarı (kəmiyyətcə) qiymətləndirməyə
yatmırlar, onları cəmdə şərti hesablanan ziyanlar adlandırırlar. Sosial ziyanlar
aşağıdakılardır:
- landşaftın korlanması sayəsində estetik ziyan;
- ölüm hallarının çoxalması ilə yaranan patoloji ziyanlar;
- psixoloji ziyanlar.
Ekoloji ziyanlar unikal ekosistemlərin dağılması, növlərin məhv olması, yoxa
çıxması, genetik itkilər və s. ilə əlaqədardır.
İqtisadi ziyan-ətraf mühitin çirklənməsi nəticəsində onun faydalılıq
dərəcəsinin dəyişməsidir. İqtisadi ziyan aşağıdakı xərclər hesabına yaranır:
- cəmiyyətin ətraf mühitində dəyişmələrlə əlaqədar əlavə xərclər;
- ətraf mühiti əvvəlki vəziyyətinə gətirmək üçün xərclər;
- gələcək cəmiyyətin qıt olan ehtiyatlarının dönməz olaraq bir hissəsinin
götürülməsi ilə əlaqədar xərclər. Ziyan biranlıq permanent (torpaqların eroziyası və
şoranlaşması zamanı), latent (vaxt keçdikdən sonra baş verən, ləng hərəkət edən)
və s. olur. Bundan başqa iqtisadi ziyanı iki növə - potensial və hesablama yolu ilə
təyin olunan növlərə bölürlər. Potensial ziyan elə iqtisadi ziyandır ki, ləğvinə
indiki zamanda əlavə xərc tələb olunmur. Hesablama ziyanın elə hissəsidir ki,
müəyyən dövrdə üzə çıxır və iqtisad elminin indiki səviyyəsinə uyğun olaraq pul
formasında ifadə edilməsi mümkündür. Həmin sahəyə dair məlumatımız artdıqca
hesablama ziyan potensial ziyana çevriləcək, potensial isə artıq dəymiş ziyan kimi
özünü göstərəcəkdir. Qiymətləndirmə hesablamalarına görə potensial iqtisadi ziyan
70- 80%, hesablama ziyanı isə faktik ziyanın 60-65%-ni təşkil edir. Adətən ziyanın
aşağıdakı strukturunu qeyd edirlər:
18

1) əhalinin sağlamlığına;
2) kommunal və məişət təsərrüfatına;
3) kənd və meşə təsərrüfatına;
4) nəqliyyata, sənayeyə;
5) digər sahələrə dəyən ziyanlar.
Hər bir lokal ziyan ayrılıqda təyin edilir, sonra isə toplanır. Ziyanın bu cür
təyinatı lokal (yerli) ziyanların toplanması metodu adlanır, yaxud da birbaşa
hesablanır. Bu halda hesabatların əsasını aşağıdakı ardıcıllıq təşkil edir:
1) maddələrin çirklənmə mənbəyindən atılmasının (axıdılmasının) təyini;
2) qarışıqların qatılığının atmosferdə (su hövzə- sində) müəyyən edilməsi;
3) natural ziyanın təyini;
4) iqtisadi ziyanın təyini.
Atmosfer havasının çirklənməsindən dəyən iqtisadi ziyan aşağıdakı xərclərin
cəmindən əmələ gəlir: xəstələnmələrin artması nəticəsindəki xərclər, əsas fondların
təmirinin sayının artması, onların xidmət müddətinin azalması; kənd təsərrüfatı
torpaqlarının məhsuldarlığının azalması, meşələrin məhsullarının azalması və s. Bu
yanaşma çoxlu miqdarda ilkin informasiya tələb edir və iqtisadi ziyanı daha dəqiq
təyin edir, Təcrübədə, adətən, iqtisadi ziyanın yuvarlaqlaşdırılmış
qiymətləndirilməsi üsulundan istifadə edirlər. Bu təxmini qiymətləndirmə verir,
lakin daha ümumi məsələləri həll etmək üçün əsas ola bilər. Atmosferə dəymiş
ziyanı təyin etmək üçün aşağıdakı düsturdan istifadə etmək olur:
Y A =γ∗σ∗φ∗M

Burada; γ - çirklənmənin hər şərti tonuna görə ödəmədir (xüsusi ziyandır), man.
şərti ton ilə ifadə olunur. Bu qiymətdə inflyasiya nəzərə alınmalıdır. Hesablamada
baza göstəricisi aşağıdakı kimi ifadə edilir. Məsələn, 1 ton SO 2 = 1şərti ton).σ -
ölçüsüz kəmiyyət, ərazinin növündən asılı olaraq, atmosferin çirklənməsinin nisbi
təhlükəsini səciyyələndirir (xüsusi cədvəldən götürülür). φ – ölçüsüz kəmiyyət,
qarışıqların atmosferdə səpələnməsinin xarakterindən asılıdır (cədvəldən
götürülür). Əgər qaz təmizləyən avadanlıq yoxdursa, yaxud təmizləmə dərəcəsi
70%-dən azdırsa, onda φ =3; təmizləmə 70-90% olarsa φ =2,5; 90 %-dən çox
19

olarsa φ =2 götürülür. Qaz xassəli çirklənmə və aerozollar üçün φ =l götürülür. M -


çirkləndirici maddələrin gətirilmiş kütləsi (şərti ton /il), aşağıdakı düstur ilə təyin
edilir:
n=1
M =∑ M i A i
i=0

∑ Burada M i - çirkləndirici maddənin ümumi kütləsi; Ai - (i maddəsinin) nisbi


aqressivlik göstəricisidir. Bu göstərici həddi yol verilən qatılıq (HYVQ) nəzərə
alınmaqla təyin edilir (1/HYVQ). Su hövzələrinin çirklənməsindən dəyən ziyanın
yuvarlaqlaşdırılmış qiymətləndirmə metodu aşağıdakı düsturla ifadə edilir:

Y B =γ∗σ k ∗M

Burada; γ - xüsusi ziyan (şərti ton axıntıya görə - man); σ k - müxtəlif su təsərrüfatı
sahələri üçün sabit göstərici; (konstanta), xüsusi cədvəldən götürülür.
Ziyan hesablama yolu ilə təyin edilir, həm də məhsul hasilatına dəyən xüsusi
ziyanın hesablanması ilə də təyin edilə bilər. Təxmini metodla hesablamalar
göstərir ki, cəmiyyətə dəyən ziyan hava hövzəsinin çirklənməsindən 60%, su
hövzəsinin çirklənməsindən 30% və bərk tullantılarla çirklənmədən 10% təşkil
edir. İnkişaf etmiş xarici ölkələrdə təbiətdən səmərəsiz istifadəyə görə dəymiş
iqtisadi ziyan 4-8% (ümumi daxili məhsul) təşkil edir. Rusiya üzrə ümumi ziyanın
qiyməti 15-17% təşkil edir (1990). Azərbaycanda bu rəqəm bir qədər yüksəkdir.

MÜHAZİRƏ 4

Azərbaycanın ətraf mühiti və təbii sərvətlərinə vurulmuş zərərlər və itkilərin


iqtisadi qiymətləndirilməsi

Ermənistanın hərbi təcavüzünün nəticəsində meydana çıxan zərərləri


qiymətləndirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaratdığı
20

İşçi Qrup öz fəaliyyətində bu sahədə mövcud olan beynəlxalq təcrübə və


standartları nəzərə alır. Müharibənin, işğalın, zor tətbiqinə çağırışların və hazırlığın
nəticəsində meydana gələn və eləcə də təbii fəlakətlərin vurduğu iqtisadi zərərlərin
qiymətləndirilməsinə həsr olunmuş ədəbiyyat və hesabatlarda bir sıra metodiki
yanaşmalar tətbiq olunur. Aqressiv etnos implantasiyasının iqtisadi zərərin
qiymətləndirilməsində praktiki əhəmiyyəti olan metodoloji yanaşma və tədqiqatlar
aşağıdakı istiqamətləri əhatə edir:
- iki ölkə arasında müharibə;
- vətəndaş müharibəsi;
- üsyanlar;
- genosid;
- cinayətkarlıq;
- terror;
- tsunami;
- atom elektrik stansiyalarında baş vermiş qəza;
- nüvə partlayışları və sınaqları;
- daşqınlar, zəlzələ və digər təbii fəlakətlər.
Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiyasına, beynəlxalq
normalarla təsbit olunmuş Azərbaycan-Ermənistan sərhədi boyunca aparılmış hərbi
əməliyyatlara, Dağlıq Qarabağın və onun ətrafındakı ərazilərin işğalına səbəb
olmuş hadisələrdə bu istiqamətlərin hər birinə xas olan bir sıra nəticələr təzahür
edir. Bununla bərabər, bu müharibənin özünəməxsus xüsusiyyətləri vardır.
Ermənistan kütləvi qətllər, terror, aborigen əhalinin məhvi və ya deportasiyası,
tarixi və təbii abidələrin məhvi, təbii sərvətlərin vəhşicəsinə talan olunması və s.
hərəkətləri ilə tarixdə misli olmayan davranış nümayiş etdirir. Eyni zamanda, hərbi
əməliyyatlar başa çatmamışdır və işğal olunmuş torpaqlar azad olunmamışdır. Bu
isə zərər və itkilərin hər gün artdığını göstərir. Bütün bunlar gələcəkdə yeni hərbi
əməliyyatların aparılmasını və ya sülhməramlı qüvvələrin cəlb olunması ilə işğalın
nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini zəruri edir.
Zərərin qiymətləndirilməsi nöqteyi-nəzərindən tətbiq edilən metodoloji yanaşma
21

tarixi prosesləri və gələcəkdə yaranacaq nəticələrin proqnozlaşdırılması


məsələlərini də əhatə etməlidir. Müharibənin, işğalın, zor tətbiqinə çağırışların və
hazırlığın vurduğu zərər və itkilər Beynəlxalq Qiymətləndirmə Standartları,
beynəlxalq təşkilatların zərərlərin qiymətləndirilməsi üzrə qəbul etdiyi sənədlər və
bu sahədə mövcud olan təcrübə əsasında qəbul edilmiş «Zərərlərin
Qiymətləndirilməsi Standartına» müvafiq olaraq müəyyən edilir. Risk və Dağıdıcı
Təsirlər (RDT) – terror aktları, cinayətlər, müharibə, işğal, zor tətbiqinə çağırışlar
və hazırlıq, əhalinin risk zonasından köçürülməsidir. Zərərçəkmiş ərazi – RDT baş
verdiyi və (və ya) onun nəticələrinin birbaşa və ya dolayı təzahür etdiyi ərazidir.
Zərər - RDT baş verərkən və (və ya) baş verdikdən sonra zərərçəkmiş ərazidə
mövcud olmuş əmlakın, mədəni irsin, insanların və təbii ehtiyatların tam və ya
qismən məhv edilməsi və dağıdılmasıdır. Zərər fiziki göstəricilərlə (mənzillərin
sahəsi - kvadrat metrlə, avtomobil yolları – kilometrlə və s.) ifadə edilir və onun
bərpa dəyəri müəyyən olunur. Zərər bərpa işlərinin həcmini qiymətləndirmək və
ödəniləcək kompensasiyaların məbləğini təyin etmək üçün müəyyənləşdirilir.
İtkilər və ya dolayı zərər - RDT nəticəsində iqtisadi dövriyyədə baş verən neqativ
dəyişikliklərdir. İtkilər iqtisadiyyatın tam həcmdə bərpa edilməsi və
yenidənqurulması başa çatanadək qalmaqda davam edir. İtkilərin müəyyən
edilməsi RDT-in sosial-iqtisadi nəticələrini və iqtisadiyyatın bərpası üçün tələb
olunan xərcləri qiymətləndirməyə şərait yaradır. Ermənistanın Azərbaycana qarşı
silahlı təcavüzü kontekstində zərər dedikdə hüququ pozulmuş şəxsin, icmaların və
dövlətin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu
xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),
habelə hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər
(əldən çıxmış fayda) başa düşülür. Beləliklə, zərər maddi itkilər və əldən çıxmış
faydadan ibarətdir. Zərər aşağıdakı risklərin reallaşması nəticəsində baş verir:
- terror və cinayətkarlıq;
- müharibə, işğal, zor tətbiqinə çağırışlar və hazırlıq (vətəndaş müharibəsi,
dövlətlərarası hərbi münaqişə, genosid, üsyan, aqressiv etnos implantasiyası,
ekstremist təşkilatların yaradılması və s.);
22

- məcburi köçürülmə (yaşayış və istehsal üçün təhlükəli ərazilərdən əhalinin


köçməsi və ya köçürülməsi, iqtisadi fəaliyyətin məhdudlaşdırılması və s.).
Bütün bu risklərin reallaşması fərdlərə, icmalara və dövlətə, habelə ətraf
mühitə maddi və ya mənəvi zərərin vurulması ilə nəticələnir. Beynəlxalq hüquq,
ölkənin qoşulduğu beynəlxalq konvensiyalar, eləcə də Azərbaycan Respublikası
Konstitusiyası və qanunvericiliyi mənəvi zərəri də tanıyır. Mənəvi zərər adətən
vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir və
bu, qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq
pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus
olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri,
hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, digər
şəxsi qeyri-əmlak hüquqları və maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə
mənəvi sarsıntı, iztirab verməsi ilə səciyyələnir. Mənəvi zərər vətəndaşların
hüquqlarının pozulmasının bilavasitə nəticəsidir və zərər vuran şəxsin
hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji
reaksiyaya səbəb olur. O, vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud da əmlak
zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mülki qanunvericilikdə şərəf,
ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi toxunulamazlıqla bağlı
pozuntuların nəticəsində dəymiş zərərin ödənilməsi nəzərdə tutulsa da, digər şəxsi
qeyri-əmlak hüquqlarından və maddi nemətlərdən istifadə etmək hüquqlarının
pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmamışdır.
Zərərin müəyyən edilməsi üzrə qiymətləndirmələr riskə və dağıdıcı təsirə məruz
qalmış əmlakın, faydanın və qeyri-əmlak hüquqlarının dəyərinin və itkilər üzrə
ödənişlərin məbləğinin müəyyən edilməsi (kompensasiya, restitusiya, dövlət
yardımı, beynəlxalq təşkilat və donorların yardımı, reparasiya, substitusiya və s.)
üçün tətbiq olunur. Zərərin müəyyən edilməsində həm də kompensasiya
ödənilməsi (risk /təsir müəyyən edildiyi andan bərpaya hazırlıq başa çatanadək
olan dövr) və bərpa müddəti (obyektin ilkin vəziyyətinə qaytarılması dövrü) nəzərə
alınır. Belə ki, həmin dövrlərdə bərpa üçün tələb olunan malların və xidmətlərin
dəyəri dəyişir. Beləliklə də bərpa edilməmiş və ya itirilmiş fayda üzrə zərərlər artır.
23

Məsələn, zərər və itkilərin qiymətləndirilməsi sahəsində beynəlxalq praktikada


sığorta, inkişaf layihələri məqsədləri üçün köçürülmə, qaçqın və məcburi
köçkünlərə ödənilən kompensasiyalar, ekoloji zərərlərin qiymətləndirilməsi və
hərbi münaqişələrin iqtisadi zərəri kimi sahələr üzrə təcrübə mövcuddur. Zərərin
ödənilməsinə beynəlxalq münasibət Dünya Bankının köçürülməyə məruz qalmış
şəxslərə, BMT-nin qaçqınlara və ya məcburi köçkünlərə kompensasiya
ödənilməsinə dair sənədlərində də əks etdirilmişdir. Bu yanaşmaya görə, bərpa
dəyəri hesablanarkən amortizasiya və materialların qalıq dəyəri nəzərə
alınmamalıdır. Əmlaka münasibətdə hüquqi aktların tam olmaması kompensasiya
almaq hüququnun müəyyən olunması zamanı nəzərə alınmır. Belə ki, təcavüzə və
diskriminasiyaya məruz qalan şəxslərin köçürülmədən əvvəlki həyat standartları
tam bərpa edilməlidir. Hərbi təcavüz və münaqişələrin yaratdığı iqtisadi zərərlərin
kompensasiyası və aradan qaldırılmasına daha 2 qlobal yanaşma mövcuddur.
Kompensasiya yanaşmasına nümunə kimi 1990-cı ildə Küveytin (ərazisi 17 820
km2 , əhalisi 2 088 000) İraq tərəfindən işğalı (1990) nəticəsində vurulmuş zərərin
qiymətləndirilməsini göstərmək olar. BMT Təhlükəsizlik Şurası tərəfindən bu
təcavüzün nəticələrinin qiymətləndirilməsi və kompensasiyaların müəyyən
edilməsi üçün xüsusi Kompensasiya Komissiyası yaradılmışdır. 12 illik fəaliyyət
dövründə bu Komissiya 352,5 mlrd. ABŞ dolları həcmində 2,7 mln. iddiaya
baxmış, 52.4 mlrd. ABŞ dolları məbləğində 1,5 mln. iddianı təsdiq etmişdir.
Təsdiq edilmiş iddialardan 47.8 mlrd. dollarlıq təzminat ödənilmişdir. Məsələn,
İranın 217 247 112 ABŞ dolları məbləğində kənd təsərrüfatı məhsullarının
azalmasına dair iddiası 24 034 892 ABŞ dolları məbləğində təmin edilmişdir.
Komissiya ekoloji xidmətlərin həcminə görə zərərin qiymətləndirilməsinə dair
müasir yanaşmanı əsaslı hesab etmişdir. Hərbi münaqişənin dağıdıcı təsirlərinin
nəticələrinin aradan qaldırılması üçün ehtiyacların qiymətləndirilməsinin digər
variantı ərazinin bərpası və inkişafı üzrə proqramın qəbul edilməsi və beynəlxalq
təşkilatlar tərəfindən maliyyələşdirilməsidir. Buna misal olaraq 2009-cu ildə
Fələstinin Qəzza bölgəsi üzrə qəbul edilmiş İlkin Bərpa və Yenidənqurma Planını
göstərmək olar. Bu Plana əsasən ilkin bərpa ehtiyaclarının ödənilməsi üzrə 2,8
24

mlrd. dollar müəyyən edilmişdir. Bu kompensasiya mexanizmlərinin tətbiqi imkanı


təcavüzkarın beynəlxalq qanunvericiliyə əməl etməyə məcbur edilməsi üçün
şəraitin mövcudluğu ilə müəyyən edilir. Birinci halda İraqın neft gəlirləri BMT-nin
tam nəzarətində olduğu üçün kompensasiya ödənişləri təmin edilmişdir. İkinci
halda isə beynəlxalq ictimaiyyət passiv müşahidəçi rolunda yalnız öz yardımını
təklif etməklə kifayətlənmişdir. Hərbi əməliyyatların və işğalın nəticələrinin
qiymətləndirilməsi zamanı aşağıdakılar müəyyən edilməlidir:
- hərbi əməliyyatların keçirildiyi və işğalın baş verdiyi dövrlər üzrə hərbi
münaqişənin baş verdiyi ərazi, münaqişə zonasına aid edilən qonşu ərazilər və
işğal olunmuş ərazilər;
- hərbi əməliyyatların aparıldığı dövrdə və atəşkəs vaxtı dəymiş zərər;
- sağlamlığını itirənlər (yaralananlar, psixoloji təsirə məruz qalanlar və s.) və həlak
olanlar müəyyən edilməklə insan itkiləri;
- özəl və ictimai əmlaka, təbii ehtiyatlara, faydalı qazıntılara, meşələrə və
torpaqlara, tarixi və mədəni abidələrə dəymiş zərər;
- məcburi köçürülmə üzrə kompensasiya və ya beynəlxalq prinsiplərə uyğun
olaraq qaçqınlara və məcburi köçkünlərə ödənilən kompensasiya və ya reparasiya
(məsələn: The Handbook for the Protection of Internally Displaced Persons. Global
Protection Cluster Working Group. 2010);
- ərazilərin məskunlaşmaya hazırlanması üçün tələb olunan xərclər, o cümlədən
minalardan təmizlənmə və digər təhlükə mənbələrinin ləğv edilməsi, ərazidə
təhlükəsizlik tədbirlərinin görülməsi, investisiyaların və məskunlaşmanın
stimullaşdırılması xərcləri, ərazilərin inkişafına çəkilən dolayı xərclər və s.;
- müharibə aparan işğalçı tərəfin hərbi əməliyyatları nəticəsində əhalinin sosial-
psixoloji vəziyyətinə, iqtisadiyyata və infrastruktur obyektlərinə dəyən zərər.
Hesablamaların aparılması üçün məlumatlar olmadıqda və ya məhv edildikdə,
ayrı-ayrı sahələr və obyektlərə dəymiş zərər funksional analoqlar üzrə mövcud
olan məlumatlardan istifadə etməklə adekvat mülahizələr əsasında müəyyən edilir.
Hərbi əməliyyatlar zamanı baş vermiş hadisələrin birbaşa nəticələri üçot metodu
əsasında qiymətləndirilir. Birbaşa itkilərə əsasən aşağıdakılar aid edilir:
25

- məhv edilmiş əmlakın dəyəri (ictimai infrastruktur, zavodlar və avadanlıqlar,


özəl şirkətlərin əmlakı, evlər, avtomobillər, digər fərdi əmlak, tarixi və mədəniyyət
abidələri, təbii resurslar və s.);
- insan resursları (hərbi və mülki əhali, o cümlədən əsirlər və itkin düşənlər);
- büdcə xərcləri;
- qaçqınlar;
- əlavə tibbi xərclər;
- əmək haqqı üzrə əlavə xərclər;
- yaralıların müalicəsi;
- əsirlərin saxlanması və s.
Dolayi itkilər birbaşa müşahidə olunmur və onlara aşağıdakılar aid edilir:
- istehsalın aşağı düşməsi;
- əmlakın bazar dəyərinin aşağı düşməsi;
- ticarətin azalması;
- investisiyaların azalması;
- təhsil imkanlarının azalması;
- beyin axını;
- turistlərin sayının azalması;
- digər makroiqtisadi təsirlər (inflyasiya, işsizlik, iqtisadi artım tempinin azalması
və s.);
- mənəvi zərərin subyektiv qiymətləndirilməsi;
- ekoloji itkilər və s.

Təbiətdən səmərəli istifadənin iqtisadi mexanizmləri.

Təbiəti mühafizə və yeni təbii ehtiyatların xərcləri müqabilində böyük


nəticələr əldə etmək olar. Yaxud da təbü sərvətlərin istehsalına çəkilən xərcləri
azaltmaqla dəyişməz nəticələrə nail olmaq olar. Keçmiş SSRİ respublikalarında
təbiətdən istifadənin effektliyi aşağı idi. Rusiyada kağız məhsulu və karton
istehsalı vahidinə müasir texnologiyalar tələb etdiyindən 5-6 dəfə çox meşə qırmaq
26

lazım gəlirdi. Məhsul vahidinə Rusiyada Yaponiya və AFR-ə nisbətən 3 dəfə çox,
ABŞ-a nisbətən isə 2 dəfə çox enerji sərf olunurdu. Başqa sözlə desək istehsalat
həddindən artıq təbii ehtiyatlar tutumuna malik idi. Sərt iqlim şəraitinə görə
Rusiyada xərclər çox ola bilər, lakin həmin xərcləri xeyli azaltmaq olar. Digər
respublikalarda da artıq vəsaitlərin sərfinə bəraət qazandırmaq olmaz. Təbiətdən
istifadənin iqtisadi səmərəsinin qiymətləndirilməsi zəruridir. Buraya aşağıdakılar
aiddir:
- artıq əldə edilmiş nəticələri qiymətləndirmək;
- təbiətdən istifadə variantını daha məqsədə uyğun seçmək və təbiəti mühafizə üzrə
ayrı-ayrı tədbirlərin hazırlanması;
- optimal ekoloji-iqtisadi effektlərə nail olmaq üçün zəruri olan xərcləri həll
etmək.
İqtisadiyyatda həmişə resurs azlığından ən yaxşı variant seçmək üçün
imkanlar müəyyən edilməlidir. Bunun üçün xüsusi meyarlar, ölçü vahidləri
olmalıdır. Layihəni o vaxt həyata keçirtmək lazımdır ki, o səmərəli olsun. Bunun
üçün ekoloji rifahları (ehtiyatları) qiymətləndirmək gərəkdir. Əslində, bu çox
mürəkkəbdir, bəzən isə mümkün deyildir. Məsələn, qəşəng landşaftı məhv edib
onun yerində nə isə tikmək təkcə yerli əhaliyə, yerli dövlətə yox, bütün bəşəriyyətə
qarşı təxribatdır. İqtisadiyyatda seçim mexanizmi kimi xərclərin və qaydaların
(nəticələrin), yaxud səmərənin müqayisə edilməsi ortaya çıxır. Bu yanaşma
«xərclər və faydalar» analizi adını almışdır. Normal iqtisadi səmərə potensial
faydanın (V) xərclər üzərində (S) üstünlüyüdür: V – S ≥ 0
Müasir iqtisadi planlaşdırmada tətbiq edilən yanaşma təbii ehtiyatların
tükənməsinə səbəb olur. Adətən gələcək faydanın ölçülərinin azalması baş verir.
İndiki iqtisadi fəaliyyət nəsillərin təbii ehtiyatlara olan tələbatını gələcək nəsillərin
hesabına ödəyir. İnvestisiyaların effektivliyinin təyini və ətraf mühit: mühafizədə
xeyirli variant seçmək üçün mümkün olan yanaşmalardan (üsullardan) biri
«gətirilmiş xərclər» üsuludur. Bu metodda effektin, faydanın, ziyanın və s.
layihədə həyata keçirilməsində müqayisə üçün başqa variantlar olmur. Əsas odur
ki, elə variant tapmaq lazımdır ki, qarşıya qoyulmuş məqsədə çatmaq üçün xərcləri
27

azaltmaq mümkün olsun. Başqa sözlə, yalnız məqsəd və ona tələb olunan xərc
lazımdır. Belə bir yanaşmada variant seçimi həm də həmişə ehtiyatların effektli
paylanmasını təmin etmir, belə ki, qoyulmuş məqsəd səmərəsiz də ola bilər. Lakin
metod münasibdir, ona görə ki, ekoloji və sosial faydanı (effekti) layihənin realizə
edilməsindən təyir etmək çətindir. Ayrıca götürülmüş müəssisə səviyyəsində
konkret qərar qəbul edərkən 2 mərhələdə hərəkət etmək lazımdır. Birincidə
müəssisə üçün təyin edilmiş ekoloji normativləri pozan bütün variantlar rədd edilir.
İkinci mərhələdə ekoloji nöqteyi-nəzərdən qəbul edilə bilən ən az gətirilmiş xərcli
variant qəbul edilir.

C+rK= min.... (1)

Burada C-cari istismar xərcləridir; r-diskontir əmsalıdır; K-əsaslı vəsaitdir. Təsvir


edilən metod müqayisəli iqtisadi effektivlik zamanı istifadə edilir. Gətirmə və
diskontir metodlarının ən əsas fərqləndirici cəhəti xərclərin özünü doğrultma
müddətidir. Özünü doğrultma müddəti minimal vaxt intervalıdır. Onun sərhədləri
daxilində ilkin vəsait qoyuluşu və digər xərclər əhatə olunur. Məlumdur ki, ümumi
effektivlik-nəticələrin ehtiyatlara çəkilən xərclərinə nisbətidir. Müvəqqəti
nümunəvi metodikaya görə nəticə ləğv olunmuş (qarşısı alınmış) ziyanın və
xərclərin müqayisəsidir. Belə halda əlavə effektlər (məs.sosial) nəzərə alınmır. Bu
effektlər dolayısı effektlər adlanır. Doğrudan da, bu o xidmətlərdir ki, kəmiyyətcə
təyin etmək çətindir. Bazar şəraitində kommersiya səmərəsini (effektini) təyin
etmək zəruridir. Ekoloji tədbirlərin təmiz illik kommersiya effekti iki xərcin fərqi
kimi müəyyən edilir: çirkləndirməyə görə ödəmələrin qənaətinin cəmi (Эпл) və
mühiti mühafizə tədbirlərinə çəkilən ümumi xərclər arasındakı fərq (z). Belə halda,

Ekom = Eö – z (2)

Aydındır ki, burada diskontir tətbiq etmək lazım gələcəkdir, yəni problem gəlib
özünü doğrultma müddətinə dirənəcəkdir. Çirklənmiş təbii ehtiyatların
təmizlənməsi tədbirlərinin həyata keçirilməsinə cəkilən xərclərin effekti aşağıdakı
kimi təyin edilir:
28

Э = (C1 - C2)Q… (3)

Burada Cı, C2 - təmizləmənin təbiəti mühafizə tədbirlərinin həyata


keçirilməsindən əvvəl və sonrakı (resurs vahidinə düşən) maya dəyəridir, illik
ölçüyə gətirilmişdir. Q - əlavə təmizlənmiş ehtiyatların həcmidir. Təbiətdən
səmərəli istifadə üzrə tədbirlərin səmərəsi, tullantılardan istifadəni də nəzərə
almaqla, aşağıdakı kimi ifadə edilə bilər:

Ef=
∑ E+ ∑ Y n
∑Z
Burada ∑ - toplum səmərə; məhsul artımı; təbii ehtiyatların qənaət effekti; sosial
effekt; utilləşdirmə effekti və s. ∑ - qarşısı alınmış ziyanın cəmi (toplumu); ∑ -
zəruri xərclərin cəmidir. Öz növbəsində, qarşısı alınmış (ləğv edilmiş) ziyan iki
ziyanın fərqi kimi götürülür-tədbirlərə qədər zərərin miqdarı (Y 1) və tədbirlərdən
sonra qalıq ziyan (Y2):

Yn = Yı - Y2

İqtisadi inkişafla təbiəti mühafizə fəaliyyəti arasındakı kompromis axtarışı


cəmiyyətin qarşısında duran əsas məsələlərdir. İqtisadçıların neoklassik məktəbi
təsdiq edir ki, ətraf mühitin çirklənməsinin iqtisadi optimumu mövcuddur. Həmin
optimuma görə təbiəti mühafizə xərclərinin həddi və ziyan arasındakı həddin
nisbəti bərabərliyi ilə təyin edilir. İqtisadi səmərə yalnız tədbirlər variantının
əsaslandırılması və seçimində lazım deyildir. Eyni zamanda fəaliyyətdə olan təbiəti
mühafızə obyektlərini də qiymətləndirmək zəruridir. Bundan ötəri, ilk növbədə,
mühiti qorumaq xərclərinin (Ə3) mütləq səmərəsini (effektini) təyin etmək
lazımdır. Deyilənlər aşağıdakı riyazi model ilə ifadə olunur.
n m
E ij
E z=∑ ∑
i =1 j=1 (C+ E N K )

Burada; Ez – tam iqtisadi effekt (i – növün j - obyektində); C - cari xərclər; K -


kapital qoyuluşu; EH - kapital qoyuluşunun normativ əmsalı (adətən 0,12) yaxud
diskontir əmsalıdır. Kapital qoyuluşunun normativ effektivlik əmsalı özünü
29

doğrultma (xərcləri ödəmə) müddəti ilə əlaqədardır. Xərclərin özünüödəmə


müddəti normativ effektivlik əmsalı ilə tərs mütənasibdir (T=1/EN),

E0 = (Э - C)/K > EN olarsa, onda layihə səmərəlidir və xərclər özünü ödəyəcəkdir.


Bəzən təbiəti mühafızə tədbirlərinin iqtisadi səmərəsini təbiəti mühafızə obyektinin
xidmət vaxtını nəzərə almaqla qiymətləndirmək zəruridir. Bu halda aşağıdakı
disturdan istifadə etmək olar:

Yn
E=
C
+Z
T

Burada; Yn - dəf edilmiş ziyanın qiymətidir, C - obyektin smeta dəyəridir; T -


obyektin (tədbirin) xidmət davamiyyətidir; Z - tədbirə çəkilən orta illik cari
xərcdir. Təbiətdən səmərəli istifadə üzrə tədbirlərin effektivliyi göstəricilər sistemi
ilə səciyyələnir. Onlar nəticələrlə (alınmış yaxud gözlənilən) və xərclərin
(ehtiyatların) nisbətini əks etdirirlər. Onların arasında təbiəti mühafızə qurğularının
fond verimi, təbiət tutumu (ziyan tutumu), istehsal edilən məhsulun tullantısı və s.
əhatə olunur.

MÜHAZİRƏ 5
Dolayı itkilərin iqtisadi qiymətləndirilməsinin metodoloji əsasları

Dolayı itkilərin qiymətləndirilməsi zamanı aşağıdakı metodlar tətbiq


olunur:
1. Sorğu keçirilməsi Sorğu zamanı respondentlərin hər hansı bir güc tətbiqi
hadisəsi ilə bağlı dəymiş zərərin məbləği barəsində fikri öyrənilir. Bu sorğular 3
növ olur:
30

- Seçmə üsulu ilə – respondentlərdən güc tətbiqinin nəticələrini


qiymətləndirmək və ya hər hansı arzu olunan nəticəyə nail olmaq üçün nə qədər
pul xərcləməyə hazır olduqlarını bildirmələri xahiş olunur;
- Hedonik (hedonic) – faktiki davranış məlumatları əsasında güc tətbiqinin
nəticələrinin qiymətləndirilməsi. Məsələn, güc tətbiq olunan ərazilərdə və normal
ərazilərdə yerləşən əmlakın dəyəri arasındakı fərq müəyyən edilir (sərhədyanı və
müharibə zonasında yerləşən əmlakın qiymətləndirilməsində istifadə oluna bilər);
- Həyatın dəyəri (value of life) – respondentlər öz təhlükəsizliyini təmin
etmək üçün hansı əlavə xərc çəkməyə hazır olduqları barəsində soruşulur.
2. Econometrik reqressiya (Econometric Regressions) Zərər kəmiyyət təhlili
metodları əsasında müəyyən edilir. Məsələn: kifayət qədər məlumat bazası mövcud
olduqda, ekstremal şəraitdə yaşayan insanların digərlərinə nisbətən nə qədər az
qazanc əldə etdiklərini müəyyən etmək olar; yığımın/investisiyaların ÜDM-ə
nisbətdə azalması və konflikt göstəriciləri barədə dinamik məlumatlar əsasında
ekonometrik model qurulur və s.
3. Multiplikasiya effektinin hesablanması (Calculating multiplier effects) -
ölçülməsi mümkün olduqda, dolayı və uzun müddətli itkilər hesablanır. - dolayı və
gələcəkdə baş verəcək təsirlərin ehtimalı və yarada biləcəyi orta və ya
proqnozlaşdırılmış xərclər qiymətləndirilir. Məsələn, zorakı- lığa məruz qalmış
uşaqların ali təhsil almaması səbəbindən itirdikləri qazanc müqayisə əsasında
qiymətləndirilə bilər. Bu zaman təhsil müddətində qazanclar, təhsil haqqı kimi əks
faktorlar çıxıla bilər. - birbaşa və dolayı təsirlərin nisbəti müəyyən edilir və dolayı
təsirlər qiymətləndirilir.
4. Sintetik kontrol metodu (Comparative case studies - synthetic control
method) Ölkənin digər regionlarının göstəricilərinin kombinasiyası əsasında
müqayisə olunan şərti region modeli yaradılır. Şərti region öz göstəricilərinə görə
qiymətləndirilən regionun münaqişədən əvvəlki iqtisadi göstəricilərinə yaxın
olmalıdır. Sabit regionun göstəricisi ilə münaqişə regionunun göstəricisi arasındakı
fərq iqtisadi itkini müəyyən edir.
31

5. Əmək qabiliyyətinin itirildiyi illər (Disabiliti-adjusted life years (dalys))


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) metodologiyası zor tətbiqi nəticəsində
həm ölüm hallarını, həm də əmək qabiliyyətinin itirildiyi halları nəzərə almaq üçün
vahid ölçü təklif edir. Zor qurbanlarının yaşı gözlənilən ömür uzunluğundan çıxılır.
Yaralılar üzrə zorakılıq nəticəsində baş vermiş əlillik halları onların ağırlıq
dərəcəsinə görə qruplaşdırılır və sonra bütün qruplar və yaralılar üzrə itirilmiş
illərin sayı toplanır. Həm ölənlər, həm də yaralananlar üzrə itirilmiş illərin
toplanması (DALY) yekun nəticəni verir. Yekun nəticə adambaşına ÜDM istehsalı
göstəricisi ilə əlaqələndirilə bilər.
6. Zor tətbiqinin davranışa təsirinin mikro təhlili (Micro-level analysis of
long-term impacts of violence on behavior) Bu az tədqiq edilmiş bir sahədir.
Tədqiqat obyekti müharibədən sonrakı illərdə əsgərlər və döyüşməyənlərin
davranışındakı fərqlərdir. Bu istiqamətdə də qiymətləndirilə bilən xərclər nəzərə
alınmalıdır. Bu sahədə antropologya, sosiologiya və s. elm sahələri də faydalı
məsləhətlər verə bilər.
7. Qorxu (The role of fear) Zor tətbiqi qorxusu biznesin investisiyalarına,
miqrasiya proseslərinə, təhsil və səhiyyə kimi sahələrə investisiyalara təsir edir. Bu
həm də inamı və sosial həmrəyliyi azaldır. Zor tətbiqi qorxusu və zor tətbiqinin
özü fərqləndirilməlidir.
8. Zor tətbiqinin zərərinin (və ya faydalarının) paylanması (Distibution of
the costs (and benefits) of violence) Zor tətbiqinin zərəri əhali arasında bərabər
paylanmır. Qurbanlar və təşəbbüskarlar (cəza aldıqda) daha çox itirirlər. Əksər
hallarda kasıblar daha çox əziyyət çəkirlər. Xərclərin illər üzrə paylanması da
fərqlənə bilər (məsə- lən, əgər hərbi xərclərin maliyyələşdirilməsi gələcək dövrdə
aparılacaqsa). Zor tətbiqinin səbəbkarı cəza aldıqda belə, müvafiq xərclər yenə
cəmiyyətin zərər çəkmiş üzvləri arasında paylana bilər (məsələn, hərbi əsirlərin
saxlanması).
9. Kriminalizasiya (Impakt of criminalization) Kriminal fəaliyyət zor
tətbiqi ilə nəticələnə bilər və əksinə, zor tətbiqi kriminal fəaliyyətə səbəb ola bilər.
erməni terroristlərinin, narkotrafikin Qarabağda olması müharibəni daha da uzadır,
32

yəni təkrar səbəb rolunu oynayır. Bu zaman müharibədə zərər çəkmiş insanların
kriminal fəaliyyətə meyilliyi və müharibə gedən ərazilərdə kriminal fəaliyyət
qiymətləndirilməlidir. Yekun zərər bütün hesablamaların nəticələrinin məcmusu
kimi müəyyən edilir.
Dolayı itkilərin müəyyən edilməsi
Dolayı itkilər ( Z d .i). Qəza hadisəsi baş verdikdən sonra müəssisənin dolayı
itkilərini ( Z d .i ) itirilmiş mənfəət kimi müəyyən etmək olar. Belə itkiləri aşağıdakı
düsturla hesablamaq olar:
Z d .i=Z əh + Z ig + Z c + Z üşi (1)
burada:
Z əh – obyektin boş dayanması müddətində əmək haqqı və şərti-daimi xərcləri

(manatla);
Zig – obyektin boşdayanma müddətində itirilmiş mənfəət (manatla);

Z c – müxtəlif cərimələrdən, müamilələrdən və digər ödənişlərdən dəyən zərər

(manatla);
Züşi – üçüncü şəxslərin ala bilmədikləri mənfəətə görə zərərləri (manatla).

Boşdayanma müddətində obyekt üzrə ödənilən əmək haqqı xərclərini ( Z əh)


aşağıdakı kimi hesablamaq olar:
Z ə. h=( V əh A+V şdx ) T m (2)

burada:
V əh – müəssisənin işçilərinin ümumi əmək haqqı, man./gün;

A – işdə istifadə olunmamış işçilərin payı (qəza səbəbindən işə çıxmamış

işçilərin sayının ümumi işçilərin sayına olan nisbəti);


V şdx – şərti-daimi xərclər, man./gün;

T m – obyektin boşdayanma müddətidir, gün.

Obyektin boşdayanması müddətində əmək haqqı ödənişləri xərcləri ( Z ə. h) başqa


qayda ilə də hesablana bilər:
Z ə. h=( V əh1 N +V şdx ) T m ( 3 )

burada:
33

V əh1 – müəssisənin 1 işçisinin (yaxud işləməyən 1 bölməsinin) orta əmək

haqqı, man./gün;
N – boşdayanma səbəbindən işləməyən işçilərin sayı.

Qəza baş vermiş müəssisənin boşdayanması nəticəsində itirilmiş mənfəəti ( Zig )


aşağıdakı düsturla hesablamaq olar:
n
Zig =∑ ∆ Qi ( S i−Bi ) ( 4 )
i=0

burada:
n – istehsal edilməmiş məhsul növlərinin (xidmətin) miqdarı;
Si – qəza günü üçün istehsal olunmamış i -ci məhsul (xidmət) vahidinin orta

topdansatış qiyməti, man.;


Bi – qəza günü üçün istehsal olunmamış i -ci məhsul (xidmət) vahidinin orta

maya dəyəri;
∆ Qi – qəza səbəbindən istehsal edilməmiş i növlü məhsulun (xidmətin)

həcmidir. Bunu isə aşağıdakı düsturla tapmaq olar:


∆ Q i =( Q i0−Qi1 ) T bv (5)

burada:
Qi – qəzaya qədər i -ci növdən olan məhsulun (xidmətin) orta gündəlik (aylıq,
0

rüblük, illik) buraxılış həcmi;


Qi – qəzadan sonra i -ci növdən olan məhsulun (xidmətin) orta gündəlik
1

(aylıq, rüblük, illik) buraxılış həcmi;


T bv – zədələrin və dağıntıların aradan qaldırılması və məhsul (xidmət)

buraxılışı həcminin qəzadan əvvəlki həcmə çatdırılması üçün lazım olan


vaxt.
Əgər təhlükəli istehsal obyektini istismar edən təşkilat (sahibkar) qəzadan
sonra həmin obyekti ilkin vəziyyətində bərpa etmək qərarında olmazsa, onda
müəssisənin əsas fondlarının, əmtəə-material qiymətlilərinin və dolayı itkilərinin
hesabına təşkilata dəyən ziyanın həcmi müəssisənin qəzadan əvvəlki
vəziyyətindəki real bazar qiymətindən çox götürülə bilməz.
34

Müxtəlif cərimələrin, müamilələrin və digər ödənişlərin hesabına dəyən


ziyanın ( Z c) həcmini, təhlükəli istehsal obyektinin qəzadan əvvəl üzərinə
götürdüyü müqavilə və digər öhdəliklərin pozulmasına və eləcə də, əmtəələrin
vaxtında müştərilərə göndərilməməsinə görə müəssisəyə tətbiq edilmiş
sanksiyalara müvafiq olaraq ödənilməli olan cərimələrin, müamilələrin və s. cəmi
kimi müəyyənləşdirmək olar.
Üçüncü şəxslərə dəyən dolayı zərər, bir qayda olaraq, müəssisənin bu
göstərici üzrə zərərinə analoji olaraq hesablanır.
Qəza nəticəsində boşdayanmalara görə itkilərin qiymətləndirilməsi zamanı
informasiya mənbəyi kimi, qəzanın texniki səbəblərinin araşdırılması barədə
toplanmış tədqiqat materiallarından, sahə və müəssisə üzrə iqtisadi-statistik
göstəricilərdən, kənar təşkilatların təqdim etdikləri hesablardan, qəzadan və
müqavilə öhdəçiliklərinin pozulmasından ziyan çəkmiş təşkilatların qaldırdıqları
iddia sənədlərindən, cərimə və müamilə tələbnamələrindən istifadə etmək olar.
35

MÜHAZİRƏ 6
Ətraf mühit və təbii sərvətlər, onların qiymətləndirilməsi üsulları
«Ətraf mühit» və «təbii sərvətlər» bir birinə yaxın anlayışlar və əlaqəli
terminlərdir. Ətraf mühit dedikdə, bizi əhatə edən canlı və cansız təbiət - bitkilər və
heyvanat aləmi, meşə, hava, su, torpaq və s. nəzərdə tutulur. Başqa sözlə, biosfer
və atmosfer ətraf mühitdir. Daha dəqiq isə ətraf mühit təbiət deməkdir. Mühit
dedikdə, insanı əhatə edən təbiət və sosial şərait nəzərdə tutulur və mühit
anlayışının ölçüləri, miqyası, dinamikliyi, ekoloji tutumu və s. cəhətləri barədə
hələ elmi-tədqiqatlar aparılmamışdır. Təbiət - hesablanılması mümkün olmayan
dəyərə malik olan sərvət və nemətdir. Təbii sərvətlər isə bəşəriyyətin varlığı üçün
zəruri olub kənd təsərrüfatı və sənayedə hazır şəkildə istifadə olunan təbii
elementlərdir. Günəş enerjisi, Yerin daxili istiliyi, torpaq örtüyü, faydalı qazıntılar,
əlverişli iqlim şəraiti, su, flora və fauna təbii sərvətlər sayılır. Təbiətlə cəmiyyət
arasında tarazlığın pozulması nəinki bütün canlılar, hətta insanların özləri üçün də
təhlükəlidir. Nəzarətsizlik və məsuliyyətsizlik nəticəsində Yer üzündə həyatın
məhvi tezləşdirilir. Ona görə də insanlar ekoloji tarazlığın qanunauyğunluqlarını
dərk edib, onlara əməl etməlidirlər. Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin sözləri ilə desək, «Ekologiyanın qorunması xalqımızın sağlamlığının,
milli genofondumuzun qorunması deməkdir». Cənubi Qafqazda, Xəzər hövzəsində
yerləşən Azərbaycan Respublikası əlverişli coğrafi mövqeyi, təbii şəraiti və zəngin
təbii sərvətləri ilə həmişə diqqət mərkəzində olmuşdur. Hərbi əməliyyatlar və
Ermənistan tərəfindən ərazilərinin işğal edilməsi nəticəsində Azərbaycanın ətraf
mühiti və təbii sərvətlərinə vurulmuş zərərin miqdarı hədsiz dərəcədə böyükdür.
«Ətraf mühitə vurulan ziyan» ümumiləşdirilmiş anlayışdır. Bu anlayış özündə
aşağıdakı 3 elementi birləşdirir:
1) real dəymiş ziyan (təbii obyektlərdə və təbii sərvətlərdə olan itkilər);
2) vurulmuş ziyanın aradan qaldırılmasına çəkilmiş xərclər şəklində dəymiş ziyan;
3) alınmamış gəlirlər və ya itirilmiş fayda şəklində dəymiş ziyan.
Ekoloji hüquqpozmada öz əksini tapan insan sağlamlığına dəymiş ziyan -
insanın ayrıca fərd şəklində deyil (məsələn, bədən xəsarəti və s. qəsdlər), təbiət və
36

cəmiyyətin qarşılıqlı fəaliyyəti nəticəsində ətraf mühitə dəymiş zərərin ümumilikdə


insanların sağlamlığına mənfi təsiri kimi başa düşülməlidir. Ətraf mühitə dəymiş
ziyan, təbiəti kəmiyyət (təbii sərvətlərin miqdarının azalması) və keyfiyyət (ətraf
mühitin çirklənməsi, şoranlaşma, eroziya və s.) cəhətdən mənfi istiqamətdə
dəyişdirir ki, bu da bütünlükdə insan həyatına və sağlamlığına təhlükə yaradır,
irsiyyət dəyişkənliyi prosesi güclənir, əhalinin iş qabiliyyəti aşağı düşür, iqtisadi və
təsərrüfat cəhətdən əlverişsiz şərait yaranır. Təbiətə dəymiş ziyana görə cinayətlər
iki formada özünü göstərir: - iqtisadi və ekoloji. İqtisadi ziyan - təbiət
istifadəçilərinin hüquq və mənafelərinə, onların əmlakına və gəlirlərinə dəymiş
ziyandır. Ekoloji ziyan - ətraf mühitin çirklənməsi, təbii ehtiyatların dağıdılması və
tükənməsi ilə nəticələnən təbii obyektlərə və bütünlüklə təbii ekoloji sistemlərə
dəymiş ziyandır. Ekoloji məsuliyyətin şərhi zamanı «ekoloji sistem» anlayışından
teztez istifadə olunsa da, bu anlayış elmi ədəbiyyatda öz həqiqi yerini hələ də
tapmamışdır. Həm qəbul edilmiş qanunlarda, həm də bəzi tədqiqatlarda onun
tərifləri verilmişdir. Həqiqətən də ekoloji sistem dedikdə - qarşılıqlı təsirdə olan və
ətraf mühitin tərkib hissəsini təşkil edən flora, fauna, torpaq, su hövzələri, çaylar,
mineral sərvətlər, hava və enerji mənbələrinin vəhdəti başa düşülür. Ermənistanın
bəşəriyyətə və insanlığa qarşı yönələn terror siyasəti Azərbaycan təbiətinə, bioloji
müxtəlifliyə ciddi ziyan vurmuşdur. Ekologiyaya qənim kəsilmiş bədnam
ermənilər və havadarları Qarabağ və ətraf rayonlarda ekoloji tarazlığın
pozulmasına - mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsinə, meşə
zolaqlarının vəhşicəsinə qırılmasına və yandırılmasına, Araz çayı və qollarının
çirkləndirilməsinə, heyvanat aləminin xüsusi qəddarlıqla məhv edilməsinə səbəb
olan işğalçılıq siyasətini dövlət siyasətinə çevirmişlər. 1990-cı illərin sonlarına
qədər ermənilər işğal edilmiş ərazilərdə azərbaycanlı əhaliyə aid mülkiyyəti, evləri,
digər maddi sərvətləri talan edib satmaqla dolanırdılar. 1990-cı illərin sonlarına
doğru bu ehtiyatlar tükənəndə talançılığın digər istiqaməti – təbii sərvətlərin
qəddarlıqla talanıb daşınması vüsət almağa başlamışdır. Təbii sərvətlərin iqtisadi
qiymətləndirilməsi onların təsərrüfat əhəmiyyətinin pulla ifadəsidir və iki əsas
funksiyanı yerinə yetirir:
37

- elmi-nəzəri cəhətdən əsaslandırılmış təbii sərvətlərin varlığı sübut olunur;


- stimullaşdırma (maddi maraqlandırma) rol oynayır.
Təbii ehtiyatları düzgün qiymətləndirsək çox problemləri müvəffəqiyyətlə həll edə
bilərik. O cümlədən:
- təbii ehtiyatlardan istifadə ardıcıllığının müəyyənləşdirilməsi;
- təbii sərvətlərdən səmərəsiz istifadədən dəyən iqtisadi zərərin qiymətləndirilməsi;
- təbiətdən səmərəli istifadənin stimullaşdırılması tədbirləri;
- təbii sərvətlərdən istifadəyə görə ödənişin miqdarının əsaslandırılması və s.
Ümumiyyətlə, təbiətdən istifadədə iqtisadi qiymətləndirmə, təbii ehtiyatların
iqtisadi əhəmiyyətinin müəyyən edilməsidir. Bu pulla (monetar), balla və ya
natural ölçülərdə də ifadə oluna bilər. Hər təbii nemət və xidməti qiymətləndirmək
mümkün deyil. Elə unikal obyektlər var ki, onlar qiymətsizdirlər. Təbiətdən
istifadədə ənənəvi bazar və standart tələb və təklif yoxdur. Az tapılan ehtiyatların
qiymətləndirilməsində problemlər nisbətən azdır. Resurs nə qədər məhdud olsa,
qiyməti bir o qədər böyük olar. Bazar qiymətləri həmişə təbii ehtiyatların həqiqi az
və çoxluğundan xəbər vermir. Ona görə də belə hallarda başqa qiymətləndirmə
üsullarından istifadə etmək lazım gəlir. Təbii sərvət və şəraitin iqtisadi
qiymətləndirilməsinin əsas üsulları aşağıdakı yanaşmalara əsaslanır:
- renta;
- məsrəf üsulu;
- ümumi iqtisadi qiymətləndirmə;
- alternativ dəyərlər;
- subyektiv qiymətləndirmə və s.
Bu üsulların hamısı hələ yaxşı hazırlanmamışdır. Bunların hamısının ümumi
çatışmamazlığı-dəyərlərin aşağı olmasıdır. Ona görə də təbii ehtiyatların bazardakı
qiymətləri əsl reallığı əks etdirmir. Ənənəvi bazar əsasən təbii ehtiyatlarla təminatı
qiymətləndirir, tullantı və çirklənmənin assimliyasiyası funksiyaları isə bazar
münasibətlərində öz əksini tapmır. Ümumiyyətlə, təbii ehtiyat və şəraitin iqtisadi
qiymətləndirilməsi onların bazar dəyərləri ilə üst-üstə düşməyə bilər. Bu halda
qiymətləndirmə təbii obyektlərin icarəyə verilməsi vaxtı və ya vergi hesablanması
38

üçün istifadə oluna bilər. Təbii sərvətlərin qiymətləndirilməsində ən geniş yayılmış


renta və məsrəf üsullarıdır. Ehtiyatda olan tələb, qiyməti müəyyənləşdirən fəal və
dəyişən amildir. Ehtiyatın qiyməti kapitallaşmış renta kimi aşağıdakı düsturla
müəyyən olunur. (uzunmüddətli ifadə şərti ilə) q = (R/r)100 burada R-illik renta,
r-ssuda faizidir. Məlumdur ki, rentanın mütləq və diferensial formaları var. Mütləq
renta təbii ehtiyatların məhdudluğu və mülkiyyət inhisarlığı ilə əlaqədardır. Əgər
ehtiyat məhduddursa, o həmişə bu rentanı gətirəcəkdir. Diferensial renta isə təbii
ehtiyatların keyfiyyət fərqi ilə əlaqədar əmələ gəlir (məhsuldarlıq yerləşməsi və s.).
Diferensial renta-I yaxşı təbii ehtiyatların məhdudluğu ilə əlaqədar yaranır, ona
görə də daha keyfiyyətsiz və pis yerlərdə olan ehtiyatlardan da istifadə olunur.
Diferensial renta-II bərba olunan ehtiyatların daha intensiv istifadəsi vaxtı əlavə
investisiyalar cəlb olunduqda yaranır. Ehtiyat bərpa olunandırsa və illik renta
dəyişməzdirsə yuxarıdakı düsturdan istifadə olunur. İllik rentanın dəqiq qiymətini
R1 bilsək, ehtiyatın bərpa olunub-olunmayan olmasından asılı olmayaraq onun
qiymətini müəyyən etmək olar. Renta üsulu təbii ehtiyatların ancaq istehsal
elementi kimi qiymətləndirməyə imkan verir və sosial, estetik və s. xüsusiyyətlər
nəzərə alınır. Təbii sərvətlərin qiymətləndirilməsinin məsrəf üsulları təbii ehtiyat
və şəraitinin bərpası xərcləri və onun deqradasiyasının qiymətləndirilməsi üçün
istifadə olunur. Torpaqların kənd təsərrüfatı üçün məsrəf üsulu ilə
qiymətləndirilməsi bəzən 1 ha xam torpağın ram edilməsi xərci kimi nəzərdə
tutulur. Təbii sərvətlərdən istifadə ilə bağlı məsrəflər üç elementi özündə
birləşdirir: - hasilat, istehsal və məhsul yığımı ilə əlaqədar birbaşa xərclər; -
istənilən kənar, ekoloji xərclər; - təbii sərvətlərin bu günkü istifadəsi nəticəsində
məhsulların gələ- cəkdə azalmasının qiymətini əks etdirən tükənmə xərcləri. Bu
elementlərin hamısı özünü tükənən təbii ehtiyatlarda göstərir. Təbii ehtiyat və
şəraitin dolayı qiymətləndirmə üsullarından biri alternativ dəyər konsepsiyasısdır.
Müəyyən mənada bu məsrəf konsepsiyası ilə əlaqədardır. Alternativ dəyər nə qədər
az olsa bu nemətlərin saxlanılması ucbatından iqtisadi itkilərin konpensasiyası
üçün xərclər də bir o qədər az olar. Alternativ dəyər-eyni təbii ehtiyatın müxtəlif
məqsədlərlə istifadəsindən alınan gəlirdir. Praktikada bu qiymətləndirmə üsulunun
39

məqsədi həmin təbii ehtiyatın əvəzedicisini tapmaqdır. Ümumi iqtisadi


qiymətləndirmə metodu istifadə dəyəri ilə saxlanma dəyərinin toplanmasına
əsaslanır. Təbii sərvətlərin birbaşa dəyərini müəyyən etmək asandır, çünki onların
öz satış qiymətləri vardır. Dolayı dəyərin tapılması isə nisbətən çətindir. Təbii
nemətlərin saxlanma dəyərinin müəyyən olunması daha da çətindir, çünki onların
istifadəsi gələcəkdə baş tutacaq.
Dəyərlərin subyektiv qiymətləndirilməsi normal bazarın olmadığı şərtaitdə
istifadə olunur. Bu üsula bəzən sorğu qiymətləndirilməsi də deyilir.
Real zərər – təbiətə və ətraf mühitə dəymiş real zərər zərərin nəticələ- rinin aradan
qaldırılması xərclərinin həcmi ilə ölçülür.
Dolayı zərər – (Zd) gəlirlik yanaşması isə aşağıdakı kimi hesablanır:
Zd = ΔGx/(Rf – İ)
Burada, ΔGx – təbii resurslara dəymiş ziyan nəticəsində itirilmiş xalis gəlir; Rf –
risksiz faiz dərəcəsi; İ – uzunmüddətli orta inflyasiya dərəcəsi. Qeyri-istifadənin
bazar dəyəri- təbiətin özünün dəyəri, insan üçün təbiətin estetik dəyəri, gələcək
nəsillər üçün təbiətin qorunması və saxlanılması vəzifəsi, irsi dəyəri və s.-dir.
Statistika göstərir ki, ölkə üzrə illik gəlirlərin 70 %-ə qədəri təbii ehtiyatlardan
istifadədən əldə edilir. Təbii ki, bu halda işğal altında uzun müddət qalan təbii
resusrların bazar dəyərinin hesablanması zərurəti ortaya çıxır.
40

MÜHAZİRƏ 7
Radiasiya şəraitinin proqnozlaşdırılması və qiymətləndirilməsi

Fovqəladə hallar şəraitinin qiymətləndirilməsi və proqnozlaşdırılmasının


məqsədi baş vermiş FH-ın ərazisinin miqyasını, bina və tikililərin dağılma
səviyyəsini, obyektin işci heyəti və əhali arasında itkilərin muəyyən
edilməsidir.Bir qayda olaraq, bu işlər 3 mərhələdə həyata kecirilir:
Birinci mərhələdə baş verə biləcək təbii və texnogen fovqəladə halların
proqnozlaşdırılması həyata kecirilir. Bu zaman orta statisik şərait (orta illik
meteoşərait, əhalinin evlərdə, kucələrdə, nəqliyyatda, işdə və s. orta statistik
yerləşdirilməsi, əhalinin orta sıxlığı) goturulur. Bu mərhələdəki işlər fovqəladə
hallar baş verməyənədək həyata kecirilir.
İkinci mərhələdə nəticələrin proqnozlaşdırılması və şəraitin
qiymətləndirilməsi fovqəladə hallar mənbəyinin yaranmasından dərhal sonra
həyata kecirilir.
Üçüncü mərhələdə qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata
kecirilməsi ucun lazım olan proqnozlaşdırmanın və faktiki şərait nəticələri
kəşfiyyat məlumatlarına əsasən dəqiqləşdirilir. Fovqəladə halın mənbəyindən asılı
olmayaraq, insanlara, canlılara, ətraf muhitə, tikililərə və s. təsir edən 6 əsas faktor
vardır:
1.Təzyiq təsiri (partlayıcı maddələrin, qaz buludlarının, adi və kutləvi
qırğın vasitələrinin partlayışı və s.);
2.Termiki təsir (texnogen və təbii yanğınlar zamanı istilik şualanması; nuvə
partlayışı və s.);
3.Toksikoloji təsir (təhlukəli kimyəvi istehsalatda texnogen qəzalar,
kimyəvi silahın tətbiqi, vulkan puskurməsi zamanı zəhərli qazların ayrılması
və s.);
4. Radiaktiv təsir (radiaktiv-təhlukəli obyektlərdə texnogen qəzalar, nuvə
partlayışları və s.);
5. Mexaniki təsir (qəlpələr, binaların dağılması, sel, suruşmə və s.);
41

6. Bioloji təsir (epidemiya, bakterioloji silah və s.).


Radiasiya şəraitinin proqnozlaşdırılması və qiymətləndirilməsi.
Radiasiya şəraiti – nuvə silahı tətbiq edildikə və nuvə-yanacaq istehsalı
obyektində qəza baş verdikdə yaranır, insanların və digər canlıların, muxtəlif
obyektlərin radiaktiv maddələrlə zəhərlənməsi, ətrafın radiaktiv cirklənməsi ilə
nəticələnir. Radiasiya şəraitini qiymətləndirilməsi ərazinin, muəssisənin radiaktiv
zəhərlənməsinin miqyası və dərəcəsi, həmcinin zəhərlənmənin dəstə və əhalinin
fəliyyətinə təsiri təyin edilməsidir. Radiasiya şəraitinin qiymətləndirilməsinə,
adətən, aşağıdakılar aiddir: radiaktiv zəhərlənmə zonalarının sərhədlərini va
onlarda radiasiya səviyyəsinin bolunməsini təyin etmək; zəhərlənmə zonalarının
muəssisələri torpaqdan istifadə planına və ya sxeminə kocurulməsi; dəstələrin
şəxsi heyətinin, əhalinin, heyvanların radiaktiv şualanma dozasının va onların
arasında baş verə biləcək itkilərin təyin edilməsi; zəhərlənmş ərazidə dəstələrin,
həmcinin əhalinin təsərrufat işlərinin aparılmasında ən məqsədəuyğun fəaliyyətinin
muəyyən edilməsi. Radioaktiv zəhərlənmə zonalarının sərhədlərini orada
radiasiyanın səviyyəsini məlumat verməklə və ya radiasiya kəşfiyyatı ilə təyin
edirlər. Muəssisələrin mulki mudafiə dəstələri və qərargahları oz rayonlarında
ərazinin radiaktiv zəhərlənməsi haqqında məlumatı, adətən rayonunun mulki
mudafiə qərargahından alır va radiasiya kəşfiyyatı ilə dəqiqləşdirir. Lazım gələrsə,
muəssisənin mulki mudafiə qərərgahlarında ərazinin, adamların, heyvanların və
başqa obyektlərin zəhərlənmə dərəcəsi təxminən qabaqcadan muəyyən edile bilər.
Qabaqcadan təyin edilmənin əsasını partlayış rayonunda və radiaktiv buludun
izində radiaktiv zəhərlənməsinin dərəcəsi, gozlənilən olculəri, hesabat proqnoz
metodları vasitəsiə hesablama təşkil edir. Qabaqcadan təyin edilmə ucun ilk
məlumatlar əsasən aşağıdakılardır: partlayışın (qəzanın) gucu, novu və mərkəzin
koordinatları, orta kuləyin surəti, istiqaməti. Muəssisənin MM qərargahı bu
məlumatları rayonun qəragahından alır və ya ozu təyin edir. Əgər kuləyin orta
surəti (v) və istiqaməti, partlayış mərkəzindən muəssisəyə qədər olan məsafə (R)
məlumdursa, onda partlayışdan muəssisənin ərazisinə radiaktiv maddələrin
cokməsi vaxtını aşağıdakı dusturla təyin edirlər:
42

t=R/v
İnsanlar 2 yolla şualanmaya məruz qalırlar:
1. Daxil;
2. Xarici.
Xarici şüalanma zamanı radiaktiv maddələr orqanizmdən kənar olur və onu
kənardan şualandırır. Daxili şüalanma zamanı radiaktiv maddələr orqanizmə hava,
su, qida, acıq yara vasitəsilə daxil olur və onu daxildən şualandırır. İnsanın
daxili və xarici şualanması ionlaşdırıcı şualanmanın təbii və suni mənbələrdən baş
İonlaşdırıcı şualanma mənbəyi - ionlaşdırıcı şualar buraxan və ya buraxmaq
imkanına malik olan radioaktiv maddədir. Radiaktivliyin parametrlərini muəyyən
etmək ucun işıqtexniki, elektromaqnit, seysmik, akustik, radiolokasiya və d.
aşkarlama qurğularından istifadə edilir. Radiasiya şualanmasını yaradan mənbələr
muxtəlif olur və onların qarşısının alınmasının muxtəlif metodologiyaları və
texniki usulları movcuddur.
Nuvə-yanacaq istehsalı ilə məşqul olan obyektlərdə və radioaktiv
materiallar daşınarkən qəza zamanı yaranan radiaktiv cirklənmə - Şualanma
səviyyəsinin artması ilə nəticələnən qəzalar zamanı şualanma dozasının, şualanan
şəxslərin sayının, ətrafın radiaktiv cirklənməsinin, maliyyə və sosial itkilərin
minimuma endirilməsi ucun tədbirlər həyata kecirilməlidir. Proqnozlaşdırma
metodu ilə radiasiya şəraitinin muəyyən edilməsinə nuvə partlayışları
(koordinatları, gucu, partlayış novu, vaxtı) və orta kuləyin parametrləri (istiqaməti
və surəti) haqqında məlumatların yığılması və mumkun cirklənmə ərazisinin
sxemini xəritəyə cəkılməsi daxildir. Proqnozlaşdırma nəticəsində mumkun
radiaktiv cirklənmənin miqyası və ərazisi muəyyən olunur. Mumkun radiasiya
şəraitinin proqnozlaşdırılması ucun lazım olan məlumatlar:
1. AES-in yerinin koordinatları
2. Reaktorun tipi, onun enerji səviyyəsi
3. Radiaktiv maddələrin tullanmaya başlama vaxtı
4. Kuləyin istiqaməti və surəti
5. Havanın şaquli dayanıqlılıq səviyyəsidir.
43

Dozimetrik cihazlar istifadə edən kəşfiyyat orqanlarından alınmış radiaktiv


zəhərlənməyə dair dəqiq məlumatlar radiasiya şəraitini obyektiv qiymətləndirməyə
imkan verir. AES-də qəza baş verən zaman radiasiya şəraitini qiymətləndirmək
ucun aşağıdakı məlumatlar nəzərə alınmalıdır:
• Radiaktiv cirklənmə olculəri (uzunluq, en, sahə) və onların ərazidə
yerləşməsi;
• İstənilən saat və yerdə qamma şualanmanın gucu;
• Yoluxma yerinin istənilən noqtəsində insanların xarici şualanma dozası;
• Ərazinin radiaktiv cirklənməyə başlama vaxtı;
• Radiaktiv cirklənmə yerində olan insanların sayı;
Radiaktiv cirklənmiş ərazini muvafiq zonalara ayırmaq lazımdır:
1. Radiasiya nəzarəti zonası - 1 mZv – 5 mZv. Bu zonada ətraf muhitin,
kənd təsərrufatı məhsullarının radiaktivliyinin və əhalinin daxili və xarici
şualanmasının
monitorinqindən də əlavə, şualanma dozasının endirilməsi uzrə tədbirlər
həyata kecirilir.
2. Məhdud yaşayış zonası - 5 mZv – 20 mZv. Bu zonada 1-ci zonada olduğu
kimi, monitorinq işləri və əhalinin muhafizəsi uzrə tədbirlər gorulur. Daimi
yaşamaq ucun bu əraziyə giriş məhdudlanmır, lakin sağlamlığa dəyə biləcək zərər
haqqında məlumatlar verilir.
3. Kocurulmə zonası - 20 mZv - 50 mZv. Daimi yaşamaq bu ərazidə
qadağandır, umumiyyətlə, uşaq və gənclərə isə girişə icazə verilmir.
4. Məhdud zona - 50 mZv və daha cox. Bu ərazidə yaşamağa icazə verilmir.
Hər hansı bir məqsədlə bu ərazinin təbiətindən istifadə qanunvericilikdə nəzərdə
tutulan xususi aktlarla idarə olunur.
Nuvə silahlalarının tətbiqi zamanı radiaktiv cirklənmə - Nuvə silahlarının
tətbiqi zamanı ionlaşdırıcı şualanma nufuzedici radiasiya və ərazinin radiaktiv
cirklənməsinin nəticəsində yaranır. Nufuzedici radiasiya - qamma şuaları və
neytronlar selindən ibarətdir. Qamma şuaları və neytronlar seli fiziki xassələrinə
gorə bir-birindən fərqlidirlər, onlar ucun eyni olan xususiyyət isə havada hər tərəfə
44

4 km məsafəyə yayıla bilmələridir. Qamma şuaların insana təsiri udulan doza ilə
xarakterizə olunur. qamma şuaları və neytronlar seli atom və molekulları muxtəlif
orqanlardan kecərək, onların huceyrələrini ionlaşdırır, bu da şua xəstəliyinin
yaranmasına səbə olur. Qamma şuaların insana təsiri udulan doza ilə xarakterizə
olunur. Havada və yerdə nuvə partlayışları zamanı qamma şualanmanın dozası
partlayış mərkəzindən bərabər məsafədə eyni olur, lakin havanın sıxlığından
asılıdır. Havanın sıxlığı yayda qış movsumunə nisbətən azdır, bu səbəbdən
partlayış mərkəzindən eyni məsafədə şualanma dozasının səviyyəsi qış
movsumunə nisbətdə daha cox olur. Havadan sıxlığı daha da cox olan
materiallarda qamma şuaları və neytronlar seli daha da zəifləyir. Bu o səbəbdən
baş verir ki, sıxlığı daha da cox olan materiallarda eyni həcmdə atomların sayı da
cox olur, qamma şuaları və neytronlar da onlarla daha cox təsirdə olur. Partlayış
rayonundakı radiaktiv cirklənmənin əsas mənbəyi Nuvə reaksiyası nəticəsində
yaranan və yer səthinin uzərindəki aktivləşdirilmiş elementlər olan (Aluminium-
28, Manqan-56, Natrium-24, Dəmir-59) radionuklidlərdir. Radionuklidlər partlayış
zonasından cıxan neytronların təsiri nəticəsində yaranır. Duzən ərazidə istiqamətini
və surətini dəyişməyən kulək zamanı, həmcinin radiaktiv cirklənmə zonasını
proqnozlaşdırarkən radiaktiv buludun izi ellips formasında olur. Cirklənmə zonası
4 ərazi uzrə bolunur:
1. Orta yoluxma zonası;
2. Guclu yoluxma zonası;
3. Təhlukəli yoluxma zonası;
4. Cox təhukəli yoluxma zonası
45
46

MÜHAZİRƏ 8

AES-də qəza nəticəsində yaranacaq radioaktiv şəraitin proqnozu və


qiymətləndirilməsi

Atom elektrik stansiyaları (AES) - Nüvə energetikası hazırda daha perspektivli


hesab edilir. Nüvə yanacağının ehtiyatının nisbətən yüksək olması, həm də ətraf
mühitə «mərhəmətli» təsirilə əlaqələndirilir. AES-in tikintisinin digər üstünlüyü
onun nüvə yatağına bağlamamaq imkanının olmasıdır. Belə ki, onun həcmi az
olduğundan daşınması üçün böyük xərc tələb etmir. Onu qeyd etmək kifayətdir ki,
0,5 kq nüvə yanacağından əldə olunan enerjinin miqdarı 1000 ton daş kömürdən
alınan yanacağa bərabərdir. Bütün ölkələrdə çoxillik təcrübələr göstərir ki, AES-
lərin istismarı gözə çarpan dərəcədə ətraf mühitə təsir göstərmir. cədvəl 1 - də il
ərzində yanacaq sərfi və ətraf mühitin çirklənməsi üzrə gücü 1000 MVt olan AES
və İES-lərin müqayisəli məlumatları verilir.

Cədvəl 1.

Yanacaq sərfi və ətraf mühitin çirklənməsi

Mühitə təsir göstərən İES AES


faktorlar
Tullantılar:
Karbon qazı 10 mln ton -
Kükürd anhidridi və digər 400 min ton -
birləşmələr
Kül 100 min ton -
Radioaktiv maddələr - 2 ton

Cədvəldəki göstəricilərə görə, atom energetikasının üzvi yanacağa əsaslanan


energetikaya nisbətən üstünlükləri böyükdür. Atom elektrik stansiyaların normal
47

işində ətraf mühitə radioaktiv elementlər çox az miqdarda atılır. Orta hesabla onlar
eyni gücdə İatilik elektrik stansiyalarına nisbətən 2-4 dəfə azdır.

Cədvəl 2

İstifadə olunan yanacaqdan asılı olaraq elektrik stansiyalarının ətraf mühitə təsiri

Yanacaq Zərərli tullantılar Ətraf mühitə təsir İqtisadi ziyan


(şərti vahid)
Daş kömür Kükürd iki oksid, karbon Turşulu yağışlar, parnik 5,0
qazı, benzopirin effekti
Təbii qaz Azot 2 oksid, karbon qazı Çirklənmə, yanmış 1,5
məhsulların, istehsalın və
yanacağın nəqlinin
təsirindən ekosistemin
deqradasiya
Nüvə yanacağı Radioaktivlər Təyin olunmuş normaya və 1,0
təbii fona nisbətən
radioaktivlik aşağıdır

1986-cı ilin mayına qədər dünyada işləyən 400 atom elektrobloku 17%-dən
artıq elektrik enerjisi verərək, radioaktivlik fonunu 0,02%-dən çox artırmamışdır.
Çernobıl faciəsinə qədər keçmiş SSRİ ərazisində AES-lər də digər istehsal
sahələrinə nisbətən olduqca az istehsalat travması baş vermişdir. Faciəyə qədər 30
il ərzində radiasiya səbəbindən olmayan qəzalar nəticəsində cəmi 17 adam həlak
olmuşdur. 1986-cı ildən sonra AES-lərin başlıca ekoloji təhlükəsi qəza ilə
əlaqələndirilir. Hərçənd müasir AES-lərdə qəza ehtimalı çox azdır, lakin o, istisna
deyildir. Bu planda Çernobıl AES-in 4-cü blokunda baş verən faciə ən böyük qəza
sayılır. Çernobıl AES-dəki qəza nəticəsində 2 min kilometr radiusunda ərazi
radioaktiv çirklənməyə məruz qalaraq 20-dən artıq ölkəni əhatə etmişdir. Keçmiş
SSRİ ərazisində 17 mln əhali yaşayan 11 vilayət əziyyət çəkmişdir. Çirklənməyə
məruz qalan ərazi 8 mln ha və ya 800000 km2 -dən artıqdır. Qəza nəticəsində 31
adam ölmüş, 200 nəfərdən çox insan şüa xəstəliyinə gətirib çıxaran radiasiya
dozası almışlar. Qəzadan dərhal sonra 115 min adam daha təhlükəli zonadan (30
km-lik) köçürülmüşdür. Ölənlərin və köçürülənlərin sayı sonralar artmış, küləklə
radioaktiv maddələrin aparılması, yanğınlar, nəqliyyat və s. vasitəsilə çirklənmə
48

zonası genişlənmişdir. Qəzanın nəticələri hələ neçə-neçə nəsillərin həyatında


təsirini göstərəcəkdir. Çernobıl qəzasından sonra bir sıra ölkələrdə cəmiyyətin
tələbi ilə AES-lərin tikilməsi proqramı müvəqqəti olaraq dayandırıldı, lakin 34
ölkədə atom energetikası inkişafını davam etdirdi. Artıq 1990-cı ildə 10 yeni AES
elektrik şəbəkəsinə qoşuldu. AES-lərin tikintisi hazırda da davam etdirilir. 1999-cu
ilin sonunun məlumatına əsasən dünyada istismarda olan AES-lərin 436 bloku
mövcuddur. Dünyada işləyən elektroblokların ümumi elektrik gücü 335QVt-ə (1Q
Vt=1000 Mvt=109 Vt) qədərdir. Fəaliyyətdə olan AES-lər dünya enerji istehsalının
17%-ni təşkil edir. Yalnız Qərbi Avropadakı AES-lər orta hesabla bütün elektrik
enerjisinin 50%-ni istehsal edir. Əgər hazırda fəaliyyətdə olan bütün AES-lər İES-
lərlə əvəz olunarsa, dünya iqtisadiyyatına, bütün planetimizə və ayrılıqda hər bir
insana düzəlməsi mümkün olmayan ziyan yetirilərdi. Belə nəticə ona əsaslanır ki,
AES-lərdən əldə olunan enerji eyni zamanda Yerin atmosferə hər il İES-lərdə üzvi
yanacağın yandırılmasından alınan 2300 mln ton karbon qazının, 80 mln ton
kükürd-2-oksidin və 35 mln ton azot oksidinin buraxılmasının qarşısını alır.
Bundan başqa, üzvi maddələr (daş kömür, neft) yandırılarkən atmosferə tərkibində
əsasən yarımparçalanma dövrü 1600 ilə qədər davam edən radium izotopları olan
çoxlu miqdarda radioaktiv maddələr atılır. AES-lərin tikintisi iri şəhərlərdən 30-35
km aralı məsafədə aparılır. Ərazi havası dəyişən (təmizlənən), daşqın suları
basmayan yerdə seçilməlidir. AES-lərin ətrafında əhalinin yaşaması qadağan
edilən səhiyyə- qoruyucu zona ayrılır. Qlobal yanacaq-energetik problemlərin
tədqiqatlarına əsaslanaraq əksəriyyət nüfuzlu Beynəlxalq təşkilatlar dünya atom
energetikasının inkişaf perspektivlərini qiymətləndirərkən 2010-2020-ci illərdən
sonra dünyada AES-lərin tikintisinin genişləndirilməsinə tələbatın yenidən
artmasını ehtimal edir. Real variantlara görə XXI əsrin ortalarında təxminən 50
ölkədə atom energetikasına malik olmaq fikri proqnozlaşdırılır. Bu zaman dünyada
AES-lərin 2020-ci ildə elektrik gücü ikiqat artaraq 570 QVt-a, 2050-ci ildə isə
1100 QVt-a qədər yüksələcəkdir.
49

MÜHAZİRƏ 9
Kimyəvi şəraitin aydınlaşdırılması və qiymətləndirilməsi.
Kimyəvi şərait guclu təsirli zəhərləyici və ya kimyəvi maddələrin axması
(tullanması) və ya kimyəvi silahların tətbiqi nəticəsində yaranır. Duşmənin
zəhərləyici maddələr tətbiq etməsi nəticəsində yaranan vəziyyətə kimyəvi şərait
deyilir. Kimyəvi şəraitin qiymətləndirilməsinin mahiyyəti adamlara, heyvanlara,
torpağa, bitkilərə və su mənbələrinə və sairəyə təsir nəticəsinin dərəcəsini təyin
etməkda, həmcinin dəstələrin və əhalinin kimyəvi zəhərlənmə şəraitində xilasetmə
və digər təxirəsalınmaz işlərin aparılmasmda ən məqsədəuyğun fəaliyyətlərinin
secilməsindədir. Kimyavi şəraitin qiymatləndirilməsində obyektlərin, butun
qərargahların rəisləri və dəstə komandirləri obyektlərin muhafizəsini vaxtında
təşkil etmək ucun iştirak edir, həmcinin dəstələrin fəaliyyəti haqqında va duşmənin
kimyəvi silahı tətbiq etməsinin nəticəsini və onların qalıqlarını aradan qaldırmaq
qərarlarını dəqiqləşdirirlər. Kimyəvi şərait kimyəvi kəşfiyyatın məlumatları
əsasında, lakin bəzi hallarda qabaqcadan oyrənilir. Belə oyrənməyə aşağıdakılar
aiddir:
• dəstələrin şəxsi heyətinin və əhalinin zəhərləyici maddələrdən muhafizə
dərəcəsini təyin etmək;
• kimyəvi silahın basqınına məruz qalmış obyektləri oyrənmək;
• zəhərləyici maddələrin novunu və təxmini sıxlığını, vaxtını, onların tətbiq
vəsitələrini və usullarını təyin etmək;
• ərazinin xarakterini va hava şəraitini oyrənmək.
Dəstələrin fəaliyyət xarakterini kimyəvi şəraitin qiymətləndirilməsi nəticəsində
dəqiqləşdirirlər. Zəhərləyici maddələrin tətbiq edilmə rayonu (obyekti), novu,
usulları, miqyası, adətən, adi gormə muşahidəsi ilə təyin edilir, sonra kimyəvi
kəşfiyyatın məlumatları ilə dəqiqləşdirilir. Zəhərləyci maddələrin novunu kimyəvi
kəşfiyyat cihazları, həmcinin onun tətbiq usulları ilə təyin edirlər. Əgər duşmən
təyyarələri səpən təyyarə cihazlarından (STC) istifadə edərsə, deməli, zəhərləyici
maddələr V tipli qaz və iprit novlərinə aiddir. Kuləyin surəti və istiqaməti, yerə
yaxın təbəqədə havanın istiliyi haqqında məlumatları obyektin mulki mudafiə
50

qərargahlarına rayonunun MM qərargahı gondərir. Dəstələrin fəaliyyət gostərəcəyi


yeni rayonların ərazilərin xarakterini xəritələr, sxemler uzrə və bilavasitə baxmaqla
oyrənirlər.Kimyəvi şəraiti qiymətləndirdikdə, zəhərlənmə rayonunda zəhərli
havanın yayılma dərinliyi və istiqamətinin, zəhərləyici maddələrin ərazidə
davamlılığının, həmcinin obyektlərin zəhərlənmə xarakteri və miqyasının
oyrənilməsina xususi diqqət yetirilir. Zəhərli havanın yayılmasının təhlukəli
məsafəsi zəhərləyici maddələrin tətbiq edildiyi rayonun hududundan, kuləyin
istiqamətilə, dəstələrin şəxsi heyətinin və əhalinin muhafizə vasitələri olmadan
təhlukəsiz məntəqəyə qədər olan yola deyilir. Buludun yayılmasının təhlukəli
məsafəsinə aşağıdakılar aiddir:
• kimyəvi silahın tətbiq olunduğu rayonunu boyukluyu;
• buxar və duman (aerozolu yaradan) halına kecən zəhərləyici maddələrin miqdarı
va onların zəhərliliyi;
• havanın şaquli dayanıqlıq dərəcəsi;
• yerin relyefi və bitkilərin xarakteri.
Zəhərli hava buludu iki yerə boluniur: birinci və ikinci. Birinci bulud kimyəvi
sursatın partlayışı zamanı əmələ gəlir. Miihafizə olunmayan adamlara, heyvanlara
və başqa obyektlərə təsir fəaliyyəti az olur. İkinci bulud isə yerdən və əşyalardan
zəhərləyici maddələrin damcılarının buxarlanması nəticəsində əmələ gəlir. Bu da
kuləyin istiqamətilə yayılır və zəhərləyici maddələrin buxarlanma muddətində
zədələnmə verir. Butun bunları kimyəvi şəraitin qiymətləndirilməsində nəzərə
almaq lazımdır. Qiymətləndirmə qaydaları kimyəvi silahın tətbiqi şəraitindən asılı
olaraq muxtəlif ola bilər. Lakin bunu cox vaxt aşağıldakı ardıcıllıqla aparırlar:
• maddənin novunu, təxmini vasitələrini, onun tətbiqi usullarını və miqyasını təyin
edirlər;
• ərazi, kulək əsən tərəfdən kimyəvi silahın tətbiq olunması rayonundan proqnoz
metodu ilə zəhərli hava buludunun təhlukəli yayılma sahəsi və vaxtı, həmcinin
onun qalma rayonunu oyrənirlər. Bu proqnoz məlumatlarından hərbiləşməmiş
dəstələrin şəxsi heyətini və əhalini xəbərdar etmek ucun istifadə edirlər. Duşmən
basqınından sonra kəşfiyyatcı1ar xususi cihazların koməyilə zəhərləyici
51

maddələrin novunu oyrənir və zəhərlənmə rayonun sərhədlərini nişanlayırlar.


Bundan sonra dəstələri hərbi hazır vəziyyətə gətirmək, onlara tibbi yardım
gostərmək və xususi təmizlik aparmaq ucun butun tədbirlər gorulur. Kimyəvi
şəraitin qiymətləndirilməsinə daxilidir:
1. Kimyəvi yoluxmanın miqyasının və xarakterinin muəyyən edilməsi;
obyektlərin, MM quvvələrinin və əhalinin fəaliyyətinə təsirinin analizi;
2. İnsanların muhfizəsi ucun ən məqsədəuyğun qərarların qəbulu.
Kimyəvi şəraitin qiymətləndirilməsi zamanı əsas diqqət yetirilməli olan məqamlar:
1) Kimyəvi maddənin novu və miqdarı, kimyəvi silahın tətbiqi vasitəsi və onun
tipi;
2) Zəhərli maddələrin axmasının (tullanmasının), kimyəvi silahların tətbiqinin yeri
və vaxtı; Əhalinin təhlukəsizliyinin səviyyəsi;
3) Ərazinin topoqrafik şəraiti və yoluxmuş havanın yayılmasının qarşısında duran
tikililərin xarakteri;
4) Meteoşərait (kuləyin istiqaməti və surəti, yerin və havanın temperaturu, havanın
şaquli dayanıqlılığının səviyyəsi) Havanın 3 şaquli dayanıqlılıq səviyyəsi vardır:
inversiya, izotermiya, konveksiya.
İnverisya adətən axşam saatlarda, təxminən gunəş batmazdan 1 saat oncə yaranır,
gunəş cıxandan 1 saat sonra itir. İnversiya zamanı havanın aşağı qatları yuxarı
qatlara nisbətən soyuq olur. Bu da oz novbəsində onun hundurluyə yayılmasının
qarşısını alır və yoluxmuş havanın yuksək konsentrasiyalı qalmasına şərait
yaradır.
İzotermiya havanın stabil tarazlılığı ilə xarakterizə olunur, daha cox yağmurlu hava
zamanı xarakterikdir, həmcinin səhər və axşam vaxtlarda, inversiyadan
konveksiyaya (səhərlər) və əksinə (gecələr) kecid vəziyyətində yarana bilər.
Konveksiya əsasən gunəş cıxmazdan 2 saat oncə yaranır və batmazdan təxminən 2
- 2.5 saat qabaq dağılır. O, adətən aydın yay gunlərində təsaduf olunur.
Konveksiya zamanı havanın aşağı qatları yuxarı qatlarından daha cox isti olur. Bu
da yoluxmuş havanın yayılmasına və təsirinin azalmasına şərait yaradır.
52

MÜHAZİRƏ 10
GTZM-ə malik obyektlərdə kimyəvi şəraitin aydınlaşdırılması və
qiymətləndirilməsi.
GTZM-ə malik obyektlərdə kimyəvi şəraitin aydınlaşdırılması və
qiymətləndirilməsinin əsas məqsədi kimyəvi zədələnmə ocaqlarında ola bilən
insanların mudafiəsini təşkil etməkdir. Proqnozlaşdırma metodu ilə kimyəvi
şəraitin qiymətləndirilməsi zamanı butun GTZM ehtiyatının dağılmasını, yayılmaq
ucun uyğun meteoşəraitin (inversiya, kuləyin surəti 1 m/s) olması qəbul
edilməlidir. Qəza zamanı qiymətləndirmə baş vermiş şəraitə uyğun aparılır, yəni,
real dağılmış zəhərli maddənin qədəri və real hava şəraiti goturulməlidir. GTZM-ə
malik obyektlərdə kimyəvi şəraitin qiymətləndirilməsində qəza zamanı kimyəvi
yoluxma zonasına duşən insanların sayına muvafiq olaraq təhlukəsizlik səviyyəsi
muəyyən olunmalıdır.

Obyektin kimyəvi təhlukəsizliyinin Qəza zamanı kimyəvi yoluxma


səviyyəsi zonasına düşən insanların sayı, min
nəfər
I 75 və daha çox
II 40-dan 75-ə dək
III 40-dan az
IV Saya duşmur

Kimyəvi silahın tətbiqi zamanı kimyəvi şəraitin aydınlaşdırılması və


qiymətləndirilməsi.
Kimyəvi silahın tətbiqi zamanı kimyəvi şəraitin aydınlaşdırılması və
qiymətləndirilməsi kimyəvi yoluxma zonalarını və hucuma məruz qalmış əraziləri,
yoluxmuş havanın yayılma dərinliyi, digər ərazilərə yaxınlaşma muddətini,
ərazidəki zəhərləyici maddənin dayanıqlılığını, insanların FMV-lərdə qalmasını,
işcilər, əhali, MM-in quvvələrinin şəxsi heyəti arasında mumkun itkilərin muəyyən
53

edilməsidir. Duşmən tərəfindən zəhərləyici maddənin tətbiqi sahəsinin muəyyən


edilməsi kəşfiyyat quvvələri və ya MM qərargahının məlumatlarına əsasən həyata
kecirilir. Yoluxmuş havanın yayılma dərinliyi kimyəvi silahın tətbiqi rayonunun
kuləkli sərhədlərindən zəhərli hava buludunun yayılmasının sərhədlərinə qədər
olan məsafə ilə olculur. Kimyəvi yoluxmanın miqyası zəhərli hava buludunun
sahəsi və kimyəvi yoluxma ərazisi ilə muəyyən edilir. Kimyəvi yoluxmanın
muddəti kimyəvi silahın tətbiqinin miqyasından, zəhərli maddənin novundən,
meteoroloji şərait və ərazidən asılıdır. Kimyəvi yoluxmanın təhlukəsi kimyəvi
yoluxmuş ərazi və burada olan mumkun insan itkiləri ilə ölculur.
Bakterioloji şəraitin qiymətləndirilməsi - Bioloji şərait bakterioloji (bioloji)
silahın tətbiqindən sonra yaranan bir şəraitdir. Bakterioloji şəraiti adamların,
heyvanların, ərazinin, təsərrufat obyektlərinin bakterioloji zəhərlənməsi miqyasını
və dərəcəsini aydınalaşdırmaq, bakterioloji vasitələrin mulki mudafiə dəstələrinin
xilasetmə və digər təxirəsalınmaz işlərin, həmcinin əhalinin kənd təsərrufatı
işlərinin aparılmasmda gostərdiyi fəaliyyətinə təsiri muəyyən etmək ucun
qiymətləndirirlər. Bakterioloji şərait adamların, heyvanların, bitkilərin və sairənin
muhafizəsini vaxtında təşkil edən tədbirləri həyata kecirmək ucun də
qiymətləndirilir. Qeyd etmək lazımdır ki, bakterioloji zəhərlənmə ocağını şəhər,
rayon, respublika miqyasında ləğv edirlər. Lakin kənd təsərrufatı rəhbərləri,
qərərgahlar, dəstələr bakterioloji zəhərlənmə ocağının ləğvində bilavasitə iştirak
edir. Bakterioloji şəraitin qiymətləndirilməsinə aşağıdakılar aiddir:
− bakterioloji zəhərlənmə rayonunun sərhədini təyin etmək;
− torpaqdan istifadəetma planına və ya umumi vəziyyət sxeminə zəhərlənmə
rayonunu kocurmək;
− karantin rejimini dəqiqləşdirmək;
− xususi təmizliyin aparılması ucun kənd təsərrufatı istehsalı obyektlərini təyin
etmək;
− həmcinin mualicə-profilaktika tədbirləri qaydalarını və həcmini
muəyyənləşdirmək.
54

Zəhərlənmə ocağının sərhədlərini tibb və baytar kəşfiyyatlarını təyin edir, onları


ərazidə nişanlayır va lazımi məlumatları plana və ya xəritəyə kocururlər. Karantin
şəhər, rayon (respublika) mulki mudafiə rəisinin qərarı ilə qoyulur, obyektin
rəhbəri ərazisində yaranmış bakterioloji ocağı ləğv etmə işlərini təşkil edir. Burada
zəhərlənmə ocağını ayırmaq ucun aparılan rejim tədbirlərinə və lazımi sanitar-
gigiyena, epidemiya əleyhinə tədbirlərin keyfiyyətli aparılması ucun kənd
təsərrufatı işlərinin təşkilinə xususi diqqət yetirilməlidir. Kənd təsərrufatı
istehsalının obyektlərini xususi təmizliyin aparılması ucun kəşfiyyat məlumatları
və laboratoriya nəzarəti əsasında ayırırlar. Xususi təmizliyi birinci novbədə
adamlar, heyvanlar, tovlələr və bitkilər kecirlər. Bu iş ucun dəstələr ayrılır, işin
yerinə yetirilməsi qaydaları qoyulur, həmcinin maşın və xususi dezinfeksiya
vasitələri ayrılır. Mualicə-profilaktik tədbirlərin aparılması lazım gələrsə
aşağıdakılara xususi diqqət yetirilir:
− əhalidə tibbi muşahidələrin fasiləsiz aparılmasını və kənd təsərrufatı
heyvanlarında baytar muşahidələri təşkil etmək;
− yoluxucu xəstələri və şubhəliləri tapmaq, onları ayırmaq, hospitala qoymaq va
mualicə etmək;
− əhalinin va heyvanların təcili profilaktikasını (antibiotiklərlə va başqa xususi
dərmanlarla) təşkil etmək;
− qoruyucu peyvəndlər vurmaq.
Bioloji şəraitin əsas xarakteristikası sanitar itkilərin sayıdır. Sanitar itkilərə oz
doyuş qabiliyyətlərini itirən və yaralanma, zədə, kontuziya, xəstəlik nəticəsində bir
gun və daha az tibb məntəqələrinə yerləşdirilən hərbi qulluqcular aiddir. Bioloji
şərait duşmən tərəfindən tətbiq edilən hucumun miqyasından asılıdır. Şəraitin
qiymətləndirilməsində əsasən aşağıdakılar nəzərə alınır:
− Yoluxma ərazisi
− Əhalinin orta yaşayış sıxlığı
− Yoluxma rayonunda əhalinin mudafiə olunmasının səviyyəsi
Əməliyyat hesablamaları uzrə fovqəladə hallar zonasında insan itkilərinin
aşağıdakı qayda uzrə muəyyən etmək olar:
55

S = K · I · (1 – H) · (1 – P) · E
Burada, S – Əhalinin sanitar itkiləri (nəf.)
K – Yoluxmuş və bir-birilə əlaqədə olan əhalinin sayı
I – Kontaqioz indeksi
H – Qeyri spesifik mudafiə əmsalı
P – Spesifik mudafiə əmsalı
E – Təcili profilaktika əmsalı
K –nın qiyməti bakterioloji yoluxmuş ərazinin sahəsiinn qiyməti ilə həmin
ərazidəki əhalinin sıxlığının qiymətinin hasilinə bərabərdir. Kontaqioz indeksi I –
yoluxmuş xəstə ilə əlaqədə olduqdan sonra insanın xəstələnmə ehtimalının
səviyyəsidir. Qeyri spesifik mudafiə əmsalı H sanitar-gigiyenik və epidemiyaya
qarşı tətbirlərin lazımi vaxtda həyata kecirilməsindən, icməli suyun və yeyinti
məhsullarının yoluxmaya qarşı muhafizəsindən, havadan yoluxma baş verərkən
əhalinin qruplara ayrılmasından, həşaratlara qarşı fərdi muhafizə vasitələrindən
asılıdır. Spesifik mudafiə əmsalı P infeksion xəstəliklərin profilaktikasında
istifadəsi uyğun sayılan muxtəlif nov dərmanların effektivliyini nəzərə alır. Təcili
profilaktika əmsalı E muvafiq xəstəliklərə qarşı antibiotiklərlə mudafiəyə
uyğundur.
56

MÜHAZİRƏ 11
Bakterioloji şəraitin qiymətləndirilməsi.

Bioloji şərait bakterioloji (bioloji) silahın tətbiqindən sonra yaranan bir


şəraitdir. Bakterioloji şəraiti adamların, heyvanların, ərazinin, təsərrüfat
obyektlərinin bakterioloji zəhərlənməsi miqyasını və dərəcəsini aydınalaşdırmaq,
bakterioloji vasitələrin mülki müdafiə dəstələrinin xilasetmə və digər
təxirəsalınmaz işlərin, həmçinin əhalinin kənd təsərrüfatı işlərinin aparılmasmda
göstərdiyi fəaliyyətinə təsiri müəyyən etmək üçün qiymətləndirirlər. Bakterioloji
şərait adamların, heyvanların, bitkilərin və sairənin mühafizəsini vaxtında təşkil
edən tədbirləri həyata keçirmək üçün də qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, bakterioloji zəhərlənmə ocağını şəhər, rayon,
respublika miqyasında ləğv edirlər. Lakin kənd təsərrüfatı rəhbərləri, qərərgahlar,
dəstələr bakterioloji zəhərlənmə ocağının ləğvində bilavasitə iştirak edir.
Bakterioloji şəraitin qiymətləndirilməsinə aşağıdakılar aiddir:
− bakterioloji zəhərlənmə rayonunun sərhədini təyin etmək;
−  torpaqdan  istifadəetma  planına  və  ya  ümumi  vəziyyət  sxeminə  zəhərl
ənmə  rayonunu  köçürmək;  
−  karantin rejimini dəqiqləşdirmək;  
−  xüsusi təmizliyin aparılması üçün kənd təsərrüfatı istehsalı obyektlərini tə
yin etmək;  
−  həmçinin  müalicə - profilaktika tədbirləri   qaydalarını   və   həcmini  
müəyyənləşdirmək.  
Zəhərlənmə  ocağının  sərhədlərini  tibb  və  baytar  kəşfiyyatlarını  təyin  edir,  
onları  ərazidə  nişanlayır  və lazımi məlumatları plana və ya xəritəyə köçürürlər.  
Karantin şəhər, rayon (respublika) mülki müdafiə rəisinin qərarı ilə qoyulur,
obyektin rəhbəri  ərazisində yaranmış bakterioloji ocağı ləğv etmə işlərini təşkil
edir. Burada zəhərlənmə ocağını ayırmaq  üçün aparılan rejim tədbirlərinə və 
lazımi sanitar- gigiyena , enepidemiya  əleyhinə tədbirlərin keyfiyyətli   aparılması 
57

üçün kənd təsərrüfatı işlərinin təşkilinə xüsusi diqqət yetirilməlidir. Kəndtəs
ərrufatı
istehsalının obyektlərini xüsusi təmizliyin aparılması üçün kəşfiyyat məlumatları  v
ə laboratoriya nəzarəti  əsasında ayırırlar. 
Xüsusi təmizliyi birinci növbədə adamlar, heyvanlar, tövlələr və bitkilər keçirlər. B
u iş  üçün dəstələr ayrılır,  işin yerinə 
yetirilməsi qaydaları qoyulur, həmçinin maşın və xüsusi dezinfeksiya vasitələri 
ayrılır. Müalicə-profilaktik tədbirlərin aparılması  lazım gələrsə aşağıdakılara 
xüsusi diqqət yetirilir:   
−  əhalidə  tibbi  müşahidələrin  fasiləsiz  aparılmasını  və  kənd  təsərrüfatı  heyva
nlarında  baytar müşahidələri təşkil etmək;  
−  yoluxucu  xəstələri  və  şübhəliləri  tapmaq,  onları  ayırmaq,  hospitala  qoymaq 
 va  müalicə etmək; 
− əhalinin va heyvanların təcili profilaktikasını  (antibiotiklərlə va başqa 
xüsusi dərmanlarla) təşkil  etmək;  
− qoruyucu peyvəndlər vurmaq.  
Bioloji şəraitin əsas xarakteristikası sanitar itkilərin sayıdır. Sanitar itkilərə öz  
döyüş qabiliyyətlərini itirən və yaralanma, zədə, kontuziya, xəstəlik nəticəsində bir 
gün  və  daha  az  tibb  məntəqələrinə  yerləşdirilən  hərbi  qulluqçular  aiddir. 
Bioloji  şərait  düşmən  tərəfindən  tətbiq  edilən  hücumun  miqyasından  asılıdır.  
Şəraitin qiymətləndirilməsində əsasən aşağıdakılar nəzərə alınır:  
  Yoluxma ərazisi  
  Əhalinin orta yaşayış sıxlığı  
  Yoluxma rayonunda  əhalinin müdafiə olunmasının səviyyəsi  
  Əməliyyat  hesablamaları  üzrə  fövqəladə  hallar  zonasında  insan  itkilərinin  
aşağıdakı qayda üzrə müəyyən etmək olar:  
 
S = K · I · (1 – H) · (1 – P) · E  
  
Burada, S – Əhalinin sanitar itkiləri (nəf.)  
58

K – Yoluxmuş  və bir-birilə əlaqədə olan əhalinin sayı  
I – Kontaqioz indeksi  
H – Qeyri spesifik müdafiə əmsalı  
P – Spesifik müdafiə əmsalı   
E – Təcili profilaktika əmsalı   
K  –nın  qiyməti  bakterioloji  yoluxmuş  ərazinin  sahəsiinn  qiyməti  ilə  həmin  
ərazidəki əhalinin sıxlığının qiymətinin hasilinə bərabərdir.  
  Kontaqioz  indeksi    I  –  yoluxmuş  xəstə  ilə  əlaqədə  olduqdan  sonra  insanın  
xəstələnmə ehtimalının səviyyəsidir.  
Qeyri  spesifik  müdafiə  əmsalı  H  sanitar-gigiyenik  və  epidemiyaya  qarşı  
tətbirlərin lazımi vaxtda  həyata keçirilməsindən, içməli suyun və yeyinti məhsul-
larının  yoluxmaya  qarşı  mühafizəsindən,  havadan  yoluxma baş verərkən əhali-
nin qruplara  ayrılmasından,  həşaratlara qarşı  fərdi  mühafizə vasitələrindən  
asılıdır. Spesifik müdafiə əmsalı P infeksion xəstəliklərin profilaktikasında istifa-
dəsi  uyğun sayılan müxtəlif növ dərmanların effektivliyini nəzərə alır.  
Təcili  profilaktika  əmsalı  E  müvafiq  xəstəliklərə  qarşı  antibiotiklərlə  
müdafiəyə uyğundur.  
Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsinin zəruriliyi və əhəmiyyəti.
Təbiətdən səmərəli istifadə, planlaşdırma, təbiətdən istifadənin idarə edilməsi,
habelə ekolojiiqtisadi şəraitin öncə görümü (proqnozlaşdırılması) təbii-ehtiyat
potensialının ekoloji-iqtisadi qiymətləndirilməsini əhatə edir. Təbii mühit
insanların həyat fəaliyyətinə təminat verməklə aşağıdakı funksiyaları yerinə yetirir:
1) insanın təbii artımına təminat yaradır; 2) təbii ehtiyatlarla təmin edir; 3)
tullantıları və çirklənməni assimiliyasiya edir (neytrallaşdırır); 4) bir çox xidmət
sahələrinə təminat yaradır: rekreasiya-istirahət, müalicə mənbəyi, estetik və s.
Göstərilənlərlə yanaşı heç bir iqtisadi sistem (nə bazar, nə də qiymətləndirmə) bu
funksiyaların real qiymətini vermək qabiliyyətində deyildir və onların adekvat
qiymətini müəyyən edə bilmirlər. Ümumi hal kimi ya «sıfır» qiymətləndirmə, ya
da adətən, azaldılmış qiymət qəbul edilmişdir. Keçmiş 221 SSRİ-də uzun illər təbii
sərvətlər pulsuz istifadə olunmuşdur, heç kimə də mənsub olmamışdır. Bu isə
59

təbiətdən istifadədə israfçılığa səbəb olmuşdur. Əslində göstərilənləri


qiymətləndirmək üçün real qiymətlər lazımdır. O cümlədən təbii rifah
komponentlərini də qiymətləndirmək lazım gəlir. Lakin həmişə təbii ehtiyatiarın
qiymətləndirilməsi müsbət olmalıdır. Təcrübədə hər hansı bir rifahın «sıfır»
qiyməti də ola bilər, əgər onun fıziki itkisi cəmiyyət üçün həm bu gün, həm də
gələcəkdə iqtisadi itki ilə müşayiət olunmursa. Təbii amilin əhəmiyyətini, rolunu
nəzərə alaraq və dərk edərək təbii ehtiyatların payını, iştirak dərəcəsini təsərrüfat
fəaliyyətində-əməyin nəticələrində, dəyər və qiymət göstəricilərində aşkar etmək,
müəyyənləşdirmək, dəqiqləşdirmək, kəmiyyət amillərini təyin etmək zəruridir.
Təbiət resurslarının qiymətləndirilməsi hər hansı problemin həll edilməsində
alternativ variantların seçilməsinə daha əsaslı imkan verə bilər. HES-lər enerjinin
ən ucuz yolla alınmasında ən əlverişli mənbə hesab edilir. Lakin bir çox
hesablamalardan sonra məlum olur ki, geniş sahədə su altında qalmış məhsuldar
torpaqların ekoloji-iqtisadi itkisi (zərəri) hiss edilir və elektrik enerjisindən alınan
effektdən çoxdur. Qiymətləndirilmiş təbii ehtiyatların milli sərvətlər sırasına
salınması məqsədəuyğun sayılır. Hazırda isə buraya əsas kapital, maddi dövri
kapital, vətəndaşların şəxsi mülkiyyəti cəlb edilir. Bir çox qiymətləndirmələrə
görə milli zənginliklərin (sərvətlərin) 40%-dən çoxu müasir statistikada nəzərə
alınmır. İqtisadi inkişafın ənənəvi göstəricilərində düzəlişlər tələb olunur. Onların
arxasında təbiətin tənəzzülü gizlənir. Adətən, ekoloji amilin nəzərə alınması
(uçotu) ümumi daxili məhsulun, təmiz ümumi məhsulun səviyyəsini aşağı salır.
Yaponiyada 1990-cı ildə «daxili ekoloji məhsul» ənənəvi təmiz ümumi məhsuldan
23,1% aşağı və 16,3% ekolojisiz ümumi daxili məhsuldan az olmuşdur. BMT və
bəzi ölkələr iqtisadi inkişafın əsas göstəricilərində «yaşıl» ölçmələr üçün cəhd
göstərirlər. Xüsusən, yaşıl hesabların hazırlanmasına başlanmış və ya ekoloji-
iqtisadi uçot sistemi tətbiq edilir. İnteqrallaşdırılmış iqtisadi və ekoloji göstəricilər
sistemi təklif edilir: - humanitar inkişaf indeksi (BMT)- normal həyat üçün zəruri
olan ömrün uzunluğunu, bilik səviyyəsini və təbii ehtiyatlara malik olmağın
səviyyəsini nəzərə alır. - sabit iqtisadi rifah indeksi - səmərəsiz təsərrüfatçılığın
ekoloji xarakterli xərclərini nəzərə alan kompleks göstərici. Sabit iqtisadi maddi
60

rifah indeksinin müəlliflərindən biri Q.Dali göstərir ki, ekoloji «həqiqətlər»


qiymətləndirilməlidir. Real komponentləri makro və mikro səviyyədə iqtisadi
göstəricilərin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Təbii sərvətlərin
iqtisadi qiymətləndirilməsi sərvətlərin təsərrüfat qiymətlərinin pulla ifadəsidir və
iki əsas funksiyanı yerinə yetirir: - elmi (nəzəri), yəni «nəyə malikik, nəyimiz
vardır?» sualına cavab verir; - həvəsləndirici (stimullaşdırıcı). Təbii ehtiyatlara
düzgün qiymət verməklə problemləri müvəffəqiyyətlə həll etmək olar, xüsusilə.
- təbii ehtiyatların istifadəsinin variantlarının növbəli dərəcəsini seçməklə;
- təbii ehtiyatlardan səmərəsiz istifadədən dəyən zərəri təbiəti mühafizə xərclərinin
effektini (səmərəsini, gəlirini qiymətləndirməklə);
- təbiətdən səmərəli istifadənin stimullaşdırılması üzrə tədbirlərin əməli rolunu
qiymətləndirməklə;
- təbii ehtiyatlardan istifadəyə, ətraf mühiti çirkləndirməyə görə ödəmənin
məbləğinin, vergilərin qoyulmasının, icarə ödəmələrinin əsaslandırılması ilə.
Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi kadastrın tərkib və çox vacib
elementidir. Kadastr sistemləşdirilmiş məlumatların toplusudur: buraya keyfiyyət
və kəmiyyətcə təbiət obyektlərinin və hadisələrin siyahısı cəlb edilir. Kadastrlar
təbii ehtiyatların növləri üzrə tərtib edilir: su, meşə, torpaq, faydalı qazıntı
yataqları, xüsusi qorunan ərazilər və s. Təəssüf ki, kadastrlar bütün ehtiyatlar və
obyektlər üzrə tərtib edilmirlər. Odur ki, onlar bütövlükdə ərazinin və bütöv
ölkənin təbii-ehtiyat potensialını qiymətləndirməyə imkan vermir. Təbii
ehtiyatlardan uzun müddətli istifadə planının hazırlanması və həyata keçirilməsi
prosesi ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) ekoloji ekspertiza və
ekoloji-iqtisadi normativlər sisteminə əsaslanır. Hazırda informasiya bəşəriyyətin
gələcək inkişafını müəyyən edən resurslardan birinə çevrilməkdədir. Təsadüfi deyil
ki, post sənaye cəmiyyətini bir çox informasiya cəmiyyəti adlandırırlar. Qərarların
qəbul edilməsi informasiyanın dəqiqliyindən asılıdır. Ona görə də ekoloji-iqtisadi
göstəricilərin dolayısı hesablaşmalar üsulunu axtarmaq lazım gəlir. Bu baxımdan
mövcud metodlardan istifadə edilməsi lazım gəlir: balans sistemi, müqayisəli
amillər üsulu və s. Hazırda ekoloji informasiya üsulu aşağıdakılardır:
61

1. Kütləvi informasiya (mətbuat, radio-televiziya).


2. Xüsusi informasiya (mütəxəssis ekologiya üçülü).
3. Sənədli informasiya.
4. Faktiki informasiya.
5. Statistik göstəricilərin ilkin və sonrakı məlumatı.
6. Təbii mühit ehtiyat balanslarının kəmiyyət və keyfiyyət göstəriciləri.
7. Ehtiyatlarla təmin edilmə səviyyəsi.
Ekoloji-iqtisadi göstəricilər üzrə əsas statistik sənədlər aşağıdakılardır.
1. Atmosfer havasının mühafizəsi.
2. Sudan istifadə.
3. Toksik tullantıların yaranması, artması, istifadəsi, yerləşdirilməsi hesabatı .
4. Su mühafizə obyektinin tikintisi.
5. Ekoloji fondun vəsaitinin daxil olması və xərclənməsi . Ekofond.
6. Təbiəti mühafizəyə cari xərc və ekoloji ödəmələr.
Ekoloji iqtisadi vəziyyətin səviyyəsinin informasiya bazası kimi ərazilərin və
müəssisələrin ekoloji iqtisadi postlardan, kompleks sxemlərdən və proqramlardan
istifadə edilir. Ətraf mühitin vəziyyətinin ekoloji iqtisadi analizi üçün
standartlardan istifadənin böyük əhəmiyyəti var. Standartlaşdırma dedikdə bütün
obyektlər üçün vahid və məcburi tələbat və normalar nəzərdə tutulur, müəyyən
dövr üçün dəyişməz olur. Ekoloji normalaşdırmanın əsas məqsədi iqtisadi və
ekoloji proseslərin qarşılıqlı əlaqələrini nizamlamalardan ibarətdir. Tullantılara
dair müvəqqəti razılaşdırılmış göstəricilər iqtisadiyyatın texnoloji imkanlarına
əsaslanır və insana, təbii şəraitə normativ təsirə nə dərəcədə əməl etdiyini göstərir.
Təbii ekoloji normativ insan sağlamlığına təhlükə təsirinin astanasını
səciyyələndirir. Tibbi göstərici 2 qrupa ayrılır.
1. Sanitar gigiyenik normativ-zərərli maddələrin gərginliyi, radiasiya təsirinin yol
verilən həddi.
2. Ekoloji normativləri, normaları, qaydaları.
Hər bir çirkləndirici maddə üçün 2 normativ maksimal - birdəfəlik və orta gündəlik
qatılıq həddi müəyyən edilir. Təbii resursların istifadəsi normativləri də
62

mövcuddur. Bu normativ müəyyən müddət üçün təyin edilir. Eyni zamanda ətraf
mühitə yüksək normaların həddi də müəyyən edilir. Bu normativ xüsusən ərazi
sənaye kompleksinin formalaşmasında sənayenin, kənd təsərrufatının, təbii
mühitin özünü bərpa meyarlarında özünü göstərir. Ekoloji sferada proqnozlaşdırma
və planlaşdırma cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsinin həmahəngliyinin təmin
edilməsində ən əsas istiqamətlərdən biridir. Ekoloji-iqtisadi proqnozlaşma
regionun ətraf təbii mühitinin mövcud vəziyyətinin sosial-iqtisadi inkişafla
əlaqədar olaraq təhlilini aparmaqla tərtib edilir. Ekoloji-iqtisadi analiz region və
fırmalar səviyyədə həm ümumi proqnozlaşma proqram tərtib etmə və s.üçün
həmdə xüsusilə təbiətdən istifadənin pullu olmasını müəyyən etmək iqtisadi və
inzibati metodların ekoloji tənzimləmədə effektinin artırılması üçün və s.
səbəblərdən ola bilər. Ekoloji-iqtisadi analizin predmeti insanların həyat
fəaliyyətinin və ətraf mühitin vəziyyətinin qarşılıqlı əlaqəsinin obyektiv və
subyektiv amillərin təsiri altında özü də ekoloji-iqtisadi göstəricilər sisteminə
əsaslanan proseslərin öyrənilməsidir. Ekoloji-iqtisadi analizin aşağıdakı vəzifələri
var.
1. Ətraf mühıtə təsirin qiymətləndirilməsi ekoloji ekspertiza, ekoloji-iqtisadi
proqramların və regional ekoloji proqramların istifadəsi üçün baza təminatının
yaradılması.
2. Ekoloji və iqtisadi göstəricilərin razılaşması.
3. Təbiəti mühafizə fəaliyyətinə xərclərin dəqiq uçotu və onun nəticələrinin təyin
edilməsi.
4. Təbiətdən səmərəsiz istifadədən dəymiş ziyanın müəyyən edilməsi.
5. Ekoloji-iqtisadi göstəricilərin yekun nəticələrə təsirinin aşkar edilməsi.
6. Təbiəti mühafizə avadanlığından istifadənin təhlili.
7. Müəssisə və regionların təbiəti mühafizə fəaliyyətinin müqayisəli təhlili.
8. Regionun ekoloji-iqtisadi potensialının artması ehtiyatlarının axtarılması.
Hazırda müəssisələrin təbiəti mühafizə fəaliyyətini analiz etmək üçün
müəyyən metodik baza mövcuddur və onu regionun ekoloji-iqtisadi təhlilində
istifadə etmək olar.
63

2. Ətraf mühitə təsirin qiymətləndirilməsi və ekoloji ekspertiza prosesi


keçirilərkən ekolojiiqtisadı analiz onların əsasını (bazasını) təşkil etməlidir.
3. Ətraf mühitə təsirin qiymətləndirilməsi kompleks prosesdir və onun həyata
keçirilməsində müxtəlif sahələr, mütəxəsislər, o cümlədən iqtisadiyyat iştirak edir.
ƏMTQ nəzərdə tutulan planlaşdırılması ətraf mühitin keyfiyyətinə potensial
təsirin dərəcəsini və xüsusiyyətlərini də müəyyən edir. ƏMTQ sənədinin ən ümdə
məqsədi ondan ibarətdir ki, sifarişçi planlaşdırdığı fəaliyyəti ilə təbiəti mühafizəni
təmin etsin. ƏMTQ-da əsas vəzifə ondan ibarətdir ki, ətraf mühit və cəmiyyət üçün
qeyri-məqbul olan nəticələrin qarşısını almaq üçün zəruri olan tədbirlərin
aşkarlanmasını və qəbul edilməsini təmin etsin. ƏMTQ aşağıdakı sənədlərin
hazırlanmasını həyata keçirir.
1. Konsepsiyaları, proqramları və o cümlədən investisiya olunan fəaliyyəti
müəyyən etməsi.
2. Sahə və ərazilər üzrə sosial-iqtisadi informasiyaların tərtibi.
3. Təbii ehtiyatların istifadəsi və mühafizəsi sxeminin tərtibi.
4. Şəhərsalmanın sənədləşdirilməsı.
5. Yeni texnika, texnologiya materialların hazırlanması üzrə sənədlərin tərtibi. 6.
İnvestisiya layihələrinin planqabağı əsaslarının rəsmiləşdirilməsi. ƏMTQ-nın
miqyasları və onlara olan təıəbatlar da müxtəlif ola bilər. Bununla yanaşı bütün
ƏMTQ üçün ümumi bir struktur mövcud olmalıdır.
1. İlkin informasiyanın toplanması məsələnin ümumi vəziyyətinin
qiymətləndirilməsi.
2. Nəzərdə tutulan layihənin həyata keçiriləcəyi rayonun ətraf mühitinin təsviri.
3. Qanun və qanunvericilik aktuallığının əhatəliyinin qiymətləndirilməsi.
4. Layihənin ətraf mühitə birbaşa, dolayı və potensial təsirinin qiymətləndirilməsi:
cari və uzun müddətli, cüzi, habelə dönməz proseslərin nəticələri.
5. Alternativ variantların baxılması və analizi.
6. Kompleks tədbirlərin qiymətləndirilməsi və onların həyata keçməsi üçün
maliyyə vəsaitlərinin ayrılması.
7. Layihənin həyata keçməsinin nəticələrinin struktur təyini.
64

8. Monitorinqlə tələbatın olub-olmamasını müəyyən etmək.


Adətən layihəçi tərəfindən aparılan ƏMTQ ekoloji ekspertiza ilə çox sıx
əlaqəlidir və oxşar ekoloji-iqtisadi göstəricilər sisteminə söykənir. Ekoloji
ekspertiza dövlət nəzarət planlama orqanları tərəfindən aparıcı mütəxəssis və
alimlərlə birlikdə həyata keçirilir. Layihəqabağı və layihə sənədlərinin razılaş-
dırılması və onların ekoloji ekspertizaya təqdimatı bir sıra mərhələdən keçir. İlk
dəfə sifarişçi(investor) müvafiq əsaslandırmalarla öz mahiyyəti haqqında bəyanət
(deklorasiya) hazırlayır. Sonra respublika və ya yerli icra hakimiyyəti orqanları
ilkin olaraq təsərrüfat fəaliyyətinin aparılmasına razılıq verir. Daha sonra layihəçi
obyektin yerləşdiriləcəyi ərazi haqqında texniki-iqtisadi əsaslandırma aparır.
Təbiətdən istifadədə idarə etmənin ən əsas vasitələrindən biri, konkret və ətraflı
analizə əsaslanan, müəssisədə ekoloji tələblərə riayət edilməsinin
qiymətləndirilməsinə əsaslanan ekoloji auditdir. Ekoloji audit elə idxaletmə
vasitəsidir ki, öz tərkibinə ardıcıl, sənədli təsdiqlənmiş, dövri və cari olaraq
təbiətdən istifadənin idarəedilmə sisteminə və istehsalat prosesinin ekoloji tələblərə
müvafıq olmasına qiymət vermə məsələlərini daxil edir. Ekoloji audit bir neçə
mərhələdə aparılır:
1. Audit üçün obyekt seçilir, qrafik tutulur, komanda seçilir, maliyyə planı
hazırlanır və s.
2. İlkin məlumatların toplanmasına və qiymətləndirilməsinə həsr edilir. Həm də
fırmanın heyəti ilə iş aparılır və daxili sənədlərlə tanış olurlar.
3. Auditin nəticələrinə əsasən hazırlanmış hesabatı, həmçinin aşkar edilmiş
nöqsanların aradan qaldırılması üzrə tövsiyyələri və təklifləri özündə birləşdirir.
Ekoloji auditin digər audit növlərindən fərqi ondadır ki, onun aparılması üçün
müəssisələrin təbiəti mühafizə fəaliyyəti barədə böyük həcmli konkret
informasiyanın toplanması, təhlili və sənədləşdirilməsi tələb olunur.
Proqnozlaşdırma təbii ehtiyatlar potensialına və təbii ehtiyata tələbatın dəyişməsi
barədə əvvəlcədən görmə və xəbər vermə deməkdir. Təbiətdən istifadənin
proqnozlaşdırılmasına təbii sistemlərin özünü necə aparmasına dair mülahizələr
yürütmək üçün hərəkətlərin cəmi (toplusu) kimi baxmaq olar. Planqabağı təhlil
65

planlaşdırma sənədləri sisteminə daxildir. Buraya ərazi təbiəti mühafizə kompleks


sxemləri, elmi texniki tərəqqiyə dair kompleks proqramlar, məhsuldar qüvvələrin
inkişafı və yerləşdirilməsinin baş sxemləri ərazi-sənaye kompleksi sxemləri və
layihələri, şəhərlərin baş planları və s. daxildir. Hər bir müəssisə Ətraf Mühitin
Məhsullarının Keyfiyyət Standartlarının tələblərinə uyğun olaraq ekoloji
proqramlar əsasında təbiəti mühafizə tədbirləri planı işləyib hazırlamalıdır.Yəni
təbiətdən istifadə müqavilə əsasında təbiətdən istifadə edənlə icra hakimiyyəti
orqanı arasında həyata keçirilməlidir.
66

MÜHAZİRƏ 12

Təhlükəli obyektlərdə qəzadan törənən zərərin qiymətləndirilməsi məsələsi

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, bazar


münasibətlərinə əsaslanan inkişaf istiqaməti seçilmişdir. Müxtəlif təsərrüfatçılıq və
mülkiyyət formalarına əsaslanan müəssisələrin yaradılmasına və fəaliyyətinə rəvac
verilmişdir.
Müxtəlif sənaye sahələrində fəaliyyətdə olan müəssisələr içərisində kifayət
qədər təhlükə potensiallı istehsal obyektləri mövcuddur. Buna görə də, təhlükə
potensiallı sənaye obyektlərində təhlükəsizliyin və bədbəxt hadisələrin qarşısının
alınmasına yönəldilən tədbirlər həyata keçirilir. Dövri olaraq, yerlərdə
təhlükəsizliyin vəziyyətini müəyyən etmək və əməli xarakterli tədbirlər həyata
keçirmək üçün monitorinq təşkil olunur. Bütün bunlara baxmayaraq, sənaye
müəssisələrində, istehsal obyektlərində qəzalar – bədbəxt hadisələr baş verməkdə
davam edir. Belə hadisələrin baş verməsi ilə müəssisələrə, ayrı-ayrı insanlara,
regionlara, ümumiyyətlə cəmiyyətə, ölkə iqtisadiyyatına, kadr potensialına vurulan
iqtisadi, sosial, ekoloji ziyanlar haqqında rəsmi statistik məlumatlar almaq çətin
olsa da, onların xoşagəlməz nəticələri hamıya aydındır. Belə ki, son vaxtlar Bakı
şəhərində tikilməkdə olan binanın və şadlıq sarayının çökməsi, kanalizasiya
sisteminin partlaması və digər qəzaların hansı problemlər yaratması hamıya
məlumdur. Bütün bunlar, sənayedə və digər istehsal obyektlərində təhlükəsizliyin
təmin olunmasının nə dərəcədə əhəmiyyətli olmasını göstərir. İstismar olunan
təhlükə potensiallı istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin olunması
səviyyəsinə daim nəzarət olunur. Bununla əlaqədar, sənaye müəssisələrinin
təhlükə potensiallı istehsal obyektlərində dövri olaraq monitorinqlər keçirilir,
mövcud vəziyyət hərtərəfli qiymətləndirilir, qabaqlayıcı tədbirlər görülür. Eyni
zamanda sənayedə audit təşkil olunur, təhlükəsizliyin təmin olunmasına yönəldilən
tədbirlərin nəticələrinin nə dərəcədə səmərəli olması qiymətləndirilir.
Təhlükə potensiallı obyektlərdə sənaye təhlükəsizliyinin səviyyəsinin
qiymətləndirilməsinə müxtəlif yanaşmalar vardır.
67

Ən çox yayılmış yanaşma – qəzaların və zədələnmələrin sayını əks etdirən


statistik göstəricilərdən istifadə olunmasına əsaslanır. Bu zaman, ayrı-ayrı
ərazilərdə, regionlarda baş vermiş qəzaların, zədələrin sayı keçən dövrlə müqayisə
olunur və bunun nəticəsindən asılı olaraq ərazi Dövlət texniki nəzarət
təşkilatlarının fəaliyyətinin səmərəliliyi qiymətləndirilir, lakin real və orta statistik
göstəricilərə əsaslanmaqla yaranmış vəziyyəti düzgün qiymətləndirmək olmaz.
Əvvəla ona görə ki, statistik göstəricilər orta göstəricidən kəskin kənarlaşa bilər,
yaxud da, sadəcə olaraq təhlil və qiymətləndirmə dövründə heç bir qəza, bədbəxt
hadisə baş verməyə bilər. Nəticədə, əsassız olaraq, texniki nəzarət işlərinin yüksək
səviyyədə təşkil olunması haqqında yanlış rəylər yaradıla bilər. Belə hallar daha
təhlükəlidir, çünki bu arxayınçılığa səbəb olur, fəaliyyətsizliyə gətirib çıxarır.
Sənayedə təhlükəsizlik məsələlərinin qiymətləndirilməsində ekspert
rəylərindən də istifadə olunur. Ancaq, belə qiymətləndirmələrdə subyektivlik
özünü daha çox büruzə verdiyi üçün məqbul sayıla bilməz.
Nəhayət, bir məlum yanaşma isə – istehsal obyektlərində təhlükəli
xoşagəlməz halların baş verməsi riskinin təhlil olunması və qiymətləndirilməsi
üsulundan istifadə olunmasıdır. Əslində, bu üsul qəzalar və bədbəxt hadisələr
haqqında statistik məlumatların toplanmasına və işlənməsinə əsaslandığı üçün
müəyyən çətinliklər törədir. Digər tərəfdən isə, istehsal qurğularının,
avadanlıqlarının istismarı prosesində baş verə biləcək qəzalı halları, onların
yaranma səbəblərini araşdırmaq, riskli halların qiymətləndirilməsi üçün vacib olan
informasiya bazasını yaratmaq və kifayət qədər əsaslandırılmış qiymətləndirmələr
aparmaq о qədər də sadə məsələ deyildir.
Qeyd olunanlardan belə nəticə hasil olur ki, mövcud yanaşmalar, sənayedə
təhlükəsizliyin səviyyəsini obyektiv əsaslarla qiymətləndirmək üçün о qədər də
səmərəli deyildir. Ona görə də, sənayedə təhlükəsizliyin qiymətləndirilməsində
daha mütərəqqi və mükəmməl olan yanaşmalardan istifadə olunması aktual bir
məsələ kimi öz həllini gözləyir. Tədqiqatlar göstərir ki, son vaxtlar mütəxəssislər
sənayedə təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi üçün təhlükə potensiallı
istehsal obyektlərində baş verən ziddiyyətlər, qarşıdurmalar, qəzalar və digər
68

təhlükəli hallar haqqında qeydiyyatın aparılması və onları yaradan səbəblərin


araşdırılaraq müəyyən edilməsi və eləcə də, onların aradan qaldırılmasına
yönəldilən tədbirlərin həyata keçirilməsinin daha əhəmiyyətli olduğunu bildirirlər.
Bu zaman vahid vaxt ərzində təhlükə potensiallı istehsal obyektlərində qeydiyyata
alınmış qəzalar, təhlükəli hallar sənayedə təhlükəsizliyin səviyyəsinin
qiymətləndirilməsi meyarı (kriteriyası) kimi götürülə bilər.
Qəzaların, təhlükəli halların qeydə alınması aşağıdakı hallarda aparıla bilər:
texniki qurğunun zədələnməsi; texnoloji prosesin rejimdən kənarlaşması;
təhlükəsizlik normalarına əməl olunmaması; istismar və iş qaydalarının pozulması,
normativ-hüquqi aktlarla müəyyən olunmuş qaydalara əməl olunmaması və s.
Bununla əlaqədar sənaye obyektləri üzrə qəzaların və təhlükəli halların dərəcələrə
ayrılması və təsnifləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Belə təsnifatlar
Azərbaycanda ayrı-ayn sənaye sahələri üzrə işlənib hazırlan-mamışdır.
Müasir təsərrüfatçılıq şəraitində sənayedə təhlükəsizliyin təmin olunmasının
tənzimlənməsinin mühüm tərkib elementlərindən birini təhlükə potensiallı istehsal
obyektlərində baş verən qəzaların nəticəsində dəyən zərərin qiymətləndirilməsi
təşkil edir. Belə qiymətləndirmələrin təhlükə potensiallı istehsal obyektlərində baş
vermiş qəzaların qarşısının alınmasına yönəldilən tədbirlərin iqtisadi, sosial,
ekoloji baxımdan nə dərəcədə səmərəli olması, özünü doğrultması və bu tipli
hallardan sığorta olunması üçün əhəmiyyəti böyükdür.
Hələ keçən əsrin 70-ci illərindən başlayaraq bu istiqamətdə ittifaq
səviyyəsində müəyyən işlər görülmüşdür və bir çox sahələrdə baş verən qəzaların
cəmiyyətə vurduğu zərərin qiymətləndirilməsi üçün müvafiq metodikalar
hazırlanmışdır. Onlar nəzəri baxımdan əhəmiyyətli olsalar da, yeni təsərrüfatçılıq
şəraitində elə bir praktiki əhəmiyyətə malik deyildirlər. Bununla əlaqədar olaraq,
bazar iqtisadiyyatı şəraitində təhlükəli istehsal obyektlərində baş verən qəzaların
vurduqları zərərin qiymətləndirilməsi üçün yararlı olan metodik vəsaitin işlənməsi
aktual bir məsələ olaraq qarşıda durur. Bu istiqamətdə məqsədyönlü tədqiqat
işlərinin aparılmasına baxmayaraq bütün istehsal sahələri üçün yararlı olan
metodik tövsiyələr işlənməmişdir. Tikinti, kimya, neft emalı, neft-kimya və digər
69

bu kimi sahələrdə tez-tez qəzaların baş verməsi nəticəsində dəyən ziyanın iqtisadi
cəhətdən qiymətləndirilməsi üçün metodik tövsiyələrin işlənməsi öz vacibliyini
qabarıq göstərir. Belə metodik işləmələr nəzərdə tutulan sahənin istehsal
obyektlərinin xüsusiyyətləri əsasında işləndiyi üçün, başqa sənaye sahələrində
onlardan bəhrələnmək çox çətindir. Lakin onlardan problemə yanaşmanın ümumi
istiqamətlərini müəyyən etmək məqsədi ilə istifadə oluna bilər.
Təhlükəli obyektlərdə baş verə biləcək qəzaların vura biləcəyi ziyanın iqtisadi
cəhətdən qiymətləndirilməsi ümumdövlət mənafeyinin qorunub saxlanması və
daha da möhkəmləndirilməsi baxımından da vacibdir.
Bütün bu deyilənlərlə yanaşı, belə bir sual ortaya çıxa bilər ki, qəza baş
verdikdən sonra onun aradan qaldırılması üçün çəkilən xərclərin
qiymətləndirilməsinin əhəmiyyəti nədir? Belə qiymətləndirmələrin eyni tipli
təhlükəli obyektlərdə baş verə biləcək qəzaların qarşısının alınmasına yönəldilən
tədbirlərin əsaslandırılmasında əhəmiyyəti danılmazdır. Onu da əlavə etmək
lazımdır ki, iqtisadi qiymətləndirmələrin nəticələrindən təhlükəli obyektlərdə
qəzaların baş verməsi riskinin yüksək olduğu hallarda, həmin obyektlərin fəaliyyə-
tinin dayandırılması və istismardan çıxarılması ilə əlaqədar əsaslandırılmış qərarlar
qəbul edilməsi prosesində istifadə oluna bilər.
Təqdim olunan bu metodik vəsait yuxarıda qeyd olunan çatışmazlıqların
aradan qaldırılması və texniki təhlükəsizlik sahəsində çalışan əməkdaşlara elmi-
metodik və təcrübi yardım etmək məqsədilə hazırlanmışdır.
Qəza baş vermiş obyektə dəymiş ziyanın qiymətləndirilməsinə yanaşmalar
İstifadə olunan xammal və materialların fiziki-kimyəvi xüsusiyyətlərindən,
istehsal-emal proseslərindəki texniki-texnoloji vasitələrin istismar qaydalarının
pozulmasından və digər səbəblərdən asılı olaraq, bəzi sənaye obyektlərində
qəzaların baş vermə ehtimalı yüksək olur. Ona görə də, belə obyektlər təhlükəli
sənaye obyektlərinə aid edilir.
Təhlükəli sənaye obyektlərində müxtəlif səbəblərdən baş verən qəzalar
nəticəsində mülkiyyət sahiblərinə, üçüncü şəxslərə və ətraf mühitə ziyan dəyir.
Qəza nəticəsində dəyən zərərin (itkinin) qiymətləndirilməsi təhlükə potensiallı
70

istehsal obyektlərində baş verə biləcək qəzaların qarşısının alınmasına yönəldilən


idarəetmə qərarlarının qəbul edilməsinin mühüm və ən səmərəli mexanizmidir.
Ona görə də, təhlükəli sənaye obyektlərində baş vermiş qəzalar nəticəsində
mülkiyyət sahiblərinə, üçüncü şəxslərə və ətraf mühitə dəyən ziyanın obyektiv
qiymətləndirilməsinə şərait yaradan metodikaya böyük ehtiyac vardır. Belə bir
metodik vəsait qəza nəticəsində dəyən zərərin obyektiv və dəqiq hesablanmasına
və qiymətləndirilməsinə imkan verməlidir.
İstifadə məqsədindən asılı olmayaraq metodik vəsait aşağıdakı istiqamətlərdə
qiymətləndirmələr aparılmasına şərait yaratmalıdır:
‒ qəza baş vermiş obyektin dəyərinin və obyekt (mülkiyyət) sahibinə dəymiş
ziyanın müəyyənləşdirilməsi;
‒ qəza nəticəsində üçüncü şəxslərə dəymiş ziyanın müəyyənləşdirilməsi;
‒ qəza nəticəsində ətraf mühitə dəymiş ziyanın müəyyənləşdirilməsi.
Qəza zamanı mühasibat sənədləri məhv olduqda, oxşar obyektlər haqqında
orta göstəricilərdən istifadə edilə bilər.
Təhlükəli sənaye obyektlərinin dəyərinin qiymətləndirilməsi xüsusi ekspertlər
qrupu tərəfindən aparılır. Onlar tərəfindən qiymətləndirmə prosesinin təşkilində
aşağıdakı qaydalara əməl edilməlidir:
‒ qiymətləndirmə üçün tələb edilən komisyon ödənişləri, obyektin dəyərinə
görə faizlə müəyyən edilməməlidir;
‒ komisyon ödənişləri qiymətləndirmənin istifadəsindən asılı olmamalıdır;
‒ qiymətləndirmə və komisyon ödənişləri müqavilə əsasında aparılmalıdır.
Təhlükəli sənaye obyektində baş vermiş qəza nəticəsində mülkiyyət sahibinə
dəymiş ziyanın (zərərin, itkinin) qiymətləndirilməsi göstəricilərindən aşağıdakı
istiqamətlərdə istifadə etmək olar:
‒ qəza nəticəsində məhv olmuş obyektin əvəzinə eynilə yenisinin tikilməsi
və ya obyektin bərpası xərclərinin müəyyən edilməsində;
‒ məhv olmuş obyektin xarakterik xüsusiyyətlərinə yaxın olan, lakin yeni,
daha mükəmməl olan obyektlə əvəz olunması dəyərinin müəyyən
edilməsində.
71

Baş vermiş qəza nəticəsində ilkin uçot mühasibat sənədləri məhv olduqda
aşağıdakılar nəzərə alınmalıdır:
‒ məhv olmuş sənaye obyektinin istehsal, texniki, texnoloji parametrlərinin
orta sahə səviyyəsindən aşağı olması hallarında obyektin orta səviyyədən
aşağı və yaxud əksinə yüksək qiymətləndirilməsi;
‒ məhv olmuş sənaye obyektinin dəyərinin maksimal həddinin eyni cür
obyektlərin minimal satış (alış) qiymətindən yuxarı təyin edilməməsi;
‒ məhv olmuş sənaye obyektinin dəyərinin istehsal amilləri nəzərə alınaraq
bazar qiymətləri səviyyəsində təyin olunması;
‒ qiymətləndirmə obyektinin dəyəri vaxtdan asılı olaraq dəyişdiyi üçün,
qiymətləndirmənin aparılması vaxtının konkretləşdirilməsi və
diskontlaşdırılması.
Qəza baş vermiş obyektin dəyərinin və obyekt sahibinə dəymiş ziyanın
qiymətləndirilməsində aşağıda qeyd edilən yanaşmalardan istifadə oluna bilər:
‒ xərclərə əsaslanan yanaşma;
‒ analoqlardan istifadəyə əsaslanan yanaşma;
‒ gəlirlərə əsaslanan yanaşma.
Xərclərə əsaslanan yanaşmanın başlıca əlamətini qəza obyektinin hər bir
elementinin ayrıca qiymətləndirilməsi təşkil edir. Obyektin ümumi dəyəri onu
təşkil edən elementlərin dəyərini toplamaq yolu ilə müəyyən edilir. Xərclərə
əsaslanan yanaşma ilə obyektin dəyərinin qiymətləndirilməsi aşağıdakı
mərhələlərə ayrılır:
‒ qiymətləndirmə obyektinin quruluşunun və ayn-ayrı tərkib elementlərinin
müəyyən edilməsi;
‒ tərkib elementlərinin hər biri üçün münasib olan qiymətləndirmə
qaydasının seçilməsi;
‒ qiymətləndirmə obyektinin ayrı-ayrı elementləri üzrə hesablanmış
köhnəlmə dəyərinin müəyyənləşdirilməsi;
‒ tərkib elementlərinin və obyektin bütövlükdə qalıq dəyərinin hesablanması
və qiymətləndirilməsi.
72

Hesablanmış (toplanmış) köhnəlmə dəyəri qəza baş vermiş obyektin ilkin


dəyərindən çıxıldıqda alınan məbləğ obyekt sahibinə dəyən ziyanın həcmini
göstərir.
Xərclərə əsaslanan yanaşmadan qəza baş vermiş obyekt haqqında uçot-
hesabat sənədləri məhv olmadıqda istifadə etmək mümkündür.
Analoqlardan istifadəyə əsaslanan yanaşma zamanı qəza nəticəsində
obyektin sahibinə dəymiş ziyanın həcmi analoji obyektin bazar qiyməti haqqında
məlumatların toplanması və yaxud da belə obyektlərin bazar qiymətinin
hesablanması yolu ilə müəyyən edilə bilər. Bu halda aşağıdakı ardıcıllıqdan
istifadə etmək olar:
5. Əmlak bazarının öyrənilməsi və analoji obyektlər üzrə kommersiya
sövdələşmələri haqqında informasiyanın toplanması;
6. Toplanmış məlumatların düzgünlüyünün yoxlanması və sistemləşdirilməsi;
7. Qiymətləndirilən obyektin analoji obyektlərlə müqayisə edilməsi yolu ilə
fərqli cəhətlərinin (texniki-texnoloji elementlərinin, satış tarixinin,
mülkiyyət formasının, istehlak bazarının, yerinin, tərkib elementlərinin)
müəyyən olunması;
8. Analoji obyektlərin qiymətlərinin təshih edilməsi yolu ilə qəza obyektinin
dəyərinin hesablanması. Bu zaman obyektlərin dəyərinin azaldılması
(yüksəldilməsi) əmsallarından; gücünü, məhsuldarlığını nəzərə alan çəki
əmsallarından; gəlirlərdə olan fərqi nəzərə alan qiymət/gəlir
multiplikatorundan və digər təshih mexanizmlərindən istifadə oluna bilər.
Belə bir yanaşmadan qəza baş vermiş obyektdə aparılan uçot-hesabat işlərinin
məhv olduğu hallarda istifadə olunması daha məqsədəuyğundur.
Gəlirlərə əsaslanan yanaşma zamanı, qəza nəticəsində obyekt sahibinə
dəymiş ziyanın həcmi, həmin obyektin gələcəkdə istismar olunması ilə əlaqədar
əldə edilə biləcək gəlirlərin (əldən çıxmış gəlirlərin) cari dəyərinin qiymətləndiril-
məsi yolu ilə müəyyən edilir. Bu üsuldan istifadə edildiyi hallarda qiymətləndirmə
obyekti gələcəkdə reallaşdırıla bilən kapital (investisiya) qoyuluşu layihəsi
qismində baxılır və obyekt sahibinə dəyən ziyanın həcmi belə bir layihənin
73

reallaşdırılmasından əldə edilə biləcək gəlirlərin vaxt amilindən asılı olaraq


diskontlaşdırılması yolu ilə müəyyən edilən cari dəyərinə əsasən qiymətləndirilir.
Bu zaman, qəza baş vermiş obyektin dəyərini, orta illik xalis gəlirin kapitallaşma
(qiymətləndirilən obyektin gəlirlilik səviyyəsini göstərən) əmsalına bölünməsi
yolu ilə tapmaq olar.
74

MÜHAZİRƏ 13
Təhlükəli istehsal obyektlərində baş vermiş qəzanın əmələ gətirdiyi itkinin
müəyyən edilməsi
Təhlükəli istehsal obyektində qəza baş verdikdə itkilərə (zərərə) aşağıdakılar
aid edilir və onların strukturu müəyyənləşdirilir:
‒ təhlükəli obyekti istismar edən təşkilatın (mülkiyyət sahibinin) bütün
maliyyə itkiləri;
‒ qəzanın ləğvi üçün çəkilən xərclər;
‒ işçilərin (eləcə də, digər zərərçəkənlərin) ölümü və xəsarət almaları ilə
bağlı olan sosial-iqtisadi itkilər;
‒ ətraf təbii mühitə dəymiş ziyan;
‒ dolayı itkilər və əmək ehtiyatlarının sıradan çıxması ilə bağlı dövlətə dəyən
zərər.
Təhlükəli istehsal obyektlərində baş vermiş qəzanın qiymətləndirilməsi üçün
15 gün ərzində tədqiqat aparılır və əvvəlcə, ilkin məlumatları bəlli olan xətalar
(itkilər) hesablanır. Yekun zərər isə, tədqiqatın sonu üçün bütün zəruri məlumatlar
toplandıqdan sonra hesablanır.
İtkilərin müəyyən edilməsi. Təhlükəli istehsal obyektlərində baş vermiş
qəzanın əmələ gətirdiyi itkini (zərəri) ümumi şəkildə aşağıdakı düsturla
hesablamaq olar:
Z q=Z b .i +Z t .l +Z s .i +Z d .i +Z ekol + Z ə .r . i (1)

burada:
Z q – qəza nəticəsində dəymiş ziyanın ümumi həcmi (manatla);

Z b .i – təhlükəli istehsal obyektini istismar edən müəssisənin birbaşa itkiləri

(manatla);
Zt .l – qəzanın tədqiqinə və ləğv edilməsinə (lokallaşdırılmasına) çəkilən

xərclər (manatla);
Z s .i – sosial-iqtisadi itkilər (insanların ölümü və zədə alması ilə bağlı itkilər)

(manatla);
Z d .i – dolayı itkilər (manatla);
75

Z ekol – ekoloji zərər (ətraf mühitə vurulmuş ziyan) (manatla);

Z ə. r .i – əmək resurslarının itirilməsi (işçilərin ölümü və əmək qabiliyyətini

itirməsi) ilə bağlı itkilərdir.


Birbaşa itkiləri ( Z b .i) aşağıdakı kimi müəyyən etmək olar:
Z b .i=Z ə. f + Z ə. m .i + Z k. ə. m (2)

burada:
Z ə. f – əsas fondların (istehsal və qeyri-istehsal) dağılması (zədələnməsi)

nəticəsində müəssisənin itkiləri (manatla);


Z ə. m .i – əmtəə-material ehtiyatlarının məhv olmasından (zədələnməsindən)

yaranan itkilər (manatla);


Z k .ə .m - üçüncü şəxsin əmlakının məhv olması (zədələnməsi) nəticəsində

yaranan itkilərdir (manatla).


Zədələnmiş obyektlərə о obyektlər aid edilir ki, onları təmir işlərinin
aparılması yolu ilə əvvəlki vəziyyətə bərpa etmək və funksional təyinatı üzrə
istifadə etmək mümkün olur. Əks halda, onlar məhv olmuş obyektlərə aid edilir.
Əsas fondların məhv olmasından (zədələnməsindən) müəssisəyə (istehsal və qeyri-
istehsal sahələri üzrə) dəymiş ziyanı ləğvetmə və xəsarət xərclərinin məcmusu
kimi qruplaşdırmaq olar. Bu halda əsas fondlara dəyən ziyanı ( Z ə. f ) aşağıdakı
düsturla hesablamaq mümkündür:
Z ə. f =Z ə .f .m + Z ə. f . x (3)
burada:
Z ə. f . m – əsas fondların məhv olmasından yaranan itkilər (manatla);

Z ə. f . x – əsas fondlara xəsarət yetirilməsindən yaranan itkilərdir (manatla).


Sosial - iqtisadi itkilər müəyyən edilməsi
Sosial - iqtisadi itkilər ( Z s .i). Bir qayda olaraq, sosial-iqtisadi itkilərə
aşağıdakı məsrəflər aid edilir:
Z s .i=Z p .ö + Z k .ş . ö +Z p . x +Z k . ş . x (1)

burada:
Z p . ö – personalın ölümü ilə bağlı olan tədbirlərə və kompensasiya ödənişlərinə

çəkilən xərclər (manatla);


76

Z k .ş . ö – üçüncü şəxslərin ölümü ilə əlaqədar olan tədbirlərə və kompensasiya

ödənişlərinə çəkilən xərclər (manatla);


Z p . x – personalın xəsarət alması ilə bağlı olan tədbirlərə və kompensasiya

ödənişlərinə çəkilən xərclər (manatla);


Z k .ş . x – üçüncü şəxslərin xəsarət alması ilə bağlı olan tədbirlərə və

kompensasiya ödənişlərinə çəkilən xərclərdir (manatla).


Bu halda, personalın ölümü ilə bağlı xərclər ( Z p . ö) aşağıdakı düsturla
hesablanır:
Z p . ö=S d . x + S y . x (2)

burada:
Sd . x – qəza nəticəsində ölənlərin dəfn edilməsi üçün verilən kompensasiya

(manatla);
S y . x – qəza nəticəsində ailə başçısının itirilməsinə görə verilən müavinətdir

(manatla).
Personalın xəsarət alması səbəbindən çəkiləcək xərclər ( Z p . x ) aşağıdakı düsturla
hesablanır: Z p . x =S m .ə + S p . x + S t . s . p (3)

burada:
Sm . ə – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət

(manatla);
S p . x – əlil olmuş işçilərə əlilliyə görə ödənilən təqaüd xərcləri (manatla);

St .s . p – qəza nəticəsində xəsarət almış şəxsin tibbi, sosial və professional

bərpası üçün çəkilən xərclərdir (manatla).


Sosial-iqtisadi itkiləri ( Z s .i) müəyyən edərkən zərər çəkənlərə və onların
qohumlarına dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsini də nəzərə almaq olar.
Təhlükə potensiallı istehsal obyektlərində qəza nəticəsində ölmüş ( Z k .ş . ö) kənar
şəxslərə görə zərərin miqdarı yuxarıda qeyd olunmuş qaydalara analoji olaraq
müəyyən edilir. Ölənlərin dəfn mərasiminin keçirilməsi üçün müavinət xərcləri
qəza baş verən tarix üçün yerli şəraitdə dəfn mərasimlərinin keçirilməsi xərclərinin
orta həddində müəyyənləşdirilməlidir.
77

AR Mülki Məcəlləsinin 1121-1125 maddələrinə uyğun olaraq ailə başçısı öldüyü


halda aşağıdakı şəxslərin müavinət almaq hüququ vardır:
‒ ölən adamın öhdəsində olan əmək qabiliyyəti olmayan şəxslər və yaxud
ölənin hesabına yaşayan digər şəxslər;
‒ ölən adamın ölümündən sonra doğulan uşaq(lar);
‒ valideynlərdən biri, yaxud ailənin digər bir üzvü, əmək qabiliyyətindən
asılı olmayaraq yetim qalmış uşaqlara (bacı, qardaş, nəvə və digərlərinə)
baxmaq üçün. Bu uşaqların 14 yaşa qədər və bəzi hallarda isə, hətta, 14
yaşdan sonra da (əgər dövlət tibbi-sosial ekspertiza və yaxud müalicə-
profilaktika müəssisələri tərəfindən uşaqların qeyri-sağlamlıqları barədə
tibbi rəy vardırsa) davam etdirilə bilər;
‒ ölən adamın öhdəsində olan və əmək qabiliyyətini itirmiş digər şəxslər 5 il
müddətində müavinət ala bilərlər.
‒ 18 yaşınadək olan yeniyetmələrə;
‒ əyani oxuyan və yaşı 18 yaşdan yuxarı olan şagirdlərə (tələbələrə) 23 yaşa
çatanadək;
‒ qadınlara 56 yaşadək, kişilərə 62 yaşdan çox olduqda ömürlük;
‒ əlillərə bütün əlillik müddətində.
Ailə başçısını itirməyə görə veriləcək aylıq müavinətin məbləği ölən adamın
sağlığında aldığı orta aylıq əmək haqqı miqdarında hesablana bilər. Bu halda, ölən
adamın özü üçün və onun öhdəsində olmayan digər əmək qabiliyyətli şəxslərə
ödənişlər nəzərə alınmır. Qəza nəticəsində xəsarət almış işçinin sağlamlığının
bərpası üçün lazım olan xərclər ( St .s . p) tibbi, sosial və peşə fəaliyyətinin bərpası
üçün veriləcək ödənişləri əhatə edir:
‒ əlavə tibbi yardım (məcburi tibbi sığortada nəzərdə tutulmuş xərclərdən
əlavə), о cümlədən, əlavə qidalanma və dərmanlar almaq üçün xərclər;
‒ xəsarət almış şəxsə baxmaq üçün (xüsusi tibbi və məişət xidməti
göstərmək), о cümlədən öz ailə üzvləri tərəfindən göstərilən xidmət üçün
çəkilən xərclər;
78

‒ müalicə müddətinin sonunadək sanatoriya-kurort müalicəsi və əlavə


məzuniyyət xərclərinin (illik məzuniyyətdən əlavə olaraq xəsarətlə bağlı
məzuniyyət də daxil olmaqla), zəruri olduğu halda onu müşayiət edən
şəxsin də yol xərcləri, yaşayış və yemək xərcləri ödənilir;
‒ xəsarət almış şəxsin əmək və ev şəraitində fəaliyyətini təmin etmək üçün о,
protezlərlə və digər vasitələrlə təmin edilir;
‒ fərdi nəqliyyat vasitələri ilə, onların cari və əsaslı təmiri, yanacaq-sürtkü
materialları üçün xərclərin ödənilməsi təmin edilir;
‒ yeni ixtisas öyrədilməsi xərcləri ödənilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 №-
li qərarına uyğun olaraq, müvəqqəti əmək qabiliyyətini itirmək üzrə müavinət
verilməsi xəsarət almış şəxsin sağalmasına qədər davam etdirilir və yaxud xəsarət
almış şəxs peşəsi üzrə işləmək qabiliyyətini tamamilə itirərsə, ona Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq orta əmək haqqınm 100%
səviyyəsində müavinət ödənilir.
Xəsarət almış şəxsə aylıq müavinətin miqdarı, qəzadan əvvəl aldığı orta aylıq
əmək haqqı səviyyəsində müəyyən edilir. Xəsarət almış şəxsin əlillik dərəcəsi
tibbi-sosial ekspertiza müəssisəsi tərəfindən müəyyənləşdirilir.
Əgər xəsarət almış şəxs əvvəllər işləyərkən əmək haqqına rayon (ərazi) əmsalı
əlavə edilibsə, onda müavinətə də həmin əmsal əsasında əlavələr ödənilməlidir.
Əgər xəsarət almış şəxsin aylıq əmək haqqı barədə sənədlər olmazsa (tapılmazsa),
onda aylıq sığorta ödənişləri, onun tarif dərəcəsi (vəzifə maaşı) sahə üzrə həmin
peşə üçün qəbul olunmuş tariflər üzrə müəyyənləşdirilir.
Həyatına və sağlamlığına xəsarət dəymiş üçüncü şəxsə veriləcək müavinətin
hesablanması iddia əsasında məhkəmə qərarına münasib olaraq, yaxud da təhlükəli
istehsal obyektində çalışan işçilər üçün tətbiq edilən digər hesablama qaydası ilə
müəyyənləşdirilə bilər.
Qəza nəticəsində obyektə dəymiş sosial-iqtisadi itkilərin müəyyən edilməsi üçün
informasiya mənbəyi kimi, qəzanın texniki səbəblərinin tədqiqi materialları, əmək
qabiliyyətini müvəqqəti itirmək barədə vərəqə, xəsarət almış və ya ölmüş işçinin
79

ailə üzvlərinin ərizələri, BTƏK-in qərarı (yekun rəyi), kompensasiya və müavinət


verilməsi barədə əmrlər, həmkarlar təşkilatının, məhkəmənin, ərazi inzibati
vahidinin qərarları, sığorta kompaniyalarının (təşkilatlarının) məlumatlarından
istifadə oluna bilər.
Qəzaya məruz qalmış istehsal obyekti tərəfindən ödəniləcək sosial-iqtisadi zərərin
miqdarını tapmaq üçün aşağıdakı göstəricilərdən istifadə etmək olar:
‒ qəza zonasında xəsarət almış işçilərin sayı;
‒ müəssisədə çalışan personalın orta yaş həddi;
‒ əməkdaşların orta aylıq əmək haqları;
‒ müəssisədə çalışan kişilərin və qadınların faiz nisbəti;
‒ hər bir əməkdaşın öhdəsində olanların orta sayı;
‒ qəza rayonunda tibbi və matəm xidmətlərinin orta qiyməti.
Qəza səbəbindən üçüncü şəxslərə ödəniləcək sosial-iqtisadi zərərin miqdarını
hesablamaq üçün müəssisələrə (hüquqi şəxslər üçün), yaxud da regiona aid olan
analoji göstəricilərdən (fiziki şəxslər üçün) istifadə etmək olar.

MÜHAZİRƏ 14
Obyektlərin əsas fondlarının məhv olmasından yaranan itkilərin müəyyən
edilməsi
80

Obyektlərin əsas fondlarının məhv olmasından ( Z ə. f . m) yaranan itkiləri aşağıdakı


düsturla hesablamaq olar:
n
Z ə. f . m=∑ ( Dqi −( Dmi−D si ) )(1)
i=l

burada:
n – məhv olmuş əsas fondların (əsas vəsait obyektlərinin) növlərinin sayı;
Dqi – məhv olmuş i -ci növ əsas fondun başqası ilə əvəz edilməsi və ya

yenidən yaradılması üçün (əgər bunu təyin etmək mümkün deyilsə, onda
qalıq dəyəri əsas götürülür) tələb olunan xərclər (manatla);
D mi – əsas fondların ləğv olunmasından sonra istifadə üçün yararlı olan i -ci

növ materialın mədaxil olması dəyəri (manatla);


Dsi – ləğv edilmiş əsas fondun i -ci növünün utilizasiya xərcləridir (manatla).

Məhv olmuş avadanlıqların, maşınların, nəqliyyat vasitələrinin, inventarların başqa


əsas vəsait obyekti ilə əvəz olunmasının dəyərlərini, onları əvəz edəcək yeni əsas
vəsaitlərin alış qiymətləri ilə müqayisə etmək yolu ilə tapmaq olar. Lakin, bu
halda, həmin əsas vəsait obyektlərinin köhnəlmə dəyəri, daşınma, quraşdırma
xərcləri, eləcə də ödənilmiş gömrük rüsumları və s. nəzərə alınmalıdır.
Qəza nəticəsində məhv olmuş binaların və qurğuların digəri ilə əvəz olunma
dəyərini, analoji binaların və qurğuların layihə dəyərinə əsasən müəyyən etmək
olar. Lakin, bu halda, müqayisə edilən layihələrin xüsusiyyətləri və istifadə olunan
materialların keyfiyyəti ilə yanaşı məhv olmuş obyektin köhnəlmə (fiziki, mənəvi)
dərəcəsi və istismar-texniki vəziyyəti də nəzərə alınmalıdır.
Əgər məhv olmuş əsas vəsait obyektinin başqası ilə əvəz edilməsinin dəyərini ( D qi)
hər hansı bir səbəbdən müəyyən etmək mümkün olmursa (hər-hansı unikal
xüsusiyyətlərinə görə), onda müvafiq normativ-hüquqi sənədlər əsasında onun
qalıq dəyərini götürmək olar.
Əmlakın qismən xəsarət alması hallarında dəyən zərərin dəyərini ( Z ə. f . x ), onun
əvvəlki halına gətirilməsi üçün çəkilən xərclərin məcmusu kimi götürmək olar. Bu
halda aşağıdakılar nəzərə alınmalıdır:
81

‒ təmir üçün sərf ediləcək materiallara və ehtiyat hissələrinə çəkiləcək


xərclər (manatla);
‒ kənar təşkilatlara ödəniləcək təmir xidməti xərcləri (manatla);
‒ obyektin bərpa olunması üçün lazım olan elektrik enerjisini və digər
enerjilərin dəyəri (manatla);
‒ obyektin qəzadan əvvəlki vəziyyətə gətirilməsi üçün (bərpası üçün) lazım
olan materialların daşınması xərcləri və digər məsrəflər (manatla);
‒ əlavə iş, gecə vaxtında, bayram günlərində və iş günlərində əlavə işə görə
əmək haqqına edilən əlavələr (manatla).
Bərpa xərclərinin məbləğindən təmir vaxtı dəyişdirilən qurğuların, dəzgahların,
hissələrin və detalların köhnəlmə dəyəri çıxılır.
Adətən, bərpa xərclərinə aşağıdakılar aid edilmir:
‒ xəta almış obyektin yaxşılaşdırılmasına və ya dəyişdirilməsinə çəkilən
əlavə xərclər;
‒ qəza faktı ilə bağlı olmayan təmizləmə, profilaktik təmir və xidmət işlərinə
çəkilən xərclər;
‒ vacib olan işlərdən artıq görülmüş digər işlər üçün çəkilən xərclər.
Qəza nəticəsində məhv olmuş əsas fondların itkisinin qiymətləndirilməsi zamanı,
əsas vəsait obyektlərinin (əmlakın) dəyərinin qiymətləndirilməsində istifadə
olunan metodlardan istifadə etmək olar.
Əgər dəyə biləcək zərərin proqnoz qiymətini hesablamaq lazım gələrsə, onda əsas
vəsait obyektlərinin bərpa dəyərinin tapılması metodundan istifadə etmək olar. Bu
halda, vahid həcm, sahə və ya uzunluq üçün sərfiyyat göstəricilərindən və onların
mövcud qiymətlərə uyğunlaşdırılması əmsallarından (indekslərindən) istifadə
etmək olar. Belə hallarda, obyektin tam bərpa dəyərini aşağıdakı düsturla
hesablamaq olar:

D q . i=D baz K 01−15 ∙ İ 15−c ∙ N ∙ K 1 ∙ K 2 ∙ K 3 ∙


∙ K 4 ∙ K 5 ∙ K 6 ∙ K 7 (2)
82

burada:
Dbaz – binaların və qurğuların ölçüsünün bir vahidi üçün xüsusi müəyyən

edilmiş və hesablamada baza kimi istifadə edilən dəyər göstəricisi;


K 01−15 – 01.01.2001-ci baza ili ilə müqayisədə 01.01.2015-ci il tarixinə qədər

tikintinin smeta dəyərinin dəyişməsini əks etdirən artım əmsalı;


İ 15−c – qiymətləndirilən obyektin dəyərinin cari (2015) qiymətlərlə ifadə

olunması üçün istifadə edilən yenidən qiymətləndirmə əmsalı;


N – qiymətləndirilən obyektin (tikintinin) – müvafiq ölçü vahidləri ilə

ifadəsi (həcmi, sahəsi, uzunluğu və s.);


K 1 – tikintinin həcminə görə düzəliş əmsalı;

K 2 – kapital tutumuna görə düzəliş əmsalı;

K 3 – iqlim şəraitinə (rayonuna) görə düzəliş əmsalı;

K 4 – binanın və ya qurğuların konstruksiya elementlərinin fərqlənmə əmsalı;

K 5 – ərazi əmsalı;

K 6 – tikinti aparan təşkilatın mənfəəti;

K 7 – ƏDV (%).

Ekoloji xərclər və layihələrin smeta dəyərinin müəyyən edilməsi.


Təbiətdən səmərəli istifadə tədbirlərinin effektivliyi dəqiq ekoloji xərclərin
uçotunun aparılmasını tələb edir. Təbiəti mühafizə xərcləri – insanların yaşayış
mühitinin keyfiyyətini saxlamaq üçün ictimai zəruri xərclərdir. Təbiəti mühafizə
xərclərinin tərkibində aşağıdakı elementləri ayırmaq olar:
1) Ətraf mühitə zərərli maddələrin atılmasını (axıdılmasını) azaldan tədbirlərə
çəkilən xərclər birbaşa olub çoxsahəlidir: qurğuların tikintisi, texnologiyaların
təkmilləşdirilməsi, xammalın kompleks istifadəsi, tullantıların duruldulması,
neytrallaşdırılması, basdırılması və s.
2) Təbii ehtiyatlar potensialını saxlamaq üçün xərclər xüsusi qorunan təbiət
ərazilərinin yaradılmasına, bərpa olunan təbii ehtiyatların təkrar istehsalına və s.
sərf edilir;
83

3) İctimai inkişaf xərcləri-insanların rekreasiya, estetik va digər tələbatlarının


təmin edilməsi.
İqtisadi nöqteyi-nəzərdən insanın ətraf mühitə təsir fəaliyyəti aşağıdakı xərcləri
tələb edir:
- təsirin qarşısının alınması xərclərini;
- iqtisadi ziyanlara sərf edilən xərcləri;
- bilavasitə ziyanın ləğvinə, neytrallaşdırılmasına və kompensasiyasına yönəldilmiş
xərcləri.
Göstərilən xərclər ən effektiv ekoloji xərclər hesab olunur. Çünki onlar
ziyanın qarşısının alınmasına sərf edilir. Onlar əsasən mühafizə (preventiv)
tədbirlərin yerinə yetirilməsinə yönəldilir. Onlara yeni aztullantılı, mütərəqqi
texnologiyaların yaradılması, ekoloji təhsil, kadrlar hazırlığı, ƏMTQ, ekoloji
ekspertiza (EE), ekoloji infrastruktur obyektlərinin yaradılması, ekoloji sığorta və
s. daxildir. Kompensasiya xərclərinin səviyyəsi isə aşağıdakılar ilə təyin edilə
bilər:
- ətraf mühiti tam bərpa etmək üçün maksimal zəruri xərclərin həcmi;
- minimal effektiv xərclər üzrə aşağı səviyyəsi, maliyyə xərcləri;
- prioritet sayılan sahələr üzrə həyata keçirilən xərclər; - maliyyə cəhətdən məqbul
xərclər.
Təbiəti mühafizəyə vəsaitlərin maksimum və minimum xərclərə bölünməsi
məqsədəuyğun deyildir. Bəzən yeni texnologiyaların (kompleks, aztullantılı)
tətbiqi zamanı təbiəti mühafizə xərclərinin hesablanması məsələsi ortaya çıxır.
Burada təbiəti mühafizəyə çəkilən xərci hesablamaq çətin olur. Tullantıların
istifadəsi əlavə məhsul verir və ətraf mühitə mənfi yükü azaldır. Ona görə də
istehsalat prosesini iki yerə bölüb, həm istehsalata, həm də təbiəti mühafizəyə olan
xərcləri təyin etmək çətindir. Lakin belə bölgü vergi güzəştlərini müəyyən edərkən
lazım gəlir. Mikroiqtisadi səviyyədə təbiəti mühafizə xərcləri aşağıdakı qaydada
bölünür:
1) Ümumi, yaxud bütövlükdə təbiəti mühafızə tədbirlərinin realizə edilməsinə
çəkilən xərclər;
84

2) Orta və ya xüsusi - 1 ton tullantının (axıntının) təmizlənməsinə çəkilən xərclər;


3) Həddi (normativ) xərclər - hər bir əlavə tullantının (axıntının) 1 tonunu
təmizləmək üçün əlavə xərclər. Bundan başqa, təbiəti mühafizə xərcləri iki
dərəcəyə (növə) bölünür: cari və əsaslı xərclər. Kapital (əsaslı) xərcləri ekoloji
məqsədlər üçün həyata keçilən, materiallaşdırılan (maddiləşdirilən) xərclərdir.
Bəzən kapital qoyuluşu təbiəti mühafızə fondlarında əhəmiyyətli dərəcədə böyük
ola bilər (bəzi sahələr üzrə 30-40%). Ətraf mühiti mühafızə məqsədi daşıyan
kapital qoyuluşuna bir dəfəlik xərclər aid edilir:
- təbiəti mühafizə obyektlərinin rekonstruksiyası və yeni obyektlərin yaradılması;
- ətraf mühitə mənfi təsiri azaltmaq məqsədilə istehsalat texnologiyalarının
modernləşdirilməsi;
- istehsalat texnologiyasının ətraf mühiti mühafizə məqsədilə müəyyənləşdirilməsi.
Kapital qoyuluşları əsasən su obyektlərinin, hava hövzəsinin və torpaqların
mühafızəsinə istiqamətləndirilir. Adətən kapital qoyuluşlarının ən çox payı (faizi)
su obyektlərinin mühafizəsinə yönəldilir. Su obyektlərinin mühafizəsi üçün əsas
kapital qoyuluşları tikinti üçün birdəfəlik aşağıdakı xərclərdən ibarət olur:
- istehsalat və kommunal tullantı sularının təmizlənməsi üçün stansiyalar
(təmizləyici qurğular), habelə tullantı sularının ilkin təmizlənməsi (lokal
təmizləyici qurğular) və təmizlənmiş sulardan istifadə üçün yenidən təmizləmə
stansiyaları;
- su mühafizə zonalarının kompleks tədbirlərlə əlaqələndirilməsi (texnoloji, meşə
meliorativ, aqrotexniki, hidrotexniki, sanitar və s.);
- neftin, mazutun toplanması qurğuları, habelə su akvatoriyalardan zibili və digər
tullantıları toplama qurğuları;
- su obyektlərini çirkləndirən sənaye tullantılarını zərərsizləşdirmək üçün poliqon
və qurğuların tikilməsi;
- gəmilərdən təsərrüfat sularının qəbul edilməsi üçün sahil qurğularının tikilməsi,
habelə zibillərin utilləşdirilməsi, anbarlaşdırılması və təmizlənməsi;
- şəhərlərin və yaşayış məntəqələrinin kanalizasiya sistemlərinin tikintisi və s.
85

Hava hövzəsinin mühafizəsi üçün xərclər birdəfəlik aşağıdakı tikinti işlərinə


yönəldilir:
- texnoloji xətlərdən, digər çirklənmə mənbələrindən ayrılan maddə və qazların
tutulma və zərərsizləşdirilməsi üçün qurğuların tikintisi;
- nəzarəttənzimləyici punktların tikintisi (əsasən toksik avtomobil qazların
miqdarını müəyyən etmək üçün);
- tüstü boruları, qaz buxarların, aspirasiya sistemlərinin tikintisi;
- sanitar-mühafizə zonalarının salınması (müəssisələr ətrafı, yol boyunca və s.),
Torpaqların mühafızəsinə yönəldilən əsaslı vəsaitlərə daxildir:
- eroziyaya, selə, sürüşməyə qarşı hidrotexniki qurğuların tikilməsi;
- dik yamacların terraslaşdırılması;
- qoruyucu meşə zolaqlarının, o cümlədən tarla qoruyucu və eroziyaya qarşı
meşələrin salınması;
- torpaqların bərpası (rekultivasiyası, reablitasiyası);
- zibil emalı və zibil yandıran zavodların tikintisi.
Cari istismar xərclərinə daxildir: təbiəti mühafizə istiqamətli əsas fondların
saxlanması və qulluq edilməsi, təbiəti mühafizə ilə əlaqədar xidmətlərin
ödənilməsi, cari təbiəti mühafızə xərclərinin ümumi istehsal xərclərinə görə payı
0,2-3% arasında dəyişir. MDB ölkələrində və eləcə də, Rusiyada, o cümlədən,
Azərbaycanda cari xərclər kapital qoyuluşundan ən azı 3 dəfə çox olub, hava
hövzəsinə görə isə 5:1 nisbətindədir. Əlbəttə, göstərilən vəziyyəti optimal hesab
etmək olmaz. ABŞ-da bu nisbət l:l-dir. Cari xərclərin çox olması o deməkdir ki,
əsaslı təbiəti mühafızə avadanlıqları uzun müddət istismar edilmir. Ekoloji xərclər
istehsalat xərclərinin tərkib hissəsidir və nəticədə məhsulun qiyməti vasitəsilə
onların xərcini alıcı çəkir. Layihənin qənaətbəxş olması əsaslı vəsaitin
planlaşdırılması və maliyyələşdirilməsi smetanın zəruri xərclərini özündə nə
dərəcədə əks etdirməsindən asılıdır. Smetanın dəqiqliyi kompleks işlərin əsaslı
(mükəmməl) təyin edilməsindən və irəli sürülən təkliflərin düzgünlüyündən çox
asıhdır. Smeta dəyərinin göstəriciləri layihə hesabatlarının variantlarının
qiymətləndirilməsində və onlardan ən məqsədəuyğun olanını seçməkdə istifadə
86

edilir. Smeta əsasında və təqvim planına müvafiq olaraq layihənin büdcəsi tərtib
edilir. Lakin smeta yalnız layihənin yekun dəyərinin proqnozunu verir və ilkin
hesablama yuvarlaqlaşdırılmış normativlər üzrə TİƏ-nin hazırlanmasında həyata
keçirilir. Obyektin tikintisinin dəyərini müəyyən edən əsas sənəd-yekun smetanın
hesablanmasıdır. Bu iş cari qiymətlər səviyyəsində tərtib edilir. Həmin sənəd
özündə aşağıdakıları cəmləşdirir:
1) Tikinti sahəsinin hazırlanmasını; 2) Tikintinin əsas obyektlərini;
3) Yardımçı istehsalat və xidmət əhəmiyyətli obyektləri;
4) Energetika təsərrüfatı obyektlərini;
5) Nəqliyyat təsərrüfatı və rabitə obyektlərini;
6) Su təchizatı, kanalizasiya, istilik və qaz təchizatı qurğuları və xarici (bayır)
şəbəkələrini;
7) Ərazinin abadlaşdırılması və yaşıllaşdırılmasını;
8) Müvəqqəti bina və qurğularını;
9) Digər işlər və xərcləri;
10) Tikilən müəssisənin müdiriyyətinin saxlanması, müəllif nəzarətinin həyata
keçirilməsi obyektlərini;
11) Layihə və axtarış işlərini.
Yekun smeta hesablamalarının tərtibi lokal (yerli) və obyekt smetalarına
əsaslanır. Burada həmçinin əlavə xərclər, həm də nəzərə alınmayan (əvvəlcədən
görülməyən) işlərin vəsait ehtiyatları da nəzərdə tutulur. Obyekt smetaları öz
tərkibində lokal smetanın məlumatlarını birləşdirir və onun əsasında obyekt üçün
müqavilə qiymətləri formalaşdırır. Bu halda obyekt smetasının rolunu lokal smeta
oynayır. Obyekt smeta hesablamalarında (smetada) sətirbə-sətir və həm də
yekunda vahid qiymətlər (dəyərlər), məsələn, 1 m3 həcm, 1 m2 sahə, 1 m məsafə və
s. təyin edilir. Obyekt və lokal smetalarda normativ əmək tutumu və smeta əmək
haqqı ayrılır. Lokal smetalarda resurs göstəricilərini ayırmaqla aşağıdakı sənədlər
tərtib edilir:
87

- işlərin əmək tutumunu (adam-saatla); fəhlələrin əsas əmək haqqını təyin etmək.
Lokal smetalarda (hesablamalarda) smeta sənədlərinin tərkibində işlərin dəyəri iki
qiymət səviyyəsində aydınlaşdırıla bilər:
- bazis səviyyəsi üçün - fəaliyyətdə olan smeta normaları və qiymətləri ilə
müəyyənləşdirilir.
- cari (proqnoz) səviyyəsində - smeta tərtib edilən dövr üçün formalaşmış
qiymətlərlə, yaxud tikinti başlanan gündən başlayaraq, mövcud olan qiymətlərlə.
Tikinti, yenidənqurma, əsaslı təmir (bina və qurğularda), müəssisələrin
genişləndirilməsi və yenidən təşkilinin smeta dəyərinin təyin edilməsinin əsasını
smeta normativləri (smeta normaları külliyatı, qiymətlər və qiymətləndirmələr
normaları), habelə qaydalar və əsasnamələr təşkil edir. Yuvarlaqlaşdırılmış smeta
normalarına aiddir: faizlə ifadə olunan smeta normativləri (üstəgəlmə xərclər,
smeta gəliri, əlavə xərclər), iriləşdirilmiş smeta normativləri və göstəriciləri.
Tikintinin smeta dəyəri - bu kapital (əsaslı) qoyuluşunun ümumi cəmidir. Tikinti
və quraşdırma işlərinin smeta dəyəri birbaşa xərclərdən (bilavasitə xərclərdən),
əlavə məxariclərdən və smeta gəlirindən ibarətdir. Birbaşa xərclərə aiddir:
fəhlələrin əsas əmək haqları, materialların, konstruksiyaların, detalların,
yarımfabrikatların dəyəri, maşın və mexanizmlərin istismar xərcləri. Smeta
qiymətlərini təyin etmək üçün aşağıdakı metodlar tətbiq edilə bilər:
bazis-kompensasiya, resurs, resurs-indeks. Bundan başqa smetanı «əvvəllər
tikilmiş və ya layihələşdirilmiş obyekt-analoqların qiymətləri haqqında
məlumatlara əsasən» müəyyən etmək olar. Bazis-kompensasiya üsulu smeta
normalarının istifadəsinə əsaslanır. Bu halda qiymət iki mərhələdə təyin edilir.
Eyni zamanda texnoloji məqsədlərə elektrik daşıyıcılarının sərfi, maşınların
istismar vaxtı, fəhlələrin əmək xərcləri də nəzərə alınır. Resursların sərfinin yekun
göstəricilərini hesablamaq üçün əvvəlcədən lokal resurs siyahısını tərtib etmək
məqsədə uyğundur. Bu siyahıda obyektdə həyata keçirilən hər bir iş növü üzrə
resursların dəyərini həm bazis (orta smeta qiymətlə- rinə əsasən, normativlər üzrə),
həm də cari (proqnoz) qiymətləri səviyyəsində təyin etmək məqsədə uyğundur.
Resurs-indeks üsulu - bu resurs üsulunun resurslara verilmiş indeks sistemi
88

(materiai, texniki, energetik, əmək. avadanlıq, xidmətlər və s.) ilə birləşməsinə


əsaslanır. Layihə üzrə xərclərin planlaşdırılması maliyyə resurslarına tələbatı
ödəmək məqsədilə həyata keçirilməlidir. Bu isə layihənin büdcəsinin tərtib
edilməsini tələb edir (təqvim planına və layihənin strategiyasına əsasən).

MÜHAZİRƏ 15
89

Qəza nəticəsində müəssisənin əmtəə-material qiymətlilərinin məhv olması


səbəbindən dəyən ziyanın müəyyən edilməsi

Qəza nəticəsində müəssisənin əmtəə-material qiymətlilərinin məhv olması


(zədələnməsi) səbəbindən dəyən ziyan ( Z ə. m .i) hər bir əmtəə-material növü üzrə
itkilərin cəmi kimi hesablana bilər:
n m
Z ə. m .i=∑ Z ə. i+ ∑ Z x. j (1)
i=l j=l

burada:
n – qəza nəticəsində ziyan dəymiş əmtəə növlərinin sayı;
Z ə.i – i növdən olan məhsul üzrə müəssisənin (həm hazır məhsul, həm də

bitməmiş istehsalat qalığı üzrə) zərəri (manatla);


m – qəza nəticəsində ziyan dəymiş xammal-material növlərinin sayı;
Z x . j – alınmış məhsul, xammal-material və yarımfabrikatların j -cı növü üzrə

müəssisənin zərəri (manatla).


Z x . j – nin müəyyən edilməsi zamanı məhsulların xammal və materialların

yenidən alınması üçün çəkilən xərclər əsas götürülə bilər. Lakin, bu halda, alınan
məhsulun, xammalın və materialların qiyməti qəza tarixinə olan satış
qiymətlərindən yuxarı götürülə bilməz. Eləcə də, alınan xammalın və materialın
daşınması, qablaşdırılması, gömrük rüsumları və digər ödənişlər də bu qayda ilə
hesablanıb nəzərə alınmalıdır.
Qəza baş verən anadək, müəssisədə olan əmtəə-material qiymətlilərinin
dəyəri və miqdarı mühasibat uçotunun məlumatları ilə də müəyyən edilə bilər.
Əmtəə-material qiymətlilərinin məhv olmasından (zədələnməsindən)
müəssisəyə dəyə biləcək itkilərinin ( Z ə. m .i) proqnozlaşdırılması, obyektin qəza
zonasında saxlanıldığı məhsulların, xammal və materialların orta illik həcmi, eləcə
də onların orta topdansatış qiymətləri əsasında aparıla bilər.
Qəza səbəbindən üçüncü şəxslərin (o cümlədən əhalinin) əmlakının məhv
olması (xətər alması) nəticəsində dəymiş zərərin ( Z k .ə .m) hesablanması üçün,
müəssisə əmlakına dəyən zərərin hesablanması qaydası təklif olunur. Bu halda,
həmçinin fiziki şəxslər üçün onlara məxsus olan əmlakm bazar dəyərindən və ya
90

əgər əmlakı sığortalanıbsa, sığorta kompaniyasının göstəricilərindən istifadə etmək


olar.
Qəzanın ləğv edilməsi və tədqiqi xərcləri ( Zt .l ). Qəzanın ləğv edilməsi
xərclərinə ( Zt .l) aşağıdakılar aid edilir:
‒ qəzanın ləğv edilməsi üçün personala nəzərdə tutulmamış əmək haqqı
(mükafat) ödənişləri;
‒ qəzanın ləğv olunması zamanı sərf edilən elektrik enerjisinin (eləcə də
digər enerji növlərinin) dəyəri;
‒ qəzanın ləğvi zamanı sərf edilmiş materialların dəyəri;
‒ qəzanın ləğvində iştirak edən ixtisaslaşdırılmış təşkilatların xidmət
xərclərinin dəyəri;
Qəzanın tədqiq edilməsi xərclərinə ( Zt ) aşağıdakılar aid edilir:
‒ qəzanı tədqiq edən komissiya üzvlərinin əmək haqqı (o cümlədən,
ezamiyyət xərcləri);
‒ elmi-tədqiqat işlərinə və qəzanın texniki səbəblərinin araşdırılmasına
çəkilən xərclər;
‒ qəzanın texniki səbəblərinin və qəza nəticəsində dəymiş zərərin (o
cümlədən, iqtisadi ziyanların) qiymətləndirilməsi üçün cəlb edilmiş
ekspertlərin xidmətlərinin dəyəri.
Birbaşa itkilərin müəyyən edilməsi üçün informasiya mənbəyi kimi, qəzanın
texniki səbəblərinin təhqiqat materiallarından, kənar təşkilatların təqdim etdikləri
hesablardan, əsas vəsaitlərin silinməsi aktlarından, sığorta kompaniyalarının
sənədlərindən (göstəricilərindən) istifadə etmək olar.
Qəzanın aradan qaldırılması və tədqiqi üçün məsrəflərin təqribi itkisini
qabaqcadan hesablamaq lazım gəldikdə, qiymətləndirmə üçün əsas kimi
ixtisaslaşdırılmış ekspert təşkilatlarının xidmətlərinin orta dəyəri və ya birbaşa
itkilərinin dəyərinin 10%-i götürülə bilər.
91

You might also like