You are on page 1of 4

İşə qəbul üçün daxili müraciət elanı 62003864

Vəzifə haqqında məlumat


Vakansiyanın adı Geoloq
Elanın bitmə tarixi 02.02.2020
Keçid kodu 04945/2020 INT
Müəssisə, Təşkilat Geofizika və Geologiya İdarəsi
Struktur vahidi "Quyuların qazılmasına geoloji, texnoloji nəzarət" ekspedisiyası; Quyulara
geoloji, geofiziki, geokimyəvi nəzarət dəstəsi

Ştat vəzifəsinin adı geoloq


Struktur vahidinin ünvanı Bakı şəhəri, Bakıvanov qəs.Yavər Əliyev 4
Şəhər/rayon Bakı şəhəri
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 08
Əmək haqqı 668.00 azn/saatliq
Əlavə məlumat Nazirlər kabinetinin Qərarına əsasən 15 manat yemək pulu, zərərli iş
şəraitinə görə 4% əlavə ödəniş verilir
İş şəraiti Qapalı mühit
İş rejimi Növbəli (7 gün)
Əlavə məlumat İstehsalat zərurəti və sifarişindən asılı olaraq, iş dənizdə və quruda ola bilər.
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunur

Sığorta Tibbi, Həyat


Vəzifə öhdəlikləri (funksiyalar) Quyuların qazılması zamanı qazma şlamının geoloji analizinin aparılması və
təsvirinin hazırlanması işlərinin həyata keçirilməsi

1. Boruarxası həcm və nasosun məhsuldarlığına əsasən tələb olunan


süxurların şlamının ələklərə çıxma zamanının hesablanması.
2. Tələb olunan şlam nümunələrinin titrəyən ələklərdən seçilib götürülməsi.
3. Qazma məhlulun tərkibinə görə yuma üsulunun seçilməsi və şlamın
bütövlüyü qorunaraq yuyulması.
4. Şlama vizual baxışın keçirilməsi, ilkin dəyərləndirilməsi və qeydlərin
aparılması (rəngi, tərkibi, intervalı).
5. Alınmış şlam nümunəsinin qurudulması, qurudulmuş şlamın vizual təhlil
edilməsi, mikroskop vasitəsilə şlamın tərkibinin müəyyən edilməsi və
fotoşəkilinin çəkilməsi.
6. Xlorid turşusu (HCl) vasitəsilə süxurun karbonatlığının müəyyən edilməsi.
7. Lyuminoskop vasitəsilə neft və ya qazlılığın müəyyən edilməsi.
8. Neftlilik aşkar olunan süxurun benzol maddəsi vasitəsilə təhlil edilməsi və
neftliliyin dəqiqləşdirilməsi.
9. Təhlil edilmiş süxürların etilen paketlərlə hermetik olaraq qablaşdırılması
və üzərində sahə, quyu nömrəsi və intervalı məlumatlarının qeyd edilərək
etiketlənməsi.
10. Təhlil edilmiş süxur nümunələrinin təsvirinin kompüterdə hazırlanması,
fotoşəkilin əlavə edilməsi və buruq heyətinə təqdim edilməsi.
11. Qablaşdırılmış şlam nümunələrinin saxlanılması işinin təşkil edilməsi.

Geoloji-texnoloji nəzarət stansiyasının avadanlıqlarının montaj edilməsi

1. Qazma meydançasında avadanlıqların plan-layihəyə uyğun montaj


edilməsi.
- UPS (elektrik qida bloku) və stabilizatorun quraşdırılması və torpaqlanması
- Qazmaçı kabinasına xətli radio rabitə vasitəsinin quraşdırılması
- TopDriver dövrlər sayını hesablayan cihazın quraşdırılması
- TopDriver fırlanma momentini hesablayan cihazın quraşdırılması
- Qazma meydançasına nəzarət kameraların quraşdırılması
- Manifold (dayaq sütun) xəttində təzyiq ölçü cihazının quraşdırılması
- Təzyiq ölçü cihazının quraşdırılması üçün mühitayırıcının quraşdırılması
- Qazma bucurqadı valının dövriyyəsinin göstərici (dərinlik ölçən) cihazının
quraşdırılması
- Qarmağa düşən yükün ölçülməsi cihazının quraşdırılması
- Rotorun fırlanma momentini hesablayan cihazın quraşdırılması
- Rotorun dövrünü hesablayan cihazın quraşdırılması
- Qazmaçı kabinasında idarəetmə pultunun (monitorun) quraşdırılması
- Qazmaçı pultunun torpaqlanmasının quraşdırılması
2. Çənlər sahəsində avadanlıqların plan-layihəyə uyğun montaj edilməsi.
- Çənlərdə ölçü işlərinin aparılması və məlumatların qeyd edilməsi
- Qəbul çənində qazma məhlulunun səviyyəsini və həcmini ölçən cihazın
quraşdırılması
- Aktiv qəbul çənində girişdə termometrin quraşdırılması
- Aktiv qəbul çənində girişdə qazma məhlulunun elektrik keçiriciliyini ölçən
cihazın quraşdırılması
- Qazma məhlulunun sıxlığını ölçən cihazın quraşdırılması
- Kabellərin birləşdirici qutusunun montaj edilməsi
3. Novlarda avadanlıqların plan-layihəyə uyğun montaj edilməsi.
- Qazma məhlulunun axınının göstəricisi indikatorunun quraşdırılması
- Çıxışda termometrin quraşdırılması
- Çıxışda qazma məhlulunun elektrik keçiriciliyini ölçən cihazın
quraşdırılması
- Deqazatorun quraşdırılması
- Kondensatorun (otstoynik) quraşdırılması və qaz-hava xətti ilə deqazatora
birləşdirilməsi
- Qazanalizedici cihazlarının quraşdırılması
- Vakuum nasosunun quraşdırılması
4. Nasoslar sahəsində avadanlıqların plan-layihəyə uyğun montaj edilməsi.
- Nasosların gedişini ölçən cihazların quraşdırılması
5. İş konteynerində avadanlıqların plan-layihəyə uyğun montaj edilməsi.
- Nəzarət kompüterinin quraşdırılması
- Rəqəmsal çeviricinin quraşdırılması
- Xətli radio rabitə vasitəsinin baza blokunun quraşdırılması və
torpaqlanması
- İş konteynerinin xarici torpaqlanma xəttinin quraşdırılması
6. Naqil və kabellərin plan-layihəyə uyğun çəkilməsi, xüsusi xamıtlarla
bərkidilməsi, izolyasiya edilməsi və avadanlıqlara birləşdirilməsi.

Quyularda qazma zamanı geoloji texnoloji nəzarət işlərinin həyata


keçirilməsi

1. Qazma avadanlığının aşağı hissəsi (komponovka) və qazma boruları


haqqında məlumatların təmin edilməsi və proqrama daxil edilməsi. (Çəkisi,
daxili və xarici diametri, uzunluğu, quyunun konstruktiv məlumatı və
növbəti seksiyanı qazmaq üçün qazma aləti və istifadə olunacaq şamlar)
2. Quyuların qazılması zamanı xüsusi proqram vasitəsilə (Leuza, Empirica)
geoloji, texnoloji parametrlərin müşahidə edilməsi və qazıma prosesinə
nəzarət edilməsi.
3. Qazıma prosesində gedən dəyişikliklərin araşdırılması, əhəmiyyətinin
müəyyən edilməsi, səbəblərinin təhlil edilməsi və rabitə vasitəsilə
dəyişikliklər barədə dərhal qazma heyətinə məlumatın verilməsi. (Qazma
vaxtı işlək təzyiqin normadan kənarlaşması, Nasosun gedişinin normadan
kənarlaşması, Qarmağa düşən yükün normadan kənarlaşması, TopDriverin
fırlanma momentinin normadan kənarlaşması, Məhlul sərfiyyatının
normadan kənarlaşması, cəm qaz göstəricisinin artması və s.)
4. Müəyyən edilmiş vaxt ərzində periodik olaraq proqramdan məlumatların
alınması və qazma raportunun hazırlanması.
5. Qazıma zamanı mürəkkəbləşmə müşahidə olduqda, rabitə vasitəsilə
qazma heyətinə dərhal məlumatın verilməsi, geoloji, texnoloji nəzarət
stansiyasının qeydiyyat jurnalında qeydlərin aparılması və buruq rəisi və ya
geoloqunun imzasının təmin edilməsi.
6. Diaqramın vizual görünüşünün (screenshot) alınması və
mürəkkəbləşmənin detalları qeyd edilməklə qazma raportun hazırlanması.

Geoloji-texnoloji nəzarət stansiyasının avadanlıqlarının demontaj edilməsi

1. Qazıma işləri yekunlaşdıqdan sonra əmr-qərara əsasən avadanlıqların


müəyyən edilmiş ardıcıllıqla sökülməsi işlərinin həyata keçirilməsi.
2. Demontaj edilmiş avadanlıq və cihazların təmizlənməsi, yuyulması və
qutulara yığılaraq qablaşdırılması.
3. Avadanlıqların iş konteynerinə yığılması və daşınması üçün hazır
vəziyyətə gətirilməsi.
4. Avadanlıqların nəqliyyat vasitəsinə yüklənməsi və saxlanma bazasına
çatdırılması işlərində iştirak edilməsi.

Geoloji texnoloji nəzarət stansiyasının avadanlıqlarının təftişi, qulluq


edilməsi və təmiri işlərinin həyata keçirilməsi

1. Gündəlik olaraq müəyyən edilmiş vaxtda avadanlıqların təftiş edilməsi və


texniki qulluğa və təmirə ehtiyacı olan avadanlıqların müəyyən edilməsi.
2. Avadanlıqlara texniki xidmətin göstərilməsi işlərinin həyata keçirilməsi.
- Avadanlıqların sıxıcı-bərkidici hissələrində korroziya əleyhinə təmizlik,
yağlanması və bərkidilməsi işlərinin aparılması
- Nov xətti üzərində olan avadanlıqların qazma məhlulundan təmizlənməsi
və müvafiq hissələrinin korroziya əleyhinə boya ilə boyadılması
- Çökdürücüdə (otstoynik) toplanmış kondensat suyunun mütəmadi olaraq
boşaldılması
- Kabellərin bərkidilmə hissələrinin yoxlanılması və ehtiyac olduqda yenidən
xamıtlanması
- Qaz-hava xəttinin əks üfürmə yolu ilə təmizlənməsi
- Avadanlıqların xarici torpaqlanma xəttinin yoxlanılması və yenidən
bərkidilməsi
- Mühitayırıcının yağ səviyyəsinin yoxlanılması və ehtiyac olduqda yağın
əlavə edilməsi
3. Avadanlıqların xırda təmiri işinin həyata keçirilməsi.
- Sıradan çıxmış bərkidici hissələrin dəyişdirilməsi
- Qopmuş naqillərin təmiri və izolyasiya edilməsi
- Kiçik həcmli lehmləmə işlərinin icra edilməsi
4. Avadanlıqların təmir edilməsi üçün sökülməsi, təmizlənməsi,
qablaşdırılması və qüsurları göstərilməklə təmir sahəsinə göndərilməsi.

Hesabatların hazırlanması

1. Gündəlik qazma raportunun hazırlanması.


- Quyuda aparılan işlərinin təsviri
- Texnoloji göstəricilər haqqında məlumat (qazıma parametrləri, diaqramlar)
- Quyunun stratiqrafiyasi
- Quyunun konstruksiyası
- Quyuya buraxılan qazıma aləti haqqında məlumat
2. Növbə ərzində görülmüş işlər haqqında qeydiyyatların aparılması.

Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Ali bakalavr Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Tələb edilən iş stajı yoxdur.
Sertifikat tələbləri
4 Sertifikat Üzmə bacarığı haqqında sənəd
Səriştəlik və digər tələblər
Detallara diqqət
Dürüstlük
Etik davranış
Məsuliyyət
Mühakimə
Nizam-intizam
Öyrənmə qabiliyyəti
Peşəkarlıq
Şifahi özünüifadə
Yazılı özünüifadə
Microsoft Excel
Microsoft Word
Microsoft Outlook
Bilməlidir
• Neftli-qazlı rayonların və yataqların geologiyasını;
• Neft və qaz yataqlarının işlənmə qaydalarını;
• Quyuların mövcud mədən-geofiziki tədqiqat metodlarını;
• Qrafiki, geoloji sənədlərin quruluşunu və tərtib olunma qaydalarını;
• Metodiki, normativ və başqa rəhbər materiallarını;
• Geofiziki tədqiqat materialların qəbulu və keyfiyyətinin qiymətləndirilməsi üzrə təlimatları;
• Qazmada geoloji, texnoloji, geokimyəvi tədqiqatlar haqqında;
• Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydalarını.

You might also like