You are on page 1of 25

Mövzu-6.

Hərbiləşdirilməmiş mülki müdafiə dəstələri, Mülki müdafiə kəşfiyyatıının, qəza-xilasetmə və digər


təxirəsalınmaz işlərin təşkili və aparılması.
Hərbiləşdirilməmiş mülki müdafiə dəstələri. Mülki müdafiə
qüvvələri - mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-
xilasetmə dəstələrindən, həmçinin nazirliklərin, baş idarələrin
və icra hakimiyyəti başçılarının tabeliyində olmaqla, təsərrüfat
obyektlərinin bazasında yaradılan və mülki müdafiənin xüsusi
tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan müxtəlif
təyinatlı qüvvələrdən ibarətdir.
Mülki müdafiə qüvvələri - fövqəladə halların
nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər
təxirəsalınmaz işlərin yerinə yetirilməsi və başqa vəzifələri
icra etmək üçün yaradılır.
Mülki müdafiə qüvvələrinin əsasını - hərbiləşdirilməmiş
dəstələr təşkil edir. Bunlar sülh və müharibə dövrlərinin
ehtimal olunan fövqəladə halların nəticələrinin aradan
qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin
yerinə yetirilməsinə cəlb olunan mülki müdafiə qüvvələrinin
sayca ən böyüyüdür.
Ərazi və sahə orqanları tərəfindən yaradılan
hərbiləşdirilməmiş ümumi və xüsusi təyinatlı mülki müdafiə
dəstələri, bilavasitə, həmin orqan rəhbərinin sərəncamı ilə
fəaliyyət göstərir.
MM üzrə respublikamızın qanununa əsasən, mülki
müdafiə dəstələri (qüvvələri) ərazi-istehsalat prinsipi üzrə
Naxçıvan Muxtar Respublikasında, rayonlarda, səhərlərdə,
obyektlərdə və yaşayış məntəqələri üzrə yaradılır.
Mülki müdafiə dəstələri (qüvvələri) hələ, sülh dövründə
ayrı-ayrı təsərrüfat obyektlərində yaradılır. Dəstələr adamlarla,
əşyalarla, texnika və nəqliyyat vasitələri ilə, habelə, təchizat
normasına uyğun, digər avadanlıqlarla idarə və təşkilatların
daxili imkanları hesabına təchiz olunurlar.
Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinə Azərbaycan
Respublikasının vətəndaşı olan, 18 yaşından 62 yaşadək
kişilər, 18 yaşından 57 yaşadək qadınlar cəlb edilirlər.
Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək
uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və
ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar.
Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə
aşağıdakı növlərə bölünür:
- Tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki
müdafiə dəstələrinə bölünürlər.
- Yerinə yetirdikləri vəzifələrə görə - obyektlərdə
ümumi məqsədli mülki dəstələri, xidmət dəstələri (xüsusi
məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə
ixtisaslaşdırılmış dəstələr yaradılır.
- Ümumi məqsədli mülki dəstələri -zədələnmə
ocaqlarında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin və
istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün
nəzərdə tutulur.
Yığma komandalar (qruplar), xilasetmə dəstələri
(komandaları, qrupları), yığma mexanizasiya dəstələri
(komandalari) ümümi məqsədli dəstələr sayılır.
- Mülki müdafiə xidmət (xüsusi təyinatlı) dəstələrinə -
kəşfiyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və
kimyəvi nəzarət və s. dəstələr aiddir.
- Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi
maddələrdən istifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr
yaradılır.
Hazırlıq dərəcəsinə görə, hərbiləşdirilməmiş dəstələrin bir
hissəsi yüksək hazırlıqlı (hazırlığa gətirilmə vaxtı 2-6 saat),
qalan dəstələr

isə, gündəlik (ümumi) hazırlıqlı olurlar (hazırlığa gətirilmə


vaxtı 6-24 saat).
Mülki müdafiə qüvvələrinin hazırlığa gətirilmə vaxtı –
mövsümdən (qış, yay), habelə, iş və işdən kənar vaxt nəzərə
alınmaqla, obyektlərin mülki müdafiə planlarında öz əksini
tapır.
Belə ki, hərbiləşməmiş mülki müdafiə qüvvələrini hazır
vəziyyətə gətirmək üçün:
- Hərbiləşməmiş mülki müdafiə qüvvələrinin toplanış yerini
təyin etmək;
- Tabel əmlakının verilməsi yeri və müddətini
müəyyənləşdirmək;
- Təyinat yerinə hərəkət etmək üçün hərəkətə gəlmə vaxtını,
marşrutunu və çatma müddətini təyin etmək lazımdır.
Hərbiləşməmiş mülki müdafiə qüvvələrinin
hazırlığa gətirilmə müddəti:
Yüksək hazırlıqlı qüvvələr üçün:
- İş vaxtı – 1 saatadək;
- İşdən kənar vaxtı isə - 2 saatadəkdir;
- Ümumi hazırlıqlı qüvvələr üçün isə - 6 saatadək ola bilər.
İlin yay mövsümü istisna olmaqla, qış vaxtı, xüsusən də, gecə
saatlarında, hərbiləşməmiş mülki müdafiə qüvvələrinin hazır
vəziyyətə gətirilməsi üçün əlavə, vəziyyətdən asılı olaraq,
rəhbərlik tərəfindən vaxt ayrılır.
Hərbiləşməmiş mülki müdafiə qüvvələrinin hazır
vəziyyətə gətirilməsi vaxtı, tədris ilinin birinci və ikinci
yarım ilinin ilk iş günü, əlavə iş saatları ayrılmamaqla,
obyektin mülki müdafiə qərargah rəisi tərəfindən keçirilən
xəbərdarlıq toplanışı üzrə məşq zamanı dəqiqləşdirilir.
Bu xəbərdarlıq toplanışı üzrə məşqlərə, əlavə iş günü
və ya saatı sərf olunmadan, tədris ili ərzində, ən azı 1-2
dəfə keçirilir

Rayonun mülki müdafiə dəstələri

Mövcud qanunvericilərin icrası ilə əlaqədar, şəhər,


rayon, qəsəbələrdə, habelə, təyinatından və mülkiyyət
formasından asılı olmayaraq, adətən, sülh və müharibə
dövrlərinin ehtimal olunan fövqəladə hadisələrinin
nəticələrini aradan qaldırmaq və digər təxirəsalınmaz
işləri görmək üçün, aşağıda adları qeyd olunan MM
dəstələri yaradılır:
- MM xilasetmə dəstələri (komandaları, qrupları);
- MM kəşfiyyat qrupları (manqaları);
- Radiasiya, kimyəvi müşahidə postları;
- MM rabitə komandaları;
- MM sanitar drujinası (dəstələri);
- MM yanğınsöndürmə komandaları (manqaları);
- MM ictimai asayişin mühafizə komandası (manqaları);
- Kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə
komandaları və s.
Kənd yerlərindəki müalicə-profilaktika, rayon və şəhərlərin
tibb müəssisələrinin bazasında:
- İlk tibbi yardım dəstələri;
- İxtisaslaşdırılmış təcili tibbi yardım dəstələri (briqadaları);
Səhər, rayon Gigiyena və Epidemiologiya, Sanitar
İnspektorluğu
Mərkəzlərinin bazasında isə:
- Epidemiya əleyhinə dəstələr;
- Epidemioloji kəşfiyyat qrupları, həmçinin, digər mühüm
əhəmiyyətli istiqamətlər üzrə, o cümlədən də, bütün növ
nəqliyyat-kommunikasiya xətləri üzrə, MM qüvvələri
yaradılır.
MM dəstələri istehsalat prinsipi əsasında, tam
komplektləşdirilərək, təlimə cəlb edilirlər.
Dəstələrin ştat üzrə şəxsi heyət və əmlakla təchizatı –
təsərrüfatların imkanları habelə qüvvə və vasitələrə olan tələbatı
nəzərə alınmaqla, MM qüvvələrinin təşkili sxemlərinə və təchizat
normasına müvafiq olaraq, obyektlərin MM qərargahları
tərəfindən yaradılır.
Xilasetmə dəstəsi (komandası, qrupu) – 2 və daha çox
komandadan (qrupdan, manqadan) ibarət olub, obyektin əsas MM
dəstəsi sayılır.
Xilasetmə dəstəsinin şəxsi heyəti zədələnmiş adamları axtarmaq,
uçqunlar altından, dağıdılmış sığınacaq və binalardan çıxarmaq,
həkimə qədər (ilk tibbi yardım) yardım göstərmək və onları
zədələnmə ocağından təxliyə etmək üçün nəzərdə tutulur.
Xilasetmə dəstəsi (komandası, qrupu) bir iş növbəsi (8-10
saat) ərzində aşağıdakı işlərdən birini görə bilər:
- Zədələnmiş 1700-2000 (800-1000, 200-350) nəfəri
zədələnmə ocağından çıxarıb 250-350 m məsafəyə daşımaq;
- Qismən dağılmış xəndək və ya qazma tipli 60-120
daldalanacağın
- üstünü açıb sökmək;
- 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək.
Həmin işləri yerinə yetirmək üçün, dəstə (komanda),
adətən, mühəndis texnikası, o cümlədən də, kənd təsərrüfatı
texnikası, habelə xüsusi məqsədli dəstələr və avadanlıqlarla
gücləndirilir.
Kəşfiyyat qrupu - 3-5 manqadan ibarət olur.
Bu qrupun əsas vəzifələri 3-4 dəqiqə ərzində, 500
metrədək məsafəyədək zədələnmə ocağının:
- Hüdudlarını;
- Dağıntıların xarakterini və miqdarını;
- Radiasiyanın səviyyələrini;
- Zəhərləyici maddələrin və bakterioloji vasitələrin növünü;
- 8-12 ədəd mühafizə qurğusunun yeri və vəziyyətini müəyyən
etməkdir.
Kəşfiyyat, o cümlədən də, mühəndis kəşfiyyatı bölmələri:
- Yanğınların yerini və ölçülərini;
- dağılmış və zədələnmiş binaların, sığınacaqların və
daldalanacaqların
vəziyyətini müəyyənləşdirir;
- Texnika və nəqliyyatın hərəkəti üçün, yararlı olan marşrutları
və onların vəziyyətini müəyyən edir;
- Yaralıların harada olduğu barədə məlumat toplayır və başqa
işləri icra edir.
Kəşfiyyat qrupu – adamların, texnikanın, əmlakin, ərzağın
və suyun zəhərlənməsinə və ya səviyyəsinə nəzarət etmək, o
cümlədən də, digər işlərə də cəlb oluna bilər.
Zərərsizləşdirmə komandası – 2 və daha çox qrupdan
(manqadan)
ibarət olub, ərazini, tikintiləri və texnikanı zərərsizləşdirmək
üçün nəzərdə tutulur.
Bir iş növbəsində (10 saat ərzində) – zərərsizləşdirmə
komandası (qrupu):
- 350-600 min kv.m sahəni;
- 80-120 min kv.m tikilini;
- Bərk örtüklü, eni 6 metr olan 24 (12 km) km yolu;
- 200 ədəd avtomaşını dezaktivasiya etmək imkanına
malikdir.
Sanitar drujinası (dəstəsi) – 4-5 sanitar manqasından
(drujinasından) ibarət olub, kütləvi zədələnmə ocağında zərər
çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün nəzərdə
tutulur.
Dəstə (drujina) bir iş növbəsində (10 saat ərzində):
- Axtarışsız və daşınmasız 2000-2500 (500 nəfərədək)
nəfərədək zədə almışa ilk tibbi yardım göstərə bilər.
Dəstə (drujina) zədələnmə ocağında mülki müdafiənin
xilasetmə bölmələri ilə birgə işləyir.
Ümumiyyətlə, hərbiləşdirilməmiş MM qüvvələrinin təyinatı,
təchizatı və təyinatları üzrə fəaliyyətlərinə dair əsas
göstəricilər, müvafiq sənədlərlə (əsasnaməyə) əsasən
tənzimlənir.

Mülki müdafiə kəşfiyyatı. Kəşfiyyat – sülh və müharibə


dövrlərində MM tədbirlərinin yerinə yetirilməsi üçün MM
qüvvələrinin ən başlıca təminat növüdür.
Təbii və texnogen xarakterli fövqəladə hadisələr və düşmənin
müasir qırğın silahlarından istifadəsi nəticəsində yaranmış
vəziyyət barədə məlumatların əldə edilməsi məqsədilə bütün
təbəqəli komandirlərin, qərargahların, hərbiləşmiş və
hərbiləşdirilməmiş MM qüvvələrinin həyata keçirdikləri tədbirləri
kəşfiyyat özündə əks etdirir.
Qarşıya çıxan tapşırığın xarakterinə görə kəşfiyyat ümumi və
xüsusi kəşfiyyat növlərinə və kəşfiyyat məlumatlarının əldə
edilməsi üsullarına görə isə yerüstü, hava və dəniz (çay)
kəşfiyyatı üsullarına bölünür.
Ümumi kəşfiyyat fövqəladə hallar baş vermiş sahələrdə yaranan
vəziyyət barədə dərhal ilkin məlumatlar əldə etmək üçündür. Belə işlərə
MM qoşun hissələrinin, hərbiləşdirilməmiş dəstələrin, habelə
rayonların, obyektlərin kəşfiyyat qrupları, manqaları, müşahidə və
laboratoriya nəzarəti şəbəkəsi cəlb olunur.
Ümumi kəşfiyyat – qəzanın yerini, vaxtını, xarakterini,
dağıntının dərəcəsini, dəyən maddi ziyanın miqdarını, xəsarət
alanların və köməyə ehtiyacı olanların sayını, əhalinin mühafizəsi
və xilas edilməsi üzrə vacib olan tədbirlərin görülməsini, müəyyən
etmək məqsədilə təşkil olunur və aparılır.
Ümumi kəşfiyyat:
– müşahidə;
 qəzaya məruz qalmış əraziyə (obyektə) baxış;
 zərərçəkənlərin və zədə alanların axtarışı;
 müxtəlif planların (sxemlərin) öyrənilməsi;
 qəzanın baş verməsi barədə məlumatı olanlarla sorğunun
keçirilməsi ilə aparılır.
Kəşfiyyat aparılan zaman müxtəlif texniki vasitələrdən (durbin,
kompas, xətkeş, şəkilçəkən, video aparatı və s.) istifadə edilə bilər.
Kəşfiyyat vəzifələrinin yerinə yetirilməsi üçün kəşfiyyatın
qüvvə və vasitələri müxtəlif nəqliyyat vasitələrinin bazasında
yerləşdirilə bilər.
Xüsusi kəşfiyyatı adətən MM xidmətləri təşkil edir. Bu işləri
radiasiya və kimya müşahidəsi postları, mühəndis və epidemioloji
kəşfiyyat qrupları, baytar və fitopatoloji manqalar və digər
qüvvələr yerinə yetirirlər. Bu zaman kəşfiyyat yerlərindəki
konkret vəziyyət mütəxəssislər tərəfindən təfsilatı ilə öyrənilir,
dəqiqləşdirilir, ümumiləşdirilir və MM qərargahına çatdırılır.

Xüsusi kəşfiyyat radiasiya, kimya, mühəndis, yanğın, tibbi və


bioloji kəşfiyyat növlərinə bölünür. Xüsusi kəşfiyyat təbii və
texnogen xarakterli fövqəladə hadisələrin və düşmənin müasir
qırğın silahlarından istifadəsi zamanı yaranmış vəziyyət barədə
dolğun məlumatların alınması məqsədilə təşkil olunur.
Kəşfiyyatın qarşısında duran vəzifələr müşahidə aparılması,
ətraf mühitə dozimetrik və kimyəvi nəzarətin təşkili, nümunələrin
götürülməsi, analizin aparılması və digər üsullarla həyata keçirilir.
Kəşfiyyatın aparılması üçün kimyəvi kəşfiyyat dozoru (KKD),
radiasiya və kimyəvi müşahidə postu (RKMP), mühəndis
kəşfiyyat dozoru (MKD), yanğından mühafizə, tibbi, bioloji
(bakterioloji) və digər MM xidmətlərinin kəşfiyyat orqanları cəlb
oluna bilər. Yuxarı komandirin qərarı ilə yaranmış vəziyyət barədə
məlumatların dəqiqləşdirilməsi üçün qərargahın zabit heyətindən
də kəşfiyyat dozoru yaradıla bilər.
Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq yerüstü
kəşfiyyat, havadan kəşfiyyat və dənizdən (çaydan) kəşfiyyat
növləri müəyyən edilmişdir.
Yerüstü kəşfiyyat – ən dəqiq, daha dolğun kəşfiyyat növü
sayılır və bütün MM qərargahları tərəfindən təşkil edilir.
Havadan kəşfiyyat – zədələnmə ocaqlarında, təbii fəlakət və
qəza rayonlarında ümumi vəziyyəti tez aşkar etmək üçün təyyarə
və ya vertolyotlardan aparılır.
Dənizdən (çaydan) kəşfiyyat – sahillərdə, limanlarda,
buradakı qurğularda vəziyyəti öyrənmək məqsədilə aparılır,
yüksək sürətli gəmilər və ya katerlər vasitəsi ilə icra edilir.
Təbii və texnogen xarakterli qəzalardan sonra sənaye və digər
obyektlərdə mühəndis xilasetmə və digər təxirəsalınmaz işlərin
aparılmasında kəşfiyyat mühüm yer tutur.

Sülh və hərbi xarakterli FH-da MM kəşfiyyatının əsas


vəzifələri
MM sistemində aparılan kəşfiyyatda məqsəd güclü istehsalat
qəzasından, təbii fəlakətdən və ya düşmən basqınından sonra
yaranmış vəziyyət barədə dəqiq məlumatlar toplamaqdır. Bunlar
MM rəhbərinə əhalinin mühafizəsini və xilasetmə işlərini təşkil
etmək barədə düzgün qərar qəbul etmək üçün lazımdır.

Sülh dövründə MM kəşfiyyatının əsas vəzifələri:


 ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və
bitkiçilik məhsullarının radioaktiv, kimyəvi, bakterial
maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə və laboratoriya
nəzarəti aparmaq;
 yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epizodik
vəziyyətə müntəzəm nəzarət etmək;
 güclü istehsalat qəzası və ya təbii fəlakət baş vermiş
rayonlarda yaranan vəziyyətləri aşkar etməkdir.

Müharibə dövründə düşmən basqınından sonra kəşfiyyatın


vəzifələri aşağıdakılar barədə məlumatlar əldə etməkdir:
 işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya
endirildiyi, nüvə partlayışının gücü və koordinatları;
 radiasiyanın səviyyələri, zəhərləyici maddənin
konsentrasiyası, zəhərli hava buludunun yayılma istiqaməti ;
 zədələmə ocağının hüdudları;
 xilasetmə və digər təxirə salınmaz işlər aparılan rayonlarda
zədələnmə şəraitini necə dəyişdiyi;
 mühafizə qurğularının və oradakı insanların vəziyyəti,
onlara yardım göstərmənin yolları;
 kommunal enerji şəbəkələrinin və rabitə xətlərinin vəziyyəti;
 MM dəstələrinin və köçürülən əhalinin hərəkət edəcəyi
marşrutlar;
 yanğın yerləri və yanğının yayılma istiqaməti;
 hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli
subasma və daşqın zonalarının yaranıb-yaranmadığı və s.
Kəşfiyyat fəal, fasiləsiz, vaxtında və məqsədyönlü aparılmalı,
başlıcası isə topladığı məlumatlar dəqiq olmalıdır. Bu tələblərin
yerinə yetirilməsinə nail olmaq üzün kəşfiyyat qüvvələrini
(kəşfiyyat qrupları, manqaları, müşahidə postları, nəzarət
laboratoriyaları və s.) əvvəlcədən komplektləşdirib işə hazırlamaq,
onların fəaliyyətini planlaşdırıb düzgün təşkil etmək, həmçinin
kəşfiyyatın müxtəlif növlərindən, üsullarından, qüvvə və
vasitələrdən istifadə etmək lazımdır.
Texnogen qəzalar zamanı kəşfiyyatın ümumi vəzifələri
Texnogen qəzalar zamanı kəşfiyyat aşağıdakıları müəyyən
edir:
 dağıntıların xarakterini, dərəcəsini, xilasetmə və digər
təxirəsalınmaz işlərin həcmini və fərdi mühafizə
vasitələrindən istifadə etmədən tədbirlərin həyata
keçirilməsinin mümkünlüyünü;
 şəraitin gərginləşməsinə səbəb ola biləcək dağıntıların
miqdarını;
 insanların həyatı üçün yaranmış təhlükənin dərəcəsini və
onların toplanma yerlərini;
 giriş yollarının vəziyyətini;
 sənaye və kommunal-enerji xətlərinin vəziyyətini;
 texnoloji qurğuların və inşaat konstruksiyalarının
zədələnməsini.

Təbii fəlakət rayonunda kəşfiyyatın ümumi vəzifələri


Təbii fəlakət rayonunda kəşfiyyat aşağıdakıları müəyyən edir:
 fəlakət ocağının (rayonunun) sərhədlərini və qəzanın
yayılma istiqamətlərini;
 təhlükə gözlənilən obyektləri və yaşayış məntəqələrini;
 insanların toplanma yerlərini;
 qəza zonasına texnikanın aparılması yollarını;
 zədələnmiş bina və qurğuları və orada xəsarət alanların
sayını;
 texnoloji və kommunal-enerji sistemlərində qəza yerlərini;
 işlərin aparılması zamanı mexaniki vasitələrdən istifadənin
mümkünlüyünü;
 görüləcək işlərin həcmini və s.

Kəşfiyyatçılar müəyyən etməlidir:


 MM qüvvələrinin qəza zonasına çatdırılmasının ən
təhlükəsiz və qısa yolunu;
 binalarda, qurğularda, kommunal-enerji təsərrüfatında
dağıntıların və həyat üçün təhlükənin dərəcəsini;
 dağıntıların təmizlənməsi, zərərçəkənlərin çıxarılması və
onların köçürülməsi üçün əlverişli yolların mövcudluğunu;
 hava şəraiti və işlərin aparılması ardıcıllığını;
 mexanizasiya vasitələrindən istifadə və partlayış işlərinin
aparılmasının mümkünlüyünü;
– hərəkət istiqamətində dağıntının xarakterini, dağılmış
ərazilərin təqribi sahəsini və bu ərazilərdən keçidlərin və
yolların salınması üçün ən optimal üsulları (iş həcmi ən az
olan yollardan marşrut seçilir);
– kommunal-təsərrüfat xətlərinin dağılması nəticəsində su
basmış sahələrdə qəzanın lokallaşdırılması üçün görüləcək
işlərin xarakteri və həcmini;
– zədələnmiş bina və qurğulara baxış zamanı ilk növbədə
daşıyıcı divarların və asılan konstruksiyaların (balkonların,
karnizlərin) vəziyyətini;
– sənaye müəssisələrindəki təzyiq altında olan və kimyəvi
təhlükəli maddələr saxlanılan tutumların vəziyyətini.
– binanın daxilinə baxış keçirərkən, orada qalan insanların
yerlərini və s.

Mühəndis kəşfiyyatının təşkili və aparılması üsulları


Mühəndis kəşfiyyatı ştatlı mühəndis kəşfiyyat dozoru və ya
mühəndis kəşfiyyatı manqası tərəfindən aparılır. Kəşfiyyatçıların
təchizatı kəşfiyyat tapşırıqlarına uyğun həyata keçirilir.
Kəşfiyyat zamanı müşahidə aparılır, hadisə yerinə, oradakı
əşyalara, iş aparılan sahəyə və obyektlərə, qurğuların vəziyyətinə
bilavasitə baxış keçirilir.
Kəşfiyyat tapşırıqları verilən zaman dozora (manqaya)
göstərilir: fəaliyyət göstəriləcək zonanın hüdudları; hərəkət
marşrutu; çıxış məntəqəsindən keçmə vaxtı; kəşfiyyatın vəzifələri
(hansı vaxtda, hansı məlumatları toplamaq, hansı məntəqəyə kimi
kəşfiyyat aparmaq və kəşfiyyatın sona çatma vaxtı), ayrılmış
nəqliyyat vasitələrinin sayı; kəşfiyyat məlumatlarının məruzə
edilməsi qaydası.

Mühəndis kəşfiyyat dozorunun fəaliyyət qaydaları


Şəraitdən asılı olaraq kəşfiyyat dozorları hadisə yerinə
nəqliyyat vasitələri və ya piyada çıxırlar. Nəqliyyat vasitəsində
kəşfiyyat aparan dozora kəşfiyyat üçün 500-800 m endə zolaq (2-4
kvartal), piyada dozora isə eni 200-300 m (1-2 kvartal) gözlə
görünən zolaq ayrılır.

Mühəndis kəşfiyyatı müəyyən etməlidir:


 yollarda, körpülərdə və keçidlərdə dağıntıların xarakterini,
dərəcəsini, həcmini və mexanizmlərdən istifadənin
mümkünlüyünü;
 kommunal-enerji sistemlərində zədələrin xarakterini və
yerlərini;
 su mənbələrinin vəziyyəti və onlardan istifadə olunmasının
mümkünlüyünü;
 partlayış işlərinin aparılması şəraitini;
 mühəndis-xilasetmə və digər təxirəsalınmaz işlərin həcmini
və aparılması şəraitini;

Fövqəladə hallarda MM kəşfiyyatının təşkili və aparılması


qaydaları. Kəşfiyyatı təşkil etmək, bütün MM rəhbərlərinin,
qərargahlarının və komandirlərinin vacib vəzifələrindən biridir.
Kəşfiyyatın konkret məqsədlərini, bunun üçün istifadə
ediləcək qüvvələri, ilk növbədə hansı məlumatların toplanmasını
və müddətlərini mülki müdafiə rəhbəri müəyyənləşdirir.
Kəşfiyyatın təşkil edilməsi üçün MM qərargahının rəisi
məsuliyyət daşıyır, bu işin bilavasitə təşkilatçısı isə MM qərargahı
rəisinin müavinidir. O, MM rəhbərinin qərarına və qərargah
rəisinin konkret göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini
planlaşdırır, qrupları və manqaları fəaliyyətə hazırlayır, kəşfiyyata
göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil
edir və ümumiləşdirir. Fəlakət rayonlarında, yaxud zədələnmə
ocaqlarında yaranmış vəziyyət barədəki bu məlumatlar dərhal MM
rəhbərinə və yuxarı qərargaha təqdim edilir, həmçinin tabelikdəki
qərargahlara və dəstə komandirlərinə çatdırılır.
Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd – kəşfiyyat planıdır.
Kəşfiyyat planı müvafiq MM qərargahında əvvəlcədən tərtib
edilir, yuxarı qərargahla razılaşdırılır və MM rəhbəri tərəfindən
təsdiqlənir.
Plana obyektin sxemi (rayonun xəritəsi) əlavə edilir, burada
idarəetmə məntəqələrinin, mühafizə qurğularının, kəşfiyyat
bölmələrinin yerləri, bu bölmələrin konkret fəaliyyət marşrutları,
vəzifələrini yerinə yetirdikdən sonra toplanış məntəqələri şərti
işarələrlə göstərilir. MM qərargahının rəisi bölmə komandirlərinə
kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında
verir. Sərəncamda yaranmış vəziyyət barədə qısa məlumat verilir,
kəşfiyyatın nə məqsədlə aparıldığı, onun konkret vəzifələri və icra
müddəti, marşrutlarda fəaliyyət vaxtı rabitə yaratmaq və
kəşfiyyatın nəticələri barədə məlumat vermək qaydaları dəqiq
göstərilir.
Kəşfiyyat dəstəsi təbii fəlakət və ya qəza nəticəsində bilavasitə
obyektdə, habelə düşmən basqınından sonra zədələnmə ocağında
və hərəkət marşrutlarında yaranmış vəziyyəti öyrənmək məqsədi
ilə göndərilir. Kəşfiyyat dəstəsi, onun komandirindən və bir neçə
kəşfiyyat manqalarından ibarət olur. Hər manqa bir-birindən 500
m aralı, 800 m-dək zolaqda yaxud şəhərin 2-3 məhəlləsindən
ibarət sahədə kəşfiyyat aparmaq üçün nəzərdə tutulur. Kəşfiyyat
manqası fərdi mühafizə vasitələri, radiasiya və kimya kəşfiyyatı
cihazları, kəşfiyyat jurnalı, qələm, hədd nişanları dəsti və fərdi
dozimetr ilə təchiz edilir, fəaliyyətə başlayarkən ona nəqliyyat və
rabitə vasitələri, habelə hərəkət marşrutunun sxemi, obyektdə
kəşfiyyat apardıqda isə obyektin sxemi verilir.
Zədələnmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya
səviyyələri 0,5 rentgen-saatdan çox olan, yaxud kimyəvi
zəhərlənmə aşkar edilən zonanın hüdudları hədd nişanları
vasitəsilə nişanlanır.
Zədələnməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur
və nişanda zəhərlənmənin növünü, səviyyəsini və ölçülmə vaxtını
qeyd edir. Hədd nişanı yolun kənarında yaxşı görünən yerdə
qoyulmalıdır. Manqa komandiri hərəkəti davam etdirərək
marşrutun sxemində hər dəfə zəhərlənmə ölçülən yeri,
zəhərlənmənin növünü və ölçülmə vaxtını kəşfiyyat jurnalında
qeyd edir və bu barədə radio vasitəsi ilə obyektin MM qərargahına
məlumat verir. Obyektin ərazisində kəşfiyyatçılar müxtəlif
sexlərdə, qurğularda, xüsusən də xilasetmə işləri aparılacaq
sahələrdə zəhərlənmənin növünü, səviyyəsini (dərəcəsini) təyin
edir, vəziyyətin dəyişməsinə nəzarət edirlər.
Kəşfiyyata başlamaq üçün çıxış məntəqəsinin yeri obyektin
yaxınlığında təyin edilir. Burada dəstə komandiri vəziyyətlə tanış
olub obyektdə kəşfiyyat aparmaq üçün manqalara tapşırıq verir.
Kəşfiyyatçılar obyektin sexlərində, sığınacaqlarında, xilasetmə
aparılacaq yerlərdə yaranmış vəziyyəti – dağıntıların və
yanğınların xarakterini, adamlar qalmış yerləri və s. öyrənir,
zəhərlənmənin səviyyələrini ölçürlər. Belə yerlər, adətən
əvvəlcədən müəyyən edilir və yuxarıda deyildiyi kimi, obyektin
kəşfiyyat sxemində (planında) göstərilir.
Kəşfiyyat qurtardıqdan sonra kəşfiyyat manqası qərargaha
gəlir, komandir vəzifələrin yerinə yetirilməsi haqqında məlumat
verir və kəşfiyyat sxemini təqdim edir. Bundan sonra o, lazımi
hallarda şəxsi heyətin və avtomobilin zəhərlənmə dərəcəsini
yoxlayır, ehtiyac varsa, xüsusi sanitar təmizləmə işlərini təşkil edir
və qrupu yeni vəzifələrin icrası üçün hazırlayır.
Qəza yerlərində kəşfiyyat apararkən, havadan və torpaqdan
nümunələr götürüb analizə göndərmək lazımdır. Güclü zəlzələdən
sonra aparılan kəşfiyyatın əsas vəzifələri bina və tikililərin nə
dərəcədə dağıldığını, uçqunlar altında adamlar qalan yerləri və
onların vəziyyətini, ikinci zədələnmə ocaqlarının (yanğın, daşqın,
kimyəvi zəhərlənmə) yaranıb-yaranmadığını öyrənmək, qaz, su,
elektrik şəbəkələrində qəzaların yerini, dərəcələrini, xilasetmə
işlərinin növünü, həcmini və s. müəyyən etməkdən ibarətdir.
Daşqın və sel vaxtı kəşfiyyat bölmələri fəlakətli sahələrin
hüdudlarını, yardıma ehtiyacı olan insanların, habelə kənd
təsərrüfatı heyvanlarının qaldığı sahələri müəyyənləşdirir, daşqın
zonasından çıxarılmalı maddi sərvətləri aşkar edir, üzmə
vasitələrindən istifadə edilməsi üçün marşrutlar axtarır və s.

Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili. Mülki


müdafiənin ən mürəkkəb və məsul vəzifələrindən biri – dinc və müharibə
dövrlərindəki fövqəladə halların nəticələri aradan qaldırılarkən xilasetmə
tədbirlərinin təşkili və yerinə yetirilməsidir. Bu işlər düşmən basqını
nəticəsində yaranan zədələnmə (zəhərlənmə) ocaqlarında, eləcə də təbii
fəlakət və güclü qəza rayonlarında insanları xilas etmək, onlara yardım
göstərmək və qəzaları məhdudlaşdırmaq məqsədilə görülür.
Xilasetmə işlərinə aiddir:
– fəlakət yerlərində və oraya gedən yollarda vəziyyəti öyrənmək üçün
kəşfiyyatın aparılması;
– fəlakət yerlərində işə başlamaq mümkün olsun deyə yanğınların
söndürülməsi və ya (məhdudlaşdırılması);
– zədələnmiş, yanan, qaz və tüstü bürümüş binalardan və uçqunlar
altından insanların tapılıb çıxarılması;
– üstü çökmüş və uçqun qalaqları altında qalmış mühafizə
qurğularından insanların xilas edilməsi;
– süzücü-ventilyasiya sistemi zədələnmiş sığınacaqlara hava
verilməsi;
– zədəlilərə ilk tibbi yardım göstərilməsi və onların müalicə
müəssisələrinə köçürülməsi;
– insanların zəhərlənmiş sahələrdən çıxarılması, lazımi hallarda
sanitariya təmizliyindən keçirilməsi, həmçinin avadanlığın, ərazinin,
ərzaq və suyun zərərsizləşdirilməsi.
Digər təxirəsalınmaz işlərə xilasetmə işlərini sürətlə və təhlükəsiz
yerinə yetirmək məqsədilə görülən tədbirlər aiddir:
– uçqunlarda və zədələnmə baş vermiş sahələrdə maşın yolu və
keçidlərin düzəldilməsi;
– qaz, elektrik və texnoloji şəbəkələrdə, həmçinin su-kanalizasiya
xətlərində qəzaların məhdudlaşdırılması;
– xilasetmə işlərinin aparılmasına mane olan və ya təhlükə törədən
qurğu və konstruksiyaların bərkidilməsi, yaxud dağıdılması;
– zədələnmiş rabitə, elektrik və su xətlərinin müvəqqəti bərpa
edilməsi.
Bütün bu işlər eyni zamanda yerinə yetirilir. Hər bir konkret halda
görüləcək xilasetmə və digər təxirəsalınmaz işlərin həcmi və növü bu
dağıntı (zədələnmə) ocağını törədən fəlakətin xarakterindən asılıdır. Nüvə
zədələnməsi ocağında və zəlzələ rayonlarında daha çətin və ağır işləri icra
etmək lazım gələ bilər. Bu işlərin ehtimal olunan həcmini
müəyyənləşdirmək üçün zərbə dalğasının önündəki izafi təzyiqin
kəmiyyətinə görə nüvə zədələnməsi ocağını, yəni izafi təzyiq 10 kPa-dan
artıq olan sahələri şərti olaraq dörd zonaya ayırırlar. Bunlar: tam, güclü,
orta və zəif dağıntı zonalarıdır.
Zəlzələ nəticəsində yaranan dağıntı ocaqlarını da oradakı bina və
qurğuların zədələnməsinin xarakterinə görə, nüvə zədələnməsi ocağı ilə
müqayisə etmək mümkündür. Fərq yalnız ondan ibarətdir ki, bu zaman
əsas meyar olaraq zərbə dalğasının yaratdığı izafi təzyiq deyil, zəlzələnin
balla maksimal fəallığı götürülür. Məlum olduğu kimi, 4 ballıq zəlzələnin
gücü trotil ekvivalenti 5 ton olan nüvə döyüş sursatının; 5 ballıq
zəlzələninki – 200 ton; 5,5 bal – 1000 ton; 8,5 ballı zəlzələninki isə trotil
ekvivalenti təxminən 32 milyon ton olan nüvə sursatının gücünə
bərabərdir. 9 baldan güclü zəlzələ, eləcə də 1 kq/ sm2-dən artıq izafi
təzyiqə malik zərbə dalğası tam və güclü dağıntılar zonası yaradır.
Zəlzələnin dağıdıcı təsirini təhlil edərkən aydın olur ki, onun
məhvedici nəticələri nüvə partlayışının zərbə dalğasında olduğu kimidir.
Lakin onların arasında fərqlər də vardır. Zəlzələ zamanı işıq şüalanması,
nüfuzedici radiasiya, ərazinin radioaktiv çirklənməsi və elektromaqnit
impulsu mövcud olmur; uçulan binaların qırıntılarını və daş-kəsəyi
uzaqlara aparan qüvvə meydana çıxmır, bunun sayəsində binalardan bir
qədər kənarda olan insanlar zədələnmələrə məruz qalmırlar. Zəlzələ
yerində dağılan tikililər kənara atılmadan aşağı çöküb qalaqlanır, yəni
yerli uçqunlar yaradır, nəticədə onların sahəsi nüvə zədələnmə
ocağındakına nisbətən az olur. Bu zaman küçələr uçqun qalaqları ilə
tutulmur, orada nəqliyyat vasitələri və xilasetmə işlərinə cəlb edilən digər
texnika hərəkət edə bilir.
Bütün bu oxşarlıq və fərqlər zədələnmə ocaqlarında aparılan xilasetmə
və digər təxirəsalınmaz işlərin nəinki növlərini, həcmini və ardıcıllığını,
eləcə də onların təşkili və icrası qaydalarını da müəyyən edir.
Zədələnmə və zəhərlənmə ocaqlarında xilasetmə və digər
təxirəsalınmaz işlərin təşkili, mülki müdafiəni idarə etmək prosesinin
tərkib hissəsidir. Bu işlər dinc və ya müharibə dövrlərində fəaliyyət üçün
əvvəlcədən tərtib olunmuş müvafiq mülki müdafiə planları əsasında təşkil
edilir. Bu planlarda xilasetmə işlərinin təşkili üzrə bütün tədbirlər – MM
qüvvə və vasitələrinin hazır vəziyyətə gətirilməsi, qruplaşdırılması,
dəstələrin iş yerlərinə çatdırılması, onların fəaliyyətinin hərtərəfli təminatı
və digər məsələlər öz əksini tapır. Bunların həlli qaydaları, eləcə də
tədbirlərin həyata keçirilməsinə başçılıq etmək üçün MM rəhbərinin,
qərargahın və dəstə komandirinin fəaliyyət qaydaları demək olar ki, bütün
hallarda eynidir.
Bütün xəsarət ocaqlarında xilasetmə işlərinə mümkün qədər tez
başlamaq və onları hər cür şəraitdə (gecə-gündüz, yayda-qışda), bütün
işlər sona çatanadək fasiləsiz davam etdirmək lazımdır. Bu isə MM
rəhbərindən, qərargahdan və xilasetmə dəstələrindən böyük
mütəşəkkillik, şəxsi heyətdən isə yüksək mənəvi-psixoloji dəyanət, fiziki
dözüm və bütün qüvvələrin səfərbər olunmasını tələb edir.
Dağıntı ocağında xilasetmə işlərini təşkil edən rəhbər, yaranmış
vəziyyəti şəxsən öyrənir, insanları xilas etmək üçün görüləcək işlərin
həcmini və qaydasını təyin edir, dəstələrə tapşırıq verir və onların
fəaliyyətini vahid məqsədə yönəldir.
Dəstə komandirləri xilasetmə işlərinin aparılması haqqında sərəncamı
alıb tabeliyindəki şəxsi heyəti göstərilən iş yerlərinə (uçqun altında qalmış
sığınacaqların, daldalanacaqların yanına, çoxlu zədəlilər olan digər
sahələrə) aparırlar. Xilasedici dəstələrin iş qabiliyyətini artırmaq üçün
onlara xüsusi texnika (buldozer, avtokran və s.), həmçinin sanitar
drujinaları verilir və kommunal-energetika qurğularında qəzaları aradan
qaldıra biləcək mütəxəssislər təhkim edilir. Lazımi hallarda
yanğınsöndürən və zərərsizləşdirici dəstələr də xilasedicilərə yardım
göstərirlər.
Uçqunlarda maşın yolu və keçidlərin düzəldilməsi. Zədələnmə və
zəhərlənmə ocaqlarında xilasetmə işləri aparılarkən ilk növbədə uçqun
altında qalmış mühafizə qurğularına, yanan binalara və digər
təxirəsalınmaz iş yerlərinə getmək üçün maşın yolları və keçidlər
düzəldilir. Keçid yollarının düzəldilməsi üsulları uçqunların növündən və
ölçüsündən asılı olur. Uçqunlar çox olan sahələrdə küçələrdəki maşın
yollarını və məhəllədaxili keçidləri, uçqunların üzərində düzəltmək daha
asan başa gəlir. Bu məqsədlə uçqunun üst səthini buldozer vasitəsilə
hamarlayır və basıb bərkidirlər.
Uçqunlarda texnikanın birtərəfli hərəkəti üçün 3-3,5 m, ikitərəfli hərəkəti
üçün 6-6,5 m enində keçid düzəldirlər. Birtərəfli hərəkət üçün keçidlərdə
hər 150-200 m-dən bir 15-20 m uzunluğunda yol ayrıcıları (ayırımlar)
düzəldilir.
Xilasedicilər ilk növbədə yanğınları söndürür, yaxud məhdudlaşdırırlar.
Bundan sonra iş vaxtı uçub tökülmək qorxusu yaradan zədələnmiş bina və
qurğuları dayaqlarla bərkidir, ya da texnika vasitəsilə tamamilə dağıdıb
təhlükəsiz vəziyyətə salırlar.
Xilasedici dəstələrə təhkim edilmiş mütəxəssislər qaz və elektrik
qurğularında, kanalizasiya və su xətlərində qəzaları məhdudlaşdırır,
yaxud bu şəbəkə və xətləri müvəqqəti bərpa edərək maşın yollarında,
keçidlərdə və xilasetmə işləri aparılan sahələrdə təhlükəsiz şərait
yaradırlar. Bütün bu tədbirlər zədələnmiş insanlara yardım göstərilməsi
ilə paralel aparılır.
Uçqun altında qalmış sığınacağın açılması və insanların xilas
edilməsi. İnsanlar özləri sığınacaqdan çıxa bilmirlərsə, bu sığınacaq
uçqun altında qalmış qurğu hesab edilir. Belə qurğuları qazıb açmağa
başlamazdan əvvəl içəriyə qaz və ya su dolub-dolmadığını, ümumiyyətlə
oradakı vəziyyəti öyrənirlər. Əgər müəyyən edilsə ki, sığınacağı açmağa
xeyli vaxt lazım gələcək, içəriyə isə hava keçmir, onda dərhal sığınacağa
hava verilməsini təmin etmək lazımdır. Bu məqsədlə ilk növbədə hava
kanalları uçqun qırıntılarından, daş-kəsəkdən təmizlənməli və ya qəza
çıxış yolunun qapağını aralamağa cəhd göstərilməlidir. Bu mümkün
olmadıqda sığınacağın üst örtüyündə, yaxud divarında pnevmatik cihaz,
burğu və ya əl alətləri işlətməklə baca açmaq lazımdır. Zəruri hallarda
bacadan boru keçirib kompressor və ya ventilyator vasitəsilə içəriyə hava
vurulmalıdır. Sığınacağın su kəməri, kanalizasiya və elektrik xətləri
zədələnən hallarda suyu müvəqqəti arxlar qazmaqla kənara axıdır,
elektrik xəttini ayırır və bundan sonra qurğunu açmağa başlayırlar.
Birinci növbədə qaz və ya su dolan sığınacaqları açmaq lazımdır. Qaz
dolmuş sığınacaqları içəriyə hava vurmaqla təmizləyir, suyu isə nasoslar
vasitəsilə çölə vururlar.
Uçqunların altından və yanan binalardan insanların xilas edilməsi daha
mürəkkəb və çətin işdir. Dağıntı ocağında zədələnmiş insanı tapmaq üçün
uçqunlar yaranan sahədə başdan-başa axtarış aparmaq lazımdır. Bu zaman
xilasedicilər elə məsafədə hərəkət etməlidirlər ki, biri digərini görüb-eşidə
bilsin, habelə bütün sahəni diqqətlə nəzərdən keçirmək mümkün olsun.
Axtarış zamanı insanların qala biləcəyi daha çox ehtimal edilən yerlərə:
zirzəmilərə, divarların dibinə, pilləkən yerlərinə və s. xüsusi diqqət
yetirilməlidir. Üçqunlarda nəzərə çarpan paltar, ayaqqabı, bədənin bir
qismi, habelə uçqun altından gələn hənirti – orada adam qaldığını
göstərən əlamət ola bilər.
Həmişə çoxlu adam toplaşan yerlərdəki uçqunlar (bazar, mağaza, vağzal,
tamaşa müəssisələri, məktəb) xüsusən diqqətlə yoxlanmalıdır. Yanaraq
tüstü bürümüş binalarda insanları tapmaq daha çətindir. Belə binalar
sürətlə, lakin təhlükəsizlik qaydalarına dəqiq əməl etməklə axtarılmalıdır.
Tüstü bürümüş otağın qapılarını ehtiyatla və tədricən açmaq lazımdır,
çünki içəriyə birdən-birə çoxlu hava keçməsi alovlanmaya səbəb ola bilər.
Belə binalarda adətən aşağı əyilərək hərəkət edir və adamları səsləməklə
axtarırlar. Xüsusən uşaqları diqqətlə axtarmaq tələb olunur, çünki onlar
qorxudan ən gözlənilməz yerlərdə gizlənə bilərlər.
Uçqun altında qalmış, yaxud yanan binalardan insanları xilas etmək üçün
konkret şəraitdən asılı olaraq elə üsul seçirlər ki, işin sürətlə və təhlükəsiz
aparılmasına imkan yaratsın.
İnsan uçqunun üstünə yaxın yerdə qalıbsa – uçqunu üstdən, yaxud
kənardan çox ehtiyatla sökməyə başlayırlar. İri hissələri qaldırıb kənara
atmaq üçün avtomobil kranından və digər yükqaldırıcı mexanizmlərdən
istifadə edirlər.
Uçulmuş binanın zirzəmisində və ya divarın dibində qalmış insanı
arakəsmə divarda baca açaraq çıxarmaq lazımdır.
Bu üsullardan istifadə etmək mümkün olmayan hallarda uçqunun
üstündən onun içərisinə doğru üfüqi, yaxud şaquli lağım-keçid
düzəldirlər. Lağımın en kəsiyi adətən 1x1 metr ölçüdə olur. Uçqun
hissələri sürüşməsin və çökməsin deyə, çökə biləcək hissələrin altına
dirək qoyur, lağımın üst və yan divarlarını içəridən dayaqlarla bərkidirlər.
Uçqun altında insan aşkar edilərsə əvvəlcə onun başı və döşü üstünə
düşmüş qırıntıları ehtiyatla kənar edir, ilk tibbi yardım göstərir və
yaralıları toplama məntəqəsinə göndərirlər.
Pilləkənləri az dağılmış binanın üst mərtəbələrindən zədəliləri müvəqqəti
taxta altlıq vasitəsilə düşürürlər. Pilləkənlər tamamilə dağılan hallarda,
binanın divarını deşərək oradan insanları qonşu binaya keçirmək və ya
söykəmə nərdivan vasitəsilə pəncərədən çıxarmaq olar.
Yuxarı mərtəbələrdən insanları asma beşiklər vasitəsilə də düşürmək
mümkündür.
Yanan binalardakı insanları ilk növbədə xilas etmək lazımdır. Bu işləri
xilasedici dəstələr yanğınsöndürücülərlə birlikdə yerinə yetirirlər.
Dağıntı ocaqlarında yaralılara ilk tibbi yardımı sanitar drujinaların şəxsi
heyəti göstərir. Drujinanın üzvləri tapılıb xilas edilmiş yaralılarda
qanaxmaları müvəqqəti dayandırır, yaraya sarğı qoyur, sınmış sümükləri
tərpənməz hala salır, lazımi hallarda süni nəfəs verir və zədə şokuna qarşı
tədbir görürlər. Bundan sonra xilasedici manqalar yaralıları toplanış,
yaxud nəqliyyata mindirmə məntəqəsinə aparırlar.
Zədələnmə və yoluxma ocaqlarından aparılan xilasetmə işlərinin
xüsusiyyətləri. Xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili,
prinsipləri və ümumi qaydaları bütün xəsarət ocaqlarında eyni cürdür.
İşlərin məzmunu, xüsusiyyətləri və ardıcıllığı isə xəsərət ocaqlarını
yaradan amillərin növündən və oradakı konkret şəraitdən asılı olur.
Düşmənin zəhərləyici və bakterial maddələr işlətməsi nəticəsində törəyən
kimyəvi zəhərlənmə, yaxud bakterial yoluxma ocaqlarında adətən
dağıntılar və yanğınlar baş vermir. Burada xilasetmə işləri – zədəlilərə ilk
yardım göstərib tibb məntəqəsinə köçürməkdən, yoluxma ocaqlarının
hündudlarını müəyyənləşdirib çəpərləməkdən (giriş-çıxışı
məhdudlaşdırmaq üçün), ərazini, avadanlığı zərərsizləşdirmək və
adamları sanitar təmizlənmədən keçirməkdən ibarətdir.
Kimyəvi zəhərlənmə ocağında işləyəcək dəstələrin şəxsi heyəti
əleyhqazlar, mühafizə paltarları, fərdi kimyəvi paket və antidotlarla təchiz
edilməli və bu vasitələrdən dəqiq istifadə qaydaları onlara öyrədilməlidir.
Zəhərlənmə ocağına kimyəvi kəşfiyyat bölmələrinin ardınca adətən
sanitar drujinaları, radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizə və
zərərsizləşdirmə dəstələri, həmçinin ictimai asayişi mühafizə bölmələri
göndərilir. Mühəndis-zərərsizləşdirmə dəstələri insanların zəhərlənmiş
səhələrdən çıxarılması üçün yolları, keçidləri təmizləyir; asayişin
mühafizə bölmələri müvafiq qayda-qanunların gözlənilməsini təmin edir;
sanitar drujinaların üzvləri zədəlilərə yardım göstərir, əleyhqaz geydirir,
zəhər əleyhinə dərman verir, onları zədələnmənin ağırlığına görə
qruplaşdırıb tibb müəssisələrinə aparırlar. Bundan sonra zəhərlənməyə
məruz qalmış ərazi, qurğular, texnika və avadanlıq deqazasiya edilir və
dəstələrin şəxsi heyəti xüsusi təmizləmə məntəqələrində tam sanitar
təmizlənməsindən keçirilir.
Bakterioloji yoluxma ocağında görülən əsas tədbirlər bunlardır:
– bakterioloji yoluxmanı törədən bakterial vasitələrin müəyyən
edilməsi;
– müvafiq orqanların göstərişi ilə karantin və observasiya rejimlərinin
tətbiq edilməsi;
– ərzağın, suyun yoluxmasına nəzarət və onların zərərsizləşdirilməsi;
– epidemiya əleyhinə tədbirlərin, sanitariya-gigiyena, xüsusi müalicə-
profilaktika və köçürmə tədbirlərinin həyata keçirilməsi;
– əhali arasında sanitariya qaydaları ilə bağlı geniş izahat işlərinin
aparılması.
Bakterioloji yoluxma baş vermiş rayonda, ancaq sonuncu xəstənin
sağalmasından və xəstəliyin gizli inkişaf dövrünə bərabər bir müddət
keçdikdə sonra yoluxma ocağı ləğv olunmuş hesab edilir.
Güclü təsirli zəhərli maddələrin törətdiyi zəhərlənmə ocağında da
dağıntılar, yanğınlar ola bilər, çünki bu maddələrin ətrafa axması adətən
istehsalat qəzaları nəticəsində texnoloji avadanlıqlar sıradan çıxarkən baş
verir. Belə hallarda xilasetmə işlərini aparmaq üçün daha çox
yanğınsöndürmə qüvvə və vasitələrini, zəhərli buludun yayılmasını
məhdudlaşdıran xüsusi texnika və avadanlıqları, eləcə də, texnoloji xətləri
bağlamağı və neytrallaşdırıcı maddələrlə işləməyi bacaran heyətləri cəlb
etmək lazım gəlir. Bütün bu heyətlər mülki əleyhqazlarla, ya da müxtəlif
markalı xüsusi sənaye əleyhqazları ilə təchiz edilməlidir.
Xilasetmə işləri aparılarkən əsas səylər zədələnmiş insanlara tibbi yardım
göstərilməsinə, onların təhlükəsiz sahələrə çıxarılmasına, həmçinin
yanğınların məhdudlaşdırılmasına yönəldilir. Qəzaların
məhdudlaşdırılması işlərinə əsasən mütəxəssislər və bu sahənin
texnologiyasını yaxşı bilən müvafiq rəislər rəhbərlik etməlidirlər.
Zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən aşağıdakı
təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir:
- xilasetmə işləri aparılan sahələrdə işlərin icrası ilə əlaqəsi olmayan
şəxslərin qalmasına icazə verilmir;
- icraya başlamazdan əvvəl iş yerini diqqətlə nəzərdən keçirmək,
yenidən zədələnmə qorxusu olan sahələri işarələmək, iş vaxtı divarların
uçulması təhlükəsi olarsa, onları əvvəlcədən tamamilə dağıtmaq və ya
dayaqlarla bərkidib təhlükəsiz vəziyyətə gətirmək lazimdır;
- bir binanın müxtəlif mərtəbələrində eyni zamanda iş aparılmasına yol
verilmir;
- zədələnmiş binalara, ehtiyac olmadan xüsusən də tək başına girmək
məsləhət görülmür;
- qaz dolmuş binalarda xilasetmə işləri aparılarkən kibritdən və digər
açıq alovdan istifadə etmək, maşın və mexanizmlərin mühərriklərini işə
salmaq olmaz, işə başlamazdan əvvəl qaz dolmuş binalar küləyə
verilməklə qazdan təmizlənməli, lazımi hallarda yalnız 12 voltluq
akkumulyator-əl fənərlərindən istifadə olunmalı, qığılcım çıxarmayan
metaldan düzəldilmiş, yaxud qalın yağlanmış alətlər işlədilməlidir;
- elektrik məftilləri ilə əlaqədar bütün işlər rezin əlcək və çəkmələr
geyəndən sonra aparılmalıdır, mümkün olan hallarda işə başlamazdan
əvvəl elektrik enerjisini kəsmək lazımdır;
- zəhərli sahələrdə bütün xilasetmə işləri fərdi mühafizə vasitələrində
aparılmalıdır, burada icazəsiz əleyhqazı çıxarmaq, siqaret çəkmək, su
içmək, çörək yemək olmaz;
- radioaktiv zəhərlənmə sahələrində işləyən şəxslərin şüalanma
dozalarına ciddi nəzarət edilməlidir;
- deqazasiya və dezaktivasiya işləri, fərdi mühafizə vasitələri
çıxarılmadan müəyyən olunmuş yerlərdə yerinə yetirilməlidir.
Əhalinin mənəvi-psixoloji hazırlığı. Əhalinin mənəvi-psixoloji
hazırlığında məqsəd, xilasediciləri, həmçinin əhalini xilasetmə və
digər təhlükəli işlərin yerinə yetirilməsində şüurlu və fəal surətdə
iştirak etməyə səfərbər etməkdir.
Təsərrüfat obyektlərində mənəvi-psixoloji tərbiyə işləri, bazası
əsasında xilasedici, qəza-bərpa dəstələri və digər komandalar
yaradılmış təşkilat və idarələrin rəhbərləri tərəfindən aparılır.
Xilasetmə və digər təxirə salınmaz işlərin mənəvi-psixoloji
təminatı aşağıdakı məsələləri əhatə edir:
• xilasedicilərdə yüksək mənəvi-psixoloji keyfiyyətlər,
mütəşəkillik, qarşıya qoyulan vəzifələri vaxtında və dəqiq yerinə
yetirmək əzmi aşılamaq;
• kəşfiyyat aparmaq üçün ayrılan heyətləri qəza ocağında
(təbii fəlakət rayonunda) sürətlə və hərtərəfli araşdırmalar
aparmağa səfərbər etmək;
• xilasediciləri fəlakət rayonuna mütəşəkkil halda hərəkətə,
nizam-intizamı ciddi sürətdə gözləməyə və vaxtında yatmağa sövq
etdirmək;
• istehsalat qəzaları, kütləvi yanğınlar, güclü zəhərlənmələr
şəraitində xilasetmə və digər təxirə salınmaz işləri
müvəffəqiyyətlə yerinə yetirməyə, cürətli və təşəbbüskar olmağa;
zədələnmiş şəxsləri tez axtarıb tapmağa, onlara vaxtında tibbi
yardım göstərib təhlükəsiz rayonlara köçürməyə xilasedici
heyətləri tam səfərbər etmək;
• zədələnmə ocaqlarında və xilasetmə və digər təxirə
salınmaz işlər aparılarkən xilasedicilərin qüvvələrindən qənaətlə
və səmərəli istifadə olunmasına, onların vaxtında yeməyinin və
dincəlməsinin təşkilinə, müəyyən olunmuş iş rejiminin və
təhlükəsizlik tədbirlərinin dəqiq yerinə yetirilməsinə qayğı
göstərmək;
• sayıqlığın yüksəldilməsinə, çaxnaşmanın və digər belə
mənfi halların qarşısının alınmasına və qətiyyətlə aradan
qaldırlmasına yönəldilmiş hərtərəfli tədbirlər həyata keçirmək;
• Xilasetmə və digər təxirə salınmaz işlər aparılarkən
xilasedicilərin nailiyyətlərini təbliq etmek, tapşırıqların icrası
zamanı fərqlənən şəxslərin vaxtında həvəsləndirilməsi üçün qayğı
göstərmək;
• xilasedici qruplar arasında qarşılıqlı fəaliyyətin
saxlanmasına, həmrəyliyin, yoldaşlıq münasibətlərinin, vəzifələrin
icrası vaxtı qarşılıqlı yardımın möhkəmlənməsinə yönəldilən
mənəvi-psixoloji tədbirlər keçirmək.
Fəlakətlər dövründə aparılan mənəvi-psixoloji işdən başlıca
məqsəd yaranan son dərəcə çətin şəraitdə belə qarşıya qoyulan
vəzifələrin yerinə yetirilməsini təmin etməkdir. Qəflətən baş verən
zəlzələ, fəlakətli daşqın, uçqun və ya sənaye müəssisəsində
partlayışlar şəxsi heyətın psixikasına ağır təsir göstərərək
müvəqqəti sarsıntılar, qorxu va özünə inamsızlıq hissi yarada
bilər.
Məsələn, şiddətli zəlzələ zamanı, bəzən baş verən və güclü
partlayışları andıran təkanlar, yeraltı gurultu, bir anda yerin maqnit
və elektrik sahələrinin dəyişməsindən törəyən parıltı və şimşək
insanlarda elə təsəvvür yarada bilər ki, guya atom zərbələri
endirilir. Adamlarda belə psixoloji hal yaranarkən onlara
vaxtında və müntəzəm surətdə doğru məlumatlar çatdırılmazsa,
lazımlı xəbərdarlıq siqnalları və düzgün davranış qaydaları barədə
konkret göstərişlər verməklə idarəetmə təşkil olunmazsa, kütləyə
rəhbərlik zəifləyər, bu isə çaxnaşmaya və digər mənfi kütləvi
hadisələrə səbəb olar.
Xilasedicilər yüksək mənəvi-psixoloji keyfiyyətlərə malik
olmalıdırlar. Bu məqsədlə onlar xüsusi psixoloji hazırlıq
keçməlidirlər.
Xilasedicilərin mənəvi-psixoloji hazılığı dedikdə, onlarda elə
psixoloji keyfiyyətlərin formalaşdırılması nəzərdə tutulur ki,
həmin keyfiyyətlər müxtəlif fəlakətlər zamanı yaranan təhlükəli və
gərgin şəraitdə bacarıqla fəaliyyət göstərmək qabiliyyətini təmin
edir.
Mənəvi-psixoloji hazırlıq sayəsində xilasedicilərə yüksək
mənəvi keyfiyyətlər (cəsarət, igidlik, qətiyyət, intizam, müstəqillik
və s.) emosional dəyanətlilik, sağlam sosial-psixoloji münasibətlər
(dostluq, yoldaşlıq, qarşılıqlı yardım), intellektual keyfiyyətlər
(zehni çeviklik, səriştə, fərasət və s.) aşılanır.
Xilasedicilərdə təhlükəyə, qorxuya və çaxnaşmaya tab
gətirmək, çətinlikləri dəf etmək və fədakarlıq göstərmək, eləcə də
fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən yarana
biləcək əsəb gərginliyinə dözümlülük tərbiyə olunması mənəvi-
psixoloji hazırlığın əsas problemlərindən biridir.
Xilasediciləri qəza ocaqlarında və təbii fəlakət rayonlarında
yarana biləcək vəziyyətlə tədris prosesinde əvvəlcədən tanış
etməklə real şəraitdə meydana çıxan müxtəlif xarakterli psixoloji
sarsıntıların kəskinliyini azaltmaq mümkündür.

You might also like