You are on page 1of 52

GİRİŞ

Respublikada əhalinin həyatının və sağlamlığının,


habelə ətraf mühitin mühafizəsi məqsədilə fövqəladə halların
proqnozlaşdırılması, eləcə də onların qarşısının alınması və
nəticələrinin operativ surətdə aradan qaldırılmasından ötrü
tədbirlər planının hazırlanması vacibdir.
Mülki mühafizəyə-əhalinin təhlükəsizliyinin təmin
edilməsi sahəsində vahid dövlət siyasətini həyata keçirməklə
nail olunur.
Mülki-müdafiə insanın təhlükəsizliyinin və
sağlamlığının qorunması haqqında elmdir. O, təhlükəli və
zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, təhlükəli
amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı,
dinc və müharibə dövründə baş verən hadisələrin nəticələrinin
aradan qaldırılması üçün tədbirlər hazırlanmalıdır.
İnsanların mühafizəsi məqsədilə həm hərb, həm də sülh
dövründə zəhərlənmiş mühitdə, müxtəlif radiasiya şəraitində
əhalinin, MM qoşunları və hərbiləşməmiş dəstələrin fəaliyyətini
təmin etmək üçün dozimetrik cihazlardan istifadə olunur. Bu
cihazların müxtəlif tipləri və onların iş prinsipləri barədə geniş
məlumat vəsaitdə dolğun şərh olunur. Bundan əlavə burada fərdi
mühafizə vasitələri və onlardan istifadə qaydalar ətraflı
açıqlanır.
Mülki müdafiə xüsusi bir fənn kimi Azərbaycan Dövlət
Neft və Sənaye Universitetinin bütün tədris planlarına daxil
edilmişdir. Tərtib olunan metodik vəsaitin məqsədi “Mülki
müdafiə” dərslərində oxunan mühazirələrin tələbələr tərəfindən
məşğələ və laboratoriya dərslərində əyani şəkildə
mənimsənilməsinə yardım etməkdir.
I Bölmə

RADİASİYA, KİMYƏVİ KƏŞFİYYAT VƏ


DOZİMETRİK NƏZARƏT CİHAZLARI
Radiasiya şəraiti düşməni nüvə silahını tətbiq etdikdə və
AES-də qəza baş verdikdə yaranır, adamların və müxtəlif
obyektlərin radioaktiv maddələrlə zəhərlənməsi ilə nəticələnir.
Radiasiya şəraitini qiymətləndirərkən ərazinin,
müəssisənin radioaktiv zəhərlənməsinin miqyası və dərəcəsi,
həmçinin zəhərlənmənin dəstə və əhalinin fəaliyyətinə tə'siri
tə'yin edilir.
Radiasiya şəraitinin qiymətləndirilməsinə, adətən,
aşağıdakılar aiddir: radioaktiv zəhərlənmə zonalarının
sərhədlərini və onlarda radiasiya səviyyəsinin bölünməsini
tə'yin etmək; zəhərlənmə zonalarının müəssisələri torpaqdan
istifadə planına və ya sxeminə köçürülməsi; dəstələrin şəxsi
hey'ətinin, əhalinin, heyvanların radioaktiv şüalanma dozasının
və onların arasında baş verə biləcək itkilərin təyin edilməsi;
zəhərlənmiş ərazidə dəstələrin, həmçinin əhalinin tə-sərrüfat
işlərinin aparılmasında ən məqsədəuyğun fəaliyyətinin müəyyən
edilməsi.
Radioaktiv zəhərlənmə zonalarının sərhədlərini orada
radiasiyanın səviyyəsi haqqında mə'lumat verməklə və ya
radiasiya kəşfıyyatı ilə tə'yin edirlər.
Mülki müdafıə (MM) sistemində dozimetriyanın əsas
vəzifəsi - müxtəlif radiasiya şəraitində əhalinin, MM qoşunlan
və hərbiləşməmiş dəstələrinin fəaliyyətini tə'min etmək
məqsədilə ionlaşdırıcı şüalanmaları aşkar etmək və bu
şüalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini
qiymətləndirməkdir.
Dozimetriya vasitəsi ilə aşağıdakı işlər yerinə yetirilir:
• əhalinin həyat fəaliyyətinin və zədələnmə ocaqlarında
xilasetmə və digər tə'xirəsalınmaz işlərin təhlükəsizliyini tə'min
etmək üçün şüalanmaların aşkar edilməsi və ölçülməsi;
• dezaktivasiya və sanitariya təmizlənməsi keçirilməsi
zərurətini, bunların keyfıyyətini müəyyən etmək, habelə
zəhərlənmiş ərzaq məhsullarından istifadə etməyin
mümkünlüyünü, normalarını tə'yin etmək üçün müxtəlif
obyektlərin zəhərlənmə dərəcələrinin ölçülməsi;
• radiasiya baxımından əhalinin və ayrı-ayrı adamların iş
qabiliyyətini müəyyənləşdirmək məqsədilə şüalanma
dozalarının olçülməsi;
• ərzaq məhsullarının, suyun, alafın radioaktiv maddələrlə
zəhərlənmə dərəcələrinin laboratoriyalarda ölçülməsi.
Dozimetrik cihazları-onların tə'yinatına, vericisinin tipinə,
ölçülən şüalanmanın növünə və cihazın sxeminin çevirdiyi
elektrik siqnallarının xarakterinə görə təsnif etmək olar.
Tə'yinatına görə bütün cihazlar aşağıdakı qruplara ayrılır:
• İndikatorlar - radiasiya kəşfıyyatı üçün ən sadə
cihazlardır; bu cihazlar vasitəsilə şüalanmaları aşkar etmək, β və
γ-şüalanma dozalarının gücünü təxmini qiymətləndirmək
mümkündür. Cihazlar işıq və ya səs siqnalı verən sadə elektrik
sxeminə malikdir. İndikatorlar vasitəsilə doza gücünün artdığını
və ya azaldığını tə'yin etmək olur. Belə cihazlarda verici olaraq
qazboşalma şayğacı tətbiq edilir. Cihazların bu qrupuna DP-64
indikatoru aiddir.
• Rentgenmetrlər - rentgen şüalarının və ya γ-şüalanma
dozalarının gücünü ölçmək üçündür.
Belə cihazların ölçmə diapazonu rentgenin yüzdə bir
qismindən bir neçə yüz rentgen -saata (R/s) qədərdir.
Bu cihazlarda verici olaraq ionlaşma kameraları və ya
qazboşalma sayğacları tətbiq edilir.
Rentgenmetrlər DP-3, DP-3B, DP-5A, В, V, İMD-21,
İMD-1 və s. markaları məlumdur.
• Radiometrlər - müxtəlif səthlərin, avadanlığın,
texnikanın, paltarların, havanın əsasən α və β hissəciklərlə
radioaktiv zəhərlənməsini aşkar etmək və bu zəhərlənmənin
dərəcəsini müəyyən etmək üçündür. Radiometr vasitəsilə az
səviyyəli γ-şüalanmanı da ölçmək mümkündür.
Radiometrlərdə verici olaraq qazboşalma və ssintillyasiya
sayğacları işlədilir. Bu cihazlar daha çox yayılmış və geniş
tətbiq olunurlar. Universal bazalı QBR-3 cihazı, SRP-68-01,
"Luç-A betaqamma radiometri, "Tiss radiometri, DP-100 M,
DP-100 ADM radiometrik qurğuları və s. belə cihazlardır.
• Dozimetrlər - zəhərlənmiş rayonda fəaliyyət göstərən
bütün müddət ərzində şəxsi hey'ətin aldığı cəmi şüalanma
dozalarını (əsasən γ-şüalanma dozalarını) müəyyən etmək
üçündür.
Fərdi dozimetrlər kiçikölçülü ionlaşma kamerasından və
plyonkalı fotokasetdən ibarətdir.
Kameralar komplektindən (dəstindən) və doldurma-ölçmə
tərtibatından ibarət cihaz dəstinə - fərdi dozimetrik nəzarət
komplekti deyilir.
DK-02, DP-22V, DP-24, İD-1, İD-11 və s. cihazlar fərdi
dozimetrlər komplektləridir. Qəbul edicinin (detektor tipinə
görə cihazları: ionlaşma kameraları, qazboşalma sayğacları,
ssintillyasiya sayğacları və fotomüqavimətli sayğaclar tətbiq
olunan cihazlar növünə ayırmaq olar.
Ölçülən şüalanmanın növünə görə, cihazları - γ-şüalanma
ölçən, β və α hissecikləri ölçən cihazlara ayırmaq mümkündür.
Cihazın sxemində çevrilən siqnalların xarakterinə görə
dozimetrik qurğular iki qrupa ayrıla bilər.
Birinci qrupa elə cihazlar aid edilir ki, burada nəzarət
edilən şüalanmaların hissəcikləri və ya fotonları detektor
vasitəsilə qısa, ardlcıl elektrik siqnallarına (impulslara) çevrilir.
İkinci qrupa aid dozimetrik cihazlarda isə cihazın detektoru
ona təsir göstərən şüalanmaları fasiləsiz sabit cərəyana çevirir.
Müasir dozimetrik cihazların, demək olar ki, hamısı
ionlaşma metodu əsasında işləyir. Cihazların əsas qovşaqları
aşağıdakılardan Ibarətdir:
• vericilərin əsas tərkib hissəsi olmaqla, detektorlar, yə'ni
ionlaşma kameraları, qazboşalma sayğacları və ya
ssintillyatorlar;
• impulsların çevirici elektrik sxemi;
• ölçmə və ya qeydetmə cihazları (cihazın ölçəcəyi fıziki
kəmiyyət vahidlərinə bilavasitə dərəcələndirilmiş şkalalar.
LABORATORİYA İŞİ №1

1. DP-64 İNDİKATOR-SİQNALİZATORU
Cihazin təyinatı və texniki göstəriciləri
DP-64 indikator-sıqnalizatoru fasiləsiz olaraq radiasiya
müşahidəsi aparmaq və ərazinin radioaktiv zəhərlənməsi barədə
хəbəг vermək üçündür. Cihaz nəzarət rejimində işləyir və
ərazidə şüalanma dozasının gücü 0,2 Rentgen/saata çatanda bu
barədə səs və işıq siqnalları verilməsini təmin edir.Siqnalın işə
qoşulması müddəti 3 saniyədən artıq olmur (şək. 1).
5 6
7
2

3
4

Şəkil 1. DP-64 indikator-siqnalizatorunun ümumi


görünüşü: 1.Cihazın işləməsi qaydası haqqında təlimat; 2.İş və
nəzarət rejimlərinin təzimləyicisi; 3.İşə salma və söndürmə; 4.
Elektrik kabeli; 5.Detektor bloku; 6. Siqnal lampası; 7.
Dinamik.
Cihaz 127/220V gərginlikli dəyişən cərəyan
şəbəkəsindən və ya 6V gərginlikli akkumulyatordan qidalnır
-40°-den +50 °C-dək temperaturda və ətrafdakı havanın nisbi
rütubəti 98%-dak olarkan işləyə bilər. Cihaz şəbəkəyə
qoşulandan 30 saniyə sonra işə hazır olur.
DP-64 indikator-siqnalizatorunun komplektinə cihaz
onun texniki təsviri, istismarı üzrə təlimat, formulyar, ehtiyat
hissələri və ləvazimat daxildir. Cihazın vericisinə 30 metr
uzunluqda kabel vasitasilə siqnalverən pult birləşdirilmişdir.
Pult ikinci kabel vasitasilə elektrik qida mənbəyinə
birləşdirilmişdir; bu kabelin ucunda onu dəyişən cərəyan
şəbəkəsinə qoşmaq üçün çəngəl və akkumulyator batareyasına
qoşmaq üçün iki çıxım (+, -) vardır.
Vericidə ionlaşdıncı şüalanma detektoru - STS - 5
qazboşalma sayğacı va stronsium - 90(90Sr) radioativ nazarat
preparatı yerlaşdirilmişdir.
Cihazın işə hazırlanması
Cihazı işa hazırlamaq üçün ardıcıl surətdə aşağıdakı
işləri görmək lazımdır:
Əvvəlcə, siqnalverən pultu elektrik qida mənbəyinə
qoşurlar. Akkumulyator batareyasından istifadə olunarkən
kabelin çıxımlarını batareyanın klemlərinə qütblüyü (polyarlığı)
gözləməklə birləşdirmək lazımdır.
Əgər indikator-siqnalizator 127/220V gərginlikli
dəyişən cərəyan şəbəkəsindan qidalandırılacaqsa, onda
qoruyucu şəbəkədəki gərginliyin kəmıyyətindən asılı olaraq,
qoruyucu yerləşən yuvanın içərisində işarə ilə göstərilmiş
müvafiq vəziyyətlərdən birinə qoyulmalıdır.
Bundan sonra, kabelin çəngəli şəbəkəyə qoşulur, cihazın
"İşə salma və söndürmə” İş-nəzarət" tumbleri isə "Nəzarət"
(nəzarət) vəziyyətinə keçirilir. Bu zaman əgər cihaz sazdırsa
işıq və səs siqnallan işə düşməlidir.
Daha sonra, "İş və nəzarət" tumbleri "İş" (işçi) vəziyyətinə
keçirilir və bu zaman cihaz işə hazır olur.
LABORATORİYA İŞİ №2

2. DP-5A RADİOMETR-RENTGENMETRİ

Təyinati

Yer kürəsində mövcud olan müxtəlif ionlaşdırıcı


şüalanma mənbələrinin yaydığı şüalar (radiasiya) insan
sağlamlığı və ətraf mühit üçün təhlükəlidir (şəkil 1). Hiss üzv-
lərimizin təsbit edə bilmədiyi bu şüaları ancaq xüsusi cihazlar
vasitəsilə aşkar etmək mümkündür. Təhlükəsizlik texnikası, ra-
diasiya təhlükəsizliyi və avadanlıqların istismar qaydalarına
ciddi şəkildə riayət edilməsi şüalanmanın insan orqanizmi üçün
təhlükəsiz hədd səviyyəsində saxlanmasına yardım göstərir.

Şəkil 1.Radiasiya fonunun insan orqanizminə təsir mənbələri.

Şüalanma səviyyəsinin müəyyən olunması üçün istifadə


olunan cihazlardan biri də DP-5A RADIOMETR-
RENTGENMETRIdir.
DP-5A səhra radiometr-rentgenmetri -şüalanma
səviyyələrini, habelə ərazinin və müxtəlif əşyalann  - şüalanma
nəticəsində məruz qaldığı radioaktiv zəhərlənməni ölçmək üçün
nəzərdə tutulmuşdur (şəkil 2; 3).

Şəkil 2. DP-5A Radiometr-rentgenmetrinin üz panel görüntüsü

1.Gövdə qutu; 2. Üz paneli; 3. Göstəricilərin sıfırlanması;4.


Qulaqcığın (telefon) taxılma yuvası; 5. İş rejiminin
tənzimlənməsi; 6. Əqrəbli indiqator şkalası; 7. Ölçmə pultunun
işıq tənzimləyicisi; 8. Yarımdiapozonların dəyişdiricisi; 9.
Kabel birləşdirici yuva; 10. Sıfırlama vinti;

Qeyd:  - şüalanma dozasının gücü, ölçmə zamanı cihazın


müvafiq sayğacı yerləşən sahədə, millirentgen-saat (mR/s) və
ya rentgen saatla (R/s) təyin edilir.
Şəkil 3 DP-5A Radiometr-rentgenmetrinin ümümi görünüşü

Cihazın quruluşu

Cihaz aşağıdakı əsas hissələrdən ibarətdir: elastik kabelli


zond, ölçmə, telefonlar, nəzarət radioaktivlik mənbəyi
saxlanılan futlyar. Bunlardan başqa cihazın komplektinə onun
yeşiyi də daxildir; bu yeşikdə uzadıcı ştanq, qıdalandırma
qəlibi, ehtiyat hissələri və texniki sənədlər dəsti
yerləşdirilmişdir.
Cihazın zondu (şəkil 4) içərisində şüalanma detektorlan,
gücləndirici-normalizator ve sxemin digər hissələri
yerləşdirilmiş polad silindrdən ibarətdir. Burada şüalanma
detektorü olaraq STS-5 və Sİ-3BQ tipli halogen sayğaclardan
istifadə edilir.
Şəkil 4. DP-5A cihazının zondunun təsviri
1. Polad materiallı zondun gövdəsi; 2. Dayaq civəsi; 3.
Fırlanan silindr formalı kəsikli bürünc ekran; 4. Zondun
örtüyündəki plastik kütlə lövhəciyi yapışdırılmış pəncərə; 5.
Fiksator; 6. Stopor çıxıntısı; 7. Dayaq çəngəli; 8. Üst bolt; 9.
Birləşdirici hissə; 10. Elastik kabel

Silindirin polad gövdəsində (-şüalanmanı indikasiya


(aşkar, etmək üçün) рəncərə vardır. Bu рəncərəyə suya davamlı
etilseliüoz plyonka yapışdırılmışdır. Zondun gövdəsinə fırlanan
silindir formalı bürünc ekran geyindirilmişdir ki, bu ekranda
ölçüləri zondun gövdəsindəki pəncərənin ölçülərinə uyğun
gələn рəncərə vardır. Ekran zond gövdəsinin uzunboyu bir
qədər yerini dəyişə bilir. Ekranı müəyyən vəziyyətdə bərkitmək
üçün onun səthində iki fîksator (diş) vardır. Bunlar В və Q
hərfləri ilə işarə edilmişdir. Silindirin gövdəsində fiksatorlar
üçün iki yarığı olan halqa formalı çıxıntı vardır.
Cihazın işə hazırlanması
1.Cihazı yeşikdən çıxarmalı və nəzarətdən keçirməklə
onda mexaniki zədələnmələr olmadığını yəqin etməli.
2. Əgər cihaz ilk dəfə və ya uzun fasilədən sonra istifadə
olunursa, onda qida mənbələrı qoymaq və ya bu mənbələri
dəyişmək lazımdır. Elementlərin kontaktları yaxşı
təmizlənməlidir
Qamma-şüalanma səviyyəsinin ölçülməsi. Qamma
şüalanma səviyyəsinin ölçülməsindən əvvəl cihazın iş rejimi
yoxlanılmalıdır. İş rejiminin yoxlanılması hər ölçmədən əvvəl
həyata keçirilməldir. Cihazın iş qabliyyəti hər gün və ya
fasiləsiz iş rejimindən sonra yoxlanılır. 𝛾 – şüalanma
səviyyəsinin ölçülməsi 1 m hündürlükdə, yəni insanın əsas
həyat səviyyəsindən yuxarıda aparılır.
DP-5A cihazı ilə 𝛾 – şüalanma doza gücünü yoxlamaq
üçün aşağıdakıları yerinə yetirmək lazımdır:
a) Ekran zondunu şaquli vəziyyətinə qoymalı;
b) Yarımdiapazon dəyişdiricisini “200” vəziyyətinə
keçirməli (bu halda yarımdiapazonda ötürücü avtomatik şəkildə
sönür və ölçü bilavasitə cihazın örtüyündə yerləşdirilmiş
sayğacdan götürülür). 15 saniyədən sonra cihazın aşağı
şkalasındakı göstəriciyə əsasən hesabat aparılmalıdır. Alınmış
nəticə rengen/saat ilə 𝛾 şüalanmasının həddini göstərir. Əgər
cihazın oxu hər hansı yarımdiapazonda cüzi şəkildə meyl
edərsə, ölçünü daha həssas yarımdiapazonda aparmaq lazımdır;
c) Dəyişdiricini 1000 və ya 100 vəziyyətinə keçirməli
(oxun meyl etməsindən asılı olaraq). Bu yarımdiapazonda 𝛾
şüalanmanın doza gücü cihazın zondunda yerləşdiyi yerdə
ölçülür.

Şəkil 5. Radiasiya təhlükəsi nişanları.


İstehsal obyektlərində radiasiya həddi nəzərdə tutulan
normadan çox olduqda radiasiya təhlükəsi nişanları qoyulur və
ora daxil olarkən xüsusi mühafizə vasitələrindən istifadə
olunmalıdır (şəkil 5).
LABORATORİYA İŞİ №3

DP-22V DOZİMETRLƏR KOMPLEKTİ

Təyinatı və texniki göstəriciləri


DP-22V dozimetrlər komplekt şüalanma dozalarını
ölçmək üçündür.
 - şüalanma dozalarının gücü 0,5-dən 200 R/s-dək
dəyişərkən dozimetrlərin ölçmə diapazonu 2-dən 50
rentgenədəkdir. Ölçmələrin orta xətası ±10%-dir. Dozimetrlərin
öz-özünə boşalması bir sutka ərzində 4 R- dən artıq olmur;
Dozimetrlər - 40°-dən +50°C hədlərində və havanın
nisbi rütubəti 98% olan hallarda işləyə bilir, bir komplekt
qidalandırma mənbəyilə (l,6 PMS-Ü-8 tipli iki element)
fasiləsiz iş müddəti 30 saat, dozimetrin kütləsi 50q, komplektin
kütləsi 5,6 kq-dır. Doldurucu pultu işə hazırlamaq müddəti 1-2
dəqiqədir.
DP-22V dozimetrlər komplekti 50 ədəd birbaşa göstərən
DKP-50 dozimetrindən, ZD - 5 doldurucu pultdan, futlyardan
(qutu) və texniki sənədlərdən ibarətdir (şəkil 1).
Komplektin işə hazırlanması və işlədilməsi
Komplektin işə hazırlanması - onu nəzərdən keçirməklə
yoxlamaqdan, onun komplektliyini yoxlamaqdan və DKP 50-A
dozimetrlərini doldurmaqdan ibarətdir. Nəzərdən keçirməklə
yoxlayarkən, dozimetrlərin məhz bu komplektə aid olduğunu və
texniki sazlığım yəqin etmək lazımdır.
Şəkil 1. DP-22V dozimetrlər komplekti

DKP-50-A dozimetrini işə hazırlamaq üçün onun


tozdanqoruyucu kolpakını və doldurucu pultun "Zaryad"
dəstəyini saat əqrəbinin əks istiqamətində sonadək çevirir,
dozimetri yuvaya yerləşdirib yüngülcə aşağı basırlar.
Operator, dozimetrin okulyarından müşahidə etməklə,
"Zaryad" dəstəyini saat əqrəbi istiqamətində tədricən fırladaraq
telin kölgəsini dozimetr şkalasının sıfır bölgüsü üzərinə gətirir.
Sonra dozimetrin tozdan qoruyucu kolpakı öz yerinə geydirilir.
Dozimetrin göstəricisi, onu işığa tərəf tutmaqla telin
şaquli vəziyyətində hesablanır.

İşlədilməyən dövrdə dozimetrlər doldurulmuş halda,


quru binada, +20°C temperaturda, şaquli vəziyyətdə
saxlanılmalıdır.
DP-22 dozimetrlər komplekti -ZD-5 doldurucu pultdan
və beş ədəd DKP-50-A dozimetrindən (şəkil 2) ibarətdir.
Komplekt az heyətli mülki müdafiə dəstələri və müəssisələri
üçündür. Cihazın işə hazırlanması və işlədilməsi qaydası DP-
22V cihazında olduğu kimidir.

Şəkil 2. DKP-50-A dozimetri

DK-22V dozimetrlər komplekti 𝛾-şüalanma dozalarının


gücünü laboratoriya şəraitində ölçmək üçündür. О, on ədəd
fərdi dozimetrdən və doldurucu pultdan ibarətdir. DK-22V
dozimetri vasitəsilə,  - şüalanma dozalarının gücü 6 R/s-dən
artıq olan şəraitdə 10-dan 200 millirentgenədək  -şüalanma
dozalan ölçülür.
DK-22 V dozimetrinin quruluşu DKP-50-A
dozimetrindən yalnız ölçüləri ilə fərqlənir. DK-0,2 dozimetrləri
ZD-4 pultu vasitəsilə doldurulur ki, o da tranzistorda
quraşdırılmış elektrik sxemli sabit cərəyanın çeviricisindən
ibarətdir.
Dozimetri dozaları qeydə almağa hazırlamaq üçün
doldurucu pultun "Zaryad" (doldurma) yuvasının tıxacı burulub
çıxarılır və tumbler "Vıkl" vəziyyətinə keçirməklə pultun
qidalandırma mənbəyi işə qoşulur, bu zaman yuvadakı
işıqlandırma lampası yanır.
Operator, mikroskopun okulyarından müşahidə etməklə
"Zaryad" dəstəyini fırladaraq telin kölgəsini dozimetr şkalasını
sıfır bölgüsü üzərinə gətirir.
DK-22V dozimetrlərinin iş prinsipi və istismarı
qaydaları DKP-50-A dozimetrlərində olduğu kimidir. Şəxsi
heyətin şüalanmasına gündəlik nəzarət edilir. Dozimetrin
göstəricisi hər gün şüalanmanın uçotu jurnalında qeyd edilir. İş
həftəsinin sonunda həftəlik doza hesablanır; gündəlik dozalar
cəmlənir və alınan kəmiyyətdən dozimetrin həftə ərzində öz-
özünə boşalmasının kəmiyyəti çıxılır. Həftə ərzində öz-özünə
boşalması 10 mR-dən və nisbi xatası 20%-dən artıq olan
dozimetrlərdən istifadə etmək olmaz.
II Bölmə

ZƏHƏRLƏYİCİ VƏ GÜCLÜ TƏ'SİRLİ ZƏHƏRLİ


MADDƏLƏRİN TƏSNİFATI VƏ KİMYƏVİ KƏŞVİYYAT
CİHAZLARININ İSTİFADƏSİ

Məlum olan bütün zəhərləyici maddələr orqanizmə


tə'sirinin xarakterinə görə (toksikoloji təsnifatı), döyüş
təyinatına və ərazidə zəhərlənmənin davamlığına görə (taktiki
təsmfatı) qruplara ayrılır.
Bir sira olkələrin cəbhəxanalarındaki müasir zəhərləyici
maddələri toksikoloji təsnifata görə bu qruplara ayırmaq
mumkündür (cədvəl 1).

Cədvəl 1
ZM-in qrupları ZM adları
Sinir iflicedici tə'sirli V - qazlar zoman, zarin
(fosforlu iizvii) ZM
Ümumzəhərləyici təsirli Sianid tursusu, Xlorsian
ZM
Dəridə yaraçixaran Texniki (kükürdlü) iprit: Saf iprit:
(rezobtiv tə'sirli) ZM Azotlu iprit (trixlortrietilamin)
Luizit
Bogucu tə'sirli ZM Fosgen, Difosgen

Qiciqlandırcı tə'sirli ZM Adamsit, SI-EC


Psixokimyəvi tə'sirli ZM Bi-zet Psilosibin Tremorin Meskain
(psixotommimetrik Lizerkin tursusunun Törəmələri və
maddələr) s.
Xlorasetofenon
Göz yaşardıci ZM Brombenzilsianid
Xlorpikrin
Hərbi məqsədlərlə bitkiləri zəhərləyici kimyəvi
maddalər herbisid, defoliant və desikant maddələrdə tətbiq
edilə bilər ki, bunlar dənli bitki əkinlərinin, meşələrin, məhv
olmasına kənd təsərrüfatı heyvanlarının zəhərlənməsinə səbəb
olur
Sinir iflicedici ZM – kimyəvi strukturuna görə fosforlu-
üzvü maddədir (FÜM). Belə maddələrə zarin, zoman və V -
qazlar aiddir.
Zarin və zoman rəngsiz (və ya sarımtıl) rəngli, səciyyəvi
iyli mayelərdir; bunların xüsusi çəkisi vahiddən bir qədər
artıqdır (1,02-1,1). Bu maddələr üzvi əridicilərdə, o cümlədən
yağlarda və yağaoxşar maddələrdə yaxşı, suda isə zəif həll
olunur, havada tez bir zamanda ólümcül konsentrasiyalı buxar
törədir. Yay vaxti ərazini maye damcıları zarin 8 saata, zoman
isə bir sutkaya qədər müddətə zəhərləyə bilər.
Zarinin buxarları havadan 4,77 dəfə, zomanınkı isə 6,33
dəfə ağırdır. Zarinin ikinci buludunun zədələyici tə'siri 4-7
saatadək, sinir iflicedici ZM qrupuna aid digər maddələrinki isə
onların bütün buxarlanması dövründə davam edir axmazlarda
zarinin zəhərləyici tə'siri 25 sutkayadək, zomamnki ise 2,5
ayadək qahr.
V- qazı suda zəif, üzvi əridicilərdə, yanacaq, sürtgü
materiallannda yaxşı həll olunan rəngsiz mayedir) Rezin-texniki
mə'mulatlara və lak órtüklere yaxsi hopur.
Zəif buxarlandığı üçün (20° c-de 103 mq/L) ərazidə uzun
müddət qalır. V - qazının kimyəvi adı fosforiltioxolinlerdir) və
v - qazları, zoman, zarin davamlı ZM-dir.
Fosforlu üzvü ZM (FÜZM) tətbiq edilərkən zəhərlənmə
adətən maye damcilarının dərinin səthinə düsməsi hallarında,
yaxud həmin ZM-in buxarları tənəffüs yollarından keçərkən baş
verəcəkdir.
Fosforlu zəhərli maddələrin konsentrasiyasi 5x10-7 mq/l-
dən az olan hallarda 5-6 saat müddətində əleyhqazsız qalmaq
mümkündür.
Ümümzəhərləyici tə'sirli ZM - əsasən tənəffüs üzvlərindən
keçib orqanizmin ən vacib sistemlərinə sür'ətlə tə'sir góstərən
tezbuxarlanan kimyəvi birləsmələrdir.
Zəhərləyici maddələrin bu qrupuna sianid tursusu ve
xlorsian aiddir.
Xlorsian – kəskin iyli, sudan agir rəngsiz mayedir.
13°C-də qaynayır, mənfi 7°C-de bərkiyir.
20°C-də buxarlanan maksimal konsentrasiyasi 3300 mq/l-
dir. Suda məhdud miqdarda (7%), azotlu, üzvi maddələrdə
(spirt, efir), yag ve lipoidlərdə yaxşı həll olunur. Xlorsian sianid
tursusundan 2-4 dəfə az zəhərlidir.
Qıcıqlandırıcı tə'sirə malikdir. İlk qıcıqlandırma
konsentrasiyası 0,0025 mq/1, güclü yaşaxma və bəbəklərin
spazmasina səbəb olan dözülməz konsentrasiya 0,06 mq/l-dir.
Bundan artıq konsentrasiyalar sianid tursusunun tə'sirinde
olduğu kimi orqanizmin ümumi zəhərlənməsi ile nəticələnir.
Xlorsian davamsiz zəhərli maddədir.
Dərini zədələyən ZM – elə zəhərli birlesmələrdir ki, onlar
hətta ən cüz'i miqdarda bədənin dəri örtüyünü zədələyə bilərlər.
Kimyəvi təmiz iprit – zəif gənəgərcək iyli səffəf, yağh
rəngsiz mayedir. Üzvi əridicilərde, yağ və yağaoxşar
maddələrdə yaxşı, suda xeyli zəif (10°C-də - 0,07) həll olunur)
Ərzaq məhsullarına, məsaməli materiallara, boyaq
örtüklərinə, rezin-texniki mə'mulatlara asanhqla hopur və
onların uzun müddetli zəhərlənməsinə səbəb olur. Ərazi uzun
müddət: yayda - 7 sutka, qisda bir neçe həftə zəhərli qahrj
İprit suda zəif hidroliz olunur və neytrallaşır (zəhərsizləşir).
Qələvilərin tə'sirindən ipritin hidrolizi sür'ətlənir.
Xlorlu ahəng, xloraminlər və sulfidlər ipriti tez
zərərsizləsdirir.
İprit təmasda oldugu orqanlara və toxumalara (tənəffüs
yollarına, gözlərə, dəri, mə'də-bağırsaq sisteminə) tə'sir edir,
bədənin zədələnmiş yerindən qana sorulmasi nəticəsində isə
ümumzəhərləyici tə"sir göstərir. Bədənin səthinə düşən iprit
damciları 7 dəqiqədən sonra dərinin alt qatlarına keçir. 20-30
dəqiqə ərzində isə heç bir ağrı hissi törətmədən orqanizmdə
təmamilə sorulur. İprit davamh zəhərli maddedir.
Bogucu tə'sirli ZM – elə maddələrə deyilir ki, onlar
xüsusən agciyər toxumalarını zədələyir, orqanizmin digər
toxumalanna güclü tə'sir göstərmirlər.
Boğucu tə'sirli zəhərli maddələr qrupuna fosgen və
difosgen aiddir. Son zamanlar fosgen güclü tə'sirli zəhərli
maddələrə (GTZM) aid edilir.
Difosgen qaynama temperaturu 128°C olan mayedir,
fosgenə nisbətən yavas buxarlanır, havadan 7 dəfə ağırdır.
Yayda ərazini aıiq yerlərdə - 1 saata, meşəlik yerlərdə isə bir
neçe saatadək zəhərləyir. Difosgen suda pis həll olunur, bu
zaman xlorid tursusu ve karbon qazı yaratmaqla parçalanır.
Difosgen su hovuzlarını zəhərləmir.
Difosgen zəhərləyici xassələrinə görə fosgenə oxşayır. O,
davamsız zəhərləyici maddələrə aiddir.
Qıcıqlandırıcı ZM (SÍ-ES) və adamsit aid edilir.
Adamsit yaşımtıl rəngli bərk maddədir, suda həll olunur: üzvi
əridicilərdə, xüsusən qizdirılarkən və asetonda yaxşı həll
olunur. Yavas buxarlanması vı pis həll olunmasına görə torpağı
uzun müddət zəhərləyə bilər. Suda parcalanmir, qələvi
maddələr onun suda hidrolizini sür'ətləndirir və nəticədə
fenəssazin oksidi yaramr.Adamsitin 1,41 mq/1 konsentrasiyasi
olan havada 2 dəq. və ya 0,28 mq/1 konsentrasiyalı havada 20
dəq. Qalarkən ólümcül zəhərlənmə baş verir.
SI-ES suda pis həll olunan rəngsiz maddədir. O, spirtdə bir
qədər, asetonda, dioksanda, metilxloriddə, etilasetatda. benzolda
ise yaxşı həll olunur) Aerozol səklində tətbiq edilir.
SÍ-ES maddəsinin ümumi zəhərliliyi zəifdir, lakin o,
qızdırıcı tə'sirə malikdir ki, bu da asqırtıya, öskürəyə, gözlərdən
bol yaş, burundan selik axmasina, tənəffüsün çətinləsməsinə
səbəb olur. Bunlardan basqa, dəriyə gicitkən kimi qaşındırıcı
tə'sir göstərir, yüksək konsentrasiyalarda ürək bulanması və
qusma törədir. Sıradan çixarıcı orta konsentrasiyası 0,001 -
0,005 mq/l-dir.
Gözyaşardıcı və ya lakrimator (yunanca "lakrime-gózyaşı)
maddələr gözlərin burun-qirtlağın selikli qişalarını qıcıqlandırır,
bu isə gözdən yas axması, bəbəklərin spazması, burundan güclü
selik axması ilə nəticələnir. Bunlar tərkibində haloid olan üzvi
maddələrdir. Belə maddələrdən əsasları xlorsetofenon və
brombenzilsianiddir.
Xlorasetofenon bənövşə və ya meşəgilası iyi verən bərk mad-
dədir. Üzvi əridicilərdə yaxsi həll olunur. Suda hətta
qaynadilarkən də dagılmır Müsbət 20°C-də buxarlanması 0,105
mq/l-ə bərabərdir, Buxarları havadan 5,3 dəfə ağırdır. Yayda
ərazidə bir neçe gün tə'sirini saxlayır.
Brombenzilsianid - acı badam iyli, rəngsiz, yaxud sarımtıl
kristal maddədir. Suda demək olar ki, həll olunmur, üzvi
əridicilərdə isə yaxşı həll olunur. Suda hidroliz olunmur,
torpaqda bir ayadək qala bilər. Spirtin su məhlulunda natrium-
sulfídlə reaksiyaya qosularaq zəhərsiz maddəyə çevrilir.
Orqanizmə tənəffüz yolları ilə tə'sir edəcəyi daha çox
ehtimal olunur. Mə'də-bagirsaq yolları ilə zəhərlənmə də
mümkündür.
Bi-zet - suda həll olunmayan ag kristal tozdur. Bi-zet orqa-
nizmə tənəffüs ve mədə-bagirsaq yolları ilə keçir.
Zəhərləyici maddələr zəhərlənmiş hava ilə nəfəs aldiqda,
ZM dəri üzərinə və selikli qisaya düsdükdə, həmçinin
zəhərlənmiş yeyinti məhsullarından və sudan istifadə etdikdə
insanları və heyvanları zədələyir. Ona göre onların seçilməsi və
tətbiqi üsulları yerli səraitdən. ZM-in xassələrindən və qarşiya
qoyulmuş məqsəddən asılı olaraq müxtəlif ola bilər.
Kimyəvi silah təyyarə bombalarında, top güllələrində,
mayesi tökülə bilən təyyarə cihazlarında və müxtəlif
tərtibatlarda ərazini zəhərləmək üçün, damcı-maye halında
zəhərləmək üçün buxar və aerozol (tüstü, duman) şəklində
tətbiq edilə bilər. Zəhərləyici maddələr küləyin istiqamətində on
kilometrlərlə məsafəyə yayıla bilən zəhərli bulud yaradır.
Havanın zəhərlənmə təhlükəsinin dərəcəsi ZM-in qatılığı və
mühafizə olunmayan adamın zədələndiyi vaxtla müəyyən edilir.
Ərazinin və ya obyektin zəhərlənmə dərəcəsi oraya
düsən maddənin miqdarından asılıdır və ZM-in qramlarla
miqdarının 1 m2 səthə nisbətlilə ifadə olunan zəhərlənmə sıxlığı
ilə müəyyən edilir.
ZM-in dayanıqlığı, yə'ni insanlara və heyvanlara göstərdiyi
zədələyici tə'sirin müddəti, həmin ZM-in fiziki-kimyəvi
xassələrindən, həmçinin ərazinin xarakterindən və havadan
asılıdır. Havanın temperaturu yüksək olduqda ZM daha tez
buxarlanır. Güclü külək buxarı səpələyir, yağış isə zəhərləyici
maddələri torpaqdan, bitkilərdən, müxtəlif əşyalardan yuyub
aparır. Binalarda, zirzəmilərdə yarganlarda. Dərələrdə
zəhərlənmiş hava uzun müddət qala bilər. Kimyəvi si-lahdan və
GTZM-dən mühafízə olunmaq üçün əleyhqazdan, xüsusi
paltardan və ya hermetik baglanmiş sıgınacaqlardan istifadə
edilir.
Hazırda dünyada 6 milyondan artıq kimyəvi birləşmələr
mə'lumdur. Bu geniş kimya aləmində bizi istehsalatda və
məişətdə 100-dən artıq güclü tə'sirli zəhərli maddələr əhatə edir.
Ərazidə yayılan zəhərli maddələrin miqdarını, növünü və
digər xüsusiyyətlərini təyin etmək üçün kimyəvi kəşviyyat
cihazlarından istifadə olunur. Daha geniş istifadə olunan
kimyəvi kəşviyyat cihazları ilə dahayaxından tanış olacağıq.
LABORATORİYA İŞİ №4

DP-70 VƏ DP-70 M KİMYƏVİ DOZİMETRLƏRİ

DP-70 və DP-70 M kimyəvi dozimetrləri şəxsi heyətin


şüa xəstəliyindən zədələmə dərəcəsini tibbi diaqnostika etmək
məqsədilə şüalanma dozalarını ölçmək üçündür. Belə
dozimetrlər hərbləşməmiş dəstələrin şəxsi heyətində olan DKP-
50 tipli dozimetrlərə əlavə olaraq verilir.
DP-70 ve DP-70 M dozimetrlərinin quruluşu eynidir.
Lakin onlar müxtəlif mayelərlə doldurulur və buna görə də
müxtəlif məqsədlər üçün nəzərdə tutulur: DP-70 dozimetri
qamma şüalanma dozalanm qeyd etmək üçün, DP-70 M
dozimetri isə nüfuzedici dozalannı qeyd etmək üçün nəzərdə
tutululmuşdur. Dozimetrlərin ölçmə diapazonu 50-800 R,
ölçmələrin nisbi xatası + 25%-dir.

Cihazın quruluşu və iş prinsipi

DP-70 və DP-70M kimyəvi dozimetrlərindən PK-56 səhra


kalorimetri ilə birlikdə istifada olunur.
Kimyəvi dozimetr rəngsiz maye ilə doldurulmuş şüşə
ampuladan ibarətdir. İonlaşdıncı şüalanmalann təsiri
nəticəsində ampuladakı mayenin rəngi açıq- çəhrayıdan tünd-
qırmızıyadək dəyişir. Rəngin sıxlığı (tündlüyü) şüalanmanın
dozasma proporsionaldır.
Şüşə ampula qapalı metal futlyarda yerləşir ki, bu da
dozimetri mexaniki təsirlərdən və günəş şüalarından qorumaq
üçündür. Futlyarın yuxarı hissəsində dozimetrin nömrəsi həkk
edilmişdir. Qapağın içəri tərəfində rəngli indikator
yerləşdirilmişdir, onun rəngi 100 R şüalanma dozasına
müvafiqdir. Ampula futlyarın içərisində rezin amortizator və
pambıq araqat vasitəsilə bərkidilmişdir.
Futlyarın qapağı xlorvinil qılaf vasitəsilə möhürlənmişdir.
Şüalanmanm dozası PK-56 səhra kalorimetrinin köməyi ilə
ölçülür. Kalorimetr qapalı gövdədən ibarətdir ki, qapağın xarici
səthində çıxarılan kamera üçün yönəldici disklər
yerləşdirilmişdir, kameranın iki yuvası var, burada nəzarət
ampulası və yoxlanılan ampula, habelə tutqun rəngli şüşə qapaq
yerbşdirilir. Кalorimetrin gövdəsinin içərisinə müxtəlif sıxlıqı
işıq süzgəclərinə malik fırlanan disk yerləşdirilmişdir ki, bu
süzgəclərin rəngi 0,50, 75, 100, 150, 200, 250, 300, 450, 600, vo
800 rentgen şülanma dozalarına müvafiqdir. Kalorimetrin
gövdesinin üz hissəsində okulyar var, okulyarda iki sahə: rəngli
və rəngsiz sahələr görünür. Kalorimelrin gövdəsinin yan
tərəfində baxış pəncərəsi və şüalanma dozlarının nömrə
göstəricisi yerləşdirilmişdir.

Şəkil 1. PK-56 səhra kalorimetri


Şəkil 2. DP-70 kimyəvi dozimetrik və PK 56 səhra kalorimetri

1. İçərisində amplua olan dozimetr; 2. Plasmas futlyar 3.


Qapaq; 4. Şəffaf rəngli kimyəvi reaktivlə doldurulmuş
amplua

PK-56-nın quruluşu
1. Metal gövdə (korpus); 2. Baxış güzgüsü; 3.Okulyar;
4.Ampluaların yerləşdirildiyi kamera

Cihazın işlədilməsi
Kimyəvi dozimetrləri vasitəsilə dozaları təxmini və dəqiq
surətdə ölçmək mümkündür. Birinci halda rəngli
indikatorlardan istifada edilir. Əgər ampuladakı mayenin rəngi
indikatorun rəngindən açıqdırsa (tünddürsə) deməli, şüalanma
dozası 100 R-dən azdır (çoxdur).
Dozası daha dəqiq surətdə səhra kalorimetri vasitəsilə
təyin edilir. Bunun üçün, kameraya qapaq tərəfdən iki ampula:
komplektdəki nəzarət ampulasını və şüalanmış ampulanı
yerləşdirirlər. Rəngsiz mayeli nəzarət ampulasım işıq
süzgəclərinin tuşuna gələn sol yuvada, şüalanmış ampulam isə
sağ yuvada yerləşdirirlər. Operator kameranm pəncərəsini işıq
mənbəyinə tərəf yönəldir və okulyardan müşahidə etməklə, işıq
süzgəcli diski sahələrin rəngi bir-birinə uyğun gələnədək
fırladır, nömrə göstəricisinin pəncərəsində görünən rəqəmi -
rentgenlə hesablanan şüalanma dozasının kəmiyyətini qeyd
edir. Belə hesablamadan sonra, şüalanmış ampula kameradan
çıxarılır və məhv edilir.
LABORATORİYA İŞİ №5

QOŞUN KİMYƏVİ KƏŞFİYYAT CİHAZI (QKKC)

Bu cihaz havada, ərazidə, texnikanın, avadanlığın və


digər əşyaların səthindəki ZM-ni təyin etmək üçündür. Bu cihaz
vasitəsilə havada, ərazidə, texnikanın, müxtəlif sursatların
səthində zarin, zoman, iprit; havada V-qaz, fosgen, sianid
turşusu, xlorsain olub-olmadığı təyin edilir.
Cihazın quruluşu
Cihaz qapağı olan xüsusi formalı qutudan (gövdədən)
ibarətdir: qutuda: Ə1 nasosu, nasosun ucluğu indikator
borucuqları yığılmış kağız kaset, tüstü süzgəcləri, qoruyucu
kalpaqlar, elektrik fənəri və 15 patronu olan qızdırıcıdan
ibarətdir.
Cihazın dəstinə kürək, cihazın işlədilməsi, istismarı və
zoman tipli ZM-i təyin etmək qaydaları barədə təlimat yaddaş
vərəqələri də daxildir. Cihazı daşımaq üçün qaytanlı çiyin qayışı
da vardır. Cihazın çəkisi təxminən 2,2 kq-dır (şəkil 1).
Ə1 nasosu - porşenlidir, yoxlanılan havanı indikator
borucuqlarından vurub keçirmək üçündür. Nasosu dəqiqədə 50
dəfə vurarkən indikator borucuğundan 2L hava keçir. Nasos
başlıqdan, silindrdən, ştokdan və dəstəkdən ibarətdir. Nasos
cihazın gövdəsində quraşdırılmış metal boruda yerləşir.
Borunun dibindəki yay, rəzəni (tutucunu) açarkən nasosu basıb
bayıra çıxarmaq üçündür. Nasos boruda dəstəyi bayıra tərəf
olmaqla yerləşdirilir.
Nasos başlıq hissəsində indikator borucuqlarının uclarını
kəsmək (çərtmək) üçün bıçaq və indikator borucuqlarını
yerləşdirmək üçün yuvalar var. Başlığın kəllə hissəsində
borucuqların uclarını qırmaq üçün iki çökək yer də var.
Bunlardan başqa nasosun başlıq rezin klapan və klapanın yəhəri
də yerləşdirilib. Başlığın klapan tərtibatı ilə kip birləşməsi rezin
araqat vasitəsilə təmin edilmişdir.
Şəkil 1. Qoşun kimyəvi kəşfiyyat cihazı (QKKC) 1.
Cihazın gövdəsi; 2. Qapağı; 3. Ə1 nasosu; 4. İndikator
borucuqları kaseti; 5. Nasosun başlığı; 6. Tüstü süzgəcləri; 7.
Qoruyucu qapaqlar; 8. Elektrik fənəri; 9. Qızdırıcının patronları;
10. Qızdırıcının gövdəsi; 11. Çiyin qayışı.

Nasosun dəstəyində ampulqıran və nüvə yerləşdirilmişdir.


Ampulqıran indikator borucuqlarının içərisindəki ampullan
qırmaq, nüvə isə ampulqıranı nasosun dəstəyində bərkitmək
üçündür. Dəstəyin yan tərəfində ampulaqıran milləri
işarələnmişdir. Üç yaşıl halqavarı haşiyəsi olan üçün, bir qırmızı
haşiyəli və qırmızı nöqtəli mil isə bir qırmızı halqavarı haşiyəli
və bir qırmızı nöqtəsi olan borucuqlar üçündür.
Kaset eyni işarəli 10 indikator borucuğunu yerləşdirmək
üçündür (Şəkil 2). Kasetin üz tərəfində havada Zİ olarkən
indikator borucuqlarındakı doldurucu maddənin aldığı rəng
göstərilmiş və kasetdəki borucuqları işlətmək qaydası barədə qısa
göstərişlər yazılmışdır.
Şəkil 2. Kaseta
İndikator borucuqları - ZM-ni təyin etmək üçündür,
içinə doldurucu maddə və reaktivli ampullar yerləşdirilib.
Ucları lehimlənmiş şüşə borucuqlardan ibarətdir. Borucuqlar
rəngli halqa şəklində haşiyələrlə işarələnmişdir, bu haşiyələr
həmin borucuq vasitəsilə hansı zəhərləyici maddənin təyin
edildiyini göstərir. Cihazın dəstində üç növ indikator
borucuqları olur: bu qırmızı haşiyəli və qırmızı nöqtəli
borucuqlar zoman, zarin, V - qaz tipli ZM-in; üç yaşıl haşiyəli
borucuqlar fosgen, sianid turşusu; bir sıra haşiyəli borucuqlar
isə ipriti təyin etmək üçündür. Hər kağız kasetdə eyni işarəli 10
indikator borucuğu yerləşir.
Tüstü əleyhinə süzgəclər bir qat süzücü materialdan və
bir neçə qat kapron parçadan ibarətdir. Onlar tüstünün və ya
turşu xarakterli maddə buxarlan olan havada ZM-ni təyin
etmək, həmçinin torpaqda və dənəvər materiallardakı
zəhərləyici maddələri müəyyənləşdirmək üçündür. Süzgəclər
polietilen kisəcikdə saxlanılır.
Qoruyucu qalpaqlar - nasos ucluğu qıfının daxili
səthini davamlı zəhərləyici maddələrlə çirklənmədən qorumaq,
habelə torpağın və dənəvər maddələrin nümunələrini
(problarını) yerləşdirmək üçündür.
Qızdırıcı - Soyuq havada zəhərləyici maddələri təyin
edərkən indikator borucuqlarını qızdırmaq (temperaturu müsbət
10-15 °C-dən aşağı olan havada iprit üçün borucuqları, 0°C-dən
aşağı olanda isə zoman borucuqlarını), habelə ampulalarının
donunu açmaq üçündür. Qızdırıcı gövdədən və patronlardan
ibarətdir.

Cihazı işlətməyin ümumi qaydaları


Cihazı işə hazırlayarkən:
- Cihazda bütün əşyaların yerində olduğunu və sazlığını
yoxlamaq;
- İndikator borucuqları kasetlərini bu ardıcıllıqla
yerləşdirmək; ən yuxarıda qırmızı haşiyəsi və qırmızı nöqtəsi
olan borucuqlar; sona üç yaşıl haşiyəli borucuqlar; ən altda sarı
haşiyəli borucuqlar; tüstü süzgəclərini-polietilen kisədən
çıxarmağı və istismar üzrə təlimatı isə cihazdan çıxarmalı.
LABORATORİYA İŞİ №6

TİBBİ KİMYƏVİ KƏŞFİYYAT CİHAZI (TKKC)


"MPXR" CİHAZIN TƏYİNATI VƏ QURULUŞU
Cihazın təyinatı və quruluşu
1. Tibbi kimyəvi kəşfiyyat cihazı "MPXR” su
mənbələrinin, alafın və dənəvər ərzaq məhsullarının zəhərləyici
maddələrlə zəhərlənməsini aşkar etmək üçündür.
Bu cihaz aşağıdakı hallarda ZM və zəhərləri aşkar
etməyə imkan verir:
• suda - zairini, zomanı, V-qazları, ipriti, VZ maddəsini,
arsenli maddələri, sianid turşusunu və onun duzlarını, fosforlu-
üzvü pestisid maddələri, alkaloidləri və ağır metal duzlarını;
• dənəvər ərzaq məhsullarında və alafda - zarini, zomanı,
V- qazlar, ipriti, VZ maddəsini, fosgeni, difosgeni.
Bunlardan əlavə, bakterial maddələrlə zəhərlənmə
şübhəsi yaranan hallarda cihaz vasitəsilə nümunə götürmək
lazımdır.
2. TKK cihazı kimyəvi analizlər aparmaq üçün lazımi
reaktivlər və maddələrlə destilə edilmiş su və toz keçirməyən kip
düralüminium yeşikdən ibarətdir. Onun gövdəsi və qapağı var.
Gövdənin daxilində reaktivlər yerləşən çıxarma ştativ, şüşə qablar
və digər ləvazimat yığılmışdır. Gövdədə indikator borucuqları
kaseti, amplualar dəsti və reaktivlər yerləşən ayrıca göz var.
Gövdənin xarici səthində kürəcik bənd edilmişdir.
Gövdədə iki sıxma cəftə düzəldilmişdir (şəkil 1).
Şəkil 1. Tibbi kimyəvi kəşfiyyat cihazı (TKKC) "MPXR"

3. Porşeni nasos yoxlanılan havanı vurub indikator


borucuqlarından, yaxud quru hava ekstraksiyası bankasından
keçirmək üçündür. Nasosu dəqiqədə 50 dəfə vuranda indikator
borucuğundan müəyyən miqdar hava keçir. Nasosun başlığı,
silindr və dəstəyi var. Ampluaqıran nasosun dəstəyindədir; o,
indikator borucuqlarındakı ampluaları qırmaq üçündür.
Ampluaqıran ştokun dəstəyində çıxıntılar vasitəsilə müəyyən
vəziyyətdə bərkidilə bilər. Dəstəyin kəllə hissəsində
ampluaqıranın milləri rənglə işarələnmişdir: üç yaşıl rəngli xətt
üç yaşıl haşiyəli indikator bomcuqlar üçün, qırmızı xətt və nöqtə
- eyni işarəli borucuqlar üçündür (şəkil 2).
Tərcüməsini yazmalı. Şəkil 2. altının yazmalı.

4. Kasetlərdə indikator borucuqları, yaxud reaktiv


ampluaları yerləşdirilib. Kasetlərin səthinə rəng etalonları
çəkilmişdir: havada ZM olduqda indikator borucuğundakı
doldurucu maddə həmin rəngə düşür. Kasetin səthində həmçinin
ondakı borucuqların işlətmək qaydası da göstərilmişdir.
5. İndikator borucuqları zəhərləyici maddələri təyin
etmək üçündür və hansı ZM-i təyin etmək üçün nəzərdə
tutulduğunu göstərən işarələrə malikdir. Bir, yaxud bir neçə
rəngli halqa və nöqtəşəkilli bu işarələr borucuğun yuxarı ucunda
olur.
6. Qızdırıcı soyuq havada borucuqları qızdırmaq
üçündür. Onun gövdəsinin daxilində nüvə, xarici səthində isə
qızdırıcı patronun ampulunu qırmaq üçün ampluaqıran
yerləşdirilib.
7. Elektrik fənəri gecələr işləyərkən iş yerini
işıqlandırmaq, indikator borucuqlarının, işlədilən reaktivlərin
rəngini seçmək üçündür.
8. Tutumu 100 sm3 olan nümunəyığan suyun həm
səthindən, həm də dibindən nümunə götürmək üçündür.
9. Quru hava ekstrasiyası bankası burulub bağlanan
qapaqlı bankadan ibarətdir. Qapaqda borucuq bənd edilmişdir
ki, bu da indikator borucuğunu birləşdirmək üçündür.
10. Amplualar dəsti ZM-i təyin etmək üçündür. Bu dəst
kağız ampluada yerləşdirilib və aşağıdakılardan ibarətdir:
kombinasiyalı quru reaktiv olan 11 ampul (iki qırmızı işarəli);
1la №-li reaktiv olan 5 ampula (yaşıl işarəli); göy rəngli maye
olan ampula (nümunənin aldığı ilkin rəngə müvafiq olan 1 №-li
standart) və yaşıl rəngli maye olan ampula (nümunənin qeydə
alınan rənginə müvafiq 2 №-li standart).
11. Dreksel qabcığı dərəcələrə malik sınaq şüşəsindən və
iki lüləsi (borucuğu) olan ucluqdan ibarətdir. Qısa lüləyə
(borucuğa) rezin borucuq geydirilib, bu onu indikator
borucuğuna, yaxud asetat - qurğuşun hopdurulmuş pambıqlı
borucuğa birləşdirmək üçündür. Uzun lülə isə sınaq şüşəsinin
dibindəki uzanan borucuğun başlanğıc hissəsini təşkil edir.
Cihazın işə hazırlanması. Cihazı işə hazırlamaq üçün
reaktivlərin, indikator borucuqlarının olduğunu və yararlılığını,
nasosun, Dreksel qabcıqlarının, qabların və yardımçı
materialların sazlığını yoxlayırlar.
III Bölmə
ƏHALİNİN MÜHAFİZƏ VASİTƏLƏRİ
Müasir qırğın silahlarından mühafizə məqsədilə əhalinin
mühafizə qurğularında daldalandırılması, təhlükəli sahələrdən
köçürülməsi ilə yanaşı, fərdi mühafizə və tibbi mühafizə
vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çох vacib
əhəmiyyətə malikdir. Bu mühafizə vasitələrindən istifadə
edilməsi lüzumu onunla izah edilir ki, nüvə, kimyəvi və ya
bakterioloji silah işlədilərkən əhali, qoşunların, mülki müdafiə
dəstələrinin şəxsi heyət müəyyən müddət radioaktiv maddələr
(RM), zəhərləyici maddələr (ZM), yaxud bakterial vasitələrlə
(BV) zəhərlənmiş sahələrdə və ya atmosferdə qalmalı, ya da
burada xilasetmə işləri aparmalı olacaqlar.
Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:
a) tənəffüs orqanlarının mühafizə vasitələri;
b) dəri səthinin mühafizə vasitələri;
v) tibbi mühafizə vasitələri.
Tənəffüs orqanlarını mühafizə vasitələrinə əleyhqazlar,
respiratorlar və əhalinin özü tərəfindən hazırlanan ən sadə
vasitələr aiddir.

Tənəffüs orqanlarının və dərini mühafizə edən fərdi


mühafizə vasitələri
Əleyhqazlar. Müasir əleyhqazlar insanın tənəffüs
orqanlarını və gözlərini havadakı zəhərləyici maddələrin (buxar,
duman, qaz, tüstü, ZM damcılarının) radioaktiv maddələrin
təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu patogen
mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət
dərəcədə yüksək qoruyucu xassələrə və istismar göstəricilərinə
malikdir.
Əleyhqazların təcridedici və süzücü növləri vardır.
Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq əleyhqazları)
daha geniş yayılmışdır; onların quruluşu içərisində
fəallaşdırılmış (katalizator) kö¬mür və aerozol əleyhinə (tüstü
əleyhinə) süzgəclər olan süzücü-uducu qutunun daxili
qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi
prosesinə əsaslanır. Süzücü-uducu qutunun mühafizəedici
qatları karbon 2- oksidi (dəm qazını) udub saxlaya bilmir, buna
görə də, tənəffüs orqanlarının karbon 2- oksiddən mühafizəsinin
təmin edilməsi üçün xüsusi (hopkalit) patrondan istifadə olunur
ki, bu patron əleyhqazın birləşdirici borusu (üzlük hissəsi) ilə
süzücü-uducu qutusu arasında yerləşdirilir (qutuya burulub
birləşdirilir).
MM sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-5.
QP-5 m, QP-7 ( QP-mülki əleyhqaz) əleyhqazlarından; uşaqların
mühafizəsi üçün DP-6 m (uşaq əleyhqazı, 6-cı tipi, kiçikölçülü),
DP-6, PDF-7 (süzücü uşaq əleyhqazı, 7-ci tipi), PDF-D (süzücü
uşaq əleyhqazı, məktəbəqədər yaşlılar üçün) və PDF-Ş (süzücü
uşaq əleyhqazı, məktəblilər üçün) süzücü əleyhqazlardan
istifadə oluna bilər.
Bunlardan əlavə, 1-5 yaşadək olan körpələrin mühafizəsi
üçün KZD-6 (uşaq mühafizə kamerası, 6-cı tipi) uşağı mühafizə
cihazı vardır.
Tabeldənkənar əleyhqazlara sənaye əleyhqazları,
xüsusən kimya müəssisələrində işlədilən əleyhqazlar aiddir. Bu
əleyhqazların qutuları xüsusiləşdirilmişdir, yəni müəyyən bir
zəhərli maddədən mühafizə üçün nəzərdə tutulmuşdur, ona görə
də qutunun tərkibində müxtəlif uducular və aerozol süzgəcləri
ola bilər.
Süzücü əleyhqaz süzücü-uducu qutudan və üzlük
hissədən ibarətdir. Əleyhqazın komplektinə (dəstinə) həmçinin
onun çantası və tərləməyən plyonkalar olan qutucuq, yaxud
əleyhqazın üzlük hissəsindəki gözlüyün şüşələrini tərdən
qoruyan xüsusi qələm də daxildir.
QP-5 və QP-5M əleyhqazlar kiçik ölçülü (QP-5 tipli)
süzücü- uducu qutu və şlam-maska tipli üzlük hissə ilə
komplektləşdirilir. QP-5m əleyhqazının şlam-maskasında
membranlı qutu var (qutuda danışıq tərtibatı yerləşdirilmişdir).
QP-5 və QP-5m əleyhqazlarının üzlük hissələrində birləşdirici
boru olmur, onlar bilavasitə süzücü-uducu qutuya birləşdirilir.
Şlem-maskalar beş ölçüdə (membranlı şlam maskalar 4 ölçüdə)
buraxılır. Şlem-maskanın ölçüləri onun çənəaltı hissəsində
rəqəmlərlə göstərilir (şəkil 1).

Şəkil 15. Süzücü əleyhqaz - QP-5


QP-5 tipli əleyhqazların üzlük hissəsini seçərkən başı:
kəllə -yanaqlar-çənəaltı hissədən keçən dairəvi xətt üzrə
ölçürlər. Alınan nəticəni 0.5 sm-ə qədər yuvarlaqlayırlar (şəkil
2).

Dairəvi xətt üzrə sm ilə ölçüəri Şlem-maskanın ölçüləri


63 sm-ə qədər 0
63,5-65,5 1
66-68 2
68,5-70,5 3
71 sm və daha çox 4
Şəkil 2. Süzücü əleyhqaz QP-5-in üzlük hissəsini
seçmək üçün adamın üzünün ölçülməsi

QP-7 tipli əleyhqazlar iki növdə buraxılır: QP-7 və QP-


7VM, bunlar bir-birindən üzlük hissələri ilə fərqlənir. QP-7
əleyhqazı danışıq tərtibatlı və suiçmə tərtibatı olmayan MQP
tipli üzlük hissə ilə komplektləşdirilir. QP-7VM əleyhqazı isə
danışıq tərtibatı və ordu su qabından (flyaqa) içmək üçün suiçmə
tərtibatı olan MQP tipli üzlük hissə ilə komplektləşdirilmişdir ki,
bu da zəhərli atmosferdə işləyərkən adamın su içə bilməsinə
imkan yaradır.
Şəkil 3. QP-7 VM tipli əleyhqaz

Respiratorlar. Tənəffüs orqanlarını radioaktiv maddə və


bakterial vasitə aerozollarından (tozlarından), habelə zəhərli tüstülərdən
mühafizə üçün respiratorlardan istifadə olunur. ZM buxarlarından
mühafizə üçün respiratorlar yararlı deyil.

Şəkil 2. U-2K markalı respirator


1.Клапаны вдоха слева и справа
2.Экран
3.Клапан выдоха (через него выходит воздух)
4.Полумаска
5.Эластичные тесемки (для крепление респиратора)
6.Не растягивающиеся тесемки (для крепление
респиратора)
Так же респиратор У2К не рекомендован к использованию
для людей, страдающих заболеваниями органов дыхания,
пожилых и слабых здоровьем.
Для надежной фиксации средства защиты на
голове респиратор У2К имеет оголовье, которое может
регулироваться индивидуально под физические параметры
каждого пользователя. Так же на респираторе имеется
металлический зажим для плотной фиксации устройства в
области носа. Максимальный срок эксплуатации
респиратора – до 30 рабочих смен, но все зависит от
условий работы, запыленности помещения,
продолжительности смен и многих других факторов.
Респиратор У2К двухслойный и состоит из внешнего
понополиуретанового слоя и внутреннего –
полиэтиленового. Между ними заключен
высокоэффективный фильтрующий материал, который и
осуществляет очистку воздуха попадающего
непосредственно в легкие. Так же респиратор имеет фильтр,
через который легко осуществлять выдох.
Особенность респираторов У2К:
Особенностью и большим плюсом респиратора данной
модели является то, что он может применяться в любой
климатической зоне. У него широкий диапазон рабочих
температур: от -10С до +35С. Так же его можно
эксплуатировать при высокой влажности – до 98%. Но не
рекомендуется использовать данное средство защиты в
условиях, когда в воздухе повышенное содержание
отравляющих и ядовитых веществ, так как против
большинства из них он не эффективен.
Респираторы У-2К предназначены
для индивидуальной защиты органов дыхания человека от
самых разнообразных видов промышленной пыли, которые
присутствуют в воздухе: металлической - чугунной,
железной, медной, стальной, свинцовой, силикатной
другой; минеральной – наждачной, угольной, известковой,
цементной, стеклянной, от удобрений и пигментов и
другой. Помимо защиты от промышленной
пыли, респиратор У-2К также защищает от следующей
пыли: животной – пуховой, шерстяной, костной, роговой,
кожаной и растительной – хлопковой, пеньковой,
древесной, мучной, табачной, сахарной.
Респираторы У-2К широко используют при работе со
всевозможными ядохимикатами, порошкообразными
удобрениями, и разными синтетическими моющими
средствами, которые не выделяют токсичные газы и пары.
Противоаэрозольная маска У-2К снабжена одним
клапаном выдоха и двумя клапанами вдоха. Это позволяет
обеспечить оптимальный режим работы, исключается
увлажнение, которое, как известно, мешает нормальному
дыханию в респираторе. Внешний слой фильтра состоит из
пенополиуретана, внутренний же - из полиэтиленовой
пленки. Респиратор всегда должен плотно прилегать к лицу.
Плотность прилегания респиратора регулируется носовым
зажимом и оголовьем.
Респиратор У-2К используют при выполнении любых работ
средней степени тяжести в разных климатических условиях
при температурном диапазоне от -10 градусов до +35
градусов по Цельсию и при влажности до 98%.
Концентрация вредных веществ в этом случае не должна
превышать 100мг/м3.
Респиратор У-2К выпускается трех размеров – 1, 2, и
3. Респиратор должен иметь сертификат соответствия и
гигиеническое заключение, что гарантирует его
безопасность для человека.

Tənəffüs orqanlarını mühafizə edən ən sadə vasitələr. Belə


vasitələrdən əhali respirator kimi istifadə edə bilər. Bunlar quruluşca
çox sadədir, ona görə də əhalinin özü tərəfindən hazırlanan kütləvi
vasitəsi olaraq işlədilməsi tövsiyə edilir. Tənəffüs orqanlarının ən sadə
mühafizə vasitələrinə tozdan qoruyan parça maska PTM-1 və pambıqlı
tənzif sarğı aiddir. Hər bir adamın iş və yaşayış yerində belə mühafizə
vasitələri olmalıdır.

Şəkil 4. Tənəffüs orqanlarını mühafizə edən ən sadə vasitələr

Tozdan qoruyan PTM-1 parça maskası iki əsas hissədən


- maskanın gövdəsindən və bərkidici hissədən ibarətdir.
Maskanın gövdəsi 2-4 qat parça-dan hazırlanır, onun göz yerləri
olur ki, buraya şüşə lövhəcikləri (və ya hər hansı şəffaf material,
plyonka) salınır.
Maska başa onun yan kənarları boyu tikilmiş parça zolaq
(bərkidici hissə) vasitəsilə geyilir. Bərkidici hissənin yuxarı tikiş
yerindəki rezin və aşağı tikiş yerindəki bağlar vasitəsilə,
həmçinin gövdənin yuxarı kənarı boyu eninə bənd edilmiş rezin
vasitəsilə maskanın üzə kip yatması təmin edilir ki, bu da
maskanın altına zəhərli hava keçməsinin qarşısını alır.
Nəfəsalma zamanı parçanın bütün qatlarından keçən hava
maskanın bütün səthində süzülüb təmizlənir.
Pambıqlı tənzif sarğı ölçüləri 100x50 sm olan tənzif
parçasından hazırlanır. Onun orta hissəsinin üzərinə 30x20 sm
sahədə qalınlığı 2 sm olan pambıq qatı döşəyir, tənzifin artıq
qalan hər iki kənarını uzununa pambıq qatı üstünə qatlayır,
tənzifin uclarını ortadan uzununa kəsirlər, bu zaman iki cüt bağ
alınır. Sarğının taxarkən onun aşağı bağları kəllədə, yuxarı
bağları isə peysərdə bənd edilir. Pambıqlı tənzif sarğı ağızı və
burunu əhatə edib örtməlidir. Belə sarğılar ancaq bir dəfə
istifadə üçün yararlıdır. Parça maska və ya sarğı olmadıqda
dəsmaldan, şərfdən, yaylıqdan və s. istifadə etmək lazımdır.
Gözləri radioaktiv tozdan qorumaq üçün tozdanqoruyan eynək
daim səthini mühafizə vasitələri-bədənin açıq sahələrini,
paltarları, sursatı və ayaqqabıları onların səthinə ZM damcıları,
yoluxucu xəstəliktörədiciləri, radioaktiv toz düşməsindən,
həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə
etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə
(ümumqoşun mühafizə komplekti - OZK, yüngül mühafizə
kostyumu L-10 və əlaltı vasitələr (məişət paltarlarının ünsürləri)
növlərinə ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin
süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri
olur.
Süzücü materialdan tikilən mühafizə paltarları ya
həmişə, ya da vaxtaşırı istifadə üçündür. Belə paltarlar adi
parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən
ibarətdir. Özünün sanitariya - gigiyenik xassələrinə görə belə
paltarlar hər gün geyilmək üçün ya¬rarlıdır.
Dərini mühafizə edən süzücü vasitələrə ZFO-58 markalı
süzücü mühafizə paltarı komplekti (dəsti) aiddir: Bu paltar dəsti:
xüsusi biçimli və xüsusi kimyəvi maddə - pasta məhlulu
hopdurulmuş parça kombinezondan, habelə kişi alt paltarından
(tuman və köynək), parça şlemaltlıqdan, iki cüt portyankadan
(ayağa sarınan parça zolaqları) ibarətdir ki, bunların bir cütünə
də kombinezona hopdurulmuş pasta hopdurulur. Hopdurucu
pasta məhlulu ya zəhərləyici maddə buxarlarını tutub saxlayan
(adsorbsiya tipli), ya da bu buxarları neytrallaşdıran
(xemosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir. Alt
paltarlar, şlemaltlıq və hopdurulmuş bir cüt portyanka adamın
bədəninə kombinezonun sürtünməsinin və kombinezona
hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının qarşısını
almaq üçündür.
Süzücü mühafizə paltarı komplektindəki
kombinezonların ölçüləri: birinci ölçü - boyu 160 sm-ə qədər,
ikinci ölçü - boyu 160 sm- dən 170 sm-ə qədər və üçüncü ölçü -
boyu 170 sm-dən artıq olan üçündür.
Dərini təcridedici mühafizə vasitələri – havakeçirməyən
materialdan hazırlanır, həm tam hermetik (adamın bütün
bədənini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum
və kombinezonlar), həm də qismən, yaxud tamamilə qeyri-
hermetik (plaşlar, bürünclər, önlüklər və s.) ola bilər. Qismən
qeyri-hermetik vasitələr (ümumqoşun mühafizə komplekti
OZK, yüngül mühafizə komplekti L-l, mühafizə kombinezonu
və ya kostyumu), əsasən maye damcıları halındakı ZM-dən
mühafizə edir.
Ümumqoşun mühafizə komplekti OZK- mühafizə
plaşından, mühafizə corablarından və mühafizə əlcəklərindən
ibarətdir, adətən, hopdurulmuş üst və alt paltarların üstündən
geyilir
Yüngül mühafizə kostyumu L-l (şəkil 5) rezınləşdirilmiş
parçadan hazırlanan başlıqlı köynəkdən, corablı şalvardan,
ikibarmaqlı əlcəklərdən və şlemaltlıqdan ibarətdir.
Dərini təcridedən mühafizə vasitələri MM dəstələrinin
şəxsi heyəti üçün nəzərdə tutulmuşdur. Bunlardan ZM-in yüksək
konsentrasiyası şəraitində zəhərli sahələrdə iş aparılarkən,
habelə deqazasiya, dezaktivasiya və dezinfeksiya işləri yerinə
yetirilərkən istifadə edilir.

Şəkil 5. Yüngül mühafizə kostyumu - L-l;


1- gödəkcə başlıqla; 2- şalvar corabla; 3- başlıqaltı; 4 - əlcək; 5
- torba.

Radioaktiv tozdan mühafizə olunmaq üçün əhali adi


paltarları uyğunlaşdıra bilər. Belə paltarların hermetikliyini
təmin etmək üçün onlara əlavə hissələr: sinəbənd, başlıq,
şalvarların yanda düymələnən yerlərinə xiştəklər tikmək
lazımdır. RM-dən mühafizə üçün həmçinin dəri səthini qoruyan
əlaltı vasitələrdən (əlavə olaraq kipləşdirilmiş məişət, iş, idman
paltarı və ayaqqabılarından, digər fərdi geyimlərdən) istifadə
oluna bilər.
Yadda saxlamaq lazımdır ki, təcridedici mühafizə
paltarlarında qalmaq müddəti məhduddur.

Tibbi fərdi mühafizə vasitələri


Tibbi fərdi mühafizə vasitələri (TFMV) – fövqəladə
hallar vaxtı zədələnmiş əhalinin profilaktikası və ona tibbi
yardım göstərmək üçün nəzərdə (tutulmuşdur. Bu vasitələrin
köməyi ilə adamların həyatını xilas etmək, zəhərlənmənin
qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra
zədələyici amillərin (ionlaşdırıcı şüalanma, güclü zəhərlər,
bakterial vasitələr) təsirinə qarşı orqanizmin dayanaqlığını
(müqavimətini) artırmaq mümkündür. Bunlara radio
projektorlar, antidotlar (zəhər əleyhinə dərman) və bakteriya
əleyhinə maddələr, habelə qismən sanitariya tənzimlənməsi
vasitələri aid edilir.
Radioprojektorlar - ionlaşdırıcı şüalanmanın təsir
dərəcəsini zəiflədən maddələrə deyilir. Hazırda bunlardan on
çox istifadə ediləni həb şəklindəki sistamın adlı maddədir. Bu
həbləri şüalanmadan (MM dəstələri radioaktiv zəhərlənmə
zonasına girməzdən) 30-40 dəq. əvvəl qəbul etmək məsləhətdir.
Orqanizmə keçən radioaktiv maddələrdən mühafizə
üçün xeyli təsirli tibbi vasitə olaraq kompleksyaradan
(komplekson) maddələrdən, adsorbentlərdən, kalium yodid
maddəsindən istifadə etmək olar ki, bunlar radioaktiv maddənin
qana sorulmasının qarşısını alır və onların orqanizmdən tez
çıxarılmasına imkan yaradır.
Antidotlar (zəhər əleyhinə dərman) - ZM-n təsirinin
qarşısını alan və ya zəiflədən maddələrdir. Sinir-iflicedici
(fosforlu-üzvi) təsirli, sianid turşusuna və digər sianlara, lüizitə
və qıcıqlandırıcı ZM- yə qarşı antidotlar vardır.
Fosforlu-üzv maddələr (FÜM) əleyhinə - afin, taren,
atropin və s. sianidlərə qarşı - amilnitrit, propilnitrit adlı; lüizitə
və arsin tərkibli digər maddələrə qarşı unitol adlı antidotlar
mövcuddur. Bu antidotlardan həm profilaktika, həm də ilk tibbi
yardım vasitəsi kimi istifadə etmək mümkündür.
Bakteriya əleyhinə maddələr - spesifik və qeyri-spesifik
profilaktika vasitələri növlərinə ayrılır. Spesifik profilaktika
vasitələrinə zərdablar, vaksinlər, ana-toksinlər və bakteriofaqlar
aiddir. В vasitələrin bəziləri fərdi aptekçədə (Aİ-2 fərdi
aptekçəsində) cəmlənmişdir.
Tabel üzrə olan fərdi tibbi mühafizə vasitələrinə fərdi
aptekçə Aİ-2, kimya əleyhinə fərdi paket İPP-8 və fərdi sarğı
paketi aiddir.
Aİ-2 fərdi aptekçəsində insan orqanizminə ionlaşdırıcı
şüalanmaların, ZM və BV-nin təsirinin qarşısını alan və ya bu
təsiri zəiflədən, habelə şok halının qarşısını alan preparatlar (tibb
dərmanları) olur. Aptekçə narıncı rəngli plastik kütlə
materialdan düzəldilmiş kiçik qutudan ibarətdir, içərisində
plastik kütlə şpris-tibik və dərman penalları yerləşdirilmişdir
(şəkil 6).
Şəkil 6. Fərdi aptekçə - Aİ-2.

Sümüklər sınarkən, ağır yaralanma və geniş yanıqlar


zamanı ağrı şokuna qarşı ağrıkəsən dərman - 1 ml 2%-li
promedol məhlulu işlədilir; məhlul aptekçənin 1-ci
bölməsindəki şpris-tibik vasitəsilə əzələyə (dəri altına) yeridilir
(sülh dövründə şpris-tibik aptekçədən çıxarılıb ayrı saxlanılır).
Fosforlu-üzvi maddələrlə zəhərlənməyə qarşı aptekçədə
tabel antidotu olaraq taren həbləri vardır (2-ci bölmədə yerləşir).
Tarenin bir həbinin "Kimya həyəcanı" xəbərdarlığı verilərkən
qəbul edirlər; zəhərlənmənin əlamətlərini aşkar olunarkən daha
bir həb taren qəbul etmək lazımdır.
Aptekçənin 3-cü bölməsindəki ağ rəngli iri penalda
bakteriya əleyhinə 2 №-li dərman - sulfadimetoksin (15 həb)
yerləşir, bunu zəhərlənmədən sonra mədə-bağırsaq pozuntusu
baş verərkən qəbul edirlər.
İonlaşdırıcı şüalanmanın təsirinə orqanizmin
müqavimətini artırmaq üçün radiasiya əleyhinə l №-li dərman
(sistamin) işlədilir. Bu dərman 4-cü bölmədəki iki çəhrayı
penalın hər birində 6 həb miqdarında olur. Penallardakı dərmanı
şüalanma təhlükəsi zamanı bilavasitə şüalanmadan 30-40 dəq.
əvvəl 6 həb, şüalanma davam etdikdə isə 4-5 saatdan sonra
yenidən 6 həb qəbul edirlər. Bu dərmanların səmərəliliyi 50%
təşkil edir.
5-ci bölmədəki iki rəngsiz penalda bakteriya əleyhinə l
№-li dərman tetroskilin (hər penalda 5 həb miqdarında) olur. Bu
dərman bakterioloji zəhərlənmə təhlükəsi yaranarkən və ya belə
zəhərlənmə zamanı qəbul etmək məsləhət görülür (təcili qeyri-
spesifik profilaktik vasitə olaraq, habelə yara və yanıq
yoluxmalarının profilaktikası məqsədilə).
6-cı bölmədə radiasiya əleyhinə 2№-li dərman (kalium-
yodid) penalı yerləşir. Bu dərman radioaktiv çöküntülər
düşərkən, xüsusən radioaktiv maddələrlə zəhərlənmiş ərazidə
otarılan inəklərin südü ilə orqanizmə radioaktiv maddə keçməsi
təhlükəsi olarkən 10 gün ərzində, gündə 1 həb qəbul edilir.
Orqanizmin şüalanmaya, ürəkbulanması, və qusma ilə
meydana çıxan ilk reaksiyanın aradan qaldırmaq üçün
etaperazin dərmanından istifadə edilir, bu dərman 7-ci
bölməsindəki göy rəngli penalda yerləşir.
Kimya əleyhinə fərdi paket (ÎPP-8)-dəri səthinin ZM
damcıları və ya dumanı ilə habelə radioaktiv maddə və bakterial
vasitə aerozolları ilə zəhərlənmiş açıq sahələrini, bu sahələrə
toxunan paltar hissələrini qismən sanitariya təmizlənməsindən
keçirmək (təmizləmək) üçündür. Bu paket içərisində hər cür
ZM-ni zəhərsizləşdirmək üçün polideqazasiya mayesi olan şüşə
flakondan və 4 ədəd pambıq-tənzif salfetdən ibarətdir (şəkil 7).
Şəkil 7. Fərdi kimyəvi paket və ondan istifadə etmək
qaydaları

Bir sıra ZM, xüsusən fosforlu - üzvi maddələr, hətta


fiziki zədələnməsi olmayan dəri örtüyündən bədənə sürətlə
sorula bildiyi üçün deqazasiyanın səmərəliliyi zəhərlənmədən
sonra sanitariya təmizlənməsinə başlanması müddətdən
bilavasitə asılı olur. Qismən sanitariya təmizlənməsi ZM
mühafizə edilməmiş dəri örtüyünə təsir göstərəndən sonrakı 5
dəq müddətində keçirilsə, onda təmizlənmə son dərəcədə
səmərəli olacaqdır.
ƏDƏBİYYAT
1. Rəsulov S.R., Allahverdiyev Z.S., İsmayılova M.M.
Mülki müdafiə. Dərslik –Bakı, 2016, 350 s.
2. O c a q o v H.Q. Mülki müdafiə. – Bakı, 2010.
3. M ə l i k o v B. Mülki müdafiə. – Bakı, 2011
4. Maksimov M.T., Ocaqov H.O. Radioaktiv
çirklənmələr və onların ölçülməsi. Bakı, 1989
5. H a c ı y e v N.M., M a h m u d o v S.H. Aqrar sahədə
mulki mudafiə. Dərs vəsaiti. – Gəncə, 2011.
6. Гражданская оборона / Под ред. Е.П.Шубина. –
М.: Просвещение, 1991.
7. www.enpi-fleg.org.
8. www.panaseya.az (tibbi-müdafiə vasitələri).

You might also like