You are on page 1of 5

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN KOOPERASİYA UNİVERSİTETİ

Sərbəst iş №4

Fakultə: Turizm işinin təşkili


Kurs: 1
Qrup: 565
Tələbə: Semrac Əliyev
Fənn: Azərbacan dili
Müəllim: Şəlalə Tanrıverdiyeva
Mövzu: Əlifba və onun tarixi

Bakı-2022
Əlifba-İnsandanışığındakı hər bir səsin qrafik xətlə qeydləri sistemi. Hərflərin müəyyən
qayda ilə düzülüşü əlifba adlanır. Əlifba sözü ərəb dilindən alınmadır. Ərəb dili əlifbasının
birinci iki hərfinin adları əsasında düzəlmişdir: əlif+ba. Yunanlarda əlifba anlamında alfavita
işlənmişdir. Bu da yunan əlifbasının birinci iki hərfinin adının birləşməsidir: alfa+vita. Sonralar
vita hərfinin adı dəyişərək beta olmuşdur və buradan da alfabeta (alfa+beta) termini meydana
gəlmişdir.

Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbadan istifadə olunur. Dünya əlifbalarının,
eləcə də keçmişdə istifadə olunmuş və hazırda elmə məlum olan əlifbaların hamısının
protosemit vahid yazı sistemindən nəşət tapması elmdə təsdiqini tapmışdır. Protosemit yazı
sistemi eramızdan əvvəl II minilliyin birinci yarısında Suriya-Fələstin regionunda yaranmış və
müxtəlif variantları olmuşdur. Bu yazı variantlarını düzəldənlər ilk əlifbaların yaradıcıları hesab
olunurlar. Protosemit yazısı iki qola – cənubi semit və şimali semit yazıları qollarına bölünür.
Cənubi semit yazısının müasir dövrə qədər gəlib çıxmış yeganə varisi Həbəşistanda qəbul
edilmiş amxar şriftləridir. Bütün digər məlum əlifbalar öz əsasını şimali semit yazılarından
götürmüşdür. Şimali semit yazıları da iki– xananey və aramey qollarına ayrılır: Finikiya və
qədim yəhudi əlifbaları (müasir yəhudi kvadratik yazısının əsasında aramey yazıları durur)
mənşəcə Xananey yazılarından törəmişdir. Protosemit yazısının Aramey qolu əsasında Asiya,
Yaxın Şərq, Şimali Afrikadakı əlifbalar, ərəb, yəhudi əlifbaları və Hindistandakı devanaqari
əlifbası meydana gəlmişdir. Şimali semit əlifbasının 22 işarəsi və bu işarələrin hər birinin öz adı
olmuşdur.

Türk xalqlarının qədim əlifbası run əlifbasıdır. Run və oqamik yazılarından bir sıra alman
xalqları, o cümlədən anqlosakslar və vikinqlər istifadə etmişlər. Türk run əlifbasının kökünün
həmin əlifbalardan gəlməsi qeyd olunur. Qədim run yazılı abidələri bizim eranın III əsrinə aid
edilir. Run yazıları bucaqlı yazı formasına malikdir, onun işarələri daha çox düz xətt
parçalarından istifadə əsasında düzəlmişdir. Dairəvi və oval şəkilli elementlər bu yazılarda
məhdud miqdardadır. Türk run əlifbasının eramızın 7–11-ci əsrlərində istifadə olunması qeyd
olunur. Bu yazının alman run yazıları ilə oxşarlığı şübhə doğurmur. Qədim türk run yazıları,
işarə və mətnləri Monqolustan, Çin, Sibir və Orta Asiya ərazilərində yayılmışdır. Həmin yazılar
əsasən daş, sümük, metal üzərində yazılmışdır. Kağız üzərində yazılmış mətnlər də mövcuddur.
Qədim run yazıları yarımkonsonantlığı ilə seçilir.

Daha doğrusu, bu yazılarda saitlərin hamısının istifadə olunması ifadəsini tapmır. Bu


əlifbada 4 sait, 34 samit və samit birləşmələri olmuşdur. Run yazısı işarələrinin əsasında türk
qəbilə və tayfalarına məxsus damğaların durması fikri də həqiqətə uyğundur. Türk run yazıları
ilə daş üzərində yerinə yetirilmiş Orxon-Yenisey abidələrindən ən qədimi Ongin abidəsi sayılır.
Tədqiqatçılar bu abidənin ya 692-ci, ya da 689-cu ildə qoyulması fikrinə üstünlük verirlər.

Azərbaycan ərazisində daha qədim tarixə malik əlifbanın mövcudluğu elmdə təsdiq
olunmuş faktdır. Q. Voroşil erkən orta əsr mənbələrində bizim eranın 6-cı əsrinin əvvəllərində
aran (Azərbaycan) yepiskopu Kardastın Şimali Azərbaycan və Cənubi-qərbi Dağıstan hunları
üçün türk yazısını yaratmasının qeyd olunmasını göstərir. Bu fakt A. M. Şerbakın və A. N.
Kononovun əsərlərində də səslənmişdir.

1970-ci ildə Dağıstan ərazisində üstü yazılı yastı daş tapılmışdır. Daşın hər iki tərəfində
yazılar vardır. Bu yazılar əlifba hərflərinin işarələri şəklindədir. Eramızın III–VII əsrlərinə aid
edilən bu yazılı abidə üzərində Azərbaycanda istifadə olunmuş əlifbanın 44 işarəsi həkk
olunmuşdur. Qeyd etmək lazımdır ki, bu işarələr 1948–1952-ci illərdə Mingəçevir Su Elektrik
Stansiyasının tikintisidə torpaq işlərinin görülməsi zamanı tapılmış, eramızın V–VII əsrlərinə
aid edilən səkkiz epiqrafik abidədəki işarələrlə oxşardır. Bu da Azərbaycan və indiki Dağıstan
ərazilərində hələ eramızın V əsrində istifadə olunmuş qədim əlifba haqqındakı faktların
doğruluğunu bir daha təsdiq edir.

Qədim run türk əlifbasını latın, Azərbaycan ərazisindəki alban əlifbasını ərəb əlifbası
sıxışdırıb istifadədən çıxarmışdır. Hazırda dünyada latın, slavyan və ərəb əsaslı əlifbalar geniş
yayılmışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, qədim əlifbalar yazının istiqamətinə görə də
bir-birindən fərqlənmişdir. Yazının hansı istiqamətdə yazılmasından asılı olaraq yazılar əsas iki
yerə bölünür: şaquli avə üfuqi yazılar. Şaquli yazıların iki növü vardır: a) sağdan sola şaquli
yazılar; bu yazıda heroqliflər yuxarıdan aşağıya doğru alt-alta, sətirlər isə sağdan sola sıralanır.
Bu yazı formasından çinlilər, yaponlar və koreyalılar istifadə etmişlər. Hazırda Çində üfuqi yazı
formasından istifadə olunur; b) soldan sağa şaquli yazılar; bu yazıda hərflər yuxarıdan aşağıya
yazılır. Sətirlər isə soldan sağa sıralanır. Monqol və mancurlar bu yazı formasından istifadə
etmişlər.

Üfuqi yazı formaları daha geniş yayılmışdır. Üfuqi yazıların üç forması vardır: sağdan
sola; b) sağdan sola, soldan sağa; c) soldan sağa. İkinci növ yazı üsulu bustrofedon yazı adlanır.
Onun qüsurlu cəhəti ondadır ki, istiqamət dəyişdikdə hərflərin yazılışı güzgüvari şəkildə
dəyişir.

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu
əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən
təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə
2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil
Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu
nəzərə alaraq imzalayıb.

Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması,
dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi
deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı
olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı,
onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla,
mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı
tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul
2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi
ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi
dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı
sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və
mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin
yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin
və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir. Azərbaycan xalqının əlifbası tarixin
müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb,
sonuncu kiril qrafikalı əlifba isə ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun
olmamasına baxmayaraq qəbul edilib. Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan
yeni əlifba yaratmaq XX əsrin 80-cı illərinin sonlarında az bir zaman ərzində ümumxalq
arzusuna çevrilib.

Xalq milli mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz
istəyinə nail olmağı qarşıya məqsəd qoymuşdu. Həmin dövrdə Azərbaycanda baş verən oyanış
hərəkatı bir çox ziyalılarla yanaşı, görkəmli dilçi alim Afad Qurbanovun da diqqətini
Azərbaycan xalqının taleyüklü problemlərinin həllinə yönəldib. Həmin problemlərdən biri də
Azərbaycan xalqının kiril qrafikalı əlifbasının dəyişdirilməsi və Azərbaycan dilinin dövlət dili
kimi qanuniləşdirilməsi, onun daha fəal işlədilməsi, habelə ictimai və başqa funksiyalarının
genişləndirilməsinnin təmin edilməsi olub. Bu dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya
keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanovdur. 1990-cı il
avqustun 1-də onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba
mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o komissiyanın sədri təyin edilib.

Azərbaycanda əlifba islahatının aparılmasında Afad Qurbanovun Əlifba Komissiyasının


sədri və latın qrafikası əsasında hazırlanmış və bu gün istifadə edilən Azərbaycanın yeni
müstəqil əlifbanın müəllifi kimi böyük xidmətləri olub. İstedadlı dilçi alim, bacarıqlı təşkilatçı,
akademik Afad Qurbanov bütün qüvvə və bacarığını xalqın arzu və istəyini əks etdirən bu
mühüm işə - Azərbaycan üçün yeni müstəqil əlifbanın hazırlanmasına həsr edib. Yeni əlifba
layihəsinin hazırlanması və Azərbaycan dili haqqında qanun layihəsinin tərtib olunması işi ilə
yanaşı, görkəmli dilçi alim və ictimai xadim Afad Qurbanov 1990-1995-ci illərdə Milli
Məclisin deputatı kimi geniş ictimai-siyasi fəaliyyət göstərərək bu sahələrdə də xeyli işlər
görüb. Onun deputat platformasının əsas tezislərindən məhz latın qrafikalı yeni əlifbaya
keçidin, Azərbaycan dilinin daha fəal işlədilməsinin, habelə onun ictimai və başqa
funksiyalarının genişləndirilməsinin təmin edilməsi məsələləri olub.

You might also like