You are on page 1of 10

Cənubi Qafqazda Midiya və Əhəmənilərin ağalığı.

1
Midiya tarixi haqqında ilk məlumat verən Herodot olmuşdur. Antik müəlliflərdən
Herodotla yanaşı Diodor, Plutarx, Strabon, Ammion Martselin və bir çox başqa tarixçilər və
coğrafiyaşünaslar Midiya tarixinə dair maraqlı məlumat qoyub getmişlər. Herodot göstərir ki,
midiyalılar 6 tayfadan – buslar, paretagenlər, struxatlar, arizantlar, budilər və maqlardan ibarət
idi. O, hər bir tayfanın sakin olduğu yeri də göstərməyə səy göstərmişdir. Bu ölkənin
öyrənilməsində Assuriya daşüstü yazıları və Assuriya-Babil mənbələri də əhəmiyyətli məlumat
verirlər, Midiya ərazisində artıq e.ə. II miniliyin başlanğıcında xüsusi sahibkar təsərrüfatı var
idi. Qabaq Asiyanın bütün başqa ölkələrində olduğu kimi, Midiya ərazisində 3 təsərrüfat vahidi-
xüsusi, icma və car təsərrüfatı vahidləri olmuşdur. Sonuncu təsərrüfat sahəsində toxuculuq,
dəmirçilik, silah istehsalı, əkinçilik alətləri hazırlamaq, dərzilik, dülgərlik və s. kimi peşələr
geniş yer tuturdu. Çar sənətkarlıq təsərrüfatındakı emalatxanalarda çalışan işçi qüvvəsi
qullardan, qul halına gətirilmiş hərbi əsirlərdən, ayrıca kəndlərdə yaşayan müxtəlif ixtisaslı azad
sənətkarlardan ibarət idi.

Midiya dövlətini yaradan və hakimiyyətdə olan tayfa madaylar olmuşdur. Əksər Avropa
və Rusiya iranşünasları madayların farsdilli xalq olmasını güman edirlər. Bəzi müəlliflər
midiyalı və maday anlayışlarını ümumiləşdirərək bütün midiyalıların irandillilər olmasını
yazmışlar. Hətta qədim fars dilində İrandilli tayfaların dialektlərinə mənsub olan, lakin o
zamankı rəsmi fars dilindən fərqlənən dialekt sözlərini midizmlər adlandıraraq madayların
irandilli olmasını göstərən faktlar kimi göstərmişlər. Qiyasəddin Qeybullayev qeyd edir
ki: "Midiyalılar deyilərkən Midiya imperiyasında yaşayan əhali nəzərdə tutulursa, əlbəttə, orada
irandillilər-müasir farsların, kürdlərin, talışların, giləklərin, tatların və b. ulu əcdadları da vardı.
Lakin bütün dövrlərdə türkmənşəli Midiya dövlətinin,
farsmənşəli Əhəmənilər və Sasanilər dövlətlərinin ərazilərində heç vaxt irandilli əhali
əksəriyyət təşkil etməmişdir. Əgər irandillilər mənasında-midiyalı dedikdə, maday etnik adını
daşıyanları nəzərdə tuturlarsa, bu doğru deyil və real tarixi faktlar qarşısında qondarma fikir
kimi görsənir."

1
Qəniyev H.Q. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək) Ali məktəblər üçün dərslik. Bakı,
2019, “Elm və Təhsil” nəşriyyatı, 499 səh.
Üç cildlik Azərbaycan tarixinin birinci cildində isə yazılır ki: "Midiya taryfaları irandilli
tayfalar deyildilər, yalnız sonradan Midiya farslar tərəfindən işğal edildikdən sonra müəyyən
qədər farslaşmaya məruz qalmışdılar.

Fraortanın hakimiyyəti dövründə midiyalılar Mannanı özlərinə tabe etdilər. Manna


dövləti süqut etdi. Bundan sonra ümumi "midyalılar" məfhumu Azərbaycanın cənub hissəsində
yaşayan mannaları və başqa tayfaları da əhatə etdi." İqrar Əliyev isə Atropatenanın tarixinə
dair əsərində E. A. Qrantovskiyə istinad edərək Mannada kifayət qədər irandilli ünsürlərin
olduğunu yazmışdır. Onun fikrincə Atropatenanın əhalisi əsasən irandilli idi. Odur ki, S.
Qasımova III–VII əsrlərdə Cənubi Azərbaycanda "qədim İran Midiya dialektləri" ifadəsini
işlətmişdir. Cənubi Azərbaycan ərazisində əhalinin irantipli azəri dilində danışması fikri də
bununla bağlıdır.

Bu fikri söyləyən tədqiqatçılar X əsr ərəb müəllifi Yəqubinin Azərbaycanda yaşaması


haqqında məlumata əsaslanırlar: "Azərbaycanın şəhər və mahallarının əhalisi əcəm azəriləri
ilə Babəkin olduğu əl – Bəzz şəhərinin sahibləri qədim Cavidanilərin qarışığıdır".Q.
Qeybullayev qeyd edir ki, bu məlumatda atropatenlilərin hamısının azəri dilində danışması
göstərilmir. Sübut olunmuşdur ki, azəri dilinə aid materiallar Cənubi Azərbaycanın şimal–şərq
kuncünə – Ərdəbil mahalına aiddir. Tarix elmləri namizədi X. Xəlili isə yazır: "Bütün mənbə və
tədqiqatlar madayların maddi və mənəvi mədəniyyətlərinin bütün çalarları
ilə farslardan fərqlənməsi və mədəni cəhətdən onlardan üstün olması, gəlmə farsların
madaylardan mədəniyyət əxz etməsi haqqında məlumat verir. Madayların mədəni üstünlüyünün
nəticəsi idi ki, Əhəməni sülaləsinin süqutu ilə farslar müstəmləkə altına düşdüyü halda,
madaylar müstəqilliyə nail olub öz dövlətini qurur və azad inkişaf yolu keçirirlər. Etno–mədəni
inkişaf prosesində ölkənin və etnosun adında dəyişiklik yaranır. Midiya
adından Atropatena adına keçilir".

2
Cənubi Azərbaycanda və İran Kürdüstanında qərarlaşmış madalıların dini görüşləri
haqqındakı müəyyən təsəvvürü bizə onomastik material verir; bu, ilk
növbədə, Aşşur mətnlərində xatırlanmış hökmdarların, tanrıların adlarıdır. Daha sonra erkən
Mada ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış məbədlərdir.
2
Azərbaycan tarixi. Z.M. Bünyadov və Y.B.Yusifovun redaktəsilə, 1-ci cild, Bakı, 1994.
3
Bu zonanın e.ə. IX–VIII əsrlərə aid olan onomastikasında spesifik mazdaistik anlayışlar
mövcuddur. Bu cəhət erkən Mada vilayətlərində və ona qərbdən bitişik olan vilayətlərdə
mazdaizm və yaxud bir sıra mazdaistik təlimlərinin yayılması haqqında alimlərə fikir
söyləməyə imkan verir. Lakin mütəxəssislər, bu erkən mazdaizmin "Avesta"da öz əksini tapmış
zərdüşti mazdaizminə (daha doğrusu, mazdayasnizmə) nə dərəcədə uyğun olduğunu deməyə
çətinlik çəkirlər.

Sonradan madaylar digər Azərbaycan tayfaları ilə etnokonsolidasiya olunduğundan


onların mədəniyyəti də Azərbaycan ərazisindəki digər türk tayfalarının mədəniyyəti ilə qarışmış
və vahid Azərbaycan mədəniyyətini formalaşdırmışdır. Midiyanın özünəməxsus mədəniyyəti
olmuşdur. Mövcudluğunun qısamüddətli olmasına baxmayaraq, Mada dövləti Azərbaycanın
hüdudlarından xeyli uzaqda olan çoxsaylı tayfalara və xalqlara təsir etmiş, Yaxın Şərqin mədəni
və dini mərkəzinə çevrilmidi. Strabon yazırdı ki, madaylar ermənilərin və daha öncə farsların,
onların hökmdarlarının və Asiyada hökmdarlıq adətlərinin baniləridir. Şübhəsizdir ki, Mada
dövrü Cənubi Azərbaycan tayfalarının tarixində mühüm nailiyyətlər və müxtəlif dəyişikliklər
zamanı olmuşdur. İran və Cənubi Azərbaycan sakinlərinin dini həyatında Mada maqlarının rolu
xüsusilə böyük idi. Cənubi Azərbaycan əhalisinin mədəniyyəti və dini görüşləri bir çox qonşu
xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqədə inkişaf edirdi. İrandilli tayfalar bu əraziyə gəlişləri
zamanı sözsüz ki, öz mədəniyyətlərini də gətirmişdilər. Lakin onlar mədəni inkişaf cəhətdən
yerli türk tayfalar – madaylar və digərlərindən aşağı olduqlarından o qədər də böyük təsir
göstərə bilməmiş, əksinə özləri madaylardan bir çox mədəni keyfiyyətləri mənimsəmişdilər.

Onlar aborigenlərdən bir çox cəhətləri, xüsusilə erkən Mada geyimini əxz etdilər. Bizə
Assur relyeflərindən məlum olan həmin geyim lulubilərin geyimi əsasnda yaranmışdı. Mada
parçaları haqqında da bunları demək lazımdır. Düzdür, sonralar madalılarda baqşa geyim
meydana gəldi; madaylar sonralar Persepol relyeflərində həmin geyimlə əks olunmuşlar.
Görünür, əski geyim yalnız Azərbaycanın Xəzərsahili ərazilərində yaşayan kaspilərdə qalmışdı.
Aristofanın "Qurbağalar" əsərində deyilir ki, Mada parçalarında at-xoruz, keçi-maral və baqa
fantastik heyvanlar təsvir edilirdi.

3
Azərbaycan tarixi. Z.M. Bünyadov və Y.B.Yusifovun redaktəsilə, 1-ci cild, Bakı, 1994.
Mada xlamidaları (bürüncəkləri) bütün Yaxın Şərqdə geniş yayılmışdı. Madayların maddi
mədəniyyəti haqqnda Mada qalalarının əks olunduğu Assur təsvirləri, Mada paytaxtı Ekbatan
zonasında, Baba-Cantəpədə və Nuşi-Cantəpədəarxeoloji qazıntılar nəticəsində əldə olunmuş
dəlillər əsasında mühakimə yürütmək mümkün olmuşdur. Mada mədəniyyətinin daha erkən
abidələri Luristanda, məhur "Luristan tuncları" zonasıda aşkara çıxarılmışdır. Mövzularının bir
qismi aşkar şəkildə Avesta mənşəli olan Luristan tuncları əsil Mada mədəniyyəti və
incəsənətinin meydana gəlməsi və inkişafıda müstəsna dərəcədə mühüm rol oynamışdır.

Madalıların dini təsəvvürləri Qərbi İran vilayətlərində (daha dəqiqi Güney


Azərbaycanda) meydana gəlmiş "Vidivdad"da əks olunmuş cəhətlərə uyğundur. "Videvdat"ın
tərtibçiləri isə Mada maqları ola bilərdilər. Diogen Laertli "maqların təlimi"ndən danışarkən
məlumat verir ki, maqlar odu, torpağı və suyu tanrı hesab edirlər. Erkən zərdüştilik kimi,
maqların təliminə də bütpərəstlik yaddır. Maqlar tanrıların təsvirlərini tanımırdılar. Qərbi İran
vilayətlərində (Güney Azərbaycanda) hələ e.ə. I minilliyin başlanğıcında oda sitayiş edirdilər.
Bu ərazidəki atəşpərəstlik məbədləri, xüsusilə Nuşi-Cantəpədəki Mada məbədi bunu tam
müəyyənliklə təsdiq edir (e.ə. VIII əsrə aiddir). Madayların mənəvi mədəniyyətində dini
görüşlərdən və mifologiyadan başqa habelə epik yaradıcılıq da mühüm yer tuturdu. Məlumdur
ki, hələ çox qədim zamanlarda Kiçik Asiyada müxtəlif epik əsərlər mövcud idi. Həmin əsərlərin
süjetləri çox zaman miflərlə bağlı olurdu.
4
Midiya dövləti iqtisadi vəhdəti olmayan hərbi-inzibati təşkilat olmuşdur. İqtisadi
əlaqələrə əsaslanmayan təsisatlar, heç vaxt daxilən möhkəm olmamışdır. Bu hal özünü e.ə. VII
əsrin əvvələrində, Midiya dövlətinin özünü müdafiə edən siyasi təşkilatdan başqalarının
torpaqlarını tutmaq yoluna qədəm qoyan dövlətə çevrildiyi andan etibarən daha aydın
göstərməyə başladı. Midiyalılar e.ə. IX-VII əsr Aşşur mənbələrinə görə İran yaylasının Xəzər
dənizindən cənubda, həmçinin şərqə və cənub-şərqə doğru uzanan rayonlarda məskunlaşmışlar.
Midiyalılar haqqında ilk məlumat e.ə. IX əsrin 30-cu illərinə aiddir. Müxtəlif dövr
mənbələrində onlar amaday, maday, matay, medoy və s. adları ilə məlumdurlar. Midiya
tayfaları İran yaylasına e.ə. II minilliyin sonu – I minilliyin əvvələrindən gec olmayaraq köçüb
gəlmişlər.
4
Qəniyev H.Q. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək) Ali məktəblər üçün dərslik. Bakı,
2019, “Elm və Təhsil” nəşriyyatı, 499 səh.
5
E. ə. III əsrdə yaşamış Eratosfenə istinad edən Strabon göstərir ki, “Ariona, Fars və
Midiyanın bir hissəsinə, həmçinin Baktriya və Soqdiananın şimal hissəsinə aid edilir. Bu
ərazilərin sakinləri demək olar ki, e. ə. I miniliyin əvvəllərində hərbi demokratiyadan erkən
quldarlıq cəmiyyətinə keçid dövründə yaşamışlar. E. ə. IX-VIII əsrlərdə Midiyalılar ərazilərinin
bir hissəsini işğal etmiş Aşşur dövləti ilə amansız mübarizə aparırdılar.

Güman edilir ki, Mada dövlətinin inzibati quruluşu sonralar Əhəməni imperiyasının
quruluşu kimi Aşşur-Urartu sisteminin daha da inkişaf etmiş forması olmuşdur. Ehtimal olunur
ki, inzibati idarəyə, məhkəməyə, maliyyə sisteminə başçılıq etmiş satrapların səlahiyyətləri
prinsip etibarilə Aşşur vilayət rəislərinin (bçl pehate, pehatu) səlahiyyətlərinin oxşarı idi.

Hər halda Mada satrapları Aşşurun və Urartunun "qubernatorlarının" yalnız bir qədər
dəyişilmiş oxşarları idilər. Bibliyada və başqa Qədim Şərq mənbələrində "Mada
çarı" və "çarlarından", "Mada çarı" və "onun köməkçiləri olan çarlardan" danışılır. Deyilənlər
Mada çarının vassalları və yaxud satrapları olmuşlar. Mada dövlətinin mövcudluğu dövrünün
mahiyyətcə 6–8 onilliklə məhdudlaşmasına (e.ə. VII əsrin sonu – VI əsrin I yarısı) baxmayaraq,
onun yaradılmasının İran yaylası və Ön Asiya tayfaları və xalqlarının tarixi üçün böyük
əhəmiyyətə malik olması mübahisəsizdir.

Maddi nemətlərin başlıca istehsalçıları əsasən azad icma üzvləri olmuşlar. Hər bir icma
üzvü eyni zamanda döyüşçü idi. Mada cəmiyyətinin gücü xeyli dərəcədə bununla izah edilirdi.
Kiaksar məhz bu cəhətə arxalanaraq özünün işğalçılıq müharibələrinə başlaya bilmişdi.
Madalılar Kiaksarın böyük işğalçılıq müharibələri zamanından etibarən Şərqin qədim
mədəniyyətləri ilə təmasda oldular və uzunmüddətli olmasa da, Ön Asiyanın ən mühüm
qüvvəsinə çevrildilər. Bölgənin sinifli cəmiyyətləri ilə əlaqələr Madada patriarxal dayaqların
dağılması prosesini sürətləndirdi. Mədəni ölkələrdən daxii olmuş sinfi mədəniyyət Mada
dövləti qüdrətinin istinad etdiyi hər şeyi sürətlə dağıdırdı. Azad icma üzvü ilə əyanlar arasında
intensiv surətdə yaranmağa başlayan və güclənən fərq getdikcə kəskinləşirdi. Sıravi azad icma
üzvlərinin istismarı güclənir, ölkənin təsərrüfat həyatında qul əməyinin xüsusi çəkisi artırdı.

5
Nuriyeva İradə Tofiq qızı. AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək). Ali məktəblər üçün
dərslik. – Bakı: Mütərcim, 2015. – 336 səh.
Qul əməyindən nəinki yalnız hökmdar təsərrüfatında (Herodotun buna dair məlumatları
vardır), habelə əyanların təsərrüfatlarında və məbəd torpaqlarında istifadə edilirdi. Polien hələ
Deyokun hakimiyyəti dövründə Madada məbəd təsərrüfatının mövcud olduğunu təsdiqləyir.
Atəşpərəstlik etiqadı xidmətçiləri və qədim ənənələrin mühafizəçiləri olan maqlar – kahinlər
əyanlarla yanaşı, Mada cəmiyyətində mühüm qüvvə idilər. Avestada məlumat verilir ki, maqlar
qədimdən geniş torpaqlara malik idilər. Şübhəsizdir ki, böyük sərvətlərdən istifadə edən, xalq
arasında böyük nüfuza malik olan möhkəm və mütəşəkkil qüvvəyə çevrilmiş maqlar
hökmdarların həm xarici, həm də daxili siyasətinə təsir edirdilər. Nəticədə cəmiyyətin əvvəlki
strukturu xeyli dərəcədə sarsılır, patriarxal dayaqların dağılması prosesi sürətlənir, sinfi
antaqonizm kəskinləşirdi. Mada dövlətinin yaranması ilə Mada nəsli-tayfa və hərbi demokratiya
ölkəsindən qədim Şərq tipli dövlətə çevrilməyə başladı. Herodotun məlumat verdiyi kimi, Mada
cəmiyyətində sinfi mubarizə hələ dovlətin meydana gəldiyi zamandan əvvəlki dovrdə mövcud
idi.

Peyğəmbər İsayanın şəhadətinə görə, erkən dövrdə "gümüşü qiymətləndirməmiş və qızıla


həris olmamış" madalılar inkişafın geniş yoluna çıxmışdılar. Böyük işğalçılıq müharibələri
zahirən Madanı gücləndirsə də, onu inkişaf etmiş quldarlıq münasibətlərinə malik olan qüdrətli
və qorxulu dövlətə çevirsə də, məhz bu müharibələr tezliklə gəlmiş sonun başlanğıcı idi.
Şübhəsizdir ki, madalıların yaratdığı Mada dövlətinin, onun mədəni-tarixi irsinin, müxtəlif
ənənələrin və institutların rolu və əhəmiyyəti böyük idi. Mövcudluğunun qısamüddətli olmasına
baxmayaraq, Mada dövləti İran yaylası hüdudlarından xeyli uzaqda olan çoxsaylı tayfalara və
xalqlara təsir etmiş, İran aləminin mədəni və dini mərkəzinə çevrilmişdi. Strabon yazırdı
ki, madalılar ermənilərin və daha öncə farsların, onların hökmdarlarının və Asiyada hökmranlıq
adətlərinin baniləridir. Mada dövrü Cənubi Azərbaycan tayfalarının tarixində mühüm
nailiyyətlər və müxtəlif dəyişikliklər zamanı olmuşdur. İran və Cənubi Azərbaycan sakinlərinin
dini həyatında Mada maqlarının rolu xüsusilə böyük idi.
6
Antik mənbələr Midiya dövlətinin təşəkkülünü er.əv.VIII əsrin sonlarına və ya e.ə. VII
əsrin əvvəlinə aid edir və çar Deyokun adı ilə bağlayır.

6
Qəniyev H.Q. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək) Ali məktəblər üçün dərslik. Bakı,
2019, “Elm və Təhsil” nəşriyyatı, 499 səh.
7
Aşşur mənbələrinə görə Midiya çarlıgı e.ə. VII əsrin 70-ci illərində Aşşur əleyhinə
yönəlmiş, Kaştaritinin başçılıq etdiyi və digər Midiyalı hakimlər, həmçinin mannalılar,
kimmerlər və skiflər tərəfindən də müdafiə edilən güclü xalq hərəkatı nəticəsində təşəkkül
tapmışdı. Sonralar Midiya işğalçılıq müharibələri dövrünə qədəm qoydu. Tayfa yığma qoşun
dəstələrindən nizami qoşun yaradan və Aşşur dövləti ilə mübarizəni davam etdirən Kiaksarın
(E.ə. 625-585) hakimyyəti dövrü Midiya tarixində dönüş nöqtəsi oldu. Midiya kiçik bir
çarlıqdan Qədim Şərqin iri dövlətinə çevrildi. Midiyalılar Babilistana, ehtimal ki, həm də
skiflərlə ittifaqda Aşşur dövlətini darmadağın edib onun şimal-şərq və şimal torpaqlarını ələ
keçirdilər. Midiya hökmdarı Astiaq (e.ə. 584-550-ci illər) zadəganların və mannalıların
nüfuzunu məhdudlaşdırmağa çalışırdı. Bütün bunlar Midiyada daxili siyasi vəziyyəti
mürəkkəbləşdirdi. E. ə. 550-ci ildə Midiya farslar tərəfindən işğal edildi və satraplıq kimi
Əhəmənilər dövlətinin tərkibinə qatıldı. Midiyalılar hakim xalq kimi öz mövqelərini itirdilər.
Lakin Midiya hərbi dəstələri bütün Əhəmənilər dövründə farsların ordusunda mühüm rol
oynayırdı. Midiya dövləti cəmi 50-60-il (e.ə. VII əsrin sonu—VI əsrin I yarısı) mövcud
olmuşdur. İşğalçılıq müharibələri nəticəsində yaradılmış Midiya imperiyası qədim dövrün vahid
iqtisadi bazası olmayan bu və ya hərbi sərkərdənin qələbə və məğlubiyyətindən asılı olaraq
yaranan və dağılan qeyri-sabit hərbi inzibati birləşmələrdən biri idi. Lakin Midiya dövləti çox
geniş əraziyə malik güclü bir imperiya idi. Son zamanlar Babağantəpə, Təpə, Nuş-i can və s.
yerlərdə aşkar edilmiş məbədlər, möhkəmləndirilmiş “qalalar”, sütunlu zal Midiya dövrünün
monumental abidələrindəndir. Midiya dövlətinin başında irsi hakimyyətə malik olan çar
dururdu. Hakimyyət şərq istibdadı olmaq ilə icma torpaq mülkiyyətinə əsaslanırdı. Midiyalılar
öz dövrünə görə yüksək inkişaf etmiş mədəniyyətə malik olmuşlar. Onların mədəniyyəti qonşu
xalqların mədəniyyətinin inkişafında müsbət rol oynamışlar. Midiya dövləti erkən quldar
dövləti idi. Midiya quldarlıq dövlətinin süqutunu sürətləndirən başlıca amillərdən biri
Qaumatanın hərəkatı olmuşdur. Əhəmənilərin padşahı Kirin oğlu Bardiya öz qardaşı Kambiz
tərəfindən e.ə. 526-cı ildə öldürülür. Xalq içərisində böyük nüfuza malik Bardiyanın ölümü
böyük narazılığa səbəb olur. Zahiri görünüşcə Bardiyə oxşayan maq Qaumat bu əlamətdən
istifadə edərək e.ə. 526-ci ildə üsyan edib hakimyyəti öz əlinə aldı.

7
Qəniyev H.Q. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək) Ali məktəblər üçün dərslik. Bakı,
2019, “Elm və Təhsil” nəşriyyatı, 499 səh.
Ölkədə cərəyan edən siyasi hadisələri midiyalıların xeyrinə istiqamətləndirmək və onların
axınına midiyalılıq donu geydirmək, nəticə etibarı ilə Midiyanın itirilmiş əvvəlki hüquqlarını
bərpa etmək üçün paytaxtı Ekbatana keçirdi.

Qaumata özünü yalançı çar elan etdi. E. ə. 526-522-cı illərdə ölkənin hakimi oldu.
Qaumata hakimiyyətə gələn kimi Əhəmənilərin tabeliyində olan midiyalılara göndərdiyi
sərəncamında bildirdi ki, midiyalılar 3 il müddətində vergidən və hərbi mükəllifiyyətdən azad
olurlar. Məhz bu cəhət xalqın Qaumatanın çağırışına tərəf çıxması və əhəmənilərin
hökmranlığına qarşı çevrilmiş üsyanda fəal iştirak etməsi üçün əsas olmuşdur.Qaumatının
başçılıq etdiyi üsyan Əhəmənilərin Midiyadakı hökmranlığına güclü zərbə vurdu və onun
dayaqlarını zəiflətdi. Qaumata hərəkatı məğlub olsa da, onun dayaqlarını zəiflətdi. Qaumata
hərəkatı məğlub olsa da, onun köləliklə əlaqədar baş qaldıran xalq hərəkatına təsiri böyük
olmuşdur. Qaumata hərəkatı mahiyyətinə görə, midiyalıların İran hökmranlığına qarşı azadlıq
hərəkatı idi. Bu hərəkatda irandilli olmayan bütün tayfalar iştirak etmişdir.

8
Midiya dövləti icma münasibətlərinin qorunub saxlanması səbəbində quldarlığın tam
sürətdə istehsal qüvvəsinə çevrilmədiyi erkən quldar dövlət idi. E. ə. VII əsrin 70-ci illərində
təşəkkül tapan Midiya dövləti Azərbaycanın qədim ərazisində deyil, onun cənub şərq
qonşuluğunda meydana gəlmişdir. Midiya dövləti çar Kiaksarın dövründə (e.ə. 625-584-cu
illər) Urartu padşahlığının süquta uğramasında.

Skif padşahlığının məhv edilməsində həledici rol oynadı. E.ə. VII əsrin sonralarından
etibarən Midiya dövləti başqa torpaqların zəbt edilməsi hesabına öz ərazisini genişləndirdi. E.ə.
615-ci ildə Midiya dövləti Manna torpağını işğal etdi. E.ə. 610-590-cı illərdə Manna ilə yanaşı
Skif və Urartu çarlığı bir müddət (70 ilə yaxın) müstəqil hökmranlığını qoruyub saxlamışdır. E.
ə. 593- cü ildən etibarən isə onların adı artıq çəkilmir. E.ə. 550-ci ildə Midiya dövləti süqut etdi.
Onun ərazisi Əhəmənilər dövlətinin tərkibinə daxil edildi. Əhəmənilər imperiyası e. ə. IV əsrin
ortalarından başlayaraq daxili sosial ziddiyyətlərin təsiri nəticəsində zəifləməyə başladı. 336-
323-cü illərdə Makedoniyalı İskəndərin vurduğu zərbə bu prosesi daha da sürətləndirdi.
Əhəmənilər dövləti süqut etdi.

8
Azərbaycan tarixi. Z.M. Bünyadov və Y.B.Yusifovun redaktəsilə, 1-ci cild, Bakı, 1994.
Əhəmənilər imperiyası tərəfindən işğal edilən Midiya cəmiyyəti iki müstəqil dövlət—
Atropatena və ya kiçik Midiya və böyük Midiya dövləti təşəkkül etdi.

9
Sehrbazlar günəş, ulduzların hərəkətini öyrənməyə xüsusi maraq göstərmişdir.
Midiyalılar torpağı, suyu və odu müqəddəs hesab etmişlər. Onlar bu üç müqəddəs varlığın
paklığını qoruyub saxlamaq üçün öz ölülərini basdırırdılar. Əhəmənilər dövləti. E.ə. 558-ci ildə
Kir İran tayfaları ittifaqına başçılıq etmiş və bu ittifaqı Midiya hökmranlığa qarşı üsyan
qaldırmışdı. (e.ə. 553) Midiyanı ələ keçirdikdən sonra (e.ə. 550) sonrakı üç ildə Midiya dövləti
tərkibində olan ölkələr, er. əv. 546-cı ildə Midiya və kiçik Asiyadakı yunan şəhərləri
tutulmuşdu. Kiçik Asiyanın xeyli hissəsi, Babilistan, Misir, Egey dənizi adaları, Frakiya,
Makedoniya və Hindistanın şimal-qərb hissəsi işğal edilmişdi. Dövlət I Daranın dövründə (e.ə.
522-486) yaradılan çox mürəkkəb burokratik sistemin köməyi ilə idarə olunurdu. Onun
hakimiyyət illəri Əhəmənilər dövlətinin ən qüvvətli dövrü idi. Daranın inzibati islahatları işğal
olunmuş ölkələrdə idarəçiliyi və nəzarəti təkmiləşdirdi. Persepolla, Babil, Suz və Ekbatana
şəhərləri də Əhəmənilər dövlətinin paytaxtı olmuşdur. Əhəmənilər dövləti 20 hərbi-inzibati
mahala bölünmüşdü. Hər satraplığa xüsusi məmurlar-satraplar başçılıq edirdi. Etnik cəhətdən və
sosial ukladına görə Əhəmənilər dövlətinin tərkibi çox müxtəlif idi. Kiçik Asiya, Babilistan,
Finikiya və Misir şəhərlərində kənd təsərrüfatında və sənətkarlıqda qul əməyində geniş istifadə
olunurdu.

İran inzibati orqanları işğal edilmiş ölkələrdə qədim yerli qanunları, dini, pul sitemini,
əlifba və dili saxlamışdılar. İranlıların özləri vergilərdən və icbari əməkdən azad idilər. İran
hökmdarlarının, onların qohumlarının, satrapların və əyanların qul əməyinə əsaslanan böyük
təsərrüfatları var idi. Əhəmənilər dövlətinin sabit iqtisadi bazası olmadığı üçün zəif hərbi
inzibati birlikdən ibarət idi və müxtəlif xalqları yalnız silah gücünə dövlətin tərkibində saxlaya
bilirdi. Hərbi qüdrətinin zəifləməsi nəticəsində əhəmənilər dövləti tənəzzülə uğramağa başladı.
E.ə. 500-449-cu illərdə Yunanıstan—İran müharibələri İran ordusunun döyüş qabiliyyətinin
zəiflədiyini göstərdi. Misir, Babilistan, Midiya, Kiçik Asiya və s. vilayətlərdə dəfələrlə baş
vermiş üsyanlar e.ə. V əsrin sonundan sonra satraplar arasındakı daimi müharibələr Əhəmənilər
dövlətinin tənəzzülünü daha da sürətləndirdi.

9
Azərbaycan tarixi. Z.M. Bünyadov və Y.B.Yusifovun redaktəsilə, 1-ci cild, Bakı, 1994.
İstifadə olunmuş ədəbiyyat siyahısı
1. Qəniyev H.Q. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk
onilliklərinədək) Ali məktəblər üçün dərslik. Bakı, 2019, “Elm və Təhsil”
nəşriyyatı, 499 səh.
2. Azərbaycan tarixi. Z.M. Bünyadov və Y.B.Yusifovun redaktəsilə, 1-ci cild,
Bakı, 1994.
3. Nuriyeva İradə Tofiq qızı. AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan–
XXI əsrin əvvəllərinədək). Ali məktəblər üçün dərslik. – Bakı: Mütərcim,
2015. – 336 səh.

You might also like