You are on page 1of 2

Borc qiymətli kağızları – istiqrazlar

Qiymətli kağız — müəyyənləşdirilmiş formaya riayət edilməklə hər hansı hüququ


təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan həyata keçirilə və başqa
şəxsə verilə bilməz. Qiymətli kağızlar, pul və yaxud əmtəə sənədləridir, onların
sahibinə mülk hüquqları verilir və müəyyən pul məbləğlərinin, gəlirlərin alınmasına hüquq
verir. Pullu qiymətli kağızlara — istiqraz vərəqələrini, vekselləri, pul çeklərini aid etmək
olar. Əmtəə qiymətli kağızlara — onların sahiblərinin maddi, mülkiyyət hüquqlarını təsbit
edən konosamentlər (əmtəə fakturaları), anbar vəsiqələri aiddir. Qiymətli kağızların arasında
xüsusi yeri səhmlər tutur, onlar istər pul istərsə də mülk hüquqlarını əks etdirir. Qiymətli
kağızlar alqı-satqı obyekti ola bilər.

Qiymətli kağız forması və rekvizitləri qanunvericiliklə müəyyənləşən və hər hansı


hüququ təsdiq və təsbit edən sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 987.1-
ci maddəsində qiymətli kağız anlayışı aşağıdakı kimi verilmişdir:"Qiymətli kağız
müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir
ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər.
Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir." ABŞ-nin
Vahid Ticarət Kodeksində qiymətli kağızlara aşağıdakı anlayış verilir: Qiymətli
kağızlar (securities) – pul kapitalını cəlb etmək üçün silsiləvi olaraq buraxılan qiymətli
kağızlardır, yəni: səhm, istiqraz, dövlətin borc öhdəlikləri və onlardan törəyən sənədlərdir
(klassik opsionlar, varrant, üstünlük hüququ və s.). Qiymətli kağızları iki böyük qrupa
ayırmaq olar; birinci dərəcəli əsas qiymətli kağızlar, ikinci dərəcəli törəmə qiymətli kağızlar.

Birinci dərəcəli əsas qiymətli kağızlara mülkiyyət hüququ olan


— pul, əmtəə, əmlak, kapital və s. daxildir. Törəmə qiymətli kağızlar isə valyuta, faiz, indeks
və opsionlar hesab edilir.

Əsas qiymətli kağızlar özləri də 2 qrupda cəmləşirlər:

 ilkin qiymətli (aksiyalar, veksellər )


 ikinci dərəcəli qiymətli kağızlar (ilkin qiymətli kağızların əsasında buraxılan
kağızlardır).

Qiymətli kağızlar bazarında müddətli qiymətli kağızlar da olur. Müddətinə görə


qiymətli kağızlar üç yarımnövə ayrılır:
 qısamüddətli (1 ilə qədər),
 ortamüddətli (5 −10 ilə qədər )
 uzunmüddətli (20 −30 ilə qədər)

Qiymətli kağızlar bazarında dövlət və qeyri-dövlət adını daşıyan qiymətli kağızlar da


var. Dövlət qiymətli kağızları, adı müxtəlif olan istiqrazlar hesab edilir.
Qeyri dövlət qiymətli kağızları isə müxtəlif şirkətlər yaxud fiziki şəxslər tərəfindən tədavülə
buraxılan qiymətli kağızlardır. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi
qaydaları Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir.

İstiqrazlar borc qiymətli kağızları olub, maliyyə vəsaitlərinin cəlb olunması üçün
istifadə olunur. İstqiraz emissiya edən tərəflərin əsas məqsədi müxtəlif layihələrin
həyata keçirilməsi üçün pul vəsaitinin toplanmasıdır. Emitent qismində hökumət və
müxtəlif müəssisələr ola bilər. Bu qiymətli kağızları əldə etmək istəyən investorların
əsas məqsədi isə öz vəsaitlərini doğru yatırım etmək və gəlirlərini artırmaqdır. Belə ki,
hər bir istiqraz üçün müəyyən olunmuş dərəcədə faiz (kupon ödəməsi) təklif olunur və
bu faizlər müəyyən olunmuş dövrlər ərzində istiqrazın qüvvədən düşmə müddətinə
qədər kreditora ödənilir. Faiz dərəcəsi istiqrazın nominal dəyərinə görə
hesablanır. Faiz dərəcəsinin yüksək olması investorları cəlb edən ən önəmli
amillərdəndir, lakin onu da qeyd edək ki, bu dərəcənin yüksək olması ödənilməmə
riskini də artırır. İstiqrazların müəyyən olunmuş qüvvədən düşmə tarixi vardır, bu
tarixə qədər istiqraz sahibləri kupon ödəmələrini, sonda isə istiqrazın nominal dəyərini
əldə edirlər. Bəzən isə müddətin sonunda istiqraz sahiblərinə nominal dəyəri ödəmək
əvəzinə onlara imtiyazlı səhmlər təklif edirlər. Həmçinin istiqraz sahibləri istiqrazın
müddəti bitməmiş bu qiymətli kağızı sata da bilərlər.

İstiqrazlar müddətinə görə ;

1. Qısa müddətli (1ildən 5 ilə qədər)


2. Orta müddətli (5 ildən 12 ilə qədər)
3. Uzun müddətli (12 ildən çox) ola bilər.

Kupon faiz dərəcəsinin ümumi faiz dərəcələrindən yüksək olması bu istiqrazın


hazırki bazar dəyərini artırır, aşağı olması isə istiqrazın cəlbediciliyini və dəyərini
azaldır.

You might also like