You are on page 1of 201

ÖN SÖZ

“Allahın varlığını haradan vә necә bilirik?” sualı düşüncә tarixinin


hәr dövründә müzakirә edilmişdir. Bu suala verilәn cavablarda
ümumilikdә iki qaynağa diqqәt çәkilir. Bunlardan birincisi Allahın vәhyi
olduğu iddia edilәn kitab (lar), ikincisi isә kainatdır. Mәsәlәn, dәlil üçün
kainatı hәrәkәt nöqtәsi qәbul edәnlәr, dәlillәrdә kosmoloji dәlillәrin vә
dizayn dәlillәrinin müxtәlif versiyalarını irәli sürür; bunları bundan әvvәl
yazdığım kitablarda incәlәyib dәyәrlәndirdim. Vәhyi әhatә edәn
kitab(lar) vә kainatı hәrәkәt nöqtәsi görәn baxışlar isә başqa çalışmaların
mövzusudur. Burada, vәhy olunduğu düşünülüb istinad edilәn
kitablardan vә dünyaya gәldikdәn sonra müşahidә edilib incәlәnәn
kainatdan daha çox, doğuşdan sahib olduğumuz özәlliklәri hәrәkәt
nöqtәsinә çevirәn dәlillәr üçüncü bir qaynaq olaraq incәlәnәcәkdir. Bu
dәlillәri Qurandan (30­Rum surәsi 30­cu ayәdәn) ilham alaraq “Fitrәt
dәlillәri” olaraq adlandırıram. “Fitrәt dәlillәri” bu kitabda incәlәnәcәk
beş dәlili ehtiva edәn әhatәli termindir. Bu beş dәlilin hәr birini bir
bölümdә incәlәyәcәyәm.
Bu beş dәlilin birincisi, hәr insanda var olan tәbii arzuların
incәlәnmәsindәn başlayaraq bunların Allah tәrәfindәn mәqsәdli
yaradıldığı açıqlamasının әn tutarlı açıqlama olduğunu dilә gәtirәn “tәbii
arzular dәlili”dir. İkincisi, müasir psixologiya vә zehni araşdıran elm
sahәlәrindә aparılan araşdırmaların göstәrdiyi әxlaqi davranışların
doğuşdan sahib olduğumuz bir özәlliyimiz olduğunu başlanğıc nöqtәsi
tәyin edәn, buradan bu özәlliyimizin Allah tәrәfindәn bizә mәqsәdli
verilmiş olmasının әn rasional açıqlama olduğunu deyәn “doğuşdan
әxlaq dәlili” dir. Üçüncüsü, әqli sağlam olan bütün insanlardakı ortaq
әqli düşünmә xüsusiyyәtinin olmasını әn rasional açıqlamasını teizmin
tәqdim etdiyi “ağıl dәlili”dir. Dördüncüsü, insanın әn önәmli
özәlliklәrindәn iradә sahibi olmasının әn tutarlı açıqlamasının Allah
tәrәfindәn verilmәsi olduğunu dilә gәtirәn “iradә dәlili”dir. Beşincisi,
insanın şüur vә şәxsiyyәt sahibi olmasının әn yaxşı açıqlamasının Allah
tәrәfındәn bunların verilmiş olduğunu vurğulayan “şüur vә şәxsiyyәt
dәlili”dir. Doğuşdan sahib olduğumuz bu özәlliklәrimizin necә var
olduğunu açıqlayan alternativ açıqlamaların içindәn әn rasionalının tәyin
edilmәsi, fәrqli açıqlamaların, özәlliklә teizmә qarşı düşüncә tarixindә
ortaya qoyulan tәk alternativ deyә bilәcәyimiz materialist­ateizm ilә
1
teizmin müqayisәsi kitab boyunca şahid olacağınız üsul olacaqdır.
Әlavә olaraq, Allahıın varlığı ilә yanaşı “Dinin niyә olması” vә
“Allahın göndәrәcәyi din hansı özәlliklәrә sahib olmalıdır?” kimi suallar
da fitrәt dәlillәri ilә cavablandırılmağa çalışılacaqdır. İstәr Allahın
varlığı, istәr din mәsәlәsi ilә әlaqәli bu sualların cavablandırılması
insanların maraqlarını doyurmaqdan çox, daha önәmli mövzularla
әlaqәlidir. “Haradan gәldim?”, “Bu hәyatın mәnası nәdir?”, “Hәyatımı
necә yaşamalıyam?” vә “Öldükdәn sonra nә olacaq?” kimi
ekzistensialist qışqırıq şәklindә yüksәlәn suallarımızın hamısının cavabı,
bu tәmәl suallara verilәcәk cavablarla әlaqәlidir. Bu sәbәbdәn “fıtrәt
dәlillәri”nin әn dәrindәn gәlәn vә hәyatımıza yön verәn mövcudiyyәt
mәsәlәlәrimizlә bağlılığı var.
“Fitrәt dәlillәri” olaraq adlandırdığım bu dәlillәrә xüsusi önәm
verirәm. İslam düşüncәsindә “İslamın fitrәt dini olduğu”, “fitrәtimizin
doğru­yanlışı bir­birindәn ayırmaqda önәmli olduğu”, “inancın fitri
olduğu” kimi ifadәlәr çox vurğulanmışdır . Bununla bәrabәr fitrәtimizin
İslamla әlaqәli әsas hәqiqәtlәri necә dәlillәndirdiyini vә ya
dәstәklәdiyini, әtraflı vә arqumentlәr formasında göstәrәn bir araşdırma
ilә,bu mövzuda araşdırma etmәyimә baxmayaraq, qarşılaşmadım. Bu
kitabla, bu mövzudakı boşluğu doldurmağı vә din fәlsәfәsi ilә İslam
fәlsәfәsinin daha da inkişafına kömәk etmәyi hәdәf seçdim.
Bu kitabda tәqdim edilәn beş dәlilin bir yerә toplanması fәrqli
zamanlarda çalışmalarımın vә araşdırmalarımın birlәşmәsi ilә ortaya
qoyuldu. Harvard Universiteti CMES’dә vә Cambridge Universiteti
Faraday İnstitutunda akademik qonaq olduğum dönәmlәrdә vә Yıldız
Teknik Universiteti Fәlsәfә fakültәsindә müәllim olaraq vәzifәmә davam
edәrkәn araşdırma vә çalışmalarımı birlәşdirәrәk bu kitabı tamamladım.
Bütün bu qurumlara,hәmçinin kitabın fәsillәrinin bir qismini vә ya
hamısını oxuyub fikirlәrini paylaşanlara, xüsusilә dә dәyәrli dostum Enis
Dokoya verdiyi töhfәlәr üçün tәşәkkür edirәm. Bu kitabı oxuyan sizә­
dәyәrli oxucularıma da göstәrdiyiniz maraq üçün tәşәkkür edir,
şәrhlәrinizi, tәnqidlәrinizi, mәslәhәtlәrinizi vә tәkliflәrinizi
www.canertaslaman.com adresi vasitәsi ilә mәnә çatdırmağınızı xahiş
edirәm. Әlavә olaraq bu internet adresindәn digәr çalışmalarımı da әldә
edә bilәcәyinizi xatırlatmaq istәyirәm.

2
I FӘSİL

TӘBİİ ARZULAR DӘLİLİ

FӘSLİN TӘQDİMATI

Biz insanların әn әsas xüsusiyyәtlәrindәn әn önәmlisi tәbii

3
arzularımızdır. Bu fәsildә insanların yeddi әdәd tәbii vә tәmәl istәyini
incәlәyәcәyәm. Bunlar; 1. Yaşamaq arzusu, 2. Qorxuların yox edilmәsi
arzusu, 3. Xoşbәxtlik arzusu, 4. Qayә (mәqsәd) arzusu, 5. Әdalәt arzusu,
6. Şübhәdәn uzaq mәlumat әldә etmә arzusu vә 7. Başqaları tәrәfindәn
xoş rәftar arzusudur. Bütün bu tәbii vә tәmәl arzularımızın reallaşması
Allah mәrkәzli bir varlıq anlayışını –antologiyanı tәlәb edir.Ayrılıqda
hәr biri müstәqil olan bu tәbii vә tәmәl arzularımızın hamısının Allahın
varlığını tәlәb etmәsinin әn yaxşı açıqlamasının bu arzuları ilә birlikdә
insanın Allah tәrәfindәn yaradılmış olduğunu “tәbii arzular dәlili” ilә
ortaya qoymağa çalışacağam.
Burada tәqdim olunan “tәbii arzular dәlili”nin dörd nәticәni әldә
etmәyә dәstәk olacağı qәnaәtindәyәm: Birincisi, teizmin, yәni Allah
inancının ateizmdәn daha rasional olduğu aydın olacaqdır. İkincisi,
Allahın önәmli sifәtlәrini bu dәlillә tәmәllәndirmәyә çalışacağam.
Üçüncüsü, axirәt hәyatının vә Allahın göndәrdiyi din(lәr)in var
olmasının lazım olduğu qәnaәti dәstәklәnәcәkdir. Dördüncüsü, bu
arqumentlә insanların daxilindәki arzuların olması sәbәbi ilә Allahın
varlığını, axirәt hәyatını vә dinlәri insanların özlәrinin uydurduğunu
iddia edәn ateist fәlsәfәçilәrin vә psixoloqların baxış bucağındakı xәtalar
aşkar edilәcәkdir. Qısacası, bu arqument bir çox ateist filosof ve
psixoloqun boğulduğu yerdә, әslindә, hәyat suyu olduğunu
göstәrmәkdәdir1

1
Bu fәsli oxuyub fikirlәrini mәnimlә bölüşәn Oxford Üniversitetindәn Richard Swinbrneyә ve Keith Warda,
Cambridge Üniversitetindәn Rodney Holderә, hәmçinin göstәrdiyi dәstәyә görә dәyәrli dostum Enis Dokoya
tәşәkkür edirәm.

4
GİRİŞ

Yәhudi­Xristian әnәnәsi vә İslamın varlıq anlayışı Allah


mәrkәzlidir. Buna görә Allah xaric bütün varlıqlar varlıqlarını bütün
detalları ilә Allaha borcludur. Qalaktikalardan dünyaya, bitkilәrdәn
heyvanlara vә insana, insanın şüurundan bütün tәbii arzularına qәdәr hәr
şey Allahın yaratma sәnәtinin mәhsuludur. Digәr tәrәfdәn, materialist­
ateist varlıq anlayışına inananlar, bütün bu sadaladıqlarımızı “tәsadüf vә
mәcburiyyәt” ilә açıqlayırlar. Bu fәlsәfәyә görә kainat vә kainatdakı
qanunlar mәcburi olaraq vardır, qalaktikalardan planetimizә, bitkilәrdәn
heyvanlara vә insana, insanın şüurundan tәbii arzularına qәdәr hәr şey
mәcburi kainat qanunları çәrçivәsindә gerçәklәşәn tәsadüflәrin
nәticәsidir (2)2.Bu görüşlәrdәn hansının daha rasional olduğu fәlsәfәdә
“kәlamın kosmoloji dәlili” vә “hәssas nizam dәlili” kimi başlıqlar adı
altında müzakirә edilmişdir vә edilmәkdәdir. Kainatdan yola çıxaraq
Allahın varlığı haqqında qurulan bu cür arqumentlәr başqa çalışmaların
mövzusudur.3 Bu kitabda, doğuşdan (fitrәtdәn) sahib olduğumuz
xüsusiyyәtlәrimiz üzәrindә qurulan, Allahın varlığı haqqında
arqumentlәr әsas götürülәcәkdir. Bu arqumentlәrdәn birincisi bu fәslin
mövzusu olan “tәbii arzular dәlili” olacaq. “Arzu dәlili” başlığı ilә daha
әvvәl dә müdafiә edilәn bir arqument var idi; bu arqumenti müdafiә
edәn fәlsәfәçi vә ilahiyyatçılar, insanların içindә Allaha qarşı birbaşa bir
arzu olduğunu әsas götürmüşdülәr. Әvvәlcә bu baxışa toxunub bu
görüşün bir qisminin şәxsi tәcrübә ilә әlaqәli olduğunu vә ateist
görüşlәrә qarşı müdafiәsi çәtin bir mövqe olduğuna diqqәt çәkәcәyәm
vә bu görüşә öz arqumentimdә yer vermәyәcәyәm. Bu kitabda müdafiә
olunan “tәbii arzular dәlili” fәlsәfәçi vә ilahiyyatçıların müdafiә etdiyi
arqumentdәn ciddi şәkildә fәrqli olmaqla bәrabәr orijinal bir dәlildir. Bu
arqumentdәki hәrәkәt nöqtәm “arzu dәlili” başlığı ilә әvvәlcә müdafiә
edilәn arqumentlәrdәn fәrqli olduğu üçün bu arqument Allahın varlığını
әsaslandırmaq üçün yeni bir arqumentdir.4 Bu dәlili tәqdim edәrәk
2
Teizm vә materialist­ateist yanaşma üçün verilәn bu ümumi tәrifin xaricindә qalanlar ola bilәr. Fәqәt bu tәriflәrin
ümumi teist vә materialist­ateist görüşün mәzmununu qısaca şәrh etdiyini demәk olar. Materialist­ateist görüşü
müdafiә edәnlәrin varlığı “tәsadüf” vә “zәrurәt” üzәrindәn tәrifi üçün Monodun bu kitabına baxa bilәrsiniz: Jacques
Monod, Chance and Necessity, Tәr: Austryn Wainhouse, Vintage Books, New York, 1972.
3
Kosmoloji sübut vә dizayn sübutunu bu kitablarımdan oxuya bilәrsiniz: Canәr Taslaman, Big Bang vә Tanrı,
İstanbul Nәştiyyatı, İstanbul, 2012; Canәr Taslaman, Allahın Varlığının 12 Dәlili, Dәstәk Yayınları, İstanbul, 2016.
4
Bu dәlilin әvvәllәr müdafiә edilmiş arzu dәlilindәn fәrqi, bu çalışmanın Malaziyadakı Al­Shajarah dәrgisindә dәrc
olunan ilk halı olan İngiliscә adından da başa düşülmәkdәdir: “Argument from the Ontology Required by Natural”
Desires: Finding The Water of Life Where Others Drown” (Tәbii Arzuların Tәlәb Etdiyi Antologiya Dәlili:

5
insanların tәbii arzuları kimi önәmli bir xüsusiyyәtini hәrәkәt nöqtәsinә
çevirәn bir dәlillә әlaqәli boşluğun doldurulmasına dәstәk olmağa
çalışdım. Hәm dә bәzi ateistlәrin hәrәkәt nöqtәsi gördüklәri tәbii
arzularımızın,bizi onların zәnn etdiklәrindәn tamamilә әks nәticәlәrlә
üzlәşdirdiyini göstәrmәyi hәdәf aldım. Bu dәlillә, ateistlәrin bir çoxunun
da insanlarda var olduğunu, hәtta insanları Allah inancına yönәltdiyini
qәbul etdiyi yeddi tәbii vә tәmәl arzunu incәlәyib, bir­birilәrindәn fәrqli
vә çox önәmli bu arzuların hәr birinin Allahın varlığını tәlәb etdiyinә
diqqәt cәkәcәyәm.Sonra isә bu vәziyyәtin әn tutarlı açıqlamasının Allah
tәrәfindәn bu özәlliklәrin verilmәsi olduğunu ortaya qoymağa
çalışacağam. Bu fәsildә vә kitabın digәr fәsillәrindә tәqdim edәcәyim
arqumentlәr “әn yaxşı açıqlama” formundadır. “Әn yaxşı açıqlamanı”
әldә etmәyә söykәnәn yöntәmin, praktiki hәyatdan tәbiәt elmlәrinә vә
fәlsәfәyә qәdәr bir çox sahәdә sәrgilәnәn şübhәçi görüşlәrә qarşı
alternativlәrindәn daha tutarlı vә güvәnilәcәk bir görüş olduğuna
inanıram.5 Alternativ görüşlәri incәlәmәk, ortaya görüşlәrdәki
tutarlılıqları vә ziddiyyәtlәri tәyin etmәk vә mövcud açıqlamalar içindә
“әn yaxşı açıqlamanı” tәyin etmәk bu kitabdakı dәlillәrin әsas metodu
olacaq. Bu dәlilin, Allahın varlığını necә әsaslandırdığını göstәrmәk bu
fәslin әn tәmәl hәdәfidir. Bununla bәrabәr Allahın sifәtlәri, axirәt
hәyatının varlığı vә din(lәr)in gәrәkliliyi mövzusunda da nәticәlәr әldә
edilmәsinә dәstәk olması önәmlidir.

ALLAHA QARŞI BİRBAŞA HİSS EDİLӘN BİR ARZU OLARAQ


“ARZU DӘLİLİ”
Bәzi teist mütәfәkkirlәr, insanların daxilindә Allaha qarşı birbaşa
Başqalarının Boğulduğu Yerdә Hәyat Suyunu Tapmaq). Etiraza açıq bir arzunun özünün yerinә “fәrqli tәbii arzuların
tәlәb etdiyi antologiyanı” dәlilin әsasına çevirmәk, bu incәlәmәni orijinal edәn xüsusdur.
5
“Әn yaxşı açıqlama olaraq nәticә” ,  “әn yaxşı hipotezә sadәlәşdirmә” vә ya “ehtimal prinsipi” (likelihood principle)
hәm fәlsәfә,hәm elm, hәm dә aktual hәyatda әn tәmәl düşünmә şәkillәrimizdәndir. Bu kitabda tәqdim olunan
arqumentlәrin bu üsullara yaxın olduğunu deyә bilәrәm.

6
bir arzu olduğunu ifadә etmişdirlәr. Bunların içindә çox az mütәfәkkir bu
arzunu Allahın varlığı üçün bir dәlil olaraq dәyәrlәndirmiş, bu
mütәfәkkirlәrdәn çoxu isә bunu bir dәlilin hissәsi olaraq tәqdim
etmәmişlәr. Fәqәt yenә dә insanların daxilindә belә bir arzunun varlığına
bәzi teist mütәfәkkirlәr tәrәfindәn diqqәt çәkilmiş vә müqәddәs mәtnlәrә
edilәn istinadlarla da bu görüş dәstәklәnmәyә çalışılmışdır. Avqustinin
mәşhur “Etiraflar” (Confessions) kitabında, Allaha qarşı arzunun bütün
insanlarda var olduğu ilә әlaqәli iddiaya şahid olmaqdayıq6:
“Bu arzu tәkcә mәnimlә vә ya mәnimlә bәrabәr bir neçә şәxslә
sәrhәdli deyil; hamımız mütlәq olaraq xoşbәxt olmağı istәyirik... Onlar
Sәnә bir qarşılıq gözlәmәdәn ibadәt etmәkdәdirlәr, çünki Sәn onların
sevincisәn. Xoşbәxt hәyat sadәcә budur; Sәndәn hәzz almaq, Sәninlә
әlaqәli olaraq vә Sәndәn ötrü. Hәyatın xoşbәxtliyi budur vә bu Sәndәn
başqa heç bir yerdә tapılmaz. Xoşbәxt hәyat hәqiqәt sәbәbi ilә sevincli
olmaqdır; bu isә Sәndә, yәni hәqiqәt olanda sevincli olmaq demәkdir...
Hәrkәs bu xoşbәxt hәyatı istәyәr, bu hәyat ki, xoşbәxt olaraq
mәnalandırılmağa bir tәk o layiqdir...”
Bәnzәr bir görüşü mәşhur riyaziyyatçı Paskalda görürük. Paskal,
şahzadәlәr kimi dünyәvi olaraq hәr istәyini әldә edә bilәcәk mövqedә
olanların belә arzularını tam olaraq tәtmin edә bilmәdiklәrini ifadә
edir.Sahib olduğumuz bir çox arzunun bu dünyaya istiqamәtlәnmiş
olmadığını, bu arzuları ancaq arzuların yönlәndiyi Allahın tәtmin edә
bilәcәyini deyir:“ Bütün insanlar xoşbәxtliyi axtarar. Bunun heç bir
istisnası yoxdur... Bütün insanlar şikayәt etmәkdәdir; şahzadәlәr,
xidmәtçilәr, zadәganlar, xalq, yaşlı, gәnc, güclü, zәif, tәlimli, cahil,
salam, xәstә, hәr ölkәdә, hәr zamanda, hәr dönәmdә, hәr şәrtdә... Boş
yerә әtrafındakı her şeylә boşluğu doldurmağa çalışar, o şeylәrdәn heç
biri ona kömәk edә bilmәz, çünki bu sonsuz boşluq ancaq sonsuz vә
dәyişmәz bir varlıqla, yәni Allah ilә doldurula bilәr.” 7
Yәhudi­Xristian әnәnәsinә mәnsub olanlar insanların içindә Allaha
qarşı bir arzu olduğu fikrinә, müqәddәs kitabın әn çox oxunan
fәsillәrindәn biri olan Mәzmurlardaki (Zәburdan) bu hissәlәri örnәk verә
bilәrlәr:
1­ Mar alın axar sular üçün dar ıxdığı kimi, canım da sәnin üçün elә
dar ıxar , ey Allah.
2­ Canım Allaha, Hayy Allaha hәsr әtdir . Nә vaxt gәlәcәyәm vә hayy
6
S. Avqustin, The Confessions, Tәr: Maria Boulding, Vintage Books, New York, s. 218­219
7
Blez Paskal, Pensees, Tәr: A.J. Krailsheimer, Penguin Classics, London, 1966, s. 74­75.

7
Allahın önündә gör ünәcәyәm? 8
İslam inancına bağlı olanlar isә Allaha yönәlmәyә qarşı doğuşdan
verilmiş bir istәyә sahib olmağımızla әlaqәli olaraq Qurandakı bu ayәni
örnәk göstәrә bilәrlәr: Bunlar , iman edәnlәr vә qәlblәr i Allahı
anmaqla ar am tapan kimsәlәr dir . Bilin ki,qәlblәr yalnız Allahı zikr
etmәklә ar am tapar .9
İstәr Әhti­Әtiqdәki, istәr Yeni Әhitdәki ifadәlәrin, istәrsә dә
Qurandaki ayәlәri Allaha qarşı tәbii bir arzuya sahib olduğumuz
mәnasına gәlib gәlmәdiklәri müzakirә edilә bilәr. İnsanların doğuşdan
belә bir arzusu varsa belә Allaha yönәlәn inanclılar “Allaha yönәldim,
içimdәki arzular tәtmin oldu, mәgәr içimdәki tәtmin olmayan arzuların
nәsnәsi Allah imiş” deyә bilәrlәr.Ancaq inananların bu şәxsi
tәcrübәlәrini inancsızlara qarşı tәqdim edilәcәk obyektiv bir arqumentә
çevirmәk mümkünmüş kimi görünmәmәkdәdir. Necә ki, bir çox ateist vә
aqnostik daxilindә belә bir arzunun olduğunu inkar etmәkdәdir. Mәsәlәn:
John Beversluis da bәhs edilәn görüşü tәnqid edәrkәn, belә bir arzunun
var olmasının iddia edilә bilmәyәcәyini ifadә etmişdir.10

TӘBİİ ARZULAR DӘLİLİNİN TӘQDİM EDİLMӘSİ


İnsanın arzularından yol alıb Allahın varlığı üçün, obyektiv vә
qaneedici gücü olan bir arqument ortaya qoymaq üçün, әvvәla, hәr kәsin

8
Kitabi­ Müqәddәs, Әhti­Әtiq, Mәzmurlar: 42, 1­2, Kitabi­Müqәddәs Şirkәti, İstanbul, 1993, s. 563.
8
Kitabi­ Müqәddәs, Әhti­Әtiq, Mәzmurlar: 42, 1­2, Kitabi­Müqәddәs Şirkәti, İstanbul, 1993, s. 563.
9
13­Rad Surәsi 28.
10
John Beversluis, C. S. Lewis and the Search for Rational Religion, Prometheus Books, New York, 2007, s. 56­57.

8
arqument üzәrindә rahatlıqla hәmfikir ola bilәcәyi “tәbii” vә “tәmәl”
olan arzuların hәrәkәt nöqtәsinә çevrilmәsinin mühüm olduğuna
inanıram. Bu mәqsәdlә burada ateist vә aqnostiklәrin bir çoxunun da
insanda var olduğunu rahatlıqla qәbul edәcәklәrini düşündüyüm yeddi
arzunu hәrәkәt nöqtәsi olaraq görәcәyәm. Bunlar:
1­ Yaşamaq arzusu.
2­ Qorxuların yox edilmәsi arzusu.
3­ Xoşbәxtlik arzusu.
4­ Mәqsәd arzusu.
5­ Әdalәt arzusu.
6­ Şübhәdәn uzaq bilgi әldә etmә arzusu.
7­ Başqaları tәrәfindәn xoş rәftar arzusu.
Bәzi fәlsәfәçi, antropoloq, bioloq vә psixoloqlar, insanların
hamısında var olan obyektiv xüsusiyyәtlәrlә әlaqәli uzun siyahılara
sahibdirlәr. Mәsәlәn antropoloq Donald Brown, mәdәni nisbiliklә әlaqәli
görüşlәrә qarşı çıxarkәn; etnoqraflar tәrәfindәn müәyyәnlәşdirilmiş
musiqi, rәqs, qeybәt, saç düzümlәri, zarafatlar, hәdiyyә vermәk kimi
ünsürlәrin dә daxil olduğu iki yüzә yaxın mәdәniyyәtlәrarası ortaq ünsür
qeyd edir.11 Hibrid bir disiplin olan sosiobiologiyanın atası olaraq qәbul
edilәn Edward Wilson, sosial davranışların tәmәlindә bioloji
quruluşumuzun olduğunu ifadә etmişdir. Bu görüşә görә bütün mәdәni
davranışlardan xәbәrsiz bir qadınla bir kişinin, bütün digәr insanlardan
tәcrid olunmuş bir yerә buraxılsalar; qumardan mülkiyyәtә, rәqs
etmәkdәn insest әlaqәyә qәdәr bir çox mәdәni ünsürü tәkrar icad
edәcәklәri deyilmişdir.12 İnsanların obyektiv olaraq sahib olduqları ilә
әlaqәli siyahını bu qәdәr geniş tutanlara vә mәdәni davranışların böyük
qismini doğuşdan sahib olunan genlәrin qaçınılmaz nәticәsi olaraq
görәnlәrә qarşı elmi çevrәlәrdәn ciddi tәnqidlәr dә yönәlmişdir. Mәsәlәn,
Stephen Jay Gould, sosiobiologiya ilә әlaqәli görüşlәri “dәstәkdәn
yoxsul, spekulyativ nağılçılıq ” (unsupported speculative storytelling)
olaraq xarakterizә etmiş, “metodunun zәifliyini” tәnqid etmişdir. Digәr
tәrәfdәn, Gould da doğuşdan gәlәn genetik bir potensial olduğunu vә
mәdәni bir çox ünsürün bununla әlaqәsini qәbul edir.Ancaq insanlardakı
mövcud bütün mәdәni bilgilәr yox edilәrәk bir insan toplumu yaradılsa,

11
Donald Brown, Human Universals, McGraw­Hill, New York, 1991
12
Bu mövzuda Wilsonun bu kitablarına baxa bilәrsiniz: Edward O. Wilson,  On Human Natur e, Harvard University
Press, Massachusetts, 1978; Edward O. Wilson, Sociobiology: The New Synthesis, Harvard University Press,
Massachusetts, 2000.

9
bugünkü kimi musiqinin, rәqsin, qumarın, mülkiyyәt qanunlarının
olduğu bir insan toplumunun bәlli bir zaman sonra әmәlә gәlәcәyinin
heç bir şәkildә iddia edilә bilmәyәcәyini düşünür.13 İnsanların obyektiv
xüsusiyyәtlәri ilә әlaqәli geniş siyahıları qәbul etmәyәn, bu siyahılarda
verilәnlәri nisbi vә mәdәniyyәtә bağlı olaraq görәn elm adamları belә
acma, susama, cinsi istәk kimi bütün insanların ortaq olaraq bölüşdüyü
bir әsas olduğunu vә bunların mәdәniyyәtlәrin ortaya çıxmasında sәrhәd
vәzifәsini yerinә yetirdiyini qәbul edәcәklәr. Bunları vurğulamağımın
sәbәbi, burada hәrәkәt nöqtәsi seçdiyim arzuların, insanların obyektiv
xüsusiyyәtlәri ilә әlaqәli geniş siyahıları qәbul etmәyәnlәrin belә inkar
edә bilmәyәcәklәri növdәn olduğunu bildirmәk üçündür. Rәqs, musiqi,
qumar kimi faktların insanların tәbii xüsusiyyәtlәri olduğunu vә bioloji
quruluşumuzun qaçınılmaz nәticәsi olduğunu bir çox elm adamı inkar
edәcәkdir.Amma bunları inkar edәn elm adamları belә burada hәrәkәt
nöqtәsi seçәcәyim yaşamaq arzusunun, qorxuların ortadan qaldırılması
arzusunun vә ya bilmәk arzusunun insanların tәbii­obyektiv özәlliklәri
olduğunu rahat şәkildә qәbul edәcәklәrdir.
Acmaq vә ya susama hissi olmayan, cinsi istәk hiss etmәyәn
insanlar, әlbәttә, vardır.Ancaq bütün insanlar arasında istisnadırlar. Bu
cür istisnalar, insanlarda yemәyә, içmәyә vә ya cinsi istәyә qarşı istәkli
olmaq kimi ümumilәşdirmәlәri yanlışlaya bilmәyәcәk anormal
vәziyyәtdir. Eyni şәkildә, burada ifadә edilәcәk yeddi istәkdәn hansısa
birini hiss etmәyәnlәr dә ola bilәr. Ancaq bu, sadәcә әvvәlkilәr kimi bir
anormal vәziyyәti göstәrir; bu, arzuların “tәbii” vә “tәmәl” olduğu
gerçәyini dәyişdirmir.
Burada tәqdim olunan arqumenti güclәndirәn ünsürlәrdәn biri
budur: “İnsanlarda “tәbii” vә “temel” olduğu dәqiq olan arzuların
hәrәkәt nöqtәsi hesab olunması”. Necә ki, sonrakı sәtirlәrdә müşahidә
olunacağı kimi,mәşhur ateistlәrin bir çoxu bu arzuların bir qisminin
varlığından yola çıxaraq ateist görüşlәrini tәmәllәndirmәyә cәhd ediblәr.
Nәticәdә, insanlardakı tәbii vә tәmәl arzulardan yola çıxaraq arqumenti
bu şәkildә qururam:
1. Bunlar tәbii vә tәmәl arzularımızdır:
1.1. Yaşamaq.
1.2. Qorxuların ortadan qaldırılması.
1.3. Xoşbәxtlik.
13
Stephen Jay Gould, “Sociobiology and the Theory of Natural Selection”, Sociobiology: Beyond Natur e/Nur tur e? , Ed:
G.W. Barlow ve J. Silverberg, Westview Press, Colorado, 1980, s. 257­269.

10
1.4. Mәqsәd.
1.5. Әdalәt
1.6. Şübhәdәn uzaq bilgi әldә etmә.
1.7. Başqaları tәrәfindәn xoş rәftar.
2. Bir­birlәri ilә әlaqәli dә olsa bir­birinә qarışdırıla bilmәyәcәk olan bu
tәbii vә tәmәl arzuların hәr birinin tmin edilmәsi ancaq Allahın varlığı ilә
mümkündür.
3. Bu vәziyyәti açıqlaya bilәcәk iki alternativ izaha sahibik:
3.1. Bu arzular materialist­ateistlәrin nәzәrdә tutduğu şәkildә tәsadüf vә
zәrurәt ilә var olmuşdur.
3.2. Bu arzuları insanda Allah yaratmışdır.
4. Bәhs edilәn fәrqli tәbii vә tәmәl arzuların hamısının (1. maddәdәki)
eyni antologiyanı tәlәb etmәsi (2. maddә); Allahın varlığının vә bu
arzuları yaratmasının (3.2­nin), bu inancın tәk ciddi alternativi
mövqeyindәki materialist­ateizmden (3.1­dәn) daha rasional olduğunu
göstәrir.
5. Son nәticә olaraq teizm alternativ açıqlamalardan daha üstün,tutarlı
görülmәlidir. Aşağıda, sıra ilә, hәr maddәdә ifadә etmәyә çalışdıqlarımı
açaraq vә edilә bilәcәk etirazlara cavab verәrәk tәqdim etdiyim dәlili
müdafiә edәcәyәm.

TӘBİİ VӘ TӘMӘL ARZULAR

Әvvәlcә fәslin әvvәllәrindә diqqәt çәkilәn “arzu dәlili”nә qarşı


edilmiş bir tәnqidi cavablandırmağın faydalı olacağını düşünürәm.
Burada tәqdim olunan “tәbii arzular dәlili”, “arzu dәlili”ndәn hәrәkәt
nöqtәsi baxımından fәrqli olsa da, bu tәnqidin burada tәqdim olunan dәlil
üçün dә keçәrli olduğunu düşünәnlәr ola bilәr. Bu tәnqidi edәnlәr,
özlәrinin Ferrarilәrinin olmağını arzu etdiklәrini, amma bunun
olmadığını, nağıllardakı öz dünyalarına getmәyi arzu etdiklәrini ancaq
gedә bilmәdiklәrini deyirlәr.14 Bunu dilә gәtirәrkәn, insanların
arzularının varlığından bu arzuların obyektinin var olduğuna keçid edilә
bilmәyәcәyini ifadә etmәkdәdirlәr. Peter Kreeft bu tәnqidә arzuları
“tәbii” vә “süni” olaraq iki qrupa ayırıb cavab verir.Tәbii arzuların
“daxildәn” gәldiyini, buna qarşılıq süni arzuların isә “xaricdәn,
toplumdan, reklamlardan vә ya fantastikadan” qaynaqlandığını deyir vә
14
John Beversluis, C. S. Lewis and the Search for Rational Religion, s. 47

11
öz dünyasına gedә bilmәmәklә heç yatmamaq arasındakı fәrqә diqqәti
yönәldir. Tәbii arzuların hamımızda ortaq olması, süni arzuların isә
şәxsdәn­şәxsә görә dәyişmәsi әsas fәrqdir15. Arqumentin birinci
bәndindә, mövzu olan arzuları “tәbii” vә “tәmәl” xüsusiyyәtlәri ilә
vurğulamağımın sәbәblәrindәn biri dә, bu fәrqә diqqәt çәkmәk üçündür.
Digәr tәrәfdәn, bir çox tәbii arzumuzun qarşılanmadığını, mәsәlәn:
aclıqdan ölәnlәrin olduğunu deyәrәk arzu dәlilinә qarşı çıxanlar da
xәtalıdır.Bu cür etirazlara qarşı C. S. Lewis bu cür cavab verir:
“ Bir insanın fiziki aclığı, ona yemәk verilәcәyini isbat etmәz. Atlantikin
üzәrindә bir salda aclıqdan ölmәsi mümkündür. Fәqәt ,әlbәttә, insanın
aclığı, yemәk yemәsi ilә bәdәnini yenilәyәn bir canlı növü olduğunu vә
yeyilә bilәcәk şeylәrin olduğu bir dünyada yaşadığını isbat edәr.” 16
Bu dünyadakı yemәk, su, cinsi istәk kimi “tәbii” vә “tәmәl”
arzularımızın obyektlәrinin –qarşılığının olduğunun görülmәsi, burada
tәqdim olunan arqumentin nәticәsini güclәndirmәkdәdir. Çünki bir çox
“tәbii vә “tәmәl” arzumuzun qarşılığının tәmin edildiyinin görülmәsi,
başqa “tәbii” vә “tәmәl” arzularımızın tәmin edilmәsinin Allahın
varlığını tәlәb etdiyi göstәrilirsә, bunların da tәmin edilәcәyi ilә bağlı
gözlәnti, Allahın varlığına inancı dәstәklәmәkdәdir. Bu sәbәbdәn
yuxarıdakı hallara açıqlıq gәtirilmәsinin faydalı olacağını düşündüm.
Ancaq buradakı arqument baxımından bunu göstәrmәk zәruri deyil.
Çünki “arzu dәlili” kimi buradakı arqument dә, öncә “tәbii” vә “tәmәl”
arzularımızın tәmin edildiyi göstәrilib sonra “Allaha qarşı bir arzunun”
varlığına diqqәt çәkilib, bu arzunun da tәmin edilmәsinin lazım olduğu
nәticәsini әldә etmәkdir. Ancaq diqqәt çәkilәn “tәbii” vә “tәmәl”
arzuların hamısının tәmin edilmәsinin, Allahın varlığını tәlәb etmәsi ilә
әlaqәli vәziyyәtin,necә yarandığı sorğulamasının “әn yaxşı açıqlaması”
әldә edilmәyә çalışılmaqdadır. Bu sorğulamanın nәticәsindә “Allahın bu
vәziyyәti yaratdığı” açıqlamasının әn yaxşı açıqlama olduğu qәnaәtinә
varılmaqdadır. İndi arqumentimin birinci vә ikinci bәndini, yeddi tәbii vә
tәmәl arzunun hәr birini bir­bir nәzәrdәn keçirәrәk dәyәrlәndirәcәyәm.
Bu arzuların bir qisminin qarşılanmasının ancaq Allah mәrkәzli bir
varlıq anlayışı –antologiya ilә mümkün olduğunu görmәk daha asan
ikәn, digәr bir qismi üçün daha çox zehni sәy göstәrmәk tәlәb

15
Peter J. Kreeft and Ronald K. Tacelli, Pocket Handbook of Christian Apologetics, InterVarsity Press, Downers
Grove, 2003, s. 26­27.
16
6 C. S. Lewis, The Weight of Glory and Other Addresses, Macmillan Publishing Company, New York, 1980, s. 8­
9.

12
edilmәkdәdir. Qorxuların aradan qaldırılması ilә әlaqәli arzu birinci,
şübhәdәn uzaq bilgi әldә etmәk ilә әlaqәli arzu isә ikinci vәziyyәtә
örnәkdir.

BİRİNCİ ARZU: YAŞAMAQ

“Yaşamaq arzusu” normal, sağlam hәr insanın içindә olan әn tәmәl


tәbii arzulardan biridir. O qәdәr tәmәldir ki, onun üçün digәr bir çox
tәbii istәyinizdәn çox rahat şәkildә imtina edә bilәrsiniz. Mәsәlәn, bir
sәhrada susuzlayıb su içәn, acıb yemәk yeyәn, cinsi istәk hiss edib hәyat
yoldaşına yönәlәn şәxslәri düşünәk. Bu kişilәr, bir sunaminin, yaxın bir
zamanda yerlәşdiklәri bölgәni ağzına alacağı xәbәrini alsalar vә ya
sunaminin sularının gәldiyini görsәlәr, hәr halda, hamısı bu tәbii
arzularının tәmin edilmәsini bir kәnara atıb qaçarlar. Әn ağıllı olandan
ortalamadan aşağı zәkaya sahib olana qәdәr insanların hardasa hamısı
“yaşamaq arzusu” ilә hәrәkәtә keçәrәk sunamidәn qaçar. Bu tәmәl
arzunun gücünü qısa bir içәbaxış –introspection­ ilә qavraya bilәrik.
“Yaşamaq arzusu”nu xüsusi vurğulayan filosoflardan biri mәşhur
ateist mütәfәkkir Schopenhauerdir. Ona görә bu arzu­iradә, hәr şeydәn
daha tәmәldir. Schopenhauer, intiharın belә “yaşamaq arzusunun­
iradәsinin” bir rәddi olmadığını, rәdd edilәnin sadәcә әzab çәkmәk vә
hәyat şәrtlәri olduğunu deyib.17
Albert Sweitzer dә “yaşamaq arzusu”nu fәlsәfi, etik vә dini
görüşlәrinin tәmәlinә qoymuşdur: “Yalnız bu ­yaşamaq iradәsi hәr şeydә
mәndә olduğu kimi mövcuddur. Bunu mәnә bildirmәsi üçün elmә dә
ehtiyacım yoxdur, onsuz da elm bundan daha tәmәl bir şeyi xәbәr verә
bilmәz.”18
İnsan, zehni ilә düşünәrәk, digәr canlı növlәrinin hamısından
fәrqli bir şәkildә, çox uzun bir keçmiş vә çox uzun bir gәlәcәklә әlaqә
qura bilәr. Gәlәcәklә içindәki “yaşamaq arzusu” әlaqә quran insanın, bir
axirәt hәyatına qarşı arzu hiss etmәsi qaçınılmazdır. İçindәki “yaşamaq
arzusu”nun sәsini dinlәyәn heç kimsәni bu dünya hәyatının qane
edәcәyini düşünmürәm.
Müasir elmi mәlumatlar, bütün kainatın “böyük çöküş” (big

17
Arthur Schopenhauer, The World as Will and Representation, Vol: 2, Çev: E. F. J. Payne, Harper and Row, New
York, 1966, s. 8.
18
Albert Schweitzer, “The Ethics of Reverence for Life”, Christendom, Vol: 1, 1936, s. 225­239

13
crunch) vә ya “böyük donma” (big chill) alternativlәrindәn biri ilә ­başqa
bir son ssenari gerçәklәşmәzsә­ sonu gәlәcәyinin qaçınılmazlığını
göstәrmәkdәdir.19 Qısacası, insan kimi dünya vә kainatın da sonu
qaçınılmazdır. Belәliklә, bu tәmәl arzumuzun obyekti olan axirәtin
varlığının gerçәklәşmәsi; bu kainatdan uzaq olanın, ancaq eyni zamanda
insanların arzularından xәbәrdar olacaq qәdәr varlığın içindә olanın,
üstәlik bunu gerçәklәşdirәcәk qәdәr bilgili vә qüdrәtli olanın, yәni
Allahın varlığını tәlәb etmәkdәdir.Modern elmi mәlumatları bir kәnara
buraxsaq da, varlığımızın yenidәn geri verilmәsinin, ancaq qüdrәti vә
bilgisi çox yüksәk, arzularımızdan xәbәrdar Allahın varlığı ilә mümkün
olduğunu görmәk çәtin deyil.
Qısacası, insanlar, doğuşdan –a priori­ (fitrәtәn) gәlәcәk ilә әlaqә
qurmaq xüsusiyyәtinә vә doğuşdan “yaşamaq arzusu”na sahibdir vә bu
dünyadakı insanlığın halı ölümlü olmaqdır. Nәticәdә insanlığımıza xas
bu hallar, a priori olaraq (fıtri olaraq), arzularımızın qarşılanması üçün
Allahın varlığına ehtiyac hiss etdiyimizi göstәrir. Bunun fәrqindә olub­
olmamağımız da bu vәziyyәti dәyişdirmәz. Bu, (a+b)² nın (komutatif
cәbrlәrdә) heç bir sınaq vә müşahidә ilә dәstәklәnmәyә ehtiyac hiss
etmәdәn (a²+2ab+b²) na bәrabәr olmağından xәbәrsiz olmağımızın bu
bәrabәrliyi dәyişdirmәmәsinә bәnzәyir. Allaha qarşı birbaşa bir arzunun
varlığına Augustinus kimi inanan şәxsә, belә bir arzunu hiss
etmәdiklәrini deyәrәk qarşı çıxanlar ola bilәr. Fәqәt burada hәrәkәt
nöqtәsi, bu cür etirazların gәtirilә bilmәyәcәyi “yaşamaq arzusu”dur. Bu
arzunun ancaq Allah varsa qarşılana bilәcәyini görmәk isә çәtin deyil.

İKİNCİ ARZU: QORXULARIN YOX EDİLMӘSİ


Hәr birimizin özümüzdә şahid olduğumuz hislәrimizdәn biri
qorxudur. Qorxunun nә qәdәr güclü bir hiss olduğundan vә insan
fәaliyyәtlәrinә yön vermәkdә nә qәdәr tәsirli vә tәmәl olduğundan
yәqinki xәbәrsiz olanınız yoxdur. “Qorxuların yox edilmәsi arzusu”nun
tәtmin edilmәsinin Allahın varlığını tәlәb etmәsi, aşağı­yuxarı yaşamaq
arzusunun Allahın varlığını tәlәb etmәsi ilә oxşar şәkildәdir. Ancaq

19
Paul Davies, The Last Three Minutes, Basic Books, New York, 1994, s. 67­81.

14
“yaşamaq arzusu” vә “qorxuların yox edilmәsi arzusu” bir­birindәn iki
ayrı istәk olduqları üçün bunları fәrqli başlıqlarda incәlәyirәm. Gәlәcәk
ilә әlaqә quran insan zehninin әn әsas qorxu mövzusu olan ölüm
qorxusundan qurtulmaq arzusunu tәtmin edәcәk tәk obyekt axirәt
hәyatının varlığıdır. Axirәt hәyatının varlığı isә ancaq Allah varsa
mümkündür.
Qorxuların aradan qaldırılması arzusunun Allahın varlığını tәlәb
etmәsi, ilk öncә ölüm qorxusu üzәrindәn görülә bilәcәk olsa da bununla
sәrhәdli deyildir. İnsan, kainatın böyüklüyü vә әzәmәti qarşısında
acizliyini qavrayır vә bu da qorxuya sәbәb olur. Bu tip qorxular da ancaq
bütün kainata hökm edәn bir Allaha sığınmaqla aradan qaldırıla bilәr. Bir
çox ateist mütәfәkkir isә Allahın, qorxuların yox edilmәsi vә digәr
arzuların doyurulması üçün insanlar tәrәfindәn uydurulduğunu demişdir.
Bu mövzuda әn ön sıralara çıxanlarda biri, mәşhur ateist psixoloq Freud,
“istәklәrin­tәtmini” (wish­fulfillment) olaraq gördüyü dinlәr üçün belә
demişdir:
“ ...Dini görüşlәr, mәdәniyyәtlәrin digәr mәhsulları ilә eyni ehtiyac
әsasında ortaya çıxmışdır; tәbiәtin әzici gücünә qarşı özünü müdafiә
zәrurәtindәn.” 20
“ ...Sonrakı dönәmlәrin insanı da günümüzün insanı kimi eyni davranış
qәliblәrinә sahibdir. Uşaq kimidir vә qorunma ehtiyacı hiss edәr, hәtta
yetkinlәşdiyindә belә tanrısının kömәyi olmadan bir şey edә
bilmәyәcәyini düşünәr.” 21
Freudun “özünü müdafiә zәrurәti” vә “‘qorunmağa ehtiyac” ifadәlәri
ilә diqqәt çәkdiyi xüsusi, dinin “qorxuların yox edilmәsi arzusu”nu
doyurması olaraq da oxuya bilәrsiniz.Mәşhur sosial­psixoloq Erich
Fromm da insanların “tәhlükәsizlik ehtiyacı” ilә dinә yönәldiklәrini
vurğulayaraq, dinlәrin “qorxuların aradan qaldırılması arzusu”nu
qarşılamağına diqqәt çәkmişdir.22 David Hume da qorxu hissi ilә dinlәrin
varlığı arasında bağ qurmuşdur.23
Nәticәdә әn dәrin qorxulardan qurtulmağın Allahın varlığını tәlәb
etmәsi, teistlәrin vә ateistlәrin üzәrindә rahatlıqla ortaq mәxrәcә gәlә

20
Sigmund Freud, The Standar d Edition of the Complete Psychological Wor ks of Sigmund Fr eud, Vol: XXI (1927­1931): The Futur e
of an Illusion, Civilization and its Discontents and Other Wor ks, The Hogarth Press and the Institute of Psycho­analysis,
Londra, 1961, s. 21.
21
Sigmund Freud, The Or igins of Religion , Penguin, Londra, 1991, s. 376.
22
Erich Fromm, Psychoanalysis and Religion, Yale University Press, New Haven, 1950, s. 4.
23
David Hume, Dialogues and Natural History of Religion, Ed: J.A.C. Gaskin, Oxford University Press, Oxford,
1993, s. 176.

15
bilәcәyi bir faktdır. Әsl mәsәlә, bu faktın ateizmi, yoxsa teizmi
dәstәklәdiyini tәyin etmәkdir vә bu çalışmada bunu tәyin etmәyә
çalışmaqdadır. Hamımızın doğuşdan sahib olduğu qorxma hissi vә
“qorxuların yox edilmәsi arzusu”, doğuşdan sahib olduğumuz
gәlәcәk,kainat vә öz acizliyimiz haqqında düşünmә qabiliyyәtimizlә
birlәşir. Belәliklә, doğuşdan, yәni fıtrәtәn bizi Allaha möhtac edәn bu
arzuya sahib olduğumuz faktı qarşımıza çıxır.

ÜÇÜNCÜ ARZU: XOŞBӘXTLİK


Bütün normal insanlar xoşbәxtliyi arzulayır vә xoşbәxtliklәrinin
davamlı olmasını istәyir. Bir çox insan, özündә Allaha qarşı birbaşa bir
istәk hiss etmәdiyini deyәrәk, bu arzunun varlığından obyektinin
varlığına keçid edilәcәk bir arqumentә etiraz edә bilәr. Fәqәt belә bir
müqayisәdәn çәkinәrәk “xoşbәxtlik arzusu”nu hәrәkәt nöqtәsinә
çevirsәk içimizdәki bu istәyi doyurmağa, bu dünyada verilәnlәrin
keyfiyyәtinin dә bu dünyadakı zaman kәsiminindә yetmәdiyini anlaya
bilәrik. Bu isә içimizdәki bu istәyin doyurulmasının axirәt hәyatının
varlığını tәlәb etmәsi demәkdir. Axirәtin varlığı isә,daha әvvәl
vurğuladığım kimi Allahın varlığını tәlәb edir. Bu dünyanın, “xoşbәxtlik
arzusu”nu doyura bilmәyәcәyini görәn hәr kәs, bu arzunun Allah
olmadan doyurulmasının mümkün olmadığını anlayar. C. S. Lewis bu
mövzu ilә әlaqәli olaraq belә demişdir:
“Әgәr qәlblәrinә hәqiqi mәnada baxmağı öyrәnәrlәrsә, insanların
böyük qismi, şiddәtli bir şәkildә istәdiklәri şeyin bu dünyada olmadığını
anlayacaqdır...Elә bir hәsrәtdir ki, heç bir evlilik, heç bir sәyahәt, heç bir
tәhsil, hәqiqi mәnada onu doyura bilmәz. Bunu deyәrkәn uğursuz
evliliklәri, tәtillәri, tәhsillәri nәzәrdә tutmuram. Olmağı mümkün әn
uğurlularını nәzәrdә tuturam. Әgәr özümdә, bu dünyadakı heç bir
tәcrübәnin doyura bilmәdiyi bir arzu aşkar edәrsәm, bunun ola bilәcәk
әn yaxşı açıqlaması, başqa bir dünya üçün yaradılmış olduğumdur.Әgәr
dünyәvi hәzzlәrin heç biri onu tәmin edә bilmәzsә, bu, dünyanın bir
hiylә olduğunu göstәrmәz. Böyük ehtimal dünyadakı hәzlәr onu
doyurmaq üçün deyil, әksinә, onu aşkar etmәk üçündür. Belәcә, gerçәk
hәyatın fәrqinә varaq. Әgәr belәdirsә, bir tәrәfdәn, bu dünyәvi nemәtlәri
heç bir zaman kiçik görmәmәli vә şükürsüzlük etmәmәliyәm, digәr
tәrәfdәn, bunları bir kopyası, әks­sәdası, qığılcımı olduqları şeylә
qarışdırma yanılmasına düşmәmәliyәm. Özümdә gerçәk vәtәnim üçün
16
arzunu mühafizә etmәliyәm, o vәtәn ki ölmәdәn ona qovuşa bilmәrәm...”24
“Teologiya antropologiyadır” deyәn Feuerbach kimi bir çox ateist,
insanların arzularının axirәti, axirәtin isә Allahın varlığını tәlәb etdiyinin
fәrqinә varmışlar. Fәqәt bu tәsbitlәrini insanların, Allahın vә axirәtin
varlığını uydurmalarının sәbәbi olaraq görmüşlәr. Feuerbach, Allahı
әvvәlcәdәn yox saydığı üçün insanlardakı arzuları “xәyali arzular”
olaraq dәyәrlәndirir. Feuerbach bu arzuların arasında “xoşbәxtliyi” dә
qeyd edir:
“ Dedim ki, Allah xoşbәxtlik, mükәmmәllik vә ölümsüzlük
arzularımızın qarşılayıcısıdır. Bu sәbәbdәn, insanları Allahsız
buraxmağın,qәlbi köksündәn çıxarmaq kimi olduğu nәticәsi çıxarıla
bilәr. Fәqәt mәn, dinin vә teologiyanın Allahın vә ölümsüzlüyün –hansı
ki hәr ikisi eyni şeydir­ var olduğunu irәli sürdüklәri ilә bağlı tezislәrinә
etiraz edirәm.” 25
Qısaca olaraq “xoşbәxtlik arzusu”nun axirәti vә Allahın varlığını
tәlәb etdiyini ateist vә teist bir çox mütәfәkkir ifadә etmişdir.

DÖRDÜNCÜ ARZU: MӘQSӘD


Yaxın zamanda psixologiya sahәsindә edilәn araşdırmalarda,
mәktәb yaşına çatmamış uşaqların, tәbiәtdәki hadisәlәri mәqsәdli
anlamaq vә tәrif etmәk yönündә meyilli olduğu göstәrilәrәk, insanların
doğuşdan –a priori­belә bir qabiliyyәtә sahib olduğu anlaşıldı.26 Ancaq
uşaqlardakı mәqsәdli (teleoloji) açıqlama vermәklә әlaqәli bu meylin
kәşf edilmәsindәn sonra Richard Dawkins bunu bir çox kimsәnin Allah
inancına sahib olmasının sәbәbi olaraq göstәrәrәk, ateist görüşlәri
yönündә istifadә etmәyә çalışmışdır:
“ Hәr şeyә bir mәqsәd yüklәnmәsinә teleologiya deyilir. Uşaqlar
tәbii teleoloqlardır vә bir çox insan bu uşaqlıq halından heç bir zaman
çıxa bilmәz... Açıqca görülmәkdәdir ki, uşaqvarı teleologiya dinlәrin
yaranmasına sәbәb olmaqdadır. Әgәr hәr şeyin bir mәqsәdi vardırsa,
bu, kimin mәqsәdidir? Әlbәttә,Allahın” 27
24
C.S. Lewis, Mere Christianity, Harper Collins Publishers, London, 2002, s. 135­137
24
C.S. Lewis, Mere Christianity, Harper Collins Publishers, London, 2002, s. 135­137
25
Ludwig Feuerbach,  Lectur es on the Essence of Religion,
(http://www.marxists.org/reference/archive/feuerbach/works/lectures/lec30.htm), 1851.
26
Deborah Kelemen, “Are Children Intuitive Theists? Reasoning about Purpose and Design in
Nature”, Phsychological Science, No: 15/5, 2004; Deborah Kelemen, “The Scope of Teleological Thinking in
Preschool Children”, Cognition, No: 70, 1999, s. 241­272.

17
Digәr tәrәfdәn, Oxfordlu psixoloq Justin Barrett kimi bәzi elm
adamları isә bu özәlliyin Allah tәrәfindәn insanlara yerlәşdirildiyinin dә
düşünülә bilәcәyini dedilәr.28 XII­XIII әsrlәrdә yaşamış olan mәşhur
Müsәlman din xadimi İbn Teymiyyә, insanların yaradılışlarında var olan
özәlliklәr (fitrәt) sәbәbi ilә, yaradılışa baxdıqlarında Allahın varlığını
birbaşa görә bilәcәklәrini deyәrkәn; insanların hadisәlәri doğuşdan
mәqsәdli anlaya bilәcәk xüsusiyyәtlәri ilә әhatәli şәkildә var olduğunu
deyәn psixoloji görüşlәrә yaxınlaşmışdır.29
Әtrafındakı varlığı mәqsәdli yaradılmış olaraq şәrh edәn insan,
bütün olaraq kainata vә daha da vacibi, öz varlığına yönәldiyindә
kainatın vә özünün mәqsәdini dә öyrәnmәyi arzu edәr. Fәqәt hәyatın vә
kainatın mәnasını öyrәnmәyә yönәlmiş bu arzu, ancaq kainatdan üstün
olaraq, kainatı vә insanı yaradan bir Allah varsa doya bilәr. Materialist­
ateist görüşә görә öz­özünә ortaya çıxmış vә insan zәrurәt vә şansın
birlәşmәsi ilә tәsadüfәn yaranmışdır. Allahın olmadığı bu cәdvәldә,
kainatın vә insanın bir mәqsәdi­mәnası ola bilmәz; insanın içindәki
“mәqsәd arzusu”nun tәmin edilmәsi mümkün deyil. Bunun mәntiqi
nәticәsi “qaçınılmaz ümidsizlik”dir; Bertrand Russellin bu ifadәlәrindә
bu müşahidә edilmәkdәdir:
“ Elmin bizә tәqdim etdiyi dünya, daha da mәqsәdsiz, daha da
mәnasızdır... Buna görә insan, nә yaradacağından xәbәrsiz sәbәblәrin
bir nәticәsidir. İnsanın kökәni, inkişafı, ümidlәri vә qorxuları, eşqlәri vә
inancları, atomların bir araya gәlmәsindәn başqa bir şey deyildir... Ruh,
bundan sonra sadәcә bu gerçәklәrin, bu qaçınılmaz ümidsizliyin
tәmәllәri üzәrindә inamla yüksәlә bilәr.30
Qısacası, insanın “mәqsәd arzusu” Allah varsa qarşılığını tapa
bildiyi halda, materialist­ateizmin tәqdim etdiyi kainat portretindә
içindәn çıxılması mümkün olmayan bir ümidsizlik vardır.

BEŞİNCİ ARZU: ӘDALӘT


Chomsky danışmağı öyrәnәn uşaqların, kompleks qrammatik

27
Richard Dawkins, The God Delusion, Black Swan, London, 2007, s. 210
28
Justin L. Barrett, “Is The Spell Really Broken? Bio­psychological Explanations of Religion and Theistic
Belief”, Theology and Science, No: 5/1, s. 57­72.
29
Wael B. Hallaq, “İbn Teymiyyәyәyә Görә Allahın Varlığı” Sosial Elmlәr Dәr gisi, Tәr: Bilal Kuşpınar, No: 3,
April 1993, s. 144.
30
Bertrand Russell, Mysticism and Logic and Other Essays: A Fr ee Man’s Wor ship, Longmans, London, 1918,
s. 40.

18
qaydaları istifadә etmә bacarığını, ancaq doğuşdan bununla әlaqәli bir
tutuma sahib olmaları ilә vә bunu qrammatikadan istifadә bacarığını
qazanmalarını mümkünә çevirmәklә әldә edә bilәcәklәrini demişdir.
Әdalәt üzәrinә fikirlәri ilә mәşhurlaşan fәlsәfәçi John Rawls, “әdalәtli”
vә “әdalәtsiz” kimi qeyri­adi dәrәcәdә kompleks vә potensial olaraq
sәrhәdsiz müxtәliflikdә mühakimәdә istifadә edә bilәcәyimiz tәmәl
qavramların vә bunlara bağlı әxlaqi mühakimәlәrimizin, Chomskynin dil
teoreminә bәnzәr bir yanaşma ilә başa düşülә bilәcәyini ifadә etmiştir.31
Buna görә, doğuşdan danışmaq üçün zehnimiz hazır vәziyyәtdә
dünyaya gәldiyimiz kimi “әdalәtli” vә “әdalәtsiz” qavramlarını istifadә
etmәyә dә hazır bir yaradılış ilә dünyaya gәldik. İstәr tәhsilli, istәr
tәhsilsiz, aşağı­yuxarı hәr kәsin bir çox fәrqli mәdәniyyәtdә bu çәtin
qavramı bu qәdәr rahat istifadә etmәlәri vә әdalәtin gerçәklәşmәsinin
tәqribәn hәr mәdәniyyәtdә insanların ortaq arzuları olmağı da “әdalәt
arzusu”nun doğuşdan vә bütün insanlığı maraqlandıran bir insani arzu
olduğunu göstәrmәkdәdir. Necә ki, XX әsrin ikinci yarısında
psixologiya sahәsindә, danışma öncәsi dönәmdәki uşaqlarla aparılan
tәcrübi araşdırmalar da bu görüşü dәstәklәmәkdәdir.32 (Doğuşdan әxlaq
dәlili bölümündә bu mövzu ilә әlaqәli örnәk verilәcәkdir.)
İnsan doğuşdan әdalәt arzusuna sahibdir, fәqәt dünyada bir çox
zalımın zülmünün qarşılığını almadan öldüyünü, bir çox mәzlumun isә
etdiklәri yaxşılıqların qarşılığını almadan vәfat etdiklәrini müşahidә
edirik. İçimizdәki әdalәt arzusu gәrәyi, mәzlumlara zülm edәn bu şәxslәr
cәzalandırılmalı vә yaxşılar etdiyi yaxşılıqlara görә
mükafatlandırılmalıdır. Bu dünyada bunlar hәyata keçmәdiyinә görә
ancaq axirәt hәyatının varlığı vә axirәt hayatında mükafatlandırma vә
cәzalandırmanın olması ilә içimizdәki әdalәt arzusu doyurula bilәr.
Axirәtin varlığı isә ancaq bu dünyanı vә bizi yaradan, bu yaradılışı tәkrar
etmәsi mümkün olan üstün bir qüdrәtin, yәni Allahın var olması ilә
mümkündür.
Qısacası, insanın doğuşdan sahib olduğu әdalәt arzusu, insanın
gözünü axirәtә, axirәtin var ola bilmәsi isә insanın gözünü Allahın
varlığına çevirir. Bizә aid olan bu arzunun doyurulmasının tәk yolu
mükafatlandırma vә cәzalandırması ilә bәrabәr axirәtin vә onu yaradacaq

31
1 John Rawls, A Theor y of J ustice, The Belknap Press of Harvard University Press, Massachusetts, 1999, s. 41.
32
Örnәk olaraq altı aylıq uşaqlarla aparılan buu araşdırmaya baxa bilәrsiniz: Yasuhiro Kanakogi ve diğerleri,
“Preverbal Infants Affirm Third­Party Interventions That Protect Victims From Aggressors”, Natur e Human
Behaviour , Ocak 2017.

19
Allahın var olmasıdır.

ALTINCI ARZU: ŞÜBHӘDӘN UZAQ BİLGİ ӘLDӘ ETMӘ


“Bütün insanlar, tәbiәtlәrinin gәrәyi olaraq bilmәk istәyәrlәr”.
Aristotelin mәşhur bir sözüdür bu.33 Bundan öncәki bütün arzular kimi
“şübhәdәn uzaq bilgi әldә etmә” arzusunun bütün insanlardakı tәbii vә
tәmәl arzulardan biri olduğuna hәr halda çox az etiraz edәn olacaqdır.
Şübhәdәn uzaq bilgi әldә etmә, tәmәl vә obyektiv bir insani arzu olduğu
üçün, fәrqli tәbii vә tәmәl arzuların eyni nәticәyә aparmasına әsaslanaraq
yazdığım bu fәsildәki bu arqumentdә bu arzuya da yer verirәm.
İncәlәdiyim әvvәlki arzuların gerçәk mәnada doyurulmasının
Allahın varlığını tәlәb etdiyini bir çox ateist vә aqnostik mütәfәkkir dә
qәbul etmiş, hәtta bunu insanların Allaha inanmağının sәbәbi olaraq
dәyәrlәndirmişlәr. Digәr yöndәn, “şübhәdәn uzaq bilgi әldә etmә
arzusu”nun Allahın varlığına inanc tәlәb etmәyi isә ateistlәr vә
aqnostiklәr tәrәfindәn qәbul edilmәmәkdәdir. Bu arzunun Allahın
varlığını tәlәb etdiyini anlamaq üçün әvvәlkilәrdәn daha çox zehni
fәaliyyәtә vә eyni zamanda fәlsәfi tәmәlә ehtiyac olduğunu vә bu
iddianın daha çox müzakirәyә sәbәb olacağını deyә bilәrәm.
İki fәlsәfәçinin; Rene Dekart vә Alvin Plantinganın çalışmalarına
qısaca toxunaraq bu arzunun Allahın varlığını tәlәb etdiyini göstәrmәyә
çalışacağam. Bu fәlsәfәçilәr, insanın bilә bilmә imkanının sәrhәdlәrini
qәbul etmәklә bәrabәr, әn tәmәl bilgilәrimizin doğruluğuna ancaq
Allahın varlığına inanarsaq әmin ola bilәcәyimizi demişdirlәr. Bu kitabın
üçüncü fәsli olan “ağıl dәlili”, bu maddәdә incәlәnәn xüsus ilә yaxından
әlaqәlidir. “Ağıl dәlili” bölümündә, materialist­ateist antologiyada
ağlımıza inamın tәmәllәrinin sarsılacağı, fәqәt teizmdә bu problemin
olmadığı göstәrilәcәktir. Bu isә “şübhәdәn uzaq bilgi әldә etmә”
arzumuzun qarşılanmasının ancaq teist paradiqma içәrisindә mümkün
olduğunu ifadә edәn buradakı arqumenti dәstәklәmәkdәdir.
Çölümüzdәki dünyanın varlığı әn әsas bir çox bilgimizin varlığı
üçün ilk şәrtdir. Sevdiyimiz insanların varlığından öz bәdәnimizin
varlığına qәdәr bir çox tәmәl bilgimiz xarici dünyanın gerçәk olaraq var
olması şәrtinә bağlıdır. Aristotelin dә diqqәt çәkdiyi kimi xoşbәxtlik
üçün önәmli şәrtlәrdәn biri, hәzz verәn şeylәrin mәzmununun gerçәk

33
Aristotle, Metaphysics, Tәr: W. D. Ross, Ed: Roger Bishop Jones, NuVision Publications, 2012, s. 1.

20
olmağıdır. Mәşhur filosof vә riyaziyyatçı Dekart, xarici dünyanın
varlığına dair bildiyi bilgilәrin hamısının şübhәli olduğunu qәbul edәrәk
bilgisini sıfırlamış, daha sonra şübhәdәn uzaq bir şәkildә fәlsәfi sistemini
qurmağa çalışmışdır. Bunu edәrkәn ancaq Allahın varlığı qәbul edilәrsә,
xarici dünya kimi çox açıq şәkildә gerçәk olaraq qәbul etdiklәrimizdәn
şübhә etmәyә bilәcәyimizi demişdir.34 Dekartın bu görüşünü, “dәbi
keçmiş” bir görüş olaraq görәnlәr vardır. Fәqәt, bu günә qәdәr bu
görüşә qarşı yetәrli bir cavabın verilә bildiyini dә düşünmürәm. Dekart
belә deyir:
“ Әn zәkalı insanlar da istәdiklәri qәdәr bu problem üzәrindә düşünә
bilәrlәr. Allahın varlığını qәbul etmәdiklәri tәqdirdә bu şübhәni aradan
qaldıracaq bir sәbәb göstәrә bilәcәklәrinә inanmıram. Öncәliklә,
yuxarıda tәqdim etdiyim, qәbul etdiyim prinsip olan; çox açıq­saçıq
şәkildә anladığımız şeylәrin doğruluğu, ancaq Allah varsa güvәnilә
bilәndir, Allahın mükәmmәl varlıq olması sayәsindә güvәn daxilindәdir,
bizdә olan hәr şey Ondan olduğu üçün güvәn altındadır... Fәqәt, bizdә
olan hәr şeyin, mükәmmәl vә sonsuz Varlıqdan gәldiyini bilmәsәydik;
görüşlәrimiz nә qәdәr açıq olursa olsun, doğru olma mükәmmәlliyinә
sahib olduqlarını düşünmәyimizi qarantilәyәcәk bir sәbәb olmazdı.” 35
Dekart bu görüşü Allahın varlığı üçün bir arqument olaraq deyil,
xarici dünyanın varlığı üçün bir arqument olaraq tәqdim edir. Fәqәt, әldә
edilәn nәticә doğru qәbul edildiyi zaman, burada müdafiә olunan
arqumentin “şübhәdәn uzaq bilgi әldә etmә arzusu” ilә bağlı iddiasını
dәstәklәmәkdәdir.
Plantinganın dilә gәtirdiyi “naturalizmә qarşı tәkamül arqumenti”
görüşündә dә eyni nәticә әldә edilmәkdәdir.36 Plantinga, Davvkins kimi
mәşhur ateistlәrin iddialarının tәrsinә, tәkamül görüşü ilә teizmin deyil,
әslindә materialist­ateizmin uzlaşa bilmәyәcәyini ifadә etmişdir.
Plantinga, materialist­ateist tәkamül anlayışına görә “güvәnli zehni
qabiliyyәtlәrә” malik olmağımızı gözlәmәyimiz üçün heç bir sәbәb
olmadığını deyir. Çünki materialist­ateist tәkamülçülәrin görüşlәrinә
görә tәkamülün mexanizmlәrinin sadәcә bu dünyaya uyğunlaşanı,
yaşaya bilәni vә çoxala bilәni seçmәsi gözlәnmәkdәdir. Fәqәt, bu şәrhin
34
Mövzumuzun xaricinә çıxmamaq üçün Dekartın bu görüşünün incәliklәrinә girmirәm. Dekartın bu iddiasının
incәliklәrini öyrәnmәk istәyәnlәr bura baxa bilәrlәr: Rene Descartes, Discour se on Method and The Meditations,
Tәr: F.E. Sutcliffe, Penguin Classics, Londra, 1968
35
Rene Dekart, Discour se on Method and The Meditations, s. 58­59
36
Alvin Plantinga, “Natur alizmә qar şı Tәkamül Ar qumenti”, Allah, Fәlsәfә vә Elm, Ed: Caner Taslaman ve Enis
Doko, İstanbul Nәşriyyatı, İstanbul, 2014, s. 175­225

21
içindә, doğru bilgini әldә edәcәk güvәnli zehni qabiliyyәtlәrin ortaya
çıxmasını ehtimal edәcәk heç bir ünsür yoxdur. Digәr yöndәn, bir teist,
Allahın insanları, onu bilә bilәcәk vә sәnәtini tәqdir edә bilәcәk şәkildә ­
tәkamül yolu ilә vә ya tәkamülsüz­ yaratdığını düşündüyü üçün doğru
bilgiyә çatacaq şәkildә zehni qabiliyyәtlәrә sahib olmağımızı düşünәcәyi
bir paradiqmaya sahibdir. Materialist­ateist bir tәkamül anlayışını
müdafiә edәnlәr isә ağıl yeritmә mәrhәlәlәrimizә güvәnilә bilәcәyini
iddia edә bilmәyәcәklәri üçün, ateizmin vә ya tәkamülün doğruluğu
daxil hәr hansı bir doğruluq iddiasını edә bilmәzlәr. (“Ağıl dәlili”
fәslindә Plantinganın bu görüşü daha geniş bir şәkildә incәlәnәcәkdir.)
Plantinga bu görüşü ilә materialist­ateist bir görüşlә bәrabәr
tәkamül nәzәriyyәsinin müdafiә edilmәsinin –bir çox şәxsin heç
gözlәmәdiyi şәkildә­ “özünü çürüdәn” (self defeating) bir görüş
olduğunu göstәrmәyә çalışmışdır.37 Plantinga bunu edәrkәn, әldә etdiyi
nәticәni burada tәqdim etdiyim “tәbii arzular dәlili” baxımından
dәyәrlәndirmәmişdir. Fәqәt, onun bu görüşü “şübhәdәn uzaq bilgi әldә
etmә istәyi”nin materialist­ateist paradigma içәrisindә tәtmin edilә
bilmәyәcәyini göstәrdiyi üçün, bu kitabda tәqdim olunan arqumentә
dәstәk vermәkdәdir.

YEDDİNCİ ARZU: BAŞQALARI TӘRӘFİNDӘN XOŞ RӘFTAR


İnsanın zehni bacarıqları vә arzuları, digәr insanlarla әlaqә qura
bilәcәyi quruluşa sahibdir. Mәsәlәn, insanın әn önәmli özәlliklәrindәn
biri olan danışma qabiliyyәti doğuşdandır.38 Bu isә insanın doğuşdan
–fıtrәtdәn­ sosioloji bir varlıq olması, yәni bir çox insanla münasibәtdә
olacağı bir mühitә doğuşdan hazır olması demәkdir.39 Başqa insanlarla
qarşılaşan şәxs üçün, digәr insanlar tәrәfındәn fiziki vә psixoloji olaraq
incidilmәmәk önәmlidir. Qısacası, insanda sosial bir varlıq olaraq
yaradılmasından qaynaqlanan, yәni tәbiәtinin tәlәbi olaraq “başqaları
tәrәfindәn xoş rәftar arzusu” da vardır. Başqaları tәrәfindәn xoş rәftar
37
Alvin Plantinga, “An Evolutionary Argument Against Naturalism”, Logos 12, 1991; Alvin Plantinga, War r anted
Chr istian Belief, Oxford University Press, Oxford, 2000.
38
Noam Chomsky, Syntactic Str uctur es, Mouton de Gruyter, Berlin, 2002
39
Muhәmmәd Әbduh, Tövhid Risalәsi, tәr: Sәbri Hizmәtli, Fecr Nәşriyyatı, Ankara, 1986, s. 143.

22
görmә şәrtlәrini isә әn yaxşı şәkildә әxlaqın varlığı tәmin edir.
Praktiki hәyatda rasional әsaslandırmaya ehtiyac hiss etmәyәn
әxlaqi prinsiplәrә görә davranan bir çox insan vardır. Ancaq әxlaqi
dәyәrlәrin rasional әsaslandırılması ancaq Allahın varlığı ilә
mümkündür; burada “rasional әsaslandırması” vurğusuna diqqәt
edilmәlidir. (Bu mövzunu, bu kitabın ikinci fәsli olan “doğuşdan әxlaq
dәlili” bölümәsindә әtraflı müdafiә edәcәyim üçün burada qısaca
toxunacağam.) Bu fәsildә bu mövzuya diqqәt çәkmәyimlә ikinci fәsildә
diqqәt çәkmәyim arasındakı fәrqә dә diqqәt edilmәlidir. İkinci fәsildә
“insanın doğuşdan әxlaqi quruluşunun var olduğunu, әn yaxşı Allah
tәrәfindan bu özәlliyin insana yerlәşdirilmiş olmasının açıqladığı”
iddiamı dәstәklәmәk üçün bu mövzu yenidәn açılacaqdır. Burada isә
“başqaları tәrәfindәn xoş rәftar edilmә arzusu”nun әn yaxşı şәkildә
әxlaqi quruluşun olduğu mühitlәrdә qarşılanacağı, әxlaqi quruluşun isә
ancaq Allahın varlığı ilә rasional әsaslandırıla bilәcәyini, belәcә
doğuşdan bir arzu ilә Allahın varlığı arasında bir daha әlaqә ortaya
çıxdığına diqqәt çәkmәk üçün bu mövzuya yenidәn diqqәt yetirilәcәkdir.
Qısacası,hәrәkәt nöqtәsi eyni olsa da, buradakı vurğulanan hal ilә,
sonrakı bölümdәki istifadә arasında önәmli fәrq vardır.
Әlbәttә, Allaha inanmayan amma insanlara zәrәr vermәyәn әxlaqi
baxımdan yaxşı insanlar olduğu kimi, Allaha inanıb da insanlara zәrәr
verәn әxlaqi baxımdan pis insanlar da vardır. Fәqәt, burada müdafiә
olunan, insanların mövzu olan arzularının әxlaqi bir sistemi, bunun
“rasional әsaslandırılmasının” isә Allahın varlığını tәlәb etmәsidir.
Әxlaqi qanunların әn önәmli özәlliyi bağlayıcılığıdır. Fәqәt materialist­
ateist varlıq anlayışında kainatı aşan heç bir varlıq yoxdur vә şüursuz
maddә zәrrәciklәrindәn yaranmış kainatın, bağlayıcı әxlaq qanunları
tәlqin etmәyi düşünülә bilmәz. O zaman, bu halda, hәr hansı bir toplumu
aşan әxlaqi qanundan da bәhs edilә bilmәz. Mәsәlәn, bir toplumun, öz
qәbulları ilә ­Hindistandakı qәdim bir tәtbiqdә olduğu kimi­ әrlәrinin
vәfatından sonra hәyat yoldaşlarını yandırmalarının yanlış olduğu kimi
hәr kәsin qәbul edәcәyi bir әxlaqi mühakimәyә belә rasional әsas tapmaq
olmaz. Vә ya bir qәbilә kiçik uşaqlara işgәncә edirsә, o toplum vә ordakı
fәrdlәr nә düşünәcәklәrsә düşünsünlәr, “uşaqlara işgәncә edilә bilmәz”
әxlaqi prinsipinin bağlayıcı olduğunu, kiçik uşaqlara zәrәr verilә
bilmәyәcәyini düşünәrik. Qısacası, içindә olduğumuz toplum vә şәxsәn
özümüz nә düşünәrsәk düşünәk, toplumu vә bizi aşan әxlaq qanunlarının

23
bağlayıcı olduğunu düşünәrik. Toplumu aşan vә toplumun ortaya
çıxarmamasına rәğmәn toplumu bağlayan әxlaqi prinsiplәr yoxdursa,
әrlәrinin vәfatından sonra hәyat yoldaşlarının öldürülmәsinә vә ya
uşaqlara işgәncә edilmәsinә hansı әsasda qarşı çıxa bilәrsiniz? Elә
mәşhur ateist filosof Jean Paul Sartre dә Allahın varlığına inanmadıqda
әxlaqi prinsiplәrә әsas tapıla bilmәyәcәyinә diqqәt çәkmişdir:
“Әksinә, varoluşçu, Allahın var olmamağını qeyri­adi sәviyyәdә can
sıxıcı görәr, bununla bәrabәr dәyәrlәrin rassional tәmәlini әldә edә
bilәcәyimiz bir әsas da tamamilә yox olar. Sonsuz vә mükәmmәl bir
‘Şüur’ onu düşünmәdiyi üçün artıq a priori olaraq bir yaxşı qalmaz.
Artıq heç bir yerdә yaxşının varlığı vә ya birinin dürüst olması ilә yalan
danışması yazılı deyildir, çünki artıq sadәcә insanın var olduğu bir
müstәvidәyik. Dostoyevskinin bir zamanlar dediyi “Allah yoxdursa hәr
şey mübahdır” ifadәsi varoluşçu üçün başlanğıc nöqtәsidir. Hәqiqәtәn
dә, Allah yoxdursa hәr şey mübahdır vә insan nәticә olaraq sahibsizdir.”40
Әxlaqi qanunların, istәr Allahın tәbiәti ilә әlaqәli әzәli gerçәkliklәr
olduğunu, istәr sadәcә Allahın әmrlәrindәn qaynaqlandığını düşünәk, hәr
iki görüş dә әxlaqi qanunlara rasional tәmәl yaratmaqdadır. (sonrakı
fәsildә “Euthyphro dilemması” müzakirә edilәrkәn bu mövzu
dәyәrlәndirilәcәkdir.) “Әxlaq dәlili” deyildikdә fәlsәfәdә ilk xatırlanan
adlardan biri olan Kant, “әn yüksәk yaxşının” (summum bonum)
gerçәklәşmәsi üçün hәm әxlaqi fәzilәtin, hәm dә әskiksiz bir
xoşbәxtliyin birlәşmәsi lazım olduğunu, bu olmadan әxlaqi qanunun
obyektivlik tәlәbinin qarşılana bilmәyәcәyini; bunlar üçün isә Allahın vә
axirәtin varlığının lazımlı olduğunu demişdir. Növbәti fәsildә müdafiә
edәcәyim “doğuşdan әxlaq dәlili” baxımından Kantın praktiki ağıl adına
müdafiә etdiyi “әxlaq dәlili” ilә, әxlaqdan hәrәkәtlә Allahın varlığı üçün
obyektiv arqument quranlar arasında (–belә obyektiv bir arqumenti
növbәti fәsildә mәn dә müdafiә edәcәyәm­) önәmli fәrqlәr vardır.Ancaq
aralarında önәmli fәrqlәr olsa da bütün bu görüşlәr kitabdakı arqumentә
adaptasiya edilә bilәr; buradakı baxış bucağından bunlardan hansı
mәnimsәnirsә mәnimsәnsin, nәticә dәyişmәz. Bu fәsildә müdafiә olunan
arqument baxımından sözügedәn arzunun әxlaqa, әxlaqi bir sistemin isә
Allahın varlığına ehtiyacı olduğunun göstәrilmәsi kifayәtdir.
Nәticәdә tәbiәti gәrәyi sosial bir varlıq olan insanın, bu tәbiәtinin
nәticәsi olaraq “başqaları tәrәfindәn xoş rәftar arzusu”na sahib olduğunu,

40
Jean Paul Sartre, Basic Wr itings, Ed: Stephen Priest, Routledge, Londra, 2001, s. 32

24
bunun isә әxlaqi qanunları tәlәb etdiyini görürük. Başqalarına qarşı
әxlaqi qanunlara uyğun davranmağa yönәlik doğuşdan özәlliklәrә sahib
olduğumuzu inkar edәnlәr ola bilәr. Amma “başqaları tәrәfindәn xoş
rәftar arzusu”nun tәbii vә tәmәl bir arzu olduğuna etiraz edilә
bilmәyәcәyi qәnaәtindәyәm. Toplumu vә fәrdi aşan obyektiv әxlaqi
qanunların ancaq Allahın varlığı ilә rasional әsas tapdığına dair buradakı
iddia; Sartre kimi ateistlәrdәn, tәk tanrılı dinlәrin әnәnәsi içindә әxlaqi
qanunları Allahın tәbiәti ilә әlaqәlәndirәnlәrdәn, әxlaqi qanunları
Allahın әmrlәri görәnlәrә qәdәr geniş bir kәsimin qәbul etdiyi bir
iddiadır.

MATERİALİST­ATEİZM, YOXSA TEİZM DAHA YAXŞI


AÇIQLAYAR?
Bura qәdәr arqumentin ilk iki maddәsi dәyәrlәndirildi. İrәli
sürülәn arqumentin üçüncü maddәsi isә hәr halda әn az etiraz edilәcәk
maddәdir. Bir çox ateist dә, teist dә bu maddәni rahatlıqla qәbul
edәcәkdir. İstәr fәlsәfә tarixinә, istәr günümüzün fәlsәfәsinә baxıldığında
materialist­ateist görüşlә teist görüşün ­ bunların öz içindә bir çox
fәrqlilik olması ilә bәrabәr­ bir­birlәrinә qarşı mövqe aldıqları, bu
görüşlәrdәn birinin yanlışlanmasının digәrinin doğrulanması olaraq
qәbul edildiyi rahatlıqla deyilә bilәr. Aqnostik görüşlәr isә bu bәndlәrin
xaricindә üçüncü bir bәnd olmaq yerinә, daha çox bu bәndlәrdәn
hansının doğru olduğunu bilә bilmәyәcәyimizi iddia edir.
Ateist vә aqnostiklәrin müdafiә etdiyim arqumentdә әn çox etiraz
edәcәklәri bәnd isә qәbul edildiyi halda nәticәnin avtomatik qәbul
edilәcәyi dördüncü bәndir. Daha әvvәl görüldüyü kimi incәlәdiyim yeddi
arzunun insanda olduğunu tәsbit edәn Freud kimi ateistlәr, bu arzuların
Allahın varlığını tәlәb etdiyini görmüşdürlәr, Allaha vә dinә inanmağı
“arzuların tәtmini” dәyәrlәndirmişdirlәr.
Amma bu görüş ancaq materialist­ateizmi başdan –a priori­ doğru
bir fәlsәfә olaraq qәbul etdiyimiz halda keçәrli ola bilәr. Bu başdan
qәbul bir kәnara buraxıldığında “arzuların tәtmini” görüşündә olan
ateistlәrin, әn çox yol verilәn mәntiqi xәtalardan biri olan “kökәnsәl
xәtaya” (genetic fallacy) yol verdiklәri anlaşılacaqdır. “Kökәnsәl xәta”
edәn şәxs, bir şeyin kökәnini göstәrmәklә o şeyin doğru vә ya yanlış
olduğunu isbat etdiyini zәnn edir. “Kökәnsәl xәta” edәn şәxsin çıxardığı
nәticә doğru vә ya yanlış ola bilәr. Amma әqli düşüncәsi yenә dә mәntiqi
25
olaraq xәtalıdır. Mәsәlәn, “Әli dünyanın yuvarlaqlığını ailәsindәn
öyrәndi, demәk ki bu mövzudakı bilgisi yanlışdır” deyәn şәxslәr
“kökәnsәl xәtaya” yol vermәkdәdirlәr. Eyni şәkildә Freud kimi
“arzuların tәtmini” iddiasında olanların dediyi kimi insanların bәzisinin
vә ya bir çoxunun Allaha vә dinә inanmasının kökәnindә arzuları ola
bilәr. Fәqәt, Allaha vә ya dinә inanmağın kökәnini göstәrmәklә, Allahın
vә dinlәrin insanın uydurmaları olduğu iddia edildiyindә “kökәnsәl
xәtaya” yol vermiş olurlar. Әfsuslar olsun ki, tarixin mәşhur ateistlәri, bu
qәdәr açıq bir mәntiqi xәtaya yol vermәlәrinә baxmayaraq, sözügedәn
görüşlәrini qәbul edәn bir çox şәxs olmuşdur. Ancaq Allahın, insanların
içinә bu arzuları yerlәşdirәrәk, insanları özünә inanmağa yönlәndirdiyi
deyilә bilәr. “Tәbii arzular dәlili” ilә bu şәrhin daha yaxşı bir açıqlama
olduğunu müdafiә edirәm.
Burada tәqdim edilәn dәlildә dә kökәnsәl xәta edilib­edilmәdiyi kimi
bir sual verilә bilәr. Buradaki dәlildә, doğuşdan var olan arzularımızın
Allaha yönlәndirdiyi vә bu sәbәbdәn Allahın varlığına inanmağımızın
gәrәkli olduğu deyilsә idi, Freud vә digәrlәri kimi kökәnsәl xәtanın
başqa bir variantına yol verilmiş olardı. Kökәni göstәrmәk,tәqdim
olunan iddianın yanlışlığı üçün әsas ola bilmәyәcәyi kimi, doğruluğu
üçün dә әsas ola bilmәz. Ancaq burada, әvvәl fәrqli bir çox arzunun
hamısının Allahın varlığını tәlәb etdiyi göstәrilmәkdәdir, sonra bu
arzuların Allahın varlığını tәlәb edәcәk şәkildә necә var olduqları
sorğulanmaqdadır. Bu sorğulamanın nәticәsindә arzuların necә var
olduğunun açıqlamasını әn yaxşı şәkildә teizmin tәmin etdiyi iddia
edilmәkdәdir: Allah, arzularımızı Ona yönlәndirәcәk şәkildә yaratdığı
üçün bu qәdәr fәrqli arzunun hamısı Allaha yönlәndirmәkdәdir. Burada
tәqdim olunan arqument, arzuları tәqib etdirib (kökәnsәl xәtaya sövq
edib) nәticәyә çatan deyil, arzuların necә var olduğunun әn yaxşı
açıqlamasının sorğulanmasından nәticәyә çatan bir arqumentdir.41 Bu
arqumentdә istifadә etdiyim yöntәm, arqumentin dördüncü bәndindә
aydınlaşmaqdadır. Burada tәqdim etdiyim arqumentdә “әn yaxşı
açıqlamanı” tәsbit etmә yöntәmini istifadә edirәm. Arzularla әlaqәli
teizmin verdiyi açıqlamanın, teizmin tarixi mәrhәlәdәki ciddi tәk
alternativi olan materialist­ateizmdәn daha rasional vә tutarlı olduğunu
iddia edirәm. Buradakı görüşün elm fәlsәfәsindә istifadә edilәn “әn yaxşı
izah üçün nәticә” (inference to the best explanation) vә “ehtimal
Steven Jon James Lovell, Philosophical Themes fr om C. S. Lewis, Department of Philosophy University of
41

Sheffield, PhD Thesis, August 2003, s. 95, 154.

26
prinsipi” (likelihood principle) görüşlәrinә bәnzәr olduğunu deyә
bilәrәm.
Hansı görüşün doğru olması halında gözlәdiyimiz vәziyyәt daha
ehtimaldırsa, mövcud alternativlәr arasından doğru olması әn ehtimal
görüşün o olduğunu deyә bilәrik. Bu, aktual hәyatda sıxlıqla istifadә
etdiyimiz bir әqli düşünmә variantıdır. Mәsәlәn, Meliha ilә Emrenin
özlәri üçün çox önәmli bir yarışa qatıldığını düşünün, siz yarış bitdikdәn
biraz sonra yarış әrazisinә gәlmiş olun; әgәr Melihayı çok sevincli
Emreyi üzgün görsәniz, Melihanın yarışın qalibi olduğunu, yarışın qalibi
kimin olduğunu görmәdәn vә eşitmәdәn, qәrar verә bilәrsiniz. Çünki
Meliha yarışın qalibidirsә, sevincli olmağını vә Emre mәğlubdursa,
üzgün olmağının gözlәndiyini vә bunun әksi vәziyyәtdә Melihanın
kәdәrli vә Emrenin sevincli olmağının gözlәndiyini bilirsiniz. Bu
bilginizlә Melihanın sevincli vә Emrenin kәdәrli olduğunu (vә ya
bunların sadәcә birini) gördüyünüz zaman yarışı Melihanın qazandığı
qәnaәtinә gәlәrsiniz.42
Burada istifadә olunan әqli düşünmә şәkli dә tam olaraq belә
sıxlıqla istifadә etdiyimiz bir әqli düşünmә yoludur. Allah әgәr
arzularımızı yaratmışdırsa, arzularımızın bizi Allaha yönlәndirmәsi
gözlәnәndir. Allahın yaratdığı bir kainatda, kainatdakı vә ya insanın
yaradılışındakı kimi ünsürlәrin Allaha yönlәndirәcәk xüsusiyyәtlәrlә
şüurlu şәkildә hazır düzәnlәnmiş olması böyük ehtimaldır. Fәqәt
materialist­ateistlәrin düşündüyü kainat modelindә, kainatdakı mexaniki
işlәyişin “varlığı mövcud olmayan Allaha” yönlәndirәcәk bir çox arzu
ortaya çıxarması gözlәnilәn edәcәk heç bir ünsür mövcud deyil. O
zaman yaradılışımıza (fitrәtimizә) qarışmış arzularımız ilә әlaqәli
mövcud gözlәnilәn vәziyyәt, teizmin ön görmәlәri ilә uyğun olduğu
halda, mövcud tәk alternativ olduğunu deyә bilәcәyimiz materialist­
ateistlәrin ön görmәlәrindә bu vәziyyәti gözlәnilәn edәcәk bir ünsür
mövcud deyil. Bu vәziyyәtdә, bir çox arzumuzun Allaha yönlәndirәcәk
şәkildә olmağı, arqumentin nәticәsindә ifadә edildiyi kimi teizmi
alternativ açıqlamalara üstün görmәyimiz üçün dәlil hökmündәdir.

PLANLANMIŞ ,YOXSA PLANLANMAMIŞ BİR PROSES?


Әvvәla, bunu tәyin etmәyimiz lazımdır ki, burada incәlәdiyim

42
Caner Taslaman, Allahın Var lığının 12 Dәlili, Dәstәk Yayınları, İstanbul, 2016, s. 69­70

27
arzular әn әsas arzularımızdır. Bu siyahıya alternativ, burada әldә olunan
nәticәyә müxalif nәticәlәrә aparacaq bir tәbii vә tәmәl arzular siyahısı
göstәrilә bilmәz. Bu bәhs edilәn arzuların yanında yemәk, içmәk, cinsi
istәk vә yuxu kimi tәbii arzularımız da vardır. Dünyadakı varlığımızı
davam etdirmәyimizә yarayan bu arzular, burada әldә olunan nәticәnin
tәrsinә bir vәziyyәt ortaya çıxarmadıqları kimi, bu tәbii arzularımızın
obyektlәrinin mövcud olmağı (yemәk arzusuna qarşılıq yemәyin vә ya su
arzusuna qarşı suyun), arqumentin nәticәsini dәstәklәyәn bir ünsür
olaraq belә qәbul edilә bilәr.Amma bunu arqumentin bir parçası olaraq
dilә gәtirmәdim.
Bәhs edilәn arzuların, Allahın şüurlu bir planı nәticәsindә deyil,
materialist­ateist görüşün iddia etdiyi kimi yarandığını deyәnlәr; bu
arzuların sadәcә tәsadüfi tәbii seçmәnin nәticәsindә ortaya çıxdığını vә
ya tәkamülün ortaya çıxardığı başqa bir mәhsulu olduğunu iddia
edәcәklәr. Burada tәkamül nәzәriyyәsi ilә әlaqәli müzakirәlәrә
girmәyәcәyәm. Fәqәt, bәhs edilәn arzuların bir tәkamül mәrhәlәsindә
ortaya çıxmış olmasının buradakı nәticәyә zidd olmadığını bildirmәk
istәyirәm.43 Әgәr tәkamül müddәtindә bu arzuların ortaya çıxdığı qәbul
edilәrsә; tәkamülü, Allahın yaratma yolu vә tәbii seçmәni Allahın
yaratma vasitәlәrindәn biri olaraq qәbul edәn anlayışlar dәstәklәnmiş
olmurmu? Bizdә doğuşdan var olan bu tәbii vә әsas arzular, әgәr bu
kainatı aşan Allahın varlığını gәrәkdirirsә; bu hal, tәkamül vә tәbii
seçmәnin Allaha gözlәrimizi çevirdiyi mәnasına gәlir. Belәcә Pierre
Teilhard de Chardindәn Dobzhanskyә, Mәhәmmәd İqbaldan Francis
Collinsә qәdәr ­aralarında önәmli fәrqlәr olsa da tәkamülü Allahın
yaratma yöntәmi olaraq görәnlәrin görüşlәri dәstәk tapmış olur.
Bir­birilәrindәn müstәqil bütün bu arzuların eyni antologiya tәlәb
etmәsi, bu dünyada yaşaya bilәcәk vә çoxala bilәcәk olanı seçmәklә
sәrhәdli olan tәsadüfi tәbii seçmә mexanizmi ilә açıqlana bilmәz.
Arzularımızı incәlәdiyimiz zaman, bu dünyada yaşamaq vә çoxalmaqdan
çox daha artığı ilә әlaqәli olduqlarını görürük. Bunu, incәlәnәn hәr arzu
üçün qısaca göstәrmәyә çalışacağam:
Bir inci Ar zu ­ Yaşamaq: Bu dünyada yaşamağımızı vә
çoxalmağımızı әn çox dәstәklәyәn arzunun bu olduğu, adından bәllidir.
Fәqәt arqument baxımından әsas ünsür olan; insan zehninin, digәr
43
Tәkamül nәzәriyyәsini әtraflı şәkildә bu kitablarımda incәlәdim: Caner Taslaman, Evr im Teor isi, Felsefe ve
Tanr ı, İstanbul Yayınevi, İstanbul, 2016; Caner Taslaman, Bir Müslüman Evr imci Olabir Mi?, Destek Yayınları,
İstanbul, 2017.

28
növlәrdәn fәrqli olaraq çox uzun bir keçmiş vә çox uzun bir gәlәcәk ilә
әlaqә qurması vә bioloji orqanizmimizin imkan verәcәyindәn daha uzun
bir müddәtdә dә yaşamağı davam etmәyi arzu etmәyinin bu dünyadakı
yaşamağımız vә çoxalmağımızla bir әlaqәsi yoxdur.
İkinci Ar zu ­ Qor xular ın Yox edilmәsi: Yırtıcı heyvanlardan vә
ya hündür bir yerdәn düşmәkdәn qorxmaq, әlbәttә bu dünyada
yaşamağımıza vә çoxalmağımıza bir dәstәk verir. Fәqәt, insan zehninin
kainatın böyüklüyünü vә öz acizliyini qavraması nәticәsindә bu
vәziyyәtdәn qorxu hiss etdiyindә; bütün kainatdakı varlıqlara qüdrәti ilә
tәsir edә bilәn bir “Varlığa”, qorxuların yox edilmәsi istәyinin özünü
yönlәndirmәsinin, bu dünyada yaşamaq vә çoxalmaqla bir әlaqәsi
yoxdur. Gәl ki, bir çox növ dә özlәrini öldürә bilәcәk canlılardan
qorxuya bәnzәr bir hiss keçirir kimidirlәr.Fәqәt öz acizliklәri üzәrinә
düşünmәklәri nәticәsindә ortaya çıxan qorxulardan qurtulma arzularının,
onları bu kainatı aşan gücә yönәltdiyini müşahidә etmirik.
Üçüncü Ar zu – Xoşbәxtlik: Xoşbәxtliyin hәzzә sadәlәşdirilmәsi
ilә; canlıların yemәk, içmәk, cinsi әlaqә kimi fәaliyyәtlәrindәn aldıqları
hәzzin yaşamağa vә çoxalmağa dәstәk olduğu deyilә bilәr. Fәqәt uzun
bir keçmiş vә gәlәcәk ilә әlaqәdә olan insan zehni, xoşbәxtliyini axirәt
hәyatında da davam etdirmәk istәyir. İnsanın doğuşdan xoşbәxtlik
istәyәn tәbiәti, sahib olduğu zehni qabiliyyәtlәri ilә birlәşdiyi zaman bu
hal hәyata keçir vә belә bir xoşbәxtlik istәyinin dә bu dünyada yaşamağı
davam etdirmәk vә çoxalmaqla bir әlaqәsi yoxdur.
Dör düncü Ar zu – Mәqsәd: İnsanların mәqsәdli (teleoloji)
düşünmәyi, digәr canlıları anlamaları kimi üstünlüklәr qazandıraraq bu
dünyada yaşamağa vә çoxalmağa dәstәk ola bilәr. Fәqәt insanların
mәqsәd vә mәna arzusunun, özlәrinin vә kainatın bir mәqsәdini
axtarmağa yönәldәcәk şәkildә insanda mövcud olmağının, bu dünyada
yaşamaq vә çoxalmaqla bir әlaqәsi yoxdur.
Beşinci Ar zu – Әdalәt: İnsanların әdalәt arzusunun bu dünyadakı
ictimai quruluşlara tәsiri ola bilәr vә ictimai quruluş dolayı olaraq bizә
dә tәsir edәr. Fәqәt әdalәtin gerçәklәşmәsi ilә әlaqәli arzumuz elә geniş
sahәlәrә uzanır ki, bunun dünyada yaşamağımız vә çoxalmağımız ilә bir
әlaqәsi yoxdur. Bizdәn çox uzaqda olsa da Bosniyadaki mәzlumlara
zülm edәn, orada toplu qәtliamlar edәnlәrin, bu etdiklәrinin cәzasını
çәkmәlәrini istәyәrik. Bizdәn uzaq bir mәmlәkәtdә olan vә bir sәnәdli
filmdә izlәdiyimiz bir çox yaxşılıq edәn birinin isә, yaxşılıqlarının

29
qarşılığını almasını istәyәrik. Bütün bunların, bizim yaşamağımızı
davam etdirmәyimiz vә çoxalmağımızla bir әlaqәsinin olmamağına
rәğmәn içimizdәki әdalәt arzusu bizә bunları hiss etdirir.
Altıncı Ar zu – Şübhәdәn Uzaq Bilgi Әldә Etmә: İnsanların,
kainatın kökәnindәn uzaq qalaktikalardan atomun quruluşuna qәdәr bir
çox şeyi bilmә istәyi, bu kainatda yaşamaq vә çoxalmaq üçün lazım
olandan çox daha artıqdır. Yaşamağı üçün lazım olandan çox daha artıq
bilmәk istәyәn insan, bilmә müddәti üzәrinә dәrinlәmәsinә düşündüyü
zaman әn tәmәl bilgilәrinin nә qәdәr şübhәli ola bilәcәyini qavrayar vә
şübhәdәn uzaq bilgi әldә etmә istәyi hiss edәr. Bilgilәrimizin doğruluğu
(epistemologiya) üzәrinә düşünәcәk bir zehni qabiliyyәtdә olmaq da bu
dünyada yaşamaq vә çoxalmaq üçün lazım deyildir. Ayrıca әn tәmәl
bilgilәrimizin ancaq Allahın varlığını qәbul edәrsәk rasional әsas
tapacağı ancaq dәrin tәfәkkürlә anlaşıla bilәcәk bir mövzudur. Nәticәdә,
şübhәdәn uzaq bilgi әldә etmә arzusunun rasional bir әsasla
qarşılanmasının da Allahın varlığını tәlәb etmәsi, bu dünyada yaşamaq
vә çoxalmaq üçün bir üstünlük tәşkil etmir. Bu sәbәbdәn, sırf bu
dünyada yaşayacaq vә çoxalacaq olanı seçmә vәzifәsi ilә sәrhәdlәnmiş
bir tәbii seçmә mexanizması ilә açıqlana bilmәz.
Yeddinci Ar zu – Başqalar ı Tәr әfindәn Xoş Rәftar : Başqaları
tәrәfındәn xoş rәftar, insanın psixoloji vә fiziki bir ehtiyacı olaraq
yaşamaq vә çoxalmaq üçün önәmlidir. İnsan tәrәfindәn qurulan bir çox
mәdәniyyәtdә bu mәqsәdә xidmәt edәrәk bu arzunun tәlәbini әxlaqi
qaydalarla qarşılayır. Fәqәt daha әvvәlki araşdırmada gördüyümüz vә
daha geniş bir şәkildә bundan sonrakı bölümdә görәcәyimiz kimi әxlaqi
bir quruluşun rasional bir şәkildә әsaslandırılması Allahın varlığını tәlәb
edir. Ancaq bir çox mәdәniyyәt, bu arzunu Allahın varlığına istinad
etmәdәn vә rasional әsaslandırması olmadan da qarşılaya bilmәkdәdir.
Buna görә bu arzunun rasional tәmәllәndirmәsinin Allahın varlığını tәlәb
etmәsinin, bu dünyadakı yaşamağımız vә çoxalmağımızla heç bir әlaqәsi
yoxdur.
Göründüyü kimi vәzifәsi bu dünyada yaşayacaq vә çoxalacaq
olanı seçmәklә sәrhәdlәnmiş bir tәbii seçmә mexanizması ilә funksiyası
bununla sәrhәdlәndirilә bilmәyәcәk arzularımızın Allahın varlığına
yönlәndirmәsi açıqlana bilmәz. Tәkamüllә bәhs edilәn arzuların
açıqlanması, tәkamülün gözlәrimizi Allaha çevirdiyi mәnasını verir vә
belә bir tәkamül anlayışını әn yaxşı Allahın planı çәrçivәsindә bu

30
müddәtin inkişaf keçirmiş olması açıqlayar.
Ayrıca bir anlıq bәhs edilәn arzuların, sadәcә dünyada yaşayacaq
vә çoxalacaq olanı seçәn bir tәbii seçmә mexanizması ilә açıqlandığını
düşünәk. Bu bu halda da “Necә olur ki, tәbii mәrhәlәlәr (tәbii seçmә vә
ya hәr hansı başqa bir mәrhәlә) Allahın varlığına yönlәndirәcәk bir
potensialı içindә daşıyır?”44 vә “Niyә fәrqli arzularımız bizi Allahın
varlığına inanmağa yönlәndirәcәk şәkildәdir?” kimi suallar yenә
cavablanmağı gözlәmәkdәdir. Bütün bu sualların әn mәqbul cavabı isә
tәbii mәrhәlәlәri işlәdәn şüurlu, qüdrәtli bir güc olan Allahın, insanı
özünә yönlәndirәcәk, arzularını ortaya çıxardacaq şәkildә tәbii
mәrhәlәlәri istifadә etmiş olmağıdır.

ARZULARIN QARŞILANMASI VӘ ALLAHIN SİFӘTLӘRİ


Tәbii vә әsas arzularımızın Allahın varlığını tәlәb etdiyini gördük.
Bu arzularımız bir çox sifәti olan bir Allahı tәlәb etmәkdәdir. Ancaq hәr
şeydәn xәbәrdar olduğu kimi arzularımızdan da xәbәrdar olan bir Allah
әn tәmәl arzularımıza cavab verә bilәr. Ancaq ölümümüzdәn sonra yeni
bir yaradılışı yaradacaq qüdrәtә sahib olan bir Allah “yaşamaq
arzumuzun” ehtiyaclarına cavab verә bilәr. Ancaq bütün kainata hökm
edәn bir Allah “qorxuların yox edilmәsi arzumuza” cavab verә bilәr.
Ancaq bütün kainatın vә insanın varlığını bir mәqsәd ilә gerçәklәşdirmiş
olan bir Allah “mәqsәd arzumuza” cavab verә bilәr. Qısacası,
arzularımız; çox qüdrәtli, hәr şeydәn xәbәrdar vә sәrhәdsiz güc sahibi bir
Allahın olmağını tәlәb etmәkdәdir. Bu isә arzulardan hәrәkәtlә Allah
mәrkәzli bir antologiya qurula bilsә yenә arzulardan hәrәkәtlә Allahın
bir çox sifәtinin dә әsaslandırıla bilәcәyini göstәrmәkdәdir. Arzularımız
gerçәk bir varlıq olaraq, bәlli sifәtlәri olan bir Allaha ehtiyac hiss edәr;
yoxsa içi boş bir “Allah” qavramına deyil. Arzularımız, sadәcә Allahın
varlığını deyil, eyni zamanda Onun sifәtlәrini dә göstәrәcәk şәkildә
hazırlanmış vә üzümüzü çevirmәyimiz lazım olan Varlığın sifәtlәrini
göstәrәn bir rәhbәr olaraq doğuşdan fitrәtimizә yerlәşdirilmişdir.
Kant, özü tәqdim etdiyi “әxlaq dәlili”ndә, әxlaqi bir sistemin “әn
üst sәviyyәdә mükәmmәl” bir Allahı tәlәb etdiyini demişdir. (Әxlaq
mövzusunun burada tәqdim olunan yeddinci arzu ilә әlaqәsini
xatırlayın.) Arzuların yönlәndirmәsindәn Allah tәrәfindәn yaradılmaya
Kainatdakı potensialın açıqlamasını әn yaxşı Allahın varlığının tәmin etdiyini bu kitabımda әtraflı müdafiә etdim:
44

Caner Taslaman, Allahın Varlığının 12 Dәlili, 4. Dәlil.

31
keçid etdiyim buradakı arqument üçün bu vacibliyin göstәrilmәsi
önәmlidir. Bu göstәrildikdәn sonra buradakı arqumentlә әldә edilәn
nәticә, Kant kimi Allahı sadәcә postulat olaraq qәbul etmәkdәn daha
artığını ortaya qoymaqdadır. Kant belә demişdir:
“ Әxlaqi prinsip, ancaq әn üst sәviyyәdә mükәmmәl olan bu
dünyanın bir ‘Sahibi’ qavramını mümkün qәbul edәr. O, hәr şeyi bilәn
olmalıdır ki, mәnim etdiklәrimlә әlaqәli zehni hallarımı әn dәrin
kökәnlәrinә qәdәr, bütün ehtimal olunan hallar vә bütün gәlәcәkdәki
halları bilә bilsin. Hәr şeyә gücü çatan olmalıdır ki, hәr şeyi yerli­
yerindә quraşdırsın. Eyni şәkildә hәr yerdә mövcud әzәli dә olmalıdır...” 45
Nәticәdә doğuşdan –fıtrәtәn­ sahib olduğumuz arzularımız,
sadәcә Allahın varlığını tәlәb etmәklә qalmayıb; Allahın hәr şeyi bilәn,
hәr şeyi görәn, qüdrәti yüksәk, әzәli olması kimi sifәtlәrini dә, yәni
“Mükәmmәl Varlıq” olmasını da tәlәb edir. Qısacası, burada tәqdim
olunan arqument sadәcә Allahın varlığı üçün deyil, hәm dә Allahın
sifәtlәrinin әsaslandırılması üçün dә dәlil hökmündәdir.
ARZULAR, AXİRӘT VӘ DİN
Arzular hәrәkәt nöqtәsi seçilәrәk Allahın varlığı ilә bәrabәr axirәt
hәyatının varlığı üçün dә arqument qurula bilәr. Bu dәlili tәk Allahlı
dinlәr üçün önәmli edәn xüsusiyyәtlәrdәn biri budur: Tәk Allahlı
dinlәrin varlıq anlayışının mәrkәzindәki Allahın varlığı üçün olduğu
kimi bu dinlәr baxımından әsas olan axirәtdәki hәyatının varlığı üçün dә
bir arqument olmağıdır.
Burada incәlәnәn arzuların bir çoxunun axirәt hәyatının varlığını
tәlәb etdiyini, axirәtin yaradılmağının isә Allahın varlığını tәlәb etdiyini
gördük. Buradakı arqumentin Allahın varlığı ilә әlaqәli hissәsinin doğru
qәbul edilmәsi, birbaşa axirәtin varlığı üçün dә keçәrli bir arqument
olmağı demәkdir. Fәqәt bәzilәri, burada tәqdim olunan arqumenti,
sadәcә axirәtin varlığı üçün keçәrli bir dәlil olaraq da mәnimsәyә
bilәrlәr. Belә bir arqumenti quranların әvvәlcә Allahın varlığını qәbul
etmәyi lazımdır. Bu inancın fideist bir baxışla –dәlilsiz imanla­ olmağı
mümkün olduğu kimi, dizayn dәlili vә ya kosmoloji dәlil kimi başqa
dәlillәr nәticәsindә vә ya hәr hansı başqa bir şәkildә olmağı da
mümkündür.
Allahın varlığına inananlar, var olan hәr şeyi yaradanın Allah

45
Immanuel Kant, The Cr itique of Pr actical Reason, s. 352.

32
olduğuna inanırlar. Bunun nәticәsindә, insanın içindә (fitrәtındә) axirәt
hәyatına qarşı arzunun tәyin edilmәsi, bu arzunun Allah tәrәfindәn
insanın içinә yerlәşdirildiyinin tәyini mәnasına gәlmәkdәdir. Daha әvvәl
incәlәdiyimiz “hәyat arzusu” vә “xoşbәxtlik arzusu” kimi arzularda,
arzularımızın necә axirәtә yönlәndirdiyini incәlәmişdik. “Vermәk
istәmәsәydi, istәmәk vermәzdi”46 sözü ilә ifadә edildiyi kimi, insanın
içindәki bu arzunu Allahın yaratması, bunun obyektini yaradacağının
qane edici bir dәlili olarak istifadә edilә bilәr. Bәnzәr bir görüşә Xristian
teoloq Norman Geislerin bu arqumentindә dә rast gәlirik:
1­ Hәr tәbii arzunun, özünü tәtmin edәcәk obyekti mövcuddur.
2­ Axirәt hәyatı, insanların tәbii, doğuşdan var olan bir arzusudur.
3­ Elә isә, ölümdәn sonra axirәt hәyatı vardır.47
Bu arqumenti Geisler deduktiv mühakimә formasında tәqdim
etmişdir. Fәqәt istәyәn, axirәtin varlığının tәbii bir arzu olmağından
hәrәkәtlә, bu arzunu yaradan Allahın axirәti yaratmağının
yaratmamağından “daha gözlәnәn” olduğunu deyәrәk, bu arqumenti “әn
yaxşı açıqlamanı әldә etmә” formasına çevirә bilәr.
İnsanların Allahın varlığına inanmaqlarının әsas sәbәblәri arasında
axirәt hәyatını arzu etmәlәrinin durduğu qәnaәtindә olan Freud,
Feuerbach vә Sartre kimi mәşhur ateistlәrin, belә bir arqumenti
eşitdiklәri halda, belә deyәcәklәrini tәxmin etmәk çәtin deyildir: “Allah
olsa idi, arqumentiniz olduqca tutarlı olardı. Ancaq Allah yoxdur.” (Bu
fәslin әvvәlindә bu görüşün cavabı verildi.) Allahın varlığına inandığını
deyib, axirәt hәyatının varlığını inkar edәn vә ya hәyatdan şübhә edәn
bir kütlә dә vardır. Arzulardan axirәt hәyatının varlığını әsaslandıran bu
dәlillәndirmә, bu kütlәyә qarşı da istifadә edilә bilәr.
Әlavә olaraq, arzulardan hәrәkәtlә Allahın göndәrdiyi din(lәr) in
var olmağının lazım olduğu üçün dә arqument qurula bilәr. Mәsәlәn,
burada incәlәnәn dördüncü arzu olan “mәqsәd arzusu”nu incәlәyәk. Bu
arzunun qarşılanması Allahın varlığını tәlәb etdiyi kimi, eyni zamanda
Allahın yaradılış mәqsәdimizin nә olduğunu bildirәcәyi ismarışlarının da
mövcudluğunu tәlәb edir. Qayәmizlә әlaqәli soruşulması qaçınılmaz
olan “Niyә buradayam, varlığımın qayәsi nәdir?” suallarının qarşılığını
insan ancaq Allahın bunların cavabını insana çatdırması ilә tapa bilәr. Bu
hәyati sualların cavablarını tapmaq üçün isә mövcud tәk alternativ
din(lәr)dir.
46
Fars atalar sözü
47
Norman Geisler, Baker Encyclopeida of Chr istian Apologetics, Baker Book House, Grand Rapids, 1999, s. 282.

33
Ayrıca, axirәt hәyatını arzularımızın tәlәb etmәyi ilә bәrabәr,
axirәt hәyatını yaratma gücü әlindә olan Allahın, axirәt hәyatının
yaradılacağını xәbәr vermәyini dә arzularımız tәlәb edir. İnsanın
qorxularının yox edilmәsi ilә әlaqәli arzusu da Allahın insanlarla әlaqәyә
keçmәsini tәlәb edir. İnsanların bilgi әldә etmәk ilә bağlı arzuları
qaçınılmaz olaraq “Haradan gәlirәm?” vә “Hara gedirәm?” suallarının
soruşdurur ki, bunlar da ancaq Allahın insanlara bunların cavablarını
bildirmәyi ilә qarşılana bilәr. Başqaları tәrәfindәn incidilmәmәk arzusu
olaraq ifadә etdiyimiz әxlaqla bağlı arzunun rasional bir әsas taparaq
qarşılanması isә ancaq Allahın әxlaq ilә bağlı buyruqlarını bildirilmәyi
ilә mümkündür. İnsanlarla Yaradıcısının әlaqәyә keçmәsi üçün vә bütün
bu bildirmәlәr üçün tәk alternativ Yaradıcının göndәrәcәyi din(lәr)in
olmağıdır.
Qısacası, burada tәqdim olunan arqumentlә, Allahın varlığına
inanmaqla bәrabәr axirәt hәyatına vә Allahdan olan bir dinә inanmaq
üçün dә sәbәblәr verilmәkdәdir. Burada tәqdim olunan arqumenti axirәt
hәyatının varlığı mövzusunda olduğu kimi, Allahın varlığını
әsaslandırmaqda istifadә etmәyәnlәr dә, arzulardan hәrәkәtlә Allahın
yolladığı ismarışların ­din(lәr) in­ olmağı gәrәkdiyi xüsusunda istifadә
edә bilәrlәr. Әlbәttә bunun üçün dә әvvәlcәdәn Allahın varlığına
inanmaları lazımdır. Sonra isә Allahın insanların yaradılışına (fıtrәtinә)
yerlәşdirdiyi arzuların, Allahın yolladığı ismarışların –dinlәrin­ varlığını
tәlәb etdiyini tәsbit etmәlidirlәr. Bu halın isә әn yaxşı açıqlaması
“Allahın din(lәr) göndәrәcәyi üçün insanları din(lәr)ә möhtac etmiş”
olduğudur.
Dini, “istәklәrin tәmini” olaraq görәn bir çox ateistin, fәlsәfәlәri
vә psixologiyalarının gәrәyi olaraq bu görüşә belә cavab verәcәklәrini
tәxmin etmәk çәtin deyildir: “İnsanların arzuları, hәqiqәtәn dә Allah ilә
bәrabәr dinlәrin dә varlığını tәlәb edir. Allah var olsa idi bunlara inanc
әlbәttә rasional olardı. Fәqәtt Allah yoxdur.” Digәr yandan Allaha
inanan, ancaq bir dinә inanmayan bir kütlә dә vardır. Bu fәslin әvvәlindә
ifadә edilәnlәr ateistlәrә qarşı, belә bir arqument isә Allahın göndәrәcәyi
din(lәr)in olmasının gәrәkli olduğunu inkar edәn o kütlәyә qarşı istifadә
edilә bilәr.
İçimizdәki tәbii arzular, bu arzuların obyekti olduğuna
inanmağımız üçün әsaslar versә dә, bu obyektlәrә mütlәq çatacağımıza
qaranti vermәz. Suya qarşı arzumuz suyun varlığını göstәrir, amma

34
susuzluqdan ölmәmәk qarantisi vermir. Eyni şәkildә Allahın yolladığı
din(lәr)in olması, bu din(lәr)ә hәr kәsin inanacağının qarantisini vermәz.
Ayrıca, tәbii arzularımızdan olan susamağı tәtmin edәn suların, ağır
metallarla insanlar tәrәfindәn kirlәdilmә ehtimalı olduğu kimi azad iradә
sahibi insanların, Allahın yolladığı din(lәr)i kirlәtmә vә tәhrif etmә
ehtimalı da vardır. Hansı dinin vә ya hansı mәzhәbin, insan
kirlәtmәlәrinә nә qәdәr mәruz qaldığını tәyin etmәk bu çalışmanın
mövzusu deyildir. Fәqәt burada deyilәnlәrdәn hәrәkәtlә, Allahın
yolladığı bir dindәn gözlәnmәsi lazım olan önәmli özәlliklәri bu cür
dәqiqlәşdirә bilәrik:
1­ Bu dinin varlıq anlayışının mәrkәzindә Allah olmalıdır.
2­ Bu din Allahı hәr şeydәn xәbәrdar, qüdrәti yüksәk, әzәli olmağı kimi
sifәtlәri ilә tanıtmalıdır. Ancaq belә bir Allah arzularımızı qarşılaya bilәr,
arzularımız belә bir Allahı tәlәb edir.
3­ Bu din, axirәt hәyatının varlığını xәbәr vermәlidir.
4­ Bu din, insanların qorxularının yox edilmәsi arzusunu qarşılamalı,
Allahın insanların dualarından vә hallarından xәbәrdar olduğunu
bildirmәlidir.
5­ Bu din, hәyatın mәqsәdi ilә әlaqәli mәqsәd arzusunu tәtmin
etmәlidir.
6­ Bu din, “Haradan gәlirәm?” vә “Haraya gedirәm?” kimi çox tәmәl
mövzularla әlaqәli bilgi istәyini qarşılamalıdır.
7­ Bu din, insanların başqalarından zәrәr görmәmәk istәyinin
qarşılanması üçün Allahın әxlaqi buyruqlarını әhatә etmәlidir.
Nәticәdә, “tәbii arzular dәlili”, Allahın varlığını anlamağımıza
kömәk etdiyi kimi,hansı din ilә Allah ilә әlaqәyә keçә bilәcәyimizi tәyin
etmәyimizә dә ciddi dәstәk vermәkdәdir.
NӘTİCӘ
Әn cahil insandan әn müdrik insana qәdәr, hәr millәtdәn, hәr
yaşda hәr kәsdә, eyni şәkildә yaşamaq, xoşbәxtlik, qorxulardan qurtulma
kimi arzulara şahidlik edilmәsi; bu şәkildә arzuların olmağının nә qәdәr
qәribә olduğunun dәyәrlәndirilmәsinin çox zaman qarşısını alır. Ancaq
hәr insanda bu möhtәşәm fenomenlәrә şahidlik edilmәsi, bunların
dәyәrini azaltmaz, tәrsinә artırar. Qeyri­adiliyi görә bilmәyimiz üçün
güclü bir daxilimizә baxmaqla bәrabәr fәlsәfi bir dәyәrlәndirmәni
birlәşdirmәyimiz lazımdır. Ağacda, torpaqda, suda olmayan belә arzular
niyә bizdә yaranmaqdadır? Halbuki, bu ünsürlәri vә bizlәri ortaya çxaran
35
eyni atomlardır.Belә olduğu halda bu fәrqliliyә yol açan nәdir? Daha da
önәmlisi, necә olur ki, bu arzuların varlığı Allahın varlığını tәlәb edir?
Bu portretdәn hansı nәticәlәri çıxarmalıyıq? Bu çalışma ilә bu mövzulara
diqqәtinizi çәkmәyә vә bu qeyri­adi fenomenlәri araşdırmağa çalışdım.
Arzularımız, bizi biz edәn, hәyatımızın bu anda yaşadığımız kimi
olmağında önәmli rolu olan ünsürlәrdir. Koqnitiv elmlәrdә arzulara vә
hislәrә lazımlı önәmin verilmәsinin vacibliyi mövzusunda, bu mövzuda
ciddi bir çatışmazlıq olduğunu ifadә edәnlәrlә eyni şәkildә düşünürәm.48
Bundan әlavә daxilimizә baxmağa tәşviq edәn bu arqumentin, teist
varoluşçu (ekzistensiyalist) görüşlәrә dәstәk olacağı qәnaәtindәyәm.
Arzularımız üzәrindә ciddi düşünmәnin, bir çox şәxsin gözlәntisindәn
daha artıq aydınlığa sәbәb olacağını deyә bilәrәm. İlahiyyatçıların vә
filosofların “arzuların teologiyası”na vә “arzuların fәlsәfәsi”nә
yönәlmәlәrinin önәmli irәlilәyişlәrә sәbәb olacağına inanıram.
Zehnimizdә doğuşdan –fitrәtәn­ var olan arzularımızın tәtmini,
Allahın varlığını tәlәb etmәkdәdir. Bu arzuları, özümüz iç dünyamızda
yaşayaraq,hiss edәrәk görürük vә bu sәbәbdәn bizim üçün xarici
dünyanın varlığından belә daha dәqiqdirlәr. Husserl kimi xarici dünyanın
varlığını mötәrizәyә alsaq belә, yenә dә bu arzuların varlığı inkar edә
bilmәyәcәyimiz qәdәr dәqiq olardı.49
Doğuşdan (a priori) var olan arzularımızın incәlәnmәsi, insanın
fitrәtәn Allahın varlığına ehtiyac hiss edәn bir varlıq olduğu nәticәsinә
bizi çatdırır. Yaşamaq vә qorxuların yox edilmәsi kimi arzularımızın
tәtmin edilmәsinin Allahın varlığını tәlәb etdiyini görmәk daha asan
ikәn; şübhәdәn uzaq bilgi әldә etmәk kimi arzularımızın tәtmininin
Allahın varlığını tәlәb etdiyini görmәk digәrlәrindәn daha çox zehni
әmәk tәlәb etmәkdәdir.
Biri digәri ilә әvәz edilә bilmәyәcәk, fәrqli vә çox tәmәl
arzularımızın hamısının eyni şәkildә Allahın varlığını tәlәb etmәsinin әn
yaxşı açıqlaması Allah tәrәfindәn bunların insanlara yerlәşdirilmiş
olmağıdır. Sırf bu dünyada yaşamaq vә çoxalmaq әsasında seçim edәn,
materialist­ateistlәrin düşündüyü şәkildә işlәyәn bir tәbii seçmә
mexanizmi ilә bu dünyanı aşan bir Allahın varlığını tәlәb edәcәk şәkildә
bir çox arzunun ortaya çıxması açıqlana bilmәz. Bәhs edilәn fәrqli
arzuların hamısının eyni varlıq anlayışını –antologiyanı tәlәb etmәsini
tәsadüflә açıqlayan ateist görüşlә müqayisәdә, bunların Allah tәrәfindәn
48
Joseph LeDoux, The Emotional Br ain, Simon and Schuster, New York, 1996.
49
Edmund Husserl, Car tesian Meditations, Çev: Dorion Cairns, Kluwer, Boston, 1977.

36
belә yaradıldığını deyәn teist açıqlama daha uğurludur. Bu açıqlama
“Niyә fәrqli arzularımız bizi Allahın varlığına inanmağa yönәldәcәk
şәkildәdir?” tәrzindәki qeyri­adi önәmә sahib olan sualın yeganә
rasional cavabıdır.
Әvvәlki sәhifәlәrdә göstәrildiyi kimi tarixin әn mәşhur ateistlәri,
insanların arzularının tәtmininin Allahın varlığını tәlәb etmәyini,
insanların Allahın varlığını uydurma sәbәb olaraq göstәrmәyә
çalışmışdrlar. Ancaq bu fәsildә, arzulardan hәrәkәt ilә Allahın varlığı
üçün bir arqument tәqdim edәrәk, ateist filosofların boğulduğu yerdә
hәyat suyunun olduğunu göstәrmәyә çalışdım. Bu xüsus, burada
verdiyim arqumentә çalışmalarımda xüsusi bir yer vermәyimin
sәbәblәrindәn biridir.
Bu arqumenti önәmli edәn ünsürlәrdәn biri, Allahın sifәtlәrinin
әsaslandırılmasına da dәstәk olmasıdır. Arzularımızın qarşılanması; hәr
şeyi bilәn, hәr şeyi görәn, qüdrәti yüksәk, heç bir şәkildә
sәrhәdlәnmәyәn kimi sifәtlәri olan bir Allahı tәlәb etmәkdәdir. Arzuların
Allah tәrәfindәn Allaha yönәldәcәk şәkildә yaradıldığı bir dәfә tәsbit
edildiyindә; bu arzuların bәlli sifәtlәri olan bir Allahı tәlәb etmәyinin
mәnası, Allahın öz varlığını olduğu kimi sifәtlәrini dә arzularımız
(fıtrәtimizin bir parçası) vasitәsi ilә xәbәr verdiyidir. Bu da bir daha Rum
Surәsi 30­cu ayәdә, “insanların çoxu ondan xәbәrsiz olsa da” fıtrәtdәki
dinin niyә “hәr zaman keçәrli olan din” olaraq bildirildiyini bir daha
göstәrmәkdәdir.50
Arzularımızdan yola çıxaraq axirәt hәyatının varlığının vә
Allahın yolladığı din(lәr)in olmasının rasional bir gözlәnti olduğunun
göstәrilmәsi vә bu mövzularda da arqument qurulması,diqqәtәlayiq
haldır. Arzularımızdan hәrәkәtlә dinlәr ilә әlaqәli hәr sualın hәll
edilәcәyini, әlbәttә, iddia etmirәm. Fәqәt burada tәqdim olunan
arqumentdәn çıxan nәticәlәr; inanacağımız din(lәr)in sahib olmalı әsas
özәlliklәrindәn önәmli bir anlamağımıza da kömәk etmәkdәdir. Bu
özәlliklәrin incәlәnmәsi ilә mövcud bir çox din vә ya mәzhәb ortadan
qaldırıla bilәr. Mәsәlәn, Allahın varlığına antologiyasında yer vermәyәn
Buddizm xaric edilә bilәr. Bütün bunlar, arzularımız üzәrindә
incәlәmәnin bizi varoluşla bağlı әn tәmәl mövzularda çox önәmli
nәticәlәrә apardığını göstәrmәkdәdir.
50
Rum surәsi 30­cu ayә belәdir: “O halda Allahı tәk olan dinә, Allahın o fitrәtinә yönәl ki, insanları o fitrәtlә
yaratmışdr. Allahın yaratmağında dәyişiklik yoxdur. Hәr zaman keçәrli olan din budur fәqәt insanların çoxu
bilmәzlәr.

37
Bu kitabın xaricindәki çalışmalarımda әlә aldığım dizayn dәlili,
qanunların varlığı dәlili kimi dәlillәrlә vә bu kitabın digәr fәsillәrindә
araşdırılacaq olan digәr fitrәt dәlillәri ilә burada göstәrilәn dәlilin
birlәşdirilmәsi nәticәsindә teizm lehinә ortaya çıxan toplu vәziyyәtin
yüksәk dәrәcәdә bir qane etmә gücü olduğu iddiasındayam.

II FӘSİL

DOĞUŞDAN ӘXLAQ DӘLİLİ

38
FӘSLİN TӘQDİMATI

Bu fәsildә pratiki hәyat, modern elm, fәlsәfә vә teologiya kimi bir


çox sahә baxımından önәmli bir fenomen olan әxlaqdan hәrәkәt ilә
Allahın varlığı haqqında bir arqument tәqdim olunacaqdır. Bu
arqumentdәki hәrәkәt nöqtәm әxlaqın tәmәllәrinin doğuşdan olduğuna
dair yaxın dönәmdә әldә edilmiş modern psixologiya vә koqnitiv elmlәr
kimi sahәlәrdәki elmi mәlumatlar olacaqdır. Әvvәlcә bu mәlumatlarla,
insan zehninin boş bir lövhә (tabula rasa) olduğunu iddia edәn görüşlәrin
yanlış olduğunu göstәrәrәk, bu alternativi mövzudan kәnarda buraxmağa
çalışacağam. Daha sonra isә bu doğuşdan özәlliklәrin Allah tәrәfindәn
insanın zehninә yerlәşdirildiyini müdafiә edәn teist görüşün; bunların
tәsadüfәn, planlanmamış tәbii mәrhәlәlәrlә ortaya çıxdığını müdafiә
edәn materialist­ateist görüşdәn daha yaxşı bir açıqlama verdiyini
müdafiә edәcәyәm.
İnsana xas olan “әxlaqi fәrqindәlik” özәlliyinin teist görüş
daxilindә daha yaxşı açıqlandığı vә ancaq Allaha yer verәn bir varlıq
anlayışının (antologiyanın) qәbul edilmәsi ilә “yaxşı”nın vә “әxlaqi
davranışın”in rassional bir әsas tapa bilәcәyini göstәrmәk bu arqumentin
hәdәflәri arasında yer almaqdadır. Burada müdafiә etdiyim әxlaq
arqumentinin önәmli özәlliklәrindәn birisi sadәcә Allahın varlığı üçün
39
deyil, eyni zamanda әxlaqi buyruqları olan din(lәr)in varlığı üçün dә bir
arqument xüsusiyyәti daşımağındadır. 51

GİRİŞ

Fәlsәfә vә dinlәr tarixinin hardasa hәr dönәmindә, Allahın


varlığının әxlaq ilә әlaqәsi önәmli bir diqqәt nöqtәsi olmuşdur. Fәqәt
XVIII әsrdәn әvvәl әxlaqın hәrәkәt nöqtәsi edilmәsi sürәti ilә Allahın
varlığı üçün bir arqument qurulduğuna şahidlik edilә bilmәz. Bunun bir
sәbәbi, bir çox teistin Allahın varlığını fideist bir şәkildә (dәlilә ehtiyac
görmәyәn imançı bir görüşlә) başlanğıc nöqtәsi edәrәk bir arqumentә
ehtiyac hiss etmәmәsi; digәr bir sәbәbi isә arqumentlәrә istinad edәnlәrin
başda dizaynı әsas alan dәlillәr olmaqla kosmoloji dәlil, antoloji dәlil,
şüur dәlili kimi dәlillәri yetәrli görmәklәri olmuşdur.
XVIII әsrdәn әvvәl rast gәlinmәyәn, XX әsrin başlarından sonra isә
fәlsәfәnin adәtәn “metruk әrazisi”nә52 çevrilmiş olan әxlaq dәlillәri
haqqında hәlә dә çox şey deyilә bilәcәyi düşünülәrәk bu arqument
yazıldı. Әxlaqın artan bir şәkildә disiplinlәr arası bir çalışma sahәsi
olduğu müşahidә edilmәkdәdir; fәlsәfә vә dinlәr xaricindә psixologiya,
koqnitiv elmlәr, nevrologiya, antropologiya, tәkamül biologiyası, uşaq
inkişafı kimi bir çox başlıq altında әxlaq mövzusu әlә alınmaqdadır53.
Әxlaqdan hәrәkәtlә yeni bir şeylәr deyilәcәksә, bu çalışmaların göz
51
Felsefe ve dinler tarihinin hemen her döneminde, Allah’ın varlığının ahlak ile ilişkisi önemli bir odak noktası
olmuştur. Fakat 18. yüzyıldan önce ahlakın hareket noktası yapılmak suretiyle Allah’ın varlığı için bir argüman ileri
sürüldüğüne tanıklık edilmez. Bunun bir sebebi, birçok teistin Allah’ın varlığını fideist bir şekilde (delile ihtiyaç
duymayan imancı bir yaklaşımla) başlangıç noktası yaparak bir argümana ihtiyaç duymaması; diğer bir sebebi ise
argümanlara atıf yapanların başta tasarımı temel alan deliller olmak üzere kozmolojik delil, ontolojik delil, bilinç
delili gibi delilleri yeterli görmeleri olmuştur.
52
Robert Adams, “Moral Arguments for Theistic Belief”, Rationality and Religious Belief, Ed: C. Delaney,
University of Notre Dame Press, Notre Dame, 1979, s. 116.
53
Christopher Suhler vә Patricia Churchland, “The Neurobiological Basis of Morality”, The Oxfor d Handbook of
Neur oethics, Ed: Judy Illes ve Barbara J. Sahakian, Oxford University Press, Oxford, 2011, s. 33.

40
önündә tutulması lazım olduğu qәnaәtindәyәm.
XX әsrdә fәrdlәrin әxlaqlarının tamamәn içindә olduqları mühitin
sosial­mәdәni tәsirlәri ilә formalaşdığını müdafiә edәn relativist görüşlәr
olduqca aktiv oldu. Steven Pinkerin dә işarә etdiyi kimi müxtәlif
qorxulardan dolayı insan zehninin “boş lövhә” (blank slate, tabula rasa)
olduğunu iddia edәn, әxlaqın doğuşdan bir insan xüsusiyyәti olduğunu
inkar edәn görüşlәr XX әsrin akademik dünyasında hakim idi; hәlә dә bu
görüşlәr akademik çevrәlәrdә olduqca aktivdir.54 Әxlaq üzәrinә modern
psixologiya vә koqnitiv elmlәr kimi sahәlәrdә edilәn yeni araşdırmalar
isә insanların әxlaqla bağlı tәmәl özәlliklәrinin doğuşdan olduğu ilә
әlaqәli bir çox mәlumat vermәkdir. Bu yeni әldә edilәn mәlumatlardan
yola çıxaraq, әxlaqın doğuşdan gәlәn yönünü inkar edәn, insan zehnini
boş bir lövhә olaraq görәn vә sosial­mәdәni tәyin etmә ilә hәr şeyi
açıqlamağa çalışan görüşlәrin doğru olmadığını göstәrәcәyәm. Daha
sonra insanlardakı bu doğuşdan özәlliyin, planlanmamış tәsadüfi
mәrhәlәlәrlә (bu mәrhәlәnin arxasında bir şüur rol oynamadan)
yarandığını iddia edәn ateist görüşlәrdәn, Allahın bu özәlliyi insanların
yaradılışına yerlәşdirdiyini deyәn teist görüşün daha yaxşı bir açıqlama
olduğunu müdafiә edәcәyәm. Bunu edәrkәn bu mövzu ilә әlaqәli
Euthyphro dilemması haqqındakı görüşümü dә açıqlayacağam. Bu fәslin
sonlarına doğru isә doğuşdan әxlaqi özәlliklәrimizin, Allahın varlığına
inanmağı alternativ görüşlәrdәn daha rasional etmәsi ilә bәrabәr Allahın
buyruqlarını ehtiva edәn dinlәrin var olmağının gәrәkliliyi üçün dә dәlil
tәşkil etdiyini göstәrәcәyәm.
Әslindә buradakı mövqeyim, insanların әxlaqi dәyәrlәrindә vә
davranışlarında tәsiri olan doğuşdan әxlaqi özәlliklәrin olduğuna diqqәt
çәkmiş olan fәlsәfә tarixindәki bir çox mәşhur mütәfәkkirin
görüşlәrindәn tarixi bir mirasla әlaqәlidir (bu mütәfәkkirlәrin çoxu, bu
doğuşdan özәlliklәrin Allahın varlığı üçün bir dәlil ortaya qoyduğunu
ifadә etmәyәrәk buna diqqәt çәkmişdirlәr). Әxlaqın, doğuşdan sahib
olduğumuz özәlliklәrimizlә әlaqәsinә­aralarında önәmli görüş fәrqlәri
olsa da­ Gottfried Leibniz (1646­1716),55Lord Shaftesbury (1671­1713),56

54
Steven Pinker, The Blank Slate, Viking, New York, 2002, s. 139
55
G. W. Leibniz, New Essays on Human Under standing, Ed: Peter Remnont ve Jonathan Bennett, Cambridge
University Press, Cambridge, 1996.
56
Lord Shaftesbury, Char acter istics of Men, Manner s, Opinions, Times, Ed: Lawrence Klein, Cambridge
University Press, Cambridge, 2001, s. 163­230.

41
Francis Hutcheson (1694­1746),57 Thomas Reid (1710­1796)58 ve Adam
Smith (1723­1790)59 kimi mәşhur filosoflar diqqәt çәkmişdir. Digәr
yandan dünya nüfuzunun önәmli bir qisminin mәnsub olduğu tәk tanrılı
dinlәrin müqәddәs qәbul etdiyi mәtnlәrdәki bәzi fәsillәr dә, insanların
doğuşdan әxlaqi davranışlara meylli olduqlarının ifadәlәri olaraq şәrh
edilmişdir.
Mәsәlәn, İncildә belә deyilir:
Belәliklә, Müqәddәs Qanunun gәr әkdir diklәr inin ür әklәr indә yazılı
olduğunu göstәr әr lәr .60
Quranda isә bu cür ifadә olunur:
O halda Allahı tәk olan dinә, Allahın o fitr әtinә yönәl ki, insanlar ı o
fitr әtlә yar atmışdr . Allahın yar atmağında dәyişiklik yoxdur . Hәr
zaman keçәr li olan din budur , fәqәt insanlar ın çoxu bilmәzlәr .61
Dini mәtnlәrdәki buna bәnzәr ifadәlәrә әsaslanaraq bәzi Yәhudi,
Xristian vә İslam ilahiyyatçıları; insanların, dinlәrin önәmli bir ünsürü
olan әxlaqla әlaqәli doğuşdan özәlliklәr daşıdıqlarını ifadә etmişdirlәr.
Nәticәdә buradakı hәrәkәt nöqtәm olan insanların doğuşdan әxlaqi
özәlliklәrә sahib olmağı, tarixdәki bir çox fәlsәfәçi vә ilahiyyatçı ilә
ortaq nöqtәmdir. Yaxın dönәmdәki modern elm sahәsindәki
çalışmalardan gәlәn mәlumatlarla bu tarixi iddianın dәstәklәnmәyә
çalışılacaq olmağı vә doğuşdan әxlaqi özәlliklәrin Allahın varlığını
tәmәllәndirәn bir әxlaq dәlili üçün hәrәkәt nöqtәsi edilmәyi isә buradakı
görüşü fәrqli edәn ünsürlәrdir.

DOĞUŞDAN ӘXLAQ DӘLİLİNİN TӘQDİM OLUNMASI


İnsanların doğuşdan әxlaqi özәlliklәrindәn yola çıxan “doğuşdan әxlaq
dәlili”ni bu cür tәqdim edirәm:
1­ İnsanların doğuşdan gәlәn әxlaqla әlaqәli özәlliklәri vardır.
2­ Bu halı açıqlayacaq iki alternativ açıqlamaya sahibik:
2­1­ Doğuşdan әxlaqla әlaqәli özәlliklәrimiz materialist ateizmin iddia
etdiyi şәkildә tәsadüf vә zәrurәt ilә ortaya çıxmışdır.
57
Francis Hutcheson, A System of Mor al Philosophy, Continuum International Publishing Group, New York, 2005.
58
Thomas Reid, Inquir y and Essays, Ed: R. E. Beanblossom ve K. Lehrer, Hackett Publishing, Indianapolis, 1983.
57
Francis Hutcheson, A System of Mor al Philosophy, Continuum International Publishing Group, New York, 2005.
58
Thomas Reid, Inquir y and Essays, Ed: R. E. Beanblossom ve K. Lehrer, Hackett Publishing, Indianapolis, 1983.
59
Adam Smith, The Theor y of Mor al Sentiments, Liberty Classics, Indianapolis, 1976.
60
İncil, Romalılar, 2:15. Bu mövzudakı fәlsәfi­teoloj bir dәyәrlәndirmә üçün baxın: J. Budziszewski, Wr itten on the
Hear t: The Case For Nautur al Law, InterVarsity Press, Downers Grove, 1997.
61
Rum Surәsi 30­cu ayә.

42
2­2­ Doğuşdan әxlaqla әlaqәli özәlliklәrimiz teizmin iddia etdiyi şәkildә
Allah tәrәfındәn yaradılmışdır.
3­ Doğuşdan әxlaqla әlaqәli özәlliklәrimizi teizm materialist­ateizmdәn
daha yaxşı açıqlayar:
3­1­ Çünki “әxlaqi fәrqindәlik” özәlliyimizi daha yaxşı açıqlayar.
3­2­ Çünki doğuşdan әxlaqla әlaqәli özәlliklәrimizin ancaq Allah varsa
rasional әsası olmağını daha yaxşı açıqlayar.
4­ Nәticәdә teizm alternativ açıqlamalarda üstün görülmәlidir.
Birinci maddәdә ifadә edilәn doğuşdan әxlaqi bir sistemә sahib
olaraq dünyaya gәlmәyimiz görüşünә qarşı әxlaqi quruluşumuzun
doğuşdan gәlәn heç bir ünsürlә әlaqәli olmadığı deyilә bilәr. Doğuşdan
әxlaqla әlaqәli özәlliklәrә sahib olduğumuzu tamamilә inkar edәn “boş
lövhә zehin” görüşünә qarşı doğuşdan әxlaqla әlaqәli özәlliklәr
daşıdığımızı ifadә edәn mütәfәkkirlәrin demәk olar ki, hamısı xarici
tәsirlәrin doğuşdan özәlliklәrlә bәrabәr insanın әxlaqi quruluşunda tәsirli
olduğunu müdafiә edirlәr. Buradakı doğuşdan әxlaq dәlilindә dә әxlaqın
doğuşdan özәlliklәrimizlә әlaqәli olduğunu ifadә edәrkәn, xaricdәn gәlәn
tәsirlәrin әxlaqi quruluşumuzun ortaya çıxmasındakı önәmli tәsirini
inkar etmәdiyimi bildirmәyi, bir yanlış anlaşılma olmamağı üçün lazımlı
olduğunu görürәm. Әxlaq ilә bağlı doğuşdan özәlliklәrә sahib
olduğumuz iddiası; sosioal­mәdәni mühitlәrin, ağlın vә dinlәrin әxlaqi
sistemlәrin yaranmasında çox önәmli olduqlarını inkar etmәyi
gәrәkdirmәz. Arqumentin birinci maddәsini, xarici faktorların tәsiri
olmadığını müdafiә edәrәk deyil, doğuşdan әxlaqlı olmağımıza sәbәb
olan özәlliklәrә sahib olduğumuzu ortaya qoyaraq göstәrmәyә
çalışacağam.
Arqumentin birinci maddәsi qәbul edildikdәn sonra arqumentin
ikinci maddәsini ateistlәr dә rahatlıqla qәbul edәcәklәr. Necә ki,
doğuşdan әxlaqla әlaqәli özәlliklәrә sahib olduğumuzu düşünәn
günümüzün fәlsәfәçi vә elm adamlarının böyük qisminin bu iki bәnddәn
birini seçdiklәrini deyә bilәrik.
Buradakı arqumentin әn kritik maddәsi üçüncü maddәsidir. Birinci
maddәnin doğruluğu göstәrildikdәn sonra bir materialist­ateistin etmәli
olduğu bu maddәdә ortaya qoyulanları inkar etmәyә çalışmağıdır. Bu
kritik maddәnin doğruluğunu göstәrmәk üçün 3­1 vә 3­2 bәndlәrini niyә
teizmin daha yaxşı açıqlama olduğunu göstәrdiyini açıqlamağa
çalışacağam. Bu edildikdәn sonra arqumentin nәticәsinin doğruluğu

43
qaçınılmaz olaraq ortaya çıxmaqdadır.
Fәrdlәrin әxlaqla bağlı doğuşdan özәlliklәrә sahib olduğu görüşü
iki şәkildә anlaşıla bilәr: Birincisi “әxlaqın tamamilә doğuşdan olmağı”
olaraq tәyin edilә bilәr; buna görә “uşaqlara işgәncә pis vә yanlışdır” vә
ya “kasıblara yardım yaxşı vә doğrudur” şәklindәki әxlaqi ittihamlar
tamamilә doğuşdan vardır. Bunun müdafiәsi çәtin bir mövqe olduğu
qәnaәtindәyәm. Öz müdafiә etdiyim mövqe olan ikincisini “әxlaqın
tәmәllәrinin doğuşdan olduğu” olaraq adlandırıram; buna görә әxlaqi
ittihamların tamamilә doğuşdan olduğunu iddia etmәyә gәrәk yoxdur.
Fәqәt yaxşı­pis, doğru­yanlış, әdalәtli­әdalәtsiz başda olmaqla empati,
aldadanı tәyin etmәk, qәsdli­qәsdsiz ayırımı etmәk kimi әxlaqın
tәmәllәrini ortaya çıxaran vә ya әxlaqi dәyәr vә davranışlarda önәmli
yeri olan ünsürlәrin –hәr biri vә ya bir qismi­ doğuşdandır.

DOĞUŞDAN ӘXLAQİ TUTUMUMUZU RӘDD EDӘN “BOŞ


LÖVHӘ” GÖRÜŞLӘRİ
Buradakı arqument baxımından atılacaq ilk addım, “boş lövhә”
(tabula rasa) görüşlәrinin xәtalı olduğunu göstәrmәkdir. Belәcә әxlaqla
bağlı doğuşdan özәlliklәrә sahib olduğumuza dair arqumentin ilk
maddәsi әsaslanmış olacaq.
Zehnin doğuşda boş bir lövhә olduğu görüşünü, hәm bir çox teist
hәm dә bir çox ateist müdafiә etmişdir. “Boş lövhә” qavramını
populyarlaşdıran John Locke, teistlәrә bir örnәkdir. Locke, insan zehninә
doğuşdan işlәnmiş gerçәklәr, idealar olduğu görüşünә qarşı çıxan
iddiasının gәrәyi olaraq әxlaq ilә әlaqәli doğuşdan özәlliklәr olduğu
görüşünә dә qarşı çıxdı.62 Locke, boş lövhә zehin görüşünün, teist inancla
bәrabәr mәnimsәnә bilәcәyinin bir örnәyidir. Necә ki, Locke ateistlәrin
verdiklәri sözlәrinә zidd davranmaqlarını әngәllәyәcәk bir ağıl әsaslı
tәmәlin olmadığını müdafiә etmiş vә әxlaq baxımından teist inancın
önәmini göstәrmәyә çalışmışdır.63
Zehnin doğuşdan boş lövhә olduğu görüşündәki teistler üçün әxlaq
ilә әlaqәli qәnaәtlәrini ortaya çıxaran iki tәmәl yol mövcuddur: Birincisi,
duyğu hisslәri ilә hiss edilәn әsaslardan hәrәkәt ilә edilәcәk ağıl әsaslı
62
John Locke, An Essay Concer ning Human Under standing, Prometheus Books, New York, 1995, 1. vә 3.
bölümlәr. Lockenin fәlsәfi sisteminin bütünündә, bu görüşü mövzusunda nә qәdәr tutarlı olduğuna burada
girmәyәcәm. Fәqәtt bunun müzakirә mövzusu olduğunu xatırlatmaq istәyirәm.
63
John Locke, “A Letter Concerning Toleration”, Political Wr itings of J ohn Locke, Ed: David Wootton, Menton,
Londra, 1993, s. 426.

44
çıxarılan nәticәlәr bir әxlaq sistemini yaratmağın mümkün olduğunu
müdafiә edә bilәrlәr. İkincisi, bağlanılan dindә ifadә edilәn Allahın
buyruqlarına uymağın tәmәlini tәşkil edәcәyi bir әxlaqi sistemin
varlığını qәbul edә bilәrlәr. Bu dinә inancın әsasını isә fideist bir
görüşün mәnimsәnmәsindәn şәxsi tәcrübәlәrә, müxtәlif ağıl әsaslı
dәlillәrin tәqdim olunmasınadәk fәrqli ünsürlәr ortaya çıxarda bilәr.
Ayrıca olaraq bu ikisinin qarışdırılmasından bir әxlaq sistemi yaratmağa
çalışan boş lövhәçi teistlәr dә ola bilәr. Hәm boş lövhәçi zehin görüşünü
hәm dә doğuşdan әxlaqi özәlliklәrimiz olduğunu müdafiә edәrәk teist
olmaq mümkün olduğu üçün teistlәr ilә ateistlәr arasında әxlaqi tәmәl
özәlliklәrin doğuşdan olub­olmadığı xüsusu, hәr zaman mәrkәzi olmuş
bir anlaşmazlıq mövzusuna çevrilmәmişdir.64 Fәqәt burada tәqdim
olunan arqument baxımından әxlaqı mümkün qılan tәmәl qavramların
(yaxşı­pis vә doğru­yanlış kimi) doğuşdan ünsürlәr ehtiva edib­etmәdiyi
tәmәl bir xüsusdur.
Әxlaq ilә әlaqәli doğuşdan özәlliklәrimizin olmadığını mәnimsәyәn
bir çox ateist mütәfәkkir olmuşdur. Bu görüşü müdafiә edәnlәrin bir
çoxu, insanlarda müşahidә olunan әxlaqi quruluşu sosial­mәdәni
tәsirlәrlә açıqlayırlar; ictimai ehtiyacları, var olan әxlaqi fenomenlәrin
yeganә tәyin edicisi olaraq xarakterizә edirlәr . Durkheim bu görüşün әn
önәmli tәmsilçilәrindәn biridir. Durkheim, insanların doğuşdan gәlәn
özәlliklәrinin mövcud olmadığını, fәrdlәrin tәbiәtini sosial faktorların
formalaşdırdığını ifadә etmişdir. Әxlaq baxımından önәmli tәmәl
qavramlar olan “doğru”nun vә “yanlış”ın doğuşdan heç bir özәllik ilә
әlaqәsi olmadığını müdafiә edәrәk belә demişdir: “Cәzalandırma,
bütünün kollektiv vicdanı tәrәfindәn paylaşılan doğrunun vә yanlışın
standartlarını tәyin etmәkdir.”65Marksist görüşü mәnimsәyәnlәr dә,
ümumilikdә, әxlaqı vә onu ehtiva edәn dinlәri, sosial­ekonomik
әlaqәlәrin vә mәnfәәtlәrin nәticәsi olaraq, hakim güclәrin tәyin etdiyi
quruluşlar şәklindә açıqlamağa çalışmışdırlar. Bu vә bәnzәri görüşlәrә
görә, insanın doğuşdan özәlliklәri ilә әxlaqın әlaqәsi rәdd edilmiş vә
insan tәbiәti boş lövhә anlayışı ilә dәyәrlәndirilmişdir.
Sosiologiya sahәsindә olduğu kimi psixologiya vә antropologiya
sahәsindә dә zehnin boş lövhә olduğu görüşü yayğın olaraq qәbul edildi.

64
Kainatın әzәli olub­olmadığı, teistlәrlә ateistlәr arasında demәk olar ki, hәr zaman mәrkәzi olmuş anlaşmazlıq
mövzularına bir örnәk olaraq verilә bilәr. Bu mövzunu “Big Bang vә Tanrı” kitabımda incәlәdim.
65
Donald Black, “On the Origins of Morality”, Evolutionar y Or igins of Mor ality: Cr oss­Disciplinar y
Per pectives, Ed: Leonard Katz, Imprint Academic, Thorverton, 2000, s. 109.

45
XX әsrin psixologiya çalışmalarında önәmli bir tәsiri olan
davranışçılığın qurucularından John Watson, özünün uşaqkәn alıb
yetişdirәcәyi fәrdlәri, istәdiyi kimi formalaşdıra bilәcәyini demişdi.66
Watsonun bu görüşünün altında da doğuşdan gәlәn özәlliklәri rәdd edәn,
fәrdin formalaşmasını sadәcә tәlimә bağlayan bir anlayış vardır.
Antropologiyadakı mәdәni fәrqliliklәrә vurğu edәn bir çox görüşün
arxasında da doğuşdançılığa qarşı çıxan boş lövhәçi inanc önәmli bir yer
tutmuşdur. XX әsrin fәlsәfәsindә önәmli bir yer tutan postmodernist
görüşlәrin bir çoxuna görә dә insanın әxlaq ilә әlaqәli doğuşdan
özәlliklәrә sahib olduğu, hәr kәsә ümumilәşdirilә bilәcәk obyektiv әxlaqi
dәyәrlәr olduğu iddiasına әsas qurula bilәr narahatlığı inkar edilmişdir.
Nәticә olaraq günümüzdә, ateist vә hәtta teist bir çox şәxs, insanların
doğuşdan gәlәn özәlliklәrә sahib olmadıqları fikrini, XX әsrdә olduğu
kimi hәlә dә mәnimsәmәkdәdirlәr. Aşağıda bir qismini tәqdim edәcәyim
modern psixologiya vә koqnitiv elmlәr kimi sahәlәrdәn gәlәn tәcrübi
mәlumatlar isә arqumentin ilk maddәsini dәstәklәmәklәri ilә bәrabәr
fәlsәfә, psixologiya, sosiologiya vә antropologiya kimi sahәlәr
baxımından önәmli nәticәlәri olacaq şәkildә boş lövhәçi zehin
görüşünün yanlışlığını göstәrmәklәri baxımından әhәmiyyәtlidirlәr.

ӘXLAQIN TӘMӘLLӘRİNİN DOĞUŞDAN GӘLMӘSİ VӘ


SINAQDAN KEÇİRİLMİŞ MӘLUMATLAR
Әxlaq ilә bağlı özәlliklәrin bir çoxu körpәlik mәrhәlәsindәn
etibarәn üzә çıxır. Jonathan Haidtin dә göstәrdiyi kimi әxlaqi ittihamlar
bir çox dәfә әqli düşünmә müddәtinә bağlı olmadan, spontan, avtomatik
olaraq gerçәklәşir vә әxlaqi açıqlama da bi çox zaman davranış
gerçәklәşdirildikdәn sonrakı (post hoc) bir qanunilәşdirmә tәşәbbüsü
şәklindә olmaqdadır.67
Mövcud terminologiyamızdakı “hiss etmә” qavramının, әxlaqla
bağlı doğuşdan özәlliklәrimizi ifadә etmәyә әn uyğun qavram olduğu
qәnaәtindәyәm. Әxlaq sahәsindәki “sezgiçilik” Әxlaq
Ensiklopediyasında (Encyclopedia of Ethicsdә) bu cür ifadә
edilmәkdәdir: “Sezgiçilik, şәxslәrin birbaşa vә ya dolayı yolla nәticә әldә

John Watson, Behavior ism, W. W. Norton, New York, 1925.


66

8 J. Haidth, “The Emotional Dog and Its Rational Tail: A Social Intuitionist Approach to Moral Judgment”,
67

Psychological Review, No: 108, ss. 814­834.

46
edәrәk bәzi әxlaqi ittihamların doğru olduğuna inanmaqlarının qanuni
olduğu iddiasıdır.” 68 Әxlaqı, duyğu ilә bağlı özәlliklәrimizә bәnzәdәrәk
“әxlaqi duyğu teoremi” (moral sense theory) başlığında әxlaqi özәlliklәri
әlә alanlara da rastlamaq mümkündür; әxlaqi özәlliklәri “sezgi” olaraq
adlandırmanın daha uyğun olduğunu düşünsәm dә buradakı arqument
baxımından önәmli nöqtә әxlaqi özәlliklәrin doğuşdan olduğunu tәyin
etmәkdir. Bәhs edilәn görüşlәrdәn hansı seçilirsә seçilsin, bir şey
dәyişmәz. Hәtta әxlaqın zehindәki bütün özәlliklәrdәn fәrqli olduğunu
müdafiә edәrәk, geri qalan bütün özәlliklәrdәn müstәqil, “sezgi” vә
“duyğu” qavramlarını istifadә etmәdәn zehindәki әxlaqi özәlliklәri tәyin
edәn xüsusi bir kateqoriya açmağın belә mümkün olduğunu düşünürәm.
Ahlakın doğuşdan varlığı, Noam Chomskynin “doğuşdan dil” (innate
language) ilә bağlı görüşlәrinә bәnzәdilә bilәr. Chomskyә görә körpәlәr,
zehinlәrindә doğuşdan gәlәn özәlliklәr hesabına dil danışmaq kimi çәtin
bir qabiliyyәtә yiyәlәnirlәr.69 Chomsky, dil vә әxlaq arasında; doğuşdan
olmaq vә doğuşdanlığa rәğmәn fәrqli dillәr ilә fәrqli әxlaqi quruluşların
varlığı ilә ziddiyyәt tәşkil etmәmәk kimi hallarda oxşarlıqlar olduğunu
ifadә etmişdir.70 Chomskydәn tәsirlәnәn psikoloq Marc Hauser,
zehnimizdә doğuşdan “obyektiv әxlaqi qrammatika” (universal moral
grammer) olduğunu bu cür ifadә etmәkdәdir:
“ Obyektiv әxlaqi qrammatika, insanların әxlaqi sistemlәr inşa
etmәyinә şәrait yaradan prinsiplәrin vә parametrlәrin uyğunluğu
haqqında bir teoremdir. O, bir­birindәn fәrqli müxtәlif әxlaqi sistemlәr
inşa edilmәyini tәmin bir alәt dәstidir. Qrammatika vә ya prinsiplәr
çoxluğu deyә adlandıra bilәcәyimiz bu quruluş sabitdir. Fәqәt bunun
nәticәsi olan әxlaqi sistemlәr mәntiqi imkanlar çәrçivәsindә
sәrhәdsizdır.” 71
Uşaq ikәn, hiss etdiyimiz bir arzuya bağlı olmadan vә bir әqli
düşünmә mәrhәlәsi olmadan “hissi” olaraq adlandıra bilәcәyimiz bir
şәkildә dili danışma qabiliyyәtini qazandığımız vә daha sonra
qrammatika üzәrindә düşünmәdәn “hissi” olaraq dili istifadә etdiyimiz
kimi körpәlәr hәlә danışmağaa başlamadıqları dönәmdә, bir yetişkin
insanın ancaq tәmәl әxlaqi qavramları istifadә edәrәk hәyata keçirә
68
Walter Sinnott­Armstrong, “Intuitionism”, Encyclopedia of Ethics, Vol: 2, Ed: Lawrence C. Becker ve Charlotte
B. Becker, Routledge, New York, 2001, s. 880.
69
Noam Chomsky, Aspects of the Theor y of Syntax, MIT Press, Cambridge MA, 1965
70
Noam Chomsky, Language and Pr oblems of Knowledge: The Managua Lectur es, MIT Press, Cambridge MA,
1988, s. 153
71
Marc D. Hauser, Mor al Minds, Harper Collins Publishers, New York, 2006, s. 300.

47
bilәcәyi dәyәrlәndirmәlәri “hissi” olaraq gerçәklәşdirirlәr vә sonra
yetişkinlik dönәmindә dә bir çox әxlaqi ittiham “hissi” olur. Hәr sağlam
insanın, özündә çox kompleks olmağına qarşı, çox rahat bir şәkildә
“yaxşı­pis, doğru­yanlış, әdalәtli­әdalәtsiz” kimi әxlaqın tәmәlini tәşkil
edәn qavramları istifadә etmәsi dә, bunları istifadә etmә qabiliyyәtinin
insanın içinә işlәnmiş olduğunu göstәrmәkdәdir. Aşağıdakı sәtirlәrdә bu
iddianı dәstәklәyәn vә boş lövhәçi zehin görüşlәrinin doğru olmadığını
göstәrәn bәzi bilgilәri qısaca paylaşacağam.
Әxlaq üçün lazımi tәmәllәrә doğuşdan sahib olduğumuzu
dәstәklәyәn elmi çalışmalara, danışma dönәmi öncәsindәki uşaqlarla
aparılan sınaqlardan başlayaraq örnәklәr verәcәyәm. “Empati” әxlaqi
davranışı mümkün edәn әn tәmәl özәlliklәrdәn biridir vә bir çox әxlaq
filosofu empatini әxlaq teoremlәrinin mәrkәzinә yerlәşdirmişdirlәr.
Adam Smith “simpatiya” (sympathy) kәlmәsinin yerinә istifadә edәrәk
“empati”yә әxlaq teoremindә mәrkәzi bir rol vermişdir.72 Empatiyә,
indefikator әxlaqda, Schopenhauer vә Rousseau tәrәfindәn dә kilid bir
rol verildiyini görmәkdәyik.73 Әsәbilik, qorxu, kәdәr, sevinc, acı, şәhvәt,
günahkarlıq, utanma vә eşq kimi bir çox tәmәl hissә empati hiss edәrik.
Yoxluğu psixopatiya kimi suallara yol açan empatiya, kompleks vә çox
laylı bir özәllikdir.74 Bu qәdәr önәmli vә kompleks bir özәllik olan
empatiya ilә bağlı özәlliklәrә körpәlik mәrhәlәsindәn etibarәn rast
gәlinir. Keçirilmiş bir çox fәrqli sınaqda yeni doğulan uşaqlara digәr
uşaqların ağlamaqları qulaq asdırılanda ağlamağa başladıqları, stresli
olduqlarını göstәrәn üz ifadәlәri sәrgilәdiklәri vә әmzirmә nisbәtlәrinin
dәyişdiyi tәyin edilmişdir. Bu reaksiyaların hәqiqәtәn ağlamağa qarşımı,
gәlәn sәsә qarşı mı olduğunun aydınlaşması üçün yeni doğulan uşaqlara,
eyni şiddәtdә başqa sәslәr, süni ağlama vә öz ağlamaqlarının sәs qeydi
qulaq asdırıldıqda isә digәr uşaqların ağlamaqlarına verdiklәri reaksiyanı
vermәmişdirlәr.75
Paul Bloom, danışma әvvәli dönәmdәki uşaqlarla etdiyi diqqәtlә
dizayn edilmiş sınaqlarla, bu uşaqların hәyatlarının hәlә ilk ilindә әxlaqla
әlaqәli doğuşdan özәlliklәrinin müşahidә edildiyini ortaya qoyan bir

72
Adam Smith, The Theor y of Mor al Sentiments, s. 47­53.
73
Alvin I. Goldman, “Ethics and Cognitive Science”, Ethics, Vol: 103, No: 2, Ocak 1993, s. 355­356.
74
Tania Singer, “The Neuronal Basis and Ontogeny of Empathy and Mind Reading: Review of Literature and
Implications for Future Research”, Neur oscience and Biobehavior al Reviews, No: 30, 2006, s. 857­858.
75
M.L. Simner, “Newborn’s Response to the Cry of Another Infant”, Developmental Psychology, No: 5, 1971, s.
136­150; M. Dimion, F. Simion ve G. Caltran, “Can Newborns Discriminate Between Their Own Cry and the Cry of
Another Newborn Infant”, Developmental Psychology, Vol: 35/2, 1999, s. 418­ 426

48
psixoloqdur. Bloom, bu sınaq nәticәlәrinin; Sigmund Freud, Jean Piaget
vә Lawrence Kohlberg kimi әxlaqla әlaqәli doğuşdan özәlliklәrimiz
olmadığını deyәn bir çox mәşhur psixoloqun sәhv düşündüklәrini
göstәrdiyinә diqqәtlәri yönәltmәkdәdir. Bloom “yaxşı vә pisin hissinin
bir şәkildә insanın varlığına qarışmış olduğu görünmәkdәdir” deyәrәk,
tәcrübi mәlumatlar әsasında boş lövhәçi zehin görüşünә qarşı çıxan
psixoloqlara bir örnәk tәşkil edir.76
“Әdalәt” hissinin çox kiçik yaşdan etibarәn uşaqlarda müşahidә
edildiyini vә “әdalәt” ilә bağlı da insanların doğuşdan bir tutuma sahib
olduqlarını ortaya qoyan sınaqlar vardır. Mәsәlәn, bir sınaqda, bir kukla
iki kukla iә top oynayacaq vә digәr bir kukla topu götürüb qaçacaq
şәkildә bir ssenari uşaqlara göstәrildi. Bu yun pozan kukla körpәlәrin
önünә gәtirildikdә, körpәlәrin “әdalәti tәtbiq etmәyә” cәhd edib,oyun
pozan kuklanı cәzalandırdıqları, mәsәlәn әllәri ilә kuklanın başına
vurduqları hallar müşahidә edilmişdir. Yaxşının mükafatlandırılmasının
vә pisin cәzalandırılmasının “әdalәt” qavramı baxımından önәmli bir
yeri olduğu düşünülәrәk, körpәlәrin bu xüsusda doğuşdan bir tutumu
olub­olmadığını test etmәk üçün başqa sınaqlar da keçirilmişdir. Belә bir
sınaqda, 21 aylıq uşaqlar yaxşı vә pis kuklaların olduğu bir sınaq
şәraitindә müşahidә edildi: Bu şәraitdә 21 aylıq uşaqlar, kuklalara
mükafat olaraq bir şeylәr verә bilәcәklәri vә ya cәza olaraq onlardan bir
şeylәr ala bilәcәklәri bir vәziyyәtә salındı. Uşaqlardan bir şey
almaqlarını istәdikdә pis kukladan aldıqları, vermәklәrini istәdikdә isә
yaxşı olana verdiklәri müşahidә edildi. Digәr bir sınaqda isә sәkkiz aylıq
uşaqlar,yaxşı kuklanı cәzalandıranları deyil, kuklaya mükafat verәnlәri
seçdilәr; daha da tәәccüblüsü pis kuklanı cәzalandıranları, pis kuklanı
mükafatlandıranlara dәyişdilәr.77
Bir çox fәlsәfәçi vә teoloq, әxlaqi davranışlarn әn önәmli
ünsürlәrindәn birinin “yaxşı niyyәt” olduğunu müdafiә etmişdir. Üç vә
dörd yaşındakı uşaqlar ilә keçirilәn başqa bir sınaqda Nunez vә
Harris,uşaqların “niyyәt”i hesaba alaraq әxlaqi dәyәrlәndirmә etdiklәrini
tәyin etmişdirlәr. Bu yaşda, sadәcә nәticәnin deyil “niyyәt”in dә
dәyәrlәndirilәrәk sәbәblәrin yol açdığı nәticәlәrin belә mühakimә
edildiyi müşahidә edilmәkdәdir; “niyyәti dәyәrlәndirmәnin” bu yaşdakı
uşaqların öyrәnmә mәrhәlәsi ilә әldә etdiklәrini düşünmәk ehtimal edilә
bilmәyәcәk qәdәr kompleks bir mühakimәdir. Sınaqdakı uşaqlar,
76
7 Paul Bloom, “The Moral Life of Babies”, The New Yor k Times, 5 Mayıs 2010
77
Paul Bloom, “The Moral Life of Babies”, The New Yor k Times, 5 Mayıs 2010.

49
özlәrinә danışılan hekayәlәrә qulaq asdıqları zaman, qәsdәn vә ya
bilmәdәn öhdәliklәrini yerinә yetirmәyәnlәr arasında rahatlıqla
fәrqlәndirmә edә bildilәr.78
Bu sınaqlar, doğuşdan, insanların zehinlerindә; yaxşını vә pisi,
doğrunu vә yanlışı, әdalәtlini vә әdalәtsizi, qәsdәn vә qәsdәn olmayanı
(yaxşı vә pis niyyәti) ayıran, sosial dәyәrlәndirmәlәr edә bilәn
özәlliklәrin hazır olduğunu göstәrmәkdәdir. Uşaqların bir öyrәnmә
mәrhәlәsi olmadan vә spontan bir şәkildә etdiklәri bu seçimlәr,
doğuşdan әxlaqi özәlliklәrimiz olduğunun tәcrübi dәstәkçilәridir.79 Bәhs
edilәn kompleks qavramları, yaxş vә doğru olanı pis vә yanlış olandan
üstün tutmaq vә mükafatlandırma ilә cәzalandırmanı ehtiva edәn bir
әdalәt dәyәrlәndirmәsini tәlәb edәn bu tip mühakimәlәrin bir öyrәnmә
mәrhәlәsi olmadan istifadә edilmәsi, bunların doğuşdan olduğunun bir
göstәrişidir. Modern psixologiya vә koqnitiv elmlәr kimi sahәlәrdә,
xüsusilә yaxın dönәmdә, uşaqlarla keçirilәn ­az bir qisminә burada
toxunulan­ bir çox çalışmanın, әxlaq vә digәr sahәlәrdә “boş lövhә
zehin” görüşü ilә tamamilә vidalaşmaq gәrәkdiyini ortaya qoyduğunu
rahatlıqla demәk olar.
Әxlaq sistemlәrinin varlığına yol açan doğuşdan özәlliklәrimiz
olduğu görüşünü uşaqlarla edilәn çalışmalar (infant studies) xaricindә
başqa sahәlәrdәn gәlәn bilgilәr dә dәstәklәmәkdәdir. Mәsәlәn, әxlaq
qanunlarının sadәcә mәdәni tәyin etmәyә bağlı olduğunu göstәrmәk
üçün istifadә edilmiş olan antropologiyadakı çalışmalar, әslindә bütün
bütün mәdәniyyәt fәrqliliklәrinә baxmayaraq insanlığın ortaq obyektiv
özәlliklәrinin (human universals) düşünülәndәn daha çox olduğunu
göstәrmәkdәdir.8180
Donald Brown kimi mәşhur bir antropoloqun, yüzlәrlә bәnddәn
ibarәt insanlığın obyektiv ortaq özәlliklәri siyahısındakı bir çox
bәndi,yenә antropologiyadakı çalışmalardan әldә edilmiş bәzi istisnalar
tapıb, inkar etmәk mümkün ola bilәr. Fәqәt antropologiyadakı bu
çalışmalar, әn azından әxlaqi sistemlәrin tәmәllәrini tәşkil edәn vә
yüksәk dәrәcәdә kompleks bir özәlliyә sahib olan “yaxşı vә pis, doğru vә

78
Maria Nunez ve Paul L. Harris, “Psychological and Deontic Concepts: Seperate Domains or Intimate
Connection?”, Mind and Language, Vol: 13, No: 2, Haziran 1998, s. 153­170.
79
J. Haidth vә C. Joseph, “How Innately Prepared Intuitions Generate Culturally Variable Virtues”, Daedalus,
Sonbahar 2004, s. 55­66.
80
İnsanların obyektiv özәlliklәri haqqındakı geniş siyahısının hamısı qәbul edilmәsә dә, Donald Brownun etnoqrafik
çalışmalardan yola çıxaraq hazırladığı “insanların obyektivlәri” ilә bağlı siyahı, mәdәni ortaqlıqların düşünülәndәn
daha çox olduğunu göstәrmәkdәdir: Donald Brown, Human Univer sals, New York, Mc Graw­Hill, 1931.

50
yanlış, yaxşı niyyәt vә pis niyyәt” kimi tәmәl qavramlar daxilindә
dәyәrlәndirә edә bilmәyin, bütün mәdәniyyәtlәrdә insanların obyektiv
özәlliklәri olaraq var olduğunu açıq­aydın göstәrmәkdәdir. Bütün
mәdәniyyәtәlәrdә ortaq olan bu ünsürlәr, әxlaqi sistemlәrin
mümkünlüyünü mәdәniyyәtlәrin tәyin etmәdiyini, bütün insanlarda
әxlaqla әlaqәli doğuşdan ortaq özәlliklәr olduğu görüşünü
dәstәklәmәkdәdir. Dil danışmağı öyrәnmәklә bağlı bütün insanlarda
ortaq doğuşdan özәlliklәr olmağı, çok dәyişik dillәrin olmağı ilә zidd
olmadığı kimi, dünyadakı fәrqli әxlaqi sistemlәrin varlığı da ortaq­
doğuşdan әxlaqla bağlı tәmәllәrә sahib olmağımızla ziddiyyәtli deyildir.
Әxlaqi sistemlәrin varlığını mümkün edәn tәmәl özәlliklәrә
doğuşdan sahib olduğumuza dair iddiamız, insanların bu әxlaqi
doğuşdan özәlliklәrә mütlәq uyğun olaraq davranacağı mәnasını
daşımır. İnsanlar, şәxsi mәnfәәtlәrini qorumaları vә ya mәdәni tәsirlәr
kimi mәrhәlәlәrlә yaranmış vәrdişlәri kimi müxtәlif sәbәblәrlә әxlaqi
hislәrini boğa bilmәkdәdir vә ya onlara zidd davrana bilmәkdәdirlәr.
Mәsәlәn, pis qoxuların bizә itici gәlmәsi gibi doğuşdan bir özәlliyimizә
rәğmәn pis qoxulu işlәrdә işlәyәnlәr vә bu haldan ciddi bir narahatçılıq
hiss etmәdәn o işdә işlәmәyә alışanlar vardır vә ya ağrılardan qaçmaq
kimi bir doğuşdan özәlliyimizә qarşı ağrıdan zövq alıb, bundan
qaçmayan mazoxistlәr mövcuddur. Nәticәdә bir­birlәri ilә әlaqәsi yox
sayılacaq qәdәr az mәdәniyyәtlәrdә belә 90%­in üzәrindә ortaq olan
özәlliklәr, bunların doğuşdan gәlәn özәlliklәrdәn dolayı yarandığı
görüşünü dәstәklәmәkdәdir. Günahsız insanları öldürmәyin, insestin vә
ya tәcavüzün hardasa hәr mәdәniyyәtdә qadağan olmağı; bunların vә
bәnzәrlәrinin insanın doğuşdan gәlәn özәlliklәrindәn qaynaqlandığı
iddiasını dәstәklәyici bir bilgi olaraq dәyәrlәndirilә bilәr. Belә bir
görüşlә, doğuşdan sahib olduğumuz әxlaqla әlaqәli tәmәl özәlliklәri
ehtiva edәn siyahı daha çox genişlәndirilә bilәr. Mazoxistlәrin varlığının
ağrılardan qaçmağı, korların varlığının görmәyi insanların obyektiv
özәlliklәri statusundan çıxarmadığı kimi, istisnaların qaydanı pozmadığı
bir anlayışa antropologiyada da yer verilmәli, bir çox istisnada bir­
birilәri ilә әlaqәsi yox deyilәcәk qәdәr az mәdәniyyәtdәki insest qadağası
kimi ortaqlıqları, sırf mәdәni tәsirlә açıqlamaq kimi bir görüşdәn uzaq
durulmalıdır. Fәqәt hәr şeyә rәğmәn, burada müdafiә etdiyim arqument,
bu cür etirazların da edilә bilmәyәcәyi şәkildә әxlaqla әlaqәli tәmәl
özәlliklәrimizdәn yola çıxaraq qurulmuşdur vә ciddi hәr hansı bir

51
istisnadan uzaqdır. İnsestә vә ya tәcavüzә qarşı çıxmağın insanların
doğuşdan özәlliklәrindәn qaynaqlanmadığını müdafiә etmәk; doğru vә
yanlış, yaxşı niyyәtli vә ya pis niyyәtli kimi әxlaqi sistemlәrә yol açan
tәmәl qavramları istifadә etmәyin insanların obyektiv özәlliklәri
olmadığını müdafiә etmәkdәn daha asandır. Buradakı arqumentin
iddiasının bu tәmәl qavramların “doğuşdan var olmağı” olduğu
unudulmamalıdır.
Danışmaq ilә bağlı doğuşdan xüsusiyyәtlәrә sahib olmağımıza;
yetkin dönәmdә dili istifadә edәrkәn, qrammatikanı düşünmәdәn vә hәtta
qrammatikanın fәrqindә olmadan, öz­özünә qrammatika qaydalarını
tәtbiq edәrәk dili istifadә etmәyimiz dә bir dәlildir. Eyni şәkildә әxlaqla
bağlı doğuşdan özәlliklәrә sahib olmağımıza; uşaqlara keçirilmiş
tәcrübәlәrlә yanaşı, bir çox psixoloji araşdırmada göstәrildiyi kimi,
әxlaqla bağlı dilemmalara, fәrqli mәdәniyyәtlәrdә eyni cavabların
asanlıqla, ciddi bir әqli düşünmә mәrhәlәsi olmadan verilmәsi dә dәlil
tәşkil etmәkdәdir. Psixoloji sınaqlarının bir parçası olaraq çox geniş bir
kütlәyә yönlәndirilmiş bu suallara verilәn cavablar bәhs etdiyimiz faktı
dәstәklәmәkdәdir:
“ 1­ Operator bir hәkim xәstәxanaya girdiyi zaman, tibb bacısının
tәlaşlı halda qaçdığını görür; tibb bacısı hәkimә problemi bu cür
danışır: “ Hәkim! Tәcili Yardım biraz әvvәl çox kritik vәziyyәtdә beş şәxs
gәtirdi. İkisinin böyrәklәri ciddi zәrәr görmüş vәziyyәtdәdir, birinin
ürәyi zәdәlәnib, birinin ağciyәri mәhv olub, birinin qaraciyәri yırtılıb.
Orqan bağışı tapa bilәcәk vәziyyәtdә deyilik. Amma sağlam gәnc bir
adam qan bağışlamaq üçün gәlib vә lobbidә oturub. Әgәr bu adamın
orqanlarını götürsәk, beş xәstәmizin hamısını qurtara bilәrik. Әlbәttә ki,
bu gәnc adam ölәcәk, amma beş xәstәni qurtarmış olacağıq.”
Operator hәkimin bu gәnc adamın orqanlarını götürmәsi әxlaqәn
qanunidirmi?
“ 2­ Bir qatar saatda 150 mil sürәtlә hәrәkәt etmәkdәdir. Birdәn
qatarı sürәn maşinist, idarә panelindәki bir lampanın әylәcinin
partladığını xәbәr verdiyini görür. Bu hadisә olduğu zaman maşinist,
qatarın normal marşrut xәtti üstündәki yolun üstündә beş nәfәrin
arxalarını dönmüş halda, qatardan xәbәrsiz yeridiklәrini görәr. Maşinist
qatar yolunun birazdan ikiyә ayrıldığını, yan yola keçib uşaqları
әzmәyәcәyini düşünür. Fәqәt yan yolda da bir şәxsin arxasını dönmüş
bir şәkildә, qatardan xәbәrsiz yeridiyini görәr. Maşinist bir qәrar

52
vermәlidir: Ya qatarı normal marşrut xәttindәn çıxarmayacaq ve beş
nәfәr ölәcәk, ya da qatarı yan yola keçirәcәk vә bir nәfәr ölәcәk, amma
beş nәfәr ölümdәn qurtulmuş olacaq.”
Maşinistin qatarı yan yola keçirmәsi әxlaqәn qanunidir mi? 81
Marc Hauser әgәr birinci suala “Xeyr”, ikinci suala “Bәli”
cavabını versәniz; bu testin tәtbiq edildiyi on minlәrlә şәxsin böyük
qismi ilә eyni cavabı verdiyinizi deyir. Buradakı birinci hadisәni
dinlәyәn bir çox şәxs, beş insanın qurtulması üçün dә olsa bir nәfәrin
öldürülmәsini әxlaq baxımında qәbul edilә bilmәz görmәkdәdirlәr. Fәqәt
ikinci hadisәdә beş insanın ölümdәn qurtulması üçün qatarın yönünün
dәyişdirilib bir nәfәrin öldürülmәsini әxlaqәn qanuni görmәkdәdirlәr.
Buradakı cavablarda zahirәn bir tutarsızlıq var kimi görünmәkdәdir.
Hauser, bu hadisәlәri vә bәnzәr hadisәlәri dinlәyәnlәrin çoxunun hazır
bir şәkildә, ciddi bir әqli düşünmә müddәti olmadan eyni cavabları
verdiklәrini; Ancaq fәlsәfәçilәrin, bu hadisәlәrdә nә fәrq olduğunu uzun
әqli düşünmә ilә hәll etmәyә çalışdıqların bildirmәkdәdir. Hәm gәnclәr,
hәm yaşlılar, hәm az tәhsillilәr, hәm çox tәhsillilәr, hәm әxlaq fәlsәfәsi
vә din kimi sahәlәrdә mәlumat sahibi olanlar hәm dә olmayanlar verilәn
cavablarda dilemma kimi görünәn fәrqin nәdәn ibarәt olduğuna cavab
verә bilmәmәkdәdirlәr.82 Steven Pinkerın dediyi kimi “ İnsanların
empatik әxlaqi görüşlәrini formalaşdıran instinkt hisslәri vardır vә bu
әxlaqi görüşlәrini mәntiqi düşüncә kimi göstәrmәk üçün sonradan
mübarizә edirlәr.” 83 Hauser vә yoldaşları, mәdәniyyәtlәrarası cavablarda
fәrqliliklәr olub­olmadığını anlamaq üçün bu dilemmalara sәbәb olurmuş
kimi görünәn sualları İbranicә, Әrәbcә, İndonezcә, Çince, İspanca vә
digәr bir çox dilә dә çevirdilәr vә fәrqli mәdәniyyәtlәr ilә dinlәrә mәnsub
olanlar arasında da bir­birilәrinә çox oxşar nәticәlәr әldә etdilәr.84
Wason Testin Qәrb dünyasına vә buradan tamamilә izolyasiya
olmuş Ekvatordakı Achuara tәtbiqindә isә, insanların zehnindә ortaq bir
şәkildә “sosial anlaşmanı pozan dәlәduzları aşkarlamaq” ilә bağlı bir
mexanizmin mövcud olduğu anlaşıldı.85 Әxlaq sadәcә bizim nә
etmәyimizlә bağlı deyildir. Eyni zamanda başqalarının nә etmәyini
gözlәmәyimizlә dә әlaqәlidir. İnsan zehnindә, әxlaqi sistemlәr yaratmağı
81
Marc D. Hauser, Mor al Minds, s. 32.
82
Marc Hauser, Mor al Minds, s. 32­34; P. O’Neill vә L. Petrinovich, “A Preliminary Cross Cultural Study of Moral
Intuitions”, Evolution and Human Behavior , No: 19, 1998, s. 349­367.
83
Steven Pinker, The Blank Slate, s. 271.
84
Marc D. Hauser, Mor al Minds, s. 129­131.
85
Matt Ridley, The Or igins of Vir tue, Penguin Books, New York, 1998, s. 129­ 130.

53
mümkün edәn digәr bir çox tәmәl özәlliklә bәrabәr әdalәtin tәtbiq
edilmәsi baxımından önәmli “dәlәduzları aşkarlamaq” (cheater
detection) mexanizmi olduğuna dair dә güclü tapıntılar var.
Qatarlarla vә xәstәxanadakı xәstәlәrlә bağlı edilәnlәrә oxşar
düşüncә testlәri; yaxşı­pis, doğru­yanlış, әdalәtli­әdalәtsiz kimi
kompleks qavramları rahat vә sürәtlә istifadә edәrәk, nә qәdәr sürәtli
şәkildә әxlaqi ittihamlar edә bilәcәyimizi göstәrmәkdәdir. Bunlardan,
yetkinlik dönәmindәki әxlaqi mühakimәlәrimizin hissi vә spontan
özәlliyini anlaya bilmәkdәyik. Bunların yetkin dönәmdә aşkar edilmәsi
bunların öyrәnilmiş olduğunu göstәrmir. Oğlanlarda saqqalların, qızlarda
sinәlәrin 10­15 yaş arasında böyümәsi vә dişlәrin körpәlikdәn sonrakı
dönәmdә çıxmalarına baxmayaraq bunların doğuşdan daşıdığımız ortaq
özәlliklәrimiz olduğunu inkar edә bilmәyәcәyimiz kimi yetkinlik
dönәmindә aşkarlanan ortaq әxlaqla bağlı özәlliklәrin doğuşdan
olduğunu da inkar edә bilmәrik.86
Nәticәdә әxlaqi sistemlәr qurmağa yarayan tәmәllәrin insanların
doğuşdan sahib olduğu özәlliklәr olduğunu, insan zehnini boş lövhә
olaraq görәn görüşlәrin xәtalı olduğunu, hәm körpәlik mәrhәlәsini, hәm
yetkinlik mәrhәlәsini mövzu edәn elmi çalışmalar hesabına anlaya
bilirik. Belәcә, әxlaqi sistemlәr qurmağımızı mümkün edәn doğuşdan
özәlliklәrә sahib olduğumuz göstәrildi vә arqumentin birinci maddәsi
әsaslandırıldı.
Bu maddә әsaslandırıldıqdan sonra arqumentin ikinci maddәsindә
bildirildiyi kimi bu doğuşdan özәlliyimizin necә yarandığını açıqlayan
iki müxalif açıqlama qarşımıza çıxır. Bunlar materialist­ateizm vә
teizmdir. Fәlsәfә sahәsindәki müzakirәlәri incәlәdiyimiz zaman, bu iki
görüşün bu mövzulardakı alternativ paradiqmalar olduğu anlaşılacaqdır.
Aqnostik (bilinәmәzçi) görüşü mәnimsәyәnlәr, üçüncü alternativ bir
açıqlama deyil, daha ziyadә bu iki alternativdәn hansının doğru
olduğunun bilinә bilmәyәcәyini ifadә edirlәr, yәni aqnostisizm alternativ
bir açıqlama vermәsә dә, teizm vә materialist­ateizmә alternativ bir
görüşdür. Burada verilәn arqument materialist­ateizmә olduğu qәdәr
aqnostik görüşlәrә qarşı da bir arqument hökmündәdir. Teizmin
alternativlәrinә qarşı üstün tutulması gәrәkdiyinin göstәrilmәsi, bunun
göstәrilә bilmәyәcәyini deyәn aqnostisizmin dә yanlışlığını göstәrәr.
Bundan sonrakı sәhifәlәrdә, bundan әvvәl varlığı göstәrilәn doğuşdan
John Tooby ve Leda Cosmides, “Conceptual Foundations of Evolutionary Psychology”, The Handbook of
86

Evolutionar y Psychology, Ed: David M. Buss, John Wiley and Sons, New Jersey, 2005, s. 33.

54
әxlaqla bağlı özәlliklәrimizi, niyә teizmin әn yaxşı şәkildә açıqladığını
göstәrmәyә çalışacağam.

DOĞUŞDAN ӘXLAQLA ӘLAQӘLİ ÖZӘLLİKLӘRӘ SAHİB


OLMAĞIMIZ PLANLANMAMIŞ VӘ TӘSADÜFİ TӘBİİ
PROSESLӘRLӘ AÇIQLANA BİLӘRMİ?
Burada verilәn arqument baxımından daha önәmli bir addım
vardır. O da bәhs edilәn doğuşdan sahib olduğumuz әxlaqla әlaqәli
özәlliklәrin, planlanmamış vә tәsadüfi proseslәr ilә ortaya çıxdığına dair
materialist­ateist açıqlamanın, bu özәlliklәrin Allah tәrәfındәn insanın
quruluşuna yerlәşdirildiyini müdafiә edәn açıqlama qәdәr yaxşı bir
açıqlama olmadığını göstәrәrәk, Allahın bu özәlliklәri yaratdığı
açıqlamasının mövcud açıqlamalar içindә әn yaxşısı olduğunu
göstәrmәkdir. Bir neçә hala qısaca diqqәtlәri yönәltdikdәn sonra
aşağıdakı sәtirlәrdә bu gerçәklәşdirilmәyә çalışılacaqdır.
Elmi çalışmalarla varlığı göstәrilәn doğuşdan әxlaqla bağlı
özәlliklәrimizin, vücudumuzda hansı molekullarla kodlu olduğunun vә
genetik olaraq bu özәlliyin necә ötürüldüyünün tam olaraq bilinmәdiyinә
diqqәt çәkmәk istәyirәm. Naturalist bir görüşü mәnimsәyәn Hamlin,
Wynn vә Bloomun da dediyi kimi “Bu özәlliklәrimizin genetik kökәni
vә inkişafının necә olduğu bilinmәmәkdәdir.”87 Matt Ridley dә “ictimai
müqavilәni pozan dәlәduzları aşkarlamaq” (detecting cheats of social
contracts) ilә bağlı doğuşdan tutumumuzun molekulyar qarşılığı vә
işlәmә prinsipi haqqındakı bilgisizliyimizi belә ifadә edәrәk diqqәt
çәkmişdir: “İctimai dәyişmәnin beynimizdә necә kodlu olduğunu
bilmirik, necә işlәdiyini bilmirik. Fәqәt beyin haqqında deyә bildiyimiz
bir çox şey kimi, beyindә baş verdiyini qәti şәkildә deyә bilәrik.” 88 Bu
87
J. Kiley Hamlin, Karen Wynn ve Paul Bloom, “Social Evaluation by Pr ever bal Infants”, Nature, Vol: 450, 22,
Kasım 2007, s. 557.
88
Matt Ridley, The Or igins of Vir tue, s. 131

55
hal, әlbәttә, “boşluqların Tanrısı”89 tәrzindә bir arqument üçün hәrәkәt
nöqtәsi edilmәmәlidir. Digәr tәrәfdәn “boşluqların ateizmi” adlandırıla
bilәcәk, “bilә bilmәdiklәrimizi planlanmamış tәsadüflәr vә ateist bir
fәlsәfә çәrçivәsindә açıqlamağa çalışmaq” olaraq adlandırıla bilәcәk bir
görüşün çox sıx olaraq tәtbiq edildiyi dә tәsbit edilmәlidir.
Hauser, bildiyimiz heç bir canlı növünün insan kimi “әtraflı bir әxlaqi
sistem” inşa edә bilmәdiklәrini, bunun da insan beyni ilә bağlı xüsusi bir
şey olduğunu göstәrdiyini ifadә etmәkdәdir.90 İnsanların sahib olduqları
әxlaqi sistemlәri mümkün edәn faktorlardan biri, bütün növlәrdәn fәrqli
şәkildә dil danışma qabiliyyәtinә sahib olmaqlarıdır. Nәticәdә insanları
digәr canlı növlәrindәn ayıran әxlaqi sistemlәri vә bunun üçün lazımi dil
danışma qabiliyyәtlәri üçün lazımi molekulyar quruluşların tam olaraq
mahiyyәtini bilmәsәk dә ­vücuddakı sadә funksiyası olan bir molekulun
belә nә qәdәr kompleks olduğunu xatırladığımızda­ olduqca kompleks
olduqlarını tәxmin edә bilәrik. Tәkamülçü bir perspektiv ilә bu fakta
baxıldığı zaman, insanların bu özәlliklәrinin canlılar tarixindәki әn
böyük addımlardan biri olduğu rahatlıqla deyilә bilәr.
Ateist tәkamülçü görüşü mәnimsәyәnlәrә görә “imkansız dağlara
dırmanmağı” (climbing mount improbable) tәmin edәn tәkanverici güc
“planlanmamış vә tәsadüfi” bir şәkildә işlәyәn tәbii seçmәdir.91
Doğuşdan әxlaqla әlaqәli özәlliklәrә sahib olduğumuzu qәbul edәn
materialist­ateistlәr, bu özәlliyi planlanmamış vә tәsadüfi tәkamül
mәrhәlәlәri ilә, özәlliklә dә tәbii seçmә ilә açıqlamağa çalışırlar. Teizm
baxımından isә önәmli olan hal, bu doğuşdan özәlliklәrin tәkamüllә vә
ya tәbii seçmә ilә olub­olmamağı deyil, planlanmamış vә tәsadüfi
mәrhәlәlәrlә yoxsa Allahın planı ilә yaradıldığıdır. Tәk tanrılı dinlәrә
görә Allahın müşahidә etdiyimiz yaradışlarının demәk olar ki, hamısı
müәyyәn ara sәbәblәr ilә yaradılmaqdadır: Allah yağışı yağdırarkәn
89
“Boşluqların Tanrısı” (God of the gaps) kimi arqumentlәrdә;әvvәlcә bilmәdiklәrimiz aşkarlanır, sonra “Biz bunun
necә olduğunu bilmirik, demәk ki, bunu Allah yaradıb” şәklindә bir görüş sәrgilәnir. Bilgi yerinә bilmәmәyi hәrәkәt
nöqtәsi seçәn bu tip arqumentlәri, bu mövzu ilә maraqlanan günümüzün teist fәlsәfәçi, ilahiyatçı vә elm adamlarının
böyük qismi, iftifadı etmәyimizin lazım olduğunu ifadә etmәkdәdirlәr. Mәn dә bir çox çalışmamda bildiklәrimizi
hәrәkәt nöqtәsinә çevirәrәk arqumentlәrimi vermәyә çalışdım vә “boşluqların Tanrısı” tipi arqumentlәrdәn uzaq
durulmağını ifadә etdim. Baxın: Caner Taslaman, Tanr ı Par çacığı, İstanbul Yayınevi, İstanbul, 2016, s. 26­30.
89
“Boşluqların Tanrısı” (God of the gaps) kimi arqumentlәrdә;әvvәlcә bilmәdiklәrimiz aşkarlanır, sonra “Biz bunun
necә olduğunu bilmirik, demәk ki, bunu Allah yaradıb” şәklindә bir görüş sәrgilәnir. Bilgi yerinә bilmәmәyi hәrәkәt
nöqtәsi seçәn bu tip arqumentlәri, bu mövzu ilә maraqlanan günümüzün teist fәlsәfәçi, ilahiyatçı vә elm adamlarının
böyük qismi, iftifadı etmәyimizin lazım olduğunu ifadә etmәkdәdirlәr. Mәn dә bir çox çalışmamda bildiklәrimizi
hәrәkәt nöqtәsinә çevirәrәk arqumentlәrimi vermәyә çalışdım vә “boşluqların Tanrısı” tipi arqumentlәrdәn uzaq
durulmağını ifadә etdim. Baxın: Caner Taslaman, Tanr ı Par çacığı, İstanbul Yayınevi, İstanbul, 2016, s. 26­30.
90
Marc D. Hauser, Mor al Minds, s. 49.
91
Richard Dawkins, Climbing Mount Improbable, W. W. Norton and Company, New York, 1997

56
buludları, insanı yaradarkәn ana vә atasının bir araya gәlmәyini ara
sәbәblәr olaraq istifadә edir. Demәk, hәr nә qәdәr çox müzakirә edilmiş
olsa da, Allahın hәr hansı tәkamül mexanizmini vә tәbii seçmәni ara
sәbәb kimi istifadә etmәyi tәmәl teist inanclara zidd deyildir.92 Necә ki,
tәbii seçmәli tәkamül nәzәriyyәsinin qurucularından Alfred Russel
Vallace, Neo­Darvinizmin qurucularından olan Theodosius Dobzhansky,
insan genomu layihәsinin uzun illәr rәhbәri olmuş Francis Collins kimi
bir çox mәşhur bioloq,fәlsәfәçi vә ilahiyyatçı Allah inancı ilә tәkamül
nәzәriyyәsini ziddiyyәtli görmәyib vә tәkamül prosesinin arxasında
şüurlu bir Yaradıcının olduğu proses kimi dәyәrlәndirmişlәr. Nәticәdә,
tәkamül mexanizmlәrinin ara sәbәblәr olaraq istifadә edilmәsi ilә
doğuşdan әxlaqla әlaqәli özәlliklәrimizin yaradılmış olduğu görüşü dә
burada müdafiә edilәn arqumentlә uyğundur.93 Ayrıca olaraq John
Harenin diqqәt çәkdiyi kimi bu mövzuda tәkamülçü açıqlamanın lazım
olduğundan çox qabardılmış olmağı ehtimalı da mövcuddur. Hare belә
deyir:
“ Әgәr biz insan hәyatında riyaziyyat kimi yeri olan, fәqәt
riyaziyyat kimi özü tәkamül nәzәriyyәsi ilә açıqlana bilmәyәn bir fakt
әldә etsәk; bu hal, niyә bu nәzәriyyәnin uğursuzluğu olaraq
dәyәrlәndirilmәlidir ki?.. Niyә biz, hәyatdakı önәmli bәzi faktları
açıqlayır deyә tәkamülün hәr şeyi açıqlamaq mәcburiyyәtindә olduğunu
düşünürük?” 94
Qısaca burada müdafiә etdiyim arqument baxımından, doğuşdan
әxlaqla bağlı özәlliklәrimizin tәkamül proseslәri ilә yaranıb­
yaranmamasının bir şeyi dәyişdirmәyәcәyini bir dәfә daha vurğulamaq
istәyirәm. İndi isә doğuşdan әxlaqla әlaqәli özәlliklәrimizin, Allah
tәrәfındәn insana yerlәşdirildiyi görüşünün niyә bu özәlliklәri
planlanmamış vә tәsadüfi tәbii proseslәrin әsәri olaraq qәbul edәn
görüşlәrdәn daha yaxşı bir açıqlama olduğunu göstәrәcәyәm. Bunu iki
hala diqqәt çәkәrәk müdafiә edәcәyәm.

1­ӘXLAQİ FӘRQİNDӘLİK
92
Bu görüşümü әtraflı bir şәkildә bu kitablarımda müdafiә etdim: Caner Taslaman, Bir Müslüman Evr imci Olabilir
Mi?, Destek Yayınları, İstanbul, 2017; Caner Taslaman, Evr im Teor isi, Felsefe ve Tanr ı, İstanbul Yayınevi,
İstanbul, 2016.
93
Fәqәt anto­genetik kökәni bilinmәyәn bu özәlliklәrin tam tәkamülçü bir açıqlaması olmadığı da bilinmәlidir.
94
John Hare, “Is There an Evolutionary Foundation for Human Morality”, Evolution and Ethics: Human Mor ality
in Biological and Religious Per spective, Ed: Philip Clayton ve Jeffrey Schloss, W. M. Eerdmans Pub., Michigan,
2004, s.

57
Ümumi tәktanrıçı inanc, insanların heyvan vә bitkilәrdәn fәrqli
bir şәkildә әxlaqi mәsuliyyәti olduğu yönündәdir. İnsanların arı, qarışqa
kimi bәzi canlılarda da görülәn fәdakar (altruist,) davranışları
sәrgilәyәrkәn sahib olduğu “әxlaqi fәrqindәlik” (moral awareness)
özәlliyi digәr canlılardan fәrqlidir. Davranışçı metodologiya, eyni
davranışı göstәrәn fәrdlәrin, bu davranışlarının arxasında fәrqli
qaynaqların olduğunun anlaşılmasına nüfuz edә bilmәz. Bu
metodologiyanın ağıl tutulması ilә faktları dәyәrlәndirәn bir çox şәxs,
mәsәlәn insan zehnindәki mavi rәngin “fәrqindәliyi” ilә, gәlәn dalğa
uzunluqlarını ayırd edib mavini digәr rәnglәrdәn ayıran komputerin
“fәrqindәlik olmadan” tәyin edilmәsinin fәrqini qavraya bilmәz. (Beşinci
fәsil olan “şüur vә mәnlik dәlili”ndә bu mövzu әlә alınacaqdır.) Turing
testi gibi görüşlәrin xәyalı metodologiyası, insan şüurunun süni
intellektdәn fәrqinin qavranmasına әngәl olan yanlış bir mәntiq tәqdim
etmişdir.
Davranışçı metodologiyadan qaynaqlanan bәnzәr bir yanlışın,
insanların “әxlaqi fәrqindәlik” ilә gerçәklәşәn davranışlarının, digәr
canlıların bәnzәr davranışları ilә qarşılaşdırılmasında tәkrarlandığı
görülmәkdәdir. Mәsәlәn, canını başqaları üçün fәda etmәk kimi
fәdakarlığın әn üstün örnәklәrini göstәrәn arılar kimi canlılarla bәnzәr
davranışları göstәrәn insanların davranışları eyni olsa da, bu davranışlara
yol açan mexanizmlәr olduqca fәrqli görünmәkdәdir. Hermenevtik vә içә
baxışçı (introspective) görüşlәr istifadә edilәrәk insanların “әxlaqi
fәrqindәlik”lәrinә şahidlik edilib; bunun, arıların “әxlaqi fәrqindәlik” ilә
әlaqәli olmayan amma oxşar davranışlara sәbәb olan mexanizmalarından
nә qәdәr fәrqli olduğu anlaşıla bilәr. Eyni növdәn birinә yardım etmәk
kimi tamamilә eyni fәdakar bir davranışı әlә alaq; bu davranışın “әxlaqi
fәrqindәlik” ilә edilib­edilmәmәyi çox önәmli bir fәrqdir. Hәyatını fәda
edәcәk şәkildә fәdakar davranan arıların bu davranışlarını, bunu şüurlu
bir şәkildә yaxşı­doğru vә pis­yanlışın “fәrqindәliyi”ni hiss edәrәk vә
“әxlaqi seçim” edәrәk deyil dә, genlәrindә kodlu olan bir kodun
“fәrqindәliksiz” tәtbiq edicilәri olaraq görmәk daha uyğundur
(Hәşәratlar üzәrindә araşdırma edәn elm adamlarının çoxu bu mövzuda
hәmfikirdir). John Hickin diqqәt çәkdiyi kimi arı, “әxlaqi fәrqindәlik” ilә
әxlaqi seçim edә bilsә “özünün hәyatını fәda etmәmәyi” dә seçmәyi
olduqca mümkün olardı.95 İnsanların doğuşdan әxlaqi özәlliklәri, sadәcә

95
John Hick, Ar guments for the Existence of God, Herder and Herder, New York, 1971, s. 63.

58
elektrikli alәt kimi bir hәdәfә yönәlmәlәrinin ötәsindә, digәr canlılardan
fәrqli bir şәkildә “yaxşı­pis, doğru­yanlış, әdalәtli­әdalәtsiz” kimi tәmәl
qavramların “fәrqindәliyi ilә әxlaqi seçim edәcәk” bir tutumu da insan
üçün mümkün etmәkdәdir.
Hәr sağlam insanın özündә çox kompleks olmasına baxmayaraq,
çok rahat bir şәkildә “yaxşı­pis, doğru­yanlış, әdalәtli­әdalәtsiz” kimi
әxlaqın tәmәlini tәşkil edәn qavramları, çox kiçik yaşdan etibarәn
rahatca istifadә edә bilmәsi, bunları istifadә etmә qabiliyyәtinin insana
doğuşdan verildiyini göstәrmәkdәdir. Әgәr bununla bağlı tutum vә
fәrqindәlik, doğuşdan olmasaydı, bir öyrәnmә prosesi olmadan uşaqların
bu kompleks qavramlarla bu qәdәr rahat dәyәrlәndirmә etmәlәri
düşünülә bilmәzdi. Mәnә görә bu, әvvәlcәdәn incәlәnәn elmi
araşdırmalara istinad belә edilmәdәn, әxlaqla әlaqәli tәmәllәrә doğuşdan
sahib olduğumuzu göstәrmәk üçün yetәrlidir. Fәqәt bu halı anlamaq,
әxlaqla bağlı tәmәl qavramlara sahib olmaqdakı qeyri­adiliyi yaxşı
analiz etmәyi tәlәb edir.
“Әxlaqi fәrqindәliyә” xüsusi vurğu edәn Richard Svinburne, bu
mövzu üçün belә demәkdәdir.
“ İnsanlar bir hadisә haqqında önәmli qәrarlar verәcәklәri an
әxlaqi yaxşılıq vә pislik qavramlarına (mәncә ümumi mәnada yaxşılıq vә
pisliyә) sahib olmalıdırlar... Allah, bizi seçmәyimiz lazım olan önәmli
variantlarla qarşılaşdıracaksa onsuzda bu tip bir әxlaqi fәrqindәliyin
inkişafını tәmin edәcәkdir. Fәqәt әgәr Allah yoxdursa, zәkaya sahib olan
bәdәnli varlıqların bu sәviyyәyә gәlmәklәrinin ehtimalı nәdir?... Bu
varlıqlar, bir çox heyvan qrupunda olduğu kimi, spontan (öz­özünә) vә
tәbii olaraq bir­birlәrinә kömәk edә bilәrlәr. Fәqәt bu davranışları
әxlaqi olaraq ‘yaxşı’ kimi dәyәrlәndirmәk, fәdakar davranmanın
ötәsindә bir faktdır. Yәni, Allahın bәzi yaratdıqlarına, onların azad
fәrdlәr olmaqları üçün lazım olan әxlaqi dәyәrlәri vermәsi gözlәnilәn bir
hal ikәn, başqa hәr hansı proseslәrin nәticәsindә әxlaqi dәyәrlәrin
yaranmasını gözlәmәk üçün bir sәbәb yokdur. Bunu bu fakt da
göstәrmәkdәdir; öz növündәn olan digәr heyvanlara kömәk etmәyә tәbii
olaraq meylli bir çox heyvan üçün әxlaqi bir dәyәr yoxdur; aslan vә
qaplanların әxlaqi dәyәrlәri olduğunu vә ya bu dәyәrlәri inkişaf etdirә
bilәcәklәrini qәbul etmәk üçün bir sәbәb yoxdur... Әxlaqi seçimlәr әxlaqi
fәrqindәliyin varlığını tәlәb etmәkdәdir...” 96

96
Richard Swinburne, The Existence of God, 2­ci nәşr, Clarendon Press, Oxford, 2004, s. 216­217.

59
Hare isә insanların әxlaqı ilә insan xarici heyvanların davranışları
arasındakı fәrqә belә diqqәt çәkir:
“ İnsan xaricindәki heyvanlar haqqındakı literaturanın heç bir
yerindә bu canlılarda, Duns Scotusun ‘әdalәtә meyl’ deyә adlandırdığı
şәkildә bir meyldәn bәhs edildiyi ilә rastlaşmadım; sadәcә kompleks bir
şәkildә özünü göstәrәn, öz çıxarına olanı gerçәklәşdirmәyә yönәlәn bir
meyldәn bәhs edilә bilәr.” 97
Nәticә dә insanların әxlaqi fәrqindәlik ilә etdiyi davranışlar ilә
insan xaricindәki heyvanların oxşar görünәn davranışlarının arasında
köklü bir fәrq durmaqdadır. Duns Scotusa göre “әdalәtә meyl” şәxsin
özünü fәda etmәyi kimi radikal bir istәyә yol açmaqdadır. Hare, bunun,
arı vә qarışqa kimi sosial hәşәratlarda görünәn qohum seçimi (kin
selection) vә ya qarşılıqlı fәdakarlıq (reciprocal altruism) örnәklәrindәn
vә ya bәzi heyvanlardakı sosial idarә örnәklәrindәn radikal olaraq fәrqli
olduğunu, bu heyvanların davranışlarının әsasında duranın, xeyrinә
olanı gerçәklәşdirmәyә yönәlmiş bir meyllә sәrhәdli olduğunu ifadә edir.98
Materialist­ateist görüşü mәnimsәyәnlәrin iddia etdiyi kimi,
arxasında şüurlu bir planın olmadığı tәsadüfәn reallaşan tәkamül
proseslәrinin nәticәsindә “әxlaqi fәrqindәlik” kimi çox kompleks,
mahiyyәtli vә insana xas bir özәlliyi insanların qazandıqlarının iddia
edilmәsi; yәni dünyadakı digәr bütün canlılardan fәrqli olaraq insanın
davranışlarında “әxlaqi fәrqindәliyin” rol oynamağı kimi fәrqli bir hәllin,
planlanmamış tәsadüfi proseslәrlә ortaya çıxmağı iddiası mәntiqli
görünmәmәkdәdir. Fәqәt tәsadüfü qәbul etmәyәn vә insanın “әxlaqi
fәrqindәliyi”nә Allahın planı içindә xüsusi mәnalar yüklәyәn teizm
baxımından, digәr canlılardan fәrqli belә bir özәlliyin insana
yerlәşdirildiyini düşünmәk üçün yaxşı sәbәblәr vardır.
Nәticәdә insanların doğuşdan sahib olduğu özәlliklәri hesabına
olan “әxlaqi fәrqindәlik” özәlliyi; Allahın insanı yaratdığı görüşü
doğrudursa gözlәnilәn bir özәllik olduğu halda, ateizm doğrudursa
gözlәnmәsi üçün heç bir sәbәb olmayan bir özәllikdir. “Niyә әxlaqdan
yoxsulluq deyil, әxlaqi fәrqindәlik var” sualı teist paradigma içindә ateist
paradigmadan çox daha uğurlu cavab tapmaqdadır. Bu isә teizmi
ateizmdәn tutarl qәbul etmәk üçün bir sәbәbdir.

97
John Hare, “Is Ther e an Evolutionar y Foundation for Human Mor ality”, s. 191.
98
John Hare, “Is Ther e an Evolutionar y Foundation for Human Mor ality”, s. 192­ 196.

60
2­ DOĞUŞDAN ӘXLAQLA ӘLAQӘLİ ÖZӘLLİKLӘRӘ
RASSİONAL TӘMӘL ӘLDӘ ETMӘK
Sahib olduğumuz әxlaqla bağlı doğuşdan özәlliklәrimizin, Allah
tәrәfindәn bizlәrә yerlәşdirildiyini müdafiә edәn görüşün, materialist­
ateistlәrin müdafiә etdiyi şәkildә şüurlu bir planın rolunun olmadığı vә
tәsadüfi proseslәrlә ortaya çıxdıqları görüşündәn daha yaxşı bir açıqlama
olduğunu dәstәklәyәn digәr bir sәbәb, әxlaqi bir sistemin ancaq vә ancaq
Allahın buyruqlarını qәbul edәcәyimiz halda rasional (ağıla uyğun)
olacaq olmağıdır. Burada ateistlәrin cavab vermәli olduqları çәtin sual
budur: “Niyә yaşadığımız bu dünyada, bizim doğuşdan sahib olduğumuz
әxlaqla bağlı özәlliklәrimizin rassional tәmәli olmağı (bunların illuziya
olmamağı) üçün әxlaqi buyruqları olan bir Allahın var olmağı zәruridir?”
Sual belә dә soruşula bilәr: “Tәbiәtdәki proseslәr necә olur ki, ancaq
Allah vardırsa rasional tәmәli olacaq quruluşlar ortaya çıxarmışdır?”
Tәbii proseslәri Allahın istifadә etdiyi ara sәbәblәr olaraq görәnlәr üçün
tәbii proseslәrin, gözümüzü bu tәbii proseslәri ara sәbәblәr olaraq
istifadә edәn Allaha çevirmәyi olduqca rassional bir gözlәntidir. Fәqәt
materialist­ateist paradigmanı mәnimsәyәnlәr, sadәcә bu dünyadakı
hәyat üçün lazımlı vә genlәri kopyalama mübarizәsi ilә әlaqәli olaraq var
olduğunu düşündüklәri bu doğuşdan gәlәn özәlliklәrimizin gözümüzü bir
“Allah” qavramına çevirmәyinin rassional bir açıqlamasını edә bilmirlәr.
Әxlaqi bir sistemin Allah inancı olmadan işlәmәsi praktiktikada
әlbәttә mümkündür (bu sәbәbdәn bir çox ateist olduqca әxlaqlıdır) fәqәt
әn önәmli özәlliklәrindәn biri olan bağlayıcılıq olan vә insanların şәxsi
mәnfәәtlәtindәn yeri gәldiyindә fәdakarlıq etmәklәrini tәlәb edәn
qanunlardan ibarәt әxlaqi sistemlәrin, Allah inancı olmadan rasional
әsası ola bilmәz. Burada “rassional tәmәl” ilә nәzәrdә tutduğum; әxlaqi
61
davranış “yaxşı” olaraq tәyin etmәyin vә ya bu davranışı hәyata
keçirmәyin vә yeri gәldiyindә şәxsi mәnfәәtindәn keçmәyin ağıl әsaslı
bir tәmәli olmağıdır. Necә ki, bir çox mәşhur ateist fәlsәfәçi dә bunu
tәsbit etmişdir. Mәsәlәn,Allah olmadığı halda әxlaqi dәyәrlәrin doğruluq
dәyәri qalmayacağına, Nietzsche vә Sartre kimi mәşhur ateist filosoflar
diqqәt çәkmişdir. Nietzschenin bu sözlәrindәn bunu anlaya bilәrik:
“ Ondan, tәmәl bir qavramı, Allaha inancı çıxarıb götürdüyünüz an,
bütününü mәhv edәrsiniz: artıq zәruri heç bir şey әlinizdә qalmaz...
Onun ancaq Allahın varlığı doğrudursa bir doğruluq dәyәri ola bilәr; o,
Allah ilә ayaqda durur, Allahsız çökәr” 99
Nietzsche vә Sartre, Allahın yokluğunda әxlaqi dәyәrlәrin rassional
tәmәli olmayacağını anlamışdılar. Çağımızın әn mәşhur ateisti Richard
Dawkins isә başqalarına mәrhәmәt hiss etmәyimizin “ Darvinçi xәtalar:
xoşbәxtlik verәn, dәyәrli xәtalar” olduğunu ifadә etmiştir.100 Ateist bir
dünya görüşünün içәrisindә sahib olduğumuz doğuşdan әxlaqi
özәlliklәrin illuziya olaraq anlaşılması lazım olduğunu mәşhur
materialist­ateistlәr Michael Ruse vә Edvard Vilsonun bu sözlәrindәn dә
anlaya bilәrik:
“Әxlaq bizә ortaq hәrәkәt etmәyimiz üçün genlәrimiz tәrәfindәn
yedirdilәn bir illuziyadır. Heç bir xarici tәmәli yoxdur. Әxlaq, tәkamül
tәrәfindәn yaradılmışdır.Fәqәt onun tәrәfindәn tәmәllәnmәmәkdәdir.
Eyni Machbethin xәncәri kimi hәqiqәtdә var olmadan, önәmli bir
mәqsәdә xidmәt edir. İlluziyadan bәhs edәrkәn, әxlaqın heç bir şey
olmadığını vә tamamilә bir xәyali düşüncә kimi tәsvir edilmәsini
müdafiә etmirik. Machbethin xәncәrinin tәrsinә әxlaq insan növü
tәrәfindәn bölüşülәn bir illuziyadır... Әxlaqın obyektiv bir әsası yoxdur,
fәqәt bioloji quruluşumuz bizi elә imiş kimi düşünmәyә sövq edir.”101
Bәzi fәlsәfәçilәr Stoaçıların vә Herbert Spencerinn etdiyi kimi
tәbiәtdәki vәziyyәtlәrdәn әxlaq ilә әlaqәli reseptlәr çıxarmışdırlar.
Thomas Henry Huxley, Spencerin, tәbiәtin tәqlid edilmәyi gәrәkdiyinә
dair Stoaçılığın nәsihәtini pis bir şәkildә tәtbiq edildiyini düşünmüşdür.
Huxley, “hәyat mübarizәsi”nin hәqiqәtәn dә tәbiәtdә böyük işlәrin
öhdәsindәn gәldiyini, fәqәt toplumun әxlaqi inkişafının kainatdakı
proseslәri tәqlidә dayanmadığını, әksinә bu proseslәrә qarşı çxmağa

99
Walter Kaufmann, Por table Nietzsche, The Viking Press, New York, 1954, s. 515­516.
100
Richard Dawkins, The God Delusion, Black Swan, Londra, 2006, s. 253.
101
Michael Ruse vә Edward O. Wilson, “The Evolution of Ethics”, Philosophy of Biology, Ed: Michael Ruse,
Prentice Hall, New Jersey, 1989, s. 314­317.

62
dayandığını ifadә edir.102 Tәbiәtdә nәlәr olduğunu vә ya insanın
doğuşdan daşıdığı әxlaqi özәlliklәrin nәlәr olduğunu aşkarlayaraq ­
Spencer kimi­ әxlaq ilә bağlı reseptlәr çıxaranlar olduğu kimi, әrdәmi
tәbiәtә qarşı durmaqda ­Huxley kimi­ görәnlәr dә ola bilәr. Sadәcә
“mәqsәdsiz, şüursuz vә әxlaqa qarşı önәmsiz yanaşan” tәbiәrә referansla,
bu anlayışlardan birini digәrinә әvәz etmәyimizi tәmin edәcәk fәlsәfi
baxımdan keçәrli bir kriteriya göstәrilә bilmәz. Doğuşdan sahib
olduğumuz әxlaq ilә bağlı özәlliklәrimiz bizә әxlaqla bağlı mövzularda
“olmalı” (ought) fikrini vermәkdәdir, ancaq bu doğuşdan özәlliklәrimiz
ateist baxımdan sadәcә tәbiәtdәki mәqsәdsiz vә şüursuz “olan”ların
nәticәsidir. Burada David Humeun (1711­1770), “olandan olmalı”
(ought from is) çıxardılmağa cәhd edildiyi zaman özünü göstәrәn
problem ilә bağlı mәşhur tәsbitini xatırlamalıyıq; Hume, tәbiәtdә olan vә
olmayanı tәrif edәn faktlarla әlaqәli ifadәlәrdәn әxlaq sahәsindәki nәyin
olmalı vә ya nәyin olmamalı olduğuna dair bildirmәlәrә keçişin
mәntiqәn qanuni olmadığını ifadә etmişdir.103
“Olandan olmalı çıxarma problemi”nә istinad ilә, Allahın
varlığının vә Allahın buyruqlarının “olan” ilә әlaqәli olduğu, buna
baxmayaraq bu tәrifi faktlardan әxlaqi bağlayıcılıq çıxarmağın nәyin
“olmalı” olduğu ilә әlaqәli olduğu, bu keçişin dә fәlsәfi baxımdan qanuni
olmadığı deyilә bilәr. Buradakı halın, tәbiәtdәki mәqsәdsiz vә şüursuz
quruluşla әlaqәli fakt tariflәrindәn ciddi şәkildә fәrqli olduğunu deyә
bilәrәm (aşağıda bu mövzuya tәkrar qaydacağam).
Burada önәmli bir mәsәlәnin aydınladılmağını gәrәkli görürәm; bir
çox kimsә arasındakı ayrıma lazımi qәdәr diqqәt etmәmiş olsa da, әxlaqi
davranışlarla әlaqәli iki ayrı açıqlama tәlәb edәn iki ayrı problemi hәll
etmәk lazımdır: Birincisinә “olandan yaxşı çıxarma problemi” (is­good
problem), ikincisinә “yaxşıdan davranış çıxarma problemi” (good­action
problem) adlarını verirәm. Әdәbiyyat siyahısında bir çox şәxs “olandan
olmalı çıxarma problemi” (is­ought problem) deyә tek bir problemә
köklәnmiş, әslindә bu problemin içindә әxlaqla bağlı iki ayrı problemin
olduğu kifayәt qәdәr fәrq edilmәmişdir: Әxlaqi sistemin rassional bir
tәmәli olmağı üçün cevaplanmalı iki böyük sual bunlardır:
1.Pr oblem: “Yaxşı olan nәdir?” kimi ifadә edilә bilәr. Bu problem
102
Thomas Henry Huxley, “Evolution and Ethics”, Philosophy of Biology, Ed: Michael Ruse, Prentice Hall, New
Jersey, 1989, s. 299­300.
102
Thomas Henry Huxley, “Evolution and Ethics”, Philosophy of Biology, Ed: Michael Ruse, Prentice Hall, New
Jersey, 1989, s. 299­300.
103
David Hume, A Tr eatise of Human Natur e, Oxford University Press, Oxford, 2000.

63
dәyәrlәr ilә әlaqәlidir.
2.Pr oblem: “Yaxşı olana (dәyәrlәrә, әxlaqi qanunlara) görә davranmaq
niyә gәrәklidir.?” Şәklindә ifadә edilә bilәr. Bu problem davranışlar
ilә әlaqәlidir.

2­A­ BİRİNCİ PROBLEM: OLANDAN YAXŞI ÇIXARMA


PROBLEMİ
G. E. Moorenin “açıq sual arqumenti” (open­question argument)
ilә diqqәt çәkdiyi kimi “yaxşılığın” tәbiәt elmlәrinin üzәrindә çalışdığı
faktlara sadәlәşdirilә bilmәyәcәyi vә bunlara dayanaraq tәyin edilә
bilmәyәcәyi, yәni tәbiәtdәn kәnar (non­natural) bir fenomen olduğu
qәnaәtindәyәm.104 Ayrıca maddi tәbiәtdәki faktlarla bağlı “olan”a dair
açıqlamalardan “yaxşı”nın nә olduğunu tәyin edә bilmәyәcәyimiz, fәqәt
zehinlә bağlı “olan” ilә әlaqәli aşkarlamalara dayanaraq “yaxşı”nın nә
olduğunu hәm “tәyin edә bilәcәyimiz” hәm dә “yaxşıya uyğun davranış”
edilmәsinә dә “rasional tәmәl” tapa bilәcәyimiz qәnaәtindәyәm.
Bloom “Nә qәdәr ağıllı olsaq da, әgәr doğuşdan lazımi tәmәl
özәlliklәrә sahip olmasaydıq, әxlaqi quruluşu olmayan (amoral),
mәrhәmәtsizcә sadәcә şәxsi mәnfәәtini hәyata keçirmәyә köklәnmiş
şәxslәr olardıq” demәkdәdir.105 Doğuşdan zehni tutumumuz bizә
tәbiәtdәki faktlara sadәlәşdirilә bilmәyәn(non­natural) qavramlarla tәmin
etdiyi üçündir ki, әxlaqi qaydaları mәnimsәyәn varlıqlar ola bilirik.
Doğuşdan sahib olduğumuz “yaxşılıq­pislik” kimi qavramlar, genetik­
bioloji quruluşumuza dayanmaqla bәrabәr, tәbiәtdәki olanlara
sadәlәşdirilә bilmәz olduqlarından genetik­bioloji quruluşumuza
bağlanıb, açıqlana bilmәzlәr. Bu qavramların gerçәkliyindәn şübhә
etmәyimiz üçün dә bir sәbәb yoxdur. Necә ki, zehnimizdә yaranan rәng
qavrayışımızı, bu qavrayışın hesabına yaranan bir yerә dәyәn işığın
dalğa olaraq gözümüzә gәlmәyi vә sonra neyronlardakı proseslәrә
sadәlәşdirib anlaya bilmirik ama içә baxışla biliriksә,106 eyni şәkildә içә
104
G. E. Moore, Pr incipia Ethica, Cambridge University Press, Cambridge, 2000
105
6 Paul Bloom, “The Mor al Life of Babies”, The New York Times, 5 Mayıs 2010
106
Zehnimizdә yaranan rәng qavrayışımızın (qualia vә ya tәcrübi keyfuyyәtlәt deyә yad edilәn sınaqlarımzn), fiziki
proseslәr hesabına olmasına rәğmәn fiziki proseslәrә sadәlәşdirilib anlaşıla bilmәyәcәk olmağı zehin fәlsәfәsi

64
baxışla özümüzdәki doğuşdan “yaxşılıq­pislik” kimi әxlaqi qavramları
da bilirik. Bu qavramların tәbii doğal dünyadan törәdilә bilmәyәcәyi,
yәni “olan”a söykәnәrәk “yaxşı”nın nә olduğunu tәyin edә
bilmәyәcәyimiz doğrudur. Digәr yandan bu şәkildә mövzuya baxsaq
sadәcә yaxşı­pis qavramları vә ya rәnglәr deyil, eyni zamanda kәdәr,
xoşbәxtlik kimi bir çox zehni fenomen dә, maddi dünyaya dayansa da
(supervenient), ona sadәlәşdirilә bilmәzlәr. Geoffrey Sayre­McCordun
diqqәt çәkdiyi kimi sadәcә “olan­olmalı boşluğu” (is­ought gap) deyil,
“olan­düşüncә boşluğuda” (is­thought gap) da vardır.107 Bizim
düşüncәlәrimizdәki kәdәr, xoşbәxtlik, lәzzәt, rәng qavrayışı tәbii
proseslәrә dayansa da, bu proseslәrә sadәlәşdirilә bilmәmәsinә rәğmәn
bunların gerçәk olduğunu qәbul etdiyimiz kimi introspektiv yolla şahid
olduğumuz әxlaqi qavramların gerçәkliyini dә qәbul etmәyimiz
normaldır.
Düşüncәlәrimizin maddi proseslәrә salına bilmәz olduğunu görüb
sağlam düşüncә vә şәxsi tәcrübәlәrimizә әn zidd davranışlardan biri olan
“әlәyici materializmi” (eliminative materialism) mәnimsәyәnlәr
olmuşdur (kitabın bundan sonrakı fәsillәrindә “әlәyici materializm”
incәlәnәcәkdir). Bu görüşә görә bizim zehni olaraq tәcrübә etdiyimizi
düşündüyümüz kәdәr, xoşbәxtlik, rәng qavrayışları, dadlar, qoxular kimi
tәcrübәlәr mövcud deyildir. Bu kitabı oxuyarkәn rәnglәrini
gördüyünüzdәn, çevrәnizdә sәslәri eşitdiyinizdәn әminsinizsә, demәk ki
“әlәyici materializm”in yanlış olduğundan da әminsiniz. Bu kitabın vә
ya eşitdiyiniz sәslәrin әslindә bir halüsinasiya olduğunu deyәnlәr ola
bilәr. Fәqәt halüsinasiya gördüyümüzü düşündüyümüzdә belә bir zehin
tәcrübәsi yaşayırıq demәkdir vә bu halda belә “әlәyici materializm”in
xәtalı olduğunu deyә bilәrik, çünki yenә әlәnә bilmәyәcәk şәkildә zehni
yaşantılar mövcuddur. Qısacası düşüncә tәcrübәlәrimizi tamamilә
tәbiәtdәki faktlara sadәlәşdirә bilmәdiyimiz üçün zehni hallarımızın
varlığını inkar etmәyәnlәyin; bu tәcrübәlәrimiz kimi tәbii proseslәrә
endirmәyәn әxlaqla bağlı “yaxşı­pis” kimi tәmәl qavramların
gerçәkliyini inkar etmәmәlәri dә sağlam düşüncәnin bir gәrәyidir.
Doğuşdan sahib olduğumuz “yaxşılıq­pislik” ilә bağlı sezgilәrimiz
üzәrindә düşündüyümüzdә, “yaxşılıq­pisliyin” şәxsi mәnfәәtlәr vә
sahәsindә mәlumatsız olanlara anlaşılmağı çәtin bir görüş olaraq görünә bilәr. Bu kitabın son fәslindә “şüur vә
mәnlik dәlili”ndә, bu mövzu әtraflı bir şәkildә incәlәnәcәkdir. O fәsildә “qualia“ haqqında deyilәnәnlәri diqqәtlә
oxumağınızı tövsiyyә edirәm.
107
Geoffrey Sayre­McCord, “Moral Theory and Explanatory Impotence”, Midwest Studies in Philosophy, Vol: 12,
1988, s. 433­457.

65
bağlılıqların üstündә antoloji bir statusa sahib olduğunu anlayarıq; bu
әxlaq ilә әlaqәli әn tәmәl hallardan biridir. Ateist paradiqma içindә
“yaxşılıq­pislik” ilә bağlı sezgi, tәsadüfi proseslәrlә yaranmış olan
nükleotidlәr kimi biokimyәvi quruluşlara, bunlar isә kainatı ortaya
çıxaran tәmәl qüvvәlәrә vә ya itmә­çәkmә vә dalğa­zәrrәcik olmaq kimi
özәlliklәrә söykәnmәkdәdir. Bunlarda isә şәxsi mәnfәәtlәr vә bağlılıqlar
üzәrindә bir dәyәrә sahib “yaxşılıq­pislik” haqqındakı sezgimizә
rassional tәmәl tapıla bilmәz; tәbii olaraq bunun nәticәsindә Ruse vә
Wilson kimi ateistlәr bu sezgilәrimizi “illuziya” olaraq görmüşdürlәr.
Ateist antologiyada tәbii proseslәrin vә tәsadüfün birlәşmәsi ilә ortaya
çıxdığı düşünülәn insanın heyvanlardan fәrqli әxlaqi bir varlıq olmağını
tәmәllәndirәcәk rassional bir tәmәl görünmür. Bu sәbәbdәndir ki,
Nietzsche ­biraz әvvәl qeyd edilәn ifadәsindә­ “Onun ancaq Allahın
varlığı doğrudursa bir doğruluq dәyәri ola bilәr; o, Allah ilә ayaqda
durur, Allahsız çökәr” demişdir.
Mәsәlәn, birinin yüklü miqdarda pulunu itirdiyini, pulu bizim
tapdığımızı, pulu geri qaytarmasaq hәyatımızın geri qalanını çox rahat
yaşaya bilәcәyimizi vә bu pulu tapdığımızı heç kimsәnin qәtiyyәn
bilmәyәcәyini düşünәk. İctimai bir sanksiya qәtiyyәn mümkün olmadığı
bu halda әxlaqla bağlı ilk nәzәri açıqlama nәyin “yaxşı­pis” olduğunu
bilmәk üçün lazımdır. İstәr a priori әqli düşüncәyә dayanan Kantçı
deantoloji bir әxlaqa108 istәr induktiv bir әqli düşüncәyә dayanan
mәnfәәtçi bir әxlaqa109 istinadlar edәrәk dә pulu geri qaytarmanğın
“yaxşı” qaytarmamağın “pis” olduğunu müdafiә edәnlәr ola bilәr. Fәqәt
bәhs edilәn görüşlәr, deantoloji şәrtlәr vә ya mәfәәtçi görüş niyә “yaxşı”
olduğunu açıqlaya bilmәmәkdәdir; yәni әxlaqi sistemlәrinin tәmәllәrini
Allaha istinad etmәdәn rasional şәkildә inşa edә bilmirlәr.
“Yaxşı”, insanların mәnfәәt hesablarının üzәrindә olan bir
standartdır; әxlaqı avtonom görәn Kantçı sistemdә; insanların, bütün
insanların ağıllarını göz önünә alaraq çatdıqları bir әxlaqi standartı
(şәrtsiz buyruğu: categorical imperative), yenә ağılları ilә edәcәklәri
mәnfәәt hesablarının vә arzularının üzәrinә çıxarmaqlarının rasional
әsası görünmәmәkdәdir. “Niyә hәr kәsin öz mәnfәәtini hәyata keçirmәsi
vә ya ehtirasların kölәsi (slave of the passions) olunması deyil, başqa
108
9 Immanuel Kant, Fundamental Pr inciples of the Metaphysics of Mor als, Tәr: Thomas Kingsmill Abbott,
William Benton, Chicago, 1971, s. 253­287; Immanuel Kant, The Cr itique of Pr actical Reason, Tәr: Thomas
Kingsmill Abbott, William Benton, Chicago, 1971, s. 291­361.
109
Mәnfәәtçi әxlaq görüşlәr üçün klassik bir örnәk: John Stuart Mill, Utilitar ianism, Hackett Publishing,
Indianapolis, 2001.

66
ağılların da göz önünә alınması ilә çıxarılan şәrtsiz buyruğa әmәl etmәk
yaxşıdır” kimi tәmәl sualın cavabı, Kantın әxlaqı avtonom görәn
sistemindә yoxdur. 110
Materialist­ateist birinin, mәnfәәtçi әxlaqa istinadla “yaxşı”
qavramını tәmәllәndirmәyә cәhd etmәsi ehtimalını da incәlәyәk.
Doğuşdan әxlaqi özәliklәrimizi tәsadüfәn yaranmış tәbii proseslәrin
nәticәsi kimi görәnlәrin, bunları “illuziya” olaraq gördüklәri kimi
rasional düşüncәmizi tәsadüfi proseslәrin nәticәsi olaraq görәnlәrin,
insanların ortaq rasional düşüncәsindәn çıxarılacaq dәyәrlәrә tabe
olunması ilә bağlı “gәrәklilik, bağlayıcılıq” hisslәrini dә “illuziya” olaraq
görmәklәri lazımdır. “Niyә әn çox öz xoşbәxtliyimizi (the greatest
happiness) deyil, әn çox insanın әn çox xoşbәxliyini (the greatest
happiness of the greatest number) düşünmәyi yaxşı olaraq tәyin
etmәliyik” kimi mәnfәәtçi әxlaqın tәmәllәri baxımından çox önәmli bir
sual da rasional bir cavabdan yoxsuldur. Materialist­ateist paradigma
içindә qalaraq vә ya әxlaqın avtonom olduğu qәbul edilәrәk, a priori
düşünmә ilә dә induktiv әqli düşüncә ilә dә çıxarılan heç bir sistem
“yaxşı­pis” sezgisinin tәlәb etdiyi yüksәk standarta (fәrdi çıxarları vә ya
ictimai gözlәntilәri aşan standarta) rasional tәmәl göstәrә bilmәz.
Teizmde isә şüurlu, hәr şeyi yaradan, hәr şeyi bilәn Allahın
buyruqları әxlaqa mükәmmәl bir standart verәr vә “yaxşı­pis” ilә әlaqәli
sezgilәrimizin ehtiyac duyduğu rasional tәmәl üçün bundan yaxşısı
düşünülә bilmәz. Әgәr belә bir tәmәl olmasa “yaxşı”nı çәkici vә uca
olaraq qavramağımız vә şәxsi çıxarların üstünә çıxarmağımız, sadәcә
bioloji quruluşumuzun bizә oynadığı bir oyuna çevrilәr. Yәni “yaxşı” ilә
әlaqәli qavrayışımız rasional tәmәlsiz bioloji bir hadisәyә, adәtәn mәdә
quruldaması statusunda bir hadisәyә çevrilәr. Fizikanın tәrif etdiyi maddi
dünyada “yaxşı”nın gәrәyi olan ucalığı tәmin edәcәk heç bir ünsür
yoxdur fәqәt şüurlu bir varlıq olan Allah ilә bağlılığı qurulduğunda
“yaxşı” qavramı ehtiyacı olan ucalığa qovuşur vә halüsinasiya olmaqdan
azad olur. Doğuşdan sahib olduğumuz özәlliklәr bizi әxlaqi dәyәrlәri
olan bir varlıq olmağa yönlәndirir. Әxlaqi dәyәrlәrimizin rasional әsas
tapmağı isә, bu dәyәrlәrin Allah ilә bağlı olmağı ilә mümkündür. Әxlaqi
dәyәrlәrin Allah ilә әlaqәsini qurmağımız isә ancaq bizә Allahın
110
Bu arada Kantın әxlaqi avtonom görmәsi ilә bәrabәr әxlaqdan hәrәkәt ilә “Allahın, axirәtin vә azad iradәnin”
varlığı üçün arqument qurduğu da xatırlanmalıdır. Kantın “әn yüksәk yaxşı” (summum bonum) üçün “Allahın,
axirәtin, azad iradә”nin var olmağını postulat olaraq qoymağı mәcburi görmәyi ilә, әxlaqın avttonom olduğu ilә bağlı
öz iddiası ilә ziddiyyәtә düşüdüyü qәnaәtindәyәm. Kantın, inkar etdiyi bu görüşü burada müzakirә etmәdәn keçirәm.
Sadәcә bu mövzuya diqqәt çәkmәklә yetinirәm.

67
buyruqları şәklindә bildirilmәlәri ilә mümkündür. (Bu hal, sonrakı
sәhifәlәrdә diqqәt çәkilәcәk olan “din”in gәrәkliliyi baxımından
önәmlidir.) Bu mövzudakı mövqeyimi “antologiya әxlaqı tәyin edәr”
formasında ifadә edә bilәrәm.
Teist antologiyaya görә varlığın mәrkәzindә hәr şeyi yaradan, hәr
şeyi bilәn Allah vardır vә insan da Allah hesabına vardır. Bu antologiya,
Allaha istinadla, әxlaqın tәmәl qavramları olan “yaxşı­pis”in, çıxarlar vә
ehtiraslar üstü dәyәrlәr mövqeyindә olmaqları üçün rasional әsası rahat
şәkildә verә bilәr. Digәr yöndәn ateist antologiyaya görә hәr şey şüursuz,
әxlaq mövzusunda etinasız olan maddәnin tәbiәt qanunları vә tәsadüflәr
çәrçivәsindәki hәrәkәtlәrindәn yaranmışdır. Bu antologiyaya görә bir
şeyә “yaxşı­pis” kimi istinadlar etmәk, sadәcә bioloji quruluşumuzun
bizә oynadığı bir oyundur. Bizim bioloji quruluşumuzdan müstәqil
“yaxşı­pis” deyә obyektiv, hәr kәs üçün keçәrli bir meyarın rasional
әsası yoxdur.
Qısacası doğuşdan sahib olduğumuz әxlaqla әlaqәli
quruluşumuzun gәrәyi olan әxlaqi dәyәrlәrin mәnimsәnmәsi ancaq
Allahın varlığı ilә rassional әsas tapmaqdadır. Allaha inanan bir insan
üçün bu gözlәnilәn bir haldr. Çünki, Allah insanın mәnliyini (fıtrәtini)
yaratdığı üçün, insanın mәnliyindә ancaq Allah vardırsa rassional әsas
tapacaq özәlliklәrin olmağının sәbәbi, bunları Allahın özünә
yönlәndirәcәk şәkildә dizayn etmәyidir. Materialist­ateist düşüncәni
mәnimsәyәnlәrin isә әxlaqi dәyәrlәrә rassional bir әsas tapması mümkün
deyildir vә insanın içindә ancaq Allah vardısa rassional әsası olacaq belә
bir quruluşun olma sәbәbini açıqlamaq üçün qaneedici bir cavabları
yoxdur.
2­B­ İKİNCİ PROBLEM: YAXŞIDAN DAVRANIŞ ÇIXARMA
PROBLEMİ
Әxlaq ilә bağlı ikinci problem “yaxşı­davranış problemi”dir.
Әvvәlki fәsildә “yaxşı­pis”in ehtiyac hiss etdiyi antoloji statusun ateist
paradiqma içәrisindә әsaslandırıla bilinmәyәcәyi göstәrildi. Fәqәt de­
antoloji, mәnfәәtçi vә ya hәr hansı başqa bir görüşlә “yaxşılığın­pisliyin”
әsaslandırıla bilindiyini bir anlıq için qәbul edәk. Bu halda belә “yaxşı­
pis” olanın niyә “davranışa” sәbәb olmağı lazımdır?” kimi tәmәl bir sual
cavabsız qalmaqdadır. Yerә düşәn pulu sahibinә qaytarmağın “yaxşı”
olduğunu qәbul edәn biri, “davranışı” hıyata keçirmәsi lazım ikәn, bu
pulla hәyatının sonuna qәdәr rahat yaşamağı seçmәyinin daha rassional
68
olduğunu düşünüb, “yaxşılığın” edilmәsinin bәlli bir hissi çәkiciliyi olsa
belә pula sahip olmağın cazibәdarlığı daha üstün olub, pulu özünә götürә
bilәr. Bәhs edilәn doğuşdan әxlaqi özәlliklәr vә ya müxtәlif
mәdәniyyәtlәrin verdiyi tәhsilin formalaşdırması, әlbәttә pulu geri
qaytarmağı tәmin edә bilәr vә çox zaman tәmin etmәkdәdir. Amma bu
davranışın rassional tәmәli materialist­ateist antologiya içәrisindә
göstәrilә bilmәz.
Mәsәlәn, Kantçı de­antoloji әxlaqi qanunlarla davranan fәrdin,
çıxarlarını bir kәnara atmağını rassional göstәrәcәk bir tәmәl ortaya
qoyulmamışdır: Bir insan öz zehnindәn çıxan bir qanunun
bağlayıcılığını rәdd edә bilәr. Millәtçi, mәnfәәtçi bir әxlaqın qoyduğu
meyara görә davranışda olan fәrdin “әn çox şәxsin әn çox xoşbәxtliyi”
kimi bir meyara görә deyil, öz xoşbәxtliyinә görә hәrәkәt etmәyi daha
rassional görә bilәcәyini düşünәrsәk, mәnfәәtçilliyin “yaxşılıq” meyarı
qәbul edildiyindә dә bu görüşün niyә “davranışa” sәbәb olmağı
lazımdır?” mövzusunda rassional bir tәmәl tapıla bilmәz.
Digәr yöndәn teist dinlәrә görә hәr şeyimizi borclu olduğumuz, hәr
şeydәn xәbәrdar, hәr şeyi bilәn, hәr şeyә qüdrәti yetәn vә axirәt
hәyatında insanların dünyәvi davranışlarına qarşılıq verәn bir Allahın
әxlaqi buyruqları olduğunu düşünәk. Materialist­ateist dünya görüşünә
dayanaraq “olandan olmalıya keçmәk” mümkün olmadığı halda “bu
antologiyadan olmalıya keçmәk” yәni bu varlıq anlayışına dayanaraq
әxlaqa rassional әsas tapmaq mümkündür. Teist antologiyadakı “olan”
ilә әlaqәli tәriflәr, bağlayıcı buyruqlar verә bilәcәk qanuni bir hakim olan
Allahı vә onun buyruqlarını tәrif etdiyi üçün buradakı tәrif verici faktlar,
bu dәfә bağlayıcı buyruqları, yәni “olmalı” sahәsini әhatә etmәkdәdir.
Allaha hәr şeyimizi borclu olmağımız (minnәtdarlıq kimi hislәr ilә
motivasiya edәrәk) vә ya Allahın axirәtdә etdiklәrimizin qarşılığını
verәcәk olduğuna dair gözlәnti (xoşbәxtlik vә ya qorxulardan azad olma
arzularımız ilә motivasiya edәrәk) “davranış” (doğru olmalı) üçün
motivasiya verәr. İnsanlıq halımıza introspektiv baxsaq; minnәtdarlıq,
xoşbәxtlik vә qorxulardan qurtulmaq hisslәrimizin bizim
davranışlarımızda necә tәyinedici olduqlarını rahat görә bilәrik. Allahın
hәr şeyi bilәn olmağı vә hәr şeyә nüfuz edә bilmәyi; Allaha
güvәnmәyimizә vә heç bir insanın görmәdiyi vә şәxsi çıxarlarımıza әn
zidd hallarda belә әxlaqi buyruqları yerinә yetirmәyimizә rasional әsas
yaradır.

69
Qısacası teizm, qanuni nüfuz tәqdim edәrәk, әxlaqın bağlayıcı
özәlliyinә, hәm rassional, hәm motivasiya baxımından, hәm dә doğuşdan
әxlaqi özәlliklәrimiz ilә uyğun bir әsas verir. Әlavә olaraq “nüfuza itaәt”
ilә bağlı hisslәrimizin dә doğuşdan gәlәn özәlliklәrimizdәn biri olduğunu
yaxın zamandakı elmi çalışmaların göstәrdiyinә diqqәt çәkmәk
istәyirәm.111
“Antologiya әxlaqı tәyin edәr” şәklindәki motto, “yaxşı­davranış
problemi”ni dә hәll edir. Teist antologiyada Allahın buyruqlarından
qaynaqlanan bağlayıcılıq; şüursuz itmә vә çәkmә kimi qüvvәlәrin tәsiri
altında mexaniki olarak işlәyәn, mәqsәdli bir özәlliyi olmayan maddi
tәbiәti yeganә varlıq olaraq qәbul edәn materialist­ateist fәlsәfәnin
antologiyasına görә fәrqli bir әxlaq fәlsәfәsinә sәbәb olur. Richard
Taylor “Allah fikrini bir kәnara buraxdığınız zaman әxlaqi mәcburiyyәt
fikri mәnasız olur. Kәlmәlәr eynәn qalar amma mәnası qalmaz” deyәrәk,
teizmin xaricindәki sistemlәrin әxlaqın bağlayıcılıq özәlliyinә rassional
әsas vermәyәcәyini dilә gәtirmişdir.112
Materialist­ateizm, әxlaqi qanunların nәticәsi olan bağlayıcılığa
rassional әsas verә bilmәyәcәyi üçün materialist­ateist antologiya әxlaqi
nisbiliyә yol açacaq bir әxlaq fәlsәfәsi seçir. Teist antologiyası isә
Allahın buyruqları әsasında, әxlaqın rassional vә motivasiya verәn bir
әsas tapa bilәcәyi әxlaq fәlsәfәsini seçir. Teist antologiyanın
mәrkәzindәki Allah, geri qalan varlıqlar ilә müqayisә edildiyi zaman,
geri qalan varlıqların antoloji statusunun Allaha görә çox aşağı olduğu
görünür; bu sәbәbdәn bu antologiya, Allahın buyruqları yanında bütün
varlıqlardan gәlәn tәlәblәrin, çıxarların vә ehtirasların mәnasız olduğu
bir әxlaq sistemi tәqdim etmәkdәdir. Başqalarının tәlәblәrinә, şәxsi
çıxarlarımıza vә ehtiraslarımıza rәğmәn әxlaqi gәrәyi yerinә
yetirmәyimiz lazım olduğunu deyәn doğuşdan әxlaqi özәlliklәrimiz,
ancaq teist antologiya doğrudursa illuziya olmaqdan azad olur.
Doğuşdan әxlaqi özәlliklәrimizin tәlәbi әxlaqın illüziya olmamağıdır; bu
isә “Allahın әxlaqi buyruqları”na yәni Allaha, doğuşdan möhtac olacaq
bir yaradılışla (fıtrәtlә) var edilmiş olduğumuz mәnasını daşıyır.
Ateistlәr әxlaqlı davrandıqları zaman rassional әsasdan yoxsul
olmaqlarına baxmayaraq, doğuşdan әxlaqi özәlliklәr ilә uyğundurlar.
111
Bununla әlaqәlii modern psixologiya sahәsindә aparılan araşdırmalara iki örnәk: Jonathan Haidt vә F. Bjourkland,
“Social Intuitionists Answer Six Questions about Moral Psychology”, Mor al Psychology, Ed: W. Sinnott­
Armstrong, MIT Press, Massachusetts, 2008, s. 181­217; Stanley Milgram, Obedience to Author ity: An
Exper imental View, Harper and Row Publishers, New York, 1974
112
Richard Taylor, Ethics, Faith and Reason, Englewood Cliffs, New Jersey, 1985, s. 83­84.

70
Fәqәt zehnimiz, doğuşdan әxlaqi özәlliklәrimiz ilә bәrabәr rassionallığı
da әhatә edir. Bunlar arasındakı birlik vә uyğunluq isә Allahın әxlaqi
buyruqlarının varlığını tәlәb edir. Zehnimizdә bәrabәr şәkildә var olan
doğuşdan әxlaqi hisslәrimiz vә rassionallığımız kimi fәrqli tәmәl
özәlliklәrimizin arasındakı uyğunluğun, ancaq teist paradigma daxilindә
mümkün olmağı teizm baxımından gözlәnilәndir. Fәqәt ateist
paradigmada bu halı gözlәnilәn edәcәk bir ünsür mövcud deyildir.
Yaxşı­pis, doğru­yanlış, әdalәtli­әdalәtsiz kimi doğuşdan sahib
olduğumuz әxlaqın tәmәl qavramları; Allahın buyruqları ilә qarşılaşdığı
zaman, bu buyruqları qavraya bilmәyimizi vә tәtbiq edә bilmәyimizi
tәmin edir, bu buyruqların gәrәyi olan әxlaqi bir sistemә sahib
olmağımızı mümkün edir. Allahın varlığı isә, özü varlığına işarә edәn
doğuşdan әxlaqla bağlı özәlliklәrimizi illüziya olmaqdan qurtarır. Teizm,
modern psixologiya vә koqnitiv elmlәrin varlığını göstәrdiyi doğuşdan
әxlaqi özәlliklәrimizin lazımi qәdәr anlaşılmağı üçün tutarlı bir sistem
tәqdim etmәkdәdir. Doğuşdan әxlaqi özәlliklәrimiz adәtәn üstündә kilid
olan bir qapıya bәnzәyir vә bu qapını açacaq açar Allahın varlığıdır. Bu
kilidin bu açarı tәlәb etmәyi bu açarın varlığının bir dәlilidir.
Nәticәdә “әxlaqi fәrqindәlik” vә “doğuşdan әxlaqla bağlı
özәlliklәrin rassional tәmәli” üzәrindә aparılan incәlәmәdәn; insanların
doğuşdan sahib olduğu әxlaqla bağlı özәlliklәrin Allah tәrәfindәn
insanlara yerlәşdirildiyi görüşünün, ateizmin görüşlәrindәn daha uğurlu
bir açıqlama olduğu anlaşılmaqdadır.

EUTHYPHRO DİLEMMASI VӘ ALLAHIN YAXŞILIĞI


Burada 2500 il әvvәl fәlsәfәnin gündәminә gәlmiş vә bir çox
fәlsәfәçi tәrәfindәn müzakirә edilmiş olan bir mövzu haqqındakı
görüşümü açıqlamağı lazımlı görürәm. Platonun Euthyphro dialoqundan
sonra “Bir şeyin әxlaqәn yaxşı olduğu üçün Allah tәrәfindәn әmr
edildiyi, yoxsa Allahın buyruqlarından dolayı әxlaqәn yaxşı olduğu”
sualı fәlsәfәnin maraq dairәsinә girmişdir.113 Bu dilemmannn birinci
hissәsinә görә әxlaqәn yaxşı olan Allahın buyruqlarından müstәqildir;
dilemmanın bu hissәsindә, Allahın hakimliyinin vә iradәsinin әxlaqәn
yaxşı olan ilә sәrhәdli olub­ olmadığı problemi ortaya çıxır. Cambridge
Platonistlәri kimi dilemmanın bu qismini mәnimsәyib, bunda problem
Platon, “Euthyphro”, Ed: Edith Hamilton, Collected Dialogues of Plato, Princeton University Press, Princeton,
113

10a, 1961.

71
görmәyәn mütәfәkkirlәr dә olmuşdur.114 Dilemmanın ikinci hissәsinә
görә bir şey sadәcә Allahın buyruqlarından dolayı yaxşıdır; dilemmanın
bu qismindә, Allahın buyruqlarının qanunsuz,istәyә bağlı olub­olmadığı
problemi ortaya çıxır. Xristian düşüncәsindә tәsirli olmuş bir mütәfәkkir
olan Ockhamlı William (William of Ockham); Allahın hakimliyini vә
iradәsini heç bir şeyin (dolayısı ilә әxlaqi bir standartın da) sәrhәdlәyә
bilmәyәcәyi düşüncәsi ilә, dilemmanın bu hissәsini mәnimsәmişdir.
İslam düşüncәsindә yer alan Әşari mәktәbinә görә dә, bir şeyi yaxşı vә
ya pis edәn sadәcә Allahın buyruqlarıdır.115
Teist bir çox fәlsәfәçi vә teoloq kimi mәn dә bunun bir “saxta
dilemma” (pseudo dilemma) olduğunu, üçüncü bәndin mövcud olduğunu
düşünürәm. Bu bәndә görә Allah “yaxşı”dır vә Allah “yaxşı” olan öz
zatının bu özәlliyinә uyğun şәkildә buyruqlar verdiyi üçün, nә Allahın
hakimliyinin vә iradәsinin sәrhәdlәndiyi, nә dә Allahın buyruqlarının
qanunsuz, istәyә bağlı olduğu deyilә bilәr.116 Bu görüşә görә Allahın
mükәmmәlliyi, Allahın varlığına bağlı bәzi sifәtlәrinin olmağını tәlәb
edir vә bu sifәtlәrdәn biri olan “yaxşılıq”, Allahın buyruqlarının nә
olacağına tәsir edir. Buyruqların tәyin edilmәsindә tәsirli olan bu sifәt,
Allahın xaricindәki bir özәllik olmadığı vә Allahın sifәti olduğu üçün nә
Allahın sәrhәdlәnmәsindәn söz gedә bilәr, nә dә Allahın mükәmәlliyinә
zidd bir hal olduğu deyilә bilәr; әksinә Allahın mükәmmәlliyinin gәrәyi
belә sifәrlәrә sahib olmağıdır. Augustinus, Anselm vә Aquinas kimi
fәlsәfәçilәrin görüşlәri dә bu yöndәdir. İslam әnәnәsi içindәki Mötәzilә
mәktәbinin, bir şey yaxşı vә ya pis olduğu üçün Allahın onu әmr etdiyini
deyәrlәrkәn, bunu Allahın tәbiәtinin özәlliklәrinin tәyin etdiyini
düşündüklәri vә dilemmanın birinci qismindәn ziyadә bәhs edilәn
üçüncü bәndә yaxın olduqları qәnaәtindәyәm.117 Bu mütәfәkkirlәrә görә
Allah nә әxlaqi sistemә uyğun hәrәkәt edәr, nә dә әxlaqi sistem icad
edәr. Fәqәt Allahın sifәtlәri әxlaqi dәyәlәrin nә olacağını tәyin edәr.”118

114
Sarah Hutton, “The Cambridge Platonists”, Ed: Edward N. Zalta, The Stanfor d Encyclopedia of Philosophy
(Sonbahar 2008), http://plato.stanford.edu/archives/fall2008/entries/cambridge­platonists
114
Sarah Hutton, “The Cambridge Platonists”, Ed: Edward N. Zalta, The Stanfor d Encyclopedia of Philosophy
(Sonbahar 2008), http://plato.stanford.edu/archives/fall2008/entries/cambridge­platonists
115
Macid Fahri, İslam Ahlak Teor iler i, Tәr: Muammer İskenderoğlu vә Atilla Arkan, Litera Yayınçılıq, İstanbul,
2004, s. 56­58, 76­79.
116
Bu müstәvidәki görüşlәrә yaxın dönәmdәn iki örnek: William Alston, “What Should Euthyphro Have Said”, Ed:
William Lane Craig, Philosophy of Religion, Rutgers University Press, New Brunswick, 2002, s. 283­298; Robert
Adams, “Moral Arguments for Theistic Belief”, Ed: C. Delaney, Rationality and Religious Belief, University of
Notre Dame Press, Notre Dame, 1979.
117
Macid Fahri, İslam Ahlak Teor iler i, s. 56­58, 76­79
118
Katherine A. Rogers, Anselm on Fr eedom, Oxford University Press, Oxford, 2008, s. 8.

72
Allahın sifәtlәrinin Allahın iradәsinin nә yöndә olacağında tәsirli
olmağı, Allahın xaricindәki bir standartın Allahı sәrhәdlәdiyi
görüşündәn ciddi şәkildә fәrqli olduğu üçün buradakı fәrqә diqqәt
edilmәlidir. Necә ki, Allahın sifәtlәrinin bir gәrәyi olan bilgisi, nәyi iradә
etdiyi zaman tәsirli olduğunda bu Allahın hakimliyi vә iradәsi üçün bir
sәrhәdlәmә olaraq görülmürsә; Allahın sifәtlәrinin bir gәrәyi olan
yaxşılıq özәlliyi nәyi iradә etdiyindә tәsirli olduğunda, bu da Allah üçün
bir sәrhәdlәmә olaraq qәbul edilә bilmәz.
Allahdan müstәqil “yaxşılığın” bir varlığı olduğu qәbul edildiyi
zaman, Platonun ideyaları kimi bir varlıq sahәsi qәbul etmәdәn, bu
ideyaya antoloji bir әsas tapıla bilmәz. (Hәm dә belә ideyaların varlığını
qәbul edәn Platonun belә “yaxşı” ideyası ilә Allahı eyni mövqeyә
gәtirdiyi xatırlanmalıdır.119) Belә bir görüşün ilahiyyat sahәsindә yol
açacağı problemlәrin ötәsindә mәqbul bir açıqlama olmadığından dolayı
da qәbul edilә bilmәz olduğu qәnaәtindәyәm. Әvvәla antoloji olaraq
“yaxşılıq” deyә, Platonun ideyalar dünyasında tәrif etdiklәri kimi
müstәqil mücәrrәd bir varlığın olmağı mәntiqli görünmәmәkdәdir.
Ayrıca, bir an üçün belә mücәrrәd bir varlığın olduğunu qәbul edәk vә
“yaxşı” olmağın şәrtlәrindәn biri olan comәrd vә ya әdalәtli olmaqla
mücәrrәd bir qavram olan “yaxşı” qavramının әlaqәsini örnәk olaraq әlә
alaq. Mücәrrәd bir obyektin әn tәmәl özәlliklәrindәn biri sәbәblә bağlı
әlaqәlәrә girә bilmәmәyidir. O zaman “mücәrrәd yaxşılıq qavramı”
quruluşu gәrәyi sәbәbsәl bir әlaqәyә girә bilmәyәcәyi üçün özünün
gәrәyi olan bir davranışı da tәyin edә bilmәz. Mәsәlәn comәrd vә ya
әdalәtli olmağı tәyin edә bilmәz. Nәticәdә “yaxşı” olmaq şüurla vә iradә
ilә hәyata keçirilәn davranışları gәrәkdirir; yaxşı ilә pisi ayırd etmәyi vә
pisi yaxşıya dәyişmәyi zәruri edir. “Yaxşılıq” şüurlu, iradәli vә
davranışda olan varlıqların özәlliyi olmağına baxmayaraq, mücәrrәd
varlıqlardan bildiklәrimizlә әlaqәsizdir.
Digәr yöndәn Allahın davranışlarının, Allahın zatının
özәlliklәrindәn (sifәtlәrindәn) müstәqil olduğu, mükәmmәl olan Allahın
zatının isә işi boş olduğu düşünülә bilmәz. Çünki bu mükәmmәlliyin içi
boş olduğu mәnasını verәr. Nәticәdә Allahın buyruqlarını Allahın zatı ilә
әlaqәlәndirmәk rassional bir gözlәntidir vә Allahın zatını “yaxşı” görüb
әxlaqi buyruqlarını bununla әlaqәlәndirәnlәr, Euthyphro dilemmasını
saxta bir dilemma görmәkdә haqlıdırlar.
Stephen Menn, ”Aristotle and Plato on God as Nous and as Good”, The Review of Metaphysics, Vol: 45, No: 3,
119

1992, s. 543­573.

73
Burada Allahın zatını “yaxşı”nın qaynağı olaraq göstәrmәyin,
dilemmanı bir addım geriyә çәkmәkdәn ibarәt olduğunu, dilemmanın
hәll edilmәdiyini deyәnlәr ola bilәr. Fәqәt sonsuz geriyә gediş heç bir
mövzuda olmadığı kimi burada da mümkün deyildir vә Allahı bu
qavramın tәk qaynağı etmәk әn rassional görüşdür; qısacası dilemmanın
hәll edilmәdiyi izahının bir keçәrliliyi yoxdur.120 Şüurlu, qüdrәtli, iradәli,
davranan vә zatı mükәmmәl olan Allahdan, әxlaqın qaynağı üçün daha
uyğun bir alternativ qaynaq göstәrmәk mümkün deyildir.
Allahın zatının özәlliklәri ilә “yaxşı”nı açıqlamaq, “yaxşılığa” ola
bilәcәk әn yüksәk antoloji standartı vermәk demәkdir vә doğuşdan gәlәn
әxlaqi hisslәrimizin tәlәbinә bundan uyğunu tapıla bilmәz. Doğuşdan
әxlaqi özәlliklәrimizin Allahın varlığının xәbәrçisi olduğuna dair
buradakı arqumentin iddiası düşünüldüyündә; doğuşdan әxlaqi
özәlliklәrimizin bir şeyә daha uyğun olmağı demәk, bu özәlliklәrimizin
bu şәkildә insana yerlәşdirilmiş olmağı demәkdir. Bunun mәntiqi
nәticәsi olaraq isә Allahın yerlәşdirdiyi bu özәlliklәrin, sırf Allahın
varlığı üçün deyil, eyni zamanda “yaxşı” bir Allahın varlığı üçün xәbәrçi
olduqları ortaya çıxmaqdadır. Belәcә burada tәqdim olunan arqumentin,
sadәcә Allahın varlığı üçün deyil, teizmin tәrif etdiyi sifәtlәrә sahib bir
Allahın varlığı üçün bir dәlil olduğu gözdәn qaçmamalıdır.
Ayrıca Euthphyro dilemmasının birinci qismindә olduğu kimi
“yaxşı” Allahın buyruqlarından müstәqil olsaydı belә әxlaqi “yaxşılığa”
uymağı rassional edәcәk tәk ünsür yenә әxlaqi mövzularda Allahın
buyruqları olmağı olardı. Çünki әxlaqın insanları bağlayıcı özәlliyi
vardır, mücәrrәd qavramlar,varlıqlar sәbәb әlaqәsinә girә bilmәz vә
dolayısı ilә bağlayıcı da ola bilmәz vә ancaq Allahın buyruqlarının
olması ilә “yaxşı­davranış problemi” aşıla bilәr. Qısacası Allahın
varlığından müstәqil “yaxşı” rassional tәmәl tapa bilmәz. Amma tapa
bilsәydi belә “yaxşının niyә davranışa açmağı gәrәktiyi” sualı, Allahın
buyruqlarına istinad edilmәdәn rassional әsas tapa bilmәzdi.
Digәr yöndәn dilemmanın ikinci qismindә iddia edildiyi kimi
Allahın buyruqları istәyә bağlı olsaydı belә, Allahın hәr şәyi bilmәyi, hәr
şeyә nüfuz etmәyi vә çox yüksәk qüdrәti yanında öz bilgi sәviyyәmiz vә
acizliyimiz üzәrindә düşünsәk; Allahın buyruqlarından qaynaqlanan
“davranışları” hәyata keçirmәyimizin niyә gәrәkli olduğunun rassional
vә motivasiya verici әsasını anlaya bilәrdik. Bir çox önәmli mütәfәkkir
120
Bәnzәr bir görüş üçün baxış: William Lane Craig, “Theistic Critiques of Atheism”, The Cambr idge Companion
to Atheism, Ed: Michael Martin, Cambridge University Press, Cambridge, 2007, s. 81­83.

74
kimi, doğru açıqlama olduğunu düşündüyüm, Allahın öz sifәtlәrindәn
qaynaqlanan “yaxşılığı”na uyğun şәkildә әxlaqi buyruqlar verdiyi
alternativindә, “yaxşılıq” ola bilәcәk әn üstün sәviyyәdә antoloji dәyәrә
çatmaqdadır.

ӘXLAQLA ӘLAQӘLİ DOĞUŞDAN GӘLӘN ÖZӘLLİKLӘR VӘ


DİN
Allahın varlığına inandığını ifadә etmәyi ilә bәrabәr Allahın din
göndәrmәyinin gәrәksiz olduğunu deyәnlәr dә vardır. Burada
incәlәnәnlәrdәn hәrәkәt ilә din mövzusu haqqında da nәticәlәr çıxarmaq
mümkündür. Bura qәdәr verilәn mәlumatlardan hәrәkәt ilә Allahın
din(lәr) göndәrmәyini gözlәmәyin rassional olduğuna dair bir arqument
bu cür tәqdim edilә bilәr:
1­ Kainatı vә insanları yaradan bir Allah vardır.
2­ İnsanlar doğuşdan әxlaqi özәlliklәrә sahibdirlәr.
3­ Bu doğuşdan әxlaqi özәlliklәr ancaq Allahın әxlaqi buyruqları
vardırsa rassional tәmәllәndirilә bilәr..
4­ Doğuşdan әxlaqi özәlliklәrin ancaq Allahın әxlaqi buyruqları
vardırsa rassional әsas tapacaq olmağı; Allahın, insanları, öz
buyruqlarına uyacaq bir fıtrәtdә (yaradılışda) yaratdığı mәnasını
vermәkdәdir.
5­ Allahın әxlaqla bağlı buyruqlarının insanlara çatmış olmağında
mövcud tәk alternativ dindir.
6­ Allah insanları әxlaqi buyruqları olan dinlәrә tabe olacaqları şәkildә
yaratmışdır.
7­ Nәticәdә Allahın din göndәrdiyini deyәn görüş, göndәrmәdiyini
deyәn görüşündәn üstün görülmәlidir.
Bu arqumentin ilk maddәsindәn görüldüyü kimi bu arqument,
Allahın varlığına inananlara, Allahın din göndәrmәyinin gözlәnilmәsinin
gәrәktiyini göstәrmәk üçün qurulan bir arqumentdir. Bu fәslin bundan
әvvәlki sәhifәlәrindә verilәn “doğuşdan әxlaq dәlili” bu maddәnin
doğruluğunu tәmәllәndirir. Bu kitabda verilәn digәrr fitrәt dәlillәri vә
ayrıca kosmoloji dәlillәr vә dizayn dәlillәri dә bu maddәnin doğruluğunu
әsaslandırmaqda istifadә edilә bilәr. İstәnilәn bir şәxs, belә bir bir
tәmәllәndirmәyә ehtiyac görmәdәn, fideist bir şәkildә vә ya şәxsi bir
tәcrübә ilә bu maddәnin doğruluğunu mәnimsәyirsә, bu şәxslәr dә bu
75
arqumentin bu maddәsini qәbul etmiş olurlar.
İkinci vә üçüncü bәndlәrin doğruluğu әvvәlki sәhifәlәrdә әtrafllı
şәkildә ortaya qoyuldu.
Dördüncü maddәnin doğruluğu, üçüncü maddәdә qeyd edildiyi kimi
doğuşdan әxlaqi özәlliklәrin Allahın buyruqlarının varlığını tәlәb etdiyi
tәsbit edildiyindә, kiçik bir analiz ilә belә anlaşıla bilәr. İnsanlar
doğuşdan,fıtrәtdәn gәlәn sezgilәrinә görә davrandıqları kimi, insanların
doğuşdan, fitrәtdәn gәlәn bir özәlliyi dә rassionallığın varlığı vә
davranışlarda tәsirli olmağıdır. Bundan әvvәlki sәhifәlәrdә göstәrildiyi
kimi, insanların әxlaqla bağlı doğuşdan gәlәn özәlliklәri, ancaq Allah
vardırsa rassional әsas tapar vә illüziya olmaqdan qurtular. Hәm bu
doğuşdan әxlaqla әlaqәli özәlliklәrimizin, hәm rassionallığımızın
yaradıcısının eyni Allah olduğunu xatırlayaq. O zaman, Allahın,
doğuşdan әxlaqla bağlı özәlliklәrimizin ancaq özünün buyruqları
vardırsa rassional әsas tapacaq şәkildә insanları yaratmış olmağı;
insanları özünün buyruqlarına uyacaq şәkildә yaratmış olmağı demәkdir.
İnsan doğuşdan Allahın buyruqlarına uyacaq bir fıtrәtә sahibdir.
Beşinci maddәnin doğruluğu isә dünyadakı vәziyyәtlә bağlı
müşahidәmizdәn anlaşılmaqdadır. Allahın әxlaqla әlaqәli buyruqlarının
insanlara çatması üçün әn uyğun yol, hәtta tәk alternativ dinlәrdir. Bir­
bir insanlara Allahın buyruqlarının (xüsusi vәhy kimi bir vasitә ilә)
gәlmәdiyini, hamımız, mövcud hal olaraq bilirik. Necә ki, Allahın
әxlaqla bağlı buyruqları olduğuna inanaraq, müәyyәn davranışları hәyata
keçirәnlәrin hardasa hamısı bәlli dinlәrin nümayәndәlәridir. Allahın
buyruqları insanlara çatdısa, bunu gerçәklәşdirmiş olduğu deyilә bilәcәk
din kurumu xaricindә heç bir qurum mövcud deyildir.
Dördüncü vә beşinci bәndlәri bir arada düşündüyümüz zaman,
altıncı bәndin doğruluğu açıq bir şәkildә özünü göstәrmәkdәdir. İnsanın
Allahdan gәlәcәk әxlaqi buyruqlara görә yaradılmış olmağı vә Allahdan
әxlaqi buyruqları çatdırma mövzusunda dinә alternativ bir qurumun
göstәrilә bilmәyәcәk olmağı; insanın әxlaqi buyruqları olan din(lәr)ә
uyacaq şәkildә Yaradıcısı tәrәfindәn yaradıldığı mәnasına gәlir. Bu,
insan fıtrәtinin dinә görә formalaşdırılmış olmağı mәnasını daşıyır.
Yeddinci bәnddәki nәticәni, Allahın varlığı haqqındakı fitrәt
dәlillәrindә olduğu kimi “әn yaxşı açıqlama” formasında ifadә etdim.
Allahın insanların yaradılışına, fitrәtinә yerlәşdirdiyi özәlliklәrin dini
tәlәb etmәyi, Allahın gözlәrimizi din(lәr)ә çevirdiyi mәnasını gәlir vә

76
Allahın yolladığı din(lәr) olmağı gәrәktiyi görüşünü, Allahın din
göndәrmәdiyi görüşündәn daha rassional edәr.

MӘNİMSӘNӘCӘK DİNDӘ OLMASI LAZIM OLAN


ÖZӘLLİKLӘR
Sahib olduğumuz doğuşdan әxlaqla bağlı özәlliklәr, sadәcә Allaha
yönlәndirmәklә qalmaz, әxlaqi buyruqlarını insanlara bildirәcәk bir
Allaha yönlәndirәr. Bu doğuşdan özәlliklәr, öz qapılarını açacaq açar
olan bu buyruqlara ehtiyyac hiss edәr. Ancaq belәliklә әxlaqi
hislәrimizlә rassionallığımız ziddiyyәtә düşmәz vә doğuşdan әxlaqla
әlaqәli özәlliklәrimiz illüziya olmaz. Böyük kütlәlәrin mәnimsәdiyi
dinlәrin vә onların bir çox mәzhәbinin әxlaqi sistemlәri vardır. Bunlar
arasında necә seçim edәcәyimizlә bağlı bir çox mövzunu hәll etmәkdә
bu arqument әlbәttә kömәk edә bilmәz. Fәqәt bu fәsil boyunca tәqdim
olunanlardan hәrәkәt ilә, mәnimsәnmәsi lazım olan dinin sahib olmağı
gәrәkәn çox önәmli özәlliklәri dә aşkarlaya bilәcәyimiz gözdәn
qaçmamalıdır. Bu özәlliklәr qısaca belәdir:
1­ Bu dinin antologiyası Allah mәrkәzli olmalıdır. “Doğuşdan әxlaq
dәlili” insanın doğuşdan sahib olduğu özәlliklәri şüurlu bir qüdrәtin
yaratdığını göstәrmәkdәdir. İnsan, tәbiәtin bir parçasıdır vә tәbiәti
yaradan hәr kimdirsә, insana bu özәlliklәri verәn dә ancaq O ola bilәr.
Buradan hәrәkәt ilә tәbiәti vә insanı yaradan bir Allah inancına mәrkәzi
bir yer vermәyәn “din” qurumları siyahıdan çıxarıla bilәr.
2­ Bu din, әxlaqi buyruqların Yaradıcıdan olduqlarını bildirәrәk ehtiva
etmәlidir. Yaradıcıdan olduğuna istinad edilmәdәn tәqdim edilәcәk
sistemlәr dә әlbәttә gözәl vә doğru әxlaqi qanunlar ehtiva edә bilәr.
Әxlaqi quruluşumuz doğuşdan özәlliklәrimiz ilә әlaqәli olduğu üçün,
Yaradıcıya istinad edilmәdәn dә әlbәttә doğru bir çox әxlaqi qanun aşkar
edilә bilәr. Fәqәt әxlaqın tәtbiq edilmәsindә, sadәcә tәtbiq olunan
qanunların doğru olub­olmamağı deyil, qanunları tәlqin edәnin kim,
tәtbiq edәnin kim olduğu da önәmlidir. Bir qanuna qarşı qarşı
davranışımız sadәcә onun mәzmununa deyil, eyni zamanda o qanunu
buyuranın kim olduğuna bağlıdır. Buradakı arqumentin әn önәmli
özәlliklәrindәn biri әxlaqın Allah ilә әlaqәsini qurmağıdır. Onda
buradakı arqumentin gәrәyi, әxlaq ilә Allah arasında gәrәkli әlaqәni
qurmadan, әxlaqi qaydaları qoyan “dinlәri” siyahıdan çıxarmaqdır.
77
3­ Bu dinin varlığını bildirdiyi Yaradıcı; insanların davranışlarından
xәbәrdar olmalı, qısacası buyruqlarının tәtbiq edilib­edilmәdiyini
bilәcәk şәkildә bir bilgiyә, hakimiyyәtә vә qüdrәtә sahib olmalıdır. Әgәr
doğuşdan әxlaqi özәlliklәrimiz bizi Allahın buyruqlarına yönlәndirirsә;
әmr etdiyi qanunlarının tәtbiq edilib­edilmәdiyindәn xәbәrsiz bir tanrı
anlayışı, doğuşdan әxlaqi özәlliklәrimizin bizi yönlәndirdiyi yer ola
bilmәz. Onda Allahın qüdrәti yüksәk, hәr şeydәn xәbәrdar kimi
sifәtlәrini ehtiva edәn bir din mәnimsәnilmәli, buna uyğun olmayanlar
siyahıdan silinmәlidir.
4­ Bu dinin varlığını tanıtdığı Yaradıcı yaxşı olmalıdır. Euthyphro ilә
bağlı başlıqda görüldüyü kimi әxlaq, tәk tәmәlini әn yaxşı şәkildә
Allahın yaxşılığında tapmaqdadır. Bu isә Allahı “yaxşı” olaraq tanıdan
dinin mәnimsәnmәyә layiq din olduğunu göstәrir.
5­ Bu dinin önәmli bir bölümünün әxlaq sahәsi ilә әlaqәli olmağı
gәrәkdiyinә görә bu din, әxlaqi mәsuliyyәtini lazımi qәdәr yerinә
yetirәnlәr vә yetirmәyәnlәr ilә bağlı açıqlamalar etmәli vә bunlar
arasında ayırım etmәlidir. Bu dünyada edilәn bir çox әxlaqi yaxşılığın vә
pisliyin qarşılıqsız qaldığı hamımızın müşahidә etdiyi haldır. Allahın
buyruqlarını yerinә yetirәnlәr ilә, bunları tapdalayıb, zülm edәnlәr
arasında bir fәrq olmamağı düşünülә bilmәz. Doğuşdan içimizә
yerlәşdirildiyini әvvәlki sәhifәlәrdә gördüyümüz әdalәt hissi, әdalәtin
yerini tapmağını tәlәb eedir. Bu dünyada әdalәtin tәmin edilmәsi isә, bu
dünyadan sonrakı bir dönәmdә, qısacası axirәt olaraq adlandırdığımız
mәrhәlәdә әdalәtin tәmin edilmәsini gәrәkdirir. Onda mәnimsәnilmәsi
gәrәkәn dinin, әdalәtin tәmin edilmәsi vә axirәt kimi önәmli mövzularda
lazımlı açıqlamalar etmәyi gözlәnmәlidir. Bu özәlliyi yerinә yetirәn din
mәnimsәnәcәk qurum olaraq görülmәlidir.
Qısacası doğuşdan әxlaqla bağlı özәlliklәrimiz üzәrindәki
incәlәmәmizdәndәn Allahın buyruqlarını ehtiva edәn din(lәr) in
olmağının gәrәkliliyi vә bu din(lәr)in sahib olmağı gәrәkәn özәlliklәr
haqqında da önәmli nәticәlәr әldә edirik.

78
NӘTİCӘ
XX әsrin sonlarından etibarәn modern psixologiyada vә
koqnitiv elmlәr kimi sahәlәrdә hәyata keçirilәn çalışmalardan, әlavә
olaraq bütün insanlarn “yaxşı­pis, doğru­yanlış, әdalәtli­әdalәtsiz” kimi
kompleks qavramları rahat şәkildә istifadә etmәyi kimi mәlumatlar
әsasında, insanların doğuşdan әxlaqi özәlliklәri olduğu bu fәsildә ortaya
qoyuldu vә bir әxlaq arqumenti buradan hәrәkәt ilә müdafiә edildi. Bu
mәlumatlar, boş lövhә zehin görüşünü әsas alan bütün fәlsәfәlәrin, digәr
mövzularda olduğu kimi әxlaq mövzusunda da xәtalı olduğunu göstәrir.
Bunun önәmli bir nәticәsi, әxlaqı sadәcә sosial tәyin etmәnin bir nәticәsi
olaraq dәyәrlәndirәn görüşlәrin yanlış olduğunu göstәrmәyidir.
Boş lövhәçi görüşlәri siyahıdan çıxardığımız zaman doğuşdan
әxlaqi özәlliklәrimizi açıqlayacaq iki ciddi alternativin olduğu görünür;
bunların birincisi materialist­ateizm, ikincisi isә teizmdir. Bunlardan
teizmin daha yaxşı bir açıqlama verdiyini iki әsas dәlil ortaya qoyaraq
müdafiә etdim:
Birincisi, doğuşdan әxlaqi özәlliklәrimiz hesabına reallaşan “әxlaqi
fәrqindәlik” özәlliyimiz, geri qalan bütün canlılardan insanı fәrqlәndirir.
Tәsadüfәn, arxasında şüurlu bir planın olmadığı tәbii proseslәrlә heç bir
canlıda görünmәyәn belә kompleks vә növә xas bir özәlliyin insanlarda
olmağı; insanı antoloji baxımdan digәr canlılardan ayırmayan ateistlәr
üçün gözlәnilmәyәn bir hal olduğu halda, insanların xüsusi әxlaqi
mәsuliyyәtlәri olduğunu iddia edәn teistlәr üçün gözlәnilәn bir haldır.
İkincisi, insanların doğuşdan әxlaqi özәlliklәri ancaq Allahın
buyruqları vardırsa rassional әsas tapır. Ancaq Allahın varlığı, әxlaqın
“yaxşılıq­pislik” kimi tәmәl qavramlarına; ayrıca әxlaqın mәcbur tutucu,
bağlayıcı, qanunlarını şәxsi çıxarlardan vә ehtiraslaradan üstün tutub
“әxlaqi davranış”lar etdirәn quruluşuna rassional әsas verir. Tәsadüfi
tәbii proseslәr görüşündәnsә, ancaq Allah vardırsa rassional olacaq
özәlliklәri insanlarda yaratdığı görüşü, bunların Allah tәrәfindәn
insanlara qoyulduğu üçün ancaq Allah vardırsa bu özәlliklәrin rassional
әsas tapa bildiyi görüşü çox daha yaxş bir açıqlamadır. Tәbii proseslәr
ilә bәhs edilen doğuşdan tutumumuzun olduğunu deyәnlәr, tәbii
proseslәrin gözlәrimizi Allaha çevirdiyini demәkdәdirlәr. Bu isә
materialist­ateist görüşdәn ziyadә Allahın tәbii proseslәri ara sәbәblәr
olaraq istifadә etdiyini deyәn teistlәrin gözlәntilәri ilә uyğundur. Burada
müdafiә etdiyim görüşә görә doğuşdan әxlaqi özәlliklәrimizi Yaradan,

79
onlara bәhs edilәn özәlliklәri vermәk sürәti ilә, adәtәn öz emblemini
üstlәrinә vurmuşdur. Sırf yaşamağı vә çoxalmada faydalanmağı
dәstәklәyәn bir tәbii seçmәnin, ancaq bir Allah vardırsa (Allahın
buyruqları olmadan) rassional tәmәli olacaq özәlliklәri insanda yaratdığı
görüşü heç dә mәntiqli görünmür vә tәtmin edici deyil. Burada
incәlәnәn doğuşdan әxlaqi özәlliklәrimiz, teist gözlәntilәr ilә teizmin
fәlsәfi baxımdan ciddi tәk rәqibi olduğu deyilә bilәcәk materialist­
ateizmdәn daha uyğun olduğu üçün, Allahın varlığı üçün әn yaxşı
açıqlama formunda bir dәlil dәyәrindәdir.
Bu fәsildә, doğuşdan әxlaqi özәlliklәrimizin, ancaq Allahın әxlaqi
buyruqları vardırsa rassional әsas tapa bilәcәyinә diqqәt çәkildi. Buradan
hәrәkәt ilә isә Allahın, әxlaqi buyruqlar ehtiva edәn din(lәr) göndәrdiyi
görüşünün seçilmәsi gәrәktiyinә geçiş edәn bir arqumentdә tәqdim
edildi. Allahın varlığı ilә bәrabәr, din qurumu haqqında da nәticәlәrә
çatdırmağı, doğuşdan әxlaq özәlliyimizin incәlәnmәyinin önәmini
artırmaqdadır.
Әlavә olaraq bu fәsildә әldә edilәn nәticәlәrdәn hәrәkәt ilә, әgәr
bir din mәnimsәnәcәksә o dinin özәlliklәrinin nәlәr olmağı da sıralandı.
Әlbәttә bu sıralananlar ilә fәrqli dinlәr vә mәzhәblәr arasında tam olaraq
necә seçim edәcәyimizi tәyin etmәk mümkün deyildir. Ancaq monoteist
dinlәr xaricindә bu özәlliklәri qarşılayan bir din olmadığı rahatlıqla
deyilә bilәr. Qısacası buradakı arqumentin doğru olduğu qәbul edildiyi
zaman; materialist­ateizmә, aqnostik görüşlәrә, dinlәri rәdd edәn deist
görüşlәrә vә monoteist dinlәr xaricindәki dinlәrә qarşı monoteist dinlәrin
üstün görülmәyinin lazım olduğu deyilә bilәr.

80
III FӘSİL
AĞIL DӘLİLİ

81
FӘSLİN TӘQDİMATI
Günlük hәyata dair çox bәsit bir çok davranış da, әn üst sәviyyәdә
elm vә fәlsәfә dә ağıl hesabına hәyata keçirilir. Fәqәt, bizi biz edәn әn
tәmәl özәlliklәrimizdәn olan, ağıl üzәrindә ciddi şәkildә düşünәnlәr çox
azdır. Kitabın bu fәslindә doğuşdan (fitrәtәn) sahib olduğumuz dәrk edә
bilmә özәlliyimiz üzәrindә durulacaq vә bu özәlliyimizi, tәbiәtdәki
zәrurilik vә tәsadüflәr ilә açıqlayan materialist­ateist düşüncәnin, yoxsa
ağıl sahibi bir Yaradıcı ilә açıqlayan teizmin daha yaxşı açıqladığı
incәlәnәcәkdir. Әgәr iradәsi olan bir varlıq olduğumuzu inkar etsәk,
bütün düşüncәlәrimiz bizim istәyimizin xaricindә baş verәn külәyin
әsmәyi kimi fiziki hadisәlәrdәn fәrqli olamayacağı üçün bir düşünmә
qabiliyyәtinә sahib olmağımızdan da bәhs edilә bilmәz; әqli düşüncәmiz
ancaq iradәmiz vardırsa mәnalı ola bilәr, eyni zamanda ağıl işlәtmәyәn
birinin iradәli davranış sәrgilәyә bilәcәyindәn dә bәhs edilә bilmәz (4.
fәsildә “iradә dәlili” mövzusunda bu hal әlә alınacaqdır). Ayrıca şüur
sahibi bir şәxs olmadan da bir әqli düşüncә hәyata keçirmәyimizdәn
bәhs edilә bilmәz; әqli düşünmә ancaq şüurlu şәkildә ağlımızdan
keçәnlәrin fәrqindә olduğumuz zaman vә hәr әqli düşüncә bir şәxsә
aiddirsә mәnalıdır (5. fәsildә “şüur vә mәnlik dәlili” mövzusunda bu
xüsus incәlәnәcәkdir). Bu sәbәbdәn, bundan sonrakı iki fәsildә
deyilәnlәrin, bu fәsil ilә yaxından әlaqәli olduğu vә o fәsildә deyilәnlәrin
dә bu dәlilin bir parçası olduğu unudulmamalıdır.
Ağıl dәlilini ortaya qoyarkәn әql edә bilmәyimiz üçün zәruri olan
özәlliklәrdәn ikisini әtraflı incәlәyәcәm: 1) Doğru vә yanlış
qavramlarına sahib olma vә bunları istifadә edә bilmә, 2) Mәntiq
şәrtlәrinә sahib olma vә mәntiqi düşünmә. Bu özәlliklәri әlә alaraq,
materialist­ateist fәlsәfәnin maddә anlayışı ilә bunların açıqlana
bilmәdiyini, bütün varlığı ağıl vә qüdrәt sahibi Allahın yaratdığını deyәn
teizmin isә bunları açıqlama mövzusunda çox daha uğurlu olduğunu
müdafiә edәcәm. Ayrıca, әvvәlki fitrәt dәlillәrindә olduğu kimi bu
dәlildә dә, doğuşdan olan bu özәlliyimizdәn hәrәkәtlә din haqqında
hansı nәticәlәrin әldә edilә bilәcәyini göstәrmәyә çalışacağam.

82
GİRİŞ
Fәlsәfәnin әn çәtin mövzuları, bir çox insana görә Big Bang kimi
tәbiәt elmlәri ilә әlaqәli olan vә ya ideal dövlәt idarәsi necә olmalıdır
kimi çox müzakirәyә sәbәb olan mövzulardır. Ancaq bizә aid, bizi biz
edәn, hәr gün tәcrübә etdiyimiz, fәqәt üzәrindә bir çoxumuzun bir an
belә düşünmәdiyi ağıl, iradә, şüur kimi fenomenlәr haqqında fәlsәfi
düşünmәyin, bәhs edilәnlәrә görә çox daha çәtin olduğunu desәm hәr
halda tәәccüblәnәnlәr olacaqdır. Fәqәt, bir çox fәlsәfәçi dә mәnә
qatılacaq. Bir çox şәxs; hәr kәs sahib olduğu, hәr kәs istifadә etdiyi, әn
alimdә olduğu kimi, әn cahildә dә olduğu üçün bu özәlliklәri adәtәn adi
görür. Ancaq ağıl, iradә, şüur kimi fenomenlәr üzәrindә diqqәtlә
düşünәrәk bu yanlışdan qurtula bilәr vә bu kainatın әn maraqlı
quruluşlarının hamımızın sahib olduğu bu fenomenlәr olduğunu anlaya
bilәrik. Bu bölümdә bu özәlliklәrdәn “dәrk etmә” üzәrindә duracağıq.
Aktual hәyatda әn bәsit hadisә haqqında söhbәt etmәk, bir
hәdәfimiz üzәrindә düşünmәk, laboratoriyada elmlә mәşğul olmaq, çәtin
fәlsәfi arqumentlәr qurmaq kimi bir çox fәaliyyәtimiz “dәrk edәn” bir
varlıq olmağımızın hesabına reallaşmaqdadır. Әn sadәsindәn әn
kompleksinә hәyatımızın bu qәdәr geniş bir sahәsinә aid olan vә bizi biz
edәn tәmәl özәlliklәrimizdәn olan “ağlımızın” varlığını çox zaman hiss
etmәdәn bu fәaliyyәtlәri yerinә yetiririk. “Ağıl yeridәrkәn” bir şeyin
haqqında düşünür, mәqsәdlәrә görә dәyәrlәndirmәlәr, doğru­yanlış
qavramlarına görә mәnalandırmalar edir, mәntiqi çıxarışlar edirik. Bizim
üçün bu qәdәr hәyati olan bu özәlliyimizin üzәrindә bir çox elm adamı
belә ciddi şәkildә düşünmür. Fәqәt bu tutumları ilә “dәrk edәrәk”
texnologiya istehsal edir, xәstәlәri sağaldır, hәtta nәzәriyyәlәr yaradırlar.
Bütün fikri fәaliyyәt sahәlәri içәrisindә әn çox fәlsәfә tәmәllәr
haqqında sorğulamaya yönәlmişdir. Mәsәlәn әxlaqın tәmәllәri üzәrindә
sorğulama әxlaq fәlsәfәsinin, gözәl qavramının tәmәllәri üzәrindә
sorğulama sәnәt fәlsәfәsinin, siyasi idarәnin hansı tәmәl üzәrindә
qurulmağı gәrәkdiyi siyasәt fәlsәfәsinin maraq dairәsindә olmuşdur.
“Dәrk etmә” fәaliyyәtimiz haqqındakı sorğulama isә mәntiq, zehin
fәlsәfәsi, dil fәlsәfәsi kimi fәlsәfә sahәlәrinin içәrisindә aparılmışdır.
Doğru mәntiqi qaydalar ilә mәntiqi yanlışların nәlәr olduğu, zehni fiziki
proseslәrә endirib anlayıb­ anlaya bilmәyәcәyimizi, dilin dünya ilә necә
әlaqә qurduğu kimi “әql etmә” baxımından önәmli bir çox mövzu, ciddi
şәkildә bәhs edilәn fәlsәfә sahәlәrindә (xüsusilә keçәn әsrdә) gündәmә

83
gәlmiş vә araşdırılmışdır. Fәqәt bütün bu önәmli hallara baxmayaraq
“Ağlın kökәni nәdir?” vә ya “Әql etmә qabiliyyәtinә insanlar,canlılar
necә sahib olmuşdur?” kimi böyük önәmә sahib olan suallar haqq etdiyi
marağı görmәmişdir. Kant xarici dünyanın varlığının isbat edilә
bilmәmәsini “fәlsәfәnin utancı” olaraq görmüşdü.121 Heidegger isә xarici
dünyanın varlığının isbat edilmәyә cәhd edilmәsini “fәlsәfәnin utancı”
olaraq görmüşdür.122 Bu nöqtәdә bәyәnilmәyәn,utanc verici, iddialarına
әlavә edәcәyimiz bir şey olduğu qәnaәtindәyәm: “Ağlın kökәni”
probleminin lazımi qәdәr diqqәt çәkmәmiş olmağı fәlsәfәnin utanc verici
yönüdür.
Fәlsәfә tarixindә bir çox fәlsәfәçinin bәzi ifadәlәri bu mövzu ilә
әlaqәli olsa da, XX әsrdәn әvvәl bu mövzu әtraflı bir şәkildә
incәlәnmәmişdir. Bu problemin haqq etdiyi şәkildә diqqәt çәkmәmiş
olmağı heç diqqәt çәkmәdiyi kimi anlaşılmamalıdır. XX әsrdә vә sonra
C. S. Lewis, Victor Reppert, William Hasker, Alvin Plantinga kimi
filosoflar tәrәfindәn mövzu ilә bağlı arqumentlәr ortaya atılmışdır. Bәhs
edilәn fәlsәfәçilәr “ağıl”ın kökәnini teizmin varlıq anlayışının
(antologiyasının) daha yaxşı açıqladığını, yәni özü ağıl, elm, qüdrәt
sahibi Allahın yaratmağı ilә bu faktı daha yaxşı qavrayacağımızı;
materialist­ateist varlıq anlayışının isә “ağılı” açıqlamaqda eyni şәkildә
uğurlu olmadığını ifadә etmişdirlәr. Әlbәttә qarşı düşәrgәdә tәbii
proseslәrin tәsadüfәn “ağılı” yaratdığını, “ağılın kökәnini” tәbiәt
qanunlarının vә şansın birlәşmәsi ilә anlaya bilәcәyimizi müdafiә
edәnlәrdә oldu. “Ağlın kökәni” mövzusu, fәlsәfә literaturasında bu
mütәfәkkirlәrin görüşlәri ilә yer almışdır. Amma bu mövzunun haqq
etdiyi önәmә görә diqqәt çәkmә nisbәtinin çox olduğunun
qәnaәtindәyәm. Bu mövzunu incәlәmәyimdәki sәbәblәrdәn biri әlimdәn
gәldiyi qәdәr belә bir boşluğun doldurulmasına kömәk etmәk, bu önәmli
mövzuya diqqәt çәkmәkdir. Amma bu mövzunu әlә almağımın әsas
sәbәbi, doğuşdan, yәni fitrәtәn hәr insanın sahib olduğu özәlliklәrdәn
hәrәkәt ilә, Allah vә din haqqında nә deyilәcәyini araşdırdığım zaman,
“ağıl” mövzusunun fıtrәtәn sahib olduğumuz özәlliklәr kateqoriyasında
yer almağıdır.
Kainatın anlaşılan olmağındaki qeyri­adi hala diqqәt çәkәn vә
kainatdakı bu ağıla uyğun quruluşu kainatın arxasında bir ağıl olmağına
bağlayanlar olmuşdur. Einsteindәn, John Polkinghornedәn Richard
121
Immanuel Kant, Cr itique of Pur e Reason, Cambridge University Press, Cambridge, 1998.
122
Martin Heidegger, Being and Time, Blackwell, Oxford, 1962, s. 249.

84
Swinburneyә qәdәr, bir çox önәmli elm adamı vә fәlsәfәçi bu hala diqqәt
çәkmişdir.123 Ağlımız hansı özәlliklәrә sahip olursa olsun, kainatın ağılın
anlaya bilәcәyi (rasional) bu quruluşu olmasaydı, kainatın anlaşıla
bilmәsi mümkün deyildi. Bu görüş, kainatın quruluşundakı özәlliklәrdәn
yola çıxaraq Allahın varlığı haqqında arqument tәqdim olunmağını ifadә
edәn dәlillәr ailәsi ilә әlaqәlidir. Burada tәqdim olunacaq arqument isә
“kainat dәlillәri”nin bizi yönlәndirdiyi xarici dünya ilә deyil içimiz ilә,
yәni bizә aid olan ilә; sağlam hәr insanın doğuşdan sahib olduğu ağıl
özәlliyi ilә bağlıdır. Kainatın ağıla uyğun quruluşu olmasa, zehin onu
anlaya bilmәzdi (qanunların varlığı dәlili vә kainatın kәşf edilә bilirliyi
dәlili)124 digәr yöndәn kainat hansı özәlliklәrә sahib olursa olsun, ağılda
bәlli özәlliklәr olmasaydı, kainat anlaşılan olmazdı (ağıl dәlili). Xarici
alәm vә ağıl arasındakı bu uyğunluq isә müstәqil bir dәlil olaraq da, bu
dәlillәrin hәr hansı birinin içindә gündәmә gәtirilәrәk dә dәyәrlәndirilә
bilәr. Kitabın bu fәslindә sadәcә “ağıl dәlili”ni müdafiә edәcәm. Fәslin
sonlarına yaxn isә fitrәtәn sahib olduğumuz ağıldan hәrәkәt ilә din
mövzusu haqqında hansı nәticәlәrin әldә edilә bilәcәyini incәlәyәcәm.
Burada әlә alınan digәr fitrәt özәlliklәri kimi ağıl da, sadәcә materialist­
ateizmә qarşı deyil, aqnostik vә deist görüşlәrә qarşı da nәticәlәrә
çatdırmaqdadır.

AĞIL DӘLİLİNİN TӘQDİM EDİLMӘSİ


Levis, Reppert, Hasker, Plantinga kimi teist filosofların burada
müdafiә edәcәyim arqumentә bәnzәr görüşlәri başqa adlar ilә bilinmәklә
bәrabәr daha çox “ağıl dәlili” (the argument from reason) adı ilә yad
edilmişdir. Bәnzәr nәticәlәrә çatdığım buradakı görüşümü dә eyni
şәkildә “ağıl dәlili” olaraq adlandırıram. Bu arada “ağıl dәlili”nin
qarşıdakı sәhifәlәrdә müdafiә edilәcәk “iradә dәlili” (the argument from
will) vә “”şüur vә mәnlik dәlili” (the argument from consciousness and
self) ilә yaxından әlaqәli olduğunu xatırlatmaqta fayda görürәm. Zehnin
әqli düşünmә bacarığı iradә vә şüur ilә çox yaxın әlaqә dә olduğu üçün,
buradakı arqument “iradә dәlili” vә “şüur dәlili” ilә bәrabәr
123
Einstein, әn anlaşılmaz şeyin kainatın anlaşılmağı olduğunu demişdir. O, kainatın anlaşılan olmağını vә zehnin
onu anlamağını, Allahın özünü açığa çıxarmağı olaraq görmüşdür: Ian G. Barbour, When Science Meets Religion,
Harper Collins Publishers, New York, 2000, s. 52­53. Әlavә olaraq bu mövzuda baxa bilәrsiniz: Richad Swinburne,
The Existence Of God, Oxford University Press, 2004, s.154­160.
124
Bu cür dәlillәri “Allah’ın Varlığının 12 Dәlili” kitabımdakı “Kainat Dәlillәri” fәslindә müdafiә etdim. O dәlillәr
içindә 2­ci dәlil olan “Qanunların Varlığı Dәlili” vә 3­cü dәlil olan “Kainatın Kәşf edilә bilәrliyi Dәlili” bu mövzu
ilә әlaqәlidir: Caner Taslaman, Allahın Varlığının 12 Dәlili, Dәstәk Yayınları, İstanbul, 2016.

85
dәyәrlәndirilmәlidir. Bu önәmli xatırlatmanı etdikdәn sonra “ağıl
dәlili”nin tәqdimantına keçirәm:
1. Әqli düşünmә proseslәrinin reallaşması üçün ­başqa özәlliklәr ilә
bәrabәr­ zehindә bu özәlliklәrin olmağı lazımdır:
1.1 İradә üçün lazım olan özәlliklәr.
1.2 Şüur vә şәxsiyyәt üçün lazım olan özәlliklәr.
1.3 Doğru vә yanlış qavramlarına sahib olma vә bunları istifadә edә
bilmә.
1.4 Mәntiq şәrtlәrinә sahib olma vә mәntiqi düşünmә.
2. Ağlın bu özәlliklәrinin necә ortaya çıxdığını açıqlamaq yönündә
tәmәldә iki alternativ görüş olduğu görünür:
2.1 Әgәr materialist­ateistlәrin müdafiә etdiyi kimi var olan tәk varlıq
tipi maddәdirsә, ağılda var olan bu özәlliklәr, tәbiәt qanunları
çәrçivәsindә planlanmamış tәsadüfi proseslәrlә ortaya çıxmışdır.
2.2 Әgәr teistlәrin müdafiә etdiyi kimi Allah vardırsa, özü elm sahibi
bir varlıq olan Allahın sayәsindә ağlın bu özәlliklәri yaradılmışdır.
3. Әql etmәyi mümkün edәn bu özәlliklәri teizm materialist­
ateizmdәn daha yaxşı açıqlayar:
3.1 Çünki iradә üçün lazım olan özәlliklәri teizm materialist­
ateizmdәn daha yaxşı açıqlayar (4­cü fәsildә göstәrilәcәk).
3.2 Çünki şüur vә şәxsiyyәt üçün lazım olan özәlliklәri teizm
materialist­ateizmdәn daha yaxşı açıqlayar (5­ci fәsildә göstәrilәcәk ).
3.3 Çünki doğru vә yanlış qavramlarını istifadә edә bilmәyi teizm
materialist­ateizmdәn daha yaxşı açıqlayar.
3.4 Çünki mәntiqi düşüncәni teizm materialist­ateizmdәn daha yaxşı
açıqlayar.
4. Nәticәdә teizm alternativ açıqlamalardan üstün görülmәlidir.
Burada müdafiә edәcәyim tәmәl arqument bu olmaqla bәrabәr, bu
arqumentә әlavә olaraq, dәstәklәyici mahiyyәtdә­xüsusi ilә Plantinganın
çalışmalarından ilham alaraq­ bir arqumenti qarşıdakı sәhifәlәrdә
müdafiә edәcәyәm. İndi bu tәqdim edәcәyim arqumenti incәlәmәyә vә
müdafiә etmәyә keçirәm.

86
ARQUMENTİN İNCӘLӘNMӘSİ
Arqumentin ilk maddәsindә diqqәt çәkilәn özәlliklәrin, әqli
düşünmә üçün olmazsa olmazlar kateqoriyasında olduğu hәr kәsin rahat
şәkildә qәbul edәcәyi bir mövzudur. Bundan bir sonrakı fәsildә
incәlәnәcәk olan iradә vә son fәsildә әlә alınacaq şüur vә mәnlik ilә
bağlı özәlliklәr o fәsillәrdә incәlәnәcәyi üçün burada әlә alınmayacaqdır.
Sadәcә şüurun “haqqındalıq, yönәlmişlik” özәlliyinin әqli düşünmә
prosesi baxımından nә qәdәr tәmәl olduğunu qısaca xatırlayaq. Qәlәmin
yazı yazmağa yarayan bir vasitә olduğu kimi bәsit bir bilgini әlә alaq:
Qәlәmin vә yazı yazmağın “haqqında” düşünә bilmә qabiliyyәtimiz
olmasa, bu bilgi dә olmazdı (şüur vә şәxsiyyәt dәlilindә әlә alınacaq olan
“haqqındalık, yönәlmişlik” özәlliyi). Bu fәsildә әlә alınacaq olan әql
etmәyin bu özәlliklәrini dә eyni örnәk üzәrindәn düşünә bilәrik.
Qәlәmin yazı yazmağa yarayan vasitә olduğunun “doğru”, yeyilә bilәcәk
bir şey olduğunun “yanlış” olduğu kimi dәyәrlәndirmәlәri etmәsәydik,
bәhs edilәn bilgi bir mәna ifadә etmәzdi. Kәlmәlәr zehnimizdә “doğru”
vә “yanlış” qavramları çәrçivәsindә dәyәrlәndirmәlәrimizin hesabına bir
anlama sahibdirlәr (üçüncü maddәdәki “doğru” vә “yanlış” qavramları
ilә әlaqәli özәllik). Tәmәl mәntiq qaydalarına (eynilik vә ziddiyyәtsizlik
kimi) görә qәlәmi vә yazı yazmağı dәyәrlәndirmәsәydik vә daha әvvәl
qәlәmin yazı yazdığını dәfәlәrlә görüb, induktiv mәntiqi düşüncә ilә
qәlәmin yazı yazmağa yarayan bir vasitә olduğu nәticәsini әldә etmәsәk ,
bәhsedilәn bilgiyә sahip olmazdıq (dördüncü maddәdәki mәntiqlә bağlı
özәllik). Nәticәdә teistlәr ilә materialist­ateistlәr arasında, bu özәlliklәrin
ağlın tәmәl özәlliklәri arasında olduğu mövzusunda, yәni arqumentin
birinci maddәsi haqqında bir ixtilaf olmadığı rahatlıqla deyilә bilәr.
(Yaddaşın vә dil danışma tutumunun olmağı gәrәkdiyi kimi başqa
özәlliklәr dә әqli düşünә bilmәyimiz üçün şәrtdir. Fәqәt, burada әqli
düşüncә üçün lazım olan bütün şәrtlәr deyil, bәzi şәrtlәr әlә alındı.)
Arqumentin ikinci maddәsindә ağıl fenomeninin necә ortaya
çıxdığını açıqlamaq üçün “tәmәl” iki görüş olduğunu ifadә etdim:
Bunların birincisi, maddәnin әzәli varlığını qәbul edәn vә maddәyә bağlı
tәbiәt qanunlarının tәqdim etdiyi potensial çәrçivәsindә reallaşan
tәsadüflәrin birlәşmәsi ilә ağlın yarandığını müdafiә edәn materialist­
ateist görüşdür. İkincisi isә әzәli olaraq var olan şüur, qüdrәt, ağıl sahibi
olan Allahın özündә var olan dәrk etmә özәlliyini –özündәkindәn çox
daha alt sәviyyәdә dә olsa­ yaratdığı varlıqlardan bir qisminә verdiyini

87
müdafiә edәn teizmdir. Burada “tәmәl” vurğusunu qoydum, çünki bu iki
bәnd xaricindә alternativlәr olduğu şәklindә bir etiraz edilә bilәr.
Mәsәlәn maddәnin özündә şüur sahibi olduğunu ifadә edәn panpsişizmin
(panpsyschism) bir alternativ olduğu ifadә edilә bilәr.125 İşin doğrusu bu
iddianın doğruluğunu çox az mütәfәkkir müdafiә edәcәkdir vә bir çox
şәxs bu görüşü dәyәrlәndirmәyә belә gәrәk olmadığını ifadә edәcәkdir.
Fәqәt burada, bu alternativ görüşü yad etmişkәn, qısaca dәyәrlәndirim:
Bu iddia ağlın, hәr tәrәfә yayılan bir şey deyil, bir mәrkәzә sahib özәllik
olduğuna dair tәcrübәmizlә tәrsdir. Çünki mәnim ağıl­iradә­şüur sahibi
bir varlıq olaraq reallaşdırdığım düşüncәlәrim vә davranışlarm vardır.
Filankәsin dә vardır. Düşüncәlәrimiz hәr birimizin özünә aiddir vә ağılla
yönlәndirdiyimiz bәdәnimiz ilә hәyata keçirdiyimiz davranışın sәrhәdlәri
vardır; qısacası hәr yana dağılmışlığı iddia edәn panpsişizminkinә bәnzәr
bir hal mövcud deyildir. Maddәnin bütün zәrrәciklәrinin şüurlu olduğu
görüşünün ciddi bir rәğbәt görmәmәyi bir yana, bir­birindәn ayrı hәr
maddә zәrrәsindә şüurun­ağlın olduğunu deyәn bir görüşün, ancaq bütün
maddәnin arxasında teizmin iddia etdiyi şәkildә şüurlu bir Gücün var
olduğu vә bu özәlliyi maddәnin zәrrәciklәrinә qazandırdığı vә birliyi
tәmin etdiyi iddiası ilә birlәşdirilәrsә müdafiә edilә bilәcәyi
qәnaәtindәyәm. Fәqәt, materialist­ateist görüşün qәbul etmәyәcәyi bu
maddә anlayışı, teizm tәrәfindәn daha rahat qәbul edilә bilәr olsa da,
tәmәl alternativ bir görüş statusunda deyildir.
Qısacası arqumentdә yer verilәn iki alternativ xaricindә, başqa
iddiaların varlığının göstәrilmәsi mümkündür. Fәqәt istәr fәlsәfә
tarixindәki görüşlәr incәlәndiyindә, istәr günümüzün tәsirli olmuş (teist
vә ya ateist) mütәfәkkirlәri incәlәndiyindә, bunların arqumentdә tәqdim
olunan iki bәnddәn birinә daxil olduqları rahatlıqla deyilә bilәr. Aqnostik
(bilinmәzçi) görüş sәrgilәyәnlәr dә ­ümumilikdә­ bu iki bәndin xaricindә
bir alternativ tәqdim etmәk yerinә bu bәndlәrdәn hansının doğru
olduğunun bilinә bilmәyәcәyini ifadә etmişdirlәr. Allahın var olduğu
iddiasına qarşı “Maddә әzәli vә hәr şeyin açıqlaması ola bilәr”
demişdirlәr.126 Materialist­ateist fәlsәfәnin yanlış olduğunun göstәrilmәsi,
bu fәlsәfәnin yanında bu fәlsәfә ilә teizm arasında seçim edilә
bilmәyәcәyini deyәn aqnostik görüşә dә cavab dәyәrindәdir.

125
Bu çox az insanın görüşü olmuşdur. Bax: David Skrbina, Panpsychism In The West, MIT Press, Cambridge
Mass., 2005.
126
Aqnostik görüşlәr üçün baxa bilәrsiniz: Caner Taslaman, Big Bang ve Tanr ı, İstanbul Yayınevi, İstanbul, 2015, s.
100­110.

88
Burada müdafiә edilәn arqumentdә bir materialist­ateistin etiraz
edәcәyi bәnd üçüncüsüdür. İlk iki maddәni, daha әvvәl bildirdiyim kimi
materialist­ateistlәr dә rahatlıqla qәbul edәcәkdirlәr. Nәticә önәrmәsi isә
әvvәlki bәndlәri qәbul etdiyimiz zaman avtomatik ortaya çıxmaqdadır.
Arqumentdәki mülahizәlәr doğru olduğu zaman bu nәticәnin avtomatik
çıxmağı mәntiqin gәrәyidir. Burada da bir çox materialist­ateistin bir
etirazı olmayacaqdır. Çünki onlar, әgәr üçüncü maddәdәki mülahizә
doğru olsaydı, nәticәnin doğru olacağını, fәqәt bu maddәdә ifadә
edilәnlәr yanlış olduğu üçün nәticәnin dә yanlış olduğunu ifadә
edәcәkdirlәr. Qısacası burada kritik olan vә әsl müzakirәyә dәyәr maddә
üçüncü maddәdir vә aşağıda bu maddә incәlәnәcәkdir. Bunun üçün
ağılla әlaqәli diqqәt çәkilәn iki özәllik әlә alınaraq, bunların açıqlamasını
materialist­ateist fәlsәfәnin, teizmin daha yaxşı vermәsi incәlәnәcәkdir.

DOĞRU VӘ YANLIŞ QAVRAMLARI İSTİFADӘ ETMӘK


Әqli düşüncә proseslәrini reallaşdırmağımız üçün olmazsa
olmaz әn tәmәl şәrtlәrdәn biri zehnin “doğru” vә “yanlış” qavramlarına
sahib olmağı vә bunları istifadә edә bilmәyidir. Zehnin bu özәlliyi, әn
cahilindәn әn bilgilisinә qәdәr hәr insanda ortaqdır. Bu özәllik, hәr kәsdә
olmağının vә bu qәdәr rahat istifadә edilmәyinin tәsiri ilә çox az diqqәt
çәkmişdir vә bir çox insan hәyatında bir dәfә belә sahib olduğu bu
özәllik üzәrindә düşünmәdәn hәyatını yaşayır. Adәtәn yaşamaq üçün
suya möhtac olub, suyun fәrqindә olmayan balıqlar kimi bizi insan edәn
әn tәmәl vәsfimiz olan ağlımızı işlәdә bilmәyimiz üçün lazım olan tәmәl
özәlliklәrdәn xәbәrsiz yaşamaqdayıq.
Düşünmәyimiz dillә gerçәklәşir, dili anlayaraq istifadә etmәyimiz
isә kәlmәlәrin vә cümlәlәrin mәnasını bilmәyimizә bağlıdır. Mәnanı
(meaning) bilmәk isә kәlmә vә cümlәlәrin hansı şәrtlәrdә “doğru” vә
hansı şәrtlәrdә “yanlış” olduğunu anlamağımıza (understanding)
bağlıdır. Qısacası “doğru” vә “yanlış” qavramlarına görә anlamadan әqli
düşünmә prosesi mümkün deyildir. “Oturacaq” dediyimiz zaman,
oturacaq kәlmәsinin mәnasını bilmәyimiz, üzәrindә oturmaq üçün
hazırlanmış bәlli bir ölçüdәki cismә oturacaq demәyin “doğru” fәqәt
basketbol oynanan yuvarlaq cismә oturacaq demәyin “yanlış” olduğunu
anlamağımıza bağlıdır. Bu ayrımı etmәyәn birinin “oturacaq” kәlmәsini
anladığından bәhs edilә bilmәz. Biz “oturacaq” kәlmәsi üzәrindә
danışarkәn “doğru” vә “yanlış” ilә bağlı bu ayrımları o anda etmәsәk dә,
89
bunlar arxa plan bilgisi olaraq hәr zaman mövcuddur; bu fәrqindәlik
olmadan istifadә etdiyimiz qavram bir mәna ifadә etmәz. Eyni şәkildә
“Әli oturacaqda oturur” vә ya “Mәryәm basketbol oynayır” cümlәlәrinin
mәnasını bilmәyimiz dәmәk, hansı şәrtlәrdә bu cümlәlәrin “doğru” vә
hansı şәrtlәrdә bu cümlәlәrin “yanlış” olduğunu anlamağımız demәkdir.
Әlinin basketbol oynamağı vә Mәryәmin oturacaqda oturmağı
şәrtlәrindә bu cümlәlәrin “yanlış” olduğunu başa düşmürsünüzsә, bu
cümlәlәri anlamamısınız demәkdir. Qısacası “doğru” vә “yanlış”
qavramları olmadan anlamaq, anlamaq olmadan isә ağıl sahibi olmak,
ağıl sahibi olmadan isә insan ola bilmәk mümkün deyildir.
Richard Swinburnenin dediyi kimi “doğru” vә “yanlış” kimi
inancları olmağı vә anlamağı ancaq dili istifadә edә bilәn varlıqlara aid
edә bilәrik.127 Bu qavramlar hesabına dili danışmaq mümkündür. Noam
Chomskynin göstәrdiyi kimi insanlar “doğuşdan dil” (innate language)
danışma qabiliyyәtinә sahibdirlәr; bu doğuşdan qabiliyyәtlәri hesabına
uşaq ikәn bir öyrәnmә prosesi olmadan dil danışmaq kimi çәtin bir
alışqanlığı әldә edirlәr (“әxlaq dәlili” bölümündә bu mövzuya
toxunuldu).128 Bir dili danışmağın vә anlamağın doğuşdan sahib olunan
qabiliyyәtlәr ilә olduğunun anlaşılmağı, bu özәllik üçün mütlәq şәrt olan
“doğru” vә “yanlış” qavramlarına görә dәyәrlәndirmә edә bilmәyin dә
doğuşdan gәlәn bir qabiliyyәt olduğunu göstәrmәkdәdir. Bütün
insanların dil vә mәntiq üçün şәrt olan bu әn tәmәl qavramları bu qәdәr
rahat, fәrqindә olmadan istifadә edә bilmәyi vә bu qavramlar
çәrçivәsindә dәyәrlәndirmәlәr edә bilmәyi dә bunların doğuşdan
gәldiyinin dәlillәrindәndir.
Tәbiәti incәlәdiyimiz zaman tәbiәtdәki heç bir şeyin “doğru” vә ya
“yanlış” qavramlarına qarşılıq gәlmәdiyini, bu qavramların sadәcә
zehinә aid olduğunu anlayarıq. Bir botanika mütәxәssisinin bir ağacın
yaşını tәyin etmәyә çalışdığını düşünәk (bu elmә dendrologiya deyilir);
bunun üçün bu mütәxәssis ağacın gövdәsindәki halqaları incәlәyәrәk
ağacın yaşını deyәr. Әgәr mütәxәssis ağacın yaşını bilmәzsә,
mütәxәssisin “yanlış” olduğunu deyә bilәrik. Bir an üçün bu ağacda elә
bir bakteriya növü olduğunu fәrz edәk. Bu bakteriya növü ağacların
halqalarını pozaraq ağacların yaşının “yanlış” anlaşılmağına sәbәb olsun;
bu halda bu ağacın “yanlış” olduğunu deyә bilәrik? Heç şübhәsiz xeyr;
bu ağacın quruluşunun aldadıcı olduğunu deyә bilәrik amma “yanlış”
127
Richard Swinburne, The Evolution of the Soul, Clarendon Press, Oxford, 1997, s. 210.
128
Noam Chomsky, Aspects of the Theor y Of Syntax, MIT Press, Cambridge MA, 1965.

90
olan ağac deyil, mütәxәssisdir. Zehinә sahib olmayan heç bir varlıq
üçün, insanların heç bir texnoloji istehsalı üçün, hәtta bir çox şәxsi
aldada bilәcәk komputerlәr üçün “doğru” vә “yanlış” qavramları yoxdur.
Komputerlәr ilә görülәn işә zehin ilә baxıldığı zaman “doğruluğun” vә
ya “yanlışlığın” mәnası olur, komputerlәrin özü bu qavramların fәrqindә
deyildir.
Bu halı düşüncәlәrimizi bir dәftәrin üstünә yazdığımızdakı hala
bәnzәdә bilәrik. Bir zehin ilә dәftәrdәkilәrә baxılmadığı müddәtdә, fiziki
olaraq dәftәrin üzәrindәki yazılar sadәcә mürәkkәb dağılmalarından
ibarәtdir. Zehin ilә bu cümlәlәr dәyәrlәndirildiyi zaman ancaq “doğru”
vә “yanlış” qavramları mәnalı olur; dәftәrin özü üçün “doğruluğun” vә
“yanlışlığın” mәnası yoxdur.
Fregeyә görә “doğru” vә “yanlış” (doğruluq dәyәrlәri deyә dә yad
edilirlәr) әn tәmәl mәntiqi obyektlәrdir.129 Russell “doğru” vә “yanlış”ın
riyaziyyatın istifadә etdiyi әn tәmәl ünsürlәr olduğuna diqqәt çәkmişdir.130
Riyaziyyatın әn çәtin hәllәrindәn, aktiv dildәki әn sadә mәntiqi
düşüncәlәrә qәdәr “doğru” vә “yanlış” ilә bağlı dәyәrlәndirmәlәr hәr
zaman mövcuddur. Bu qәdәr tәmәl olan vә doğuşdan sahib olduğumuz
bu qavramların isә fizikanın, kimyanın, biologiyanın dediyi dünyaya
sadәlәşdirilmәyi vә bunlara orada yer tapmaq mümkün deyildir.131 C. S.
Lewisin dediyi kimi “Bir parça maddәnin digәr maddә üçün doğru
olmağı axmaqlıq olaraq görünmәkdәdir” . 132
Maddi kainatda qarşılığı görünmәyәn, zehni olan bu qavramları
izah etmәkdә materialist antologiyanın müdafiәçilәri üçün әhәmiyyәtli
çәtinliklәr vardır. Materialist­ateist fәlsәfәni mәnimsәmiş olan vә bu
çәtinliyi hiss edәn Patricia vә Paul Churchland, beyindә “doğru” vә
“yanlış” qavramlarının qarşılığının olmamağına hazır olmağımız
gәrәkdiyi mövzusunda bizi xәbәrdar etmişdirlәr. Bu iddiada olanlar, bu
iddialarını ifadә etdiklәri cümlәlәrin dә “doğru” vә “yanlış” qavramları
yoxdursa bir mәnası olmadığının fәrqindәdirlәr görәsәn? Churchland
cütlüyünün bu iddialarını götürәn Victor Reppert, doğruluq dәyәrlәrini
yox etmәyin intellektual bәdәlinin çox ağır olduğuna, bu qavramları yox
edәn kimsәnin bu qavramların yerini doldurmağının mümkün
129
Gottlob Frege, Basic Laws of Ar ithmetic, Çev. ve Ed: Philip A. Ebert ve Marcus Rossberg, Oxford University
Press, Oxford, 2013.
130
Bertrand Russell, The Pr inciples of Mathematics, W. W. Norton and Company, New York, 1996, s. 3.
131
Dallas Willard, “Knowledge and Naturalism”, Ed: William Lane Craig ve James Moreland, Natur alism: A
Cr itical Analysis, Routledge, Londra, 2000, s. 26­48.
132
C. S. Lewis, Chr istian Reflections, William B. Eerdmans Publishing Company, Grand Rapids, 1995.

91
olmadığına diqqәt çәkmişdir.133 Hәr nә qәdәr bir çox materialist­ateist,
fәlsәfәlәrinin gәrәyini tutarlı bir şәkildә tәsbit etmәkdә vә
qәbullanmaqda çәtinlik çәkәcәk olsalar da, biri nevroloq vә biri fәlsәfәçi
olan Churchland cütlüyünün doğru şәkildә tәsbit etdiyi kimi materialist­
ateist fәlsәfәnin tәrif etdiyi maddi dünyada “doğru” vә “yanlış”
qavramlarına yer tapmaq mümkün görünmür.
Neyronlar ilә yaranan bio­kimyәvi bir quruluşun doğru vә ya yanlış
olduğundan bәhs edilә bilmәz (әvvәlcәdәn toxunulan ağacdaki quruluşun
doğru vә ya yanlış olduğundan bәhs edilә bilmәyәcәyi kimi). Materialist­
ateist bir elm adamı olan Francis Crick kimi zehni ancaq vә ancaq
neyron­paketlәri (“nothing but a pack of neurons”)134 olaraq görәn bir
materialist­ateist üçün Churchlandlәr kimi “doğru” vә “yanlış”
qavramlarını belә inkar etmәyә gedәcәk, sağlam düşüncәyә әn zidd bir
yolu seçmәk xaricindә bir yol görünmәmәkdәdir. “Doğru” vә “yanlış”
qavramları başqa bir şey üzәrindәn anlaşılamayan tәmәl qavramlardır vә
maddәyә sadәlәşdirilib, maddә üstündәn aydınlaşmaları mümkün
görünmür.
“Avtomobil ilә insanlar sәyahәt edәrlәr” cümlәsinin “doğru”, “hәr
insanın bir avtomobili vardır” cümlәsinin “yanlış” olduğunu başa
düşürsünüzsә vә burada istifadә edilәn “doğru” vә “yanlış”
qavramlarının mәnalı olduğunu düşünürsünüzsә, materialist dünya
görüşünün açıqlamağı mümkün olmayan qavramların gerçәk bir qarşılığı
olduğunu qәbul edirsiniz demәkdir. Kainatın vә içindә var olan ağıl
sahibi varlıqların kökәnini şüurlu, ağıl sahibi olan Allaha bağlayan teizm
baxımından әqli düşünmә üçün şәrt olan bu tәmәl özәlliyin necә ortaya
çıxdığını anlamaqda bir problem yoxdur. Qısacası teist paradiqma
içәrisindә bu özәllik, ateist­materialist paradiqmadan daha uğurlu
açıqlanmaqdadır.

133
Paul M. Churchland, “On the Ontological Status of Observals”, A Neur o­Computational Per spective: The
Natur e of Mind and the Str uctur e of Science, Bradford, Cambridge Mass., s. 150­151; Patricia Churchland,
“Epistemology in the Age of Neuroscience, J our nal of Philosophy, Ekim 1987, s. 548; Bu iki kaynaktan aktaran
Victor Reppert, C.S. Lewis’s Dangerous Idea, IVP Academic, Downers Grove, s. 76­77.
133
Paul M. Churchland, “On the Ontological Status of Observals”, A Neur o­Computational Per spective: The
Natur e of Mind and the Str uctur e of Science, Bradford, Cambridge Mass., s. 150­151; Patricia Churchland,
“Epistemology in the Age of Neuroscience, J our nal of Philosophy, Ekim 1987, s. 548; Bu iki kaynaktan aktaran
Victor Reppert, C.S. Lewis’s Dangerous Idea, IVP Academic, Downers Grove, s. 76­77.
134
Francis Crick, The Astonishing Hypothesis: The Scientific Sear ch for the Soul, Simon and Schuster, Londra,
1994, s.3.

92
MӘNTİQİ MÜLAHİZӘ
Ağlımızı istifadә edә bilmәyimiz üçün vacib şәrtlәrdәn digәr biri
dә mәntiq şәrtlәrinә sahib olmaq vә bu şәrtlәr çәrçivәsindә mәntiqi
düşünә bilmәkdir. Higgs bozonunun vә hәrәkәt qanunlarının kәşfini dә
texnoloji icadların hamısı da aktiv hәyatdakı әn adi әqli düşüncәlәrimizi
dә müsbәt edәn, zehnimizin bu özәlliyidir. Elmi tәfәkkürü olduğu kimi
adi yaşayışımızı da zehnimizin bu özәlliyinә borcluyuq. Bu qәdәr tәmәl
bu özәllik dә, әn cahilindәn әn bilgilisinә qәdәr hәr insanda ortaqdır; hәr
kәsdә ortaqlığın vә rahat şәkildә bu özәlliyi istifadә etmәyimizin tәsiri
ilә, çox zaman zehnimizin bu özәlliyinin dә fәrqindә olmadan onu
istifadә edirik. Ancaq çәtinlik çәkdiyimiz zaman vә ya birinin yanlış
mәntiqi düşüncәsini fәrq etdiyimiz zaman “mәntiqi mülahizә” deyә bir
zehin özәlliyi olduğu diqqәtimizi çәkir.
Mәntiqi xәtaları da mәntiq ilә görür vә mәntiq ilә düzәldirik.
Fәlsәfә tәlәbәlәri üçün“mәntiq xәtaları” (logical fallacies) öyrәnilmәsi
lazım olan әn tәmәl mövzulardan biridir. Bir çox şәxsin gözündәn
yayınan isә sadәcә fәlsәfә vә elm ilә mәşğul olarkәn deyil “Bu bir
stuldur” vә ya “stulda otururlar” kimi әn sadә gündәlik әqli mülahizәlәr
reallaşdırılarkәn belә zehnin mәntiqdәn istifadә etmәyidir. Әgәr zehin
eynilik vә zidd olmamaq prinsiplәrinә sahib olmasa “Bu bir stoldur”
ifadәsi bir mәna ifadә etmәzdi; eyni şәkildә dәfәlәrlә stula oturulduğunu
görmәyimizdәn hәrәkәt ilә induktiv mәntiqi mülahizә ilә stulun oturulan
bir şey olduğu nәticәsini çıxarmasaydıq “stulda oturular” deyә bir әqli
mülahizә gerçәklәşdirә bilmәz vә bir stul gördüyümüz zaman isә bu dәfә
deduktiv mülahizәlәr edәrәk o stola oturmazdıq. Nәticәdә zehnimizin bu
özәlliyә dә sahib olmağının hesabına bir dili danışmağımız vә әqli
mülahilәrimiz mümkündür.
Bәzilәri mәntiq qanunlarının doğruluğunu ortaq qәbula bağlamaq
istәmişdirlәr. Ancaq ortaq qәbula çatmadan öncә belә mәntiq
qanunlarının doğruluğu qәbul edilmәzsә ortaq qәrara çatıla bilmәz. Hәm
dә mәntiq qanunlarının kökәnini ortaq qәrara bağlayanların, bizim
anlaşaraq qәbul edәcәyimiz hәr hansı bir prinsipi, ortaq qәbulumuz ilә
mәntiq qanunları olaraq mәnimsәyә bilәcәyimizi dә rahat şәkildә qәbul
etmәklәri dә lazımdır.135 Ancaq belә bir iddianı heç kimin qәbul edә

135
136 Victor Reppert, C.S. Lewis’s Dangerous Idea, s. 82.

93
bilәcәyinә düşünmәrәm; bir­birindәn vә qloballaşmış dünyadan
tamamilә izolyasiya edilmiş Amazon qәbilәlәrindәn Afrika qәbilәlәrinә
qәdәr hәr yerdә, hәr zaman eyni şәkildә bәrabәrlik vә ziddiyyәtsizlik
prinsiplәri istifadә edilir, induktiv mülahizә aparılır. Bir­birindәn
xәbәrsiz qәbilәlәrin eyni şәkildә mәntiq qanunlarına görә әqli
mülahizәlәrindәn, çox kiçik yaşlarından bәri hәr insanın mәntiq
qanunlarını rahat şәkildә istifadә etmәsindәn, mәntiq qanunlarına görә
düşüncә olmadığı zaman mәnalı bir şәkildә dili istifadә etmәyin
mümkün olmamağından (daha öncә dә toxunulduğu kimi uşaqlar dil
danışmağa hazır bir zehin quruluşu ilә dünyaya gәlmәkdәdir), mәntiq
qanunlarına sahib olmağın zehnimizin doğuşdan bir özәlliyi olduğunu
anlayırıq.
Thomas Nagelin dediyi kimi ağıla istinad edәn şәxs özündә, özünü
vә toplumu aşan bir nüfuz qaynağı tapar. Nagel, bir әqli mülahizә şәkli
olan modus tollendo tollensi tәtbiq etmәkdә bir çox tәhsilli şәxsin belә
çәtinlik çәkdiyini fәqәt bu halın, bu qanunun bağlayıcı üniversal
özәlliyini pozmadığını deyir. Bu da mәntiq qanunlarının toplumsal
qәbullar vә ya psixoloji hal kimi görülә bilmәyәcәyini göstәrәn
dәlillәrdәn biridir.136 Ağıla istinad edәn şәxsin, ağılda özünü dә, toplumu
da, hәtta bu kainatı da aşan bir nüfuz qaynağı tapar; 3+2=5 dediyimiz
zaman da, mәntiqin bir çox tәtbiqindә dә bu universal nüfuzu hiss edәrik.
Mәntiqin vә riyaziyyatın dәqiq doğruluğuna hiss etdiyimiz inancı,
mәntiq vә riyaziyyat xaricindә qalan bir açıqlama ilә tәmәllәndirә
bilmәrik. Nagel, bununla әlaqәli gözәl bir örnәk verir: “Riyaziyyat
müәlliminә aşiq olduğun üçün 2+2=4­ün doğru olduğuna inanırsan”
deyilsә, bu sizә inandırıcı gәlәrmi? Deyәk ki, müәllimimә aşiqәm vә
dediyi hәr şeyin mütlәq doğru olduğuna inanıram, bu inanç 2+2=4ün
doğruluğunun bir isbatı deyildir.” Sadә bir mәntiq qaydasını düşünәk:
“Bir önәrmә hәm doğru, hәm yanlış ola bilmәz”; bu qaydanın şәxsdәn
şәxsә, ya da toplumdan topluma dәyişә bilәcәyini düşünә bilәrikmi? Ya
da bu qaydanın doğru olub­olmadığını anlaya bilmәk üçün necә әldә
edildiyinә dair psixoloji, zehni ya da nevroloji bir tәhlil etmәk lazımdır
mı? Әlbәttә xeyr; bu qaydanı ilk dәfә eşidәn biri belә onun doğru
olduğuna hökm verәcәkdir.137
Mәntiq qanunları fiziki olmayan, zamanı vә mәkanı aşan qanunlar
olaraq qarşımıza çıxır. Bәzi mütәfәkkirlәrr, oxşar özәlliklәrә sahib
136
Thomas Nagel, The Last Word, Oxford University Press, Oxford, 1997.
137
Thomas Nagel, The Last Word, s. 56

94
әdәdlәrlә sәbәb­nәticә әlaqәsi içindә olmayacaq olmağımızdan hәrәkәt
ilә, әdәdlәrin gerçәk varlığını inkar etmişdirlәr. Tutarlı bir materialistin,
maddi proseslәr kimi görә bilmәdiyi vә mücәrrәd olduğu üçün sәbәb­
nәticә әlaqәsindә ola bilmәyәcәk mәntiq qanunları üçün eyni iddianı
etmәsi gәrәkmәzmi? Bir materialist, mәntiqin maddi qarşılığının nә
olduğuna, mәsәlәn “ziddiyyәtsizlik prinsipi”nin maddәdәki qarşılığının
nә olduğu sualına cavab verә bilmәz. Mәntiqlә vә riyaziyyat ilә maddi
alәm dәyәrlәndirilib, maddi alәm tәrif edilә bilәr. Amma buna
baxmayaraq maddi kainatı dәyәrlәndirәn bu mәntiqin vә riyaziyyatın nә
olduğu, maddi dünyanın özü ilә tәrif edilә bilmәz. Mәntiq qanunlarının
gerçәk varlığının rәddi (mәntiq qanunları haqqında non­realism)
Aristotelin yüz illәr әvvәl diqqәt çәkdiyi kimi ciddi problemlәri
bәrabәrindә özü ilә gәtirәcәkdir. Mәntiq qanunlarını inkar etmәk üçün
belә әvvәlcәdәn bu qanunların doğruluğunu qәbul etmәk lazımdır.138 Heç
bir sınaq vә müşahidә ilә mәntiq qanunun özü göstәrilә bilmәsә dә,
mәntiq qanunu adәtәn özünü ortaya qoyur vә sınaq vә müşahidәlәri
dәyәrlәndirdiyimizә alәt olur. Materializmin tәrif etdiyi kainatda mәntiq
qanunlarına bir yer tapmaq mümkün görünmür; materialist fәlsәfәnin
tutarlı şәkildә müdafiә edilmәsi bu qanunları zehnin bir aldanması, bir
halüsinasiya olaraq görmәyi tәlәb edir. Bunu edәn materialistin isә,
materializmin doğru olduğunu iddia edәcәyi bir zәmin belә qalmaz!
Doğuşdan gәlәn bir özәlliyimiz olan mәntiqin qanunları olmadan
ağıl yeridә bilmәrik. Fәqәt mәntiq qanunları maddi kainatdakı fiziki
qanunlardan fәrqlidir, bu kainatdakı fiziki qanunların fәrqli olmağı
mәntiqi baxımdan mümkündür. Mәsәlәn, cazibә qanunu deyә bir fiziki
qanunun olmadığı vә ya zәif nüvә qüvvәsinin şiddәtinin fәrqli olduğu bir
kainat mәntiqi baxımdan mümkündür. Digәr yöndәn mәntiq
qanunlarının vә riyazi müddәaların mümkün olan bütün kainatlarda
doğru olduğunu; bu qanunların doğruluğunun fiziki kainatımızı aşan
olduğunu düşünәrik. Mümkün olan hәr kainatda bir şeyin özünә bәrabәr
olduğu kimi mәntiqi prinsiplәrin vә 2+3=5 kimi riyazi önәrmәlәrin
doğru olduğunu düşünәrik. Bәrabәrlik vә ziddiyyәtsizlik kimi mәntiqi
prinsiplәrin vә riyazi önәrmәlәrin, fiziki qanunların vә sabitlәrin fәrqli
ola bilәcәyi hәr hansı bir kainatda da keçәrli olacağı qәnaәtinә çatarıq.
Fәqәt maddi kainatı incәlәdiyimiz zaman fizikanın, kimyanın,
biologiyanın tәqdim etdiyi dünyadakı heç bir şey mәntiqin vә

138
Victor Reppert, C.S. Lewis’s Dangerous Idea, s. 81.

95
riyaziyyatın üniversal qanunlarına bәnzәmir, hәtta bu qanunlardan köklü
şәkildә fәrqlidir. Fizikanın­kimyanın tәrif etdiyi atomların birlәşmәsi ilә
ortaya çıxmış beyindәki bioloji molekulları әlә alaq; beyindә bu
molekulların ortaya çıxardığı hәr hansı bir halın universal bağlayıcılığı
olan bir mәntiq prinsipini vә riyazi önәrmәni qanunilәşdirmәsi mümkün
görünmür. Materialist­ateist baxımdan bütün zehin halları, sadәcә vә
sadәcә biokimyәvi maddәnin bәlli bir şәklindәn ibarәt olduğuna görә,
yәni başqa halı mümkün bir quruluşa dayandığından, buradan universal
özәllikli mәntiq qanunlarına keçmәk mümkün görünmәmәkdәdir. Yәni
mövzu olan yenә dәrәcә deyil, mahiyyәt fәrqliliyidir. C. S. Lewis bu
mövzuda belә demişdir:
“ Әgәr zehinlәr tamamilә beyinә vә beyinlәr dә biokimyaya vә
biokimya da atomların axışına bağlıdırsa; bu zehinlәrin düşüncәlәrinin,
külәklәrin ağaclarda çıxardığı sәsdәn daha mәnalı ola bilmәsini başa
düşmürәm.” 139
Nәticәnin öncüllәri tәqib etdiyini әqli quruluşumuz ilә fәrq edәrik,
amma ağlımızın bu “fәrqindәliyi fizikanın tәrif etdiyi maddәnin hәr
hansı bir özәlliyi ilә әlaqәsizdir. Fizikanın tәrif etdiyi maddә, әtrafında
olanlara qarşı hissiz bir maddәdir, bu maddәdәn nә qәdәr çox parçanı bir
araya gәtirirsiniz gәtirin әqli mülahizәdәki “fәrqindәliyә” vә “mәntiq
yeritmәyә” bәnzәr bir ünsür bu maddә tәrifindә görülmür. Materializmin
başladığı kimi passiv, hissiz, fәrqindәliksiz maddәni başlanğıc etdiyiniz
zaman; bunu neçә trilyon ildә birlәşdirirsiniz birlәşdirin, ağıla bәnzәr bir
ünsürün buradan çıxmağını gözlәmәk üçün heç bir sәbәb yoxdur.
Materialist baxış bucağı ilә hadisәyә baxıldığı zaman, belә köklü bir
fәrqliliyi açıqlamaq, maddәdә olmayan belә bir özәlliyin necә ortaya
çıxdığını gösdәrmәk böyük problem yaratmaqdadır. Maddә ilә mümkün
olan hansı kombinasiyanı qurursunuz qurun, hansı kompleks birlәşiyi
ortaya qoyursunuz qoyun, universal keçәrliliyi olan mәntiq qanunları vә
riyazi önәrmәlәr onunla әsaslandırıla bilmәz. Ancaq teizmә görә hәr cür
maddi alәmdәn әvvәl var olan Allah elm sahibi olduğu üçün, teizm ağlın
necә ortaya çıxdığını açıqlamaqda üstünlüyә sahibdir. Bu arqument
materialist bir kainatda ağlın varlığının әsaslandırıla bilmәyәcәyini
gösdәrir. Fәqәt hamımız ağlımızın fәaliyyәtinә şahidlik edirik. Bu isә
günümüzün öndә gәlәn ateistlәrinin mәnimsәdiyi materializmin
yanlışlığını gösdәrir. Bu paradiqmanın ciddi tәk alternativi olan teizm isә

139
C. S. Lewis, “Is Theology Poetry”, Weight Of Glory And Other Adresses, HarperCollins, New York, 2001, s.139.

96
bu özәlliyi açıqlamaqda heç bir problem ilә qarşılaşmamaqdadır.

DӘSTӘKLӘYӘN BİR ARQUMENT


Günümüzün materialist­ateist mütәfәkkirlәrinin hardasa hamısı,
zehin daxil canlılarla әlaqәli bütün özәlliklәrin planlanmamış tәsadüfi bir
tәkamül prosesi ilә açıqlana bilәcәyini müdafiә etmәkdәdirlәr. (Daha
әvvәlki bölümlәrdә vurğuladığım kimi teizm baxımından әsl problem
planlanmamış tәsadüfi bir tәkamülün müdafiә edilmәsidir. Yoxsa
Allahın yaratma prosesi olaraq müdafiә edilәn bir tәkamül prosesi teizm
baxımından problem deyildir.) Buraya qәdәr müdafiә etdiyim arqument,
“materializmin tәrif etdiyi şәkli ilә maddәnin” xam maddә olacağı
tәkamül daxil heç bir prosesin zehnin bәhs edilәn özәlliklәrini açıqlaya
bilmәyәcәyini göstәrmәkdәdir. Bu ana arqumentim ilә bәrabәr, xüsusilә
yaxın dönәmdә mәşhur fәlsәfәçi Alvin Plantinganın çalışmaları ilә
gündәmә gәlmiş (bәnzәrlәri daha әvvәl başqa mütәfәkkirlәr tәrәfindәn
dilә gәtirilmişdi) başqa bir arqumenti dәstәklәyici bir arqument olaraq
tәqdim edәcәyәm. Bu arqumentlә, elm ilә (vә tәkamül nәzәriyyәsi ilә)
materialist­ateist görüş (Plantinga “natüralizm” ifadәsini istifadә
etmәkdәdir) arasında uyğunluq olduğu görüntüsü rәsm edilsә dә, insanın
ağıl yeritmә prosesi yaxşı analiz edildiyi zaman, elm ilә materialist­ateist
görüş arasında dәrin bir uyğunsuzluq olduğu, çünki materialist­ateist
görüşün ağlı vә onun mәhsulu olan elmi güvәnilmәz edәn, özünü
çürüdәn bir ünsürü içindә daşıdığı müdafiә edilmәkdәdir. Bu arqumenti
qısa vә öz olaraq bu cür izah edә bilәrәm:140
1­ Materialist­ateist görüşün müdafiәçilәrinә görә ağıl, tәbii seçmәnin
aktiv olduğu planlanmamış vә tәsadüfi bir tәkamül prosesi ilә
yaranmışdır.
2­ Bu tәbii seçmә prosesindә yaşamağa vә çoxalmağa uyğun
olmayanlar әlәnir, uyğun olanlar isә yaşamağa vә genlәrini kopyalamağa
davam edirlәr.
3­ Bu tәrz bir tәbii seçmә mexanizmasına görә ağılla әldә edilәn
çıxarımların, nәticәlәrin doğru olduğunu gözlәmәyimiz üçün bir sәbәb
yoxdur.
4­ Materialist­ateist görüşә inananlar, bütün görüşlәr әqli tәfәkkürün
Plantinganın bu mövzudaki görüşlәri üçün baxın: Alvin Plantinga, War r ant and Pr oper Function, Oxford
140

University Press, New York, 1993; Alvin Plantinga, “Natüralizmә Qarşı Tәkamül Arqumenti”, Çev: Fehrullah
Terkan, Allah, Fәlsәfә vә Elm içindә, Ed: Caner Taslaman vә Enis Doko, İstanbul Yayınevi, İstanbul, 2014, s. 175­
225.

97
nәticәsi olduğu üçün, hәr hansı bir görüşlәrinin doğru olduğunu iddia edә
bilmәzlәr.
5­ Materialist­ateist görüşün doğru olduğu iddia edilә bilmәz. Bu
bәndlәrin ilkindә vurğulanan halı günümüzün materialist­ateist
mütәfәkkirlәrini izlәyәn hәr kәs bilir. Bu mütәfәkkirlәr, tәbiәtdәki
qanunlar (zәrurәt) vә tәsadüflәr (şans) çәrçivәsindә işlәyәn vә şüurlu bir
planla әlaqәsi olmayan bir tәkamülün, ağılı vә canlıların digәr bütün
özәlliklәrini yaratdığını müdafiә edirlәr.
İkinci bәnddә isә, tәkamülün tәmәl mexanizması olaraq qәbul
edilәn tәbii seçmә tәrif edilmәkdәdir. Bu da çağımızın materialist­ateist
mütәfәkkirlәrinin qәbul etdiyi bir tәrifdir. Qısacası bu iki bәnddә
materialist­ateistlәrin etiraz edәcәyi bir hal mövcud deyildir.
Burada kritik olan bәnd üçüncü bәnddir; bir çox materialist­ateist,qәbul
etdiklәri şәkildә bir tәkamül prosesinin, ağıl yeritmә proseslәrinin
güvәnilmәz olduğu mәnasına gәldiyini inkar edәcәkdirlәr.141 Materialist­
ateistlәr, bu bәnddә ifadә edilәn halı qәbul etsәlәr, öz­özünü çürüdәn bir
iddianı dilә gәtirmiş olacaqlar.142 Әgәr üçüncü bәnd doğru qәbul edilәrsә,
dördüncü bәndin doğruluğu çox bәsit bir ağıl yeritmә ilә belә
görülmәkdәdir. Әgәr “ağıl” güvәnilmәzdirsә, ağılla reallaşdırılan hәr
hansı bir mövzudakı doğruluq vә ya yanlışlıq iddiası da güvәnilmәzdir.
Çünki hәr doğruluq vә ya yanlışlıq iddiası “ağlın” istifadә edilmәsinin
bir nәticәsidir. Bu qәbul edildiyi zaman isә, beşinci bәnddәki nәticә
avtomatik çıxmaqdadır: Materialist­ateist görüşün doğruluğu da bir ağıl
yeritmәnin nәticәsidir, ağlın güvәnilmәz olduğu nәticәsinә aparacaq
görüş bәyan edәn materialist­ateistlәr, görüşlәrinin ehtiva etdiyi bu
özünü çürüdәn ünsür sәbәbi ilә, materialist­ateist görüşün dә doğru
olduğu iddiasını dilә gәtirә bilmәzlәr. Üstәlik çox bәsit aktiv hadisәlәr
üzәrindә ağıl yeritmәlәrә dayanan hallaların doğruluğunu belә iddia edә
bilmәzlәr. Materializmin, ateizmin vә ya tәkamül nәzәriyyәsinin doğru
olduğunu iddia etmәk isә gündәlik hәyatda qarşılaşılan alışdığımız
hadisәlәr haqqındakı ağıl yeritmәlәrdәn daha üst sәviyyәdә bir ağıl
yeritmә ilә әlaqәlidir.

141
Bu arqumenti eşidәn materialist­ateistlәrin çoxunun belә bir çıxışı heç gözlәmәdiklәrini vә bu arqumenti
eşitmәzdәn әvvәl bu hal üzәrindә heç düşünmәdiklәrini dәfәlәrlә müşahidә etdim.
142
“öz­özünü çürüdәn” iddialara/görüşlәrә İngiliscә “self referentially incoherent” deyilir. Mәsәlә “Әn böyük gerçәk
üniversal heç bir gerçәk olmamağıdır” deyәrәk nisbi bir görüşü ifadә edәn şәxs, bu ifadәsi ilә üniversal bir iddia
edәrәk “öz­özünü çürüdәn” bir iddia dilә gәtirmiş olur: Bu iddianın bir anlıq doğru olduğu qәbul edildiyi halda bu
iddia üniversal bir gerçәk olacaqdır. Amma bunun olmağı isә iddiasının yanlış olmağı mәnasını daşıyır. Nәticәdә
belә bir iddia “öz­özünü çürütdüyü” üçün bu iddianın doğru olmağı mümkün deyildir.

98
Burada üçüncü bәnd kritik bәnd olduğuna görә bu bәnd üzәrindә
duraq. Burada bәhs edilәn problemi daha әvvәldәn görәn önәmli elm
adamları olmuşdur (hәm ateist hәm teist). Darwin dә bunlardan biridir;
Darwin, daha aşağı heyvanlardan tәkamül keçirәn insan zehninin
qәnaәtlәrinә güvәnilib güvәnilmәyәcәyinә dair “qorxunc şübhәnin”
(horrible doubt) özündә tez­tez ortaya çıxdığını ifadә etmişdir.143
Tanınmış tәkamülçü bioloq J. B. S. Haldane dә, zehni proseslәr sadәcә
maddәnin hәrәkәtlәri ilә tәyin olunursa bilinәnlәrin doğru olduğunu
iddia edәcәk heç bir zәminin olmadığını, hәtta beynin maddi quruluşda
olduğu iddiasının doğru olduğunun da müdafiә edilә bilinmәyәcәyini
ifadә etmişdir.144
Bәhs edilәn bu görüşә әn çox, doğru inancın yaşamağı vә genlәri
kopyalamağı daha üstün tutacağı, bu sәbәbdәn tәbii seçmәnin doğru
inancları seçdiyi, şәklindә etiraz edilmәkdәdir. Fәqәt materialist
baxımdan hadisәyә baxsaq, davranışlarımıza sәbәb olan, beynimizdәki
neyronlardan ibarәt quruluşlardır. Bu neyronlardan ibarәt quruluşlar, bio­
kimyәvi quruluşları sәbәbi ilә bu davranışlara sәbәb olurlar. Zehindәki
düşüncәnin mahiyyәtinin nә olduğu (doğrumu yanlışmı olduğu) burada
önәmsizdir. Bambaşqa bir zehni mahiyyәtin eyni biokimyәvi quruluşa
qarşılıq gәldiyini fәrz edәk; o da eyni davranışa sәbәb olacaqdır. Çünki
davranışa sәbәb olan biokimyәvi quruluş, sahib olduğu mәzmunun doğru
vә ya yanlış bir bilgiyә qarşılıq gәlib­gәlmәdiyindәn müstәqil olaraq
tәsirdә olur. Әslindә materialist zehin­davranış әlaqәsinin yol açacağı bu
tip nәticәlәri hiss edәn materialist mütәfәkkirlәrin bir qismi, zehni
halların (ağıl yeritmә, әzab, xoşbәxtlik…) әslindә olmadığı mәnasına
gәlәn, daha әvvәl vuğuladığımız әlәyici materializmi; әlәyici
materializmin müdafiә edilә bilmәzliyini hiss edәn bir qismi isә zehni
hallarımızın әslindә sәbәb­nәticә tәsiri olmadığı mәnasına gәlәn
epifenomalizmi (epiphenomenalism) müdafiәyә baş vurmuşdurlar.
Qolunuzu qaldırmaq istәmәyiniz ilә qalxmağı arasında bir bağlantı
olduğuna әminsinizsә, epifenomalizmin yanlış olduğuna da әminsiniz
demәkdir. (“Әlәyici materializm”in vә “epifenomalizm”in niyә qәbul
edilә bilmәz alternativlәr olmağı, iradә dәlili ilә şüur vә mәnlik dәlili
bölmәlәrindә daha әtraflı incәlәnәcәkdir.)
Bir aslandan qaçan maralı düşünәk; bu maralı hәyatda tutan
143
Charles Darwin, The Life and Letter s of Char les Dar win Including an Autobiogr aphical Chapter , Ed:
Francis Darwin, John Murray, Londra, Vol: 1, 1887, s. 315­316
144
J. B. S. Haldane,  Possible Wor lds and Other Essays, Chatto and Windus, Londra, 1929, s. 209.

99
aslandan qaçmağıdır. Aslandan qaçarkәn әgәr qaça bilmәsә aslanın onu
parçalayacağını doğru bir şәkildә bilib­bilmәdiyi mәnasızdır. Mәsәlәn
maral, aslanın qoxusunu hiss etdikdә burnu bu qoxudan rahatsız olduğu
üçün qaçmağın lazım olduğunu düşünüb, qoxu qaynağından uzaqlaşırsa
vә ya burnunun düşәcәyini zәnn edib qoxu qaynağından uzaqlaşırsa vә
ya bunu bir qaçış yarışı olaraq düşünüb qaçırsa vә ya başqa bir çox
yanlış bilgi әsaslı qaçmaqla әlaqәli ehtimal olunan ssenari; Hamısı da
eyni davranışa sәbәb olduğu üçün maralın yaşamağını vә genlәrini
sonrakı nәsillәrә buraxmağını dәstәklәyir. Nәticәdә doğru tәk bir
düşüncәyә qarşı yanlış düşüncә çoxluğu çox genişdir. Fәqәt canlının
hәyatını davam etdirmәyi vә genlәrini kopyalamağı üçün hamısı eyni
nәticә verir. Materialist­ateist tәkamül izahında isә doğru bilginin
seçimini lazımi edәcәk vә ya insan zehni üçün fәrqli bir perspektiv
açacaq heç bir ünsür yoxdur; tәbii seçmә hәr canlı üçün doğru bilgini
deyil, hәyatda saxlayan biokimyәvi quruluşu seçәr. Ağıl yeritmә
fәaliyyәtinin planlanmamış vә tәsadüfi bir tәbii seçmә prosesi ilә ortaya
çıxdığını müdafiә edәn bir materialist­ateist, adi ağıl yeritmә
fәaliyyәtinin güvәnilirliyini belә müdafiә edә bilmәyәcәk hala
düşәcәkdir. Fәqәt elә olduğu zaman da, fәlsәfi vә elmi üst sәviyyәdә bir
ağıl yeritmә ilә әlaqәli olan materializmin, ateizmin vә tәkamül
nәzәriyyәsinin doğruluğunu da müdafiә edә bilmәz.
Epikür, Lucretius, Marks kimi tarix boyunca önәmli tәsiri olmuş
mütәfәkkirlәrdәn, günümüzün tәsirli Yeni Ateistlәrinә (New Atheists)
qәdәr hamısı materialist­ateistlәrdir vә bunlara qarşı tәrәfdә olan әsas
görüş dә tarix boyunca teizmdir. Günümüzün materialist­ateistlәrinin
hardasa hamısı planlanmamış vә tәsadüfi bir proses olaraq tәkamül
nәzәriyyәsini müdafiә etmәkdәdirlәr. Bәhs edilәn bu problemdәn
qurtulmaq üçün materialist­ateistlәrin qarşısındakı tәk yol, planlanmamış
vә tәsadüfi bir proses olaraq tәkamül nәzәriyyәsini inkar etmәkdir. Fәqәt
әn mәşhur ateist olan Yeni­Ateist hәrekatının lideri Richard Dawkins,
ancaq Darwin ilә intellektual baxımdan ateizmin müdafiәsinin mümkün
olduğunu, bundan әvvәl ateistlәr olsa da, bu pozisiyanın qane edici bir
şәkildә müdafiәsinin mümkün olmadığını ifadә etmişdir.145 Materialist­
ateist paradigma ilә anlaşılan tәkamül nәzәriyyәsini inkar etmәk,
günümüzün ateistlәrinin ödәmәyә heç yanaşmayacağı bir bәdәldir. Bәlkә
dә bu sәbәbdәn, burada tәqdim olunan arqument ilә bir çox ateist

145
Richard Dawkins, The Blind Watchmaker , Nortan, New York, 1986, s. 6.

100
mütәfәkkirin ciddi bir şәkildә üzlәşmәdiyi müşahidә edilmәkdәdir.
(Onsuzda bir ateist bu nәzәriyyәni inkar etsә dә, planlanmamış vә
tәsadüfi başqa cür proseslәr ilә ağıl açıqlanmağa cәhd edildiyindә,
ateistlәr özlәrini yenә eyni şәkildә “özünü çürüdәn” bir iddianın içindә
tapacaklar.)
Göründüyü kimi bir materialist­ateist, planlanmamış vә tәsadüfi bir
tәkamül prosesini müdafiә etmәklә öz­özünü çürüdәn bir görüşü müdafiә
etmәkdәdir ve içindәn çıxılması mümkün olmayan bir paradoksa
düşmәkdәdir. Ancaq tarix boyunca materialist­ateist görüşün alternativi
olmuş teizmә görә kainat daha var olmamışdan әvvәl ağıl, şüur, iradә,
qüdrәt sahibi bir Allah var idi: Kainat vә canlılar hansı proseslәr ilә
yaradılmış olursa olsun, bu yaradılış prosesi bu әzәli yaradıcının ağıl vә
iradә kimi sifәtlәri çәrçivәsindә reallaşmışdır. Bu yaradılış prosesindә
insana Yaradıcınınkına görә aşağı bir sәviyyәdә dә olsa ağlın
verilmәyinin sәbәblәrindәn biri, doğru bilgiyә çatmağı olduğu üçün,
ağlın doğruya çatma tutumu olduğunu düşünmәyә bu paradiqma imkan
yaradır.
Әgәr riyazi әmәllәri hәyata keçirmәk üçün istehsal edilmiş bir
kalkulyatorun yanında planlanmamış vә tәsadüfi proseslәrlә ortaya
çıxmış, fәqәt riyazi әmәliyyat yerinә yetirmә özәlliyi dә qazanmış bir
kalkulyatorun varlığından bәhs edilsә, hansı ilә yerinә yetirәcәyiniz
әmәliyyata güvәnәrdiniz? Materialist­ateist görüş ilә teizm arasında
dәyәrlәndirmәlәri edәn ağıldır. Ağılın güvәnilirliyinә kölgә salan bir
görüşü (materialist­ateizm) müdafiә edәnlәrin isә ağıl ilә materialist­
ateizmin doğru olduğu nәticәsinә çatdıqlarını demәklәri mәntiqi
baxımdan mümkün deyildir. Qısacası ağılla bağlı bacarıqları, teizmin
alternativ görüşlәrdәn daha yaxşı açıqladığını müdafiә etdiyim ana
arqumentimi, teizmin rәqib görüşü olaraq kabul edilәn materialist­
ateizmin içinә düşdüyü bu paradoks da dәstәklәmәkdәdir.

AĞIL VӘ DİN
Bu bölümün bura qәdәr olan qismindә әn tәmәl özәlliklәrimizdәn
biri olan әql edә bilmәyimizdәn hәrәkәt ilә teizmin lehinә bir arqument
qurula bilәcәyi göstәrildi.Bu kitabın tәmәl iddiası, insanların doğuşdan
sahib olduqları özәlliklәrdәn (fitrәtdәn) hәrәkәt ilә teizmin alternativ
101
görüşlәrdәn üstün görülmәsi gәrәktiyidir. Fәqәt bunun yanında, әlә
alınan fitrәt özәlliklәrindәn hәrәkәt ilә dinlәr vә dinlәrin tәmәl inancları
haqqında nә deyilә bilәcәyinә dә hәr bölümdә yer verilmәkdәdir. Hәr
bölümdә, Allahın varlığına inanan (buraya qәdәr deyilәnlәr kimi
arqumentlәr ilә vә ya hәr hansı başqa bir şәkildә) bir şәxsin, o bölümdә
әlә alınan doğuşdan fitrәt özәlliyimizin incәlәnmәsi ilә, din faktoru
haqqında hansı nәticәlәrin әldә edilә bilәcәyi incәlәnmәkdәdir.
Allahın varlığını anladıqdan sonra özündәki ağıl özәlliyi üzәrindә
düşünәn bir şәxsin qarşısına çıxan önәmli sual budur: “Allah insanlara
niyә şahid olduğumuz potensialı ilә bir әql etmә özәlliyi vermişdir?” Әql
etmә özәlliyimizin hesabına günlük hәyatımızı davam etdiririk; lazımi
qidaları qәbul edir, yırtıcı heyvanlara yem olmaq kimi tәhlükәlәrdәn
qorunuruq. Fәqәt әql etmә özәlliyimizin dәrәcәsi, hәyatımızı davam
etdirmәk bacarığını tәmin etmәyin çox daha üstündәdir. Kosmosa peyk
yollamağı, Higgs zәrrәciyini tapmağı, sadә әdәdlәrin sonsuz olduğunu
isbatlamağı vә ağlın özü üzәrinә düşünә bilmәyi mümkün qılan bir ağıl
sәviyyәsi, sırf bu dünyada yaşamağı tәmin edәcәk bir ağıl sәviyyәsinin
çox üstündәdir. Belә bir ağıl sәviyyәsi hesabına ilahiyyat sahәsini
maraqlandıran metafizik mövzular haqqında vә ölüm qarşısındakı
durumumuz kimi varoluşsal problemlәr haqqında da düşünürük.
Ağlımızın sahib olduğu bu mükәmmәl potensial, ağlımızın bizә tәkcә bu
dünyada hәyatımızı davam etdirmәk üçün verilmәdiyini göstәrir.
Ağlımızın bu potensialından faydalanan bir tәfәkkür anlayışı, dinlәr ilә
yaxınlaşmanın önәmli şәrtlәrindәn biridir. Әlbәttә belә bir tәfәkkür ilә
yola çıxmaq dinlәr ilә yaxınlaşmağı qarantilәmir. Amma tәqlidi
(әnәnәnin vә ya çevrәdәki insanların tәqibçiliyi ilә sәrhәdli) olmayan bir
şәkildә dinlәr ilә yaxınlaşmaq üçün belә bir tәfәkkür anlayışının olmağı
şәrtdir.
Ağılı üzәrindә düşünәn şәxs, tәkcә ağlı ilә“Haradan gәlirik?” vә
“Haraya gedәcәyik?” kimi әn tәmәl suallara cavab tapa bilmәyәcәyini,
fәqәt ağlı aşan bu suallara cavab vermeyi mümkün olan, Yaradıcısının
cavablarını ehtiva edәn bir sistem (din) vasitәsi ilә, ağlın cavabını
axtardığı bu suallara cavab tapa bilәcәyini dә anlayar. Yәni ağıl, öz
sәrhәdlәrini anladığı zaman, ağlı aşanları da ehtiva edәn bir sistem
olaraq, Yaradıcının ismarışlarını ehtiva edәn bir dinin olub­olmadığına
gözlәrini çevirib baxmalıdır. Nәticәdә dinin varlığı, ağılı aşan varoluşsal
önәmi üstün sualların varlığından dolayı ümid edilir, fәqәt eyni zamanda

102
dinә çatacaq olan da ağıl olduğu üçün din ağıl ilә dә ziddiyyәt tәşkil
etmәyәcәk vәziyyәtdә olmalıdır. Qısacası inanılmağa layiq din, ağılı
aşanları ehtiva edәrkәn, ağıl ilә zidd olmamalıdır. Ağılı aşmaq ilә, ağılla
zidd olmaq ciddi şәkildә fәrqlidir; bu fәrqi bu cür bir örnәk ilә göstәrim:
Tәyyarәnin motorunu vә tәyyarәnin necә uçduğunu anlamayan biri üçün
tәyyarәnin uçuşu “ağlı aşqındır” amma tәyyarәnin uçmamağı gәrәkdiyini
kimsә göstәrә bilmәyәcәyindәn dolayı burada “ağıl ilә zidd olan” bir hal
yoxdur. Fәqәt üç ilә beşin cәminin on olduğu deyilәrsә bu “ağıl ilә zidd
olar” vә cavabın sәkkiz olduğu göstәrilib, ziddiyyәt ortaya qoyula bilәr.
Qısacası inanılmağa layiq bir din, ağılı aşan cavabları ehtiva etmәli vә bu
dinin verdiyi cavablar ağıl ilә zidd olmamalıdır. Bu dinә alternativ heç
bir din vә ya başqa bir sistem isә bu dindәn daha uğurlu bir şәkildә
açıqlamalar verә bilmәmәlidir.
Ayrıca bir әvvәlki bölümdә diqqәt çәkildiyi kimi әxlaq ilә әlaqәli
özәlliklәri olan bir varlıq olmağımız vә bir sonrakı bölümdә diqqәt
çәkilәcәyi kimi iradә sahibi olmağımız da ancaq ağıl sahibi olduğumuz
halda mümkündür. Bu bölümdә әlә alınan doğru ilә yanlış qavramlarını
istifadә etmәk kimi ağıl ilә әlaqәli özәlliklәrimiz olmasaydı; bir insanı
öldürmәyin pis olduğunu, hәtta öldürmәyin nә olduğunu belә bilmәzdik
ki, bu ağıl özәlliyimizin әxlaqi bir varlıq olmağımızı mümkün qılan
özәlliklәrimizdәn biri olduğunu gösdәrir. Ağlımızın özәlliklәri olmadan
iradi davranışlarımızı da reallaşdıra bilmәzdik; sәnәtkar yoxsa, idmançı
olacağı seçimlәri arasında qalan vә iradәsi ilә bir seçim edәcәk şәxs,
әvvәlcә ağlı ilә sәnәt vә idman haqqında bilgi sahibi olmalıdır. Әvvәlki
doğuşdan әxlaq vә sonrakı iradә ilә bağlı bölmәlәrdә, orada әlә alınan
özәlliklәrimizdәn hәrәkәt ilә dinlәr haqqında әldә olunan nәticәlәr
gösdәrilmәkdәdir. Bu iki bölümdә әlә alınan özәlliklәrimiz, ağıl
özәlliyimizin hesabına mümkün olduğu üçün, orada dinlәr ilә әlaqәli
әldә olunan nәticәlәrin, eyni zamanda ağıl özәlliyimizdәn dolayı dinlәr
haqqında çatılacaq nәticәlәri dә gösdәrdiyi bilinmәlidir.
Bu kitabın beş bölümündә dә tәqdim olunan arqumentlәr “әn
yaxşı açıqlamanı әldә etmә” formatındadır, mövcudlar içindә әn yaxşı
açıqlamanı әldә edәrәk nәticәlәrә çatmaq ağlımızın әn tәmәl işlәmә
prinsiplәrindәndir. Bu işlәmә prinsipi gündәlik hәyat, elm, fәlsәfә vә din
kimi fәrqli bir çox sahәdә keçәrlidir. Bizә hәdiyyә edilmiş әn önәmli
özәlliklәrimizdәn biri olan ağlımızın, bizi dinlәr ilә bağlı bu iki önәmli
sualda “әn yaxşı açıqlama” formunda bir nәticәyә çatdıracağı

103
qәnaәtindәyәm:
1­ Allahın din göndәrәcәyi gözlәntisi göndәrmәyәcәyi gözlәntisindәn
daha rasionaldırmı?
2­ Әgәr birinci suala cavab müsbәtdirsә, mövcud dinlәrdәn hansı
seçilmәlidir?
Bu kitabın hәr bölümünün sonlarında, o bölümdә әlә alınan
özәlliyin din baxımından incәlәnmәsi ilә әldә olunan nәticәlәr, Allahın
din göndәrәcәyi gözlәntisinin göndәrmәyәcәyi gözlәntisindәn niyә üstün
tutulmağını gösdәrir. Qısacası bu kitapda әldә olunan nәticәlәrә görә ilk
sualın cavabı “Bәli”dir. İkinci sualın dәrin incәlәnmәsi bu kitabın
planlanan sәrhәdlәrini aşmaqdadır. Fәqәt bu kitabda әldә edilәn
nәticәlәrә görә bütün detalları ilә insanı yaradan, әxlaqi әmrlәri olan,
әzәldәn bәri ağıl vә iradә sahibi bir Yaradıcı vardır. O zaman mövcud
dünya dinlәrindәn belә bir Yaradıcıya inanc ehtiva etmәyәnlәrin
әlәnmәyi lazımdır. Bu әlәmәnin nәticәsindә isә dünyada bәlli bir tәsiri
olan dinlәrdәn sadәcә monoteist (tәktanrılı) dinlәr geriyә qalır.
Daha әvvәl bir dinin, tәbii arzularımıza cavab vermәyinin vә
doğuşdan әxlaqi özәlliklәrimizә rasional tәmәl yaratmağının, o dini
digәrlәrindәn üstün edәcәyini gördük. İndi bunlara әlavә olaraq,
doğuşdan hәr insanda olan ağıl özәlliyi ilә mövcud din alternativlәri
içindә әn çox uyğun olan, ağıldan istifadә etmәyin dinә qatqısı olacağını
söylәyәn, belәcә bu qәdәr tәmәl bu özәlliyimizi kәnara itmәyәn dinin vә
dini şәrhlәrin o cür olmayan dinlәr qarşısında üstün görülmәli olduğu
mühakimәsinә çata bilәrik. Ağlının yaradılmışlığını vә sәrhәdlәrini
anlayan hәr insan, inanacağı dinin ağılı ilahilәşdirmәmәyi gәrәkdiyini dә
rahatlıqla anlayar. Qısacası inanılmağa layiq bir dindәn gözlәnti ağılı
ilahilәşdirmәmәyi, amma ağılın dinә dәstәk verәcәyini da dilә
gәtirmәyidir. Görüldüyü kimi әn tәmәl fıtrәt özәlliklәrimizdәn biri olan
ağıl üzәrinә düşünüldüyü zaman da din ilә bağlı önәmli nәticәlәr әldә
edilir.

NӘTİCӘ
Kitabın bu bölümündә, bizi biz edәn әn önәmli özәlliklәrimizdәn
olan әql etmәk üzәrinә köklәnildi vә bu özәlliyә necә sahib
olduğumuzun әn yaxşı açıqlaması әldә edilmәyә çalışıldı. Bu edilәrkәn
әql etmәyimiz üçün gәrәkli şәrtlәrdәn ikisi әtraflı incәlәndi: 1­ Zehnin
104
doğru vә yanlış qavramlarına sahib olup bunları istifadә edә bilmәyi, 2­
Zehnin mәntiq qaydalarına sahib olub, mәntiqli düşünә bilmәyi. Bu
incәlәmәdә görüldü ki, materialist­ateist fәlsәfәnin ön gördüyü maddә
anlayışı, zehnin bu özәlliklәrini açıqlamaqda uğursuzdur. Fәqәt әzәli
ünsürü ağıl sahibi bir Yaradıcı olaraq qәbul edәn teizm baxımından bu
fenomenlәri açıqlamaqda heç bir problem mövcud deyildir. Materialist­
ateizmin bütün ağılçılıq vә ağılın tәcrübә ilә müşahidә ilә birlәşәn
sofistik tәtbiqi olan elmçilik iddialarına qarşı, materialist­ateizmin
maddә anlayışına görә yaranan bir kainatda ağıla bir yer tapmaq
mümkün deyildir.
Zehinlә әlaqәli fenomenlәr, materialist­ateist fәlsәfәnin maddә
anlayışı ilә açıqlanmağa cәhd edildikdә burada diqqәt çәkdiyimiz
problemlәrin fәrqindә olanların, materialist­ateist görüşdәn
uzaqlaşmamaq üçün әlәyici materializmi mәnimsәmiş olmaları önәmli
bir dәrs mahiyyәtindәdir. Bu görüşün, fәlsәfә adı ilә ortaya atılmış ağıla
vә sağlam düşüncәyә әn zidd iddialardan biri olduğunu rahatlıqla deyә
bilәrәm. Bu bölümdә әlә alınan ağılın özәlliklәrindәn “doğru” vә
“yanlış” qavramlarına görә dәyәrlәndirmә özәlliyi, o qәdәr tәmәl bir
özәllikdir ki, bu özәllik olmadan nә hәr hansı bir elmi bilginin nә dә hәr
hansı günlük bir bilginin ortaya çıxmağı mümkün deyildir. Zehnin
“mәntiq yeridә bilmә” özәlliyinә sahib olmağı, elmin dә, әn adi bilginin
dә әsas şәrtidir. Bu sәbәbdәn ağılın bu özәlliklәri, elmin deyә bilәcәyi
hәr hansı bir bilgidәn daha dәqiq olmalıdır. Qısacası әlәyici materializmi
qәbul edәn birinin, hәr hansı bir elmi bilginin dә, hәr hansı aktiv bir
bilginin dә doğruluğunu qәbul etmәyi mümkün deyildir; әlәyici
materializm, ağılın özәlliklәrini açıqlamaqda, heç bir şәkildә ciddi bir
alternativ ortaya qoya bilmәz. Fәqәt tutarlı bir materializm­ateizm
müdafiәsinә cәhd etmәyin yol açacağı halı göstәrmәyi baxımından
әlәyici materializmi incәlәmәk önәmlidir. Әlәyici materialistlәr,
materialist­ateizm üçün burada dilә gәtirilәn problemlәrin fәrqindә olan,
amma materialist­ateist görüşdәn uzaqlaşmamaq üçün sağlam düşüncәyә
әn zidd pozisyanı seçmişlәrdir. Bu da ağılın bәhs edilәn özәlliklәrinin,
materialist­ateistlәri ödәmәk mәcburiyyәtindә buraxdığı intellektual
bәdәlin ağırlığını göstәrmәkdәdir (eyni hal qarşımızdakı iki bölümdә әlә
alınacaq iradә, şüur vә mәnlik ilә әlaqәli olaraq da keçәrlidir). Bәdәl, әn
açıq vә әn tәmәl olanı (ağılın, iradәnin, şüur vә mәnliyin bәhs edilәn vә
bәhs edilәcәk olan özәlliklәrinin var olduğunu) inkar etmәkdir. Amma

105
bu bәdәli qәbul etmәk sağlam düşüncәyә dә, әn açıq tәcrübәlәrimizә dә
ziddir.
C. S. Lewis, zehnin ancaq zehin tәrәfindәn yaradıla bilәcәyini,
bunun isә ancaq öz­özünә var olan bir Zehinә çatıldığında sona
çatacağını deyir: Öz­özünә var olmaq әzәldәn bәri var olmaq demәkdir;
yәni bu zehin hәr zaman var olmalıdır, bir an yox olsa onu geri
qaytaracaq bir güc yoxdur. Buradan isә bәhs edilәn zehnin yatma,
yuxulama, kәsilmә kimi zәif yönlәrinin olmağından söz edilә
bilmәyәcәyini anlayarıq. Lewis, belәcә öz әksik vә sonradan var olan
ağıl özәlliklәri üzәrinә düşünәnlәrin әzәli, öz­özünә var olan, yatma­
yuxulama kimi әskikliklәri olmayan, yüksәk ağıl sahibi bir Güc
tәrәfindәn yaradıldıqlarını anlayacaqlarını deyir.146 Lewisin bu izahlarına
tamamilә qatılıram. Nәticәdә burada müdafiә olunan ağıl dәlili, Allahın
varlığını inkar edәn materialist­ateist anlayışdansa, teizmin daha üstün
görülmәsi gәrәkdiyini göstәrmәyi ilә bәrabәr Allahın sifәtlәrindәn
önәmli bir qismini dә tәmәllәndirmәkdәdir.
Allahın bu sifәtlәrinin anlaşılmağı isә materialist­ateizm ilә
bәrabәr panteist vә ya panteistvari deyә bilәcәyimiz tәlimlәrin dә yanlış
olduğunu göstәrәr. Bu tip tәlimlәr, bәzi Uzaq Şәrq dinlәri ilә bәrabәr
bәzi New Age qruplar vә bәzi sufi qruplaşmalar tәrәfindәn ortaya
atılmışdır. Bu bölümdә vә bundan sonrakı iki bölümdә göstәrilәcәyi kimi
Allahın ağıl,147 iradә, şüur vә mәnlik sahibi bir Güc olduğu, bir çox sifәti
ilә148 bәrabәr әzәli Varlıq olduğu anlaşıldığı zaman, Yaradıcını yanlış
tanıdan dinlәrin vә tәlimlәrin alternativ ola bilmәyәcәyi dә anlaşılır.
(“Şüur vә mәnlik dәlili”nin din ilә bağlı bölümündә bu mövzu
incәlәnәcәkdir.)
Ağıl özәlliyi üzәrindә düşünüldüyü zaman, bu özәlliyin Yaradıcısı
ilә bağlı nәticәlәrin yanında din ilә bağlı nәticәlәrin dә әldә edilә bilәcәyi
bu bölümdә göstәrildi. Әql etmәk tutumumuzun bu dünyada yaşamaq
üçün lazım olandan çox daha artıq olduğu; kainatın kökәnindәn
varoluşsal problemlәrә qәdәr ağlımızın geniş bir sahәyә uzandığı gözdәn
qaçmamalıdır. Ağılın bu potensialından yararlanmaq din ilә yaxınlaşmaq
146
C.S. Lewis, Mir acles, Harper Collins Publishers, Londra, 1947, s. 42­43
Әlbәttә Allah, insanlar kimi düşünәrәk bilmediklәrini öyrәnmәz. Allah üçün “ağıl” sahibi olma ifadәsi istifadә
edilәrsә, bunda mәqsәd; Allahın elmi ilә bilmәyi, ağılla çatılan vә çatıla bilmәyәn doğru nәticәlәrdәn şüurlu olaraq
xәbәrdar olmağıdır.
148
Bu sifәtlәr İslam düşüncәsindә Әsma­ül Hüsna (Gözәl İsimlәr) olaraq yad edilmәkdәdir. Quranda, Allahın yüzdәn
artıq sifәti keçir. Әgәr Allah üçün istifadә edilәn davranışlardan isim törәdilsә bu say çox daha artıq da olacaqdır

106
üçün kritik bir önәmә sahibdir. Bunun yanında “Hardan Gәlirik” vә
“Hara gedirik?” kimi varoluşsal önәmi yüksәk suallar tәkcә ağılla
cavabını tapa bilmәz. Fәqәt bu sualların cavabını hansı dindәn tapa
bilәcәyimizin cavabı üçün ağıl önәmli rol oynaya bilәr. İzlәnilmәyә
layiq bir sistem olaraq hansı dinin seçilәcәyi mövzusunda, mövcud
dinlәr içәrisindә “ağıla әn uyğun din olma” özәlliklәrini seçilәcәk din
qarşılamalıdır. Uyulmağa layiq bir dindәn gözlәnti, ağılı
ilahlaşdırmamağı, amma ağılın din ilә әlaqәli verilәcәk qәrarlarda
önәmini ortaya qoymağı olmalıdır.
Dünyada bәlli bir tәsiri olan dinlәr içәrisindә sadәcә monoteist
dinlәr belә bir Yaradıcı tәrif edir. Belә olduğu zaman istәr ağıl dәlili,
istәr kitabdakı digәr dәlillәrdәn hәrәkәt ilә, monoteist dinlәr xaricindәki
dinlәrin seçilә bilәcәk alternativlәr ola bilmәyәcәyi nәticәsi dә әldә
edilir.

107
IV Fәsil

İRADӘ DӘLİLİ

FӘSLİN TӘQDİMATI
Bizi biz edәn digәr önәmli bir özәlliyimiz iradә sahibi
olmağımızdır. İradә, fәlsәfәnin bir çox qolu vә dinlәr ilә bәrabәr
nevrologiya, psixologiya, koqnitiv elmlәr kimi sahәlәrdә dә önәmli bir
köklәnmә mövzusu olmuşdur. Bu sahәlәrdә әn çox, hәqiqәtәn dә (azad)

108
iradә sahibi olub­olmadığımız üzәrindә köklәnilmişdir. Kitabın bu
bölümündә әvvәlcә bu çox müzakirә edilәn mövzu ilә bağlı olaraq
iradәnin varlığının inkar edilә bilmәyәcәyi vә iradәmizin olduğu
görüşünün, olmadığı görüşündәn üstün görülmәsinin lazım olduğu
müdafiә edilәcәkdir. Ondan sonra isә, çox önәmli olmağına baxmayaraq
üzәrindә lazımi qәdәr durulmamış olan “iradәyә necә sahib olduğumuz”
mövzusuna köklәnilәcәkdir. Bu özәlliyimizi, planlanmamış vә tәsadüfi
ortaya çıxma ilә açıqlayan (vә ya varlığını inkar edәn) materialist­ateist
düşüncәnin, yoxsa özü hәr zaman var olan azad iradә sahibi Allahın
yaratmağı ilә açıqlayan teizmin daha yaxşı açıqladığı incәlәnәcәkdir.
İradә sahibi olmağımız, әvvәlki bölümdә diqqәt çәkilәn ağıl sahibi
olmağımızı vә bir sonrakı bölümdә diqqәt çәkilәcәk olan şüur vә mәnlik
sahibi olmağımızı tәlәb etmәkdәdir. Bu sәbәbdәn o bölümlәrdә ifadә
edilәnlәrin burada tәqdim olunan “iradә dәlili”nin bir parçası olduğu
xatırlanaraq, o bölümlәr oxunmalıdır. Bu bölümdә isә iradәnin önәmli
özәlliklәrindәn olan “qayәyә yönәlmә” vә “sәbәblә әlaqәli tәsirdә olma”
özәlliklәrinin, materialist­ateist fәlsәfәnin maddә anlayışı ilә uğurlu
açıqlana bilmәdiyini, fәqәt bütün varlığı iradә sahibi Allahın yaratdığını
deyәn teizmin isә bunları açıqlamaq mövzusunda çox daha uğurlu
olduğu nәticәsi әldә edilir.
Monoteist dinlәrin paradiqmasının әn tәmәl görüşlәrindәn biri, bu
dünyanın bir imtahan yeri olduğudur. “İnsan niyә iradә sahibidir?” sualı
üçün bu açıqlamanın әn yaxşı açıqlama olduğu da müdafiә edilәcәkdir.
Әlavә olaraq bu bölümdә әldә edilәn nәticәlәrdәn yola çıxaraq, bir din
mәnimsәnәcәksә o dindәn hansı özәlliklәrin var olmağını
gözlәmәyimiz tәyin edilәcәkdir.

GİRİŞ
Sәhәr oyandığımız zaman köynәklәrimizdәn qırmızı olanı, yoxsa
mavi olanı geyәcәyimizә qәrar verәrkәn, naharda çay, yoxsa qәhvә
içәcәyimizi tәyin edәrkәn, mәktәbә maşın ilә, yoxsa velosiped ilә
gedәcәyimizi seçәrkәn, yoldaşlarımız ilә Әmirganda, yoxsa Tarabyada
109
gәzişәcәyimizi seçәrkәn, bu seçimlәri hәr zaman iradәmiz ilә
reallaşdırdığımız qәnaәtinә sahibik. Mavi köynәk, çay, velosiped vә
Әmirgan seçimlәrini etdiyimizi düşünәk; buna görә istәsәk, qırmızı
köynәk, maşın, qәhvә vә Tarabyanı da seçmәyimizin mümkün olduğunu,
amma bu imkanlara rәğmәn seçimlәrimizi tәyin edilmiş yönlәrdә istifadә
etdiyimizi düşünәrik . Günlük hәyatdakı adi seçimlәrimiz kimi hansı
mәslәyi seçәcәyimiz, kim ilә evlәnәcәyimiz, harada yaşayacağımız kimi,
hәyatımızın axarında çox kritik olan seçimlәrimizi dә iradәmizlә
etdiyimizi düşünürük. İstәsәniz bu yazını oxumamağıda seçә bilәcәyinizi
vә bu anda әgәr öz seçiminizlә oxuduğunuzu düşünürsünüzsә, demәli
indi iradәnizin varlığına şahidlik edirsiniz . Yәni özümüzdә, başqasını
seçmә qabiliyyәtimiz olmağına rәğmәn bәlli seçimlәr etdiyimizi
düşünürük ki “iradә” ilә nәzәrdә tutulan da budur.
İnsan baxımından bu qәdәr tәmәl bu özәllik, fәlsәfәnin bir çox
qolu baxımından da önәmli bir mövzu olmuşdur. Mәsәlәn, insanın
tәbiәtinin özәlliklәri ilә vә insanın davranışlarının mәsuliyyәtini
öhdәlәnmәsi ilә maraqlanan fәlsәfi antropologiya vә varoluşçu fәlsәfә
baxımından bu mövzunun önәmi olduqca açıqdır. Әlavә olaraq insanın,
davranışlarına görә mәsuliyyәt daşıyıb­daşımadığı sahәlәrinin әn tәmәl
mәsәlәlәrindәn biri olan әxlaq fәlsәfәçilәri vә hüquq fәlsәfәçilәri üçün dә
bu mövzu hәyati dәyәrdәdir. İnsan zehninin bu özәlliyi sorğulandığı
zaman, bu özәlliyin kainatın tәmәl zәrrәciklәri ilә aşıqlanıb­açıqlana
bilmәyәcәyi mәsәlәsinә girsәniz, fizika fәlsәfәsinin, bu özәlliyin
neyronlar kimi bioloji quruluşlar ilә açıqlanıb­açıqlana bilmәyәcәyi
mәsәlәsinә girsәniz, biologiya fәlsәfәsinin maraq dairәsinә girmisiniz
demәkdir. Ayrıca Allah­insan әlaqәsini vә insanın reallaşdırdığı
davranışlar (bunlar iradәnin varlığını varsayır) sәbәbi ilә Allaha qarşı
mәsuliyyәt daşıdığı iddiasını incәlәmәk, din fәlsәfәsini vә dinlәrin
kәlam, teologiya kimi çalışma sahәlәrini maraqlandırdığı üçün, bu
mövzu din fәlsәfәsinin vә dinlәrin dә maraq dairәsidir. İnsanın iradәsi,
ötәn әsrdә fәlsәfә vә dinlәr xaricindә bir çox elm sahәsi baxımından da
bәrabәr bir araşdırma mövzusu olmuşdur; nevrologia, psixologiya,
koqnitiv elmlәr kimi sahәlәrdә dә bu mövzu incәlәnmişdir. Fәlsәfәni bir
kәnara qoyaraq, sözügedәn sahәlәrә qapanıb, iradә mәsәlәsini hәll etmәk
mümkün olmadığı kimi, bu sahәlәrdәki tәcrübәlәrә dә arxa dönәrәk
edilәn bir fәlsәfi görüşün uğurlu ola bilәcәyi dә düşünülә bilmәz.
Bәhs edilәn fәlsәfә qollarında, nevrologiya, psixologiya, koqnitiv

110
elmlәr kimi elmi sahәlәrdә vә din elmi araşdırmalarda “azad iradәnin var
olub­olmadığı” çox hәrarәtli bir müzakirә mövzusu olmuşdur. Günlük
hәyatımızda bu qәdәr sıxlıqla şahid olduğumuz, bütün hәyatımızı var
olduğuna dair inancımıza inşa etdiyimiz bu özәlliyimizin, bәzi fәlsәfәçi
vә elm adamlarına görә inkar edilmiş olmağı, bir çox insan baxımından
çәtin qәbul edilәcәk bir haldır. Kitabın bu bölümündә, әvvәlcә bu mövzu
haqqındakı fikrimi açıqlayacağam; insanın iradәsinin varlığının heç bir
fәlsәfi arqument vә heç bir elmi araşdırma ilә inkar edilә
bilinmәyәcәyini ifadә edәn arqumentimi ortaya qoyacağam. (İnsanın
iradәsinin inkar edilә bilmәyәcәk olmağı ilә bağlı iddiam, “iradәnin nә
olduğu” ilә bağlı problemlәrin hәll olduğu mәnasını daşımır.) İnsanın
iradәsinin var olduğu iddiasının, günümüzdә bәzi fәlsәfi vә elmi
mühitlәrdә müdafiә olunan, iradә hissimizin bir illuziya olduğu
iddiasından daha tutarlı bir iddia olduğunu müdafiә edәcәyәm.
Bu mövzunu әlә alan bir çox şәxs, iradәnin hәqiqәtәn var olub­
olmadığı mәsәlәsinә o qәdәr köklәnmişdirlәr ki, әgәr iradә vardırsa,
cavablanmağı lazım olan çox önәmli bir sual ilә daha qarşı­qarşıya
qaldıqlarını lazımi qәdәr dәrk edә bilmәmişdirlәr. Bunun bir sәbәbi,
iradә problemi ilә bir çox şәxsin sadәcә “әxlaqi mәsuliyyәt” olub­
olmadığı baxımından maraqlanmış olmağıdır; bu şәxslәr bu suallarına
cavab tapdıqlarında mәsәlәnin bitdiyi hissinә qapılmış vә mәncә çox
önәmli olan sonrakı suala keçiş etmәmişdirlәr. Bu bölümdә bu әskikliyi
ortadan qaldırmaq әn önәmli hәdәflәrdәn biridir. İradәnin var olduğu
qәnaәtinә çatdıqdan sonra, qarşımıza çox böyük önәmli bu sual çıxır:
“İnsan necә iradә sahibi olmuşdur?” vә ya fәlsәfә sahәsindәki әn tәmәl
görüşlәrә baxaraq sual bu cür dә qoyula bilәr: “İradә sahibi olmağımız,
(iradәnin varlığını inkar etmәyәn) materialist­ateist fәlsәfәçilәrin
müdafiә etdiyi kimi, tәbiәtdәki planlanmamış vә tәsadüfi proseslәrin bir
mәhsuludur? Yoxsa, teizmdә müdafiә edildiyi kimi iradә sahibi Allahın
bu özәlliyi vermәyinin bir nәticәsidir?” Bәhs edilәn suallara verilәcәk
cavabda hәrәkәt nöqtәsi “yox ikәn var olmuş iradә”dir. Amma әldә
edilәcәk cavab, iradәnin әzәli bir ünsür, yoxsa sonradan ortaya çıxan
bir ünsür olduğu sualını da aydınladacaq qәdәr önәmlidir. Bu suallar,
qeyri­adi önәmlәrinә baxmayaraq, fәlsәfә tarixindә haqq etdiklәri marağı
görmәmişdir. Ancaq әzәli ünsürün passiv maddә, yoxsa iradә sahibi bir
Varlıq olmağı, antoloji (varlıq anlayışı) baxımından hәr şeyә baxışımızı
dәyişdirәcәk qәdәr әsas sualdır. Bundan әvvәlki bölümdә “ağılın kökәni”

111
probleminin fәlsәfәdә lazımi qәdәr maraq görmәmiş olmağının
fәlsәfәnin bir utanılacaq halı olduğunu demişdim, burada daha bir bu cür
halın olduğunu bildirmәk istәyirәm: “İradәnin kökәni” probleminin haqq
etdiyi marağı görmәmiş olmağı fәlsәfәnin digәr bir mәnfi halıdır.
İradәnin varlığını teizmin materialist­ateizmdәn daha yaxşı açıqladığını
göstәrmәk üçün qarşıdakı sәhifәlәrdә arqumentimi ortaya qoyacağam.
Kitabın digәr dәlillәri kimi bu dәlil dә “әn yaxşı açıqlamanı әldә etmәk”
formundadır; bu sәbәbdәn tәmәl görüşlәr әn yaxşı açıqlamanı әldә etmәk
üçün müqayisә edilәcәkdir.
Bu bölümdә işlәnilәcәk mövzu, әvvәlki bölümdә incәlәnәn ağıl
dәlili vә sonrakı bölümdә әlә alınacaq olan şüur vә mәnlik dәlili ilә
yaxından әlaqәlidir. Çünki “ağıl” vә “şüurun” ikisinә birdәn sahib
olmayan bir “mәnlik” iradәyә dә sahib ola bilmәz. Bu sәbәbdәn bu
bölümün bәhs edilәn iki bölüm ilә bәrabәr dәyәrlәndirilmәsi gәrәktiyini
unutmayaq.

İRADӘ VӘ AZADLIQ
Әdәbiyyatda “iradә” mövzusunun, çox zaman, “azad” kәlmәsi
ilә birlikdә “azad iradә” (free will) şәklindә müzakirә edildiyinә şahid
ola bilәrsiniz. Bu kitabda mәn “iradә” özәlliyimizi “azad” ifadәsi
tanımlamağa ehtiyac görmәdim, bunun sәbәbi tanımlamaqda diqqәt
112
çәkdiyim “seçim etmә” vә “seçim ilә sәbәbә bağlı tәsirdә olmağın”
azadlıq ilә nәzәrdә tutulan özәlliklәri onsuzda ifadә etmәyidir. Bir daha
“azad” tanımlamasına ehtiyac duymaq, sanki azad olmayan bir iradәdәn
bәhs edilmәsi mümkündür kimi yanlış anlaşılmalara yol aça bilәr.
Bәzilәri başına bir silah dayanan vә öldürülmә tәhdidindәn dolayı
fikirlәrini açıqlamağa imkan tapmayan şәxsin, iradәli olsa da “azad”
olmadığını deyә bilәr; şәxsin iradәsinin “azad” olmağı ilә bağlı vurğuya,
belә halların fәrqinin açıqlanmağı üçün ehtiyac görülә bilәr. Hüquq
fәlsәfәsi vә әxlaq fәlsәfәsi kimi sahәlәr baxımından bu cür fәrqliliklәrә
diqqәt etmәyin önәmli olduğunu düşünürәm. Fәqәt burada üzәrindә
durulan mövzu baxımından bu cür ayırımlar önәmli olmadığı kimi,
aldadıcı da ola bilәr. Silahlı şәxsin ölüm tәhdidi, tәhdid altındakı şәxsin
iradәsini, yәni azad şәkildә seçim etmә gücünü yox etmәz, bu halda şәxs
iradәsi ilә fikrini açıqlayıb, ölümü dә seçә bilәr (ölәcәyini bilә­bilә
müdafiә etdiklәrindәn dönmәyәn Sokrat kimi), kar zәrәr hesabı edib,
iradәsi ilә (öz seçimi ilә) fikrini açıqlamamağı da seçә bilәr. Hüquq
fәlsәfәsi vә әxlaq fәlsәfәsi kimi sahәlәr baxımından iradәnin istәndiyi
kimi istifadә edilmәsi nәticәsindә ödәnәcәk bәdәlin böyüklüyündәki
çәtinlikdәn dolayı, iradәnin istifadә edilmәsindә “azad” olunmadığı
şәklindә tәrif verilә bilәr. “Әxlaqi mәsuliyyәt” kimi fәlsәfәdә çox
müzakirә olunmuş bir başlıq baxımından belә bir ayırımın edilmәyi
mәsәlәnin aydınlanmasına kömәk edә bilәr vә kimin cәza alıb­
almayacağı kimi mövzuların qәrarlaşdırılmasında bu ayırım önәmlidir.
Şәxsin, içәrisindә olduğu şәrtlәr içindә hisslәri vә ağılı kimi zehni
özәlliklәri ilә qәrar verә bilmә qabiliyyәtinin olmağı, iradәli olmağı
demәkdir; tәhdidin böyüklüyü iradәni yox etmәz, iradәnin qәrarını vә
hәtta mәsuliyyәt daşıyıb­daşımadığına tәsir edәr. İradәnin antoloji
quruluşunun özәlliyi olan seçim edә bilmә özәlliyi başa silah
dayanıldığında belә yox olmaz. Burada әlә alınan mövzu baxımından әsl
olan bu tәmәl özәlliyi ilә “iradә” olduğu üçün bu bölümdә iradәni ayrıca
“azad” deyә tәrif etmәyә ehtiyac görmәdim.

DETERMİNİZM, İNDETERMİNİZM VӘ İRADӘ


Determinizmin, insanın iradәsinin varlığına ehtimal verilib­
verilmәyәcәyinin müzakirәsi, Qәdim Yunan mәtinlәrindәn başlayaraq

113
günümüzә qәdәr bir çox yerdә qarşımıza çıxar.149 Elmi sahәdә әtraflı,
sistematik bir kosmologiya vә buna bağlı olaraq determinizm fikri isә ilk
dәfә XVII әsrdә Kepler, Qaliley vә xüsusi ilә dә Newton kimi elm
adamlarının çalışmaları ilә yayqın görüş oldu. Bu müddәtdә ortaya
qoyulan kosmologiyaya görә, kainat riyazi qanunlar çәrçivәsindә
işlәyirdi vә kainatın bütününә eyni qanunlar hakim idi. Bu
kosmologiyanın tәsiri ilә Laplas kimi elm adamları, elmi determinizm
düşüncәsinin hakim görüş olmağında önәmli rol oynadılar.150 Laplasa
görә kainatın bәlli bir zaman dilimindәki bütün zәrrәciklәrin olduğu
yerini vә sürәtlәrini bilәn fәrzi üstün bir zәka (mövcud әdәbiyyatda
Laplasıın cini ­Laplace’s demon­ olaraq bilinir), kainatın bütün keçmiş
vә gәlәcәyini dә hesablaya bilәr.151 Bu görüşә görә kainatdakı maddi
zәrrәciklәr, kainatın riyazi olaraq ifadә edilә bilәn qanunları çәrçivәsindә
bir sonrakı halı tәyin edәr, bir sonrakı vәziyyәtdәki zәrrәciklәr isә eyni
şәkildә ondan sonrakı vәziyyәti edәr vә bu hal belә davam edәr. İnsan
zehnini dә tamamilә eyni qanunlara tabe, tamamilә eyni zәrrәciklәrdәn
ibarәt bir quruluş olaraq qәbul etsәniz; zehnin hәr vәziyyәti (әlbәttә
iradәli tәsirdә olma olaraq qruplaşdırılanlar da) maddi zәrrәciklәrin
qaçınılmaz olaraq tәyin edilmәsinә dönüşәr, bu portretdә isә öz әlimizdә
olduğunu düşündüyümüz seçimlәrimiz, yәni iradәli davranışlar,
beynimizdәki maddi zәrrәciklәrin әvvәlki yerlәrini tәyin etdiyi vә fәrqli
hal mümkün olmayan vәziyyәtlәr kimi görünmәkdәdir. Qısacası bu
portretdә, iradәnin sadәcә bir illüziya olub­olmadığı müzakirә edilmişdir.
Bәzilәrinә görә bu kainat tәrifindә, bizim mavi köynәyi seçdiyimizi
düşünmәyimiz, maddi zәrrәciklәrin başqa cürü mümkün olmayacaq
şәkildә tәyin etdiyi bir beyin halıdır. Yәni bizim “köynәk seçmәyimiz”
deyә bir hal mövcud deyildir.
İslam filosofu İbn Sina152 vә determinist elm anlayışının hakim
paradiqma olmağına qatqısı olmuş isimlәrdәn Dekart,153 Laplasçı bir
kainat anlayışı ilә iradәnin varlığını inkar edәnlәri dinlәsәydilәr, kainata
determinist qanunların hakim olduğu fikri ilә bir problemlәri olmazdı.
Amma insan zehninin (ruhunun) tәbiәtdәki maddi quruluşlardan fәrqli
149
Michael Frede, A Fr ee Will: Or igins of the Notion in Ancient Thought, University of California Press,
Berkeley, 2011.
150
Stephen Hawking, Ceviz Kabuğunda Evr en, Çev: Kemal Çömlekçi, Alfa Yayınları, Bursa, 2002, s. 104; Stephen
Hawking, A Br ief Histor y of Time, Bantam Books, New York, 1990, s. 53.
151
P. S. Laplace, A Philosophical Essay on Pr obabilities, Dover, New York, 1951.
152
İbn Sina, “Var Olma Şüuru Hәr Şeydәn Әvvәl Gәlir”, Çev vә Ed: Mahmut Kaya, Felsefe Metinler i, Klasik,
İstanbul, 2005, s. 295­298
153
Descartes, Meditations, Çev: F. E. Sutcliffe, Penguin Books, Londra, 1968, s. 150­169.

114
olduğunu (ayrı bir cövhәr olduğunu), iradәnin insan zehninin bir özәlliyi
olduğunu vә maddi quruluşlardan fәrqli özümüz ilә әlaqәli insan
iradәsinin fizika elmindәki tәbiәt qanunları ilә açıqlana bilmәyәcәyini
müdafiә edәrdilәr. Әlavә olaraq zühur olma (emergence) görüşünü
müdafiә edәnlәrin bir çoxu, Dekart vә İbn Sina kimi dualizmi (zehnin
maddә xarici bir quruluşda olduğunu) müdafiә etmәdәn, zehnin iradә
özәlliyinin zühur edәn bir quruluş olduğunu, yәni iradәnin maddi
zәrrәciklәrdәn ibarәt beyindә reallaşsa da determinist qanunlarla tәyin
edilmәdiyini ifadә edәrlәr. Zühur olma görüşünә görә, zәrrәciklәrdәn
ibarәt bütündә, zәrrәciklәrә baxaraq anlaşılamayacaq özәlliklәr zühur
edәr. (Zühur olma görüşünü “şüur vә mәnlik dәlili” bölümündә dә әlә
alacağam.) Qısacası düalizm vә zühur olma görüşlәrindәn hәrәkәt ilә
elmi determinizmin insan iradәsini әhatә ifadә edәn anlayışlar müdafiә
edilmişdir. Bu anlayışlara dayanaraq fiziki dünyada ortaya çıxan
determinizmin, insan iradәsini yox etmәdiyi, çünki iradәnin fiziki
dünyadakı determinist proses kimi anlaşıla bilmәyәcәyi ifadә edilmişdir.
XX әsrin ilk yarısında ortaya qoyulan kvant nәzәriyyәsi, ilk dәfә,
fizika sahәsindә kainatın hәqiqi quruluşunun indeterminist olduğu ifadә
edildi. Kvant nәzәriyyәsi ilә ortaya atılan bu “obyektiv indeterminizm”154
iddiası haqqında elm adamları arasında çox müzakirәlәr yaşanmışdır vә
hәlә dә yaşanmaqdadır; bu müzakirәlәrdә, indeterminizmin kainatın
(xüsusilә atom sәviyyәsindәki mikro dünyanın) gerçәk quruluşu olduğu
fikri olduqca geniş yayılmışdır.155 Daha әvvәlcәdәn iradә mövzusu
determinist kainatın buna icazә verib­vermәyәcәyinә köklәnәn bir
çәrçivәdә әlә alınmaqda idi. Mәsәlәn, zamanının hardasa bütün
mütәfәkkirlәri kimi Newton fizikası paradiqmasına bağlı bir kainat
görüşünә sahib olan Kant, mәşhur antinomilәrindәn (Kant termini)
üçüncüsündә, determinizmin azad iradәyә yer buraxmamağı vә azad
iradәnin davranış sәrgilәmәsi arasındakı ziddiyyәtә diqqәt çәkirdi.156 Bu
154
“Obyektiv indeterminizm” vә “antoloji indeterminizm” ifadәlәri ilә, kainatın gerçәk quruluşunun indeterminist
olduğu; bu indeterminizm halınınn bizim nәzәriyyәlәrimizdәki bir çatışmazlıqla әlaqә olmadığı ifadә edilir.
Bilgilәrimizdәki çatışmazlıqlardan qaynaqlanan indeterminizm isә “subyektiv indeterminizm” vә ya “epistemoloji
indeterminizm” olaraq adlandırıla bilәr. Xatırlanacağı üzrә Einstein kimi önәmli fiziklәr, kvant nәzәriyyәsi ilә bağlı
düsturlarda ortaya çıxan indeterminizmin kainatın gerçәk halı olmadığını, bu halın nәzәriyyәlәrimizdәki
çatışmazlıqlardan qaynaqlandığını, yәni “subyektiv indeterminizm”in mövcudiyyәtini, obyektiv halın determinist
olduğunu müdafiә etmişdilәr. Fәqәt 20­ci әsrdә bu sahәdәki irәlilәyişlә, Einsteinin qarşısında indeterminizmi
müdafiә edәn Kopenhaq şәrhi daha yayqın görüş olmuşdur. Bu mövzu hәlә fizika fәlsәfәsinin hәrarәt ilә müzakirә
edilmәyә davam edәn mövzularından biridir: Caner Taslaman, Kuantum Teor isi, Felsefe ve Tanr ı, İstanbul
Yayınevi, İstanbul, 2008, s. 57­90
155
James Cushing, “A Background Essay”, Ed: James T. Cushing ve Ernan McMullin, Philosophical Consequences
of Quantum Theor y, University of Notre Dame Press, Notre Dame, 1989
156
Immanuel Kant, The Cr itique of Pur e Reason, Çev: J. M. D. Meiklejohn, William Benton, Chicago 1971, s. 140.

115
problem Kant fәlsәfәsinin formalaşmasındakı әn önәmli özәlliklәrdәn
biri olmuşdur. Determinist anlayışlar çәrçivәsindә iradә mövzusu
incәlәnәrkәn, kvant nәzәriyyәsi ilә dilә gәtirilmәyә başlayan
indeterminizm görüşü, bir çox mütәfәkkiri, iradә mövzusunun
incәlәnmәsindә ciddi fәrq ortaya çıxa bilәcәyi düşüncәsinә sövq etdi.157
Belәcә anlaşılması әn çәtin fәlsәfi mövzulardan biri olaraq qәbul edilәn
(azad) iradә problemi, fizikanın anlaşılması әn çәtin vә şәrhindә әn çox
fәlsәfi müzakirә olan kvant nәzәriyyәsi ilә bәrabәr dәyәrlәndirilmәyә
başlandı.158
Determinizmdә eyni şәrtlәr altında A halının qaçınılmaz olaraq
B­yә sәbәb olacağı deyilәrkәn, indeterminizmә görә eyni şәrtlәr altında
A halı B­yә dә C­yә dә D­yә dә sәbәb ola bilәr. Yәni bәlli şәrtlәrdәki
fiziki halların nәticәsi qeyri­müәyyәndir. Bu anlayışda kainatın bәlli bir
anındakı bütün zәrrәciklәrini olduğu yer ilә әlaqәli vә fizika ilә bağlı hәr
şeyi bilsәniz belә gәlәcәyi tәxmin edә bilmәzsiniz. Çünki maddәnin
quruluşunun özündә qeyri­müәyyәnlik vardır. Qısacası kainatın özünә
qarışmış şәkildә (içkin) olarak “şans” vardır; “antoloji şans” kainatın
gerçәkliyidir. Burada bu sual soruşula bilәr: Madam ki, elmi
determinizmin kainatın gerçәk quruluşu olmadığı anlaşılmışdır;
determinizmin iradәnin varlığına tәhdidindәn qurtulduğumuza görә artıq
iradәnin varlığını rahat şәkildә qәbul edә bilәrik mi?
İradә problemini fiziki dünyaya determinizmin hakim olub­
olmadığı problemi halına salınmağının xәtalı olduğunu rahatlıqla deyә
bilәrәm. İndeterminizm ilә ortaya çıxan şansın, iradәnin açıqlaması
olmayacağı, tәsadüfi ortaya çıxan bir nәticәnin heç bir şәkildә iradәni
açıqlamaqda yetәrli olmayacağı, bir çox filosof tәrәfindәn
vurğulanmışdır.159 Mavi köynәyi kainatdakı tәsadüflәrin (indeterminizm)
nәticәsindә seçdiyinizi düşünün; bu seçimi iradәli etdiyinizi düşünәrsiz?
İstәdiyi qәdәr kainatdakı maddәnin әvvәlki halı qaçınılmaz olaraq, sizi
bu köynәyi seçmәyә tәşviq etmiş olsun, seçiminiz bir tәsadüfün mәhsulu
olduğu müddәtdә iradәli seçim etdiyinizi düşünә bilmәzsiniz (Hume bu
anlayışı dilә gәtirәn filozoflara örnәk olaraq verilә bilәr).160Bir çox

157
Bir örnәk olaraq baxın: Thomas Tracy, “Creation Providence and Quantum Chance”, Ed: Robert John Russell vә
digәrlәri, Quantum Mechanics, The Center for Theology and the Natural Sciences, Berkeley, 2001.
158
Bu iki mövzunu bu kitabımda bәrabәr dәyәrlәndirdim: Caner Taslaman, Kuantum Teor isi, Felsefe ve Tanr ı, s.
169­221.
159
Colin McGinn, Pr oblems in Philosophy, Blackwell Publishers, Oxford, 1998, s. 80.
160
David Hume, An Enquir y Concer ning Human Under standing, Ed: Peter Milikan, Oxford University Press,
Oxford, 2007.

116
fәlsәfәçi kainatın quruluşu istәr determinist, istәr indeterminist olsun
iradәyә yer qalmayacağını vә bu dilemmanın aşıla bilmәyәcәyini
düşünmüşdürlәr.Mәsәlәn Richard Doublenin ifadә etdiyi kimi “hansı
alternativi seçәrsәn seç, azad iradә yoxdur” (no free will either way)
deyәnlәr olmuşdur.161 Mәncә, bu problem әlә alınarkәn, determinizmin
vә indeterminizmin kainatın quruluşu olub­olmadığı ilә, bizim
mәnliyimizin, daxili quruluşunun determinist, yoxsa indeterminist
olduğu hallarının bәrabәr әlә alınmağı qarışıqlığın sәbәbidir. Bu ayırımı
etmәk iradә problemini hәll etmәkdә açardır vә bәhs edilәn dilemmaya
diqqәt çәkәnlәrin böyük qismi bu ayırıma diqqәt etmәmişdirlәr.
İnsan zehni xaricindә qalan digәr sahәlәrin determinist quruluşda
olduğu, yoxsa indeterminist quruluşda olmağı, iradә problemi
baxımından bir fәrq yaratmaz. Ulduzların daxili quruluşunda,
dünyamızda әsәn külәkdә, atomların daxili dünyasında, hәtta
vücudumuzdakı böyrәk kimi organlarda determinist vә ya indeterminist
bir quruluşun olmağı iradәnin varlığına tәhdid yaratmaz.162 Edilmәsi
lazım olan, bütün çәtinliyinә baxmayaraq “mәnlik” ilә xaric arasına sәdd
çәkmәkdir. “Mәnlik” dediyimiz varlığı, istәr düalizmdә müdafiә edildiyi
kimi ayrı bir cövhәr olaraq әlә alaq, istәr sadәcә beynin quruluşundan
qaynaqlanan bir varlıq olaraq әlә alaq, heç kim “mәnlik” ilә xaric
arasındakı sәrhәddin necә çәkilә bilәcәyini göstәrә bilmәmişdir vә
bilmәmәkdәdir. Onsuzda bu sәrhәdd çәkmә kimi önәmli halın bәzilәrinә
görә önәmsәnmәmiş olmağının sәbәblәrindәn biri budur. Fәqәt bu
sәrhәddi çәkmәsәk dә nәzәri olaraq belә bir sәrhәddi zehnimizdә
yaradaraq mövzunu әlә almalıyıq. Bu sәrhәddi qoyduğumuz zaman
“mәnlik” xaricindәki kainatın, istәr determinist, istәr indeterminist
olduğunu düşünәk; burada “iradә” baxımından önәmli olan, kәnardan
baxan, ancaq şәxsin daxili quruluşunu bilmәyәnlәrin (Laplasın cini kimi
hәr şeyi hesablama qabiliyyәtlәri olsa belә), xaricdәn gәlәn bütün
xәbәrdarlıq vә tәsirlәrә qarşı şәxsin nә edәcәyini bilmәmәklәridir. Yәni,
eyni xәbәrdarlıqlar vә şәrtlәr altında başqa bir şәxs olsaydı, başqa şәkildә

161
Richard Double, Metaphilosophy and Fr ee Will, Oxford University Press, New York, 1996, s. 123.
162
Kainatda heç bir şәrt tanımayan bir indeterminizm olsaydı, maddәnin әvvәlki hallarının sonrakı halları tәyin
etmәsindә әvәzedilmәz qopuqluqlar mövcud olsaydı; mәsәlә bir gün istilәnәn su qaynadığı halda, bir gün donsaydı,
bir gün irәli adım atdığımızda irәli gedәrkәn, bir gün uçsaydıq, әşyalar bir gün yox olarkәn, başqa bir gün öz­özünә
ortaya çıxsaydı, zehnimizin bu qarışıqlıqda kainatı anlamağı mümkün olmazdı. Ağıl yeritmәyin mümkün olmadığı
belә bir halda iradәni mәnalı şәkildә istifadә etmәk dә mümkün olmazdı.(iradә özәlliyinә sahib olma potensialımız
mövcud olsaydı belә). Nәticәdә tamamilә tәsadüfilik mәnasıına gәlәcәk bir indeterminizmin olmamağı, ağıl vә
iradәnin işlәyә bilmәyinin şәrtlәrindәndir. Amma zehnin kainatı anlamağına mane olmayacaq ölçüdә bir
indeterminizm (kainatda “ontoloji ehtimallar”ın varlığı) ağlın vә iradәnin varlığına tәhdit olmaz.

117
reaksiya verә bilirsә vә başqa bir davranışı seçә bilirsә, o şәxsin iradәli
olduğu deyilә bilәr.
Konkret bir örnәk verim: Fәrqli şәxslәrin boynuna vurmaq kimi
xoşagәlmәz bir sınaq keçirdiyimizi düşünün; bu sınaqda vuranın әlinin
quruluşu vә vuruşunun şiddәti, boynuna vurulanın boyun qalınlığı, o
günki hava şәraiti kimi fiziki bütün detalları bildiyimizi, fәqәt boynuna
vurulan şәxsin “mәnliyini” ortaya çıxaran hәr nәdirsә, istәr beynin bir
bölümü, istәr neyronların birlikdә işlәyişi, istәr beyindәn müstәqil bir
cövhәr olsun, onun iç özәlliklәrini bilmәdiyimizi düşünün. Bu halda,
boynuna vurulan şәxs, qaçınılmaz olaraq tәk davranış sәrgilәyәcәk
olsaydı, yәni bu şәxsin, içindә olduğu “özü xaricindәki” şәrtlәr onu tәk
tip bir davranışa, determinist bir şәkildә sövq etsәydi, şәxsin davranışının
iradәli olduğundan bәhs edilә bilmәzdi. Әlavә olaraq şәxsin içindә
olduğu şәrtlәrin indeterminist quruluşda olduğunu düşünәk; әgәr bundan
dolayı bu şәrtlәrdә şәxs fәrqli davranışlar göstәrә bilirsә, o zaman şәxsin
iradәsi olduğu açıq şәkildә deyilә bilәrmi? Әlbәttә ki, xeyr; çünki әsl
problem, xarici quruluşun şәxsi istәr determinist, istәr indeterminist bir
şәkildә olsun, bir davranışı reallaşdırdığı alternativinә qarşı, şәxsi öz ağlı
vә hisslәrinin kömәyi ilә, xaricin tәsirindәn bәlli bir azadlıq çәrçivәsindә,
seçim edib, edә bilmәmәyindәdir. Nәticәdә “xaricdә” var olan
determinizmin, şәxsin davranışını tamamilә tәyin etmәmәyi şәrtdir.
Amma indeterminizm dә mütlәq olaraq iradәnin varlığını qaranti etmәz.
Әgәr kainatın determinist quruluşu bilindiyi kimi şәxsin daxili özәlliklәri
(istәr sırf maddәdәn ibarәt olsun, istәr maddә xarici bir quruluşda olsun)
dә bilinәrsә vә belәcә hәr bir şәxsә baxdığımız zaman boynuna vurulan
şәxsin tam olaraq nә reaksiya verәcәyini hesablaya biliriksә, mәncә, bu
şәxsin iradә sahibi olduğunu demәyimizdә bir problem yoxdur. Çünki
әsl mәsәlә, şәxsin xaricdәn gәlәn xәbәrdarlıqlara qarşı fәrqli davranışlar
arasında seçim edib, cavab verә bilmәyidir. Yәni, şәxsin daxili
özәlliklәrindәki determinizmdәn dolayı, fәrqli davranış sәrgilәmәmәyi
iradә üçün tәhdid deyil; şәxsin öz mәnliyi iradәsinә tәhdid ola bilmәz.
“Şәxsin öz mәnliyindәn (özündәn) müstәqil olmağı” ilә, iradә üçün
gәrәkli azadlığın yarana bilәcәyi kimi, özü ilә zidd bir iddianı müdafiә
etmәmәk lazımdır.Şәxsin özü­özündәn azad olması oksimorondur (bir­
biri ilә tamamilә zidd iki qavramın bir arada istifadәsi): Şәxsin özü
nәdirsә, özünü o edәn özәlliklәrindәn azad olmağı düşünülә bilmәz, bir
an üçün şәxsin özü nәdirsә, özünü o edәn özәlliklәrindәn X özәlliyini bir

118
kәnara buraxdığını düşünәk, bu şәxsiyyәt dәyişikliyini edәn dә eyni
şәxsdir. Nәticәdә bu dәyişiklik belә şәxsin özündәki X özәlliyindәn
“azad” olmağı ilә әlaqәsizdir. Şәxs nәdirsә, o olduğu üçün bu dәyişikliyi
edir demәkdir. Şәxsin daxili quruluşundakı determinizmin, iradәsinin
varlığını yox etdiyi deyilә bilmәz; önәmli olan, özü xaricindәki
determinizmin, başqa cür davranıb­davranmamağa imkan verib­
vermәdiyi, yәni iradәyә yer buraxıb­buraxmadığıdır. Әgәr şәxsin
şәxsiyyәti nәdirsә, o olan özәlliklәrindәn dolayı bu X dәyişikliyini
etmәmişdirsә, bu dәyişikliyin iradәli, yәni azad olduğu deyilә bilmәz.
Qısacası şәxsin mәnliyi, içindә tәsadüfilik mәnasına gәlәcәk bir
indeterminizm ilә iradә açıqlana bilmәz. Bu halda bәhsә mövzu olan
dәyişiklik, demәk ki, tәsadüfi vә ya başqa bir iradәli varlığın, şәxsin
üzәrindәki qәnaәti ilә olmuşdur.
Mücәrrәd izah yerinә konkret örnәk sevәnlәr üçün yenә bir örnәk
verim: Şәxs nәdirsә o edәn özәlliklәrindәn birinin arzular olduğunu
düşünәk vә içindәki pul sevgisindәn dolayı oğurluq etmә arzusu olan bir
şәxsin, oğurluq etmәdiyini düşünәk. Burada şәxsin azadlığını, özünü
nәdirsә, o edәn bu arzusundan azad olmağında axtarmamalıyıq. Çünki o
kәsdә bu arzuya uymağı әngәllәyәn, şәxsin yaxşı olmaq istәyi kimi digәr
arzuları vә ya o kәsi özü edәn özәlliklәrindәn biri olan, ağıl yeritmәk vә
bunun nәticәsindә oğurluqdan uzaqlaşmağıdır. Yәni özünә rәğmәn
(özünün özündәn azad olduğundan) bu şәxs oğurluqdan uzaqlaşmaz,
fәqәt özü olduğu üçün uzaqlaşar. Әgәr özü nәdirsә, o olduğu üçün
oğurluqdan uzaqlaşmamışdırsa; ya öz әlindә olmayan tәsadüfi bir sәbәb
(mәsәlәn oğurluq etmә arzusunu yox edәn fәrzi bir xәstәlik) ya da, başqa
bir iradәli varlığın bir tәsiri (zehninә şәxs fәrq etmәdәn tәsir edәn,
mәsәlәn bütün hafizәsini yox edәn bir güc) olmalıdır. Amma, bu xәyali
örnәkdәki kimi dәyişikliklәrin mәntiqi baxımdan mümkün olduğu qәbul
edilsә belә, o zaman da şәxsin X dәyişikliyini iradәli (azad) olaraq etmiş
olduğunu demәk olmaz. Nәticәsi daxili quruluşdakı tәsadüflәr (daxili
indeterminizm) vә ya daxilә xaricdәn müdaxilәlәr, iradәnin varlığını
dәstәklәmәk bir yana, hәtta yox edәr. (Bәlli davranışlara daxili
tәsadüflәrin sәbәb olmağı, sadәcә o davranışın iradәsiz olduğunu
göstәrir, şәxs buna baxmayaraq, belә olmayan digәr davranışlarında
iradәli ola bilәr.) Qısacası şüur sahibi şәxsin öz ağılı, hisslәri kimi daxili
quruluşu ilә qarşılıqlı tәsirdә olmağı iradәli olmağının şәrtlәridir. Ancaq
bu şәrtlәrә dayanan sәbәbә bağlı dәyişikliklәrin iradәli olduğu deyilә

119
bilәr.
Fәqәt iradә sahibi olmağımız, әlbәttә öz iradәmizi bizim
yaratdığımız mәnasını daşımaz. Teistlәrә görә Allah, (iradәnin varlığını
qәbul edәn) materialist­ateistlәrә görә isә tәbiәt qanunları vә
planlanmamış tәsadüfi bir proses iradәmizi ortaya çıxarmışdır. Burada
iradәnin varlığını; Allahın varlığına inananlar İlahi determinizmә,
ateistlәr isә elmi determinizmә bağlamış ola bilәr (bu alternativlәrdәn
hansının daha yaxşı açıqlama olduğu aşağıda müzakirә edilәcәkdir).
Fәqәt bu alternativlәrdәn birini mәnimsәyәnlәr, determinizm ilә dә
ortaya çıxsa, iradә sahibi şәxsin, yәni fәrqli alternativlәrdәn birini ağlı vә
hisslәri kimi motivasiyaları çәrçivәsindә seçә bilәcәk bir şәxsin varlığını
müdafiә etdiklәri tәqdirdә, iradәnin varlığını bir gerçәklik olaraq qәbul
edirlәr demәkdir. Bura diqqәt edin; iradәnin varlığı qarşısındakı tәhdid,
iradәnin varlığının determinizm ilә tәyin edilmiş olmağı deyildir. Fәqәt
iradә işlәyәrkәn iradә xaricindәki determinizmin (vә ya indeterminizmin)
iradә ilә seçildiyi zәnn edilәnlәri (geyәcәyi köynәyi seçmә v.s.) tәyin
etmәyi, yәni әslindә şәxsin öz motivasiyaları çәrçivәsindә seçim
etmәmiş olmağı, seçimlәrinin illüziya olmağıdır. İradәmiz ilә, iradәli
olmağı seçmәmişdәn әvvәl iradә sahibi olduğumuz açıq bir hәqiqәtdir.
Onsuzda sonradan var olan heç bir varlıq, olmadığı bir halda özünün var
olub­ ola bilmәyәcәyini iradә edә bilmәyәcәyinә görә, başqa cür ola
bilmәz. Ama bu hal, gerçәk bir varlıq olaraq iradәmizin olmadığını heç
bir şәkildә göstәrmәz. Bu, yaşıl gözlü olmağı seçmәsәk dә, yaşıl gözlü
olmağımız gerçәyinin dәyişmәyәcәyinә bәnzәyir.
Problem, şәxsin, öz iç motivasiyaları ilә sәbәbә bağlı bir tәsir
edib­edә bilmәmәyindәdir. Yәni, mәsәlә bütünündәn ziyadә, şәxsin
zehninin daxili quruluşu ilә әlaqәlidir. Әgәr insan zehni, tәkcә maddi
quruluşdadırsa, problem, maddi dünyanın passiv quruluşunun necә
“ağılla düşünәrәk davranışlar sәrgilәyәn bir mәnliyә” dönüşә
bildiyindәdir (bu sualın daha yaxşı anlaşılmağı üçün әvvәlki “ağıl dәlili”
bölümündә deyilәnlәr önәmlidir). “Ağıl ilә sәbәbә bağlı tәsirdә olan
şüurlu mәnlik” olmaq, fizikanın izah etdiyi maddi dünyadan o qәdәr
uzaqdır ki, fizikanın qavramları, “ağılla sәbәb әsaslı tәsirdә olan şüurlu
mәnlik” ilә әlaqәli bir anlayış ortaya qoya bilmir. Şәxsin davranışları ilә
“yuxarıdan aşağıya” (top down) tәsirdә olmağı kimi bir fenomenә necә
keçid edildiyini fiziki bir nәzәriyyә ilә anlamaq mümkün deyildir.163
Zehnin “yuxarıdan aşağı” tәsirinin önәmini әlә alan bir çalışma olaraq baxıla bilәr: George Ellis, “Quantum
163

Theor y and the Macr oscopic Wor ld”, Ed: Robert John Russell vә digәrlәri, Quantum Mechanics, Center for

120
Atom altı zәrrәciklәrin hәrәkәtlәri ilә, “aşağıdan yuxarı” (bottom up)
tәsir ilә, fiziki dünyadakı bütün formalaşmaları açıqlaya bilәcәyini
düşünәn “bәsitçi fizikalizm”in gözlәntisi yerinә iradәnin “yuxarıdan
aşağı” sәbәb әsaslı tәsirdә olmağı, fiziki nәzәriyyәlәrin nüfuz edә
bilmәdiyi vә davamlı iç dünyamızda şahid olduğumuz bir fenomendir
(mәsәlәn hәr әlimizi qaldırıb, әl etdiyimiz zaman buna şahidlik edәrik).
Problem “şüurlu mәnliyin ağıl ilә sәbәb әsaslı tәsirdә olmağı”
fenomeninә fizikanın izah etdiyi maddi kainatda yer tapmamağıdır.
Yoxsa problem fizikanın içindәki determinizm vә indeterminizm ilә
bağlı müzakirәlәrdә deyildir.
Burada insan beynini ortaya çıxaran maddi quruluşda, atom
sәviyyәsindәki (kvant nәzәriyyәsindәn dolayı qәbul edilәn)
indeterminizm sәbәbi ilә “antoloji boşluqlar” olduğu görüşünün bir
üstünlüyü olduğunu düşünәnlәr olmuşdur. Bu yol ilә iradәnin tәrifi olan
“fәrqli olanı edә bilmәk” faktına, modern fizikanın verdiyi mәlumatların
çәrçivәsindә yer açılmağa çalışılmışdır. Belә bir modeldә, iradә,
“yuxarıdan aşağı” bir şәkildә atom sәviyyәsindәki antoloji boşluqları
tәyin edәrәk, beynin içindәki on milyardlarla neyronun vә qarşılıqlı
tәsirin içindә “kәpәnәk effekti” (kәpәnәk effektinә görә sistemin
başlamğıcında baş verә bilәcәk çox kiçik dәyişiklik belә, çok böyük
tәsirin olduğu bir proses içindә böyük bir fәrqә sәbәb ola bilәr)164 ilә
mövcud ehtimallar içәrisindәn seçimini tәyin edәr. Bu tәrz bir görüş ilә,
heç bir fizika qanunun pozulmadığı (beyni incәlәyәcәk bir şәxsin
beyindә heç bir fizika qanunun pozulmadığı tәyin edә bilmәyәcәyi),
bununla bәrabәr iradәnin “yuxarıdan aşağı” tәsiri ilә fәrqli seçimlәri
reallaşdırma qabiliyyәtinin olduğu bir model ortaya qoyulmağa
çalışılmışdır. Buna bәnzәr modellәr dәyәrlәndirildiyi zaman kainatın
determinist yoxsa, indeterminist quruluşda olduğu önәm qazana bilәr.
Amma yenә dә iradә mövzusu, tәmәl olaraq, kainata hakim olan fiziki
quruluşun determinist, yoxsa indeterminist olduğu sualını aşan “şüurlu
mәnliyin ağlı vә ya hisslәri ilә sәbәb әsaslı tәsirdә olmağı”nın mәnasını
tәyin etmә mәrkәzli fәlsәfi bir mövzudur (әlbәttә bu fәlsәfi problem
müzakirә edilәrkәn fizikanın verdiyi bilgilәr dәyәrlәndirilmәlidir).

Theology and the Natural Sciences, Berkeley, 2001, s. 264­269.


164
“Kәpәnәk effekti” haqqında baxın: James Gleick, Kaos, Çev: Fikret Üçcan, TÜBİTAK Populyar Elm Kitabları,
Ankara (2003), s.15­16, 114­119.

121
LİBET TӘCRÜBӘLӘRİ
İradәnin gerçәk bir varlığının olmadığı iddiası, bәzi fәlsәfi
görüşlәr ilә bәrabәr, nevrologiya sahәsindәki bәzi tәcrübәlәrә dә istinad
edilәrәk müdafiә edilmәyә çalışılmışdır. Bu sahәdә özәlliklә 1980­ci
illәrdә Benjamin Libetin keçirdiyi vә daha sonra bәnzәr şәkildә keçirilәn
tәcrüblәr ön plana çıxır. Bu tәcrübәlәr qısaca belәdir: Tәcrübәyә
qatılanlar bir stula otururlar vә üzәrindә tәcrübә keçirilәcәk olanların
beyinlәrindәki fәaliyyәtlәri tәyin edәcәk şәkildә elektrodlar yerlәşdirilir.
Tәcrübәdәkilәrdәn bir düymәyә basmaqları kimi bәsit bir şey istәnilir,
bu düymәyә bәlli bir zaman içәrisindә basacaqdırlar, düymәyә basma
hәrәkәtini qırx dәfәyә qәdәr edәcәkdirlәr vә istәdiklәri zaman düymәyә
basacaqlar. Bu düymәyә basmaq üçün içlәrindә bir istәk oyandığı anı
isә, qarşılarında duran saata baxaraq tәyin etmәklәri istәnilir. Bu
tәcrübәlәrin sonunda tәsbit edilәnlәrә görә, düymәyә basmaq istәyi
oyandığının bәyan edildiyi zamandan 0,2 saniyә sonra düymәyә basırıq.
Әsl müzakirәyә sәbәb olan mәlumat isә, düymәyә basmaq istәyi
oyanmadan 0,35 saniyә qәdәr әvvәl (düymәyә basmadan 0,55 saniyә
әvvәl) beynimizdәki әlaqәli bölgәdә fәaliyyәtin başlamağıdır. Bu
fәaliyyәt “hazırlıq potensialı” (readiness potential) olaraq adlandırılır.165
Bu vә bәnzәri tәcrübәlәrin, azad iradәnin olmadığını göstәrdiyini
müdafiә edәnlәr, şüurlu olaraq iradәmizi istifadә166 etmәyimizi
sanmağımızdan әvvәl, beynimizin qәrar verdiyini (beyindәki dәrkindә
olmadığımız hazırlıq potensialının bunu göstәrdiyini) vә bizim sonradan
beynimizin onsuzda verdiyi qәrarın fәrqindә olduğumuzu, yәni
iradәmizin olduğunu vә qәrarı “bizim” verdiyimizi sanmağımızın bir
illuziya olduğunu ifadә etmişdirlәr.
Hәr hansı bir fәlsәfi arqumentlә vә ya elmi araşdırma ilә iradәnin
inkar edilә bilmәyәcәyini ifadә edәn arqumentimi bir sonrakı alt­
başlıqda tәqdim edәcәyәm. Belә bir arqumentә baş vurmadan bu
tәcrübәlәri әlә alaraq, niyә bu tәcrübәlәrin iradәnin varlığını inkar
etmәkdәn çox uzaq olduqlarını göstәrmәk istәyirәm. Libet tәcrübәlәrinә
diqqәt edilәrsә, bu tәcrübәlәrdәki iradә halının testi, gündәlik hәyatdakı
iradәmizi istifadә etdiyimiz davranışlardan olduqca fәrqlidir. Bu
tәcrübәlәrdә şәxs, öz daxili dünyasına yönәlәrәk adәtәn passiv bir rol alır

165
Benjamin Libet vә digәrlәri, "Time of Conscious Intention to Act in Relation to Onset of Cerebral Activity
(Readiness­Potential)", Br ain, No: 106­3, 1983, s. 623–642.
166
Modern elmin verdiyi mәlumatları istifadә edәrәk iradәnin varlığını inkar etmәyә çalışanlara bir örnәk: Michael
Gazzaniga, Who’s in Char ge, HarperCollins Publishers, New York, 2011.

122
vә içindәn gәlәn istәk vә xәbәrdarlıqların nәticәsi olaraq barmağını
oynadır vә ya düymәyә basır. Burada “hazırlıq potensialı”nın davranışı
reallaşdırmağa mәcbur edәn bir beyin fәaliyyәti olduğunu demәk üçün
bir dәlil yoxdur. Әksinә bu beyin fәaliyyәtinin reallaşıb, davranışın
reallaşmadığı hallar tәsbit edilmişdir. Libetin sonradan keçirdiyi bәzi
tәcrübәlәrdә göstәrdiyi kimi “hazırlıq potensialı”nı tәqib edәn barmağı
hәrәkәt etdirmә istәyindәn sonra, tәcrübә iştirakçılarının bu istәklәrini
veto edә bilәcәyi örnәklәr vardır (veto power). Yәni şәxslәr barmaqlarını
hәrәkәt etdirmәk qәrarlarından daşına bilirlәr. Libetdәn sonra, bәnzәr
tәcrübәlәr keçirәnlәr, bu veto gücünün olub­olmadığını müzakirә etmәyә
davam etmişdirlәr.
Әvvәlcә düymәyә basma istәyini dәrk etmәyin, sonra bu şüur
halını bәyan etmә qәrarının, sonra saata baxıb, bunu tәsbit etmәyin
hamısını, eyni anda olurmuş kimi düşünmәk nә qәdәr doğrudur?
Tәcrübәdә, “istәk oyanma anının bәyanı” edilәrkәn, bütün bunların eyni
anda olub, hamısının eyni hala qarşılıq gәldiyi qәbul edilmişdir. Alfred
Mele, içindә barmağını oynatma istәyinin dәrkinә varmağın vә bunun
saata baxaraq, saniyә­saniyә tәsbit etmәyin, tәrifinin nә qәdәr çәtin
olduğuna diqqәt çәkmişdir. Melenin dediyi kimi “hazırlıq potensialı”nın
davranışı reallaşdırdığına dair dәlil yoxdur; “hazırlıq potensialı”nın olub,
davranışların reallaşdırmadığı halların olmağı da buna dәlildir. Әlavә
olaraq bәzi tәcrübәlәrdә, şәxslәrdәn barmaqlarını oynatmaqları istәnmiş
vә ortalama 0,23 saniyәdә barmaqlarını oynatdıqları müşahidә
edilmişdir. Ancaq bu müddәt, şәxsin içindәki istәyin dәrkindә olduğunu
dediyi zamana çox yaxın olduğu halda “hazırlıq potensialı”ndan çox
uzaqdır. Siqnalın alınmağını davranışa keçmә qәrarı olaraq alsaq, bu
qәrarın beynin 0,55 saniyә әvvәl qәrar aldığını düşünәnlәrin zamanına
deyil, bәyan edilәn basma istәyi hiss etmә halının ortalama 0,2
saniyәsinә yaxın olduğu görünür. Üstәlik tәcrübә mühitindәn diqqәti
alaraq, davranışın sürәtini yavaşlatdığı üçün saatı qaldırdığınız zaman,
siqnaldan sonra barmağı hәrәkәtә keçirmә prosesi önәmli ölçüdә düşür.167
Libet tәcrübәlәri fәrqli şәkillәrdә şәrh edilmişdir. Mәsәlәn, Uwe
Meixner, iradәli bir qәrar üçün, qәrarla bağlı hallar haqqında şüurun
әvvәlcәdәn olmağı gәrәkdiyini, fәqәt bunun, qәrarın özündәn, anında
şüurlu bir şәkildә xәbәrdar olmağımız mәnasını daşımadığını ifadә
etmişdir. Buna görә şüurlu vә iradәli qәrar vermәklә, bu qәrarın dәrkindә

167
Alfred Mele, A Dialogue on Fr ee Will and Science, Oxford University Press, Oxford, 2013.

123
olub, bu qәrarı bәyan etmәyin arasında ayırım etmәk lazımdır. Meixnerә
görә, qәrarın әvvәl, qәrardan şüurlu şәkildә xәbәrdar olmağın sonra
olmağı normaldır.168 Buna görә Libet tәcrübәlәri, qәrardan sonra qәrar
haqqında dәrk etmә halımızın yarandığını gösdәrmiş olsaydı belә, bu,
qәrarımızın şüurlu bir şәkildә alınmadığını, yәni iradәnin bir illuziya
olduğunu, göstәrmәzdi.
Mәncә bütün bu detallara girmәdәn belә, bu tәcrübәlәrin iradәnin
yoxluğunu göstәrmәyәcәyini anlaya bilәrik. Bunu da gündәlik әn bәsit
davranışlarımızı analiz edәrәk gerçәklәşdirә bilәrik. Әvvәllcә tәcrübәdә
iştirak edәnlәr, tәcrübәyә qatılma vә bu tәcrübәdә düymәyә basma
qәrarını başdan vermişdirlәr; iradәnin göründüyü әn önәmli yer
burasıdır. Gündәlik hәyatda öz hәrәkәtlәrimizi incәlәsәk, iradәmizә
yoldaşlıq edәn adәtәn bir çox avtomatik pilot olduğunu görәrik. Mәsәlәn,
mәktәbimizin evimizә yaxın olduğunu vә evimizdәn mәktәbә
getdiyimizi düşünәk. Evdә qalıb, televizora baxmaq vә ya maşın ilә
mәktәbә getmәk yerinә, yeriyәrәk mәktәbә getmәk qәrarı almaq, iradә
ilә reallaşan bir davranışdır. Fәqәt bu qәrardan sonra yolda gedәrkәn,
yolun ortasındakı çuxurun әtrafından dolaşarkәn, marketdәn sağa
dönәrkәn; bütün bu adımlarımızın hәr birini atıb­atmama üzәrinә
düşünüb , iradәmizlә tәk­tәk qәrar verdiyimizimi düşünürük? Әlbәttә ki,
xeyr. Başlanğıcdakı qәrarımız vә şüurumuzun açıq olduğu müddәtdә,
istәsәk bu qәrarı dәyişә bilmәyimiz, bu qәrar vә müddәti iradә ilә
reallaşdırdığımızı düşünmәk üçün yetәrlidir. Yoxsa bu zaman içәrisindә,
hәr adımı müstәqil şәkildә iradә ilә etdiyimizi düşünmürük. Zaman
içindәki hәr bir addım vә yoldakı çuxur әtrafından dolaşmaq kimi
davranışlar, әslinda zehnimizdәki avtomatik pilot kimi bir mexanizma ilә
reallaşır, yәni hәr bir addım üçün tәk­tәk düşünüb, müstәqil iradә
göstәrmәyimizә ehtiyac yoxdur; başlanğıcdakı iradә vә proses
müddәtindә açıq olan şüur, bütün prosesi iradәli edir. Eyni şey Libet
tәcrübәlәri üçün dә keçәrlidir, tәcrübәnin başlanğıcındakı tәcrübәyә
qatılmaqla bağlı iradә, bütün prosesi dә iradәli edir. Әlavә addım
atmaqdan vә ya çuxur әtrafında dolanmaqdan daha üstün olduğu deyilә
bilmәyәcәk olan, tәcrübәlәrdәki düymәyә basma davranışlarının hәr biri
için tәk­tәk iradә ilә qәrar almağa ehtiyac yoxdur. Başdan iradә edilmiş
bu davranışları reallaşdırmaqda kömәk edәn zehindәki avtomatik pilot
mexanizmasının prosesi tamamlamağı ilә, hazırlıq potensialı ilә
Uwe Meixner, “New Perspectives for a Dualistic Conception of Mental Causation”, J our nal of Consciousness
168

Studies, no: 15­1, 2008.

124
düymәyә basma istәyinin dәrkindә olmağın, bәyan edilmә zamanı
arasındakı fәrq rahatca açıqlana bilәr.

İRADӘNİN VARLIĞININ RӘDD EDİLӘ BİLMӘMӘSİNӘ


SӘBӘB? İRADӘNİN VARLIĞI HAQQINDAKI DӘLİLİN
TӘQDİM EDİLMӘSİ
İradәnin illüziya, yoxsa, fәrqli alternativlәr arasında seçim edә
bilәn bir varlıq olduğu, iradәnin varlığından hәrәkәt ilә, bir arqument
ortaya qoymazdan әvvәl aydınlığa qovuşmalıdır. Bu variantlardan
ikincisinin seçilmәsinin lazım olduğunu müdafiә edirәm. Әvvәlcәdәn
göstәrildiyi kimi, kainatda determinizmin vә ya indeterminizmin hakim
olduğunu deyәn fiziki nәzәriyyәlәr dә, Libet tәcrübәlәri kimi
araştırmalar da, iradәnin var olmadığını göstәrmәkdәn çox uzaqdırlar.
Teizm vә ateizm arasında seçimdә, teizmi seçmәyin daha tutarlı
olduğunu iddia edәn arqumentimә keçmәmişdәn әvvәl, iradәnin
inkarının mümkün olmadığını ifadә edәn arqumentimi bu bu cür tәqdim
edirәm.
1­ Ancaq bәlli bir varsayım (vә ya prinsip) әsasında әldә edilәn
nәticәyә dayanaraq, o varsayım (vә ya prinsip) inkar edilә bilmәz.
2­ Elmi fәaliyyәt vә fәlsәfi arqument ortaya qoymaq, iradәmiz olduğu
tәmәlinә dayanır.
3­ Heç bir elmi fәaliyyәt vә fәlsәfi arqument ilә iradәnin varlığı inkar
edilә bilmәz.
Arqumentin birinci bәndinin açıq olduğu deyilә bilәr. Әgәr bir
nәticәni ancaq bәlli bir varsayım әsasında әldә edirsinizsә, demәk ki, o
nәticәnin içindә o varsayım hәr zaman ana ünsür olaraq durur vә bu
varsayımı yox qәbul etdiyiniz zaman, o nәticә ortada qalmayacaqdır. Bu
sәbәbdәn, bu nәticә heç bir zaman bu varsayımın keçәrsizliyini
göstәrmәk üçün istifadә edilә bilmәz. Fәrz edin ki, nәticә ilә, varsayımın
keçәrsiz olduğunu göstәrdiniz, varsayım keçәrsiz olduğu zaman,
nәticәnin özü dә yox olacaqdır. Demәk ki, әlinizdәki o nәticәnin
varsayıma qarşı istifadә edilmәsi dә mümkün olmayacaqdır. Qısacası,
әgәr bir nәticә varsayıma dayanırsa, varsayım o nәticәdәn hәr zaman
daha tәmәldir. (Bu deyilәn ilә, iç tutarsızlığı göstәrmәyi qarışdırmamaq
lazımdır; iç tutarsızlıqda varsayıma dayanaraq, әldә edilmiş nәticә doğru
qәbul edilәrәk, varsayımın yanlış olduğu iddia edilmir.)
125
Arqumentin ikinci bәndinin dә aydın olduğu qәnaәtindәyәm.
Mәsәlәn, Libet tәcrübәlәrini düşünün. Libet, Libetin assistentlәri vә
iştirakçılar, bu tәcrübәlәri keçirmәk yerinә, başqa cür bir tәcrübә
keçirmәyi vә ya elmlә mәşğul olmaq yerinә futbol oynamağı seçә
bilәrdilәr. Bir şәkildә bu tәcrübәni deyil digәrini, futbol oynamağı deyil
elmlә mәşğul olmağı “seçmәk” demәk, iradәnin varlığını varsaymaq
demәkdir. Eyni vәziyyәt, fәlsәfi arqument ortaya qoyulduğu zamanda
keçәrlidir. İradә haqqında fәlsәfi arqumentlәr ilә mәşğul olanlar, bu
mәşğuliyyәtlәri yerinә, vaxtlarını bir yemәk mütәxәssisi olub, dünya
yemәklәrini kәşf etmәyә ayıra bilәrdilәr vә ya xalqın böyük qismi kimi
aktiv siyasәt ilә bağlı mәsәlәlәrdәn başqa mövzu ilә maraqlanmaya
bilәrdilәr. Yemәk mütәxәssisliyi yerinә fәlsәfә ilә mәşğul olmaq vә ya
aktiv siyasәt yerinә iradә ilә bağlı arqumentlәrә baş yormaq, bir “seçim
etmәk” demәkdir ki, iradә ilә nәzәrdә tutulan da budur. Әgәr elm
adamları vә fәlsәfәçilәr (әslindә davranış sәrgilәyәn bütün insanlar)
etdiklәri fәaliyyәtlәrdә iradәnin varlığını varsaymasalar, külәyin әsmәsi
ilә vә ya qayaların diyirlәnmәsi ilә, öz etdiklәri fәaliyyәt arasında bir
fәrq olduğunu deyә bilmәzlәr. Daha әvvәl ağıl dәlilindә göstәrildiyi
kimi, bu tip tәbiәtlә bağlı faktların “doğru” vә ya “yanlış” olduğundan
belә bәhs edilә bilmәz; Külәyin bәlli bir şekildә әsmәyi vә ya qayanın
bәlli bir şәkildә diyirlәnmәsinin “doğru” vә ya “yanlış” olduğu iddia
edilә bilmәz. Ağıl yeritmә qabiliyyәti olmayan bir iradә düşünülә
bilmәz. “Doğru” vә ya “yanlış” qavramlarının istifadәsinin mümkün
olmadığını dediyiniz an isә, nә elmi fәaliyyәt, nә dә fәlsәfi ağıl yeritmә
mümkün olar. Qısacası hәr elmi fәaliyyәt vә fәlsәfi arqument, iradәnin
var olduğu varsayımını özündә ehtiva edir.
Arqumentin üçüncü bәndindә ifadә edilәn nәticә, ilk iki bәndin
doğruluğu göstәrildikdәn sonra, mәcburi olaraq bu öncәlәrdәn çıxır.
Daha әvvәlki sәtirlәrdә arqumentin ilk iki bәndinin doğruluğu
göstәrildiyinә görә heç bir elmi fәaliyyәt vә fәlsәfi arqumentlә iradәnin
varlığının inkar edilә bilmәyәcәyi nәticәsini әldә edirik.
Bu nәticә, elmi fәaliyyәtlә mәşğul olduqlarını vә fәlsәfi
arqumentlәr törәtdiklәrini zәnn edәn, әslindә iradәlәrinin belә var
olmadığı insanların olduğu (bütün bunların illüziya olduğu) mümkün bir
dünyanın olmayacağını göstәrmәz. Mәntiqi baxımdan belә bir dünyanın
olmağı mümkündür. Amma belә bir mümkün dünyada belә elmi
fәaliyyәtlәr ilә vә fәlsәfi arqumentlәr ilә iradәnin olmadığı göstәrilә

126
bilmәz. Çünki, elә bir mümkün dünyada hәr şey sadәcә illüziya olacağı
üçün bir şeyi “göstәrmәk” dә mümkün olmaz. Çünki “göstәrmәk”
tәşәbbüsü, iradәnin var olduğu varsayımını özündә ehtiva edir. Qısacası
iradәnin varlığına qarşı edilәn etirazlara qarşı, iradәnin varlığını müdafiә
edәnlәr “әn yaxşı açıqlama” formasında daha uğurludurlar. Etiraz
edәnlәrin, etiraz etdiklәri anda “iradәnin varlığını varsayaraq iradәyә
etiraz etdiklәri” üçün etirazları keçәrsiz olur. Ancaq iradәnin varlığını
müdafiә edәnlәrin iddialarını keçәrsiz edәcәk belә bir etiraz gәtirilә
bilmәz.
Bunlar iradәnin varlığına qarşı bir arqument qurula bilmәyәcәyini
gösdәrir. Digәr yandan, iradәnin var olduğunu iddia etmәk üçün, sağlam
düşüncә xaricindә mәntiqi sәbәblәrә dә sahibik. Bütü insanlıq tarixinә
vә insanların bütün tәhsil keçmişlәrinә bir baxaq. İnsanın iradәsini yox
saydığınız zaman, bütün insanlıq tarixindәki inkişaf vә insanların bütün
tәhsil proseslәri dә mәnasızlaşacaqdır. İnsandan iradәni götürdüyünüz
zaman Napoleonun başlatdığı bir müharibәdә verәcәyi qәrarlar da,
mәktәbdә coğrafiya dәrsindә öyrәndiklәriniz dә mәnasızlaşır. Müharibә
başlatmaq ancaq insan iradәsinә istinad ilә mәnalı olduğu kimi, hәr hansı
bir öyrәnmә prosesi dә, ancaq iradәyә istinad ilә mәnalıdır. İradәni yox
saydığınız zaman, bütün öyrәnilәnlәr mәnasını itirir. Bütün öyrәnilәnlәr
yenә külәklәrin әsmәyi,qayaların diyirlәnmәyi kimi fiziki faktlardan
ayırd edilә bilmәz. Әgәr iradә ilә kainatda sәbәbә bağlı tәsir yarada
bilmiriksә, onda bütün tәhsil prosesimiz mәnasızdır. Çünki tәhsil
nәticәsindә ortaya çıxan zehin, bir davranış fәrqi yaradır. Әks halda
kainatdakı bizim dә içindә olduğumuz bütün qarşılıqlı tәsirlәr, bir daşın
digәri ilә toqquşmasından fәrqsizdir, zehnin bir tәsiri yoxdur! İradәmiz
yoxdursa, oturduğumuz stuldan televizorlara, oxuduğumuz kitabdan
komputerlәrә qәdәr hәr şeyin, kainatdakı tәsadüflәrin (arxasında iradә
olmayan) bir mәhsulu olduğunu düşünmәk lazımdır! Bu görüşә görә
qayanın yuvarlanaraq televizor düzәltmәyi ilә, insanın televizor
düzәltmәsi arasında bir fәrq qalmır! Göründüyü kimi, iradәnin inkarının
yol açacağı nәticәlәrin mәntiqi baxımdan qәbulu mümkün deyildir.
İradәnin gerçәk bir varlığı olmadığını müdafiә edәnlәr, şüurun bir
epifenomen olduğunu müdafiә etmәk mәcburiyyәtindә qalacaqdırlar. Bu
görüşü ortaya atanlar, böyük ehtimalla şüurun tәkamül prosesindә ortaya
çıxdığını müdafiә edәcәkdirlәr. Fәqәt tәkamül nәzәriyyәsinә görә, tәbii
seçmә prosesindә canlıya fayda verәn özәlliklәr seçildiyi halda, fayda

127
vermәyәn özәlliklәr әlәnir. Әgәr iradә yoxdursa, şüur sahibi şәxs
kainatda heç bir sәbәb әsaslı tәsir yarada bilmir demәkdir. O zaman isә,
şüurun tәbii seçmә ilә seçildiyini demәk mümkün deyildir. Çünki, belә
olduqda, şüurun var olmağının üstünlük tәşkil edәn bir özәlliyi dә
qalmaz. Bunun nәticәsindә iradәni inkar edәn şәxslәrin iki variantla
qarşı­qarşıya qaldığını deyә bilәrik: İlk variant şüurun da varlığının
inkar edilmәyidir ki, şüur iradәdәn belә daha tәmәldir. Şüurun illuziya
olduğu mümkün bir dünya yoxdur (şüurun mәzmunu illuziya vә ya
halüsinasiya ola bilәr. Amma özü ola bilmәz. Çünki illuziya vә
halüsinasiyanın hәr ikisi, bir şüur halıdır. Bu hal daha әtraflı “şüur dәlili”
bölümündә әlә alınacaqdır). İkinci variant isә şüurun tәbii seçmә ilә
yaranmamış, tәkamülün әlavә bir mәhsulu olmağının iddia edilmәyidir.
İnsanın әn sadә quruluşunu belә tәbii seçmәyә istinad edәrәk açıqlamağa
çalışan bir nәzәriyyәnin, insanın sahib ola bilәcәyi әn mükәmmәl
özәlliyi olan şüurunu bir әlavә mәhsul olaraq dәyәrlәndirәcәyini
düşünmәk axmaqlıq olaraq görünür.
Üstәlik iradәmiz әgәr “illuziya”dırsa vә heç bir şeyә sәbәb
olmursa, olan hadisәlәrlә iradә hissimizin arasındakı uyğunluğun
sәbәbini dә görmәk mümkün deyildir. Çünki olan hadisәlәr ilә iradә
hissimiz arasında uyğunsuzluqlar da olsaydı (mәsәlәn qabağa addım
atmaq istәyәrkәn, bәzәn qolumuz qalxsa, stula oturmağa qәrar vermişkәn
havaya tullansaq), kainatda iradәmiz heç bir şeyә sәbәb olmadığı üçün
bir problem çıxmazdı. Yәni, heç istәmәdiyimiz davranışlar edәn bir
bәdәni davamlı gözlәmәyimiz üçün heç bir sәbәb olmazdı. Nәticәdә
iradә hissimiz ilә gözlәdiyimz faktlar arası uyğunluq da, iradәmizin
gerçәk varlığı olmadığını iddia etmәyin, sağlam düşüncәyә uzaq olduğu
qәdәr, mәntiqә dә uzaq bir iddia olduğunu göstәrir.
Qısacası ortaya qoyulan arqumentin yanında, insanlıq tarixinin vә
tәhsil prosesinin mәna qazanmağı da, reallaşdığına şahidlik etdiyimiz
davranışlarla hiss etdiyimiz arası uyğunluq da, iradәnin gerçәk bir varlığı
olduğu görüşünün, iradәnin illuziya olaraq dәyәrlәndirәn görüşdәn çox
daha yaxşı bir açıqlama verdiyini gösdәrir.

GÖZLӘNTİLӘRDӘN YOLA ÇIXARAQ BİR İRADӘ DӘLİLİNİN


TӘQDİM EDİLMӘSİ
Әvvәlki sәhifәlәrdә iradәnin illüziya olduğu iddiasına qarşı,
iradәnin gerçәk varlığı olduğu iddiasının daha rasional olduğu göstәrildi.
128
Әslindә sırf bunun göstәrilmәyi belә, teizmin lehinә bir arqumentә tәmәl
tәşkil edә bilәr. Bunu bu şәkildә göstәrә bilәrәm:
1­ Ümumi teist gözlәnti iradәnin gerçәk varlığının olduğu yönündә
olduğu halda, materialist­ateist gözlәnti iradәnin gerçәk varlığı olmadığı
yönündә olmalıdır.
2­ İradәnin gerçәk varlığı vardır.
3­ Nәticәdә teizm vә materyalist­ateizm arasındakı seçimdә, teizm
daha üstün,tutarlı görülmәlidir.
Bu arqumentin ilk iki bәndi olduqca müzakirәyә sәbәb olacaq
cinsdәdir. Nәticә isә “әn yaxşı açıqlamanı әldә etmә” formatındadır vә
әgәr müzakirәyә sәbәb olan ilk iki bәnd doğrudursa, avtomatik olaraq
nәticәnin doğruluğu da çıxır. Arqumentin ikinci bәndinin ifadә etdiyi
“iradәnin gerçәk varlığı olduğu” iddiasının alternativ açıqlama olan,
iradәnin olmadığı iddiasından daha uğurlu bir açıqlama olduğu, bu
bölümün әvvәlindә göstәrildiyi üçün, bu mövzunu tәkrar etmirәm.
Qısacası, nәticәnin doğruluğunu göstәrmәk üçün geriyә, bu arqumentin
ilk bәndinin doğru olduğunu göstәrmәk qalır.
Әvvәlcә ateistlәrin bu mövzuda fәrqli görüşlәr ifadә etdiklәrini
bilmәliyik. İradә inkar edildiyi zaman әxlaqi mәsuliyyәtin olmamağı,
bunun isә, әn qanlı cinayәtkarlara belә cәza tәtbiq edilmәyinin mәntiqsiz
olduğunu göstәrәn ictimai problemlәr vә daha da vacibi, iradә inkar
edildiyi zaman insanın kukladan fәrqsiz olmamağı, bunun isә dostluğu,
bütün seçimlәri, tәhsili, sevgini, hәyatı, hәtta insan olmağı
mәnasızlaşdırmağı, bir çox ateistin ödәmәyә yanaşmadığı bir bәdәldir.
Ayrıca iradәni inkar edәn bir ateizmin mәnimsәnmәsinin çәtin olacağı
narahatçılığının bәzi ateist mütәfәkkirlәri bir yol ilә, iradәyә bir yer
tapmaq üçün çalışmağa mәcbur etmişdir. Bu qısa psixoloji tәhlillәrә
әlbәttә etiraz edәnlәr olacaqdır. Hәr ateistә ümumilәşdirilmәsi çәtin olan
bu psixoloji şәrhlәrin doğruluq dәrәcәsinin tәqdirini sizlәrә buraxıb,
doğruluğunu isbata çalışmayacağam. Bu bölüm baxımından mәrkәzi
yerdә olan arqumentlәrimi müdafiә edәrkәn psixoloji tәhlillәrә dayalı
әsaslandırmalar etmirәm.
Bәhs edilәn әxlaqi, ictimai vә varoluşsal yükün ağırlığından
dolayı, iradәnin gerçәk varlığı olduğunu qәbul edәn ateistlәr dә
olmuşdur. Yeni­Ateizmin mәşhur isimlәrin Daniel Dennett, bu
problemdәn qaçmadan, problem haqqında müstәqil kitab yazaraq,

129
iradәyә bir yer tapmağa çalışanlara örnәkdir.169 Digәr yandan Yeni­
Ateizmin digәr mәşhur bir fiquru, Cristopher Hitchens kimi, azad
iradәnin varlığına inanıb­inanmadığı soruşulduğu zaman “Başqa
seçimim yoxdur” deyәrәk, bu problemi ritorika ilә sovuşdurmağa
çalışanlar vә ya tamamilә görmәmәzlikdәn gәlәnlәr dә az deyildir. Fәqәt
Yeni­Ateizmin mәşhur dördlüyündәn Sam Harris, iradәnin bir illuziya
olduğunu deyәrkәn, mәncә, materialist­ateist maddә anlayışının
nәticәlәrini tutarlı bir şәkildә qәbul etmәyә digәrlәrindәn daha yaxındır.170
(Harris belә, iradәnin illuziya olduğunu açıq ifadә etmәyinә baxmayaraq,
bunun mәntiqi bütün nәticәlәrini qәbula yanaşmamaqdadır vә ya bunları
anlamamaqdadır.) Necә ki, Patricia vә Paul Churchland cütlüyü171 vә
Alex Rosenberg172 kimi bir çox mәşhur ateist mütәfәkkir, Harrisә oxşar
şәkildә iradәnin gerçәk varlığı olduğunu açıq şәkildә inkar edәrkәn,
başqa bir çox ateist mütәfәkkir isә, çәkingәn örtülü ifadәlәr ilә, iradәnin
gerçәk varlığını inkar etmişdirlәr. Bu tәsbitlәri edәrkәn, mәşhur bir çox
ateistin, iradәnin varlığını inkar etdiyi üçün, arqumentimin ilk bәndinin
doğru olduğunu iddia etmirәm. Bir çox mәşhur ateist mütәfәkkirin
iradәnin varlığını inkar etmiş olmağı, ateizmin iradәnin varlığını inkar
etmәyini gәrәkdirdiyini isbat etmәz. Ateist mütәfәkkirlәrin önәmli bir
qisminin iradәnin varlığını inkar etdiyinә diqqәt çәkmәyimin sәbәbi,
sadәcә materialist­ateizmin maddә anlayışının iradәnin varlığını inkar
etmәyi gәrәkdiyinә dair iddiamı, bir çox ateist mütәfәkkirin dә
paylaşdığına diqqәt çәkmәk üçündür.
Bir çox materialist­ateistin gözdәn qaçırdığı çox önәmli bu hala da
diqqәtinizi çәkmәk istәyirәm: İradәnin varlığının inkar edilmәsi, bir çox
materialist­ateist mütәfәkkiri gözdәn qaçırdıqları qәdәr, çәtin bir
vәziyyәtә soxur. Bir binanı tikәn memarların vә mühәndislәrin iradәsi
olmadığı deyildiyindә, mahnı sözlәri yazan ilә, sәnәtçilәrin iradәsi
olmadığı qәbul edildiyi zaman, oturulan stulları hazırlayan dülgәrlәrin
iradәsi olmadığı ifadә edildiyi zaman, әtrafımızda gördüyümüz binaların,
dinlәdiyimiz mahnıların, oturduğumuz stulların әslindә şüur vә iradә ilә
hazırlanmamış olduğu qәbul edilmiş olur. Çünki, iradә inkar edildiyi
zaman, insan davranışları, külәklәrin әsmәyi kimi mәqsәdsiz mexaniki
hәrәkәtlәrә çevrilir. Şüursuz vә iradәsiz şәkildә әsәn külәklәrin binalar,

169
Daniel Dennett, Fr eedom Evolves, Penguin Books, New York, 2004.
170
Sam Harris, Fr ee Will, Free Press, New York, 2012.
171
Patricia Churchland, Touching a Ner ve: The Self as Br ain, W. W. Norton and Company, New York, 2013
172
Alex Rosenberg, The Atheist’s Guide to Reality, W. W. Norton and Company, New York, 2011.

130
sәnәt әsәrlәri, stullar düzәltmәsinin nә qәdәr absurd olduğunu demәyә
gәrәk vardırmı? Eyni absurdluq, insan iradәsi inkar edildiyi zaman,
insanların bütün istehsalatlarının necә açıqlanacağında özünü göstәrir.
Mәn hәr nә qәdәr görüşlәrinә qatılmasam da, teizmin içindә azlıq tәşkil
edәn, insanın iradәsini inkar edәn bәzi mәktәblәr (İslamdaki Cәbriyyә
kimi) 173 bu vәziyyәtә açıqlama verә bilәr: Bu mәktәblәr üçün, hәr nә
qәdәr insan iradәsi olmasa da Allahın iradәsi vardır; görülәn binalar,
sәnәt әsәrlәri vә stullar, Allahın iradәsinә istinad ilә açıqlana bilәr. Fәqәt
insan iradәsini inkar edәn materialist­ateistlәrin, istinad edә bilәcәklәri
hәr hansı bir iradә yoxdur ortada vә insan iradәsi inkar edildiyi zaman bu
binaları, sәnәt әsәrlәrini, stolları vә dünyada gördüyümüz insan istehsalı
olan hәr şeyi necә açıqlayacaqları kimi, böyük bir problem ilә qarşı­
qarşıya qalırlar. Bu sәbәbdәn, bir ateistin etdiyi әn son şeylәrdәn biri,
iradәni inkar etmәk olmalıdır. Fәqәt materialist­ateizmin maddә anlayışı
içindә ­Harris, Churchland cütlüklәri, Rosenbergin doğru şәkildә tәyin
etdiyi kimi, iradәyә yer tapmaq mümkün görünmür.
Aşağıda iradә dәlili olan tәmәl arqumentimi tәqdim edәrkәn,
iradәnin kökәnini materialist­ateizmin uğurla açıqlaya bilmәyәcәyini
müdafiә edәcәyәm. Tarixin vә günümüzün mәşhur ateistlәrinin hardasa
hamısının materialist olduğunu xatırlayaq. Materialist­ateizmin qәbul
etdiyi maddә anlayışı ilә iradәnin kökәninin uğurla açıqalana bilmәyәcәk
olmağı, materialist­ateist gözlәntinin iradәnin olmadığı yönündә olmağı
gәrәkdiyini ifadә edәn arqumentimin ilk bәndini dә tәsdiqlәmәkdәdir.
(Aşağıda tәqdim edilәn vә tәmәl iradә dәlili olaraq gördüyüm
arqumentimin içindә bu mövzu müdafiә edilәcәyi üçün, tәkrara
düşmәmәk üçün, bu mövzunu açıqlamağı oraya buraxıram.) Bununla
bәrabәr, әvvәlcәdәn ortaya qoyulan iradәnin gerçәk varlığı olduğu
görüşü birlәşdirildiyi (arqumentin ikinci bәndi), teizmin ateizmdә üstün
görülmәsi gәrәkdiyinә dair arqumentimdәki nәticә әldә edilir.

İRADӘ DӘLİLİNİN TӘQDİM EDİLMӘSİ


İradәnin gerçәk varlığı olmadığını iddia edәn ateistlәrә,
gözlәntilәrdәn hәrәkәt ilә, bundan әvvәlki başlıq altında arqument ilә
cavab verilә bilәr. İndi isә, iradәnin gerçәk varlığı olduğunu qәbul edәn
İslamın içindәki Cәbriyyә mәktәbi kimi, teizmin içindә dә iradәni yox sayan mәktәblәr olmuşdur. Bu tip
173

mәktәblәrә rәğmen, teist dinlәrdәki insanın mәsuliyyәt daşıması ilә bağlı görüşlәrin iradәnin varlığının qәbulunu
gәrәktirdiyi qәnaәtindәyәm. Cәbriyә üçün baxa bilәrsiniz: Bekir Topaloğlu, Kelam İlmine Gir iş, Damla Yayınevi,
Ankara, 2016, s. 285­286.

131
ateistlәrә cavab dәyәrindәki “iradә dәlili” olaraq adlandırdığım tәmәl
arqumentimi tәqdim edirәm (Bu arqumentin kritik bәndi olan üçüncü
bәndinin doğruluğunun göstәrilmәsi ilә, әvvәlki arqumentin birinci
bәndindә vurğulanan ateist gözlәntinin iradәnin olmadığı yönündә
olmağı gәrәkdiyi mövzusu da göstәrilmiş olacaqdır).
1. İnsanların iradәsi, bu özәlliklәri әhatә edәrәk vardır:
1.1 Ağıl üçün lazım olan özәlliklәr.
1.2 Şüur vә mәnlik üçün lazım olan özәlliklәr.
1.3 Mәqsәdli yönәlimin olmağı.
1.4 Sәbәbә bağlı tәsirdә ola bilmә.
2. İradәnin bu özәlliklәrinin necә ortaya çıxdığını açıqlamaq
mövzusunda tәmәldә iki alternativ görüş olduğu görünür:
2.1 Әgәr materialist­ateistlәrin müdafiә etdiyi kimi var olan tәk varlıq
tipi maddәdirsә, iradәdә var olan bu özәlliklәr, planlanmamış vә tәsadüfi
proseslәrlә ortaya çıxmışdır.
2.2 Әgәr teistlәrin müdafiә etdiyi kimi Allah vardırsa, özü iradә sahibi
bir varlıq olan Allahın sayәsindә iradәnin bu özәlliklәri var olmuşdur.
3. İradәni mümkün qılan bu özәlliklәri, teizm materialist­ateizmdәn
daha yaxşı açıqlayar:
3.1 Çünki, ağıl üçün lazım olan özәlliklәri daha yaxşı açıqlayar (3­cü
bölümdә göstәrildi).
3.2 Çünki, şüur vә mәnlik üçün lazım olan özәlliklәri daha yaxşı
açıqlayar (5­ci bölümdә göstәrilәcәk).
3.3 Çünki, mәqsәdli yönәlimi daha yaxşı açıqlayar.
3.4 Çünki, nәdәnsәl tәsirdә olmağı daha yaxşı açıqlayar.
4. Nәticәdә teizm alternativ açıqlamalardan üstün görülmәlidir..

İRADӘ DӘLİLİNİN İLK İKİ MADDӘSİNİN İNCӘLӘNMӘSİ


İndi iradә dәlilini bәnd­bәnd incәlәmәyә keçәk. Birinci maddәdә
vurğulandığı kimi iradәnin var olduğu, bu bölümün başında, iradәnin
varlığının bütün elmi fәaliyyәt vә fәlsәfi arqumentlәrdәn daha tәmәl
olduğu göstәrilәrәk vә iradәmizin varlığına inanmaq üçün digәr sәbәblәr
sıralanaraq ortaya qoyuldu. Bir ateist bu maddәni inkar edәrsә, ona bir
әvvәlki başlıq altında tәqdim olunan arqumentlә cavab verilә bilәr (bu
halda iradәni inkar etdiyi üçün arqumentin ilk bәndini özü qәbul etmiş
olacaq, iradәnin varlığını göstәrәn әvvәlki arqumentlә birlәşdirildiyi
132
zaman isә, vurğulanan nәticә avtomatik ortaya çıxacaq). Arqumentin
birinci maddәsindә vurğulananların hәr biri, iradәnin varlığı üçün
lazımi, olması vacib şәrtlәrdәndir. İradәnin necә ortaya çıxdığını
açıqlamağa tәşәbbüs edәnlәr bunların hamısını birdәn açıqlamalıdır.
“İradә” şüurlu vә ağıllı bir mәnliyin, seçim etmәyini vә seçimi
ilә sәbәbә bağlı tәsirdә olmağını ifadә edәr. Zehin fәlsәfәsindәki
müzakirә mövzularından xәbәrsiz biri üçün bu problemsiz bir tәrif
olaraq görünә bilәr. Ancaq bu tәrif zehin fәlsәfәsindәki әn tәmәl
müzakirә mövzularını әhatә edәcәk qәdәr genişdir. Bir әvvәlki bölümdә
incәlәnmiş olan ağıl vә bir sonrakı bölümdә әlә alınacaq “şüur” ilә
“mәnlik” özәlliklәri, әllbәttә bu özәlliklәrin var olmağı üçün lazımi
şәrtlәrin hamısı ilә bәrabәr bu tәrifin içindә yer alır. Bunlar, iradәnin
varlığının şәrtlәridir, iradә var olmaq üçün bunlara möhtacdır. Amma
sadәcә bunlar deyildir. Qısacası iradә, zehin fәlsәfәsi baxımından әn
çәtin müzakirә mövzularına sәbәb olmuş ağıl, şüur, mәnlik
özәlliklәrimizin hamısının varlığını gәrәktirәn vә daha da artığını ifadә
edәn bir özәlliyimizdir. Bu sәbәbdәn, әvvәlki bölümdә ağıl ilә vә
sonrakı bölümdә şüur vә mәnlik ilә bağlı olaraq, materialist­ateist
görüşün bizә aid bu özәlliklәri açıqlaya bilmәyәcәyini göstәrәn hәr hal,
buradakı iradә dәlilinin bir parçasıdır. O bölümlәrdә açıqlananları
burada tәkrar etmәyәcәyәm. Burada, o iki bölümdә diqqәt çәkilmәyәn,
iradәnin varlığı üçün gәrәkli iki özәlliyi incәlәyәcәyәm. Bunlardan
birincisi iradәnin mәqsәdlilik (1­3), ikincisi isә sәbәbә bağlı tәsir etmә
(1­4) özәlliklәridir.
Bir köynәyi geyinmәyә qәrar verdiyimiz zaman, gedәcәyimiz
yeri dә düşünür, o mәkana uyğun köynәyi tәyin etmәyә çalışırıq vә o
mәkana uyğun geyinmә “mәqsәdi” ilә iradәmizi istifadә edirik
(geyinirik). Belәcә tәbiәtdәki maddi işlәyiş mexaniki olsa da, sadәcә
zehnin bir özәlliyi olan “mәqsәdlilik” (teleolologiya) sayәsindә
mexaniki sistemdәn, mahiyyәt olaraq fәrqli “mәqsәdli” davranış
gerçәklәşir. Zehnin “mәqsәdlilik” özәlliyi olmasa, iradәnin gәlәcәyә
yönәlik şәkildә istifadәsi mümkün ola bilmәz. İradәnin “nәdәnsәl tәsirә
sәbәb olmaığı” isә iradәni özü üçün gәrәkli ağıl, şüur, mәnlik
özәlliklәrindәn fәrqlәndirәn әn tәmәl özәlliklәrindәndir. İradәnin bu
özәlliklәri tәlәb edib, sadәcә bunlardan ibarәt olmadığı, belә bir örnәk
üzәrindә düşünülәrәk daha yaxşı anlaşıla bilәr. Xәyalda qarşılaşılan
hadisәlәr üzәrindә düşünә bilmәk “ağıl” sahibi olmağı tәlәb edir vә

133
xәyal qurmaq bir “şüur” halıdır vә xәyal quran “mәnliyin” varlığını
tәlәb edir. Fәqәt belә bir xәyalda xarici dünyada nәdәnsәl tәsirә
(dәyişikliyә) sәbәb olacaq bir seçim edilmәz (xәyalda başqa bir hadisә
yerinә seçilәn bir hadisә üzәrinә xәyal qurmağı seçmәk dә әslindә ancaq
iradә ilә mümkündür. Amma belә bir halda, xarici dünyada nәdәnsәl
tәsiri müşahidә edilәn bir iradә yoxdur). Mәsәlәn, xәyal qurarkәn şәxs,
köynәklәrindәn mavi olanı seçmәk kimi bir seçim etmir (qırmızını
seçmә vә ya heç köynәk geymәmәyә imkanının olmağına rәğmәn) vә
sәbәbsәl bir tәsir ilә xarici dünyada dәyişiklik etmir. Köynәklәrin yer
dәyişdirmәyi vә geyilmәyi xarici dünyada iradәnin etdiyi
dәyişikliklәrdir. Şüursuz atomların hәrәkәti ilә ortaya çıxan nәdәnsәl
işlәyiş ilә “ağılla düşünәn şüurlu mәnliyin iradәsi ilә reallaşdırdığı
sәbәbsәl tәsir” arasındakı fәrqi anlamaq iradәnin mahiyyәtini anlamaqda
әn kritik nöqtәlәrdәn biridir.
İkinci maddәdә vurğulanan halın doğruluğuna düşüncә tarixini
incәlәyәn hәr kәs rahatlıqla şahidlik edә bilәr. Tarix boyunca ön plana
çıxan mәşhur ateistlәrin dә, çağımızın mәşhur ateistlәrinin böyük qismi
dә materialist­ateistlәrdir. Bunlar, maddәnin sahib olduğu potensial
çәrçivәsindә, maddәyә aid qanunlar ilә ortaya çıxan planlanmamış vә
tәsadüfi (arxasında şüurun olmadığı) proseslәr nәticәsindә, bütün
canlıların da, bu canlılardakı görmә, eşitmә, ağıl, iradә kimi özәlliklәrin
dә yarandığını müdafiә etmişdirlәr. Bu görüşün qarşısındakı әsas rәqib
görüş isә, teizm olmuşdur.Bu görüşә görә kainatın, canlıların, iradә kimi
özәlliklәrin hamısı, üstün bilgisi vә qüdrәti olan, iradәyә sahib olan
Allah sayәsindә var olmuşdur. Әvvәlki bölümlәrdә diqqәt çәkdiyim
kimi aqnostik (bilinmәzçi) görüşü mәnimsәyәnlәr, ümumi olaraq, bu iki
variant xaricindә bir alternativ görüş ortaya qoymayıblar. Bunlardan
hansının doğru olduğunun bilinmәyәcәyini özlәrinә hәrәkәt nöqtәsi
seçmişdirlәr.Bu sәbәbdәn materialist­ateist fәlsәfәnin yanlış olduğunun
göstәrilmәsinin aqnostik görüşә dә cavab dәyәrindә olduğunu bir daha
xatırlatmaq istәyirәm.
Bu arqumentin әn kritik maddәsi üçüncü maddәsidir; iradәnin
varlığını qәbul edәn ateistlәrin inkar etmәyә çalışacaqları maddә budur.
Ağıl üçün lazım olan özәlliklәri materialist­ateizmin açıqlaya
bilmәyәcәyi bir әvvәlki bölümdә göstәrildiyindәn, şüur vә mәnlik
özәlliyi ilә әlaqәli özәlliklәri materialist­ateizmin açıqlaya bilmәyәcәyi
bir sonrakı bölümdә göstәrilәcәyi üçün, bu mövzuları burada tәkrar

134
etmәyәcәyәm. Fәqәt iradәnin var olması üçün lazımi “mәqsәdli
yönәlimin olmağı” vә “nәdәnsәl tәsirdә ola bilmә” özәlliklәrini aşağıda
müstәqil başlıqlar olaraq әrtaflı әlә alacağam. Üçüncü maddәnin
doğruluğu göstәrildiyi zaman, dördüncü maddә olan nәticәdә
vurğulanan“teizmin alternativ görüşlәrdәn üstün görülmәsi” avtomatik
olaraq çıxır. İndi bu arqumentin kritik maddәsindә vurğulaman halları,
teizmin materialist­ateizmdәn daha yaxşı açıqladığını göstәrmәyә
başlayıram.

İRADӘNİN MӘQSӘDLİ YÖNӘLİMİ


Zehin var olan şey haqqında düşünә bildiyi kimi, kimi var
olmayan şey haqqında da düşünә bilәr.174 Qarşımızda duran bir bina
haqqında düşünmәk mümkün olduğu kimi bir memar, hazır olmayan bir
bina haqqında da düşünüb, proyektlәrini xәyalında qurduğu bu binaya
çatmaq “mәqsәdi” ilә reallaşdıra bilәr. Onsuzda zehnin bu özәlliyi
sayәsindә insan mәdәniyyәtinin mәhsulları vә texnoloji quruluşlar
istehsal edilir. Zehnin, var olmayan obyektlәr haqqında düşünә bilmәyi
üçün, xәyal qura bilmәyi sayәsindә “mәqsәdli yönәlim” özәlliyi
reallaşır. Var olmayan bir bina başda memarın zehnindә bir xәyal olaraq
düşünülür, sonra bu “gayә” yönündә binanın tәmәli atılır, beton tökülür,
fayanslar yerlәştirilir… Әslindә güncәl davranışlarımızın çox böyük bir
qismi, әn bәsit kibi görünәn davranışlarımızın çoxu, zehnimizdәki
“mәqsәdli yönәlim” özәlliyi sayәsindә reallaşır. Mәsәlәn, çayın
hazırlanmağını әlә alaq. Çay içmәk “mәqsәdi” ilә çay üçün su
qaynadılır, çay vә su qarışdırılır, çay stәkana tökülür vә içәcәk şәxslәrә
servis edilir. Bütün bunlardan әvvәldә zehindә çay içmә “mәqsәdi”
vardır. Proses sonra reallaşır. Yәni, “nәticә” әvvәlcәdәn zehindә
“hәdәflәnmişdir”, bu “mәqsәd” üçün lazım olan “sәbәblәr” sonradan
buna görә reallaşdırılır.Nahar yemәyini yemәk, “mәqsәd” ilә süfrәyә
oturmağımızdan axşam yatmaq “mәqsәdi” ilә yatağa uzanmağımıza
qәdәr “iradi” davranışlarımıza zehnimizin “mәqsәdli yönәlim” özәlliyi
rәhbәrlik edir.
Tәbiәt elmlәrinin bizә dediyi kainat isә mexaniki qanunlar
çәrçivәsindә işlәyir. Materialist­ateist fәlsәfәçi vә elm adamlarının
“Şüur vә mәnlik dәlili” bölümündә “haqqındalıq” özәlliyi әlә alınacaqdır; burada әlә alınan mövzu o başlıq ilә dә
174

bağlı olmaqla bәrabәr, burada köklәnilәn mәsәlә, zehnin “mәqsәdli yönәlimi”dir; “qayәsәl yönәlim” olmadan da
zehin bir şey “haqqında” düşünә bilәr. “Haqqındalıq” özәlliğini “qayәsәl yönәlimi” de kapsayan daha geniş bir
başlık olarak әlә almaq mümkündür.

135
ümumi görüşünә görә kainat vә qanunları әzәldәn bәri vardır, kainatdakı
mexaniki işlәyişin özlәrinә bağlı reallalaşdırdığı qanunların bu şәkildә
var olmağının bir “mәqsәdi” yoxdur. Kainat, әzәldәn bәri var olan
maddә vә bu maddәyә aid әzәldәn bәri işlәyәn mexaniki (mәqsәdli
olmayan) qanunlardan ibarәtdir. Teist fәlsәfәçi vә elm adamlarına görә
isә, bu kainatın vә qanunlarının varlığı, Allahın zehnindәki (elmindәki)
bir “mәqsәdә” bağlı olaraq yaradılmışdır. Amma onlara görә dә, bu
qanunların özünün bir “qayәsi” yoxdur. Nәticәdә qanunların özünün bir
“mәqsәdinin” olmadığı, günümüzün elm insanlarının hardasa hamısının
ittifaqda olduğu bir mövzudur deyә bilәrik. Çayın hazırlanmağı ilә bağlı
prosesi, bir dә zehinә istinad etmәdәn, tәbiәt elmlәrinin qanunları
çәrçivәsindә açıqlamağa çalışdığımızı düşünәk: Çayın hazırlanmağı
qanunların mexaniki işlәyişi çәrçivәsindә olur. Amma bu qanunların
özünün çayı hazırlamaq “mәqsәdlәri” yoxdur. Su isidilәrkәn, metalın
istiliyi keçirmәsi vә istiliyin su molekullarının enerjisini artırmağı
hesabına su isinir. Kimya qanunları çәrçivәsindә su vә çay qarışır,
cazibә qanunu vә hәrәkәt qanunları kimi qanunların çәrçivәsindә çay
stәkanda durur vә bir yerdәn başqa bir yerә daşınır. Belә bir elmi
açıqlamada “sәbәblәr” әvvәl olur, “sәbәblәrin” özü bir
“mәqsәdi,nәticәni” hәdәflәmәdәn mexaniki olaraq reallaşır vә nәticә
ortaya çıxır. Çay içәk istәk vә iradәsinin yaratdığı “mәqsәd” ilә çayın
hazırlanmağı, bu mexaniki açıqlama ilә uyğunluq tәşkil edir. Amma bu
“mәqsәdli” açıqlama mexaniki açıqlamadan köklü şәkildә fәrqlidir.
XVII әsrdәki elmi inqilabın әn önәmli isimlәri Dekart, Qaliley,
Kepler, Nyuton kimi adlar ilә (bu isimlәrin hamısı qanunları ilә bәrabәr
tәbiәti, Allahın bir mәqsәd ilә yaratdığını qәbul edirdilәr) gerçәklәşәn
elmi inqilabdan sonra, bir daha fizikada mәqsәdli (teleolojik) sәbәblәrә
yer verilmәmiş, mexaniki sәbәblәr çәrçivәsindә kainat anlaşılmağa
çalışılmışdır.175 Fәqәt fizikanın dediyi bu mexaniki işlәyәn kainat
portretinә qarşı hamımız, mexaniki işlәyişdәn köklü şәkildә fәrqli
olaraq, davamlı mәqsәdli davranışlarda olduğumuzun şahidlәriyik. Әgәr
bu kitabı bilgi әldә etmәk “mәqsәdi” ilә oxuduğunuzdan şübhә
etmirsinizsә, demәk ki, iradә ilә gerçәklәşәn “mәqsәdli” davranışların
fәrqinә siz dә şahidlik edirsiniz. Maddi tәbiәt “mexaniki” şәkildә işlәyir.
Hәr zaman sәbәblәr әvvәl, nәticә isә sonra gәlir. Ancaq zehnimiz ilә

Bu dәyişimdә Nyutonun “Principia” deyә yad edilәn kitabının böyük önәmi vardır: İssak Nyuton, The Principia:
175

Mathematical Principles of Natural Philosophy, Çev: Bernard Kohen vә dig., The University of California Press,
Berkeley, 1999.

136
әvvәlcә “nәticәni” tәyin edir, sonra sәbәblәri bu “mәqsәdә” görә hәyata
keçirmәyә çalışırıq. Nәticә (mәqsәd) әvvәl, sәbәblәr sonradır.
Materialist­ateist anlayışın passiv maddә anlayışını incәlәdiyimiz
zaman, nә maddәyә aid olan fizika qanunlarında, nә maddәni tәşkil edәn
kvark ilә elektron kimi tәmәl zәrrәciklәrdә mexaniki prosesi aşıb,
mәqsәdliliyә keçiş edәcәk bir ünsürә rastlamırıq. Maddi bir cisim fizika
qanunları çәrçivәsindә reallaşan hәtәkәtlәr nәticәsindә digәr bir maddi
cismin yanına yaxınlaşır vә ya ondan uzaqlaşır. Amma digәr bir maddi
cismin yanından uzaqlaşmaq seçimi mümkün olduğu halda, onun
yanında olmaq “mәqsәdi” ilә yanına yaxınlaşmır. Ay, Dünyanın
әtrafında dönәrkәn, bәzәn ona yaxınlaşır, bәzәn uzaqlaşır. Amma bu
hәrәkәtlәrin heç birindә nә Ayın, nә dә Dünyanın bәrabәr hәrәkәt etmәk
kimi bir “mәqsәdli” davranışları mövcud deyildir. Ancaq “iradә” sahibi
olmaq demәk, fizikanın tәrif etdiyi halı ilә maddi dünyada olmayan, bu
cür “mәqsәdli” davranışlarda sәrgilәmәkdir. Bir insanın yanında olmaq
“mәqsәdi” ilә, yanına getdiyimiz zaman, maddi tәbiәtdәki hәrәkәtlәrdәn
fәrqli “iradi” bir davranış gerçәklәşdirmiş oluruq.
İradәnin mәqsәdlilik özәlliyini, materialist­ateistlәrin maddә
anlayışı çәrçivәsindә anlamaq mümkün görünmür. Maddәdәki mexaniki
işlәyişdәn tamailә fәrqli olan mәqsәdlilik özәlliyi, dәrәcә olaraq deyil,
mahiyyәt olaraq maddәnin sahib olduğu özәlliklәrdәn fәrqlidir.
Materialist­ateistlәrin maddә anlayışındakı maddәdәn nә qәdәr çox
parçanı, nә qәdәr fәrqli ölçüdә birlәşdirsәniz belә, “iradә” bu portret ilә
yenә dә uyğunluq tәşkil etmәyәcәkdir. Zehinlә bağlı әvvәlki bölümdә
diqqәt çәkilәn vә sonrakı bölümdә diqqәt çekilәcәk özәlliklәr kimi, bu
özәlliğin dә, öz maddә anlayışları baxımından necә problem yaratdığını
bir çox materialist­ateistin gözündәn qaçmış vә ya görmәzdәn
gәlmişdirlәr. Bu tip problemlәri görәn materialist­ateist elm adamları vә
fәlsәfәçilәrin böyük bir qismi isә, iradәnin varlığını inkar etmә yoluna
baş vurmuşdurlar. Bu da bir materialist­ateistin iradә mövzusunda tutarlı
olmağa çalışdığı zamana ödәdiyi bәdәlin böyüklüyünü göstәrir. Teizmә
görә isә kainat vә canlıların yaradılmağı bәlli bir prosesin nәticәsindә
reallaşmış olsa da, bu proses ilә Allahın “mәqsәdlәri” reallaşmışdır vә
bu prosesin, mexaniki olaraq işlәyişi eyni zamanda “mәqsәdli” olmağı
ilә tәzad tәşkil etmir.176
176
Mexaniki olaraq işlәyәn qanunlarr çәrçivәsindә reallaşan proseslәrin, şüurlu bir şәkildә yaradılmış “mәqsәdli” bir
planın nәticәsi ola bilәcәklәrini anlamaq, tәkamül nәzәriyyәsi ilә bağlı müzakirәlәr baxımıından da önәmlidir. Bu
mövzunu bu kitabımda әlә aldım: Caner Taslaman, Bir Müslüman Evr imci Olabilir Mi?, Destek Yayınları,

137
Qısacası teizmә görә “Allahın iradәsinin” bir özәlliyi olaraq
“mәqsәdli yönәlim” әzәldәn bәri mövcud bir ünsürdür, sonradan törәmiş
bir özәllik deyildir vә bu sәbәbdәn teist baxış içәrisindә “iradi”
davranışlar üçün lazım olan bu özәlliyi açıqlamaq ilә bağlı bir problem
yoxdur. Fәqәt buna qarşı “iradi” davranışları reallaşarkәn, necә
mexaniki işlәyişdәn “mәqsәdli yönәlimә” keçid olduğunu açıqlamaqda
materialist­ateizm keçilmәz problemlәrin içәrisindәdir.

İRADӘNİN NӘDӘNSӘL TӘSİRİ


Bir yerә getmә iradәmiz ilә velosipedi alıb, Әmirgana doğru
yola çıxdığımız zaman, iradәmiz ilә reallaşan tәsir velosipedin dә, maddi
bәdәnimizin dә yer dәyişdirmәyinә sәbәb olur. “İradәnin nәdәnsәl tәsiri”
kainatda müşahidә edilә bilәn dәyişikliklәrә sәbәb olur vә bu
dәyişikliklәrә gündәlik hәyatda davamlı şahid oluruq. Fәqәt bir
materialistin maddә anlayışı baxımın iradәnin belә bir tәsiri necә
yaratdığını anlamaqda ciddi çәtinliklәr vardır. Necә ki, bunu görәn bir
çox materialist­ateist mütәfәkkir “iradәnin nәdәnsәl tәsirini” (yәni
iradәnin varlığını) inkara qalxmışdırlar. Әvvәldәn bәhs etdiyimiz
davranışı gerçәklәşdirmәk üçün, iradәmiz ilә qәrar aldığımızdakı zehin
halına İ­1 deyәk. Bu zehin halının beyindәki bir qarşılıq ilә yarandığını
düşünәk, bu beyin halına isә B­1 deyә bilәrik. Daha sonra velosipedi
sürmәk üçün velosiped almağımız gәrәkdiyi kimi bәsit bir ağıl yeritmә
ilә velosipedi almağa yönәlirik. Bu zehin halını İ­2, beyindәki bunun
qarşılığını B­2 olaraq adlandıra bilәrik. Velosipetin üzәrinә minib,
hәdәfә yönәlmәyimiz ilә bağlı iradә halını İ­3, beyindәki bunun
qarşılığını isә, B­3 olaraq adlandıra bilәrik. Bu dәfә İ­2­ni İ­3 izlәdiyi
halda, B­2­ni B­3 tәqib edir. Velosiped sürәrkәn ayaq hәrәkәtlәrimizi A­
3 olaraq, velosipetin sürülmәyini isә S­3 olaraq adlandıraq. Velosipedi
sürәrkәn sahib olduğumuz zehnimizdәki avtomatik pilot kimi kömәkçi
özәlliklәr bu iradi davranışlarımızda bizә yoldaşlıq edir, velosipeddә
necә tarazlıqda duracağımızı düşünmәdәn velosipedi sürürük, velosipedi
sürmәyә davam edib­etmәyәcәyimizә hәr saniyә tәkrar iradi qәrar
almırıq. Bu sürüş müddәtindә bizi bir dostumuzun çağırmağı ilә bir anda
İ­4 olaraq adlandıra bilәcәyimiz bir iradi davranışla durmaq qәrarı ala
bilәrik vә beyindә bunun qarşılığını B­4 olaraq adlandıra bilәrik. Bunun

İstanbul, 2017.

138
nәticәsindә ayaq hәrәkәtlәrimizdә A­4 velosipedi sürmәyimiz ilә bağlı
S­4 dәyişikliklәri olacaqdır.
Materialist görüş baxımından nәdәnsәllik sadәcә fiziki quruluşun
fiziki quruluşa tәsir etmәsi şәklindә işlәyir. Bu fәlsәfi görüşün içindә
şәxsin nәdәnsәl tәsir yaratmağına yer tapmaq mümkün görünmür.177 Bu
anlayış baxımından әvvәlki velosiped sürmә faktının incәlәndiyini
düşünәk. Beyindәki B­1, B­2, B­3 kimi hallar, müxtәlif atom xam
madәlәrindәn ibarәt kimyәvi vә bioloji quruluşların bәlli bir şәkildә bir
araya gәlmәyindәn ortaya çıxan quruluşlardır. Bunların bir­birini
izlәmәyini bir materialist, birinin digәrinin sәbәbidir kimi anlayacaqdır.
Ayrıca B­3­ün ayaq hәrәkәtlәri olan A­3­ü vә velosipedin sürülmәsi
olan S­3­ü nәdәnsәl tәsit ilә tәyin etdiyini düşünәcәkdir. Bir materialist
üçün bunlar, bir bilyard topunun, digәr bir bilyard topu ilә bәlli bir
bucaqla toqquşuduğu zaman, bәlli bir bucaq ilә onu yönlәndirmәsi
cinsindәn fiziki hallardır. Materialist görüş baxımından İ­3­ün, yәni
velosipet sürmә iradәsinin A­3 vә S­3­ü, İ­4­ün isә A­4 vә S­4­ü
gerçәklәşdirdiyi ilә bağlı hissimizә yer yoxdur. Materialist görüşü
mәnimsәyәnlәrin çoxu “fiziki qapalılıq” (“physical closure” vә ya
“completeness of the physical” kimi dә ifadә edilir) prinsipinә, “iradәnin
nәdәnsәl tәsirinә” yer vermәyәcәk şәkildә şәrh edirlәr. Bunu
etmәklәrinin sәbәbi isә, materialist maddә anlayışının bunu tәlәb
etmәyidir.178 Ayrıca A­3 vә S­3 fiziki hallarını, hәm İ­3, hәm dә B­3­ün
ikisinin birdәn tәyin etdiyi deyilsә, eyni fiziki halın birdәn çox sәbәblә
tәyin edildiyi mәnasına gәlәn üst bәlirlәmә (overdetermination) görüşü
müdafiә edilmiş olacaqdır. Bir çoxları bu cür üst bәlirlәmә hallarını
qәbul edilә bilmәz gördüklәrindәn, İ­3­ün, yәni iradi tәsirin gerçәkliyini
inkar edib, tәk var olanın beyindәki, iradә ilә tәsiri olmayan maddi
quruluşlar olduğunu da demişdirlәr.
Bir materialist üçün zehnin maddәyә tәsir etmәyi ilә bәrabәr,
digәr böyük bir problem, zehnimizdәki bir iradә halının (yәni zehin
halının) digәr bir zehin halına sәbәb olduğunu düşündüyümüz zaman
ortaya çıxır. Örnәyimizdәki velosipedә minmә iradәmiz olan İ­1­in,
velosipeti satın almağımız yönündәki İ­2 zehin halına sәbәb olduğunu
düşünәk. Burada zehindәki birinci hal digәrini tәyin edәrkәn iradәnin
şәrti olan ağıl yeritmә işә qarışır, ağıl yeritmә deyildiyi zaman, daha
әvvәlki bölümdә gördüyümüz kimi mәntiq şәrtlәri dövriyyәyә girәr.
177
John Bishop, Natur al Agency, Cambidge University Press, Cambridge, 1989, s. 40.
178
Kim Jaegwon, Mind in a Physical Wor ld, CMIT Press, Massachusetts, 1998.

139
Fәqәt mәntiq qanunları quruluşu etibari ilә fiziki qanunlardan kökündәn
fәrqlidir. Mәntiqi tәyin etmәyә, fiziki tәyin etmә kimi baxıla bilmәz.
Mәsәlәn “pişiklәr dörd ayaqlıdır” vә “Sarman bir pişikdir”
önәrmәlәrindәn mәntiq yeridәrәk Sarmanı görmәdәn “Sarman dörd
ayaqlıdır” nәticәsini çıxarırıq. Mümkün olan hәr kainatda, әgәr ilk iki
önәrmә doğrudursa üçüncüsünün doğruluğunu mәntiq tәlәb edir. Ancaq
fizika qanunları bu kainatda keçәrlidir, başqa kainatlarda başqa cür
fizika qanunlarının olmağı mәntiqi baxımdan mümkündür. Mәntiq ilә
fizika qanunları arasında ciddi bir ontolojik fәrqlilik vardır. Ayrıca
“Sarman dörd ayaqlıdır” nәticәsini zehnin “anlamağı” ilә bu mәntik
yeritmә mümkündür. Ancaq, materialist anlayışın maddi quruluşunda,
mәntiq üçün zәruri olan bu “anlama”ya qarşılıq gәlәn heç bir ünsür
yoxdur. Nәticәdә iradәnin nәdәnsәl tәsirinin reallaşmağı üçün, bir zehin
halı digәrini tәyin edәrkәn ağıl yeritmәlidir. Fәqәt zehin hallarını tәkcә
bioloji quruluşların yaratdığı beyin halları kimi gördüyümüz zaman (bu
bioloji quruluşların xammadәsi isә, fizika elminin tәrif etdiyi qüvvә vә
zәrrәciklәrdir), mәntiqә bioloji vә fiziki hadisәlәr tәrzindә görmәk kimi
mümkün olmayan bir problem ilә qarşılaşırıq. Hüceyrә içindәki bioloji
quruluşlar nә qәdәr kompleks olsalar da, materialist baxımdan bilyard
toplarının çarpışmağından fәrqli fiziki bir hala qarşılıq gәlmәzlәr. Bir
bilyard daşının digәr bir bilyard daşı ilә çarpışması deduksiya kimi bir
mәntiq qanunu vә ya bir cümlәnin mәnası kimi mәna daşıyan bir
quruluşu vermәyi isә, düşünülә bilmәz. Bir ağıl yeritmәni qәbul
etmәyin, onun mәntiqi mahiyyәtindәn vә cümlәlәrin sahib olduğu
mәnaya görә deyil, zehindәki fiziki quruluşdan dolayı olduğunu demәk,
fiziki qanunlardan kökündәn fәrqli olan mәntiq vә mәna baxımından
imkansız görünür. (Ağıl dәlilindә dә diqqәt çәkilәn bu çәtinlik, iradәnin
varlığı ağıl yeritmәni tәlәb etdiyi üçün, iradә mövzusunda da qarşımıza
çıxır. Bu mövzu ilә bağlı ağıl dәlilindәki әlaqәli qism dә oxunarsa,
mövzu daha yaxşı anlaşılacaqdır.)
Göründüyü kimi iradi zehin hallarının maddi dünyaya tәsirini
izah etmәklә bәrabәr zehin hallarının başqa zehin hallarını tәyin etmәyi
dә, materialist görüş baxımından ciddi problemler daşıyır. İradәnin
maddәyә vә digәr zehin hallarına nәdәnsәl tәsirinin olmağındakı bu
çәtinliklәrdәn dolayı, bәzi materialist­ateistlәr zehin hallarını yox
saymaq kimi ağıl vә sağlam düşüncәyә әn zidd bir mövqe tutmuşdurlar.
Bunlara “әlәyici materialistlәr” deyildiyini әvvәlki sәtirlәrdә gördük.

140
Necә ki, materialist paradiqmanı mәnimsәmiş Churchland cütlüyü kimi
örnәklәrin, әlәyici materializm kimi mövqelәri müdafi etmәyә çalışma
sәbәblәri, materialist paradiqmaya bağlılıqlarını itirmәdәn bir antologiya
yaratma cәhdlәri olmuşdur. Bu görüşdәki materialist­ateistlәr üçün
velosiped sürmә “iradәsi” ilә, velosiped sürmәyimzi, bu “iradә” ilә
ayaqlarımıza vә velosipedә tәsir etdiyimizi düşünmәyimiz bir illuziyaya
çevrilir. Çünki sözügedәn portretdә sadәcә bilyard toplarının
toqquşmağı kimi maddi tәsirlәr var ikәn, “iradәnin nәdәnsәl tәsiri”
yoxdur. Ancaq zehni hallarımıza daxildәn gәlәn şahidliyimiz hәr şeydәn
daha açıqdır. Velosipedә mindiyimizi düşündüyümüz zaman illuziya
görmüş olmağımız mümkündür. Amma bu illüziyanın özü belә, bir
zehin halıdır. Qısaca olaraq, nә edirik edәk, әlәyici materialistlәr kimi
zehin hallarını yox saya bilmәrik (şüur dәlili bölümündә bu mövzu
tәkrar işlәnәcәk). Bu sәbәbdәn, әlәyici materializmin fәlsәfә tarixindә
ortaya atılmış әn uğursuz görüşlәrdәn biri olduğu rahatlıqla deyilә bilәr.
Bunu görәn bir çox materialist, zehnin şüur kimi özәlliklәrinin
varlığını deyil, zehin hallarının nәdәnsәl tәsirdә olduğunu (yәni iradәnin
varlığını) inkar etmәklә qane olmuşdurlar. Bu şәxslәr
epifenomalistlәrdir. 179
Epifenomalistlәr şüuru, beyindәki maddi
proseslәrin әlavә işi olaraq görüb, maddi olanın şüura tәsir etdiyini
ifadә edirlәr. Ancaq, maddәdәn zehinә doğru bir tәsir mövcuddursa,
zehnin maddәyә tәsir edә bilmәyәcәyini –hәm dә buna bu qәdәr
daxildәn gәlәn şahidliyimiz mövcud ikәn­ hansı haqq ilә deyә bilәrik?
Daha әvvәl göstәrildiyi kimi epifenomalizm, bir çox başqa önәmli
sәbәdәn ötrü dә müdafiә edilә bilmәz bir mövzudur: Bu mövqe
Osmanlının dövlәt idarәsini, Mozartın bәstәlәrini, fabriklәrin mobil
telefonu istehsal etmәlәrini insan iradәsinin heç bir qatqısı, kömәyi
olmayan, külәyin әsmәsi cinsindәn hadisәlәr olaraq görmәk demәkdir;
iradәni inkar edәnlәrin qarşılamağa mәcbur olduqları böyük bәdәl budur
(iradәnin olmadığını müdafiә edәnlәrin önәmli bir qisminin görüşlәrinin
mәntiqi nәticәlәrini görә bilmәdiklәrinә dәfәlәrlә şahid olmuşam).
Materialist­ateist anlayışı mәnimsәyәnlәr, sağlam düşüncәyә zidd olan
bu görüşlәri, çox istәyәrәk seçmәyiblәr. Fәqәt müdafiә etdiklәri
ontologiya özlәrini bu seçimi etmәyә mәcbur etdiyi üçün, hәr gün
etdiklәrinә inandıqları әn sadә seçimlәrini, hәtta şәxsi varlıqlarını inkar
edәcәklәri bu görüşlәrin sahillәrindә özlәrini tapmışdırlar.
Epifenomalizm müdafiәsinә bir örnәk: Daniel Wegner, The Illusion of Conscious Will, MIT Press, Cambridge,
179

2002.

141
İradәmizi, maddә xarici bir cövhәrә sahib olduğumuz (düalizm
ilә) görüşü ilә açıqlaya bilәrik. Belәcә iradәmizin, fizikanın dediyi
maddi dünyadan bu cür köklü şәkildә fәrqli olduğu açıqlanır. Maddә
xarici bir cövhәr qәbul etmәdәn (düalizmi mәnimsәmәdәn) iradәnin
varlığını qәbul etmәyin tәk yolu isә, iradә vә şüur kimi özәlliklәrimizin,
bәdәnimiz vә xüsusilә beynimiz müәyyәn bir quruluşa çatdığı zaman
zühur etdiyini deyәn “zühurçu” (emergentist) bir görüşü
mәnimsәmәkdir. Bu görüşә görә maddәnin içindә, maddә bәlli bir şәkil
aldığı zaman “iradә”nin ortaya çıxacağı potensial mövcuddur vә
maddәni ortaya çıxaracaq zәrrәciklәrin quruluşuna baxaraq, bu
zәrrәciklәrin iradәni yaradacağı anlaşıla bilmәz. İradә, beyni ortaya
çıxaran neyron kimi quruluşlara da, bu neyronları ortaya çıxaran atom
kimi quruluşlara baxılaraq da anlaşıla bilmәz. Amma iradәni ortaya
çıxaran maddә xarici bir cövhәr dә yoxdur. Belә bir anlayış müdafiә
edildiyi zaman, materializmin müdafiә etdiyi, fiziki qanunlar
çәrçivәsindә kainatda yaranışların reallaşmağına sәbәb olan passiv vә
şüursuz maddә anlayışından radikal şәkildә fәrqli bir maddә anlayışına
keçilir. Bu anlayışda, maddәnin bәlli bir birlәşiminin, birlәşmәni ortaya
çıxaran parçaları ilә әlaqәsiz bir şәkildә, içә baxış (introspection)
qabiliyyәti olan, ağıl yeritmәsi vә arzuları çәrçivәsindә qәrar alan,
“iradәsi” ilә tәsir etmә bacarığı olan mәnliyin varlığını ortaya çıxardığı
ifadә edilmәkdәdir. Belә bir görüş ilә, maddә xarici bir cövhәrә istinad
edilmәdiyi üçün, düalizm yerinә, maddәnin kainatı ortaya çıxaran tәk
cövhәr olduğunu deyәn monizm müdafiә edilmiş olur. Fәqәt әvvәlki ağıl
ilә bağlı bölümdә toxunduğum vә sonrakı şüur ilә bağlı bölümdә dә
müdafiә edәcәyim kimi, maddәyә belә bir görüş “materialist­ateist
fәlsәfәnin passiv, mexaniki qanunlar çәrçivәsindә işlәyәn maddә
anlayışından” çox daha artıq, maddәnin yüksәk sәviyyәdә qüdrәti vә
iradәsi olan bir Yaradıcı tәrәfindәn yaradılmış olduğunu vә bu
Yaradıcının maddәni ağıl, iradә, şüur, mәnlik kimi özәlliklәri meyvә
verәcәk şәkildә tәyin etdiyini deyәn teizmin maddә anlayışı ilә
uyğunluq tәşkil edәcәk.
Qısacası iradәnin var olmağı üçün lazımi (digәr bölümlәrdә әlә
alınan özәlliklәr xaricindә) bu bölümdә әlә alınan “mәqsәdli yönәlim”
vә “nәdәnsәl tәsirdә olma” özәlliklәrinin ortaya çıxmasını, materialist­
ateist fәlsәfәnin maddә anlayışından çox daha uğurlu bir şәkildә teizmin
paradiqması açıqlayır. Materialist fәlsәfә baxımından ideal olan, bu

142
özәlliklәrin fiziki vә bioloji proseslәrә sadәlәşdirilә bilmәsi olardı. Bu
bölümdә sadәlәşdirici (indirgemeci) materializm deyilәn görüşün
mümkün olmadığı göstәrildi. Ayrıca materializm baxımından qaçış
mövqelәri olan әlәyici materializm vә epifenomalizmi müdafiә etmәyin
mümkün olmadığı da ortaya qoyuldu. İradәnin bu özәlliklәrinin ancaq
dualizm vә ya zühurçu monizm çәrçivәsindә anlaşılmağı mümkündür ki,
bu iki mövqe dә materialist­ateizmdәn çox, teizmin paradiqması ilә
uyğunluq tәşkil edir (şüur vә mәnlik dәlili bölümündә bu mövzu tәkrar
әlә alınacaqdır). Nәticәdә bu bölümdә müdafiә etdiyim arqumentin
kritik maddәsi olan üçüncü maddәsinin doğruluğu anlaşılmış olur. Bu
kritik maddәnin doğruluğunun anlaşılmağı isә, bizi arqumentin
nәticәsinә, yәni “teizmin alternativ açıqlamalar içindә üstün görülmәsi
gәrәkdiyi” nәticәsinә çatdırır.

İRADӘ VӘ DİN
Bura qәdәr әvvәlcә iradәnin varlığının niyә inkar edilә
bilmәyәcәyi göstәrilmәyә çalışıldı, sonra iradәnin varlığından hәrәkәt ilә
Allahın varlığı haqqında bir dәlil ortaya qoyuldu. Burada isә daha
әvvәlki bölümlәrdә olduğu kimi, köklәnmә mövzusu olan, iradәdәn
hәrәkәt ilә din haqqında nә deyilә bilәcәyini dәyәrlәndirәcәm. Bu
dәyәrlәndirmәdә, bura qәdәr әldә olunan nәticәlәrә dә istinad edәcәm.
Daha әvvәlki dәlillәrin din ilә әlaqәli bölümlәrindә görüldüyü kimi,
burada tәqdim olunan dәlillәr, monoteist dinlәrin qüdrәtli, yaradılışın
hәr cür detalından xәbәrdar, tәk tanrı anlayışına uyğun bir Yaradıcının
varlığını tәmәllәndirir. Monoteist dinlәrin geniş şәkildә müdafiә olunan
görüşünә görә, bu dünya bir imtahan dünyasıdır vә bu dünyada şәxsin
hәyata keçirdiyi yaxşı vә pis davranışlar, ölümdәn sonrakı axirәt
hәyatında qarşılığını alacaqdırlar. Bu dünyanın bir imtahan yeri olduğu
iddiası monoteist dinlәrin paradiqmasının әn tәmәl görüşlәrindәn biridir.
İmtahan edilmәk ancaq iradәnin varlığı ilә mәnalıdır. Әgәr şәxsin
iradәsi yoxdursa, etdiklәri bir qayanın bir tәpәdәn aşağıya diyirlәnmәsi
kimi faktlara çevrilir. Belә bir halda diyirlәnәn bir qayaya bir din
göndәrilmәsi nә qәdәr mәnasız görünürsә, iradәsiz insanlara da bir din
ilә tәkliflәr etmәk o qәdәr mәnasız görünәcәkdir. Ayrıca, bir qayanı bәlli
şәkildә diyirlәndiyi üçün mükafatlandırmaq vә ya cәzalandırmaq nә
qәdәr mәnasız görünürsә, iradәsiz insanları davranışlarına görә axirәtdә
mükafatlandırmaq vә ya cәzalandırmaq da oxşar şәkildә mәnasız
143
görünәcәkdir. (İnsanların iradәsiz olduğu düşünülsә, sadәcә axirәtdә
deyil, bu dünyada da bir mükafatlandırma vә ya cәzalandırma
mәnasızlaşır. Mәsәlәn, yüzlәrlә şәxsi zövq almaq üçün öldürәn bir sadist
ilә, yüzlәrlә şәxsin hәyatını qurtaran fәdakar bir insan arasında fәrq
qalmaz.) Qısacası din(lәr)in göndәrilmәsi vә axirәt hәyatının olmağı
kimi monoteist dinlәr baxımından mәrkәzi inanclar, insanlarda iradәnin
var olmağı ilә әlaqәlidir. Hәm dә dünyada niyә pisliyin var olduğu kimi
din fәlsәfәsi baxımından önәmli bir suala qarşı verilәn açıqlamalar
içәrisindә, insanların iradәyә sahip olmalarının nәticәsindә yaxşı vә pis
arasında seçim edә bildiklәri, iradә sahibi olmaq kimi önәmli bir
özәlliyin әvәzinin isә ortaya çıxan әxlaqi pisliklәr olduğu, ön plana
çıxan açıqlamalardan biridir.180
Bu bölümdә müdafiә edildiyi kimi iradәnin var olduğunu vә
iradәnin varlığının әn yaxşı açıqlamasının Allah tәrәfindәn verildiyi
görüşü olduğunu anlayan (vә ya hәr hansı başqa bir şәkildә Allahın
varlığına inanan) fәqәt hәlә, dinlәr ilә bağlı qәrar vermәmiş bir şәxsi
xәyal edәk. Bu şәxs, Allahın varlığını vә qüdrәtini anladığı zaman,
Allahın istәsә iradә vermәyәcәyini, belәcә insanın doğru olanı etmәsinin
dә, xәta etmәsinin dә, üzәrinә danışıla bilmәyәcәk mövzu olacağını
anlayar. Bununla bәrabәr “Niyә insanların iradәlәri ilә hәm doğru olanı,
hәm yanlış olanı seçә bilәcәklәri bir quruluşun içәrisindәyik” deyә bu
şәxs öz varlıq sәbәbini sorğulamağa qәrar verdiyi zaman, bu çox böyük
önәmә sahib suala dinlәrin verdiyi “imtahan üçün” cavabının heç bir
alternativi olmadığı qәnaәtindәyәm.
Hәm dә içindә olduğumuz imtahan dünyasında, iradә ilә hәyata
keçirilәn bir çox davranışın qarşılığını almamağı, bir çox zalımın
mәzlumdan daha yaxşı hәyat yaşamağı kimi faktlar, dinlәrdәki axirәt
inancını dәstәklәyәcәk dәyәrdәdir. Qısacası Allahın varlığını vә
iradәsinin varlığını anladıqdan sonra bәhs etdiyimiz sorğulamağa keçәn
şәxs, din(lәr)in paradiqmasının tәmәl ünsürlәrindәn olan “imtahan” vә
“axirәt” açıqlamaları ilә cavabını tapıb din(lәr)ә inanmağı üçün rasional
sәbәblәr әldә etmiş olur. Әldә edilәn bu nәticәlәr şәxsin hansı dinә
inanmalı olduğunu göstәrmir. Amma bura qәdәr deyilәnlәrdәn şәxsin
seçәcәyi dindә, bu özәlliklәrin gözlәntisindә olmağını demәk olar:

Bu mövzunu daha әvvәl şu kitabımın beşinci bölümündә deәyәrlәndirdim: Caner Taslaman, Kuantum Teor isi,
180

Felsefe ve Tanr ı, s. 169­221. Әlavә olaraq aktiv bu iki din fәlsәfәçisinin çalışmalarına da baxa bilәrsiniz: Richard
Swinburne, Pr ovidence and the Pr oblem of Evil, Clarendon Press Studies, No: 35,1979, s. 1­53. , Oxford, 1998,
10. Bölüm; Alvin Plantinga, “The Pr obabilistic Ar gument fr om Evil”, Philosophical

144
1­ Allahın varlığına inanc. (İradә dәlili ilә göstәrildi.)
2­ İradәnin varlığına inanc. (İradәnin varlığı ilә әlaqәli dәlil ilә
göstәrildi.)
3­ İradәnin varlıq sәbәbinin açıqlanması. (Din(lәr)dәki “imtahan”
açıklamasının alternativsiz olduğunu rahatlıqla deyә bilәrәm.)
4­ İradәnin hansı yöndә istifadә edilәcәyini deyәn tәlimatlar ehtiva
etmәsi. (“Doğuşdan әxlaq dәlili” bölümündә deyilәnlәr bu mövzu ilә
әlaqәlidir.)
5­ İradә ilә edilәn yaxşı vә pis davranışların bu dünyada qarşılığını
tapmamağı faktının açıqlanması. (“Doğuşdan әxlaq dәlili” bölümündә
deyilәnlәr bu mövzu ilә dә әlaqәlidir. Axirәtin varlığı haqqında
açıqlamalar bu mövzuda cavab dәyәrindәdir.)
Göründüyü kimi iradәnin varlıq sәbәbi üzәrindә düşünüldüyü
zaman din(lәr)lә bağlı nәticәlәr dә әldә edilmәkdәdir. Monoteist
dinlәrin, Allah mәrkәzli varlıq anlayışını әsas alan, imtahan dünyasında
olduğumuzu vә axirәtdә etdiyimiz iradi davranışlarımızın qarşılığını
alacağımızı deyәn paradigması, bizi biz edәn çox tәmәl
özәlliklәrimizdәn biri olan iradәnin niyә var olduğu üzәrindә
düşünüldüyü zaman, alternativsiz şәkildә açıqlayıcı şәrh olur.

NӘTİCӘ
İradә, varlığına davamlı şahidlik etdiyimiz, insan olmağı mәnalı
edәn әn önәmli özәlliklәrimizdәn biridir. İradә, fәlsәfә sahәsindә daha
çox әxlaqi mәsuliyyәt baxımından әlә alındığına görә, kitabın bu
bölümündә, kökәni baxımından әlә alındı vә fәlsәfә tarixindә min
illәrdir bir­birinә rәqib görüşlәr olan, teizmin, yoxsa materialist­ateizmin
iradәnin kökәnini daha yaxşı açıqladığı incәlәndi.
Bu qәdәr önәmli bu özәlliyimiz nevroloji, psixoloji, koqnitiv
elmlәr, fәlsәfә vә dinlәr kimi bir çox sahәdә ciddi bir müzakirә mövzusu
olmuşdur vә hәlә dә aktual şәkildә müzakirә mövzusudur. Bu sahәlәrdә
çalışmalar edәn bәzi mütәfәkkirlәr, bu özәlliyimizin bir illuziya
olduğunu ifadә etmişdirlәr. Bu sәbәbdәn iradәnin kökәni ilә bağlı
mәsәlәyә keçmәdәn әvvәl, iradәnin hәqiqәtәn var olub­olmadığı
145
incәlәndi. Determinizmin vә indeterminizmin iradәnin varlığı ilә
uyğunluq tәşkil edib­etmәdiyi, fәlsәfәdә әsrlәrdir davam edәn bir
müzakirә mövzusudur. Bu mövzu dәyәrlәndirilәrkәn әsl problemin,
determinizmin vә ya indeterminizmin iradә ilә uyğun olub­olmayacağını
anlamaqdan daha çox “ağıl ilә nәdәnsәl tәsirdә olan iradәli vә şüurlu
şәxs” olmağın nә demәk olduğunu anlamaqda olduğuna xüsusilә diqqәt
çәkdim. Bu tәrifdәn anlaşılacağı kimi, iradәnin varlığının şәrtlәrindәn
biri әvvәlki bölümdә әlә alınan ağıl, sonrakı bölümdә әlә alınacaq olan
şüur vә mәnlik özәlliklәrinә sahib olmaqdır. Bu bölümün, bәhs edilәn
iki bölüm ilә bәrabәr oxunmağının önәmli olduğuna bir dәfә daha
diqqәtinizi çәkirәm.
XX әsrdә, Libet tәcrübәlәri kimi elmi araştırmaların, iradәnin bir
illuziya olduğunu göstәrib­göstәrmәdiyi, bu mövzu ilә әlaqәli
müzakirәlәrә daxil oldu. Bu tәcrübәlәrdә nә edildiyi qısaca izah
edildikdәn sonra, bu tәcrübәlәrin niyә iradәnin olmadığı şәklindә bir
nәticәni ortaya qoya bilmәyәcәyi bu bölümdә göstәrildi. Bu
dәyәrlәndirmә ilә bәrabәr iradәnin var olduğu izahının, yox olduğu
izahından daha yaxşı bir açıqlama olduğunu ifadә edәn fәlsәfi bir
arqument dә tәqdim edildi. Buna görә iradә, bütün elmi araşdırmalardan
vә fәlsәfi arqumentlәrdәn daha tәmәldir, elmi araşdırmalar da fәlsәfi
arqumentlәr dә iradәnin varlığını varsayır. Varsayılan bir özәllik
hesabına әldә edilәn bir nәticә ilә varsayılan bu özәllik inkar edilә
bilmәz. Fәqәt, iradә sahibi olmağın, özümüzün iradәsini yaratmaq
demәk olmadığı da unudulmamalıdır. Necә ki, gözlәrimizin var olmağı,
gözlәrimizi bizim yaratdığımız mәnasına gәlmirsә, iradәmizin olmağı
da, iradәmizin olmağını iradә edәnin biz olduğumuz mәnasını daşımır.
Әvvәlcә iradәnin var olduğu nәticәsinә çatdıqdan sonra,
gözlәntilәri hәrәkәt nöqtәsi edәn bir arqument dә teizmin lehinә ortaya
qoyuldu. Bәzi materialist­ateist mütәfәkkirlәrin dә gözündәn qaçmadığı
kimi, ümumi materialist maddә anlayışının nәticәsi iradәni inkar
etmәkdir. Әvvәlcәdәn әldә edilәn iradәnin gerçәk varlığı olduğu
nәticәsi, bu gözlәnti ilә birlәşdirildiyi zaman, teizmi ateizmdәn üstün,
tutarlı görmәk üçün bir arqument ortaya çıxır.
Gözlәntilәrdәn hәrәkәt ilә tәqdim olunan bu arqumentә qarşı
edilә bilәcәk әn önәmli etirazlardan biri, materialist­ateist fәlsәfәnin
iradәnin varlığını inkar etmәyi tәlәb etmәdiyini demәkdir . Hәqiqәtәn
dә, iradә inkar edildiyi zaman ortaya çıxacaq tutarsız nәticәlәrdәn ötrü,

146
bir çox materialist­ateist mütәfәkkir iradәnin varlığını müdafiә etmişdir.
Bu cür bir etiraz isә, tәmәl iradә dәlili olaraq tәqdim olunan arqument ilә
cavablandı. Bu arqumentdә iradәnin varlığı üçün lazım olan özәlliklәr
sıralandı. Bu özәlliklәri rәqib iki görüşdәn, teizmin, yoxsa materialist­
ateizmin daha yaxşı açıqladığı dәyәrlәndirildi. İradә sahibi olmaq, hәm
ağıl sahibi olmağı, hәm şüur vә mәnlik sahibi olmağı tәlәb etdiyi üçün,
әvvәlki vә sonrakı bölümlәrdә әlә alınan özәlliklәr dә bu arqumentin bir
parçasıdır. Fәqәt tәkrara yol vermәmәk üçün, onlar bu bölümdә
dәyәrlәndirilmәdi. Bu bölümdә, iradәnin varlığı üçün, çox vacib
şәrtlәrdәn biri olan, zehnin “mәqsәdlilik” özәlliyi vә “nәdәnsәl tәsirdә
olma” özәlliklәri әlә alındı.
Mexaniki işlәyәn kainatda, zehindәki “qayәsәllik” özәlliyinә
keçişdәki, mahiyyәt olaraq (dәrәcә olaraq deyil) ortaya çıxan fәrqi
materialist­ateizm açıqlaya bilmәz. Materialist­ateist fәlsәfәni
mәnimsәyәnlәrin maddә anlayışı içindә “iradәnin nәdәnsәl tәsir
yaratmağına” yer tapmaq da mümkün deyildir. Materialist­ateist fәlsәfә
baxımından iradә ilә әlaqәlәndirilәn özәlliklәri sadәlәşdirmәçi
(indirgemeci) materializmin açıqlamağı ideal hal olardı. Fәqәt bu
materialist görüş uğursuz olduğu kimi, materialist­ateistlәrin bu (vә
bәnzәri) problemlәrdәn qurtulmaq üçün ortaya atdıqları әlәyici
materializm vә epifenomalizm dә – bu bölümdә diqqәt çәkilәn
sәbәblәrdәn ötrü ­ uğurlu açıqlamalar ola bilmәmişdir. Fәqәt iradә ilә
bağlı әlә alınan özәlliklәri, kainatın vә insan iradәsinin yaradıcısının
iradә sahibi Allah olduğunu ifadә edәn teizm açıqlamaqda çәtinlik
çәkmәz. Teizmә görә iradә Allahın әn önәmli özәlliklәrindәn biridir.
Allah hәr zaman var olmuş bu özәlliyi sayәsindә kainatı, canlıları
yaratmış vә özündә olan bu özәlliyin çox daha sadә bir variantı
hökmündә dә olsa, insana çox dәyәrli olan bu özәlliyi vermişdir.
Materialist baxımdan gözlәnilәn, maddәnin müxtәlif şәkillәrdәki
birlәşmәlәri ilә ortaya çıxan varlıqların, maddә zәrrәciklәrindәki ilә
bәnzәr özәlliklә sahib olmağı olmalıdır. Buna qarşı, iradәnin varlığı bu
gözlәnti ilә heç dә uyğunluq tәşkil etmir. Digәr yandan bir teist üçün bu
cür bir problem yoxdur. Teist paradiqma üçün iradә, sonradan törәyәn
bir özәllik olmadığı üçün iradәnin ortaya çıxmağını açıqlamaqda bir
çәtinlik yoxdur. Hәtta bir teistin, Allahın iradәsinin kainatı yaratdığını,
yәni iradәnin maddәdә nәdәnsәl tәsirini qәbul etdiyi üçün, iradәnin
maddәyә tәsir etdiyi bir modeli qәbul etmәyi daha rahatdır. Allah, bu

147
qabiliyyәti insanda, insana maddә xarici bir özәlliyi verәrәk dә
(dualizm), maddәnin özünә aid olaraq bu özәlliyi yaradaraq da
(monizm) yaratmış ola bilәr. Maddәyә özünә aid olaraq iradәnin zühur
olma kimi bir mexanizma ilә verilmiş olmağı mümkündür (bir sonrakı
şüurla әlaqәli bölümdә dә “zühur olma” mövzusu işlәnәcәkdir), belә bir
maddә anlayışı ateist­materialistlәrin passiv maddә anlayışından ciddi
şәkildә fәrqlәnir. Ancaq, maddәni Allahın istәklәrinә baş әyәn bir
cövhәr olaraq görәn teizm, bu cür sürprizlәr edәn bir maddә anlayışını
açıqlamaqda çәtinlik çәkmәz. Nәticәdә iradә dәlili, әn yaxşı açıqlama
formunda, teizmin alternativ görüşlerdәn üstün görülmәsi gәrәkdiyini
göstәrәn bir dәlildir.
İnsanın sahib olduğu iradә özәlliyi üzәrinә düşünüldüyü zaman,
Allahın varlığı ilә bәrabәr din(lәr) haqqında da önәmli nәticәlәrә çatmaq
mümkündür. Allahın varlığını anlayan şәxs, Allahın, istәsә, insanı robot
kimi seçim etmәdәn hәrәkәt edәn bir sistem şәklindә qura bilәcәyini,
insana fәrqli alternativlәr arasında, doğru ilә yanlış arasında seçim edәn
iradәni vermәyә bilәcәyini anlayar. Onda böyük önәmi olan “niyә
iradәyә sahibik” sualı qarşımıza çıxır. Monoteist dinlәrin, iradәnin
varlığının “imtahan olmağımız” ilә bağlı olduğu cavabı, bir çox şәxsә
anlaşılması çәtin görünә bilәr. Fәqәt yaxşı düşünülәrsә, bu cavabın
alternativsiz olduğu anlaşılacaqdır. Hәm dә, iradә ilә edilәn yaxşı­pis bir
çox davranışın, bu dünyada qarşılığını tapmamağına qarşılıq, axirәt
hәyatında qarşılıqlarını tapacağı vә insan iradәsinin yanlış seçimlәrinin
әxlaqi pisliklәrin qaynağı olduğu açıqlamaları, monoteist din(lәr)in
paradiqması içindә cavablanan, iradә ilә әlaqәli çox önәmli
açıqlamalardır. İradә üzәrinә burada edilәn dәyәrlәndirmәlәr, din(lәr) ilә
әlaqәli verilәcәk qәrar üçün üfüq açır. Bu hallar iradә özәlliyindәn
hәrәkәt ilә monoteist din(lәr)ә inanmağı dәstәklәyir. Burada әldә edilәn
nәticәlәr, şәxslәrin hansı monoteist dinә vә ya monoteist dinlәrin
içindәki fәrqli görüşlәrdәn hansına inanmağı gәrәkdiyini әlbәttә ortaya
qoymur. Bunun üçün burada diqqәt çәkilәnlәr xaricindә başqa
dәyәrlәndirmәlәr edilmәlidir.

148
149
V FӘSİL

ŞÜUR VӘ MӘNLİK DӘLİLİ

FӘSLİN TӘQDİMATI
Bir çox mütәfәkkirә görә bu kainatdakı әn diqqәt çәkәn fakt
şüur (consciousness) vә mәnlik (self) sahibi olmaqdır. “Şüur vә
mәnliyin” әn tәmәl özәlliklәrimizdәn olduğunu demәk az olar. Onlar
bizi biz edәn, onlardan daha tәmәl bir özәllik düşünülә bilmәyәcәk әn
tәmәlә qarşılıq gәlir. Daha әvvәlki bölümlәrdә incәlәnәn arzular,
doğuşdan әxlaqi quruluşumuz, ağlımız vә iradәmiz dә ancaq “şüur
sahibi bir şәxs” olduğumuz halda mәnalı ola bilәr. Bu bölümdә, bizim
üçün әn tәmәl olan bu özәlliklәrimiz әlә alınaraq, bu özәlliklәrә necә
sahib olduğumuz incәlәnәcәkdir. Bu edilәrkәn, şüur vә mәnliyin bu üç
özәlliyi üzәrindә durulacaq: 1­ Haqqındalıq, yönәlmişlik; 2­ Öznәllik vә
qualia; 3­ Birlik.

150
Teizmә görә “şüur vә mәnlik” әzәldәn bәri Allahın özәlliklәri
olaraq vardır vә Allah tәrәfindәn insana (vә digәr bәzi varlıqlara) da bu
özәllik hәdiyyә edilmişdir. Materialist­ateist fәlsәfәyә görә isә bu
özәlliklәr planlanmamış vә tәsadüfi proseslәrin nәticәsindә ortaya
çıxmışdır. “Şüur vә mәnliyin” diqqәt çәkilәn özәlliklәri ilә ortaya
çıxmağını teizmin uğurla açıqladığını, teizmin rәqib paradiqması olan
materialist­ateizmin isә açıqlaya bilmәdiyimini gösdәrmәk bu bölümün
әn önәmli hәdәfidir. Hәm dә digәr bölümlәrdә olduğu kimi bu bölümdә
dә, şüur vә mәnlik özәlliklerimizdәn hәrәkәt ilә din haqqında hansı
nәticәlәrin әldә edildiyi incәlәnәcәkdir.

GİRİŞ
“Şüur vә mәnlik”, heç bir insanın sahip olmaması düşünülә
bilmәyәcәk olan vә bizi biz edәn әn tәmәl ünsürlәrdir. Hiss, duyğu vә
düşüncә olaraq zehnimizdә hәr nә varsa, istәr gerçәk, istәr xәyal olsun,
onlarla bağlı fәrqindәlik şüuru yaranır.Yuxudan oyanıb, yatacağımız
zamana qәdәr yaşadığımız hәr cür fәrqindәlik dә (görmә, eşitmә, acı,
soyuq hissi, xәyal qurma vә.s.), yuxu zamanı yuxu görmәk dә şüur
hallarıdır. Bir “şәxsә” aid olmayan şüur halı düşünülә bilmәz. On il
әvvәlki, on gün әvvәlki, on dәqiqә әvvәlki, on saniyә әvvәlki vә indiki
şüur hallarımız bunlara sahib bir “mәn”ә (yәni dәyişәn zamana vә
dәyişәn maddi bәdәnә rәğmәn varlığı davam edәn bir şәxsә) aid
151
olduqları halda mәna qazanırlar. Әslindә “mәnliyi” özәllik olarak
dәyәrlәndirmәk dә sadәcә bir metafor olaraq anlaşılmalıdır, “mәnlik”
özәlliklәrimizin hamısına sahib olan “mәn”ә qarşılıq gәlir. Şüur vә
mәnlik, ayrı­ayrı da dәyәrlәndirilә bilәr. Ancaq şüursuz mәnlik vә bir
“mәn”ә aid olmayan şüur düşünülә bilmәz vә biri olmadan digәrinin
varlığı tәsәvvür edilә bilmәyәn bu ünsürlәr, burada, tәk bir arqumentin
hәrәkәt nöqtәsi olaraq әlә alınacaqdır.
Varlığımızın tәmәli olan vә özümüz xaricindәki bütün varlığı da
anlamağımızı tәmin edәn bu ünsürlәr, başda fәlsәfә vә dinlәr olmaqla,
psixologiya, nevrologiya, koqnitiv elmlәr kimi bir çox sahәnin diqqәtdә
saxladığı mövzudur. Hәr cür tәcrübәmizin, mövcudiyyәtlәri hesabına
mümkün olduğu bu qәdәr tәmәl olan bu ünsürlәrin, tam olaraq nәyin
qarşılığı olduğunun müzakirә mövzusu olmağı, hәqiqәtәn dә
tәәәccüblәndiricidir. Daha әvvәlcә dә incәlәdiyimiz ağıl vә iradә kimi
tәmәl özәlliklәrimiz dә, ancaq şüurlu bir varlıq olmağımız vә bir şәxs
olduğumuz halda sahib ola bilәcәyimiz özәlliklәrdir. Sırf soyuq
hissimizin olduğunu vә heç bir ağıl yeritmә ilә iradi davranışda
olmadığımız bir halı düşünәk. Bu halda ağıl vә iradә özәlliklәrimizi
istifadә etdiyimiz deyilә bilәr. Fәqәt bu halda belә, soyuğun fәrqinә olan
“şüur sahibi mәnlik” mövcuddur. Yәni şüur vә mәnlik, ağıl vә iradәsiz
tәsәvvür edilә bilәr. Amma hәr ağıl yeritmә vә iradә istifadә etmә halı
“şüur sahibi mәnliyi” tәlәb edir. Dәrk olunmayan vә bir mәnliyә aid
olmayan nә bir ağıl yeritmә, nә dә bir iradi davranış mümkün deyildir.
Bu bölümdә әlә alınacaq olan şüur vә mәnlik özәlliklәrinә sahib
olmağımız, 3­cü bölümdә әlә alınan ağıl vә 4­cü bölümdә әlә alınan
iradә özәlliklәrimizin olmağının ön şәrtlәridir. Bu sәbәbdәn buradakı
dәlil, o dәlillәrin dә bir parçası hökmündәdir. Şüur vә mәnlik bura qәdәr
sadalanan bütün doğuşdan gәlәn (fitrәt) özәlliklәrimizdәn daha tәmәldir.
Digәrlәri olmadan şüur vә mәnliyin varlığı tәsәvvür edilә bilsә belә,
tәrsini tәsәvvür etmәk mümkün deyildir.
Bu kitabda sadalanan digәr özәlliklәr kimi şüur vә mәnliyin dә,
bizim üçün bu qәdәr tәmәl ünsürlәr olmağına baxmayaraq, çoxumuz
bunlar üzәrindә düşünmәyә hәyatımızda çox qısa bir zaman belә
ayırmamışq. Doğuşdan bunlara sahib olmağımız vә hәr insanda bu
özәlliklәrin olmağı, bu özәlliklәri dәyәrsizlәşdirmir. Әksinә, heç bir
әmәk sәrf etmәdәn, bu kainatdakı әn möhtәşәm ünsürlәr olan şüur vә
mәnliyә sahib olmağımız, tәfәkkürü (üzәrindә dәrin düşünmәyi) әn çox

152
haqq edәn faktlardandır. Bunlar üzәrindә düşünәrkәn qarşımıza çıxacaq
әn tәmәl sual isә, bu özәlliklәrә necә sahib olduğumuz sualıdır. Burada,
bu özәlliklәrә necә sahib olduğumuzun açıqlamasını әn yaxşı teizmin
verdiyini ifadә edәn bir arqument tәqdim olunacaqdır. Bu arqumentin
gәrәyi olaraq, şüur vә mәnliyin necә var olduğunu açıqlamaq
mövzusunda, teizm rәqib paradiqma olan materialist­ateizm ilә
qarşılaşdırılacaqdır. Bu dәyәrlәndirmә edilәrkәn, şüur vә mәnliyin; 1­
Haqqındalıq, yönәlmişlik, 2­ Öznәllik vә qualia, 3­ Birlik, özәlliklәri әlә
alınacaq vә dәyәrlәndirmәlәr bu üç özәlik çәrçivәsindә
gerçәklәşdirilәcәkdir. Şüurdan hәrәkәt ilә Allahın varlığı haqqında
nәticәlәrә çatan arqumentlәr, yaxın zamanda J. Robert Adams181, J.P.
Moreland182, vә Richard Swinburne183 kimi fәlsәfәçilәr tәrәfindәn dә ifadә
edilmişdir. Burada tәqdim olunan arqumentin, bu mövzuda tәqdim
olunan aarqumentlәr ilә oxşar yönlәri vardır. Bununla bәrabәr bәzi
orijinal görüşlәri vә örnәklәri dә vardır. Bu arqumentin “fitrәt
dәlillәri”nin bir parçası olaraq tәqdim olumağı isә, buradakı arqumentin
fәrqli olan önәmli bir yönüdür. Bu bölümün sonlarında, digәr bölümlәrdә
olduğu kimi, şüur vә mәnlik özәlliklәrinin incәlәnmәsinin din sahәsinә
verdiyi dәstәk tәyin edilmәyә çalışılacaq.

ŞÜUR VӘ MӘNLİK DӘLİLİNİN TӘQDİM EDİLMӘSİ


Bir az sonra ortaya qoyulacaq arqument ilә dә görülәcәyi kimi,
teizmin doğruluğunu göstәrәn dәlillәr çox uzaqlarda axtarılmamalıdır.
Bizi biz edәn fitrәtimizin (doğuşdan daşıdığımız özәlliklәrә) özündә var
olan bir çox dәlil mövcuddur. Fәqәt bu dәlillәrin bizә aid olmağına
baxmayaraq, ancaq dәrin tәhlil vә tәfәkkür ilә bәhs edilәn nәticәlәri әldә
edә bilәrik. “Şüur vә mәnliyin” bizi biz edәn әn tәmәl özәlliklәrimiz
olduğunu gördük. İndi bu әn tәmәl özәlliklәrimizdәn yola çıxaraq “şüur
vә mәnlik dәlili” adlı arqumentinin tәqdimatına keçirәm.
1. İnsanların şüur vә mәnlik özәlliklәri, bu özәlliklәri әhatә edәrәk
vardır:

181
Robert Adams, “Flavors, Colors and God”, Contempor ar y Per spectives on Religious Epistemology, Ed:
Douglas Geivett, Brendan Sweetman, Oxford University Press, New York, 1992
182
J. P. Moreland, “The Ar gument Fr om Conciousness, The Blackwell Companion To Natur al Theology, Ed:
WilliamLane Craig, J. P. Moreland, Wiley­Blackwell, West Sussex, 2009.
183
Richard Swinburne, The Evolution of the Soul, Clarendon Press, Oxford, 1997.

153
1.1 Haqqındalıq, yönәlmişlik
1.2 Öznәllik vә qualia (şәxsi tәcrübә özәlliyi)
1.3 Birlik
2. Şüur vә mәnlik özәlliklәrini açıqlayacaq iki tәmәl alternativ
açıqlamaya sahibik:
2.1 Materialist­ateistlәrә görә şüur vә mәnlik, tәbiәt qanunları
çәrçivәsindә planlanmamış vә tәsadüfi proseslәr ilә var olmuşdur.
2.2 Teistlәrә görә özü şüur vә mәnlik sahibi bir varlıq olan Allahın
sayәsindә şüur vә mәnlik var olmuşdur.
3. Şüur vә mәnliyi teizm, materialist­ateizmdәn daha yaxşı açıqlayır:
3.1 Çünki haqqındalıq, yönәlmişlik özәlliyini daha yaxşı açıqlayır.
3.2 Çünki öznәlliyi vә qualianı daha yaxşı açıqlayır.
3.3 Çünki birlik özәlliyini daha yaxşı açıqlayır.
4. Nәticәdә teizm alternativ açıqlamalardan üstün görülmәlidir.

ŞÜUR VӘ MӘNLİK DӘLİLİNİN BİRİNCİ MADDӘSİNİN


İNCӘLӘNMӘSİ
İlk әvvәl arqumentin ilk maddәsini incәlәyәk. “Şüurlu bir
mәnlik (şәxs)” olmağımız bir çoxumuza aydındır vә bir çox materialist­
ateist dә bunu qәbul edәcәkdir. Ancaq bәzi materialist­ateistlәr şüur vә
mәnliyin varlığını inkar etmişdirlәr. Bu materialist­ateistlәr, maddәdәki
özәlliklәrdәn tamamilә fәrqli olan zehnin özәlliklәrinә (ağıl, iradә, şüur,
mәnlik kimi) keçid edilmәyinin mümkün olmadığı qәnaәtindә
olmuşdurlar. (Bir çox materialist­ateist isә, bu problemi görmәmiş vә ya
görmәzdәn gәlmişdir.) Bәhs edilәn problemi görәn materialist­ateistlәr,
maddәyә aid özәlliklәr ilә tәrif edә bilmәdiklәri zehnin bәhs edilәn
özәlliklәrinin hamısını inkar edәrәk (әlәyәrәk), qarşı­qarşıya olduqları
problemi hәll yoluna baş vurmuşdurlar. Bunlar, daha әvvәl dә diqqәt
çәkdiyimiz “әlәyici­materialistlәr”dir.184 Bu hal bir materialist­ateistin
tutarlı olmağa cәhd etdiyi zaman ödәmәsi gәrәkәn bәdәlin nә qәdәr ağır
olduğunu göstәrir. Diqqәt edin, burada bir insan üçün әn açıq olan
tәcrübәnin varlığı inkar edilir. Şüurlu olmağımız bizim üçün “2+2=4” vә
“İnsanların qәlbi vardır” kimi önәrmәlәrdәn belә daha aydındır. Çünki
“şüur” sahibi olmadan bu qәdәr sadә önәrmәlәrin belә doğru olduğu
iddia edilә bilmәz. Әgәr bu anda bu kitap “haqqında” düşünmәyinizdә
184
“Әlәyici materializm” haqqında baxın: Ramsey, William, “Eliminative Mater ialism”, The Stanford
Encyclopedia of Philosophy (Yaz 2013 Edition), Edward N. Zalta (ed.)

154
(bu şüurlu bir hәrәkәtdir) şübhә etmirsinizsә, әlәyici materializmin yanlış
bir fәlsәfi görüş olduğunu anlayırsınız demәkdir.
Bәzilәrinizә, әlinizdәki kitab “haqqında” düşündüyünüzü
anlamaqla belә yanlışlana bilәn bir görüşün necә müdafiә edilә bildiyi
maraqlıdır . Materialist­ateist paradiqmaya bağlı olanların, bu qәdәr
mәntiqә vә sağlam düşüncәyә zidd nәticәlәrә aparmağına baxmayaraq
әlәyici materializmi müdafiә etmәyә çalışma sәbәblәri, materialist
paradiqmaya bağlılıqlarını itirmәdәn bir antologiya yaratma cәhdlәri
olmuşdur.185 Bu görüşә görә isә kainatda maddәnin mexaniki işlәyişi
çәrçivәsindә zәrrәciklәrin bir araya gәlmәsi vә dağılması ilә ortaya çıxan
varlıqlar vardır. Amma bu antologiyada maddәdәki özәlliklәrә
bәnzәmәyәn “şüur vә mәnliyә” yer yoxdur. Ancaq zehni hallarımıza
daxili şahidliyimiz hәr şeydәn daha açıqdır. Kitab oxuduğumuzu
düşündüyümüz zaman, halüsinasiya görmüş olduğumuzu bir anlıq qәbul
etsәk belә, bu halüsinasiya belә bir zehin halıdır vә varlığı inkar edilә
bilmәz (әlәnә bilmәz). Nә etsәk dә şüurun varlığını yox saya bilmәrik.
Şüur hallarımız kainatdakı hәr şeydәn daha tәmәldir, kainatdakı geri
qalan hәr şeyi “şüur vә mәnliyә” sahib olmağımızın sayәsindә bilirik.
Şüurlu olduğunu inkar etmәyә cәhd edәnin, bu iddianı etmәsi üçün
belә “şüurlu olan bir mәnliyә” sahibdirsә mümkündür. (Bu hal әvvәlki
bölümdә iradәnin varlığı ilә bağlı ortaya qoyulan arqumentdәki kimidir.
O arqumentdәki “iradә” kәlmәsinin yerinә “şüur vә mәnlik” kәlmәlәrini
yazaraq, burada o arqumentin tәkrar edildiyini fәrz edin.) Bir iddiaya
cәhd edәn hәr mәnlik (şәxs), başdan şüurlu olduğunu vә qarşısındakı
şәxslәrin dә şüurlu olduqlarını qәbul edәr. Yoxsa öz ağzından çıxan
sözlәrini vә qәlәminin yazdıqlarını, oyuncaq topların tәsadüfi
toqquşması kimi şüursuz mexaniki hәrәkәtlәr olaraq görmәk
vәziyyәtindәdir ki, şüursuz mexaniki hәrәkәtlәri isә, bir iddia olaraq
tәsәvvür etmәk mümkün deyildir. Әlavә olaraq hәr hansı bir iddiada
olan bir şәxs, özünü vә qarşısındakını “mәnlik” sahibi olaraq qәbul
etmәsә, iddianın “bir şәxsә” aid olub “bir şәxsә” qarşı düşünülә
bilinmәyәcәyi üçün dә, iddiada olmaq faktı mәnasızlaşır.
Daha әvvәldә diqqәt çәkildiyi kimi “şüur vә mәnlik”, hәr
şeydәn, iradәdәn belә daha tәmәl özәllikdir. Bir insanın “şüur vә mәnlik”
sahibi olmadan iradә sahibi olmağı mümkün deyildir. Amma iradәsi
olmayan şüur sahibi mәnlik düşünülә bilәr. Mәsәlәn, sadәcә mavi rәngi
Örnәk olaraq bu çalışmaya baxa bilәrsiniz: Paul Churchland, Matter and Consciousness, MIT Press, Cambridge,
185

1999.

155
xәyal edәn şüurlu bir mәnliyin, iradi heç bir davranışda olmayan birinin
olduğu düşünülә bilәr. Amma yoldakı tikanlı budağı iradi bir davranışla
götürәnin, şüurunun olmadığı vә bir mәnliyi olmadığı düşünülә bilmәz.
Әgәr tikanlı budağı yoldan götürәnin, şüuru vә mәnliyi yoxdursa, bu
davranışı reallaşdıranın insan cildinә salınmış bir avtomat, bir süni zәka
olduğu әlbәttә deyilә bilәr. Amma iradәli bir insan olduğu deyilә bilmәz.
İradәnin varlığını göstәrәn hәr şey, mütlәq şәkildә şüurun vә
mәnliyin dә varlığını göstәrdiyi üçün, daha әvvәlcәdәn (4­cü bölümdә)
iradәnin varlığının lehindә ortaya qoyulan arqument ilә bağlı
deyilәnlәrin vә epifenomenalizmin yanlış bir fәlsәfi görüş olduğu ilә
bağlı ifadә edilәnlәrin hamısı әlәyici­materializmin yanlış olduğunu
göstәrәn dәlillәrdir. İradәnin (dolayı olaraq şüur vә mәnliyin dә) varlığı
inkar edildiyi zaman insanın kainatda şüurlu bir nәdәnsәl tәsiri
qalmayacağı üçün tәlim, tәhsil proseslәrinin dә, tarixdәki insani
davranışlara dayanan danışıqların da (yazılanların da), elm insanlarının
formalaşdırdığı nәzәriyyәlәrin vә texnoloji istehsalın hamısının da
mәnasızlaşacağını xatırlayaq. Ola bilәcәk әn açıq olan özәlliklәrimizi
inkar etdiyi vә bu inkar etmә ilә bәrabәrindә çok büyük ziddiyyәtlәr
bagajını gәtirdiyi üçün, әlәyici materializmin fәlsәfә tarixindә ortaya
atılan әn uğursuz görüşlәrdәn biri olduğunu rahatlıqla deyә bilәrәm.
Materialist­ateizm adına tutarlı olmaq narahatlığının gәtirdiyi bu nöqtә
bir vәziyyәt olaraq qeyd edilmәlidir.

ŞÜUR VӘ MӘNLİK DӘLİLİNİN İKİNCİ MADDӘSİNİN


İNCӘLӘNMӘSİ
Arqumentin ikinci maddәsinә gәldikdә, fәlsәfә vә düşüncә tarixinә
baxıldığı zaman, şüurun vә mәnliyin necә ortaya çıxdığını açıqlamaq
üçün iki tәmәl alternativ açıqlamaya sahib olduğumuzu görürük. Ancaq,
әhatә edici, maddәnin vә canlıların varoluşunu açıqlaya bildiyi
iddiasında olan görüşlәr, şüur vә mәnlik kimi ünsürlәri açıqlaya bilәr.
Bunların birincisi olan materialist­ateizmә görә, әzәli olan maddi
kainatdakı tәbiәt qanunları çәrçivәsindә işlәyәn planlanmamış vә
tәsadüfi var olmaların canlıları ortaya çıxarmağının ardından, bu
canlıların bir qismindә tәbiәt qanunları çәrçivәsindә işlәyәn
planlanmamış vә tәsadüfi proseslәr nәticәsindә şüur vә mәnlik ortaya
156
çıxmışdır. Teizmә görә isә kainatı vә canlıları yaradan Allah, әzәldәn
bәri şüur vә mәnlik sahibidir. Onsuzda özündә olan bu özәlliklәri
insana (vә digәr bәzi varlıqlara) da vermişdir. Bu özәlliklәri ortaya
çıxaran bir proses olsa belә, bu plansız vә tәsadüfi bir proses deyil, Allah
tәrәfindәn şüurlu şәkildә planlanmış bir prosesdir.186
Aqnostik (bilimәzçilik) görüşü mәnimsәyәnlәr ümumilikdә bu
iki variantın (teizm vә materialist­ateizm) xaricindә bir alternativ ortaya
qoymaq yerinә, bu variantlardan hansının doğru olduğunun bilinә
bilmәyәcәiyini ifadә edirlәr. Materialist­ateist fәlsәfәnin yanlış
olduğunun göstәrilmәsi, bu fәlsәfә ilә bәrabәr, bu fәlsәfә ilә teizm
arasında seçim edilә bilinmәyәcәyini deyәn aqnostik görüşә dә cavab
dәyәrindәdir. Bunlar xaricindә tarixdә başqa görüşlәr dә vardır. Mәsәlәn,
Şinto dinindә Günәşә tanrı özәlliklәri istinad edilir, bu görüş teizmdәn
dә, materialist­ateizmdәn dә, aqnostik görüşdәn dә fәrqlidir. Ancaq,
Günәşin daxili quruluşu bilindiyi üçün, başı vә sonu olan trilyonlarla
ulduzdan biri olduğu bilinәndәn sonra, bu görüşün alternativ ola bilmә
dәyәri yoxdur. Ayı, bәzi heyvanları, bәzi coğrafi quruluşları (dağlar
kimi), bәzi ulduzları tanrılaştıran inanc sistemlәri dә olmuşdur. Bunlar
teizm vә materialist­ateizmә daxil olmayan, tarixi prosesdә ortaya çıxmış
görüşlәrdir. Ancaq bunları ciddi bir alternativ olaraq görmәk mümkün
olmadığı üçün, bunlar yox sayılaraq, bu kitabda, teizm vә materialist­
ateizmin dәyәrlәndirilmәsi üzәrindә duruldu. Qısacası teizm vә
materialist­ateizm xaricindә başqa görüşlәrin varlığı ilә bәrabәr, tәqdim
olunan arqumentin ikinci maddәsindә vurğulandığı kimi “iki tәmәl
alternativ açıqlamaya sahibik” vә әlә alınmayan digәrlәri ciddi bir
alternativ dәyәrindә deyildirlәr. Bu sәbәbdәn bu kitabda, özәlliklә, bir­
birinә alternativ olaraq tәqdim olunan bu iki görüşdәn hansının daha
yaxşı açıqlama verdiyinә köklәnilmişdir.
Arqumentin üçüncü maddәsi әn kritik maddәsidir. Birinci
maddәyә әlәyici materialistlәr kimi bәzi materialist­ateistlәr etiraz
edәcәk olsalar da, materialist­ateistlәrin etirazlarının әn çox yüklәnәcәyi
maddә bu olacaqdır. Bu sәbәbdәn bu maddәnin üç bәndi aşağıda bir­bir
dәyәrlәndirilәcәkdir. Bu dәyәrlәndirmә zamanı “şüur vә mәnliyi”
açıqlamaq üçün ortaya atılan önәmli görüşlәrә dә toxunulacaqdır.

Quranda keçәn Allahın sifәtlәrindәn “Hәyy” Allahın “şüurlu” olduğunun (Baxın: 2­Bәqәrә Suresi 255), “Allahın
186

nәfsi” ifadәsi isә Allahın “mәnlik” sahibi olduğunun Qurani ifadәlәridir (Baxın: 6­Enam Suresi 12, 54).

157
HAQQINDA DÜŞÜNMӘ VӘ YÖNӘLMİŞLİK ÖZӘLLİYİ
Tәqdim olunan arqumentdә şüurun “haqqındalıq, yönәlmişlik”
özәlliyinә diqqәt çәkildi. Ağıl yeridә bilmәk üçün ilk şәrtlәrdәn biri, bir
şey “haqqında” (aboutness) düşünә bilmә, o şeyә zehnәn “yönәlmә”
(intentionality) qabiliyyәtinә sahib olmaqdır. Әn bilgilisindәn әn cahilinә
qәdәr, bütün insanlar bu qabiliyyәtә sahibdir. Davamlı olaraq zehnimiz
bir davranışa vә ya obyektә yönәlәrәk onun haqqında düşünür. Bir yerә
gedәrkәn yol haqqında, içindә olduğumuz maşın haqqında, yerimәyimiz
haqqında, qalxdığımız pillәkәnlәr haqqında düşünürük. Bu özәllik bizi
biz edәn bu qәdәr önәmli bir özәlliyimiz olmağına baxmayaraq bir
çoxumuz, bir dәqiqә belә, bu cür özәlliyә sahib olmağın fәrqliliyi
haqqında düşünmәyib. Zehnimiz, davranışlar vә obyektlәr haqqında
düşünә bilmәsәydik, heç bir ağıl yeritmә vә iradi davranış mümkün
olmazdı. Evdәn mәktәbә getdiyimizi düşünәk. Yolun, yerimәyin,
nәrdivanın “haqqında” düşünә bilmәsәydik mәktәbә getmәk üçün hansı
vasitәni istifadә edәcәyimiz, hansı yolu izlәyәcәyimiz kimi әn sadә ağıl
yeritmәlәri vә iradi seçimlәri necә reallaşdıra bilәrdik? Bir şeylәr
“haqqında” düşünә bilmәk adәtәn bir binanın betonu, kirәmiti, bәzәyi
kimidir. Bina inşa etmәk üçün әlbәttә bunların varlığı yetmir. Әlavә
olaraq bunların bir plan vә proyekt çәrçivәsindә bir araya gәtirilmәyi
lazımdır. Eyni şәkildә ağıl yeritmә vә iradәni istifadә etmәk üçün şüurun
“haqqındalıq” özәlliyi yetmәz, daha әvvәlki iki bölümdә incәlәnәn vә
qarşımızdakı sәhifәlәrdә әlә alınacaq özәlliklәrin varlığı da şәrtdir. Zehin
bir şey “haqqında” düşünәrәk, lazımi xam maddәlәrә sahib olur. Bunsuz
bir ağıl yeritmә vә iradә ilә davranmaq, him daşları olmadan bina inşa
etmәk qәdәr imkansızdır.
İndi modern fizikanın bizә dediyi maddә anlayışı üzәrindә
diqqәtlә düşünәk. Tәmәl zәrrәciklәr olaraq, atomu formalaşdıran
kvarklar, elektronlar kimi zәrrәciklәr vardır. Kvarkların birlәşmәsi ilә
protonlar vә neytronlar formalaşır. Protonların elektrik yüklәri olduğu
üçün bir­birlәrini itmәk kimi özәlliklәri vardır. Buna qarşılıq güclü nüvә
qüvvәsi bunları bir arada tutur, bunların fәrqli nisbәtlәrdә birlәşmәsi ilә
kimyadakı elementlәr cәdvәli qarşımıza çıxır. Bunların müәyyәn şәkildә
birlәşmәyi ilә dәnizlәr vә stullar kimi quruluşlar, orqanik maddә olaraq
birlәşmәlәri ilә DNT vә protein kimi quruluşlar ortaya çıxır. Nәticәdә
tәmәl zәrrәciklәr vә tәmәl qüvvәlәr çәrçivәsindә kainatdakı
formalaşmalar gerçәklәşir. Bunların hamısının bәlli qanunlar

158
çәrçivәsindә reallaşarkәn, tәsvir edilәn bu portret içindә “haqqındalıq”
özәlliyinә oxşar әn kiçik bir ünsür olmadığı kimi, bunların nә qәdәr
kompleks quruluşlar ortaya çıxarsalar da “haqqındalığı” necә ortaya
çıxara bilәcәkәrini görmәk mümkün deyildir.
Eyni hal insan zehninin tәfәkkürü üçün dә keçәrlidir. Bir çimәn
maşını istifadә edәn insan, çimәnlәr haqqında düşünsә dә, çimәn maşını
çimәnlәr haqqında düşünmәz. Bir nüvә stansiyası inşa edәn mühәndislәr,
düsturlar haqqında düşünәrәk bu stansiyanı inşa etmiş olsalar da,
stansiyanın özü etdiyi iş haqqında bir görüşә sahib deyildir. Şahmat
ustalarını mәğlub edәcәk şәkildә hazırlanmış komputerin, tozlandığı
zaman tozunu tәmizlәyәn şәxs, bu komputer haqqında düşünür. Amma
bu komputer proqramı (Deep Blue) Kasparova qalib gәlsә dә şahmat
haqqında düşünmәz. Çimәn maşınındakı mexaniki sistemin necә
çimәnlәri kәsdiyi göstәrilә bilәr. Nüvә stansiyasının mexaniki işlәyişinin
necә enerji istehsal etdiyi göstәrilә bilәr. Eyni şәkildә komputerdәki
işlәyişin necә reallaşdığı (komputerin şahmat haqqında düşünmәdәn
necә Kasporovu mәğlub etdiyi) dә göstәrilә bilәr. Zehin xaricindә, başqa
heç bir yerdә zehnin bir şey “haqqında” düşünmә özәlliyinә, yani
obyektini düşünәrәk “yönәlә bilmә” özәlliyiә rast gәlә bilmәrik.
Komputerdәn danışmışkәn, zehin fәlsәfәsindә ön plana çıxan
görüşlәrdәn biri olan “funksiyanalizm” (functionalism) gәlir.
Funksiyanalizm, zehni, onu ortaya çıxaran quruluşun iç özәlliklәri ilә
deyil, funksiyaları baxımından, yәni içindә olduğu sistemdә oynadığı rol
vә nәdәnsәl әlaqәlәri baxımından әlә alır. Funksiyanalist görüşlәrin bir
qismindә, zehin komputerә oxşadılıb, süni zәka çalışmalarında
hazırlanan komputerlәrin şüurun özәlliklәrini reallaşdıra bilәcәyi iddia
edilmişdir. Komputerlәrin bir çox insan davranışını tәqlid edә bilәcәyi,
hәtta bir çox mövzuda insanlardan çox daha bacarıqlı olduqları aydındır.
Amma bu hal, komputerlәrin “şüur vә mәnlik” sahibi olduğunu
göstәrmir. Bunu göstәrmәkdә Con Serlin “Çin otağı” düşüncә tәcrübәsi
mәşhurdur. Serl, Çin dilini bilmәyәn vә bir otaqda saxlanılan birini
varsayaraq örnәyinә başlayır. Bu otaqda, bu şәxsin, mәktubla gәlәn Çin
dilindәki yazıları, tәlimatlar yönündә, otaqdakı bir kitabda olan Çin
dilindәki yazılar ilә tutuşdurması, kitabda uyğun gәlәn çincә yazıları da
mәktubla geri göndәrmәyi istәnilir. Otağa gәlәn Çin dilindәki yazılar
bәzi suallardır, kitabda böyük ehtimal sualların cavabları vardır vә
suallarla әlaqәli uyğunlaşmada cavabları tapılıb geri göndәrilir. Amma

159
sualları cavablayacaq olan şәxs çincә bilmir. Çöldәn izlәyәn vә verilәn
skriptlәr ilә hәrәkәt edildiyindәn xәbәrsiz olanlar, bu şәxsin çin dilindә
bilib, sualları cavabladığını zәnn edәcәkdirlәr. Yәni çöldәn baxan şәxs,
içәridәki şәxsin çincә bilәn bir şәxs ilә eyni “funksiyaları”
gerçәklәşdirdiyini, yәni eyni şәkildә sualları cavabladıqlarını düşünür.
Ancaq eyni cavablar verilsә dә, Çin dilini bilib­bilmәmәk önәmli bir
fәrqdir (şüurlu olub­olmamağın önәmli bir fәrq olduğu kimi).
Funksiyanalizm bu böyük fәrqi görә bilmir. Komputerlәrin işlәmәsi dә
buna bәnzәdilә bilәr. Komputerlәr dәrk etmәdәn simvolları onlara
verilәn programa görә istifadә edir.187 Komputerlәr insan ilә tamamilә
eyni davranışları sәrgilәdiklәrindә belә, bu davranışa sәbәb olan
mexanizma arasında mahiyyәt fәrqi vardır. Mәsәlәn komputerlәr bir şey
“haqqında” düşünmәz, ona “yönәlmәz”. Bu tip sәbәblәrdәn ötrü, süni
zәkanın insan şüurunu vә mәnliyini reallaşdırmağı mümkün deyildir.
William Haskerin dediyi kimi komputerlәr, onun mühәndisi vә
istifadәçisinin ağıl yeritmәsinin genişlәmәsindәn ibarәtdir. Necә ki
televizorlar, xәbәrlәrin vә әylәncәnin şüurlu bir qaynağı olaraq düşünülә
bilmәzsә, komputerlәr dә şüurlu şәkildә ağıl yeridәn bir qaynaq olaraq
düşünülә bilmәz.188
Maddәyә hökm edәn qüvvәlәrdә, maddәnin zәrrәciklәrindә vә
zehin xaricindә maddәdәn ibarәt heç bir quruluşda “haqqındalıq”
özәlliyi yoxdur.189 Materialist­ateist mütәfәkkirlәrin maddә anlayışının
yaratdığı kainatda, sadәcә itmә vә çәkmә kimi özәlliklәr vardır, yer tutan
cisimler vardır, qarşılıqlı tәsir vardır. Fәqәt bu portret üzәrindә yaxşı
düşündüyümüz zaman, bu bәhs edilәnlәr çәrçivәsindә nә qәdәr kompleks
quruluşlar ortaya çıxsa da “haqqındalıq” özәlliyinә dair bir izahdan nә
qәdәr uzaqda olduğumuz aydın olacaqdır. Nә bir kvark digәr bir kvark
haqqında, nә dәniz sahil haqqında, nә dә bir DNT bir protein haqqında
deyil.
Әgәr zehni, materialist­ateistlәrin maddә anlayışı çәrçivәsindә
anlamağa cәhd etsәk, mexaniki işlәyişdә tamamilә fәrqli olan
“haqqındalıq” özәlliyinә keçid etmәk mümkün görünmür. Burada
materialist anlayışı mәnimsәyәnlәr, ya fәlsәfi görüşlәrini dәyişdirmәk, ya
187
8 John R. Searle, Minds, Br ains and Science, Harvard University Press, Massachusetts, 1985; John R. Searle,
Zihnin Yeniden Keşfi, Tәr: Muhittin Macit, Litera Nәşriyyatı, İstanbul, 2004.
188
William Hasker, Metaphysics, Inter Varsity Press, Downer’s Grove, 1983, s. 49
189
William Hasker, “How Not To Be A Reductivist?”, Mind: Its Place In The Wor ld: Non Reductionist
Appr oaches To The Ontology Of Conciousness, Ed: Alexander Bathyany ve Avshalom Elitzur, Ontos, Frankfurt,
2006.

160
da zehnin bu özәlliklәrinin illuziyalar vә ya halüsinasiyalar olduğunu
demәk seçimlәri ilә qarşı­qarşıya qalırlar. Mәnә görә doğru görüş,
materialist fәlsәfәdәn uzaqlaşmaqdır. Bir çox materialist­ateist bu
problemi görmәmiş vә ya görmәmәzlikdәn gәlmişdir. Әvvәlcә dә әlә
alınan“әlәyici­materialistlәr” isә tamamilә bunları inkar etmә yoluna baş
vurmuşdurlar.190
Geoofrey Madellin dediyi kimi zehnin bir şeyә “yönәlmә” özәlliyi
materialistlәr baxımından ciddi bir problem olsa da, modern dönәm
materialistlәri bu mövzunu çox nadir hallarda incәlәyiblәr. Madell,
zehnin bir şey “haqqında” düşünülә bilmә tәcrübәsinin
fenomenologiyasına diqqәtli köklәnәnlәrin, bu özәlliyin başqa bir şeylә
әvәz edilә bilmәyәcәyini görәcәklәrini deyir.191 Materialist­ateistlәrin
qәbul etdiyi maddә anlayışının paradiqması içindә zehnin “haqqındalıq,
yönәlmişlik” özәlliyi açıqlana bilmәz. Amma teizmin kainatın yaradıcısı
olaraq gördüyü Allah, materialist­ateist anlayışın maddәsi kimi ağılsız,
passiv, iradәsiz, şüursuz deyil. Ağıl sahibi, aktiv, iradәli, şüurlu bir
gücdür vә öz yaratdıqları “haqqında” düşünür, mәqsәdlәri yönündә
istәdiklәrini reallaşdırır. Teizmin paradiqmasında onsuzda bәhs edilәn
özәlliklәr, kainatdan әvvәl var olduğu vә kainatın varlığı bunlarla
mümkün olduğu üçün, bu özәlliklәrә sahib olan Allahın bu özәlliklәri
–özündәkindәn dәrәcә olaraq çox aşağı bir şәkildә olsa da ­
yaratdıqlarına vermәyini anlamaqda bir çәtinlik yoxdur.192 Nәticәdә
şüurun әn önәmli özәlliklәrindәn biri olan “haqqındalıq, yönәlmişlik”
özәlliyinin, necә var olduğunu materialist­ateist anlayış açıqlaya
bilmәmәyinә qarşılıq, teizm bunun necә ortaya çıxdığının izahına imkan
verәn bir varlıq anlayışı (antologiya) ortaya qoyur.
SUBYEKTİVLİK VӘ ŞӘXSİ TӘCRÜBӘ (QUALİA) ÖZӘLLİYİ

190
1 Ramsey, William, "Eliminative Mater ialism", The Stanford Encyclopedia of Philosophy (Yaz 2013 Edition),
Edward N. Zalta (ed.),
191
Geoffrey Madell, Mind and Mater ialism, Edinburgh University Press, Edinburgh, 1988, s. 11; Keith Ward, “God
As The Ultimate Information Principle”, Infor mation And The Natur e Of Reality: Fr om Physics To
Metaphysics içindә, Ed: Paul Davies ve Niels Henrik Gregersen, Cambridge University Press, Cambridge, 2010.
192
Allah bu özәlliklәri, zehindә, maddәdәn fәrqli bir cövhәr verәrәkdә yarada bilәr. Maddә beyin formasına gәldiyi
zaman bu özәlliklәri qazanacaq şәkildә maddәni dizayn etmiş dә ola bilәr.Bu cür bir maddә anlayışı isә materialist­
ateistlәrin maddә anlayışından çox uzaqdır. Materializm baxımından gözlәnti, maddәnin edәcәyi bütün birlәşiklәrdә
maddәyә bәnzәr ünsürlәrin ortaya çıxmağıdır. Ancaq burada, maddәnin bәlli bir birlәmşmәsindә maddә ilә tәrif
edilә bilmәyәcәk, maddәdәn çox fәrqli özәlliklәr zühur edir. Nәticәdә bu özәlliklәrin zehinә verilmәyinin
materialistlәrin maddә anlayışı ilә açıqlana bilmәyәcәk olmağının mütlәq olaraq cövhәr dualizmini tәlәb etdiyini (bu
kitabda önәminә istinadәn bir neçә dәfә tәkrarladığım kimi) müdafiә etmirәm. Zühur olma (emergence) görüşünün
dә göz önündә tutulmağının lazımi bir alternativ olaraq dәyәrlәndirirәm: Caner Taslaman, “Beden­Ruh Dualizmine
Teolojik Agnostik Tavır ”, Moder n Bilim, Felsefe ve Tanr ı, İstanbul Yayınevi, İstanbul, 2012, s. 107­148.

161
“Öznәllik” (subyektivlik) şüur hallarının çox tәmәl bir özәlliyidir.
“Öznәllik” şüurluluq halının bir “mәnliyә” aidiyyatı vә bir “mәnliyin”
şüur hallarına özünә aid vasitәsi olmağıdır. Xoşbәxtlik, kәdәr, istәk kimi
hisslәrimizin “bizә” aid olmağı vә bunları bir “mәnlik” olaraq, sadәcә
özümüzә xas tәcrübәlәrimiz olaraq, tәcrübәdәn keçirmәyimiz bu cürdür.
“Qualia” (tәcrübi özәlliklәr) isә şәxsin tәcrübә etdiyi şәxsi şüur
tәcrübәlәridir. Xoşbәxtlik, kәdәr, istәk vә ya rәng alqılarımız olaraq
subyektiv tecrübә etdiklәrimiz “qualia”dır. Şüurlu şәxslәr (insan vә ya
başqa varlıqlar da ola bilәr) xaricindә, kainatdakı heç bir maddi varlıqda
“subyektivlik” vә “qualia” tәcrübә etmәk özәlliyi mövcud deyildir.
Kitabı oxuyan şüurlu şәxs, onu “subyektiv” dünyasında sezib vә bu
kitabın sezilәn görüntüsündәn oyandırdığı hәyәcan hissinә qәdәr bütün
sezgilәr­hisslәr “qualia”dır. Şüuru olmayan maddi dünyadakı
varlıqlardan (atomlardan, ulduzlardan, komputerlәrdәn, çәkiclәrdәn,
kitaplardan) şüuru ayıran әn önәmli özәlliklәrdәn biri, şüurda “öznәllik”
özәlliyinin olmağı, yәni birinci şәxs “mәn” (şәxs) olaraq, şüur
hallarımıza içә baxışla (introspection) xüsusi şahidliyimizin olmağı, şüur
hallarımızda “qualia”nı alqılamağımızdır. Ancaq atomların, ulduzların,
komputerlәrin, kitabların içindә öz subyektivliklәrinә şahidlik edәn bir
“mәnlik” olduğunu düşündürәcәk heç bir sәbәb yoxdur. Bu sәbәbdәn bir
atomu parçalayanın vә ya bir komputeri zibilliyә atanın “mәn” tәcrübәsi
olan bir şәxsi yox etdiyini düşünmürük.
Bәs materialist­ateistlәr, mövcud kәşflәri vә dәyәrlәndirmәlәri
bilmәsәydilәr, şüuru vә mәnliyi açıqlamaqda, zehin fәlsәfәsindә var olan
fәlsәfi görüşlәrdәn hansının öz dünya görüşlәrinә әn uyğun olduğunu
düşünәrdilәr. Bunun “әvәzedici, sadәlәşdirmәçi materyalizm” olduğunu
rahatlıqla deyә bilәrәm.193 Bu görüş “eynilik nәzәriyyәsi” olaraq da
bilinir. Buna görә subyektiv şüur halları beyindәki müәyyәn
vәziyyәtlәrә, o vәziyyәtlәr dә, nәhayәt atom altı zәrrәciklәrә
sadәlәşdirilә bilәr. “Şüur vә mәnlik” dә bunlardan başqa bir şey deyildir.
Belә olduqda, әgәr bir materialist­ateist, maddәni vә maddәnin
birlәşmәlәri ilә ortaya çıxan şüursuz varlıqların necә var olduğunu
açıqlaya bilsәydi (bu mövzudakı müzakirәlәr kosmoloji dәlil vә dizayn
dәlili kimi başlıqlar altında edilmişdir194), maddәdәki özәlliklәrdәn çox

193
Bu mövzu üçün baxa bilәrsiniz: Jaegwon Kim, Mind in a Physical Wor ld: An Essay on the Mind­Body
Pr oblem and Mental Causation, MIT Press, Cambridge MA, 1998
194
Bu mövzunu bu kitabımdakı ilk yeddi dәlildә әlә aldım: Caner Taslaman, Allah’ın Var lığının 12 Delili, Destek
Yayınları, İstanbul, 2016.

162
fәrqli görünәn ağıl, iradә, şüur vә mәnlik özәlliklәrinin açıqlanmağı
materialist­ateist fәlsәfә üçün әlavә bir problem yaratmayacaqdı. Ancaq
“şüur vә mәnlik” ilә әlaqәli digәr özәlliklәr ilә bәrabәr nә
“subyektivliyimiz” nә dә “qualia” hәr hansı bir beyin halı ilә vә sonra
atom altı zәrrәciklәr ilә әvәz edilib tәrif edilә bilmәz.
Modern elmin işığında beynin anatomiyası vә fiziologiyası
incәlәndiyi zaman, danışanda sol lobun, qәrar qәbul edәrkәn ön­frontal
lobun istifadә edildiyi, neyronların (sinir hüceyrәlәrinin) nәyә bәnzәdiyi,
bu hüceyrәlәrin içindәki kimyәvi quruluşların nәlәr olduğu kimi bir çox
önәmli bilgini öyrәnirik. Ancaq bunların hamısı “subyektivlik vә
qualia”dan kökündәn fәrqlidir. Zövq alaraq üzdüyümüzü düşünәk.
Beynin içindәki bir quruluşu göstәrib, ifraz edilәn bir hormonu da tәyin
edәrәk üzәrkәn zövq alındığını bәlkә tәsbit edә bilәrik. Fәqәt bununla
bağlı neyronlara vә ya hormonlara baxmaq, “birinci şәxs olaraq mәnim
üzmәkdәn aldığım zövqdәn” tamamilә fәrqlidir. Zövq almağın bu
neyronlar vә bu hormonlar ilә reallaşmış olmağı da bunu dәyişdirmir.
Adını “Enisin eynәyi” qoyduğum bir düşüncә tәcrübәsi ilә bu
vәziyyәti anlamağa çalışaq. Doğulduğundan bәri Enisin, çıxarıla
bilmәyәcәk şәkildә dizayn edilmiş eynәk taxdığını düşünәk. Bu sınaqda
Enisin eynәyi çıxarılmadan, eynәyin şüşәlәri dәyişdirilmiş olsun. Әlavә
olaraq Enis, gözlәrinin vә beyninin varlığından da xәbәrsiz olsun. Amma
eynәyin quruluşunu vә üzәrindәki dәyişmәlәrdәn bütün detalları ilә
xәbәrdar olsun. Taxdığı eynәyin şüşә nömrәsi vә şüşәlәrinin rәngi
davamlı dәyişdirilәrkәn, dünyadakı obyektlәrin şәklini dә, rәnginidә
alqılamağı eyni, yәni bu dәyişikliklәrә bәrabәr bir şәkildә dәyişir.
Eynәyә qoyulan bir şüşәnin dәyişikliyi ilә obyektlәr böyüyür, bir şüşәnin
dәyişikliyi ilә obyektlәr bulanıqlaşır, bir şüşәnin dәyişilmәsi ilә
obyektlәr mavi olur, bir şüşәnin dәyişikliyi ilә obyektlәr yaşılvari olur,
şüşәnin bağlanması ilә obyektlәr görünmәz olur. Enisin görmәyinin
eynәkdәki dәyişmәlәrә görә bәrabәr dәyişmәsi, görmәyi reallaşdıranın
bu gözlük olduğunu, görmәnin eynәkdәki quruluşa vә dәyişimlәrә
endirilә bilәcәyini düşünmәyinә sәbәb olmalıdır? Mәncә Enis, bu
vәziyyәtdәki mövcud bilgilәri dәyәrlәndirib, eynәyin quruluşunu
incәlәyib vә sonra öz “subyektiv” görmә tәcrübәlәrinin(qualia) üzәrindә
diqqәtlә düşünәrәk, şüşә dәyişdirmәlәri ilә alqımız arasında birәbir
eynilik olsa da (eynilik nәzәriyyәsinin tәlәbinә oxşar şәkildә) eynәyin
gördüyünün (görmәnin eynәyә sadәlәşdirilә bilәcәyini) iddia edilә

163
bilinmәyәcәyini anlaya bilәr. Çünki, şüşәnin quruluşu vә üstündәki
dәyişikliklәri araşdırdıqdan sonra, içә baxışla birinci şәxs olaraq şahidlik
etdiyi şәxsi görmә alqısını incәlәyib, bunları qarşılaşdırsa, aradakı dәrin
fәrqi anlayar. Bu anda “subyektivlik (öznәllik) vә qualia”nın, beyindәki
kimyәvi birlәşmәlәrә vә neyronların fәaliyyәtlәrinә sadәlәşdirilib
anlaşılacağını düşünәnlәr, biraz әvvәlki düşüncә tәcrübәsindә Enisin
yerindә olsaydılar, görmәlәrinin eynәyә sadәlәşdirilmәsi gәrәktiyini vә
görәnin eynәk olduğunu müdafiә edәrdilәr. Beyindәki kimyәvilәr vә
neyronlar, “subyektivliyimizdәn ve qualia”dan çox eynәyә bәnzәyir.
Eynәk kimi, “subyektivliyimiz” ilә zehin hallarımıza xüsusi vәsaitimiz
olmasına bәnzәr bir özәllik göstәrmәzlәr, eynәk kimi mexaniki
proseslәrin parçasıdırlar, eynәk kimi, atomların itmә çәkmә kimi
hәrәkәtlәrindәn mütәşәkkil olub, bu tip hәrәkәtlәri daha qarmaşıq şәkildә
reallaşdırırlar.
Thomas Nagelin “Bir yarasa olmaq necә bir şeydir” başlığı ilә
tәqdim etdiyi, mәşhur düşüncә sınağı da, sadәlәşdirmәçi (әvәz edici)
materialist görüşlәrin xәtalı olduğunu göstәrәn başqa bir düşüncә
sınağıdır.195 Nagel, әgәr bir canlının öz “subyektivliyindә” özü kimi
olmaq hissinә (qualeyә: qualianın tәki) sahibdirsә, şüurlu olduğundan
bәhs edilә bilәcәyini ifadә edir. Şüurlu bir varlığın öz “subyektivliyinin
fәrqindәliyi” isә hansı maddi proses ilә (neyronların funksiyaları,
kimyәvi quruluşlar, atomun hәrәkәtlәri) açıqlamağa cәhd etsәniz belә, bu
öznәl ölçü açıqlamanın xaricindә qalır. Bu, “subyektivliyin” heç bir
şәkildә maddi proseslәrә sadәlәşdirilә bilmәmәsi vә әvәzlәyici görüşlәrin
uğursuz olmağı demәkdir.
“Qualia”nın fizikanın tәrif etdiyi maddәyә sadәlәşdirilә
bilmәyәcәyini göstәrmәk üçün adını “Meliha vә әncir” qoyduğum başqa
bir düşüncә tәcrübәsi tәqdim edәcәyәm. Meliha, qidalar mövzusunda vә
qidalar vücuda ağızdan girdikdәn sonra reallaşan – beyindәkilәr daxil­
proseslәr mövzusunda dünyanın әn önәmli mütәxәssisi olsun. Buna görә
Meliha, әncirin atom­altı sәviyyәdәn molekullarına qәdәr quruluşu ilә
bağlı bütün detalları vә әncir yeyildikdәn sonra beyindә vә bütün
bәdәndә gerçәklәşәn bütün proseslәri çox yaxşı bilir. Bir gün Melihanın,
fiziki­kimyәvi­bioloji quruluşunu çok yaxşı bildiyi әnciri, hәyatında ilk
dәfә yediyini düşünәk. Görәsәn Meliha әnciri yediyi zaman yeni bir şey
öyrәnmiş olacaqmı? Meliha, әncirin özü vә vücudda keçirdiyi bütün

195
Thomas Nagel, “What Is It Like To Be A Bat?”, Philosophical Review, No: 83, 1974, s. 435–456.

164
mәrhәlәlәr haqqında hәr şeyi nәzәri olaraq bilsә dә, әnciri yediyi zaman,
әncirin “şәxsi” tәcrübәsindә buraxdığı dadı, yәni bir “quale” öyrәnmiş
olacaqdır. Әgәr şәxsi tәcrübәlәrimiz, tәkcә fizikanın, kimyanın,
biologiyanın dediyi maddi proseslәrdәn ibarәt olsaydı, maddi proseslәr
ilә bağlı hәr şey mәlum olduqdan sonra, geriyә bilinәcәk bir şeyin
qalmamağı lazım idi. Qısaca olaraq, şәxsi tәcrübәlәrimizdә
alqıladıqlarımız maddi proseslәrә sadәlәşdirilib, tamamilә anlaşıla
bilsәydi, Melihanın yeni bir şey öyrәnmәmәyi ilә qarşılaşardıq. Ancaq
Meliha burada әncirin dadını öyrәnәrәk yeni bir bilgi әldә etdiyinә görә
“subyektivliyimiz” vә “qualia”nı açıqlamaqda sadәlәşdirmәçi
(indirgemeci) nәzәriyyәlәrin uğursuz olduğu anlaşılır.196 Fiziki proseslәr
ilә bağlı obyektiv açıqlamalar, tәbiәtlәri gәrәyi şüurun öznәlliyini
(subyektivliyini) әhatә edә bilmәz, xaricindә buraxar. Yәni şüurun
subyektivliyindәki tәcrübәlәrin (qualia) maddi proseslәrә
sadәlәşdirilmәsi mümkün deyildir. Qısaca olaraq, sadәlәşdirmәçi
materializm ve sadәlәşdirmәçi fizikalizm vә eynilik nәzәriyyәsi olaraq
yad edilәn fәlsәfi görüşlәr yanlışdır.
Zehin fәlsәfәsindәki görüşlәr incәlәnәrkәn, günümüzün mәşhur
materialist­ateistlәrinin çoxunun şüur vә mәnliyi tәrif etmәkdә rәğbәt
göstәrmәdiklәri, fәqәt bir dönәm olduqca tәsirli olmuş bir görüş olan
“davranışçılıq” (behaviorism) haqqında da bir neçә şey demәk lazımdır197
Davranışçı mәktәbin metodologiyası, subyektiv olanı görmәzdәn gәlir vә
sadәcә “şüurun gözlә yansıyan tәzahürlәrini” dәyәrlәndirir. Mәsәlәn,
gülәn vә kitab oxuyan insan kimi çöldәn görünәnlәr xaricindә, zehnin
içindә “subyektiv” olaraq hiss edilәn xoşbәxtlik, istәk kimi hisslәr
(qualia) vә zehnin kitab “haqqında” düşünüb, ona “yönәlmәsi” kimi
daxili şahidliyimiz ilә şahid olduğumuz faktlar, bu görüş tәrәfindәn
diqqәtә alınmır. Burada şüurun bir sadәlәşdirilmәsini (indirgenme)
görürük. Fәqәt buradakı sadәlәşdirmә beyindәki neyron fәaliyyәtlәrinә
deyil, bәdәnin xaricә vuran davranışlarınadır. Ancaq әziyyәt çәkmәdәn,
әziyyәt çәkirmiş kimi bağıra bilәrik vә ya bir şeyi bәyәnmәdiyimiz
halda, bәyәndiyimizi ifadә edә bilәrik.198 Davranışçı metodologiya,
әziyyәt çәkәn ilә, әziyyәt çәkmә tәqlidi edәn arasındakı ayırımın
edilmәyini belә qeyri­mümkün görür. Sırf bu belә, bu görüş ilә zehnin
196
Bu düşüncә sınağının zehin fәlsәfәsi әdәbiyyatındakı bir oxşarı olan “Marynin otağı” haqqındakı mәqalә: Frank
Jackson, “Epiphenomenal Qualia”, Philosophical Quarterly, No: 32, 1982, s. 127–136.
197
“Davranışçılıq” haqqında bilgi almaq üçün bu görüşün önәmli isimlәrindәn olan Skinnerın bu kitabına baxa
bilәrsiniz: B. F. Skinner, About Behavior ism, Vintage Books Edition, New York, 1976.
198
Ian Barbour, Issues In Science And Religion, Harper And Row Publishers, New York, 1971, s. 353­354.

165
özәlliklәrinin dәyәrlәndirilmәsinin mümkün olmadığını anlamağa
yetәrlidir. Davranışçılıq, şüurun “subyektivlik, qualia” vә “haqqındalıq,
yönәlmişlik” kimi özәlliklәrini göz önündә tutmadığı üçün şüur hallarını
verdiyimiz örnәklәrdәki kimi yanlış tәyin etmәklә bәrabәr, daha da pisi
şüurlu olan ilә, şüursuz olanın ayırd edilә bilmәmәyinә sәbәb olur. İnsan
şәklindәki bir robota fәrqli sәslәr yüklәdiyimizi, bu robotun ayaq
dabanına әl ilә toxunulduğu zaman qıdıqlanan insan kimi sәs çıxardığını
vә daha şiddәtli әl tәmaslarına qarşı әziyyәt çәkәn insan kimi sәs
çıxardığını düşünәk. Davranışçı düşüncәyә mәnsub biri, bir insanın,
şüurunda, qıdıqlanma vә әziyyәt “haqqında” hisslәrә “subyektiv” olaraq
sahib olmağı ilә verdiyi reaksiyanları vә robotda müşahidә edilәnlәri
ayırd edә bilmәyәcәkdir. Bu örnәk, bir insanın vә bir robotun, tamamilә
eyni davranışlar sәrgilәyә bilәcәyini, fәqәt bu eyni davranışların birinin
şüurlu, digәri isә şüursuz iki fәrqli kökәni ola bilәcәyini vә davranışçı
mәktәbin bu önәmli fәrqi ayırd edә bilmәyәcәyini ortaya qoyur. Bütün
bunlar, zehni anlamaqda davranışçı görüşün uğursuz olduğunu göstәrir.
Göründüyü kimi maddәnin quruluşundakı heç bir şey “öznәlliyә
ve qualia”ya oxşar deyildir. Әlәyici materializm, eynilik nәzәriyyәsi,
sadәlәşdirici materializm, sadәlәşdirici fizikalizm, funksiyanalizm,
davranışçılıq kimi adlarla zehin fәlsәfәsi sahәsindә iddia edilәn
görüşlәrin heç biri “öznәllik vә qualia”nı açıqlamaqda uğurlu
olmamışdır. Materialist­ateist antologiya baxımından maddә var olan tәk
cövhәr olduğu üçün, maddәdә olmayan bu cür bir özәlliyin necә ortaya
çıxdığını açıqlamaqda böyük problem vardır. Fәqәt teizmә görә Allah
şüurludur vә özündә bütün hadisәlәrә bir baxış bucağı vardır, heç bir
varlığın olmadığı halda belә, Allah öz varlığını “subyektiv” olaraq bilir,
yәni Allahın şüuru da “subyektivlik” özәlliyinә sahibdir. Teizmdә
“subyektivlik” әzәli bir ünsürdür vә bu ontologiyada әzәldәn bәridir var
olan bu özәlliyin Sahibinin, yaratdıqlarından istәdiyinә bu özәlliyi
vermәsi, bu özәlliyin necә ortaya çıxdığının anlaşılmağını tәmin edir.
Subyektivliyә sahib olan Allah, materialist­ateist anlayışın, subyektivliyi
olmayan maddәsinin, verә bilmәyәcәyi dubyektivliyi istәdiyinә
rahatlıqla verә bilәr.
BİRLİK ÖZӘLLİYİ
Şüurlu bir şәxsin, digәr önәmli özәlliklәrindәn biri, bütün fәrqli
alqılarının, duyğularının, düşüncәlәrinin “birlik” içindә fәrqindә
olmağıdır. Kitabın kәlmәlәrini görәn, kitabın kağızının sәrtliyini hiss
166
edәn, kitab oxuyarkәn arxadakı musiqini eşidәn, kitabdan hәyәcan hiss
edәn, kitab haqqında düşünәn “birlik içindә tәk bir mәnlik”dir. Әvvәlcә
kitabın sәrtliyi, sonra musiqi, sonra hәyәcan duyğusunun fәrqindәliyi
hiss edilmir, bunların hamısı birliktә “birlik” içindә hiss edilir. Vücudun
fәrqli bölgәlәrindәn alqılar gәlsә vә beynin fәrqli bölgәlәri dәyişik
alqılarla vә duyğularla bağlı olsa da bütün bunların hamısı, bir bütün
şәklindә, “tәk bir mәnliyin subyektivliyi” içindә hiss edilir. Bu birliyin,
bәlli bir zaman anındakı (eynivaxtlı: synchronic) birlik olmağı ilә
bәrabәr, zamanın axışı içәrisindә (artzamanlı: diachronic) mühafizә
edilәn bir birlik olmağı da önәmlidir. Zehin fәlsәfәsindә bu mövzu
“şüurun birliyi” (the unity of consciousness) ve “bağlanma problemi”
(the binding problem) kimi başlıqlar ilә әlә alınır. Dekartdan Luka,
Leibnizdәn Kanta qәdәr modern dönәmin bir çox mәşhur filosofu
“şüurun birliyi” ilә maraqlanmışdır.199
Toxunma, görmә, eşitmә kimi alqıların necә dәrkindә olduğumuz
ilә bağlı proses üzәrindә düşünәk. Kitabın cildinә әllәrimizlә
toxunduğumuzda әllәrimizdәki sinirlәr vasitәsi ilә beyinә çatdırılan
siqnallar ilә sәrtlik hissinә sahib oluruq. Kitabın görüntüsü işıq vasitәsi
ilә gözümüzdә formalaşdıqdan sonra, buradan beynimizә gedәn
sinirlәrin yolladıqları siqnallar ilә kitabı görürük, arxadakı musiqini dә
qulaqlarımızdan beynimizә gedәn sinirlәrin yolladıqları siqnallar vasitәsi
ilә eşikdirik. Bunların “birlik” içindә dәrkindә olmazdan әvvәl bu
proseslәr reallaşır. Bu alqılarımızın hamısında beyindәki neyronlar çox
önәmli rol oynayır vә beynimizdә 86 milyarda yaxın neyron vardır.
Tәklikdә heç bir neyron, şüurun “öznәllik, birlik” kimi özәlliklәrinә
qarşılıq gәlmәsә dә, bir çox şәxsә görә, neyronların ortaq hәrәkәtindәn
şüurun “öznәllik, birlik” kimi özәlliklәri ortaya çıxır. Beyinә baxdığımız
zaman bir sistemin içindә funksiyalarını yerinә yetirәn neyronlar yer alsa
da, bunların ortaq hәrәkәtindәn “öznәlliyindә birlik içindә alqılayan
şüurun” necә ortaya çıxdığını izah etmәk mümkün görünmür.
Bir çox neyronun ortaq çalışmasından “öznәl vә birlik içindәki
mәnliyin dәrki”nin çıxmağı ilә bağlı problemi anlamaq üçün zehin
fәlsәfәsindәki mәşhur düşüncә tәcrübәlәrindәn biri olan “Çin
millәtindәn” faydalana bilәrik. Çindә yaşayan hәr bir şәxsin, beyindәki
bir neyronun vәzifәsini yerinә yetirәcәk şәkildә telefon simlәri ilә bir­
birlәrinә bağlandıqlarını, sonra özlәrinә verilәn vәzifә çәrçivәsindә
Mәsәlәn: İmmanuel Kant, The Cr itique of Pr actical Reason, Tәr: Thomas Kingsmill Abbott, Chicago, William
199

Benton, 1971.

167
neyronları tәmsil edәn digәr şәxslәrә zәng edәrәk bir­birlәri ilә әlaqә
qurduqlarını varsayaq.200 Mәsәlәn qurulan bu vәziyyәt ilә Çin millәtinin
fәrdlәri, hәyәcan hissini tәqlid etmәyә cәhd etsin. Bunun üçün beyindә
hәyәcan hiss edildiyi zaman hansı neyronlar arasında necә әlaqә qurulur,
o neyronları tәqlid edәn hәr bir şәxs, hәyәcan hiss edildiyi zaman ortaya
çıxan qarşılıqlı tәsirә oxşar şәkildә, birbirlәri ilә mәftillәr vasitәsi ilә
әlaqә qursunlar. Eyni şәkildә kitab oxunarkәn beyindә ortaya çıxdığını
düşündüyümüz bütün proseslәri dә tәqlid etdiklәrini varsayaq. Bu
vәziyyәtdә Çin millәtindәki hәr bir insandan ayrı olaraq “Çin ölkәsinin
şüuru” deyә bir quruluşun ortaya çıxıb, Çin millәtinin heç bir fәrdinin
hiss etmәdiyi hәyәcan hissi vә kitab ilә bağlı alqıları, “Çin ölkәsinin
şüurunun subyektivliyindә birlik içindә” hiss etdiyini düşünә bilәrikmi?
“Çin ölkәsinin birlik içindә bir şüura” sahib olduğu, şәklindәki bir iddia
hamımıza çox mәnasız gәlәcәkdir. Amma beyindәki neyronların ortaq
fәaliyyәti ilә, “öznәl vә birlik içindә fәrqindә olan bir şüurun” ortaya
çıxdığı iddiası, bu düşüncә tәcrübәsindә “Çin ölkәsinin şüuru”nun ortaya
çıxdığı iddiasına bәnzәyir. “Birlik içindә öznәl dünyada alqılama”
neyronların bir sistemin parçaları olaraq bәrabәr fәaliyyәtindәn tamailә
fәrqlidir.
Fizikanın incәlәdiyi dünyada maddәnin özünü ortaya çıxaran
elektron vә protonlar kimi zәrrәciklәr, atomun içindә itmә­çәkmә kimi
davranışları ilә öz quruluşlarının gәrәyi olan hәrәkәtlәri edirlәr.
Kimyanın incәlәdiyi dünyada, atomların digәr atomlar ilә birlәşmәlәr
ortaya çıxarmaları kimi davranışları da bir hәrәkәt növüdür.
Biologiyanın incәlәdiyi dünyada, bәzi proteinlәrin ferment vәzifәsini
daşıyıb, molekulları birlәşdirmәsi vә ya DNT­nin replikasiyası kimi
davranışların hamısı, qarmaşıqlıq dәrәcәlәri artsa vә bu quruluşlar öz alt
sistemlәrinin (atomlar kimi) hәrәkәtlәrini әhatә etsә dә, özlüyündә
hәrәkәtdәn başqa bir şey deyildir. Sinir elminin incәlәdiyi neyronların,
sinapsların elektrik siqnalları kimyәvilәr ilә xәbәrlәşmә kimi
davranışlarının da hamısı, özlüyündә biologiyanın digәr sahәsindәki
hәrәkәtlәr kimi hәrәkәt növüdür. Fәqәt “şәxsin birlik içindә şüur ilә
alqılaması” digәr özü hәrәkәt olan davranış növlәrindәn mahiyyәt olaraq
fәrqlidir. Kvant nәzәriyyәsinin maraqlı fenomenlәrindәn biri olan
dolanıqlıq, atom sәviyyәsindә heç gözlәnmәyәn bir birliyi ortaya
çıxarmış olsa da, DNT­nin nükleotidlәri içindә olduqları DNT­nin bir
Ned Block, “Tr oubles with Functionalism”, Minnesota Studies in The Philosophy of Science, No: 9, 1978, s.
200

261–325.

168
parçası olaraq bir quruluşun üzvü olsalar da, “şüurdakı birlik özәlliyi” bu
tip bir arada oluş vә bәrabәr hәrәkәt etmәlәrdәn kökündәn fәrqlidir.
Digәrlәrindә özü hәrәkәt etmәk olan vә pasisiv, bir­birindәn ayrı
parçaların bir arada olmağı ilә ortaya çıxan bir birlik vardır. Şüurun
özündә isә “haqqındalıq, öznәl olaraq alqılama vә heç bir parçaya bölünә
bilmәyәn bir birlik” vardır. Şüurun vә mәnliyin әvvәlki özәlliklәri kimi
“birlik” özәlliyinin necә ortaya çıxdığını açıqlamağa, materialist­
ateizmin maddә anlayışı ehtimal vermir. Fәqәt şüuru vә mәnliyi, Allahın
әzәli özәlliklәrindәn görәn teizm baxımından bu özәlliyin necә ortaya
çıxdığını açıqlamaqda da bir problem yoxdur.
Materialist­ateizmin maddә anlayışı ilә zehnin ağıl, iradә, şüur,
mәnlik kimi özәlliklәrinin açıqlana bilmәyәcәyi aydındır. Bu vәziyyәtdә,
mümkün olan alternativlәrdәn birincisinә görә ağılın, iradәnin, şüurun,
mәnliyin bәhs edilәn özәlliklәrinin maddәyә sadәlәşdirilmәsindәn
hәrәkәt ilә bunların maddәdәn tamamilә fәrqli bir cövhәr ilә bağlı
olduğu deyilә bilәr. Materialist­ateist fәlsәfә, maddә xaric bir cövhәrin
varlığını qәtiyyәn qәbul edә bilmәdiyi üçün, bu görüş materialist­ateist
fәlsәfәnin yanlış olduğunu göstәrir. Mümkün olan alternativlәrdәn
ikincisinә görә isә ağılın bәhs edilәn özәlliklәri maddәyә sadәlәşdirilә
bilmәsә dә, bu özәlliklәrin maddi quruluşu müәyyәn bir formaya
gәldiyindә “zühur etdiyi” (emergence) deyilә bilәr. “Zühur olmaya” görә
bütün, parçalarının toplamından daha çoxdur. Maddәnin bәlli bir
formaya sahib olmağı ilә ortaya çıxan özәlliklәr, o formu ortaya çıxaran
parçalara baxaraq anlaşıla bilmәz.201Bu görüşdә, maddә xarici bir cövhәr
yoxdur. Amma maddәnin elә bir quruluşu vardır ki, maddә müәyyәn bir
forma aldığı zaman, maddәnin zәrrәcikklәrinә vә bu zәrrәciklәrin
qarşılıqlı tәsirinә baxaraq ortaya çıxışı izah edilә bilmәyәn, sözügedәn
özәlliklәr ortaya çıxır.202 Tutarlı bir materialist­ateist görüş baxımından
(bu görüşdә olan bәzi mütәfәkkirlәrin etiraf etdiyi kimi) “cövhәr
dualizmi” (maddә vә bәhsedilәn ünsürlәri ilә zehnin, ruhun iki ayrı
cövhәr olduğunu deyәn görüş) qәbul edilә bilmәz olduğu kimi “özәllik
daalizmi” (maddә vә bәhsedilәn ünsürlәri ilә zehnin, ruhun fәrqli iki
özәllik növü olduğunu deyәn görüş) dә eyni şәkildә qәbul edilә bilmәz
haldır. Zühur olma görüşü isә “özәllik dualizmi”ni (property dualism)

Ian Barbour, Issues in Science and Religion, s. 326.


201

Zehnin özәlliklәrini, zühur olma ilә açıqlayanlara örnәk olaraq baxa bilәrsiniz: Philip Clayton, “Neur oscience,
202

The Per son And God: An Emer gentist Account”, Ed: Robert John Russell vә digәrlәri, Neur oscience And The
Per son, Vatican Observatory Publications, Vatikan, 2002, s. 181­214.

169
qәbul etmәk mәnasını daşıyır.203
Burada bunu vurğulamaqda fayda görürәm: Teizm baxımından
ağıl, iradә, şüur, mәnlik özәlliklәrinin ortaya çıxışının, maddәdәn ayrı bir
cövhәr olan “zehin, ruh” yaradılaraq ortaya çıxmağını müdafiә etmәk
kimi bir mәcburiyyәt yoxdur. Maddә xarici bir cövhәrә ehtiyac
görülmәdәn, yәni sadәcә maddә ilә bu özәlliklәri izah etmәkdә “zuhur
olma” da qәbul edilә bilәn bir görüşdür. Maddәnin müәyyәn şәkildә bir
forma qazandıqdan sonra, bu özәlliklәrin zühur edәcәyi şәkildә
yaradıldığı vә maddә lazımi formaya gәldiyindә maddәnin
“zehinlәndirildiyi, ruhlandırıldığı” da müdafiә edilә bilәr. Dualizmә görә
maddәnin başqa bir varlıq növü ilә bir araya gәtirilmәsi hesabına zehnin
bu özәlliklәri yaradıldığı halda, zühur olmaya görә maddәnin içinә
qoyulan özәlliklәr hesabına zehnin, maddәnin zәrrәciklәrindә müşahidә
edilәn özәlliklәrdәn çox fәrqli özәlliklәri ortaya çıxmışdır. Necә ki, hәm
yәhudi hәm xristian, hәm dә müsәlman ilahiyyatçı vә fәlsәfәçilәr
içәrisindә hәr iki “zehin, ruh” anlayışını da müdafiә edәnlәr vә insan
mәnliyi ilә axirәtdә yenidәn yaradılmaqla bağlı tәktanrılı dinlәrin
görüşlәri ilә hәr iki “zehin, ruh” anlayışının da uyğun olduğunu ifadә
edәnlәr olmuşdur.204
Dualizm, onsuzda materialist­ateizm baxımında heç qәbul edilmәyә
yanaşılmayan bir görüşdür. Digәr yandan zühur olma da materialist­
ateizm baxımından gözlәnilmәz bir hal ikәn, Howard Van Tillin diqqәt
çәkdiyi kimi zühur olma anlayışı teizm ilә olduqca uğurlu bir şәkildә
açıqlana bilәr.205 Bu cür zühur edәn bir özәlliyin ortaya çıxışı, teizmin ön
gördüyü şәkildә müәyyәn mәqsәdlәr üçün yaradılmış maddә anlayışı
baxımından gözlәnilәn haldır. Çünki maddәyә özәlliklәrini verәn ağıllı,
iradәli, şüurlu, qüdrәtli bir Yaradıcı vardır vә bu Yaradıcı maddәnin
içinә bu cür hәdiyyәlәr yerlәşdirmiş ola bilәr. Amma davamlı diqqәtlәri
yönәltdiyim “materialist­ateist fәlsәfәnin maddә anlayışına” görә maddә,

203
Frank Jackson, Fr om Metaphysics to Ethics: A Defence of Conceptual Analysis, Clarendon Press, Oxford,
1998.
203
Frank Jackson, Fr om Metaphysics to Ethics: A Defence of Conceptual Analysis, Clarendon Press, Oxford,
1998.
204
İslam baxımından hәr iki görüşü dә müdafiә etmәkdә bir problem olmadığını bu kitabımda müdafiә etdim: Caner
Taslaman, Moder n Bilim, Felsefe ve Tanr ı, İstanbul Yayınevi, İstanbul, 2012, s. 107­148; Әhti­Әtiq vә Әhdi­
Cәdiddәki ifadәlәrin hәr iki şәkildә anlaşılmağına bir әngәl olmadığını açıqlayan bir mәqalә olaraq baxa bilәrsiniz:
Joel B. Green, “Restor ing The Human Per son: New Testament Voices For A Wholistic And Social
Antr opology”, Ed: Robert John Russell vә digәrlәri, Neur oscience And The Per son, Vatican Obser vator y
Publications, Vatikan, 2002,
205
Howard Van Till, “Basil and Augustine Revised: The Survival of Functional Integrity”, Or igins and Design, No:
19, Yaz 1998, s. 1­12.

170
mexaniki qanunlara görә işlәyәn, ağılsız, iradәsiz, şüursuz, dizayn
mәhsulu olmayan (bu sәbәbdәn sürprizlәrә qapalı) bir cövhәrdir. Bu
maddә anlayışında bu cür sürprizlәri gözlәmәk üçün heç bir rasional
sәbәb yoxdur. Maddәnin müәyyәn şәkildә mürәkkәb maddәlәr ortaya
çıxarmağı ilә ortaya çıxa bilәcәk varlıqların hәr zaman maddә ilә eyni
özәlliklәrә sahib varlıqlar olmağı gözlәnilәn olmalıdır. Bu sәbәbdәn
cövhәr duzalizmi ilә bәrabәr, bu maddә anlayışına görә, özәllik
dualizminin dә hәr növünü inkar etmәk lazımdır.
Son üç bölümdә әlә alınan ağıl, iradә, şüur vә mәnlik
özәlliklәrinin ortaya çıxışını materialist­ateist paradiqma içәrisindә
axtarmaq üçün heç bir sәbәb yoxdur, hәtta maddәdәn radikal şәkildә
fәrqli bu tip özәlliklәrin ortaya çıxmamağını gözlәmәk lazımdır. Teizmin
müdafiә etdiyi şәkildә ağıllı, iradәli, şüurlu, qüdrәtli bir Güc tәrәfindәn
yaradılmış maddә anlayışında isә bu özәlliklәrin ortaya çıxmağını
gözlәnilmәz edәcәk sәbәb yoxdur.

ŞÜUR VӘ MӘNLİK İLӘ DİN


Burada ortaya qoyulan dәlillәr ilә әldә edilәn әn önәmli
nәticәlәrdәn biri ağılın, iradәnin, şüur vә mәnliyin әzәli ünsürlәr olduğu,
sonradan insan kimi “ağıl, iradә, şüur vә mәnlik” sahibi olanların isә
әzәli, ağıllı, iradәli, şüurlu Varlığın, yәni Allahın vermәyi ilә bu
ünsürlәrә sahib olduqlarıdır. Bu hal, dinlәr haqqında edilәcәk
dәyәrlәndirmәlәr baxımından da çox önәmlidir. İlk öncә Buddizm kimi
vә ya bәzi New Age tәlimlәr kimi Yaradıcıya sistemlәrindә heç yer
vermәyәn dinlәrin vә tәlimlәrin, alternativ ola bilmәyәcәklәri anlaşılır.
Hәm dә әzәldәn bәri ağıl, iradә, şüur sahibi olan vә sonradan var olan
bәzi varlıqların bu özәlliklәri ilә ortaya çıxmasına sәbәb olan әzәli
Varlıq, o qәdәr önәmlidir ki, bu әzәli Varlığa sistemlәrindә mәrkәzi rol
vermәyәn dinlәrin, tәlimlәrin vә hәyat tәrzlәrinin dә әlәnmәsinin lazım
olduğu anlaşılır. İnanılmağa vә izlәnilmәyә dәyәr bir dini tәsbit etmәkdә
soruşulması gәrәkәn iki sual bunlardır:
1­ Bu din ağıl, iradә, şüur sahibi Allahdan bәhs edirmi?
2­ Bu din Allaha sistemindә mәrkәzi bir yer verirmi?
171
Dünyada geniş yayılmış dinlәr içәrisindә, monoteist dinlәr
xaricindә bu suallara cavab verәcәk kriteriyaları qarşılayan heç bir din
yoxdur. Belә olduq da, digәr fitrәt dәlillәri ilә bәrabәr “şüur vә mәnlik
dәlili”nin dә gözümüzü monoteist dinlәrә çevirdiyini deyә bilәrik.
Ayrıca burada ortaya qoyulanlardan hәrәkәt ilә Uzaq Şәrq
qaynaqlı bәzi tәlimlәrdә, bazı New Age dinlәrdә vә bәzi sufi
qaynaqlarda özünü göstәrәn, Tanrı ilә kainatı eynilәşdirәn, “tanrı”
qavramını qeyi­müәyyәnlәşdirәn panteist vә panteizmә çox yaxın olan,
olaraq adlandırıla bilәcәk tәlimlәrin dә әlәnmәsi gәrәkdiyi ortaya çıxır.
Bunlarda, “Allah enerjidir” vә ya “Allah kainatdır” vә ya “Allah
hamımızıq” kimi deyimlәr ilә, dәrkindә olaraq vә ya olmayaraq “Allah”
qeyri­müәyyәn, sifәtlәri olmayan, adәtәn içi boşaldılmış bir Varlıq kimi
tәrif edilir. Bu görüşlәr Allah anlayışının içini elә boşaldır ki, ortada
“Allah” deyә bir varlığın qaldığını demәk belә çox çәtindir. Burada әzәli
ünsür; teizmin ağıllı, iradәli, şüurlu varlığından daha çox materializmin
mәqsәdsiz, iradәsiz, fәrqindә olmayan maddәsinә bәnzәyir. Allah ilә
maddә arasındakı әn önәmli fәrqlәri sadalamağımız istәnilәrsә, әvvәlcә
Allahın “ağıl, iradә, şüur, mәnlik” kimi sifәtlәrinә istinad edilәcәkdir.
Monoteist dinlәrin hәr şeyә, hәr sahәyә hakim, kainatın bütün maddә vә
enerjisinin vә canlılarının yaradıcısı olan Allah inancı ilә, әzәli ünsür bu
şәkildә anlamaq arasında ciddi bir fәrq vardır. Monoteist dinlәrdәki kimi
“Allah enerjinin yaradıcısıdır” deyildiyi zaman Allahın “iradәsi” ilә,
“şüurlu” şәkildә, kainatın kökәni olan enerji vә maddәni yaratdığı
deyilir. Ancaq “Allah enerjidir” kimi nә mәna daşıdığı mәlum olmayan
qeyri­müәyyәn deyimlәr ilә, Allahdan, “ağlı” vә “iradәsi” olmayan,
kainatdakı yaranışları “şüur” ilә hәyata keçirib, keçirmәdiyi (daha
doğrusu “şüura” sahib olub­olmadığı) qeyri­müәyyәn bir Varlıq kimi
bәhs edilir.
Monoteist dinlәrdә, Yaradıcı ilә yaradılan arasında önәmli bir
ontoloji fәrq vardır. Ancaq panteist vә panteist bәnzәri tәlimlәrdә bu
sәrhәdd qeyri­müәyyәndir. İnsanın “şüur vә mәnliyinin” önәmli bir
özәlliyi olan “subyektivliyi” insana Verәnin, öz “subyektivliyi”ndә
mövcud hadisә “haqqında” düşünmәdәn, iradәsini istifadә etmәdәn,
bunu gerçәklәşdirdiyi deyilә bilmәz. Bunu deyәcәk şәxs, materialist­
ateist anlayışa bәnzәr şәkildә, şüur vә mәnliyin, planlanmamış vә
tәsadüfi proseslәr ilә ortaya çıxdığını demiş olur. Bir şeyin, planlanmış
vә tәsadüfi olmayan proses ilә ortaya çıxmağı demәk, bir zehnin, öz

172
“öznәlliyindә” mövcud bir “qayә” ilә bәhs mövzusu olan şeyin ortaya
çıxmağını “iradәsi” ilә ortaya çıxarmağı demәkdir. Panteist vә panteistә
bәnzәr tәlimlәrin tanrı anlayışlarındakı әn önәmli çatışmazlıqlardan biri
budur. “Subyektivliyi” olan, “qayәlәrini” reallaşdıran, “iradәsi” ilә
“Yaradan” bir tanrı anlayışını açıq şәkildә ifadә etmirlәr. İnsanın ağıl,
iradә, şüur vә mәnlik kimi özәlliklәrinin әzәldәn bәridir bu özәlliklәrә
sahib Allah tәrәfindәn yaradılmış olduğunu deyәn buradakı arqumentlәr,
panteist vә panteist bәnzәri görüşlәrә qarşı monoteist dinlәrin yaradıcı
Allah görüşünü dәstәklәyir. Burada ortaya qoyulan dәlillәr, Allahın ağıl,
iradә, şüur vә mәnlik kimi sifәtlәri olduğunu vә insandakı bu özәlliklәri
sonradan yaratdığını ortaya qoyaraq, Allahın bu sifәtlәrini inkar edәn vә
ya qeyri­müәyyәnlәşdirәn panteizm vә panteizm bәnzәri tәlimlәri geri
itir.
Bir әvvәlki bölümdә “Niyә insanların iradәlәri ilә hәm doğru
olanı, hәm yanlış olanı seçә bilәcәklәri bir sistemin içәrisindәyik” deyә
soruşulduğu zaman, monoteist dinlәrin “İmtahan üçün” cavabının
alternativsiz olduğunu gördük. İmtahan ancaq iradә vardırsa mәnalı
olduğu kimi, iradәnin varlığından da ancaq şüur vә mәnlik vardırsa, bәhs
edilә bilәcәyini xatırlayaq. “Şüurlu” olmayan bir varlığın, iradә
gösdәrmәyi düşünülә bilmәyәcәyi kimi, bir “mәn”ә aid olmayan bir
iradә dә düşünülә bilmәz. İradәnin varlığının şüur vә mәnliyin varlığına
bağlı olduğunu xatırlayıb, bu dәfә sualı bu şәkildә soruşaq. “Niyә şüur
vә mәnlik sahibi olduğumuz bir dünyadayıq?” Madam ki, iradә ancaq
“şüur vә mәnlik” ilә mәnalıdır vә iradәnin Allah tәrәfindәn verildiyi
anlaşıldıqdan sonra iradәnin niyә var olduğunun әn yaxşı açıqlamasının
“İmtahan üçün” olduğu nәticәsini әldә etdik (әvvәlki bölümdә); “şüur vә
mәnliyin” Allah tәrәfindәn verilmәyinin әn yaxşı açıqlama olduğu
nәticәsini (bu bölümdә) әldә etdikdәn sonra “şüur vә mәnliyin” niyә var
olduğu sualının cavablarında biri dә “İmtahan üçün” cavabı olmalıdır.
Belәcә monoteist dinlәr, paradiqmalarının tәmәl ünsürlәrindәn imtahan
faktoru ilә, iradәnin varlıq sәbәbinә olduğu kimi “şüur vә mәnliyin”
varlıq sәbәbinә dә bir açıqlama gәtirir. Mәsәlәn bu Quran ayәsindә,
insanların bu dünya hәyatında imtahan edildiklәri ifadә edilir:
O, hәyatı vә ölümü sizi imtahan etmәk üçün yar atdı, belәcә
hansınızın davr anışlar ının daha gözәl olduğu or taya çıxmaqdadır . O
ucadır , bağışlayandır .206

206
67­Mülk Surәsi 2.

173
Allahın niyә imtahan etdiyi şәxsin marağına sәbәb ola bilәr. Hәtta
şәxs tam olaraq anlamaya bilәr. Fәqәt buna baxmayaraq ağıllı, iradәli,
şüurlu mәnliyimiz ilә, “imtahan olmaq üçün bu dünyada olduğumuz”
şәklindәki monoteist dinlәrin cavabı alternativsizdir. Yәni “әn yaxşı
açıqlama” olaraq seçilmәsi gәrәkәn cavab budur. İradәnin, şüur vә
mәnliyin Allah tәrәfindәn verildiyini dәrk etmә, bunula birliktә
davranışları üçün mәsuliyyәt daşımağa da mәcbur edir. Allahı inkarı,
Yaradıcımıza nankorluğu, insanlara pisliyi şüurlu vә iradәli varlıqlar
olaraq seçә bilәcәyimiz kimi Allaha doğru yönәlmәyi, Yaradıcımıza
şükrü vә insanlara yaxşılığı da seçә bilәrik. Bu qәdәr fәrqli alternativlәr
arasında seçim edә bilәcәk iradә, şüur vә mәnliyi Verәn, bu qәdәr fәrqli
seçimi seçә bilәcәk davranışlar üçün dә, mәsuliyyәt qoymuş, cavabdeh
görmüşdür. Bu dünyanın imtahan dünyası olması ilә nәzәrdә tutulan da
budur.
Bir әvvәlki bölümdә diqqәt çәkildiyi kimi, bu dünyadakı
davranışlarımızdan Yaradıcımızın bizi mәsuliyyәt sahibi gördüyünü, bu
dünyadakı yaxşı vә pis davranışların bu dünyada qarşılığını almadığı
faktı birlәşdiyi zaman, bizi, axirәt hәyatı ilә bağlı gözlәntiyә aparır. Necә
ki, monoteist dinlәrin, Allahı birliyi, iradәsi, bilgisi, qüdrәti kimi sifәtlәri
ilә tanıtmaqdan sonrakı әn tәmәl mesajlarının axirәt yaşamının varlığını
xәbәr vermәk olduğu rahatlıqla deyilә bilәr. Belәcә şüur vә mәnliyin
niyә var olduğu sualı bağlı tәfәkkür bizi monoteist paradiqmanın tәmәl
ünsürlәri olan imtahan vә axirәt ilә dә görüşdürür. Әvvәlki fitrәt dәlillәri
kimi şüur vә mәnlik ilә bağlı incәlәmәlәrimizdәn әldә edilәn nәticәlәr dә
monoteist dinlәri dәstәklәyәcәk dәyәrdәdir. Digәr fitrәt dәlillәrindә әlә
alınan doğuşdan sahib olduğumuz özәlliklәr kimi “şüur vә mәnlik”
üzәrindәki incәlәmәdәn dә, varoluşsal baxımdan bu çox önәmli
nәticәlәri әldә edirik.

174
NӘTİCӘ
“Şüur vә mәnlik”, bizi biz etmәkdә özündәn daha tәmәl heç bir
özәlliyin düşünülә bilmәyәcәyi әn tәmәl ünsürlәrdir. Hәr şeyi ilә
kainatın, dünyanın, cansız ve canlı varlıqların dәrkindә olmağımızdan,
bu kitab boyunca әlә alınan arzularımıza, doğuşdan әxlaqi
özәlliklәrimizә, ağlımıza, iradәmiz kimi doğuşdan etibarәn bizimlә
bәrabәr olan çox önәmli özәlliklәrә sahib olmağımıza qәdәr hәr şey
“şüuru olan bir mәnlik” olmağımız sayәsindәdir. Dәrkindә olunmayan vә
bir “mәn”ә aid olmayan arzular da, әxlaqi özәlliklәr dә, ağıl da, iradә dә
tәsәvvür edilә bilmәz. Bu bölümdә, bu әn tәmәl ünsürlәrdәn hәrәkәt ilә
Allahın varlığı haqqında “şüur vә mәnlik dәlili” ortaya qoyulub, müdafiә
edildi.
“Bu әn tәmәl ünsürlәrә necә sahib olduğumuz” kimi önәmi çox
böyük olan sualı bir çox şәxs görmәmәzlikdәn gәlmiş olsa da, bunun,
kim olduğumuz, burada necә olduğumuz kimi çox önәmli mәsәlәlәrin
aydınlaşması baxımından önәmi ortadadır. Bu bölümdә әlәyici
materializm, sadәlәşdirici materializm (eynilik nәzәriyyәsi),
funksiyanalizm, davranışçılıq kimi görüşlәrin uğurlu olamadığı görüldü.
175
Şüuru vә mәnliyi açıqlamaqda geriyә qalan alternativlәrdәn dualizmin vә
zühur olmanın isә teizm ilә, materialist­ateizmdәn daha uyğun olduğu
nәticәsi әldә edildi.
Materialist­ateizmin maddә anlayışı çәrçivәsindә şüur vә
mәnliyin; 1­ Haqqındalıq, yönәlmişlik; 2­ Öznәllik, qualia vә 3­ Birlik,
özәlliklәrini açıqlamaq mümkün olmur. Bu bölümdә bunları materialist­
ateizmin niyә açıqlaya bilmәdiyi vә teizmin bunları açıqlamaqda niyә
probleminin olmadığı göstәrilmәyә çalışıldı. Bir stәkan çayın “haqqında”
düşünmәk, öz “öznәlliyimizdә” çay içmәyi tәcrübә etmәk (qualia), çayın
rәngi, qoxusu, istiliyi kimi fәrqli özәlliklәrinin bölünә bilmәyәcәk bir
“birlik” içәrisindә fәrqindә olmaq kimi çox alışdığımız vә hәr zaman
yaşadığımız tәcrübәlәr, şüur vә mәnliyә aid tәcrübәlәrimizdir. Bu
tәcrübәlәrimiz fizikanın dediyi zәrrәciklәrdәn ibarәt çay ilә, kimyanın
dediyi birlәşmәlәrdәn ibarәt çay ilә, biologiyanın bir bitki olaraq әlә
aldığı çay ilә reallaşmış olsa da vә yenә biologiyanın әlә aldığı orqanlar
hesabına çay içilib vә zövq alınmış olsa da, bu bölümdә göstәrildiyi kimi
çay içmәk kimi yaşadığımız heç bir “öznәl” tәcrübә fizikanın, kimyanın,
biologiyanın dediyi maddә anlayışına sadәlәşdirilib açıqlana bilmir.
Modern elmin әn önәmli irәlilәyişlәrinin bir qismi fiziologiya ilә
әlaqәli olanlardır. Günümüzdә neyronların quruluşu ilә işlәyişi haqqında
vә ümumi olaraq beynin özü haqqında heç bir dönәmdә bilinmәdiyi
qәdәr çox şey bilirik. Bәhs edilen biokimyәvi quruluşlar vә beynimiz
olmasa ağıl yeritmәyimizin, iradәli davranışlar sәrgilәmәyimizin, şüur
sahibi olmağımızın, yәni son üç bölümdә әlә alınan özәlliklәrә sahib
olmağımızın da mümkün olmadığını anlayırıq. Ancaq әlә alınan
“haqqındalıq” vә “subyektivlik” kimi zehin özәlliklәrimiz, beynin ibarәt
olduğu biokimyәvi quruluşlar ilә açıqlana bilmәz. Bu quruluşlar ağıllı,
iradәli, şüurlu varlıqlar ola bilmәyimizi tәmin etsәlәr dә, bu özәlliklәrin
mahiyyәtini açıqlayan ünsürlәr deyildirlәr: Elektriksiz televizor işlәmәz,
elektrik televizorun işlәmәsini tәmin edir. Ancaq tәkcә elektriklә
televizoru açıqlaya bilmәzsiniz. Bәhs edilәn bioloji quruluşlar da ağıllı,
iradәli, şüurlu olmağımızı tәmin etsәlәr dә ağlın, iradәnin, şüurun әlә
alınan özәlliklәrini bunlara sadәlәşdirib açıqlaya bilmәrik. Modern elmin
işığında beyni incәlәdiyimiz zaman danışanda sol lobun, qәrar alarkәn
ön­frontal lobun istifadә edildiyi, sayıları 86 milyarda qәdәr neyron
hüceyrәlәrinin nәyә oxşadığı, bu hüceyrәlәrin içindәki kimyәvi
quruluşların nәlәr olduğu kimi bir çox önәmli bilgini öyrәnirik. Fәqәt

176
bunların hamısı “haqqındalıq, subyektivlik, birlik” kimi özәlliklәrdәn
kökündәn fәrqlidir. Mәsәlәn beynin içindәki bir quruluşu göstәrib “Bu
quruluş haqqındalıqdır vә ya öznәllikdir” kimi bir şey deyә bilmәrik. Bu
quruluşlar, biologiya elminin bizә dediklәrinә görә “haqqındalıq,
öznәllik, birlik” kimi şüurun vә mәnliyin özәlliklәrindәn çox fәrqli
şәkildә mexaniki tәbiәt qanunları çәrçivәsindә işlәyәn quruluşlardır.
Qavramsal incәlәmә ilә vә şüur ilә mәnlik üçün gәrәkli sayılan özәlliklәr
üzәrindә dәrin düşünmә ilә, әlә aldığımız özәlliklәrin fizikanın,
kimyanın, biologiyanın dediyi maddi quruluşlar vә proseslәrdәn fәrqli
olduğunu anlayırıq.
Modern elmin inkişafı ilә bu mövzuda tam bir açıqlamaya
qovuşduğumuzu düşünәnlәr üçün vurğulamaq istәyirәm. Modern elm,
ümumilikdә beynin fiziologiyasını anlağımızda böyük üfüqlәr açdı,
elektron mikroskopu ilә millimetrdәn çox daha kiçik sahәlәrә nüfuz edir,
neyronlar arası tәsirlәrin kimyasını heç bir dönәmdә bilinmәdiyi qәdәr
bilirik. Bütün bunlara baxmayaraq burada ortaya qoyulan arqumentlәrә
qarşı bir bilgini modern elm vermir. Әksinә, әql etmәnin, iradәnin,
şüurun materializmin tәrif etdiyi şәkli ilә maddәyә sadәlәşdirilib anlaşıla
bilmәyәcәyi tezisi doğru olduğu halda, gözlәnәn hal olan “ağlın,
iradәnin, şürun bәhs edilәn özәlliklәrinin maddәnin zәrrәciklәrinә vә
maddi proseslәrә sadәlәşdirilә bilmәmiş olması” şahid olunan haldır.
Qısacası sadәlәşdirilә bilmәzliyi, beyin fiziologiası haqda cәhalәtimiz
üzәrinә yıxmağın çәtin olduğu içindә yaşadığımız dönәmdә bu
arqument yenә keçәrlidir. Beynin quruluşu ilә bağlı artan bilgimizә
baxmayaraq bu halın olması, burada ortaya qoyulan tezisi güclәndirir.
Con Lukun, maddi proseslәrin bir zehin çıxarmağının mümkün
olmadığı,207 zehnin kainatın tәmәl özәlliyi olduğu, indi zehin olmağına
qarşı zehnin olmadığı bir an olmağın imkansız olduğu, bir zehnin ancaq
var olan bir Zehin tәrәfindәn yaradıla bilәcәyi şәklindәki görüşlәrinә
qatılıram.208 Ağlın, iradәnin, şüurun kökәni ancaq ağıl, iradә, şüurdursa,
әzәli varlıq demәk ki, ağıl, iradә, şüur sahibidir. Bu isә әzәli ünsürü
ağılsız, iradәsiz, şüursuz maddә olaraq görәn materialist­ateist anlayışın
әn tәmәl görüşlәrinә ziddir. Teizmdә isә әzәli ünsür ağıl, iradә, şüur
sahibi olan Allahdır. Ağıl vә iradәnin olduğu kimi şüur vә mәnlik

207
Lukun, zehni “boş lövhә” olaraq gördüyünü, әxlaq bölümündә diqqәt çәkildiyi kimi, zehnin doğuşdan sahib
olduğu zәngin mәzmunundan xәbәrsiz olduğunu da xatırlayaq.
208
Alvin Plantinga, Wher e The Conflict Really Lies: Science, Religion and Natur alism, Oxford University Press,
Oxford, 2011, s. 37­38.

177
ünsürlәrinin dә necә ortaya çıxdığını teizm alternativ görüşlәrdәn daha
yaxşı açıqladığı üçün, teizmi digәr görüşlәrdәn üstün görmәktә rasional
bir tәmәlә sahibik.
“Şüur vә mәnlik” üzәrinә incәlәmә ilә әldә edilәn nәticәlәr, dinlәr
haqqında yaradacağı görüş baxımından da dәyәrlidir. Әvvәlcә digәr fitrәt
dәlillәri kimi bu dәlil dә, Allaha inanca heç yer vermәyәn vә ya mәrkәzi
bir yer vermәyәn din, tәlim vә hәyat görüşlәrinin seçilә bilәcәk
alternativler olmadığını göstәrdiyi üçün önәmlidir. Hәm dә ağıl, iradә,
şüur vә mәnlik üzәrinә incәlәmәlәrimizdәn әzәli ünsürün ağıl, iradә, şüur
vә mәnlik Sahibi olduğu nәticәlәrini әldә edirik. Bu isә bәzi uzaq şәrq
dinlәri, bәzi New Age qurumlar vә bәzi sufi tәlimlәrdә olduğu kimi
Allahın bu sifәtlәrini inkar edәn vә ya qeyri­müәyyәnlәşdirәn panteist vә
ya panteizmә bәnzәr tәlimlәrin inkar edilmәsini tәlәb edir. İradә dәlili
bölümündә iradәnin verilmә sәbәbinin әn yaxşı açıqlamasının “imtahan”
dünyasında olmağımız olduğunu gördük. İradәmiz ancaq şüur vә mәnlik
ilә mәnalı olduğuna görә, şüur vә mәnlik sahibi olma sәbәblәrimizdәn
birini dә “imtahan” dünyasında olmağımız açıqlayır. İmtahan
dünyasında olmağımız davranışlarımıza görә mәsulliyyәt daşıdığımızı,
davranışlardan mәsul olmaq isә, axirәt fikrini gündәmә gәtirir ki, bütün
bunlar monoteist dinlәrin әn tәmәl inanclarıdır. Monoteist dinlәr vә
mәzhәplәr arasında edilәcәk seçimlәr üçün isә, bunların ortaya
qoyduqları sistemlәr ilә bağlı araştırmaları әhatә edәn, burada edilәn
araşdırmadan daha fәrqli incәlәmәlәr lazımdır.

178
SON SÖZLӘR
Düşünmәyin ki, fәlsәfәnin әn çәtin mövzuları, fәzanın
dәrinliklәri kimi “uzağımızadakı” faktlar haqqındadır. Әslindә fәlsәfi
baxımdan müzakirә edilmәsi әn çәtin mövzular, çox zaman, hәr insana
aid olduğu üçün fövqәltәbiliyi gözdәn yayınan fenomenlәr ilә bağlıdır.
Balığın suyu hiss etmәmәyi kimi, çox zaman bu qeyri­adi fenomenlәrin
lazımi qәdәr dәrkindә olmuruq. Bunların olmalarını adәtәn zәruri qәbul
edir, “Başqa cür necә ola bilәrdi ki!” deyib, bunları görmәzdәn gәlirik.
Fitrәtimiz ilә bağlı bu kitapda әlә alınan dәlillәrdәki mövzularda bizә aid
olan, bizi biz edәn vә bir çoxumuzun ciddi şәkildә haqqında
düşünmәdiyimiz çox tәmәl özәlliklәrimiz ilә bağlıdır.
“Hardan gәlirәm, niyә buradayam, mәn kimәm, mәn vә
yaxınlarıma ölәndәn sonra nә olacaq” şәklindәki hәqiqәtәn dә önәmli
varoluşsal sualların hamısının cavabı, Allahın varlığı ilә әlaqәlidir.
Allahın var olub olmadığı mövzusunda әldә edәcәyimiz qәrar özümüzә,
yaxınlarımıza, dünyamıza vә bütün varlığa baxışımızı tamamilә
dәyişdirәcәk önәmdәdir. Allahın var olmağı, bütün varlığın vә insanın
şüurlu bir şәkildә yaratıldıqları, hәyatdakı varoluşumuzun bir mәna vә
gayәsi olduğu, Allah istәsә, ölümdәn sonra da hәyatın ola bilәcәyi
mәnasını daşıyır. Allahın varlığı aydınlaşdıqdan sonra, Allahın insanlar
179
ilә әlaqә qurmağının, yәni din göndәrmәyinin mümkün olduğu da
aydınlaşır. Tәrәddüdsüz bir şәkildә, “Allahın varlığı insanlıq baxımından
әn önәmli mәsәlәdir” deyilә bilәr.
Bu әn önәmli mәsәlә, bilinәn bütün insanlıq tarixi boyunca
gündәmdә olmuşdur. “Allahın varlığını haradan bilirik” sualına, әn çox
kainatdakı dizayn kimi ünsürlәrdәn yola çıxılaraq cavab verilmişdir.
Necә ki, mәn dә modern elmdәki bilgilәri dә göz önündә tutaraq,
kainatdakı dәlillәrin necә Allahın varlığını göstәrdiyini, çalışmalarımda
ortaya qoymağa çalışdım. Bu kitab xaricindәki çalışmalarımda,
kainatdakı fenomenlәrdәn hәrәkәt ilә müdafiә etdiyim kosmoloji dәlil,209
kainatın kәşf edilә bilirliyi dәlili, kainatın potensialı dәlili, qanunların vә
sabitlәrin hәssas nizamı dәlili kimi dәlillәri dilә gәtirdim. Bu kitabda
ortaya qoyulan, bizi biz edәn doğuşdan özәlliklәrimizdәn hәrәkәt ilә
tәqdim olunan beş fitrәt dәlilinin hamısının, eyni nәticәyә apararaq
birbirlәrinә verdiklәri dәstәk göz önündә tutulmalıdır. Ayrıca xarici
dünyadan gәlәn bir çox kainat dәlilinin dә, әn önәmli mәsәlә olan
“Allahın varlığı” mövzusunda eyni nәticәyә aparmağı, mütlәq burada
ortaya qoyulan dәlillәr ilә bir arada dәyәrlәndirilmәlidir. Ortaya çıxan bu
toplam vәziyyәtin, Allahın varlığı yönündә әldә edilәcәk qәnaәti daha
çox güclәndirәcәyi qәnaәtindәyәm.
Fitrәt dәlillәri, Allahın varlığı ilә bәrabәr, Allahın bir çox sifәtini
dә tәmәllәndirir. Mәsәlәn arzu dәlilindә, Allahın her şeyi görәn, hәr şeyi
bilәn, qüdrәti yüksәk kimi sifәtlәri tәmәllәndirildi. Әxlaq dәlilindә
Allahın yaxşılığı vә әxlaqi buyruqları olmağı gәrәkdiyi göstәrildi. Ağıl,
iradә, şüur vә mәnlik dәlillәrindә ağıl, iradә, şüur vә mәnlik sahibi
olmağın әzәldәn bәridir var olan Allahın özәlliklәri olduğu ortaya
qoyuldu. Allahın bu sifәtlәrinin tәmәllәndirilmәsi, materialist­ateizmә
olduğu kimi aqnostik görüşlәrә dә cavab dәyәrindәdir. Әlavә olaraq
Allahın bu sifәtlәrinin ortaya qoyulması, bu sifәtlәri ilә Allahı tanıdan
monoteist dinlәrin Allah anlayışının doğru olduğunu göstәrәrәk bu
dinlәri dәstәklәyir. Bununla bәrabәr uzaq şәrq qaynaqlı bәzi tәlimlәrdә,
bәzi New Age dinlәrdә vә bәzi sufi qaynaqlarda qarşılaşılan vә “tanrı”
qavramını qeyri­müәyyәnlәşdirәn, “tanrı” ilә kainatın vә insanın
ayrımını etmәyәn panteist vә panteist görüşә bәnzәr olaraq adlandırıla
bilәcәk tәlimlәrin yanlış olduğunu da göstәrir.
Allahın varlığına inanmayan biri üçün dinlәr, sadәcә insanların

209
Bu kitabıma baxa bilәrsiniz: Caner Taslaman, Big Bang ve Tanr ı, İstanbul Yayınevi, İstanbul, 2013.

180
yaratdığı sistemlәrdir vә ölüm ilә bәrabәr hәyatımızdan vә
sevdiklәrimizdәn mütlәq olaraq ayrılırıq vә yox oluruq. Başqa cürü
mümkün deyildir. Burada ortaya qoyulan fitrәt dәlillәri, niyә Allahın
göndәrdiyi din(lәr)in olmağı gәrәkdiyini ortaya qoyduqları üçün dә
önәmlidirlәr. Allahın varlığına inanan biri üçün isә, Allahın dinlәr
göndәrәrәk hardan gәldiyimiz, niyә burada olduğumuz, kim olduğumuz
vә ölәndә bizә vә yaxınlarımıza nә olacağının cavabını vermәyi
mümkündür. Hәm dә Allahın varlığına inanan biri üçün bu kainatı,
dünyamızı, digәr bütün canlıları vә bizi Yaradanın, ölәndәn sonra bizi dә
bütün digәr insanları da yenidәn yaratmağı çox asandır. Burada ortaya
qoyulan arqumentlәr bunun niyә asan olduğunu da gösdәrir. İnsanın
şüurlu bir şәkildә yaradıldığını anlayan biri üçün insanı yaradanın oxşar
bir yaratma reallaşdırmağı çox asandır. Allahın etdiklәri, edә
bilәcәklәrinin tәminatıdır. Necә ki, bu Quran ayәtlәrindә dә bu mövzuya
diqqәt çәkilir:
78. Öz yar adılışını unudar aq bizә bir misal ver әr әk dedi ki:
“Çür ümüş dağılmış bu sümüklәr i kim dir ildәcәk?”
79. De ki: “Onlar ı ilk dәfәsindә yar adan dir ildәcәkdir . O hәr cür
yar atmağı bilәndir .”
81. Kainatı vә yer üzünü yar adanın, onlar ın bir bәnzәr ini
yar atmağa gücü yetmәzmi? Әlbәttә yetәr , O yar adandır , bilәndir .” 210
Bu kitabda ortaya qoyulan arqumentlәrdәn anlayırıq ki, Allah
kainatı ilk başlanğıcda yaradaraq öz halına buraxmamış, sonrakı bütün
prosesi dә idarә etmiş, insan fitrәtinin arzular, әxlaq, ağıl, iradә vә şüur
kimi özәlliklәrini dә yaratmışdır. Yәni burada ortaya qoyulan
arqumentlәr, “aktiv olmayan, kainatdan xәbәrsiz vә din göndәrmәyәn bir
tanrı anlayışını” ifadә etmәk üçün istifadә edilәn “deizm”in dә xәtalı
olduğunun dәlillәridir.
Allah, kainatı bütün detalları ilә bildiyi kimi, insanın daxili
dünyasından yüksәlәn sәslәri vә fitrәtinin özәlliklәrini dә çox yaxşı bilir.
Bunun varoluşsal baxımdan ortaya çıxardığı nәticәlәrә vә insanın hәr
şeyә baxışını zәnginlәşdirәcәk önәminә diqqәt edilmәlidir. Bunun
mәnası, bizi, bizim özümüzü bildiyimiz üçün daha yaxşı bilәn, özümüz
daxil hәr kәs bizi yanlış anlayacaq olsa belә, bizi әn kiçik bir yanlışa yol
vermәdәn anlayacaq, qüdrәti yüksәk bir Yaradıcımızın olmağı demәkdir.
Üstәlik bu Yaradıcı, ölüm qaranlığında qeyb olmağa doğru gedәn vә ya

210
36­Yasin Surәsi 78, 79, 81.

181
qeyb olmuş olan yaxınlarımızın vә bizim, bu әn böyük problemimizә dә
istәsә çarә verәcәk güc vә qüdrәtә sahibdir. İnsanın könlündәn qopan
fәryadlarının vә duasının fәrqindә olan bir Yaradıcısının var olduğunu
idrak etmәyinin varoluşsal önәmindәn daha dәyәrli nә ola bilәr? Burada
ortaya qoyulan arqumentlәrin mәntiqi nәticәlәrinin, bu cür böyük
önәmdә varoluşsal mövzularla bağlı olduğu bu kitabın mәzmunu
dәyәrlәndirilәrkәn heç unudulmamağı lazım olan mövzulardır
“Fitrәt dәlillәri” olaraq adlandırdığım bu dәlillәrә, çalışmalarımda
özәl bir önәm verirәm. İslam düşüncәsindә “fitrәtә” çox istinad
edilmәyinә baxmayaraq “fitrәtin” İslam xarici inanclara qarşı necә dәlil
ortaya qoyduğu lazımi qәdәr işlәnmәmişdir. Bu mövzuda qatqıda olmağı
hәdәflәyәrәk bu kitabı yazdım. Mәnim üçün burada ortaya “fitrәt
dәlillәri” xüsusilә fitrәtә diqqәt çәkәn Rum Surәsi 30­cu ayәnin, әlavә
olaraq mәnliklәrimizdә (daxili dünyamızda) dәlillәr olduğunu deyәn
Fussilәt Surәsi 53­cü vә Zariyat Surәsi 21­ci ayәlәrinin tәfsiri
hökmündәdir. Bu mövzuda xüsusi önәmi olan Rum Surәsi 30­cu ayә
belәdir:
O halda Allahı bir lәyәn olar aq dinә, Allahın o fitr әtinә yönәl ki,
insanlar ı o fitr әtlә yar atmışdır . Allahın yar atmağında dәyişiklik
yoxdur . Hәr zaman keçәr li olan din budur , Ancaq insanlar ın çoxu
bilmәzlәr .211
Ayәdәn anlayırıq ki, fıtrәt özәlliklәri, hәr insanda (sadәcә
inananlarda deyil) doğuşdan etibarәn olan özәlliklәrdir. Hәm dә
fitrәtdәki quruluşun dinlәrin hәqiqәtlәrini dәstәklәdiyinә diqqәt çәkilmiş
vә buna qarşı çox insanın fitrәtdәki dәlillәrdәn xәbәrsiz olduğu da tәyin
edilmişdir. Burada ortaya qoyulan dәlillәr, ayәdә işarә edilәn özәlliklәri
әhatә edir. Әvvәla buradakı arqumentlәrdәki hәrәkәt nöqtәlәri olan tәbii
arzular, doğuşdan әxlaq özәlliklәri, ağıl, iradә, şüur vә mәnlik bütün
insanlarda doğuşdan olaraq var olan ortaq özәlliklәrdir. Bunlardan
hәrәkәt ilә ortaya qoyulan bu kitabdakı dәlillәri isә insanların çoxu
bilmir (әlavә olaraq fitrәtdәn hәrәkәt ilә ortaya qoyula bilәcәk bu kitabda
yer almayan önәmli bilgilәr dә әlbәttә vardır. Eyni dәrkindә olmama
halı onlar üçün dә keçәrlidir.). Hәm dә buradakı arqumentlәrdә
göstәrildiyi kimi, İslamın әn tәmәl inanclarından olan Allahın varlığı, bir
çox sifәti, din(lәr) vә axirәt ilә bağlı mövzularda, bu fitrәt özәlliklәri
dәlil hökmündәdirlәr. Heç şübhәsiz fitrәtdәn hәrәkәt ilә әldә edilәcәk

211
Rum Suresi 30.

182
nәticәlәr, burada ortaya qoyulanlarda daha çoxdur vә bu mövzu ilә
maraqlanan araşdırmaçıları gözlәyir.

QAYNAQLAR

Adams, Robert, “Moral Arguments for Theistic Belief”, Rationality and


Religious Belief, Ed: C. Delaney, University of Notre Dame Press,
Notre Dame, 1979.

Adams, Robert, “Flavors, Colors and God”, Contempor ar y


Per spectives on Religious Epistemology, Ed: Douglas Geivett, Brendan
Sweetman, Oxford University Press, New York, 1992.

Augustine, Saint, The Confessions, tәr: Maria Boulding, Vintage Books,


New York, 1998.

Alston, William, “What Should Euthyphro Have Said”, Philosophy of


Religion, Ed: William Lane Craig, Rutgers University Press, New
Brunswick, 2002

Abduh, Muhammed, Tevhid Risalesi, tәr: Sabri Hizmetli, Fecr


Yayınları, Ankara, 1986.

Aristotle, Metaphysics, Çev: W. D. Ross, Ed: Roger Bishop Jones,


NuVision Publications, Sioux Falls, 2012.
183
Barbour, Ian, Issues In Science And Religion, Harper And Row
Publishers, New York, 1971.

Barbour, Ian G., When Science Meets Religion, Harper Collins


Publishers, New York,
2000.

Barrett, Justin L., “Is The Spell Really Broken? Bio­psychological


Explanations of Religion and Theistic Belief”, Theology and Science,
No: 5/1, 2007.

Beversluis, John, C. S. Lewis and the Sear ch for Rational Religion,


Prometheus Books, New York, 2007.

Bishop, John, Natural Agency, Cambidge University Press, Cambridge,


1989.

Black, Donald, “On the Origins of Morality”, Evolutionar y Or igins of


Mor ality: Cr oss­Disciplinar y Per pectives, Ed: Leonard Katz, Imprint
Academic, Thorverton, 2000.

Block, Ned, “Troubles with Functionalism” Minnesota Studies in The


Philosophy of Science, No: 9, 1978.

Bloom, Paul, “The Mor al Life of Babies”, The New York Times, 5
May 2010.

Brown, Donald, Human Univer sals, Mc Graw­Hill, New York, 1931.

Budziszewski, J., Wr itten on the Hear t: The Case For Nautur al Law,
InterVarsity Press, Downers Grove, 1997.
Chomsky, Noam, Aspects of the Theor y of Syntax, MIT Press,
Cambridge MA, 1965.

Chomsky, Noam, Language and Problems of Knowledge: The Managua


Lectures, MIT Press, Cambridge MA, 1988.

184
Chomsky, Noam, Syntactic Str uctur es, Mouton de Gruyter, Berlin,
2002.

Churchland, Patricia, Touching a Ner ve: The Self as Br ain, W. W.


Norton and Company, New York, 2013.

Churchland, Paul, Matter and Consciousness, MIT Press, Cambridge,


1999.

Clayton, Philip, Neur oscience And The Per son, “Neuroscience, The
Person And God: An Emergentist Account”, Ed: Robert John Russell ve
diğerleri, Vatican Observatory Publications, Vatikan, 2002.

Craig, William Lane, “Theistic Cr itiques of Atheism”, The


Cambr idge Companion to Atheism, Ed: Michael Martin, Cambridge
University Press, Cambridge, 2007.

Crick, Francis, The Astonishing Hypothesis: The Scientific Sear ch for


the Soul, Simon and Schuster, Londra, 1994.

Cushing, James, “A Backgr ound Essay”, Philosophical Consequences


of Quantum Theor y, Ed: James T. Cushing ve Ernan McMullin,
University of Notre Dame Press, Notre Dame, 1989.

Darwin, Charles, The Life and Letter s of Char les Dar win Including
an Autobiogr aphical Chapter , Ed: Francis Darwin, John Murray,
Londra, Vol: 1, 1887.

Davies, Paul, The Last Thr ee Minutes, Basic Books, New York, 1994.

Dawkins, Richard, The Blind Watchmaker , Nortan, New York, 1986.

Dawkins, Richard, Climbing Mount Impr obable, W. W. Norton and


Company, New York, 1997.

Dawkins, Richard, The God Delusion, Black Swan, Londra, 2006.

185
Dennett, Daniel, Fr eedom Evolves, Penguin Books, New York, 2004

Descartes, Rene, Meditations, tәr: F. E. Sutcliffe, Penguin Books,


Londra, 1968.

Descartes, Rene, Discour se on Method and The Meditations, tәr: F.E.


Sutcliffe, Penguin Classics, Londra, 1968.

Dimion, M., Simion F. ve Caltran, G., “Can Newborns Discriminate


Between Their Own Cry and the Cry of Another Newborn Infant”,
Developmental Psychology, Vol: 35/2, 1999.

Double, Richard, Metaphilosophy and Fr ee Will, Oxford University


Press, New York, 1996.

Ellis, George, “Quantum Theory and the Macroscopic World”,


Quantum Mechanics, Ed: Robert John Russell vә digәrlәri, Center for
Theology and the Natural Sciences, Berkeley, 2001.

Feuerbach, Ludwig, Lectur es on the Essence of Religion, (http://


www.marxists.org/reference/archive/feuerbach/works/lectures/
lec30.htm), 1851.

Frede, Michael, A Fr ee Will: Or igins of the Notion in Ancient


Thought, University of California Press, Berkeley, 2011.

Freud, Sigmund, The Standar d Edition of the Complete Psychological


Wor ks of Sigmund Fr eud, Vol: XXI (1927­1931): The Futur e of an
Illusion, Civilization and its Discontents and Other Wor ks, The
Hogarth Press and the Institute of Psychoanalysis, Londra, 1961.

Freud, Sigmund, The Or igins of Religion, Penguin, Londra, 1991.

Frege, Gottlob, Basic Laws of Ar ithmetic, tәr vә ed: Philip A. Ebert ve


Marcus Rossberg, Oxford University Press, Oxford, 2013.

186
Fromm, Erich, Psychoanalysis and Religion, Yale University Press,
New Haven, 1950.

Gazzaniga, Michael, Who’s in Char ge, HarperCollins Publishers, New


York, 2011.

Geisler, Norman, Baker Encyclopeida of Chr istian Apologetics, Baker


Book House, Grand Rapids, 1999.

Gleick, James, Kaos, tәr: Fikret Üçcan, TÜBİTAK Populyar Elm


Kitabları, Ankara, 2003.

Goldman, Alvin I., “Ethics and Cognitive Science”, Ethics, Vol: 103,
No: 2, Ocak 1993.

Gould, Stephen Jay, “Sociobiology and the Theory of Natural


Selection”, Sociobiology: Beyond Natur e/Nur tur e?, Ed: G.W. Barlow
ve J. Silverberg, Westview Press, Colorado, 1980.

Green, Joel B., “Restoring The Human Person: New Testament Voices
For A Wholistic And Social Antropology”, Neur oscience And The
Per son, Ed: Robert John Russell vә digәrlәri, Vatican Observatory
Publications, Vatikan, 2002.
Haidth, J., “The Emotional Dog and Its Rational Tail: A Social
Intuitionist Approach to Moral Judgment”, Psychological Review, Vol:
108, No: 4, 2001.

Haidth, J. ve Joseph, C., “How Innately Prepared Intuitions Generate


Culturally Variable Virtues”, Daedalus, Sonbahar 2004.

Haidt, Jonathan ve Bjourkland, F., “Social Intuitionists Answer Six


Questions about Moral Psychology”, Mor al Psychology, Ed: W.
Sinnott­Armstrong, MIT Press, Massachusetts, 2008.

Haldane, J. B. S., Possible Wor lds and Other Essays, Chatto and
Windus, Londra, 1929.

187
Hallaq, Wael B., “İbn Teymiyyәyә Görә Allahın Varlığı” Sosial Elmlәr
Dәr gisi, tәr: Bilal Kuşpınar, No: 3, Nisan 1993.

Hamlin, J. Kiley, Wynn, Karen ve Bloom, Paul, “Social Evaluation by


Preverbal Infants”, Natur e, Vol: 450, 22, Kasım 2007.

Hare, John, “Is There an Evolutionary Foundation for Human Morality”,


Evolution and Ethics: Human Mor ality in Biological and Religious
Per spective, Ed: Philip Clayton ve Jeffrey Schloss, W.M. B. Eerdmans
Publishing Co., Michigan, 2004.

Harris, Sam, Fr ee Will, Free Press, New York, 2012

Hasker, William, Metaphysics, Inter Varsity Press, Downer’s Grove,


1983.

Hasker, William, “How Not To Be A Reductivist?”, Mind: Its Place In


The Wor ld: Non Reductionist Appr oaches To The Ontology Of
Conciousness, Ed: Alexander Bathyany ve Avshalom Elitzur, Ontos,
Frankfurt, 2006.

Hawking, Stephen, A Br ief Histor y of Time, Bantam Books, New


York, 1990.

Hawking, Stephen, Ceviz Kabuğunda Evr en, tәr: Kemal Çömlekçi,


Alfa Yayınları, Bursa, 2002.

Hauser, Marc D., Mor al Minds, Harper Collins Publishers, New York,
2006.

Heidegger, Martin, Being and Time, Blackwell, Oxford, 1962.

Hick, John, Ar guments for the Existence of God, Herder and Herder,
New York, 1971.

Hume, David, A Tr eatise of Human Natur e, Oxford University Press,


Oxford, 2000.

188
Hume, David, Dialogues and Natur al Histor y of Religion, Ed: J.A.C.
Gaskin, Oxford University Press, Oxford, 1993.

Hume, David, An Enquir y Concer ning Human Under standing, Ed:


Peter Milikan, Oxford University Press, Oxford, 2007.

Husserl, Edmund, Car tesian Meditations, tәr: Dorion Cairns, Kluwer,


Boston, 1977

Hutcheson, Francis, A System of Mor al Philosophy, Continuum


International Publishing Group, New York, 2005.

Hutton, Sarah, “The Cambridge Platonists”, The Stanfor d


Encyclopedia of Philosophy (Sonbahar 2008), Ed: Edward N. Zalta
(ed.), URL = http://plato.stanford.edu/archives/fall2008/entries/
cambridge­platonists

Huxley, Thomas Henry, “Evolution and Ethics”, Philosophy of Biology,


Ed: Michael Ruse, Prentice Hall, New Jersey, 1989.

İbn Sina, “Var Olma Dәrki Hәr Şeydәn Öncә Gәlir”, tәr ve ed: Mahmut
Kaya, Fәlsәfә Mәtnlәri, Klasik, İstanbul, 2005.

Jackson, Frank, “Epiphenomenal Qualia”, Philosophical Quar ter ly, No:


32, 1982.

Jackson, Frank, Fr om Metaphysics to Ethics: A Defence of


Conceptual Analysis, Clarendon Press, Oxford, 1998.

Jaegwon, Kim, Mind in a Physical World, CMIT Press, Massachusetts,


1998.

Kant, Immanuel, Fundamental Pr inciples of the Metaphysics of


Mor als, tәr: Thomas Kingsmill Abbott, William Benton, Chicago, 1971.

Kant, Immanuel, The Cr itique of Pr actical Reason, tәr: Thomas

189
Kingsmill Abbott, William Benton, Chicago, 1971.

Kant, Immanuel, The Cr itique of Pur e Reason, tәr: J. M. D.


Meiklejohn, William Benton, Chicago, 1971.

Kaufmann, Walter, Por table Nietzsche, The Viking Press, New York,
1954.

Kelemen, Deborah, “Are Children Intuitive Theists? Reasoning about


Purpose and Design in Nature”, Phsychological Science, No: 15/5,
2004.

Kelemen, Deborah, “The Scope of Teleological Thinking in Preschool


Children”, Cognition, No: 70, 1999.

Kim, Jaegwon, Mind in a Physical Wor ld: An Essay on the


MindBody Pr oblem and Mental Causation, MIT Press, Cambridge
MA, 1998

Kitabi­Müqәddәs, Kitabi­Müqәddәs Şirkәti, İstanbul, 1993.

Laplace, P. S., A Philosophical Essay on Pr obabilities, Dover, New


York, 1951.

LeDoux, Joseph, The Emotional Br ain, Simon and Schuster, New


York, 1996.

Leibniz, G. W., New Essays on Human Under standing, ed: Peter


Remnont ve Jonathan Bennett, Cambridge University Press, Cambridge,
1996.

Lewis, C.S., Mir acles, Harper Collins Publishers, Londra, 1947

Lewis, C. S., The Weight of Glor y and Other Addr esses, Macmillan
Publishing Company, New York, 1980.

Lewis, C. S., Chr istian Reflections, William B. Eerdmans Publishing

190
Company, Grand Rapids, 1995

Lewis, C. S., “Is Theology Poetry”, Weight Of Glor y And Other


Adr esses, Harper Collins, New York, 2001.

Lewis, C.S., Mer e Chr istianity, HarperCollins Publishers, London,


2002.

Libet, Benjamin vә digәrlәri, “Time of Conscious Intention to Act in


Relation to Onset of Cerebral Activity (Readiness­Potential)”, Br ain,
No: 106­3, 1983.

Lipton, Peter, Infer ence to the Best Explanation, Routledge, Londra,


2004

Locke, John, “A Letter Concerning Toleration”, Political Wr itings of


J ohn Locke, Ed: David Wootton, Menton, Londra, 1993

Locke, John, An Essay Concer ning Human Under standing,


Prometheus Books, New York, 1995

Lovell, Steven Jon James, Philosophical Themes fr om C. S. Lewis,


Department of Philosophy University of Sheffield, PhD Thesis, Ağustos
2003.

Madell, Geoffrey, Mind and Mater ialism, Edinburgh University Press,


Edinburgh,
1988.

McCord, Geoffrey Sayre, “Moral Theory and Explanatory Impotence”,


Midwest Studies in Philosophy, Vol: 12, 1988.

McGinn, Colin, Pr oblems in Philosophy, Blackwell Publishers, Oxford,


1998.

Meixner, Uwe, “New Perspectives for a Dualistic Conception of Mental


Causation”, J our nal of Consciousness Studies, No: 15­1, 2008.

191
Mele, Alfred, A Dialogue on Fr ee Will and Science, Oxford University
Press, Oxford, 2013.

Menn, Stephen, “Aristotle and Plato on God as Nous and as Good”, The
Review of Metaphysics, Vol: 45, No: 3, 1992

Mill, John Stuart, Utilitar ianism, Hackett Publishing, Indianapolis,


2001.

Monod, Jacques, Chance and Necessity, tәr: Austryn Wainhouse,


Vintage Books, New York, 1972.

Moore, G. E., Pr incipia Ethica, Cambridge University Press,


Cambridge, 2000.

Moreland, J. P., “The Ar gument Fr om Conciousness, The Blackwell


Companion To Natur al Theology, Ed: William Lane Craig, J. P.
Moreland, Wiley­Blackwell, West Sussex, 2009.

Nagel, Thomas, The Last Wor d, Oxford University Press, Oxford,


1997.

Newton, Isaac, The Pr incipia: Mathematical Pr inciples of Natur al


Philosophy, tәr: Bernard Cohen vә dig., The University of California
Press, Berkeley, 1999.

Nunez, Maria vә Harris, Paul L., “Psychological and Deontic Concepts:


Seperate Domains or Intimate Connection?”, Mind and Language, Vol:
13, No: 2, Haziran 1998.

O’Neill, P. ve Petrinovich, L., “A Preliminary Cross Cultural Study of


Moral Intuitions”, Evolution and Human Behavior , No: 19, 1998.

Pascal, Blaise, Pensees, tәr: A.J. Krailsheimer, Penguin Classics,


London, 1966.

192
Kanakogi, Yasuhiro ve diğerleri, “Preverbal Infants Affirm ThirdParty
Interventions That Protect Victims From Aggressors”, Natur e Human
Behaviour , Ocak 2017.

Kreeft, Peter J. ve Ronald K. Tacelli, Pocket Handbook of Chr istian


Apologetics, InterVarsity Press, Downers Grove, 2003.

Pinker, Steven, The Blank Slate, Viking, New York, 2002.

Plantinga, Alvin, “An Evolutionary Argument Against Naturalism”,


Logos 12, 1991.

Plantinga, Alvin, War r anted Chr istian Belief, Oxford University Press,
Oxford, 2000

Plantinga, Alvin, Wher e The Conflict Really Lies: Science, Religion


and Natur alism, Oxford University Press, Oxford, 2011.

Plantinga, Alvin, “Natüralizmә Qarşı Tәkamül Arqumenti”, Allah,


Fәlsәfә vә Elm, Ed: Caner Taslaman vә Enis Doko, İstanbul Yayınevi,
İstanbul, 2014.

Plantinga, Alvin, War r ant and Pr oper Function, Oxford University


Press, New York, 1993.

Plantinga, Alvin, “The Probabilistic Argument from Evil”,


Philosophical Studies, No: 35,1979.

Platon, “Euthyphro”, Collected Dialogues of Plato, Ed: Edith Hamilton,


Princeton, Princeton University Press, 1961.

Ramsey, William, “Eliminative Mater ialism”, The Stanford


Encyclopedia of Philosophy (Yaz 2013 Edition), Edward N. Zalta

Rawls, John, A Theor y of J ustice, The Belknap Press of Harvard


University Press, Massachusetts, 1999.

193
Reid, Thomas, Inquir y and Essays, Ed: R. E. Beanblossom ve K.
Lehrer, Hackett Publishing, Indianapolis, 1983.

Reppert, Victor, C.S. Lewis’s Danger ous Idea, IVP Academic,


Downers Grove, 2003

Ridley, Matt, The Or igins of Vir tue, Penguin Books, New York, 1998.

Rogers, Katherine A., Anselm on Fr eedom, Oxford University Press,


Oxford, 2008.

Rosenberg, Alex, The Atheist’s Guide to Reality, W. W. Norton and


Company, New York, 2011.

Ruse, Michael vә Wilson, Edward O., “The Evolution of Ethics”,


Phiolosphy of Biology, Ed: Michael Ruse, Prentice Hall, New Jersey,
1989.

Russell, Bertrand, Mysticism and Logic and Other Essays: A Fr ee


Man’s Wor ship, Longmans, Londra, 1918.

Russell, Bertrand, The Pr inciples of Mathematics, W. W. Norton and


Company, New York, 1996.

Russell, Bertrand, Pr oblems of Philosophy, Indo­Europian Publishing,


Los Angeles, 2010

Sartre, Jean­Paul, Basic Wr itings, Ed: Stephen Priest, Routledge,


Londra, 2001.

Schopenhauer, Arthur, The Wor ld as Will and Repr esentation, tәr: E.


F. J. Payne, Harper and Row, New York, Vol: 2, 1966.

Schweitzer, Albert, “The Ethics of Rever ence for Life”, Christendom,


Vol: 1, 1936.

Searle, John, Minds, Br ains and Science, Harvard University Press,

194
Massachusetts,
1984.

Searle, John R., Zehnin Yenidәn Kәşfi, tәr: Muhittin Macit, Litera
Yayıncılık, İstanbul, 2004.

Shaftesbury, Lord, Char acter istics of Men, Manner s, Opinions,


Times, Ed: Lawrence Klein, Cambridge University Press, Cambridge,
2001.

Simner, M. L., “Newborn’s Response to the Cry of Another Infant”,


Developmental Psychology, No: 5, 1971.

Singer, Tania, “The Neuronal Basis and Ontogeny of Empathy and Mind
Reading: Review of Literature and Implications for Future Research”,
Neur oscience and Biobehavior al Reviews, No: 30, 2006.

Sinnott­Armstrong, Walter, “Intuitionism”, Encyclopedia of Ethics,


Ed: Lawrence C. Becker vә Charlotte B. Becker, Routledge, New York,
Vol: 2, 2001.

Skinner, B. F., About Behavior ism, Vintage Books Edition, New York,
1976.

Skrbina, David, Panpsychism In The West, MIT Press, Cambridge


Mass., 2005.

Smith, Adam, The Theor y of Mor al Sentiments, Liberty Classics,


Indianapolis, 1976.

Suhler, Christopher vә Churchland, Patricia, “The Neurobiological Basis


of Morality”, The Oxfor d Handbook of Neur oethics, Ed: Judy Illes vә
Barbara J. Sahakian, Oxford University Press, Oxford, 2011.

Swinburne, Richard, The Evolution of the Soul, Clarendon Press,


Oxford, 1997.

195
Swinburne, Richard, The Existence of God, 2. baskı, Clarendon Press,
Oxford, 2004.

Swinburne, Richard, Pr ovidence and the Pr oblem of Evil, Clarendon


Press, Oxford, 1998.

Taslaman, Caner, Modern Elm, Fәlsәfә vә Tanr ı, İstanbul Yayınevi,


İstanbul, 2012.

Taslaman, Caner, Big Bang vә Tanr ı, İstanbul Yayınevi, İstanbul, 2013.

Taslaman, Caner, Tәkamül Nәzәr iyyәsi, Fәlsәfә vә Tanr ı, İstanbul


Yayınevi, İstanbul, 2016.

Taslaman, Caner vә Doko, Enis (Editorlar) Allah, Fәlsәfә vә Elm,


İstanbul Yayınevi, İstanbul, 2014.

Taslaman, Caner, Allahın Var lığının 12 Dәlili, Destek Yayınları,


İstanbul, 2016.

Taslaman, Caner, Bir Müsәlman Tәkamlüçü Ola Bilәr mi?, Dәstәk


Yayınları, İstanbul, 2017.

Taylor, Richard, Ethics, Faith and Reason, Englewood Cliffs, New


Jersey, 1985.

Tooby, John ve Cosmides, Leda “Conceptual Foundations of


Evolutionary Psychology”, The Handbook of Evolutionar y
Psychology,

Ed: David M. Buss, New Jersey, John Wiley and Sons, 2005. Topaloğlu,
Bekir, Kәlam Elminә Giriş, Damla Yayınevi, Ankara, 2016.

Tracy, Thomas, “Creation Providence and Quantum Chance”, Ed:


Robert John Russell vә digәrlәri, Quantum Mechanics, The Center for
Theology and the Natural Sciences, Berkeley, 2001. Ward, Keith, “God

196
As The Ultimate Information Principle”, Infor mation And The Natur e
Of Reality: Fr om Physics To Metaphysics, Ed: Paul Davies vә Niels
Henrik Gregersen, Cambridge University Press, Cambridge, 2010.

Watson, John, Behavior ism, W.W. Norton, New York, 1925.

Wegner, Daniel, The Illusion of Conscious Will, MIT Press,


Cambridge, 2002.

Willard, Dallas, “Knowledge and Naturalism”, Natur alism: A Cr itical


Analysis, Ed: William Lane Craig ve James Moreland, Routledge,
Londra, 2000.

Wilson, Edward O., On Human Natur e, Harvard University Press,


Massachusetts, 1978.

Wilson, Edward O., Sociobiology: The New Synthesis, Harvard


University Press, Massachusetts, 2000.

197
FİTRӘT DӘLİLLӘRİ
CANER TASLAMAN
MÜNDӘRİCAT

ÖN SÖZ ..................................................................................................................... 1
I FӘSİL ...................................................................................................................... 3
TӘBİİ ARZULAR DӘLİLİ ....................................................................................... 3
FӘSLİN TӘQDİMATI .............................................................................................. 4
GİRİŞ ......................................................................................................................... 5
ALLAHA QARŞI BİRBAŞA HİSS EDİLӘN BİR ARZU OLARAQ “ARZU
DӘLİLİ”.....................................................................................................................7
TӘBİİ ARZULAR DӘLİLİNİN TӘQDİM EDİLMӘSİ...........................................9
TӘBİİ VӘ TӘMӘL ARZULAR ............................................................................. 11
BİRİNCİ ARZU: YAŞAMAQ.................................................................................13
İKİNCİ ARZU: QORXULARIN YOX EDİLMӘSİ ............................................... 15
ÜÇÜNCÜ ARZU: XOŞBӘXTLİK ......................................................................... 16
DÖRDÜNCÜ ARZU: MӘQSӘD............................................................................17
BEŞİNCİ ARZU: ӘDALӘT....................................................................................19
ALTINCI ARZU: ŞÜBHӘDӘN UZAQ BİLGİ ӘLDӘ ETMӘ ............................. 20
YEDDİNCİ ARZU: BAŞQALARI TӘRӘFİNDӘN XOŞ RӘFTAR.....................23
MATERİALİST­ATEİZM, YOXSA TEİZM DAHA YAXŞI AÇIQLAYAR? ..... 25
PLANLANMIŞ ,YOXSA PLANLANMAMIŞ BİR PROSES?..............................28
ARZULARIN QARŞILANMASI VӘ ALLAHIN SIFӘTLӘRİ ............................ 31
ARZULAR, AXİRӘT VӘ DİN ............................................................................... 32
NӘTİCӘ...................................................................................................................36
198
II FӘSİL ................................................................................................................... 39
DOĞUŞDAN ӘXLAQ DӘLİLİ .............................................................................. 39
FӘSLİN TӘQDİMATI ............................................................................................ 40
GİRİŞ ....................................................................................................................... 41
DOĞUŞDAN ӘXLAQ DӘLİLİNİN TӘQDİM OLUNMASI................................43
DOĞUŞDAN ӘXLAQİ TUTUMUMUZU RӘDD EDӘN “BOŞ LÖVHӘ”
GÖRÜŞLӘRİ...........................................................................................................45
ӘXLAQIN TӘMӘLLӘRİNİN DOĞUŞDAN GӘLMӘSİ VӘ SINAQDAN
KEÇİRİLMİŞ MӘLUMATLAR ............................................................................. 47
DOĞUŞDAN ӘXLAQLA ӘLAQӘLİ ÖZӘLLİKLӘRӘ SAHİB OLMAĞIMIZ
PLANLANMAMIŞ VӘ TӘSADÜFİ TӘBİİ PROSESLӘRLӘ AÇIQLANA
BİLӘRMİ? ............................................................................................................... 56
1­ӘXLAQİ FӘRQİNDӘLİK...................................................................................58
2­ DOĞUŞDAN ӘXLAQLA ӘLAQӘLİ ÖZӘLLİKLӘRӘ RASSİONAL TӘMӘL
ӘLDӘ ETMӘK ....................................................................................................... 62
2­A­ BİRİNCİ PROBLEM: OLANDAN YAXŞI ÇIXARMA PROBLEMİ .......... 65
2­B­ İKİNCİ PROBLEM: YAXŞIDAN DAVRANIŞ ÇIXARMA PROBLEMİ ... 69
EUTHYPHRO DİLEMMASI VӘ ALLAHIN YAXŞILIĞI ................................... 72
ӘXLAQLA ӘLAQӘLİ DOĞUŞDAN GӘLӘN ÖZӘLLİKLӘR VӘ DİN ........... 76
MӘNİMSӘNӘCӘK DİNDӘ OLMASI LAZIM OLAN ÖZӘLLİKLӘR .............. 78
NӘTİCӘ...................................................................................................................80
III FӘSİL..................................................................................................................82
AĞIL DӘLİLİ .......................................................................................................... 82
FӘSLİN TӘQDİMATI ........................................................................................... 83
GİRİŞ ....................................................................................................................... 84
AĞIL DӘLİLİNİN TӘQDİM EDİLMӘSİ..............................................................86
ARQUMENTİN İNCӘLӘNMӘSİ .......................................................................... 88
DOĞRU VӘ YANLIŞ QAVRAMLARI İSTİFADӘ ETMӘK ............................. 90
MӘNTİQİ MÜLAHİZӘ ......................................................................................... 94
DӘSTӘKLӘYӘN BİR ARQUMENT .................................................................... 98
AĞIL VӘ DİN ....................................................................................................... 103
NӘTİCӘ.................................................................................................................106
IV FӘSIL ............................................................................................................... 109
199
İRADӘ DӘLİLİ.....................................................................................................109
FӘSLİN TӘQDİMATI .......................................................................................... 110
GİRİŞ ..................................................................................................................... 111
İRADӘ VӘ AZADLIQ ......................................................................................... 114
DETERMİNİZM, İNDETERMİNİZM VӘ İRADӘ ............................................. 115
LİBET TӘCRÜBӘLӘRİ ....................................................................................... 123
İRADӘNİN VARLIĞININ RӘDD EDİLӘ BİLMӘMӘSİNӘ SӘBӘB?
İRADӘNİN VARLIĞI HAQQINDAKI DӘLİLİN TӘQDİM EDİLMӘSİ ......... 126
GÖZLӘNTİLӘRDӘN YOLA ÇIXARAQ BİR İRADӘ DӘLİLİNİN TӘQDİM
EDİLMӘSİ.............................................................................................................130
İRADӘ DӘLİLİNİN TӘQDİM EDİLMӘSİ ........................................................ 133
İRADӘ DӘLİLİNİN İLK İKİ MADDӘSİNİN İNCӘLӘNMӘSİ........................134
İRADӘNİN MӘQSӘDLİ YÖNӘLİMİ.................................................................136
İRADӘNİN NӘDӘNSӘL TӘSİRİ ....................................................................... 139
İRADӘ VӘ DİN .................................................................................................... 144
NӘTİCӘ.................................................................................................................147
V FӘSİL.................................................................................................................151
ŞÜUR VӘ MӘNLİK DӘLİLİ ............................................................................... 151
FӘSLİN TӘQDİMATI .......................................................................................... 152
GİRİŞ ..................................................................................................................... 153
ŞÜUR VӘ MӘNLİK DӘLİLİNİN TӘQDİM EDİLMӘSİ...................................155
ŞÜUR VӘ MӘNLİK DӘLİLİNİN BİRİNCİ MADDӘSİNİN İNCӘLӘNMӘSİ 155
ŞÜUR VӘ MӘNLİK DӘLİLİNİN İKİNCİ MADDӘSİNİN İNCӘLӘNMӘSİ..158
HAQQINDA DÜŞÜNMӘ VӘ YÖNӘLMİŞLİK ÖZӘLLİYİ..............................159
SUBYEKTİVLİK VӘ ŞӘXSİ TӘCRÜBӘ (QUALİA) ÖZӘLLİYİ .................... 163
BİRLİK ÖZӘLLİYİ...............................................................................................168
ŞÜUR VӘ MӘNLİK İLӘ DİN ............................................................................. 173
NӘTİCӘ.................................................................................................................177
SON SÖZLӘR ....................................................................................................... 181
QAYNAQLAR ...................................................................................................... 185
M Ü N D Ә R İ C A T .......................................................................................... 200

200
201

You might also like