You are on page 1of 4

Mühazirə 6

MƏHLULLAR VƏ ONLARIN KOLLİQATİV XASSƏLƏRİ

PLAN

1. Məhlullar haqqında anlayış.


2. Məhlulların qatılıq ifadələri.
a) Normal məhlul
b) Molyar məhlul
c) Molyal məhlul
d) Faizli məhlul
e) Titrlı məhlul
3.Məhlulların kolliqativ xassələri.

Məhlullar iki və daha çox maddədən və onların qarşılıqlı təsir


məhsullarından ibarət olub, termodinamiki davamlı sistemlərdir. Məhlulların
tərkibi onların xassələri sıçrayışla dəyişmədən müəyyən həddə qədər dəyişə bilər.
Aqreqat halına görə məhlullar qaz, maye və bərk olurlar. Qaz məhlullarına
istənilən qaz qarışığını, o cümlədən havanı göstərmək olar. Maye məhlullara qaz,
maye və bərk maddələrin mayelərdəki məhlullarını misal göstərmək olar. Bərk
məhlullara Cu-Au xəlitələrini misal göstərmək olar. Bərk məhlullar əvəzedilmiş və
daxiledilmiş tipli olurlar. Əvəzedilmiş məhlullarda A maddəsinin kristal qəfəsinin
düyün nöqtəsində olan hissəciklər B maddəsinin hissəcikləri ilə əvəz olunurlar. Bu
o halda baş verir ki, A və B maddələrinin elektron quruluşu, kimyəvıi xassəsi
oxşar, ölçüləri yaxın olsunlar. Daxiledilmiş tipli bərk məhlullarda A-nın kristal
qəfəsində düyün nöqtələri arasındakı boşluğa B-nin hissəcikləri daxil olur.
Aydındır ki, B-nin hissəciklərinin ölçüsü boşluqların ölçüçündən kiçik olduqda bu
hal mümkündür.

1
Biz əsasən maye məhlullara baxacağıq. Maye məhlullarda qaz və bərk halda
olan maddələrə həll olan maddə kimi, mayeyə həlledici kimi baxılır. Əgər mayenin
mayedə məhluludursa, onda miqdarı çox olan myaeyə həlledici kimi baxılır. Sulu
məhlullarda suya həlledici kimi baxılır (miqdarından asılı olmayaraq). Tənliklərdə
adətən həlledici 1 indeksi ilə işarələnir. Məhlulların əmələ gəlməsini üç mərhələyə
ayırmaq olar:
1. Həll olan maddənin hissəciklərə parçalanması;
2. Hissəciklərin solvatlaşması;
3. Solvatlaşmış hissəciklərin məhlulun həcminə diffuziya edərək bərabər
paylanması.
I və III mərhələ endotermik, II mərhələ ekzotermikdir. Buna görə də mərhələlərin
istilik effektlərinin qiymətindən asılı olaraq həllolma ekzotermik və ya endotermik
olur. Ancaq qeyd etmək lazımdır ki, istənilən həllolma zamanı entropiya
dəyişikliyi ΔS>0, Δ G<0 olur. Məs., NaCl-in həll olması endotermik prosesdir.
ΔH>0. Ancaq, bu zaman ΔS>0 (sıfırdan çox böyükdür). Ona görə də
Δ G=ΔH-TΔS<0
olur və sistem termodinamiki davamlı olur.
Termodinamiki baxımdan məhlulları 3 yerə bölmək olar:
1. İdeal məhlullar
2. Sonsuz duru məhlullar
3. Qeyri-ideal məhlullar
İdeal məhlullar əmələ gələrkən istilik effekti və həcm dəyişikliyi müşahidə
olunmur. Yəni,
V=V1+V2 olur.

Məhlulların kolliqativ xassələri


Məhlulların bəzi xassələri məhlulda həll olan hissəciklərin ölçülərindən asılı
olmayıb, məhlulların vahid həcmində olan hissəciklərin sayından asılıdır.

2
Məhlulların bu xassələrinə kolliqativ xassələr deyilir. Kolliqativ xassələrə misal
olaraq məhlul üzərində həlledicinin doymuş buxar təzyiqinin azalmasını, osmos
təzyiqini, məhlulların donma temperaturlarının azalmasını, qaynama
temperaturlarının artmasını göstərmək olar.
Osmos təzyiqinin mahiyyətini başa düşmək üçün osmos təzyiqini ölçmək
üçün istifadə edilən osmometrin quruluşuna baxaq. 1 qabında təmiz həlledici, 2
qabında məhlul yerləşir. İlkin halda məhlulun və həlledicinin səviyyələri eynidir.
Bildiyimiz kimi, diffuziya maddələrin mühüm fiziki xassəsidir.
2 qabının aşağısı yarımkeçirici membranla örtülmüşdür.

Bu membran həlledici molekullarını keçirir, həll olan maddə molekullarını


keçirmir. 1 qabında həlledicinin (suyun) qatılığı 2 qabındakına nisbətən böyük
olduğundan vahid zamanda 1 qabından 2 qabına diffuz edən su molekullarının sayı
2 qabından 1 qabına diffuz edən su molekullarının sayından çox olacaqdır.
Nəticədə 2 qabında mayenin hündürlüyü artacaqdır. Hidrostatik təzyiqin təsiri
nəticəsində 2 qabından 1 qabına keçən su molekullarının sayı artacaqdır.
Hidrostatik təzyiqin müəyyən qiymətində 1 qabından 2 qabına və 2 qabından 1
qabına vahid zamanda keçən su molekullarının sayı bərabər olacaqdır. Bu təzyiq
müəyyən h hündürlüyündə (şəkildə verilib) yaranacaqdır. Hidrostatik təzyiqin bu
qimətinə osmos təzyiqi deyilir. Vant-Hoff müəyyən etmişdir ki, duru məhlullar
üçün osmos təzyiqi həll olan maddə qaz halında olub məhlulun həcmini tutarkən
yaratdığı təzyiqə bərabərdir:
pV=nRT

3
n
p= V RT=cRT

Ədəbiyyat:

1. Əhmədov E.İ., Məmmədov S.F., Rzayeva N,A.”Fiziki kimya”


Bakı.2009.,
2. Cəfərov Y.İ. “Fiziki və kolloid kimya” Bakı.2008.
3. Stromberq «Fiziçeskaə ximiə» Moskva.1970.

You might also like