You are on page 1of 3

Mühazirə 9

Reaksiya tərtibinin təyini üsulları

PLAN

1. Reaksiyanın tərtibinin təyini.


a)Düsturda yerinə yazma üsulu
b)Qrafiki üsul
c)Yarımparçalanma üsulu
d)Vant-Hoff üsulu

Kimyəvi reaksiyaların mexanizminin müəyyənləşdirilməsində reaksiyanın


tərtibinin təyin edilməsi mühüm əhəmiyyətə malikdir. Tərtibin təyin edilmə
üsullarını ümumi halda 2 yerə bölə bilərik:
1. Yerinə qoyma üsulu.Bildiyimiz kimi bir, iki, üç tərtibli reaksiyaların
kinetik tənlikləri aşağıdakı kimidir:
1 c
k1  ln 0 (1)
t c
1 1 1 
k 2     (2)
t  c c0 

1  1 1 
k3   2 (3)
2t  c 2
c 0 

k1, k2, k3 sürət sabitinin 1, 2, 3 tərtibliyə aid olduğunu göstərir. Reaksiyanın


tərtibini təyin etmək üçün həmin reaksiya aparılır və müxtəlif zaman anları üçün
qatılığın qiyməti tapılır. Həmin qiymətlər yuxarıdakı tənliklərdə yazılır. Hansı
tənliyə əsasən hesablanmış k-nın qiyməti sabit qalarsa, reaksiya həmin tərtibli
götürülür. Dediklərimizi izah edək. Mürəkkəb efirin sabunlaşması reaksiyasında
alınmış qiymətləri (1) tənliyində yerinə yazsaq, uyğun olaraq, 0,0087; 0,0059;
0,0022 qiymətlərini alarıq. Göründüyü kimi k-nın qiymətləri sabit qalmır. Deməli,
reaksiya bir tərtibli deyil. Həmin qiyməti (2) tənliyində yazsaq k üçün 0,0069;

1
0,0071; 0,0070 alarıq. Göründüyü kimi sürət sabiti praktiki olaraq sabit qalır.
Deməli, reaksiya iki tərtiblidir.
Yerinə qoyma üsulunun qrafik variantı bir tərtibli reaksiyalar üçün
ln c  f  t 

İki tərtibli reaksiyalar üçün


1
 f t
c

Üç tərtibli reaksiyalar üçün


1
 f t
c2

asılılığının xətti olmasına əsaslanır. Bu asılılıqların qrafiki qurulur. Hansı halda


alınmış qrafik xətti olarsa, reaksiyanın uyğun tərtibə malik olduğu qəbul edilir.
Yarımparçalanma müddətini təyin etməklə də reaksiya tərtibini
müəyyənləşdirmək olar. Bildiyimiz kimi bir tərtibli reaksiyalar üçün
ln k
t1 
2
2

iki tərtibli reaksiyalar üçün


1
t1 
2
k  c0

üç tərtibli reaksiyalar üçün


3 1
t1 
2
2k c 20

Əgər yarımparçalanma müddəti başlanğıc qatılıqdan asılı olmazsa, onda


reaksiya bir tərtiblidir. Əgər başlanğıc qatılığın tərs qiymətilə düz mütənasib
olarsa, ikitərtiblidir. Əgər başlanğıc qatılığın kvadratı ilə tərs mütənasibdirsə, onda
üç tərtiblidir.
2. Vant-Holf üsulu. Bildiyimiz kimi reaksiyanın sürəti ümumi halda
aşağıdakı kimi müəyyənləşir:
dc
  kc 1n1 c n2 2 c n33
dt

Əgər reaksiyada iştirak edən maddələrin birindən başqa digərlərinin


qatılıqlarını çox böyük götürsək, onda reaksiya müddətində onların qatılıqlarının

2
dəyişməsini praktiki olaraq nəzərə almamaq olar. buna görə də yuxarıdakı tənliyi
aşağıdakı kimi yaza bilərik:
dc
  k 1c 1n1
dt

və ümumi halda
dc
  kc n
dt

Bu tənliyi həmin maddənin 2 müxtəlif qatılığı üçün yazaq:


dc1
  kc1n
dt
dc2
  kc2n
dt
Bu tənlikləri loqarifləyək. Onda
 dc   dc 
lg 2   lg 1 
n 
dt   dt 
lg c1  lg c2

alarıq.
dc
(Ümumiyyətlə, -nin qiymətini tapmaq üçün c  f t asılılıqlarının qrafikinə c1
dt

və c2 qatılıqlarında toxunanlar çəkmək lazımdır. Həmin toxunanların meyl


dc
bucaqlarının tangensi dt
-ni verir). Hər bir maddə üçün ayrılıqda tərtib tapıldıqdan

sonra reaksiyanın tərtibi maddələrə görə tərtiblərin cəmi kimi tapılır:


n=n1+n2+….
Ədəbiyyat:

1. Əhmədov E.İ., Məmmədov S.F., Rzayeva N,A.”Fiziki kimya” Bakı.2009.,


2. Cəfərov Y.İ. “Fiziki və kolloid kimya” Bakı.2008.

You might also like