You are on page 1of 6

Mühazirə 13.

Koaqulyasiyanın kinetikası. Peptidləşmə. Tiksotropiya.

PLAN

1. Liofob kolloid sistemlər.


2. Kolloid sistemlərin təmizlənməsi.
3.Şults-Gardi qaydası
4. Peptidləşmə nədir?
5. Tiksotropiya nədir?

İstənilən zolun koaliqasiyası ani olaraq baş vermir, müəyyən müddət tələb
edir. Koaqulyasiya prosesinin zamandan asılı olaraq getməsini kolloid məhlulun
xassələrinin dəyişməsinə görə müşahidə etmək olar. (Məs., rəngin dəyişməsinə
görə, bulantının artmasına görə, Tindal konusunun parlaqlığının dəyişməsinə görə
və s.). Koaqulyasiya prosesini müşahidə etmək üçün ən etibarlı üsul
ultramikroskopda hissəcikləri saymaqdır.
Koaqulyasiya sürəti adi II tərtib kimyəvi reaksiyaların kinetikası ilə
müəyyənləşir. Fərq ondadır ki, adi kimyəvi reaksiyada iştirak edən molekullar
sonradan reaksiyada iştirak etmir. Kolloid hissəciklər isə toqquşaraq birləşdikdən
sonra yenə də koaqulyasıya prosesində iştirak edirlər və daha mürəkkəb
komplekslər əmələ gətirirlər.
Koaqulyasiyanın əvvəlində ikili, üçlü və s. hissəciklərin əmələ gəlməsi
yavaş sürətlə gedir; sonra koaqulyasiya edici elektrolitin qatılığı artdıqca
koaqulyasiya xeyli sürətlənir. Ona görə də yavaş və sürətli koaqulyasiya
fərqləndirilir. (Bunu gizli və aşkar koaqulyasiya ilə qarışdırmaq olmaz).
Koaqulyasiya sürətinin elektrolitin qatılığından asılılığı qrafikində OS xətti
gizli koaqulyasiyanı göstərir. S nöqtəsi koaqulyasiya həddidir, bundan sonra aşkar

1
koaqulyasiya başlayır. SK yavaş koaqulyasiyaya, KN sürətli koaqulyasiyaya
uyğundur.

O
Koaqulyasiya sürətinin elektrolitin qatılığından asılılığı.

Sürətli koaqulyasiya daha yaxşı öyrənilmişdir. Bu zaman kolloid


hissəciklərin istənilən toqquşması onların birləşməsi ilə nəticələnir. Koaqulyasiya
sürəti aşağıdakı tənliklə müəyyənləşir:
m 1
 
 

nm  n0   m 1
 
1  
 

nm - m hissəcikdən ibarət və  müddətində koaqulyasiyaya uğrayan


hissəciklərin sayı;
n0 - hissəciklərin başlanğıc sayı;
 -hissəciklərin sayının 2 dəfə azaldığı vaxt;
 -zaman.

Peptidləşmə
Hidrofob zolların koaqulyasiya məhsulları olan çöküntülər və ya koagellər
elektrolit təsirindən kolloid halına keçə bilərlər. Bu proses pertidləşmə (və ya
dekoaqulyasiya) adlanır. Koagellərin zola keçməsinə səbəb olan maddələr
peptizator adlanır. Məs., dəmir 3- hidroksid koageli FeCl3, AlCl3, HCl təsirindən
zola çevrilə bilir və bu maddələr peptizatordur.

2
Peptidləşmə prosesi əsasən adsorbsiya ilə şərtlənir. Nəticədə dispers
hissəciklərin diffuz təbəqəsində əks ionların qatılığı artır və kolloid hissəcik yük
əldə edir. Broun hərəkəti nəticəsində hissəciklər asılı vəziyyətə keçirlər.
Koaqulyasiya kimi pertidləşmə də kolloid hissəciyin nüvəsində dəyişikliyə
səbəb olmur. Çünki, bu proseslər fazalararası sərhəddə baş verir.

Peptizator təsirindən alınan zolun qatılığının peptizatorun qatılığından


asılılığına baxaq. Peptizatorun kiçik qatılığında yalnız adsorbsiya baş verir,
çöküntünün həll olması baş vermir (AB xətti). Peptizatorun yüksək qatılığında
həllolma kəskin artır və peptizatorun qatılığından asılı olmur (BC və CD xətləri).
Peptizatorun artıq miqdarında koaqulyasiya baş verir (DE).
Peptidləşmə təbiət və texnikada böyük rol oynayır. Torpağın birvalentli
kation duzları ilə işlənməsi onun kolloid hissəsinin peptidləşməsinə səbəb olur. Bu
halda potensial təyinedici ionların adsorbsiyası baş vermir, diffuz təbəqədə ionların
mübadiləsi baş verir.
Qaratorpaq zonalarda kolloid hissəciklərin diffuz təbəqəsində əsasən Ca2+ və
Mg2+ ionları olur ki, nəticədə zeta-potensialın (diffuz potensialın) qiyməti kiçik
olur. İtələmə qüvvələri kiçik olur. Torpaq kolloidləri koaqulyasiya etmiş halda
olurlar və yuyulmurlar. Torpağı NaCl məhlulu ilə işlədikdə diffuz təbəqədə olan
Ca2+ və Mg2+ ionları Na+ ionları ilə əvəz olunur. Nəticədə torpaq kolloidləri
peptidləşir. Zol halına keçmiş kolloidlər asanlıqla yuyulurlar və üst qatlardan aşağı
qatlara keçirlər. nəticədə torpaq qiymətli aqronomik xassələrini itirir. Buna görə də
bəzən Ca2+ ionlarını torpağın məhsuldarlığının keşikçisi adlandırırlar.

3
Tiksotropiya

Əgər dəmir 3-hidroksid zoluna azacıq miqdarda koaqulyator (məs. NaCl)


əlavə etsək zolun özlülüyü artır. Zaman keçdikcə zol bütöv həlməşiyə (gelə)
çevrilə bilir. Alınmış zolu güclü silkələdikdə onun özlülüyü azalır (axıcılığı artır).
Ancaq zolu sakit saxladıqda yenidən gelə çevrilir. Zol↔gel izotermik dönər keçidi
tiksotropiya adlanır.
Tiksotrop gellər zolun hissəcikləri asimmetrik olduqda (məs., çubuğa oxşar)
daha asan əmələ gəlirlər. Tiskotrop strukturlar kolloid hissəciklərin və
elektrolitlərin yalnız müəyyən qatılığında əmələ gəlirlər. Dönər həlməşikləşmə
zeta-potensialın (diffuz potensialın) kritik qiymətdən azacıq böyük qiymətində
müşahidə olunur. Bu halda kolloid hissəciyin yükü azdır, lakin koaqulyasiyaya
imkan vermir. Bu halda kolloid hissəciklərin arasında qarşılıqlı təsir qüvvələri hiss
olunacaq dərəcədə olur və onlar özünəməxsus tor (karkas) əmələ gətirirlər. (Gel
əmələ gəlir). Güclü silkələdikdə hissəciklər arasında rabitələr qırılır, gel zola
çevrilir. Sakit saxladıqda Broun hərəkəti nəticəsində hissəciklər toqquşduqda onlar
arasındakı rabitələr bərpa olunur, zol yenidən gelə çevrilir.

Zülalların izoelektrik nöqtəsi

Zülalların molekulunu sxematik olaraq belə göstərmək olar:


H2N-R-COOH
Bu formulda yalnız -NH2 və –COOH qruplarının olması göstərilib,
onların sayı və R qrupunun tərkibi göstərilməyib.
Tərkibdə -NH2 və –COOH qruplarının olması zülal molekulunu amfoter
edir. Bundan başqa zülal molekulu bipolyar ion (və ya amfion) əmələ gətirir:
H2N-R-COOH  +H3N-R-COO-

4
Buna görə də sulu məhlulda zülal molekulları əsasən amfion formasında
olurlar. Məhlulda pH-ın qiymətindən asılı olaraq zülal kation və ya anionu əmələ
gəlir.
1. turş mühitdə kation əmələ gəlir
+
H3N-R-COO- +H+  +H2N-R-COOH
2. qələvi mühitdə anion əmələ gəlir
+
H3N-R-COO- +OH-  H2N-R-COO- +H2O
Deməli, məhlulun turşuluğunu dəyişməklə elə şərait yaratmaq olar ki,
hissəciyin ümumi yükü sıfır olsun. Yəni sistem izoelektrik halında olsun. Sistemin
izoelektrik halında olduğu pH-ın qiymətinə izoelektrik nöqtəsi deyilir.
Əksər zülali maddələr turşu xassəyə malikdirlər və onların izoelektrik
nöqtəsi turş mühitdə yerləşir.
İzoelektrik nöqtəsi aşağıdakı xüsusiyyətləri ilə xarakterizə olunur: a) zülalın
elektrolit kimi ionlaşması minimaldır; dissosiasiya edən –COOH və –NH3OH
qruplarının sayı bərabərdir və minimaldır;
b) zülal məhlula cüzi miqdarda və bərabər sayda H+ və OH- ionları verir;
v) zülal hissəciklərinin əksəriyyəti dissosiasiya etməmiş halda və ya amfion
halında olurlar.
Müxtəlif zülalların izoelektrik nöqtələri müxtəlifdir. Ona görə də pH-ın
verilmiş qiymətində onların yüklərinin qiyməti müxtəlif olur və elektrik sahəsində
onların hərəkət sürəti müxtəlif olur. Bundan zülali maddələrin elektroforetik
analizində istifadə olunur.

Ədəbiyyat

1.Cəfərov Y. İ. “Elektrokimyanın əsasları” Bakı.2005.


2. Skorçelletti «Glektroximiə»Moskva. 1958.
3.Andropov «Teoriotiçeskaə glektroximiə»Moskva.1953.

5
6

You might also like