You are on page 1of 13

Mövzu №2. Fərdi kompüterin quruluşu, əsas və periferiya qurğuları.

“Fizika”
ixtisasında istifadə olunan əlavə qurğular.

Bütün nəsil kompüterlər bir-birindən nə qədər fərqlənsələr də, hamısı Fon Neymanın verdiyi
klassik sxem əsasında işləyirlər.
Fon Neymanın verdiyi klassik quruluş sxemi aşağıdakı kimidir.
Hesabi-
qurğu

Yaddaş Çıxış
Giriş
qurğusu qurğusu
qurğusu

idarəetmə
qurğusu
Kompüterin ümumi quruluşu:
1. Hesabi-məntiqi qurğu-xüsusi elektron sxem – çip (cheap) hesab və
məntiqi əməliyyatları aparmaq üçündür.
2. İdarəedici qurğu – çip olub kompüteri idarə etmək, proqramları yerinə
yetirmək, qurğulara müraciət etmək və s. üçündür. Buna bəzən kompüterin
beyni də deyilir.
3. Əməli (operativ) yaddaş - kompüterin elə bir hissəsidir ki, bütün daxil edilənlər üzərində
əməliyyatlar məhz orada keçirilir.
4. Xarici qurğular – informasiyanı uzun müddət yadda saxlamaq üçündür.
Qeyd: Müasir kompüterlərdə hesabi-məntiqi qurğu, idarəedici qurğu ilə birgə prosessor adlanır.
İnkişaf tarixinə uyğun olaraq elektron hesablama maşınları (EHM) baza elementlərinə görə
nəsillərə bölünür.
I nəsil kompüterlər. Bu mərhələ 1946-cı ildə ABŞ-ın Pensilvaniya ştatında Con Mokli və Presper
Ekkertin rəhbərliyi altında ENIAC kompüterinin yaradılması ilə başlayır və 1946-1958-ci illəri əhatə
edir. Birinci nəsil kompüterlərin element bazası çoxsaylı elektron lampalar olmuşdur. Bu
kompüterlər böyük həcmə və kütləyə malik idi, olduqca çox elektrik enerjisi sərf edirdi və
lampalar tez qızdığından tez-tez xarab olurdu. Məsələn, ENIAC kompüter 30 ton ağırlığında olub,
200 kvadrat metr sahəni tuturdu və onun yaradılmasında 178468 elektron lampa, 7200 kristallik diod,
4100 maqnit elementləri istifadə olunmuşdur və o, 150 Kv elektrik enerjisi sərf edirdi 1. Bu günlə
müqayisədə onların məhsuldarlığı və sürəti çox zəif idi. Birinci nəsil kompüterlər yalnız saniyədə 10-
20 min əməliyyat yerinə yetirə bilirdi. Onların operativ yaddaşı2 zəif olub, 512-2048 bayt3 təşkil edirdi.
Bu səbəbdən adicə loqarifmik və triqonometrik funksiyaların hesablanması üçün bir dəqiqədən artıq
vaxt tələb olunurdu. Əməliyyatlar yalnız ardıcıl yetirilirdi.
Birinci nəsil kompüterlər üçün proqramlar konkret kompüter üçün unikal olan “maşın dilində” tərtib
edilirdi. Proqramın daxil olunması və yerinə yetirilməsi idarəetmə blokunun açarları vasitəsilə həyata
keçirilirdi. Bu proses mürəkkəb olduğundan və proqramda meydana çıxan səhvlərin aradan
qaldırılması zərurəti proqramın daxil edilməsi və yerinə yetirilməsi prosesinin proqramlaşdırıcı

1
ENIAC kompüteri 9 il – 1955-ci ilə qədər fəaliyyət göstərmişdir.
2
Operativ yaddaş qurğusu olaraq ilk vaxtlar civə doldurulmuş kiçik diametrli borulardan, sonra isə ferromaqnitlərdən
istifadə olunmuşdur.
3
Bayt informasiyanın ölçü vahididir.
~1~
tərəfindən yerinə yetirilməsini tələb edirdi.
Bu nöqsanlara baxmayaraq birinci nəsil kompüterlər o dövr üçün elmi-texniki tərəqqinin ən
böyük nailiyyəti hesab olunur və mürəkkəb, əvvəllər həlli mümkünsüz hesab edilən elmi, mühəndis
məsələləri həll etdi. Bunun nəticəsində bir sıra elm və sənaye sahələrində fundamental nəticələr əldə
olundu.
II nəsil kompüterlər. Bu mərhələ 1955-1967-ci illəri əhatə edir. İkinci nəsil kompüterlər
element bazası əsasən yarımkeçiricilərdən ibarət kompüterlərdir. Bu kompüterlərdə elektron
lampaları tranzistorlar əvəz etdi. Tranzistorlar kiçik ölçüyə malik olub, daha davamlı, elektrik
enerjisinə az tələbkar idi və təqribən 40 ədəd elektron lampanı əvəz edə bilirdi. Bunun nəticəsində
kompüterlərin həcmi və kütləsi dəfələrlə kiçildi, elektrik enerjisinə tələbat azaldı, maya və istismar
dəyəri ucuzlaşdı. İkinci nəsil kompüterlərdə ilk dəfə olaraq displeylərdən istifadə edilməyə başlandı.
Bu informasiyanın daxil və xaric olunmasını xeyli asanlaşdırdı. Operativ yaddaşın həcmi artaraq
minimum 32 kbayt, məhsuldarlığı saniyədə 50-100 min əməliyyat oldu.
İkinci nəsil kompüterlər üçün xüsusi sistem proqram təminatı, o cümlədən informasiyanın
paket emalı sistemləri, sonralar əməliyyat sistemləri yaradıldı. Kompüterin arxitekturasından asılı
olmayan yüksək səviyyəli alqoritmik dillərin4 (Fact, MathMatic, Algol, Fortran, Kobol və s.)
yaranması və onlar üçün müvafiq kompilyatorun 5 və standart altproqramlar kitabxanasının yaradılması
ilə proqramlaşdırılma olduqca asanlaşdı və həll olunan məsələlərin əhatə dairəsi genişləndi.
İkinci nəsil kompüterlərin maya dəyərinin və istismar xərcininn ucuzlaşması, proqram
təminatının inkişafı, onların tətbiq sahəsini xeyli genişləndirdi. Kompüterlər artıq elmi-texniki
hesablamalar aparmaqla yanaşı maliyyə-iqtisadi, istehsal-texnoloji proseslərin avtomatlaşdırılması
üçün tətbiq edilməyə başlandı. Artıq onlar daha çox biznes müəssisələrində, təhsil və layihələndirmə
mərkəzlərində geniş istifadə olundu. Azad kompüter bazarı formalaşdı, kompüter istehsalı sürətlə artdı.
Bir sıra böyük firmalar, məsələn, IBM, CDC, DEC və s. kompüter istehsalına başladı.
III nəsil kompüterlər. Bu mərhələ 1964-1975-ci illəri əhatə edir. Üçüncü nəsil kompüterlərin
element bazalarını inteqral sxemlər və ya mikrosxemlər təşkil edirdi6. Mikrosxemlər təqribən 10
mm2 ölçüyə malik olub, on min tranzistoru əvəz etməyə qadir idi. Bu isə kompüterlərin sürətlə
miniatürləşməsini və ucuzlaşmasını təmin etdi. Bununla yanaşı üçüncü nəsil kompüterlərin
məhsuldarlığı kəskin yüksəldi. Artıq kompüterlərdə 100 kilobaytlarla ölçülən operativ yaddaşlar tətbiq
olunurdu, onlar saniyədə 10 milyon əməliyyat yerinə yetirə bilirdi. Miniatürləşmə ilə paralel olaraq
kompüterlərin arxitekturasında köklü dəyişiklik baş verdi. Xarici yaddaş qurğusu olaraq maqnit
disklərindən və diski oxuyan qurğulardan - diskovodlardan istifadə edildi. Bir sıra xüsusi təyinatlı
kompüterlər məsələn, kosmik raketlərdə, aviasiyada və gəmilərdə istifadə edilən bortkompüterlər
meydana gəldi. Bununla yanaşı az - təqribən 4 kilovat enerji sərf edən mini kompüterlərin istehsalına
başlandı. Məsələn, ABŞ-da RDR, VAX mini kompüterləri və SSRİ-də isə onların analoqu olan CM-
1/2/3/4/1420 və s. istehsal olundu. Mini kompüterlər sənayedə texnoloji proseslərin idarə edilməsində,
məlumat banklarının yaradılmasında və informasiyanın idarə edilməsində geniş istifadə olunurdu.
Üçüncü nəsil kompüterlər seriya şəklində istehsal olunurdu. ABŞ-da İBM 360, SSRİ və Şərqi
Avropanın keçmiş sosialist ölkələrində EC seriyalı kompüterlər istehsal olunurdu. Üçüncü nəsil
kompüterlərdə ilk dəfə olaraq multi proqram rejimi tətbiq olundu. Bu rejim paralel olaraq bir neçə
istifadəçinin proqramının yerinə yetirilməsini təmin etdi.
IV nəsil kompüterlər. Bu mərhələ böyük inteqral sxemlərin kompüter istehsalında tətbiqi ilə 1974-
1976-cı ildən başlamışdır. Böyük inteqral sxemlər bir kristal üzərində minlərlə tranzistor və digər
4
Bax: Alqoritmik dillər.
5
Bax: Proqram təminatı.
6
Bir sıra ingilis dilli ədəbiyyatlarda mikrosxem əvəzinə Chip işlədilir.
2
elektron komponentləri birləşdirməyi təmin etdi. Bunun nəticəsində əvvəllər ayrı-ayrı elementlərdən
ibarət olan kompüterin funksional qurğularını böyük inteqral sxemlər əvəz etdi. Məsələn, böyük
inteqral sxemlərdən ibarət olan mikroprosessorlar, xarici qurğular kontrollerləri, operativ yaddaş və
digər qurğular yaradıldı. Bunun nəticəsində kompüterlərin məhsuldarlığı və etibarlığı on dəfələrlə
yüksəldi. Böyük inteqral sxemlərə keçid kompüterin qurğularını kiçik ölçülü bir lövhə - “ana lövhə”
üzərində asanlıqla yerləşdirməyi mümkün etməklə birlövhəli kompüterlərin istehsalını təmin etdi.
Altair adlı ilk mikro kompüter 1974-75-ci ildə Intel 8080 mikroprosessoru əsasında istehsal olundu və
bununla da insanlar ucuz, az enerji sərf edən, istifadə üçün həddən artıq rahat və əlavə işçi heyəti tələb
etməyən, şəxsi istifadə üçün nəzərdə tutulmuş və bu səbəbdən fərdi kompüterlər adlanan kompüterlər
əldə etdilər. 1981-ci ildə İBM firması fərdi kompüterlərin kütləvi istehsalına başladı və
mikroprosessorlar istehsal edən İntel firması ilə əməkdaşlıq edərək fərdi kompüterlərin əsas
istehsalçısına çevrildi.
Mikroelektronikada əldə edilən uğurlar və müasir proqram təminatının yaradılması sayəsində
fərdi kompüterlərin sürətli təkamülü təmin olunmaqdadır.
V nəsil kompüterlər. Bu mərhələ müasir dövrü əhatə edir və məqsəd yeni və ən yeni elektron
texnologiyalara əsaslanan müasir və gələcəyin kompüterlərinin istehsalını təşkil etməkdir. V nəsil
kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional
tələblərə, o cümlədən sözlə, biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə,
istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin
yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər. Hal-hazırda neyron, qeyri-səlis məntiq
– Fuzzy nəzəriyyəsinə əsaslanan yeni texnologiyaları və nano texnologiyaları tətbiq etməklə bio və
optik neyrokompüterlərin yaradılması nəzərdə tutulur.
Müasir Kompüterlər aşağıdakı siniflərə bölünür:
SuperKompüterlər
Meynfreymlər
Mini – EHM-lər
MikroKompüterlər və ya fərdi kompüterlər.
SuperKompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superKompüter amerikan
mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü
ədədlər üzərində saniyədə yerinə yetirilən trilyon əməliyyatlarla ölçülməklə, aerodinamika,
seysmologiya, nüvə fizikasında və s. kimi elm sahələrində istifadə olunur. Meynfreym-universal
elektron-hesablama maşınıdır, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal
birləşdirir. Bank-maliyyə işlərində, müxtəlif sənaye sahələrində, mərkəzləşdirilmiş qaydada həyata
keçirilən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur.
Mini-EHM – ölçüləri və hesablama məhsuldarlığı meynfrem kompüterlərə nəzərən kiçik olan
fərdi Kompüterlərdir və 1981-ci ildən başlayaraq kütləvi istehsal olunur.
FK –lərin Böyük EHM-na nisbətən əlverişli olmağının səbəbləri:
- İstifadəçi üçün rahat interfeysə malik olan, dialoq rejimində işləyən proqramlar (menyu, köməkçi
və s.);
- Fərdilik.
- Böyük həcmdə olan məlumatın sürətli emalı;
- Təmirin asanlığı və yüksək keyfiyyətliliyi;
- Periferiya qurğularından istifadə etmək imkanları;
- Bütün sferaları əhatə edən proqram təminatı;
- Şəbəkələrə birləşdirilmək imkanı.

3
Mikrokompüterlər və ya fərdi kompüterlər. Mikrokompüterlər maya dəyərinin, istismar
xərclərinin az olması, onlarla işləmək rahat və sadə olması səbəbindən bütün tip müəssisələrdə fərdi
olaraq istifadə olunur.
Forma ölçülərinə görə təsnifat. Mikrokompüterlərin forma ölçülərinə görə aşağıdakı kimi
təsnifatı aparılır:
 Masaüstü (Desktop),
 Portativ (Portable),
 Cib (Palmtop) .

Fərdi kompüterlərin arxitekturası


Kompüter – informasiyanın emal olunmasını avtomatlaşdırmaq üçün istifadə edilən müasir
texniki qurğudur və əsas vəzifəsi:
1. İnformasiyanı daxil etmək (daxiletmə);
2. İnformasiya üzərində əməliyyatlar aparmaq;
3. İnformasiyanı xarici yaddaş qurğularında saxlamaqdan ibarətdir.
Kompüterin əsası arifmometrdir. Arifmometr ancaq konkret əməliyyatları yerinə yetirir (+, -,*, :).
Kompüter isə insanın iştirakı olmadan, əvvəlcədən verilmiş proqramla mürəkkəb hesablama
əməliyyatlarını yerinə yetirir. Bundan əlavə, aralıq və yekun nəticələri yadda saxlamaq qabiliyyətinə
malikdir (yaddaş) və aşağıdakı əsas hissələrdən ibarətdir:

1. Sistem blok
2. Monitor
3. Klaviatura
4. Siçan (Mouse).
Sistem blokunun daxilində aşağıdakı əsas qurgular yerləşdirilmişdir:
Sistem plata (Mather-Board –“Ana” plata). - daxili qurğuları biri-biri ilə əlaqələndirir. Sistem
platanın üzərində müxtəlif çipləri görmək olar. CPU yuvası, RAM üçün slot, BIOS, serial və paralel
portlar, AGP və PCI yarıqları ana platanın üzərində yerləşir.
Prosessor (CPU- Central Processing Unit)-kompüterin əsas mikrosxemi- hesablamaları və
məlumatın emalını yerinə yetirən hesabi-məntiqi və idarəedici qurğudur. Prosessor-un yuvası
sistem platanin (lövhənin) üzərində yerləşir. Hesabi-məntiqi qurguda cəmləyici ilə yanaşı, reqistr
bloku da yerləşdirilmişdir. Reqistirlərdə hesablanması yerinə yetiriləcək informasiyalar müvəqqəti
saxlanılır. Reqistrlər çox böyük sürətə malikdirlər və kiçik hesabi əməliyyatları, istifadəçinin
əmrlərini yerinə yetirmək üçün nəzərdə tutulub. Prosessorun mərtəbəliliyi mikroprosessorun
daxilində yerləşən registrlərin dərəcəsi ilə təyin olunur və bir takt ərzində prosessorun neçə bit
informasiya mübadilə etdiyini xarakterizə edir. Qeyd edək ki, ilk istehsal olunan mikroprosessorlarda
mərtəbəlilik 8 olmuşdur. Müasir dövrdə istehsal olunan mikroprosessorlarda bu parametr 64-ə
çatdırılmışdır. Prosesorun sürətı takt tezliyi ilə xarakterzə olunur. Yəni bir saniyədə neçə takt
(əməliyyat) yerinə yetirməsilə. Bu isə Hers, Mhers, Ghers-lə ölçülür. (1Mhers=106 hers). Prosessor
4
həmçinin idarəetmə funksiyasını da yerinə yetirir, yəni əmrdə göstərilənə uygun olaraq ilkin
verilənləri yaddaşdan köçürür və ya elə əmrin özündən oxuyaraq ilkin verilənləri hesabi-məntiqi
qurğuda yerinə yetirərək nəticəni tapır.
Prossesor əməli yaddaş və digər qurğularla şinlər vasitəsilə əlaqələndirilir.
Şinlər üç qrupa bölünür: verilənlər şini, ünvan şini, əmr şini.
Ünvan şini: Pentium prosesorlarında ünvan şini 32-mərtəbəli-yəni 32 paralel naqildən ibarət olur.
32 kombinasiyadan ibarət olan 0 və 1-32 mərtəbəli ünvan yaradır bu isə əməli yaddaşin yaddaş
oyuqlarının birini göstərir. Prosesor isə bura qoşulmaqla informasiyanı öz reqistlərinin birinə
köçürdür. Yəni Ünvan şini ötürücü və yardımçı elementlər sistemi olub, fərdi kompüterin yaddaşında
saxlanılacaq və yazılacaq informasiyanın tutduğu sahənin yerini təyin edir. Ünvan şini də dərəcəliliyə
malikdir. Ünvan şininin dərəcəliliyi mikroprosessorun müraciət etdiyi yaddaşın tutumuna təsir edir.
Verilənlər şini: Bu şinlər vasitəsilə informasiyalar əməli yaddaşdan prosessorun reqistirlərinə və
əksinə köçürülür. Müasir kompüterlərdə 64 mərtəbəli -yəni 64 xətli şinlərdən istifadə olunur bu isə
emal üçün bir dəfəyə 8 baytı qəbul edir. İnformasiya mikroprosessora verilənlər şini vasitəsilə
ötürülür. Əgər verilənlər şini 8 siqnal ötürən naqildən ibarət olarsa, onda paralel olaraq 8 bit, 16
naqildən ibarət olarsa, 16 bit informasiya göndərmək olar və s.
Əmr şini: Prosesorun verilənləri emal etməsi üçün ona əmrlər lazımdır.Yəni prosessor bilməlidirki
onun reqistirlərində olan baytlarla nə etmək lazımdır.. Bu əmrlər isə əməli yaddaşdan daxil olur.
Əmrlər 1,2, və daha çox baytlardan ibarət ola bilər. Müasir kompüterlərdə isə əmr şinləri 32, 64, 128
mərtəbəli ola bilər.
Kompüterdə aşağıdakı şinlər istifadə olunur:
 IBM tipli fərdi kompüterlər üçün xüsusi olaraq yaradılmış ISA (Industry Standardt
Architecture) şini. Şinin müsbət cəhəti sadə və çox ucuz qiymətə, mənfi cəhəti isə informasiya
ötürməsinin aşağı sürətdə olmasıdır.
 Yüksək sürətli qlobal EISA (Extended Industry Standard Architecture) şini. Şinin müsbət
cəhəti yüksək sürətlə buraxma qabiliyyəti, mənfi cəhəti isə qiymətinin yüksək olmasıdır.
 Yüksək sürətli və ucuz qiymətli PCI (Peripheral Component Interconnect bus) lokal şini.
Son zamanlar xüsusi olaraq qrafik materialların ekrana çıxarılmasını sürətləndirmək və mərkəzi
mikroprosessoru iş prosesində yükdən azad etmək üçün PCI ilə müştərək funksiya yerinə yetirən AGP
lokal şini də istifadəyə buraxılmışdır.
Fərdi kompüterə əlavə qurğuların (sican, klaviatura, rəqəmli kamera və s.) qoşulmasını
sadələşdirmək məqsədilə istifadəçilər USB lokal şinindən də geniş istifadə edirlər.
Çipsetlər. Çipsetlər kompüterin sistem komponentlərinin qarşılıqlı əlaqəsini təmin edir. Sistem
lövhə üzərində şimal və cənub körpü adlanan iki çipset yerləşir.
CD-ROM (Compact Disc Read-Only Memory)- disk qurğusu-kompakt disklərdən yalnız
məlumatın oxunması üçün istifadə olunan xüsusi qurğudur;
CD-RW(Compact Disc-ReWritable, Перезаписываемый компакт-диск) -həm yazmaq həm də
oxuma əməliyyatını yerinə yetirir.
Portlar. Mikroprosessorun xarici qurğular (printer, sican və s.) ilə informasiya mübadiləsini həyata
keçirən xüsusu yuvalar-inteqral sxemlərdir. Portlar-periferiya qurğularını prosessorun xarici şinlərinə
qoşmaq üçün özlərində bir və ya bir neçə daxiletmə-çıxış reqistrirləri saxlayır. Aşagıdakı portlar
mövcuddur.
LPT1-LPT3(Line Print Terminal; также параллельный порт, порт принтера) - Paralel portlardır,
printer, skayner və s. qoşulur.

5
COM1-COM3(communications port) -ardıcıl portlardır – siçan, klaviatura, modem və s. qoşulur.
Ardıcıl portlar sürətli məlumatlar mübadiləsi ilə fərqlənirlər. Qeyd edək ki, hal-hazırda əksər müasir
kompüterlər paralel və ardıcıl portlarsız istehsal olunur.
PS/2 (PlayStation-2)-portu 1987-ci ildə yaradılmış və onun vasitəsilə klaviatura və siçan kompüterə
qoşulur.
USB (Universal Serial Bus – universal ardıcıl şin) - universal portlardır – periferiya qurğuları qoşulur.
Son dövrlərdə meydana gələn USB portları asanlıqla onları əvəz edir. USB portları flaş disklərin,
klaviatura, siçan, printer, mobil bərk disklərin, skanerin və bir sıra periferiya qurğularının qoşulmasını
təmin edir. USB portları daha sürətli olub, informasiya mübadiləsini 480 Mbit/san sürətlə təmin edir.
Kontroller. Kompüterin işləməsi üçün operativ yaddaşda proqramlar və verilənlər olmalıdır. Belə
proqramlar və verilənlər operativ yaddaşa müxtəlif qurğular - klaviatura, diskovod və s. vasitələrlə
daxil olurlar. Kompüterdə emal edilmiş informasiya isə istifadəçiyə monitor, disklər, printer və s.
vasitəsilə çatdırılır. Başqa sözlə, kompüterdə qurğular və operativ yaddaş arasında daima informasiya
mübadiləsi prosesi gedir. Bunun üçün, hər xarici qurğu özünə məxsus elektron sxem ilə təchiz edilir ki,
belə sxemlərə də kontroller qurğusu deyirlər. Kontroller idarə qurğusu olub giriş-çıxış qurğularını
mərkəzi prosessorla əlaqələndirir. Bəzi qurğuların (klaviatura, mouse, printeri və s.) kontrolleri fərdi
kompüterin ana platasının üzərində, digər qurğuların, məsələn monitor, sərt maqnit disk qurğusu və s.
kontrolleri isə ayrıca plata şəklində olur və onlar ana plata üzərində olan yuvalarda yerləşdirilir.
Şəbəkə kartları. Şəbəkə kartı kompüter və şəbəkə kabeli arasında interfeys rolu oynayır və
aşağıdakı funksiyaları yerinə yetirir:
 İnformasiyanın ötürülməsinə hazırlıq;
 İnformasiyanın ötürülməsi;
 İnformasiya axınının idarə olunması.
Hər bir şəbəkə kartı unikal ünvana və parametrlərə malik olur. Şəbəkədə hər bir plata bu haqda
qarşılıqlı məlumata malik olur və parametrləri digər şəbəkə kartının parametrinə müvafiq
uyğunlaşdırma qabiliyyətinə malikdirlər. Şəbəkə adapteri (kartı) -lokal şəbəkələrdə istifadə olunur.
Həm daxiletmə, həm xaricetmə qurğusudur, özündə informasiya saxlamır.

Yaddaş qurğuları
Yaddaş qurğuları 2 qrupa bölünür:
1.Daxili yaddaş qurğuları.
2.Xarici yaddaş qurğuları.
Daxili yaddaş qurğuları aşağıdakılardan ibarətdir:
1) Əməli yaddaş (RAM)
2) Keş yaddaş
3) Daimi yaddaş (ROM)
4) Reqistr yaddaş.
RAM-(Random Access Memory)- əməli(operativ) yaddaş- kompüter işləyən zaman məlumatın
müvəqqəti saxlanması, daxil edilməsi, ötürülməsi üçün nəzərdə tutulmuş xüsusi yaddaş qurğusudur.
Kompüter elektrik şəbəkəsinə qoşulduqda informasiyalar-proqramlar HDD-dən əməli yaddaşa
yüklənir, kompüter söndürüldükdə informasiyalar əməli yaddaşdan silinir, yəni müvəqqəti
yaddaşdır. RAM-enerjidən asılı yaddaşdır
Rezident proqramlar əməli yaddaşda daima saxlanan proqramlardır və məlumatların ilkin olaraq
əməli yaddaşa yüklənməsini təmin edir.

6
Cache memory-(память немедленного доступа) Keş(gizli) yaddaş prosessorun daxilində yerləşir,
prosessorla əməli yaddas arasında verilənlərin sürətli mübadiləsini təmin edir, yəni bufer yaddaş
rolunu oynayır. Əməli yaddaşda yer çatmadıqda bəzi əməliyyatlar keş yaddaşa köçürülür, əməli
yaddaşda yer boşalır və sistem sürətlə işləyir. Keş yaddaş sistemin işinin sürətini artırmaq üçündür.
Kompüterlərdə keş yaddaşın iki növündən istifadə edilir: daxili və xarici.
Xarici keş yaddaşı müxtəlif mikrosxemlər üzərində yığılır və operativ yaddaşın işini
sürətləndirməyə xidmət edir.
Daxili keş yaddaş isə mikroprosessorun daxilində yerləşərək mikroprosessorun daxilindəki
registrlərin işini sürətləndirir. Belə keş yaddaşlardan ilk dəfə 80486 mikroprosessorlarında istifadə
edilmişdir.
Daimi yaddaş ROM (Read Only Memory)- iki yerə bölünür: CMOS-yaddaş, BİOS- yaddaş.
CMOS (Complementary Metal-Oxide-Semiconductor- комплементарный металлооксидный
полупроводник) - yaddaş cari kompüterin konfiqurasiyasınin(vaxt, zaman, seçilmişsistem disk və s.)
yadda saxlayır.
BİOS (Basic İnput/Output System)-«базовая система ввода-вывода» - daxiletmə, xaricetmə
baza sistemidir və ilkin yüklənmədə sistemin və proqramların işini testləşdirir. Kompüter işə
salınarkən birinci əməliyyat sistemi sonra isə BİOS yüklənir.
Reqistr yaddaş-prosesorun daxilində yerləşir, çox böyük sürətə malikdir və kiçik hesabi
əməliyyatları, istifadəçinin əmrlərini yerinə yetirmək üçün nəzərdə tutulub (göndərmək, toplamaq,
çıxmaq və s).
Xarici yaddaş qurğuları:
Xarici yaddaş qurğuları böyük həcmli informasiyaları uzun müddət saxlamaq üçün istifadə olunur
və onlara aşağıdakılar aiddir:
1. Sərt maqnit diski (HDD- Hard (magnetic) Disk Drive) (vinçester) – informasiyanın uzun müddət
saxlanılması üçün istifadə olunan xarici yaddaş qurğusudur və sistem blokun daxilində yerləşir;

2. Disket (FDD -Floppy Disk Drive)– informasiyanın uzun müddət saxlanılması üçün istifadə
olunan xarici yaddaş qurğusudur və həcmi 1.44 Mbayt-dır

3. CD 700 Mb ola bilər, müxtəlif növləri vardır


4.DVD(Digital Versatile Disk)-böyük həcmli informasiyaları saxlamaq üçün istifadə olunur (4.7
Gbayt).
5.Flash yaddaş
6.Strimer-böyük həcmli informasiyaları maqnit lent yaddaşda saxlamaq üçün istifadə olunur. Strimer
peiferiya-çıxış qurğusudur.
Səs kartı (platası) - səs informasiyasını rəqəmsal informasiyaya çevirir və əksinə. Səs platası həm
daxiletmə, həm də xaricetmə qurğusudur, özündə informasiya saxlamır.
Həmçinin faks, Web kamera, mikrofon, kolonkaları və s. qurğuları da kompüterə qoşmaq olar.
Disk və disk qurğuları ingilis əlifbasının hərfləri ilə adlandırılır, məs. :
A: – birinci disket qurğusu; B: – ikinci disket qurğusu (əgər varsa); C:, D:, E:,... – sərt diskin
(disklərin) adları.

Monitor
Monitor - qrafik və mətn informasiyaları vizual əks elətdirən çıxış qurğusudur. Kompüterin
vidiosistemi - monitor, videoadapter və proqram təminatından ibarətdir.Videoadapter - şüaları

7
idarə etmək üçün monitora siqnalları göndərir. Monitor- həmin siqnalları görünüş obrazlarına çevirir,
proqam təminatı isə videogörünüşləri kodlaşdırır- kodlarını açır.
Monitorlar:
 maye-kristal, sensor, elektron-şüa trubkalı
kimi növlərə bölünür.
Monitorlar heç bir hesablama əməliyyatı yerinə yetirmir. Monitorların dioqanal ölçüləri 11, 12, 13,
14, 15, 17, 19, 21 və s. düym olurlar. Monitorda şəkillər üç əsas – qırmızı, yaşıl, göy rənglərdən və
onlarin birləşməsindən yaranan rənglərlə əks olunur. Monitorlarin əks etdirmə keyfiyyəti piksellərlə
(şəklin ən kiçik elementləri) ölçülür.
Monitorlarin dioqanal ölçü vahidi düymdür. 1 düym=2,54 sm dir. Monitorlar qrafik və mətn
rejimində işləyir. Mətn rejimində 25 sətir və 80 sütundan ibarət olur. Qrafik rejimdə ekran müəyyən
sayda nöqtələrin köməyi ilə tora bürünür. Buna həm də ayırdetmə qabiliyyəti deyilir. Misal üçün:
640x480, 800x600, 1024x768, 1600x1200 və s..

Klaviatura
Klaviatura aşağıdakı düymələr qrupundan ibarətdir.
1. Əsas düymələr qrupu
Hərf-rəqəm düymələri;
Enter – əmrin daxil olunması və yeni sətir düyməsi;
Shift – böyük hərflər rejimi-yuxarı reqistr;
Caps Lock – böyük hərflər rejiminə (Yuxari reqistrə) daimi keçid;
Ctrl, Alt – idarəedici düymələr, əsasən digər düymələrin təyinatını dəyişmək üçün istifadə olunur;
Tab – tabulyasiya düyməsi - kursoru bir neçə addım sağa keçirmək üçün istifadə olunur (kursor –
yanıb-sönən, döyünən şaquli xətt (│), mətnin daxil olunma nöqtəsini göstərir);
Backspace – kursordan sol tərəfdə yerləşən simvolu silir;
 – əsas menyunu aktivləşdirən düymə;
– kontekst menyusunu aktivləşdirən düymə.
2. Kursoru idarə edən düymələr
á, â, ß, à – kursorun yerini dəyişən istiqamət düymələri, müvafiq olaraq: yuxarı, aşağı, sola,
sağa;
PgUp, PgDn – səhifələrə keçid üçün istifadə olunan düymələr- PgUp bir ekran görünüşü yuxarı,
PgDn isə bir ekran görünüşü aşağı keçməyə imkan verir;
Home, End – kursoru müvafiq olaraq cari sətrin əvvəlinə və sonuna dərhal keçirən düymələr;
Ctrl+End- sənədin sonuna, Ctrl+Home- sənədin əvvəlinə keçidi təmin edir.
Delete – kursordan sağ tərəfdə yerləşən işarəni ləğv etmək üçün düymə;
Insert – eyni zamanda simvolların daxi edilməsini və ləğvini təmin edir.
3. Köməkçi düymələr
Klaviatura rəqəm rejimində olarsa, düymələr rəqəm daxil edir və sürətlə hesabi əməllər aparmaq
üçün istifadə olunur. Rəqəm rejiminə keçmək üçün Num Lock düyməsini sıxmaq lazımdır.
4. Funksional düymələr
F1 – F12 – tez-tez istifadə olunan əməliyyatları yerinə yetirən düymələrdir. Bu düymələrin
funksiyaları proqramlardan asılı olaraq fərqli ola bilər.
5. Xüsusi düymələr.
Esc – əmrdən imtina etmək üçün düymə;
Print Scrn – ekranın surətini mübadilə buferinə köçürür;
8
Scroll Lock- bəzi proqramlarda kursorun sabit yerdə dayanmasını təmin etmək üçün istifadə
olunur;
Pause (Break) – proqramın müvəqqəti saxlanması üçün düymə.
Hərf yazılan zaman  Shift düyməsi basılarsa həmin hərfin böyük forması yazılır. CapsLock
düyməsi basılarsa bütün hərflər böyük şəkildə yazılır .Ctrl və Alt düyməsi köməkçi düymələrdir.
TAB düyməsi 0.5 inch (düym) boş yer buraxmaq üçündür.

Siçan (Mause) və periferik qurğular


Siçan plastik qurğu olub kompüterlə istifadəçi arasında əlaqə yaratmaqla proqramların idarə
olunmasında, mətnlər, şəkillər üzərində çoxsaylı əmrlərin yerinə yetirilməsində böyük rol oynayır.
Siçan giriş (daxiletmə) qurğusudur. Siçan qurğuları:
 diyircəkli, optik-lazer; məsafədən idarə edən formalarda buraxılır.
Siçanın sol düyməsi əsas əmrləri, sag düyməsi isə seçilmiş obyekt üzərində əməliyatlar aparmaq
üçün xüsusi kontekst menyunu açır. Siçanın göstəricisi ekranda standart qaydada  simvolu ilə
əks olunur.
Bunlardan əlavə fərdi kompüterə printer, plotter modem, skayner, faks və s. Periferiya (xarici)
qurğularıda qoşula bilər. Periferiya qurğuları aşaöıdakı qruplara bölünür:
Verilənlərin daxil edilməsi qurğları;
Verilənlərin xaric edilməsi qurğuları;
Verilənlərin saxlanılması qurğuları;
Verilənlərin mümadiləsi qurğuları.
Printer- informasiyanı kağız üzərində çap edən çıxış qurğusudur. İnformasiyanın çıxışa verilməsi
üsuluna görə printerlər iki qrupa bölünür. Simvollu və ya qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı
simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil,
ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Vahid uzunluqda (1 düymda) olan nöqtələrin sayı printerin
imkanlarını göstərir. Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür:
zərbli və zərbsiz.
Printerlərin aşağıdakı növləri vardir:
Lazer. Şırnaqlı (струйный).Matrisli (iynəli) və s.
Skaner -fərdi kompüterə qoşulan xarici qurğu olub kağız üzərində olan mətn və qrafik məlumatları
kompüterə qrafik şəkildə daxil etmək üçündür. Skaner daxiletmə (giriş) qurğusudur.
Skanerlərin aşağıdakı növləri vardir:
Planşet.Əllə tutulan.Baraban və s.
Skanerin optik imkanları 1 düymdakı nöqtələrin sayı ilə xarakterizə olunur
Planşetli skanerlər. Planşetli skanerlər şəffaf (aydın) və qeyri-şəffaf (tutqun) vərəqdən qrafiki
informasiyaları daxil etmək üçün nəzərdə tutulmuşdur.
Bu qurğuların fəaliyyət prinsipi ondan ibarətdir ki, materialın səthindən əks olunmuş (və ya aydın
materialın içərisindən keçən) işıq şüası xüsusi elementlərlə qeyd olunurlar. Qeyd edək ki, planşetli
skanerlərin köməyilə kağız üzərindəki mətnləri də daxil etmək olur. Bu halda mətnin qrafiki obrazı
kompüterə daxil olunur və bundan sonra xüsusi OCR (optik simvolların oxunması) proqramları
vasitəsilə qrafiki obraz elektron mətnə çevrilir. Planşetli skanerlərin əsas parametrləri bunlardır:
 skaneretmə imkanı (skaneretmə zamanı bir düymdəki nöqtələrin sayı);
 məhsuldarlıq;
 dinamik diapazon (dinamik diapazon təsvirin daha işıqlı sahələrin parlaqlığının daha tutqun
sahələrin parlaqlığına nisbətinin loqarifmi ilə təyin olunur);
9
 skanerə olunan materialın maksimal ölçüsü.
Ofis işlərində istifadə edilən planşetli skanerlərin skaneretmə imkanının tipik göstəricisi: 600-
1200 dpi (dpi-dots per inch-bir düymdə olan nöqtələrin miqdarı) aralığıdır.
Əl skanerləri. Əl skanerlərinin iş prinsipi əsasən planşetli skanerin iş prinsipinə uyğun gəlir. Fərq
onunla bağlıdır ki, skanerləşmənin müntəzəmliyi və dəqiqliyi qeyri-qənaətbəxş təmin olunur. Əl
skanerinin skanerəetmə imkanı 150-300 dpi-dən ibarətdir.
Barabanlı skaner. Bu tip skanerlərdə skanerləşmə üçün nəzərdə tutulan əsas material yüksək
sürətlə fırlanan barabanın silindrik səthinə bərkidilir. Bu tip qurğu fotoelektron artırıcıları sayəsində ən
yüksək skanerəetmə imkanı (2400-5000 dpi aralığında) təmin edirlər. Onları yüksək keyfiyyətə malik
olan ilkin təsvirlər üçün istifadə edirlər, lakin onlar az xətti ölçüyə (fotoneqativlər, slaydlar və b.)
malik olan təsvirlər üçün yaramır.
Forma skanerləri. Belə skanerlər, verilənləri mexaniki və ya əl ilə doldurulmuş standart
formalardan daxil etmək üçün nəzərdə tutulmuşlar. Belə zərurət əhalinin siyahıya alınmasında,
səsvermənin nəticələrinin hesablanmasında və anket verilənlərinin analizində meydana gəlir. Forma
skanerlərindən skanerləşmənin yüksək dəqiqliyi tələb olunmur.
Ştrix-kod skanerlər. Onlar əl skanerlərinin xüsusi bir növü olub, ştrix-kod şəklində kodlaşmış
verilənlərin daxil edilməsi üçün nəzərdə tutulmuşdur. Belə qurğular pərakəndə ticarət şəbəkələrində
geniş tətbiq olunurlar.
Plotter böyük həcmli mürəkkəb qrafik obyektləri dəqiqliklə və sürətlə xüsusi materiallar üzərinə
çap edən çıxış qurğusudur.
Modem informasiyaları kodlaşdıraraq rabitə kanalları vasitəsilə digər kompüterlərə ötürən və
kodunu açan qurğudur. Modemlər daxili və xarici növlərə malikdir. Modem – qlobal şəbəkələrdə, yəni
internetdə istifadə olunur. Modem çevirici qurğudur. Modem 2 sözdən əmələ gəlmişdir – modulyasiya
(analoq informasiyalarin rəqəmsal informasiyaya – siqnallara çevrilməsi) və demodulyasiya
(rəqəmsal informasiyalarin – siqnalların analoq informasiyaya çevrilməsi). Modem həm xaricetmə
həm də daxiletmə qurğusudur. Modem telefon xətlərinə qoşulan qurğudur.
Diqitayzer – hazır qrafik (şəkil, xəritə və s.) informasiyaların
rəqəmsal formaya çevrilməsini təmin edir. Yastı planşet formasında
olur və xüsusi qələm aləti vasitəsi ilə planşet üzərində hərəkət
edərkən nöqtələrin koordinatlarını kompüterin yaddaşına ötürür.
Diqitayzer daxiletmə qurgusudur.

Tədris prosesində istifadə olunan əlavə qurğular

Bu gün cəmiyyətin müxtəlif sahələrində interaktiv


texnologiyalardan istifadə edilir. Multimedia proyektorlar,
interaktiv lövhələr və panellər, videokonfrans- əlaqə sistemləri, səs vermə sistemləri əvvəl olan
problemlərin böyük bir qismini aradan qaldırıb.     Məkan və məsafə oxumaq və işləmək üçün elə də
vacib deyil. İnteraktiv texnologiyaların geniş yayıldığı sahə təhsildir. Məktəblər, institutlar,
akademiyalar texnologiyanın son yeniliklərindən istifadə edən ilk müəssisələrdir. İşə başlamazdan
əvvəl interaktiv lövhə kompüterə və proyektora qoşulur. Onun ekranına hər bir mənbədən (kompüter
və yaxud video siqnallardan) gələn şəkil əks olunur. Bundan sonra düz lövhənin üzərində işləmək olur.
İnteraktiv lövhənin üstündə xüsusi elektron qələm ilə yazmaq olur. Lövhə slaydları, videonu
göstərməyə, şəkil çəkməyə (adi lövhədəki kimi), real vaxtda əks olunan şəkilin üstündə qeydlər
etməyə, hər dəyişikliyi daxil etməyə və onları kompüter fayllar qismində sonra redaktə etmək üçün
10
yaddaşda saxlamağa, printerdə çap etməyə, faks və yaxud elektron poçt vasitəsi ilə göndərməyə imkan
verir.      Elektron lövhənin digər yaxşı cəhətləri ondadır ki, animasiya imkanı yaradır, real vaxtda
çəkilən şəkillərə baxmaq və muhazirələri yazmaq olur. Bütün ineraktiv elektron lövhədə yazılan
fikirlər komputerdə etibarlı saxlanılır və ardıcıllıqla bərpa edilə bilərlər.     Bu texnologiyalar təhsildə,
təbabətdə, biznesdə, siyasətdə və cəmiyyətin digər fəaliyyət sahələrində öz tətbiqini tapır. Bütün
dünyada interaktiv lövhələrin tez yayılması göstərir ki, onlar cəmiyyətin tələbidirlər .     İnteraktiv
lövhələrin istifadəsinə görə Böyük Britaniya, Meksika, ABŞ, Norveç öndədir. Rusiyaya bu
texnologiya 21-ci əsrin başlanğıcında gəlib. Bu gün dövlət layihəsi olan “Təhsil” çərçivəsində
Moskvada, Sankt-Peterburqda və Rusiyanın digər bölgələrində interaktiv texnologiyanın təchiz
edilməsi prosesi gedir. Azərbaycanda bu proses bir neçə ildir geniş vüsət alıb.Yaşadığım Sumqayıt
şəhərində bir neçə e-məktəb,hətta fingertach-məktəb lahiyəsi belə var.Xalqımıza xeyirli-uğurlu olsun. 
Prometan lövhə – tədris prosesinin müəllim və şagirdin aktivliyi şəraitində aparılmasını təmin
edən bir qurğudur. Bu qurğuya əbəs yerə “Ağıllı lövhə” demirlər. Doğrudan da prometan lövhə
vasitəsilə dərs prosesini maraqlı, məzmunlu, rəngarəng, daha dolğun şəkildə qurmaq olar. Prometan
lövhə vasitəsilə qurulmuş dərslər şagirdi işləməyə, düşünməyə, axtarıcılığa, yaradıcılığa, tənqidi və
yaradıcı təfəkkürün inkişafına şövq edir. Bu lövhədə bütün əməliyyatları elektron lövhənin sensorlu,
yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla interaktiv rejimdə aparmaq
olar. Prometan lövhənin bir çox üstünlükləri var.
Ən əsası ibtidai siniflər üçün ibtidai rejimin olmasıdır. Həm vizual olaraq ibtidai sinif şagirdlərinin
diqqətini cəlb edir, həm də rəngarəngliyi ilə digər rejimdən fərqlənir.
Prometan lövhə üçün dərsləri “Activinspire” proqramında qururuq. Bu proqrama simge ilə daxil
oluruq. Həm metodiki həm də texniki cəhətdən maraqlı dərs qurmaq üçün bu proqramda bütün
imkanlar var. Yetər ki, müəllim interaktiv tapşırıqlar hazılaşan, şagirdi işlədə biləcək çalışmalar tərtib
etsin. Bu proqramın funksiyaları ilə müxtəlif resurslar hazırlamaq olar. Bu lövhə təhsil üçün
yaradılmışdır.
“Ağıllı lövhə”nin bir üstün cəhəti də budur ki, onun üzərində aparılan dərs prosesinin gedişini
kompyuterin yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar. Təlimdən geri qalan uşaqlar
dəfələrlə bu video yazıları izləyə bilərlər.
Bu lövhə bütün sinfin diqqətini cəlb edir. Zəngin, güclü aktivlərlə dolu dərs qurulur. “Active in spire”
ilə dərslərə canlılıq qatılır. Səs, hərəkət, cədvəllər, hər bir mövzuya uyğun şəkillərin, musiqilərin
internet vasitəsilə tapılması. Bir daha interaktiv şərait yaradır. “Active in spire” 36 dildə mövcuddur.
Prometan lövhəni başqa lövhələrdən fərqləndirən cəhət həm şagird üçün, həm də müəllim üçün istifadə
vasitəsi olmasıdır. Eyni zamanda hər iki tərəfin aktivliyini təmin edir. Bu lövhənin yazı yazılması,
ehtiyatların yerləşməsi, obyektlərin redaktə olunması, silinməsi, pozulması, səhifədən digərinə
kopyalamaq və köçürmək, torpaqdan istifadə edilməsi, əlavə edilməsi, mətnin əlavəsi və
formalaşdırılması, qeydlər səhifələrinin yaradılması, projektordan istifadə kimi funksiyaları var.
Məhz bu funksiyalar müəllimə imkan verir ki, aktiv şəraitdə dərslər hazırlansın. Bu funksiyalar şərait
yaradır ki, müəllim öz yaradıcılığını nümayiş etdirsin. Məhz bu funksiyalar kömək edir ki, şagirdləri
aktivləşdirsin. Mövzunun içinə daxil ola bilsinlər, bilavasitə yaradıcısına çevirsinlər.
professional fəaliyyətinin effektivliyinin ayrılmaz hissəsidir.
Mimio İnteraktiv Proyektor - təhsil üçün hazırlanmış ultra
fokuslu proyektor tavana deyil, divara lövhənin üzərindən quraşdırılır.
Lövhəyə kölgə salmaq imkanı minimuma qədər azalır. "Dual touch" -
iki qələmin toxunmasını dəstəkləyir.

11
Mimio View sənəd kamerası sizə lazım olan materialları – mətn, şəkil, eyni
zamanda hərəkətli obyektləri foto və video formatında çəkərək təsviri dərhal
lövhəyə ötürür.
MimioTeach interaktiv sistemi hər hansı ağ lövhəni tam interaktiv lövhəyə çevirir.
Patentləşdirilmiş infraqırmızı və ultrasəs texnologiya ilə işləyən cihaz kiçik, nəzərə
çarpmayan və lövhəyə asan yapışdırıla bilən panelinin içinə yerləşdirilib və kompüter və
proyektor ilə qoşulduqda tam interaktiv sistemə dönür. Yüngül, lakin möhkəm və davamlı
MimioTeach sistemi asan daşınır və quraşdırılır. Güclü MimioStudio proqram təminatı
ilə təchiz olunmuş sistem təhsil imkanlarını kəskin şəkildə artırır. Bu dəstə daxildir:
Qapalı simsiz rabitəli MimioTeach cihaz paneli, elektrikdən dolan batareyalı stilus
qələmi, MimioHub simsiz qəbuledici, USB micro-B kabeli (5 m uzunluğunda), maqnit
bağlantı qurğusu, 5V 500 AUSB elektrik adaptoru, Windows (MimioStudio 10) proqram
təminatı yazılmış 1 ədəd DVD.

Mimio View sənəd kamerası sizə lazım olan materialları – mətn, şəkil, eyni
zamanda hərəkətli obyektləri foto və video formatında çəkərək təsviri dərhal
lövhəyə ötürür. MimioView sənəd kamerası xüsusilə interaktiv təhsil məqsədləri
üçün işlənilib. Sistemdən istifadəçiyə çoxölçülü obyektlərin və birsəthli sənədlərin
foto və video təsvirlərini dərhal çəkib paylaşmağa imkan verir. MimioView
texnologiyası MimioTeach interaktiv sistemi və MimioStudio proqram təminatı
ilə avtomatik olaraq inteqraqsiya olunur və kompüterə USB kabeli ilə bağlanır. Bu
dəstə daxildir:
2M Micron kamerası, mikroskop adaptoru, 2 ədəd uyğunlaşdırıla bilən LED işıq
mənbəyi, burulma ilə tənzimlənən saxlayıcı, “micro-B” USB kabeli (3 m
uzunluğunda), MimioStudio proqram təminatı.

MimioCapture qeydetmə sistemi MimioTeach sisteminə əlavə edildikdə


lövhədə yazılanları real zamanda qeyd edir və yaddaşda saxlayır. Lövhə
yazıları və cizgiləri markerlə çəkildiyi orijinal rənglərlə qeyd olunur və
dərhal arzu olunan fayl formatına çevirilir. Əlyazma çap hərfli mətnə
çevirilə bilər. Sistemin xüsusiyyətlərindən biri MimioCapture qeydetmə
rejimi və MimioTeach interaktiv rejimi arasında dinamik dəyişmə
imkanıdır. Dəstə möhkəm və asan quraşdırılan, maqnitli, elektriklə dolan
cihaz daxildir. MimioStudio proqram təminatı Rəqəmsal Mürəkkəb
qeydetmə rejimində ağ lövhədəki obyekt-əsaslı vektor formatında (*.ink) yazılmış və ya çəkilmiş
qeydləri, cizgiləri, cədvəlləri və şəkilləri yaddaşda saxlayır. Bu format səhifələrin və səhifə
içərisindəki obyektlərin redaktəsini və yerdəyişməsini təmin edir. Bu dəstə daxildir: MimioCapture
elektrikdən dolan cihaz, batareyası elektrikdən dolan 4 ədəd marker saxlayıcısı, 4 quru silgili Expo™
markeri (qırmızı, yaşıl, göy, qara rənglərində), elektrikdən dolan litium-ion batareyalı silgi, kabelli
panel (MimioTeach panelinə bağlantı üçün).

MimioTeach sisteminizə MimioPad simsiz planşet əlavə etməklə


özünüzə və şagirdlərinizə kompüterdən 9,1 metrə qədər məsafədən
lövhədə birgə işləmək imkanı qazandırırsınız. MimioPad dəstinə
elektrikdən dolan litium-ion batareyası ilə işləyən nazik stilus qələmi və
MimioStudio proqram təminatı daxildir. MimioStudio proqramında
daha çox istifadə olunan funksiyaları planşetdəki fərdiləşdirilmiş qisayol
düymələrindən idarə etmək olar. Bir kompyuterə 50-yə qədər MimioPad
planşeti qoşula bildiyindən şagirdlər yerlərindən durmayaraq dərsdə fəal
iştirak edə bilərlər. Bu dəstə daxildir: MimioPad planşeti, stilus qələmi, USB mini-B kabeli (0,9 m
uzunluğunda), USB RF simsiz qəbuledici, qələm ucu dəyişdirmə aləti, dəyişdirilə bilən 2 ədəd qələm
12
ucu, dolabilən litium-ion batareyası, qələm ipi (seçimlə), Windows (MimioStudio 7) və Mac
(MimioStudio 6.21) proqram təminatının quraşdırılması üçün 3 ədəd CD, MimioPad quraşdırılma və
istifadə təlimatı (Win, Mac, Linux üçün).
MimioVote qiymətləndirmə sistemi şagirdlərin tez, cəld və rahat
qiymətləndirməsini təmin edir. Siz standart və ya xüsusi məzmunlu test
və ya yoxlama işi yaradıb şagird nəticələrini istənilən vaxt real zamanda
əldə edə bilərsiniz. Müəllim testləri özü idarə edə, yaxud şagirdlərə
müstəqil işləmək üçün vaxt verə bilər. Şagirdlər əl cihazlarından
(pultlardan) istifadə edərək test cavablarını daxil edirlər; sistem
cavabların qəbul etməsi üçün lazım olan düymələri avtomatik müəyyən
edir. Əl cihazları (pultlar) elektriklə dolan qurğuya yerləşdirildikdə,
avtomatik olaraq yenidən nömrələnir. MimioHub simsiz qəbuledici MimioVote sistemi ilə avtomatik
calanaraq məlumatı dərhal kompyuterinizə göndərməyə imkan verir. Bu dəstə daxildir: 24 və ya 32
MimioVote elektriklə dolabilən əl cihazları (pultları), pultlar üçün penoplast dəstəkli, bölümlü
möhkəm metal qutu, portativ saxlama və elektrik dolum cihazı, MimioStudio proqram təminatı (1
ədəd DVD), MimioHub simsiz qəbuledici, 1 ədəd adaptor və kabel.
Touch (Toxunma) funksiyalıdır. Qələm, eyni zamanda barmaq toxunmasını
tanıyır.  Mimio Touch Board lövhəsini kompüterə USB kabel vasitəsilə,
eyni zamanda simsiz qoşmaq olar. Hər hansı bir proyektorla işləyə bilir.
Lövhənin səthi adi marker lövhə kimi də istifadə oluna bilər.

lövhə kimi də istifadə oluna bilər.


MimioDispley LED toxunma ekranlı interaktiv lövhədir. Bu interaktiv
display vasitəsi ilə tədris prosesini daha rəngarəng edib, tələbələrə birgə
işləmək üçün əlverişli şərait yarada bilərsiniz. Belə ki, Mimio
Displey eyni zamanda, bir neçə tələbənin lövhədə həm qələm, həm də
əl toxunuşu ilə birlikdə işləməsinə imkan yaradır. Bu sehirli lövhəni
əldə etdikdə artıq, xüsusi interaktiv yazı taxtasına, proyektora və səs
avadanlığına ehtiyac qalmır – Displey bu avadanlıqların funksiyalarını
özündə cəmləşdirir. Dörd ölçüdə olan – “55”, “65”, “70” və “84” – displeyin quraşdırılması olduqca
rahatdı. MimioDispley – in parıltısız və sürüşkən səthi sayəsində lövhədəki görüntü aydın və dəqiqdir.
Displey digər Mimio avadanlıqları ilə inteqrasiya olunur.

13

You might also like