You are on page 1of 22

“AZƏRBAYCAN HAVA YOLLARI” QSC

MİLLİ AVİASİYA AKADEMİYASI

İqtisadiyyat və hüquq fakültəsi

“Hüquq” kafedrası

Referat

Fakultə: İqtisadiyyat və Hüquq


Kurs: 2
Qrup: Ma 13 32 am
Fənn: Psixologiya
Müəllim: İsmayılova Gültəkin
Tələbə: Araz Həziyev
Mövzu: Psixoloji tədqiqat metodları

Bakı-2023
Plan
Giriş...........................................................................................................................3

1. Psixoloji tədqiqat metodlarının təsnifi............................................................................4


2. Psixologiyanın tədqiqat metodlarının prinsipləri........................................................11
3. Psixoloji tədqiqatların metodologiya problemi...........................................................17
Nəticə........................................................................................................................19
İstifadə olunmuş ədəbiyyat siyahısı.....................................................................................20

2
Giriş
Hər bir elmin xüsiyyətlərini öyrənmək üçün ilk növbədə onun obyektini və predmetini
aydınlaşdırmaq lazımdır. Elmin obyekti dedikdə onun tədqiq etdiyi real gerçəklik nəzərdə
tutulur. Bu baxımdan heyvanları və insanı öyrənən müxtəlif elmlərin obyekti eynidir. Elmlər
predmetinə görə bir-birindən fərqlənirlər. Elmin predmeti dedikdə onun öz obyektindən ayırd
ettiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdən yanaşması
nəzərdə tutulur. Psixologiya elmi insanı psixi cəhətdən tətqiq edir. Onun daxili aləmini öyrənir.
Psixologiya termini iki yunan sözündən: ―psyuxe”-―ruh, ―ruhi aləm , ―logos” isə ―bilik,
elm, öyrənmək‖ sözlərindən əmələ gəlmişdir. Psixoloji biliklər həmişə elmi dəyərlə yanaşı
praktik əhəmiyyətə malik olmuşdur. O, adətən insanların bir-birini tanımasına kömək etmişdir.
Müasir dövrdə də psixologiya elə bu mənada başa düşülür: adamlar üçün psixoloq, birinci
növbədə insan sərrafı deməkdir. Ta qədim zamanlardan insanları psixoloji cəhətdən xarakterizə
edəndə, adətən onları bir-birindən fərqləndirən xüsusiyyətlərə daha çox diqqət yetirirdilər.
Psixi proseslər psixologiya elminin əsas kateqoriyalardan biridir. İdrak proseslərinə, iradi
proseslərə və emosional proseslərə birlikdə psixi proseslər deyilir. Müasir psixologiyada proses
sözü geniş və dar mənalarda işlənilir. Biz geniş mənada psixi olanı proses kimi nəzərdən
keçirəcək, bütün psixi hadisələri (psixi proseslər, hallar və xassələri) eyni dərəcə proses kimi
təhlil edəcəyik. Dar mənada isə psixi proses dedikdə duyğu, qavrayış, hafizə, diqqət,
təfəkkür,nitq, təxəyyül, iradə və hissləri nəzərdə tutacağıq. ―Psixi proses termini psixi faktın
dinamikasını nəzərə çatdırır. ―Proses latın sözü olub hər hansı bir hadisənin başlanması, gedişi
və inkişaf mərhələlərini əks etdirir. ―Psixi halət psixi faktın nisbi davamlılığını bildirir. ―Psixi
xassə və ya ―psixi xüsusiyyətlər termini isə psixi faktın sabitliyini, onun şəxsiyyətin
sturukturunda möhkəmləndiyi və təkrar olunmasını ifadə edir. Psixi proses, hal və xassələr
birlikdə psixika və psixi hadisələr adlanır.
Deməli, psixologiya bir elm kimi psixikanın faktlarını, qanunauyğunluqlarını və
mexanizmlərini öyrənir. Bu cəhəti nəzərə alaraq psixologiya elminə daha dəqiq tərif vermək
olar. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları,
qanunauyğunluqları, mexanizmləri haqqında elmdir.

3
1. Psixoloji tədqiqat metodlarının təsnifi
İstər elmi tədqiqat, istərsə də praktik iş zamanı psixoloq müəyyən metodlardan istifadə
edir, başqa sözlə qarşısına qoyduğu məqsədə nail olmaq üçün öz fəaliyyətini müvafiq şəkildə
təşkil edir. Bu zaman istifadə olunan priyomlar və vasitələr elmi tədqiqat metodları adlanır.
Həmin metodların köməyi ilə müvafiq elmin qanunauyğunluqları aşkara çıxarılır. Elmdə əldə
edilən nəticələrin gücü tətbiq olunan tədqiqat metodlarının təkmillik dərəcəsindən, onların
validliyi və etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilər və tətbiq olunarsa
nəticə bir o qədər səmərəli olar, elmin araşdırdığı hadisələri, onların qanunauyğunluqlarını
incəliklərinə qədər aşkara çıxarar. Bütün qeyd olunanlar psixologiya və onun tədqiqat
metodlarına da aiddir. Psixologiyanın öyrəndiyi hadisələr olduqca mürəkkəb və özünəməxsus,
öyrənilməsi çətin olan hadisələrdir. Ona görə də bu hadisələri öyrənmək üçün həddindən artıq
kamil, həmin hadisələri araşdırmağa imkan verən metodlardan istifadə etmək tələb edilir. Məhz
buna görə də psixoloji tədqiqatlar müəyyən prinsiplərə uyğun şəkildə həyata keçirilməlidir. Bu
baxımdan müasir psixologiya elmi tədqiqatların genetik (tarixi) prinsip əsasında aparılmasını
vacib hesab edir. Bu prinsipə görə öyrənilən hər bir psixi hadisə proses kimi nəzərdən keçirilir
və tədqiqatçı onun inkişafının bütün cəhətlərini bərpa etməyə, onların bir-birini necə əvəz
etdiyini görməyə və anlamağa çalışır, öyrənilən psixi faktı onun konkret tarixində, təsəvvür
etməyə təşəbbüs göstərir.
Psixologiyanın tədqiqat metodlarını hər şeydən əvvəl əsas və yardımçı olmaqla təsnif
edirlər. Əsas metodlara 2 cür metodları aid edirlər.

Müşahidə psixi
müşahidə
eksperiment

məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun şəraitə, psixi
hadisələrin gedişinə qarışmaması, müdaxilə etməməsi müşahidə metodunu xarakterizə edən
başlıca xüsusiyyətdir. Müşahidə planlı, məqsədəmüvafiq şəkildə həyata keçirilir.

4
Müşahidə metodunun üstün cəhəti ondan ibarətdir ki, bu zaman üzərinə müşahidə
aparılan bundan xəbər tutmur, müşahidə təbii şəraitdə (iş zamanı, oyun, dərs və s.) aparıldığına
görə öz hərəkətlərində dəyişiklik etmirlər. Müşahidə qısamüddətli, uzunmüddətli, dövrü və
sistematik ola bilir. Qısamüddətli müşahidə dəqiqələr ərzində insan psixikası və davranışının
təzahürünü izləməklə həyata keçirilir. Məsələn, müəllimin izahına şagirdlərin münasibətini
aşkara çıxarmaq üçün həmin anda onların üzərində aparılan müşahidə buna misal ola bilər.
Uzunmüddətli müşahidəyə bütün dərs və ya bütün rüb ərzində aparılan müşahidələri aid etmək
olar. Dövrü müşahidəyə gəldikdə bu müəyyən dövrlərdə, məsələn hər rübün sonunda eyni bir
psixi hadisənin təzahürünü izləməkdən ibarətdir. Dövrü müşahidə psixi hadisənin inkişaf
dinamikasını aşkara çıxarmağa imkan verir. Sistematik müşahidə də inkişaf dinamikasını aşkara
çıxarmağa xidmət edir. Lakin burada müşahidə arası kəsilmədən uzun müddət məsələn, bütün
dərs ili, müəyyən yaş dövrü ərzində aparılır.
Müşahidənin nəticələri qeydə alınır, sonradan təhlil və ümumiləşdirmə əsasında müvafiq
nəticələrçıxarılır. Müşahidə əsasən obyektiv nəticələrə, psixi hadisələrin gedişini izləməyə
imkan verir. Buna baxmayaraq müşahidə zamanı bəzi çətinliklər mövcud ola bilir. Hər şeydən
əvvəl psixoloq müşahidənin həyata keçirildiyi şəraitdəki dəyişikliyi müəyyən dərəcədə görə
bilsə də ona tam nəzarət etmək imkanına malik olmur. Məhz buna görə də nəzarətdən kənarda
qalan amillərin təsiri altında tam dəqiq məlumat əldə etmək çətinləşir. Bundan başqa müşahidə
psixoloqun subyektiv mövqeyindən kənar qalmaya bilər. Burada psixoloqun elmi baxışları,
təcrübəsi, peşə hazırlığı ilə yanaşı formalaşmış qiymətləndirmə stereotipi, etik prinsipləri,
ustanovkası və s. öz təsirini göstərə bilər. Şübhəsiz müşahidə aparan psixoloq bu kimi təsirlərin
aradan qaldırılmasına çalışmalıdır. Müşahidənin çətinliklərindən biri də bu və ya digər psixi
hadisənin, davranış tərzinin təzahürünü uzun müddət gözləmək lazım gəlməsi ilə baglıdır. Ona
görə də psixologiyada ən çox əsas tədqiqat metodu kimi eksperimentdən istifadə olunur.
Eksperiment müşahidədən birinci növbədə onunla fərqlənir ki, bu zaman psixoloq psixi
hadisələrin gedişinə qarışır, tədqiqatın təşkili üçün qarşısına qoyduğu məqsədə müvafiq olaraq
şərait yaradır. Bu, müşahidə zamanı şəraitə tam nəzarət edə bilməməklə bağlı çətinliyi aradan
qaldırır.

5
təbii eksperiment

Eksperimentin birinci
növbədə iki növünü
qeyd etmək olar.

laborator eksperiment

Təbii eksperiment rus psixoloqu A.F.Lazurski (1874- 1917) tərəfindən irəli sürülmüşdür.
Təbii eksperimentin məqsədi eksperiment zamanı psixi hadisələrin təzahürünə təsir göstərə
biləcək amilləri aradan qaldırmaqdan ibarət olmuşdur. Bu cür eksperiment təbii şəraitdə (təlim,
əmək, oyun şəraitində) həyata keçirilir. Məsələn, hansı materialın şagirdlərin təfəkkürünün
inkişafını yüksək inkişafetdirici təsir göstərdiyini aşkara çıxarmaq üçün hazırlıq səviyyəsi eyni
olan iki qrupdan birində (eksperimental qrup) təlim materialları problem situasiya yaratmaq
əsasında, digərində (kontrol qrup) ənənəvi yolla öyrədilir. Hər iki qrupda şagirdlərə eyni
müəllim dərs deyir və onlar bu işləri adi dərs kimi qəbul edirlər. Ona görə də heç bir həyəcan,
qorxu hissi keçirmirlər. Sonra hər iki qrupda yoxlama sorğu işləri keçirilərək hansı qrupda
üstünlük olduğu aşkara çıxarılır. Laborator eksperimentə gəldikdə bu laboratoriya şəraitində,
xüsusi cihazların köməyi ilə həyata keçirilir. Müasir dövrdə psixi hadisələrin təzahür
xüsusiyyətlərini aşkara çıxaran qurğular hazırlanmışdır ki, onların köməyi ilə tutarlı elmi
nəticələr əldə etmək mümkündür.
Digər bir əsasa görə eksperimentin daha iki növünü qeyd edirlər:

müəyyənedici öyrədici
eksperiment (formalaşdırıcı)
eksperiment

6
Yaş və pedaqoji psixologiyada eksperimentin bu növlərindən geniş istifadə olunur.
Müəyyənedici eksperiment psixi hadisələrin fərdlərdə inkişaf səviyyəsini aşkara çıxarmaq üçün
istifadə olunur. Burada eksperimentator psixi hadisələrin gedişinə təsir etmir. Öyrədici
(formalaşdırıcı) eksperimentə gəldikdə bu eksperimentatorun fəal, məqsədəyönəlmiş təsiri
prosesində yoxlananlarda psixikanın inkişaf xüsusiyyətlərini aşkara çıxarmasından ibarətdir. Bu
cür eksperimentləri psixolojipedaqoji eksperiment adı ilə də adlandırırlar. Eksperimenti fərdi
şəkildə, ayrıca bir adam üzərində və qrup şəklində, bir neçə adam üzərində eyni vaxtda aparmaq
mümkündür. Psixoloji tədqiqatlar zamanı müsahibə metodundan da istifadə olunur. Bəzən
müşahidə və eksperiment zamanı bu və ya digər hadisənin baş verməsi səbəblərini aşkara
çıxarmaq mümkün olmur. Bunun üçün müsahibə metodu psixoloqun köməyinə çatır. Sual-
cavab yolu ilə psixoloq ona lazım faktı əldə edir. Lakin müsahibə istintaqa çevrilməməlidir.
Suallar düşünülmüş və birmənalı olmalıdır. Müsahibə metodunu çox vaxt sorğu metodu kimi də
qeyd edirlər. Sorğunun müxtəlif variantlarından istifadə etmək olar. Onların hər birinin üstün və
çatışmayan cəhətləri vardır.
Sorğunun üç əsas növünü qeyd edirlər:

yazılı
şifahi

sərbəst

Şifahi sorğu, adətən, yoxlananın reaksiya və davranışı üzərində müşahidə aparmaq tələb
olunduqda həyata keçirilir. Yazılı sorğuya nisbətən şifahi sorğu insan psixologiyasına daha
dərindən nüfuz etmək imkanı verir. Belə ki, tədqiqat zamanı yoxlanan adamın reaksiya və
davranışından asılı olaraq tədqiqatçı öz suallarını tənzim etmək imkanına malik olur. Lakin
sorğunun bu variantının keçirilməsi üçün uzun vaxt və tədqiqatçının xüsusi hazırlığı tələb
olunur.
7
Belə ki, cavabların obyektivlik dərəcəsi çox vaxt tədqiqatçının özünün davranış və şəxsi
xüsusiyyətlərindən asılı olur.
Yazılı sorğu daha çox adamı əhatə etməyə və buna nisbətən az vaxt sərf etməyə imkan
verir. Bu cür sorğunun daha geniş yayılmış forması anketlərdir. Lakin yazılı sorğunun qüsurlu
cəhəti ondan ibarətdir ki, bu zaman yoxlananın suallara reaksiyasını görmək mümkün deyildir.
Sərbəst sorğu bir növ şifahi və yazılı sorğunun müxtəlif variantlarıdır. Lakin bunu fərqləndirən
cəhət ondan ibarətdir ki, veriləcək suallar əvvəlcədən müəyyənləşdirilmir. Bu cür sorğu zamanı
tədqiqatın taktika və məzmununu asanlıqla dəyişdirmək mümkündür. Bu isə yoxlananlardan
müxtəlif məlumatları əldə etməyə imkan verir.
Psixologiyada yardımçı metod kimi fəaliyyət metodlarının təhlilindən də istifadə olunur.
Fəaliyyət məhsulu kimi şagirdlərin icra etdikləri yazı işlərini, onların bədii yaradıcılıq
məhsullarını: yazdıqları şer və hekayələri, əl işlərini, çəkdikləri rəsmləri və s. aid etmək olar.
Belə ki, şagirdlərin yazı işlərini yoxlamaq və təhlil etməklə onlarda yazı vərdişlərinin inkişaf
xüsusiyyətlərini, digər fəaliyyət məhsullarını təhlil etməklə həmin sahədə bacarıq və
qabiliyyətlərinin xüsusiyyətlərin aşkara çıxarmaq mümkündür. Fəaliyyət məhsullarının təhlili
daha çox yoxlananı əhatə etməyə imkan verir. Müasir psixologiyada psixodiaqnostik
metodlardan da istifadə olunur. Bunlardan ən geniş şəkildə tətbiq olunanı testlərdir. Test qısa
müddətli standartlaşdırılmış psixoloji sınaqdır. Testin köməyi ilə insanın psixologiyası və
davranışının kəmiyyət və keyfiyyətcə dəqiq qiymətləndirilməsi bir sıra əvvəlcədən verilmiş
standartlara – test normalarına nə dərəcədə uyğun olmasının müqayisəsi əsasında həyata
keçirilir.
Testlərin müxtəlif növləri vardır. Onlardan ən geniş yayılanları aşağıdakılardır:
 müvəffəqiyyət testləri,
 intellekt testləri,
 kreativ testlər,
 şəxsiyyət testləri,
 proyektiv testlər və.s.

8
İntellekt testləri yoxlananların əqli inkişaf səviyyəsini aşkara çıxarmağa xidmət edir.
İntellekt testləri haqqında ilk fikir F.Qalton (1822-1911) tərəfindən irəli sürülmüşdür. Sonralar
fransız psixoloqu A.Bine ilk psixoloji testləri yaratmışdır(1905-ci il).
Hal – hazırda psixodiaqnostik tədqiqatlarda D.Vekslerin şkalasından, «proqressiv Raven
matrisasından», R.Amtxauerin əqlin (intellektin) strukturu testindən, Q.Y.Ayzenqin «öz
qabiliyyətlərinizi yoxlayın», «özünüzün əqli inkişaf koeffisentinizi yoxlayın» və s. geniş
istifadə olunur. İntellekt testlərindən fərqli olan xüsusi qabiliyyət testlərindən də istifadə olunur.
Bu cür testlərin köməyi ilə insanların nə kimi xüsusi qabiliyyətlərə (musiqi, riyazi, texniki və s.)
malik olduqları aşkara çıxarılır.
Kreativ testlər insanlarda yaradıcılıq qabiliyyətlərini aşkara çıxarmaq üçün tətbiq olunur.
Ən çox tanınan kreativ testlərə C. Gilfordun və E.Torrensin testlərini aid etmək olar. Bu testin
əsasında yeni, qeyri-adi ideyaları irəli sürə bilmək qabiliyyətini aşkara çıxarmaq dayanır. Bu
testdə tapşırıqlar sistemi elə qurulmuşdur ki, yoxlanan adam şəraiti dəyişmək, obyektə başqa
cür yanaşa bilmək imkanına malik olsun. Məsələn, obyektlərin şərhi zamanı onları daha çox
sahəyə tətbiq etmək yollarını fikirləşmək və ya daha çox dairə və ya kvadrat tipli şəkilləri daxil
etməsi tələb olunur. Bunun üçün yoxlananlara dairələr (kvadrat) şəkli çəkilmiş vərəqə verilir.
Ondan həmin vərəqədə olan elementlərdən istifadə edərək şəkillər seriyası çəkmək tələb
olunur. Yerinə yetirilən iş özünün məhsuldarlığına, sürətinə və orijinallığına görə
qiymətləndirilir.
Şəxsiyyət testləri fərdin şəxsiyyətinin müxtəlif cəhətlərini tədqiq etmək üçün istifadə
olunur.
Proyektiv testlərə gəldikdə onlar daxili proyeksiya dinamikası doğuran qeyri-müəyyən
stimulların təqdimi əsasında yoxlananların şəxsiyyətini tamlıqda öyrənməyə imkan verən
metodikadır. Bu cür testlərə Rorşarx testini, tematik apperseptiv testi (TAT) və s-ni aid etmək
olar. Məsələn, TAT-ın tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan şəkildə baş verən
hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz daxili hiss və məramını ifadə edir
(şəkillər elə tərtib olunur ki, onları müxtəlif şəkildə şərh etmək mümkün olsun) Psixodiaqnostik
metod kimi sosiometriya metodundan da istifadə olunur. Sosiometriya (latınca – sosietas-
cəmiyyət və yunanca – metreo-ölçmək deməkdir) – qruplarda və kollektivlərdərəğbət və nifrət
9
tipli şəxsiyyətlərarası münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri üçün
tətbiq olunan standartlamdırılmış metodik üsulların məcmuundan ibarətdir.
Sosiometriya amerikan psixoloqu C.Moreno tərəfindən işlənilmişdir. Bu metodun köməyi
ilə əldə edilmiş məlumatlar xüsusi sosiometrik cədvəl və sosioqramda əks etdirilməklə təhlil
olunur.
Nəhayət psixologiyada riyazi – statistik metodlardan da istifadə olunur. Bu metodların
köməyi ilə tədqiqat zamanı əldə edilmiş nəticələrin dəqiqlik və etibarlılıq dərəcəsi aşkara
çıxarılır. Psixoloji tədqiqatlarda yardımçı metod kimi bioqrafik metodlardan da istifadə olunur.
Bunun üçün insanın həyat yoluna aid faktların və hadisələrin, onun sələflərində, nəslində özünü
göstərən xarakterik halların, sənədlərin, şəhadətnamələrin və s. təhlilindən istifadə olunur.

10
2. Psixologiyanın tədqiqat metodlarının prinsipləri
Bir insanın davranışının başqasından fərqini necə öyrənmək olar? Daha dəqiq desək,
insanı öyrənən elmin metodoloji əsaslarını nə təşkil edir? Məlumdur ki, hər bir elmin
müstəqil elm sahəsi kimi formalaşması üçün onun özünəməxsus metodoloji əsasları
olmalıdır. Psixologiyanın obyekti insan olduğundan, o öz predmetinə yanaşma tərzinə görə
müxtəlif metodoloji yanaşmalardan istifadə edir. İnsanı öyrənməyin ən başlıca metodoloji
əsası rasional yanaşmadır. Dünyanın və insanın rasional dərki bizə öyrədir ki, cisim və
hadisələr, varlıq və gerçəklik bizim şüurumuzdan asılı olmayaraq mövcuddur. Bu
mövcudluq təcrübə yolu ilə və müşahidə nəticəsində elmi yanaşma ilə bütünlüklə,
istisnalarla şərh edilə bilər. Belə bir yanaşmanı reallaşdırmaq üçün tədqiqatın predmeti
haqqında təsəvvürə malik olmaq zəruridir.Hər bir elmin eksperimental elmə çevrilməsi
üçün onun istinad etdiyi ümumi müddəaları və ya metodologiyası olmalıdır. Metodologiya
2 sözdən «metod» (yunanca metodos-tədqiqat deməkdir) və loqos sözlərindən əmələ
gəlmişdir və elmi tədqiqatların metodları haqqında təlim deməkdir.Müasir elmdə
metodologiya termini 3 mənada işlədilir:
Ümumi metodologiya dedikdə tədqiqatçının istinad etdiyi ümumi fəlsəfi yanaşma,
ümumi idrak üsulları nəzərdə tutulur. Psixologiyanın ümumi metodoloji əsasını dialektik
və tarixi materializmin prinsip və müddəaları təşkil edir. Tarixi materializmin öyrəndiyi
predmet bəşər cəmiyyətindən və onun inkişaf qanunlarından ibarətdir. Tarixi materializm
öyrədir ki, maddi iqtisadi münasibətlər, insanların sosial həyat şəraiti, onların gündəlik
həyat fəaliyyəti və toplanılan təcrübə insan psixikasında hisslər, fikirlər, arzular
şəklində əks olunur. Bu isə ictimai psixologiya adlanır.
Xüsusi metodologiya dedikdə isə müvafiq elm sahəsində tətbiq olunan metodoloji
prinsiplərin məcmusu nəzərdə tutulur.
Ümumi psixologiyada nəzərdən keçirilən psixoloji tədqiqatın metodoloji prinsipləri
psixologiyanın bütün sahələri üçün əsasdır. Elmin prinsipləri elmin metodoloji əsaslarını

11
ifadə edir. Psixologiyanın elmi prinsipləri bu baxımdan psixoloji tədqiqatın metodoloji
prinsipləri kimi götürülür.
Ona görə də determinizm prinsipi, konkret-tarixi yanaşma prinsipi, şüurla fəaliyyətin
vəhdəti prinsipi, psixikanın fəaliyyətdə inkişafı prinsipi və s. psixoloji tədqiqatın
metodoloji prinsipləridir.
Determinizm prinsipi - səbəb-nəticə. Determinizm ictimai və təbii hadisələrin səbəbi
haqqında təlimdir. Determinize latınca müəyyən etmək deməkdir. İlk növbədə daxili və
xarici səbəblər müəyyən olunur.
Konkret tarixi yanaşma prinsipi - psixoloji hadisələr tarixi fonda qruplaşdırılır.
Metodologiyanı konkret metodiki priyomların məcmusu kimi nəzərdən keçirdikdə,
adətən, psixoloji tədqiqat prosesində tətbiq olunan konkret tədqiqat metodlarını
aydınlaşdırırlar. Konkret tədqiqat metodikasını işləyərkən tədqiqatın səmərəli olmasını
şərtləndirən meyarları -metodun əsaslı olması (validliyi), mötəbərliliyi, reprezentativliyi,
informasiyanın dəqiqliyi və s. nəzərə alınmalıdır. Həmin meyarlara görə tədqiqat metodları
tədqiqatın məqsəd və vəzifələrinə müvafiq olmalıdır, nəzərdə tutulan bu və ya digər
əlaməti müəyyən etmək və ölçmək imkanı verməlidir (metodun validliyi). Konkret
tədqiqat metodikasını elə işləmək lazımdır ki, o, hətta müxtəlif şəraitdə təkrarlansa da eyni
nəticə alınsın (tədqiqatın mötəbərliliyi). Kütləvi prosesləri tədqiq edərkən rəyi öyrəniləcək
adamları elə seçmək lazımdır ki, bu zaman sosial qrupların nisbəti düzgün nəzərə alınsın
(tədqiqatın reprezentativliyi). İnformasiyanın dəqiqliyi öyrənilən adamların miqdarı ilə
bilavasitə bağlıdır.
Hər hansı bir tədqiqat necə həyata keçirilir? Konkret olaraq tədqiqatın strukturu
yaradılmalıdır. Əks halda əldə olunan nəticələr mənfi olar.
Konkret psixoloji tədqiqat metodikasında 3 mərhələni fərqləndirmək olar:
 Fərziyyənin irəli sürülməsi - bu mərhələdə hər hansı bir qrupda və ya fərdi
şəxslərdə müəyyən psixoloji problemləri öyrənmək üçün fərziyyə irəli sürülür.
Fərziyyə əsasən empirik faktlara əsaslanmalıdır.

12
 Fərziyyənin yoxlanması mərhələsi - bu mərhələdə artıq əldə olunmuş faktlar təsdiq
üçün eksperimental proseduraya keçirilir. Bu zaman nəzəriyyə deyil, praktika ön
plana keçir.
 Nəticələrin işlənilməsi mərhələsi. Bu mərhələdə əldə edilmiş faktlar kəmiyyət və
keyfiyyət baxımından təhlil edilir. Bu mərhələdə isə materiallar psixoloji nəzəriyyə
əsasında şərh edilir və fərziyyənin düzgünlüyü və ya səhv olması aydınlaşdırılır.
Müasir dövrdə psixologiyanın tədqiqat metodlarının təsnifatı müxtəlif istiqamətdə
aparılır. Psixologiyanın metodlarını bir qrup tədqiqatçılar 2 cür metodlara bölürlər.

nəzəri empirik

Nəzəri metodlar idraki fəaliyyətlə və təfəkkürlə bağlıdır. Burada əsasən


abstraksiyadan, ümumiləşdirmədən, təsnifatdan və s. istifadə olunur. Empirik metodlar isə
öz növbəsində iki yerə bölünür:İnformasiyanın toplanması (müşahidə, eksperiment,
anketləşdirmə və s.) və informasiyanın işlənməsi (statistik metodlar). Bununla bərabər
obyektiv və subyektiv metodları da təsnif edirlər.Psixologiyanın tədqiqat metodlarının ən
təkmil variantını bolqar psixoloqu O.D.Pirov vermişdir:

eksperiment
müşahidə (obyektiv - subyektiv (vasitəli və
(laborator, təbii,
vasitəli və vasitəsiz). bilavasitə).
pedaqoji-psixoloji).

modelləşdirmə. köməkçi metodik


psixoloji yanaşmalar (genetik,
xarakteristikalar. müqayisəli və s.).

13
B.Q.Ananyev Pirovu tənqid edərək daha əhatəli şəkildə metodların təsnifatını aparmışdır.
Onlar aşağıdakılardır:
 təşkilati: müqayisəedici, longyutid və kompleks.
 empirik: obversiyalı metodlar (müşahidə və eksperiment, laborator, çöl, təbii və
başqaları), psixodiaqnostik metod, proseslərin və fəaliyyət məhsullarının təhlili
metodu (praksiometrik metodlar), modelləşdirmə
 bioqrafik metod.
 verilənlərin işlənməsi metodları: riyazi-statistik təhlil və kəmiyyət təsviri.
interpretasiyanın metodları: genetik (filo-ontogenetik) və struktur metodları (təsnifat,
tipləşdirmə və s.).
M.S.Roqovina və Q.V.Zalevskiy bir qədər fərqli təsnifat təqdim etmişlər.

özünümüşahidə.mü
germenevtik. bioqrafik.
şahidə.

eksperiment. klinik.

Müşahidə metodu dedikdə psixi hadisələrin cərəyanına müdaxilə etmədən onu baş
verdiyi təbii şəraitdə müntəzəm və məqsədəuyğun izləmək nəzərdə tutulur. Müşahidə
metodu zamanı hadisələrdə heç bir süni dəyişiklik aparılmır. Hadisələr necə təzahür
edirsə, o cür də müşahidə aparılır. Müşahidə metodunun tətbiqinin əsas şərtlər
aşağıdakılardır:
 Müşahidə məqsədyönlü olmalıdır.
 Müşahidə hadisələrin təbii axarına xələl gətirməməlidir.
 Müşahidə mütəşəkkil və ardıcıl surətdə təşkil olunmalıdır.
14
 Müşahidə onu aparan subyektin subyektiv fikirlərini əks etdirməməlidir.
Əldə edilmiş nəticələr etibarlı olmalıdır. Müşahidədən fərqli olaraq eksperiment
metodunun köməyi ilə daha qısa müddətdə daha dəqiq nəticələr əldə etmək olar.
Eksperiment (sınaq) - dəqiq hesablanmış şəraitdə, hadisə və proseslərin izlənməsinə
imkan verən və təkrarlanan halda onun yenidən lazımi nəticələrə nail olmasına imkan
verən tədqiqatla hadisənin müşahidə edilməsi və elmi təcrübənin qoyulmasıdır.Həmçinin
eksperimentdə bu və ya digər hadisələr süni şərait yaradılaraq öyrənilir. Eksperimental
tədqiqatın müəyyən sistemdə xüsusi tərkib hissələri vardır: eksperimentator,
eksperimental şərait, eksperimental amil, eksperimental obyekt. Eksperimentin 2 növü
var: təbii və laborator. Təbii eksperiment ilk dəfə 1910-cu ildə A.F.Lazurski tərəfindən
tətbiq olunmuşdur. Təbii eksperiment zamanı eksperimentator müəyyən hadisələri
müşahidə etməklə əvvəlcədən düşünülmüş şəkildə situasiyalar yaradır. Məsələn, hansı
materialın şagirdlərin təfəkkürünün inkişafına yüksək inkişafetdirici təsir göstərdiyini
aşkara çıxarmaq üçün hazırlıq səviyyəsi eyni olan iki qrupdan birində (eksperimental
qrup) təlim materialları problem situasiya yaratmaq əsasında, digərində (kontrol qrup)
ənənəvi yolla öyrədilir. Hər iki qrupda şagirdlərə eyni müəllim dərs deyir və onlar bu
işləri adi dərs kimi qəbul edirlər. Ona görə də heç bir həyəcan, qorxu hissi keçirmirlər.
Sonra hər iki qrupda yoxlama sorğu işləri keçirələcək hansı qrupda üstünlük olduğu
aşkara çıxarılır.
Laborator eksperiment isə xüsusi texniki vasitələrin köməyilə həyata keçirilir (Latans
və Darli eksperimentləri). Müasir dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini
aşkara çıxaran qurğular hazırlanmışdır ki, onların köməyi ilə tutarlı nəticələr əldə etmək
mümkündür.
Korrelyasiya metodu da müşahidə metodu kimi özünəməxsus texnikadır. Lakin
ondan fərqli olaraq korrelyasiya metodunun vasitəsilə 2 və ya daha çox kəmiyyət
sistematik surətdə ölçülür və onların arasında təbii surətdə əmələ gələn qarşılıqlı
münasibət müəyyən olunur. Müəyyən olunmuş mühüm kəmiyyətlər korrelyasiya metodu
vasitəsilə təbii şəraitdə öyrənilir.

15
Psixodiaqnostik metodlar içərisində sosiometriya mühüm yer tutur. Sosiometriya latınca
sositas - cəmiyyət və yunanca metreo - ölçmək deməkdir. Sosiometriya amerikan alimi
C.Moreno tərəfindən işlənilmişdir. Şəxsiyyətlərarası münasibətləri tezliklə və nisbətən
dəqiqliklə müəyyən etmək üçün bu metodikadan istifadə edirlər.
Sosiometriya metodunun köməyilə qrupdaxili qarşılıqlı münasibətlərin dinamikasını,
qrupdaxili və qruplararası ünsiyyət prosesini müəyyənləşdirmək, psixoloji qarşılıqlı
təsirin səviyyəsini və xarakterini aşkar etmək mümkündür. Bir texniki üsul kimi
sosiometriya qarşılıqlı münasibətləri öyrənmək üçün əlverişlidir. Psixologiyada onun
müxtəlif variantları işlənilmişdir. Sosiometriya hansı formada işlənilirsə işlənilsin onun
nəticələrini müşahidə və eksperiment yolu ilə dəqiqləşdirmək lazımdır.
Şəxsiyyətlərarası münasibətləri və ictimai rəyi öyrənməkdən ötrü tətbiq edilən
metodikalardan biri də intervyudur. İntervyu 2 şəxsin qarşılıqlı ünsiyyəti nəzərdə tutur:
biri digərinə informasiya çatdırır, o isə onu təhlil edib mənimsəyir. Qarşıya qoyulmuş
məqsədə müvafiq olaraq müəyyən informasiyanı almaq üçün verbal kommunikasiya
prosesindən istifadə yolu ilə sorğu aparılması intervyu adlanır.
Bundan başqa psixologiyada istifadə edilən üsullardan biri də anket üsuludur. Bu üsul
vasitəsilə suallara yazılı cavab alınır. Anket üsulunun üstün cəhəti qısa müddət ərzində
bu və ya digər məsələ haqqında müxtəlif şəxslərin rəyinin öyrənməyi mümkün etməsidir.
Anket üsulundan sosioloji tədqiqatlarda daha geniş miqyasda istifadə edilir.
Əsas metodların variantları:

Müşahidə Müdaxiləli
Kənardan müşahidə
müşahidə; Özünümüşahidə,

Uzun müddətli Qısa müddətli


müşahidə, müşahidə.

16
3. Psixoloji tədqiqatların metodologiya problemi

Müasir dövrdə psixologiyanın tədqiqat metodlarının təsnifatı müxtəlif istiqamətdə


aparılır. Psixologiyanın metodlarını bir qrup tədqiqatçılar nəzəri və empirik metodlara bölürlər.
Nəzəri metodlar idraki fəaliyyətlə və təfəkkürlə bağlıdır. Burada əsasən abstraksiyadan,
ümumiləşdirmədən, təsnifatdan və s. istifadə olunur. Empirik metodlar isə öz növbəsində iki
yerə bölünür:

İnformasiyanın toplanması (müşahidə, eksperiment, anketləşdirmə və s.) və


informasiyanın işlənməsi (statistik metodlar). Bununla bərabər obyektiv və subyektiv metodları
da təsnif edirlər. Psixologiyanın tədqiqat metodlarının ən təkmil variantını bolqar psixoloqu
O.D.Pirov vermişdir:

 müşahidə (obyektiv — vasitəli və vasitəsiz), subyektiv (vasitəli və bilavasitə).


 eksperiment (laborator, təbii, pedaqoji-psixoloji).
 modelləşdirmə.
 psixoloji xarakteristikalar.
 köməkçi metodik yanaşmalar (genetik, müqayisəli və s.).

M.S.Roqovina və Q.V.Zalevskiy bir qədər fərqli təsnifat təqdim etmişlər.

 germenevtik.
 bioqrafik.
 özünümüşahidə.müşahidə.
 klinik.
17
 eksperiment.

Bəzi əsas psixoloji tədqiqat dizaynları və məlumat toplama üsulları aşağıdakılardır:

 Arxiv tədqiqatı
 Keys üsulu — əksərən tədqiqat metodları başlığı altında qeyd olunsa da, əslində yalnız
bir tədqiqat metodundan ibarət deyil. Keys üsulu metodologiyası müxtəlif tədqiqat
metodlarından (məsələn, müsahibə, müşahidə, özünü hesabat anketi) istifadə edir.
Tədqiqatçılar tədqiqat məlumatların müvafiq təqiqat sahələri üçün nə demək olduğunu
öyrənirlər. Beləliklə, keys üsulu tədqiqatları bir metod deyil, metodologiyadır.
 Kompüter simulyasiyası (modelləşdirmə)
 Məzmun təhlili
 Hadisə seçmə metodologiyası, həmçinintəcrübə seçmə metodologiyası (ESM), gündəlik
təhsil və ya ekoloji ani qiymətləndirmə (EMA)
 Eksperiment əksərən müalicə və nəzarət qruplarına bölünür(elmi nəzarət
və eksperimentlərin dizaynına baxın). Bir çox detal üçün Eksperimental psixologiyaya
baxın.
 Sahə eksperimenti
 Müsahibə,strukturlaşdırılmış (şifahi və ya yazılı sorğu) və ya sərbəst ola bilər.
 Meta-analiz
 Neuroimaging və digər psixofizioloji üsullar
 Müşahidə tədqiqatı təbii(təbii müşahidə bax), iştirakçı və ya nəzarətçi ola bilər.
 Kvazi-tədqiqat
 Öz-hesabat inventarı
 Əkizləri öyrənən tədqiqat

Tədqiqat dizaynları məlumatların yığılması zamanı olan dövrə (illərə) görə dəyişir:

 Retrospektiv həmyaşıd tədqiqatı: Subyektlər seçilir və sonra onların keçmiş


təcrübələrinə dair məlumatlar toplanır.
18
 Prospektiv həmyaşıd tədqiqatı: Subyektlər tətbiq olunacaq və ya baş verməsi təklif
olunan müstəqil təsirlərdən əvvəl seçilir.
 Bir əhalindən bütün öyrənilən parametrlərin bir zaman kəsiyində nümunə götürülməsi
kəsişmə tədqiqatı adlanır.
 Uzunmüddətli tədqiqat: Subyektlər müxtəlif zaman kəsiklərində tədqiq edilir.

Psixologiya sahəsində tədqiqatlar həm heyvanlar, həm də insan subyektləri ilə aparılmışdır:

 Heyvan üzərində tədqiqat


 İnsan subyektləri tədqiqatı

19
Nəticə
Müasir dövrdə psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi diqqəti cəlb
edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki,
psixologiya elmi oraya nüfuz etməsin. Mübaliğəsiz demək olar ki, hazırki dövrdə bütün
dünyada hər cür fəaliyyətin və insan munasibətlərinin səmərəliliyini psixoloji biliklərin
tətbiqində görürlər. Lakin nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya başqa
elmlərdən təcrid olunmuş şəkildə deyil, onlarla vəhdətdə mövcuddur və fəaliyyət göstərir. Bəs
elmlər sistemində psixologiya elmi hansı yeri tutur, onun başqa elmlərlə qarşılıqlı əlaqəsi nədən
ibarətdir? Elmlər sisteminin təsnifatını verən B.M.Kedrov bu sistemdə psixologiyanın roluna
xüsusi diqqət yetirmişdir. Onun «elmlər üçbucağı»nda bunu aydın görürük. B.M.Kedrova görə
psixologiya bir tərəfdən fəlsəfə elmləri, digər tərəfdən təbiət elmləri, üçüncü tərəfdən humanitar
elmlər içərisində aralıq mövqe tutur Psixologiya bu elmlərin məlumatlarını özündə birləşdirir və
eyni zamanda onlara təsir etməklə insan haqqında elmlərin modelinə çevrilir. Psixologiyanın
başqa elmlərlə əlaqəsinə qısa nəzər yetirək. İnsan psixikası və davranışını onun təbii və sosial
mövcudluğu haqqında biliklər olmadan başa düşmək mümkün deyildir. Ona görə də
psixologiyanın öyrənilməsi insan biologiyası, onun ali sinir sisteminin quruluşu və fəaliyyəti
haqqında biliklərə yiyələnməyi tələb edir. Psixi hadisələr və mərkəzi sinir sisteminin fəaliyyəti
arasındakı əlaqə haqqında biliklər ali sinir fəaliyyətinin fiziologiyasında öz konkret əksini
tapmışdır. Təsadüfü deyildir ki, psixologiyanın təbii elmi əsaslarından danışarkən məhz ali sinir
fəaliyyətinin qanunularına istinad edilir.
Psixologiya cəmiyyətin tarixi və mədəniyyəti ilə sıx bağlıdır. Belə ki, insanda ali psixi
funksiyaların inkişafında sivilizasiyanın əsas tarixi nailiyyəti olan əmək alətləri və işarə sistemi
həlledici rol oynamışdır. İnsan psixikasının dərindən öyrənilməsinə, onun başa düşülməsinə
sosiologiyanın əsasları haqqında biliklər də imkan yaradır. Bunu sosial psixologiyanın sürətlə

20
inkişafı bir daha təsdiq edir. Müasir dövrdə sosial psixologiya insan münasibətlərinin bütün
sahələrinə nüfuz etməklə insanın sosialbələdləşmə davranışının psixi xassələrə necə
yiyələnməsini aydınlaşdırmağa imkan verir. Psixologiya fəlsəfə elmi ilə ciddi qohumluq
əlaqəsinə malikdir. Bu təsadüfü deyildir.

İstifadə olunmuş ədəbiyyat siyahısı

1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəşri – Bakı. 2002, s. 7-127.
2. Ümumi psixologiya A.V.Petrovskinin red. ilə – Bakı, 1982, s. 5-68
3. Əliyev R.İ Psixologiya tarixi. – Bakı, 2006, s. 14-18; 354-375.
4. Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991, səh. 168-216; 226-235; 235-241.

21
22

You might also like