You are on page 1of 2

Kimyaçılar və kimyaçıların həyatından maraqlı faktlar

Kimyaçı və bəstəkar Aleksandr Borodin çox dağınıq fikirli adam imiş. Bir gün o dostlarını evinə
qonaq çağırır. Məclisin ən qızğın vaxtında birdən Borodin ayağa qalxır, gedib paltosunu geyir və
sağollaşıb getmək istəyir ki, qonaqlar soruşurlar:
Hara belə, Aleksandr Porfiyeviç?
— Sağlıqla qalın, mənim vaxtım yoxdur, evdə olmalıyam. Səhər mühazirəm var.
Yalnız dostlarının şaqqanaqla güldüyünü gördükdə Borodin başa düşür ki, o öz evindədi.

1811-ci ildə Kurtua kimya laboratoriyasında barıt istehsalı üçün lazım olan xammal növlərinin
alınması və xassələrinin öyrənilməsi ilə məşğul idi. O, bir bankada spirtdə həll edilmiş dəniz
otlarının külünü saxlayırdı. Başqa bir qabda isə sulfat turşusu məhlulu vardı. Alim stol arxasında
əyləşərək nahar edirdi. Kurtuanın sevimli pişiyi isə bu zaman onun çiynində oturmuşdu. Birdən
pişik yerə atıldı. Maye dolu qablar bir-birinə toxunub sındı və döşəmənin üstündə gölməçə əmələ
gəldi. Mayelərin qarışığı köpüklənir, ondan göyümtül-bənövşəyi buxar qalxdı. Həmin buxar
soyudulduqda metal parlaqlığına malik kristallar yaranırdı. Kəskin iyi olan bu maddənin yeni
element olduğunu yəqin edən Kurtua onu yod adlandırdı. «Yod» sözü yunanca «yodes»
sözündən götürülmüşdür, mənası «bənövşəyi» deməkdir.

1912-ci ildə məşhur qütb tədqiqatçısı Skot və onun yoldaşlarının məhvinin səbəbkarı qalay
çuması adlanan hadisə olmuşdur. Qalay çuması zamanı metalın quruluşu pozulur və toz halında
ovxalanıb tökülür. Belə ki onların maye yanacaq saxladıqları qablar qalay cuması nəticəsində
deşilmiş və nəticədə yanacaq axıb getmişdir.

XVIII əsrdə yaşamış İsveç Alimi K.Şeyele hazırda kimyaçılara yaxşı məlum olan xlor qazını,
manqan metalını kəşf etmişdir. Onu çox mühüm kəşflərinə və ixtiralarına görə bütün dünya
tanıyırdı. O, heç vaxt özünü gözə soxmaz, lovğalanmaz, kiçik bir aptekə çəkilib, gecə-gündüz
kimya sahəsində axtarışlar aparardı.
Bir dəfə İsveç kralı Avropa ölkələrinə səyahətə çıxır. Bu zaman kral Şeyele haqqında o qədər
xoş sözlər eşidir ki, vətənə qayıdan kimi onun mükafatlandırılması və təltif edilməsi barədə əmr
verir. Lakin kimyaçı Şeeleni dövlət adamlarından heç kəs tanımadığından, kralın əmri yerinə
yetirilsin deyə ordeni və mükafatı qarşıya çıxan ilk Şeyele familiyalı bir adama verirlər.
İsveç alimi məşhur kimyaçı K.Şeyele növbəti kəşf etdiyi maddənin xassələrini öyrənərək onun
xüsusi çəkisini, rəngini, iyini və s. fiziki xassələrini müəyyən etdikdən sonra, həmin maddənin
dadını və istilik əmələ gətirmə xassəsini dadmaq yolu ilə yoxlamışdır. Alim möhkəm
zəhərlənərək xeyli əziyyətdən sonra keçinmişdir. Sən demə, alimin kəşf etdiyi yeni maddə
dünyada ən güclü zəhərlərdən biri olan sianid turşusu imiş.

Gəncliyində hüquqşünas olsa da, Lauvazye daha çox təcrübi kimyanı özünə sənət seçmiş, bu
sahədə fəaliyyətə başlamışdı. Lakin o, eyni zamanda dövlət işində xidmət edib, vergi
komissiyasının üzvü olmuşdu. 1789-cu ildə başlanan fransız inqilabı zamanı o, başqa həmkarları
ilə birlikdə həbs olunub, bir neçə ildən sonra gilyotində edam olundu.
Məhkəmə hökm çıxaranda hakimdən xahiş etmişdilər ki, bu adam dahidir, ona güzəşt etmək
lazımdır. Hakim isə belə cavab vermişdir: «İnqilaba dahilər gərək deyil.»

Məşhur alman kimyaçısı Yustus Libix 1871-ci ildə fransız ordusunu məğlub etdikdən sonra
vətəninə qayıtmış bir qrup əsgəri öz evinə nahar yeməyinə dəvət etmişdir. Bavariyalı əsgər
təəccüblə kitab rəflərinə baxaraq demişdir: «Sizdə ki, bu qədər kitab görürəm, yəqin ki,
cildçisiniz.»

R.Buzenlə birlikdə spektral analizi kəşf etmiş R.Kirxqof köhnə məktəbin tərəfdarlarından olan
bir kimyaçı ilə olan söhbətini belə xatırlayır: Kimyaçı R.Kirxofdan onun hansı isə bir dəlinin
özünün spektroskopu vasitəsi ilə günəşin kimyəvi tərkibini öyrənmək arzusunda olması haqqında
bir şey eşidib-eşitməməsi barəsində soruşduqda Kirxqof buna müsbət cavab verir və boynuna
alır ki, bu dəli onun özüdür.

Xlorla təcrübə aparan alman kimyaçısı Eqon Viber tələbələrə dərs deyəndə bu sözlərlə müraciət
etmişdir: «Məlum olduğu kimi, xlor zəhərli qazdır. Əgər mən huşumu itirsəm, xahiş edirəm məni
təmiz havaya çıxarasınız. Ondan sonra dağılışa bilərsiniz. Hər ehtimala qarşı yadınıza salıram ki,
növbəti mühazirə dördüncü gün olacaqdır.»

Görkəmli İsveç kimyaçısı İ.Y.Bertselius (1779-1848) kiçik bir şəhərdə yaşayıb və işləyirdi. Bir
dəfə həmyerliləri onun qulluqçusundan soruşurlar: «Alim nə ilə məşğuldur? — Dürüst deyə
bilmirəm. Yalnız bunu bilirəm ki, o, böyük şüşədəki mayeni çalxalayaraq nisbətən kiçik şüşəyə,
oradan da daha kiçik şüşəyə tökür. — Bəs sonra nə edir? — Sonra da atır bayıra» — deyə qız
cavab verir.

You might also like