You are on page 1of 6

Nyutonun həyatı

Klassik fizikanın əsasını qoymuş İsaak Nyuton bir gün


Kral cəmiyyətindən məktub alır. Bu məktubda İsaak
Nyuton bir məsələni həll etmək tapşırığını alır. Bir
neçə ay ərzində Böyük Britaniya alimlərinin «baş
sındırdıqları» məsələ əyrinin nöqtələrindən ona
toxunan çəkmək idi. Məsələni səhər tezdən almış
Nyuton çarpayının kənarında oturaraq fikrə dalır.
Nahar vaxtına qədər hərəkətsiz və həyatdan tam
təcrid olunmuş halda qalan İsaak Nyuton məsələnin
nəinki tam həllini tapır, o həmçinin diferensial hesabın
metodlarını işləyib hazırlayır.

İ.Nyutonun həyatında baş verən ən böyük


hadisələrdən biri 25 aprel 1685-ci ildə «Natural
fəlsəfənin başlanğıcı» əsərini Kral cəmiyyətinə təqdim
etməsidir. Kitabda Kopernikin təliminin sübutları,
Keplerin fərziyyələri, fəza cisimlərinin günəş ətrafında
fırlanması və s. bir çox kəşflər öz əksini tapmışdır.
Əsərin müzakirəsi zamanı R.Huk yerindən qalxaraq
əsərə qəti etirazını bildirib dedi ki, İ.Nyuton cazibə
qanunu haqqında onun məlumatını oğurlamışdı.
Ancaq Hukun etirazına baxmayaraq, cəmiyyətin iclası
I.Nyutonun əsərini qəbul etmişdir. Vaxtı ilə çox
möhkəm dost olan Nyutonla o gündən etibarən Huk
bir-birinə düşmən kəsilirlər.İ.Nyuton 4 yanvar 1643-
cü ildə İngiltərədə kiçik bir kənddə yoxsul fermer
ailəsinə doğulmuşdur. O, vaxtından qabaq
doğulmuşdur, uşaqlıqda zəif olmuşdur. Yaxınları
onun yaşaya biləcəyinə şübhə edirdilər. Nyuton ilk
təhsilini kənd məktəbində almışdır. 1661-ci ildə
«yoxsul tələbə» kimi Tripiti kollecinə daxil olur. O,
kollecin üzvlərinə və varlı tələbələrə xidmət edir. Bir
dəfə tələbələrdən biri Nyutonu döyür. O, Nyutondan
həm güclü, həm də bilikli idi. Nyuton özünə söz verir
ki, bilikdə bu tələbədən üstün olmalıdır. Tez bir
zamanda o, özünün biliyi, bacarığı, kəşfləri ilə ad
çıxarır və yoxsul «qulluqçu» tələbəlikdən azad olur.
Universiteti qurtardıqdan sonra isə kollecdə saxlanılır.

Bir dəfə İ.Nyuton aydın havada gəzməyə çıxarkən,


çobana rast gəlir. Çoban məsləhət görür ki, uzağa
getməsin, çünki bərk yağış yağacaq. Nyuton ona qulaq
asmır. Doğrudan da, yarını saatdan sonra möhkəm
yağış yağır. Nyuton suyu süzülə-süzülə özünü çobana
yetirir və bunun sirrini ondan soruşur. Məlum olur ki,
çoban qoyunun tüklərinin vəziyyətinin dəyişməsinə
görə bunu təyin edə bilmişdir.
M. Bertranın fikrincə — Nyuton Arximedlə yanaşı
başqalarının hamısından yüksəkdə durmuşdur.
Nyutonun abidələrindən birinin üzərində belə sözlər
həkk edilmişdir: «Nyuton — bəşəriyyətin
yaraşığıdır.»
P.Laplas «Başlanğıc»ın başqa əsərlərdən üstün
olduğunu qeyd etmişdir. J.Laqranj «Başlanğıc»ı insan
zəkasının çox böyük əsəri adlandırmışdır.
R.Akoffun fikrincə müdriklik — ediləcək hərəkətin
ayrı-ayrı nəticələrini qabaqcadan görmək, gələcəkdəki
böyük faydaların xatirinə, hazırkı ötən mənfəətləri
qurban vermək qabiliyyəti və idarə olunanı idarə
etmək məharətidir.
S.İ.Vavilovun fikrinə görə, təbiətşünaslıq tarixində
Nyutonun «Başlanğıc»ının meydana gəlməsindən
böyük hadisə olmamışdır.
Nyutonun yaxın dostu Halley 1682-ci ildə
«Başlanğıc»ın formullarından istifadə edərək parlaq
bir kometin orbitini hesabladı və onun 1759-cu ildə
qayıdacağını qabaqcadan xəbər verdi. Kometa deyilən
vaxtda qayıtdı. Bu kometa Halleyin adı qoyuldu.
Volter kometin qayıtmasına öz münasibətini coşqun
şeirlərlə bildirdi.
Nyuton hələ öz sağlığında şöhrət, hörmət və nüfuz
qazanmışdır. O, özü isə təvazökarlıqla
deyirdi:«Hamının məni nə hesab etdiyini bilirəm,
lakin özüm-özümə dəniz qırağında oynayan və hamar
daş, yaxud adi görkəmdə olmayan gözəl balıqqulağı
tapanda sevinən uşaq kimi görünürəm, halbuki
qarşımda tədqiq edilməmiş böyük okean durur.»
Nyuton əsrimizin III əsrində yaşayıb yaratmış
Evklidin «Həndəsənin əsasları» kitabını böyük
çətinliklə yazmasına təəccüb edirdi. Nyutona elə
gəlirdi ki, kitabda verilmiş isbatlar beş aksiomdan çox
asanlıqla alınır.
Nyutonun dostu, Halley öz mədhiyyəsində demişdir ki,
o, adi adamlarla yaxın dayana bilməz.
Həyatının son 40 ilində Nyuton demək olar ki, elmlə
məşğul olmamışdır. O, da son illərdə ingilis kimyaçısı
və fiziki Boyl kimi peyğəmbər Daniil haqqında
Apokalipsisin (bizə gəlib çatmış ilk xristianlıq əsəri)
şərhi haqqında dini əsərlər yazır və ilahiyyat elminin
böyük bilicisi kimi də şöhrət qazanmışdır.
Bir dəfə bir qrup adam məclisdə Nyutonu pis
vəziyyətə qoymaq üçün onu belə bir imtahana
çəkirlər. Deyirlər ki, heç kimin görüb duymadığı,
əlinin çatmadığı göylərdə nəyin necə baş verməsi
barədə versiyalar irəli sürmək hələ alimlik deyil onsuz
da onun doğru ya yalan olmasını yoxlamaq bizim
imkanımız xaricindədir, əsl alim odur ki etdikləri göz
qabağında olsun, bax məsələn bu yumurtanı dikinə
qoya bilsən, yəni uc tərəfi aşağı olmaqla bilərik ki, əsl
alimsən. Nyuton heç bir söz demədən yumurtanı
götürür, uc tərəfini sındırıb yastıladır, onu dikinə
qoyur və yumurta deyildiyi kimi dayanır hamı etiraz
edib deyəndə ki, bunu biz də edərdik, Nyuton cavab
verir ki, «Edəydiz».
Bir dəfə İsaak Nyutonun 20 il ərzində apardığı riyazi
hesablamalar, aldığı nəzəri nəticələrin xeyli hissəsi
təsadüfən yanıb kül olur. Nyuton bir müddət əsəbi
sarsıntı keçirsə də, sonralar bütün iradəsini ələ alaraq
inadla çalışır, həmin işləri yenidən bərpa edir.

Nyuton ömrünün axırına yaxın çox varlı adam idi.


Deyirlər ki, Nyutonun milyonları onun bir vecsiz
qohumuna qismət olur. Bu adam həm də tarixə öz
qeyri-adi ölümü ilə daxil olmuşdur. Sərxoş olarkən, o
ağzında tutduğu çubuqla boğulub ölüb.
Nyutonun parlamentdə söylədiyi ən böyük «nitq» belə
səslənirdi: Pəncərəni bağlayın, — deyə xidmətçiyə
müraciət etmişdi.
Nyuton iş otağında işi ilə məşğul olduğu vaxtlardan
birində, görür ki, bayır tərəfdən kiçik pişik qapını
cırmaqlayır ki, içəriyə keçsin. Nyuton qapını açıb onu
içəri buraxır. Bir qədərdən sonra indi də iti içəriyə
keçmək üçün qapını döyəcləyir. Nyuton onu da içəri
buraxır. Bir azdan indi də hər ikisi qapını
cırmaqlayırlar ki, bayıra çıxsınlar. Nyuton əsəbiləşib
ayağa qalxır, mişarı götürüb qapıdan bir böyük və bir
də kiçik deşik açır və üzünü it ilə pişiyə tutub başa
salır ki; «Bax bu sənin üçündür, bu da sənin üçün.
İndi özünüz girin-çıxın, daha mənim əsəblərimi
oynatmayın».Elə bir böyük deşiyi açmaq onun ağlına
gəlmir.
Bir gün öz dostunu nahara dəvət edən Nyutonun işi
çox olduğundan bu barədə xidmətçiyə xəbər verməyi
unudur. Nahar vaxtı xidmətçi yemək stoluna ancaq
bir adamlıq yemək qoyur. Qonaq gəlir, Nyutonun
düsturlarla, mürəkkəb hesablamalarla məşğul
olduğunu görüb, stolun üstündəki bir nəfərlik yeməyi
yeyir və gedir. Xeyli sonra qonağın necə gəlib-getdiyini
duymayan Nyuton bir anlığa sevimli işindən ayrılıb
stolun üstündəki boş qablara baxaraq öz-özünə deyir:
«Qəribə işdir, əgər stolun üstündəki bulaşıq qabları
görməsəydim, hesab edərdim ki, mən bu gün nahar
etməmişəm».
C.Herşelin fikrincə: «İnsan dərrakəsinin tam yetkinlik
dövrü Nyutonla başlayır.»
Nyuton bir dəfə soyutma yumurta bişirmək istəyir və
yumurtanı suya atıb, zəngli saatı da qurur ki,
müəyyən vaxtdan sonra zəng çalıb yadına salsın.
Lazımı vaxtdan sonra zəng çalır. Nyuton gedir ki,
yumurtanı qaynayan sudan çıxarsın. Lakin baxıb
görür ki, suya yumurta əvəzinə zəngli saatın özün
atıbmış, yumurta isə hələ də əlindədir....

You might also like