You are on page 1of 144

MÜHAZİRƏ MƏTNİ

MÖVZU 1. İQTİSADİ NƏZƏRİYYƏNİN PREDMETİ VƏ METODU

§1. İqtisadiyyat və onun təməl prinsipləri


§2. İqtisadi nəzəriyyənin predmeti. İqtisadi anlayışlar və qanunlar
§3. İqtisadi nəzəriyyənin metodu
§4. İqtisadi nəzəriyyə - iqtisad elmləri sistemində

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT


1. «İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev, Ə.P. Babayev,
M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред.
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической акаде-
мии, 2000, –592 с.
3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П. Журавлевой,
В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского университета, 2000,–
757с.
4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.:
Эксмо, 2006, –736 с.
5. Экономическая теория. Учебник для вузов / Под ред. А.И. Добрынина,
Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480 с.
6. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им.
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с.
7. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.: Гуманит.
Изд-во: Центр ВААДОС, 2000, –520 с.
8. Курс общей экономической теории. Учебник / Под ред. М.Н.
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997.
9. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.
10. Портер М. Международная конкуренция. –М.: Международные отно-
шения, 1993.
11. Экономика переходного периода / Под ред. В.В. Радаева, А.В. Бузга-
лина. –М.: Изд-во МГУ, 1995.
12. Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан, 1994, –736 с.

1
§1. İqtisadiyyat və onun təməl prinsipləri

İqtisadi nəzəriyyə sosial elmlər sisteminə mənsub olan xüsusi bir elm sahəsidir.
İqtisad elminin predmetini bilavasitə iqtisadiyyatın özü təşkil edir. Lakin iqtisad
elmi də müəyyən təsnifata malikdir. Bu təsnifatda başlıca, aparıcı rolu iqtisadi
nəzəriyyə oynayır.
Bütün elmlərdə olduğu kimi, bu elmin də özünəməxsus terminləri, anlayışları və
ifadə üsulları vardır. Bunların da əksəriyyəti bizim adi həyatımızda, məişətimizdə
işlətdiyimiz sözlərlə, anlayışlarla üst-üstə düşmür. Buna görə də, iqtisad elmində
işlədilən, bir sıra hallarda başqa dillərdən dilimizə keçən məfhumlara, anlayışlara
diqqətlə yanaşmaq, onların ifadə etdiyi mənalara dərindən diqqət yetirmək elmin
öyrənilməsini asanlaşdırır və ona olan marağı daha da artırır.
Müasir sivilizasiyalı cəmiyyətdə ən qiymətli sərvət insanın bilik və bacarığıdır,
onun intellektual səviyyəsidir. Bunlar isə iqtisadi və mədəni yüksəlişin ən mühüm
amilləridir.
İqtisadiyyat - iqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş
mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin
öyrəndiyi, araşdırdığı obyektdir.
Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını qədim yunan alimləri
işlətmişlər. O, Ksenofontun (e.ə-430-355) «Ev təsərrüfatı» və ya «Ev iqtisadiyyatı»
deyilən əsərinin adından götürülmüş, sonra Aristotel (384-322) tərəfindən geniş
şərh edilmişdir. Yunan sözü olan «Oykonomiya» iki sözdən- «oykos» (ev, tə-
sərrüfat) və «nomos» (qayda, qanun) söz birləşmələrindən yaranmışdır. Bu mənada
«Ekonomika» antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının, ən çox natu-
ral təsərrüfat münasibətlərini ifadə edirdi. Təsərrüfat və onun idarəedilmə
qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət
dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Hazırda
dünyanın əksər ölkələrində, müxtəlif dillərdə «Ekonomiks» geniş anlamlı bir
kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində
«ekonomika» ərəb dilindən alınmış «iqtisadiyyat», «iqtisad» kimi sözlərlə ifadə
olunur. Lüğəti mənası da elə «ekonomika» anlayışının bildirdiyi mənaya uyğundur.
İqtisadiyyatı öyrənmə, dərketmə baxımından yanaşdıqda o, makroiqtisadiyyat,
mikroiqtisadiyyat, mezoiqtisadiyyat, meqoiqtisadiyyat sahələrinə bölünür.
İdarəetmə baxımından da iqtisadiyyatın bu hissələrə bölgüsü əsaslıdır.
Makroiqtisadiyyat - bu, hər bir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə
öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində
cəmiyyətin, ölkənin, milli iqtisadiyyatın ən başlıca iqtisadi problemləri dayanır.
Burada ictimai məhsulun məcmuu, milli gəlirin kəmiyyəti, onların artımı, bölgüsü,
sosial tələbatların təmin olunmaq səviyyəsi və s. kimi problemlərin öyrənilməsi və
həlli yolları araşdırılır.
Mikroiqtisadiyyat - istehsalın və xidmətin müəssisə, firma səviyyəsində
araşdırılması, təşkili və idarəedilməsi deməkdir. İqtisadiyyatın özəyini təşkil edən
müəssisədə, firmada, şirkət və s. özəklərdə istehsalın və xidmətin daha səmərəli
qurulması modelləri seçilir, az xərclə daha çox və daha keyfiyyətli məhsul bura-
xılmasına çalışılır. Bu dairədə istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı,
2
tələb-təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və
idarəetmədə daha çevik formalar seçilir.
Mezoiqtisadiyyat - makroiqtisadiyyatın yarımsistemidir; bir-biri ilə üzvi bağlı
sahələr kompleksidir. Məs., aqrar-sənaye kompleksi, aqrar-biznes, hərbi-sənaye
kompleksi. Bunların maddi əsaslarını əmək bölgüsü və kooperativləşmə təşkil edir.
Aqrar-sənaye kompleksində kənd təsərrüfatı ilə emal sənaye sahələrinin, bəzi
istehsal vasitələri istehsal edən sənaye sahələrinin üzvi əlaqəliliyi əsas götürülür.
Hərbi-sənaye kompleksində hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi
ifadə olunur.
Meqoiqtisadiyyat - bu anlayış altında bütövlükdə dünya təsərrüfatı, başqa
sözlə, beynəlxalq miqyasda iqtisadiyyat başa düşülür.
İqtisadiyyat bütün səviyyələr və sistemlər baxımından ümumi prinsiplərə,
qanunauyğunluqlara malikdir. Lakin, bu heç də dünya, regional və milli
iqtisadiyyatların özünəməxsus xüsusiyyətlərini inkar etmir. Çünki, iqtisadiyyatın
başlıca prinsipləri, məqsəd və funksiyaları göstərilən çərçivələrdə, xüsusilə milli
iqtisadiyyat çərçivəsində reallaşa bilər. Buna görə də dünya iqtisadiyyatı və milli
iqtisadiyyat iqtisad elminin öyrəndiyi sahələrdəndir.
İqtisadiyyat insan üçün yaradılmış və ona da xidmət etməlidir. Bu baxımdan hər
cür iqtisadiyyatın təbii və son məqsədi insanın, cəmiyyətin tələbatını ödəməkdir.
Bunun üçün iqtisadiyyatın bütün bölmələr, sahələr ilə genişlənməsi və təkrar
istehsalını keçirməsi zəruridir.
İqtisadiyyat təkrar istehsalın istehsal, bölgü, mübadilə, istehlak mərhələlərini
özündə üzvi surətdə birləşdirən bir sistemdir. Burada istehsalla istehlak arasındakı
qarşılıqlı asılılıq və vəhdət mühüm yer tutur. Bu prosesdə bölgü və mübadilə
formalarının aktiv və passiv təsirləri də özünü göstərir.
Məlumdur ki, hər cür istehsal prosesində təbiət - torpaq, kapital və əmək (insan)
iştirak edir. Bu üç amilin üzvi vəhdəti nəticəsində istehsal prosesi baş verə bilər.
Torpaq insanın əzəli qida mənbəyidir. Əmək alətləri isə insanın özünün icad etdiyi
vasitələrdir. Başqa sözlə, insan təbiətə, onun predmetlərinə - torpağa, bitkiyə və
heyvanat aləminə təsir göstərmək və tələbatını ödəmək üçün əmək alətləri
yaratmışdır, bəsit alətlərdən (daş, ox, kaman və s.) başlamış o, müasir mürəkkəb
alətlərə qədər böyük inkişaf yolu keçmişdir. Bu prosesdə istehsalın başlıca amili
olan insanın özü də inkişaf etmiş, kamilləşmiş və nəticədə çağdaş sivilizasiyalı
iqtisadiyyatın yaranmasına nail olmuşdur.
İqtisadiyyat insanların yaşayışını, həyat sürməsini təmin etmək zərurətindən
yaranmışdır. Burada insan başlıca məqsəd və həlledici amildir. O, həm istehsalçı
və həm də istehlakçıdır. Deməli, istehsalın fasiləsiz təkrarı və genişlənməsi də bu
zərurətdən yaranır. İstehsal olunan məhsullar bölüşdürülməlidir, sonra tədavül,
alqı-satqı yolu ilə istehlaka daxil olmalıdır. Bununla, sanki bütün məsələlər bitmiş
olur. Elə görünür ki, bütün iqtisadi proseslər asan və rəvan bir yolla başlayır və
sona çatır. Bu iqtisadiyyatın görünən tərəfləridir. Cəmiyyət həyatında isə nəyi böl-
mək, necə bölmək, kimə nə qədər pay vermək mürəkkəb bir iqtisadi mexanizmdir.
İqtisadiyyatın təməl prinsiplərini təşkil edən, istehsal, bölgü, mübadilə və
istehlak proseslərində milyonlarla istehsalçıların, satıcıların, alıcıların maraqları
əks olunur və reallaşır. Bu münasibətlərin daşıyıcıları cəmiyyətin bütün
3
dairələrində, istehsal, xidmət, idarəetmə, elm, təhsil, mədəniyyət və sairədə fəa-
liyyət göstərən insanlardır. Bütün bunların arasında baş verən iqtisadi müna-
sibətlərin və onların inkişaf qanunauyğunluqlarının araşdırılması və aşkar edilməsi
iqtisadi nəzəriyyənin predmeti və funksiyalarıdır.

§2. İqtisadi nəzəriyyənin predmeti. İqtisadi anlayışlar və qanunlar

İqtisadi nəzəriyyənin öyrəndiyi obyekt iqtisadiyyatdır. Lakin iqtisadi həyat elə


bir məürəkkəb canlı orqanizmdir ki, burada insanların iqtisadi fəaliyyəti başqa fəa-
liyyət növlərilə – ideoloji, siyasi, mədəni, inzibati və s. fəaliyyətlərlə çulğaşır və
təsir göstərirlər. Başqa sözlə, cəmiyyətdə iqtisadi münasibətlər «xalis» şəkildə
deyil, başqa münasibətlərlə qarışıq bir sistemdə özünü göstərir. İqtisadi
nəzəriyyənin də vəzifəsi bu sistemdən insanın iqtisadi fəaliyyət formalarını,
iqtisadi münasibətlərini seçib götürmək və araşdırmaqdır. Bununla da iqtisadi
nəzəriyyə elmi üsullarla öz predmetini və funksiyalarını müəyyənləşdirir. Bu elmin
klassiklərinin nəzəri prinsiplərindən çıxan ümumi nəticəyə görə iqtisadi nəzəriyyə
cəmiyyətin iqtisadi münasibətlərini və onların inkişaf qanunauyğunluqlarını
öyrənən elmdir.
İqtisadi münasibətlər insanların şüurlu, məqsədli fəaliyyət sahələrini əhatə edən
münasibətlərdir. Bu münasibətlər insanların yaşaması və həyat sürməsi üçün bir
zərurətdir.
İqtisadi nəzəriyyə bir humanitar elm kimi insanı, onun iqtisadi fəaliyyətini,
həyat tərzini, davranışını öyrənməlidir və öz predmetinə daxil etməlidir. Bu
baxımdan iqtisadi nəzəriyyənin predmetinə və öyrəndiyi obyektə müxtəlif mövqe-
lərdən yanaşılır. Klassiklərdən başlamış bu günə qədər iqtisadi nəzəriyyənin pred-
metinə və öyrəndiyi obyektə dair müxtəlif nəzəri fikirlər irəli sürülmüşdür. Böyük
Azərbaycan alimi N.Tusi (XIII əsr) və ərəb sosioloqu İbn Xəldun (XIV əsr) insanın
iqtisadi fəaliyyətini cəmiyyətin inkişafının təməli hesab etmişlər. N.Tusi
iqtisadiyyatın öyrənilməsini «İctimaiyyat» adlandırdığı elmin obyekti hesab edir və
yazır ki, «Bu elmin obyekti (mövzusu) ictimai əməklə birləşən və beləliklə,
istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemidir. Hamı bu elmi
öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın, - rəftar və davranışında
səhvlərə yol verməsin» (Əxlaqi-Nasiri, səh. 210). Tusinin iqtisad elminə verdiyi bu
tərifdə «İqtisadi münasibətlər sistemi», «İnsanın iqtisadi fəaliyyəti və idarəetməsi»,
«İnsanın rəftar və davranışı» kimi anlayışlar mühüm yer tutur. Bütün bunlar isə
çox müasir və iqtisad elminə verilən təriflərə xeyli uyğun gələn fikirlərdir. Bunu da
xatırlatmaq istərdik ki, iqtisad elmi tarixində həmişə sərvət, onun mənşəyi, bölgüsü
və istifadə olunması Şərq və Qərb klassiklərinin araşdırma obyekti olmuşdur. İlk
dəfə iqtisadiyyatı bütöv şəkildə götürüb araşdıran A.Smit (1723-1790) və
D.Rikardo (1772-1823) sərvəti iqtisadi nəzəriyyənin predmeti hesab etmişlər.
Onlar sərvətin istehsalı, artırılması, bölgüsü, mübadiləsi və istehlakı proseslərini
bir sistem şəklində araşdırmış və onun inkişaf qanunlarını aşkara çıxarmışlar.
Sərvət dedikdə, onlar maddi nemətlərin istehsalı, bölgüsü və istehlakını nəzərdə
tuturdular. Lakin, sərvət geniş anlayışlı bir məfhumdur. O, maddi nemətləri, bütün
faydalı şeyləri, hava, su, torpaq kimi təbii resursları da əhatə edir. Lakin, sərvətin
4
ən başlıca növü insanın özüdür, onun bacarığı, mənəvi və mədəni səviyyəsidir.
Məşhur alman iqtisadçısı F.List (XIX əsr) haqlı olaraq yazır ki, «Sərvət
adlandırılan bütün şeylərin mənəvi əsaslarını ləğv etsək, onda biz ölü bir varidat
əldə edərik».
Klassiklər sərvəti «ölü bir varidat» kimi iqtisad elminin predmetinə daxil
etməyiblər. Onlar insanı, onun iqtisadi və mənəvi maraqlarını, həyat tərzini,
davranış qaydalarını da araşdırıb qiymətli fikirlər yürütmüşlər.
Marks və Engels iqtisadi nəzəriyyəni inkişaf etdirib onun predmetini daha
konkret şəkildə ifadə etməyə çalışmışlar. Marksist iqtisadi nəzəriyyə cəmiyyətin
iqtisadi münasibətlərini və onun obyektiv iqtisadi qanunlarını geniş, əhatəli araş-
dıran bir məktəbdir. Bu məktəbdə istehsal münasibətləri, məhsuldar qüvvələr və
onların vəhdəti anlayışı kimi istehsal üsulu əsas tədqiqat obyektidir. Marksist
siyasi iqtisad elminin predmeti də istehsal münasibətləri və iqtisadi münasibətlər-
dir. K.Marks «Kapital» əsərində yazır: «Bu əsərdə mənim tədqiqat predmetim
kapitalist istehsal üsulu və ona müvafiq olan istehsal və mübadilə münasibətləridir.
Mənim əsərimin son məqsədi isə müasir cəmiyyətin hərəkətinin iqtisadi qanununu
kəşf etməkdir». Burada «kəşf» olunan izafi dəyər qanunudur. F.Engels «Anti-
Dürinq» əsərində iqtisadi nəzəriyyənin predmetini «... ən geniş mənada, bəşər
cəmiyyətinin maddi həyat nemətlərinin istehsal və mübadiləsini idarə edən
qanunlar haqqında elmdir» şəklində müəyyənləşdirmişdir.
Müasir iqtisadi ədəbiyyatda, dərsliklərdə klassiklərin iqtisad elminə verdiyi
təriflər inkar edilmir. Maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı
yeni iqtisadi şərait baxımından araşdırılır, insan və onun tələbatının ödənilməsi ön
plana çəkilir. Bir sözlə, müasir iqtisad elmi ən çox sərbəst bazar iqtisadiyyatını,
onun fəaliyyət mexanizmini, modellərini, qanunlarını və prinsiplərini tədqiqat
obyektinə çevirmişdir. Lakin, unudulmamalıdır ki, iqtisadi nəzəriyyə həyatın cari
məsələlərini, keçici, təsadüfi hadisələri, ayrı-ayrı fərdlərin davranışını, tək-tək
müəssisələr və firmaların iqtisadi fəaliyyətini öyrənmir. Bu elm necə deyərlər, tək-
tək ağacları deyil, bütün meşəni öyrənir. Başqa sözlə o, bütövlükdə iqtisadiyyatın
inkişafının başlıca qanunauyğunluqlarını və prinsiplərini müəyyənləşdirir. Müəs-
sisə, firma, şirkət, ayrı-ayrı fərdlər və idarəetmə orqanları bu nəzəriyyənin verdiyi
nəticələrdən faydalana bilərlər.
İqtisadiyyat ona xas olan anlayışlar, kateqoriyalar və qanunlar vasitəsi ilə təhlil
edilir və öyrənilir. İqtisadi nəzəriyyənin də başlıca funksiyası bu kateqoriya və
qanunları üzə çıxarmaq və şərh etməkdir.
İqtisadi anlayışlar, kateqoriyalar və qanunlar - iqtisadi nəzəriyyənin
bünövrəsidir. İqtisadi nəzəriyyə bir elm kimi həyatın üzündə görünən hadisələrin
təsvirindən ibarət deyildir. Çünki, iqtisadi həyatın üzdə görünən, gözlə seyr edilən
hadisələri heç də onların daxili mahiyyətlərilə üst-üstə düşmür. Elmin vəzifəsi isə
hadisələrin görünməyən tərəflərini, mahiyyətlərini aşkar etməkdir. Bu mahiyyətlər
isə iqtisadi anlayışlar, kateqoriyalar və qanunlar vasitəsilə açılır və təhlil edilir.
İqtisadi anlayış müəyyən iqtisadi hadisəni, prosesi ümumiləşdirmək və müəyyən
terminlə ifadə etməkdir. Məs., mülkiyyət, istehsal, bölgü, əmtəə, pul, bazar,
qiymət, mənfəət, faiz kimi yüzlərlə iqtisadi anlayışlar mövcuddur. «İqtisadi
kateqoriya», «iqtisadi qanun», «iqtisadi prinsip» və sairə kimi işlədilən terminlər,
5
adlar da iqtisadi anlayışlardır. Bədii ədəbiyyatın obrazları insanlardır, iqtisad
elminin «obrazları» isə iqtisadi anlayış və kateqoriyalardır.
İqtisadi kateqoriyalar iqtisadiyyatın ayrı-ayrı cəhətlərinin, tərəflərinin
ümumiləşdirilmiş nəzəri ifadələridir.
İqtisadi qanunlar iqtisadiyyatın inkişaf qanunlarıdır. Təbiətdə olduğu kimi
cəmiyyətdə də ona xas olan obyektiv inkişaf qanunlarını inkar etmək olmaz. Lakin,
təbiətin mütləq mənada obyektiv qanunlarından fərqli olaraq iqtisadi qanunlar
şüurlu fəaliyyətin, insanın, cəmiyyətin və dövlətin fəaliyyəti şəraitində təsir
göstərən qanunlardır. Bunlar insanların şüurlu, məqsədli fəaliyyətlərində özünü
göstərən və reallaşan qanunlardır. Bu səbəbdən iqtisadi qanunlara iradi, subyektiv
anlayışlar kimi də baxmaq olmaz. Təbiət qanunları kimi iqtisadi qanunlar da
obyektiv qanunlar kimi fəaliyyət göstərirlər.
Ən ümumi şəkildə götürüldükdə qanun, hadisələrin, şeylərin daxili mahiyyətidir.
Bütün hadisələr isə bir-biri ilə qarşılıqlı əlaqə və asılılıq şəraitində, daim inkişaf və
hərəkətdə fəaliyyət göstərirlər. Bunların arasında təsadüfi, keçici, bir an fəaliyyətdə
olan hadisə və əlaqələr də mövcuddur. Qanun isə baş verən hadisələr arasındakı
hər cür əlaqəni deyil, onlarda sabit qalan, təkrar olunan ən mühüm səbəb-nəticə
əlaqələrini ifadə edir. Deməli, qanun hadisələrin bütün cəhətlərini və tərəflərini
yox, onların ən mühüm mahiyyətini əks etdirir. Məsələn, əmtəənin alqı-satqısına,
qiymətinə çoxlu təsadüfi hadisələr təsir göstərə bilər. Lakin burada əsas cəhət onun
istehsalına sərf edilən xərclər və faydalılığıdır.
İqtisadi qanunlar sistem şəklində fəaliyyət göstərirlər. Bu o deməkdir ki, onlar
bir-birilə bağlı və qarşılıqlı asılılıq şəraitində təsir göstərir və təzahür edirlər. Bu
qanunların dərk edilməsi, öyrənilməsi və üzə çıxarılması iqtisadi nəzəriyyənin
funksiyasıdır.
İqtisadi qanunları dərk etməyin, öyrənməyin əsas şərti, o qanunların fəaliyyət
köstərdiyi şəraiti araşdırmaqdır.
Təbiət qanunlarından fərqli olaraq iqtisadi qanunların normal fəaliyyət
göstərməsi üçün zəruri şərtlərin olması lazımdır. Məsələn, rəqabət qanununun
normal fəaliyyəti üçün sərbəst sahibkarlığın, azad təşəbbüsün sərbəst bazar
qiymətlərinin olması tələb olunur.

§3. İqtisadi nəzəriyyənin metodu

Hər bir elm öz predmetini müəyyən metodların vasitəsilə öyrənir. Metod


yunanca «Methodos» sözündən olub tədqiqat yolu deməkdir. Məşhur ingilis
filosofu F. Bekon (XVII əsr) demişdir ki, metod yolçunun yolunu işıqlandıran bir
fanardır. İqtisadi nəzəriyyə bir elm kimi iqtisadi hadisələrin və proseslərin
araşdırılmasında özünəməxsus metodlardan istifadə edir.
Cəmiyyətin iqtisadi həyatı milyonlarla hadisələr və proseslərlə doludur. Həm də
bu üzdə görünən hadisələr çox qarışıq, bir-birilə çulğaşan hadisələr kimi fəaliyyət
göstərirlər. Bu hadisələri müşahidə etmək, onların görünən və görünməyən
tərəflərini fərqləndirmək, mühüm hadisələri təsadüfi keçici hadisələrdən ayıra bil-
mək elmi təfəkkürün vəzifəsidir. Bunun üçün birinci növbədə elmi abstraksiya
6
metodundan istifadə etmək tələb olunur. Elm tarixində sınaqdan çıxmış
abstraksiya metodu vasitəsilə müşahidə edilən hadisələrdə mühüm olan tərəflər
aşkara çıxarılır və nəzəri ümumiləşdirmələr aparılır. Elmi abstraksiya iqtisadi həyat
hadisələrinin təfəkkürdə ümumiləşdirilməsi və onların anlayışlar, kateqoriyalar
şəklində ifadə edilməsi metodudur. Bu metodla hadisələr öz konkret, keçici və
təsadüfi tərəflərindən təcrid olunur, onlara xas olan ümumi mühüm cəhət aşkara
çıxarılır. Abstrakt (mücərrəd) anlayışlar heç də məzmunsuz, mahiyyətsiz anlayışlar
deyil. Bu anlayışlar iqtisadi gerçəkliyin müəyyən tərəflərini, mahiyyətini əks etdi-
rir.
İqtisadi nəzəriyyənin tətbiq etdiyi digər bir metod da analiz və sintez
metodudur. Analiz metodunda iqtisadi münasibətlər vahid bir sistem halında
götürülür və o, elmi təfəkkür yolu ilə müəyyən hissələrə, tərəflərə ayrılır. Bu halda
iqtisadi sistemin hər bir tərəfi ayrılıqda təhlil (analiz) edilir, onun mühüm cəhətləri
və mahiyyəti konkret olaraq araşdırılır. Sonra sintez etmək yolu ilə həmin cəhətlər
və tərəflər yenə də iqtisadi sistemdə birləşdirilir. Bu proses yəni vahid iqtisadi
sistemin bölünməsi və birləşdirilməsi təfəkkürümüz, fikrimiz vasitəsilə həyata
keçirilir. Bu üsullarla biz bütöv bir iqtisadi sistem və forma haqqında ümumi bilik
əldə edə bilirik.
İqtisadi nəzəriyyənin istifadə etdiyi üsullardan biri də tarixi və məntiqi
metoddur. Bu metod vasitəsilə iqtisadi nəzəriyyə müəyyən etdiyi anlayışları,
kateqoriyaları, onların yarandığı tarixi ardıcıllıqla şərh edir. İqtisadi nəzəriyyə bu
üsulla iqtisadi hadisələrin törəməsi, inkişafı və dəyişməsi prosesinin tarixi şəraitini
nəzərə almaqla, onları məntiqi metodun vasitəsilə araşdırır.
Müasir iqtisadi nəzəriyyədə araşdırma vasitələrindən biri də induksiya və
deduksiyadır.
İnduksiya-latınca «yönəltmə» mənasını ifadə edən bir anlayışdır. Bu metod
vasitəsilə əvvəlcə iqtisadi problemlərə dair faktlar toplanır, seçilib sistemləşdirilir.
Bu iş hələ «iqtisadi qanun», «prinsip» və «modellər» çıxarmaq üçün kifayət
deyildir. Bundan sonra iqtisadi nəzəriyyənin vəzifəsi toplanmış faktları ümumiləş-
dirmək və izahını verməkdir.
Deduksiya - latın dilindən alınan və «hasiletmə» mənasını daşıyan bir sözdür.
Bu metod vasitəsilə toplanan faktlar əsasında nəzəri nəticələr, ümumiqtisadi
prinsiplər və əməli fəaliyyət üçün tövsiyələr hazırlanır. Beləliklə, bu üsulla nəzə-
riyyədən həyatın faktlarına, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə
gəlmək mümkün olur. Bu həm deduksiya, həm də induksiya metodlarının birlikdə
tətbiq edilməsi deməkdir.
İqtisadi hadisə və proseslərin keyfiyyət və kəmiyyət tərəfləri mövcuddur. Bu
hadisələrin keyfiyyət tərəfləri, mahiyyətləri yuxarıda göstərilən üsullarla dərk
olunursa, kəmiyyət tərəfləri statistikanın, riyazi üsulların, modelləşdirmə və s.
üsulların vasitəsilə dərk olunub aşkar edilir. Bu üsullar müasir iqtisadi nəzəriy-
yələrdə, makro və mikroiqtisadiyyat problemlərinin öyrənilməsində geniş istifadə
olunur.
İqtisadi nəzəriyyə fundamental, metodoloji bir elm sahəsidir. Onun əsas
funksiyası iqtisadiyyatı bütövlükdə tədqiq etmək və nəzəri təhlilini verməkdir. Bu
baxımdan o, insanların iqtisadi təfəkkürünün formalaşmasına, onların məqsədyönlü
7
iqtisadi fəaliyyətinə və davranışlarına fəal təsir göstərir.

§4. İqtisadi nəzəriyyə - iqtisad elmləri sistemində

XVIII əsrdən başlamış iqtisad elmi bütün iqtisadi bilikləri əhatə edən vahid bir
elm sahəsi kimi fəaliyyət göstərmişdir. Bu elmin tədrisinə XIX əsrin əvvəllərindən,
xüsusilə onun ikinci yarısından başlanmışdır.
XIX əsrin ikinci yarısından başlayan və XX əsrdə davam edən iqtisadi, texniki
və mədəni yüksəliş iqtisad elminin təsnifatına, ayrı-ayrı elm sahələrinə bölgüsünə
səbəb olmuşdur. Bu dövrdə iqtisadiyyatda əmək bölgüsünün, ixtisaslaşmanın
genişlənməsi baş vermiş, iqtisadiyyat daha mürəkkəb xarakter almışdır. Hazırda in-
kişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında yüz minlərlə istehsal,
xidmət, sosial sahələr fəaliyyət göstərirlər. Bütün bu iqtisadi-sosial qurumlar
arasında cərəyan edən mürəkkəb qarşılıqlı əlaqələr, onların hər birinə xas olan
xüsusi cəhətlər bir çox elm sahələri tərəfindən öyrənilir. İqtisad elmlərində baş ve-
rən təsnifat, bölgü bu tələbatdan irəli gəlmişdir. Bu səbəbdən indi iqtisadiyyatın
müxtəlif sahələrini, hissələrini, onların ümumi funksional münasibətlərini öyrənən
çoxsaylı iqtisad elmləri fəaliyyət göstərməkdədir. Bunların içərisində sənayeni,
kənd təsərrüfatını, tikintini, xidmət və sosial fəaliyyət dairələrini öyrənən elmləri
göstərmək olar. İqtisadiyyatın ayrı-ayrı sahələrini, hissələrini öyrənən konkret
elmlərlə yanaşı onun ümumfunksional fəaliyyətini, kəmiyyət və keyfiyyət tərəflə-
rini, idarə edilməsinin vasitələrini öyrənən elmlər də mövcuddur. Bu elmlərdən
əməyin iqtisadiyyatı və təşkili, iqtisadiyyatın tənzimlənməsi, idarəetmə, maliyyə,
kredit, statistika, marketinq, iqtisadi kibernetika kimi elmlər geniş fəaliyyət göstər-
məkdədir. Bütün bu iqtisad elmlərinin hər birinin predmeti və konkret funksiyaları
mövcuddur. Buna baxmayaraq onların hamısı bir sistem şəklində, bir-biri ilə
qarşılıqlı münasibətdə inkişaf edir və təkmilləşirlər.
İqtisad elmləri sisteminə daxil olan bütün elm sahələrinin tədqiqat obyekti
iqtisadiyyatdır. Vahid iqtisad elmindən ayrılan və xüsusiləşən bu elm sahələri
iqtisadiyyatı, onun ayrı-ayrı tərəflərini, kəmiyyət və keyfiyyət cəhətlərini daha
konkret, nəzəri və əməli cəhətdən öyrənmək imkanlarına malikdir.
İqtisad elmləri sistemində iqtisadi nəzəriyyə ilə digər iqtisad elmləri arasında
fərqlər və vəhdətlik mövcuddur. Burada iqtisadi nəzəriyyə iqtisad elmləri
sistemində ən çox nəzəri-metodoloji funksiyalarla çıxış edir. Bu baxımdan iqtisad
elmlərini iki yerə - nəzəri və tətbiqi elmlərə bölmək daha düzgün olardı. Bu bölgü
ilə bağlı məşhur Amerika iqtisadçıları K.Makkonnell və S.Bryu «Ekonomiks»
dərsliyində yazırlar ki, iqtisadi nəzəriyyə özünün bütün praktiki fəaliyyətinə
baxmayaraq dar ixtisaslı bir predmet deyil, akademik predmetdir. Bu elmin prob-
lemləri adətən fərdi iqtisadi fəaliyyətlər baxımından deyil, ictimai baxımdan
öyrənilməlidir. Elmin predmeti isə əmtəələrin və xidmətlərin istehsalı, mübadiləsi
və istehlakı proseslərinə bütövlükdə cəmiyyət mövqeyindən yanaşmaqdan
ibarətdir.
Məşhur Amerika iqtisadçısı prof. P.Samuelson iqtisad elmini sosial elmlərin
kraliçası adlandırır. Burada müəyyən qədər şişirtmə olsa da hər halda iqtisadi həyat
və onu öyrənən elm çox böyük qüvvəyə malikdir.
8
MÜHAZİRƏ MƏTNİ

MÖVZU 2. İQTİSADİ FİKRİN YARANMASI VƏ İNKİŞAFI.


AZƏRBAYCAN İQTİSADİ FİKİR TARİXİ

§1. Qədim və orta əsrlərdə iqtisadi fikir və tə’limlər


§2. İqtisad elminin yaranması və formalaşması
§3. Azərbaycan iqtisadi fikir tarixi (qısa icmalı)

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. «İqtisadi nəzəriyyə» dərslik, T.S.Vəliyev, Ə.P.Babayev, M.X.Meybullayev


ümumi elmi redaktəsi ilə, Bakı-2001.
2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред.
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической акаде-
мии, 2000, –592 с.
3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П. Журавлевой,
В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского университета, 2000,–
757с.
4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.:
Эксмо, 2006, –736 с.
5. Экономическая теория. Учебник для вузов / Под ред. А.И.
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480
с.
6. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им.
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с.
7. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.: Гуманит.
Изд-во: Центр ВААДОС, 2000, –520 с.
8. Курс общей экономической теории. Учебник / Под ред. М.Н.
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997.
9. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.
10. Портер М. Международная конкуренция. –М.: Международные отно-
шения, 1993.
11. Экономика переходного периода / Под ред. В.В. Радаева, А.В.
Бузгалина. –М.: Изд-во МГУ, 1995.
12. Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан, 1994, –736 с.

§1. Qədim və orta əsrlərdə iqtisadi fikir və təlimlər

9
İqtisad elmi XVIII əsrdən başlayaraq bu günümüzə qədər böyük bir inkişaf yolu
keçmişdir. Müasir iqtisadi nəzəriyyələr sistemini əhatəli öyrənmək üçün bu elmin
yaranması və inkişafı tarixinə bələd olmaq gərəkdir.
İqtisadi fikir tarixi iqtisadiyyatın tarixi qədər qədimdir. Başqa sözlə, iqtisadiyyat
iqtisadi fikrin və nəzəriyyələrin öyrəndiyi obyektdir.
Əsil iqtisadi fikir və biliklər isə icma quruluşunun dağıldığı, ictimai əmək böl-
güsünün, dövlətin və siniflərin yarandığı dövrdə meydana çıxmağa başlamışdır.
Ümumiyyətlə, elm, biliklər cəmiyyətin daha yetkin mərhələsində, xüsusilə klassik
quldarlıq dövründə yaranmışdır.
İqtisadi fikir və biliklərin meydana çıxması üçün daha yetkin iqtisadiyyatın
olması zəruri idi. Belə bir iqtisadi, mədəni şərait qədim Misirdə, Babilistanda,
Çində, Hindistanda, İranda mövcud olmuşdur. Hələ eramızdan 4-5 min il əvvəl
qədim böyük dövlətlər və mədəniyyətlər Şərq ölkələrində - qədim şumerlərdə
(indiki İraq ərazisində), Misirdə, Türküstanda və s. ölkələrdə meydana gəlmiş və
nisbətən yüksək inkişaf səviyyəsinə çatmışdır. Bu ölkələrdə istehsalın ən qədim və
əsas sahələri olan əkinçilik, heyvandarlıq, suvarma sistemi, sənətkarlıq, ticarət,
şəhər mədəniyyəti daha yüksək səviyyəyə qalxmışdır. F.Engels göstərir ki, Asiya-
nın ən qabaqcıl tayfalarında: arilərdə, semitlərdə, turanlılarda başlıca əmək sahəsi
olan əkinçilik, heyvandarlıq, suvarma sistemi xeyli inkişaf etmiş, ilk ictimai əmək
bölgüsü də bu ölkələrdə baş vermişdir. O, «Kapital»ın III cildinə əlavədə yazır:
«Əmtəə mübadiləsi hələ heç bir yazılı tarixin mövcud olmadığı zamanlarda Mi-
sirdə bizim tarixdən azı üç və ya beş min il qabaq, Babilistanda isə dörd-altı min il
qabaq başlanır».
Tarixi mənbələr göstərir ki, Qədim Şərqdə əmək bölgüsünün və bunun əsasında
əmtəə mübadiləsinin erkən inkişafı pulun da bu ölkələrdə yaranmasına səbəb
olmuşdur. Belə ki, Şərq ölkələrinin əksəriyyətində qaramal, qoyun və bu kimi
məhsullar mübadilədə vasitəçi rolunda çıxış etmişlər.
Klassik quldarlıq sisteminə əsaslanan qədim yunanlar təbiəti, cəmiyyəti və
insanı öyrənən elmlərin əsasını qoymuşlar. Qədim yunan mütəfəkkirləri elmin
başqa sahələrində olduğu kimi, iqtisadiyyatın öyrənilməsi və araşdırılması sahəsin-
də də yüksək qabiliyyət nümayiş etdirə bilmişlər. Ksenofontun (e.ə.430-355), Pla-
tonun (e.ə.427-347), Aristotelin (e.ə. 348-322) əsərlərində quldarlıq quruluşunun
iqtisadi münasibətləri nəzəri baxımdan araşdırılmış və əməli tövsiyələr verilmişdir.
İlk dəfə «İqtisadiyyat» - «Oykonomiya» anlayışını elmə gətirən də onlar olmuşlar.
Bununla da təsərrüfat və onun idarəedilmə qayda-qanunlarını ifadə edən iqtisadiy-
yat anlayışı elm tarixinə daxil olmuşdur. Əslində «Oykonomiya» sözü Ksenofon-
tun bir əsərinin adından alınmışdır. O, bu başlıq altında qul əməyinə əsaslanan ev
təsərrüfatı və onun ağıllı idarə edilməsindən danışır. Ksenofont əmək bölgüsü, pe-
şələr üzrə ixtisaslaşmaq və bunların insanın iş qabiliyyətinə təsiri haqqında
qiymətli fikirlər yürüdür. Onun əsərlərində sərvət və ondan istifadə qaydaları,
əkinçilik və onun üstünlükləri haqqında fikirlər də əks olunmuşdur. Filosofun fik-
rinə görə əkinçilik bütün sənətlərin anası və qida mənbəyidir. Buna görə də o,
əkinçilik, bağçılıq, üzümçülüklə məşğul olmağı, ən ağıllı sənət hesab edir və bu
sahələrdə işləyənlərin əməyinə yüksək qiymət verir.
Antik dünyanın ən görkəmli zəkalarından biri olan Aristotel ilk iqtisadçı
10
sayılmağa layiqdir. O, özünün çoxsaylı əsərlərində, xüsusilə «Siyasət» və «Etika»
adlı əsərlərində «İqtisadiyyat» anlayışının nəzəri təhlilini verir, onun məqsəd və
funksiyalarını göstərir. Onun fikrincə «İqtisadiyyat» insanın təsərrüfat fəaliyyəti
dairəsidir. Bu, həyat üçün lazım olan məhsulların istehsalı zərurətindən doğan təbii
təsərrüfat fəaliyyətidir. İqtisadiyyat anlayışlarına təsərrüfatın inkişaf qanunları və
idarəedilmə qaydaları da daxildir.
Aristotel quldarlıq quruluşunu təbii və qanunauyğun bir cəmiyyət hesab edirdi.
O, qula, qul əməyinə də təbii hadisə kimi baxırdı. Aristotelin nəzərində qul
əməyinə əsaslanan kiçik əkinçilik təsərrüfatları hər şeylə özünü təmin etməlidir.
Lakin, tələbatın ödənilməsi üçün çatışmayan bəzi məhsulları ədalətli mübadilə
yolu ilə başqalarından ala bilərlər. O, sərvətin təbii formasını da qul əməyi ilə
yaradılan və pula çevrilməyən sərvət kimi təsəvvür edirdi. Beləliklə, o, qul
əməyinə əsaslanan natural təsərrüfat sisteminə və onun idarə edilməsinə üstünlük
verirdi. Bununla yanaşı elm tarixində ilk dəfə Aristotel əmtəə-pul münasibətlərinin
mahiyyətini və qanunauyğunluqlarını araşdırmışdır. O, bir sıra əsərlərində sərvət,
onun formaları, mübadilə, əmtəə, pul, qiymət, ticarət, kapital və faiz kimi
kateqoriyaları nəzəri baxımdan tədqiq və təhlil edir və öz fikirlərini bildirir. Onun
ən böyük xidməti əmtəənin təhlilidir. Bu yolla o, əmtəənin ikili xarakterini, isteh-
lak dəyəri və mübadilə dəyəri olması xassələrini müəyyənləşdirmişdir.
Yeni eranın IV əsrindən başlayaraq xristian dini rəsmi dövlət dini (Roma
imperiyasında) elan edilmişdir. Bunun nəticəsində ictimai-iqtisadi həyatın yönəl-
dilməsi və tənzimlənməsi «Bibliya» və «İncil»in ehkamlarının təsirinə məruz
qalmışdır. Heç təsadüfi deyil ki, K.Marks Avropada orta əsrlər dövründə iqtisadi
fikrin inkişaf edə bilməməsinin səbəbini katolik dininin hökmranlığı nəticəsi kimi
izah etmişdir.
İlkin xristianlıqda, onun müqəddəs kitabı «İncil»də insanların əməkdə, işdə,
bölgüdə bərabərliyi təbliğ olunur. İnsanlarda dözümlülük, sərvətə, var-dövlətə
uymamaq fikri əsas götürülür. Xristianlıq hamının əməyinin, işinin bəhrəsi ilə
həyat sürməsini vacib sayır. «İncil»də deyilir: «İşçi öz əmək haqqına layiqdir»
(İncil, Azərb. dilində, səh.524). «...başqaları əmək sərf edirlər və siz onların
əməyinə şərik olursunuz» (səh.221). Müqəddəs Pavelin bir açıqlamasında deyilir:
«Kim işləmirsə, onun dişləməyə haqqı yoxdur».
Məşhur din xadimi italiyalı rahib Foma Akvinski (1225-1274) özünün dini-
fəlsəfi görüşlərində cəmiyyətin təbəqələrə bölgüsünü dini ehkamlarla əsaslandır-
mağa çalışmışdı. O, insanların maddi və mənəvi cəhətdən aşağı və yüksək dərə-
cələrə, təbəqələrə bölgüsünün səbəbini ilahi qanunlarla izah etməyə çalışır. Belə
bir şəraitdə o, hamını dözümlü olmağa, öz taleyi ilə barışmağa çağırırdı.

§2. İqtisad elminin yaranması və formalaşması

Yuxarıda göstərildi ki, iqtisadi fikir və təlimlər uzun tarixi dövr ərzində xüsusi
bir elmin öyrənmə obyekti olmamışdır. Bu elm yalnız XVII-XVIII əsrlərdə bir nə-
zəriyyələr sistemi kimi formalaşmağa başlamışdır. Həmin dövrlərdə elmlərin
təsərrüfatı, yeni elm-bilik sahələrinin meydana çıxması üçün maddi, iqtisadi və
mənəvi şərtlər də yetişmişdir. Belə ki, XVI əsrin sonu, XVII əsrin əvvəllərində
11
Avropa ölkələrinin ictimai-iqtisadi həyatında böyük dönüş yaranmağa başlamışdır.
Xüsusi mülkiyyətin müxtəlif formalarına, azad sahibkarlığa, xüsusi təşəbbüs və
rəqabətə əsaslanan yeni cəmiyyətin yaranması və təşəkkül tapması bu dövrün sə-
ciyyəvi xüsusiyyəti idi. Bu şəraitdə əmək bölgüsünün dərinləşməsi, ma-
nufakturanın yaranması, daxili və xarici bazarların genişlənməsi, pul tədavülünün
rolunun artması kimi proseslər baş verirdi. Bir sözlə, yeni, daha yetkin və
mürəkkəb bir iqtisadi sistem meydana gəlirdi. Yeni yaranan və inkişaf edən bu iqti-
sadi münasibətlər sistemi onu nəzəri cəhətdən öyrənən, araşdıran və təhlil edən
xüsusi bir elm sahəsinin də meydana çıxmasını zəruri edirdi. Eyni zamanda həmin
iqtisadi, ictimai şərait iqtisad elminin yaradıcılarını və klassiklərini də yetişdir-
mişdir.
İqtisad elmi yaranmasından başlayaraq sistemli bir elmə çevrilməsinə qədər bir
sıra mərhələlər keçirmişdir. Onun əsas mərhələlərindən biri Merkantilizm deyilən
məktəb olmuşdur.
Merkantilizm - italyan dilində ticarət, tacir deməkdir. Bu əslində Avropada
XVI-XVII əsrlərdə iqtisad elminin bünövrəsini qoyan bir nəzəri məktəbin adıdır.
Müxtəlif elm və peşə sahələrindən olan bu nəzəri məktəbin görkəmli
nümayəndələrindən ingiltərəli Vilyam Staffor (1554-1612), Tomas Man (1571-
1641), italiyalı Qaspar Skarufari (1519-1584), fransalı Antuan Monkretyen (1575-
1621) kimi şəxslər iqtisadi-nəzəri fikrin inkişafına böyük xidmət göstərmişlər. Elə
elmin ilk adı da Merkantilist Monkretyen tərəfindən verilmişdi. Monkretyen qədim
yunan sözlərindən olan «siyasət» və «iqtisadiyyat» anlayışlarını birləşdirərək əsər
yazmışdır. Onun Fransa kralı XIII Lüdviqə həsr etdiyi bu əsəri 1615-ci ildə «Siyasi
iqtisad traktatı» adı ilə nəşr olunmuşdur. O, bu kiçik həcmli əsərində dövlətə
müraciət edir, onu Fransada milli iqtisadiyyatın dirçəlməsinə kömək göstərməyə
çağırırdı. Monkretyen ölkə daxilində sənayeçilərin, tacirlərin, əkinçilərin sərbəst
inkişaf etməsi üçün xaricdən gətirilən mallar üçün yüksək gömrük rüsumları
qoyulması təklifini bildirirdi. Onun bu əsəri nəzəriyyədən çox praktiki məsələlərin
həllinə yönəldilmişdir. Lakin «Siyasi iqtisad» adı altında yazılan bu birinci əsər
iqtisadi məsələlərin öyrənilməsinə və tədqiqinə nəzəri cəlb edirdi.
Merkantilistlərin nəzəri-iqtisadi görüşlərində iqtisadiyyat vahid bir sistem kimi
öyrənilmir. Onlar, yalnız iqtisadiyyatın bir sahəsini, əmtəə tədavülü dairəsini
tədqiq və təhlil edirlər. Bunun obyektiv səbəbi ondadır ki, merkantilistlər ticarət
kapitalının həlledici rol oynadığı dövrdə yaşamış, ilkin kapital yığımı dövrünü
keçirmişlər. Buna görədir ki, merkantilistlər sərvəti və onun artırılmasını, top-
lanmasını pul formasında təsəvvür edirdilər.
Merkantilizm bir iqtisadi-nəzəri cərəyan kimi əmtəə və pul tədavülü dairəsini,
sərvətin pul formasını və onun artırılması yollarını tədqiq və təhlil etmişdir.
Onların çoxsaylı əsərlərində ifadə edilmiş nəzəri görüşləri iqtisad elminin
yaranmasına və inkişafına böyük xidmət göstərmişdir.
Fiziokratlar - Fiziokratiya sözü, iki yunan sözündən - «fizis» təbiət və «kratos»
hakimiyyət sözlərinin birləşməsindən törəyən «Təbiətin hakimiyyəti» deməkdir.
Bu iqtisad elmi tarixində yeni bir nəzəri məktəbin adıdır. Tədavül sferasını öyrənən
merkantilistlərdən fərqli olaraq fiziokratlar təbiətlə bağlı olan əkinçilik, kənd
təsərrüfatı istehsalını tədqiq etməyi əsas tutmuşlar. Bununla onlar iqtisadiyyatın
12
əsas, həlledici sahəsi olan istehsal dairəsinin öyrənilməsinə başlamışlar. Lakin,
onlar bütün iqtisadiyyatı deyil, yalnız əkinçiliyi əsas götürmüş və onu sərvətin
yaradılmasının yeganə mənbəyi hesab etmişlər. Bu fikir cərəyanı XVIII əsrdə
Fransada, kənd təsərrüfat istehsalının üstünlük təşkil etdiyi bir şəraitdə meydana
çıxmışdır. Fiziokrat iqtisadi nəzəriyyəsinin əsasını qoyan da fransalı həkim və
təbiətşünas Fransua Kene (1694-1774) olmuşdur. Altmış yaşında iqtisadi məsələ-
lərlə məşğul olmağa başlayan Kene XVIII əsrin ən böyük iqtisadçısı kimi dünyada
tanınmışdır. Bu məktəbin görkəmli nümayəndələri Jak Turqo (1727-1781), Viktor
Mirabo (1715-1789) və başqaları iqtisadi təlimlər tarixində xüsusi yer tuturlar.
F.Kene «fermerlər», «taxıl», «vergilər» və s. kimi iqtisadi məqalələr yazmış və
1758-ci ildə özünün məşhur «İqtisadi cədvəl»ini nəşr etdirmişdir. Turqo isə 1766-
cı ildə «Sərvətin yaranması və bölgüsü haqqında düşüncələr» əsəri ilə çıxış
etmişdir. Kene başda olmaqla fiziokratların əsas nəzəri-iqtisadi görüşləri sərvətin
yaranması, mənbələri və bölgüsünün təhlilinə yönəldilmişdir. Onlar sərvətin əsas
mənbəyini təbiətin, torpağın iştirak etdiyi əkinçilikdə görürlər və əkinçinin əməyini
də məhsuldar əmək hesab edirlər.
İqtisad elmi tarixində ilk dəfə təkrar istehsal nəzəriyyəsinin əsası da Kene
tərəfindən qoyulmuşdur. Kenenin iqtisad elminə daxil olan və əsrimizdə də öz
aktuallığını saxlayan məşhur «İqtisadi cədvəl»i dəfələrlə dərc olunmuş və onun
davamçıları tərəfindən istifadə edilmişdir. Bu cədvəldə rəqəmlərin və qrafiklərin
köməyi ilə əkinçilikdə yaranan ümumi və xalis məhsulun natural və pul formasında
dövranı təsvir olunur.
Klassik məktəb - klassik iqtisad elminin və onu yaradanların əsil vətəni
İngiltərə olmuşdur. Avropanın bu ölkəsində XVII-XVIII əsrlərdə və sonrakı
dövrdə iqtisadiyyatda, onun əsas sahələri olan sənayedə, kənd təsərrüfatında,
nəqliyyatda, ticarətdə sıçrayışlar baş vermişdir. Burada, sərbəst sahibkarlıq və
təşəbbüsə, azad bazar və rəqabətə əsaslanan yeni kapitalist sistemi daha sürətlə
inkişaf etməyə başlamışdır. Belə bir şəraitdə iqtisadiyyatın bütöv bir sistem kimi
öyrənilməsinə və təhlil edilməsinə ehtiyac duyulurdu. Dövrün ehtiyac və tələbləri
bu elmi yaradanları da yetişdirirdi. Bunların içərisində ən məşhurları Uilyam Petti
(1623-1687), Adam Smit (1723-1790) və David Rikardo (1772-1823) olmuşdur.
İqtisad elminin baniləri və klassiklərinin böyük xidməti ondadır ki, ilk dəfə onlar
cəmiyyətin iqtisadiyyatını bütöv halda götürüb tədqiqat obyektinə çevirmişlər.
Merkantilizm cərəyanından fərqli olaraq klassiklər sərbəst bazar iqtisadiyyatı
nəzəriyyəsini yaratmışlar.
Cəmiyyətin iqtisadi həyatını və onun inkişaf qanunlarını daha sistemli şəkildə
araşdıran dahi ingilis iqtisadçısı Adam Smitdir. A.Smit uzun müddət axtarışlardan
və müşahidələrdən sonra iqtisadi məsələlərlə məşğul olmağa başlamışdır. Nəticədə
«Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat» (1776) adlı şah əsəri ilə
məşhur olmuşdur. Smitin əsərində başlıca məsələ insanın iqtisadi azadlığı, onun
sərbəst surətdə öz qabiliyyətlərini reallaşdıra bilməsidir. O göstərir ki, insanın
iqtisadi fəaliyyətinin başlıca amilini, motivini şəxsi maraq təşkil edir. Bu mənafe
isə öz əməyini, məhsullarını azad surətdə mübadilə etmək vasitəsilə həyata keçirə
bilər. Bu yolla insanlar bir-birinə xidmət edir və münasibətlər yaradırlar. Onun
fikrincə istehsalçılar, alıcılar və satıcılar arasında sərbəst rəqabət olmadan iqtisa-
13
diyyat inkişaf edə bilməz. O, rəqabəti insanların sərbəst iqtisadi fəaliyyətlərini
tarazlaşdıran başlıca qanun hesab edir. Onun «Görünməyən əl» adlandırdığı «gizli
fikri» də bazar münasibətlərini tənzimləyən təbii, obyektiv qanunlardır. Smit hətta
azad rəqabətin söndürülməsini iqtisadiyyatın sərbəst inkşafı üçün bir fəlakət hesab
edir.
A.Smit iqtisadiyyatın inkişafında insan amilini, onun aparıcı rolunu düzgün
qiymətləndirir.
A.Smitdən sonra iqtisad elminin inkişafında ən böyük xidməti olan D.Rikardo
olmuşdur. O, iqtisad elminin pul tədavülü, kredit, vergi, beynəlxalq əmək bölgüsü,
dünya ticarəti kimi konkret sahələri üzrə qiymətli nəzəri və əməli əhəmiyyətli fikir
söyləmişdir. Rikardo belə hesab edir ki, cəmiyyətin inkişaf və tərəqqisinin yeganə
hərəkətverici qüvvəsi insanların şəxsi mənafeyidir. Bu şəxsi mənafelər isə sərbəst
bazara, sərbəst rəqabətə əsaslanan iqtisadi sistemdə reallaşa bilər. O, hətta ölkələr,
xalqlar arasında mövcud ticarət münasibətlərində belə sərbəst rəqabət imkanların-
dan istifadə edilməsini məqsədəuyğun sayırdı.
Marksist məktəb - bu məktəbin baniləri K.Marks (1818-1883) və F.Engels
(1820-1895) klassik iqtisad elmindən bir mənbə kimi istifadə etmişlər. Tarixi
materializm baxışlarını əsas tutan Marks və Engels keçmişdə və öz dövrlərində
yaşayan iqtisadçıların nəzəri görüşlərini təhlil və tənqid süzgəcindən keçirmişlər.
Onlar ictimai-iqtisadi fikrin təhlilində sinfi mövqedən çıxış etmişlər. Marks və
Engels kapitalizmin kommunizm ilə əvəz olunmasının nəzəriyyəsini əsaslan-
dırmağa çalışmışlar.
Marksın iqtisadi təhlilinin məğzini izafi dəyər və onun formaları haqqındakı
nəzəriyyə təşkil edir. Kapital yığımı, proletariatın mütləq və nisbi yoxsullaşması
Marksın nəzəriyyəsində əsas yer tutur. Buna baxmayaraq Marks və Engelsin
«Kapital», «Anti-Dürinq», «Təbiətin dialektikası», «Ailənin, xüsusi mülkiyyətin
və dövlətin mənşəyi» və s. əsərlərində obyektiv və ümumbəşəri dəyərlərə malik
olan ideyalar da öz əksini tapmışdır.
K.Marks «Kapital»ın birinci cildinə yazdığı müqəddimədə göstərir ki,
«Cəmiyyət... öz inkişafının təbii qanununun izinə düşdükdə... nə təbii inkişaf
mərhələləri üzərindən sıçraya bilməz, nə də bu mərhələləri dekretlə ləğv edə
bilməz». Bu inkar olunmaz nəzəri müddəa cəmiyyətin inkişafının təbii qa-
nunauyğunluq əsasında baş verdiyini göstərir. O göstərir ki, bir ictimai-iqtisadi qu-
ruluş başqa bir quruluşla nə vaxt və hansı maddi-mənəvi şərtlər yetişdiyi şəraitdə
əvəz oluna bilər. Buna cavab olaraq Marks yazır: «Heç bir formasiya... yeni yük-
sək istehsal münasibətləri, köhnə cəmiyyət daxilində onların mövcud olması üçün
maddi şərait yetişməyincə meydana gəlmir».

§3. Azərbaycan iqtisadi fikir tarixi (qısa icmalı)

Tarixin ilkin dövrlərindən başlayaraq Azərbaycanda, Şərqdə iri şəhərlər, elm və


mədəniyyət mərkəzləri yaranmış və özünün yüksək inkişaf mərhələsini
keçirmişdir. Çindən Avropaya uzanan qədim ipək yolu Azərbaycanın və bir çox
Şərq ölkələrinin iqtisadi, mədəni inkişafında mühüm yer tutmuşdur. İndi bərpa
olunmağa başlanılan bu qədim karvan yolu xalqlar arasında iqtisadi, mədəni və
14
mənəvi yaxınlığa və tərəqqiyə də səbəb olmuşdur.
IX-XIV əsrlərdə Şərqdə və Azərbaycanda elm, sənət və mədəniyyət yüksək
inkişaf dövrü keçirmişdir. Bu dövrdə Şərqin dünya şöhrətli dahi mütəfəkkirləri
yetişmişdir. Bunlardan Fərabi (870-950), İbn Sina (980-1037), Biruni (973-1048),
Bəhmənyar (993-1066), Nizami (1141-1209), Tusi (1201-1274), İbn Xəldun
(1332-1406) kimi mütəfəkkirlər çoxcəhətli elmi və ədəbi yaradıcılıqları ilə dünya
mədəniyyətini zənginləşdirmişlər.
Çox erkən dövrlərdə heyvandarlıqla, əkinçiliklə məşğul olan türk tayfaları
dəmir-metal əşyalardan sənət məmulatları istehsal etməyə başlamışlar.
Azərbaycanda dəmir filizi, mis istehsalı və onlardan istifadə olunması qədim tarixə
malikdir. Məşhur türkoloq alim Lev Qumilyev «Qədim türklər» əsərində yazır:
«Türklər dəmirin sənaye üsulu ilə istehsalını mənimsəyən ilk xalq kimi tarix səhnə-
sinə çıxmışlar».
Azərbaycanda ilkin iqtisadi fikir və təsəvvürlər türk dünyasının böyük abidəsi
olan «Kitabi-Dədə Qorqud» dastanlarında da əks olunmuşdur. Bu dastanda əks
etdirilən həyat səhnələri, qəhrəmanlıq hadisələri ilə yanaşı, oğuz qəbilələrinin yaşa-
dığı iqtisadi və sosial həyat şəraiti haqqında da məlumatlar verilir. Dastanın boyla-
rından aydın olur ki, qədim oğuzlar maldarlıqla, əkinçiliklə məşğul olmaqla yanaşı,
sənətkarlığın müxtəlif növləri ilə də məşğul olmuşlar. Bu sənətlərdən dəmir və
poladdan düzəldilmiş alətlər, döyüşdə istifadə edilən qılınc, nizə, xəncər, ox və
yay, zirehli paltar və sairələri daha çox yayılmışdır. Bununla yanaşı, xalçaçılıq,
keçəçilik, toxuculuq, zərgərlik və şərabçılıq kimi sənət növləri də xüsusi yer
tuturdu. Bütün bu sənət və peşə növlərinin inkişafı qədim türk-oğuz tayfalarında
əmtəə mübadiləsinə və ticarətə də şərait yaratmışdır.
İslam mədəniyyəti xalqların həyat tərzinə, əxlaqi davranış və düşüncələrinə
daxil olmaqla yanaşı iqtisadi-sosial həyat məsələlərinin də tənzim edilməsində
özünü göstərir. İslamın müqəddəs kitabı «Qurani-Kərim»də və Məhəmməd
Peyğəmbərin kəlam və nəsihətlərindən ibarət olan «Hədislər»də mülkiyyət, sərvət,
əmək, bölgü, mübadilə, ticarət, pul, sələm və vergilər kimi iqtisadi məsələlərə mü-
nasibət bildirilir.
Quran»ın bir çox surələrində ticarətdə, alqı-satqıda bərabərlik prinsipinə əməl
olunması göstərilir. Çəkidə, ölçüdə, malın keyfiyyətində aldatmaq şəriət qanununa
zidd bir əməl kimi pislənilir.
«Quran»da insanlar arasında mübadilə, alış-veriş münasibətləri faydalı bir
fəaliyyət sayılır. Lakin borc verib faiz almaq, sələmçilik isə qəti qadağan edilir.
Bundan başqa, «Quran»da və «Hədislər»də vergilərin ödənilməsi üçün çox sadə və
aydın qaydalar müəyyən edilir. Zəkat, xüms və fitrə ödəməyin miqdarı, onları ödə-
yənlərin əmlak vəziyyəti nəzərə alınır.
Azərbaycanda iqtisadi fikrin inkişafında Nizami Gəncəvi önəmli yer tutur. O,
dahi şair və mütəfəkkirdir. Onun beş böyük poemadan ibarət olan «Xəmsə»sində
iqtisadi fikir və ideyaları əks olunmuşdur.
Nizaminin sosial-iqtisadi görüşlərində mühüm yer tutan məsələlərdən biri əmək
və sərvət, onların daxili bağlılığıdır. O, bütün əsərlərində maddi və mənəvi sərvət-
ləri yaradanların əməyinə yüksək qiymət vermiş, sadə əmək adamının surətlərini
yaratmışdır. Nizami əməyin ancaq insana xas olan bir fəaliyyət olduğunu göstərir,
15
insanın başqa canlılardan fərqini və üstünlüyünü onun əmək fəaliyyətində, çalış-
mağında görür.
Nizami belə bir həqiqəti də dərk etmişdir ki; «hər cür çalışmaqda son məqsəd,
yemək və geyməkdən başqa bir şey deyildir». Nizamiyə görə əmək prosesi ictimai
məna daşıyır, burada hər kəs həm özü üçün, həm də başqaları üçün çalışır, hər
kəsin hamıdan, hamının isə hər kəsdən asılılığı mövcuddur. O, «Dünya tarlasına
diqqət yetirsək, hamımız bir-birimiz üçün əkinçiyik» fikrini söyləyir.
Azərbaycan nəzəri-iqtisadi fikrinin inkişafına böyük xidmət göstərənlərdən biri
də Nəsirəddin Tusidir (XIII əsr). Dünyada astronom, riyaziyyatçı kimi tanınan
N.Tusi filosof və iqtisadçı kimi də məşhurdur. Onun iqtisadi-nəzəri və əməli fikir-
ləri məşhur «Əxlaqi-Nasiri» və «Maliyyə haqqında tədqiqat» əsərlərində ifadə
olunmuşdur.
Tusi göstərir ki, əmək bölgüsü, ixtisaslaşma cəmiyyətin müəyyən dövrü üçün
yaşamasının zəruri şərtidir. O yazır: «İnsanlar bir-birinə kömək etdikdə, onların
hərəsi bu işlərin birini yerinə yetirdikdə, özlərinə lazım olandan çox istehsal edər,
artığını başqalarına vermək və almaq yolu ilə müvazinət və tarazlıq əmələ gətirər,
yaşayış vasitələrini təmin edər, özünü və cinsini mühafizə edər, nizama salar və
sistem yaradarlar». Tusinin göstərdiyi bu sistemdə istehsalla istehlak arasındakı
qarşılıqlı əlaqə, onların birinin digəri üçün şərt olması ideyası da əks olunmuşdur.
Dünya iqtisadi fikir tarixində xüsusi xidməti olan alimlərdən biri də
Əbdürrəhman İbn Xəldundur.
Avropa alimləri İbn Xəldunu «Tarix filosofu», islam Şərqinin Monteskyesi
adlandırmışlar.
İbn Xəldunun böyük elmi xidmətlərindən biri cəmiyyətin keçdiyi təbii-tarixi
inkişaf mərhələləri və onun hərəkətverici qanunları haqqındakı fikirləridir. O
göstərir ki, cəmiyyət öz inkişafında köçərilik, oturaq həyat və mədəniyyət mər-
hələlərindən keçməlidir. Müəllif bu inkişaf mərhələlərinin birindən digərinə
keçməsi prosesini əmək bölgüsü və məhsuldar qüvvələrin inkişafında baş verən
dəyişiklik və tərəqqilə izah edir.
İbn Xəlduna görə dövlətin və məmurların bilavasitə iqtisadi fəaliyyətlə, ticarətlə
məşğul olması o ölkənin təbəələri üçün zərərli haldır.
Azərbaycanın və Şərqin ictimai fikrinin mühüm hissəsi olan iqtisadi fikir
sonrakı dövrlərdə də məşhur mütəfəkkirlərin əsərlərində bu və digər dərəcədə öz
əksini tapmışdır. Xüsusilə Azərbaycanda iqtisadi fikir və təlimlər XIX əsrin ikinci
yarısında M.F.Axundovun, H.B.Zərdabinin, N.B.Vəzirovun, Z.Marağayinin və
başqa mütəfəkkir və yazıçıların əsərlərində inkişaf etdirilmişdir.
XX əsrin əvvəllərində baş verən ictimai-siyasi hadisələr Azərbaycanda xeyli
qəzet və jurnalların yaranmasına, müxtəlif fikir cərəyanlarının meydana çıxmasına
təkan vermişdir. Bu dövrün mətbuatında, böyük mütəfəkkir, şair, yazıçı və siyasi
xadimlərin əsərlərində Azərbaycanın mövcud iqtisadi və mənəvi mühiti ifadə edil-
mişdir.

MÜHAZİRƏ MƏTNİ

16
MÖVZU 3. MÜASİR İQTİSADİ NƏZƏRİYYƏLƏR

§1. Müasir iqtisadi nəzəriyyələrin formalaşması və əsas istiqamətləri


§2. Neoklassik istiqamət
§3. Keynsçilik
§4. İnstitutsional-sosioloji istiqamət

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. «İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin, Ə.P.Babayevin və


M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999.
2. İqtisadi təlimlər tarixi. Dərslik, M.X.Meybullayevin elmi redaktəsi ilə. B.
2005.
3. M.Meybullayev, XIX əsr iqtisadçılarının əsərlərində klassik elmi sistemin
inkişafı. Bakı, 2001.
4. Q.S.Əlləzov. «Müasir iqtisadi nəzəriyyələr». Bakı, 1999.
5. Q.Əlləzov, Klassik burjua siyasi iqtisadının yaranması və inkişafı. Bakı,
1992.
6. Q.Əlləzov, J.B.Seyin iqtisadi nəzəriyyəsi və metodologiyası. Jurnal,
«İqtisad elmləri: nəzəriyyə və praktika». № 1-2, Bakı, 2005

§1. Müasir iqtisadi nəzəriyyələrin formalaşması və


əsas istiqamətləri

Müasir iqtisadi nəzəriyyələr iqtisad elminin çoxəsrlik inkişafının nəticəsi olmaqla, müasir iqtisadi həyatın
obyektiv şəraiti, tələbatı və mənafeyi ilə sıx əlaqədə yaranıb formalaşmışdır. Bu nəzəriyyələrin əksəriyyəti Qərbi
Avropanın inkişaf etmiş ölkələrinin və Amerikanın iqtisadi fikrinə məxsus olmasına baxmayaraq, onlar İkinci
Dünya müharibəsindən sonra dünyəvi xarakter almışdır.
Müasir iqtisadi nəzəriyyələrin formalaşması və inkişafı iki mərhələdən keçib. Birinci, yaranma və təşəkkül
tapma mərhələsi. Bu, XIX əsrin axırını və İkinci Dünya müharibəsinə qədər olan dövrü əhatə edir. İkinci, inkişaf
etmə və təkamül mərhələsi. Bu müharibədən sonrakı dövrü əhatə edir.
Müharibədən sonrakı dövrün özü də iki mərhələyə ayrılır. Birincisi, 1945-ci ildən 70-ci illərin əvvəlinə
qədər; ikincisi, 70-ci illərin ortasından indiyə qədər olan dövrdür. Birinci mərhələdə iqtisadi fikrin inkişafında
müharibədən qabaqkı iqtisadi sarsıntılar və bilavasitə müharibənin nəticəsi dərin iz qoymuşdu. İkinci mərhələdə
həlledici amil ETİ və bunun nəticəsində iqtisadiyyatda baş verən dərin sosial-iqtisadi dəyişikliklər olmuşdur.
Müasir iqtisadi nəzəriyyələrin formalaşmasında XX əsrin 20-30-cu illərini xüsusi qeyd etmək lazımdır.
Çünki, bu illər iqtisadi fikrin inkişafında dönüş dövrü olmuşdur.
Bu dövrdə ortodoksal neoklassik nəzəriyyədə mühüm dərəcədə dəyişiklik baş vermişdir. Ona dövlət
müdaxiləsinin məqsədi, hüdudu, forma və metodları, qeyri-mükəmməl və inhisarçı rəqabət və s. daxil olmuşdur.

17
Ən əsası isə bu dövrdə kapitalist iqtisadiyyatının fəaliyyət mexanizminin makroiqtisadi nəzəriyyəsi və ona
əsaslanan kapitalist iqtisadiyyatını «tələbi idarəetmə» yolu ilə dolayı tənzim etmə konsepsiyası yaranmışdı.
İqtisadi ədəbiyyatda müasir iqtisadi nəzəriyyələr aşağıdakı istiqamətlərə ayrılır: 1) Neoklassik istiqamət.
Buna azad iqtisadiyyat nəzəriyyələri daxildir. 2) Keynsçilik və yaxud tənzimlənən iqtisadiyyat nəzəriyyələri. 3)
İnstitutsional-sosioloji istiqamət.
Bu istiqamətlərin hər biri digəri üçün alternativ nəzəriyyələr, müxtəlif ideyalar, baxışlar və konsepsiyalar
sistemidir. Hər bir istiqamətdə istər nəzəri və istərsə də praktiki fikir ayrılıqları vardır.
Müasir dövrdə cərəyanlar və məktəblər arasındakı hüdudların silinməsi prosesi gedir, çünki əsas istiqamət-
lərdən heç biri müasir iqtisadiyyatın həqiqi vəziyyətini əks etdirmir. Onların hər biri bu və ya digər real prosesləri
əsas götürür və bu prosesləri birtərəfli izah edirlər. Ona görə də müasir dövrdə iqtisadi proseslərin mürəkkəbləşməsi,
müəssisələrin iriləşməsi, satış probleminin kəskinləşməsi ilə iqtisadi problemlərin praktiki həllinin çətinləşməsi
üzündən müxtəlif istiqamətlərin yaxınlaşma və sintez prosesi güclənmişdi. Bu yaxınlaşmanın obyektiv əsası
praktiki vəzifələrin həllində dövlətin rolunun artmasıdır.
Əsas istiqamətlərin sintezləşməsinin əsasında onların tədqiqat predmetinin ümumiliyi durur. Müasir dövrdə
müxtəlif istiqamətin iqtisadçıları öz diqqətlərini iqtisadi artım, onun amilləri və nəticələri, inhisarlar, dünya
iqtisadiyyatı, inkişaf edən ölkələrin iqtisadi problemləri, ətraf mühitin mühafizəsi məsələləri kimi aktual prob-
lemlərə cəmləşdirmişlər.

§2. Neoklassik istiqamət

İqtisadi nəzəriyyənin neoklassik istiqaməti XIX əsrin 90-cı illərində iqtisad elmində ingilis-amerikan
adlanan yeni məktəbin yaranması ilə təşəkkül tapmışdır. İqtisadi nəzəriyyənin bu istiqaməti K.Marksın iqtisadi
tə’liminin tə’sirinə cavabvermə kimi yaranmışdır.
Neoklassik istiqamətin nümayəndələri sübut edirlər ki, bazar mexanizminə əsasən tələb və təklif arasında
tarazlığı tə’min etmək mümkündür. Ona görə də onlar dövlətin rolunu, yalnız azad rəqabət üçün əlverişli olan
şərtlərin müdafiəsində görürlər. İstiqamətin adı da buradan irəli gəlmişdi.
Neoklassik adlanan iqtisadçılar siyasi iqtisada (ekonomiks, iqtisadi nəzəriyyə, iqtisad adı altında) ya sərvət
və onun bölgüsü; sərvətin bölgüsü və istehlakı ilə əlaqədar insanların fəaliyyətinin motivləri; resursların nadirliyi
problemləri və onların istifadəsinin alternativləri haqqında və yaxud bunlara uyğun olan insanların davranışını
öyrənən elm kimi baxmışlar.
Neoklassiklərin nümayəndələri mikroiqtisadi təhlilə əsaslanmışlar və iqtisadiyyata bazar vasitəsilə bir-
birinə bağlanmış təsərrüfat vahidlərinin məcmusu kimi baxmışlar.
Neoklassik istiqamətin yaradıcısı ingilis iqtisadçısı A.Marşal (1842-1924) olmuşdu. Onu 1890-cı ildə
çapdan çıxmış «İqtisad elminin prinsipləri» əsəri məşhur etmişdi.
A.Marşal «siyasi-iqtisad» terminindən imtina edib, onun əvəzinə «iqtisad» (ekonomiks) terminini qəbul
etmişdir. A.Marşal tərəfindən siyasi sözünün çıxarılmasına iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırıl-
ması ideyasının məntiqi nəticəsi kimi baxmaq lazımdır. Çünki o, bütün iqtisadiyyatı makrosəviyyədə dövlət
prizmasından deyil, mikrosəviyyədə fərdi təsərrüfatlar mövqeyindən təhlil etmişdir. Bununla A.Marşal elmin
tədqiqat obyektindən siyasi, sinfi problemləri çıxarmış və iqtisad elmini ideologiyadan kənar elmə çevirmişdi.
Onun bu mövqeyini Böyük Britaniyanın və ABŞ-ın əksər nəzəriyyəçiləri müdafiə etmişdi.
A.Marşal iqtisad elminə iqtisadiyyatın mikrosəviyyəsində bazar fəaliyyətinin prinsipləri haqqında xüsusi
elm kimi baxır. Onun vəzifəsini bazar təsərrüfatının real fəaliyyət mexanizmini öyrənməkdə və onun işləmə
prinsipini dərk etməkdə görür. İqtisad elminin predmetini ictimai-sinfi problemlərdən ayırıb, iqtisadi seçim və
onun qanunları ilə əlaqələndirir. İnkişafın ancaq təkamül yolunu qəbul edir.
A.Marşal iqtisadi hadisələrə subyektiv-psixoloji mövqedən yanaşır. Əsasən, psixoloji amilə üstünlük verir.
O, tədqiqatın funksional metodundan istifadə edir. Bu metodla müəyyən edir ki, bütün iqtisadi hadisələr bir-birilə
səbəb-nəticə əlaqəsində deyil, funksional asılılıqdadırlar.
A.Marşalın nəzəri mühakiməsinin mərkəzində qiymət nəzəriyyəsi durur. A.Marşal diqqətini qiymətin
səbəbinə deyil, onu müəyyən edən amillərə, onun necə dəyişdiyinə və iqtisadiyyatda yerinə yetirdiyi funksiyalara
yönəldir. O, tədqiqatın ağırlıq mərkəzini dəyərin mənbəyi ətrafındakı nəzəri mübahisələrdən qiymətə, tələb və təklifin
qarşılıqlı fəaliyyəti probleminin öyrənilməsinə keçirir. O, əsaslı surətdə tələb və təklifin necə əmələ gəldiyini və
qarşılıqlı fəaliyyət göstərməsini təhlil etmiş, iqtisadi nəzəriyyəyə indiyə kimi öz əhəmiyyətini saxlamış qiymətə görə
tələb və təklifin elastikliyini gətirmişdi.
Qiymətin əmələ gəlməsini istehlakçı mövqeyindən ilk dəfə öyrənən Avstriya məktəbi olmuşdu. Faydalılıq
həddi nəzəriyyəsini də onlar yaratmışdı. Avstriya məktəbinin nəzəriyyəçiləri K.Menger (1840-1921), E.Bem-
Baverk (1851-1914) və F.Vizer (1851-1926) olmuşdu. Avstriya məktəbi neoklassik istiqamətin əsasını qoymuşdu.
Bu sonradan Kembric məktəbi tərəfindən Rikardoçuluğun ayrı-ayrı elementlərilə zənginləşdirilmiş, XIX əsrin
axırında və XX əsrin əvvəllərində neoklassik istiqamət adı almış və aparıcı ölkələrdə hakim mövqe tutmuşdu.
Marjinalizm istehlaka üstünlük verən, iqtisadi hadisə və proseslərin izahında həddi, son kəmiyyətin
təhlilinə əsaslanan nəzəriyyədir. Marjinalizmin əsas prinsipi faydalılığın azalması prinsipidir.
Marjinalizmin klassikləri Avstriya məktəbinin yuxarıda adı çəkilən nümayəndələri, ingilis iqtisadçısı
U.S.Cevons (1835-1882), amerikan iqtisadçısı C.B.Klark (1847-1938), İsveç iqtisadçıları L.Valras (1834-1910)
və V.Pareto (1848-1923) olmuşdu.

18
Marjinalizmin əsas kateqoriyaları: faydalılıq həddi, məhsuldarlıq həddi, məsrəf həddi və başqalarıdır. Marjina-
lizm kəmiyyət təhlilinə əsaslanır və onun metodu həddi təhlil metodudur, iqtisadi-riyazi metod və modellərdən də
geniş istifadə edilmişdir.
Marjinalistlər tərəfindən məhdud resurslardan səmərəli istifadə olunma problemi təntənəli şəkildə
ekonomiksin predmeti elan edilmişdir.
Avstriya məktəbinin nümayəndələrinin fikrinə görə istehlak seçimi müəyyən şəxs üçün alınmış məhsulun
əhəmiyyətlilik dərəcəsindən, həmin məhsulun kəmiyyətindən və tə’min olunma dərəcəsindən, onun təkrar istehsal
imkanlarından asılıdır. Onlar iqtisadi seçimdə əsas amil kimi bu və ya digər məhsulun faydalılığını götürmüşlər. Ona
görə də Avstriya məktəbi faydalılığı istehlakçı mövqeyindən qiymətləndirmişdir. Onların təlimində faydalılıq
istehlak sistemindən və məhsulun mövcud ehtiyatından asılıdır. Müəyyən növ məhsulun hər sonuncu vahidi
əvvəlkinə nisbətən istehlakçı üçün az faydalılığa malikdir. İstehlak olunan məhsulun kəmiyyəti artdıqca, tələbat
ödənildikcə konkret faydalılığın kəmiyyəti azalır. Faydalılıq həddi istehlakın həcmi ilə tərs münasibətdə olur.
Marjinalizmdə məhsulun hər sonradan gələn vahidinin istehlakından alınmış əlavə faydalılıq - faydalılıq həddi
adlanır və qiymət onunla müəyyən olunur. Beləliklə, müəyyən növ məhsulun qiyməti, həmin məhsulun ən az
zəruri olan tələbatı ödəyən sonuncu vahidinin faydalılığı ilə müəyyən olunur.
Neoklassik sistemdə əsas metodoloji nəzəriyyələrdən biri məhsuldarlıq həddi nəzəriyyəsidir. Bu
nəzəriyyənin əsas müəllifi Amerika iqtisadçısı C.B.Klarkdır. Məhsuldarlıq həddi nəzəriyyəsi faydalılıq həddi
nəzəriyyəsinin modifikasiyasıdır və müasir dövrdə onun ən geniş yayılmış variantlarından biridir. Məhsuldarlıq
həddi nəzəriyyəsi faydalılıq anlayışının istehsal amillərinə şamil olmasıdır və onların qiymətinin faydalılıq həddi
prinsipi ilə müəyyən edilməsidir. Məhsuldarlıq həddi nəzəriyyəsi məhsuldarlığın, yaxud gəlirin azalması qanununa
əsaslanır. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, istehsal amillərindən hər hansı birinin, o birilərilə müqayisədə
artması ilə onun məhsuldarlığı azalır.
Marjinalizm nəzəriyyəsinin yaranmasından bir əsrdən çox vaxt keçməsinə baxmayaraq çoxlu məktəblərdən
fərqli olaraq, o səhnədən getməmişdir. Hər bir müasir nəzəriyyə marjinalizmə əsaslanaraq irəli getmişdi. Onun
nəzəri müddəaları ilə iqtisadi nəzəriyyənin çox istiqamət və məktəbləri həmfikir olmuşdur.
Neoklassik yönümlü cərəyanlardan biri neoliberalizmdir. Bu cərəyan XX əsrdə bütünlükdə neoklassizmi
təmsil etmiş və müasir iqtisadi nəzəriyyələrin formalaşmasında əhəmiyyətli rol oynamışdı. Neoliberalizmin əsası
A.Smit tərəfindən qoyulmuşdur. Neoliberalizm iqtisadiyyatı əlavə nizamlamadan, onun azad, öz-özünə tənzim olun-
ması ideyasını müdafiə etməklə, iqtisadi liberalizmin prinsiplərini əsas götürərək özündə London (F.Xayek),
Frayburq (V.Oyken, L.Erxard), Çikaqo (M.Fridmen) məktəblərini birləşdirir. Bütün bu məktəblərin nəzəri əsasında
azad sahibkarlıq ideyası durur.
Bu məktəblər təsərrüfat fəaliyyətində sahibkarların azad fəaliyyət göstərməsini müdafiə edirlər.
İqtisadiyyatda dövlətin təsirini minimuma endirirlər. Onun rolunu ancaq azad rəqabətə əlverişli olan şəraiti
mühafizə etməkdə görürlər.
Neoliberalizm Keynsçiliklə bir vaxtda yaranmışdır. Hər iki cərəyan kapitalizmin özünü tənzimlənməsi
haqqında ənənəvi təsəvvürü dağıtmış olan 1929-1933-cü illər böhranına iqtisad elminin münasibətini ifadə
etmişdi. Bu vaxt iqtisadiyyata dövlətin fəal qarışması tələb olunurdu. Digər tərəfdən isə marksizmin və Keynsçili-
yin nüfuzu artırdı. Bu şəraitdə iqtisadi liberalizmin tərəfdarları klassik prinsipi saxlamaqla məhdud miqyasda
iqtisadiyyata dövlətin müdaxiləsinin zəruriliyini məcburi qəbul edib, neoliberalizm formasında çıxış etmişlər.
Neoliberalizmin əsasını qoyan və onun metodologiyasını yaradan alman iqtisadçıları, birinci növbədə
V.Oyken (1891-1950) olmuşdu. Neoliberalizm nəzəriyyəsi müxtəlif istiqamətlərdə inkişaf etmişdi. Onun klassik
forması azad sahibkarlıq şüarı altında Qərbi alman variantıdır. Müharibədən sonra Qərbi Almaniya beynəlxalq li-
beralizmin mərkəzi olmuş və bütün ölkələrin neoliberalları Frayburq məktəbinin ətrafında cəmləşmişdi. Onun əsas
nəzəriyyəçiləri V.Oyken, L.Erxard, L.Müller-Armaq, A.Rustov, V.Repke və başqaları olmuşdu.
Neoliberalizmin metodologiyasının əsasında, onun bütün tərəfdarlarını birləşdirən Oyken tərəfindən
yaradılmış iqtisadi quruluşun iki tipləri haqqında konsepsiya durur. Oyken iqtisadi quruluşu təcrübədə reallaşmış
təsərrüfat formalarının məcmusu kimi müəyyən edir. O, iki təsərrüfat formasını ideal sayır və tanıyır. Birincisi,
mərkəzdən idarə olunan təsərrüfat, onun natural və mərkəzi-inzibati təsərrüfat növləri. İkincisi, bazar təsərrüfatı. Fray-
burq məktəbinin sosial iqtisadi proqramı bu konsepsiyaya əsaslanmışdı. Onlar tarixdə mə’lum olmuş bütün iqtisadi
sistemləri təsərrüfatın bu iki ideal tipi mövqeyindən təhlil etmişlər.
Frayburq məktəbi ordoliberallar (üçüncü yol tərəfdarları) adlanırlar. Onların tə’liminin mərkəzində sosial
bazar təsərrüfatı nəzəriyyəsi durur. Sosial bazar təsərrüfatını kapitalizm və sosializm arasında cəmiyyətin
inkişafının üçüncü yolu adlandırırlar. Sosial bazar təsərrüfatının əsas səciyyəvi xüsusiyyəti sosial ədaləti bərpa
etmək qabiliyyəti olan inhisar və rəqabətin tənzimlənməsidir. Müller-Armak isə sosial bazar təsərrüfatının kapi-
talizmdən əsas fərqini sosial kompensasiya prinsipinə tabe olan fəal sosial siyasətdə görür.
Sosial bazar təsərrüfatı modelinin əsas prinsipləri aşağıdakılardır: 1) qiymət azadlığı və sabit pul tədavülü; 2)
inhisarsız rəqabət; 3) xüsusi mülkiyyətin sarsılmazlığı; 4) sahibkarlığın iqtisadi müstəqilliyi və cavabdehliyi; 5)döv-
lətin məhdud iqtisadi rolu. Azad bazar təsərrüfatının əsas siması sahibkar və əsas elementi azad rəqabətdir.
Neoliberalizmin ideyaları Qərbin əksər ölkələrinin iqtisadi siyasətinə təsir etmişdir. Müharibədən sonra
neoliberalizm Qərbi alman dövlətinin rəsmi iqtisadi siyasəti olmuşdu. Neoliberal ideyaların praktiki tətbiqində
L.Erxardın (1897-1977) böyük xidməti olmuşdu. O, sosial bazar təsərrüfatı nəzəriyyəsini təcrübədə həyata ke-
çirmiş və bunun nəticəsində 50-ci illərdə Qərbi Almaniya «iqtisadi möcüzələr» yaratmışdı.
Neoliberalizmin əsas nəzəriyyəçiləri Amerika iqtisadçısı L.Mizes (1881-1973) və ingilis iqtisadçısı F.Xayek

19
(1899-1992) olmuşlar. Onlar iqtisadi liberalizmin prinsiplərini XX əsrin 20-30-cu illərində israrla müdafiə etmişlər.
Onları iqtisadiyyatın tam mərkəzdən planlı tənzimləmə sisteminin, yəni sosializmin gələcəyi narahat etmişdi. Onlar
mərkəzdən idarə edilən iqtisadiyyatın uzun müddət yaşaya bilməyəcəyini inadla qeyd etmişlər. Ona görə də bazar
iqtisadiyyatını qarışıq və hər hansı bir mərkəzdən idarə edilən iqtisadi sistemdən üstün tutmuşlar. L.Mizesin fikrinə
görə dövlət tərəfindən bazarın tənzimlənməsi tələb və təklifi əks etdirmir, istehsalın hansı istiqamətdə inkişaf
etməsinə göstərici ola bilmir. O hesab edir ki, yeganə ağıllı iqtisadi siyasət-liberalizmdir və iqtisadi inkişafın
mütləq əsasları xüsusi mülkiyyət və azad mübadilədir.
Neoliberalizmi ABŞ-da monetarizm təmsil etmişdi. Monetarizm müasir mühafizəkarlığın ən aparıcı
cərəyanıdır. Müasir mühafizəkarlıq monetarizmlə yanaşı özündə təklif və səmərəli gözləmə nəzəriyyələrini
birləşdirir. Amerikan monetarizminin banisi Çikaqo məktəbinin yaradıcısı M.Fridmendir. Amerikan monetarizmi
sübut etməyə çalışır ki, yalnız azad sahibkarlıq şəraitində tam azadlığa, iqtisadi səmərəyə və bölgüdə bərabərliyə
nail olmaq mümkündür. Monetaristlər hesab edirlər ki, tələbin tənzimlənməsi təsərrüfat düzəlişinin təbii prosesini
pozur. Onlar azad sahibkarlığa təhlükə kimi qiymətləndirilən dövlət müdaxiləsinin formalarının aradan
qaldırılması uğrunda mübarizə aparmışlar.
Monetarizm 70-80-cı illərdə iqtisadi nəzəriyyənin və iqtisadi siyasətin mərkəzində olmuşdu. Bu zaman
istehsalın azalması ilə eyni vaxtda inflyasiya əsas problem olmuşdu. Bu vəziyyətdə Keynsin büdcə xərclərini
artırmaq təklifi, yaxud kəsirli maliyyələşdirmə siyasətinin yeridilməsi əlverişli olmamışdı. Büdcəyə əl gəzdirmək
inflyasiyanı gücləndirmişdi.
Monetarizm - pul kütləsinin iqtisadi fəallığa, monetar vasitələrin və monetar siyasətin iqtisadi inkişafa
təsir mexanizmini əsaslı surətdə öyrənən nəzəriyyədir. Monetarizm əsasən pul kütləsinin tənzimlənməsinə
yönəldilmiş kredit-pul siyasətidir. 1976-cı ildə iqtisadiyyat üzrə Nobel mükafatı alan, Çikaqo məktəbinin başçısı
M.Fridmen qeyd edir ki, bizim adət etdiyimiz pul kəmiyyəti nəzəriyyəsi indi monetarizm adlanır. O göstərir ki,
pulun kəmiyyət nəzəriyyəsi pula tələbin xüsusi nəzəriyyəsidir. Çox hallarda monetarizm bütünlükdə antikeynsçilik
kimi qiymətləndirilir.
Monetarizm təkcə pul nəzəriyyəsi olmayıb, həm də təkrar istehsalın spesifik konsepsiyasıdır, pulun təkrar
istehsalda rolu haqqında nəzəriyyədir.
Monetarizmin fərqləndirici xüsusiyyəti iqtisadiyyatın bütün əsas problemlərinə (qiymət, işsizlik, inflyasiya,
gəlirlərin nominal səviyyəsinə və s.) pul tədavülü prizmasından yanaşmasıdır. Monetarizmin mahiyyəti iqtisadi
tarazlığın sabit gedişinin pozulmasının səbəbini səhv pul siyasəti və pul sferasındakı dəyişiklik ilə əlaqədar
olduğunu sübut etməkdir. M.Fridmen özünün bütün əsər və məqalələrində uzunmüddətli dövrdə təsərrüfat həyatında
baş verən böyük dəyişikliyin hər şeydən əvvəl pul kütləsi və onun hərəkəti ilə əlaqədar olduğunu sübut etməyə
çalışmışdı. O, 1929-1933-cü illərin böhranı daxil olmaqla bütün iqtisadi sarsıntıları bazar iqtisadiyyatının qeyri-
sabitliyi ilə deyil, pul siyasətinin nəticəsi kimi izah edir.
Monetaristlərin konsepsiyası iqtisadiyyatın iki sahəyə: real iqtisadiyyat və pul tədavülü sferasına
bölgüsünə əsaslanır. Birinci-əmtəələrin və xidmətin istehsalı və satışı olan sahə tamamilə bazar qüvvələrinin
fəaliyyət göstərdiyi sfera hesab olunur; daxilən sabit və tarazlı sistem kimi şərh edilir. İkinci sferaya real iqti-
sadiyyatla müqayisədə xarici amil kimi, böhran hadisələrinin əsas törədicisi kimi baxılır və o, dövlətin fəaliyyət
sferası sayılır.
Monetaristlər dövlətin vəzifəsini real sahəyə qarşılıqlı münasibətdə pul sferasını neytrallaşdırmaqda, bazar me-
xanizminin əlverişli şəraitini təmin etməkdə, əmtəə bazarını zəruri miqdarda pulla təchiz etməkdə görürlər.
Onların fikrinə görə tələbin dövlət tərəfindən tənzimlənməsi (Keyns proqramı) bazar qüvvələrini pozur,
uzunmüddətli planda isə inflyasiya meyllərinin güclənməsinə aparır. Fridmen hesab edir ki, bazar sisteminə dövlət
müdaxiləsi qısamüddətli müsbət nəticə verə bilir və ona görə də dövlət bazar münasibətlərinə mümkün qədər az və
ehtiyatlı müdaxilə etməlidir. O, pul tədavülünə dövlətin müdaxiləsini minimuma endirməyə çalışır. Dövlət tənzim-
lənməsini pul kütləsinə və pul emissiyasına nəzarətlə məhdudlaşdırır. Qısamüddətli pul siyasətindən uzunmüddətli pul
tənzimlənməsinə keçməyi məqsədəuyğun hesab edir. Uzunmüddətli pul tənzimlənməsini mütləqləşdirir. Fridme-
nin ideyası öz ifadəsini ABŞ-da «reyqanomikada», Böyük Britaniyada «tetçerizmdə» tapmışdır.
Monetarizm ilə əlaqədə olan nəzəriyyələrdən biri iqtisadi təklif (A.Laffer) nəzəriyyəsidir. Təklif
nəzəriyyəsinin tərəfdarları da Fridmen tərəfindən yaradılmış metodoloji prinsipə əsaslanmışlar. Monetarizmin və
təklif nəzəriyyəsinin hər ikisinin eyni metodoloji və ideya mövqeyindən çıxış etmələrinə baxmayaraq iqtisadi
problemlərə baxışlarındakı fərqə görə bir-birindən seçilirlər.
İqtisadi təklif nəzəriyyəsi məcmu təklifi öyrənən cərəyandır. Onun mahiyyəti məcmu təklifi
stimullaşdırmaq, istehsalı və məşğulluğu fəallaşdırmaqdır. Bu nəzəriyyənin tərəfdarları bazarı iqtisadiyyatın
təşkilinin ən səmərəli üsulu və təbii qərarlaşmış iqtisadi fəaliyyət sistemi kimi qələmə verirlər.
Təklif nəzəriyyəsinin tərəfdarları qeyd edirlər ki, təbii işsizliyin əsas amili dövlətin sosial tə’minat sistemidir.
Geniş miqyaslı sosial proqrama dövlət büdcəsinin xərclərinin artmasının, sonuncuya isə vergi rüsumlarının yüksək
dərəcəsinin səbəbi kimi baxırlar.
Təklif nəzəriyyəsinin nümayəndələri büdcə kəsirini tamamilə qəbul etmirlər. Dövlətə gözlənilməyən
inflyasiyanın büdcə kanalını tam kəsməyi və pul təklifini başqa yolla, kəsiri nəzərə almayaraq dəyişməyi tövsiyə
edirlər.
Təklif nəzəriyyəsinin tərəfdarları dövlətə yığımı vergi islahatının köməyi ilə, dövlətin sosial xərclərini
azaltmaqla, büdcə kəsirini aradan qaldırmaqla artırmağa imkan yaratmağı tövsiyə edirlər. Onlar amortizasiyanı
sür’ətləndirmək siyasətilə istehsalın stimullaşdırılmasına xüsusi əhəmiyyət verirlər. Dövlətdən vergi tənzimlənməsilə

20
bazar sisteminin normal fəaliyyətini tə’min etməyi tələb edirlər. Vergiləri aşağı salmaq yolu ilə iqtisadiyyatı stimul-
laşdırmağın yüksək səmərəliliyini qeyd edirlər. Onlar büdcə siyasətini pul siyasətindən ayırırlar. Monetarizmin
uzunmüddətli pul siyasətinin mütləqləşdirilməsinə qarşı çıxırlar.
Təklif nəzəriyyəsinin nümayəndələrinin, iqtisadiyyatın dövlət tənzimlənməsi sisteminə münasibəti ondan
ibarətdir ki, bu tənzimləmə uzunmüddətli xarakterə malik olmalıdır və məcmu tələbin antitsiklik idarə
olunmasına deyil; əmtəələrin, kapitalların və digər istehsal amillərinin təklifinin stimullaşdırılmasına yönəldilmə-
lidir.
Monetarizm ilə sıx əlaqəsi olan nəzəriyyələrdən biri də səmərəli gözləmə nəzəriyyəsidir. Bu nəzəriyyə 70-ci
illərin ortalarında ABŞ-da yaranmışdır. Onun görkəmli nümayəndələri R.Lukas, T.Sarcent, N.Uolles, C.Mut və
başqaları olmuşdu.
Səmərəli gözləmə nəzəriyyəsi mikroiqtisadi nəzəriyyəyə əsaslanır. O, iqtisadçıların çoxdan gözlədiyi
makro- və mikro nəzəriyyələr arasında əlaqələr yaratmağa çalışır.
Səmərəli gözləmə nəzəriyyəsi sayəsində iqtisadçılar və siyasətçilər siyasətin nəticəsinin dəyişməsinə,
gözləmənin mümkün təsirinə, mikro- və makroiqtisadi nəzəriyyələrin əlaqəsinə olduqca böyük diqqət yetirirlər.
Səmərəli gözləmə məktəbinin fikrincə dövlət iqtisadiyyata nə qədər az müdaxilə edərsə, o qədər yaxşıdır. Çünki,
məhz bu müdaxilə iqtisadiyyatın sabitliyini pozur və onu daima şok vəziyyətinə salır.
Beləliklə, monetarizmin və səmərəli gözləmə nəzəriyyəsinin makroiqtisadi nəzəriyyəyə və siyasətə güclü
tə’sir göstərməsinə baxmayaraq, hamı tərəfindən qəbul olunmuş nöqteyi-nəzər, özünün əmələ gəlməsinə görə
Keynsçilikdə qalır.

§3. Keynsçilik

İqtisadi nəzəriyyədə Keynsçilik, sənayecə inkişaf etmiş ölkələrdə dərin iqtisadi böhran baş verdiyi və
neoklassik nəzəriyyənin bu böhranı aradan qaldırmaqda gücsüz olduğu XX əsrin 30-cu illərində yaranmışdı.
Keynsçi baxışlar sisteminin əsas müddəaları C.M.Keynsin «Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi»
(1936) əsərində yaradılmışdı. Keyns iqtisadiyyatın bazar mexanizmi vasitəsilə özünü tənzim etməsi haqqında
neoklassik nəzəriyyəni qəbul etmir və göstərir ki, təbii (kənarda müdaxilə olmadan) inkişaf edən bazar iqtisadiyyatı
ideal sistem deyil, bu sistemə iqtisadi sarsıntılar xasdır. O hesab edir ki, azad iqtisadi sistem maddi və əmək resurs-
larından dolğun və səmərəli istifadə olunmasını, həmçinin iqtisadiyyatın fasiləsiz artımına sərbəst şəraiti tə’min edə
bilmir. Keyns bazar iqtisadiyyatını saxlayıb, yalnız onu dövlət siyasətilə düzəltməyi təklif edir.
Keynsin nəzəriyyəsi məşğulluq nəzəriyyəsi adını almış iqtisadi siyasət proqramıdır. Məşğulluq adı altında
isə istehsalın vəziyyəti, onun həcmi, milli gəlirin miqyası başa düşülür. Keyns diqqətini iqtisadiyyatda qısamüddətli
dəyişikliklərə yönəltmişdir. Təhlilin ağırlıq mərkəzini resurslara təklifdən (onların nadirliyi və qiyməti
məsələsindən) tələbə, səmərəli tələb və onun sabitliyi probleminə keçirmişdi. Onun bütün nəzəri təhlili səmərəli
tələbin tərkib hissələrinin dəyişməsini müəyyən edən amillərin tədqiqinə yönəlmişdi. Onun tədqiqatının
mərkəzində səmərəli tələbin hərəkətinin və milli gəlirin artımının qanunauyğunluqlarını müəyyən etmək durur.
Keynsçilik dövlət tənzimlənməsi sisteminə əsaslanan makroiqtisadi nəzəriyyədir. Bu, əvvəlki məktəblərlə
müqayisədə Keynsçiliyin yeniliyidir. Keynsçi nəzəriyyə dövlətin kapital qoyuluşundan və istehlakdan əmələ
gələn, dövlət xərclərilə tamamlanan məcmu tələbə tə‘sir etmək yolu ilə iqtisadiyyata müdaxilə formasıdır.
Keynsçiliyin mahiyyəti səmərəli tələbi müəyyən edən xərclər və gəlirlər arasındakı nisbətin tənzimlənməsidir.
Tənzimlənmə obyekti səmərəli tələbin ən mühüm tərkib hissəsi olan kapital qoyuluşudur. Məqsəd dövlətin kö-
məyilə kapital qoyuluşlarının sabit artımını təmin etməkdir. Məhz onların artımına səmərəli tələbin təmin olun-
masının həlledici amili kimi baxılır.
Keynsçi makroiqtisadi nəzəriyyədə əsas məqsəd iqtisadi tsikli sabitləşdirmək və məşğulluğun yüksək
səviyyəsini tə’min etməkdir. Həlledici rol büdcə-vergi siyasətinə verilir. Büdcə-vergi siyasəti antitsiklik
tənzimlənmənin həyata keçirilməsinin, həmçinin uzun perspektivdə iqtisadi artımın stimullaşdırılmasının əsas
aləti hesab edilir. Lakin məcmu tələbi genişləndirmək və azaltmaq məqsədilə büdcə kəsirinin idarə edilməsinə
xüsusi əhəmiyyət verilir.
Keynsə görə işsizliyin əsas səbəbi tə’diyə qabiliyyətli (səmərəli) tələbin çatışmamasıdır. Buna əsaslanaraq,
o səmərəli tələbin artırılması tələbini irəli sürür. Keynsin iqtisadi proqramı bu tələbin reallaşmasına tabe edilmişdi.
Keyns səmərəli tələbi işləməklə iqtisadi nəzəriyyənin inkişafını zənginləşdirmişdi. Bu, onun iqtisadi nəzəriyyənin
inkişafına qiymətli hədiyyəsidir.
Keynsin metodologiyası fərdin psixologiyasına yox, məcmu psixoloji amillərə əsaslanır. Keyns iqtisadiyyatın
vəziyyətini onun fəaliyyəti ilə əlaqələndirir və iqtisadi tarazlığın pozulmasının əsas səbəbini onda görür. Keyns «əsas
psixoloji qanun» yaradır. Bu qanuna uyğun olaraq məcmu real gəlirin artması ilə istehlak da artır. Lakin o, gəlirin
artımı kimi artmır. Keyns hesab edir ki, cəmiyyətdə milli gəlirin hərəkətinin əsas meyllərini, istehlakın həcmini bu
qanun açır. Onları belə izah edir: gəlirlərin artması ilə birgə əhalinin istehlakı da artır; bu istər-istəməz tələbin
artmasına səbəb olur. Lakin bununla yanaşı istehlakın artmasının qarşısını alan gəlirin bir hissəsini yığmaq meyli
fəaliyyət göstərir. Keyns tarazlığın pozulmasının, böhranlı tənəzzülün, işsizliyin əsas səbəbini yığmaq meylində
görür. Keynsə görə səmərəli tələb üç amillə: istehlaka meyllik, kapital qoyuluşunun faydalılıq həddi və likvidliyin
üstün tutulması ilə müəyyən olunur. İstehlaka meyllik tələbin kəmiyyətini, investisiyaya meyllik istehsal tələbini mü-
əyyən edir. Hər ikisi bir istiqamətdə fəaliyyət göstərir və məcmu tələb birbaşa onlardan asılı olur. Likvidliyi üstün
tutmaq məcmu tələbə əks tə’sir göstərir. Keyns qeyd edir ki, likvidliyə üstünlük vermək kapitalın borc formasında

21
mənfəətli olması deməkdir və o, borc faizinin kəmiyyətindən asılıdır. Faiz nə qədər yüksək olursa, kapitalı
istehsaldan götürmək, onu pul formasına çevirmək və faiz almaq arzusunda olanlar, o qədər çox olur. Keynsə görə
məşğulluğun ümumi həcminin müəyyən olunmasında investisiya həlledici rola malikdir.
İnvestisiya tələbini yüksəltməyin yolunu, Keyns hər şeydən əvvəl mənfəətin yüksək normasında (kapitalın
faydalılıq həddindən yüksək) görür. Bunun qayğısına qalmasını o dövlətin tənzimləyici təsirinin üzərinə qoyur.
Bununla bərabər Keynsçi nəzəriyyə borc faizinin aşağı salınması üzrə tədbirlər işləyib hazırlamışdı. Bunların həyata
keçirilməsini də həmçinin dövlətlə, onun iqtisadi siyasəti ilə əlaqələndirir.
Keyns səmərəli tələbi stimullaşdırmaq üçün dövlət xərclərini, investisiyanı və dövlət sifarişlərini artırmağı,
kredit faizini azaltmağı və gəlirlərin əhalinin ən az tə’minatlı təbəqəsi və sosial qruplarının mənafeyinə uyğun
yenidən bölgüsünü təklif edir.
Keynsin nəzəriyyəsi makroiqtisadi göstəricilərin və kəmiyyətlərin proporsionallığını və funksional
asılılıqlarını öyrənir. Onun mühüm vəzifəsi kapital qoyuluşu, istehlak və milli gəlir arasında əlaqə yaratmaqdır. Bu
əlaqə multiplikator mexanizmi vasitəsilə yaradılmışdı. Multiplikator iqtisadi böhranları və işsizliyi zəiflətmək
üçün dövlət xərclərini artırmağı nəzəri cəhətdən əsaslandıran vasitədir. O, iqtisadiyyata dövlət tə’sirinin zəruriliyi-
nin əsaslandırılmasına yönəldilmiş dəlildir. Multiplikator gəlirin artımının kapital qoyuluşlarının artımına olan
nisbətini ifadə edir və o kapital qoyuluşunun hər yeni artımı nəticəsində gəlirin artımını avtomatik tə’min edən
çoxaldıcı rolunu yerinə yetirir. Onun köməyilə əlavə kapital qoyuluşundan gözlənilən səmərə ölçülür.
Keyns göstərir ki, kapital qoyuluşlarının hər bir artımı cəmiyyətdə milli gəlirin artımını təmin edən
məşğulluğu artırır. Milli gəlirin artımı isə öz növbəsində yeni əlavə kapital qoyuluşu üçün çıxış nöqtəsi olur.
Müharibədən sonrakı dövrdə iqtisadiyyatın müvazinətinin pozulması və onun sabitliyinin tə’min edilməsi ilə
əlaqədar olaraq ABŞ-da antitsiklik tədbirlərin hazırlanmasında nəzəri əsas kimi Keynsçi nəzəriyyədən geniş istifadə
edilmişdir. Bunun tə’siri altında 50-ci illərin birinci yarısında Qərbdə və ABŞ-da xüsusi istiqamət kimi ortodoksal
Keynsçilik (neokeynsçilik) yaranmışdı.
Neokeynsçiliyin nümayəndələri (C.Hanson, R.Xarrod, P.Samuelson, E.Domar) həm Keynsin nəzəriyyəsini
dəqiqləşdirmiş, onu «iqtisadi-dinamika» nöqteyi-nəzərdən işləmişlər. Həm də iqtisadi tənzimlənmənin konkret
proqramlarını işləyib hazırlamışlar. Onlar diqqətlərini iqtisadi tsikl və iqtisadi artım problemlərinə cəmləşdir-
mişlər.
Neokeynsçiliyin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, Keynsin nəzəriyyəsində olduğu kimi hərdən bir və
dolayı şəkildə deyil, sistematik və özü də birbaşa kapitalist iqtisadiyyatına dövlət tə’sirinin zəruriliyini müdafiə
edir. Müharibədən sonrakı dövrdə Keynsçiliyin inkişafı bu əsas vəzifəyə tabe edilmişdir.
Neokeynsçilər Keynsin nəzəriyyəsinə neoklassik təfsir vermişlər. Onu neoklassik iqtisadçı adlandırmışlar və
onun iqtisadi nəzəriyyəsinin neoklassik ən’ənələri və kökləri haqqında danışmışlar. Keynsçiliyin inkişafının bu
istiqaməti neoklassik sintezin (C.Xiks, P.Samuelson) yaranmasının əsası olmuşdu.
Neoklassik sintezin görkəmli təbliğatçısı və yaradıcılarından biri amerikan iqtisadçısı P.Samuelson
olmuşdur. O, 50-ci illərin əvvəlində neokeynsçiliyin və neoklassik məktəbin bir vahid istiqamətdə birləşməsinin
zəruriliyini əsaslandırmışdı. Neoklassik sintezin əsası Keynsçi səmərəli tələb nəzəriyyəsinin və neoklassik istehsal
və bölgü nəzəriyyəsinin birləşməsi olmuşdu. Neokeynsçiliyin və neoklassik iqtisadi artım nəzəriyyəsinin yaxın-
laşmasının və sintezinin əsasında onların tədqiqat predmetinin ümumiliyi durur. Hər iki nəzəriyyənin tədqiqat
obyekti təkrar istehsal prosesinin kəmiyyət və funksional asılılıqları olmuşdur.
Ortodoksal Keynsçilik iqtisadi tsikl haqqında tə’lim ilə sıx əlaqədə formalaşmışdı.
Tsiklin yayılmış nəzəriyyələrindən biri Keynsin konsepsiyasının əsas müddəalarını mənimsəmiş və
akselerator (sür’ətləndirici) mexanizmi ilə zənginləşmiş investisiya nəzəriyyəsidir. Harvard Universitetinin
professoru A.Hanson (1887-1976) bu nəzəriyyənin yaradıcısıdır. Bu nəzəriyyə investisiyanın artımının gəlirin ar-
tımına olan nisbətini əks etdirir. İnvestisiya nəzəriyyəsində əsas amil kimi investisiyanın dinamikası götürülür. Han-
son investisiyaya iqtisadi böhranların vaxtında qabağını almağın əsası kimi baxmış və Keyns kimi onun
stimullaşdırılmasına xüsusi əhəmiyyət vermişdi.
Müharibədən sonra yaranmış Keynsçi nəzəriyyələrdən biri də iqtisadi artım nəzəriyyəsidir. Keynsçi
iqtisadi artım nəzəriyyələrinin əsasları ingilis iqtisadçısı R.Xarrod və amerikan iqtisadçısı E.Domar tərəfindən
yaradılmışdı. 70-ci illərin ortalarında neokeynsçiliyi postkeynsçilik (sol Keynsçilik) və yeni Keynsçilik əvəz
etmişdi. Onun nümayəndələri ingilis iqtisadçıları C.Robinson, N.Kaldor, P.Sraff, amerikan iqtisadçıları A.Eyxner,
S.Vayntraub olmuşdu. Postkeynsçi iqtisadçılar ortodoksal Keynsçiliyi tənqid edirlər, lakin Keynsin təlimindən
imtina etmirlər. Onlar Keynsin nəzəriyyəsini yeni iqtisadi baxışların mənbələrindən biri hesab edirlər.
Postkeynsçi nəzəriyyədə mərkəzi yeri artım və bölgü problemi tutur. Postkeynsçilər göstərirlər ki, istehsalın
artım sürəti milli gəlirin bölgüsündən; gəlirin kəmiyyəti və onun artımı yığımdan asılıdır; yığımın ümumi
kəmiyyəti isə əmək haqqı və mənfəətdən yığılan məbləğdən əmələ gəlir. Yığıma meyllik əmək haqqı və mənfəət
alanlarda müxtəlif olduğundan, həqiqətən bölgüdəki dəyişiklik yığımın ümumi məbləğinə tə’sir göstərir. Deməli,
milli gəlirin bölgüsü onun artımına təsir edir.
Postkeynsçilər kapitalist iqtisadiyyatını islahat yolu ilə dəyişdirməyin tərəfdarı olmuşlar. İslahatları daha
realist nəzəriyyələrlə möhkəmləndirməyə çalışmışlar.

§4. İnstitutsional-sosioloji istiqamət

İqtisadi nəzəriyyədə institutsionalizm XIX əsrin axırı və XX əsrin əvvəllərində yaranmışdır. Lakin, o bir

22
istiqamət kimi ABŞ-da XX əsrin 20-30-cu illərində geniş təşəkkül tapmışdır. Bu vaxtdan institutsionalizmin iqtisadi
nəzəriyyəyə və iqtisadi siyasətə təsiri olduqca böyük olmuşdu. ABŞ-da institutsionalizmin əsas yaradıcısı
T.Veblen (1857-1929), digər nümayəndələri C.Kommons (1862-1945) və U.Mitçell (1874-1948) olmuşdu.
İnstitutsionalizmin adı latın sözü olan «institut» sözündən əmələ gəlmişdi. «İnstitut» ifadəsi altında
cəmiyyətdə qəbul olunmuş, həmçinin qanun formasında möhkəmləndirilmiş müəyyən adətlər, qaydalar və
tə’sisatlar başa düşülür. İnstitut anlayışı olduqca genişdir. O, həm dövlət, korporasiya, həmkarlar təşkilatı kimi;
həm rəqabət, inhisar, vergi kimi; həm sabit təfəkkür tərzi kimi və həm də hüquqi normalar kimi şərh edilir.
İnstitutsionalistlər iqtisadi hadisələri adətlər, hüquqi və əxlaqi normalar və ən’ənələrlə örtülmüş formalar kimi izah
edirlər. Onlar göstərirlər ki, iqtisadi kateqoriyalar yalnız ictimai psixologiyanın təzahür formasıdır.
İnstitutsionalizmin tərəfdarları iqtisadi münasibətlərlə birgə sosioloji münasibətləri də öyrənirlər. İnsan davra-
nışını, siyasi və digər texniki iqtisadi amilləri iqtisadi nəzəriyyənin predmetinə daxil edirlər. Onlar siyasi iqtisad el-
minə fənlərarası elmi xarakter vermişlər və iqtisadiyyata iqtisadi və qeyri-iqtisadi amillərin qarşılıqlı fəaliyyət gös-
tərdiyi sistem kimi baxmışlar. İnstitutsionalizm təsərrüfat subyektlərinin fərdi fəaliyyətini deyil, kollektiv institutların:
dövlətin, həmkarlar ittifaqının, iri korporasiyaların və inhisarların fəaliyyətini öyrənir. Onlar iqtisadi və sosial pro-
seslərin qarşılıqlı asılılıqlarını öyrənirlər. İqtisadi proseslərə sosioloji-psixoloji məlumatları cəlb etməklə baxırlar.
İnstitutsionalizmin metodologiyasının digər xarakterik cəhəti iqtisadi hadisələrin təhlilinin təkamül prinsipidir-
Qərb iqtisad elmi üçün ən’ənəvi olan statiklikdən (sükunət halından) fərqli olaraq, onları tarixi ardıcıllıqla öyrən-
məkdir. Onların tədqiqat metodu-abstrakt-nəzəri metodun əksinə olaraq, geniş statistik və faktiki materiallardan
istifadə etməklə konkret təhlil metodudur. O empirik metod adlanır.
İnstitutsionalistlər klassik iqtisad elminin nümayəndələrini iqtisadi müvazinətə həddindən artıq diqqət yetir-
diklərinə, bütün hadisələri sükunət halında öyrəndiklərinə, iqtisadi insan ideyasına və gerçəkliyi sadələşdirdik-
lərinə görə tənqid edirlər. İnstitutsionalizm burjua siyasi iqtisadının əhəmiyyətli dərəcədə yenidən qurulması
mərhələsinin başlanğıcını və ondan yeni tarixi şəraitə (azad rəqabətin məhdudlaşması, inhisarların hökmranlığı,
dövlətin rolunun güclənməsi) uyğunlaşmasının əsasını qoymuşdur. Onun nümayəndələri liberalizmin əsas
müddəalarına və marjinalizmə qarşı tənqidi çıxış edərək kapitalizmdə iqtisadiyyatda müvazinətin avtomatik
yaradılması mexanizminin fəaliyyət göstərməsini inkar edirlər. Onlar inhisarların təzyiqini, azad bazar mühitinin
nöqsanlarını, iqtisadiyyatın artan hərbiləşməsini və s. onlar üçün müasir olan kapitalizmin nöqsanları hesab
edirlər.
İnstitutsionalistlər kapitalist iqtisadiyyatının bir sıra hadisələrini tənqid edir və sosial proqramın genişləndi-
rilməsi uğrunda çıxış edirlər. İnstitutsional istiqamətin əsas mühüm xüsusiyyəti burjua cəmiyyətinə sosial tənqidi
münasibət göstərməsidir. İnstitutsionalizm kapitalist iqtisadiyyatının tsiklik hadisələrinə, xüsusən ifrat istehsal
böhranlarına, onun işsizlik, bölgü, sosial və ümumbəşəri problemlərinə diqqət yetirmişdi.
İnstitutsionalistlər burjua iqtisad elmində ilk dəfə olaraq kapitalist iqtisadiyyatı üzərində sosial nəzarətin,
indikativ planlaşdırmanın və iqtisadiyyata dövlət müdaxiləsinin zəruriliyini əsaslandırmışdır. Bu ideya XX əsrdə,
Qərbin iqtisad elmində kapitalist bazar iqtisadiyyatının azad inkişaf konsepsiyası ilə birgə əsas ideyalardan biri
olmuşdu.
T.Veblen inhisarçı kapitalizm şəraitində iqtisadi liberalizmin əsassızlığını göstərən və təsərrüfat fəaliyyəti
üzərində sosial nəzarətin zəruriliyini əsaslandıran ilk burjua iqtisadçısı olmuşdu. T.Veblen iqtisadi nəzəriyyədə
yeni metodoloji üsulun - texniki determinizmin əsasını qoymuşdu.
İnstitutsionalizm - həddindən artıq mürəkkəb və ziddiyyətli bir istiqamətdir. Onda konsepsiyaların
mürəkkəb dəsti cəmləşmiş və onun nəzəriyyəçiləri geniş diapazonda çıxış etmişlər. İnstitutsionalizmin daxilində
onun ideoloqlarının baxdıqları məsələlər dairəsilə tamamilə fərqlənən üç istiqamət mövcuddur: 1. Sosial-psixoloji
(T.Veblen); 2. Sosial-hüquqi (C.Kommons); 3. Empirik və ya konyuktur-statistik (U.Mitçell). İnstitutsionalizmin
bütün nümayəndələri üçün bütöv iqtisadi nəzəriyyə yoxdur. Onlar üçün yeganə ümumi olan - kapitalist iqtisadiy-
yatı üzərində dövlət nəzarətinin həyata keçirilməsi təklifidir.
İnstitutsionalizmin yaranması iqtisadi fikir tarixində mühüm dönüş nöqtəsidir. İnstitutsionalistlərin əsas
konstruktiv tələbi iqtisadiyyat üzərində sosial nəzarətin həyata keçirilməsidir. İnstitutsionalizm çərçivəsində ilk
dəfə olaraq burjua iqtisad elmində inhisarçı kapitalizm şəraitinə uyğun iqtisadiyyata dövlət müdaxiləsinin zəruri-
liyi əsaslandırılmış və bu müdaxilənin variantları işlənib hazırlanmışdı.
İnstitutsional-sosioloji cərəyanın əsas səciyyəvi xüsusiyyətləri aşağıdakılar olmuşdu: planlaşdırma vasitəsilə
kapitalist istehsalı üzərində sosial nəzarətin həyata keçirilməsi; burjua cəmiyyətinin sosial problemlərinə diqqət
verilməsi və onların həlli üzrə praktiki tədbirlərin təklif olunması; ilkin institutsionalizmin metodologiyasına xas
olan texniki determinizmin güclənməsi və s.
İnstitutsionalizmin təkamül prosesi kapitalizmin transformasiyasının çoxsaylı nəzəriyyələrinin yaranması,
onların inkişafı və ETİ ilə əlaqədar olan texnokratik nəzəriyyələrin yaranması ilə səciyyələnmişdi. Kapitalizmin
transformasiyası nəzəriyyələrinə: xalq kapitalizmi, kollektiv kapitalizm, qarışıq iqtisadiyyat, rifah dövləti və s.
daxildir. Xalq kapitalizmi nəzəriyyəsi özündə kapitalın demokratlaşması və yaxud mülkiyyətin diffuziyası, idarəedici-
lərin inqilabı, gəlirlərdə inqilab nəzəriyyələrini birləşdirir. Kollektiv kapitalizm nəzəriyyəsi də mahiyyətinə görə xalq
kapitalizmi konsepsiyasının müxtəlif variantlarından biridir. ETİ ilə əlaqədar yaranmış texnokratik nəzəriyyələrə:
sənaye cəmiyyəti, texnoloji cəmiyyət, yeni sənaye cəmiyyəti, postsənaye cəmiyyəti, kütləvi istehlak cəmiyyəti,
informasiya cəmiyyəti və s. konsepsiyalar daxildir.
Kapitalizmin transformasiyası nəzəriyyələri kapitalizmin təkamül yolu ilə yeni bir ideal iqtisadi sistemə
çevrilməsi ideyasını təbliğ edir. Bu nəzəriyyələrin nümayəndələri iri korporasiyaları, səhmdar müəssisələri

23
kollektiv istehsalın ünsürləri hesab edirlər və onları müasir cəmiyyətin inqilabi elementləri adlandırırlar.
İnstitutsional-sosioloji cərəyan 60-cı illərin ortalarında və 70-ci illərdə neoinstitutsionalizm forma alır. Bu
dövrdə institutsionalizmə marağın artması və bütünlükdə institutsional sosioloji istiqamətin əhəmiyyətli dərəcədə
güclənməsi, sosial amillər və onların cəmiyyətin inkişafında rolu, texnokratik adlanan çoxsaylı transformasiya
nəzəriyyələri üçün əsas olan müasir ETİ, iqtisadi nəzəriyyənin ənənəvi istiqamətlərinin-neoklassizmin və neo-
keynsçiliyin nüfuzdan düşməsi ilə əlaqədar olmuşdu.
Yeni institutsionalizmin nümayəndələri sosial iqtisadi dəyişikliyin və
kapitalizmin inkişaf edib, yeni ali forma almasının əsasını elmin, texnikanın və
texnologiyanın tərəqqisində görürlər.
MÜHAZİRƏ MƏTNİ

MÖVZU 4. İQTİSADİ SİSTEM


§1. İqtisadi sistem və onun formalaşması prinsipləri
§2. İqtisadi sistemin formaları
§3. İqtisadi resurslar və onların tərkibi
§4. İstehsal imkanları və iqtisadi seçimin qarşılıqlı əlaqəsi

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. «İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin, Ə.P.Babayevin və


M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999.
2. M.X.Meybullayev, «İqtisadi sistem və onun strukturu», Bakı, 1995.
3. M.X.Meybullayev, «Bazar sistemi və iqtisadi artım», Bakı, 1996.
4. «Экономическая теория», учебник, под. общ. ред. В.И.Видянина.,
А.И.Вобрынина и др. Москва, 2005.
5. Ş.Qafarov. «Müasir iqtisadi sistem və qloballaşma», Bakı, 2005

§1. İqtisadi sistem və onun formalaşması prinsipləri

Bəşəriyyətin tarixi inkişaf mərhələlərində cəmiyyətin inkişafı onun iqtisadi həyatında fəaliyyət göstərən
elementlərin təşkili və idarə olunması ilə səciyyələnir.
Lakin iqtisadi həyat birdən-birə formalaşmamış, oradakı iqtisadi elementlərin fəaliyyəti üçün eyni şərait
yaranmamışdır. Belə ki, bütün cəmiyyətlər üçün birincisi, iqtisadiyyatın təşkilinin əsas problemi olan nə? necə? kimin
üçün? yaxud başqa cür demiş olsaq iqtisadi həyatın «üç fundamental məsələsi» necə dərk və həll edilir.

24
İkincisi, iqtisadiyyatın başlıca probleminin həllini, əslində mövcud resurs imkanları şəraitində iqtisadi
seçim üsulu müəyyən edir. Ona görə də iqtisadi sistem üsulları fərqlənir. Deməli, hansı əmtəələrin istehsalı və
xidmətlərin görülməsi, eyni zamanda onların necə və kimin üçün istehsal olunması iqtisadiyyatın əsas məsələsinə
və iqtisadi məqsədlərin obyektinə çevrilir. Nə istehsal olunmalıdır sualına istehlakçıların köməyi ilə cavab veril-
məlidir. İstehlakçıların istəyi istehsalın həcminə sərf olunan xərclərlə gəlirlərin həddini müəyyən edir. Eyni
zamanda istehsalın həcmi gəlirlərin kəmiyyətini müəyyən edir. Bu qapalı idarə daima hərəkətdə olduğundan,
buradakı əlaqələrin saysız-hesabsızlığı özünü əks etdirir. Necə istehsal olunmalıdır sualını isə müxtəlif istehsalçılar
arasındakı rəqabət müəyyən edir. Burada əsas aparıcı qüvvə ehtiyac, mənfəət, qiymət və xərclərdir. Rəqabət şəraiti
məhsulları istehlakçıların ala biləcəyi qiymətlə, minimum xərclə, maksimum mənfəətlə istehsalı nəzərdə tutur.
Kimin üçün istehsal olunmalıdır sualını isə bazarda qeyri-bərabər gəlir əldə edənlərin tələb və təklifi müəyyən
edir. Əmək haqqı, torpaq rentası, mənfəət, faiz kimi əldə olunan gəlirlərin səviyyəsi əsas müəyyənedici rol oynayır.
Üçüncüsü, məhdud resurslardan: xüsusən torpaqdan, əməkdən, kapitaldan necə istifadə etmək olar ki,
mövcud texniki biliklərlə əmtəələrin və xidmətlərin seçilməsi mümkün olsun.
Dördüncüsü, istehsal imkanları məhsuldar qüvvələrin inkişafına, istehsal xərclərinin dəyişilməsinə və
gəlirlərin azalmasına necə tə’sir göstərir.
Beşincisi, bütün iqtisadiyyatların əsasını təşkil edən əhalinin sakinliyi və davranışı formalaşır. Sadaladığımız
bu amillər qrupu bütün cəmiyyətlərdə eyni olmuş, lakin orada qeyd olunan “necə”yə görə onlar bir-birindən
fərqlənmişlər.
Məhz iqtisadi həyatda inhisarın və rəqabətin obyektinə bütün cəmiyyətlər üçün son dərəcə vacib olan iqtisadi
elementlər daxil olmağa başlamışdır. Bu elementlər sırasına tələbatı, məhdud resursları, iqtisadi məqsədləri,
iqtisadi seçimi, istehsal imkanlarını, istehsal xərclərini, gəlirlərin səviyyəsini, məhsuldar qüvvələri və
iqtisadiyyatın təşkil olunmasını daxil etmək olar. Deməli, bir mə’nalı olaraq qeyd olunmalıdır ki, bu elementlər
iqtisadi həyatla qarşılıqlı şəkildə fəaliyyət göstərməklə müəyyən parametrlərlə sistem şəklini almış olur. Sistemə
daxil olmuş elementlərin fəaliyyətinə görə cəmiyyətlərdə insanların iqtisadi azadlığı, hökmranlığı, köləliyi əmələ
gəlmiş, maddi ne’mət və sərvətlərin yaradılmasında və istifadə olunmasındakı yeri müəyyən olunmuşdur. Bu ba-
xımdan istər antik dövr, istərsə də kapitalizmə qədərki dövr üçün, istərsə də müasir təzadlı, sivilizasiyalı dövr
üçün olsun, iqtisadi sistemdəki elementlərin fəaliyyətindən asılı olaraq, onların iqtisadi həyatı barədə fikir irəli
sürmək olar.
İqtisadi sistem özündə iqtisadi həyatla bağlı olan təbiətin, cəmiyyətin və insan təfəkkürünün qarşılıqlı əlaqə
və inkişafından irəli gələn prinsipləri özündə birləşdirir. Bu prinsiplər insanların davranış qaydalarının ümumiləşmiş
cəhətlərini xarakterizə edir. İqtisadi sistem iqtisadi hadisələrin, prinsiplərin inkişafının qarşılıqlı əlaqəsini əks et-
dirir.
İqtisadi sistem başlıca olaraq istehsalın mövcud vəziyyətinə, onun səmərəli fəaliyyət göstərməsinə uyğun
gəlməlidir. Demək olar ki, belə yanaşma, bütün iqtisad elminə qəbul edilmişdir.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək iqtisadi sistemə belə bir tə’rif verə bilərik. İqtisadi sistem-iqtisa-
diyyatın başlıca probleminin həllinin təşkili və idarə olunmasına görə, mövcud məhdud resurslardan istifadə
olunması səviyyəsinə görə, eləcə də cəmiyyət və onun üzvlərinin tələbatlarının ödənilməsinə görə, bir-birindən
fərqlənən iqtisadi şəraitlərin və amillərin məcmusuna deyilir.
İqtisadiyyatın idarə və təşkil olunma prosesi başlıca olaraq iki istiqamətdə həyata keçirilir. Biri amirlik isti-
qamətləridir ki, bura ən’ənəvi, inzibati təsərrüfatçılıq formalarına xas olan xüsusiyyətlər daxildir. Digəri isə bazar
istiqamətidir ki, buraya onun azad və tənzimlənən xüsusiyyətləri daxildir. Bu xüsusiyyətlərə uyğun olaraq, onların
tətbiqi müxtəlif modellərin meydana gəlməsinə səbəb olmuşdur. Bu istiqamətlərin fəaliyyəti tarixi inkişaf baxı-
mından müxtəlif olsa da, onların bir ümumi cəhəti var ki, hər hansı bir məsələnin həlli qərarına gəlməsi üçün
onlar informasiyaya iqtisadiyyatın başlıca probleminin həlli iştirakçılarına öz fəaliyyətlərinin əlaqələndirilməsi,
qiymətləndirilməsi, seçilməsi imkanı üçün siqnallar verir. Lakin bu siqnallar qarşıya qoyulan məqsədlərə uyğun
olaraq ya mərkəzləşdirilmiş şəkildə, ya da öz-özünə tənzimlənən şəkildə daxil olur. Bu da cəmiyyətdə iqtisadi pro-
seslərin idarə və təşkil olunmasında müxtəliflik yaradır.
Deməli, iqtisadiyyat vasitəsi ilə insanlar başlıca olaraq təsərrüfat həyatında mövcud və mümkün imkanlar
daxilində məqsədlərini müəyyən etməlidirlər. Bu məhdud imkanlardan məqsədlərinə daha çox uyğun gələn
istiqamətləri seçmək qaydalarına görə iqtisadi sistemlər biri-birindən fərqlənir.
İqtisadi seçim prosesinin əlaqələndirilməsinə görə irəli sürülən məqsədlərin həyata keçirilməsinə səmərəli
və qeyri-səmərəli təsərrüfat fəaliyyəti formalaşır. Belə təsərrüfat fəaliyyəti şəraitində hüdudsuz tələbatların
ödənilməsinə məhdud və mümkün imkanları nəzərə alan iqtisadi məqsədlərin yönəldilməsi vacib şərtlərdəndir.
Çünki real resurs tə’minatı və istehsal imkanları nəzərə alınmadan irəli sürülən məqsədlər qeyri-səmərəli fəaliyyət
forması alır, lakin cəmiyyətin inkişafı və tərəqqisi yalnız səmərəli iqtisadi fəaliyyətdə hüdudlaşır.
Deməli, məhdud və mümkün istehsal imkanlarını nəzərə alan məqsədlərə istiqamətlənən şüurlu fəaliyyətə,
səmərəli fəaliyyət deyilir. İqtisadi məqsədlər dedikdə, bu, insanların tələbatlarının ödənilməsinə çatmaq istəyi kimi
başa düşülməlidir.
Tələbatların, yə’ni istehlakçıların faydalı və yararlı məhsul və xidmətlərlə tə’min olunması üçün məhdud
resurslardan istifadə olunması qaydalarının seçilməsinə görə iqtisadi sistemlər biri-birindən fərqlənir.
Məhdudluq nisbi xarakter daşıyaraq hamının istəyinə uyğun olaraq tələbatlarının ödənilməsi üçün
resursların çatışmazlığı deməkdir.
Bəşəriyyətin tarixi inkişafının sivilizasiyalı tərəqqisi baxımından bölgüsünə ilk dəfə şotland filosofu Adam

25
Ferqyusson (1723-1816) cəhd göstərmişdir. İnsan cəmiyyətinin tarixi inkişafını o, üç: vəhşilik, soyğunçuluq və
sivilizasiyalı mərhələlərə bölmüşdür. Tarixi inkişafın belə mərhələlərə bölünməsi təsərrüfat fəaliyyətinin və
mülkiyyətin formalarının inkişafına əsaslanırdı.
Vəhşilik mərhələsi ovçuluq təsərrüfatının mövcud olduğu və xüsusi mülkiyyətin olmadığı dövrə aid edilir.
Sivilizasiyalı dövr isə əkinçilik təsərrüfatının meydana gəlməsi ilə xüsusi mülkiyyətin hakim olduğu dövrə
aid edilir.
Tarixi inkişafın belə bölgüsünü daha sonralar Lyuns Henri Morqan (1818-1881) öz tədqiqatında istifadə
etməklə onu xeyli təkmilləşdirmişdir. Bu dövrlərin hər birini o, aşağı, orta və yuxarı pillələrə bölərək ictimai
formasiyaların inkişafının me’yarını müəyyən etmişdir. Belə bölgü təbiətin hazır məhsullarının, mənimsənilən təsər-
rüfatla istehsal edən cəmiyyətlərin fərqlənməsinə imkan vermişdir.
K.Marks sinifli cəmiyyətlərin meydana gəlməsi və istismar edənlərlə istismar olunanların münasibətini
göstərmək məqsədilə qeyd etmişdir ki, antik, feodal, müasir burjua istehsal üsullarını ümumi şəkildə iqtisadi-
ictimai formasiyanın mütərəqqi mərhələləri kimi nəzərə almaq olar. Cəmiyyətlərin iqtisadi inkişaflarını sə-
nayeləşməyə görə fərqləndirən U.Rostou göstərirdi ki, texniki səviyyələrinə görə iqtisadi mərhələlər meydana
gəlmişdir. Belə ki, iqtisadi artımın mərhələləri, texniki-iqtisadi, siyasi-ideoloji və s. amilləri qarşılıqlı əlaqələrinə
görə müəyyənləşdirilməlidir. Mərhələlərin dəyişilməsi əsasən iqtisadiyyatın əsas aparıcı bölməsi olan istehsalın
miqyasının dəyişilməsinə səbəb olur. Onların fikrincə ümumiyyətlə, iki tipli: kapitalizmə qədərki – ən’ənəvi və
kapitalizmdəki sənayeləşmiş cəmiyyət mövcuddur.
U.Rostou iqtisadi artımın beş mərhələsini qeyd edir:
1. Ən’ənəvi cəmiyyət. 2.Keçid mərhələsinə şərait hazırlayan dövr. 3. Sənayeləşmiş inkişafa irəliləyən və keçən
mərhələ. 4. Sənayeləşmədən sonrakı yetkin cəmiyyət. 5. Kütləvi istehlak cəmiyyəti.
Qərbi Avropada tarixi inkişafın göstərilən mərhələlərindəki belə bölgüsünə baxmayaraq, onlardan xeyli
əvvəl Şərqdə görkəmli ərəb mütəfəkkiri İbn Xəldun (1332-1406) cəmiyyətin bölgüsünə özünəməxsus formada
yanaşmışdır. O göstərirdi ki, cəmiyyət öz inkişafında üç vəziyyəti keçmişdir: 1.Vəhşilik. 2. Kənd yerlərində yaşa-
yış. 3. Şəhərlərin meydana gəlməsi. İbn Xəldun çox böyük uzaqgörənliklə istehsalın inkişafının şəhərlərin
meydana gəlməsində sıx əlaqədə olduğunu qeyd etmişdir. O qeyd edir ki, həyat tərzindəki fərqlər məhz yaşayış
vasitələrinin əldə olunması üçün tətbiq olunan üsulların müxtəlifliyi ilə bağlıdır. Göründüyü kimi, iqtisadi
sistemin formalaşmasında, maddi ne’mətlərin istehsalı üçün tətbiq olunan müxtəlif üsulların seçilməsi xüsusi əhə-
miyyət daşıyır.
Başqa belə bir vacib cəhət qeyd olunmalıdır ki, iqtisadi sistem XX əsrin 40-cı illərindən başlayaraq,
neoliberalizm nəzəriyyəsinin görkəmli nümayəndələri olan alman iqtisadçıları V.Ryopke, L.Erxard və V.Oyken
tərəfindən «təsərrüfatçılıq prosesinin istiqamətləri forması» kimi qeyd olunurdu. Eyni zamanda onlar göstərirdilər
ki, ümumiyyətlə, bütün ictimai quruluşda tarixi inkişaf dövrlərindən, iqtisadi artımın mərhələlərindən asılı olma-
yaraq iki formada, «mərkəzləşmiş idarəetmə təsərrüfatı» (totalitarizm) və «bazar təsərrüfatı» sərbəst və açıq
təsərrüfat şəklində mövcuddur. Bu baxımdan da marksizmin bəşəriyyətin beş istehsal üsulundan keçəcəyi ideyası
inkar edilirdi. Bazar sistemində fəaliyyət göstərən kapitalizmdən başqa, bütün təsərrüfatçılıq formaları, icma, feodal,
nasist və planlı-sosialist təsərrüfatçılıq formaları, mərkəzi idarəetmə təsərrüfatçılığının tipləri kimi qeyd
olunurdu.
Cəmiyyətin inkişafı insanların fəaliyyəti ilə bağlıdır, insan fəaliyyəti bu iqtisadi aktivliyin, spesifik
forması olaraq ətraf mühitin qavranması ilə, adamların daxili imkanlarının, maddi və mə’nəvi ne’mətlərin istehsalı
ilə üzə çıxır. İnsan fəaliyyəti özbaşına deyil, məhz müəyyən məqsədlərin həyata keçirilməsi şəraitində baş verir.
Adamların yeməyə, geyinməyə, istirahət etməyə və s. tələbatlarının ödənilməsi ilə əlaqədar meydana gələn fəaliy-
yətləri istehlak etmək naminə istehsal etməyə məcbur olurlar. Əlbəttə, belə məcburiyyət yalnız tələbatların
ödənilməsi naminə məhdud resurslardan istifadə etmək nəticəsində meydana gəlir və istehsal prosesi formasını
alır. İstehsal prosesi istehlakçıların mövqeyi baxımından qiymətləndirildiyindən o, sərvət və ne’mətlərin yaradıl-
masının zəruri şərtidir. İqtisadi sistemin formalaşmasına iki mühüm amillər qrupu tə’sir göstərir. Birincisi, möv-
cud mühit, ikincisi isə iqtisadi sistemi təşkil edən elementlərin struktur əlaqələrinin xüsusiyyətləri. Bununla
əlaqədar olaraq göstərməliyik ki, iqtisadi sistemi müəyyən edən və inkişaf etməsinə səbəb olan amillər bir neçə
qismə bölünürlər: təbii-iqlim, istehsal-iqtisadi, mə’nəvi-hüquqi, sosial-mədəni, dini-əxlaqi.
Düzdür, bu amillər qrupunun əksər hissəsi iqtisadiyyatın inkişaf səviyyəsindən asılı olaraq meydana gəlsə də
hər halda onlar iqtisadi sistemin formalaşmasına aktiv tə’sir göstərir. İnsanların əməyə, sərvətə, ne’mət və
xidmətlərə olan xüsusiyyətləri, eləcə də zəruri davranış qaydaları, iqtisadi sistemin inkişaf qanunauyğunluqlarını
əsaslandırır.
Təsadüfi deyildir ki, məhz sosial-mədəni amillər qrupunun fəaliyyətindən asılı olaraq sivilizasiyalı
inkişafın iki mühüm və biri-birindən fərqli Qərb və Şərq istiqamətləri meydana gəlmişdir. Bu istiqamətlərin
özünəməxsus inkişaf qanunauyğunluqları olsa da bunlar insanların iqtisadi fəaliyyətlərinin təkmilləşdirilməsində
özünəməxsus rol oynamışdır. Belə ki, Qərb inkişaf yolu, sərbəstliyə, demokratizm prinsiplərinə əsaslanırsa, Şərq
yolu ciddi nəzarətə, milli mənafeyin üstünlüyünə, dini əqidələrin möhkəmliyinə əsaslanır. Ona görə də bir iqtisadi
sistemdən digər iqtisadi sistemə keçərkən mütləq sosial-mədəni amillər qrupunun fəaliyyətini nəzərə almaq lazımdır.
Çünki, fəaliyyət göstərən hər bir iqtisadi sistem, müəyyən mə’nada fəaliyyətdə olan sosial-mədəni amillərdən asılı
olaraq inkişaf edir və ayrı-ayrı model formasını alır. Belə olmasaydı bazar sistemi ilə inkişaf edən ölkələrin heç də
amerikan, alman, yapon, İsveç və s. modelləri meydana gəlməzdi. Keçid iqtisadiyyatı üçün mütləq bu cəhətlərə
diqqət yetirmək zəruridir.

26
§2. İqtisadi sistemin formaları

İqtisadi sistemin mahiyyətini aydınlaşdırdıqdan sonra, onun keyfiyyət halını əks etdirən iqtisadi proseslərin
məcmusunu şərh etmək məqsədəuyğundur. Bu baxımdan iqtisadi sistemin formalarını, ayrı-ayrılıqda
aydınlaşdırmaq yerinə düşər.
Ümumiyyətlə, iqtisadi sistemin bəşəriyyətin tarixi inkişaf prosesinə uyğun olaraq, ayrı-ayrı mərhələlərdə
malik olduğu sərvət və maddi ne’mətlərin istehsalı, bölgüsü və mübadiləsi sahəsindəki iqtisadi münasibətlər, eyni
zamanda onların təşkili müxtəlif formalarda həyata keçirilmişdir. Bu baxımdan iqtisadi sistemin bazar, inzibati,
ən’ənəvi və qarışıq formalarını qeyd edə bilərik. İqtisadi sistemin bu və ya digər formasına uyğun olaraq ayrı-ayrı
ölkələrdə onların müxtəlif modelləri həyata keçirilmişdir.
Bazar sistemi. Göstərməliyik ki, iqtisadi sistemin ən mütərəqqi forması hesab olunan bazar sistemi son
ikiyüzillikdə meydana gəlmişdir. Bazar insanların fəaliyyətinin əlaqələndirilməsi, onların aktivliklərinin
artırılması və tələbatlarının ödənilməsi üçün iqtisadi resursların səmərəli seçilməsinə imkan verir. Bazar sistemi
iqtisadi fəaliyyət şəraitində adamların qarşılıqlı əlaqəyə girməsinin ən yaxşı forma və üsullarının təşkilini əks et-
dirir. Bazar sisteminin ən vacib elementləri tələb, təklif, qiymət və rəqabətdən ibarətdir. Bu elementlərin birinin
mövcud olmaması deməli, bazar fəaliyyətini dayandırır və öz yerini istər-istəməz digər sistemlərə verir.
Bazar sisteminin ən mühüm və həlledici rolu, onun iqtisadi seçimin sür’ətlə əlaqələndirilməsi üçün
adamların qərar qəbul edilməsində stimullaşdırıcı motivin yaradılmasındadır. Özü də bu motivlər orada iştirak
edənlərin hər birinin şəxsi və eqoist mənafeyinə uyğun olaraq yaranır. Məhz iqtisadi fəaliyyətlə adamların dav-
ranış qaydaları onların fərdi və sərbəst qəbul etdikləri qərarlar əsasında formalaşır.
İqtisad elminin atası hesab olunan Adam Smit hesab edirdi ki, bazar iqtisadiyyatında yaradılan sərvətin ən
mühüm xüsusiyyəti, onun təşkil olunmuş plan əsasında deyil, «görünməz əllərlə» fəaliyyət göstərən külli miqdar
adamların şəxsi mənafelərinə uyğun gəlməsidir. O, 1776-cı ildə yazmış olduğu «Xalqların sərvəti...» əsərində gös-
tərirdi ki, «Biz öz naharımızı almağı gözləyirik, ona görə yox ki, qəssab, pivə bişirən və bulka satan bizə qarşı
xeyirxahdır, ona görə ki, onlar öz şəxsi qazancları üçün çalışırlar».
Ümumiyyətlə, bazarın özü tarixən çox keçmiş zamanlarda yaranmasına baxmayaraq bir sistem kimi XVIII
əsrdə formalaşmışdır. Bazar sisteminin öz daxili qanunauyğunluqlarının inkişafına uyğun olaraq onun iki
mərhələsini qeyd etmək olar. Biri, kapitalizmin meydana gəlməsi ilə onun sərbəst və ya azad tipi, ikincisi, sahibkar-
lar təbəqəsinin meydana gəlməsi ilə bağlı olan tənzimlənən tipi. Bazar sisteminin hər iki tipi rəqabətin və
inhisarçılığın iqtisadiyyatda aparıcı mövqeyə çatması ilə əlaqədar olmuşdur.
Bazar sisteminin birinci tipinin müxtəlif ölkələrdə fəaliyyət göstərməsinə baxmayaraq, onun ən klassik
nümunəsi 18-19-cu əsrlərdə və 20-ci əsrin ilk onilliyində İngiltərədə olmuşdur. Belə ki, bazar sisteminin bu tipi
üçün azad rəqabətin fəaliyyət göstərməsi xarakterik hal almışdır. Bə’zən ona görə də bazar sisteminin bu tipinə
xalis kapitalizm deyilir. Belə şəraitdə iqtisadi fəaliyyət sferasına daxil olanların hamısı, istər kapitalistlər, istərsə
də muzdlu işçilər şəxsi azadlığa malik olurlar. Lakin bazarda əsas «oyun qaydalarını» müəyyən edənlər kapitala
malik olanlardır. Qiymət əsas müəyyənedici amil rolunu oynayır. Bu da iqtisadiyyatda böhranlı tənəzzül vəziyyətləri
törədir.
Makroiqtisadi müvazinətə nail olmaq olmur, azad bazarın malik olduğu çeviklik aradan qalxır.
İqtisadiyyatda hərc-mərclik artır və cəmiyyətin ictimai tələbatı ödənilməmiş qalır. Ona görə də kapitalizm həm
daxili çətinliklərə, həm də xarici amillərin roluna, xüsusən sosial inqilablara əsaslanan sosializmin meydana
gəlməməsi üçün, onun inkişafına imkan verən bazar sisteminin ikinci, tənzimlənən tipini meydana çıxartdı. Bu
tipin ən üstün xüsusiyyətləri, dəyişilən şəraitə uyğun gələn, əsas aparıcı amil hesab olunan sahibkarlar təbəqəsinin
meydana gəlməsi və resurslardan istifadə etmək hüququnun dövlət nəzarətinə keçməsindən ibarət olmuşdur. Ən
başlıcası isə dövlətin qiymət, kredit, vergi vasitəsi ilə iqtisadiyyata müdaxilə etməsi və onun hüquqi funksiyasının
təsərrüfat subyektlərinin iqtisadi əlaqələrinin möhkəmlənməsinin özəyində durması olmuşdur.
Təsadüfi deyildir ki, müasir bazar sisteminə «insan əməkdaşlığının qaydalarının genişlənməsi» kimi
qiymət verilir. Bazar sisteminin bu tipində resurslardan istifadə etmək hüququ mülkiyyəti təşkil etdiyindən burada
təşkilatçılıq, yenilikçilik və risk etmək qabiliyyətinə malik olan hər kəsə mülkiyyətçi olmaq imkanı verilir. Mülkiyyət
hüququ «oyun qaydaları»nı müəyyən edən əsaslar, «cəmiyyətdə tələb və təklif prinsipinin həyata keçirilməsini müəyyən
edir».
Bazar sisteminin ən mühüm üstünlüyü, onun daima istehsalın səmərəliliyinin stimullaşdırılması, maddi-
texniki bazasının təkmilləşdirilməsi, şəxsi və ictimai mə’nafeyin birləşməsi ilə bağlıdır. Əvvəla, o, gəlirlərin
bölgüsündə qeyri-bərabərlik törətdiyindən orada ədalətli iqtisadi prosesləri qurmaq mümkün olmur, ikincisi o, tam
məşğulluq və sabit qiymət səviyyəsinə tə’minat vermir. Bununla əlaqədar olaraq bazar sisteminin müasir tipi üçün
onun biri-birindən fərqlənən amerikan, yapon, İsveçrə, alman və s. modelləri meydana gəlmişdir.
İnzibati-amirlik sistemi. İnsanlara gələcəkdə yüksək rifah halının tə’min olunmasını elan edən, lakin
praktiki olaraq onun həyata keçirilməsi olduqca çətin və mürəkkəb proses olan inzibati-amirlik sisteminin
meydana gəlməsi öz başlanğıcını marksizm nəzəriyyəsindən götürür. Bu nəzəriyyə əsasında cəmiyyətin iqtisadi
tərəqqisi məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı ziddiyyətlərin aradan götürülməsi nəticəsində
baş verəcəyi və bir formasiyanın digəri ilə əvəz olunmasına gətirib çıxaracağı dururdu. Lakin marksist
nəzəriyyədə kapitalizmin inkişaf mərhələləri onun ilkin pillələrindən nəzərdən keçirildiyindən və daxili ziddiyyət-
lərinin həll olunmasındakı tədrici və keçici proses nəzərə alınmadığından, onun inqilabi yolla dəyişəcəyi labüdlüyü

27
ideyası irəli sürülmüşdür. Bu sistem keçmiş SSRİ-də, Şərqi Avropa ölkələrində, hal-hazırda Kubada və bir sıra
Asiya dövlətlərində fəaliyyət göstərir. Bu da yalnız istehsal münasibətlərinin zahiri öyrənilməsinə və iqtisadi
münasibətlərdə baş verən köklü dəyişikliklərin kənarda qalmasına səbəb olmuşdur. Düzdür, marksistlər cəmiyyətdə
ədalətli iqtisadi proseslərin gedişatının tərəfdarları idilər. Hamının cəmiyyətdəki resurslardan istifadədə bərabər
və ədalətli mövqedə durmalarını israr edirdilər. Lakin resursların bölgüsündəki sərt inzibatçılıq ədalətsizliyə
gətirib çıxarmış və cəmiyyətdə baş verəcək ziddiyyətlərin daha da dərinləşməsinə səbəb olmuşdur. Eyni zamanda
iqtisadiyyatın idarə olunmasındakı inzibatçılıq təkrar istehsal fazaları arasındakı əlaqəni, mülkiyyət hüququnu
tamamilə pozmuşdur.
Beləliklə, bütünlükdə iqtisadiyyata aid edilən problemlər, istər resursların bölgüsü və istifadəsi sahəsində
olsun, istər istehsalın strukturu, onun proporsiyaları, təşkil olunması sahəsində olsun, bütün məsələlər mərkəz-
ləşdirilmiş plan orqanları tərəfindən müəyyənləşdirilir. Belə ki, istehsalın həcmi, onun resurs tə’minatı, hazır
məhsulların reallaşdırılmasını plan orqanları həyata keçirir. Bütün istehsal istehlakçının mövqeyindən deyil, istehsal va-
sitələrinin üstünlüyünün nəzərə alınması baxımından planlaşdırılırdı.
İnzibati-amirlik sisteminin xarakterik xüsusiyyəti, birincisi, ondan ibarətdir ki, ictimai mülkiyyət adı altında
bütünlüklə o, dövlət mülkiyyətindədir. Faktiki olaraq iqtisadi resursların hamısı sırf dövlətin nəzarətinə və
inhisarına keçir. İkincisi, təsərrüfat mexanizmi kimi mərkəzləşdirilmiş iqtisadi planlaşdırmanın ön mövqedə durma-
sıdır. Üçüncüsü, bütün yaradılmış ne’mətlər, regional xüsusiyyət nəzərə alınmadan bərabər bölgü adı altında bərabər-
ləşdirici şəkildə bölünür. Dördüncüsü, iqtisadi aktivliyin yüksəldilməsinə və şəxsi mənafeyin reallaşmasına şərait
yaradılmır. Beşincisi, bütövlükdə iqtisadi resurslar hərbi sənaye kompleksinin tələbatı istiqamətində istifadə
olunur.
Qarışıq sistem. Artıq qeyd etdiyimiz kimi iqtisadi resurslardan istifadə olunması və seçilməsində, eyni
zamanda insanların təsərrüfat fəaliyyətinin əlaqələndirilməsində bazar və inzibati sistemlər çıxış edir. Lakin
göstərməliyik ki, bu sistemlər sırf xalis formada özlərini əks etdirmirlər. Belə ki, əgər azad iqtisadiyyatda şəxsiyyət
öz şəxsi mənafelərini rəhbər tutaraq çıxış edirsə, lakin mərkəzləşdirilmiş iqtisadiyyatda şəxsi mənafeyin fəaliyyəti
məhdud çərçivədədir. O cümlədən, resursların və gəlirlərin bölgüsü müxtəlif səviyyəli sərbəstlik və
məhdudiyyətlərlə həyata keçirilir. Ona görə də yaranan çətinliklərin aradan götürülməsi və iqtisadi problemlərin
həyata keçirilməsi üçün qarışıq sistemdən istifadə edilir. Qarışıq sistemdə iqtisadi fəaliyyətlərin əlaqələndiril-
məsində dövlət əsas, müəyyənedici rol oynayır. Bazar sistemli ölkələrdə dövlətlə ayrı-ayrı sərbəst təsərrüfat
subyektləri arasındakı əlaqə səmərəli şəkildə özünü əks etdirirsə, inzibati sistemdə isə bu tamamilə əksinədir.
Çünki iqtisadi mühit, müxtəlif iqtisadi məsələlər əsasında formalaşır.
Hər halda belə bir ümumi cəhəti qeyd etməliyik ki, iqtisadi sistemlər əsasən sərbəst bazar tipi ilə inzibati
sistemin arasında fəaliyyət göstərir. Ona görə də qarışıq sistem, iqtisadiyyatın başlıca probleminin həlli, dövlətlə
xüsusi bölmənin qarşılıqlı tə‘siri vasitəsilə həyata keçirilir.
Dövlət xüsusi sektorun sabit artımının tə’min olunmasında aktiv rol oynamaqla, istehsalın və xidmətin
müəyyən hissəsi vergilər, güzəştlərin verilməsi yolu ilə idarə edilir. Eyni zamanda dövlət fərdlərin öz şəxsi
mənafelərini əsas tutmaq dərəcəsini müəyyən edir. Aydındır ki, şəxsi mənafe heç də ölkənin hərbi potensialını,
hüquq-mühafizə orqanlarının işini və s. müəyyənləşdirə bilməz. Digər tərəfdən milli mənafeyə xidmət edən strateji
sahələrin inkişafına yalnız dövlət səviyyəsində tə’minat yaratmaq olar.
Bütün bu deyilənlərlə əlaqədar olaraq demək lazımdır ki, dünyanın bir çox ölkələri qarışıq iqtisadiyyata
malikdir. Onların bir qismi sərbəst bazar iqtisadiyyatına, digər qismi isə inzibati sistemə daha çox yaxındır. Bə’zi
ölkələrin iqtisadiyyatı qarışıq iqtisadiyyat çərçivəsində, kapitalist iqtisadiyyatı isə daha çox sahibkarlıq
iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir. Qarışıq iqtisadi sistemlə sahibkarlıq iqtisadiyyatına üstün tə’mi-
nat verilməsi ölkə iqtisadiyyatını daha çox demokratikləşdirir və gəlirlərin bölgüsündə ədalətin tə’min olunmasına
imkan yaradır. Azərbaycan iqtisadiyyatının belə inkişaf yoluna qədəm qoyması sosial yönümlü bazara keçidlə
sahibkarlıq iqtisadiyyatının inkişafına səbəb ola bilər.
Qarışıq iqtisadi sistemdə resursların bölgüsü müxtəlif şəkildə həyata keçirilir. İnzibati sistemdə resursların
bölgüsündə mərkəzi plan orqanları, bazar sisteminin sərbəst tipində resursların bölgüsündə xüsusi sahibkarlar
iştirak edir. Qarışıq iqtisadi sistemdə xüsusi sahibkarlər, qismən də dövlət iştirak edir. Belə şəraitdə dövlətin rolu,
bazar mühitinin sabit şəkildə fəaliyyət göstərməsinə xidmət edir. Qarışıq iqtisadi sistem iqtisadiyyata dövlət
müdaxiləsi səviyyəsinə görə fəaliyyət göstərir. Qarışıq iqtisadi sistemin spesifik xüsusiyyəti ondan ibarətdir ki,
iqtisadiyyat nə özü-özünə tənzimlənir, nə də ki, mərkəzləşdirilmiş formada həyata keçirilir. Lakin əsas məqsəd
iqtisadi fəaliyyətin təşkili və əlaqələndirilməsi üçün stabilliyin yaradılması və gəlirlərin yenidən bölgüsünün
həyata keçirilməsidir.
Ən’ənəvi sistem. Bir qayda olaraq, ən’ənəvi sistem dedikdə, milli adət və ən’ənələrə, eləcə də etik
qaydalara və dini e’tiqadlara əsaslanaraq iqtisadiyyatın inkişaf etdirilməsi başa düşülür. Bu sistemdə xalqın,
millətin lap keçmişdən miras qalmış adətləri ilə bəşəri sivilizasiyadan irəli gələn bə’zi müasir texnoloji üsullarının
tətbiqi və fərdi göstərişlərin vəhdəti üstünlük təşkil edir. Bu sistem yarı inkişaf etmiş şəkildə olur, iqtisadiyyat vərəsə-
lik prinsipinə tabe edilir, resursların və gəlirlərin bölgüsü adət və ən’ənələrin tələb etdiyi prinsiplərə tabe edildi-
yindən iqtisadiyyat stabil inkişaf etmir. Düzdür, bu sistemə əsaslanan iqtisadiyyat sərvət və ne’mətlər yaratmaq
baxımından heç də süstlüyə və ətalətə qapanmır. Lakin bütün iqtisadi fəaliyyət dini və milli mədəni ən’ənələrə tabe
edilir (Afrikanın bə’zi ölkələrini misal göstərmək olar). İqtisadiyyatın başlıca problemi, ölkənin tayfa və qəbilə baş-
çılarının göstərişi və məsləhətləri əsasında həyata keçirilir.
Müxtəlif dini, mədəni və tarixi keçmişə malik olan ölkələr ən’ənəvi sistem şəraitində eyni iqtisadi məkana

28
malik olmurlar. Eyni zamanda müxtəlif iqtisadi resurslara, xüsusən təbii resurslara malik olmasından asılı olaraq
bu ölkələr müxtəlif nisbi inkişaf səviyyəsinə malik olurlar. Təbii zənginliyin bə’zi ölkələrin dini əqidələrinə uyğun
olaraq geniş imkanlar yaratmasına baxmayaraq (xüsusən islam əqidəli ölkələr) orada texnoloji istehsal üsulu üstün
inkişafa malik deyil. Əhalinin bəşəri elmlərin, mədəniyyətin mənimsənilməsinə olan münasibəti olduqca aşağıdır.
Bu da hər şəraitdə cəmiyyətdə müəyyən kübar və varlı tayfa qrupunun əmələ gəlməsinə səbəb olur.
İqtisadi sistemin müxtəlif formalarında iqtisadiyyatın başlıca probleminin həlli, müxtəlif şəkildə həll edilsə də
ümumi olan bir cəhət var ki, o da hüdudsuz tələbatların ödənilməsi üçün məhdud resurslardan daima səmərəli
istifadə edilməsidir. Lakin tətbiq olunan ayrı-ayrı siyasi, dini, mədəni, hüquqi, əxlaqi və s. institutsional amillər
bu problemin həllində müxtəliflik törədir.

§3. İqtisadi resurslar və onların tərkibi

Resurs dedikdə, istər-istəməz tələbatın ödənilməsi üçün zəruri olan vasitələr nəzərdə tutulur. Yə’ni əmtəə
və xidmətlərin istehsalı üçün tətbiq olunan təbii, əmək, kapital və sahibkarlıq qabiliyyəti iqtisadi resurs formalarını
təşkil edirlər. Bə’zi hallarda bu resurslar iki qismə, birincisi, maddi resurslara, xammal-materiallara və kapitala,
ikincisi, insan resurslarına, əmək və sahibkarlıq qabiliyyətinə bölünərək istehsal amilləri kimi təsnifatlaşdırılır.
İqtisadi resurslar, bir qayda olaraq, insanların hüdudsuz tələbatlarının ödənilməsinə yönəldiyindən onlar daima
məhdud xarakter daşıyır.
Məhdudluq əməklə materialların səmərəli birləşməsinə, əmtəə və gəlirlərin müxtəlif fərd və ailələr
arasında bölgüsünə səbəb olur. Resursların məhdudluğu onlardan istifadə olunması qaydası, seçilməsi üsulları
onları iqtisadi kateqoriya edir. Əgər belə olmasaydı, onların heç bir ne’mətin istənilən səviyyədə istehsalında əhə-
miyyəti olmazdı.
Qurani-Kərimdə göstərilir ki, Allah-taala yer üzünə ne’mətləri ona görə məhdud göndərdi ki, adamlar
onların bölgüsündə ədalətli olsunlar. Ümumiyyətlə, ne’mətlərlə bağlı nə varsa, hamısı nisbi məhdudluğa malikdir.
Hətta hüdudsuz görünən hava da, dağda, dəniz sahilində, cəngəllikdə, səhrada havaya olan tələbatın ödənilmə-
sində məhdudluğa malikdir. Ayrı-ayrı ölkələrin müxtəlif iqtisadi sistemlərə malik olması, məhz məhdud
resurslardan istifadə olunması və onların seçilməsi və mənimsənilməsində müxtəlif iqtisadi məkanların yaradılması
ilə əlaqədardır. Ona görə də bütün cəmiyyətlərdə iqtisadiyyatın əsas düyün nöqtəsi insanların hüdudsuz tələbatları
ilə məhdud resurslar arasındakı ziddiyyətlərin həll olunması ilə bağlıdır.
İqtisadi resursların növlərindən danışarkən birinci növbədə təbii resursları xüsusi qeyd etmək lazımdır.
Çünki, o ilkin resurslardır. Təbii resurslara torpaqlar, meşələr, yerüstü və yerin təkində mövcud olan xammal,
materiallar, mineral yataqlar, su hövzələri və s. daxildir. Lakin bir cəhəti də nəzərə almaq lazımdır ki, bu resurs
növündə əsas həlledici rola torpaq malikdir. Torpaq dedikdə isə birinci növbədə becərilən torpaqları, hasilat
sənayesinə, tikintiyə və s. sahələrə cəlb olunan torpaqları nəzərə almaq lazımdır. Torpaq, onun münbitliyi və təkinin
zənginliyi, bir növ Allahın insanlara bəxş etdiyi töhfə olduğundan, bütün digər resurs növlərindən müqəddəsdir.
İqtisadi resursların mühüm növlərindən biri də əməkdir. İqtisadiyyatda işlədilən əmək məfhumundan
təsərrüfat prosesi zamanı insanın tətbiq etdiyi hər cür məqsədyönlü fiziki, mə’nəvi və əqli fəaliyyətinin məcmusu
başa düşülür. Yalnız onun bir fərdi xüsusi növ qabiliyyəti - sahibkarlıq qabiliyyəti əmək resursuna daxil deyil.
Klassik siyasi iqtisadın banilərindən olan Adam Smit əmək resursuna xüsusi əhəmiyyət vermiş və onun
sərvətin mənbəyi olduğunu qeyd etmişdir. A.Marşal isə göstərirdi ki, hər cür əməyin məqsədi bu və ya digər
nəticəni istehsal etməsidir. Deməli, əmək faydalı nəticənin əldə olunması üçün insanın məqsədyönlü fəaliyyətidir.
Beləliklə də qeyd etmək lazımdır ki, əmək resurs kimi sadəcə kəmiyyət, say e’tibarilə deyil, onun məhsuldarlığı və
intensivliyi baxımından iqtisadiyyatda fəal rol oynayır. Deməli, mühəndisin, müəllimin, bənnanın, aşpazın yerinə
yetirdiyi iş bir məfhumda, əmək anlayışında əks olunur.
İqtisadi resurslar anlayışında kapitalın öz xüsusi yeri vardır. Kapital dedikdə, maddi ne’mətlər istehsalı və
xidmətlərin gerçəkləşməsi üçün yığılan istehsal vasitələri ehtiyatları başa düşülür. Bura hər cür maşın və
avadanlıqlar, qurğular, dəzgahlar, nəqliyyat vasitələri, pul-valyuta vasitələri və s. daxildir.
Kapital istehsal vasitələri ilə eyni məzmuna malik deyil. Ancaq istehsal prosesi zamanı yığılmış istehsal
vasitələri kapitaldır. Ona investisiya resursları da deyilir.
Bir cəhəti də qeyd etmək lazımdır ki, investisiya edilmiş istehsal vasitələri istehlak edilmiş istehsal
vasitələrindən fərqlənir. Belə ki, investisiya üçün nəzərdə tutulmuş istehsal vasitələri istehsal prosesində dolayı
yolla iştirak edir və təsərrüfatçılıq prosesində fəaliyyətdə olan kapitalın həcmini artırır. İstehlak üçün nəzərdə
tutulmuş istehsal vasitələri isə istehsal prosesində birbaşa iştirak edir. Deməli, investisiyalı istehsal vasitələri
istehlak olunan istehsal vasitələrinə tə’minat yaradır.
Kapital başqa əmtəələrin istehsalı üçün iqtisadi prosesdə yaradılmış uzunmüddətli istifadə olunan
ne’mətlərdən ibarətdir. Buna görə də kapitalla real kapitalı fərqləndirmək lazımdır. Əgər faktik kapitala saysız-
hesabsız qurğular, yollar, elektrik xətləri, pul resursları və s. daxildirsə, real kapitala alətlər, maşınlar və s.
məhsullar, qurğular daxildir. İqtisadi resurs kimi yalnız real kapital daha fəaldır. Düzdür, kapitala pul formasında da
baxılır və maliyyə kapitalı kimi iqtisadiyyatda təhlil edilir. Məs., C.Robinson göstərirdi ki, maliyyə resurslarında
təcəssüm olunan, lakin investisiya edilməmiş kapital pul məbləğindən ibarətdir.
Kapitala olan baxışın müxtəlifliyindən asılı olmayaraq, onun bir ümumi xüsusiyyəti vardır ki, o gəlir
gətirmək qabiliyyətinə malikdir. Avstriya iqtisadi fikir məktəbinin görkəmli nümayəndələri (F.Vizer, K.Menger,
E.Bem-Baverk) qeyd etdikləri kimi, kapital yüksək səviyyəli ne’mətdir. Məsələn, kartof aşağı səviyyəli ne’mətdir,

29
çünki o tələbatı bilavasitə ödəyir. Kartof bişirilən qazan isə yüksək səviyyəli ne’mətdir, ona görə ki, o tələbatı bilavasitə
deyil, dolayı yolla ödəyir.
Deməli, kapitalın yüksək səviyyəli ne’mət kimi, insan sivilizasiyanın inkişafı, o cümlədən onların istehsalı
üçün tətbiq olunan vasitələrin əhəmiyyəti durmadan artacaqdır.
İnsanların xüsusi növ qabiliyyəti kimi fərqlənən sahibkarlıq qabiliyyəti - iqtisadi resursların tərkibində
fəal rola malikdir. İnsan biliklərinin, düşüncəsinin məhsulu olan sahibkarlıq, yeni imkanların tapılması, yeni
istehsal üsullarının tətbiq olunması, köhnə, hər cür məhdudiyyətlərin aradan qaldırılması, yeniliklər naminə risk
edilməsi qabiliyyətini əks etdirir. Sahibkarlıq daima axtarışlarla bağlı olduğundan o dinamik prosesdir. Yeni
perspektiv istiqamətlərin müəyyən edilməsi ilə əlaqədar olaraq sahibkarlıq hər cür məhdudiyyətlərə üstün gəlir,
mütərəqqi təşkilatçılıq və idarəetmə formasını törədir.
Lakin sahibkarlıq yeniliklərlə bağlı olduğundan bu heç də o demək deyildir ki, o nəyinsə ixtirası və ya kəşf
olunmadır. Lakin o gəlir əldə etmək yolunda yeni biznesin axtarılmasıdır. Sahibkarlıq mövcud biznes sferasında
mövcud resursların bölgüsündə və seçilməsində yeni təşkilatçılıq metodlarının həyata keçirilməsi, təşəbbüskarlığa
malik olması və risk etmək qabiliyyəti ilə səciyyələnir.
Bə’zən də sahibkarlıq qabiliyyətinə istehsalın üç təbii, əmək və kapital amillərinin daha yaxşı üsullarla
birləşməsini axtaran proses kimi də baxılır (Edvin C.Dolan, Deyvid E.Lindiy, Mikroekonomika, San-P. 1994,
s.14). Lakin sahibkarlıq insanın xüsusi növ qabiliyyəti kimi, öz iş vaxtından, əməyindən, işgüzarlığından, mül-
kiyyətindən səmərəli istifadə etməklə əlavə gəlir əldə etmək qabiliyyətidir. Daha doğrusu, sahibkarlıq mənfəətli
işlərin görülməsinin əsasıdır.

§4. İstehsal imkanları və iqtisadi seçimin qarşılıqlı əlaqəsi

Resursların məhdudluğu onlardan istifadənin alternativliyini əsaslandırır. Alternativliyi iki səviyyədə qeyd
etmək olar. Birincisi, mövcud ictimai əmək bölgüsü şəraitində istehsal olunan ne‘mətlərdən birindən digərinə
keçilməsi. İkincisi, eyniadlı resursdan faydalılıq və səmərəlilik baxımından müxtəlif səviyyədə istifadə olunması.
Konkret olaraq alternativ resurs seçiminin əsaslandırılması texnoloji istehsal üsulunun meydana gəlməsinə
səbəb olur. Bunu əyaniləşdirmək üçün görkəmli Amerika iqtisadçısı A.Samuelsonun gətirmiş olduğu misaldan
istifadə edək.
Hesab edək ki, cəmiyyət yalnız mövcud resurslarla iki növ əmtəəni, 15 min ədəd top və 5 ton yağ istehsal
etməyə imkan verir. Bu əmtəələr mülki və hərbi istehsalın alternativliyini xarakterizə etmək üçün istifadə edilir.
Məs., belə hesab edək ki, cəmiyyətin bütün resursları yağ istehsalına istiqamətlənir və onun həcmi mövcud resurs
tə‘minatı baxımından maksimum 5 tona bərabər tutulur.
Alternativ məhsul olan top istehsalı isə mövcud resurslarla maksimum 15 min ədədə bərabərdir. Göründüyü
kimi, cəmiyyət bu məhsulların hər birinin maksimum istehsalı üçün digərindən imtina etməlidir. Məs., yağ
istehsalını azaltmaqla və ya əksinə. Bir cəhəti də qeyd etmək lazımdır ki, məhdud resurslardan istifadə etmək
nəinki alternativdir, eyni zamanda qarşılıqlı əvəz olunmalıdır.
İstehsal imkanlarının iqtisadi mə’nası ondan ibarətdir ki, bütün resurslardan tam istifadə etməklə belə,
iqtisadiyyat daima alternativ səviyyədə olur. Yə’ni gətirdiyimiz misaldan belə nəticəyə gəlirik ki, cəmiyyətdə hərbi
və mülki istehsal üçün resursların yenidən bölgüsü istiqamətləri seçilməlidir. İqtisadi seçim, təsərrüfatçılığın alter-
nativ inkişafını əsaslandırır. İstehsal imkanlarının qrafik təsnifatındakı əyri xətt alternativliyin cəmiyyət üçün
daşıdığı əhəmiyyəti əks etdirir. İstehsal imkanları mövcud resurslarla maksimum məhsul kəmiyyətlərinin əldə etmək
mümkünlüyünü əks etdirir. İstehsal imkanları məhsulların mübadilə prosesini də əks etdirir. Belə ki, bir məhsul
növünün buraxılışının artırılması, digər məhsul növünün azalmasına səbəb olur.
Bütün resurslardan tam istifadə etməklə yağ və top istehsalının mümkün kombinasiyaları özünü imkan
əyrisindəki nöqtələrdə göstərir. İmkan əyrisindəki hər nöqtə istehsalın səmərəliliyi variantlarını göstərir. Başqa
cür qeyd etmiş olsaq, cəmiyyətdə bütün resurslardan maksimum istifadə etməklə heç də mülki və hərbi istehsalın
eyni vaxtda artırılmasına nail olmaq olmaz. İstehsal imkanları əyrisinin mahiyyəti bir də onu göstərir ki, hər hansı
müddət ərzində ölkənin iqtisadi potensialı məhdud çərçivə dairəsində fəaliyyət göstərir və özünün imkan əyrisi
hüdudlarından kənarlaşa bilməz. Yə’ni ölkədə əgər hər il ərzində 200 mln. ton sement istehsal olunursa, bunun 100
min tonu mülki tikintiyə, 50 min tonu sosial tikintiyə, 50 min tonu hərbi tikintiyə, başqa sözlə, 10 yaşayış binasına,
2 xəstəxanaya, 3 hərbi bunkerə yönəldilərsə, əlavə olaraq ya bir bina, yaxud da bir hərbi bunkerin tikilməsi istər-
istəməz ya bir xəstəxananın tikilməsinə, yaxud bir bunkerin, ya da ki, bir mənzilin tikintisinin yarımçıq qalmasına
səbəb olacaq.
Cəmiyyət hər şəraitdə iqtisadi sistemin yaratdığı şəraitə uyğun olaraq iqtisadi
aktivliyə imkan verən yığımla istehlak arasındakı həddi seçməlidir. Əgər
müəyyən müddət ərzində şəxsi istehlaka daxil olan məhsullardan imtina edilirsə
(yə’ni az ət, yağ, yumurta, geyim və məişət əşyaları və s.) və yığımın həcmi (yeni
qurğuların, fabrik və zavodların, mə’dənlərin tikilməsi) artırılırsa, müəyyən
müddətdən sonra daha yüksək səviyyəli imkan əyrisinə nail olmaq olar.
Artıq qeyd etdiyimiz kimi yalnız məhdud resurslar şəraitində adamların fəaliyyəti, davranışı və onların

30
istifadə üçün seçmə üsullarına görə iqtisadi sistemlər fərqlənir. Məhz məhdudluq cəmiyyətin inkişafının iqtisadi
əsasını müəyyən edir. İstər təbiətdəki hazır məhsullar, istərsə də insan əməyi tətbiq olunan məhsulların hamısı nisbi
məhdudluğa, nadirliyə, çatışmazlığa malikdir. Əgər belə olmasaydı onda insanların tələbatı tam ödənilərdi və
hansı məhsulun az və ya çox istehsal olunmasının heç bir əhəmiyyəti olmazdı. Eləcə də resursları iqtisadi tə’yinatı
baxımından təsnifatlaşdırmağa ehtiyac qalmazdı. Deməli, tələbatın ödənilməsi üçün vasitə hesab olunan ne’mətlərdə
«arzulanan şey» (A.Marşal) kimi mövcud olmazdı. Beləliklə, birmə’nalı qeyd olunmalıdır ki, iqtisadi sistemdə
məhdudluq qanunauyğun hal kimi çıxış edir. Ümumiyyətlə, məhdudluq dedikdə, ayrı-ayrı adamların tələbatının
ödənilməsi üçün resursların çatışmazlığı başa düşülür. Belə ki, iqtisadi resurslardan eyni zamanda iki yerdə tam
istifadə etmək mümkün deyil. Ətlik üçün nəzərdə tutulan heyvanlardan heç vaxt süd istehsalı üçün istifadə etmək
mümkün deyil. Yaxud da fortopianodan dərs deyən musiqiçidən futbol hakimi kimi istifadə etmək mümkün deyil.
Bu da adi bir məntiqdən doğur ki, hətta uşağa müraciət edəndə ki, «sən bu adamlardan birini seç» onda o, heç vaxt
deməz ki, «mən onların hər ikisini istəyirəm». Bir yerdə istifadə olunan resurs başqa yerlərdə istehsal olunacaq
məhsulların imkanının itkisi deməkdir. Deməli, iqtisadi sistemdə resursların məhdudluğu qanununun tələblərinə
uyğun olaraq iqtisadi resurslardan elə istifadə olunmalıdır ki, əldə olunacaq səmərənin faydası itirilmiş imkanın
faydasından qat-qat yüksək olsun.
Bütün növ resursların məhdudluğu şəraitində bir sıra xərclər çəkmədən, ümumiyyətlə, istehsal mövcud ola
bilməz. İş orasındadır ki, mövcud tələbatların ödənilməsi üçün resurslar həmişə istənilən qədər olmur. Belə
şəraitdə bir məhsul növünün istehsalı üçün lazım olan resurslardan istifadə etmək qərarına gəldikdə onun başqa
növ məhsul istehsalı üçün imtina olunmasına səbəb olur. Beləliklə, məhsul istehsalı üçün tətbiq olunan bütün
resurslar xərc formasında çıxış edir və alternativ qaydada fəaliyyət göstərir. İstehsalın hər şəraitində müəyyən
qisim xərclərlə başa gəldiyindən onların alternativ qaydada tətbiqinin seçilməsi zəruriliyi meydana gəlir. Bir qisim
əlavə məhsul əldə olunması üçün istifadə olunan xərclərin başqa sahələrdə tətbiqindən imtina olunmasına,
istehsal xərcşərinin artması deyilir. Başqa cür demiş olsaq, mövcud resurslar şəraitində faktiki istehsal olunan bir
məhsul növünün digərinə nisbətən artırılması, hər əlavə istehsal olunan məhsula görə digər növ məhsulların
qurban verilməsi meydana gəlir ki, bu da xərclərin artmasına səbəb olur. Bunun da əsas səbəbi iqtisadi resursların
alternativ məhsul növlərinin istehsalı üçün tam yararlı olmasından irəli gəlir. Hesab edək ki, cəmiyyətdə yalnız
kondisioner və buğda istehsal olunur. İstehsal imkanları baxımından məhsuldarlıqları istənilən səviyyədədir. Lakin
daha gəlirli sahə olan kondisioner istehsalını mövcud resurslarda artırmaq fikrinə gəldikdə hər əlavə kondisioner
üçün buğda istehsalında tətbiq olunan resurslardan imtina olunması deməkdir. Yə’ni çox kondisioner əldə etmək
üçün artıq taxılçılıqla, məhsuldarlığı kondisioner istehsalındakından daha yüksək olan resurslardan istifadə
olunması tələb olunur. Aydındır ki, hər əlavə kondisioner istehsalı üçün ehtiyac artır. Deməli, buğda istehsalından
daha çox resurs kəmiyyətlərini çıxartmaq ehtiyacı irəli gəlir və yaxud buğda istehsalının hər əlavə tonu üçün
kondisioner istehsalında tətbiq olunan resursların çıxarılması zəruriləşir. Bu proses olduqca elastik, zahiri görünmə və
qarşılıqlı əvəz olunma qaydası ilə fəaliyyət göstərir. Xərclərin artması təkcə bir məhsul növünün dəyərcə azalması
deyil, eyni zamanda onun natural formada azalmasına və qıtlaşmasına, digər məhsul növünün isə bahalaşmasına səbəb
olur. Ona görə də alternativ məhsul istehsal olunarkən, mütləq mövcud məhdud resurs növlərindən istifadə
olunması imkanlarını nəzərə almaq lazımdır.

MÜHAZİRƏ MƏTNİ

MÖVZU 5. MÜLKİYYƏT MÜNASİBƏTLƏRİ

§1. Mülkiyyət kateqoriyasının məzmunu və onun haqqında baxışlar


§2. Mülkiyyətin obyekti və subyekti
§3. Mülkiyyətin əsas və törəmə formaları
§4. Mülkiyyət formalarında sahibolma, istifadəetmə və sərəncamvermə
§5. Mülkiyyətin iqtisadi reallaşdırılması
§6. Dövlətsizləşdirmə və özəlləşdirmə
§7. Azərbaycanda özəlləşdirmənin xüsusiyyətləri

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. «İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin, Ə.P.Babayevin və


M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999.
2. Qurani-Kərim. Bakı, 2004 Əl-Bəqərə, Ali-Huran, Ən-Nəhl və Əl-İsra surəsi.
3. M.X.Meybullayev. «İslam iqtisadiyyatı» Bakı – 2001

31
4. A.Smit «Xalqlar sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat» Moskva
1962
5. P.Prudon «Mülkiyyət nədir?» (184 s). История экономических учений.
Москва 2000 г.
6. K.Marks «Kapital» əsəri I cild II nəşri. Bakı – 1969
7. İqtisadi təlimlər tarixi. Dərslik. İqtisad elmləri doktoru, professor
M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə. Bakı – 2002
8. İ.M.Lətifov «Mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi və inkişafı»
Bakı-2003
9. İ.M.Lətifov «Mülkiyyət münasibətləri və onun əhatə dairəsi» Bakı – 2006

§1. Mülkiyyət kateqoriyasının məzmunu


və onun haqqında baxışlar

Mülkiyyət çox zəngin ictimai-iqtisadi və sosial-siyasi məzmuna malikdir. Mülkiyyət dövlətin, şəxsin,
qrupun, kollektivin və bütünlüklə cəmiyyətin həyat məsələsidir.
İqtisad nəzəriyyəsinə uyğun olaraq mülkiyyət probleminin üç cəhətini göstərməliyik: Birincisi, mülkiyyət
həmişə hər hansı şey məzmununa malikdir, ikincisi, mülkiyyət həmişə müəyyən ictimai formanın köməyi ilə
daxilən reallaşdırılır, yə’ni əşya barəsində insanlar arasında ictimai münasibət forması əmələ gəlir, nəhayət üçün-
cüsü, bu münasibətlərin məzmunu insanların təbiət predmeti, şeyləri mənimsəməsi olur. Deməli, mülkiyyətə
təbiət predmetlərinin, maddi ne’mətlərin, istehsal vasitələrinin mənimsənilməsi ilə əlaqədar olaraq və bunların
əsasında meydana gələn insanların ictimai münasibəti kimi baxılmalıdır. Bu mənimsəmə ictimai təkrar istehsalın hər bir
mərhələsində - istehsal, bölgü, mübadilə və istehlak mərhələlərinin hər birində həyata keçirilir. Qısa desək, mül-
kiyyət cəmiyyətin müəyyən tarixi inkişaf mərhələsində fərdlər tərəfindən maddi ne’mətlərin, ən əvvəl istehsal
vasitələrinin mənimsənilməsi və bu əsasda insanlar arasında baş verən mülki və ya istehsal münasibətlərindən
ibarətdir. O, əmlaka sahib olmağı, istifadəetməni və sərəncamverməni birlikdə ifadə edən iqtisadi kateqoriyadır,
münasibətdir.
Mülkiyyət iqtisadi kateqoriya kimi insanların şüurundan asılı olmayaraq mövcuddur, bu iqtisadi kateqoriya
faktiki cəmiyyətdə mövcud olan mülkiyyət münasibətlərinin təzahürüdür. Mülkiyyət istehsalın bütün formalarını
əlaqələndirən kateqoriyadır.
Ümumiyyətlə, mülkiyyətə istehsal münasibətlərinin, hətta cəmiyyətin bütün ictimai-iqtisadi
münasibətlərinin həm əsası, həm də bu münasibətlərin məzmununu özündə birləşdirən çox mürəkkəb və çox
məzmunlu kateqoriya kimi baxmaq lazımdır.
Şeylər, əmlak, maşın və digər istehsal vasitələri özlüyündə mülkiyyət deyil, bunlar cəmiyyətin istehsal
münasibətləri və ictimai sistemin iqtisadi əsası olduğuna görə spesifik ictimai xarakter alır və mülkiyyət olurlar.
Bazar iqtisadi sisteminin məntiqinə isnad edərək belə bir ümumi metodoloji nəticəyə gəlmək olar:
1. İstehsal vasitələri üzərində mülkiyyət və onun hər bir forması elə fövqəl’adə xassəyə malikdir ki, o,
başqa iqtisadi kateqoriyalarla yanaşı dura bilməz; əksinə o, bütün münasibətlərin əsasında durur. Biz mülkiyyətə
başqa iqtisadi kateqoriyalarla yanaşı duran adi iqtisadi kateqoriya kimi baxsaq, hətta onu əsas iqtisadi kateqoriya
adlandırsaq, onda biz nəzəri cəhətdən mülkiyyətin reallaşdırılması proseslərini dərin araşdırmaqla məşğul
olmaqdan xeyli uzaqlaşmış olarıq, mülkiyyət və onun müxtəlif formaları cəmiyyətin bütün iqtisadi proses və
münasibətlərində reallaşır.
2. Mülkiyyət münasibətləri onların sahibləri arasındakı münasibətlərdə təzahür edir. Mülkiyyət öz tərkibinə
istehsal vasitələri və istehsal nəticələrindən istifadə sahəsində insanlar arasındakı çoxcəhətli münasibətlər

32
sistemini, ölkənin regionları və kollektivləri arasındakı münasibətləri daxil edir. Mülkiyyət münasibətlərinin iqti-
sadi məzmunu var və bu münasibətlərin hər bir elementi mülkiyyətin iqtisadi varlığı formasıdır.
3. Mülkiyyət elə müəkkkəb, çoxtərəfli münasibətlər sistemidir ki, o, istehsalın hərəkətinin ümumi forması
tərəfindən, iş qüvvəsi və əməyin ictimai forması tərəfindən bilavasitə istehsal prosesində istehsal vasitələrinin iqtisadi
reallaşması prinsiplərinin dərin araşdırılması ilə bərabər, həmçinin bölgü, mübadilə və istehlak proseslərinin gedişi
mahiyyətini və buradakı əlaqələrin və qarşılıqlı tə’sirin xüsusiyyətlərinin araşdırılması mövqeyindən də öyrənilmə-
lidir. Burada göstərməliyik ki, mülkiyyətə iqtisadi məzmun verən, onun mahiyyətini ifadə edən əsas cəhət
bilavasitə istehsalın özündə, istehsalın özü vasitəsilə onun iqtisadi reallaşmasıdır. Deməli, bilavasitə istehsalatda is-
tehsalçıların istehsal vasitələri ilə birləşdirilməsinin üsulu və xarakteri mülkiyyətin iqtisadi məzmununun ilk pillə-
sini formalaşdırır.
Bütün bu deyilənlərdən aydın olur ki, mülkiyyətin məzmunu zəngindir. O, vəsaitdən və istehsalın
nəticələrindən istifadə olunmasında adamlar, kollektivlər, sahələr, ölkənin regionları arasında, habelə xarici iqtisadi
münasibətlərin çoxcəhətli sistemini, iqtisadi mənafe çalarları məcmusunu əhatə edir; münasibətlərin bu mürəkkəb
kompleksi müəyyən şəkildə daima əlaqələndirilməli və tənzimlənməlidir.
Bütün bunlar mülkiyyətin iqtisadi kateqoriya olmasını təsdiq etməyə əsas verir.
Mülkiyyət iqtisadi kateqoriya olmaqla yanaşı, o, həm də hüquqi kateqoriyadır.
Mülkiyyətin iqtisadi və hüquqi kateqoriya cəhətlərini fərqləndirmək lazımdır.
Hələ Solounun (eramızdan əvvəl 594-cü il) və Klisfena (eramızdan əvvəl 509-cu il) özlərinin yazdıqları
hüquqi qanunlarında qeyd etmişlər ki, qanunlar (hüquqi qanunlar nəzərdə tutulur) mülkiyyət münasibətlərini
yaratmır, faktiki cəmiyyətdə mövcud olan bu münasibətləri möhkəmləndirir.
Sonralar müasir eramızda mülkiyyət hüququ nəzəriyyəsi xeyli inkişaf etmişdir. Amerika iqtisadçıları R.Kouz
və A.Alçian müasir mülkiyyət hüququ nəzəriyyəsinin əsasını qoymuşlar. Sonralar bu nəzəriyyənin işlənməsində
İ.Barsel, Q.Bekker, D.Nort, R.Pozner və başqaları iştirak etmişlər.
İstehsal vasitələri üzərində mülkiyyət hər şeydən əvvəl iqtisadi hadisədir, hüquqi münasibətin məzmunu
iqtisadi münasibətdən doğur. Mülkiyyət, istehsal münasibətlərinin əsası, mülkiyyət hüququ isə bu münasibətlərin
yazılı və qeyri-yazılı qanunlarda əksidir. Mülkiyyət hüququ haqqında ən mükəmməl tə’lim Qədim Romada
yaranmışdır. «Roma hüququ»nda mülkiyyətçiyə mülkiyyətə sahibolma, istifadə və sərəncamvermə hüququ olan şəxs
kimi baxılmışdır. İnsanın hansı əmlaka və nə qədər əmlaka, məsələn, nə qədər həcmə qədər torpaq sahəsinə malik olması
məsələləri hüquqi qanunlarla müəyyənləşir, habelə mülkiyyətdə olan əmlakdan istifadə şəraiti də hüquqi qanunlarla
tənzimlənir. Mülkiyyətə sərəncamvermə amilləri, habelə mülkiyyətin qorunması, toxunulmazlığın problemləri də
hüquqi qanunlarla nizamlanır.

§2. Mülkiyyətin obyekti və subyekti

Mülkiyyət münasibətlərinin obyekti və subyekti vardır. Bu, mülkiyyət münasibətlərinin mahiyyətini ifadə
edən cəhətlərdən biri kimi struktur əlamətidir. Mülkiyyətin obyektinə torpaq, yerin təki, daxili sular və ərazi suları,
qitə şelfi, hava hövzəsi, bitkilər, qurğular, avadanlıq, xammal və materiallar, pullar, qiymətli kağızlar, istehsal, sosial-
mədəni və başqa digər tə’yinatlı əmlak, zavod, fabrik, əməyin məhsulları və s. daxildir. Deməli, mülkiyyətin
obyekti hər şeydən əvvəl onun maddi zəmini, varlığıdır.
Azərbaycan Respublikasında mülkiyyət subyektləri: Azərbaycan Respublikası, Naxçıvan Muxtar
Respublikası, rayonların yerli hakimiyyət orqanları, kollektiv müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri,
təsərrüfat ortaqlıqları və təsərrüfat assosiasiyaları, icarə müəssisələri), ictimai birliklər, dini təşkilatlar və vətəndaş-
lardır.
Mülkiyyət obyekti sahibsiz ola bilməz.
Subyektlərin obyektlər üzərində tam mülkiyyətçiliyi şəraitində onlardan səmərəli istifadə mümkün olur.

§3. Mülkiyyətin əsas və törəmə formaları

Mülkiyyətin müxtəlif formalarda olmasının iqtisadi tərəqqi üçün əsas amil kimi cəmiyyət tərəfindən qeyri-
şərtsiz qəbulu iqtisadi nəzəriyyənin fundamental nailiyyətidir.
Dövlət mülkiyyəti. Artıq biz respublikanın iqtisadi suverenliyi və bazar iqtisadiyyatı şəraitində
formalaşmaqda olan və perspektiv inkişafa malik müstəqil Azərbaycanın dövlət mülkiyyətindən danışa bilərik. Bu
mülkiyyət formasının subyekti Azərbaycan dövlətidir. Hər bir dövlətə öz vəzifələrini yerinə yetirmək üçün müəyyən
əmlak və istehsal növlərinə malik olması zəruridir. Dünya təcrübəsində dövlət mülkiyyətinə dəmir yolları, rabitə,
kosmos sistemləri, müdafiə kompleksləri, dövlət idarələrinin əmlakı daxil edilir. Qərb ölkələrində əsas fondlarda
dövlət mülkiyyətinin payı 7 faizdən 30 faiz arasındadır. Dövlət mülkiyyətinin xüsusi çəkisi tarixi şəraitindən asılı
olaraq daima dəyişilə bilər.
Bələdiyyə mülkiyyəti. Dünyanın bir sıra ölkələrində bələdiyyə mülkiyyəti mövcuddur. Yeni Azərbaycan
şəraitində bələdiyyə mülkiyyəti formalaşır. Bələdiyyə mülkiyyəti haqda Azərbaycan Respublikasının Qanununda
onun obyektinin və subyektinin hüquqi əsasları, idarəetmə xüsusiyyətləri göstərilmişdir.
Xüsusi mülkiyyət. Özəlləşdirmə və xüsusi mülkiyyət bazar münasibətlərinə keçidin çox vacib
problemləridir. Özəlləşdirmə prosesində dövlət mülkiyyətinin obyektlərinin çox hissəsi özəl mülkiyyətə verilir.

33
Azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatı əsasən xüsusi mülkiyyətlə bağlıdır.
Xüsusi mülkiyyətin meydana gəlməsi və inkişafı tarixi çox qədimdir. İbtidai icma quruluşunun pozulması
meyli, nəticə e’tibarı ilə xüsusi mülkiyyətin, xüsusi təsərrüfatların meydana çıxmasına gətirib çıxarır. Sonrakı
tarix xüsusi mülkiyyət münasibətlərinin müxtəlif məzmun və mahiyyətcə inkişafı dövrləri olmuşdur.
Vaxtı ilə C.Lokk, A.Smit və başqaları əmlak, şey üzərində xüsusi mülkiyyət formasını insan azadlığının
zəruri şərti hesab etmişlər.
Habelə bu mütəfəkkirlər xüsusi mülkiyyət formasına mülkiyyətin ən səmərəli reallaşma xarakterinə malik
olmasını göstərmiş, onun təbiiliyini, daimiliyini, demokratikliyini və perspektivliyini sübut etmişlər. Deməli, xüsusi
mülkiyyət münasibətlərinin tərəqqisi cəmiyyətin tərəqqisidir. Dövlətin mülkiyyət üzərində inhisarını aradan
qaldırmadan, vətəndaşların xüsusi mülkiyyət hüququnun reallaşmasına söykənən iqtisadi azadlığını tə’min
etmədən iqtisadi və sosial tərəqqiyə nail olmaq mümkün deyil.
Xüsusi mülkiyyət münasibətlərinin hökmranlığı və sağlam rəqabət olmayan cəmiyyətdə iqtisadi azadlıq da ola
bilməz. Xüsusi mülkiyyət sahibkara daha yaxın mülkiyyət formasıdır. Xüsusi mülkiyyətin gizli sirri sahibkarı
fədakar əməyə daha çox ruhlandırmasıdır.
Azərbaycan xalqı islahatların, o cümlədən aqrar islahatların daha çox xüsusi mülkiyyətə əsaslanmaqla aparılan
formasına tərəfdardır, çünki xüsusi mülkiyyət formasında mülkiyyətçinin şəxsi marağının ön plana çəkilməsi onu
bazar iqtisadiyyatının aparıcı qüvvəsinə çevirir və qısa müddətdə əhaliyə ərzaq tə’minatını verir.
Şəxsi mülkiyyət - xüsusi mülkiyyətin müəyyən bir qolu kimi təzahür edir.
Ev təsərrüfatı üçün lazım olan əşyalar, nəqliyyat vasitələri, yaşayış evi və evin içindəki mebel, xalı, xalça
və başqa əmlak, pul, bağ inventarları və alətləri, istehlak şeyləri - şəxsi mülkiyyətdir. Həmçinin həyətyanı təsərrüfat
və onun aparılması üçün lazım olan xırda alətlər, həyətyanı təsərrüfatdan götürülən məhsul şəxsi mülkiyyətdir,
onun mənbəyi şəxsi yardımçı təsərrüfatda istehsalçının özünün sərf etdiyi əməkdir. Bu mülkiyyətin bütün
obyektlərinin sahibliyi, istifadəsi, sərəncamlığı yalnız həmin şəxsə (onun ailəsinə) mənsubdur.
Fərdi mülkiyyət - xüsusi mülkiyyətin mühüm qollarından biridir. Şəxsi mülkiyyətə nisbətən fərdi
mülkiyyətdə istehsal vasitələrinə sahib olma və fərdi təsərrüfatçılıq dairəsi daha genişdir. Fərdi təsərrüfatçılıq öz
müxtəlif formaları ilə iqtisadiyyatda mühüm rol oynayır. Bu formalardan biri də xırda istehsal sahibkarlığıdır ki, bu
da xırda əmtəə istehsalı ilə səciyyələnən mülkiyyət forması xarakteri alır. Bunlar öz fərdi mülkiyyətlərindən
istifadə edərək həyətyanı əmtəə istehsalı, sənətkarlıqla, xidmət işləri görməklə məşğul olurlar. Fərdi mülkiyyətçilər
əsasən öz ailə əməklərinə arxalanırlar. Vətəndaşların fərdi mülkiyyətində yaşayış evləri, bağ və bağ evi, pul
əmanətləri, səhmlər və başqa qiymətli kağızlar, nəqliyyat vasitələri və sair olur; fərdlər öz ehtiyaclarını ödəmək üçün
az-çox məhsul istehsal edən və özünə xidməti təşkil edən iqtisadi vahid kimi mövcud olur. Xüsusi mülkiyyətin
bir qolu hesab edilən ev təsərrüfatı da fərdi mülkiyyətin tərkibində ola bilər.
Xüsusi və dövlət mülkiyyətindən törəmə kimi təzahür edən digər mülkiyyət formaları. İndi mülkiyyətin
iki əsas forması olan dövlət və xüsusi mülkiyyətdən törəmə kimi mövcud olan digər mülkiyyət formalarını
öyrənək.
Əmək kollektivinin mülkiyyəti. Özəlləşdirmə ilə əlaqədar olaraq əmək kollektivinə məxsus əmlak,
kollektivin sahibliyinə, istifadəsinə və sərəncamına verilə bilər ki, bu zaman əmək kollektivinin mülkiyyəti forması
yarana bilər. Deməli, əmlak, kollektiv birgə mülkiyyət verildikdə hər kəsin payı bəlli olmaqla kollektiv paylı
əmlak olur və tam demokratik əsaslarla kollektiv mülkiyyətə əsaslanan təsərrüfat kimi fəaliyyət göstərir. Deməli,
burada xüsusi mülkiyyətin əsasında kollektiv mülkiyyət və kollektiv münasibətlər yaranır. Buna görə də müasir
dövrün kollektiv mülkiyyəti Sovet dövrünün kollektiv mülkiyyətindən köklü surətdə fərqlənir və mahiyyət e’tibarı
ilə dövlət və xüsusi mülkiyyətdən törəmə forma kimi mövcud olur. Burada əmək kollektivinin üzvləri müəssisənin
idarə edilməsində və gəlirlərin bölüşdürülməsi prosesində aktiv iştirak edirlər. Əmək kollektivi hüquqi şəxs olur.
Kooperativ mülkiyyət forması. Dünyada ən çox yayılmış mülkiyyət formasıdır. Təxmini hesablamalara
görə dünyada 1 milyon kooperativ təşkilatı və onların 120-dən çox müxtəlif növü var və bunlarda 600 milyon adam
iştirak edir (Ümumi iqtisadi nəzəriyyə. M., 1995, səh.156.).
Kooperativ mülkiyyət formasının əsas cəhəti istehsal vasitələrinin və istehsalın nəticələrinin kollektiv qrup
xarakteridir, həmçinin burada kooperativ üzvlərinin hər birinin üzvlük payı bəlli olur.
Kooperativlərin fəaliyyət xarakterinə uyğun olaraq torpaq, istehsal binaları, tikililər, avadanlıq, nəqliyyat
vasitələri, məhsuldar və işlək mal-qara, başqa əmlak kooperativ mülkiyyətində ola bilər.
Sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət və ictimai iaşə, xidmət sahələri, arxitektor-mühəndis
işləri, kəşflər, elm-istehsalat və sosial-mədəni həyat sahələrində kooperativlər yaradıla və fəaliyyət göstərə bilər.
Əlbəttə, maddi ne’mətlər istehsalı ilə məşğul olan, əhaliyə ucuz və keyfiyyətli xidmətlər göstərən
kooperativlərə ehtiyac çoxdur. Aqrar islahatların həyata keçirilməsi ilə kənd təsərrüfatı sahəsində yaranan
kooperativlər respublika əhalisinin ərzaq mallarına olan tələbatının ödənilməsi yollarında mühüm əhəmiyyətə
malikdir.
Kooperativlər hüquqi şəxslərdir və onlar öz nizamnamələrinə uyğun işləyirlər.
İstehlak kooperasiyasının mülkiyyəti. İstehlak kooperasiyası az-çox istehsalla məşğul olsa da buna əsasən
tədavül dairəsinin kooperasiyası deyilir. Onun üzvləri müəyyən az tapılan əmtəələri əldə etmək imkanına malik
olur. Əvvəllər bu kooperativlər əsasən kənd əhalisinə xidmət edirdisə, indi bütün əhaliyə xidmət göstərə bilir. Bu
kooperasiyanın çox geniş beynəlxalq əlaqələri var.
Hazırda Azərbaycanın istehlak kooperasiyası sistemi öz fəaliyyətini bazar iqtisadiyyatı qanunlarına
uyğunlaşdırır. Bütövlükdə və hər bir struktur bölmələrində mülkiyyətçilər və onların əmlakı dəqiqləşdirilmiş,

34
payçılar və onların əmlak payı müəyyənləşdirilmişdir.
Azərbaycanın istehlak kooperasiyası xarici və daxili fəaliyyətlərində yeni istiqamətlər axtarır, maddi-
texniki təchizat, aqroservis, xarici firmalarla birgə kommersiya və istehsal müəssisələri, xırda istehsal-satış
kooperativləri yaradır və digər sahələrdə canlı iş aparır.
Səhmdar cəmiyyəti mülkiyyəti - Səhmlərin (qiymətli kağızlar) buraxılması və satılması yolu ilə yaradılır.
«Səhmdar cəmiyyəti haqqında» Azərbaycan Respublikası Qanununun birinci maddəsində deyilir: «Səhmdar
cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə
formalaşdıran fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir».
Səhmdar cəmiyyəti açıq və qapalı formada yaradılır, yə’ni səhmlər hamıya satılırsa bu açıq, yalnız
tə’sisçilərə satılarsa, qapalı qayda kimi səciyyələnir.
Səhmdar cəmiyyəti, iştirakçılarının əmanətləri hesabına yaradılmış, habelə onun təsərrüfat fəaliyyəti
nəticəsində əldə edilmiş və qanunvericilikdə nəzərdə tutulmuş başqa əsaslar üzrə əldə etdiyi əmlakın
mülkiyyətçisidir.
Səhmdar cəmiyyətlərində vətəndaşlar, xarici hüquqi və fiziki şəxslər, təşkilat və müəssisələr, iştiraketmə və
səhm sahibi olma hüququna malikdir. Səhmdar cəmiyyəti mülkiyyəti formasında istehsal vasitələrinin və gəlirlərin
mənimsənilməsi, səhmlərin dəyərinə - qiymətinə görə cəlb edilmiş istehsalçılara aiddir.
İqtisadiyyatın dövlət inhisarından azad edilməsində, mülkiyyətin özəlləşdirilməsində səhmdar
cəmiyyətlərinin rolu əvəzedilməzdir; xüsusilə iri müəssisələrin özəlləşdirilməsi zamanı onların səhmdar mülkiyyətə
çevrilməsi ən səmərəli üsul hesab edilir.
Səhmdar cəmiyyətləri özünümaliyyələşdirmə prinsipləri ilə işləyir, hüquqi şəxsdir.
Təsərrüfat cəmiyyətinin və şirkətinin mülkiyyəti - iştirakçılarının əmanətləri, təsərrüfat fəaliyyəti nəticə-
sində alınmış və qanunun yol verdiyi başqa əsaslarla aldıqları əmlak hesabına yaranır.
Təsərrüfat cəmiyyəti və şirkəti iştirakçılarının əmlakına əsas fondlar və dövriyyə fondları, pul vəsaiti və
qiymətli kağızlar, habelə əmlakdan istifadə hüquqları daxil ola bilər.
Təsərrüfat assosiasiyalarının (birliklərinin) mülkiyyəti. «Azərbaycan Respublikasında mülkiyyət
haqqında» qanunda bu problemə sahibkar birliyinin mülkiyyəti kimi baxılması göstərilir. Qanunda yazılır:
«Sahibkar birliyi (konsernlər, assosiasiyalar, sahələrarası regional birliklər və başqa birliklər) iştirakçılar tərəfindən
könüllü surətdə, habelə qanunun yol verdiyi başqa əsaslarla alınan əmlak üzərində mülkiyyət hüququna
malikdirlər. Sahibkar birliyinin fəaliyyəti nəticəsində əldə edilən əmlak üzərində də mülkiyyət hüququna
malikdir».
İctimai birliklərin mülkiyyəti. «Azərbaycan Respublikasında mülkiyyət haqqında» qanunda yazılır:
«Hüquqi şəxslər sayılan ictimai birliklərin mülkiyyətində binalar, tikililər, mənzil fondu, avadanlıq, inventar,
mədəni-maarif və sağlamlıq tə’yinatlı əmlak, pul vəsaiti, səhmlər, digər qiymətli kağızlar və onların nizamnamə-
lərində nəzərdə tutulmuş fəaliyyətin maddi tə’minatı üçün zəruri sayılan başqa əmlak ola bilər».
İctimai birliklər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər və bu fəaliyyəti həyata keçirmək məqsədilə
başqa əmlak da ala və yarada bilərlər.
Xeyriyyə fondlarının və başqa ictimai fondların mülkiyyəti. «Azərbaycan Respublikasında mülkiyyət
haqqında» qanunda yazılır: «Hüquqi şəxslər sayılan xeyriyyə fondları və başqa ictimai fondlar öz nizamna-
mələrində nəzərdə tutulan fəaliyyəti həyata keçirmək üçün tə’sisçilərin onlara verdikləri əmlak üzərində mülkiyyət
hüququna malikdir».
Dini təşkilatların mülkiyyəti. «Azərbaycan Respublikasında mülkiyyət haqqında» qanunda yazılır:
«Hüquqi şəxslər sayılan dini təşkilatların mülkiyyətində binalar, ayin predmetləri, istehsal, sosial və xeyriyyə
tə’yinatlı obyektlər, pul vəsaiti və onların fəaliyyəti üçün zəruri sayılan başqa əmlak ola bilər». Dini təşkilatlar öz
vəsaiti, dindarların verdikləri vəsait hesabına satın aldıqları, tikdikləri, yaratdıqları və istehsal etdikləri və ya dövlət,
başqa şəxslər tərəfindən verilmiş və qanunvericilikdə nəzərdə tutulmuş başqa əsaslar üzrə əldə edilmiş əmlak
üzərində birgə mülkiyyət hüququna malikdirlər.
Qarışıq mülkiyyət. Vətəndaşların, hüquqi şəxslərin mülkiyyəti ilə dövlətin mülkiyyətində olan əmlakın
birləşdirilməsinə və bunun əsasında mülkiyyətin qarışıq formalarının yaradılmasına yol verilir. Əsas və törəmə
müxtəlif mülkiyyət formalarının sahiblərinin pay birliyindən yaranan əmlak ümumi və qarışıq mülkiyyət hüququ
ilə eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər. Belə pay birliyi əsasında Azərbaycan və xarici ölkə hüquqi
vətəndaşlarının da iştirakı ilə birgə müəssisələr yaradıla bilər. Bu, birgə, qarışıq mülkiyyətlə təşkil olunan müəssi-
sələrin mülkiyyətinə binalar, tikililər, avadanlıq, pul vəsaiti, nizamnamə fonduna daxil olan digər maddi sərvətlər,
istehsal olunmuş məhsul, əldə edilmiş gəlirlər və birgə qarışıq mülkiyyət münasibətlərini həyata keçirmək üçün
lazım olan başqa əmlak da daxildir.
Vətəndaşların paylarını könüllü birləşdirməklə yaranan və sonra fəaliyyət prosesində artırılan ümumi
mülkiyyətdə olan əmlaka sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək qaydası mülkiyyətçilərin
sazişi ilə müəyyən edilir.
İntellektual mülkiyyət. Mülkiyyət haqqında ümumi metodoloji nəzəri müddəalar intellektual mülkiyyətə
də aid olsa da, onun özünəməxsus xüsusiyyətləri var. «İntellektual» məfhumu latınca «dərk etmə», «başa düşmə»,
«ağıl» mə’nasını verir. O, təfəkkür qabiliyyəti, səmərəli dərketmə, ağılın inkişaf dərəcəsi kimi də qiymətləndirilə
bilər. ««İntellektual» məfhumu ilə bağlı olaraq «intellektual mülkiyyəti» anlayışı meydana gəlib. İntellektual mül-
kiyyətə ayrıca bir mülkiyyət forması kimi baxmaqla bərabər, ona ümumən şəxsi, xüsusi mülkiyyətin bir qolu kimi
yanaşmaq olar.

35
İntellektual mülkiyyətə beyin fəaliyyətinin, düşüncənin, təfəkkürün xüsusi, ən dəyərli nəticəsi kimi baxılır.
Burada nəticə əsasən qeyri-əşyavi olur. Bə’zi ixtisas sahiblərinin əməyinin nəticəsi bilavasitə əşyavi xarakter ala
bilər. Buna rəssamı, kartoqrafı və s. göstərmək olar.
İntellektual mülkiyyət ziyalıların elmi yaradıcılığı, ədəbiyyat, incəsənət qabiliyyəti (iste’dadı) ilə, kəşflər, ixti-
ralar, layihələr, mə’lumatlar, xəbərlər ifadələri ilə səciyyələnir. O fərdin: alimin, mədəniyyəti, incəsənəti təmsil edən
sənət adamlarının (bəstəkarın, aktyorun, rəssamın və bir çox başqalarının), ədiblərin, bütün idarəetmə sistemi işçilə-
rinin, konstruktorun, natiqin, müəllimin, həkimin və sair müvafiq ziyalı dəstəsinin əməyi üzərində mülkiyyət
forması kimi başa düşülür» (İqtisadçı qəzeti. 28 aprel 1997-ci il).
İntellektual sahibkarlığının inkişafı bazar iqtisadiyyatını daha səmərəli edir. XXI əsr intellektin təntənəsi əsri
olacaqdır.

4. Mülkiyyət formalarında sahibolma,


istifadəetmə və sərəncamvermə

Mülkiyyət münasibətləri sahibolma, istifadə, mənimsəmə, başqasına həvalə etmə, icarəyə vermə, habelə
istehsal faktorlarına və əməyin məhsuluna sərəncamvermə proseslərini əhatə etməklə yanaşı, istehsalın inkişaf
etdirilməsinin strategiya və taktikasını, materiallardan istifadə istiqamətini, əməyin və istehsalın təşkilinin
formasının seçilməsini, həmçinin ona nəzarət etmə sahələrini də əhatə edir.
Mənimsəmə - mülkiyyətin məzmununda müəyyənedici əsas amildir. Subyekt öz mülkiyyət obyektini
başqa subyektlərdən kənarlaşdırır, ayırır, hüquqi sənədlər əsasında öz mülkiyyətinə çevirir. O, həmin obyekti və
onun üzərində həyata keçirdiyi iqtisadi proseslərin nəticələrini də mənimsəyir. İstehsalın özündə, gedişində və
istehsalın ilk nəticəsi prosesində mənimsəmə baş verə bilər. Hər hansı sahədə əmək sərfi nəticəsində gəlirlər əldə
etməklə mənimsəmə ola bilər, tədavül dairəsindəki fəaliyyətin nəticəsi kimi mənimsəmə olur; Bütün bu və digər
qanuni mənimsəmə formaları mənimsəmə kimi iqtisadi kateqoriyanın mövcudluğundan xəbər verir.
Sahibliyə gəldikdə o, tam və natamam ola bilər. Tam sahiblikdə mülkiyyətçi öz mülkiyyətinin
reallaşdırılmasından gələn gəlirlərin və bütün mülkiyyətinin tam sahibi olur, tam mənimsəmə hüququna malik
olur. Sahibkar öz mülkiyyətinin müəyyən hissəsini fəaliyyətdə olan mülkiyyətə çevirə bilər, torpaq sahibi öz
mülkiyyətinin bir hissəsini icarəyə verə bilər. Bank sahibi müəyyən pul məbləğini müddətlə və faizlə kreditə verər
və s. Bu halda gəlirlərin bir hissəsini sahibkar və digər hissəsini tam sahibkar olmayan icarədar mənimsəyir.
Deməli, sahibolmada hissə mənimsəməsi də olur.
İstifadə-əmlakdan, əşyalardan öz tə’yinatına görə faktiki istifadə edilməsidir. İstifadə - mülkiyyətin,
sahibolmanın reallaşdırılması formasıdır. Sahibolma mülkiyyət funksiyasıdır, istifadə isə sahibolma funksiyasıdır.
Sərəncam - bu mülkiyyət obyektinin fəaliyyətinə göstəriş vermək barədə sahibkarın yaxud onun tapşırığı
ilə digər şəxsin qərar qəbul etməsidir. Burada mülkiyyət sahibinin bilavasitə özünün sərəncam verməsi yaxud onun
razılığı ilə tə’yin etdiyi şəxs tərəfindən sərəncam verilməsi prosesləri nəzərdən keçirilir; habelə sərəncam verən
bilavasitə mülkiyyətçi də olmaya bilər, yə’ni sahibkardan icarəyə götürdüyü əmlakdan istifadə edənlər də sərəncam
vermək hüququna malik olurlar; habelə bu proses istehsal olunan məhsullar barədə də sərəncamvermə cəhətlərini
də əhatə edir.
Beləliklə, mülkiyyətə bütöv yanaşsaq sahibolma, istifadə və sərəncamvermə bütövün hissələri, tamın
elementləri olur. Bu elementlər arasındakı əlaqə belə olur: sərəncam istifadə ilə müəyyənləşir, istifadə sahibolma
ilə müəyyənləşir, sahibolma mülkiyyətin forması ilə müəyyənləşir. Mülkiyyətin formaları isə daima inkişafdadır.
Sivilizasiyanın inkişafı ilə mülkiyyət münasibətləri də dəyişmiş, bu münasibətlərin təkmilləşdirilməsi prosesi davam
edir.

36
§5. Mülkiyyətin iqtisadi reallaşdırılması

Mülkiyyət o vaxt iqtisadi məzmuna malik olur ki, onun iqtisadi məzmunu reallaşdırmada təzahür etsin.
Mülkiyyətin iqtisadi reallaşması mexanizmi çox mürəkkəbdir. Mülkiyyət, ictimai-iqtisadi münasibətlərin sistemi
ilə reallaşır.
Mülkiyyət münasibətlərini kompleks halında araşdırmaq, bütün pillələrdə onun fəaliyyət və hərəkət
formalarını təhlil etmək, iqtisadi əlaqələrin və qarşılıqlı münasibətlərin mahiyyətinə varmaq, mülkiyyətin reallaşdırıl-
ması forma, metod və sistemlərini aşkar etmək üçün mühüm amillərdir.
İstehsal prosesində mülkiyyətin reallaşması ölçüsü əməyin səmərəlilik dərəcəsinin artırılmasıdır. İqtisadi
üsula əsaslanan, könüllü, şüurlu, mədəni təşkil olunmuş, ədalətli stimullaşdırılan əmək, mülkiyyətə can verir.
Deməli, əmək cəmiyyət üçün daha çox və yüksək keyfiyyətli məhsul istehsal etdikdə və həmin əmtəə satılıb is-
tehlakçıya çatdırıldıqda mülkiyyət tam reallaşdırılmış olur. Cəmiyyət üçün keyfiyyətli məhsul istehsalı və onun
vaxtında satılması çox mürəkkəb münasibətlər sistemi ilə bağlıdır. Deməli, mülkiyyət cəmiyyətin bütün iqtisadi
proses və hadisələrində reallaşdırılır.
Bilavasitə istehsal prosesindən başlanan bazar iqtisadiyyatı, bölgü, mübadilə və istehlak dairələrini də əhatə
etdiyindən mülkiyyət iqtisadi həyatın bütün qatlarında reallaşdırılır. Deməli, bazar iqtisadiyyatına mülkiyyətin
bütün formalarının səmərəli reallaşdırılmasının ümumi əsası kimi baxmaq lazımdır. Bazar iqtisadiyyatı sistemində
fəaliyyətdə olan bütün iqtisadi qanunlar və kateqoriyalar mülkiyyətin iqtisadi reallaşdırılmasına xidmət edir.
Çoxnövlü mülkiyyətə əsaslanan bütün təsərrüfat formalarında mülkiyyətin iqtisadi reallaşdırılması prosesi
gedir. O cümlədən, icarə münasibətlərinə əsaslanan təsərrüfatçılığa da mülkiyyətin səmərəli reallaşdırılması
forması kimi baxılmalıdır.
Yeni iqtisadi münasibətlərin təşəkkülünün ana xəttini sosial və iqtisadi mənafelərin tam vəhdət halında
tərəqqisi təşkil edir.
Mülkiyyətin iqtisadi reallaşdırılmasında sosial şəraitin rolu böyükdür.
Sosial siyasətin əsas məqsədi zəhmətkeş əhali üçün mülkiyyət və təsərrüfatçılıq formalarını sərbəst seçərək
sosial istiqamətli bazar iqtisadiyyatı yaratmaqdır.
Mülkiyyət o vaxt daha səmərəli reallaşdırılır ki, istehsalın sosial şəraiti insan tələbatına uyğun olur.
İqtisadi və sosial problemlər bir-biri ilə sıx bağlıdır və biri-digəri üçün şərtdir.
İnsanların öz mülkiyyətlərini səmərəli reallaşdırma şəraiti sosial sahənin güclü tə’siri altında baş verir.
Sosial faktorlara iqtisadi inkişafın ən mühüm amili kimi baxılmalıdır, yalnız lazımi səviyyəli sosial şəraitdə
mülkiyyət formalarının səmərəli reallaşdırılması mümkündür.
Biz, əlverişli sosial şərait, insan ləyaqətinə böyük hörmət olduğu cəmiyyət, zəhmətkeşlərimiz üçün
sivilizasiyaya layiq həyat və əmək şəraiti yaratmalıyıq. Bu şərait mülkiyyətin iqtisadi reallaşma səmərəliliyinin
yüksəldilməsi şəraiti olacaqdır.

37
§6. Dövlətsizləşdirmə və özəlləşdirmə

İqtisadi münasibətlər hansı formada təzahür etməsindən asılı olmayaraq (siyasi, sosial, məişət) son
nəticədə mülkiyyətlə müəyyən olunur. Mülkiyyətin tarixi tipləri və formaları, istehsal vasitələrinin və istehsalın
nəticələrinin mənimsənilməsinin xarakteri geniş mə’nada iqtisadiyyatın əsasını təşkil edir. Mülkiyyət, sistem əmələ
gətirən mahiyyət kimi cəmiyyətin sosial-iqtisadi strukturunu müəyyən edir. İqtisadi sistemlərin tipləri ictimai və
özəl mülkiyyətin kəmiyyət və keyfiyyətcə uyğunluluğu ilə fərqlənirlər. Bu mə’nada iqtisadi inkişafın tarixini saat
kəfkirinin hərəkəti kimi «milliləşdirmədən özəlləşdirməyə qədər və əksinə» inkişaf edən proses kimi xarakterizə
etmək olar. Ona görə də tam aydındır ki, iqtisad elmi heç vaxt mülkiyyət problemlərinə biganə olmayıb. Bu
mə’nada müasir dövr də istisna deyildir. Cəmiyyətin inkişafının bütün mərhələlərində mövcud iqtisadi sistemin
transformasiyasının ən başlıca mühüm məsələsi mülkiyyət münasibətlərinin yenidən qurulması və təkmilləşdiril-
məsidir. Dünya ölkələrinin təcrübələri göstərir ki, mülkiyyət münasibətlərinin quruluşunda əhəmiyyətli dəyişiklik
etmədən iqtisadiyyatı bazar münasibətlərinə uyğun yenidən qurmaq mümkün deyildir. Dünya təcrübəsində
mülkiyyət çoxnövlülüyünün tə’min olunmasının ən başlıca istiqamətlərindən biri dövlət mülkiyyətində olan
müəssisələrin dövlətsizləşdirilməsi və özəlləşdirilməsidir.
Dövlətsizləşdirmə, birbaşa təsərrüfat idarəçiliyi funksiyalarının dövlətdən alınaraq, mülkiyyətin
xarakterində heç bir dəyişiklik etmədən müvafiq vəzifələrin müəssisələrə verilməsi, şaquli təsərrüfat əlaqə-
lərinin üfqi təsərrüfat əlaqələri ilə əvəz olunması deməkdir. Dəqiq desək, dövlətsizləşdirmə iqtisadiyyatda
dövlətin həddindən çox olan rolunun bir qədər azaldılmasını nəzərdə tutur. Əlbəttə, dövlətsizləşdirmə dövlətin
iqtisadi sahələrdən tam təcrid olunması demək deyil, dövlətin fəaliyyət mexanizminin dəyişməsi, yə’ni onun yalnız
nizamlayıcı və əlaqələndirici funksiyaları icra etməsidir.
Mülkiyyətin dövlətsizləşdirilməsi onun özəlləşdirilməsi ilə sıx əlaqəlidir. Özəlləşdirmə, dövlət
mülkiyyətinin müəyyən şərtlərlə dəyişməsini nəzərdə tutur. Mülkiyyətin yeni sahibi onun təsərrüfat fəaliy-
yətində istifadəetmə nəticələrinə görə tam maddi mə’suliyyət daşıyır. Daha dəqiq desək, özəlləşdirmə dövlət
mülkiyyətini ayrı-ayrı şəxslərin, əmək kollektivlərinin, hüquqi şəxslərin özəl mülkiyyətinə verərək mül-
kiyyətin dövlətsizləşdirilməsi üsullarından biri hesab olunur. Deməli, dövlətsizləşdirməni özəlləşdirmə ilə eyni-
ləşdirmək olmaz. Dövlətsizləşdirmə özəlləşdirməyə nisbətən daha geniş anlayışdır.
Bu modellərin heç biri xalis formada tətbiq edilməyib, ona görə də Şərqi Avropanın müxtəlif ölkələrinin
təcrübəsi bu modellərin müxtəlif nisbətindən istifadə edilməsi cəhətindən qiymətlidir. Çexiyada, Slovakiyada,
Baltikyanı dövlətlərdə, Rusiyada özəlləşdirmənin birinci modelindən istifadə edilib. Bu ölkələrdə əsas model kimi
dövlət mülkiyyətinin satışı seçilsə də əhalidə sərbəst maliyyə vasitələrinin olmaması və xarici investorların
özəlləşdirməyə kifayət qədər az maraq göstərməsi nəticəsində pulsuz və bərabər bölüşdürmə modeli daha geniş
yayılmışdır.

§7. Azərbaycanda özəlləşdirmənin xüsusiyyətləri

Bazar iqtisadiyyatı ölkələrində özəlləşdirmə artıq bərqərar olmuş bazar münasibətlərinin və xüsusi
mülkiyyətin fəaliyyət mexanizminin mövcud olduğu bir şəraitdə həyata keçirildiyinə görə mühüm siyasi və sosial
dəyişikliklərlə müşayiət olunmur. Keçmiş sosialist ölkələrində, o cümlədən Azərbaycanda, özəlləşdirməyə iqtisadiy-
yatda bazar mexanizminin, xüsusi mülkiyyətin fəaliyyət göstərməsi üçün hüquqi qanunların və iqtisadi əsaslarının
hələ tam olmadığı bir dövrdə başlanmışdır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda 1990-1993-cü illər
ərzində baş verən mə’lum siyasi və sosial hadisələr hələ kütləvi özəlləşdirməyə qədər bir çox ciddi nəticələrə
gətirib çıxartmışdır. Buna iqtisadiyyatın böhran vəziyyətə düşməsi, ciddi nəzərə çarpan əmlak və sosial bəra-
bərsizlik, ölkə əhalisinin çox varlı və çox kasıb hissələrə bölünməsi aiddir. Azərbaycan üçün özəlləşdirmənin əsas
xüsusiyyətlərindən biri də onun siyasi suverenliyinin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyə nail olması və
respublikanın ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı xalq üçün taleyüklü problemlərin həll edilməsi və para-
lel olaraq həyata keçirilməsidir.
Azərbaycan keçmiş sosialist dövlətləri içərisində özəlləşdirməyə gec başlayan respublikalardan biridir.
Əlbəttə, gecikdirilmiş özəlləşdirmə bütövlükdə neqativ haldır. Lakin Azərbaycanda gec başlanmış özəlləşdirmənin
müsbət cəhətləri də vardır. Özəlləşdirməyə gec başlanılması artıq bu yolu keçmiş və keçməkdə olan digər
ölkələrin təcrübəsini öyrənməyə və onların buraxdığı səhvləri təkrarlamamaq imkanı vermişdir. Hal-hazırda
özəlləşdirmə onun əvvəlki variantlarına nisbətən daha az və sosial xərclərlə aparılır.
Keçmiş SSRİ-nin tərkibinə daxil olan respublikalar arasında dövlət mülkiyyətinin özəlləşdirilməsi
sahəsində ümumi və fərqli cəhətlər vardır. Ümumi cəhətlərə aşağıdakıları aid etmək olar: özəlləşdirmənin
inqilabi sıçrayış yolu ilə deyil, təkamül yolu ilə, mərhələ-mərhələ aparılması; özəlləşdirməyə kiçik müəssisələrin
özəlləşdirilməsindən başlanılması; özəlləşdirmənin pulsuz və satış modeli əsasında aparılması, onlardan
mülkiyyətin əhali arasında pulsuz bölüşdürülməsinə, yə’ni çek özəlləşdirilməsinə üstünlük verilməsi;
özəlləşdirmənin qeyri-istehsal sahələrində daha yüksək templə aparılması və s.
Özəlləşdirmə proqramını yerinə yetirərkən hər bir hökumət öz qarşısında minimum iki məqsədi qoyur:
özəlləşdirmə bir tərəfdən iqtisadi münasibətlərin, onun əsası olan mülkiyyət münasibətlərinin yeniləşməsi, çox-
növlü mülkiyyət formalarının yaranması, idarəetmə sisteminin əsaslı surətdə dəyişdirilməsi, digər tərəfdən isə bazar
münasibətlərinə keçid şəraitində iqtisadiyyatın tənəzzül vəziyyətindən çıxarılması, inflyasiyanın qarşısının alınması

38
məqsədini güdür. Azərbaycanda da özəlləşdirmə bu vəzifələrin həyata keçirilməsinə yönəldilmişdir.
Azərbaycanda özəlləşdirmənin başlıca məqsədləri aşağıdakılardır:
- təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən
bazar iqtisadiyyatı mühitinin yaradılması;
- xalq təsərrüfatı strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması;
- iqtisadi prosesə bütöv növ istifadə olunmamış ehtiyatların cəlb edilməsi;
- milli iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi;
- əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması.
Bütövlükdə Azərbaycanda özəlləşdirmə prosesinin gedişini 4 mərhələyə bölmək olar:

I mərhələ - 1996-1998-ci illər;


II mərhələ - 1998-2000-ci illər;
III mərhələ - 2000-2001-ci illər;
IV mərhələ - 2001-2005-ci illər.

Azərbaycanda özəlləşdirmənin ən səciyyəvi cəhətlərindən biri onun aparılması modelləri ilə bağlıdır.
Azərbaycanda özəlləşdirmənin xüsusiyyətlərindən biri də onun kənd təsərrüfatından başlanmasıdır.
Azərbaycanda özəlləşdirmənin xarakterik cəhətlərindən biri də özəlləşdirmənin dünya ölkələrinin üzünə
açıq olmasıdır.
Azərbaycanda özəlləşdirmə modelinin fərqləndirici cəhətlərindən biri də dövriyyəyə buraxılan
özəlləşdirmə çeklərinin nominal qiymətə malik olmamasıdır.

MÜHAZİRƏ MƏTNİ

MÖVZU 6. ƏMTƏƏ İSTEHSALI VƏ PUL

§1. Təsərrüfat tipləri


§2. Əmtəə və onun xassələri
§3. Əmtəə istehsalının formaları
§4. Əmtəə tədavülü və pulun meydana gəlməsi
§5. Pulun mahiyyəti və funksiyaları
§6. Pulun təkamülü

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. «İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin, Ə.P.Babayevin və


M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999.
2. K.Marks, «Kapital», ı cild, ı fəsil. Bakı, 1969.
3. Дж.Харрис, «Денежное теория». Москва, 1992.
4. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред. В.И.
Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической академии, 2000,
–592 с.
5. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П. Журавлевой,
В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского университета, 2000,–757с.
6. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.:
Эксмо, 2006, –736 с.
7. Экономическая теория. Учебник для вузов / Под ред. А.И. Добрынина,
Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480 с.
39
8. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им.
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с.
9. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.: Гуманит.
Изд-во: Центр ВААДОС, 2000, –520 с.
10. Курс общей экономической теории. Учебник / Под ред. М.Н. Чепурина,
Е.А. Киселевой. –Киров: АСА, 1997.
11. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.

§1. Təsərrüfat tipləri

Bazar iqtisadiyyatının əsasını xüsusi mülkiyyət və əmtəə istehsalı təşkil edir.


Lakin cəmiyyətlərin tarixi inkişaf prosesinin müxtəlif mərhələlərində iqtisadi
həyatın ümumi formaları fəaliyyət göstərir. İqtisadi həyatın ümumi formaları
keyfiyyətcə bir-birindən fərqlənir və daimi xarakter daşımırlar. İqtisadi həyatın
bu formaları və ya təsərrüfat təşkilinin ümumi tipləri ictimai əmək bölgüsü və
iqtisadi inkişaf səviyyəsi ilə səciyyəvidirlər. Bu ümumi iqtisadi proseslər və
hadisələr vaxtaşırı dəyişirlər və təsərrüfat formalarının inkişafında təkamül
yaradırlar.
Təsərrüfat tiplərinin təşkili və onların təkamülü iqtisadi inkişafın
qanunauyğunluqları çərçivəsi daxilində həyata keçirilir. İqtisadi həyatda fəaliyyət
göstərən təsərrüfat tiplərinin təşkili formaları bunlardır: a) natural təsərrüfat; b)
sadə əmtəə təsərrüfatı; v) kapitalist əmtəə təsərrüfatı; q) planlı əmtəə təsərrüfatı.
Təsərrüfat təşkili tiplərinin tarixən ilkin forması natural istehsaldır.
Təsərrüfatın belə bir təşkili formasında istehsal ilə istehlakın həcmi üst-üstə
düşür.
Natural təsərrüfat feodal mülkiyyəti ilə də çox xarakterikdir. Torpaq sahibi
olan mülkədarlar kəndlilərdən töycü olaraq ya məhsul ya da pul alırdılar. Natural
təsərrüfatda məhsul tədavülə deyil, bilavasitə istehlak sferasına daxil olur. Bu,
ictimai əmək bölgüsünün inkişaf etməməsilə bağlı idi. Natural təsərrüfatda
istehsalçının şəxsi mülkiyyəti olan ibtidai, bəsit əmək alətlərindən istifadə
olunurdu.
Natural təsərrüfatın əsasını əkinçilik, maldarlıq və ev sənayesi təşkil edir.
Natural təsərrüfat dağınıq idi və onun xarici mühitlə heç bir əlaqəsi yoxdur.
İqtisadiyyatın təşkilinin belə formasına qapalı təsərrüfat deyilir.
Natural təsərrüfatda tədricən baş verən təkamül istehsalla istehlak arasında
olan əlaqələri möhkəmləndirir və beləliklə, iqtisadi sabitlik təmin olunmağa
başlayır. Natural təsərrüfatda ən’ənəvi istehsal, eyniadlı, eyniçeşidli məhsul istehsalı
40
xarakterik xüsusiyyət kəsb edir. Eyniçeşidli məhsulların istehsalı, sahələr mütənasib-
liyi, daima təkrar olunan bu təsərrüfat tipinin təşkili əmtəə istehsalına kimi üstünlük
təşkil edən iqtisadi həyatın ümumi formasıdır.
Natural təsərrüfatda durğunluq, zəif iqtisadi inkişaf mövcud idi. Bu təsərrüfat
tipində torpaq üzərində xüsusi mülkiyyət yox idi, hər şey dövlətin əlində
cəmlənmişdi, mülkiyyət dövlət hakimiyyətilə qovuşmuşdu. Natural təsərrüfat
dinamik deyil, konservativ, sabit və dəyişməz xarakter daşıyırdı. Tarixi təcrübə
göstərir ki, natural təsərrüfatçılıq formasının müxtəlif modelləri olub: ibtidai
icma, Asiya icması, alman icması, slavyan icması və s.
Natural təsərrüfatın əmtəə təsərrüfatı ilə əvəz olunması uzunmüddətli,
mürəkkəb və çoxcəhətli bir proses olmuşdur. Bu onunla müəyyən olunur ki,
natural təsərrüfat inersiyalı və durğun təsərrüfat tipidir. Bunlara baxmayaraq
bütün sonrakı istehsal formalarının, o cümlədən əmtəə təsərrüfatının əsasını
natural təsərrüfat tipi təşkil edir. Cəmiyyət miqyasında əmtəə münasibətlərinin
meydana gəlməsi, fəaliyyət göstərməsi və inkişaf etməsi natural təsərrüfat
daxilində baş vermişdir.
Deməli, əmtəə münasibətlərinə natural təsərrüfat daxilində diferensasiyaya
uğrayaraq mürəkkəbləşən bir təsərrüfat forması kimi baxmaq olar.
Natural təsərrüfatdan fərqli olaraq əmtəə təsərrüfatı istehsalın elə bir təşkili
formasıdır ki, burada istehsal olunan məhsullar ancaq mübadilə sferasına daxil
olur. Əmtəə təsərrüfatının olması üçün aşağıdakı şərtlər tələb olunur:
1. İctimai əmək bölgüsü. Əmtəə istehsalı şəraitində müxtəlif təsərrüfat
sahələri fəaliyyət göstərir. Bu təsərrüfat sahələri müxtəlif növ məhsul istehsalı üzrə
ixtisaslaşırlar. Sənaye kənd təsərrüfatından ayrılır. Sənaye istehsalının müxtəlif
sahələri yaranır.
2. Mülkiyyət formaları. İstehsal vasitələri üzərində xüsusi mülkiyyətin olması
əsas amillərdən biridir. Əmək məhsulu olan əmtəə istehsal vasitələri üzərində
olan mülkiyyət sahibinə məxsusdur. Bu səbəbdəndir ki, sahibkar öz məhsulunu
əmtəə kimi digər zəruri əmtəəyə dəyişdirməlidir, yə’ni məhsul mübadilə
olunmalıdır.
3. İstehsalçılar arasında iqtisadi əlaqə forması kimi əmtəə mübadiləsi
olmalıdır. İctimai əmək bölgüsünün nəticəsi olaraq istehsalçılar ayrı-ayrı məhsul
istehsalı üzrə ixtisaslaşdıqlarına görə bu istehsalçıların başqa məhsullara olan
ehtiyacı da artır. Digər tərəfdən, xüsusi mülkiyyət də istehsalçıları ayırır və bu isteh-
salçılar zərurət üzündən bazar vasitəsilə bir-birilə əlaqə saxlamaq məcburiyyəti
qarşısında qalırlar.
4. Təsərrüfatın bazarla tənzimlənən xarakteri. Satış və mübadilə üçün əmtəə
istehsal edildiyinə görə hər bir istehsalçı bir-birindən xəbərsiz məhsul istehsal edir
və onlar yalnız bazarda qarşılaşırlar. İstehsalçılardan kimin çox, kiminsə az
məhsul istehsal edib mübadiləyə daxil etməsini müəyyən etmək çətindir. Onlar
bir-birilə ancaq bazar vasitəsilə əlaqə saxlayırlar.

§2. Əmtəə və onun xassələri

Müxtəlif əmtəələr (iqtisadi ne’mətlər) insanların müxtəlif tələbatını ödəyir.


41
Məsələn, çörək, ət, yağ və digər ərzaq məhsulları insanların yeməyə olan,
maşınlar, dəzgahlar, avadanlıqlar istehsal tələbatını ödəyirlər. Əmtəənin faydalı-
lığı, insanın bu və ya digər bir tələbatını ödəmək xassəsi onu istehlak dəyəri edir.
İstehlak dəyəri hər-hansı bir şeyin təbii xassəsindən asılıdır. Lakin istehlak
dəyəri onu yaradan əməyin kəmiyyət miqdarından asılı deyildir. İstehlak dəyəri bütün
insan cəmiyyətlərində mövcuddur. Çünki cəmiyyətlərin inkişaf səviyyəsindən və
mərhələlərindən asılı olmayaraq insanlar bu və ya başqa bir iqtisadi ne’məti istehsal
edib onu istehlak dəyəri kimi mənimsəyib öz tələbatlarını ödəyirlər.
Əmtəənin istehlak dəyəri natural təsərrüfatda yaradılan məhsulun istehlak
dəyərindən fərqlənir. Birinci, natural təsərrüfatda məhsulun istehlak dəyəri
bilavasitə həmin məhsulu istehsal edən üçün istehlak dəyəri kimi çıxış edir.
Əmtəə isə ictimai istehlak dəyərinə malik olmalıdır. Əmtəənin istehlak dəyəri
cəmiyyətin digər üzvlərinin tələbatını ödəməlidir. İkinci, əmtəənin istehlak dəyəri
elə bir spesifik istehlak dəyəridir ki, o ancaq mübadilə yolu ilə istehsaldan
istehlaka daxil olur. Odur ki, natural təsərrüfatdan fərqli olaraq əmtəə təsərrü-
fatında yaradılan məhsulun istehlak dəyəri mübadilə dəyərinin daşıyıcısına
çevrilir.
Məhsulun əmtəəyə çevrilməsi üçün mübadilə dəyərinin olması şərtdir.
Çünki, mübadilə dəyəri kimi bütün əmtəələr müəyyən bir kəmiyyət nisbətində
bir-birinə dəyişdirilməlidirlər. Əmtəələrin bir-birilə müəyyən nisbət daxilində
mübadilə edilməsi əmtəə istehsalçılarının subyektiv istəklərindən asılı deyildir.
Əmtəələrin bir-birinə bərabərləşdirilməsi onların mübadiləsinə qədər baş verən
obyektiv bərabərlik prosesidir. Məsələn, çörək bir istehlak dəyəri formasıdır,
kostyum isə digər istehlak formasıdır. İstehlak dəyəri baxımından əmtəələri
ölçmək olmaz. Lakin mübadilə dəyəri nöqteyi-nəzərindən əmtəələr ölçülürlər,
çünki əmtəələr dəyişdiriləndə onların əsasını mübadilə nisbəti təşkil edir.
Belə ki, əmtəələrin mübadilə dəyərini onların istehlak dəyərilə müəyyən
etmək olmur. Əgər bu belə olardısa bərabəri bərabərsizliklə, ölçüləni ölçülməyənlə
eyniləşdirmək olardı. Bütün mübadilə edilə bilən əmtəələri ümumi və bərabər
edən o kateqoriyadır ki, onun əsasında mübadilə prosesi proporsional olaraq baş
verir. Bu bütün əmtəələrin məzmununu təşkil edən və onların istehsalına sərf edilən
ictimai əməkdir. İstehlak dəyərinin müxtəlifliyinə baxmayaraq əmtəələrin
istehsalına sərf edilən əmək eyni olduğuna görə bu əmtəələrin dəyərini ölçmək
mümkündür. Əmtəələrin istehsalına sərf edilən əməyin miqdar kəmiyyəti həmin
əmtəələrin dəyərini ölçmək imkanı verir və bunun əsasında əmtəələri dəyər baxı-
mından bir-birilə müqayisə etmək olar. Deməli, əmtəənin mübadilə dəyəri imkan
verir ki, bu əmtəələr müəyyən nisbət daxilində bir-birinə bərabərləşdirilsin. Çünki
dəyəri yaradan ictimai əməkdir, bu ictimai əmək dəyər formasında mübadilə
prosesində təzahür edir.
Deməli, əmtəənin müəyyən bir miqdar nisbətində başqa əmtəəyə
dəyişdirilmə qabiliyyəti onu mübadilə dəyəri edir.
Belə ki, insanın bu və ya başqa bir tələbatını ödəmək xassəsi əmtəənin
istehlak dəyəri, digər əmtəələrə dəyişdirilə bilmək qabiliyyəti isə onun mübadilə
dəyəridir.
İstehlak dəyəri və mübadilə dəyəri kateqoriyalarını elmi ədəbiyyata
42
Aristotel, A.Smit, D.Rikardo, T.Maltus, K.Marks, C.S.Mill və başqa alim-
iqtisadçılar gətirmişdir.
Əmək-dəyər nəzəriyyəsinin tərəfdarları göstərirdilər ki, keyfiyyətcə müxtəlif,
kəmiyyətcə ölçülə bilməyən əmtəələr mübadilə oluna bilər. Onların fikrincə
dəyişdirilən əmtəələrin ümumi bir əsası var. Bu ümumi əsas əmək məsrəfləridir və
həmin əmək məsrəfləri mübadilə dəyərini müəyyən edir.
Müasir Qərb iqtisadi ədəbiyyatında əmək-dəyər nəzəriyyəsindən fərqli
olaraq yeni bir nəzəriyyə - faydalılıq nəzəriyyəsi meydana gəlmişdir. Faydalılıq
nəzəriyyəsinin yaradıcıları K.Mengerin, E.Bem-Baverkin və F.Vizerin yaratdıq-
ları son faydalılıq nəzəriyyəsinə əsaslanırlar. Bu nəzəriyyəyə görə mübadilənin
əsasını dəyər deyil, faydalılıq təşkil edir.
A.Smit əmtəə istehsalına sərf edilən əməyi, alınan əməyi (əmək haqqını),
mənfəəti və torpaq rentasını dəyərə aid edir. D.Rikardo və D.R.Mak-Kullox
dəyəri istehsal xərcləri kimi, J.B.Sey isə şeyin faydalılığı kimi izah edirlər.
D.Loderdel dəyəri təklif və tələblə əlaqədə izah edir. K.Marks və F.Engels
göstərilən iqtisadçı-alimlərin mübahisəli fikirlərini təhlil edərək belə bir nəticəyə
gəlmişlər ki, dəyər ictimai əmək sərfinin abstrakt əşya formasıdır və dəyər istehsal
xərclərinin faydalılığa olan münasibətini ifadə edir.
İqtisadi ədəbiyyatda əmtəə dəyərinin kəmiyyəti və onun qiyməti haqqında da
mübahisələr mövcuddur. Məsələn, A.Smit dəyərin ölçü vahidi kimi bə’zən onun
istehsalına sərf olunan iş vaxtını, bə’zən də əməyin özünün dəyərini götürür.
D.Rikardo isə iddia edirdi ki, dəyərin ölçü vahidi istehsalın ən pis şəraitində sərf
olunan iş vaxtıdır. S.Sismondi dəyər kəmiyyətini cəmiyyətin bütövlükdə tələbatı
ilə tələbatın ödənilməsi üçün lazım olan əməyin miqdarı arasındakı münasibət
kimi izah edir. P.Samuelson, C.Klark və başqa iqtisadçılar dəyər kəmiyyətinə son
xərclər əsasında formalaşan qiymət kimi baxırlar. Faktiki olaraq onlar bu
problemi təkrar istehsal şəraitində qiymətin dəyişməsilə əlaqələndirirlər.
Bütün bu baxışların təhlili belə bir nəticəyə gəlmək imkanı verir ki, dəyər
kateqoriyası dəyərlilik məfhumu ilə əlaqədardır. Qeyd edək ki, əmtəənin dəyəri
müəyyən bir konkret tarixi şəraitdə iqtisadi dəyərliliyin xüsusi təzahür
formasıdır.

43
§3. Əmtəə istehsalının formaları

Tarixən əmtəə istehsalı təşkilinin üç forması (tipi) mövcuddur: sadə əmtəə


təsərrüfatı, kapitalist əmtəə istehsalı və planlı əmtəə təsərrüfatı.
Sadə əmtəə istehsalı təsərrüfat təşkilinin elə bir formasıdır ki, burada istehsal
vasitələri üzərində istehsalçıların xüsusi mülkiyyəti var və onlar məhsulu mübadilə
üçün, bazarda satmaq məqsədilə istehsal edirlər. Bu proses daxilində istehsalçıların
öz əməkləri fəaliyyət göstərir, yə’ni istehsal vasitələrinin sahibləri özləri istehsal
edirlər. Sadə əmtəə təsərrüfatı tipində məhsul bazarda satılmaq üçün istehsal
olunur.
Sadə əmtəə təsərrüfatı ilə xırda istehsalçılar - sənətkarlar və kəndlilər məşğul
olurlar. Bu təsərrüfat formalarında istehsalçıların özləri istehsal vasitələrilə bila-
vasitə birləşirlər. Belə bir təsərrüfat formasında istehsal vasitələri üzərində olan
mülkiyyət sahibi istehsaldan təcrid olunmur, istehsalçı həm istehsal vasitələrinin
sahibi kimi, həm də istehsalçı kimi çıxış edir. Deməli, sadə əmtəə təsərrüfatında
istehsal mülkiyyət sahiblərinin şəxsi əməyinə əsaslanır. Belə bir təsərrüfat tipində
əmtəə istehsalı istehsalçılar tərəfindən ayrı-ayrılıqda həyata keçirilir.
Əmtəə təsərrüfatı əmtəə istehsalına əsaslanan, istehsalçılar və istehlakçılar
arasında olan qarşılıqlı fəaliyyəti bazar vasitəsilə tə’min edən iqtisadiyyatın
təşkilinin ictimai formasıdır. Əmtəə təsərrüfatı şəraitində istehsalçılar müstəqil,
fərdi, ayrı-ayrılıqda məhsul istehsal edir, müəyyən bir əmtəə istehsalı üzrə ix-
tisaslaşır, ictimai tələbatlar alqı-satqı, bazar vasitəsilə tə‘min edilir, əmtəə-pul
mübadiləsi hökm sürür.
Tarixi təcrübə göstərir ki, müxtəlif mülkiyyət sahibləri arasında olan mübadilə
əmtəə mübadiləsi şəklini alır. Təsərrüfat fəaliyyətində iqtisadi müstəqillik xüsusi,
kollektiv, icma, korporativ mülkiyyət sahibləri arasında da ola bilər. Göstərilən
amillərin inkişaf səviyyəsindən və xarakterindən asılı olaraq əmtəə istehsalı mo-
deli, ümumiyyətlə, bazar sistemi formalaşır.
Əmtəə istehsalı modelinin ilkin, geniş inkişaf etmədiyi bir şəraitdə
mərkəzləşdirilmiş dövlət hakimiyyətinin iqtisadi və siyasi hökmranlığı mövcud
idi. Bazar iqtisadiyyatı ünsürlərinin fəaliyyət göstərdiyi iqtisadi sistemdə
mülkiyyətin dövlət hakimiyyətilə qovuşması iqtisadi dinamizmin inkişafını
ləngidir, geriyə salır və yoxsulluq yaradır.
Əmtəə istehsalının digər, daha çox inkişaf etmiş forması kapitalist
təsərrüfatıdır.
Hər şeydən əvvəl belə bir sual meydana çıxır: müasir kapitalizm və hal-
hazırda dünya miqyasında qəbul olunmuş sivilizasiyalı bazar sistemi necə
yaranmışdır?
Marksizm tə’liminə görə kapitalizm sadə əmtəə təsərrüfatından törəmişdir.
Bu nəzəriyyə göstərir ki, kapitalizm iqtisadi sistemində əmtəə istehsalı
münasibətləri ümumi hal kəsb edir. Bu o deməkdir ki, kapitalizmin bütün inkişaf
mərhələlərində insanlar arasında olan münasibətlər əmtəə münasibətləri
formasında çıxış edir. Əmtəə münasibətləri ümumi münasibətlər forması kimi çıxış
etməklə yanaşı müstəqildir. Bu münasibətlərin xüsusiyyəti ondan ibarətdir ki,
44
onlar bütün digər münasibətlərin əsasını təşkil edirlər. Deməli, bu münasibətlər
hüceyrə şəklində kapitalizmin əsas xüsusiyyətlərini və ziddiyyətlərini özündə əks
etdirirlər. Digər tərəfdən isə sadə əmtəə münasibətlərindən tarixi inkişafın
müəyyən bir mərhələsində və məntiqi ardıcıllıqla kapitalizmin mürəkkəb istehsal
münasibətləri formalaşıb inkişaf edir.
Kapitalizm daima və fasiləsiz olaraq əmək məhsulunu əmtəə formasında
istehsal edir. Məhz buna görə də həm tarixi, həm də məntiqi baxımdan əmtəə
münasibətləri kapitalizmin qərarlaşmasının və sonrakı inkişafının başlanğıc
nöqtəsi kimi çıxış edir. Eyni zamanda əmtəə təsərrüfatının ziddiyyətləri kapitalist
əmtəə istehsalının ziddiyyətlərilə üst-üstə düşür. Əgər kapitalizmdən əvvəlki cə-
miyyətlərdə əmtəə münasibətləri məhdud və tabeçilik xarakteri daşıyıb natural
təsərrüfat çərçivəsi daxilində fəaliyyət göstərirdisə kapitalizmdə bu təsərrüfat forması
hakim mövqe tutur və ümumi hal alır.
Kapitalist əmtəə istehsalının xarakterik xüsusiyyəti ondan ibarətdir ki,
müstəqil olan kapitalist-sahibkar istehsal amilləri əsasında öz iqtisadi fəaliyyətini
təşkil edir. İstehsalın amilləri dedikdə, kapital, əmək, torpaq və sahibkar-
kapitalist nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, kapitalist-sahibkar iri
istehsalı təşkil edir. Fərdi kapitalist istehsalı ilə yanaşı kollektiv təsərrüfat for-
maları da təşkil olunur. Məsələn, müştərək sahibkarlıq, səhmdar cəmiyyətləri və
s.
Sadə və kapitalist əmtəə təsərrüfatlarının ümumi cəhətləri də vardır. İstehsalı
müstəqil təşkil edən istehsalçıları ictimai əmək bölgüsü, əmtəə istehsalı, bazar
vasitəsilə əlaqə saxlamaq birləşdirir. Əmtəə istehsalının ümumi qanunları
kapitalizm təsərrüfatında öz əhəmiyyətini saxlayırlar, lakin bu qanunlar müəyyən
modifikasiyaya uğrayırlar. Çünki əmtəə təsərrüfatında inkişaf etmiş bazar sistemi
fəaliyyət göstərir.
İnkişaf etmiş kapitalist əmtəə münasibətlərinin bazar sisteminin yaranması
müəyyən qanunauyğunluqlara malikdir. Belə bir iqtisadi bazar modelinin
yaranması, hər şeydən əvvəl, dövlət hakimiyyətindən asılı olmayaraq torpaq
üzərində xüsusi mülkiyyətin formalaşması ilə əlaqədardır. Dövlət torpağı
mənimsəməyə bilməmiş, torpaq bölgüsünə qarışmamaqla iqtisadi sistemin bir
ünsürünə çevrilmiş və xüsusi mülkiyyət münasibətləri təşəkkül tapıb inkişaf etmiş-
dir. İqtisadi sistemin bazar modelinin yaranması prosesində icma mülkiyyəti öz
yerini dövlətə deyil, xüsusi mülkiyyətçilərə vermişdir.
Beləliklə, xüsusi sahibkarlıq fəaliyyətinin inkişafı iqtisadiyyatda yeni
törənən ünsürləri stimullaşdıraraq istehsalın səmərəliliyini artırmışdır. Xüsusi
mülkiyyət nəticəsində törənmiş ünsürlər iqtisadi artımı tə’min edə bilmişdir.
Məhz buna görə də bazar iqtisadi modelinin birincisindən - sadə əmtəə
istehsalçılarından fərqli olaraq, ikinci model - sahibkar-kapitalistlərin xüsusi
mülkiyyətə əsaslandığı inkişaf etmiş bazar iqtisadi modeli meydana gəlmişdir.
Bazar iqtisadiyyatının ikinci modeli birincidən fərqli olaraq şəxsiyyətin
dövlətdən üstünlüyü ilə xarakterizə edilir ki, bu model daxilində inkişafa əsas və
həlledici hərəkət verən qüvvə xüsusi mülkiyyət hesab olunur.
Kəndlilərin və sənətkarların bazar üçün istehsal etdikləri sadə əmtəə
təsərrüfatından fərqli olaraq inkişaf etmiş əmtəə istehsalı olan kapitalist iqtisadi
45
sistemində bütün əmək məhsulları ilə yanaşı istehsal amilləri də əmtəəyə çevrilir.
Kapitalist əmtəə təsərrüfatında bazar münasibətləri də ümumi xarakter daşıyır. Bu
təsərrüfatda bütün iqtisadi sistem əşyalaşır, iqtisadi münasibətlər insanlar
arasında «şeylərin» münasibəti kimi çıxış edir.
Əmtəə istehsalının yüksək səviyyəyə çatması kapitalizmin bir istehsal üsulu
kimi qərarlaşması ilə əlaqədardır. Lakin kapitalist istehsal üsulunun yaranması
ilkin kapital yığımı ilə də bağlıdır.
İlkin kapital yığımının birinci tərəfi ondan ibarətdir ki, bilavasitə
istehsalçıların istehsal vasitələrindən məhrum olması çox zəif getdiyindən sadə
əmtəə istehsalında keyfiyyət dəyişiklikləri baş vermir və bunu hələ ilkin kapital
yığımı adlandırmaq olmaz. İlkin kapital yığımının bu mərhələsinin sürətləndirilmə-
sində dövlət mühüm rol oynayır. Belə ki, dövlət zorakılıq yolu ilə bilavasitə
istehsalçıları - kəndliləri torpaq mülkiyyətindən məhrum edir.
İlkin kapital yığımının ikinci tərəfi ondan ibarətdir ki, pul vəsaiti azlığın
əlində yığılır və ilkin kapitalistlər meydana çıxır.
İlkin kapital yığımının əsas mənbəyi pul sərvətinin toplanmasıdır. Pul sərvəti
müstəmləkəçilik sistemi, dövlət istiqrazları sistemi, vergi sistemi, proteksionizm
sistemi vasitəsilə əldə edilmişdir. İlkin kapital yığımının nəticəsində kapitalist-
fermerlər və sənaye kapitalistləri yaranır.
Yeni istehsal üsulunun yaranması üçün zorakılıq heç bir şərait yaratmır,
çünki istehsal üsulları obyektiv qanunauyğunluqlar əsasında meydana gəlir və
inkişaf edirlər.

§4. Əmtəə tədavülü və pulun meydana gəlməsi

Əmtəədə təcəssüm olunan və mübadilə zamanı təzahür edən ictimai əmək


əmtəənin dəyərini yaradır. Bərabər dəyərə malik olan əmtəələr bir-birinə mübadilə
edilir, bu əmtəələr ekvivalentdirlər. Dəyər mübadilə dəyərilə bağlıdır. Dəyər
əmtəənin daxili xassəsidir, mübadilə dəyəri isə əmtəə dəyərinin təzahür
formasıdır.
Əmtəələrin dəyərlərinin bərabərləşdirilməsi və mübadiləsi əmtəə istehsalında
xarakterik cəhətdir. Natural təsərrüfat şəraitində istehsalçılar vaxt vahidi əsasında
(saat, gün) sərf etdikləri əməklərini nəzərə alır və onun nəticəsini ölçürdülər.
Lakin natural təsərrüfat şəraitində onların sərf olunmuş əməyi dəyər forması
almırdı. Əmtəə təsərrüfatında isə əmək dəyər münasibətləri kimi təzahür edir.
Deməli, əmtəə təsərrüfatında ictimai əmək birbaşa vaxt vahidi ilə ifadə olunur.
İctimai əmək əmtəə istehsalında dolayısı yolla - yə’ni mübadilə prosesində təzahür
edir. Məsələn, bir cüt ayaqqabı 3 kq. pambığa bərabər tutulur. Dolayısı yolla bu o
deməkdir ki, bir cüt ayaqqabıya sərf edilən ictimai əmək 3 kq pambığa sərf edilən
ictimai əməyə bərabərdir. Beləliklə, dəyər təkcə əmək məsrəfi deyil, o eyni
zamanda əmtəə istehsalına sərf edilən ictimai əməkdir ki, mübadilə prosesində
təzahür edir.
Deməli, əmtəənin dəyəri istehsal prosesində əmək vasitəsilə yaradılır.
Mübadilə prosesində dəyər bir əmtəəni digər əmtəəyə dəyişdirəndə təzahür edir.
Buna mübadilə dəyəri deyilir. Dəyərin ilkin inkişaf forması sadə dəyər
46
formasıdır. Məsələn, bir balta = 20 kq. taxıl. Burada baltanın dəyəri 20 kq. taxılda
ifadə olunmuşdur. Taxıl baltanın dəyərini əks etdirir. Baltanın dəyəri taxılın
istehlak dəyərində ifadə olunmuşdur, çünki həm taxılın, həm də baltanın
istehsalına əmək sərf edilmişdir. Bu iki əmtəənin bir-birinə bərabər tutulması o
deməkdir ki, onların hər ikisinin istehsalına sərf olunmuş əmək bərabərdir.
Əmtəələrin bir-birinə bərabər olmasının əsasını bu əmtəələrdə təcəssüm edən
bərabər əmək sərfi təşkil edir. Öz dəyərini digər əmtəədə ifadə edən əmtəə (balta)
nisbi dəyər forması, öz dəyərini (taxıl) baltanın istehlak dəyərində əks etdirən
əmtəə ekvivalent dəyər formasıdır.
İlk mübadilə təsadüfi xarakter daşımış və bir növ məhsulun başqa növ
məhsula dəyişdirilməsi olmuşdur. Dəyərin belə formasına sadə və ya təsadüfi
dəyər forması deyilir.
Birinci iri ictimai əmək bölgüsünün yaranması ilə mübadilə müntəzəm şəkil
alır. Məsələn, maldar tayfalar maldarlıq məhsulları istehsal etdikcə əkinçi
tayfaların və sənətkarların istehsal etdiyi məhsullara ehtiyacı artır. Beləliklə, bu
tayfalar arasında olan mübadilə müntəzəm xarakter daşıyır. Belə bir tarixi inkişaf
nəticəsində dəyərin ikinci mübadilə forması - tam və ya dolğun dəyər forması
yaranır.
Dəyərin inkişafının ikinci formasında dəyər öz təcəssümünü bir neçə
əmtəənin istehlak dəyərində tapır. Lakin bu prosesdə də əmtəələr əmtəələrə
dəyişdirilir. İctimai əmək bölgüsünün və əmtəə istehsalının inkişafı, onların
dərinləşməsi, bir əmtəənin digər əmtəəyə dəyişdirilməsi qənaətbəxş olmur.
Mübadilə prosesi çətinləşir. Məsələn, ayaqqabı sahibinin baltaya, balta sahibinin
taxıla olan ehtiyacı artır. Beləliklə, əmtəə təsərrüfatı genişləndikcə əmtəə
istehsalçıları arasında elə bir ümumi ekvivalent dəyər forması meydana çıxır ki,
bütün əmtəə istehsalçılarının bu ekvivalent dəyər formasına ehtiyacı artır.
Beləliklə, bir əmtəə bütün əmtəələr sırasından ayrılır və ümumi ekvivalent dəyər
forması kimi mübadilə olunur. Dəyər formalarının inkişafının bu mərhələsinə
ümumi dəyər forması deyilir.
Ümumi dəyər forması onunla xarakterizə edilir ki, bütün əmtəələr bir
əmtəəyə, yə’ni ümumi ekvivalent rol oynayan əmtəəyə mübadilə olunur. Dəri, xəz,
duz və s. müxtəlif yerlərdə ümumi ekvivalent rolunu oynamışlar. Müxtəlif
əmtəələrin ümumi ekvivalent rol oynaması genişlənməkdə və artmaqda olan bazar
tələbatını ödəyə bilmir. Əmtəə təsərrüfatında ziddiyyətlər yaranır. Beləliklə,
müəyyən bir əmtəə uzun müddət ümumi ekvivalent rol oynamaqda passivləşir və
dəyərin pul forması yaranır, yə’ni ümumi ekvivalent rol oynayan əmtəə öz yerini
dəyərin pul formasına verir. Pul rolunu müxtəlif metallar yerinə yetirib və nəhayət,
gümüş və qızıl öz xassələrinə görə tədavüldən bütün ekvivalentləri sıxışdırıb
çıxarır. Çünki qızıl öz dəyərini həmişə saxlayır, paslanmır, xarab olmur, çəkisi və
həcmi əlverişlidir, bölünmə xassəsinə malikdir, istənilən yerə aparıla bilir.
Dəyərin pul formasında bütün əmtəələr ümumi ekvivalent rol oynayan
qızılın istehlak dəyəri vasitəsilə ifadə olunur. Beləliklə, əmtəə təsərrüfatında uzun
bir tarixi inkişaf nəticəsində ümumi ekvivalent rol oynayan xüsusi bir əmtəə - pul
yaranır.

47
§5. Pulun mahiyyəti və funksiyaları

Pulun mahiyyəti onun yerinə yetirdiyi funksiyalarla izah olunur. Pul istehsal
olunan əmtəələrin dəyərinin və xidmətlərin ifadə olunması formasıdır. Əmtəənin
dəyərinin pulla ifadəsinə qiymət deyilir. Pul vasitəsilə əmtəələr və xidmətlər
dəyişdirilir.
Tarixən əmtəə tədavülündə ümumi ekvivalent kimi pul rolunu duz, dəri, fil
sümüyü və s. oynamışdır. Lakin bu barədə müxtəlif mübahisələr olduğu üçün
pulun mənşəyi haqqında rasional və təkamül nəzəriyyələri yaranmışdır.
Pulun yaranma mənşəyinin rasional nəzəriyyəsinə görə, pul insanlar arasında
əmtəə mübadiləsi prosesində dəyərlərin hərəkəti üçün ən əlverişli vasitə kimi
yaranmışdır. Məsələn, P.Samuelson pulu sün’i sosial şərt kimi müəyyən edir.
Amerika iqtisadçısı C.Helbreyt belə hesab edir ki, nəcib metalların pul funksiyası
yerinə yetirməsi insanlar arasında olan razılaşmanın məhsuludur.
Pulun yaranma mənşəyinin təkamül konsepsiyasına görə pul heç də insanlar
arasında olan razılaşmanın məhsulu deyil, o ictimai əmək bölgüsünün,
mübadilənin və əmtəə istehsalının nəticəsidir. Mübadilənin və dəyər formalarının
tarixi inkişaf prosesinin tədqiqi və təhlili göstərir ki, bütün əmtəələr içərisindən bir
əmtəə ayrılır və pul rolunu oynamaqla ümumi ekvivalent kimi çıxış edir. Deməli,
pul ümumi ekvivalent rolunu oynayan spesifik əmtəədir.
Pulun ümumi ekvivalent rolu oynaması dedikdə, o başa düşülür ki, əmtəə hər-
hansı bir əmtəəyə, yə’ni pul-əmtəə bu və ya digər əmtəəyə dəyişdirilir.
Pulun müəyyən bir mahiyyəti var. Pulun mahiyyəti onun yerinə yetirdiyi
funksiyalar vasitəsilə təzahür edir. Pulun yerinə yetirdiyi funksiyalar içərisində
dəyər ölçüsü və tədavül vasitəsi funksiyaları xüsusi əhəmiyyət kəsb edirlər. Tarixi
və məntiqi nöqteyi-nəzərdən pulun bu iki funksiyası bir tərəfdən əmtəələrin
dəyərinin ölçüsü kimi, digər tərəfdən əmtəələrin reallaşdırılması, onların satılması
prosesində həlledici rol oynayır. Pulun qalan iki funksiyası - yığım vasitəsi və
tə’diyə vasitəsi birinci iki funksiyaların törəməsi kimi çıxış edirlər. Pulun yığım
vasitəsi və tədiyə vasitəsi funksiyaları, ümumiyyətlə, əmtəə tədavülünün və
xüsusilə pulun tarixən inkişafı nəticəsində birinci iki funksiyanın törəməsi kimi
meydana gəlmişdir.
Dəyər ölçüsü kimi pulun funksiyası digər əmtəələrin dəyərlərinin ölçüsü
kimi çıxış etməsi deməkdir. Birinci növbədə, pulun vasitəsilə əmtəələrin dəyərini
ölçmək üçün xüsusi bir əmtəə kimi pulun özünün dəyəri olmalıdır. Tarixən bu
funksiyanı qızıl yerinə yetiribdir.
Marksizm tə’liminə görə əmtəənin dəyərinin pulla ifadəsinə qiymət deyilir.
Pul ictimai əməyin məhsulu olmaqla dəyərə malik olsa da onun qiyməti yoxdur.
Əmtəənin dəyərini pulla ifadə etmək üçün nağd pulun olması heç də zəruri
deyildir. Dəyərin pulla ifadə edilməsi ideal xarakter daşıyır, yə’ni dəyər ölçüsü
funksiyasını nəzərdə tutulan ideal pul yerinə yetirir.
Əmtəənin dəyərinin pulla ifadə olunması nəinki keyfiyyət, eyni zamanda
kəmiyyət müəyyənliyinə də malikdir: mövcud əmtəələrin miqdarı müəyyən
miqdarda olan qızıl kəmiyyətinə bərabər olmalıdır. Əmtəələrin və qızılın
dəyərinin kəmiyyət ölçüsü pulun texniki funksiyası olan qiymətlər miqyası ilə
48
əlaqədardır. Qiymət miqyası pul kimi qanunla qəbul olunan qızılın çəkisidir.
Beləliklə, pul dəyər ölçüsü kimi ictimai əməyin təcəssümüdür, qiymət miqyası isə
qızılın təsbit olunmuş çəkisidir. Dəyər ölçüsü kimi pul kortəbii fəaliyyət göstərir,
qiymət miqyası kimi dövlət tərəfindən müəyyən olunur.
Əmtəə tədavülü prosesi tədavül vasitəsi kimi pula olan tələbi artırır. Əmtəə
tədavülündə pul vasitəçi rolunu oynayır, yə’ni pul alıcının əlindən satıcının, əmtəə
isə satıcının əlindən alıcının əlinə keçir. Pul tədavül vasitəsi funksiyasını yerinə
yetirərkən əmtəələrin qiymətləri reallaşdırılır. Tədavül vasitəsi kimi pul özünün
formaları ilə əlaqədardır. Pulun formaları dedikdə, sikkələr və kağız pullar nəzərdə
tutulur. Sikkə xüsusi formada olan pulun çəkisini bildirir. Bu da dövlət tərəfindən
müəyyən olunur.
Dəyər ölçüsü funksiyasından fərqli olaraq təd avül vasitəsi funksiyasını
dəyərə malik olmayan pullar yerinə yetirirlər; tam dəyərə malik olan pulu əvəz
edən pullar (simvol, rəmz). Tədavül vasitəsi kimi kağız pullar çıxış edirlər. Kağız
pullar tədavüldə qızıl pulları əvəz edirlər və onlar qızıl məzmununa malikdirlər.
Hər bir ölkə daxilində pulun məcburi kursu olur. Kağız pulların real dəyəri ifadə
etmələri dövlət hakimiyyətindən asılı deyildir, o obyektiv pul tədavülü qanunu ilə
müəyyən olunur.
Tədavülə daxil olan pulun miqdarı zəruriyyəti meydana çıxır. Bu zərurət
qiymət səviyyəsinin pul kütləsindən asılılığı formulu ilə müəyyən olunur:
MY = PQ
M - pul vahidi kütləsi; Y - pul tədavülünün sür’əti; P - əmtəələrin qiyməti; Q
- bazarlarda olan əmtəələrin miqdarı.
Əmtəələrin qiyməti isə bu formul ilə müəyyən olunur:
MY
P=
Q
Əmtəələrin tədavülü üçün zəruri pulun miqdarı
PQ
M= - formulu ilə
Y
müəyyən olunur.
Əmtəə-pul münasibətlərinin inkişafı ilə əlaqədar olaraq tədavül prosesində
əmtəələrin satılıb pula çevrilməsi pulun yığım funksiyası rolunu zəruriləşdirir.
Digər tərəfdən, Ə-P-Ə dövranının haçalaşması (Ə-P və P-Ə) pul yığımı zərurəti və
imkanı yaradır.
Əmtəələr satıldıqdan sonra satıcılar həmin pula satmaq üçün əmtəə ala
bilmədikdə bu məbləğ satıcılarda qalır və onlar həmin pulu dəfinə kimi yığırlar.
Pulu qızıl formasında və ya dəfinə ünsürü kimi saxlamaq üçün pul tədavüldən
götürülməlidir. Dəfinə iki formada yığılır: a) qızıl külçələr və sikkələr; b) estetik
formada yığım - qızıldan və ya gümüşdən hazırlanmış zinət şeyləri.
Dəfinə funksiyasını qızıl yerinə yetirir.
Əmtəə istehsalının və tədavülünün inkişafı ilə əlaqədar olaraq əmtəələrin
kreditlə realizə olunması zərurəti yaranır. Əmtəələrin kreditə satılması rolunu
pulun tə’diyə funksiyası yerinə yetirir. Əmtəələrin kreditə satılması onların
müxtəlif müddətlərdə istehsalı və həmin əmtəələrin müxtəlif müddətlərdə satılması
ilə əlaqədardır.

49
Əmtəələr kreditə satılan zaman pul əmtəə tədavülündə fəaliyyət göstərir.
Lakin pul tə’diyə vasitəsi kimi əmtəə tədavülündən kənarda - əmək haqları və
maliyyə öhdəlikləri (istiqrazlar, vergilər və s.) verilən zaman fəaliyyət göstərir.
Pulun tə’diyə vasitəsi funksiyasından kredit pullar - veksellər, banknotlar,
çeklər törəyir. Kağız pullar banknotlardan fərqlənirlər. Əvvəla, kağız pullar
tədavül funksiyasını yerinə yetirirlər, banknotlar isə tə’diyə vasitələridirlər. Kağız
pulları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir.
Banknotların qızıl, digər qiymətli əşyalar və bankın sərəncamında olan xarici
valyuta tə’minatı vardır.
Ölkələrarası iqtisadi əlaqələr dairəsində pul dünya pulu funksiyasını yerinə
yetirir. Dünya bazarında pulun bu funksiyasını çəki formasında qızıl yerinə yetirir.
Dünya pulunun xüsusiyyətləri aşağıdakılardır: ümumi dəyər ölçüsü, ümumi
tə’diyə vasitəsi, ümumi alqı-satqı vasitəsi, qızılın bir ölkədən digər ölkədə
yerləşdirilməsi.

§6. Pulun təkamülü

Pulun mənşəyinin, mahiyyətinin və funksiyalarının öyrənilməsi müasir bazar


iqtisadiyyatında ondan səmərəli istifadə olunmasına və pulun təkamülünün
araşdırılmasına əsas verir.
Müasir şəraitdə qızıl, pul kimi çıxış etmir, onu kağız-kredit pullar əvəz edir.
Qızıl əmtəənin dəyər ölçüsü kimi öz funksiyasını itirməmişdir, çünki qızıl öz
xassəsini saxlayır. Lakin xarici görünüş e’tibarilə qızılın pul kimi funksiyasında
dəyişiklik baş vermişdir. Bu proses bazar iqtisadiyyatı ilə əlaqədar olan əmtəə
münasibətlərilə bağlıdır.
Bazar münasibətlərilə əlaqədar olaraq əmtəə tədavülü prosesində hər-hansı
bir əmtəənin nə qədər dəyəri var, əmtəənin dəyəri çoxdur, ya azdır probleminə
tələb yoxdur. Məsələ burasındadır ki, satış üçün nə qədər əmtəə təklif olunur.
Nəhayət e’tibarilə, pulun funksiyası dəyəri ölçməkdir, lakin dəyər ölçüsü
funksiyası istehsal münasibətlərinin müəyyən inkişaf mərhələsində xüsusi təzahür
formadır.
Əmtəələrin dəyərini ölçmək üçün əşya formasında əmtəədə birkiyən
dəyərdən istifadə etmək heç də zəruri deyildir. Əmtəə tədavülü bir əmtəənin
digərinə dəyişilməsilə də baş verir. Bu zaman pul istifadə olunmur. Odur ki, əmtəə
tədavülü baxımından tədavüldə olan pul ekvivalent mübadilədə dəyəri ifadə
etməlidir, lakin özünün dəyəri olmaya da bilər. Məhz buna görə də qızıl, pul-
kağız, xüsusi bir əmtəə kimi pulla əvəz edilir.
Pulun funksiyalarının təkamülü qızılın (sikkənin) pul funksiyasından
məhrum olması (demonetizasiya) prosesi ilə əlaqədardır. Yüksək səviyyədə
inkişaf etmiş əmtəə təsərrüfatında qiymətin əmələ gəlməsi prosesi öz qızıl
əsasından ayrılır və kredit pullar həlledici rol oynayırlar. Kredit pullar xüsusi,
daxili dəyərə malik olmurlar. Bu proses kağız pulların sərbəst olaraq qızıla dönərli-
liyinin ləğv olunması ilə əlaqədardır. Çünki qızılın qiyməti alıcıların tələbi
nəticəsində formalaşır və istehsal qiymətindən artıq olur. Digər tərəfdən, qızılın
qiymətinin hərəkəti valyutanın dönərliliyinin alıcılıq qabiliyyətinin dəyişməsi ilə
50
əlaqədar olaraq müstəqilləşir. Nəhayət, əmtəələrin qiymətlərinin dəyişməsi qızılın
qiymətinin dəyişməsinə uyğun gəlmir.
Birinci Dünya müharibəsi dövründə qızıl tamamilə tədavüldən çıxarıldı. Bu,
qızılın pul funksiyasından məhrum olunmasının birinci mərhələsi idi. Bir çox
ölkələrdə banknotların qızılla xırdalanması ləğv edildi. İlk əvvəllər qızıl-külçə
standartları buraxılırdı. Bu o demək idi ki, banknotlar qızıl sikkələrə deyil, qızıl
külçələrinə dəyişdirilir. Sonralar bütün kapitalist ölkələrində banknotların sərbəst
olaraq dəyişdirilməsi dayandırıldı.
Qızılın ikinci dəfə demonetizasiyası kağız pulların nəinki faktiki, həm də
formal olaraq qızıl ehtiyatı ilə əlaqəsinin zəifləməsinə səbəb olmuşdur. Beləliklə,
kağız pulların kursu, hal-hazırda dövlətlərin qızıl ehtiyatlarından asılı deyildir.
Tədavül prosesinin getdikcə səmərəliləşdirilməsi pulun təkamülünün
dərinləşdirilməsini daha da kəskinləşdirdi. Nəticə e’tibarı ilə pul öz ənə’nəvi
formasından uzaqlaşır və nəhayətdə pulun tə’diyə funksiyasından irəli gələn
kredit pullar ön plana keçir. Beləliklə, qarşılıqlı ödənişlər nəticəsində tədavüldə
olan nağd pul kütləsinə qənaət olunur. Bu proses tədavül vasitəsinin səmərəlili-
yini yüksəldir və pul tədavülünün sür’ətini artırır.
Kredit pullar vasitəsilə qızılın sıxışdırılması tədavüldən müəyyən qədər
banknotların, çeklərin və sairənin çıxarılmasına səbəb olmuşdur. Bu məqsədlə də
kredit kartoçkaları istifadə edilir. Kredit kartoçkaları da müxtəlif növlü olurlar.
Qeyd edək ki, iqtisadi, siyasi valyutanın qeyri-sabitliyi şəraitində qızıl dəfinə
kimi çıxış edir ki, bu da dövlətin və xüsusi şəxslərin sığorta fondunu təşkil edir.
Qızıl ehtiyatı dövlətin, xüsusi şəxslərin ümumi sərvətinin qarantı kimi çıxış
edir.
Dövlətin və xüsusi şəxslərin qızıl ehtiyatı ümumsərvət hesab olunur. Qızıl
bazarında kredit pulları qızılla dəyişmək olur. Külli miqdarda qızıl yığmaq qızılın
sərvət (dəfinə) rolunu oynamasının təcəssümüdür. Kağız və kredit pullar dəfinə
funksiyasını oynaya bilmir. Çünki onlar xüsusi dəyərə malik deyillər. Lakin belə
pullar dəyərin nümayəndəsi kimi çıxış edirlər və yığım funksiyası rolunu oynaya
bilirlər. Əmtəə istehsalı şəratində kağız və kredit pullar yığım kimi istifadə
olunurlar. Belə bir prosesdə pulun yığılması təkrar istehsala - istehsala, bölgüyə,
mübadiləyə və istehlaka xidmət edirlər.
Pulun təkamülü bazar münasibətlərinin, makro-, mikroiqtisadiyyatın və dünya
təsərrüfatının tədqiq edilib öyrənilməsində mühüm zəruri vasitədir.

MÜHAZİRƏ MƏTNİ

MÖVZU 7. BAZAR VƏ BAZAR İQTİSADİYYATI

§1. Bazarın meydana gəlməsi. «Bazar» anlayışının elmi məzmunu


§2. Müasir bazar sistemi və strukturu
§3. Bazar və ticarət
§4. Marketinq və onun fəaliyyəti haqqında
§5. Bazar iqtisadiyyatının genetik əsasları və əsas cəhətləri
§6. Bazar iqtisadiyyatı subyekti –»İqtisadi insan» haqqında
51
§7. Keçid dövründə Azərbaycanda bazar iqtisadiyyatının formalaşması
haqqında

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. «İqtisadi nəzəriyyə» dərslik, T.S.Vəliyev, Ə.P. Babayev,


M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред.
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической
академии, 2000, –592 с.
3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П.
Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского
университета, 2000,–757с.
4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.:
Эксмо, 2006, –736 с.
5. Экономическая теория. Учебник для вузов / Под ред. А.И.
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480
с.
6. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им.
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с.
7. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.:
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с.
8. Курс общей экономической теории. Учебник / Под ред. М.Н.
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997.
9. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.

§1. Bazarın meydana gəlməsi. «Bazar» anlayışının elmi məzmunu

Bazar bəşər sivilizasiyasının ən mühüm nailiyyətlərindən biridir. Mənbələrdə


onun 6-7 min il əvvəl meydana gəlməsi qeyd olunur.
Bazar insan cəmiyyəti tarixində böyük ictimai əmək bölgülərinin, əmtəə
təsərrüfatının mübadiləsinin meydana gəlməsi ilə üzvi şəkildə bağlıdır. Bazarın
obyektiv zəruriliyi müxtəlif mülkiyyət formalarının mövcudiyyəti, onun
subyektlərinin əlahiddələşməsi ilə də üzvi şəkildə bağlıdır. Bunlarla yanaşı onun
zəruriliyi milli iqtisadiyyatın xaricə çıxması tələbatı ilə də əlaqədardır.
Bazar anlayışının məzmununda onun funksiyaları daha mühüm yer tutur. Bu
funksiyalara hər şeydən əvvəl istehsal ilə istehlak, tələblə təklif, alıcı ilə satıcı
arasında uzlaşma, öz daxili tənzimləmə və müvazinəti saxlama daxildir.
«Bazar-iqtisadi münasibətlərdə tələblə-təklifin məcmusudur». «Bazar - ayrı-ayrı
52
əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyəti mexanizmidir».
«Bazar - hər hansı əmtəə üzrə bir qrup adamların sövdələşməsi ilə baş verən sıx
fəaliyyət münasibətləridir». «Bazar - ticarət aparmaq üçün adamların bir-birilə hər
hansı qarşılıqlı fəaliyyətidir». «Bazar - əmtəə və əmtəə-pul mübadiləsi formasıdır».
«Bazar - əmtəə istehsalı və pul tədavülü qanunları üzrə təşəkkül tapan
mübadilədir».
Bu təriflərin hamısı bazar anlayışının məzmununa uyğun gələn müxtəlif formalı
açıqlamalardır.
Bazarın, mübadilənin ticarət fəaliyyəti ilə ayrılmaz əlaqəliliyi ilk zamanlardan
ticarət kapitalı adı ilə məlumdur.
Bazar - iqtisadi kateqoriya olub, konkret iqtisadi münasibətləri, alıcılarla
(tələblə) satıcıların (təkliflə) əlaqələrinin məcmusudur. O, habelə əmtəələrin və
xidmətlərin hərəkəti üzrə ticarət vasitəçiləri ilə bazar münasibətləri subyektlərinin
mənafelərini təcəssüm etdirir və mübadiləni təmin edir.

§2. Müasir bazar sistemi və strukturu

Müasir dövrdə bazarların strukturu və sistemi onun obyektləri, subyektləri,


məkan əlamətləri, əmtəələrlə doluluğu, rəqabət aparma dərəcələri, satış
xarakterləri, əmtəələrin çeşidliyi və bəzi başqaları üzrə səciyyələnirlər. Onlar
mülkiyyət formaları, əmtəə istehsalçılarının strukturu və təsərrüfat subyektləri,
əmtəə tədavülü dairəsinin xüsusiyyətləri, ölkədə fəaliyyət göstərən ticarətin növləri
ilə müəyyən olunurlar. Bunların hər biri bazar sisteminə və strukturuna özlərinə
məxsus təsir göstərirlər.

§3. Bazar və ticarət

«Bazar» və «ticarət» anlayışları bir-birilə ən yaxın olan, bəzən identik mənada


ifadə edilən iqtisadi kateqoriyalardır.
Ticarət əmtəə təsərrüfatı ilə, onun meydana gəlməsi ilə üzvi surətdə əlaqədardır.
O, əmək bölgüsünün, istehsalın və tədavülün mütəmadi inkişafı ilə bağlı olaraq
daim tərəqqi etmiş, təkmilləşmiş və bugünkü müasir səviyyəyə qədər yüksəlmişdir.
Ən müxtəsər şəkildə ifadə etməli olsaq, ticarət, alqı-satqı aktları ilə fəaliyyət
göstərən iqtisadiyyat sahəsidir. Məhz bu mənada ticarətlə bazar anlayışları arasında
keçilməz bir sədd yoxdur. Bazar iqtisadiyyatı sistemində ticarət istehsal istehlakı
və şəxsi istehlak üçün əmtəələrin, məmulatların istehsal dairəsindən istehlak
dairəsinə hərəkətini təmin edən sahədir.
Əmtəələrin hərəkəti müxtəlif mərhələlərdən keçir. Həmin mərhələlərlə əlaqədar
olaraq o, iki yerə ayrılır: topdansatış və pərakəndəsatış ticarətlərinə.
Topdansatış ticarət əmtəə tədavülü prosesinin tərkib hissəsi olub, vasitəçi
xarakter daşıyır. O, əmtəə tədavülündə başlanğıc mərhələdir, təsərrüfatlararası
vasitə kimi çıxış edir. Burada müxtəlif sənaye və kənd təsərrüfatı məhsulları bir
yerə toplanır, saxlanılır, sortlara, çeşidlərə bölünür və istehlakçı müəssisələrə,
qurumlara yeridilir (satılır).
53
Topdansatış ticarət - əmtəələrin iri partiyalarla satışıdır.
Topdansatış ticarət həm sənaye və həm də kənd təsərrüfatında istehsal olunan
bütün əmtəələri əhatə edir. Bazar iqtisadiyyatı şəraitində topdansatış ticarətində
əmtəə birjaları mühüm rol oynayır. Topdansatış ticarətində assosiasiyalar da
fəaliyyət göstərir.
Pərakəndəsatış ticarəti əmtəələrin satışının bilavasitə istehlakçılarla aparılan
növüdür, formalarıdır. Əmtəə tədavülünün son mərhələsidir.
Ticarət həm ölkə daxilində və həm də xarici dövlətlərlə aparılır. Bunlarla
əlaqədar olaraq ticarət yenə iki yerə, yəni daxili və xarici ticarətə ayrılır.
Daxili ticarətin aşağıdakı formaları vardır: xüsusi, dövlət, kooperativ.
Xarici ticarət beynəlxalq əmək bölgüsü ilə əlaqədardır. Burada əmtəələrin
mübadiləsi idxal və ixrac üzrə aparılır. Xarici ticarətdə əmtəələrin mövcud ölkəyə
digər ölkələrdən gətirilməsi idxal, əmtəələrin bir ölkədən başqa ölkələrə aparılması
ixrac adlanır.

§4. Marketinq və onun fəaliyyəti haqqında

Marketinq, ingiliscə market sözündən olub, bazar mənasını verir. Marketinq


termini ilk dəfə XX əsrin əvvəllərində (1901-ci ildə) ABŞ-da meydana gəlmişdir.
O, bazar iqtisadiyyatı şəraitində idarəetmə konsepsiyası haqqında kateqoriyanı
ifadə edir.
Müasir mənada marketinq anlayışı geniş əhatəli sosial bir prosesi ifadə edir. O,
bir sıra aspektlərə malikdir. Onlar onun məzmununu açıqlayır. Birincisi, o,
məhsulların satışını təşkil etmək üçün müəssisələrin müvafiq kompleks funksi-
yalarını özündə cəmləşdirir. İkincisi, o, bazarda istehlakçıların (alıcıların) is-
tehsalçılarla qarşılıqlı münasibətlərini, müəssisələrin davranışının müəyyən
edilməsini, bazara fəal təsir göstərmək üzrə tədbirlər sistemi işləməyi qarşıya
qoyur. Üçüncüsü, o, rəqabət mübarizəsini tətbiq edən bir forma kimi çıxış edir.
Rəqabətin zəif və ya güclü olmasını aşkar etmək, nəticədə bazarda optimal dav-
ranış modeli işləyib hazırlamağa imkan verir.
Marketinq istehsalı istehlakçıya səmt götürməyi, bunlar arasında normal
əlaqənin yaradılmasını və mütərəqqiləşməsini qarşıya mühüm məqsəd kimi qoyur.
Marketinq fəaliyyəti əsasən aşağıdakılara yönəldilir:
1. Bazarın kompleks öyrənilməsinə; 2. Əmtəə çeşidlərinin təsnifatlı olmasına; 3.
Mövcud tələbatların tam təmin edilməsi üçün tədbirlərin işlənilməsinə; 4.Təmin
olunmayan təminatların üzə çıxarılmasına; 5. Potensial tələbatların dinamikasının
aşkar edilməsinə və təhlilinə; 6.Bazar təchizatının planlaşdırılmasına; 7. İstehsalın
və xidmətin təşkilinə və idarə edilməsinə.
Marketinqin taktikası və strategiyasının özünəməxsus prinsipləri vardır. O,
bazara aid cari praktiki məsələləri yerinə yetirməklə bərabər, strateji planda
intensiv fəaliyyət göstərir. O, istehsal və ticarət müəssisələrinin, qurumların
uzunmüddətli məqsədlərinə uyğun olaraq onların satış fəaliyyətləri üzrə müsbət,
son təsərrüfat nəticələrinə nail olunmasına səmt götürməlidir. Bu məqsədlə o,
proqnozlaşdırma funksiyasını da yerinə yetirir. Proqnozlaşdırma müxtəlif
54
istiqamətlərdə aparılır. Bunlardan iqtisadi, konyuktur, elmi-texniki istiqamətləri
göstərmək olar. İqtisadi proqnozlaşdırmada uzun müddət götürülür və adətən
dövlət səviyyəsində həyata keçirilir.
Konyuktur proqnozlaşdırma qısamüddətli olur və bunu şirkətlər, firmalar,
təşkilatlar aparırlar.
Elmi-texniki proqnozlaşdırmada elmi-texniki tərəqqinin nailiyyətləri nəzərə
alınmaqla perspektiv istiqamətlər müəyyənləşdirilir, bazar tələbatının strukturuna
fəal təsir göstərə bilən əmtəələrin istehsal olunması imkanları aşkar edilir.
Marketinq müxtəlif növlərə malikdir və ayrı-ayrı ölkələrdə onların yalnız
bəziləri fəaliyyət göstərirlər. İqtisadi ədəbiyyatda marketinqin növlərinə
aşağıdakılar aid edilir: konversiya marketinqi, stimullaşdırıcı marketinq,
inkişafetdirici marketinq, sinxromarketinq, tələbin səviyyəsini saxlayan marketinq
və s.
Marketinqin tərkib hissələrindən biri reklamlardır. Reklam istehlakçıların
tələbinin və zövqünün formalaşmasına müsbət təsir göstərir.
Reklam bir neçə məqsəd daşıyır: müəssisənin obrazını (surətini) yaratmaq, cari
satışı artırmaq, alıcılara nəyi almağı və yaxud nəyi hökmən almağı izah etməkdir.
Reklamın başlıca vəzifəsi müştərilər tapmaq, cəlb etmək, yaratmaq və
genişləndirməkdir.

§5. Bazar iqtisadiyyatının genetik əsasları və əsas cəhətləri

Əmtəə istehsalının və bazarın meydana gəlməsi hələ müasir elmi baxımla bazar
iqtisadiyyatı sistemi demək deyildi. Bazar iqtisadiyyatı anlayışı onlardan əsaslı
surətdə fərqlənən və tarixən onlardan çox-çox sonralar meydana gələn və for-
malaşan bir təsərrüfat formasını ifadə edir. Bu, tarixən bilavasitə kapitalist iqtisa-
diyyatının yaranması ilə qərarlaşmağa başlayıb və bu müasir səviyyəyə gəlib.
Bazar iqtisadiyyatı özünəməxsus genetik əsaslara malikdir. Bu aşağıdakılarla
səciyyələnir: inkişaf etmiş ictimai əmək bölgüsü, özəl və qarışıq mülkiyyətin
hakim mövqedə olması, əmtəə təsərrüfatının geniş dairəyə malik olması, əmtəə
istehsalına yeni vahidlərin, o cümlədən iş qüvvəsinin daxil olması, tələb və təklifin
yüksək dinamikliyi, rəqabət dairəsinin və gücünün, bazar sisteminin daim əhatəlik
dərəcəsinin artması, iqtisadi demokratikləşmə, iqtisadi azadlıq, liberallaşdırma,
mənfəətin hərəkətverici qüvvəyə çevrilməsi, istehsal və bazar infrastrukturlarının
genişlənmə meylinin güclənməsi və s. Sonralar daha da inkişaf etmiş, modern-
ləşmiş bu genetik əsaslar və digərləri onun səciyyəvi komponentlərinə çevrilmişlər.
Bazar iqtisadiyyatı ideologiya deyil, zamanın metodları ilə təcrübədən çıxmış
iqtisadi münasibətlərin məcmusudur.
Ümumiyyətlə, bazar iqtisadiyyatı səmərəli fəaliyyət göstərən sistemdir.
XVIII əsrdə yazıb-yaratmış klassik iqtisadın banisi A.Smitin əsas ideyası - bazar
iqtisadiyyatında liberalizm, dövlətin iqtisadiyyata minimal müdaxiləsi, tələb və
təklifdən asılı olaraq azad qiymətlər əsasında bazar özünüidarəsi ideyası idi. Bu cür
iqtisadi idarəetməni isə o, «görünməz əllər»lə əlaqələndirdi. Lakin XIX əsrin axırı
55
və XX əsrin əvvəllərində beynəlxalq aləmdə iqtisadiyyatın vəziyyətinin dərin elmi
təhlili həmin ideyanın təkmilləşməsini zəruri etdi. C.Keyns inkişaf etmiş bazar
iqtisadiyyatı şəraitində iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi ideyasını irə-
li sürdü və onun obyektiv səbəblərini göstərdi. Bu sahədə əsaslı elmi konsepsiya ilə
çıxış etdi. Onun elmi ideyasının müxtəsər tərəflərindən biri bu idi ki, nağd və
nağdsız pul kütləsi vasitəsilə, tələbi artırmaq və yaxud azaltmaq yolu ilə bazar
iqtisadiyyatını dövlət tənzimləyə bilər. C.Keyns qeyd etmişdir ki, bu tənzim yolu
ilə inflyasiyaya, məşğulluğa, əmtəələrin tələb və təkliflərinə təsir etmək
mümkündür. C.Keyns səhv etməmişdi. Həqiqətən inkişaf etmiş bazar iqtisadiyyatı-
na dövlət tənzimləmə müdaxiləsi etdikdə müsbət nəticələr alınır. Dərin
düşünülmüş elmi tənzimləmə bazar iqtisadiyyatının inkişafına real müsbət təsir
göstərir.
Bazar iqtisadiyyatı öz mahiyyətinə görə inzibati-amirliyin alternatividir.

§6. Bazar iqtisadiyyatı subyekti –»İqtisadi insan» haqqında

Bəşər cəmiyyəti tarixində insan amili həmişə mərkəzi yer tutub. Lakin inkar
edilməz bir həqiqətdir ki, müasir iqtisadi həyatda, bazar iqtisadiyyatı sistemində
insan amili daha miqyaslı, daha fəal bir qüvvə kimi mərkəzi fiqura təşkil edir.
Bazar iqtisadiyyatı sisteminin subyektinə, «iqtisadi insan» anlayışına istehsal
üzrə sahibkar, digər sahibkar və mülkiyyətçilər, biznesmenlər, menecerlər,
bankirlər, kommersantlar, fermerlər, muzdlu işçilər, geniş mənada istehsalçılar,
bütün istehlakçılar və s. daxildir.
Bazar iqtisadiyyatı sisteminə sahibkar dedikdə, özəl, xüsusi mülkiyyət obyekti,
müəssisəsi olan insanlar nəzərdə tutulur. O, öz qorxu, risk və məsuliyyəti ilə
fəaliyyət göstərən müstəqil bazar agentidir.
Biznesmen mənfəət əldə etmək üçün hər hansı bir sahədə çalışan fərddir.
Menecer mikroiqtisadi müəssisəni, (firmanı), korporasiyanı və s. idarə edən
şəxsdir. O, sahibkar tərəfindən onun qarşısına qoyulmuş vəzifəni təşkil edən şəxs
sayılır.
Kommersant gəlir əldə etmək, qazanc götürmək məqsədilə ticarət fəaliyyəti ilə
məşğul olan insanlardır.
Fermer gəlir götürmək, mənfəət əldə etmək məqsədilə kənd təsərrüfatı istehsalı
sahəsində fəaliyyət göstərən şəxsə deyilir.
Muzdlu işçi öz işçi qüvvəsini əmtəə kimi sahibkara, firmaya, fermerə
(ümumiyyətlə, mülkiyyət sahibinə) müqavilə yolu ilə satan fərdə deyilir.
İstər əvvəllərdə və istərsə də bazar iqtisadiyyatı şəraitində hamı bir nəfər kimi
məcmu halında istehlakçıdır. Lakin bazar iqtisadiyyatı şəraitində istehlakçılar öz
mahiyyətinə, xarakterinə görə yeni keyfiyyətlərlə səciyyələnirlər. Bu, indiki
istehlakçının mədəni səviyyəsi, tələbatının yüksək olması, zövqünün dərinləşməsi
və müasirliyin digər özünəməxsus xüsusiyyətləri ilə müəyyən edilir. Məlumdur ki,
istehlaksız hər hansı bir məhsul istehsalının baş tutması boş işdir. Həmişə
istehsalın son məqsədi istehlakdır. İstehlakçının tələbatının təmin edilməsi (bu isə
daim artır və inkişaf edir) istehsalın son məqsədinə nail olmaq vasitəsidir, onun
daha da inkişafı şərtidir.
56
Geniş mənada «İqtisadi insan» anlayışına «İnsan kapitalı»nı da aid etmək olar.
İnsan biliyini, təşəbbüskarlığını, fəallığını, dərin təfəkkür tərzini, vərdişini, onun
əmtəə istehsalı sahəsində və xidmət dairəsində istifadə olunan enerjisini və s.
həmin kapitalın komponentləri hesab etmək olar. «İnsan kapitalı»na gəlir mənbəyi
kimi baxılır.

§7. Keçid dövründə Azərbaycanda bazar iqtisadiyyatının formalaşması haqqında

Keçid dövründə qarşıda elə ümumi, strateji proqram vəzifələri durur ki, onların
həyata keçirilməsi bir tərəfdən yeni demokratik cəmiyyətin və eyni zamanda bazar
iqtisadiyyatının yaradılmasının təməl daşı hesab olunur. Bu ilk növbədə sabiq
mülkiyyət münasibətlərində aparılmalı əsaslı dəyişikliklərlə bağlıdır.
Özəl mülkiyyətin bərqərar olması ilə artıq xeyli vaxtdır ki, xüsusi sahibkarlıq,
biznes fəaliyyətdədir və getdikcə dinamik xarakter alır. Bu, müasir bazar
iqtisadiyyatının yaranmasına, hərəkətinə təsir göstərməyə başlayıbdır. Fəqət bu
hələ özəl mülkiyyətin, sahibkarlığın tam miqyas alması demək deyildi.
Hal-hazırda respublikada orta və iri müəssisələrin özəlləşməsi prosesinə keçilir.
Bu, özəlləşmə proqramında başlıca yer tutacaqdır. Nə qədər ki, özəl mülkiyyət,
xüsusi sahibkarlıq, biznes fəaliyyəti geniş əhatəli miqyas almayıb, şübhəsiz belə
bir şəraitdə hələlik real bazar iqtisadiyyatının qərarlaşmasından söhbət gedə
bilməz.
İndi respublikada hər yeri götürmüş xırda alış-veriş, dəllallıq, kasıbçılıq üzündən
ev-eşiyindən şeyləri gətirib satmaq və s. sivilizasiyalı bazar iqtisadiyyatı anlayışına
adekvat deyildir.
Bu gün respublikada real sivilizasiyalı bazarın yaradılmasının hələlik erkən
çağıdır.
Keçid dövründə çoxmülkiyyətliliyin mövcudluğu və onların fəaliyyəti miqyas
aldıqca, xüsusilə özəl sektor yüksək dərəcədə inkişaf etdikcə, bazar başlıca olaraq
bunları təmsil edən müəssisələrin istehsal etdikləri məhsullara, məmulatlara
söykəndikcə, azad rəqabət artdıqca, bazar infrastrukturu genişləndikcə və s. real
bazar iqtisadiyyatı daim tam formalaşmaq istiqamətində irəliləyəcəkdir.

MÜHAZİRƏ MƏTNİ

MÖVZU 8. TƏLƏB VƏ TƏKLİF. BAZAR TARAZLIĞI

§1. Tələbin mahiyyəti və ona tə’sir göstərən amillər


§2. Təklifin mahiyyəti və ona tə’sir göstərən amillər
57
§3. Tələb və təklifin tarazlığı

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. «İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev, Ə.P. Babayev,


M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред.
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической акаде-
мии, 2000, –592 с.
3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П.
Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского
университета, 2000,–757с.
4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.:
Эксмо, 2006, –736 с.
5. Экономическая теория. Учебник для вузов / Под ред. А.И.
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480
с.
6. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им.
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с.
7. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.:
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с.
8. Курс общей экономической теории. Учебник / Под ред. М.Н.
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997.
9. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.
10. Портер М. Международная конкуренция. –М.: Международные отно-
шения, 1993.
11. Экономика переходного периода / Под ред. В.В. Радаева, А.В.
Бузгалина. –М.: Изд-во МГУ, 1995.
12. Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан, 1994, –736 с.

§1. Tələbin mahiyyəti və ona təsir göstərən amillər

İnsan dünyaya gələndən, onun həyat fəaliyyətinin əsas məqsədi tələbatlarını


ödəməkdir. Bazar iqtisadi sistemində tələbat - tələb və təklif kateqoriyaları ilə üzvi
şəkildə bağlıdır. Tələb dedikdə, alıcının müəyyən dövr ərzində hər hansı bir
əmtəədən müəyyən qiymətdə, müəyyən kəmiyyətdə əldə etmək arzusu və imkanı
başa düşülür. Tələbat geniş məfhumdur, tələb onun yalnız ödəmə qabiliyyəti ilə,
yəni pulla təmin edilən hissəsinin təzahür formasıdır. Ödənmə formasından asılı ol-
mayaraq, tələb həmişə tələbatdan kəmiyyətcə azdır, belə ki, o, bazar münasibətləri
şəraitində tədiyə qabiliyyətli tələbə çevrilir. Tədiyə qabiliyyətli tələb dedikdə isə
əhali tərəfindən hər hansı bir əmtəənin alınmasına və xidmət növündən istifadəyə
58
real surətdə yönəldilən və ya yönəldilə biləcək müəyyən pul məbləği başa düşülür.
Bazar iqtisadiyyatı şəraitində tədiyə qabiliyyətli tələb tələbatın spesifik təzahür
forması olsa da, onlar arasında müəyyən kəmiyyət və keyfiyyət fərqləri, həmçinin
ziddiyyət mövcuddur. Kəmiyyətcə fərq özünü tələbatın həmişə tədiyə qabiliyyətli
tələbdən çox olmasında göstərir, belə ki, zəhmətkeşlərin tələbatlarının ödənməsi
dərəcəsi onların tədiyə qabiliyyətli imkanlarından (müəyyən pul məbləğlərindən)
asılıdır və onunla məhdudlaşdırılır. Belə bir hal həmçinin tələbatla tələb arasında
müəyyən ziddiyyətin də olduğunu göstərir. Digər tərəfdən, tədiyə qabiliyyətli tələb
təkcə müəyyən məbləğ pulla məhdudlaşdırılan tələbat deyildir, o, həmçinin bazara
çıxarılan, yalnız orada reallaşdırılan, həm də bu zaman konkret əmtəə və xidmət
növünə yönəldilmiş tələbatdır.
à ì àí àòëà
10

4
2

0 1 3 4 Ò ÿäÿäëÿ
2
Şəkil 1. Tələbin qrafiki.
Q-qiymət; T-tələbin kəmiyyəti.

Tələbatla tədiyə qabiliyyətli tələb arasında keyfiyyət fərqi isə özünü onda
göstərir ki, tədiyə qabiliyyətli tələbin ödənməsi mütləq bazarın mövcudluğunu
tələb edir, tələbata gəldikdə isə onun meydana gəlməsi və ödənilməsi əmtəə-pul
münasibətlərindən, deməli, bazar münasibətlərindən kənarda da baş verə bilər.
Tələbin səviyyəsi əsasən tələb qanununun təsiri altında formalaşır. Bu qanuna
uyğun olaraq əmtəənin qiyməti ilə ona olan tələbin səviyyəsi bir-birinə tərs
mütənasibdir. Başqa sözlə, əmtəənin qiyməti yüksəldiyi halda ona olan tələbin
kəmiyyəti azalır və əksinə.
Tələb qanununun fəaliyyətini cədvəl 3-də aşağıdakı kimi göstərə bilərik.
Cədvəl 3
Qiymət 10 8 6 4 2
Tələbin həcmi 1 2 3 4 5

Tələb qanununun fəaliyyəti ilə bağlı bir sıra xüsusiyyətləri qeyd etmək lazımdır.
Əvvəla, bu qanun tələbin səviyyəsinə təsir edən bir çox amillərin rolunun nəzərə
alınmadığı bir şəraitdə yalnız qiymət amilinin təsiri üçün doğrudur. Əgər məhsul
satılmayaraq yığılıb qalarsa, istehsalçılar onu yalnız qiymətini aşağı salmaq yolu
ilə reallaşdıra bilərlər. Bununla yanaşı, qiymətin enməsi alıcıya imkan verir ki,
nəinki bu maldan əvvəlki həcmdə alsın, həm də pulunun artıq qalmış hissəsi hesa-
bına digər bir məhsulu, onun üçün əvvəllər birinci məhsulun alternativini təşkil
edən başqa məhsulu da əldə etsin. İqtisadi ədəbiyyatda belə bir hal «gəlirin səmərə-

59
si» adlanır.
Bir sıra məhsullar bir-birinə münasibətdə əvəzedici mallar kimi çıxış edirlər.
Məsələn, kərə yağı, marqarin, mal və qoyun əti və s. bu qəbildən olan
əmtəələrdəndir. Əvəzedici məhsullardan hər hansısa birinin qiymətinin digərinə
nisbətən azalması alıcını məhz həmin əmtəəni onun əvəzedicisinə nisbətən daha
çox istehlak etməyə (almağa) həvəsləndirir, çünki onu əldə etmək daha sərfəli olur.
İqtisadi ədəbiyyatda həmin hal «əvəzetmənin səmərəsi» adlanır.
Tələblə bağlı bir-birilə əlaqədar iki anlayışı, tələbin qiyməti və tələbin həcmi
anlayışlarını fərqləndirmək lazımdır. Bazarda hər hansı bir əmtəəyə olan tələbin
həcmi hər şeydən əvvəl əmtəənin qiymətindən asılıdır. Əgər alıcı 3 kq alma əldə
etmək istəyirsə, bu həcmdə olan məhsul qiymətlərin bütün səviyyələrində deyil,
yalnız müəyyən bir səviyyəsində, məsələn, 100 manat olduqda alıcının tələbini
ödəyir. Alıcının mənafeyi baxımından bu qiymət onun məhsul üçün verə biləcəyi
ən yüksək qiymətdir. Beləliklə, alıcının vaxt vahidi ərzində əmtəənin müəyyən
kəmiyyəti üçün vermək istədiyi maksimum qiymət - tələbin qiyməti adlanır.
Bununla bərabər əmtəənin müəyyən qiymətində (məs. 100 manat) alıcının əldə et-
mək istədiyi kəmiyyət (məs. 3 kq alma) tələbin həcmi adlanır.
Tələbin həcmi yalnız bir amilin təsiri altında formalaşır ki, bu da qiymətdir.
Tələb qanununa görə əmtəənin qiyməti yüksələrsə ona olan tələb azalacaq, qiymət
azalarsa, tələb yüksələcəkdir.
Tələbin səviyyəsinə qiymətdən əlavə bir sıra digər qeyri-qiymət amilləri də təsir
göstərir ki, bunlara da aiddir: gəlirlərin səviyyəsi, digər əmtəələrin qiymətləri,
alıcıların zövqü, qiymətin gələcəkdə necə dəyişəcəyi ilə bağlı gözləmələr, alıcıların
sayı və s. Bütün bu sadalanan amillər üçün ümumi cəhət ondan ibarətdir ki,
qiymətin sabit qaldığı şəraitdə bunların təsiri ilə təkcə tələbin həcminin dəyişilməsi
deyil (çünki bu yalnız qiymətin dəyişməsi nəticəsində baş verir), tələbin özünün də
dəyişməsi baş verir və yeni keyfiyyət halı kəsb edir.
Tələbin səviyyəsi ilə bağlı fərdi tələb, bazar tələbi və məcmu tələb anlayışları
bir-birindən fərqləndirilməlidir.
Fərdi tələb dedikdə, konkret əmtəə bazarında qiymətin hər hansı bir müəyyən
səviyyəsində hər bir fərdi alıcının tələbinin həcmi başa düşülür. Məsələn, əgər
bazarda almanın kq-ı 2000 manat olarsa, 1-ci alıcı həmin qiymətə 2 kq, 2-cisi 3
kq, 3-cüsü isə 4 kq almaq arzusuna və imkanına malikdir.
Bazar tələbi dedikdə, konkret əmtəə bazarında qiymətin hər hansı bir müəyyən
səviyyəsində (məs., 2000 manat) alma almaq istəyən bütün alıcıların fərdi
tələblərinin məcmusu (2+3+4=9) başa düşülür.
Məcmu tələb dedikdə isə cəmiyyət miqyasında bütün növdən olan əmtəə və
xidmətlər bazarında iştirak edən bütün alıcıların: fərdlərin, müəssisələrin
(firmaların), hökumətin qiymətlərinin hər hansı bir səviyyəsində formalaşan
tələbinin həcmi başa düşülür.

§2. Təklifin mahiyyəti və ona təsir göstərən amillər

Bazar iqtisadiyyatının yuxarıda qeyd etdiyimiz kimi əsas kateqoriyalarından biri


də təklifdir. Təklif dedikdə, satıcının müəyyən dövr ərzində hər hansı bir əmtəəni
60
müəyyən qiymətə, müəyyən kəmiyyətə satmaq arzusu və imkanı başa düşülür.
Təklif istehsalla sıx bağlı olsa da, bu kateqoriyalar həm öz iqtisadi məzmununa,
həm də həcminə görə bir-birindən fərqlənirlər. İstehsal bilavasitə maddi nemətlərin
yaradılma prosesini ifadə edən kateqoriyadır, təklif isə əsas etibarı ilə mübadilə,
bazar münasibətlərini xarakterizə edir. Təklif öz həcmi etibarı ilə adətən
istehsaldan azdır. Belə ki, istehsal edilmiş əmtəələr daxili bazardan kənar is-
tehlakçılar, ehtiyatların tamamlanması və ixrac üçün nəzərdə tutulur. Təklif
dialektik xarakterə malik olub, daim hərəkətdədir.
Təklifin səviyyəsi təklif qanununun təsiri altında formalaşır. Bu qanuna görə
əmtəə üçün alıcılar tərəfindən təklif edilən qiymət nə qədər yüksək olarsa, satıcı
bazara bir o qədər çox məhsul çıxarmaqda maraqlı olacaqdır. Başqa sözlə desək,
təklif qanunu məhsulun qiyməti ilə onun təklifi arasında düz mütənasiblik oldu-
ğunu göstərir.
à ì àí àòëà
10

4
2

0 1 3 4 Ò ÿäÿäëÿ
2 5

Şəkil 2. Təklifin qrafiki.


Q - qiymət; T - təklifin kəmiyyəti.

Tələb qanunu kimi təklif qanununun da fəaliyyətini Cədvəl 4-dəki kimi ifadə
edə bilərik.
Cədvəl 4
Qiymət 10 8 6 4 2
Təklifin həcmi 5 4 3 2 1

Tələb kimi, təklifin də formalaşmasına 2 qrup amil: birincisi, qiymət amili,


ikincisi isə əmtəənin qiyməti ilə bağlı olmayan qeyri-qiymət amilləri təsir edir.
Təklif qanununa uyğun olaraq qiymət dəyişərkən bazara çıxarılan əmtəənin
həcmi də dəyişir, yəni qiymət yüksək olarsa təklifin həcmi artır, əksinə olarsa isə
azalır.
Təklifin özünün dəyişməsi qeyri-qiymət amillərinin təsiri altında (qiymət
dəyişməz qalmaq şərti ilə) baş verir.
Təklifin dəyişməsinə səbəb olan qeyri-qiymət amilləri aşağıdakılardan ibarətdir.
- Məhsul istehsalına çəkilən iqtisadi resursların qiyməti.
- İstehsalın texnologiyası.
- Dövlət vergilərinin həcmi.
- Satıcıların sayı.

61
- Məhsulun qiyməti ilə bağlı gözləmələr.
Hər bir əmtəə istehsalçısının konkret bazarda təklif etdiyi məhsul onun fərdi
təklifini, fərdi təkliflərin məcmusu isə həmin məhsul üçün bazar təklifini təşkil
edir.
Bazar təklifi anlayışını məcmu təklif anlayışından fərqləndirmək lazımdır.
Məcmu təklif dedikdə, təkcə konkret əmtəə bazarında deyil, ölkənin hər növdən
olan bütün bazarlarında qiymətin hər bir mümkün səviyyəsində fərdi istehsalçılar,
müəssisələr və hökumət tərəfindən təklif edilən əmtəə və xidmətlərin məcmusu
başa düşülür.

§3. Tələb və təklifin tarazlığı

Tələb və təklifin qarşılıqlı təsiri və əlaqəsi nəticəsində bazar mexanizminin ən


vacib ünsürü olan bazar qiyməti əmələ gəlir. Tələb və təklif arasında tarazlıq
səviyyəsinə uyğun qiymət, tarazlıq qiyməti adlanır (Bax: Şəkil 3).
Tarazlığın səviyyəsi və qiyməti göstərir ki, bazarda bir-birinə qarşı əks qüvvələr
kimi çıxış edən tələb və təklifin səviyyələri uyğunlaşmışdır, yəni istehsalçıların
satmaq istədikləri əmtəələrin kəmiyyəti və qiyməti ilə istehlakçıların əldə etmək
istədikləri əmtəələrin kəmiyyəti və qiyməti bir-birinə uyğundur. Belə bir tarazlıq
şəraitində bir-birinə qarşı çıxış edən bütün bazar amillərinin təsiri heçə enir, onlar
arasında sanki həmrəylik yaranır, real bazar qiyməti tarazlıq qiymətinə bərabər
olur. Əgər bazarda hər hansı bir əmtəənin real qiyməti tarazlıq qiymətindən yüksək
olarsa, təklifin «artıqlığı» yaranacaq. Bu onunla əlaqədardır ki, yüksək qiymət
şəraitində istehsalçılar bazara daha çox mal çıxarmaq istəyəcək, alıcılar isə həmin
məhsuldan az almağa çalışacaqlar. Belə bir vəziyyət istehsalçıları məhsulun
qiymətini aşağı salmağa və istehsalını azaltmağa məcbur edəcək. Qiymətin aşağı
düşməsi öz növbəsində alıcıları həmin maldan daha çox almağa sövq edəcək və
onların tələbi artacaqdır. Qiymətin təklif xətti boyunca aşağı düşməsi, tələbin
səviyyəsinin isə öz xətti boyunca artması prosesi, onların tarazlıq qiymətində gö-
rüşməsinə qədər davam edəcək və beləliklə, tarazlıq səviyyəsi təmin ediləcək.
à ì àí àòëà
10

4
2

0 1 3 4 Ò ÿäÿäëÿ
2 5

Şəkil 3. Tarazlığın qrafiki.


Q -qiymət; T -tələb və təklifin kəmiyyəti.

Başqa bir halda real bazar qiyməti tarazlıq qiymətindən aşağı olarsa «tələbin

62
artıqlığı» əmələ gələcək, belə ki, aşağı qiymət şəraitində alıcılar daha çox almaq
istəyəcəklər. Digər tərəfdən, əmtəənin real bazar qiymətinin ucuzluğu istehsalçıları
həmin əmtəəni az təklif etməyə sövq edəcəkdir. Nəticədə qiymətin artması baş ve-
rir ki, bu da bir tərəfdən məhsulun istehsalının genişlənməsinə, digər tərəfdən isə
istehlakın azalmasına gətirib çıxarır. Bu proses də əvvəlki kimi tarazlıq
səviyyəsinin əmələ gəlməsinə qədər baş verəcəkdir.
Qeyd etmişdik ki, bazarda əmtəənin qiyməti sabit qalmaqla, qeyri-qiymət
amillərinin tələb və təklifə təsiri nəticəsində onların dəyişməsi baş verir.
Deyilənlərə əlavə edərək göstərmək lazımdır ki, qeyri-qiymət amillərinin təsiri
nəticəsində tələbin və ya təklifin artması və ya azalması tarazlıq qiymətində də
müvafiq dəyişikliyə səbəb olur. Bununla əlaqədar olaraq aşağıdakı dörd hal müm-
kündür:
- Tələb artarsa, təklif isə dəyişməz qalarsa, onda tarazlıq qiyməti yüksələcəkdir;
- Tələb azalarsa, təklif isə dəyişməz qalarsa, onda tarazlıq qiyməti aşağı
düşəcəkdir;
- Təklif artarsa, tələb isə dəyişməz qalarsa, onda tarazlıq qiyməti azalacaqdır;
- Təklif azalarsa, tələb isə dəyişməz qalarsa, tarazlıq qiyməti artacaqdır.
Yuxarıda deyildiyi kimi, məhsulun qiymətinin dəyişməsi tələb və təklifin də
həcmində müvafiq dəyişikliyə səbəb olur. Qiymətlə həcm arasında olan bu asılılıq
tələb və təklifin elastikliyinin əsasını təşkil edir.
Göstərmək lazımdır ki, heç də həmişə məhsulun qiymətinin azaldılması (və ya
artması) səviyyəsi tələb və təklifin səviyyəsində də həmin miqyasda müvafiq
dəyişikliyə səbəb olmur. Məhz bu dəyişikliyin səviyyəsi tələb və təklifin elastik
olub-olmadığını müəyyən etməyə imkan verir.
Dediklərimizi tələb və təklifin elastikliyi timsalında ayrı-ayrılıqda izah edək.
Tələbin qiymətlə bağlı elastikliyi dedikdə, məhsulun qiymətinin müəyyən miqdar
dəyişməsi nəticəsində ona olan tələbin hansı miqdarda dəyişməsi başa düşülür. Bu
elastiklik aşağıdakı əmsalla ifadə olunur:
p ΔQ ΔP
Ed = :
Q P
Burada ΔQ - tələb edilən məhsulun səviyyəsindəki dəyişikliyi,
Q - ilkin tələbin səviyyəsini,
ΔP - qiymətin dəyişmiş səviyyəsini,
P - qiymətin ilkin səviyyəsini əks etdirir.
Bununla E - göstərir ki, burada söhbət tələbin (d) qiymətlə bağlı (p)
elastikliyindən (E) gedir.
Tələbin elastik olub-olmadığını müəyyən etmək üçün hər şeydən əvvəl vahid
elastiklik səviyyəsini müəyyən etmək lazımdır. Vahid elastiklik dedikdə, qiymətin
azalması səviyyəsinin (faizinin) tələbin artması səviyyəsinə (faizinə) bərabərliyi
başa düşülür. Məsələn, qiymətin 2 dəfə azalması ilə tələbin, yəni (məhsul satışının)
həcminin də 2 dəfə artması bu məhsulla bağlı tələbin vahid elastikliyini sübut edir
(yəni E=1).
Tələbin elastikliyini təhlil etməzdən əvvəl göstərmək lazımdır ki, reallaşdırılmış
tələbdən, yəni satışdan əldə edilən pul gəlirlərinin həcmi (R), məhsulun qiyməti (P)

63
ilə onun bazara çıxarılan kəmiyyətinin (Q) hasilinə bərabərdir.
Yəni:
R = P ×Q
Bu halda əgər qiymətin azalması nəticəsində satışın artmasından əldə edilən
gəlir qiymətin azalmasından itirilən gəlirdən çox olarsa, gəlir elastik hesab edilir
(yəni E>1) əksinə, qiymətin aşağı düşməsindən itirilən gəlir bunun nəticəsində
tələbin (yəni satışın) artmasından əldə edilən gəlirdən çox olarsa, tələb qeyri-elas-
tikdir (yəni E<1).
Elastik və qeyri-elastik tələbi misalla izah edək. Fərz edək ki, qiymətin 6
manatdan 2 manata qədər (yəni 3 dəfə) azalması satışın həcminin 4 dəfə (2
ədəddən 8 ədədə qədər) yüksəlməsinə səbəb olmuşdur. Bu zaman qiymətin
azalması nəticəsində satışdan əldə edilən gəlir 12 manatdan ( 6 × 2 ) 16 manata
( 2 × 8 ) çatmışdır.
Belə bir vəziyyət tələbin elastik olduğunu göstərir. Tələbin qeyri-elastikliyini
aşağıdakı misalla göstərək. Fərz edək ki, satış qiymətinin 6 manatdan 2 manata
qədər (yəni 3 dəfə) azalması tələbin (satışın) həcmini yalnız 2 dəfə (2 ədəddən 4
ədədə qədər) artırmış, bu zaman satışdan əldə edilmiş gəlir 12 manatdan ( 2 × 6 ) 8
manata ( 2 × 4 ) düşmüşdür. Bu vəziyyət tələbin elastik olmadığını göstərir.
İqtisadi ədəbiyyatda tələbin qiymətlə bağlı elastikliyi ilə yanaşı onun gəlirlə
bağlı və kəsişən elastikliyi formaları da bir-birindən fərqləndirilir. Gəlirlə bağlı
elastiklik nə deməkdir? Əvvəldə göstərmişdik ki, öz faydalı xüsusiyyətlərinə görə
bir sıra əmtəələr normal məhsullar, digərləri isə aşağı keyfiyyətli mallar hesab edi-
lirlər. Əhalinin gəlirləri artdıqca normal məhsulların hətta yüksək qiymətində belə,
onlara olan tələb yüksəlir, az keyfiyyətli malların isə aşağı qiymətində belə, onlara
olan tələb azalır. Gəlirlə bağlı elastiklik aşağıdakı əmsalla hesablanır:
Tələb edilən məhsulun dəyişməsi səviyyəsi
E = ⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯
Gəlirin dəyişməsi səviyyəsi

Tələbin kəsişən elastikliyi isə bir-birilə bağlı məhsullara olan tələblə əlaqədardır.
Əgər 2 əmtəə bir-birinin əvəzediciləridirsə (məsələn, mal əti və qoyun əti)
birincinin (mal ətinin) qiymətinin aşağı düşməsi, digərinin qiyməti dəyişməz
qaldığı halda ona olan tələbi də aşağı salacaqdır.
Digər halda, 2 əmtəə bir-birini tamamlayarsa, (məsələn, maqnitofon və kaset),
birinin (maqnitofonun) qiymətinin yüksəlməsi digərinə olan tələbi aşağı salacaqdır.
Tələbin kəsişən elastikliyi aşağıdakı əmsalla hesablanır:

X məhsula olan tələbin dəyişməsi səviyyəsi


E = ⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯
Y məhsulunun qiymətinin dəyişməsi səviyyəsi

Tələbin elastikliyi bir sıra amillərin (məsələn, məhsulun istehlakdakı payının,


əvəzedici məhsulların olmasının) təsiri altında formalaşsa da, bu amillərdən ən
vacibi vaxt amilidir. Qısa vaxt ərzində məhsula olan tələb qeyri-elastikdirsə,
nisbətən uzun vaxt ərzində o daha elastikdir. Məsələn, qəndin qiymətinin yüksəl-
64
məsi heç də o dəqiqə ona olan tələbi azaltmayacaqdır. Lakin vaxt keçdikcə adamla-
rın bir qismi onun istehlakını azaldacaq və qəndə olan tələblərini şəkər tozu və
yaxud digər müvafiq məhsullarla əvəz edəcəklər.
Tələb kimi, təklif də elastikdir, yəni bazarda qiymətin artması və ya azalmasına
uyğun olaraq təklifin həcmi də yüksəlib əskilə bilər. Təklifin qiymətlə bağlı
elastikliyi, yəni qiymətin dəyişməsi nəticəsində təklifin dəyişməsi aşağıdakı
əmsalla ifadə olunur:
ΔQ ΔP
E zp = :
Q P . Bu əmsal təklifin (z) qiymətlə bağlı (p) elastikliyini (E) əks et-
dirir.
Göründüyü kimi, tələbin elastikliyi ilə təklifin elastikliyi arasında zahiri bir
oxşarlıq vardır. Fərq yalnız ondan ibarətdir ki, ΔQ birinci halda alıcı tərəfindən
tələb edilən, ikinci halda isə satıcı tərəfindən təklif edilən məhsulun səviyyəsindəki
dəyişikliyi əks etdirir.
Təklifin elastikliyi göstərir ki, bazarda əmtəənin qiymətinin yüksəlməsindən
əldə edilən gəlir təklif edilən əmtəənin çoxaldılması üçün çəkilən xərclərdən çox
olarsa təklif elastik, az olarsa qeyri-elastikdir.
Tələb kimi, təklifin də elastikliyi səviyyəsinə təsir edən ən mühüm amil, müddət
amilidir. Həm də müddətin qısa, orta və ya uzun olması ilə əlaqədar, təklifin də
elastik olub-olmadığı müəyyən edilir.
Qısa müddət ərzində təklif əsasən qeyri-elastikdir, yəni bazar qiymətindən asılı
olmayaraq təklifin həcmini dəyişmək əsasən mümkün deyildir. Məsələn, mağazaya
satmaq üçün 2 ədəd köynək gətirmiş istehsalçı köynəyə olan tələb nə qədər
yüksəlsə də, qısa müddət (məsələn, 1 gün) ərzində 2 ədəddən çox köynək təklif edə
bilməyəcəkdir. Nəticədə tələbin artması qiymətin də artmasına səbəb olacaqdır.
Orta müddət (məsələn, 1 ay) ərzində təklif nisbətən elastikdir. Bazarda köynəyə
yüksək tələblə rastlaşan satıcı əlavə xammal almaq, mövcud dəzgahdan iş saatını
mümkün qədər uzatmaq və s. hesabına, məhsul təklifini nisbətən artıraraq, 2
ədəddən, məsələn, 10 ədədə çatdıracaqdır Deməli, bu müddət ərzində təklif bir
qədər artacaq, qiymət isə nisbətən aşağı düşəcəkdir.
Uzun müddət (məsələn, 6 ay) ərzində təklif tam elastikdir. Bu müddətdə
istehsalçı nəinki xammala çəkilən xərci artıracaq, həm də əlavə dəzgah alacaq, işə
əlavə işçi cəlb edəcək. Nəticədə köynək təklifini 1 gündə 10 ədəddən 50 ədədə
çatdıracaqdır.
Beləliklə, uzun müddət ərzində həm qiymət, həm də təklif artacaqdır.

MÜHAZİRƏ MƏTNİ

MÖVZU 9. QİYMƏT VƏ ONUN ƏMƏLƏGƏLMƏSİ MEXANİZMİ

§1. Bazar münasibətləri şəraitində qiymətlərin əmələ gəlməsinin elmi əsasları


§2. Qiymətin funksiyaları və qiymətəmələgəlmənin prinsipləri
§3. Qiymətin növləri
§4. Bazar iqtisadiyyatı və qiymətlərin dövlət tənzimlənməsi

65
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. «İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev, Ə.P.Babayev,


M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред.
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической акаде-
мии, 2000, –592 с.
3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П.
Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского
университета, 2000,–757с.
4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.:
Эксмо, 2006, –736 с.
5. Экономическая теория. Учебник для вузов / Под ред. А.И.
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480
с.
6. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им.
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с.
7. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.:
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с.
8. Курс общей экономической теории. Учебник / Под ред. М.Н.
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997.
9. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.
10. Портер М. Международная конкуренция. –М.: Международные отно-
шения, 1993.
11. Экономика переходного периода / Под ред. В.В. Радаева, А.В.
Бузгалина. –М.: Изд-во МГУ, 1995.
12. Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан, 1994, –736 с.

§1. Bazar münasibətləri şəraitində qiymətlərin əmələ gəlməsinin


elmi əsasları

Bazar iqtisadiyyatına keçid müasir iqtisadi strategiyamızın ana xəttini təşkil edir və iqtisadi inkişafımız bu
istiqamətdə formalaşır. Yalnız bazar iqtisadiyyatına keçid, dünya iqtisadi sivilizaciyasına qayıdış respublikamızı
düşdüyü bu ağır iqtisadi vəziyyətdən qurtarmağa imkan verəcəkdir. Məhz bu baxımdan bazar iqtisadiyyatına keçid
sürətləndirilməli və onun şərtlərinə düzgün əməl edilməlidir. Bu şərtlərdən biri bazar iqtisadiyyatına uyğun gələn
qiymət mexanizmi və onun düzgün formalaşdırılmasıdır.
Qiymət sistemi ən vacib amillərdən biri olub bütövlükdə iqtisadi mexanizmin formalaşdırılmasında və
fəaliyyətində xüsusi rol oynayır. Qiymət vasitəsilə istehlakçı ilə istehsalçı, müəssisələrlə dövlət, dövlətlə əhali,
müəssisələrlə icarədarlar, müəssisə ilə müəssisə arasındakı iqtisadi münasibətlər formalaşır və inkişaf edir. Qiymət
istehsalın öz nəticələrini də qiymətləndirməyin ölçü meyarıdır. Ona görə də qiymət sisteminin düzgün qurulması,
onun səviyyəsinin elmi əsaslar üzrə müəyyənləşdirilməsi son dərəcə vacib bir məsələdir və bu həmişə iqtisadi
siyasətin mərkəzi nöqtələrindən biri olmalıdır.
Qiymət sistemi iqtisadi və sosial inkişafa mənfi və mücbət təsir edə bilər. Bu, qiymət mexanizminin düzgün
təhlilindən və onun səviyyəsinin elmi cəhətdən əsaslandırılmasından asılıdır. Qiymət elmi əsaslar üzrə qurulmalı və
əmtəə dəyərinin pulla ifadəsi kimi sərf olunan ictimai-zəruri əməyin kütləsinə uyğun gəlməlidir. Qiymətin əsasında
məhz ictimai-zəruri əmək dayanmalıdır. İctimai-zəruri əməyin kütləsinə uyğun olaraq əmtəələrə qiymət qoyulmalı
və o, subyektiv amillərdən kənar olmalıdır. Qiymətqoymanın nəzəri əsasını təşkil edən dəyər qanununun tələbi belə-
dir. Bu qanunun obyektiv tələbinə əməl olunmalıdır. Əks halda, bu qanunun tələbindən kənarlaşma neqativ hallara
gətirib çıxarır. Qiymət stimullaşdırıcı xarakterə malik olmalı və iqtisadi münasibətlərin düzgün qurulmasında ən

66
zəruri iqtisadi amillərdən biri olmalıdır.
İqtisadi cəhətdən normal inkişaf edən ölkələrdə bu belədir və belə də olmalıdır. Çünki qiymətin ən vacib başlıca
funksiyalarından biri məhz onun stimullaşdırıcı xarakterə malik olmasıdır. Qiymət sistemi elə qurulmalıdır ki, o,
istehlakçının mənafeyinə toxunmadan istehsalçıda güclü stimul yaratsın, onu istehsalın genişləndirilməsinə və
iqtisadi səmərəliliyin yüksəldilməsinə sövq etsin. Başqa sözlə, istehsalçıda istehsalın inkişafına və nəticələrinə güclü
maddi maraq yaratsın. Deməli, qiymətin bu funksiyası həmişə gözlənilməli və ona əməl olunmalıdır.
Bazar münasibətlərinə keçid daha iki anlayışın - «qiymətqoyma» və «qiymətlərin əmələ gəlməsi» anlayışlarının
fərqləndirilməsini də zəruri edir. Qiymətqoyma - istehlak bazarında məhsulun keyfiyyətindən, əhalinin sosial
müdafiəsi, dövlətin iqtisadi mənafeyindən irəli gələn, istehsalçılar və istehlakçılar üçün əlverişli prinsiplər əsasında
qiymətlərin formalaşmasıdır. O, həmçinin konkret dövrdə ictimai təkrar istehsalın iqtisadiyyatın inkişafı qanunlarına
uyğun olan nisbətlərini təmin etmək məqsədilə vahid sistem yaradan qiymətlərin dinamikasının, quruluşu və sə-
viyyəsinin formalaşması prosesidir.
Qiymətqoyma prosesinə istehsaldan sonra tədavül sferasına buraxılan əmtəələrə qiymətlərin müəyyən edilməsi
üzrə təşkilati və metodoloji tədbirlərin məcmusu daxildir. Bu proses olduqca mürəkkəbdir. Belə ki, məhsul
istehsalçıdan istehlakçıya çatdırılana qədər çoxlu sayda aralıq (vasitəçi) və ticarət təşkilatlarından keçir.
Qiymətqoyma prosesi hər şeydən əvvəl qoyulan məqsədin konkretliyi ilə xarakterizə olunur. Məsələn,
maksimum mənfəət əldə etmək, satış bazarının zəbt edilməsi (mənimsənilməsi), xərclərin azaldılması, rəqiblərin
sıxışdırılması və s.
Bazar münasibətləri şəraitində əsasən «qiymətin əmələ gəlməsi» anlayışına üstünlük verilir. Bu da qiymətqoyma
prosesinin həyata keçirilməsində inzibati amillərin rolunun yüksək olması ilə əlaqədardır. İqtisadi idərəetmə
metodlarına keçid dövründə şübhəsiz ki, «qiymətin əmələ gəlməsi» prosesi daha üstün mövqeyə malik olmalıdır.
Həmin üstünlük «qiymətin əmələ gəlməsi»nin mahiyyətində də öz əksini tapır: qiymətlərin əmələ gəlməsi konkret
əmtəələrə metodiki baxımdan qiymətlərin müəyyən edilməsi (hesablanması) prosesidir. Bu proses bilavasitə bazar
iqtisadiyyatı ilə əlaqədar olduğundan onun özünəməxsus nəzəri əsasları vardır. İqtisadi ədəbiyyatda öz əksini tapmış
müddəa və ideyaları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, dəyər qanunu, tələb-təklif qanunu və pul tədavü-
lü qanunu bir biri ilə qarşılıqlı fəaliyyətdə və asılılıqda qiymətlərin əmələ gəlməsinin nəzəri əsaslarını təşkil edirlər.
Bazar münasibətləri şəraitində qiymətin əmələ gəlməsi mexanizmi qiymətlər və onların dinamikası ilə təzahür
edir. Qiymətlərin dinamikası iki mühüm amilin - strateji və taktiki amillərin təsiri altında formalaşır. Strateji amil
ondan ibarətdir ki, qiymətlər əmtəənin dəyəri əsasında əmələ gəlir. Qiymətlərin dəyər ətrafında daim tərəddüdləri
baş verir. Taktiki amil ondan ibarətdir ki, konkret əmtəələrin qiymətləri bazar konyukturasının təsiri altında forma-
laşır. Birinci amil uzunmüddətli, perspektivli fəaliyyət amili, ikinci amil isə dəyişkən amildir, çünki konyuktura
dəyişmələrinin dinamikası çox yüksəkdir. Hər iki amil bazar iqtisadiyyatı şəraitində son dərəcə mühüm amillərdir və
onları daim təkmilləşmiş formada qavramaq və paralel olaraq istifadə etməyi öyrənmək lazımdır.
Birinci amil müasir texnikaya, texnologiyaya malik olan, əməyin təşkilinin qabaqcıl metodlarından istifadə edən
müəssisələr üçün daha əlverişli şərait yaradır. Bu zaman daha aşağı istehsal xərclərinə malik müəssisələr yüksək
mənfəət əldə edirlər. İkinci amil isə konyukturadan daha təkmil və tez istifadə etməyi bacaran müəssisələr üçün
əlverişli şərait yaradır. Bu halda da çeviklik, istehsalın və istehsal infrastrukturunun mükəmməl hazırlığı, bazarın
dərindən öyrənilməsi (marketinq tədqiqi), habelə yüksək peşəkarlıq səviyyəsinə malik kadrların mövcudluğu tələb
olunur. Lakin bazarda müvəffəqiyyət və qazanca daha böyük inamı hər iki amildən istifadə etmək imkanına və
qabiliyyətinə malik olan müəssisələr əldə edirlər.

§2. Qiymətin funksiyaları və qiymətəmələgəlmənin prinsipləri

İqtisadi ədəbiyyatda qiymətin əsas funksiyaları sırasına uçot, nəzarət və aqreqatlaşdırma, «ödəməli» və ya «gəlir
əmələ gətirən», informasion və ya indikator, stimullaşdırıcı, bölüşdürücü, tələb və təklifin balanslaşdırılması funk-
siyaları aid edilir.
Qiymətin funksiyaları onun iqtisadi mahiyyətini, təyinatını, təsərrüfat həyatındakı rolunu, habelə digər iqtisadi
kateqoriya və hadisələrlə qarşılıqlı münasibətlərini əks etdirir. Qiymətin əsas funksiyalarından biri sayılan uçot
funksiyasına bəzən ictimai əmək xərclərinin uçotu və ölçülməsi funksiyası da deyilir. Bu funksiya dəyərin pul
ifadəsi kimi qiymətin mahiyyəti ilə müəyyən edilir. Qiymətlər göstərir ki, bu və ya digər məhsula tələbatın
ödənilməsi cəmiyyətə neçəyə başa gəlir. Qiymət əmtəənin hazırlanmasına nə qədər əmək, xammal, material,
komplektləşdirici məmulat sərf olunmasını müəyyən edir və əməyin hansı səmərəliliklə sərf olunmasını xarakterizə
edir. Son nəticədə qiymət təkcə məcmu əmtəə istehsalı və tədavülü xərclərinin kəmiyyətini deyil, həm də mənfəətin
ölçüsünü müəyyən edir.
Uçot funksiyasında qiymət bütün dəyər göstəricilərinin hesablanması vasitəsi kimi çıxış edir. Bunlara həm
kəmiyyət göstəriciləri - ümumi daxili məhsul (ÜMD), milli gəlir, kapital qoyuluşunun həcmi, əmtəə dövriyyəsi
göstəriciləri, firma, müəssisə və sahələrin məhsul həcmləri, həm də keyfiyyət göstəriciləri - rentabellik, əmək məh-
suldarlığı, fond verimi və s. aiddir. Beləliklə, qiymət istehsalın səmərəliliyinin müəyyən edilməsi üçün istifadə
edilir, təsərrüfat qərarlarının qəbul edilməsinin, firmadaxili planlaşdırmanın çox mühüm aləti kimi çıxış edir.
Qiymətlər əmtəə vahidini və ya kütləsini əldə etmək üçün alıcının satıcıya ödəməli olduğu pulun kəmiyyətini
ifadə edirlər. Əgər əmtəələrin siyahısına işçi qüvvəsi də daxil edilərsə, onda qiymətlər həmçinin müxtəlif bazar
agentlərindən daxil olan gəlirləri də əks etdirirlər. Onların bu rolu «ödəməli» və ya «gəlir əmələ gətirən» funksiya
adlandırılır.

67
Qiymətlər iqtisadiyyatın informasiya sisteminin əsasını təşkil etməklə, «informasion» və ya «indikator»
funksiyasını (bəzən iqtisadi ədəbiyyatda ona resursların optimal bölüşdürülməsi funksiyası da deyilir) yerinə
yetirirlər. Bu funksiyanın fəaliyyəti optimallaşdırma məsələlərinin həlli zamanı özünü daha qabarıq şəkildə büruzə
verir.
Qiymətin ən vacib, başlıca funksiyalarından biri məhz onun stimullaşdırıcı xarakterə malik olmasıdır. Bu
funksiyanın mahiyyəti əmtəə istehsalı və istehlakına onun həvəsləndirici və ya ləngidici təsirində ifadə olunur.
Təsərrüfat həyatında qiymətlər bu və ya digər əmtəələrin buraxılışı və istehlakına kömək edər və yaxud əngəl törədə
bilər. Qiymətin köməyi ilə elmi-texniki tərəqqini, resurs xərclərinə qənaəti, məhsulun keyfiyyətinin yaxşılaşdırıl-
masını, istehsal və istehlak strukturunun dəyişilməsini stimullaşdırmaq və ya dayandırmaq, ləngitmək olar. Bu
funksiya qiymətdə artırılmış mənfəət səviyyəsi, eləcə də qiymətə edilən əlavə və güzəştlərin vasitəsilə həyata
keçirilir.
Qiymətin bölüşdürücü funksiyası, bazar amillərinin təsiri altında qiymətin dəyərdən kənarlaşması ilə əlaqədardır.
Bu funksiya ondan ibarətdir ki, qiymətlər milli gəlirin (xalis gəlirin) iqtisadiyyatın sahələri, dövlət və digər sektorlar,
müxtəlif mülkiyyət formaları, regionlar, yığım və istehsal fondları, əhalinin sosial qrupları arasında bölüşdürülməsi
və yenidən bölüşdürülməsində iştirak edirlər. Belə ki, dəbdəbəli və nüfuzlu əmtəələrə yüksək topdansatış qiymətləri
sosial fondların formalaşması üçün büdcənin köməyi ilə əhalinin müəyyən hissəsinin pul gəlirlərinin yenidən
bölüşdürülməsini təmin edirlər.
Tələb və təklifin balanslaşdırılması funksiyası onunla ifadə olunur ki, qiymətlər vasitəsilə istehsal və istehlak,
tələb və təklif arasında əlaqə həyata keçirilir. Təsərrüfatın inkişafı tələb və təklif arasında uyğunsuzluqların aradan
qaldırılması, qiymətlərin artırılması (aşağı salınması) vasitəsilə, ya da ki, eyni vaxtda hər iki üsulun tətbiqi ilə əldə
olunur. Bazar münasibətləri, sahibkarlıq və rəqabət inkişaf etdikcə qiymətin bu funksiyası güclənməklə qiymətlərin
formalaşmasında başlıca rol oynayacaqdır.
Qiymətin bütün funksiyaları qarşılıqlı əlaqədardır və bir-birinə qarşılıqlı təsir göstərirlər.
Qiymətəmələgəlmənin prinsipləri dedikdə, bütün qiymətlər sistemi üçün xarakterik olan və onun əsasında duran,
daimi fəaliyyət göstərən əsas müddəalar başa düşülməlidir. Qiymətəmələgəlmənin vacib prinsipləri: qiymətlərin
elmi cəhətdən əsaslandırılması, onların məqsədyönlülüyü, qiymətəmələgəlmə prosesinin fasiləsizliyi, bu prosesin
vahidliyi və qiymət intizamına riayət olunmasına nəzarət sayılır.

§3. Qiymətin növləri

İqtisadiyyatda fəaliyyət göstərən bütün qiymətlər qarşılıqlı əlaqədə olub, müxtəlif bazar amillərinin təsiri altında
daim inkişafda olan sistemi əmələ gətirir. Bu sistem sıx, qarşılıqlı əlaqədə, fəaliyyətdə olan ayrı-ayrı bloklardan
(topdansatış qiymətləri, satınalma qiymətləri, pərakəndəsatış qiymətləri və s.) ibarətdir.
Verilən sistemin əsas bloklarının birində qiymətin dəyişməsi tez bir surətdə digər bloklara da ötürülür.
Bütün qiymət sistemində sənayenin baza sahələrinin məhsullarının qiymətləri əsas rol oynayır. Onlara yanacaq-
energetika (kömür, neft, qaz, elektrik enerjisi), metallurgiya sahələri aiddir. Belə ki, enerji daşıyıcılarının qiymətləri-
nin dəyişməsi bütün iqtisadiyyat sahələrinin məhsullarının qiymət səviyyəsində öz əksini tapır. Yüngül və yeyinti
sənaye sahələrinin qiymətlərinə kənd təsərrüfatı məhsullarının qiymətlərinin dinamikası əhəmiyyətli təsir göstərir.
Vahid sistemə daxil olan müxtəlif qiymət bloklarının yalnız birbaşa deyil, həm də əks əlaqələri mövcuddur.
Qiymətlərin artması müəyyən dövrdən sonra bu sahələrə onların istifadə etdikləri material-texniki ehtiyatların
(maşın, avadanlıq və s.) bahalaşması formasında qayıdır.
Qiymət sistemi və onun fəaliyyət göstərdiyi iqtisadi mühit bir-biri ilə sıx əlaqədardır. Bu mühiti bazar
iqtisadiyyatının əsas elementləri, yəni əmtəə istehsalı, rəqabət, mülkiyyətin müxtəlif formaları təşkil edir.
Fəaliyyət müddətlərinə görə qiymətlərin aşağıdakı növləri fərqləndirilir:
Sabit qiymətlər - müəyyən müqavilə üzrə məhsul göndərişi müddətində dəyişmirlər.
Cari qiymətlər - müəyyən vaxt dövründə məhsul göndərişinin həyata keçirildiyi qiymətlərdir.
Onlar bir müqavilənin yerinə yetirilməsi müddətində bazar konyukturasından asılı olaraq dəyişə bilərlər.
Sürüşkən qiymətlər - uzunmüddətli istehsal dövrünə malik olan məhsullarla ticarət sövdələşmələrində müəyyən
edilir.
Mövsümi qiymətlər - müəyyən vaxt dövründə fəaliyyət göstərirlər.
Mərhələli qiymətlər - əvvəlcədən müəyyən edilmiş şkala üzrə məhsulların ardıcıl aşağı salınan qiymətləridir.
Müəyyən edilməsi qaydalarına görə aşağıdakı qiymət növləri təsnifləşdirilir:
1. Təsbit edilən qiymətlər - dövlət tərəfindən təyin olunurlar.
2. Müqavilə qiymətləri - tərəflərin razılığı ilə müəyyən edilirlər.
3. Tənzimlənən qiymətlər - dövlət tərəfindən müəyyən təsir göstərilməklə tələb və təklif nisbətləri əsasında
formalaşırlar.
4. Sərbəst qiymətlər - bazarda tələb və təklifin təsiri altında formalaşırlar. Dövlət bu qiymətlərin dəyişilməsinə
yalnız bazar konyukturasına təsir etməklə nail ola bilər.

§4. Bazar iqtisadiyyatı və qiymətlərin dövlət tənzimlənməsi

Məlumdur ki, qiymətlərin əmələ gəlməsinin əsasını dəyər qanunu təşkil edir, ancaq bundan başqa onlara daxili
və xarici xarakterli müxtəlif amillər təsir göstərir ki, bunlardan biri də qiymətlərin dövlət tənzimlənməsidir.

68
Hazırkı şəraitdə qiymətlərin dövlət tənzimlənməsi ziddiyyətli məsələlərdən biridir. Ümumən qiymətlərin dövlət
tənzimlənməsi dövlətin qanunvericilik, inzibati və büdcə-maliyyə tədbirlərinin köməyi ilə qiymətlərə təsir etmək
cəhdidir. Bu yolla dövlət iqtisadi sistemin sabit inkişafına, başqa sözlə, qiymətlər vasitəsilə təkrar istehsalın dövri tə-
rəddüdlərinin nizamlanmasına nail olmağa çalışır.
Dövlətin qiymətin əmələ gəlməsi prosesinə təsiri qiymətlərin tənzimlənməsinin birbaşa və dolayı metodlarının
üzvi əlaqəsi ilə reallaşır. Bu metodların ölkələr və ayrı-ayrı dövlətlər üzrə nisbətləri müxtəlifdir.
Qiymətlərin birbaşa tənzimlənməsi başlıca olaraq ictimai istifadə (istehlak) sahələrində (elektroenergetika,
nəqliyyat, rabitə, su təchizatı və s.) tətbiq olunur. Bu sahələrdə qiymət və tariflər adətən inhisarlarla münasibətdə
aşağı və ya yüksək mənfəət normaları əsasında müəyyən olunur.
Qiymətlərin dövlət tənzimlənməsi inhisarların marağına və onların dünya bazarında konkret mövqelərinə,
ümumən ölkənin tələbatına cavab verə bilən iqtisadiyyatın yüksək inkişaf sürətinin və struktur irəliləyişlərin
stimullaşdırılması üçün tətbiq edilir.
Qiymətlərin tənzimlənməsinin dolayı metodları qiymətlərin özünə deyil, qiymətlərin əmələ gəlməsi ilə bağlı olan
amillərə təsir dairəsində ortaya çıxır. Buna misal olaraq, pul vəsaitlərinin emissiyası da daxil olmaqla, vergi, kredit
və valyuta siyasətinin köməyi ilə məcmu tələbin tənzimlənməsini göstərmək olar. Belə tədbirlər nəticəsində bir çox
sahələrdə istehlak və məşğulluqla bağlı məsələlər stimullaşdırılır ki, bu da öz növbəsində istehlak malları bazarına
və əhalinin tədiyə qabiliyyətli tələbinin həcminə təsir göstərir.
Dövlət tənzimlənməsi təkcə planlı iqtisadiyyat şəraitində deyil, iqtisadiyyatın idarə olunmasının inzibati
üsullarından bazar iqtisadiyyatına xas olan iqtisadi keçid dövründə də zəruridir.
Qiymətlərin dövlət tənzimlənməsinin iki üsulu mövcuddur: iqtisadi və inzibati. Tənzimləmənin iqtisadi üsulu da-
ha üstündür və dövlət orqanlarının vergi, maliyyə-büdcə, kredit, valyuta, gömrük siyasəti vasitəsilə həyata keçirilir.
Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi bazar mexanizminin fəaliyyətini pozmur, qiymətin iqtisadi
əsaslandırılmasını və onların dünya bazar qiymətləri ilə əlaqəsini saxlayır.
Bazar şəraitində qiymətlərin inzibati üsullarla tənzimlənməsi isə fövqəladə hallarda, iqtisadiyyatın böhran
keçirdiyi, sürətli inflyasiya, təsərrüfat kompleksinin bütün sahələrində tənəzzül baş verdiyi şəraitdə dövlət üçün
strateji əhəmiyyət kəsb edən ayrı-ayrı malların, digər məhsulların qiymətlərinin sürətli artımından əhalini sosial-
müdafiə etmək məqsədilə də həyata keçirilə bilər. Bu halda hökumət özü inzibati qaydada istehlak səbətinə daxil
olan ilkin tələbat mallarının qiymətini müəyyənləşdirir və dəyişdirir.
Qiymətlərin dövlət tərəfindən inzibati üsullarla tənzimlənməsindən imtina olunması əhalinin əksəriyyəti üçün
arzuolunmaz sosial nəticələrə, qiymətlərin qarşısıalınmaz dərəcədə artımına gətirib çıxara bilər.
Qiymətlərin iqtisadi üsullarla tənzimlənməsinə gəldikdə isə qeyd edilməlidir ki, bu dövlət büdcəsinin
mənafeyinin ayrı-ayrı əmtəə istehsalçılarının, ən vacibi isə son istehlakçıların, vergi ödəyən adi vətəndaşların
mənafeyi ilə üst-üstə düşməsini təmin edən vergi siyasəti vasitəsilə yerinə yetirilir.
Dövlət tənzimlənməsinin birbaşa metodları ilə yanaşı qiymətin əmələgəlmə prosesinə təsir göstərən dolayı
metodlar da mövcuddur ki, onlar əlaqəli şəkildə dövlət-inhisar tənzimlənməsinin ümumi alətləri hesab edilirlər.
Qiymətlərin dövlət tənzimlənməsi qanunvericilik, inzibati və məhkəmə xarakterli ola bilər.

MÜHAZİRƏ MƏTNİ

MÖVZU 10. BAZAR İQTİSADİYYATININ MODELLƏRİ

§1. Bazar iqtisadiyyatı modellərinin fərqləndirici me’yarları


§2. Bazarın liberal modelinin spesifik xüsusiyyətləri
§3. Sosial yönümlü bazar iqtisadiyyatı modeli
§4. Sosial-demokrat bazar modelinin xarakterik xüsusiyyətləri
§5. Azərbaycan üçün bazar iqtisadiyyatı modelinin seçilməsi

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. «İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev, Ə.P.Babayev,


M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред.
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической акаде-
мии, 2000, –592 с.

69
3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П.
Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского
университета, 2000,–757с.
4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.:
Эксмо, 2006, –736 с.
5. Экономическая теория. Учебник для вузов / Под ред. А.И.
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480
с.
6. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им.
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с.
7. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.:
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с.
8. Курс общей экономической теории. Учебник / Под ред. М.Н.
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997.
9. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.
10. Портер М. Международная конкуренция. –М.: Международные отно-
шения, 1993.
11.Экономика переходного периода / Под ред. В.В. Радаева, А.В.
Бузгалина. –М.: Изд-во МГУ, 1995.
12.Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан, 1994,–
736с.

§1. Bazar iqtisadiyyatı modellərinin


fərqləndirici me’yarları

Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının dünya iqtisadiyyatına daxil olması və onun
tələblərinə uyğunlaşması, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçməyi tələb edir. Bununla bağlı,
inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində istifadə edilən modellərin xüsusiyyətlərinin öyrənilməsi böyük əhə-
miyyətə malikdir.
Bazar iqtisadiyyatı modelinin 3 əsas növü mövcuddur:
1.Liberal model. 2.Sosial yönümlü bazar iqtisadiyyatı modeli. 3.Bazar iqtisadiyyatının sosial-demokratik modeli.
1. Liberal model aşağıdakı cəhətləri ilə səciyyələnir:
a) xüsusi mülkiyyətin iqtisadiyyatda çəkisinin çox olması və üstün mövqe tutması;
b) təsərrüfat qanunvericiliyinin bazar subyektlərinin tam sərbəstliyini tə’min etməklə onların dövlət tərəfindən
ola biləcək tə’sirindən qorunması;
v) dövlət tənzimlənməsinin məhdud xarakter daşıması və əsasən makroiqtisadi prosesləri əhatə etməsi;
q) əhalinin bir çox zəruri yaşayış problemlərinin həll edilməsindən dövlətin təcrid edilməsi;
d) sosial məqsədlərin həyata keçirilməsinə yönəldilən xərclərin qalıq xarakter daşıması; onların işsizlərə və
həyat səviyyəsi ən aşağı olan təbəqələrə yönəldilməsi;
e) ümumi milli məhsulda dövlət büdcəsinin xüsusi çəkisinin az olması; sosial məqsədlərə yönəldilən dövlət
investisiyalarının və dövlət xərclərinin çəkisinin aşağı olması.
Bu model az və çox dərəcədə xalis formada XX əsrin əvvəllərindən 20-ci illərin sonuna qədər ABŞ-da
mövcud olmuşdur. İndinin özündə də ABŞ iqtisadiyyatı bu modelə çox yaxındır.
2. Sosial yönümlü bazar iqtisadiyyatı modelinin əsas cəhətləri aşağıdakılardır:
a) çox və ya az dərəcədə dövlət sektorunun olduğu qarışıq iqtisadiyyatın mövcud olması;
b) nəinki makroiqtisadi proseslərin, hətta bazar subyektlərinin fəaliyyətlərinin ayrı-ayrı sahələrinin dövlət
tərəfindən tənzimlənməsi;
v) dövlət tərəfindən əhaliyə qeyri-istehsal sahəsindəki xidmətlərin pulsuz göstərilməsi, ailə gəlirlərindən asılı
olmayaraq cəmiyyətin bütün üzvlərinin bu xidmətlərdən istifadə etməsi üçün sosial tə’minat yaradılması, hər bir
vətəndaşa pulsuz təhsil, səhiyyə xidməti alması hüquqlarının həyata keçirilməsinə tə’minat verilməsi;
q) tənzimlənmənin azad rəqabətin saxlanmasına, kapitalların olduqca az əllərdə cəmlənməsinin qarşısının
alınmasına, yeni təsərrüfat obyektlərinin yaradılmasına yönəldilməsi;
d) işsizlərin sayını minimum həddə çatdırmaqla əhalinin məşğulluğunun tənzimlənməsi;

70
e) ümumi milli məhsulda dövlət büdcəsinin böyük hissəyə malik olması;
j) iqtisadiyyatın büdcə-maliyyə siyasəti ilə deyil, kredit-pul siyasəti vasitəsilə tənzimlənməsi.
Bazarın bu modeli İkinci Dünya müharibəsindən sonra L.Erxard tərəfindən həyata keçirilən iqtisadi
islahatlar nəticəsində meydana gəlmişdir. Ona görə də bu modeli çox vaxt alman və ya neoliberal model
adlandırırlar.
3.Sosial-demokrat modeli.
Bu modelin əsas cəhətləri sosial yönümlü bazar iqtisadiyyatı modeli ilə eynidir. Buna baxmayaraq, bu
modelin öz xüsusiyyətləri mövcuddur.
Sosial-demokrat modeli üçün dövlət mülkiyyətinin həddən artıq çox olması xarakterdir. Bazar
iqtisadiyyatının bu modeli əsasən İsveçdə öz əksini tapmışdır və ona görə də onu çox vaxt İsveç modeli
adlandırırlar. Tarixi inkişafın müxtəlif mərhələlərində bu modelin bir çox cəhətləri digər Skandinav ölkələrində,
eləcə də İspaniyada, Portuqaliyada, Yunanıstanda öz əksini tapmışdır. Bazarın İsveç modeli aşağıdakı cəhətlərlə
xarakterizə olunur:
a) əmək münasibətlərinin ümumi milli, ümumi dövlət səviyyəsində tənzimlənməsi (tarif dərəcələrinin,
kollektiv müqavilələrin müəyyən edilməsi);
b) dövlətin həyata keçirdiyi sosial siyasətin əhalinin gəlirləri üzrə təbəqələşməsinin azaldılmasını tə’min
etməsi;
v) ümumi milli məhsulda dövlət büdcəsinin çox olması;
q) dövlətin məşğulluq siyasəti, əsasən işçilərin ixtisaslarının artırılması və yenidən hazırlanması hesabına
işsizlərin sayını minimum həddə çatdırmağa yönəldilməsi.
Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatının bütün göstərilən modellərində bazar eyni tiplidir və ümumi
qanunlar əsasında fəaliyyət göstərir. Bazar iqtisadiyyatının modelləri isə, dövlətin iqtisadiyyata müdaxilə etməsi və
əhalinin sosial tələblərinin ödənilməsi səviyyəsi ilə müəyyən olunur. Bununla yanaşı bazar iqtisadiyyatının
fəaliyyət göstərməsinə bu və ya digər model öz tə’sirini göstərir.
İqtisadi ədəbiyyatda bazar iqtisadiyyatının tiplərinin və modellərinin sayı haqqında müxtəlif fikirlər
mövcuddur. Bir qrup alimlər, bazar iqtisadiyyatının ancaq 3 modelinin (amerikan, alman, İsveç) olmasını, digər-
ləri isə - bunlarla yanaşı eyni zamanda yapon, Fransa, Çin, Cənubi Koreya və s. modellərinin varlığını da
göstərirlər. Hər bir ölkənin öz fərqli cəhətləri var və hər bir ölkənin iqtisadiyyatı digər ölkələrin iqtisadiyyatından
fərqlənir. Yapon iqtisadiyyatının (onun mədəniyyəti, xalqının mentaliteti, tarixi kökləri, bir firmaya bağlılıq
ən’ənələri ilə əlaqədar) özünəməxsus xüsusiyyətləri vardır.
Bazar iqtisadiyyatı modelləri arasındakı sərhədlərin şəffaf olması və bir-birinə yaxınlaşması ilə əlaqədar,
bə’zən bazar iqtisadiyyatı modellərinin seçilməsi və öyrənilməsi əleyhinə fikirlər söylənilir. Doğrudan da, bazar
modellərinin yaxınlaşması səbəbindən, bu və ya digər ölkədə müəyyən modelin xalis formada seçilməsi
çətinləşir.
Bazar iqtisadiyyatının müxtəlif modellərinin yaxınlaşması aşağıdakı hallarda baş verə bilər. Birincisi, bu və
ya digər ölkədə sosial-iqtisadi mühitin dəyişməsi, iqtisadi siyasətdə dəyişikliklərə, əvvəlki iqtisadi baxışlara
yenidən baxılmasına və yeni mövqelərə keçilməsinə səbəb olur. İqtisadiyyatın inkişafı bazar təsərrüfatı
modellərinin inkişafına, onların təkamülünə və müəyyən dəyişikliklərinə tə’sir edir. İkincisi, bazar təsərrüfatı mo-
dellərinin yaxınlaşması, növbəti seçkilərdə iqtidar üzərində müxalifət partiyalarının qələbə çalması sayəsində siyasi
hadisələrdə baş verən dəyişikliklərdir. Məsələn, İngiltərədə leyboristlər hakimiyyətə gəldikdə milliləşdirməni
həyata keçiriblərsə, konservatorlar qələbə çaldıqdan sonra özəlləşdirməni həyata keçiriblər. Deməli, bazar iqtisa-
diyyatının bu və ya digər modelində yeni meyllərin meydana gəlməsi, seçkilərdə digər partiyanın qələbə əldə
etməsi nəticəsində iqtisadi siyasət kursunda baş verən dəyişikliklərlə bağlıdır.

§2. Bazarın liberal modelinin spesifik


xüsusiyyətləri

Klassik formada bazarın liberal modeli XX əsrin əvvəlindən 20-ci illərin sonuna qədər mövcud olmuşdur. Bu
model tənzimlənmənin Keynsçi metodlarının müharibədən sonrakı siyasətinin gedişində müəyyən dəyişikliklərə
mə’ruz qalmışdır. Buna baxmayaraq, müasir dövrdə də onun əsas cəhətləri - daxili bazarın yüksək olması, iri
inhisarların timsalında xüsusi kapitalın möhkəm mövqeyə malik olması, həmkarlar və fəhlə hərəkatının zəif
olması saxlanılır.
Bazarın amerikan (liberal) modeli və daha geniş miqyasda amerikan mentaliteti üçün cəmiyyətin bütün
fərdlərinin həm bir-birinə, həm də dövlətə olan münasibətlərdə özlərinə tam arxalanması, özlərinin şəxsi hesablarına
tələbatlarının ödənilməsi xarakterikdir. Ona görə də bazarın liberal modeli üçün tənzimləmənin qalıq prinsipi
səciyyəvidir və əsasən təkrar istehsalın, azad rəqabət şəraitində səmərəli formada tənzimlənə bilməyən aspektlərin
(səpkilərin) tənzimlənməsini əhatə edir. Amerikan modeli üçün dövlət büdcəsinin ümumi milli məhsulda payının
həddən çox azalması və dövlət büdcəsində sosial xərclərin az hissəyə malik olması xarakterdir.
Amerikan dövlət tənzimlənməsi, tənzimləmənin minimum həddinə yaxındır. Buraya pulun emissiyası və
pulun tədavülünün təşkili ilə əlaqədar dövlətin fəaliyyəti, vergi sistemi vasitəsilə təklif, yə’ni istehsalın həcmi və
tələb arasında müvazinətin əldə olunması daxildir. Tənzimləmənin minimal həddinə, birgə formada istehlak edi-
lən ictimai əmtəələrin təkrar istehsalının dövlət tərəfindən maliyyələşdirilməsi də (dövlət tədarükü və dövlət
investisiyası) aiddir.

71
Bazarın liberal modelində dövlət ilk növbədə antiinhisar siyasəti həyata keçirir. Antiinhisar siyasətinin əsas
istiqamətləri-kartel müqavilələrinin məhdudlaşdırılmasını, şirkətlərin birləşməsinə maneçilik törədilməsini,
filialların yaradılmasına imkan verilməməsini əhatə edir. Antiinhisar siyasəti əmək qanunvericiliyi sahələrinə də
yayılır. İş qüvvəsinin təklifini tənzimləməklə, əmək haqqının və deməli, istehsal xərclərinin səviyyəsinə, mənfəətin,
istehsalın həcminə tə’sir etmək vasitəsilə həmkarlar, əmək bazarında inhisarçı kimi çıxış edə bilərlər.
Məşğulluğun səviyyəsinin yüksək olduğu bir vaxtda, əmək haqqının artırılması inflyasiya amilinə çevrilə bilər.
Eyni zamanda ABŞ üçün tənzimləmənin bank-kredit sistemi vasitəsi ilə deyil, büdcə-vergi sistemi
vasitəsilə həyata keçirilməsi xarakterikdir. ABŞ-da tənzimləmənin büdcə-vergi sisteminə üstünlük verilməsi,
Almaniyaya nisbətən orada bank sisteminin zəif idarə olunması ilə bağlıdır. Antitsiklik və antiinflyasiya tənzimlən-
məsi əsasən büdcə-vergi siyasəti vasitəsilə, çox nadir hallarda isə bank siyasətilə həyata keçirilir.
Bazarın liberal modelində dövlət əmtəələrin təklifinə tə’sir göstərir, istehsalın inkişafı isə təsərrüfat
subyektlərinin bazar gəlirlərinin artmasına və tələbin inkişafına, investisiya meyllərinin güclənməsinə səbəb olur.
Ancaq belə bir tə’sir vergilər vasitəsilə həyata keçirilir. Vergilər istehsal xərclərinin və mənfəətin səviyyəsinin
formalaşmasında iştirak edir, bu və ya digər əmtəələrin artımını və azalmasını stimullaşdırır. Ona görə də
vergidən ödəmələrin başlıca maddəsi gəlir vergisi ilə bağlıdır. Vergilərin çox az hissəsi mənfəətdən əldə edilən
vergilərin payına düşür. Mənfəətdən əldə edilən vergi, vergilərin ən çevik forması sayılır. O, bazarın hərəkətini
nəzərə alır, yığıma yönəldilən mənfəətə müəyyən imtiyazlar, imkan yaradır. Gəlir vergisi əmək haqqı, divident və
digər gəlirlər formasında istehlaka yönəldilən gəlirlərdən əldə olunan vergidir. ABŞ-da əlavə dəyər vergisi mü-
sadirə xarakteri daşıdığına görə yoxdur.

§3. Sosial yönümlü bazar iqtisadiyyatı modeli

Sosial yönümlü bazar iqtisadiyyatı nəzəri-konseptual anlayış olub, Qərbi Almaniyada 40-cı illərin
axırlarından tətbiq edilən bazar modelinin növüdür. Qərbi Almaniyada ictimai quruluş rəsmən sosial bazar
iqtisadiyyatı e’lan edilmişdir.

Bu modelin sosial mahiyyətini, sosial ədalətin və sosial müdafiənin tə’min edilməsi, iqtisadi və sosial
həyatın humanistləşməsini əks etdirən minimum sosial şəraitin yaradılması təşkil edir.
Bazar iqtisadiyyatı o vaxt sosial yönümlü ola bilər ki, o, səmərəli olsun. Səmərəli ona görə olur ki, o, sosial
yönümlüdür. İqtisadi səmərəlilik sosial yönümlüyün əsasıdır.
Sosial yönümlü bazar iqtisadiyyatı modelinin nəzəri konsepsiyası, alman iqtisadçıları Alfred Müller-
Armak və Lüdviq Erxard tərəfindən işlənib hazırlanmışdır. Lüdviq Erxard 1948-ci ildən, sosial yönümlü bazar
iqtisadiyyatı modelini Qərbi Almaniyada tətbiq etməyə başlamışdır. Bu səbəbdən sosial yönümlü bazar iqtisadiyyatı
modelinə çox vaxt alman modeli də deyirlər. Sosial bazar iqtisadiyyatı, radikal bazar iqtisadiyyatı ilə
mərkəzləşdirilmiş planlı iqtisadiyyat arasında olan «üçüncü aralıq yoldur». Sosial bazar iqtisadiyyatına, bir tərəfdən
iqtisadi azadlığın, digər tərəfdən, sosial dövlət ideyası ilə əlaqədar olan sosial müdafiə və sosial ədalət ideya-
larının dövlət hüququ ilə tə’min olunmuş vəhdətinə yönəldilmiş yol kimi baxılır. Azadlıq və ədalət məqsədlərinin
belə uyğunluğu sosial bazar iqtisadiyyatı anlayışında əks olunur. Bazar iqtisadiyyatı ancaq o yerlərdə
məhdudlaşmalıdır ki, orada o, sosial qeyri-məqbul nəticələrə gətirib çıxara bilər.
Qərbi alman neoliberal məktəbinin banisi Valter Oyken sosial yönümlü bazar iqtisadiyyatı modelinin köklü
(təməl) və tənzimləyici prinsiplərini işləyib hazırlamışdır. Onun fikrincə, bu modelin təməl (köklü) elementlərinə
azad rəqabət, sabit valyuta, açıq bazar, xüsusi mülkiyyət, azad müqavilələr, ittifaqlar, birliklər, cavabdehlik,
ardıcıl iqtisadi siyasət daxildir. Tənzimləyici prinsiplərinə isə inhisarların problemlərinin gəlirlər və yenidən bölgü
siyasəti, bütün istehsal amilləri nəzərə alınmaqla, iqtisadi hesablama problemlərinin tənzimlənməsi aiddir.
Almaniyada sosial bazar iqtisadiyyatı modelinin əsasını rəqabət təşkil edir. Rəqabətin
məhdudlaşdırılmasını qadağan edən qanun, «Sosial bazar təsərrüfatının əsas qanunu» adlanır. İstehsalçılarla
istehlakçılar arasında, bazarlarda onların hökmranlığını məhdud edən və istehsal amillərinin optimal bölgüsünə
tə’sir göstərən rəqabət münasibətləri mövcuddur.
Sosial bazar təsərrüfatı modelində dövlətin iqtisadiyyata müdaxiləsi böyük əhəmiyyət kəsb edir. Neoliberal
iqtisadçılar liberal iqtisadçılardan, dövlətin iqtisadi proseslərə müdaxiləsinin zəruriliyini müdafiə etməsi ilə
fərqlənirlər. Neoliberallar qeyd edirlər ki, dövlətin məhz passivliyi üzündən rəqabət pozulur, inhisarlar öz hökm-
ranlıqlarından həddən artıq istifadə edirlər və bunun da nəticəsində iqtisadiyyatda pozucu mənfi hallar baş verir.
Dövlət həyata keçirdiyi sosial-iqtisadi siyasətində, iqtisadiyyata o vaxt müdaxilə edir ki, bazar mexanizmi
cəmiyyətdə istehsal amillərinin optimal bölgüsünü və belə bölgünün optimal nəticələrini tə’min etməsin. Dövlət
eyni zamanda bazar mexanizminin normal fəaliyyətini tə’min edən ümumi şərtləri formalaşdırır. Dövlətin iqtisadi
siyasət funksiyasına rəqabətin müdafiə və inkişaf etdirilməsi, yə’ni xırda və orta müəssisələrə yardım göstərilməsi,
iqtisadiyyatda struktur dəyişikliklərinin həyata keçirilməsi, təhsilin və elmi tədqiqatların inkişafı, əmək bazarının
tənzimlənməsi tədbirləri daxildir. Tam və ya qismən dövlət mülkiyyətində olan müəssisələr əhalinin bir çox əm-
təələrə və xidmətlərə olan ictimai tələbatların ödənilməsini tə’min edir.
Bazarın alman modelində dövlət tənzimlənməsi ABŞ-a nisbətən iqtisadiyyatın daha çox hissəsini əhatə
edir və daha geniş dövlət sektoruna əsaslanır. Dövlətin məcmu xərcləri ümumi daxili məhsulun təqribən 50 faizini
təşkil edir, bu ABŞ-a nisbətən 1,5 dəfə çox, İsveçrəyə nisbətən isə azdır.

72
Sosial yönümlü bazar iqtisadiyyatı modelinin əsas cəhətlərindən biri də onun güclü sosial siyasət sisteminə
malik olmasıdır. Bu siyasət əhalinin gəlirləri arasında mövcud olan fərqləri minimuma endirmək məqsədilə
dövlətin həyata keçirdiyi yenidən bölgü siyasətini, sosial tə’minat və sosial sığorta sisteminin yaradılmasını və
inkişaf etdirilməsini, minimum yaşayış həddinə tə’minat verilməsini, mənzil təsərrüfatı sahəsinə subsidiyalar və
imtiyazlar verməklə sosial yardımları əhatə edir. Sosial siyasət gəlirlərin yenidən bölgüsünə əsaslanır.
AFR-də sosial proqramları həyata keçirmək üçün, həcminə görə dövlət büdcəsindən sonra ikinci olan,
sosial tə’minat fondu yaradılıb. Bu fondun maliyyələşdirilməsi qarışıq xarakter daşıyır, onun bir hissəsi
sahibkarların ödəmələri hesabına, digər hissəsi fəhlə və qulluqçuların əmək haqlarından ayırmalar, üçüncü hissəsi
isə dövlət büdcəsindən verilən transfert ödəmələr hesabına həyata keçirilir.
Sosial siyasətin əsas vəzifələrindən biri də əmək bazarına tə’sir göstərməkdir. Burada əsas məqsəd
məşğulluğun səviyyəsinin yüksəldilməsinə nail olmaq, yeni iş yerlərinin açılmasına təkan vermək, işsizliyin
yarada biləcəyi mənfi nəticələri azaltmaq üçün fəhlələrə maddi yardımlar və imtiyazlar göstərmək, fəhlələrin peşə
hazırlığını və ixtisaslarını yüksəltmək nəzərdə tutulur. Bazarın bu modelində istehsalın idarə edilməsində
fəhlələrin yaxından iştirakını tə’min edən bütün dövlət və xüsusi müəssisələrdə istehsalat sovetləri yaradılır,
qəbul olunan bütün qərarlar əvvəlcədən bu sovetlərlə məsləhətləşdirilir.
Almaniyada əhalinin ən az tə’minatlı hissəsinin iqtisadi və sosial cəhətdən yaşayışını tə’min etmək üçün,
inkişaf etmiş sosial sığorta sistemi mövcuddur. İşsizliyə görə yaradılan müavinət fondunun formalaşmasında,
sahibkarlar və fəhlələr xalis gəlirlərindən eyni həcmdə ödəmələr keçirərək, onun yaradılmasında bərabər iştirak
edirlər.
Sosial bazar iqtisadiyyatı modelinin təməlini təşkil edən iqtisadi və siyasi azadlığa, hər bir insanın,
bütünlükdə cəmiyyətin yüksək rifahına, sosial müdafiəyə və sosial ədalətə, sosial dəyərlərə və demokratiyaya eyni
zamanda nail olmaq qeyri-mümkündür. Sosial bazar iqtisadiyyatı – göstərilən məqsədlərin həyata keçirilməsi
yolunda mövcud olan bazar modelinin ayrıca bir növüdür.

§4. Sosial-demokrat bazar modelinin


xarakterik xüsusiyyətləri

Bazarın sosial-demokrat modeli Skandinav ölkələrində və eyni zamanda İspaniyada, Portuqaliyada,


Yunanıstanda həyata keçirilən iqtisadi islahatların müxtəlif mərhələlərində öz əksini tapmışdır. Bu model üçün
iqtisadi siyasət sahəsində sosial-demokrat ideyalarının üstünlük daşıması xarakterikdir. Bazarın bu modeli İsveç
təcrübəsində tətbiq edildiyinə görə, çox vaxt ona İsveç modeli də deyirlər.
Sosial-demokrat bazar modelində kapitalizmin bir sıra əsas cəhətlərinin (gəlirlərin və mülkiyyətin
bölgüsündə qeyri-bərabərlik) qalmasına baxmayaraq, vətəndaşların hüquq bərabərliyi və sosial müdafiəsi,
istehsalın nəticələrinin çox hissəsinin bölgüsü və yenidən bölgüsünün bazar prinsipləri əsasında deyil, insanların
tələbatlarına uyğun həyata keçirilməsi, kütləvi yoxsulluğun və işsizliyin ləğv edilməsi, pul hakimiyyətinin
vətəndaşların hakimiyyəti ilə əvəz olunması bu modelin əsas xüsusiyyətlərindən biridir.
Bazar iqtisadiyyatının sosial-demokrat modeli, bazar iqtisadiyyatına xas olan çatışmazlıqların -
mülkiyyətin və gəlirlərin cəmiyyətin kiçik bir hissəsinin əlində cəmləşməsinin aradan qaldırılmasına şərait yaradır.
Bazarın amerikan və alman modellərində iqtisadi siyasətin əsas me‘yarı, hər şeydən əvvəl, yüksək iqtisadi artıma
(artım tempi, struktur dəyişiklikləri, inflyasiyanın cilovlanması və s.) nail olmaq sayılır. İsveç modelində isə iqtisa-
diyyatın səmərəliliyinin başlıca me’yarı sosial nəticələrin (məşğulluğun artması, gəlirlər arasındakı fərqlərin
aradan qaldırılması, yoxsulluğun ləğv edilməsi, istehsal demokratiyasının inkişaf etdirilməsi) əldə olunmasıdır.
Sosial siyasət transfert ödəmələr hesabına sosial tələbatların yüksək səviyyədə ödənilməsini tə’min edir.
Amerikan və alman modellərindən fərqli olaraq, sosial-demokrat bazar modelində vətəndaşların sosial xidmətlərə
olan tələbatları onların maliyyə imkanlarına görə deyil, dövlət hesabına büdcədən verilən vəsaitlər hesabına
ödənilir. Bazarın bu modelində sosial xidmətlər sferası ictimai həyatın xüsusi sahəsi kimi nəzərdən keçirilir, burada
bölgü münasibətləri bazar tənzimlənməsinin qanunauyğunluqlarına tabe olmur. Bunun sayəsində əhali sosial
xidmətlərin xeyli hissəsini bazardan kənarda əldə edir. Vətəndaşların təhsilə, səhiyyə və i.a. tələbatı yalnız
müəyyən səviyyədən sonra bazar prinsipləri əsasında ödənilir. Sosial sferanın xidmətlərinin pulsuz və ya imtiyaz-
lı formada ödənilməsi bazarın sosial-demokrat modelinin humanistlik me’yarlarına daha çox cavab verdiyini
göstərir.
Bazar modellərinin səciyyələndirilməsində mikroiqtisadi xüsusiyyətlər mühüm əhəmiyyət kəsb edir.
Mikroiqtisadi xüsusiyyətlərə firmadaxili münasibətlər (işə qəbul etmək və işdən azad etməklə bağlı əmək
şəraitinin müəyyən edilməsi, əmək vəzifələrinin bölgüsü ilə əlaqədar əmək münasibətləri), müəssisələrdə
mülkiyyətin forması, mübadilə münasibətlərini əks etdirən müəssisələr arasındakı üfüqi əlaqələr daxildir. İsveç
modeli üçün bütün müəssisələrdə mülkiyyət formasından asılı olmayaraq istehsal demokratiyasının inkişafı
xarakterikdir. Fəhlə təşkilatları işə qəbul etmək və işdən azad etmək qaydalarını müəyyən edir, müavinətləri
tə’yin edir, məşğulluq agentliyi yaradır. Sahibkarların və vəzifə borclarına aid edilən işçilərin firmadaxili əmək
funksiyalarının bölgüsü də fəhlə təşkilatlarına verilir. Onlar eyni zamanda kommersiya, istehsal və maliyyə mə‘lu-
matlarını əldə etmək hüququna malikdirlər. Fəhlələrin şirkətlərin idarə olunmasında da öz nümayəndələri var. İsveç
həmkarlar təşkilatları sahibkarlarla əmək haqqının səviyyəsi və əmək şəraiti, əmək haqqının inflyasiyadan
qorunması barədə müqavilələr bağlayırlar.
Bazarın bütün modelləri üçün bazar mexanizmi ilə dövlət tənzimlənməsinin uyğunlaşması səciyyəvidir.

73
Bazar mexanizmi ilə dövlət tənzimlənməsi arasındakı nisbət ədalətli bölgü prinsiplərinə və iqtisadi resurslardan
səmərəli istifadə edilməsinə nail olunması üçün optimal olmalıdır. Bu metodlar bir-birinə zidd deyil, əksinə biri-
digərini tamamlayır.
Bazarın sosial-demokrat modelində dövlət öz vəsaitlərini, iş qüvvəsinin təkrar istehsalını tə’min edən dövlət
sektoru müəssisələrinə qoyur. Buraya təhsil, səhiyyə və bir sıra sosial sfera sahələri daxildir. Bu modeldə işçilərin
ixtisaslarının artırılmasına və yenidən hazırlanmasına xüsusi fikir verilir. Əsas ağırlıq işsizliyə görə müavinətlərin
verilməsi üzərinə deyil, işçilərin ixtisaslarının artırılmasına düşür.
Digər bazar modellərindən fərqli olaraq, İsveç bazar modelində, iqtisadiyyatın müxtəlif sahələrində çalışan
fəhlələrin əmək haqları arasındakı fərq o qədər böyük deyil.
Bazar iqtisadiyyatının sosial-demokrat modelində bir tərəfdən, məşğulluğun müdafiəsi ilə sosial
proqramların həyata keçirilməsi arasında, digər tərəfdən isə yüksək artım tempinə nail olunması, səmərəliliyin
yüksəlməsi ilə inflyasiyaya qarşı mübarizə arasında ziddiyyətlər mövcuddur.

§5. Azərbaycan üçün bazar iqtisadiyyatı


modelinin seçilməsi

Planlı təsərrüfatdan bazara keçid dövründə, bazar iqtisadiyyatının hansı modelindən təcrübədə istifadə
edilməsi nəzəri və praktiki əhəmiyyət kəsb edir.
Bazara keçidin ilk dövrlərində Azərbaycanda bazar iqtisadiyyatının amerikan modelindən istifadə
edilməsinə daha çox üstünlük verilirdi. İnflyasiya və büdcə kəsirinin aradan qaldırılmasını qarşısına məqsəd qoyan
monetarizm siyasəti dövlətin iqtisadiyyata ən az və ehtiyatla müdaxilə etməsini nəzərdə tutur. Monetarizm-
iqtisadiyyatda pul amillərinin mühüm rol oynamasını göstərən stabilləşdirmə nəzəriyyəsidir. Monetaristlər
iqtisadiyyatın tənzimlənməsini hər şeydən əvvəl pulun həcmi, emissiyası, tədavüldə və ehtiyatda olan pulun
miqdarı üzərində dövlətin nəzarətində görürlər. İqtisadi islahatların ilk illərində bir çoxları göstərirdilər ki, bazar
öz-özünə iqtisadiyyatın bütün problemlərini həll etməyə, disproporsiyaları aradan götürməyə, struktur dəyişiklik-
lərini həyata keçirməyə qadirdir. Buna görə də iqtisadiyyatın nəinki həddən artıq dövlətləşməsinin qarşısını al-
maq, hətta dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirmək lazımdır. Dövlətin iqtisadi siyasətində belə
bir kursun həyata keçirilməsi nəticəsində, mövcud olan pulsuz təhsil və səhiyyə sistemi tədricən aradan qaldırılır
və bu sahələrdə kommersiya prinsiplərindən geniş istifadə edilməsinə başlanılırdı. Sosial-siyasət isə əhalinin ən
kasıb və ən aşağı səviyyədə yaşayan hissəsinə kömək edilməsinə yönəldilirdi.
Hələ o dövrdə göstərildi ki, Azərbaycan reallığı üçün amerikan (liberal) modelinin istifadə edilməsi qeyri-
mümkündür və sosial yönümlü bazar iqtisadiyyatının yaradılmasına doğru addımlar atılması məqsədəuyğundur.
Liberal bazar modelinin fərqləndirici me’yarlarından biri olan dövlətin iqtisadiyyata müdaxilə etməməsi və
ya məhdud dərəcədə müdaxilə etməsi bizim ölkə üçün bir çox cəhətlərə görə məqsədəuyğun deyil. Əvvəla, bazara
keçid iqtisadiyyatı şəraitində dövlətin tənzimləyici rolu, artıq bərqərar olmuş bazar iqtisadiyyatına nisbətən yüksək
olmalıdır. Belə ki, keçid dövründə iqtisadiyyatda özəlləşdirmə prosesi həyata keçirilir, bazar infrastrukturu yaradılır,
yeni qiymət sistemi formalaşır. Bundan əlavə, iqtisadiyyatda struktur dəyişiklikləri baş verir. Bütün bu
proseslərin həyata keçirilməsində dövlətin tənzimləyici rolu böyükdür.
Beləliklə, bazar iqtisadiyyatının amerikan modelinin Azərbaycan üçün seçilməsi, bizim tarixi ən’ənələrimiz,
xalqımızın mentaliteti, mövcud olan konkret iqtisadi vəziyyətimiz baxımından qeyri-mümkündür. Deməli,
Azərbaycanda amerikan (liberal) bazar modeli tətbiq edilə bilməz.
Bu onu göstərir ki, Azərbaycan üçün bazar iqtisadiyyatının modelini seçərkən alman və ya İsveç
modellərindən istifadə edilməlidir. Belə baxdıqda üstünlük İsveç modelinə verilə bilər, çünki bu model daha çox
bizim xalqımızın mentalitetinə uyğun gəlir (ümumilik, kollektivlik, sosial tələbatların çox hissəsinin pulsuz döv-
lət hesabına ödənilməsinə vərdiş edilməsi). İsveç modeli üçün xarakterik olan sosial ehtiyacların ödənilməsi
məqsədilə əldə olunan gəlirlərin yenidən bölüşdürülməsi bizim əhalinin əksər hissəsi tərəfindən böyük ruh yük-
səkliyi ilə qarşılanardı.
İsveç modelinin üstünlükləri ilə yanaşı, onun çatışmayan cəhətləri də vardır. Əgər 50-60-cı illər İsveçin inki-
şafı üçün əlverişli sayılırdısa, artıq 70-80-cı illərin böhranlı dövründə ümumi milli məhsulun artımının azalması,
sənaye məhsulunun aşağı düşməsi müşahidə olunurdu. İstehsalın aşağı düşməsi, tə’diyə balansının pisləşməsi uzun
illər ərzində dövlət büdcəsinin kəsirli olmasına səbəb olmuşdur. 1982-ci ildə bu kəsir ümumi milli məhsulun artıq
15 faizini təşkil edirdi.
İsveç iqtisadiyyatının sosial yönümlüyünün artması iş qüvvəsinin baha və ölkədə istehsal olunan əmtəələrin
qiymətlərinin yüksək olmasına səbəb olmuşdur. Transfert ödəmələrin geniş tətbiq edilməsi əhalinin sosial
müdafiəsi üçün büdcədən yüksək vəsaitlərin ayrılmasını tələb edir ki, bu da vergilərin artırılmasına tə’sir göstərir.
Bütün bunlar xərclərin, ixrac edilən əmtəələrin və xidmətlərin qiymətlərinin bir neçə dəfə yüksəlməsinə səbəb
olmuşdur. Bunun nəticəsində İsveç müəssisələrinin dünya bazarlarında rəqabət aparması çətinləşmişdir. Bu da
ixracın azalmasına, sənaye istehsalının həcminin aşağı düşməsinə tə’sir göstərmişdir.
Beləliklə, həm əmək haqqı, həm də müxtəlif sosial ödəmələr hesabına yüksək həyat səviyyəsinə nail olmaq
xərclərin artmasına, qiymətlərin yüksəlməsinə, dünya bazarlarında əmtəələrin və xidmətlərin rəqabət
qabiliyyətinin azalmasına gətirib çıxartmışdır. Müasir dövrdə İsveç iqtisadiyyatının səmərəliliyi aşağı düşür. Bu,
mənfəətin böyük hissəsinin yenidən bölüşdürülməsi nəticəsində sahibkarlıq fəaliyyətinin stimullaşmasının aşağı
düşməsi və sosial ehtiyacların ödənilməsinə yönəldilən vəsaitlərin artması nəticəsində, investisiyalara sərf oluna

74
biləcək vəsaitlərin azalması hesabına baş vermişdir.
Hal-hazırda Azərbaycan iqtisadiyyatının dünya bazarına daxil olması üçün onun qarşısında istehsalın bərpa
edilməsi və səmərəliliyinin artırılması, rəqabət qabiliyyətli istehsalın yaradılması məsələləri durur. Bu baxımdan
bazarın İsveç modeli də Azərbaycan üçün əlverişli ola bilməz.
Bazar iqtisadiyyatının müxtəlif modelləri arasında Azərbaycan üçün alman modelinin - sosial yönümlü
bazar iqtisadiyyatı modelinin seçilməsi daha məqsədəuyğundur. Bu modelin bir çox xarakterik xüsusiyyətləri
Azərbaycan reallığında öz əksini tapır.
Birinci - həqiqətən Azərbaycanda müxtəlif mülkiyyət və təsərrüfat formalarına əsaslanan qarışıq
iqtisadiyyatın formalaşması prosesinin getməsi, burada xüsusi və dövlət mülkiyyəti formalarının səmərəli
fəaliyyəti üçün bərabər təsərrüfatçılıq mühitinin yaradılması;
ikinci - Azərbaycanda bu gün iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi prosesinin çox güclü olması,
ilk növbədə iqtisadiyyatın böhran vəziyyətindən çıxarılması, iqtisadi artımın tə’min edilməsi, iqtisadiyyatda
struktur dəyişikliklərinin həyata keçirilməsi, məhsulların həm daxili, həm də xarici bazarlarda rəqabət qabiliyyətli
olması üçün əlverişli şərait yaradılması;
üçüncü - tənzimlənməni nəinki makroiqtisadi səviyyədə, hətta bir çox hallarda bazar subyektlərinin
fəaliyyətlərinin hələ normal bazar təsərrüfatının tam mə’nada yaranmaması ilə əlaqədar, mikroiqtisadi səviyyədə
tənzimlənməsinin həyata keçirilməsi;
dördüncü - xalqımızın mentaliteti, tarixən ictimai ən’ənələrin bizdə güclü olması, bir çox sosial prob-
lemlərin dövlət tərəfindən həll olunması ən’ənələrinə alman modelinin sosial-siyasətinin daha çox uyğun gəlməsi;
beşinci - Azərbaycanda azad rəqabətin dövlət tərəfindən tənzimlənməsi və qorunması;
altıncı - işsizlərin sayının minimum həddə çatdırılmasını qarşısına məqsəd qoyan məşğulluq siyasətinin, bu
gün Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olmasıdır.
Bazar iqtisadiyyatının alman modelinin Azərbaycanda tətbiq edilməsinin ən mühüm arqumentlərindən biri,
Almaniyada da bizdə olduğu kimi, sosial-iqtisadi inkişafın mərkəzləşdirilmiş təsərrüfatdan sosial yönümlü bazar
təsərrüfatına doğru irəliləyişidir. Beləliklə, bizim ölkənin şəraiti üçün daha müvafiq və daha əlverişli bazar
iqtisadiyyatı modeli, sosial yönümlü bazar iqtisadiyyatı modeli ola bilər.

MÜHAZİRƏ MƏTNİ

MÖVZU 11. BAZAR İNFRASTRUKTURU

§1. Bazar infrastrukturu və onun iqtisadiyyatda rolu


§2. Birja və onun növləri
§3. Yarmarkalar, auksionlar, lizinq və sığorta kampaniyaları

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. «İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin, Ə.P.Babayevin və


M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999.
2. T.S.Vəliyev, İnfrastrukturlar: mahiyyəti, təsnifatı və əhəmiyyəti. Bakı, Elm.
2003.
3. R.M.Cəbiyev, Azərbaycanda bazar infrastrukturunun formalaşması və
inkişafı. Bakı, 2000.
4. Q.N.Manafov, «Bazar iqtisadiyyatı nəzəriyyəsinə giriş. Bakı, 1991.
5. A.E.Kərimov. Qiymətli kağızlar bazarı, Bakı, 2003.
6. «Əmtəə birjalaıı haqqında» Azərbaycan Respublikasının qanunu. Bakı,
1994.
7. «Audit haqqında» Azərbaycan Respublikasının qanunu. Bakı, 1994.
8. «Lizinq haqqında» Azərbaycan Respublikasının qanunu. Bakı, 1994.

75
9. «Qiymətli kağızlar komiteti haqqında əsasnamə». Azərbaycan Respublikası
Prezidentinin 26 iyul 1999-cu il Fərmanı.

§1. Bazar infrastrukturu və onun


iqtisadiyyatda rolu

İnfrastruktur anlayışı, öz hərfi mə’nasına görə iqtisadi sistemin əsası, onun


daxili quruluşu kimi başa düşülür. İlk dəfə bu ifadə iqtisadi təhlildə XX əsrin
əvvəllərində silahlı qüvvələrin həyat fəaliyyətini təmin edən obyekt və tikililəri
ifadə etmək üçün işlənilmişdir.
Müasir iqtisadi inkişaf baxımından infrastruktur anlayışı dərin məzmuna
malikdir. Ən ümumi mə’nada infrastruktur dedikdə, həm bütövlükdə
iqtisadiyyatın, həm də onun ayrı-ayrı bölmələrinin normal fəaliyyəti üçün
əlverişli şərait yaradan və bu məqsədə xidmət edən sahələrin məcmusu başa
düşülür.
İnfrastrukturun əsas cəhətlərindən biri onun fərdi yox, kollektiv və ictimai
tələbatların ödənməsinə xidmət etməsidir. Bundan əlavə, iqtisadiyyatın
infrastrukturu həm də ictimai təkrar istehsalın bütün fazaları: istehsal, bölgü,
mübadilə və istehlak arasında qarşılıqlı əlaqələrin formalaşmasına yönəlmişdir.
Makroiqtisadi səviyyədə istehsal və sosial infrastrukturlar bir-birlərindən
fərqləndirilir. İstehsal infrastrukturuna ölkənin maddi istehsalı ilə bilavasitə əlaqədar
olan sahələr - elektroenergetika, rabitə, nəqliyyat, elmi-texniki informasiya və s. aid
edilir. Sosial infrastruktur iş qüvvəsinin təkrar istehsalı və ölkə əhalisinin həyat
fəaliyyəti üçün normal şəraitin yaradılmasına xidmət edir. Buraya tədris, səhiyyə,
sosial təminat və s. kimi sahələr daxildirlər.
Bu deyilənlərlə yanaşı, iqtisadi ədəbiyyatda bütövlükdə iqtisadiyyatın
konkret sahələrini xarakterizə edən infrastruktur anlayışı da işlədilir. Bu
baxımdan, məsələn, nəqliyyat sahəsinin infrastrukturuna - körpülər, kanallar,
76
tunellər, yollar, gəmi tərsanələri və s; səhiyyənin infrastrukturuna - xəstəxanalar,
poliklinikalar, tibbi diaqnostika mərkəzləri və s; tədrisin infrastrukturuna - ali və
orta ixtisas məktəbləri və s. aid edilirlər.
Bütövlükdə infrastrukturun məzmunu haqqında deyilənlər bazar
iqtisadiyyatının müstəqil quruluşu kimi fəaliyyət göstərən bazar infrastrukturu
anlayışına da aiddir. Belə ki, bazar infrastrukturu dedikdə, iqtisadiyyatın ümumi
quruluşunun bazar sisteminə xidmət edən və onun fəaliyyəti üçün zəruri şərait
yaradan tərkib hissəsi başa düşülür.
Mə’lumdur ki, inkişaf etmiş bazar sistemi çox mürəkkəb və zəngin quruluşa
malikdir. Müasir bazar münasibətləri şəraitində bazarın ən vacib quruluşlarından
biri onun obyektlərinin iqtisadi təyinatına görə bir-birindən fərqləndirilməsi
nəticəsində yaranır və özünə aşağıdakıları daxil edir: istehlak şeyləri bazarı, əmək
bazarı, elmi-texniki yeniliklər bazarı və s. Bazar iqtisadiyyatı şəraitində bu
bazarların hər birinin həm ayrılıqda normal fəaliyyəti, həm də onların səmərəli
qarşılıqlı əlaqəsi inkişaf etmiş bazar infrastrukturu şəraitində mövcud olur və
onun vasitəsilə həyata keçirilir.
Deməli, bazar infrastrukturu bazarın müxtəlif formalarının fəaliyyəti üçün
zəruri iqtisadi mühitin yaranmasına xidmət edir, nəticədə isə bütövlükdə bazar
iqtisadi sisteminin normal fəaliyyəti təmin edilir.
Bazar infrastrukturunun ən vacib tərkib hissələri kimi əmtəə, fond, valyuta
və əmək birjaları, lizinq kampaniyaları, banklar, auksionlar, yarmarkalar və s.
çıxış edirlər.

§2. Birja və onun növləri

İnkişaf etmiş Qərb ölkələrinin təcrübəsi bazar iqtisadiyyatı şəraitində


birjaların mühüm rol oynadığını sübut edir. Birjaların əsas vəzifəsi iqtisadiyyatı
yalnız xammal, kapital və ya xarici valyuta ilə tə’min etmək deyil, o əmtəə,
kapital, valyuta və iş qüvvəsi bazarlarının işini qaydaya salmalı, onların normal
fəaliyyətini təşkil etməlidir.
Birja dedikdə, (latınca «bursa» - sözündən olub pul kisəsi deməkdir)
əmtəələrin alqı-satqı prosesi ilə məşğul olan bazarın təşkilati forması başa
düşülür. Bununla belə birja, bazarın digər növlərindən fərqli olan bir sıra
xüsusiyyətlərə malikdir. Məsələn, birjada alqı-satqı əməliyyatları bilavasitə
istehsalçı və istehlakçı arasında deyil, öz əlində hər hansı bir əmtəəyə olan tələb və
təklifi mərkəzləşdirmiş vasitəçilər - ticarət agentləri, dəllallar və s. vasitəsilə hə-
yata keçirilir. Birjalar bazarın digər növlərindən (məsələn, yarmarkadan,
auksiondan) fərqli olaraq daim fəaliyyət göstərir. Onun öz daimi iş yeri və iş saatı
vardır. Birjada bağlanılan sövdələşmələrin haqqı qarşı tərəfin hesabına ya dərhal,
ya da ki, müəyyən müddətdən sonra köçürülə bilər. İkinci halda, birjada satılan
məhsul dərhal sahibini dəyişib alıcının sərəncamına daxil olsa da, onun haqqı
tərəflər tərəfindən razılaşdırılmış müddətdə ödənilir. Həm də bu zaman alınmış
əmtəənin haqqının ödənilməsi ilə birgə satış vaxtı mövcud olan kursla (səviyyə
ilə) hazırkı (faktiki) kurs arasındakı fərq tərəflərdən biri tərəfindən də ödənilir.
Birjada alqı-satqı əməliyyatları buranın üzvü olub, vasitəçi rolunda çıxış
77
edən brokerlər və dilerlər tərəfindən həyata keçirilir. Hər şeydən əvvəl göstərmək
lazımdır ki, birjada vasitəçi rolunda çıxış etmək üçün orada yer almaq lazımdır.
Birjada yerin kəmiyyəti məhduddur (məsələn, Nyu-York birjasında 1366 yer var)
və onun qiyməti tələb və təklifin tə’siri altında formalaşır.
Broker birjanın hər bir növündə: əmtəə, qiymətli kağızlar və valyuta
birjasında vasitəçilik edən şəxsdir. Broker ona almaq və satmaq tapşırığı verənin
adından və onun hesabına fəaliyyət göstərir, vasitəçiliyə görə müəyyən gəlir
(brokerc) əldə edir.
Diler dedikdə, fond birjasının üzvü olan ayrıca şəxs, firma başa düşülür. Əgər
broker alqı-satqıda yalnız vasitəçilik edir və buna görə də mənfəət götürürsə,
diler həm də sonradan daha baha qiymətə satmaq məqsədi ilə qiymətli kağızlar
alır. Bundan əlavə, dilerlər bir-birilə, brokerlərlə, bilavasitə alıcı və ya satıcılarla
sövdələşmələrə girə bilərlər. Bəzi hallarda ayrı-ayrı kommersiya bankları da diler
simasında çıxış edə bilərlər. Birjaların qeyd edilən üzvlərindən başqa dünyanın
bəzi fond birjalarının özünə məxsus üzvləri də vardır. Buna misal olaraq Nyu-
York birjasında mütəxəssisləri (yalnız müəyyən qiymətli kağızlar ilə ticarət aparır-
lar), London birjasında cobberləri (alqı-satqı əməliyyatlarını yalnız brokerlərlə
aparırlar) göstərmək olar. Bundan əlavə demək olar ki, hər birjada dövlət
brokerləri (yalnız dövlətin qiymətli kağızları ilə ticarət əməliyyatları aparanlar),
bəzi birjalarda isə əməliyyat dəllalları (brokerlərin tapşırıqlarını yerinə yetirib
buna görə haqq alanlar) fəaliyyət göstərirlər.
Birjaların fəaliyyətində onların adı çəkilmiş üzvlərinin (brokerlərin, dilerlərin
və s.) rolu çox böyükdür. Belə ki, onlar çox vaxt öz əllərində əmtəəyə olan tələb
və təklifi cəmləşdirir və bunun əsasında qiymətli kağızların kursunu
müəyyənləşdirirlər.
Birjada keçirilən əməliyyatlar ya onu təşkil edənin, ya da ki, müvafiq dövlət
idarəsinin nəzarəti altında baş verir. Birjada qiymətlərin səviyyəsinə təsir etmək
məqsədilə iri həcmli sövdələşmələr aparmaq, sün’i surətdə birja kursunun
səviyyəsinin enməsi və qalxmasına təsir edə biləcək şayiələr buraxmaq qəti
qadağandır. Hər bir ölkədə birjanın normal işini sün’i surətdə pozan halların
tədqiqi ilə birja ticarəti qaydaları üzrə komitə və yaxud buna uyğun digər
təşkilatlar məşğul olur, günahkarlar ciddi (cərimə ödəməklə, hətta azadlıqdan
məhrum edilməklə və s.) cəzalandırılır. Birjanın işində alıcı və satıcı simasında
iştirak edən bütün tərəflər birja tərəfindən görülən xidmətlər üçün uyğun ödənclər
verirlər. Bundan əlavə, birjada yer almaq üçün verilən haqq, bağlanmış
sövdələşmələrdən komisyon ayırmaları və s. birjanın mənfəətini təşkil edir.
Birjanın əmtəə, fond, valyuta, əmək birjaları kimi növləri vardır.
Əmtəə birjasında alqı-satqı əməliyyatları nümunələr və standartlar əsasında
topdansatış formasında (yəni iri həcmlərlə) həyata keçirilir. Birjanın yerinə
yetirdiyi əməliyyatlara ticarət sövdələşmələri bağlayanlar arasında vasitəçilik
etmək, satılmağa təklif edilən əmtəələrin əvvəlcədən ekspertizasını (müayinəsini)
keçirmək, alqı-satqı ilə bağlı əməliyyatları sür’ətləndirmək və sadələşdirmək,
ticarət mübahisələrini həll etmək, istehsalın həcmi, məhsulun qiyməti, faydalı
xüsusiyyətləri haqqında məlumatları yaymaq və s. daxildir. Əmtəə birjasında
ticarət əməliyyatları onun ümumi yığıncağı tərəfindən təsdiq edilmiş ticarət
78
qaydalarına uyğun aparılır. Konkret olaraq buraya sövdələşmələrin aparılması
üsulları, əqdlərin növləri, onların qeydə alınması və uçotu qaydaları, əmtəələrə
məzənnə qoyulması qaydası, birja ticarəti qaydalarını pozmağa görə sanksiyalar və
s. öz əksini tapır.
Birja öz fəaliyyətini birja ticarəti iştirakçılarının (brokerlərin, dilerlərin və s.)
hüquq bərabərliyinin təmin edilməsi, sərbəst (bazar) qiymətlərinin tətbiqi, birja
ticarətinin aşkarlığı prinsipləri əsasında həyata keçirir. Əmtəə birjasının bütün
üzvləri onun nizamnaməsinin tələblərinə, birja ticarəti qaydalarına, onun ali ida-
rəetmə orqanı olan ümumi yığıncağın, habelə birja komitəsinin qərarlarına əməl
etməli, birjanın nəzarət orqanlarına vaxtında və zəruri mə’lumatları verməlidirlər.
Birjanın üzvləri həmçinin onun fəaliyyəti haqqında məxfi mə’lumatları və
kommersiya sirrini yaymağa görə mə’suliyyət daşıyırlar.
Fond birjası dedikdə, qiymətli kağızların (səhmlərin, istiqrazların və s.) alqı-
satqısının həyata keçirildiyi bazar başa düşülür. Fond birjalarının başlıca vəzifəsi
qiymətli kağızların normal tədavülünün təmin olunmasından, onların
məzənnəsinin müəyyənləşdirilməsindən və aşkarlandırılmasından, beləliklə də
qiymətli kağız bazarının iştirakçılarına lazımi şərait yaratmaqdan və onların
fəaliyyətini tənzimləməkdən ibarətdir. Lakin müasir bazar iqtisadiyyatının
quruluşunda fond birjası daha yüksək - xalq təsərrüfatı əhəmiyyətinə də malikdir.
Belə ki, sənayenin, kənd təsərrüfatının, ticarətin və xalq təsərrüfatının bir sıra
digər sahələrinin inkişafına kapital qoyuluşları üçün zəruri olan pul vəsaiti fond
birjaları vasitəsilə səfərbərliyə alınır.
Fond birjalarında qiymətli kağızların alveri onlara olan tələb və təklifin təsiri
altında tez-tez dəyişən birja kursu əsasında həyata keçirilir. Öz növbəsində həmin
kursun səviyyəsinə qiymətli kağızlardan götürülən gəlirin (dividentin) və borc
faizinin həcmi təsir göstərir.
Fond birjaları bazar iqtisadiyyatının ən əsas barometri rolunu oynayır.
İqtisadiyyatın inkişafı dövründə qiymətli kağızların kursu əsasən yüksəlir,
tənəzzül, durğunluq və iqtisadi böhran zamanı isə aşağı düşür. Bundan əlavə, birja
kursunun qalxıb-enməsi təkcə iqtisadi şərait üzündən yox, siyasi səbəblərdən də
(müharibə, hakimiyyət böhranı və s.) baş verə bilər.
Hazırda dünyada təqribən 200 fond birjası fəaliyyət göstərir ki, bunlardan da
aparılan əməliyyatların miqyasına görə ən iriləri və məşhurları Nyu-York,
London, Tokio, Frankfurt birjalarıdır.
Bazar iqtisadiyyatı əsasən açıq iqtisadiyyat və azad sahibkarlıq prinsiplərinə
əsaslandığına görə mövcud olan bütün fond birjaları bir-birilə qarşılıqlı əlaqə və
qarşılıqlı təsir halında fəaliyyət göstərirlər.
Bazar iqtisadiyyatı şəraitində ölkələrarası valyuta ticarətinin əsas hissəsi
banklar arasında, ölkə daxilində isə banklarla qeyri-bank müəssisələri arasında
aparılır. Bununla belə bu ölkələrdə valyuta ticarətinin bir hissəsi valyuta
birjalarının payına düşür və bu birjalarda uyğun tələb və təklifin müəyyən bir
hissəsi ifadə olunur. Lakin qeyd etmək lazımdır ki, bir çox ölkələrdə valyuta bir-
jası vasitəsilə aparılan ticarətin payı heç də çox deyildir. Məsələn, Qərbi
Almaniyada (birləşməmişdən əvvəl) 4 valyuta birjasının olmasına baxmayaraq,
burada valyuta ticarətinin cəmisi 10 faizi mərkəzləşmişdir. Valyuta birjasında
79
aparılan ticarət valyuta kursu əsasında, yəni iki bir-birindən fərqli pul
vahidlərinin mübadilə nisbəti əsasında həyata keçirilir.
Valyuta kursunun formalaşmasına ölkənin tə’diyə balansının vəziyyəti və
inkişafı böyük tə’sir edir. Mə’lumdur ki, tə’diyə balansı əsasən idxalla-ixracın
nisbəti ilə müəyyən edilir, lakin kapitalın hərəkəti və xidmətlərin mübadiləsi
ticarət balansının qeyri-sabitliyini müəyyən qədər pozur. Bundan əlavə, valyuta
kursunun formalaşmasına dövlətin iqtisadi siyasəti də xeyli tə’sir edir.
Valyuta birjalarının mövcud olduğu ölkələrdə (heç də bütün ölkələrdə belə
birjalar yoxdur) valyuta bazarında həm azad, həm də rəsmi valyuta kursu fəaliyyət
göstərir. Rəsmi kurs əsasında dövlətin bütün valyuta əməliyyatları həyata keçirilir.
Bu kurs həm də valyuta birjalarının iş saatından kənar vaxt ərzində də həyata
keçirilən bütün valyuta əməliyyatları üçün əsas me’yar sayılır.
Valyutanın azad kursu banklararası valyuta ticarəti sahəsində tələb və
təklifin təsiri altında yaranır. Bu kurs bankın tədiyə qabiliyyətindən, onun
vəsaitinin dövretmə xüsusiyyətindən, banklararası işgüzar münasibətlərin
xarakterindən asılı olur. Lakin bununla belə burada da həmin kursun əsas bazasını
birjada formalaşan rəsmi kurs təşkil edir. Başqa ölkələrin pul vahidləri ilə mü-
qayisədə götürülən valyuta kursu birjalarda tam ədədin mində bir hissəsinə qədər
dəqiqliklə müəyyən edilir.
Bazar iqtisadiyyatı ölkələrində iş qüvvəsi bazarı bir qayda olaraq dövlətə
məxsus olan əmək birjaları vasitəsi ilə ifadə olunur. Hələ XIX əsrin əvvəllərində
yaranan bu birjalardan məqsəd öz iş qüvvəsini satmaq istəyən şəxslə sahibkar
arasında alqı-satqı prosesində vasitəçilik etməkdən ibarətdir. Hazırkı dövrdə əmək
birjaları işsizlərin siyahıya alınması və onların işlə təmin olunması, iş yerlərini
dəyişmək istəyənlərə uyğun köməkliyin edilməsi üzrə xidmətlər göstərirlər.
Bundan əlavə əmək birjaları iş qüvvəsinin tələb və təklifi üzrə bazarda olan
vəziyyəti öyrənir, tələb olunan ixtisaslar haqqında zəruri mə’lumat verir, gənclərin
peşəyönümündə onlara kömək edir. Bir sıra ölkələrdə məsələn, Böyük
Britaniyada, İtaliyada, Fransada əmək birjaları işsizləri uçota alır, onlara müa-
vinət verir. Məsələn, ABŞ-da belə bir müavinət 26-34 həftə ərzində (bəzi hallarda
47 həftə), əmək haqqının 50 faizi həcmində, Yaponiyada 3 aydan 1 ilə qədər,
işçinin yaşından, ixtisasından və s. amillərdən asılı olaraq əmək haqqının 60-80
faizi həcmində verilir. Bununla yanaşı, birjalar həm də işsiz adamı müəyyən iş yer-
lərinə göndərməklə məşğul olurlar. Əgər işsiz şəxs əmək birjası tərəfindən təklif
olunan iş yerinə getməzsə o, işsizliyə görə verilən haqdan məhrum edilir. Lakin
qeyd etmək lazımdır ki, bir sıra hallarda əmək birjasının göndərdiyi işçini
sahibkarlar müəyyən səbəblərə görə (müasir dövrdə əsasən ixtisası uyğun gəlmə-
diyinə görə) işə götürmürlər. Bu sahibkarlar işçini öz müəssisələrində hazırlamağı,
təhsil yerlərindən müstəqil axtarıb tapmağı, başqa ölkələrdən yüksək ixtisaslı
mütəxəssisləri müxtəlif şərtlərlə cəlb etməyi daha üstün tuturlar. Deməli, əmək
birjalarının göndərişi heç də sahibkarlar üçün yerinə yetirilməli olan mütləq qanun
deyildir.

§3. Yarmarkalar, auksionlar, lizinq


və sığorta kampaniyaları
80
Müasir birjaların, xüsusən əmtəə birjasının ən klassik formaları yarmarkalar
və auksionlar şəklində mövcud olmuşdur. Bununla belə qeyd etmək lazımdır ki,
ticarətin göstərilən klassik formaları bu gün də bazarın infraquruluşunda özünə
məxsus əhəmiyyət kəsb edirlər.
Yarmarka sözünün alman dilində hərfi tərcüməsi «hər il keçirilən bazar»
deməkdir. Öz mahiyyətinə görə topdansatış ticarəti forması olan yarmarkaların,
göründüyü kimi, əsas fərqləndirici xüsusiyyəti onların müəyyən dövrdən bir,
həftədə və yaxud ildə bir neçə dəfə keçirilməsidir. Birjadan fərqli olaraq,
yarmarkada alqı-satqı əməliyyatında alıcılar və satıcılar ya bilavasitə özləri iştirak
edirlər, ya da ki, bura öz səlahiyyətli nümayəndələrini (agentlərini) göndərirlər.
Onu da qeyd etmək lazımdır ki, yarmarkalarda bağlanılan ticarət
sövdələşmələrinin həcmi heç də kiçik olmur. Müasir dövrdə ölkə daxilində baş
verən ticarət əməliyyatlarında yarmarkaların rolu xeyli azalsa da beynəlxalq
münasibətlərdə onlar hələ öz əhəmiyyətlərini müəyyən dərəcədə qoruyub saxlaya
bilmişlər. Bu baxımdan beynəlxalq yarmarkaların hal-hazırda bir neçə növü fəaliyyət
göstərir. Bunlara daxildir: universal yarmarkalar (məsələn, Türkiyənin İzmir şə-
hərində), çoxsahəli yarmarkalar (Fransanın paytaxtı Parisdə), ixtisaslaşdırılmış
yarmarkalar (Almaniyanın Münxen şəhərində) və s.
Beynəlxalq yarmarkaların işini daha yaxşı təşkil etmək və ölkələrarası əmtəə
mübadiləsini inkişaf etdirmək məqsədi ilə 1925-ci ildə Parisdə Beynəlxalq
Yarmarkalar İttifaqı yaradılmışdır.
Yuxarıda göstərildiyi kimi, bazar infrastrukturunun vacib ünsürlərindən biri
də auksionlardır. Qeyd etmək lazımdır ki, auksionların klassik forması kimi mal,
maddi əşya tərkibinə malik məhsul auksionları çıxış edirlər. Hal-hazırda belə
auksionlardan həm ölkədaxili, həm də beynəlxalq ticarət əməliyyatlarında kifayət
qədər istifadə edirlər. Bununla bərabər, xüsusilə inzibati-amirlik iqtisadiyyatından
bazar iqtisadiyyatına keçid dövründə həyata keçirilən dövlət mülkiyyətinin
özəlləşdirilməsi ilə əlaqədar olaraq çek auksionları da geniş yayılmışdır.
Mal auksionu dedikdə, əvvəlcədən müəyyən edilmiş dövrdə və yerdə bir sıra
əmtəələrin (çayın, xəz dərinin, tütünün və s.) ayrı-ayrı hissələrlə, şifahi ticarət
yolu ilə ümumi aşkarlıq şəraitində satılması başa düşülür.
Auksionun könüllü və məcburi növləri vardır. Könüllü auksion öz əmtəəsini
daha sərfəli satmaq istəyən şəxslər tərəfindən təşkil edilir. Məcburi auksionlar isə
məhkəmə və dövlət orqanları tərəfindən borclarını verə bilməyənlərin (və ya
vermək istəməyənlərin) əmlakını, müsadirə edilmiş əmtəələri və yükləri, girov
qoyulub vaxtında geri götürülməyən mülkiyyəti, haqqı vaxtında ödənilməyən
əmtəələri və s. satmaq məqsədilə təşkil olunur.
Qeyd etmək lazımdır ki, alqı-satqının mal auksion növü beynəlxalq ticarətdə
daha geniş yayılmışdır. Beynəlxalq auksion ticarəti ildə bir neçə dəfə, bir qayda
olaraq, iri ticarət mərkəzləri olan liman şəhərlərində (Londonda, Nyu-Yorkda,
Amsterdamda, Kəlküttədə, Liverpulda, Sidneydə və s) təşkil olunur.
Auksionların çek formasını adi mal auksionları ilə eyniləşdirən bir sıra
cəhətlər vardır. Belə ki, auksionun hər iki formasının iştirakçılarının sayı qeyri-
məhduddur, satışa çıxarılan məhsulun qiyməti ona olan tələbin həcmindən asılı
81
olaraq dəyişir və s. Qeyd etmək lazımdır ki, çek auksionlarında satışa çıxarılan
obyekt kimi öz dəyərini səhmlərdə əks etdirən hər hansı bir müəssisə çıxış edir.
Həmin müəssisə nə qədər zəngin olarsa və gəlirlə işləyərsə, onu almaq istəyənlərin
sayı da bir o qədər çox, onun qiyməti də bir o qədər baha olacaq.
Bununla belə çek auksionlarının bəzi fərqli cəhətləri vardır. Buna sübut
olaraq hal-hazırda respublikada fəaliyyət göstərən çek auksionlarını misal
çəkmək olar. Hər şeydən əvvəl göstərmək lazımdır ki, burada satışa çıxarılan
məhsulun qiyməti adi mal auksionunda olduğu kim pulla deyil, çeklərlə ödənilir.
Müəssisələrin qiymətinin çeklərlə ödənməsi əsasən sosial ədalətin gözlənilməsi
zərurətindən doğur, belə ki, bütün özəlləşdirmə çekləri respublikanın bütün
vətəndaşları arasında bərabər bölündüyü üçün, onlar eyni, ilkin, start
vəziyyətindən çıxış edirlər.
Digər bir cəhət ondan ibarətdir ki, auksiona gələn alıcılar səhmlərini almaq
istədikləri müəssisəni seçərək bu barədə müvafiq sifariş verirlər. Bu sifariş
haqqında yalnız sifarişçi özü və onu qəbul edən auksion işçisi bilirlər, yəni bu
proses «bağlı», gizli şəkildə aparılır. Auksionun nəticəsi auksion komissiyası
tərəfindən müvafiq hesablamalar aparıldıqdan və nəticə çıxarıldıqdan sonra məlum
olur. Müəssisəyə məxsus səhmlərin sifarişçilər arasında bölüşdürülməsi hər bir
sifarişçi tərəfindən təqdim edilmiş çekin və ümumi sifarişlərin həcminə görə
həyata keçirilir. Auksiona çıxarılan müəssisəni almaq üçün verilmiş sifarişlərin
(təqdim edilən çeklərin) sayı nə qədər az olarsa, onlara düşən səhmin payı da bir
o qədər çox olar və əksinə. Göründüyü kimi, çek auksionlarının adi auksionlardan
fərqi bir də ondadır ki, çek təqdim edən sifarişçilərin hamısına müəssisənin
dəyərindən son nəticədə müəyyən miqdar pay düşür.
Bazar iqtisadiyyatının infraquruluşunda müxtəlif xidmətlər göstərən
kampaniyalar da mühüm rol oynayırlar ki, bunların da biri fiziki və hüquqi şəxslərə
lizinq xidməti göstərən kampaniyalardır. Xidmətin bu növü Qərb ölkələrində əsasən
XX əsrin 60-cı illərindən başlayaraq geniş vüs’ət almışdır. Hər şeydən əvvəl gös-
tərmək lazımdır ki, lizinq dedikdə, istehlakçının sifarişi əsasında əmlakı satın
almaqla onu istehlakçıya icarəyə vermək məqsədi ilə həyata keçirilən xidmət növü
başa düşülür. Lizinq müqaviləsinin obyekti kimi istehsal vasitələri - istehsal təyinatlı
binalar, dəzgahlar, maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri və s. əmlak ola bilər.
Lizinq müqaviləsinin subyektləri öz əmlakını lizinq müəssisəsinə satan hüquqi və
fiziki şəxslər, əmlakı satın almaqla (öz mülkiyyətinə daxil etməklə) onu icarəyə
verən lizinq müəssisələri, əmlakı icarəyə götürən hüquqi və fiziki şəxslərdən
ibarətdir. Göründüyü kimi, lizinq iştirakçıları kimi üç tərəf - satıcı, lizinq müəssi-
səsi və icarəçi çıxış edirlər. Bununla belə bəzən lizinq xidməti iki tərəfin iştirakı
ilə də həyata keçirilə bilər. Bu halda maliyyə vəsaitinə ehtiyacı olan müəssisə öz
mülkiyyətində olan əmlakı lizinq müəssisəsinə satdıqdan sonra, onu yenidən
həmin müəssisədən icarəyə götürür.
Müxtəlif ölkələrdə lizinq xidməti ya bu məqsədlə yaradılmış kampaniyalar,
ya da ki, maliyyə-kredit təşkilatları tərəfindən həyata keçirilir.
Lizinq əməliyyatı müəyyən mənada əmtəənin alqı-satqısını məhdudlaşdırsa
da, ümumiyyətlə, mövcud istehsal vasitələrindən səmərəli istifadə üçün şərait
yaradır. Bir sıra hallarda isə icarəyə götürən tərəf müqavilə müddəti qurtardıqdan
82
sonra həmin əmlakın qalıq dəyərini ödəməklə onu öz mülkiyyətinə çevirir.
Lizinq xidməti bu prosesdə iştirak edən bütün tərəflər üçün: istehsalçılar,
lizinq kampaniyaları və istehlakçılar üçün çox sərfəlidir. İstehsal vasitələrinin
istehsalçıları üçün öz məhsullarını lizinq kampaniyalarına verilməsinin aşağıdakı
müsbət cəhətləri vardır: reklam, bazarın təhlili, alıcının tapılması ilə bağlı
xərclərin azaldılması, qənaət edilmiş vəsaitin istehsal vəzifələrinin həllinə
yönəldilməsi, istehal edilmiş məhsulun möhkəm satış bazarının olması və s.
Lizinq kampaniyasının mənfəətinə daxildir: əmlakın icarəçiyə verilməsi ilə
bağlı xidmətlər üçün verilən haqq, istehsalçıdan onun məhsulunu iri həcmdə aldığı
üçün qiymət güzəştləri, icarə müddəti qurtardıqdan sonra avadanlığın
satılmasından götürülən gəlir və s.
İstehlakçının (icarəçinin) mənfəəti aşağıdakılardan ibarətdir: avadanlığın
icarəsinin onun birdəfəlik alınmasından ucuz başa gəlməsi, istehsal vasitəsinin
bütün iş müddəti ərzində ona müəyyən formada yüksək keyfiyyətli xidmətin
göstərilməsi. Bundan əlavə, bir çox hallarda işə başlamaq istəyən şəxsin bankdan
kredit götürməsi üçün heç bir təminatı olmasa və buna görə də bank ona kredit
verməzsə, avadanlığın icarəyə götürməsi öz şəxsi işinə başlamağın və
genişləndirməyin yeganə vasitəsi olur.
Bazar infrastrukturunun vacib ünsürlərindən biri də sığorta şirkətləridir.
Onlar ölkənin iqtisadi sistemində mühüm yer tutan bazarlardan birinin - maliyyə
bazarının tərkib hissəsi olan sığorta bazarının təşkilati forması kimi çıxış edirlər.
Sığorta bazarı maliyyə-pul münasibətlərinin xüsusi bir bölməsidir, çünki
burada bazar münasibətlərinin obyekti kimi spesifik bir əmtəə: alqı-satqı
əməliyyatlarının iştirakçılarına göstərilən sığorta xidməti çıxış edir. Bazar
ölkələrində dövlət, səhmdar və ya özəl sığorta şirkətləri tərəfindən göstərilən bu
xidmətlər öz müştərilərinin sığorta müdafiəsini təmin etməyə yönəlmişdir.
Sığorta şirkətləri bazar iqtisadiyyatının normal fəaliyyətini təmin edən əsas
amillərdən biridir. İş ondadır ki, bir sıra hallarda iqtisadiyyatın müxtəlif
sahələrinə gözlənilməz hadisələr nəticəsində müxtəlif dərəcəli ziyanlar dəyir.
Belə bir vəziyyətdə sığorta şirkətlərinin əsas vəzifəsi sığorta fondundan verilən
vəsait hesabına təsərrüfat subyektlərinin müdafiəsini həyata keçirməkdən, onlara
dəyən zərəri qismən və ya tam ödəməkdən, beləliklə də iqtisadiyyatın normal
fəaliyyəti üçün zəruri sabitliyi təmin etməkdən ibarətdir.
Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatı şəraitində sığorta xidməti ilə
sahibkarlıq fəaliyyəti arasında sıx əlaqə mövcuddur ki, bu da axırıncının daim risk
şəraitində baş verməsindən, risklə müşayiət olunmasından doğur. Məlumdur ki,
işgüzar fəaliyyət qarşısında dayanan cari və strateji məqsədlərə nail olmaq üçün
sahibkarlar yeni-yeni vasitələr və metodlar axtarır, müxtəlif yeniliklər tətbiq edir,
nəticəsi çox vaxt əvvəlcədən mə’lum olmayan iqtisadi qərarlar qəbul edirlər.
Bizneslə bağlı bu iqtisadi qərarların reallaşması nəticəsində isə sahibkarlıq
fəaliyyəti ya öz iqtisadi imkanlarını artıraraq yeni inkişaf pilləsinə qalxır, ya da
ki, qarşıya qoyulmuş məqsədə çatmayaraq gözlənilən mənfəətin bir hissəsindən
və yaxud hamısından məhrum olur. Bəzi hallarda isə bu iqtisadi qərarlar nəinki
onlara yönəldilmiş vəsait qoyuluşlarını təmin etmir, hətta işgüzar fəaliyyətin
davam etdirilməsini belə şübhə altına alır. Belə bir şəraitdə sığorta şirkətlərinin
83
fəaliyyəti sahibkarlıqla bağlı iqtisadi qərarların həm son nəticələrinin (məs.,
mənfəətin gözlənilən səviyyəsinin), həm də qarşıya qoyulmuş məqsədə çatmağa
xidmət edən müxtəlif amillərin (məsələn, yeni texnikanın və texnologiyanın) mü-
dafiəsinə yönəlmişdir. Başqa sözlə desək, sahibkarlığın sığortalanması sayəsində
gözlənilməz hadisələrdən qorunmaq üçün zəmanət yaranır.
Beləliklə, biz bazar infrastrukturunun məzmunu və onun müxtəlif tərkib
hissələrini nəzərdən keçirdik. Əlbəttə, bazar infrastrukturunun tərkib hissələri bu
deyilənlərlə bitmir. Yuxarıda göstərilənlərdən əlavə buraya həmçinin müxtəlif
banklar (bu barədə dərsliyin başqa hissəsində ətraflı məlumat verilir), audit,
reklam, informasiya xidməti göstərən müxtəlif şirkətlər, ticarət evləri və s. aid
edilir. Bütün bunları birləşdirən əsas cəhət odur ki, onlar bazar sisteminin normal
fəaliyyətinin təmin olunmasına xidmət edirlər.
Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatına keçid mərhələsində olan
respublikamızda bu sahədə artıq bir sıra işlər görülmüşdür. Buraya, hər şeydən
əvvəl, bazar infrastrukturunun hüquqi bazasının yaradılmasını aid etmək olar.
Belə ki, bu gün Azərbaycanda əmtəə və fond birjalarının, bankların, audit və
sığorta işinin və s. tənzimlənməsi ilə əlaqədar qanunlar qəbul edilmiş, onların fəa-
liyyətini həyata keçirən bir sıra təşkilati strukturlar yaradılmışdır. İndi isə başlıca
vəzifə onların qanunvericilik və bazar iqtisadiyyatının tələbləri əsasında səmərəli və
qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

MÜHAZİRƏ MƏTNİ

MÖVZU 12. RƏQABƏT VƏ İNHİSAR

§1. Rəqabətin mahiyyəti və bazar iqtisadiyyatının inkişafında onun rolu


§2. Rəqabətin tipləri və modelləri
§3. İqtisadiyyatda inhisarçılıq. İnhisar formaları
§4. İnhisarçılığın sosial-iqtisadi nəticələri. Antiinhisar (antitrest)
qanunvericiliyi

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. «İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev, Ə.P.Babayev,


M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред.
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической акаде-
мии, 2000, –592 с.
3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П.
Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского
университета, 2000,–757с.
4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.:
Эксмо, 2006, –736 с.

84
5. Экономическая теория. Учебник для вузов / Под ред. А.И.
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480
с.
6. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им.
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с.
7. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.:
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с.
8. Курс общей экономической теории. Учебник / Под ред. М.Н.
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997.
9. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.
10. Портер М. Международная конкуренция. –М.: Международные отно-
шения, 1993.
11. Экономика переходного периода / Под ред. В.В. Радаева, А.В.
Бузгалина. –М.: Изд-во МГУ, 1995.
12. Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан, 1994, –736 с.

§1. Rəqabətin mahiyyəti və bazar


iqtisadiyyatının inkişafında onun rolu

İqtisadi inkişafın bazar mexanizmi bir sıra iqtisadi ünsürlərin qarşılıqlı əlaqədə
fəaliyyəti ilə şərtlənir. Bu ünsürlərdən biri də rəqabətdir. Rəqabət latın sözü olub
(concurere) «toqquşma» mənasını verir. Rəqabətin meydana gəlməsi tarixən
mülkiyyət ayrı-seçkiliyinin və əmək bölgüsünün şərtləndirdiyi əmtəə istehsalının
meydana gəlməsi dövrünə təsadüf edir, əmtəə istehsalının inkişafı ilə iqtisadi
inkişafın ən fəal ünsürünə çevrilir. İstehsal vasitələri üzərində xüsusi mülkiyyət
rəqabətin mövcudluğunu şərtləndirir. Rəqabət bəhsləşmədir. Rəqabət nəticəsində
istehsalçı və istehlakçılar bərabər imkanlara malik olmalarına baxmayaraq, bu
imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlmək istəyi həmişə onları
istehsalın nəticəsini yaxşılaşdırmağa stimullaşdırır.
Rəqabətin tarixən sadə əmtəə istehsalı şəraitində meydana gəlməsinə
baxmayaraq o, iri maşınlı istehsal şəraitində də iqtisadi inkişafın həlledici
amillərindən biri kimi çıxış edir. İri maşınlı istehsal şəraitində o, təkcə fərdi
istehsalçılar arasındakı rəqabət şəklində deyil, həmçinin sahədaxili və sahələrarası
rəqabət kimi də çıxış edir. Sahədaxili rəqabət eynitipli fəaliyyət növü ilə məşğul
olan təsərrüfat subyektləri arasında, sahələrarası rəqabət isə müxtəlif sahələrə daxil
olan, lakin müəyyən məkan daxilində olan bazar subyektlərinin bəhsləşməsi kimi
təzahür edir.

§2. Rəqabətin tipləri və modelləri

Bazar rəqabətdən asılı olaraq 2 əsas tipə ayrılır: azad rəqabətli bazar (mükəmməl
rəqabət) və qeyri-mükəmməl rəqabət, bu da inhisarçı oliqapolik və inhisarçı
85
rəqabət bazarlarına ayrılır.
Məhsulların reallaşması şərtlərinə, əsasən onların qiymətlərinə bazarın
iştirakçılarının təsir göstərmək imkanları olmadığı bazar rəqabətli olur. Bu cür
bazarı azad və ya xalis rəqabətli bazar adlandırırlar. Azad rəqabətli bazar aşağıdakı
əlamətlərlə səciyyələnir:
a) satıcılar və alıcılar o qədər çoxdur ki, onların heç biri və heç bir qrupu bazar
proseslərinə, əsasən də qiymətlərə təsir göstərmək qabiliyyətinə malik deyillər;
b) bütün satıcılar tərəfindən satış üçün əmtəənin fərdi xarakteristikalarını, xüsusi
əmtəə nişanları və markalarını əks etdirməyən, eyni əmtəə və xidmətlər - özünə-
məxsus, identik - standartlaşmış əmtəələr təklif olunur;
v) bütün alıcılar və satıcılar bazar haqqında tam informasiyaya (qiymət, əmtəə,
tələb, təklif və s.) malikdirlər;
q) satıcılar və alıcılar hər hansı qanunvericilik, maliyyə, texnoloji maneələrin
olmadığı halda bazara azad surətdə daxil olub, onu azad surətdə tərk edə bilirlər;
d) bütün maddi, maliyyə və digər resurslar tam çevikdir, bazarın iştirakçıları
azad surətdə lazım olan resursları istehsala cəlb edə bilirlər. Beləliklə, azad
rəqabətli bazarda əsas şərt odur ki, bazarda qiymət praktik olaraq ayrı-ayrı
subyektlərin arzu və hərəkətlərindən asılı deyildir, o elə bil öz-özünə «gözəgö-
rünməz əl» ilə tələblə təklifin təsiri ilə formalaşır. Azad rəqabətli bazar - müəyyən
dərəcədə nəzəri abstraksiyadır, modeldir; bu cür bazar heç vaxt, heç yerdə mövcud
olmayıb.
İqtisadçılar rəqabətin məhdudluğu və ya inhisarlaşdırılma dərəcəsinə görə
bazarın bir neçə əsas modellərini fərqləndirirlər. Bu modellər aşağıdakılardır:
- Mükəmməl rəqabətli bazar;
- İnhisarçı rəqabətli bazar;
- Oliqapolik bazar;
- Xalis inhisarçı bazarı.
Bazarın rəqabətli olması - istehsalçıların və istehlakçıların hərəkətlərinə təsir
göstərən əsas amillərdir. Bazarın rəqabətli olması - onun iştirakçılarının realizə
olunan əmtəələrin qiymətlərinə hansı dərəcədə təsir göstərə bilməsi ilə müəyyən
edilir. Bu təsir nə qədər az olarsa, bazar bir o qədər rəqabətli sayılır.
Qeyri-mükəmməl rəqabətli bazarın tam açılışına keçməzdən əvvəl, qeyd etmək
lazımdır ki, bu cür təsnifatlaşdırma satıcıların hərəkətləri və sayı əsasında aparıl-
mışdır. Belə ki, alıcıların bazarda hərəkətləri və sayı baxımından monopsoniyanı
(bir alıcının inhisarı) fərqləndirmək lazımdır. Bu zaman bazarda bir alıcı, çoxlu
sayda satıcı olur (bu hal adi deyildir və buna çox nadir hallarda rast gəlinir).
Oliqopsoniya (alıcının inhisarı) - bu zaman bazarın şərtlərini diktə etməyə malik
olan bir neçə iri alıcı və çoxlu sayda satıcı olan rəqabətli bazar olur.
Mükəmməl rəqabətli bazardan fərqli olaraq qeyri-mükəmməl rəqabətli bazarda
ayrı-ayrı istehsalçılar və ya onların birlikləri satış şərtlərinə, xüsusən də onların
qiymətlərinə təsir göstərmək vəziyyətindədir. Buna görə də bütün qeyri-mükəmməl
rəqabətli bazarların hamısını «qiyməti yaradan bazar» adlandırırlar. Onların əsas
fərqləndirici cəhəti kimi inhisarlaşdırmanın dərəcəsi çıxış edir.
İnhisarçı rəqabət bazarında müxtəlif firmaların istehsal etdikləri əmtəələrin
müxtəlifliyi prinsipi xeyli dərəcədə gözlənilir. Əgər bu əmtəələr qarşılıqlı
86
mübadiləyə, eyni tələbatın ödənilməsinə malikdirsə, onda bazar rəqabəti satıcıların
(istehsalçıların) məhdud sayı olduğu şəraitdə yaranır və elə bil əmtəələr arasındakı
rəqabətə keçir.
Müasir bazar iqtisadiyyatına daha tipik olan bazarlardan biri də oliqapolik
bazardır (yunan dilindən oligos-az və poleo-satıram). Bu cür bazar adətən bir neçə
nisbətən böyük, satış miqyasına və təsir dərəcəsinə görə yaxın olan iştirakçılardan
ibarət olur. Oliqapoliyanın əsas müəyyən edilən əlaməti - bazarda hakim satıcıların
(istehsalçıların) sayının məhdudluğu, azlıq təşkil etməsidir.
Oliqapolik bazarı mükəmməl rəqabətli bazardan qiymətlərin dəyişmə
xüsusiyyətlərinə görə fərqləndirirlər. Mükəmməl rəqabət şəraitində qiymətlər
daimi olaraq tələb və təklifin tərəddüdündən asılı olaraq dəyişir. Oliqapoliya
zamanı isə qiymətlər tez-tez deyil, bir qayda olaraq, böyük vaxt intervalında
əhəmiyyətli dərəcədə dəyişilir.
Bazar duapoliyası oliqapoliyanın xüsusi halı olub, bazarda təmsil olunan satıcı
(istehsalçı) - firmaların sayının ikiyədək ixtisar edilməsidir. Bazarın daha yüksək
dərəcədə inhisarlaşdırılması mükəmməl, azad rəqabətin tam əksi olan xalis inhisar
şəraitində baş verir («inhisar» sözü yunan dilində monopolin-yeganə satıcı demək-
dir). Tam inhisarlaşdırılmış bazarlar aşağıdakı əlamətlərlə xarakterizə olunur:
a) bazarda əmtəəni yalnız bir satıcı satır, başqa sözlə, bütün sahə bir firma
tərəfindən təmsil olunur;
b) əmtəə elə nadirdir ki, onu əvəz edən başqa bir əmtəə yoxdur. Alıcı ya bu
əmtəəni inhisarçıdan almalıdır, ya da bu əmtəəsiz keçinməlidir;
v) satıcı yalnız öz əmtəəsi ilə ticarət aparır;
q) satıcı qiymət üzərində nəzarətin ona məxsus olduğundan qiyməti diktə edir.
Bu fakt isə böyük xərclər tələb etməyən və informasiya xarakteri daşıyan reklamın
yerini əvvəldən müəyyən edir.
d) sahəyə daxil olmaq imkanı yoxdur.

§3. İqtisadiyyatda inhisarçılıq.


İnhisar formaları

İnhisarçılıq təsərrüfat subyektlərinin yolverilməz fənd və üsullardan istifadə


etməklə yüksək mənfəət götürmək məqsədi ilə azad rəqabətə yol verilməməsinə,
onun məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəldilən fəaliyyətdir.
İnhisar nəzəriyyəsinə görə inhisarçı müəssisənin davranışı aşağıdakı amillərin
təsiri altında formalaşır:
1. Bazarın bir hissəsini itirmək təhlükəsi; bu təhlükə olmadıqda o qiymətin
yüksəldilməsi qərarını qəbul etdikdə belə məhsul buraxılışının həcminə tam
nəzarət edir.
2. Qiyməti fasiləsiz yüksəltmək imkanının məhdudluğu; bütün digər istehsalçılar
kimi inhisar da istehsal qərarını qəbul edərkən bazar tələbini, öz istehsal xərclərini
nəzərə almaq məcburiyyətindədir.
İnhisar nəzəriyyəsinə görə inhisarın maksimum mənfəət götürməsini təmin edən
məhsul buraxılışının həcmi rəqabət şəraitində mövcud olan prinsipə, son hədd
gəlirlərinin və son hədd xərclərinin bərabərliyinə əsaslanır. İqtisadiyyatda
87
inhisarçılığı əhatəliyi baxımından aşağıdakı kimi qruplaşdırmaq olar:
1. İstehsal inhisarçılığı: Müəyyən növ məhsul istehsalının əsas hissəsinin
məhdud miqdarda istehsalçının əlində cəmlənməsinə istehsal inhisarçılığı deyilir.
İstehsal inhisarçılığı müəyyən məhsul istehsalçılarının birləşməsi və yaxud da
müvafiq məhsulu istehsal edən müəssisədə kapitalın öz-özünə artması yolu ilə
yaranır.
2. Təbii inhisarçılıq: - İstehsal miqyasının artırılmasının böyük həcmdə qənaətə
səbəb olduğu hallarda mümkündür. Təbii inhisarçılıq təsərrüfat subyektləri
arasında rəqabətin mümkün olmadığı sahələrdə də yaranır. Təbii inhisarçılığın
meydana gəlməsi kapitalın öz-özünə artması, rəqibləri sıxışdırmaq və mənfəəti
maksimumlaşdırmaq cəhdləri ilə az əlaqədardır. Təbii inhisarçılığın bazar üzərində
hökmranlığı xüsusi xarakterə malikdir. O ancaq texnologiyanın spesifikliyi ilə
şərtlənir.
3. Texnoloji inhisarçılıq: - İnhisarın obyekti bu və ya digər məhsulun
hazırlanması üsulu olduğu halda yaranan inhisarçılıq, texnoloji inhisarçılıqdır.
Texnoloji inhisarçı kimi ETT-nin müəyyən istiqamətində liderliyi ələ keçirmiş
müəssisələr çıxış edirlər. Texnologiyada liderlik edənlər son nəticədə öz
məhsullarının rəqabətliyini təmin edirlər. Buna görə də müəyyən texnoloji yeniliyə
sahib olan müəssisələr ondan maksimum faydalanmaq üçün inhisarçılıq
davranışlarına yol verirlər. İnhisarçılığın bu forması müvəqqəti xarakter daşıyır.
4. İstehlakçı inhisarçılığı və ya monopsoniya: - Bu halda bazarda bir alıcı,
çoxlu sayda satıcı olur. İstehlakçı inhisarçılığı da digər inhisarçılıq növləri kimi
mənfi nəticələrə səbəb olur. Belə ki, bu halda iri istehlakçı tərəfindən satın alınan
məhsulların qiymətlərinin süni surətdə aşağı salınması nəticəsində yüksək mənfəət
götürmək, müqabil tərəfə əlverişsiz müqavilə şərtlərini qəbul etdirmək üçün
əlverişli şərait yaranır. Bununla əlaqədar olaraq iqtisadiyyatda monopsoniyaya
qarşı da mübarizə tədbirləri işlənib hazırlanır.
5. Təşkilati inhisarçılıq: - İnhisarçılığın bu forması istehlakçı birliklərinin
formalaşdırılması yolu ilə meydana gəlir. İstehsalçıların müxtəlif sahə, sahələrarası
və yaxud da regional təşkilat strukturlarını yaratmaqla inhisarçı meyllərinin
miqyaslarını əhəmiyyətli dərəcədə genişləndirmək mümkün olur. Bu isə bü-
tövlükdə iqtisadiyyatın inhisarlaşma dərəcəsinin artmasına, texniki-texnoloji
tərəqqinin sahə və ölkə miqyasında ləngiməsinə səbəb olur.
6. İdarəetmə inhisarçılığı: - İnhisarçılığın bu forması inzibati-amirlik sistemi-
nin xarakterik xüsusiyyətlərindən biridir. Burada inhisarçı şəklində dövlət çıxış
edir. Dövlət bütövlükdə sosialist təsərrüfatı mexanizmi vasitəsi ilə iqtisadiyyatı
idarə etməklə həm müəssisələrin müstəqilliyini məhdudlaşdırır və məsuliyyətlərini
olduqca azaldır, həm də müəssisələrin təsərrüfat əlaqələrini məhdudlaşdırmaqla
onların son nəticələrə olan maddi maraqlarını azaldır, sərbəst təsərrüfat əlaqələri
yaratmağa imkan vermir. Beləliklə, iqtisadiyyat qeyri-səmərəli fəaliyyət göstərir.
Həddindən artıq mərkəzləşdirilmiş planlaşdırma bürokratik təsərrüfat mexanizmi-
nin və səmərəsiz iqtisadi əlaqələrin hökm sürməsinə səbəb olur. Eyni zamanda
iqtisadiyyatın idarə olunmasındakı inzibatçılıq təkrar istehsal fazaları arasındakı
əlaqəni, mülkiyyət hüququnu pozur.

88
§4. İnhisarçılığın sosial-iqtisadi nəticələri.
Antiinhisar (antitrest) qanunvericiliyi

İnhisarın sosial-iqtisadi nəticələri xalis inhisar baxımından daha qabarıq şəkildə


təzahür edir. Bu zaman aşağıdakı dörd amil diqqəti cəlb edir:
a) Qiymətlər, istehsalın həcmi və resursların bölüşdürülməsi: Məlumdur ki, xalis
rəqabət prosesi, «istehsal səmərəliliyi» və «resursların bölüşdürülməsi
səmərəliliyi» nəticələrini əldə edə bilər. İstehsal səmərəliliyi o halda əldə edilə
bilər ki, istehsalın son xərcləri minimum olduğu zaman firmanın sahəyə azad daxil
olması və çıxması firmanı optimal istehsal norması ilə işləməyə məcbur etsin.
Onda məhsulun qiyməti də razılaşdırılmış orta məcmu xərclərdən aşağı olar.
İnhisarçı, rəqabət aparan istehsalçıdan fərqli olaraq yüksək qiymətə daha az
həcmdə məhsul satmağı sərfəli hesab edəcək. Xalis rəqabət şəraitində istehsal
olunan məhsulun qiyməti ilə müqayisədə inhisarçılar tərəfindən daha az həcmdə is-
tehsal olunan məhsulun qiyməti yüksək olacaq.
b) Rəqabət aparan və inhisarçı firmaların xərcləri arasında olan müqayisə ilə
əlaqədar olan çətinliklər: Xalis inhisarı qiymətləndirməyimiz bizi belə bir nəticəyə
gətirib çıxarır ki, rəqabət aparan firmalardan fərqli olaraq, eyni xərclərlə xalis
inhisarçı firma məhsulun istehsalının həcmini daha da azaldacaq, qiymətləri
yüksəldəcək və iqtisadi resursların bölünməsinə maneçilik törədəcək. Bu fərqli
nəticələr inhisarı xarakterizə edən sahəyə daxilolmanı məhdudlaşdıran hədlərdən
irəli gəlir.
v) sahəyə daxil olmağı məhdudlaşdıran hədlərin hesabına inhisarçı daimi
olaraq yüksək inhisar mənfəəti əldə edir. Bu da onu göstərir ki, inhisarçı firma
rəqabət aparan firmalara nisbətən ETT-nin inkişafı üçün daha çox maliyyə
resurslarına malik olacaq. Bəs inhisarçını texniki tərəqqiyə vadar edən nədir?
Burada bir məqam vardır ki, inhisarçılığın yeni texnika və məhsul əldə etməyini
zəiflədir; rəqiblərin olmaması o deməkdir ki, inhisarlaşdırılmış bazarda ETT-yə
avtomatik stimul yoxdur. Özünün bazarda vəziyyətinin qorunmasına arxalanaraq
inhisarçı səmərəsiz və tənbəl ola bilər. Rəqabətli bazarda kəskin mübarizə
səmərəsiz olanları cəzalandırır; Səmərəsiz inhisarçı bu cəzanı onun rəqiblərinin
olmamasına görə almır. İnhisarçı özünə güvənir və mövcud vəziyyətdə qalmaq
hüququ vardır. İnhisarçıya istehsal və məhsul sahəsində təkmilləşdirmə
aparmaqdan imtina etmək sərf edir. Yeni təkmilləşdirilmiş texnika inhisarlar
tərəfindən qəbul olunur. Çünki, onlar yeni texnikanın daxil edildiyi anda istehsal
xərclərini aşağı salır və mənfəəti yüksəldirlər.
q) əsas məsələlərdən biri də gəlirlərin bölgüsüdür: Sahibkar inhisarçı gəlirlərin
bölgüsündə qeyri-bərabərliyi şərtləndirir. Öz bazar hökmranlıqlarının sayəsində
inhisar-firmalar rəqabət aparan firmalara nisbətən bazarda daha yüksək qiyməti
təsbit edirlər: inhisar faktiki olaraq istehsalçıları «xüsusi vergi» yolu ilə qarət
etmək və bu yolla öz gəlirlərini yüksəltmək vəziyyətindədirlər. Bazar iqtisadiy-
yatının inkişafının müəyyən bir mərhələsində inhisarçılıq elə bir səviyyəyə gəlib
çatır ki, ona qarşı tədbirlərin görülməsinə zərurət yaranır. Bu tədbirlər iki
istiqamətdə aparılır.
1. Rəqabətin inkişafına müvafiq strukturlar tərəfindən əlverişli mühit yaradılır.
89
2. İnhisarçı mövqeyə malik olan təsərrüfat subyektlərinin fəaliyyəti hüquqi
aktlarla müvafiq orqanlar tərəfindən məhdudlaşdırılır.
İnhisar fəaliyyətini tənzimləyən ilk hüquqi aktlar hələ XIX əsrin ortalarında
ABŞ-da qəbul edilmişdir. Sonralar bir sıra ölkələrdə, o cümlədən, Azərbaycanda
da bazar münasibətlərinə keçidlə əlaqədar inhisarların fəaliyyətini tənzimləyən
qanunlar qəbul edilmişdir.

MÜHAZİRƏ MƏTNİ

MÖVZU 13. İSTEHSAL XƏRCLƏRİ VƏ MƏNFƏƏT

§1. İstehsal xərclərinin mahiyyəti. Daxili və xarici istehsal xərcləri


§2. İstehsal xərclərinin təsnifatı və dinamikası
§3. Alternativ və ümumi iqtisadi xərclər
§4. Mənfəət və onun artırılması yolları

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT


1. «İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev, Ə.P.Babayev, M.X.Meybullayev ümumi elmi redaktəsi ilə,
Bakı-2001.
2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред. В.И. Видяпина, Г.П.
Журалвевой. –М.: Изд-во: экономической академии, 2000, –592 с.
3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П. Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-
во: Тамбовского университета, 2000,–757с.
4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.: Эксмо, 2006, –736 с.
5. Экономическая теория. Учебник для вузов / Под ред. А.И. Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-
во: СПб ГУЭФ. 1997, –480 с.
6. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им. М.В.Ломоносова. Изд-во « Дело и
Сервис, 2001-832 с.
7. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.: Гуманит. Изд-во: Центр ВААДОС,
2000, –520 с.
8. Курс общей экономической теории. Учебник / Под ред. М.Н. Чепурина, Е.А. Киселевой. –Киров:
АСА, 1997.
9. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.
10. Портер М. Международная конкуренция. –М.: Международные отношения, 1993.
11. Экономика переходного периода / Под ред. В.В. Радаева, А.В. Бузгалина. –М.: Изд-во МГУ, 1995.
12. Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан, 1994, –736 с.

§1. İstehsal xərclərinin mahiyyəti. Daxili


və xarici istehsal xərcləri

İqtisadi ehtiyatlar, istər təbii - torpaq, sular, faydalı qazıntılar, istər insan ehtiyatları, istərsə də cəmiyyət
tərəfindən yaradılmış olan istehsal vasitələrinin miqdarı məhduddur. Əgər bu iqtisadi ehtiyatlar sonsuz miqdarda çox
olarsa, iqtisad elminə ehtiyac olmazdı. Başqa sözlə desək, hər hansı təsərrüfat fəaliyyətinin nəticələrinin o
cümlədən məhsul istehsalına sərf olunmuş iqtisadi ehtiyatların miqdarının müqayisəsi əhəmiyyətini itirmiş olardı.
Lakin həyat məhz bu iqtisadi ehtiyatların məhdudluğu şəraitində mövcuddur. Buna görə də hər bir istehsalçı,
təsərrüfat fəaliyyətinin səmərəliliyi baxımından istifadə olunmuş iqtisadi ehtiyatların kəmiyyətinin ən əlverişli
variantını seçməli olur.
Əmtəə-pul münasibətləri şəraitində məhsulun istehsalına sərf olunmuş iqtisadi ehtiyatların hesabı, sahibkarın
bu ehtiyatların əldə edilməsinə, alınmasına sərf etdiyi pulun miqdarı ilə aparılır. Bu baxımdan, məhsulun istehsalı

90
üçün zəruri olan iqtisadi ehtiyatların kəmiyyətini, müəssisənin bu ehtiyatların əldə edilməsinə sərf etdiyi pulun
miqdarını istehsal xərcləri kateqoriyası əks etdirir.
İstehsal xərclərinin təhlilinə hər şeydən əvvəl bu xərclərin müəssisə üçün daxili və ya xarici xərclər olması
baxımından yanaşmaq lazımdır. Belə ki, istehsal xərclərinin bir hissəsi əmək ehtiyatlarına, xammal, yanacaq, enerji,
nəqliyyat və s. çəkilən xərclər olub, müəssisənin bu ehtiyatlara görə təchizatçılara verdiyi puldan ibarətdir. Bu
xərclər müəssisənin kənara verdiyi xərclərdən ibarət olduğundan xarici xərclər adlanır. Bundan başqa, istehsal
prosesində müəssisənin özünə məxsus olan iqtisadi ehtiyatlardan (məsələn, istehsal binasından) və sahibkarın öz
əməyindən istifadə edilir. İstehsalda istifadə edilmiş bu iqtisadi ehtiyatlar da istehsal xərci kimi çıxış edir. Belə ki,
bu ehtiyatlar məhsul istehsalına sərf edilməkdənsə başqa şəkildə istifadə edilərdi və bu, sahibkarlara pul gəliri
gətirə bilərdi. Müəssisə binasını icarəyə verib icarə haqqı və ya sahibkarın əməyini başqa müəssisədə tətbiq edərək
əmək haqqı almaq olar. Bu səbəbdən sahibkar məhsul istehsalında istifadə edilən, özünə məxsus olan iqtisadi
ehtiyatları onların hər hansı başqa şəkildə istifadə edərək ala biləcəyi pulun (icarə haqqı, əmək haqqı və s.)
miqdarında istehsal xərclərinə aid edir. Bu iqtisadi ehtiyatlar üçün kənara pul xərclənmədiyindən onlar daxili
xərclər kimi çıxış edir.
Sahibkarın əməyinin daxili xərclərə aid edilməsinin xüsusiyyəti ayrıca qeyd edilməlidir. Bu cəhətdən
sahibkarın öz əməyinin başqa şəkildə tətbiqi nəticəsində (məsələn, digər firmada menecer işləmək müqabilində) ala
biləcəyi əmək haqqını müəssisənin məhsul buraxılışından əldə etdiyi mənfəətlə müqayisə etmək lazımdır. Əgər
əmək haqqı mənfəətdən çox olarsa, menecer işləyərək sahibkarlıq fəaliyyətindən imtina etmək daha əlverişli olardı.
Buna görə də sahibkar menecer işləyərkən ala biləcəyi əmək haqqından imtina etməyə görə haqq kimi, müəssisədən
aldığı mənfəətin bu əmək haqqına bərabər kəmiyyətini istehsal xərclərinə aid edir. Müəssisənin əldə etdiyi gəlirin bu
kəmiyyətə bərabər hissəsi normal mənfəət adlanır və sahibkar onu öz əmək haqqı kimi daxili xərclər sırasında he-
sablayır. İstehsal xərclərini daxili və xarici xərclərə ayırmaqla biz müəssisələrin mühasibat mənfəəti ilə iqtisadi (xa-
lis) mənfəətini fərqləndirməliyik. Mühasibat mənfəəti məhsul satışından əldə edilən pulun miqdarından xarici
xərclər çıxmaqla hesablanır.
İqtisadi (xalis) mənfəət satışından əldə edilən puldan bütün istehsal xərclərini çıxmaqla müəyyən edilir.
İqtisadi mənfəət, istehsal xərclərinə aid olan, normal mənfəətdən əlavə alınmış xalis gəlirdir. Xalis mənfəət
sahibkarların müəssisədə fəaliyyətini davam etdirməsi üçün əsas stimul, maraq rolunu oynayır.

§2. İstehsal xərclərinin təsnifatı və dinamikası

İstehsal xərcləri müəssisənin (firmanın) məhsul istehsalı üçün zəruri olan bütün xərclərinin cəmindən
ibarətdir. İstehsal xərclərinin quruluşuna baxaq.
İstehsal xərclərini iki hissəyə bölmək olar: həcmi istehsal olunmuş məhsulun sayından asılı olmayan sabit
xərclər və həcmi istehsal olunmuş məhsulun sayından asılı olan dəyişən xərclər. Qeyd etmək lazımdır ki, dəyişən
xərclərin həcmi buraxılan məhsulun sayı ilə qarşılıqlı əlaqədə olsa da bu iki kəmiyyət arasındakı asılılıq mütənasib
xarakter daşımır. İstehsala cəlb olunmuş əlavə dəyişən xərclər müəyyən həddə çatana qədər məhsul buraxılışının
həcmi daha yüksək templə artır. Müəyyən həddən sonra məhsul buraxılışının artım tempi əlavə dəyişən xərclərə
nisbətən aşağı düşür.
İstehsal xərclərinin sabit və dəyişən xərclərə bölünməsinin sahibkar üçün əhəmiyyəti vardır. Belə ki,
qısamüddətli dövrdə sahibkar bazar konyukturasına uyğun olaraq istehsal xərclərinin optimal həcmdə saxlan-
masına nəzarət etmək üçün yalnız dəyişən xərclərin həcmini tənzimləməlidir, çünki sabit xərclər bazar
konyukturasından asılı olmayaraq dəyişməz qalır. Dəzgahlar artıq alınıb, quraşdırılıb, onların haqqı ödənilib, icarə
haqqı ödənilir və s.
Haqqında danışdığımız sabit və dəyişən xərclər müəssisənin bütünlükdə istehsal prosesinə çəkdiyi xərclərə
aid olduğundan onları ümumi sabit və ümumi dəyişən istehsal xərcləri adlandırmaq olar. Belə olduqda
müəssisənin (firmanın) ümumi istehsal xərcləri ümumi sabit və ümumi dəyişən xərclərin cəmi kimi hesablanır.
Ümumi istehsal xərclərinin quruluşu, dinamikası, onların tənzimlənməsi nə qədər vacib olsa da, sahibkarı
məhsul vahidinə çəkilən xərclər, başqa sözlə, orta istehsal xərcləri daha çox maraqlandırır. Məhz bu göstərici
istehsal xərclərinin müqayisəli təhlilində mühüm rol oynayır. Adi hesablama vasitəsi ilə orta sabit və orta dəyişən
xərclərin kəmiyyətini müəyyən etmək olar. Belə ki, ümumi sabit və ümumi dəyişən xərcləri istehsal olunmuş
məhsulların sayına bölməklə müvafiq olaraq sabit və dəyişən orta xərcləri tapmaq olar. Aydındır ki, orta ümumi
xərclər də orta sabit və orta dəyişən xərclərin cəmindən ibarətdir.
İqtisadi ehtiyatların quruluşundan asılı olaraq, onların bə’zilərinin miqdarının dəyişdirilməsi az,
digərlərininki isə çox vaxt tələb edir. Bu baxımdan qısamüddətli və uzunmüddətli dövrləri fərqləndirmək lazımdır.
Qısamüddətli dövr əmək, xammal, yanacaq, enerji və s. kimi iqtisadi ehtiyatların miqdarının dəyişdirilməsi
üçün zəruri olan, lakin müəssisənin əsas istehsal güclərinin yeniləşdirilməsi üçün kifayət etməyən vaxtdır. Bu
dövrdə istehsal güclərini sabit saxlayaraq, onların daha intensiv istifadə edilməsini təmin etməklə, istehsalın
həcmini artırmaq olar, yə’ni istehsala əlavə canlı əmək, xammal və s. cəlb etməklə məhsul buraxılışının miqdarını
artırmaq olar.
Uzunmüddətli dövr, istifadə olunan bütün iqtisadi ehtiyatların, o cümlədən əsas istehsal güclərinin
dəyişdirilməsi üçün zəruri olan vaxtdır.
Məhsul istehsalının artırılması üçün həmişə müəyyən miqdarda əlavə istehsal xərcləri tələb olunur.
İstehsalın həcmini genişləndirdikdə əvvəlki miqdarda məhsul istehsalına çəkilən xərclərə müəyyən kəmiyyətdə

91
yeni xərclər əlavə olunmalıdır. Mə’lum məsələdir ki, qısamüddətli dövr üçün bu əlavə xərclər yalnız dəyişən xərc-
lərdən ibarətdir. Bu əlavə xərclərin kəmiyyəti məhsul həcminin genişləndirilməsi ilə əlaqədar ümumi istehsal
xərclərinin artımının miqdarını göstərir. Bu baxımdan, əlavə xərclərin kəmiyyətinə nəzarət edilməsi və
dinamikasının öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.
Əlavə xərclərin kəmiyyətinin dəyişilməsinə nəzarət etmək üçün adətən, sonuncu bir məhsulun istehsalı ilə
əlaqədar ümumi xərclərdə baş verən dəyişikliklər təhlil edilir. İstehsal olunmuş sonuncu məhsul ilə əlaqədar
xərcləri, n miqdar məhsul istehsal edərkən çəkilən ümumi xərclərlə, n-1 miqdarda məhsul istehsalına çəkilən
xərclərin arasındakı fərq kimi hesablamaq olar. Bu kəmiyyət məhsul buraxılışının əvvəlki həcminə çəkilən xərc-
lərin son həddinə əlavə olunduğundan, göstərici kimi onu son hədd xərcləri adlandırırlar.
Beləliklə, son hədd xərcləri növbəti məhsul istehsalı ilə əlaqədar ümumi xərclərin artan kəmiyyətini göstərir.
Məhsul istehsalı bir-bir artdıqda, yuxarıda göstərdiyimiz kimi, son hədd xərclərinin miqdarını ümumi istehsal
xərclərinin qonşu kəmiyyətlərinin fərqi kimi müəyyən etmək olar. Məhsul istehsalını çox miqdarda artırdıqda isə
son hədd xərcləri, ümumi xərclərin artım miqdarının məhsul buraxılışının sayının artımına olan nisbəti kimi
müəyyən edilir.
Х С −Х Я
С„ЩХ=
МС −МЯ
Burada: SHX - son hədd xərcləri
XS - son miqdarda məhsul istehsalı ilə əlaqədar ümumi istehsal xərcləri;
XƏ - əvvəlki miqdarda məhsul istehsalı ilə əlaqədar ümumi istehsal xərcləri;
MS - məhsul buraxılışının sonuncu həcmi;
MƏ - məhsul buraxılışının əvvəlki miqdarı.
Son hədd xərclərinin öyrənilməsinə firmaların, müəssisələrin təsərrüfat fəaliyyəti təhlilində xüsusi
əhəmiyyət verilir. Bu birinci növbədə, onun kəmiyyətinin daha asan müəyyənləşdirilməsi, ikinci, onun
kəmiyyətinin firma tərəfindən bilavasitə tənzim və nəzarət etmək imkanı ilə, üçüncüsü, onun kəmiyyətinin
istehsalın həcminin optimal miqdarının müəyyənləşdirilməsindəki əhəmiyyəti ilə əlaqədardır. Doğrudan da hər bir
istehsalçı adətən əlavə məhsul istehsalına başlamazdan əvvəl istehsal xərclərinin necə dəyişəcəyini hesablayır.
Bunu əlavə məhsul üçün istifadə olunacaq xammal, material, işçi qüvvəsi və başqa bu kimi dəyişən xərclərin qiy-
mətlərini cəmləmək kimi asan əməliyyat nəticəsində hesablamaq olar.
Bu cür hesablanan xərclərin hesabını aparmaq, tənzimləmək və onların dinamikasına nəzarət etmək böyük
çətinlik təşkil etmir. Ən başlıcası isə məhsul buraxılışın həcminin dəyişdirilməsi ilə əlaqədar, dəqiq mə’lumat
verildiyi üçün son hədd xərclərinin dinamikasının öyrənilməsi zəruridir. Qeyd edək ki, orta istehsal xərcləri belə
mə’lumat almaq üçün kifayət etmir. Məsələn, deyək ki, firma 200 ədəddən çox məhsul istehsal edib-etməməsində
tərəddüd edir. Aşağıda göstərdiyimiz cədvəldən görünür ki, 200 məhsul istehsal edəndə orta istehsal xərci 65-ə
bərabərdir (Bax: Cədvəl 6). Lakin bu o demək deyil ki, əlavə məhsul istehsal etdikdə, onun hər bir vahidinin
istehsalı ilə əlaqədar istehsal xərcləri 65 miqdar artır. Cədvəldən göründüyü kimi 200-dən artıq istehsal olunmuş
hər bir məhsul vahidi ilə əlaqədar istehsal xərcləri, son hədd xərcləri miqdarında, 30 vahid artacaq.

Məhsul buraxılışı 400 olduqda orta xərclər 40-a, son hədd xərcləri 10-a bərabərdir. Bu o deməkdir ki, hər bir
növbəti məhsul buraxılışı ilə əlaqədar firmanın ümumi xərcləri 10 miqdarda artır. Dəyişən xərclərdən ibarət olan
bu xərclərin belə artması orta xərclərin kəmiyyətini artırmır. Deməli, məhsul buraxılışını artırmaq olar. Həm də
mənfəətin artırılması üçün bu addımı atmaq zəruridir. Lakin nəzərə almaq lazımdır ki, yuxarıda göstərdiyimiz
kimi 400 ədəddən artıq məhsul buraxılışı, dəyişən xərclərin məhsuldarlığının aşağı düşməsi anına təsadüf edir.
Bundan əlavə, məhsulun bazara çıxarılması ilə əlaqədar nəqliyyat, reklam, marketinq və s. xərcləri də artır. Real
təcrübədə həmişə elə bir vaxt olur ki, məhsul buraxılışının müəyyən həcmindən sonra əlavə məhsul buraxılışı ilə
əlaqədar olaraq xərclər sür’ətlə artır. Bu səbəbdən 401-ci məhsul istehsalı ilə əlaqədar cəlb olunmuş yeni dəyişən
xərclər, son hədd xərcləri (40), 400-cü məhsulun istehsalı ilə əlaqədar çəkilən əlavə xərclərdən (10) daha çox
olacaq. Bununla belə istehsalı daha 100 ədəd artıraraq məhsul buraxılışını 500-ə çatdıraq. Bu məqsəd üçün
firmaya 4000 miqdarında dəyişən xərclər tələb olunur. Başqa sözlə, 400-dən artıq istehsal olunmuş hər məhsulla
əlaqədar firmanın ümumi xərcləri 40 miqdar artır. Son hədd xərcləri 20000 −16000
500−400 = 40 olur. Hər bir əlavə
məhsula 40 miqdarında yeni xərclər tələb olunması, cədvəldən göründüyü kimi, orta xərcləri artırmır, onlar bazar
qiymətlərinə bərabər olaraq qalır. Diqqətlə baxsaq görərik ki, 500 məhsul istehsal etdikdə son hədd xərcləri də
(40) bazar qiyməti ilə eyniləşib. Bu istehsalın böhran nöqtəsidir. Bu andan məhsul istehsalının həcmini, yalnız
əlavə məhsulun buraxılışı ilə əlaqədar yeni xərclərin sabit qalması şərti ilə artırmaq olar. Əgər müəssisə növbəti
məhsul istehsalı ilə əlaqədar əlavə xərcləri sabit saxlamaq imkanına malikdirsə, məhsul buraxılışını çoxaltmaq
lazımdır, çünki orta xərclər bazar qiymətinə bərabərdir, satılan məhsul mənfəət verir. Cədvəl 6-da son hədd xərcləri 40
qalmaq şərtilə, 600 məhsul istehsalı bu halı göstərir.
Son hədd xərclərini sabit saxlamaq mümkün deyilsə istehsalı saxlamaq və bazardan çıxmaq lazımdır. Əks
halda cədvəldən göründüyü kimi 700 məhsul istehsalı ilə əlaqədar mənfi dəyişikliklər baş verir. Son hədd xərcləri
54 olmuşdur, orta xərclər 42-yə bərabərdir, bu isə bazar qiymətindən çoxdur. Məhsul buraxılışının artırılması
firmanın ziyanlı işləməsinə səbəb olar. Əlavə hər məhsul satışından əldə edilmiş pulun miqdarı satış qiyməti qədər
olub, 40-a bərabər olduğu halda, əlavə hər məhsul istehsalı ilə əlaqədar əlavə istehsal xərcləri 54-ə bərabərdir.

92
Deməli, son hədd xərclərinin cüzi artması müəssisənin ziyanlı işləməsinə səbəb olur.
Beləliklə, istehsalın verilmiş həcmi məhsul buraxılışının böhran nöqtəsinə (600 ədəd) çatdığını və bu
zaman son hədd xərcləri (40) isə istehsal xərclərinin son mümkün həddini göstərir. Aydın olur ki, firma son hədd
xərclərinin dəqiq hesabını aparmaqla istehsalın həcmini tənzimləyə bilər. Əgər bazar qiyməti mə’lumdursa, son hədd
xərclərini bazar qiymətilə müqayisə etməklə istehsalın həcmini dəyişmək lazım olub-olmamasını müəyyən etmək
olar. Son hədd xərcləri bazar qiymətindən aşağı olduqda istehsalın həcmini artırmaq, yuxarı olduqda isə istehsalı
dayandırmaq lazımdır.

§3. Alternativ və ümumi iqtisadi xərclər

Yuxarıda dediklərimizdən aydın olur ki, hər bir istehsalçı məhsul buraxılışının həcmini
müəyyənləşdirərkən, müəssisənin gəlirliyini tə’min etmək üçün istehsala çəkilən faktiki xərclərin hamısını nəzərə
almalıdır. Lakin daha dərin iqtisadi təhlil və əməli təcrübə göstərir ki, təsərrüfat fəaliyyətinin səmərəliliyini
müəyyən etmək üçün ümumi iqtisadi xərclər, yəni faktiki xərclərlə yanaşı alternativ xərclərlə də hesablaşmaq
lazımdır. Alternativ xərclərin hesablanması bu və ya digər təsərrüfat fəaliyyətini həyata keçirmək üçün mövcud
xərclərin sərf olunmasının iqtisadi cəhətdən nə dərəcədə əlverişli olub-olmamasının müəyyənləşdirilməsi
zəruriliyindən doğur. Başqa sözlə, mövcud iqtisadi ehtiyatları mümkün təsərrüfat fəaliyyətlərindən hansına
yönəltmək məsələsi meydana çıxdıqda alternativ xərcləri hesablamaq lazım gəlir. Məsələn, sahibkar öz pul
ehtiyatlarını müxtəlif cür, həm mövcud istehsalın genişləndirilməsinə, həm də yeni növ istehsalın təşkili üçün
istifadə edə bilər. Seçmək üçün bu kəmiyyətlərin hər biri alternativ kimi müqayisə edilməlidir. Hər hansı təsərrüfat
fəaliyyətindən birdəfəlik yüksək gəlir götürmək üçün alternativ xərclərin hesablanması daha çox zəruriyyət kəsb
edir. Bunu izah etmək üçün P.Samuelsonun göstərdiyi misal daha çox aydınlıq yaradır. Hər hansı ölkədə ordunun daha
da çoxaldılması nəzərdə tutulub. Bu qərar baxımından alternativ xərclər nədən ibarətdir? Bu aktın həyata keçirilməsinin
cəmiyyətə nəyə başa gəldiyini hesablamaq üçün, ölkənin hərbi büdcəsinin nə qədər artdığını bilmək kifayət etmir.
Nəzərə alınmalıdır ki, hərbçilərin əmək haqqına, onlara edilən hər cür xidmətlərə, silahlandırmaya, ordunun
artmasına çəkilən xərclərlə əlaqədar olaraq cəmiyyət nə qədər maddi və əmək ehtiyatlarını istehsala cəlb edə
bilməmişdir, xalq nə qədər mülki məhsullardan məhrum olmuşdu. Buna bənzər hesablamanı ölkəmiz üçün də səciyyəvi
olan misalda da göstərmək olar. Azərbaycanda Xəzər dənizinin dərinliklərindən çıxarılan, yüksək mənfəət verən neft
hasilatına çəkilən xərclərə iqtisadi qiymət verməyə çalışaq. Ümumi iqtisadi xərclərə bilavasitə neft istehsalı ilə
əlaqədar çəkilən xərclərlə yanaşı, eyni miqdarda iqtisadi ehtiyatların alternativ şəkildə istifadəsindən əldə edilə
biləcək, «itirilmiş» maddi ne’mətlərin dəyər kəmiyyəti daxil edilməlidir. Başqa sözlə, həmin xərclər Abşeron
yarımadasında kənd təsərrüfatının inkişafına, balıqçılığa, gəmiçiliyə və s. sərf edilə bilərdi. Bu, aydın məsələdir ki,
külli miqdarda maddi ne’mətlər istehsalı və yüksək mənfəət əldə etməyə imkan verərdi. Buna görə də itirilmiş bu
mənfəətə neft hasilatı xərclərinin bir hissəsi kimi baxmalı və neftin satış qiyməti həmin mənfəətin dəyər kəmiyyəti
miqdarında artırılmalıdır.
Beləliklə, hər hansı təsərrüfat fəaliyyətinin ümumi iqtisadi xərclərinə bilavasitə istehsala çəkilən
xərclərlə yanaşı, mövcud ehtiyatların (əmək, pul, material və s.) ən əlverişli istifadə olunmasının dəyər kəmiyyətini
əks etdirən alternativ xərclər də daxil edilməlidir.

§4. Mənfəət və onun artırılması yolları

Bazar iqtisadiyyatı şəraitində hər bir istehsalçının fəaliyyətinin nəticəsi mənfəətin kəmiyyəti ilə müəyyən
edilir və mənfəətin artırılması istehsalın əsas məqsədi kimi çıxış edir. Mə’lum olduğu kimi mənfəətin kəmiyyəti
satışdan əldə olunmuş pulla ümumi istehsal xərcləri arasındakı fərqlə müəyyən edilir. Hansı iqtisadi sistemdə
fəaliyyət göstərməsindən asılı olmayaraq bütün müəssisələr mənfəətin kəmiyyətini məhz belə hesablayır.
Bununla belə mənfəətin mahiyyətinin izahında, indiyə qədər müxtəlif iqtisadi məktəblərin arasında ciddi fikir
ayrılığı mövcuddur.
Marksist nəzəriyyəyə görə mənfəət, fəhlənin əməyinin istismarı nəticəsində yaranmış, izafi dəyərin çevrilmiş
forması kimi istismarı pərdələyən kateqoriyadır. Beləliklə, mənfəət xüsusi mülkiyyətin törəməsi olan istismarın
nəticəsi kimi kapitalizmə xas olan istehsal münasibəti hesab edilir. Marksizmin tənqidçiləri istismarın xüsusi mülkiy-
yətlə bilavasitə əlaqəsi olmadığını qeyd edirlər.
Müasir iqtisadi ədəbiyyatda mənfəət, istehsal amillərinin - əmək, torpaq və kapitalın istifadə olunması
şərtlərilə izah edilir. Bu cəhətdən mənfəətin mahiyyətinə dair baxışlardan bə’zilərini qeyd etmək olar. Mənfəət
sahibkarlıq fəaliyyətinin nəticəsi - gəlirdir. Mənfəət istehsalın idarə olunmasında göstərilən istedad və yenilikçiliyin
nəticəsidir. Mənfəət sahibkarlıq fəaliyyəti ilə əlaqədar mə’suliyyət və riskə görə haqdır. Mənfəət istehsalçının, isteh-
sal şəraiti və ya bazarda olan inhisarının nəticəsidir.
Gerçəklik göstərir ki, mahiyyətinin necə izah olunmasından asılı olmayaraq mənfəət, istehsalda məşğul olmaq
məqsədini qarşısına qoymuş hər bir şəxsin əldə etdiyi nəticəni göstərir. Onun kəmiyyətinin artırılması isə istehsal
şərtlərinin səmərəli istifadəsi və bazar şəraitinin düzgün qiymətləndirilməsindən asılıdır. İstehsal şərtlərinin
istifadə olunması baxımından mənfəətin yüksəldilməsinin aşağıdakı istiqamətlərini qeyd etmək olar.
Birinci - elmi-texniki tərəqqinin nailiyyətlərinin istifadə olunması;
İkinci - istehsalın və əməyin təşkilinin təkmilləşdirilməsi;
Üçüncü - iqtisadiyyatın bacarıqla idarə edilməsi.

93
Bu istiqamətlər nəticə e’tibarı ilə istehsal xərclərinin aşağı salınmasına yönəldilir və mənfəətin artmasına
səbəb olur.
Sadaladığımız metodlar əsasən müxtəlif formalarda canlı əməyə qənaət etmək hesabına, keçmiş əməkdən
daha yaxşı istifadə etmək, yəni son məhsula düşən istehsal xərclərini azaltmaq yolu ilə səmərəliliyi artırmağa imkan
verir. Bu, mənfəəti artırmağın çox mühüm yolu olsa da, bazar iqtisadiyyatına keçdiyimiz indiki dövrdə, daha çox
istehlakçıların fərdi tələbatına uyğun, bazar tələb-təklifini nəzərə alaraq, kiçik partiyalarla məhsul buraxan çevik
istehsalın təşkili yolu ilə səmərəliliyi artırmaq metodlarının öyrənilməsi də böyük əhəmiyyət kəsb edir.
Aydın olur ki, bazar iqtisadiyyatı şəraitində yüksək mənfəət əldə edib, bazar rəqabətinə tab gətirmək üçün
həm istehsal xərclərinin dinamikasına nəzarət etmək, həm də müasir marketinqdən hərtərəfli istifadə etmək
zəruridir.
Bütün yuxarıda deyilənləri nəzərə alaraq aşağıdakı ümumiləşdirmə və nəticələrə gələ bilərik:
- istehsal xərcləri məhsul buraxılışı ilə əlaqədar firmanın, müəssisənin çəkdiyi bütün xərclərin cəmindən
ibarətdir;
- müəssisənin kənardan aldığı iqtisadi ehtiyatlara verdiyi pulla (xarici xərclər) yanaşı, məhsul istehsalında
istifadə olunan müəssisənin özünə məxsus olan iqtisadi ehtiyatları onların, başqa şəkildə istifadə olunaraq, gətirə
biləcəyi gəlir həcmində (daxili xərclər) istehsal xərclərinə daxil edilir;
- istehsal xərclərinin daxili və xarici xərclərə bölünməsi ilə əlaqədar firmanın mənfəəti üç səviyyədə
fərqləndirilir. Mühasibat mənfəəti–satışdan əldə edilən pulla müəssisənin xərclədiyi nağd pul (xarici xərclər)
arasında fərq.
İqtisadi mənfəət–satışdan əldə edilən pulla bütün istehsal xərcləri (xarici və daxili xərclərin cəmi) arasında fərq.
İqtisadi mənfəət müəssisənin xalis mənfəətidir. Mühasibat mənfəətinin xalis mənfəətdən artıq olan hissəsi isə daxili
xərclər kimi istehsal xərclərinə aiddir. Bu kəmiyyətə, sahibkar sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün «öz
əməyinə görə haqq» kimi normal mənfəəti də daxil edir;
- məhsul buraxılışının həcmi ilə istehsal xərclərinin qarşılıqlı asılılığının təhlili üçün, istehsal xərclərinin
məhsul buraxılışının həcmindən asılı olmayan - sabit xərclər və məhsul buraxılışının həcmindən asılı olan - dəyişən
xərclərə bölünməsi zəruridir;
- məhsulun satış qiyməti ilə son hədd xərclərinin (əlavə məhsul istehsalı ilə əlaqədar ümumi xərclərin
artımı) müqayisəsi məhsul buraxılışının optimal həcmini müəyyən etməyə imkan verir;
- müəssisənin mövcud iqtisadi ehtiyatlardan istifadəsinin səmərəliliyini müəyyənləşdirərkən alternativ
istehsal xərcləri də nəzərə alınmalıdır;
- mənfəət hər hansı sahibkarlıq fəaliyyətinin nəticəsinin göstəricisi olub, istehsalın son məqsədi kimi çıxış
edir. Mənfəətin kəmiyyəti satışdan əldə edilən pulla ümumi istehsal xərcləri arasındakı fərqlə müəyyən edilir. Bu
kəmiyyətin artırılması istehsal şərtlərinin səmərəli istifadəsi və bazar şəraitinin düzgün qiymətləndirilməsindən
asılıdır.

MÜHAZİRƏ MƏTNİ

MÖVZU 14. FİRMA (MÜƏSSİSƏ) VƏ ONUN


FƏALİYYƏT MEXANİZMİ. MENECMENTİN
NƏZƏRİ ƏSASLARI

§1. Firmanın (müəssisənin) iqtisadi məzmunu


§2. Firma haqqında konsepsiyalar
§3. Firmanın (müəssisənin) fəaliyyət mexanizmi və təşkilati-hüquqi
formaları
§4. Menecment və onun əsas prinsipləri
§5. Azərbaycanda firmanın (müəssisənin) fəaliyyət xüsusiyyətləri

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

94
1. «İqtisadi nəzəriyyə», dərslik, T. S.Vəliyev, Ə.P.Babayev,
M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред.
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической
академии, 2000, –592 с.
3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П.
Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского
университета, 2000,–757с.
4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.:
Эксмо, 2006, –736 с.
5. Экономическая теория. Учебник для вузов / Под ред. А.И.
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480
с.
6. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им.
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с.
7. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.:
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с.
8. Курс общей экономической теории. Учебник / Под ред. М.Н.
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997.
9. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.
10. Портер М. Международная конкуренция. –М.: Международные
отношения, 1993.
11.Экономика переходного периода / Под ред. В.В. Радаева, А.В.
Бузгалина. –М.: Изд-во МГУ, 1995.
12.Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан, 1994, –736 с.

§1. Firmanın (müəssisənin) iqtisadi məzmunu

Hər bir ölkənin mövcud təsərrüfatı ictimailəşmə dərəcəsinə görə bir neçə
səviyyəyə ayrılır ki, onun da aşağı və ilk səviyyəsi mikroiqtisadiyyatdır. (Mikroiq-
tisadiyyat-yunan sözüdür, mikros - kiçik mənasını verir). Mikroiqtisadiyyat maddi
nemətlərin və xidmətlərin yaradılmasında mühüm rol oynayır. O, istehsal amilləri
üzərində əsasən xüsusi mülkiyyət bazasında fəaliyyət göstərən təsərrüfat sub-
yektləri kimi çıxış edir.
Buna uyğun olaraq, mikroiqtisadi təhlil bir tərəfdən sahə, firma və ev
təsərrüfatı kimi müstəqil iqtisadi vahidlərin fəaliyyətini, digər tərəfdən ayrı-ayrı
bazarların, əmtəə və xidmətlərin konkret qiymətlərini özündə ehtiva edir.
Qeyd etmək lazımdır ki, bəşər cəmiyyətinin müxtəlif inkişaf pillələrində
müəssisələrin rolu və səviyyəsi eyni olmamışdır. Hər bir inkişaf mərhələsində
istehsal vasitələri üzərində mülkiyyət formasına və iqtisadi inkişaf səviyyəsinə
uyğun olan müəssisələr yaranmış və fəaliyyət göstərmişlər.
Bazar münasibətlərinin uzunmüddətli inkişafı dövründə firma təsərrüfat
strukturu kimi əhəmiyyətli dərəcə almış və təkmilləşmişdir. Firma (italyanca-
»firma» sözündən götürülüb, hərfi mənası imza deməkdir) anlayışı ilkin dövrlərdə
95
kommersantın «ticarət adı» mənasını verirdi. İndi bu termin resurslardan məhsul
istehsal edən mikroiqtisadi özəyi ifadə edir.
İqtisadi ədəbiyyatda firmaya istehsal fəaliyyətilə məşğul olan, nə, necə, kim
üçün istehsal etmək və harada, kimə və hansı qiymətə satmaq məsələlərinin
həllində təsərrüfat müstəqilliyinə malik olan iqtisadi və hüquqi subyekt, müəyyən
təşkilat kimi baxılır.
Tarixən firmanın (müəssisənin) yaranmasının ilk əsasını sadə əmək
kooperasiyası və əmək bölgüsü təşkil edir. Məhsuldar qüvvələrin və istehsalın
ictimai xarakterinin tədricən artması nəticəsində onların yeni formaları meydana
gəlmiş, rolu və miqyası genişlənmişdir. Firmaların (müəssisələrin) rolunun daha da
genişlənməsi özünü birinci növbədə maddi nemətlərin həcminin çoxalmasında
göstərir. Bazar iqtisadiyyatı şəraitində firma (müəssisə) sahibkarlıq və biznes
fəaliyyətinin subyekti, əsas struktur vahididir.
Ümumiyyətlə, bazar iqtisadiyyatı şəraitində təsərrüfat fəaliyyəti «sahibkarlıq»
və «biznes» kimi anlayışlarla xarakterizə olunur.
Biznes fəaliyyəti bazar təsərrüfat sistemində meydana çıxır və onun əsas
halqasını təşkil edir. Biznes və bazar vəhdətdədir, ayrılmazdır, onlar birlikdə
mövcud olur və inkişaf edirlər. Aydındır ki, inzibati-amirlik təsərrüfat sistemi
şəraitində mövcud olan müəssisələr biznes fəaliyyəti ilə deyil, təsərrüfat fəaliyyəti
ilə məşğul olmuşlar.
Bazar iqtisadiyyatının təkmilləşməsi, inkişafı ilə əlaqədar olaraq biznes
fəaliyyətinin iqtisadi təşkilində dəyişikliklər baş verir.
Bu gün biznes fəaliyyəti dedikdə, həmin fəaliyyətin daxili və xarici mühitini
təşkil edən şəxslər, təşkilatlar və bilavasitə istehsalın təşkilatçıları arasındakı
münasibətlər sistemi başa düşülməlidir.
Biznes fəaliyyətinin daxili mühiti kapital sahibləri, menecerlər və muzdlu
işçilər arasındakı münasibətlərlə, xarici mühiti isə biznes fəaliyyətin təşkilatçısı ilə
dövlət və cəmiyyət, mal göndərənlər, kreditorlar və istehlakçılar arasındakı
qarşılıqlı əlaqə ilə xarakterizə olunur.
Bazar iqtisadiyyatı şəraitində firmalar kommersiya təşkilatları və ya
sahibkarlıq bölməsi kimi nəzərdən keçirilirlər.
Beləliklə, deyilənləri ümumiləşdirsək bu halda firma (müəssisə), ictimai
tələbatın ödənilməsi və mənfəət alması məqsədilə, istehsal amillərini
birləşdirməklə məhsul istehsal edib-satan, işlər görüb xidmətlər göstərən hüquqi
şəxs olan təsərrüfat subyekti kimi qəbul edilməlidir.
Bəs firma ilə müəssisə arasında fərq varmı? İqtisadi ədəbiyyatda firma termini
ümumiləşdirici anlayış kimi istifadə olunur: firma bir və ya bir neçə müəssisədən
ibarət ola bilər. Müəssisə dedikdə isə, adətən, birprofilli, birməhsullu istehsal başa
düşülür. Firma - işgüzar müəssisənin təsərrüfat-hüquqi vahididir. Sənaye və ya
ticarət müəssisəsinin şərti adıdır, onun hüquqi cəhətdən ixtiyarı var ki, təsərrüfat
fəaliyyətini öz mülkiyyət məsuliyyəti ilə həyata keçirsin. Firma sifəti ilə müəssisə,
təşkilat, idarə və ya ayrı-ayrı şəxslər çıxış edə bilər. Təsərrüfat vahidinin ölçüləri-
nin bu zaman heç bir əhəmiyyəti yoxdur. Firma hər şeydən əvvəl ədliyyə orqanları
tərəfindən qeydə alınır, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Firma fəa-
liyyətindən asılı olaraq adlı ola bilər.
96
Müasir firmalar əsasən çoxprofilli istehsal özəkləridir. Belə istehsal yönümlü
firmalar iqtisadi durğunluq dövründə daha dözümlü olurlar. İstehsal olunan
məhsulun biri ilə əlaqədar əlverişsiz konyuktura həmin məhsuldan alınan gəlirin
azalmasına səbəb olduğu halda, digər məhsullardan gələn gəlirin səviyyəsinə təsir
etməz. Belə halda firma ziyanı digər məhsul və xidmətlərdən gələn gəlir hesabına
ödəyə bilər.
Firmanın əsas funksiyası istehlakçıların tələbatını ödəmək üçün istehsal
amillərini birləşdirməklə əmtəə və xidmətlər istehsalını təşkil etməkdən ibarətdir.
Firmanın fəaliyyətində son məqsəd isə yüksək mənfəət götürməkdir. Maksimum
mənfəət əldə olunması məqsədi firma tərəfindən bir sıra taktiki və strateji
məqsədlərin müəyyən edilməsi və reallaşdırılması ilə sıx bağlıdır. Bunlara əsasən
aşağıdakılar aid edilir:
- satışın həcminin artırılması;
- daha yüksək artım sürətinə nail olmaq;
- bazarda payın artırılması;
- qoyulmuş kapitala nisbətən mənfəətin artırılması;
- kampaniyanın səhmlərinə görə gəlirlərinin artırılması;
- kapitalın quruluşunun dəyişdirilməsi.
Firmanın məqsədlərinin xarakteri bütövlükdə iqtisadiyyatın vəziyyətilə, həmin
müəssisənin fəaliyyət göstərdiyi sahənin inkişaf meylilə, eləcə də onun həyat
tsiklinin mərhələsilə müəyyən olunur.
Həyat tsiklləri nəzəriyyəsinə görə firmaların həyatı üç mərhələdən ibarətdir.
Birinci mərhələ aktiv fəaliyyət və artım sürətinin genişləndirilməsilə xarakterizə
olunur. Yığılmış vəsait istehsal güclərinin yaradılmasına, yeni bazarların
tutulmasına yönəldilir. İkinci mərhələ üçün səhm və mənfəətin artımı, kapital sa-
hiblərinin gəlirlərinin çoxalması səciyyəvidir. Firma bazardakı mövqeyini qoruyub
saxlamaq uğrunda mübarizə aparır, istehsal güclərinin genişləndirilməsinə nisbətən
xərclərin azaldılması ön plana keçir. Üçüncü mərhələdə satış həcminin və bununla
birlikdə mənfəətin azalması baş verir, bu isə kapitalın müəyyən hissəsinin həmin
sahədən geri götürülməsinə səbəb olur. Bu mərhələdə yeganə məqsəd - həyat
qabiliyyətini - mövcudluğunu qoruyub saxlamaqdır. Həmin dövrdə firmanın fəaliy-
yətinin əsas istiqaməti mənfəəti artırmağa deyil, ziyanı minimuma endirməyə
yönəldilir. Belə ki, perspektivdə yüksək nəticələr əldə etməyə yönəldilmiş fəaliyyət
müəyyən dövrdə, qısa müddətdə uğursuzluğa da aparıb çıxara bilər.
Firma qarşısında duran məqsədlər onun cari (qısa) və perspektiv (uzun)
fəaliyyət dövrü üçün müəyyən edilmiş strategiyasından doğur. Bu strategiya
firmanın fəaliyyət dövrünü (qısa və ya uzunmüddətli dövr) və rəqabət şəraitini
nəzərə almaqla müəyyən edilir.
Strategiya, hər şeydən əvvəl, firmanın uzunmüddətli dövr üçün əsas məqsəd
və vəzifələrinin seçilməsindən, bunlara çatmaq üçün resursların toplanması və
bölgüsündən, ümumiyyətlə fəaliyyət kursunun müəyyən edilməsindən ibarətdir.
Strategiyanın müdafiə və hücum xarakterli növləri fərqləndirilir. Müdafiə
xarakterli strategiyada elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqilə bağlı
riskin azaldılmasına xüsusi diqqət verilir. Firma yeni texnika tətbiq edən rəqibinin
fəaliyyətini izləyir və onun bazara çıxardığı yeni məhsuldan istehsal etməyə, bir
97
növ rəqibini təqlid etməyə başlayır. Bununla yanaşı, müdafiə xarakterli stra-
tegiyaya firmanın rəqibinin fəaliyyətindən asılı olaraq (məs: rəqib bazara tam nəza-
rət edərsə) bazardan tamamilə çıxmaq və ya istehsalı yenidən qurmaq planları daxil
edilə bilər.

§2. Firma haqqında konsepsiyalar

İqtisadi ədəbiyyatda firmanın fəaliyyəti ilə əlaqədar olaraq müxtəlif


nəzəriyyələr vardır.
Firma haqqında ənənəvi nəzəriyyə - mənfəətin maksimumlaşdırılması
nəzəriyyəsidir. Bu nəzəriyyədə firmanın fəaliyyətinin qarşısında duran əsas
məqsəd ön plana çəkilir və göstərilir ki, firmanın fəaliyyətində, davranışında əsas
məqsəd mənfəəti maksimumlaşdırmaqdan ibarətdir.
Firmanın təsərrüfat fəaliyyətinin əsas daxili məqsədi (təbii məqsədi) mənfəət
əldə etmək və onu mümkün qədər çoxaltmaqdan ibarətdir. Hər bir firma xarici
formadan - satışın, iqtisadi artımın və ya faydalılığın səviyyəsindən asılı olmayaraq
maksimum mənfəət əldə edilməsini nəzərdə tutur. Bu, təsadüfi deyil, çünki rəqabət
şəraitində daha çox mənfəət almaq firmaya imkan verir ki, təsərrüfat vəziyyətini
möhkəmləndirsin, əks halda o bazardan sıxışdırılıb çıxarıla bilər.
Ənənəvi nəzəriyyə firmanın fəaliyyətini, davranışını tam izah etməyə imkan
vermir. Məhz buna görə də digər iqtisadçılar alternativ nəzəriyyələr irəli sürmüşlər.
Firma haqqında menecer nəzəriyyəsi, yəni satışdan alınan gəlirin
maksimumlaşdırılması nəzəriyyəsi.
Müasir şəraitdə mülkiyyətin səhmdar forması həlledici rol oynayır. İdarəetmə
funksiyalarını peşəkarlara həvalə etməklə əsil mülkiyyətçilər səhm sahibi olur və
formal mülkiyyətçiyə çevrilirlər. Doğrudur, az sayda mülkiyyətçi nəzarət səhm
paketinə sahib olmaqla firmanın strateji fəaliyyətinə nəzarət edir. Amma söhbət
korporasiyaların fəaliyyətindən bixəbər olan milyonlarla kiçik, orta və iri mül-
kiyyətçilərdən gedir. Beləliklə, firmaların fəaliyyətində, idarə olunmasında
menecerlərin rolu getdikcə artır. İqtisadi həyatda baş verən belə dəyişikliklər firma
haqqında menecer nəzəriyyəsinin yaranmasına gətirib çıxartmışdır.
Firmanın miqyasının maksimumlaşdırılması nəzəriyyəsi. Bu nəzəriyyənin
yaradıcılarının fikirlərinə görə sahibkarların və menecerlərin ümumi bir məqsədi
vardır: firmanın miqyasını maksimumlaşdırmaq. Menecerlər şəxsi status və
qazanclarını artırmaq üçün buna çalışırlar. Müəssisə sahibləri isə varlanmaq
məqsədilə onun aktivlərinin çoxalmasına can atırlar. Bu nəzəriyyəçilər arasında
xüsusi yer tutan Marris qeyd edir ki, menecer tərəqqi edən firmanın adi iri firmaya
çevrilməsinə çalışır.
Ümumiyyətlə, firma öz həcminin, miqyasının artırılmasına, mak-
simumlaşdırılmasına hansı yollarla, necə nail ola bilər? Firmanın miqyasının
maksimumlaşdırılması nəzəriyyəsinin tərəfdarları əsas iki yol göstərirlər.
Birinci yol, əsasən kapitalın və istehsalın təmərküzləşməsilə, firmanın daxili
artımı ilə xarakterizə olunur.
İkinci yol isə udulma və qovuşma nəticəsində kapitalın və istehsalın
mərkəzləşməsilə əlaqədardır.
98
Qovuşma iki kampaniyanın rəhbərlərinin birləşmə haqqında bağladıqları
qarşılıqlı müqavilədə ifadə olunur.
Udulma bir firma tərəfindən başqasının alınması yolu ilə baş verir.
Qovuşmanın (udulmanın) müxtəlif növləri vardır. Əsas növləri bunlardır:
üfüqi inteqrasiya, şaquli inteqrasiya və konqlomerasiya.
Son onilliklərdə mərkəzləşmənin və təmərküzləşmənin əksinə olan inkişaf
meyli güclənməkdədir.
Firmanın davranışı haqqında nəzəriyyələr. Bu nəzəriyyənin tərəfdarları,
əvvəlkilərdən fərqli olaraq göstərirlər ki, firmada çoxlu məqsədlər mövcuddur.
Belə ki, firmanın idarəetmə obyekt və subyektlərinin ierarxiyasına məqsəd və
mənafelər ierarxiyası uyğun gəlir. Bu məqsəd və mənafelərin məcmusuna
aşağıdakılar daxildir:
1. Yüksək əmək haqqı almağa, yaxşı əmək şəraitinə, texniki təhlükəsizliyə can
atan fəhlələrin mənafeyi.
2. Hakimiyyətə, öz sosial statusunu, rütbəsini yüksəltməyə can atan menecerin
mənafeyi.
3. Yüksək divident almağı arzulayan səhmdarın mənafeyi.
4. Firmanın fəaliyyətinin iqtisadi göstəricilərini yaxşılaşdırmağa çalışan ali
rəhbərlərin mənafeyi və s.
Firmanın vahid orqanizm kimi fəaliyyət göstərməsi üçün ali rəhbərlik xüsusi
mənafeləri firmanın ümumi strateji mənafeyilə uzlaşdırmağı bacarmalıdır.

§3. Firmanın (müəssisənin) fəaliyyət mexanizmi və təşkilati-hüquqi


formaları

Məlumdur ki, istənilən iqtisadi sistemdə çoxlu sayda firmalar (müəssisələr)


fəaliyyət göstərir. İqtisadi ədəbiyyatda bunlar müxtəlif meyarlar baxımından
təsnifləşdirilir. Belə ki, firmalar (müəssisələr) mülkiyyət mənsubiyyətinə,
fəaliyyətinin həcminə, sahəsinə, xarakterinə, əhatə etdiyi ərazi meyarına görə və s.
fərqləndirilir.
Mülkiyyət mənsubiyyətinə uyğun olaraq firmanın (müəssisənin) xüsusi,
kollektiv, dövlət və qarışıq formaları vardır.
Firmalar (müəssisələr) fərdi (ailə), şərikli (tam ortaqlı), payçı və şərikli
(ortaqlıqlar), məhdud məsuliyyətli müəssisələr, səhmdar cəmiyyəti və dövlət
müəssisəsi kimi təşkilati-hüquqi formalarda fəaliyyət göstərirlər.
Fərdi (xüsusi) firma - biznes fəaliyyətinin ən klassik formalarından biridir.
Belə firmalar adətən fərdin və ya onun ailə üzvlərinin ümumi mülkiyyəti əsasında
təşkil olunur. Bununla yanaşı firmalar başqa mülkiyyətçilərə məxsus olan
müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Belə müəssisələrin idarə
olunması adətən, sahibkarın özü tərəfindən həyata keçirilir. Bir sıra hallarda
sahibkar müəssisənin idarə olunmasını menecerə həvalə edə bilər, lakin belə halda
da müəssisənin fəaliyyəti üzərində ümumi nəzarət sahibkarın ixtiyarında qalır.
Bazar iqtisadiyyatı ölkələrinin təcrübəsi göstərir ki, xüsusi mülkiyyət artıq
təkcə özünün klassik forması olan fərdi mülkiyyət formasında deyil, həm də
kollektiv, kooperativ, qrup və s. formalarda çıxış edir. Bu formalar əsasında
99
yaranan müəssisələrə diqqət yetirək. Belə müəssisələrə şərikli (tam ortaqlı), payçı
və şərikli (birgə ortaqlıqlar), məhdud məsuliyyətli müəssisələr, kooperativlər,
səhmdar cəmiyyətləri və s. aid edilir.
Şərikli (tam ortaqlı) müəssisə iki və daha artıq fiziki və hüquqi şəxs tərəfindən
müqavilə əsasında təsis edilir. Şəriklər müəssisənin öhdəliklərinin yerinə yetirilmə-
sinə görə bütün əmlakı ilə məsuliyyət daşıyırlar.
Şərikli (tam ortaqlı) müəssisədə olan bəzi çatışmazlıqlar onun daha
təkmilləşmiş forması olan payçı və şərikli (birgə ortaqlıqlar) müəssisə formasında
aradan qaldırılır. Belə müəssisələr həm şərikin (şəriklərin), həm də payçının
(payçıların) vəsaiti əsasında formalaşır. Bir qayda olaraq, şərik müəssisənin öh-
dəliklərinə və borclarına görə özünün bütün əmlakı ilə, payçı isə yalnız müəssisəyə
verdiyi pay həcmində məsuliyyət daşıyır.
Kollektiv mülkiyyətə əsaslanan əsas müəssisə formalarından biri səhmdar
cəmiyyətləridir. Səhmdar cəmiyyəti öz nizamnamə fondunu tədavülə səhm və
istiqraz kimi qiymətli kağızlar buraxmaq yolu ilə formalaşdıran və bunun nəticə-
sində toplanmış vəsait əsasında işgüzarlıq fəaliyyətini həyata keçirən kollektiv
müəssisə formasıdır. Belə cəmiyyətin səhmlərini alanlar onun səhmdarlarına
çevrilirlər və aldıqları səhmin həcminə uyğun olaraq onun mənfəətindən divident
almaq hüququ qazanırlar. Səhmdar cəmiyyətinin fəaliyyətini səhmdarların ümumi
yığıncağı tərəfindən seçilmiş ali idarəetmə orqanı həyata keçirir.
Səhmdar cəmiyyətlərinin yaranması və məhsuldar qüvvələrin inkişafı,
istehsalın miqyasının genişlənməsi və fərdi kapitalın məhdudluğu ilə bağlıdır.
Məhz səhmdar cəmiyyətlərinin yaranması nəhəng kapital tələb edən işlərin gö-
rülməsinə (iri tikintilərin aparılmasına, kanalların və dəmir yollarının çəkilişinə)
imkan verdi.
Səhmdar cəmiyyətlərinin buraxılan səhmlərin növündən və onların bazarda
dövriyyəsinin təşkilindən asılı olaraq iki tipi fərqləndirilir: açıq və qapalı. Açıq
tipli cəmiyyətlərin səhmləri heç bir məhdudiyyət qoyulmadan bazarlarda alınıb-
satılır. Cəmiyyət və onun səhmdarları öz öhdəliklərinə görə cəmiyyətin bütün
əmlakı ilə məsuliyyət daşıyırlar. Qapalı tipli səhmdar cəmiyyətinin səhmləri isə tə-
sisçi səhmdarların öz aralarında bölüşdürülür və bazara çıxarılmır. Bu cür cəmiy-
yətlər nizamnamə kapitalının formalaşması üçün təsisçilərin öz kapitalı kifayət
edən zaman yaradılır. Səhmdar cəmiyyəti və səhmdarlar öz öhdəliklərinə görə yal-
nız qoyulmuş kapital həcmində məsuliyyət daşıyırlar. Məhz buna görə belə
cəmiyyətlər bir sıra ölkələrin iqtisadiyyatında məhdud məsuliyyətli müəssisələr adı
ilə müstəqil forma kimi geniş fəaliyyət göstərirlər. Burada, belə bir məsələni də
qeyd etmək lazımdır ki, bəzi ölkələrdə səhmdar cəmiyyəti korporasiya adlanır.
Dövlət müəssisələri dövlət mülkiyyətinə əsaslanır və iki əsas əlamətlə
səciyyələnir. Birincisi, dövlət müəssisələrinin əmlakı və idarə olunması tamamilə
və ya qismən dövlətin və onun orqanlarının (nazirlik, birlik) əlində cəmlənir.
İkincisi, dövlət müəssisələrinin fəaliyyətinin məqsədilə bağlıdır. Onların öz
fəaliyyətlərində yüksək mənfəət əldə etmələri yeganə məqsəd deyildir. Onların
əsas məqsədi hansı yolla olursa-olsun (iqtisadi səmərəliliyin azalması və hətta
ziyana düşməklə olsa belə) ictimai tələbatı ödəməkdir.
Hazırda dünya iqtisadiyyatında xarici investisiyanın cəlb olunması forması
100
kimi müştərək müəssisələr geniş yayılmışdır. Bu formanın xüsusiyyəti ondan
ibarətdir ki, hər hansı bir ölkə daxilində işgüzar fəaliyyəti həyata keçirmək üçün
həmin ölkənin və xarici ölkələrin sahibkarlıq subyektləri birgə, şəriklilik qaydasın-
da çıxış edirlər. Belə müəssisələr bəzi dövlətlərdə inzibati metodlarla, bəzilərində
isə müəyyən güzəştlər hesabına inkişaf etdirilir.
Bazar iqtisadiyyatı ölkələrində fəaliyyətinin miqyasına, təmərküzləşmənin
səviyyəsinə görə müəssisələrin kiçik, orta və iri formaları fərqləndirilir. Bu
təsnifləşdirmədə əsas göstərici kimi işçilərin sayı qəbul edilmişdir. Bu göstərici
ölkənin iqtisadi, sosial və siyasi xüsusiyyətindən və s. asılı olaraq müxtəlif ölkə-
lərdə bir-birindən fərqlənir. Adətən 50-yə qədər (ABŞ-da 100-ə qədər) işçisi olan
müəssisə kiçik müəssisəyə, 500-dən çox (ABŞ-da 1000-dən çox) işçisi olan isə iri
müəssisə hesab olunur. Azərbaycanda sənayedə 50-yə, tikintidə 25-ə, nəqliyyatda
15-ə, ticarət və xidmət sahələrində isə 10-a qədər işçisi olan müəssisə - kiçik, buna
uyğun olaraq 300, 150, 75 və 50-dən çox işçisi olan isə iri müəssisə hesab olunur.
Hər bir ölkənin iqtisadi inkişafında müxtəlif formalı və ölçülü müəssisələrin
özünəməxsus yeri və rolu vardır.

§4. Menecment və onun əsas prinsipləri

Əvvəllərdə qeyd etmişdik ki, tarixən idarəetmə funksiyası biznes - fəaliyyətin


təşkilatçıları - mülkiyyətçi-sahibkarlar tərəfindən yerinə yetirilirdi. Lakin XIX
əsrin sonu XX əsrin əvvəllərində istehsalın inkişafı idarəetmə məsələsini yeni
şəkildə qoymuşdur. Texnikanın və yeni texnologiyanın inkişafı, istehsalın miqya-
sının artımı idarəetməni kəskin surətdə mürəkkəbləşdirmiş, onu xüsusi bilik tələb
edən fəaliyyət dairəsi kimi ayırmışdır.
İdarəetmə funksiyasının sahibkarlardan ayrılmasında məhsuldar qüvvələrin
inkişafının, onun əsasını təşkil edən elmi-texniki inqilabın təsiri böyük olmuşdur.
Elmi- texniki inqilab istehsalda, eləcə də istehsalın idarə edilməsində yeni əmək
intizamı, yeni təşkilatçılıq və yeni münasibətlər tələb etdi. Elmi-texniki inqilab
dövründə idarəetmə amilinin, bununla əlaqədar olaraq idarəetmə funksiyasını
yerinə yetirən insanların rolu və sosial vəziyyətinin yüksəlməsi «menecerlik
inqilabı» konsepsiyasının meydana gəlməsi üçün əsas olmuşdur. Buna müvafiq
olaraq tədricən mülkiyyətçilərin adından istehsalın idarəetmə funksiyasını yerinə
yetirən peşəkar təşkilatçılar - menecerlər formalaşır. Firmaların (müəssisələrin)
səmərəli idarə edilməsi vəzifəsinin bu işi yaxşı bilən və bacaran muzdlu peşəkar
mütəxəssislərə – menecerlərə həvalə edilməsilə bazar iqtisadiyyatı ölkələrində,
yeni müstəqil bir fəaliyyət növünün - menecmentin meydana gəlməsinin əsası
qoyuldu.
Firmanın malik olduğu iqtisadi resurslardan istifadə etməklə qarşıda duran
məqsədlərə çatmaq üçün onun səmərəli idarə edilməsi menecmentin mahiyyətini
təşkil edir.
Menecment (ingilis sözü, manaqement - idarəetmə mənasını verir) istehsalın
səmərəliliyini yüksəltmək və mənfəəti artırmaq məqsədilə istehsalın idarə
olunmasının prinsip, metod və formaları haqqında nəzəri və praktiki biliklər
sistemidir.
101
Müasir şəraitdə müxtəlif firmalarda iqtisadi durumun vəziyyətini 3 əsas amil
müəyyən edir: a) texnika və texnologiyanın vəziyyəti; b) iş qüvvəsinin
keyfiyyəti; v) istehsalın təşkili və idarə edilməsi (menecerlik). Bu amillərdən üçün-
cüsü, sistemyaradıcı xarakter daşıyır. Tədqiqatlar göstərir ki, menecerliyin
vəziyyəti texnikanın, texnologiyanın və eləcə də işçi qüvvəsinin səviyyəsinə təsir
göstərir.
Dünya ədəbiyyatında elmi menecment, əməyin elmi təşkili nəzəriyyəsi və
metodologiyasının əsasını qoymuş Amerika mühəndisi və tədqiqatçısı F.Teylora
xüsusi yer verilir. F.Teylor idarəetməyə «nə etmək lazımdır və bunu ən yüksək şə-
kildə və ucuz başa gəlməklə necə etməyi dəqiq bilmək məharəti» kimi baxmışdır.
Onun fikirləri 1911-ci ildə çapdan çıxmış «Elmi menecerliyin prinsipləri» əsərində
verilmişdir. Burada idarəetmə prinsipləri dörd qrupa bölünür:
1. Məqsədin seçilməsi;
2. Məqsədə çatmaq vasitələrinin seçilməsi;
3. Məqsədə çatmaq vasitələrinin hazırlanması;
4. Nəticələrə nəzarət edilməsi.
Teylorun müasiri fransız A.Fayol özünün zəngin təcrübəsini də nəzərə
almaqla «Ümumi və sənaye idarəetməsi» (1916-cı il) əsərində menecment
nəzəriyyəsini inkişaf etdirmişdir. A.Fayol müəssisədə aparılan bütün əməliyyatları
altı qrupa bölür: 1) Texniki, 2) Kommersiya, 3) Maliyyə, 4) Mülkiyyətin və şəxsin
mühafizəsi, 5) Uçot, 6) İnzibati. Əslində idarəetməyə o, altıncı qrupu aid edir.
A.Fayola görə, idarəetmə - müəssisənin resurslarından ən əlverişli şəkildə istifadə
etməyə cəhd göstərilməklə onu məqsədə çatdırmaq, göstərilən altı əsas funksiyanın
düzgün gedişini təmin etməkdən ibarətdir. Onun fikrincə, idarəetmə təcrübəsi
özünə bunları daxil etməlidir: əvvəlcədən görmək, təşkil etmək, sərəncam vermək,
razılaşdırmaq, nəzarət etmək.
A.Fayol tarixdə ilk dəfə menecmentə sistemli baxış, onu funksional
əlamətlərinə, operativ planlaşdırma, təqvimi tənzimləmə, idarəetmə koordinasiyası
və təşkilə nəzarətə əsasən təhlil etmişdir.
Teylorun və Fayolun irəli sürdükləri idarəetmə prinsiplərindən hazırda da
geniş istifadə olunur. Bu, onlar tərəfindən irəli sürülmüş prinsiplərin ənənəvi olub,
bütün müəssisələr üçün universal xarakter daşıması ilə izah olunur.
Menecerlik nəzəriyyəsi sonrakı dövrlərdə daha da təkmilləşdirilmiş və öz
əksini çox müxtəlif təzahür formalarında tapmışdır. Müxtəlif problemlər müxtəlif
formalarda ön plana çəkilmişdir. 50-60-cı illərdə idarəetmənin təşkilati strukturu
diqqət mərkəzində durmuşdur. 60-70-ci illərdə strateji planlaşdırma baş verir. 80-cı
illər isə qabaqcıl Qərb firmalarının strateji planlaşdırmadan strateji idarəetməyə
keçməklə xarakterizə olunurdu.

§5. Azərbaycanda firmanın (müəssisənin)


fəaliyyət xüsusiyyətləri

Məlum olduğu kimi, Azərbaycan XIX əsrin əvvəllərində Rusiya-İran və


Rusiya-Türkiyə müharibələri nəticəsində Rusiya tərəfindən istila edilmişdi və
burada müstəmləkə rejimi yaradılmışdı.
102
Azərbaycanda köhnə çar üsul-idarəsi yıxıldıqdan sonra yaradılmış
Azərbaycan Demokratik Respublikasının (28 may 1918 - 27 aprel 1920)
Parlamenti tərəfindən qəbul olunmuş bir sıra qərarlar kapitalist münasibətləri
əsasında formalaşmış firmaların, şirkətlərin sürətli inkişafına imkan verdi. Lakin
sosialist inqilabı adı (pərdəsi) altında Azərbaycanın Rusiya tərəfindən yenidən iş-
ğal olunması ilə bütün bunlara son qoyuldu.
Bu sistemin dağılması ilə əlaqədar olaraq yenidən siyasi müstəqillik qazanan
Azərbaycan öz qarşısına bazar iqtisadiyyatına keçmək kimi mühüm bir məqsəd
qoymuşdur.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq həyata keçirilən islahatlar
nəticəsində Azərbaycanda mülkiyyətin və təsərrüfatçılığın müxtəlif formaları
yaranmaqdadır. Bu proses son illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin
geniş xarakter alması ilə daha da sürətlənir.

MÜHAZİRƏ MƏTNİ

MÖVZU 15. SAHİBKARLIQ FƏALİYYƏTİ

§1. Sahibkarlıq fəaliyyətinin məzmunu və bazar iqtisadiyyatının


formalaşmasında onun rolu
§2. Sahibkarlıq subyektlərinin funksiyaları və onların reallaşdırılması
mühiti
§3. Sahibkarlıq fəaliyyətinin məqsədləri və formaları
§4. Müasir dövrdə Azərbaycanda sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. «İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin, Ə.P.Babayevin və


M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999.
2. «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu.
Bakı, 1994.
3. M.X.Meybullayev, Q.N.Manafov, S.C.Hacıyev. «Özəlləşdirmə və
sahibkarlıq. Bakı, 1993.
4. T.S.Vəliyev. Bazar münasibətlərinin formalaşmasında sahibkarlıq
fəaliyyətinin yeri və rolu. «İqtisad elmləri: nəzəriyyə və praktika», 1994, №
2-3.
5. Q.N.Manafov. «Sahibkarlığın nəzəri və praktiki məsələləri», Bakı, 1997.
6. A.B.Abbasov. «Sahibkarlıq fəaliyyəti: növləri, təşəkkülü və inkişaf
problemləri. Bakı, 1998.
7. F.H.Abbasov, R.A.Quliyev, S.Ə.Əbdürrəhmanova. «Sahibkarlıq
fəaliyyətinin əsasları». Bakı, 1996.

103
8. A.Ş.Şəkərəliyev, «Biznesin əsasları», Bakı, 1996.
9. «Azərbaycan iqtisadiyyatında kiçik və orta sahibkarlıq: nəticələr,
problemlər və perspektivlər.
10. İ.M.Niftullayev. «Sahibkarlığın əsasları», Bakı, 2002.
11. A.B.Abbasov və digərləri. «Biznesin əsasları», Bakı, 2005.
12. Q.N.Manafov. «Sahibkarlıq haqqında elmi baxışların təkamülü. Nəzəri və
praktiki aspekt». «İqtisad elmləri: nəzəriyyə və praktika», Bakı, 2004, №2.

§1. Sahibkarlıq fəaliyyətinin məzmunu və bazar


iqtisadiyyatının formalaşmasında onun rolu

Sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının fərqləndirici xüsusiyyətlərindən


biridir. Buna uyğun olaraq kapitalizm cəmiyyətinin tarixi təkamülü boyu
sahibkarlıq fəaliyyəti haqqında olan təlim də tədriclə formalaşmış, keyfiyyətcə
zənginləşmiş, sistemli xarakter almış, mürəkkəb məzmun kəsb etmişdir.
İqtisadi ədəbiyyatda sahibkarlıq fəaliyyətinin məzmununun öyrənilməsi ilk
əvvəl onu həyata keçirən sahibkar anlayışı ilə başlayır. Buna uyğun olaraq bu gün
sahibkar dedikdə, iqtisadi, yaradıcı, təşkilati qabiliyyətlərə, mürəkkəb bazar kon-
yukturası şəraitində düzgün qərar qəbul etməyə, ağıllı risk etməyə qadir olub
iqtisadi fəaliyyəti həyata keçirən təşəbbüskar insanlar başa düşülür.
Qərb iqtisadiyyatında sahibkar anlayışının məzmununu əks etdirən ifadə ilk
dəfə ingilis iqtisadçısı R.Kantilyon (1680-1734) tərəfindən işlənilmişdir. Onun
fikrincə, feodalizm cəmiyyətindəki torpaq mülkiyyətçilərinə və müxtəlif növlü
muzdurlara, yeni iqtisadi sistemdə mənfəət götürmək məqsədilə, digərlərindən
məhsulu müəyyən qiymətə alaraq, bazarda özünə hələ də mə’lum olmayan
qiymətə satmağa çalışan yeni insanlar qrupu əlavə olunmuşdur. Bu insanları,
R.Kantilyon sahibkarlar adlandırmışdır. Onun fikrincə, sahibkarlıq xüsusi növ
iqtisadi funksiya olub, müxtəlif növ əmtəələr bazarında tələblə təklif arasında
uyğunluq yaratmağa xidmət edir.
Sahibkarlıq fəaliyyəti haqqında baxışlar A.Smitin (1723-1790) iqtisadi
nəzəriyyəsində öz şəxsi mənfəəti naminə çalışan, lakin bu zaman “gözə görünməz
əl“ vasitəsilə ictimai mənafeyə xidmət etməyə yönəldilən insanlar (sahibkarlar)
haqqında olan iqtisadi fikirlərində öz əksini tapmışdır. A.Smit sahibkarı öz
istehsalını planlaşdıran və təşkil edən, onun nəticələri üzərində müstəqil sərəncam
verən, mənfəət götürmək məqsədilə kommersiya ilə bağlı hər hansı bir ideyanı
reallaşdırmaq üçün risk edən mülkiyyətçi kimi səciyyələndirirdi.
İlk dəfə iqtisadi nəzəriyyəyə sahibkar anlayışını gətirən R.Kantilyondan,
sahibkarlığın bəzi cəhətlərini və vəzifələrini təhlil edən A.Smitdən sonra
sahibkarlıq fəaliyyətinin daha geniş təhlili fransız iqtisadçısı J.B.Sey (1767-1832)
tərəfindən verilmişdir. O da A.Smit kimi, sahibkarı risk etməsinə baxmayaraq,
mənfəət götürmək məqsədilə hər hansı bir məhsul istehsal edən şəxs kimi qələmə
verir. Bununla belə J.B.Sey öz təhlilini dərinləşdirərək sahibkarlıq fəaliyyətini
104
istehsal amillərindən səmərəli istifadə forması kimi xarakterizə edir; sahibkarlıq
mənfəətinin təmin edilməsi üçün istehsal amillərinin az gəlirli sahələrdən yüksək
gəlirli sahələrə azad surətdə axa bilməsinə xidmət edən iqtisadi mühiti - bazar
mühitini təhlil edir; sahibkarların bütövlükdə əldə etdikləri gəlirləri və bu gəlirlərin
sahibkarın bilikləri və təcrübəsilə bağlı əldə edilən hissəsini açıb göstərir.
Bununla yanaşı, J.B.Sey sahibkarın yerinə yetirdiyi funksiyaların yaradıcı xarakter
daşıdığını göstərir və beləliklə də həmin funksiyaların istehsalın idarə edilməsi ilə
bağlı olan digər funksiyalardan fərqləndiyini bildirir.
Sahibkarlıq fəaliyyəti haqqında tə’limin məzmunca zənginləşməsində alman
iqtisadçısı V.Zombartın (1863-1941) da özünə məxsus rolu olmuşdur. O,
sahibkarlıq qarşısında duran məqsədi iki yerə: əsas və asılı məqsədlərə bölmüşdür.
Onun fikrincə, mənfəət əldə edilməsi sahibkarlıq fəaliyyətinin əsas deyil, ikinci
dərəcəli məqsədidir.
Bu fəaliyyətin əsas məqsədi isə daim inkişaf etmək, çiçəklənmək,
genişlənməkdir. V.Zombart qeyd edirdi ki, bu məqsədlərə çatmaq üçün sahibkarlar
risk etməyə hazır olmalı, inadkarlıq və inam göstərməli, ümumi mənafe naminə
bir çox insanları işə cəlb etməyi bacarmalı, yə’ni təşkilatçı olmalıdır. Bundan
əlavə V.Zombart sərfəli surətdə ticarət etmək, yəni alıcıları maraqlandırmaq, onla-
rın inamını və etibarını qazanmaq qabiliyyətini sahibkarın zəruri keyfiyyətləri kimi
səciyyələndirir.
Sahibkarlıq fəaliyyəti haqqında müasir iqtisadi təlimin formalaşmasında
Avstriya iqtisadçısı Y.Şumpeterin (1882-1950) də xidmətləri diqqətəlayiqdir. Hər
şeydən əvvəl sahibkarı yenilikçi (novator) adlandıran Y.Şumpeter onun başlıca
vəzifəsi kimi istehsal amillərinin yeni kombinasiyasına və beləliklə də iqtisadi
tərəqqiyə nail olmağı irəli sürür. O yazırdı ki, sahibkar olmaq digərlərinin edə
bilmədiyini etmək, əvvəldən görə bilmək, köhnəliyə zidd çıxmaq, yenilik tapmaq və
onu tətbiq etmək, qorxmadan risk etmək, qabaqcadan, verilmiş proseslər əsasında
deyil, həmin prosesləri özü müəyyən edərək fəaliyyət göstərmək qabiliyyətidir.
Y.Şumpeterin fikrincə, sahibkarlıq fəaliyyətinin subyekti kimi həm istehsalın
sahibi, fərdi kapitalist və ya mülkiyyətçi, həm də istehsal müəssisələrinin, bankın,
səhmdar cəmiyyətinin idarəedicisi çıxış edə bilər.
Sahibkarlıqla bağlı bir sıra məsələlərin təhlilinə A.Marşalın (1842-1924)
iqtisadi tədqiqatında da rast gəlinir. Həm də bu zaman A.Marşalın tədqiqatı üçün
səciyyəvi cəhət azad sahibkarlığı istehsal azadlığı və iqtisadi azadlıqla
eyniləşdirməkdən ibarətdir.
Yuxarıda qeyd edilmiş klassik baxışların müasir dövrdə təkamülü nəticəsində
bu gün sahibkarlıq fəaliyyəti dedikdə, təsərrüfat subyektlərinin mənfəət və ya
şəxsi gəlir əldə etmək məqsədi ilə özlərinin cavabdehliyi və əmlak məs’uliyyəti
əsasında qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri
üzrə həyata keçirdikləri təşəbbüskarlıq fəaliyyəti başa düşülür. Müasir bazar
iqtisadiyyatı ölkələrinin təcrübəsi sahibkarlıq fəaliyyətinin mürəkkəb bir iqtisadi
məzmuna malik olduğunu sübut edir. Bu təcrübəyə görə sahibkarlıq hər şeydən
əvvəl, iqtisadi kateqoriyadır. Belə ki, iqtisadi fəaliyyətin müxtəlif növləri üzrə bir-
biriləri ilə iqtisadi əlaqələrə girən bazar subyektləri arasında çoxsahəli qarşılıqlı
münasibətləri əks etdirir. İkincisi, sahibkarlıq səmərəli təsərrüfatçılıq tipidir, çünki
105
ən az məsrəflərlə, əməyin və istehsalın təşkilinin ən səmərəli metodlarını tətbiq
etməklə iqtisadi fəaliyyəti həyata keçirməyə yönəlmişdir. Üçüncüsü, sahibkarlıq
mütərəqqi iqtisadi təfəkkürdür, çünki o, öz obyektlərində əsasən tələbata uyğun
məhsullar istehsal etmək və satmaq, istehlakçılara yüksək keyfiyyətli xidmət
göstərmək kimi hissləri tərbiyə edir.
Sahibkarlıq fəaliyyəti istehsal vasitələri üzərində mülkiyyət forması ilə: hər
şeydən əvvəl isə xüsusi mülkiyyətlə sıx əlaqəli halda baş verir. Bu baxımdan
tarixən xüsusi mülkiyyət azad sahibkarlıq fəaliyyətinin iqtisadi əsası, sahibkarlıq
fəaliyyəti ilə müəyyən mənada xüsusi mülkiyyətin reallaşdırma forması kimi
çıxış etmişdir. Qeyd etmək lazımdır ki, sahibkarlıq fəaliyyəti ilə xüsusi
mülkiyyətin bu qarşılıqlı əlaqəsi müasir dövrdə də öz əhəmiyyətini itirməmişdir.
Həm də xüsusi mülkiyyətin yeni - yeni təzahür formaları əmələ gəldikcə və
cəmiyyətdə mülkiyyətin çoxnövlüyü formalaşdıqca, sahibkarlıq fəaliyyətinin
formaları daha da çoxalmış, o, yeni keyfiyyət halı kəsb etmişdir. Bununla belə
xüsusi mülkiyyətin bütün hallarda labüd olaraq sahibkarlıq fəaliyyətinə səbəb
olduğunu düşünmək səhv olardı. Belə ki, tarixən istehsal vasitələri üzərində
xüsusi mülkiyyətə əsaslanan quldar və feodal təsərrüfatları üçün sahibkarlıq
fəaliyyəti iqtisadi fəaliyyətin başlıca istiqamətini təşkil etməmişdir. Bunun da bir
neçə səbəbi vardır:
1. Sahibkarlıq fəaliyyəti bazarla əlaqəli halda mövcud olur, yəni o, əmtəə
təsərrüfatı şəraitində real məzmuna malik olur. Mə’lum olduğu kimi, həm quldar,
həm də feodal təsərrüfatları xüsusi mülkiyyətə əsaslansalar da, əsasən natural
təsərrüfat formasında çıxış etmiş və qapalı xarakter daşımışlar.
2. Sahibkarlıq fəaliyyəti, hər şeydən əvvəl mənfəət naminə həyata keçirilir. Hər
bir quldar və yaxud feodal öz təsərrüfatlarının səmərəli, məhsuldar fəaliyyətində
maraqlı olsalar da, hər halda bu təsərrüfatların bilavasitə məqsədi mənfəət
qazanmaq olmamışdır.
3. Sahibkarlıq fəaliyyəti əsasən iqtisadi cəhətdən azad olan insanların
əməyinə əsaslanır. Mə’lum olduğu kimi, quldar və feodal təsərrüfatlarında
bilavasitə çalışanlar tam və yaxud yarımasılı vəziyyətində olmuşlar. Bu
cəmiyyətlər daxilində yalnız sadə formada da olsa həyata keçirilən əmtəə istehsalı
şəxsən və iqtisadi cəhətdən azad olan insanların əməyinə əsaslanmışdır.
Özündən əvvəlki iqtisadi quruluşlar kimi kapitalizm sistemi də xüsusi
mülkiyyətə əsaslanır. Lakin onlardan fərqli olaraq bu sistem cəmiyyətin hər bir
üzvü üçün iqtisadi azadlığı tə’min etdiyinə görə sahibkarlıq fəaliyyəti də özünün
ən yüksək tərəqqi səviyyəsinə çatmışdır. Ən ümumi mə’nada iqtisadi azadlıq
insanın malik olduğu iqtisadi resurslar (kapital, iş qüvvəsi), habelə hazır
məhsullar üzərində sərbəst surətdə sərəncam vermək deməkdir. Bununla belə
bazar iqtisadiyyatı şəraitində iqtisadi azadlığın iki tərəfini bir-birindən
fərqləndirmək lazımdır. Bu, bir tərəfdən, fəaliyyətdə olan hər bir insana sahibkarlıq
hüquqlarının verilməsidir ki, bunun da nəticəsində o, öz şəxsi işini həyata keçirir,
öz arzu, bacarıq və təşəbbüskarlığını hər hansı bir sahədə reallaşdırır. Digər tərəf-
dən, sahibkarlıq subyektlərinin iqtisadi azadlığı onların cəmiyyət, münasibətdə
olduqları digər sahibkarlar, öz işçiləri, məhsulun istehlakçıları və s. qarşısında
mə’suliyyətini də özünə daxil edir. Deməli, iqtisadi azadlığın həddi sonsuz de-
106
yildir. O, həm qanunvericilik, həm də etik-mə’nəvi normalarla məhdudlaşır. İqti-
sadi azadlığın bu iki cəhəti özünü daha dolğun şəkildə sahibkarın hüquqları və
vəzifələri vasitəsilə əks etdirir. Belə ki, sahibkarın hüquqlarına müstəqil surətdə
istənilən müəssisələr yaratmaq, onun iş proqramını müəyyən etmək, xammal
göndərənləri axtarıb tapmaq, hazır məhsulların qiymətlərini müəyyənləşdirmək,
müəssisəyə işçilər götürmək və onları işdən azad etmək, əldə edilmiş mənfəət
üzərində sərəncam vermək və s. aiddir. Bununla yanaşı sahibkarın vəzifələrinə
qanunvericiliklə müəyyən edilmiş vergilər ödəmək, işə qəbul etdiyi işçilərlə
müqavilələr bağlamaq, istehsal etdiyi məhsulları markalaşdırmaq, antiinhisar
qanunvericiliyinə riayət etmək, haqsız rəqabət metodlarına yol verməmək, dövlət
orqanlarına fəaliyyəti haqqında vaxtaşırı hesabatlar vermək və s. daxildir.
Sahibkarlıq fəaliyyətinin məzmununa aid olan məsələlərdən biri onun obyekti
və subyektlərinin müəyyən edilməsidir. Ən ümumi mənada sahibkarlığın obyekti
kimi əmtəələr istehsalı, onların satışı və müxtəlif növ xidmətlər göstərilməsi çıxış
edir. Sahibkarlıq fəaliyyətinin subyektlərinə gəldikdə isə bazar iqtisadiyyatı şəra-
itində hər kəs özünə peşə seçməkdə tam iqtisadi azadlığa malik olduğu üçün hər
adamın sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.
Bazar iqtisadiyyatı şəraitində sahibkarlıqla əlaqədar olan anlayışlar
mövcuddur ki, onlardan ən əsası “biznes“ anlayışıdır. Qeyd etməliyik ki,
sahibkarlıq və biznes anlayışlarını birləşdirən bir sıra aşağıdakı ümumi cəhətlər
vardır:
- Hər ikisinin reallaşdırılmasının bazar vasitəsilə baş verməsi; onların hər
ikisinin bilavasitə məqsədinin mənfəət əldə edilməsindən ibarət olması; şəxsi maddi
marağı ödəmək məqsədi ilə əmtəə istehsalı və yaxud xidmətlər göstərilməsi ilə
bağlı olması; onların fəaliyyəti üçün zəruri iqtisadi mühitin, hər şeydən əvvəl isə
iqtisadi azadlıq şəraitinin tələb olunması və s.
Bununla belə biznes fəaliyyəti ilə sahibkarlıq fəaliyyəti arasında bəzi fərqli
cəhətlər vardır: 1) Biznes fəaliyyəti tarixçilik baxımından daha tez, əmtəə
istehsalının meydana çıxması ilə yaranmışdır. Sahibkarlıq fəaliyyətinə gəldikdə
isə o, bazar iqtisadiyyatı şəraitində biznes fəaliyyətinin varlıq forması kimi
çıxış edir. 2) Kapitalizm cəmiyyətində sahibkarlığın məzmunu biznesə nisbətən
daha genişdir, çünki o özünə hər şeydən əvvəl yenilikçilik axtarışı kimi bir
fərqləndirici cəhəti daxil edir. Gündəlik həyatda bizneslə məşğul olan hər bir kəs
sahibkar adlandırılırsa, sözün əsl mə’nasında sahibkarlar iqtisadi davranışı axtarış
xarakteri daşıyan işgüzar insanlardır. 3)Biznes fəaliyyəti əsasən birdəfəlik bir akt
kimi sövdələşmənin reallaşdırılması ilə əlaqədardır. Lakin, ondan fərqli olaraq,
sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının daimi bir prosesi, həmin cəmiyyətin
müəyyənedici şərti, onun mövcudluğunun və inkişafının başlıca hərəkətverici qüv-
vəsidir. Ümumiyyətlə, demək lazımdır ki, bu iqtisadiyyatın inkişaf səviyyəsi,
sahibkarlıq fəaliyyətinin səviyyəsi, onun üçün yaradılmış iqtisadi mühitin
xarakteri ilə müəyyən olunur. Qərb ölkələrinin müasir təcrübəsi sübut edir ki, sosial
yönümlü bazar iqtisadiyyatının yaradılması istiqamətində həmin ölkələrin yüksək
nailiyyətləri burada sahibkarlığın geniş inkişafının nəticəsidir. Buna görə də bir
sıra hallarda kapitalist iqtisadiyyatını sahibkarlıq iqtisadiyyatı deyə adlandırırlar.

107
§2. Sahibkarlıq subyektlərinin funksiyaları
və onların reallaşdırılması mühiti

İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinin təcrübəsindən çıxış edən müasir


iqtisadi nəzəriyyə, sahibkar tərəfindən yerinə yetirilən və bir-birilə qarşılıqlı əlaqə-
də olan müxtəlif funksiyaları əsasən aşağıdakı kimi qruplaşdırır.
1. Sahibkar iqtisadi fəaliyyəti üçün zəruri olan bütün resursları bir yerə
toplayır. Ən ümumi mənada bu funksiyanın məzmununu iqtisadi resurslar kimi
çıxış edən torpaqdan (təbii resurslardan), kapitaldan (investisiya resurslarından)
və insan amilindən (əmək resurslarından) sahibkar tərəfindən iqtisadi fəaliyyəti
həyata keçirmək məqsədi ilə vəhdət halında, həm də bu və ya digər nisbətdə (kom-
binasiyada) istifadə olunması təşkil edir. Sahibkar tərəfindən öz sərəncamında
olan istehsal resurslarının birləşdirilməsinin konkret kombinasiyasının seçilməsi
bacarığı, son nəticədə onun iqtisadi fəaliyyətinin nəticəsini də müəyyən edir.
İstehsal amillərinin səmərəli kombinasiyasına nail olmaq zərurəti, hər şeydən
əvvəl, istehsal resurslarının məhdudluğu ilə əlaqədardır. Belə bir şəraitdə sahibkar
öz iqtisadi fəaliyyəti qarşısında dayanan məqsədlərə nail olmaq üçün sərəncamında
olan və yaxud əldə edə biləcəyi resursların həcmindən çıxış edərək onlardan ən
səmərəli şəkildə istifadə etmək məcburiyyəti qarşısında qalır.
İqtisadi resursların kombinasiyası sabit olmayıb, dəyişkən xarakterdədir.
Təklif amillərinin qiymətindən, istehsalın texniki səviyyəsindən, müəssisənin
həcmində və buraxılan məhsulun kəmiyyətində baş verən dəyişikliklərdən asılı
olaraq iqtisadi resursların kombinasiyası da dəyişikliklərə mə’ruz qalır. Məsələn,
müəssisə tərəfindən istehsal edilən məhsulun birinci yüz ədədi üçün ən əlverişli
hesab edilən kombinasiya, onun sonrakı hər bir yüz ədədi üçün öz əvvəlki
əhəmiyyətini saxlamaya da bilər. Bundan başqa, istehsal resurslarının
kombinasiyasına müəssisənin yerləşdiyi ərazidə əmək, xammal, material, enerji
ehtiyatlarının mövcudluğu, onların ümumi həcmi, keyfiyyəti və s. təsir göstərir.
2. Sahibkar iqtisadi fəaliyyətin ən əsas məsələləri üzrə qərarlar qəbul edir. Bu
qərarlar sahibkar tərəfindən yerinə yetirilən vəzifələrin həcmi və xüsusiyyətləri
ilə bilavasitə əlaqədardır və hər şeydən əvvəl onlarla müəyyən olunur. Bu
funksiyanın məzmunu həmçinin ondadır ki, sahibkar iqtisadi fəaliyyətin çoxsaylı
mürəkkəb məsələlərinin hamısı üzrə deyil, yalnız ən əsasları, biznesin taleyüklü
məsələləri barədə qərar qəbul edir. Əsasən ikinci dərəcəli məsələlər üzrə qərar qəbul
etmək işi isə sahibkarlıq fəaliyyətinin digər iştirakçılarına, onların hər birinin bu
işdə tutduğu mövqeyə və oynadığı rola uyğun olaraq həvalə edilir. Sahibkarlıq
fəaliyyətinin subyekti kimi bir şəxs deyil, bir neçə sahibkar eynihüquqlu
partnyorlar (şəriklər) kimi çıxış etdikdə, onların hər biri və yaxud bir neçəsi
biznesin konkret sahələri üzrə ixtisaslaşır və məhz bu sahənin fəaliyyəti ilə bağlı
əsas qərarları qəbul edirlər.
Biznes fəaliyyətinin əsas məsələləri üzrə səmərəli qərarların qəbul edilməsi
sahibkarın özünün də bir sıra şəxsi keyfiyyətlərə malik olmasını tələb edir ki,
bunlara aiddir: sahibkarlıq fəaliyyəti üçün tələb edilən ümumi biliyə, habelə iqtisadi
təfəkkürə, işgüzar mədəniyyətə, biznes təcrübəsinə malik olmaq, iqtisadi
vəziyyəti operativ təhlil etmək, əvvəlcədən görmək, öz imkanlarını düzgün qiymət-
108
ləndirə bilmək və s.
Müasir dövrdə sahibkar tərəfindən biznes fəaliyyətinin əsas məsələləri üzrə qərar
qəbuletmə prosesinin iki forması bir-birindən fərqləndirilir. Birinci halda, qərarlar
əvvəlcə sahibkar tərəfindən təkbaşına və yaxud onun partnyorları (həmkarları)
tərəfindən birgə qəbul edilir. Bundan sonra, inzibati şəkildə qəbul edilmiş bu
qərarlar yuxarıdan aşağıya doğru tabelik prinsipinə uyğun olaraq iqtisadi
fəaliyyətin bütün struktur ünsürlərinə yönəldilir və onlar tərəfindən icra edilir.
Əsasən 80-ci illərdən başlayaraq son dövrlərdə bir sıra ölkələrdə (məsələn,
Yaponiyada, Cənubi Koreyada və s.) biznes fəaliyyətinin əsas məsələləri üzrə
qərar qəbul etmək prosesinin yeni forması geniş vüsət almağa başlamışdır. Bu
formanın məzmunu aşağıdan yuxarıya doğru müəssisə işçilərinin qərar qəbuletmə
prosesinə fəal surətdə cəlb edilməsindən və nəticədə, razılaşdırılmış qərarların
qəbul edilməsindən ibarətdir.
3. Sahibkar yenilikçidir, yəni o, yeni məhsulları, istehsal texnologiyasını,
biznesin təşkilinin yeni formalarını yaradan, yeni ideyaları, layihələri həyata
keçirəndir.
Bu funksiyanın məzmunu ondan ibarətdir ki, sahibkar onu əhatə edən iqtisadi
mühitdə biznes fəaliyyəti üçün əlverişli şəraitin yaranacağı vaxtı gözləməyərək,
özü belə bir şəraiti yaradır və beləliklə də işgüzar fəaliyyətinə yenilik gətirir.
Bunun sayəsində innovasiya (yenilikçilik) fəaliyyətinin son nəticəsi kimi istehsal,
kommersiya və s. ilə bağlı yeni ideyaların yaranması, yeni məhsulların
(xidmətlərin) və məhsulun yeni istehsal metodlarının kəşf edilməsi; yeni
texnologiyanın və səmərələşdirici təkliflərin tətbiqi; işgüzar müəssisələrin yeni
təşkilati formalarının yaradılması, kapital qoyuluşlarının yeni maliyyələşdirmə
mənbələrinin axtarılıb tapılması; əmtəələrin (xidmətlərin) reallaşdırılmasının yeni
forma və metodlarından istifadə edilməsi və s. çıxış edir.
Qeyd etmək lazımdır ki, iqtisadiyyatın ümumi dinamizminin və tərəqqisinin
təmin edilməsində sahibkarın innovasiya fəaliyyəti əvəzedilməz əhəmiyyətə
malikdir. İş burasındadır ki, sahibkarlıq fəaliyyəti bir tərəfdən məhsul bolluğunu
təmin edərək bazarda tələblə təklif arasında zəruri tarazlığın yaranmasına səbəb
olur. Digər tərəfdən sahibkar işgüzar fəaliyyəti ilə bağlı yeni ideyalarını real-
laşdıraraq istehsalın texnika və texnologiyasında, istehsal amillərinin
kombinasiyasında mütərəqqi dəyişikliklərə gətirib çıxarır. Nəticədə yeni növ
məhsulların və xidmətlərin meydana çıxması ilə bazarda mövcud tarazlıq pozulur.
Həmin dövrdə öz yenilikləri ilə bazarda tələb və təklif arasında tarazlığın
pozulmasına səbəb olan sahibkarlar, innovasiya fəaliyyəti nəticəsində əlavə mən-
fəət qazanmaq imkanı əldə edirlər. Lakin həm pozulmuş tarazlıq prosesi, həm də
əlavə mənfəət qazanmaq imkanı özü müvəqqəti xarakter daşıyır, çünki rəqabətli
bazar mexanizmi avtomatik olaraq həmin innovasiyaların digər sahibkarlar
tərəfindən tətbiqinə gətirib çıxarır. Nəticədə bütün təsərrüfat dövriyyəsi, yeni,
lakin əvvəlkindən daha yüksək səviyyəyə qalxır, beləliklə də bazarda pozulmuş
tarazlıq yenidən tə’min edilir.
Göründüyü kimi, sahibkarın innovasiya fəaliyyəti cəmiyyətin ümumi iqtisadi
inkişafında çox mühüm rola malikdir. Məhz buna görə də sahibkarın bu rolundan
çıxış edərək Y.Şumpeter onu «İqtisadiyyatın inqilabçısı, sosial və siyasi inqilabların
109
qeyri-iradi törədicisi» adlandırırdı.
4. Sahibkarlıq fəaliyyətinin ayrılmaz funksiyalarından biri sahibkarlıq riski ilə
əlaqədardır. Başqa sözlə desək, sahibkar yuxarıda göstərilən üç funksiyanın yerinə
yetirilməsi ilə bağlı olaraq öz vəsaiti, əməyi, vaxtı, hətta işgüzar aləmdəki nüfuzu ilə
risk edir.
Bazar iqtisadiyyatı ölkələrində belə hesab edilir ki, heç vaxt risk etməyən
sahibkar son nəticədə müvəffəqiyyətsizliyə uğrayır. Lakin bu heç də o demək
deyildir ki, öz işgüzar fəaliyyətində bilərəkdən, istədiyi vaxt risk etmək və ya
etməmək sahibkarın arzu və istəyindən asılıdır. Başqa sözlə desək, sahibkarlıq
fəaliyyəti hər bir zaman qeyri-müəyyənlik və risk şəraitində baş verir, çünki bazar
mühitində daimi heç bir şey yoxdur. Belə bir vəziyyət bir sıra səbəblər üzündən
baş verir ki, buna da bazara çıxarılan əmtəələrə və xidmətlərə olan tələbin
dəyişməsi, istehsal resurslarının və hazır məhsulun qiymətinin qalxıb enməsi, elmi-
texniki tərəqqi nəticəsində məhsulun səviyyəsində, məsrəflərin quruluşunda
dəyişikliklərin baş verməsi, yeni investisiyaların həyata keçirilməsi üçün zəruri
maliyyə imkanlarının artıb-azalması, eyniadlı məhsullar (xidmətlər) bazarında yeni
rəqiblərin meydana çıxması, siyasi şəraitin dəyişilməsi və s. aiddir. Belə bir
şəraitdə sahibkarın risk etmək bacarığı ona ən yaxşı halda kəskin rəqabət
mühitində müvəffəqiyyət qazanıb mənfəət əldə etmək, ən pis halda isə vəziyyətdən
itkisiz və ya az itkilərə çıxmaq üçün imkan yaradır.
Riskli əməliyyatlar nəticəsində sahibkara dəyən zərərin üç səviyyəsini
fərqləndirmək lazımdır. Birinci halda aparılan işgüzar fəaliyyət heç bir mənfəət
gətirmir. İkinci halda nəinki mənfəət əldə edilmir, hətta satışdan gələn gəlirin
səviyyəsi xərcləri belə ödəmir və dəyən zərəri sahibkarın öz hesabına ödəmək
zərurəti yaranır. Üçüncü halda aparılan əməliyyat sahibkarlıq fəaliyyətinin tama-
milə dayanması, sahibkarın öz əmlakının büsbütün əlindən çıxması, onun
müflisləşməsi ilə nəticələnir. Belə bir vəziyyət, sahibkardan həyata keçirmək
istədiyi layihəni elmi-texniki, iqtisadi kommersiya, sosial və s. cəhətdən ətraflı
təhlil etməyi tələb edir. Bu işin öhdəsindən gələ bilmək üçün sahibkar həyata
keçirməli olan layihəni mövcud və gələcək dövr baxımından texniki-iqtisadi cəhət-
dən əsaslandırmalı, onun ümumiləşdirici maliyyə-iqtisadi göstəricilərini ətraflı
öyrənməli, digər mümkün alternativ layihələri qiymətləndirə bilmək bacarığına
və imkanına malik olmalı, potensial rəqiblərin tərəfmüqabillərin, investorların və
istehlakçıların imkanları ilə hesablaşmalıdır. Yalnız bu halda sahibkarın həyata
keçirmək istədiyi işin risk dərəcəsi də aşağı olur.
Sahibkarlıq funksiyalarının həyata keçirilməsi konkret sahibkarlıq mühiti
daxilində, onun ünsürlərinin tə’siri altında baş verir. Həm də bu amillər kompleksi
sahibkar tərəfindən yerinə yetirilən funksiyalara müxtəlif səviyyədə təsir edirlər.
Başqa sözlə desək, bu mühitin bəzi ünsürləri sahibkarlıq fəaliyyətinə bilavasitə
(əsasən iqtisadi ünsürlər), digərləri isə dolayı yolla, bəziləri müsbət, digərləri isə
mənfi cəhətdən tə’sir edirlər.
Sahibkarlıq mühiti dedikdə, işgüzar fəaliyyətin həyata keçirilməsinə tə’sir
göstərən şəraitin və amillərin məcmusu başa düşülür. Sahibkarlıq mühitinin
ünsürlərinə iqtisadi mühit, texnoloji mühit, siyasi şərait, sosial-mədəni mühit,
fiziki və coğrafi mühit, institutsional təşkilati-texniki mühit aid edilir. Bu axırıncı-
110
ya əsasən bazar iqtisadiyyatının infrastruktur elementləri–banklar, birjalar,
reklam, lizinq, sığorta kampaniyaları və s. daxildir.
Hər hansı bir ölkədə sahibkarlıq fəaliyyəti üçün əlverişli və ya qeyri-əlverişli
iqtisadi mühitin formalaşması öz-özünə deyil, bir sıra amillərin tə’siri altında baş
verir. Bazar iqtisadiyyatı ölkələrinin təcrübəsi göstərir ki, sahibkarlıq üçün
əlverişli iqtisadi mühitin formalaşması amilləri kimi aşağıdakılar çıxış edir: sahib-
karlığın zəruri qanunvericilik bazasının yaradılması; sahibkarlığa dövlət tərəfindən
himayə edilməsi (yə’ni rəqabət mühitinin qorunub saxlanılması, sahibkar
statusunun, azad yaradıcılığın, fərdi və kollektiv, intellektual mülkiyyətin mühafizə
edilməsi, dövlət tərəfindən müəssisələrin qeydiyyatı ilə bağlı proseslərin son də-
rəcə sadələşdirilməsi və s.); yeni müəssisələrin işə düşməsinə, fəaliyyətdə olanların
isə genişlənməsinə imkan verən vergi, gömrük, kredit dərəcələrinin müəyyən edil-
məsi; dövlət və xüsusi bölmə tərəfindən sahibkarlığın inkişafına yönəldilən
maliyyə vəsaitlərinin durmadan artması; firmaları geniş surətdə xarici iqtisadi əla-
qələrə cəlb edə bilən tədbirlərin həyata keçirilməsi; sahibkarlıq infrastrukturunun
(innovasiya mərkəzlərinin, müxtəlif növlü birjaların, sahibkarların hazırlanması və
ixtisasartırma məktəblərinin və s.) formalaşması və onların səmərəli fəaliyyəti
üçün zəruri şəraitin təmin edilməsi və s.

§3. Sahibkarlıq fəaliyyətinin məqsədləri


və formaları

Müasir bazar iqtisadiyyatının təcrübəsi sahibkarlıq fəaliyyəti qarşısında bir


neçə məqsəd dayandığını göstərir. İqtisadiyyatın inkişaf mərhələsindən, səviyyə-
sindən və həcmindən asılı olmayaraq bu fəaliyyət qarşısında duran başlıca iqtisadi
vəzifə, strateji məqsəd, həmçinin onun əsas hərəkətverici amili mənfəət əldə edil-
məsidir. Bu da təbiidir, çünki hər bir iqtisadi subyekt öz iqtisadi fəaliyyətində hər
şeydən əvvəl öz şəxsi mənafeyindən, marağından çıxış edir. İqtisadi fəaliyyət
nəticəsində mənfəət əldə edilməsinə göstərilən cəhd, hər şeydən əvvəl, sahibkarın
özünə müəyyən rifah halının tə’min edilməsi zərurətindən doğur, lakin iş bununla
bitmir. Sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş mənfəət az və ya çox ola
bilər. Bununla belə onun həm aşağı, həm də yuxarı səviyyəsinin öz tə’yinatı, öz
rolu və əhəmiyyəti vardır. İqtisadi fəaliyyətin formasından və ya həcmindən asılı
olmayaraq mənfəətin aşağı səviyyəsi biznes üçün qoruyucu amil rolunu oynayır,
yə’ni sahibkara öz əldə edilmiş mövqeyini qoruyub saxlamağa, öz fəaliyyətinin
mövcud səviyyəsini təmin etməyə, kapitalın təkrar istehsalını həyata keçirməyə
şərait yaradır. Mənfəətin yüksək səviyyəsi isə sahibkarlıq fəaliyyəti dairəsini daha
da genişləndirməyə, kapitalını itirmədən və müflisləşmədən qorxmayaraq risk
etməyə, mürəkkəb bazar konyukturası şəraitində rəqiblər ilə müvəffəqiyyətlə
rəqabət aparmağa, biznes sahəsində daha da möhkəmlənməyə, məhsulun istehsalı
və satışı üzrə malik olduğu payını daha da artırmağa, son nəticədə isə əvvəlkindən
daha artıq səviyyədə mənfəət götürməyə xidmət edir. Bununla belə hər bir dövrdə
iqtisadi fəaliyyət qarşısında duran problemlərdən asılı olaraq ümumiyyətlə, mənfəət
əldə edib-edilməməsi və yaxud onun aşağı, yoxsa yuxarı səviyyəsinin əldə edilməsi
vəzifəsi arxa və ya ön plana çəkilə bilər. Dediklərimizi izah edək:
111
1. Məlumdur ki, sahibkarlıq fəaliyyəti qarşısında duran əsas problemlərdən
biri satışın və ya göstərilən xidmətin həcminin artırılmasıdır. Lakin bir sıra
hallarda bu vəzifənin yerinə yetirilməsi mənfəətin artırılması vəzifəsi ilə ziddiyyət
təşkil edə bilər. İş burasındadır ki, satışı artırmaq probleminin ən’ənəvi həlli yolla-
rından biri məhsulun qiymətinin aşağı salınmasıdır ki, bu da son nəticədə
mənfəətin həcmini azaldır.
2. Məhsulun keyfiyyətinin yüksəldilməsi, qablaşdırılması, xarici görünüşünün
yaxşılaşdırılması, reklam edilməsi və s. məhsulla bağlı xərcləri və deməli, onun
qiymətini də yüksəldir. Bununla belə, sahibkar həmin məhsula olan tələbi
formalaşdırmaq üçün müəyyən müddət ərzində onu lazım olandan ucuz qiymətə
sata və beləliklə də bilərəkdən öz mənfəətinin həcmini aşağı sala bilər. Bundan
əlavə, qiymətin aşağı salınması hesabına mənfəətin bir hissəsindən müvəqqəti də
olsa imtina edilməsi sahibkarlıq fəaliyyətinin rəqabət qabiliyyətinin
yüksəldilməsi, xarici bazarlarda möhkəmlənmək üçün dempinq siyasətinin həyata
keçirilməsi və s. zərurətindən də doğa bilər. Digər bir halda, müəssisə üçün yüksək
mənfəət gətirən, lakin eyni zamanda məhdud satış bazarına malik olan məhsulla,
yüksək tələblə xarakterizə edilib müəssisə üçün az mənfəətli olan məhsuldan
hansının istehsalına üstünlük verilməsi zərurəti də sahibkarlıq fəaliyyəti qarşısında
dayanan cari və ya perspektiv məqsədlərlə müəyyən edilir. Göründüyü kimi,
mənfəət əldə etmək və tez bir zamanda şəxsi sərvətini artırmaq istəyi heç də bütün
hallarda sahibkarlıq fəaliyyətinin yeganə məqsədi kimi qəbul edilmir.
Bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyətinin bir sıra formaları vardır.
Bu formalar müxtəlif me’yarlar baxımından fərqlənirlər ki, onlardan da ən əsasları
mülkiyyət və iqtisadi fəaliyyətin həcmi me’yarlarıdır. Belə ki, mülkiyyət meyarına
əsasən sahibkarlıq fəaliyyəti fərdi (xüsusi), kollektiv və dövlət sahibkarlığı, iqtisadi
fəaliyyətin həcminə görə isə - kiçik, orta və iri sahibkarlıq formalarında mövcud
olur. Fərqləndirmə me’yarından asılı olmayaraq sahibkarlığın bütün formalarının
təşkilati - iqtisadi forması kimi müəssisələr çıxış edirlər. Bu baxımdan, məsələn,
fərdi (xüsusi) sahibkarlığın təşkilati - iqtisadi forması xüsusi müəssisələr, iri sahib-
karlığınkı isə iri müəssisələrdir (bu barədə başqa bir fəsildə ətraflı mə’lumat
verilir).
Sahibkarlığın bütün formaları sıx qarşılıqlı əlaqədardırlar və bir-birilərini
tamamlayırlar. Məsələn, adətən fərdi (xüsusi) sahibkarlıq kiçik və orta sahiblik
formasında, iri sahibkarlıq isə kollektiv və ya dövlət mülkiyyəti bazasında həyata
keçirilir. Sahibkarlığın çoxsaylı formalarının qarşılıqlı fəaliyyəti son nəticədə
bazar sisteminin yüksək sosial - iqtisadi səmərəsini şərtləndirən əsas
səbəblərdəndir.

§4. Müasir dövrdə Azərbaycanda sahibkarlıq


fəaliyyətinin xüsusiyyətləri

Yeni iqtisadi sistemə, sosial yönümlü bazar iqtisadiyyatına keçidlə əlaqədar


olaraq Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən
biri də sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafı ilə bağlıdır. Bu sahədə
həyata keçirilən hüquqi, təşkilati, iqtisadi və s. tədbirlər nəticəsində bir sıra müs-
112
bət nəticələr əldə edilmişdir. Belə ki, 1998-ci ildə ÜDM-nin 55%-i özəl bölmənin
payına düşmüşdür. 1998-ci ilin əvvəlində respublikamızda dövlət qeydiyyatından
keçmiş 12 mindən çox kiçik müəssisə, 11,6 mindən çox kəndli-fermer təsərrüfatı, 1
mindən çox kooperativ, 2 minə yaxın müştərək və xarici müəssisə yaranmış və fəa-
liyyət göstərmiş, 85,7 min adam hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olmuşdur.
Bununla belə, bu gün respublikamızda sahibkarlıq fəaliyyəti qarşısında heç
bir problem olmadığını, sahibkarlıq mühitinin isə tamamilə qənaətbəxş olduğunu
iddia etmək olmaz. Hal-hazırda həm respublika əhalisinin sayı ilə münasibətdə
fəaliyyət göstərən özəl müəssisələrin kəmiyyəti (təqribən hər 150 min nəfərə 1
müəssisə), həm də burada çalışan əmək qabiliyyətli əhalinin payı (təqribən 600
min nəfər) digər ölkələrə nisbətən xeyli azdır; mövcud özəl müəssisələrin
əksəriyyəti ticarət, vasitəçilik və xidmətlə, çox az hissəsi isə (təqribən 10-15%-i)
istehsal sahibkarlığı ilə məşğul olurlar; özəl müəssisələrin əksər hissəsi Bakı
şəhərində toplanmışdır.
Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi, habelə keçmiş SSRİ-nin dağılması
uzun illərdən bəri formalaşmış iqtisadi əlaqələrin pozulması keçid dövrünün ilk il-
lərində işgüzar fəaliyyətin məhdudlaşmasına gətirib çıxarmışdır. Bununla belə bu
gün bir sıra iqtisadi subyektlərin idarəetmə və təsərrüfatçılıq funksiyalarının bir-
birindən ayrılması prosesinin başa çatmaması, əhali yığımlarının aşağı səviyyədə
olması, sahibkarlar tərəfindən investisiya yönümlü bank kreditlərinin əldə edilməsi
imkanlarının məhdudluğu, istehsal olunmuş məhsulların reallaşdırılması
qarşısında dayanan çoxsaylı problemlər respublikada sahibkarlıq fəaliyyətinin in-
kişafını xeyli ləngidir.
Qərb ölkələrinin təcrübəsi göstərir ki, özəl bölmənin, xüsusən kiçik
sahibkarlığın inkişafı dövlətin daimi himayəsi və fəal köməyi sayəsində baş verir.
Bununla yanaşı bu ölkələrdə dövlət qanunvericilik, inzibati-hüquq, büdcə, vergi,
pul-kredit sistemləri və s. vasitəsilə sahibkarlıq fəaliyyətini tənzimləyir.
Bundan fərqli olaraq, bu gün respublikamızda sahibkarlıq mühiti vergi,
gömrük, bank-kredit və digər iqtisadi sahələrdə çatışmazlıqlar, dövlət
məmurlarının özbaşınalığı və s. ilə xarakterizə olunur. Qeyd edilmiş bu problem-
lərin aradan qaldırılması sahibkarlıq fəaliyyətinin zəngin potensial imkanlarından
Azərbaycanın yüksək iqtisadi inkişafı üçün istifadə etməyə imkan verəcəkdir.

MÜHAZİRƏ MƏTNİ

MÖVZU 16. İSTEHSAL AMİLLƏRİ NƏZƏRİYYƏSİ VƏ AMİLLƏR


ÜZRƏ GƏLİRLƏRİN FORMALAŞMASI

§1. İstehsal amilləri, onların mahiyyəti və funksiyaları


§2. İstehsal amillərinin qarşılıqlı əvəz olunması imkanları və onun
səmərəliliyi
113
§3. İstehsal amilləri ilə məhsulun həcmi arasında asılılıq
§4. İstehsal amillərinin optimal nisbəti və dövriyyəsini sürətləndirmək
yolları
§5. İstehsal amilləri üzrə gəlirlərin formalaşması
§6. Əmək haqqının mahiyyəti və formaları

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

13. «İqtisadi nəzəriyyə», dərslik, T. S.Vəliyev, Ə.P.Babayev,


M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
14. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред.
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической
академии, 2000, –592 с.
15. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П.
Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского
университета, 2000,–757с.
16. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.:
Эксмо, 2006, –736 с.
17. Экономическая теория. Учебник для вузов / Под ред. А.И.
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480
с.
18. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им.
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с.
19. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.:
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с.
20. Курс общей экономической теории. Учебник / Под ред. М.Н.
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997.
21. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.
22. Портер М. Международная конкуренция. –М.: Международные
отношения, 1993.
23.Экономика переходного периода / Под ред. В.В. Радаева, А.В.
Бузгалина. –М.: Изд-во МГУ, 1995.
Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан, 1994, –736 с.
§1. İstehsal amilləri, onların mahiyyəti
və funksiyaları

Makroiqtisadi nəzəriyyənin təhlil etdiyi müəssisə və ev təsərrüfatlarının


fəaliyyəti istehsal amilləri olmadan və onların istifadəsindən müvafiq gəlirlər əldə
etmədən mümkün deyil. Bu fəsil məhz həmin problemin təhlilinə həsr edilmişdir.
İstehsal - maddi ne’mət və xidmətlərin hazırlanması prosesidir. İnsan məhsul
istehsal edərkən təbiətin obyektlərinə tə’sir göstərir, onu maddi tələbatın
ödənilməsi üçün məqsədəuyğun formaya salır. Deməli, istehsal - bilavasitə istehlak
və yaxud gələcək istehsal üçün təbiət cisimlərinin e’malıdır. İstehsalın belə
funksiyası onun hər bir sosial formasında saxlanılır və istehsal resurslarına əsaslanır.

114
İstehsal resursları - əmtəələr, xidmətlər və başqa dəyərlərin yaradılması
prosesində istifadə oluna bilən təbii, sosial və mə’nəvi qüvvələrin məcmusudur.
İstehsal resursları çox müxtəlif və rəngarəngdir. Onların iqtisadi nəzəriyyədə dörd
qrupa bölgüsü qəbul edilmişdir.
1. Təbii resurslar - istehsala tətbiq etmək üçün yararlı olan potensial təbii
qüvvələr və əşyalar. Bunlar isə «tükənən» və «tükənməyən», başqa sözlə, «bərpa
olunan» və «bərpa olunmayan» resurslar şəklində özünü göstərir.
2. Maddi resurslar - insanın yaratdığı, yə’ni istehsalın nəticəsi olan istehsal
vasitələri.
3. Əmək resursları - əmək qabiliyyətli yaşda olan əhali. Bu adətən resurs
baxımından üç parametrinə: sosial-demoqrafik, peşə-ixtisas və mədəni-təhsil
əlamətlərinə görə qiymətləndirilir.
4. Maliyyə resursları - istehsalın təşkili üçün cəmiyyətin ayıra biləcəyi pul
vəsaitləri.
Ayrı-ayrı resurs növlərinin istehsal prosesində əhəmiyyəti əvvəlki
dövrlərdən sənaye dövrünə, ondan da yüksək sənaye texnologiyasına keçilməsilə
dəyişmişdir. Belə ki, üstünlük sənayeləşmədən əvvəlki cəmiyyətdə təbii və əmək
resurslarına, sənayeləşdirmə dövründə isə maddi resurslara xas olduğu halda,
yüksək sənayeləşmə dövründə intellektual və informasiya resurslarına xasdır.
Təbii, maddi və əmək resursları istənilən istehsala məxsusdur. Ona görə
bunlar «baza» resursları, bazar mərhələsində yaranan maliyyə resursları isə
«törəmə» resurslar adlanır.
«İstehsal resursları» anlayışı ilə yanaşı iqtisadi nəzəriyyədə «istehsal
amilləri» anlayışı da işlədilir. Belə isə onların fərqi nədədir?
Resursları xarakterizə edəndə göstərdik ki, bunlar istehsala cəlb oluna bilən
təbii və sosial qüvvələrdir. Bu halda «istehsal amilləri» istehsal prosesinə artıq
real surətdə cəlb olunan resursları ifadə edən iqtisadi kateqoriyadır.
Beləliklə, «istehsal resursları» anlayışı «istehsal amilləri» anlayışından daha
genişdir. Başqa sözlə, istehsal amilləri törəmə resurslardır. Resurslardan fərqli
olaraq, istehsal amilləri yalnız qarşılıqlı fəaliyyət çərçivəsində olur. Ona görə də
istehsal həmişə onun amillərinin qarşılıqlı fəaliyyət birliyidir. Odur ki, maddi
ne’mətlərin hazırlanmasında hansı amillərin iştirak etməsi məsələsini
aydınlaşdırmaq çox vacibdir. İqtisadi nəzəriyyədə istehsal amilləri deyimində
istehsalın ilkin nəticələrinə həlledici tə’sir göstərən hər bir mühüm ünsür və ya
obyekt başa düşülür. Belə ki, müəyyən məhsulun istehsalı üçün öz amillər dəsti
vardır. Ona görə onların təsnifatına - böyük qruplarda birləşdirilməsinə tələbat
vardır.
İstehsal amillərinin öyrənilməsinə və onların ayrıca qruplarda təsnifatına
müxtəlif yanaşma mövqeləri vardır.
Marksizm nəzəriyyəsi iş qüvvəsi, əmək cisimləri və əmək vasitələri kimi
istehsal amillərini iki böyük qrupa ayırır:
1. İstehsalın şəxsi amili;
2. İstehsalın maddi amili.
İstehsalın şəxsi amilinə həmişə iş qüvvəsi, yə’ni insanın əməyə fiziki və əqli
qabiliyyətlərinin məcmusu kimi baxılır. Bütün istehsal vasitələrinin məcmusu isə
115
maddi amil kimi qəbul edilir.
Şəxsi və maddi amillər mürəkkəb qarşılıqlı fəaliyyət sistemi yaradır. Bunun
da səmərəliliyi istehsalın texnologiyası və təşkili ilə müəyyən olunur. Bununla
texnologiya istehsalın başlıca amilləri arasında qarşılıqlı fəaliyyəti ifadə edir. O
müxtəlif emal üsullarından istifadə edilməsini, əmək cisimlərinin vəziyyətinin,
forma və xüsusiyyətlərinin dəyişməsini nəzərdə tutur.
İstehsalın təşkili isə bütün istehsal amillərinin uyğunlaşdırılmış fəaliyyətini,
onların proporsional kəmiyyət nisbətini, qarşılıqlı əvəzlənməsini və s. təmin edir.
Marjinalist nəzəriyyə istehsal amillərini dörd qrupa ayırır: torpaq, əmək,
kapital, sahibkarlıq fəaliyyəti.
Torpağa təbii amil kimi baxılır. O, insan fəaliyyətinin nəticəsi deyildir. Bu
istehsal amilinə, istehsal prosesinə cəlb edilmiş təbii sərvətlər, mə’dən yataqları da
aiddir. Bu kateqoriyaya əkin yerləri, meşələr, sular və s. daxil edilir.
Torpaq istehsal amili kimi üçlü mə’na kəsb edir: geniş mənada o, istehsal
prosesində istifadə olunan bütün təbii resursları təmsil edir. Belə ki, bir sıra
sahələrdə, məsələn, aqrar, mə’dən sənayesində, balıq istehsalında «torpaq» təsər-
rüfatçılıq obyektidir. O, eyni zamanda həm «əmək cismi», həm də «əmək
vasitəsi» kimi özünü göstərir.
İqtisadiyyatın bütün sahələrində «torpaq» mülkiyyət obyekti kimi çıxış edir;
bütün həyat, o cümlədən maddi ne’mətlər istehsalı onun üzərində qurulur.
Kapital istehsal amili kimi əmtəə və xidmətlər istehsalında istifadə edilən
ne’mətlər məcmusu şəklində olur. Bu - alət, maşın, dəzgah, avadanlıq, anbar
binaları, nəqliyyat kommunikasiyaları, rabitə vasitələri və sairdir. Elmi-texniki
tərəqqi nəticəsində onların texniki vəziyyəti daim təkmilləşdirilir. Bu isə istehsal
prosesinin ümumi nəticəsinə və onun əlverişli faydalılığına, istehsal prosesində
əmək vasitələri şəklində olan kapital vasitəsilə əmək cisimlərinə həlledici tə’sir
göstərir. Onlar istehlak dəyərlərinə çevrilir. Kapital haqqında müxtəlif
mülahizələr vardır.
Kapital istehsal vasitələridir. Belə şərhin tarixi banisi siyasi iqtisadın
klassikləri A.Smit və D.Rikardo olmuşlar. A.Smitə görə kapital toplanmış və
maddiləşmiş əməkdir; D.Rikardoya görə isə istehsal vasitələridir. Fransa
fiziokratlarının fikrincə kapital - torpaqdır.
XX əsrin görkəmli iqtisadçıları U.Baumol və A.Blinder yazmışdır: «Kapital -
firma, fərd və yaxud bəzi başqa təşkilatların sahib olduğu müəssisə ehtiyatları,
avadanlıqlar və digər istehsal resurslarıdır».
P.Samuelson və U.Nordhauzun fikrincə «kapital - yeni əmtəələrin istehsalı
üçün iqtisadiyyatın yaratdığı uzun müddət istifadə olunan ne’mətlərdən ibarətdir.
Bu ne’mətlərə müasir iqtisadiyyatın mənzərəsini təşkil edən dəzgahlar, bahalı
kompüterlər, böyük çəkiclər, yük maşınları, prokat dəzgahlar, binalar və s.
daxildir».
D.Beqq, S.Fişer və R.Dornbuşa görə «fiziki kapital - başqa nemət və
xidmətlər istehsalına sərf olunan ne’mətlər ehtiyatıdır...».
C.Robinsonun nöqteyi-nəzərincə «indiki zamanda mövcud olan kapital
nemətlər həmin məqamdakı bütün nemətlərdir». Lakin onun fikrincə bütün
mövcud olanları kapitala aid etmək olmaz. Məsələn, zibil topası, Kazbek və Elbrus
116
kapital deyildir. Ne’mətlərin xarakterini müəyyən edən fərqləndirici cəhət onların
dəyərinin olmasıdır.
Əmək ne’mətlərin hazırlanmasına və xidmətlər göstərilməsinə yönəldilən
əqli və fiziki fəaliyyətdir. Bu amil cəmiyyətdə adamların bilavasitə istehsal
prosesində çalışan hissəsidir. Bu hissə bə’zən «İqtisadi-fəal-əhali» termini
şəklində işlədilir ki, bu da yalnız istehsalla məşğul olan əmək qabiliyyətliləri əhatə
edir. Onların fəaliyyəti nəticəsində həm iş qüvvəsinin, həm də kapitalın istehlakı
prosesi baş verir; məqsədə - istehsalın nəticələrinə nail olunur. Burada insan
kapital öz funksiyasını göstərir. Cəmiyyətdə təhsil, peşə tə’limi, istehsal vərdişi,
bacarıq, təcrübə və sağlamlıq ilə şərtlənən şəxsi qabiliyyətlərin məcmusu insan
kapitalı əmələ gətirir. İnsanın əməyi nə qədər ixtisaslıdırsa, onun kapitalı və ona
müvafiq olaraq əldə etdiyi gəlir də, yə’ni əmək haqqı bir o qədər yüksək olur.
İndiki vaxtda insan kapitala investisiya qoyuluşu çox faydalıdır və nəinki öz
xərcini çıxarır, həm də yüksək səmərə verir.
Sahibkarlıq fəaliyyəti də istehsal amilləri sırasına daxildir. Qərb ənənəsində
sahibkarlıq nüfuzu o qədər yüksəkdir ki, onun fəaliyyətinə müstəsna amil kimi
baxılır. Bütün dünyada getdikcə daha böyük əhəmiyyət kəsb edən sahibkarlıq
fəaliyyəti istehsalın təşkilində xüsusi qabiliyyət, bazar konyukturasında düzgün
istiqamət bacarığı, fərasət və ağıllı risk tələb edir. Sahibkarın başlıca sosial funksi-
yası gəlirli istehsalın təşkilinə nail olmaqdır. Bunun üçün sahibkarın özü kimi heç
kim səmərəli axtarışlar aparmaq marağında ola bilməz.
Sahibkarlıq qabiliyyəti insan kapitalının xüsusi növüdür. Bu özünü ne’mət
və xidmətlər yaratmaq məqsədilə bütün yerdə qalan istehsal amillərinin
əlaqələndirilməsi və kombinələşdirilməsi sahəsindəki fəaliyyətdə göstərir. Bu insan
resursunun fərqli spesifikası istehsal prosesində kommersiya əsasında yeni məhsul
növləri istehsalını, texnologiyanı, müəyyən risk dərəcəsində biznesin təşkili
formalarını tətbiq etmək və zərərçəkmə imkanlarını anlamaq bacarığı və istə-
yindən ibarətdir. Sahibkarlıq fəaliyyəti öz miqyasına və nəticəsinə görə yüksək
ixtisaslı əmək məsrəflərinə bərabər tutulur.

§2. İstehsal amillərinin qarşılıqlı


əvəz olunması imkanları və onun səmərəliliyi

Qeyd etmək lazımdır ki, amillər qarşılıqlı əvəz olunma mahiyyətinə malikdir.
Bu isə məhsulun müxtəlif istehlak xüsusiyyətlərinə səbəb olur. Nəticədə müxtəlif
əlaqələndirilən müxtəlif amillərin və onların müxtəlif nisbətdə istifadəsi şəraitində
istənilən məhsul və ya xidmətin istehsalı mümkündür. Belə qarşılıqlı əvəz olunma və
proporsional kəmiyyət dəyişikliyi müasir istehsal üçün xüsusilə tipikdir. Bu hal
kimyəvi məhsulların hazırlanmasından başlamış yaşayış binalarının sənaye
tikintisinədək xarakterik haldır.
Amillərin qarşılıqlı əvəzlənməsi yalnız tələbatın spesifikliyi və mə’mulatın
konstruksiya xüsusiyyətləri ilə deyil, həm də başlıca olaraq bir tərəfdən resursların
məhdudluğu və digər tərəfdən onlardan səmərəli istifadə edilməsi zərurətindən
irəli gəlir. Bu məqsədlə sahibkar elə istehsal texnologiyası seçir ki, onunla qıt və
ya nisbətən baha istehsal amillərindən az miqdarda istifadə olunur. Məhz bu
117
şəraitdə cəmiyyət boş torpaqların məhdudluğu üzündən yüksək binalar tikməyə,
yarımkeçiricilər, əvəzləyicilər, yanacağa qənaət edən müxtəlif maşın modelləri və
s. hazırlamağa məcburdur.
Beləliklə, sahibkarlıq zəruri istehsal xərclərinin azaldılması tələbinə
əsaslanan, istehsal amillərindən müxtəlif kombinasiyada istifadə edilməsini
nəzərdə tutur. Bu, bazar qiymətlərini və son məhsulun hazırlanmasına çəkilən
məsrəfləri müqayisə etməklə hesablanır.
Təsnifatından asılı olmayaraq bütün amillər son nəticə e’tibarilə məhsul
hazırlanması üçün istifadə olunur. Fərz edək ki, ən sadə istehsalda bir məhsulun
hazırlanması üçün bir amildən istifadə edilir.
Bu halda: M = S (A) olacaqdır.
Burada M - məhsul, S - istehsal funksiyası, A isə amildir.
Belə halda məhsul bir istehsal amililə zahir olur. Real həqiqətdə isə istehsal
prosesi daha mürəkkəb keçir, onun yekunu, yə’ni məhsul, bir çox amillərdən
istifadənin nəticəsidir. İstehsal amillərindən istifadə edilməsində müxtəlif
vəziyyətlərə də rast gəlinir ki, onları dörd yerə ayırmaq olar. Belə ki, 1-ci
vəziyyətdə amillərdən istifadə olunmur; 2-ci vəziyyətdə onların imkanlarının
yarısından istifadə olunur; 3-cü vəziyyətdə amillərdən optimal miqdarda məhsul
istehsalı üçün istifadə olunur; 4-cü vəziyyətdə onlardan daha çox miqdarda məhsul
hazırlanması üçün istifadə edilir. Əgər istehsal amillərindən istifadə olunmursa,
onda heç bir istehlak dəyərinin yaradılmasından söhbət gedə bilməz. Bu halda
həmin amillərdən istifadəsizlik üzündən həm onların istehsalına çəkilən xərclər
çıxmır, həm də cəmiyyət bundan zərər çəkir. Məsələn, ölkədə torpaq sahələri əkilib-
becərilmirsə, bir tərəfdən məhsul əldə edilmir, digər tərəfdən həmin amil
şorlaşmaya uğrayır, dövriyyədən çıxır. Dediklərimizi başqa istehsal amillərinə də
aid etmək olar.
İstehsal amillərindən natamam istifadə edildikdə onların dəyəri istifadə
olunma səviyyəsində reallaşır. Belə şəraitdə nəinki amillərin səmərəli əvəz
olunmasına nail olmaq, həmçinin məhsul vahidinə çəkilən xərcləri azaltmaq
imkanı aradan qalxır.
Maddi ne’mətlər istehsalında istehsal amillərindən optimal miqdarda istifadə
olunduqda onların səmərəli əvəzlənməsi imkanları yaranır. Bu zaman bazarın
konyukturasına uyğun əmtəələr istehsalında ona nail olunur ki, həm məhsul vahidi
ucuz başa gəlir, həm də onun keyfiyyət parametrləri yüksək olur. Belə vəziyyətdə
əvəzlənmənin səmərəliliyi özünü göstərir. Bu hal müvəqqəti deyil, daimi proses-
dir. Belə ki, elmi-texniki tərəqqi nailiyyətlərinin istehsala tətbiqinin
sürətləndirilməsi istehsal amillərinin daha səmərəli əvəzlənməsi prosesini
gücəndirir.
Elə ki, istehsal amillərindən həddindən çox miqdarda istifadə etmək lüzumu
meydana çıxır, onda həm onların daha optimal miqdarda sərfinə nail olmaq, həm
də amillərin səmərəli əvəzlənməsini gücləndirmək zərurəti yaranır. Həmin zərurət
reallaşanda əvəzlənən amillərə çəkilən xərclər yüksək səmərə verir, istehsalın
miqyası getdikcə genişlənməyə başlayır. Bu, bazarda əmtəələrə tələbin artmasın-
dan irəli gəlir. Lakin tələb və təklif arasında nisbət təklifin xeyrinə dəyişəndə də
amillərin əvəzlənməsi işi öz əhəmiyyətini saxlayır, çünki amillərin əvəzlənməsi
118
istehsal xərclərini aşağı salmağın və bazarda rəqabətə tab gətirməyin yollarından
biridir. Tələb və təklifi nəzərə almadan daha çox miqdarda məhsul istehsalına
cəhd göstərilsə, satış çətinlikləri üzündən istehsalın müvazinəti pozulur və istehsal
amili ehtiyatının: xammal, avadanlıq, alət və s. gah qıt olması, gah da ona əlavə
tələbat yaranması ilə xarakterizə olunur.

§3. İstehsal amilləri ilə məhsulun


həcmi arasında asılılıq

Real həyatda istifadə edilən texnologiya həddində sahibkar istehsal


amillərinin elə ən yaxşı əlaqələndirilməsinə çalışır ki, daha çox məhsul çıxımına
nail olunsun. İstehsal amillərinin istənilən dəsti və həmin amillər dəstilə istehsal
edilən maksimum məhsulun həcmi arasındakı nisbət istehsal funksiyasını xarakterizə
edir. İstehsal funksiyası resurs məsrəfləri və məhsul buraxılışı arasındakı texnoloji
asılılığı göstərir. O, həmişə müəyyən texnoloji struktur üçün qurulur. Amillərin
istənilən kombinasiyasında maksimum məhsul buraxılışı həcminə nail olunmasını
təmin edən texnologiyanın yaxşılaşdırılması həmişə yeni istehsal funksiyasında öz
ifadəsini tapır. İstehsal funksiyasından, istənilən məhsulun müəyyən həcmdə
istehsalına lazım olan məsrəflərin maksimum kəmiyyətini müəyyən etmək üçün
istifadə oluna bilər.
Əgər bütün istehsal amilləri və resursları dəstini əmək, material və kapital
məsrəfləri kimi göstərsək, istehsal funksiyasını aşağıdakı şəkildə təsəvvür etmək
olar:

M = f (L, K, V).

Burada M - müəyyən texnologiyada əməyin, (L) - kapitalın və materialların,


(K) - müəyyən nisbətində istehsal edilən məhsulun maksimum həcmi, (V) -
kapitalın cari dəyəri, f isə istehsal funksiyasıdır.
İstehsal funksiyası istehsalın fiziki həcminin yalnız ayrıca firmada istehsal
amilləri nisbətinə görə istifadə olunmasını deyil, həm də cəmiyyətin miqyasında
həmin kəmiyyətlər arasındakı proporsiyanı xarakterizə edir.
İstehsal funksiyasının yeniləşməsi izokvantdır. İzokvant - istehsal
amillərinin bütün variantlarına uyğun gələn, onların istifadəsilə məhsul
buraxılışının eyni həcmdə tə’min olunmasını göstərən əyri, həndəsi nöqtə yeridir.
Həmin nöqtə yerində istehsal amilləri ilə onun nəticələri arasındakı asılılıq ifadə
olunur; göstərilir ki, müəssisə fəaliyyətinin təhlil spesifikası istehsal funksiyasının
reallaşdığı vaxt dövründən asılıdır. Həmin vaxt dövrü isə qısa və uzunmüddətli
olur. Qısamüddətli dövrdə istehsal amilləri cəlb edilmiş halda olur və
uzunmüddətli dövr bütün istehsal amillərində dəyişiklik edilməsi vaxtıdır.
Amerika iqtisadçıları Duqlas və Solou əsrimizin 20-ci illərində yüz il ərzində
taxıl istehsalının statistika tədqiqi əsasında əmək və kapital kimi istehsal
amillərinin məhsul buraxılışının ümumi artımında payını müəyyən etmişlər.
Onlar aşkar etmişlər ki, əmək məsrəflərinin 1 faiz artırılması buraxılan məhsul
artımının 3/4 hissəsini təmin edir; kapital məsrəfinin 1 faiz artırılması isə məhsul
119
artımı buraxılışının 1/4-ni əldə etməyə imkan verir.
Bu nəticələr bütün cəmiyyətə aid olduğuna görə göstərilən indekslər (3/4 və
1/4) aqreqat adlanır; məhsul buraxılışı və istehsal amilləri arasındakı asılılıq isə
Duqlas və Solou istehsal aqreqat funksiyası adı altında həyata daxil olmuşdur.
Beləliklə, Duqlas və Solou nəticələri əsasında faydalılıq nəzəriyyəsi iqtisadi üsul
adı ilə təklif olunmuşdur. Bu təklifə görə «insan kapitala vəsait qoyuluşu», əmək
istehsal vasitələrinin, yə’ni kapitalın artımına nisbətən istehsalın yüksəlməsinə
daha böyük fayda verir.
Ona görə də iqtisad elmi, hər şeydən əvvəl, əmək kimi istehsal amilinin
faydasını daha da yüksəltməyin yeni yollarını axtarır. Burada insan münasibətləri
nəzəriyyəsi, sosial partnyorluq və i.a. müstəsna əhəmiyyət kəsb edir ki, bunlar da
işçinin istehsalın nəticələrində daha çox marağını təmin edən şərtlərdir. İşçinin
marağı isə elə güclü amildir ki, onu səma cisimləri arasındakı cazibə
qüvvəsinə bənzətmək olar.
Deyilənlər istehsalın yalnız əməkdən yaxşı istifadə olunması hesabına
artırılması demək deyil. Söhbət başqa şeydən gedir. Duqlas və Solou göstərmişlər
ki, indi əmək istehsalın ən mühüm amilidir; çünki o daha çox məhsul buraxılışı
təmin edir.
Müxtəlif istehsal növləri üçün istehsalın funksiyaları müxtəlif olsa da,
onların hamısına ümumi xüsusiyyət xasdır.

§4. İstehsal amillərinin optimal nisbəti


və dövriyyəsini sür’ətləndirmək yolları

Təbiətdə olduğu kimi cəmiyyətin iqtisadi həyatı da müəyyən nisbətliyə


əsaslanır. Məsələn, təkrar istehsalın ümumi iqtisadi, sahələrarası, sahədaxili,
istehsaldaxili və ərazi kimi nisbətləri vardır. Bu nisbətlər şübhəsiz istehsal
amilləri nisbətilə əlaqədardır. Doğrudur, maddi ne’mətlərin istehsalı prosesində
həmin amillər dəsti müəyyən nisbətdə olur. Əsl məsələ onların optimal nisbətini
tə’min etməkdir. Bunu resurslardan, xüsusilə tükənən resurslardan daha səmərəli
istifadə etmək, istehsal amillərinin düzgün əlaqələndirilməsi və xeyirli əvəzlənməsi
mənafeyi, getdikcə güclənən rəqabət mübarizəsi şəraitində bazarda üstün mövqe
tutmaq cəhdi tələb edir. Ona görə də müəssisə və ya firma sahibi çalışır ki, is-
tifadə olunan istehsal amilləri dəstində hər bir amilin daha çox gəlir gətirməsi
üçün onların optimal nisbətdə sərfinə nail olunsun. Belə ki, müəyyən müəssisədə
mövcud istehsal vasitələrini hərəkətə gətirmək üçün lazım olduğu miqdarda işçi
qüvvəsi cəlb edilərsə, istehsalın həm maddi, həm də canlı amillərinin imkanları
tam reallaşar. Eləcə də əksinə, işçi qüvvəsi tələb olunduğundan çox olarsa, onda
adamların qabiliyyətindən natamam istifadə edilər; onların yaradıcı imkanlarının
bir qismi müəyyən miqdarda istehlak dəyərlərində maddiləşməz. Nəticədə,
xərclərin quruluşunda canlı əmək məsrəflərinin xüsusi çəkisi artar, məhsul vahidi
isə baha başa gələr.
İnkişaf etmiş sivil ölkələrdə səmərəli təsərrüfatçılığa nail olmaq üçün istehsal
amillərinin optimal nisbətini tə’min etmək problemi sahibkarlıq fəaliyyətinin diqqət
mərkəzində durur. Bu problem cəmiyyətin iqtisadi həyatında getdikcə daha mühüm
120
əhəmiyyət kəsb edir. Belə ki, istehsal amillərinin optimal nisbətdə sərfi nəticəsində
onların imkanları daha çox və yüksək keyfiyyətli istehlak dəyərlərinə çevrilir,
istehsalın səmərəliliyi yüksəlir.
Bu problemin həllinə nail olunması respublikanın iqtisadiyyatını yüksəltmək
baxımından çox vacibdir. Ölkəmiz hər cür istehsal resursları ilə çox zəngindir.
Ölkəmizin mənafeyi və xalqın rifahının yüksəldilməsi onlardan səmərəli və optimal
nisbətdə istifadə olunmasını təkidlə tələb edir.
İstehsal prosesinin fasiləsizliyi, əslində istehsal amilləri sərfinin fasiləsizliyi
deməkdir. Bu fasiləsizlik daimi və vaxtaşırı bir prosesdir. Məhz burada istehsal
amillərinin dövriyyəsi özünü büruzə verir. Bu baxımdan K.Marksın kapitalın
dövriyyəsinə verdiyi tə’rifi istehsal amillərinə də aid etmək olar: «Ayrıca bir
əməliyyat kimi deyil, vaxtaşırı proses kimi müəyyən olunan kapital dövranına
kapitalın dövriyyəsi deyilir». Kapital digər istehsal amillərindən ayrı-ayrılıqda
dövr edə bilməz. Onda başqa istehsal amilləri də kapital ilə birlikdə dövr edir.
Maddi nemətlər istehsalında istehsal amilləri bu və ya digər dərəcədə
istehlak olunur. Belə ki, torpağın qida maddələri, əmək cisimləri və əmək bir
istehlak tsiklində istehlak olunur, öz dəyərini yeni məhsulda maddiləşdirir; əmək
vasitələri şəklində olan kapital isə öz dəyərini yaradılan məhsula hissə-hissə
keçirir. Bu proses daimi surətdə təkrarlanır və amillərin dövriyyəsini göstərir.
Müəssisə və ya firma sahibi istehsal amillərinin dövriyyəsini sür-
ətləndirməkdə bilavasitə maraqlıdır, çünki istehsal amilləri nə qədər çox dövr
etsə, bir o qədər çox gəlir - mənfəət gətirər. Amillərin hərəkəti müəyyən vaxt
ərzində baş verir. Onların dövriyyəsi vaxtı amillərin istehsal və tədavül
mərhələlərindən keçdiyi vaxtın cəmindən ibarətdir. Bu baxımdan dövriyyə
vaxtının qısaldılmasına istehsal və tədavül vaxtı mühüm təsir göstərir. İstehsal
vaxtının mühüm tərkib hissəsi iş dövrüdür. İş dövrü nə qədər qısadırsa, amillərin
dövriyyəsi də bir o qədər sür’ətlidir. Bunun üçün əmək məhsuldarlığı və
intensivliyini yüksəltmək, çoxnövbəli iş günü, müxtəlif növ texniki
təkmilləşdirmələr və s. tətbiq etmək yolu ilə iş dövrü qısaldılır.

§5. İstehsal amilləri üzrə gəlirlərin formalaşması

İqtisad elmində yüz illər ərzində əmtəə dəyərinin yaradılmasında hər bir
amilin rolu barədə mübahisələr getmişdir. Klassik siyasi iqtisad bu prosesdə
əməyin birinciliyini qəbul etdiyi halda, marksist ənənəsi, dəyəri yalnız əməyin
mücərrəd ifadəsində nəticəsi kimi şərh etmişdir. İndi də mübahisə davam etsə də,
iqtisadçılar təcrübədə «üç amil nəzəriyyəsi» adlanan konsepsiyaya istinad edirlər.
İstehsalın hər bir amili öz sahibinə gəlir gətirməyə qabildir. Belə ki,
«kapital» «mənfəət», «əmək» «əmək haqqı», «torpaq» isə «renta» gətirir.
Ð å ñó ð ñëà ð À ì èëëÿ ð Ý ÿ ëèð ëÿ ð
«Ò ÿ á è è» «ò î ð ï à ã » «ð å í ò à»
«Ì à ä ä è» «ê à ï è ò à ë» « ì ÿ í ô ÿ ÿ ò»
«Ì à ë è é é ÿ»
«ß ì ÿ ê» «ÿ ì ÿ ê» «ÿ ì ÿ ê ù à ã ã û»

121
Bütün amillərin gəlirliliyi o deməkdir ki, onların sahiblərinin hamısı sərbəst
və bərabərhüquqlu müttəfiqdir. Hətta burada iqtisadi ədalət haqqında söhbət gedə
bilər ki, istehsalın hər bir iştirakçısının gəliri məcmu gəlirin yaradılmasında iştirak
edən ona məxsus amillərin töhfəsinə mütabiqdir.
Biz deyəndə ki, istehsal onun üç amilinin qarşılıqlı fəaliyyətidir, onda
istehsalın texnoloji xarakterini veririk. Lakin nə qədər ki, hər bir amil öz sahibini
təmsil edir, onda istehsal ictimai xarakter alır, sosial proses olur. İstehsal, onun
amillərinin sahibləri arasında istehsal münasibətlərinin nəticəsinə çevrilir. Belə
olan halda isə mülkiyyətçi rolunda həm fərdlər, həm onların qrupları, həm də
sosial təsisatlar çıxış edə bilər; onda istehsal müxtəlif iqtisadi subyektlərin
qarşılıqlı münasibətlərini təmsil edir, yəni fərdi, kollektiv, dövlət kimi müxtəlif
mülkiyyət formalarının qarşılıqlı fəaliyyəti özünü büruzə verir.
Artıq deyildiyi kimi istehsal amilləri mülkiyyətçilərinin hamısının istehsalda
bilavasitə iştirakı zəruri deyildir. Lakin bu, yalnız «torpaq» və «kapital» kimi
özgəninkiləşdirilmiş istehsal amilləri mülkiyyətçilərinin imtiyazıdır. Əmək
qabiliyyətini isə özgəsinə vermək mümkün deyil. Ona görə yalnız «əmək» amilini
təmsil edən kəs istehsal prosesində həmişə, bilavasitə iştirak etməlidir. Beləliklə,
onun «muzdlu işçi» statusu obyektivdir; həm də bu, başqa istehsal amillərinin
mülkiyyətçisi olmaqda ona mane olmur. Belə ki, muzdlu işçi də səhm, daşınmaz
əmlak və s. əldə edə bilər.
Konkret iqtisadi şəraitdə hər bir amilin gəlirlilik ölçüsü iqtisadi
nəzəriyyənin mərkəzi problemlərindən biridir. Bütün sonrakı mühazirələr
faktiki olaraq buna həsr edilmişdir. Axı, iqtisad elmi istehsal amillərinin gəlirliliyi
haqqında elmdir. Lakin indiki halda bizi «əmək», «torpaq» və «kapital»ın qarşılıqlı
fəaliyyət sistemi kimi istehsal prosesi maraqlandırır.
İstehsal amillərinin sahibi üçün gəlir olan şey həmin amilləri alan üçün
xərcdir. Belə ki, iş qüvvəsinin sahibi üçün əmək haqqı gəlir, müəssisə üçün isə bu,
istehsal xərcidir.
İqtisadi nəzəriyyədə gəlirin iki fərqli növündən bəhs edilir. Birincici, xücuci
təcərrüfat anlayışı kimi, yə’ni mikrocəviyyədə gəlir. Buraya muzdlu işdən,
cahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gəlirlər aiddir; ikincici, xalq təcərrüfat
anlayışı kimi, yəni makroiqticadi cəviyyədə gəlir.
Burada ictehcal amillərindən ictifadə olunmacı əcacında, funkcional bölgü
nəticəcində əldə edilən gəlirləri təhlil etmək lazımdır. Funkcional bölgüdən
gəlirlərin fərdi bölgücü fərqləndirilir ki, bu da cəmiyyətin məcmu gəlirinin ayrı-
ayrı şəxclər, ailələr, ev təcərrüfatları və i.a. arasında bölgüsünü göstərir. Bu bölgü
makroiqtisadiyyat haqqında bölmədə nəzərdən keçirilir. Makrosəviyyədə gəlir
haqqında ən ümumi təsəvvürü aşağıdakı tərifdən görə bilərik:
Gəlir - müəyyən vaxt ərzində təsərrüfat fəaliyyəti nəticəsində əldə edilən
pul vəsaitidir. Bu, müəssisə (firma), fiziki şəxs və ya bütün cəmiyyətin işinin pul
ifadəsində, yə’ni manat, dollar, marka və s. ilə yekunudur.
Gəlirlərin təsnifatı müxtəlif meyarlar üzrə aparılır. Əgər gəlirləri
mənimsəmə subyektindən asılı olaraq fərqləndirsək, bu halda gəlirlər aşağıdakı
kimi bölünür:
- əhali gəlirləri;
122
- müəssisənin (firmanın) gəlirləri;
- dövlətin gəlirləri;
- cəmiyyətin gəlirləri.
Həmin gəlirlərin məcmusu cəmiyyətin maksimum tələbini müəyyən edir.
Əldə olunan və real sərəncamda olan gəlirin kəmiyyətindən asılı olaraq əhalinin
gəlirləri bir neçə yerə bölünür:
- nominal gəlir - bu, əldə olunan pulun ümumi məbləğidir;
- sərəncamda olan və ya xalis gəlir - bu, vergilər çıxılandan sonra qalan
qalıqdır;
- real gəlir - yəni qiymətlərin dəyişilməsinə edilən düzəlişlə xalis gəlir.
Müəssisə və ya firma gəlirlərinin təhlilində belə anlayışlardan istifadə edilir:
- ümumi gəlir - bu, bütün məhsulun reallaşmasından əldə edilən məbləğə
bərabərdir.
- orta gəlir - satılmış məhsul vahidinə hesablanmış məbləğ.
- son gəlir - bu, əlavə məhsul vahidinin satışından əldə olunan ümumi gəlirin
artmasını göstərir. O, ümumi gəlir artımının məhsulun kəmiyyət artımına nisbəti
kimi hesablanır.

Ümumi gəlir artımı


Son gəlir = ⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯
Məhsul artımı

Ümumi və son gəlirlərin fərqləndirilməsi gəlirlərin azalması qanununun


fəaliyyəti ilə əlaqədar mühüm əhəmiyyət kəsb edir.
Gəlirlərin azalması qanununun mahiyyəti ondan ibarətdir ki, başqa
istehsal amillərinin kəmiyyəti dəyişmədən, əlavə sərf edilən hər bir amil
məsrəfi getdikcə az həcmdə əlavə məhsul, yəni az ümumi gəlir verir.
Başqa nəticə bütün istehsal amillərini eyni və eyni vaxtda artırmaqla əldə
oluna bilər. Bu halda müəssisənin məhsul buraxılışı və ümumi gəliri istehsal
amillərinin artmasına nisbətən o qədər və ya daha çox artır. Belə vəziyyət istehsal
miqyasının artması əsasında gəlirlilik artımı adlanır. Bu fenomen
aşağıdakılarla şərtlənir:
- birincisi, iri istehsal miqyasında əmək əməliyyatlarının ixtisaslaşması əmək
məhsuldarlığını və onun artması hesabına müəssisənin gəlirlərini yüksəldir;
- ikincisi, idarəetmə funksiyalarının ixtisaslaşması da həmin nəticəni verir;
- üçüncüsü, baha qiymətli və güclü kompüterlərin, robottexnika kompleksinin
səmərəli tətbiqi.
Firmanın ümumi gəlirinin dinamikası göstərir ki, müəyyən vəziyyət həddinə
qədər əmtəə istehsalı ümumi gəliri artırır. Həmin həddən sonra onun səmərəsi
aşağı düşür. Deməli, istehsalın miqyası maksimal həddinə doğru hərəkət etdikcə
onun amillərinin gətirdiyi gəlir artmağa başladığı halda, sonra tədricən azalmağa
meyl edir. Həmin həddən sonrakı son gəlir də sıfra çatır.
Bazarın əmtəə kütləsilə dolduğu şəraitdə son gəlir adətən qiymətdən az olur.
Bu onunla əlaqədardır ki, əmtəə təklifinin artması bazar qiymətlərinin azalmasına
səbəb olur.
123
Ümumi istehsal xərclərinin və ümumi gəlirin müqayisəsi göstərir ki, firma
mənfəət əldə etdiyi halda, məhsul istehsal etməyin mə’nası vardır. Yə’ni firmanı
məhsul satışından gələn pul gəliri ilə istehsal xərcləri arasındakı fərq
maraqlandırır. Ona görə firma həmişə çalışır ki, «maksimum» gəliri və minimum
itkini təmin edə biləcək miqdarda məhsul istehsal etsin. Ümumi gəlirin, xərclərin
və istehsal edilən məhsulun kəmiyyəti arasında qarşılıqlı asılılıq vardır. Belə ki,
istehsalın aşağı həddi daxilində ümumi xərclər ümumi gəlirdən çox olur və firma
zərər çəkir; lakin həmin həddən yuxarı qalxdıqda firmanın gəliri olur, burada o
maksimum mənfəəti optimal bir həddə çatanda əldə edir. Sahibkar öz firmasında
istehsal amillərinin gəlirlilik səviyyəsini müəyyən etməkdə maraqlıdır. Onun
məqsədi mənfəət normasında ifadə olunur. Mənfəət norması isə mənfəətin
istehsal xərclərinə nisbəti şəklində göstərilir.
Mənfəət əmtəə istehsalı və bazar iqtisadiyyatının həm son məqsədi, həm də
hərəkətverici əsasıdır. Bu, istənilən müəssisə və firmanın səmərəli fəaliyyətinin
başlıca stimulu və əsas göstəricisidir. Yüksək mənfəət kapitalı bir sahədən başqa
sahəyə axmağa sövq edir. Müasir şəraitdə isə təsərrüfat həyatının beynəlmiləlləş-
məsi prosesində yüksək məhsuldar istehsal üçün milli hədlər dar olanda kapital,
onun ardınca iş qüvvəsi də sərbəst olaraq bir ölkədən başqa ölkəyə axır. Bu halda
gəlirlər və mənfəət problemi daha aktual olur; lakin yalnız praktiklərin deyil,
nəzəriyyəçilərin də diqqətini özünə cəlb edir. Odur ki, mənfəətin təbiəti, onun
mənbəyi və yaranma mexanizmi açılmayan əsas məsələ olaraq qalır.
Mə’lumdur ki, kapital amilin gətirdiyi gəlir faizdir. Müasir iqtisadi
nəzəriyyədə faizə çox vaxt sənayeçinin və ya borc kapitalı sahibinin sahibkar gəliri
şəklində nə əldə etdiyindən asılı olmayaraq kapitalın qiyməti kimi baxılır. Yə’ni faiz
özlüyündə mənfəətlə yanaşı gəlirin növlərindən birini təmsil edir. Beləliklə, qeyd
edə bilərik ki, faiz, kapital sahibinin il ərzində əldə etdiyi gəlirin bir qismidir. Əgər
bu, faizlə ifadə olunursa, onda belə gəlir faiz dərəcəsi adlanır. Məsələn, banka 10
min dollar qoyulsa, onun gətirdiyi gəlir və ya faiz 1500 dollar təşkil etsə, faiz
dərəcəsi 15 faizə bərabər olacaqdır.
Uzun vaxt dövrü üçün müəyyən edilən orta faiz dərəcəsi hər gün yaranan və
tez-tez tərəddüd edən bazar faiz dərəcəsindən fərqlənir. Faiz kəmiyyətinə və
onun tərəddüd etməsinə bir sıra əsas amillər təsir göstərir. Onlardan ən
mühümləri bunlardır:
- kapitalın kəmiyyəti;
- kapitalın məhsuldarlığı;
- kapitala tələb və təklif arasındakı nisbət.
Son vaxtlar «vaxtında üstünlük», «gözləmə» və «özünü saxlamaq üçün
mükafatlandırma» haqqında danışılır. Əgər cəmiyyət investisiya şəklində
yığdığından çox sərf etməyə çalışsa, bu gələcəyə pis təsir edər və istehsalın
səviyyəsini azaldar. Eləcə də əksinə, əgər cəmiyyət bu gün artıq istehlakdan hər
hansı şəkildə imtina etməsə, onda bu, onun istehlakını bugünkü əmanətlər hesabına
xeyli artırar.
İndi tələb və təklif nəzəriyyəsi əsasında faizin müəyyən edilməsi metodikasını
nəzərdən keçirək. Bu ideyanın özü heç də sadə deyildir. Əgər sərbəst kapital
çoxdursa və kapitala tələb böyükdürsə, təklif də azalırsa, onda faizin səviyyəsi
124
yüksələcəkdir. Bu halda tərəddüdlərin həddini necə müəyyən etməli?
Mənfəət və faiz dərəcəsi arasındakı müvazinətin şərti rəqabətdir. Fərz edək ki,
investisiya üçün faiz, yığım üçün faizdən çoxdur. Onda borc kapital tələb olunur;
belə ki, özünün kapitalı çatışmır. Firma kredit götürür, bunun üçün bazar faiz
dərəcəsi ödəməli olur, nəticədə faizə tələbin yüksəlməsi başlayır. Bu, investisiya
üçün gəlirləri azaldır; son nəticədə isə kapital üçün gəlir və bazar faiz dərəcəsi
arasında müvazinət yaranır. Bu o səbəbdən baş verir ki, faiz dərəcəsinin cəhd
etdiyi maksimum hədd, orta bazar mənfəətinin həddidir. Ciddi desək, onların
arasındakı mütləq bərabərlik rəqabətin yoxluğu deməkdir, çünki belə vəziyyətdə
kapital sahibinə kapitalını hara qoymasının əsla fərqi yoxdur. Lakin faiz dərəcəsi
investisiya üçün faizdən çox olarsa, borc öz mənasını itirməyə başlar.
Böhran dövründə iqtisadiyyatın sabitsizliyi kimi amillərin təsiri nəticəsində
faiz dərəcəsi istehsalın ixtisarında maksimum səviyyəsinə çata bilər. Məsələn,
Reyqan hökumətinin həvəsləndirici siyasəti nəticəsində 80-cı illərdə faiz dərəcəsi
çox yüksək idi (18-20 faizə çatmışdı); investisiya üçün real gəlir isə 8-10 faiz
səviyyəsində dəyişirdi. Belə siyasət əlavə məsrəf tələb edirdi.
Kapital amilin gətirdiyi faizə təsir edən başqa hadisə böhrandır. Böhran vaxtı
istehsal edilmiş əmtəələr bazar tapmır; müqavilə öhdəliklərini ödəmək üçün pula
tələb yüksəlir, təklif azalır, faiz dərəcəsi artır və maksimum səviyyəyə çatır.
Halbuki faiz dərəcəsinin minimal həddi nəzəri baxımdan sıfra bərabərdir. Bu,
depressiya dövründə sənaye durğunluq keçirəndə maksimum azalır; borc kapitalı
təklifi isə artır; belə ki, çoxlu kapital tətbiq sahəsi tapa bilmir.

§6. Əmək haqqının mahiyyəti və formaları

Yuxarıda qeyd olunduğu kimi istehsal amillərindən biri də əmək amilidir.


Əmək digər cansız amilləri hərəkətə gətirərək insanların tələbatını ödəmək üçün
lazım olan məhsul və ya xidmətlər istehsal edir. Əməyin bu xidmətindən istifadə
edən istehsal vasitələri sahibləri və ya istehsal vasitələrinə sərəncam verənlər
əmək sərf edənə, yə’ni iş qüvvəsinin mülkiyyətçisinə müəyyən haqq ödəyirlər.
İşləyənə ödənilən bu haqq əmək haqqı hesab olunur.
Əmək haqqının elmi mahiyyəti müxtəlif nəzəriyyəçilər tərəfindən müxtəlif
cür izah olunur. Klassiklər və onların müasir davamçıları əmək haqqı dedikdə,
əmək məhsulunun qiyməti və ya əmək xidmətinin qiyməti hesab edirlər. U.Petti
və A.Smitin görüşlərini qəbul edən D.Rikardo əməyin «təbii» və «bazar»
qiymətini fərqləndirmişdir. Əməyin «təbii» qiyməti dedikdə, fəhlənin mövcud ol-
ması və sadə təkrar istehsalı üçün lazım olan yaşayış vasitələrinin qiymətini
nəzərdə tuturdu. Əməyin «bazar» qiyməti dedikdə isə bazarda tələb və təklifdən asılı
olaraq əməyə verilən qiyməti nəzərdə tuturdu. O yazırdı ki, «bazar» qiyməti «təbii»
qiymətə yaxınlaşmalıdır.
Əmək haqqına dair D.Rikardonun baxışı və T.Maltusun əhali artıqlığı
nəzəriyyəsi F.Lassalın əmək haqqının «Dəmir qanunu»nun əsasını təşkil edir. Bu
«qanun»da əmək haqqını yaşayış minimumuna bağlayır, işçilərin yoxsulluğunu
ictimai hadisə deyil, təbii hadisə hesab edir.
İstehsal olunan məhsulun miqdarı və keyfiyyəti ayrı-ayrı işçilərin
125
fəaliyyətindən asılı olan sahələrdə işə görə əmək haqqı ödənilir. Bu sahələrdə
işləyənlərin aldıqları haqq işin miqdar və keyfiyyətindən, iş vahidinin
qiymətindən asılı olur.
Əmək haqqının ödənilməsinin bu iki formasının müxtəlif sistemləri də tətbiq
olunur. Əsrin əvvəllərində teylorizm, fordizm sistemləri üstünlük kəsb etmişdir.
60-cı illərdə bu sistemlər nisbətən kobud olduğu üçün, insan amilini istehsal va-
sitələrinin hissəsinə çevirdiyi üçün xeyli tənqid olunmuşdur. Müasir mərhələdə da-
ha incə sistemlər «mənfəətdə iştirak», «iş yerinin analitik qiymətləndirilməsi»,
«xidmətə görə» və s. tətbiq olunur. Əmək haqqının təşkilinin bu incə sistemlərinin
tətbiqində məqsəd işçinin əməyi ilə yaradılan izafi məhsul «gülə-gülə, işçinin
ruhu incimədən» mülkiyyətçilər tərəfindən mənimsənilməsini tə’min etməkdir.
Mülkiyyət sahibləri və onların sərəncam verənləri lazım olduqda «xidmətə görə»
haqq alanların işsiz qalmalarına da sərəncam verirlər.
İstehsalın şəxsi amilinin aldığı əmək haqqı səviyyəsinə görə: nominal və real
əmək haqqına ayrılır. Nominal əmək haqqı dedikdə, işçinin pul formasında aldığı
haqq nəzərdə tutulur. 100 min manat, 500 rubl, 100 dollar və s. Nominal əmək
haqqının səviyyəsi müxtəlif ölkələrdə, müxtəlif sahə və müəssisələrdə
(firmalarda) çox müxtəlifdir.
Nominal əmək haqqının müxtəlif ölkələrdə müxtəlifliyi ölkənin iqtisadi
inkişaf səviyyəsindən, həmkarlar təşkilatlarının mübarizliyindən, təbii şəraitdən və
s. asılıdır. Ölkənin iqtisadi inkişaf səviyyəsinin əsas göstəricisi əmək
məhsuldarlığı olduğu üçün onun yüksək olduğu ölkələrdə nominal əmək haqqının
səviyyəsi də yüksək olur və əksinə. Əmək məhsuldarlığı ilə əmək haqqı arasında
müəyyən nisbət, qanunauyğunluq mövcuddur. Belə ki, nisbətən yüksək əmək haqqı
alan işçi daha məhsuldar işləyir və nəticədə ölkədə ictimai əmək məhsuldarlığı daha
yüksək olur. Əmək məhsuldarlığı yüksəldikcə əmək haqqı da artırılmalıdır. Lakin
əmək məhsuldarlığının artım sürəti daha yüksək olmalıdır.

MÜHAZİRƏ MƏTNİ

MÖVZU 17. KAPİTAL HAQQINDA NƏZƏRİYYƏLƏR.


ONUN DÖVRANI VƏ DÖVRİYYƏSİ

§1. Kapital nəzəriyyələri


§2. Kapitalın tarixi ilkin formaları
§3. Ticarət və borc kapitalı
§4. Kapitalın dövranı və dövriyyəsi

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. «İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev, Ə.P.Babayev,


M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.

126
2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред.
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической акаде-
мии, 2000, –592 с.
3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П.
Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского
университета, 2000,–757с.
4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.:
Эксмо, 2006, –736 с.
5. Экономическая теория. Учебник для вузов / Под ред. А.И.
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480
с.
6. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им.
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с.
7. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.:
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с.
8. Курс общей экономической теории. Учебник / Под ред. М.Н.
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997.
9. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.
10. Портер М. Международная конкуренция. –М.: Международные отно-
шения, 1993.
11.Экономика переходного периода / Под ред. В.В. Радаева, А.В.
Бузгалина. –М.: Изд-во МГУ, 1995.
12. Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан, 1994, –736 с.

§1. Kapital nəzəriyyələri

Müasir bazar iqtisadiyyatı şəraitində kapital kateqoriyasının öyrənilməsi, onun


hərəkətinin nəzərdən keçirilməsi azad sahibkarlar üçün böyük nəzəri və təcrübəvi
əhəmiyyətə malikdir. Kapital nəzəriyyələrini belə qruplaşdırmaq olar: birinci,
kapitalın merkantilist təsviri; ikinci, kapitalın fiziokrat tədqiqi; üçüncü, kapitalın
klassik burjua tərifi; dördüncü, kapitalın marksist tərifi; beşinci, kapitalın
neoklassik və müasir izahı.
Merkantilistlər sərvəti pul ilə eyniləşdirirdilər. «Sərvət puldur» - deyə onu
qızıl və gümüş yığımından ibarət sayırdılar.
Merkantilistlər pula həqiqi kapital kimi yanaşırdılar. Onlar göstərirdilər ki,
pulun yeni pul «yaratması» üçün o, hərəkətə gətirilməlidir.
Fiziokratlar öz «xalis məhsul» təlimində izafi məhsul mənbəyini
merkantilistlərin əsas fikirlərinin əksinə olaraq, tədavül dairəsindən istehsal
dairəsinə keçirmiş və beləliklə, kapitalist istehsalını təhlil etməyin əsasını
qoymuşlar. Lakin fiziokratlar ancaq kənd təsərrüfatının məhsullarını əsil sərvət
hesab edirdilər. Fiziokratların təliminə görə məhz əkinçilikdə təbiətin yardımı ilə
127
«xalis məhsul» əmələ gəlir. Onlar əkinçi əməyindən başqa, bütün digər istehsal
sahələrində, o cümlədən sənaye sahələrində sərf olunan əməyi qeyri-məhsuldar
əmək adlandırırlar. Klassik siyasi iqtisadın banilərindən biri olan A.Smit kapitalın
təhlilini bütün maddi istehsal dairəsinə şamil edirdi. O, fiziokratların fikirlərini
dəqiqləşdirib əsas və dövriyyə kapitalının nə olduğunu göstərirdi. Deməli, əsas və
dövriyyə kapitalı kateqoriyalarını A.Smit kəşf etmişdir.
D.Rikardo A.Smitin iqtisadi təlimini davam etdirmişdir. Dəyərin yaradılması
prosesində kapitalın oynadığı rol haqqında D.Rikardonun A.Smitə nisbətən təhlili
daha aydındır. O, kapitala istehsal vasitələrində təcəssüm etmiş, yığılmış əmək
kimi tərif verir. Lakin D.Rikardo da kapitalı istehsal vasitələri ilə eyniləşdirir.
A.Smit kapitalın ancaq bəşər cəmiyyətinin müəyyən inkişaf mərhələsində meydana
gəldiyini qəti bildirdiyi halda, D.Rikardo kapitalın müəyyən bir ictimai münasibət
olduğunu tamamilə inkar edir. D.Rikardo mənfəəti izafi məhsulla eyniləşdirir.
D.Rikardo kapitalı ölkənin sərvətinin istehsal prosesində istifadə edilən və əməyi
hərəkətə gətirmək üçün zəruri olan qidadan, geyimdən, alətlərdən, xammaldan,
maşınlardan və sairdən ibarət olan tam hesab edirdi.
Nəhayət, XIX əsrdə siyasi iqtisad sahəsində yeni bir məktəb də meydana gəldi
- Marksizm məktəbi. Marks kapitalın burjua klassikləri tərəfindən verilmiş
təriflərini rədd edirdi. O deyirdi ki, kapital şey deyil, müəyyən ictimai istehsal
münasibətidir və bu münasibət şeydə təmsil olunub və həmin şeyə spesifik ictimai
xarakter verir. Kapital maddi və istehsal olunmuş istehsal vasitələrinin məcmuyu
deyildir. Ka-pital kapitala çevrilmiş istehsal vasitələridir ki, bunlar özlüyündə
kapital deyildir, necə ki, qızıl və ya gümüş özlüyündə pul deyildir. İstehsal
vasitələri və pul o zaman kapitala çevrilir ki, muzdlu əməyin istismar olunmasında
vasitə kimi çıxış edir.
Neoklassiklərin kapital və faiz haqqındakı fikirləri hələ E.Bem-Baverk,
K.Viksell, Y.Şumpeter, L.Valras, Con Klark, A.Marşal, İrvinq Fişer və başqaları
tərəfindən irəli sürülmüşdür. Neoklassiklərin nəzəriyyəsində başlıca nailiyyət
«klassik üç amil» formulunun ümumiyyətlə rədd edilməsidir. Kapital onlar üçün
adi istehsal vasitələri deyildir. Kapital sahiblərinə manevr etmək imkanı verən
vasitədir. Y.Şumpeter kapitala belə bir tərif verir: «Kapital sahibkarın əlində ona
lazım olan sərvəti mənimsəmək, öz sərəncamına almaq üçün, istehsalı yeni
istiqamətə yönəltmək üçün vasitədən başqa bir şey deyildir».

§2. Kapitalın tarixi ilkin formaları

Sənaye kapitalı bugünkü yeganə və hökmran formaya birdən-birə


çatmamışdır. Onun sələfləri hələ kapitalizmdən əvvəlki quruluşlarda fəaliyyətə
başlamışdır. Kapitalın ilkin tarixi formaları ikinci və üçüncü iri ictimai əmək
bölgüsü ilə əlaqədar meydana gələn sələm və tacir kapitalı adlanır.
Sələm kapitalı kapitalizmdən əvvəlki dövrlərin məhsulu idi və o, həmin
quruluşlarda şəhər və kənd zəhmətkeşlərinin istismarını daha da gücləndirirdi.
Sələm və borc kapitalı bir-birindən borclunun xarakteri etibarı ilə fərqlənir.
Quldarlıq və feodalizm dövründə borc verənlər pul kapitalı sahibləri - tacirlər,
məbədlər, kilsələr, monastırlar olmuşlar. Borc alanlar isə, bir tərəfdən iri torpaq
128
sahibləri, feodallar, bəylər və xanlar, ümumiyyətlə, feodallar, krallar və s., digər
tərəfdən, xırda istehsalçılar - sənətkarlar və əsas etibarilə kəndlilər idi. Sələm kapi-
talı borc kapitalından istifadə edilməsi xarakterinə görə də fərqlənir. Sələmçilərdən
borc alınan pullar xırda istehsalçılar tərəfindən əsasən qeyri-məhsuldar şəkildə
xərclənirdi, kəndlilər, sənətkarlar aldıqları pulları müxtəlif vergilərin, torpaq
rentalarının və s. ödənilməsinə, yaşayış vasitələrinin alınmasına sərf edirdilər. Qul-
darlar və feodallar aldıqları pulları öz tüfeyli istehlakına, dəbədəbələrə sərf edir-
dilər. Hər iki halda borc alınan pullar istehsaldan kənarda sadəcə alqı və tədiyə
vasitəsi kimi tətbiq olunurdu.
Sələm kapitalı ilə tacir kapitalı məkan və zaman daxilində yanaşı hərəkət
edirdi və bir-birinə qarışırdı, çünki ən böyük sələmçi tacirlər idi. Tacirlər sənətkar
sexlərində və kəndlilərdən aldıqları məhsulları aparıb başqa bazarlarda nisbətən
baha qiymətə satırdılar. Sələm kapitalı kimi, tacir kapitalı da tam sərbəst idi, yəni
o, istehsala tabe deyildi.

§3. Ticarət və borc kapitalı

Ticarət kapitalı iki formaya, yaxud yarımnövə ayrılır. Birincisi, əmtəə ticarət
kapitalı; ikinci, pul-ticarət kapitalı. Lakin bunların hər ikisi vahid tacir kapitalı kimi
fəaliyyət göstərir və kapitalizm şəraitində özünün müstəqilliyini itirib sənaye
kapitalına xidmət edən bir forma alır.
Ticarət kapitalı dedikdə, əmtəə tədavülü dairəsində tətbiq olunan kapital başa
düşülür. O, sənaye kapitalının təkrar istehsalına xidmət edir. Ticarət kapitalının
dövriyyəsi (P-Ə-P′) təkcə əmtəələrin satışından əldə edilən məbləğdən avans
edilmiş kapitalın ödənilməsini deyil, həmçinin bu kapitala görə mənfəət
götürülməsini də nəzərdə tutur. Ticarət mənfəəti istehsal prosesində yaradılan izafi
məhsulun bir hissəsidir. Ticarət mənfəəti sənaye kapitalistlərinin öz əmtəələrini
reallaşdırmaq üçün izafi məhsulun tacirə «güzəştə» getdiyi hissəsidir.
Əmtəə kapitalı ticarət kapitalı şəklində xüsusiləşdiyi kimi, pul kapitalı da borc
kapitalı şəklində xüsusiləşir, yəni borc kapitalı, faiz gətirən pul kapitalı formasında
meydana çıxır. Sənaye kapitalı borc kapitalının əsas mənbəyidir. Sənaye
kapitalının dövriyyəsi əsasında müəssisələrdə müvəqqəti sərbəst pul vəsaiti əmələ
gəlir. Məs., əsas kapitalın amortizasiyası fondunu təşkil edən zaman müvəqqəti
sərbəst pul vəsaiti yığılır. Bu pul əsas kapitalın alınmasına bir neçə ildən sonra sərf
edilir ki, həmin müddət ərzində onu ehtiyacı olanların istifadəsinə vermək olar.
Əsas kapitaldan başqa, dövriyyə kapitalının xüsusiyyətlərindən asılı olaraq
müəssisələrdə sərbəst pul vəsaitləri əmələ gəlir və s. Beləliklə, təkrar istehsal
gedişində sərbəst pul kapitalı yaranır. Buna görə də pul kapitalı xüsusi istehlak
dəyərinə malik olur, bir əmtəə kimi spesifik tədavüldə «satılır». Çox vaxt hazır
əmtəəni hələ kapitalist satmamış ona xammal almaq lazım olur. Deməli, onun
satıcı olduğu vaxtla alıcı olduğu vaxt üst-üstə düşmür. Bir sahibkarın əlində
müvəqqəti sərbəst pul kapitalı olduğu halda, digər sahibkarın bu artıq pula ehtiyacı
olur. Sərbəst pul sahibi borc verir, ehtiyacı olan isə borc alır. Deməli, borc kapitalı
elə bir pul kapitalıdır ki, onun mülkiyyətçisi bu kapitalı bir müddətə məlum əvəz
müqabilində digər kapitalistə verir. Lakin borc kapitalının sahibi onun üzərində
129
mülkiyyət hüququnu özündə saxlayır. Borc alan kapitalist borc verənə üstəlik artım
da verir ki, buna faiz deyilir. Borc faizi - sənayeçi və ya ticarət kapitalistinin aldığı
borc üçün mənfəətdən pul kapitalistinə verdiyi hissədir. Mənfəət iki yerə bölünür:
faiz və sahibkar gəliri. Mənfəətin, fəaliyyətdə olan kapitalistlərdə qalan hissəsinə
sahibkar gəliri deyilir. Faiz məbləğinin borc verilən pul kapitala olan nisbəti faiz
norması adlanır.

§4. Kapitalın dövranı və dövriyyəsi

Real kapital, yəni həqiqi kapital maddi sərvətin artırılmasına xidmət edir və
təkrar istehsal prosesində üç mərhələdən keçir. Kapitalın ardıcıl surətdə bir
formadan başqasına çevrilməsinə və üç mərhələ əhatə edən hərəkətinə kapitalın
dövranı deyilir. Dövranı bütövlükdə belə təsvir etmək olar:
iq
P-Я < ... И.. Я / - P /
iv
Kapital dövranının hər üç mərhələsi bir-biri ilə sıx əlaqədardır və bir-birindən
asılıdır. Kapitalın dövranı yalnız o halda normal baş verir ki, onun müxtəlif fazaları
ləngimədən bir-birinə keçsin. Göründüyü kimi, sənaye kapitalının dövranı istehsal
və tədavül proseslərinin vəhdətindən ibarətdir. Hər bir kapital arası kəsilmədən
dövran edərkən, onu daim təkrar edir. Birdəfəlik əməliyyat kimi deyil, vaxtaşırı
bərpa və təkrar olunan bir proses kimi götürülən dövranına kapitalın dövriyyəsi
deyilir. Kapitalın dövriyyəsi vaxtı - istehsal vaxtı ilə tədavül vaxtından ibarətdir.
İstehsal vaxtı - kapitalın istehsal dairəsində olduğu vaxtdır. İstehsal vaxtının çox
mühüm hissəsini iş dövrü əhatə edir. Tədavül vaxtı - kapital öz pul formasından
məhsuldar formaya və əmtəə formasından pul formasına çevrildiyi müddətdir.
Tədavül vaxtının uzunluğu istehsal vasitələrinin alınması və hazır məhsulların
satılması şəraitindən və s. asılıdır. Kapitalın hərəkəti bu iki vaxtın içində
dövriyyələnir. Məhsuldar kapitalın ayrı-ayrı hissələrinin dövriyyəsindəki
müxtəliflik, onların hər birinin öz dəyərini məhsulun üzərinə keçirməsi üsulunun
müxtəlifliyindən irəli gəlir. Bununla əlaqədar olaraq kapital əsas kapitala və
dövriyyə kapitalına bölünür. Qeyd etmək lazımdır ki, kapitalın əsas və dövriyyə
kapitalına bölgüsü onun tərkib hissələrinin müxtəlif şəkildə dövretmə
xarakterindən və öz dəyərini məhsulun üzərinə keçirməsi üsulundan irəli gəlir.
Məhsuldar kapitalın istehsal prosesində bütünlüklə iştirak edən, aşındıqca öz
dəyərini məhsulun üzərinə hissə-hissə keçirən ünsürlərinə əsas kapital deyilir.
Dövriyyə kapitalı məhsuldar kapitalın o hissəsinə deyilir ki, onun istehlakı
prosesində dəyəri bütünlükdə məhsulun üzərinə keçir və bir dövr ərzində pul
formasında tamamilə kapitalistə qayıdır.
Müəyyən müddət ərzində, məsələn, il ərzində avans olunmuş əsas kapitalın
real məsrəfi illik amortizasiya həcmində təzahür edir. Əsas kapitalın fiziki aşınması
bundan ibarətdir ki, əmək vasitələri istifadə gedişindən öz istehlak dəyərini itirir,
dəyəri isə istehsal olunan məhsulun üzərinə keçirilir. Kapitalın fiziki aşınması iki
cür olur. Birinci, əmək vasitələri onların tətbiqinin intensivliyinə və fəaliyyət
müddətinə münasib olaraq aşınmaya məruz qalırlar. İkinci, əmək vasitələri təbii
şəraitin təsiri altında, habelə onların hazırlandığı materialların daxili quruluşunda
130
baş verən proseslər nəticəsində öz xassəsini itirir.
Əsas kapitalın mənəvi aşınması onun fiziki aşınma dərəcəsindən asılı
olmayaraq, kapitalın qiymətdən düşməsi nəticəsində baş verir. Müasir dövrdə ETT
ilə bağlı olaraq əsas kapitalın mənəvi aşınması çox yüksəkdir. Mənəvi aşınmanın
da iki növü var. Birinci, əmək məhsuldarlığının artması nəticəsində əvvəlki kon-
struksiyalı maşınların dəyərinin aşağı düşməsi sayəsində onların istehsalının
ucuzlaşması ilə əlaqədardır. İkinci növ mənəvi aşınma eyni qəbildən olan, lakin
daha təkmil konstruksiyalı məhsul vahidinə sərf edilən məsrəflərin azalmasına
səbəb olan maşınların yaradılması ilə əlaqədardır.
Əsas kapitalın aşınmasına müvafiq olaraq onun dəyərinin pul formasında
ödənilməsinə amortizasiya deyilir. Amortizasiya ayırmalarının məbləğinin əmək
vasitələrinin dəyərinə faizlə ifadə olunan nisbətinə amortizasiya norması deyilir.

MÜHAZİRƏ MƏTNİ

MÖVZU 18. AQRAR MÜNASİBƏTLƏR

§1. Cəmiyyətin inkişafında kənd təsərrüfatının rolu


§2. Aqrar münasibətlər və təsərrüfatçılığın əsas formaları
§3. Aqrar-sənaye kompleksi. Aqrobiznes
§4. Torpaq rentası və torpağın qiyməti
§5. Azərbaycanda aparılan aqrar islahatların əsas istiqamətləri

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. «İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin, Ə.P.Babayevin və


M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999.
2. T.Babayev, «Aqrar sahədə özəl qurumların təşkili və iqtisadi əsasları». Bakı,
1998.
3. H.Xəlilov, «Milli ərzaq təhlükəsizliyi: bazar transformasiyaları və iqtisadi
qloballaşma arzuları», Bakı 2001.
4. S.Salahov, «Aqrar sahənin dövlət tənzimlənməsi problemləri», Bakı, 2004.
5. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им.
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с.
6. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.: Гуманит.
Изд-во: Центр ВААДОС, 2000, –520 с.
7. Курс общей экономической теории. Учебник / Под ред. М.Н. Чепурина,
Е.А. Киселевой. –Киров: АСА, 1997.
8. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.
9. Портер М. Международная конкуренция. –М.: Международные отно-
шения, 1993.

131
10.Экономика переходного периода / Под ред. В.В. Радаева, А.В. Бузга-
лина. –М.: Изд-во МГУ, 1995.
11. Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан, 1994, –736 с.

§1. Cəmiyyətin inkişafında kənd


təsərrüfatının rolu

Bildiyimiz kimi iqtisadiyyatın ən mühüm sahələrindən biri də kənd


təsərrüfatıdır. Bu sahə sənaye sahələrini xammalla təchiz etməklə yanaşı əhalinin
istehlak şeylərinə olan tələbatının ödənilməsində mühüm yer tutur. Əhalinin
istifadə etdiyi istehlak şeylərinin çox hissəsi kənd təsərrüfatı təbiətlidir, yə’ni onlar
az və ya çox dərəcədə kənd təsərrüfatı ilə bağlıdır. Əmək qabiliyyətli əhalinin
müəyyən hissəsi kənd təsərrüfatı sahələrində fəaliyyət göstərirlər. Ölkənin inkişaf
səviyyəsindən asılı olaraq kənd təsərrüfatı sahələrində fəaliyyət göstərənlərin
xüsusi çəkisi daima dəyişilir.
Təbii münbitlik torpağın fiziki, kimyəvi və bioloji xassələrinin məcmusudur.
Təbii münbitlikdən asılı olaraq torpağın məhsuldarlığı, bioiqlim potensialı çox
müxtəlif olur. Torpağın bioiqlim potensialı dedikdə, torpağın fiziki və kimyəvi
quruluşu ilə yanaşı illik günəşli günlərin sayı, torpağın suvarma və meliorasiya ehti-
yacı və s. nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, keçmiş SSRİ torpaqlarının
bioiqlim potensialı Qərbi Avropa torpaqlarından 2-2,5 dəfə, ABŞ torpaqlarından
isə 3-3,5 dəfə pis idi. Həmin rəqəmləri müəyyən dərəcədə Azərbaycan torpaqlarına
da aid etmək olar. Respublikamızda günəşli günlərin sayı çox olduğu üçün torpaq
daha çox suvarmaya möhtacdır, su problemi isə müşküldür. Buna görə də mövcud
torpaqların çox hissəsi lazımi səviyyədə istifadə olunmur.
Torpağın süni münbitliyi isə cəmiyyət üzvlərinin fəaliyyətinin nəticəsidir.
Əlavə əmək, kapital, elm sərfi münbitliyin artmasına səbəb olur.
Torpaq, xüsusilə münbit torpaq sahələri insanların fəaliyyəti nəticəsində
getdikcə məhdudlaşır. Bir tərəfdən urbanizasiyanın inkişafı - şəhər və şəhərtipli
yaşayış məntəqələrinin çoxalması və genişlənməsi, yolların və boru kəmərlərinin,
elektrik ötürücüləri şəbəkəsinin genişlənməsi münbit torpaq sahələrinin kənd
təsərrüfatı dövriyyəcindən çıxmasına səbəb olur. Digər tərəfdən, torpağa
«ögey» münasibət onun şoranlaşmasına, eroziyaya uğramasına, bataqlığa
çevrilməsinə və s. gətirib çıxarır.
Başqa istehsal vasitələrindən fərqli olaraq torpağın münbit qatının
məhsuldarlığı ona olan münasibətdən asılı olaraq dəyişilir. Buna görə də torpağa
132
ayaq qoyan hər bir şəxs keçmiş nəsillərdən əmanət qalmış bu təbii ne’məti gələcək
nəsillərə çatdırmağa çalışmalıdır.
Kənd təsərrüfatı istehsalının xarakterik cəhətlərindən biri də onun mövsümi
xarakter daşımasıdır. İstehsalın mövsümi xarakteri əmək və istehsal vasitələrindən
istifadə edilməsinə də tə’sir göstərir. Əmək cismi olan torpaq əkildikdə, toxum
səpildikdə və məhsul becərildikdə əməyin tə’siri altında olur. Qalan vaxtlarda isə
istehsal prosesi təbii qüvvələrin tə’siri ilə baş verir. Kənd təsərrüfatında maşın və
mexanizmlərdən istifadə mövsümi xarakter daşıyır. Məsələn, toxumsəpən
maşınlardan 7-10 gün, taxılyığan kombaynlardan 9-15 gün istifadə edilir.
Kənd təsərrüfatı istehsalının mövsümi xarakteri məhsuldarlığa və qiymətlərə
də müəyyən tə’sir göstərir. Məsələn, yaz-yay aylarında süd və tərəvəz məhsulları,
payız aylarında meyvə nisbətən ucuz olur; qış aylarında tərəvəz istehsalı daha çox
xərc tələb edir və səmərəlilik nisbətən aşağı olur və s.
Kənd təsərrüfatı istehsalının xarakterik xüsusiyyətlərindən biri də bir sahənin
tullantısından digər sahədə istifadə edilməsidir. Bitkiçilik sahəsinin tullantısı olan
küləş və s. heyvandarlıq sahəsində yem kimi, heyvandarlığın tullantısı olan
peyindən isə əkinçilikdə gübrə kimi istifadə olunur. Kənd təsərrüfatının müxtəlif
sahələri arasında olan bu qarşılıqlı əlaqəni təbiətin bərqərar etdiyi tullantısız
texnologiya adlandırmaq olar. Bu texnologiyadan elmi cəhətdən əsaslandırılmış
qaydada istifadə edilməsi kənd təsərrüfatı istehsalının səmərəliliyini xeyli
yüksəltməyə imkan yaradır.
Kənd təsərrüfatının xarakterik xüsusiyyətlərindən biri də kənd təsərrüfatı
məhsullarının qiymətyaranma prosesidir. Əvvəllərdə öyrəndiyimiz kimi
iqtisadiyyatın digər sahələrində qiymətyaranma prosesində orta sahə xərcləri
mühüm yer tutur. Bu xərclərdən (maddi və canlı əmək məsrəflərindən) çox
xərcləyənlər rəqabət mübarizəsində müf-lisləşir, az xərcləyənlər isə öz mövqelərini
möhkəmləndirirlər. Kənd təsərrüfatı sahələrində, xüsusilə əkinçilikdə qiymətya-
ranma tamamilə fərqli şəraitdə baş verir. Bu məhsulların qiymətləri orta sahə
xərcləri əsasında deyil, pis torpaq sahələrində çəkilən xərclər əsasında qərarlaşır.
Çünki yaxşı və orta münbitlik səviyyəsinə malik olan torpaq sahələri məhduddur,
onlar cəmiyyətin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək üçün kifa-
yət deyildir. Bu tələbatı ödəmək üçün pis torpaqlardan da istifadə etmək lazımdır.
Pis torpaqlardan isə o vaxt istifadə olunar ki, ondan istifadə edənlər müəyyən
miqdarda mənfəət əldə etmiş olsunlar. Pis torpaq sahələrində mənfəətliliyi tə’min
etmək üçün dövlət istehsalçılara bə’zi güzəştlər edir. Buna görə də əksər ölkələrdə
kənd təsərrüfatı istehsalı dövlət büdcəsindən olan dotasiya hesabına həyata keçirilir.
Dövlət suvarma-meliorasiya sistemləri yaratmaqla, rekultivasiya işlərini həyata
keçirməklə kənd təsərrüfatı üçün yararsız torpaqları yararlı hala salır, istehsalçıları
daha məhsuldar toxum və tinglərlə tə’min edir. Bütün bunlar məhsuldarlığın art-
masına və istehsalçıların əlavə mənfəət əldə etməsinə şərait yaradır.
§2. Aqrar münasibətlər və təsərrüfatçılığın
əsas formaları

Mülkiyyət münasibətlərini nəzərdən keçirərkən mə’lum oldu ki, kənd

133
təsərrüfatının əsas istehsal vasitəsi olan torpaq mülkiyyət obyekti rolunu da yerinə
yetirir. Bəşəriyyətin inkişafının müxtəlif mərhələlərində mülkiyyətin müxtəlif
formalarına təsadüf edilmişdir. Müasir mərhələdə torpaq üzərində mülkiyyətin
əsas formalarına - xüsusi, dövlət, qrup (səhmdar) və bələdiyyə mülkiyyətini aid
etmək olar.
Torpaq üzərində mülkiyyətlə və torpaqdan istifadə edilməsi ilə əlaqədar olan
münasibətlər aqrar münasibətlər adlanır. Bu aqrar münasibətlər ilk növbədə istehsal
vasitələri üzərində mülkiyyətin forması ilə müəyyən olunan ictimai istehsal
münasibətlərinin tərkib hissəsidir. Məhsuldar qüvvələrin inkişafı aqrar
münasibətlərin də dəyişilməsinə səbəb olur. Belə ki, feodalizmə iri torpaq sahib-
karlığı və torpaqdan istifadə edən təhkimli kəndlilərin olması xarakterik idi. Bə’zi
ölkələrdə bu mülkiyyət forması və ona müvafiq mülkiyyət münasibətləri tədricən
islahatlar həyata keçirmək yolu ilə dağılır. Bə’zi ölkələrdə isə baş verən burjua
inqilabları nəticəsində iri torpaq sahibkarlığı ləğv edilmiş və torpaq üzərində
fermerlərin və ya dövlətin mülkiyyəti qərarlaşmışdır. Müxtəlif ölkələrdə bu proses
müxtəlif cür həyata keçirilmişdir. Belə ki, bə‘zi ölkələrdə torpağın müəyyən hissəsi
dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə və fermerlərin mülkiyyətinə
çevrilmişdir. Digər ölkələrdə isə torpaq üzərində dövlət mülkiyyəti bərqərar
edilmiş və o, istifadə edənlərin sərəncamına verilmişdir. Məsələn, 1917-ci il Oktyabr
inqilabından sonra Rusiyada formalaşan sosialist təsərrüfat sisteminə daxil olan
respublikalarda, o cümlədən Azərbaycanda torpaqlar milliləşdirilərək dövlət
mülkiyyətinə çevrilmiş və onların əsas hissəsi pulsuz olaraq kəndlilərin
istifadəsinə verilmişdir. Tədricən kollektivləşdirmə həyata keçirilmiş və kollektiv
kənd təsərrüfatı müəssisələri-kolxozlar yaranmışdır. Dövlət mülkiyyətində olan
torpaqların bir hissəsində isə dövlət kənd təsərrüfatı müəssisələri - sovxozlar təşkil
olunmuşdur. Hollandiyada da torpaq dövlət mülkiyyətindədir. İsraildə isə kənd
təsərrüfatına yararlı torpaqların 80%-i dövlətə məxsusdur.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq aparılan islahatlar nəticəsində
Azərbaycanda torpaq üzərində mülkiyyətin aşağıdakı formaları qərarlaşmışdır:
a) dövlət mülkiyyətində olan torpaqlar: dövlət meşə fondu torpaqları, su
fondu torpaqları, dövlət ehtiyatında olan torpaqlar və s. Dövlət mülkiyyətində
olan torpaqlar ümumi torpaq fondunun çox hissəsini təşkil edir.
b) bələdiyyə mülkiyyətində olan torpaqlara yaşayış məntəqələrinin yerləşdiyi
və onların ətrafında olan torpaqlar aiddir.
v) xüsusi mülkiyyətdə olan torpaqlara isə kolxoz və sovxozların ləğv
edilməsi nəticəsində kəndlilərin mülkiyyətinə verilmiş torpaq sahələri daxildir.
Torpaq üzərində mülkiyyət müxtəlifliyi ilə yanaşı torpaqdan istifadə edən
təsərrüfatların da müxtəlif formalarına rast gəlmək mümkündür. Bunlardan ən
geniş yayılmışı fermer təsərrüfatı formasıdır. Fermer təsərrüfatı dedikdə, bazar
iqtisadiyyatı şəraitində əmtəəlik kənd təsərrüfatı məhsulları istehsal edən xüsusi
kənd təsərrüfatı müəssisəsi nəzərdə tutulur. Fermerlər ya özlərinin mülkiyyətində
olan, ya da icarəyə götürülmüş torpaqlarda təsərrüfatçılıq edirlər. Bu
təsərrüfatlarda əmək prosesi ya təsərrüfatçıların özləri, ya da muzdlu işçilərin
vasitəsilə həyata keçirilir.
Kənd təsərrüfatı məhsulları istehsal edən təsərrüfat formalarından biri də
134
kollektiv təsərrüfat formasıdır. Bu təsərrüfatlar dövlət mülkiyyətində olan və
istifadə etmək üçün kollektivlərin sərəncamına verilən torpaqlarda təsərrüfatçılıq
edirlər. Bunlara SSRİ-də mövcud olmuş kolxozları, İsraildə olan kibusları və s.
misal göstərmək olar. Kollektiv təsərrüfatda məhsul istehsalı kollektiv üzvlərinin
birgə işləməsi, birgə əmək kooperasiyası əsasında həyata keçirilir. Bir çox şəxsin
birgə işləməsi isə fermer təsərrüfatına nisbətən bir çox üstünlüklərə malikdir. Bir
çox şəxsin eyni zamanda birlikdə işləməsi, onlar arasındakı qarşılıqlı təmas fərdi
qüvvələrə nisbətən daha məhsuldar olan ictimai qüvvənin əmələ gəlməsinə səbəb
olur. Kollektiv təsərrüfatlarda kollektivin üzvlərinin birgə fəaliyyəti yoldaşlıq, bir-
birinə kömək etmək vərdişləri də aşılayır. Bütün bunlar isə kollektiv üzvlərinin şəx-
siyyət kimi formalaşmasına imkan yaradır. Şəxsiyyət isə fərdiyyətə nisbətən daha
məhsuldar işləmək imkanına malikdir. Bu imkanın reallaşması isə işləyənlərin və
idarəedənlərin sə’ylərindən asılıdır. Kollektiv təsərrüfatların malik olduğu imkanların
nəticələrini İsraildəki təsərrüfatların təcrübəsində daha aydın görmək olur.
Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan təsərrüfat formalarından
biri də dövlət təsərrüfatlarıdır. Bunlara SSRİ-də və digər sosialist ölkələrində
mövcud olmuş sovxozları və qosxozları, müxtəlif ölkələrdə olan elmi-təcrübə
stansiyalarını, damazlıq və toxumçuluq təsərrüfatlarını misal göstərmək olar. Bunlar
dövlət mülkiyyətində olan torpaqlarda fəaliyyət göstərirlər.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar iqtisadçıların çoxu Azərbaycan
Respublikasının kənd təsərrüfatında quruluş dəyişikliklərilə yanaşı təşkilati
dəyişikliklərin də həyata keçirilməsini, yə’ni təsərrüfat formalarının da
dəyişdirilməsini zəruri hesab edirlər. Onlar belə hesab edirlər ki, dövlət
mülkiyyətindən xüsusi mülkiyyətə, kollektiv təsərrüfatçılıq formalarından fərdi
təsərrüfatçılıq formalarına keçid kənd təsərrüfatı məhsulları bolluğu yaratmağa
imkan verəcəkdir.
Müstəqil Azərbaycan Respublikasının siyasi, iqtisadi və ictimai həyatında
başlıca əhəmiyyət kəsb edən və vacib dövlət əhəmiyyətli problemlərdən biri də
aqrar sahədə özəl qurumların təşkil edilməsidir. Hazırda bu problemin həlli ilə
əlaqədar çox mühüm dövlət qanunları işlənib hazırlanmış və qəbul edilmişdir. Bu
qanunların həyata keçirilməsinə şərait yaradacaq müxtəlif normativ sənədlərin
hazırlanması da başa çatmaq üzrədir.
Özəl qurumların təşkilinin əsas tərkib hissəsi olan özəlləşdirmə prosesi çox
mürəkkəb, çoxpilləli və məs’uliyyət tələb edən bir tədbirdir. Bu işin
müvəffəqiyyətlə başa çatması üçün müasir elmi konsepsiya və icra-nəzarət
mexanizmi işlənib hazırlanmışdır.
Dünya aqrar təcrübəsində bir neçə tipik nümunə vardır ki, onlar uğurlu
başlanğıc kimi təbii-iqlim şəraiti və mentalitetlərin oxşarlığı ilə diqqəti cəlb edən
digər ölkələrdə tətbiq oluna bilər. Belə bir təcrübə Azərbaycan üçün xüsusi
əhəmiyyət kəsb edən İsrailin kənd təsərrüfatı təcrübəsidir.
İsrailin kənd təsərrüfatı üçün səciyyəvi cəhət torpaq üzərində dövlət
mülkiyyətinin saxlanması, torpaqdan istifadənin kollektiv (kibus) və kooperativ
(moşav) formalarının tətbiqidir. Bu ölkədə kollektiv təsərrüfatın inkişaf
etdirilməsi qəribə görünsə də bə‘zən elə hesab edirlər ki, inkişaf etmiş kapitalist
ölkəsində bu mümkün deyildir. Lakin torpağın dövlət mülkiyyətində olmasına və
135
ondan istifadənin kollektiv-kooperativ formalarının mövcudluğuna baxmayaraq,
ölkədə olan hüquqi baza istehsalçılar arasında bazar münasibətlərinin
formalaşmasına əlverişli şərait yarada bilər.
Özəl qurumların inkişaf etdirilməsi məqsədilə yeni yaradılan müxtəlif növlü
təsərrüfatçılıq formalarının parametrlərinin əsas götürülməsi xüsusi əhəmiyyət
kəsb edir. Aqrar sahədə özəl qurumların parametri dedikdə, hər şeydən əvvəl
torpaq sahəsinin ölçüsü, mal-qaranın sayı və istehsalın həcmi başa düşülür. Bu
cür təsərrüfatlar yaradılarkən, birinci növbədə onların malik olduqları kənd
təsərrüfatına yararlı torpaqların sahəsi və mal-qaranın miqdarı düzgün müəy-
yənləşdirilməlidir. Bu məsələnin həlli çox vacib olub, xüsusilə Azərbaycan
Respublikası şəraitində torpaqların azlığı və əmək qabiliyyətlilərin isə iş
yerlərindən çox olması ilə əlaqədardır.
Özəl qurumların təşkili və onların parametrləri barədə Litva Respublikasında
xeyli təcrübə əldə edilmişdir. Məsələn, Y.Donkusun başçılıq etdiyi kəndli-fermer
təsərrüfatının 32 hektar torpaq sahəsi vardır. Ümumi torpaq sahəsinin 29 hektarı
əkin yeri və 3 hektarı meşə sahəsidir. 1 baş atı, 1 ədəd traktoru və 1 ədəd avtomo-
bili vardır.
Özəl qurumların təşkilində Latviya Respublikasında daha səmərəli təcrübə
toplanmışdır. Burada hər bir fermer təsərrüfatına orta hesabla 30 hektar torpaq
sahəsi düşür.
Özəl qurumların təşkil edilməsi sahəsində və onların parametrlərinin
müəyyənləşdirilməsində xarici ölkələrin də təcrübələrinin öyrənilməsi az
əhəmiyyət kəsb etmir. Xarici ölkələrdə fermer təsərrüfatlarının inkişafına dair
mə’lumatlardan aydın olur ki, hər bir fermer təsərrüfatına Yunanıstanda 4,3
hektar, İtaliyada 5,6 hektar, Belçikada 14,1 hektar, Niderlandiyada 14,9 hektar,
Almaniyada 16,0 hektar, İrlandiyada 22,7 hektar, Fransada 27,1 hektar, Lüksem-
burqda 28,6 hektar, Danimarkada 30,7 hektar, Şotlandiyada isə 64,1 hektar torpaq
sahəsi düşür.
Özəl qurumların təşkili zamanı onların əlverişli parametrlərinin
müəyyənləşdirilməsinə dair Avropanın digər ölkələrinin də xeyli səmərəli
təcrübəsi vardır. Məsələn, Polşada kənd təsərrüfatına yararlı torpaqların tərkibində
kəndli-fermer təsərrüfatlarının istifadəsində olan torpaqların xüsusi çəkisi 77 faiz
təşkil edir. Orta hesabla hər bir kəndli-fermer təsərrüfatının istifadəsində olan
torpaqların sahəsi 5,3 hektardır. Yuqoslaviyada da eyni vəziyyət müşahidə olunur.
Yuqoslaviyada 2,6 milyon xüsusi fermer təsərrüfatı vardır. Onların istifadəsində olan
torpaqlar cəmi torpaqların tərkibində 82,6 faiz təşkil edir. Orta hesabla hər bir
kəndli-fermer təsərrüfatına 3,5 hektar torpaq sahəsi düşür.
Özəl qurumlar təşkil edildikdə onun idarə edilməsi də mühüm əhəmiyyət
kəsb edən məsələlərdəndir. Bu baxımdan İsveç təcrübəsi diqqəti cəlb edir. Belə
ki, İsveçdə kooperativin ali idarəetmə orqanı bütün vəzifəli şəxslərin - idarə
hey’əti sədrinin, katibin və mühasibin seçildiyi illik ümumi yığıncaqdır. İri
kooperativlərin idarə hey’əti və ya şura daha çoxsaylı olur. Bu halda müxtəlif fəa-
liyyət istiqamətləri üzrə sədr müavinləri də ola bilər. İsveç kooperativində insanlar
həm özlərinə, həm də həmkarlarına hörmət etməyi öyrənmişlər. Ümumi
yığıncaqda seçki komissiyası yaradılır və növbəti mandat dövrü üçün idarə
136
hey’ətinə və ya şuraya yeni namizədlərin irəli sürülməsi üzrə hazırlıq işlərinin
aparılması onun vəzifəsinə aiddir. Belə əsaslı hazırlıq işi idarə hey’ətinə və ya
şuraya təsadüfi adamların seçilməsinin qarşısını alır. Ümumi yığıncaq həmçinin,
kooperativin iqtisadi fəaliyyətinin qanuniliyinə və düzgünlüyünə nəzarət edən təftiş
komissiyasını seçir. İsveç kooperativlərində katibin fəaliyyəti öz intensivliyi ilə
fərqlənir. O, ümumi yığıncağın protokolunu tərtib etməli, qərar qəbul olunmuş
hər bir məsələni orada dəqiq göstərməlidir. Kooperativin katibi bir çox digər
vəzifələr də daşıyır,-geniş işgüzar yazışma, arxiv işi, sədr ilə birgə şuranın
materiallarının hazırlanması və s.
Beləliklə, dünya ölkələrinin təcrübəsinin öyrənilməsi göstərir ki, müstəqil
respublikamızda özəl qurumların təşkil edilməsi və onların fəaliyyətinin
gücləndirilməsi üçün əlverişli şərait mövcuddur. Bu şəraitdən düzgün istifadə
edərək özəl qurumların inkişafı hesabına məhsul bolluğu yaratmaq mümkündür.

§3. Aqrar-sənaye kompleksi. Aqrobiznes

Son dövrlərdə iqtisadiyyatda baş vermiş keyfiyyət dəyişikliklərindən biri də


ayrı-ayrı komplekslərin əmələ gəlməsidir. Bunlara yanacaq, enerji, metallurgiya,
maşınqayırma və s. kompleksləri misal göstərmək olar. Kənd təsərrüfatında ona
xidmət edən və onun məhsullarını e’mal edərək istehlakçılara çatdıran sahələrlə iq-
tisadi əlaqələrin genişləndirilməsi aqrar-sənaye komplekslərinin əmələ gəlməsinə
səbəb olur. Aqrar-sənaye kompleksi dedikdə, kənd təsərrüfatı məhsullarının
istehsalı, e’malı, saxlanılması və istehlakçılara çatdırılması ilə məşğul olan xalq
təsərrüfatı sahələrinin məcmusu nəzərdə tutulur. Aqrar-sənaye kompleksinə daxil
olan sahələr vahid son məqsədlə - ölkəni ərzaqla və kənd təsərrüfatı xammalı ilə
təchiz etmək məqsədilə birləşdirilmişdir. Bir neçə sahəni üzvi surətdə özündə
birləşdirən aqrar-sənaye kompleksi əkinçiliklə sənayenin sintezindən ibarətdir.
Aqrar-sənaye kompleksinə: a) kənd təsərrüfatı və onunla bağlı sahələr üçün
istehsal vasitələri istehsal edən və həmçinin, kənd təsərrüfatına istehsal-texniki
xidməti həyata keçirən sənaye sahələri; b) kənd təsərrüfatının özü; v) kənd təsər-
rüfatı məhsulları e’malı və istehlakçılara çatdırılması ilə məşğul olan sahələr
(tədarük, e’mal, saxlama, daşıma, realizə) daxildir. Aqrar-sənaye kompleksinin
son məhsulu bu üç sahənin birgə fəaliyyətinin nəticəsidir. Bu sahələrarası
kooperasiyanın inkişafı son məhsul dəyərində (ona çəkilən əmək məsrəflərində) bi-
rinci və üçüncü sahənin gəlirlərinin xüsusi çəkisinin artmasına, kənd təsərrüfatının
özünün payının isə azalmasına səbəb olur. İnkişaf etmiş ölkələrdə bu nisbət
30:10:60 səviyyəsindədir.
İqtisadiyyatda mövcud olan digər komplekslərdən fərqli olaraq aqrar-sənaye
kompleksi sahələrinin sosial-iqtisadi təbiəti çox müxtəlifdir. Belə ki, birinci və
üçüncü sahədə kapitalın təmərküzləşməsi kənd təsərrüfatı sahəsindəkindən xeyli
yüksəkdir. Məsələn, ABŞ-da fermerlər üçün istehsal vasitələrinin 75%-dən çoxu 8
sənaye şirkəti tərəfindən istehsal olunur; 100 firma yeyinti sənayesi məhsulunun
yarısını istehsal edir. Ərzaq məhsulları satışının (pərakəndəsatış) üçdə bir hissəsi
cəmi 20 ticarət şirkəti tərəfindən həyata keçirilir.
Kənd təsərrüfatı sahəsində də köklü dəyişiklik baş verir. Belə ki, ən’ənəvi
137
ilkin istehsal vahidi olan kəndli - fermer təsərrüfatı əvəzində aqrar-sənaye birlikləri
əmələ gəlir. Bu birliklər bitkiçilik və heyvandarlıq məhsulları istehsalı ilə onların
ilkin e’malı, saxlanılması, reallaşdırılması və s. prosesləri əhatə edən vertikal
inteqrasiyanı həyata keçirir. Aqrar-sənaye birlikləri adətən birinci və üçüncü
sahələrin sənaye şirkətlərinin bilavasitə təşəbbüsü ilə yaradılır.
Aqrar-sənaye kompleksinin tərkibində infrastruktur da mühüm yer tutur.
İnfrastruktur istər istehsal prosesinin, istərsə də insanların yaşayışının tə’min
edilməsində mühüm rol oynayır. İnkişaf etmiş infrastrukturun olması kənd
təsərrüfatı istehsalı sahələrində itkilərin xeyli azaldılmasına, xammalın vaxtında
istehlakçılara çatdırılmasına, yemlərin normal keyfiyyətdə saxlanılmasına və s.
şərait yaradır. İnkişaf etmiş ölkələrdə ot, küləş elevatorlarda, üstüörtülü yerlərdə
saxlanıldığı halda, Azərbaycanda tayalarda saxlanılır və nəticədə də çox hissəsi
çürüyür və keyfiyyətsiz hala düşür.
Son dövrlərdə iqtisadi ədəbiyyatda rast gəldiyimiz iqtisadi terminlərdən biri
də aqrobiznesdir. Aqrobiznes dedikdə, iri şirkətlərin kənd təsərrüfatı istehsalında
birbaşa təsərrüfatçılıq etməsi nəzərdə tutulur. İri şirkətlər geniş torpaq sahələrinin
mülkiyyətçilərinə, iri kənd təsərrüfatı istehsalının təşkilatçısına və idarəedicisinə
çevrilmişdir. Onlar torpaq sahələrini satın almaqla yanaşı kənd təsərrüfatını
getdikcə daha çox ipoteka banklarına, sığorta cəmiyyətlərinə və s. tabe edirlər.
Beləliklə, kənd təsərrüfatı istehsalı iri biznes dairələrinin fəaliyyət sahəsinə çevri-
lir.

§4. Torpaq rentası və torpağın qiyməti

Torpaq sahibləri malik olduqları torpaq sahələrində ya özləri təsərrüfatçılıq


edir, ya da başqalarına icarəyə verirlər. Onlar icarəyə verdikləri torpaq sahələri
müqabilində icarədarlardan icarə haqqı alırlar. İcarə haqqının müəyyən hissəsini
torpaq sahələrində olan əsas kapital ünsürlərindən (suvarma qurğuları, fermalar,
anbarlar və s.) istifadə müqabilində alınan haqq təşkil edir.
İcarə haqqının əsas hissəsini torpaq rentası təşkil edir. Torpaq rentası
dedikdə, torpaq sahiblərinin torpağı icarəyə götürənlərdən aldıqları torpaqdan
istifadə haqqı formasında olan gəlir nəzərdə tutulur. Torpaq rentasının əmələ
gəlmə səbəbləri torpağın mülkiyyət obyekti olması, torpaq sahələrinin
münbitliyinin müxtəlif olması, təsərrüfatçılığın müxtəlif intensivlikdə aparılması
və s. ilə əlaqədardır. Torpaq rentasının mənbəyi isə torpağı becərənlərin əməyi,
daha doğrusu, izafi əməyidir. Belə ki, insan bu və ya digər dərəcədə əmək sərf
etməsə ən yaxşı torpaq belə özlüyündə məhsul yetirə bilmir. Atalar demişkən «Bi-
tirər sünbülü iki şah damar - bir adı zəhmətdir, bir adı torpaq».
İqtisadi ədəbiyyatda torpaq rentasının öyrənilməsi tarixi 300 ildən artıqdır.
Rentanın elmi tədqiqinə 1662-ci ildə çap olunmuş «Vergilər və rüsumlar
haqqında traktat»da rast gəlmək mümkündür. Klassik siyasi iqtisadın banisi olan
V.Petti rentanın əmələ gəlməsində əməyin rolunu, diferensial rentanı geniş izah
etmişdir. O, topağın qiymətini və onu müəyyən edən amilləri göstərmişdir. Son-
ralar A.Smit və D.Rikardo tərəfindən də torpaq rentası haqqında maraqlı
tədqiqatlar aparılmışdır. Torpaq rentası nəzəriyyəsinin inkişafında K.Marksın da
138
xidməti çox olmuşdur. K.Marksa görə kapitalist torpaq rentası icarədarların torpağa
tətbiq etdikləri kapital üçün orta mənfəət çıxıldıqdan sonra izafi məhsulun torpaq
sahiblərinə çatan hissəsidir.
Müasir dövrdə dəbdə olan «Ekonomiks» kitabının müəlliflərinə görə isə
«iqtisadi renta çox kəskin surətdə məhdud olan torpaqlardan və digər resurslardan
istifadəyə görə ödənilən qiymətdir».
Rentanın tarixi formalarından - quldar, feodal və kapitalist torpaq rentasını
göstərmək olar. Quldarlıq cəmiyyətində torpaq rentası qulların, kolonatların və
xırda azad kəndlilərin əməyi ilə yaradılmış və quldarlar tərəfindən
mənimsənilmişdir. Quldarlar torpağı becərənlərin nəinki izafi məhsulunu, hətta
zəruri məhsulunun bir hissəsini də mənimsəyirdilər. Qul əməyinin məhsuldarlığı-
nın aşağı olmasına baxmayaraq qulların ucuzluğu və çoxluğu quldara imkan
verirdi ki, külli miqdarda sərvət sahibi olsunlar.
Feodal torpaq rentası təhkimli kəndli əməyinin nəticəsi idi. Təhkimli kəndli
qula nisbətən müəyyən qədər müstəqil olsa da o torpağa bağlı idi. İri torpaq
sahibləri olan feodallar torpağı becərən təhkimli kəndlilərin izafi məhsulunu torpaq
rentası formasında mənimsəyirdilər. Feodalizm cəmiyyəti inkişaf etdikcə feodal
torpaq rentası da müxtəlif formalarda təzahür etmişdir. Feodalizm cəmiyyətinin
inkişafının ilk dövrlərində işləyib ödəmə rentası üstünlük kəsb edirdi. Təhkimli
kəndli həftənin müəyyən günlərini feodalın torpağını, müəyyən günlərini isə
özünün və ya feodaldan icarəyə götürdüyü torpağı becərirdi. Feodal torpağını
becərməsi müqabilində təhkimli kəndli heç bir haqq almırdı. Təhkimli kəndlinin
sərf etdiyi zəruri və izafi əmək zaman və məkanca aydın hiss olunurdu. Feodalın
torpağında sərf olunan əmək izafi, öz təsərrüfatında sərf olunan əmək isə zəruri
əmək idi.
Bazar iqtisadiyyatı şəraitində isə torpaq rentasının aşağıdakı formalarına
təsadüf edilir. Mütləq torpaq rentası torpaq üzərində xüsusi mülkiyyət inhisarı ilə
bağlıdır. Torpaq sahibləri (ayrı-ayrı şəxslər, səhmdar cəmiyyətləri, dövlət) ən pis
torpaq sahələrini belə icarədarlara əvəzsiz, pulsuz vermirlər. Onlar bu sahələrin
istifadəyə verilməsi müqabilində də müəyyən haqq tələb edirlər. Bir çox nə-
zəriyyəçilər torpağın milliləşdirilməsi, kənd təsərrüfatının sənaye əsasları ilə
aparılmasını misal göstərərək müasir mərhələdə mütləq rentanın aradan çıxdığını
iddia edirlər. Bizə belə gəlir ki, bu proseslər bir qrup inkişaf etmiş ölkələrin
iqtisadiyyatına xarakterikdir. Digər ölkələrdə isə torpaq üzərində xüsusi mülkiyyət
inhisarı və bununla əlaqədar olaraq mütləq renta da qalmaqdadır.
Müasir mərhələdə mövcud olan torpaq rentasının əsas forması diferensial
rentadır. Bu renta fərq rentası da adlanır. Diferensial rentanın əmələ gəlməsi
şərtləri torpaq sahələrinin münbitliyinin müxtəlif olması, onların satış bazarlarına
yaxın və ya uzaqda yerləşməsi, torpaqdan müxtəlif intensivlikdə istifadə edilməsi və
s. ilə əlaqədardır. Bu rentanın mənbəyi torpağı becərənlərin izafi əməyi, səbəbi isə
torpaq sahələrinin təsərrüfat obyekti inhisarında olmasıdır. Torpaq üzərində
təsərrüfat obyekti inhisarı o deməkdir ki, müəyyən torpaq sahələrində bu və ya
digər dövrlərdə yalnız müəyyən şəxslər təsərrüfatçılıq edə bilərlər. Diferensial
renta yaranma mənbəyinə və mənimsənilmə subyektinə görə birinci və ikinci
diferensial renta şəklində olur. Birinci diferensial renta torpaq sahələrinin
139
münbitliyi ilə əlaqədardır. Belə ki, daha münbit sahələrdə məhsuldarlıq daha
yüksək olur. Bunun nəticəsində də bu sahələrdə təsərrüfatçılıq edənlər daha yük-
sək gəlir götürürlər. Birinci diferensial renta eləcə də torpaq sahələrinin satış
bazarlarına, nəqliyyat qovşaqlarına və sairəyə yaxın-uzaqda olmasından asılı olaraq
qərarlaşır. Belə ki, yaxınlarda təsərrüfatçılıq edənlər nisbətən az nəqliyyat xərcləri
çəkir, məhsulları nisbətən az xarab olur. Nəticədə də onlar uzaqlarda təsərrüfatçılıq
edənlərə nisbətən çox gəlir əldə edirlər. Birinci diferensial rentanın əmələ gəlməsi
icarədarların fəaliyyəti ilə əlaqədar olmadığı üçün torpaq sahiblərinə çatır. Torpaq
sahibləri bu şərtlərdən xəbərdar olduqları üçün həmin sahələr üçün daha çox icarə
haqqı tələb edirlər. İkinci diferensial renta isə təsərrüfatın daha intensiv aparılması
ilə əlaqədardır. Belə ki, ayrı-ayrı icarədarlar torpaq sahələrinə əlavə kapital tətbiq
etməklə məhsuldarlığı artırmağa nail olurlar. Bunun üçün onlar torpağın
becərilməsində elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edir, suvarma-
meliorasiya tədbirlərini həyata keçirirlər. Bütün bu tədbirlərin nəticəsində də
məhsuldarlıq artır və üstəlik mənfəət əldə edirlər. Bu mənfəət icarədarın fəaliyyəti
ilə əlaqədar olduğu üçün torpaq sahibinə deyil, icarədara çatır. Ona görə də icarə
müddəti dövründə ikinci diferensial renta icarədarın, icarə müddəti qurtardıqdan
sonra isə icarə haqqını artırmaq yolu ilə torpaq sahibinin əlinə keçir. Torpaq
rentasının formalarından biri də hasilat rentasıdır. Mə’lum olduğu kimi bu və ya
digər torpaq sahələrinin təkində müəyyən mineral maddələr olur. Hasilat sənayeçiləri
həmin yeraltı sərvətlərdən istifadə etmək üçün torpaq sahələrini icarəyə götürürlər.
İcarəyə götürdükləri sahələr üçün torpaq sahiblərinə icarə haqqını hasilat rentası şək-
lində verirlər. Hasilat rentasının həcmi faydalı qazıntı yatağının həcmi və
keyfiyyəti, torpaq səthinə və torpaq sahələrinin kommunikasiya xətlərinə yaxın
və uzaqda olması və s. amillərdən asılı olaraq müxtəlif olur. Hasilat rentası da
diferensial renta şəklində təzahür olunur.
Torpaqdan istifadə ilə əlaqədar olaraq əmələ gələn rentanın formalarından
biri də inhisar rentasıdır. Mə’lum olduğu kimi bə’zi kənd təsərrüfatı məhsullarının
yetişdirilməsi xüsusi şəraitin olmasını tələb edir. Məsələn, hər yerdə zə’fəran,
subtropik bitkilər və s. yetişdirmək mümkün deyildir. Belə xüsusi şəraiti olan tor-
paqlar olduqca məhdud, məhsullara olan tələbat isə xeyli yüksəkdir. Buna görə də
bu məhsullar yüksək inhisar qiymətilə satılır və təsərrüfatçılıq edənlər inhisar
mənfəəti, üstəlik mənfəət əldə edirlər. Bu üstəlik mənfəət daimi xarakter daşıdığı
üçün torpaq sahibləri həmin sahələri inhisar rentası müqabilində icarəyə verirlər.
Tikinti sahələri üçün olan renta da torpaqdan istifadə ilə əlaqədar yaranan
rentanın formalarından biridir. Tikinti sahələri üçün renta - yaşayış binaları, sənaye,
ticarət müəssisələri və başqa müəssisələr tikməkdən ötrü torpaq icarə edən
sahibkarların torpaq sahibinə verdikləri rentadır. Torpaq sahələrinin
kommunikasiya xətlərinə, yaşayış məntəqələrinin mərkəzinə yaxın və uzaq olma-
sından asılı olaraq bu rentanın da miqdarı müxtəlif olur.
Torpaq müəyyən mə’nada əmək məhsulu olmasa da mülkiyyət obyekti ol-
duğu üçün bazar iqtisadiyyatı şəraitində alqı-satqı obyekti rolunu oynayır.
K.Marksa görə torpağın qiyməti kapitallaşmış rentadır, yə’ni torpağın qiyməti
torpaq sahəsindən götürülən rentanın miqdarından asılı olaraq müxtəlif olur.
Torpağın qiymətinə tə’sir edən amillərdən biri də bank faizi normasıdır. Torpağın
140
qiyməti renta ilə düz, bank faizi norması ilə tərs mütənasibdir:
renta
Torpağın qiyməti = ⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯ x 100%
bank faizi norması

Cəmiyyətin inkişafı ilə əlaqədar torpağın qiyməti də artır. Çünki məhsuldar


qüvvələrin inkişafı bir tərəfdən rentanın yüksəlməsinə, digər tərəfdən isə faiz
normasının aşağı düşməsinə səbəb olur.

§5. Azərbaycanda aparılan aqrar islahatların


əsas istiqamətləri

Bazar iqtisadiyyatı şəraitində kəndli-fermer təsərrüfatları respublikada əhalinin


ərzaq məhsullarına olan tələbatının yaxın gələcəkdə ödənilməsinin ən güclü
ehtiyat mənbəyidir. Məhsul bolluğunun yaradılması kəndli-fermer
təsərrüfatlarının inkişafı şəraitində bir sıra şərtlərin və amillərin düzgün nəzərə
alınmasından asılıdır. Bunlardan ən başlıcası kəndli-fermer təsərrüfatlarının
inkişafının əsas istiqamətlərini müəyyən etməkdir.
Əvvəla, nəzərə almaq lazımdır ki, kəndli-fermer təsərrüfatları xüsusi
təsərrüfatçılıq forması olub, müstəqil fərdi və ya kollektiv əməyə və iqtisadi fayda
götürmək prinsipinə əsaslanan sahibkarlıq formasıdır. Onun fəaliyyəti «Kəndli-
fermer təsərrüfatları haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq
olaraq, fərdi şəxsin, ailənin, yaxud qarşılıqlı razılıq əsasında yaradılmış bir qrup
əmək qabiliyyətli şəxslərin əməyinə istinad edir. Kəndli-fermer təsərrüfatları
ölkəmizdə mövcud olan kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin
əsasında yaradılmaqla, digər özəl və dövlət qurumları ilə bərabər hüquqa malikdir
və istehsalın quruluşunu müəyyən etməkdə istehsal olunan məhsulun qiymətləndiril-
məsi, e’malı, mübadiləsi, satışı və sair məsələlərin həllində sərbəstdir.
Göstərmək lazımdır ki, bazar münasibətlərinə keçid dövründə kəndli-fermer
təsərrüfatlarının çoxukladlı kənd təsərrüfatında bərabərhüquqlu təsərrüfatçılıq
forması kimi təşəkkül tapması və inkişaf etməsi bir çox vacib şərtlərin olmasını
tələb edir. Respublikada hazırki şəraitdə kəndli-fermer təsərrüfatlarının inkişafına
yardım etmək imkanları olduqca məhduddur. Təsərrüfatların inkişafı fermerin
maddi imkanından asılıdır. Gübrə, toxum, yanacaq, traktora ehtiyat hissələrini almaq
üçün təsərrüfatlar çətinlik çəkir.
Respublikada müxtəlif bitkilər üzrə kəndli-fermer təsərrüfatlarına ayrılan
torpaqların optimal ölçüsü, onların ixtisaslaşdırılması, kooperasiya formalarının
müəyyən edilməsi, kəndli-fermer təsərrüfatları üçün kadr hazırlığı sahəsində
tədbirlərin işlənib həyata keçirilməsi olduqca vacib məsələlərdəndir. Təchizat və
xidmət sahələrinin özəlləşdirilməsi aqrar sahədə infrastrukturun yeni əsaslarla
formalaşmasını və səmərəli işləməsini tə’min edən amillərdən asılıdır.
Bazar iqtisadiyyatında təbii-iqlim şəraiti, ixtisaslaşma dərəcəsi və digər
xüsusiyyətlər nəzərə alınmaqla iri, orta və kiçik sahibkarlıq formalarından biri
digərini tamamlamalı, sağlam rəqabət şəraitində hər biri özünəməxsus yerini
tutmalıdır.
141
Ümumiyyətlə, təcrübə və təhlil nəticəsində aydın olur ki, respublikanın bazar
münasibətlərinə keçid şəraitində kənd təsərrüfatında müsbət meyllər əmələ
gəlməyə başlamışdır. Bunlar əsasən aşağıdakılardan ibarətdir:
1. Kənd təsərrüfatında bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq
tələb-təkliflə əlaqədar yeni struktur dəyişiklikləri baş verir.
2. Əhalidə mülkiyyətçilik psixologiyası formalaşmağa başlamış, sərbəst
fəaliyyətə, yaradıcılığa və sahibkarlığa meyl güclənmişdir.
3. İslahatın həyata keçirildiyi ilkin mərhələdə dünya təcrübəsinə meyl artmış,
respublikanın təbii-iqtisadi şəraitinə, kənd təsərrüfatının spesifik xüsusiyyətlərinə,
adət-ən’ənə və vərdişlərinə uyğun mülkiyyət formalaşmağa başlamışdır.
4. Respublikada rəqabət mühitinin yaradılması, dünya standartlarının
tələblərinə uyğun məhsul istehsalı və daxili bazarın qorunması üçün meyllər artır.
5. Kənd təsərrüfatında istehsalın mərkəzdən, planlı idarə edilməsi özünüidarə
ilə əvəz edilməyə başlayır, idarəetmə funksiyaları təkmilləşdirilir.
Bazar münasibətləri şəraitində kənd təsərrüfatının inkişafı aqrar islahatının
aparılmasından, onun əsas istiqamətlərinin düzgün müəyyənləşdirilməsindən,
islahatın məqsəd və prinsiplərinin nəzəri məsələlərinin elmi cəhətdən
əsaslandırılmasından asılıdır. «Aqrar islahatın əsasları haqqında» Azərbaycan
Respublikasının Qanununda yazılmışdır: «İslahatın məqsədi aqrar bölməni böh-
randan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini
yaxşılaşdırmaqdır». Söhbət respublikanın aqrar bölməsini yaranmış iqtisadi
böhrandan çıxarmaq üçün bu barədə nəzəri və metodoloji məsələlərin
qoyuluşundan və onun elmi cəhətdən əsaslandırılmış istiqamətlərinin düzgün
müəyyənləşdirilməsindən gedir. Bu baxımdan ölkəmizdə həyata keçirilən aqrar
islahatının məqsədinin nəzəri cəhətdən əsaslandırılmasının çox böyük əhəmiyyəti
vardır.
Azərbaycan Respublikasının «Sovxoz və kolxozların islahatı haqqında»
qanunu ilə «Aqrar islahatın əsasları haqqında» qanununda islahatın məqsədinin
yazılış məzmunu arasında müxtəlifliyin olması da müşahidə edilir. Belə ki,
«Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikası Qanununun
islahatın məqsəd və vəzifələri bölməsində qeyd edilir ki, «islahatın məqsədi bazar
iqtisadiyyatına uyğun müxtəlif növlü təsərrüfat formalarını yaratmaq və aqrar
bölmədə sahibkarlığı inkişaf etdirməkdir».
Halbuki, «Aqrar islahatın əsasları haqqında» Azərbaycan Respublikasının
Qanununda yuxarıda qeyd etdiyimiz kimi göstərilir ki, «islahatın məqsədi aqrar
bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi
vəziyyətini yaxşılaşdırmaqdır». Aqrar islahatın məqsəd və vəzifələrinin şərhində
belə yarımçıq ifadələrin işlədilməsi perspektiv məqsədləri dəqiq başa düşməyə
imkan vermir.
Aqrar bölmənin və bütünlükdə iqtisadiyyatın bazar münasibətlərinə keçildiyi
şəraitdə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün aşağıdakı
istiqamətlərdə kompleks tədbirlərin həyata keçirilməsi zəruridir:
1. Aqrar bölmədə yeni mülkiyyət münasibətlərini formalaşdırmaq.
2. Torpaq, meliorasiya və su təsərrüfatlarının islahatlarının kompleksliyini
tə’min etmək.
142
3. Müxtəlif növlü yeni təsərrüfatçılıq formaları yaratmaq.
Sovxoz və kolxozlar yenidən təşkil edildikdə və ya onlarda islahat
aparıldıqda islahatın xüsusiyyətləri nəzərə alınmalıdır.
1. Sovxoz və kolxozlarda islahat aparılarkən Azərbaycan Respublikasının
aqrar islahatına dair qəbul etdiyi qanunlar, normativ-hüquqi sənədlər, tövsiyə və
tə’limatlarla bərabər islahat aparılan təsərrüfatların ümumi yığıncağının qərarı da
nəzərə alınır və ümumi yığıncaqlarda baxılır;
2. İslahatın aparılmasında könüllülük prinsipi bankrot e’lan olunmuş sovxoz
və kolxozlara şamil edilir;
3. İslahat prosesində əgər iqtisadi cəhətdən məqsədəuyğundursa, hər bir
sovxoz və kolxozun əsasında bir neçə müxtəlif növlü təsərrüfatlar da yaradıla
bilər;
4. İslahat prosesində təsərrüfatın rəhbərliyi və maddi-mə’sul şəxsləri islahat
başa çatanadək onun maddi-texniki əmlakının saxlanılmasına və qorunmasına
qanunvericilik daxilində cavabdehlik daşıyır;
5. Sosial və mühəndis infrastruktur obyektləri kollektivin razılığı ilə
bələdiyyə mülkiyyətinə verilə bilər. Bu şərtlə ki, həmin obyektlərdən hamı
bərabər hüquqla məqsədə uyğun surətdə istifadə edə bilsin;
6. İslahat prosesində əvvəlcədən bağlanmış müqavilə öhdəliklərini yerinə
yetirmək, əsas və kənd təsərrüfatı məhsulları üzrə tapşırıqlara əməl etmək və s.
məqsədlər üçün ixtisaslaşdırılmış hüquqi səlahiyyətə malik olan nəzarət qrupları
yaradıla bilər.
Aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşması üçün yeni
müxtəlif növlü müəssisələrin yeni təşkilati-hüquqi formaları da yaradılmalıdır. Bu
obyektiv zərurət ondan irəli gəlir ki, müxtəlif növlü müəssisələr yaradılmadan
(müxtəlif mülkiyyətə əsaslanan) bazar infrastrukturu formalaşdırmaq və bu
şəraitdə azad rəqabət mühiti yaratmaq da qeyri-mümkündür. Məhz ona görə də
«Aqrar islahatın əsasları haqqında» Azərbaycan Respublikasının Qanununda
göstərilir: «Sovxoz və kolxozların islahatı onların kəndli-fermer təsərrüfatlarına
bölünməsini, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kənd təsərrüfatı
müəssisələrinə çevrilməsini, sovxozların bazasında dövlət kənd təsərrüfatı
müəssisələrinin yaradılmasını, şəxsi yardımçı təsərrüfatların inkişafını nəzərdə
tutur». Burada eyni zamanda qeyd edilir ki, dövlət kənd təsərrüfatı müəssisələri
istisna olmaqla inzibati qaydada bir təsərrüfat formasının başqa bir formaya
çevrilməsinə və ya ləğv edilməsinə yol verilmir. Deyilənlərdən belə qənaətə
gəlmək olur ki, bazar münasibətlərinə keçid və bu şərait üçün rəqabət mühitinin
yaradılması obyektiv zərurət olub, qanunauyğun bir prosesdir. Odur ki
Azərbaycan Respublikasında yaradılmış konkret şəraitdən, real hüquqi bazadan is-
tifadə edib, təsərrüfatçılığın müxtəlif növləri inkişaf etdirilməlidir.
Proqnozlara görə çoxnövlü təsərrüfatçılığı inkişaf etdirmədən aqrar bazarın
formalaşdırılması üçün rəqabət mühiti yaratmaq qeyri-mümkündür. Odur ki, kənd
təsərrüfatının bazar münasibətləri şəraitinə keçirildiyi hazırkı dövrdə ölkəmizdə
başqa təsərrüfat növləri kimi, elmi cəhətdən əsaslandırılmış kəndli-fermer təsər-
rüfatlarının yaradılması da obyektiv zərurət olmaqla yanaşı, qanunauyğun bir pro-
sesdir. Eyni zamanda kəndli-fermer təsərrüfatlarının fəaliyyətinin tənzimlənməsi
143
və onun daha da təkmilləşdirilməsi vacibdir. Çünki, bazar iqtisadiyyatı şəraitində
kəndli-fermer təsərrüfatları respublikada əhalinin ərzaq məhsullarına olan tə-
ləbatının yaxın illərdə ödənilməsində ən güclü ehtiyat mənbəyi hesab edilir.
Məhsul bolluğunun yaradılması kəndli-fermer təsərrüfatlarının inkişafı şəraitində
bir sıra şərtlərin və amillərin düzgün nəzərə alınmasından asılıdır. Bunlardan ən
başlıcası kəndli-fermer təsərrüfatlarının inkişaf parametrlərinin elmi əsaslarla
hazırlanması və onların əsas istiqamətlərinin müəyyən edilməsidir.

144

You might also like