You are on page 1of 1

Teymurləng

Deyirlər ki, Teymurləng döyüşlərin birində məğlub olur, qoşunu pərən-pərən düşür. Teymurləng
özü də canını güclə qurtarıb, bir kolun dalında gizlənir. Bu vaxt onun gözü yarğana çıxmaq
istəyən bir qarışqaya sataşır. Qarışqa apardığı dənlə yarğana çıxmağa çalışır və hər dəfə yolun
müəyyən bir hissəsində sürüşüb aşağı düşür. Bir az sonra yenə çıxmağa başlayır, yenə də aşağı
sürüşür və yenə təzədən çıxmağa çalışır. 69 dəfə sürüşüb düşəndən sonra qarışqa, nəhayət, 70-ci
dəfədə yarğana dırmaşıb gedir. Teymurləng öz halından utanıb gizləndiyi yerdən çıxır və pərən-
pərən düşən qoşununu toplayıb, yenidən hücuma keçir. Belə bir həmləni gözləməyən düşmən
ağır məğlubiyyətə uğrayır və Teymur qələbə qazanır. Belə döyüşlərdən birində budundan
yaralanan Teymur axsamağa başlayır və o vaxtdan Teymurləng adını alır.

Teymurləng 1402-ci ildə Ankara altında İldırım Bəyazidi əsir etmişdi. Teymur-topal, Bəyazid isə
kor idi. Teymur eyş-işrət məclisi qurub sultanı da qəfəs içində həmin məclisə gətirmişdi. Əmir
əyanlarla keyf etdiyi zaman qəfəsdə oturan sultanın qəmgin olduğunu görüb:
— Sultan əfəndim, belə qəmgin oturub nə düşünürsünüz? — deyə soruşduqda,
Bəyazid:
— Düşündüyüm odur ki, görəsən bu dünyanı bir çolaq ilə bir koramı tapşırıblar? — deyə cavab
vermişdir.

Orta Asiyanın məşhur sərkərdəsi və dövlət xadimi Teymurləngin (1336-1405) qəbrinin yerini
müəyyən etmək xeyli mübahisələrə səbəb olmuşdur. Onun Səmərqənd şəhərində Qur-Əmir
məqbərəsində dəfn edildiyini sübuta yetirmək üçün orada Teymurləngə aid edilən qəbri açmaq,
cəsədin qalıqlarını tədqiq edib, bu skeletin hansı şəxsiyyətə mənsub olduğunu aşkara çıxarmaq
lazım idi. Məşhur arxeoloq və antropoloq olan M.Gerasimov bu sahənin mahir mütəxəssisi kimi
qəbrin açılmasında iştirak edirdi. M.Gerasimov çürümüş cəsədin skeletinə, onun qalan
sümüklərinin quruluşu, ölçüləri və s. əlamətlərinə əsasən bu skeletə mənsub olan şəxsin zahirən
görünüşünü bərpa etmək işində dəyərli tədqiqatların müəllifi kimi tanınır. Qəbri açarkən skeletin
yanında parçaya bükülmüş və üzərində yazı olan bir lövhəcik də var idi. Burada yazılmışdır ki,
kim mənim tabutuma toxunmağa cəsarət edirsə, qoy bilsin ki, onun ölkəsi məndən qat-qat güclü
və amansız bır düşmənin hücumuna məruz qalacaq, düşmən onun vətənini elə bir kökə salacaq ki
hətta mənim fəth etdiyim və dağıtdığım ölkələr belə bunu görmək çox maraqlıdır: tabutun açılışı
21 iyun 1941-ci il tarixinə təsadüf edir Bu, Hitlerin SSRİ üzərinə hücumunu, ölkəni min bir
əziyyətə salan Sovet-alman müharibəsinin başlanğıcı günüdür.

You might also like