You are on page 1of 331

VAQİF YUSİFLİ

TƏNQİD DƏ
YARADICILIQDIR
BAKI
MÜTƏRCİM
2003

Bu kitabı böyük tənqidçi, ustad Yaşar Qarayevin


əziz xatirəsinə həsr edirəm.

Redaktoru
və ön sözün müəllifi
akademik Kamal Talıbzadə

Naşir
filologiya elmləri namizədi, dosent
Telman Vəlixanlı

Vaqif Yusifli. Tənqid də yaradıcılıqdır. – Bakı: Mütərcim,


2003….səh.

2
Kitaba tanınmış tənqidçi Vaqif Yusiflinin son illərdə
yazdığı məqalələri daxil edilmişdir. Bu məqalələr çağdaş
Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə, ayrı-
ayrı görkəmli sənətkarların yaradıcılıq yoluna və əbədi
gəncliyin axtarışlarına həsr olunmuşdur.

Y
AB022004

© Mütərcim, 2003

3
TƏNQID DƏ YARADICILIQDIR

1975-ci ilin yaz aylarında direktor müavini


işlədiyim Nizami adına Ədəbiyyat İnstitutunun
aspiranturasına növbəti qəbul imtahanları başlandı. Səhv
etmirəmsə, həmin il əyani aspiranturaya bir yer
ayrılmışdı. Müsabiqədə isə səkkiz nəfər iştirak edirdi.
Birinci imtahan ixtisas fənnindən idi və elə ilk
imtahanda arıq, çəlimsiz bir oğlan diqqətimi cəlb etdi. O,
verilən sualların əhatə dairəsindən çox-çox kənara çıxır,
öz məntiqi cavabları ilə adi bir kənd müəllimi
olmadığını sübut edirdi. Həmin imtahanda yeganə beşi
həmin arıq, çəlimsiz oğlan aldı.
Elə o gündən onu gözüm tutdu və sonrakı iki
imtahan başa çatandan sonra öyrəndim ki, ən yüksək
nəticəni göstərib. İxtisas imtahanında elə danışmışdı ki,
bu oğlanın elmi rəhbəri olmaq fikri ürəyimdən keçmişdi.
Elə də oldu. Mən onun elmi rəhbəri oldum. Namizədlik
dissertasiyası üçün belə bir mövzunu da təsdiq etdirdim:
«Müasir Azərbaycan nəsrində konflikt və xarakter».
...İndi 2002-ci ilin sonlarıdır. Və həmin oğlan – filo-
logiya elmləri namizədi Vaqif Yusifli Azərbaycanın
tanınmış tənqidçilərindən biridir, hətta mən deyərdim,
ən məhsuldar tənqidçidir. O, indi 54 yaşındadır, irili-
xırdalı 500-dən artıq elmi-tənqidi məqalənin, 13 kitabın
müəllifidir.

4
1979-cu ildə Ədəbiyyat İnstitutunda filologiya
elmləri namizədi alimlik dərəcəsini almaq üçün uğurla
müdafiə kürsüsünə qalxdı və az sonra.. institutu tərk
etdi.
Elə aspirant olduğu müddətdə Vaqif müasir
Azərbaycan ədəbiyyatı ilə bağlı bir neçə mötəbər elmi
müşavirədə çıxış etdi və biz gözləyirdik ki, namizədlik
dissertasiyasından sonra institutda elmi fəaliyyətini
davam etdirəcək. Tezliklə mövzu götürüb doktorluq
dissertasiyası yazmağa başlayacaq. Ancaq belə olmadı.
Sən demə, «Azərbaycan» jurnalının baş redaktoru, yazıçı
Əkrəm Əylisli fürsət gəzirmiş ki, Vaqifi «Azərbaycan»
jurnalına çəkib aparsın. Vaqifin nəsr barədə çıxışları
onun xoşuna gəlmişdi. Deyəsən, orada məndən xəbərsiz
gizli sövdələşmə də olmuşdu. «Azərbaycan» jurnalı
yarandığı gündən bizim ədəbiyyatın güzgüsü rolunu
oynayırdı və Vaqifin bu jurnalda işləmək arzusu da təbii
idi.
1979-cu ilin 19 dekabrında Vaqif sıxıla-sıxıla mənim
yanıma gəldi və «Azərbaycan» jurnalında tənqid
şöbəsinin müdiri işləmək istədiyini söylədi. Bir anlıq
tərəddüddən sonra mən ona uğur dilədim. Elə
düşündüm ki, jurnal Vaqifin bir tənqidçi kimi fo-
rmalaşmağına təsir göstərəcək və zənnim məni
aldatmadı. Tezliklə Vaqif sayılan, seçilən tənqidçi oldu.
İndi Vaqif «Azərbaycan» jurnalında baş redaktor
müavinidir.
Bu gün mən Vaqif Yusiflinin 20-22 il ərzində yazıb
yaratdıqlarını nəzərdən keçirəndə heyrətlənməyə

5
bilmirəm. Ürəyimdə böyük qürur hissi keçirirəm, «O
mənim aspirantım olmuşdur» deyirəm. Axı, onun bir
tənqidçi kimi formalaşmağında mənim də əməyim var.
Hər dəfə dissertasiya işinin müəyyən səhifələrini mənə
oxumağa gətirəndə ona ciddi məsləhətlər verir,
iradlarımı söyləyirdim. Hər dəfə də mən ona gələcəyin
tənqidçisi gözüylə baxdığımdan bu peşənin
məsuliyyətindən, çətinliyindən dönə-dönə söz açırdım.
Ötən illərin tənqid mübahisələri barədə məlumat verir-
dim. Deyirdim ki, tənqidçi təkcə müasir ədəbiyyatı yox,
klassik ədəbiyyatı da dərindən bilməlidir, şeri şair qədər
duymalıdır, nəsri nasir qədər hiss etməlidir. Nəzəriyyəni
yaxşı bilməlidir. Dünya ədəbiyyatından xəbərdar
olmalıdır. Və ən başlıcası, son dərəcə obyektiv və ədalətli
olmalıdır, cəsarəti başlıca silahına çevirməlidir. Və indi
sevinirəm ki, Vaqif Yusifli öz müəlliminin öyüdlərini
reallığa çevirib. Fəxr etməyə dəyər!
Vaqif Yusifli tənqidçidir. O, M.F.Axundovdan
başlanan bu yolun layiqli davamçılarındandır. Ancaq bir
insan kimi onun səciyyəvi xüsusiyyəti – bəzəyi
təvəzökarlığındadır. O, heç vaxt bəziləri kimi özünü
öymür, yazdığı məqalələri və kitabları ilə zərrəcə öyün-
mür, sadəcə olaraq başını aşağı salıb öz işini görür, müa-
sir ədəbiyyatımızın problemləri ilə bağlı məqalələr yazır,
ədəbiyyatda yaranan ən maraqlı əsərlər barədə ilk dəfə
söz deyir. Yazıçılar Birliyində və Ədəbiyyat İnstitutunda
keçirilən elmi müşavirələrdə çox zaman əsas
məruzəçilərdən biri olur və s. Onun tənqidi fəaliyyəti,
yaradıcılığının əsas vurğusu müasir Azərbaycan ədəbiy-

6
yatıdır. 70-80-ci illərdə (Vaqif ilk məqaləsini 75-ci ildə
«Ədəbiyyat və incəsənət» qəzetində çap etdirmişdir.)
Vaqif nəsrdən daha çox yazırdısa, poeziyaya az müraciət
edirdisə, 90-cı illərdə meylini daha çox poeziya hadisələ-
rinə yönəltdi. Nəsrdən yazanda əsas diqqətini konflikt və
xarakter problemlərinə, janrların inkişafına yönəldən
tənqidçi ədəbiyyatın ayrı–ayrı dövrləri arasında dialektik
əlaqəni tuta bilir, bu günün nəsrini yalnız bu günün nəsri
kimi təhlil etməklə məhdudlaşmır, həm də paralel müqa-
yisələr aparır. Səksəninci illərdə Vaqifin «Roman
haqqında mülahizələr», «Azərbaycan romanı – dünən, bu
gün», «Romanlar, qəhrəmanlar» məqalələri, sözün həqiqi
mənasında, Azərbaycan romanının 1960-1990-cı illərdə
keçdiyi inkişaf yolunun uğurlu elmi tədqiqi kimi diqqəti
cəlb etdi.
Məni daha çox fərəhləndirən odur ki, Vaqif təhlil
etdiyi mövzuya bələd olandan sonra əlinə qələm alır. O,
roman janrından yazırsa, bu janrın poetikası ilə bağlı
nəzəri ədəbiyyatı da gözdən qaçırmır, ən əsası isə az qala
bütün yazılanları oxuyur. Bu fikri mən onun poeziyaya
həsr etdiyi məqalələrinə də aid edə bilərəm.
Bu da fərəhli haldır ki, V.Yusifli ədəbiyyatımızın
bütün qüdrətli və istedadlı sənətkarları haqqında söz
deyib.
Vaqifin 80-90-cı illərdə ədəbiyyata gələn cavan şair
və nasirlər haqqında silsilə məqalələri var. İstedadına
şübhə etmədiyi bütün gənclərin yaradıcılığına müraciət
edən tənqidçi hər şairdə onun özünəməxsusluğunu
görməyə çalışır. Hətta öz təbiətindəki, insani key-

7
fiyyətindəki yaxşılıq etmək prinsipindən çıxış edib hər
hansı gənc şairi ruhlandırmağı da bacarır, onun şer
kitabındakı zəif və ortabab şerləri bir qırağa qoyub
hansısa uğurlu bir şerindən yapışır. Və mənim bildiyimə
görə, bu, yaxşı nəticə verir.
Aspirantım olanda mən Vaqifin klassik poeziyaya
vurğunluğunu hiss etməmişdim. Amma sən demə, Vaqif
Yusifli Füzuli əsiriymiş. Mən onun «Tənqid və bədii söz»
məqalələr kitabında dahi Füzuliylə bağlı üç məqaləni
oxuyandan sonra bunu kəşf etdim (yeri gəlmişkən qeyd
etdim ki, bu üç məqalə Vaqifin müasir ədəbiyyatdan
yazdığı məqalələrindən elmi sanbalı etibarilə heç də geri
qalmır). Həmin kitaba mənim aspirantım olmuş, indi isə
XX əsr ədəbiyyatmızın mötəbər tədqiqatçılarından
sandığım Aybəniz Kəngərli ön söz yazıb. O ön sözdə
Vaqifin tənqidçi səciyyəsini açıqlayan belə bir cümlə var:
«Tənqidçi Vaqif Yusifli həqiqi şairdə və şerdə Füzulini
axtarır – Füzulilik nə qədər yüksəkdirsə, şer o qədər
yüksək əyarlıdır».
Vaqifin müasir şerdən söz açanda klassiklərə üz
tutması məni hədsiz sevindirir və bu da səbəbsiz deyil.
Bu məqamda Vaqif Yusifli ustad tənqidçilərimiz
Məmməd Arifin və Məmməd Cəfərin yolunu davam
etdirir.
Mən çox sevinirəm ki, mənim aspirantım olmuş
indi isə görkəmli tənqidçi kimi tanınan Vaqif Yusifli
ədəbi prosesdə layiqincə qiymətləndirilir. Sevinirəm ki,
görkəmli yazıçı və tənqidçi Elçin Vaqif haqqında bu
sözləri yazıb: «Vaqif çoxcəhətli bir yaradıcılığa malikdir.

8
Bir tərəfdən ədəbiyyatşunas alim kimi nəsrin nəzəri
problemlərini, yaxud Azərbaycan romanının tarixini təd-
qiq edir, o biri tərəfdən müasir ədəbi proseslə məşğul
olan tənqidçi kimi gözəl şairimiz Fikrət Qoca haqqında
monoqrafiya yazır, bir tərəfdən peşəkar sənətşünas kimi
muğam ustalarının yaradıcılığını araşdırır, Alim
Qasımovun «Şur»u üstündə düşüncələrə dalır, yaxud
Səməndər Rzayevin sənətindən danışır, o biri tərəfdən
düşünən və düşündürən bir ədib kimi millətin və
cəmiyyətin mətləblərini qaldıran publisistika ilə çıxış
edir».
Belə misalların sayı çoxdur və bu da onu göstərir ki,
Vaqif Yusifli müasir ədəbi tənqidin sükançılarından
biridir.
Amma çox təəssüf edirəm ki, Vaqif Yusifli hələ də
elmlər namizədi olaraq qalır. Mən Ədəbiyyat
İnstitutunda müdafiə şurasının sədriyəm. Vaqif Yusifli
hərdən hansısa bir namizədlik dissertasiyasının
müdafiəsində ikinci opponent kimi çıxış edir və sözün
açığı, bu mənə ağır gəlir. Fikirləşirəm ki, axı Vaqif Yusifli
– bu qədər tənqidi məqalələr müəllifi, Məmməd Araz,
Fikrət Qoca, Elçin haqqında monoqrafiyaların müəllifi,
gecə-gündüz yorulmadan ədəbiyyatımızın tədqiqi ilə
məşğul olan bu istedadlı alim niyə vaxt tapıb doktorluq
dissertasiyasını yazıb bitirmir? Ona görə də mən onu tez-
tez qınayıram, ondan səviyyəcə heç də yüksək olmayan
alimlərin artıq çoxdan elmlər doktoru olması faktı da göz
qabağındadır. Amma mən, Vaqifi çox istəyən bir
müəllimi kimi həmin müdafiə günlərində onu opponent

9
kimi kürsüyə dəvət edəndə, qeyri-rəsmi olsa da, həqiqi
qiymətini verirəm: «Söz verilir mənim tələbəm, istedadlı
tənqidçi-ədəbiyyatşunas, filologiya elmləri doktoru Vaqif
Yusifliyə». Bəlkə də bir başqası olsaydı, etiraz etməzdi,
amma Vaqif kürsüyə qalxan kimi ilk sözü bu olur: «Mən
elmlər doktoru deyiləm».
Vaqif Yusifli 54 yaşındadır və çox cavan görünür.
İllər ona, demək olar ki, heç təsir eləməyib. Odur ki,
Vaqifin yaxın illərdə elmlər doktoru olması da, bir-
birinin ardınca sanballı məqalələr yazacağı da, yeni
kitablar nəşr etdirəcəyi də şübhə doğurmur.
Vaqif Yusiflinin ön söz yazmaq üçün mənə təqdim
etdiyi bu kitaba gəlincə, uzun-uzadı söz açmaqdansa,
ancaq bir cümlə ilə kifəyətlənə bilərəm: «Bu kitab tənqid
kitabıdır! Burada söz, ədəbiyyat, poeziya tənqidçi
təfəkküründən süzülən işıqda daha aydın görünür.
Ədəbiyyat həyatın güzgüsüdürsə, Vaqif kimi tənqidçilər
tənqidi də ədəbiyyatın güzgüsünə çevirməyi bacarırlar.
Mən bu yolda görkəmli tənqidçi Vaqif Yusifliyə uğurlar
arzulayıram».

Kamal Talıbzadə,
akademik

10
ƏDƏBİ PROSES

ƏSRİN BİRİNCİ İLİ

(2001-ci ilin nəsri haqqında qeydlər)

Hansı filosofsa deyib ki, hər cür müqayisə


nöqsanlıdır. Ancaq mən elə bilirəm – bədii ədəbiyyatın
professional şərhi və yozumu, elmi-tənqidi izahı hər cür
müqayisəyə meydan açır. O mənada ki, bu müqayisələr
nəyisə inkara yox, təsdiqə çevrilsin, ədəbiyyatın, bədii
sözün öz inkişaf dialektikasından doğan meyl və ten-
densiyaları açıqlasın. Belə ki, 2001-ci ilin Azərbaycan nəsri
haqqında söz açarkən heç olmasa, bir əsr bundan öncəni –
1901-ci ili təsəvvürə gətirmək lazımdır. 1901-ci ildə, yəni
XX əsrin başlanğıcında professional mənada Azərbaycan
nəsrinin hələ heç özülü qoyulmamışdı, ortada yalnız
barmaqla sayılacaq adlar, əsərlər vardı, hələ nə Mirzə Cəlil,
nə «Poçt qutusu», nə Haqverdiyev, nə «Xortdanın
cəhənnəm məktubları», nə Yusif Vəzir, nə «Cənnətin qəb-
zi» nəsrin faktına və simvoluna çevrilməmişdi… Ancaq XX
əsr özünün yeni əsr olduğunu təkcə dəyişən, yeniləşən
içtimai-siyasi təsisatlarda yox, həm də hər bir xalqın milli-

11
mənəvi şüurunda təcəssüm etdirdi. Bədii sözün to-
ranlığında NƏSR bütün rəngarəng çalarlarıyla işığa
qovuşdu, necə deyərlər, bir məşhur kəlamla ifadə etsək:
onu zəmanə özü, təbiət özü yaratdı.
Bu yüz il ərzində Azərbaycan nəsrinin keçdiyi YOL
göz qarşısındadır: NƏSR Azərbaycanda bədii ədəbiyyatın
əsas, aparıcı janrına da çevrilib – onun baniyi-karı Mirzə
Cəlil hələ əsrin əvvəllərində elan etdiyi «Vətən! Vətən!
Vətən! Millət! Millət! Millət! Dil! Dil! Dil!» ədəbi-tarixi
mərama da sadiq qalıb, sovet rejiminin və sosrealizm
ədəbiyyatının ideoloji prinsiplərinə də uyğunlaşıb, eyni za-
manda, elə bu TABU və qadağaları pozaraq kommunist re-
jimininin sürəkli çağlarında bədii fikrin həqiqi mahiyyətini
ifadə edib. Bu gün sovet ədəbiyyatı ilə bağlı ifrat fikirlərə
qətiyyən haqq qazandırmadan deyə bilərik ki, Azərbaycan
ədəbiyyatı, xüsusilə, nəsri 70 ildə yalnız «Sovet ədəbiyyatı»
faktı olub qalmamışdır. Tənqidçi Yaşar Qarayevin doğru
qeyd etdiyi kimi: «Mövcud total rejimi «dünyada ən azad
rejim» kimi vəsf və tərənnüm edən külli miqdarda «bədii»
məhsul meydana çıxsa da, lakin ədəbi iqlimi və mövsümü
müəyyən edən artıq onlar deyildi, ideoloji bir ərazi kimi
«sosialist realizmi»nin bədii təcrübəsindən və nəzəri-estetik
təlimindən çox-çox kənara çıxan əsərlər yaranırdı. Onlara
artıq sözün ənənəvi mənasında xalis «Sovet ədəbiyyatı» və
«sosialist realizmi» hadisəsi demək heç olmasa, yalnız ona
görə mümkun deyildi ki, bunlarda artıq bu yaradıcılıq
metodunun iki mütləq metodoloji prinsipi təkzib və inkar
olunurdu: gerçəkliyin mütləq pozitiv pafosu və total
sinfilik, partiyalılıq stereotipi».

12
Mən də belə bir fikir tərəfdarıyam ki, bizim
ədəbiyyatda, o cümlədən nəsrdə, bədii qerçəkliyin
yeniləşməsi və bir mərhələ xüsusiyyəti kəsb edib vicdana,
milli oyanışa, şüura, milli mentalitetə xidmət etməsi
missiyası keçən əsrin 60-cı illərində bir daha – o əsrin əv-
vəllərində olduğu kimi öz parlaq təcəssümünü tapdı. Ötən
əsrdə bu mövzuda çox danışılıb və indi də yeri gəldikcə
danışılır, xüsusilə, Azərbaycan nəsrinin yeni bir mərhələ
xüsusiyyəti qazanmasında 60-cı illərdə ədəbiyyata gələn
nəslin ədəbi-tarixi xidmətlərini heçə endirmək «təşəbbüsü»
də diqqətdən yayınmır. Bu gün həmin mübayisəyə heç bir
ehtiyac yoxdur, çünki ən ədalətli münsif zaman özüdür.
Zaman təsdiq etdi ki, ədəbiyyata gələn bu nəsil –
Y.Səmədoğlu, Anar, Ə.Əylisli, Elçin, M.və R.İbrahimbəyov
qardaşları, İ.Məlikzadə, S.Azəri nəsrimizdə yeni bir
mərhələnin yaranmasında mühüm rol oynadılar. Bu gün
isə mətbuatda, ayrı-ayrı çıxışlarda həmin ədəbi nəslin
ünvanına hələ də hərzəvü-hədyan səslənməkdədir. Özü də
çox təəccüblüdür ki, bu fikri söyləyənlərin bir çoxu ədəbiy-
yata məhz həmin nəslin qanadında və xeyir-duası ilə
gəliblər. Məsələn, Rafiq Tağı. O maraqlı hekayələr
müəllifidir, bunu inkar etmək olmaz. Ancaq o nə qədər
cəhd eləsə də, özünün bu çağacan yazdığı hekayələri nə
«Dantenin yubileyi», nə «Baladadaşın ilk məhəbbəti», nə
də «Bayatı-Şiraz» səviyyəsində deyil.

II

2002-ci ilin nəsrinə məhz son 40 ildə keçilən YOLun;

13
gah yüksələn xətlə, gah da durğunluq və kəsirlə müşayiət
edilən canlı ədəbi prosesin məntiqi nəticəsi və ayrılmaz
parçası kimi yanaşmaq lazımdır. Bu mənada 2001-ci ilin
nəsri təkcə 2001-ci ilin nəsri deyildir, həm də 90-cı illərin
nəsridir, hətta bəzi məqamlarda 80-cı illərin nəsridir. Heç
şübhəsiz, ümumən götürdükdə 2001-ci ilin nəsrində bəzi
maraqlı, orijinal təsir bağışlayan məqamlar diqqəti cəlb
edir, deməli, ədəbi-estetik səviyyə hardasa ötən illərlə
müqayisədə irəlicədir, lakin eyni zamanda, nəsrin öz
əvvəlki mövqeyini xeyli zəiflətməsi də faktdır, özü də
qaçılmaz fakt! Bir tərəfdən, bəzi nəsr nümunələrində
ənənəvilikdən, stereotipdən, ehkamlardan uzaqlaşıb fərdi
stilldə, üslubda, gerçəkliyi əks etdirmədə, insan obrazı – xa-
rakter yaratmaqda təzəliklər nəzərə çarpır. Beləliklə, nəsrin
həm məzmun, həm də forma-struktur baxımından
keyfiyyət irəliləyişini hiss edirsən. Amma digər tərəfdən,
çox-çox nəsr nümunələrində əsərdən-əsərə, süjetdən-süjetə,
obrazdan-obraza və beləliklə, müəllifdən-müəllifə gəlib
keçən stereotiplər, az qala 50-ci illərin bəsit əsərlərini
xatırladan sadəlövh və primitiv deyim tərzi, cansız-qansız
müqəvva obrazlar da nəzərdən yayınmır. Beləliklə, nəsr az
qala stereotipin, pis mənada ənənəvinin kəmiyyət
göstəricisinə çevrilir…
Bununla təsəlli tapa bilərikmi deyək: – onsuz da
bütün dövrlərdə ən yaxşı nəsr nümunələri sayca və
sanbalca az olmuşlar, ortabab və zəif əsərlər isə ədəbi–tarixi
fakta çevrilməmişlər.
Bununla təsəlli tapa bilərikmi deyək: - qarışıq
zamandır, konkret desək, keçid dövrüdür, qoy hər şey

14
saflaşsın, durulaşsın, o zaman gözəl sənət əsərləri də
meydana çıxacaq. Və bununla təsəlli tapa bilərikmi deyək: -
bu proses təkcə bizim ədəbiyyatda yox, vaxtilə örnək sandı-
ğımız rus ədəbiyyatında da baş verir. Tənqidçi Əsəd Cahan-
girin «Nəsrimiz, kəsirimiz…» adlı məqaləsində belə bir faktı
nəzərinizə çatdırıram. «Bu illərdə nəsrin əvvəlki illərlə
müqayisədə zəifləməsi, öz həlledici mövqeyini itirməsi təkcə
Azərbaycan ədəbiyyatı üçün yox, digər xalqların, məsələn,
rus ədəbiyyatı üçün də səciyyəvidir ki, bunu müasir rus
ədəbiyyatı tənqidinin tanınmış numayəndələrindən biri –
Alla Latininanın «Literaturnaya qazeta»nın 21-27 noyabr
2001-ci il sayında dərc olunmuş «Ədəbiyyatın tənəzzülü»
adlı irihəcmli məqaləsindən də görmək olar. Müəllif
sözügedən məqaləsində 1992-2000-ci illərdə ilin ən yaxşı
nəsr əsəri mükafatını almış əsərlərə xronoloji ardıcıllıqla öz
münasibətini bildirir, bu əsərlərin ilin hadisəsi olmaqdan
çıxıb, ümumiyyətlə, ədəbiyyatın hadisəsinə çevrilməsi
ehtimalına isə açıq-aşkar bir ümidsizliklə yanaşır.
«Ədəbiyyatın böhranı göz qabağındadır» deyir.
Əlbəttə, təsəlli üçün çox sözlər tapmaq olar. Bu gün
2001-ci ilin nəsrindən söz açarkən ən böyük təsəllimiz isə
şübhəsiz ki, sayca az, lakin keyfiyyəti, bədii sənətkarlığı ilə
ilin yox, ədəbiyyatın faktı olan əsərlərdir.
Yeri gəlmişkən qeyd edək ki, «Literaturnaya
qazeta»da 2001-ci ilin rus nəsri ilə bağlı müzakirədə irəli
sürülən bəzi fikirlər (hərçənd belə müzakərələr biz
tənqidçilərin passivliyi üzündən ədəbi tənqidimizdə yox
dərəcəsindədir) Azərbaycan nəsri üçün də xarakterikdir.
Məsələn, o müzakirədə Melexov adlı müəllif yazır ki,

15
müasir rus nəsrində tənəzzülün əsas səbəbi odur ki,
yazıçılar həyatı çox üzdən təsvir edirlər, onun dərin
mistikasına, psixoloji tərəfinə maraq göstərmirlər. Hanı
Qoqol kimi bir yazıçı ki, «Mən öz əsərimlə Rusiyanın altını
üstünə çevirərəm» desin, hanı Dostayevski ki, ölməzlik
qazansın, hanı Tolstoy ki, «Mənim 40 əsrlik oxucum
olacaq» söyləsin. İndiki yazıçılarda böyük ambisiyalar
yoxdur.

III

Gəlin, tam və dolğun olmasa da, kəmiyyət


baxımından ilin nəsr mənzərəsinə diqqət yetirək. Bu
mənzərəni «Azərbaycan» və «Ulduz» jurnallarının artıq
tam gücüylə işləyən ədəbi qatarlarında da seyr etmək olar:
«Azərbaycan» jurnalı il ərzində 4 roman, 8 povest, 35
hekayə, «Ulduz» jurnalı isə 7 povest, 90-a yaxın irili-xırdalı
hekayə dərc etmişdir.
«Ədəbiyyat qəzeti»nin hər sayında bir hekayə çap
olunduğunu fərz etsək, beləliklə, üç əsas ədəbi orqanda
təxminən statistik mənzərə belədir: 4 roman, 15 povest, 175
hekayə. Lakin bu mənzərə hələ ədəbi kəmiyyəti tam əhatə
eləmir: belə ki, qeyri-ədəbi orqanlar, xüsusilə «Yeni
Azərbaycan», «Azadlıq», «525-ci qəzet» öz səhifələrində
hekayə janrına ardıcıl olaraq müraciət edirlər. Hətta «Yeni
Azerbaycan» qəzeti sözün yaxşı mənasında «Ədəbiyyat qə-
zeti» üçün rəqibə çevrilməkdədir. Bu mənzərə də tam
deyil. Yazıçılar Birliyinin ayrı–ayrı filialları da ədəbi

16
jurnallar, dərgilər nəşr edir və təbii ki, bu dərgilərdə çoxlu
nəsr əsərləri çap olunur. Amma yenə mənzərə tam deyil:
həm dövlət, həm də özəl nəşriyyatlar nəsr adına çoxlu
romanlar, povestlər, hekayələrdən ibarət kitablar çap edir.
O kitabların müəlliflərinin Yazıçılar Birliyinin üzvü olub-ol-
mamasının, onların bir nasir kimi tanınıb-tanınmamasının,
yaxud yazdıqları bu əsərlərin həqiqi ədəbiyyata dəxli olub-
olmamasının fərqinə varmasaq, belə görünə bilər ki,
Azərbaycan, doğrudan da, nasirlər ölkəsidir. Deməli,
kəmiyyətdən gileylənməyə haqqımız yoxdur. Ancaq indi o
zaman deyil ki, kəmiyyət göstəriciləri bədii uğur və nai-
liyyət sayılsın, aktual mövzularda yazılan, amma çox qismi
bədii təfəkkür işığından məhrum olan əsərlər KEYFİYYƏT
FAKTORUNA çevrilsin. Ona görə də təsvir etdiyimiz bu
MƏNZƏRƏDƏN, daha doğrusu, GÖRÜNTÜDƏN əsla
qorxmaq və dəhşətə gəlmək lazım deyil. Əsl ədəbiyyat və
həqiqi nəsr bu çoxluğun içində heç də əriyib itmir. Belə
əsərlər 40 il, 50 il, hətta 70 il sonra işıq üzü görsə də, öz
bədii-estetik təravətini hifz edə bilirlər.
Keçən il «Azərbaycan» jurnalında mərhum yazıçı–
dramaturq Sabit Rəhmanın «Solğun səhifələr» romanı çap
olundu. Hörmətli Anar müəllim romana yazdığı ön sözdə
deyir: «Sabit Rəhmanın bu əsəri sovet dövründə
yazılmışdır, amma qətiyyən sovet ədəbiyyatı nümunəsi
deyil. Əgər bu əsər o zaman çap olunsaydı, həyatı tünd
boyalarla təsvir etdiyinə görə Sabit Rəhmanın onsuz da
bəlalı başı daha artıq bəlalar çəkəcəkdi. «Solğun səhifələr»
romanını oxuyanlar bu gün bizim qəbul etmədiyimiz və
anaxronizm kimi səslənən səhifələri dövrün xüsusiyyəti

17
kimi, bütövlükdə əsəri isə cəsarətli yazı kimi
qavrayacaqlar».

IV

Zənnimizcə, Azərbaycan ədəbiyyatında son 10 ildə


roman təfəkkürü xeyli zəifləmişdir. XX əsrdə insanın
daxili-ruhi təkamülünün ideal göstəricisi səviyyəsində bir
hadisəyə çevrilən, dünyanın özünün bütövlükdə mahiyyət
və mənasını açmağa, onun amansız həqiqətlərini insanın
gözü qarşısında canlandırmağa, insana dünyada ya-
şamağın fəlsəfəsini aşkarlamağa, ən əsası isə dünyanın yeni
mənasının axtarışına çıxmağa cəhd edən ROMAN təkcə bir
janr kimi yox, mənəvi sərvət kimi XX əsrin hadisəsinə
çevrildi. Bu HADİSƏNİN mahiyyətinə varmaq üçün XX
əsrin iki böyük romançısı – Folkneri və Markesi xatırlatmaq
kifayətdir. Ancaq söhbət Azərbaycan romanından gedir və
burada 60-80-cı illərdə milli romanistikada yaranan bir çox
nümunələrə istinadən deyə bilərik ki, artıq nəsrimizdə
Dünya romanı arenasına çıxmağa, Dünya romanı
üfüqündə görünməyə şans var idi. Amma nədənsə 90-cı
illərdən başlayaraq roman sənətində bir durğunluq nəzərə
çarpdı. Yəni roman yazan müəlliflər (Sabir Əhmədli və
Əzizə Cəfərzadə istisna olunmaqla) mövqelərini tərk
etdilər, təzə romançılar isə təbii ki, bu sahədə təcrübəsiz
idilər. Amma bununla yanaşı, bu təzə romançılar arasında
üç müəllifin adını fərqləndirmək istərdim: Afaq Məsud,
Pərviz və Həmid Herisçi. Və bu müəlliflərin romanlarıf
bizim adət etdiyimiz, öyrəşdiyimiz romanlardan poetika

18
baxımından fərqlənirlər. Qoy yaxşı mənada belə maraqlı
eksperimentlərin sayı çox olsun.
Keçən ilin romanlarına gəldikdə isə iki məqamı qeyd
etmək istəyirəm. Birincisi, Əzizə xanım Cəfərzadənin son
illərdə tarixi roman sahəsində yorulmaz fəaliyyəti. «Rübabə
Sultanım» onun sonuncu tarixi romanıdır və əvvəlki tarixi
romanlarında olduğu kimi, bu əsərdə də tarixiliklə
müasirlik vəhdətdədir, onun tarixə müraciəti bu günün
suallarına cavab axtarmaq, bizi yaddaşımıza qaytarmaq is-
təyindən doğur. Hiss olunur ki, Əzizə xanım neçə belə
tarixi romandan sonra artıq bu janrın poetikasını yaxşı
mənimsəyibdir. Onun 2000-ci ildə çap olunmuş «Bəla»
povestində, 2001-ci ildə çap etdirdiyi «Rübabə Sultanım»
romanında yaxın və uzaq keçmişimizin mürəkkəb və
ziddiyyətli dövrləri canlandırılır. Hiss olunur ki, Əzizə xa-
nım tarixə yaxşı bələddir, xalqın adət-ənənələri, onun
məişətində olan dəblər, dini ehkamlar, etiqad və inam
dürüst təsvir edilib. Xalq şairi Rəsul Rzanın vaxtilə doğru
qeyd etdiyi kimi, Əzizə xanım öz əsərinin elə ilk
səhifəsindən oxucularla ünsiyyət bağlamağa, onları va-
sitəsiz, hadisələrin axarına qoşmağa çalışır.
Heç şübhəsiz, tarixi nəsrdə ən böyük məziyyət və sə-
nətkarlıq qüdrəti milli xarakter vasitəsilə ifadə olunur.
Yaşar Qarayev demişkən, milli xaraktersiz milli bədii tarix
milli bədii yaddaşa çevrilə bilməz. Ancaq təəssüflə qeyd
edək ki, İsmayıl Şıxlının «Dəli Kür», F.Kərimzadənin «Qarlı
aşırım» tarixi romanlarından sonra bizim tarixi nəsrdə
parlaq milli xarakterlərə təsadüf olunmur.
İstər tarixi yazılsın, istərsə də müasir mövzuda,

19
roman hər şeydən əvvəl, dövrü, epoxanı təsvir etməlidir,
cəmiyyət həyatını hətta bir fərdin taleyində də izləməyə
məhz roman daha münasib janrdır. Keçən il «Azərbaycan»
jurnalında çap olunan «Yoldaş, səni kim apardı?»
(Nürəddin Qənbər), «Bir gecənin gəlini» (Miraslan Bəkirli)
və ayrıca kitab halında nəşr edilən «Cavanşir» (Davud Nə-
sib) romanlarında buna müəyyən cəhdlər duyulur. Yəni bu
əsərləri, doğrudan da, roman adlandırmaq olar. Ancaq
bunların da hər birinin öz qüsurları var. Məsələn,
Nürəddin Qənbər bizim bir çox romanlarımıza xas olan
hadisəçilikdən, uzunçuluqdan xilas ola bilmir, bu isə ob-
razların dolğun rəsm edilməsinə ciddi əngəl törədir.
Miraslan Bəkirli Nürəddin Qənbərdən fərqli olaraq
hadisəçiliyə o qədər də aludə deyil, «Bir gecənin gəlini»
romanında o, bir ailənin faciəsini təsvir edir, ancaq elə bu
süjetdən kənara adlaya bilmir. Davud Nəsibin «Cavanşir»
romanı böyük sərkərdə və dövlət xadiminə məhəbbət və
rəğbətlə yazılıb, romana o dövrü çox gözəl bilən görkəmli
bir alim rəy yazıb. Elə romandan da hiss olunur ki, əsərdə
tarixilik prinsipi pozulmamışdır. Ancaq tarixiliyə bu
düzgün riayət, tarixi həqiqətlərə sədaqət prinsipi
müasirliklə aşılanmamışdır. D.Nəsib sadəcə olaraq tarixi
hadisələri «bədiiləşdirmişdir».

20
V

Deyirlər ki, müharibə haqqında ən yaxşı əsərlər


müharibənin ən qızğın çağlarında deyil, müharibədən çox
sonralar yazılır. Misal gətirirlər ki, Tolstoyun «Hərb və
sülh» romanı 1812-ci li Rusiya – Fransa müharibəsindən 50-
60 il sonra qələmə alınıb, Remark «Qərb cəbhəsində
təbəddülat yoxdur» romanını Birinci Dünya müharibəsinin
qurtarmasından düz on il sonra, 1929-cu ildə nəşr etmişdir.
Əsas gətirirlər ki, müharibə çox bəşəri və qlobal bir
hadisədir və bu hadisənin isti-isti, şüurla yazıya
köçürülməsi böyük sənət əsərlərinin yaranmasına gətirib
çıxarmayacaq. Əlbəttə, bu fikirdə həqiqət olsa da, ona olan
başqa bir əks - fikir də var. Deyə bilərik ki, elə
L.N.Tolstoyun özü 1854-1855-ci illərdə Krım
müharibəsində iştirak etmiş, elə müharibə gedə-gedə
məşhur «Sevastopol hekayələri»ni yazmışdır. Yaxud
Heminquey İspaniyadakı Vətəndaş müharibəsində şəxsən
iştirak etmiş, 1936-1940-cı illər arasında bu mövzuda bir çox
hekayələr yazmış, müharibədən az sonra «Əcəl zəngi»
romanını bitirmişdi. Heminquey sanki qabaqcadan hiss
edirdi ki, qarşıdan daha böyük bir TAUN – faşizm gəlir və
yazmışdı ki, «İspaniya müharibəsindən sonra mən dərhal
yazmalıydım, çünki bilirdim ki, növbəti müharibə sürətlə
irəliləyir və hiss edirdim ki, vaxt az qalıb».
Deməli, əvvəlki fikirlə ikinci fikir bir-birinə tam ziddir
və ümumiyyətlə, hər iki fikri bir kənara qovub üzümüzü
çağdaş nasirlərimizə tutaq: belə bir təəssüb doğuran faktı

21
nəzərə çarpdıraq ki, Azərbaycanın bu ədalətli savaşı –
Qarabağ müharibəsi, bu müharibədə həlak olan
igidlərimizin keçdiyi yol, müharibənin və heç şübhəsiz, dö-
yüşçünün psixologiyası hələ nəsrin aparıcı mövzusuna
çevrilməmişdir. Bu mənada nəsr poeziyadan və
publisistikadan çox geridə qalır. Axı 1988-ci ilin fevral
ayından ölkəmiz, istər qızğın döyüşlər getsin, istərsə də
atəşkəs olsun, müharibə şəraitində yaşayır. Müharibə
bizdən asılı olmayaraq hamımızın içində yaşayır. Bu
hamımızın içində yaşayan müharibə, onun doğurduğu
psixoloji təzadlar, müharibəyə müxtəlif insanların baxışı,
azərbaycanlı-erməni qarşıdurması… doğrudan da bu
mövzunun şaxələri, qolları çoxdur.
Keçən il Aqil Abbasın «Çadırda Üzeyir Hacıbəyov
doğula bilməz» və Elçin Hüseynbəylinin «Əsirlər»
povestləri çap olunub. Hər halda, bu iki əsər müharibə
mövzusunun nəsrdə təcəssümü haqda müəyyən təəssürat
yaradır və bu əsərlərin hər biri həmin mövzuya fərqli
münasibətiylə seçilir.
Bu gün Azərbaycanın özündə də Qarabağ müharibəsi
barədə subyektiv təsəvvürlər yaşayır – həm əsl müharibəni,
həm də qanlı bir oyunu xatırladan bu savaş çoxları üçün
müəmmalıdır. Aqil Abbas öz yaradıcılıq imkanı daxilində
bu müəmmanı açmağa cəhd edir. İgid bir sərkərdənin,
yaxud qəhrəman bir döyüşçünün həyat yolunu və taleyini
deyil, müharibənin bütün ağrılarını, dəhşətini yaşayan adi
bir insanın taleyini izləyir. Aqil Məllim adlandırdığı bu ob-
raz vasitəsilə sanki belə bir suala cavab axtarır: Bu Xalq
Müharibəyə hazırdımı? Bu sual Müharibə vaxtı yox,

22
atəşkəs dövründə səslənir və Aqil Abbas bizə elə bir insanı
təqdim edir ki, o, əsl torpaq adamıdır, amma indi çadırda
yaşayır. O, döyüşə bilər, amma susmağa, içinə çəkilməyə
məcburdur. Belə vəziyyətlə barışmaq mümkün deyil. Və o
səbəbdən də Aqil Abbasın qəhrəmanı pay-piyada, yaxşı ta-
nıdığı yollarla, cığırlarla düz Stepanakertə gedib çıxır və
Aşotdan öz qisasını alır. Bu olmuş əhvalatı Aqil Abbas bu
günün reallığı kimi səsləndirir, oxucuya belə bir fikri
aşılayır ki, bu xalqın ruhu heç də sönməyib.
Elçin Hüseynbəylinin «Əsirlər» povestində isə
müharibəyə başqa bir fərqli münasibətlə qarşılaşırıq.
Ermənilər iki həmyerlimizi əsir götürürlər. Onlardan tələb
edirlər ki, meşədə basdırdıqları tankın yerini desələr, azad
ediləcəklər. Bu iki əsirin biri yaşlı kişidir və onun ən böyük
arzusu budur ki, müharibə qurtarsın, meşədə gizlətdiyi
tankın üstündə kəndə qayıtsın, yer şumlasın, torpaq əksin,
hamıdan birinci olsun. Cavan oğlan isə hələ həyatın
çətinlikləri ilə üzləşməyib, elə hey ata-anasını arzulayır,
yaşlı kişiyə yalvarır ki, tankın yerini desin, ermənilər bizi
buraxsınlar.
Elçin Hüseynbəyli təqdim etdiyi obrazlara süni
şəkildə heç bir qəhrəmanlıq, fövqəladəlik bəxş eləmir,
çünki onların içində bu keyfiyyətlər üçün potensial heç nə
yoxdur. Cavan yazıçı belə bir cəhəti vurğulamaq istəyir ki,
müharibə dövrünün öz həqiqətləri var; hamı eyni tərzdə
düşünmür, müharibə həqiqəti hamı üçün birmənalı qəbul
oluna bilməz.
VI

23
Mən cavan nasir Elçin Hüseynbəylinin adını çəkdim.
Və bu gün – 2001-ci ilin nəsrindən danışırkən yaşı 30-la 40
arasında dövrə vuran başqa cavan, istedadlı nasirlərin də
adlarını çəkmək istərdim.
Fikrimcə, bu günkü cavan nasirlərimizin ədəbiyyatda
yeri və mövqeyi lənq də olsa, çətinliklə də olsa
müəyyənləşməkdədir. Hər bir ədəbi nəsil kimi bu nəsil də
ədəbiyyatda öz sözünü deməyə, öz SƏSİNİ və Nəfəsini hiss
etdirməyə, deməli, bir nəsil kimi formalaşmağa can atır.
Ancaq onların arasında seçilən, fərqlənən, yaşından irəliyə
baxan, yazıları ilə ədəbiyyatda bənzərsiz bir SƏSİN varlığın-
dan xəbər verən müəlliflər çox deyil. Doğrudur, bu
cavanların bir çoxu mətbuat səhifələrində özləri barədə
böyük yazıçılara məxsus bir əda ilə söz açır, bəzən isterik bir
tərzdə, çılğınlıqla hər şeyi inkar edir, hələ yalnız
eksperiment xarakteri daşıyan yazılarını bir şedevr kimi
qələmə verirlər. Əlbəttə, bu cavan «eqoistləri» bəlkə də ba-
ğışlamaq olar, çünki haray-həşir qoparmaq, «altmışıncılar»
ədəbi nəslini inkar eləmək, özlərini Folknerlə, Coysla, Kafka
ilə, Selinlə müqaisə etmək iddiası onların öz əsərlərinin
səviyyəsi ilə müqayisədə çox gülünc səslənir. Postmodernist
ədəbiyyat artıq bütün dünyada öz təsirini hiss
etdirməkdədir və əlbəttə, bu ədəbiyyatdan da təsirlənmək,
öyrənmək olar. Ancaq bu ədəbi sistemi mükəmməl qavra-
madan, ona tam yiyələnmədən Azərbaycan nəsrinə
gətirmək olmaz. Həmid Herisçinin Ferdinand Selinə,
Pərvizin Frans Kafkaya münasibəti mənə şagirdin
müəllimdən öyrənməsini yox, sadəcə, müəllimi
yamsılamasını xatırlatdı.

24
Mən cavan nasirlərin içərisində Orxan Fikrətoğlunu,
Yaşarı, Fəxri Uğurlunu, İbrahim İbrahimlini, Samir
Sədaqətoğlunu, Əkbər Qoşalını, Xanəmiri, Rasim Qaracanı,
Mehriban Kənanı fərqləndirmək istərdim. Xüsusilə, Orxan
Fikrətoğlu ilə Yaşar daha maraqlı yazırlar. Orxan
Fikrətoğlunun hekayələrində hər şeyə, hətta adi insan
münasibətlərinə belə baş vurmaq, mahiyyətə varmaq istəyi
var. O, danışıq dilimizin incəliklərinə yaxşı bələddir.
Ancaq bu kobud, rəndələnməmiş dil deyil, xalq danışıq və
ədəbi dillərin sintezidir. Yaşarın və Fəxri Uğurlunun
hekayələrində isə həyatın adillikləri içərisində qeyri-
adiliklər görmək və göstərmək bacarığı hiss olunur.
Ancaq çox təəssüf edirəm ki, başa vurmaqda
olduğumuz bu keçid dövründən onların bir nasir kimi keçə
biləcəyi hələ sual altındadır. Xüsusilə Orxan Fikrətoğlunun
susması və nəsr adına indi heç nə yazmaması bunu bir
daha sübut edir.
Mübariz Cəfərli artıq 10-a yaxın nəsr kitabının
müəllifidir. Demək olar ki, onun hər il «Azərbaycan» və
«Ulduz» jurnallarında hekayə və povestləri çap olunur. Bu
«məhsuldarlığın», ürəyincə və istəyincə çap edilməyin
bəlkə də xeyirdən çox ziyanı olur. Əlbəttə, onun hekayə və
povestlərində professionallıq hiss olunur. Onun ilk əsər-
lərində möhkəm və özüllü dil materialı, nəsrə məxsus bədii
təsvir vasitələri hələ zəif və çiy idi. Son hekayə və
povestlərdə isə artıq bu qüsurlar aradan qaldırılmaqdadır,
xüsusilə, keçən il çap olunmuş «Rəqqas» povestində bunu
hiss etdik. Həm də onu hiss etdik ki, M.Cəfərli əvvəlki
əsərləri ilə müqayisədə daha az ekzotik poza göstərir.

25
Jan Pol Sartrin belə bir fikri var: «Hər bir predmet
qapşımda əyilərək yalvarır və məndən ad istəyirdi. Ona ad
vermək, eyni zamanda həm onu yaratmaq, həm də ona
sahib olmaq demək idi. Mən bu əzəmətli aldanışa düçar
olmasaydım, yazmazdım».
Məncə, cavan nasirlərimiz bu həqiqəti dərk
etməlidirlər. Dərk etməlidirlər ki, onları ədəbiyyata
bağlayan yaradıcılıq əzablarıdır, şöhrət həvəsi yox. Onların
bir çoxunun hekayələrində hadisə, təfsilat varsa da,
xarakter yoxdur, obraz yoxdur. Onların çoxu ədəbiyyata
həyatdan yox, kitabdan düşmüşlərdir.

VII

Bəzən mətbuat səhifələrində, ayrı-ayrı müsahibələrdə


«ədəbiyyat yoxdur», «ədəbi proses sönükdür» kimi
fikirlərlə qarşılaşırıq. Bu cür əsassız və pessimist fikirlərin
müəllifi elə çox zaman yazıçılar, şairlərdir. «Şer yoxdur»,
«nəsr yoxdur», «publisistika yoxdur», «tənqid yoxdur»,
«dramaturgiya heç yerli-dibli yoxdur» deyənlər belə bir
həqiqəti unudurlar ki, ədəbi prosesə belə səthi münasibət
mövcud milli-mənəvi dəyərlərimizi gözdən salmaq
deməkdir. Doğrudur, ədəbiyyatımızda, xüsusilə
nəsrimizdə, öncə qeyd etdiyim kimi kəmiyyət əmsalı
üstünlük təşkil edir, ancaq pessimizmə qapılmağa da
dəyməz, çünki bədii sözün enerjisi hələ tükənməyib,
qısaqapanmalar isə müvəqqətidir. Xalq yazıçısı Elçinin
«525-ci qəzet»də «Qırmızı qərənfil» Pera Palas otelində

26
qaldı» , «Göy üzünün ulduzlu vaxtları» və «Sarı gəlin»
hekayələri çap olunmuşdur. Onun nəsrinə xas olan bir sıra
məziyyətlər – emosionallıq, psixologizm, sosial-milli-bəşəri
problemlərin bir məhəbbət süjetində, fərdi talelərdə izlə-
nilməsi, gerçəkliyin təsvirində polifonizm bu hekayələrdə
daha qabarıq nəzərə çarpır. Birinci hekayə barədə elə «525-
ci qəzet»də üç məqalə çap olundu. Ədəbi tənqidin bu
diqqəti, əlbəttə, təqdirəlayiq idi. Çünki həmin hekayədə,
həmkarım Əsəd Cahangirin doğru qeyd etdiyi kimi, bir
romana sığa biləcək bir neçə problem – Sevqi, Özgələşmə
və Qürbət problemləri öz bədii təcəssümünü tapmışdır.
Özü də bu hekayə artıq janrın ənənəvi ölçülərindən tamam
fərqli bir tipini nümayiş etdirir. Ancaq «Sarı gəlin» və «Göy
üzünün ulduzlu vaxtları» hekayələrində belə bir
modernizasiyaya ehtiyac duyulmur. Hər iki hekayə bu
günün gerçəkliklərini ifadə edir. Yaşadığımız dövrün
tragik mənzərələri, ən dramatik məqamları, hələ də alışa
bilmədiyimiz bu yeni dövrün ziddiyətləri Elçinin
hekayələrində kəskinliyilə qoyulur. Elçin bir sıra
hekayələrində olduğu kimi, bu əsərlərində də irreal
səhnələrə, fantasmaqorik məqamlara müraciət edir.
Məsələn, «Sarı gəlin»də Azərbaycan milli müsiqi aləti olan
balabanın – bu əntiqvar əşyanın Nyu-Yorkda öz-özünə
nalə çəkməsi rəmzi məna daşıyır və hekayəni oxuyan hər
bir şəxs üçün bu rəmzi anlamaq çətin deyil.
Keçən ilin nəsr əsərləri içərisində Məmməd Orucun
da üç hekayəsini xüsusi qeyd etmək olar. «Susuz gölün
sonası», «Ağ qarğa», «Çay gəmisində gəzinti» adlı bu
hekayələrdə Məmməd Oruc həyatın, günümüzün bizim

27
üçün məlum, adi problemlərindən söz açır; bir hekayəsində
gözlərimiz qarşısında tanış bir mənzərə canlanır – dövlət
televiziyası ilə transilasiya ediləcək bir abidənin açılışı təs-
vir olunur, başqa bir hekayəsində 25 noyabr 2000-ci il zəl-
zələsindən, üçüncüsündə isə «Türkmənbaşı» gəzinti
gəmisindəki səyahətindən söz açılır. Amma bu adi
əhvalatların arxasında həyatın, gerçəkliyin gizlinləri bir-bir
açılır, məlum həqiqətlərə Mirzə Cəlil sayağı bir sarkazm
duyulur. Həmin hekayələri sevdirən bir məziyyət də
müxtəsər, şirin, sadə söyləmə, nəqletmə üsuludur. Çingiz
Aytmatov məqalələrinin birində yazıb ki, «hekayəni damla
ilə müqayisə etmək olar, lakin bu damlalarsız okean ola
bilməz. Mənim fikrimcə, hekayə dövrün mozaikasıdır.
Mozaika isə məlum olduğu kimi, xırda və zərif
hissəciklərdən ibarətdir. Hekayə həmçinin qravüraya
bənzəyir. Yazıçı əməyi də müəyyən mənada qravüraçı
sənəti ilə səsləşir, «ifadə vasitələrindəki zəriflik, maksimum
yığcamlıq, detalların dəqiqliyi hər ikisinə aiddir». Əlbəttə,
burada söhbət hekayənin, daha doğrusu, bu janrın
məxsusiliyindən və özəyindən gedir və bu baxımdan
yanaşsaq, az-çox uğurlu hesab etdiyimiz bir sıra he-
kayələrin də adlarını çəkə bilərik: Səfər Alişarlının «Əlli
hektarlıq avqust», Mənzər Niyarlının «Alim», Azər
Abdullanın «Qımır», Aydın Tağıyevin «Nağıl axşamı»,
Eyvaz Zeynalovun «Adi əhvalat» hekayələri…
Mən icmalçılığa, əsərlərin və müəlliflərin adlarını sa-
dalamağa, belə bir ənənəvi üsula varmaq istəmirəm. Ancaq
söhbət konkret olaraq 2001-ci ilin nəsrindən gedirsə, belə
bir faktı da nəzərinizə çatdırım ki, bu gün nəsrə maraq

28
poeziyaya marağı üstələmişdir. Yalnız nəsrlə məşğul olan
müəlliflər, öncə qeyd etdiyim kimi, əvvəlki illərlə
müqayisəyə gəlməyəcək dərəcədə artıb, bu sıraya indi şair-
lər də qoşulub. Həm şer, həm də nəsr yazmaq-eyni
dərəcədə hər ikisində uğur qazanmaq isə təbii ki, hər
müəllifə nəsib olmur. Əlbəttə, bu fakt sizin üçün
əhəmiyyətsiz də görünə bilər. Deyə bilərsiniz ki, hər hansı
müəllifin nə janrda yazması yaradıcılıq psixologiyası ilə
bağlı bir məsələdir, müəllif şerdə deyə bilmədiyini nəsrlə
ifadə etməyə çalışır, yaxud da əksinə. Ancaq Azərbaycan
ədəbiyyatında bütöv sənətkar dünyasını uğurlu şair və
uğurlu nasir kimi başa vurmaq çox az adama müyəssər
olmuşdur. Bu baxımdan iki uğurlu faktı qeyd etmək
istəyirəm. Keçən il Vaqif Nəsib «Ulduz» və «Azərbaycan»
jurnallarında silsilə hekayə və povestlərini, Fikrət Qoca isə
«Hələlik, qiyamətəcən» povestini çap etdirmişlər. Rəsul
Rzanın gözəl bir şair kimi xeyir-dua verdiyi və doğrudan
da bir şair kimi bu adı doğrultmuş Vaqif Nəsib indi
professional bir nasir kimi tanınır. Onun hekayə və
povestlərində əbədi bir mövzu var: insan öz doğma
kəndindən uzaqlarda, dünyanın müxtəlif şəhərlərində
gəzib-dolansa da, həyatı şən keçsə də, yaxud əksinə,
puçluğa, mənəviyyatsızlığa sürüklənsə də, son mənzili
yurd yeridir, kənd qəbiristanlığıdır.
Fikrət Qocanın nəsrində poeziyasından notlar, şerə
məxsus obrazlar görünsə də, bunlar sırf nəsr əsərləridir,
yəni «şairin nəsri» kimi yozulan nəsr deyil. «Hələlik,
qiyamətəcən…» povestində F.Qoca oğlu 20 Yanvar
qırğınında həlak olan bir atanın iztirablarından söz açır,

29
onun daxili sarsıntılarını, insani kədərini təsvir edir və fərdi
kədəri xalq kədəri kimi ümumiləşdirir.
…2001-ci ilin nəsri haqqında mülahizələrimi burada
tamamlayıram. Və icmal-düşüncə xarakterli bu söhbətimi
belə bir nikbinliklə bitirirəm ki, Azərbaycan ədəbiyyatı
yaşayır, bizim mənəvi dünyamızın zənginləşməsində yenə
öz əzəli-əbədi missiyasını yerinə yetirməkdə davam edir.

30
ƏDƏBİ MƏKTUBLAR

Birinci məktub

«Son zamanlar bizdə ədəbi mübahisələr və münaqişələr,


demək olar ki, yox dərəcəsinə enmişdir»

(Mehdi Hüseyn – 1945-ci il)

Öncə belə bir sual: ədəbi mübahisə və münaqişə


zəruridirmi? Bunun ədəbi prosesin inkişafında nə
dərəcədə əhəmiyyəti var?
Ədəbi mübahisəni və təbii ki, bunun son nəticəsi
olan münaqişəni doğuran səbəblər istənilən qədərdir.
Lakin bütün mübahisələrin obyekti ədəbiyyatın öz
daxilindədir: bu mübahisələr ədəbiyyatın istənilən bir
problemi ilə bağlı meydana çıxa bilər. Ədəbiyyatın uzun
əsrlik inkişafı prosesində mübahisə doğuran, kifayət
qədər öz elmi-nəzəri həllini tapmış problemlərin yenidən
çözülməsi, həmin problemə yeni meyarlarla yanaşılması
praktikasına bu əsrdə dəfələrlə təsadüf etmişik.
Burada bir neçə məqamı incələmək yerinə düşür.
Ədəbi mübahisəyə qoşulan, cəlb olunan şəxs
mövqeyindən, nüfuzundan asılı olmayaraq tərəf-
müqabilinə qarşı sağlam pozisiyada durmalıdır. Burada

31
kifayət qədər ədəb, incəlik və ədəbi əxlaq tələb olunur.
Öz ədəbi məktublarında ədəbi mübahisə və münaqişənin
zəruri olduğunu dönə-dönə qeyd edən Mehdi Hüseyn də
ədəbi mübahisəni intriqadan fərqləndirirdi. Ədəbi
mübahisə son anda hansı həqiqətisə aşkarlamaq naminə
ehtirasları coşdura bilər. Burada təhlükəli bir şey yoxdur.
O yerdə ki, mübahisə var, onun daha sərt, daha ehtiraslı
ifadəsi də mümkündür. Ancaq intriqa ən yumşaq halda
dedi-qodu, daha sonrakı hallarda təhqir, söyüş, qisas
almaq deməkdir. Bir də görürsən ki, ədəbiyyat tarixində
önəmli yer tutan bir sənətkarın əsərləri bir kənarda qalır,
onun şəxsiyyəti, ədəbi mövqeyi qəsdən kiçildilir,
ünvanına təhqiramiz ifadələr işlədilir.
Ədəbi intriqanın əsasında «özümə layiq
görmədiyimi sənə deyirəm» əhval-ruhiyyəsi durursa,
bunu da anlamaq çətin deyil. Məsələn, əgər bir tənqidçi
1982-ci ildə çap etdirdiyi bir kitabında Rəsul Rzanı
«Forma əlvanlığı, qafiyə zənginliyi ilə seçilən» şair kimi
təqdir edirsə, təbii ki, bu fikriylə Amerika açmır, məlum
aksiomanı təsdiq edir. O tənqidçi özünü xoşbəxt hesab
etməlidir ki, Nazim Hikmətin, İlya Selvinskinin,
E.Mejelaytisin, Məmməd Arifin, Qara Qarayevin Rəsul
Rza haqqındakı təqdiredici fikirlərinə öz sözünü qoşur.
Ancaq həmin tənqidçi 1999-cu ildə yazır ki, Rəsul Rza
cızmaqaraçı olmuşdur, guya Səməd Vurğunun
paxıllığını çəkmişdir və s. Bu fikrə həmin tənqidçini
R.Rzanın oğlu Anara qarşı başladığı hücum, qisasçılıq
hissi gətirmişdir.
Soyuq ağılla, isti ürəklə ədəbi prosesdə baş verən

32
hadisələri izləyib obyektiv təhlil predmetinə çevirmək
əvəzinə … yuxarıda adını çəkmədiyim (indisə çəkirəm)
tənqidçi Rəhim başqa bir yazısında sübut eləməyə çalışır
ki, Çingiz Abdullayev ümumiyyətlə yazıçı deyil, özü
ətrafında yalançı şöhrət haləsi yaradır – hələ üstəlik
KQB-nin agenti olmuşdur və s.
Çingqiz Abdullayevin bir sıra əsərlərini mən də
xoşlamıram, lakin bu şəxsi ədəbi zövqlə bağlıdır. Amma
qətiyyən o iddiada deyiləm ki, Çingiz Abdullayev yazıçı
deyil, əsərlərinin tirajını qəsdən şişirdir və s.
Əlbəttə, hər hansı bir yazıçı özünə qarşı haqsız
ittihamlara cavab vermək səlahiyyətinə malikdir.
Ancaq necə? Tənqidçinin fitnə göyərdən həmin o
haqsız ittihamlarını cavabsız buraxmayan Çingiz Ab-
dullayev də son anda Rəhim Əliyev səviyyəsinə enir,
opponentini axmaq və vicdansız adlandırır, «Rəhim
tənqidçi deyil və mən bu adda tənqidçi tanımıram» -
deyə hay-haray salır. Halbuki, bunu bir kimsə inkar
eləməz ki, Çingiz Abldullayev hal-hazırda populyar
yazıçıdır və bunu bir kimsə inkar etməməlidir ki, bəzi
qərəzli fikirlərinə baxmayaraq Rəhim Əliyev də
tənqidçidir.
Hər bir intriqanın kökündə, mayasında kimisə,
nəyisə inkar etmək durur. Amma nəyisə inkar eləmək
real məntiqdən, inkişafın öz dialektikasından doğmalıdır.
Məlumdur ki, Azərbaycan ədəbiyyatı böyük,
çoxəsrlik bir inkişaf yolu keçmişdir. Bu inkişaf yolu öz
zənginliyi ilə seçilsə də, durğunluq hallarından da xali
olmamışdır. Hər cür yalançı patriotizmə, milli

33
məhdudluğa qapılmadan, heç bir eyforiyaya uymadan
deyə bilərəm ki, minillik Azərbaycan ədəbiyyatına
Azərbaycan xalqının ən zəngin mənəvi sərvəti - yatırı kimi
baxıram. Və belə hesab edirəm ki, ədəbiyyatımızın gücü
də onun bəşəriliyində, humanistliyindədir. Bu ədəbi-tarixi
mənzərəni görmək və göstərmək üçün beynəlxalq konq-
reslərə, simpoziumlara getmək də lazım deyil, hər şey göz
qabağındadır. Azərbaycan ədəbiyyatının zənginliyi
teorem yox, aksiomadır.
Ancaq nə qədər qəribə görünsə də, son illərdə bu
ədəbiyyatı açıq-aşkar inkar mövqeyində dayananlar
peyda olub.
Öncə 70 illik Azərbaycan sovet ədəbiyyatını
büsbütün inkar edənlər meydana çıxdı. Sovet dövrünün
pionerləri, komsomolları, gənc kommunistləri olmuş bir
sıra şairlər, yazıçılar, tənqidçilər ağına-bozuna baxmadan
ötən 70 ildə nə yazılıbsa, «hamısı sosrealizm üslubunu
təsdiqləmişdir» deyə hay-haray saldılar.
Əlbəttə, ötən 70 ilin ədəbiyyatı məlum səbəblərə
görə, əksər nümunələri ilə kommunist ideologiyası
ruhunda köklənmişdi. Gizlətmək lazım deyil ki, bu
ədəbiyyatın havasında dövrün havasına uyğun ritmi
eşidilməkdəydi. Ancaq bu o deməkdimi 70 ildə yaranan
bütün ədəbiyyat nümunələri həmin ideologiyanın
ruhuna tam uyğun idi?.. Gəlin, bəzi mülahizələrə
müraciət edək. «Mənə elə gəlir ki, sovet ədəbiyyatı
deyilən şey çox şəxsi bir termindir. Yəni bu termin sovet
dövründə yaranan bütün ədəbiyyata aid olursa, mən
bunu termin kimi qəbul etmirəm. Çünki tutalım,

34
Rusiyanı götürsəniz, görərsiniz ki, sovet dövründə
Pasternak da yazıb-yaradıb, Soljenitsın də, Bulqakov da,
Yesenin də. Bunların heç birini sovet ədəbiyyatına daxil
etmək olmaz» (Anar). «S.Vurğunun partiyanı, onun rəh-
bərlərini, sovet quruluşunu təbliğ edən əsərləri ilə yanaşı,
«Vaqif», «Aygün», «Aslan qayası», «Ayın əfsanəsi» kimi
şerləri, məhəbbət lirikası, «Həyat fəlsəfəsi», «Şair, nə tez
qocaldın sən!» və s. kimi şerləri sovet ideologiyasından
yan keçən dahiyanə nümunələr deyilmi?»
(B.Vahabzadə), «Azərbaycan ədəbiyyatı sovet dövründə
də öz həyatının və tarixi taleyinin müəyyən bir məqamını
yaşayıb. Bu mərhələdə yaranan əsərləri insafla
araşdırmaq, bu barədə obyektiv fikir söyləmək
ədəbiyyatımızın gələcək təbii və normal inkişafı üçün
lazımdır» (Ə.Əylisli).
Görürsünüzmü, yaradıcılığı birbaşa (!) sovet
ədəbiyyatı zəminində formalaşan üç görkəmli
Azərbaycan yazıçısı əsl sovet ədəbiyyatı nümunələri ilə
ədəbiyyatın prinsiplərinə qətiyyən uyğun gəlməyən
nümunələri necə insafla fərqləndirirlər. B.Vahabzadə
Sovetin qan-qan dediyi vaxtlarda «Gülüstan» poemasını
yazmışdı. Anar, Ə.Əylisli isə «Sovet adamı»nı standart
əxlaq normativlərindən, ideoloji yarlıqlardan»
(T.Əlişanoğlu) azad edib onu həqiqi insan kimi, bütün
mürəkkəbliyi və ziddiyyətləri ilə təsvir edirdilər. 60-80-ci
illər hamıya məlumdur ki, «Sovet ədəbiyyatının» sınma
dövrüdür və bu dövrdə artıq ədəbiyyat üçün normativ
hala keçən bir çox kanonlar öz gücünü itirməkdəydi.
Müasir ruhlu ədəbiyyat sanki «Sovet ədəbiyyat»nı öz

35
içərisində əridə-əridə onun qətl gününü yaxınlaşdırırdı.

İkinci məktub

Sabiri çox sevirəm. Bəlkə də «sevirəm» sözü,


hər dəfə bu əziz adı çəkdiyim zaman duyduğum
həyacanı ifadə edə bilmir.
Sabir bütün ömrüm boyu mənim müəllimim
və dostum olmuşdur.
…Sabir mənə doğma torpağımın canlı bir
parçası kimi əzizdir.

(Rəsul Rza)

Ədəbiyyatımızın klassiklərinə ölümsüz abidə kimi


baxmalıyıq. Bu gün – XX əsrin ucalığından – eramızın
son saatlarından yalnız gələcəyə boylanmırıq, üzümüzü
gələcəyə tutmuruq, həm də keçmişə, milli
mənəviyyatımızın özəlliklərinə boylanırıq, hörmətlə,
ehtiramla…
Klassik ədəbiyyat bütün mənalarda sonrakı
dövrlərin ədəbiyyatı üçün əvəzsiz meyar rolunu oynayır.
Qərb filosoflarının, ədəbiyyatşünaslarının klassik
poeziyamıza və klassiklərimizə heyranlığı (yüzlərlə
misallar çəkmək olar) bizdə böyük qürur hissi oyatmaya
bilməz. Əgər oyatmırsa, onda belə ifadə yada düşür:
«vay, yazıq!».

36
Məni sözün həqiqi mənasında istedadlı nasir kimi
tanıdığım Rafiq Tağının bəzi düşüncələri heyrətə gətirir.
Ancaq bu heyrətdə heyranlıq yoxdur, acı bir təəssüf hissi
var. Həmkarım Tehran Əlişanoğlu yazır ki, həmişə Rafiq
Tağının əyalətdən ədəbiyyata nabələd yollar yoran isti,
balaca qəhrəmanlarına pənah aparmışam. Amma bu
günlərdə Rafiq Tağının «Hürriyyət» qəzetində (11
sentyabr 1999) bu dəfə bütünlükdə ədəbiyyata qarşı
açdığı antiədəbiyyat atəşini görüb mən qorxdum,
qorxmağa başladım».
Heç qorxmaq lazım deyil, Tehran müəllim. Çünki
özün o yazıda az sonra deyirsən ki, bunlar Salman
Rüşdinin «Şeytan ayələri» kimi bir şeydir.
Mən Rafiq Tağının bu sayaq fikir və mülahizələri ilə
bağlı Ədəbiyat İnstitutunda keçirilmiş müzakirəni, o
müzakirədəki etirazları yada salmaq istəməzdim. Əkrəm
Əylislinin və eləcə də digər yazıçılarımızın, həmçinin
Mirzə Cəlildən, Sabirdən namizədlik və doktorluq
dissertasiyası yazan ədəbiyyatşünaslarımızın (hərçənd
çox-çox dissertasiya müəllifi layiq deyil o adlara!)
mətbuat səhifələrində ona cavabların da (özü də çox
hiddətli, sərt, kükrək) xatırlamağı rəva görmürəm. Bu
cavablar, yəni «Rafiq Tağı – Mirzə Cəlil» «qarşıdurması»
(Sabirin bir misrası yadıma düşür: «qah, qah!… Qəribə
gülməlisən xaniman xərab!..») «Hürriyyət» qəzetindəki
məqalədən əvvəl olub. Demək, Rafiq Tağı dediyini deyib,
cavabını alıb (təəssüf edirəm ki, bu cavabların bir çoxu
Mirzə Cəlil örtüyünə bürünüb Rafiq Tağını abırdan
salmağa yönəlmişdi), amma ara sakitləşəndən sonra yenə

37
məqam tapıb ürəyini boşaldıb. Vallah, elə bil onun
beyninin içində doğrudan da bir şeytan əlləşməkdədir və
Rafiq Tağı sanki o şeytanın diktəsi ilə yazır ki: «…
Ədəbiyyatşünaslığımızın klassiklərə münasibəti sağlam
deyil, onda sitayiş elementləri güclüdür. Azərbaycan
ədəbiyyatşünaslığı ədəbiyyatı içdən görməyən, onun
yalnız civarlarına deyil, elmilikdən uzaq, həm də ən çox
ictimai bir hadisədir». «Azərbaycan
ədəbiyyatşünaslığında riya elementləri» adlanan bu
məqalədə, şübhəsiz ki, «riyakarlıq mücəssəməsi»
ədəbiyyatşünaslıqdır. Çox sərt və dəhşətli ittihamdır! F.
Köçərlinin, A.Surun, S.Mümtazın, üzü bəri neçə
tədqiqatçının əməyini bir andaca yerə vurmaq nə
deməkdir!
Daha sonra: «Azərbaycanlı, klassiklərini oxumağa
heç vaxt hazırlanmır və həm də odur ki, onun yad dil
coğrafisində özünü rahatsız duyur».
İlk baxışdan Rafiq Tağıya haqq qazandırırsan.
Doğrudan da azərbaycanlı oxucu kütləsi klassik poeziya
aləmini fəhm eləməyə tam hazır deyil (əlifbaların tez-tez
dəyişilmələri qoydu ki?…). Lakin söhbət niyə kütlə
üzərinə gəlməlidir? Axı Azərbaycanda – bu məmləkətdə
yüzlərlə, minlərlə klassik poeziyanı duyan və sevən var.
Onların hazırlıq səviyyəsi heç də Rafiq Tağının və mənim
ümumi səviyyəmizdən aşağı deyil. Bir də axı «yad dil
ərazisi» nə deməkdir? Azərbaycan ədəbi dili indiki
durumda belə müxtəlif dillərin (o cümlədən ərəbin,
farsın, rusun) sözlərini də öz ərazisinə alırsa, burada
hansı «yad dil ərazisi»ndən söhbət gedə bilər? Biz XI ya

38
XVI əsrdə yaşamırıq, necə, məgər Nəsimi, ya Füzuli ilə
Ramiz Rövşən və ya Vaqif Səmoğoğlu eyni lüğət
tərkibiylə danışmalıdırlar? Ramiz Rövşən heç vaxt öz
şerlərində ənbərəfşan, bürqə, xətti-xal, canşikar və s.
sözlər işlətməz. Bu sözlər əsrlər keçdikcə öz mövqeyini
başqa sözlərə təhvil verib. Bu, dilin öz inkişafından
doğub. Nəsiminin, Həbibinin, Xətainin, Füzulinin hünəri
onda idi ki, Azərbaycan ədəbi dilini məhz bu sözlərin
hesabına elita dil səviyyəsinə qaldırdılar. Və sonrakı
əsrlərdə dilimiz həmin sözləri tədricən (proses üzüntülü,
ağır və ləng getsə də) öz sözləri ilə əvəz etdi. O səbəbdən
də “yad dil coğrafiyası” anlayışı həddindən artıq
mübahisəli və qeyri-elmidir.

Yanaram eşqindən, axar gözlərimdən yaşlar,


Firqətin dərdi çıxardı ürəyimdən başlar.

Müddəi tən edübən başıma qaxar eşqini,


Sınığa lazım deyildir bunca atmaq daşlar.

Xəstə olalı könül eşqindən, ey can parəsi,


İçirəm qəm mətbəxindən dürlü-dürlü aşlər.

Olmuşam dərdi-fərağından zəif ol həddə kim,


Gətirəməzlər xəyalə nəqşimi nəqqaşlər.

Bu, Nəsiminin qəzəllərindəndir, XIV əsrdə yazılıb


və Rafiq Tağı həm də özünü şair hesab edirsə,
zənnimizcə, bu şerin gözəlliyini inkar eləməz. «Yad dil

39
coğrafiyası»na gəldikdə elə onun adını çəkdiyim
məqaləsində «qüsl» sözündən tutmuş «illuzor» və «imi-
tasion» sözlərinəcən nə qədər kəlmələr tapmaq olar.
Daha sonra: «Riya əsasən maarifçi ədəbiyyata
münasibətdədir. Məntiq üzrə «maarifçi» və «ədəbiyyat»
istilahları uyuşmazdır». «Maarfçi» adında ədəbiyyat
ömründə ola bilməz. « Maarifçi» ədəbiyyat yalnız
pedaqoji əhəmiiyyətlidir… maarifçi ədəbiyyat həmişə
səthidir, ondan əlifba iysi gəlir».
Fikrimizcə, R.Tağının maarifçi ədəbiyyat anlayışını
qəbul edib-etməməsinin nə tarixi maarifçilik hərakatına
və nə də maarifçi realizmə heç bir ziyanı yoxdur. Çünki
«Yaxın və Orta Şərqdə XIX əsr maarifçilik və maarifçi
realizm əsri hesab olunur» (Yaşar Qarayev).
Hələ Avropadakı klassik maarifçiliyi (Volter və
Russo, Höte və Didro, Şiller, Lessinq, Svift, Bomarşe və
Defo) demirik. Sadəcə bu problemlə bağlı tədqiqatları
(onlarla, yüzlərlə) oxumaq lazımdır.
Bundan sonra məqalədə ədəbiyyatın, klassiklərin
ünvanına elə sərt, ağır ittihamlar gəlir ki, sadəcə olaraq
susmağı və heç cavab verməməyi qərara alırsan. «Satira
sevigidən törənmir və heç də sevgi əlaməti deyil. Satira
ən çox nifrəti rəmzləndirir. Mirzə Cəlil və Mirzə Ələkbər
millətin dərdindən ölməyiblər və imkan dairəsində nifrət
bacarıblar. Sabir yaradıcılığında sevgini yalnız onun sati-
rasına qədərki qəzəllərində tapmaq mümkündür,
hərçənd bu sevgi də illüzor və imittasion səciyyəlidir.
Ümumiyyətlə, Şərq klassiklərində məhəbbət bir-birindən
plagiatdır. Şərq poeziyasında səmimiyyət sezilmir».

40
Mənsib olduğu ədəbiyyat haqqında bu sayaq
radikal mövqe, sərt oppozisiya Rafiq Tağının şakərinə
çevrilməkdədir. Təbii ki, nə klassik, nə də çağdaş
ədəbiyyat və bu zəngin mənəvi sərvəti öz tədqiqat
obyektinə çevirən ədəbiyatşünaslığımızın qüsurlarından,
tarixi içtimai şəraitdən doğan nöqsanlardan xali deyildir.
Ancaq bütün bunlar tarixi ədəbi prosesi «Niyə belə
olmuşdur» və yaxud ona əks «niyə belə olmamışdır»
mövqeyi ilə qiymətləndirmək özü «TRYUK» deyilmi?
Şərq poeziyasını «Fatal əsarət tipi», «Bəşəriyyətın riya
qaynağı» adlandırmaqla, 60-cı illər ədəbiyyatına «Siyasi
riyakarlıq» damğası vurmaqla kimi inandırmağa cəhd
etmək olar? Heç kim Rafiq Tağıya inanmır və
inanmayacaq…

Üçüncü məktub

«Və mən istəyirəm ki, Rafiq Tağızadə, onun başqa


istedadlı gənc həmkarları da o zaman özləri ilə
bərabər öz xalqlarını da ifadə edən, həmin xalq
tərəfindən tanınan və sevilən yazıçılar olsunlar»
(Elçin)

Klassik poeziyaya, Mirzə Cəlilə, Sabirə, Sovet


ədəbiyyatına, 60-cı illər ədəbi nəslinin yaradıcılığına ifrat
radikal mövqedə dayanan, hətta az qala bu mövqedə
«Qatığın rəngi qaradır» iddiasını gözlərimizin içinə
oxuyan Rafiq Tağı çağdaş Azərbaycan nəsrində bir sıra

41
ən gözəl hekayələrin müəllifidir. Hansı bir məqalədəsə
yazmışdım ki, Rafiqin bir sıra hekayələri mənə hardasa
Mirzə Cəlilin hekayələrini xatırladır.
İnkar etdiyi dahinin nəsrindəki teleqraf üslubu,
hadisələrə az qala hər sətirdə ironik bir baxış, «teleqraf
dili», mətləbdən azacıq yayınıb sanki mətləbə dəxli
olmayan bir vaqiənin yada salınması... Bütün bunlar hiss
olunmadan Rafiq Tağının hekayələrinə də keçir... Mən
inanmıram ki, Rafiq Tağı Mirzə Cəlili oxumasın və öz ya-
zılarıyla Mirzə Cəlilin hekayə və felyetonlarındakı
ruhca, necə deyərlər, qanca qohumluğu hiss eləməsin. Az
qala hər hekayəsində mirzə cəlilsayağı qara yumora,
rişxəndə, yeri gələndə sarkazma meyl edən Rafiq özü də
hiss etmədən böyük ustadın varisinə çevrilir. Ancaq
Mirzə Cəlil Mirzə Cəlildir - «ədəbi və əbədi abidə», Rafiq
Tağı da Rafiq Tağı – ən yaxşı halda bu günün yazarı...
Rafiq Tağı nəsr adına ancaq hekayə yazır və görünür,
bu janrda özünü çox rahat, yüngül və sərbəst hiss edir. Elçin
bəlkə elə bu cəhəti nəzərdə tutub: «Rafiq Tağızadənin
hekayələrində yaxşı mənada bir yüngüllük var. Burada
zorən təbiblik yoxdur. Rafiq rəngli boyalarla deyil, qrafik
cizgilərllə, hərdən də yeri düşəndə akvarellə işləyir».
Daha sonra Elçin yazır: «Bu yol onu gələcəkdə
yaşayışımızın mürəkkəbliyini, xislətin dəhşətli
ziddiyyətlərini ifadə edən parlaq və müxtəlif rəngli
boyalar aləminəmi aparacaq?», yoxsa elə öz «yazı
qrafikası» ilə bu mürəkkəbliyi və ziddiyyəti ifadə
etməyin daha dəqiq, daha miqyaslı və vüsətli üsulunu
tapmağa nail olacaq?».

42
Hələlik, Rafiq Tağı «rəngli boyalarla» deyil, qrafik
cizgilərlə işləyir. Onun bütün hekayələrində yığcam bir
süjet, bir–iki hadisə və elə bu sayda obraz var.
Hekayələrinin də məğzi çox vaxt adi həyati hadisələrdən
ibarətdir. Bir də bu hekayələrdə süjetin inkişafını tən-
zimləyən, hadisələrə və obrazlara «dirijorluq» edən
təhkiyəçi (müəllif) obrazı var. Ancaq çox qəribədir ki,
zahirən bir-birinə bənzəyən hekayələr içindəki məna və
mahiyyətinə görə dərhal seçilirlər, yəni üslub fərdiliyi
tələb edir ki, eyni səslə, eyni avazla, eyni ritmlə müxtəlif
melodiyalar ifa edəsən.
Azərbaycan məişətinin və Azərbaycan əxlaqının
çağdaş təzahürləri əks olunan hekayələrində Rafiq
Çexova, Mirzə Cəlilə, Haqverdiyevə, lap elə onun
xoşlamadığı Əkrəm Əylisliyə məxsus «profilaktika və
sanitariya» işləri görür, məişətdəki, əxlaqdakı sapıntıları,
qəribə-qəribə hadisələri ortaya gətirir. Onun Azərbaycan
mətbuatının müxtəlif güşələrində sağa-sola səpələdiyi
kiçik hekayələr artıq müəyyən oxucu auditoriyası da
qazanmışdır.
Rafiqin bədii düşüncə tərzi öz «rasionallığı» ilə
seçilir. Yəni o, hekayələrini emosional ovqatlar üzərində
yox, daha çox ağlın, düşüncənin, məntiqi təfəkkürün
üzərində qurur, təsvir olunan hadisələrə və təqdim etdiyi
müxtəlif insan obrazlarına bu meyarla yanaşır. Bəlkə elə
bu mənada onun hekayələrində «qrafik cizgilər» apaydın
nəzərə çarpır. Ancaq bu o demək deyil ki, Rafiqin
hekayələri hissdən, həyəcandan məhrumdur, bizi təkcə
düşündürür və əksinə, sarsıtmır. Ancaq yenə təkrar

43
edirəm: Rafiqin hekayələri (istənilən bir nümunə)
müəyyən bir fikrin bədii proyeksiyasını əks etdirir. Tutaq
ki, «Düşmənimin xatirinə» hekayəsində ideya elə ilk
cümlələrdə açıqlanır: «Mən düşmənimlə o rəhmətə
gedəndən sonra dostlaşdım. İndi hər bazar evdəkilərin
ağzını boza verib qəbri üstünə getməsəm olmaz». Və
hekayənin qəhrəmanı beləcə hər bazar düşməninin qəbri
üstünə gedir, güllərini sulayır, dörd tərəfdən ağac dibi
kimi belləyir, indi torpağa gömülən düşməninin
sağlığındakı hərəkətləri barədə düşünür... və düşmənini
bağışlayır. Yaxud «Qədim kitab» hekayəsini götürək.
«İnsan doğulanda ölümü də doğulur» - hekayədə bu əsas
fikir Səməd Rəhimovun dəfni ilə bağlı hadisənin
təsvirində davam etdirilir.
Rafiq Tağı Azərbaycan hekayəsinə nə verib? Ola
bilsin, bu sual bəzilərinə qəribə görünsün və hətta
bəzilərini qıcıqlandırsın da... Amma həqiqəti demək
lazımdır. Həqiqət də bundan ibarətdir ki, Rafiq Tağı
Azərbaycan hekayəsinin bizim üçün (!) maraqlı görünən
bir tipini nümayiş etdirməyə cəhd edir. O da bundan
ibarət olsun ki, Rafiq sanki janrın klassik strukturunu, bu
struktura məxsus ölçüləri vurub-dağıtmağa çalışır. O,
bəzi hekayələrində həddindən artıq publisistdir,
beləliklə, məqalə üslubu ilə bədii üslub arasında körpü
yaratmağa can atır. Buna nail olduğu təqdirdə nə
qazandı? Hələlik burada qazanc görünməsə də, itkinin
miqdarı azdır. Çünki həmin hekayələrdə yazıçı fərdiliyi
sayəsində məqaləçilik gözə dəymir, əgər gözə dəyirsə də,
ümumi strukturda əriyir («Klassik üslubu sevənlər»,

44
«XIX əsrin sahibəsi» və s.).
Rafiqin hekayələrində həm yaxşı mənada, həm də
pisinə fəlsəfi bir ovqat duyulur.
Elçin vaxtilə yazmışdı ki, o yerdə ki, cavan yazıçının
canlı müşahidələri fəlsəfəçiliklə əvəz olunur, sadəlövhlük
və primitivlik meydana çıxır. Əlbəttə, canlı müşahidəni,
hadisədə, obrazda seyr etdiyini və bütün bunları reallıqla
əks etdirməyi heç nə əvəz eləməz. Necə ki, Çexov, Mirzə
Cəlil, Haqverdiyev və Rafiq Tağının xoşlamadığı Əkrəm
Əylisli hekayələrində «filosofluq» eləməmişlər. Ancaq heç
kim hər hansı əsərdə həyatın, gerçəkliyin fəlsəfəsinə var-
mağı qadağan edə bilməz. Məsələn, Rafiqin «Pozitiv,
neqativ», «Vətən ağacı», «Vahid Əsədovun ölümü»,
«Künc», «Kitabxanaçılar», «Oxşar», «Boy» hekayələrində
həyatın ziddiyyətlərindən və müəmmalarından doğan
fəlsəfi bir çalar var. Həyatın, gerçəkliyin, olayların bu
hekayələrdə fəlsəfi ümumiləşdirilməsi heç də qondarma
təsir bağışlamır.
Lakin məni bir oxucu və tənqidçi kimi sevindirən
Rafiqin hekayələrindəki təhkiyə tərzidir. Rafiq öz
hekayələrində əsl «moyestrodur», ifadə etmək istədiyi
fikri, təsvirə gətirdiyi həyat səhnələrini çox sərbəst
şəkildə təhkiyəyə hopdurur. «Əks-səda ilə oyun» heka-
yəsindən bu parçaya diqqət yetirin: «Bədirin tikəsi
Rusyətə atılıb. Ya Rəbb, il boyu kəndə bir yol gələ, ya
gəlməyə. Gəlib beş-üç həftəsini əsnəyə-əsnəyə qalıb
gedəndə camaat deyir - hə, təzə bir bəbə onun evinə səmt
götürdü. Bu kişi necə insandısa, beş-üç gün qaldığı yerdə
sonra hökmən uşaq peyda olur. Onun yediyi-içdiyi

45
əvvəl-axır canlıya çevrilir. Hə, doqquz ayın tamamında
bir də görürdün sonbeşik bəh-bəhlə gəlib çıxdı. Özü də
Bədirin uşaqları balıq kimi dekabrlarda sapa düzülür,
çünki özünü arvadağanın yanına həmişə Novruz bay-
ramlarında salası olur. Camaat onun martda gəlişinin
dekabrda «səsi çıxacağ»ına artıq vərdişkardır».
Bu kiçik parçada artıq bir insan portreti hasilə gəldi
və bu hekayəni sonacan oxuduqda həmin portretin digər
cizgiləri də gözlərimiz qarşısında canlanacaq. Tənqidçi
Tehran Əlişanoğlu Rafiq Tağıya həsr etdiyi məqaləsində
çox haqlı olaraq yazır ki, Rafiq Tağının yaratdığı –
məxsusi, dünyanın nəzərlərindən uzaq, qoy seçilməsin
heç, xudmani, öz əyalət estetikasıdır.
Dünyanın ən gözəl yazarları, məncə, milli əyalət
hekayələri ilə dünyaya səs salıblar. Ancaq hələ ki, Rafiq
Tağı öz milli ədəbiyyatında tanınır. Mən onun
hekayələrindən heç də qeyri-səmimi danışmadım. Onu
bir hekayəçi kimi təqdir etdim. Bu hekayələrdəki əsl
Rafiq Tağını tanıdım və sevdim, ancaq bəzi «tənqidi» ya-
zılarındakı Rafiq Tağını isə sevmədim...

46
Dördüncü məktub

«Mənim fikrimcə, hekayə dövrün mozaikasıdır.


Mozaika isə məlum olduğu kimi xırda və zərif
hissəciklərdən ibarətdir. Burada da dövrün,
zamanın səciyyəvi cizgiləri portret halında
canlana bilər»

(Çingiz Aytmatov)

Çox vaxt hekayəni yazıçı üçün uğurlu bir tramplin


və ya povestə, romana başlamaq üçün «təcrübə, məşq»
hesab edirlər. Yəni qabaqlarda belə bir ənənə mövcud idi
ki, yazıçı ədəbi yaradıcılığı əvvəlcə hekayə ilə
başlamalıdır, bu sahədə özünü doğruldandan sonra po-
vestə, povestdən isə romana keçməlidir. Azərbaycan
sovet nəsrinin baniləri – M.Hüseyn, M.İbrahimov,
Ə.Vəliyev, İ.Əfəndiyev, Q.İlkin məhz bu yaradıcılq
etaplarına sadiq qalmışlar. Sonrakı ədəbi nəsillər də
əksər hallarda bu «ənənəni» davam etdirmişlər.
Əslində, bu faktın istedad üçün elə bir əhəmiyyəti
yoxdur. Məlum məsələdir ki, hər hansı istedadlı yazıçı
janrından asılı olmayaraq, qələmə aldığı sənət əsərində
həyat həqiqətinə, həyatdan aldığı mövzuya özünün
orijinal münasibəti ilə fərqlənir. İstedad kimin nə
yazmasından yox, necə yazmasından bəllidir. Əvəzsiz
hekayə ustası Çexov da roman yazmağa girişmişdi,
ancaq tezliklə onu yarımçıq saxlamalı oldu. Bəlkə o

47
roman bitmiş olsaydı da, bədii siqləti, sanbalı etibarilə ən
qısa hekayəsindən yüksəyə qalxmayacaqdı?! Kim bilir?
Söz vaxtına çəkər; çağdaş ədəbi tənqiddə, mənim fikrim-
cə, səhv bir tendensiya müşahidə olunur – hər hansı
ədəbi nəslin yaradıcılıq axtarışlarından söhbət gedərkən
belə bir sual eşidilir ki, görəsən bu yazıçılar nə vaxt
həyatı geniş epik lövhələrdə əks etdirəcək, özlərinin ilk
romanlarını yazacaqlar?
Çağdaş nəsrimizin indiki durumunda hekayə
qıtlığından şikayət etməyə heç bir əsas tapa bilmərik.
Hətta vaxtilə iri romanlar yazan, bir-birinin ardınca
povestlər qələmə alan müəlliflər hekayə janrına müraciət
edirlər.
«Ədəbiyyat qəzeti» və bu qəzetlə rəqabətə girib
demək olar ki, həftədə 3-4 dəfə «Ədəbiyyat səhifəsi» ilə
geniş oxucu kütləsinə sevimli qəzet təsiri bağışlayan
«525-ci qəzet», həmçinin «Rezonans» qəzeti daim hekayə
çap edir. Və əlbəttə, çap olunan hekayələrin heç də
hamısı yaxşı hekayə deyildir. Ancan sevinməyə dəyər ki,
hekayə bolluğu çoxlu aşağı və orta səviyyəli nümunələrlə
bir sırada, az miqdarda da olsa, dəyərli nümunələr
ortaya qoydu.
Çağdaş hekayə necə olmalıdır? Təbii ki, bu suala
birmənalı cavab vermək çətindir. Ona görə çətindir ki,
hekayə janrında da müasirləşmə, janrın yeni bir
mərhələsi baş verir. Bu proses roman və povestin (söhbət
tək-tük ideya-dəyərlərini, estetik stabilliyini saxlamış
roman və povestlərdən gedirsə…) öz mövqelərini əldən
verməsiylə bağlı deyil. Söhbət ondan gedir ki, «işlək»

48
janra çevrildiyi üçün hekayə hər cür eksperimentə
məruz qalır və bu eksperimentlərin bir çoxu reallığa
çevrilir. Məsələn, öncə hekayələrindən söz açdığımız
Rafiq Tağı uğurlu, ya uğursuz cəhdləri ilə sinxron hekayə
tipini araya-ərsəyə gətirmək istəyir. Hekayələrində publi-
sistika ilə bədiyyat bir-birilə çuğlaşır, məlumat,
informasiya, müəllif şərhi baş alıb gedir, fikri, ideyanı
daha qabarıq nəzərə çarpdırmaq üçün təhkiyəyə fəlsəfi
bir duz qatır, «pozitivdən neqativə» (belə bir hekayəsi də
var: «Pozitiv Neqativ) enir və s. və i. Ancaq mən hekayə
janrı ilə bağlı bu yenilikləri (hələlik bir çoxu eksperiment
səciyyəli olsa da) təkcə Rafiq Tağının yox, digər
müəlliflərin yazdıqlarında da hiss edirəm. Lap öncə, 60-cı
illərin sonları, 70-ci illərin əvvəllərində Elçinin
«Dəyişmə», «Qatar, Pikasso, Latur 1968 «, «Qırmızı ayı
balası», «Zireh» kimi Azərbaycan nəsri üçün tamamilə
orijinal bir hadisə sayılan hekayələri yarandı. «İnsan
zəkası elə bir səviyyəyə yüksəlmiş, elə mürəkkəb
keyfiyyətlər əldə etmişdir ki, aşılamaq istədiyi fikri,
yaratmaq istədiyi xarakteri, göstərmək istədiyi personajı
artıq birbaşa, müstəqil surətdə təqdim etməklə bədii
nailiyyət qazanmaq çətindir, belə hallarda bəzən
yardımçı bədii vasitə - şərtilik tələb olunur – şərtilik
müasir insanın zəngin və zəngin olduğu qədər də
mürəkkəb daxili aləmini açmaqda, yazıçı dünyabaxışını
aydınlaşdırmaqda müəllifin müttəfiqi, köməkçisi olan bir
bədii vasitədir» - deyən Elçin, bədii şərtiliyi – «dördüncü
ölçünü» nəsrimizdə stabilləşdirməklə hər halda maraqlı
bir cəhdə yol açdı. 90-cı illərin əvvəllərində isə Elçin

49
«absurd» hekayələrini yazdı və bu hekayələr onun
dünyaya, gerçəkliyə tamam yeni bir müşahidə bucağın-
dan yanaşdığından xəbər verdi. Bizim fikrimizcə,
«mənasız söz», «cəfəngiyyat», «boş fikir» mənalarını
ifadə edən «absurd» kəlməsi sənətdə mexaniki təfsirlə
izah oluna bilməz. Doğrudur, absurd teatrda, yaxud
absurd üstündə köklənən nəsrdə mənasızlıqlar,
cəfəngiyyatlar, boş fikirlər üst-ustə qalanır, yəni təsvir
olunan hadisənin məğzi, mahiyyəti mənasızlıqdan, boş
bir fikirdən ibarətdir, obrazın hərəkətləri də, düşüncə
tərzi də çox zaman real məntiqə söykənmir, hadisələrin
təsvirində də bəzən müxtəlif zamanlar bir-birinə qarışır
və bir-birinin içində əriyir, məkanın dəqiq koordinatları
məlum olmur və s. Ancaq bütün bu absurd olan şeylər
sonda müəyyən bir fikrin, ideyanın yaranmasına gətirib
çıxarır, necə deyərlər, mənasız görünən şeylər sonda
konkret bir mənanı hasilə gətirir. «Ordenli yazıçı ilə
görüş», «Mehmanxana nömrəsində görüş», «Xüsusi
sifariş» hekayələrində Elçin ola bilsin absurd teatrından
gələn poetikadan da faydalanıb, amma təqlidçiliyə yol
verməyib, «absurd»u Azərbaycan hekayəsində
milliləşdirməyə» cəhd edib.
Mətləbdən uzaqlaşmayaq. Çağdaş Azərbaycan
hekayəsindəki keyfiyyət dəyişmələrini ayrı-ayrı
müəlliflərin son illərdəki hekayə yaradıcılığı da sübut
edir. Məsələn, Seyran Səxavətin «İt intervüsü» və
«Cəhənnəm» adlı hekayələri mübaligəsiz, qeydsiz-şərtsiz
XX əsrin sonunun ən gözəl hekayələri sayıla bilər.
Xüsusilə «İt intervüsü»… Bu hekayədə S.Səxavət

50
Azərbaycan nəsri üçün bir vaxtlar yasaq olunan bədii
maneralardan istifadə edir – burada reallıqla irreallığın
sərhədi itir, alleqoriya, simvol, rəmz həyati mahiyyət
kəsb edir. Ancaq bütün bu «tryuklar», bütün bu bədii
oyun hekayədə təsvir olunan hadisənin – itlə intervünün
mahiyyətinə xələl gətirmir. Hekayəni oxuyandan sonra
dəhşətlə dərk edirsən ki, yaşadığımız həyat,
dolaşdığımız mühit nə qədər kəsafətli imiş, hər birimizin
içində doğrudan da bir şeytan yaşayırmış. Bu mənada «it
günündə» ifadəsi hekayədə bədii həqiqət kimi dərk
olunur. Reallıq o qədər güclüdür ki, bütün bədii
şərtilikləri də az qala unutdurur. Bizdə - ədə-
biyyatşünaslar arasında tez-tez «bədii yalan» və «bədii
həqiqət» anlayışlarına müraciət olunur. «Aldanma ki,
şair sözü, əlbəttə, yalandır» (Füzuli) – belə götürdükdə
«bədii yalan» müxtəlif rakurslardan nəzərdən keçirilə
bilər. «Aldanma!» - əslində, inan! Çünki sözün gücü ilə
yaradılan «yalan» elə həqiqət deməkdir. Seyran Səxavə-
tin «İt intervüsü» və «Cəhənnəm» hekayələrini oxuyanda
bu iki ifadə öz həqiqi mahiyyətilə diqqəti cəlb edir. Hər
iki hekayənin əvvəlindəcə «yalan» sözünü yadımıza
salırıq: necə yəni itlə intervü aparmaq olarmı, it insan
kimi mühakimə yürüdə bilərmi, yaxud diri insan – canlı
şəxs cəhənnəm əhli ilə söhbət edə bilərmi? Əlbəttə, bütün
bu suallar «dördüncü ölçünün» artıq bütün dünya
ədəbiyyatına nüfuz etdiyi bir əsrdə primitiv səslənə bilər
(yeri gəlmişkən, qeyd edək ki, S.Səxavətin əvvəlki
povest və hekayələrində də bədii şərtilik elementləri var
idi), ancaq S.Səxavət üçün həqiqət meyarı hər şeydən

51
üstündür. O bu həqiqəti qələmə almaq üçün vaxtilə
yasaq olunan bədii maneralara üz tutur. Dünya
ədəbiyyatına az-çox bələd olan bir yazıçının bədii
təfəkkürü üçün bütün bunlar adi hallardır.
S.Səxavətin son kitabının müzakirəsində bunun
şahidi olduq ki, bu iki hekayə yaşlı yazıçılar tərəfindən
də rəğbətlə qarşılandı. Halbuki, həmin yazıçılar yenə
əvvəlki qaydada «klassik» ölçü və kanonlarla yazır.
Məlum sxemlərdən kənara çıxmağı ağıllarına belə gə-
tirmirlər.
Öncə qeyd etdik ki, son illərdə yenə çoxlu hekayələr
yazılır və bunların da əksəriyyəti orta səviyyəlidir.
Ancaq janrın yeni bir mərhələsini şərtləndirmək üçün
yaranan nümunələr də diqqətdən yayınmır və istər-
istəməz ehtimal da olsa gələcək Azərbaycan hekayəsinin
müəyyən cizgi və konturları ilə qarşılaşırıq.
Gələcək Azərbaycan hekayəsi heç şübhəsiz, klassik
Azərbaycan hekayəsinin yaşarı ənənələrinə sadiq
qalmalıdır. Klassiklər və klassik ədəbiyyat həmişə bizim
üçün meyardır və meyar olaraq qalacaqdır. Vaxtilə Cəlil
Məmmədquluzadə yazırdı ki, rəhmətlik Füzuli birinci
nömrəsindən başlamış və bu gunə qədər «Molla Nəsrəd-
din» məcmuəsində iştirak etmiş və şerlər yazmışdır.
İnanmırsınız, götürün «Molla Nəsrəddin»in iyirmi
illiyini tökün qabağınıza, hansı şerə baxsanız, orada
Füzulidən bir düz vardır.
Gələcək Azərbaycan hekayəsi hansı səviyyədə
olursa-olsun, öz inkişafının hansı mərəhələsinə yetir-
yetsin – Mirzə Cəlil kimi, sözü ünvana çatdırmağın,

52
hədəfə vurmağın, necə mahiranə və sənətkarlıqla de-
məyin dərsləri hələ bitib tükənməyib. Gələcək
Azərbaycan hekayəsinin təməli həmçinin Mirzə Cəlil,
Haqverdiyev ənənələrini davam etdirib «Azərbaycan
sovet ədəbiyyatı» deyilən bir məkanda yaşayıb- yaradan
Mehdi Hüseyn, Mirzə İbrahimov, Süleyman Rəhimov,
Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev kimi mahir heka-
yəçilərin, həmçinin onlardan sonra ədəbiyyata gələn
İ.Şıxlı, İ.Hüseynov, S.Əhmədli, Anar, Ə.Əylisli,
İ.Məlikzadə, R.İbrahimbəyov, M.İbrahimbəyov, Elçin,
F.Kərimzadə, S.Azəri, M.Süleymanlı, A.Məsud, S.Sə-
xavət, M.Oruc, Şahmar kimi istedadlı nasirlərin də yara-
dıcılığına söykənməlidir. Ənənələrsiz nə ədəbiyyat var,
nə də ədəbiyyatın hər hansı janrı… Əgər biz də yalançı
«intibah həsrəti»nə bürünüb, əsl ədəbiyyatın məhz bu
günlərdə və bundan sonra yaranacağını fərz etsək, belə
bir qeyri-müəyyən, tarixi fikirlə razılaşdıq: «XX yüz il
Azərbaycan ədəbiyyatşünaslığında riya hədsiz-
hüdudsuzdur. Ədəbiyyatşünaslarımız sosializm realizm
üslubunu beşəlli təsdiqləmişlər. Özünəməxsus riya
təzahürü olan 60-cılar ədəbiyyatı da həmin tərzdə
alqışlandı. 60-cıların ədəbiyyatı siyasi imperativlərdən
çeşmələnmişdi və onların təzahürü idi. Nikita Xruşşovun
razılığı ilə törənən ədəbiyyatdan nə çıxacaqdı ki... bu
ədəbiyyat siyasi riyakarlıqdan özgə bir şey ola bilməzdi.
60-cılar ədəbiyyatı diktaturanın uğurlu bir tryuku idi»
(R.Tağı)
«60-cılar ədəbiyyatı diktaturanın uğurlu bir tryuku»
olsaydı, «Keçən ilin son gecəsi», «Taksi və vaxt», «Gürcü

53
familiyası», «Mən, sən və o telefon», «Yaxşı padşahın
nağılı», «Dantenin yubileyi» (Anar), «May günü», «Güllü
paltar mövsumu», «Ürək yaman şeydir» (Ə.Əylsli),
«Baladadaşın ilk məhəbbəti», «Talvar» (Elçin) kimi
şedevr hekayələr yaranardımı?
Burada mövzu haçalanmasın deyə, altmışıncılar
ədəbiyyatının, məhz elə siyasi diktaturaya qarşı etiraz
əlaməti kimi yarandığını sübüt edə bilərik. (bu haqda
başqa bir yazıda).
Gələcək Azərbaycan hekayəsi bu yaşarı ənənələrə
üz tutmaqla əslində, öz ideya - sənətkarlıq qaynağını
soraq verir. Ancaq təbii ki, ilk növbədə özünün
müəyyənedici xüsusiyyətini ortaya qoysun. Gələcək
Azərbaycan hekayəsi daha çox fəlsəfi-psixoloji səpkidə
olsun, ola bilsin, hadisə, əhvalat burda o qədər də nəzərə
çarpmasın», «düşüncələr axarı» əsas rol oynasın. Ola
bilsin, həmin hekayələrdə qarışıq üslub hökmfərma
olsun, harmoniya pozulsun.
Bütün bunlar, əlbəttə, sırf ehtimallardır. Elə
düşünülməsin ki, bütün bunları söyləməklə biz fərdi
üslübları heçə endiririk və gələcəkdə yaranan hekayələr
üçün müəyyən bir model təklif edirik. Təbii ki, bu,
absurddur. Ancaq nəzərdən qaçırmayaq ki, bu gün ya-
ranan hekayələr tamam yeni cizgiləri, fərdi
xüsusiyyətləri ilə diqqəti cəlb edir. Rafiq Tağının
hekayələrindən söz açdıq. Onların əksər qismi məlum
hekayə modellərindən fərqlənir.
Elçin Hüseynbəylinin hekayələri də («Nar», «Keçid
dövrünün toyuğu». «Oyun», «Ən gözəl dəli», «Fırfıra»,

54
«Məmişin kişi olmaqlığı» və s.) bizə maraqlı görünür.
Təhkiyəsində tam sərbəst olan Elçin Hüseynbəyli təqdim
etdiyi obrazları uşaqlıq dünyasının, gənclik illərinin saf
romantikasından keçirir, daha çox o illərin ab-havasını,
şeriyyətini təhkiyəyə hopdurur. Köküylə, köməciylə
kəndə bağlı olan, hətta yaşadığı şəhərə, bu şəhərin
adamlarına, bu şəhərdə baş verən hər hansı bir hadisəyə
də sırf kəndçi gözüylə baxan Elçin Hüseynbəyli hələlik
nağılvari bir aləmin mənzərələrini rəsm edir, bu aləmin
şeriyyətini hekayələrinə gətirir. Təzadları, mürəkkəb
situasiyaları hələ öndədir düşünürük.
Gələcək Azərbaycan hekayəsi barədə bəzi ötəri,
fraqmental mülahizələr söylədik və əlbəttə, bütün bunlar
– gələcəkdə Azərbaycan hekayəsinin nə sayaq olacağı
tənqidin yox, nəsrin işidir – bu günün maraqlı
hekayələrini yazan Seyran Səxavətin, Saday Budaqlının,
Elçin Hüseynbəylinin, Məqsəd Nurun, Pərvizin və daha
neçə istedadlı yazarın işidir. Ümid edək…

Beşinci məktub

Tənqidin gələcəyi – gələcəyin


tənqidi.

- Azərbaycan ədəbi tənqidi durğunluq dövrünü


yaşayır!
- Ədəbi tənqid ədəbi proseslə ayaqlaşmır!
- Bizdə ədəbi tənqid yoxdur!

55
Əziz oxucu, bu sözləri tez-tez eşidirik. Artıq neçə
illərdir (hətta tənqidin gur çağlarında, «qan-qan deyən»
vaxtlarında da) tənqidin yoxluğundan gileylər, sızıltılar
eşidilirdi. Amma nə qədər parodoksal görünsə də, ədəbi
tənqid öz işindədir. Zəif də olsa, tənqid var... Qocaman
yazıçıların bəzisi «mənə daha tənqid lazım deyil, nə yaz-
dığımı özüm bilirəm» söyləyir, amma onların haqqında
tərif yazılanda uşağa dönürlər...
Bəzi qocamanlar isə bir neçə nəsil tənqidçi-tərifçi
sözünü eşidəndən sonra indi cavan «tənqidçi-sığalçılara»
üz tutublar. Onlara təzə söz lazımdır axı! Çox maraqlıdır
ki, cavan şairlər, nasirlər də tənqidçilərdən ancaq tərif
umurlar. İndidən dahilik iddiasına və iştahına düşən o
cavanlar (əlbəttə, hamı bu iddiada deyil, iddiada olanları
isə hamı tanıyır) ya ədəbi tənqidin funksiyasını anlamır
(anlamaq istəmir), ya da tənqidçilərə qara fəhlə kimi
baxırlar (biz yazırıq, yaradırıq, siz isə tərif etməlisiniz...)
Azərbaycanda komplimentar tənqid olub və indi də
var – bunu danmaq olmaz. Ancaq ədəbi tənqid tarixini
ədəbi tərif tarixi kimi düşünmək ən aşağısı primitiv
meşşan düşüncəsidir. Şübhəsiz, tənqidin tərkibində hər
hansı yazıçı yaradıcılığına örnək səviyyəsində, nümunə
timsalında tərif hədəfinə çevirən məqamlar da var. Tutaq
ki, müasir poeziya hadisələrindən söz açan bir tənqidçi
ayrı-ayrı uğurlu məqamları qeyd edərkən şərh və
izahlarını necə qurmalıdır? Ağıllı, izahlı-sübutlu təriflə
saray şairinin hökmdara oxuduğu qəsidəni bir-birindən
fərqləndirmək lazımdır.
Çox acınacaqlı haldır ki, son 15-20 ildə tənqiddə öz

56
xassəsindən, əgər belə demək mümkünsə, adındakı
mahiyyətindən uzaqlaşmaq meyli açıqca müşahidə
olunur. Ədəbi prosesdəki enişlər-yoxuşlar, ziddiyətli
hallar, kütləyə sırınan bəsit əsərlər, mahiyyətinə varıl-
madan ötən 70 ilin ədəbiyyatını inkar cəhdləri, klassikləri
gözdən salmaq sanki tənqidi diksindirmir. Tənqid susur
və susduqca ona atılan daşların sayı günbəgün artır.
Ancaq hərdən... mürgüləyən şir başını qaldırır,
qəzəbli halda ətrafına baxır... şirin çoxdankı mürgüsünə
adət edənlər təşvişə düşür, haray qoparırlar.
Tənqiddə də (misal yerinə düşməsə də) belə hallar
olur. Sükutu pozan bir tənqidçi də hərdən nə isə yazır,
kimlərisə, hansı əsərlərisə tənqid edir (haqlımı, haqsızmı
– bu, başqa söhbətdir) və dərhal tənqidin antitənqidi
yaranır. Sonra hər şey öz əvvəlki qaydasına düşür.
Son illərdə ədəbi tənqiddə artıq bir nəsil kimi
formalaşan cavan müəlliflər diqqəti cəlb edir. Qətiyyətlə
demək olar ki, bu yeni nəsil – «doxsanıncılar» yeni
təfəkkür tərzi ilə seçilirlər. Onlar ədəbi hadisələrə,
problemlərə, hətta haqqında dəfələrlə yazılsa da konkret
ədəbi dövrlərə orijinal yanaşır, təzə söz deməyə çalışırlar.
Mən bu tənqidçi–ədəbiyyatşünaslardan Tehran
Əlişanoğlunu, Cavanşir Yusiflini, İradə Musayevanı,
Əsəd Cahangiri, Gülşən Əliyevanı, Zümrüd Yağmuru,
Aybəniz Kəngərlini, Sabir Bəşirovu, Nərmin Kamalı,
Nərgiz Cabbarovanı fərqləndirmək istərdim. Biri az, biri
çox, amma hərə öz istedadı müqabilincə tənqidi fikrə
nəsə gətirmək niyyətindədirlər.
Tənqidçi üçün ən böyük problem məncə mövzu

57
məsələsidir. İstənilən bir şairin, yazıçının
yaradıcılığından lap monoqrafiya da yazmaq olar,
ədəbiyyatın müxtəlif problemləri ilə bağlı araşdırmalar
da aparmaq olar, amma tənqidçi üçün baş mövzu
olmalıdır. Tehran Əlişanoğluya bu aspektdən qiymət
veriləndə deyərik ki, o öz mövzusunu tapan tənqidçidir.
Azərbaycan bədii nəsrinin XX əsr boyu ədəbi-tarixi
xronologiyası (inqilabdan əvvəl və sonrakı); bu nəsrin te-
matik mənzərəsi – ideyalar, qəhrəmanlar, konfliktlər
sərgisi, tənqidin nəsrə münasibəti, fərdi üslublar – bütün
bunlar Tehranın «Əsrdən doğan nəsr», «Azərbaycan yeni
nəsri», «Azərbaycan nəsri sosrealizm çərçivəsində»
kitablarında əks olunmuşdur. Bizim tənqiddə poetika
məsələlərinin nisbətən az işıqlandırıldığını etiraf etsək, o
zaman Tehranın bu sahədəki ardıcıl fəaliyyəti xüsusi
qeyd olunmalıdır. Təbii ki, onun fikir və mülahizələrində
dəqiq olmayan, hədsiz polemika doğuran məqamlar da
diqqətdən yayınmır. Əgər Tehran «Yeni Azərbaycan
nəsri»nin mahiyyətini «keyfiyyət dəyişməsi» anlamında
qəbul edirsə, bu nəsrin poetikasını da həmin anlayışın
hüdudlarında araşdırır. Ancaq bu nəsrin ibtidası hardan
başlanır? Bu xüsusda təbii ki, polemika üçün meydan
açır. Bir tədqiqatçı kimi Tehranın «görmə bucağı» çox
genişdir və bu cəhət, əlbəttə, mühüm əhəmiyyət kəsb
edir. Ona görə də Tehranın yazılarında problemin əhatə
dairəsi millilikdən aşır, Azərbaycan nəsri dünya ədəbi
kontekstində görüntüyə gəlir.
Bədii yaradıcılığın poetikasına artan marağı biz
istedadlı tədqiqatçı Arif Əmrahoğlunun «Epik sözün bədii

58
gücü», Cavanşir Yusiflinin «Gülüş və dünyanın sonu»,
«Bədii mətnin sirləri» kitablarında da izləyə bilərik.
Təfsilata varmadan deyə bilərəm ki, hər üç kitab «sənətkar
və sənətkarlıq» probleminin elmi-tənqidi şərhində mü-
hüm bir mərhələnin başlandığından xəbər verir.
Əlamətdar bir də odur ki, cavan tədqiqatçılar klassik
ədəbiyyata yeni dönəmdə müraciət edirlər. Yaxın
zamanlara qədər belə bir təsəvvür yaranırdı ki, klassik
poeziya və nəsrlə bağlı yazılan tədqiqatlar kifayət qədər,
yetərincədir, artıq həll edilməli bir problem qalmayıb.
Ancaq məhz cavan tədqiqatatlar elə əsərlər ortaya
qoydular ki, həmin təsəvvür iflasa uğradı.
Məsələn, Gülşən Əliyeva «Çağdaş poeziya və
klassik irs» adlı maraqlı bir monoqrafiya yazıb. Bu
kitabda o, Füzuli ənənələri işığında çağdaş şerimizin
uğurlarından söz açır. 70-80-ci illərdə Azərbaycan
poeziyası bir növ Füzuli intibahı keçirirdi, Füzuliyə qayı-
dırdı. Füzuli obrazlarından bəhrələnirdi, Füzuli istər-
istəməz bu illərin poeziyasında poetik obraza çevrilirdi –
Gülşən Əliyeva bu prosesi müxtəlif fərdi üsluba malik
şairlərin yaradıcılığında izləyir və belə bir həqiqəti təsdiq
edir ki, ədəbiyyatın müxtəlif dövrləri arasında elə qı-
rılmaz əlaqə və bağlar var ki, onları zamanlar belə qıra
bilməz. Azərbaycan şerində bu gün adı Füzuli olmayan
bir Füzuli yaşayır, hər çağdaş şairimizdə bir parça ...(bu
fikrin müəllifi füzulişünas Sabir Əliyevdir).
Son illərdə ayrı-ayrı görkəmli sənətkarların
yaradıcılığı ilə bağlı monoqrafiyalar nəşr edilmişdir. Özü
də bunların əksər qismini yeni nəsil tənqidçi və

59
ədəbiyyatşünaslar yazmışlar. Bu sırada üç müəllifin –
tədqiqatçının əməyini xüsusi ilə qeyd etmək lazımdır.
Bütün elmi fəaliyyətini Cəlil Məmmədquluzadənin
həyat və yaradıcılıq yolunun tədqiqinə həsr edən İsa
Həbibbəyli «Cəlil Məmmədquluzadə: mühiti və
müasirləri» sanballı monoqrafiyasında yeni söz deməyə
çalışmışdır. Onun öhtəsinə götürdüyü mövzu Azərbay-
can ədəbiyyatşünaslığında az-çox ələkdən keçsə də,
çoxlu sayda suallar doğurmuşdur. Məsələn, Cəlil
Məmmədquluzadənin dünyagörüşünün
formalaşmasında ailə və təhsil mühitinin rolu, onun ide-
ya-mənəvi inkişafında Qori Müəllimlər seminariyasının
əhəmiyyəti ilk dəfə məhz İsa Həbibbəylinin tədqiqatında
dolğunluq tapır. Bu «ilk» sözünü bir də işlətməli olsaq,
deyə bilərik ki, Cənubi Azərbaycanda «Molla
Nəsrəddin» mühiti və mollanəsrədinçilər mövzusunu da
İsa Həbibbəyli cəlilşünaslığa bəxş etdi.
İsa Həbibbəyli bizim görkəmli ədəbiyyatşünaslar
olan Məmməd Cəfərin, Əliəjdər Seyidzadənin, Əziz
Mirəhmədovun, Abbas Zamanovun layiqli davamçısı
sayıla bilər. Belə ki, o da ustadları kimi fakt, sənəd
həqiqətindən elmi həqiqətə doğru can atır, arxiv sənəd-
lərinin tozunu uda-uda çox qaranlıq mətləblərə işıq salır.
Kitabın «Ədəbiyyat» göstəriciləri olan səhifələrinə
baxdıqda adamı heyrət bürüyür. İ.Həbibbəyli 11 dövlət
arxivinə (bunların arasında Ermənistan Mərkəzi Dövlət
Tarixi Arxivi, Tatarıstan, Odessa, Sankt-Peterburq,
Gürcüstan arxivləri də vardır) və 5 şəxsi arxivə müraciət
etmişdir.

60
Bəs indi sual oluna bilər – bu monoqrafiya ilə İsa
Həbibbəyli nəyə nail olmuşdur və bu əsər
ədəbiyyatşünaslığın bir qoluna çevrilməkdə olan
cəlilşünaslığa nə verir, hansı yenilikləri gətirir? Qətiyyət-
lə deyə bilərik ki, İ. Həbibbəylinin tədqiqatı C.Məmməd-
quluzadənin şəxsiyyəti və mühiti haqqında tam və
dolğun təəssürat yaradır. Bu əsər şəxsiyyət haqqında
yazılan əsərdir. Azərbaycan ədəbiyyatşünaslığında çox
təəssüf ki, bu tipli əsərlər çox az yazılır.
Ədəbi şəxsiyyətlər haqqında yazılan əsərlərdə məhz
bu amil xüsusilə vacibdir ki, bu sənətkarlar məhz
yaşadıqları dövrlərin ədəbi-mədəni, ictimai-siyasi
mənzərəsində necə görünmüşlər. Yaxud bu günün
meyarları ilə yanaşdıqda həmin sənətkarların yeri, möv-
qeyi, ədəbiyyat tarixində rolu hansı məqamdadır? Nazif
Ələkbərlinini Əhməd Cavada, Mikayıl Müşfiqə və
Aslmas İldırıma həsr etdiyi «Üç budaq» və «Mikayıl
Rəfili» kitabları bu suallara aydın cavab verə bilər.
Əhməd Cavad haqqında şair-ədəbiyyatşünas Əli
Saləddin böyük bir kitab yazıb, təbii ki, onun çəkdiyi
zəhmət öz bəhrəsini verib. Amma bütün bunlara
baxmayaraq həmin kitabda elmi fon zəifdir, tədqiqat işi
çox az nəzərə çarpır. Nazif Ələkbərli bu boşluğu həmin
kitabdan həcmcə qat-qat kiçik olan əsərində doldura
bilmişdir. Ancaq elə düşünməyin ki, N.Ələkbərlinin əsəri
ancaq fakt və məlumatlardan ibarətdir, quru dillə yazılıb.
Belə deyil. Kitabın bu hissəsində publitistik xətt də
güclüdür və bu xətt Əhməd Cavad fenomenini
açıqlamağa və anlamağa dəstək verir. Təfərruata

61
varmadan deyə bilərəm ki, Nazifin M.Müşfiq və A.İldrım
haqqında qələmə aldığı portret-oçerkləri də məhz bu
səpkidədir.
Vaxt var idi ki, elmi əsərlərdə məlum, sanki eyni
qəbildən çıxan üslub hökmran idi. Belə əsərlərdə məlum
qəliblərdən çıxmaq, yəni əsərdə publisistik xətti
gücləndirmək , beləliklə cansıxıcılıqdan xilas olmaq –
emosionallıqla analitikliyin vəhdətinə nail olmaq təə-
ccüblə qarşılanırdı. İndi isə bu cür əsərlər daha çox
oxunur. Nazif Ələkbərlinin «Mikayıl Rəfili» kitabı da
şübhəsiz, belə populyarlıq qazana bilər. Hələ tələbəlik
illərindən bu görkəmli ədəbiyyatçının həyatı və
yaradıcılığı ilə bağlı araşdırmalar aparan Nazif səbrlə,
təmkinlə bu yolu davam etdirmiş, nəticədə, belə bir kitab
hasil olmuşdur. Kitabın ən dəyərli cəhəti orasındadır ki,
N.Ələkbərli M.Rəfili şəxsiyyətinin çoxcəhətliyini və
zənginliyini ön plana çəkmişdir, Rəfilinin şəxsiyyətindəki
üstün cəhətləri, müasirləri ilə əlaqə və bağları, ona
«düşmən» olan cəbhəni aydınlaşdırmağa çalışmışdır.
Haqqında məxsusi söz açmaq istədiyim üçuncü
tədqiqatçı «Həmişə müasir Cəfər Cəfərov» və
«Azərbaycan estetik fikri və Cəfər Cəfərov»
monoqrafiyalarının müəllifi Xatirə Quliyevadır. Onun bu
monoqrafiyaları Azərbaycan tənqidi və ədəbiyyatşünaslı-
ğında, teatrşünaslıqda çox böyük sima sayılan, lakin az
qala unudulan Cəfər Cəfərovun yaradıcılıq yolunu əks
etdirir. Yaşar Qarayev bu kitabların birinə yazdığı ön
sözündə qeyd edir ki, monoqrafiya Cəfər Cəfərovun
Azərbaycan estetik fikir tarixində yeri və sanbalı barədə

62
dolğun təsəvvür yaratmaqla yanaşı, həm də estetik
fikrimizin 40-60-cı illəri əhatə edən bütöv bir
mərhələsinin qayğı və problemləri, keçdiyi mürəkkəb və
ziddiyyətli yol, təzyiq və qarşıdurmaları haqqında da
geniş bilgi verir. Bizim üçün o maraqlıdır ki, Xatirə
Quliyeva Cəfər Cəfərovu təkcə görkəmli teatr tənqidçisi
və tarixçisi kimi deyil, həm də müasir ədəbi prosesin
aparıcı nümayəndələrindən biri kimi də təqdim edir.
Çünki Cəfər Cəfərov «bir sıra əsərlərində milli poeziya
ənənələri üzərində təşəkkül tapan yeni şerin ideya-
estetik prinsiplərini, sovet dövrü Azərbaycan
poeziyasının özünəməxsus problemlərini ətraflı şəkildə
təhlil etmiş, müasir şerimiz və şairlərimiz qarşısında
dayanan vəzifələri müəyyənləşdirməklə ədəbiyyatımızın
bu sahəsinin inkişafına səmərəli təsir göstərməyə
çalışmışdır».
Əgər ötən illərin (50-60-cı illər) ədəbi mübahisələrini,
həmçinin bu ədəbi mübahisələrlə bir araya sığmayan şəxsi
intriqa və münaqişələri xatırlasaq, bu mübahisə və
münaqişələrin bir çoxunun Cəfər Cəfərovla bağlı olduğunu
görərik. İndi bütün bunları soyuqqanlılıqla təhlil edəndə
görürük ki, Cəfər Cəfərova qarşı əsassız ittihamlar daha
çox olub, nəinki Cəfər Cəfərovun öz səhvləri… Təbii ki, hər
bir tənqidçi səhv edə bilər, ancaq bu səhvi ifrat dərəcədə
qabardıb onun müəllifini «nihilist», «kosmopolit»
adlandırmaq olarmı? Yazırdılar ki, teatr tənqidi ilə məşğul
olan C. Cəfərov öz məqalələrində gənc dramaturqların
yaradıcılığına nihilist münasibət bəsləyir. Ancaq məlum
olur ki, C. Cəfərov haqlı olaraq həmin o gənc dramaturq-

63
ların əsərlərinin bəsit və zəif olduğunu tənqid etmişdir (So-
nralar o gənc müəlliflərin heç biri dramaturq ola bilmədi).
Yazırdılar ki, C. Cəfərov yalançı xəlqiliklə mübarizə pərdəsi
altında marksist tənqidinin prinsiplərinə tamamilə zidd bir
cəbhə tutur. Ancaq məlum olur ki, C. Cəfərov haqlı olaraq
xalq şeri adı altında çap olunan mənasız şerləri tənqid
etmişdir. Beləliklə, Azərbaycan ədəbi mühitində Cəfər
Cəfərovdan əməlli-başlı bir düşmən obrazı yaratmışdılar.
Cəfər Cəfərov özü qeyd edirdi ki: «Məni bir çox görkəmli
yazıçılardan uzaqlaşdıra biləcək heç bir əsas yoxdur. Ədəbi
mübahisələr həmişə olmuş və yenə də olacaqdır. Səməd
Vurğun və başqa birisilə mən yenə də mübahisə edə
bilərəm və lazım gəldiyi təqdirdə etməliyəm – çünki
bunsuz fikir inkişafı mümkün deyildir. Bir-birini «in-
citməmək» xatirinə mübahisələrin yolunu bağlamaq və
tənqidi fikri cilovlamaq doğru deyildir. Lakin mübahisələri
düşmənçiliyə çevirmək, bir-birinə saymazlıq göstərmək,
ədəbi inkişaf prosesini bir küll halında götürməyib
hissələrə parçalamaq, yüksəliş çətinliklərindən doğan səhv
və nöqsanları qabartmaq ədəbiyyatımız üçün çox
zərərlidir». Elə bu sətirlərdən hiss olunur ki, Cəfər Cəfərov
ona əks olan tərəflərlə heç də düşmən kimi rəftar
etməmişdir. Xatirə Quliyevanın monoqrafiyasında da
(«Azərbaycan estetik fikri və Cəfər Cəfərov») Cəfər
Cəfərovla bağlı bütün bu mübahisələr tədqiqat işığına
çıxarılmışdır.
Cəfər Cəfərov Azərbaycan dramaturgiyasının,
teatrının cəfakeşi idi və indi teatr tənqidinin, demək olar
ki, son dərəcə zəiflədiyi, hətta gözə çarpmadığı bir çağda

64
onun yeri aşkar görünür. Halbuki, 50-60-cı illərdə Cəfər
Cəfərov teatr tənqidinin başında dururdu, o, bu sahədə
ən nüfuzlu dramaturqun da, rejissorun da çəkindiyi, hör-
mət etdiyi, rəyilə hesablaşdığı bir şəxs idi. İzahata heç bir
ehtiyac duymuram və oxuculara Xatirə Quliyevanın
«Həmişə müasir Cəfər Cəfərov» (Bakı, «Elm», 1999)
monoqrafiyasını tapıb oxumağı məsləhət görürəm.
İki gənc tədqiqatçının – İradə Musayevanın «Vaqif Sə-
mədoğlunun poetik dünyası» və Hikmət Mehdinin
«Çağdaş poema və gerçəklik» (Xalq şairi Məmməd Arazın
poemaları əsasında) monoqrafiyalarını da son illərin
uğurlu əsərləri kimi qeyd etmək olar. İstər Vaqif
Səmədoğlu, istərsə də Məmməd Araz Azərbaycan poezi-
yasında – çağdaş şerimizdə önəmli şəxsiyyətdir. Ancaq
təbii ki, hər iki şair haqqında ənənəvi ədəbiyyatşünaslıq
kanonları ilə düşünmək və tədqiqatı da bu ənənə üzərində
irəlilətmək mümkün deyildir. Ona görə də İradə Musayeva
öz tədqiqatında çox sərbəst hərəkət edir. Vaqif
Səmədoğlunun poetik dünyasının qatlarına, dərinliklərinə
enə bilir. Nizami Cəfərovun təbirincə desək, gənc olmasına
baxmayaraq, kifayət qədər mükəmməl bir tədqiqatçı
üslubu nümayiş etdirir, onun mülahizələri sistemli, biri
digərindən törəyən və çox hallarda konseptualdır. Hikmət
Mehdinin monoqrafiyasında isə başqa bir xüsusiyyət –
Məmməd Arazı, bu poetik fenomeni poemalarında açıqla-
maq məqsədi durur. Məmməd Araz poemaları haqqında
çox yazılmış, amma sistemli şəkildə, elmi-tənqidi aspektdə
söz açılmamışdı. Hikmət Mehdi bu yolda ilk addım atdı
– uğurlu addım.

65
…Qeydlərimizdən göründüyü kimi
ədəbiyatşünaslıqda cavan, istedadlı bir nəsil fəaliyyət
göstərir. Onların kitabları, məqalələri çap olunur, bir
nəsil kimi boy göstərirlər. Ancaq təəssüflə qeyd etməliyik
ki, hələlik onların müasir ədəbi prosesdə tənqidçi kimi iş-
tirakı zəifdir. Bu haqda isə düşünməyə dəyər!..

66
Altıncı məktub

Şer bir gövhəri-yekdaneyi-


ziqiymətdir,
Salmaram vəsfi-druğ ilçə onu
qiymətdən.
Deyirəm həcv, sözüm doğru, kəlamım
şirin,
Əhli-zövqə verir nəşə bu xoş
şərbətdən.
(
(M.Ə.Sabir)

Hər il qədim Şamaxıda «Sabir poeziya günü»


keçirilir. Bu tədbir böyük şairimizə və satiraya xalqın
dərin məhəbbətinin ifadəsidir.
Nədənsə, satira deyəndə həmişə «ifşa», «tənqid»
sözləri yada düşür. Ancaq satiradan məqsəd təkcə ifşa və
tənqid deyil, bəlkə də başlıcası, özümüzü dərk etməkdir.
Xalq məsəlidir: «Ağlayanın dərdi birdir, gülənin mindir».
Bu mənada satira zəifliyimizi, hansı məqamdasa
gücsüzlüyümüzü anlamağımızdır. Özümüzə – əməlləri-
mizə gülürük və tərbiyələnirik. Görkəmli tədqiqatçı Əziz
Mirəhmədov ədəbiyyatda satiranın yaranmasına həsr
etdiyi bir məqaləsində yazır: «Nizaminin filosofanə
kəlamına, Füzulinin qəmli poeziyasına, Vaqifin şən
gözəlləmələrinə qoşulan müxtəlif çalarlı gülüş Azərbay-
can ədəbiyyatını məzmun, üslub, ahəng etibarilə xeyli

67
dəyişdirmiş, daha zəngin və rəngarəng etmişdi
Gülüşün vəzifəsi müxtəlif olduğu kimi, növləri də
saysız-hesabsız idi: Xəfif təbəssüm, qəh-qəhə, şən-fərəhli
gülüş, acı gülüş, duzlu-məzəli gülüş, iblisanə gülüş,
facianə gülüş, isitehzalı gülüş, eyhamlı gülüş, kinayəli-
rişxəndli gülüş, gözyaşı içində gülüş və i.a.
Sənətkara bunların hərəsi bir məqsəd üçün, hərəsi
bir iş üçün lazım idi».
Azərbaycan satirasının heç şübhəsiz, son zirvəsi
Sabir «Hophopnamə»si və Mirzə Cəlil «Molla
Nəsrəddin»i oldu. Tarix göstərdi ki, bu iki dahinin gülüş
arsenalı təkcə bir dövrlə məhdudlaşmadı, bütün əsr boyu
Sabir-Mirzə Cəlil gülüşü millətin qanında və genində
dövr elədi. Ancaq sovet dövrünün satirası (bəzi
istisnaları nəzərə almasaq), Sabir-Mirzə Cəlil
ənənələrindən uzaqlaşdı. İstedadlı satiriklər yetişdi,
amma bu satiriklər xəfif təbəssümdən, şən-fərəhli gülüş-
dən o yana gedə bilmədilər. Hərdən də rüşvətxorlara,
tüfeyli həyat yaşayanlara, zəhmətə xor baxanlara, el
malını dağıdanlara satira öz gücü qədərində (müəyyən
olunmuş normalarla) «atəş» açırdı. Sistemin, quruluşun
özü isə toxunulmaz idi.
90-cı illərdən başlayaraq Azərbaycan ədəbiyyatında
satira tədricən öz həqiqi mahiyyətinə qayıtdı. Ancaq
təəssüf ki, istedadlı satirik şairlər dünyalarını
dəyişmişdilər (Rüfət Əhmədzadə, Rüfət Zəbioğlu),
Sabiranə tərzdə şerlər yazmaq hələ Sabir cəsarəti həddinə
çatmaq deyildi. Lap elə Sabir cəsarəti həddinə də çatmaq
olar, amma Sabir hünərinə kim yetə bilər.

68
Son illərin satirik şer məkanında çoxlu imzalar
görünsə də, bu imzalardan yalnız birini az-çox
fərqləndirmək mümkündür. O da Baba Pünhandır.
Hələlik yeganə kitabı «Acı həqiqət»dir. Kitabın annota-
siyasında oxuyuruq ki: «Mirzə Cəlil-Sabir ədəbi irsimizin
ən layiqli davamçısı Baba Pünhanın yaradıcılığı
ədəbiyyatımızda həm böyük hadisə, həm də yeni bir
ədəbi yolun başlanğıcıdır.
Doğrudan da: «Dahilər yüz ildən bir yetişir».
Əlbəttə, «Təbib» nəşriyyatı tərəfindən çap olunan
bu kitab Baba Pünhana – hər həftə «ANS»in «Qulp»
verilişində satirik şerlər oxuyan və artıq tamaşaçıların
rəğbətini qazanan bir şairə böyük hədiyyədir. Təbii ki,
kitabın işıq üzü görməsində xeyirxah adamlara müəllif
öz təşəkkürünü bildirir. Amma Baba Pünhan «ədəbiyya-
tımızda böyük bir hadisə» və «dahilər yüz ildən bir
yetişir» fikirlərinə gərək etirazını bildirəydi. Baba
Pünhan istedadlıdır, doğrudan da Mirzə Cəlil-Sabir
ədəbi məktəbinin davamçısı sayıla bilər, ancaq onun
yazdıqları hələ ədəbiyyatımızda böyük bir hadisəyə
çevrilməmişdir. Lap elə çevrilsə belə, dahi adlanıb-
adlanmayacağı sual altındadır.
Bu «xatirə dəyən» söhbəti bir qırağa qoyub keçirəm
Baba Pünhanın şerlərinə. Bu şerlər doğrudanmı
günümüzü, çağımızı satira aynasında – düzü düz, əyrini
əyri əks etdirən şerlərdir? Axtarsan, Sabir şerlərində
olduğu kimi, Baba Pünhan şerlərində də cəmiyyətin bü-
tün zümrələri «iştirak» edir; bir parası xalqı, ölkəni,
milləti it gününə salanlardır, bir parası yalançı millət

69
qəhramanıdır, bir parası ümidini Allaha bağlayıb gün-
güzaran qayğısı çəkənlərdir. Azərbaycan – onun bugünki
mənzərəsi Baba Pünhan şerində bəzəksiz, rəngsiz
görünür. İttihamçı da özüdür, bəzən ittiham olunan da.
Sovet dövründə yazılan satirik şerlərdə olmayan bir
keyfiyyət – cəsarət küll halında Babanın şerlərində at
səyirdir. Cəsarət deyəndə kimisə həcvə, föhşə tuş eləmək
düşünülmür, daha artıq həyatın, gerçəkliyin hamıya
məlum, ancaq çoxlarının deyə, danışa bilmədiyi hə-
qiqətlərdən söz açmaqdır. Bu həqiqətləri ağlar bir tövrlə
mərsiyələrdə ifadə etmək olar, digər şer növlərində də.
Ancaq satirada ifadə olunan həqiqət daha sərtdir – ən
əvvəl güldürür, sonra düşündürür, daha sonra
həyacanlandırır, sarsıdır. Təsadüfi deyil ki, hər dəfə mil-
lətin başının üstünü qara buludlar alanda, cəmiyyətdə bir
xaos, hərc-mərclik yarananda, iqtisadiyyat tənəzzülə
uğrayanda poeziyanın sözünü satira deyir. Acı həqiqət
kimi.
Baba Pünhanın bir kitabının adı «Acı həqiqət»dir.

Dağılıb ölkə tamam, düşdü talandan-talana,


Yanıb ağzımda dilim, bişdi yalandan-yalana.

Kasıb hər dövrdə zər əhlinə eşşəklik edib,


Dövr keçdikcə olub fərqi palandan-palana.

Nə qədər dövlətin üstündə ki, şahmar uyuyar,


Keçər o dövlət əsrlərlə ilandan-ilana.

70
Bu satirik qəzəldə hələlik böyük Vətənin dərdləri
elan olunur. Amma çox-çox şerində Baba Pünhan əsl
Sabir yolu tutur. Satiranın projektorunda hər şeyi açıq-
aydın göstərir:

Dövrə ümid eylədik, dövran da it günündə,


Alim də it günündə, nadan da it günündə.

Əskərimiz bittənib. Nazirimiz əttənib,


Qızlarımız lüttənib, oğlan da it günündə.

Fikir çapır hər yana, güc verirəm qəlyana,


Qıçım girib yorğana, yorğan da it günündə.

Cahan gedir süquta, Quran yetir sübuta,


Kəfən baha, su xılta, insan da it günündə.

İtim, gəl dur önümdə, gəl başına dönüm də,


Sən Pünhanın günündə, Pünhan da it günündə.

71
Hiss olunur ki, Baba Pünhan hələ əruzun oynaq
bəhrlərində gəzişir, klassik şerin qəliz ifadə və
tərkiblərindən mümkün qədər sərf-nəzər edir, qəzəldə
sadəliyin, xəlqi ifadə tərzinin tərəfkeşi olur. Ancaq bütün
bunlarla yanaşı, Baba Pünhan satirasında Sabir satiraları ilə
müqayisədə olsa-olsa 5-6 qəzəlin adını çəkmək olar ki, bax
bu şerlər üçün yaş sərhədi olmayacaq… qalanlar həmin bu
şerlərin sadəcə ətrafıdır… amma poeziya tarixində elə 5-6
şerlə də qalmaq olar…

Yeddinci məktub

«Azərbaycan ədəbiyyatı sındırılmış – susdurulmuş yazıçı-


şairlər qəbiristanlığını xatırladır ki, bu qəbiristanlıqdakı
başdaşları elə sındırılmışların canlı cəsədləridir. Belə olmasaydı,
Millət təəssübü, Vətən əxlaqı və sənətkar qüruru bir yığın millət
qəniminin ayaqları altına atılmazdı, Azərbaycan yazıçısı ölkə baş-
çısının diqqətini cəlb etmək üçün «İstedadını» xərcləməzdi»
(Zümrüd Yağmur», «Yaşa, prezidentim, yaşa!» deyən şair,
millət ölür axı», «Hürriyyət» qəzeti 2 mart 2000-ci il).
«Sovet dövründə ziyalı deyilən zümrənin çox qismi mahiy-
yət etibarilə kommunist ideologiyasının plantasiyalarında çalışan
kölədən başqa bir kimsə olmayıb və bu çalışmanın nəticəsində əsl
aydın təfəkkürlülər məhv edilib, əvəzində isə yalançı ziyalı
təbəqəsi yaradılıb. O dövrün plantasiyalarında çalışan kölə təfək-
kürlülərin çoxu yenə də Əliyev rejiminin plantasiyalarında işlə-
yirlər».
(Yenə Zümrüd Yağmur, «Ədəbiyyat, yaxud ölü canlar səl-

72
tənəti», «Azadlıq» qəzeti, 24 noyabr 2000-ci il).
«Bizdə ədəbi iqtidar var ki, onun varlığı siyasi iqtidardan
daha qorxulu, daha dağıdıcı, daha yolverilməzdir. Fəqət, məncə,
bu «ədəbi iqtidar»ın böyük ədəbiyyatda heç bir yeri yoxdur».
(Həmid Herisçi, «Təəssüf», «Azadlıq» qəzeti, 12 dekabr
2000-ci il).
«Ədəbiyyatı böyük şəxsiyyətlər yaradır. Bizim ədəbiyyat
şəxsiyyət cılızlığında boğulur. Çünki indi yazıçılarımızın çoxu
prezidenti tərif etməklə, digərləri isə öz gün-güzaranı ilə məşğul-
dur»
(«Ədəbiyyat şəxsiyyət cılızlığında boğulur», «Bu gün» qə-
zeti, 27 fevral 2000-ci il).
Əziz oxucu! Bu sətirlər keçən il üç qəzet səhifəsindən
oxuduğum ayrı-ayrı məqalələrdən parçalardır. Lakin
onların sayını istənilən qədər artırmaq olar. Belə ki,
müxalifət qəzetlərinin bir çoxu yaşlı və gənc yazıçılar
arasında ədəbi qovğaların qızışdırılmasında, bəzən hətta
«təzələr»in mövqeyini müdafiə etməkdə maraqlıdırlar.
«Köhnələr» - B.Vahabzadə, N.Xəzri, Qabil, Anar, C.Nov-
ruz, F.Qoca, Elçin, Ə.Əylisli Azərbaycanda «Ədəbi çariz-
min» törənməsində, özlərini güya «ədəbiyyatbaşı» elan et-
mələrində, məddahlıqda, cəsarətsizlikdə, ölkə prezidentini
tərifləməkdə təqsirləndirilir. Yazıçılar Birliyi indi dolayısı
ilə yox, birbaşa saray ədəbiyyatının iqamətqahı elan
olunur. Şəxsi ambisiyalar üzərində qurulan belə
məqalələrdə Yazıçılar Birliyinin sədri Anar bir növ «məli-
kuşşüəra məqamına» qaldırılır. Həmin məqalələrin necə
qəzəb və hirslə, necə iddia və hikkə ilə yazıldığını ayrı-ayrı
sənətkarlara tuşlanan böhtanlar da sübut edə bilər. Bir

73
tərəfdən deyilir ki, bugünki Anar sovet dövründəki
Anardır. Deputat, Yazıçılar Birliyinin sədri və bir qədər
çəkincəliyinə soyuqqanlılıq donu geydirən yazıçıdır, digər
tərəfdən isə tərifləyirlər ki, vaxtilə «Yaxşı padşahın na-
ğılı»nı yazmışdı. Bir tərəfdən deyilir ki, Anar çox ağıllı
adamdır, ən azından nə baş verdiyini görür, ancaq
cəsarətsizdir, yaxşı əsərlər yaza bilirsə də, böyük yazıçı ola
bilmir. Əkrəm Əylislini sözünü tez-tez dəyişməkdə,
manevrlər etməkdə, aldığı «Şöhrət» ordenini qaytar-
mamaqda, rejimə təşəkkür etməkdə, «padşahın yan-
yörəsində yer alıb, məmnunluqla gülümsəməsində», «milli
təəssübkeşliyini Buzbulağın buzunda dondurub daş
parçası kimi indiki iqtidarın başına fırlayaraq nəzir deyib
qurban kəsməsində» ittiham edirlər. Elçinin tutduğu
vəzifəsinə görə daha yazıçı yox, dövlət məmuru kimi
fəaliyyəti hiddət doğurur. «Elçinin savad, istedadına nə
qədər hörmət edirəmsə, məmur Elçinin laqeydliyinə bir o
qədər ikrahla yanaşıram. Əslində o, heç vaxt etiraz edən
yazıçı olmayıb» kimi cılız bir fikir ortalığa atılır. Hətta
hiddət və qəzəb o dərəcəyə çatır ki, belə bir «hökm» də
oxunur.: «Elçin «Ölum hökmü»nü yazanda nə vaxtsa
özünə ölüm hökmünün ouxnacağını ağlına belə
gətirməyib». Fikrət Qocaya irad tutulur ki, niyə Heydər
Əliyevə şer yazıb, gərək yazmayaydı, nə olsun ki, prezident
ona Macarıstandan həkim gətizdirib – şeri yazarlar gözəl
qıza, dosta. Bəxtiyar Vahabzadəni «rahatlığa, sakitliyə»
alışmaqda, «sovet dövründən müəyyən mənada alnıaçıq
çıxsa da, indi səsinin, cəsarətinin alınmasında», güya
«sandıq ədəbiyyatı» yaradıb, gələcəkdə üzə çıxaracağın-

74
da… qınayırlar. Heç bir dəlil-sübut, ədəbi arqument
olmadan deyirlər ki, «Afaq Məsud heç vaxt təzə bir söz
deyə bilməz. Çünki onun üçün millət məfhumu yoxdur.
Əsərlərinin heç vaxt milliyyəti olmayıb». «Təzələr»in «köh-
nələr» üzərinə belə ədalətsiz, hətta deyərdim, qeyri-
humanist hücumu mənə 20-30-cu illərin bolşevizm dəst-
xəttini xatırlatdı. Klassik ədəbiyyata, Şura inqilabından
əvvəl yaşamış yazıçılara bir qrup cavanın «proletar
ədəbiyyatı» mövqeyindən basqısı o zaman siyasi məqsəd
güdürdü. Yəni məlum qüvvələr bu yazıçıları zorla
proletar ədəbiyyatı lokomotivinə otuzdurmaq istəyirdilər.
Digər tərəfdən, siyasi ab-havanın saf ədəbiyyat havasına
üstün gəldiyindən idi ki, «təzələr» bəzən heç özləri də
istəmədən ustadların üzünə ağ olurdular, onların qanına
yeridilən qısqanclıq zəhəri öz işini görür, ağa qara
deyirdilər.
Bu günün «təzələr»i isə əslində, «köhnələr»ə qarşı
mübarizədə müəyyən bir siyasi dəst-xətt ifadə etməkdən
çox uzaqdır. Deyə bilərikmi onlar müxalifət ideyalarındın
ruhlanıb bu cür jestlərə, tryuklara əl atırlar? Yox! Çünki
ölkə iqtidarına qarşı vahid, yekcins bir platforma
müəyyənləşdirilməyib axı... Digər tərəfdən, «ədəbi çariz-
min» varlığından söz açanlar necə olur, Azərbaycan
Yazıçılar Birliyinə üzv qəbul olunurlar, hətta prezident
təqaüdü alırlar? Çox yaxşı xatırlayıram ki, öncə misal
gətirdiyim məqalə müəlliflərindən birinin kitabı məhz
Yazıçılar Birliyində böyük bəh-bəhlə müzakirə edildi.
«Azadlıq» qəzetindəki yazılarında (12 dekabr 2000)
həm Həmid Herisçi, həm də Rasim Qaraca belə bir fikri

75
ortaya atırlar ki, ədəbiyyatda ədəbi mübarizə olsun.
Məsələn, çox ağıllı insan zənn etdiyim Həmid Herisçi yazır
ki, əsrin sonunda Azərbaycanda yazıçılarla jurnalistlərin,
siyasətçilərin «dava-şavası, qalmaqalı» baş verdi. Biz XXI
əsrə ədəbi mübarizəylə deyil, yenə də dedi-qoduyla girdik.
Əsrin əvvəlində Mayakovskiylə Blokun, Nazim Hikmətlə
Əbdülhəqq Hamidin siyasi əsasda deyil, ədəbi əsasda
mübarizəsi baş verdi. Həqiqi sözümdür, istərdim ki,
ədəbiyyatda ədəbi mübarizə olsun».
Çox gözəl, ağıllı Həmid! Ancaq elə sənə sual vermək
istərdim ki, sırf ədəbiyyatla bağlı, konkret bir yaradıcılıq
problemi ilə əlaqədar hansı ədəbi mübahisənin
başlanğıcına rəvac vermisən? Sən deyildinmi
Azərbaycanda ədəbi tənqidin Qərbdən kapirovka edildiyi-
ni söyləyən, Mirzə Fətəli Axundovu, Mirzə Cəlili, Sabiri
inkar mövqeyində dayanan?
«Bu gün» qəzetində (27 fevral 2000-ci il) oxuyuruq ki,
problemlərimizdən biri də ədəbiyyatda nəsillərarası
tənzimlənmə, tarazlığın olmamasıdır. Nəsillər bir-birinin
inkarına çevrilən qüvvə kimi çarpışır. Bu çarpışma ədəbi
problemlər üzərində qurularsa, çox gözəl olar. Yaxud,
orada yazılır ki, indiki gənc nəslin ədəbi nümayəndələri
içərisində elə güclüləri var ki, onlar ədəbiyyata yeni xətt,
yeni əhval-ruhiyyə gətiriblər, onlar nəsihəti xoşlamırlar.
İndiki gəncliklə yaşlı nəsil arasında uçurum yaradan da elə
bu nəsihətdir.
Zahirən doğru görünən bu fikirlər əslində, boş bir
cəfəngiyyatdır. Çağdaş Azərbaycan ədəbiyyatının müxtəlif
nəsilləri arasında heç bir çarpışma, qarşıdurma yoxdur.

76
Yalnız ayrı-ayrı şəxsi ambisiyalar var ki, bunlar «təzələr»in
«köhnələr»i bəyənməməsi, onları bolşevik üsulları ilə «ifşa
hədəfi»nə tuş etmələridir. Əgər yaxşı mənada, ədəbi
mübarizə mənasında bir çarpışma olsaydı, heç şübhəsiz,
ədəbi problemlər çözülərdi.
Əlbəttə, sonuncu ədəbi nəsil istər nəsrdə, istərsə də
poeziyada öz sözünü deməyə başlayıb. Və aydın məsələdir
ki, ədəbiyyata gələn hər yeni nəsil bir nəsil kimi
formalaşmaq üçün öz yaradıcılıq konsepsiyasını ortaya
qoymalıdır. İnsana, fərdə, cəmiyyətə, dünyaya baxışda
əvvəlki nəsildən fərqli konsepsiyasını. Təbii ki, özündən
əvvəlki ədəbi nəsillərin yaratdıqlarına da biganə qalma-
maq, onlardan öyrənmək şərtilə. Lakin «təzələr» sübut
etməyə çalışırlar ki, güya onların yaratdıqları ədəbiyyatda
əliyyül-əladır. Halbuki, yeni ədəbi nəsil nə qədər maraqlı
və orijinal təsir bağışlasa da, özündən əvvəlki ədəbi nəslin
səviyyəsinə hələ yetə bilməyib. «Bu gün» qəzetindəki
məqalədə oxuyuruq ki, gənc yazar Aygün xanım «Mağara»
pyesində bütöv bir millətin dərdlərini yuxu ilə gerçəklik
arasında o qədər məharətlə göstərmişdir ki, bu bizim ədə-
biyyatda tamam yenilikdir. Yaxud gənc yazıçı və
tədqiqatçı Zümrüd Yağmuru götürək. Sizi inandırıram ki,
onun Cavidlə bağlı yazdığı «İnsan axtarışında» əsərində
Cavidşünaslıqda yeni bir mərhələnin başlanğıcı qoyulub.
Bu xanımın əsərlərinin fəlsəfi, psixoloji dolğunluğu və
fərdə olan münasibəti ədəbiyyatımıza yeni bir istiqamətin
gəlişindən soraq verir. Gənc şairlərimizdən isə Salam, Qur-
ban, Fəxri kimi güclü qələm sahiblərimiz var.
Adları çəkilən bu cavanların istedadlı olduqlarını

77
qətiyyən inkar etmədən deyə bilərik ki, «yeni bir mərhələ»,
«tamam yenilik», «yeni bir istiqamət» ifadələri ədəbi
mübağilənin deyəsən axı «zirvə nöqtəsidir». Aygün
xanımın «Mağara» pyesi maraqlı əsərdir, amma dra-
maturgiyada yenilik deyil…Z.Yağmurun «İnsan
axtarışında» əsərinə gəldikdə isə Cavidşünaslıqda bəzi
maraqlı müşahidələri ilə diqqəti cəlb etsə də, o əsəri «yeni
bir mərhələnin başlanğıcı» adlandırmaq çox gülünc bir
fikirdir.
Ədəbiyyatı siyasiləşdirməyə, yaxud ayrı-ayrı siyasi
oyunlara cəlb etməyə aludəçilik göstərənlər belə bir
həqiqəti unudurlar ki, bu gün söz sənətinin əsas missiyası
heç də mövcud iqtidara qarşı mübarizə aparmaq deyildir.
Sabah hakimiyyət başına başqa bir iqtidar gələ bilər və
yenə də həmin iqtidara qarşı ədəbiyyatdan mübarizə, sərt
mövqe tələb oluna bilər. Bu nədir? Ədəbiyyat məgər sizin
üçün iqtidara qarşı mübarizə alətidir? Qoy ədəbiyyat sizin
istəyinizdən asılı olmayaraq, həyat, cəmiyyət, gerçəklik, lap
elə iqtidar haqqında öz sözünü desin. Lap kəskin! Yazıçı və
şairlərin siyasətə bu və ya başqa dərəcədə qarışıb-
qarşmamaları onların öz işidir, Heydər Əliyevə kiminsə şer
yazıb-yazmaması da böyük problemə dönməməlidir,
prezidentin hansı ədiblərəsə orden verməsi, fəxri titullar
bəxş etməsi nəyə görə qısqanclıq və hiddət doğurmalıdır?
Söhbət ondan getməlidir ki, bu gün Azərbaycan ədəbiyyatı
hansı qayğılarla yaşayır, məmləkətin dərdləri, ağrıları hansı
əsərlərdə əks olunur (və necə), nəsrdə, poeziyada hansı
yeni meyllər, tendensiyalar müşahidə edilir? Ədəbiyyatın
özündən, onun daxili, özəl problemlərindən danışmaq

78
əvəzinə, ayrı-ayrı ədəbi şəxsiyyətlərin iqtidarla bağlılığın-
dan», rejimin plantasiyalarında «işləmələrindən»
danışmaq, kimisə göylərə qaldırıb, onu «yeni mərhələnin
yaradıcısı» elan edib başqasını şəxsi ambisiyalar nöqteyi-
nəzərincə yerə vurmaq ancaq və ancaq natamam əqli
şüurun sərsəmləmələridir. Özlüyündə nə Yazıçılar Birliyi,
nə də «Azadlıq» qəzeti heç bir dahiyanə şedevr yarada bil-
məz. O böyük əsərləri Birliyin üzvü olmayan, lakin
YAZIÇI adlandırıla biləcək hər hansı istedad da yarada
bilər. Sabah bir Mahir Mehdi, Qulu Ağsəs, Zümrüd
Yağmur, Böyükkişi Heydərli, Həmid Herisçi böyük sənət
əsərləri yaradacaqlarsa, Yazıçılar Birliyinin, yaxud Anarın
buna nə maneçiliyi ola bilər?

Səkkizinci məktub

Yuxarıda biz ədəbiyyat haqqında ədəbiyyata o qədər


də dəxli olmayan söz-söhbətlərə baş qoşduq. Elə
düşünülməsin ki, biz bu söhbətlərin, ümumiyyətlə, söz
demək azadlığının əleyhinəyik və elə düşünülməsin ki,
Azərbaycan Yazıçılar Birliyini hər cür tənqidlərdən
qorumaq səlahiyyətini üzərimizə götürmüşük. Təbii ki,
Yazıçılar Birliyinin də bir yaradıcı qurum kimi bəzi
islahatlara ehtiyacı var. Ancaq məsələ orasındadır ki,
hələlik Azərbaycan yazıçısı üçün ən doğma və isti ocaq
buradır. Şəxsi inciklikləri bilmərrə unudub bu ocaqda
həmişə qızınmaq olar. Mübahisələri kənarda yox, burada
aparmaq lazımdır.
Cavan tənqidçi Nərmin Kamal «Rezonans» qəzetində

79
dərc etdirdiyi məqalələrində məsələyə bir ayrı aspektdən
yanaşmağa cəhd edir. Əvvəla, hiss olunur ki, Nərmin
Kamal ədəbi prosesə yetərincə bələd olduğunu sübut
etməyə çalışır. Yazıçılar Birliyində keçirilən bir tədbirdən
(Musa Ələkbərlinin 50 yaşı) söz açıb çıxışlara öz ironik
münasibətini bildirir, sonra yeni ədəbi birliklərdən danışır,
eyni ardıcıllıqla ironik sancmalarını davam etdirib
«modernist təzələrimiz»i təqdim edir, başqa bir
məqaləsində ədəbiyyatda nüfuz məsələsinə münasibətini
şərh edir., Ramiz Rövşən – Salam «yaxınlıq və uzaqlığını»
gözə çarpdırır, daha bir yazısında isə yenə «modernist»
ədəbiyyat söhbətinə qayıdır, S.Babullaoğlu adlı bir cavan
şairin «plagiatlığını» sübut edir», bir az absurd
ədəbiyyatdan, bir az da Nobel mükafatının niyə
Azərbaycan ədəbiyyatına verilməməsindən danışır. Bəli,
hiss olunur ki, Nərmin xanım Azərbaycan ədəbiyyatından
başqa xarici ədəbiyyata da bələddir. Hiss olunur…özü də
cavan müəllif bir kimsədən çəkinib-eləmir, qorxu hissi ona
yaddır, sovet rejiminin əzib kütləşdirdiyi bəzi
tənqidçilərdən fərqli olaraq konkret adlar çəkir, tənqid
hədəfinə tuş edir onları. Ancaq bütün bunları indiki çağda
hətta cavan bir qız uşağı üçün də hünər və qəhrəmanlıq
saymaq doğru olmazdı. Mənim fikrimcə, Nərmin xanımın
bir cavan tənqidçi kimi hünəri ədəbiyyata sözün həqiqi
mənasında mənəvi dəyərlər ucalığından baxmaq
istəməsidir. O, bu nöqtədən bizim milli ədəbiyyata boylanır
və baxıb görür ki, stereotiplər və dəyişməz kanonlar
poeziyamızı nə günə salıb, yenilik iddiasında olanlar «ar-
zusunda olduğunu yarada bilməyəndə» necə hay-küy

80
qoparırlar, modernist ədəbiyyatı adı ilə hansı
cəfəngiyyatlar meydana çıxır və s. və i.a. Bu cavan qızın
yaxın gələcəkdə maraqlı, sözüötən bir tənqidçi olacağına
möhkəm inanmağım gəlir.
Ancaq ona da təəssüflənirəm ki, bu cavan tənqidçi qız
ədəbiyyata xatakar, şuluqçu bir məntiqlə, bəzən hətta ara
söhbətləri pəncərəsindən baxır. O baxışda, o boylanmada
Nərmin Kamal xanım Musa Ələkbərlinin 50 illiyindən
ironik bir «ssenari» düzəldir. Doğrudur, haqlı qeyd edir ki,
şəhidlərin xatirəsinə minlərlə broşüra həsr olunub və bütün
bunlarda kədər, qəm necə də ucuzlaşıb. Amma
M.Ələkbərlinin 50 illik yubileyində söylənən çıxışların
məna və mahiyyətinə enib Yazıçılar Birliyinin bütün
tədbirlərini dəyərsizləşdirmək son dərəcə subyektiv
səslənir.
Nərmin xanım get-gedə həmin o xatakar, şuluqçu stil-
istikasının yeni nişanələrini üzə çıxarır: modernist
ədəbiyyatın mahiyyətini düzgün qavradığı halda (lazımdı
bu modernist ədəbyyatdan danışaydı), qəflətən qeyri-
modernist şerlərdən nümunələr ortaya çıxarmaqla kimi
çaşbaş vəziyyətə salmaq istəyir? Sonra ara söhbətinə keçir.
Böyükxan Pərviz adlı bir şairin «macərasını» nəql edir,
güya o, «Natəvan» klubuna gələn gənc şairləri tutub
məsləhət görürdü ki, 4-5 bənd, nə qədər yazırsınız-yazın,
sonuncu bəndinizin son iki misrası təzə fikir olsun, çünki
adam axırıncı onu eşidir. Güya «Çağ» qəzeti onun bir
səhifə şerlərini dərc etmişdi., müəllifə qonorar əvəzinə o qə-
zetdən vermişdi.
Başqa bir məqalədə Faiq Balabəyliyə istinadən deyilir

81
ki, qoca kişidi, tribunada şerini oxuyur, nə dərəcədə
düzgün ki, övladı yerində cavanlar onu tənqid eləsinlər,
əsəbləşsin. «Yazıçılar İttifaqı və ədəbi mühit» məqaləsində
belə ifadələr diqqəti cəlb etdi: «yüksək ədəbi təbəqə»,
«ədəbiyyatın yuxarısı». Görəsən, Azərbaycan ədəbi mü-
hitində yüksək ədəbi təbəqə, yaxud ədəbiyyatın yuxarısı
hansı məqamlardadı, biz onları görmürük. Olmayan
həqiqətləri olanlar kimi təqdim edəndə baxıb görürsən ki,
«ədəbiyyatın yuxarısında Ramiz Rövşənə münasibət yaxşı
deyil». İzahı: Ramiz Rövşən nə YB-na yaxın durur, nə də
onun mətbu orqanlarına şer verir. Yaxud, «Bizdə indi
E.Hüseynbəyli, O.Fikrətoğlu irəlidə olmaqla absurd (cə-
fəng) ədəbiyyat dəbdədir». Sonra absurd ədəbiyyatın
mahiyyəti izah olunur. Amma, əttövbə, bunun
E.Hüseyinbəyliyə və O.Fikrətoğluya heç bir dəxli yoxdur.
N.Kamal 4-cü yazısında Səlim Babullaoğlunun
«plagiatlığından» söz açır və xeyli «tutarlı» faktlar gətirir.
Mənim fikrimcə, bu cür «ifşa» məqamlarının vaxtı ötüb,
duyumlu tənqidçi belə boş şeylərə vaxt sərf etməməlidir.
Ümumiyyətlə, cavan həmkarıma məsləhət görərdim
ki, gələcək yazılarında mümkün qədər ədəbiyyatın yan-
yörəsindən, kol-kosundan, ətrafından yox, içindən,
mahiyyətindən söz açsın. Öz mütəhərrik, mən deyərdim,
dinamik məntiqini qulağına gələn ara söhbətlərinə israf
eləməsin. Ədəbi tənqid dedi-qodunu, xırdaçılığı sevmir.
Dünya ədəbiyyatına az-çox bələdliyi hiss olunan Nərmin
xanım bu bilgini adı, ünvanı bəlli konkret ədəbi
problemlərə sərf eləsin. Vəssalam.

82
HƏYAT SƏHNƏDIR, INSANLAR AKTYOR,
DÜNYA TAMAŞA

(Dramaturgiyamız haqqında düşüncələr)

Çox-çox illər bundan qabaq Azərbaycanın Baş


Teatrı – Akademik Teatr texniki səbəblər üzündən xeyli
müddət öz qapılarını tamaşaçıların üzünə bağlamalı
oldu. Bu elə bir dövr idi ki, artıq cəmiyyətdə çaşqınlıq,
kor stixiya, başıpozuqluq, liderlər – partiya rəhbərləri
arasında qarşıdurmalar göz qabağında idi. Azərbaycan
teatrının yaxşı mənada simvoluna çevrilmiş Baş Teatr
həmin bu çaşqınlıq dövrünü yaşamadı, təmir üzündən
susdu. Dünyanı, həyatı, gerçəkliyi səhnədən əks etdirən
teatr özü həyatda baş verən komik, dramatik və faciəli
hadisələrin tamaşaçısına çevrildi.
Böyük dramaturqumuz İlyas Əfəndiyev ömrünün
son illərində də yazıb-yaradırdı və onun pyesləri Baş
Teatrın bağlandığı illərdə digər teatrlarda yenə də millətə
və xalqa sözünü deyirdi. Təsadüfi deyil ki, Akademik
Teatrın qapıları tamaşaçı üzünə açılan kimi göstərdiyi ilk
tamaşa məhz İlyas Əfəndiyevin pyesi oldu.
Bu gun bir etiraf bəlkə daha ucadan səslənməlidir.
İlyas Əfəndiyev Cəfər Cabbarlıdan sonra Azərbaycan
dramaturgiyasına yeni bir üslub və nəfəs gətirdi, onun
pyesləri uzun illər teatrımızın repertuar siyasətində
mühüm rol oynadı. «İlyas Əfəndiyev teatr məktəbi» öz

83
missiyasını indi də davam etdirir: lirik-psixologi üslub
tərzi, həyatın, gerçəkliyin zərif, incə hisslərlə təqdimi,
gözəlliyin, həyat poeziyasının bədii-estetik təsdiqi İlyas
Əfəndiyevdən sonra da davam edir. «İlyas Əfəndiyev
teatr məktəbi» məkanında formalaşan rejissorlar, onun
pyeslərinin «qəhrəmanı» olan aktyorlar indi də o böyük
sənətkarı minnətdarlıqla xatırlayırlar.
1990-cı ildə Azərbaycan dramaturgiyası yeni bir
mərhələyə hazırlıq və keçid dövrünü yaşadı. Daha çox
zamanın ruhuna köklənən dramaturgiya cəmiyyətdə,
mənəvi dünyamızda, insanlararası münasibətdə baş
verən dəyişmələri, həyatın çaxnaşmalarını, ictimai-siyasi
problemləri bədii sözün obyektinə çevirdi. Yazılan, səh-
nəyə yol tapan bir çox pyeslərdə dövrün, zamanın əsas
konflikti, bu konfliktin yaranma səbəbləri daha çox
diqqət mərkəzinə çəkildi. Zamanın başlıca impulsunu,
əsas vurğusunu insan talelərində axtaran, bir çox müşkül
suallara cavab tapan əsərlər sırasında yazıçı Elçinin
pyeslərini öncə misal çəkməliyik. «Ah Paris, Paris», «Mən
sənin dayınam», «Mənim sevimli dəlim», «Mənim ərim
dəlidir» - bunlar Elçinin bir pyes kimi doğulan, sonra
səhnədə də öz ömrünü yaşayan sırf dram əsərləridir.
«Mahmud və Məryəm», «Ölüm hökmü» isə Elçinin
məşhur romanları əsasında yazılıb, ancaq bu əsərlər də
səhnədə «yad janrın təcəssümü» kimi yox, elə xalis dram
əsəri kimi öz ömrünü yaşayır. Əslində, belə bir fakt
təsdiq olunur ki, burada əsas meyar dramaturji
istedaddır, «çevrilmə» şərtidir.
Elçinin adı çəkilən pyesləri (xüsusilə ilk 4 pyes)

84
hansı bədii sənətkarlıq məziyyətləri ilə seçilir?
Ümumiyyətlə, bu pyeslər zamanın dramatik panoramını
necə əks etdirir? Nəhayət, «dramaturq» kəlməsini yazıçı
Elçinin adı qarşısında doğma bir təyin kimi işlədə bi-
lərikmi?
Birincisi, Elçinin pyesləri komediyanın müasir
tipinin nümunələridir. Təbii ki, burada gülüş arsenalı iti
və sürəkli olmalıdır. Çünki cəmiyyətdə, insanlar arasında
mənəvi münasibətlərdə məhz bu dövr üçün xarakterik
olan kifayət qədər komik tipajlar var. Ancaq bu komik
tipajları məlum vasitələrlə, ənənəvi üsullarla təqdim et-
mək heç bir effekt yaratmazdı. Bu baxımdan Elçin daha
təsirli vasitələr seçir. «Qeyri-adilik, qroteskli
ümumiləşmə, pamflet əlamətləri… bu əsərlərdə bir yerə
toplanan komik tipajın həm zahiri portretini, həm də iç
dünyasını əvvəlki illərin personaj arsenalından
fərqləndirir» (Yaşar Qarayev).
İkincisi, zamanın dramatik mənzərəsi Elçinin
pyeslərində daha qabarıq nəzərə çarpır. Elçin
cəmiyyətdəki xaotik durumu, hərcmərcliyi, çaşqınlığı,
mənəvi müflisliyi ifadə etmək üçün bütün «tanış»
tipajları «dəlilər» adı ilə bir yerə toplayır, Yaşar
Qarayevin təbirincə desək, Elçin – dramaturgiyamızda
ilk dəfə olaraq, xaosun, hərc-mərcliyin obrazını yaradır.
Ancaq bu pyeslərdə iki cür dəlilik təsvir olunur. Birincisi,
qismən ağıllı insanların məcburən, zamanın hökmü və
diqtəsi ilə sürükləndiyi «dəlilik» aktıdır. «Ağıllı olub
dərd çəkincə, dəli ol, qoy sənin dərdini çəksinlər»
misalını Elçin «Mənim ərim dəlidir» komediyasına

85
epiqraf seçir və bu komediyadakı Kişi məhz həmin
dəlilərin içində özünü dəliliyə qoyur. Özünü könüllü
dəliliyə vuran Kişi sonda gözlənilmədən, əl fənərinin zəif
işığında qəzet oxumağa başlayanda arvadı gəlib üstünə
çıxır. Başa düşür ki, Kişi yalandan özünü dəliliyə
vurubmuş. Ancaq paradoksal bir vəziyyət – Kişi «Sabah
yenə ağıllı olacağam! Sabah hamıya elan edəcəyəm ki,
daha ağlım gəlib başıma» - deyəndə arvadı sarsılır, onun
yenidən ağıllı olmağını istəmir. İkinci qism dəlilik isə də-
liliyi ölülük səviyyəsinə çatdıran adamların
hərəkətlərindən doğur. Onlar dəyişən dövrə, yeniləşən
cəmiyyətə «uyğunlaşmaq» üçün dəyişir, başqalaşırlar.
Nəyi dəyişirlər? İlk növbədə, ideyalarını. Dünənki
kommunist bu gün türkçüyə, partokrat isə cəbhəçiyə
çevrilir.
Elçin nəsrinə xas olan şərtilik və qrotesk üsulları
onun dramaturgiyasında da bariz nəzərə çarpır. Ancaq
bu şərtilik tamamilə tül qara pərdəyə bürünmüş,
reallıqdan tamam uzaq deyil, yalnız və yalnız həyat
həqiqətini, reallığı daha təsirli və emosional ifadə etmək
niyyətindən gəlir. Məsələn, «Mənim ərim dəlidir»
pyesində «adı var özü yox», yəni bircə kərə də
görünməyən, səsi eşidilməyən bir personaj diqqəti cəlb
edir: «Bir də ki, Suzik, bu yerdə deyiblər ki, igidin adını
eşit, özünü görmə! Ancaq rejissor lazım bilsə, hörmətli
tamaşaçıları intizarda qoymamaq üçün, heç olmasa
bunun şəklini səhnədə göstərə bilər». Məncə bu Suzik
deyilən gözəgörünməz bugünkü mənəvi, ruhi-psixoloji
ovqatın məhsuludur. Heç bir ideala söykənməyən

86
pasifist romantika – kəmağıl şüuru dingildədən bu «bə-
yaz» romantika Suziklərin mövcudluğuna haqq
qazandırır. Elçin nəsrində olduğu kimi, onun
dramaturgiyasında da obrazlar güclü dərəcədə
fərdiləşdirilir. Bu fərdilik obrazların həm ictimai, həm
mənəvi zəmində xarakterlərinin açıqlanmasına xidmət
edir. «Mən sənin dayınam» komediyasında: Direktor –
vaxtilə sovet cəmiyyətinin, totalitar quruluşun alovlu
təbliğatçısı olub, Kirovu, Kalinini, Xruşşovu, Brejnevi
tərifləyib, indi isə təriflədiklərini söyür. «Mənim ərim
dəlidir» komediyasında Oğul özünü qatı kommunist
hesab edir, amma «Kapital» əsərini nə qədər oxuyursa,
yenə doqquzuncu səhifəsindən onuncu səhifəsinə adlaya
bilmir. Həmin komediyada keçmiş ateistin dönüb indi
qatı dindar olması, ekstrasens Ağabacının hoqqaları,
əvvəllər antitürkçü olub (sifətdən Leninə oxşasa da) indi
pantürkistə çevrilən dost və s. obrazlar nə qədər də
tanışdır. Bu adamları küçədə də, yığıncaqlarda da,
metroda da görürük, keçmişləri əl içi kimi aydındır. Necə
ki, bu gün əqidəsi və partiyası tez-tez dəyişilən liderlər,
yarımliderlər, siyasət adamları… Nə etmək olar, XX
əsrdir.
Və nəhayət, Elçinin pyesləri onun dramaturgiya
sahəsində artıq kamil bir sənətkar kimi özünü təsdiq
etməsindən soraq verir. Dramaturgiyaya ötəri bir
həvəsin, eksperiment cəhdinin və gur alqışlar
qazanmağın səbəbinə deyil, potensial dramaturji
istedadın və daxili yaradıcılıq zərurətinin təşviqilə gələn
Elçin bu pyeslərində də yenilikçi, novator olduğunu bir

87
daha sübut etdi.
90-cı illərdə daha bir nasir – Əli Əmirli
dramaturgiyaya gəldi. İndi o, tamaşalarının sayına görə
bəlkə də birinci müəllifdir. Və qətiyyən təəssüflənməyə
dəyməz ki, Əli Əmirli sözün həqiqi mənasında nəsr
yazmadığı illəri bir dramaturq kimi yaşadı.
Əli Əmirlinin pyesləri daha çox komediya janrında
qələmə alınıb. Adətən, cəmiyyətin ən təzadlı, ən gərgin,
xüsusilə bir mərhələdən digər mərhələyə keçid dövründə
dramaturgiya faciədən və dramdan daha çox
komediyaya müraciət edir. Həyatda, cəmiyyətdə baş
verən faciəvi situasiyalar faciənin yox, komediyanın
mövzusuna çevrilir. Ötən mərhələdən, dövrdən qorunub
saxlanan bir çox dəyərlər yeni dövrdə və mərhələdə
artıq yaşamağa qadir deyil, gözdən düşür. Bu dəyərləri
yaşada bilməmək faciələr törədir. Komediya isə bu
faciələrə gülür, necə deyərlər, «bəşəriyyət öz
keçmişindən gülə-gülə ayrılır». Əli Əmirli məhz «öz
keçmişindən gülə-gülə ayrılan» bir dövrün
komedioqrafıdır. «Köhnə ev», «Varlı qadın», «İyirmi il-
dən sonra», «Bala - başa bəla», «Yeddi məhbusə»,
«Ağqoyunlular və qaraqoyunlular» - keçid dövrü
adlandırdığımız 1990-cı illərin panoramını əks etdirir bu
əsərlər.
Əli Əmirli «Varlı qadın» pyesində yeni dövrün bir
çox bəlasını «iki hissəli ekssentrik qara komediya»sında
gülüş hədəfinə çevirir. Kasıblıq həddinə çatmış bir ailə.
Bu ailənin başçısı elm adamı, namuslu bir insan - Sarı,
onun həyat yoldaşı axsaq Həvva, övladları yelbeyin

88
Qara. «Köhnə ev»dəki krizis eynən burada da davam
edir, yenə deyinti, qaraqışqırıq, firavanlıq arzusu. Bir
sözlə, əsl faciə. Amma birdən qəfil bir hadisə baş verir,
bu hadisə ailədə elə bir tufan qoparır ki, onun qarşısını
almaq ümumiyyətlə mümkün deyil.
«Siyasət fonunda iki hissəli məhəbbət dramı»
«Ağqoyunlular və qaraqoyunlular»da isə pul havasına
oynayan iki nəslin komediyasını səhnəyə gətirilir.
Əlbəttə, onun pyeslərinin bəzisi ola bilsin, yaşadığımız
bu günlərin mənəvi xronikasını əks etdirmək
baxımından bu gün maraqlıdır, tamaşaçıların da ürəyini
tərpədir və həmin pyeslər bu mənada «sanitar» və
«katarsis» rolunu oynayır. Amma bu günün ədəbi-teatral
faktı kimi həmin pyeslər sabah – iyirmi ildən sonra ya-
şayacaqmı?
Gümanla deyil, inamla deyə bilərəm ki, heç də
hamısı yox, yalnız bir neçəsi yaşayacaq. Xüsusilə,
«Ağqoyunlular və qaraqoyunlular».
İstedadlı və tanınmış dilçi, sözün əsl mənasında,
gözəl bir ziyalı kimi tanıdığımız professor Kamal
Abdulla bu gün Azərbaycan səhnəsinə «Fəlsəfi,
sentimental duyumlar dramı» («Kim dedi ki, Simurğ
quşu var imiş»), «Xəyali oyun» (Hərdən mənə mələk də
deyirlər»), «Yarı xəyali, yarı dramatik oyun» («Ruh»),
«Həqiqətə bənzər oyunun, oyuna bənzər həqiqətin
quraması» («Yağışlı gecələr»), «Xəyali faciə» («Elə bil
qorxa-qorxa»), «Mistik və real oyun» («Hamı səni sevən-
lər burdadı»), «Yarı mistik, yarı real oyun» («Casus»)
tipli pyeslər təqdim edir. Mistika və reallıq, xəyal-yuxu

89
və ayıqlıq, tarix və müasirlik. Ümumiyyətlə, Kamalın
pyesləri müasir Qərb dramaturgiyasından gələn maraqlı
cizgilərlə diqqəti cəlb edir. Aydın məsələdir ki,
Azərbaycan tamaşaçısı ən çox milli dram ənənələri ilə
tərbiyə olunub və Kamalın pyeslərini qavramaq onun
üçün o qədər də asan deyil. Ancaq Kamal Qərb
dramaturgiyasından yalnız forma-poetik baxımından
bəhrələnir və təbii ki, onun pyeslərində Qərb həyatı yox,
Azərbaycan həyatı və mənəviyyatı təcəssüm olunur.
Onun tədqiqatçılığından gələn bir xüsüsiyyət (nə qədər
qəribə görünsə də!) pyes yaradıcılığında da nəzərə
çarpır. Kamal elmi tədqiqatlarında gizlinlərə baş vurur,
həqiqətin, tarixi reallığın məlum nöqtələrinə yox,
naməlum nöqtələrinə baş vurur. Məsələn, o, «Dədə
Qorqud dastanları»nda qəhrəmanların taleyinə tamam
başqa bir spektrdən yanaşır, dastanın öz mətnindən çıxış
edərək gizli bir «Dədə Qorqud» üzə çıxarır. «Hamı səni
sevənlər buradadı» və yaxud «Şah İsmayıl» pyesində də
Kamal Abdulla həmin «priyoma» sadiq qalır. O, Şah
İsmayl Xətai haqqında tarixi həqiqətlərə – XVl əsr müəl-
lifi Mir Həsən Ağa Səyyahın «Sərvətnamə» əsərinə
müraciət edir və müəllifin tarixi həqiqətlərə tamamilə
zidd ehtimalları əsasında hərəkət edir. Kamal Abdulla
üçün hər hansı pyesində məhz bu gizlinlərə baş vurmaq
artıq bir stixiya halını alıb.
«Casus» pyesi yarı mistik, yarı real oyun kimi
düşünülüb.
«Casus» pyesindəki hadisələr sanki bu gün bizim
ətrafımızda, daha geniş götürüləndə məmləkətimizdə

90
cərəyan edir. Kamal Abdulla dastan poetikasına yaxşı
bələddir və pyesdə də bu meyarı gözləyib.
Kamal Abdullanın adını çəkdiyim digər pyeslərinə
gəlincə, burada görkəmli aktyor Həsən Turablının bir
dəqiq mülahizəsini xatırlatmaq istəyirəm. O, Kamal
Abdullanın pyeslərində «dəqiq elmi düşncəylə bədii
təxəyyülün imkanlarının birləşdiyini» qeyd edir. Və daha
sonra yazır ki, «İşığın və qaranlığın… səsin və
səssizliyin», yaddaşın və unutqanlığın… zamanın və
anın… olanların və olmayanların… gerçəkliyin və
uydurmanın… yaxşının və pisin… Mələyin və İblisin
arasında sayrışan mənalar, Şərqlə Qərbin əbədi
«lənətlənmiş» sualları müasirimiz Kamal Abdullanın
düşüncə «rəngləridir». Teatral insan Həsən Turablı
hələlik Kamal Abdullanın pyeslərini yüksək
qiymətləndirən ilk sənətçidir və onun fikirlərinin bir
çoxu ilə biz də razılaşırıq.
Kamal Abdullanın «Xəyali» və «Mistik» pyesləri
dramaturgiyamızın «modern» axınlara qoşulduğundan
xəbər verir. Təbii ki, bu qoşulmada eksperimentçilik
üstünlük təşkil edir. İnanmaq olarmı ki, bu
eksperimentlər, dramaturgiyada təzahür edən bu
«novatorluq» cəhdləri öz səmərəsini verəcək? Mən
Kamalın «Unutmağa kimsə yox», «Kim dedi ki, Simurğ
quşu var imiş», «Bir, iki – bizimki», «Hərdən mənə mələk
də deyirlər»… pyeslərini məhz eksperiment sayıram. Hər
halda, yaxşı eksperiment. Çünki bu əsərlərdən sonra
«Ruh» gəlir. «Ruh» artıq eksperiment deyil. Azərbaycan
oxucusu və tamaşaçısı üçün bu əsər artıq onun öyrəşə

91
bildiyi, ruhuna, qəlbinə və təfəkkürünə doğma saydığı
əsərdir.
… Son illərin dramaturgiyasında bir sıra yeni
imzalar da diqqəti cəlb edir. Firuz Mustafa, Aygün
Həsənoğlu, Tamara Vəliyeva, Ramiz Novruz, Elçin
Hüseynbəyli. Söhbətimizin mabədini adlarını çəkdiyim
bu müəlliflərin əsərlərinin təhlilinə saxlayaq.

ll

Kamal Abdullanın «Ruh» pyesində yenicə vəfat


etmiş bir adamın ruhu çağırılır. O dünya ilə gerçək
dünya, keçmişlə bu gün, reallıqla irreallıq arasında bu
bədii «kommunikasiya» baş tutur – belə ki, ruhu çağrılan
adam öz gələcəkləri barədə düşünən insanların keç-
mişindən xəbər verir. Ömrün ötüb keçən anları, uşaqlığın
ən unudulmaz anları bu suçlu insanları kövrəldir,
təəssüfləndirir. Ruh deyir ki, mən sizinlə danışdım, nə
bildimsə, nə gördümsə, dedim – indi nə istəyirsiniz?
Onlar yalvarırlar ki, bizi qırx il əvvələ qaytar, biz təzədən
yaşamaq istəyirik.
«Ruh» pyesinin bizcə, ən sadə fəlsəfi anlamı budur:
Səhv və günah içində ömrünü başa vuran insan qəflətən
ayılır və həyatının hansı anındasa təmiz yaşadığını
xatırlayır. Bu mənada həmin pyesdə Ruh «katarsis»
rolunu oynayır. «Təmizlənmə» işi vicdani hisslərin
oyanmasına yönəlir və daha çox rəmzi səciyyə daşıyır,
suçlu insanlar – günahkarlar retrospektiv anların

92
müşayətilə, bir anlığa da olsa, ayılırlar, insan olduqlarını
dərk edirlər.
Ümumiyyətlə, son illərin ədəbiyyatında günah və
tövbə mövzusu bədii-estetik düşüncəni çox narahat edir
– Cəmiyyətdə baş verən xaos, hərcmərclik, mənəvi
aşınmalar açıq, ya gizli günahların törədicisinə çevrilir.
Kiçik günahlar böyüyə-böyüyə insanları fəlakətə,
mənəvi faciələrə aparır. Günah-fəlakət, günah-rəzalət,
günah-cinayət gətirir.
Dramaturgiyada bu problem vaxtilə ustad sənətkar
İlyas Əfəndiyevin şərhində öz bədii həllini tapmışdı,
sosializm cəmiyyətinin öz mahiyyətindən doğan mənfi
hallar, neqativ hadisələr bir günah mənbəyinə
çevrilmişdi. İlyas Əfəndiyev böyük sənətkar qüdrətilə cə-
miyyətin qanına işləyən bu mənfi halları - bədii
ədəbiyyat vasitəsilə kimlərisə vicdan məhkəməsinə,
mənəvi mühakiməyə çəkməyə haqqı olduğunu sübut
etdi.
Son illərin dramaturgiyasında da bu problem bir
çox nümunələrdə öz əksini tapıb. 90-cı illərdə ilk
pyeslərini yazan, indi isə bir dramaturq kimi adı çəkilən
Firuz Mustafanın bir çox pyesləri («Müqəvva», «Adsız»,
«Dəhliz», «Ayı təbəssümü», «Tabut», «Ağıllı adam»)
oxucunu və tamaşaçını cəmiyyətdə baş verən xaos, hərc-
mərclik, mənəvi depressiya haqqında düşünməyə sövq
edir. Nədən törənir bu günahlar, bu rəzalətlər, cinayətlər,
niyə biz getdikcə kökümüzdən, ilkinliyimizdən
uzaqlaşırıq? Bu suallar F. Mustafanın pyeslərində də
qoyulur. Firuz Mustafa «Müqəvva» pyesində bir Qadın

93
və bir Müqəvva təsvir edir. Qadın həyatın mənəvi burul-
ğanlarından keçib – onu aldadıblar, sevgisində kor
qoyublar, mənliyinə toxunublar, başı bəlalar çəkib. O,
artıq heç kimə inanmır. Həyatın acıları onu bir filosofa
çevirib və bu filosof cəmiyyətə, insanlara etirazçı əhval-
ruhiyyədədir. Otağın küncündə yerləşdirdiyi Kişi mü-
qəvvası da simvolik səciyyə daşıyır. Canlı insanların
məkr, rəzalət və nəfs oyunlarının qurbanına
çevrilməkdənsə, bu cansız müqəvva ilə «ömür sürmək»
daha xoş deyilmi? Əlbəttə, bu iki pərdəli monodramda F.
Mustafa hələ dramaturqdan çox, «ittihamçı» kimi nəzərə
çarpır: «Siz hamınız məhbussunuz! Siz azad olmaq
istəyirsiniz, eləmi? Əvvəlcə öz murdar nəfsinizdən, qul
xislətinizdən, kölə xasiyyətinizdən azad olun. Daxilən
azad olduqdan sonra çölünüzə də əl gəzdirin».
Sonrakı pyeslərində Firuz Mustafa dairəni
genişləndirir. Məkan və zaman koordinatları konkretləşir.
«Dəhliz»də məkan şərti olaraq kiçilirsə də, bu kiçik
məkandan – restorandan cəmiyyətdə baş verən neqativ
mənzərələr bütün çılpaqlığı ilə görünür. Bu «Dəhliz»də
ömrünü eyş-işrətdə, məmləkəti parçalamaq istəyində
olanlar toplaşır.
«Ağıllı adam» pyesində hadisələr qeyri-müəyyən
yerdə, qeyri-müəyyən zamanda cərəyan edir. Məkan –
xəstəxanadır, ruhi xəstələr burada yatır. Amma pyesin
qəhrəmanı hansısa bir dəli yox, jurnalistdir. Həmin
jurnalist özünü qatil kimi qələmə verib (sonradan məlum
olur ki, o, heç də qatil deyilmiş) bu xəstəxanadan – çoxları-
nın xəstə yox, bəlkə də ən ağıllı insan kimi məhkum

94
olunduqları bu məkandan həyat dərsi keçir. Ancaq mənim
fikrimcə, Firuz Mustafanın bir dramaturq kimi özəl
xüsusiyyəti «Tabut» pyesində daha bariz nəzərə çarpır.
Burada da məkan dardır, bir mənzil təsvir olunur. Ancaq
qrotesk üslubunda yazılmış pyesdə bu dar məkanda da bir
məmləkətin panoramı aydın görünür.
Firuz Mustafanın pyesləri çap olunan kitabın
sonunda «Son söz» təqdim olunur. Orada yazılır ki, Firuz
Mustafanın dramaturgiyaya gəlişi eksperiment deyil, daxili
bir həyəcanın, yaradıcılıq axtarışının nəticəsidir. Heç çəkin-
mədən F.Mustafanın yaradıcılığını İonesku, Beket və
müasir dünyanın ən sarkastik dramaturqlarından birinin –
Şounun yaradıcılığı ilə müqayisə etmək olar». Əlbəttə, bu
fikirlər mübahisəlidir. Görəsən, bu eksperiment sözündən
niyə belə qorxurlar? Və F. Mustafanın bir neçə pyesi
eksperimentdirsə, burada nə təhlükə var? Sənətə, xüsusilə
dramaturgiyaya heç kəs hazır gəlmir. Məsələn, «Tabut»a
qədər yazılan əsərlərin bir çoxunda eksperimentçilik
duyulursa, bu özü gələcək pyeslər üçün bir hazırlıq
deyilmi? Mən istəməzdim F.Mustafa özü bu fikirdə ola ki,
artıq onu İonesku, Beket və Şou ilə «müqayisə edirlər».
Hələ tələsmək lazım deyil! Bunu gələcək göstərəcək!
Son illərin dram əsərlərində bir axtarış duyulur.
Doğrudur, bu axtarışların havası heç də hamısı sənət
uğuruna çevrilmir, bəzi axtarışlar sırf forma səciyyəsi
daşıyır. Azərbaycan səhnəsinə bir vaxt romantik teatr
üçün, daha sonra realist teatr üçün o qədər də səciyyəvi ol-
mayan yarıreal, yarımistik, həm də şərtiliklər üzərində
qurulan pyeslər qədəm basır, bu işin önəmli ustası olan

95
Vaqif İbrahimoğlu öz rejissor məharətini sübut edir. Çox-
çox tamaşaçının hələ alışa bilmədiyi absurd teatr
nümunələri də həmçinin… Və əlbəttə, öncül Qərb teatrı və
dramaturgiyası ilə müqayisədə bunlar hələ başlanğıcdır.
Cavan dramaturq Aygün Həsənoğlunun axtarışlarını bu
mənada müsbət hal hesab etmək olar. Məsələn o, «Cığır»
adlı mikropyes yazıb və pyesin altında belə bir qeyd var:
«Pyesin janrı rejissorun öhdəsinə buraxılır». «Kəpənək»
pyesi isə pantomim teatr üçün yazılıb və hiss olunur ki,
cavan müəllif bu teatrın poetikasına bələddir. Aygün
Həsənoğlunun «Yeraltı dünyada macəra», «Kişilər qayıdır-
lar», «Kölgə», «Ağ yuxular» adlı pyesləri də var və bu
əsərlərdən dramaturgiyaya xas olan müəyyən şərtliklər
nəzərə çarpsa da, müəllifin yenə də bu janra az-çox
bələdliyini nümayiş etdirir. Başlıcası odur ki, Aygündə
dramaturji istedad var, həyatı, gerçəkliyi, insanlararası
münasibətləri dram janrının tələbləri səviyyəsində gerçək-
ləşdirməyə can atır. Tutaq ki, o, «Kölgə» pyesində
günümüzün reallıqlarını bir əsər daxilində canlandıra
bilir.Təbii ki, bu əsərdə onun dramaturji istedadı ilə
uyuşmayan məqamlar da nəzərdən qaçmır. Amma öncə
dediyim kimi heç kəs anadan hazır dramaturq doğulmur.
Mənim fikrimcə, Aygünün «Mağara» pyesi onun
digər pyesləri ilə müqayisədə daha dolğun təsir bağışlayır.
Bu pyesdə dramaturgiyanın çox az toxunduğu bir mövzu –
Qarabağ müharibəsi səhnəyə gəlir. Ancaq Aygünü top
atəşlərindən, tank, pulemyot səslərindən çox, insanların
içindəki müharibə maraqlandırır.
Döyüşlərin birində mühasirəyə düşmüş əsgərlər bir

96
mağaraya sığınmalı olurlar. Mağara müəllif yozumunda
simvolik məna kəsb edir – dara düşən, lakin ümüdlərini
itirməyən əsgərlərlə böyük Vətən – Azərbaycan eyni
vəziyyətdədir. Vəziyyətdən isə çıxış yolu var. Müəllif bir
anlığa tamaşaçını əski dövrə qaytarır. Bir zaman dara
düşən Oğuz Xaqan da öz dəstəsiylə belə bir mağarada azıb
qalmış, yalnız inamını itirməmiş, sonda xilas olmuşdu. «Ən
dərin, ən qaranlıq mağara bizim öz içimizdir. Ən əvvəl öz
içərimizdəki mağaradan yol tapmalıyıq!» - Oğuzun bu
sözləri bu gün üçün də müasir səslənir.
Ola bilər ki, mənim Firuz Mustafa və Augün
Həsənoğlu haqqında bu inamım, onları dramaturq kimi
təqdim etməyim bəziləri tərəfindən bir qısqanclığa səbəb
olsun, amma söhbət istedaddan gedir, mən onların
istedadına inandığım üçün nikbinəm.
Əgər söhbət dramaturji istedaddan gedirsə, mən
Ramiz Novruzun da adını çəkməliyəm. Teatrlarda bir sıra
aktyorlar bəzən rejissorluğa keçir və hətta bu sahədə uğur
da qazanırlar. Ancaq bir aktyorun, ya bir rejissorun dram
əsəri yazması çox nadir hadisədir. Xalq artisti Ramiz
Novruzun «Hələ «sevirəm!…» deməmişdilər» («Şeytan
günahı») ikihissəli pyesi də belə hadisələrdən biridir. An-
caq məsələnin bu cəhətini bir kənara qoyaq, görək, Ramiz
Novruzun pyesi Baş teatrın səhnəsində xaric səslənmir ki?
(Axı, bu teatrın səhnəsinə bəzən təsadüfi əsərlər də yol
tapır).
Məsələ burasındadır ki, Ramiz Novruz bu pyesdə
həvəskar dramaturq deyil, artıq teatrın və dramaturgiyanın
poetikasına, qanunlarına az-çox bələd olan bir müəllif kimi

97
diqqəti cəlb edir. Mövzu Qarabağ müharibəsidir. Yox,
burada döyüş və vuruş səhnələri canlandırılmır, burada
ruhi xəstələr, yaralı bir əsgər və könüllü müharibəyə
yollanan tibb bacısı təsvir edilir. Mühasirədən çıxa bilmə-
yən bu adamlar tezliklə ermənilər tərəfindən əsir alınır. Bir
az əvvəl dəli, ruhi xəstə və sərsəri kimi təqdim olunan
adamlar ermənilər qarşısında əsl vətənpərvərə dönür,
sanki dəlilikdən ayılırlar. Əlbəttə, bu ayılma və oyanma çox
psixoloji incəliklə verilir, bu dəlilər bircə-bircə öldürülür və
hər iki tərəfdən sağ qalan yalnız tibb bacısı Sona olur. O,
üzünü tamaşaçılara (əslində bütün xalqa) tutub deyir:
«Qurban olum sizə, qurtarın bizi, qurtarın bu Vətəni!» Və
pyesin ən dəyərli cəhəti burasındadır ki, burada mövzu
altında pərdələnmək, gizlənmək niyyəti yoxdur.
… Bu gün Azərbaycan dramaturgiyasının
böhranından söz açmaq, məncə, yersizdir. Pyeslər yazılır –
dram, faciə, komediya tamaşaya qoyulur, bəziləri uğur
qazanır, bəziləri müəyyən səbəblər üzündən çox yaşamır
(səhnə ömrünü bitirir). Dramaturgiyaya yeni müəlliflər
gəlir (Əli Əmirli, Firuz Mustafa, Tamara Vəliyeva, Aygün
Həsənoğlu, Elçin Hüseynbəyli, İbrahim İbrahimli və s.),
onların da əsərləri səhnəyə yol tapır. Ancaq burada bir
məqamı da etiraf edək ki, çağdaş Azərbaycan
dramaturgiyası çağdaş Azərbaycan teatrındakı boşluğu
doldura bilmir. Milli teatrımızda bu gün «Hamlet», «Ölü-
lər», «Dəli yığıncağı», «İblis», «Oqtay Eloğlu», «Vaqif»,
«Sən həmişə mənimləsən» səviyyəli əsərlərin yeri görünür.
Sözün əsl mənasında, islahatçı, qurucu, novator rejissor
görünmür. Klassikaya müraciət zəifdir. Varsa da, zəif

98
rejissorun yozumunda o əsər beş-altı tamaşalıq olur, ya da
klassik əsərə «müdaxilə» («müasirləşdirmək» əməliyyatları
klassikaya xələl yetirir) nəticəsində artıq klassik əsər olmur.
Ən əsas məsələ isə teatra dövlətin xüsusi qayğısının hiss
olunmamasıdır. Bu gün Akademik Teatrın əməkdar artisti
10-12 «Şirvan», xalq artisti 15-17 «Şirvan» maaş alırsa, o, ilk
növbədə nəyi düşünməlidir – «ev dərdi, qadın dərdi,
uşaqlar dərdi»ni, yoxsa teatrı? Azərbaycan teatrı maliyyə
dəstəyinə möhtacdır…

AZADLIQ YANĞISI

Tənqidçi Yaşar Qarayev məqalələrinin birində yazır:


«…əsrin əvvəlinin çox hadisələri bu gün əsrin sonunda
yenidən təkrar olunur…özü də hadisələr ona görə təkrar
olunur ki, biz tarixin təcrübəsinə… ibrət dərslərinə
biganə qalırıq, onları unuduruq. Tarixi unudanda isə o,
təkrar olunur».
Son iyirmi ildə çağdaş Azərbaycan nəsrində «tarixin
ibrət dərslərinə biganə qalmamaq», «tarixi unutmamaq
üçün» xeyli cəhdlər olunub. Elə tarixi roman janrının öz
inkişafında yeni bir mərhələyə qədəm qoyması, necə
deyərlər, «çiçəklənməsi» də bu cəhdlə bağlıdır.
Lakin gəlin tələsməyək və əvvəlcə belə bir suala
cavab verək: nəsrin tarixilik axtarışlarında tarixi dövrlər
və qəhrəmanlar bədii sözün işığında görünə bilirmi? Və
buraya tənqidçi Yaşar Qarayevin 18 il öncə verdiyi bir

99
sualı da əlavə edək: son illəri nəsrdə tarixi janrın hər-
tərəfli intibah dövrü adlandırmaq olarmı?
Öncə biz tarixi roman janrının yeni inkişaf
mərhələsinə qədəm qoymasını qeyd etsək də… nə onda –
18 il öncə, nə də indi həmin suallara tam arxayınlıqla
cavab vermək mümkün deyildir. Yalnız bir neçə tarixi
romanın timsalında, yaxud bir-iki müəllifin yaradı-
cılığında tarixi taleyimizi ibrət dərsi kimi xatırlamışıq.
«Məhşər» (İsa hüseynov), «Qətl günü» (Yusif
Səmədoğlu), «Fətəli fəthi» (Çingiz Hüseynov), «Mahmud
və Məryəm» (Elçin), «Köç» (Mövlud Süleymanlı)
romanları, həmçinin mərhum Fərman Kəprimzadənin və
Əzizə xanım Cəfərzadənin əsərləri doğrudan da nəsrin
tarixilik axtarışlarını milli özünüdərkin ədəbi faktına
çevirə bilir.
Lakin bu əsərlərin əksəriyyəti 80-ci illərdə
yazılmışdır və bizi narahat edən də elə budur.
Gözləməyə haqqımız vardı ki, tarixi nəsr «tarixlə tərbiyə»
dərslərini davam etdirəcək və ədəbiyyatımızı daha ma-
raqlı nümunələrlə zənginləşdirəcəkdir, çünki «tarixi
nəsrimizdə xalqımızın yaşı, dilimizin və ruhumuzun
maddi və mənəvi mənşəyi, bütünlüklə təkrarsız,
bənzərsiz təbiətimiz görünməlidir» (Y.Qarayev). Ancaq
bizdə tarixə müraciət əksərən bioqrafik hüdud çərçivə-
sindən kənara çıxmır. Təəssüflə qeyd edilməlidir ki,
bizdə Nizamidən, Xaqanidən, Uzun Həsəndən, Qara
Yusifdən, Şirvanşah İbrahimdən yazılan son romanlar
bədii tərcümeyi-hal səviyyəsindən uzağa gedə
bilməmişdir. Bəli, müəlliflər, haqqında söz açdıqları tari-

100
xi şəxsiyyətlərin keçdiyi ömür yollarını az qala bütün
təfərrüatı ilə canlandırırlar, lakin nə edəsən ki, uzaq tarixi
keçmişə belə boylanış səmərəsiz cəhdə çevrilir. Həm də
bəzi tarixi romanlarda tarixi mənbədən nəyi isə əxz edə
bilməyəndə müəlliflər uydurmaya, yaxud tarixdə olması
yalnız ehtimal edilən əhvalata (hətta əfsanəyə) üz tutur-
lar. Məsələn, tarixi mənbələrdə Nizaminin üç dəfə
evlənməsi və onun Gəncədən kənara çıxması barədə heç
bir dəlil olmadığı halda, roman müəllifinin şairi üç dəfə
evləndirməsi, Atabəylər ordusunda həkimlik eləməsi,
Şamaxı səfəri, bizcə, yazıçı iqtidarsızlığından doğan bir
haldır. Daha sonrakı romanlarda Xətainin, Qara Yusifin,
Şirvanşah İbrahimxəlilin az qala hər döyüşünü
izləməklə və bütün bunları təfərrüatı ilə, yerli-yataqlı
canlandırmaqla da tarixi şəxsiyyətləri sevdirmək
mümkün olmamışdır. Belə romanlarda zahirən hər şey
var, amma əslində, heç nə yoxdur! Şəxsiyyətin həyat
yolu, arvad-uşağı, qohum-əqrabası, mühiti görünsə də,
milli xarakteri görünmür!
Təbii ki, bədii ümumiləşdirmənin zəif olduğu,
lüzumsuz təfərrüatlara həddən ziyadə yer verildiyi
(xüsusilə, sevgi macəralarında) məlumat xarakterili
parçaların üstünlük təşkil etdiyi belə romanlar müasir
oxucuya bir xalqın bədii tarixini və tarixi taleyini sevdirə
bilməz.
Bizdə tarixi romana meyl yetmişinci illərdə
başlanmışdı, lakin son illərdə bu axın bir qədər
zəifləmişdir. Axının zəifləməsini alqışlayırıq, çünki
kütləvilik həqiqi sənətə ziddır. Lakin Azərbaycan ta-

101
rixinin elə qaranlıq səhifələri var ki, onları mütləq «tarixi
özünüdərk» və milli idrak işığına çıxarmağın vaxtı
çatmışdır.
Bu gün yazılan tarixi roman ilk növbədə tarixiliklə
müasirliyin vəhdətindən yaranmalıdır. Yəni roman
müəllifi tarixçidən fərqli olaraq tarixi hadisədə və tarixi
şəxsiyyətin obrazında bu günümüzün də ictimai-siyasi-
mənəvi ab-havasını duydurmalıdır. Burada məşhur tarixi
romanlar müəllifi S.Zlobinin belə bir fikrini
xatırlamamaq olmur: «Tez-tez bizim ədəbiyyatçılar,
tənqidçilər və romançılar «müasir» və «tarixi» roman
anlayışlarını qarşı-qarşıya qoyurlar. Mən tarixi romanı
müəyyənləşdirərək onu müasir romana qarşı qoymuram,
çünki «tarixi» məfhumunun özü «müasir» məfhumuna
qarşı qoyula bilməz. İndi və keçmiş - bunlar əkslik deyil.
Tarix bu gün başlamaq üçün dünənlə qurtarmır. Bu,
vahid prosesdir».
Əlbəttə, bu fikirdən heç də anlaşılmasın ki, tarixi
romanda hadisələr qeydsiz-şərtsiz, mütləq bu
günümüzlə bağlanmalıdır, hökmən uzaq və yaxın tarixi
dövrlər arasında oxşar hadisələrə işarə edilməlidir. Belə
olarsa, biz tarixi hadisələrin zorla müasirləşdirildiyinin
şahidi olarıq. Tarixi romanlarda bu cür süni
tendensiyaçılıq, keçmişi zorla müasirləşdirmək bizim bir
sıra romanların bədii-estetik səviyyəsinə təsirsiz
qalmamışdır. Məsələn, hələ 1946-ci ildə Mehdi Hüseyn
görkəmli tarixi romanlar müəllifi M.S. Ordubadinin «Qı-
lınc və qələm» romanı haqqında yazdığı məqalədə belə
bir fikir söyləmişdi: «Nizaminin danışığında Şimali və

102
Cənubi Azərbaycan birliyi də yanlış izah olunmuşdur.
Tarixdən bizə məlumdur ki, xalqımızın bu süni ayrılığı
Nizami dövrünün məhsulu olmamışdır. M.S.Ordubadi
bu problemi «Dumanlı Təbriz» əsərində həll etsəydi, əl-
bəttə, bu, düzgün olardı». Haqlı irad idi!
Əlbəttə, bu məqamda tarixi romanlarda Zamanın
özünün obrazına da münasibətimizi bildirməliyik. Bəzi
romanlarımızda («Qətl günü», «Fətəli fəthi», «Ölüm
hökmü», «Təbriz namusu») Zamanın müxtəlif
dönümləri, bir-birindən uzaq dövrləri qələmə alınıb, əs-
lində, burada Zaman şərti-simvolik məna daşıyır, yəni
Zaman birdir. Müxtəlif zamanlar arasında fasiləsizliyi
təmin edən isə bu və ya digər dərəcədə bir-birinin təkrarı
olan hadisələrdir.
Tarixə müasir baxış ilk növbədə, yazıçının
intellektual səviyyəsi, tarixi hadisələrə orijinal yanaşma
üsulu, dolğun xarakterlər yaratmaq ustalığı ilə sıx
bağlıdır.
Son illərin tarixi romanları içərisində bu mənada
seçilən bir neçə nümunədən söz açmaq olar.
Söhbət iki mərhum sənətkarın – Ənvər
Məmmədxanlının «Babək» və İsmayıl Şıxlının «Ölən
dünyam» romanlarından gedir.

II

103
«Babək» Ənvər Məmmədxanlının ilk və son romanı,
tarixi nəsrimizin örnək olası nümunələrindəndir. Təəssüf
ki, «Babək» romanı ədəbi tənqidimizin nəzər-diqqətini
hələ də cəlb etməmişdir.
Romanın birinci hissəsi tamamlanmamışdır.
«Babək» bədii filminin ssenarisi isə birinci hissəsinin
davamı olaraq romana daxil edilmişdir. Əsəri çapa
hazırlayan Anarın fikrincə, «yazıçının içəri dünyasında»
gördüyü Babək obrazı, onun ətrafı - dostlar və düşmənlər
– əsərlərin personajları elə dəqiq, dürüst düşünülüb-
duyulub ki, birinci hissədə – roman səhifələrində
canlanan fərdlər öz mahiyyətini, səciyyələrini, sifətlərini
İkinci hissədə – ssenaridə hifz edirlər».
Ancaq «Babək» romanı bütün bunlara baxmayaraq,
Anarın da qeyd eitdiyi kimi, bitkin bir əsər təsiri
bağışlayır. Və əsərin bitkinliyini ilk növbədə,
xarakterlərin dolğun rəsm edilməsində, hadisələrin
gərginliyində, dramatizmində, romanın özünəməxsus
üslubunda axtarmaq lazımdır. Hiss olunur ki, «Babək»
romanı dövrünün dini-fəlsəfi mahiyyətini dərinliyilə
duyan, tarixi hadisələrin arxasınca sürünməyib bu
hadisələrə tamam yeni bir aspektdə diqqət yetirən bir
yazıçı tərəfindən qələmə alınmışdır.
Əsərdə tarixi məlumatlar yetərincədir: bu
məlumatlar Babək dövrünün ictimai-siyasi, dini- fəlsəfi,
hətta coğrafi mənzərəsini bütün genişliyilə gözlərimiz
qarşısında canlandırır. Açıq-aşkar görünür ki, romanın
yazılış tərzi Orta əsr Şərq üslubunu xatırladır.
Xatırladaq ki, Ənvər Məmmədxanlı nəsri təhkiyə

104
tərzi etibarilə lirikdir, onun hekayə və povestləri dilinin
səlisliyi, cazibədarlığı ilə nasiranə bir nəğməni andırır.
Bu nəğmə çox-çox sonralar nəsrdə ayrıca bir üslubi
xüsusiyyətin, lirik-emosional ifadə tərzinin formalaş-
masına gətirib çıxardı. Ancaq «Babək» romanının Birinci
hissəsində biz sanki başqa bir ifadə tərzi ilə qarşılaşırıq.
Əsərdəki dil bir qədər qəliz və mürəkkəbdir, ağırdır,
ləngərlidir. Bu dil materialının özünəməxsusluğunu,
səciyyəvi xüsusiyyətlərini duymadan onu dərk eləmək
çətindir. Hər bir başlıq, Füzulinin «Leyli və Məcnun»
poemasında olduğu kimi, söylənən əhvalatın bəyanıylıa
başlayır. Müqayisə edək: «Leyli və Məcnun»da: «Bu
bünyadi-binayi-bəladır və müqəddimeyi-ələmi-ibtiladır».
«Babək» romanında: «Bu başlanğıc axtarışından
salamat qalmış qəlpələrdir». Yaxud başlanğıcda
görsənmiş bir mənzəridir. Haşiyəsi budur ki, «tarixin
səadət səhifələri boş səhifələrdir».
Romanda elə bir səhifə tapmaq çətindir ki,
mürəkkəb, çoxşaxəli cümlə quruluşu ilə qarşılaşmayasan.
Və çox nadir cümlələr tapmaq olar ki, orada «və»
bağlayıcısı, «bu» işarə əvəzliyi, «ki» bağlayıcısı və «ki»
ədatı, «ey» nidası diqqəti cəlb etməsin. İlk baxışda bunlar
yorucu təsir bağışlayır, amma get-gedə mətnin havasına
alışırsan, qarşında nəsrimizdə heç bir vaxt təsadüf
edilməyən bir ifadə tərzi canlanır: «Rəvayətə görə, o gecə
ki, islamın banisi Sərvəri-Kainat anadan olmuşdur, o
gecə yığın-yığın ərəb tayfalarının yüz illərdən bəri
sitayiş etdikləri 360-dan artıq çox çeşidli və çoxşəkilli
bütləri, sənəmləri və yaxud əldəqayırma tanrıları Mək-

105
kə şəhərindəki Kəbə adlanan (çox qədim məbəddir) tir-
lərindən qopub üzü üstə yerə sərilmiş, məşriqdəki
qüdrətli Sasanilər İranında adil şah adlanan
Nuşirəvanın möhtəşəm ağ sarayı sarsılıb lərzəyə
gəlmişdi, onun uca tağlarından bir neçəsi uçulub tö-
külmüşdü və atəşpərəslərin min illərdən bəri fars
iqlimində yanan ulu atəşləri titrək bir şam kimi
sönmüşdü».
Romanın İkinci hissəsi, yəni ssenaridə isə biz bir
qədər başqa ifadə tərzi ilə qarşılaşırıq. Eyni dil materialı,
Ə.Məmmədxanlı leksikonuna xas olan sözlər, söz
birləşmələri və cümlələr sanki mürəkkəb, qəliz,
«çoxşaxəli» örtükdən xilas olur, sadələşir və yazıçının ək-
sər əsərlərinə xas olan yığcam, lakonik ifadə tərzinə,
üslub sadəliyinə qayıdır.
«Xəlifə dedi:
- Ey Allahın bəlası, sən bir iş gördün ki, bu vaxta
qədər heç kəs o işi görə bilməmişdi və indi elə bir
əzaba dözməlisən ki, indiyə qədər ona dözmək heç
kəsin əlindən gəlməmişdir. Və bununla da sənin
dəhşətli dastanına son qoyulacaq!
Babək dedi:
- Ey kor yapalaq, bütün müstəbidlər kimi sən də
səhv edirsən, çünki mənim dastanım elə bir dastandır
ki, nə Babəklə başlanmışdır, nə də Babəklə qurtaracaq.
Sonra Babək yenə dedi:
- Ey yazıqlar, siz heç vaxt dərk etməyəcəksiniz ki,
azadlıq yanğısı nə deməkdir. O dəhşətli yanğı ki, ürəyi
yandırıb külə döndərir. Azadlıq! İstər o şirin olsun,

106
istər acı - yalnız o idi mənim səcdəgahım? Və bu
müstəbid ki, məni öldürür, o da heç vaxt anlamayacaq
ki, ölümü ilə azadlıq fədaisi büsbütün məhv olmur».
Anar romana yazdığı müqəddimədə xatırladır ki,
«Azadlıq yanğısı» Ə.Məmmədxanlının ən çox sevdiyi
ifadə idi və yazıçı hamını sıxan mənəvi əsarət dövründə
bu əsəri məhz azadlıq eşqinə və azadlıq eşqilə
yaratmışdı.
«Babək» romanı tarixi nəsrimizlə bağlı bir sıra
sualları da aydınlaşdırdı.
Birincisi; «Babək» romanı tarixi şəxsiyyətin məlum
obrazına bədii bir möhtəşəmlik, əzəmilik bəxş edir.
Salnaməçilərin, təzkirəçilərin, tarixçilərin şərhindəki
Babək bədii sözün qüdrətilə əbədiləşir. Xatırladaq ki,
neçə il bundan əvvəl Babək haqqında başqa bir roman da
yazılmışdı. («Sıyrılmış qılınc « - Cəlal Bərgüşad). Bu ro-
man Azərbaycanda, Türkiyədə, İranda dəfələrlə çap
olunmağına baxmayaraq, yalnız müəllifinə «şöhrət»
qazandırmışdı, Babəkə yox!
Ə.Məmmədxanlının Babəki isə məhz bizim
arzuladığımız, görmək istədiyimiz Babəkdir!
İkincisi; bütün tarixi romanlarınmıza xas olan belə
bir cəhət var ki, müəllif tarixi faktlara, məlumatlara, arxiv
sənədlərinə istinad edir. Ə.Məmmədxanlının romanında
da belə məlumatlar istənilən qədərdir, lakin bunlar
lüzumsuz məlumatfüruşluğa gətirib çıxarmır. Burada
sanki ustad bir memar işi duyulur: tarixi hadisələr,
faktlar, mənbə və qaynaqlardakı məlumatlar əsərdə elə
səliqə ilə yerləşdirilmişdir ki, ən azı heyrətlənirsən.

107
Və nəhayət, üçüncüsü; bu əsər bir daha sübut etdi
ki, əgər yazıçı sadəcə, özünü salnaməçi hesab etməyib,
tarixi hadisələri bu günün elmi-fəlsəfi meyarları ilə
mənalandırırsa, deməli, tarixi yenidən «oxuya» bilir.

III

Və biz mərhum yazıçımız İsmayıl Şıxlının «Ölən


dünyam» romanını da tarixi yenidən «oxumağın»
əvəzsiz bir nümunəsi hesab edirik.
Bəlkə də İ.Şıxlı yaradıcılığına az-çox bələd olan hər
hansı bir oxucu üçün belə bir fikir heç də qəribə
səslənməyəcək: İsmayıl Şıxlıdan bir yazıçı kimi söz açanda
nədənsə onun «Dəli Kür» romanında böyük məhəbbətlə
təsvir etdiyi Cahandar ağa obrazını xatırlayırsan.
Cahandar ağa XIX əsr feodal-patriarxal Azərbaycanının
bütünlüklə rəmzi, simvolu ola biləcək bir obrazdır, milli
xarakterdir. Hətta deyə bilərik ki, XIX əsr feodal
Azərbaycanı Cahandar ağa ilə başa çatır. Kişiliyin sərt
qanunları, dəlilik-doluluq-cəngavərlik, mənsub olduğu
sinfin qatı təəssübkeşliyi Cahandar ağanı Yeni Dünya ilə –
Dəyişilən Dünya ilə üz-üzə qoyur. Cahandar ağanın ölümü
ilə sanki papaq da, vəznəli çuxa da, Qəmər atlar da qiymət-
dən düşür, bəylik sürətlə tənəzzülə doğru yuvarlanır. Get-
gedə ictimai-siyasi-hüquqi dayaqdan məhrum olan bəylik
əsrimizin əvvəllərində öz tragik komediyasını yaşamağa
başlayır. Qırmızı imperiyanın Azərbaycanı istilasından
sonra isə ağalıq, bəylik get-gedə mənəvi imtiyazlarını da
itirməyə başlayır. İsmayıl Şıxlı ilk yazıçı idi iki, sosialist

108
realizminin Azərbaycan modelindən imtina edib Azər-
baycan bəyliyinin bütün «imtiyazlarını» - ona məxsus olan
ağayanalığı, kişiliyi, mərdliyi onun özünə qaytardı. Bəlkə
də bu onun kökü o biri əsrlərə gedib çıxan bəy-ağa
nəslindən irəli gəlirdi. «Ölən dünyam» romanını ruhca
«Dəli Kür»ün davamı saymaq olar. O mənada ki, Cahandar
ağanın mənəvi varisləri bu romanda öz ölən dünyalarının
son günlərini yaşayırlar. Və yazıçının ən böyük uğuru bu
aləmin faciəsi ilə yanaşı, onun şeriyyətini, gözəlliyini əks
etdirməsidir.
Gəlin görək, əsrimizin iyirminci-otuzuncu illərində
tarix səhnəsinə kimlər gəlir, kimlər bu səhnəni tərk
edirdi? Tarix səhnəsinə gələn «yoldaş Fətullayev», keçəl
Xondulu və bu qəbildən olan yüzlərlə, minlərlə kor
fanatiklər idi ki, Şura inqilabı nəticəsində ən namuslu
adamlara, xüsusilə ziyalılara divan tuturdular. Ona görə
də haqsız yerə incidilən bu adamların çoxu dağlara,
meşələrə çəkilir, qaçaqçılıq edirdilər, gədə-güdə
boyunduruğuna girməkdənsə, kişi kimi ölməyi üstün
tutdular. Romanda Halay bəyi dağlara çəkilməyə, qa-
çaqçılıq etməyə məcbur edən səbəb də elə bununla
bağlıdır.
İsmayıl Şıxlı bir yazıçı kimi həmişə tarixi müasir
bədii təfəkkürün gözü ilə oxumağı və mənalandırmağı
üstün tuturdu. Romana yazdığı müqəddimədə qeyd
edirdi ki, «Dəli Kür» romanını yazdıqdan sonra
Azərbaycanda 20-ci illərdə baş verən inqilab
tariximizdən yazmaq qərarına gəldim, müəyyən
materiallar topladım, hətta əsərin adını da oxuculara

109
çatdırdım. «Qanlı təpə» adlanan bu əsər 20-ci illərin
mürəkkəb və ziddiyətli həyatını əhatə etməli idi. Lakin
mövcud olan qadağalar, arxiv sənədələrinin gizlin
saxlanılması, o illərdə baş verən əsl həqiqət və
ziddiyyətlərin meydana çıxarılıb açıq söylənilməsinə
qoyulmuş yasaqların nəticəsində tarixi dövrü olduğu ki-
mi verməyin qeyri-mümkünlüyü məni fikrimdən
daşındırdı. Gördüm ki, yazacağım əsər yazılmış əsərlərin
(«Dünya qopur», «Dumanlı Təbriz», «Bir gəncin
manifesti», «Səhər», «Şamo») təkrarından başqa bir şey
olmayacaq».
«Tarixi dövrü olduğu kimi vermək» dedikdə
İsmayıl Şıxlı fakt və hadisələrin mexaniki təsvirçisi
olmağı nəzərdə tutmurdu. Təbii ki, bədii həqiqətdə tarixi
obyektivliyi düşünürdü.
Qeyd edək ki, tarix səhnəsini tərk edənlərin
obrazları İsmayıl Şıxlının yuxarıda adlarını çəkdiyim
romanlarında yanlış, təhrif olunmuş şəkildə
canlandırılmışdı. Söhbət ondan getmir ki, həmin roman-
larda təsvir olunan bəy, mülkədar, kapitalist obrazları
sırf mənfi səciyyəliydi, əsas o idi ki, bunlar «inqilab»
tarixinin bədii konsepsiyasına uyğunlaşdırılmışdı. «Dəli
Kür»də olduğu kimi, «Ölən dünyam»da da belə bir
«ənənədən» imtina edilmişdir.
Maraqlıdır ki, «Dəli Kür»dən fərqli olaraq «Ölən
dünyam»da baş qəhrəman yoxdur. Ümumiyyətlə, əsəri
oxuyub başa çatdırandan sonra da bunun bir elə fərqinə
varmırsan. Baş qəhrəman bu romanda, əgər belə demək
mümkünsə, təsvir olunan dövrün özüdür. Azərbaycan

110
xalqının düşünən başlarının zorla «sapı özündən olan
baltaların» təzyiqilə repressiyaya sürüklənməsi, bəy-ağa
silkinin ağına-bozuna baxılmadan milli tərkibdən
silinməsi, millətin genefondunun tədricən məhv
edilməsi – iyirminci-otuzuncu illərin ictimai-siyasi-mə-
nəvi mənzərəsi belə idi və öz romanında İsmayıl Şıxlı bu
mənzərəni kifayət qədər obyektiv əks etdirməyə
çalışmışdır.
Romanın birinci fəsli xalq mənəviyyatının ən ağrılı
bir məqamına toxunur. İki tayfanın – Alqazaxlılarla
Çıraqlıların arasında qan düşmənçiliyi yaranır. Lakin bu
gərginliyin sonu ənənəvi ölümlə, qətllə başa çatmır.
Çıraqlılar nəslinin ağsaqqalı Ömər ağa təmkinlə hərəkət
edir, «qanı qanla yumazlar» kimi müdrik el kəlamına ar-
xalanır. «Gec-tez haqq öz yerini tapacaq» - Ömər Ağanın
gəldiyi qənaət budur. Gözləmək olardı ki, müəllif bu
nöqtədə konflikti daha da dərinləşdirsin, qan
düşmənçiliyinin sonuna varsın. Lakin psixoloji gərginlik
iki tayfa arasında üz-üzə, tərəf-tərəfə açıq toqquşma
həddinə çatmır, əsasən daxili aləmlərdə cərəyan edir.
İsamayıl Şıxlı gərgin və dramatik səhnələr, təsirli və
emosional təsvirlər ustası idi. Bu xüsusiyyət «Ölən
dünyam» romanında daha bariz nəzərə çarpır. Hətta
deyə bilərik ki, romanın hər bir fəsli belə təsirli və
dramatik səhnələrlə müşayiət olunur.
Nişanlısı Ələddin naqəfil gülləyə tuş olandan sonra
Qaratel bu dərdin ağırlığına tab gətirə bilmir, hər gecə
qəbristanlığa yollanır və hər gecə baş daşına söykənib
hıçqırır. Ömər Koxa qızın çəkdiyi bu iztirabları duyur,

111
nişanlısının qəbrindən əl çəkmək istəməyən Qarateli
sonbeşiyinə almaq istəyir, onun başqa qapıda gəlin
olmasını ürəyi götürmür.
Və arzuladığı toy baş tutur.
Həmin toy gecəsində isə…
«Ömər Koxa kəhər atı minib Kürə doğru endi.
Sahildə dayanıb gözünü o taya – Qarayazıya zillədi.
Qarayazıdakı binələr, yaylağa qalxan üstü düyəli kənd
arabaları, mal-qoyun sürüsü, ilxılar, at çapan, tüfəng atan
neçə igidi yadına saldı.
Ömər Koxa o günləri yada salır və sövq-təbii duyur
ki, illər Kürün suları kimi çoxdan axıb getmişdi, lap
çoxdan».
Burada müəllif simvolik bir detala diqqətimizi cəlb
edir. O tayda Kürün qolunun torpağı yarıb yol açdığı
yerdə qollu-budaqlı bir qovaq ağacı görünür. Sular ilan
kimi qıvrılır, ağacın ətrafında burulur, ağac bu
həmlələrdən vahimələnmiş kimi titrəsə də, əyilmirdi. Su-
lar isə bundan qəzəblənib ağacın kökünü qurd kimi
eşirdi. Və nəhayət, ağac titrədi, silkələndi və birdən
yerindən oynamış dağ kimi nərilti ilə suya sərildi.
O tamaşadan sarsılan Ömər koxa gəldiyi yolla geri
qayıdır. O nərilti ilə suya sərilən qovaqla bu Ömər koxa
bir-birinə bənzəmirlərmi?
Həmin o toy gecəsi Ömər koxa ölümünü hiss edir
və hamı ilə bir-bir vidalaşır, ancaq tapşırır ki, toy
pozulmasın deyə heç kimə heç nə deyilməsin.
Və həmin o gecə… nişanlısının qardaşına gəlin
gətirilən Qaratel gizlicə gəlin otağından çıxır, özünü

112
Kürün sularına tapşırır.
Doğrudan da təsirli səhnələrdir…
İsmayıl Şıxlı elə sənətkar idi ki, təsvir etdiyi dövrü
bütün ictimai-mənəvi aspektləri ilə bədii reallığa
çevirirdi. «Dəli Kür» romanında biz bunun əyani şahidi
olmuşuq. Öz əhatə dairəsinə, miqyasına və
kolliziyalarının gərginliyinə görə «Ölən dünyam»da təs-
vir edilən dövr bir roman materialı üçün kifayət
qədərdir. Elə müəllif də iki tayfa arasında baş verən bu
münaqişə ilə kifayətlənmir, diqqətini zamanın daha
gərgin situasiyalarına yönəldir.
Azərbaycana Şura inqilabı gəlir. Bu inqilaba təəssüf
ki, kor fanatiklər və ondan bəhrələnən dələduzlar da
qoşulub. Təbii ki, proqramında, məramında insanları
xoşbəxt gələcəyə çağırış olan cəmiyyəti başdan-ayağa bu
cür insanlarla məhdudlaşdırmaq doğru olmazdı.
Məsələn, inqilabi şuranın sədri Kəsəmənli ilə «yoldaş
Fətullayev» zahirən bir əqidənin sahibidirlər, eyni yolun
yolçularıdır, amma inqilaba münasibətləri tamam
bambaşqadır. Əgər Kəsəmənli humanizm anlayışını
həyat prinsipinə çevirirsə, «yoldaş Fətullayev» üçün belə
prinsiplər heç bir məna daşımır. Onun nəzərində Firudin
bəy Köçərli ilə azğın bir bəy arasında heç bir fərq yoxdur.
Firudin bəy Müsavat Partiyasının üzvüdür,
Xanxoyskinin faytonunda gəzib, deməli, «bizim
cəmiyyətdə» yaşaya bilməz, hökmən güllələnməlidir.
Ona görə də Azərbaycanın bu gözəl ziyalısını
güllələtdirir.
Güllü arvad və onun törəmələri sadəcə ağa, bəy

113
nəslindəndirlər – deməli, sürgün olunmalıdırlar. Daha
fikirləşməyinə dəyməz ki, bu adamlar yeni cəmiyyətə
lazımdır yoxsa yox? Bu cəza tədbirləri müəyyən mənada
inqilabın öz məntiqindən doğmuşdur və həmin o kor
fanatiklər tərəfindən həyata keçirilməliydi. İyirminci
illərdə aparılan bu ilk «təmizləmə əməliyyatı» mənhus
37-ci il üçün çox böyük bir məşq deyildimi?
Romanda Kəsəmənli obrazı digər obrazlarla
müqayisədə daha uğurludur desək, səhv etmərik.
Hadisələrin axarı elə bir məqama gəlib çatır ki, onun
insani, humanist keyfiyyətləri ilə inqilabın həmin sərt
məntiqi arasında böyük bir uçurum yaranır. Ona görə də,
Kəsəmənli bütün inqilabi keçmişinə üz çevirib qaçaqlara
qoşulur, onlarla bir sırada Arazın o tayına keçir.
Keçməyə bilməzdi, çünki «inqilabın dəmir əli» «yoldaş
Fətullayevin» başına güllə çaxmışdı.
Ümümiyyətlə, iyirminci-otuzuncu illər əsrmizin ən
gərgin, ən mürəkkəb bir mərhələsi kimi səciyyələnir.
Yəqin ki, həmin dövrü öyrənmək, tarixi hadisələri bütün
mürəkkiblikləri ilə canlandırmaq İsmayıl Şıxlıya daha
əvvəlki onilliklərdə nəsib olsaydı, biz yazıçı qələmində
bəlkə də monumental bir romanın ərsəyə gəldiyini görər-
dik. Bunu deməklə, biz «Ölən dünyam» romanının bədii-
estetik dəyərini qətiyyən azaltmaq fikrində deyilik.
Yuxarıda qeyd etdik ki, romanda Baş qəhraman
deyə adlandıra biləcəyimiz konkret dövrün özüdür.
Lakin İsmayıl Şıxlı qələmində hətta epizodik surətlər belə
yaşarılıq kəsb edir, uzun müddət unudulmur. Məsələn,
romanda bir aşıq surəti var. Onun nahaqdan tutulmasını

114
eşidən Kəsəmənli aşığı həbsdən buraxdırır. İş elə gətirir
ki, «yoldaş Fətullayev» təzədən həmin aşıqla qarşılaşmalı
olur, onu yanına çağırtdırır.
«Yoldaş Fətullayev» aşığın keçirdiyi
həyəcanlardan, onun təzədən qalaya düşməkdən
qorxduğundan elə zövq alırdı. Gah gülümsünür, gah da
ovçu hərisliyi ilə kişinin üst-başını, boy-buxununu
gözdən keçirirdi.
- Deyəsən, evdə sənə yaxşı baxırlar. Göbək zad
bağlamısan.
Aşıq ilan çalmış kimi dik atıldı, başı toppuza
oxşar yumru ağacını havada oynatdı.
- Kimliyinə baxmaram, başını əzərəm. Mənim
göbəyimdə sənin nə işin var? Oğraş!!!».
Aşıq öncə doğrudan da bir daha tutulacağından
qorxur, həyəcan keçirirdi və bunu gizlətmirdi, amma
söhbət onun kişiliyinə gəlib çıxanda dözə bilmir,
ölümdən belə çəkinmir.
Əsəri yazarkən müəllif tarixi sənədlərin, arxiv
materiallarının da köməyindən istifadə etmiş, bəzi tarixi
hadisələrin dürüst canlandırılmasında bu sənədlərə
arxalanmışdı. İndiyə qədər heç bir bədii əsərdə 1920-ci il
Gəncə qiyamından söz açılmamışdır. İ.Şıxlı bu hadisələri
yığcam şəkildə (Çapıq Əmrahın dili ilə) bədii tədqiq ob-
yektinə çevirmiş, üsyanın başlanması, gedişi və
məğlubiyyətinin səbəblərini şərh etmişdir. Yaxud, bu
vaxtacan görkəmli maarifçi və həkim kimi tanınmış
Gəncə general-qubernatoru Xudadat bəy haqqında da
bədii əsərlərdə müəyyən bir təfsilatın şahidi olmamışıq.

115
Həmin boşluğu İ.Şıxlı müəyyən mənada doldura
bilmişdir.
Əlbəttə, romanın digər məziyyətləri barədə də belə
ürəklə söz açmaq olar. İ.Şıxlı üslubuna xas olan epik
təmkinlilik, hadisələrin mahiyyətini açıqlamaq cəhdi,
təbiət təsvirləri ilə cəmiyyət hadisələri arasında
harmoniyanı duymaq «Ölən dünyam» romanının mə-
ziyyətlərindən sayılmalıdır. İstər müəllif təhkiyəsində,
istərsə də obrazların nitqində bədii emosionallığı
qoruyan müəllifin bədii uğuru da elə bu nöqtədən
başlanır.
Romanda süjet xətti çoxşaxəlidir. Hətta oxucuya elə
gəlir ki, on fəsildən ibarət olan romanı asanlıqla necə
kiçik povestə ayırmaq olar. Lakin süjetin çoxşaxəliliyi heç
də pərakəndəliyə gətirib çıxarmır, «Roman içində
roman» vahid süjet axarını pozmur.
Roman belə bir sonluqla başa çatır: «Külək
yarpaqları astadan xışıldatdı. Həsən ağanın uzun saqqalı
ehmalca tərpəndi. Göz yaşları içində ağasının böyrünə
qısılan Söhrab, Aslan, bir də Həsən ağa elə bil sahildə
heykəlləşdilər. Kür isə yenə həmişəki kimi gah meşəyə
doğru burulub axır, gah çiləkənlərin üstündən aşır, gah
da yarğanlara, qolpunlara çırpılırdı. Elə bil dünyada heç
nə olmamışdı».
Bəli, Kür yenə öz məcrası ilə axır, həyat davam edir.
Bircə bu dəli Kürün nəğməkarı İsmayıl Şıxlı dünyasını
dəyişib, amma onun mənəvi həyatı davam edir.

116
IV

Söhbət tarixi nəsrimizdən gedirsə, öz məhsuldar


yaradıcılığı ilə hamının diqqətini cəlb edən Əzizə xanım
Cəfərzadənin romanlarından söz açmamaq ədalətsizlik
olardı. Özü də son tarixi romanlarından.
Təfərrüata varmadan unudulmaz xalq şairimiz Rəsul
Rzanın vaxtilə Əzizə xanım haqqında söylədiyi aşağıdakı
fikirlərə üz tuturam: «Əsərin (söhbət «Aləmdə səsim var»
romanından gedir – V.Y.) bəyənimli cəhətlərindən biri,
bəlkə də ən dəyərlisi, müəllifin qələmə aldığı dövrə, onun
insanlarına, xalqın məişətinə, adətlərinə yaxından, yaxşı
bələd olmasıdır. Biz bu əsərdən xalqın keçmişinə aid yalnız
baş vermiş hadisələr, yeniliklə köhnəliyin mübarizəsindən
inandırıcı səhifələr deyil, həm də bir sıra etnoqrafik detillar,
adətlərin necəliyi, neçinliyi, dəblər, mühitin havası
haqqında maraqlı məlumat alırıq. Kitabı vərəqlədikcə bir
zamanlar gördüyümüz məişət, adət mənzərələri, insan
xarakterləri, faktlar düzümü illərin uzaqlarından, xatirələr
toranından aşkarlanan fotoşəkillər kimi yavaş-yavaş
gözlərimizdə görümləşir. Bu vərəqlərdə az məlum olan və
məlum olmayan idraki əhəmiyyətli faktlar, cəmiyyəti, o
dövrün insanlarını xarakterizə edən detallar da az deyil.
Bəzən, ilk baxışda az əhəmiyyətli görünə bilən bir detal
çözülüb mühüm bir tarixi həqiqəti aydınaşdırır. Burda
zəngin etnoqrafik məlumat; milli musiqi, rəqs, adət və
dəblərdən tez-tez bəhs etmək, klassik bədii irsdən,
Azərbaycan folklorunda maraqlı örnəklər vermək bir
manera, bir əda deyil, təbii olaraq romanın ümumi

117
toxumasına, axarına bağlıdır. Romanı vərəqlədikcə,
obrazların taleyi, inkişafı, hadisələrin cərəyanı ilə birlikdə
xalqın adət və ənənələri, onun məişətində olan dəblər,
mahnılar, şer, dini ehkamlar, xalq arasında yayılmış etiqad
və inam haqqında maraqlı məlumat alırıq».
Bu mülahizələr təkcə «Aləmdə səsim var» romanına
deyil, Əzizə xanımın digər tarixi romanlarına da eyni
dərəcədə şamil oluna bilər. Doğrudan da, Əzizə xanımın
romanlarında təsvir olunan dövrün etnoqrafik mənzərəsi,
adət-ənənələr qalereyası ön plandadır. Bu isə hər bir
yazıçıya müyəssər olmur. Tarixin hər hansı bir dövrünə
müraciət edirsə, həmin dövrün ictimai-siyasi mənzərəsi ilə
bir sırada etnoqrafik xüsusiyyətləri də Ə.Cəfərzadənin
təsvirlərinə bir əlvanlıq, R.Rza demişkən, bir görümlük
gətirir. Haqqında söz açacağım romanlardan gətirdiyimiz
bu misallar da dediklərimizə sübut ola bilər.
«Qızın hələ toy gecəsi bir buğda boyu ucalmalı olan
boyu orta, bədəni incə, zərifdi. Sadə geyimində belə
gözəldi. Sarayda xanımların geydiyi əlvan ipək, kimxa
paltarlar, başlarına örtdükləri hava kimi şəffaf, zər butalı
örtüklər, hörüklərinə düzdükləri inci, əşrəfi saçbağıları,
üstlərindəki qiymətli daş-qaşlar Yasəməndə yox idi.
Güllünün çit tumanı, şirməst arxalığı, abı yelənli ağ
kəlağayısı vardı. Belindən aşağı süzülən qalın hörükləri-
nə öz əlləri ilə rəngbərəng yun iplərdən toxuduğu qotazlı
saçbağını hörmüşdü. Amma əlləri xınalıydı, ayaqları
xınalıydı: «Lap daşlarımızın, qayalarımızın kəkliyi kimi»
deyə düşündü Teymuraz bəy» («Gülüstandan öncə»).
«O zaman cavan oğlanlar dəbdə olan al, yaşıl, abı

118
məxmərdən çuxalar geyərdilər. İllah da dövlətli balaları:
çuxaların dövrəsinə, kənarlarına, ətəyinə, qolağzına,
yaxasına, belinə bafta tikdirirdilər. Cavanlar at üstündə
par-par yanırdılar. Amma boz, qara xallı «Göyərçin»
gələndən sonra Səfər özünə boz mahuddan çuxa tikdirdi.
Çuxanın ətəyini, yaxasını, qollarını, qolçaqlarını gümüşü
baftayla bəzətdirdi. Boz gümüşü buxara yəhər-yüyəninə
bəs deyincə gümüş nəsb elətdirdi. Bu libasdan, bu yəhər-
əsbabla atı minib uzaqda görünəndə elə bil gümüş hey-
kəl gəlirdi» («Bir səsin faciəsi»).
Belə misalların sayını istənilən qədər artırmaq olar.
Orta əsrlərin şəhərləri, kəndləri, obaları, hətta
şəhərlərin küçələri, məhəllələri, orada yaşayan sakinlərin
geyim-geçimi, danışıq tərzi, bişirdikləri xörəklərin çeşid-
çeşid növləri, sarayda yaşayan əyan-əşrəfin, xüsusilə rütbə
sahiblərinin dünyagörüşü, zövqü, məişət tərzi, saraydan
kənarda yaşayan insanların yaşayışı, elat həyatı, köçəri
zindəganlığı, bu adamların folklor dünyası böyük ustalıqla
canlandırılır.
Lakin elə düşünülməsin ki, hər hansı tarixi roman
məhz etnoqrafik detallar üzərində qurulmalı və müəllif bu
cür təsvirlərlə təəssüratımızı zənginləşdirməlidir. Əlbəttə,
bunlar hər hansı tarixi roman üçün bir məziyyət
sayılmalıdır, çünki əsərə canlılıq, məxsusi bir kolorit gətirir,
lakin romanı bunun üzərində qurmaq sırf etnoqrafçılığa
gətirib çıxarmazmı?
Əzizə Cəfərzadənin tarixi romanları ilk növbədə,
təsvir etdiyi dövrün tarixi ruhunu, özünəməxsus ictimai-
mənəvi mənzərəsini əks etdirməsiylə diqqəti cəlb edir. Yəni

119
tutaq ki, XVIII əsr Şirvan şairi Nişat Şirvanidən bəhs edən
«Vətənə qayıt» romanı bütövlükdə XVIII əsr Şamaxı mühiti
haqqında geniş, əhatəli bir təəssürat yaradır və romanı
oxuyarkən bununla bağlı heç bir suala ehtiyac hiss
etmirsənsə, bu, yazıçının qələbəsidir. Başqa bir romanında
– “Bakı - 1501”-də XVI əsrin əvvəllərindən – Xətai
dövründən söz açılır. Burada da sual verməyə, nəyi isə
aydınlaşdırmağa lüzum yoxdur. Xətainin saray mühiti,
nəsli, kökü, dostu-düşməni, özü və sevdiyi qadınlar,
apardığı müharibələr haqqında təfərrüatı ilə məlumat əldə
edirik. Özü də bunlar həmin faktları sadalamaq üsulu ilə
deyil, canlı təsvirlərlə, şirin və emosional təhkiyə ilə nəzərə
çarpdırılır.
Əzizə xanım son illərdə də tariximizin az öyrənilmiş
dövrlərinə, haqqında nisbətən məhdud miqyasda söz
açılan şəxsiyyətlərinə üz tutur. Bu əsərlərdə bədii
təxəyyüllə bədii tədqiqat işi yanaşı gedir. Məlumdur ki,
bədii təxəyyül nisbətən üstünlük təşkil edəndə, süjetə
uydurma bir hadisə, əhvalat cəlb edib onu “oxunaqlı”
etməyə çalışan tarixi roman macəravari bir əsərə çevrilir.
Yəni bu zaman tarix ədəbiyyatla yanaşı yol gedə bilmir.
Uydurma hadisə tarixi konkretlikdən mərhum olursa,
həmin hadisədə müəyyən bir dövrün ab-havası
duyulmursa, təbii ki, tarixi roman öz bədii təsir gücünü
itirmiş olur. Çünki tarixi roman üçün vacib olan ilkin şərt
tarixilikdir. Əzizə xanım bəzi istisnalar nəzərə alınmasa,
mümkün qədər bu şirnikləndirici meyldən qaçmağa çalışır.
Söhbətimizə yazıçının son romanından – “Bir səsin
faciəsin»dən başlamaq istəyirik. Digər tarixi romanlarından

120
fərqli olaraq “Bir səsin faciəsi”ndə müəllifin mənbə,
məlumat, fakt baxımından xeyli çətinliyi hiss olunur.
Romanın qəhrəmanı Azərbaycanın ilk qadın xanəndəsi
Mirzə Güllərdir. Mirzə Güllər sənətə XIX əsrin axırlarında -
XX əsrin əvvəllərində gəlmiş, Şirvanın böyük sənətkarı
Mirzə Məhəmmədhəsənin şagirdi olmuş, qadın sənətçiyə
yabançı münasibətin hökm sürdüyü bir dövrdə kişi paltarı
geyinib toylarda, el məclislərində xanəndəlik etmişdir.
Əlbəttə, müəllifin bu romanda tarixi faktlardan mümkün
qədər istifadə etməsi, hətta bununla kifayələnməyib xalq
arasında Mirzə Güllər haqqında dolaşan rəvayətlərə də
nəzər yetirməsi diqqətdən yayınmır.
İstər tarixi olsun, istər müasir, hər hansı romanda ilk
növbədə dolğun obrazlar və bu obrazların qarşılıqlı
münasibətlərini şərtləndirən konfliktin olması zəruridir.
Bədii nəsrin yaşarılığını təmin edən bu vacib şərtə
Ə.Cəfərzadə «Bir səsin faciəsi»ndə əməl etməyə çalış-
mışdır. O, təcrübəli bir yazıçı kimi dərk edir ki, romanı ma-
cəravari, ilk baxışda cazibəli hadisələrlə «zənginləşdirmək»
çox ucuz yoldur. Əsas məsələ bu hadisələrdə bütün
qüvvətli və zəif cəhətləri ilə üzə çıxan dolğun olbrazlar
yaratmaqdadır. O, tarixi mənbələrdə adı çox az səslənən
Mirzə Gülləri də bu mənada bizə sevdirməyə çalışır. Səfər
ağa ilə qulluqçu qız Reyhanın qanunsuz izdivacından do-
ğulan Güllərin həyatı fəci və dramatik axarda davam
etdirilir. Həqiqi ata-anasının kim olduğunu yalnız ərə
getdiyi ərəfədə bilən Güllər bu xəbərdən sarsılır. Onun ərə
getmək istədiyi şəxs atası Səfər ağadır. Və bu xəbərdən
sonra Murad ağanın evindən qaçır, Cabbar adında bir

121
tarzən, qızın gözəl səsi olduğunu hiss edib ona muğamların
sirrini öyrədir, kişi paltarı geyinən Güllər tezliklə
məşhurlaşır.
Ancaq romanın bu fəsillərində onun öncə aşıladığı
bədii effekt, hissi-emosional çalarlar getdikcə zəifləyir.
Müəllif sanki Mirzə Güllər haqqında məlumatının
daraldığını hiss edir, «aylar, illər ötür…» kimi yekun
cümlələrlə romanı başa çatdırmağa çalışır. Mirzə Güllərin
həyatının birinci dövrünü təsvir edən fəsillərdən fərqli ola-
raq, burada bir tələsiklik hiss olunur, süjetə yeni qoşulan
xətlər isə romanın ümumi ahəngində öz yerini tapa bilmir.
Və belə bir nəticəyə gəlirsən ki, Əzizə xanımın bu romanı
konkret bir tarixi dövrü əks etdirsə də, daha çox bədii
təxəyyülün gücü ilə yazılmışdır.
Yeri gəlmişkən, bir məziyyət kimi qeyd edək ki, Əzizə
xanım öz romanlarında tarixi fakt və sənədlərlə, necə
deyərlər, son dərəcə səliqə ilə rəftar edir. Hiss olunur ki,
müəllif tarixi mənbəni, bu mənbələrdəki real faktları heç
cür təhrif etmək, yaxud nə isə özündən bir versiya əlavə
eləmək fikrindən uzaqdır.
«Gülüstandan öncə» romanı, fikrimizcə, Əzizə
Cəfərzadənin tarixi nəsr sahəsində ən uğurlu
addımlarından biridir. Həmin romanı oxuyanda «tarixi
düşüncə mədəniyyəti» (Y.Qarayev) ifadəsini xatırladıq.
Sözün həqiqi mənasında həm tarixi, həm də müasir roman
kimi qavradığımız bu əsər öz təsir gücünə, «obyektiv-sosial
və milli inkişafın tarixi məntiqini, onun fəlsəfi
konsepsiyasını doğru və tam ifadə etməsinə görə» daha çox
diqqəti gəlb edir. Ə.Cəfərzadənin «Gülüstandan öncə»

122
romanında Şirvanın sonuncu hökmdarı – Mustafa xanın
obrazı milli xarakter kimi qavranılır, çünki tarixi nəsrdə
«milli keçmişin ən böyük sənədi- milli xarakterdir».
Mustafa xan Xançobanı tayfasının adlı-sanlı nəslindən
olub, 1787-ci ildə Şamaxıda taxta çıxmışdı. O, 1820-ci ilə
qədər Şirvanı idarə etmişdi. Bu vaxtacan isə Azərbaycan
xanlıqlarının hamısı rus imperyasının tərkibinə qatılmışdı.
Mustafa xan isə uzun müddət gah diplomatiya yolu ilə,
gah da açıq-aşkar müqavimət göstərməklə xanlığın
ömrünü bir müddət yaşada bildi, 1820-ci ildə rus ordusu
Azərbaycanın sonuncu xanlığını öz tərkibinə qatmaq üçün
Şamaxıya hücum çəkdi, qanlı döyüşlər başlandı. Bu
döyüşlərdə rusların sayca çoxluğuna baxmayaraq
şirvanlılar kəskin müqavimət göstərdilər, hətta bir döyüşdə
qalib gəldilər. Lakin qüvvələr tükənmişdi və Mustafa xan
qohum-əqrabasnı götürüb gecə ikən gizli cığırla Fit dağını
tərk edir. İllər keçəcək, torpağından doymayan Mustafa
xan bu yerlərə dönə-dönə qayıdacaq: 1828-ci ildə Abbas
Mirzənin ordusunda Şirvan üstündə çarpışacaq, lakin
Şirvanşah orduları məğlub olub «Türkmənçay bağlaşması»
baş tutandan sonra taleyin hökmünə boyun əyəcəkdi.
Romanda bütün bunlar (Mustafa xanın son illəri) haqqında
ötəri məlumat verilir, müəllif əsas diqqətini Mustafa xanın
səciyyəsinə (hökmdar və insan kimi), «Kürəkçay
bağlaşması»na imza atan digər Azərbaycan xanlarının
(İbrahimxəlil xanın və Səlim xanın) həlledici anda
keçirdikləri hiss və həyacanlara, 1805-ci il 13 mayda
Kürəkçayda bağlanmış və Azərbaycanın gələcək
faciələrinin özülünü qoyan müqaviləyə, nəhayət, ruslara

123
qarşı Şirvan ordusunun apardığı son döyüşlərə
yönəltmişdir. Bu xətlərin hər biri romanın süjetində
mühüm rol oynayıb müəllif qayəsinin acıqlanmasına xid-
mət edir.
Roman Mustafa xanın xoşbəxt günlərinin təsviri ilə
başlayır. Sarayda şairlər, şer həvəskarları, xanəndələr
toplaşıb. Müəllif bircə-bircə saray məiyyəti haqqında
məlumat verir, yeri gəldikcə Mustafa xanın necə bir xan
olduğunu vurğulayır, övladları və qadınları haqqında söz
açmağı da unutmur. Belə bir təəssürat oyanır ki, Mustafa
xan mərd, alicənab, xalqı sevən bir hökmdardır. Ancaq az
sonra xanın sonsuz qəzəbinin şahidi oluruq, onun bir göz
qırpımındaca ölüm qərarı verdiyi ilə qarşılaşırıq. Mustafa
xanın qardaşı İsmayılın yeganə oğlu Fəti bəyi
bağışlamaması, özünü intihara məcbur etməsi çox sarsıdıcı
səhnədir. Mustafa xan qardaşı oğlunun günahından kecə
bilməzdi, çünki o, qatı müsəlman fanatikidir və Fəti bəy də
müsəlmanların matəm günündə dini qaydaları
kobudcasına pozmuş, kef məclisi düzəltmiş, qız-gəlinin
namusuna toxunmaq istəmişdi. Bu məqamda bir insan
kimi xana haqq qazandırmasaq da, bu qəddar hərəkətini
təbiətindən doğan bir hal hesab edirik. Elə Mustafa xanın
illər boyu Şimal ayısına qarşı inadla müqavimət
göstərməsi, təslim olmaması da bu müsəlmançılığından
doğmuşdu. Qətiyyətlə demək olar ki, 1804-cü ildə ruslara
boyun əyməyən və qəhrəmancasına həlak olan Cavad
xandan sonra Azərbaycan xanları arasında ən qətiyyətlisi
Mustafa xan idi.
«Gülüstandan öncə» romanı həm də bizi tarixi

124
keçmişimizdən ibrət götürməyə səsləyir, həmin dövrdə baş
vermiş hadisələrlə sonrakı illərdə baş verən hidəsələrin bir-
birinə necə oxşadığını xatırladır. Bu xatırlama mənəvi
ittihama çevrilir.
Budur, Kürəkçay bağlaşmasından öncə rus generalı
Sisianovun düşündükləri: «Axı, mən soldatam, başa
düşün! Siyasət… sizin siyasətinizdən başım çıxmır. Heç
çıxmağını da istəmirəm. Gəncədən sonra neyləyə bilərlər
bu bir-birilə boğuşan xanlar! İkisinin sözü bir-birinin
boğazına getmir. Öyrənmişəm ki, xanlıqlar tarixi
boyunca, bunların eyni qardaş, eyni millət kimi üçü bir
süfrəyə əl uzatmayıb. Dilləri, dinləri bir olsa da, bir-birini
yanlamırlar. Anlamaq istəmirlər. Hər biri «mənəm-
mənəm» deyib, başa keçmək iddiasındadırlar».
Bu, həmin Sisianov idi ki, bir il sonra – 1806-cı ildə
ölümünü Bakının «Qoşa qala qapısı» adlanan
darvazasından azacıq aralıda qarşılayacaqdı. «Qafqaz
tatarları»nın başına bəla kəsilən rus mundirli bu gürcü
əlini Qala Qapısının açarları üçün uzadanda Bakı igidlərin-
dən biri onun köksünə xəncəri saplayacaq və deyəcəkdi:
«Bizdə donuzları belə gəbərdəllər».
Amma bu hadisə də birləşmək arzusunda olan,
birləşə bilməyən Azərbaycan xanlarına dərs olmadı. Artıq
Kürəkçay bağlaşması imzalanmışdı, rus imperiyası «dilləri,
dinləri bir olsa da, bir-birini anlamayan» təkəbbürlü xanları
bir-bir ələ alır, onları general rütbələri ilə şirnikləndirir,
sonra isə məqamı gələndə sakitcə aradan götürürdülər.
Əzizə xanımın romanlarında onun tədqiqatçılığı
qabarıq şəkildə hiss olunur və müəllif özü də bunu

125
gizlətmir. «Gülüstandan öncə» romanında həmin dövrün
əhval-ruhiyyəsi ilə səsləşən bayatıların, Şirvanın satirik
şairi kargər Əhmədin rusların işğalçılıq siyasətini pisləyən
şerlərinin xatırlanması, bizcə, əsərin publitistik kəsərini
artırır. Və romanda hiss olunan bu «publisistik xətt»
vətəndaş yanğısı və ağrısının ifadəsi kimi səslənir. Əzizə
xanımın «Zərrintac» romanında da bu yanğı və ağrını hiss
edirik.
«Zərrintac» əsərini yazmaq üçün müəllif, Özünün
dediyi kimi, onlarca kitab, arxiv materialları, sənədlərlə
tanış olmuşdur. Təbii ki, bu geniş, çoxşaxəli, son dərəcə
mürəkkəb və ziddiyyətli hərəkatı bütünlüklə izləmək hətta
alim-tədqiqatçı-yazıçı Əzizə xanım üçün də asan
olmamışdır.
…Tarixi romanlarımız haqqında bu qeydlərimizi başa
çadıranda «Zərrintac» romanında Tahirə Qürrətüleynin öz
düşmənləri qarşısında böyük qətiyyətlə söylədiyi bu sözləri
xatırladıq: «Mən kəfənimi boynuna geymiş adamam. İndi
siz də başa düşərsiz ki, mən kimin, nəyin tərəfindəyəm,
hökmdarlarımız, padşahlarımız, o yer üzündə Allahın
kölgəsi olanlarımız anlamır, nə sultan, nə padşah, nə də
onları əhatə edənlər görmür ki, bəla getdikcə böyüyür? O
vaxtdan bəri nə qədər torpağımız əlimizdən gedib! Kim
çəkir onun dərdini, qayğısını?».
Bu da həmin azadlıq yanğısıdır ki, səkkizinci əsrdə
Babəkin son harayında səslənmişdi. Və bu azadlıq
yanğısının bədii ifadəsi son illərin tarix romanlarında daha
ucadan səslənir. Xalqın tarixi yaddaşını silkələmək üçün,
yurd savaşına çıxmaq üçün haraylayır bizi…

126
ƏDƏBİ PORTRETLƏR

«ZAMAN BIR DƏ ÇƏTIN DOĞA O PLANETI»

(Rəsul Rzanın beşcildliyini oxuyarkən…)

I məqalə

Bu yazıma necə başlayacağımı uzun müddət


fikirləşdim. XX əsrin və ümumiyyətlə, bütün gələcək
əsrlərin də böyük şairi hesab etdiyim Rəsul Rza haqqında
bu söhbət-düşüncəyə onun istənilən şerindən epiqraf
verə bilərdim. Ancaq birdən Rəsul Rza ruhuna yaxın
olan ən doğma adamlardan biri – Ənvər
Məmmədxanlının «İki ömrün işığı» adlı bir topluya
yazdığı «Ön söz»dəki son sözlərini xatırladım: «44-cü
ildə Təbrizdə olarkən Bakıdan aldığım məktubların bi-
rində Rəsul yazmışdı ki, «… özün bilirsən ki, bir şair
üçün ən çətin şey şer yazmaqdır.
Bu həqiqətən də belədir, çünkü şair olmayanlar
üçün ən asan şey şer yazmaqdır».
127
Rəsul Rzanın isə dünyaya dedikləri üzərində
deməyə macal tapmadıqlarının da kölgələri dolaşır,
çünki hər bir həqiqi sənətkarın bədii sözü dünənli,
bugünlü, sabahlıdır, dərinində millidir, rəngində
şəxsidir, ucalığında ümumbəşəridir və həqiqi poeziya hə-
mişə hərəkətdədir».
Qarşımda Rəsul Rza ilə bağlı son illərdə çap olunan
bir neçə kitab durur, şübhəsiz, onların hər biri Rəsul Rza
poeziyasını dərin məhəbbətlə sevən bir oxucu-tənqidçi
üçün çox əzizdir. Və nəhayət, Anarın öz dəst-xətti ilə
yazıb mənə bağışladığı Rəsul Rzanın seçilmiş əsərlərinin
beşcildliyi. Sonuncu cilddə R. Rza sağ ikən mənim
onunla apardığım müsahibə də var. O müsahibədə çox
mətləblərdən söz açılır və Rəsul müəllim mənim bəzən
həyəcan və emosiya ilə verdiyim suallara elə məntiqli
cavablar tapır ki, indi də heyrətimi gizlədə bilmirəm.
Həmin müsahibədən Ənvər Məmmədxanlının fikirləri ilə
səsləşən bir məqamı da burada xatırlatmaq istəyirəm.
Rəsul müəllim deyirdi: «Bir inam hissi heç bir zaman
məni tərk etmir. Bilirəm ki, böyük yenilik, irəliləmə,
maddi-mənəvi qazanclar yolunda büdrəmələr, sarsıntılar
da ola bilər. Həyatı birtərəfli görmək, baş verən
hadisələri ümumi hərəkatdan ayırmaq düzgün nəticə
verməz. Yazıçı mürəkkəb həyata bir filosof kimi baxıb
onun, əgər belə demək olarsa, anatomik təşrihini
bacarmalıdır. Bu günün dünəndən gəldiyini, gələcəyin
bu günə bağlılığını dərk edib tarixin obyektiv inkişaf
yönünü qavramalıdır. Bir də bədii yaradıcılıq istedadı.
Bu olmasa, başqa şərtlərlə alim, filosof, ictimai xadim

128
olmaq olar, söz, fırça, musiqi sənətkarı ola bilməz».
Azərbaycan ədəbiyyatı və mənəviyyatı tarixində
Rəsul Rza fenomeninin mövcudluğu mütləq həqiqətdir
və bu həqiqəti qəbul etməyənlər Əli Kərim demişkən,
günün qızıl gözlərinin içinə düz baxa bilməyənlərdir.
Çox təəssüf ki, bu gün Anarla şəxsi münaqişədə olan bir
çoxları bu münaqişəni Rəsul Rza müstəvisinə də keçirir-
lər. Böyük yazıçı hesab etdiyim Əkrəm Əylisli də bəzən
öz hisslərini cilovlaya bilməyib Anarı günahlandırır ki,
«onun bütün işi-gücü Rəsul Rzanı təbliğ etməkdir».
Sevimli Əkrəmin bu sayaq antirəsulçuluq və antianarçılıq
mövqeyinin çoxlarında antiəkrəmçilik duyğusu
oyatdığını gizlətmirəm. Amma böyük yazıçı hesab
etdiyim Əkrəmə kiçik bir sual vermək istərdim, görəsən,
o, Rəsul Rzanın oğlu olsaydı, bu missiyadan istifadə
etməzdimi? Rəsul Rzanın XX əsr Azərbaycan
ədəbiyyatında böyük şəxsiyyətlərdən biri olduğunu Ək-
rəm müəllim mənim özümdən də yaxşı bilir.
Dahi bəstəkar Qara Qarayev yazırdı ki: «Rəsul Rza
elə şairlərdəndir ki, onların yaradıcılığının qocalmaq və
ya kasıblaşmaq qorxusu yoxdur». Və bir də Məmməd
Arazın Rəsul Rzaya həsr elədiyi şerindən bu misra:
«Zaman bir də çətin doğa o planeti».
Məncə, R.Rza haqqında bu söhbət-düşüncənin
epiqrafı üçün bu dediklərim yetər.
XX əsr Azərbaycan poeziyası üçün Rəsul Rza
kimdir? sualı ilk baxışda çox sadə, hətta primitiv
görünür. Axı bir sıra monoqrafiyalarda, dərsliklərdə,
ədəbiyyat tarixi nəşrlərində həmin suala çox geniş,

129
əhatəli cavablar tapmaq olar. Rəsul Rza sənəti həm də
ümumbəşəri olduğu üçün bu yaradıcılıq söhbəti dar milli
sferada qalmamışdır. Böyük Nazim Hikmətdən tutmuş
dünyanın bir çox görkəmli sənətkarları R.Rza
poeziyasına məhəbbətlərini gizlətməmişlər. Burada
həmin faktları xatırlatmağa lüzum yox. Ancaq bircə
faktdan yan keçə bilmərəm: «Kanadada poeziya ilə az
maraqlanırlar və şer kitabları çox nadir hallarda təkrar
nəşr olunur. Lakin Rəsul Rzanın şerlərində o qədər
yüksək humanizm var ki, Kanada və ABŞ-da da onları
minlərlə oxucu alıb oxuyur və aydan-aya oxucuların sayı
artır» («Sovetskaya literatura» jurnalının ingilis dilində
nəşriyyatının məsul redaktorunun məktubu. Moskva, 21.
Vl. 1965. Qreyvernkers Ontario, Kanada). Deməli, Rəsul
Rza poeziyasının dərin milli və ümumbəşəri bir hadisə
olduğunu açıqlayan onlarla, yüzlərlə faktı ortaya
qoymaq olar. Ancaq bütün bunları bir kənara qoyub XX
əsr şairi Rəsul Rzanın yaradıcılığına təkcə XX əsr poeziya
hadisəsi deyil, bir qədər daha geniş və qlobal zaman
hadisəsi kimi baxaq. Böyük poeziya zamanında
yaşamağa Rəsul Rza sənətinin enerjisi çatacaqmı? Tutaq
ki, XXll, ya XXlll əsrdə yazılacaq bir ədəbiyyat tarixində
Rəsul Rzadan necə danışacaqlar: yoxsa «zaman çətin bir
də doğa o planeti» misrası yüz minlərlə unudulan
mədhiyyə misralarının birinə çevriləcək? Yox, mən belə
düşünmürəm. Çünki böyük Rəsul Rzanı gələcəyə
bağlayan tellər o qədər güclüdür ki, bu mümkün deyil.
Ancaq məsələyə bir qədər konkret yanaşaq. Daha
doğrusu, Rəsul Rza kimdir? sualını əvvəlcə onun

130
yaşadığı konkret zaman müstəvisində izləyək. Əgər bu
müstəvidən yanaşsaq, Rəsul Rza Azərbaycan sovet
ədəbiyyatı hadisəsidir (necə ki, Səməd Vurğun, Mikayıl
Müşfiq, Suleyman Rüstəm) və heç şübhəsiz, sovet varlığı
və sovet həqiqətləri Rəsul Rza poeziyasından yan
keçməmişdir. Əgər bəziləri kimi R.Rza sənətinə
düşməncəsinə yanaşsaq, «Lenin» poemasını yazdığına
görə onu ittiham da edə bilərik. (Hərçənd fikrimcə
«Lenin» poeması gözəl sənət əsəridir). Ancaq istənilən
bir totalitar, ya avtoritar quruluşda şairlərin ideologiyaya
münasibəti iki cürdür. Birinci halda şair bütünlükdə
özünü həmin ideologiyaya təslim edir, bütün varlığı ilə
həmin ideologiyanın bədii tərənnümçüsünə çevrilir. Bu
cür şairlər ya bütün varlığıyla həmin ideoloji doktrinaya
inanıb səcdə edir, ya da nökərçilik missiyasını yerinə
yetirirlər. İkinci halda, şair həmin ideologiyanın
puçluğunu, mənasızlığını dərk edir, ancaq başkəsənin –
cəlladın qılıncı qarşısında öz gücsüzlüyünü də anlayır və
mümkün qədər dövlətə, ideologiyaya yox, milli-mənəvi
dəyərlərə xidmət edir.
Ancaq bütün bu mülahizələri də bir kənara qoyaq.
Sənətkarı yaşadan ilk növbədə, onun hansı bir
cəmiyyətdə yaşaması deyil, onu yaşadan əsərləridir.
Rəsul Rza müdriklik çağlarından birində yazmışdı:
Sabirdən səkkiz yaş böyüyəm,
Koroğludan on dörd yaş.
Ancaq hələ
nə Sabir deyəni
deyə bilmişəm,

131
nə Koroğlu eləyəni
eləyə bilmişəm.
Deyirəm, bəlkə
çatanda Nizami yaşına
mən də bir şey verə bildim
insanlığın
səadət uğrunda savaşına.

İndi qətiyyətlə demək olar ki, Rəsul Rza öz əsərləri


ilə «insanlığın səadət uğrunda savaşına» çox şey verə
bildi. Milli-mənəvi düşüncənin formalaşmasında digər
böyük şairlərimiz kimi R.Rza da öz sözünü deyə bildi.

Bizeni, Motsartı sevən ellərin


Yastı balabanı, tarı bol olsun.

Bu sətirlərin müəllifi Rəsul Rzadır. Vaxtilə onu kos-


mopolitizmdə, nihilizmdə, milli-mənəvi dəyərlərə
etinasızlıqda təqsirləndirənlər də olub. Ancaq gün kimi
aydındır ki, Rəsul Rza öz xalqına, bu xalqın
mənəviyyatına bütün varlığıyla bağlı idi, nəinki «Xalq,
Vətən» deyib qışqıranlardan… Mənhus 37-ci ildə və
sovet totalitar rejiminin qorxusunu hələ də canında,
qanında yaşadanlar olub, indi də var. Amma Rəsul Rza
«Qızılgül olmayaydı» poeması ilə xalqın varlığına
hopmuş qorxuya və vahiməyə müharibə elan etdi.
XX əsr Azərbaycan şerində (söhbət sovet ədəbiyyatı
mərhələsindən gedirsə) novatorluq hadisəsini yalnız
Rəsul Rza yaradıcılığı ilə bağlayanlar böyük yalnışlığa

132
yol verirlər. Bu cür düşünənlər ustad tənqidçi Məmməd
Cəfərin təbirincə desək, şerdə novatorluq məsələsinə
formalist münasibət bəsləyirlər. Heç şübhəsiz, 30-cu illə-
rin əvvəllərində «sərbəst şer» yazanları ucdan tutma
novator şair hesab edirdilər, ancaq unudulurdu ki,
novatorluğu şerin bütün formalarında həyata keçirmək
olar. O zaman bu baxımdan Səməd Vurğun şeri də
yeniliyilə seçilirdi, Rəsul Rza şeri də. Ancaq Rəsul Rza
şerindəki novatorluğu dünya poeziyasında gedən
yeniləşmənin milli ədəbi prosesdə əks-sədasıydı. Bu əks-
səda təkcə gənc Rəsul Rzanın yox, həm də M.Rəfilinin,
S.Vurğunun və digər gənc şairlərin ilk şerlərində də
qabarıq nəzərə çarpırdı.

Bir koridor
açılmış ağ
pəncərədən,
Fikrim bir sap kimi ilişmişdir
parıldayan bir xəncərə.
Önümdəki böyük şəhər
Bir pəncərə…
… Nəşədir yaşamaq,
nəşədir həyat.
Şərəf sənə, ey ölməyən kainat,
Alqış sənin ölümlə çarpışan nəğməli
türkünə,
Bir gün gələcək ölümü soxacaq
bəşər torpaq kürkünə.

133
(Mikayıl Rəfili)

İncilin, Quranın yarpaqlarını


Sovurur göylərə şimal yelləri.
Şərqin elləri
yaxın yazını
bu gündən şöhrətli və şanlı bəklər.
Açan çiçəklər
artıq yaz gününə bir nişanədir.
«Cahan qəmxanədir»
fəlsəfəsi
son nəfəsi,
Son hıçqırığını çəkmək üzrədir.
Yaz!
Qurşun qələminə sarılaraq yaz!
Mən heyranam o səsə,
Bildir hər kəsə,
bildir ki,
on ildir
Qanadları yaşıl birbayquş susdu,
Qızıl qan qusdu.

(Səməd Vurğun)

Ancaq bu ilk «sərbəst şer» nümunələri milli


poeziyada yad və gəlmə, təsir və təqlid nümunələri kimi
qəbul olunurdu. Təsadüfi deyil ki, Mikayıl Rəfili sonralar
şerdən əl çəkdi. Səməd Vurğun isə öz ruhuna doğma

134
olan heca vəzninə üz tutdu. Lakin Rəsul Rza bu yoldan
dönmədi, XX əsr dünya poetik hadisəsini Azərbaycan şe-
rində təbii, qanunauyğun hadisəyə çevirdi. Rəsul Rza bu
yolda çoxlu qınaqlarla üzləşdi, tənqidlərə ürcah oldu,
kosmopolitizmdə, nihilizmdə günahlandırıldı. Lakin
zaman keçdikcə az qala təkbaşına həyata keçirdiyi bu
novatorluq cərəyanına sadiq qaldı.

Qafiyə var, vəzni var,


Aparın, sizin olsun.
Umu-küsü, ahı-zar!
Aparın sizin olsun!
Bəs mənə?
Mənə də hərdən-hərdən
qoşmabazlar əlindən
təqlidçilər selindən
qafiyəsiz, vəznsiz
yazmağa izn olsun!

Rəsul Rza poeziyasında sərbəst şer bir günün, bir


ayın, bir ilin içərisində öz parlaq ifadəsini tapmadığı
kimi, şerdə Rəsul Rza novatorluğu da yalnız müəyyən
aylarla, illərlə ölçülü deyil. Mənim fikrimcə, Rəsul Rza
novatorluğu onun bütün yaradıcılıq dövrünün hamısına
xasdır, lakin 60-70-ci illərdə bu novatorluq öz apoqeyi
həddinə çatır. Ümumiyətlə, Rəsul Rza poeziyasındakı
novatorluğun mahiyyətini belə ümumiləşdirmək olar.
Rəsul Rza XX əsr Azərbaycan şerində ilk modernist
şairdir. Bu gün qətiyyətlə demək olar ki, o, Azərbaycan

135
şerində təkcə sərbəst şerin ilk yaradıcılarından biri kimi
deyil, həm də bu cür şerin bizim milli poeziyada
ənənəsini yaradan baniyi-kardır, daha doğrusu, o,
Azərbaycan şerində «Rəsul Rza sərbəsti» yaratdı. Və bu
yolda Rəsul Rza qətiyyən bəzilərinin düşündüyü kimi
ənənələrə arxa çevirməmişdir, lakin öz yaradıcılığı
timsalında davamlı bir ənənə yaratmışdır. Bu məqamda
mən Rəsul Rzanın ənənə ilə bağlı bir fikrini xatırlatmaq
istəyirəm: «Ənənələri hərarətlə müdafiə edən adamlar
nədənsə çox zaman onları yalnız keçmişdə axtarırlar.
Keçmişin məişət və ədəbi ənənələrinin hamısını bizim
müasir həyatımız və sənətimizin silahı eləmək
meyllərinin düzgün olmadıgını hələ demirəm. Belə bir
sual ortaya çıxır: Ənənə yaratmaq məgər yalnız keçmişin
əldəyməz hüququdur? Nə üçün bizim keçmişdən qat-qat
maraqlı və zəngin olan həyatımız yeni ənənələr yarada
bilməz və yaratmamalıdır? Milli kolorit, şerin üslubu və
cümlələri haqqında da haman sözü demək olar. Belə
düşünmək ki, «millətlər nə yarada bilərlərsə artıq
yaratmışlar, sənətdə milli xüsusiyyət isə çoxdan
tapılmışdır, burada axtarmalı bir şey yoxdur» - məncə,
tamamilə səhvdir.
Bizim həyatımızda, müxtəlif xalqların həyatının bu
qədər bir-birilə yaxından bağlı olduğu bir dövrdə, bu
xalqların böyük tarixi əməlləri birgə mübarizədə həyata
keçirdikləri bir zamanda, onlar elə xüsusiyytlər kəsb
edirlər ki, milli olduqları halda əvvəlkindən daha çox
beynəlmiləl ünsürlər daşıyırlar». Məsələ burasındadır ki,
vaxtilə Rəsul Rza yaradıcılığından söz açan bir sıra

136
tənqidçilər ancaq forma məsələsindən yapışır, onun
məlum 1-2 şerini xatırladaraq ənənəyə zidd şair kimi
qələmə verirdilər. Əslində, Rəsul Rza heç bir zaman heca
şerini gözdən salmağa (onun özü nə qədər heca şeri
yazıb, bunun əksinə, sərbəst şeri modern, müasir şer
forması kimi üstün hesab etməyə cəhd etməmişdir.
Ancaq Rəsul Rza illər boyu poeziyada şablonun, poetik
inkişafa mane olan epiqonçuluğun əleyhinə mübarizə
aparmışdır:

Deyirlər ki, şerin sətirləri


bərabər olsun gərək,
köhnə alaçıq cığları kimi.
Təşbehlər cunalı olsun, Sətirlər sığallı,
yağlı.
Qafiyələr xınalı olsun,
Köhnə bir qoçunun
bığları kimi.
Deyirlər
bir kəlmə sətir olmaz!
Sətir uzun olsun gərək,
Hər sətir heç olmasa
üç yarım
faülatün olsun gərək,
Sətirin boyu ilə ölçürlər
şerin dəyərini.
Təyyarədən doğma, əziz bilirlər
Cığalı araba təkərini.

137
Burada o zamankı tənqidçiləri təşvişə salan araba
təkəri və təyyarə obrazları idi. Cağlı araba təkəri –
ənənəvi şer, təyyarə – sərbəst şer. Deməli, primitivlik və
müasirlik… İlk baxışda bu obrazların qarşılaşdırılması və
şerdəki açıq sarkazm R.Rzanı ənənəyə qarşı çıxmaqda
töhmətləndirmək üçün müəyyən əsas verirdi. Lakin bu-
rada söhbət ənənəni qırmaqdan, onu büsbütün yeni
təsvir vasitələri ilə əvəz etməkdən getmir, söhbət
köhnəlmiş, gücdən düşmüş ənənədən və bu ənənənin
yıpranmış formalarından gedir. Yenə təkrar edirəm,
R.Rza novatorluğu yeni formada, konkret olaraq sərbəst
şerdə axtarmırdı. Novatorluq, onun fikrincə, bədii idrak,
sənətkarın dünyagörüşü, həyat hadisələrinə orijinal
münasibətilə bağlıdır. Yazırdı ki: «Unudurlar ki, yeni bir
fikir, yeni bir obraz, yeni bir ifadəsi olmayan döyənək
qafiyəli standart «fəlsəfəli» çeynənmiş təşbehli yazılara
novator sözünü yapışdırmaq səmərəsiz bir zəhmətdir. Bu
əsərlərin paxırı başqa dilə tərcümə zamanı tez açılır.
Novatorluğun yalnız formada bəlirdiyini düşünmək
sadəlövhlük olardı. Eyni zamanda formanın, hətta xarici
formanın, onun ayrı-ayrı elementlərinin mündəricə ilə
əlaqəsiz olduğunu və heç bir emosiya, təsir gücünə malik
olmadığını düşünmək daha doğru deyil».
Rəsul Rza və Azərbaycan poetik ənənələri ayrıca bir
söhbətin mövzusudur. Ancaq Rəsul Rza özü də şerdə bir
ənənə yaratmışdır və mənim fikrimcə, Rəsul Rzanın
Azərbaycan ədəbiyyatındakı ən böyük xidməti -
novatorluğu bu ənənə ilə bağlıdır. Bir çox tədqiqatçılar –
Əkbər Ağayev, Şamil Salmanov, Gülrux Əlibəyli, Arif

138
Abdullazadə, Nazif Qəhrəmanov Rəsul Rza
yaradıcılığından söz açarkən məxsusi olaraq
vurğulamışlar ki, Rəsul Rzanın yaratdığı sərbəst şer
dünya poetik təcrübəsi ilə Azərbaycan müasir şerinin
vəhdətini əks etdirir, hətta burada Azərbaycan şerinin
müasir elementləri aparıcı mövqedədir.

Mənə bir sərgi salonu verin!


Orda bir insan şəkli asacağam -
adi bir insan.
nə elə kiçik ki, məhəl qoyan olmaya,
nə elə böyük ki, baxanda qorxasan.
Orda bir insan şəkli asacam,
görünsün dünyanın hər yerindən;
zamanın keçmişindən,
dövranın indisindən,
əsrin gələcəyindən.
Bir insan şəkli asacam;
bir yanında Nəsimi -
dabanından soyulandan sonra,
Bir yanında
məşəl kimi yanmış Azəri qızı -
tunc heykəli qoyulandan sonra.
Bir yanda Cordano Brunonun külü,
Bir yanında Məmmədhəsən kişi-
ömrü, günü yollara tökülü.
Yuxarıda kosmopolit göy,
Aşağıda sərhədlə kilidlənmiş ölkələr.
Bir yanda Osvensim -

139
Minlərlə insan, beli bükülü.
…Bir insan şəkli asacam;
qapalı dodaqlarında söz yanığı.
Ətrafında bayram təntənələri.
Baxışında sınaq günləri,
Dözüm səhələri.
Şəklin müəllifi - Zaman.
Adı - insanlığın ömür yolu.

«İnsan şəkli» şerini Rəsul Rzanın humanizim


konsepsiyasında ən bariz, ən parlaq bir nümunə hesab
etmək olar. Burada bəşər tarixinin, onun təzadlı və tragik
inkişafının lirik monumental poetik abidəsi canlanır.
Dünya poeziyasında buna bənzər nümunələr tapmaq
olar (Nazim Hikmət, E. Mejalaytis, Elvi Sinervo, Ernost
Valdinqer, O.Süleymenov, Şəhriyar, Əli Kərim,
B.Vahabzadə və s.), amma Rəsul Rza bir detal vasitəsilə
bəşər tarixinin – insanlığın keçdiyi yolu simvollaşdırır.
Və həm də bu şer Rəsul Rza sərbəstinin ən parlaq
nümunəsidir. Vaxtilə İ.Selvinski Rəsul Rzanın «Rənglər»
silsiləsini «rəsmdən fəlsəfəyə doğru hərəkət»
adlandırmışdı, bu fikri təkcə «Rənglər»ə yox, «İnsan
şəkli» və bu qəbilədən olan onlarla şerinə aid etmək olar.
Rəsul Rza sərbəstində fikir, hiss, obraz və
ümumiləşdirmələr son dərəcə lakonikdir, onun
tədqiqatçısı Gülxar Əlibəylinin sözləriylə desək, Rəsul
Rzanın sərbəst şeri poetik normativ qanunlara sığmır,
şairin hər şeri, hər misrası təzədir, bu poeziya polifoniya
və çoxvəznliliyə əsaslanır, onda daimi vəzn ahəngi

140
yoxdur. Rəsul Rzanın Göyçayda gördüyü bir nərgiz
çiçəyi soyuq asfaltı yarıb günəş eşqinə necə qalxıbsa
(«Nərgiz»), onun şerlərində Azərbaycan sözləri və
ifadələri eləcə şairin poetik təfəkküründən yol alıb əbədi
obrazlara çevrilir. Elə düşünülməsin ki, Rəsul Rzanın bu
poetik hünəri təkcə sərbəst şer nümünələrinə xasdır. Yox!
Siz onun dörd misradan ibarət «Lövhə» şerini oxuyun:

Günəş qızıl yaylığını


dağ başında saldı, getdi.
Göy sularda şəfəqlənən
İşığını çaldı, getdi.
Təbiətdə nəyi vardı,
Bir qırpımda aldı, getdi.

Varmı duyan bu həsrəti


yer üzündə, insan kimi ?!

Təkcə şer deyil bu, gözəl bir rəsm əsəridəir, həzin


bir musiqidir…
2. Rəsul Rzanın müasiri, unudulmaz İlyas
Əfəndiyev yazırdı: «Rəsul Rzanın poeziyasında qılınc
kimi kəskin həqiqətlər vardır. O, heç bir zaman zahiri
gözəlliyə, heç bir zahiri effektə aludə olmayıb. Onun
hisslərində bəzən Sabirin incə qəlbi duyulur. O, sözün
həqiqi mənasında inqilabçı, novator bir sənətkardır».
Rəsul Rza novatorluğunun mahiyyətini həm də bu
«qılınc kimi kəskin həqiqətlər»də, Füzüli incəliyində və
Sabir hünərində axtarmaq lazımdır. Əgər Füzüli klassik

141
formada - qəzəldə misilsiz bir ustalıq göstərmişsə, lirik
«mən» - aşiq obrazının sevgi dünyasından böyük
dünyaya bir pəncərə açmışsa, Sabir elə klassik
formalarda oyanan əsrin ruhunu ifadə etmişsə, Rəsul Rza
həm formada, həm də məzmunda novatorluq etmişdir.
Dahi rus tənqidçisi Belinski Puşkinə həsr etdiyi məqalələ-
rinin birində yazırdı: «Şairin yaradıcılıq fəaliyyətinin
mənbəyi onun şəxsiyyətidə ifadə olunan poetik
ruhundadır, buna görə də onun əsərlərinin, ruhunun və
xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində
axtarmaq lazımdır».

Mən istəyirəm:
buludlar ağlasın,
uşaqlar ağlamasın;
analı ya anasız.
Mən istəyirəm:
güllər açılsın,
güllələr açılmasın,
amanlı ya amansız.
Mən istəyirəm:
qapılar qapanmasın,
soyuq olanda hava
gözlər qapanmasın.
Mən istəyirəm
yanğınlar sönsün,
ümüdlər sönməsin.
Meyvələr dəysin öz fəslində
Ürəklərə söz dəyməsin.

142
… hər şey insana baxsın
insan ələ baxmasın.
… mən istəyirəm
sevinc, səadət bol olsun
Ürəkdən – ürəyə
ölkədən – ölkəyə
Açıq yol olsun.

Bu şerdə Rəsul Rza şəxsiyyəti XX əsrin böyük


humanisti obrazı ilə həmahəngir. Bu böyük humanist
«mən kökümlə bu torpağa bağlıyam» deyir - onun 25
yaşında gəldiyi bu qənaət bütün yaradıcılığı boyu
dəyişilməz qaldı. Və beləcə, Azərbaycan torpağı bütün
rəngləri, çalarları ilə Rəsul Rza şerində görünməkdə idi.
O, «Qarabağ – baba yurdum» silsiləsində yazırdı:

Adım qədimdir,
Xalqımın mübarizə tarixi kimi.

Çünki o, erməni tarixçilərinin və millətçilərinin


məkrli niyyətlərindən xəbərdar idi. R.Rza bir şerində
Androniki lənətləmişdi, başqa bir şerini Stepanakertdə
«məhkəmədən» sonra vəhşicəsinə diri-diri yandırılmış üç
nəfər azərbaycanlıya həsr etmişdir:

Burda torpaq yanmışdı qapqara,


Tonqal tüstüsü yayılmışdı
yaxınlara, uzaqlara.
… Keçdi bir neçə gün,

143
Tonqal yerində çicək əkdilər.
Ancaq deyən olmadı, burda
qırmızı qərənfillər
Tonqaldan qabaq gərəkdilər,
yanıq ət qoxusundan qabaq,
qurbanlıq qoxusundan qabaq.
Soruşan olmadı,
Tonqalı kimlər qaladı,
çicəkləri kimlər əkdi?

Bu gün Rəsul Rza poeziyasının «qılınc kim kəskin


həqiqətləri» ifadə etdiyindən söz açarkən istər-istəməz
onu dahi Sabirlə ruhən doğmalaşdıran mənəvi tellər
haqqında fikirləşirsən: «Sabiri çox sevirəm. Bəlkə də,
«sevirəm» sözü, hər dəfə bu əziz adı çəkdiyim zaman
duyduğum həyəcanı ifadə edə bilmir. Sabir bütün ömrü
boyu mənim müəllimim və dostum olmuşdur. Onun
şerlərində elə cəsarət, elə mətanət, elə kədər, elə ağrı, elə
təsir gücü var ki, bəzən heyrət edirsən» - Rəsul Rza
böyük şairə heyrət və məhəbbətini belə ifadə edir və bu
heç də təəccüblü deyil ki, Sabirdən sonra bəlkə də ruhən
Sabirə ən yaxın şair Rəsul Rza olmuşdur. Hərçənd
totalitar rejimdə Rəsul Rza Sabirdən fərqli olaraq bəzən
ezop manerasına üz tuturdu, fikrini birbaşa demirdi,
amma deyə bildiyi məqamlarda da kəskin deyirdi. Rəsul
Rzanın «Rüşvətxor Binamusoviçə açıq məktub «Və»,
«Qonşu paxıl olmasa, bağ çəpəri neyləyir», «Yaltaq»,
«Anonimçi», «Kaftarlı», «Sitatcıl», «Pərsəng daşı»,
«Mığmığalar», «Mən bağa yox, ayrı bağa», «Sadə səbəb»,

144
«Baş üstə», «Həzər» şerlərini sadəcə olaraq satirik şerlər
kimi qiymətləndirmək azdır, bu gün artıq az qala sistemə
çevrilən rüşvətxorluq, yaltaqlıq, yerliçilik kimi mənhus
bəlalar hələ o zaman Rəsul Rza şerində ən dəhşətli
bəlalar kimi təkfir olunurdu. Rəsul Rza bir şair kimi heç
bir şairə nəzirə yazmayıb, ancaq onun bir neçə şeri Sabirə
nəzirə yazılıb. Və o şerlərdən biri nəzirə olsa da, elə
orjinalın özündən geri qalmır.

Taksi maşınla çıxıram yollara,


şoferi lülxan görürəm, qorxmuram.

Gah zooparkda gəzirəm səllimi,


hər cürə heyvan görürəm, qorxmuram.

Modaya vurğun bala meymunları,


az qala üryan görürəm, qorxmuram.

Gah bitirib iclası, dərhal, yenə


bir yeni elan görürəm, qorxmuram.

Şanısı, əncirləri səf-səf duran


bağları viran görürəm, qorxmuram.

Sözləri əzbər, quru natiqləri


kürsüyə qalxan görürəm, qorxmuram.

Böylə şücaətlə, sözün doğrusu, neyləyim…


Qoy olanı söyləyim:

145
Yerlipərəstlikdə hünər göstərən
arxalı nadan görürəm, qorxuram.

Bisəbəb qorxmayıram, vəchi var –


Fikrini qan-qan görürəm, qorxuram.
Dəyməsələr onlara, mikrob kimi
Günbəgün artan görürəm, qorxuram.
Qorxuram, qorxuram, qorxuram.

Rəsul Rza poeziyasında dünya necə görünür? Bu


sualın ardınca daha bir sual: Rəsul Rza poeziyası dünya
poeziyasında necə görünür? Təbii ki, bir-birindən fərqli
suallardır. Bu gün poeziyamızda bir DÜNYA obrazı var,
lakin əksər hallarda bu obraz mücərrəddir, dumanlıdır.
Lakin Rəsul Rza şerində dünya obrazı bütün görüntüləri
ilə canlanır. Rəsul Rza hələ 30-cu illərdə böyük
dünyamızda gedən ictimai-siyasi proseslərə laqeyd və
biganə qalmırdı, o dövrün inqilabi poeziyasının təsirilə
«Çapey», «Almaniya», «Madrid», «Cəlladları durdur»
əsərlərini yazdı (təbii ki, oxuduğu yazılardan
təsirlənirdi). Lakin böyük dünyamız bütün mənəvi-
psixoloji, ictimai-siyasi durumuyla 50-ci illərdən
başlayaraq Rəsul Rza şerində bütün çalarları ilə əks
olundu. «Təyyarədə düşüncələr», «Hindistan
dəftərindən», «Suriya dəftərindən», «İraq xatirələri»,
«Yaponiya motivləri», «Praqa xatirələri»… və beləliklə,
Azərbaycan şerində Hindistan obrazı, Suriya obrazı,
Yaponiya obrazı yarandı. Ancaq Rəsul Rza heç bir şe-
rində fakta, informasiyaya, məlumata boyun əyən, bu

146
faktları şerin özəyinə çevirən şair olmamışdır. Rəsul Rza
faktı dəyərləndirən, adi bir informasiyanı poezia
həqiqətinə çevirməyi bacaran şair idi. Ədəbiyyatımızda,
xüsusilə poeziyada Xirosima faciəsindən az yazılmayıb,
ancaq Rəsul Rza bircə «Gözlərin matəmi» şeri ilə
Xirosima obrazını yarada bildi:

Nəfəsi qaynar,
Göyləri ulduzlu bir yaydı.
Uşaq pəncərədə oturmuşdu
ana otaqdaydı.
Bir gurultu eşitdilər;
sonra dərin sükut oldu.
Nə göydə bulud,
Nə yarpaqlarda külək…
Tıp, tıp, tıp…
Həyəcanla döyündü iki ürək.
Qız əli ilə ovuşdurdu gözlərini,
dedi: - Ana!
Niyə söndürdün çırağı?
… Ana dinmədi,
dinə bilmədi.
Uşaq qışqırdı:
- hardasan, ana?
Su tök, qoyma gözlərim yana!
O gündən,
sanki badam gözlərin yaşı,
qara bir matəm olub
çökdü bütün cahana.

147
Bu qaranlıqda itirdi bir-birini
bala, ana.
… Kəsin, atom sınaqlarını kəsin!
Bir cür gözün matəmi
Min-min gözə çökməsin!

Dünyanın XX əsr mənzərəsi Rəsul Rza poeziyasında


bütün təzadları, fəci və dramatik məqamları ilə əks
olunmuşdur desək, əsl həqiqəti ifadə etmiş olarıq. Hətta
şairin ayrı-ayrı misraları var ki, bu misralar bütövlükdə
dünyanın nəhəng panoramının ayrı-ayrı cizgilərini
gözlərimiz qarşısında canlandırır. «Əllər iş istəyir, ağızlar
çörək. Ürəyim şan-şan olur belə işsiz əllərlə gördükcə
Hindistanı», «hanı adı dillərdə gəzən qədim Palmira!
Hanı uzaq keçmişin ölümsüz abidərəri !» - «Yerdən göyə
sükut, kömür, kül qaldı: kündə-kündə filiz, daş,
torpaqdan yoğrulmuş eybəcər sima – Xirosima» -
«Üfüqdə göy gözlərinin sarı həsrəti. Bir səs: - oğlum,
oğlum! - deyə çağırır Məməti» - «Rotterdamda,
meydanda tunc bir heykəl var. İnsan heykəli. Yüz belə
heykəl əvəz olarmı bir körpənin qana bulanmış telinə!» -
«Ağlama, Şərq, ağlama!» Yanğıları göz yaşı söndürməz»
- «Bu gecə yenə yatmamışam. Nə başım ağrıyıb, nə
xəstəyəm. Məni yatmağa qoymur dünyanın dərdi,
torpağın ağrısı» - «dünyanın ortasında … ən böyük
meydana da dar ağacı qurulsun, dara çəkilsin burda
Mars – müharibə allahı. Kəsilsin yer üzündən insan
fəryadı, insan ahı !».
Rəsul Rzanı dünyanın bir sıra görkəmli şairləri ilə

148
müqayisə eləyirlər. Məsələn, Rahid Xəlilov «Rəsul Rza
poeziyası» adlı monoqrafiyasını bu cümlə ilə bitirir: «Bu
gün müasir dünya poeziyasında Pablo Neruda və
Nezval, Nazim Hikmət və Mejalaytis kimi ən mütərəqqi
xadimlərin təmsil etdiyi bir ədəbi istiqamətdə Azərbay-
can şeri Rəsul Rzanın adı və imzası altında ləyaqətlə
təmsil olunur». Mən deyərdim ki, Rəsul Rzanı bir
novator şair kimi səciyyələndirərkən onu dünyanın hər
hansı bir sənətkarı ilə müqayisə etmək, yaxud o
nəhənglər cərgəsində Rəsul Rzanı da görmək obyektiv
reallığı əks etdirir. Ancaq kiçicik də olsa, təəssüfləndirici
bir halı qeyd etməmək mümkün deyil. Bu gün dünyanın
böyuk sənət korifeyləri ilə bir sırada adı çəkilən Rəsul
Rzanı bəyənməyən, onu başqa bir şairimiz Səməd
Vurğunla «döyüşdürən» ədəbiyyatçılar da var. Amma
Rəsul Rza hələ sağlığında yazmışdı ki:
Aydındır şerin dili,
İstəyirsən sevincdən,
İstəyirsən qəmdən yaz.
Elə aydındır bu dil,
Nadan yüz il oxusun
Yenə bir şey anlamaz.

Və bir də yazmışdı ki: «Səməd Vurğunla mənim


ədəbi mübahisələrim az olmayıb. Bəzən şəxsi özümlük
hissi ilə bizim ədəbi mübahisələrimizi tündləşdirmək,
bunlara ideya ayrılığı rəngini vermək istəyənlər olub,
bəlkə yenə var. Belə adamların Səməd Vurğunu ürəkdən
sevdiyinə inanmıram. Səməd də, mən də eyni xalqın şair

149
oğluyuq»
3. Novator Rəsul Rza həm də ədəbi məktəb
banisidir. Ədəbi məktəb sistemdir - bu sistemdə poetik
ruh, mövzu, süjet, forma- sənətkarlıq komponentləri bir-
birilə zəncir kimi qırılmaz əlaqədədir: «baniyi kar»ın -
ustadın əsərlərindəki potensiya, bəşəri problemlər ondan
sonra gələn və onun yolunu davam etdirən şairlər üçün
də bir örnək rolunu oynayır. Əlbəttə, burada təqliddən,
epiqonçuluqdan yox, davam və inkişafdan söz gedə
bilər. Bizdə tez-tez «ədəbi məktəb» istilahına müraciət
olunur. Tanınmış müasir şairlərimizin az qala hər birini
bir ədəbi məktəbin banisi elan edirlər. Hər hansı şairin
bir-iki «ardıcılı» varsa, yəni bir-iki cavan şair şöhrətli
şairin misralarına, poetik intonasiyasına, mövzularına üz
tutursa, buyur, «ədəbi məktəb» banisi göz qabağında.
Təbii ki, burada ədəbi məktəblə ədəbi təsiri bir- birilə
eyniləşdirirlər.
XX əsr Azərbaycan şerində yalnız üç ədəbi
məktəbdən söz açmaq olar: Sabir - «Molla Nəsrəddin»
ədəbi məktəbi, Səməd Vurğun və Rəsul Rza ədəbi
məktəbləri. Rəsul Rza ədəbi məktəbi 60-cı illərdə
formalaşmışdır. Qeyd edək ki, 60- cı illərdə Azərbaycan
poeziyası zamanın inkişaf meyllərini, aparıcı
tendensiyalarını dərk edib özünü yenidən qururdu. Bu
yenidənqurma prosesində təbii ki, eksperimentlər də
müəyyən rol oynayırdı. Əlbəttə, eksperimentlərin özünü
doğrultmayanları tez bir zamanda sıradan çıxır,
dəyərliləri isə ədəbi təcrübə üçün nümunəyə çevrilir.
Əgər poeziya öz inkişafının müəyyən mərhələsində artıq

150
bəzi şablonlardan, forma yeknəsəqliyindən, trafaret
halına keçmiş bədii təsvir vasitələrindən xilas ola bilirsə,
yeni təsvir üsullarına üz tutursa və bu xüsusyyətlər
yaşarılıq kəsb edirsə, bunun özü novatorluq deyilmi?
Təbii ki, bu yolda müxtəlif maneələr də mövcuddur.
Keçmiş ənənədən dördəlli yapışanlar güclü müqavimət
göstərir, yeniliklə heç cür barışmaq istəmirlər. 60-cı illər
poeziyası sözün yeni ifadə çalarını, obrazlı deyim
tərzinin rəngarəng üsullarını aşkarladı. Məlum oldu ki,
məsələn, sevginin toranı ola bilərmiş, ölüm sözünün
polyar qışı o qədər də əcaib ifadə deyilmiş, necə ki, insan
anının bir dost bağında ağaca dönməsi kimi. Məlum oldu
ki, gümüşü rəng ilə köpüklü lalələr və dəbdən düşmüş
kişi bığı arasında bənzəyiş varmış. Yaxud kabab qoxusu,
gecənin tabutuna salınmış örtük, qəssab baltası altına
düşmüş kötük, yaralı ov izində qarla sumağı rəng
arasında da belə assosiativ bağlar tapmaq olar. Yağış
gölməcəsinə «sərçələrin soyuq hamamı» demək heç də
qəbahət sayılmamalıdır. Hətta «milyon kilometrlərlə
ömür sürmüşəm» ifadəsi də diqqət yetirəndə anlaşılmaz
və mücərrəd deyil. Sadəcə olaraq, stereotip təfəkkürdən
xilas olub əşyalar və hadisələr arasında ilk baxışda
nəzərə çırpmayan bu bənzəyişləri görmək və duymaq
lazımdır.
Poetik təfəkkür əşyanın və hadisələrin yalnız
məlum qatları ilə kifayətlənməyib, burada müxtəlif
anımları, bənzəyişləri qavramırsa, bütün bunlar get-gedə
şüurda özünə yer tapa bilirsə, onun heç bir qorxusu
yoxdur. Albert Eynşteyn bədii təxəyyülün yeganə meyarı

151
kimi abstraksiyanı əsas götürürdü.
60-cı illərin şerində üslub polifonizmi xüsusilə
diqqəti cəlb edirdi. Fərdi üslub get-gedə püxtələşir,
poeziyada rəngarənglik yaranırdı. Zamanın yeni inkişaf
meyllərini, onun aparıcı tendensiyalarını da 60-c illərdə
yazıb-yaradan şairlər eyni üsulla qəbul edə bilməzdilər,
zaman hər bir şairin dünyasında eyni cür əks-səda verə
bilməz. Məsələn, Rəsul Rza kimi böyük sənətkar 60-cı
illərdə bir şair kimi sanki yenidən doğuldu. 50-ci illərdə
insana, onun şəxsiyətinə, mənəvi dünyasına böyük
maraq göstərən şair, «altmışıncı illərdə öz poetik
ideyasının ifadəsi üçün daha dəqiq və yeni vasitələr tap-
maq ehtiyacı duyur» ( G. Əlibəyova). Və Rəsul Rza 60-cı
illərdən başlayaraq poeziyanın yeni bir tendensiyasını
yaradır, cavan şairlərin bir çoxu - Əli Kərim, Fikət Qoca,
Fikrət Sadıq, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Vaqif
Səmədoğlu, Abbas Abdulla, Camal Yusifzadə - daha son-
ralar Vahid Əziz, Ramiz Rovşən, Vaqif Bayatlı bu
tendensiya ətrafında birləşirlər.
…İllər keçəcək, R.Rza ən istedadlı cavanlara
qayğısını əsirgəməcəyək, «rəqiblərinin» fikirlərinin
əksinə olaraq hər cür yaşarı ənənəni müdafiə edəcək.
Nazim Hikmətin «özünəməxsus orijinal şair, xalq
şerinin, klassik poeziyanın böyük pərəstişkarı, axtaran
şair» adlandırdığı R.Rza Azərbaycan şerinin sərt
realizmlə zənginləşməsində, üslub polifonizminin, fəlsəfi
lirikanın inkişafında böyük rol oynayacaq. Altımışıncı
illərin bir çox cavan şairləri də hərə öz istedadı
müqabilində novator R.Rzanın poetik məktəbindən keçə-

152
cəklər. Onlardan biri – Vaqif Səmədoğlu yazacaq: «Rəsul
Rza mənim ən çox sevdiyim şair deyil. Lakin onun öz
yaradıcılığında həll etmək istədiyi məsələlərin bir çoxu
məni də həyəcanlandırır. Mən bu suallara onun
yaradıcılığında cavab tapmışam.
1962-ci ildən şer yazıram. Şerlərimin ilk hakimi,
onlara ilk qiymət verən Rəsur Rza olmuşdur. Əgər onlar
gərəklidirsə, qorxunc yalan torundan uzaqdırsa, mən
bunun üçün Rəsul Rzaya borcluyam. Çünki məsuliyyət
hissi ilə şer yazmağı mənə Rəsul Rza öz şerləri və
söhbətləri ilə öyrətdi. Onun estetik zövqünün yüksəkliyi,
sadəliyi, poetik söz üçün daşıdığı böyük məsuliyyət
məndən ötrü həqiqi məktəbdir».
… Altımışıncı illər hələ başa çatmamış son dərəcə
istedadlı şair Əli Kərim dünyasını dəyişdi. Onun da
böyük istedadını ilk dəfə Rəsul Rza duya bildi. Və bu
gün R.Rzanın 30 il öncə dediyi sözlər tam həqiqətdir:
«Mən Əli Kərim haqqında danışanda keçmiş zaman
formasına müraciət eləmək istəmirəm. Çünki o, canlı şair
kimi, insan kimi bu gün də yaşayır».
Bu sözləri Rəsul Rzanın özü haqqında daha
cəsarətlə, daha ucadan söyləyirik.
Elə bu qeydləri də Əli Kərimin Rəsul Rzaya həsr
etdiyi şerindən bu misralarla başa vurmaq istərdik:

Dünyada çoxdur şair,


Necə sayım onların hamısını birbəbir.
Şair var ki, ömrünü
Başlamamış bitirir

153
Cansız əsəriylə bir,
Ömrünü də itirir.
Şair var ki, ümidi
Qafiyəyə, vəznədir.
Şair var ki, özünü
Başqasına bənzədir.
Amma şair də var ki,
Zamanın doğma oğlu;
İdrakın zirvəsindən,
Hissin yanğınlarından
Keçir şerinin yolu.
… Belə şair də vardır:
Onun ömrünün yolu
Bir əbədi yazıdır.
O, sözlər sərkərdəsi
Fikirlər qəhrəmanı
Şair Rəsul Rzadır.

ll məqalə

Mürəkkəb ifadə formaları, qeyri-adi və


«gözlənilməz poetik obrazlar və assosiasiyalar» - Rəsul
Rza poeziyasndan söz açan əksər müəlliflər bu
qənaətdədirlər. Bu yığcam və son dərəcə dürüst qənaətin
Rəsul Rzanın bütün modern şerlərinə aidiyyatı var. Mo-
dern şer dünyanı, gerçəkliyi yeni poetik təfəkkürlə
qavramaq deməkdir. Və modern şair bir əşyaya

154
boylanarkən, hamımızın min dəfə seyr etdiyi bir
mənzərəyə, görüntüyə dalarkən bizim üçün tamamilə
yeni bir naməlumluq kəşf edə bilər. Rəsul Rzanın
müxtəlif illərdə yazdığı şerlərindən istənilən qədər misal
gətirə bilərik ki, onun poetik metaforaları, təşbeh və
obrazları yeni idi, təzə idi. Başlayaq «Rənglər»
silsiləsindən. Böyük Nazim Hikmət yazırdı ki, «Rənglər»
silsiləsində Rəsul Rza bir şair kimi özü-özünü ötüb
keçmişdi. Qırx yaşına qədər o, sadəcə yaxşı şair idi. İndi
isə böyük şairdir. Daha sonra Nazim Hikmət yazırdı ki,
ola bilər onun şerləri sizin xoşunuza gəlsin, ya gəlməsin,
bu sizin öz işinizdir – ancaq onu başqa bir şairlə qarışıq
sala bilməzsiniz». «Rənglər» silsiləsi - başdan-ayağa
assosiativ təfəkkürdən doğan poetik nümunələr uzun
illər eyni ənənə üzərində tərbiyələnən əksər oxucular
üçün birmənalı qəbul edilə bilməz. Oxucu nəyə
öyrəşmişdi? Ona öyrəşmişdi ki, əşyalar və hadisələr
arasında, bənzəyənlə bənzədilən arasında uyğunluq
onların təsəvvürlərində məqbul sayılsın, yəni əgər şair
sevgilisinin camalını günəşlə müqayisə edirsə, boyunu
sərvə oxşadırsa, yerişini ceyran yerişinə bənzədirsə – bu
məqbuldur. Bu baxımdan dağ - ucalıq timsalı, vüqar
mücəssiməsi, kainat – sonsuzluq timsalıdır. Halbuki,
assosiativ təfəkkür hər bir hadisəyə və nəsnəyə, ağıla
gəlməyən qəfil yönəmdən yanaşır. Mərhum şair, Rəsul
Rza poeziyasının tədqiqatçısı Arif Abdullazadənin
təbirincə desək: «Assosiativ təfəkkür daha incə və
zahirən daha mürəkkəb ümumiləşdirmələr vasitəsilə
meydana çıxır. Burada bənzəyənlə bənzədilən arasında

155
«məsafə» daha uzun olur, məna dərinliyi daha lakonik
ifadə tərzinə əsaslanır, ümumi məzmun, konkret hiss və
düşündürmək yolu ilə yaranan assosiativ təfəkkür
obrazlı təfəkkürün ən yüksək formasıdır. Assosiativ şer
öz oxucusundan yüksək səviyyə, xüsusi intuisiya və
müəyyən istedad tələb edir. Rəsul Rza «Rənglər»
silsiləsinin «Üvertura»sında yazırdı:

Ağ, qara, yaşıl, sarı, qırmızı;


Hərəsi bir sınaqla bağlıdır.
Biri həsrətimizi xatırladır,
biri dərdimizi, biri arzumuzu.
hərəsindən bir məna arayıb
bir səbəb görən var.
… Rənglər xatirələr oyadır,
duyğuları oyadır,
Gördüyümüzdən artıq görmək istəməsək,
hər rəng adicə boyadır.
Rənglərin də musiqi kimi ahəngi var.
Ağrının, sevincin, ümidin də rəngi var.
Düşündükcə açılır,
Əlvan səhifələri rənglərin.

Burada bir misra – «gördüyümüzdən daha artıq


görmək istəməsək hər rəng adicə boyadır» - ümumən
həm «Rənglər» silsiləsinin, həm də assosiativ
poeziyasının mahiyyətini ifadə edir.
«Rənglər»i başdan-ayağa oxuduqda hər bir rəngin
nəyə isə bənzədiyini və bu bənzəyişlə ayrı-ayrı hadisələr

156
arasında eyniyyəti kəşf edirsən. Rəsul Rza ilk baxışda
anlaşılmaz və bir qədər də mücərrəd sözləri, ifadələri
müəyyən bir rəng haqqında poetik təəssürat yaratmağa
çalışır. Ancaq bütöv mənzərədə hər şey bitkin görünür.
Gəlin, istənilən bir nümunəyə müraciət edək. Məsələn
«Boz» rəngə.

Çoxlara qarışıb itənlər


Hər torpaqda bitənlər.
El anlamında və psixologiyasında boz rəng məhz
çoxluğa qarışıb sanki öz rəngini itirən bir təsəvvürü verir
(Hətta deyək ki, bir qədər mənfi çalarlırdır).

Cansız barmaqlar arasında


Sönmüş siqaretin uzun külü
Vağam güllər – selofana bukülu.

Sönmüş siqaretin uzun külü – təsəvvürümüzdə


dərhal boz rəngin çalarını yaradır, yəni burda Rəsul Rza
forma bənzərliyini əsas götürüb. Dilimizdə «vağam»
sözü həddindən artıq yetişmiş, vaxtı ötmüş, vaxtında
biçilməmiş və dərilməmiş, yaxud rütubətdən pozulmuş,
tökülmüş dərəcəsinə gəlmiş bir mənanı verir. Özü də ən
çox gül sözü ilə ilişgilidir. Məsələn, «qızıl güllər vağam
oldu». Vağam olmuş güllər isə heç şübhəsiz
təsəvvürümüzdə boz rəngində canlanacaq. Daha sonra:

Boş günlər,
boş ürəklər,

157
Həm elə, həm belə adam,
Vərdişli, könülsüz gülüş.

Bu misralarda isə Rəsul Rza boz rənglə «boş günlər»,


«boş ürəklər», «həm elə, həm belə adam», «vərdişli,
könülsüz gülüş» arasında assosiativ bağlılığı mahiyyətə
görə, məzmun uyarlığına görə axtarır. Doğrudan da boz
rəng rənglər içində sanki öz gərəksizliyi ilə seçilən bir
rənglə boş ürək və mənasız keçən günlər arasında «doğ-
malıq» var. Və yaxud sözü bütöv olmayan, mütərəddid,
gah yaxşı, gah pis təsir bağışlayan bir insanla boz rəng
arasında uyarlıq var. Daha sonra:

Soyuq tənhalıqdan,
saçlarda qalmış gümüş.
Yetim bir qız uşağının

dəyişiksiz dizliyi
Vaxtın rəngsizliyi.

Diqqət edin: iki misradan sona qədər gəldik və hər


bir misrada ifadə olunan fikir tədricən boz rəng
təsəvvürünü artırmış oldu və nəticədə gözlərimiz
qarşısında sanki boz bir dünya canlandı. Sonuncu misra
– «Vaxtın rəngsizliyi» həmin boz dünyanın mənzərəsini
tamamladı.
İstedadlı ədəbiyyatşünas Rahid Xəlilov «Rəsul
Rza poeziyası» adlı bir monoqrafiya yazıb və həmin
monoqrafiyada Rəsul Rzanın rənglərini dövrün ədəbi

158
prosesində rəng duyumu və rəng görümünün poetik
zirvəsi adlandırıb. Rahid Xəlilov «Rənglər»in verlibrin
çox orijinal bir formada ilk dəfə Fransız şairləri Appoli-
nerin, Desnosun, Santrarın istifadə etdiyini nəzərə
çarpdırır. Yazır ki, ilk baxışda asan görünən bu formada
qələm sınamaq son dərəcə çətindir. Çünki burada hər bir
misranın poetik funksiyası olmalıdır və bu misranın
«külçəsindən» müəyyən psixoloji vəziyyət görünməlidir.
Əlbəttə, həmkarımın bu fikirlərinə haqq qazandırıram;
doğrudan da «Rənglər»də hər misra müəyyən poetik
funksiyaya malikdir. Lakin eyni zamanda əlavə edək ki,
hər bir «Rəng»də ayrı-ayrı misralar həmin rəng və
mənzərə haqqında tam və dolğun təəssürat yarada
bilməz – belə ki, bütün misralar bir yerdə mənzərəni ta-
mamlamalıdır. Yenə bir başqa rəngə müraciət edək,
«Xurmayı». Xurmayı sözü heç, şübhəsiz, Xurma sözü ilə
bağlıdır. Xurma isə subtropik və mülayim iqlimli
ölkələrdə bitən, lələkvari yarpaqları olan uca ağac və bu
ağacın şirin meyvəsi deməkdir. Xurmayı da məhz Xurma
rəngi (açıq qəhvəyi) anlamındadır (el arasında Xurmayı
göz, Xurmayı saç deyirlər).

Səhrada dəvə karvanı,


Babamın zər naxışlı Quranı,
Müstəmləkələr,
Mübarizənin sönməyən alovu…
Torpağı yandırıb qovuran hərarət,
Təsəllisiz dərd.
Ağır salxımlarını

159
yaşıl yarpaqlar arasına alan
ucaldıqca ucalan
fil xortumlu ağacların
kədəri çökmüş üzlər,
Gözlər, gözlər, gözlər.

Bu «Rəng»də də assosiativ təfəkkür müxtəlif


anlayışlar arasında əlaqələri kəşf edir. Düşünmək üçün
müqayisə etmək və uyarlığı tapmaq üçün özünü köklə!
Əgər xurmayı rənglə səhrada dəvə karvanı və zər naxışlı
Quran arasında formal bənzəyişi dərhal hiss edirsənsə,
sonrakı misralarda gərək intuisiya köməyə gələ… Bu in-
tuisiya imkan verir deyək ki, müstəmləkə ölkələri ilə
xurmayı rəng arasında bağlılıq ola bilər, çünki
xurmanın yetişdiyi ərəb və Afrika ölkələrinin bir çoxu o
zaman müstəmləkə idi. Həmin ölkələrdə də müs-
təmləkəçilərə qarşı amansız mübarizə gedirdi –
«mübarizələrin sönməyən alovu». «Rənglər» silsiləsi
«Rəsmdən» fəlsəfəyə doğru hərəkətdir» (İlya Selvinski) –
öncə qeyd etmişdik bunu. Doğrudan da 60-cı illərdə
yazılan bu silsiləyə sadəcə modern şer kimi qiymət ver-
mək azdır, bu silsilədə həyatı dərk etmək prosesi var.
Həyata fəlsəfi aspektdən yanaşmaq tərzi var.
«Rənglər», bir çox tədqiqatçıların da qeyd etdiyi
kimi, əşyaların, hadisələrin zahirindən daxilinə enmək, o
əşya və hadisələrin bizə bəlli olan, görünən cəhətləri,
xassələri vasitəsilə görünməyən cəhətləri üzə çıxarmaq
funksiyası daşıyır. Dünyanın böyük sənətkarları hələ o
zaman «Rənglər»i yüksək qiymətləndirirdilər.

160
Azərbaycan ədəbi mühitində isə rənglərə ikili münasibət
yarandı. Bəziləri «Rənglər»i xalqın ruhuna yad,
mücərrəd silsilə kimi pislədi. Bəziləri isə onun əsl
qiymətini verdilər. Elə həmin illərdə Məmməd Arif ya-
zırdı: «Rəsul Rza «mübahisəli» şairlərdəndir. Onun
ətrafında həmişə söz-söhbət olur. Şairin novatorluğunu
gözdən və əhəmiyyətdən salmaq istəyənlər deyirlər ki,
guya o, çox zəngin, milli, klassik poeziyamızın
ənənələrindən uzaqlaşır, süni bir yolla gedir, guya bu yol
Azərbaycan şerinə yabançı və səhv bir yoldur.
Oxucuların bədii zövqünü təmin etmir və s. Əvvəla, onu
demək lazımdır ki, Rəsul Rzanın yaradıcılıq axtarışları
novatorluq xatirinə edilən axtarışlar deyildi. Əgər
poeziya aləmindəki səy və təşəbbüsləri nəticəsində şair
bu və ya digər yeni və müvəffəqiyyətli forma tətbiqinə
çalışırsa, burada bariz formalizm axtarmamağı, bunun
əvəzinə onun istədiyi yeni bədii ifadə formalarının nə
dərəcədə şairin qayəsinə uyğun olduğunu, onun fikir və
hisslərinin nə dərəcədə düzgün və kamil poetik şəkildə
təcəssüm etdiyini araşdırmalıyıq. Bizcə, bu nöqteyi-
nəzərdən Rəsul Rzanın şerə gətirdiyi yenilik onun öz
poetik təbiətindən doğan və onun öz sənətinə həm məna,
həm də forma cəhətindən gözəllik verən bir yenilikdir.
İkincisi, Rəsul Rza öz yaradıcılıq axtarışlarında
məhdudluqdan qaçan, milli poetik irsin nailiyyətləri ilə
bərabər öz xalqının və başqa xalqların mədəniyyətindəki
qiymətli və faydalı şeylərdən istifadə etməyə çalışan
şairlərdəndir».
Çox təəssüf ki, Rəsul Rza novatorluğunun

161
mahiyyətini bir çoxları M.Arifdən fərqli olaraq
düşünürdü də vardır və həmin düşüncə sahibləri
«Rənglər»i tapmaca mahiyyətli, başaçılmaz şer nümunəsi
hesab edirdilər.
Əlbəttə, R.Rza bu silsilsədə dünyəvi, bəşəri şair kimi
diqqəti cəlb edirdi. Azərbaycan şeri R.Rzadan və onun
bədxahlarından asılı olmayaraq, dünya poeziyasının
çağdaş axarına qoşulurdu. Ancaq onu unutmayaq ki,
R.Rzanın «Rənglər»i ilk növbədə milli poetik hadisə kimi
qavranılmalıydı. Axı, bu rənglərdə istifadə olunan duy-
ğular mənzərəsi daha çox milli təfəkkürlə bağlı idi. Axı,
rənglərə məna vermək, «Rəsmdən fəlsəfəyə doğru
hərəkət» Azərbaycan mifi, folklor və ədəbiyyatında
önəmli dərəcədə öz əksini tapmışdır. Bunu Rəsul Rza
yaradıcılığından söz açan araşdırıcılar da sonralar qeyd
edəcəklər. Yazacaqlar ki, «Rənglər» Azərbaycan nağılları
və dastanlarındakı qaynaqlardan bəhrələnib, yaxud
yazılı ədəbiyyatda rənglərlə bağlı simvolika və rəmzlərin
də «Rənglər»ə təsiri olmamış deyildi. Elə bircə dahi
Nizami Gəncəvinin «Yeddi gözəl» poemasını yada
salmaq kifayətdir.
«Rənglər» silsiləsinin sonuncu şerinə («Əl
vurmayın - rənglənib») belə bir misra var: «Səməd
Mənsur haqqında xatirələr».
Xatırladaq ki, Səməd Mənsur adlı gözəl bir
şairimiz olub. Və bu şairin «Həpsi rəngidir» adlı məşhur
bir şeri var. Həmin şer daha çox ictimai-siyasi hadisələrin
(1917-1918) tüğyan etdiyi bir dövrdə qələmə alınmışdır.
Həmin hadisələr təbiəti etibarı ilə çox həssas bir şairi,

162
Səməd Mənsuru sarsıtmışdı. Bu sarsıntılar S.Mənsurda
dünyaya, gerçəkliyə və yaşadığı cəmiyyətə qarşı bədbin
bir əhval-ruhiyyə yaratmışdı. Həmin şerdəki rəng yalan,
riya, xəyanət, şər mənasında yozulurdu. Bu şerdə
dünyanın bütün rəngləri sanki bir rəngdə cəmləşirdi.
Tünd qara, tünd boz, tünd çəhrayı… bu rənglər
büsbütün işıqdan və gözəllikdən məhrumdur.
Tədqiqatçılardan biri, mərhum Arif Abdullazadə yazırdı
ki, Rəsul Rzanın «Rənglər» silsiləsində Səməd Mənsurun
«Rəng» şerinin təsiri də duyulur. Sonra qeyd edir ki,
istər «Rənglər», istərsə də S.Mənsurun şeri həm məzmun
və forma, həm də ifadə vasitələri, obrazlar silsiləsi yazıl-
dığı zamanla bağlıdır.
Fikrimizcə, burada təsirdən söz açmaq olmaz.
Çünki S.Mənsurda dünyaya ittihamçı bir münasibət
duyulursa, hər şeyin yalan, riya-rəng üzərində bərqərar
olduğu təsdiq olunursa, Rəsul Rzada dünyanın özünün
rəngləri (ictimai-siyasi, mənəvi, fəlsəfi) ümumiləşdirilir –
kədəri, sevinci ilə birgə, tarixi və bu günü ilə yanaşı…

Görmədim bir zərri-xalis, buteyi-nasutidə,


Mənəvi min ləkkə gördum, ləlidə-yaqutidə.
Biqərəz insan olur görmək, fəqət tabutidə,
Bilməzəm varmı-sədaqət, aləmi- lahutidə,
Azma fikrim, cümlə ecazi-kəramət, rəngidir.

Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,


Görmədim heç kəsdə bir niyyət, qəzəbdən maəda,
Külli-əbnayi bəşər öz nəfsinə olmuş fəda,

163
Nəfsi uğrunda görərsə, hər bəla, hər macəra
Məsləkə isnad edər, məslək, dəyanət rəngidir.

Bu, Səməd Mənsurun «Həpsi rəngidir»


mənzərəsi… hər şey tünd biçimdə. Dünyaya etirazçı bir
münasibət - üsyan, həm də fəryad… Rəsul Rzada isə
rənglər bir biçimdə deyil. Eyni rəng müxtəlif çalarlara
malikdir. Məsələn, sarı rəngi götürək.

Dolu dənli sünbül dənizi.


Şikəst bir övlad anasının bənizi,
Payıza bürünmüş ağaclar
Payını güclülər yemiş aclar.
Məhəbbətə ləkə salan
Cingiltili metal.
Həyatdan ayrılmış xəyal.
Simlərin fəryadı,
Yol çəkən gözlər.
Qüdrətli nərgizlər.
Debussinin «kürən saçları»,
Sallaqxana qapısından girən
Qafil öküzlər,
Ağıllı dəli,
İnsan əməli.

Rəsul Rzanın «Rənglər» silsiləsi ilə çağdaş


Azərbaycan şerində novatorluq meylləri daha da
gücləndi. Bunu indi tam qətiyyətlə etiraf etməliyik. Bu
silsilə, heç şübhəsiz, 60-cı illərdə araya, ərsəyə gələn bir

164
çox istedadlı şairlərimiz üçün «şeri də belə yazarlar» qə-
naətini gücləndirdi. «Rənglər» Azərbaycan şerindən
dünyaya açılan ilk pəncərələrdən biri idi. İndi bir sıra
cavan modernist şairlər bu faktın üstündən sükutla
keçirlər. Halbuki, «Rənglər»siz Azərbaycan poeziyasının
novatorluq mənzərəsini təsəvvür etmək qeyri- müm-
kündür.
Böyük Nazim Hikmət Rəsul Rza yaradıcılığına
həsr etdiyi üç məqaləsindən birində yazır: «Şair (Rəsul
Rza – V.Y.) sadə və gündəlik məsələləri elə təsvir edə
bilir ki, ətrafındakı hər şey onun poeziyasının güclü
işığına qərq olur. Axtaran şair xoşbəxtdir. O, həyatın və
bizim özümüzün səadətini kəşf edir».
Doğrudan da bu poeziyaya baş vurduqda səndə
elə bir inam yaranır ki, XX əsr tarix kitablarından öncə
Rəsul Rzanı (eləcə də bizim digər böyük şairləri) oxumaq
lazımdır. Təkcə XX əsr yox, bəşəriyyətin keçmişi, bu
keçmişin bütün ictimai-siyasi mənzərələri, insanlığın
keçdiyi yol Rəsul Rza poeziyasında öz əksini tapmışdır.
Lakin heç şübhəsiz, R.Rza poeziyasının qəhrəmanı, əsas
mövzusu və əsas predmeti böyük hərflərlə yazılan
İNSANDIR. Bu İNSAN həm də müasir aspektdə
anlaşılmalıdır. İNSAN adına layiq nə varsa
(qəhrəmanlıq, mərdlik, ağıl, hünər, mübarizlik, inam,
qətiyyət) və nə layiq deyilsə, bu obrazda öz əksini tapır.
Şair məqalələrinin birində yazırdı ki, «insan mürəkkəb,
böyük mənalı, mübhəm, zəngin, heç bir zaman sona
qədər dərk edilə bilməyəcək bir varlıqdır. Əgər bu
varlığın heç olmasa, bir hissəsini anlamaq, duymaq,

165
başqalarına nağıl etmək üçün bir ömür lazımdırsa, bunu
məmuniyyətlə etmək bir şərəfli iş deyilmi?»

Sərt baxışla
Bir körpənin dodağından
Gülüşünü silsələr
bir möhtaca
bir qəribə
bir acizə gülsələr
bütün dünya xoşbəxt olsa,
bahar olsa,
bir səhər
Yer üzündə bircə insan acsa
Mənə toxunma.
Rəsul Rzanın təsvir etdiyi insan ən ali, humanist
duyğularla yaşayır. Bu haqda çox söz demişlər və təkrara
ehtiyac yoxdur. Ancaq bir məsələni incələmək lazımdır -
Rəsul Rzanın böyük məharətlə təsvir etdiyi insan
çoxlarının zənn etdiyi kimi, milli varlıqdan təcrid
olunmuş insan deyil. Əksinə, bütün kökləri ilə
Azərbaycan torpağına və mənəviyyatına bağlı idi.

Gecə keçmiş, ulduzlar ağ, göy, qara:


Söykənmişəm qocaman bir ağaca,
Gecə qara… durdum, düşündüm bir az.
Dedim: - nədən ulu çinar yıxılmaz,
Birdən çinar dilə gəldi: - dedi, bax!
Bu torpaqda dərindən kök salaraq
Hər tərəfə ucaltmışam qolumu,

166
Övladlarım bürüyüb sağ, solumu.
Belə məğrur dayanmağa haqlıyam,
Mən kökümə, bu torpağa bağlıyam.

Deməli, insan bütün varlığı ilə öz kökünə bağlıdır.


Kök deyəndə şair mənsub olduğu xalqın böyük tarixini
və milli-mənəvi dəyərləri nəzərdə tutub. Lakin bu insan
həm də bəşəridir, o, bəşərilikdə isə millilik itmir, ərimir.
Rəsul Rzanın insan və dünya, insan və zaman paralelləri
üzərində qurulan silsilə şerləri bunu bir daha sübut edir.
«Rəsul Rzanın insanı nə laqeyd, cılız, ələbaxan, taleyi
başqaları tərəfindən müəyyənləşdirilən, öz fərdi həyatına
qapanan bədbin binəva, fərasətsiz bədbəxtdir, nə də
dünyanın üzərində nəhəng addımlarla yeriyən fövqəl
insan; bu insan özünün böyük mənəvi – idrakı qüdrətinə
inanan adi real şəxsiyyətdir. – «Planetin övladı»dır»
(Rahid Xəlilov).

Üz qoyardım ən adi, tozlu-torpağına


Yurdum! – deyə – Anam! deyə
Mən sənin oğlunam,
Yerdə köləlik zəncirini.
Göydə imkan hasarını qıram,
İnsanam – deyə.
Planetim mənim!

Rəsul Rzanın humanizm konsepsiyasında böyük


bəşəri mənalar bəzən adi, amma gözlənilməz hadisə və

167
olaylarda reallıq kəsb edirdi və bu vəhdət səni heyrətə
gətirirdi:

Gözlərimi qapadım
Söndürdüm son ulduzu…
Hamletin səsi gəldi qulağıma;
İstədim yaxınlaşam ona
Qurğuşun asıldı ayaqlarımdan
Gedə bilmədim.
İstədim deyəm. Hamlet !
çırpınma belə.
Atanın qatili öz əmindir.
Deyə bilmədim
Gözlərimi açdım.
Pəncərədə yandırdım günəşi.
İstədim çağıram Hamleti də,
Layerti də
deyəm balalarım !
atın ədavəti, kini !
Xəbəriniz varmı,
dünən, dolu uymayan vurub
dağ ətəklərində əkini.

Rəsul Rza poeziyasında böyük bir obraz da var ki,


onun adı Vətəndir. Yaradıcılığında həmişə şablon və
trafaretdən qaçan, mədhiyyəçiliyə Rəsul Rza Vətənə də
ümumi sözlər həsr etməmişdir, - onun üçün Vətən Ərk
qalasıydı, qəhrəman Babəkin ölümqabağı dözümü,
dəyanətiydi – Sabirin cəsarəti, Göyçayın və Gəncənin

168
çinarları, Füzulinin dəfn olunduğu məzar, Müşviqin son
günüydü…

Laylası məhzun,
Nəğməsi məhzun.
Həsrəti ömründən uzun.
Qəlbi gümanlı,
Taleyi böhranlı.
Özü babadır, nənədir
adət-ənənə bir -
doğma qardaşım.
Ən gözəl şerim,
yanıqlı mahnım

Mənsizim !
Təbrizim !

İkicə sözdə («Mənsizim! Təbrizim!») Təbriz –


Cənub həsrəti ideal dərəcədə poetikləşib. Yaxud Babəkin
edam səhnəsi. Bu adi şer və adi edam təssürratı
bağışlamır. Ancaq adi sözlər dəhşətli və müdhiş bir
səhnəni tarixin o reallığını gözlərimiz qarşısında elə can-
landırır ki…

Dərin yarğan yarasından


süzülürdü qan.
Gözlərini pərdə-pərdə örtürdü
qırmızı bir duman.
Kəsdilər sağ qolunu da

169
ona elə gəldi ki,
qol deyil,
qılıncı düşdü yerə.
Babək nə uf elədi,
nə aman istədi.
Sanki uzaq-uzaqlarda
qara kəhər atının
kişnərtisin eşitdi,
Qan qurumuş dodağından
iki kəlmə qopdu:
gəlmələr, itlər !

Rəsul Rza bir insan kimi, bir şəxsiyyət kimi həm


ictimai fəaliyyətdə, həm də yardıcılığda novator idi.
Zaman sanki bu insana həmişə yeni, həmişə müasir
təfəkkür tərzi bağışlamışdı ki, onu son nəfəsinəcən
qorusun, saxlasın və bu təfəkkür tərzi hər hansı hadisə-
də, hər hansı məsələdə təzə söz demək səlahiyyətinə
malik olsun. Ona görə də bu gün ayrıca şair Rəsul
Rzadan, ayrıca publisist və tənqidçi Rəsul Rzadan və
ayrıca ictimai xadim Rəsul Rzadan danışmaq olmaz.
Yalnız bütöv Rəsul Rzadan danışmaq lazımdır ki, bu
məfhumda Rəsul Rza şair kimi də, tənqidçi və publisist
kimi də, ictimai xadim kimi də birdir. Bu gün Rəsul
Rzanın ayrı-ayrı sənət adamları haqqında qələmə aldığı
və hərarəti soyumamış yazılarını oxuyanda da
şerlərindən gələn səmimiyyət və dərinliklə üzləşirsən.
Məsələn, Rəsul Rza Səməd Vurğun və onun
poeziyasını torpağa oxşadırdı. Yazırdı ki, xalq illər boyu

170
torpağın zənginliyindən, onun meşəsindən, bulağından
istifadə edir, ondan bol məhsul götürür. Ancaq torpaq
dəyişməz, səxavətli və müdrik qalır. Bizcə bundan
səmimi və qüdrətli bir təşbeh tapmaq çətindir. Müşviq
haqqında Rəsul Rza «Qızıl gül olmayaydı» poemasını
yazdı, bu poema Müşviqşünaslığın poetik proloqu sayıla
bilər. Biz bu səmimiyyəti R.Rzanın Nazim Hikmət,
S.Rəhman, S.Rüstəm, M.Quliev, Heydər Hüseynov,
Y.Luqovskoy, İlya Selvinski haqqında qələmə aldığı
yazılarda da görürük.
R.Rza hər anı, hər günü ilə sırf ədəbiyyat adamı
idi. O, elə təkcə Bəxtiyar Vahabzadəyə üç məqalə həsr
edib və bir məqalə belə adlanır: «Bəxtiyarlıq» (bu
ifadədəki məzmun B.Vahabzadənin şair taleyini çox
doğru səciyyələndirir). Rəsul Rza bəzən professional tən-
qidçilərin gözdən qaçırdığı ayrı-ayrı ədəbi problemlərə
bir aydınlıq gətirirdi, bəzən elə həmin tənqidçılərin
unutduğu sənətkarlar və əsərlər barədə ilkin söz deyirdi.
O, «Talant, bilik, zəhmət» məqaləsini büsbütün Əzizə
Cəfərzadənin tarixi romanlarına həsr etmişdir. Başqa bir
məqaləsində Məmməd Arazın «Atamın kitabı» poema-
sından böyük ürək açıqlığı ilə söz açırdı. Ancaq onun ən
böyük xidmətlərindən biri 60-70-ci illərdə ədəbiyyata
gələn gənclərə qayğı və tələbkarlıqla yanaşmasıydı ki,
bu da öz əksini bir çox məqalələrdə tapdı. Çox gözəl
bilirdi ki, böyük ümid və arzularla ədəbiyyata gələn
Fikrət Qoca qüvvətli yenilik hissinə malik şairdir.
«Fikrət Sadığın ən yaxşı şerləri ruhən cavan,
ehtiraslı, lakin saçına çox tez müdriklik ağı düşmüş

171
adamı xatırladan şerlərdir». «Ələkbər Salahzadənin
şerlərindəki lirik hiss, səmərəli axtarış, onun poetik
istedadını göstərir». Sonralar bu ilkin proqnozlar tama-
milə özünü doğrultdu. Hələ gözəl və bənzərsiz şair Əli
Kərim haqqında analoqu olmayan iki yazı. «Əli Kərim
haqqında danışmaq o qədər də asan deyil. Çünki bu
həqiqi sənətkar, böyük şair o qədər təvazökar idi ki,
şerlərini oxuyanda fikirləşirdim ki, bu şerləri bu sakit
adam – Əli Kərim yazıbmı? Çünki onun xasiyyətində də,
şairliyində də təmtəraq, gurultu, parıltı yox idi. Lakin bu
şerlərdə olan daxili enerji, onların məna yükü o qədər
böyük idi ki, adam o şerlərə qulaq asanda doğrudan da
heyran qalırdı. Əli Kərimin şerlərində soyuq misralara,
biganə parçalara rast gəlmək mümkün deyil – bu sözlər,
bu fikirlər ancaq böyük ürəkdən gələ bilərdi». Rəsul Rza
novator sənətkar kimi, sənətdə novatorluğa meyl edən,
amma təbii ki, ilkin halda ədəbi mühitin çətin qəbul
etdiyi Vaqif Nəsibi də, Mövlud Süleymanlını da, Ramiz
Rövşəni də beləcə sevə-sevə təbliğ etmişdi…
…Rəsul Rzanın dostu Lətif Səfərova, onun ölümünə
həsr etdiyi «Rekviyem» adlı kiçik poeması var. Bu
poemada aşağıdakı misralar dünyanın Rəsul Rza tipli
bütün istedadlı sənətçilərinə aiddir və mən də böyük şair
haqqında qələmə aldığım bu söhbət - düşüncəni həmin
misralarla başa vururam:

Yoxluğunla bitmədi sənət,


bitməyəcək
Yaradacaqlar:

172
bəlkə səndən yaxşı,
bəlkə pis.
Lakin sən yarada biləcəyin
yaranmayacaq Sənsiz.

173
MÜDRIK TƏNQIDÇI

Həmişə onun nurlu simasını, gülümsər çöhrəsini


xatırlayıram. Sevinirəm ki, bir gün, bir saat müəllimim
olmasa belə, onu həmişə özümə ustad, müəllim sanmışam.
Orta məktəbin IX sinfində oxuyanda ədəbiyyat müəllimim
bizə onun müəllifi olduğu kitabdan dərs keçirdi. Ali
məktəbdə oxuyanda isə bu böyük alimin «XIX əsr rus ədə-
biyyatı» dərsliklərindən faydalanırdıq. Çox təəssüf ki, bizim
kursa rus ədəbiyyatı tarixindən mühazirələri o oxumurdu.
Amma taleyim elə gətirdi ki, həyatımın ən məsul
anlarında Məmməd Cəfər müəllimlə üz-üzə gəldim.
Əvvəlcə Nizami adına Ədəbiyyat İnstitutunun əyani
aspiranturasında qəbul imtahanı verəndə… Bir yerə
məndən başqa səkkiz namizəd var idi. Tərifləmək olmasın,
yeganə «5»i mən aldım. Özü də Məmməd Cəfər müəllim-
dən. Komissiyanın üzıvlərindən biri o idi. Və mən onun
yadından çıxmadım, məni görəndə həmişə gülümsəyirdi.
Kəmali-ədəbilə salam verməyim, onu görəndə sıxılmağım,
çəkinməyim, utanmağım xoşuna gəlirdi. Bir dəfə
aspirantların hesabatı dinləniləndə dedi: «Vaqif çox tərbiyəli
oğlandır».
Qayda belədir ki, aspiranturanı bitirəndə də imtahan
verirsən. Buna minimum imtahanı deyirlər. Bu imtahandan
da (ixtisas) «5» aldım. Komissiyanın sədri bu dəfə Məmməd
Cəfər müəllim özü idi. Mənə düşən birinci sual belə idi:
«Ədəbiyyatda tip, xarakter, obraz». Mən onlarla rus və
Qərbi Avropa müəlliflərindən nəfəs dərmədən sitatlar
gətirdim. Birdən dedi: «Dayan, bu əsərləri rusca oxumusan,

174
yoxsa tərcümədən?». Dedim ki, o əsərlərin heç biri dilimizə
tərcümə olunmayıb. Təsdiq etdi. İkinci sual Füzulidən idi.
Elə danışmağa başlayırdım ki, dedi: «Bir qəzəl de».
Başladım:

Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz,


Bu həm bir qəm ki, el tənindən əfğan eyləmək olmaz.
Nə müşkül dərd olursa, bulunur aləmdə dərmanı,
Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz.

Qəzəli deyib qurtardım, avazla oxumağımdan xoşu


gəldi. Sual verdi: «Hansı bəhrdədir bu qəzəl?», «həzəc
bəhrindədir» - dedim.
- Sevirsənmi?
Onda 1978-ci ilin may ayı idi. Subay idim. «Bəli»
dedim.
Gülümsündü. Mən yalnız sonralar bu sualın mənasını
dərk elədim. Məmməd Cəfər müəllimin estetik aləmində
sevgi məfhumu çox geniş məna daşıyırdı. Sevgi təkcə iki
nəfər – oğlan və qız arasında intim, subyektiv münasibətləri
əhatə etmir, onda o ilahi hiss necə də bəsitləşərdi. Bir qızı
sevmək (hətta onun vüsalına yetməyəndə belə) əslində,
dünyanı, insanları sevməkdir, bütün ömrün boyu o hissin
təsirilə yaşamaq, daxilən, mənən özünü saf saxlamaq, duru
qalmaqdır. Məmməd Cəfər müəllimin dahi şairimiz
M.Füzuliylə bağlı bir neçə tədqiqat əsəri var. Özü də bu
əsərlər böyük sevgiylə yazılıb. Mirzağa Quluzadənin
«Füzulinin lirikası», Həmid Araslının «Böyük Azərbaycan
şairi Məhəmməd Füzuli», Mir Cəlalın «Füzulinin

175
sənətkarlığı», Fuad Qasımzadənin «Qəm karvanı» monoq-
rafiyalarını füzulişünaslığa ən gözəl töhfələr hesab edirəm.
Amma Məmməd Cəfər müəllimin böyük bir ehtirasla
qələmə aldığı «Füzuli düşünür» və «Füzuli sevir» əsərlərini
elə indi də dönə-dönə oxuyuram. Bəlkə də Füzulini mənə
sevdirən (Füzuli ilə bağlı respublika televiziyasında 2,
radioda 4 veriliş aparmışam, bunu özüm üçün böyük fəxr
sayıram) Məmməd Cəfər müəllimin bu sözlərini xa-
tırlayıram:
«Füzuli sevirdi». Füzulini başa düşmək üçün hər
şeydən əvvəl sevən qəlbə malik olmaq lazımdır. Elə bir
qəlbə ki, sadəcə sevib yüngülləşmək, nəşələnmək çox
asandır. Bu cür sevməyi hər kəs bacarar. Sevib
kədərlənmək, bütün xalqın, elin, bəşəriyyətin dərdinə
şərik olmaq isə çətindir».
«Yüngülləşmək üçün sevməyi və təmiz niyyətlə də
olsa özünü sevdirməyi bacaranlar Füzulini anlaya
bilməzlər. Özünü Qeysə, sevdiyini isə Leyliyə oxşadanlar,
özünü Məcnun kimi nalan və giryan, sevdiyini isə Leyli
kimi məhzun və pərişan görmək istəyənlər də Füzulini
anlaya bilməzlər».
«Füzulini sağ ikən, ölüm hissələri ilə yaşayan
bədbinlər də başa düşə bilməzlər. Füzulini anlamaq üçün
eşq, həyat və səadət dolu, coşqun və şən bir qəlbə malik
olmaq lazımdır. Füzulini başa düşmək üçün ürəkdən
kədərlənməyi bacardığın kimi, ürəkdən gülməyi
bacarmalısan, nikbin olmalısan, lakin nikbinlik adı ilə
sadəcə dişlərini ağardanlar da Füzulini başa düşə
bilməzlər».

176
«Beş günlük ömrün xoş keçsin» - deyə iblis kimi
saatda bir dona girənlər Füzulini başa düşə bilməzlər.
Füzulinin poeziyası mərifət, məlamət, cəsarət, yüksək
insani məhəbbət və nəhayət, qəzəb, nifrət poeziyasıdır».
…1979-cu ilin 26 noyabrında Nizami adına Ədəbiyyat
İnstitutunda «Müasir Azərbaycan nəsrində konflikt və
xarakter» mövzusunda namizədlik dissertasiyası müdafiə
etdim. Müdafiə şurasının sədri, institutunun direktoru,
professor Mirzağa Quluzadə xəstələnmişdi. Belə hal baş
verəndə onu instututun direktor müavini, professor Kamal
Talıbzadə əvəz etməli idi. Ancaq Kamal müəllim mənim el-
mi rəhbərim idi və belə bir səlahiyyəti üzərinə götürə
bilməzdi. Odur ki, həmin gün akademik Məmməd Cəfər
Cəfərov – institutun ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri
iclasa sədrlik etdi. Müdafiə uğurla keçdi… Məmməd Cəfər
müəllim o müdafiə zamanı mənim haqqımda belə bir söz
dedi: «Elə hesab edirəm ki, bu gündən Vaqif Yusifli adlı bu
cavan öz səsini tənqidçilərin səsinə qoşa bilər». Bu, mənə – o
zamankı cavan alimə, hələ ilk tənqidi məqalələrini yazan bir
kəndçi balasına əsl xeyir-dua idi.
Məmməd Cəfər Cəfərov Azərbaycan ədəbi tənqidinin
professional mənada ilk təməl daşlarını qoyanlardan biri idi.
O, ədəbiyyat aləmində sayılan, seçilən, şəxsiyyət səviyyəsinə
yetən görkəmli bir tənqidçi, ədəbiyyatşünas olmuşdur.
Bəzən mübahisələr gedir ki, tənqidçi ilə ədəbiyyatşünasın
fərqi nədədir? Deyirlər ki, tənqidçi müasir ədəbi prosesdən,
ədəbiyyatşünas isə ədəbiyyat tarixindən yazır – fərq elə
bundadır. Məncə, doğru deyil bu fikir. Axı, ən yaxşı tən-
qidçi həm də ən gözəl ədəbiyyatşünasdır. Çünki sən

177
ədəbiyyat tarixini bilmədən müəyyən nəzəri biliklə
silahlanmadan çağdaş ədəbi prosesi necə qiymətləndirə
bilərsən?
Məmməd Cəfər müəllim bu mənada zəngin bilik
ehtiyatına malik idi. O, Şərq və Qərb ədəbiyyatını eyni
dərəcədə çox gözəl bilirdi. Xüsusilə, Şərq və Qərb fəlsəfəsini,
ədəbi-estetik cərəyanları o dövrdə onun kimi bilən az idi.
Ancaq heç vaxt bu biliyini, bu zəngin məlumatlılığını gözə
soxmazdı. Çox təvazökar insan idi. Kristal insan idi! Heç bir
zaman vəzifə davası aparmazdı, vəzifə özü gəlib onu
tapardı.
Həyat yolu da zəngin olmuşdur: Naxçıvan Pedaqoji
Texnikumunu bitirəndən sonra APİ-nin dil və ədəbiyyat
fakültəsində təhsilini davam etdirmişdi. Elə təhsil ala-ala
«Gənc işçi», sonra isə «Maarif işçisi» qəzetlərinin
redaksiyalarında işləmişdi. APİ-də aspiranturanı bitirəndən
sonra orada ədəbiyyat fakültəsinin dekanı olmuşdu, sonra
ADU-da pedaqoji fəaliyyətini davam etdirmişdi. 5 il (1945-
1949) «Ədəbiyyat qəzeti»nin baş redaktoru işlədikdən sonra
M.Cəfər ADU-ya – filologiya fakültəsinə dekan gəlir
(Deyirlər ki, dekan olanda öz maaşını bütünlüklə kasıb
tələbələrə paylayırmış), ondan sonra isə taleyini Nizami
adına Ədəbiyyat İnstitutu ilə bağlayır: Sovet ədəbiyyatı
şöbəsinin, ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, institutun
direktoru…Üç il isə Azərbaycan EA ictimai elmlər böl-
məsinin akademik-katibi (1984-1987) olur. Ömrünü
Əlyazmalar İnstitutunda baş elmi işçi kimi başa vurur.
Məmməd Cəfər Cəfərov məhsuldar tənqidçi olmuş,
demək olar ki, bir ədəbiyyat adamı kimi ömrünü bihudə

178
keçirməmişdir. Onun yazdıqlarına ancaq qibtə ilə,
heyranlıqla baxırsan. Nələr yazmayıb: Azərbaycanın ali
məktəblərində rus ədəbiyyatına aid ilk dərsliyin müəllifi –
«Rus ədəbiyyatı tarixi oçerkləri» - bunu 1939-cu ildə
hazırlamışdı. Çox sonralar üç cildlik «XIX əsr rus
ədəbiyyatı» dərslikləri yarandı. Bu dərsliklərdə hər bir oçerk
öz yüksək elmi-nəzəri səviyyəsi ilə seçilir və mən deyərdim,
rusların özlərinin yazdıqlarından heç də geri qalmır. 1964-cü
ildə onun «Azərbaycan – rus ədəbi əlaqələri tarixindən» adlı
çox samballı bir monoqrfiyası nəşr edildi. Məmməd Cəfər
müəllim bu mənada ədəbi əlaqələr sahəsində görkəmli bir
mütəxəssis idi. Ancaq təbii ki, onun əsas tədqiqat predmeti
Azərabaycan ədəbiyyatı idi. Lap qədim dövrdən müasir
çağımızacan Azərbaycan ədəbiyyatının elə bir şəxsiyyəti, elə
bir problemi olmayıb ki, M. Cəfərin nəzərindən yayınsın.
Nizami, Füzuli, Axundov, Zərdabi, Sabir, Mirzə Cəlil, Hadi,
XX əsr Azərbaycan romantikləri («Azərbaycan
ədəbiyyatında romantizm» onun ən sanballı əsərlərindən
idi), H.Cavid… daha sonra S.Vurğun, S.Rüstəm… onlarla
müasir sənətkar…Ədəbiyyatımızın müxtəlif problemləri…
hələ teatr sənəti ilə bağlı irili-xırdalı neçə yazısı…
heyrətlənməmək olurmu?
Hansı dahininsə «İnsan - üslubdur» aforizmini
xatırlayaq. Bu aforizm ustad tənqidçimiz M. Cəfərin həm
estetik görüşlərini, həm də şəxsiyyətini bütövlükdə ifadə
edir. M. Cəfər müəllimin 83 illik ömür yolun da (bunun 60
ilini elmi-tənqidi-pedaqoji fəaliyyətinə həsr etdi) heç kimsə
təkrar etmədi.
Məlumdur ki, Azərbaycan ədəbiyyatının inkişafında

179
təkcə yazıçı, şair və dramaturqlar deyil, tənqidçi və
ədəbiyyatşünaslar da mühüm rol oynamışlar. Bunların
sırasında Məmməd Cəfər müəllimin yeri ayrıdır,
özünəməxsusdur. O, Ə.Nazim, M.Quliyev, M.K. Ələkbərli,
M.Arif, H.Zeynallı, Ə.Abid kimi tənqidçilərin davamçısıdır,
eyni zamanda, bütöv bir tənqidçilər nəslinin ustadıdır. Bu
gün yaşı 50-ni keçən tənqidçi və ədəbiyyatşünasların hər biri
özünü M. Cəfər müəllimin tələbəsi saya bilər.
İlk tənqidi məqalə və resenziyalarla mətbuat
səhifələrinə yol tapan gənc qələm sahibləri beləcə
düşünürdülər: «Görəsən, M. Cəfər müəllim bu məqaləni
oxusa, narazı qalmaz ki?».
Həmişə həqiqətlər marağında apardığı axtarışlar M.
Cəfərin tənqidçi şəxsiyyətini müəyyənləşdirən başlıca meyar
olmuşdur. O, ən ağıllı, səmimi, müəllifin ürəyindən olan
məsləhətlərində olduğu kimi hər hansı əsərin ciddi
təkmilləşdirilməsini məsləhət gördüyü mülahizələrində də
eyni adamdır. M.Cəfərin tənqidi öyrədən tənqid idi, o,
müəllifi və əsəri yerlə-yeksan etməyi yox, yol göstərmək,
istiqamətləndirmək, düzgün və sağlam relsə səmtləşdirmək
vəzifəsini qarşısına qoyurdu.
Bir fakta müraciət edək:
«Həyat hadisələrinə yeni münasibət şərtdir»
məqaləsində Qabilin «Mehparə» poeması təhlil olunur.
Poema şeriyyəti etibarilə tamamilə qənaətbəxşdir. Müəllifin
məqsədini də tənqidçi duyur, əsərdə təsvir olunan
hadisələrin təbiiliyinə də şübhə edilmir; lakin tənqidçinin
fikrincə, şairin təsvir etdiyi hadisə və insanlara münasibəti
qabaqcıl və müasir mövqedən deyildir. Odur ki, tənqidçi

180
poemadakı əsas surətlərin fikir və düşüncə məhdudluğunu
ön plana çəkirdi. Müəllifi öz qəhrəmanlarına ictimai həyatın
böyük məsələləri zirvəsindən, böyük ictimai ideallar,
əməllər zirvəsindən baxa bilməməsini əsas qüsur sayırdı.
Məqalədə əsl tənqidçi sərtliyi ilə tənqidçi mədəniyəti,
tənqidçi cəsarəti ilə tənqidçi qayğıkeşliyi vəhdətdədir. Bircə
razı qalmadığı poemaya görə tənqid müəllifi, şairi qətiyyən
pislər cərgəsinə salmır, əksinə, məqalə müəllifin gələcəkdə
daha kamil sənətkar olacağına bəslənilən nikbin bir inamla
bitir.
Yuxarıda qeyd etdim ki, M. Cəfərin tənqidi öyrədən,
təbliğ edən tənqiddir. Məlumdur ki, tənqidin vəzifəsi yalnız
bədii qiymət vermək və onları qeyd etməklə qurtarmır.
Tənqid ictimai həyatla ədəbiyyat arasındakı əlaqəni
möhkəmlətməli, bədii əsərləri və bu əsərlərdəki surətləri
ümumiləşdirməli, bu surətlərdə dövrün ictimai-siyasi
mənzərəsini nə dərəcədə düzgün və dolğun əks
olunduğunu meydana çıxarmalıdır. Tənqid bu işdə
yazıçıların köməkçisi olmalıdır. Daha doğrusu, belə yerdə
tənqidçi və yazıçı çiyin-çiyinə getməlidirlər.
Bizcə, M. Cəfərin tənqidi də həmişə yazıçıya konkret
kömək və qayğıdan yaranırdı. O, yazıçını tənqid edə-edə,
əsərlərinin məziyyət və nöqsanlarını göstərə-göstərə
həqiqətə gəlib çatırdı.
M. Cəfər bütün yaradacılığı müddətində əsl avtoritet,
nüfuz və etibar qazanmışdı. Nüfuzun birinci şərti
prinsipiallıqdır. Biz bu cəhəti M. Cəfərin əksər tənqidi
yazıları üçün səciyyəvi hesab edirik. Düzdür, onun məsələn,
«Müharibə» romanı haqqında», «Saçlı və həyatımız» kimi

181
məqalələrində bir qədər ifrat tənqidlər də nəzərə çarpmışdır.
Amma çox maraqlıdır ki, bu tənqidlər həmin yazıçıları
çaşdırmamış, onları daha diqqətli olmağa səfərbər etmişdi.
Azərbaycan ədəbiyyatının ən mühüm problemləri M.
Cəfərin daimi narahatlığına, həmin problemlər ətrafında
düşünməsinə səbəb olmuşdur. O, üçcildlik «XIX əsr rus
ədəbiyyatı tarixi»n qələmə alıb, bu sahədə olan böyük
boşluğu aradan qaldırıb, eyni zamanda «Şerimizin dili və
vəzni haqqında», «Ədəbi tənqid bir elm kimi», «Ədəbi
tənqid yeni vəzifələr qarşısında», «Ədəbi qeydlər» kimi
müasir ədəbiyyat məsələlərindən bəhs edən məqalələr yazır.
O, bir tərəfdən Uitmenə, Taqora, Dostoyevskiyə aid samballı
məqalə-tədqiqatlarla çıxış edir, digər tərəfdən Yazıçılar
İttifaqının qurultaylarında şer, nəsr, uşaq ədəbiyyatı barədə
məruzəçi olur. Bir sözlə, ustad tənqidçini heç vaxt müasir
ədəbiyyatımızda onun problem və qayğılarından ayrı
təsəvvür etmək olmazdı.
Odur ki, biz burada M. Cəfərin ədəbi-tənqidi
görüşlərindən təfsilatı ilə söhbət açmağı lazım bilməyib,
onun ədəbiyyatda qəhrəman məsələsi ilə bağlı bir fikrini
xatırlamaq istərdik.
Məqalələrinin birində M.Cəfər yazırdı: «Qəhrəman! Elə
qəhrəman ki, güclü bir ağıl, idrak günəşinə çevrilib, orda-
burda dolaşan qaranlığı boğa bilsin, ildırım olub kölgələri
əritsin. Belə qəhrəmansız yazıçı - silahsız əsgərdir».
Bu fikri, M.Cəfərin bütün məqalələrində o dövrün
qəhrəmanlarının səciyyəvi əlaməti kimi nəzərə çarpırdı.
Bir neçə kəlmə də M. Cəfərin tənqidçi üslubunu səciy-
yələndirən cəhətlər haqqında…

182
Bizcə, M. Cəfərin üslubunda fəlsəfi-romantik –
publisist pafos daha artıq yer tutur. Böyük şairimiz
S.Vurğun da məhz bu mənada M.Cəfəri «filosof-tənqidçi»
adlandırmışdı. M. Cəfər əksər məqalələrində ədəbi hadisə
və əsərlərə əsl estetik kimi yanaşırdı.
Yaşar Qarayev «Gözəl insan, böyük alim» məqaləsində
yazır: «Əlbəttə, 70 yaş yaşamaq xoşdur, amma daha xoş
odur ki, bu yaşda da öz 30 yaşlı müasirlərini arxada qoya
biləsən. Onlara işgüzarlığın və nikbinliyin, həyat enerjisinin
və yaradıcılıq nəşəsinin dərsini verəsən. Məhz belə şəxsiyyət
həmişə gənc qalır».
Bu sözləri Y.Qarayev 1979-cu ildə söyləmişdi. Ondan
sonra M.Cəfər 13 il yaşadı. Amma M. Cəfərin ədəbi-tənqidi
irsi qətiyyən köhnəlməyib, əksinə, getdikcə daha da artıq
hiss edirik ki, ustad tənqidçi və görkəmli ədəbiyyatşünasın
fikirləri yenə müasirdir. Zaman keçir, bu fikirlər bizim
qolumuzdan tutur, yol göstərir bizə.
Düşünürəm ki, bax, indiki zamanda Məmməd Cəfər
kimi (elə Məmməd Arif, Cəfər Cəfərov kimi də) müdrik bir
tənqidçiyə - ağsaqqala böyük bir ehtiyac var. Allah onun
ruhunu şad eləsin!

KAMAL TALIBZADƏ

İngilis şairi, dramaturqu və tənqidcisi Con


Drayden (XVII əsr) ilk dəfə tənqid terminini işlədəndə
fikirləşməmişdi ki, illər, onilliklər, əsrlər keçəcək, bu söz
həyatın bütün sahələrində ən işlək, ən zəruri və eyni
zamanda, ən xoşagəlməz bir sözə çevriləcək, yaşından,

183
irqindən, millətindən asılı olmayaraq hər bir insanın dü-
şüncəsinə sirayət edəcək… Əslində, bəşəriyyət mövcud
olandan onunla yanaşı, insanın tənqidi təfəkkürü də
pillə-pillə irəliləmiş, bəlkə də ilk münaqişənin, ilk
müharibələrin, ilk siniflər mübarizəsinin meydana
çıxması üçün ilkin şərtə çevrilmişdir. Ancaq fakt budur
ki, tənqid termini birinci dəfə ədəbi mübahisələri
tənzimləyən, nizamlayan bir söz kimi meydana çıxmış və
tənqidin daha ümumi, daha qlobal mənasından öncə,
incəsənətdəki mövqeyi diqqəti cəlb etmişdir. Beləliklə,
tənqid termini özüylə bir sırada bu fəaliyyət sahəsi ilə
məşğul olan tənqidçini də, bu yeni termini də dünyaya
gətirmişdir. Elə indinin özündə də tənqidçi deyəndə, ilk
növbədə, bədii əsəri təhlil edən, «yazıçını oxucuya
yaxınlaşdıran» (Şklovski) bir şəxs nəzərdə tutulur.
Azərbaycanda ədəbi tənqidin kökləri çox
qədimlərə gedib çıxsa da, əslində, onun əsr yarımlıq yaşı
var. Ədəbi-ictimai fikrimizin nəhənglərindən biri-
Axundovun tarixi xidmətləri sırasında onun ilk milli
tənqidçimiz kimi missiyası da haqlı olaraq qeyd edilir.
Axundovdan sonra F.Köçərli, A.Sur, Ə.Hüseynzadə,
Seyid Hüseyn bu estafeti davam etdirdilər, ancaq qeyd
edək ki, əsl, professional tənqid iyirminci illərin sonları –
otuzuncu illərin əvvəllərində formalaşdı. Əli Nazim,
M.Quliyev, M.K.Ələkbərli, A.Musaxanlı, H.Zeynallı,
M.Arif, Məmməd Cəfər, M.Rəfili, C.Cəfərov, M.İbrahi-
mov, M.Cəlal, M.Hüseyn, Əkbər Ağayev kimi sırf profes-
sionallar yarandı. Bütün metodoloji səhvləri və «marksist
ölçüləri» ilə yanaşı, bu tənqidçilərin ədəbi prosesdə

184
rolunu qətiyyən inkar eləmək, yerə vurmaq olmaz. Bu
yazıda haqqında söz açdığım tənqidçi-ədəbiyyatşünas
Kamal Talıbzadə də məhz belə bir ədəbi zəmində
formalaşmış, kamil tənqidçi səviyyəsinə yüksəlmişdir.
Kamal Talıbzadə deyəndə, mən ilk növbədə,
səmimi, xeyirxah bir İNSAN, sonra bir ədəbiyyatşünas,
sonra tənqidçi, nəhayət, pedaqoq haqqında düşünürəm,
bir anlığa onun keçdiyi ömür yolunu xatırlayıram.
Hamımıza məlumdur ki, Kamal müəllimin atası həmişə
hörmətlə yad etdiyimiz görkəmli ədib Abdulla Şaiq
olub. İnsan genindən, kökündən-soyundan tanınır və
Kamal Talıbzadədə nə yaxşı cəhətlər varsa, ilk növbədə,
atasından ona irsən keçib. Bir də ona görə ki, Kamal
müəllim demişkən: «o, mənim xəyalımda, düşüncəmdə
elə bil indi də canlıdır, elə bil o, mənimlə hər gün danışır,
məsləhətləşir, yol göstərir, nəsihət verir. Hər gün iş
yerimə onun məzarının yanından – Fəxri Xiyabanın
qarşısından keçirəm, hər gün ona, onunla yanaşı
əbədiyyətə qovuşan çoxlu məşhurlarımıza rəhmət
oxuyuram.
Kamal Talıbzadənin atası haqqında yazdığı «Ata
haqqında oğlunun söz deməsi, xatirə yazması çətindir,
bəlkə bəzilərinə bu qeyri-təbii də görünə bilər» sözlərini
xatırlayıram. Bu etirafın səmimiliyinə qətiyyət şübhə
eləmirəm, ancaq məsələ burasındadır ki, indi mən də elə
bir vəziyyətdəyəm, Kamal Talıbzadə mənim elmi
rəhbərim olub və mənim üçün də onun haqqında söz
demək çətindən çətindir. Mən də belə düşünürəm ki,
bəzilərinə bu, qeyri-təbii görünə bilər.

185
1975-ci ildə, Ədəbiyyat İnstitutunun
aspiranturasına daxil olanda məni ilkin təbrik
edənlərdən biri Kamal müəllim oldu və bir neçə gündən
sonra mövzum təsdiq ediləndə mənə elmi rəhbər
axtarmaq heç bir problemə çevrilmədi. Kamal müəllim
imtahanda mənim cavablarımdan razı qalmışdı və odur
ki, elmi şurada bu işə məmnuniyyətlə razılıq verdi.
Elmi rəhbərlə aspirant arasında əlaqə və
münasibətlərin bir neçə «tipi» mövcuddur: elmi rəhbər
var ki, aspirantının üzünü sonda - müdafiə kürsüsündə
görür (bir az mübaliğəyə varsaq da), yetirməsinin məişət
qayğılarından tutmuş elmi problemlərinə qədər heç
nədən xəbəri olmur. Bir sözlə, yam-yaraşıq… Əgər
aspirant fərasətli çıxsa, daha doğrusu, elmə təsadüfi
gəlməmişsə, rəhbərinin qayğısını hiss etməsə də olar.
Elmi rəhbər var ki, onun üçün aspirant oğlu, qızı
timsalındadır. Bax, Kamal müəllim bu ikincilərdəndir.
Həftənin başında da, axırında da mən ona gördüyüm
işlər barədə hesabat verirdim. Bizim söhbətlərimiz çox
canlı keçirdi. Dəfələrlə deyirdi ki, elmdə polemikasız
keçinmək olmaz, sən nüfuzundan, karyerasından asılı
olmayaraq hər hansı bir müəlliflə, lap elə mənimlə etika
daxilində mübahisə etməyi bacarmalısan. Bu tövsiyə ona
gətirib çıxardı ki, axırda Kamal müəllim bir müşavirədə
məni tənqid edəndə dözə bilmədim, «üzünə ağ oldum».
Fasilədə mənə yaxınlaşıb əlini çiynimə qoydu, «bax, belə,
heç kimdən qorxma!» dedi.
Əlbəttə, illər keçdi və mən bu hərəkəti heç cür
özümə bağışlaya bilmədim. Ancaq dərindən düşünəndə

186
bir təskinlik tapdım ki, mən axı, belə deyildim, hərdən-
hərdən yazılarımda nəsə bir cəsarət dozası varsa, bu,
Kamal müəllimin xidmətidir. Onu da deyim ki, bu
günün özündə də mən Kamal müəllimi özümə ustad
hesab edirəm.
Onun yetirmələrindən biri - Nizaməddin
Şəmsizadə yazır: «Sözün kəsəsi, həmişə sənə yazmaq
öyrətmiş ustad haqqında yazmaq ən çətin dərs imiş». Bu
çətinliyi bayaq dediyim kimi, mən də hiss edirəm.
Doğrusu, heç bilmirəm hardan başlayım? Onun «Abbas
Səhhət» adlı son dərəcə qiymətli, mötəbər monoqrafiya-
sındanmı? Türkdilli ədəbiyyatşünaslıqda ilk tənqid tarixi
kimi qələmə aldığı «XX əsr Azərbaycan tənqidi», sonralar
bu əsər əsasında bir az da təkmilləşmiş «Azərbaycan
ədəbi tənqidinin tarixi» fundamental əsərlərindənmi?
Klassik və müasir ədəbiyyatmızın ən vacib, aktual və
ağrılı problemlərindən söz açan saysız
məqalələrindənmi? Bir ədəbiyyat tarixçisi və tekstoloq
kimi Nizami adına Ədəbiyyat institutunda hazırladığı,
tərtib etdiyi, redaktoru olduğu Səhhətin ikicildliyindən,
Şaiqin beşcildliyindən, S.Vurğunun altıcildliyindən, çox-
cildli ədəbiyat tarixlərindənmi? On yeddi il Yazıçılar
İttifaqında tənqid bölməsinə rəhbərlik etdiyindənmi?
Əlbəttə, bunların sayını artırmaq olar. Doğrusu, heyrət
ediləsi ömürdür. Ancaq bu ömür yolu heç də bəzilərənin
düşündüyü kimi maneəsiz, şahrah yol olmayıb. Nə
atasının – Abdulla Şaiqin ədəbi mühitdəki ağır, sanballı
çəkisi, nə Səməd Vurğunla qohumluğu gənc Kamal
Talıbzadənin elm yollarında qolundan tutub.

187
Ümumiyyətlə, kiməsə arxalanmağın, hansı avtoritetəsə
qısılmağın qəti düşməni olub. Aspirantlıq illərində mən
bunu hiss elədiyim üçün deyirəm. Həmişə mənə deyirdi
ki, heç vaxt Ədəbiyyat İnstitutunun otaqlarında, uzun
koridorunda lovğa-lovğa gəzişib mənə arxalanma, nə
olsun mən direktor müaviniyəm, hətta haqqımda pis söz
desələr də, incimə, bacarsan, cavabını ver, amma bəziləri
kimi xəbərçilik eləmə. Mövzum nəsrlə bağlı olduğu
üçün yazdığım məqalələri, sonralar dissertasiyanın ayrı-
ayrı fəsillərini məsləhət görərdi ki, o oxumamışdan əvvəl
Şamil Salmanova, Akif Hüseynova göstərim, çünki bu
alimlər ədəbi prosesi bütün incəliklərinə qədər duyurlar.
Bəli, Kamal Talıbzadə həyatda, elmdə öz yolu, öz
üslubu olan adamdır və bu yolu o, özü açıb. Ancaq elə
bir dövrdə yaşayıb ki, zamanın mürəkkəb ab-havası
onun da taleyindən yan keçməyib. Budur, Kamal
müəllimin bəzi etirafları və dövrün, zamanın onun
həyatında buraxdığı silinməz izlər: «Bizim nəsil çox
mürəkkəb bir dövrdə təhsilə başlamış və əlinə qələm
almışdı. Mən 1940-cı ildə universitetin filologiya
fakültəsinə daxil olanda ədəbiyyatşünaslığımızın əsas
qüvvələri aradan götürülmüşdü…
Stalinimizin dəhşətli tədbirləri yaşlı, təcrübəli nəsil
ilə varislik əlaqəsini birdən-birə, bir anda, bir ildə qırmış,
cavan nəsil bir növ kökündən, bünövrəsindən ayrılmalı
olmuşdu. Yeni nəslin fikrən, mənəvi şikəst «inkişafı»
üçün hər cür şərait - məcburi şərait yaranmışdı:
itaətkarlıq, fikri köləlik, həqiqəti demək həsrəti, nəhayət,
bəzən özün də inanmadığın «həqiqətləri» demək

188
məcburiyyəti və Marksın, Leninin, Stalinin sitatları ilə
düşünmək isə beyinlərimizi, mühakimələrimizi
kütləşdirmiş, yaradıcı təfəkkürü bir növ öldürmüşdü.
Bizim nəsil təxminən qırx il belə şəraitdə yazıb-yaratmış
və əgər o, öz mənliyini, özünəməxsusluqlarını müəyyən
dərəcədə qoruya bilibsə, şübhəsiz, bu onun istedadı,
fədakarlığı, qorxmazlığı, vətəndaşlığı hesabına baş
vermişdir.»
Zənnimcə, bu etiraf təkcə K.Talıbzadənin yox, onun
mənsub olduğu ədəbi nəslin də, ondan sonra ədəbiyyata
gələnlərin də etirafı kimi səslənməlidir. Özü də belə
etiraflar insana acı təəssüfdən başqa, bir qəlb rahatlığı da
gətirməlidir. Vaxtilə Lenindən, partiyadan, komsomoldan,
Qızıl Ordunun müzəffər yürüşlərindən poemalar, roman-
lar, hekayələr, şerlər yazan, hətta Stalinin qəlyanını
tərifləyən bəzi şairlər, nasirlər indi niyə susublar? Etirafın
vaxtı deyilmi? Bu mənada mən Kamal müəllimin etirafını
onun vicdanının səsi kimi qəbul edirəm. Onun «XX əsr
Azərbaycan tənqidi» monoqrafiyasının iki fəsli («Burjua
tənqidi», «Marksist tənqid») gizlətmək lazım deyil ki,
marksist ruhda yazılıb və bu fəsilləri yazarkən K.Talıbzadə
«həqiqəti» demək məcburiyyətində qalmışdı. Amma həmin
monoqrafiyanı bu iki fəslə görə gözdən salmaq, müəllifinə
qara yaxmaq şübhəsiz, yanlış yol olardı. Yenə Nizaməddin
Şəmsizadəyə müraciət edirəm: «XX əsr Azərbaycan ədəbi
tənqidi» adlı fundamental əsərində həmin şəxsiyyətlərdən
(Ə.Hüseynzadədən, Əhmədbəy Ağaoğlundan) bəhs
edərkən, müəllif təbii olaraq marksist mövqedə
dayanmışdı. İki il əvvəl bu şəxsiyyətlərə münasibətimizlə

189
bağlı sapıntılardan söz düşərkən, Kamal müəllim dedi ki,
bizim ona münasibətimiz bəzən birtərəfli, bəzən isə
kökündən yanlış olmuşdur. Ancaq bu şəxsiyyətlərdən pis-
yaxşı ilk dəfə yazanlardan az sonra «Azərbaycan»
jurnalında alimin Əhmədbəy Ağayev haqqında obyektiv
bir məqaləsi çap olundu».
Milli ədəbiyyatın özünün idrak tarixi adlandırılan
tənqid tarixinin ilk bünövrə daşlarını Kamal Talıbzadə
hörüb. İndi bu hörgü üzərində özünəməxsus bir bina
ucalıb və heç şübhəsiz, müəyyən kəm-kəsirləri olsa da, o
binanın memarı da, ustası da Kamal Talıbzadədir.
Tənqidçi Şamil Salmanov yazır: «Təsadüfi deyil ki,
bu əsər ölkəmizin hüdudlarından kənarda xarici elmi
ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmişdir.
Azərbaycan ədəbiyyatının Türkiyədə görkəmli
mütəxəssislərindən olan Əhməd Cəfəroğlu «Türkiyat
məcmuəsi»nin səhifələrində K.Talıbzadənin əsəri
haqqında məqalə yazıb orada əsərin elmi mündəricatını
geniş, ətraflı surətdə izah edib, əsərin türkdilli xalqların
ədəbiyyatşünaslığında tənqid tarixinə həsr edilən ilk
tədqiqat olmasını, burada tənqidin ədəbi fikrin əlahiddə
deyil, milli ictimai, siyasi, fəlsəfi fikirlə sıx təmasda
nəzərdən keçirildiyini göstərirdi».
Yeri gəlmişkən qeyd edək ki, istər «XX əsr
Azərbaycan tənqidi», istərsə də «Azərbaycan ədəbi
tənqidinin tarixi» monoqrafiyaları K.Talıbzadənin bir
alim-tədqiqatçı kimi xarakterini bir neçə tərəfdən
açıqlayır: birincisi, ədəbiyyat tarixçisi kimi hərtərəfli, ge-
niş erudisiyası. Çünki ədəbiyyat tarixini bilmədən, onun

190
ayrı-ayrı mərhələlərinin özünəməxsusluğunu dərk
etmədən belə bir məsuliyyətli işə girişmək qeyri-
mümkündür. İkincisi, tənqidin öz spesifikliyinin nəzərə
alınması. Çox vaxt ədəbiyyat tarixi ilə tənqid tarixini ey-
niləşdirirlər. Bu, düzgün deyil. Tənqid tarixi ədəbiyyat
tarixinin ola bilsin, tərkib hissəsidir, lakin ona müstəqil
də yanaşmaq olar. Çünki ədəbiyyat tarixində milli
ədəbiyyatın tarixi izlənilir, ona tarixilik baxımından
qiymət verilir. Tənqid tarixində isə milli ədəbiyyata
məxsusi münasibət izlənilir, ədəbiyyatın fakt və
mənzərəsinə qiymət verilir, sistemli elmi
ümumiləşdirmələr aparılır, ədəbi cərəyanlar haqqında
söz açılır. Bir sözlə, ədəbiyyatın dərki ön planda olur.
Üçüncüsü, elmi-nəzəri hazırlığı… Nəzəri biliklə
silahlanmadan, dünya və Şərq ədəbiyyatının, milli
ədəbiyyatın incəliklərinə, özünəməxsusluğuna bələd
olmaq mümkün deyil. Göstərdiyim bütün cəhətlər
Kamal Talıbzadənin yaradıcı şəxsiyyətində birləşib.
Kamal Talıbzadə istər tənqid tarixçisi, istər ədəbiyyat
tarixçisi, istərsə də nəzəriyyəçi alim kimi hər şeydən
əvvəl, polemikaya meyl edən TƏNQİDÇİdir. Yəni
tənqidçilik onun məşğul olduğu bütün fəaliyyət
sahələrinə gur bir işıq salır. Mən bu fikri söyləyərkən,
heç də onun müasir ədəbi proseslə bağlı onlarla
məqalələrini, çıxışlarını nəzərdə tutmuram. Tənqidi
keyfiyyət ədəbi hadisələrə, faktlara, hər hansı şəxsiyyətin
yaradıcılığına münasibətin əsasını təşkil edir. Bu
münasibətin özülü ibtidadan başlanır: yaxşıya yaxşı, pisə
pis demək. Bir faktı xatırlamaq istəyirəm: Sabir

191
Əhmədovun «Dünyanın arşını» romanı o vaxt bəzi
tənqidçilərin arşını ilə həyatı əyri güzgüdə əks etdirən
bir əsər kimi tənqid edilirdi. Ancaq 1971-ci ilin yan-
varında Yazıçılar İttifaqının Salyanda keçirdiyi səyyar
plenumundakı məruzəsində K.Talıbzadə əsəri yüksək
qiymətləndirdi: «Dünyanın arşını» müasir nəsrimizin
gözəl nümunələrindən biridir» qəti hökmünü verdi.
Təbii ki, bunu o zaman söyləmək cəsarət tələb edirdi.
… Kamal Talıbzadənin 70 yaşı… Çox diqqətlə, lap
yaxından baxmışam ona – ustadıma və çalışmışam ki, bu
yaşın heç olmasa bircə əlamətini axtarıb tapım, amma
fikrim 50 ilə 60 yaş arasında dolaşıb. Məncə. Bu
gəlişigözəl söz deyil, çünki Kamal müəllimin özü də
qocalıq haqqında fikirləşmir. Belə adamlar adətən,
yaşından cavan görükürlər: çünki yaradıcıq yanğısı,
ehtirası onları fikrən, lap elə zahirən qocalmağa qoymur.
Kamınca yaşayasan, ustad!

192
ƏKRƏM ƏYLISLI OLMASAYDI…

Mən Əkrəm Əylislini – çağdaş Azərbaycanın bu


böyük yazıçısını sevirəm. Bu sevgi məndə doğma ana
dilimizin südünü içirən «Adamlar və ağaclar», «Tənha
narın nağılı», «Mənim nəğməkar bibim» povestlərindən
başlandı. Və bu sevgi indi də davam edir. Doğrudur,
Əkrəm Əylisli bu illər ərzində bir yazıçı kimi çox böyük
yol keçib. Təbii inkişafı nəzərə alsaq, hətta bəzi
məqamlarda özünü də keçib, bu inkişafı hardasa
kölgələyən məqamlar da olub və özünə çata bilməyib.
Tutaq ki, özünü ötdüyü məqamda «Dəhnə» yaranıb, özü-
nə çata bilməyəndə «Yəmən» yazılıb. Ancaq bu halda bu
mənim şəxsi fikrimdir və Əkrəm Əylisli mənimlə heç
razılaşmaya bilər.
Mən Əkrəmi Azərbaycan nəsrində iki-üç lirik
nasirdən biri sayıram. Biri İlyas Əfəndiyevdir, biri Ənvər
Məmmədxanlı, biri də Əkrəm. Ancaq təbii ki, Əkrəm heç
kəsə bənzəmir. Son 10-15 ildə sırf bədii yaradıcılığı ilə
deyil, daha çox şəxsiyyəti ilə bağlı söz-söhbət obyektinə
çevrilən bir nömrəli yazıçı da elə Əkrəmdir. Mən onu gah
müxalifətdə, gah da iqtidar tərəfdə əyləşən görürəm.
Vallah, bu mənə çatmasa da, bircə onu bilirəm ki, Əkrəm
üçün nəinki iqtidar, nəinki müxalifət, lap elə bu dünya
cikinə-bikinə baş vurmaq üçündür. İntəhası, bəzi-bəzi
yazıçılar bunu gizlində edir, Əkrəm isə qışqıra-qışqıra.
Əkrəm Əylisli tək-tük yazıçılardandır ki, yeni bir
ədəbi nəsrin formalaşmasında əvəzsiz rol oynadı.
«Azərbaycan» jurnalı bu nəsli formalaşdıran bir məbəd

193
idi. Onun baş redaktor olduğu illər heç vaxt xatirimdən
çıxmır, çünki mən tənqid şöbəsinin müdiri idim. Ədə-
biyyata rəsmi çərçivədən deyil, məhz ədəbiyyat
havasından boylanmağı mən Əkrəmdən əxz etmişəm. İlk
dəfə Əkrəm Əylisli «Azərbaycan» jurnalının qapılarını
taybatay açdı, o qapılara yaxın dura bilməyən cavanlar
dəstə ilə içəri doluşdular. O cavanların bir çoxu indi əlli
yaşını da keçib, amma əsl ədəbiyyat adamı oldular. Mən
də cavanlardan biri kimi Əkrəmin qarşısında baş əyirəm.
Həyatımda iki yazıçıya daha çox minnətdaram, biri
Elçindirsə, biri də Əkrəmdir. Və mən arzu edərdim ki,
60-cı illərin ədəbi həyatına bir arzu və bir amalla atılan
əkrəmlər, elçinlər, anarlar, fikrətlər… bu əsrin sonunda
bir-birindən uzaq düşməsinlər.
Əkrəm Əylislini mən bir kimsə ilə müqayisə etmək
istəməzdim və buna ehtiyac da yoxdur. Onun boyu min
adamın içindən seçilir, cümləsi də min yazıçının
yazdığına bənzəmir. Ancaq bir anlığa təsəvvür edək ki,
belə bir yazıçı heç başdan-binədən olmayıb.
Aman Allah, bu yoxluq, bu boşluq necə hiss
olunardı: kim yazardı «Adamlar və ağaclar»ı, «Kür
qırağının meşələri»ni, «Tənha narın nağılı»nı, «Bir
misranın yuxusu»nu, «Dəhnə»ni? Azərbaycan dilinin
şirinliyini nəğmə kimi kim bizə içirərdi, ruhumuza
yayardı?
Kim bu ədəbi meydanda Əkrəmsayağı at
səyirdərdi?
Buzbulaq dünyasını bu böyük dünyaya kim
tanıdardı?

194
70-80- ci illərin cavanları «Azərbaycan»ın qapısını
açardılarmı?… Nə yaxşı ki, dünyada Əkrəm Əylisli adlı
gözəl bir yazıçımız var. Biz onu bəyənsək də,
bəyənməsək də, sevsək də, sevməsək də o, böyük
yazıçıdır.

195
BIZDƏN UZAQDA… BIZƏ YAXIN

Bizdən uzaqda – Rusiya paytaxtında bir


həmyerlimiz yaşayır, az qala 50 ildir ki, o, taleyini bu
şəhərə bağlayıb. Burada – Lomonosov adına Moskva
Dövlət Universitetini bitirib, SSRİ Elmlər Akademi-
yasının Şərqşunaslıq İnstitutunun aspiranturasında təhsil
alıb, namizədlik dissertasiyası müdafiə edib, uzun
müddət (1955 – 1972) SSRİ Yazıçılar İttifaqında milli
ədəbiyyatlar üzrə məsləhətçi işləyib. Sonrakı iş yeri
Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında
olub. İndi yenə elmi fəaliyyətini davam etdirir, filologiya
elmləri doktoru, professordur. Doğma vətəni
Azərbaycana – doğulduğu şəhəri Bakıya da yolu düşür.
Amma kimsə onu Azərbaycandan, mənsub olduğu
xalqın mədəniyyətindən uzaq bir adam hesab edə
bilməz. Çünki haqqında danışdığımız görkəmli yazıçı,
həm keçmiş SSRİ zamanında, həm də indi tanınmış
ədəbiyyatşunas Çingiz Hüseynov bütün varlığı ilə
Azərbaycana bağlıdır. Burada bir neçə amili xüsusilə
vurğulamaq istəyirəm. Birincisi odur ki, bizdən uzaqda
yaşasa da, Çingiz Hüseynov istər o dövrdə, istərsə də
indi Azərbaycanı layiqincə təmsil edən əsl ziyalıdır. O,
əsərlərinin əksər qismini rus dilində yazsa da, həmin
əsərlər (istər bədii, istərsə də elmi) Azərbaycan xalqının
tarixi, mədəniyyəti, mənəviyyatı və məişəti ilə bağlı
olmuşdur. Uzaqlarda yaşayan Çingiz Hüseynovun
«Məhəmməd, Məmməd, Məmiş» povesti, «Ailə
gizlinləri» romanı 70 – 80-ci illər Azərbaycan həyatının,

196
mənəvi dünyasının, ictimai-siyasi mənzərələrinin «ən
yaxın məsafədən» (özü də yüksək sənətkarlıqla) bədii
inikası kimi diqqəti cəlb edir.
Sanki bu əsərləri hər gün bizim öz içimizdə
yaşayan, hisslərimizə, duyğularımıza, hətta nə
düşündüyümüzə bələd olan bir yazıçı qələmə alıb.
«Fətəli fəthi» kimi monumental bir əsəri, Azərbaycan
xalqının XIX əsrdə keçdiyi tarixi yolu əks etdirən bir
romanı da həmin o uzaqda yaşayan Çingiz Hüseynov
yazıb.
İkinci amil odur ki, Çingiz Hüseynovun «zəngin
və çoxcəhətli yaradıcılığı bu çoxəsrlik mədəniyyətin
tarixində özünəməxsus və koloritli səhifələrdən birinə
çevrilib» (Vilayət Quliyev). Çingiz Hüseynovun «Mənim
bacım», «Novruzgülü», «Qızıl», «Adını demədi»,
«Məhəmməd, Məmməd, Məmiş» povestləri, «Ailə
gizlinləri» və «Fətəli fəthi» romanları çağdaş Azərbaycan
nəsrinin ən maraqlı nümunələrindən sayılır, özü də bu
əsərlərin bir çoxu elə yazıldığı dövrdə başqa dillərdə də
çap olunmuş, müəllifinə böyük şöhrət qazandırmışdır.
Bu isə, ilk növbədə, nəsrimizin uğuru kimi
qiymətləndirilməlidir.
Tənqidçi Vilayət Quliyevin Çingiz Hüseynova həsr
etdiyi «İki Çingizdən biri» məqaləsindən bu sətirləri
xatırlayıram: «Elə yazıçılar var ki, onlar yaradıcılıqlarının
müəyyən mərhələsində artıq «özlərini tapdıqları»
qənaətinə gəlirlər və sonrakı fəaliyyətləri əslində, qapalı
çevrə daxilində hərəkətə bənzəyir. Çingiz Hüseynov isə
hər yeni əsərini ondan sonra gələn əsər üçün tramplinə

197
çevirməyi bacaran, bu ehtirasla yaşayan və tapılmışlarla
heç vaxt kifayətlənməyən sənətkarlardandır. Onun
yaradıcılıq palitrasının forma və məzmun baxımından
polifonikləşməsi də hər şeydən öncə, bu axtarış
strategiyasının bəhrəsidir. Yazıçının 50-ci illərin
axırlarından çap etdirdiyi ilk hekayələri ilə 80-ci illərin
ortalarında meydana çıxan «Ailə gizlinləri» romanı
arasındakı fərq həm keçilmiş yolun böyüklüyünü,
rəngarəngliyini, həm də axtarışların vüsətini, miqyasını
aydın göstərir».
Əgər 50-60-cı illərdə yazdığı hekayə və
povestlərində Çingiz Hüseynov daha çox insana xas olan
romantik duyğuları, təmiz, saf məhəbbəti təsvir və
tərənnüm edirdisə, mənəvi aləmin gözəllikləri onu cəlb
edirdisə, «Məhəmməd, Məmməd, Məmiş»də cəmiyyətdə
baş verən mənəvi-əxlaqi proseslər üzərində düşünür,
ayrı-ayrı fərdlərin taleyində cəmiyyət hadisələrini izləyir.
«Mənim bacım» povestindəki Solmaz 50-60-cı illərin
nəsri üçün etalon sayıla biləcək maraqlı bir qəhrəman tipi
idi. «Solmaz xəyal aləmindədir. Axı, Solmaz niyə fikirli,
düşüncəli olsun: onun iri, qara gözləri var, bir baxan bir
də baxmaq istəyir; bir cüt yoğun hörüyü var, görən
toxunmaq istəyir. Solmazın boy-buxununa da söz ola
bilməz. Mahnıda deyilən kimi, bədən nazik, bel nazik.
Ali təhsili də ki, öz yerində – mühəndis.
Axı Solmaz niyə fikirli olsun? Bunu bir Solmaz özü,
bir də mən bilirəm. Çünki mən onun gözlərinə baxırdım.
Siz də baxsaydınız, görərdiniz ki, Solmaz sevir.
Sevgi hara, fikirli olmaq hara?

198
Bacım, təsəvvür edin ki, siz sevirsiniz, amma
sevdiyiniz gəncin bundan xəbəri yoxdur. Məgər fikirli,
düşüncəli gəzməzsiniz? Cürət edirsinizsə, sevdiyiniz
gəncə yaxınlaşın və ürəyinizdəkini açıb ona deyin».
Povest beləcə intizar doğuran bir süjet əsasında
qələmə alınıb. Onilliyi təzə qurtaran Solmazı heç bir
rəyini soruşmadan nişanlayırlar: «Qasım dayı Mirbəşir
əmioğlunun xahişini yerə salmayıb qızını Mirbağırın
oğlu qırmızıyanaq, göygöz Abbasa verməyə razı
olduğunu bildirmişdi».
Amma Solmaz Abbası sevmir, Rizvanı sevir,
sevgisini isə ona bildirməyə uzun müddət tərəddüd edir.
Povestin sonu da belə bir xoşbəxtliyə hələ tam təminat
vermir, amma hiss edirik ki, o, nəhayət, qəti qərara
gələcək.
Çingiz Hüseynovun «Novruzgülü» povestində də
sevgi və səadət axtarışı ön plandadır. Povestin
qəhrəmanları Novruz və Məryəm – birincisi subay,
ikincisi ərli qadın elə ilk baxışdan bir-birini sevirlər.
Cəmiyyət və sabitləşmiş əxlaq qanunları belə bu saf,
təmiz sevginin qarşısında acizdir.
Yetmişinci illərdə Çingiz Hüseynov «Məhəmməd,
Məmməd, Məmiş» povestini yazdı və bu povest
cəmiyyətdə baş verən neqativ prosesləri, sosial bəlaları
əks etdirmək baxımından böyük əks-səda doğurdu.
Sovet İttifaqında, o cümlədən Azərbaycanda soyuq qarşı-
lanan povest xaricdə yüksək qiymətləndirildi. Çünki
povestdə yerliçilik və tayfaçılıq, cəmiyyəti bürümüş
korrupsiya, mənsəbpərəstlik kəskin tənqid atəşinə

199
tutulmuşdu. Sonralar yazdığı «Ailə gizlinləri»
romanında isə bu tənqidin miqyası daha da genişləndi.
«Fətəli fəthi» romanı isə Ç.Hüseynovun tarixi
hadisələrə müasir təfəkkür işığında yanaşdığını sübut
elədi. Roman ilk dəfə «Labüdlük» adı ilə, həm də povest
kimi təqdim olunmuşdu. Sonralar müəllif, Axundovun
həyat və fəaliyyəti ilə bağlı axtarışlarını davam etdirdi,
yeni faktlar və sənədlərlə tanış oldu.
Roman təkcə Mirzə Fətəli Axundov haqqında deyil,
ümumən XIX əsr haqqında, o dövrün ədəbi-mədəni,
siyasi mənzərəsi haqqındadır. Burada Çingiz
Hüseynovun tədqiqatçı-alim erudisiyasına heyrət etməyə
bilmirsən. Lakin əlbəttə, yazıçı hər bir sənəddən, yaxud
tarixi faktdan məqamında istifadə edir, o faktları quru və
çılpaq informasiya şəklində deyil, bədiiləşdirərək,
«obrazlaşdıraraq» təqdim edir.
«Fətəli fəthi» öz bədii quruluşu etibarilə də orijinal
bir romandır. Tənqidçi Akif Hüseynov yazırdı: «Təhkiyə
assosiasiyalar əsasında inkişaf edir, faktlar, düşüncələr,
yaşanılan hisslər arasında daima rabitə izlənilir, bunlar
bəzən gözlənilməzliyi ilə bizi təsirləndirir, nüfuz
məharəti ilə düşündürür. Əsərdə həmişə çevik, narahat,
hey axtaran, duymağa, anlamağa çalışan tədqiqatçı-
sənətkar idrakı bizi müşayiət edir və forma
mütəhərrikliyi də bununla şərtlənir. Yazıçı diqqətini
daxili aləmə, qəhrəmanların mənəvi keyfiyyətlərinin,
psixologiyasının təcəssümünə yönəldir. Buna görə də biz
qəhrəmanın mənəvi dünyasına daxil oluruq, bu
dünyanın dramatizmini, mürəkkəbliyini və vüsətini hiss

200
edirik».
M.F.Axundovun Azərbaycan xalqının
mədəniyyətində, ictimai-fəlsəfi fikrində oynadığı misilsiz
rol hamımıza məlumdur. Axundov təkcə Azərbaycan
üçün deyil, bütün Yaxın və Orta Şərq üçün bir çox
sahələrdə banilik etmiş, gələcək üçün ilk cığır açanlardan
biri olmuşdur. Lakin Axundovun yaşadığı dövr son
dərəcə ziddiyyətli, mürəkkəb bir dövr idi: bu elə dövr idi
ki, Şərq xalqları müstəmləkəçilik buxovlarını artıq hiss
edir, ondan qurtarmaq üçün yollar arayırdı. Bunun üçün
isə öz mənliyini dərk etmək, maarif, mədəniyyət yoluna
çıxmaq, xalqın gücündən, fiziki qüvvəsindən əvvəl onun
zəkasını, ağlını hərəkətə gətirmək lazım idi. Bu şərəfli
missiyanı müəyyən mənada Axundov həyata keçirdi.
Axundov haqqında çoxlu tədqiqat əsərləri yazılıb, onun
yaradıcılığının ədəbi-ictimai, fəlsəfi istiqamətləri barədə
axtarışlar indi də davam edir. Lakin Axundov bir
şəxsiyyət kimi ilk dəfə Çingiz Hüseynovun romanında
fəth edilir.
«Əsərin qəhrəmanı, Şərqi və Qərbi fəth edən, adı
dünyaya yayılmış Fətəlidir; o Mirzə Fətəli ki, ziddiyyətli
ömür yolu keçmiş, yüksək rütbələrədək ucalmışdır,
sinəsi nişanlı, çiyni paqonlu libası altında həmişə xalqın
dərdinə qalan, yanar, alovlu ürək döyünmüşdür». Əsər
bu sözlərlə başlayır və biz müəllifin məramını dərhal hiss
edirik.
Mirzə Fətəli və XIX əsr! Romanda əsrin, demək olar
ki, bütün mühüm tarixi hadisələri Mirzə Fətəlinin
mənəvi vicdanının aynasında əks olunur. Mirzə Fətəli

201
hər bir hadisəyə və hər bir tarixi şəxsiyyətə öz
münasibətini bildirir, beləliklə, biz mütəfəkkir bir insanın
təkcə daxili dünyasını, mənəvi aləmini deyil, həm də
onun əsrin hadisələri ilə bərabər inkişafının da şahidi
oluruq. Əsərdə Axundovun bir sənətkar və insan,
mütəfəkkir filosof və ictimai xadim kimi keçdiyi yollar
pillə-pillə təsvir olunur. Və heç də təəccüblü deyil ki,
Mirzə Fətəli keçdiyi ömür yoluna tarixin, əsrin keçdiyi
yol kimi qiymət verir. Romanın sonuncu – üçüncü fəsli
«İflas» adlanır. Axundovun görmək istədiyi, amma
mövcud tarixi şərait üzündən həyata keçirə bilmədiyi
böyük arzular elə öz sağlığında iflasa uğrayır. Lakin
bütün bunları həyata keçirmək müşkül məsələydi, tarixi
şərait yaranmamışdı. Buna baxmayaraq Axundov bir
mütəfəkkir kimi mənsub olduğu xalqın arzularını
gələcəkdə də olsa həqiqətə çevirəcəyinə inanırdı.
Əsərin son fəsillərində Mirzə Fətəli gələcək nəslə
xitab edir, sanki öz tərəddüdləri, zəiflikləri, səhvləri,
ziddiyyətlərinin kökünü araşdırır.
«Gələcək nəsillər bizim haqqımızda fikirləşib
deyəcəklər: ata-babalarımız nə axmaq, nə zəif, nə qorxaq
olmuşlar?»
Axmaq olmuşlar – çünki axmaqlara tabe olub
onlara səcdə etmişlər və bilmişlər ki, onların başı üstündə
axmaq oturmuşdur, lakin bunu bilə-bilə, bunu duya-
duya susmuşlar, bir kəlmə də olsun onların əleyhinə
deməmişlər.
Zəif olmuşlar – çünki zülmü görüb onun ətəyindən
tutmuşlar, ona pənah gətirmişlər və etiraz fəryadı yalnız

202
daxilən onların qəlblərindən qopmuş, yalnız öz ailələri
dairəsində, yaxın dostları arasında pıçıltıyla deyilmiş və
bu etirazı, bu fəryadı nə xalq eşitmiş, nə də cəmiyyət
bilmişdir.
Və qorxaq olmuşlar – cünki həyatları, ömürləri
üçün tir-tir əsərlərmiş, halbuki, hamı öləcəkdir!.. Qul
olmuşlar, yaltaqlanmışlar, insan ləyaqətini ad-san, var-
dövlət naminə ayaqlamışlar.
«Ey! – bağırıb gələcək nəsillərə demək istəyirəm, –
biz axmaq deyildik! Siz haqlısınız: Biz görürdük ki,
başımız üstündə nadan durub, iki kəlməni birləşdirib
bir söz deməyə belə acizdir. Lakin bizim aramızda
elələri də vardır ki, belə insanlar bizim müasirimiz
olmuşlar, – bilə-bilə, dərk edə-edə, açıq-aydın
mübarizəyə atılıb canlarından keçmişdilər!». Əsərdə
Mirzə Fətəlinin mənəvi kamilliyi, yetkinliyi onun
hadisələrə, insanlara təkcə humanizm, demokratizm
cəbhəsindən yanaşmasında, qabaqcıl rus və Qərbi
Avropa ziyalılarının mövqeyində dayanmasında deyil,
həm də hadisələri müstəqil qiymətləndirməsində,
bəzən irəlini görməsində, ümidləri puç olduqda belə
yenə gələcəyə inamla baxmasında aşkara çıxır.
Puşkinin dueldə öldürülməsi hadisəsi onun gənc
qəlbini sarsıdır və Axundov bu matəmi ürəyindən
keçirərək poeziyaya çevirir. Puşkinin ölümü sanki
Axundovun büsbütün oyanması üçün ciddi təkan olur.
Getdikcə «Xeyirxah çar»ın və çarların, şahların və
sultanların ədalətinə inam sarsılır. Bəs hansı yolu
seçməli? Fətəli daxili bir inamla söz, sənət yolunu

203
intixab edir, «Təmsilat»ı yaradır, «Kəmalüddövlə
məktubları» meydana gəlir. Beləliklə, Ç.Hüseynov
Mirzə Fətəlinin bir insan və sənətkar kimi xarakterini
bütün ziddiyyətləri və mürəkkəbliyi ilə göz önündə
canlandırır. Yaşar Qarayev romanın ilkin povest
variantı barədə yazmışdı:
«Labüdlük» daha çox povest–tədqiqat, povest–
düşüncədir: onun əsas fəlsəfi-psixoloji məzmunu
Axundovun «zaman və mən» düşüncələridir və bu
düşüncələrə Çingiz Hüseynovun verdiyi müasir-bədii
analitik təhlillərdir. Elə bu iki qütbün çarpazlaşıb-kəsiş-
məsindən də əsərdə müasirliklə keçmişin sintezi yaranır,
povestin təhkiyə tərzində və üslubunda özünü göstərən
iki bədii şüur axını və iki bədii informasiya arasında bir
növ qaynaq əmələ gəlir. Məhz belə bir ikiplanlılıq isə öz
növbəsində ona səbəb olur ki, müəllif əsas məqsədinə
çatsın, yalnız öz dövrünün – XIX əsrin oğlu olan Fətəlini
yox, həm də bizim günlərin – XX əsrin Fətəlisini yaratsın,
onun bilavasitə bizə lazım olan, müasirliyin ideya-
mənəvi təcrübəsi və ədəbi axtarışları işığında görünən
bədii obrazını rəsm etsin». Bu mülahizələri «Fətəli fəthi»
romanı barədə də söyləmək olar. Romanda müasirliklə
keçmişin sərhədləri bir-birinə qarışaraq əslində vahid bir
zaman ideyasını əmələ gətirir: XIX əsrdə yaşayan
Axundov bizim mənəvi müasirimizə çevrilir.
Çingiz Hüseynov – görkəmli tədqiqatçı-alimdir.
Onun «Voprosı literaturı», «Drujba narodov»,
«Literaturnoe obozrenie» və s. jurnallarda Azərbaycan
ədəbiyyatı, həmçinin Ümumittifaq ədəbi prosesiylə bağlı

204
məqalələri çap edilib. Doğrudur, bir çox məqalələri
«çoxmillətli sovet ədəbiyyatının» problemlərinə həsr
olunub, ancaq o məqalələrdə də bu gün öz aktuallığını
itirməyən fikirlər az deyil.
1982-ci ildə bu görkəmli yazıçı və alimlə tanış
oldum. Əvvəlcə məktub vasitəsilə… Mən «Roman
haqqında qeydlər» adlı 40 səhifəlik bir məqalə
yazmışdım. Onu «Azərbaycan» jurnalına – öz dərgimizə
təqdim etməmişdən əvvəl istəyirdim kimsə rəy yazsın,
öz fikrini bildirsin. Və birdən, qəfildən ağlıma gəldi ki,
məqalənin ikinci nüsxəsini məktub vasitəsilə Çingiz
Hüseynova göndərim (o zaman poçt və rabitə sistemi
dəqiqliklə işləyirdi), qoy rəy yazsın. Elə də etdim. Çox
keçmədən Çinqiz Hüseynovun rəyi gəldi. Bir-iki xırda
kəm-kəsiri göstərməklə o, məqaləyə yaxşı bir rəy
yazmışdı. Bundan sonra Ç.Hüseynov Bakıya gəldi,
Yazıçılar İttifaqına, oradan «Azərbaycan» jurnalı
redaksiyasına təşrif buyurdu. Hamı ilə salamlaşdı. «Vaqif
Yusifli kimdir» - deyə soruşdu. Tanış olduq. Elə ilk
tanışlıqdaca onunla bir kənara çəkilib bir saatlıq söhbət
elədim, məni düşündürən ədəbi məsələlər barədə ona
dalbadal suallar verdim. Sonra onun sualları başlandı.
Çingiz müəllimə söz verdim ki, jurnalda maraqlı nə
çıxsa, əlüstü ünvanına göndərəcəyəm. Sözümə əməl
etdim. Arada yenə Bakıya gəlirdi, yenə görüşürdük.
Onun məndə bir neçə məktubu durur, hər məktub cəmi
6-7 cümlədən olsa da, hər cümlə bir frazanı, bir hikmətli
kəlamı xatırladır. Mən onu ədəbiyyat üçün düşünən,
onun təəssübünü çəkən azərbaycanlılığı ilə fəxr edən bir

205
ziyalı kimi tanıdım, dərk elədim, sevdim. Təəssüf ki, 90-
cı ildən üzü bu yana Çingiz müəllimlə əlaqələrimiz
kəsilib. Son görüşümüzdə demişdi ki, XX əsrin əvvəlləri
Azərbaycan ictimai-siyasi həyatı ilə bağlı böyük roman
yazmaq arzusundadır. Ümid edirik ki, o roman yazılsa,
ilk dəfə bizim jurnalda çap ediləcək.
…Uzaqda yaşayan, amma hər birimizin ürəyində
öz yeri olan Çingiz Hüseynova uzun ömür, cansağlığı,
yeni ədəbi uğurlar arzulayıram.
Yeni görüşlərə qədər, Çingiz müəllim!

206
BU, SEYRAN SƏXAVƏTDİR

Onun çağdaş Azərbaycan nəsrində yeri və mövqeyi


mənə məlumdur. Bədii təfəkkür tərzinin yeniliyi, fərdi
üslub manerasının özünəməxsusluğu da hamıya tanış və
doğmadır. Heç bir güzəştə yol vermədən bu gün «Seyran
Səxavət nəsri» ifadəsini publikaya çıxarmaq olar. Təbii ki,
onun yazmadığı günlər, aylar, hətta illər olur. Ancaq bu
fəsillər nə onun artıq müəyyənləşmiş fərdi üslubuna, nə
də həyata, gerçəkliyə baxışına təsir eləməz. Seyran Səxa-
vət çağdaş nəsrin mənzərəsində öz müstəqilliyini, daxili
sərbəstliyini, bəlkə də hamıdan çox təmiz və bakir
saxlayan nasirlərimizdəndir.
Onun sayca sonuncu olan «Qızıl teşt» kitabında
məhz bu təmizliyin və Seyran Səxavətə məxsus yazıçı
müstəqilliyinin şahidi oldum. Kitab «Seyran Səxavət
haqqında belə deyirlər» adlı ikicə səhifəlik rəylə başlayır.
Bir yazıçı ömrünü dəyərləndirən ən gözəl fikirlər
toplanıb bura. Adam sevinməyə bilmir. Məsələn, xalq
şairi Qabil yazır ki: «Seyran Səxavət şerində də, nəsrində
də, dramaturgiyasında da, publitiskasında da, sözün
yaxşı mənasında, son dərəcə konkretdir – elə həyatda
da…» Bu fikrin doğruluğu gün kimi aydındır. Ancaq
burada bir haşiyə çıxmaq istəyirəm. O da bundan ibarət-
dir ki, Seyran Səxavət ədəbiyyata şerlə gəlib. Seyran bu
yolu sonacan davam etdirsəydi, qəti şübhə eləmirəm ki,
bu gün öz yaşıdları arasında dəbdən düşməyən bir şair
kimi sevilərdi.

207
Sən nə istəyirdin, nələr itirdin,
Qorxma kül olmaqdan, yan, məhəbbətim.
Sən mənim başıma nələr gətirdin,
Ay ilk məhəbbətim, son məhəbbətim.

O parlaq sevgidən çox utanıb dan,


Ulduzlar eşqimdən qızartı dərmiş.
İnsanlar bir dəfə doğulduğundan
Elə bircə dəfə də sevə bilərmiş.

Mənəm, milyard naxış səpmişəm göyə,


De, varmı hesabı naxışlarımın?
Kirpiklər, özgəyə baxmayım deyə,
Çəkir keşiyini baxışlarımın.

Burda tənhalıqdan lap iyrənmişəm,


Qoy meh sığallasın telini sənin.
Gedib 72 dil öyrənmişəm,
Hələ tapmamışam dilini sənin.

Sən bir soyuq ulduz, mən gözləri nəm,


Eybi yox, mənimçün həmişə varsan.
Sıxma ürəyimi, ürək cəhənnəm,
Axı sən ordasan, sən sıxılarsan.

Altmışıncı illərdə yazılan bu şer Seyran Səxavətin


istedadlı bir şair olduğundan soraq verirdi. Mənə qalsa,
bir oxucu və tənqidçi kimi, «İlk məhəbbətim-son

208
məhəbbətim» adlı bu şeri XX əsr Azərbaycan
poeziyasında ən gözəl məhəbbət şerləri sırasında qeyd
edərəm. Ancaq bu yazıda retrovari xəyallara dalmaq və
təəssüflənmək yersizdir. Çünki şerdən nəsrə qəlməsiylə
Seyran Səxavət, bəzi həmkarları kimi, uğursuzluğa ürcah
olmadı. Əksinə, nəsr qazandı. Tənqidçi həmkarım Nadir
Cabbarovun bu fikrinə haqq qazandırıram ki: «Seyran
Səxavət olmasaydı, Azərbaycan ədəbiyyatı kəskin süjetli
mövzular, koloritli epik qəhrəmanlar itirərdi. Seyran
Səxavət olmasaydı, ədəbiyyatımız həyata, insan
münasibətlərinə, müasirlərimizə təkrarsız, orijinal və
həssas yazıçı baxışından məhrum olardı».
Seyran Səxavət nəsrini elmi-tənqidi fikrimizdə
«altmışıncılar» adlandırdığımız ədəbi nəslin
yaradıcılığının uğurlu davamı kimi səciyyələndirmək
olar. Burada başqa bir ədəbi hərəkatın adını çəkmək
lazım gəlir. O da «Yeni Azərbaycan nəsri» kimi səciyyə-
ləndirdiyimiz prosesdir ki, artıq onun etirafı heç bir
şübhə doğurmur. «Yeni Azərbaycan nəsri» dünya ədəbi
prosesində başlanan bir hərakatın Azərbaycan nəsrindəki
özünəməxsus, milli səciyyəli inikası idi. Burada «Yeni
Azərbaycan nəsri»nin ən istedadlı nümayəndələrindən
olan Anarın «Nəsrin fəzası» («Azərbaycan» jurnalı, 1984,
№ 7-8) məqaləsinin sonluğunu xatırlayıram. Anar öz
ədəbi nəsli (Ə.Əylisli, Y.Səmədoğlu, İ.Hüseynov, Elçin,
İsi Məlikzadə, M.və R.İbrahimbəyovlar) haqqında,
onların nəsr əsərləri barədə çox səmimi elmi-publisistik
söhbətini beləcə tamamlıyır: «Əlbəttə, Azərbaycan
yazıçılarının son nəsli – Vaqif Nəsib, Mövlud Süleyman-

209
lı, Ramiz Rövşən, Şahmar, Afaq Məsud, Baba Vəziroğlu,
Seyran Səxavət, Natiq Rəsulzadə və onlardan da gənc
olan Saday Budaqlı kimi orijinal nasirlər haqqında söhbət
bu məqalənin hüdudlarından kənarda qaldı». Deməli,
Anar sonrakı ədəbi nəsli də «Yeni Azərbycan nəsri»nin
sırasında görür. Bu, təsadüf deyil. «Altmışıncılar»ın
başqa bir istedadlı nümayəndəsi Elçin isə 1983-cü ildə
«Literaturnaya uçyoba» jurnalının oxucularına
S.Səxavətin «Madonnanın əri» hekayəsi haqqında söz
açmış, bu gənc nasirin özünəməxsusluğunu xüsusi qeyd
etmişdi:
Elçinin o zaman Seyran Səxavətin bir hekayəsi
barədə söylədiyi fikirlər müəyyən mənada özünü
doğrultdu. Seyran Azərbaycan nəsrinə, ilk növbədə,
koloritli qəhrəmanlar və bu qəhrəmanları
səciyyələndirən məxsusi danışıq tərzi gətirdi. Fərdi
üslubun realizəsini biz həm bu qəhrəmanların tipajında-
məxsusi səciyyəsində, həm də onlarnı nitqində izlədik.
Seyran ilk hekayələrindən analitik şərhdən qaçdı.
Bizim anladığımız mənada bu, müəllif təhkiyəsinin əsas
elementinə çevrilən, obrazların hərəkət və fəaliyyətini,
düşüncə və anlaq tərzini müyyənləşdirən şərhlərdir.
Seyran, demək olar ki, bütün nəsr əsərlərində müəllif
müdaxiləsinə bir elə ehtiyac duymur, yəni «onların işinə
qarışmır». O, sanki obrazı yüz dəfələrlə müşahidə etdiyi,
artıq bütün mənəviyyatına tam bələd olduğu şəkildə
götürür. Məsələn, onun çox maraqlı povestlərindən biri
olan «Sanatoriya» bu cümlələrlə başlayır: «Fikirləşəndə
görürsən ki, elə dünyanın özü də sanatoriya kimi bir

210
şeydir. Əməlli-başlı fikirləşəndə görürsən ki, dünya
xəstəxanaya oxşayır. Lap dərindən fikirləşəndə görürsən
ki, dünya gəbiristanlığa da…
…gəlin, lap dərindən fikirləşməyək! Heç əməlli-
başlı fikirləşmək də bir şey deyil. Elə-belə fikirləşək və
elə-belə fkirləşsək, onsuz da görəcəyik ki, doğrudan da,
dünya sanatoriya kimi bir şeydir».
Vəssalam! Bütün povestdə Seyranın «müdaxiləsi»
elə bu iki abzasda yığılmış fikirdən ibarətdir. Amma o da
gizli deyil ki, povestdə biz bu fikrin geniş həyati ifadəsini
görürük. Daha əlavə şərhə, təsfirə ehtiyac yoxdur.
Meydan obrazlara, onların həyat, cəmiyyət və insanlar
haqqında fikir və düşüncələrinə verilir. Seyranın nəsrinə
xas olan dialoqların burada bəzən aparıcı mövqeyə keç-
diyini görürük. Dünya ədəbiyyatında dialoq üculuna
müraciət edən nasirlər sayca o qədər də çox deyil (elə
Azərbaycan nəsrini götürək). Gəlin, etiraf edək ki, nəsrdə
dialoq, tərəflərin bir-birilə söhbəti çox zaman onun təsvir
imkanlarını, bədii tədqiq dairəsini məhdudlaşdırır.
Ancaq bununla yanaşı, onu da qeyd edək ki, bəzən elə
dialoqlarda müəllif, təsvirdə olduğundan daha çox şeyə
nail olur. Seyran Səxavət dialoqda öz nasirlik istedadını
büruzə verən müəlliflərdəndir. Nümunə üçün «Qapıların
o üzündə qalan dünya» povestindən bu parçaya diqqət
edək: «Fira üçadamlıq plov dəmlədi. Bir azdan əmisinin
dostu Fətulla kişi də gəlib çıxdı. Fira ilə görüşdü, sonra
Buludxanın üzündən öpüb soruşdu:
- Sənin adın nədir?
- Bəs sənin adın nədir?

211
- Mənim adım Fətulla baba.
- Mənim də adım Buludxan.
Sonra Fətulla kişi çönüb Firaya baxdı:
- Hə, əlində-ovcunda qalsın, yaman ürəyimə yatdı.
Firanın ürəyi dağa döndü. Fətulla kişi Buludxana
yenə sual verdi:
- Neçə yaşın var, gəşəng bala?
- Bəs sənin necə yaşın var?
- Mənim yetmiş.
- Mənim də yeddi.
Susdular. Bu dəfə isə sualı Buludxan verdi:
- Sənin arvadın var?
Fətulla kişi özünü Buludxan kimi apardı:
- Bəs sənin arvadın var?
Buludxan əlini ölçüb çox ciddi şəkildə dedi:
- Uşağın arvadı olmaz.
Və bununla da Buludxan Fətulla kişinin əməlli-başlı
xoşuna gəldi».
Beləcə, obrazların anlaq və düşüncə tərzini, həyata
münasibətini səciyyələndirən dialoqlar… Əlbəttə, bu
üslub fəndini biz heç də Seyran Səxavət nəsri üçün
başlıca məziyyət saymırıq. Seyran nəsrində obrazların
daha koloritli nəzərə çarpması üçün digər üslubi-poetik
fiqurlardan da istifadə olunur.
Əlbəttə, bütün bunlar Seyran Səxavətin nəsrini
sənətkarlıq baxımından səciyyələndirən maraqlı
hallardır. Lakin Seyran Səxavət nəsri, ilk növbədə,
həyatın, gerçəkliyin fəci və dramatik mənalarını əks
etdirməsi baxımından daha artıq maraq doğurur.

212
Doğrudur, bu nəsrdə başlanğıcdan bir ilıq yumor, xalqın
məzə dünyasına məxsus zarafat, kinayə çalarları
duyulur, ancaq əsərlərin ümumi ruhu, məzmun-ideya
qatı komikliyin elementləri duyulan bütövdə fəciliyi,
problemin dramatizmini kölgədə qoya bilməz.
«Qapıların o üzündə qalan dünya» povestində gülüş,
kinayə boldur (obrazların zahiri görkəmləri, danışıq
tərzi, hərəkətləri və s.), amma əslində, bu povest Fatik və
Firanın faciəvi məhəbbət dastanıdır. Gülalı, Alagöz,
Buludxan isə bu tragik dastanda daha çox aydınlaşdırıcı
missiyanı yerinə yetirirlər. Bu adamların saflığı, təmizliyi
Fatikin və Firanın həyatında bir silkələnmə və intibah
yaradır. «Fatikin ürəyinin dərinliyində belə bir adam baş
qaldırmışdı. Gülalı ömründə bir adamın toyuğuna daş
atmayıb. Və buna görə Gülalıya bir az yazığı gəlirdi.
Gülalının gözlərinin təmizliyinə isə söz ola bilməzdi, elə
bil bu gözlər boyda dünyada pis heç nə görməmişdi,
həmişə yaxşı şeylər görmüşdü, təmizlik görmüşdü və bu
təmizlik Gülalının gözlərinə hopmuşdu və yəqin ki,
gözlərindəki bu təmizlikdən Gülalının özünün xəbəri
olmazdı».
Ədəbiyyatımızda uzun müddət «şəhər nəsri»
bölgüsü gedib, ancaq bu bölgünün də reallıqdan
doğulduğu unudulmamalıdı. Doğrudur, böyük
ədəbiyyat üçün belə bir bölgü heç bir əhəmiyyət daşımır,
ancaq nəzərə almaq lazımdır ki, «kənd nəsri»ni məhz
kəndli psixologiyasının incəliklərinə dərindən bələd olan
yazıçı yarada bilər. Seyran Səxavət bu mənada kəndi
yaxşı duyan və sözün əsilliyinə varsaq, kəndli

213
psixologiyasını bütün çalarları ilə ədəbiyyata gətirən
müəlliflərdəndir. İsa Hüseynov, Sabir Əhmədli, Əkrəm
Əylisli, İsi Məlikzadə, Mövlud Süleymanlı kimi, o da
kəndə yaxşı bələddir, bu aləmi təsvir etməkdə ustadır.
Məsələn, onun hələ 70-ci illərdə yazdığı «Hamı elə
bilirdi», «Çayçı Rəşid», «Alça çiçəyi», «Paravozsürən»
hekayələri sırf kənd koloriti və məişətinin detalları
üzərində qurulub. Adını çəkdiyimiz bu hekayələrdə,
obrazların düşüncə tərzlərindən tutmuş, yaşadıqları
mühitin ayrı-ayrı təfərruatlarının təsvirinə qədər – hər
şey məxsusdur, kəndə aiddir. Məsələn, «Çayçı Rəşidin
İbişdən başqa on uşağı vardı, hamısı da qız. Ondan
soruşanda ki, bu bir belə qızı neynirdi, cavab verərdi: -
Arzum vardı ki, İbiş tək olmasın, onun bir qardaşı olsun.
Amma neyləyim ki, sağ olsun arvadı, elə yanından
keçməmiş «damazlıq» gətirir. Bir dəfə də risk
eliyəcəyəm, əgər oğlan olmasa, «dükanı» bağlayıram.
Bu, çayçı Rəşidin yaralı nöqtəsi idi:
«Zəhmət çək, kirpiyinlə od götür, onunla-bununla
üz-göz ol, müdirin zəhrimar sözlərini balsız-bəhməzsiz
yeyə-yeyə qız böyüt, elə həddi-buluğa çatandan bir az
sonra bir «hazırın naziri» böyürdən çıxır ki, bəs qız
mənimdi. Daha ondan soruşa bilmirsən ki, bala, camaat
əziyyət çəkəndə sən harda idin?».
Yazıçını tanımaq, sevmək və etiraf etmək… bütün
bunlar bir neçə mərhələni əhatə edir. Oxucu-yazıçı
münasibətlərində bu vacib nöqtə ilk növbədə, yazıçının
oxucu ilə ünsiyyətinin alınıb-alınmaması ilə bağlıdır. Bu
ünisiyyət yazıçının təqdim etdiyi obrazlarla da bağlı ola

214
bilər, onun düşündürücü bir mətləbi yüksək bədii
səviyyədə ifadə etməsində də. Seyran Səxavətin
qəhrəmanları Sovet ədəbiyyatının məqbul hesab etdiyi,
sosializm prinsiplərinin şamil olduğu «müsbət
qəhrəman»lardan deyil. Əksinə, o, bəlkə də, «müsbət
qəhrəman»lara parodiya səviyyəsində qələmə alınan
obrazlardır. «Sanatoriya» povestində bu mənada
«müsbət qəhrəman» arayıb-axtarmaq namümkündür.
Digər povest və hekayələrində də həmçinin…Ancaq
Seyran Səxavətin təsvir etdiyi obrazların əksəriyyəti işıqlı
və təmiz insanlardır. Və onların bir çoxu xırdalıqları,
mənasızlıqları içində boğulur, layiq olmadıqları həyat
tərzi ilə barışmağa məcbur olurlar. Öncə qeyd etdik ki, S.
Səxavətin nəsri fəci və dramatik məqamlara köklənib.
Seyran, bir yazıçı kimi, bütün bunları həssaslıqla duyur,
bəzən gülərək, bəzən də ciddi pozada həyatın, yaşadığı
dövrün neqativ hallarına kəskin reaksiyasını bildirir.
Məsələn, mən onun «Qızıl teşt» povestini 70-80-cı illər
Azərbaycan gerçəkliyinin tragik notları hesab edirəm.
«Bioloqun yazı masası», «Boynu əyri kişi», «İt
intervüsü» və «Cəhənnəm» hekayələrində isə Seyran
Səxavət, sözün əsl mənasında, yazıçı-reanimator, yaxud
yazıçı-rentgenoloq mövqeyindədir. Jurnalistlə
söhbətində Boynu əyri kişi belə bir fikir irəli sürür ki,
«Xalqımızı yetkin, əxlaqi, mədəni xalqlar cərgəsinə
çıxarmaq üçün gecikmədən dövlət səviyyəsində yer
üzündə analoqu olmayan bir institut yaratmaq lazımdır.
Sonra isə genetik seçim yolu ilə təzə doğulmuş körpələri
– oğlan və qızları bu mühitdən uzaqlaşdırıb tam

215
ayırmaq, onlar üçün son dərəcə sağlam bir mühit və hər
cür şərait yaratmaq, bir millət kimi her şeyi təzədən
başlamaq lazımdır. Ancaq bu maksimalizmlə yaşayan
Boynu əyri kişi labüd ölüm ərəfəsi çox çətin bir dilemma
qarşısında qalır: «Stolun siyirtməsində altı il bundan
qabaq ölmüş əmək kitabçası əlinə keçdi, vərəqlədi, gördü
ki, on altı yaşından işləyir. Əmək kitabçasının boş
vərəqində diyircəkli qələmlə Mürdəşirin, Qəbirqazanın,
Mollanın, qırx gün ərzində urvatsız bir adam üçün
verilən ehsanın pullarını dəqiq hesabladı və onun alə-
mində çox fantastik bir rəqəm alındı. Bədəni buza döndü.
Fikirləşdi ki, yaşamaqla ölmək arasında o qədər də
böyük fərq yoxdur. Dərindən fikirləşəndə isə, ölmək
daha çox pul aparırdı.
…Boynu əyri kişi qalxıb pəncərəyə yaxınlaşdı,
pəncərəsini payızın üzünə açdı. Çiskinləyirdi.
Payızdan utanmasaydı, var gücü ilə qışqırardı:
- Yaşasın Azərbaycan xalqı!!! «
Adını çəkdiyimiz digər iki hekayəsində isə
S.Səxavət artıq onun üslubuna xas olan ilıq yumoru
kəskin sarkazmla əvəz edir. Etiraf edək ki, hər iki
hekayədə S.Səxavət maksimum dərəcədə təşrihçi yox,
daha artıq ölüm hökmü oxuyandır. Sağaldan yox, xəstə
əzanı çürüməkdə olan bədəndən qoparan… «İt
intervüsü» keçid dövrü Azərbaycan maddiyyatı və
mənəviyyatının ən yaralı , ən ağrılı nöqtələrini nişan
verir. Bəzən bu hekayədəki tükürpədən it-insan
müqayisəsi sarsıdıcı olsa da, həqiqətdir: «Ancaq adam
adamı oğurlayır. Adam meyit oğurlayır, dövlətdən,

216
xalqdan oğurlayır, yerdən – göydən oğurlayır, əlinə nə
keçdi oğurlayır. Bəs it neynir, qarnını doyurmaq üçün nə
isə aparır… İndi daha adamların əlindən oğurlamağa da
bir şey qalmayıb. İndiki itlər oğurluq eləmir ee, sümsü-
nür… İndi özün de, hansı görkəmli oğrudu, it, yoxsa
adam? Canavar hər şeyi təbiətdən öyrənir, it isə
adamdan».
…Mən S.Səxavətin təxminən 60 çap vərəqi
həcmində olan (bu çağacan bu həcmdə belə bir kitab nəşr
edilməyib) kitabı haqqında bəzi mülahizələrimi
söylədim. Seyran Səxavətin nəsri barədə əhatəli söz
açmaq üçün isə meydan genişdir. Obrazlar orijinal,
koloritli, dil materialı özümlü, fərdi üslüb isə
bənzərsizdir. «Ədəbiyyat yoxdur» və ya «ədəbiyyat
durğunluq keçirir» deyənlərin səsini qırmaq üçün
Seyranın «Qızıl teşt»də toplanan nəsri kifayətdir.

217
ƏDƏBİ GƏNCLİYİN AXTARIŞLARI

YETKİNLİK VƏ YETKİNLİYƏ DOĞRU

Yetkinlik

Bədii yaradıcılığın elə bir dövrü olur ki, o dövr - o


mərhələ kamilliyə, müdrikliyə gedən yolun başlanğıcına
çevrilir. Cavanlıq illərində, yaradıcılığın arama, axtarma
illərində nəyə nail olmusansa, bir şair kimi etiraf
olunmusansa, bundan sonra qazandığın uğurların
kölgəsində yaşamamalısan. Yetkinlik dövründə «şair»
sözü bütün əlavə təyinlərdən, bənzətmələrdən xilas olur,
ortada-meydanda elə şair sözü özü qalır.
On il öncə poeziya haqqında yazdığım məqalələrdə
Akif Səməd, Məmməd İlqar və Rüstəm Behrudi adlarının
qarşısında heç bir tərəddüd etmədən «gənc» sözünü
yazmışdım. Doğrudan da belə şairlər axtarış və tapıntı
yollarında idilər. Onlar öz şerlərində poetik istedada
malik olduğunu sübut etsələr də, bu istedad hələ
dolğunlaşmamışdı. Ustad şairimiz Rəsul Rzanın bu

218
fikirlərini xatırlayıram: «Yüyürən yıxıla bilər». Bu
büdrəmə, yıxılmalar mütləq olmadığı kimi, bunlarsız
hərəkət də hər zaman, hər yerdə mütləq deyil. Əsl
məsələ belə yollar axtarışındamı, yoxsa yamsılamaq, yüz
dəfə ölçüb-biçilmiş, çeşnisi-ülgüsü təkrar-təkrar əldən-ələ
keçmiş geri yönlü yoldamı olduğudur.
Hər kəsin bildiyi bir həqiqətdir ki, yenilik keçmişdən
indiyə, indidən gələcəyə uzanan yolda yaranmış
olanların, zaman sınağından çıxmış gerçəkliklərdən
kənarda deyil, onların üstündə yaranır və yaranacaqdır.
Bu da həqiqətdir ki, keçmişin ən zəngin irsi də özündən
əvvəlki yığımlara əsaslanmış, buraya yeni artımlar
calamış, onu bu günləşdirən cizgilərlə zənginləşdirmiş,
tamamlamış, yeniləşdirmişdir» (R.Rza. «Axtarış və
tapıntı yollarında», «Ədəbiyyat və incəsənət» qəzeti, 17
yanvar 1976-cı il).
On il öncənin «gənc şairlər»i də məhz «gələcəyə
uzanan yolda» hər cür sənət əzabına tablaşaraq yetkinlik
çağına yetişmişlər.
Bu gün Akif Səməd üçün nəyisə aramaq, nəyisə
axtarmaq, hansı mövzununsa sorağında olmaq, ya da
forma - sənətkarlıq baxımından nəsə çatışmazlıq hiss
eləmək problemi yoxdur. Əgər dəqiq ifadə etsək, Akif
Səməd çağdaş şerimizdə ənənəvi aşıq şerinin, bir az da
ondan qabağa Yunis İmrə, Qaracaoğlan poetik
dünyasının, sazlı-sözlü aləmin davamçısıdır. Nə yazırsa,
nədən yazırsa, dəxli yoxdur, həmin o sazlı-sözlü
dünyanın adamıdır Akif Səməd. Amma müasir bədii
təfəkkürlə silahlanır. Qoşma, gəraylı xanimanında

219
oturuşub, yaşadığı dövrün, zəmanənin ağrı-acılarını,
içindəki dərdləri, sevincləri, dünya və Allahla bağlı
düşüncələrini aşıq-şair kimi söyləyir. Bəlkə belə bir fikrə
gəlib çıxmağım da etiraz doğurmaz ki, deyəm: Akif
Səməd XX əsrdən XXI əsrə keçən sonuncu Azərbaycan
aşıq-şairidir… ancaq bu aşığın sazı elə havacatlar oxuyur
ki, təkcə onu dərk etmək üçün estetik zövq kifayət
eləmir, həm də düşünürsən:

Dağların o üzü ey … bizimiydi…


Bizimiydi, qardaş, indi kimindi?
Gecəsi aylıydı, gün-gündüzüydü,
Çiskindi, çisəkdi, çəndi, kimindi?

Küləklər bir udum ətir gətirdi,


«Alagözdən Ağrıdağa gətirdi»,
Yaralı, yarımçıq sətir gətirdi;
Bizim yerimizə dindi: kimindi?

Bəzən Akifin qoşma və gəraylılarında açıq-aşkar


Yunis İmrədən, Ələsgərdən, Tufarqanlıdan, ara-sıra
Hüseyn Arifdən əsən yüngülcə mehlə qarşılaşırsan.
Burada heç bir qəribəlik, təəccüblü bir halət yoxdur. Aşıq
şeri, xalq poeziyası zəncir kimi bir-birinə bağlı bədii
təsvir vasitələri üstündə qurulub, dünyaya, həyata,
gerçəkliyə münasibətdə bəzən eyni motivlər əsrlər
keçdikcə dəyişmir (ola bilsin ki, hər dəfə bədii təfəkkür
həmin motivi «müasirləşdirir», amma özül qalır).
Məsələn, sözə və dünyaya - klassik poeziyada və aşıq

220
şerində dönə-dönə müraciət olunan bu ədəbi, əzəli
anlamlara Akif Səməd də üz tutub. Və açıqca deyək ki,
klassik poeziya və aşıq şeri ucalığından baxanda Akifin
söz və dünya silsilələri irəli şığıya bilmir. Hara gedir
məlumdu, hardan gəlir bu dünya. Mələkdi, ya məlundu. Bəlli,
həm sirr bu dünya. Yaxud: Gah işıqdı, gah sayədi, küfrdü,
şeytandı, ayədi. Göylərdən gəlib qayıdır, Yerdə haqqa, əvəzdi
söz.
Akif Səməd tipli, Akif Səməd xasiyyətli şairlər üçün
yaradıcılıq prosesində ən əzablı məqam öncə öz
mahiyyətini dərk etməkdir. Şairin də bağlandığı, bütün
varlığı ilə ilişgiləndiyi kök-qaynaq-mənbə olur. Bu tipli
şairlər həmişə «Mən kiməm? Hardan gəlib, hara
gedirəm?» suallarını özlərinə tez-tez verirlər. Bəlkə
dərvişəm, bəlkə sufiyəm, bəlkə ozanam, türklüyümü
necə sübut edim? Ona görə də bu gün çağdaş poeziyada
nam-nişanı, yer-məkanı qeyri-müəyyən «dərviş» şairlərin
sayı durmadan artır. Məsələ onda deyil ki, bu şairlərin
heç birinin dərvişlik fəlsəfəsi ilə zərrəcə bağlılığı, əlaqəsi
yoxdu, əsas odur ki, onların xurcunundan alma yox, turş
alça, əzgil, göyəm çıxır, «yahu» çığırsalar da, bu səs, bu
avaz dərviş avazına oxşamır. Akif Səməd hansı
müsahibədəsə, ya onun 40 illiyi ilə bağlı hansı ön sözdəsə
dərvişə bənzədilmişdi. Məncə, Akif özü də bu sözün
ağırlığından qaçmalıdır. Amma dərviş şair olmasa da,
Akifin əksər şerlərində içindən gələn bir dərvişlik ovqatı
- bir sərgərdanlıq ruhu, Allahla, o sirri-xuda ilə
dərdləşmək ehtiyacından yaranan bir duyğu var.

221
Akif Səməd haqqında söhbətimə bu yerdə ara verib
Məmməd İlqar barədə, onun şerlərindən söz açmaq
istəyirəm. Adi oxucu üçün bəlkə də Akif Səmədlə
Məmməd İlqar şerlərinin hər üzünə baxanda bir elə fərq,
ayrıntı hiss olunmur. Ancaq professional oxucu üçün
Akif Səməd Akif Səməddir, Məmməd İlqar da Məmməd
İlqar. Hətta mənim üçün Məmməd İlqarın şerləri daha
doğmadır. Bu şerlərdəki duruluq, poetik aydınlıq, xalq
şerlərindən gələn və Məmməd İlqar çeşməsində gözə
dəyən saflıq daha cəlbedicidir. Başlıcası ona görə ki,
Məmməd İlqar həmişə öz şairlik stixiyasına, özüllüyünə
sadiq qalır. Akif Səməd çox yazır, özünü çox yorur, bir
dərdini beş şerdə deyir, Məmməd isə az yazır, beş
dərdini bir şerinə sığışdıra bilir. Əlli yaşlı Məmməd İlqar
üçün bəlkə də deyəcəyim tərif gözlənilməz olmasın:
Məmməd İlqar bu gün çağdaş şerimizin sözə, ifadəyə,
kəlməyə ən məhrəm şairlərdəndir.

Bir nəslin son nişanəsi


Bu yurdda bir qarı qalıb.
Onu da həsrət əridib,
Bir sümük, bir dəri qalıb.

Ümidini yoza-yoza
Bağlayır hər gələn yaza…
İnanmır qara kağıza,
Nəsə güman yeri qalıb.

222
Gəzir kəndi qarı-kölgə,
Quru qəfəs, qara kölgə.
Çoxdan ölüb qarı bəlkə,
Bu dərdidi, diri qalıb?..

Bu şeri hər baxımdan təhlil eləsək, orada nə isə


taparıq. Nə taparıqsa, bu, poeziyadır. Əvvəlcə Qarı
obrazı, sonra Dərdin özünün obrazı diqqəti cəlb edəcək.
Misralar adidir, sadədir, amma heç birisi şerdən çıxarılası
deyil, bir-birinə möhkəm pərçimlənib. Dərd, Ağrı burada
canlıdı, hətta onun nəfəsini eşidirsən, kölgəsini görürsən.
Şeri müəyyən poetik bir detal üzərində quranda uğurlu
alınır. Məmməd İlqar gözəl təcnis də yazır, amma tutaq
ki, «Ən gözəl dərdimsən» təcnisi maraqlı söz oyunu
üzərində qurulsa da, burada dərdin özü görünmür, onun
sadəcə gözəl şəkli çəkilir. Ümumiyyətlə, Məmməd
İlqarın şerlərində DƏRD və GÖZƏL sözləri çoxişlənən
sözlərdir, bu sözlər ayrı-ayrı şerlərdə poetik fikri
qüvvətləndirən bədii vasitəyə çevrilir.
Məmməd İlqar bəzi qələm dostları kimi hər hansı
şerini mütləq poetik bir fikir söyləmək naminə
«quraşdırmır», bu mənada onda heç bir «tikinti işi»,
«texnoloji hazırlıq» nəzərə çarpmır. Bəlkə də yaxşı bilir
ki, poetik fikir şerin ümumi kontekstindən, sonacan
aşıladığı məna və mahiyyətdən doğmalıdır. «Vətən
qəbirlər» şerində olduğu kimi:

Oxu,
oxu bu daşları,

223
Tarix də burdan başlanır!
Vətən - qəbirdən başlanır,
Vətəndi, vətən-qəbirlər.
Ahlar, amanlar
baş alır,
Qara gözləri
yaş alır,
Boşalır, oğul,
boşalır -
Dolduqca Vətən qəbirlə.

Öncə dedim ki, M.İlqar az yazır, amma bu az


yazılarıyla da lazım olan mövzulara, mətləblərə toxunur.
Şair nəzəri dünyəvi mövzulardan tutmuş məmləkətlə,
ictimai-siyasi hadisələrlə, baş verən olaylarla, içində
yığılan dərdlə, ağrıyla bağlı nə varsa, hamısına tuşlanır.
Sadəcə olaraq bu baxış, gerçəkliyi tam, bütöv dərk etmək
istəyi «ictimai sifariş» kimi yox, ürəyin, ruhun diqtəsiylə
olmalıdır. Məhz ürəyinin ağrısıdır ki, M.İlqar «Şəhidlər
xiyabanında deyilmiş iki yarpaq söz»də şəhidlər
haqqında yazılan şerlərdən tamam fərqli misralar
yaradır, torpaq haqqında nəsə təzə bir söz deyə bilir.

Nə dərd desən yuvalanıb sinəmdə -


Bir bala sərçənin dərdindən belə.

Gözəl misralardır. Vaxtilə, 5-10 il öncə cavan şairlər


haqqında qələmə aldığım yazılarda onlara məsləhət
görürdüm ki, dərdin içində çox eşələnməsinlər, «dərd»

224
sözündən yapışıb yalançı Dərd obrazı yaratmasınlar,
amma M.İlqarın şerini oxuyandan sonra Dərdin özü də
gözəlləşir, çünki şair onun poetik obrazını yarada bilir.
Ancaq bununla belə M.İlqara «o, dərdli şairdir» deyə
bilmərəm, «dərdin şairidir» demək də olmaz, çünki
şairlər dünyaya Dərd üçün gəlməyiblər. Dərdin özü
şairlər üçün doğulur.

Mən qəm yolçusuyam, qəm mənə neylər?


Allah, fikrimdə də yalquzaq kimi…
Məni anlayan yox, məni duyan yox,
Başını itirmiş bu yer üzündə.

Bu cür təkliyimdə, tənhalığımda,


Mənəm bu dünyanın sonu, əvvəli…

Bu misralar isə Rüstəm Behrudidəndir və Rüstəmin


şerlərində də Dərd, Qəm, Tənhalıq, Ölüm, Günah sözləri
qədərincədir.
Çox təəccüblüdür ki, məmləkətdə öz yaşıdlarının
hamısından daha çox populyar olan, hətta bəzi
müsahibələrində klassik səviyyəsinə ucaldılan Rüstəm
Behrudi haqqında, demək olar ki, araşdırıcı bir yazı
yazılmayıb (professor Tofiq Hacıyevin yazısı istisna
olmaqla). Bu yazılar qələmə alınsaydı belə, Rüstəm
Behrudi öz şair stixiyasını dəyişməyəcəkdi. Ancaq heç
olmasa, Rüstəmin şerlərinin başlıca leytmotivi, onun
çağdaş poeziyada özünəməxsus yeri bəlirlənərdi.

225
Rüstəm elə şairdi ki, əvvəlcə onu möhkəm oxumaq
lazımdı, bu oxunuşda «Rüstəmdən poeziyaya nə qalır»
sualına da cavab tapmaq olar. İlk şer kitablarına baxıram
və Rüstəm mənim üçün son dərəcə aydın, içdən gələn
bütün duyğuları ilə görünən, hiss olunan, hətta
doğmalaşan şairdir. Məsələn, onun «Şah İsmayıl
Xətaiyə», «Şaman nəvəsiyəm mən yurd yerində», «Boz
qurd», «Yurd uğrunda yurd daşına», «Yol», «Hər şey
ayrılıqdan başladı», «Araz qırağında bitən yovşanam»,
«Bütövlük» şerlərində poetik məramı hər hansı oxucu
üçün aydındır: yurdsevərlik, türkün bütün mifik və real
kökünə, nişanələrinə sitayiş və bağlılıq, bozqurdçuluq bu
şerlərin oxucuya aşıladığı başlıca qayədir. Hətta «ölüm»
anlamı da bu şerlərdə ölüm kimi yox, mübarizə, qələbə
arzusu mənası kəsb edir.

Bu Babək yoludur, gərək bu yurdun


Bir kiçik daşı da Vətən sayıla.
Bu yolun sonunda bütövlük kimi
Heykəl qoyacağam Şah İsmayıla.

Bu yurdun min illik ayrılıqları


Div kimi durubdur yolumun üstə.
Qoy düşsün sonuncu döyüşçü kimi
Mənim qara başım qolumun üstə.

Bu şerin çap olunduğu «Şaman duası» kitabı 1989-cu


ildə nəşr edilmişdi. Rüstəm üçün bu cür şerləri yazmaq
və bu sayaq düşünmək o illərdə bir elə qorxu törətmirdi.

226
Tarix Azərbaycanı günbəgün müstəqilliyə aparırdı,
B.Vahabzadənin, X.Rzanın, S.Rümtəmxanlının poeziyada
azərbaycançılıq, türkçülüklə bağlı gizli, ya açıq izhar
etdikləri poetik düşüncələr, publisistik çağırışlar öz
bəhrəsini verirdi. Rüstəm Behrudi bu təmayüldən
təsirlənərək həmin poetik düşüncələri öz şair anlamında
bir az da genişləndirdi. Hətta deyərdim ki, Rüstəmdə,
onun qələmində bu təpər elə sovet dövründə hiss
olunurdu.

Ağlasam, gözümün parıltısında,


Baxın, Vətən boyda ürək şəkli var.
O qədər dözmüşəm, dözmüşəm… İndi
Ürəyim əlimin içinə oxşar.

İllər keçdi. Müstəqilliyimizi əldə etdik. Ancaq təbii ki,


böyük dərdlər, ağrılar tükənmədi. Müstəqilliyin bəxş
elədiyi sevinclə bir sırada çoxlu sayda maddi və mənəvi
itkilərlə qarşılaşdıq. Zamana öyrəşməyən insanın içində
Zamanla, Dünya ilə, Tanrı ilə dərdləşmək, söhbət etmək,
həsbi-hal ehtiyacı yarandı. Bir-birini çox sürətlə təqib
edən və ictimai-siyasi mahiyyəti etibarilə qətiyyən bir-
birinə bənzəməyən hadisələr şairlərin bir qismini
siyasiləşdirdi, bir qismini laqeyd insanlara çevirdi. Bir
qismini isə Rüstəm Behrudi sayaq təkliyə, tənhalığa
sürüklədi. Rüstəmin şerlərində Tanrı, Ruh, Ölüm, Dar
ağacı, İblis, Mələk sözləri, anlamları «çiçəkləməyə»
başladı. Əlbəttə, minillik Azərbaycan şerində bütün bu
mücərrəd məfhumlar dönə-dönə poeziya predmetinə

227
çevrilib və çox zaman həmin məfhumlar öz adi mənasına
sığmayıb genişlik qazanmışdı. Rüstəm Behrudi də bu
ənənəvi məfhumlara XX əsrin doğurduğu narahat
suallardan boylanır, bu suallara cavab axtarır. Professor
Tofiq Hacıyev yazır ki, «R.Behrudinin şair səsində,
poeziya nəfəsində bu günümüz üçün çox gərəkli olan iki
aydın çalar var, bu iki çalar - türklük və Nəsimilik -
oxucunun duyğularını, zehnini iki qol kimi qucaqlayır».
Daha sonra hörmətli professor vəcdə gəlib bu fikri də
deməkdən çəkinmir: «Türklük qədim tarixi (Boz qurdu,
Şamanı, Oğuz xanı, Atillanı) və geniş coğrafiyası ilə
(Balkandan, Tanrı dağı - Tyan-şandan Qara dənizə, Saxa-
Yakutstandan Kərkükəcən bütün Turan şəklində) onun
sənətində şerləşir, şirin xatirə kimi anılır, əziz ağı kimi
oxşanır. «Dədə Qorqud» kitabından sonra heç kəsdə
etnik tariximiz bu genişlikdə, bu fəallıqda bədiilik
predmetinə çevrilməyib».
Doğrusu, qədərindən çox-çox artıq bu təriflər bizi
Behrudinin dönə-dönə oxumağa məcbur etmədi.
Behrudinin predmetli, problemli şair olduğuna qətiyyən
şübhə etmədik, Tofiq müəllimin Rüstəm haqqında öz
fikirlərini «bədii dillə, oyadıcı, cəlbedici sözlərlə,
Əlikərimcəsinə yenilikçi təşbeh-obraz-ifadələrlə»
söylədiyi fikrini də qəbul etdik. Ancaq «Dədə Qorqud»
kitabından sonra etnik tariximizin bu genişlikdə, bu
fəallıqda yalnız Rüstəmin şerlərində bədiilik predmetinə
çevrilməsini sadəcə bir mübaliğə hesab edirik. Doğrudur,
şerlərində türkçülük, turançılıq motivləri yaxşı hiss
olunur, ancaq bütün bunlar genişlik və vüsət kəsb eləmir,

228
sadəcə olaraq türkçülüyün bəzi obraz və simvollarına
tutarlı istinad kimi nəzərə çarpır.
Şair türk varlığıyla bağlı mifik obrazlara, anlamlara
üz tutur, türk tarixində parlayan sərkərdələri, şahları,
xaqanları yad edir, «Şaman duasını» oxumaq istəyir, boz
qurdu yada salır. Oğuz xanın öyküsünü, ağısını dilə
gətirir… bugünkü tarixi bəlaların bir çoxunun səbəbini
əzəli ayrılıqlarda axtarır…
Məncə, türklük-türkçülük-turançılıq adlı-sanlı tarixi
şəxsiyyətləri günahlandırmaqla, haqq divanına
çağırmaqla, dədələri ittiham etməklə məhdud bir qəlibə
sığmamalıdır.

Səni and verirəm qolça qopuzun


Bitib-tükənməyən ölməz dərdinə,
Məni öz əslimə, kökümə qaytar,
Qaytar «Baygölü»ndə təmizlənməyə
Məni Altaydakı kürkümə qaytar.
Keçir köynəyindən, a qeyrət, məni,
Qaytar, birdəfəlik, ilkimə qaytar.

Məncə, bu tarixi «günahlandırma» və ötən türklük


atributları üçün dəhşətli nostalgiya hissləri tək Rüstəmin
yox, digər şairlərin də yaradıcılığında bariz nəzərə çarpır.
«Tarixin ibrət dərsləri» deyilən bir anlayış var və
bəlkə Rüstəm Behrudi Əmir Teymuru, İldırım Bəyazidi,
Xətaini, Soltan Səlimi, Qacarı tarixin haqq divanına
çağırmaqla özünə, müasirlərinə, türk övladlarına birlik
arzulayır? Şübhəsiz, bu, belədir və Rüstəmin çox şerində

229
bunu görməmək insafsızlıq olardı. Elə bircə hələ 1980-ci
ildə yazılmış «Yollardayam» şerini oxumaq kifayətdir.
Çox gözəl! Birlik ideyası, xalqın müstəqillik duyğusu
(bunun söz və kağız üstdə yox, əməli işdə, gerçəklikdə
reallaşması)… bütün bunlar poeziyada əks ounmalı
mövzulardır. Ancaq birliyə çağırış, xalqın ruhunda
azadlıq yanğısını alovlandırmaq üçün kimlərisə haqq
divanına çəkməyin nə mənası?
O səbəbdən də Tofiq Hacıyevin məqalədəki son
fikrinə tamamilə haqq qazandırıram. «Bu gün «olum, ya
ölüm» sualı hər hansı fərd üçün deyil, vətənin taleyi
üçündür. Ona görə şair şaman duası ilə yalvarır: «Tanrı,
sən bu milləti yox olmaqdan hifz elə». Tanrı şairin
duasını eşitsin, ancaq dua oxumaqla donuz darıdan
çıxmaz. Buna görə də şairin son sözü budur:
«Yurd uğrunda yurd daşına axmayan qanı
neyləyim?». «Özgə bir çarəmiz yox, ümid qalır qılınca».
Ancaq müəllimim Tofiq Hacıyev deyəndə ki:
«Nəsimiçilik ideyası Behrudi şerinin tarixilik
məzmununu tamamlayır»- bu fikirlə də polemikaya
girmək olar. Bəzi oxşar məqamlara baxmayaraq XX əsrin
son rübünün şairi Behrudi ilə XV-XV əsr şairi Nəsimi
arasında bir elə həmrəylik-həmfikirlik görmürəm.
Doğrudur, Nəsimi ölümü şüurlu şəkildə intixab etmişdi,
ancaq bu ölüm nəsimilikdən-qəhrəmanlıqdan-
filosofluqdan keçib gəlmişdi. Ancaq Nəsimi poeziyası
heç bir mənada ölüm problemi ilə «doğmalaşmamışdı».
«Başını top eylə gəl, gir vəhdətin meydaninə» - deyən
şair üçün, məsələn, bu misralar çox prozaik səslənirdi:

230
Qəm biçənlər sevda əkir,
Kim nə çəkir, niyə çəkir?
Nədən ruhum göyə çəkir?
Bilim, xoş gəldin, xoş gəldin!

…Alçaq da sən, uca da sən,


Cavan da sən, qoca da sən.
Sən hər şeydən ucadasan,
Ölüm, xoş gəldin, xoş gəldin!

Ancaq bütün bunlar o demək deyil ki, Rüstəm


Behrudi poeziyada öz yolunu tapa bilməyib. Əgər belə
düşünsək, bu, sadəcə olaraq haqqı nahaqqa vermək, belə
bir istedadı inkar etmək demək olardı. Çünki R.Behrudi
bir şair kimi öz yaşıdlarını çoxdan ötüb keçib. Şair var ki,
kitabdan kitaba inkişaf edir, Rüstəm isə çox zaman
şerdən şerə… Rüstəm narahat şairdir. Rüstəmi hansı bir
ideyanısa poeziyada imitasiya elədiyinə görə qınamaq
olar, ölüm adlı həqiqəti ideallaşdırıb, ondan bir «fəlsəfə»
toxumaqda da suçlandırmaq mümkündür… amma son
anda tapındığın bu həqiqət odur ki, doğrudan da
Rüstəmin ruhu bədənində əziyyət çəkir. Ruhu bədənində
əziyyət çəkdiyi üçün də, o, adiliklərdən qaçır, «baş daşı
çiçəkdən gözəldi» deyənlərin nəğmələrinə qovuşur.
Çağdaş poeziyada bəlkə də ən tənha şair elə
Rüstəmin özüdür. Bu tənhalıqdan əcaib-qəraib sevgi
şerləri də doğula bilərdi, bu tənhalıqdan mərsiyələr
yaranardı, ancaq bu tənhalıqdan «İlahi, içimdə gizlənən

231
mənim, görünən mənimdən nə qədər gözəl» - deyən
«qəm yolçusunun» ruhi əzabları doğdu. Ona görə də
mən bu misraların patetikadan yox, tənhalıqdan, ruhun
bədənə sığmamasından doğduğuna inanıram:

…Məni haqqa gəl yol elə,


Ya əfəndi, ya qul elə.
Bu da yoldu, qəbul elə,
Qoşul mənə, çıxaq gedək.

Yetkinliyə doğru

Çağdaş poeziyada yetkinliyə doğru aram-aram


irəliləyən, hər şerində, yaxud silsilə şerlərində özünü
təsdiqləməyə çalışan, «mən də varam» iddiasıyla yox,
«mən buyam» təvazösü ilə yaşayan, özünü axtaran və
deyəsən tapan şairlər də var. Məsələ burasındadır ki, hər
hansı cavan şair üçün (ümumiyyətlə, şair üçün!)
seçilmək, fərqləndirmək və orijinallıq əldə etmək
göründüyü qədər asan deyil. A.S.Puşkini ondan əvvəlki
şairlərlə müqayisə edən Belinski yazırdı: «Puşkinin
keçmiş məktəbin təsiri ilə yazdığı şerlərini oxuyarkən
Rusiyada Puşkindən əvvəl də poeziya olduğu hiss edilir
və görülür; lakin onun əsl orijinal şerlərindən birini seçib
oxuduqda isə, Rusiyada Puşkindən əvvəl poeziya
olduğuna inansan da, hər halda onu büsbütün
unudursan: Puşkinin poeziya aləmi bu qədər orijinal,
yeni və təzədir! Burada hətta demək olmaz ki, bunlar

232
deyəsən, onlardan seçilir! Əksinə, burada bilaixtiyar
deycəksən: onlardan deyildir, qətiyyən onlardan
deyildir!»
Bu baxımdan yanaşanda, hələ də cavan şair hesab
etdiyim üç müəllifin şerlərindən söz açmaq istəyirəm.
Bu müəlliflərdən biri, daha çox ümidli olduğum
cavan şair Zamin Hacıdır.

…Mən unutdum neçə yaşımda


yağışın, göy gurultusunun
səsinə oyanıb
ilk şerimi yazdığımı
unutdum.
İlk sevdiyim sarışın qızı,
hansısa yaz günündə
yarğandan dərdiyim
bənövşələri
hansı kitabın
vərəqləri arasına
qoymuşdum.
Unutdum, vəfasızım,
unutdum
anamın qara saçlarını.
Sən də məni unutdun.

Zamin Hacının hər hansı bir şeri bax beləcə, adi


hisslər, duyğular təlqin edir, bəzən bu şerlərdə poeziya
üçün lazım olan Obraz axtarırsan, qəfil, hələ heç bir
şairin işlətmədiyi təşbehlərlə, hətta adi sözlərin yaratdığı

233
qeyri-adi bir poetik tablo və rənglə qarşılaşmaq
istəyirsən. Axtarırsan, bəzən tapırsan, qarşılaşmaq
istəyirsən, hərdən üzbəüz gəlirsən o təşbehlə, o poetik
əfsunla. Məlum məsələdir ki, şer hissdən, duyğudan
doğulur, amma o hiss və duyğu poeziya işığına
bürünməlidir. Jan Pol Sartr deyirdi ki, «hər bir predmet
qarşımda əyilərək yalvarır və məndən ad istəyirdi. Ona
ad vermək, eyni zamanda həm onu yaratmaq, həm də
ona sahib olmaq demək idi. Mən də bu əzəmətli aldanışa
düçar olmasaydım, yazmazdım».
Zamin Hacının «Sən də məni unutdun» şerindən
gətirdiyim o parça ilk baxışda heç nə vəd eləmir. Amma
şerin sonsuzluğuna diqqət edək:

Kəpənəklər çiçəkləri,
çiçəklər arıları
Unudan kimi,
sən də məni unutdun…
Murovda əsgər idim
sən məni unudanda.

Vəssalam! Bütöv bir duyğu yarandı - ona bir əsgərin


intizarımı deyək, bir qızın vəfasızlığımı deyək, ölən bir
sevgimi deyək, hər halda, gözümüzün qarşısında bir şer
doğuldu.
Zamin Hacının hərbi xidmətdə olarkən yazdığı
şerləri oxuyuram. Olsun ki, bu şerlərlə bəzən poeziyaya -
poetik leksikona uyuşmayan sözlər, ifadələr diqqəti cəlb
edir, olsun ki, bu şerlərdə qəzet publisistikasından

234
süzülən, axıb gələn notlar gözdən yayınmasın, amma
hiss olunur ki, Zamin Hacı o hərbi xidməti şair kimi də
yaşamışdır.

Dumanlı günlərdə konyak içdim,


səndən ötrü darıxdım, dağlı qızı.
Sarı çiçəklər yığdım
sarı köynəyin gəldi
gözümün qabağına
ürəyim sıxıldı,
elə bildim boğuluram
ancaq bu,
sadəcə bir oksigen çatışmazlığıydı
«otuz dörd on yeddi» yüksəkliyində.

Yetmiş altı misralıq şer - «otuz dörd on yeddi»… Bəlkə


də yetmiş altı misra çoxdu, çox çoxdu… dağ zirvəsindəki
postda duyulan, yaşanılan bir hiss üçün. Amma bu snayper
gülləsi o hissi heç yaşamağa qoymazdı. Zamin o hissi şerə
çevirib və bu şerin bəzi misralarındakı kələ-kötürlük,
nahamarlıq belə, onun səmimiyyətini azaltmır.
Azərbaycan əsgərinin keçirdiyi hisslər, intibahlar ilk
dəfədir şerə gəlir. Çox təəssüf ki, Zamin Hacı bu hissləri,
düşüncələri hələ lazımi poetik səliqədə və nizamda
təqdim edə bilmir. Doğrudur, biz onun hisslərinin
səmimiliyinə qətiyyən şübhə eləmirik, amma sözün
səmimiyyəti, poetik fikrin də səmimiyyətini yaratmalıdı.

Çörəyin dörd yerə bölünməsindən,

235
ət və yağ yeməkdən çox
bizim insan münasibətinə
ehtiyacım vardı.
…Siz onu mənə qaytardınız,
buna görə
necə təşəkkür edəcəyimi bilmirəm.

Zamin, əzizim, özün de, bu, şerdimi? Səmimi


sözlərdir, amma şer deyil! Halbuki, sən poeziyanı
«Mənim damda yaşayan Karlsonum» adlandıranda,
«Balakən yolundakı yemiş diliminə oxşayan Aya baxıb»
xoşbəxtlik haqqında düşünəndə, şəhid yaşıdlarına həsr
etdiyin «1973» şerində, «Sənə görə» şerindəki sevgi
səmimiyyətində özünsən, öz yolunu, rizini tapmaq
istəyən (və tapan!) şair Zamin Hacısan! Yetkinliyə doğru
yolun da, məncə, o şerlərindən keçib getməlidir.
Dünya şöhrətli dahi bəstkarımız Q.Qarayev ustad
şair Rəsul Rza haqqında yazmışdı: «Rəsul Rza elə
şairlərdəndir ki, onların yaradıcılığının qocalmaq və ya
kasıblaşmaq qorxusu yoxdur». Bu fikri müəyyən mənada
istisnasız olaraq hər hansı şair üçün poetik məram kimi
səsləndirmək mümkündü. Əlbəttə, yaradıcılıqda
qocalmağı ancaq yaşla əlaqələndirmək doğru deyil. Elə
şair var ki, doğrudan da yaş artdıqca təkcə fiziki mənada
deyil, həm də poetik mənada qocalır, lap əldən düşür.
Elə şair də var ki, poeziyasının qocalığını lap elə
gəncliyində keçirir, bir atım barıtı havaya sovrulandan
sonra heç nəyi qalmır. Poeziya üçün isə həmişə təzə ürək
lazımdır!

236
Yaşı qırxı keçən, amma adının qarşısında hələ də
«cavan şair» sözü işlədilən Arif Fərzəliyevin şerlərində
də hələlik qocalmaq və kasıblaşmaq qorxusu duyulmur.
Amma duyduğum odur ki, Arifdə poetik inkişaf çox
astagəldir, olduqca ləngdir. Onun şerləri fikir və hissin
bütövlüyü, deyim və ifadə tərzinin səlisliyi baxımından
etiraz doğurmur. Amma Arifin nəzərinə çatdırıram ki,
«Toxuma həsrət torpaq» ilk şerlər kitabındakı şerlərinin
bir çoxu onun sonrakı yazıları üçün nümunə və örnək ola
bilmədi. Amma o kitabda elə şerlər də var ki, onların
qocalıq və kasıblaşmaq qorxusu yoxdur.

Açdım əllərimi yaz yağışına.


Əllərim elə bil ovsuna düşdü.
Ürəyim elə bil ovcuma düşdü.
Kövrəlib dünyanın qara daşı da
Gəlib əllərimdə dayanar bir az.

Məncə, içində şairlik potensialı tükənməyən Arif


Fərzəli həmin ilk şerlərinə baxıb qürrələnə bilər. Ancaq o
vaxt ki, o şerlərdən daha yaxşısını yazsın. Mirzə Ələkbər
Sabirin bu sözlərini unutmasın:

Şer bir gövhəri - yekdaneyi ziqiymətdir,


Salmaram vəsfi - druğ ilə onu qiymətdən.

Son illərdə yazdığı şerlərdə Arif dünya, həyat,


Vətənlə bağlı düşüncələrini poeziya dilinə çevirir və
çalışır ki, bu əbədi mövzularda təzə söz deməyə çalışsın.

237
Məsələn, «Dönmədik haqq yiyəsinə» şerində Dədə
Qorqud şerlərinin ahənginə uyğun bir tərzdə yazır:

Saç yolub, üz cırmaqdan,


sinəmizə döyməkdən,
dizimizə vurmaqdan
əl-qolumuz qırıldı, axı!
…Nalə-nalə, şivən-şivən
ömrümüz sovruldu, axı!
sızıldaya-sızıldaya
iliyimiz soruldu, axı!

Əlbəttə, bu şerdəki fikir poetik tapıntı deyil, amma


məna yükündən də xali deyil.
Əlbəttə, poetik fikir hər hansı bir şerin (əgər o, obrazlı
ifadə tərzi ilə süslənibsə) bəzəyidir. Ancaq şair
düşünəndə ki, şeri məhz sonuncu misralarda nəsə bir
fikir demək naminə yazmaq lazımdır, o zaman onun
niyyəti sünilik donunda gözə çarpacaq. Azərbaycan
şerində buna bənzər yüzlərlə misallar gətirmək olar ki,
həmin şerlər süni bir bünövrə üzərində ucaldılan, əl
vuranda uçula bilən daxmaya oxşayır. Arifin
«Mədhiyyə» şeri belə sünilikdən uzaq olduğu üçün
sevilə bilər:

Qolum boynuna dolaram,


Ağrının ağrın alaram,
Doğmaca oğlun olaram,
İstəsən, şəhid anası.

238
Arifin digər şerləri haqqında da xoş sözlər demək
olar. Ancaq ola bilsin, bu xoş sözlərin içində bir qırıq
inamsızlıq cücərə… Bu, ondan irəli gəlir ki, Arif
Fərzəlinin şerləri içində həmin inamsızlığı üzə çıxara
biləcək məqamlar olsun… Mənə elə gəlir ki, Arif bir
şerində dediyi kimi, «Təki o işığa çatmaq inadını», «o
işığı tutmaq inadını» yarı yolda qoymamalıdır…
İnam və inamsızlıq … Cavan şairlərin birinci və çox
zaman ikinci kitablarını oxuyub başa vurandan sonra bu
iki sözdən biri heç vaxt səni tərk eləmir. Böyük ümidlə
ilk kitabını tanış olmaq üçün sənə təqdim edən o cavan
müəllifin üzündəki sevinc ifadəsi… və sonra… inam, ya
da inamsızlıq.
Otuz beş yaşlı Rafiq Hümmətin «Salam, dünyanın
yiyəsi» ilk şerlər kitabını başa vurandan sonra məndə
daxili bir inam yarandı. Ara-sıra mətbuat səhifələrində
oxuduğum, ancaq bitkin təəssürat əldə etmədiyim bu
şerlərdə işıqlı bir duyğu vardı.
Nəriman Əbdülrəhmanlı kitabdakı şerlərin başlıca
mövzusunu belə ümumiləşdirir: «Rafiq Hümmət
əbədiyyət mövzusu içində əbədi ağrıları daha çox sözə
gətirir - bu da onun haqqıdı. Rafiqin Sözlə ifadə elədiyi
ağrı Füzuli kədəri kimi işıqlıdı, insanı məhv eləmir,
əksinə, təmizləyir, duruldur, cilalayır. Həm də bu ağrı
gündəlik yaşantılardan yaranan ötüb-keçəri ağrı deyil,
insanı İnsan eləyən bəşəri ağrıdı».
Bu sözlərin səmimiliyinə şübhə yox. Çünki kitabdakı
yüz əllidən artıq şerin hər birində Ağrının bir çaları üzə

239
çıxır. Deməli, yüz əlli Ağrı, yaxud bir Ağrının yüz əlli
ifadəsi.
Rafiq Hümmətin şerlərində Ağrı deyilən o anlayış
mücərrəd deyil. Bu Ağrının doğurduğu təsirləri şair
bircə-bircə poetik sözün işığına çəkir və o işıqda hər şey
aydın görünür. İçəridən gələn ağrılar. Söz şəklində,
sözün yaratdığı məna incəlikləri ilə birləşir və necə
deyərlər, Söz-Ağrı yaranır. Şair İsa İsmayılzadənin dəfni
gecəsi yazılmış bir şer:

Dərddən qəribsəyən şair


Dərddən bezdimi, küsdümü?
Allah dərdə dərd yağdırır,
Dərd dərdin örtür üstünü.

Göz yaşım gözümdə donur,


Neynim, gecikdim dəfninə.
Mənə soyuq olar, ustad,
Bürü məni kəfəninə.

Yaxud, şairlərin - söz adamlarının ömür boyu çəkdiyi


ağrıları, içindəki dərdləri əks etdirən bir şer:

Yaşayar - dəli sayılar,


Ölər - heykəli qoyular.
Öz içinə sürgün olar,
Günahı - suçu bilinməz.

240
Beləcə, Rafiq Hümmətin ilk şerlər kitabından başqa
maraqlı, onun şair səviyyəsini yaxşı mənada əks etdirə
biləcək nümunələr tapa bilərik. Çətin deyil.
Rafiq Hümmət qoşma, gəraylı məkanının adamıdı,
ancaq şerlərinə diqqət yetirəndə gəraylıya daha çox meyl
etdiyinin şahidi oluruq. Lakin, əlbəttə, həm qoşmaya,
həm də gəraylıya bugün klassik sənət abidələri kimi
baxırıqsa, Tufarqanlının, Aşıq Ələsgərin gəraylılarının,
qoşmalarının bir meyar və ölçü olduğunu qəbul ediriksə,
o zaman həmin klassik formaları gözdən salmamalıyıq.
İstər gəraylıda, istərsə də qoşmada, şair ömrünün bir anı,
ən gözəl bir duyğusu əbədiləşir, bir hadisə insan
ömrünün mənasını, mahiyyətini açıqlayan gərəkli An
kimi şerə çevrilir. Yəni qoşma və gəraylı adi əhvalat,
hadisə, nəqletmə deyildir, fəlsəfi-psixoloji səciyyə
daşıyan məqamları əhatə edir. Bu gün çağdaş şerdə bu
məzmun və mənadan məhrum olan yüzlərlə qoşma və
gəraylı yazıldığına şahidsiniz. Formanı əsas götürüb,
bəzən heç bir çətinlik çəkmədən istənilən hissi, duyğunu,
kiçik bir yaşantını qoşmada, gəraylıda «əritmək» bu gün
nə asan iş imiş… Çox təəssüflə deyim ki, Rafiq
Hümmətin də ilk kitabında belə qoşma və gəraylılar var,
həm də az deyil.

Ədalət Əsgəroğlu, Bilal Alarlı, Şakir Xanhüseyn –


üç şairə dörd sözüm

Birinci söz:

241
Bilal Alarlının «Nənnim tavansız evdən asılıb» şerlər
kitabının «poeziya ərazisinə» daxil olmaq istəyəndə məni
müəllif və onun kitabıyla bağlı kiçik müqəddimə -
«şərhlər» qarşıladı. 64 yaşlı şair İsgəndər Etibar «O, «quş
dili bilir» bərdaştıyla sözə başlayır, Bilalı istedadlı bir şair
kimi təqdim edir, amma məlum olmur ki, Bilal «quş
dili»ndə öz oxucusuyla necə danışır və ümumiyyətlə,
«quş dili» nə deməkdir? Sonra gəlir Bilalın həmyaşıdı
Vasif Süleymanın təqdimatı. «Quş dilində danışdır quş
kimi uçanları». Yazı belə başlayır: «Çünki quş dilində
yazılan, quş kimi uçanındır, him-cim ilə söz deyib,
qıfılbənd açanındır. Bu falçılıq deyil, rəmmallıq deyil».
Deyəsən, nəsə aydın oldu, yəni öyrəndim ki, quş dili
him-cimlə söz demək və qıfılbənd açmaqdır.
Daha sonra Camal Zeynaloğlu adlı bir müəllifin «Quş
dili» yazısından ikicə cümlə təqdim edilir: «Orta
yüzilliklərdə sufi şairləri işarələr və rəmzlərlə yazılmış
şeri quş dilində yazılmış şer adlandırırdılar. «Quş dili»
kitabının müəllifi də bu klassik ənənəyə söykənmişdir».
İbrahim Quliyev adlı başqa bir müəllif sözə qüvvət verib
deyir: «Deyirlər ki, Süleyman Peyğəmbər quş dilini
bilirdi. Mənim fikrimcə isə dünyaya qəlbinin gözü ilə
baxa bilən hər bir insan nəinki quş dilini, hətta daş dilini
də, ağac dilini də bilir».
Bilal Alarlının kitabına yazılan bu sözlərin
səmimiliyinə qətiyyən şübhə eləmirəm və həmin fikirləri
bu yazıda sitat gətirməklə heç bir ironik məqsəd
güdmürəm. Görünür, Bilalın birinci şer kitabının «Quş

242
dili» (1998) adlandırılması çoxlarını heyrətə salıb, yoxsa
hamı bir nöqtəyə döyməzdi.
Nəsimi qəzəllərinin birini belə bitirir:

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,


Bu, quş dilidir, bunu Süleyman bilir ancaq.

Bəli, «quş dili» - yəni elə müəlliflərin də


düşündükləri kimi, sufi şairlərin işlətdikləri rəmzlər,
işarələr və s. Xüsusilə, Nəsiminin hər qəzəlində bu «quş
dili»nin nişanələri ilə rastlaşa bilərsən.
Məsələni bu dərəcədə ifrata vardırmayaq - deyək ki,
əsl şair məcazi mənada elə quş dilini də bilməlidir, ağac
dilini də, dənizin də dilini… Ancaq şerdə obrazlı
düşünüş tərzini, bədii təsvir üsullarını nəyəsə bağlamaq,
bunu «quş dili» kimi təqdim eləmək mənasızlıq deyilmi?
Şer adlanacaq hər hansı poetik materialın məqsədi elə bu
deyilmi? Füzuli demirdimi «Pərtövi-ənvari-xurşidi-
həqiqətdir məcaz».
O ki qaldı Bilal Alarlının şerlərinə… Mənim fikrimcə,
bu şerlərdə rəmz, işarə və s. poetik fiqurlar axtarmaq
əbəsdir. Əvvəla, ona görə ki, bu şerlərin tərkibində,
mayeyi-cövhərində sufi düşünüş tərzi duyulmur (klassik
poeziyada olduğu kimi). Bilalın şerləri sözün yaxşı
mənasında obrazlıdır, bədii təxəyyülün dinamikliyi hiss
edilir, amma oxucu üçün, onun bu şeri qavraması üçün
heç bir baş sındırmaq «təhlükəsi» görünmür. Doğrudur,
Bilal bir şerində deyir ki:

243
Sənətim sufilikdir,
Sözüm ilahidəndir.
Dinim dinindən deyil,
Mənki ilahi dindir.

Amma elə bilirəm Bilal Alarlının şerləri belə bir nam-


nişana malik deyil. Bilalın şerləri bugünkü cavan şerin
mənzərəsində bir xətt, bir təmayül altında birləşdirilə
biləcək şairlərin şerləri ilə səsləşir. Ayrı-ayrı fərdi deyim
tərzlərini, eyni mövzuya bəzi fərqli münasibətləri nəzərə
almasaq, deyə bilərik ki, bu təmayülün Salam, Əlizadə
Nuri, Balayar Sadiq, Böyükxan Pərviz kimi
nümayəndələrinin bir ortaya gətirmək olar. Amma Bilal
Alarlı başqalarından fərqli olaraq bu təmayülün öncülü
Salamı imitasiya eləməkdən çəkinir.
Bilal Alarlının şerlərində indidən Sözün yaratdığı
məcazi çalarlara, poetik rənglərə qüvvətli bir meyl
duyulur. Bu şerlərdə lövhə, peyzaj təəssüratı bəzən hətta
fikri də üstələyir. Bəzən isə birincisi ikincisinin daha
qabarıq görünməsinə meydan açır.

Qağayı sədaları altında


Eşidilir balıqların nəğməsi.
Gecələr adamı ağladır
Balası şəhid olmuş ana kimi
dənizin səsi.

Bilalın elə şerləri var ki, ani bir təəssüratın, bəzən


ötəri bir ovqatın, duyğunun təsiriylə yaranır. Təbii ki, bu

244
şerlər şer kimi öz ömrünü çox yaşamayacaq. Məsələn, bu
şer:

Sübhün yaxasını aça bilmədim,


Tanrı düymələyib bu bəxti mənə.
O ulduz gözlərə uzaqdan baxdım,
Bu zülmət gecələr duvaqdı mənə.

Sərxoş gözləri tək axır ulduzlar,


Gecənin gözündən gözüm su içmir.
Məni əldən salan qarabasmalar
Pis yuxu kimidi - tez ötüb keçmir.

Adi bir təəssürat. Ortada heç nə. Bəs şer niyə yazılır?
İndi Bilal deyə bilər ki, mən silsilə şerlər yazıram:
«Quş dili», «Sözü ağıl əkib, ürək becərir», «Nənnim
tavansız evdən asılıb», «İsti dərdimin soyuq üzü» - məni
bir şair kimi dərk etmək üçün gərək silsiləyə baş vurasan.
Çox gözəl! Baş vurduq və yəqin Bilal Alarlı özü də təsdiq
edə bilər ki, bu dörd silsilənin hər birində vahid, ümumi,
mərkəzi ideya yoxdur. Sadəcə olaraq, şairin - lirik
qəhrəmanın müxtəlif anlarını əks etdirən duyğuları
verilib. Əlbəttə, bu anların yaşanmadığını iddia etmək
niyyətində deyilik, onda heç şer yaranmazdı. Ancaq
Bilalın bütün şerlərinə diqqət yetirdikdə belə bir qənaətə
gəlmək olur ki, onun lirik qəhrəmanı olduqca həssas,
olduqca kövrək insandır, hər hansı bir hadisəyə,
ətrafında cərəyan edən olaylarla, təəccübünə, rəğbətinə
səbəb hər şeyə münasibətsiz keçilə bilmir. O məqamda

245
ki, Bilal, tutaq ki, «ölümünə diyirlənən» və özündən
qaçan bir kimsənin mövcudluğunu «başsız bədənlərin
keçdiyi yol» kimi mənalandırır, biz onu anlayırıq, yaxud:

Eh, mən yağmayanda…


Gözlərim su içmir … özümdən.
Yerin göz yaşlarından dolmuş buludam.
İçimdə nəm çəkən fikirlərim acı dadır,
Çürüyürəm göz görə-görə…

Bu balaca şerdə də «quş dili»- filan yoxdur,


məlumdur hər şey. «İndi hara qoyum bu ağrıları, Özümə
yer tapmadığım dünyada?» Bu da məlum. Amma çox-
çox şerində Bilal yaşadığı duyğuları poetikləşdirə bilmir,
yaxud bu şerlərdə nəsə çatmır (o çatmayan nəsə elə
poeziyadır!).
Amma bütün bunlar həvəskar bir şer yazanın yox,
şair Bilal Alarlının azmalarıdır. Şairliyin də yoxuşları
çoxdur.
Bilal Alarlı Cəlilabad və Biləsuvarda yaşayan cavan
ədəbi qüvvələri bir yerə toplayıb və «Nöqtələr» ədəbi
qrupunu yaradıb. O qrupun üzvlərindən biri də Şakir
Xanhüseyndir. Onun ilk kitabına ön sözü də elə Bilal
yazıb.

İkinci söz:

246
Şakir Xanhüseynin şerləri mənim üçün Bilal Alarlının
şerlərindən daha aydın, gördüyüm, duyduğum şerlərdi.
Əlbəttə, mən iki şairi (özü də gənc ola!) yan-yanaşı qoyub
hansınasa üstünlük vermək fikrindən uzağam. Ancaq bu
müqayisə qərəzsizdir. Əslinə qalsa, burada müqayisədən
çox, oxşarlıq axtarıb tapmaq olar. Çünki hər ikisi minor
motivlər üstündə köklənən şairlərdi. Onlar dünyaya bu
cavan yaşlarında qəm pəncərəsindən boylanırlar. Əgər
bir az sərt və ciddi desəm, şerə ağlayaraq-düşünərək
gəlmişlər. Ağlamaq həm göz yaşlarıdı (hər iki cavanın,
ümumiyyətlə, daha başqa cavan şairlərin şerlərində də
beləcə göz yaşları axır… axır…), həm də bir az ürəyi
boşaltmaqdı. Ürək boşalandan sonra (qəm-qüssə
azalanda) isə düşünməyə vaxt qalır. Şakir Xanhüseyn
hətta bu mənada öz məramını da gizlətmir:

Əli ətəyindən uzun gəz, dolan,


Yandanbaxana xoş əyləncədi ki.
Qoy lap cəhənnəmə aparsın, nolar,
Getdiyin yol yola oxşasın təki.

İndi gəl fikrini azdır bir anlıq,


Bircə hovurluğa gözlərini yum.
Hələ bir deyirlər dərdini dağıt,
Yenə ürəyimi xaraba qoyum?..

Hərdən mənə elə gəlir ki, Şakir Xanhüseyn, elə cavan


şairlərin bir çoxu ağlamaya-ağlamaya özlərini ağlayan
kimi göstərirlər, yəni özlərini aldadırlar, ağlamağa

247
məcbur edirlər, ya da bir bəhanə gəzirlər ki, ağlasınlar.
Bu cavanların şerlərində məğlub bir ovqatın yaşantılarını
görmək bir oxucu kimi mənə də sirayət edir. Məsələ
burasındadır ki, Ş.Xanhüseyn içindəki ovqatı şerlərinə də
çox tez və asanlıqla hopdura bilir.
Şakirin dərdi, qəmi o qədər çoxdur ki, tər çiçək
üstündə kəpənəyə şer oxuyur:
Çiçək saralır, kəpənək də qıc olur.
Kədər, çörək, çay, göz yaşı süfrəsində yan-yanadı,
əlindəki qələm boğula-boğula qalıb. Oxuyursan bu
şerləri və istər-istəməz Şakirə belə bir sual vermək
istəyirsən: - Qardaş, dərdin nədir?
Təbii ki, indi sovet dövrü deyil şairi ittiham edəsən
ki, sən kədərdən yazma! Yox, kədərin də öz poeziyası var
və Şakirin şerləri arasında az da olsa, o poeziya
nümunələrindən bir neçəsini tapa bildim. Məsələn, «Tərs
dəyirman» şerini misal gətirə bilərəm:

Bu tərs dəyirmanın unu ələnmir,


Adamı ələkdən keçirir ancaq.
Nə çoxmuş dünyada tərs dəyirmanlar -
Bir başın üstündə yüzü fırlanır.

«Ramiz Rövşənə» şeri kədərli olmasa da, yadda qalır.


Yaxud, o şerlər arasında küləklə bağlı bir şer də sanki
Şakirin kədərli şerlərinə yaxşı bir parodiyadır.
Təbii ki, Ş.Xanhüseynin «Gündüzlər küncə atılır gecə
yanan çıraqlar» ilk şerlər kitabında onun istedadından
xəbər verən uğurlu misralar, bəndlər, ayrıca şerlər, bu

248
şerlərdəki maraqlı bənzətmələr, hətta poetik obrazlar
diqqətdən yayınmır. Şerlərinin birindəki Ş.Xanhüseyn
«Mənim üzümdəki bu işıq hardan?» deyir, o işığı Şakir
üzündən ürəyinə, ürəyindən şerlərinə keçirə bilsə …
içindəki ağrılara da o işıqdan nur düşər…

Üçüncü söz:

Poeziya mühitində hər kəs öz şair taleyini yaşayır. Və


onun üçün də, cavanlı, qocalı hər şairə bu prizmadan
yanaşmaq lazımdır. Şairə fərdi yanaşıldıqda isə, onun bir
şerində də dünyasını duymaq, görmək olur. Bu şairi
tanıyandan sonra ortabab və zəif şerlərinin də nə səbəbə
yazıldığı məlum olur. Və şairi tanıdıqca onun
şerlərindəki məxsusi ifadə vasitələrini, obrazları seçib
fərqləndirə bilirsən. Uzun illər şerlərini oxuduğum
Ədalət Əsgəroğlu belə şairlərdəndir.

Bu yay da ötürdü ilıq köksünü,


Sözlü sinələrdən bir söz almadı.
Sözlü-sovlu gəldi payız mövsümü,
Heç nəyi, heç kəsi saya almadı.

Həmin bu payız günündə çiyələk-çiyələk yağdı


yağışlar, çəhrayı-çəhrayı açdı çiçəklər. Payız çiçəyinə
bənzəyən Bənövşə qarı cəbhəyə gedib dönməyən ərini
düşünür. Onun əkdiyi gülöyşə nar hər il bar gətirir,
amma barını dəcəl uşaqlar, quşlar yeyir.

249
Hələ yaşanmamış günlər içindən,
hələ deyilməmiş sözlər içindən,
Hələ dərilməmiş, hələ dəyməmiş
meyvələr içindən,
baxır bu qarı -
o qanlı-qadalı günlərə sarı.

Nə qədər ki, gülöyşə nar durur, Bənövşə qarının da


həsrəti yaşayır. Şerdə bu fikir ifadə olunub. Amma şerdə
poetik təhkiyə o qədər səmimidir ki, onun necə bitəcəyi
haqqında fikirləşmirsən də. Fikrimcə, Ədalət Əsgəroğlu
bu şerdə bütün sonrakı şerləri üçün də yaxşı mənada bir
meyar olmalıdır. Bənövşə qarının o gülöyşə narı öz ətri,
gözəlliyi ilə Ədalətin də şerlərinə duyğu, gözəllik,
çəhrayı-çəhrayı çiçəklər bəxş etməlidir.
Şair dünyaya, insanlara qəm pəncərəsindən də baxa
bilər, sevinc dolu anlardan da. Amma dəxli yoxdur,
haradan baxır-baxsın, o, işığa can atmalıdır. Şer elə işıq
deyilmi? Deyirlər ki, Füzulidən kədərli şair yoxdu, amma
Füzuli qəzəllərindəki işıq o qədər güclüdür ki, bu əsrə də
gəlib çıxıb. Ədalət Əsgəroğlunun da bir şair kimi işığa üz
tutuduğuna sevinirəm. O, çiçəyi çırtlayan yazda pəncərə
önündə dayanan qızın gül kimi qızaran çağını seyr edir
(«Yaz ilə gələn sevda»), Göyçayda bitən çinarların
hərəsini bir şair ürəyinə oxşadır. («Ulu Çinar, Dədə
Çinar, Xan Çinar»), hətta dərdli olanda da bu halını
bənövşəyə oxşadır («Mən dərdi bənövşə olandan bəri»
misrası).

250
Bir sözlə, maraqlı poetik tapıntıları çoxdu və bu yolda
ona uğurlar arzulayıram. Elə bilirəm «Bənövşə qarının
gülöyşə narı» şerini yazan müəllifin pis şer yazmağa
haqqı yoxdur.

Dördüncü söz:

Zülməti korlar da görür.


Qoy hünərin varsa sənin
hamı üçün işıq saçan
Günün qızıl gözlərinin
içinə düz bax!

(Əli Kərim)

SÖHBƏT ƏDƏBİ GƏNCLİKDƏN GEDİR…

Kəçən əsrin son illəri Azərbaycanda müxtəlif fikir və


əqidələrin plüralizmi, bir-birindən fərqli ideyaların üz-üzə
gəlməsi, çarpışması, «iqtidar» və «müxalifət» düşərgələrinin
fəaliyyəti və bu fəaliyyətin nəticəsi kimi 40-dan artıq partiyanın
mövcudluğu kimi yadda qaldı. Əlbəttə, Azərbaycandakı
ictimai-siyasi hadisələrin müəyyən dərəcədə bədii söz sənətinə
təsiri də hiss edildi, amma bu çoxlarının düşündüyü kimi

251
ədəbiyyat cəbhəsində «iqtidar» və kəskin «müxalifət»
düşərgələrinin yaranmasına gətirib çıxarmadı.
«Əbədi cəbhələşmə» yalnız vəzifəli və titullu yazıçılara
qarşı etiraz mövqeyində dayanan həmkarların bəzi
çıxışlarından ibarət oldu. Əslində, bu cür etiraz və çıxışlara
sovet dövründə də təsadüf edilirdi. Ancaq buna heç vaxt siyasi
don geyindirilməmişdi. İndi isə rəsmi dövlət vəzifələrində
olduqları və Milli məclüsə deputat seçildikləri üçün bəzi
yazıçılara qarşı ittihamlar irəli sürülür, onların hərəkətinə siyasi
məna verilir. Ancaq bütün bunlar Azərbaycan yazıçılarını
Vahid bir məkandan – doğma ocaqdan - Yazıçılar birliyindən
və ən başlıcası insana xidmət idealından sapdıra bilmədi. Yeri
gəlmişkən, Azərbaycan Yazıçılar Birliiyi ilə bağlı söz-söhbət
hələ də səngimək bilmir. «Azərbaycan ədəbi fikrində
çaxnaşma var. Bu illərdir davam edir. Hər ilin hansısa
əlamətdar hadisələrlə bağlı günləri ərəfəsində Yazıçılar
Birliyini qınayanların arasında ötəri polemikalar olur. Təəssüf
ki, belə polemikalar Azərbaycan ədəbiyyatının mahiyyəti üzrə
aparılmır və çox nadir hallarda mübahisə obyekti olur» - bunu
«Azadlıq» qəzeti yazır (8 may 2001). İlk baxışdan intriqa
xarakteri daşıyan bu məlumat ədəbi gerçəkliyi təhrif etməkdən
başqa bir şey deyil. Əvvəlla, Azərbaycan ədəbi fikrində heç
bir çaxnaşma yoxdur. Əgər varsa, nədir bu çaxnaşma?
Qəzet yazır: «Polemika əsasən yaşlı və yeni nəslin ədəbi
təfəkkürü arasında ziddiyyətlərdən qaynaqlanır. Yaşlılar
cavanları «kal», «yetişməmiş», «cığal», «demoqoq»
epitetlərlə xatırlayır, cavanlar isə əksinə, onları
mütərəqqi, modernist ədəbi proseslərin qarşısını
gəsməkdə ittiham edir. Yaşlılar cavanları radikallıqda və

252
prosesləri süni şəkildə şişirtməkdə günahlandırırlar,
cavanlar isə yaşlıları ədəbiyyatdan karyera düzəldərək
onu alver vasitəsinə çevirməkdə suçlayırlar».
Ədəbi mətbuatı və mətbuatda gedən materialları
diqqətlə izləyən bir oxucu kimi qətiyyətlə deyə bilərəm
ki, «Azadlıq» qəzeti çox sevdiyim qəzetlərdən biri,
deyəsən axı olmayan şeyi həqiqət kimi qələmə verir, ya
da məsələni bilə-bilə hiperbolik bir səviyyəyə çatdırır.
Sual olunur, hansı yaşlı yazıçı hansı cavan yazıçıya o
«epitetləri» rəva görüb? Doğrudur, yaşlılardan fərqli
olaraq cavanlar çox ittihamnamə oxuyurlar, amma bu
ittihamların qətiyyəti canlı ədəbi proseslə bağlılığı
yoxdur. Anar, F.Qoca yaxud Qabil, B.Vahabzadə, N.Xəzri
«mütərəqqi modernist» ədəbi proseslərin qarşısını haçan,
hansı məqamda, hansı məqalədə, hansı çıxışda almaq
təşəbbüsündə olublar? Heç olmasa Anarın «Salam və ya
Adil Mirseyid haqqında», Elçinin Rafiq Tağı barədə
yazdıqlarını xatırlayın. Cığal Həmid Heyrisçi konkret
olaraq sübut eləsin ki, Yazıçılar Birliyinin hansı katibi
Adil Mirseyid haqqında bu sözləri deyir: «Adil Mirseyid
yalan danışır, bir qoyundan üç bala almış kolxoz çobanı
kimi yalan danışır». Çox təəssüf ki, Həmid Hersçilər Adil
Mirseyiddən məzlum bir şair obrazını yaradırlar. Bu cür
sözbazlar onu hörmətdən salmırlarmı?
Nədir onların məqsədi? Neçə illərdir onlar
Azərbaycan Yazıçılar Birliyini dağıtmaq, təzə qurum
yaratmır, yaxud buna gücləri çatmadığından Anarı və
onun komandasını özününküləri ilə əvəz etmək uğrunda
mübarizə aparırlar. Bəlkə də, hansı bir məqamdasa bu

253
«mübarizə»yə haqq qazandırmaq olardı. Lakin əbədi
mübarizədə haqlı olan tərəfin (tutaq ki, cavanların)
ortaya qoyulmalı, ədəbiyyatda təzə ideyalar sənətkarlıq
axtarışları ilə şərtlənən sanballı əsərləri olmalıdır. Yəni
bu əsərlər sübut etməlidi ki, ey Həmid Herisçi, ey Murad
Köhnəqala, ey Rasim Qaraca və başqa-başqa «azadlıq
fədailəri», siz doğrudan da haqlı imişsiniz, sizin o şedevr
əsərləriniz yüzə yüz çağdaş ədəbi zövqə köklənib.
Doğrudan da, sizin yazdıqlarınız «bəzi mövzulardan üç
nədir, min bala alan» yazıçıların əsərlərindən qat-qat
dəyərlidir? Hanı elə əsərlər, ey dil pəhləvanları? Həmid
Herisçidən savayı sizin hamınız ünvanına ağır ittihamlar
səsləndirdiyiniz Yazıçılar Birliyinin orqanı olan, sizin
təbirinizcə desək, «Sovet Azərbaycanını yada salan»
«Azərbaycan» jurnalında çap olunmusunuz.
Biz sizin yenicə yaratmaqda təşəbbüs göstərdiyiniz
«Azad söz» birliyini dönə-dönə alqışlayırıq. Toplaşın,
yazın, yaradın, «qocalarla», «yaşlılarla» rəqabət aparın,
dünyaya yox, elə Azərbaycana səs sala biləcək əsərlər
ortaya qoyun, bu olar azad rəqabət… Siz istənilən qəzet
və jurnallarda ürəyiniz istədiyiniz qədər çap
olunursunuz. «Azərbaycan», «Ulduz» jurnalları da sizə
səxavətlə yer ayırır. Amma hələ ki, ortada bir şey yoxdur.
Ey Murad Köhnəqala! Deyirsən ki: «Bu gün çoxlu və
qalın kitablar yazan ədiblər hələ də öz «blef»ləriylə
məşğuldurlar. Addımbaşı heç kimə lazım olmayan qalın
kitablarını qabağımıza qoyublar. Biz inkar eləmirik,
kişilər yazıb-yaradıblar. Ancaq nə yazıqlar olsun ki,

254
onların yazdıqları nazik bir vaxt çayının o üzündən bu
üzünə keçə bilmədi».
Murad, bu dediklərinlə sən heç bir Amerika
açmırsan. Bir az tarixçi olmağın çatmır ki, bu həqiqəti
biləsən: elə Füzuli dövründə də, Molla Pənahın yaşadığı
əsrdə də belə şeylər çox olub. Ondan sonra «yeni
ədəbiyyat»ın «plan - prospekti»ni qoyursan ortalığa.
Fikirlərinin çoxuyla razılaşmaq qeyri-mümkündür.
Çünki bütün bunlar sənə yaraşmayan bir tərzdə –
inzibati-amirlik pozasında deyilir. Qoy Zahid Sarıtorpaq
və Salam, Nisəbəyim və Pərviz özü bildiyini yazsın,
dostün Herisçi də hakəza, Qəşəm Nəcəfzadə də,
Böyükkişi Heydərli də. Onlar sən dediklərini və tələb
etdiklərini yazsalar, Murad Köhnəqalamı olacaqlar?
Mənim üçün Rasim Qaraca tapmaca və müəmma
deyil, «Ekspress» qəzetində çap etdirdiyi yazılarıyla
Azərbaycan ədəbi fikrində ədəbi savadlılığın və yaxşı
ədəbi zövqün ədəbi məlumatfüruşluqdan qat-qat xeyirli
olduğunu sübuta yetirdi. Deməli, seçilməyə, fərqlənməyə
şanslar çoxdur. Ancaq mən onun çıxışlarından belə bir
narahatçılığı çox aydın duyuram ki, Rasim «dünya
ədəbiyyatı olimpində öz bayrağımızı dalğalandırmaq»
arzusundadır. Bu arzuya kim qoşulmaz ki? Ancaq bunun
üçün mütləqa belə bir tələb qoyulmalıdımı: «Yazıçılar
Birliyi və onun mətbuat orqanları sərbəst rəqabətə mane
olan təşkilatlar kimi buraxılmalıdırlar»… Bu məsələnin
«bayraq dalğalandırmağa» heç bir dəxli yoxdur…
Dostüm Rasim Qaraca! Yenə təkrarən deyirəm: Siz öz
«Azad Yazarlar ocağı»nızı yaradın, təşkilatlanın, sonra

255
əsərlərinizi yaradın, bu əsərlərdə «XIX əsr tərəkəmə
folkloru üslubunda gəraylı, qoşma və tərkibbəndlərdən»,
«ədəbi qocalığın» yaratdığı nümunələrdən üstünlüyüzü
sübut edin, onda Allah sizə yar olar! Sizə bu yolda heç
kim mane olmur. Elə özüm də səndən gözəl şerlər
gözləyirəm, təəssüf ki, sən onları hələ yazmamısan.
Mən pessimist deyiləm, nikbinəm və çağdaş
Azərbaycan ədəbiyyatı haqqında sizdən fərqli olaraq
birtərəfli, yekrəng təsəvvürdə deyiləm. Bütün
şıltaqlığınızla bərabər sizi də sevir, oxuyuram,
ədəbiyyatdakı mirşairləri də, mirnasirləri də görürəm,
amma onu da görürəm ki, bu ədəbiyyatda Anar var,
Əkrəm var, Elçin var, Fikrət Qoca var, Ramiz Rövşən,
Bayatlı Vaqif, Rüstəm Behrudi, Pərviz, Nisəbəyim,
Alışarlı, Əlləzoğlu, Afaq Məsud var… Onların yazdıqları
var. Bu yazılarla istənilən bir xalqın ədəbiyyatı qarşısına
çıxmaq olar…

II

Azərbaycanda bu gün – bu saat şer selləri çölü, düzü


bürüyüb. Sanki göydən yerə yox, yerdən göyə şer
yağışları yağır. Amma mən buna qətiyyən
təəssüflənmirəm. Nə olar? Partiyalarımız bol, siyasi
«liderlərimiz» bol, kasıblar həddən artıq, qəzetlər,
cəridələr bol, qoy hər ev bir şair balalasın… Tarix var,
zaman var və haçansa bu tarix yazılacaq və baxıb
görəcəklər ki… bu sonsuz şer selləri içində yüz-yüz əlli
şer, on-on beş şair olub.

256
Azərbaycanda bu gün - bəlkə də hər rayonda,
mübaliğə olsa da deyim, hər kənddə bir ədəbi məclis var.
Nə olar? Qoy yaransın. Ədəbi məclislər şair yetirmir,
amma haçansa gələcəyin böyük bir şairinin varlığından
xəbər verir. Bir də ki, ədəbi ənənə var – ədəbi məclis
ənənəsi – Azərbaycan-Şərq ədəbi mentalitetini ifadə edən
ənənə … «Pərvanə» ədəbi məclisi də məhz bu ənənənin
davamıdır. Bu yaxınlarda ədəbi məclisin ilk almanaxı işıq
üzü görüb. Qırx yeddi müəllifin (əksəriyyəti şairlərdir)
yaradıcılığı haqqında az-çox təsəvvür yaradan bu
almanaxdan söz açmaq ehtiyacı duydum. Başlıcası, ona
görə ki, «Pərvanə» uşaqları içində (belə demək
mümkünsə!) lap yaxın gələcəyin potensial şairləri ola
biləcək kəsləri görürəm. Ancaq 47 müəllifin içərisində 47
poetik sifət tapmaq bir az müşkül məsələdir, bir
kimsənin xətrinə dəymək istəməzdim – yazı tərzi, həyata,
dünyaya eyni baxış bucağından yanaşma mənasında
bəzən 2-3 sifət qoşalaşır, ya da bəzən bir sifətdə başqa
sifətlərin cizgilərini müşahidə etmək olar. Bəzən də elə
məqam olur ki, 10-15 sifət birləşir, burada sifətləri ayırd
eləmək çətinləşir. Hətta bu kitabda olmayan sifətlər də
kitabda olan sifətlərə qarışır. Bəzən mənə elə gəlir ki, bir
zaman çox çətin olacaq – bu sifətsizlik (çoxsifətlilik elə
sifətsizlik deməkdir) poetik mənada fərdi üslubun
yaranmasında ən böyük maneə yaradacaq.
Ancaq mən bu kitabdakı fərdi poetik cizgiləri
seçməyə çətinlik çəkməyəcəyəm. Çünki almanaxda çap
olunan müəlliflərin bəzilərinin şer kitabları da çapdan
çıxıb (hətta bir yox, bir neçə kitabı). Mənim üçün Məlahət

257
Yusifqızının, Ədalət Əsgəroğlunun, Qəşəm
Nəcəfzadənin, Fərqanə Mehdiyevanın, Böyükxan
Pərvizin, Sərvaz Hüsenyoğlunun, Faiq Balabəylinin şair
sifətinin bəzi cizgiləri aydın görünür. Hər hansı şair üçün
onun istedadlı olduğunu müəyyənləşdirən ümdə
xüsusiyyətlər var ki, bunlardan ən başlıcası heç şübhəsiz,
dünyaya, gerçəkliyə orijinal, hər hansı bir əşyaya,
predmetə təzə, təravətli baxışdır. Azərbaycana həsr
olunan yüzlərlə, bəlkə də minlərlə şerlərin arasında
Abbas Səhhətin, Əhməd Cavadın, Səməd Vurğunun,
Məmməd Arazın şerlərini seçmək olur. Ana mövzusunda
yazılan poetik nümunələr içərisində də bəzi şedevrləri
(C.Cabbarlının, M.Müşfiqin) xüsusilə nəzərə çarpdırmaq
olar. Bu, məsələnin bir yönü. Digər tərəfdən, indiki çağda
–XXI əsrin girəcəyində hər şerlə, hətta professional şerlə
belə oxucuları heyrətləndirmək çətindir. Səbəbini
müxtəlif aspektdə izah etmək olar. Deyə bilərik ki,
cəmiyyətdə harmoniya pozulmuş, insanlar
mənəviyyatdan daha çox maddiyyat haqqında
fikirləşməyə başlamışlar. Deyə bilərik ki, bu gün şer
həddindən çox yazılır, həddindən çox şer kitabları çap
olunur və təbii ki, oxucuların əksəriyyəti yenə də əvvəlki
illərdə ollduğu kimi şerin yaxşısına, pisinə fərq
qoymurlar. Ancaq fikrimcə, bütün bunlar Azərbaycan
şerinin heç də xaotik durumda olduğuna dəlalət etmir.
Vaxtilə şerimizdə bir monotonluq hökm sürürdü və
təxminən eyni tipli şer, səviyyəsindən asılı olmayaraq
kütləviləşməyə üz qoyurdu, ancaq indi şerimizin üslub
və polifoniya mənzərəsi genişdir. Ona görə də şerin pis

258
mənada kütləviləşməsi qorxusu duyulmur. Buyur,
bacarırsan «ağ şer» yaz, gəraylı, qoşma, təcnis yaz,
«modernist» şer yaz, ya da özündən təzə şer növü «icad
elə». Və beləliklə, bütün bunlar – bu eksperimentlər şerdə
müxtəlif yönlü axtarışlara rəvac verir. «Pərvanə» ədəbi
məclisi almanaxında da çağdaş şerimizin mikro
mənzərəsi görünür. Müşahidə etdiklərim tamamilə haqq
verir deyim ki, bu almanaxda müasir Azərbaycan şeri
müəyyən mənada özünün gələcəyini yaşayır.
Həmin almanaxda ilk şer unudulmaz Rəsul Rzaya
həsr edilmişdir – müəllifi Məlahət Yusif qızıdır.

«Uzun, gödək sətirli şerlərilə»


Bir şair aldı dünyanı başına
Ağ üzlü, qara adamların yamanında,
Ağ günlərin qara yanğısı canında,
İncə duyğulu Nigarı yanında,
Baş-ayaq zamanın ürpərdici asılqanında,
ağ şerlər yazdı insanlıq adına.»

Şer Rəsul Rza ömrünün Məlahət Yusif qızı


anlamında açıqlanması kimi yadda qalır. Məlahət məhz
bu mənada hər hansı hadisəyə, olaya, duyğuya,
ümumiyyətlə, şer kimi düşündüyü hər hansı mətləbə bir
kimsənin yox, özünün çevrəsindən boylana bilər. Onun
üçün sərbəstdə, ya hecada yazmağın, fikri hansı formada
ifadə etməyin bir elə mənası yoxdur. Rəsul Rza ədəbi
məktəbindən yaxşı mənada faydalanmağın bir ümdə

259
cəhəti elə budur-fikir sərbəst olmalıdır, əvvəlcədən
ölçülüb-biçilmiş bir standarta sığmamalıdır. Sözlərin
arealı, yəni yayılma sahəsi poetik fikrin tədricən
formalaşmasına gətirib çıxarır. Məlahətdə sözlər havadan
asılı qalmır, biri digərinin əlaqələndiricisinə, şərhi-
bəyanına çevrilir. Məsələn, «Dünya bazarı» şerində
Azərbaycan və Azaldıq sözləri poetik xitabın obyektinə
çevrilir:

Rezin kəmərə döndü Araz,


gözü hədəqəsindən çıxana qədər
sıxdılar Azərbaycanı.
Şimala, Cənuba,
bir ikiyə,
ikini tikəyə ayırdılar.
Azadlıq qalxdı od qiymətinə
və mazutlu əski kimi
Tıxandı bu məmləktin boğazına.
Can,
qan bahasına oldu nəfəs dərimi.
Bu diyarda
od qiymətinə satıb,
Azadlığı
Bazara, dünya!

Əlbəttə, mən bu şeri Məlahət Yusifqızının, nə də


çağdaş şerimizin örnək olası nümunəsi hesab etmirəm.
Bu, adi bir şerdir, lakin elə bu adi şerdə poetik fikri ifadə
etmək üçün nə lazımsa, cəm olub. Vaxtilə ədəbi tənqiddə

260
«fikir poeziyası» deyilən bir termin işlədilərdi, bu
terminlə bağlı mübahisələrin olduğu da məlumdur.
Bəziləri iddia edirdi ki, şer ancaq fikir üzərində
qurulmalıdır, digər komponentlər o qədər də vacib və
zəruri deyil. Bir başqası bunun əleyhinə çıxıb deyirdi ki,
şer yalnız fikir üzərində qurulursa, bəs onda hiss, duyğu,
həyəcan – bunlar necə olsun? Təbii ki, «fikir poeziyası»
ilə bağlı bu mübahisədə hər iki tərəf birtərəfliliyə yol
verirdi. Çünki elə əsl şer həm fikrin, həm də hissin
məhsuludur. Fikrin içində hiss, hissin içində fikir yoxsa
və bunlar bir şerdə bir-birilə qaynayıb qovuşmurlarsa, o
zaman ümumiyyətlə, şerdən danışmaq mümkündürmü
(çox təəssüf ki, son illərdə də bu meyarla şer
adlandırmaq mümkün olmayan nümunələrin sayı-hesabı
yoxdu)? Məlahət Yusif qızının şerlərində bu vəhdət hələ
ki gözlənilir: özü də Məlahətin sərbəstdə yazdığı
şerlərində bu daha çox hiss olunur. Görünür, şerin bu
qatında Məlahət öz poetik imkanlarını daha çox səfərbər
edə bilir. Məsələn, onun «Qayıt töküldüyün yerə»,
«Qırxıncı otaq», «Qulaq as, İlahi!», «Bizimki elə
sallaqxanadı» şerləri ancaq sərbəstdə yazıla bilərdi
(mənim subyektiv fikrimdir). Lakin mən burada
Belinskinin bir fikrini xatırlatmalı oluram: «Şairin bütün
əsərləri məzmun və forma etibarilə nə qədər müxtəlif
olsa da, ümumi bir simaya malikdirlər, yalnız onların
özünə məxsus olan xüsusiyyətləri vardır, çünki bunlar
hamısı bir şəxsiyyətin, vahid və bölünməz bir mənliyin
məhsuludur. Beləliklə, şairi öyrənməyə başlayarkən
əsərlərinin müxtəlifliyi içərisindən hər şeydən əvvəl

261
onun şəxsiyyətinin sirrini, yəni onun ruhunun ancaq ona
məxsus olan xüsusiyyətlərini seçmək lazımdır».
Belinskinin bu fikrini mən «Pərvanə» ədəbi məclisinə
yığışan, şerləri haqqında danışdığım əksər müəlliflərə
şamil edə bilərəmmi? Çox çətin sualdır. Ona görə
çətindir ki, hələlik pərvanəçilərdə «ruhun özünəməxsus
xüsusiyyətlərini» sezmək o qədər də asan deyil. Özü də
çox maraqlıdır ki, şerin professionallq səviyyəsi nə qədər
qane edicidirsə, «ümumi bir simaya malik olan»
xüsusiyyətləri ayırd etmək çətindir. Haqqında ilk söz
açdığım Məlahət Yusifqızının şerlərində bu xüsusiyyətlər
çətinliklə olsa da bəlirlənə bilir. Artıq onun şerlərində
«mən» az-çox görünməyə başlayır. Ancaq məsləhət
görərdim ki, Məlahət bu poetik «mən»i təsirlərdən
qorusun. Çünki onun şerlərində özününkü olanlarla
hamıya məxsus olan cizgilər yan-yanaşıdır.

Neçə ildi qəfəsdən


Azadlıq səsi gəlir
Qulaqlarıma.
Yeni sərhədlər çəkilib
Ağdamdan üzü bu yana.
Qırılan yollar
Üzümə qayıdır
Üsyankar uşaqlar kimi.
Neçə
İldi
Birlik qovur
Biz qaçırıq.

262
Bu şerin poetik ahəngi, intonasiyası, fikrin ifadə tərzi
mənə tanış gəlmir, o mənada ki, Məlahətin əksər
şerlərində elə bu ahəng, bu ritm, bu sayaq ifadə tərzi ilə
qarşılaşmışam. Yaxud, başqa misal:

İşinin günü,
Gününün saatı bəlli deyil,
Haqq-hesab çürütməyə
Bir adamın yox,
Təsbeh dənələri kimi
Dabılmasan küçələrə,
Səndən ev kişisi çıxmaz,
Bizdən küçə qadını.
Bu çilik qeyrətlə,
Bu sərsəri görkəmlə
Qaytarmaq olmaz kişi adını
Qayıt öldüyün yerə!
Qayıt töküldüyün yerə!
Səni sapa düzdüyüm günə lənət!

Məncə, hər şey aydındır. Məlahətin bir şair kimi


özünəməxsusluğu, kimsəyə bənzəmək istəmədiyi haqda
müəyyən qənaət hasil oldu. Ancaq gəlin indi aşağıdakı
şer parçasına diqqət yetirək:

Ömrü-günü didirdim,
İtirdikcə itirdim.
Nimdaş idim gedirdim,

263
Məni yamaq saxladı.
Göy çəkildi, yer axdı,
Əhd özü dönük çıxdı.
Bəxt susdu, tale yıxdı.
Dişlə dırnaq saxladı.

Bu şer parçasındakı ahəng, intonasiya və deyiliş tərzi


də tanışdır, amma bu tanışlıq Məlahətin ara-sıra bu sayaq
yazdığı şerlərdən başlayıb, Məlahət yaşda və ondan
yaşlı, ondan cavan şairlərin də şerlərində hiss etmişəm.
Oxşarlıqlar, paralelliklər gətirə bilərəm. Ancaq buna
ehtiyac varmı?

III

“Pərvanə” haqqında söhbətimə Məlahət Yusifqızının


şerlərilə başladım. Qəşəm Nəcəfzadənin şerləri ilə davam
etdirmək istəyirəm. Görək bu “şairbaşı” öz poetik
aləmiylə bizə nə vəd edir.
İmişlidə doğulub boya-başa çatan, təbii ki, ilk
şerlərini də Aran torpağının qızmar gunəşi, yovşanlı
çölləri, göz oxşayan və göz oxşamayan düzləri, dərələri,
sakit çayları önündə yazan bir kənd müəllimi… günlərin
birində o kənd müəllimi – ilk şerlər kitabının müəllifi
heybəsini çiyninə, gözəl-göyçək uşaqlarını da yanına alıb
şəhərə yollanır. Çox-çox kəndli şairlərin şəhərdəki
taleyini o da yaşayır. İstedadsız olmadığı üçün
məmləkətin poeziya mühitində öz sözünü deməyə,
seçilməyə, fərqlənməyə can atır. Hərdən-hərdən

264
televiziyada şerlər deyir, şer məclislərində gur-gur
guruldayır. Və günlərin bir günündə özü yaşda cavan
şairləri, nasirləri poeziya şamı işığına toplayır. Şəhər
həyatı, onun zahiri əlamətləri bu kəndli şairinin üst-
başına, görkəminə təsirsiz qalmasa da, Qəşəm kənd oğlu
olmaqda qalmaqdadır.

Həmişə cibimdə ağlar maaşım,


Ağlar manat-manat evimiz, dolar.
Ağlayıb qurtarar, sonra adından,
Bizim evimizdə quru söz qalar.

Gəzərəm şəhəri ürəksiz kimi,


Göysatan arvadlar hirslənər mənə.
Balaca oğlumun ayaqları da
Top üçün havada yellənir yenə.

Əlbəttə, hər hansı bir şairi “bu kəndlidir”, “bu


şəhərlidir” kimi məhdud, sxematik bölgü ilə təqdim
eləmək doğru deyil. Ancaq onu da unutmayaq ki, şairin
şerlərində təbiilik varsa, səmimiyyət havası duyularsa və
o, bütün bunları oxucuya təlqin edə bilərsə, bu təbiilik və
səmimiyyətin qaynağı onun ilkin mühitindən gəlir.
Qəşəm Nəcəfzadənin bütün şerlərində özünün obrazı
var. O, böyük Vətəndən danışanda da, (“Böldük səni
tikə-tikə elədik, Bacın ölsün, anan ölsün, ay Vətən!),
bazarda vaxtilə dərs dediyi şagirdindən borc pula kartof
götürəndə də, Əkrəm Əylisliyə şer həsr edəndə də
(Əkrəm elə söz deyər, Adam adama dəyər), özü kimi

265
kənd şairlərinin obrazını yaradanda da (Şeri çap
olunmaz kənd şairinin, fikrini kağıza hey bükər, bölər),
sevgi şerlərində də başqa birisi deyil, özüdür. Bəzən gün-
güzərandan, məişətdən, gerçəkliyin neqativ hallarından
şikayətlər usandırıcı təsir bağışlayır, başqa bir məqamda
küçə, bazar əhvalatları, kənd müəlliminin sıxıntılı günləri
də şerdə prozaik bir mənzərə yaradır. Amma bütün
bunlar poeziya alovu ilə deyil, qayğıların, həyati
əngəllərin püskürtdüyü qəzəb qığılcımlarından od alsa
da təbiidir. Qoy şair şikayətlənsin: maaş azlığından,
şəhəri ürəksiz gəzməsi, göysatan arvadların ona
hirslənməsi (hələ üstəlik arvadının da), çörək
bahalığından qızının hirslənməyi də, ət satan kişinin qızıl
dişlərinin harın-harın parıldaması da (“Mənim boynuma
vurmaq yaxşıdı, Beş balamın boynuna vurmaqdansa”)…
bütün bunlar real, həyati təfərrüatlar və xırdalıqlardır.
Ötüb keçəcəksə, çox güman Qəşəm daha sızıldamayacaq,
ötüb keçməyəcəksə, sızıltılar, tənələr, qınaqlar daha da
artacaq. Amma mənim fikrimcə, şair hardasa bu gün-
güzaran ağırlıqlarından çəkicə üstdə durmalıdır.
Belə fikirləşirdim və birdən Qəşəmin kitabında
(“Ömür kitabıma düzəliş”) “Adam az qalır” adlı bir şerə
rast gəldim. Və deyəsən, zəmanə şairini duydum:

Birdən
adam dolur hirsdən,
yumruqnan,
yaynan, oxnan.
Az qalır daşa adam,

266
Daşmır.
Birdən o qədər sevgin,
O qədər şerin…
Az qala adam
Kərəm olsun,
olmur.
Birdən qolunda qılıncın,
canında gücün,
Altında Qıratın,
qəzəbin, sevgin
elə artır, artır.
Adam az qala,
Az qala Koroğlu olsun,
olmur.

“Ömür kitabıma düzəliş” Qəşəmin on birinci


kitabıdır. Qoy Qəşəm və Qəşəmin dostları
(“Pərvanəçilər”) nə düşünürlər düşünsünlər, deyəcəyəm:
yalnız bu kitabla Qəşəm ədəbiyyatın çölündən birbaşa
içərisinə daxil ola bildi. Qoy Qəşəm özünü poeziya dahisi
hesab etsin, dəxli yoxdur, deyəcəyəm: bu kitabdakı
şerlərin yalnız on-on beşi təmiz poeziyadır. O şerlər ki,
Qəşəm hər dəfə əlinə qələm götürəndə o şerlərə baxmalı,
onlardan qorxmalı, çəkinməli, təzə şerini yazıb
qurtaranda o şerlərə hesabat verməlidir.
Budur, həmin şerlər: “Gözlər”, “Öləndə öləsən…”,
“Gərək”, “Divar”, “Ən gözəl yalan”, “Adam az qalır”,
“Sevməyin məni”, “Gəl”, “Kəndir”, “Bir damcı ağac

267
yaşılım”, “O qızın əlləri solub”, “Payızın üstünə”, “Hər
yağış damlası”, “Gəl qaçaq dünyadan”…
Ola bilsin mənim Qəşəmdən seçdiyim, bəyəndiyim
şerlər şəxsi zövqün, subyektiv fikrin təqdiri ola. Ancaq
bu şerlərin hər birinin öz sifəti, səciyyəsi var. Və həmin
şerlərdə Aran balası Qəşəmi görürəm. O Qəşəm yavaş-
yavaş boy atır, çiçəkləyir və deyir:

Gərək şair səsi uzaqdan gələ,


Ay keçə, il keçsə, unudula o.
Bir əsrdən sonra geriyə dönə
Doğulduğu kəndə, öldüyü kəndə.
Ən böyük yalanım, gülüm, sən boyda,
Göyləri adladım, dünyanı aşdım.
İçinə getdikcə gördüm dünya boş,
Darıxdım, dünyaya səni danışdım.

Ölür bənövşələr asfaltın ustə,


Odur adamlar da üstünə çıxdı.
O sudan bir ovuc götür əlinə,
Çiçəklər başını qaldıracaqdı.

İpək tellərindən bənövşə bitir,


Gülümsünür sənə çiçək allahı,
Yeri, qucağına balanı götür,
Keçəcək balana bənövşə ruhu.

Qəşəm haqqında, onun şerləri barədə də bu qədər…

268
Ancaq “Pərvanə” ədəbi məclisi Məlahət Yusifqızı və
Qəşəmdən ibarət deyil. Nəşr olunan kitabda şerləri ilə
diqqəti cəlb edən, necə deyərlər, adamı diksindirən cavan
şairlərlə görüşə bilirsən. Məsələn, Fərqanə Mehdiyeva
bundan sonra hansı şeri yazacaqsa, mən onun “Təndir”
şerini yada salacağam. Bu şerdə ocaq kultuna pərəstiş
poeziya səviyyəsində öz ifadəsini tapır.

Bu uzun-uzadı ömür yolunda


Anamla qoşaca çalışıb təndir.
Ələ düşməyəndə kibrit əvəzi
Anamın içindən alışıb təndir.

Əyninə özgə don geyməyən anam


Təndir tüstüsündən min don geyinib.
Başını bir kəsə əyməyən anam
Təndirin yolunda min yol əyilib.

Dayandur Sevgin, Yavuz Məftun, Hikmət Məlikzadə,


Sədaqət Əliqızı, Rəsmiyyə Sabir, Həyat Şəmi… bunlar da
ümid verən pərvanəçilərdir. Əgər mən onlardan
həvəskar kimi yox, şair kimi söz açsam, yeganə iradım
bu olar ki, bəzən içindən keçmədiklərini, yaşamadıqları
hissləri vaxtında cilovlayıb şerə çevirməsinlər.

IV

Bəzən müəyyən yaş bölgüsüynən ədəbi gənclik


sərhədini müəyyənləşdirməyə çalışırıq. İllər keçir, “cavan

269
şair”, “gənc nasir” kimi təqdim etdiyimiz müəlliflər yaşa
dolur, amma o adlar yenə o müəlliflərin yaxasından əl
çəkmir. Baxıb görürsən ki, 38 yaşlı Əli Kərimin heç bir
şerini də yazmayıb (Əli Kərimin lazım deyil, heç öz şerini
də yaza bilməyib).
Əgər söhbət ədəbi gənclikdən gedirsə, bu gün bu
gəncliyi məhz müxtəlif ədəbi zövqlərin qaynayıb-
qarışdığı bir proses kimi təsəvvür etmək olar. Bəli, yazı
tərzi, üslubi və üz tutduğu ədəbi meyarlar baxımından
bu gün bir-birinə oxşar şairlər və şerlər qədərincədir. Bu
oxşarlıqda şairləri və şerləri doğrudan da bir-birindən
seçmək, fərqləndirmək çətindir. Ancaq ədəbiyyata gələn
gənclərin bir çoxu elə ilk yazıçılardan sanki, “buyurun,
mən gəlmişəm, oxuyun, qiymət verin, yazılarıma laqeyd
qalmayın” deyibən cavab gözləyirlər. Yazıları haqqında
kiminsə fikrini öyrənməyə can atan müəlliflərdən biri də
Aygün Həsənoğludur (son illərdə xanım yazarlarımızın
öz soyadlarına “oğlu” sözünü artırmaları mənim üçün
heç də təəccüblü deyil). Aygün hekayə, pritça, mənsur
şer və pyes yazır. Görürsünüz, müxtəlif janrlardır.
Doğrusu bu da mənə təəccüblü gəlmir. Bu gün kim nə
istəsə yazır, şerin çətin, hətta bütöv bir ömür tələb edən
yoxuşlarını üzü yuxarı qalxmamış, nəsr də yazır. Əlbəttə,
istedad üçün bütün janrlarda maneə olmamalıdır. Lakin
məsələ burasındadır ki, bu gün elə bir qələm sahibi
yoxdur (söhbət cavanlardan gedirsə). Ancaq Aygünün
nəsr əsərləri ilə pyesləri arasında bədii qabiliyyətin
səviyyəsi baxımından heç bir fərq nəzərə çarpmır. Onun
hekayələrindəki daxili dramatizm, psixoloji gərginlik çox

270
güman ki, pyeslərinin meydana çıxması üçün bir stimul
rolunu oynayıb.
Aygün “Yalquzaq”, “Qovuq”, “Yovşan”, “Daşcığaz”,
“Qatar”, “Qurd harayı” kimi hekayələrində əslində,
dramaturq pozasında çıxış edir. Bunların hər biri
əsasında maraqlı bir pyes yazmaq olar.
Aygün elə bu hekayələrində psixoloji nəsrə meylli
olduğunu sübut etməyə çalışır. Hadisəçilikdən, məzmun
nəql etməkdən qaçır, daha çox şərhə, təhlilə üsitünlük
verir. “Yalquzaq” hekayəsindəki dramatizm sonda
faciəvi məqama yüksəlir, insana və sevgiyə biganə bir
qızın ölümüylə sonuclanan hekayə təsirlidir. O da
təqdirəlayiqdir ki, Aygündə mifik bədii təfəkkür
duyğusu güclüdür, bu məqam real gerçəkliyi duymaqda
və mənalandırmaqda ona yardımçı olur. Ancaq hekayə
və pritçalarında nail olduğu bu məziyyəti biz Aygünün
mənsur şerlərində görmürük.
Aygünün pyesləri məndə bir-birindən fərqli iki
təəssürata səbəb oldu. Əvvəla, deyim ki, onun dramatik
janra, bu janrın poetikasına mükəmməl olmasa da, az-çox
bələdliyi var. Ancaq nəzəri cəhətdən bilgilənmək, nəyisə
mükəmməl öyrənmək ədəbi praktikada özünü
doğrultmalıdır. Vaxtilə (50-60-cı ollərdə) “oxunmaq
üçün” bəzi pyeslər yazılırdı. Bu əsərlər təbii ki, teatrda
səhnəyə qoyulmaq üçün qəbul edilmirdi. Ancaq həmin
“təcrübənin” nəticəsi praktikaya da sirayət elədi. Məhz
“oxunmaq üçün” yazılan bir çox pyeslər səhnəyə də yol
tapdı və indi də yol tapır. Amma Aygünün pyesləri
“oxunmaq üçün” yazılan pyeslər deyil, birbaşa

271
səhnəlikdir (təbii ki, səriştəli rejissorun, bəzi çıxdaşları,
əlavələri ola bilər). Bu pyeslər (“Kişilər qayıdırlar”,
“Kölgə”, “Ağ yuxular”, “Mağara”) mövzu, problematika
baxımından səhnədə səslənməli əsərlərdir. Məsələn,
“Kölgə” pyesi müasir dövrün sonu gəlib çatmayan keçid
dövrünün ən ağrılı problemlərindən söz açır. Aygün bir
pyesin içində komik və faciəli situasiyaları sintez halında,
sanki iç-içə təqdim edə bilir. Daha doğrusu, hadisələrin
mahiyyəti komiklikdən faciəviliyə baş alır ki, bu da real
həyatdan gəlir. “Mağara” pyesində isə son illərin
drammaturgiyasında çox nadir təsadüf olunan bir
hadisə, situasiya – Qarabağ müharibəsinin özü səhnəyə
gəlir. Lakin burada amansız top atəşlərini, tank,
pulemyot səslərini yox, insanların içindən müharibənin
sədasını eşidirik.
Döyüşlərin birində mühasirəyə düşmüş əsgərlər bir
mağaraya sığınmalı olurlar. Mağara müəllif yozumunda
simvolik məna kəsb edir – dara düşmüş, lakin ümidlərini
itirməmiş əsgərlərlə böyük Vətən – Azərbaycan eyni
vəziyyətdədir. Lakin çıxış yolu var. Müəllif bir anlığa
tamaşaçını əski dövrə qaytarır. Bir zaman dara düşmüş
Oğuz Xaqan da öz dəstəsiylə belə bir mağarada azıb
qalmış, ancaq böyük inamını itirməmiş, xilas olmuşdu.
“Ən dərin, ən qaranlıq mağara bizim öz içimizdədir. Ən
əvvəl öz içərimizdəki mağaradan yol tapmalıyıq!” –
Oğuzun bu sözləri bu gün üçün də müasir səslənir. Və
əslində, müəllifin bütün pyes boyu demək istədiyi
həqiqət elə budur.

272
Aygünün pyesləri heç şübhəsiz, onun dramaturji
istedadından xəbər verir. Ancaq adını çəkdiyimiz
pyeslərdə elə bu istedadla təzad təşkil edən qüsurlar da
nəzərə çarpır. Buna təcrübəsizlik də demək olar. Həyati
materiala bir az üzdən, səthi yanaşmaq da qüsur doğura
bilər. Yaxud bu pyeslərdə bəzi ritorik məqamlar da
diqqətdən yayınmır. Aygünə xatırlatmağa dəyər ki,
Azərbaycan səhnəsində vaxtilə bol-bol ritorika,
publisistik qışqırtılar eşidilib və əgər öz pyeslərində buna
rəvac versə, tamaşa zamanı bir yox, beş-altı mikrafona
ehtiyac olacaq.
Mən dramaturgiyamıza təşrif gətirmiş isiedadlı bir
xanımın pyeslərindən qısaca söz açdım. Ənənəvi olsa da,
ona uğurlar diləməkdən başqa sözüm yox…

Mübariz Cəfərli… bəlkə də çağdaş nasirlərimizdən


heç birini onun qədər yaxından tanımıram. Bəlkə də
Mübarizin yazılarını oxuduğum qədər kimsəni
sətirbəsətir oxumamışam. Mübariz Cəfərli çağdaş
nasirlər sırasında təmamilə seçilir. O mənada ki,
doğrudan da öz yazı manerası, fərdiliyi etibarı ilə
kimsəyə bənzəmir. Ola bilsin, bu fərdilik,
özünəməxsusluq hələ yüksək sənət əsərlərinin
mövcudluğundan xəbər vermir, yəni yol var, amma bu
yol hələ ümumi dəstədə seçilə bilmir. Təbii ki, mən qəti
olaraq bu fikirdə deyiləm, ancaq özünəməxsusluqdan söz
duşərsə, qoy deyim: Mübariz Cəfərli – mənim yaxşı

273
tanıdığım bu yazıçı ilə onun qəhrəmanları arasında
heyrətamiz dərəcədə bir yaxınlıq var.
Hər bir yazıçı əslində özünü yazır.
Ancaq çoxu bunu gizlədərək, bəzən sətiraltı, bəzən
də lap oxşadaraq yazır. Mübarizin isə özü ilə
qəhrəmanları həyatda həmişə nəyisə axtarırlar, nəyisə
əldə etməyə çalışırlar, onlar öz hərəkətlərində həddindən
artıq sərbəst görünməyə can atırlar, bəzən yeri gəldi-
gəlmədi filosofluq edirlər, bir az təkəbbürlü, iddialıdırlar.
Güzgüyə baxıb “mənim Folknerdən nəyim əskikdir”
deyə bilirlər, güzgüdən aralanandan sonra “yox, bu mən
elə özüməm” etirafına özlərində güc tapırlar. Şəhərin
istənilən bir nöqtəsində gözəl bir qız görəndə Siseron təbi
işə düşür: “bilirsənmi, mən səni hamıdan çox istəyirəm”.
Əslində, heç Don Juanlığı da bacarmırlar.
Onlar həddindən artıq həssasdırlar. Mən inanıram ki,
“Dəniz kənarında oturan qadın” povestindəki kişi
qəhrəman elə Mübarizin özüdür (evliliyin burada elə bir
əhəmiyyəti yoxdur). Həmin povest mənim Mübarizi
tanımadan oxuduğum ilk əsərdir. Povestin qəhrəmanı
Toğrul dəniz kənarında skamyaların birində pərişan
oturan Süsən adlı qadınla tanış olur. Qadının hıçqırtısına
dözə bilməyib onu evinə aparır. Sonra bu qadının başına
gələn əhvalatlardan hali olur. Doğrudan da, Mübariz, o
qadının – Süsənin həyatındakı dramatizmi, son anda isə
faciəsini özünəməxsus təsvir edir.
Və bu povestdən sonra yazılan bütün əsərlərində
Mübariz Cəfərli tənhalıq mövzusuna müraciət edir.
Onun qəhrəmanları tək deyillər, dostların, tanışların,

274
kollektivin əhatəsindədirlər, amma tənhadırlar. Bəzən bu
tənhalıq təbiidir, içdən gəlir, bəzən isə Mübariz
tərəfindən uydurulur. “Boyunbağı” povestindəki
Xatirənin taleyi uydurulur, bu tənha qadının danışdıqları
öncə ironik bir təbəssüm doğursa da, sonra oxucuya təsir
edə bilir. Mübariz bu qadının ürəyinə, ruhuna enə bilir.
“Yaşasın azadlıq” povestindəki qəhrəmana gəldikdə
isə onun tənhalığı bizi o qədər də təsirləndirə bilmir.
Nədir azadlıq? Mübarizin qəhrəmanı üçün azadlıq hələ
kirayə qaldığı, sonrasa tək yaşadığı otaq, o otaqdakı
telefon, o telefonda onun “məzə qıldığı” qızlardır.
Seymur adlı bu tələbə-gənc yazıçı istənilən adamla
ünsiyyət yaradır, hətta həssaslığı ilə rəğbət oyadır.
Amma bu qəhrəman xaraktercə laübalıdır, həyatda
konkret bir məqsədi, amalı yoxdur. Doğrudur, o
«roqramlaşdırılmıyıb», ondan “müsbət qəhrəman” kimi
danışmaq heç lazım da deyil. Nə yaxşı ki, Mübarizin
qəhrəmanı özünün insani zəifliyini, hətta vecsizliyini
dərk edir: “İki gündü uzun-uzadı fikirləşirdim, nə qədər
ümidimi itirməsəm də, hər halda qəlbimin dərinliyində
ümid qığılcımları iki gündü ki, məni rahat buraxmırdı,
havalı kimi gəzirdim, fikrim-xəyalım özümdən çox-çox
uzaqlarda gərdiş eləyirdi. Anlayırdım ki, gülüncdü
sərsəm-sərsəm, artıq-əskik düşüncələrə dalmaq, onsuz
da əlimdən heç nə gəlməz, itirdiyimi itirmişəm”.
Ancaq Mübariz sonrakı povestlərində, təbii ki, yaşı
artdıqca, həyat təcrübəsi çoxaldıqca və büna müvafiq
dünyaya, gerçəkliyə münasibəti formalaşdıqca bədii
düşüncə arealı da artır. Onun elə ilk hekayə və

275
povestlərində möhkəm və özüllü dil materialı, nəsrə
məxsus bədii təsvir vasitələri diqqəti cəlb edirdi. Ancaq o
da nəzərdən qaçmırdı ki, Mübariz Cəfərli süjet və bədii
konstruksiya məsələlərində səliqəsiz və pintidir (elə
sonrakı povest və hekayələrində də bu cəhət özünü
göstərdi), necə deyərlər, yaxşı memar deyil. Ancaq
bununla yanaşı deməliyəm ki, onun son povestləri -
“İkiləşmə” və “Qarabasma” artıq oturuşmuş bir yazıçı
qələmindən çıxıb. Yəni Mübariz bayaq Qəşəm Nəcəfzadə
üçün dediyim “Ədəbiyyatın çölündə yox, içindədir”.
Onun mövzuları daha laübali keçən bir ömrün
fraqmentlərini deyil, həyatda az-çox bərkimiş, müəyyən
dünyagörüşə malik bir insanın görüb-götürdüklərini,
müşahidə etdiklərini qələmə alır. “İkiləşmə” povestində
dövrün, zamanın insanlara təsir və təzyiqindən doğan,
onun həyata baxışındakı çevrilmələri əks etdirən
vəziyyətlər süjet materialına çevrilir. İnsan niyə ikiləşir,
öz təbiətindəki əzəli, əbədi xasiyyətindən üz döndərir?
Bax, povest bu suala cavab verir. Ancaq bu real, həyati
prosesi insan daxilindəki, onun xasiyyət və rəftarında
izləmək daha artıq effekt doğurur, nəinki qədim yunan
filosoflarının elmi əsərlərinə müraciət edib şərhə, təhlilə,
araşdırmaya üz tutmaq.
Mübariz Cəfərli haqqında bu qeydlərimi nikbinliklə
bitirmək istəyirəm. Çünki onda potensial yazıçı duyumu,
səriştəsi hiss edilməkdədir. Sadəcə olaraq, ona və
yaşıdlarına bircə məsləhətim var: təkrardan, həm də
özünü təkrardan qaçsınlar.

276
277
TƏNQİD YARPAQLARI

«RƏQS EDƏN OĞLAN» və yaxud KƏND


NAĞILLARI

Kəndi mənə sevdirən ilk yazıçılar Sabir Əhmədli və


İsa Hüseynov olub. Sonra da Əkrəm Əylisli. Bu sevginin
də özəyi doğmalıqdı. Yəni mən Sabir Əhmədlinin,
Əkrəm Əylislinin, İsa Hüseynovun kəndini öz kəndim
sanmışam. Laçını (S.Əhmədli), Qədiri (Ə.Əylisli),
İsfəndiyar kişini (İ.Hüseynov) öz həmkəndlilərim
sanmışam və əslində, Azərbaycanın hər bir kəndində
dəli-dolu Qədir də var, ağıllı, müdrik İsfəndiyar kişi də,
ipə-sapa yatmayan Laçın da. Mənim fikrimcə, Sabir
Əhmədli kəndin dramını, İsa Hüsenovun faciəsini,
Əkrəm isə şerini yazıb.
Cavan bir nasir gəlib ədəbiyyata – Elçin Hüseynbəyli,
indi o kənd haqqında şirin və romantik nağıllar yazır. Bu
nağıllarda uzaqlardan gələn, bizi sirli-sehirli bir dünyaya
aparan duyğu var, hiss var. O nağılları oxuduqca Elçini
hələ də uşaq görürəm. Bu uşaq elə həmin nağıllardaca
böyüyür, yaşa dolur, amma o paklığı, duruluğu qoruyub
saxlayır. Bəlkə də Elçin Hüseynbəylini bir yazıçı kimi
təbii saxlayan elə bu hisslərdir.
278
Elçin Hüseynbəyli hələ nəsr aləmində şedevrlər
yaratmayıb, amma haçansa yazılacaq o böyük əsərlərin
mayası, özülü indidən qoyulur. Elçin Hüseynbəyli heç
zaman bəzi təşəxxüslü həmyaşıdları kimi özünü «mən
Folknerəm» iddiasına tuş eləmir. Heç Əkrəm Əylisli ilə
müqayisəyə də imkan yaratmır. O, Elçin Hüseynbəyli
olaraq qalır və bundan artığını da arzulamır. Yəqin ki,
Elçin Hüseynbəyli olmaq isə bir kimsənin o nağılları yaza
bilməyəcəyi qədərində zor işdir.
Budur, onun «Rəqs edən oğlan» hekayələr kitabı
qarşımdadır. Və bir də bu kitaba daxil etmədiyi bir
povest və hekayələr. Oxuyuram bir daha. Bu «Nar», bu
«Şimallı gəlin», bu «Rəqs edən oğlan», bu «Keçid
dövrünün toyuğu», bu da «Pələş». Bunları Elçin yazıb.
90-cı illər nəsrinin lirik-romantik hekayələri. Öz
oxucusu ilə tez dil tapır, təbiiliyi, şirinliyi, ifadə tərzinin
açıq-saçıqlığı xoşa gəlir. Hardasa Əkrəm Əylisli
nəslindən əsib gələn bir meh sığallayır səni. Yox, təqlid
gözə dəymir, ancaq bu cavan Elçinlə o qırx ilin yazıçısı
Əkrəm arasında doğmalıq var. O doğmalıq da bundan
ibarətdir ki, hər ikisi dünyaya doğulduqları, sonra ayrı
düşdükləri, sonra həsrətində olduqları kəndin
sularından, çiçək qoxusundan, yarpaqların həzinliyindən
baxırlar. Bax, bu mənada doğmadırlar və Əkrəm Əylisli
kimi Elçin Hüseynbəyli də şəhərdə kəndçi olub qalır.
Elçin Hüsenybəyli «Sərçə» hekayəsində bir qəfəs
azadlığı təsvir edir. O, sərçə - çöllərin o azad quşu bir
balaca «zalım» uşağın əli ilə qəfəsə düşür. «Sərçə səhər
tezdən dururdu. Balaca, dən boyda gözlərini tənbəl-

279
tənbəl açırdı, fındıq boyda başını qaldırıb əvvəlcə qəfəsi,
sonra da otaqları seyr eyləyirdi. Belə yaşamaq necə də
gözəl idi. O sərçə keçmişdə qalmış məşəqqətli ömrünü
fikrləşdikcə, qəfəsi lənətləyən günlərini yadına salırdı,
özünü, o biri sərçələri başa düşə bilmirdi». O sərçə qəfəs
açılandan sonra da uçub çöllərə getmir. «Sudan içib şən
həyat barədə mahnısını oxuyurdu».
İndi Elçin Hüseynbəyli də qəfəsdədimi? O sərçəyə
oxşarı varmı? Yox, bu aqibət onu gözləməz. Çünki
sərçənin oxuduğu o şən nəğmələr qəfəs səadətinə sığınıb,
pişik yeminə oxunurdu. Elçinini nağıllarısa çölləri,
ağacları, quşları sevən uşaqlara oxunur.
Elçin uşaqlardan və uşaqlıq aləmindən çox yazır.
Onu qeydsiz-şərtsiz uşaq yazıçısı kimi sevmək olar.
Amma onun təsvir etdiyi mikroaləmin içində böyük bir
dünya var - uşaqların, quşların, heyvanların dünyası. Və
o hekayə-nağıllardakı uşaqlar əslində, uşaq yaşında
balaca müdriklərdir. O balaca müdriklərdən biri belə
deyir: «Babamı kommunizmə çəpəki baxdığına görə
tutublar. Düz baxsaydı, indi sağ-müsəlləm öz kəndində,
doğma ev-eşiyində yaşayırdı, camaatın kişiləri kimi
uşaqların yekəldirdi, tay nənəmin ümidinə qoymurdu».
Həmin bu uşağın dili ilə repressiya qurbanının obrazı
canlanır («Babam, nənəm və kommunizm»).
O, balaca müdriklərdən biri belə başlayır hekayətinə:
«Novruz bayramı olmasaydı, mən Çimnazı döyməzdim.
Çünki bütün məsələlər, yəni mənim Çimnazı guya ki,
sevməyimin üstü Novruz bayramında açıldı» («Rəqs
edən oğlan»). Bu sətirləri oxuduqca uşaq şüurunda

280
məskunlaşan dünyanın balaca bir modeli ilə üzləşirik.
Həmin o balaca dünyanın sakini bilmədiyi şeyləri
danışmır, özünü çox təşəxxüslü aparır, hələ Bekket kimi
öz sevgilisinin adını yaş mal təzəyinin üstünə barmağıyla
yazıb. Sonra həmin təzəyi antikvar kimi öz çarpayısının
başından asıb. Ona görə də bu balaca filosof sevgiyə
tamam ayrı cür baxır, sevməkdənsə balıq tutur, futbol
oynayır, babasının belin ayaqlayır, quluncun qırır.
O balaca filosof böyüyür, orta məktəbi qurtarır, şair-
müəllim kimi öz kəndlərində işləyir, sonra elə o
Çimnazla da evlənir. Vəssalam! Beləliklə «uşaqlığın son
gecəsi» bitir, filosofluq da buradaca başa çatır. Qeyri-
adilik adiliyə çevrilir. Bu hekayələrin çoxu bizim
yaşımızdan qopa bilməyən nostaljinin təsiridir.
Ancaq təbii ki, bu nağıl hekayələri təkcə nostalji hissi
ilə yazmaq olmaz. Bunları bədii yaddaşa həkk etmək
üçün güclü intuisiyaya, təfərrüat zənginliyinə və
təxəyyülə malik olmalısan. Yazıçı olmalısan! Biz niyə
uşaq ədəbiyyatının durumundan gileylənirik? Ona görə
ki, bu ədəbiyyatda çox zaman o intuisiya və zənginlik
çatmır. Uşaq uşaq ağlı və məntiqiylə yox, böyüklərin
uşaqlar üçün quraşdırdığı bir dillə danışır. Amma görün
Elçin Hüseynbəylinin qəhrəmanı necə danışır: «Sonra
Məmiş bir qədər böyüdü. Və qıpqırmızı bir gündə
məktəbə getdi. Məktəbə gedəndə qardaşı onun əlindən
tutub Məmişin yaxşı tanıdığı və hər gün gördüyü
məktəbə apardı. Hər dəfə Məmişin qulağından tutan
qardaşı bu dəfə onun əlindən tutmuşdu və bu, Məmişi
fərəhləndirirdi.

281
Əslində, qardaşın onun harasından tutmasının elə bir
əhəmiyyəti yox idi. Onu məktəbə aparmağa da ehtiyacı
yoxuydu. Çünki Məmiş həmin boz, suvağı tökülmüş
binanı yaxşı tanıyırdı və oranı çox istədiyindən məktəbin
böyür-başına o qədər «çiş» eləmişdi ki...» («Məmişin kişi
olmaqlığı»).
Əlbəttə, elə anlaşılmasın ki, mən Elçin Hüseynbəylini
yalnız bir aspektdə – uşaq dünyasının nağılvari və
romantik təhkiyəçisi kimi təqdim edirəm. Bütün
yaradıcılığı boyu yalnız bu nağılvari dünyaya qapılmaq
olmaz, ancaq o da var ki, sonrakı yaradıcılıq prosesində o
nağılvari dünyadan qopub gələn təmizliyi və saflığı,
aydınlığı və duruluğu saxlamaq mümkündür. Elçin
«Şimallı gəlin» hekayəsində, «Eşşək haqqında
ballada»da, «Qarabağ şikəstəsi»ndə o təbiiliyi, saflığı
qorudu. «Keçid dövrünün toyuğu» və «Oyun»
hekayələrində isə biz Elçin Hüseynbəylini daha ciddi
pozada görürük, o, öz yazıçı fərdiyyətinin özəlliklərini
hifz edə bilir. Saf, ilıq yumor, çox rəvan və təbii təhkiyə
tərzi, Mirzə Cəlil sayağı, amma bir qədər yumşaq kinayə,
rişxənd üsulu, yenə xalq dilinə, düşüncə tərzinə, kəndçi
psixologiyasına hədsiz sədaqət ... bunlar Elçin
Hüseynbəylinin bir yazıçı kimi fərdiliyini təsdiq edən
əsas cizgilərdir.
Elçin bir çox hekayələrində içində onu yaxıb-
yandıran Qarabağ həsrətini, öz kəndini xatırlayır.
Çoxumuz o kəndi görməsək də, Elçinin hekayələrində
görə bilmədiyimizdən daha artıq görümlü kənddir.

282
Elçinin bu kitaba daxil eləmədiyi balaca bir povest
var: «Əsirlər». Həmin povestdə Qarabağ müharibəsinin
bir kiçik anı təsvir olunur. Amma o kiçik an müharibənin
nə səbəbə uduzulduğuna, torpaqlarımızın niyə işğal
olunduğuna bədii dəlil-sübut kimi diqqəti cəlb edir. İki
əsirin timsalında Elçin Hüseynbəyli müharibə
psixologiyasının hələ çoxumuzun şüurunda savaş, ölüm-
dirim psixologiyasına çevrilmədiyini açır. Müharibə çox
miqdarda qorxağın, satqının, dönük insanların da
mövcudluğundan xəbər verir. Ancaq inanmaq olar ki,
Elçin başqa tip psixologiyanı da bədii həqiqətə
çevirəcək... və özünün dediyinə görə, artıq bunu
«Əsirlər» povestinin davamı olacaq yazılarında
reallaşdırıb.
Mən cavan və istedadlı nasir Elçin Hüseynbəylinin
yazılarından söz açdım. Bu yazılar Elçinin özü kimi təbii
və istedadlıdır. Siz də oxuyun.

BIR PARÇA IŞIQ

Asılı deyiləm mən


bir adamdan,
Bir adam da məndən
asılı deyil.

Bu misraların müəllifi Eldar Baxış poeziyaya

283
möcüzə kimi baxırdı, lap o dini kitablardakı möcüzə
kimi. Poeziyadan çəkdiyini heç nədən çəkmirdi. Əslində
öz dediyinə görə, o, şer yazmırdı, canını şerdən
qurtarırdı. Poeziyadan yuxarıda gözünə heç nə
görünmürdü, heç nə yoxdu. Elə buna görə də kimsədən
asılı deyildi. Həqiqi şair taleyini yaşayırdı.
Belə deyirdi: «Mən bir adi adam kimi - kəndçi
balası, şəhərli balası, yer oğlu, göy oğlu kimi şer yazan
gündən qalmışam beş daş arasında. Birinci daş mən
özüməm. İkinci daş mənim qələmimdir. Üçüncü daş
kağızdı. Dördüncü daş Tanrıdı (daş dediyimə görə Tanrı
məni bağışlasın, ona görə ki, ağacı, quşu yaratdığı kimi,
daşı da Tanrı özü yaradıb). Beşinci daş bu gidi dünyadı.
Dəyirman daşı buğdanı, arpanı necə əzirsə, bu daşlar da
mənim duyğumu, düşüncəmi eləcə əzir». Belə yazırdı:

Olanım qələmdi vardan, dövlətdən,


Dövlətdən uzağam, vardan uzağam.
Özüm öz nökərim, özüm öz bəyim,
Özüm öz qulluqçum, özüm öz ağam.

Əkrəm Əylisli onun haqqında yazırdı: «Eldarın nəyi


varsa yazdığındadır, oxucudan gizli heç nəyi yoxdur – o,
özü barəsində hər şeyi hiyləsiz, kələksiz-filansız ürək
açıqlığı ilə oxucuya danışır. Nə yaxşı ki, Eldar Baxış öz
sözünün şairidir, öz qəlbinin, öz taleyinin…».
Eldar məndən iki kurs yuxarı oxuyurdu; mən
filologiya, o, tarix fakültəsində. Amma elə o vaxtdan biz

284
onu şair kimi tanıyırdıq. Və onu beləcə tanıya-tanıya bir
də gördük Eldarın səsi şer gecələrindən gəlir, qəzet,
jurnal səhifələrindən gəlir. Çox çəkmədi ki, Eldar Baxış
çağdaş poeziyanın ön sıralarında göründü.
Bu gün – vəfatından keçən bir il ərzində onun
ölümünə təəssüflənən, acıyan çoxdur. Çünki belə bir
ölümü heç kim gözləmirdi. «Ölüm» sözü ilə Eldar Baxışı
yan-yana qoymaq bəlkə də bu dünyanın ən ədalətsiz bir
işi olardı.
Ancaq nə etmək? Yarımçıq azadlıqdansa, bütöv
ölüm gərəkdi. Bu ölüm isə sən demə, doğulduğu gündən
onunla yol gəlirdi. Ölümünü yaşaya-yaşaya o, ölümə
meydan oxuyurdu. Azərbaycanın başı üstündə qara
buludlar oynaşırdı və belə bir vaxtda Eldar Baxış bir sıra
başqa şairlərimiz kimi (onların sayı o qədər də çox
deyildi), müstəqillik savaşına qatıldı. Qırmızı bayraqların
dalğalandığı bir vaxtda «Yaşılım, yaşılım, hara
gedirsən?» deyən Eldar «Zori Balayana məktub»,
«Alabula adam» şerlərinə görə təqiblərlə üzləşdi:

Sən Zori Balayan, mən Eldar Baxış,


Baxıram, eləcə zoğallayırsan.
Keşiş zurna çalır, sən də keşişin
Qara zurnasını sığallayırsan.
O nədir yazmısan, Zori Balayan,
«Bala» da bizimdir, «zor» da bizimdir.
Ölmək istəyirsən, gəl Qarabağa,
Kəfən də bizimdir, gor da bizimdir.

285
Eldarın şerlərində bir Tanrı sözü gəzirdi və bu
böyük, ulu Allaha inamdan doğurdu.
Belə deyirdi: «Dünyada olan bütün insanların
milləti var. Mən türkəm, sən ingilissən, o birisi fransızdı,
bir başqası yapondu – yaxud peyğəmbərləri götürək:
tutaq ki, İsa peyğəmbər cuhuddu, Məhəmməd
peyğəmbər ərəbdi. Hamımızın milləti var, amma
Tanrının milləti yoxdu. Bəlkə buna görə də Tanrı göy
üzündədi, biz yer üzündə. Bəlkə buna görə Tanrı
hamıdan – məndən, səndən, bizdən, sizdən,
peyğəmbərdən, imamdan böyükdü, uludu. Bəlkə buna
görə min-milyon ildi əlləşirik, vuruşuruq, dua oxuyuruq,
dəstəmaz alırıq, namaz qılırıq, oruc tuturuq, ancaq gedib
o böyük, ulu Tanrıya qovuşa bilmirik».
Eldarın şerləri də bəlkə ulu Tanrıya qovuşmaq üçün
deyilən, yazılan dualar idi.
Belə yazırdı:
İndiyə qədər deyə bilmədiyim sözlər var, - ürəyimin
başında dolaşır o sözlər.
… Ay işığına, gün işığına çıxartmaq istəyirəm o sözləri.
49 illik yarımçıq ömründə Eldar Baxış çox sözü
deyə bilmədi. Ölüm ondan tez tərpəndi ki, bu sözləri
deyə bilməsin. Hiss edirsinizmi, Eldar Baxış haqqında
bunlar ancaq yadıma düşənlərdi. Amma xatirələrim də
çoxdu. Bir xatirə ilə bu yazını sona çatdırmaq istərdim.
Zəngilanda idik, Yazıçılar İttifaqı Təbliğ Bürosu xətti ilə
kəndləri gəzirdik. Hər dəfə mən giriş sözü ilə çıxış edir,
sonra Eldara söz verirdim.

286
Ancaq Eldar düz yarım saatdan sonra öz şerini
oxuyurdu. Bu yarım saatın ərzində isə Nizamidən üzü
bəri ta çağdaş ədəbiyyatımıza qədər ən gözəl
şairlərimizin şerlərini oxuyurdu. O şerləri əzbər
söylədikdən sonra deyirdi: « İndi də bu gözəl şerlərdən
sonra bir kəndli balasını – Eldar Baxışı dinləyin».
E.Baxış bir parça işıq idi – dostları, ailəsi üçün,
bizim üçün. Və ömrünün son 8 ayını yorğan-döşəkdə
yatmaq ona ar gəlirdi, amma o işığın odu, hərarəti
hamımızın ürəyindədir.

«DÜNYAMIZDAN BALACA DÜNYA VARDI»

«Ceyrançöl deyilən yerin ikinci qəbristanlığında


(bura dəlixana, həbsxana və buna bənzər yerlərdə ölən
yersizlər, yiyəsizlər basdırılırdı) yan-yanaşı üç qəbir
vardı. Və dünya özünün üç misilsiz talesizini
Ceyrançölün bu baxımsız və təmtəraqsız yerində bir-
biriylə qonşu eləmişdi.
Hərdənbir dünyanın dumduru səhnələrində
torpağın alın qırışlarına bənzəyən, dağlardan ağır dərd
yükü kimi onun bir tərəfini əyən qəbirlər təmiz,
sadəlövh yeniyetmələrə bənzəyirdi».
Vaqif Nəsibin «Yol üstündəki pişik», «Kol
üstündəki sərçə», «Qol üstündəki yazı» povest üçlüyü
(triptixi) bu sözlərlə başlayır. Və bu üç povestdə
yazıçının tipik məkan kimi seçdiyi (əslində uydurduğu)

287
ceyrançöllülərin real dünyası əks olunmuşdur. Vaqif
Nəsib az qala Ceyrançölün ağacının da, quşunun da
rəsmini çəkir və bu sözlə çəkilən rəsmlər cizgi-cizgi
toplanıb axırda bir tabloya çevrilir.
Xatırladaq ki, nəsrə şerdən gəlmiş Vaqif Nəsib bu
təzə «imarətdə» müvəqqəti qonaq rolunu oynamadı.
Onun nəsri ayrıca bir üslubi sifət qazandı, «şairin nəsri»
deyimindən uzaq oldu. Bu nəsrdə ilk baxışda hər şey
sadədir, adi, bir az da təmkinli, yeri gələndə lirik və
çılğın təhkiyə tərzi, mürəkkəb olmayan süjet xətti,
xarakterik detallar və s. Ancaq bu nəsrdə diqqəti cəlb
edən ən ümdə görüntü və o andaca hiss etdiyimiz,
duyduğumuz bircə şey var – Ağrı. Elə bir ağrı ki, o, Ağrı
zamanın, dünyanın öz içindən gəlir, Ceyrançölün –
dünyanın bu balaca məkanının dəli-dolu, amma ürəyi
dərdli niskillilərinin ağrılarından görünür.
Onu da qeyd edək ki, Vaqif Nəsib elə ilk hekayə və
povestlərində insan ağrısını, ürəyin intəhasız dərd
yükünü qabartmağa, bunu Ceyrançöl mənzərəsində iri
planda canlandırmağa səy edirdi. Bizim bir çox dərdlə
bədii oyun oynayan şairlərimizdən fərqli olaraq, o,
dərdin, ağrının dramasını göz önündə canlandırdı.
«Bilalın elçiliyi» hekayəsini xatırlamaq kifayətdi.
«Yol üstündə pişik» povestində öncə biz Ceyrançöl
dəlixanasının – «psixi xəstəxana»sının təsviri ilə
qarşılaşırıq. Bu «qara iqballı ağ binada» hələlik iki «dəli»
yaralı pələng kimi qəfəsdə çırpınır. Doğrudanmı onlar
dəlidirlər? Yox, dəli olan Əskidərənin birinci
riyaziyyatçısı İslam müəllim və ceyrançöllü cavan rəssam

288
Arif deyil. Yazıçı sanki simvolik bir mənzərə yaradır: ən
ağıllı və düşünən insanların yeri dəlixana, dəlilərin və
yolunu azmışların yeri isə çöldür, bayırdır, maddi
aləmdir. Vaqifin demək istədiyi həqiqət budur və digər
iki povestində də sanki bu həqiqət təsdiq olunur. Ancaq
bu həqiqətin bədii təsdiqinə gəlincə o, bir nasir kimi çox
iş görməli olur – tanış olduğu, içərisindən çıxdığı
məkanın insan mənzərələrini canlandırır. Əsərlərində
çoxlu adlar, personajlar görünür və onların hər biri öz
məxsusi səciyyəsi ilə gözlərimiz önündə canlanır. Birinci
povestdəki gənc rəssam rayonun «1 nömrəli adamı»nın
gözəl qızını sevdiyi üçün ən amansız təhqirə məruz qalır.
«Qol üstdə yazı» povestində də yenə eyni faciəvi
situasiyalar bir-birini əvəz edir. Ağıllı, düşünən, namuslu
və təmiz insan zamanın acı təhqirinə «layiq» görülür.
Yetim Əvəz rayonda gördüyü haqsızlıqları şəhərdə də
hiss edir. Ürəyin sadəliyi (Vaqifin bütün qəhrəmanları
belə ürək sahibləridir) və mənəvi təmizliyi ucundan neçə
dəfə ilişir, həbsxanaya düşür, və o, intihar edir. «Əvəzi
olmayan əvəzsiz dünya» mənhuslara, nadanlara qalır.
«Kol üstündə sərçə» - triptixin üçüncü povesti daha
maraqlıdır. Bu dəfə yazıçı dünya ədəbi praktikasında
təsadüf olunan bir qəhrəman – «hamının əsl adını çoxdan
yadırğalayıb «cütçü» çağırdığı cüssəsiz Ramazan» içində
nəhənglər yatan bir insandır. Amma dövr və zəmanə elə
gətirib ki, elə ən yaxın dostu ona xəyanət edir –
sevgilisini əlindən alır (hərçənd ki, bu sevgi və sevgili də
onun dünyaya sadəlövh inamının faciəsindən həyatına
gəldi).

289
Və Ramazan özünü öldürəndə bu sözləri yazır: « Bu
işdə heç kimin günahı yoxdu. Mən belə yaşamaq
istəmirəm. Böyük bir qəhrəmanlıq da eləmirəm. Bir sərçə
ovlayıram…».
Yalnız özünə gücü çatan, təmizliyindən və
paklığından böyük faciələrə ürcah olan bu qəhrəmanlara
dünyamızdan balaca dünyalarda yer tapılır - o da
qəbristanlıq. Və triptixin sonunda qəbristanlıqda yatan o
üç insana – üç ədəbi qəhrəmana Vaqif Nəsib belə bir ağı
qoşur:

Dünyamızdan balaca dünya vardı,


Adamlardan balaca adamlar yaşardı.
Sevinib əl çalardılar
Əllərdən balaca əllərlə.
Coşub nəğmələr oxuyardılar
Dodaqlardan balaca dodaqlarla…

QIRXINCI OTAQ

«Qoca ona qırx açar verib dedi:


- Burada hər nə istəsən var, qalarsan, kef edərsən.
Ancaq, məbada, məbada qırxıncı otağı açasan».
İstedadlı nasir Saday Budaqlının «Qırxıncı otaq»
hekayəsi beləcə başlayır və xalq nağıllarından qopub
gələn bu mübhəmlik duyğusu Sadayın hekayə və
povestlərində mütəmadi nəzərə çarpır. Amma təkcə
Sadayın deyil, həmin ədəbi nəslə mənsub olan

290
A.Məsudun da, S.Nəzirovanın da, S.Alışarlının da,
R.Tağının da, B.Heydərlinin də, A.Qaradərəlinin də,
E.Əlləzoğlunun da, Ə.Bağırovun da, bugünkü cavan
yazarlardan Yaşarın da, İ.İbrahimlinin də,
E.Hüseynbəylinin də, Fəxrinin də, O. Fikrətoğlunun da…
Nağıllardakı kimi qırxıncı otağa - hamının tələsib
amma yetə bilmədiyi o sirli bilməcəyə baş vurmaq istəyi
adını çəkdiyim bu ədəbi nəslin yazılarında da hiss
olunur. Yəni müasir yozumla ifadə etsək, bu cavan
nasirlər ənənəyə bu və ya digər dərəcədə bağlı olsalar da,
ənənəvi üslubda yazmırlar və yazmaq istəmirlər.
Həyatın - gerçəkliyin daha dərin qatlarına baş vururlar,
onları görünən nəsnələrin görünməyən cəhətləri daha
çox cəlb edir.
Adını çəkdiyim həmin hekayəni S.Budaqlı 10-12 il
öncə qələmə alıb və müəllifin «Şəbəkə», «Fevral», «Zədə»
kimi psixoloji povestləri də o illərin məhsuludur. Lakin
istər Sadayın, istərsə də onun yaşıdlarının nəsri, bu nəsrin
ÖZÜNƏMƏXSUSLUĞU barədə tənqid, bir-iki resenziyanı
nəzərə almasaq, heç nə demədi.
Beş il öncə «Xəzər» jurnalında başqa bir nasirin –
A.Məsudun «İzdiham» povesti çap olundu. Azərbaycan
nəsrində bəlkə ilk dəfə yuxu ilə gercəkliyi, real aləmlə
irreallığı, həqiqətlə fantaziyanı qovuşduran belə bir
sürrealist əsər meydana çıxırdı. Və müəllifin öz təbiriylə
desək, «Azərbaycan ədəbiyyatında» bu povestdən
kədərli, havasız, acı əsər, yəqin ki, yoxdur».
Povesti oxuduqca mən Fransız yazarı Jül Renarın
belə bir fikrini xatırladım. «Üslub - bütün üslübların

291
yaddan çıxarılmasıdır».
Sadayın, Afaqın, bu nəsildən olan digər yazarların
hekayə və povestləri də elə bu fikri təsdiqləyir. Çağdaş
Azərbaycan nəsrinin mənzərəsində həmin üslubun
özünəməxsusluğunu şərh etməyə ehtiyac varmı? Canlı
çiçəyin heç bir şeyə bənzəməyən xüsusi ətri olduğu kimi,
Sadayın, Afaqın, Saranın, Rafiqin yazılarında da həmin o
məxsusilik nəzərdən qaçmır.
«O gülün ətri…» -vaxtilə Əziz Mirəhməd Ə.Əylisli
nəsri haqqında bu cümləni işlətmişdi. Və bu ifadələri
təkcə Əkrəmin yox, öz sözünün, cümləsinin yiyəsi olan
cavan nasirlərimiz haqqında da söyləyə bilərik.
Ədəbiyyata hər hansı nəslin gəlişi bəlkə də heç nə vəd
etmir. Amma elə ki, bu nəsil öz sözünü deməyə başlayır,
özü də bu sözü tamam yeni, orijinal, təravətli biçimdə
söyləyir, o zaman belə bir ədəbi nəslin mövcudluğundan
danışmağa dəyər.
Son illərə qədər nəsrimizdə bir durğunluq və hətta
kədərli bir mənzərə yaranmışdı: yaşlı, qocaman
sənətkarların susduğu, orta nəslin xatirə və publisistika
janrına üz tutduğu bir zamanda sonuncu nəsil öz
sözünü deməyə başladı.
Bəlkə də mənim bu mülahizəm kiməsə sırf
subyektiv təsir bağışlaya bilər. Bəs çap olunan onlarla,
yüzlərlə nəsr kitabları? Təzə romanlar, povestlər…
Və bu kitabların bəzəkli cildlərinə sığınan təzə
müəlliflər necə olsun? Yox, bunların 99 faizinin ədəbiyyata
heç bir dəxli yoxdur…
«O gülün ətri» başqa məsələdir. Bu gün müqəddəs

292
ədəbiyyat sarayının miskin bir bazara çevrilməsindən
şikayətlənməyə də dəyməz. Bütün əsrlərdə belə bir
təhlükə ədəbiyyatın başı üstünü alıb, amma əsl ədəbiyyat
yaşayıb. Bu gün bir yazıçının il ərzində 34 roman
yazmağı lap ağlasığan olsa da, bir akademikin nəsrdən
yorulub şerə keçməsi heç bir qəribəlik doğurmasa da,
dəxli yoxdur, «o gülün ətri» həmin bazar
məmulatlarında duyulmayacaq.
A.Məsud «İzdiham»dan sonra «Başlanğıc»
romanını hissə-hissə çap etdirir. Bu romanda əksər
yazılarının qəhrəmanlarını məhdud bir məkanda – «dörd
divar arasında» (hərçənd ki, dörd divar arasında da
dünyanı görmək mümkündür) təsvir edən Afaq birdən-
birə «Azadlıq» meydanına enir. Ancaq yaxşı ki, romanda
meydanın uğultusu nəsrin psixoloji ritminə qarışmayıb.
S.Budaqlı («bədii sintaksisi, təsvirinin, nəqlinin
frazeoloji təqdimi heç kimi yamsılamayan» - Elçin) son
illərdə çox az yazır, amma hərdən «Əclaf» kimi gözəl
hekayələr onun qələmindən çıxır.
S.Nəzirova «Beton evdən yazılar» kitabında mənəvi
azadlıq həsrətilə yanıb-yaxılan qəhrəmanlarını bircə-
bircə bizə təqdim edir. Onun təhkiyə tərzində zahirən bir
soyuqluq, bir can sıxıcılıq hiss olunsa da, bu ötəridir. Elə
ki, bu hekayə və povestlərin nəbzini tutursan, həmin
zahiri soyuqluq da səni tərk edir. Və bu gün bir həqiqəti
də gizlətməyəcəyəm – Sara xanımın nəsri etnoqrafik de-
talların bolluğu ilə adamı heyrətə gətirir.
R.Tağı… Çox yazır, çox çap olunur və burada bir
elə qəribəlik yoxdu. Rafiq, yazıçı Elçinin təbirincə desək,

293
təhkiyəsində bəzən bircə cümlədə gözəl situasiya yarada
bilir. Bütün hekayə boyu müəllifin hadisələrə ehtiraslı
müdaxiləsi də az rol oynamır.
Rafiq təbii yazır. Bu təbiilik «Boy», «Vahid Əsədo-
vun ölümü», «Ədəbiyyatçılar evi», «Qədim kitab», «Ölü
Həsən», «Yas aşiqi», «Coğrafiya şairi» kimi gözəl
hekayələrin yaranmasında stimula çevrilir. Amma bir də
var «təbii yazmaq – yəni heç nəyin fərqinə varmamaq;
süjetdə bir pərakəndəlik, dağınıqlıq, «fəlsəfi» bir mü-
kalimə, söz-söhbətə rəvac vermək».
Mənə elə gəlir ki, Rafiqdə olan yazıçı təxəyyülü öz
potensialına görə hətta aşıb-daşır, o bu daxili enerjisinin
hədər yerə sərf olunmasının qarşısını ala bilsə, daha
gözəl hekayələr yarada bilər.
Cavan nasirlərin klassik və müasir Azərbaycan
nəsri, həmçinin dünya nəsri ilə bağlılığı da bu söhbətin
mövzusu ola bilər. Ədəbiyyatda kimlərdənsə təsir
dalğalarını qəbul etmək, öz yazılarında hətta kimlərisə
sintez eləmək – bütün bunlar tamamilə təbiidir.
Bu yaxınlarda «Ədəbiyyat qəzeti»ndə bir müəllifin -
Mübariz Cəfərlinin «Olanlar və olmayanlar» kitabı
haqqında çox səmimi bir resenziyasını oxudum və təbii
ki, sevindim. Mübariz Cəfərli doğrudan da maraqlı yazır,
onun povest və hekayələrində real, inandırıcı boyalar az
deyil, təsvir etdiyi qəhrəman tipi tanış olsa da (həyatın
adiliklərindən, cansıxıcı mühitdən bezən, amma üzünü
işığa tutan…), Mübariz bu məlumluğu görə və duya bilir.
Amma çox səmimi yazılmış resenziyada sübut
olunur ki, Mübarizin nəsri dünyanın modern

294
ədəbiyyatını sintez eləyərək eyni zamanda təpədən
dırnağa folklorumuza söykənmişdir. Doğrusu, resenziya
müəllifinin dediyi həmin «sintezi» mən Mübarizin hətta
bircə cümləsində də sezə bilmədim. Və sevindim… Qoy
Mübariz nə yazırsa, necə yazırsa, Mübariz olub qalsın…
Ədəbiyyatda Mübariz Cəfərli yaşında istedadlı
gənclər çoxdur və yazıda onların hamısını bircə-bircə
sadalamağa, hekayə və povestlərindən söz açmağa,
zənnimcə, ehtiyac yoxdur. Mən İ.İbrahimlinin «Balaq» və
«S» hekayələrinin adlarını çəkə bilərəm. Bu hekayələrdə
məni cəlb edən o oldu ki, cavan yazıçı adiliyin içində
qeyri-adiliyi necə də seçib mənalandıra bilirmişdir.
Yaşarın «Tabut» və «Dəfn» hekayələrində ölüm,
həyat, insan taleyi, əcəl məfhumları özünəməxsus
boyalarla əks olunur. Amma bu hekayə mümkün qədər
mühakiməçilikdən, fəlsəfi görünmək iddiasından
uzaqdır.
E.Hüseynbəylinin təhkiyəsində bir publisistik ovqat
duyulsa da, bu cavan nasir psixoloji situasiyaya daha çox
meyl edir.
Ancaq bütün bunlarla bərabər, təəssüflə qeyd edim
ki, cavan nasirlərin əksəriyyəti xarakter yaratmaqda
bəzən çox acizdir. Paradoksal deyilmi: maraqlı,
düşündürücü detallar, səlis və rəvan dil, təbii təhkiyə
tərzi var, surətlər danışır, mübahisə edir, düşünür, am-
ma… xarakter yoxdur.

295
«AĞ YOL»UN İŞIĞI VƏ KÜLÜ…

Bugünkü Azərbayjan ədəbi gəncliyini heç bir


mübaliğəyə, tərifə ehtiyac hiss etmədən xoşbəxt bir nəsil
hesab edirəm. Bu ədəbi nəsil ustadlardan və bir-birindən
öyrənə-öyrənə (hətta ustadları və bir-birini təqlid edə-
edə) yaradıcılıq axtarışları aparır, eksperimentlərdən
çəkinmir.
Narahatlıq doğuran budur ki, cavanların boy artımı
çox ləng gedir. Bəziləri bir atımlıq barıtdan sonra
şerlərinin külü ilə oynayırlar.
«Sərbəst düşüncə» qəzetinin ayrıca buraxılışı olan
«Ağ yol»u vərəqləyirəm. Bir-iki gözəl hekayəsini
oxuduğum Fəxri Uğurlunun «Ağ yol»un məramını
açıqlayan bu gözəl-göyçək, ucu güllü təşbehləri ilə
qarşılaşdım:
Ağ yol bu dünyanı da, o dünyanı da, o biri dünyanı
da sevə bilənlərin yoludu.
Ağ yol sözü qana batırıb yedirdə bilənlərin yoludu.
Və s. və i.a.
Tamamilə həmin gözəl-göyçək, ucu güllü təşbehlərə
ironiyadan uzağam. Amma, vallah, hələlik ilğımdı bu
sözlər. Əgər doğrudan da, yeni poetik nəsil barədə
deyilirsə, uzaqda su kimi görünən buxardı. Yəni «Ağ
yol»da cəmi şerlər bu təsəvvürü yaratmaqdan uzaqdı.
İndi keçək konkret misallara.
Xosrov Natilin şerləri haqqında elə bu qəzetdəcə öz
sözümü demişəm. Və mənim «Ağ yol»da oxuduğum
həmin şerlərdi ki, təzədən üz-üzə gəlirəm. Ona görə də

296
özümü təkrar etmək istəməzdim. Bircə onu deyə bilərəm
ki, Xosrovun şerləri hələlik onun «Ağ yol»da üst-üstə
qalaqlanmış şəkillərdən yalnız birincisinə bənzəyir.
Səkkizinci tam və aydın cizgiləri ifadə olunan şəkil isə
şair Xosrovun özü olacaq. Bəlkə, tez, bəlkə, gec…
Salamın şerləri barədə də öz sözümü demişəm.
Amma Salam elə şairdir ki, hər şerində təzə bir «icadı» ilə
adamı diksindirə bilir. Çox təəssüf ki, «Ağ yol»da Salam
məni diksindirmədi, çünki bu şerlər də hardasa çap
olunub (ümumiyyətlə, bu cavan şairlər niyə belə eləyirlər
axı?)
Balaxan Qəribin şerləri ilə də çoxdan tanışam.
Gözləyirdim ki, təsəvvürüm genişlənəcək, çağdaş
poeziyamızda bapbalaca bir «Balaxan odası» ilə üz-üzə
gələcəyəm. Amma təəssüf. Balaxanın şerləri bir səhifə
əvvəl və mənim bir abzas öncə haqqında söz açdığım bir
şairin şerlərindən poetik ruhca qətiyyən seçilmir. Siam
əkizlərinə oxşayır bu şerlər. Şer yazmağa hamıdan tez
başlayan Mətləb Ağa 18-19 yaşda məni daha çox
sevindirirdi. Bu təzə şerlərində də yüngülcə bir tərpəniş
var. Amma bütünlüklə Mətləb Ağa öz təzə şerləri ilə elə
o yaşda qalıb. Özünün yaşı artır, şerinin yox… Vaxtilə
poeziyaya gəlişini az qala bir bayram kimi qeyd etdiyim
Qurbanın bir misrasından yapışmaq istəyirəm:
Ümid qalıb küləyə.
O küləyi mən də arzulayıram ki, Qurbanı daha
əzablı axtarışlara sövq eləsin. Qurban bu şerlərində məni
bir tənqidçi kimi yox, lap elə bir oxucu kimi də təmin
eləmədi.

297
Az qala hər gün ünsiyyətdə olduğum Qulu Ağsəsdən
də bu ünsiyyət naminə gözəl şerlər gözləməyə haqqım var.
Qulu dərin fəlsəfi yozuma meyl edir, ancaq bu yolda
naşılığı da yamanca hiss olunur.
O ki qaldı Mənzər Gültəkinin, İlham Qəhrəmanın,
Əlizadə Nurinin, Bayram Loğmanelin şerlərinə… bu
şerlərdə gözəl-gözəl misralar, bənzətmələr, hətta poetik
ruh var. Amma bu şerlər günəşə boylana bilməyən,
hardasa balaca bir külək dəyərsə solub-saralacaq
çiçəklərə bənzəyir.
Qaldı üç şair.
«Ağ yol»da ən gözəl şer (mənim fikrimcə) Sakit
Sabiroğlunundur. Dünyaya gəlməyi ilə getməyi bir olan
oğluna yazıb bu şeri. Və bu şer göstərir ki, şair gərək
dərdi içindən keçirə. Dərd içindən keçirsə, şeri də dərdin
içindən keçəcək, yoxsa yalançı, qurama dərdlə
oynamağın nə mənası?
Zamin Hacı Vəziroğlunun dörd şerindən yalnız biri
onun şair taleyində yaşaya biləcək: «Havası yoxmuş
ürəyimin». Amma onun digər şerlərində də poetik
istedadının işartıları hiss olunur.
Mahir Mehdinin şerləri mənə maraqlı göründü.
Assosiativ anımlar üzərində qurub şerlərini. Və bu şerlər
məni xəyalən 60-cı illərin İ.İsmayılzadəsi, Ə.Salahzadəsi,
V.Səmədoğlusu ilə doğmalaşdırdı. Və bu şerlər hələlik
eksperimentdir, yarı uğurlu, yarı uğursuz - Mahirin
ürəyi ilə oxuduğu, təsirləndiyi, qibtə etdiyi şairlərin və
şerlərin arasındadır.

298
HƏYATIN BİR PARÇASI

Son illərdə bədii nəsrdə hekayə janrının üstün


mövqeyə malik olması göz qabağındadır. Çingiz
Aytmatovun «dövrün mozaikası» adlandırdığı bu janr,
doğrudan da dövrün, zamanın həqiqətlərinə, cəmiyyətdə
baş verən ictimai, mənəvi proseslərə bədii reaksiya verir.
Şahidi olduğumuz, içərisində yaşadığımız həyat və
hadisələr silsiləsi romana, povestə sığışdırılmalı
mətləbləri sanki hissəciklər və fraqmentlər halında ayrı-
ayrı hekayələrə «paylayır». Doğrudur, bu hekayələrin
heç də hamısı bədii uğur zolağına daxil ola bilmir, çox
qismi janrın yaxşı mənada göstəricisinə çevrilmir, amma
hər halda, bu gün yaxşı hekayə yazılır qənaətinə gəlmək
olar.
Hüseynbala Mirələmovun «Qayada çiçək» adlı təzə
kitabındakı hekayələri oxuyanda həmin qənaətim bir
daha özünü təsdiq etdi. İlk hekayələrini 60-cı illərdə
qələmə alan, ədəbi mühitdə uzun müddət nəzərə
çarpmayan və gözə görünməyən, hətta 1-2 kitabı nəşr
edilsə də, yazdığı hekayələr barədə rəy-fikir eşitməyən
bu yazıçı bütün bunların fərqinə varmayaraq öz yazısını
yazdı. Ancaq xalq yazıçısı Elçin bu sükut və laqeydlik
buzunu qırıb H.Mirələmovun hekayələrindən söz açdı;
bu hekayələrin özünəməxsusluğunu, yazıçının bədii
uğurlarını qeyd etdi: «Bu hekayələrdəki səmimiyyət,
doğma yurda məhrəmlik, hiss etdiklərini öz imkanları
daxilində söyləmək, yaxşıya sevinmək ilə, xeyirxahlıq ilə

299
o dağların, o bağ-bağatın, o dəniz mehinin arasında nəsə
üzvi bir bağlılıq var».
Hüseynbala Mirələmovun hər hansı bir
hekayəsində onun gördüyü, müşahidə etdiyi, duyduğu
və ən başlıcası, yaşadığı anlar, məqamlar əks olunur,
bədii səviyyəsindən asılı olmayaraq bu hekayələrin hər
birində canlı həyatın nəfəsini hiss edirsən. H.Mirələmov,
belə demək mümkünsə, ədəbiyyatdan, oxuduğu kitab-
lardan yox, canlı həyatdan ədəbiyyata gəlmişdir. Ola
bilsin, onun hekayələrinin hər hansı birində nəsə
çatışmasın; obrazlar dolğun rəsm olunmasın, bəzən
solğun çıxsın, süjet xəttində səliqəsizlik gözə dəysin,
amma ən mühüm məziyyət orasındadır ki, bu hekayələr-
də həyata, gerçəkliyə süni müdaxilə yoxdur, böhtan
atılmır.
Öncə onun «Vicdanın cəzası» hekayəsi barədə.
Bizim fikrimizcə, bu hekayə H.Mirələmovun o kitabda ən
uğurlu hekayəsidir. Bu hekayə mövzusuna görə bir az
aktual nəzərə çarpa bilər, söhbət Qarabağ
müharibəsindən gedir. Ancaq Hüseynbala bu aktuallığı
plakata çevirməmişdir. Bizdən çox-çox uzaqlarda -
Rusiya bazarlarında alverlə məşğul olub gün-güzəran
keçirən həmyerlilərimiz var. Təbii ki, onların nə
düşündüyü, hansı məslək və əqidəyə malik olması bədii
nəsrdə çox az işıqlandırılıb. H.Mirələmov az da olsa,
bədii sözün işığını adının qarşısında «alverçi» sözü həkk
olunan o adamların üzünə yönəldir, onların mənə-
viyyatını açıqlayır. Və əlbəttə, bizə məlum olur ki, bu
adamların içərisində işıqlı insanlar çoxdur. Onlardan biri

300
də Rəhimdir. Gözləyirdik ki, yazıçı Rəhim və Firudinlə
bağlı müşahidələrini bir qədər də artırıb, ümumiyyətlə,
«Rusiya azərbaycanlıları»nın həyat və məişət tərzini
daha təravətli boyalarla gözlərimiz qarşısında canlan-
dıracaq. Ancaq gözlənilmədən hekayənin ahəngi və
süjetin axarı dəyişir, Rəhim Firudinin qatilinə çevrilir.
Bəs nə etməli? Cəzadan necə qurtulmalı? İki yol
var-sərsəri həyat keçirib cəzadan qaçmaq, ya da özünü
hüquq-mühafizə orqanlarına təslim etmək. Ancaq Rəhim
bu iki yolun heç birini seçmir, o, Azərbaycana qayıdır,
milli ordumuzun tərkibinə qatılıb ermənilərə qarşı
döyüşdə iştirak edir. Əlbəttə, bu hekayədə yenə «qəfil»
süjet oyunundan istifadə olunur, Rəhim ağır yaralanır,
onun başı üstündə duran şəfqət bacısı Aygün sən demə,
Firudinin bacısıymış, sonda Rəhim elə Aygünün
qucağındaca gözlərini yumur.
Bəlkə də çoxları hekayədəki bu «qəfil»
qarşılaşmaya, yaxud «qəfil» qətl hadisəsinə ironiya ilə
yanaşacaq. Ancaq Hüseynbala Mirələmovun təsvirində
bütün bunlar real və inandırıcı təsir bağışlayır.
H.Mirələmovun başqa bir hekayəsi - «Yeni həyat» daha
maraqlıdır. Yazıçı diqqəti bu dəfə insan düşüncəsinin
metamarfozasına yönəltmişdir. Hekayənin qəhrəmanı
Marat, arvadı Gültəkinin iş yerinə xüsusi geyinib-
keçinərək yollanmasına qısqanır, amma bunu özünə dərd
eləməmiş, elə hadisələrlə qarşılaşır ki, həmin fikrin özünə
də şübhə ilə yanaşır.
H.Mirələmovun hekayələrində təbiət obrazı da
önəmli yer tutur. Çox-çox hekayələr oxumuşam ki, o

301
hekayələrdə təbiət təsvirləri, yaxud təbiətlə bağlı
səhnələr süni təsir bağışlayır, hiss olunur ki, burada
qondarma bir əlavə, mətləbsiz bir haşiyə var. Hüseynba-
lanın hekayələrində isə insan duyğusu, düşüncələr aləmi
təbiətin gözəllikləri və qəribəlikləri ilə vəhdətdə verilir.
«Simuzər» və «Dəyirmana gedən yol» hekayələri bu
mənada uğurlu nümunələrdir. «Qayıtdı durnalar»
hekayəsində isə insan-torpaq-müharibə obrazları bədii
niyyət və qayənin inikasına çevrilir.
Mən kitabda H.Mirələmovun ilk hekayələrindən
biri olan «Bir tikə çörək»lə qarşılaşdım. Bəlkə də ilk
qələm təcrübəsi kimi həmin hekayəni müəllif kitaba daxil
etməyə də bilərdi. Ancaq ilk hekayəsindəki o təbiilik,
səmimiyyət (hətta bədii naşılıq hiss olunsa da) sonrakı
hekayələrində də bariz nəzərə çarpır. «Eh, dünya, dünya!
O günlər bir daha geri qayıtmasın» - bu sözlər bir tikə
çörək naminə ölümlə üzləşən bir uşağın taleyilə bağlı
söylənilir.
Bir ümdə cəhəti də qeyd edim ki, Hüseynbala
Mirələmovun hekayələrində ötən müharibə (1941-45) ilə
bağlı təəssüratlar da az yer tutmur. Bu təəssüratların
canlı müşahidənin, yaşanılan hisslərin məhsulu
olduğuna qətiyyən şəkk eləmirsən. Əlbəttə, konkret
olaraq hər hansı bir hekayədə müharibə mövzusu
qoyulmur, ancaq H.Mirələmovun təsvir etdiyi
qəhrəmanların əksəriyyəti müharibənin acılıqlarından
keçib gəlmiş adamlardır.
H.Mirələmov sadə və rəvan dildə yazır. Oxucu
onun hekayələrini demək olar ki, bir nəfəsə oxuyur, bu

302
hekayələrdə dolaşıq, anlaşılmaz sözlər, cümlələr
tapmazsan. Ancaq bir iradımı bildirim ki, bəzən bu
hekayələrdə obrazları səciyyələndirə biləcək bədii dil
effekti zəif nəzərə çarpır. Tutaq ki, «Qasırğa tez keçdi»
hekayəsində obrazların düşdüyü vəziyyət, keçirdikləri
hiss və həyəcanlar yazıçının sərrastlıqla seçdiyi cümlələr,
ifadələr sayəsində emosional nəzərə çarpır, ancaq
«Casus» hekayəsində dil nəsə, bu missiyanı yerinə yetirə
bilmir.
Mən H.Mirələmovun hekayələrində müasir insanın,
yetkin insanın əsrə, dünyaya, cəmiyyətə
münasibətinin,dünyabaxışının bədii inikası ilə
qarşılaşdım. Ümumilikdə düşünən, həyata daha ayıq və
sərrast yanaşan bir insanla - öz həməsrimlə qarşılaşdım.
Heç şübhə eləmirəm ki, H.Mirələmov yeni yazacağı
hekayələrdə elə bu təbiiliyə, səmimiyyətə, reallığa sadiq
qalacaq, təsadüfi, ötəri hadisələrə və olaylara (belə hallar
az da olsa, onun hekayələrində nəzərə çapır) deyil, əksər
halda nail olduğu düşündürücü mətləblərə üz tutacaq.

303
ƏDƏBİ POLEMİKA

Matros nifrəti, yaxud


«Potyomkin» gəmisində üsyan

«Mən yaradıcı deyil, dağıdıcı bir insanam, mən


yaratmıram, dağıdıram, məhv edirəm – çağdaş inqilabçı
fransız filosofu Jak Derridanın fəlsəfi diliynən danışsaq,
mən «dekonstruktivistəm, hər cür simvolizmin,
simvolun, ehkamın qənimiyəm».
Bu fikirlərin müəllifi ədəbi aləmdə öz populist
«inqilabçı» pozasında görünən Həmid Herisçidir. O,
ədəbiyyatda çevriliş, hər şeyi yenidən başlamaq
arzusunu gizlətmir və ətrafa topladığı bir neçə şəxsi də
bu «amal» uğrunda mübarizəyə hazırlayır. Dəstə, pioner
manqası kimi çox kiçikdir, lakin bu gün mətbuat
xaosunda onların qışqırığını hamı eşidir.
Zənnimcə, Həmid Herisçinin fikirlərində qeyri-adi
və orijinal heç nə yoxdur. Dünya ədəbi prosesində bu cür
«inqilabi» mahiyyət daşıyan qışqırıqlar az olmamış.
Zəngin mütaliəsi olan H.Herisçi bilməmiş deyil ki,
müasir avanqardizmin kökləri XX əsrin əvvəllərinə gedib
çıxır – sürrealizm, dadaizm, impressionizm, kubizm kimi

304
«Gələcəyin incəsənətini» yaratmağa cəhd edən
cərəyanlar yaranıb. Bu cərəyanların nəzəri
platformasında İNKAR amili əsas yer tutmuşdur. Sənətə,
ədəbiyyata yeni bir baxış, heç şübhəsiz, yeni çeşidli bir
ədəbiyyatın yaranmasına yol açır. Nəyisə inkar eləmək
və nə iləsə barışmamaq özünün yaratdığını ortaya
qoymaqdır və bu mənada adlarını çəkdiyim ədəbi
cərəyanların hər biri dünya mədəniyyətinə çox orijinal
əsərlər bəxş etmiişdir.
Ancaq XXI əsrin əvvəllərində özlərini Azərbaycan
ədəbiyyatında «avanqard» hesab edənlər isə hələlik
yalnız qışqırmaqla məşğuldurlar. Ortada isə çox az şey
var.
Bu gün Həmid Herisçi çox hay-küylü, hətta
mikrafonda qışqırırmış kimi verdiyi müsahibələrində
əslində, olmayan nəsnələrdən danışır. O, Rasim
Qaracanın şerlərindən misli-bərabəri olmayan şedevrlər
kimi söz açır, onu ədəbi aləmə bir Laçın obrazı kimi –
bütün müsibətlərə, təzyiqlərə, cəfalara dözən əzabkeş bir
qəhrəman kimi təqdim edir. Amma faydası yoxdur.
«Avanqard şer», «Modernist şer» - bu gün
herisçilərin dilində səslənən bu ifadələr ədəbi kütlənin
diqqətini özünə çəkməkdən başqa bir məqsəd daşımır.
Guya biz – «Sovet ədəbiyyatı mütəxəssisləri»
avanqard şerin əleyhinəymişik. Qətiyyən belə deyil.
Avanqard şerin mövcudluğunu, reallılığını kimsə inkar
eləmir, lakin onun ətrafında bu qədər jdanovsayağı hay-
küy qaldırmaq mənasızdır. Cavanşir Yusifli hələ 6 il
əvvəl «Azərbaycan avanqardı» məqaləsini yazmışdı. O

305
məqalədən bəzi sətirləri H.Herisçinin nəzərinə
çatdırıram. «Avanqard sənəti zaman özü yaratdı. Amma
yox, bu ki çox gülməli səslənir! Avanqard sənət həmişə
məhz zamanı qabaqladığı məqamda yetişir və o
məqamda Umberto Ekonun məşhur ibarəsiylə desək, o,
artıq keçmişlə ciddi şəkildə təhdid olunur. Keçmişin,
yəni keçmişdə qalan ifadə üsullarının, geniş mənada
ənənənin total, «aqressiv» şantajı qarşısında hökmən
kollaj stixiyası yaranmalıdı».
Daha sonra C.Yusifli avanqardçı yazarların adlarını
çəkir. Başda H.Herisçi, sonra O.Fikrətoğlu, İ.İbrahimli,
Adil Mirseyid, Rasim Qaraca, Xanəmir. Deməli, ədəbi
tənqid də bu faktı təsdiq edir.
Çox gözəl! Ədəbiyyatda hər bir yeniliyi alqışlamaq
lazımdır. Və mən də tənqidi məqalələrimin birində
Rasim Qaracanın, Xanəmirin, Dəyanət Osmanlının
şerlərindən söz açmış, bunları yenilik kimi qeyd
etmişəm. Ancaq bununla yanaşı, bu günkü avanqard şer
hələ özünün ilkin mərhələsindədir, yəni daha çox ekspe-
riment səciyyə daşıyır.
Həmid Herisçinin altmışıncıların adı gələndə, sanki
yarasına duz basılır. Amma xatırlatmaq lazımdır ki, o
illərdə ədəbiyyata gələn Əli Kərim, F.Qoca,
İ.İsmayılzadə, Ə.Salahzadə də öz dövrlərinin avanqardçı
şairləri olmuşlar. O zaman bu şairlərin yaratdıqları şerlər
ədəbiyyatın qocaları tərəfindən əllaməçilik kimi qarşıla-
nırdı.

Otuzdan çox yaşamışam

306
….Sevgi toranında.
….Sevgilimlə bir-birinə deyəcəyimiz
İki söz arasında
…Bəzən söz yarışında
Bəzən ölüm sözünün polyar qanında.

(Əli Kərim)

Bir tabaq yatağan su


Qaldırılıb ayağa
Qovulur yuxarı
Su havada qıvrılıb
İşıldaya-işıldaya
balıq kimi
Yenidən tabağa atır özünü.

(Ə.Salahzadə)

Günün günorta çağı


Ortadan ikiyə bölündü günüm,
Ortadan ikiyə bölündü hirsim,
Ortadan ikiyə bölündü səsim –
yarımgün,
yarımhirs,
yarımsəs oldum.

(İ.İsmayılzadə)

Bunlar 60-cı illərin avanqard şerləridir. Və o zaman

307
ədəbiyyat qocaları bu şerləri bəyənmirdilər, təkfir edirdilər.
Deməli, sizin lənətlədiyiniz Sovet ədəbiyyatı çərçivəsində
avanqard şer mövcud olub.
İndi də mövcuddur. Amma siz bu avanqardizmi
təkcə Azad Yazarlar Ocağına toplaşan 3-4 şəxsin
yaradıcılığı ilə məhdudlaşdırırsınız. Bəs Xanəmir? Bəs
A.Mirseyid? Bəs Qulu Ağsəs? Bəs Salam? Bəs İbrahim?
Onlar da avanqardçıdırlar, bəlkə sizdən də artıq.
Qışqırmaq, bağırmaq, hər şeyi inkar… bunun
əvəzində oturub əsl avanqard şerlər yazmaq, gələcəyin
ədəbiyyatını yaratmaq daha faydalı deyilmi?
Niyə öz yaratdıqlarınıza bu qədər aludəsiniz? Niyə
elə düşünürsünüz ki, sizi başa düşən azdır? Niyə milli-
mənəvi dəyərlərin bir çoxunun üstündən asanlıqla xətt
çəkirsiniz. Niyə tənqidə qarşı bu qədər dözümsüzsünüz?
Azər Turanın bir məqaləsindən sonra niyə bu qədər
təşvişə düşdünüz, özünüzə inanırsınızsa, bu qədər
əndişə hardandı? Niyə ziyalı tənqidinə ziyalı kimi yox,
söyüşkən və hətta düşmən mövqeyindən atəşlə cavab
verirsiniz? Budurmu avanqardizm? Axı sizin nəzəri
bazanız, istinad etdiyiniz nöqtələr Qərbdən gəlir.
«V.Nezvala görə, mətbəə şrifti artıq öz-özlüyündə
obrazdır, o, şerə əlavə effekt gətirir, məhz burada
poeziya rəngkarlıqla qovuşur». Gecikmisiniz! Bu fikirlər
Azərbaycan ədəbiyyatı üçün də yeni deyil. Şerdə
«inqilabçılığı» bu cür texniki əməliyyatlarla, mətbəə
şriftlərinin azadlığı ilə əlaqələndirirsinizsə, bu, inqilab
deyil!

308
ll

Bu yaxınlarda mən Rasim Qaracanın «Ölüm


haqqında günəş» şerlər kitabını oxudum. Əvvəllər də
Rasimin şerlərini oxumuşdum və səmimi qəlbdən etiraf
edirəm ki, mən bu şəxsin istedadına qətiyyən şübhə
etmirəm. Ancaq onun yaradıcılığında çox mürəkkəb,
ziddiyyətli məqamlar var.
Bir tərəfdən Rasim çağdaş Azərbaycan poeziyasını
və aşıq şerini «tərəkəmə ədəbiyyatı» adlandırır, R.Rzanı
«dərin şairlik istedadına malik olmayan» bir sənətkar
hesab edir – ancaq bu inkara baxmayaraq, onun bir çox
şerlərində məhz milli şerimizin çalarları çox aydınca
görünür.
Bir tərəfdən də Rasim Qərb postmodernist
ədəbiyyatından təsirlənir, amma bu təsir sözün yaxşı
mənasında təsirə yox, özgə dimdiyindən qoparılan dənə
oxşayır.
Xatırlayıram «Baca» ədəbi qrupunun manifestini. O
manifestin lap əvvəlindəcə bu sözlər yazılıb: «Sənətkarlar
iki cürdür: dünyaya heyrət edənlər, yeni dünya yaradanlar.
Şairin əlində real dünyada heç vaxt yanaşı durmayan
şeyləri öz bildiyi kimi yanaşı qoymaq və ayrılıqda
götürmək imkanı var. Həyatın özündə də bü cür yanaşı
düzülmələr fasiləsiz şəkildə baş verir. Məsələn, «ağac
budağına qonmuş sərçə», «qar üzərində mal təzəyi» -
bunlar təbii yanaşı durmalardır. Yeni dünya yaratmaq
istəyən şair təbiəti əks etməklə təkrarçılığa yol vermək

309
istəmir, o, şeyləri öz bildiyi kimi, təbiətdə bizə heç vaxt rast
gəlməyən bir şəkildə düzür. Məsələn, «ətçəkən maşına
qonmuş sərçə», yaxud «qar üzərində baş sancağı». Təbii ki,
sözlər boş-boşuna deyil, şairin güddüyü məqsədə uyğun
olaraq düzülür».
Bu «tarixi» manifestdə «ilk» avanqardçıların nə
demək istədikləri bir qədər bayağı da ifadə olunsa,
məlumdur.
R.Qaracanın kitabının I bölməsi – «Əşyalar» məhz
bu manifestdən irəli gələn mərama xidmət edir. Ancaq
Rasim unudur ki, Qərb ədəbiyyatında çoxdan istifadə
olunan, amma Azərbaycan poeziyasında 60-cı illərdən
başlayaraq intensivləşən bu üsulu - assotiativ şer yolunu
ilk dəfə ədəbiyyatımızda R.Rza açıb. «İşıq və kölgə»,
«Divar daşı», «Əllər», «Qulaqlar», «Gözlər» və s.
şerlərdə, bunlardan başqa «Rənglər» silsiləsi var, digər
şerləri də var ki, ayrı-ayrı əşyalar, predmetlər poetik
düşüncə obyektinə çevrilir. Yaxud Ə.Salahzadənin
şerləri: «Şuşə», «Qum», «Bulud», «Saman çöpü»,
«Damla», «Sel» və s.
Rasim Qaracanın «Əşyalar» repertuarı da bu
mənada «çeşidlidir»: kitab, külqabı, gözlük, corab,
şokolad, qaşıq, ütü, kəllə, təndir, qarpız, heyva, bıçaq,
camış, pul, yumurta və s. Ancaq yenə təkrar edirəm,
əşyalara, predmetlərə məna vermək, bir-birilə əlaqəsi
olmayan nəsnələri bir ümumi xassədə birləşdirmək…
bunlar poeziyamız üçün təzə deyil.
Bu üsul – bu yol o zaman ədəbi tənqiddə də öz
əksini tapmışdı. Mərhum tənqidçi Yaşar Qarayev

310
Ə.Salahzadənin belə bir şerini təqdir etmişdi:

«Ağ bir zanbaq kimi açıldı səhər


şəfəqlə suladı
susəpən kimi
günəş zanbağı.
Şəfəq içə-içə qızardı zanbaq
Qızlar xəbər tutmadılar
Zanbaq səhərdən:
Dirəyib bir başmağa,
Oğlanları salardılar dağa-daşa.
Bu fağır uşaqlar neyləyərdi bəs!?
Ağ bir zanbaq kimi açıldı səhər,
Qızlar xəbər tutmadılar
Oğlanları
Salmadılar dağa-daşa».

Cünəş, səhər, oğlanlar və qızlar ayrı-ayrı


epizodlardır, lakin «zanbaq» bədii bir obraz kimi
tapılanda, onlar arasında müəyyən ünsiyyət, bir süjet,
hərəkət və dinamika, yəni şer yaranır».
Deməli, predmet haqqında danışmaq, ona hissi-
emosional baxış şerdə təkcə nəyisə «kəşf» etməyə
yönəlməməlidir, bu kəşfdən həm də obraz doğulmalıdır.
Predmetlər arasında hərəkəti, əlaqələri mənalandırmaq
onları canlandırmaq, «cisimləşdirmək» üçün lazımdır.
Rasimin «Əşyalar»ında bir neçə şeri istisna etsək,
əksəriyyətində obrazla qarşılaşmırıq. Əgər 60-cı illərin
novator şairi İsa İsmayılzadə deyəndə ki, «yarpaqlar

311
lampa tək alışıb yanır» - mən buna inanıram. Ancaq
2002-ci ilin şairi R.Qaracanın «Lampa» şerindəki uğursuz
bədii «kibriti» məni inandırmır.

Qaranlıq düşər - düşməz


İşığı yandırırıq

Qaranlığa qarşı nə üçün


Bu qədər amansızıq
Bəlkə də o
Öz hekayətini danışmaq üçün gəlmişdi
Kim bilir.

İki predmet qarşılaşdırılır, lakin poetik obraz


yaranmır.
Rasim Qaracanın «Gölməçə» şeri cəmi üç misradan
ibarətdir:

Baxsana
Hətta bu kiçik çirkablı gölməçələr də
Günəşi əks edir.

2002-ci ilin oxucusunu bu şerlə heç cür


heyrətləndirmək mümkün deyil. Amma 60-cı illərin
novator şairi İsa İsmayılzadə məşhur «Yağış gölməçəsi»
şerində həmin fikri necə gözəl demişdi:

damcılar göylərdən əlimi üzdü,


buludlar özünə boylanmaq üçün

312
bulanıq güzgü tək gölməçələri
torpağa düzdü.
Yağdı, tala-tala gölməçə yağdı,
Göylərin dəlisov ilhamı yağdı,
Sərçələrin «Soyuq hamamı» yağdı,
Yağış gölməçəsi buludla doldu,
Günəşlə,
Payızla,
Sükutla doldu.

Bununla belə, Rasim Qaracanın «Əşyalar»ında


maraqlı tapıntılar da nəzərə çarpır. Tutaq ki, o daşların
yanından səssizcə ötüb keçir və bu duyğu «daşların min
illik ibadəti» deyimini yaradır. «Günəş» şerində Günəş
«dünyada nələr baş verdiyini görmək istəyən patrul»a
bənzədilir. Bəzi əşyaların təsvirində sadəcə poetik
təəssürat var. Məsələn, «Əmzik» şerində olduğu kimi:

Torpağa düşmüş bu əmziyi


Bir də kimsə alıb ağzına soxmayacaq
Yalançı məmə olub
Uşaq başı aldadanları
Bu cürə torpağa düşürər
Ən sonunda Allah.

Kəlamçılığa, balaca bir şerdə maraqlı fikir söyləməyə


cəhdi biz R. Qaracanın «Birlər»ində də görürük.
«Birlər»in içərisində bir neçə misrada fikri obrazlı
demək cəhdləri ilə qarşılaşırıq. Dünya poeziyasında belə

313
nümunələr az deyil.

Şairlər balaca Allahlardır


Dünya yenidən qurulmalı…
Fikir çatır. Məsələ o şeri oxuyan kimi onun içindəki
mənanı dərhal beynində kompleksləşdirməkdir.
Diqqət, diqqət!
Danışır dərd.

Yaxud,

Allaha inan,
Çünki, artıq bahardır.

Lakin «Birlər»in əksəriyyəti məlum fikirlərin şer


qiyafəsində görünməsindən, yaxud mətləbsiz
deyimlərdən uzağa getmir. Məsələn:
Bahar sona yetir,
Çayxanalar bağlanmaq üzrədir,
Ən gözəl günlər arxada qaldı.

Niyə məhz bahar? Bəlkə qış, bəlkə payız?

Sevgiyə inanıram,
Niyəsini soruşma,
Sadəcə inanıram.

Yaxud,

314
Məktub yazıram,
Amma hər kimsəyə,
Heç kimsəyə.

Mən bu şerlərə (əgər şer demək mumkünsə) «Baca»


ədəbi qrupunun manifestində elan olduğu kimi nəzər
yetirdim – poeziya təkcə hisslər haqqında söz deyil, həm
də sözlər də hiss doğurmalıdır. Rasimin «Birlər»ində
səpələnən sözlərin çoxusu heç bir hiss doğurmur.
Məni düşünsəniz bəsimdir,
Çünki düşünmək də elə dua etmək
kimidir.

«Birlər»də bu nümunəni mən Rasimin həmin formada


yazdığı şerləri üçün örnək hesab edirəm, ancaq çox
təəssüf belə nümunələr azdır.
«Erotik şerlərə» gəldikdə isə… mən poeziyada
bunun əleyhinə deyiləm. Lakin erotikada ancaq sırf
çılpaqlıq, gözünlə gördüyün, əlinlə toxunduğun
«həqiqətlər», seksual mənzərələr əks olunarsa, erotikanın
murdarlığı və fahişəlik təbliğ edilir. Axı erotikada (bu da
insan hissiyatları ilə bağlıdır) gözəllik niyə axtarılmasın?
Nizaminin «Xosrov və Şirin» poemasında Xosrovla
Şirinin zifaf gecəsində yataq səhnəsini xatırlayın. Həmin
səhnədə nə lazımdı təsvir olunur, lakin konkret bir bədən
üzvü və əşyasının adı çəkilmir. Amma Rasimin erotik
şerlərinin bir çoxunda (əlbəttə, hamısının yox) kitab
səhifələri ilə yataq səhnələrini ayırd etmək çətindir.
Azərbaycan ədəbiyyatında erotik şerlər olub, lakin

315
erotikanın milli bədii düşüncədə yeri olmayıb. Çünki
bizim şerimizdə hər şey incə və zərif deyilib.
R. Qaraca aşıq şerini «tərəkəmə ədəbiyyatı»
adlandırır.
Tərəkəmələr Azərbaycan xalqının etnogenezində
iştirak etmiş türkdilli tayfalardır. Köçəri həyat sürən
oğuzların bir hissəsi tərəkəmə adlandırılmışdır. Onların
yaşadığı və yayıldığı ərazilər Kür-Araz ovalığı, Mil-
Qarabağ, Muğan və Şirvan düzləridir. İcma halında
yaylağa gedən, əsasən maldarlıqla məşğul olan
tərəkəmələr həm də əkinçiliklə məşğul olmuşlar (Bax:
ASE, IX cild, səh 256-257).
Ancaq bu xüsusda baş sındırmayaq. İstərdim ki, bu
mənada «tərəkəmə ədəbiyyatına» qarşı üsyan bayrağı
qaldıran ən öncül «avanqardçı» Rasim Qaracanın iki
şerini onun bəyənmədiyi, nifrətlə dodaq büzdüyü
«tərəkəmə poeziyası» nümunələri ilə müqayisə edim.
Heç bir şərhə və izahata ehtiyac duymuram.
Amma sual edirəm: hansı poeziya yaşayır (və
yaşayacaq!) – yüz illərin sınağından keçmiş «tərəkəmə»
poeziyası, yoxsa «avanqardçı» nihilistin şerləri?
(seçimdə eyni mövzulara müraciət olunacaq).
Əvvəlcə «erotik» mövzu:

Abbas Tufarqanlıdan

Könül, Məcnun kimi yayıl dağlara,


Əyil, bu lalənin budağından öp!
Pərvanə tək dolan yarın başına.

316
Arala tellərin, qabağından öp!

Almaq olmaz nanəcibin qızını,


Çəkmək olmaz bədəsilin nazını,
O üzünü, bu üzünü, gözünü,
Dilindən, dişindən, dodağından öp!

Kitabda oxunan sina yaxşıdır,


Seyraqıb gərdəni sına yaxşıdır,
Mən dedim, öpməyə sinə yaxşıdır,
Könül ha yalvarır, buxağından öp!

Bağçalar titrəşir bardan ötəri,


Almadan, heyvadan, nardan ötəri,
Abbas, ağlayırdın yardan ötəri,
Dur, şahimərdanın ayağından öp!

Rasim Qaracadan

İri məməli bir qızla


Tanış oldum Sankt-Peterburqda
«Avrora»da axşam yeməyi yedik
Neva sahilində öpüşdük
indi adını unutduğum bir otelin qapısında
polisə pul verdik
neçə illər keçib o görüşdən
artıq nə adı qalıb yadımda
nə dadı

317
ancaq məmələr
xatırımdadı

Sevgi mövzusu

Aşıq Ələsgərdən

İstər dara çəkdir, istər qul eylə,


Qoymuşam əmrinə qol, incimərəm.
Həsrətindən Məcnun oldum səhrada
Alırsan canımı al, incimərəm.
Həsrətindən saralıban solanam,
İzin versən, yar, başına dolanam.
Əlli yol çapılam, yüz yol talanam,
Bir şey deyil dövlət, mal, incimərəm.

Ələsgərəm, yandım eşq ataşında,


Cözüm qaldı kirpiyində, qaşında,
Qazdır məzarımı çeşmə başında,
Sal sinəm üstündən yol, incimərəm.

Rasim Qaracadan

Səni necə unudum

Sən ötən avtomobillərsən


Elektrik reklamlarısan

318
Səni necə unudum
Sən su köşklərisən
İşıqforlarsan.
Küçədən keçən adamlarsan
Afişalarsan
Şüşəbəndli vitrinsən.
Səni necə unudum
Hər addımda sən
Kinoteatrsan
Metro eskalatorlarısan.
Uşaq arabalarısan
Küçə süpürənsən
Bilet satansan
Televiziya qülləsisən.

Hər dəfə siqaret yandıranda


Səni xatırlayıram
Sən avtomat telefonlarısan
İkiqəpiklərsən
Asma saatlarsan
Yeraltı keçidlərsən

Səni necə unudum


Sən 8 …-li trolleybussan.
Qar yağmış dayanacaqlarsan
Demə ki, bu dünyada yoxsan
Sən bir fincan isti qəhvə
Üstünə yağ yaxılmış çörəksən.

319
Bu günün şairi əgər məmələrin ağzında qalan
dadını, yaxud bir yataq səhnəsinin sonu məlum olan
təfərrüatını, yaxud, bir qəhbə Siranuşun tərcümeyi-halını
qələmə alırsa, yaxud «hər sevginin sonunda Azon dəliyi
kimi bir «O» olduğunu təsvir edirsə, bunu dünyanın
gözəlliyinə və poeziyanın gözəlliyinə xəyanət hesab
edirəm. Qoy fransız poeziyasında fransız Rasimləri gecə-
gündüz sekslə məşğul olsunlar, qoy şotland
poeziyasında şotland Rasimləri müasir «Azon dəliyinə»
doğru hücuma keçsinlər, ancaq qoy Azərbaycan
poeziyasında milli Rasimlər Əli Bayramlıda bitən qızıl
gülləri, o qızıl güllərdən də gözəl qızları vəsf etsinlər!
Əlbəttə, mən Rasimin kitabını qətiyyən inkar
etmirəm. O kitabdakı şerlər Rasimin öz bədii
düşüncəsinin məhsuludur. Lakin bu poetik düşüncə – bu
şer kitabının verdiyi intibalar, hisslər, duyğular hələ onu
sırf «yeni ədəbiyyat» nümunəsi kimi təqdim etməyə əsas
vermir. Onun «İnkar» silsiləsindən olan şerlərində
(əlbəttə, hamısında yox) maraqlı, orijinal deyimlər nəzərə
çarpır. Bu şerlərdə «avanqardçılığı» yalnız forma
hoqqabazlığında axtaran Rasimlə ölüm, həyat, varlıq
kimi bəşəri problemlər ətrafında düşünən Rasim üz-üzə
gəlir və döyüşür. Ancaq hələlik qalib gələn birinci
Rasimdir.

Yağış gölməçələrinə yazığım gəlir.


Heç kəs onlara əl dəyməsin.
Dünyanın bütün palçıqlarına yazığım gəlir.
Onlar kimsəsizdir.

320
Vaxtilə Rasimin bu şerini nümunə gətirmişdim və
təqdir etmişdim. Və bu şerdə qərb postmodernistlərin
libasına bürünüb milli şerimizə «Tərəkəmə poeziyası»
deyib avropasayağı gülən Rasimdən əsər-əlamət belə
yoxdur. Və yaxud elə kitabdakı bu misralarda:

İçimdə bir mahnı çalınmadan


Yaşayacam bu gündən
Qabarmadan

Çəkilmədən
Divarlarına çırpılmadan
Yığacağam nömrəni
Döyəcəm qapını
Çəkəcəm adını
İçimdə bir mahnı çalınmadı

Yaxud,

Yaşamaq da mahnı oxumağa bənzər…

Yaxud, «Bir anlıq» və «Ayaqqabı» şerləri. Bu


şerlərdə milli Rasimin həssas, kövrək ürəyinin
döyüntüləri eşidilir. Bu şerlərdə yalançı bir poza ilə
«yazılanlara, yazdıqlarına dönüb baxmadan irəliyə
doğru» deyən qeyri-milli Rasimin qışqırığını eşitmirəm.
Və istəyirəm ki, o, tez-tez keçmişə də boylansın.

321
III

Doğrudanmı, Azərbaycan ədəbiyyatı «inqilab»


ərəfəsindədir?. Yox, onlar inqilabçı deyil, keçid
dövrünün müvəqqəti «qəhrəmanlarıdır».
Bu, inqilab deyil, çünki inqilabdan Nizami doğulur,
Füzuli, Sabir doğulur.
Bu «inqilab» olsa-olsa «Potyomkin» gəmisindəki
üsyançıların kortəbii «inqilabıdır».
Başlıca silahları kin və qəzəbdir. Dağıtmaq, məhv
etməkdir, hədəfləri:
Yazıçılar Birliyi.
Anar, V.Səmədoğlu.
«Tərəkəmə ədəbiyyatı».
Rəsul Rza və onun «Lenin» poeması.
Bütün sovet dövrü ədəbiyyatı.
Bütün yaşlı yazıçılar.
Azər Turan, Əsəd Cahangir. Nizami Cəfərov,
Əmrahoğlu, Tehran, Vaqif Yusifli.
Onları tənqid edən hər kəs.
Ədəbiyyatda inqilab lazım deyil, islahat lazımdır.
Zərif və incə ədəbiyyatla «Potyomkin» gəmisini
səhv salmayın, matros qardaşlar!

Rafiq Tağıya «bir kaç kəlmə» *


*
Мягаля Р.Таьынын «Азадлыг» гязетиндя В.Йусифлини «тянгид» едян
мягалясиня ъаваб кими йазылмышдыр.

322
Yəqin indi oxucular intizarla gözləyirlər ki, Rafiq
Tağının «tənqid» elədiyi, necə deyərlər, «daşını daş üstə
qoymadığı» Vaqif Yusifli sinirlənərək eyni kəskinliklə
cavab yazacaq. Çünki söz azadlığı üstündə köklənən
«Azadlıq» qəzeti redaksiyası mənim üçün gözəl bir şans
yaradır: «Qarşı tərəfin də möqeyini çap etməyə hazırıq».
Çox gözəl! Əliyül-əla!
Bəri başdan deyim ki, Rafiq Tağının yazdığı
«Kütləvi səhnələr adamı» həcvgusinə cavab verməyə,
özü də hər cümləsini oxuyub onun fikir və
mülahizələrinə münasibət bildirməyə nə vaxtım var, nə
də marağım. Vaxtım ona görə yoxdur ki, 29 oktyabrda
Azərbaycan Yazıçılar Birliyində keçiriləcək
«Müstəqilliyimiz və ədəbiyyatımız» mövzusunda
yaradıcılıq müşavirəsində məruzə etməliyəm, ona
hazırlaşıram. Marağım ona görə yoxdur ki, Rafiq Tağı
mənim üçün məlum şəxsdir. «Azərbaycan» jurnalının 1-
ci sayında mənim onun yaradıcılığı barədə iki yazım çap
olunub. Mən o yazıda iki Rafiq Tağı haqqında söz
açmışam. Birinci yazıda bir çox hekayələri mənim üçün
maraqlı görünən, orijinal üslubu olan yazıçı Rafiq Tağını
təqdir etmişəm. Heç bir vaxt bu fikrimdən
dönməyəcəyəm. İkinci yazıda isə klassik poeziyaya –
Füzuliyə və Sabirə, böyük nasirimiz Mirzə Cəlilə
böhtanlar atan Rafiq Tağıya iradlarımı bildirmişəm.
Doğrudan da bu dünyada bir adamın içində iki bir-
birinə zidd, biri digərini inkar edən ADAMIN olmağı
fəlakətdir. Həmin o böhtançı Rafiq Tağı Füzulini
«şarlatan» adlandırır (şarlatan sözündə dırnağı mən

323
açdım, Rafiq Tağıda bu sözdə dırnaq qoyulmayıb), Mirzə
Cəlili, Sabiri milləti «tənqid» etdikləri üçün rədd edir…
Ən azı filoloji savadı çatmadığı üçün… Rəsul Rzanın bir
şerində deyildiyi kimi, «çətənəyi partlamış ördək»
vəziyyətinə düşür. Amma ikinci Rafiq Tağı «Boy»,
«Vahid Əsədovun ölümü», «Pozitiv, neqativ», «Oxşar»
kimi oxşarı olmayan hekayələr yazır. Həmin hekayələri
R.Tağının «kütləvi səhnələr adamı» adlandırdığı və
növbəti böhtanlara qərq etdiyi V.Yusifli yüksək
qiymətləndirir. Əgər R.Tağının Allahı və Yaddaşı varsa,
xatırlasın. Mənim məqaləm dərc ediləndən sonra həm
telefonda, həm də üzbəsurət R.Tağı mənə təşəkkürünü
bildirdi. Bəs bu ədəbi riyakarlıq deyilmi?
«Mənim Vaqif Yusifliyə rəhmim gəlir». Sonra yazır
Rafiq Tağı ki: «Rəhmim sözə də gəlir».
Təbii ki, Rafiq Tağının mənə rəhmi gəlməyini onun
ürəyinin böyüklüyü yox, kiçikliyi kimi qavrayıram.
Üzümə «sən yeganə gözəl tənqidçisən», - deyən bir
adamın riyakarlıq etməsinə mən heç də qəribəliklə
baxmıram. Və inanıram ki, o mənim haqqımda nə istəsə
deyə bilər, çünki kinlidir. Özü üçün palçıqdan və gildən
yalançı bir pyedestal düzəldib, oturub bunun üstündə,
Füzuliyə, Mirzə Cəlilə, Sabirə, Əkrəmə, Anara böhtanlar
atır. Hamının diqqətini özünə cəlb etməyə çalışır, hətta
bəzi avam oxucuları da inandırmaq istəyir. Məncə, bu iki
Rafiq Tağının mübarizəsində öz ədəbi boyundan çox
ucada görsənmək istəyən Rafiq Tağı o birisi, bir az
namuslu Rafiq Tağını bica yerə məhv eləyəcək.
Mən tənqidçiyəm və etiraf edirəm ki, bu səviyyəyə

324
sovet ədəbi tənqidindən keçib gəlmişəm. Bəs haradan
gəlməliydim? Bəlkə Rafiq Tağının doğulduğu Xoşçobanlı
kəndindən? O da, mən də rayon qəzeti redaktorundan
sifariş alıb zəhmət adamlarından, öz peşəsini sevən
insanlardan yazılar yazırdıq. Mən o yazılardan imtina et-
mirəm. Rafiq Tağı necə?
Məncə öz yazılarında sovet dövrünə gülən R. Tağı
qatı bolşevik və terrorçunu xatırladır. Onun nə iqtidara,
nə də müxalifətə dəxli var. Vaxtilə bolşevik
nəzəriyyəçiləri də Füzuliyə, Mirzə Cəlilə daş atırdılar.
İndi bu missiyanı Rafiq Tağı həyata keçirir. «Bolşevik»
Rafiq Tağı üçün hədd-hüdud yoxdur, sabah o, eyni
süngü və daş-kəsəklə başqa bir şəxsə hücum edəcək.
Özünüzü «bolşevik» Rafiq Tağıdan qoruyun, ey
sənətkarlar!

P.S. O ki qaldı R.Tağının mənə «iradlarına»


(cavanlıqda şer yazmamağıma, sevgi məktubları
göndərməməyimə, qonorar «eşqiylə» yazmağıma,
kiməsə dissertasiya hazırlamağıma…) bunlar deyingən
mətbəx söhbətləridir. Şer də yazmışam, doyunca
sevmişəm də, ömrüm boyu sevəcəyəm də, qonorar da
alıram və alacağam da. Kiməsə dissertasiya işində
əlimdən gələn köməyi də edirəm… Hətta orta səviyyəli
şairlərin yazılarında bir işıq ucu görəndə o işığın artması
naminə tərif də əsirgəmirəm… Mən şeytan deyiləm,
Rafiq Tağı da deyiləm, hamının tanıdığı VAQİF
YUSİFLİYƏM.

325
Azad Yaşara sözüm

Nəhayət, Azad Yaşar da öz sözünü dedi. O, Rafiq


Tağının, Həmid Herişçinin, Rasim Qaracanın dediklərini
böyük bir inamla təsdiq etdi. Sifətindən uşaq təbəssümü
əskik olmayan bu cavan şairimiz də içindəki kini, qəzəbi
«boz axına» səpələdi.
Şerlərini də oxumuşam Azadın, tərcümələrini də…
Özü də yaxşı bilir ki, şerlərində təzə bir «Amerika»
açmayıb. Amma sadə və təbii şerlərdir, o şerlərdə kin,
qəzəb yoxdur, duyğu var… Həmişə qoşa gəzdiyi-
dolandığı Rasim Qaracanın şerlərindən fərqlidir. Çünki,
Rasim Qaracanı oxuyanların bir çoxu etiraf edirlər ki,
onu başa düşmək çətindir (hərçənd, mən bu fikirdə
deyiləm), Azad Yaşar isə oxucusunu çətin yoxuşa,
dolanbaca salmır.
Bu mənim istedadlı sandığım Azad Yaşarın şerləri
barədə yekqənaətimdir. Əgər tənqidçi öz sənətinə görə
«işıqaxtarandırsa», mən də o işığı Azadın şerlərində
görmüşəm. Doğrudur, Azad «Boz axına qarşı»
məqaləsində qarşısına qoyduğu məqsədə müvafiq olaraq
məni də «tənqid» edir, hətta Rafiq Tağıdan da sitat
gətirir. Amma onun məni tənqid etməyinin mənim onun
şerlərini bəyənməyimə zərrəcə maneçiliyi yoxdur.
Amma «Boz axına qarşı» məqaləsinə görə mən
Azad Yaşarı tərifləyə bilmərəm. O gözəl şerlərin müəllifi
Azad Yaşar bu məqalədə iddialıdır, təşəxxüslüdür, kinli

326
və qəzəblidir.
Məsələ burasındadır ki, bu yazıda ədəbiyyat davası
getmir, ədəbi mübarizədən əsər-əlamət belə yoxdur.
Çevir tatı, vur tatı «həqiqətləri» sadalanır. Hansı
«həqiqətlər»?
Sovet ədəbiyyatının - sosrealizmin ölüsünə söymək,
meyiti çıxarıb sadistsayağı üzünə tüpürmək «həqiqəti».
Dünənin günahlarını bu günün şair və yazıçılarının
ayağına yazmaq «həqiqəti».
Bu «həqiqətləri» təsbit etmək üçün bütün
«mübarizə üsulları»ndan istifadə edilir.
1. Yazıçılar Birliyinin sovet dövrü qalığı olduğunu
və orada işləyənlərin hələ də sovet ideologiyasından
xilas olmadıqlarını elan etmək.
2. Postmodernist bir libasa bürünərək Azərbaycan
ədəbiyyatına nicat və səadətin Qərb ədəbiyyatından
gələcəyini vurğulamaq... Milli poeziyaya «tərəkəmə
ədəbiyyatı» deyibən damğa vurmaq.
3. Anarı, Vaqif Səmədoğlunu və digər sənətkarları
nəyin bahasına olursa-olsun gözdən salmaq.
4. Özlərini incidilmiş, əzab çəkmiş və istedadları
etiraf olunmamış zatlar kimi qələmə vermək.
5. Yeri gəldikcə təhqirə, föhşə, böhtana əl atmaq,
vizual şer adı altında oyunbazlıq etmək, yazıçıların
adlarını, familiyalarını istədikləri kimi dəyişdirib gülüş
hədəfinə çevirmək («Boz axına qarşı» məqaləsi də təhqir
üstündə qurulub).
6. Kimlərinsə onları başa düşməməsini ya qəbul
etməməsini böyük bir fəlakət kimi qələmə vermək.

327
7. Öz oxucu auditoriyasını əldə etməkdənsə, zorla
oxucuları «rasimləşdirmək».
«Boz axına qarşı» məqaləsi də mənə məhz belə təsir
bağışladı (Lazım gəlsə, bir başqa yazıda ayrı-ayrı fikirlərə
münasibətimi də bildirərəm). Amma gəlin görək bu
«ədəbi mübarizə»nin əsl ədəbiyyata bir elə dəxli varmı?
Bu gün əgər Rasim Qaraca, ya Azad Yaşar bir gözəl
şer yazırsa və sabah da yazacaqlarsa, o şerlər yaşayacaq.
Axı, ədəbiyyat hər şeydən əvvəl könül işidir, daha çox
fərdi məsələdir.
Bu gün qrafoman poeziyasından və təfəkküründən
şikayətlənməyə dəyməz. Çünki bu poeziyanın gücü yoxdur.
Mən 90-cı illərdə cavan şairlərin yaradıcılığına həsr etdiyim
məqalələrdə ədəbiyyatımızda, xüsusilə poeziyada yeni bir
mərhələnin yaranmasından söz açmışdım. Bu mərhələ
əvvəlki ədəbi nəsillərdən tamam fərqli tərzdə DÜŞÜNƏN
və YAZAN Adil Mirseyidin, Əlisəmidin, Salamın, Həmid
Herişçinin, Qulu Ağsəsin, Mahir Mehdinin, Əlizadə Nu-
rinin, Səhərin, Nisəbəyimin, Dəyanətin, Xanəmirin, Aqşinin,
İlham Qəhrəmanın, Zahid Sarıtorpağın, Məhəmməd
Astanbəylinin, Səlim Babullaoğlunun, Rasim Qaracanın,
Azadın yaradıcılıqları ilə bağlıdır. Amma bu sırada kimisə
bayraqdar və öncül elan eləmək mənasız işdir. Və boz
axının, qrafoman əxlaqının bu şairlərə heç bir dəxli yoxdur.
... Bu dünyada bir də Əli Kərim həqiqəti var.
Ölümqabağı şerlərinin birində o, yazmışdı:

Tabutuma
bir az kağız qoyun,

328
bir dənə də qələm.
Hayıf, bu yaşda
heç nə,
heç nə deməmişəm.

Ey döyüşkən pozada hücuma keçən Rasim


qardaşım, Azad qardaşım, ey mənim dünənki pioner və
komsomolçu qardaşlarım... Daha heç nə demirəm:
«Nöqtə, nöqtə və nöqtə...»

P.S. «Boz axına qarşı» məqaləsində bir neçə


məqamda mənim «Müstəqilliyimiz və ədəbiyyatımız»
mövzusunda məruzəmə irad tutulur. Müşavirə vaxtını
onlar bilirdilər, gəlib orada iştirak etməkdənsə, öz əks-
mövqelərini ortaya qoymaqdansa, indi bu qədər de-
yinməyin nə mənası var? Yaxud bu ötən 9 ay ərzində öz
alternativ məruzələrini yazıb ortaya çıxaraydılar və
biləydik ki, doğrudan da «bugünkü ədəbiyyatımız
müstəqilliyimizə layiq deyildir».

329
330
MÜNDƏRİCAT

331

You might also like